qeybat

Page 1

Mərhəmətli, Rəhmli Allahın adı ilə! Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verirsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. “Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!” 1 “Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan da zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə biri-birimizdən cürbəcür şeylər istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edəndir! ” 2 “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! Əg ər belə etsəniz Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar ” 3 1 2 3

Ali İmran surəsi, 102 Nisə surəsi, 1 əl-Əhzab surəsi, 70-71

1


Qeybət Dilin bizə gətirdiyi ən böyük və bizim də ən çox ehtiyat etməli olduğumuz günahlardan biri qeybətdir. Qeybət müasir dövrümüzdə, demək olar ki, az qala qaçılmaz olan və həddindən çox yayılmış günahlardan biridir. Bu pis əməlin hüdudları o qədər genişlənib ki, hətta istəməsək belə bəzən qeybətin şahidi olmuş oluruq. Artıq bəzilərində vərdiş halını almış bu əməldən yaxa qurtarmağı, təəssüf ki, çox az insan bacarır. Qeybət böyük günahlardan hesab olunur. Bütün günahlar, bir qayda olaraq, yayıldığı yerdə və cənginə aldığı insanlar arasında bir sıra fəsadlar törədir ki, sonradan bu fəsadların nəticələrini aradan qaldırmaq, demək olar ki, mümkün olmur. Necə ki, zina yayılan bir cəmiyyətdə insan artımı azalır və ya belə artım olursa da, həmin cəmiyyətdə atasız uşaqların sayı çox olur, müxtəlif xəstəliklər həmin ərazidə böyük problemə çevrilir və s. Qeybət də böyük bir günah olmaqla, bir çox mənəvi problemlərin və

2


qarşıdurmaların ortaya çıxmasına səbəb olur. Elə bu səbəbdən də, qeybət, başqalarının haqqını pozmaq bir yana qalsın, insanlar arasında əmələ gətirdiyi fitnə-fəsad sayının çoxluğu ilə tez nəzərə çarpır. Yayılmış olduğu sosial qruplar və insanlar arasında qeybətin təsirini, demək olar ki, hamı hiss edir və acı nəticələrini yaşayır. Həmçinin, qeybət, insanın qazandığı savabları dəmir öz pasını tökdüyü kimi tökür. Qeybət edənin məsəli yığdığı pulları səpələyib dağıdan insanın məsəlinə bənzəyir. Qeybət, Allahın rəhm etdiyi kəslər istisna olmaqla, insanların savablarını bu cür aparır. Uca Allah buyurur: L ° ¯ ® ¬ «M "Onlar həm öz (günah) yüklərini və həm də onlarla yanaşı neçə-neçə yükləri daşıyacaqlar" 1. Yaxşı, bəs qeybət nədir? Hansı fikirlər qeybət hesab oluna bilər? Əziz oxucu, g əlin İslam dini 3F

1

"əl-Ənkəbut surəsi", 13

3


prizmasından bu sualların cavablarına nəzər yetirək. Qeybət; bir və ya bir neçə şəxsin müsəlman qardaşının iştirakı olmadan onun haqqında xoşuna gəlmədiyi şeyləri danışmaqdır. Deyilən sözlərin insanın dininə, dünyasına, bədəninə, əxlaqına, həyat yoldaşına, uşağına, xadiməsinə və ya hərəkətlərinə aid olmasının heç bir fərqi yoxdur, əgər arxasınca danışılırsa, bu qeybət sayılır. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) səhabələrindən: “Qeybət nədir?”– deyə soruşduqda səhabələr: “Allah və Rəsulu daha yaxşı bilər”– deyə cavab verdilər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Qardaşınızın xoşuna gəlmədiyi bir şeyi onun arxasınca söyləməkdir”. Səhabələrdən biri: “Əg ər söylədiklərim onda varsa, bəs necə?”– deyə soruşduqda Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: Əg “ ər söylədiklərin, həqiqətən, onda

4


varsa, qeybət etmiş, yoxdursa böhtan atmış olursan” 1. Bununla da Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizə bəyan edir ki, hər hansı bir müsəlmanın arxasınca onun xoşlamadığı şeyləri danışmaq qeybət sayılır. Deməli, söhbətin qeybət olması üçün şərtlər bizə məlum oldu. Belə olan təqdirdə, haqlı olaraq soruşula bilər ki, bəs sözlə deyilməyən, amma deyiləsi fikri (tələffüz etmədən) kiçik bir işarə ilə bildirmək, yəni, onunla müsəlmanın xoşlamadığı bir şeyi onun xəbəri olmadan kiməsə çatdırmaq – bu da qeybət sayılacaqmı? Cavab belədir ki, qeybət təkcə dillə yox, həmçinin hərəkət, işarə, yazı və ya qeybət edənin məqsədini çatdıran hər bir yolla ola biləcəyinə görə, bəli, bu işarə və ona oxşar ünsiyyət forması da qeybət sayılacaqdır. Həsən əl-Basri (Allah ona rəhmət eləsin) buyurmuşdur: "İnsanın arxasınca danışmaq üç növdür. Qeybət, böhtan və ifk. Qeybət; dediklərinin həqiqətən (danışdığın) şəxsdə olmasıdır. 1

"Səhih Muslim", hədis 2589

5


Böhtan; barəsində danışdığın adamda olmayan şeyi danışmaqdır. İfk (iftira) isə sənə çatanı (yalanı) danışmaqdır".

