quick_start_guide_az

Page 1

QISA SORAQ KİTABI biznes planlaşdırıcı 2011


www.qnet.net Ərəbcə: www.qnet.net/ar Azərbaycanca: www.qnet.net/az Bahasa İndoneziya: www.qnet.net/id Fransızca: www.qnet.net/fr Farsca: www.qnet.net/fa Portuqalca: www.qnet.net/pt Rusca: www.qnet.net/ru İspanca: www.qnet.net/es Ənənəvi Çincə: www.qnet.net/zh

Rəsmi QNet Bloqu www.qnet.net/blog www.qnet.net/vfan

İctimai Media

www.qnet.net/facebook www.qnet.net/twitter www.qnet.net/youtube www.qnet.net/flickr


İŞƏ BAŞLARKƏN

“A” planı. Mənimsə, Dərk et və Həyata keçir. Hər dərsin mahiyyətini qavra. Onu öz həyatın üçün mənimsə. Onu öz düşüncən üçün mənimsə. Onu öz danışığın üçün mənimsə. Onu gündəlik olaraq öz anında işlət. Qoy həyatın bir dərsə çevrilsin.”

DATO’ VIJAY ESWARAN


4

QISA SORAQ KİTABI biznes planlaşdırıcı

MƏLUMATLAR Müstəqil Nümayəndə (MN) kimi siz hər zaman yuxarı xəttinizlə ünsiyyət saxladığınıza və onlardan biliklər aldığınıza əmin olmalısınız. QNet, müvəffəqiyyətin təkrarlanmasından ibarət sektorda özünü doğrultmuş iş imkanı təklif edir. Öz yuxarı xəttinizdən öyrənmək, onların təcrübələrindən faydalanmaq yaxşıdır.

YÖNƏLDİCİ/SPONSOR HAQQINDA MƏLUMATLAR Adı

MN nömrəsi Telefon E-poçt Ünvan

YUXARI PİLLƏ RƏHBƏRİ HAQQINDA MƏLUMATLAR Adı

MN nömrəsi Telefon E-poçt Ünvan


QISA SORAQ KİTABI

biznes planlaşdırıcı

MÜŞAHİDƏ SİSTEMİ Sizə öz biznesinizi qurmağı və inkişaf etdirməyi göstərən təşkilatınızın statusunu hər zaman bilmək vacibdir. Bu səhifə vasitəsilə işlərinizin gedişini qeydə alın və ilkin alt pillələrinizin müşahidəsini aparın. Siz Virtual Ofisinizdə Müşahidə Mərkəzlərinizə və bütün genealogiyaya keçid ala bilərsiniz.

Qeydiyyat tarixi Təyinat tarixi

Aktivləşmə tarixi Addım 1 Tarix Addım 2 Tarix

5


6

QISA SORAQ KİTABI biznes planlaşdırıcı

QNET RESURSLARI

QNet sizin biznesinizin sizə işləməsi üçün lazım olan hər şeyə malik olmağınızı təmin edəcək geniş çeşidli dəstək və təlim-tədris resursları təqdim edir. Adi bir zənglə və ya İnternetdəki bir çox onlayn resurslarımızdan hər hansı birinə müraciət etməklə, məsləhət və yardımlarımız hər zaman ixtiyarınızdadır. “Nəyi necə edim” kimi məlumatlardan, işgüzar bacarıqlarınızı gücləndirməyə dair məsləhətlərdən, şəxsi təkmilləşmə vasitələrindən tutmuş, məhsullar üzrə təlimlərə, şirkət haqqında xəbər və məlumatlara qədər, QNet, planlaşdırıcılar, vebsaytlar, jurnallar, sorğu mərkəzləri, fəaliyyətdə olan ofislər, habelə peşəkar və yardım göstərməyə hazır işçi heyəti ilə sizin xidmətinizdədir. QNet tərəfindən sizə təqdim olunan çoxsaylı resursların üstünlüklərindən tam şəkildə yararlanın.

BİZNES PLANLAŞDIRICI

Qədim atalar sözündə deyildiyi kimi, “planlamaqda uğursuzluq, uğursuzluğu planlamaq deməkdir”. Düzgün planlama və doğru resurslara malik olma uğurunuzun əsas şərtidir. Biznes Planlaşdırıcınız planlamanı düzgün aparmaq üçün sizə lazım olan hər şeyi verir. O, həmçinin sizi biznesinizi necə idarə etməyə dair məsləhətlərlə təmin edir. Bu məsləhətlər, sizin yeni MN olmağınızdan yaxud bu işlə uzun illər məşğul olmağınızdan asılı olmayaraq, sizə çox yardım edəcəkdir. Bu Biznes Planlaşdırıcı vasitəsilə öz hədəflərinizi və məqsədlərinizi qələmə alın, potensial müştərilər siyahınızı və aşağı pillələrlə təlim proqramınızı təqib edin. Sizin Biznes Planlaşdırıcınızda həmçinin həftəlik və gündəlik tapşırıq və görüşlərinizi planlamaq üçün səhifələr vardır. Biznes Planlaşdırıcınızdan gündəlik iş aləti kimi istifadə edin. Onu hər yerə götürün, hər şeyi qeydə alın və öz uğurunuzu planlaşdırın.

MƏHSUL PORTFELİ

Biznes Planlaşdırıcınıza ən uyğun şərik sizin Məhsul Portfeliniz olacaqdır. Sizin Məhsul Portfeliniz e-Mağazanızda tapıla bilən - qida əlavələrindən və şəxsi gigiyena vasitələrindən tutmuş, tətil paketlərinə və zinət əşyalarına qədər bütün QNet məhsulları haqqında geniş broşurları ilə seçilir. Yeni məhsullar bazara çıxarıldıqca, öz Məhsul Portfelinizi, Virtual Ofisdən və ya yerli Şəbəkə Dəstək Mərkəzindən (ŞDM) sifariş edərək, asanlıqla yeniləyin. Sizin Məhsul Portfeliniz peşəkar QNet qovluğunda saxlanan həmişə hazır məhsul təqdimatıdır.

WWW.QNET.NET

QNet vebsaytı sizi QNet haqqında 10 dildə verilmiş məlumatlarla təmin edir və bu diilərin sırasına vaxtaşırı olaraq yeniləri əlavə olunur. Bu sizin və potensial alıcılarınız üçün möhtəşəm başlanğıc nöqtəsidir. Alıcılara QNet vebsaytında dolaşmaq və şirkətin tarixi, təklif etdiyi fürsətlərlə tanış olmaq imkanı yaradın. Onlar MN-lərin iş uğurunu təsvir edən hekayələri, məhsullara dair rəyləri oxusunlar və QNet-in bütün məhsul çeşidi haqqında məlumat əldə etsinlər. Ondan, təqdim olunan faydaları, proqramları, əsas imkanları, çoxdilli multimedia yükləmələri və bütün QNet markaları haqqında geniş informasiya ilə birlikdə, tam onlayn məhsul portfeli kimi istifadə edin. Həmçinin QNet vebsaytından faydalı yükləmələr və filmlər axtarıb tapın.

VIRTUAL OFİS VƏ E-MAĞAZA

Virtual Ofisinizi işinizin qəlbi kimi qəbul edin. Burada genealogiyanızdan və komisyon hesabatlarından tutmuş, e-Mağazaya, Təlim vasitələrinə və Biznes alətlərinə qədər hər şey bir onlayn məkanda birləşdirilmişdir. Siz hətta Virtual Ofisinizdə şəxsi QNet biznes kartınızı yarada bilərsiniz. QNet, onun məhsulları və iş imkanları haqqında vacib yeniliklər və xəbərlər əldə edərkən, həyata keçirdiyiniz sövdələşmələri və şəbəkənizi təqib edin. Sizin Virtual Ofisiniz və e-Mağazanız bu sektorun ən yaxşı və ən etibarlı elektron ticarət platformalarından biri əsasında işləyir.


QISA SORAQ KİTABI

biznes planlaşdırıcı

TƏLİM VASİTƏLƏRİ

Virtual Ofisinizdə həmçinin Təlim vasitələri bölməsi vardır ki, burada şirkətin biznesini, imkanlarını və məhsullarını daha yaxşı anlamağınız üçün nəzərdə tutulmuş bir çox multimedia təqdimatları, videolar, məlumat kitabları, kataloqlar və “nəyi necə edim”ə dair məsləhətlər mövcuddur. Burada həmçinin sizə müxtəlif QNet xidmətlərindən, məsələn Virtual Ofisin müxtəlif resurslarından istifadə etməyi öyrədən Təlim vasitələri də vardır. Bura, sizin biznesinizi anlamağınıza, onu işlətməyinizə və və ondan mənfəət əldə etməyinizə köməklik edən bir yerdir.

