3 sual

Page 1

Әlixan Musayev

ÜÇ SUAL Azerislam.com

Bakı - 2003 1


Tәrcümә vә tәrtib:

Әlixan Musayev

İxtisasçı redaktor:

Mübariz Qarayev Adil Rәcәbov

Bu kitabçada hәr kәsi dünyadan köçdükdәn sonra gözlәyәcәk bәzi hadisәlәrә toxunulur vә ilkin olaraq verilәcәk üç sual barәsindә bәhs edilir.

Azerislam.com

2


Ön söz Hәqiqәtәn, hәmd (şükür vә tәrif) yalnız Allaha mәxsusdur! Biz Ona hәmd edirik, Onu kömәyә çağırırıq, Ondan bağışlanma vә bizi haqq yoluna yönәltmәyi dilәyirik, nәfslәrimizin şәrindәn vә pis әmәllәrimizdәn qorunmaq üçün yalnız Ona pәnah aparırıq. Allah kimә hidayәt versә o, haqq yolunda olar vә kimi dә azdırsa onu haqq yoluna yönәldәn tapılmaz. Mәn şahidlik edirәm ki, Allahdan başqa ilah (ibadәtә haqqı olan mәbud) yoxdur, Onun şәriki yoxdur vә şahidlik edirәm ki, Mәhәmmәd Onun qulu vә elçisidir. «Ey iman gәtirәnlәr! Allahdan lazımınca qorxun vә yalnız müsәlman olduğunuz halda ölün!»1 «Ey insanlar! Sizi tәk bir şәxsdәn [Adәmdәn] xәlq edәn, ondan zövcәsini [Hәvvanı] yaradan vә onlardan da bir çox kişi vә qadınlar törәdәn Rәbbinizdәn qorxun! [Adı ilә] birbirinizdәn [cürbәcür şeylәr] istәdiyiniz Allahdan, hәmçinin qohumluq әlaqәlәrini kәsmәkdәn qorxun! Şübhәsiz ki, Allah sizin üzәrinizdә nәzarәtçidir!»2 «Ey iman gәtirәnlәr! Allahdan qorxun vә doğru söz söylәyin! [Әgәr belә etsәniz, Allah] әmәllәrinizi islah edәr vә günahlarınızı bağışlayar. Hәr kәs Allaha vә Onun elçisinә itaәt etsә, böyük bir sәadәtә [Cәnnәtә] nail olar».3 Әziz hәmvәtәnlәrim, müsәlman bacı vә qardaşlarım! Biz yenә dә Uca Allahın kömәyi ilә dini maariflәndirmә istiqamәtindә fәaliyyәtimizi davam etdiririk. Çünki bu çox şәrәfli vә hәm dә mәsuliyyәtli bir işdir. Hәm dini, hәm dә dünyәvi cәhәtdәn savadlı insanların yaşadığı cәmiyyәtdә problemlәrin 1 2 3

«Ali-İmran» surәsi, 102. «әn-Nisa» surәsi, 1. «әl-Әhzab» surәsi, 70-71.

3


az olması artıq sınaqdan keçmiş bir tәcrübәdir. Şükürlәr olsun ki, bu gün azad Azәrbaycanımızda bu iki istiqamәtdә uğurlu irәlilәyişlәr artıq mövcuddur. Diqqәtinizә çatdıracağımız bu risalә çox mühüm bir mәsәlәni әhatә edir. Belә ki, hәr birimiz yaşayır, inkişaf edir vә sonunda dәyişilmәz nizama tabe olaraq hamı kimi dünyanı tәrk edirik. Lakin ölümdәn sonrakı alәmdә bizi gözlәyәn hadisәlәr barәsindә heç dә hamımız mәlumatlı deyilik. Әlinizdә olan bu risalәyә ,,3 sual” adı verilmәsi sizә qәribә görünmәsin. Bizim hәr birimiz bu 3 sual barәsindә soruşulacağıq. Peyğәmbәrimiz Mәhәmmәd - sәllallahu aleyhi vә sәllәm – sәhabәlәrdәn hәr hansı birini dәfn etdikdәn sonra qәbrinin yanında dayanıb belә deyәrdi: «(Allahdan) Qardaşınızın bağışlanmasını vә onun sabitqәdәm olmasını dilәyin! Çünki indi o sorğu-sual olunur».4 Başqa bir hәdisdә5 isә hәr kәsin öldükdәn sonra: «Rәbbin kimdir?», «Dinin nәdir?» vә «Peyğәmbәrin kimdir?» - deyә sorğu-sual olunacağı vә hәmin suallara cavab verәnin nicat tapacağı, cavab verә bilmәyәnin isә әzaba düçar olacağı xәbәr verilir. Diqqәt edin, bu sualların cavabını әslindә çoxlarımız bilirik vә bu yazıları oxuyan şәxs onlara cavab verә bilәcәyinin dә asan olacağını zәnn edә bilәr. Lakin bu heç dә belә deyildir. Bu suallara dünya hәyatında cavab vermәk asan olsa da öldükdәn sonra onlara yalnız Allahın razı qaldığı şәxslәr cavab verә bilәcәkdir. Uca Allah isә bu üç sualın şәrtlәrindәn irәli gәlәn tәlәblәri yerinә yetirәn bәndәsindәn razı qalır vә ona hәmin suallara cavab vermәkdә kömәklik edir. Әziz hәmvәtәnlәrim, bu risalәnin sәhih mәlumatlar әsasında yazıldığını qeyd etmәk istәrdim. Risalәdә Quran 4 5

«Sünәn Әbu Davud», 2/70; «Әhkamul-Cәnaiz», sәh. 198. «Sünәn Әbu Davud», 2/281; «Әhkamul-Cәnaiz», sәh. 198-202.

4


ayәlәrindәn (Z. Bünyadov vә V. Mәmmәdәliyevin tәrcümәsindәn) vә mötәbәr hәdislәrdәn istifadә edilmişdir. Arzu edirik ki, Uca Allah bu risalәni axıra qәdәr oxumaqda sizә kömәk olsun, xalqımızı, dövlәtimizi vә ümumәn bütün müsәlman dünyasını xәta vә bәlalardan qorusun!

5


Rәhmli, Mәrhәmәtli Allahın adı ilә! Bu kiçik risalәdә toxunacağım mövzu hәr bir bәndә üçün maraqlı vә vacib olan mühüm bir mәsәlәni әhatә edir. Belә ki, bu haqda kifayәt qәdәr mәlumatı olmayan hәr bir şәxs özünün dünya vә axirәt hәyatını puç edә bilәr. Odur ki, risalәnin adına diqqәt yetirin! Burada üç sual dedikdә bәrzәxdә6 soruşulacaq suallar nәzәrdә tutulur. Yәni «Rәbbin kimdir?», «Dinin nәdir?» vә «Peyğәmbәrin kimdir?» - deyә sorğu-sual olunacaqdır. Şübhәsiz ki, hәr kәs bu sualların bәrzәxdә soruşulacağının hәqiqәt olduğunu görәcәkdir. Odur ki, bu haqda düşünmәyә dәyәr. Öz Rәbbini, dinini vә peyğәmbәrini tanıyan şәxs necә dә xoşbәxtdir! Belә ki, Allah onu bu dünyada saleh әmәllәr etmәyә vә bәrzәxdә hәmin üç suala cavab vermәyә müvәffәq edәcәkdir. «Allah iman gәtirәnlәri dünyada da, axirәtdә dә [bәrzәx alәmindә dә] möhkәm bir sözlә [kәlmeyi-şәhadәtlә] sabitqәdәm edәr».7 Axirәtdә isә o әbәdi qalacağı Cәnnәt vә tükәnmәz nemәtlәr içindә olacaqdır. «Hәqiqәtәn, o kimsәlәr ki, iman gәtirib saleh әmәllәr etmişlәr, onlar üçün altından [ağacları dibindәn] çaylar axan Cәnnәtlәr vardır. Böyük uğur budur!»8 Qaldı ki Rәbbini, dinini vә peyğәmbәrini tanımayan vә ya bu üç әsası dili ilә ifadә edib әmәli ilә tәsdiq etmәyәn şәxsә, doğrudan da o ziyana uğramışdır! Belә ki, o hәm bu dünyada, hәm dә bәrzәxdә azğınlıqda olar. 6

Bәndәnin öldükdәn sonra qiyamәtәdәk qalacağı alәm bәrzәx adlanır. «LisanulӘrәb», 3/8. 7 «İbrahim» surәsi, 27. 8 «әl-Buruc» surәsi, 11.

6


«Allah zalimlәri sapdırar. Allah istәdiyini edәr!»9 Qiyamәt günü isә o әbәdi qalacağı Cәhәnnәmdә vә sürәkli әzab içindә olacaqdır. «Hәqiqәtәn, kitab әhlindәn vә müşriklәrdәn küfr etmiş kimsәlәr Cәhәnnәm odunda әbәdi qalacaqlar. Onlar mәxluqların әn pisidirlәr».10 Bütün bunları demәkdә mәqsәdim oxucunu mәyus etmәk yox, әksinә bu hәqiqәtlәr barәsindә onu xәbәrdar etmәkdir. Belә ki, bütün bunlar Allahın dediklәridir vә Onun kәlamı dәyişilmәzdir. «Sәnin Rәbbinin kәlamı doğru vә әdalәtli şәkildә tamam oldu. Onun kәlamlarını dәyişdirә bilәcәk bir kimsә yoxdur. O, [hәr şeyi] Eşidәndir, Bilәndir!»11 Odur ki, bu dünyadakı imtahanların suallarına hazırlaşdığınızdan daha da artıq әzmkarlıqla bәrzәxdә, daha sonra isә haqq-hesab günündә soruşulacaq suallara hazırlaşın! Dünyada ikәn bu suallara cavab vermәk, hamı kimi «Rәbbim Allahdır!» demәk çox asandır. Lakin diqqәtlә nәzәr salsaq görәrik ki, ömrü boyu sözdә Allahı tәsdiq edib әmәldә ona asi olan kәs ölümqabağı hәtta quruluşca sadә bir kәlmәni - şәhadәt kәlmәsini demәyә çәtinlik çәkir, onu demәk ona müyәssәr olmur. Görәsәn ölümqabağı bu kәlmәni deyә bilmәyәn kәsin bәrzәx alәmindә halı necә olacaq? Allah hamımızı bu kәlmәni demәyә müvәffәq etsin! Odur ki, insan onu mәrhәlәlәrlә xәlq edәn, ona ana bәtnindә ruh verәn Rәbbini tanımalı vә Onun buyruqlarını yerinә yetirmәlidir.

