Share Public Profile
Isiq Jurnali
Milli dəyərlərimizə, irsimizə, zəngin mədəniyyətimizə, tarixi köklərimizə bağlı qalmaqla xalqımıza və dövlətimizə faydalı olmaq amalını davam etdirən fondumuz ənənəyə sadiq qalaraq ədəbi irsimizin daha bir incisini ¬– “İşıq” jurnalını təsis etmişdir. “İşıq-qadın” adı ilə nəşrə başlayan bu jurnalın milli mətbuat tariximizdə ilk qadın mətbu orqanı kimi önəmli bir yeri vardır. Jurnal yüz il əvvəl – 1911-ci il 22 yanvarında nəşrə başlamış və 1912-ci ilə qədər nəşrini davam etdirmişdir. O vaxt cəmi 68 sayı işıq üzü görən “İşıq”ın baş redaktoru maarifpərvər ziyalı Xədicə xanım Əlibəyova, naşiri isə Mustafa bəy Əlibəyov olmuşdur. 2012-ci ilin yanvar ayından etibarən nəfis şəkildə çap edilən “İşıq-qadın” jurnalı ailə tərbiyəsi, qadın problemləri və bir sıra tarixi, mədəni-əxlaqi mövzulardan bəhs edir.“İşıq-qadın” jurnalının təsis edilməsi ictimaiyyət tərəfi