№2 FW 2021-2022

Page 1


BAGHIRI


sırqa, üzük, bilərzik Baghiri @baghiri model @sattartati , @hadi_misrikhanova foto @sharaf.naghiyeva styling & MUA @dadaspersonal Hasan Abdullayev 6, Baku, Azerbaijan



üzük, boyunbağı Baghiri @baghiri foto @sharaf.naghiyeva styling & MUA @dadaspersonal model @sattartati , @iamleylasharif


shamsa_jewelry_baku

STOCKINSTOCKOUT, Handicraft_baku

+994 55 610 68 24



Qatqısız və orqanik

100% əl əməyi bairambaili

Cəfərov Qardaşları küçəsi,16, Baku, Azerbaijan

+994 70 216 99 20




SaNi

B a k u

№ 2 FW 2 02 1-2022

Baş redaktor / Editor - in - Chief

Redaktorlar / Editors

NİGAR SARIVƏLLİ

PƏRVANƏ SADIQOVA

Qrafik dizayner / Graphic designer

ŞƏBNƏM MEHDİYEVA

ARZU BƏXTİYAROVA

TAMİLLA HƏSƏNOVA

Moda redaktoru / Fashion editors

NURAY CALAL

NATİQƏ CAVADOVA

ZƏHRA İBRAHİMOVA

FƏRİDƏ GÜLƏLİYEVA

İllüstrasiya / Illustrator

Zərgərlik redaktoru / Jewelry editor

LALƏ BƏDƏLOVA

ELNARƏ MÜRSƏLOVA

Fotoqraf / Photographer

Gözəllik redaktoru / Beauty editor

NƏRGİZ İRZAYEVA

TƏRANƏ ƏHMƏDOVA

Astroguide NİGAR ASGƏROVA

Reklam və Əməkdaşlıq / Advertising and Cooperation

RAMİL VƏLİYEV

Web editor OKTAY MAHMUDOV

+994 55 220 31 01 Təşəkkürlər / Thanks Taj Company, STEP İT Academy, Baghiri, Shamsa Jewelry, BAIRAMBAILI date and chocolate, IRIS Flowers&Design, Miagallery, SACRİA bags, Destino eco toys, Nut&Joy, Emily Art Gallery, ZERRI, My Poppi Shoes

www.sani.az Contact/Əlaqə +994 77 574 36 16 e-mail: info@sani.az

@sanimagazine.baku Bu jurnalda yer alan bütün yazıların məsuliyyəti yazı sahiblərinə aiddir. SaNi magazine’ də yerləşdirilən bütün yazıların, fotoların, illustrasiyaların haqları qorunmaqdadır. Jurnalda yer alan reklam elanlarının məsuliyyəti elan sahiblərinə məxsusdur.

Üz qapağı / Cover model SOFYA PANFYOROVA fotoqraf NƏRGİZ İRZAYEVA saç aksessuar SANİ


Content

26

Portrait Moira Şirer

30

News Hava balonu ilə Stratosferə uçmaq olacaq.

38

İnterview

56

Aliyeva’s Fashion

Fashion

Factory

Moda və Teatr

54

66

İnterview

Jewelry

Lily Minime Fashion

Burma qırmızısı göyərçin qanı

10

SANİ magazine


BURAXILIŞ № 2 ÜZƏRİNDƏ ÇALIŞIBLAR ELNARƏ MÜRSƏLOVA

NATİQƏ CAVADOVA

FƏRİDƏ GÜLƏLİYEVA TƏRANƏ ƏHMƏDOVA

LALƏ BƏDƏLOVA

FW 2021-2022

11


Content

74

One day Hollivudun sonuncu əfsanəsi

90

SANI Collection FW 2021-2022

136

Travel

Las Vegas

146

Baku

Əlibəyovların malikanəsi

158 Movie

Mary Poppins Returns

174 Astro

Zərgərlik daşları 12

SANİ magazine


PƏRVANƏ SADIQOVA

NƏRGİZ İRZAYEVA

MARIYA KUZMINA

NİGAR ƏSGƏROVA

TAMILLA HƏSƏNOVA NURAY CALAL

FW 2021-2022

13


• sweet reklam

nutandjoy.az mob: +994 55 463 89 59


Təbii, şəkərsiz, qlutensiz və veqan enerji batonları


emily_artgallery +994 50 462 27 77

16

SANİ magazine


FW 2021-2022

17


2021/2022 Payız- Qış mövsümünün ən trend aksesuarlarından biri iri zəncir detalı ilə bəzədilmiş çantalar olacaq. Metal və plastik zəncirlər gözəçarpan obrazların yaradılmasında açar rolunu oynayacaqdır.

r ə l r i c Zən

Schiaparelli, 8952 ₼

Versace, 3650 ₼

Stella McCartney, 2190 ₼ 18

SANİ magazine


Made in limited amount 180 ₼

sacria_bags_atelier

shop @StockInStockOut

+994 51 705 85 08


Metalika və qızılı da yeni sezon trendinə çevrilmişdir. Parıltı və İşıltını bu dəfə də unutmayaq.

SHİNE

Hazırladı Nigar Sarıvəlli

Top MİU MİU Çanta, Louis Vuitton 12,830 ₼

Şalvar, Gucci 4,760 ₼

Abadok, ZARA 79,00 ₼

Gəncləşdirici yağ, Guerlain 93 ₼

Gödəkcə, Louis Vuitton 15,120 ₼

20

Mary Jane çəkmələri, MIU MIU 1,240 ₼ SANİ magazine


Üzük, Versace 841 ₼

Palto, Prada 12,990 ₼

Balmain dəst

Twinkle Star Heç bir moda həftəsini gecə geyimlərsiz təsəvvür etmək olmaz. Xüsusi günlərdə bir az parıltıdan heç kimə ziyan gəlməz.

Saç sancağı, Gucci 884 ₼

Dırnaq boyası, O.P.İ 19 ₼

Top, Balmain 4,165 ₼ Sport çəkmələr, İsabel Marant 1,105 ₼ FW 2021-2022

21


Tulum, Chirstian Siriano

göz qamaşdırıcı Fuşya güclü inancların canlı rəngi olan fuşya həm şən həm də şübhəlidir. Hazırladı Fəridə Güləliyeva

Kəmər, The Sennowe

Palto, Moochi Uzunboğaz çəkmə, Paris Texas

Ev dekoru, India Circus Sweatshirt, H&M

22

Çanta, Jimmy Choo

SANİ magazine


Bilərzik, Hermes Papaq, PrettyLittleThing

Ətək, Zara

Köynək, HOBBS

Şalvar, Uterque Paltar, LN family

Bakal, Partykungen

FW 2021-2022

23


24

SANİ magazine


FW 2021-2022

25


Portrait

Moira Şirer

Yazı Natiqə Cavadova Foto İnternet resursu

Moira Şirer King, Şotlandiyanın Dunfermlin şəhərində mühəndis Harold King’in ailəsində anadan olub. Harold W. King həvəskar bir aktyor idi. Moira 5 yaşında olanda 1931-ci ildə ailə, Şimali Rodeziyanın Ndola şəhərinə köçür, qızın anasının təkidi ilə Enrico Cekketti’nin tələbələrindən biri ilə balet öyrənməyə başlayır. Qızın çox bacarıqlı olduğu ortaya çıxır, əlavə olaraq Moira da çox çalışqan idi. 1936-cı ildə Londona qayıtdıqdan sonra Nicholas Legat studiyasına daxil olmadan əvvəl bir neçə ay müəllim Flora Fairbern ilə məşq edir. Legate’də üç il balet təhsili aldıqdan sonra Sadler Uells Balet Məktəbinə (indiki Kral Balet Məktəbi) qəbul edilir, lakin müharibə başladıqdan dərhal sonra valideynləri onu evinə, Şotlandiyaya aparırlar.

1944-cü ildə Moira balerina rütbəsinə yüksəldi və “Uyuyan Gözəl”, “Coppelia”, “Qu quşu gölü” və “Jizel” kimi klassik baletlərdə baş rolları oynamağa başladı.

İlk səhnə rəqsinə Mona Inglesbi Beynəlxalq Baleti ilə başladı, 1942-ci ildə isə Sadler Wells Baletinə qatıldı.

26

SANİ magazine


Margot Fontaine və Pamela May ilə birlikdə Ashton’un “Simfonik varyasyonlar” baletinin premyerasında çıxış edir. Frederick Ashton’un bir çox baletində, ən başlıcası Zoluşka (1948) da baş rolda əhəmiyyətli bir rol oynadı. Moira Shearerin digər məşhur tamaşaları Ninette de Valoisin Promenade (1943), Robert Helpmann’ın Gorbals’dakı Möcüzəsi (1944) və Leonid Massinin Saatlar üçün Simfoniyası (1948) baletindəki premyeralarıdır. Bütün bu tamaşalarda 1952-ci ilə qədər rəqs edir. Truppanın Amerika qastrolunda iştirak edir.

“Qırmızı ayaqqabılar” filmindəki Victoria Page’ın rolu onu anında dünyada məşhurlaşdırır. Moira özü filmin onun balet karyerasını məhv etdiyinə inanırdı. Filmin yüksək büdcəsi və əvvəllərdə az gəlir gətirməsi, çoxlarının bunun fəlakət olacağına inanmasına səbəb oldu. Lakin, Amerika nümayişlərində davamlı bir izləyici yaratdı və İngilis kino tarixinin ən gəlirli filmlərindən birinə çevrildi. “Heç vaxt arzulamadığınız şeyin birdən-birə sizi məhşurlaşdıracağı və sizə ad qazandıran, şəxsiyyətinizi təyin edən şeyə çevrilməsi qəribə deyilmi?” Balerina soruşdu. Buna baxmayaraq, “Hoffmann’s Tales” filmində balerin Stella və mexaniki kukla Olympia rollarında rol alan “Qırmızı Ayaqqabılar” ı yaradan komandanın başqa bir möhtəşəm film layihəsində iştirak etməyi qəbul edir.

Moira Shearer cəmi 27 yaşındaykən, 1953-cü ildə balet səhnəsini tərk etməyə qərar verdi və nəhayət karyerasını kino ilə əlaqələndirdi. Ancaq, buna balerinanın travması da daxil olmaqla bir neçə səbəb var idi. 1954-cü ildə Şekspir komediyasında “ Yaz Gecəsinin Yuxusu “ adlı Titania rolunu oynamaq uçün Edinburq Festivalında səhnəyə çıxdı. 1960-cı illərin ortalarında Moira, Robert Helpmanın xoreoqrafiyası olan Camelotun istehsalında Morgana Peri rolunu oynamışdı.

FW 2021-2022

27


Portrait

1972-ci ildə Edinburqda keçirilən Eurovision Mahnı Yarışmasının aparıcısı idi. 19771982-ci illərdə balet tarixinə dair mühazirələrlə ABŞ-ı gəzdi. Daily Telegraph qəzetinin kitab araşdırma sütununa rəhbərlik etdi.

Daha sonra, Moira Shearer səhnəyə yalnız ara sıra çıxırdı: 1977-ci ildə Edinburqdakı Kral Liseyindəki Albalı bağçasında Madam Ranevskaya rolunu oynadı, 1978-ci ildə

28

Hay Fever-da Kral Liseyində Judith Bliss rolunu oynaır. 197080-ci illərdə, 1974 və 1975-ci illərdə Edinburqdakı festivallarda daxil olmaqla beynəlxalq səviyyədə mühazirə turları

SANİ magazine

və konsertlər verdi. Həm də bu müddət ərzində Moira Şotlandiya İncəsənət və Mədəniyyət Şurasının üzvü idi.


1987-ci ildə Gillian Linn’in “Adi adam” baletinin televiziya versiyasında rəssam Lori’nin anası rolunu oynadı. 1953-cü ildə Şirer baletdən təqaüdə çıxdı, səhnəyə yalnız bir dəfə, 1987-ci ildə qayıtdı. 2000-ci ildə Şirerin “Qırmızı Ayaqqabılar”-da geyindiyi atlas balet ayaqqabıları $25.000

1950-ci ildə Moira, İngilis yazıçı, jurnalist və aktyor Sir Lüdovik Henry Koverley Kennedy ilə evləndi. Evlilikləri 56 il davam etdi. Bu evlilikdən dörd övladı dünyaya gəlmişdi - bir oğlu və üç qızı. Evlilik aktrisanın ölümü ilə sona çatdı. Moira Şirer 80 yaşına qədər yaşamış və 31 yanvar 2006-cı ildə vəfat etmişdir.

FW 2021-2022

29


Hava balonu ilə Stratosferə uçmaq olacaq. Florida ştatında yerləşən amerika şirkəti Space Perspective hava balonu ilə Stratosferə uçmaq üçün bilet satışını elan edib. Uçuş 6 saat davam edəcək və bu müddət ərzində sərnişinlər Yer kürəsindən 30 kilometr uzaqlıqda yerləşən Stratosferin üst qatına çatacaqlar. Uçuş üçün nəzərdə tutulmuş bir biletin qiyməti 125 min dollar dəyərindədir. Eyni zamanda göyərtədə 8 sərnişin və 1 pilot ola bilər. İlk uçuşun dəqiq tarixi barədə məlumat verilməsə də, ilk kosmoturistlərin 2024-cü ildə Stratosferə uçması gözlənilir.

# ÜSTÜMDƏN KEÇMƏ

30

SANİ magazine

# OXU MƏNİ

News


Super Mario animasiyalı smart saat hazırlanıb. İsveçrə saat şirkəti TAG Heuer Super Mario-dan ilhamlanaraq yeni saat modeli hazırlayıb. Sevimli qəhrəmanın görünüşü yüksək texnologiya və idmanı özündə birləşdirən TAG Heuer smart saatlarınını bəzəyir. Animasiya oyun sisteminə əsaslanır: səhərin açılması ilə salamlaşmadan başlayır, gün ərzində lazımı sayda addım sayı toplamağa, mükafatlar qazanmağa köməklik edir. Hər mərhələdə günlük nailiyyətlərə çatdıqda animasiyanın görünüşü dəyişərək saatın displeyində öz əksini tapır. TAG Heuer Connected x Super Mario Limited Edition məhdud sayda cəmi 2000 ədəd buraxılıb.

Convers’dən yeni idman ayaqqabıları Converse yaz fəslinin gedişi ilə əlaqədar üzərinə qurudulmuş çöl çiçəkləri möhürlənmiş idman ayaqqabıları buraxıb. Hybrid Floral adlı kapsul kolleksiyası yayın sonuncu ayına həsr olunub. İdman ayaqqabıları qurudularaq qrafik printə çevrilmiş əsl çöl çiçəkləri ilə bəzədilmişdi. Onların qiyməti isə 110-166 dollar arasında dəyişir.

Dünyada 3-cü ən böyük almaz tapılıb. Botsvanada dünyanın ən böyük almazlarından biri tapılıb. Onun çəkisi 1098 karatdır. Bu almaz, 1905-ci ildə Cənubi Afrikada tapılan 3106 karatlıq “ Kullinan “ daşından və 2015-ci ildə Botsvanada Lucara Diamonds şirkəti tərəfindən tapılan 1109 karatlıq “ Lesedi La Rona ” daşından sonra dünyada 3-cü ən böyük almaz sayılır. FW 2021-2022

31


News

Yeni Miniatür çantalar. Dior evi Micro Bags kolleksiyasını təqdim edib. Kolleksiyaya Saddle, Lady, Caro и 30 Montaigne kimi bestseller sayılan çantaların miniatür versiyaları daxildir. Miniatür çantalar hər kəsin zövqünə gələcək nanə, səma mavisi, ağ, qara, latte rənglərində dizayn edilib. Kolleksiyada həm gündəlik çantalar, həmçinin gecə ziyafətləri üçün nəzərdə tutulmuş modellər də yer alıb.

# OXU MƏNİ Our time has come! Vaxtımız gəldi! Stella McCartney 2021 payız kolleksiyası üçün reklam kampaniyasına başladı. Reklam kampaniyası “ Bizim vaxtımız gəldi “ adı altında keçirilib. Videoçarxda yer almış modellər ayı, dovşan, canavar, zebra və digər heyvan maskaları geyinərək görüntülənmişdilər. Modellər elə təəssürat yaratmalı idilər ki, brendin yeni kolleksiyasından eko geyimlər geyinərək gəzir və rəqs edirlər. Kampaniyanın ideyası London küçələrində heyvanların dinc yaşamasını göstərməkdən ibarət idi. Kolleksiyada paltarlar, parkalar, palto, sport kostyumlar, sport çəkmələr, botfortlar və çantalar yer alıb. Bütün məhsulların 80%-i ekoloji cəhətdən təmiz materiallardan hazırlanmışdır.

