İdeya müəllifi: Müzəffər Paşazadə Baş redaktor: Mənsurə Novruzova Redaktorlar: Ayan Şamçıyeva Pəri Abbasova İncə Əliyeva Dizayn və Qrafika: Seymur Quliyev
MÜNDƏRİCAT ___________________________________
Kosmik Yarış____________________________________________________3 Across the Universe_______________________________________________7 Təxəyyülün son nöqtəsi____________________________________________8 Passengers______________________________________________________21 Mən Kiməm_____________________________________________________21 Fringe__________________________________________________________25 Yumurta________________________________________________________26 Yeni kitablar____________________________________________________29 İki yüzdən yüz iyirmi_____________________________________________33 Yeni Filmlər____________________________________________________37 Görünməz______________________________________________________38 Warcross_______________________________________________________53 İkinci Dünya müharibəsindən sonrakı əllinci illər_____________________54 The Exam______________________________________________________56
______________________________________________________________________________3
Kosmik yarış Türk dilindən tərcümə etdi: Nigar Abdullazadə
Kosmik yarış Amerika Birləşmiş Ştatları (ABŞ) və Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) arasında 1957-ci ildən 1975-ci ilə qədər davam edən, rəsmi olmayan rəqabətdir. Kosmosa peyk yollayaraq kəşf etmək, insan göndərmək və Aya insan endirmək kimi cəhdlər daxildir. Kosmik yarış Soyuq Müharibənin də bir parçasıdır. Yarışın başlaması II Dünya Müharibəsindən qalma roket texnologiyasından, müharibədən sonra meydana çıxan dövlətlərarası gərginlikdən və Sovet İttifaqının 4 Oktyabr 1957ci ildə “Sputnik 1” adlı ilk süni peyki yollamasından qaynaqlanır. Kosmik yarış Soyuq Müharibə vaxtında SSRİ və ABŞ arasındakı mədəni və texnoloji rəqabətin vacib bir parçası halına gəldi. İki ölkənin bir-birini baş verə biləcək odlu savaş ehtimalından öncə mənəvi olaraq çökdürmə savaşında kosmik texnologiya bir vasitə kimi istifadə olundu.
Süni peyklər 4 Oktyabr 1957-ci ildə SSRİ “Sputnik 1”i müvəffəqiyyətlə yollayıb orbitinə yerləşdirdi və beləliklə, kosmik savaş başlandı. Hərbi və iqtisadi ittihamlar ucbatından “Sputnik 1” ABŞda qorxuya və siyasi mübahisələrə səbəb oldu. Digər tərəfdən, Sputnik-in yollanılması Sovet İttifaqı tərəfindən elm və mühəndislik sahələrindəki inkişafın bir sübutu olaraq qəbul edildi.
Sovet İttifaqında Sputnik-in yollanılması və sonrasındakı kosmik proqramlar xalqın böyük marağına səbəb oldu. Ölkənin texnologiya sahəsində əldə etdiyi bu uğurlar müharibədən sonra yaralarını sarıyan xalq üçün böyük cəsarət mənbəyi idi. Sputnik-in uğurla orbitinə oturmasını təmin edən, R-7 roketini dizayn edən baş mühəndis Sergey Korolyov işlərini gizlicə davam etdirdi. Sputnik-in uğurundan əvvəl ABŞ öz texnologiyasının hər sahədə üstünlüyünə arxayın idi. ABŞ Sputnik-in uğurundan sonra texnoloji sahədə itirdiyi üstünlüyü təkrar qazanmaq üçün böyük cəhdlər göstərmiş, yeni fon Braunlar (Verner Maqnus Maksimilian Frayher fon Braun alman-amerika roket mütəxəssisi, kosmik uçuşların pioneri, ABŞ və SSRİ-nin kosmik yarışında Sergey Korolyovun əsas rəqibidir) və Korolyevlər yetişdirmək ümidilə tədris sistemini yeniləmişdir. Bu hal günümüzdə “Sputnik krizisi” olaraq bilinir. Sputnik ucbatından qorxan və cəsarəti qırılan ABŞ xalqı sonrakı layihələrə sanki heyran qaldı. Məktəbli uşaqlar belə uçuş sınaqlarını izləməyə başladı, roketlərin modellərini düzətmək artıq sevimli məşğuliyyət oldu. Prezident Kennedi xalqı motivasiya etmək və şübhəyə düşmüş xalqın kosmik proqramları dəstəkləməsini təmin etmək məqsədilə danışıqlar etməyə başladı. Sputnik-in yollanılmasından təxminən 4 ay sonra ABŞ ilk peyki olan “Explorer 1”i yolladı. Bu arada isə Cape Canaveral-da (Floridada yerləşən, Atlantik okeanı sahilində uzun və dar bir ərazidir. “Kosmos çimərliyi” olaraq da bilinir və Kennedi Kosmos Mərkəzinin-Kennedy Space Center bir parçasıdır. ABŞ-ın həyata keçirdiyi bütün insanlı kosmos uçuşları buradan edilmişdir) yollama müddətində bir çox müvəffəqiyyətsizliklər yaşandı. Yollanan ilk peyklərin çoxu elmi məqsədli idi. “Sputnik 1” və “Explorer 1” ölkələrin Dövlətlərarası Geofizika İlinə (International Geophysical Year) yardım
______________________________________________________________________________4 məqsədli yollanılmışdır. “Sputnik 1” atmosferin üst təbəqəsinin sıxlığının müəyyənləşdirilməsində, “Explorer 1” isə uçuş məlumatları sayəsində James Van Allen-in “Van Allen Radiasiya Qurşağı”nın kəşfində istifadə olundu.
Heyvanlı uçuşlar ABŞ-ın ələ keçirdiyi alman V-2 roketi ilə yollanılan meyvə milçəkləri ilə 1946-cı ildə kosmosa heyvan göndərən ilk elmi iş görüldü. 1957-ci ildə SSRİ-nin “Sputnik 2” uçuşu ilə orbitə göndərilən ilk canlı isə Layka adlı it oldu. O, tarixdə geri qaytaracaq qeyri-kafi texnologiyanın hələ olmaması səbəbilə kosmosa çatdıqdan bir müddət sonra həddindən artıq istilik və stresdən öldü. 1960-cı ildə isə Belka və Strelka itləri uğurla Dünya orbitinə çatıb geri qayıda bildilər. Amerika Afrikadan idxal etdiyi şimpanzelərlə kosmosa insan yollamamışdan qabaq işlər apardı. Yenə Sovet İttifaqı 1968-ci ildə “Zond 5”lə kosmosa tısbağalar göndərmiş, Ayın ətrafında dövr edən ilk canlı uçuşunu həyata keçirmişdir.
İnsanlı uçuşlar Sovet İttifaqı “Vostok Seriyası Kosmik Nəqliyyat vasitələri” ilə kosmosa ilk insanı göndərməyə nail oldu. Yuri Qaqarin 12 aprel 1961-ci ildə “Vostok 1" vasitəsilə etdiyi uçuşla Dünya orbitinə uğurla çatan ilk insan olmuşdur. Bu hadisənin il dönümü Rusiya və bir çox ölkələrdə hələ də qeyd edilir (12 AprelKosmonavtika Günü). “Vostok Seriyası Kosmik Nəqliyyat vasitələri”ni Sovet Kosmik layihəsinin başçısı Sergey Korolyov və komandası dizayn etmişdir. Vostoklar əvvəlcə sınaq uçuşlarında kosmosa göndərilən it və modelləri sağ-salamat dünyaya geri qaytarmağı bacardı. İlk Sovet
kosmonavtlarının tədris layihəsi davam etdirilirdi. Bütün hazırlıqların tamamlanmasından sonra 12 aprel 1961-ci ildə Yuri Qaqarinin içində olduğu “Vostok 1” kosmosa yollanıldı. “Vostok 1” Dünya orbitində 108 dəqiqə ərzində tam bir dövrə vurduqdan sonra Qaqarini yenidən Rusiya torpaqlarına endirdi. Şübhəsiz ki, insanlı Sovet Kosmik layihəsi insanlıq tarixinin əhəmiyyətli və cəsarətli addımlarından biri idi. Vostok layihəsi kosmik yarışda SSRİ-nin qabaqcıllığını sabitləyirdi. ABŞ üçünsə tamamilə surpriz deyildi. Yaxın zamanda dərc olunan tarixi Mərkəzi Kəşfiyyat İdarəsi (CİA-Central İntelligence Agency) hesabatları ABŞ idarəetməçiliyinin insanlı Sovet layihəsindən uzun müddətdir xəbərdar olduğunu iddia edir. ABŞ Sovet İttifaqının bu həmləsi qarşısında öz layihəsini sürətləndirdi və 25 aprel 1961-ci ildə ilk kosmonavtını “MercuryRedstone 3” vasitəsilə kosmosa göndərdi. Ancaq “Vostok 1”in əksinə, “Mercury 3” orbitə girə bilmədi, atmosferdən çıxdıqdan sonra dərhal geri döndü. Həm də “Mercury 3” “Vostok 1”ə nəzərən daha dar və balaca nəqliyyat idi. ABŞ-ın orbitə girə bilən ilk insanlı uçuşu yalnız bir il sonra Con Qlenn başçılığındakı “Mercury 4” nəqliyyatı ilə reallaşdı (20 fevral 1962). SSRİ əldə etdiyi bu sürət ilə kosmik yarışda başqa ilklərə də imza atdı. Valentina Tereşkova 16 iyun 1963-də “Vostok 6” ilə kosmosa göndərilən dünyanın ilk qadın kosmonavtı oldu (71 saat ərzində dünyanın ətrafında 48 dəfə dövr etmişdir). SSRİ-nin “Voskhod 2” (“Şəfəq 2”) layihəsində Aleksey Leonov 18 mart 1965-də kosmosda ilk yürüşü reallaşdırdı. Ancaq bu vəzifə bir fəlakətlə nəticələndi. Qeyri-kafi tərsroket (retrorocketgəmi yaxud roketin sürətini kəsən köməkçi roket) atəşinə görə Leonovun olduğu kapsula hədəfdən 1600 km irəlidə yerə enə bildi. Vostok seriyasının ardınca, Sovet İttifaqı üç insanı eyni anda kosmosa göndərə bilən “Voskhod” layihəsinə başladı. Ancaq “Voskhod”
______________________________________________________________________________5 sadəcə üç nəfər üçün genişləndirilmiş “Vostok” kapsulasından başqa bir şey deyildi və ciddi bir texnoloji inkişaf göstərilməmişdi. Həmçinin son dərəcə sıx şəkildəki kabinetə yerləşən üç kosmonavtın təhlükədə olduğu başa düşüldüyündən “Voskhod” layihəsi iki uçuşdan sonra ləğv edildi. Sovet İttifaqı bu nəaliyyətləri həyata keçirərkən ABŞ da yerində durmadı və kosmik texnologiyasını inkişaf etdirdi. Aya insan göndərmək layihəsinə hazırlıq olaraq kosmosda orbit dəyişdirərək manevr edə bilən “Gemini” (NASA hələ də “Gemini” layihəsi haqqında çox məlumat vermir) seriyası nəqliyyatları hazırladı və kosmosa göndərdi. “Gemini” nəqliyyatları Sovet nəqliyyatlarına nəzərən həm çox az ilk həyata keçirmişdi, həm də daha üstün texnologiyaya sahib idi. Belə ki, “Vostok” və “Voskhod“ nəqliyyatları kosmosda manevr etmək və tutunmaq qabiliyyətlərinə sahib deyildilər. Sovet kosmonavtları avtomatik işləyən öz nəqliyyatlarının yolçusu ikən, ABŞ kosmonavtları nəqliyyatlarını idarə edən pilotlar idi. Məhz bu təcrübə və texnologiya fərqi Aya eniş layihəsində ABŞ-a üstünlük qazandıracaqdı.
Aya eniş Kosmik yarışın başlanğıcında SSRİ-nin əldə etmiş olduğu böyük üstünlüyə qarşı cavab olaraq ABŞ həmlə axtarışında idi. 1961-ci ildə prezident seçilən Kennedi seçim kampaniyası ərzində kosmik işlərə əhəmiyyət verəcəyini açıqca qeyd etmişdi. Aya insan endirmək və geri gətirmək hədəfinə çatmaq üçün başladılan layihəyə “Apollo” adı verildi. Layihə adını yunan mifologiyasında tanrı olan Apollondan götürmüşdür. Kennedi və Conson (Kennedidən sonrakı ABŞ prezidenti) xalqın düşüncəsini yönləndirərək Apollo layihəsinə 1963-cü ildə olan 33% inamı 1965-ci ildə 58%-ə çıxardılar. Consonun 1963-cü ildə prezident olmasından sonra da davam edən dəstəyi layihənin uğurlu olmasına kömək etdi.
Kennedi Sovet və ABŞ kosmonavtlarının Aya enişləri və hava vəziyyəti analizi edən peyklərin inkişaf etdirilməsi məsələsindəki layihələri birləşdirmək məqsədilə Sovetlərə təklif irəli sürdü. Ancaq Xruşşov o vaxt üçün Amerikaya üstün olan rus kosmik texnologiyasının oğurlanması məsələsində göstərdiyi tədbir səbibiylə bu təklifi rədd etdi və Sovet İttifaqı öz insanlı Ay layihəsini davam etdirdi. Bundan sonra ABŞ Aya eniş layihəsini təkbaşına inkişaf etdirməyə başladı. Bunun üçün əvvəlcə kosmosda manevr edə bilən nəqliyyatların inkişafı gərəkli idi. ABŞ “Gemini” seriyası nəqliyyatlarını kosmosa göndərdi və bu nəqliyyatların manevr və tutunma məsələsindəki uğurunun ardınca “Apollo” layihəsinə başlandı. SSRİ-nin insansız kosmik roketləri Aya əvvəlcədən çatmış olmasına baxmayaraq 21 iyul 1969-cu ildə Aya addım atan ilk insan ABŞ kosmonavtı Nil Armstronq oldu.
Nəticə Kosmik yarışın nəaliyyətləri gerçəkləşən ilklərlə ölçülər. Yarışın ilk vaxtlarında Sovet İttifaqı “ilk kosmik nəqliyyat”, “kosmosda ilk canlı”, “kosmosda ilk insan” və “kosmosda ilk qadın” kimi unudulmaz ilklərə imza atdı. ABŞ idarəetməçiliyi isə SSRİ-yə qarşılıq vermək üçün qərarlılığını ortaya qoyanda, ölkənin geniş qaynaqları və idarəçilikdə təşkilatlanmanın gerçək potensialı ortaya çıxmışdı. ABŞ təkcə Aya ilk ayaq basan ölkə olmaqla yanaşı, bunu 9 il kimi nisbi az müddətdə bir layihə ilə bacarmışdır. Həmiçinin son olaraq, ABŞ kosmik nəqliyyatları Sovetinkilərdən daha üstün texnoloji səviyyəyə çatmışdır. Bunlar nəzərə alındıqda ABŞ yarışın qalibi olaraq görülə bilər. Korolyovun dizaynı olan Sovet kosmik nəqliyyatları kosmik yarış bitdikdən çox sonra belə 21-ci yüzillikdə də istifadə olunmağa davam etdirilərək öz etibarlılığını sübut etmiş oldu. Xüsusən də, beş
______________________________________________________________________________6 “Speys Şattl”dan (Space Shuttle- ABŞ tərəfindən NASA-da yaradılan kosmik gəmi tipi) ikisinin qəzalarda yox olmasının ardınca, “Soyuz” Beynəlxalq Kosmik Stansiyasının (İnternational Space Station-İSS) başlıca personal daşıma nəqliyyatı halına gəldi. Digər tərəfdən, ABŞ kosmik nəqliyyatı “Apollo” nisbi qısaömürlü aralıq texnologiyası olaraq qaldı. Bu sarıdan Sovet İttifaqının “dizayn uğuru” qazandığını deyə bilərik. Kosmik yarış üçün lazımi texnologiyanın yarımçıq, tələsik düzəldildiyini bu səbəblə qaynaqların lazımsız yerə sərf oldunduğunu və personalın həyatının təhlükəyə atıldığını irəli sürənlər də vardır. Məsələn, həqiqətən də, Aya eniş layihəsi 9 ildə yox, 30 ildə hazırlanmış olsaydı, istifadə olunması lazım olan qaynaq əhəmiyyətli ölçüdə azaldıla bilinərdi. Bu düşüncəyə qarşı, kosmik yarış sayəsində elmi və texniki inkişafın sürətləndiyini və insanlığa faydalı texnologiyaların daha tez bir zamanda meydana çıxdığını söyləyənlər də vardır. Kosmik yarış ərzində baş verən ölümlər bu məsələdə tələsik texnoloji inkişaf əldə edildiyini söyləyənləri də haqlı çıxarır. Sovet Rusiyası ABŞ-ı Ay layihəsində lazımsız risk almaqla günahlandırmaqla birgə, qəza və ölümlərin hər iki tərəfdə də olması Rusiyanın da yarışı qazanmaq üçün təhlükəsizliyi ikinci plana atdığını göstərir.
