ŞIRKƏTININ PROFILI 2011
www.qnet.net Ərəbcə: www.qnet.net/ar Azərbaycanca: www.qnet.net/az Bahasa İndoneziya: www.qnet.net/id Fransızca: www.qnet.net/fr Farsca: www.qnet.net/fa Portuqalca: www.qnet.net/pt Rusca: www.qnet.net/ru İspanca: www.qnet.net/es Ənənəvi Çincə: www.qnet.net/zh
Rəsmi QNet Bloqu www.qnet.net/blog www.qnet.net/vfan
İctimai media
www.qnet.net/facebook www.qnet.net/twitter www.qnet.net/youtube www.qnet.net/flickr
-ə Xoş Gəlmişsiniz
4 | ŞIRKƏTININ PROFILI
İDARƏ HEYƏTİNİN SƏDRİNİN MÜRACİƏTİ MƏQSƏDLİ RİFAH
Əldə edilə bilən rifah.
Şəbəkə marketinqi bu gün əvvəllər məlum olduğundan xeyli fərqlənir. Əvvəllər, əsasən evdar qadınların və təqaüdə çıxan insanların fəaliyyət sahəsi kimi tanınmaqla yanaşı, o həm də qeyri-sabit iş kimi qəbul edilir və mənfi təsəvvürlərlə müşayiət olunurdu. Bu gün mütəxəssislər qəbul edir ki, şəbəkə marketinqi insanların məşğul ola biləcəyi ən yaxşı işlərdən biridir. O, başlanğıc üçün əhəmiyyətli ölçülərdə bilik və bacarıqların, vaxtın və pul vəsaitlərinin olmasını tələb etməyən, lakin insanlara müqayisəyə gəlməz köməklik göstərən bir işlə, natamam maaşdan tutmuş passiv gəlirlərə qədər, bir şeylər qazanmaq imkanıdır. Buna görə də, getdikcə daha çox insan, xüsusilə də peşəkarlar və sahibkarlar, Robert Kiyosakinin “XXI əsrin biznesi” adlandırdığı şəbəkə marketinqi qatarına minirlər. Dünya üzrə 50 milyondan artıq insanın cəlb olunduğu, illik satış həcmi 115 milyard dollara çatan şəbəkə marketinqi vasitəsilə, getdikcə daha çox insan öz xəyallarını gerçəkləşdirməklə bərabər, digərlərinin də xəyallarının gerçək olmasına yardım edirlər və bununla da həqiqi rifahı təmin edirlər.
Səbəbləri olan rifah. QNet öz fəaliyyətinə 13 il bundan qabaq oxşar bir məqsədlə, insanlara öz həyatlarını və onların ətrafındakıların həyatlarını dəyişmək imkanı verməklə başlamışdır. Bizim missiyamız olan RYTHM (Bəşəriyyətə Yardım Üçün Özünü Yüksəlt) QNet-in Asiyada və ondan kənarda əhəmiyyətli inkişafına və təkamülünə güclü təkan vermişdir. Dünyanın son maliyyə böhranının ayıldıcı təsirləri ilə mübarizə apardığı və iş təminatının dəyər itirdiyi bir vaxtda, bizim qarşımıza qoyduğumuz “böyük işlər üçün böyük ol” vəzifəmiz daha da dərin məna kəsb etmişdir. QI Group Founder and Executive Chairman, Dato’ Vijay Eswaran Qi Group-un təsisçisi və İdarə Heyətinin sədri Dato’ Vijay Eswaran dediyi kimi “Daha çox insan təhsil aldıqca və iş qabiliyyətli olduqca, daha az iş yeri imkanı əmələ gəlir... və burada yaranan boşluğu şəbəkə marketinqindən başqa doldura biləcək heç nə yoxdur. Biz yeganə məntiqi həll yolu təklif edirik: insanlara öz evlərində iş görmələrinə, öz atalıq və analıq vəzifələrini və ya istədikləri hər vəzifəni yerinə yetirmələrinə imkan yaradırıq - və eyni zamanda dünyanın hər tərəfinə əmtəə və xidmətlər çatdırma peşəsini təqdim edirik.”
Nəticələri olan rifah. XXI əsrin ikinci onilliyində QNet, bizimlə tərəfdaş olmuş çoxsaylı insanların mənafeyi naminə, nəinki mövcud olduğu bazarlarda liderliyi saxlamaq, həm də əl uzatmaq və aşkar fərq yaratmaq niyyətindədir. İstər daha çox insan həyatını zənginləşdirmək üçün məhsul çeşidimizi və kompensasiya planını böyütmək; yoxsul qadınlara və uşaqlara himayəlik etmək üçün kollektivimizin üzvlərini və müstəqil nümayəndələrimizi cəlb etmək; şəbəkə marketinqini müdafiə etmək üçün hökümət orqanları və kütləvi informasiya vasitələri ilə işləmək; təxirəsalınmaz yardımların göstərilməsi üçün təbii fəlakət yerlərinə getmək; istərsə də şəbəkə marketinqi peşəsini yüksəltmək üçün Birbaşa Satış Assosiasiyası kimi tənzimləyici orqanlarla əməkdaşlıq etmək olsun ... bizim niyyətimiz aydındır. Mənfəətdən öncə, bizim məqsədimiz rifahla yanaşı, dəyişikliyin aparıcı qüvvəsi və ilhamvericisi kimi dünyaya xidmət etməkdir.
Donna Imson İdarə Heyətinin Sədri QNet Ltd
ŞIRKƏTININ PROFILI | 5
İCRAÇI DİREKTORUN MÜRACİƏTİ MÜASİR DÖVRDƏ BİZNES QNet-in Marussia Virgin Racing Formula One™ komandası ilə tərəfdaşlığını elan etməsinin ardınca şəbəkə marketinqi peşəsi qlobal miqyasda diqqət mərkəzinə cəlb olundu. Bunun nə kimi əhəmiyyəti var? Bu əhəmiyyət daşıyır, çünki bu sponsorluq bizim şirkətimizi və birbaşa satış peşəsini ictimaiyyət qabağına - beynəlxalq səviyyədə populyar idman növündə təmsil olunan dünya markalarının elit liqasına çıxartdı. Bu, şəbəkə marketinqinin yaratdığı fenomenal biznes və həyat imkanlarına dair geniş kütlələrin məlumatlandırılmasına və onlarda inamın formalaşmasına kömək edir; çünki bu elə bir peşədir ki, yüksək səviyyəli idman növlərində əla göstəricilər və nailiyyətlər əldə etmək üçün zəruri olan fədakarlıq və kollektiv fəallıq kimi bir çox oxşarlıqları əkz edir. Şəbəkə marketinqi XXI əsrdə ən sürətlə inkişaf edən biznes olub, keçmişin yeknəsək yollarından fərqli görüş sistemini təcəsüm etdirir. Şəbəkə marketinqi “qurdlar və quzular” dünyası deyil; o elə bir biznesdir ki, burada bir nəfərin uğuru digərinin uğuruna dəyər qatır. Şəbəkə marketinqi “güzəranını saxlamaq”dan həqiqi “yaşamağa” keçməyin təsdiqlənmiş, özünü doğrultmuş və güclü üsuludur. Burada, QNet-də biz bunu QNet-in həyat yolu adlandırırıq. O, bizim etdiyimiz hər şeydə təcəssüm olunmuşdur. Bu imkanın təklif etdiyi - özün özünə rəis olmaq, istədiyin şəkildə, istədiyin vaxtda işləmək, həqiqi həyatı yaşamaq üçün maliyyə resurslarını yaratmaq potensialı; müştərilərimizin həyatlarını yaxşılaşdırmaq və yüksəltmək üçün QNet məhsularının düşünülüb yaradıldığı yol; və nəhayət bizim, “RYTHM – Raise Yourself To Help Mankind” konsepsiyasında öz əksini tapmış əl uzatmağa və “pay verməyə” olan fundamental inancımız. QNet-in həyat yolu distribyutorların, müştərilərin və onların ətrafında olan hər kəsin həyatlarını dəyişmək üçün hərtərəfli yanaşma təklif edir. QNet-in 13 illik şərəfli tarixi bizim bu peşəni yeni bazarlara yaymağımızın, şəbəkəçi olmağın nə demək olduğuna dair təsəvvür yaratmaq və məlumatlandırmaq məqsədilə yerli orqanlarla iş aparmağımızın şahidi olmuşdur. Bu profildə gördüyünüz kimi, QNet dünya səviyyəli qurğuların və infrastrukturun, o cümlədən mükəmməl İT platformaları və anbar mərkəzləri, habelə beynəlxalq və çoxdilli dəstək mərkəzlərinin və yerli şərtlərə uyğunlaşdırılmış biznes alətlərinin dəstəyi ilə təmin olunmuşdur, və həqiqətən valehedici mühitdə şəxsi və işgüzar uğur qazanmaq üçün insanları hər şeylə təmin edən qabiliyyət platformasından ibarətdir JR Mayer İcraçı Direktor QNet Ltd
6 | ŞIRKƏTININ PROFILI
QNET
HAQQINDA QNet əsası 1998-ci ildə qoyulmuşdur və dünya üzrə müştərilərinin həyatını zənginləşdirməyi hədəfləyən sağlamlıq və həyat tərzi sahəsində ixtisaslaşmış dinamik şirkətdir.
Təmsil etdiyi markaya qarşı bağlılıq və məmnuniyyət oyadan qabaqcıl və eksklüziv məhsullar, habelə əlavə olunmuş yerli dəstək və xidmətlər sayəsində QNet, əzəmətli Asiya mirası ilə, özünü qlobal birbaşa satış şirkəti kimi biruzə vermişdir. Şirkətin məhsullarını təşviq etmək üçün özünü isbat etmiş biznes imkanları təklif etməklə, QNet həmçinin sahibkarlar üçün öz işini qurub, əlavə yaxud əsas qazanc əldə etmələri üçün ümidverici və faydalı imkanlar da təqdim edir. QNet “Raise Yourself To Help Mankind” (Bəşəriyyətə Yardım Üçün Özünü Yüksəlt) missiyasına sadiqdir. Bu fəlsəfə bizim Korporativ İctimai Məsuliyyət qanadımız olan RYTHM Fondu tərəfindən həyata keçirilən geniş miqyaslı təhsil, ətraf mühit, mədəniyyət və təbii fəlakətlərin aradan qaldırılması ilə bağlı xeyriyyə təşəbbüslərində özünə yer tapmışdır. QNet, bütün dünya üzrə məmnun qalmış milyonlarla pərakəndə müştəri və müstəqil distribyutorları əhatə edən güclü qlobal təsir dairəsi yaratmaq üçün on ildən artıq vaxt sərf etmişdir. Şirkət beynəlxalq konqlomerat olan Qİ Qrupun əsas törəmə təşkilatıdır. Qrupda bir çox biznes sahələri, o cümlədən birbaşa satış və e-ticarət, həyat tərzi və tətil, investisiyalar və əmlakın idarə edilməsi, təlim və konfransların idarə edilməsi, telekommunikasiya, zinət və kolleksiya əşyaları təmsil olunmuşdur.
ŞIRKƏTININ PROFILI | 7
GENİŞ MƏKAN, YERLİ İMKAN Sektorun həqiqi yenilikçisi olan QNet artıq 1998-ci ildə o dövrün fenomeni olan e-ticarəti şəbəkə marketinqin ümumi qəbul edilmiş paylama üsulu ilə birləşdirmək imkanını öncədən görə bilmişdir. Nəticə, şəxsi və maliyyə yüksəlişi üçün hədsiz potensiala malik sektor daxilində çoğrafi sərhədlərin nümayişkaranə pozulması oldu. QNet-in əsas bazarları Cənub-Şərqi Asiyada (şirkət burada yaradılmışdır), Cənubi Asiyada, Şimali və Mərkəzi Asiyada, Yaxın Şərq və Afrikada yerləşir, halbuki QNet-in distribyutorları bütün dünya boyu fəaliyyət gösyərir. Şirkətin gələcək hədəfində Avropaya, Şimali və Cənubi Amerikaya yayılmaq dayanmışdır. Şirkətin qlobal miqyasda təmsil olunması artdıqca, QNet artan tələbləri qarşılamaq və yerli ehtiyaclara daha yaxşı xidmət göstərmək üçün müxtəlif bazarlarda fəal şəkildə yerli təşkilatlarını yaratmaqdadır. Yerli şəraitdə yaradılmış şirkətlər yerində həyata keçirilən dəstək, xidmətlər, infrastruktur, valyuta və yerli məhsullarla işləyirlər. Bugün, QNet Malayziyada, Filippində, Hindistanda, Tayvanda, Şri-Lankada və Türkiyədə yaradılmış yerli şirkətlərə dəstək olur; tezliklə onlara bir sıra əsas regionlarla yanaşı, Sinqapur, İndoneziya, BƏƏ və Tailand da qoşulacaqdır. Yerli şirkətlərin, Şəbəkə Dəstək Mərkəzlərinin (ŞDM-lər) və nümyəndəliklərin məharətlə kombinasiya edilməsi yolu ilə, QNet geniş yayılan pərakəndə müştəri kütləsinə və artmaqda olan distribyutorlar şəbəkəsinə ən yüksək səviyyədə xidmət göstərmək üçün özünün yerli səviyyədə dəstəyini davamlı olaraq genişləndirməyə çalışır.
8 | ŞIRKƏTININ PROFILI
ETİBAR EDƏ BİLƏCƏYİNİZ
ŞİRKƏT
QNet, özünün qlobal biznesi çərçivəsində, eləcə də yerli şirkətlər vasitəsilə Sinqapurun Birbasa Satış Assossiasiyası (DSAS), Malayziyanın Birbaşa Distribyutorlar Assossiasiyası (MDDA) və Malayziya Biznes Etikası İnstitutu (BEİM) kimi muxtəlif sahələrə aid təşkilatların üzvüdür. Şirkət həmçinin, fəaliyyət göstərdiyi sektorun digər peşəkar qurumları ilə əməkdaşlıq edir, habelə ABŞ-da təşkil olunan Network Marketing Mastermind Event tədbirində, Sinqapur İstehlakçılar Asossiasiyasında (CASE), Dubay Birbaşa Satış Festivalında və eləcə də Birbaşa Satış Asossiasiyalarının Ümumdünya Federasiyasının Konfransında (WFDSA) fəal iştirak edir. Son üç il ərzində şirkət yüksək standart səviyyəsində təşkilat təcrubəsinə malik şirkətləri maliyyələşdirən Honq Konq Sosial Xidmət Şurası tərəfindən “Qayğıkes Şirkət” adına layiq görülmüşdür. QNet həmçinin şəffaflıq, məhsulların keyfiyyəti, eləcə də daxili və xarici əlaqələr nöqteyi nəzərindən bu sahədə fəaliyyət göstərən aparıcı şirkət kimi Indoneziya ərazisində tanınmışdır. Üstəlik, QNet ədalətli və etik iş prinsipləri, satış və satış sonrası xidmət, yaxşı təlim almış işçilər, yaxşı təchiz edilmiş obyektlər və nümayiş etdirdiyi iş səmimiyyətinə görə Mükəmməl Biznes Prinsipləri üzrə CaseTrust (Storefront) mükafatına layiq görülmüşdür. QNet böyüməkdə olan birbaşa satış sektoruna güclü dəstək verir. Biz bütün ictimai-iqtisadi təbəqələrdən olan insanlara həyati vacib və məhsuldar peşə təqdim edən bir şirkəti olaraq, bu sektorun tərəqqisini, peşəkar inkişafını və həvəsləndirilməsini müdafiə edirik.