32

SANİ magazine


Şampan şüşəsindən boyunbağı Zərgər və Central Saint Martins London kollecinin məzunu Veronika Fabianın hazırladığı bəzək əşyaları Galerie Marzee sərgisində təqdim olunmuşdu. Onlar arasında Fabianın yaşıl şampan şüşəsindən hazırladığı boyunbağı da yer alırdı. Şampan şüşəsinin tıxacı isə boyunbağını ilgəkləmək üçün hazırlanmışdı.

# ÜSTÜMDƏN KEÇMƏ

Vəhşi Qərbdən çəkiliş meydançasına. Beyonce’ nin İvy Park adlı brendi ilə adidas dördüncü birgə kolleksiyalarını təqdim ediblər. “ Ivy Park Rodeo “ xəttinə Vəhşi Qərbdən və ilk qaradərili amerikalı kovboyların mirasından ilhamlanılaraq hazırlanmış geyimlər, çəkmələr və aksesuarlar daxildir. İvy Park və adidasın birlikdə kapsul kolleksiyası dənizkənarında və hovuzda yay tətilini keçirmək üçün nəzərdə tutulub. Beyonce üçün bu kapsul kolleksiyası sahilkənarı hazırlanmış geyim və aksesuarlar seqmentində debüt sayılır.

FW 2021-2022

33


News

İsraildən ilk qadağa. İsrail dünyada təbii xəz satışını qadağan edən ilk ölkə oldu. İyun ayının 9-da Ətraf Mühitin Mühafizəsi nazirliyi tərəfindən müvafiq qərar imzalandı. Qərar 2021- ci ilin dekabr ayında qüvvəyə minəcək. Sənədin əsas maddələri geyim istehsalı üçün təbii xəz alış-satışını qadağan edir. Qanun layihəsi israillilərin 86%- i tərəfindən dəstəklənmişdi.

Denim əvvəlki denim deyil! “ O, denib geyinib, ancaq yenədə çox gözəl görünür “. Bu sloqan artıq təkcə gündəlik geyimdə denimə üstünlük verənlər üçün istifadə edilməyəcək. 2021ci il payız- qış kuturye moda həftəsindən sonra dizaynerlər denim haqqında fikirlərini dəyişdilər. Schiaparelli brendinin kreativ direktoru Daniel Roseberry tərz üzünü çevrilmiş və qızılı naxışlarla işləməli cinslər təqdim etmişdi. İndi deyə bilərik ki, denim sadəcə gündəlik həyatda istifadə olunmayacaq.

Tiffany & Co qədər bahalı toplar. Tiffany & Co brendini nəinki zinət əşyalarında, artıq idman avadanlıqlarında görmək mümkün olacaq. Brend yeni kapsul kolleksiyası buraxıb. Kolleksiyaya basketbol, futbol, reqbi topları və skeytbord daxildir. Bunların hamısı Cat Street ilə birgə kolobarasiyada hazırlanıb. Deməzdik ki, onları sözügedən sahədə istifadə etmək yaxşı fikirdir, lakin Tiffany & Co brendi özü onların ev dekoru üçün ideal yaraşacağını məsləhət görür. 34

SANİ magazine


Ən gözəl gecəliklər Amerikadan Yuxular şirin olsun

100 % pambıq

45 AZN

pajamaparty_baku


Bu qış da moda həftələrinin podiyumlarında massiv platformalı kobud çəkmələr liderlik etdi. Yeni payız-qış mövsümündə dizaynerlər aksenti belə çəkmələrə verərək retro platformaları yenə də aktual saxladılar.

v i s s Ma r a l a m r o f t a l p

Versace, 3250 ₼

Bottega Veneta, 2180 ₼

Dior, 3250 ₼ 36

SANİ magazine


Endirim 54 AZN

mypoppishoesbaku

+994 70 560 23 23

` Her Adımınızda Yanınızdayız `


REPORTAJ PƏRVANƏ SADIQOVA FOTO NƏRGİZ İRZAYEVA

38

SANİ magazine


FW 2021-2022

39


İnterview

Sevinc Əliyeva, 26 yaşı var. Rəssamlıq Akademiyasında bakalavr və magistr və Türkiyənin bir sıra universitetlərində online şəkildə moda üzrə təhsil alıb.

1. Sevinc xanım, bu sahəyə həvəsiniz necə yaranıb? - Müəyyən bir məqam var, insan özünü başa düşür, mən filankəs olmaq istəyirəm, sizdə necə olub, necə anlamısınız bunu? Mən uşaqlıqda, elə indi də heyvanları dəhşət çox sevirəm və baytar olmaq istəyirdim. Evdəkilər nə qədər desələr də, dedim yox, baytar olacağam onsuz da. 5-6 yaşına kimi belə....Nənəm dərzi idi. O, evdə tikirdi, nənəmin o tikiş maşınında tikişini filan görürdüm, bütün yer sap, dağınıq halda olurdu anam 40

SANİ magazine

və babam əsəbləşirdi, ancaqa mən loru dildə desək ağzı açıq seyr edirdim və fikirləşirdim ki, mən də belə nənəm kimi olmaq istəyirəm. O tikəndə, mən də barbi kuklalarına tikirdim, nəsə bir yamaq edirdim. Sonra fikir verdim ki, əslində mən bunu sevirəm, yəni tikişi. Uşaq olduğum üçün ailə üzvlərim buna o qədər də fikir vermirdi. Daha sonra elə alındı ki, nənəm xalamqızları ilə birlikdə mənə, o zaman beş uşaq idik, rəsm müəlliməsi tutdu. Bizim hamımıza dərs keçməyə başladı və birdənə mən başladım rəsm çəkmə-


yə. Mən başlayanda çəkməyə evdəkilər bildiki ki, mən bu sahəni daha çox istəyirəm. Təbii ki o vaxt ölkəmizdə bu sahə aktual olmadığından, dedilər 100% həkim olacaq. İnstituta daxil olduqdan sonra, artıq tam bildim bu yol ilə gedirəm, yəni artıq ideyalarımı kağız üzərinə tam dəqiq köçürməyə başlayıram. İnstituta qədər fəaliyyət göstərməmişəm, nə eskiz çəkməmişəm, sadəcə o Bratz kuklaları olurdu, ayaqları uzun, başı böyük kuklalar, onları çəkirdim, amma dizayn etmirdim, sadəcə çəkirdim, xoşum gəlirdi. İnstituta daxil olandan sonra artıq sırf dizayn ilə məşğul olmağa başladım. 2. Xarici brendlərdən sizin bəyəndiyiniz, üslubuna baxdığınız hansılardı? - Ən tanınmışlarından, Fendi-ni bəyənirəm, Dries Van Noten var, o az tanınsada, onun printlərindən çox xoşum gəlir, öz defilelərimdə də, diplom işində də istifadə etmişəm. Onlardan başqa Gucci-ni də çox sevirəm, fərqlidir. 3.Siz defile dediniz, danışardınız bu haqda. - İlk defile 3-cü kursda rəfiqəmlə olub, o makeup ilə məşğul oldu, mən geyimlərlə. İlk idi deyə heç yada salmaq istəmirəm nələr baş vermişdir orda, geyimləri də özüm ancaq istifadə edirəm , daha sonra bakalavrda oldu diplom işim. Birincisi 13 geyimdən, bakalavrda 7 geyimdən, magistrda 5 geyimdən ibarət idi. Ondan sonra artıq öz məktəbimizə vaxt sərf etdiyimə görə, tələbələrə üstünlük verdim və bir yaşımızı qeyd etdikdə tələbələrin defilesinin təşkilatı ilə məşğul oldum. 4. Moda məktəbinizi necə qurdunuz? - Əslində institut vaxtından fərdi şəkildə bir neçə tələbə hazırlaşdırdığımdan fikirləşdim ki, məktəb açsaq daha professional şəkildə daha yaxşı olar. 2019-cu ilin fevral ayından AFF School-u yaratdım. 3. Adı nə ilə bağlıdır? - Adı... Ad çəkməkdə bir az çətinlik çəkirəm, çoxda düşünmək istəmədim, nə yalan deyim, elə soyadım ilə bağlı etdim. Bir çoxu, siz də bilirsiniz ki, brend yaradanlar, mərkəz yaradanlar ad və soyaddan istifadə edirlər. Tam ona oxşamasını istəmədim, FW 2021-2022

41


ona görə hər kəsin düşünüb birləşdiyi nə ola bilər, fabrika ola bilər, moda fabriki ola bilər, yəni hər şeyi bura daxil etmək məqsədim idi deyə, ona görə soyadıma uyğun və fabrik sözünü moda sözünə əlavə etdim. 4. Məktəbinizdə hansı bölmələr var? - Tədrislə maraqlananların çoxu, valideyinlərin çoxu soruşur ki, bəs rəsm keçirsiniz. Xeyr. Moda eskizi rəsmə aid deyil, rəsm başqa bir sənətdir, eskiz başqa. Moda eskizi daha bəsitdir və bir çoxları bunu edə bilər, çünkü xüsusi bir bacarıq tələb olunmur. İdeyanız varsa sadəcə köçürtməlisiniz. Bölmələrimiz: sketching dərsləri ən birincisidir, daha sonra tikiş dərsləri, bu daha çox vacib olan bir hissədir. Təbii ki, ideyanı reallaşdırmaq üçün biznes dərsləri, startup dərsi, geyim göstərmək üçün stilistika dərslərimiz olur. Tələbənin mağazası olduq da ona da köməklik edirik. Tələbədən asılı olaraq muncuq dərsləri, geyim üzərində rəsm dərsləri, yəni artıq tələbənin öz seçiminə buraxırıq. 5. Ha-hazırda tələbə sayınız, qruplarınız necədir? Pandemiya ilə bağlı problemlər oldu, qrup halında icazə vermədilər dərs keçməyə. Düzəlibmi artıq durum və pandemiya dövründə çətinliklər oldumu, bu vəziyyətdən necə çıxdınız?

ilə yenidən əyani təhsilə davam etdik. Hal-hazırda yay aylarındayıq, hamı istirahətdədir. Ancaq yenə hər bir dərsimiz öz fəaliyyətini davam etdirir, yəni saxlatdırmamışıq, həm qızlar həm də oğlanlar istəyirlər ki, nəsə yenilik yaratsınlar.

- Yalan danışmayacam, hamı kimi çətin oldu, təbii ki təhsil sisteminə çox böyük bir zərbə oldu. Hal- hazırda da cuzi bir təsiri qalıb, çox cuzi. Əsas istəkdən aslıdır, tələbənin istəyindən aslıdır. Cuzi təsiri oldu, ancaq təbii ki təhsili tam dayandırmadıq, online şəkildə davam etdik. Kimlər öz ideyalarını hələ də davam etmək istəyir, hamıdan qabağa düşmək istəyirlər,ən əsas odur, onlarla online şəkildə davam etdik, daha sonra icazələr çıxan dan sonra, qrup şəklində 10 nəfər

Oğlanlar da gəlir, marağlıdır

42

SANİ magazine

- İnanın oğlanların ideyası daha gözəl olur, daha yeniliklərlə dolu olur. Onlar daha azad böyüyürlər, bəlkə də ona görə o düşüncə tərzinə, onlara təsir edir. - Onlar fikirlərini cəmləyə bilirlər. 6. Tələbərinizin şəxsi işləri, ya sizdən məzun olub öz məktəblərini yaradanlar


var? - Təbii ki var. Biz onları dəstəkləyirik. Ancaq nədən isə bizdə xaricə təhsilə üstünlük verilir, Fransa, İtaliya, daha çox Türkiyəyə müraciət edirlər. Portfolio hazırlanması ilə məşğul oluruq. Buna da çox sevinirəm. Atelye və yaxud digər brend sahibləri hansı ki, öz sistemləri var, lakin dizayn edə bilmirlər. Daha çox bu cür müraciətlər də olur, onlara da kömək edirik. İstənilən halda təhsil vacib olur. - Bəli, ideya, rəng ən əsası budur. Əslində atelye sistemi də problemdi. Yalnız Pinterest proqramından götürüb edirlər. Ancaq dərsə gələndə, özləri də deyirlər ki , biz istəmirik Pinterest-dən istifadə edək, özümüz şəxsən dizayn

edə bilmək istəyirik. 7. Nədən başlamaq lazımdır bu səhədə? - Eskizdən başlamaq, moda xəbərlərindən başlamaq mütləqdir. Daha sonra mütləq heç bir vaxt itirmədən tikişə keçmək lazımdır. Bu 3 istiqamət: eskiz, tikiş və moda xəbərləri. Mütləq moda xəbərləri, çünki siz əgər özünüz qapanıq şəkildə ideyanı bir kağıza köçürürsünüzsə, bəlkə də xaricdə artıq onu ediblər, yəni siz artıq geridə qaldınız. 8. Tələbə sıfırdan gələndə nədən başlayırsınız? Müəyyən bir məntiqi ardıcıllıq var? - Tələbələr əslində bir necə qrupa bölünür başlanmasına görə, birincisi, misal üçün siz dediyiniz kimi sıfırdandır.

FW 2021-2022

43


İnterview

“ Mən bilmirəm necə başlayım”. O zaman moda eskiz dərsləri təqdim edirik, çünki baza yaranmalıdır, ən azından rənglərdən baş açmalısan. Ancaq hər hansı bir şirkətdə işləmək istəyirsə, geyim dərsləri, stilistika dərsləri, yox əgər hansısa bir otelyede işləmək istəyirsə, tələbənin seçiminə buraxırıq ki, sərbəst seçsin, tikiş dərsləri misal üçün. Hamısı ilə yanaşı mütləq şəkildə hər kəsə məsləhət görərdim ki, eskizdən başlasınlar. Təkcə eskizə qapanıb da , eskiz çəkmək deyil, ümumiyyətlə modanın tarixini öyrənməlidirlər. 9.Sizcə bu sahədə istedad lazımdır ya sadəcə həvəs olmalıdır? Bilirsiniz necə, elə adam var ki modadan anlayışı yoxdur, sadəcə evdə nəsə edir və alınır, məsələn düzgün kombinə edə bilir. - Moda sahəsində deyərdim ki, ölkəmiz yox, digər xarici tanınmış bildiyimiz Chanel, Dior, onları nəzərdə tutsaq, bizim öyrətdiyimiz səviyyədə onların heç biri o dərəcədə də eskiz çizməyiblər. Ən birinci vacib olan zövqdür, modanın incəliklərini dərk etmək. Sadə bir T-shirt ilə ətəyi kombinə etməyi hamı bilər, lakin dizayner ona fərqli baxışla yanaşmalıdır. Bəlkə o ətəyi yuxarı qaldırmalı, T-shirt isə aşağı salınmalıdır. Bunu edənin çətinlikləri ola bilər, üz çəkə bilməz, əl çəkə bilməz, heç bir problem yoxdur, əsas ideya və baxış açısıdır. 10.Öyrətmək metodikanız necədir? - Dərs proqramı var, o öz yerində. Hər bir tələbəyə ayrı yanaşılır: əsəbi olan var, 44

SANİ magazine

çox şən olan var, depressiv olan, alınmadı vərəqi cırıb kənara atan da var. Biz onlara ayrı, deyərdim ki rəfiqə kimi yanaşırıq. Hətta onlarla zarafat edirik, acmışıqsa dərsdə yemək yeyirik, çay süzürük, əyləncəli keçirdirik dərsi ki, yorulmasınlar. Bu riyaziyyat deyil, zövqdür, vaxtımızı elə keçirtməliyik ki, 2 saatlıq dərs sevərək keçsin. 11. Bəs sizin özünüzün məktəbdən əlavə hansısa işləriniz var? Eskiz çəkirsiniz və ya geyim hazırlayırsınız? - Daha çox vaxtımı kursa sərf edirəm, çünkü tələbələr önəmlidir. Bir həftə uzaqlaşsam artıq aləm dəyir bir birinə. Bir müddət telefon üzlüyü, bir geyim T– shirt dizaynı fəaliyyətlərim olub. Hal-hazırda isə Blue adı altında online satış keçirdirəm. Orda çantalar və saç bandları, T-shirtlərin satışı olur. 12.Bu sahə elə sahədir ki, burda hər şey azaddır.İstədiyi tərzdə geyim hazırlaya bilərlər, çəkə bilərlər, ancaq müəyyən hər hansı bir qaydalar, prinsiplər varmı? - Siz cümləni başlayanda bir söz düşündüm, yəni ən çox tələbələr məndən onu soruşanda ciddi şəkildə qıcıq oluram əslində.


Nədir o? Tələbə misal üçün, ya rəfiqəm, soruşur ki, mən necə başlayım, məndə alınar? Artıq alınmayacaq, əmin ola bilərsiniz.

