Sadəcə qadını və qadın bədənini örtmək arzusu Nə üçünsə xurafatçıların Quranla bağlı izahları saxta hədislərin də təsiri ilə daima qadını evdə dustaq kimi saxlamaq və ya qadının bədənini örtməklə bağlı olmuşdur. İddia etdikləri ən böyük səbəb isə təhrikedicilik ünsürüdür. Halbuki qadın bədəni kişi üçün nə qədər cazibədardırsa, kişi bədəni də bir qadın üçün eyni şəkildə cazibədardır. Qurana görə iki cins arasında hər hansı bir ayrıseçkilik olmadığına görə, kişilərin təhrik olma qorxusuna görə qadınları örtməyə və ya yox etməyə çalışmalarının da bir məntiqi yoxdur. Əgər problem kişilərin təhrik olmasıdırsa, bu vəziyyətdə kişilərin evdən bayıra çıxmamaları və ya ətrafı görməyəcək şəkildə bir örtük ilə çıxmaları daha məntiqlidir. Öz təhrik olma ehtimallarına görə qadını örtməkdənsə, belə bir riski tamamilə aradan qaldırmalıdırlar. Bu vəziyyət başqa mövzulara da aid edilə bilər. Məsələn, qadının səsi bəziləri tərəfindən təhrikedici olaraq düşünülür və bu səbəbdən danışmasına mane olunursa, eyni şey kişilərə də aid edilməlidir. Əgər qadının səsinə, söylədiyi mahnılara qulaq asılmayacaqsa, eyni şəkildə qadınların da kişi səsindən təhrik ola biləcəyi nəzərə alınaraq bu məhdudiyyətin kişilərə də aid edilməsi lazımdır. Əgər xurafatçı məntiqin saxta qanunlarını doğrular olaraq elan etmək istəyir və bu mövzunu hər kəsə qəbul etdirməyə çalışırlarsa, eyni şeyi kişilərə də tətbiq etmək lazımdır. Lakin əlbəttə ki, İslamda ən doğru olan, Quran məntiqidir və Quranın məntiqində belə bir məhdudiyyət yoxdur. Xurafatçıların qoymağa çalışdığı bu məhdudiyyətlər şübhəsiz ki, azadlığı aradan qaldırmaq məqsədilə qəsdən uydurulmuşdur və bunlar ancaq cəmiyyəti çətinliyə salaraq, özlərinə də, yaşadıqları mühitə də fəlakət gətirə bilər. Qadın və kişi hər mövzuda olduğu kimi, iffət mövzusunda da bərabərdir. Qadına zina haram olduğu kimi, kişiyə də haramdır. Əhzab surəsinin 35-ci ayəsində “iffətlərini qoruyan kişilər və iffətlərini qoruyan qadınlar” ifadəsi ilə açıq şəkildə bildirildiyi kimi, qadın əxlaqlı olmalı, iffətini və namusunu qoruyacağı kimi, kişi də əxlaqlı olmalı, iffətini və namusunu qorumalıdır. Ancaq bunun yolu insanları