Qeybətin hökmü Qeybət etmək haramdır. Bu əməli edən hər hansı bir şəxs böyük günah sahibi olur. Uca Allah buyurur: ) ( ' & % $ # " !M 87 654 3 2 10/. - ,+* L C B A @ ?> = < ; : 9 “Ey iman gətirənlər! Zənnin çoxundan çəkinin. Çünki zənnin bəzisi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir” 1. 5F

1

"əl-Hucurat" surəsi, 12

6


Qurtubi (Allah ona rəhmət eləsin) demişdir: “Alimlər, qeybətin haram olmasında həmrəydirlər. Bu əməl sahibinin Allaha tövbə etməsi vacibdir” 1. Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: "Meracda olduğum zaman bir qism insanlara rast gəldim. Onlar dırnaqları ilə üzlərini və sinələrini cırmaqlayırdılar. Cəbraildən onların kim olduğunu soruşdum. O, "Onlar insanların ətlərini yeyən və onların eyiblərini danışanlardır"– deyə cavab verdi” 2. Bu hədis qeybətin haram və böyük günah olmasına dəlalət edir. Çünki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu əməl sahibini cəza gözlədiyini bəyan etmişdir. Bəra ibn Azib (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Dili ilə iman gətirib qəlbinə iman daxil olmayan kimsələr! Müsəlmanların qeybətini etməyin, onların "Təfsir əl-Qurtubi", əl-Hucurat surəsinin təfsiri. "Sunənu Əbu Davud", hədis 4880. Albani hədisin "Səhih" olduğunu bəyan etmişdir. 1 2

7


eyiblərini axtarmayın. Kim müsəlmanların eyiblərini axtararsa, Allah onun eyiblərini evdə gizlətsə belə üzə çıxarar” 1. Bu hədisdən aydın olur ki, qeybət etmək münafiqliyin əlamətlərindəndir. Amr ibn As (Allah ondan razı olsun) öz yoldaşlarından bir dəstə ilə artıq ölmüş və şişmiş bir qatırın yanından keçərkən dedi: “Allaha and olsun ki, sizdən birinizin qarnını doldurana qədər bu qatırın ətindən yeməsi onun üçün müsəlmanın ətini yeməkdən daha xeyirlidir” 2. Abdullah ibn Abbas (Allah onlardan razı olsun) demişdir: “Başqalarının xətalarından danışmaq istəyən kəs öz qüsurlarını xatırlasın”. Ömər ibn əlXəttab (Allah ondan razı olsun) buyurmuşdur: “Allahı çox zikr edin, çünki zikr şəfadır. İnsanların qeybətini etməyin, çünki qeybət xəstəlikdir” 3. Bir nəfər Həsən əl-Basrinin (Allah ona rəhmət eləsin) yanına gələrək, deyir: “Eşitmişəm ki, mənim qeybətimi etmisən”. Həsən əl-Basri (Allah ona 1 2 3

"Sunənu Əbu Davud", hədis 4882 Buxari, "Ədəbul-Mufrad" kitabı, hədis 736 "Kitabus-Samt və Ədəbul-Lisən", 204

8


rəhmət eləsin): “Əgər sənin qeybətini etmiş olsay-

dım savabımdan sənə vermiş olardım”– deyə cavab verir.

Qeybət etmək nə üçün təhlükəlidir? Müsəlman öz iradəsini Allahın iradəsinə təslim edən, bütünlüklə Ona boyun əyən deməkdirsə, qeybətçi nəfsin gücünə tabe olan, onun özbaşınalığına, hökmranlığına təslim olan kəsdir. Nəfsinin qabararaq iradəsinə hakim olmasına göz yuman hər kəs, beləliklə, onun başqa azğınlıqlarına da yol açır və Allaha səmimi bir şəkildə təslimiyyətdən uzaqdır. İndi gəlin düşünək, belə bir şəxsin özünü müsəlman hesab etməsi nə dərəcədə səmimi, nə dərəcədə düzgündür? Axı o özünü Allahdan başqasına təslim etmiş vəziyyətdədir (həm də bir məxluqa). Demək, qeybət etmək insanın öz Yaradanı ilə bağlılığa xələl gətirir, nəfsinə uyub zamanzaman yol verdiyi və bağışlanma diləmədiyi bu xətası onu Rəbbin qatındakı dəyərini itirməyə

9


doğru aparır. Beləliklə, qeybət iradəni zəiflədir, imanı azaldır, savabları yox edir, insanın dəyərini, insanlar arasında nüfuzunu və Rəbbi yanında dualarının qəbul olunma ehtimalını aşağı salır, qeybətini etdiyi müsəlmanın eyiblərini üzə çıxarır və yayır, qəlblərə kin salır (halbuki qəlbin kindən təmizlənməsi çox çətin başa gəlir) qardaşlıq əlaqələrini qırır (halbuki Uca Allah Onun cəlalətilə bir-birinə qarşılıqlı məhəbbətlə bağlı olanları sevir). Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: "İman gətirməyincə qədər Cənnətə daxil olmazsınız. Birbirinizi sevmədikcə də iman gətirmiş olmazsınız" 1. Bütün bunlar insanın sağ ikən səbəb olduğu fəsadlardır. Dünyadan köçəndə də qeybət onun bərzəx aləmində əzab görməsinə səbəb olur. Bəs elə isə, bir tək nəfsi məmnun etmək üçün dəyərmi bu qədər itki verməyə? "İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür" 2 və Rəhmanı sevənlərin hədəfə aldığı əsas məqsəd – 1 2

"Səhih Muslim" hədis 203 "əl-Bəqərə surəsi", 165

10


bütün əməllərində, niyyətlərində, ibadətlərində və bütün yaşam tərzində bir tək Onu məmnun etməkdir.