FW 2021-2022

45


İnterview

O SUALI VERDINIZSƏ, ARTIQ ALINMAYACAQ. BAŞLAYIRLARSA, DEMƏSINLƏR SƏNCƏ ALINAR? BU SUALIN YERINƏ, ÖZÜ TƏTBIQ ETSIN VƏ ƏTRAFDAKILARIN REAKSIYASINA BAXSIN, MƏSLƏHƏTƏ YOX. MƏSLƏHƏT ALMASINLAR, ÇÜNKÜ O, ÖZ BRENDI OLMAYACAQ O ZAMAN, RƏFIQƏSININ IDEYASI VƏ BRENDI OLACAQ.

46

SANİ magazine


13.Azərbaycanda moda ilə bağlı vəziyyət necədir? Rəqabət varmı? Çünki Azərbaycanda kifayət qədər geniş yayılmayıb, misal üçün Türkiyədəki kimi, Avropayla heç müqayisə etmirəm. İrəliləyiş, ya ən azı rəqabət var? Çünki rəqabətin köməyi ilə önə gedirsən, daha yaxşısını yaratmağa çalışırsan. - Ağ rəqabət deyək. Deyərdim ki mən öz dövrümdə, institut vaxtlarından indiyə qədər çox şey inkişaf edib. Çox sevinirəm ki, böyük brendlər istədikərini yaradırlar və satışa baxmırlar. Gənclərimiz var, məhz onların sayəsində irəliləyirik deyərdim, yəni yerimizdə qalmamışıq. Online satışları da yığışdırıb, öz daxili bazarımızı möhkəmləndirə bilsəydik

14.Nə kimi yeniliklərin olmasını istərdiniz? - Bu yaxınlarda öz dostlarımla daim bundan danışıram. İki şey: 1-cisi şirkət olsa, orda hazır parçalar, maşınkaları, dərzilər, yəni kimin könlü nə istəyir, müxtəlif büdcəyə uyğun müraciət etsin, bir geyimdən s, m, l, tikə bilsin. Bu olsa mütləq şəkildə dəqiq deyə bilərəm ki, moda bizdə daha çox inkişaf edəcək . 2-ci isə xarici ölkələrin təcrübəsində görmüşəm və sözün əsl mənasında paxıllığım tutub. Yeni başlayanlar üçün saytlar olur hansı ki 50-100 dənə tikiş edirlər o saytlarda qoyurlar və ordan ölkə daxilində, rayonlara çatdırmalar edirlər. Çox rahat alışverişdir. Bizdə belə bir sayt olsa, ölkə daxili, adi trendyol kimi bir söznən, çox əla olar, satış güclənər. Əslində bir startup ideyasıdır, məncə bunu həyata keçirtmək olar. - Əslində üzərində çalışanlar var, ancaq real olaraq yoxdur. 15.Bu sahənin çətinliyini nədir?

daha gözəl olardı. Bizdə niyə satış olmur, çünki parça qıtlığıdır, parça yoxumuzdur, xarici ölkədən parça gətirmək brendlərə problem yaradır. Əgər bir T-shirt online ala bilirsinizsə 15 manata, brend T-shirt satarkən , xərci 50 manat çıxır. Parça sistemini, tekstili düzəltsək, məncə daxili bazar çöx gözəl olacaq, ölkəmizdə moda daha çox inkişaf edəcək, əsas problemimiz budur.

- Çətinlik əvvəlcə dediyim kimi parça axtarışındadır. Həmçinin dərzilərdə. Parça axtarışından başlayaraq dərzi ilə birgə iş prosesi, yaranan problemlər işi də çətinləşdirir. Bununla təkcə startup-lar deyil, artıq fəaliyyət göstərən brendlər də qarşılaşır. Həmçinin mən özüm. Bu cür çətinliklər səbəbi ilə çoxları fəalliyyətin başlanğıcıdında işi yarımçıq qoyurlar. Ancaq bütün çətinliklərə baxmayaraq əl çəkməsinlər. 16.Bu sahəyə gələn yeni insanlara nə məsləhət görərdiniz? - Ən azı 6-7 nəfər bunu məndən soruşur ki, nə məsləhət görərdiniz.

FW 2021-2022

47


Mən ilk özüm necə başlamışamsa, o cür, yəni hər kəsə məsləhət görərdim, hətta deyərdim ki indi vəziyyət çox gözəldi keçmişə baxanda, 7 il əvvələ baxanda. Məsləhət görərdimki sevirlərsə əgər, daimi eskiz etsinlər, fərqi yoxdur moda və yaxud hər hansı bir interyer olsun, ideyadan ideya yaranır. İlk öncə onu məsləhət görərdim ki, istədiklərini etməyi bacarsınlar, ümumiyyətlə bütün sahələrdə belədir. Daha sonra əgər ideyaları varsa, moda pul tələb edir deyə mütləq şəkildə öz büdcələrini təmin etməlidirlər. Gənclərimizdə ən əsas problem: İdeya var, amma büdcə yoxdur. Böyük büdcə tələb olunduğundan, mütləq büdcələrini sabitləşdirsinlər, qalanı yavaşyavaş və 100% alınacaq.

17.Gələcək planlarınız nədir, nə düşünürsünüz etmək? - Çox istərdim ki, ölkəmiz üçün Azərbaycanda modanın mərkəzi sayılan bir məktəb, şirkət olsun. Gənclərə şəraiti bolluca yaratsın. Özüm üçün təbii ki istərdim ki, yenə məktəbimiz daha geniş olsun, daha çox təhsil verə bilsin, daha çox tələbəni qəbul edə bilsin, bu pandemiyadan çıxaq, təkcə istədiyim odur. Düzdür indi də var tələbələrimiz, amma daha çox olmasını əlbəttə ki, istərdim. Əsası da hər kəs də paxıl olmasın , bir biri ilə bölüşsün ideyalarını.

- Bu sahəylə başlamaq istəyirlərsə, loru dildə desək “ ah – uh ” eləməsinlər, çünki əgər istəyirsinizsə başlayın və bir şeydə qeyd etmək istəyirdim ki, heç bir zaman öz sahəmə büdcə kimi baxmamışam. Heç bir zaman gəlir əldə edəcəm düşünməmişəm, çünki məncə işinə sevgi budur deyə düşünmüşəm. Məsləhət görərdim ki, əgər başlayırlarsa mütləq sevsinlər işlərini.

48

SANİ magazine

Oxuculara sözünüz.


ZARA OVERSIZED JACKET

FW 2021-2022

49


Fashion

İ

Payız-Qış 2021/2022

talyan modelyeri Emilio Pucci “ Emilio Pucci “ adlı qadın və kişi geyim və aksessuarları brendinin əsasını qoymuşdu. Brendin əsas xüsusiyyəti rəngarəng printlər, floral naxışlar, möhtəşəm rəng çalarlarının bir-biri ilə harmoniyasıdır.

İtaliya, Roma

50

SANİ magazine


F

Payız-Qış 2021/2022

ransız dizayneri Louis Vuitton “ Louis Vuitton “ moda evinin yaradıcısıdır. 1997 -ci ildə moda evinin yaradıcı rəhbəri Marc Jacobs olur. Onun işləri sayəsində qadın və kişi geyim, aksessuarları, ayaqqabıları buraxılır. Onun rəhbərliyi dövrünə qədər isə moda evi yalnız çanta və çamadan istehsalı ilə məşğul idi.

Fransa, Paris

FW 2021-2022

51


Fashion

S

Payız-Qış 2021/2022

imone Rocha bir İrland markasıdır. 2010-cu ildə brendin əsasının qoyan Simone Rocha 2015-ci ildə Londonda ilk mağazasını açır. O, Harper`s Bazaar-dan “ İlin dizayneri “ , Fashion Award-dan “ Qadın geyimləri üzrə ən yaxşı ingilis dizayneri “ mükafatını alır.

İrlandiya, Dublin

52

SANİ magazine


Z

Payız-Qış 2021/2022

immermann Avstraliyanın ən nüfuzlu və ən məşhur markalarından biridir. 1991-ci ildən yaradılan markaya uğuru məhz Zimmermann bacıları, Niki və Simona qazandırmışdır.

Avstraliya, Sidney

FW 2021-2022

53


Interview

Balaca xanımlar

Reportaj Sarıvəlli Nigar

1. Markanızı təqdim edərdiniz zəhmət olmasa. - Markamız “LİLY Minime Fashion” adlanır və bu ilin aprel ayından fəaliyyət göstəririk. 2. Markanızın adı nə ilə bağlıdır? - Adımız Liliya gülü mənasını daşıyır.

54

SANİ magazine

Bizim yaratdığımız geyimlər də Liliya gülü kimi zərif və incədir. Eyni zamanda biz çalışırıq böyüklər üçün geyim kolleksiyalarında nümayiş olunan trendlərdən istifadə edək, axı balaca xanımlar həm gözəl həm də dəbli olmaq istəyirlər. Onun üçün adımızda “Minime Fashion” ifadəsini görə bilərsiniz.


3. Nə səbəbə məhz uşaq geyimləri hazırlamağı qərara aldınız? - Bu ən əsası uşaqlara olan böyük sevgidən irəli gəlir. Uşaqlarnan ünsiyyətdən böyük zövq aldığımızdan. Bundan əlavə yerli uşaq geyim seqmentində çox müxtəlif çeşid olmadığından, fərqli və qeyri standard modellər yaradmaq arzusu ilə fəaliyyətə başladıq. 4. Modelləri hazırlayarkən nədən ilham alırsınız? - Qeyd etdiyimiz kimi çalışırıq hazırladığımız geyimlər dəbli və son trendlərə uyğun olsun, böyüklərin geyindiyi paltarlardan heçdə geri galmasın. Tez-tez eşitdiyimiz suallardan biri: “Sizdə eyni bu dondan böyüklər üçün varmı?”. Bununla birlikdə onu vurğulamaq istəyərdik ki, biz yalnız təbii materiallardan isti fadə edirik. 100% pambıq, ipək və kətandan tikilir geyimlərimiz, çünki rahatlıq və komfort əsas prioritetlərimizdən biridir. 5. Yeni geyimlər hazırlayırsınızmı və nəyə ithaf edirsiniz? - Hal hazırda Payız-Qış 2021/ 2022 geyim modellərinin üstündə işləyirik. Yay geyimlərimiz kimi onlarda dəbli, qeyri-adi, eyni zamanda rahat və təbii parçalardan hazırlanacaq. Həm gündəlik idman üslubunda, həmdə ziyafət modelləri ilə tezliklə sizinlə paylaşacayıq. 6. Geyimlərinizi alıcılar necə əldə edə bilərlər? - Geyimləri əldə etmək istəyən alıcılar bizim İnstagram səhifəmizdə bizə müraciət edərək ala bilərlər. Suallar və iradlar 24/7 olaraq cavablandırılır. Bakı şəhər ərazisində pulsuz çatdırılma xidməti də mövcuddur. lily_minimefashion

FW 2021-2022

55


Fashion

Moda və Teatr Yazı Natiqə Cavadova Foto İnternet resursu

Dizaynerlər teatr kostyumları yaradarkən Müəyyən bir rol üçün ilk geyimlər, baletin ayrı bir tamaşa halına gəldiyi 18-ci əsrin əvvəllərində ortaya çıxdı. Xoreoqrafiya daha mürəkkəbləşdi, buna görə kişilərin səhnə paltarları daha yüngül, qadınların geyimləri isə daha açıq oldu. Məşhur moda evləri və dizaynerlərin teatrlarla iş birliyi heç də təəccüblü deyil. Səhnə geyimləri parlaq olmalı, izləyicinin diqqətini cəlb etməli və ən əsası ifaçılar üçün rahat olmalıdır. Kostyum dizayneri - bir filmin istehsal mərhələsi və ya televiziya şousu üçün kostyum dizayn edən bir insandır. Kostyum dizaynerinin rolu personajların geyimlərini yaratmaq və rənglə tarazlaşdırmaqdan ibarətdir. Kostyum dizayneri rejissor, quruluşçu rəssam, işıq dizayneri, səs mühəndisi və digər yaradıcı heyət ilə yanaşı işləyir. Bir kostyum dizayneri bir stilist, peruk ustası və ya makiyaj sənətçisi ilə də əməkdaşlıq edə bilər.

Dizaynerlər ümumiyyətlə bir xarakterin şəxsiyyətini artırmağa və inkişaf edən bir rəng sxemi yaratmağa, geyim və aksessuarların vizual dizaynı ilə sosial vəziyyəti və ya dövrü dəyişdirməyə çalışırlar. Bədəni təhrif edə və ya inkişaf etdirə bilərlər - rejissorun baxışı daxilində. Dizayner dizaynın aktyorun roluna uyğun hərəkət etməsinə imkan yaratdığından əmin olmalıdır. Aktyor rolunu geyimə zərər vermədən həyata keçirməlidir. Geyim, xüsusən də uzun sürən oyunlarda və tamaşanın davam etdiyi aylar ərzində (kostyumların əksəriyyəti səhnələr arasında dəyişməyəcəyini ifadə edən) davamlı və yuyulmalı olmalıdır, tamaşalar bir neçə həftə ərzində uzana bilər. Ümumi istehsal dizaynının bütün elementlərinin bir yerdə işləməsini təmin etmək üçün dizayner yalnız rejissorla deyil, həm də dekor və işıqlandırma dizaynerləri ilə məsləhətləşməlidir. Dizayner güclü bədii qabiliyyətə malik olmalı və naxış dizaynı, aksesuar dizaynı, tekstil və moda tarixini dərindən bilməlidir. Dizayner həm tarixi kostyumu, həm də bu geyimin tələb edə biləcəyi hərəkəti və tarazlığı anlamalıdır.

56

SANİ magazine


Teatr kostyumunun mənşəyi ən qədimlərə gedib çıxır. Uzun müddətdir Qədim Şərq teatrında teatr kostyumu var. Çin, Hindistan və Yaponiyada klassik teatr kostyumu simvolik və ənənəvidir. Teatrda bəzəklərin simvolikası, parçalar üzərində naxışlar və rənglər də vacibdir. Teatrdakı geyimlər ümumiyyətlə hər bir tamaşa üçün və müəyyən bir aktyor üçün yaradılır, eyni zamanda dəyişməz və ümumiyyətlə bütün truppalar üçün eyni olan teatr kostyumları var. Avropa teatr kostyumu ilk dəfə hər kəsin bildiyi kimi teatrın doğulduğu və sonradan inkişaf etdiyi Qədim Yunanıstanda ortaya çıxdı və bir çox dəyişikliyə uğrayaraq müasirləşdi. Yunan teatrında əsas diqqət yunanların gündəlik geyimini təqlid edən kostyum idi. Həm də teatr tamaşası üçün aktyorların və yüksək tribunalardakı ayaqqabıların - katurnaların uzaqdan görünməsi üçün fərqli üz ifadələri olan böyük maskalar lazım idi. Yunan teatrındakı hər kostyumun xüsusi bir rəngi var idi, məsələn, müəyyən bir fəaliyyət növünə və ya mövqeyə aid olduğunu göstərirdi. Teatr kostyumu tamaşanın ideyasından asılı olaraq dəyişirdi.

Səhnə geyimlərinin qorunub saxlanılması uçün 1 iyul 2006-cı ildə Fransada Mulen şəhərində Fransa Mədəniyyət və Kommunikasiya Naziri Reno Donode de Vabre, şəhər Bələdiyyə Başçısı Pier André Perisol və Mərkəzin İdarə Heyətinin sədri kuturye Kristian Lakrua “Milli Səhnə Kostyumu Mərkəzi”nin təntənəli surətdə aclışını etdilər. Milli Səhnə Kostyumu Mərkəzi həm Fransada, həm də dünyada yalnız teatrların maddi irsinin qorunması üçün yaradılmış ilk təşkilatdır. Mərkəzin əsas vəzifəsi maddi irs maddələrinin qorunması, araşdırılması və prestijinin artırılmasıdır.

FW 2021-2022

57


Fashion

Məhşur Kostyum dizaynerləri arasında bir çox dizaynerlər teatrla əməkdaşlıq edib. Bunlardan Aleksandr Makkuin, Kristian Lakrua, Pyer Karden, İv Sent Lauren və başqalarını adını çəkmək olar.

Aleksandr Makkuin Aleksandr Makkuin, Robert Lepajenin Fransız casusu Şevelye D’Eon’un hekayəsi əsasında hazırlanan Eonnaqata operasının geyimlərini hazırlayıb. Operanın adı iki sözə əsaslanır: “Eon” qəhrəmanın adıdır və “Onnagata” - gənc kişi kabuki rəqqaslarıdır. Dizayner Yapon teatrından ilham aldığından geyimləri üçün şəffaf işığı əks ediren ipək, nəhəng yelpiklər və incə pərdələr istifadə etdi. Əsər 18-ci əsrdə cərayan etdiyi üçün korset və krinolinlərdən də istifadə etmişdir.