Yarışın qurtarmasının əsas səbəbləri: 1. Tərəflərin yarışa davam etməklə bağlı könülsüzlüyü 2. 1973-cü ildəki petrol krizisi sonrası qərb iqtisadiyyatındakı qənaət vacibliyi 3. Sovet iqtisadiyyatının yaşadığı problemlər səbəbilə qaynaq tapmaqla bağlı yaranmış çətinliklər 4. Kosmik yarışı davam etdirmək üçün növbəti hədəflərin get-gedə çətinləşməsi və bahalaşması Kosmik yarışdan sonra tərəflər “öz yollarına” davam etdilər. Aralarındakı şöhrət yarışı böyük ölçüdə sonlandı. Bununla birgə, texnoloji yarışın da sona çatdığı deyilə bilməz. Sovet İttifaqı ABŞ “Speys Şattl” layihəsinin əhəmiyyətini anlamış, bu səbəblə qaynaqlarını öz məkiklərini inkişaf etdirmək üçün istifadə etmişdir. Həmçinin ABŞın “Ulduz müharibələri” layihəsi də (1980-ci illərdə o vaxtki prezident Ronald Reyqan tərəfindən hazırlanan hərbi layihədir. Layihə rəqib dövlət SSRİ-nin qitələrarası ballistik roketlərini kosmosdan idarə edilən lazer şüaları ilə hələ Amerika torpaqlarına çatmamış yox edilməsinə əsaslanır) SSRİ-də böyük narahatlığa səbəb olmuş və buna qarşı öz kosmik müdafiə sistemlərini inkişaf etdirməyə çalışmışdır.
______________________________________________________________________________7
“Across the universe” - Beth Revis Hazırladı: Nərmin Abasova
“Across the universe” ( türkcə tərcümədə “Evrenin ötesi”) amerikalı yazar Beth Revis-in 2011-ci ildə çap olunmuş ilk əsəridir. Hadisələri kosmik gəmidə keçən bu elmi-fantastik roman özündə detektiv, triller və distopiya janrlarını da birləşdirərək irqçilik, diktatorluq və bir sıra əxlaqi problemləri işıq üzünə çıxarır, oxucuları düşünməyə vadar edir. Bundan əlavə, roman bəzi uzaq gələcəyin yeni texnologiya ideyaları ilə də zəngindir. Əsər bir çox kitab mağazalarında “Elmi-fantastika sevməyən gənclər üçün elmi-fantastika” şüarı ilə reklam edilmişdir. Əsərdəki hadisələr “Godspeed” adlanan kosmik gəmidə baş verir. Beləliklə, Yer planetinə bənzər yeni kəşf edilmiş planetdə həyat axtarışı üçün seçilmiş insanlar 300 il davam edəcək səfər üçün xüsusi soyuducu kameralarda dondurularaq yuxuya aparılır. Atası və anası bu səfərdə iştirak edəcək 17 yaşlı Amyə də onlarla birgə getmək icazəsi verilir. Lakin işlər planlaşdırıldığı kimi getmir. Amy naməlum biri tərəfindən 250 il sonra oyadılır. Tanış olmadığı qeyri-adi cəmiyyətdə tənha qalan Amy-ə qarşı tək yaxşı davranan şəxs gəminin gələcək lideri 16 yaşlı Elderdir. Vaxtından əvvəl ayılmağının şokunu üstündən atmamış, Amy yeni bir problemlə üzləşir: naməlum şəxs gəminin yatmış heyətini bir-bir qətlə yetirməyə başlamışdır. Qatilin arxada buraxdığı izləri təqib edən Amy və Elder bacardıqları qədər bu cinayəti dayandırmağa və Amy-nin valideynlərini dəhşətli aqibətdən xilas etməyə cəhd edirlər. Lakin onlar gəmidəki “utopik” həyat tərzinin arxasında gizlənən qaranlıq sirlərdən hələ də xəbərdar deyillər.
Kitabın üz qabığı bir qədər aldadıcı olduğundan, romanda məhəbbət mövzusunun demək olar ki, yer almadığını qeyd etmək düzgün olardı. Lakin əsas obrazlar hadisələr boyunca bir-birilərinə daha çox yaxınlaşır, dar vaxtlarda bir-birilərinə inanaraq dayaq olurlar. Kitabın ən böyük uğurlarından biri də oxucuların klastrofobik hiss etmələrinə nail olmağıdır. Yazı tərzi axıcı və emosionaldır, kosmosun təsvirinə gəldikdə isə poetik xarakter daşıyır. Əlbəttə, bir çox kitab kimi bu əsər də mükəmməl deyil. Oxucular asanlıqla hekayənin sonunu təxmin edə bildiyindən, detektiv janrda əsər iflasa uğrayır. Bir-neçə yerdə lazımsız sayıla biləcək və oxucuları dərindən narahat edən səhnələr isə kitabın daha yetkin oxucular üçün məsləhət görülməsinə səbəb olur.
“Across the universe” trilogiyanın ilk kitabıdır. Oxucular kosmik gəminin taleyini öyrənmək üçün seriyanın “A million suns” (“Bir milyon
______________________________________________________________________________8 güneş”) və “Shades of Earth” (“Dünyanın gölgesi”) adlı digər kitablarını da oxumalı olacaqlar. Hər üç kitab da türk dilinə tərcümə olunmuşdur. Son olaraq qeyd edək ki, kitab elmi-fantastika dünyasına yeni qədəm basan gənclər üçün gözəl seçimdir. Hadisələrin həyəcanlı axışı oxucuları gecələr yuxusuz qoyacaqdır. Əsərin mövzusuna uyğun gələn digər kitablar: “Ender’s game”Orson Scott Card, “A wrinkle in time”-Madeline Lengle, “The knife of never letting go”-Patrick Ness, “Avalon”-Mindee Arnett, “İlluminae”Amie Kaufman
Təxəyyülün son nöqtəsi Yanvar, 2016 Nərmin Abasova
Risa qəhvəsindən bir qurtum içib fincanı stolun üstünə qoydu və barmaqlarını klaviaturanın üstünə yerləşdirərək hekayəsinə davam etdi: ...Gəmi sahilə yaxınlaşdıqda Arun bundan sonra yaşayacağı yeni materikin daşlı-qumlu sahillərinə tamaşa edirdi. Arxada buraxdığı ölkəsini daha düşünmək istəmirdi. Onu qarşıda yeni həyat, yeni yaşayış və yeni macəralar gözləyirdi. Üstəlik ona verilən mühüm tapşırığı da unutmamalı idi: köçkün dəstəsinin əlli iki nəfərlik qrupu onun himayədarlığında idi. Ona verilən bu öhdəliyin məsuliyyəti altında Arunun gənc qəlbi həyəcanla çırpınırdı. Sahilə yan aldıqdan sonra qurulacaq çadırları, iş bölgülərini, ev inşasını düşünür və beynində planlar qururdu...
Risa yazmağı dayandırıb alnını ovuşdurdu. Deyəsən, bacarmırdı. Yeni materikin kəşfini və orada insan məskunlaşmasını təsvir etməyə cəhd etsə də, çox uzaq keçmişlə bağlı olan bu hadisə haqqında dəqiq məlumat tapmaqda çətinlik çəkirdi. Araşdırmalarındakı məlumat əskikliyi onun yeni materikdə insanların yerləşməsini və yerli əhali ilə davranışını təxəyyülündə canlandırmağa mane olurdu. “Bir az da araşdırma etməliyəm”, - deyə düşünərək yazmağı buraxmaq istədi, lakin sonra fikrini dəyişdirdi. “ Niyə əvvəlcə bacardığım hissələr haqqında yazmayım? ” - Risa fikrindən keçirdi. Bu dəfə gənc Arunun yerli qızla tanışlığından yazacaqdı. Hekayənin hara gedəcəyini özü də planlaşdırmamışdı, odur ki, instinktinə güvənərək ağlından keçəni boş səhifələrə köçürürdü... ... Yerlilər köçkünlərin gəlişindən heç də məmnun görünmürdülər. Yaxınlaşan gəmilərə baxmaq üçün onlarla yerli sahilə axışmışdı. Arun isə təkbaşına yeriyərək yaxınlıqdakı yaşayış məskəninə doğru gəldi. Ancaq onun gəldiyi yaşayış məskənində də gözə heç kəs dəymirdi. Yeni köçkünlərin başçısı kapitan Morsonun və köməkçilərinin yerlilərlə danışığa girəcəklərindən Arunun xəbəri vardı, odur ki, hələlik özü üçün bu yeni materiki kəşf etməyə çıxmışdı. Lakin tərk edilmiş yaşayış məskənlərində heç kəslə qarşılaşmamaq onun həvəsini qırmışdı. Gəldiyi kimi geri qayıdacaqdı ki uzunsov yerli evlərinin birindən tünd dərili qızın çıxdığını gördü. Qız yavaş-yavaş ona yaxınlaşdıqca Arun onun uzun qara saçlarını, uzunsov üzünün incə, zərif cizgilərini, şübhəlişübhəli baxan qara gözlərini aydın seçməyə başladı. Qız onun ölkəsindəki digər qızlardan fərqli idi və o, Arunun gördüyü ilk yerli olmasa da, gördüyü ilk gözəl qız idi. Qız yaxınlaşıb Arundan beş-altı addımlıq məsafədə dayandı və ehtiyatla onu izləməyə başladı. Arun əli ilə özünü göstərib “Arun” dedi və gülümsədi. Sonra qızı göstərdi və cavab
______________________________________________________________________________9 gözləməyə başladı. Qız yavaşca əlini qaldırıb barmağı ilə özünü işarə etdi və “Enna” dedi. Arun bir daha gülümsədi və əlini uzatdı, lakin qız diksinib geri çəkildi. Arun onun qoxub qaçacağını düşünərək əllərini qaldırıb ovucları göstərdi və ona zərər verməyəcəyini işarə etməyə çalışdı. Qız isə başını bulayaraq öz əlləri ilə onun getməsi üçün işarə verdi. Arun maraqla ona baxdığı uzun bir müddət Enna əlləri ilə ona getməsini göstərərək öz dillərində anlaşılmaz sözlər deyiridi. Qızın dediklərini necə başa düşdüyünü bilmirdi, ancaq Arun əgər geri qayıtmasalar, pis hadisələr baş verəcəyini sezməyə başlamışdı... Necə pis hadisə? Risa oturduğu stuldan qalxdı və otaqda gəzinməyə başladı. Sanki beyni dayanmışdı, yazmağa heç nə fikirləşə bilmirdi. Əlbəttə, belə hadisələr yazıçılarda tez-tez baş verir, sanki təxəyyül son nöqtəsinə çatır, əvvəl ağlına asanlıqla süzülərək gələn sözlər sanki ilişib qalır və barmaqlar yazmağı dayandırır. Belə hallarda digər bütün yaradıcılar kimi Risa da nə etməli olduğunu bilirdi, sadəcə buna cəsarəti çatmırdı. Yazı masasının üstündə qoyduğu karta baxıb başını buladı, sonra bir müddət daha gözləri karta zilləmiş halda fikrə getdi və sonda arzusuna məğlub olub kartı stolun üstündən aldı. Bir əlində tutduğu kartı nəzərdən keçirərkən digər əli ilə də uzun şabalıdı saçlarını açıb çiyinlərinə tökdü. “Doktor Zen” “Halusunasiya mütəxəssisi ” Bəlkə də, bir dəfə sınaya bilərdi... Bir dəfədən nə olardı ki? Öz beynində nələr baş verdiyini, hekayəsinin necə davam edib necə sonlanacağını öyrənə bilərdi. Fikir o qədər cəlbedici, lakin bir o qədər də qorxulu idi ki, Risa neçə dəqiqə ayaq üstə durub xəyallara daldığını, nə qədər götürqoy etdiyini hesablaya bilmədi. Tək bildiyi sonda paltarını dəyişib və çantasını götürüb qapıdan çıxdığı idi.