ŞIRKƏTININ PROFILI | 9
KORPORATİV
ÖHDƏLİK
QNet şirkətin hər bir və bütün üzvləri tərəfindən qəbul edilmiş Baxış, Amal və Təməl Dəyərləri əldə rəhbər tutur Onun əməliyyatlarının əsasında peşəkarlığa sadiqlik və yüksək xidmətə bağlılıq dayanır.
Baxış
“Bizim Baxışımız korporativ səviyyədə və distribyutorlarımızın internet şəbəkəsi daxilində peşəkar biznes təcrübəsinin yüksək standartlarına sadiq qalmaq yolu ilə birbaşa satış sektorunda dünya lideri və nüfuz sahibi olmaqdan ibarətdir.”
Amal
“Raise Yourself To Help Mankind” (Bəşəriyyətə Yardım Üçün Özünüzü Yüksəldin) (RYTHM) “Bizim Amalımız sahibkarlıq imkanları və yüksək keyfiyyətli məhsullar təklif edərək ayrı-ayrı insanların öz potensial imkanlarından yararlanmalarına və qarşılarına qoyduqları hədəflərə nail olmalarına kömək etməkdən və eyni zamanda da hamının RYTHM vasitəsilə dünya ictimaiyyətinə yardımlarını əsirgəməməkdən ibarətdir.”
Təməl Dəyərlər
Təməl Dəyərlərimiz S.T.I.R. müxtəsər hərfləri ilə ifadə olunur.
Xidmət
“Biz gün ərzindəki bütün iş fəaliyyətimizlə özümüzü başqalarına xidmət göstərməyə həsr edirik.”
Kollektiv iş
“Biz, ümumi məqsədə xidmət edən vahid kollektiv kimi, hər kəsin xeyrinə olacaq ən yaxşı nəticələrə nail olmaq üçün birgə çalışırıq.” “Biz çoxuq və fərqliyik, lakin hamımız bir nəfər kimi çalışırıq.”
Səmimilik
“Biz özümüzü və bütün işgüzar əlaqələrimizi son dərəcə səmimiliklə idarə edir və digərlərinə hər cəhətdən dürüst və əsl hörmətlə yanaşırıq.”
Məqsədyönlülük
“İş və ya xeyriyyə fəaliyyətimizlə əlaqədar olub-olmamasına baxmayaraq, biz özümüzü əməkdaşlığımızın əsas iştirakçıları – şirkət, Müstəqil Nümayəndələrimiz (MN-lər), müştərilər, səhmdarlar, işçilər və daha geniş ictimaiyyət üçün ən yüksək nəticələr əldə etməyə həsr etmişik.”
10 | ŞIRKƏTININ PROFILI
ŞİRKƏTİN
TARİXİ
Bugün “dot-com köpüyünün partlaması” kimi yaddaşlarda qalmış 90-cı illərin sonlarında, Asiyada maliyyə böhranının qızğın çağında, kiçik, lakin cəsarətli bir şirkət yarandı.
Asiyanın hər yerində ənənəvi və onlayn biznes məkanları öz qapılarını bağlayan zaman, bu yenilikçi və qətiyyətli Filippin mənşəli birbaşa satış şirkəti üçün səyahət hələ təzə başlayırdı. Bütün dünyada insanların həyatını dəyişmək amalı ilə, bu şirkət internet marketinqin güclü biznes modelindən istifadə edərək İnternet və e-ticarətin potensial imkanlarını birləşdirdi. On ildən çox müddət keçdikdən sonra beynəlxalq səviyyəli əməliyyatları və milyonlarla müştəri dairəsi ilə bu “kiçik, lakin cəsarətli şirkət” heç də kiçik olmayan və hətta əvvəlkindən daha da cəsarətli bir şirkətə çevrilmişdir. Müasir məhsulların eksklüziv və dolğun portfeli müştərilərimizin və distribyutorlarımızın həyat tərzlərini və sağlamlıq ehtiyaclarını qarşılamaq üçün inkişaf etdirilməkdə davam edir; məhsullarımız sahibkarlara öz həyat və maliyyə vəziyyətlərinə nəzarət etməyin bir vasitəsi kimi xidmət edən QNet-in mükəmməl mükafat planını dəstəkləyir. Biznesdən istehlakçıya (B2C) e-ticarət modelindən istifadə edərək, şirkətimiz 1998-ci ildə ilk olaraq yüksək dəyərli sikkələr və üstün keyfiyyətli, kolleksiya potensialına malik medalyonlar təklif etməklə fəaliyyətə başladı. Şirkət Olimpiya Oyunları (2000, 2004, 2008), Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) və Birləşmiş Millətlərin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) üçün xatirə sikkələri proqramları üzrə rəsmi distribyutor hüquqları əldə etməklə çox tez bir zamanda dünyanın aparıcı numizmatika şirkətlərindən birinə çevrildi. 2000-ci ildə şirkət Avropanın ən qədim sikkəxanalarından biri olan B.H.Mayer’s Mint, Germany sikkəxanası ilə strateji ittifaq yaratdı və hal hazırda şirkətin sikkə və medalyon markası olan JR Mayer Collections® məhsullarının eksklüziv istehsalçısıdır.
2002-ci ildə şirkət, QVİ Club markası altında tətil və səyahət mübadiləsi proqramlarını daxil
etməklə özünün məşhur məhsullar çeşidini genişləndirdi və 2006-cı ildə Qİ Qrupun Koh Samuidə (Tailand) Prana Resorts & Spa kurortuna yatırdığı çoxmilyonluq sərmayənin nəticəsi kimi bu kurort QVİ Club-un Home Resorts -”yerli kurortlar” siyahısına eksklüziv olaraq daxil edildi. Qİ Qrup tərəfindən ilkin sərmayə qoyuluşu kurortun tam yenilənməsi, genişlənməsi, adının dəyişdirilməsi, markanın yenilənməsi və yenidən açılmasına yönəldildi. Prana tam vegetarian tərzli sağlamlıq kurortları sırasında ilk kurortdur.
2004-cü ildən şirkət, bugün keyfiyyət, eksklüzivlik və dəyərin dünya səviyyəli rəmzinə
çevrilmiş Bernard H Mayer® bahalı saat və zinət əşyaları markasını təmsil edən digər məhsullar sıarsını təqdim etməyə başladı; 2006-cı ildə Qİ Qrup İsveçrənin Zug şəhərində yerləşən İsveçrə saat zavodunu satın aldı və bu, peşəkar saatsaz və ustalar tərəfindən İsveçrə istehsalı olan Bernard H. Mayer® saatlarının daxili tərtibatına və hazırlanmasına imkan yaratmaqla QNet-in saat çeşidini möhkəmləndirdi.
ŞIRKƏTININ PROFILI | 11
2005-ci ildə QI Group Birləşmiş Krallıqda yerləşən və qabaqcıl rabitə həlləri və tenologiyalar təqdim
etməkdə güclü imkanlara sahib müstəqil telekommunikasiya xidmətləri təminatçısını satın aldı. Növbəti illərdə bu sərmayə qoyuluşu QNet-in, 2004-cü ildən etibarən mobil telefon və İnternet üzərindən qənaətli rabitə imkanları təklif edən İn-Voice telekommunikasiya markası altında təqdim olunan dünya səviyyəli texnologiyalarının önünü açdı. Suyun və insan orqanizminin keyfiyyətini və enerji səviyyələrini yüksəltmək funksiyası ilə inqilab törətdiyi hesab edilən yeni və unikal sağlamlıq məhsulları sırasının Amezcua markası altında 2006-cı ildə təqdim olunması şirkətin məhsul portfelini daha da genişləndirdi. Bu gün Amezcua markası Qnet-in satdığı ən məşhur məhsullar seriyasına daxildir. 2006-cı ildən etibarən daha iki orijinal enerji markası təqdim edilmişdir: təbii enerji ilə təmin edilmiş Himalayan Crystal CollectionTM bəzək əşyaları və enerji ilə yüklənmiş Veloci-Ti titan asqılar. Hər iki marka, sağlamlığa dair qabaqcıl baxışları zərif bəzək tərtibatı ilə birləşdirməklə, sağlamlıq və enerji sahəsində yeni səviyyə açır.
2008-ci il istehlak və məişət məhsulları seriyasına yeni və eksklüziv qida əlavələri, dəriyə və bədənə qulluq vasitələri, kosmetika və məişət qulluq vasitələrinin daxil edilməsi ilə əlamətdar olmuşdur. Bu məhsulların şöhrəti sayəsində şirkətin məhsul çeşidlərinə, şirkət tərəfindən təklif olunan biznes imkanlarından yararlanmağı arzu edib etməməyindən asılı olmayaraq, daha çox müştəri cəlb olundu.
Məhsul sıralarının belə təkamülü və müxtəlifliyi, şirkətin qlobal səviyyədən yerli səviyyələrə qədər öz fəaliyyətini genişləndiriməsi strategiyası ilə birlikdə, 2010-cu ildə şirkəti öz mövqeyində strateji dəyişiklik və rebrendinq etməyə sövq etdi. Şirkətin təbii yüksəlişi və biznes modelinin dəyişməsi münasibətilə 2010-cu ildə QuestNet şirkəti əvəzinə QNet şirkəti yarandı.
Bugün, QNet – dünya miqyasında müasir və proqressiv oyunçudur, və Asiyanın birbaşa satış
bazarında, xüsusən də birbaşa satış və şəbəkə marketinqi konsepsiyası ilə nisbətən yeni tanış olan ölkələrdə şəksiz lider və nüfuz sahibidir. İctimai maarifləndirmə kampaniyalarının və məlumatlandırma tədbirlərinin köməyi ilə, QNet yeni bazarlarda birbaşa satışla bağlı müstəqil iş imkanlarının təqdim edilməsində fəal rol oynayır, və bununla da, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə yerli iqtisadiyyata və sosial inkişafa təkan vermiş olur. Eyni zamanda QNet, birbaşa satış peşəsinin cəmiyyət daxilində geniş kök saldığı və sahibkarlar üçün həyati vacib və peşəkar iş imkanı kimi qəbul edildiyi daha inkişaf etmiş digər bazarlara da yönəlməkdədir. Dinamik tarixi boyunca, şirkətin RYTHM prinsipinə sadiqliyi sarsılmamış və QNet, Korporativ İctimai Məsuliyyət (KİM) tədbirləri və yardımları çərçivəsində fəaliyyət göstərdiyi cəmyiyyətlərdə əlaqələrini möhkəmləndirməyə davam edir.
1998-2011 ci illər üzrə tarixi xronologiyası
ŞIRKƏTININ PROFILI | 13
1998
• Asiyada iqtisadi böhranın və “dot-com partlayışının” qızğın çağında, iki xarizmatik şəxsin rəhbərlik etdiyi bir qrup dostlar tərəfindən Filippinin Manila şəhərində, bu gün dünyada QNet kimi tanınan çoxşaxəli marketinq biznesinin əsası qoyuldu. • Daha sonra şirkətin təsisçiləri olan Vijay Eswaran və Joseph Bismark dinamik Honq Konq şəhərində beynəlxalq səviyyəli biznes qurmaq üçün fəal, çalışqan, gənc və korporativ anlayışa sahib sahibkarlar komandasına başçılıq etdilər. • QNet 2000-ci ildə Sidney şəhərində keçirilən Olimpiya Oyunları üçün xatirə sikkələrinin yayılması üzrə rəsmi hüquqları əldə etdi.
1999 • Qapıdan-qapıya birbaşa satış prinsipindən fərqli olaraq, QNet biznesin yeni modelini yaradır və özünün rəsmi vebsaytını açmaqla, şəbəkə marketinqini onlayn formata keçirmiş Asiyanın ilk şirkətlərindən biri etibarını qazanır. Şirkət, özünün satış modeli kimi, birbaşa satışları və çoxşaxəli marketinqi müxtəlif zinət əşyaları, saatlar, kolleksiya sikkələri və medalyonların (numizmatika əşyaları) geniş çeşidi ilə birləşdirir. • QNet-in biznesi Sinqapur və Malayziyadan başlayaraq, bütün Cənubi Asiya ərazisində çiçəklənir. • V (QNet-in şəbəkə təlimi qanadı) özünün birinci ildönümünü 1000 nəfərlik qonaqla birlikdə Westin Philippine Plaza Hotel-də qeyd edir.
2000 • Numizmatika sektoruna uğurlu keçidin ardınca QNet əks inteqrasiya vasitəsilə beynəlxalq səviyyədə genişlənməyə davam edir. Şirkət Avropanın ən qədim şəxsi sikkəxanalarından biri olan B.H. Mayer’s Mint Germany ilə strateji ittifaq yaradır. Məhsul keyfiyyətinə mütləq nəzarət, mükəmməl ustalıq və qabaqcıl texnoloji avadanlıqlar yüksək keyfiyyətli məhsulların istehsalına zəmanət verir. • İnternet vasitəsilə ticarət imkanlarını artırmaq və şirkətin müştərilərlə əlaqələrini daha da dərinləşdirmək məqsədilə QNetin vebsaytına eMağaza əlavə edilir. • Filippinin ULTRA Stadionunda keçirilən tədbirdə 5000 nəfər tarixi sayda şəbəkəçinin iştirakı qeydə alınmışdır.
14 | ŞIRKƏTININ PROFILI
2003 • QNet-in yüksək səviyyəli mühafizə, mükəmməl sistem idarəetməsi və böyük həcmli əməliyyatlar keçirmək imkanları təqdim edən nasazlığa davamlı Microsoft® Server 2003 proqramından istifadə etməyə başlaması ilə, Microsoft, QNet-i İnternet texnologiyasını ilk tətbiq edənlərdən biri kimi səciyyələndirir.
2002 2001 • Şirkət 2002-ci il Koreya və Yaponiyada keçirilən FİFA Dünya Kuboku üçün sikkə proqramının rəsmi satış hüquqlarına dair çox mühüm sövdələşmə imzalamışdır. QNet həmçinin, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən FAO-nun Qızıl Sikkələr Proqramının dünya üzrə xüsusi nümayəndəsi seçilmişdir. • QNet öz fəaliyyətini Hindistan, Dubay, İndeneziya və Tailanda yaymışdır. • V-nin bir il əvvəl Filippində təşkil etdiyi şəbəkə yığıncağının müvəffəqiyyətinin ardınca İndoneziyanın Bali şəhərində keçirilən açılış mərasimi ilə V-Convention tədbirlər seriyasına start verildi.
• QNet tətil paketlərinin QVİ Club markasını yaratdı və daha sonra səyahət və istirahət sektorunda dünya üzrə aparıcı məhsul və xidmət təminatçıları ilə tərəfdaşlıq etməyə başladı. • Şirkət, bahalı zinət əşyaları, saatlar və aksesuarların daxil olduğu 100-dən artıq məhsulları əhatə edən Dövri Mübadilə kolleksiyasını yaratmaqla eMağazasını genişləndirdi. • QNet-in Tayvan və Əbu Dabidə nümayəndəlikləri açıldı və Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Şri-Lanka, Birləşmiş Krallıq , Finlandiya kimi ölkələrdə və Şərqi Avropada biznesi genişləndirildi.