9

«İbrahim» surәsi, 27. «әl-Bәyyinә» surәsi, 6. «әl-Әnam» surәsi, 115.

10 11

7


«Bil ki, Allahdan başqa heç bir ilah yoxdur. [Ondan] hәm öz günahlarının, hәm dә mömin kişilәrin vә qadınların [günahlarının] bağışlamasını dilә».12 Keçmişә nәzәr salsaq görәrik ki, insanların böyük әksәriyyәti hәmişә Allahdan qeyri kimәsә, yaxud nәyәsә iman gәtirib ümidlәrini yalnız ona bağlayıblar. Bu hәmişә belә olub vә qiyamәtә qәdәr dә belә günahlar davam edәcәkdir. O insanların bәzilәri bilәrәkdәn, bәzilәri dә elmsizliyi ucbatından Allahdan üz döndәrir. Onlar bu mәsәlәyә ciddi yanaşaraq onu araşdırsalar, yәni ayә vә mötәbәr hәdislәrdәn başqa heç kimә tәqlid13 etmәsәlәr, şübhәsiz ki, haqqı tapmağa nail olarlar vә başa düşәrlәr ki, ibadәt etdiklәri «mәbudların»14 özlәri dә Yaradanın buyruqlarını yerinә yetirir vә Onun iradәsi altındadırlar. Hәqiqәtәn, hәr bir şeyi yaradan Odur! Biz insanlar yalnız Onun izni ilә nәyi isә bir şәkildәn başqa bir şәklә salırıq. Mәsәlәn, dәmirdәn maşın, ağacdan ev avadanlığı, pambıqdan parça, taxıldan un mәmulatı vә s. istehsal edirik. Yaxşı, bәs onda dәmiri, ağacı, taxılı, pambığı vә s. yaradan kimdir? Hәtta «mәni ata-anam yaradıb» ifadәsi belә yanlışdır. Baxmayaraq ki, ata-ana övladın yaranmasında müәyyәn rol oynayan vasitәdir, lakin etiraf etmәliyik ki, onu ana bәtnindә mәrhәlәlәrlә xәlq edәn dә, ona ruh verәn dә yalnız buna qadir olan Allahdır. «O sizi müxtәlif mәrhәlәlәrdәn [keçirәrәk] yaratmışdır».15 Nә qәdәr övlad arzusunda olan ailәlәr vardır ki, buna nail olmamışlar! Әlbәttә, «O, istәdiyini xәlq edir. İstәdiyinә [ancaq] qızlar, istәdiyinә dә [ancaq] oğlanlar verir. Yaxud onlara hәr ikisindәn - hәm oğlan, hәm dә qız 12

«Mәhәmmәd» surәsi, 19. Nümunә götürmәk. 14 Bütlәr, fal oxları, ağaclar vә s. 15 «Nuh» surәsi, 14. 13

8


verir, istәdiyini dә sonsuz [övladsız] edir. O, [hәr şeyi] bilәn, [hәr şeyә] qadirdir!»16 Hәm dә yaradılanların hamısının yemәk-içmәyә möhtac vә ölümә mәhkum olması, baş verәn hәr hansı bir müsibәti dәf etmәyә qadir olmamaları onların özlәrinin dә kimәsә möhtac olduğunu göstәrir. Bütlәrin üzәrinә murdar bir şeyin [quş nәcisinin vә s.] düşmәsi vә bu bütlәrin hәmin murdar şeydәn özlәrini sadәcә olaraq qoruya bilmәmәyi onların ilahi sifәtlәrdәn uzaq olduqlarını göstәrir. Allah isә pak vә müqәddәsdir, qüvvәt vә qüdrәt sahibidir vә heç nәyә möhtac deyildir. Elә isә gәlin elә bir mәbuda iman gәtirәk ki, O yaratsın vә mәhv etsin Özü isә ölmәz, әbәdi vә әzәli olsun, O әmr versin, Özünә isә әmr olunmasın, hәr kәs Ona möhtac olsun, Özü isә heç nәyә möhtac olmasın. Odur ki, hәr bir bәndәyә sual verirәm – bütün mәxluqatı yoxdan yaradan kimdir? Yaxud bәrzәx alәmindә verilәcәk ilkin sual olaraq…

Rәbbin kimdir? Bu sualın yalnız bir cavabı var – «Allah!» Bu cavabı Onun Öz kәlamı ilә dә әsaslandırmaq olar. Uca Allah buyurur: «And olsun ki, әgәr onlardan özlәrini kimin yaratdığını soruşsan, mütlәq: «Allah!» - deyә cavab verәcәklәr! Elә isә [haqdan] necә dönürlәr?»17 Bununla belә onu da qeyd etmәk lazımdır ki, hәr kәs «Rәbbim Allahdır!» deyib Onun buyruqlarını yerinә yetirmәsә, öz dediyini tәsdiq etmiş hesab olunmur. Tәqribi müqayisә etmәk üçün: «ata-anam filankәsdir, mәn onları çox sevirәm» deyәn vә sonra da valideynlәrinin 16 17

«әş-Şura» surәsi, 49,50. «әz-Zuxruf» surәsi, 87.

9


qayğısına qalmayan şәxsә baxmaq kifayәtdir. Belә ki, hәqiqi mömin o şәxsdir ki, Rәbbini tanıdıqdan sonra Ona itaәt etsin. Uca Allah belә şәxslәr barәsindә buyurur: «Şübhәsiz ki: «Rәbbimiz Allahdır!» - deyәn, sonra da [sözündә] düz olan kәslәrә [ölüm ayağında] mәlәklәr nazil olub [belә deyәcәklәr]: «Qorxmayın vә kәdәrlәnmәyin! Sizә vәd olunan Cәnnәtlә sevinin!»»18 Ayә açıq-aydın göstәrir ki, tәkcә «Rәbbim Allahdır» demәk kifayәt deyil, mütlәq olaraq qәbul edilәn Rәbbin buyruqlarını da yerinә yetirmәk lazımdır. Bu xüsusda Peyğәmbәrin - sәllallahu aleyhi vә sәllәm - әmisi oğlu Abdullah İbn Abbas (r.a) bu ayәni izah edәrkәn demişdir: «Düz olan kәslәr» Allahın vacib buyurduğu әmәllәri yerinә yetirәn şәxslәrdir.19 Odur ki, Uca Allah insanlar Onu tanısınlar deyә hәr zaman onlara peyğәmbәrlәr göndәrmişdir. Bu peyğәmbәrlәrin hәr birinin başlıca vәzifәsi insanları tәk Allaha ibadәt etmәyә dәvәt etmәk vә Ona şәrik qoşmaqdan çәkindirmәk olmuşdur. Tәәssüf ki, insanların bir qismi Allaha vә Onun elçilәrinә itaәt etmәkdәn boyun qaçırmış vә belәliklә dә haqq yolundan azmışlar. Onlar barәsindә Uca Allah belә buyurur: «Biz hәr ümmәtә: «Allaha ibadәt edin, Tağutdan [Allahdan qeyri ibadәt olunan hәr bir şeydәn] çәkinin!» - deyә peyğәmbәr göndәrmişdik. Onların bir qismini Allah doğru yola yönәltmiş, bir qismi isә [Allahın әzәli elmi ilә] haqq yoldan azmalı olmuşdur. [Ey müşriklәr] Yer üzündә dolaşıb görün ki, [peyğәmbәrlәri] yalançı hesab edәnlәrin axırı necә oldu!»20

18 19 20

«Fussilәt» surәsi, 30. «Camiul-Bәyan», 24/115. «әn-Nәhl» surәsi, 36.