BİZNES VASİTƏLƏRİ

Siz Virtual Ofisinizə daxil olduqda və e-Mağazanızı dolaşdıqca, onlayn QNet məhsul portfeli və Biznes vasitələri bölümündən faydalana bilərsiniz. Biznes vasitələri sizə öz biznesinizi aparmağa, şəbəkənizi qurmağa və işgüzar vərdişlərinizi yaxşılaşdırmağa kömək edən çox faydalı və məlumatverici resurslar təqdim edir. Biznes vasitələrinin əksəriyyəti ən azı yeddi dildə mövcuddur, o cümlədən ərəbcə, bahasaca, indoneziyaca, ingiliscə, fransızsca, farsca, rusca və ənənəvi çincə. Biznes vasitələri sizin məşğuliyyət vasitələrinizdir.

MOBIL PLATFORMA VƏ PROQRAMLAR

QNet Virtual Ofisi, e-Mağaza, Biznes Vasitələri, Təlim Vasitələri və mühüm elanlar və məlumatlar hamısı mobil platformalar, habelə mobil proqramlar vasitəsilə əldə edilə bilinir. QNet işinin uğuru üçün vacib şərt QNet məhsulları və xidmətləri barədə hər yerdə və hər zaman yeni xəbərlər ala bilməkdir; QNet mobil platforması və yüklənilə bilən proqramlar MN-lərin öz iş fəaliyyətləri üçün çevikliklə təchiz edilmələrini təmin edir.

MN-in ŞƏXSİ VEBSAYTI

İnternet marketinqə və MN-lərin işinin daha yaxşı təqdim olunmasına şərait yaratmaq üçün, QNet-in bütün MN-lərinin öz zövqlərinə uyğun Şəxsi Vebsaytını yaratmaq üçün e-ticarət vebsaytı qurucusundan yararlanmaları təmin edilmişdir. Vebsayt MN-lərə imkan verir ki, öz işlərini, öz şəbəkə və bazar üstünlüklərinə uyğun olaraq hansı məhsul/lar xəttini və necə təşviq etməyi seçməklə, məhsullardan hər hansı birinə və ya hamısına yönəldə bilsin. Tək marketinq vasitələri deyil, həm də tam inteqrasiya olunmuş e-Mağaza, habelə potensial üzvlərin qeydə alınması funskiyaları onu ifadə edir ki, Şəxsi Vebsayt onlayn şəbəkə marketinqini və birbaşa satışı, biznes potensialını sürətləndirmək üçün, texnologiyaların ön cərgəsinə çıxarır. www.myqnsite.com saytına baş çəkin.

ASPIRE JURNALI

MN olaraq, siz cah-cəlala can atırsınız və öz həyatınızda uğur əldə etmək üçün çalışırsınız. aspIRe jurnalı məhz bütün bunlar haqqındadır. Jurnal xüsusi olaraq MN-lər üçün yazılmışdır və onlar üçün müfəssəl, maraqlı və məzmunlu resurs rolunu oynayır. Parlaq jurnal formatında dərc edilmiş aspIRe jurnalı sizə öz biznesinizi irəli aparmaqda kömək edir və sizə QNet məhsul portfelinin faydalarını öyrədir. aspIRe jurnalı vasitəsilə siz QNet-də baş verən yeniliklərdən və hadisələrdən xəbər tuta, sağlamlıq və səyahət imkanları vasitəsilə həyat tərzinizi yaxşılaşdıra, peşəkar tövsiyələrə dair sərlövhələr vasitəsilə işgüzar vərdişlərinizi inkişaf etdirə, yeni məhsullar və xidmətlər haqqında məlumatlandırıla, şəxsi profillər vasitəsilə QNet-in simalarını tanıya və digər MN-lər haqqında və onların dünya üzrə fəaliyyətləri haqqında məlumat ala bilərsiniz. aspIRe jurnalı həmçinin, potensial MN-lər və pərakəndə müştərilərlə bölüşüləcək etibarlı məhsuldur. Siz aspIRe jurnalını tədbirlərdə, e-Mağazanızın Biznes vasitələri bölməsində və yerli ŞDM-də əldə edə bilərsiniz.

7


8

QISA SORAQ KİTABI biznes planlaşdırıcı

DATO’ VIJAY ESWARAN-ın “GÜNÜMÜZƏ DAİR DÜŞÜNCƏLƏR” (THOUGHT OF THE DAY) JOSEPH BISMARK-ın “İNCİLƏR TOPLUSU” (GEMS OF WISDOM) Siz öz-özünüzə rəhbər olduqda, uğur qazanmağın əsas şərti aydın məqsədin olmasıdir. QNet təsisçilərindən Dato’ Vijay Eswaran və Joseph Bismark bu şirkəti sıfırdan qurmağa başlamışlar və yüksək dərəcədə ilhamverici liderlər sayılırlar. Onların hər ikisinin də həyatları boyunca yüksək dövlət adamlarından və öz təcrübələrindən topladıqları fikirlərini, arzularını, məqsədlərini və tövsiyələrini bölüşdükləri onlayn arenaları vardır. Bu bloq-saytları həftəlik olaraq yoxlamağı unutmayın. Günümüzə Dair Düşüncələr www.tod.vijayeswaran.com İncilər Toplusu www.gemsofwisdom.net

ŞƏBƏKƏ DƏSTƏK MƏRKƏZLƏRİ

QNet-in Şəbəkə Dəstək Qrupunun (ŞDQ) bir parşası kimi sizin yerli Şəbəkə Dəstək Mərkəziniz (ŞDM) qlobal standartlar əsasında işləyən, lakin yerli şərtlərə uyğunlaşdırılmış universal mağazadır. ŞDM öz xidmətlərini sizin xüsusi müştəri ehtiyaclarınıza uyğunlaşdırır. Siz tam əmin ola bilərsiniz ki, sizi dolaşığa salmayacaq və sizinlə sadəcə MN nömrəsi kimi rəftar etməyəcəklər. ŞDM müştəri xidməti sizin fərdi ehtiyaclarınızın olduğunu qəbul edir. Yerli ŞDM-də siz məhsulları qəbul edə və təhvil verə, xüsusi və ümumi narahatlıqlar barədə sorğu verə, Virtual Ofisiniz vasitəsilə yardım ala, korporativ təlimlər, ixtisaslaşdırılmış və maarifləndirici təlimlər keçə, Biznes Fürsətləri Yığıncaqları (BFY) üçün imkanlardan yararlana və daha nələr edə bilərsiniz. ŞDM ofislərinin və nümayəndələrinin tam siyahısını əldə etmək üçün QNet şirkət profilinə və ya QNet vebsaytına müraciət edin.

24/7 İŞ REJİMLİ ÇOXDİLLİ ŞDQ ƏLAQƏ MƏRKƏZİ

Texnoloji cəhətdən qabaqcıl 24/7 iş rejimli ŞDQ Çoxdilli Əlaqə Mərkəzi sizin dilinizdə danışır və bütün dünya üzrə gündə 24 saat, həftədə yeddi gün ixtiyarınızdadır. Kömək lazımdır? 24/7 iş rejimli ŞDQ Çoxdilli Əlaqə Mərkəzində xidmət 18 dildə təqdim olunur, o cümlədən, ərəb, bahasa melayu, bambara, bobo, kanton, ingilis, fransız, qurunsi, hausa, hindi, malayalam, mandarin, fars, pənjabi, rus, tamil, teluqu və türk dillərində. Beynəlxalq nömrələrə və ya ölkələr üzrə xüsusi pulsuz zəngli nömrələrə zəng edin: Beynəlxalq +603 7949 8288 (Bütün dillər) +1 619 419 2810 (Yalnız farsca) Pulsuz zəng nömrələri* Honq Konq : 800 933 691 Hindistan : 000 800 600 1144 : 000 800 100 7022 Indoneziya : 001 803 601 923 Malayziya : 1 800 880 983 Filippin : 1 800 1 601 0053 Səudiyyə Ərəbistanı : 800 860 1806

Sinqapur İsveç Tayvan Tailand Türkiyə* BƏƏ ABŞ

: 800 601 1425 : 020 795 050 : 00801 601 347 : 001 800 060 102 : +90 212 414 1780 : 800 0600 212 : 1 866 578 6077

*Türkiyə istisna olmaqla, göstərilmiş ölkələrdən edilən bütün zənglər pulsuzdur. Türkiyədən zənglər yerli tariflər əsasında hesablanır (beynəlxalq zəng tarifləri Türkiyə xaricindən edilmiş zənglərə şamil olunur).


QISA SORAQ KİTABI

biznes planlaşdırıcı

TƏDBİRLƏR PLANI Artıq MN olduqdan sonra sizin tədbirlər planınızın olması çox vacibdir. Aşağıdakı bölmələr, siz ilk dəfə QNet-ə qoşularkən, nə qədər vacibdirsə, bu tədbirlər planının prinsipləri, məsələn, öz məhsullarınızı yaxşı tanıma və potensial alıcı siyahınızı böyütmə, sizin bir MN kimi atdığınız hər addımda həyati əhəmiyyət kəsb edir.