- Buyurun, Risa xanım, xoş gəlmisiniz, - cavan və gözəl bir tibb bacısı əlindəki sənədləri cəld gözdən keçirib başını qaldırdı və onu salamladı. Risa yarı xəstəxana, yarı psixoloq otağı təsirini bağışlayan otağa girdikdə içindəki həyəcan sanki birə-beş artdı. Tibb bacısı ondan üst paltarlarını çıxarmasını və yatağa uzanmasını xahiş etdi. - Həkim Zen bir azdan burada olacaq, - deyə Risanı əmin etdi. Risa tibb bacısının dediklərini edərək pencəyini çıxarıb yatağın kənarına qoydu və arxası üstə yatağa uzanıb dərindən nəfəs aldı. Otaq adi xəstəxanalardakı kimi dərman qoxusu vermirdi, əksinə, otaqdan daha çox çəmənlikdə, güllər arasında olduğunu zənn etmək olardı. Risa hətta gözlərini yumarsa, özünü çəmənlikdə hiss edəcəyini və təxəyyülünün onu daha başqa yerlərə apara biləcəyini fikirləşirdi. Halusunasiya serumundan istifadə etməmiş, sadəcə buraya addım atmaqla belə, fikirlərinin ağlasığmaz yerlərə uçduğunu, təxəyyülündəki tıxacdan qurtulduğunu hiss edirdi. Düşüncələr arasında qeyb olduğu bir neçə dəqiqə sonra otağın qapısının açıldığını eşitdi. Başını döndərdikdə uzunboy, səliqəli geyinmiş bir həkimin içəri girdiyini gördü. Çox güman ki, Doktor Zen idi. - Həkimimiz də gəldi, - deyə tibb bacısı Risanın fikirlərini doğruladı. - Xoş gördük sizi, - həkim gülümsəyərək əlini uzatdı, Risa da qalxıb əlini sıxdı, -tibb bacısının dediyinə görə siz bir yazıçısınız. - Bəli, özü də çox bacarıqsız bir yazıçı, - Risa gülümsədi. - Elə deməyin, əgər bura gəlmisinizsə, çox güman ki, beyninizdə dolaşan milyonlarla qeyriadi fikirləri yazıya tökməkdə çətinlik çəkmisiniz və bizim köməyimizlə geniş təxəyyülünüzə bir
______________________________________________________________________________10 baş çəkib hekayənizin haralara doğru getdiyini öyrənmək istəyirsiniz. Risa güldü. Necə də gözəl danışır! Artıq bütün həyəcan və qorxularından xilas olmuşdu. Üstəlik həkimin sözləri onu ruhlandırmışdı da. - Əgər hazırsınızsa, başlayaq, - həkim tibb bacısına lazımi ləvazimatları gətirmək üçün göstərişlər verdi və Risanın yatağının kənarında oturdu. Risa başı ilə razılığını bildirdi: bir qədər həyəcanlı idi. Həkim onun həyəcanını hiss edib bir tərəfdən söhbət edərək onu məşğul etməyə çalışır, digər tərəfdən də qoluna sistem qoşaraq serumu* damara yeridirdi. - Nə haqqında yazırsınız? - Tarixi romandır, - Risa qoluna salınan iynədən diksindi, - amma axırının haraya gedəcəyini bilmirəm. - Tarixi roman yazmaq bu dövrdə çox çətindir, niyə elmi-fantastika yazmırsınız? Son dövrlərin ən məşhur əsərləri bu janrda yazılır. - Mən özüm də elmi-fantastika yazarıyam, sadəcə dəyişiklik olsun deyə, - Risa cavab verdi, - lakin məlumat tapmaq olduqca çətindir. - Mən əminəm ki, axtardığınızı zehninizin və təxəyyülünüzün dərinliklərində tapacaqsınız, həkim Zen gülümsəyərək işini bitirdi və ayağa qalxdı, - indi isə uzanın. Sizə verdiyimiz serum şüuraltınızda gizli qalan fikir və ideyaları lusid yuxu şəklində şüurunuza çatdıracaq. Bu serumun əvvəlki formaları ayıq vaxtı insanda halusunasiya yaratmaq üzrə düzəldilmişdi. Lakin tərkibində edilən müəyyən dəyişilmələr sayəsində artıq maddənin şüuraltına nüfuz etməsinə nail olunmuşdur. Bu isə serumun rəssam və musiqiçilərdən savayı, yazıçılarda da tətbiq edilməsinə şərait yaratmışdır, - tibb bacısı alətləri yığdığı zaman həkim də qayıdıb öz masasında əyləşdi, - bir azdan yuxuya gedəcəksiniz və zehninizin dərinliklərinə baş
vuracaqsınız. Unutmayın, fikrinizi yazmaq istədiyiniz əsərin üstündə cəmləyin, bu, mütləq şərtdir. Yuxuya gedənə qədər yazdığınız əsərin atmosferini, yerləşmənin ətraf mühitini və əsərin baş qəhrəmanlarını düşünün ki, serum məhz həmin fikirləri “Lusid yuxular”a* çevirsin. Fikirlərin arasında qeyb olduqda artıq yuxu ilə gerçəkliyi ayırd edə bilməyəcəksiniz. Yuxularınız sizin ixtiyarınızda olacaq və hekayənizi istədiyiniz kimi idarə edə biləcəksiniz. - Bunun mənə, həqiqətən, ilham gətirəcəyinə inanırsınız? - Risa narahat şəkildə güldü. - Risa xanım, buraya sizdən qabaq gələn yazarlar öz təcrübələrindən tamamilə razı qaldılar. Ümid edirəm ki, sizdə də bu uğurla nəticələnəcək. Ən azından, sınamaqdan zərər gəlməz, elə deyil? - həkim ona həmişəki rahatladıcı təbəssümünü bəxş etdi. Risa göz qapaqlarının ağırlaşdığını hiss edir, şüurunun son parçalarını da əlindən buraxırdı. “ Son bir şey daha: ayılmaq istədikdə sadəcə özünüzü yuxu gördüyünüzə inandırın”, - eşitdiyi səslə birgə Risa huşunu itirdi və özünü yumşaq rahatlığın qoynuna buraxdı... ...Risa nə qədər vaxtdır çay kənarında yeridiyini hesablaya bilmirdi. Birdən duruxdu və əllərinə baxdı: gözləri dumanlanırdı, əllərinin cizgiləri bulanıqlaşırdı. Elə bu vaxt yadına saldı: o, yuxu görürdü. Ürəyi gəldiyi bu nəticənin həyəcanı ilə döyünməyi sürətləndirdi, amma Risa sakitləşməyə çalışırdı. Əgər həddindən çox həyəcanlanarsa, yuxudakı ayıqlığın həqiqi ayıqlığa çevriləcəyini bilirdi. Bunun əvəzinə yeriməyə davam etdi və gəlib köçkünlərin *Serum – Zərdab, tibdə istifadə olunan sarımtıl maye. *Lusid yuxu – Yuxuda ikən gördüyündən xəbərdar olmaq və onları asanlıqla idarə edə bilmək.
______________________________________________________________________________11 saldığı düşərgələrə çatdı. Buralar onun düşündüyündən daha fərqli idi: çadırları taxtadan tikilmiş evlər əvəz etmişdi, evlərin ətrfanda da təzə salınmış əkin sahələri və bostan vardı. Bir tərəfi çayla əhatələnmiş çəmənlikdə salınmış bu məskənin digər tərəfində hündür palıd ağaclarının təşkil etdiyi balaca meşəlik görünürdü. Risa diqqətlə baxdıqda meşəliyi arxasında da təpəcikləri görə bilirdi. Ən azından, materik onun düşündüyü kimi yamyaşıl və səfalı yer idi.
Kapitan Morsonla tanışlığı alınmadı, çünki yolda Arunla qarşılaşdılar. Risa Arunu görən kimi tanıdı, necə də olsa, onu özü yaratmışdı. Hündürboylu cavanın mavi gözləri ona zillənmişdi, lakin bu Risanı narahat etmirdi. İndi tək arzusu Arunla tək qalıb burada nələr baş verdiyini öyrənmək idi.
Risa bundan sonrakı addımının nə olacağını heç fikirləşməmişdi. Zehninin içində, şüuraltının dərinliklərində idi, amma bundan sonra nə olsun? Görəsən, Arunun yaşadığı yerə getməlidir, ya Ennanın harda olduğunu tapmalı? Məqsədsizcə çay boyu gəzərkən köçkünlərin onu görə biləcəyini ağlına da gətirməmişdi. Əli tüfəngli iki nəfər ona yaxın gəldikdə artıq iş işdən keçmişdi. Risa ona tərəf çevirilmiş silahları gördükdə yerindəcə donub qaldı.
- Bu qız kimdir? - səsi də tam Risanın düşündüyü kimi idi: yaşına nisbətən dərin.
- Sən kimsən? Burda nə gəzirsən? - silahlılardan biri tüfəngi onun üzünə doğruldub soruşdu. Risa cavab verə bilmədi. - Görmürsən, o əcaiblərdən biridir, - digər silahlı oğlan bayaqkının sualını Risanın əvəzinə cavablandırdı, - paltarına fikir ver. Risa bura düşəndən bəri ilk dəfə paltarına baxdı: əynində gümüşü, ilan dərisinə oxşar materialdan hazırlanmış dar, uzunqollu paltar və şalvar vardı. Risa bu paltarların hardan gəldiyini açıqlayacaq hər hansı bir sözü ağlına gətirə bilmirdi. - Ən yaxşısı, onu kapitan Morsona aparaq, birinc silahlı dilləndi və Risanın arxasına keçib tüfəngin ucu ilə onu kürəyindən itələdi. Risa təşvişə düşmüşdü: kapitan Morsonla bağlı yaxşı şeylər xəyal etdiyini sanmırdı. Ancaq başqa çarəsi də qalmadığından yeriməyə başladı. Əgər burada ölsə, həqiqi həyatda ayılacağını bilirdi, lakin hələki buranı tərk etməyi düşünmürdü.
- Mən Arunla danışmalıyam, - Risa onun eşidə biləcəyi səslə qışqırdı. Arunun üz ifadəsi dəyişmədi, lakin əli ilə silahlıları saxladı.
- Casus ola bilər, kapitanın yanına aparırıq, silahlı soyuq bir hörmətlə cavab verdi. - Onunla danışmaq istəyirəm, mənə buraxın, Arun yaxınlaşıb Risanın qolundan yapışdı. Silahlılar etiraz edəcəkmiş kimi görünsələr də, sonda geri çəkilib Risanı buraxdılar. Arun Risanın qolundan tutaraq taxta evlərin birinə doğru yönəldi və içəri girib qapını ehtiyyatla bağladı. İçəri göz gəzdirən Risa bir masa, iki stul və bir yataqdan başqa otaqda əşya tapmadı. - Sən kimsən? Ennadan xəbər gətirmisən? Arun Risa ilə üzləşib qaşlarını çatdı. - Yox, Ennadan xəbər gətirməmişəm, lakin Ennanı da səni tanıdığım qədər tanıyıram, - Risa bir az rahatlamağa və özünə arxayın şəkildə görünməyə çalışdı, qollarını sinəsində çarpazladı. - Bizi tanıyırsan? - Arunun çatılmış qaşları bu dəfə yuxarı qalxdı, - hardan belə? - İndi sənə bir şey danışacağam, amma əvvəlcə mənə inanmaya bilərsən, buna görə də sübutlarımı da göstərəcəyəm, - Risa geriyə gedib masa arxasında oturdu və bir azdan deyəcəklərinin həqiqət olduğuna Arunu inandırmaq üçün ciddi görkəm aldı. Aruna onu yaradanın özü olduğunu söyləmək heç də
______________________________________________________________________________12 düzgün qərar sayılmazdı, lakin içindəki maraq duyğusu Risanı bir az əylənməyə çağırırdı.
- Yerlilər? Bizim bu materikdə yaşamağa haqqımız onlarınkından daha çoxdur!
Arun da yaxınlaşıb masanın digər başında oturdu və:
- Başa düşmürəm, nə deməyə çalışırsan?
- Dinləyirəm, - dedi. - Mən sizi tanıyıram, çünki sizi mən yaratmışam. Bir növ sizin Tanrınız sayılaram. Bir neçə saniyəlik sükutdan sonra üz ifadəsində heç bir dəyişiklik baş verməyən Arun qəflətən ayağa qalxaraq onun qolundan yapışıb çölə itələməyə çalışdı: - Dur get və məni məşğul eləmə! - Dayan bir! - Risa qolunu çəkib qurtardı və dik-dik Arunun üzünə baxdı, - sənə sübut etməyimi istəyirsənsə, özünlə bağlı bir sual ver. - Onda de mənə, atam kimdir? - Arun bezikmiş halda dilləndi. - Kapitan Morson. Arunun gözləri bir anlığa böyüdü, lakin özünü tez ələ ala bildi. Risa özü yaratdığı obrazı çox yaxşı tanıyırdı. Arunun soyuq biri olduğunu və hisslərinin sadəcə gözlərindən oxunduğunu özü xəyal etmişdi. - Bundan başqa sənin ananın gəldiyiniz yerdə çıxan daxili çəkişmələr üzündən öldüyünü də bilirəm. Balaca bacını özünlə gətirə bilmədiyini və digər materikdə qohumlarının evində qoyduğunu da. Başının arxasında uşaqlıqda yıxıldıqdan sonra qalan izdən də xəbərim var, turş qidalara nifrət etdiyindən də, - Risa qalib kimi sözünü bitirdi. Arunun üzündə bir dəyişiklik yox idi. - Haqqımda bu məlumatları hardan toplamısan? Kimin tərəfindəsən? Kimə casusluq edirsən? O əcaib varlıqlara? - “Əcaib varlıq” yerlilərə deyirsiniz?
- Bəs hər şeydən xəbərdar idin? - Arun kinayəli səslə dilləndi, - onlar yerlilər deyillər, onlar ulduzlardan gəlmə əcaib varlıqlardırlar. - Nə? - Risa özünü bir anlıq itirdi. - İnana bilmirsən? Bəs mən sənin Tanrı olduğuna necə inanım? - Bunlar həqiqətdir? Enna və digərləri yad planetlidir? - Risa ovucu ilə alnını ovdu. Axı o belə bir şey yazmamışdı. Zehni onunla necə bir oyun oynayırdı? - Mən bunu görməliyəm, - Risa qərar verdi, amma Arun onu belə rahat buraxmayacaqdı. - Əvvəlcə suallarıma cavab ver, - yenə də Risanın qoluna əl atdı, amma Risa ondan uzaqlaşdı. Arunun qəflət sərt hərəkətlərindən xəbəri vardı, hər halda onu özü yaratmışdı. - De görüm əgər bizi sən yaratmısansa, onda niyə heç nədən xəbərin yoxdur? -Arun dediklərində haqlı idi, hər halda yazıçının öz yaratdığı dünyadan xəbəri olması lazımdır. - Bax Arun, - Risa səbirli səslə danışmağa çalışdı,- mən sizi belə yaratmamışdım. Doğrudur, xasiyyət və xarici görünüş olaraq tam mənim fikirləşdiyim kimisiniz, amma yerləşmə və janr tamamilə dəyişilib. Mən tarixi romantika yazacaqdım, elmi -fantastika yox! - Əla iş bacarmısan, təbriklər, - Arun qapıya söykənib qollarını çarpazladı. Üz ifadəsi onun dediklərinə inanmadığını açıq-aşkar göstərirdi. - Dayan, səni inandıra bilərəm, - Risa bir daha sınadı, - bu, mənim yuxum olduğuna görə baş verənlərə mən qərar verirəm. Onda indi deyirəm: qoy bu stullar hərəkət etsin!
______________________________________________________________________________13 Heç nə baş vermədi. Risa yenidən sınamaq üçün dilləndi, bu dəfə daha əzmlə:
Və, həqiqətən, dayandı. Risa şansını bir dəfə də sınadı:
- Sənin saçların sarışın olmalıdır!
- Gözətçilər arasında kiçik dava olacaq və silahdan atəş açılacaq. Açılan atəş gözətçini qolundan yaralayacaq.
Yenə də dəyişiklik baş vermədi: Arunun saçları həmişəki kimi qara idi. Niyə axı alınmırdı? - Bəsdir daha mənimlə oynadın, - Arun qapını açdı və Risanın qolundan möhkəmcə yapışıb çölə çıxardı, - indi kapitan Morsonun yanına gedirik. - Dayan, - Risa vurnuxdu, - kapitan Morson otağında deyil! - Əlbəttə, deyil, axı bunu sən yazmısan, - Arun güldü. Risa onun dəmir barmaqlarından qolunu xilas edə bilmirdi. Necə ola bilərdi, bu, onun yuxusu idi, niyə onu idarə edə bilmirdi? Evdən çıxıb bostanın kənarı ilə taxta evlərin o başına doğru yeridilər. Arun görünüşcə digərlərindən daha gözəl tikilmiş evin qabağında dayandı. Qapıda durmuş gözətçilər başları ilə onu salamladılar. - Kapitan Morson otağında deyil, - gözətçilərdən biri dilləndi. Bu, bir təsadüf idi, yoxsa Risa, həqiqətənmi, bu dəfə bacarmışdı?
Elə sözlər onun ağzından çıxan kimi atəş səsi eşidildi. Risa diksindi, amma Arun yerindən tərpənmədi. İriləşmiş gözlərlə onu izləyirdi. Risa, axır ki, onu inandırmış ola biləcəyinə sevinirdi. - İndi gözətçilərdən biri səni çağıracaq, - Risa bir daha dilləndi. Artıq sözlər onun ağzından hekayə yazırmış kimi çıxırdı. O, öz hekayəsinin gedişini özü müəyyənləşdirirdi. Gözətçi onu çağırmağa gəldikdə Arun ona şübhəli baxış ataraq evdən çıxdı. Risa otaqda təkbaşına qalmışdı və qalibiyyət qazanmış kimi qürurla ətrafını izləyirdi. Bu onun hekayəsi idi: yalnız onun istədiyi hadisələr baş verəcəkdi. Risa əvvəlcə nəyi yanlış etdiyini anlayırdı: o, artıq mövcud olanları dəyişmək istəmişdi və bu mümkün deyildi. O, sadəcə gələcəyi dəyişə bilərdi. Hekayə özü-özünü yazır. Onun etməli olduğu tək şey dolayı yollarla hekayənin gedişatını öz istəyinə görə dəyişmək idi. Özü də bunu elə bacarıqla etməli idi ki, hadisələrin başqa cür ola biləcəyi heç kəsin ağlına gəlməsin.
- Bir azdan yağış başlayacaq, - Risa bildirdi. Hava yarı buludlu olsa da, əgər Risa, həqiqətən, öz hekayəsini özü idarə edə bilirdisə, yağış, doğrudan da, yağmalı idi. Arun onun sözlərini vecinə almadı, qolunu heç buraxmadan geriyə qayıdarkən Risa səmaya sürətlə doluşan qara buludları görüb gülümsədi. Bir azdan yağış damcılamağa başladı. Arun tez taxta evinə girib qapını qapatdı. Üzündə bu gün ikinci dəfə təəccüblü ifadə vardı.