Qeybəti eşidən kəs nə etməlidir Qeyd etdik ki, qeybət böyük günah olduğundan haram əməl hesab edilir. Allahın insanlar üçün bəyənib-seçdiyi İslam dini istənilən mənəvi boşluğun, xəstəliklərin əlacını əks etdirdiyi kimi, bu günahdan xilas olmanın yollarını da bəyan etməklə, Allahın Öz qullarına mərhəmətini göstərməkdədir. İmam Nəvəvi (Allah ona rəhmət eləsin) demişdir: “Müsəlmanın qeybətini eşidən kəs, qeybət edənə hirslənərək onun bu əməlinin qarşısını almalıdır. Dili ilə onu susdura bilmədikdə əli ilə susdurmalıdır 1. Əli və ya dili ilə susdura bilmirsə, o məclisi tərk etməlidir” 2. 1 2

Bu ixtiyar sahiblərinə aiddir Nəvəvinin "əl-Əzkər" kitabı, 294

11


Əsmə bintu Yezid (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim qeybət zamanı müsəlman qardaşının ətini yeməkdən üz çevirərsə, Allah onu oddan azad edər” 1. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrindən olan Kəb ibn Məlik (Allah ondan razı olsun) Tabuk döyüşünü tərk etdikdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Tabukda ikən səhabələr arasında onu xatırlayıb, dedi: “Kəb nə etdi?” Bənu Sələmə qəbiləsindən olan bir kişi dedi: “Ey Allahın elçisi! Kəbi iki gözəl libası və yan-yörəsinə özündən razı halda baxması Mədinədə saxladı”. Muaz ibn Cəbəl (Allah ondan razı olsun) (o kişiyə) dedi: “Sənin dediyin necə də pisdir! Ey Allahın elçisi! Allaha and olsun ki, biz Kəbdən yaxşılıqdan başqa bir şey görməmişdik” 2. Əziz oxucu, fikir verdinizs ə, Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) səhabəsi 1 "Musnədu Əhməd" 6/461. Albani hədisin "Səhih" olduğunu bəyan etmişdir. 2 "Səhih əl-Buxari", hədis 4418, "Səhih Muslim", hədis 2769

12


deyilən fikrin hansı qəbildən olmasını ayırd edən kimi dərhal onu söyləyənə etirazlar bildirməklə bu günah əməlin (qeybətin) qarşısını almağa cəhd etdi. Baxın bu hədis, qeybəti eşidən kəsin şəriətə uyğun nə etməli olduğuna dair gözəl bir nümunədir. Qeybətdən qaçınmaq nəfsimizə ağır gəldiyi zaman gərək Allah rəsulunun (Allahın ona salavat və salamı olsun): "Bir-birinizi sevməsəniz imanınız (kamil) olmaz" xəbərdarlığını unutmayaq. Buyurulan bu sevgi din məhəbbəti olub, dünyavi mənfəət üçün onu ölüncəyə qədər kəsməməkdir. İmam Malikin (Allah ona rəhmət eləsin), Abdullah ibn Məsud ilə Bəra ibn Azibdən (Allah onlardan razı olsun) rəvayət etdiyinə görə, Allah üçün sevmək haqqında: "Bu imanın yapışılacaq ən sağlam qulplarındandır"– buyurmuşdur. əl-Hubbufilləh, yəni heç bir dünyavi məqsəd gözləmədən birbirini sırf Allah üçün sevmək-imandandır. əlBuğdufilləh, yəni nəfsani bir səbəb olmadan sırf Allahın sevmədiyi bir hal, hərəkətin meydana çıxması səbəbindən insanların arasının pozul-

13


ması da imandandır. Qeybət isə məhz nəfsani səbəblərdən törəyib-ortalığa çıxan pis bir əməl olduğuna görə onu tərk etmək vacibdir. Odur ki, gəlin nəfsimizin sevmədiyi və qeybətini etdirdiyi bir insanı Allah üçün sevməli olduğumuzu unutmayaq əgər Əbu Hureyr ənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdəkilərdən olmaq istəyiriksə. "Həqiqətən Allah Qiyamət günündə: "Sirf mənim əzəmətim və ibadət, itaət üçün bir-birini sevənlər hardadır? Mənim kölgəmdən başqa heç bir gölgənin olmadığı bu gündə Mən onları öz kölgəmdə kölgələndirərəm"-deyə buyuracaq 1.

Qeybətə aparan səbəblər Qeyd etməliyik ki, qeybət heç bir səbəb olmadan ortaya çıxa bilməz. Lakin qeybətə aparan bütün səbəblərin kökündə insanın xəstə qəlbinin olması dayanır. Nəzərə alsaq ki, bu əməl böyük günahlardan hesab olunur, deməli, şeytan mütləq insanı bu günah işi tutmağa sövq

1

Səhih Muslim, hədis 6713

14


edəcəkdir. Şeytan müsəlmanı bu böyük günahı etməyə aşağıda qeyd olunan səbəblərlə sövq edə bilər. Birinci səbəb: İntiqam məqsədi ilə edilən qeybət. Bir müsəlman qardaşının qeybətini etdikdə və həmin qardaş bundan xəbər tutduqda şeytan həmin şəxsin də qeybətçinin qeybətini etməsi üçün vəsvəsə verməyə gözəl fürsət tapır. Beləliklə də, bu əməl onları biribirinə düşmən etməyə aparan bir amil olur. İkinci səbəb: Qeybət bir insanın müəyyən şəraitdə bu və ya digər səbəb üzündən özünü təmizə çıxarmaq məqsədi ilə edilə bilər. Daha dəqiq desək, bu günahı edən şəxs müsəlmanın qeybətini etməklə onu gözdən salaraq, özünün haqlı olmasını qarşısına məqsəd qoya bilər. Üçüncü səbəb: Digər günahların təsiri ilə edilən qeybət. Məsələn, qəlbində qeybət etdiyi adama qarşı həsəd, paxıllıq və ya intiqam kimi günah hisslərin təsiri ilə va ya qısqanclıq səbəbi ilə qeybət edən şəxs, qeybət etdiyi adamın gözəl