10


Ayәdәn görünür ki, hәr bir ümmәtdәn peyğәmbәrlәrә iman gәtirәn vә gәtirmәyәn kәslәr olmuşdur. Hәtta elә peyğәmbәr olmuşdur ki, ümmәtindәn heç bir kәs ona iman gәtirmәmişdir. İbn Abbasın (r.a) rәvayәt etdiyi hәdisdә Peyğәmbәr - sәllallahu aleyhi vә sәllәm - demişdir: «Ümmәtlәr mәnә göstәrildi. Mәn (on nәfәrdәn az) bir toplum ilә birgә olan peyğәmbәr, bir vә iki kişi ilә birgә olan peyğәmbәr vә yanında bir kәs olmayan peyğәmbәr gördüm. Birdәn (uzaqda) çox sayda insan toplusu göründü vә mәn elә güman etdim ki, bu mәnim ümmәtimdir. Mәnә: «Bu, Musa - aleyhissәlam - vә onun qövmüdür!» - deyildi. Mәn nәzәr salıb (başqa bir) çox sayda insan toplusu gördükdә mәnә deyildi: «Bu sәnin ümmәtindir! Onlardan yetmiş mini haqq-hesabsız vә cәzasız Cәnnәtә daxil olacaq…»21 Haqq-hesab olunacaq vә cәzalandırılacaq kәslәrә gәlincә, onlar Allaha şәrik qoşan vә s. günahlar edәn kәslәrdir. Uca Allah bu günahkar kәslәrdәn istәdiyini bağışlayacaq istәdiyini dә müvәqqәti olaraq cәzalandıracaqdır. Qaldı ki bilәrәkdәn Allaha şәrik qoşan vә tövbә etmәdәn ölüb gedәn bәndәlәrә, Allah onları heç vaxt bağışlamayacaq vә әbәdi Cәhәnnәm әzabına düçar edәcәkdir. «Allah Ona şәrik qoşmağı әsla bağışlamaz. Bundan başqa olan günahları isә istәdiyi şәxsә bağışlar. Allaha şәrik qoşan şәxs, şübhәsiz ki, [haqq yoldan] çox azmışdır».22 «Şübhәsiz ki: «Allah Mәryәm oğlu Mәsihdir!» - deyәnlәr kafir oldular. Halbuki Mәsih [İsa] belә demişdir: «Ey İsrail oğulları! Mәnim dә, sizin dә Rәbbiniz olan Allaha ibadәt edin! Allaha şәrik qoşana Allah, şübhәsiz ki, Cәnnәti ha-

21 22

«Sәhihul-Buxari», 5705, 5752; «Sәhih Muslim», 526. «әn-Nisa» surәsi, 116.

11


ram edәr. Onun düşәcәyi yer Cәhәnnәmdir. Zalimlәrin heç bir kömәkçisi yoxdur!»23 Muaz ibn Cәbәl (r.a) rәvayәt edir ki, mәn Peyğәmbәrlә sәllallahu aleyhi vә sәllәm - birgә onun uzunqulağının tәrkindә olarkәn o mәnә dedi: «Ey Muaz! Bilirsәnmi Allahın bәndәlәr üzәrindә vә bәndәlәrin dә Allah üzәrindә olan haqqı nәdir?» Mәn dedim: «Allah vә rәsulu daha yaxşı bilir!» O dedi: «Allahın bәndәlәr üzәrindә olan haqqı Ona ibadәt edib heç bir şeyi Ona şәrik qoşmamaları, bәndәlәrin Allah üzәrindә olan haqqı isә Ona şәrik qoşmayana әzab vermәmәsidir!» Mәn dedim: «Ey Allahın elçisi, insanları bu şad xәbәrlә müjdәlәyimmi?» O dedi: «Xәbәr vermә ki, arxayınlaşmasınlar!»24 Yuxarıdakı ayә vә hәdislәrdәn aydın olur ki, hәr bir bәndәyә Rәbbinә ibadәt etmәk vә ona şәrik qoşmamaq vacibdir. Odur ki, hәr bir müsәlman, bütün peyğәmbәrlәrin mәramı olan: «Allaha ibadәt edin, Tağutdan çәkinin!» ifadәsinin mәnasını dәrk etmәlidir. Belә ki, «Allahın sevdiyi vә razı qaldığı, gizlindә vә aşkarda olan sözlәri vә әmәllәri әhatә edәn hәr bir şey ibadәt adlanır».25 Göründüyü kimi ibadәt deyildikdә yalnız namaz qılmaq nәzәrdә tutulmur. Әksinә, bu kәlmә Allahın buyruqlarının hamısına şamil edilir. Demәli, dua etmәk, qurban kәsmәk, nәzir vermәk, tәvәkkül etmәk, ümid bәslәmәk, kömәk dilәmәk vә s. bu kimi ibadәtlәr yalnız Allahın rizasını qazanmaq üçün yerinә yetirilmәlidir. Uca Allah bu xüsusda bir çox ayәlәr nazil etmişdir: «Әgәr siz onları çağırsanız [dua etsәniz], onlar sizin çağırışınızı eşitmәzlәr; eşitsәlәr dә cavab verә bilmәzlәr. Özlәri dә

23 24 25

«әl-Maidә» surәsi, 72. «Sәhihul-Buxari», 128; «Sәhih Muslim», 30. «Mәcmuul-Fәtavә», 10/149.

12


qiyamәt günü sizin [onları Allaha] şәrik qoşduğunuzu danacaqlar…»26 «Haqq dәvәti yalnız Onadır. Ondan başqa çağırdıqları isә heç bir şeylә onlara cavab vermirlәr».27 «Şübhәsiz ki, [bütün] mәscidlәr Allaha mәxsusdur. Allahdan başqa heç kәsә ibadәt etmәyin!»28 «Sizin Allahdan başqa tapındıqlarınız isә nә sizә, nә dә özlәrinә bir kömәklik edә bilәr!»29 «Biz yalnız Sәnә ibadәt edirik vә yalnız Sәndәn kömәk dilәyirik!»30 «Rәbbin üçün namaz qıl vә qurban kәs!»31 «Әgәr möminsinizsә, Allaha tәvәkkül edin!»32 «Kim Allaha tәvәkkül etsә, [Allah] ona kifayәt edәr…»33 Yuxarıdakı ayәlәrdәn görünür ki, ibadәtlәr birbaşa Allah üçün olmalıdır. Burada ibadәtin qәbul olunması üçün Allah ilә bәndә arasında dәlil-sübutsuz vasitә tutmağın özü dә şәriәtә ziddir. Uca Allah buyurur: «Bil ki, xalis din [sırf ibadәt, tәmiz itaәt] ancaq Allaha mәxsusdur. Allahı qoyub başqalarını özlәrinә dost tutanlar: «Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadәt edirik!» [- deyirlәr]. Şübhәsiz ki, Allah ixtilafda olduqları mәsәlәlәr barәsindә [Qiyamәt günü] onların arasında hökm edәcәkdir. Allah yalançı, nankor olan kimsәni doğru yola müvәffәq etmәz!»34

26

«Fatir» surәsi, 14. «әr-Rәd» surәsi, 14. 28 «әl-Cinn» surәsi, 18. 29 «әl-Әraf» surәsi, 197. 30 «әl-Fatihә» surәsi, 5. 31 «әl-Kovsәr » surәsi, 2. 32 «әl-Maidә» surәsi, 23. 33 «әt-Talaq» surәsi, 3. 34 «әz-Zumәr» surәsi, 3. 27

13


«Hәqiqәtәn, Allahdan savayı çağırdıqlarınız [tapındıqlarınız] sizin kimi bәndәlәrdir. Әgәr haqlısınızsa, haydı, çağırın onları, sizә cavab versinlәr».35 Tağuta gәlincә, onun da özünәmәxsus tәrifi vardır: «Bәndәnin ya ibadәt etdiyindә, ya ardınca getdiyindә, ya da itaәt etdiyindә hәddini aşdığı hәr bir şey Tağut adlanır»36 Belә ki, Şeytan vә onun havadarları Tağut sayılır. Onlar bәndәlәri Allahın haqq yolundan uzaqlaşdıraraq özlәrinә ibadәt etmәyә, onların ardınca getmәyә vә yalnız onlara itaәt etmәyә sövq edirlәr. Uca Allah onlar barәsindә belә xәbәr verir: «Onlar Allahı qoyub alimlәrini vә rahiblәrini, Mәryәm oğlu Mәsihi [İsanı] özlәrinә rәblәr etdilәr. Halbuki onlara ancaq bir olan Allaha ibadәt etmәk әmr olunmuşdur. Ondan başqa heç bir İlah yoxdur. Allah müşriklәrin Ona şәrik qoşduqları şәriklәrdәn uzaqdır!»37 «Onlara: «Allahın nazil etdiyinә [Qurana] tabe olun!» deyildikdә, onlar: «Xeyr, biz atalarımızın getdiyi yola [ibadәt etdiyi dinә] tabe olacağıq!» - deyә cavab verәrlәr. Bәs Şeytan onları cәhәnnәm odunun әzabına çağırırsa necә? [Yenidәmi hәmin yolla gedәcәklәr?] Kim yaxşı әmәl sahibi olub özünü [sәmimi-qәlbdәn] Allaha tәslim edәrsә, o artıq әn möhkәm ipdәn [Qurandan, imandan] yapışmış olur. Bütün işlәrin axırı Allaha gәlib çıxacaqdır!»38 «Musanın әhvalatı sәnә gәlib çatdımı? O zaman ki, Rәbbi onu müqәddәs Tuva vadisindә çağırıb demişdir: «Fironun yanına get, hәqiqәtәn o, hәddini aşmışdır! Vә de ki: «[Günahlardan] tәmizlәnmәk istәyirsәnmi? Sәni Rәbbinә 35

«әl-Әraf» surәsi, 194. «İ'lamul-Müvәqqiin», 1/50. 37 «әt-Tövbә» surәsi, 31. 38 «Loğman» surәsi, 21,22. 36