I. İLK 48 SAAT – MN KİMİ BİRİNCİ HƏFTƏNİZ a. Öz yuxarı pillənizlə/sponsorunuzla görüşün b. QNet yerli Şəbəkə Dəstək Mərkəzinə (ŞDM) baş çəkin c. QNet yerli Şəbəkə Dəstək Rəsmisini (ŞDR) tanıyın d. QNet yerli ŞDM-də Biznes Fürsətləri Yığıncağına (BFY) və MN-ləri Yönəltmə Təliminə qatılın e. Öz məhsullarınızı tanıyın f. Öz Biznes Vasitələrinizi hazırlayın i. Öz məlumatlarınızı YENİ Biznes Planlaşdırıcıya daxil edin! ii. QNet vebsaytı ilə (www.qnet.net) öz dilinizdə tanış olun və Virtual Ofisinizdə dolaşın iii. Virtual Ofisinizdə şəxsi QNet biznes kartınızı yaradın iv. İşinizi aşağıdakıların biri vasitəsilə qurmağa başlayın: • Blok 1-in qurulması: Arzular - Hədəflər - Təsəvvür • Blok 2-nin qurulması: Öhdəlik • Blok 3-ün qurulması: Əlaqə siyahısı

II. QOŞULMANIN BİRİNCİ AYI a. Potensial müştərilər siyahınızı (150 ad) yaradın və təsnifatlandırın b. Otuzuncu gün Müşahidə Mərkəzlərini (MM) təyin edin və aktivləşdirin c. Kompensasiya Planının yaradılması zamanı yuxarı pillənizlə/sponsorunuzla birlikdə işləyin d. İşinizi aşağıdakıların biri vasitəsilə davam etdirin: • Blok 4-ün qurulması: Dəvət • Blok 5-in qurulması: Planın nümayişi e. İlk 15 təqdimatınızı həyata keçirin

III. GÜNDƏLİK VƏZİFƏLƏR a. Biznes planlaşdırıcınızı yeni fəaliyyətlərlə, təlim qrafikləri və görüşlərlə yeniləndirin b. Virtual Ofisinizə baş çəkin c. İşinizi aşağıdakıların biri vasitəsilə qurun: • Blok 6-nın qurulması: Ardınca davam • Blok 7-nin qurulması: Xatırlama • Blok 8-in qurulması: Liderinlə məsləhətləşmə

IV. AYLIQ VƏZİFƏLƏR a. Potensial alıcılar siyahısını hər ay 10% artırın b. Hər ay 15 təqdimat həyata keçirin c. Hər 90 gündən bir şəbəkənizi, ən azı 2-10 birbaşa referal cəlb edərək, böyüdün d. Hədəflərinizi təkrar qiymətləndirin və yeniləyin e. Tədbirə və ya təlimə qatılın

9


10

QISA SORAQ KİTABI biznes planlaşdırıcı

ARDICIL İŞGÜZAR ADDIMLAR Əgər özünüz və işiniz üçün qəbul etdiyiniz öhdəliyə sadiq qalsanız, addım 1 və 2-ə çatdıqdan sonra, siz birinci dövrü başa çatdırmaq üzrə olacaqsınız. Addım 3-dən 5-ə qədər üç addım vardır: 3 KVQ solda və 3 KVQ sağda = 250 ABŞ dolları Addım 6 hər dövr üzrə sonuncu addımdır və 10 e-Vauçer xalına bərabərdir. Birinci dövrü başa çatdırdıqdan sonra, siz növbəti dövrə keçib davam edə bilərsiniz. Addımları təkrarlayın və öz şəbəkənizi, vərdişlərinizi və gəlirlərinizi yaxşılaşdırıb çoxaldın. Ən son xəbərlərdən hali olmaq üçün, QNet bloqunu oxuyun və QNet-in sosial media kanalları ilə ünsiyyətdə qalın; müntəzəm olaraq Virtual Ofisinizə daxil olub, bütün şirkət yeniliklərindən, tədbir və məhsullardan, habelə yeni Təlim vasitələrindən xəbər tutun; öz işgüzar tərəfdaşlarınızla tanış olun; mühüm tədbirlərin təqvimini tutun; sektorla yaxından tanış olun; nəhayət QNet vasitəsilə əldə etdiyiniz bütün resurslardan maksimum yararlandığınıza əmin olun. Yeni məhsul hazırlaqlarından xəbərdar olduğunuza və hər marka üzrə doğru təlim aldığınıza əmin olun. Sizin E-Mağazanızda müntəzəm olaraq təklif əsaslı yeni məhsullar vardır. QNet yerli ŞDM-ə baş çəkin və Biznes Fürsətləri Yığıncaqlarına (BFY) qatılın - hətta bundan qabaq birinə qatılmış olsanız belə. Şirkət haqqında, öz işiniz haqqında və QNet-in Prinsip və Qaydaları haqqında öyrənmək üçün həm də ŞDM-də keçirilən MN-ləri Yönəltmə Təliminə qatılmağı unutmayın. Həmçinin aşağı pillələrinizin təlim keçmələrini təmin edin və özünüz də həmin təlimlərə qatılın. Yeni insanlarla tanış olmaq üçün sosial və peşəkar səviyyədə ünsiyyətcil olun və biznes fürsətlərini paylaşın. Müntəzəm olaraq gündəlik və aylıq vəzifələrinizi həyata keçirməyə davam edin və Biznes Planlaşdırıcısı çərçivəsində İllik Gündəlik tutun, habelə bu gündəliyin hər il, e-Mağazanızın Biznes Vasitələri bölməsindən və ya yerli Şəbəkə Dəstək Mərkəzindən (ŞDM) əldə edə biləcəyiniz, yeniliklərlə təzələnməsini təmin edin.


QISA SORAQ KİTABI

biznes planlaşdırıcı

PEŞƏKAR MARKETİNQƏ BAĞLILIQ “Sağlam biznes normaları MƏNDƏN, yəni Liderdən başlayır. QNet-in Müstəqil Nümayəndəsi olaraq, mən …

• QNet-lə münasibətlərimdə vicdanlı və dürüst olacağam;

• bütün peşəkar fəaliyyətlərimi elə şəkildə aparacağam ki, mənim etibarım və QNet-in yaratdığı müsbət etibar daha da çoxalsın; • Kompensasiya Planını düzgün və vicdanla təqdim edərək, uğur qazanmaq üçün tələb olunan səylərin səviyyəsini aydın şəkildə təsvir edəcəyəm;

• MN-dən və sponsordan gözlənilən bütün vəzifələri, o cümlədən təşkilatım daxilində alt pillələrə təlim verilməsini və onların dəstəklənməsini qəbul edəcək və bu tapşırıqların yerinə yetirilməsi üçün əlimdən gələni edəcəyəm; • mənim işimin həyata keçirilməsinə tətbiq olunan bütün Prinsip və Qaydalara tabe olacağam; • alt pillələrimin mənim xidmətimdən və rəhbərliyimdən məmnun qalmalarına can atacağam; • yalnız müvafiq səylərin həyata keçirilməsinə bağlı real gəlir imkanları təqdim edəcəyəm;

• potensial müştərilərin və alt pillələrin sual və sorğularına vicdanla və dürüst cavablar verəcəyəm;

• iş haqqında şirkətin rəsmi materiallarında göstərilmiş və öz təcrübələrimdən əldə etdiyim məlumatları və faydaları təqdim edəcəyəm; • yalnız öz alt pillələrim və/yaxud potensial müştərilərim kimi formalaşdırdığım insanlara havadarlıq/ istinad edəcəyəm;

• öz ilkin yönəldiciləri tərəfindən formalaşdırılmış potensial müştərini/müştəriləri məhz həmin yönəldicilər tərəfindən himayə edilməyə təşviq edəcəyəm; • QNet-in, qazandığım gəlirin mənim marketinq və liderlik qabiliyyətimlə, habelə mənim şəxsi səylərimlə əlaqədar olduğu, bir şəbəkə marketinqi imkanı olduğunu göstərəcəyəm;

• bütün potensial müştərilərlə, alt pillələrlə və həmkarlarımla hörmətlə, xoşluqla və peşəkar nəzakətlə davranacağam; • mənim sponsorluq dairəm xaricindəki alt pillələri öz şəbəkəmə yazılmağa cəlb etməyəcəyəm • heç bir halda QNet-in biznesini təhrif etməyəcəyəm;

• yanlış və aldadıcı ola biləcək heç bir reklamdan istifadə etməyəcəyəm;

• öz alt pillələrimə və həmkarlarıma münasibətdə ədalətli və dürüst olacağam və mənə, təşkilatıma, Şirkətə və/yaxud sektora xələl gətirəcək işlərə girişməyəcəyəm; • özümü ən yüksək səviyyəli düzlük, səmimiyyət və məsuliyyət standartlarına uyğun şəkildə aparacağam, çünki mənim MN olaraq QNet çərçivəsində atdığım addımların ciddi təsirləri ola biləcəyini qəbul edirəm; • bütün QNet vebsaytlarında verilmiş məlumatları yalnız öz şəxsi ehtiyaclarım və qeyri-kommersiya məqsədilə istifadə edəcəyəm; • QNet-in və onunla əlaqədar şirkətlərin etibarına xələl gətirə biləcək heç bir təsdiqlənməmiş və qeyriqanuni vebsaytlar yaratmayacağam.”