• QNet Beynəlxalq Badminton Federasiyası (İBF) ilə strateji ittifaq yaradır və 2003-cü ildə İngiltərənin Birmingem şəhərində keçirilən Qİ-İBF Badminton üzrə Dünya Çempionatına sponsorluq edir. • Şirkət 200 yetim uşaq üçün Malayziyanın Penanq şəhərində “Disney on Ice – Beauty and the Beast” (Disney buz üzərində – Gözəl və Div) filminin nümayişini təşkil edir. • QNet Suntekdə (Sinqapur) keçirilən Sinqapur Beynəlxalq Sikkə Sərgisində ikinci ən böyük sərgi iştirakçısı oldu. • QNet participates in the 20QNet 2003-cü ildə Malayziyanın Kuala Lumpur şəhərində keçirilən Kuala Lumpur Beynəlxalq Pul Sərgisində iştirak etdi və ikinci ən böyük, ən interaktiv və ən çox ziyarət olunan sərgi stendi mükafatını aldı. • Şirkət, Afina 2004 Olimpiya Oyunları üçün bir neçə rəsmi sikkə distribyutorlarından biri kimi təyin olunmaqla, beynəlxalq miqyasda iştirakını möhkəmləndirir.
ŞIRKƏTININ PROFILI | 15
2005
2004
• QNet, Birləşmiş Krallıqda telekommunikasiya sahəsində ən qabaqcıl həllər təqdim etmiş İngiltərənin müstəqil telekommunikasiya • Rekord sayda 89 ölkədə qeyd təminatçısına sərmayə qoydu. Telekommunikasiya təminatçısı edilməklə Beynəlxalq Futbol daha sonra QNet-in İn-Voice Federasiyaları Assosiasiyasının (FİFA) xatirə sikkələri proqramının markası altında bəzi məşhur məhsulları üçün məsuliyyəti rəsmi distribyutoru olmaq üzərinə götürdü. şərəfinə layiq görülən QNet növbəti mərhələyə qədəm qoyur. • Dünya üzrə QNet-in Müstəqil Nümayəndələrinin sayı bir • QNet-in mövcud və gələcək milyona çatdı. məhsullarının tam həcmi ilk dəfə Dubayda keçirilən V-Convention • QNet şəbəkə üçün həftəlik 2004-də sərgiləndi və bu tarix yeniliklər və xəbərlər almaq QNet-in altıncı ildönümü ilə üstüçün dünya üzrə MN-lərlə üstə düşdü. sms vasitəsilə əlaqə qurmağa • QNet və Kambocanın Turizm başlayır. Nazirliyi arasında Anqkor Vat • RYTHM Fondunun köməyilə, Xatirə Sikkəsi üçün razılaşmanın QNet 2004-cü ildə Asiyada imzalanma mərasimi kecirildi. Ölkənin Qırmızı Xaç Cəmiyyətinə sunami dalğasından xəsarət alan əhəmiyyətli məbləğdə ianə edildi. ölkələrdə xilasetmə işlərində fəal rol oynadı. • QNet cəlbedici imkanlar • “Sükunətin mühitində” kitabı və faydalar vəd edən yeni Dato’ Vijay Eswaran tərəfindən Kompensasiya Planını təqdim nəşr olunur. Kitab Bernhard H. etdi. Mayer® tərəfindən SOS Tonneau Coin Watch yubiley saatları ilə • QNet şəbəkəyə daha iki markanı təqdim etdi: bahalı saat qeyd edildi. və zinət əşyaları markası olan Bernhard H. Mayer® və In-Voice telekommunikasiya markası
2006 • Şirkət İsveçrənin Zuq şəhərində İsveçrə saatları zavodunu satın alır ki, bu da 100 % daxili tərtibata və Bernhard H. Mayer® bahalı məhsul sırasının istehsalına başlamağa imkan verir. • Şirkət, mehmanxana və kurortlar bazarına doğru daha bir addım ataraq, Koh Samuidə yerləşən kurorta çoxmilyonlu sərmayə qoyuluşu həyata keçirir, onu yeniləyir və Prana Resorts & Spa adı altında təkrar istifadəyə açır. Bu beşulduzlu ekoloji təmiz kurort – dünyanın ilk tamamilə vegetarian tərzli kurortlarından biridir və QVİ Club-un “Home Resort” -”yerli kurort”una çevrilir. • QNet Amezcua markası altında inqilabi məhsullar sırasını təqdim edir ki, onun nanotexnologiya əsaslı Bio Disc-i şirkətin ən məşhur məhsullarından birinə çevrilmişdir. Şirkət həmçinin öz məhsul portfelinə qida əlavələrini daxil etməklə özünün istehlak məhsulları sırasını genişləndirir. • QNet Çində keçirilən Formula V6 seriyasında Team Meritusun fəxri sponsoru olur.
16 | ŞIRKƏTININ PROFILI
2008
2007
• QNet insanların həyatını dəyişdirmək arzusuna çatmaq üçün beynəlxalq təşkilatlarla əlaqələrini daha da genişləndirir. Şirkət, Uqandada keçirilən Commonwealth Business Forum 2007 tədbirinə sponsorluq edərək, beynəlxalq ticarətin və sərmayələrin həcmini artırmaq məqsədilə Dövlətlər Birliyi ilə əməkdaşlıq edir və insanların çətinliklərini azaltmaq üçün Bəhreynin Qırmızı Aypara Cəmiyyətinə (BRCS) ianə edərək öz yardımını göstərir. • QNetin sponsorluq etdiyi CIMB Team QI-Meritus komandası Çinin Şanxay şəhərində keçirilən 2007 Formula BMW Asia Seriyasının rəsmən çempionu elan edilmişdir. • QNet-in eMağazası, yüklənə bilən komponentlərin, çoxsaylı dil imkanlarının və təkmilləşdirilmiş Virtual Ofisin əlavə edilməsi və lokallaşdırma nəticəsində vacib düzəlişlərə məruz qalır.
• QNet ilk dəfə 2008ci ildə keçirilən GP2 Asiya seriyasında Qİ-Meritus.Mahara komandasının baş sponsoru və tərəfdaşı olur. • QNet 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunları çərçivəsində üçüncü dəfə olimpiyada xatirə sikkələrinin rəsmi distribyutoru təyin olunur. • Şirkətin böyük bir nümayəndə heyəti Sinqapurda Ümumdünya Birbaşa Satış Asossiasiyaları Federasiyasının (WFDSA) XIII Beynəlxaq Konqresində iştirak edir. • Hüquqi və korporativ məsələlərlə yanaşı, ticarət və məhsulların inkişafı üzrə ekspertlərdən ibarət QNet Məsləhət Şurasının əsası qoyulur. Şura, şəbəkəyə ən yüksək səviyyədə faydalı olmaq və şirkəti idarə etmək üçün strateji qərarların qəbulunu və mühafizəni təmin edir.
• QNet beynəlxalq fəaliyyətinin onilliyini qeyd edir. • QNet-in MN-lər üçün jurnalı nəşr olunmağa başlayır:aspIRe magazine. • QVI Club, 120 ölkədə 3000dən çox tətil yerini QVI Club üzvlərinə təqdim etmək üçün XChangeWorld tətil müdabiləsi şəbəkəsini işə salır.
ŞIRKƏTININ PROFILI | 17
2009
• QNet World Vision International ilə tərəfdaşlıq yaradır və 11 ölkədə 121 aztəminatlı uşağın təhsil, sağlamlıq və yardım alması üçün 110 000 ABŞ dolları həcmində ianə edir. İki illik sponsorluq proqramı xeyriyyəçilik təşkilatlarının tarixində ən irəli gedən beynəlxalq təşəbbüsü təmsil edəcəkdir. • QuestNet Singapore (Qnetin Sinqapurdakı nümayəndəliyi) ölkədə fəaliyyət göstərən qanuni birbaşa satış şirkətlərinin maraqlarını təmsil etmək məqsədilə yaradılan Sinqapurun Birbaşa Satış Asossiasiyasına (DSAS) qəbul edilmişdir.
• QNet Beynəlxalq Badminton Federasiyası (BWF) tərəfindən dəstəklənən Yonex-Sunrise Hong Kong Open Badminton Super Series 2009-un rəsmi sponsoru olur. • QNet Asiya Futbol Konfederasiyasının (AFC) Çemionlar Liqasının 2009-2012 sezonunun birbaşa satış üzrə rəsmi dəstək şirkəti seçilir. • QNet-in yerli filialı - QNet Malaysia, Malayziyanın Birbaşa Distribyutorluq Asossiasiyasının (MDDA) və Malayziya Biznes Etikası İnstitutunun (BEİM) üzvü seçilir.
• QNet aparıcı biznes jurnalı tərəfindən İndoneziyanın ən böyük şəbəkə marketinqi şirkətləri arasında göstərilir. • QNet CASE (Sinqapur İstehlakçılar Asossiasiyası) tərəfindən təşkil olunan mühüm tədbirə sponsorluq edir. • Peşəkar qolfçu Thongchai Jaidee (Dünyanın 50 və Asiyanın 3 ən yaxşıları arasındadır) QNetin enerjiləndirilmiş Veloci-Ti asma halqaları məhsul sırası üçün rəsmi Məhsul Elçisi təyin olunur.
*Photo taken at 2010 Abu Dhabi Grand Prix.
2010 • QuestNet, daxili inkişafı, geniş məhsul seçimi, yerli fəaliyyəti və şirkətin təbii təkamülünü ifadə etmək üçün QNet adlı yeni şirkətə çevrilir. • Qnet-in İdarə Heyətinin üzvü xanım Donna İmson, Beynəlxalq Çoxşaxəli Marketinq Asossiasiyasının (MLMIA) dünya üzrə çoxşaxəli marketinqi gücləndirmək missiyasına verdiyi mühüm töhfəyə görə, MLMIA tərəfindən nüfuzlu “Yaxşıların Yaxşısı” Şəbəkə Marketinqi Sektorunun Mükafatını almaq üçün namizəd göstərilir. • QNet-in sponsorluq etdiyi Team Malaysia QI-MeritusMahara.com komandasının pilotu Luca Filippi 2010 GP2 Asia Seriyalarında finişə ikinci, komanda isə dördüncü gəlir. • KİV, şirkətin 2012-ci ilədək Asiya Futbol Konfederasiyası (AFC) Çempionlar Liqasının rəsmi sponsoru kimi AFC ilə tərəfdaşlıq yaratması münasibətilə QNet-i alqışlayır. • Şirkət, ilk dəfə olaraq Rusiyada Şəbəkə Marketinqi Seminarları (NSS) təşkil edir.
• QNet, dalbadal üçüncü dəfə Honq Konq Sosial Xidmətlər Şurasının “Qayğıkeş Şirkət” mükafatına layiq görür. • QNet-in “2010 Top Performers” Bonus Aksiyası, əvvəlkilərdən daha çox MN-lərə çoxlu sayda səhmin verilməsi ilə, şirkət tarixində ən böyük həvəsləndirmə proqramı olur. • Şirkətin direktoru DSAS-ın fəxri xəzinədarı təyin edilir. • Şirkət, AFC 2010 Çempionlar Liqası oyunlarının gedişində 22 uşağın həyatına sevinc qatmaq üçün Xüsusi Ehtiyaclı İnsanlar Asossiasiyasına (APSN) üzv olur. • QNet dalbadal ikinci il, Dubayda keçirilən Ümumdünya Birbaşa Satış Festivalına böyük bir nümayəndə heyəti göndərir. • “QNet Pays Forward” təşəbbüsü və RYTHM Fondu Qazaxstanın müxtəlif icmalarına, eşitmə qabiliyyəti zəif olan uşaqlar üçün regional internatməktəbə avtobus hədiyyə edilməsi də daxil olmaqla, təxirəsalınmaz yardımların göstərilməsində iştirak edir.
• QNet və RYTHM Fondu, World Vision International-la birgə Şərqi Cakartanın Jatinegara regionundan gələn 50 uşağa Çempionlar Liqasının oyunlarını izləmək imkanını yaradır. • QNet və The V, Malayziyanın Bukit Jalil şəhərindəki Putra stadionunda növbəti V-Convention təşkil edir. V-Malaysia 2010, təxminən 8000 qonağın iştirakı ilə rekord vurmağı hədəfləyir. • QNet, təhlükəsiz, etibarlı və sabit onlayn sövdələşmələrə görə qibtə olunası VeriSign CyberTrust sertifikatını alır. • QNet, F1 Dünya Çempionatında Virgin Racingin rəsmi Birbaşa Satış dəstəkçi şirkəti kimi, Virgin Racing ilə uzunmüddətli tarixi tərəfdaşlığa imza atır. Tərəfdaşlığın möhürü, 2010 Əbu Dabi Qran Prisi gedişində, Virgin Group-un Təsisçisi Richard Branson və Qİ İdarə Heyətinin Sədri Dato’ Vijay Eswaran tərəfindən KİV və F1 azarkeşlərinin iştirakı ilə rəsmiləşdirilmişdir. • Virgin Racing ilə qurulan tərəfdaşlıqla yanaşı, QNet Honq Konq Football Club (HKFC) reqbi komandasının və Bəhreyndə Muharraq basketbol komandasının baş sponsoru olur.
• QNet, əfsanəvi kriket ustası və dünya rekordunun sahibi Muttiah ‘Murali’ Muralidaran ilə QNet-in rəsmi Məhsul Elçisi razılaşmasını imzalayır və bundan bir az sonra o, karyerasının son topu ilə, “Test Matches and One-Day Internationals”-ın kriket tarixində ən yüksək qapıtutanı olur. • Şirkət, QNet-in artan nüfuzunun və dünya birbaşa satış sektorunda tutduğu mövqenin sübutu olaraq, QuestNet Malayziyanın Direct Selling Association Malaysia (DSAM) təşkilatına üzvlüyünü dünya üzrə fəaliyyətləri sırasına daxil edir. • QNet-in İdarə Heyətinin üzvü xanım Donna İmson ABŞ-ın Texas ştatında keçirilən Network Marketing Mastermind Event tədbirində çıxış etmək üçün Asiyadan yeganə şəxs olaraq dəvət alır və onun, dünya şəbəkə marketinqi peşəsində Şərqin potensialı və gücünə dair alovlu çıxışı ayaqüstə alqışlarla qarşılanır.
2011 • Artıq dördüncü ildir ki, şirkətin yüksək korporativ məsuliyyət hissinə bağlılığı və həyata keçridiyi CSR (ictimai məsuliyyət) təşəbbüsləri QNet-ə Honq Konq Sosial Xidmət Şurası tərəfindən Qayğıkeş Şirkət adını qazandırmışdır. • Şirkət Sinqapurda həyata keçirdiyi fəaliyyətlər çərçivəsində Health Supplements Industry Association of Singapore (HSIAS) təşkilatının üzvü kimi sağlamlıq məhsulları istehsal edən digər aparıcı şirkətlərə qoşularaq bu sahənin prinsip və qaydalarının müəyyən edilməsi istiqamətində səylər göstərir. • QNet pərakəndə müştərilərə və şəbəkə distribyutorlarına təklif olunan yeni şəxsi gigiyena və qida əlavələri ilə istehlak bazarlarına ekspansiyasını genişləndirməkdədir. Bu təşəbbüs həmçinin HomePure su təmizləyicisinin və onun dəyişdirilə bilən süzücü elementlərinin NFS sertifikatını almasında da əks olunmuşdur; bu, istehsal sektorunda məhsula verilən elə bir şəhadətnamədir ki, onu ciddi təlimatlar və nümunəvi
standartlar əsasında isteshal olunmuş və istismar olunan məhsullarla bir cərgəyə qoyur. • QNet, QNet Ltd şirkətinin franşizası əsasında Avropaya doğru istiqamətlənməkdə davam edir; o, bazarın artan tələblərini qarşılamaq üçün Türkiyədə açılmış şirkətdir və 100% yerli şərtlərə uyğunlaşdırılmış biznes əməliyyatları və xidmətləri təqdim edir. • QNet 2011 FIA Formula 1™ Dünya Çempionatının açılış sezonunda Marussia Virgin Racing F1 komandasının rəsmi tərəfdaşı kimi yarışlara qatılır.