14


tәrәf [Ona ibadәt etmәyә] yönәldimmi ki, sәn [Ondan] qorxasan?» [Musa Allahın dediklәrini Firona çatdırdıqdan sonra] ona әn böyük möcüzәni göstәrdi. O isә [haqqı] tәkzib edib asi oldu. Sonra da üz çevirib [fitnә-fәsad törәtmәyә] sәy göstәrdi. O [camaatı] toplayıb [onları] uca sәslә çağırdı vә dedi: «Sizin әn uca rәbbiniz mәnәm!» Allah da onu axirәt vә dünya әzabına düçar etdi. Hәqiqәtәn, bunda [Allahdan] qorxan bәndәlәr üçün ibrәt vardır».39 Yuxarıda qeyd olunan ayәdә nәsranilәrin Mәryәm oğlu İsanı özlәrinә tanrı etmәlәri heç dә onun Tağut olmasına dәlalәt etmir. Belә ki, İsa - aleyhissәlam - Allaha şәrik qoşmağın әleyhinә olmuş vә qövmünü dә bundan çәkindirmişdir. Odur ki, Uca Allah onun saf etiqadda olduğunu insanlara izah edib demişdir: «[Ya Mәhәmmәd!] Xatırla ki, o zaman [qiyamәt günü] Allah belә buyuracaq: «Ya Mәryәm oğlu İsa! Sәnmi insanlara: «Allahla yanaşı mәni vә anamı da özünüzә ilah bilin!» - demişdin? İsa cavabında deyәcәk: «Sәn pak vә müqәddәssәn! Haqqım çatmayan bir şeyi demәk mәnә yaraşmaz. Әgәr mәn bunu demiş olsaydım, Sәn onu mütlәq bilәrdin. Sәn mәnim ürәyimdә olan hәr bir şeyi bilirsәn, mәn isә Sәnin zatında olanı bilmirәm. Şübhәsiz ki, qeyblәri bilәn ancaq Sәnsәn! Mәn onlara yalnız Sәnin mәnә etdiyin әmri çatdırıb belә demişәm: «Mәnim dә, sizin dә Rәbbiniz olan Allaha ibadәt edin! Nә qәdәr ki, onların arasında idim, onlara şahid mәn idim [onları belә nalayiq hәrәkәtlәr etmәyә qoymurdum]. Sәn ömrümü tamam etdikdәn [vә Öz dәrgahına qaldırdıqdan] sonra onlara nәzarәtçi Özün oldun. Yalnız Sәn hәr şeyә şahidsәn!»40

39 40

«әn-Naziat» surәsi, 15-26. «әl-Maidә» surәsi, 116,117.

15


Artıq bizә mәlum oldu ki, Rәbbimiz hәr şeyi yaradan vә idarә edәn, qüdrәt vә qüvvәt sahibi olan, heç nәyә vә heç kәsә möhtac olmayan, pak vә müqәddәs olan Uca Allahdır. Şübhәsiz ki, O, hәr bir mәxluqu Öz hikmәti ilә yaratmış vә bundan sonra da yaradacaqdır. Elә isә gәlin ilk әvvәl yaradılışımızın hikmәti barәdә düşünәk. Heç ola bilәrmi ki, bu hәyatda yaşamağın mәqsәdi ancaq yemәk-içmәk, yatmaq vә şәhvәti ödәmәk olsun, xeyirxah insanlar mükafatsız, zalim insanlar da cәzasız qalsın? Bilin ki, Uca Allah bizi әbәs yerә yaratmayıb vә şübhәsiz ki, hamımız Onun hüzuruna qaytarılacağıq. Allahın hüzuruna qaytarılacaqlarına inanmayan günahkar kәslәrә isә belә deyilәcәkdir: «Yoxsa sizi әbәs yerә yaratdığımızı vә [qiyamәt günü dirilib haqq-hesab üçün] hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?»41 Bu cür qınanılan aqibәtә mәruz qalan kәslәrdәn olmamağı arzulayan hәr bir kәs indidәn yaxşı-yaxşı düşünmәli vә Allahın mәhәbbәtini qazanmaq üçün әlindәn gәlәni әsirgәmәmәlidir. Vay o kәslәrin halına ki, onlar Allahı, Allah da onları unutmuşdur. Elә isә Allahı xatırlayın ki, O da sizi yada salsın! Allahı yalnız müsibәt gәldikdә xatırlayan kәslәrdәn olmayın. Onlar barәsindә Uca Allah belә buyurur: «Sizә dәnizdә bir çәtinlik [batmaq tәhlükәsi] üz verdiyi zaman [Allahdan] qeyri ibadәt etdiyiniz bütlәr qeyb olar. Lakin O sizi xilas edib quruya çıxartdıqda [itaәtindәn] üz döndәrirsiniz. İnsan nankordur! Mәgәr [Allahın] quruda sizi yerә batırmayacağına, yaxud [göydәn] başınıza daş yağdırmayacağına әminsinizmi?! Sonra heç sizi qoruyan da tapılmaz. Yoxsa [Allahın] bir dә sizi dәnizә qaytarmayacağına, şiddәtli bir fırtına göndәrib sizi batırmayacağına arxayınsınız? Sonra sizdәn ötrü Bizdәn intiqam alacaq bir kәs dә 41

«әl-Muminun» sürәsi, 115.

16


tapa bilmәzsiniz».42 Ayәdәn görünür ki, müsibәt baş verdikdә insanlar ibadәt etdiklәri Tağutlardan üz döndәrib yalnız Allaha sığınırlar, Ondan kömәk dilәyirlәr. Tәhlükә sovuşduqdan sonra isә onlarla bәrabәr hәmin tәhlükәyә mәruz qalmış Tağutlara qurban, nәzir vә s. verirlәr. Әgәr bu Tağutlar ilahi qüvvәyә malikdirlәrsә onda nә üçün hәr hansı bir müsibәtә düçar olmalı vә hamı kimi Allahın iradәsi altında qalmalıdırlar? Baxın görün Allah onların aciz olduğuna dair necә gözәl misal çәkir: «Ey insanlar! Bir mәsәl çәkildi, ona qulaq asın! Şübhәsiz ki, Allahdan qeyri ibadәt etdiyiniz bütlәr heç bir milçәk dә yarada bilmәzlәr – lap hamısı bunun üçün bir yerә yığışsa belә! Әgәr milçәk onlardan [bütlәrin üstündә olanlardan] bir şey götürüb aparsa, onu milçәkdәn geri ala bilmәzlәr. İstәyәn dә aciz, istәnilәn dә! [Bütlәr dә aciz, milçәk dә, yaxud bütlәrә ibadәt edәn dә aciz, ibadәt edilәn bütlәr dә!]»43 Uca Allah bütün günahları insanlara başa salmaq, haqqı onlara bildirmәk üçün vahid olan bir din göndәrmişdir. O din ki, insanları tәk olan Allaha ibadәt etmәyә vә Tağutdan çәkinmәyә çağırır. Odur ki, belә bir din haqda mәlumatı olmayan hәr kәsә bәrzәx hәyatından fәrqli olaraq istәdiyi cavabı verә bilәcәk bir mәkanda vә zamanda sual verirәm…

Dinin nәdir? Tәbii ki, biz bu suala müxtәlif cür cavablar ala bilәrik, lakin onlardan doğru olanı yalnız Allahın buyurduğudur. Uca Allah hәr zaman insanlara elçilәr göndәrmişdir ki, onları tәhrif 42 43

«әl-İsra» surәsi, 67-69. «әl-Hәcc» surәsi, 73.

17


olunmuş «dinlәrdәn» Onun haqq olan dininә qaytarsın. Elә isә gәlin baxaq görәk Rәbbimiz әn hörmәtli elçilәri barәsindә nә deyir: «[Bir zamanlar Nuh - aleyhissәlam - belә demişdir]: Mәnә müsәlmanlardan olmaq әmr edilmişdir!»44 «Rәbbi İbrahimә: «[Әmrimә] tәslim ol!» - dedikdә, o: «Alәmlәrin Rәbbinә tәslim oldum [müsәlman oldum]!» deyә cavab vermişdi. İbrahim vә [sonra da] Yәqub bunu [müsәlman olmağı] öz oğlanlarına vәsiyyәt edib [hәr biri dedi]: «Ey oğlanlarım, hәqiqәtәn, Allah sizin üçün [belә bir] din [islam dini] seçdi, siz dә ancaq müsәlman olaraq ölmәlisiniz!»».45 «Musa dedi: «Ey qövmüm! Әgәr Allaha iman gәtirmisinizsә vә müsәlman olmusunuzsa, Ona tәvәkkül edin!»46 «Xatırla ki, o zaman hәvarilәrә [İsanın - aleyhissәlam - on iki әshabәsinә] : «Mәnә vә peyğәmbәrimә iman gәtirin!» - deyә tәlqin etdim. Onlar isә: «Biz iman gәtirdik vә şahid ol ki, biz müsәlmanlardanıq» - dedilәr».47 Bu ayәlәrdә xüsusi şәkildә qeyd olunan müsәlman kәlmәsinin hәmin elçilәrin şәriәt qayda-qanunlarına heç bir aidiyyatı yoxdur. Bütün peyğәmbәrlәrin etiqadlarının eyni olmasına baxmayaraq, Allah onların hәr birinә özünәmәxsus şәriәt qanunları tәyin etmişdir. Bu fikri tәsdiqlәmәk üçün Uca Allahın bu kәlamı yetәr: «Sizin hәr biriniz üçün bir şәriәt vә bir yol tәyin etdik. Әgәr Allah istәsәydi, sizi [eyni şәriәtә tabe] vahid bir ümmәt edәrdi. Lakin [bu müxtәliflik] Allahın verdiklәri ilә sizi imtahan etmәsi üçündür».48 44

«Yunus» surәsi, 72. «әl-Bәqәrә» surәsi, 131,132. 46 «Yunus» surәsi, 84. 47 «әl-Maidә» surәsi, 111. 48 «әl-Maidә» surәsi, 48. 45