15


xüsusiyyətlərini gizlədərək, yalnız onun eyibləri barəsində danışmağa qərar verir. Dördüncü səbəb: Məclisdəkilərin razılığını qazanmaq məqsədi ilə, onlarla həmrəy olduğunu bildirmək xatirinə edilən qeybət. Yəni yuxarıda misal gətirdiyimiz hədisdəki vəziyyətin tam əksi olaraq, (səhabə qeybəti eşidən kimi onu dinləməkdən vaz keçərək, dərhal qeybətçiyə etirazını bildirmişdir) insanın eşitdiyi qeybəti dinləməklə yanaşı, ya sözlə, ya da ki, müvafiq işarələrlə, bu qeybətlə razı olduğunu bildirməsi. Bu, sözsüz ki, imanın zəif olmasından xəbər verir. Beşinci səbəb: Özünün ondan üstün olduğunu göstərmək üçün edilən qeybət. Filankəs cahildir, hafizəsi zəifdir, xəstədir və s. Bu, çox vaxt özündən razı olan şəxslərdə müşahidə edilir. Bu cür qeybətdə bir neçə böyük günah cəm olunduğundan, bu səbəb Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bəyan etdiyi kimi, sahibini həlaka aparan səbəbdir.

16


Altıncı səbəb: Təəccübünü bildirmək üçün edilən qeybət. “Filankəs böyük adam ola-ola, filankəs alim ola-ola, necə də xəta edir” və yaxud buna oxşar sözlər işlətməklə edilən qeybət. Yeddinci səbəb: İstehza və ya lağa qoymaq məqsədi ilə edilən qeybət. Səkkizinci səbəb: Allahın qəzəbini bildirmək üçün edilən qeybət. Məsələn: “Filankəs Allahdan utanmayaraq belə əməl edir” və s. bu kimi ifadələr işlətməklə. Doqquzuncu səbəb: İnsanları güldürmək məqsədi ilə edilən qeybət. Bəziləri məclisdəkiləri güldürmək üçün qardaşının qeybətini etməklə yanaşı, daha gülməli olsun deyə, dediyinə yalan sözlər də əlavə edir. Bu barədə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Vay olsun o kəslərin halına ki, insanları güldürmək üçün uydurub danışarlar. Vay olsun o kəslərin halına, vay olsun o kəslərin halına” 1.

1

"Sunən ət-Tirmizi", hədis 2315

17


Onuncu səbəb: Müsəlman qardaşına yazığı gələrək ondan söz açıb edilən qeybət.

Qeybətin müalicəsi Yuxarıda qeyd etdiyimiz kimi İslam dini hər dərdin dərmanını bildirməklə insanlar üçün təyin olunan bir rahatlıq, asanlıq dinidir. Bəs cəmiyyətdə və qəlblərdə rahatlığı asayişi pozan qeybətin əlacı nədədir? Birincisi: Qeybət edən kəs Allaha və Axirət gününə inanırsa, bilməlidir ki, etdiyi bu əməllə Allahın qəzəbinə gəlir. Qiyamət günü onun savabından götürülərək, qeybətini etdiyi şəxsə veriləcəkdir. Savabı olmadıqda isə, qeybət etdiyi şəxsin günahından götürülərək, onun üzərinə yazılacaqdır. Məsələnin bu qədər ciddi olmasını nəzərə alan müsəlman vaxt itirmədən bu xəstəliyin müalicəsi ilə məşğul olmalıdır. Axı ölüm mələyinin bizə verilmiş əmanətin dalınca nə vaxt gələcəyini Allahdan başqa heç kəs bilmir. Ölümü yetişəcək insan isə bu günahla Allaha nə cavab verəcəyi barəsində tez-tez

18


düşünsəydi, çox yaxşı olardı. Odur ki, müsəlman qeybət barədə olan ayə və hədisləri oxumalı və tövbə edərək, bir daha qeybətlə məşğul olmamalı, başqalarının eyiblərindən danışmaqdansa, öz eyiblərini islah etməyə çalışmalıdır. Müsəlman qardaşı barədə eşitdiyi şeylərə görə isə qardaşına üzr qazandırmalı və onun qeybətini etməməlidir. Üzr qazandıra bilmədiyi halda isə, ″yəqin ki, onun üzrü var, amma mən bilmirəm″-deyə düşünməlidir. Əgər qardaşında olan şey, həqiqətən, xətalıdırsa, o zaman dində qəbul edilmiş yollarla onun səhvlərini düzəltməyə çalışmalıdır ki, qardaşı günah sahibi olmasın. İkincisi: Qeybət edən şəxs yol verdiyi qeybətin səbəblərinə bir daha baxmalıdır.Əg ər müsəlman qardaşına hirslənərək onun qeybətini edirsə, düşünməlidir ki, qardaşının qeybətini etməklə Allahın qəzəbinə düçar ola bilər. Allahın qəzəbinin müsəlman üçün hansı nəticələr verdiyini izah etməyə isə lüzum görmürük. Burda hər şey gün kimi aydındır.

