Allah Quranda iman gətirənlərin başlıca ibadətlərindən birinin təbliğ, yəni Quranda bildirilən həqiqətləri insanlara çatdırmaq və onları iman gətirməyə dəvət etmək olduğunu bildirir. Belə ki, bu ibadət həyatın hər sahəsini əhatə edir. Mömin yaşadığı müddət ərzində sözləri və hərəkətləri ilə Allahın dinini digər insanlar arasında yaymaqla və İslamı təmsil etməklə vəzifələndirilmişdir.
Möminlərin öz aralarındakı danışıqları da əslində qarşılıqlı bir təbliğdir. Onlar da bir-birini Quranda bildirilən hökmlərə tabe olmağa, Quranda tərif edilən əxlaqı göstərməyə dəvət edir. Bir sözlə, möminin başlıca işi və əsas metodu təbliğdir.
Sizin xoşunuza gəlməsə də, CİHAD SİZƏ VACİB EDİLDİ. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz. (Bəqərə surəsi / 216)