18


İslam kәlmәsinin mәnasına gәlincә, bu tövhidlә49 Allaha tәslim olmaq, itaәtlә Ona tabe olmaq, şirkdәn vә şirk әhlindәn uzaq olmaq demәkdir. Odur ki, Uca Allah buyurur: «Allah yanında [haqq olan] din, әlbәttә, islamdır».50 «Kim islamdan başqa bir din ardınca gedәrsә, [o din] heç vaxt ondan qәbul olunmaz vә o şәxs axirәtdә zәrәr çәkәnlәrdәn olar!»51 İslam dininin üç mәrhәlәsi vardır: islam, iman vә ehsan. Bunlardan hәr birinin özünәmәxsus әsasları vardır. Belә ki, islam beş әsasdan - şәhadәt gәtirmәk, namaz qılmaq, zәkat vermәk, oruc tutmaq vә hәccә getmәkdәn ibarәtdir. İbn Ömәrin (r.a) rәvayәt etdiyi hәdisdә Peyğәmbәrimiz - sәllallahu aleyhi vә sәllәm - belә buyurur: «İslam beş (dayaq) üzәrindә qurulmuşdur: «Allahdan başqa (ibadәtә layiq olan) ilahın olmamasına vә Mәhәmmәdin Onun qulu vә elçisi olduğuna şәhadәt gәtirmәk, namazı yerinә yetirmәk, zәkat vermәk, evi (Kәbәni) ziyarәt etmәk vә Ramazan orucunu tutmaq!»52 Hәdisdә sadalanan bu beş әsası aşağıdakı ayәlәrlә dә sübuta yetirmәk olar. Uca Allah buyurur: «Allah Özündәn başqa heç bir tanrı olmadığına şahiddir. Mәlәklәr vә elm sahiblәri dә haqqa-әdalәtә boyun qoyaraq O qüvvәt vә hikmәt sahibindәn başqa ibadәtә layiq heç bir varlıq olmadığına şәhadәt verdilәr»53 «Mәhәmmәd aranızdakı kişilәrdәn heç birinin atası deyildir. Lakin o, Allahın Rәsulu [elçisi] vә peyğәmbәrlәrin sonuncusudur. Allah hәr şeyi bilәndir»54

49

Tövhid yalnız Allaha ibadәt etmәk demәkdir. «Ali-İmran» surәsi, 19. «Ali-İmran» surәsi, 85. 52 «Sәhihul-Buxari», 8; «Sәhih-Muslim», 16. 53 «Ali-İmran» surәsi, 18. 54 «әl-Әhzab» surәsi, 40. 50 51

19


«Halbuki onlara әmr edilmişdi ki, Allaha – dini yalnız Ona mәxsus edәrәk, digәr bütün dinlәrdәn islama dönәrәk – ibadәt etsinlәr, namaz qılıb, zәkat versinlәr. Doğru-düzgün din budur»55 «Onun yoluna [әrzaq, minik, sağlamlıq vә tәhlükәsizlik baxımından] gücü çatan hәr bir kәsin hәccә gedib o evi [müqәddәs Kәbәni] ziyarәt etmәsi insanların Allah qarşısında borcudur. Kim bunu inkar edәrsә [özünә zülm etmiş olar]. Әlbәttә, Allah alәmlәrә [heç kәsә] möhtac deyildir!»56 «Ey iman gәtirәnlәr! Oruc tutmaq sizdәn әvvәlki ümmәtlәrә vacib olduğu kimi, sizә dә vacib edildi. Bәlkә, [bunun vasitәsilә] siz pis әmәllәrdәn çәkinәsiniz»57 Yuxarıda qeyd olunanlardan aydın oldu ki, Allahın buyruqlarının әn әsası beşdir. Biz bütün bunlara diqqәtlә nәzәr salsaq görәrik ki, Uca Allahın vacib buyurduğu bu beş әsası yerinә yetirmәk çәtin deyildir. O ki qalsın Onun digәr buyruqlarına… - hәr bir insan «Әşhәdu әn lә ilahә illәllah vә әşhәdu әnnә Muhәmmәdәn rasulullah»58 kәlmәsini demәklә müsәlman olur. - hәr bir müsәlman gün әrzindә ixtiyarına verilmiş iyirmi dörd saatın yalnız bircә saatını beş vaxt namaz qılmağa sәrf edir. Qalan iyirmi üç saatını isә yeyir, yatır, işlәyir vә s. işlәrlә mәşğul olur. - hәr bir müsәlman il әrzindә Allahın ona verdiyi bol ruzilәrdәn istәdiyi qәdәr istifadә edir vә yalnız ilin tamamında mövcud olan mal-dövlәtinin, qızıl-gümüşünün qırxda bir 55

«әl-Bәyyinә» surәsi, 5. «Ali-İmran» surәsi, 97. 57 «әl-Bәqәrә» surәsi, 183. 58 Tәrcümәsi: Mәn şahidlik edirәm ki, Allahdan başqa (ibadәtә layiq olan) mәbud (ilah) yoxdur vә şahidlik edirәm ki, Mәhәmmәd Onun elçisidir. 56

20


hissәsini zәkat verir. Bu da yalnız imkanlı olan şәxslәrә vacibdir. - hәr bir imkanlı müsәlmana ömrü boyu yalnız bircә dәfә hәcc ziyarәti etmәk vacibdir ki, bu da az bir vaxt aparır. - hәr bir müsәlman on iki ay yeyib-içir vә yalnız bircә ay Ramazan ayı oruc tutur. Bu ayda da o ancaq gündüzlәr oruc tutur. Gecәlәr isә yenә yeyib-içmәyinә davam edir. Gördüyünüz kimi bütün bu sadaladıqlarım çox asanlıqla yerinә yetirilәn әmәllәrdir. Bütün bunları bizim üçün asanlaşdıran Uca Allah belә buyurur: «Allah sizin üçün ağırlıq deyil yüngüllük istәr…»59 Elә isә qoy bu qәdәr asanlaşdırılan bir dinin vacibatlarını yerinә yetirmәyәn insanlar Rәbbinin qarşısında nә cavab verәcәklәri barәdә düşünsünlәr. Qiyamәt günü «mәni başa salan olmayıb», «bunları etmәyә mәnim vaxtım olmayıb», «mәni aldadıblar» vә s. bu kimi bәhanәlәr qәbul olunmayacaq. İslamın ikinci mәrhәlәsi Allahın vә peyğәmbәrinin dediklәrinә iman gәtirmәkdir. Ömәrin (r.a) rәvayәt etdiyi hәdisdә Peyğәmbәrimiz - sәllallahu aleyhi vә sәllәm - iman barәsindә ondan soruşan Cәbrailә (a.s)60 belә demişdir: «Allaha, Onun mәlәklәrinә, kitablarına, elçilәrinә, Axirәt gününә iman gәtirmәlisәn, (hәmçinin) xeyir vә şәrin qәdәrinin (Allah tәrәfindәn) tәyin olmasına da iman gәtirmәlisәn!»61 Hәdisdә sadalanan bu altı әsası aşağıdakı ayәlәrlә dә sübuta yetirmәk olar. Uca Allah buyurur: «Yaxşı әmәl heç dә [ibadәt vaxtı] üzünüzü günçıxana vә günbatana tәrәf çevirmәkdәn ibarәt deyildir. Yaxşı әmәl sahibi әslindә Allaha, axirәt

59 60 61

«әl-Bәqәrә» surәsi, 185. Cәbrail (a.s) peyğәmbәrlәrә vәhy gәtirәn mәlәkdir. «Sәhihul-Buxari», 8; «Sәhih-Muslim», 16.

21


gününә, mәlәklәrә, kitaba [Allahın nazil etdiyi bütün ilahi kitablara] vә peyğәmbәrlәrә inanandır» 62 «Şübhәsiz ki, biz hәr şeyi müәyyәn ölçüdә [lazım olduğu qәdәr] yaratdıq»63 Qeyd etmәk lazımdır ki, imanın şöbәlәri bu altı әsasla mәhdudlaşmır. Belә ki, bunlar da daxil olmaqla onun altmışdan çox şöbәsi bizә mәlumdur. Әbu Hüreyrәdәn (r.a) rәvayәt olunan hәdisdә Peyğәmbәr sәllallahu aleyhi vә sәllәm - demişdir: «İman altmış vә bir neçә şöbәdәn ibarәtdir, hәya da imanın şöbәsindәndir».64 Başqa bir hәdisdә isә: «İman yetmiş vә bir neçә şöbәdәn ibarәtdir…»65 lәfzi ilә rәvayәt olunmuşdur. Bu hәdisә aydınlıq gәtirәn Әhmәd ibn Hәcәr әl-Әsqәlani belә demişdir: «İmanın bu şöbәlәri üç qismә bölünür. Bunlardan bir qismi qәlb, bir qismi dil, bir qismi dә bәdәn üzvlәri ilә, icra edilәn әmәllәrlә әlaqәlidir. Qәlb ilә icra edilәn әmәllәrә etiqadları vә niyyәtlәri misal çәkmәk olar ki, bunların da sayı iyirmi dörddür: 1 - 6 - Allaha, Onun mәlәklәrinә, nazil etdiyi kitablara, göndәrdiyi elçilәrә, Axirәt gününә, xeyir vә şәrin qәdәrinin Allahdan olmasına iman gәtirmәk; 7 - Allahı sevmәk; 8 - Allah xatirinә sevmәk vә qәzәblәnmәk; 9 - Mәhәmmәd Peyğәmbәri (s.ә.s) sevmәk vә onun çox hörmәtli olduğuna etiqad etmәk; 10 - İxlaslı olmaq (sәmimi qәlbdәn Allaha ibadәt etmәk, nifaqdan vә riyakarlıqdan uzaq olmaq) ; 11 - Tövbә etmәk; 62

«әl-Bәqәrә» surәsi, 177. «әl-Qәmәr» surәsi, 49. 64 «Sәhihul-Buxari», 9. 65 «Sәhih-Muslim», 151. 63