19


Qeybət; dil yarasıdır. Bu dil yarasının qaynaqlandığı mənbə isə qəlbdir. Demək ki, dildən axan bu çirkin, irinin mənbəyini tapıb müalicə etmək lazımdır. Qeybət; xəstə qəlbin məhsulu, onun meyvəsidir. Qəlbin bütün xəstəliklərinin əlacı isə Quranda əks olunmuşdur. Uca Allah buyurur: L { z y x w v u tM "Biz Quranda möminlər üçün şəfa və mərhəmət (olan ayələr) nazil edirik" 1. Təbii ki, ürəkdə olanın içərisində qeybətin qaynaqlandığı həsəd, paxıllıq, gözügötürməməzlik, təkəbbür, eqoistlik, qısqanclıq da vardır. Demək ki, qeybətin müalicəsində əsas hədəf xəstə qəlbin müalicəsi olmalıdır. Bu məqsədlə həyata keçirilməli olan dörd üsulu Səid ibn Əli əl-Qahtani aşağıdakı ardıcıllıqla sadalamışdır: 1. Quran vasitəsilə. Həqiqətən o, qəlblərdə olana bir şəfadır. 19F

1

"əl-İsra surəsi", 82

20


2. Qəlbin gücləndirilməsi günahlardan uzaq tutulması və tövbə diləməklə. 3. Qəlbi nəfsin idarəçiliyindən çıxarmaqla (bunun da iki yolu var.Əm əllər barədə özünə hesabat vermə və nəfsin əmr etdiklərinə müxalif getməklə) 4. Qəlbi şeytanın hökmranlığından xilas etməklə 1. Təbii ki, şeytan qeybəti etdirməklə müsəlmanların eyiblərini açıb qəlblərinə kin toxumu səpir və beləliklə, onların birliyini pozmuş olur. Əgər bir müsəlman ətrafındakıların və ya məclisdəkilərin hörmətini qazanmaq məqsədi ilə qeybət edir və ya edilən qeybəti dinləyirsə, üstəlik, bu qeybəti inkar etmək əvəzinə ona etiraz da etmirsə, o zaman düşünməlidir ki, bu əməllə o, Xaliqin qəzəbinə tuş gələcək. Bəs belə olan halda müsəlman kəs hansı əsasla Yaradanın deyil, insanların ondan razı qalmasını üstün tuta bilər?! Allahın rizasını deyil, yaradılmışların razılığını qazanmağı 1

"ər-Ruqa və ət-Təməim", 116

21


üstün sayan insanı necə başa düşmək olar? Sizcə, bu faydasız və qeybətçinin xeyrinə olmayıb, əksinə, ziyanlı olan ticarət deyilmi? Məgər hər bir şey Allahın əlində deyilmi? Kim insanların razılığını qazanmaq üçün Allahı qəzəbləndirərsə, Allah elə edər ki, insanların da ona qəzəbi tutar. Uca Allah kimi sevirsə, yer və səma əhli də onu sevir. Yox, əgər kiməsə nifrət edirsə, yer və səma əhli də ona nifrət edir. Həsəd üzündən müsəlmanın qeybətini edən kəsin halına gəldikdə isə o bilməlidir ki, bu əməllə o, eyni anda iki əzabdan nəsibini özündə cəm etməkdədir. Birinci əzab budur ki, o kəs qəlbində qardaşına həsəd aparmaqla əslində öz qəlbini sıxıntıya salır və əzab çəkir. İkinci əzab isə budur ki, qəlbini həsəd və paxıllıqla dolduran müsəlman bu əməlin müqabilində Qiyamət günü öz savablarını itirməklə daha bir əzaba da düçar olacaqdır. Qeybətin istehza, lağa qoymaq məqsədi ilə edilməsinə gəlincə isə, bunu edən şəxs unutmamalıdır ki, bir kimsəni insanların

22


yanında lağa qoyduğuna görə o həm Uca Allah qarşısında, həm də insanlar qarşısında peşmançılıq çəkəcəkdir. Müsəlmanın qardaşına yazığı gəldiyi üçün onun qeybətini etməsi isə o deməkdir ki, onun qardaşına olan mərhəməti rəhmi həqiqi rəhm deyildir. Hər halda qeybət edən şəxsin özü bunu bilməmiş deyil. Həqiqətən, ona rəhm edirsə, o zaman qardaşının qeybətini etmək əvəzinə, ona nəsihət edərək, gördüyü işdə səhvini başa salmalıdır.

Qeybətdən tövbə etməyin yolu Uca Allah insanı zəif yaratdığına görə hər bir insan günah edir. Ən xeyirli insanlar o şəxslərdir ki, günah etdikdən sonra tövbə edirlər. Əg ər etdiyi günah Uca Allahla özü arasındadırsa, o zaman tövbə etməyin üç şərti vardır: 1. Peşman olmalıdır. 2. Etdiyi pis əməldən uzaqlaşmalıdır. 3. Bir daha həmin əmələ qayıtmamalıdır.

23


Əgər tövbə etmək istəyən kəsin tövbə edəcəyi əməl Adəm övladlarının haqlarındandırsa, o zaman bu üç şərtə dördüncü şərt də əlavə olunur ki, bu da zülm etdiyi şəxsin haqqını geri qaytarmaq və ya ondan bağışlamağı rica etməkdir. Qeybət edən şəxs etdiyi bu pis əmələ görə tövbə etmək istərsə, bu dörd şərtə əməl etməlidir. Həmin şəxs fitnə törətməyəcəyinə əmin olduğu halda həmin insandan bağışlanma diləyərək, ondan halallıq almalıdır. Belə bir sual otraya çıxır ki, qeybəti edilən şəxsdən qeybət edən şəxs halallıq almağa gəlirsə, qeybətini etdiyi kəsə nə barədə qeybət edildiyini bildirməlidir, ya yox? İmam Şafinin (Allah ona rəhmət eləsin) məzhəbinə görə bildirməlidir. İmam Nəvəvi (Allah ona rəhmət eləsin) də bu rəyi dəstəkləyərək buyurmuşdur: “Ola bilər ki, (qeybəti edilən) insan bəzi qeybəti bağışlasın, bəzi qeybəti isə bağışlamasın” 1.