Arun yenidən içəri girdikdə qaşqabaqlı idi. Qapını arxasınca bağlayıb kürəyini divara söykədi və qollarını sinəsində qovuşdurub:
- Başqa birini et, - deyə dilləndi. Risa onun kirpiyindəki yağış damcısına baxaraq dedi:
- Onda, - Arun Risaya bir qədər yaxınlaşıb pıçıldamağa başladı, sanki kiminsə onu eşidəcəyindən qorxurdu, - Ennanın növündən
- İndicə yağış dayanacaq.
- Bütün bunları necə bildin? - dedi. - Axı sənə dedim, - Risa ciddiyyətlə söylədi, mən bu hekayənin müəllifiyəm. Burada baş verəcək hər cür hadisəni istədiyim an dəyişdirə və istədiyim hissəyə yönəldə bilərəm.
______________________________________________________________________________14 olan yadplanetlilərin də buraya gəlməyinin qarşısını ala bilərsən, elə deyil? - Yadplanetlilər buraya gəlir? Necə? Nə üçün? Risa dəhşətə düşdü. Bu hekayə daha haralara gedib çıxacaqdı? - Hekayənin müəllifi olduğunu söyləyirsən... - Düzdür, müəllifiyəm, - Risa onun sözünü kəsdi, - amma ki, hekayə məndən asılı olmadan dəyişilib! Əlbəttə, bundan sonra əlimdən gələni edib hekayənin axışını tutmağa çalışacağam, amma bunun üçün olanlar barədə hər şeyi öyrənməliyəm.
Görəsən, onun danışığını başa düşəcəkdi? Fikirlərin arasında qeyb olduğu vaxt yandan qışqırıq eşitdi. Risanın ayağına ilişən balaca ağac kötüyü üz üstə yıxılmasına səbəb oldu. Sonra havaya atəş açıldı və Risa yıxıldığı yerdəcə dondu: silahlı gözətçilərdən biri tüfəngini ona doğrultmuşdu. - İndi əllərini boynunun arxasına qoy və yavaşca buraya gəl, - silahlı əmr etdi.
- Öyrənə bilərsən, səni Ennanın yanına göndərə bilərəm. Onunla danışa bilərsən.
Risa nə edəcəyini bilmədən ayağa qalxdı və qeyri-ixtiyari olaraq əllərini boynunun arxasına qoydu. Niyə axı belə hadisələrin qarşısını almaq üçün əvvəlcədən bir şey düşünməmişdi? Silahlıya doğru yaxınlaşdıqca dəli kimi bu vəziyyətdən çıxış yolu fikirləşirdi.
- Sən mənə artıq inanırsan? - Risa təəccüblə soruşdu.
- Ennagil tərəfindən yad planetlilər gəlib məni xilas edəcək.
- Buraya gələndən bəri o qədər inanılmaz şeylərə rast gəlmişəm ki, sənin danışdığının bir o qədər də fərqi yoxdur. Necə olubsa, sən hadisələri dəyişə biləcək, ya da öncədən görə biləcək bir sıra bacarıqlar əldə etmisən. Və mən əmin olmaq istəyirəm ki, bundan bizim lehimizə istifadə edəcəksən.
- Nə dedin? - silahlı təzəcə dillənmişdi ki, boynundan vurulan ağır zərbə ilə yerə yıxıldı. Onun arxasında başqa iki silahlı durmuşdu. Lakin onların görünüşü də, silahları da qeyri-adi idi. Əyinlərində Risanınkı kimi gümüşü parlaq materialdan dar paltar, əllərində isə qəribə, boruya bənzər ağ rəngli silah vardı. Silahlıların dərilərinin rəngi tünd idi, günəşdə yanıb qızarmış kimi görünürdülər.
Arun ətrafdakı qarışıqlıqdan istifadə edərək Risanı gizlincə arxa qapıdan çıxarıb meşə ilə Ennanın yanına istiqamətləndirdi. Risa yola düşməmişdən qabaq da son dəfə xəbərdarlıq etdi: - Ennanın səni mənim göndərdiyimə inanması üçün etməli olduğun hərəkəti unutma... Risa başı ilə təsdiqləyib meşəyə doğru yola düşdü. Bir qədər sonra ağaclıqlar arasında qaçırdı. Təpəni aşmasına çox az qalmışdı. Təpədən o yana keçsə idi, artıq Ennagilin sərhədinə ayaq basmış sayılacaqdı. Risa hələ də Ennanın yerli deyil də, əslində, yadplanetli olduğuna özünü inandıra bilmirdi. Görəsən, görünüşü onun təsvir etdiyi kimi qalmışdı?
- Sən bizdənsən? - onlardan biri Risanı başdan ayağa süzüb dilləndi. - Bəli, mən sizin tərəfdənəm və Enna ilə təcili sürətdə danışmalıyam, - Risa qollarını aşağı endirib dedi. - Deməli, Ennanın yanına getməlisən? - digər silahlı dilləndi,- casus olmadığını hardan bilək? - Enna ilə danışım, sonra istəsəniz, mənim casus olduğumu düşünün. Amma xahiş edirəm, məni əvvəlcə Ennanın yanına aparın, - Risa bütün düşüncə gücü ilə işləri öz lehinə həll etməyə çalışırdı.
______________________________________________________________________________15 Silahlılar bir-birilərinə baxıb razılaşdılar və Risanın qolundan tutaraq onu təpədən o tərəfə yadplanetlilərin yaşadığı yerə apardılar.
- Mənə danış görüm, Arun özü necədir? Ondan neçə vaxtdır xəbər ala bilmirəm. Kapitan Morson yenə nə işləri planlayır?
Təpəliyin bu tərəfində salınmış yadplanetli evləri mükəmməl dördbucaqlı formasında qurulmuşdu və üzəri də gümüşü materialla örtülmüşdü. Gümüşü, parlaq və düzgün evlər yaşıl çəmənliyin ortasında gözə batır və qəribə görünürdü.
- Kapitan Morsonun nə kimi planlar qurduğundan əmin deyiləm. Düzünü desəm, mən heç nədən tam əmin deyiləm. Mən buraya səndən məlumat almağa gəlmişəm. Arun dəqiq məlumatı məhz səndən almağımı məsləhət gördü.
Risanı gətirdikləri evdə böyük ağ stoldan və bir neçə oturacaqlardan başqa mebel yox idi. Böyük stolun üzərində kvadrat ekranlar və ekranlarda da qəribə xəritələr, hesablamalar, qeyri-adi hərflər gözə çarpırdı. Risa içəridə oturan qızı az qala gözdən qaçırmışdı. Bələdçilərin biri həmin qızın qulağına nəsə pıçıldadı və qız hər kəsə əli ilə çölə çıxmalarını göstərdi. Risa qızı xarici görünüşündən tanıdı: bu, Enna idi.
Enna qaşlarını çatıb bir anlıq inamsızlıqla ona baxdı, sonra isə:
Enna bir qədər uzunsov qara gözləri və qırmızımtıl-tünd rəngli dərisi ilə ətrafdakılardan fərqlənmirdi. Uzun saçları burularaq kiçik sancaqlarla yığılmışdı və incə burnu ilə dodaqları onu, həqiqətən, sevimli göstərirdi. Risa bir anlıq öz yaratdığı obrazın gözəlliyinə valeh oldu, lakin sonradan Ennanın ciddiliyinə qayıtdı. - Siz mənimlə nə danışmaq istəyirsiniz? Ennanın səsi üzü ilə müqayisədə soyuq idi. - Məni buraya Arun göndərib, - Risa fikrini toplamağa çalışırdı, ancaq stoldakı onlarla hərəkətli ekran onun diqqətini yayındırırdı. - Buna necə inanım? - Enna qıyıq gözlərini bir qədər də qısdı. Risa barmağı ilə özünü göstərib “Risa” dedi və sonra da barmağını Ennaya uzadıb “Enna” söylədi. Ennanın gözləri işıldadı və ona stulda yer göstərib oturmasını söylədi.
- Nə haqqında məlumat istəyirsən? - deyə soruşdu. - Əvvəlcə buraya niyə gəldiyinizi mənə danışa bilərsən? - Biz A-1 planetindən gəlməyik, - Enna izaha başladı, - buraya gəlməkdə məqsədimiz Yer kürəsinə yerləşmək, buranın sakinlərinə çevrilərək irqimizi qalaktika boyu yaymaqdır. Ümumiyyətlə, bizim əcdadlarımız da A-1 planetinə başqa bir planetdən gəlmişdilər. Demək olar ki, bizim nəsil köçkün həyatı yaşayır. Buranın əlverişli olub-olmadığını yoxlamaq üçün göndərilmiş ilkin kəşfiyyat heyəti bizik. Və Arungilin insanları bu materikə gəlməmişdən qabaq buranın tamamilə boş olduğunu düşünürdük. Lakin məskunlaşma planlarımızı tam həyata keçirməmiş yeni materikə gələn kəşfiyyatçılar bizim yerli olmadığımızı anladılar. İndi də aramızda bir növ müharibə var desəm, yanılmaram. Onlar bizlə bacara bilməzlər, görürsən, bizim daha yaxşı silahlarımız, texnologiyamız var. Amma yenə də nə burdan getmək, nə də barışıq yaratmaq fikrindədilər. Risa bütün bunları dinləyərkən üz ifadəsini sabit saxlamağa çalışırdı, lakin Enna qurtardıqdan sonra geniş açılmış çənəsini geri yığmalı oldu. Yuxusu artıq absurd hal almağa başlamışdı.
______________________________________________________________________________16 - İnana bilmirəm, - deyə başını buladı. Ürəyində də “mən necə bir işə düşdüm?” deyə özünü danladı. Enna sadəcə gülümsədi: gözlərindən nə isə fikirləşdiyi aydın idi. - Onlar artıq yoldadırlar, - Enna sanki hipnoz olmuş kimi danışmağa davam etdi,-artıq buraya yerləşmə üçün gəlirlər. Onlara yerlilər barədə məlumat versək də, kapitan Edina geri dönməyi fikirləşmir. Olacaqlardan qorxuram, müharibə qaçılmazdır. - Mən artıq getsəm, yaxşı olar, - Risa ayağa qalxdı, - dediklərini götür-qoy edərək bu məsələni sülh yolu ilə həll etməliyəm. Enna nazik qaşlarını çataraq ona sanki “sən nə edə bilərsən ki?” baxışı atdı, lakin getməyinə də əngəl olmadı. Risa darıxdırıcı bəyazlıqda olan otaqdan çıxıb, meşənin havasını ciyərlərinə çəkdi. Ürək döyüntülərinin sürətləndiyini hiss edirdi. Başını aşağı salıb əllərinə baxdı: ovuc cizgiləri bulanıq idi. Risa hələ də yuxunun içində idi, lakin sanki ayılırmış kimi hiss edirdi. Meşə tamamilə sakitlik olsa da, qulağına danışıq səsləri gəlirdi. Hündür, qollu-budaqlı ağacların gözünün qabağında bulanıqlaşdığını görürdü. Başı fırlanmağa başladıqda isə bir ağacın gövdəsinə yaxınlaşıb kürəyini ona söykədi. Yuxusu həddindən artıq mürəkkəb və qeyri - adi hala gəldiyindən və Arunu özünün bu hekayənin müəllifi olduğuna inandırmaq cəhdləri üzündən zehni yaşadıqlarının yuxu olduğuna daha çox inanmağa və nəticədə də ayılmağa başlayırdı. Amma o, hələ ayılmaq istəmirdi: görəcəyi işlər, həll etməli olduğu məsələlər vardı. Gücünü toplayıb kürəyini ağacın gövdəsindən çəkdi və meşə içi ilə yoluna davam etdi. Arungilin yaşayış məskənlərinə yaxınlaşdıqda özünü artıq tamamilə yuxulu hala gətirə bildi. İndi isə yuxunu idarə etməyə və hekayənin sonluğunu öz istəyinə uyğun dəyişməyə çalışacaqdı.
Risa qabağına heç kəsin çıxmayacağını düşünərək düz Arunun yaşadığı taxta evə gəldi. Qapının da açıq olacağını bilirdi, çünki bunun olmasına özü qərar verirdi. Artıq öz gücünə hakim olmağı öyrəndikdən sonra hər şeyin asan olacağı aydın idi. - Arun, Enna ilə danışıb hər şeyi öyrəndim, Risa qapıdan içəri girdikdə dilləndi. Əlbəttə ki, Arunun evdə olduğunu da bilirdi. - Bəs bu haqda nə etməyi düşünürsən? - Əvvəlcə səndən soruşmalıyam: sən müharibənin tərəfdarısan? - Əlbəttə ki, yox, - Arun oturduğu yerdən qalxdı, - mən düşmən olmağımızı istəmirəm. Ennaya bir şey olmasını istəmirəm... “Bunlar nə tez bir-birilərinə aşiq oldular?” deyə Risa fikirləşərək gülümsəməkdən özünü güclə saxladı. - Mən yadplanetlilərin gəlişinin qarşısını ala biləcəyimi düşünmürəm, çünki bu, artıq olmuş bir hadisədir. Digər tərəfdən isə hekayəmlə bilavasitə bağlı deyillər, mən hekayəmdə yadplanetli xəyal etməmişdim. Ona görə də başqa bir tərəfdən məsələni həll edəcəyəm. - Necə? - Arun gözlərini qıyıb şübhəli şəkildə soruşdu. - Bunu... - bayırdan gələn atışma səsləri Risanın sözünü yarımçıq qoydu. Ondan xəbərsiz bir şəkildə nəsə baş verirdi. Risa təəccüblə çevrilib qapıya doğru getdi. Lakin Arun onu geri çəkib evdə qalmasını söylədi və özü otaqdan çıxıb qapını örtdü. Risa hələ də təəccüb içində otağın ortasında dikilmişdi. Nə baş verdiyini bilmək istəyirdi, elə buna görə də baş verəcəklərdən qorxmadan çölə çıxmalı idi. Və çıxdı da. Hər kəsin təəccüb içində başlarını qaldırıb səmaya baxdıqlarını gördü. Silahlılarla birgə uzunboylu və enlikürəkli kapitan Morson isə
______________________________________________________________________________17 meşə içində və kəndin ətrafında gözətçi kimi gəzirdilər. Üzlərində qorxunu görmək olduqca asan idi. Risa marağına güc gələ bilmədi və başını qaldırıb, axır ki, səmaya baxdı. Yadplanetlilər artıq burda idilər. Ancaq ən maraqlısı gəmilərinin forması idi. Risa bunu bir növ balinaya oxşadırdı: uzunsov, ortası enli, burnu və quyruğu olan, bir növ üzgəclərə oxşar qanadları olan bir gəmi idi bu. Risa bu formanı harada gördüyünü xatırladı: onun ən fantastik yuxularında həmişə belə uçan balinalar olurdu. Risa şüuraltının onun hekayəsinə necə təsir etdiyinə heyran qalmışdı: yadplanetli gəmisi çox gözəl, bozumtul-mavi rəngli və qeyri-adi olduğu qədər də həqiqət idi. Və indi bu gəmi meşənin arxasındakı təpəyə - yeni materikə enməyə başlamışdı. Köçkünlərin bəziləri nə edəcəklərini bilmirmiş kimi sadəcə qorxu içində göy üzünü izləməyə davam edib, bəziləri isə qaçaraq evlərində gizləndilər. Kapitan Morson qışqıraraq gözətçilərə əmrlər yağdırırdı. Risa isə çox vaxt keçmədən işə başlamalı, hekayənin axışını öz istəyinə uyğun qurmalı idi. Tez içəri girib özünü təhlükəsizliklə sığortaladı və fikirləşməyə başladı. Buraya gəlmə səbəbləri nədir? Risa sualına özü cavab verdi: əlbəttə, burada yerləşmək. Bəs qarşıdakı çətinlik nədir? Əlbəttə, materikə gəlmiş köçkün insanlar. Bəs müharibə çıxmadan bu çətinliyi necə həll edə bilərdi? Risanın yazıçı ağlı bu suala belə cavab tapmışdı: düşməninlə savaşma, onu özünə oxşat. Öz tərəfinə çək. Çünki hər kəs bilirdi ki, qala içəridən fəth edilir. - Düşmən hərəkətə keçib, - Arun qəflətən içəri keçib qapını arasınca bağladı, - əllərində silahları da var. Bütün gəmi boşaldılmaq üzərədir, yadplanetlilər bizim dünyaya yerləşməyə başlayıblar, - səsi titrəməsə də, gözlərindən həyəcan asanlıqla oxunurdu.