22


12 - Qorxmaq (yәni yalnız Allahdan qorxmaq) ; 13 - (Allahın rәhmәtinә) ümid etmәk ; 14 - Şükür etmәk; 15 - Vәfalı olmaq; 16 - Sәbir etmәk; 17 - Qәza vә Qәdәrdәn razı qalmaq; 18 - Tәvәkkül etmәk (yalnız Allaha arxayın olmaq) ; 19 - Rәhmli olmaq; 20 - Tәvazökar olmaq; 21 - Tәkәbbürlü vә özündәn razı olmamaq; 22 - Hәsәd, paxıllıq etmәmәk; 23 - Kin saxlamamaq; 24 - Qәzәblәnmәmәk. - Dil ilә icra edilәn әmәllәrә aid olan imanın şöbәsi isә yeddidir: 1 - Tövhid kәlmәsini «Lә ilahә illәllah Muhәmmәdәn rәsulullah» tәlәffüz etmәk; 2 - Quran oxumaq; 3 - Elm öyrәnmәk; 4 - Elm öyrәtmәk; 5 - Dua etmәk; 6 - Zikr etmәk; 7 - Faydasız sözlәrdәn uzaq olmaq. - Bәdәn üzvlәri ilә icra edilәn әmәllәrә aid olan imanın şöbәsi isә otuz sәkkizdir: 1 - Zahiri vә daxili tәmizlik; 2 - Övrәt yerini örtmәk;

23


3 - Fәrz vә nafilә 66 namazlarını qılmaq; 4 - Fәrz vә nafilә zәkatını vermәk; 5 - Qul azad etmәk; 6 - Yaxşılıq etmәk, qonaqpәrvәr olmaq; 7 - Fәrz vә nafilә orucunu tutmaq; 8 - Hәcc vә Ümrә 67 ziyarәti etmәk; 9 - Kәbәnin әtrafında tәvaf etmәk; 10 - Etikaf etmәk (Ramazan ayının axır on gününü mәsciddә qalmaq) ; 11 - Qәdr gecәsini ibadәtlә keçirmәk; 12 - Hicrәt (şirk, küfr olan yeri tәrk) etmәk; 13 - Nәzir etdikdә onu ödәmәk; 14 - Allaha itaәt edib, Ona asi olmayaraq imanı artırmaq; 15 - Hәr hansı bir günaha görә müәyyәn cәrimәni (kәffarәni) ödәmәk; 16 - Evlәnmәk vә ya әrә getmәklә zinadan qorunmaq; 17 - Ailәni dolandırmaq; 18 - Valideynlәrin qayğısına qalmaq, onlara asi olmamaq; 19 - Uşaqları tәrbiyә etmәk; 20 - Qohumluq әlaqәlәrini möhkәmlәndirmәk; 21 - Ağaya itaәt etmәk, qul ilә mülayim rәftar etmәk; 22 - Әdalәtlә hökm vermәk; 23 - Müsәlman camaatı ilә hәmrәy olmaq; 24 - İxtiyar sahiblәrinә (rәhbәrlәrә) itaәt etmәk; 25 - İnsanlar arasında olan münasibәtlәri islah etmәk; 26 - Yaxşılıq etmәkdә әlbir olmaq; 27 - (İmkan daxilindә) şәriәt qanunlarını icra etmәk; 28 - (Nәfslә, Şeytanla vә s.) cihad etmәk; 29 - Әmanәtә xәyanәt etmәmәk; 66 67

Vaciblәrdәn başqa Sünnәdә varid olan әlavә ibadәtlәr. Kiçik hәcc ziyarәti.

24


30 - Borc aldıqda onu qaytarmaq; 31 - Qonşuya yaxşılıq etmәk; 32 - Әxlaqlı olmaq, gözәl rәftar etmәk; 33 - Lazımi yerә pul xәrclәmәk, israf etmәmәk; 34 - Salamı almaq; 35 - Asqırıb «әlhәmdulillah»68 deyәnә «yәrhәmukәllah»69demәk; 36 - İnsanlara әziyyәt vermәmәk; 37 - Faydasız әmәllәrdәn çәkinmәk; 38 - Әziyyәt verәn bir şeyi yoldan kәnar etmәk. 70 İslamın sonuncu mәrhәlәsi isә ehsandır. Ömәrin (r.a) rәvayәt etdiyi hәdisdә Cәbrail (a.s) Peyğәmbәrdәn - sәllallahu aleyhi vә sәllәm ehsan barәsindә soruşmuş vә o belә cavab vermişdir: «Allaha elә ibadәt et ki, sanki sәn Onu görürsәn, sәn onu görmәsәn dә O sәni görür!»71 Hәdisdә qeyd olunan bu әsası aşağıdakı ayәlәrlә dә sübuta yetirmәk olar. Uca Allah buyurur: «Hәqiqәtәn, Allah Ondan qorxub pis әmәllәrdәn çәkinәnlәr vә yaxşı işlәr görәnlәrlәdir».72 «O Allah ki, sәni namaza duranda da görür, sәcdә edәnlәr içindә dolananda da. Hәqiqәtәn, [hәr şeyi] eşidәn vә bilәn Odur»73 Bәşәriyyәtә belә bir din göndәrәn Allaha şükürlәr olsun! Hәqiqәtәn, O, insanları dünya vә axirәtdә nicat tapmağa çağırır. Tәәssüf ki, insanların әksәriyyәti bundan bixәbәrdirlәr vә buna görә dә üzrlü hesab olunurlar. Odur ki, Allah Öz 68

Duanın tәrcümәsi: Hәmd olsun Allaha! Duanın tәrcümәsi: Allah sәnә rәhm etsin! «Fәthul-Bari», 1/68. 71 «Sәhihul-Buxari», 8; «Sәhih-Muslim», 16. 72 «әn-Nәhl» surәsi, 128. 73 «әş-Şüәra» surәsi, 218-220. 69 70

25


bәndәlәrinә rәhm edir vә onlara bu din tәbliğ olunana qәdәr möhlәt verir. Bu hәqiqәtlәr onlara bәyan edildikdәn sonra isә hәr kәs etdiyi günaha görә özü mәsuliyyәt daşıyır. Elә isә bu risalәni oxuduqdan sonra üzrlü sayılıb-sayılmayacağınız, sorğu-sual olunub-olunmayacağınız barәdә düşünün! «Doğru yol tutan yalnız özünә xeyir, haqq yoldan azan da ancaq özünә zәrәr edәr. Heç bir günahkar başqasının günahını daşımaz. [Hәrә öz günahına cavabdehdir]. Biz, rәsul [elçi] göndәrmәmiş [heç bir ümmәtә] әzab vermәrik!»74 Artıq Rәbbimizin Allah vә dinimizin islam olduğu sizә mәlum oldu. İndi isә gәlin bu mәlumatların necә әldә olunması barәdә düşünәk. Mәgәr bütün bu yazdıqlarım mәnә yuxuda agah olub? Bәlkә bütün bunlar әvvәlkilәrin uydurub düzәltdiklәri әfsanәlәrdir?! Xeyr! Bu nә yuxu, nә dә әfsanәdir. Әksinә, bir çox insanlar haqq olan bu dinin kim tәrәfindәn tәbliğ olunduğundan xәbәrsizdirlәr. Nәzәrә alsaq ki, bir çox insanlar haqq olan bu dinin kim tәrәfindәn tәbliğ edildiyindәn xәbәrsizdirlәr onda növbәti verәcәyim sual belәdir – bu dini bәşәriyyәtә çatdırmaq üçün Allahın seçdiyi elçi kimdir? Yaxud bәrzәx alәmindә verilәcәk üçüncü sual olaraq…

Peyğәmbәrin kimdir? Şübhәsiz ki, hәr bir müsәlman bu suala: «Mәhәmmәddir»deyә cavab verәcәk. Lakin biz onlardan bu insanın necә şәxsiyyәt olması barәdә soruşsaq bir çoxlarının mәlumatsız olduğunu görәcәyik. Odur ki, belә bir şәxsiyyәt barәsindә az da olsa mәlumatlı olmağımız gәrәklidir. 74

«әl-İsra» surәsi, 15.

26


Mәhәmmәd peyğәmbәr - sәllallahu aleyhi vә sәllәm - miladi tarixi ilә 570-ci ildә anadan olmuş vә uşaq ikәn yetim qalmışdır. Peyğәmbәr - sәllallahu aleyhi vә sәllәm - hәlә doğulmamışdan atası Abdullah, altı yaşında isә anası Әminә vәfat etmişdir. Anası vәfat etdikdәn sonra peyğәmbәrin - sәllallahu aleyhi vә sәllәm - ata babası Әbdülmüttәlib onu öz himayәsinә götürmüşdür. Babasının vәfatından sonra isә әmisi Әbu Talib onun hamisi olmuşdur. Qırx yaşına çatdıqda Uca Allah onu seçib tәkcә öz qövmünә deyil bütün insanlara Cәnnәtlә müjdә verәn, Cәhәnnәm әzabı ilә qorxudan elçi göndәrmişdir. Mәhәmmәd - sәllallahu aleyhi vә sәllәm islam dinini on üç il Mәkkәdә, on il dә Mәdinәdә insanlara tәbliğ etmiş vә nәhayәt altmış üç yaşında vәfat etmişdir. O, dini tәbliğ edәrkәn bir çox çәtinliklәrlә üzlәşmiş, kafirlәrin әzab-әziyyәtlәrinә mәruz qalmış, lakin bütün bunlara sәbir etmişdir. Peyğәmbәr - sәllallahu aleyhi vә sәllәm - tәbliğatını tamamlayana qәdәr Uca Allah onu Şeytan vә onun havadarlarının şәrindәn qorumuşdur. Rәbbimiz bu xüsusda belә buyurur: «Biz sәndәn әvvәl dә elә bir elçi, elә bir peyğәmbәr göndәrmәdik ki, o, bir iş görmәk arzusunda olanda şeytan onun arzusuna xәlәl qatmasın. Lakin Allah şeytanın qatdığını pozar [onun vәsvәsәsini batil edәr]. Sonra isә Allah Öz ayәlәrini möhkәmlәdәr. Allah [hәr şeyi] bilәndir, hikmәt sahibidir!»75 Onun tәbliğ etdiyi müqәddәs Quran on dörd әsrdir ki, olduğu kimi qalıb, qiyamәtә qәdәr dә belә qalacaqdır. Uca Allah bu xüsusda belә buyurur: «Şübhәsiz ki, Quranı Biz nazil etdik vә sözsüz ki, Biz dә onu qoruyub saxlayacağıq!»76 «Batil ona nә önündәn, nә dә arxasından

75 76

«әl-Hәcc» surәsi, 52. «әl-Hicr» surәsi, 9.