1

"əl-Əzkər" kitabı, 548

24


Fitnə düşəcəyindən qorxduğu və ya həmin şəxs vəfat etdiyi halda isə kimlərin yanında onun qeybətini edibsə, həmin insanların yanında qeybətini etdiyi kəsi yaxşı sözlərlə yad etməklə təmizə çıxarmalı, xeyirlə anmalı, ona dua və istiğfar edərək, Allaha tövbə etməlidir. Mucahid (Allah ona rəhmət eləsin) demişdir: "Qardaşının ətini yeməyin (qeybət etmənin) kəffarəsi, onu tərifləmək və onun üçün dua etməkdir".

Caiz olan qeybət İmam Nəvəvi (Allah ona rəhmət eləsin) "əl-Əzkar" kitabında bildirir ki, haram olan qeybətlə yanaşı, altı növ qeybət də vardır ki, bu qeybətləri etmək caizdir. Birinci növ: Zülm olunan kimsənin etdiyi qeybət. Məzlumun ona edilən zülmün mahiyyətini sultana, hakimə və ya başqalarına danışması caizdir. Uca Allah buyurur:

25


* )('& %$#"M L 0 / . - ,+ "Allah pis sözün ucadan deyilməsini sevmir. Ancaq zülm olunan kimsələr istisnadır. Allah Eşidəndir, Biləndir" 1. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu barədə buyurmuşdur: "Haqlı kimsənin söz söyləməyə haqqı vardır" 2. İkinci növ: Pis işlərdən, günahkarı etdiyi əməldən çəkindirmək üçün, kömək məqsədilə edilən qeybət caizdir. Bunu isə hər adama yox, pis işlərdən çəkindirməyə qadir olan şəxsə demək lazımdır. Ömər ibn əl-Xəttaba (Allah ondan razı olsun) Əbu Cəndəlin Şamda şərab içdiyini xəbər verirlər. Ömər (Allah ondan razı olsun) ona Ğafir surəsində olan bu ayələri yazır və ona göndərir. 2F

23F

1 2

"ən-Nisə surəsi", 148 "Səhih əl-Buxari", hədis 2306, 2390, 2392. "Səhih Muslim", hədis 4194

26


BA@?> =< ;:987654M LK J

I H G F E DC L

"Ha. Mim. Bu Kitab Qüdrətli, Müdrik Allah tərəfindən nazil edilmişdir. Bu, günahları Bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli olan lütf sahibindəndir! Ondan başqa ilah yoxdur. Dönüş də Onadır" 1. Bu məktubdan sonra Əbu C əndəl şərab içməyi tərk edir. Əbu Cəndəlin içki içdiyinin Ömərə (Allah ondan razı olsun) xəbər verilməsini heç bir səhabə qeybət kimi dəyərləndirməmişdir. Üçüncü növ: Fətva almaq üçün edilən qeybət. İnsanın fətva almaq istədiyi adama filankəs bu cür edib, filankəs necə adamdır və s. bu kimi etdiyi qeybətlər caizdir. Hind bintu Utbəh (Allah ondan razı olsun) dedi: “Ey Allahın elçisi! Əbu Sufyan simicdir, mənə və övladına yetəcək qədər pul vermir. Əbu Sufyanın xəbəri olmadan 24F

1

"Ğafir surəsi", 1-3

27


onun pulundan götürüb xərcləyə bilərəm?” Peyğəmbər (Allahın ona salavat və salamı olsun): "Özünə və övladına yetdiyi qədər götürə bilərsən"– deyərək cavab verdi 1. Dördüncü növ: Müsəlmanları şərdən çəkindirmək üçün edilən qeybət. Məsələn, hədis rəvayət edən şəxslərin necə insan olduğunu bəyan etmək üçün edilən qeybət. Əbu Hureyr ə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Nə gözəl kişidir Əbu B əkr. Nə gözəl kişidir Ömər. Nə gözəl kişidir Əbu Ubeyd ə. Nə gözəl kişidir Useyd ibn Hudeyr. Nə gözəl kişidir Sabit ibn Qeys ibn Şəmmas. Nə gözəl kişidir Muaz ibn Amr ibnul-Cəmuh. Nə gözəl kişidir Muaz ibn Cəbəl”. Sonra da: “Nə pis kişidir filankəs. Nə pis kişidir filankəs”– deyə yeddi nəfərin adını çəkdi 2. Bu cür qeybət etmək bəzi hallarda vacib olur.

1 2

"Səhih əl-Buxari", hədis 5364, "Səhih Muslim", hədis 4574 Buxari "Ədəbul-Mufrad" kitabı, hədis 337

28


Beşinci növ: Açıq-aydın, heç kəsdən gizlətmədən fasiq işlər görənlərin qeybətini etmək caizdir. Həsən əl-Basridən (Allah ondan razı olsun) günah işlər görüb, onu insanlardan gizlətməyən kəslər haqqında soruşduqda o: "Yox, qeybət deyil. Çünki onun hörməti yoxdur"– deyə cavab vermişdir. Altıncı növ: Tanıtmaq məqsədi ilə edilən qeybət. Məsələn, həmin insanı adı və ya başqa sifətləri ilə tanıda bilməzsə, onun tanınan hər hansı bir eyib sifətini qeyd edə bilər. Məsələn; kor, lal, axsaq və s. Alimlər bunun qeybət olmamasında ittifaq eləmişlər. Son: Özümə və müsəlman qardaşlarıma qeybətdən uzaq olmağı tövsiyə edirəm. Yuxarıda qeybətin təhlükəsi və onun cəzası barədə, qısa da olsa, məlumat verdik. Bu günahdan çəkinməyən hər bir insan peşman olacaqdır. Çox insanlar düşünür ki, qeybət etdikdən sonra həmin şəxsdən halallıq alar və bu, kifayət edər. Ancaq qeybəti edilən şəxs halallıq vermədiyi halda, qeybət edəni cəza və

29


ya çoxlu sayda savabının itirilməsi gözləyir. Qeybəti edilən kəs halallıq verib verməməkdə ixtiyar sahibidir. İslam tarixində iz qoymuş məşhur alimlər belə, qeybətini etdikləri şəxsə halallıq verməmişlər. Səid ibn Museyyib (Allah ona rəhmət eləsin): "Mənə zülm edənə haqqımı halal etmərəm"– deyib. İbn Sirin (Allah ona rəhmət eləsin) isə belə demişdir: "Qeybəti mən haram etmədim ki, mən də halal edim. Qeybəti Allah haram etmişdir. Allahın haram elədiyi bir şeyi heç vaxt halal etmərəm".

