Bu kitabda izah edilənlər bu günə qədər bir çox insanı həddindən artıq təəccübləndirən, həyata baxışının tamamilə dəyişməsinə səbəb olan çox əhəmiyyətli və böyük həqiqətdir. Bu həqiqəti belə tərif edə bilərik: "Dünyada yaşadığımız həyatm bir hissəsi olan bütün hadisələr, insanlar, binalar, şəhərlər, avtomobillər, qısaca desək, həyatımız boyu gördüyümüz, tutduğumuz, toxunduğumuz, qoxuladığımız, daddığımız, dinlədiyimiz heç bir şeyin əsli ilə təmasda olmuruq. Biz sadəcə beynimizdə əmələ gələn görüntü və hisslərlə təmasda oluruq".