- Bəs siz nə etməyi planlayırsınız? - Risa soruşdu. - Kapitan Morson hücum planı hazırlayır. Biz nə olur, olsun, öz torpaqlarımızı işğalçılara verməyəcəyik, - Arun Kapitanın sözlərini təkrar etdi, - Mən də əsgərlərə qoşulmalıyam... Bəs sən gələcəyi görə bilirsən... Bu döyüşün axırı necə olacaq? - Axı dedim, mən gələcəyi görmürəm, sadəcə idarə edə bilirəm... - Onda idarə et! Hadisələrin axışını dəyişdir, elə et ki, biz qalib gələk. Tanrı deyilsən? Elə et ki, barışıq olsun... - Arunun mavi gözləri ümidlə baxırdı. - Mən Tanrı da deyiləm, Arun... Amma narahat olma, gələcəyi artıq planlaşdırmışam, - deyərkən arxa qapı bərk-bərk döyülməyə başladı. Arun dik atılıb qapıya doğru getdi, görünür, kimin gəldiyini bilirdi. Qapını açdıqda Enna qarşısında dayanmışdı. Onsuz da qırmızımtıl üzü qaçmaqdan daha da pörtmüşdü. - Arun, onlar gəldilər, - Enna sözə başlayan kimi Arun onu möhkəmcə qucaqladı. Bir müddət birbirilərinə sarılmış şəkildə dayandılar. Risa qaşlarını qaldıraraq kənardan baxmaqla kifayətləndi. - Mənimlə gəl, Arun, - Enna onu yola gətirməyə çalışırdı, - başqa yol yoxdur, biz onsuz da bu döyüşdə qalib gələcəyik. Kapitan Morsonla danış, qoy təslim olsun... - Yox, Enna, Kapitan Morson buna heç vaxt razı olmayacaq. 16 yaşından böyük bütün kişilərin əlinə silah verib döyüşə çağırır. Onun tək fikri torpaqları son damla qanına qədər qorumaqdır. - Axı bu, dəlilikdir! Belə davam etsə, hamımız üçün pis olacaq. Barışıq lazımdır. Bunun üçün bizə qoşula bilərsən, - Enna yenə əvvəlki yumşaq səsi ilə davam etdi, -tanıdığın hər kəsi
______________________________________________________________________________18 yanına yığıb barışıq üçün ilk addımları ata bilərsən... - Atam məni xain adlandırar, - Arun başını yellədi, gözlərindəki ifadə tələyə düşmüş heyvanının baxışlarını əks etdirirdi, - bağışla, bunu edə bilməyəcəyəm. Sən get... - Onda sən də məni bağışla, - Enna üzünə soyuq bir ifadə verib paltarının qolundan nazik uzun iynə çıxardı və Arunun geri çəkilməsinə şans yaratmadan qolunun bazu əzələsinə vurdu. Arun qışqıraraq qolunu geri çəkəndə artıq qız iynənin içindəki qırmızımtıl mayeni onun əzələsinə yeritmişdi. Arun bir əli ilə qolunu tutub iriləşmiş mavi gözləri ilə Ennaya baxdı. Ennanın üz ifadəsi yumuşaldı və həmişəki ipək kimi səsi ilə danışmağa başladı: - Narahat olma, Arun, hər şey yaxşı olacaq... - Sən neylədin? Bu nə idi? - Edina hamınız üçün gətirib. Bu maddə sizi bizə çevirəcək. DNT-nizi dəyişdirəcək və bizə oxşamağa başlayacaqsınız. Arun ağrı ilə qışqıraraq dizləri üzərinə yıxıldı, ovucları ilə gözlərini sıxmağa başladı. - Xarici görünüşünüz, orqanizminiz, maddələr mübadiləsi, hətta beyniniz, sinir sisteminiz də dəyişiləcək. Bizə oxşayacaq, bizim kimi davranacaq, bizim kimi düşünəcəksiniz. Risa onlara doğru yaxınlaşıb Aruna diqqətlə baxmağa başladı. Arun əllərini gözlərindən çəkdikdə Risa onun gözlərinin Ennanınkı kimi qapqara olduğunu gördü. Arun bir qədər sonra yenidən ağrı içində qışqırmağa başladı: - Bədənim! Bədənim yanır! - Bir az döz, Arun, bu, bir az ağrıdacaq, DNTnin dəyişməsi asan iş deyil ki. Amma sonra hər şey yaxşı olacaq, - Enna Arunun əzablı çığırtıları
arasından səsini yüksəldərək danışmağa davam edirdi, - bütün insanlar bizim kimi olduqdan sonra dava üçün səbəb qalmayacaq. Arunun dərisinin rəngi qızarmağa və tündləşməyə başladı. Artıq yerdə uzanmış şəkildə inildəyir, Enna isə başının üstündə yerə çökmüş onu sakitləşdirməyə çalışırdı. Risa gördüyü mənzərə ilə sarsılmış və divara qısılmışdı. Əlbəttə, bunun olacağını özü təsəvvür etmişdi, lakin təsəvvürünü canlı-canlı görmək daha dəhşətli idi. Arun bir qədər sonra inildəməyi kəsib yerdə sakitcə uzandıqda Risa bir anlığa onun öldüyünü düşündü. Qorxu içində onun gözlərini yumduğunu və üzündəki ağrılı ifadənin yumşaldığını izlədi. - Öldü? - Risa xırıltılı səslə soruşdu. - Yox, sadəcə sinirləri uyuşdu, yatır. İndi beyninin çevriliş prosesi gedir, - o, Arunun saçlarına sığal çəkdi. Risa Arunun huşsuz olduğu müddət ərzində yavaş-yavaş qaralan havanı izlədi. Çöldən insanların qışqırtıları gəlirdi, amma bu, Risa üçün təəccüblü deyildi. Artıq nə baş verdiyini bilirdi. Arun ayıldıqda iri qara gözləri ilə ətrafına baxmağa başladı. Enna gülümsəyərək onun oturmağına kömək etdi və “yeniləşmiş” Arunu seyr etdi. - Nə baş verir? - Arun təəccüb içində idi, - niyə ətraf işıqlı və rəngarəngdir? - Bizim rəngləri görmək bacarığımız daha mükəmməldir, - Enna dilləndi, - indi artıq bizim kimi olduğundan daha geniş tezlik aralığında rəngləri görə bilirsən. Bu, digər duyğu orqanlarına da aiddir. - Mən artıq sizin kimi yadplanetliyəm? - Arunun nəfəsi sürətlənmişdi.
______________________________________________________________________________19 - Bəli, səncə də, bu, gözəl deyil? - Enna bir daha gülümsədi. - Bizim insanlar... Onlara nə olacaq? - Onlar da çevriləcək və artıq müharibə olmayacaq, - Enna ayağa qalxıb Aruna əl verdi, - gəl, artıq getmək vaxtıdır. Arun qızın əlindən tutub ayağa qalxdı. Sonra isə öz əllərini izləməyə başladı: tünd rəngli dərisi ilə artıq yadplanetlilərdən fərqlənmirdi. Və Risa bilirdi ki, Arun artıq özünü də insan kimi hiss etmir.
əli tüfəngli, özü qan-tər içində kapitan Morsonu gördülər. Kapitan tüfəngi sadəcə Enna və Aruna doğru tutduğundan Risa bir az rahatlamışdı. Çünki əgər burda ölərsə, gerçək həyatda ayılacağını bilirdi və o, yuxusunu bu yerdə yarımçıq qoymaq istəmirdi. - Ata, dayan, - danışan Arun idi. Əllərini qabağa verərək sanki tüfəngdən çıxa biləcək gülləni dayandırmağı düşünürdü. Risa Arunun uzun müddətdən bəri ilk dəfə Kapitan Morsona “ata” dediyini bilirdi.
- Gəl, - Enna onu dartıb aparmaq istəyirdi, lakin Arun onu saxladı. Üzündəki boş, çaşqın ifadə Risanı məyus etdi.
- Arun? - Kapitan Morsonun səsində dəhşət vardı, burnundan axan qan qalın bığlarına damcılayırdı, - sənə nə olub? Sən də... Sən də çevrilmisən!
- Mən ağlaya bilmirəm, - Arun duyğusuz səslə söylədi.
- Ata, başqa yolumuz yoxdur, yoxsa hamımız məhv olacağıq...
- Narahat olma, onu biz də bacarmırıq. Ağlamaq insanlara xas xüsusiyyətdir, - Enna onu qapıdan çölə çıxardı və meşəyə doğru yola düşdülər.
- Bu, cinayətdir! Bu, xainlikdir! Özümüzə sahib çıxmadıqdan sonra yaşamağın nə mənası var? Kapitan Morson qışqırdı. Risa bu işin axırının yaxşı qurtarmayacağını hiss edirdi. Axı necə oldu ki, bu qarşılaşmanı əvvəlcədən önləmədi? Kapitan Morsonun bu işə qarışacağını fikirləşmirdi.
- Dayanın, məni də gözləyin, - Risa da onların ardınca qaçdı. Ətraf cəhənnəmə bənzəyirdi: hər təfərdə qışqıran insanlar, atışma səsləri və vurularaq yerə yıxlanlar vardı. Yadplanetlilər əllərindəki uzunsov ağ rəngli silahlarla insanlara atəş açırdılar. Arun bunları gördükdə dəhşətlə Ennaya baxdı: - Onlar insanlarımı öldürürlər! - Yox, Arun, öldürmürlər, - Enna onu əmin etdi, - onlar sadəcə iflic olurlar, o da qısa müddətə. Bir azdan DNT-ləri dəyişildikdə ayılacaqlar. Arun bu cavabla o qədər də qane görünmürdü, lakin etiraz etməyə səbəbi də yox idi. Risa onları alaqaranlıqda gözdən itirməməyə çalışaraq Ennanın seçdiyi təhlükəsiz cığırla qaçmağa davam edirdi. Birdən qışqırıq eşitdi, özü də düz yaxınlarından. Üçü də ayaq saxlayıb döndükdə
- Deməli, bunun səbəbi sənsən? - Kapitan Morson silahı Ennaya tuşladı. - Ata, dayan! - Arun Ennanı yoldan çəkməyə çalışdıqda açılan güllə onun boğazına dəydi. Yadplanetlilərin qara rəngli qanı Arunun boğazından fışqırdıqda Risa sarsıldı. Arun yerə yıxıldıqda qapqara gözləri iriləşmiş Ennadan qışqırıq qopdu. Səsi incələrək o qədər yüksəldi ki, axırda eşidilməz oldu. Risa dizləri əsərək geriyə-geriyə getdi. Gərək bir qədər tez tərpənib tüfəngdə güllə olmadığını xəyal edərdi. Lakin qorxudan bütün beyni donmuşdu. Bu an Kapitan Morson yerindəcə dimdik dayanıb tüfəngi özünə doğrultdu və heç gözünü qırpmadan tətiyi çəkdi. İkinci atəş səsi ilə diksinən Risa isə özünə gəldi və geri döndüb bu
______________________________________________________________________________20 qan gölündən qaçmağa başladı. Lakin o da çox gedə bilmədi, qabağına çıxan yadplanetli ağ silahından atəş açdıqda arxası üstə dümdüz yerə uzandı. İflic olmuşdu, bədəni o tərəfə dursun, heç ayaq barmaqlarını da hərəkət etdirə bilmirdi. Sadəcə göz qapaqlarını açıb-yuma bilirdi ki, bunun da Risaya bir xeyri yox idi. Hərəkətsizlik onun canını sıxırdı, ürəyi sürətlə vururdu, nəfəs almaqda çətinlik çəkirdi. Havasız olduğu halda çabalayıb sinəsini daha dərin nəfəs almaq üçün qaldıra bilmirdi. Niyə hər şey korlanmışdı? Niyə hekayəsi onun düşündüyündən fərqli istiqamətə dönmüşdü? Niyə? O qədər “niyə“ var idi ki, Risa havasızlıqdan deyil də, suallar içində boğulduğunu sanırdı. Artıq ayılmalı idi, burda daha qala bilməzdi. Yadplanetlilər ona yaxınlaşdıqda Risa öz-özünə düşünməyə başladı: “Bu, yuxudur, bu sadəcə yuxudur” . Qoluna batırılan iynədən diksinib gözlərini açdıqda dərindən nəfəs aldı. Suda boğulmaqdan son anda qurturulmış kimi hiss edirdi. Sanki yenidən dünyaya gəlmişdi, ayıq olmaq necə də gözəl hiss idi! Dirsəkləri üzərinə qalxıb ətrafına baxdı: hələ də həkimin otağında idi. Həkim Zen stol arxasında nəsə yazırdı, tibb bacısı isə yatağın yanında oturub Risaya gülümsəyirdi. Risa gül ətri verən otağın havasını içinə çəkdi. - Özünüzü necə hiss edirsiniz? - tibb bacısı soruşdu. - Yaxşı hiss eləmirəm, - Risa ürək bulantısı ilə yenidən geri uzandı, - çox qorxunc idi. - Yaşadıqlarınızı bizimlə paylaşmaq istəyirsiniz? - həkim Zen yazmağı dayandırıb ayağa qalxdı və Risaya yaxın gəldi. Risa cavabında başını buladı: - Onu bilirəm ki, bu hekayəni yazmağı buraxacağam...
- Elə deməyin, - həkim Zen stul çəkib yatağın yanında oturdu, - gördükləriniz bir qədər qarışıq, hətta qorxulu ola bilər. Amma unutmayın ki, bu, sadəcə yuxu idi. Bura gələn çox yazıçı gördükləri yuxulardan sonra bir qədər şokda olur. Lakin bir az sonra özlərinə gəlib yazmağa davam edirlər. Hekayənin istiqamətini yalnız özünüz müəyyənləşdirə bilərsiniz, yuxuda işlər nə qədər tərs getsə də. - Mən də ona çalışdım, amma bacara bilmədim. Üstəlik hekayə mən istəyən formadan tamamilə fərqli idi, - Risa birtəhər yataqdan qalxıb baş gicəllənməsinin keçməsini gözlədi, daha sonra da paltosunu geyindi. Həkimlə sağollaşıb otağı tərk etdi və birbaşa evinə yollandı. Yazdığı hekayəni gözdən keçirdi, daha sonra isə bütünlüklə sildi. Bunu bir daha eləyəcəyinə inanmırdı. Arunla Ennanın axırının nə olduğunu heç vaxt bilməyəcəkdi. Bilmək də istəmirdi. Insanların həyatlarını belə korlamaq olmaz, onlar həqiqi deyil sadəcə personajlar olsalar belə. Bəs daha neyləyəcəkdi? Risa nə qədər düşünməməyə cəhd etsə də, ağlına gələn suallardan yayına bilmirdi: görəsən, Arun ölmüşdü? Bəs yadplanetlilər dünyadakı insanları tamamilə özlərinə çevirmişdi? Tapmağın yalnız bir yolu vardı... Heç yarım saat keçməmiş, marağına məğlub olan Risa yeni bir səhifə açdı və yazmağa başladı. Bu dəfə hekayəyə təzə istiqamət verəcəkdi. Bu dəfə hər şey yaxşı sonla bitəcəkdi.
______________________________________________________________________________21 tənhalıq mövzusu ilə bağlı aşağıdakı filmləri də izləyə bilərlər: “Interstellar”, “Moon” və “Sunshine”.