27


yol tapar. O, hikmәt sahibi, tәrifәlayiq [Allah] tәrәfindәn nazil edilmişdir».77 O - sәllallahu aleyhi vә sәllәm - , peyğәmbәrlәrin sonuncusu olduğu üçün biz yalnız onun gәtirdiyi şәriәtә tabe oluruq. Lakin bu heç dә o demәk deyildir ki, biz ancaq Mәhәmmәdә - sәllallahu aleyhi vә sәllәm iman gәtirir, digәr peyğәmbәrlәri isә inkar edirik. Әksinә, Uca Allah bizә bütün peyğәmbәrlәrә iman gәtirmәyi әmr edir: «Allaha vә Onun peyğәmbәrlәrinә iman gәtirin! Әgәr iman gәtirib Allahdan qorxsanız, sizi böyük mükafat gözlәyir!»78 «Peyğәmbәr Rәbbi tәrәfindәn ona nazil edilәnә [Qurana] inanmış vә möminlәr dә iman gәtirmişlәr. [Onların] hamısı Allaha, Onun mәlәklәrinә, kitablarına vә peyğәmbәrlәrinә iman gәtirәrәk dedilәr: «Biz Onun peyğәmbәrlәri arasında fәrq qoymuruq. [Allahın hökmlәrini] eşitdik [anladıq] vә itaәt etdik. Ey Rәbbimiz, bizi bağışla, [axırda] Sәnin dәrgahına [hüzuruna] qayıdacağıq!»79 Odur ki, adları Qurani Kәrimdәn bizә mәlum olan vә olmayan peyğәmbәrlәrin hәr birinin Allah tәrәfindәn seçilib insanlara göndәrildiyinә iman gәtiririk. Onların etiqadları eyni, gәtirdiklәri şәriәt qanunları isә fәrqli olmuşdur. Buna görә dә biz bu peyğәmbәrlәrdәn hәr birinin etiqad etdiyinә etiqad edir vә yalnız sonuncusunun şәriәtinә tabe oluruq. «Peyğәmbәr sizә nә verirsә onu götürün; nәyi qadağan edirsә, ondan әl çәkin. Allahdan qorxun!»80 «De: «Әgәr siz Allahı sevirsinizsә, mәnim ardımca gәlin ki, Allah da sizi sevsin vә günahlarınızı bağışlasın. Allah bağışlayan vә mәrhәmәtlidir»81 Bu ayәlәrdәn belә nәticә çıxır ki, Peyğәm77

«Fussilәt» surәsi, 42. «Ali-İmran» surәsi, 179. 79 «әl-Bәqәrә» surәsi, 285. 80 «әl-Hәşr» surәsi, 7. 81 «Ali İmran» surәsi, 31. 78

28


bәrin - sәllallahu aleyhi vә sәllәm - buyruqlarını da yerinә yetirmәk lazımdır. Mәhәmmәd - sәllallahu aleyhi vә sәllәm - insanlara yalnız Allah tәrәfindәn ona nazil olanı - Quran vә onun izahını (Sünnәni82) tәbliğ etmişdir. Uca Allah bu xüsusda belә buyurur: «O kefi istәyәni [havadan] danışmır. Bu ancaq nazil olan bir vәhydir»83 «Sәnә dә Zikri [Quranı] nazil etdik ki, insanlara onlara göndәrilәni izah edәsәn vә bәlkә, onlar da düşünüb dәrk edәlәr!»84 Quranı izah edәn Peyğәmbәrin - sәllallahu aleyhi vә sәllәm - Sünnәsinә gәlincә, bәzi islam alimlәri85 onu altı qismә bölmüşlәr: Birinci: sәbәblә bağlı olan Sünnә. Buna asqırdıqdan sonra «әlhәmdulillah» demәyi misal çәkmәk olar. Belә ki, asqırmaq bu kәlmәni ifadә etmәk üçün sәbәbdir. Әgәr biz bunu sәbәbsiz olaraq mәsәlәn, әsnәdikdә desәk peyğәmbәrin - sәllallahu aleyhi vә sәllәm - Sünnәsinә müxalif olmuş hesab olunuruq. İkinci: keyfiyyәtlә bağlı olan Sünnә. Buna ruku vә sәcdәni misal çәkmәk olar. Belә ki, sәcdәni rukudan sonra etmәk namazın keyfiyyәtlәrindәndir. Әgәr biz әvvәl sәcdә sonra da ruku etsәk şübhәsiz ki, peyğәmbәrin - sәllallahu aleyhi vә sәllәm Sünnәsinә müxalif olmuş olarıq. Üçüncü: miqdarla bağlı olan Sünnә. Buna gündәlik qılınan beş namazın rükәtlәrinin sayını misal çәkmәk olar. Mәsәlәn sübh namazını iki rükәtdәn artıq vә ya әskik qılmaq Peyğәmbәrin - sәllallahu aleyhi vә sәllәm - Sünnәsinә ziddir.

82 Bu kәlmә lüğәtdә yol, adәt vә s. mәnaları ifadә edir. İstilahi mәnada (şәriәtdә) isә peyğәmbәrdәn - sәllallahu aleyhi vә sәllәm - varid olan hәr bir kәlmә, hәrәkәt, (sәhabәlәrinin hәr hansı sözünü vә ya hәrәkәtini) tәsdiq etmә vә sifәt (fitri vә ya әxlaqi dәyәrlәr)» Sünnә adlanır. 83 «әn-Nәcm» surәsi, 3-4. 84 «әn-Nәhl» surәsi, 44. 85 «әş-Şәrhul-Mumti», 1/484.

29


Dördüncü: cinslә bağlı olan Sünnә. Buna qurban bayramında (zil-hiccә ayının 10-u, 11-i, 12-si vә 13-ü, yәni qurban günlәrindә) kәsilәn qoç, öküz vә dәvәni misal çәkmәk olar. Belә ki, bu bayramda әtinin yeyilmәsi halal olan başqa bir heyvan (dovşan, xoruz, qaz vә s.) qurban kәsmәk sünnәyә müxalifdir. Beşinci: zamanla bağlı olan Sünnә. Buna hәr hansı bir namazın vaxtını misal çәkmәk olar. Mәsәlәn mәğrib namazını gün batmamışdan әvvәl qılmaq Sünnәyә ziddir. Altıncı: mәkanla bağlı olan Sünnә. Buna etikafı (Ramazan ayının axır on gününü mәsciddә keçirmәyi) misal göstәrmәk olar. Odur ki, etikafı mәsciddәn başqa yerdә keçirmәk Sünnәyә müxalifdir. Demәli, hәr bir müsәlman dini ayinlәri yerinә yetirdikdә son dәrәcәdә diqqәtli olmalı vә Peyğәmbәrin - sәllallahu aleyhi vә sәllәm әmrlәrinә qarşı çıxmamalıdır. O yalnız dәlil-sübutla ibadәt etmәli vә dinә әlavә edilmiş hәr bir yenilikdәn uzaq olmalıdır. Uca Allah belәlәrini hәdәlәyib demişdir: «Hәr kәs özünә doğru yol aşkar olandan sonra Peyğәmbәrdәn üz döndәrib möminlәrdәn [sәhabәlәrdәn] qeyrisinin yoluna uyarsa, onu istәdiyi yola yönәldәr vә Cәhәnnәmә varid edәrik. Ora necә dә pis yerdir».86 «Onun [Peyğәmbәrin] әmrinә qarşı çıxanlar başlarına gәlәcәk bir bәladan, yaxud düçar olacaqları şiddәtli bir әzabdan hәzәr etsinlәr».87 Peyğәmbәrimiz - sәllallahu aleyhi vә sәllәm - onların әmәllәrinin qәbul olunmamağını xәbәr verib belә demişdir: «Bizim bu işimizә [dinimizә] dindәn olmayan bir yenilik gәtirәn kәsin bu әmәli rәdd olunur».88 86 87 88

«әn-Nisa» surәsi, 115. «әn-Nur» surәsi, 63. «Sәhih-Muslim», 4467.