MN-nin imzası

Tarix

11


12

QISA SORAQ KİTABI biznes planlaşdırıcı

QEYDLƏR


HƏDƏFLƏR “Bu gün mənim etdiklərim çox mühümdür, çünki mən bunun əvəzinə öz həyatımın bir gününü dəyişirəm…”

DATO’ VIJAY ESWARAN


14

QISA SORAQ KİTABI biznes planlaşdırıcı

HƏDƏFLƏRİNİZİ TƏYİN EDƏRKƏN

Şəbəkə marketinqi sektorunda həyat hədəfləri təyin etməkdən, bu hədəflərə doğru getməkdən və nəhayət onlara çatmaqdan ibarətdir. Bundan sonra proses təkrarlanır. Uğurlu MN olmağın əsas şərtlərindən biri özünüzə və gördüyünüz işə inanmaqdır. Buna görə də, sadəcə hədəflər təyin etməyiniz deyil, həm də bu hədəflərə inanmağınız və onlara çatmaq üçün bacarığınıza inanmağınız vacibdir. Bir çox insan həyatında uğursuzluğa düçar olur, lakin bunun səbəbi heç də bacarığın, biliyin və ya cəsarətin olmamasında deyil. Bir çox insan, sadəcə öz enerjilərini hədəflərinə doğru yönəltmədiklərinə görə, uğursuzluğa düçar olur. İşləmək üçün hədəflərimiz olmadan və öz səylərimizi bu hədəflərə doğru yönəltmədən, biz istiqaməti olmayan insanlarıq və bizim istedadımız və resurslarımız tükənməyə məhkumdur. Əgər siz bu işdə uğur qazanmaq istəyirsinizsə, sizin çox güclü və inandırıcı əsasınız olmalıdır. Siz xəyal sahibi olmalısınız. Siz hədəflərinizi təyin etməlisiniz. Siz özünüzə meydan oxumalısınız.

HƏDƏFLƏRİ TƏYİN ETMƏYƏ DAİR MƏSLƏHƏTLƏR

1. Gerçək plan qurun və ən böyük hədəflərinizə çatmaq yolunuzda sizin niyyətinizi əsaslandıracaq və qarşınızdakı zirvəni tutmaq üçün sizi daha çox çalışmağa şövqləndirəcək, nisbətən kiçik əlçatan hədəflər təyin edin. 2. Öz hədəflərinizi və arzularınızı qələmə alın. Onları təkrar oxuyun, yeniləyin və hər birinə çatdıqda qarşısında işarə qoyun. 3. Düzgün əsası olan hədəf təyin etdiyinizə əmin olun. 4. Yazdığınız hədəflərin surətini saxlayın ki, onları görə biləsiniz və gündəlik olaraq onlara müraciət edə biləsiniz. 5. Hədəflərinizə çatdığnızı və arzuladığnız həyatı yaşadığınızı təsəvvürünüzə gətirin. 6. Öz güclü və zəif tərəflərinizi qeyd edin. Əgər keçmişdə hədəflərinizə çatmaqda uğursuzluğa düçar olmuşsunuzsa, bunun səbəbini təhlil etməyi və zəif tərəflərinizi üstələmək üçün güclü tərəflərinizdən necə istifadə edəcəyiniz üzərində çalışmağı unutmayın.

AĞILLI HƏDƏFLƏR

Hədəfləri təyin edərkən onların AĞILLI olmasına əmin olun.

S – Səciyyəvi

Hədəflər, sizin əslində nəyi istədiyinizi və bu baxımdan, ona necə nail olacağınızı bilməyiniz üçün, səciyyəvi olmalıdır. Özünüzdən, kim, nə, harada, nə zaman, hansı və niyə, deyə soruşun. Səciyyəvi hədəfləri təsvir etmək də asandır.

Ö – Ölçülə bilən

Siz öz hədəfinizə doğru uğurlu addımlar atdığınızı, səylərinizin uğurlu olmasını və öz hədəfinizə bütövlükdə nail olduğunuzu ölçə bilmək iqtidarında olmalısınız.

N – Nail oluna bilən

Siz öz hədəfinizə çatmaq üçün əsaslı addımlar atmaq iqtidarında olmalısınız. Siz öz ambisiyanıza nail olmaq üçün sizə nəyin lazım olduğunu bilməlisiniz. Bu, öz növbəsində, hədəflərinizə çatmaq üçün öz daxilinizdəki lazımi qabiliyyəti və bacarığı kəşf etməyə köməklik edəcəkdir.

İ – İstiqamətləndirilmiş nəticələr

Siz hədəflərinizi müəyyən əsasa görə təyin edirsiniz və bu əsas real nəticələri görməlidir. Buna görə də, hədəflərinizin qarşınıza qoyduğunuz nəticələrə doğru istiqamətləndiyinə və idarə edildiyinə əmin olun. Sizə stimul verən nədir? Hədəflərinizə nail olmağın nəticəsi kimi, siz nəyi istəyirsiniz və ya sizə nə lazımdır? Diqqətinizi nəticələrə yönəltdikdən sonra, sizi ora götürəcək çığırı görməyə başlayacaqsınız.

V – Vaxt amili

Bütün hədəflərin, əgər onlara nail olmaq şansınız varsa, vaxt və möhlət çərçivəsi olmalıdır. Heç zaman “nə vaxtsa” deməyin. Möhlət qoyun və ona uyğun işləyin. Nəhayət, başlamaq üçün ən yaxşı vaxt İNDİDİR!


QISA SORAQ KİTABI

biznes planlaşdırıcı

TƏSƏVVÜR, HƏDƏFLƏR VƏ ARZULAR

Sizin TƏSƏVVÜRÜNÜZ olmalıdır ki, sizi HƏDƏFLƏRİNİZİ təyin etməyə təhrik etsin və ARZULARINIZA çatmağa imkan versin. Aşağıdakı səhifənin köməkliyi ilə təsəvvürünüzü, qısa müddətli, orta müddətli və uzun müddətli hədəflərinizi və arzularınızı qeydə alın. Səhifələri sizin arzularınızı ifadə edən sözlərlə və şəkillərlə doldurun və uğura aparan yolda sizə stimul verəcək hər şeyi buraya daxil edin. Bu təşəbbüslərə tez-tez baxmaq, onları qiymətləndirmək və şərait dəyişdikcə yeniləmək çox vacibdir. Hər dəfə onlardan birinə nail olduqca, qarşısında işarə qoyun və onların yerinə yeni hədəflər daxil edin. Aşağıdakı səhifələr sizin həyatda nəyə nail olmaq istədiyinizin surətidir.

TƏSƏVVÜR

Mənim həyat təsəvvürüm…

15


16

QISA SORAQ KİTABI biznes planlaşdırıcı

HƏDƏFLƏR

Mənim qısa müddətli hədəflərim (1-3 ay):

Mənim orta müddətli hədəflərim (4-12 ay):

Mənim uzun müddətli hədəflərim (1-5 il):


QISA SORAQ KİTABI

biznes planlaşdırıcı

ARZULARIM Arzuladığınız avtomobil və ya ev hansıdır? Arzuladığınız aylıq gəlir nə ola bilər? Arzuladığınız məzunuyyəti necə keçirərdiniz? Öz gerçək arzularınız haqqında fikirləşin və bu arzuları ifadə edən sözlərdən, rəsmlərdən, fotoşəkillərdən, cizgilərdən və s-dən istifadə edin. Mənim gerçək arzularım:

Sizin üçün ən çox məna kəsb edən nədir? Siz ailənizlə daha çox vaxt keçirməyi arzulayırsınız? Uzaq ölkələrdə yeni dostlarla qarşılaşmağı arzulayırsınız? Tam xoşbəxt və imkanlı olmağı arzulayırsınız? Öz anlaşılmaz arzularınız haqqında fikirləşin və bu arzuları ifadə edən sözlərdən, rəsmlərdən, fotoşəkillərdən, cizgilərdən və s-dən istifadə edin. Mənim anlaşılmaz arzularım:

17


18

QISA SORAQ KİTABI biznes planlaşdırıcı

HƏDƏFLƏRİMƏ VƏ ARZULARIMA SADİQLİK Uğurlu və davamlı iş qurmaq, habelə etibarlı və xoşbəxt gələcəyi təmin etmək üçün mənim öz üzərimə aşağıdakı öhdəlikləri götürdüm: • Mən həyata baxşıma, hədəflərimə və arzularıma sadiqəm. • Mən QNet-in işinə sadiqəm və özümü hədəflərimə və arzularıma çatmaq üçün səylə və ləyaqətlə çalışmağa həsr etmişəm. • Mən öz vaxtımı və resurslarımı öz işimi anlamağa və böyütməyə sərf edəcəyəm. • Mən öz yuxarı pillə liderlərimə sadiqəm və öz alt pillələrimə bağlıyam. • Mən istinad etdiyim insanları var qüvvəmlə öyrtəmək və dəstəkləmək məsuliyyətini daşıdığımı anlayır və qəbul edirəm. • Mən ancaq öyrəndiklərimi tətbiq edəcəyəm. • Mən işimi qurmaq üçün illik planıma bağlıyam və öz hədəflərimi müntəzəm olaraq qiymətləndirəcəyəm. • Mən öz işimi hər zaman ləyaqətlə, vicdanla və dürüst aparacağam. • Mən işimlə bağlı uzun müddətli mükafatların xatirinə qısamüddətli “dərhal” qazancları qurban verəcəyəm. • Mən öz təşkilatımı, cəlb olunan hər kəsin mənafeyi naminə quracağam. • Mən heç zaman təslim olmamaqda qərarlıyam.”