Passengers (Sərnişinlər) Hazırladı: Durnisə Babayeva
Elmi-fantastik filmlər bu günə qədər bir çox insanın diqqətini çəkməyi bacarmışdır. Təbii ki, bu filmin məzmunundan və təkrarolunmazlığından asılıdır. ''Passengers'' filmi də bu janrda çəkilmiş və izləyənlərin diqqətini özündə cəm etmiş filmlərdən biridir. Ssenarisi John Schabel tərəfindən yazılan və 2016-cı ildə yayımlanan filmin baş rollarında Jennifer Lawrence, Chris Pratt, Michael Sheen və başqaları çıxış edir. Filmin fon musiqisi Thomas Newman-a aiddir. Bu film dizayn və fon musiqisinə görə Oskara namizəd olan filmlərdən biridir. Filmin ümumi məzmunu qalan həyatlarını planetimizdən 120 il uzaqlıqda olan “Homestead II” adlı koloniyada davam etmək istəyən 5000 insan və onları bu istəklərinə çatdırmaq üçün hərəkətə gətirilmiş “Avalon” kosmik gəmisindən ibarətdir. Bu insanlar yaşlanmamaları üçün xüsusi kapsullara yerləşdirilmiş və 120 il sonra ayılacaqları təxmin edilmişdir. Lakin həmişə hər şey öz qaydasında getmir. Kapsullardan birində yaranan nasazlıq nəticəsində Jim Preston(Chris Pratt) səyahətdən 30 il sonra ayılır. Bu gəmidə yaşayış və istirahət üçün hər şey mükəmməl olsa da, tənhalıq ən böyük sıxıntılardan biridir. Ömrünün 1 ilini burada robot ofisiant Arthur (Michael Sheen) ilə keçirdikdən sonra təhlükəli bir qərar alır: Aurora Dunn-un (Jennifer Lawrence) kapsulunu açmaq. Amma Aurora da səhvən vaxtından əvvəl ayıldığını düşünərsə necə olar? Jim Preston bu yalanı nə vaxta qədər gizləyə biləcək? Qarşılarında isə tam olaraq 90 il vardır. “Passengers” filmini bəyənən elmifantastik film həvəskarları kosmik səyahət və
Mən kiməm? Lamiyə Miryaqubova Cəhalət nə idi? Haradan gəlirdi? Bilirəm, çətin sualdır... Bunu təkcə siz yox, uzaq diyarlarda yaşayan bir yaşlı da düşünmüşdü nə vaxtsa. Lakin həyatın gətirdiyi çətinliklərdən suala cavab tapmağa zamanı olmamışdı. Səksən yaşına çatan bu yaşlı qoca öz qəsəbəsinin ən tanınmış pinəçilərindən biri idi. Heç ağlına gətirməzdi ki, bir gün intihara cəhd edər. Lakin o gün gəlib çatmışdı. Yorulmuşdu... Eyni işlə məşğul
______________________________________________________________________________22 olmaqdan, eyni insanlarla danışmaqdan və ən əsası eyni yeməkləri yeməkdən. Öz-özlüyündə niyə bu həyatı seçdiyini, niyə ilk gördüyü qadınla evləndiyini - halbuki qadın iyirmi il bundan əvvəl vəfat etmişdi - düşündü. Övladları başqa ölkələrə köçüb çoxdan buraları tərk etmişdi. Artıq getmək vaxtı çatmışdı. Divarları nəm qoxan evinin hər küncündən süzülən yağış damlaları ətrafı isladırdı. Həyat yoldaşının pəncərə önündə əyləşərək çay içdiyi stulu ayağının altına qoyan qoca əlləri titrəyə-titrəyə ipi boynuna keçirmişdi. Son dəfə olaraq evinə baxdı. Düşündü: “Peşman ola bilərəm, görəsən?“ Heç bir hiss keçirmədi. Dərindən nəfəs aldı. Bir-iki cəhddən sonra, nəhayət, stul ayağının altından yerə yıxıldı. Otaqda səslənən səs xırıltı və su damlalarının səsi oldu. Ətraf qaranlıq idi. Əvvəlcə kor olduğunu düşündü. Kimi isə səsləməyə çalışdı. Hay verən yox idi. Həm də ki nə yerdə uzanmışdı, nə də ki oturmuşdu. Ayaq üstündə dayanmışdı. Özünü daha gümrah və sağlam hiss edirdi. Deyəsən, səs telləri də cavan səslənirdi: “Ey, kimsə var burada?“ Əllərini öz bədənində gəzdirməyə başladı. Daha bərkimiş əzələrinə dəyən əlləri ilə möhkəmdən qışqırdı: “Kabus! Kabusdur bu!“ Bir neçə dəqiqədən sonra təslim olaraq yerə əyləşdi. Əli yerə dəyəndə diksindi. Yapışqan maddə bütün əllərinə bulaşmışdı. Əlini burnuna yaxınlaşdırıb iyləyəndə təəccübləndi. Bu selikli maddə qan və ətdən gələn qoxunu xatırladırdı. Ürəyi bulandı. Hirslə əllərini yerə vurdu. Yer tərpəndi. Təəccüblə yenə ayağa qalxdı. Bu dəfə görməsə də, gəzməyə cəhd edəcəkdi. Yapışqan divarlara toxuna-toxuna hərəkət etdi. Arada dayanır, səslərə qulaq verməyə çalışırdı. Lakin ondan savayı kimsənin burda olacağına ümidini itirmişdi. Bir neçə saat yol getdikdən sonra taqətdən düşər halda yerdə əyləşdi. Başını aşağı endirərək dərindən nəfəs aldı. Gözlərini yumdu. Halbuki heç bir fərqi yox idi necə baxmasından, onsuz da heç nə görmürdü. Başını nəm divara söykədi. Belinə nəyinsə toxunduğunu fərq
edəndə diksindi və gözlərini açdı. Heyrətlə ətrafa baxırdı. Axı bura hara idi? Ətraf ışıqlanmışdı. Divarlar ətə bənzər maddədən daha fərqli açıq tonlarda idi. Daha da yaxınlaşdıqda içərisində ulduzabənzər cizgiləri görürdü. Əlini toxundurduqda kiçik titrəyiş baş verir və ətraf bir az da işıqlanırdı. Sanki burada hər şey canlı idi. Başını çevirib arxasına baxdı. Boruyabənzər yol qaranlığa qərq olunurdu. Sadəcə durduğu yer ışığa bürünmüşdü. Düşündü ki, hər şey yuxudur. Axı biz yuxu ilə reallığı həmişə səhv sala bilirik. Gözlərini dəfələrlə yumub-açdı. Ayaqlarını möhkəm yerə vurdu. Hər mənfi hərəkətində özünə qarşı zərbə bədəninə endirildi. Hirslə qışqırır, hamını lənətləyirdi. Ta ki o səsi eşidənə kimi. Qaranlıqdan kimsə ona doğru gəlirdi. - Sən nə etdiyini düşünürsən, ay axmaq? - Sən kimsən, bura haradır? Kömək et mənə, çıxım burdan. Elə bilirdim, burada heç kim yoxdur. Dəli olacaqdım. Kömək et mənə, yalvarıram. - Sən burdan heç vaxt çıxa bilməzsən. - Həmişə çıxış yolu var. Kim deyir ki, çıxmaq olmaz ? Qarşısında dayanan şəxs iradəsi möhkəm və cəld birinə oxşayırdı. Çünki divara əlini vuran kimi məsafəni qısa sürətdə qət edib onun qarşısında dayanmışdı. - Bura bax sənin fəlsəfi düşüncələrin burada keçməz. Heç bilirsən bura haradır? Sən indi harada dayanmısan? Təəccübünu gizlətmədən gözlərini qarşısındaki şəxsin gözlərinə zillədi. - Ay axmaq, - gülərək dedi, - bax ayaqlarını qoyduğun, əlini toxundurduğun hər yer elə sənin özünsən. - Sən kimsən? - Mən? Mən elə sənin özünəm, Daniel!
______________________________________________________________________________23 Daniel nə eşitdiklərinə, nə də ki gördüklərinə inanmaq istəyirdi. Qarşısındakı şəxs ona bənzəsə də, daha ağıllı və cəld idi. Daniel heç vaxt ağıldan iti olmamışdı. Nə indi, nə də ki bundan sonra nə olacağını düşünürdü. Qarşısındakı şəxs ona buranın onun beyni olduğunu, lakin şüuraltında həbs edildiklərini deyirdi. Daniel ona intihar etdiyini, burada cavan görünsə də, əslində, 80 yaşlarında biri olduğunu deyəndə gülməkdən uğunaraq ona: - Eh, axmaqsan, mənim cavanlığım belə axmaq olacaq deyə düşünməzdim. Bax, Daniel, burada qəribə görünən heç nə yoxdur. Mənim hal-hazırda 40 yaşım var. Mmm, baxım sənə... Hə, sənin də təxmini 28-30 olar. Sən ilk dəfə 40 yaşında etdiklərinə peşman olduğuna başladığın üçün özünü unutmağa çalışdın. Və məni öz şüuraltında həbs etdin. Mən bura düşdüm. Sənin vəziyyətində idim. Çıxış yolunu axtarırdım. Şüuratı bilirsən nədir? Bax şüuraltı nə səndən, nə məndən, nə də ki bu dayandığımız adamın beynindən asılı olan bir şey deyil. Avtomatlaşdırılmış beyin kimi düşün, sən sadəcə kiçik bir qıvılcım yaradırsan və onun nə qədər güclü olduğunu düşünmədən üstündən atlayırsan. Bəlkə də, o qıvılcım nə vaxtsa böyük bir alova çevriləcək və səni öz cənginə alacaq. Bax indiki kimi. - Dayan, dayan, burada bir qəribəlik var axı... Mən 80 yaşıma kimi yaşadığım hər şeyi xatırlayıram. Amma bu qədər ağıllı olduğum vaxtı heç vaxt xatırlamıram. Sən necə belə ola bilərsən ki? - Bax bu ulduzvarı birləşmələri görürsən? Bunlar neyronlardır. Bax bunlar dendridlərdir*. Sən nə informasiya öyrənirsənsə, hamısı burada toplanır. Zamanla sən onları unudursan və şüuraltına yerləşir. Fərq etmir, bəlkə, bir gün bir tablo gördün, bir filmə
baxdın, və yaxud sekslə məşğul oldun... hamısı burdadır. Hətta yuxunda gördüyün insanları zənn edirsən ki, heç vaxt həyatda görməmisən, halbuki onların simasına bir dəfə də olsun rastlaşmısan. Beyin icad etmir. Ona nə verirsənsə, toplayıb baza yaradır. Və ən əsası, bu ışıqlanmanı gördün, yəqin ki. Bax neyronlar siqnalları bir-birilərinə belə ötürürlər. Yəni elektrik vasitəsilə... Mən də ac qalmamaq üçün neyronların bəzilərini məcbur burda yeyirəm. Ola bilsin, ona görə sənin həyat eşqin sönüb, intihara meyil etməyə məcbur olmusan. Ah Daniel... Daniel indi başa düşürdü ki, hər şeyin bir səbəbi varmış. Bu əclafa görə bura düşdüyünü dərk etməyə bir neçə dəqiqə vaxtını sərf etsə də, onun üzərinə hücüm etdi. Var gücü ilə yumruqlarını bədəninə endirdi. Amma anladı ki, ona heç nə olmur və olmayacaq da. Təslim oldu. Qarşısındakı əlini ona doğru sallayıb yenə gülməyə başladı. Daniel təpiklərini gördüyü hər şeyə endirirdi. Lakin elektrik axını bütün gücünü əlindən almışdı. - Ey, nə etdiyini zənn edirsən? Bir az da təpikləsən, bütün enerjini alacaqlar səndən. Sıfırlanmaq istəyirsən yoxsa? Daniel qorxaraq geri çəkildi. - Mənə kömək et, çıxış yolu olmalıdır. Mümkünsüz olan heç nə yoxdur. - Sən, onsuz da, ölümü seçib intihar edən yaşlı insansan. Nə oldu, həyat eşqin artdı? - Dedim sənə kömək et, sən burda elm adamı olaraq tək qalmağı seçə bilərsən, amma mən istəmirəm burda qalmaq! - Sənə kim dedi ki, biz burda təkik? Bəlkə, mənim burda qalmağa səbəblərim var? - göz vuraraq, - zamanı dəyərləndir. Çünki yaşlı adam intihar
______________________________________________________________________________24 edibsə, bizim də, demək, ömrümüzə az qalıb. Amma unutma, burdakı zaman axışı sizinki ilə eyni deyil. Yeddi saniyən var. Uzaqdan qadın gülüşünün səsi gəlirdi. - Ey, hara gedirsən, dayan! - Bağışla, amma məni gözləyən biri var. Sənə uğurlar, - gülməyi unutmayaraq ondan uzaqlaşdı. Daniel onun arxasınca getməyi düşündü. Lakin yenə ətraf qaranlığa qərq oldu. Tez əllərini divarlara vurmağa başladı. Lakin ışıqlanma tez aradan qalxırdı. Deyəsən, onun dediyi kimi beyin ölümə yaxınlaşırdı. Cəld nəsə etməli idi. Amma nə? Bu ət parçalarını yeməyə başlasa, daha da ölümə apara bilərdi beyni? Ya da ki əksini etməli idi. Özündən informasiya verməklə xilas ola bilərdi. Divarlara toxuna-toxuna hərəkət etməyə başladı. Cəld olmalı idi. Ən çox işıq saçan bölgə olmalı idi burda. Özü də bilmədən beynin ən cavan və bütün informasiyaları toplayan, yaşlaşan korteksinə* gəlib çatmışdı. İlk toxunuşunda gözləri qamaşmışdı. Belə bir işıqlanma əsl enerji mənbəyi idi. Dayandı, bu dəfə toxunuşunda verməli olacağı bütün informasiyalarını tənzimlədi. Amma vaxtında əlini çəkməli idi. Yoxsa onun dediyi kimi sıfırlana bilər və hər şey bitə bilərdi. Həyatında yaşadığı ən gözəl anları bir-bir gözünün qabağına gətirdi. Uşaqlığını, məktəb illərini, oyuncaqlarını, ilk sevdiyi qızı, ilk öpüşü... Gözləri yumulu üzündə yaranan gülümsəmədən xəbərsiz, bütün informasiyaları korteksə ötürdü. Əlini çəkdikdə huşunu itirərək yerə yıxıldı... - Ay camaat, kömək edin! Tez təcili yardım çağırın. Dayı, yaxşısan? Dərindən nəfəs sal. Daniel dumanlı gözləri arasından evinin divarlarına nəzər yetirdi. Ürəyində atılıbdüşən cavan bir Daniel daha vardı. Üzündə
gülümsə yarandı. Şüuraltında geri qayıtmağı bacarmışdı. Cəhalət nə idi? Cəhalət - özünü, öz orqanizmini tanımadan yaşamaq idi. Cəhalət - özünü, səni, məni, bizi, hər kəsi olduğu kimi yox, görmək istədiyi kimi, kütlənin təzyiqi altında fikirlərini dəfn edərək yaşayan yaşlı Daniel kimi idi. Cəhalət nə idi?
* Neyronları çox vaxt ağaclara bənzdirlər. Aksonlar neyronun gövdəsi olduğu halda dendridlər neyronların budaqları hesab edilir.
* Beynin üç qatı var. Sürüngən beyin, duyğusal beyin və düşünən beyin. Korteks düşünən beyin hesab edilir. Korteks sözünün mənası-qabıq deməkdir. Beynimizin 70% ni əhatə edir.