20 | ŞIRKƏTININ PROFILI
BİRBAŞA SATIŞ
SEKTORU
Birbaşa satış, ənənəvi pərakəndə satış nöqtələrindən kənarda, məhsulların və/yaxud xidmətlərin birbaşa müştərilərə çatdırılması və ya satışı üçün şirkətlərə alternativ imkan təqdim edən, inkişaf potensialına malik həyəcanverici fəaliyyət sektorudur. Bu sektor, şəbəkə marketinqi vasitəsilə, şirkətlərə birbaşa, şəxsən, interaktiv rejimdə, telefonla və ya kataloq satışları ilə müştərilərlə əlaqə qurmağa imkan verir. Müştərilərlə bu “əlaqə” müstəqil distribyutorlar və ya şəbəkəçilər vasitəsilə həyata keçirilir. QNet sistemində onlar Müstəqil Nümayəndələr (MN-lər) adlanır. Genişlənən bazarlarda, birbaşa satış şirkətləri və distriblyutorlar həm güclü bazar inkişafından həm də cəlbedici gəlir qazanmaq fürsətindən faydalanarkən, regionlar insanların öz bacarıqlarını inkişaf etdirməsindən və öz firavanlıqlarını özləri təmin etməsindən yararlanır. Birbaşa satış, daha mükəmməl bazarlarda, cəmiyyətin qarşılıqlı əlaqəsini təşviq edərkən, əlavə gəlir, şəxsi inkişaf və distribyutorlara bərabər səviyyədə nüfuz gətirən həqiqətən də nadir bir paylama üsulu yaradır. Birbaşa satış peşəsi, hər yaşda və cinsdə, bütün gəlir və təhsil səviyyələrindən olan insanlar üçün həyati vacib seçimdir. Bu peşə, məhsulların müştərilərə şəxsən, “birbaşa” olaraq çatdırılması üsulu kimi yaranmışdır və daim inkişaf edir. Birbaşa satışlar, uzun tarixi boyunca, xüsusən də iqtisadi çətinliklər zamanı dözümlü peşə kimi özünü dəfələrlə təsdiq etmişdir.
DÜNYA ÜZRƏ BİRBAŞA SATIŞLAR Dünya üzrə satışlar, milyard ABŞ dolları ilə dollar
Dünya üzrə satış qüvvəsi, milyon nəfərlə
Mənbə: www.wfdsa.org
Login
Register
Shop
BU NECƏ İŞLƏYİR?
Şəbəkə marketinqi sahəsində, distribyutor şirkətin məhsullarını müştərilərə istiqamətləndirərək komisyon haqqı qazanır. Onların şəbəkəsindəki digər distribyutorlar məhsulları müvəffəqiyyətlə başqalarına tanıtdıqda da, komisyon haqqı qazanırlar. Məhsullar, birbaşa satışın iş tərəfini kəşf etmək ehtiyacı olmadan, məhsul alan müştərilərlə yanaşı, həm də məhsulları satın alıb iş imkanından yararlanmaq istəyən potensial distribyutorlara satılır. Birbaşa satış şirkətlərini ənənəvi pərakəndə satış müəssisələrindən fərqi ondadır ki, hər hansı bir şəxs, inventar, bahalı ofis məkanı və ya vitrinlər üçün sərmayə qoymadan, çətin başlanğıc xərclərinə, biznes planlarını tərtib etmək üçün ilkin tədrisə ehtiyac olmadam öz şəxsi biznesini qura bilər. Üstəlik, məhsulların satışı, qablaşması və reklamı, eləcə də distribyutorların tədrisi şirkət tərərfindən həyata keçirilir. Birbaşa satış şirkətinin distribyutoru diqqətini yalnız məhsulların bazarda təşviqinə yönəldə bilər. Üstəlik, birbaşa satış biznesinin satıcısı olmaq üçün spesifik ixtisas sahibi olmaq tələbləri yoxdur, belə ki, şirkət tərəfindən zəruri biznes vərdişlərinin inkişaf etdirilməsi üçün təlimlər, habelə marketinq tədrisi təqdim olunur. Təlim məsələsi təklif olunan biznes imkanlarının ayrılmaz parçasıdır. Distribyutorlar, özü özünün rəisi olmaları, zövq almadıqları bir işi buraxmaları və istədikləri şərtlər əsasında maliyyə müstəqilliyi əldə etmələri üçün imkan yaradan, yalnız özlərinin iş öhdəliyinə çevrilən, rahat əldə edilə bilən iş potensialına malikdirlər.
22 | ŞIRKƏTININ PROFILI
PEŞƏKAR MARKETİNQ
QNet üçün mühüm olan peşəkar marketinq təcrübələrinə sadiq qalmaq və onları təşviq etməkdir. QNet-in Baxış və Təməl Dəyərlərində aydın ifadə edildiyi kimi, peşəkar marketinq, biznes əlaqələri həyata keçirilərkən və Müstəqil Nümayəndələrin (MN-lər) davranışlarında ən mühüm cəhət kimi nəzərə alınır. QNet-in hamı üçün açıq olan Əxlaq Kodeksi və Prinsiplər və Qaydalara dair çoxsaylı dildə sənədləri mövcuddur və bütün MN-lərin, işə başlamaları ilə, peşəkar və etik marketinqə bağlılıq öhdəliyini imzalamaları tələb olunur. QNet, şirkətin MN-lərinə sektorla bağlı məsləhətlər və peşəkar marketinqə dair təlimatlar təqdim edən hüquq və birbaşa satış üzrə peşəkarlar qrupundan ibarət QNet Məsləhət Şurası tərəfindən dəstəklənir. Bəzən əlaqəsi olmayan, qeyri-davamlı marketinq sxemləri ilə xətalı şəkildə əlaqələndirilən və bəzi ölkələrdə hüquqi bazanın olmaması nəticəsində yanlış anlaşılan bir sektorda, QNet, harada işləməsindən asılı olmayaraq, şəffaflığa və qanuni fəaliyyətə nümunə olmağa çalışır. QNet bütün MNlərinə hər zaman müvafiq və peşəkar münasibəti qəbul etmək göstərişi verir.
ŞIRKƏTININ PROFILI | 23
QNET BİZNES İMKANLARI
Deyirlər ki, bir xəyalı (maliyyə, şəxsi və ya digər) olan və bu xəyalı həyata keçirmək üçün vaxtını və səylərini əsirgəməkdən çəkinməyən insanlar dünyanın ən uğurlu insanlarıdır. QNet, bütün sosial təbəqələrdən, hər yaşdan və cinsdən və bütün gəlir və təhsil səviyyələrindən olan məqsədyönlü insanlar üçün bir “ev” yaratmaqda çoxillik təcrübə sahibidir. QNet, vaxtını və səylərini əsirgəməyən hər kəsin öz xəyallarını gerçəkləşdirə və uğur qazana biləcəyi imkanlar təqdim edir. QNet, yenillikçi, eksklüziv və keyfiyyətli həyat tərzi məhsullarını təşviq etmək və paylamaq məqsədilə, mükəmməl kompensasiya planı və uğur qazanmaq üçün etibarlı, təkrarlana bilən və isbatlanmış iş fürsəti təklif edir. QNet-in yaratdığı imkanlar dinamik və inkişaf edən sektorda səylə və ağılla işləmək istəyən və işləməyə qabil olan hər kəs üçün açıqdır. Şirkətin uğuru, Müstəqil Nümayəndələrin (MN-lər), geniş pərakəndə müştəri bazası yaradarkən, satış təşkilatının yığılması, öyrədilməsi və motivasiyası üçün şirkət tərəfindən təmin edilmiş materialları və təlimləri müvəffəqiyyətlə tətbiq edib izləmələrindən asılıdır. Öz növbəsində, MN-nin uğuru, onların müvafiq biznes təcrübələrinə necə müraciət etmələrindən və öz şəbəkələrinin uzunömürlü fəaliyyəti üçün müsbət təkrarlama konsepsiyasını nə dərəcədə yaxşı tətbiq etmələrindən asılıdır. QNet, şirkətin məhsullarının yönləndirilməsi və təşviq edilməsi üçün MN-lərə kompensasiya və həvəslənidrmə təqdim edən nadir biznes planından istifadə edərək, dünya üzrə interaktiv rejimdə pərakəndə yolla satılan, qayğı ilə tərtib edilmiş eksklüziv və etibarlı məhsullar çeşidini təklif edir. QNet-in MN-ləri, artıq on ildən çoxdur ki, ən müasir biznes alətlərindən istifadə edir: MN kimi sadələşdirilmiş onlayn qeydiyyat proseduru, effektiv idarəetmə və biznesə nəzarət vasitələrindən ibarət Virtual Ofis, mükəmməl kompensasiya planı, təhlükəsiz ödəniş imkanları, eləcə də biliklərin artırılması üçün təlim və biznes materialları - hamısı, mükəmməl e-ticarət platformasına tamamilə inteqrasiya edilmişdir. Bu günə qədər QNet-in məhsulları dünyanın bütün ölkələrində üç milyondan artıq insana satılmışdır. QNet, həqiqi beynəlxalq şirkət olaraq, uğurlu sahibkarların qlobal ailəsini yaratmaq üçün coğrafi sərhədləri, o cümlədən irq, mədəniyyət, din və dil maneələrini aşmışdır Uğur, bütün imkanlarda olduğu kimi, bir şəxsin həmin imkanla nəyi edəcəyi ilə ölçülür. QNet-in biznesi daha rahat iş axtaranlar üçün deyildir və “cəld varlanma” sxeminə əsaslanmır. Siz də, QNet-lə işləyərək artıq uğur qazananlar kimi, səylə çalışmalı, ağıllı düşünməli, sədaqət göstərməli, ilkin çətinliklərə hazır olmalı, müəyyən edilmiş və öz təsdiqini tapmış biznes planına tam riayət etməlisiniz. QNet öz MN-lərini biznesdə uğur qazanmaq üçün lazım olan bütün vasitələr və dəstəklə təmin edir.
24 | ŞIRKƏTININ PROFILI
RƏYLƏR Bezdirici işdən yaxa qurtarmaq… “Mən təhsilimi ABŞ-da bank və maliyyə sahəsində almışam və dörd il ərzində Bəhreynin böyük banklarından birində gərgin əməklə məşğul olmuşam. Mən, bir gün, özüm üçün aşkar etdim ki, həyatımda çox mühüm bir şeyi - azadlığımı itirmişəm. Daha sonra mən QNet-i tanıdım. Mən iki il yarım ərzində eyni vaxtda hər iki işi görürdüm, lakin sonra bankdakı işimə son verməyə qərar verdim və o vaxtdan tam olaraq QNet MN-si kimi fəaliyyət göstərirəm. Başlanğıcda ailəm və yaxın dostlarım mənim qərarıma şübhə ilə yanaşdılar. Lakin indi, onlar mənim bu işdə nə qədər böyüdüyümü, həm də eyni zamanda onlarla daha çox vaxt keçirə bildiyimi görürlər, və artıq onlar da QNet-ə həqiqətən nikbin münasibət bəsləyirlər.” Ali Shaker Bəhreyn
Sağlam şirkətdə işləyib sağlam məhsullardan yararlanmaq…
“QNet məni doğrudan da məftun etdi. Şirkət əsl ailə-təmayüllü insanlara sahibdir və V-Malaysia tədbirində çox əyləncəli vaxtlar keçirmişəm. . Dostlarım və mən bu tədbirdən əsl zövq aldıq və zəngin vegetarian naharı bizi çox məftun etdi. Ailəm və mən QNet-in enerji məhsullarından çox gözəl nəticələr əldə etdik. Bir çox dostlarım Amezcua Bio Disc ilə emal edilmiş suyu içdikdən sonra özlərini xeyli yaxşı hiss etmişlər və bunu onlara təqdim etdiyimə görə mənə çox minnətdardırlar.” Norma Donaldson Avstraliya
ŞIRKƏTININ PROFILI | 25
Kütləvi istehlak məhsulları ilə təkrar satışlardan həzz alın…
“Mən QNet-ə bundan çox qabaq, hələ bir neçə məhsul təklif edə bildiyimiz vaxtlarda qoşulmuşam. İndi QNet geniş istehlakçı tələblərini qarşılaya bilən bir çox yeni məhsul çeşidləri təqdim edir. İstehlak məhsulları mənə öz işimi daha asan həyata keçriməyə imkan verir, belə ki, müştərilər eyni məhsulu almaq üçün dönə dönə mənə müraciət edirlər. Gördüyüm işdən çox həzz alıram və QNet-in məhsulları məni vəcdə gətirir! ” Chew Get Nai Sinqapur
Bədəninizi cuşa gətirən məhsullar…
“Müştərilərimdən biri mənə Amezcua Bio Disc və Amezcua Chi Pendant göstərmişdi. İdman zalında birgə məşq etdiyimiz zaman onun nə qədər çox enerjili olduğunu görürdüm. Bu məhsullar, bir fitnes məşqçisi kimi mənə, elastikliyimi, dözümlülüyümü və gücümü saxlamağa köməklik etdi. İndi mənim anam, qardaşım və bacım da bu işə cəlb olunmuşlar. Amezcua məhsullarından savayı, biz həm də gündəlik olaraq VITAL CODE™ istifadə edirik. Mən hətta onu öz müştərilərimə də təqdim etmişəm və onlar çox məmnun qalmışlar, bəziləri isə bu işə qoşulmaq qərarına gəlmişlər. QNet ən yaxşı şirkətdir!” Charlene Eusebio Filippin
26 | ŞIRKƏTININ PROFILI
HAMI üçün doğru dəri baxım məhsulu…
“Physio Radiance istifadə etməzdən qabaq mənim üzüm yay vaxtı yağlı, qış vaxtı isə quru və al-qrımızı olurdu. Bir ay ərzində Physio Radiance istifadə etdikdən sonra mən müsbət dəyişiklik müşahidə etdim. Mənim dərim daha yümşaq, daha hamar və daha sağlam görünür. Mənim dərim bütün gün ərzində nəmliyini qoruyur. İndi mən özümə daha arxayınam və digər dəri baxım vasitələrinə yaxud makiyaja ehtiyacım yoxdur. Physio Radianceda həmçinin xoşuma gələn, onun paraben və tərkibində konservant maddələrin olmamasıdır. Physio Radiance doğrudan da heyranedicidir!” Elis Rusnawati Honq Konq
Zəngin enerji mənbəyi…
“Mən Amezcua məhsullarının böyük azarkeşiyəm.. Mən heç vaxt evdən Amezcua Chi Pendant-sız çıxmıram, çünki o, bütün gün ərzində, hətta gərgin iş qrafikim olanda belə, mənə gümrahlıq hissi və çoxlu enerji verir. Mənim uşaqlarım hazırda ancaq Amezcua Bio Disc ilə emal edilmiş enerjili suyu içirlər və özlərini sağlam və əvvəlkindən xeyli enerjili hiss edirlər. Amezcua Energy Shell-dən keçərək keyfiyyəti yüksəldilmiş su ilə duş qəbul etmək mənə həqiqətən gümrahlıq və enerji verir. Biz həmçinin Amezcua Energy Shell-dən Bombeydə olan tarlamdakı bitkiləri sulayan suvarma borularında da istifadə edirik və mən meyvələrin keyfiyyətinin necə artmasının şahidi olmuşam. Bizim bananlar daha ağır və daha şirindirlər və adətən onları yeyərkən hiss etdiyiniz acı və turş dada malik deyillər. ” Michelle Desai Hindistan
ŞIRKƏTININ PROFILI | 27
Hara gedirsinizsə öz həyatınızı rəngarəng edin…
“Mən Amezcua Lifestyle Set-i xoşlayıram, çünki onlar müxtəlif cür təsir göstərə bilirlər. Amezcua MOVE bütün gün ərzində mənə gümrahlıq və bol enerji verir. Amezcua DRINK-ə gəldikdə isə, mən onu hər dəfə su içəndə istifadə edirəm, çünki o, suyu daha çox hidratlandırır və bu da mənim enerji səviyyəmi tənzimləyir. Amezcua EAT isə soyuducumda olan bütün ərzaqların tamını yaxşılaşdırır və bundan sonra o ərzaqları yedikdə, mən özümü gümrah hiss edirəm. Disklərin hamısı çox yüngüldür. Siz onları istədiyiniz yerə götürə bilərsiniz.” Magdy Abdullah Misir
Mənə uğur gətirən yol…
“Mənim müvəffəqiyyətə doğru səfərim dostum məni öz yuxarı səviyyəli həmkarının yanına aparıb, QNet-lə tanış edərkən başladı. Onun həmkarı mənə bu işi necə görməyi öyrətdi və qarşılaşa biləcəyim problemlərin öhdəsindən gəlməyə dair məsləhətlər verdi. Mən həm də çox mütaliə etdim və QNet haqqında çoxlu məlumat aldım və bu məndə şirkətə qarşı daha güclü inam və etibar yaratdı. İlk çekimi aldığım gün həyatımın ən xoşbəxt anlarından biri oldu və məndə mənsubiyyət hissi oyatdı. Bu günə qədər bu işə öz böyük töhfəsini vermiş çoxlu insanlarla ratslaşmışam və mən artıq həyatımı mənasız yaşamayacağam.” Iwueke Princewill Nigeriya
28 | ŞIRKƏTININ PROFILI
QNET
MƏHSUL PORTFELİ
QNet, keyfiyyətə ciddi nəzarət vasitələrindən yararlanaraq və ən qabaqcıl tədqiqatçılar, alimlər və istehsalçılarla işləyərək, bütün dünya üzrə insanların zövqünə uyğunluğunu sübuta yetirmiş geniş çeşidli həyat tərzi və sağlamlıq məhsullarını təklif edir. Şəxsi gigiyena, qidalanma, kosmetika vasitələri, bədən və su enerjiləndiriciləri və məişət kosmetikasından tutmuş kolleskiya sikkələrinə, zinət əşyalarına, tətil paketlərinə və telekommunikasiya vasitələrinə qədər, QNet müxtəlif, dəqiqiliklə işlənmiş məhsullar və ən yüksək eksklüziv markalar təklif etdiyinə əmin olmaq üçün çox əmək sərf etmişdir.
