Bu kitabın hazırlanmasında əsas məqsədlərdən biri odur ki, həm hz.İsa və hz.Mehdini həyəcanla gözləyən müsəlmanlar, həm də bu mövzu ilə maraqlanan bütün insanlar doğru məlumatları, etibarlı və səhih qaynaqları əldə etsinlər. Bundan başqa, Peyğəmbərimizin əsrlər boyu günümüzə çatdırılan hədislərində bu mübarək şəxslər haqqında verilən əhəmiyyətli xəbərləri öyrənsinlər. Bu vasitə ilə müsəlmanlar İslam dünyasının və yer üzündəki bütün insanların hüzuru üçün böyük əhəmiyyət daşıyan prosesləri yaxından izləyəcəklər və bu tarixi hadisələrə sürətlə və gözəl şəkildə hazırlaşacaqlar.