______________________________________________________________________________25
“Fringe” Hazırladı: Tərlan Kərimli
“Fringe” J. J. Abrams, Alex Kurtzman ve Roberto Orci tərəfindən hazırlanıb 2008-2015-ci illərdə yayımlanan və ümumilikdə 5 sezon, 100 bölümdən ibarət olan ABŞ istehsalı televiziya serialıdır. Elmi-fantastika janrının haqqını artıqlaması ilə verən bu serial haqqında danışarkən “spoiler” verməmək çox çətin məsələdir, çünki bölümlərinin hər biri digərləri ilə zəncirvari əlaqəlidir. Serialda gizli eksperimentlərdən, paralel dünyalardan və əlbəttə ki, hər zamanki kimi sevgidən də bəhs olunur. IMDb xalı 8.4/10 olaraq qiymətləndirilir. Rollarda Anna Torv, Joshua Jackson, John Noble, Jasika Nicole, Lance Reddick, Blair Brown, Kirk Acevedo, Seth Gabel, Mark Valle çıxış edirlər. Serial sərnişinlərinin və heyətinin sanki bir növ kimyəvi hücuma məruz qalaraq öldüyü 627 №-li bir təyyarənin Boston Logan* hava limanına eniş etməyi ilə başlayır. Bu qəribə hadisənin araşdırılması FBI agenti Olivia Dunham-a tapşırılır. Lakin araşdırma zamanı Olivia-nın
həmkarı və həm də sevgilisi olan agent John Scott partlayış nəticəsində ağır yaralanaraq komaya girir. Bundan sonra Olivia hadisənin digərlərindən fərqləndiyini görüb daha dərindən araşdırmağa başlayır və ömrü azalmaqda olan sevgilisinin həyatını xilas etmək üçün əlindən gələni etməyə başlayır. Araşdırmalar onu bir zamanlar dövlətin gizli eksperimentləri üçün çalışan, son 17 ilini isə ağıl xəstəxanasında keçirən Walter Bishop-a aparır. Dr. Bishop ilə əlaqə yaratmağın yeganə yolu isə oğlu Peter Bishop-u yola gətirməkdir. Kifayət qədər vaxtı olmayan Olivia bu işin öhdəsindən gələ bilir və Dr. Bishop ilə əlaqə yaratmağı bacarır. Bununla da illər öncəki qeyri-adi hadisələrin də yenidən araşdırılmasına başlayan agent Dunham işlərin heç də göründüyü kimi bəsit olmadığını anlayır. Elmin açıqlaya bilmədiyi fövqəltəbii hadisələrin araşdırılması üçün dövlət FBI-ın tərkibində Fringe şöbəsini yaradır və beləliklə, Agent Phillip Broyles-in başçılıq etdiyi bu şöbəyə agent Dunham ilə Bishop-lar da daxil edilərək sonrakı bölümlərdə qarşımıza möhtəşəm bir komanda kimi çıxırlar. Əsrlər öncəsinə məxsus rəsm əsərlərində təsvir olunan və ya illər öncəki şəkillərdə təsadüfən kameraların obyektinə düşən müasir geyimli, kostyumlu şəxslər barədə olan xəbərləri bəlkə də hər birimiz oxumuşuq, eşitmişik. Yalan və ya doğru xəbər olduğunu hələ də deyə bilməsək də, bu hadisəni açıqlaya biləcək ən məntiqli arqument də məhz bu serialda irəli sürülür və serialın mövzusunun əsasını da bu şəxslər təşkil edir. İzlədiyimiz müddətdə bizi hər zaman maraq içərisində saxlayacaq bu şəxslər bizə “Observer”, yəni “Müşahidəçi” kimi təqdim olunacaqlar. “Fringe” ilk bölümdən kifayət qədər izləyici toplaya bildi, lakin 3-cü sezondan etibarən ssenaristlərin hekayəni daha da sürətləndirməsi, romantik səhnələrə nisbətən daha çox yer verilməsi serialın reytinqində düşüşlərə səbəb oldu. Bu düşüş 4-cü sezonda da davam etdi və
______________________________________________________________________________26 final sezonu olan 5-ci sezon 13 bölümlə başa çatdı. Bununla belə, hər nə qədər qeyd olunan düşüşlər yaşansa da, serial qeyd olunduğu kimi 8.4 IMDb xalına layiq görülüb və elmifantastika həvəskarlarının ən çox sevdiyi televiziya serialına çevrilib. Hətta 8.4 xalının çox az olduğunu düşünənlər belə var. Ümumilikdə serial boyu elmin nələrə qadir olduğunu, gələcəkdə nə kimi yeniliklərin ola biləcəyini görə biləcəksiniz. Araşdırmaların nəticələri bizə göstərilərək elmdən yaxşıya doğru istifadə etməli olduğumuz xatırladılacaq. İzlədiyimiz müddətdə “yox, bu ola bilməz” deyib sonradan “niyə də olmasın?!” deyəcəyimiz məqamlar olacaq. Qısa olaraq qeyd edək ki, “Fringe” izləyib peşman olmayacağınız bir serialdır. QEYD: Hər bölümdə bir neçə dəfə qarşınıza müəyyən təsvirlər çıxacaq. Bu təsvirlərin hər birinin mövzu ilə əlaqəli özünəməxsus mənaları var, onları əvvəldən də araşdıra bilərsiniz, izləyib bitirdikdən sonra da. Lakin əvvəldən araşdırarkən serialda ola biləcəklərdən xəbərdar olmaq kimi hal yaşana bilər ki, bu da bir çox insanı həvəsdən sala bilər. Ona görə də “spoiler” istəmirsinizsə, axarına buraxmağınız tövsiyə olunur. İkinci bir tövsiyə isə serialı orijinal səsləndirmə, altyazı ilə izləməyinizdir. Çünki hər bir filmdə, serialda olduğu kimi burada da dublaj orijinal səsləndirmənin yerini verməyəcək və personajların hisslərini anlaya bilməyəcəksiniz, xüsusilə də Walter Bishop-un. John Noble-un canlandırdığı Walter Bishop məhz o hisslərinə, nitqinə görə Fringe izləyicilərinin ən sevimli personajı idi. *Serialda Logan aeroportunun özünün avtopilot sistemi olan tək aeroport olduğu bildirilir və bunun sayəsində göyərtədə hər kəs ölsə belə, təyyarənin eniş edə bildiyi qeyd olunur.
“Yumurta” Andy Weir Tərcümə etdi: Çinarə Əhmədova
Sən öləndə evə gedirdin. Avtomobil qəzası baş vermişdi. Elə qeyriadi bir hadisə deyildi, amma ölümcül olmağı göz qabağında idi. Arxanda arvadını və uşaqlarını qoyub getdin. Ağrısız ölümdü bu. Təcili tibbi yardım mütəxəssisləri səni xilas etmək üçün əllərindən gələni əsirgəmədilər, lakin boşuna. Bədənin elə hala düşmüşdü ki, hələ yaxşı qurtarmısan, inan mənə. Elə bu vaxt mənimlə görüşdün. “Nə? Nə baş verib?”- deyə soruşdun. “Haradayam?” “Ölmüsən”- soyuqqanlı halda dilləndim. Sözü fırlatmağın mənası yoxdu. “Yük maşını var idi… Sürüşürdü…” “Hə”- dedim. “Mən… Mən ölmüşəm?” “Hə, amma özünü pis hiss eləmə. Hamı ölür”- dedim. Ətrafına baxdın. Ətrafda heç nə yox idi. Sadəcə sən və mən. “Bura haradır?”- soruşdun. “Ölümdən sonrakı həyatdır?” “Aşağı-yuxarı elədir”- dedim. “Sən Tanrısan?”- soruşdun. “Hə”- cavab verdim. “Mən Tanrıyam”. “Uşaqlarım… Arvadım…”- dedin. “Nə olub ki, onlara?”
______________________________________________________________________________27 “Onların vəziyyəti yaxşı olacaq?” “Bunu eşitmək xoşuma gəlir”- dedim. “Sən indicə ölmüsən və əsas narahatlıq səbəbin ailəndir. Belə şeylərə burada yaxşı baxırlar”. Heyranlıqla mənə baxdın. Mən sənin gözündə Tanrıya oxşamırdım. Sadə insana oxşayırdım. Ya da bir qadına. Bəlkə də öz fikirlərini üzə vurmayan avtoritar bir obraza. Qüdrət sahibindən çox, orta məktəb müəlliminə. “Narahat olma”- dedim. “Onların vəziyyəti yaxşı olacaq. Uşaqların səni hərtərəfli mükəmməl insan kimi xatırlayacaq. Səndən zəhlələrinin getməyi üçün kifayət qədər vaxtları olmayıb. Arvadın kənarda ağlayacaq, amma gizli-gizli rahatlıq hiss edəcək. Düzünü desəm, sənin evlilik həyatın dağılmaq üzrə idi. Təsəlli olacaqsa, rahatlandığı üçün arvadın özünü çox günahkar hiss edəcək”. “Ah”- dedin. “Bəs indi nə olacaq? Cənnətə gedirəm, ya cəhənnəmə, ya da başqa nəsə?” “Heç biri”- dedim. “Sən yenidən doğulacaqsan”. “Ah”- dedin. “Deməli, hindular haqlı idi”. “Hər din özü-özlüyündə haqlıdır”- dedim. “Gəl mənimlə”.
Ayaq saxladım və çiyinlərindən yapışdım. “Ruhun təsəvvür edə biləcəyindən daha möhtəşəm, gözəl və nəhəngdir. İnsanın ağlı mövcudluğunun sadəcə kiçik hissəciyini daşıya bilir. Barmağını suya batırıb isti və ya soyuq olduğunu yoxlamaq kimidi. Sən özündən kiçik bir hissəni bir daşıyıcıya qoyursan, onu geri qaytaranda indiyə kimi malik olduğun bütün təcrübələri də qazanırsan”. “Sən son 48 il ərzində insan bədənində olmusan, hələ də sərhədlərini aşmamısan və böyük şüurunun qalanını hiss etməmisən. Burada çox qalsaq, hər şeyi xatırlamağa başlayacaqsan, amma bunları hər həyatından qabaq xatırlamağının mənası yoxdu”. “Onda mən neçə dəfə yenidən doğulmuşam?” “Ah dəfələrlə. Və müxtəlif çoxlu həyatlarda”- dedim. “Bu dəfə sən 540-cı ildə çinli kəndli qız olacaqsan”. “Bir dəqiqə, nə dedin?”- kəkələdin. “Sən məni zamanda geriyə qaytarırsan?” “Hə, dəqiq desək, hə. Bildiyin kimi, zaman yalnız sənin kainatında mövcuddur. Mən gəldiyim yerdə hər şey başqa cürdür”. “Sən haradan gəlmisən ki?”- soruşdun.
“Xüsusi bir yerə getmirik”- dedim. “Danışarkən yerimək yaxşıdır”.
“Yaxşı dedin”- izah etməyə başladım. “Mən haradan isə bir yerdən gəlirəm. Başqa bir yerdən. Mənim kimi başqaları da var. Əminəm ki, oranın necə olduğu sənə maraqlıdı, amma düzünü deyim, başa düşməyəcəksən”.
“Onda mənası nədir bunun?”- soruşdun. “Yenidən doğulsam, boş səhifə kimi olacağam, hə? Körpə. Bütün təcrübələrimin və bu həyatda etdiklərimin heç bir mənası olmayacaq”.
“Hə”- dedin, bir az ruhdan düşərək. “Bir dəqiqə. Mən zamanda başqa yerlərdə yenidən doğulsam, müəyyən bir vaxtda özümlə qarşılaşa bilərəm”.
“Elə də yox!”- dedim. “Sən içində bütün keçmiş həyatlarının biliyi və təcrübəsini daşıyırsan. Sadəcə onları indi xatırlamırsan”.
“Düzdü. Həmişə belə olur. Lakin hər iki həyat ancaq öz varlığını bildiyinə görə, heç bunun baş verdiyini belə bilmirsən”.
Boşluqla addımlayarkən arxamca gəlirdin. “Hara gedirik?”
“Onda bütün bunların mənası nədi?”
______________________________________________________________________________28 “Doğrudan?”- soruşdum. “Ciddi deyirsən? Məndən həyatın mənasını soruşursan? Bir az şablon səslənmirmi?” “Məncə, mənalı sualdı”- inadkarlıq etdin. Düz gözlərinin içinə baxdım. “Həyatın mənası, bütün bu kainatı yaratmaqda məqsədim səni yetkinləşdirməkdir”. “Bəşəriyyəti nəzərdə tutursan? Bizi yetkinləşdirmək istəyirsən?” “Yox, yalnızca səni. Bütün bu kainatı sənin üçün qurmuşam. Hər yeni həyatda sən daha da böyüyür, yetkinləşir, daha böyük və dahi şüura çevrilirsən”.
“Həmçinin onu izləyən hər kəs”. Sükuta qərq oldun. “Hər dəfə kimisə qurban verəndə…”dedim. “Sən özünü qurban verirdin. Etdiyin hər xeyir əməli özünə edirdin. Hər bir insanın hiss etdiyi və ya edəcəyi hər xoşbəxt və kədərli anı sən yaşayırdın”. Uzun müddət fikrə daldın. “Niyə?”- məndən soruşdun. “Bütün bunları nə üçün edirsən?” “Çünki bir gün sən də mənim kimi olacaqsan. Çünki sənin varlığın budur. Sən mənim kimilərdənsən. Sən mənim uşağımsan”.
“Ancaq mən? Bəs başqaları?” “Başqa heç kəs yoxdur”- dedim. “Bu kainatda sadəcə sən və mən varıq”. Donuq gözlərlə mənə baxdın. “Bəs dünyadakı o qədər adam…” “Hamısı sənsən. Sənin müxtəlif reinkarnasiyalarındı”.
“Necə?”- inanmayaraq soruşdun. “Deməli, mən də Tanrıyam?” “Yox. Hələ yox. Sən rüşeymsən. Bütün zaman ərzində hər bir insanın həyatını yaşadıqdan sonra doğulmaq üçün kifayət qədər böyümüş olacaqsan”. “Deməli, bütün kainat”- dedin. “Sadəcə bir…”
“Dayan görüm. Mən hamıyam?!” “İndi başa düşürsən”- kürəyinə təbrik edərək şillə vurdum.
“Yumurtadır”- cavab verdim. “İndi növbəti həyata keçməyin vaxtıdır”. Səni öz yoluna yolladım.
“Mən indiyə kimi yaşayan hər bir insanam?” “Və ya indiyə kimi yaşayacaq, düzdü?” “Mən Abraham Lincoln-am?” “Həm də John Wilkes Booth”- deyə əlavə etdin. “Hitlerəm?”- inanmayaraq soruşdun. “Həm də onun öldürdüyü milyonlarla insan”. “Mən İsayam?”
______________________________________________________________________________29
Yeni Kitablar Hazırladı: Şəhram Sadıqzadə
__________________________________________________ Salam əziz dostlar, bu gün sentyabrda çıxmış və oktyabrda çıxacaq olan yeni kitablarla qonağınızam. Bəlkə bu soyuq payız günlərində bir fincan çayınızı içib kitablardan danışaq? Razısınızsa başlayaq o zaman. Xoş mütailələr. Keçən sayımızdan fərqli olaraq bu sayımızda yeni yazarlar çoxluq təşkil edir. Kimisinin ilk kitabı, kimisinin isə 2 ya da 3cü kitabıdır. __________________________________________________
SENTYABR 2017 AXİE OH - REBEL SEOUL Yayım tarixi: 15.09.2017 Haqqında: Şərqi Asiya 2199-cu il. Böyük bir müharibədən sonra şərqi Sakit okean dağılıb. Köhnə mafiya üzvü Lee Jaewon acımasız müharibədə Neo Seulda akademik sahədə yüksələn qabiliyyətli pilotdur. Köhnə Seul dalanlarında üsyançı atası tərəfindən tərk edilmiş olan Jaewon keçmişindən qaçmaq arzusundadır. Jaewon Neo Seuldakı sərfəli silah inkişaf bölümünə daxil olduğu zaman ən yaxşı hərbi vəzifəni tələb etmək istəsə də, hökümətin super əsgər layihəsi vəziyyəti qarışıq hala gətirib çıxarır. Ölümcül Tanrı Maşınları və bitməyən müharibə üçün robotlar...
______________________________________________________________________________30
Mike A. Lancaster- Dotwav Yayım: 05.09.2017
Haqqında: Ani Lee hər 15 yaşındakı qızın istədiyi şeyi istəyir: yaxşı dostlar və xoşbəxt bir ailə ilə normal həyat. Ancaq doğru səbəblər ucbatından yanlış yerlərə girmək vərdişləri olan möhtəşəm bir kompüter hakeriysəniz bu mümkün deyildir. Bir gün bir cüt silahlı adam evinə girdi və arxasından qaçmadığı bir şey üzündən izlənildi: anormal bir wav faylı.