DÜZGÜN BİZNESDƏ ƏN YAXŞI MƏHSULLAR
QNet məhsullarının seçimi və işlənməsi üçün əsas meyarlar: yenilikçilik, misilsizlik, keyfiyyət, nadirlik, şirkətin fəlsəfəsinə uyğunluq, və ən mühümü müştərilərin özləri üçün almaq və/yaxud başqalarına tövsiyə etmək istədikləri məhsula olan ehtiyacı qarşılmaq. QNet-in məhsulları, həmişə və yalnız müştərini nəzərdə tutmaqla təqdim olunur. QNet məhsullarının çeşid müxtəlifliyi Müstəqil Nümayəndələr (MN-lər) üçün xüsusi əlverişlilik və öz işlərini qurmaq üçün alternativ imkanlar təklif edir; QNet məhsul portfelinin genişliyi və dərinliyi, MN-lərimiz üçün, istər tək bir məhsul qrupu üzrə ixtisaslaşmaları, istərsə də bütün məhsulların təşviqi ilə məşğul olmaları üçün çox nadir potensiala şərait yaradır. Bugün, QNet bir çox xüsusi məhsul kateqoriyaları üzrə 100-dən çox məhsul təklif edir. Yüksək keyfiyyətli məhsulların geniş çeşidi, müştərilərə öz ehtiyaclarına və arzularına ən uyğun gələn məhsulu seçmək sərbəstliyi verir. QNet, fasiləsiz olaraq, QNet-in məhsul təklifinin təbii təkamülünü vurğulayaraq, nadir, mükəmməl və yüksək keyfiyyətli eksklüziv məhsullardan tutmuş, yaxşı seçilmiş və effektiv məhsullara qədər, müştərilərinin həyatlarını yaxşılaşdıracaq eksklüziv yeni markalar yaratmaqdadır.
ŞIRKƏTININ PROFILI | 29
30 | ŞIRKƏTININ PROFILI
QNET MƏHSULLARI Enerjy
Harmonised Energy
Bədən və suyu enerjiləndirən məhsullar Amezcua’s Harmonised Energy məhsul xətti sizin həyat ahənginizi və enerji səviyyələrinizi tarazlaşdırmaq və artırmaq üçün düşünülmüşdür. Onun inqilabi sağlamlıq məhsulları bütöv və sağlam həyat tərzi axtarışında olanlar üçün həyati əhəmiyyətlidir.
Təbii enerjili cəvahirat Himalayan Crystal Collection™ enerji ötürmə qabiliyyəti olması hesab edilən Himalay kristallarının təbii enerjisini və zərif gözəlliyini təcəssüm etdirən ilk və tək markadır. Böyük məharətlə hazırlanmış dəbəbəli zinət əşyaları sizin bədəninizin enerji tarazlığını optimalaşdırmağa kömək edə bilər.
Enerji ilə zənginləşdirilmiş asma titan bəzəklər Veloci-Ti-nin enerji ilə zənginləşdirilmiş çeşidli asma titan bəzəkləri sizin enerji səviyyələrinizi, fiziki qabiliyyətinizi, dözümlülüyünüzü, müqavimətinizi və çevikliyinizi gücləndirməyə, tarazlaşdırmağa və artırmağa köməklik edə bilər. Unikal formalı, yüngül və davamlı Veloci-Ti asma bəzəkləri xüsusi olaraq fəal idman həyatı yaşayanlar üçün düşünülmüşdür.
ŞIRKƏTININ PROFILI | 31
Qidalanma Zeytun yarpağı cövhəri Olé-nin tərkibində C vitamininə nisbətən beş dəfə daha çox antioksidant gücünə sahib zeytun yarpağı cövhəri vardır. O, immun sisteminin təbii qoruyucusudur və ürək-damar sisteminin normal və sağlam fəaliyyətini saxlamağa yardım edir.
Həllolan liflər 100% təbii və üzvi maddə olan FibreFit sizin gündəlik lif ehtiyacınızı qarşılamaq üçün ərzağınıza əlavə edilə bilər. O, həm də kalsiumla zəngindir və tərkibində prebiotiklər vardır ki, bağırsaq florasında faydalı bakteriyaların inkişafına və fəaliyyətinə xidmət edir.
Xam multivitaminlər VITAL CODE™, qidalı maddələri öz təbii xam formasında təqdim etmək üçün işlənib hazırlanmış yeniikçi multivitamindir. VITAL CODE™ tərkibində olan bütün qidalı maddələr emal edilməmiş, qatılmamış və bişirilməmiş haldadır, və daha da mühümü, bütün qidalı maddələr 100% fəaldır, yəni onların tərkibindəkilər öz qida dəyərini saxlayır.
Swietenia Macrophylla Juice Premix Swietenia macrophylla, NutriSky® tərkibində, qarşılıqlı fəaliyyət göstərən saponinlər və flavonidlər sayəsində sizin həyat qabiliyyətinizi və dözümlülüyünüzü yüksəldən faydalı təsirə malik ən vacib inqredientdir. NutriSky® həyat qabiliyyətinizi sürətləndirmək üçün qan dövranını yaxşılaşdırmağa xidmət edir Qüvvə ehtiyatınızı artırın VEXTA diqqətlə araşdırılmış və seçilmiş Çin bitkilərindən – Rhodiola rosea, Cordyceps militaris, və ətirli soğanın qarışığından ibarətdir. Unikal və güclü təsirə malik bitki dərmanı hasil etmək üçün faydalı xüsusiyyətlərə malik göyümtül-yaşımtıl yosunlarla kombinasiya edilmişdir. VEXTA-nın ənənəvi Çin təbabətinə və qədim “Tao” prinsiplərinə əsaslanan formulu kişilərin təbii balansını və iş qabiliyyətini yaxşılaşdırmaqla bərabər, onların həyat qabiliyyətini, ehtirasını yüksəldir və güc ehtiyatını çoxaldır.
32 | ŞIRKƏTININ PROFILI
Şəxsi gigiyena Ultimate Anti-Aging Skin Care Solution Tamamilə paraben tərkibli və qoruyuculardan azad Physio Radiance bədəninizin özünü tənzimləməsinə, özünü bərpa etməsinə,və hüceyrə səviyyəsində özünütəmirinə kömək edən yüksək dərəcəli, allerqiya törətməyən, hər iki cinsə uyğun yeganə dəri baxım vasitəsidir. Tərkibindəki az miqdarda antioksidantlar dərinin bütün üç pilləsində fəaliyyət göstərərək patentləşdirilmiş texnologiya sayəsində cavan dəri hüceyrələrinin yaşlanma nəticəsində itirilmiş orijinal xüsusiyyətlərini geri qaytarır.
SilverSol Technology® Məhsulları BioSilver 22 Gel elmi cəhətdən təsdiq olunmuş və xüsusi olaraq patentləşdirilmiş SilverSol Technology® texnologiyasından istifadə edir, hansı ki, öz antibakterial xüsusiyyətləri ilə sizin gigiyenik və təmizlik ehtiyaclarınızı qarşılayır.
Məişət kosmetikası Su təmizləyici HomePure yeddi süzgəc aşqarlı mexaniki Ultrasüzgəc (UF) sistemindən ibarət yüksək keyfiyyətli su təmizləyicidir. Bu o deməkdir ki, yeddi süzgəc pilləsi tək süzgəcli kartricə yerləşdirilmişdir. Xüsusi seçilmiş süzgəc aşqarı və onun texniki xüsusiyyətləri suyun təmizlənməsini, süzülməsini və enerjiləndirilməsini təmin edən təmiz və təhlükəsiz süzülmə qabiliyyətinə imkan verir.
Havadan alınan su Suyun təzə və steril saxlanması üçün, suyun bilavasitə götürülməsindən qabaq mikroorqanizmlərdən ibarət təbəqənin yaranmasının qarşısını almaq məqsədilə, saxlanan suya avtomatik olaraq qatılan hava/ozon məhlulunu istehsal edən mükəmməl, kimyəvi maddələrsiz və avtomatik dizinfeksiya sistemi. Ekoloji təmiz, qənaətli və rahat WFA süzgəc sistemi ən saf və təbii tamlı içməli su verir.
ŞIRKƏTININ PROFILI | 33
Zinət və kolleksiya əşyaları Datin Umayal Eswaran Xalis Cəvahirat Kolleksiyası Təbiətin gözəlliyini mədh edən Umayal Kolleksiyasındakı xalis cəvahirat nümunələrə incəliklə gümüşdən şəkil verilmiş və zərif daşqaşla bəzədilmişdir. Hər parçaya nadir sənət nümunəsi keyfiyyətini bəxş edən təcrübəli sənətkarlar tərəfindən hədsiz dərəcədə diqqətlə hazırlanmış əl işi olmaqla Umalay Collection təbiətin ən gözəl bənzətməsini yaradır ki, bununla bənzərsiz və zərif görünüşə dəyər verən güclü, özündən əmin qadını təcəssüm etdirir.
Saatlar və zinət əşyaları Qiymətli metalların və daş-qaşların işlənməsi və istehsalında yüz ildən çox bilik və təcrübəyə malik Bernhard H. Mayer® klassik və müasir üslublarda müxtəlif çeşidli eksklüziv cəvahirat və İsveçrə istehsalı saat nümunələri təklif edir.
Sikkələr və Medalyonlar Sikkə və medalyonların dünyaca tanınmış markası olan JR Mayer Collections® kolleksiyasına aid misilsiz parçalar tarixi, dini və əlamətdar hadisələri yaxalamağa çalışan əsl kolleksiyaçılar üçün dünya səviyyəli numizmatika nümunələridir.
Təbii enerjili cəvahirat Himalayan Crystal Collection™ enerji ötürmə qabiliyyəti olması hesab edilən Himalay kristallarının təbii enerjisini və zərif gözəlliyini təcəssüm etdirən ilk və tək markadır. Böyük məharətlə hazırlanmış dəbəbəli zinət əşyaları sizin bədəninizin enerji tarazlığını optimalaşdırmağa kömək edə bilər.
34 | ŞIRKƏTININ PROFILI
Ünsiyyət Telekommunikasiya
In-Voice-un inqilabi “hamısı birində” və qənaətcil telekomunikasiya həlləri sizə rahatlıqla hər yerdə və hər zaman - stasionar telefon şəbəkəsi, mobil telefon, şəxsi kompüter, In-Voice eksklüziv aparatı və hətta taksafonla əlaqə yaratmaq imkanı verir.
Məzuniyyətlər Tətil məhsulları
QVI Club dünya üzrə 3000-ə yaxın kurortlara istirahət və səyahət paketlərini seçməyi təklif edir. QVI Club istirahət paketinə sahib olmağın nədən ibarət olduğunu göstərir - əyləncə, əlverişlilik və uzunmüddətli dəyər.
Aksesuarlar
Geyim bəzəyi
Bahalı olmaması ilə heyranlıq doğuran bu parlaq və təmtəraqlı bijuteriya yüksək keyfiyyətli Svarovski daşlarından isifadə edir və istənilən geyimi sadə və xüsusi zövqlə işıqlandıraraq məxsusiliyi bariz şəkildə nümayiş etdirir.
Təhsil
Swiss eLearning Institute
Münasib, interaktiv (onlayn) tədris proqramları ilə Swiss eLearning Institute tədris mühiti yaratmaq üçün “dalma” metoduna əsaslanan interaktiv platforma tətbiq edir və sizin təhsil təcrübənizi möhtəşəm etmək üçün lazım olan resursları və vasitələri təqdim edir. Tədris kurslarına daxildir: Presentation and Communication Skills (Təqdimat və ünsiyyət vərdişləri), Career Design (Karyera quruluşu) , Marketing 2011 və Art of Management (İdarəetmə sənəti).
*Məhsullar, əldəedilmə imkanına görə, satıldığı və göndərildiyi ölkənin mövcud qanunlarına tabedir.
ŞIRKƏTININ PROFILI | 35
DƏSTƏK
XİDMƏTLƏRİ DÜNYA SƏVİYYƏLİ
Bizim əqidəmizə görə QNet distribyutorunun uğura doğru cəhdi bizim cəhdimizdir. QNet-in MN-ləri “Müstəqil” Nümayəndələr adlana bilərlər, lakin “müstəqil” yalnız olmaq demək deyil. Dünya səviyyəli dəstək xidmətləri sayəsində, QNet, MN-lərə hər yerdə və hər zaman dəstək olmaq üçün, hər şeylə təchiz edilmişdir.