30


Tәәssüf ki, bәzi insanlar iman gәtirdiklәrini dili ilә ifadә edir vә: «Qәlbim tәmizdir» - demәklә kifayәtlәnәrәk Allaha vә Onun rәsuluna itaәt etmirlәr. Mәgәr ömrü boyu Allahın buyruqlarını yerinә yetirәn peyğәmbәrlәrin, sәhabәlәrin, imamların vә dәdә-babalarımızın qәlbi tәmiz deyildimi? Allahın әmrlәrini yerinә yetirib qadağan etdiyi şeylәrdәn çәkinmәk sәnin qәlbinin daha tәmiz olmasına gәtirib çıxarmazmı? Bu barәdә düşünmәyә dәyәr! O zamanlar Mәkkә müşriklәri peyğәmbәrimizin gәtirdiyi bu dini sehr, onun özünü isә sehrbaz, mәcnun, kahin adlandırırdılar. Uca Allah onlar barәsindә belә demişdir: «Ayәlәrimiz onlara [müşriklәrә] açıq-aşkar olaraq oxunduğu zaman: «Bu ancaq sizi atalarınızın ibadәt etdiklәrindәn [bütlәrdәn] döndәrmәk istәyәn bir adamdır!» - deyәr, [Quran haqqında isә:] «Bu, uydurma yalandan başqa bir şey deyildir!» - söylәyәrlәr. Kafir olanlara haqq [Quran] gәldikdә onun barәsindә: «Bu yalnız açıq-aşkar bir sehrdir!» - deyәrlәr».89 «[Ya Rәsulum!] Әgәr sәnә kağız üzәrindә [yazılı] bir kitab nazil etsәydik vә onlar әllәri ilә ona toxunmuş olsaydılar belә, kafirlәr yenә dә: «Bu, açıqaydın bir sehrdir», - deyәrdilәr».90 «Onlar öz içәrilәrindәn özlәrinә [Allahın әzabı ilә] qorxudan bir peyğәmbәr gәlmәsinә tәәccüb etdilәr vә kafirlәr belә dedilәr: «Bu, yalançı bir sehrbazdır!»91 «Elә isә [ya Peyğәmbәr! Sәn müşriklәrә] öyüd-nәsihәt ver. Sәn öz Rәbbinin nemәti sayәsindә nә kahinsәn, nә dә divanә!»92

89

«Sәba» surәsi, 43. «әl-Әnam» surәsi, 7. 91 «Sad» surәsi, 4. 92 «әt-Tur» surәsi, 29. 90

31


«Onlara: «Allahdan başqa heç bir ilah yoxdur!» - deyildiyi zaman tәkәbbür göstәrirdilәr. Vә: «Biz heç divanә bir şairdәn ötrü tanrılarımızı tәrk edәrikmi?!» - deyirdilәr».93 Bu ayәlәrdәn dә görünür ki, o - sәllallahu aleyhi vә sәllәm - nә sehrbaz, nә dә kahindir. Doğrusu Mәhәmmәd - sәllallahu aleyhi vә sәllәm - Allahın qulu vә elçisidir. Burada qul deyildikdә onun ilahi sifәtlәrә malik olmadığı qәsd edilir. Yәni o, hamı kimi Allahın iradәsinә tabe olan bir insandır. Bu barәdә Uca Allah belә buyurur: «De: «Mәn Allahın istәdiyindәn başqa özümә nә bir xeyir, nә dә bir zәrәr verә bilәrәm. Әgәr qeybi bilsәydim, sözsüz ki, [özüm üçün] daha çox xeyir tәdarük edәrdim vә mәnә pislik dә toxunmazdı. Mәn iman gәtirәn bir tayfanı ancaq qorxudan vә müjdәlәyәnәm!»94 Ayәdәn göründüyü kimi hәtta peyğәmbәr - sәllallahu aleyhi vә sәllәm belә nә xeyir, nә dә zәrәr vermәk iqtidarında olmayıb. Elә isә nә üçün biz Allahdan qeyrisinin bizә xeyir vә ya zәrәr verә bilәcәyinә etiqad etmәliyik? Mәhәmmәdin - sәllallahu aleyhi vә sәllәm elçi olması isә onun digәr insanlardan üstünlüyünü bildirir. Belә ki, Uca Allah onu bәzi xüsusiyyәtlәri ilә bütün insanlardan, hәtta digәr peyğәmbәrlәrdәn belә üstün etmişdir. Bu xüsusiyyәtlәrdәn: - Peyğәmbәrlәrin sonuncusu olması; «Lakin o, Allahın elçisi vә peyğәmbәrlәrin sonuncusudur».95 - Bütün bәşәriyyәtә (insanlara vә cinlәrә) peyğәmbәr göndәrilmәsi; «De: «Ey insanlar! Mәn Allahın sizin hamınız üçün göndәrilmiş elçisiyәm».96 «[Bir dәstә cin belә dedi] : «Doğrusu, 93 94 95

«әs-Saffat» surәsi, 35,36. «әl-Әraf» surәsi, 188. «әl-Әhzab» surәsi, 40.

32


biz hidayәt yolunu göstәrәni [Quranı] dinlәdiyimiz zaman ona iman gәtirdik. Kim Rәbbinә iman gәtirsә, nә әskilmәsindәn, nә dә haqsızlığa mәruz qalmaqdan qorxar. Şübhәsiz ki, aramızda [Allaha vә Onun rәsulu Mәhәmmәd sәllallahu aleyhi vә sәllәmә iman gәtirәn] müsәlmanlar da var, [haqq yoldan] çıxanlar da. Müsәlman olanlar haqq yolu axtarıb tapanlardır».97 - Quranın mәhz ona nazil olması; «Çünki Allah sәnә Quranı vә hikmәti [Sünnәni] nazil edәrәk bilmәdiklәrini öyrәtdi. Allahın sәnә lütfü böyükdür!»98 - Qiyamәt günü olacaq tәrifәlayiq mәqamda şәfaәtçi olması; «Ola bilsin ki, Rәbbin sәni bәyәnilib tәriflәnәn bir mәqama [axirәt günü әn böyük şәfaәt mәqamına] göndәrsin!»99 - Hәr bir ümmәtә etdiklәri әmәllәrinә görә öz peyğәmbәrinin şahid gәtirilәcәyi Qiyamәt günü, Mәhәmmәdin - sәllallahu aleyhi vә sәllәm - onlardan fәrqli olaraq hәm öz ümmәtinә, hәm dә peyğәmbәrlәrә şahid gәtirilmәsi; «[Ya Mәhәmmәd!] Hәr ümmәtdәn [peyğәmbәrini] bir şahid gәtirәcәyimiz vә sәni dә onlara şahid tәyin edәcәyimiz zaman nә cür olacaq?»100 - Cәnnәtә daxil olan ilk şәxs olması; Әnәs ibn Malik (r.a) rәvayәt edir ki, Peyğәmbәr - sәllallahu aleyhi vә sәllәm - dedi: «Qiyamәt günü mәn Cәnnәtin qapısına yaxınlaşıb onun açılmasını dilәdikdә gözәtçi (mәlәk): «Sәn kimsәn?» deyә soruşacaq. Mәn: «Mәhәmmәdәm» - deyә cavab verdikdә

96

«әl-Әraf» surәsi, 158. «әl-Cinn» surәsi, 13,14. 98 «әn-Nisa» surәsi, 113. 99 «әl-İsra» surәsi, 79. 100 «әn-Nisa» surәsi, 41. 97

33


o deyәcәkdir: «Mәnә әmr olundu ki, sәndәn öncә heç bir kimsә üçün qapını açmayım».101 - Beş xislәtin ona verilmәsi; Cabir ibn Abdullah (r.a) rәvayәt edir ki, Peyğәmbәr - sәllallahu aleyhi vә sәllәm - dedi: «Mәnә beş (xislәt) verilib ki, bunlar mәndәn әvvәlki peyğәmbәrlәrә verilmәyib: «Bir ay әvvәl düşmәnin qәlbinә qorxu salaraq ona qalib gәlmәyim, yer üzünün mәnim üçün pak vә mәscid102 olması – belә ki, ümmәtimdәn olan hәr bir kәs istәnilәn yerdә vaxtı girmiş namazı qılmalıdır, qәnimәtlәrin103 mәnә halal olması – belә ki, bu mәndәn qabaq heç bir peyğәmbәrә halal olmayıb, Qiyamәt günü (tәrifәlayiq mәqamda) şәfaәt vermәyim vә bir dә hәr bir peyğәmbәr yalnız öz qövmünә göndәrilәrdi, mәn isә bütün insanlara göndәrilmişәm».104

101

«Sәhih-Muslim», 485. İbadәt yeri. 103 Döyüşdә әldә edilәn mal. 104 «Sәhihul-Buxari», 335; «Sәhih-Muslim», 1163. 102

34


Son söz Uca Allahın kömәyi sayәsindә bu risalәni sona yetirә bildik. Buradakı yazılardan nә dәrәcәdә faydalanmaq isә sizin boynunuza düşәn bir mәsuliyyәtdir. İstәrdik ki, bu risalәni oxuyan şәxs hәr bir zaman ölә bilәcәyini unutmasın. Bu heç dә o demәk deyildir ki, insan dünya işlәrini tәrk edib, yalnız dini ayinlәrin icrası ilә mәşğul olub tәrki dünya olsun. Әksinә, hәr bir müsәlman öz dövlәtinin inkişafı üçün әlindәn gәlәni әsirgәmәmәlidir. Axı nә üçün dinimiz bizi elmә, tәrәqqiyә çağırdığı halda digәr qövmlәrdәn geri qalaq? Mәgәr biz ixtiralar, kәşflәr etmәkdә acizik? Mәlumatlı olanlar çox gözәl bilirlәr ki, İslam elm üzәrindә qurulan bir dindir. İslam insanları azad fәaliyyәtә, inkişafa, tәrәqqiyә vә maarifә sәslәyәndә bir çox qövmlәr bu fәzilәtlәrdәn xәbәrsiz idilәr. Odur ki, dinә vә elmә eyni dәrәcәdә bağlı olmağınızı tövsiyә edirik. Çünki elmsiz dinin, dinsiz isә elmin faydası olmaz!

Azerislam.com

35


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.