MN-nin imzası

Tarix


POTENSİAL MÜŞTƏRİLƏR

“Müəllim, əgər kimsə bu yolda ondan təsadüfən nəyisə öyrənirsə, hər zaman özünün ən yaxşı tələbəsi olur.”

DATO’ VIJAY ESWARAN


20

QISA SORAQ KİTABI biznes planlaşdırıcı

POTENSİAL MÜŞTƏRİLƏR Sizin ən mühüm aktivləriniz sizin potensial müştərilərinizdir, və potensial müştərilərin siyahısı bu aktivlərin potensialını artırmağın əsas şərtidir. Öz aparıcı qüvvələrinizin və potensial müştərilərinizin siyahısını qurmaq başlanğıcda təməl hazırlığından, daha sonra isə şəbəkənin böyüdülməsindən ibarətdir. Potensial müştərilərin siyahısı əslində biznesə daxil etməyə cəhd göstərəcəyiniz insanlardır.

POTENSİAL MÜŞTƏRİLƏRİN AXTARIŞI

Potensial müştəriləri hər yerdə tapmaq olar. Aşağıda öz siyahınıza əlavə edə biləcəyiniz potensial aparıcı qüvvələr göstərilmişdir. Hər zaman yeni müştərilər sorağında olduğunuza əmin olmaq üçün öz əlavələrinizi də daxil edin.

Memarlar Xala-bibilər Dayələr Çörəkçilər Rəfiqələr və dostlar İaşəçilər Aşbazlar

İş yoldaşları Qohum-əqraba Həkimlər Mühəndislər Saç ustaları Sığorta agentləri Vəkillər

Tibb bacıları Musiqi müəllimləri Çilingərlər Jurnalistlər Müəllimlər Əmi-dayılar Veterinarlar


QISA SORAQ KİTABI

biznes planlaşdırıcı

POTENSİAL MÜŞTƏRİLƏRİN TƏSNİFATLANDIRILMASI

Potensial müştərilərinizin adlarını, telefon nömrələrini və e-poçt ünvanlarını qeydə almağı və onları qruplaşdırmağı unutmayın. İkiqat təsnifatlandırma sistemindən istifadə edin. Şəxslə əlqənizə görə “Qaynar-İlıq-Soyuq” təsnifat sistemindən istifadə edin Bunu, şəxsin bu işə olan marağına və qabiliyyətinə görə, A-B-C təsnifat sistemi ilə birləşdirin.

KATEQORİYA QAYNAR İLIQ SOYUQ

Sizin ən yaxın ailəniz və qohumlarınız Sizin yaxın dostlarınız Sizin tanışlarınız və kənar şəxslər, məsələn, həkiminiz, saç ustanız, küçədə qarşılaşdığınız şəxssananlar və s.

KATEQORİYA A

Bu işi görməyə marağı, müsbət münasibəti və həvəsi olan insanlar

B

Bu işdə olmaq arzusnda olan lakin vaxtı olmayan insanlar

C

Hal hazırda bu işə maraq göstərməyən insanlar

Məsələn: Sizin alış veriş etdiyiniz dükanda işləyən və sizcə bu işə maraq göstərəcək şəxsi Soyuq-A kimi təsnifatlandırmaq olar. Bu işə başlayarkən, A və ya B kateqoriyasına aid etdiyiniz insanlarla öz işinizi paylaşmaq çox yaxşı olardı. Komisyon haqqı əldə etməyənə qədər öz işinizi C kateqoriyasında olan insanlarla paylaşmayın.

21


22

QISA SORAQ KİTABI biznes planlaşdırıcı

YANAŞMA Öz gündəlik həyatımız çərçivəsində biz axtarışlara başlamaq üçün yüzlərlə fürsətlə rastlaşırıq. Dostlarımızla, iş yoldaşlarımızla, ailəmizlə, həmkarlarımızla və hətta yad adamlarla söhbət zamanı bu fürsətlərlə qarşılaşdığımızın şahidi ola bilərik. Aşağıda öz yanaşma bacarığınızı hərəkətə çevirməkdə sizə köməklik edəcək bəzi situasiyalar verilmişdir. • Siz heç öz biznesiniz qurmaq barəsində düşünmüsünüz? • Siz heç öz gəlirinizi artırmaq və ya əlavə gəlir qazanmaq barəsində düşünmüsünüz? • İşiniz sizi kifayət qədər məmnun edirmi? Siz daha çox şeylər axtarışındasınız? • Həqiqətən sizə layiq gəlir əldə etdiynizi düşünürsünüz? • Öz ailənizlə daha çox vaxt keçirə biləcəyiniz bir iş haqqında öyrənmək istərdinizmi? • Əgər mən sizə öz indiki həyat tərzinizi və gəlirinizi dəyişməyin sadə yolunu göstərə bilsəydim, nə qədər tez onu görmək istərdiniz? • Siz beynəlxalq şirkətlə biznesə cəlb olunmaq istərdinizmi? • Siz öz evinizdən idarə oluna biləcək və böyük gəlir potensialına malik sərfəli iş haqqında öyrənmək istərdinizmi? • Siz 100-dən artıq ölkədə həyata keçirilə bilən, inventar almaq, zavod və ya ofis açmaq ehtiyacı olmadan, nəhayət əsas xərclərinizin qarşılandığı, vacib ləvazimatların və göstərişlərin təqdim olunduğu bir işi təsəvvür edə bilərsiniz? • Sizə bir sual verim: Əgər növbəti bir neçə ildə, hazırda adət etdiyniz şeylərin çoxunu dəyişmədən, əlavə bir neçə yüz və ya hətta bir neçə min dollar qazanmağın dürüst yolu olsaydı, bu, sizin və sizin ailəniz üçün nə məna kəsb edərdi? Bu sizin həyatınıza necə təsir edərdi? • Mən sizinlə bir şeyi paylaşmaq istəyirəm. Mən bunu çox dəyər verdiyim bir çox başqaları ilə də paylaşmışam. Məncə, əksər insanların öz həyatları üçün əlindən gələni etmək istədiyi ilə razılaşarsınız, elə deyilmi? Mən də istisna deyiləm. • Sizə bir sual verim: Hal hazırda malik olmadığınız həyat imkanlarına sahib olmaq ideyası barədə nə düşünürsünüz? Etməli olduğunuzu deyil, etmək isədiynizi edə biləcəyiniz bir həyat imkanı - elə bir həyat imkanı ki, heç kəsin sizdən ala bilməyəcəyi sabit əlavə gəlirdən ibarət olsun. • Vaxtınız var? Mən həyatımda dramatik fərq yaratmış bir şeyə girişmişəm. Mən bilmirəm bu sizi maraqlandırar ya yox, amma bunu sadəcə sizinlə paylaşmaq istəyirəm.


QISA SORAQ KİTABI

biznes planlaşdırıcı

SSENARİ Siz QNet-in biznes imkanlarını paylaşmaq istədiyiniz birisi ilə üz-üzə gəldikdən sonra, müxtəlif ssenarilər üzrə özünüzü hazırlaşdırmanız faydalı ola bilər. Siz bir çox hallarda gözlənilməz və bəzən də yad şəxslərlə rastlaşacaqsınız. Bu sizi çəkindirə bilər. Buna görə də, insanlara yanaşma zamanı inamlı olmağınız üçün bəzi ssenariləri mənimsəməyiniz vacibdir. Aşağıda öz yanaşma bacarığınızı hərəkətə çevirməkdə sizə köməklik edəcək bəzi ssenarilər verilmişdir. Bu ssenarilər iş imkanını təqdim etmək üçün lazım olan məhz o ilk addımı atmağa köməklik edəcəkdir. Potensial müştərinizin vizit kartını aldıqdan sonra, bir neçə gün gözləyin və ardını müzakirə etmək üçün ona zəng edin.