58

SANİ magazine


Məşhur modelyerin yolu teatr və balet kostyumları ilə başladı: ComédieFrançaise’də “Fedra” və “Sirano de Berjerak”, Kerol Armitajin “Ləkəli Mələklər” baleti və başqaları. Paris Opera Baletinin rejissoru olduğu Balançinanın “Ləl-cəvahirat” əsəri üçün yalnız kostyum dizayneri deyil, həm də səhnə dizayneri kimi çıxış etdi. Obrazlar yaratdığı ilk opera 1989-cu ildə Roma teatrında Arenes de Nimes-da Antuan Burseyenin “Karmen” əsəridir. Karmen üçün paltar, al qırmızı rəngdə böyük bir məxmər kəmər və qızıl krujeva ilə hazırlanmışdır. O vaxtdan bəri opera geyimlərinin yaradılmasını demək olar ki, müntəzəm olaraq öz nəzarətinə götürdü. Karmendən sonra “Didon və Eneya”, “Teador”, “Don Covanni” və bir çox başqa səhnə əsərlərinin geyimlərini yaradıb. Mozartın Don Ciovanni operası 2006-cı ildə İnsbruk Festivalında və 2007-ci ildə Baden-Badendə təqdim olunmuşdur. Opera həm musiqisi, həm də dramatikliyi ilə 18-ci əsri tam əks etdirir. Lakrua, dövrü təcəssüm etdirən və eyni zamanda olduqca müasir görünən xüsusi kostyumlar hazırlamışdı. Baş qəhrəman üçün kamuflyaj şalvarı ilə gələn çəhrayı yaxalı və sarı rəngli gödəkcəli qızıl və mavi zolaqlı uzun bir palto modelləşdirmişdi.

Kristian Lakrua

FW 2021-2022

59


Fashion

İv Sent Loran

Yeddi yaşında səhnə sənətindən ilhamlanan gənc İv Sent Loran miniatür teatrı qurdu. Kuklaları geyindirir və davamlı olaraq onlar üçün yeni parçalar və bəzəklər yaradırdı. Bir neçə il sonra kostyumları ilə onu sehirleyen L’Ecole des femmes tamaşasına qatıldı. Yetkin yaşda, moda kolleksiyalarını yaradarkən teatra olan sevgisini heç unutmadı: bir moda dizayneri kimi işinə əlavə olaraq çoxsaylı səhnə geyimləri yaratdı və teatr onun tükənməz ilham mənbəyi olaraq qaldı. İv Sent Loran teatrla, daha doğrusu baletlə məhsuldar əməkdaşlığı ilə məşhurlaşır. Roland Petit ilə birlikdə səhnəyə birdən çox tanınmış əsərlər qoyublar. Petit ilə iş birliyində ilk işi 1959-cu ildə Serano de Berjerak baleti olub. Əlavə olaraq, karyerasının əvvəlində, Madelen Reno və Jan Lui Barro truppası ilə fəal şəkildə çalışmış, “Figaro’nun Evliliyi” (1964), “Buludların Arxasıda” (1964), “Harold və Mod” (1973) və bir çox başqa tamaşaları dizayn etmişdi. Onun şərq kostyum eskizləri sevilən Lev Bakstın əsərlərinə istinad edir. Buna baxmayaraq, tənqidçilər onun eskizlərinin soyuq və iddialı olduğunu, bir Avropa estetinin dünyagörüşünə uyğunlaşdırıldığını qeyd edirdilər. Sent Loran pop diva obrazının yaradılmasına yalnız peşəkarlıqla deyil, həm də yumorla yanaşırdı. Tarixi, müasir və sirk geyimlərini qarışdıraraq görüntüyü mütləq sərbəstliklə təmin edir və adi bayağılıq əvəzinə həssaslıq əlavə edirdi. Noter Dame de Paris baleti iştirakçıları və Sent Loran tərəfindən kafedralın vitraj pəncərələrinin rənglərində geyimlər yaradılmışdı. Əsas personajlardan biri - məhz qaraçı Esmeralda səhnəyə mini ətəklə daxil olarkən Paris ictimaiyyəti üçün şok olmuşdu.

60

SANİ magazine


Ona 1982-83-cü illərdə “Yusif əfsanəsi” baleti üçün kostyum dizayneri rolunu oynamaq təklif edildi. Lakin kuturyenin kifayət qədər vaxtı olmadığından qış kolleksiyasından istifadə etdi. 1984-cü ildə Moris Bejar ilə yalnız daimi bir iş deyil, həm də dostluqla nəticələnəcək işbirliyinə başlayır. “Dionis” baleti üçün iki ölkəni kostyumda birləşdirdi: Yunanıstan və Almaniya. Bu baletdə kolleksiyalarından istifadə etməyi dayandırır və teatr layihələri ilə ayrıca məşğul olmağa başlayır. Ən məşhur geyimi - “Matryoşka” - Leninqraddakı Kirov Teatrında (indi: Mariinsky) rəqqas Moris Bejarın “Qran-pa” ın Ağ Gecədə birgə istehsalı üçün yaradıldı “. Versace detallara və milli geyimdəki naxışların simvolik yükünə toxunmadı, sadəcə onun ümumi hissini çatdırdı. Bu paltar üçün müxtəlif tərkib və toxumalı parçalardan istifadə etmişdi. Con Koks-un rejissoru olduğu Ştraussun “Capriccio” operası üzərində işləyən kuturye bir ildən çox hər bir obraz üzərində işləyir, şəkillər və toxumaları dəyişir, xarakterə uyğun olaraq hər birinin öz obrazını seçir. Bu layihə üçün, İv Sent Loran kimi, Lev Bakst əsərlərindən və Dyaqilev tamaşalarımdan ilham almışdı. Versace musiqiçilərə 18-ci əsr paltoları geyindirmiş və jiletlərini zinət əşyaları, naxışlı örtüklərlə bəzəmişdi. Qrafinya obrazı üçün əvvəllər səhnədə olmayan zərif paltarlar hazırlamışdı: məxmər palto və hər hərəkəti ilə parıldayan naxışlı paltar.

Canni Versace

Stravinskinin “Yanar quş” baleti üçünbalet paçkaları bir neçə təbəqə naxışlı parçadan hazırlanmış və taytlar Bakstdan borc götürülmüş vəhşi psixodelik naxışlarla rənglənmişdi. Versace üçün son balet Bejartın səhnələşdirdiyi “Barocco - bel canto” oldu. Xüsusilə onun üçün bu işıqlı və yüngül tamaşanı tamamlayan çox rəngli kombinezon və tayt hazırladı. Versace opera və balet üçün çox geyimlər yaratmışdı və bu yalnız Bejarın tamaşaları üçün deyil həmdə muxtəlif tamaşalar üçün kostyumlar idi. 1985-ci ildə teatrın inkişafındakı xidmətlərinə görə “Gümüş Maska” Mükafatına layiq görülmüşdü. Artıq 2007-ci ildə Moris Bejar dostuna həsr etdiyi son “Gianni, sevgi ilə!” Baletini səhnələşdirdi. “Teatr moda kim xəyaldır, hansıki gerçəkliyə çevrilir” - Gianni Versace.

FW 2021-2022

61


Fashion

Pyer Karden Pyer Karden həmişə sənətin digər təzahürləri ilə maraqlanıb: memarlıq, teatr. 1970-ci ildə böyük usta Parisdə bir teatr kompleksi satın aldı və “Espace Pierre Cardin” adını verdi. Qərb və SSRİ ulduzları bu teatrın səhnəsində çıxış ediblər. Dizayner özü bir müsahibəsində uşaqlıqdan aktyor olmaq arzusunda olduğunu və hətta epizodik rollarda olsa da filmlərdə rol aldığını etiraf etmişdi. Balerina Maya Mixaylovna Plisetskayanın çıxışları Espace Pierre Cardin üçün heç də az əhəmiyyət daşımırdı. İlk dəfə Pyer Karden bir moda dizayneri, Böyük Teatrın Parisdə qastrol səfərində olarkən “Karmen” baletində bir rəqqasə görür və bu İfaçının incəliyi onu valeh edir və Plisetskayanı dizaynerin “əbədi” muzası halına gətirir Maya Mixaylovna “Anna Karenina” tamaşasında əsas rola sahib olduqda, Pyer Karden sevimlisi üçün 10 paltar hazırlayır. Sənətçi qarşısında çətin bir vəzifə dururdu: balerinanın səhnə geyimlərini hazırlayarkən yüngül və içərisində rahat gəziləcək 19-cu əsrin nəcib qadın geyimlərinin formasını qorumaq. Bütün bu geyimləri yaratmasına baxmayaraq, modelyerin adı afişalara

düşmədi. Sovetlər dövründə “Qərb” dən danışmaqdan qorxurdular. Bundan əlavə, Pierre balerinaya gündəlik və axşam paltarları hədiyyə edir. 1998-ci ildə, kuturyenin Rusiyaya səfəri münasibətilə Plisetskaya Moda və Rəqs şousunu təşkil edir və tamaşaçılar bu şouda ustadın səhnə üçün yaratdığı əsərlərini görə bildilər. Plisetskaya məktublarından birində o dövrün tarixi paltarlarının çox ağır olduğunu, içərisində rəqs etmək mümkün olmadığıdan şikayətləndi. Karden, muzaya könüllü olaraq kömək et-

məyə qərar verdi. Tarixi silueti qorudu, yanlardan kəsiklər etdi və turnyuru iri bantlarla əvəz etdi. Karden kostyumlarda süjet yaradan bir motiv, yeni məna və yeni gözəllik gətirdi. Karenina obrazı, faciəvi bir qəhrəman, əsl bir ulduz həsrətini çatdırdı. Kuturye teatr sevgisini səhnəsində Marlen Ditrix , Jerard Depardie, Marina Vladi və digər məşhur aktyorların çıxış etdiyi Espace Cardin sənət mərkəzində sənətini davam etdirdi. Lenkom Teatrının “Juno və Avos” musiqili turunun səhnəsi oldu. Plisetskayaya “Köpəkli xanım” baleti üçün bir paltar da verdi. Balerina xatirələrində ustadın işinə heyran qaldığını dilə gətirdi. Baletdən əlavə, Karden 1963-cü ildə Broadway istehsalı olan “Kameliya Xanımı”nın kostyum dizaynında iştirak etdi və 2009cu ildə Nina Çusovanın Portreti üçün baş geyimləri dizayn etdi.

62

SANİ magazine


Iris van Herpen Kuturyenin balet keçmişi xoreoqrafları cəlb edir, çünki o həm anatomiyanı, həm də rəqsi mükəmməl başa düşürdü. 2013-cü ildə Benjamin Milpe’nin “Drones and Viola” New-York City Baletinin istehsalı üçün tül üzərinə tikilmiş qara plastikdən paltarlar hazırladı. Rəssamların ayaqlarını eyni qara plastiklə örtərək onlar üçün corablar da hazırlandı. Bu, rəqsə və sənətçilərin prodüserliyə hazırlaşdıqları əzablara diqqət çəkmək üçün qəsdən edildi. 2017-ci ildə “Kreatur” baletində Alman xoreoqrafı Saşa Valsla əməkdaşlıq edir. İlk baxışdan kostyumlar şəffaf ipək tüldən görünür, əslində paslanmayan poladdan hazırlanır. Sarı ləçəklər töküldükdən sonra vücudu bir dandelion kimi əhatə edir. Başqa bir kostyum üçün Filip Beasley ilə birlikdə glitch adlı xüsusi bir material hazırladılar. Kompüter tərəfindən yaradılan dalğa nümunəsi ilə lazerlə mylardan kəsdilər. Ondan bir meduza şalvarı tikirlər. Samuray kostyumunun ən sürreal olduğu ortaya çıxdı. Əlcəkli və tam örtülü ayaqları olan qara bir kombinezon çətir iynələri ilə doldurulmuşdu. Bu kostyum üçün rəqqas kifayət qədər statik olmalıdır. Baletlərdən İris operaya keçdi - 2018, Vlaamse Opera Antwerpen “Pelléas və Melisanda”ya. Layihənin quruluşçu rejissorları Sidi Larbi Sherkaui və Damien Jale, həmçinin ifaçı Marina Abramoviç idi. Yüngül parça lazerlə kəsildi, sonra termo lazerlə ilə çəkisiz bir tül bazasında birləşdirildi. Formanı xətlərlə təsvir edən naxış birbaşa bədənə tətbiq olunan bir eskiz kimidir. Rezin kostyumların yaradılmasında lazer də iştirak edirdi. İncə kauçuk parça, elastikliyinə baxmayaraq, formasını saxlayır və zireh illüziyası yaradırdı.

FW 2021-2022

63


64

SANİ magazine


FW 2021-2022

65


Jewelry

y a q u t

Burma qırmızısı

göyərçin qanı Yazı Elnarə Mürsəlova Foto İnternet resursu

Zərgərlik dünyasında “qırmızı” sözünü eşidən kimi ağıla ilk gələn yaqut olur. Yaqut təkcə ən bahalı deyil, həm də qiyməti sürətlə artan rəngli daşlardır. Həqiqətən də, yaqut zinət əşyalarının çox parlaq və hətta cəsarətli göründüyü doğrudur. Daşın adı Latınca “qırmızı” kimi tərcümə olunan “ruber” sözündəndir. İlk dəfə yaqut barədə məlumatlara b.e.ə. 2300-cü ildə hind sanskritlərində təsadüf olunur. Lakin yunanlar və romalılar da bu dəyərli daşa xüsusi qiymət verirdilər. 66

SANİ magazine


Məsələ burasındadır ki, yaqutlar sərtliyinə görə almazlardan sonra ikinci yerdə gəlirlər və onların ən çox yayıldığı məkan Tailand, Myanma və Şri-Lankadır. Avropada yaqut hələ lap qədim dövrlərdən güc, gözəllik, imana bağlılıq, ləyaqət və cəsarət simvolu sayılır. Şərqdə isə sevgi, sağlamlıq, gözəllik, güc və həyat enerjisini əks etdirirdi. Yaqutların təsnifatı bir neçə qırmızı çalarları ayırd etməyə imkan verir ki, bu da onların qiymətinə təsir göstərən başlıca amildir. Yaqutun rəngi nə qədər parlaq olarsa, bir o qədər də bahalıdır. Qırmızı rəngin narıncı və ya bənövşəyi rəngə çalarları ilə ahəngi yaqutun qiymətini aşağı salır. Onun ən “bahalı” rəngi məhz “göyərçin qanı” (“Pigeon’s blood”) kimi adlanan parlaq qırmızıdır. Bu da məhz Burman yaqutlarının əsas fərqidir. Qeyd edək ki, yaqutların şəffaflığına bir o qədər sərt yanaşılmır. Çünki onların şəffaflığı nadir halda görülür. Lakin cilalanma keyfiyyəti, çəkisi, çox zaman assimmetrik olması təbii olaraq qiymətə təsir edir. Ölçüsü 3 karatdan yuxarı, keyfiyyətli yaqut artıq nadir hesab olunur. Yaqutların incə olub olmaması, eyni zamanda incələmənin metodu və dərəcəsi vacib faktordur. Yaqutlar üçün ən geniş yayılmış incələmə üsulu termik emaldır. Bu cür emal daşın rəngini parlaq etməyə, arzuolunmaz çalarları aradan qaldırmağa, şəffaflığını artırmağa və daşda olan bütün qazabənzər və ya maye şəklində olan artıqlıqlar, bərk halda olan çatlar əriyir və daha az gözə çarpır. Emala ehtiyacı olmayan yaqutlar nadir olduqları üçün daha qiymətli hesab olunur. Bu daşlar hərraclarda xüsusi məşhurluq qazanıb. FW 2021-2022

67


Jewelry

Sezarın yaqutu parlaq çəhrayı, moruq rəngində, üzüm salxımı formasında olub daha çox “Böyük yaqut” və yaxud “Qırmızı daş” kimi tanınır. Alimlərin fikrinə görə bu daşın vətəni Burma (Myanma) sayılır. Daşın ölçüsü 4x2,7 x 2,3 sm; çəkisi – 255,75 karatdır. Daşın yuxarısında üzüm yarpağı saplağı şəklində qızıldan işləmələr var. Yarpaqlar yaşıl emalla rənglənmişdir. Rəvayətə görə yaqut Yuli Sezara sevgilisi Kleopatra tərəfindən hədiyyə olunub. Sonradan “Sezarın Yaqutu” Böyük Karlın əlinə keçib. Əldən ələ gəzən yaquta IX Karl da sahib olmuşdur. 1777-ci ildə İsveç kralı III Gustav daşı II Yekaterinaya hədiyyə etdi. Hazırda Moskvadakı Almaz Fondunda saxlanılır.