Loqistika
QNet öz müştərilərinə etibarlı beynəlxalq loqistika təqdim edir. QNet Global IT tərəfindən yaradılmış Vahid Loqistika Sistemi, arasıkəsilməz məhsul tədarükünü həyata keçirməyə imkan verir və bu sistem vasitəsilə hər gün dünya üzrə yayılmış MN-lərə və pərakəndə müştərilərə minlərlə məhsul yola salınır. Bizim anbarlarımız, Honq Konq, Malayziya və BƏƏ-də yerləşən bir çox beynəlxalq distribyutor mərkəzlərindən ibarət qabaqcıl Anbar İdarəetmə Sistemi ilə dəstəklənir. Bizim Loqistika Sistemimiz MN-lərin Virtual Ofisinə tam şəkildə inteqrasiya edilmişdir. Virtual Ofis, MN-lərin məhsul aldıqları və e-ticarət fəaliyyətini həyata keçirdikləri məkandır. Sifariş əməliyyatının tamamlanması ilə, QNet-in Vahid Loqistika Sistemi avtomatik olaraq yük aviaqaiməsi məlumatlarını Virtual Ofislə sinxronizasiya edir və bununla da, MN-lərə dünyanın istənilən yerindən öz yüklərinin hərəkət nöqtələrini interaktiv rejimdə, canlı olaraq, gündə 24 saat ərzində izləməyə imkan verir. Məntəqələrarası loqistika məlumatlarında, məhsulun götürüldüyü məntəqə, yükləmə, yola salınma məntəqəsi, gəlmə təyinat məntəqəsi, gömrükdən keçirilmə, və nəhayət məhsulun düz onların qapısına yaxud yerli QNet ofisinə çatmasına qədər bütün çatıdırıma məlumatları addımbaddım göstərilir. QNet, müştərilərin öz məhsullarını onlara ən yaxın nöqtədən asanlıqla götürə bilməsi üçün dünya üzrə 50-dən çox agent və anbar-firma cəlb etmişdir. QNet-in pick-up xidmətləri, müştərilərə intekativ rejimdə alışlar etməyə və sifariş etdikləri məhsulları bir neçə dəqiqə ərzində, sadəcə yolu keçib, ən yaxın məntəqədən götürməyə imkan verir. QNet Vahid Loqistika Sistemi həmçinin müxtəlif beynəlxalq kuryer firmaları və QNet Şəbəkə Dəstək Qrupuna (ŞDQ) inteqrasiya edilmişdir.
36 | ŞIRKƏTININ PROFILI
Informasiya Texnologiyası
Şirkət, öz tarixinin ilk vaxtlarında Microsoft tərəfindən e-ticarət sistemini ilk qəbul edənlərdən biri kimi qəbul edilmiş və o vaxtdan etibarən informasiya texnologiyalarının önündə gedir. Bugün, QNet onlayn şəbəkə marketinqi və birbaşa satış sahəsinin pioneri kimi özünü təsdiq etməkdə davam edir.
İT-nin MN-lərə tətbiqi
Qabaqcıl İnformasiya texnologiyaları infrastrukturu və sistemləri QNet-in biznesinə dəstək olmaq, şərait yaratmaq və təkmilləşdirmək işinin ayrılmaz tərkib hissəsidir. Bu, İT xidmətlərin möhkəm təməlini və etibarlı İT infrastrukturu təmin etməklə və MN-nin işini dəstəkləmək, inkişaf etdirmək və böyütmək üçün düşünülmüş təsirli tətbiqi həllər və son söz texnologiyalar təqdim etməklə həyata keçirilir. QNet-in vebsaytına gün ərzində orta hesabla minlərcə unikal ziyarətçi daxil olur və milyonlarca səhifəyə baxılır Vebsayt (www. qnet.net) bir neçə dildə mövcuddur və MN-lərin işlərini izləeyib nəzarət etdikləri, özlüyündə yüksək səviyyədə inkişaf etmiş onlayn iş yeri olan, Virtual Ofis olaraq tanınan MN iş mərkəzinə giriş qapısı vəzifəsini oynayır http://www.qnet.net/. QNet həmçinin, MN-lər üçün, hər yerdə verilən dəstəklə harada olursa olsun iş görməklə bağlı əsas şirkət fəlsəfəsini daha da gücləndirən mobil məkan, mobil əlavələr və xüsusi tələblərə uyğunlaşdırılmış vebsaytları da təqdim edir.
Təhlükəsizlik və Məhsuldarlıq
QNet-in İnformasiya Xidmətinin Rəhbəri Google tərəfindən Kaliforniyanın Mountain View şəhərində keçirilən ‘Atmosphere’ konfransında iştirak edir.
QNet məlumat bazasının sabitliyi və qorunması, eynilə bütün Qnet e-ticarət əməliyyatlarının və Virtual Ofis funksiyalarının təhlükəsizliyi kimi əsas tutduğumuz prioritetlərən biridir. Biz çoxpilləli internet təhlükəsizliyi və məlumat təhlükəsizliyindən istifadə edirik ki, bu da hər əməliyyatın SSL və VeriSign-a aid EVSSL (Extended Valuation Secure Sockets Layer) protokolları altında şifrələnməsi deməkdir. Saxtakarlıq və şəxsi məlumatın məhv edilməsinə qarşı fərdi müdafiənin əlavə qatı kimi autentik eyniləşdirmədən istifadə edilir. Bütün təhlükəsizliyin təminatı prosedurları rüblük olaraq CyberTrust şirkəti tərəfindən yoxlanılır, biz isə daima ən müasir və bu sahədə lider olan və dünya səviyyəli elektron satış şirkəti üçün İT-xidmətlərinin lazımi səviyyəsini təmin edən və bizim məqsədlərimizə müvafiq olan peşəkar həll formalarını tətbiq edirik. Mal çatdırma sistemini (CDN) işə salaraq, biz öz vebsaytımız və eMağazamızı dünya üzrə bütün müştərilərimizə və müstəqil nümayəndələrimizə daha yaxın edə və onları istifadəçilər üçün daha rahat edə bilirik. Şirkət, Akamai kimi aparıcı media və məzmun təminatçısı və Verizon kimi nüfuzlu telekommunikasiya şirkətləri tərəfindən təklif olunan veb-əlavələr və idarəetmə xidmətlərinin köməyilə, öz şəbəkəsini, serveri və anbarlarının işini optimallaşdıra bilir və yüksək sürət və səmərəli avtomatlaşdırma, eləcə də məhsuldarlıq və təhlükəsizliyi artıra bilir.
ŞIRKƏTININ PROFILI | 37
www.qnet.net Bizim vebsaytımız MN-ləri, potensial müştəriləri və ümumi kütləni QNet, məhsullarımız və biznes imkanları haqqında məlumatlarla təmin edir. O, şirkətin tarixinin xronologiyasını verməklə yanaşı, media təbliğatı və şirkət xəbərləri və press-relizlərdən ibarət xəbərlər mənbəyini təcəssüm etdirir. Saytda həmçinin MN-lərin biznes uğuruna dair real hekayətlər, məhsullara dair rəylər və QNet məhsullarının tam çeşidi verilmişdir. Vebsaytdan, təqdim olunan faydalar, əlavələr, əsas imkanlar, çoxdilli multimedia yükləmələri və bütün QNet markaları haqqında geniş informasiya ilə birlikdə, tam onlayn məhsul portfeli kimi istifadə edilə bilər O, ideal axrtarış vasitəsidir. Vebsayt 10 dildə mövcuddur - İngilis, Ərəb, Azərbaycan, Bahasa İndoneziya, Fars, Fransız, Portuqal, Rus, İspan, Ənənəvi Çin və Türk - bütün təqdimat materialları, yükləmələr, kataloqlar və şirkət və məhsullarına dair filmlər pulsuz yüklənə bilər. QNet vebsaytı həmçinin MN-lər üçün Virtual Ofisə və müştərilər üçün Pərakəndə eMağazaya keçid yeri olmaqla yanaşı, həm də interaktiv rejimdə sadələşdirilmiş MN üzvlük prosesinə bir düymə ilə başlamaq məkanıdır.
Virtual Ofis və eMağaza MN öz biznesini QNet Virtual Ofisi vasitəsilə təşkil edir, ona nəzarət edir və izləyir. Bu iş sövdələşmələri üçün təhülkəsiz və etibarlı iş şəraiti, şəbəkənin digər üzvləri ilə qarşılıqlı əlaqə, biznes və məhsulun təlimləri və şirkətlə ünsiyyətdə olan, daima inkişaf edən onlayn ofisdir. QNet eMağazası Virtual Ofisdə yerləşdiyi halda, pərakəndə eMmağaza şirkətin açıq vebsaytında yerləşir. Hər ikisi elektron kommersiya və istifadə rahatlığının ən müasir vasitələri ilə seçilir, məhsullar barədə dolğun məlumat və yükləmək üçün multimedia materiallarından, həmçinin çoxdilli bukletlər, video kliplər, tədris təqdimatları, məhsulların qiymətləndirilməsi, rəylər və sairədən ibarətdir. MN, komisyon haqları barədə hesabata və genealogiyaya baxa bilər, sövdələrin uçotunu apara bilər, biznes və məhsullar barədə mühüm yenilənmələr və yeni məlumatlar ala bilər, özünün şəxsi eMağazasında alış-veriş edə bilər, faydalı materiallar yükləyə və lazımi biznes-materiallar əldə edə bilər. QNet Virtual Ofisi və eMağazası bu sahədə ən etibarlı elektron ticarət platformalarından biri əsasında işləyir.
38 | ŞIRKƏTININ PROFILI
Mobil Platforma və Əlavələr QNet Virtual Ofisi, eMağaza, Biznes Vasitələri, Təlim Vasitələri və mühüm elanlar və məlumatlar hamısı mobil platformalar, habelə mobil əlavələr vasitəsilə əldə edilə bilinir. QNet işinin uğuru üçün vacib olan məsələ QNet məhsulları və xidmətləri barədə hər yerdə və hər zaman yeni xəbərlər ala bilməkdir; QNet mobil platforması və yüklənilə bilən əlavələr MN-lərin öz işlərində çevikliklə təchiz edilmələrini təmin edir.
MN-nin şəxsi vebsaytı
İnternet marketinqə və MN-lərin işinin daha yaxşı təqdim olunmasına şərait yaratmaq üçün, bütün QNet MN-lərin öz zövqlərinə uyğun QNet MN-nin Şəxsi Vebsaytını yaratmaq üçün e-ticarət vebsaytı qurucusundan yararlanmaları təmin edilmişdir Vebsayt MN-lərə imkan verir ki, öz işlərini, öz şəbəkə və bazar üstünlüklərinə uyğun olaraq hansı məhsul/lar xəttini və necə təşviq etməyi seçməklə, ya məhsullardan hər hansı birinə və ya hamısına yönəldə bilsin. Tək marketinq vasitələri deyil, həm də tam inteqrasiya olunmuş eMağaza, habelə potensial üzvlərin qeydə alınması funskiyaları onu ifadə edir ki, Şəxsi Vebsayt onlayn şəbəkə marketinqini və birbaşa satışı, biznes potensialını sürətləndirmək üçün, texnologiyaların ön cərgəsinə çıxarır. www.myqnsite.com saytına keçid.
ŞIRKƏTININ PROFILI | 39
Təlim və Biznes vasitələri QNet-in Virtual Ofisində şirkəti, onun məhsullarını, imkanları və QNet-in müxtəlif xidmətlərini MNlərin daha yaxşı anlaması üçün nəzərdə tutulmuş bir çox multimedia təqdimatları, video kliplər, DVD, dərslik, buklet və təlimatları pulsuz yükləmək və ya satın almaq olar. Bu vəsaitlər, MN-lərə və potensial müştərilərə kompensasiya planını, şirkətin Prinsip və Qaydalarını, eləcə də öz vəzifələrini anlamağa yardım edəcəkdir. QNet bu cür vəsaitləri müxtəlif dillərdə təklif edir ki, bu da MN-lərə öz biznesini anlamağa, ondan istifadə edib gəlir əldə etmələrinə yardım edir. • Məhsullara dair təlim videoları
Məhsullara dair təlim DVD-si
• Məhsullara dair təlim təqdimatları • Məhsullara dair istifadə vəsaitləri • Şirkətin Profili, Prinsip və Qaydaları barədə bukletlər, kompensasiya planı barədə bukletlər və Tezbaşlama Göstərişləri bukletindən ibarət QNet Biznes Planlaşdırıcısı • QNet məhsul çeşidlərinin ayrı-ayrı markaları barədə bukletlərdən ibarət QNet Məhsul Portfeli • Şirkət, sosial məsuliyyət və məhsul markaları haqqında müxtəlif videomateriallardan ibarət QNet DVD Master Collection • Biznes təqdimatlar
Onlayn Biznes Kartı
• Prinsiplər və Qaydalara (PQ) dair təqdimatlar • Kompensasiya planının təqdimatı • Yüklən bilən QNet Biznes Kartları
• aspIRe jurnalı (MN-lər üçün rəsmi QNet jurnalı) • MN-lər üçün məlumat vərəqələri
• Reklam plakatları və marketinq materialları aspIRe jurnalı
QNet Məhsul Portfeli
QNet Biznes Planlaşdırıcısı
40 | ŞIRKƏTININ PROFILI
Məhsul Təlimi
Məhsul barədə məlumatlı olmaq bazarda uğurlu satış və irəliləmə, eləcə də digərlərini bundan əmin etmək bacarığı üçün vacibdir. QNet şirkəti mütəmadi olaraq yaranan bütün suallara cavab verməyə və MN-lərin təşviq etdikləri və özlərinin istifadə etdikləri məhsullar barədə məlumatlarının olmasını yoxlamaq üçün hazır mütəxəssislərin cəlb edilməsi ilə məhsul üzrə intensiv və səmərəli təlimlər keçirir. QNet şirkətinin məhsulları barədə təbliğat aparan təlimçi-mütəxəssislər komandasının əsas məqsədi eyni zamanda biznesin aparıldığı və məhsul barədə tədris məlumatı verilən QNet şirkətinin şəbəkəsi daxilində daha səmərəli və təkmilləşmiş ünsiyyət yaratmaqdır. Məhsul barədə təlim keçən təcrübəli komanda təqdimat materiallarını məhsul və vəsaitlər barədə yeni məlumatla təmin edərək öz MN-ləri arasında yayır. Təlim komandası dünyanın hər bir nöqtəsinə ezam olunaraq MN-ləri təlimləndirmək və onlara unikal, təcrübi, mühüm və zəngin QNet məhsulları barədə məlumat vermək üçün təlimlərin keçirilməsini asanlaşdırır.
Biznesin inkişafı QNet-in biznesin inkişafı üzrə mütəxəssisləri əməliyyat, inzibati, hüquqi və müştəri xidmətləri, eləcə də marketinq və kommunikasiya dəstəyi üçün müvafiq infrastrukturu təmin edərək bazarı aktivləşdirir. Biznesin inkişafı üzrə mütəxəssislər QNet şirkətinin fəaliyyəti üçün əlverişli şərait yaradır və bununla da MN-lərə biznesin inkişafında yardım edir və The V şirkətinin həyata keçirdiyi işi dəstəkləyir. Onlar hər zaman MN-ləri dinləməyə, onlara işlərində yardım etməyə, Prinsip və Qaydalara riayət edilməsinin vacibliyini yaymağa və MN-lərə müxtəlif dillərdə elektron və ya çap şəklində materialların necə əldə olunması barədə məlumat verməyə hazırdırlar. Bundan əlavə QNet-in biznesin inkişafı üzrə mütəxəssisləri nümayəndəliklər təşkil edərək, MN-lərin müştərilərlə fiziki ünsiyyətini və məhsulların dəstəklənməsini təmin edərək şirkətə regional bazarlarda kök salmağa yardım edirlər.