SITUASİYA 1

Bu ssenari ən yaxşı avtobusda, təyyarədə və ya hər ikinizin müəyyən vaxt ehtiyatının olduğu yerlərdə nəticə verir.

Siz:

“Salam, bilirəm bu, bir az qəribədir, amma siz mənə insanlarla yaxşı münasibət qurmaq qabiliyyəti olan bir şəxs təsiri bağışlayırsınız. Elədir? Adətən biz, iş ortaqları və həmkarları tapmaq üçün qəzetlərə, işədüzəltmə firmalarına və referallara müraciət edirik. Lakin biz yəqin etmişik ki, digərləri ilə daha yaxşı ünsiyyət qura bilən şəxslərə birbaşa müraciət etməklə, yüksək istedadları tapmaq bizim üçün ən effektlisidir. İnsanlarla ünsiyyət bacarığınızı daha səmərəli şəkildə necə istifadə edə biləcəyinizə dair sizdə təsəvvür yaratmaq üçün sizə bəzi məlumatları göndərmək istərdim. Sizin vizit kartınız varsa, mən bunları sizə göndərərdim?”

(Onların vizit kartını qəbul edin və öz kartınızı onlara verin. Təşəkkür edin və ünvanı təsdiqləyin.)

Siz:

“Mən bunu həmən sizə göndərəcəyəm. Bəlkə bir neçə gün ərzində bu barədə söhbət planlaşdıraq? Cümə axşamı sizin üçün münasibdir?”

(Təsdiqini alın. Sonra kartın üzərindəki telefon nömrəsinə işarə edin və soruşun:)

Siz:

“Bu sizinlə cümə axşamı əlaqə yarada biləcəyim nömrədir? Siz hansı saatlarda orada olacaqsınız?”

(Dəqiq vaxtı təyin etməyə çalışın.) (Onlara yenidən təşəkkür edin və xudahafizləşin, ya da ümumi mövzular üzrə söhbəti davam etdirin.)

QEYD:

Siz danışarkən potensial müştərinizin nə etdiyinə xüsusi diqqət yetirin. Əgər bu onları bezdirirsə, onlarla sağollaşın. Xoşagəlməz hisslər yaşamağa dəyməz.

23


24

QISA SORAQ KİTABI biznes planlaşdırıcı

SITUASİYA 2

Bu ssenari elə-belə tanıdığınız, yaxın tanışınız olmayan insanlarla daha yaxşı nəticə verir.

Siz: “Siz heç öz işinizə başlamaq barəsində fikirləşmisiniz? Mənim məşğul olduğum işə siz heyran olardınız. Sizə məmnuniyyətlə zəng vurardım və ya bəzi materialları verərdim ki, evdə onlara baxa biləsiniz.”

(Onların vizit kartını qəbul edin və öz kartınızı onlara verin. Təşəkkür edin, ünvanı və telefon nömrəsini təsdiqləyin.) Zəng edəcəyiniz vaxtı təyin edin.)

SITUASİYA 3

Bu yanaşmanın məqsədi vizit kartlarının mübadiləsindən ibarədir. Satış barədə danışmayın!

Siz: “Salam, necəsiniz?”

(Ümumi şeylərdən danışın və sonra nə ilə məşğul olduqlarını soruşun. Diqqətlə qulaq asın. Bir neçə cümlədən sonra onlar sizdən nə ilə məşğul olduğunuzu soruşacaqlar.)

Siz: “Mən marketinq qrupları yaratmaq və öyrətmək qabiliyyəti olan işgüzar insanları müsahibəyə cəlb edən kadr mütəxəssisiyəm. Bu çox əla peşədir və yaxşı qazanc gətirir, lakin işləmək istəyi və stimulu olan insanlar tapmaq çox çətindir.”

(Sonra əvvələ qayıdın və onların özləri haqqında soruşun.)

Siz: “Neçə müddətdir öz işinizdə çalışırsınız?”

(Nə ilə məşğul olduğunuz barədə müzakirəni davam etdirməyin. Əgər onlar daha çox məlumat öyrənmək istəyərlərsə, deyin ki, indi yeri deyil. Vizit kartlarınızı mübadilə edin və onlara deyin ki, zəng vuracaqsınız.)


QISA SORAQ KİTABI

biznes planlaşdırıcı

DƏVƏT

Telefon potensial müştəriləri dəvət etməyin ən sadə yoludur. Bunun üçün ən az vaxt tələb olunur və gündəlik iş qrafikinizə daxil edilə bilər. Ondan yalnız şəxsi təqdimatlarınıza dair görüş təyin etmək üçün istifadə edin. Ondan maksimum yararlanın! Öz telefon söhbətlərinizdə cəsarətli olduğunuza və həmişə münasib vaxtlarda zəng etdiyinizə əmin olun. Öz dəvətlərinizi edərkən, aşağıdakı göstərişlər sizin effektivliyinizi artıracaqdır.

1. Niyyətinizi bilin – Zəng etməmişdən qabaq məqsədinizi müəyyən edin. Siz etdiyiniz zəngin səbəbini bilməlisiniz - bu, iş fürsətlərinə dair böyük yığıncaq, kiçik ev təqdimatı, iki üstəgəl bir nəfər formatında görüş, ya da münasibətlərin təkrar qurulması və ya bərpa edilməsi ola bilər.

2. Hazırlıqlı olun – Zəng etməmişdən qabaq, özünüzü müsbət yöndə cəmləşdirin, dərindən nəfəs alın və bundan sonra nömrəni yığın. Oturuşunuza fikir verin. Əgər, zəng edərkən, arxaya söykənmiş vəziyyətdə və sərbəstsiniszə, söhbətiniz alınacaqdır.

3. Ehtiraslı olun – Potensial müştərinizə nə dediyiniz bir o qədər mühüm deyil, daha çox deyərkən nə hiss etdiyniz əhəmiyyətlidir. Dediklərinizi əsaslandırmaq üçün dərin bilik sahibi olmaq nə qədər vacibdirsə, bu dəvəti edərkən göstərdiyiniz ruh yüksəkliyi daha da vacibdir. 4. Onların fikrini soruşun – Siz birbaşa deyə bilərsiniz ki, siz qarşılaşdığınız bir şey haqqında onların fikrini öyrənmək istəyirsiniz. Bu, dərhal onlara demək istədiyiniz sözü ifadə edəcək və onları sizin dəvətinizə cəlb edəcəkdir. 5. Potensial müştərinizin vaxtına hörmət edin – Hər zaman potensial müştərilərinizə dəvət verməmişdən qabaq onların bir-neçə dəqiqə vaxtlarının olmasını soruşun. Siz onları işlərini gördükləri elə vaxtda yaxalaya bilərsiniz ki, onların sizə 100% diqqət ayırmaq imkanları olmaz. Qaba tərzdə yanaşmamağa diqqət göstərin.

6. Maraqlı tərəf kimi görünməyin – Yanaşma zamanı adi səhvlərdən biri bunu deməkdir: “Mən bilirəm bu sizi heyran edəcəkdir.” Potensial müştərilər bunu eşitdikdə, çox hallarda eşitməz olurlar. Onlara elə gəlir ki, siz öz xeyriniz üçün nəyisə onlara satmaq istəyirsiniz. Onları ehtiyatla özlərinə yönəldərək onlarda maraq yaradın.

7. Görüşlərinizi təsdiq edin – Görüş günü ya da bir gün qabaq zəng edərək vaxtı təsdiqləyin. QNet haqqında və iş fürsətlərini onlarla bölüşməyə dair həyəcanınızı ifadə etməyi unutmayın. Təqdimata qatılmaq və QNet məhsulları portfeli barəsində onlarda maraq və həyəcan hissi yaradın. 8. Zənglərinizin vaxtı – Zənglərinizi qısa və sadə edin. Əsas şərt onların marağını tutmaqdır ki, onlar daha çox öyrənəcəklərini səbirsizliklə gözləsinlər. Ən effektiv zəng müddəti on dəqiqəyə qədər olanlardır.