Nəmimə İnsanların dilləri ilə qazandığı böyük günahlardan biri də nəmmamlıq etməkdir. Günahın bu növü də müəyyən xüsusiyyətlərinə görə digərlərindən seçilir. Nəmimə: fəsad törətmək niyyəti ilə insanlar arasında söz gəzdirməyə deyilir. İbn Həcər (Allah ona rəhmət eləsin) demişdir: “Nəmimə istər eyib

30


olsun, istərsə də olmasın, həm sözlə, həm də hərəkətlə olur” 1.

Nəmimənin hökmü Qeyd edilən bu növ günahın da şəriət baxımından bir hökmü vardır. İnsan mənəviyyatının bir qüsuru olan nəmiməyə dinimizdə münasibət kəskindir. İslam alimləri nəmimənin haram olmasında ittifaq etmişlər. Başqa sözlə desək, nəmimənin haram olmasına Quran, Sünnə və İslam ümməti ittifaq etmişdir. Çünki Uca Allah buyurur: ¹¸¶ µ´³²±° ¯®¬M L» º “İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə, dedi-qodu yayana, xeyrə mane olana, həddi aşana, günahkara” 2. 28F

1 2

"Fəthul-Bari", 10/473 "əl-Qələm surəsi", 10-11-12

31


Başqa bir ayədə isə: L5432M “Hər bir qeybət edənin, tənə vuranın vay halına!”. 1 - deyə xəbərdarlıq edilir. Huzeyfə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini eşitmişdir: “Nəmmamlıq edən Cənnətə girməyəcəkdir” 2. Yəni Cənnətə ilk girən dəstələrdə olmayacaq. Cəhənnəmə girib cəzasını çəkdikdən sonra Cənnət əhlindəndirsə, ora girəcəkdir. Səid ibn əl-Qahtani (Allah onu qorusun) buyurmuşdur: “Bu əhli-sünnə vəlcamaanın məzhəbidir. Qiblə əhlindən heç kəsi günahına görə kafir görmürlər, o vaxta qədər ki, həmin günahı halal görməsin və ya həmin (günaha) aid xüsusi dəlil gəlməsin” 3. Nəmmamlıq edən şəxs müsəlmanların ən şərli olanlarıdır. Əsma bintu Yezid (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat 29F

30F

31F

1 2 3

"əl-Huməzə" surəsi, 1 "Səhih Müslim" 1/101 "Əfətul-Lisən", 53

32


və salamı olsun) dedi: “Sizə ən xeyirliniz barədə xəbər

verimmi?” (Səhabələr): “Bəli!”– deyə cavab verdilər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “O kəslər ki, onları görəndə Allah yada düşər! Sizə ən pisiniz barədə xəbər verimmi?” Onlar: “Bəli!”– deyə cavab verdilər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Söz gəzdirənlər, dostların arasını vuranlar, bir-birilərindən ayrı olmaqla fəsad törətmək istəyənlərdir” 1. Nəmimənin bir günah olaraq çəkisinə toxunan Yəhyə ibn Əbu K əsir (Allah ona rəhmət eləsin) demişdir: “Nəmmam ilə yalançının bir saatda etdikləri fəsadı sehrbaz bir ildə belə etmir” 2. Yəni, insanların arasını vurmaqda, qəlblərini ayırmaqda və şəri yaymaqda sehrbaz ilə nəmmamlıq eynidir. İbn Kəsir (Allah ona rəhmət eləsin) insanlar arasında sözgəzdirməni iki qismə ayırmışdır: 1 Buxari, "Ədəbul-Mufrad" kitabı, hədis 323. Albani hədisin həsən olduğunu bəyan etmişdir. 2 "Fəthul-Məcid", 325

33


Birinci qism, insanların arasını açmaq və möminləri bölüb-parçalamaq şəklində olur. Bunun haram olmasında alimlər ittifaq etmişlər. İkinci qism isə, insanların arasını düzəltmək və möminləri birləşdirmək üçün olur ki, bunu etmək caizdir. Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) beyət edən ilk mühacir qadınlardan olan Ummu Kulsum bintu Uqbə (Allah ondan razı olsun) rəvayət elədiyi bir hədisdə Allahın rəsulu (Allahın ona salavat və salamı olsun) belə buyurmaqdadır: "İnsanların arasını düzəldən, xeyir söyləyən və xeyir söz danışan kimsə yalançı deyildir" 1. Nəmmamlıq edən şəxsə hətta, qəbirdə belə əzab vardır. Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Mədinənin kənarına çıxdıqda iki insanın qəbirdə əzab çəkməsinin səsini eşitdi və dayanaraq dedi: “Bu qəbirdəkilər günah etdiklərinə görə əzab çəkirlər: onlardan birisi sidik ifraz etdikdə ondan təmizlənməzdi, o birisi isə nəmmamlıq edərdi. 1

"Səhih əl-Buxari", hədis 2692, "Səhih Muslim", hədis 2799

34


Sonra yaş bir budaq qırıb onu iki yerə böldü və hər bir qəbrin üzərinə bir yarısını sancdı 1. Səhabələr: “Nə üçün belə etdin, ey Allahın elçisi?”– deyə soruşduqda, o dedi: “Budaqlar quruyana qədər əzabları yüngülləşsin” 2.