ŞIRKƏTININ PROFILI | 41
Tədbirlər və Təlim Proqramları QNet şirkətinin apardığı biznesin əsas vasitələrindən biri The V tərəfdaş şirkəti tərəfindən təqdim edilən mütəmadi təlimlər və tədris proqramlarıdır. The V – öz gücü ilə biznesdə liderliyə nail olan, marketinq, tədris, şəbəkə inkişafı və idarəetmə üzrə uğur qazanmış beynəlxalq şirkətdir. The V şirkətinə təcrübəli, bilikli, birbaşa satış biznesinin səmərəli qurulması barədə təlimlərin keçirilməsini bacaran dünya səviyyəli pedaqoq və müəllimlər daxildir. QNet şirkətinin MN-ləri The V şirkətinin proqramları və tədbirlərində iştirak etməklə, öz uğurlu fəaliyyətlərində səhvləri və uğursuzluqları üzə cıxarır, digərlərinə də öz biznesini daha uğurlu etmək üçün təcrübələrini bölüşməklə hamilik edirlər. The V şirkəti QNet şirkətinin beynəlxalq hazırlıq mərkəzləri daxilində kiçik qruplarda kiçik seminarların keçirilməsindən başlayaraq bütün dünyadan 8000 iştirakçının qatıldığı illik V-konfransların keçirilməsinə qədər müxtəlif tədbirlər həyata keçirir. The V şirkəti QNet şirkətinin MN-lərini bütün mümkün formatlarda tədris və hazırlıq materialları, həmçinin CD, DVD, kitablar, biznes-həll dəstləri və elektron tədris proqramı ilə təmin edir. Bu cür tədbirlərdə QNet şirkətinin məhsullarının təqdimatı və onlar barədə təlimlər, sərgilər çox əhəmiyyətlidir.
42 | ŞIRKƏTININ PROFILI
ŞƏBƏKƏ DƏSTƏK QRUPU
Şəbəkə Dəstək Qrupu (ŞDQ) — QNet şirkətinin müştəriləri və MN-ləri üçün keyfiyyətli xidmət və birinci dərəcəli dəstəyi təmin edən məqsədyönlü əməkdaşlar qrupudur. ŞDQ «Commit, Act, Respect, Empathise»(«Özünü həsr et, hərəkət et, hörmət et, halına şərik ol») mənasını verən C.A.R.E.(«qayğısına qalmaq») ideyasına sadiqdir.Zamana və dil sərhədlərinə meydan oxuyaraq, ŞDQ dünyanın hər bir nöqtəsindən əldə edilə bilinən və 18 dili dəstəkləyən - Ərəb, Bhasa Melayu, Bambara, Bobo, Kanton, İngilis, Fransız, Qurunsi, Hausa, Hindi, Malayalam, Mandarin, Fars, Pənjabi, Rus, Tamil, Teluqu və Türk - texnoloji cəhətdən qabaqcıl 24/7 iş rejimli Çoxdilli Əlaqə Mərkəzini təqdim edir. Dil siyahısına bir çoxu da əlavə olunacaqdır. 24/7 iş rejimli Çoxdilli Əlaqə Mərkəzi dünya miqyasında təsdiqlənmiş əlaqə mərkəzidir. O, Customer Relationship Management & Contact Centre Association (Malayziya) təşkilatına nüfuzlu üzvlüyə və Contact Centre World Association təşkilatına isə rəsmi platinum üzvlüyünə qəbul edilmişdir. ŞDQ bütün dünya üzrə local şəbəkə dəstəyi mərkəzlərinə (ŞDQ) təqdim edilmişdir ki, buradan da MN-lər və müştərilər öz məhsullarını satın ala, dəstək tapa, QNet şirkətinin hər bir fəaliyyət aspektləri ilə tanış ola, korporativ təlim keçə, eləcə də biznesin imkanları barədə yığıncaqlar (BOM), yeni MN-lər üçün təşkilati təlimlər keçirə bilər və s. ŞDQ-nin bütün mərkəzlərində işlək dil ingilis dili və mərkəzin yerləşdiyi ölkənin rəsmi dilidir. Mehriban kollektiv məmnuniyyətlə müştərilərə hər bir yardımı göstərəcəkdir.
Korporativ Dəstək
QNet şirkətinin marketinq və reklam materiallarının hazırlanması, məhsullarının hazırlanması və tədqiqatı, eləcə də strategiyanın və şirkətin inkişafının istiqamətləndirilməsi ilə yüksək dərəcədə səriştəli və təcrübəli peşəkarlar məşqul olur. Ciddi seçim standartları sayəsində yüksək motivasiyalı istedadlı mütəxəssislər şirkətin əməkdaşlarına çevrilir. Bu insanlar birbaşa satış sahəsi ilə tanışdırlar və bütün şirkətin və onun şəbəkəsinin işində sinerjinin təmin edilməsi üçün MN-lərə yüksək keyifyyətli resurslar təqdim edərək biznesin bütün sahələri ilə sıx təmasdadırlar.
ŞIRKƏTININ PROFILI | 43
ARZU ET. ÇALIŞ. NAİL OL.
Necə də sadə düsturdur: Arzu et Çalış Nail ol Birbaşa satış sahəsində arzunun, məqsədin və təkanverici baxışıın olması vacibdir. İdman arenasında, arzu olmadan, gələcəyin çempionu heç zaman beysbol toxmağını əlində tuta yaxud ayağı ilə top vura bilməz. QNet və idmanın sahələri, hər ikisi elə bir qabiliyyət platformasıdır ki, onun üzərində dayanan hər kəsi, nə qədər ki, onlarda çalışıb nail olmaq arzusu var, yüksəklərə qaldırır. Məhz bu səbəbdən də, QNet, özünün “kim” olduğu prinsipinin ayrılmaz parçası kimi, müxtəlif idman növlərinə sponsorluq etməyi hər zaman nəzərində tutmuşdur. QNet loqosu ilə bəzədilmiş yarış avtomobilinin irəli şığıması zamanı MN-nin yaşadığı həyəcan potensial namizədin Birbaşa Yönəldiciyə ani çevrilişini görmək həvəsinə bənzəyir. Oyunun nəticəsini həll edən penalti zərbəsi ilə QNet-in futbol stadionuna yayıldığını görməyin coşğusu Alt təbəqə üzvünün öz ilk alışlarını etməsinə köməklik etməyin yaratdığı yüksək əhval-ruhiyyə ilə eynidir. O vərdiş yaradır. O güclü təsirə malikdir. İdman sahəsində strateji sponsorluq vasitəsilə, QNet möhkəm və dünya səviyyəli nüfuz və kimlik formalaşdırmışdır, və bu da öz növbəsində müştərilər, MN-lər, potensial namizədlər və KİV arasında QNet-ə böyük etibar gətirir. Belə sponsorluqlar QNet-in idman oyunlarında və ya ESPN STAR SPORTS kimi idman TV kanallarında hamının tanıdığı bir marka adına çevrilməsinə kömək edir. Yerli CSR proqramları tez-tez belə idman sponsorluqlarına cəb edilir.
İndiki İdman Sponsorluqları
• “Marussia Virgin Racing in Formula 1™ World Championship (2011-2013)” yarışının rəsmi birbaşa satış tərəfdaşı • “Asian Football Confederation (AFC) Champions League (ACL) (2009-2012)” yarışının rəsmi birbaşa satış dəstəkçisi • Bəhreyndə Muharraq Basketbol Klubunun (2010-2011) rəsmi birbaşa satış tərəfdaşı • “Hong Kong Football Club (HKFC)” reqbi bölməsinin (2010-2012 ) reqbi üzrə baş qızıl sponsoru • Malayya Xokkey Federasiyasının (MHF) (2011- ) rəsmi birbaşa satış tərəfdaşı
Əvvəlki İdman Sponsorluqları • • • • •
QI-Meritus.Mahara – GP2 Asia Series (2008-2010) Yonex-Sunrise Open Badminton Super Series (2009) CIMB Team QI-Meritus – Formula BMW Asia Series champions (2007) Team Meritus – Formula V6 Series (2006) FIFA World Cup™ (2006) ərəfəsində Braziliya milli futbol komandası üçün ‘Samba in Switzerland’ təlim düşərgəsi • QI-IBF (Beynəlxalq Badminton Federasiyası) çempionatları (İngiltərə, 2003 və İspaniya, 2006)
Əyləncə tədbirləri üçün sponsorluqlar • • • • • •
‘A Starry Night with Julio Iglesias’ konserti (2010) Disney On Ice franchise in Malaysia (2005-2010) Toto konserti (2008) Akon konserti (2007) “Shaolin Warriors performance (2006)” tədbiri “Holiday On Ice live family events (2005)” tədbiri
Uğurun düsturu Birbaşa satışın həyəcanı və ehtirası motor yarışlarının yaratdığı həyəcanda ifadə olunmuşdur; QNet, yarış trekində olduğu kimi, idman tədbirlərinə sponsorluqda çox fəaldır. Uzun illər ərzində motosiklet idmanına verdiyi dəstəkdən sonra, 2010-cu il QNet-in, dünyanın elit səviyyəli Formula 1 yarışında Marussia Virgin Racing komandası ilə qurduğu tərəfdaşlıq çərçivəsində, birbaşa satış peşəsini qlobal idman səhnəsinə çıxartmasının şahidi oldu. QNet və Virgin - öz təşəbbüskarlıq ruhlarına, geniş düşüncə qabiliyyətlərinə və güclü ehtiraslarına görə seçilən məşhur iki dinamik həyat markası Virgin Racing F1 komandası üçün uzunmüddətli əməkdaşlığın əsasını qoydular. Marussia Virgin Racing komandasının Rəsmi Birbaşa Satış Tərəfdaşı qismində, QNet loqosu ilə bəzədilmiş iki yarış maşını və loqolar həkk olunmuş paltarları geyinmiş pilotlarla, yüksək səviyyəli bu tərəfdaşlıq QNet markasını dünya üzrə yarım milyarddan çox evə gətirdi. “Biz iki şirkət - Virgin Group və QI Group arasında nəhəng sinerji görürük. Hər iki şirkət bizim biznesimizi şövqlə genişləndirirlər” Virgin Group-un təsisçisi Sir Richard Branson söylədi. “Mən bu layihə üzrə QNet-lə və çox güman ki, bir çoxları ilə işləməyi səbirsiliklə gözləyirəm”. QNet-in aparıcı flaqmanı olduğu QI şirkətlər qrupunun İdarə Heyətinin Sədri Dato’ Vijay Eswaran hər iki şirkətin eyni baxışı bölüşdüyünü söylədi. “Mən əminəm ki, QNet və Marussia Virgin Racing F1 komandasının birgə yola çıxması QI Group və Virgin Group arasında əməkdaşlığın başlanğıcını qoymuşdur” deyə Eswaran söylədi.
QI İdarə Heyətinin Sədri Dato’ Vijay Eswaran Virgin Group-un təsisçisi ser Richard Branson ilə 2010 Abu Dhabi Grand Prix yarışında tarixi tərəfdaşlığın əsasını qoyarkən zarafatlaşır..
Bu tərəfdaşlıq QNet-in dünya idmanına, xüsusilə də avtomobil idmanına dəstəyinin mühüm təkamülünü nümayiş etdirir. Marussia Virgin Racing yarışı ilə tərəfdaşlıq etməklə, QNet şirkətin tarixində avtomobil idman komandalarına sponsorluq yolu ilə təməli qoyulmuş miras formalaşdırır. Bundan qabaq, şirkət 2006 Formula V6 seriyalarında Team Meritusun baş sponsoru olmuşdu və bu, daha sonra, Çində keçirilən 2007 Formula BMW Asiya seriyalarında çempionluğu əldə etmiş CIMB Team QI-Meritus komandasının güclü baş sponsorluğuna çevrilmişdi. 2008-ci ildə, şirkətin avtomobil idmanına qoşulması, “Formula 1 World Championship” elitar yarışının rəsmi mərhələlərindən biri olan “GP2 Asia Series in 2008” yarışlarında Team Malaysia QI-MeritusMahara komandasının əsas sponsoru və strateji tərəfdaşı olmaqla daha da genişləndi. Sponsorluq 2010-cu il ərzində davam etdi, və həmin il komandanın ümumi komanda hesabında dördüncü yeri tutması və Team Malaysia QIMeritusMahara sürücülərinin mükafat yerlərini əldə etməsi və KİV-də geniş işıqlandırılması ilə əlamətdar oldu. Bugün, QNet-in bu cür yüksək templi çempionluq mirası, sürət qutusunun dünya avtomobil idmanının ən üst pilləsinə: Formula 1, trekin ən dinamik və qızğın komandası olan Marussia Virgin Racing yarışına keçirilməsi ilə davam edir.
ŞIRKƏTININ PROFILI | 45
(Yuxarı) Marussia Virgin Racing komandası QNet-in “doğma” yarışı olan 2011 Malaysia Grand Prix gedişində. (Mərkəz) QI Group direktorları Marussia Virgin Racing pilotu Jérôme D’Ambrosio ilə QNet-in Malayziyadakı baş qərargahında. (Aşağı) QNet İspaniyada trekdə!
46 | ŞIRKƏTININ PROFILI
MƏHSUL
ELÇİLƏRİ
QNet məhsul portfeli idman arenasında azarkeşlər də toplamışdır, onların arasında əfsanəvi kriket ustası, dünya rekordunun sahibi və idman tarixinin ən böyük boulerlərindən biri olan Muttiah ‘Murali’ Muralidaran da vardır. Murali çox böyük ehtirasla 2010-cu ildə, kriketdən ayrıldıqdan və 800 sınaq qapı atışlarını tutmuş ilk bouler kimi kriket tarixinə adını yazdırdıqdan dərhal sonra, öz karyerasının son topu ilə vurdğu dünya rekordu ilə birlikdə, QNetlə rəsmi Məhsul Elçisi sazişini imzaladı. Murali, QNet-in bir ox əsas bazarlarında canlı əfsanə olaraq, Bernhard H.Mayer® saatlarına və QVI Club tətil paketlərinə, xüsusilə də QNet-in sağlamlıq və enerji məhsulları çeşidinə, məsələn Amezcua enerji məhsulları sırasına və Veloci-Ti enerjiləndirilmiş asma bəzəklərinə xüsusi meyl göstərmişdir. “Məhsulları dəstəkləmək məsələsinə gəldikdə, mən çox tələbkaram. Belə məhsullar mənə və mənim həyatıma yaxın olmalıdır” deyə Murali bildirdi. “Mənim yaxşı formada olmağım həmişə
yaxşı kriket oynamağımın sirri olmuşdur; Mən QNet-in enerji məhsullarını kəşf etdikdə çox həvəsləndim və onların hər birini istifadə etməyə başladım. Mən doğrudan da gördüm ki, mənim enerji səviyyələrim çoxalır, buna görə də mən onların məhsullarını dəstəkləməyə çox şadam”, o, əlavə etdi. Enerjiləndirilmiş Veloci-Ti asma halqalarının azarkeşlərindən biri də, Asiyanın 3 və dünyanın 50 ən yaxşıları siyahısına düşmüş qolf ustası Thongchai Jaidee-dir, hansı ki, bu nailiyyətlərinə görə Velosci-Ti taxmaqla əldə etdiyi dözümlülük, çeviklik və enerjiyə borcludur. Jaidee, Veloci-Ti enerji məhsulları sırasının rəsmi Məhsul Elçisidir. “Mən Veloci-Ti asma halqasını taxmağa başladıqdan sonra, qolf oynamaq təcrübəmin ən yaxşı dövrünü yaşamağa başladım”, deyə Jaidee söylədi. “Bu, hər dəfə mən məşq edərkən və ya yarışlara qatılarkən, sanki bədənimdə ehtiyat akkumulyatorun, ‘daimi enerjiyə’ bənzər bir şeyin olması kimidr”, deyə Jaidee söylədi.”