9. Faktlar yalnız söyləyir, satan isə hekayələrdir – Sizin potensial müştərilərinizi sizin onlara nə təklif edə biləcəyiniz və başqaları üçün nələrin edildiyi çox maraqlandırır. Eşitdiyiniz və ya oxuduğunuz uğurlu hekayələri onlarla paylaşın. Bu hekayələri söyləyərkən, heç vaxt şişirtmələrə və ya qeyrisəmimiliyə yol verməyin. Hekayələrinizi əsaslandırmaq üçün faktlardan istifadə edin. 10. Suallar verin və diqətlə qulaq asın – Burada əsas şərt potensial müştərilərinizin ehtiyacını müəyyən etmək və buna görə onlara variantlar təklif etməkdir. Daha çox dəvətlər etdikcə, bu sizdə adi hala çevriləcəkdir. Potensial müştərilər bir-birindən fərqli olacaqdır və onlarda müxtəlif yollarla həvəs oyatmaq lazım gələcəkdir. Suallar vermək və onları dinləmək, onları potensial müştəridən birbaşa referala çevirmək üçün sizdə düzgün yanaşmanın formalaşmasına köməklik edəcəkdir. 11. Yuxarı pillələrdən rəğbətlə danışın – Öz yuxarı pillələriniz haqqında bir şey söyləyərkən, onlardan “İşgüzar tərəfdaşlar” deyə bəhs edin və onlara rəğbətinizi nümayiş etdirin ki, potensial müştəriniz onlarla görüşmək və ya telefonla danışmaq imkanını dəyərləndirsin. Bu həmçinin sizin təqdimatınızın inandırıcılığını təmin edir. Yuxarı pillələrdən təriflə deyil rəğbətlə danışmağı unutmayın. Onlar haqqında ucadan və peşəkarlıqla danışın. Unutmayın ki, siz heç də həmişə uğurlu ola bilməzsiniz, lakin insanlarla nə qədər çox danışsanız, bir o qədər işiniz asanlaşacaq və daha çox uğur əldə edəcəksiniz.

25


26

QISA SORAQ KİTABI biznes planlaşdırıcı

TƏQDİMAT Potensial müştərilərinizə təqdimat verərkən əsas iki sahəyə diqqət yetirin: 1. Gəlir əldə etmək üçün müxtəlif üsullara imkan yaradan özünü doğrultmuş etibarlı biznes fürsətləri. 2. İnsanların almaq və işlətmək istədikləri məhsullardan ibarət keyfiyyətli və yaxşı tədqiq olunmuş QNet məhsul portfeli. Bu məhsullar iş imkanını tamamlayır və uğurlu biznesin bel sümüyüdür. Potensial müştərilərə təqdimat verərkən düzgün etiketi gözləmək çox mühümdür. Potensial müştərilərinizi biznes təqdimatlarına gətirərkən aşağıdakı göstərişlərə əməl olunmalıdır. • Qonaqlarınızı qarşılamaq üşün 15-20 dəqiqə qabaq gəlin. • Bütün biznes təqdimatları üçün işgüzar geyim tələb olunur. • Təqdimat zamanı heç vaxt otağı tərk etməyin, çünki qonaqlar sizin arxanızca çıxa bilərlər. Bu, yığıncağı pozur və həm qonaqların həm də çıxış edənin diqqətini yayındırır. • Oturacaqların sayı məhdud olarsa, qonaqları qabaq cərgələrdə əyləşdirin, mövcud Müstəqil Nümayəndələri isə arxa cərgələrdə, ya da ayaqüstə yerləşdirin. • Təqdimatların maksimum bir saat çəkməsinə çalışın (sizin hədəfiniz 45 dəqiqə olmalıdır). • Təqdimat zamanı diqqətli olun. Özünüzü elə aparın ki, təqdimatı sanki ilk dəfə seyr edirsiniz. Səhifələri vərəqləməyin və darıxmış kimi görünməyin. Kənar söhbətlərə girişməyin. Hər şeyə qulaq asın, çünki hər zaman öyrənməyə bir şey tapılır. • Digər qonaqlara qarşı təvazökar olun və iltifatla davranın, lakin iş haqqında danışmayın, yaxud onları cəlb etməyə çalışmayın. • Gec gələn qonaqlar arxada dayana bilər. Əgər siz artıq oturmusunuzsa, arxaya gedib onlarla salamlaşmayın, çünki bu, çıxış edənin və digər qonaqların diqqətini yayındırır. • Artıq stul saxlamaq məqsədəuyğun sayılmır, belə ki, elə vaxtlar olur ki, gözlənilən sayda qonaq təşrif buyurmur və çıxış edən üçün yarıboş, xüsusilə ön cərgələri boş olan otaqda danışmaq çox çətin olur. • Bütün telefonları və peycerləri “səssiz” rejiminə keçirin və ya söndürün. Məlumat göndərməkdən və ya oxumaqdan çəkinin. Bu digər qonaqların, xüsusilə də çıxış edənin diqqətini yayındırır. Bu, həmçinin sizin öz biznes təqdimatınıza maraq göstərmədiyinizi nümayiş etdirir. • Potensial müştərilərinizdən gözlədiyiniz qədər diqqətli olun. • Qonaqların qarşısında potensial müştərilər, Nümayəndələr, qeydiyyat, yuxarı pillə, alt pillə kimi səciyyəvi sözləri işlətməkdən çəkinin. Biznes təqdimatları narahatlıq və mürəkkəblikləri müzakirə etmək yeri deyildir.


QISA SORAQ KİTABI

biznes planlaşdırıcı

POTENSİAL MÜŞTƏRİLƏRİN SİYAHISI

Bu səhifənin surətini çıxarın və ya bütün potensial müştərilərinizi qeydə alın. Onları qruplara bölün və hazırkı işlərinə və sizə lazım olan bütün qeydlərə görə işarələyin. Əgər potensal müştəriləriniz MN kimi qeydiyyatdan keçirsə, onların qeydiyyat tarixini yazın. Unutmayın ki, potensial müştərilər siyahısını hər ay 10% artırmağı qarşınıza məqsəd qoymalısınız. №

Adı

Telefon

E-poçt

Kateqoriya

QAYNAR: Yaxın ailə və qohumlar | İLIQ: Yaxın dostlar | SOYUQ: Tanışlar və kənar şəxslər A: Maraqlı, müsbət fikirli və həvəsli | B: Maraqlı, lakin vaxtı olmayan | C: Maraqsız

Qeyd

Qeydiyyat tarixi

27


28

QISA SORAQ KİTABI biznes planlaşdırıcı

QEYDLƏR


GÜNDƏLİK

“Sizin intizamınız uğur qazanmaq istəyinizə uyğun gəlməlidir.”

DATO’ VIJAY ESWARAN


30

QISA SORAQ KİTABI biznes planlaşdırıcı

GÜNDƏLİK

MÜSTƏQİL NÜMAYƏNDƏ HAQQINDA MƏLUMATLAR Adı

MN nömrəsi

İldönümü tarixi (Qeydiyyat tarixi)

Telefon E-poçt Ünvan

ŞƏBƏKƏ DƏSTƏK MƏRKƏZLƏRİ HAQQINDA MƏLUMATLAR Telefon Ünvan

ŞDM əlaqə detalları

FÖVQƏLADƏ NÖMRƏLƏR

Fövqəladə hallar yarandıqda buradan əlaqə saxlayın Adı

Telefon Ünvan Əlaqə

Həkim Polis

MÜHÜM TİBBİ MƏLUMATLAR Qan qrupu

Məlum allergik reaksiyalar Digər

Xəstəxana

Təcili yardım


QISA SORAQ KİTABI

biznes planlaşdırıcı

İLK 90 GÜN

Siz QNet-də qyediyyatdan keçdikdə və Müstəqil Nümayəndə (MN) olduqda, ilk 90 gün ərzində Addım 2-ə çatmaq sizə bir MN kimi uğurlu həyat yoluna çıxmağı təmin edir. Addım 2-ə çatmaq və sonra ilk dövrdən keçərək Addım 6-a doğru getmək, işə başlarkən, sizin üçün diqqətinzin əsas istiqaməti olacaqdır. Hər 30 günlük müddət ərzində siz ən azı 15 təqdimat keçriməli və potensial müştərilərinizin siyahısını 10% artırmalısınız. Hər 90 günlük müddət ərzində sizin ən azı təlim keçməyə başlayacağınız 2-10 alt pilləniz olmalıdır. Bu davamlı olaraq daşıyacağınız cavabdehlikdir. Alt pillələrinizi öyrətmək və QNet biznesi çərçivəsində onlara dəstək olmaq sizin cavabdehliyinizdədir. Onlar sizin təşkilatınızdırlar. QNet-in yeni MN-i kimi aşağıdakı səhifələr vasitəsilə bu işdə ilk 90 gününüzü planlaşdırın. Birinci günə öz MN tarixinizi qeyd edin və qalan tarixləri oradan doldurun. Sizi diqqət mərkəzində saxlamaq üçün xatırlatmalar və möhlətlər əlavə olunmuşdur. Özünüz üçün təyin etdiyiniz xatırlatmaları, əsas görüşləri və digər hədəfləri əlavə edin.

1-30-cu GÜN

Hədəf: 30-cu gün təyin edilməli və aktivləşdirilməlidir.