Xiksonun yaqutu dünyanın ən məşhur cilalanmamış yaqutlarından biridir. Onun çəkisi 196,1 karat təşkil edir. Yaqut əsrarəngiz rəngə və demək olar ki, ideal kristal formasına sahibdir. Bu gün Hikson yaqutu ən mükəmməl cilalanmamış yaqut hesab olunur. 1978-ci ildə Frederik Hikson öz yaqutunu Los-Ancelesdəki təbii tarix muzeyinə bəxş edib.

68

SANİ magazine


Carmen Lucia adlanan yaqut dünyadakı ən gözəl yaqutlardan hesab olunur. Hazırda ən cilalanmış şəkildə olan ən böyük Burma yaqutu kimi tanınır. Daş Burmada XX əsrin 30-cu illərində tapılıb. Tapılarkən daşın ölçüsünün nə qədər olduğu bilinməsə də, cilalandıqdan sonra 23,1 karat olduğu bəllidir. Carmen Lucia yaqutu “göyərçin qanı” adlanan parlaq, vahid rəngə və mükəmməl şəffaflığa malikdir. Yaqut bu adı həkim Piter Buckın həyat yoldaşı, Carmen Lucia Buck adlı xanımın şərəfinə almışdır. Piter Buck yaqut daşlı üzüyü həyat yoldaşının ölümündən sonra, 2003-cü ildə Smitsonian İnstitutuna bağışladı.

II Elizabetin xüsusi sifarişi ilə 1973-cü ildə hazırlanan tiaranı 96 brilliant və Burmadan gələn heyət tərəfindən hədiyyə olunan yaqutlar bəzəyir. Tiarada İngiltərənin simvollarından biri olan qırmızı qızılgül çələngi təsvir edilmişdir. Tiarada Burma xalqının fikirlərinə görə insan həyatına təhdid ola biləcək xəstəliklərin sayı qədər yaqut var.

FW 2021-2022

69


Jewelry

Zərgərlik nümunələri ilə tanınan film ulduzu, Elizabet Teylorun 8,24 karatlıq yaqutdan olan brilliant üzüyü Christie’s hərrac evinin mütəxəssisləri tərəfindən əvvəlcədən bir milyon, yarım dollara qiymətləndirilib. Bu üzük də aktrisaya Riçard Berton tərəfindən 1968-ci ildə Milad hədiyyəsi olaraq bağışlanıb. Üzük 4,2 milyon dollara satılıb.

2017-ci ildə dövrümüzün

oval kəsimli yaqut yerləşdir-

ən məşhur hind zərgərlər-

ilmişdir.

lik evi BHAGAT Jewel-

Yaqut fövqəladə xüsusi-

lerynin sahibi Bhagat Viren

yytlərinə görə “Maniraja

tərəfindən hazırlanan üzük

– Mücəvhərlərin Kralı” ad-

Cenevrədəki Sotheby’s

landırıldı. Bu ölçüyə və keyfi-

hərracında sərgiləndi.

yyətə malik təbii yaqut sözsüz

Çəkisi 10,5 karat olan

ki, Burmadan gətirilmilşdir. Üzük ilkin olaraq 8.7 və 11.3

üzük, almaz muncuqlar

milyon dollar arasında qiy-

şəklində yaradılmış, platin-

mətləndirilsə də hərracda

lə örtülmüşdür. Mərkəz

10.452.800 dollara satıldı.

hissəsində 13,26 karatlıq 70

SANİ magazine


S

unrise adlı yaqut 25,59 karat ağırlığında, “göyərçin qanı” rəngində, 2015-ci ildə Cenevrədə Sotheby’s hərracında

30,3 milyon dollara satılmış dünyanın ən bahalı yaqutu sayılır. Bir karatına 1185000 dollar qiyməti verilib. Bununla da o iki rekordu birdən qırıb. Yəni həm ən bahalı yaqut, həm də bir karatına görə ən dəyərli yaqut hesab olunub. Öncədən edilən təxminlərə əsasən yaqut 12-19 milyon dollarlıq qiymət veriləcəyi gözlənilirdi. Ümumiyyətlə Sunrise yaqutu brilliant olmayan ən qiymətli daşdır. SSEF və Gübel laboratoriyalarında aparılan araşdırmalar nəticəsində bəlli olub ki, yaqut emal olunmayıb və “göyərçin qanı” rəngindədir. Və bu lüks yaqut Burma mənşəlidir. Daş ideal şəkildə təmizdir. Yaqut Cartier brendinə məxsus üzüyə bərkidilmişdir.

Hərrac evinin beynəlxalq zərgərlik şöbəsinin müdiri Devid Bennett daşı belə şərh etmişdir: “Bu sənayedə işlədiyim 40 il ərzində daha keyfiyyətli bir yaqut görmədim”.

FW 2021-2022

71


Jewelry

Yaqutdan olan zinət əşyaları-

evinin kolleksiyasına aiddir.

na zəiflik göstərən Hollywood

Vintaj broşun qlamur stili elə

məşhurları sırasında həm də

keçən əsrin ortalarına xarakterikdir. Bu şedevrin yaradıl-

aktyor Timothée Chalamet də var. O bu broşla öz idman stilində olan Prada bleyzerini

təmiz, rəngsiz brilliantlardan

tamamlamışdır. 1955-ci ilə

və Burmadan tapılan parlaq

aid bu nümunə “Cartier İrsi”

qırmızı yaqutlardan istifadə

(“Cartier Heritage”) zərgərlik

72

masına 117 daşdan, yəni,

SANİ magazine

olunub.


2014-cü ilin noyabr ayında Cartier zərgərlik evinin məhsulu olan platin, brilyant və Birma yaqutundan hazırlanmış inanılmaz imzalı broş Christie’s hərracının Hong Kong auksionunda 8.4 milyon dollara satıldı. Christie’s hərracının verdiyi təsvirə əsasən 10,10 karatlıq Moqok Burma yaqutu parlaq “göyərçin qanı” rəngində, cazibədar kəsimdə və saf şəffaflıqdadır. Mikroskop altında tapılan kiçik incəliklərə əsasən yaqut Birmanın Moqok Vadisindəki klassik yaqutlarla eyni əlamətlərdədir. Broş kənarlarında dörd üçbucaqşəkilli və əlavə olaraq 12 ədəd dördbucaq şəklində olan ağ, təbii brilliantlarla əhatələnib. Broşun qiyməti $8,428,127 dəyərindədir.

“Crimson Flame” adlı belə bir yaqut 2015-ci ilin 1 dekabrında Honkonqda keçirilən Christie’s hərracında 10-15 milyon ABŞ dolları dəyərində qiymətləndirilib.

FW 2021-2022

73


One day

BİR

GÜ N 74

SANİ magazine

Yazı Nigar Sarıvəlli Foto İnternet resursu


Saçburan permanent cihaz. Qadınlar başlarında bununla saatlarla oturmalı olurdular.

səhər-səhər priçyoska edək Qədim zamanlardan cəmiyyətin zərif cinsləri qıvrım saçları çox qiymətləndirirdilər. Ona görə də saçlarını qıvrımlaşdırmağa çalışırdılar. Misirlilər və romalılar saçlarına torpaq və su qarışımını yaxaraq xüsusi çubuğa dolayıb qızmar günəş altında qurudurdular. Saçları qıvrım etmək alınırdı, ancaq bu qısamüddətli olurdu. Qədim yunanlara da saçların qıvrılmasının üsulları bəlli idi. Bunun üçün onlar dəmir mil -kalamis istifadə edirdilər. Saç burulmasını yerinə yetirən kölələrə isə kalamistra deyirdilər. Təcrübəli kalamistra sahibin evində daha yüksək qiymətləndirilirdi və digər kölələrə nisbətən daha çox imtiyaza malik idi. 1905- ci ildə Karl Lyüdvik Nessler kəşf etdiyi kimyəvi saç burma aparatını nümayiş etdirdi. Oxford-street’ də yerləşən salonunda bütün London bərbərləri toplaşmışdı. Bütün prosedura təxmini beş saat davam etmişdi. Qeyd etmək lazımdı ki, prosedur zamanı o, öz həyat yoladışının saçını iki dəfə yandırmışdı. Ancaq əsas təəccübə səbəb o idi ki, buruqlar sabahkı gün də qalmışdı. Daha sonra məlum oldu ki, buruqlar təxminən altı ay öz formasını saxlayır.

FW 2021-2022

75


One day

Ceki kimi yaylığımızı bağlayaq Onun geyim tərzi heç kiminkinə bənzəmirdi: sadə geyimlər, inci, əlcəklər, tvid paltarlar, kiçik topuqlu ayaqqabı. Məhz modanın dövri olduğu üçün biz Cekinin obrazlarını asanlıqla təkrarlaya bilərik. Qadınlar özlərini ona o qədər çox oxşatmaq istəyirdilər ki, hətta Ağ Evin poçt ünvanı bu kimi məktublar gəlirdi: “ Xanım Kenedi, siz gecə yatmamışdan əvvəl saçınıza neçə biqudi qoyursunuz? Başın üstünə 3, yanlardan 4? Bəs cənab prezident gecə biqudilərə etiraz etmir? “ Cekinin sevimli aksesuarlarından biri ipək yaylıqlar idi. 1960-cı illərdə milyarder Aristotel Onassis ilə ikinci evliliyindən sonra Ceki tez-tez yaylıqlarda görünməyə başladı. Küləkli havada saç düzümü korlanmasın deyə başına yaylıq örtərdi, rəsmi qəbullar zamanı isə kostyum ilə kombinə edərdi. Hazırda da moda yaylığı boyuna və ya başa bağlama imkan verir. Jaklinin sevimli yaylıqları sırasında əlbəttə ki, Hermès brendinin bütün modelləri yer alır.

“ Hermès evinin dünyaya tanıdan yeni növ məhsullarından biri elə 1928-c i ildə istehsala buraxılan məşhur ipək yaylıq xətti idi. Klassik ipək yaylıq “ kare “ 90 sm/90sm ölçüsündə kvadrat şəkildə hazırlanır. Çəkisi 65 qram olur, üzərindəki rəsm mütləq şəkildə əl işi ilə hazırlanır və təxminən 600 dollar qiymətində olur. “

76

SANİ magazine


M o d a. M o da. M o da M o d a. M o d a. M o da Çap fəaliyyəti meydana gəldikdən sonra moda xəbərləri qəzet və jurnallar vasitəsilə ötürülməyə başladı. İlk qadın jurnalları XVII əsrdə nəşr olunmuşdu. “ Mercure Galant “ adlı fransız jurnalı onlar sırasında idi. Düzdür bu jurnal tamamilə qadın jurnalı sayılmırdı, oxucu dairəsi daha geniş idi. Ancaq orada moda tendensiyalarından bəhs edən xüsusi olaraq qadın oxucular üçün hazırlanmış bölmələr yerləşdirilirdi. Nəşriyyat o qədər populyarlıq qazandı ki, hətta kralın marağına səbəb olmuşdu. İlk əsl moda jurnalları isə XVIII əsrin ikinci yarısında meydana gəlmişdi. O zamanlar artıq moda bazarı formalaşmağa başladı, yeni adlar və ideyalar yarandı. Bəzi jurnallar qravür və akvareli əvəz edən fotolardan istifadə etməyə başladılar. 1921-ci ildə Parisdə L’Officiel de la couture jurnalı dərc olunur, 1938-ci ildə isə o, rəngli fotolar dərc edən ilk moda jurnalı olmuşdu.

FW 2021-2022

77


One day

Hollİvudun sonuncu əfsanəsİ 78

SANİ magazine


Acnestudios FALL 2021

O, 40-50-ci illərin ən məşhur stil ikonlarından biri idi. Loren Bekoll öz cazibədarlığı, “ bob ” saç düzümü, asta danışıq tərzi ilə 50-ci illər modasının ən parlaq nümayəndələrindən hesab edilirdi. Aktrisanın özü daha ciddi geyim üslubuna üstünlük verirdi. Bu müddət ərzində onu ipək bluzlarda, yüksük bel düz kəsim ətəklərdə, şalvar kostyumlarda görmək olardı. 60-70- ci illərdə amerikalı aktrisa ictimai yerlərdə dostluq elədiyi İv Sen Loran sayəsində ortaya çıxan safari tərzli paltarlarda, klyoş şalvarlarda, op-art printli ağ-qara bluzlarda görünürdü. Həmçinin o, tez-tez Pyer Karden və Jan Pol Qotyenin Baxmayaraq ki, Lorenin geyim tərzi daha konservativ idi, eksperimentlər eləməkdən də çəkinmirdi. Kombinzonu modaya gətirməsilə yanaşı, ilk dəfə belini açaraq crop-top geyinib kamera arxasına keçənlərdən olmuşdu. Loren Bekoll bütün həyatı boyu zərgərlik əşyaları, rəsm əsərləri, heykəllər, dekorativ və tətbiqi sənətə aid antik əşyalar kolleksiyası toplamışdı. Cəmi isə 750 predmetdən ibarət kolleksiya 3 milyon dollar dəyərində qiymətləndirilirdi. 2014- cü ildə aktrisanın ölümündən sonra kolleksiyanın bir hissəsi hərraca çıxarılmışdı.

Kolleksiyadan bir parça: Zərgər Elizabet Qeyc tərəfindən hazırlanmış dəvə fiqurlu və minalanmış diskli broş

FW 2021-2022

79


One day

Adı ilə məşhur Çaykovski ABŞ -ın ən məşhur konsert salonu Nyu Yorkdakı Carnegie Hall hesab edilir. Onun möhtəşəm açılışını o vaxt ABŞ-da qastrol səfərdə olan məhz Pyotr İliç Çaykovski etmişdi.

“ Qu quşu gölü “ texniki və emosional cəhətdən ən çətin klassik balet sayılır. İlk dəfə 1877ci ildə Moskva Böyük Teatrında səhnəyə qoyulmuşdu. Rus bəstəkarının 4 aktlıq şah əsəri sayəsində qu quşu qızı haqqında alman əfsanəsi sənət sevərlər gözündə əbədiləşdirilmişdi.

80

SANİ magazine


Carnegie Hall, New York

Çaykovskinin “ Yatmış Gözəl “ baleti musiqi tarixində ən yaxşı baletlərdən biri hesab edilir. “ Qu gölü “ baleti əvvəldən tamaşaçılar tərəfindən qiymətləndiriləsə də, əksinə “ Yatmış Gözəl “ baleti səhnələşdirildikdən dərhal sonra şah əsər kimi qəbul edildi və demək olar ki, bütün Avropa və Rusiya İmperiyasının teatrlarında oynanılırdı.

“ Şelkunçik “ Pyotr Çaykovskini üçüncü və ən sonuncu baletidir. Bu balet bəstəkarın yaradıcılıq zirvəsi sayılır və Milad, Yeni il ərəfəsində Avropanın bütün teatrlarında qoyulur. Çaykovsiki “ Qu gölü “ baletində başlatdığı xeyir və şər arasında mübarizə mövzusunu fantastika elementləri qataraq “ Şelkunçik “ baletində də davam etdirir.

FW 2021-2022

81




Payız 2021 Kuturye Kolleksiyalarının modelləri podiyumlardan səhnələrə qonaq gəlirlər. Onları indi illüstrasiya edilmiş Şelkunçik balet tamaşasının səhnələrində görə bilərik.


İllüstrasiya Lalə Bədəlova

FW 2021-2022

85


86

SANİ magazine


FW 2021-2022

87


88

SANİ magazine


FW 2021-2022

89


Women and the Tales

SaNi capsule collection Fall-Winter 2021/2022

90

SANİ magazine


model Aynur Sarıvəlli fotoqraf Nərgiz İrzayeva geyim, aksessuar SANİ

FW 2021-2022

91


92

SANİ magazine


FW 2021-2022

93


94

SANİ magazine


FW 2021-2022

95


96

SANİ magazine


FW 2021-2022

97


98

SANİ magazine


FW 2021-2022

99


100

SANİ magazine


FW 2021-2022

101


102

SANİ magazine


FW 2021-2022

103


104

SANİ magazine

model Nigar Sarıvəlli fotoqraf Nərgiz İrzayeva geyim, aksessuar SANİ


FW 2021-2022

105


106

SANİ magazine


FW 2021-2022

107


Health

Hərəkət həyatdır Reportaj Pərvanə Sadıqova Foto İnternet resursu

1. Özünüzü təqdim edin zəhmət olmasa. Mənim adım İbrahimova Həzrəxanım. Qrafik dizaynerəm.Və STEP İT Akademiyasında müəllim kimi, fəaliyyət göstərirəm. Eyni zamanda, “stretching” üzrə fitnes təlimçisiyəm.