ŞIRKƏTININ PROFILI | 47
KORPORATİV İCTİMAİ MƏSULİYYƏT
QNet yarandığı andan xeyriyyəçilik fəaliyyətinin möhkəm təməlini qoymuşdur. Bizim bir vətəndaş kimi öz vəzifələrimizə sadiqliyimiz artıq RYTHM Fondu tərəfindən, Qİ Group-un bir qolu olan ümumi ictimai məsuliyyət təşəbbüsü vasitəsilə həyata keçirilir. PHOTO: WFP/Amjad Jamal
PHOTO: WFP/Amjad Jamal
PHOTO: WFP/Amjad Jamal
“Bəşəriyyətə yardım üçün özünü yüksəlt” kəlməsinin müxtəsər şəklindən yaranmış RYTHM Fondu, Qİ Qrup və onun törəmə şirkətləri, o cümlədən QNet-in 1998-ci ildə üzərində qurulduğu təməlləri aşmaq üçün yaradılmışdır. RYTHM bütün Qrup əməliyyatlarının başlanğıc nöqtəsidir; Fond bununla canlanır və fəaliyyətinə Qİ Şirkətlər qrupunun ilkin məqsədini daxil edir. RYTHM Fondunun məqsədi imkanlar yaratmaq və ehtiyacı olanların qayğısına qalmaqdır. Buraya normal həyat şəraiti yaratmaq və ətraf mühitin qorunmasını təmin etmək daxildir. O həmçinin uşaqlarımızın – gələcəyimizin rəmzlərinin bugün və sabah sağlam və təhlükəsiz yaşamasından əmin olmağımıza yardım edir. RYTHM Fondu Qİ Qrupun ümumi döyünən ürəyi olaraq, işçilərin sosial vicdanını saxlayır və şirkətin əsas məqsədinin daimi xatırladıcısı kimi xidmət göstərir. Qİ Qrupun bilikləri, təcrübəsi, iddiası və işə sadiqliyi Qrupun, dünya üzrə fəaliyyət göstərdiyi icmalar daxilində, keyfiyyətin artırılması üçün dəyişməz vəzifələrinə doğru yönəldilir. RYTHM Fondu tərəfindən həyata keçirilən yardım, dəstək və bərpa fəaliyyətlərinin həcmi sadəcə ianə çeklərini imzalamaqla kifayətlənmir. Fondun üzvləri bəşəriyyət qarşısında məsuliyyət hissini yaşayır və onunla nəfəs alırlar. RYTHM Fondunun öz prinsiplərinə bağlılığı real həyat hekayətləri ilə zəngindir: məsələn, Fondun rəhbərinin Filippinin böyük icmalarından olan Taguigdə yaşaması və, RYTHM Fondunun icmalarla apardığı işlərə: pulsuz yeməklərin paylanması, təhsil imkanlarının təqdim olunması və icmanın sabit inkişafının təmin edilməsi kimi işlərə nəzarət etməsi.
48 | ŞIRKƏTININ PROFILI
QNet Pays Forward təşəbbüsünün köməyilə şirkət təbii fəlakət qurbanları, aztəminatlı və ehtiyacı olan insanlara maliyyə dəstəyi verir və müəyyən resurslar təqdim edir. QNet Pays Forward yalnız yardım üçün platformanın təmin edilməsi deyil, həmçinin bunlardan daha önəmli olan fəlakət nəticələrinin nümayiş etdirilməsi, qiymətləndirilməsi və problemlərin həlli üçün sabit həllər təqdim etməklə bərabər, həm də unutulmayacaq fikirlərin yayılması deməkdir. Adətən məhz bizim MN-lərimiz şirkətə regionlarda yaşayan ehtiyacı olan insanlar və insan qrupları barədə xəbər verir və bununla da bizə Qnet Pays Forward təşəbbüsü çərçivəsində hərəkət etmək və işlədiyimiz icmalara real və təsirli yardım etməyimizə imkan yaradırlar. Qnet şirkətinin dünya üzrə bütün əməkdaşları da həmçinin yerli xeyriyyə təşkilatlarına getməklə, lazımi qədər əşya, pul ianə etməklə və çoxlu sevinc hissi bəxş etməklə öz töhfələrini verirlər. Müvafiq xeyriyyə işlərinə digər yardım növləri – şirkət işçilərinin və müstəqil nümayəndələrin könüllü yığdıqları, sonradan isə şirkət tərəfindən tamamlanan və eləcə də RYTHM fondunun dəstəyi ilə fəaliyyət göstərən Qnet Pays Forward təşəbbüsünün işində istifadə edilmiş vəsaitlərdir. Qnet Pays Forward-a aid son layihələrə aşağıdakılar daxildir:
• World Vision International (WVI) təşkilatı: tarixdə ən geniş xeyriyyə fəaliyyəti WVI, ikiillik sponsorluq proqramı çərçivəsində 11 ölkədə 121 uşağa yardım; • BMT-nin Ümumdünya Ərzaq Proqramı; • Rainbow Project — HonKonqda autizm xəstəliyi olan uşaqlarla işləyən HonqKonq qeyrikommersiya təşkilatı; • Children’s Cancer Hospital Egypt 57357, Afrika və Misirdə xərçəng xəstəliyi olan uşaqları pulsuz müalicə və tibbi yardımla təmin edən xəstəxana; • Qazaxstanın Almatı vilayətində yerləşən Taldı Kurqan şəhərində eşitmə qüsuru olan uşaqlar üçün xüsusi internat-məktəb; • Tailand yeniyetmələrinə qolf ulduzu olmağa yardım edən Pan Din Hai Pen Dao (“Ulduz Ol”) layihəsi; • Ondoy tayfunu (Filippin) və Padanqda (İndoneziya) zəlzələsində zərər çəkənlərə yardım; • Əlil uşaqlar üçün Baan Pang Da məktəbi; Tailand Kral Əlahəzrətlərinin himayəsi altında olan əmək qabiliyyətindən məhrum insanlar üçün Korlar Evi.
Vegetarian Prinsipləri
Vegetarianlıq – qida seçimi deyil, həyat tərzidir və ya hətta sağlamlıq nöqteyi nəzərindən tələbatdır; bizim şirkətimiz “həyat müqəddəsdir” konsepsiyasının tərəfdarıdır. QNet vegetarianlığı, qlobal istiləşmə, heyvanlarla qəddarcasına rəftar, ət istehsalının ətraf mühitə təsiri, suya və elektik enerjisinə qənaət, səhiyyə problemləri və vegetarian pəhrizinin geniş üstünlüklərinə nəzər yetirilməsi ideyası kimi təcrübədən keçirir və təbliğ edir. Biz əminik ki, vegetarian pəhrizi insanın ətraf mühitə təsirini əhəmiyyətli şəkildə azaldır və ətraf mühitin sabitliyini qorumağa yardım edir. Bu prinsiplərə müvafiq olaraq bütün korporativ tədbirlərdə və bayramlarda QNet vegetarian mətbəxinə müraciət etməyi üstün tutur.
ŞIRKƏTININ PROFILI | 49
24/7 İŞ REJİMLİ ÇOXDİLLİ ŞDQ ƏLAQƏ MƏRKƏZİ
Gündə 24 sat, həftədə 7 gün və 18 dildə təqdim olunur - Ərəb, Bhasa Melayu, Bambara, Bobo, Kanton, İngilis, Fars, Fransız, Qurunsi, Hausa, Hindi, Malayalam, Mandarin, Pənjabi, Rus, Tamil, Teluqu və Türk və bir çoxu da əlavə olunacaqdır Beynəlxalq +603 7949 8288 (Bütün dillər) +1 619 419 2810 (Yalnız farsca) Pulsuz zəng nömrələri* Honq Konq : 800 933 691 Hindistan : 000 800 600 1144 : 000 800 100 7022 Indoneziya : 001 803 601 923 Malayziya : 1 800 880 983 Filippin : 1 800 1 601 0053 Səudiyyə Ərəbistanı : 800 860 1806 Sinqapur : 800 601 1425 İsveç : 020 795 050 Tayvan : 00801 601 347 Tailand : 001 800 060 102 Türkiyə* : +90 212 414 1780 BƏƏ : 800 0600 212 ABŞ : 1 866 578 6077 *Türkiyə istisna olmaqla, göstərilmiş ölkələrdən edilən bütün zənglər pulsuzdur. Türkiyədən zənglər yerli tariflər əsasında hesablanır (beynəlxalq zəng tarifləri Türkiyə xaricindən edilmiş zənglərə şamil olunur).
50 | ŞIRKƏTININ PROFILI
• REGIONAL OFISLƏR
Tayvan 15th Floor, No. 88, Sec. 2 Zhongxiao E. Road Zhong Zheng District Taipei 100, Taiwan Tel: +886 22393 0588 Faks: +886 22393 0300
Beynəlxaq Dəstək Mərkəzi Block C PJ8 No. 23, Jalan Barat, Section 8 46050 Petaling Jaya Selangor, Malaysia Tel: +603 7967 9800 Faks: +603 7967 9801
Tacikistan Office No. 517, Poitaht Service Centre 5th Floor, Building 45 Mirzo Tursunzade Street 734001 Dushanbe, Tajikistan Tel: +992 44 6203333 +992 44 6401111
Honq Konq 47/F Bank of China Tower 1 Garden Road Central, Hong Kong Tel: +852 2263 9000 Faks: +852 2802 0981
• OFISLƏR
Azərbaycan 8-ci mərtəbə, Caspian Plaza Cabbarlə k. 40 Baku, Azərbaycan Tel: + 994 12 439 50 82 + 994 55 875 01 35 Honq Konq Room 1204-06 12/F Jubilee Centre 18 Fenwick Street Wan Chai, Hong Kong Tel: +852 3669 0606 Faks: +852 2865 1028 Indoneziya - Bali Ruko Sunset Indah II, Blok A4 Jl. Sunset Boulevard Kuta, Denpasar Bali 80361, Indonesia Tel: +62 36176 7630 Faks: +62 36175 8936 Indoneziya – Cakarta Wisma Metropolitan 2 World Trade Centre, 12th Floor Jl. Jend. Sudirman 29-31 Jakarta 12920, Indonesia Tel: +62 21526 8660 Faks: +62 21526 8663 +62 21526 8664 Indoneziya - Surabaya BRI Tower, 5th Floor, Suite 500 Jl. Jenderal Basuki Rachmat 122 Surabaya 60271, Indonesia Tel: +62 31548 0020 Faks: +62 31548 0019 Filippin 7th Floor, Tower 1 Rockwell-Meralco Business Centre Block 4, Meralco Compound Ortigas Avenue, Pasig City 1600 Philippines Tel: +632 626 2200 Faks: +632 626 2201 Sinqapur 15 Hoe Chiang Road #08-04 to 06 Tower Fifteen Singapore 089316 Tel: +65 6491 0777 Faks: +65 6491 0778
Tailand 55 Wave Place Tower, 13th Floor 13.08 Room, Wireless Road Lumpini, Pathumwan Bangkok 10330, Thailand Tel: +66 2655 1526 to 28 Faks: +66 2655 1529 BƏƏ C901, Building C6 Bainona Street 34 Al Bateen, Abu Dhabi United Arab Emirates Tel: +97126524888 Faks: +97126524890 • TÜRƏMƏ ŞIRKƏTLƏR QNet Malaysia QNet (M) Sdn Bhd 3A, Menara Amcorp Amcorp Trade Centre 18, Jalan Persiaran Barat 46050 Petaling Jaya Selangor, Malaysia Tel: +603 7967 9800 Faks: +603 7967 9801 QNet Malaysia - Kuching QNet (M) Sdn Bhd Unit No. 1, 1st Floor Lot 2989 Wisma Keretapi Jalan Tun Ahmad Zaidi Adruce 93200 Kuching, Sarawak Malaysia Tel: +60 8 2231 800 Faks: +60 8 2235 800 • FRANCHISE COMPANIES Türkiyə Qnet Promotion, Marketing and Tourism LLC Büyükdere Cad. Likör Fab. Sok. Akabe İş Merkezi No: 78/80 Mecidiyeköy, İstanbul, Turkey Tel: +90 212 356 56 76 Faks: +90 212 356 56 51 • AGENTLƏR Burkina Faso Burkindi Sarl QNet Agency 01 BP 1713 Ouagadougou 01, Burkina Faso Tel: +226 70 21 04 03
Efiopiya Kinewoute Trading & Manufacturing PLC PO Box 7136 Addis Ababa Ethiopia Tel: +251 91 120 6489 Fildişi Sümüyü Sahili Trading CI, Codody 2 Plateaux Vallon Ru Des Jardins Villa 2094 Abidjan, Cote D’Ivoire Tel: +225 02 642007 İordaniya 14 Ibn Khozayma Street Assalheen Avenue Khalda, Amman, Jordan Tel: +962 79 5555366 +962 77 7344000 +962 79 5261234 Qazaxstan Diamond Agencies LLP Zheltoksan 111a Office No. 5, Almaty, 050000 Republic of Kazakhstan Tel: +87 2 7330 2779 +87 2 7330 2979 Qırgızıstan Timson LLC 87 Molodaya Gvardia Avenue Office No. 303, Bishkek, 720001 The Kyrgyz Republic Tel: +99 65 5521 3758 Nigeriya No. 2B River Palata Close Off Euphrates Street Maitama, Abuja FCT Nigeria Tel: +234 80 2360 7102 +234 80 3284 3199 Oman Golden Point National LLC PO Box 1185 PC/114 Muscat, Sultanate of Oman Tel: +968 2448 7574 Faks: +968 2448 7443 SMS: +968 9600 0161 Tanzaniya Q & G Tanzania Ltd Arcade Building, 1st Floor Plot No. 72, Block D Mikocheni, Old Bagmoyo Road PO Box 77734 Dar es Salaam, Tanzania Tel: +255 754 360055 +255 715 360055 Türkmənistan Melek Dash Economic Society 100, Bitarap Turkmenistan Avenue Ashgabat 744013 Turkmenistan Tel: +993 12 21 86 50 Faks: +993 12 21 86 51
QNet Ltd 47/F Bank of China Tower 1 Garden Road Central, Hong Kong Tel: +852 2263 9000 Faks: +852 2802 0981 E-poçt: network.support@qnet.net 24/7 iş rejimli ŞDQ-nin Çoxdilli Əlaqə Mərkəzi Beynəlxalq +603 7949 8288 (Bütün dillər) +1 619 419 2810 (Yalnız farsca) Pulsuz zəng nömrələri* Honq Konq Hindistan Indoneziya Malayziya Filippin Səudiyyə Ərəbistanı Sinqapur İsveç Tayvan Tailand Türkiyə* BƏƏ ABŞ
: 800 933 691 : 000 800 600 1144 : 000 800 100 7022 : 001 803 601 923 : 1 800 880 983 : 1 800 1 601 0053 : 800 860 1806 : 800 601 1425 : 020 795 050 : 00801 601 347 : 001 800 060 102 : +90 212 414 1780 : 800 0600 212 : 1 866 578 6077
*Türkiyə istisna olmaqla, göstərilmiş ölkələrdən edilən bütün zənglər pulsuzdur. Türkiyədən zənglər yerli tariflər əsasında hesablanır (beynəlxalq zəng tarifləri Türkiyə xaricindən edilmiş zənglərə şamil olunur).
www.qnet.net Müəllif hüququ © QNet Ltd / 2011. Bütün hüquqlar qorunur. Bu nəşrdə olan bütün tərtibatlar, qrafik təsvirlər, loqolar, şəkillər, fotorəsmlər, mətnlər, ticarət adları, ticarət markaları və s. üzrə müəllif hüquqları və əqli mülkiyyət hüquqları qorunur. Bu nəşrin məzmununun hər hansı bir hissəsinin təkrar hazırlanması, ötürülməsi və ya dəyişdirilməsi qəti qadağandır.
Azeri Edition
QNET MÜSTƏQİL NÜMAYƏNDƏSİ
Adı MN nömrəsi Telefon E-poçt