Nəmmam xəbər verdikdə nə etməli? Nəmmamlığın qarşısını almaq üçün atılması lazım olan bəzi addımlar vardır ki, mövzunun bu yerində onları dəyərli oxucunun diqqətinə çatdırmaq istərdim. Hər bir müsəmana nəmmam xəbər gətirdikdə, o, aşağıdakıları etməlidir: Birinci: Onun dediklərinə inanmamalıdır. Çünki nəmmam fasiqdir. Fasiq bir xəbər verdikdə isə dəqiqləşdirmədən inanmaq olmaz. Uca Allah buyurur: > = < ; : 9 8 7 6 5 4 3 2 1 0 /M L? 1 2

Bu, yalnız Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) xas olan əməldir "Səhih əl-Buxari", hədis 218, "Səhih Müslim", hədis 675

35


“Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, (onu) araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız”. 1 İkinci: Həmin adamdan bu cür hərəkətlərinə qəti surətdə son qoymasını tələb edərək, ona etirazını bildirməli və nəsihət etməlidir. Üçüncü: Allah rizası üçün həmin insanın pis əməlinə nifrət etməlidir. Çünki Allahın nifrət etdiyi əməllərə nifrət etmək biz müsəlmanlara da vacibdir. Dördüncü: Nəmmamın haqqında danışdığı, xəbər verdiyi insan barəsində pis zənn etməməlidir. Beşinci: Bütün bunları eşitdikdən sonra nəmmamın verdiyi xəbərin doğru olubolmadığını dəqiqləşdirmək üçün yollar axtarmamalı və cəsuslar göndərməməlidir. Altıncı: Bundan sonra nəmmamın bu əməlini inkar etdiyi üçün özündən razı olmamalı və onun haqqında başqalarına danışmamalıdır. 1

"əl-Hucurat surəsi", 6

36


Ancaq bununla belə həmin nəmmam əməlindən əl çəkməzsə, onun əməllərinin insanlara bəyan edilməsi vacibdir.

Nəmmamlığın əlacı Haqlı olaraq, müsəlmandan nəmimənin əlacı barəsində də soruşula bilər. Qeyd edilməlidir ki, nəmmamlığın əlacı qeybətin əlacı ilə eynidir. Lakin bunları oxuduqda elə zənn etməyin ki, hər hansı bir insanın hakimin və ya əlində səlahiyyəti olan bir şəxsin yanına gəlib, özünə qarşı edilən haqsızlığa, zülmə və s. görə şikayət etməsi də nəmimə sayılacaq. Xeyr, bu əsla belə deyil. Əksin ə, belə məqamda şikayət etmək lazımdır. Hətta bu şikayətə şəriətin hökmü baxımından yanaşıldıqda, şikayətin bəziləri vacib, bəziləri isə müstəhəb olur. Bu fikri təsdiqləyəcək aşağıdakı dəlilləri göstərə bilərik: Abdullah ibn Abbas (Allah ondan razı olsun) dedi: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qəniməti böldükdə ənsarlardan olan bir nəfər

37


dedi: “Allaha and olsun ki, Muhəmməd bunu Allah üçün etmədi". Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gələrək, onun dediklərini xəbər verdim. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) üzü qızardı və dedi: “Allah Musaya rəhm eləsin, (qövmündən) bundan da çox əzab gördü və səbr elədi” 1. Bir nəfər Ömər ibn Abdul-Əzizin (Allah ona rəhmət eləsin) yanına gələrək, başqa biri haqqında nəmmamlıq etdi. Ömər ibn Abdul-Əziz (Allah ona rəhmət eləsin) ona: “ Əg ər sən yalan deyirsənsə, onda bu ayədəkinə aidsən: > = < ; : 9 8 7 6 5 4 3 2 1 0 /M L? “Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, (onu) araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız” 2, yox əgər düz deyirsənsə onda bu ayədəkilərə aidsən: 39F

1 2

"Səhih əl-Buxari", hədis 6059 əl-Hucurat surəsi, 6

38


L µ´³²±° ¯®¬M “İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət əgər səni edənə, dedi-qodu yayana” 1, bağışlamağımızı istəyirsənsə. Həmin şəxs “Ey möminlərin əmiri! Bağışla! Bir daha o işə qayıtmaram”– dedi. Xəbər çatdırmaq qərarına gəldikdə isə, qeyd edək ki insanlar arasında fəsad yaymaq doğru deyildir. Odur ki, islah etmək məqsədi ilə xəbəri kimə gəldi yox, həmin adamı düzəltməyə qadir olan, ona təsir imkanlarına malik olan bir adama danışmaq bəyənilən əməldir. Sonda isə özümə və bütün müsəlmanlara Uca Allahdan etdiyimiz əməllərin halal yaxud haram olduğunu anlaya bilməyimiz üçün elmimizi artırmasını istəyirəm. Həmçinin Allahdan hər birimizə günah etməkdən xali olmadığımızdan etdiyimiz günahlardan tövbə edib uzaqlaşa bilməyimiz üçün səbr və dözüm arzulayıram. Günahın böyük yaxud kiçik 40F

1

əl-Qələm surəsi, 10-11

39


olmasına deyil, etdiyiniz o günahın kimə qarşı olduğunu hər an düşünün və harda olursanız olun yalnız Allahdan qorxun!

QEYD: Onu da qeyd edək ki, əlinizdəki kitab insan əməyinin bəhrəsidir və buna görə də orada xətaların olması labüddür. Hər hansı bir xəta ilə üzləşdikdə və ya mövzu ilə bağlı daha maraqlı təklifiniz olarsa ramil.soltanov@gmail.com elektron ünvanına yazmanızı xahiş edirik.

40


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.