108

SANİ magazine

2. Stretching-ə necə başladınız? Bakı xoreoqrafiya Akademiyasında peşəkar xoreoqrafiya təhsili aldım. Və o üzdən, 4 yaşımdan etibarən, stretching həyatımın ayrılmaz bir hissəsinə çevrildi.


olunur. Xüsusi diqqət yetirmək istəyirəm ki, ciddi diaqnozu olmayan insanlar üçün nəzərdə tutulub. 4. Stetching-lə bərabər gündəlik həyatda nələr deyişməlidir?

Stretching üzrə fitnes təlimçisi İbrahimova Həzrəxanım

Birincisi, stretching, əzələ ağrısını və gərginliyini aradan qaldıraraq, sərbəstlik və rahatlıq hissi bizə nəsib edir. Mütəmadi məşqlər bədənimizi cavanlaşdırır. Və bu amillər, şübhəsiz ki, gündən-günə özümüzü daha inamlı, daha rahat hiss etməyə imkan verirlər. 5. Arıqlamaq üçün Stretching-in nə kimi faydaları var?

3. Stetching haqqında zəhmət olmasa məlumat verərdiniz.

Stretching həqiqətən arıqlamağa kömək edir. Bu proses çox maraqlıdır. Əzələlər uzandıqca, daha çox oksigen almağa başlayırlar, qan dövranı aktivləşir, yeni bədən toxumalarına daha çox qida daxil olur.

Stretching - əzələlərin və bağların uzanmasına yönədilmiş bir fitnes növüdür. Peşəkar təlimçilərlə dərslərdə dərin əzələlərin uzanmasına və ümumiyyətlə oynaq plastikasının inkişafına yönədilmiş yüksək keyfiyyətli texnika tətbiq

FW 2021-2022

109


Health

Bütün bu faktorlar kilo itkisi üçün şərt olan maddələr mübadiləsini yaxşılaşdırır. Sual yaranır, ancaq stretching edərək, arıqlamaq mümkündürmü? Əlbəttə,yox. Hər şey kompleks şəklində olmalıdır. Əzələlərin tekcə uzanması əhəmiyyətli dərəcədə arıqlamağa yol verməz. Stretching bizə çəki itirməyə yönəlmiş kardio təliminin effektivliyini artırır və əzələlərimizi daha görkəmli edir. Bunu bilmək vacibdir. 6. Bel və onurğa problemlərindən Stretching- in faydaları, müallicə yolları. Həyat tərzinin əsas prinsipi - “Hərəkət - həyatdır”. Ancaq, çox təəssüf ki, gündəlik iş yükü, hərəkətsizlik, oturaq iş rejimi, yorğunluq əzələ tonusunu azaldır və rifahın tədricən pisləşməsinə səbəb olur. Əvvəlcə, unutmamalıyıq ki, onurğa sütununun vaxtaşırı rahatlatması

lazımdır. Və bu halda, ideal prosedur - onurğanın dartması və uzanmasıdır. Yəni, fəqərələr arasındakı məsafəni artırmasıdır. Amma,qeyd etmək istərdim ki, uzanmasıyla yanaşı, həm də əzələləri gücləndirmək lazımdır. Əks halda müsbət nəticə əvəzinə, mənfi nəticə mümkündür. 7. Hamiləlikdə stretching-in təsiri, hamiləliyin hansı ayına aya qədər stretching ilə məşgul olmaq olar ? “Hərəkət - həyat ” olduğunu yuxarda qeyd etdim.Və bu ifadə doğuşa hazırlaşsanız da, aktuallığını itirmir. Stretching hamilə qadınının bədəninə faydalı təsir göstərir. Məsləhətim, sadəcə təhlükəsizlik tədbirlərinə riayət etməkdir, çünki bu dövrdə bədən xüsusilə həssasdır. Hamiləlik dövründə idmana əks göstə-

110

SANİ magazine


rişlər yalnız mama-ginekoloji problemlər və ya ciddi xəstəliklər ola bilər. 8. Qidaya necə fikir verilməlidir? Qidasız, idmansız olduğu kimi, nəticə olmayacaq. Əvvəlcə bədənin su balansına diqqət yetirməliyik. Əzələlərin və bağların hüceyrələrindəki biyokimyəvi proseslərin düzgünlüyü buna bağlıdır. Əzələlərin elastik olması bizə lazımdır, buna görə balıq, süd məhsulları, qoz-fındıq və bitki yağlarında olan yağ turşularını istehlak etməliyik. Ayrıca meyvə, tərəvəz və giləmeyvə faydalarını unutmuruq. Və qəbul etdiyimiz duz və şəkər miqdarını azaltmalıyıq Bunlar hamısı düzgün qidalanmanın əsas qaydalarıdır. Aktiv stretching edərək və bu qaydalara riayət edərək, siz istədiyiniz nəticələrə nail olacaqsınız.

FW 2021-2022

111


Sağlam olmaq üçün sağlam su içmək vacibdir!

aquavita.az

aquavita

www.tajbev.com


Mom 's

recipes

Yazı Təranə Əhmədova İllüstrasiya Nigar Sarıvəlli Foto İnternet resursu

FW 2021-2022

113


Beauty

QREYPFRUTlu pilinq • 1 dilim qreypfrut • 1 ç.q. şəkər tozu

1 dilim qreypfrut sürtgəcdən keçirilir üzərinə 1 ç.q. şəkər tozu əlavə edilən kimi üzə çəkilərək 2 dəqidə ərzində massaj edilir.

Qeyd: əvvəlcə üz təmiz yuyulmalıdır.

normal və yağlı dəri tipləri üçün həftədə 1 dəfə

114

“ SANİ magazine


Limonlu maska • 1 bütöv limon • 1 x.q. yumurta ağı 1 bütöv limon doğranılıb qazançaya əlavə edilir və 5-6 dəqiqə ərzində qaynadılır. Sonra blenderdən keçirilir. Qarışım soyuducuda 2 həftə saxlanıla bilər. İstifadən əvvəl 1 x.q. qarışım, 1 x.q. yumurtanın ağı ilə çalınır və üzə yaxılaraq 1 saat ərzində üzdə saxlanılır. Sonra üzü ilıq su ilə yuyuruq

Qeyd:

maskadan sonra dərini qurutmamaq üçün nəmləndirici krem çəkmək vacibdir.

Dərin qırışları aradan qaldırır və üzün ovalını formada saxlayaraq dəri sallanmasının qarşısını alır

FW 2021-2022

115


Beauty

Kərə yağı maskası

• 1 ç.q. əridilmiş kərə yağı • 1 ç.q. smetan • 2 damcı yod 1 ç.q. əridilmiş kərə yağı 1 ç.q. smetan ilə qarışdırılır və üzərinə 2 damcı yod əlavə edilir. Qarışım üzə yaxılır və 20 dəqiqə üzdə saxlanılır. Sonra ilıq su ilə yuyuruq

bütün dəri tipləri üçün

həftədə 1 dəfə

116

SANİ magazine


bütün dəri tipləri üçün

həftədə 1 dəfə

düyü unu maskası • 1 x.q. düyü unu • süd • 10 damcı itburnu yağı • yarım ç.q. kartof kraxmalı 1 x.q. düyü unu üzərinə smetan qatılığı halına gələnə kimi süd əlavə edilir. Kənarda 5-10 dəqiqə dinləndirilir. Sonra 10 damcı itburnu yağı və yarım ç.q. kartof xraxmalı əlavə edilib qarışdırılır. Maska üzdə 20 dəqiqə saxlanılır və ilıq su ilə yuyulur.

Qeyd: C vitamininə

alergiyası olanlara itburnu yağından istifadə etməsi məsləhət görülmür.

FW 2021-2022

117


2021 /2022 Payız- Qış mövsümündə dəbdə olacaq makiyajlar

Glitter Lemonhead, 37.40 ₼

Dodaq qələmi yenə Must Lime Crime, 27.20 ₼

Təbii qaşlar Anastasia Beverly Hills qaş geli, 17 ₼

Punk eyeliner Nars, 40.80 ₼

Kristal daşlar ebay.com, 4-10 ₼

118

SANİ magazine


Xanımlar bəzək əşyaları ilə gözəlləşmir, Bəzək əşyaları xanımlar ilə gözəlləşir

zerri_zh


• ŞƏNLİK

• BA ĞÇ AY A YAYILDI 120

SANİ magazine


model Sofya Panfyorova @panfyosoph fotoqraf Nərgiz İrzayeva @chikchik.az saç aksesuarı SANİ @sanistyle.az

FW 2021-2022

121


122

SANİ magazine


model Leyla Babayeva @b_abayeva5 fotoqraf Nərgiz İrzayeva @chikchik.az aksesuar SANİ @sanistyle.az

FW 2021-2022

123


model Leyla Babayeva @b_abayeva5 fotoqraf Nərgiz İrzayeva @chikchik.az yaxa sancağı SANİ @sanistyle.az

124

SANİ magazine


FW 2021-2022

125


126

SANİ magazine


model Leyla Babayeva @b_abayeva5 fotoqraf Nərgiz İrzayeva @chikchik.az baş aksesuarı SANİ @sanistyle.az

FW 2021-2022

127


128

SANİ magazine


FW 2021-2022

129

model Sofya Panfyorova @panfyosoph

fotoqraf Nərgiz İrzayeva @chikchik.az

saç aksesuarı SANİ @sanistyle.az


Menswear

FALL-WINTER 2021/2022

130

SANİ magazine


ZARA

MENSWEAR FW 2021-2022

131


Menswear

Burberry Gabriela Hearst

132

SANİ magazine


Hermes John Elliott

FW 2021-2022

133


134

SANİ magazine


FW 2021-2022

135


Travel

LAS VEGASla tanışlıq a bnəm Mehdiyev Yazı və Foto Şə

Vegasa seyahet etdikden sonra gördüm ki,Vegas seyahet edilmesi gerəkən şəhərlər sırasında ilk öndə olmalıdır.Vegasa turistləri cəlb ədən əsas səbəb isə şəhərdəki hotellərin fərqli dizaynı və kazinolardır. Vegasda ən cox diqqətimi çəkən yer Paris Eiffel Tower idi. Paris Las Vegas, Nevada ştatının Paradise şəhərindəki Las Vegas Stripdəki bir kazino otelidir. Fransız memarı tərəfindən dizayn olunmuş Paris Las Vegas 1997- ci ilin 1 sentyabrda möhtəşəm şəkildə açılışı olmuşdu.

as g e V s a L s i Par 136

SANİ magazine


GRAND CANAL SHOPPES Bu ticarət mərkəzinin ümumi dizaynı bizə Venesiyanı xatırladır. Ticarət mərkəzində Barneys New York, Ann Taylor, Banana Republic və başqa mağazaları görə bilərsiniz. Mərkəzdəki mağazaların sayı təxminən yüz qırx dükandır. Ticarət mərkəzinin ən məşhur hissəsi Böyük Kanaldan keçən qondolalardır. Qondolalar elektrik mühərriki ilə hərəkətə gətirilir. Ziyarətçilər gondolaları alış-veriş mərkəzinin bir tərəfindən kanalın digər tərəfinə keçmək üçün istifadə edirlər.

FW 2021-2022

137


Travel

Las Vegas Bulvarı, Nevada’nın Las Vegas Vadisində, yolun ən çox Las Vegas Strip hissəsi və kazinoları ilə tanınan möhtəşəm bir yoludur. Las Vegas Bulvarı əsas yerli sakinlər və turistlər üçün nəzərdə tutulmuşdur. Gecə isə öz rəngarəng işıqları ilə tam başqa bir gözəllikdə olur.

Las Vegas Bulvarı 138

SANİ magazine


Excalibur Qala formasında dizayn olunmuş Excalibur hoteli öz rəngarəngliyi ilə diqqətimi çəkdi. Excalibur, Tropicana - Las Vegas Bulvarı kəsişməsində yerləşir. Hotelin daxilindəki pulsuz tramvay Excalibur’u cənubdakı MGM Resorts International mülkləri ilə Luxor və Mandalay hotellərinə bağlayır.

FW 2021-2022

139


Travel

@nature_dam

Las Vegasda hoteller yalnız xarici görünüşləri ilə deyil həmçinin daxildə də çox gözəl şəkildə dizayn olunmuşdur. Hər hotel özünə məxsus dizaynı ilə fərqli şəhərləri bizə xatırladır. Möhtəşəm dizayn olunmuş hotellər və hotellərin daxilindəki kazinolar turistlərin ilk maraq obyekti olur. Vegasda yay çox isti qiş isə çox sərt keçir.

140

SANİ magazine


Mirage Las Vegasda yerləşən 3044 otaqlı bir kazino hotelidir. Hotel Steve Wynn tərəfindən inşa edilmişdir. Hotelin açılışı 1989-cu il noyabr ayının 22-də olmuşdur. Buradakı hotellər öz gözəl görünüşü və kazinoları ilə turistləri özlərinə cəlb edirlər. Demək olarki bütün hotellərin kazinosu vardır.

MİRAG E

Böyük Kanyon adlanan bu yer əsasən qış aylarında qarın çox yağması səbəbilə təhlükəli və dünyanın ən dərin kanyonlardan biridir. ABŞ-ın Arizona ştatının Kolorado platosunda yerləşən bu kanyon Böyük Kanyon Milli Parkın ərazisinə daxildir.Uzunluğu 446 km, dərinliyi 1600-1800 metrdir.Eni yuxarı hissədə 8 kmdən 25 km arasında dəyişir, aşağı hissədə isə bəzi yerlərdə 120 m-dən çox deyil. 1979-cu ildən Böyük kanyon UNESCO-nun Ümumdünya irsinə aid edilib.

FW 2021-2022

141


#followus 142

SANİ magazine


Qr ko du oxut

Instagram hesabını izlə

FW 2021-2022

143


Baku

İllüstrasiya Günay Həsənbəyli behance.net/gunaihasanbayli

144

SANİ magazine


FW 2021-2022

145


Baku

Əlibəyovların malikanəsi Yazı və Foto Mariya Kuzmina

146

SANİ magazine


Memar - Nikolay Prokofyev. Malikanənin sahibləri kökləri XVII əsrin əvvəllərinə gedib çıxan Ağa Səlimbəy və Balabəy Əlibəyovlar idi. Onların mənşəcə zadəgan olan atası Hacıağa Rəhimbəy XIX əsrin əvvəllərində Keşlə qəsəbəsində anadan olmuşdu. Onun 6 övladı var idi, onlardan ikisi oğlan idi. Ağa Səlimbəy çar Rusiyasında ali təhsil almış və general olmuşdu. Balabəy Əlibəyov hüquqşünas idi.

FW 2021-2022

147


Baku

148

SANİ magazine


Evi italiyalı ustalar neft sahələri, torpaqlar və daşınmaz əmlakdan yığılmış vəsaitlə tikirdilər. İki qardaşın vəsaiti hesabına yoxsul gənclər Rusiya imperiyasının müxtəlif şəhərlərində təhsil alırdılar.

Qardaşlarının oğulları Sabirbəy və İsabəy də Sankt-Peterburqda təhsil almışdılar. Sabirbəy hüquqşünas, Isabəy isə Azərbaycanın ilk həkim-pediatrlarından biri olmuşdur. Sabirbəy zəngin tacir ailəsindən olan Məsməxanımla evlənmişdi. O, Tağıyev gimnaziyasının və Bakı Universitetinin məzunu, Azərbaycanın əməkdar müəllimi olmuşdur. Isabəy Lənkəran xanının qızı Kişvər xanım Talışinskaya ilə evlənmişdi.

FW 2021-2022

149


150

SANİ magazine


FW 2021-2022

151


Günəş Kral

Balet tamaşasında Günəş rolunu ifa etdiyi üçün Fransa hökmdarı belə bir gözəl ləqəb qazanmışdı. Fransa kralı XIV Lüdovikin hakimiyyəti dövründə saray balet tamaşaları xüsusi təmtəraqla oynanılırdı. Hər il onun üçün 1 və ya 2 tamaşa səhnələşdirilirdi. O, şəxsən ssenarinin yaradılmasında, kostyumların və dekorasiyanın dizaynında iştirak edirdi. Lüdovik sadiq təbəələri qarşısında səhnədə çıxış etməyi çox sevirdi. Bir çox saray balet tamaşalarında Lüdovik Günəş və ya Apollon rolunu ifa edirdi. Həmçinin kral səhnədə qadın rolunu da oynayırdı. O, 1661-ci ildə Kral Rəqs Akademiyasını, 10 il keçdikdən sonra isə Kral Musiqi Akademiyasını yaratmışdı. Bu, gələcək Paris operasının əsasının qoyulmasına səbəb oldu. Günəş Kralının səhnə həyatı uzun çəkmişdi, sonuncu dəfə o, 44 yaşında səhnəyə çıxmışdı. Əfsanəyə görə, tamaşada çox çətin xoreoqrafika göstərərkən tarazlığını saxlaya bilməyərək yıxılmışdı. Bu xoşagəlməz hadisədən sonra kral XIV Lüdovik bir daha ictimaiyyət qarşısında çıxış etmədi.