HƏFTƏNİN GÜNÜ

1

2

3

4

8

9

10

11

XATIRLATMA: Təyin et və aktivləşdir 30-cu GÜN

5

6

7

12

13

14

XATIRLATMA: 15 təqdimat keçirmək üçün yalnız 10 gün qalmışdır

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

MÖHLƏT: Təyin et və aktivləşdir MÖHLƏT: Ayda 15 təqdimat

29

30

“Harada ən böyük mükafat görünən yerə deyil, harada ən böyük ehtiyac görünən yerə diqqəti yönəlt və uğur səni heç gözləmədiyin yerdə tapacaqdır.”

DATO’ VIJAY ESWARAN

31


32

QISA SORAQ KİTABI biznes planlaşdırıcı

31-60-cı GÜN

Hədəf: 60-cı gün Addım 1-ə çatmaq.

HƏFTƏNİN GÜNÜ XATIRLATMA: Son ay ərzində potensial müştərilərimin siyahısı 10% artmışdırmı?

31

32

33

34

35

38

39

40

41

42

36

37

43

44

45

46

47

48

49

50

51

52

53

54

55

56

XATIRLATMA: 60-cı gün Addım 1-ə çatın

XATIRLATMA: 15 təqdimat keçirmək üçün yalnız 10 gün qalmışdır

MÖHLƏT: Addım 1 MÖHLƏT: Ayda 15 təqdimat

57

58

59

60

“Sanskritcə həyat ‘“anubhava dhara”’, yəni təcrübələr axını deməkdir. Təcrübələr axırsa, deməli həyat vardır. İndi başqa bir təcrübə var. Çox çətindir, lakin onun da öhdəsindən gəlinəcək.”

DATO’ VIJAY ESWARAN


QISA SORAQ KİTABI

biznes planlaşdırıcı

61-90-cı GÜN

Hədəf: 90-cı gün Addım 2-ə çatmaq.

HƏFTƏNİN GÜNÜ XATIRLATMA: Son ay ərzində potensial müştərilərimin siyahısı 10% artmışdırmı?

64

65

66

61

62

63

68

69

70

74

75

76

77

81

82

83

84

67 XATIRLATMA: 90-cı gün Addım 2-ə çatın

71

72

73 XATIRLATMA: 15 təqdimat keçirmək üçün yalnız 10 gün qalmışdır

78

79

80

MÖHLƏT: Addım 2 MÖHLƏT: Ayda 15 təqdimat

85

86

87

88

89

MÖHLƏT: Son 90 gün ərzində 2-10 alt pillə 90

90

“Zindan binada deyil, sənin beynindədir. Bir çox insanlar öz həyatlarını heç vaxt zindana düşmədən orada yaşayırlar.”

DATO’ VIJAY ESWARAN

33


34

QISA SORAQ KİTABI biznes planlaşdırıcı

MƏNİM İLK 90 GÜNÜMƏ DAİR QEYDLƏR

“Həyat yolunda asanlıqla şütüməyin iki yolu vardır: hər şeyə inanmaq və ya hər şeyə şübhə etmək; hər iki yol bizi düşünməkdən xilas edir…”

DATO’ VIJAY ESWARAN


QISA SORAQ KİTABI

biznes planlaşdırıcı

AYLIQ TƏQDİMATLARIN SİYAHISI Hər 30 günlük müddət ərzində siz potensial müştəriləriniz üçün ən azı 15 təqdimat keçriməlisiniz. Siz həmçinin, potensial müştərilər siyahısını hər ay 10% artırmalısınız. Bu səhifənin surətini çıxarın və ay üzrə biznes təqdimatlarınızı qeydə almaq üçün bu siyahıdan istifadə edin.

AY: №

TARİX

YER

QATILANLAR

35


36

QISA SORAQ KİTABI biznes planlaşdırıcı

AYLIQ QEYDİYYATLAR VƏ TƏLİMLƏRİN CƏDVƏLİ Hər hansı 90 günlük müddət ərzində sizin ən azı 2-10 birbaşa referalınız olmalıdır və onlara təlim vermək və onları dəstəkləmək sizin cavabdehliynizdədir. Bu səhifənin surətini çıxarın və aylıq təqdimatlarınıza qatılanlar arasından sizin vasitənizlə QNet MN-i kimi qeydiyyatdan keçmək qərarı verənləri qeydə almaq üçün bu siyahıdan istifadə edin. Həmçinin ay ərzində sizin birbaşa referallarınız kimi MN statusu almış digər potensial müştəriləri də qeydə alın. Onların adlarını, habelə potensial müştəri siyahınızdakı müvafiq nömrələrini qeyd edin. Həmçinin öz şəbəkəniz üçün keçirəcəyiniz təlimlərin cədvəlini tutmaq üçün bu siyahıdan istifadə edin, bu zaman verilən xanalarda təlimin növünü, sonra isə sadəcə öz alt pillələrinizlə keçirdiyiniz hər təlim seansının tarixini qeyd edin.

AY POTENSİAL MÜŞTƏRİNİN №-Sİ POTENSİAL MÜŞTƏRİLƏRİN SİYAHISINDA

ADI

KEÇİRİLMİŞ TƏLİM


QISA SORAQ KİTABI

biznes planlaşdırıcı

HƏFTƏLİK TAPŞIRIQLAR SİYAHISI

Əgər həftəlik tapşırıqların siyahısını tutarsınızsa, nəyi etmək lazım gəldiyini təqib etmək sizin üçün daha asan olacaqdır. Əgər həftə üçün təyin etdiyiniz tapşırığı yerinə yetirməsəniz, bu tapşırığı növbəti həftə siyahınıza təkrar yazmağı və qarşısında “çox mühüm” işarəsi qoymağı unutmayın Tapşırığı yerinə yetirdikdən sonra onun üzərindən xətt çəkmək və yerinə yetirilmə tarixini qeyd etmək çox stimulverici rol oynayır və sizin məhsuldar çalışdığınıza dəlalət edir.

Bu iki səhifənin surətini çıxarın və həftəlik tapşırıqlarınızı və onların möhlətlərini qeydə almaq üçün bu ikisəhifəlik siyahıdan istifadə edin. Bu həftənin xatırlatmaları:

Bu ay ərzində keçirilmiş təqdimatların sayı:

Bu ay ərzində siyahıya salınmış yeni müştərilərin sayı:

TARIXLƏR: TAPŞIRIQ

MÖHLƏT

TƏCİLİLİK

YERİNƏ YETİRMƏ TARİXİ

37


38

QISA SORAQ KİTABI biznes planlaşdırıcı

HƏFTƏLİK TAPŞIRIQLAR SİYAHISI TAPŞIRIQ

MÖHLƏT

TƏCİLİLİK

YERİNƏ YETİRMƏ TARİXİ


QISA SORAQ KİTABI

biznes planlaşdırıcı

QEYDLƏR

39


40

QISA SORAQ KİTABI biznes planlaşdırıcı

QEYDLƏR


QISA SORAQ KİTABI

biznes planlaşdırıcı

QEYDLƏR

41


42

QISA SORAQ KİTABI biznes planlaşdırıcı

QEYDLƏR



QNet Ltd 47/F Bank of China Tower 1 Garden Road Central, Hong Kong Tel: +852 2263 9000 Faks: +852 2802 0981 E-poçt: network.support@qnet.net 24/7 iş rejimli ŞDQ-nin Çoxdilli Əlaqə Mərkəzi +603 7949 8288 Beynəlxalq +603 7949 8288 (Bütün dillər) +1 619 419 2810 (Yalnız farsca) Pulsuz zəng nömrələri* Honq Konq Hindistan Indoneziya Malayziya Filippin Səudiyyə Ərəbistanı Sinqapur İsveç Tayvan Tailand Türkiyə* BƏƏ ABŞ

: 800 933 691 : 000 800 600 1144 : 000 800 100 7022 : 001 803 601 923 : 1 800 880 983 : 1 800 1 601 0053 : 800 860 1806 : 800 601 1425 : 020 795 050 : 00801 601 347 : 001 800 060 102 : +90 212 414 1780 : 800 0600 212 : 1 866 578 6077

*Türkiyə istisna olmaqla, göstərilmiş ölkələrdən edilən bütün zənglər pulsuzdur. Türkiyədən zənglər yerli tariflər əsasında hesablanır (beynəlxalq zəng tarifləri Türkiyə xaricindən edilmiş zənglərə şamil olunur).

www.qnet.net/az Müəllif hüququ © QNet Ltd / 2011. Bütün hüquqlar qorunur. Bu nəşrdə olan bütün tərtibatlar, qrafik təsvirlər, loqolar, şəkillər, fotorəsmlər, mətnlər, ticarət adları, ticarət markaları və s. üzrə müəllif hüquqları və əqli mülkiyyət hüquqları qorunur. Bu nəşrin məzmununun hər hansı bir hissəsinin təkrar hazırlanması, ötürülməsi və ya dəyişdirilməsi qəti qadağandır.

Azeri Edition

QNET MÜSTƏQİL NÜMAYƏNDƏSİ

Adı MN nömrəsi Telefon E-poçt


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.