T u t u P a lta r “ balerina “ deyərkən ağlımıza ilk həcmli paçka (tutu paltarı) və puant geyinən zərif qız obrazı gəlir. İndiki zamanda balerinanın bu obrazı bizə tanış görünür, ancaq həmişə belə olmayıb. Yeni və tamamilə qeyri-adi libasda ictimaiyyət qarşısında görünən ilk balerina baletdə inqilab etmişdi. Belə yeniliyin şahidi olan ilk tamaşaçılar isə sözün əsl mənasında heyrətlənmişdilər. Çox vaxt paçkanın iki növünü ayırd edirlər: romantik və klassik. Romantik paçka bir neçə qat tüldən ibarətdir, bəzən isə sadə bir paltara bənzəsin deyə üzərindən də bir üst qat parça ilə hazırlanır. Ətəyin uzunluğu diz və topuq arasında bitir. Bu növ paçka səhnədə ən çox kəndli qadın və sadə insan rolunu ifa edənlər tərəfindən geyinilir. Daha qısa klassik paçka isə 1880-ci illərdə “ Qu gölü ”, “ Yatmış gözəl “, “ Şelkunçik “ kimi tanınmış baletlərin yaranması ilə ortaya çıxdı. Rəqqasələrin daha yüksək texniki tələbləri ətəklərin qısaldılması ilə nəticələndi. 152

SANİ magazine


M a r i ya T a l i o n i İtaliyalı Mariya Talioni balet paçkası (tutu paltarı) və puant geyinən ilk rəqqasə idi. O, səhnədə ayaq barmaqları üzərində rəqs etmiş ilk balerinadır. Atası Filippo Talioni tərəfindən xüsusi olaraq Mariya üçün yazılan “Silfida” baletinin primyerasında çıxış edərək o, balet romantizminin əsasını qoymuş olur. Əfsanəyə görə, Mariya Talioni Rusiya sərhəddini keçərkən gömrükdə ondan soruşurlar: “ Madam, bəs sizin zinət əşyalarınız haradadır? “ Talioni ətəyini qaldırıb ayaqlarını göstərərək cavab verdi: “ Budur ”. Onun rəqsi tamaşaçıların xoşbəxtlikdən göz yaşı axıtmalarına səbəb olurdu.

K r a l i ç a n ı n K o m e d i ya l ı B a l e t i Ballet Comique de la Reine 1581-ci il 15 oktyabrda Parisdə Luvr Kral sarayında baş tutmuş ilk balet tamaşası olaraq dünya teatr tarixinə keçmişdir. İlk balet tamaşası musiqi, söz, rəqs və pantomimanı özündə birləşdirirdi. Tamaşanın müəllifi italyan baletmeysteri Balthazar de Beaujoyeulx idi. O, kral sarayında kral rəqqası və xareoqrafı sayılırdı. Mənbələrə görə, “ Kraliçanın Komediyalı Baleti ” on min tamaşaçı tərəfindən izlənilmişdi və 5 saat davam etmişdi. Tamaşa baleto-comique, yəni komediya deyil, drama adlanırdı. Çünki özündə söhbət və dram elementlərini birləşdirirdi, buna görə də uzun müddət davam etmişdi.

Mademoiselle

de

L a fo n ta i n e

de La Fontaine adlı fransız rəqqasə, ilk peşəkar qadın balerinası hesab edilir. O, ilk dəfə Paris operasında “ Le Triomphe de l’Amour “ ( “ Sevginin zəfəri “ ) tamaşasında səhnəyə çıxmışdı. Bu tamaşa ona görə diqqətəlayiqdir ki, bütün qadın rollarını məhz qadınlar ifa edirdilər. O vaxta qədər isə balet kişi məşğuliyyəti sayılırdı və qadınların səhnədəki bütün rollarını gənc kişilər ifa edirdilər. 1681-ci ilə qədər səhnədə ancaq kişilər rol alırdılar. 1681- ci ildə de La Fontaine “ Sevginin zəfəri “ tamaşasına qatılan dörd qadın rəqqasədən biri idi. Digər üç qadın rəqqasənin adı isə naməlum olaraq qalır. O vaxtdan etibarən de La Fontaine “ Rəqs Kraliçası “ kimi tanındı.

FW 2021-2022

153


154

SANİ magazine


FW 2021-2022

155


156

SANİ magazine İllüstrasiya Lalə Bədəlova


FW 2021-2022

157


Movie

Alice Through the Looking Glass ( 2016 )

“Alisa xəyal güzgüsündə” filmi Luis Kerrollun eyniadlı əsərinin personajlarının motivləri əsasında çəkilmişdir. “Alisa möcüzələr ölkəsində” filminin davamıdır. Qəzəbli fırtına Kapitan Alisa Kinqslini “Möcüzə” gəmisi ilə birlikdə quldurlardan uzaqlaşdırır. Alisa hiylə ilə, düşmən gəmilərini quruya yan almağa məcbur edir və onları Londona istiqamət götürməyi əmr edir. Evə qayıtdıqdan sonra Alisa, katib Ceyms Harkortdan, Hamişin atası — lord

Eskotun vəfat etdiyini eşidir. Həmin gecə onlar Hamişgildə təşkil olunan böyük rəqs gecəsinə gəlirlər və Alisa öyrənir ki, onun anası Helen öz rəhmətlik əri Çarlzın şirkətinin 10%-ni evin kupçası ilə birlikdə satmışdır. Alisa, düşüncəsiz hərəkətinə görə anasını məzəmmət edir və həmişə öz gəmisində səyahət etmək arzusunda olduğunu söyləyir. Alisa köhnə dostu kəpənək Absolem ilə tanış olduğu evə qaçır. O güzgüdən keçərək, möcüzələr ölkəsinə düşür. Səmadan yerə atılır və onun yolunu gözləyən dostlarının və Ağ şəhzadənin sarayına düşür. Onlar Alisaya Papaqçının dəli olduğunu söyləyir və ən əsası gülümsəyi tərgitdiyini, Papaqçının hekayəsini danışırlar. Alisa onun yanına gedir və ailəsinin öldüyünü, onları geri qaytarmağın mümkün olmadığını deyir. Ancaq Papaqçı “Əsl Alisa mənə inanardı.” söyləyir və onu qovur. Ağ Kraliça və Ağ Dovşan hansısa xronosfer və onunla keçmişə 158

SANİ magazine

səyahətin mümkün olduğunu xatırladırlar. Mirana iddia edir ki, Papaqçının ailəsini ölümdən xilas etmək mümkün ola bilərdi. Köhnə bir saat vasitəsilə, Alisa başqa bir dünyaya keçir və Zamanın qalasında özünü tapır. Zaman nəinki ölkənin bütün sakinlərini izləyir, həm də kimin ömrünün bitdiyinə qərar verir. O, hər bir sakinin yaşadığı müddəti əks etdirən bağlı saatları “Mərhum vətəndaşların Yeraltı” salonundan asır. Zaman Alisanı görür və nə istədiyini soruşur. Alisa Papaqçını xilas etmək üçün xronosferi verməyi ondan xahiş edir, ancaq rədd cavabı alır. Xronosfer həm də, kiçik bacısından qisas almaq istəyən Qırmızı Kraliçaya da lazımdır. Qalanı tərk edərkən, Alisa xronosferi ələ keçirir və yola düşür. İrasibeta isə Zamana tapşırır ki, Alisaya çatsın və xronosferi ondan geri alsın. Zaman okeanında səyahət edən Alisa, Mramorealski bacılarının tacqoyma gününə gəlib düşür və burada gənc Papaqçını görür.


Film Z A M A N I

Miss Peregrine’s Home for Peculiar Children ( 2016 ) Erkən uşaqlıqdan Ceykob babası Abrahamın inanılmaz hekayələrini dinləməyi xoşlayırdı, daha çox babasını unudulmaz gəncliyindən bəhs edən nağıllara oxşayırdı, hansını ki, o, haradasa Uels sahillərində yerləşən Kerrnholm adlı sirli adasında keçirib. İnsan gözlərindən gizlənən bu adada qəribə uşaqlar üçün bir ev var idi. Hekayələr tez-tez öz “qəribə” bacarıqlarını nümayiş etdirən uşaqların təsvir olunduğu köhnə fotoşəkillərlə müşayiət olunurdu. Gözəgörünməz oğlan, solitasiyaya qabiliyyəti olan Qız, əkizlər, bir səs olmadan öz aralarında ünsiyyət saxlayırdılar, və sirli evin bir çox başqa sakinləri, hansıların ki, obrazları babanın növbəti maraqlı Tarixi zamanı bizim qəhrəmanımızın coşqun təxəyyülündə vaxtaşırı canlanırdılar, o vaxt Ceykoba maraqlı uydurmadan artıq görünmürdü. Bir oğlan on yeddinci il gedərkən, Baba qəflətən aydın olmayan hallarda ölür, lakin ölümündən əvvəl qoca nəvəsindən hansısa tapşırığı yerinə yetirməyi xahiş edir. Məhz bu xahiş vaxt keçdikcə qəhrəmanımızı həmin Kerrnholm adasına aparır.

FW 2021-2022

Mary Poppins Returns ( 2018 )

Yazı Nuray Calal Foto İnternet resursu

Mary Poppins iyirmi beş il sonra qayıdır. Keçmiş şagirdləri, qardaşı və bacısı Banklar, çoxdan yetkinləşmiş və böyüklərin problemləri ilə üzləşmişlər. İndi hər zamankından daha çox möcüzəyə ehtiyac duyurlar. Walt Disney Studios, 1964 -cü ildə Pamela Lyndon Traversin kitablarından çıxan dünyanın ən heyrətləndirici dayəsi haqqında musiqili filmin davamını təqdim edir. Bir zamanlar dostluq edən qardaş və bacısı Michael və Jane Banksın möcüzələrə inandığına inanmaq çətindir. Uzun müddət Londonda yeni bir nəsil Banks - üç uşaq Michael Annabelle, John və Georgie’nin böyüdüyü evlərinə möcüzələrə baş çəkmirdi. Bir il əvvəl anaları rəhmətə getdi və başını itirən ata rəssam peşəsini dəyişərək kassir işləməyə başlayır. Benklar ailəsi borc üzündən evdən çıxarılma təhlükəsi ilə üzləşir, onların yeganə xilası - miras qalmış səhmdar sertifikatı - köhnə əşyalar yığınında itirilir. Ən çətin dövrdə, iyirmi beş ildə heç dəyişməyən, demək olar ki, unudulmuş dayələri Mary Poppins Michael və Jane’yə qayıdır. Kiçik və yetkin banklara baxaraq, yenə evlərində və həyatlarını düzəldir. 159


Movie

The Nutcracker and the Four Realms ( 2018 )

Şelkunçik haqqında klassik hekayə yeni oxunuşda geri qaytarılır. Xoşbəxt Stahlbaum ailəsi Milad bayramını ilk dəfə gənc yaşlarında dünyasını dəyişən sevimli anası Mari olmadan qeyd edir. Mərhum Marie Stahlbaum anasından hədiyyə olaraq, Klara gizli bir kilidi və “Lazım olan hər şey içəridədir” qeydi olan sirli bir yumurta alır. Cavab üçün Clara, doğru açarı tapmasına kömək etməli olan xaç atası Drosselmeyerin yanına gedir. Ancaq məlum olur ki, hər şey o qədər də sadə deyil. Drosselmeyerin hədiyyəsi gənc Stahlbaum üçün Marie’nin kraliça olduğu və Clara’nın faktiki olaraq bir şahzadə olduğu Dörd Krallığın - Şirniyyatların, Qar Yağışlarının, Çiçəklərin və Əyləncə Krallığının sehrli dünyasına qapı açdı. Ana Zəncəfil, Siçan Kralı ilə birlikdə hakimiyyəti ələ keçirmək istəyir. Sehrbazlıq dünyasına kömək edə biləcək yeganə şey, Marie Stahlbaum tərəfindən hazırlanmış və oyuncaqları canlandıra bilən xüsusi bir mexanizmi işə salan bir açardır. Ancaq açar pis siçanlar tərəfindən oğurlandı və indi Ana Zəncəfilin əlindədir və Clara özü, bir şahzadə olaraq, Şelkunçik - Kapitan Philip Hoffmanın köməyi ilə Krallığı xilas etmək məcburiyyətində qalacaq. Açarı Zəncəfildən götürən Clara, Şəkərli Gavalı Şirniyyatlarının Krallığının tələsinə düşür - məlum olduğu kimi, Kraliça Mari mexanizmindən istifadə edərək bütün digər krallıqları kölə etmək istəyirdi. Clara’nın bacarıqlılığı, Ana Zəncəfil və Siçan Kralı ilə birləşərək, Şəkərli Gavalı ordusu ilə mübarizə aparır və pərinin özünü çini heykəlciyə çevirir. Clara Dörd Krallığın Kraliçası olur, Kapitan Hoffman Kral Qvardiyasının Kapitanı olur və əsl Siçan Kralı Mouse ilə dostluq edir. 160

SANİ magazine


Filmin hərəkəti 20 -ci əsrin əvvəllərində baş verir. Cəsarətli vəhşi təbiət tədqiqatçısı Lily Houghton, Cənubi Amerikalı hind tayfalarının əfsanəsinə görə sehrli müalicəvi xüsusiyyətlərə malik olan əfsanəvi ağac tapmaq üçün Amazonun yuxarı hissəsinə səyahətə çıxır və kapitan Frank Wolffun rəhbərlik etdiyi köhnə, lakin rahat bir buxar gəmisini “La Quila” kirayəyə götürür. Lilyə mürəkkəb qardaşı McGregor yoldaşlıq edəcək. Vəhşi təbiətdə səyahət edənlər yalnız Amazoniya flora və faunasının ölümcül nümayəndələri tərəfindən deyil, həm də rəqib bir ekspedisiyanın üzvləri tərəfindən qurulan tələlər və hətta fövqəltəbii hadisələrlə qarşılaşacaqlar. Ancaq itirilmiş ağacın sirrini açan qəhrəmanlar, mərclərin daha da artdığını başa düşürlər. İndi onların və bütün bəşəriyyətin taleyi tarazlıqdadır.

Jungle Cruise ( 2021 )

Cruella ( 2021 )

Estella Miller, moda istedadı olan, lakin qəddarlığa meylli olan yaradıcı bir uşaqdır, bu da Katrinin anasını ona “Cruella” (İngilis dilindən) ləqəbini verdi: “sərin” qəddar. Estella’nın üsyankar təbiəti səbəbindən Catherine qızını məktəbdən götürür və Londona köçməyi planlaşdırır. Oraya gedərkən maddi yardım istəməsi üçün varlı Baronessa von Helmanın təşkil etdiyi bir məclisə baş çəkir. Estella Baronessa-nın qəzəbli Dalmatianlarının anasını uçurumdan itələdiyinin şahidi olur. Yetim qalan Estella Londona gedir və iki küçə uşağı Jasper və Horace ilə dostluq edir. Macəra və təhlükələrə qarşı çılğın bir cazibə qıza misilsiz gözəllik dünyası açır. Günəşin altında bir yer qazanmaq ümidi ilə Stella vicdan əzabı çəkmədən cəsədlərin üstündə gəzir. Ancaq moda bir modelyer instinkti təkəbbürlü Baronessa Helmanın diqqətini çəkəndə hər şey dəyişir.

FW 2021-2022

161


Music

Musiqi ilə ruhu sağalt Hazırladı Nigar Sarıvəlli

Dame Shirley Bassey - All I Ask Of You

Louis Armstrong - La Vie En Rose

Baby Love The Supremes

Julie London - when I fall in love

Sarah Vaughan Broken hearted Melody 162

SANİ magazine


Book

Kitab ilə öz dünyanı yarat

1. Oskar Vayld, “Dorian Qreyin portreti” - dünya klassikası olan roman. Romanın baş qəhrəmanı iyirmi yaşlı, sadəlövh və təsviredilməz dərəcədə gözəl gənc adam - Dorian Qreydir. O, miras əldə etmək üçün Londona gəlir və rəssam Beyzillə tanış olur. Günəşli yay günündə Basil gəncdə dərin təəssürat yaradan dostu Lord Henrinin iştirakı ilə Dorianın portretini cızır. Qrey öz portretini gördükdən sonra öz yerinə portretinin qocalmasını istəyir. Əsas hekayə bundan başlayır. Roman qocalma kimi təbii prosesin inkar edilməsinin aktual mövzusunu ortaya qoyur, baş qəhrəman gözəlliyin sönməməsi üçün hər şeyə hazırdır, hətta cinayətə belə...

“Hər kəs istədiyi kimi yaşayır. Və bunun üçün özü bədəl ödəyir “. O. Vayld, «Dorian Qreyin portreti».

2. Daniel Kiz, “Eljernon üçün çiçəklər” - bu, otuz iki yaşlı əqli cəhətdən geridə qalmış oğlan haqqında fantastik hekayədir. O, təmizlikçi işləyir və əqli cəhətdən geridə qalmışlar üçün məktəbə gedir və ağıllı olmaq arzusunda olur. Bu səbəbdən o, zəka səviyyəsini artırmaq eksperimentində könüllü olur. Hekayə təcrübə haqqında hesabat yazan Çarlinin adından götürülür. Başlanğıcda çox sayda səhvlər olur, lakin əməliyyatdan sonra həmin səhvlər getdikcə azalır və ən maraqlı şey başlayır. Baş qəhrəmanın başqalarına münasibətinin və başqalarının ona olan münasibətinin necə dəyişdiyini görürük . Bu kitab intellektin qiyməti, cəmiyyətin fərqli insanlara münasibəti haqqında düşünməyə məcbur edir, ən əsası isə bu cür eksperimentlərə mənəvi haqqımız varmı və onlar hansı nəticələrə səbəb ola bilər. FW 2021-2022

Yazı Tamilla Həsənova

3. Milan Kundera, “Varolmanın Dözülməz Xəfifliyi” (The Unbearable lightness of being) - fəlsəfi düşüncələrlə dolu bir sevgi romanı. O, öz personajlarından dördünün: Tomaşa, Tereza, Sabina və Fransın faciəvi tarixi hadisələr fonunda, məhz 1968-ci il “Paris Müharibəsi” fonunda mürəkkəb qarşılıqlı münasibətlərindən bəhs edir ki, bu da romanı keçmiş SSRI respublikalarının bütün sakinlərinə yaxın edir. Bu romanda qəhrəmanların zahiri görünüşünün təsviri yoxdur, lakin hər personajın psixoloji portreti çox ətraflı açıqlanıb. Müəllif bizimlə birlikdə ruh və bədən dualizmi mövzusunu düşünür və suallar soruşur: hansı həyatı yüngül, hansı həyatı ağır hesab etmək olar? Bundan daha yaxşısı nədir? Heç vaxt təkrarlanmayacaq olan yeganə həyatımı necə yaşamalıyam?

163


Tasty

ÖZ MƏTBƏXİNİN AŞPAZI OL Yazı və Foto Zəhra İbrahimova / @ magic_cake_

164

SANİ magazine


Şokaladlı keks Ərzaqlar : • 4 ədəd yumurta, • 1 stəkan şəkər tozu, • 1 stəkan süd, • 1/2 stəkan duru yağ, • 1 ədəd qabartma tozu, • 1 ədəd vanil, • 1 xörək qaşığı kakao, • 2 stəkan un. Üzəri üçün əridilmiş şokolad və çiyələk. Hazırlanma qaydası: İlk öncə yumurtalar və şəkər tozu ağarana qədər yaxşıca çırpılır. Daha sonra yağ və süd əlavə olunaraq çalınmağa davam edirik. Ən sonda un , qabartma tozu və vanil əlavə olunub xəmir hazırlanır. Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 30-35 dəqiqə bişirilir. Soyuduqdan sonra üzərinə əridilmiş şokolad əlavə olunaraq çiyələk ilə bəzədilib nuş edilir.

FW 2021-2022

165


Tasty

T o m a t ş o r b a s ı

166

Ərzaqlar: • • • • • • • •

2 x/q duru yağ, 1 x/q kərə yağı, 2 x/q un, 1 x/q tomat, 5 ədəd pomidor, 4 stəkan su, 2 x/q süd, Holland pendiri.

Hazırlanma qaydası: İlk öncə duru yağ və kərə yağı qazana əlavə olunur. Üzərinə un əlavə olunaraq yaxşıca qovrulur. Daha sonra tomat əlavə olunaraq yenidən qovrulur. Pomidorlar blendər vasitəsilə əzilərək qazana əlavə olunur, sonra üzərinə 4 stəkan su əlavə edilir və qaynadılır. Qaynadıqdan sonra süd əlavə olunur. Budur artıq servisə hazırdır. Servis edilirkən üzərinə holland pendiri və qızardılmış çörək əlavə olunaraq nuş edilir.

SANİ magazine


shahdag.az

shahdag

www.cool.az


168

SANİ magazine


destino_ecotoys

shop @umico_az

+994 50 568 09 50


Enjoy

U ş a q

1

Hesab edilir ki, ilk rus matryoşkası 1890-cı ildə yeni Moskva, Abramsevo malikəsinin emalatxanasında hazırlanmışdı. Malikənin sahibi Savva Mamontov sənayeçi və mesenat idi. Bir şənbə biri emalatxanaya keçəl qoca Fukurama yapon oyuncağını gətirir. Oyuncaq bir-birinin içinə qoyulmuş yeddi fiqurdan ibarət idi. Həmin oyuncağın yaranma tarixi

170

O l a n d a

SANİ magazine

isə naməlumdur. Ancaq əfsanələrdə deyilir ki, belə bir oyuncaq ilk dəfə Yaponiyada Honşu adasında rus monaxı tərəfindən hazırlanmışdı. Mamontov emalatxasının rəssamlarından olan Sergey Malyutin Fukura ilə çox maraqlanır və qərara gəlir ki, rus ruhu qatılmış yeni bir oyuncaq hazırlasın. Beləliklə eskiz çəkildikdən sonra onun əsasında taxtadan matryoşka düzəldildi. Ən böyük matryoşka Mancuriyada yerləşdirilib. Otuz metrlik heykəl Rusiya və Monqolustan sərhədlərinin kəsişməsində quraşdırılıb. Dostluq simvolu 3 qızın surəti ilə bəzədilib: Çin, monqol və rus


2

Qədim zamanlardan almanlar küknar ağacını müqəddəs sayırdılar və ölməz- liyin simvolu hesab edirdilər. Hər il almanlar qış gündönümü günlərində küknar ağacının budaqları ilə evlərini təmizləyirdilər. Tədricən evlərə bütöv iynəyarpaqlı ağac qoymaq və onun budaqlarını bəzək əşyaları ilə bəzəmək ənənəsi yarandı. Əvvəllər bəzək əşyası olaraq yalnız yeməli ərzaqlar istifadə edilirdi: alma, şirin vafli, pastila, zəncəfilli pryanik və qoz-fındıq. İlk bəzək əşyaları olan Milad topları 1848ci ildə Lauşa şəhərində, Türingiyada yaranmışdı. Lauşa qədimdən şüşə üfləyiciləri ilə məşhur şəhər idi. Bir gün bir usta Milad ağacını uşaqları üçün bəzəmək qərarına gəlir. Ancaq kasıb olduğundan meyvə və şirniyyat almağa imkanı çatmır. O zaman o, almanı, limonu, qoz-fındığı şüşədən hazırlayır. Oyuncaqlar o qədər gözəl alınır ki, tezliklə nəinki Lauşa sakinləri, bütün Almaniya sakinləri Milad ağacını bəzəmək üçün şüşə oyuncaqları sifarişetməyə başlayırlar.

FW 2021-2022

171


Enjoy

Şelkunçik yalnız Almanıya üçün deyil, digər Avropa ölkələri üçün də Yeni il və Milad simvolu sayılan taxtadan hazırlanmış mexaniki kukla-karikaturadır. Onun vətəni filiz dağlarında yerləşən kiçik alman qəsəbəsi Seiffen qəsəbəsi hesab edilir. Gərgin iş gününün sonunda bu qəsəbənin mədənçiləri ağacdan kiçik oyuncaqlar hazırlamağı sevirdilər. Seiffen sakinlərindən biri əyləncə üçün taxta oyuncağı qoz-fındıq qırmaq üçün mexaniki hala gətirməyə qərara gəlir. Oyuncaq nəinki onların kiçik qəsəbələrində, hətta onun sərhədlərindən xaricdə də populyarlıq qazandı. XIX əsrin əvvəllərində alman yazıçısı Ernest Teodor Amadey Hofman inanılmaz bir hekayə yazır. Hekayənin əsas qəhramanı isə fındıqqıran olur.

3 172

SANİ magazine


4

Sirk sənəti istənilən sayda maraqlı elementlər ilə zəngindir: həyəcan dolu təhlükəli nömrələr, sehrbazlar, təlxəklər, akrobatlar və illüzionistlər. Sirk sənətinin bir maraqlı və həyəcanlı istiqaməti jonqlyor sənətidir. Jonqlyorlar arasında olduqca populyar predmet – gürz hesab edilir. Onların sirk halqalarından və toplarından əsas fərqi fırlanmalarıdır. Sirkdə jonqlyorlar xüsusi və vacib rol oynayırlar, onlar nəinki tamaşaçıları əyləndirirlər, həm də çeviklik nümayiş etdirərək sirk sənətinə maraq oyadırlar. Ən məhşur jonqlyorlar Albret Petrovskiy, Entoni Qatto və Sorin Muntano hesab edilir. Onların hər biri yeddi gürz ilə fəndlər göstərdiklərinə görə Ginnesin Rekordlar Kitabında yer alıblar.

FW 2021-2022

173


Fırfıra oyuncağı qədim tarixə malikdir. Hələ daş dövründü uşaqlar fırfıraya bənzər oyuncaq ilə oynayırdılar. O, buynuz sümüyündən hazırlanan lövhəcik idi. Avstraliyada aborigenlər fırfıranı balıq şəklində ağacdan hazırlayırdılar. Qədim slavyanlar uzun ipin köməyi ilə yırğalanan konusvari taxta fırfıraya üstünlük verirdilər. Forması ilə bizə tanış gələn ilk sadə fırfıra sadə əl hərəkəti ilə işə salınırdı. Alman oyuncaq ustası Lorenzo Bolz uşaqlar üçün həm maraqlı, həm də təhlükəsiz fırfıra yaratmaq qərarına gəlir. Bunun üçün Lorenzo qaykadan ibarət mexanizm fikirləşir ki, fırfıranı hərəkət etdirmədən özü fırlansın. Beləliklə balaca uşaqların da çətinlik çəkmədən sevimli oyuncaqları ilə oynamağa marağı daha da artır.

5

174

SANİ magazine


Yırğalanan at oyuncağının tarixi qədim Yunanıstana gedib çıxır. Məhz burada b.e. V əsrində uşaqlar üçün belə oyuncaq yarandı. Orta əsr Avropasında taxtadan yırğalanan at oyuncaq yalnız oyun oynamaq üçün deyil, həm də uşaqlarda at sürmək bacarığını məşq elətdirmək üçün idi. Cəngavərlik dövründə bu cür uşaq əyləncələri böyüklər tərəfindən təqdirə layiq görülürdü. Yırğalanan at oyuncaqları təbii materiallardan hazırlanırdı: korpus taxtadan, yəhər dəridən, gözlər şüşədən, quyruq və yalman isə əsl at saçlarından idi. Oyuncağın qiyməti o qədər baha idi ki, onu ancaq varlı adamlar əldə edə bilərdilər. Napolyon Bonaparta atası özü taxtadan hazırlanmış at oyuncaq hədiyyə etmişdi. İmperator Müqəddəs Yelena adasında sürgündə qaldıqda belə o at yanında idi. Napolyon öldükdə isə onu qoruyan ingilis əsgərləri başa düşmüşdülər ki, bu at imperator üçün dəyərli olduğu üçün məzarında onunla birlikdə dəfn edilməlidir.

6

FW 2021-2022

175


Bir insanın doğulma vaxtından asılı olaraq fərqli obyektlərin, hadisələrin və faktorların ona təsir göstərdiyinə inanılır. Zərgərlik daşları isə onların arasında xüsusi yer tutur. Minerallar və süxurlar insanlığın yarandığı andan müşayiət edir və həmişə insana yaxın olub. Daşların, mineralların insanın taleyinə təsiri və bürclərinin əlaqələri haqqında bilik və düşüncələrin kökləri qədim zamanlara gedib çıxır. Bu fikirlər müxtəlif mədəniyyətlərdə formalaşdı, zaman keçdikcə dəyişdirildi və quruldu, minilliklər boyu ağızdan-ağıza gəzdi, ulduzların düzülüşündə dəyişikliklərə məruz qaldı, mineraloloji bilikləri inkişaf etdirdi. Və hətta mineralların adları dəyişdi. Astrolojı məlumatlarınız, doğum vaxtını nəzərə alaraq bir çox zərgərlik daşları arasında özünüzə uyğun olanı seçmək və ya sevdiyiniz insana gözəl bir hədiyyə etmək üçün kömək edəcəkdir. Daşlar sizin xəritənizdə əsas planetinizə görə təsnif edilir. Bürcünüzə görə planetinizi Bürc işarəsinə uyğun olaraq təyin edə bilərsiniz. Orta əsrlərdə, bürc dairəsinə daxil olan göy cisimləri, planetlər və bürclər arasındakı əlaqə haqqında kimyəvi fikirlər artıq formalaşmışdır.

172

A s t r o g u i d e

Yazı Nigar Əsgərova İllüstrasiya Nigar Sarıvəlli

Astro

SANİ magazine

GÜNƏŞ Günəş, Şir bürcünü himayə edən ulduzdur. Günəşin zərgərlik daşları: rəngsiz almaz, sarı rəngli almaz, xrizolit, xrizoberil, xrizopraz. Sirkon, sümbül və yaqutdan ayrıca bəhs olunur.

AY Ay dəyişkən və gözəldir, buna görə Ay tərəfindən idarə olunan Xərçəng bürcünün zərgərlik daşları, ilk növbədə yanardıcı opallar və ay daşlarıdır. İncilər, mərcan, beril, akuamarin də bura daxildir.


MERKURİ Bürclərə görə Merkuri Qız və Əkizlər planetidir. Merkuri zəkanın, bəlağətin və çevikliyin simvoludur. Qədim Yunanlar bu planeti Apollon və Hermes ilə əlaqələndirirlər. Merkuri daşları sarıdır, bunlara qızıl imperiya topazı, sarı sapfirlər, sitrinlər, sarımtıl xrizoberillər, odlu opallar, bəzən də zümrüd daxildir.

VENERA Sevgi, romantizm və ehtirasın himayədarı olan Venera, Buğa və Tərəzi bürclərinə uyğundur. Venera planetinin daşları yaşıl, bənövşəyi-qırmızı, mavi rəngdə olur: zümrüd, firuzə, çəhrayı sapfirlər, padparadja sapfir, sirkon.

FW 2021-2022

177


Astro

MARS Astrologiyada Mars, Yunan mifologiyasında (tanrıların Roma panteonundan Mars) müharibə tanrısı Aresin adını daşıyan kişi planetidir. Qoç və Əqrəb bürcləri Marsdan təsirlənir. Qətiyyət, cəsarət və fiziki gücü simvollaşdırır. Mars əsasən qırmızı yaqutla tanınır.

YUPITER Yupiter - zənginliyi, lüksü, statusu, gizli məlumatlara girişi simvollaşdırır. Yupiter bilik və hikmət, sanskritdə isə Guru deməkdir (müəllim, müdriklik). Yunan mədəniyyətində Zevsə uyğundur. Bir insan Yupiter planetinin altında (Oxatan və Balıq işarələri) doğulmuşsa, mavi və bənövşəyi daşlar, mavi sapfir, mavi şpinel, ametist, firuzə, və mavi-bənövşəyi tanzanitlər, mavi turmalinlər ona uyğundur.

174

SANİ magazine


SATURN Saturn və ya Şani nizam -intizam, məsuliyyət və nəzarət deməkdir. Eyni zamanda qədim yunan tanrısı Xronosun təcəssümü, Oğlaq və Dolça bürclərini idarə edir. Saturn üçün tünd və qara daşlar, mavi, boz-mavi, asterizm effektli daşlar, şpinel və akuamarin uyğundur. Bunlara mavi lapis lazuli, mavi zirkon və mavi turmalin də daxildir. Və ən əsas daş isə mavi sapfirdir. Lafy Diananın üzüyünü hazırlayın.

@astroguide_nika

Ancaq unutmayın ki, sizdən əvvəl heç kim o zinət əşyalarını taxmamalıdır, daşlar təmiz, təbii olmalıdır. Bir üzük olsa, həftənin müəyyən bir vaxtında və müəyyən bir barmağınızda taxılmalıdır. Buna görə zarafat etməmək və xəritənizi korreksiya etmək üçün mütəxəssislərə müraciət etmək daha yaxşıdır.

FW 2021-2022

179


Qarabağ atı İllüstrasiya Melnikova Aleksandra Dmitriy, 15 yaş STEP İT Academy, Kiçik Kompüter Akademiyası



iris_baku

İrisBaku

Hipermarket Bravo, Metro Əhmədli mob: +994 50 804 14 14 www.iris-flowers.az


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.