Pintip Dunn- Remember Yesterday Yayım: 05.09.2017
Haqqında: 16 yaşında olan Jessa Stone Eden City-də ən dəyərli vətəndaşdır. Fövqəladə gücü önəmli kəşflərə yol aça bilər. Əgər Tech Ra-nın onu hazırlamasına icazə versə. Onu uşaq olanda qaçırıb bir sıra tədqiqatlar apardıqdan sonra Jessanın edə biləcəyi son şey alimlərlə yenidən nə isə etməkdir. Jessa 10 il öncə etdiyi ölümcül səhvi düzəltmək üçün alim Tanner Callaha-nı qondarma güclərlə birləşdirməlidir. Keçmişi dəyişdirmək və bacısını xilas etmək üçün düşmənlə üz-üzə gəlsə belə o, hər şeyi etməlidir
EMMA YOUNG - SHE, MYSELF AND I Yayım: 05.09.2017 Haqqında: Beyin və bədənin ayrı-ayrı sahibləri. Rosa sinir xəstəliyi olan bir qız, Sylvia isə beyinsiz doğulan, amma hələ də həyatda qalan başqa bir qızdır. Həkimlər beyin transplantasiyası üçün hər iki ailədən icazə alarlar, amma Rosa oyandıqdan sonra hər şey fərqli olur. Rosa kimdir? Sylvia hələ də oradadırmı?
______________________________________________________________________________31
OKTYABR 2017 Dan Brown- Origin Yayım: 02.10.2017 Haqqında : Kim olursansa ol nəyə inanırsansa inan, yaxında hər şey dəyişəcək. Gənc adam birdən üç böyük din nümayəndələrinə tərəf baxdı. “Təccüb edəcəyinizi txmin ettiyim elmi kəşf səbəbiylə bu gün burdayam. İnsanlığın ən təməl iki sualına cavab tapma ümidi ilə illərdir çalışırdım. Bu bilginin bütün inananlara dərindən təsir edəcəyinə əminəm. Necə desəm, “yıxıcı” deyə adlandırılabiləcək bir dəyişikliyə səbəb ola bilər. İlk öncə bunun din adamlarına necə təsi edəcəyi çox maraqlı gəldi” Haradan gəldik, Haraya gedirik? İnsanoğlunun var olduğu gündən bəri cavabını tapmağa çalıştığı bu təməl suala caab tapma iddiasındakı bir futuristin tam da kəşfini açıqlayacağı gecə hər şey faciəvi bir şəkildə qaranlığa həbs olunar. Keçmiş tələbəsinin konfransına dəvət alan Robert Langdon bu kəşfi tələbəsinin xatirəsinə dünyaya yaymağa qərar verir.. ANCAQ onu gözləyən şifrələrdən, sürprizlərdən və ölümcül fanatiklərdən xəbərsizdir….
______________________________________________________________________________32
Naomi Alderman- The Power Yayım tarixi : 10.10.2017 Haqqında: Qadınlar birdənbirə şiddətli, yeni bir gücə sahıb olsaydılar nə olardı? The Power’da dünya tanınmış bir yerdir: ailə hovuzunun ətrafında yaşayan varlı Nigeryalı uşaq; Dindar valideynlərinə görə öz təbiətini gizlədən qoruyucu bir qız; Çətin ailədən gələn bir Londonlu qız. Ancaq dəyişən bir şey oldu. Artıq yeniyetmə qızların fiziki gücləri var- acı verı bilərlər, öldürə bilərlər. Və təbiətin bu bdöngəsi ilə dünya tamamən dəyişər.
Gregg Hurwitz- The Rains Yayim tarixi : 17.10.2017 Haqqında : Bir qorxunc gecədə Chance Rainsin dünyası dəyişir. Chance və böyük qardaşı Patrick, gecə çalışmalarının birində əmilərinin çığırtısından sarsıldılar. Yetişkin insanlar artıq vəhşiləşib, təcavüzkar olublar. Balaca qəsəbə Creek Cause-ni dolaşaraq hər fürsətdə bu insanları tapmağa çalışırlar. Qəsəbəni dolaşır ancaq burdakı kabuslar hər fürsətdə canlanırlar. Rains qardaşları həyatları üçün mübarizə edərkən dəyişən yetişkinlər tərəfindən halhazırda alınmayan bütün uşaqları toplayır və liseydə digər uşaqları taparlar. Creek Cause uşaqları ani bir döngü hər şeyi dəyişdirəndə, çevirilmiş yetişkinlər tərəfindən işğal edilmiş bir yerdə silahlanırlar. Patrickin 18-ci ad gününə qədər bir həftə boyunca Patrickin sevgilisi,Chance, Patrick ve Alex, Patricki və digər uşaqları çox gec olmadan xilas etmənin bir yolunu tapmağa çalışırlar. Çevrilənlər bir missiyaya bənzəyir və sadecə
bu uşaqlar dayandıra bilər. HƏR KƏS ZAMANINDAN ÖNCƏ BÖYÜMƏLİDİR..
______________________________________________________________________________33
Iki yüzdən yüz iyirmi*– (17-19.09.2016) Muzafferus - Dayan - Bəli? - İstəmirəm. - Yəni siz demək istəyirsiniz ki… - Hə, imtina edirəm. *** “Əgər sağ qolumu itirsəm, mən yenə də mənəm. Sol ayağımı itirsəm də. Hətta ürək əməliyyatı olsam belə. Xarici görünüşüm, saç və göz rəngim, səsim zamanla dəyişsə də, mən yenə də eyniyəm. Bəs əsas nədir?” Qapı açıldı. Tibb bacısı içəri daxil oldu. Həkimin başını kitabdan ayırıb ona baxmasını gözlədi. Həkim oxuduğu kitabdakı abzası bitirib başını qaldıraraq dilləndi: - Hazırdır? - Xeyr. - Necə yəni? - İmtina etdi. - Bunun, onun üçün çox riskli olduğunu bildirmişdin? - Bəli. Öncədən bu haqda geniş məlumat verilmişdi. Soyuducuya gedərkən də yenidən bildirmişdim. - Yaxşı. Mən özüm danışaram onunla. Qərarına hörmət etmək lazımdır. İndi hardadır? - Yataq otağına geri qaytardıq. Orada sizi gözləyir, sizinlə danışmaq istəyir. Yuxu mayesini də qəbul etməkdən imtina etdi. Sizinlə danışmamış yatmayacağını bildirdi.
yaşlarında birinə bənzəyən bir kişi çarpayıda uzanmışdı. Gözlərini tavana dikib düşüncələrə dalmışdı. Otağa daxil olanların addım səsi onu fikirlərindən ayırıb gələnlərə gözlərini dikməsinə səbəb oldu. Həkim: - Hə, axşamınız xeyir, cənab. Özünüzü necə hiss edirsiniz? – deyə soruşdu. - Yorğun. - Normaldır. İndi sizə istirahət lazımdır. Ona görə yorğunsunuz. Fasiləsiz 12 saatlıq yuxu əvvəlki gücünüzü sizə qaytaracaq. - Bilirəm. Amma indi sizlə danışmaq istədiyim üçün məhlulu qəbul etməkdən imtina etdim. - Aydındır, - araya səssizlik çökdü, - mən də elə buna görə sizinlə bəzi məsələləri danışmaq üçün bura gəlmişəm. Deməli, siz artıq dondurularaq növbəti müalicə dövrünüzü gözləmək istəmirsiniz. Bunun - yaşamağın sizin sağlamlığınız üçün nə qədər təhlükəli olduğunu, yəqin ki, bilirsiniz. - Bilirəm, əlbəttə, bilirəm. Elə məsələ də budur. Nə qədər vaxtım qalıb? - Sizin iki yüzdə yüz iyirmi yaşınız var. Əgər dondurulmasanız, yaşamağa davam etsəniz, iki yüz birdə yüz iyirmi bir yaşınızda sağlamlığınızı tam şəkildə itirəcəksiniz. - Bu qədər tez? - Bəli. Beyninizə düşmüş olan bu virus çox təhlükəlidir və biz də bu səbəblə sadəcə bir il yaşaya biləcəyinizə zəmanət verə bilərik. Maksimum bir il.
- Aha, yaxşı, gəlirəm indi.
- Sonra bəs nə olacaq?
Masadan qalxıb addımladı. Tibb bacısı ilə birgə otaqdan dəhlizə çıxdılar. Dəhlizin solu ilə addımlayaraq sondan ikinci, 66 nömrəli otağa daxil oldular. Gur qara saçlı, görkəmi yetkin
- Sonra sizin beyninizin hər iki hissəsi fəaliyyətini dayandıracaq. Siz özünüzü yuxudaymış kimi hiss edəcəksiniz. O zamana kimi də artıq virus ana beyinə təsir etməyə başlamış olacaq. Sonra…
______________________________________________________________________________34 - Sonra?
imkanımız olacaq. Bunun da nə demək olduğunu bilirsiniz.
- Ölüm. - Bəs əgər dondurulmağı təkrar qəbul etsəm, sağlamlıq şansım? - Sağalmaq şansınız, əlbəttə ki, yüz faizdir. Nə zaman ki sizin beyninizdəki virusu müalicə edəcək dəqiq metod tapılacaq, o zaman siz soyuducudan çıxarılacaqsınız. - Bu, nə qədər çəkəcək? - Ehtimallarımıza görə 30 il. İki yüz otuzda yüz iyirmi yaşınız olanda artıq sapsağlam olacaqsınız. - Mənim də istəmədiyim elə budur. Sizin lənətə gəlmiş müalicələriniz ucbatından 200 il ərzində cəmi 120 il yaşamışam. - Cənab, üzr istəyirəm, siz axı yaxşı bilirsiniz ki, kökhüceyrələrin istənilən orqana çevrilmə prosesini idarə etməyi tapdıqdan, kəşf etdikdən sonra 99 faiz xəstəliklərin qarşısı alındı. Lakin bu, bir qədər vaxt itkisinə də səbəb oldu. Sizin 80 iliniz müəyyən aralıqlarla bu prosesin qurbanı oldu. Lakin son nəticədə, doğum ilinizdən iki yüz il keçməsinə baxmayaraq hələ də siz sapsağlamsınız, daha doğrusu, demək olar ki, sağlamsınız. İndiyə qədər müdaxilə edə bilmədiyimiz hissə ana beyindir ki, sizin də hazırki probleminiz bununla əlaqədardır. Lakin halhazırda bizim alimlər birliyimiz bu prosesi idarə etməyin yollarını axtarır, hansı ki kökhüceyrələri ana beyinə çevirmək imkanlarından söz gedir. Və ən geci qarşıdakı otuz il ərzində onu da ana beyinə çevirməyi öyrənəcəyik. Lakin bu prosesin bir qədər zaman alacağı məlum məsələ olsa da, inanmıram ki, otuz il çəkəcək. Hətta daha qısa müddət alacaq. Bu proseslə də biz ümumi kökhüceyrə layihəmizə son qoyacağıq. Nəticədə, istənilən zaman bir insanı bütünlüklə yeniləyə bilmə
- Ölümsüzlük. - Bəli. - Siz - başdan xarab, beyinsiz həkimlərin də elə məqsədi budur: insanı ölümsüz etmək. Yaşamasan, ölməzsən. 200 ildir varam. 200 il öncə doğulmuşam. Amma onun 80 ilini donmuşam. Bədənimin 120, mənim 200 yaşım var. Lənətə gəlmiş elminiz ucbatından. Siz Tanrıyla oynayırsınız. Tanrıya qarşı. - Tanrı deyilən bir şey yoxdur. - Lənətə gəlmiş. O, sənin üçün elə ola bilər. Tanrı var! - Əsəbləşməyin, cənab. Siz bizə nə istədiyinizi deyin. - Ölmək. - Ölmək? - Bəli, ölmək! - Axı bilirsiniz ki, son əlli ildə heç kim ölməyib. - Bilmirəm. Çünki o əlli ilin sadəcə onunu yaşamışam. Hər kəs kimi. İndi yaşayandan çox donmuş var. Bütün dünyanı dondurmusunuz. Və buna elm, buna inkişaf, buna yaşamaq deyirsiniz. Mən ölmək istəyirəm. Ölmək! - Oldu, cənab, sizin qərarınıza hörmətlə yanaşıram. İndi isə icazə verin, sizə yuxu məhlulu vuraq, yatın. Sabah evinizə yola salarıq sizi. - Yaxşı. Tibb bacısı içərisində 12 qram maye olan lazerli iynəni uzanıqlı olan xəstənin qoluna yaxınlaşdırdı. Maye lazer şüası vasitəsiylə birbaşa damara köçürüldü. Yuxuya dalmağa
______________________________________________________________________________35 başlayarkən xəstə otaqdan çıxanların addım səsini eşidirdi. *** “Qan? Darvinə görə hər şeyin keçici olan hissəsi qan idi, yəni biz qan vasitəsiylə nəsildən-nəslə keçiririk hər şeyi. Sonradan bunun DNA vasitəsi ilə genetik kodlaşdırmanın aparılması məlum oldu. Amma biz bədənimizdəki DNA deyilik. DNA-nı dəyişdirməklə çox şeyi dəyişdirə bilərik, amma bunların bir çoxu rəng, forma, ölçü, sıxlıq ilə əlaqədar olacaq, və ya işləmə funksiyaları digər tip funksiyalara aid olacaq, lakin bu da həmin o nəticəyə gəlir ki, bir az öncə də qeyd etdiyimiz kimi sağ qolumuzu və ya sol ayağımızı itirsək belə, biz yenə də özümüz olaraq qalırıq. Burada bir məsələ var, o da yaddaşdır. Yaddaşımızı itirsək əgər, özümüz olaraq qalırıqmı? Özümüz necəydik ki, elə də qalaq? Dünənə aid heç bir şeyim yoxdursa, dünən necə var idim, mövcud idim? 1900-cü ildə siz var idiniz? Doğulmamışdan bir gün əvvəl? O zaman da deyə bilərsiniz ki, 3-4 yaşınıza qədər olan bütün hər şey sizin yaddaşınızda deyil, həmin vaxt da mən yox idim? Xeyr, var idiniz. Elə işin əsas tərəfi də odur ki, yaddaş sizin xatırladıqlarınızdan ibarət olmayıb şüuraltınıza çökənlər, beynin gizli bir hissəsində qorunub saxlanılanlardır. Artıq müəyyən vasitələrlə biz həmin hissələrə enə bilirk ki, bununla da əmin oluruq ki, hətta 1 yaşımız olarkən belə gördüyümüz, eşitdiyimiz hər şey yaddaşımıza həkk olunub. Bu zaman belə çıxır ki, biz yaddaşdan ibarətik. Və bu yaddaş, əlbəttə ki, beyində yerləşir. Hələ də digər başqa şeylərin önəmi və vacib olduğunu bilirik, hisslər və ya fikirlər kimi. Amma son nəticədə hər şeyi – bizim özümüzün beyindən ibarət olduğunu deyə bilərik.”
Qapı döyüldü, həkim “Gəl” deyərək səsləndi. İçəri daxil olan tibb bacısı “Hazırdır.” deyib otaqdan çıxdı. Həkim də sakit bir tərzdə oxuduğu kitabın səhifəsini itirməmək üçün arasına əlfəcin qoyub kitabı örtdü. Ayağa qalxıb qapıya yaxınlaşdı. Açıq qapıdan dəhlizə çıxaraq qapını örtdü. Dəhliz boyu tibb bacısı ilə danışmağa başladı: - Əməliyyat ağır olacaq. - Əminsiniz ki, bu əməliyyat onu sağaldacaq? - Bilirsən, əslində, ona yalan dedim. - Nə barədə? - Kökhüceyrilərdən süni beyin düzəltməyi öyrənməyə çalışırıq barəsində. Artıq düzəltmişik və ilk onun üzərində tədbiq edəcəyik. Və nəticədə sapsağlam şəkildə 100 illərlə hətta, bəlkə də, sonsuzadək yaşayacaq. - Bunu nə zaman bitirmisiniz? Yəni süni beyni hazırlayıb nə vaxt başa çatdırdınız? - Təxminən 2 həftə olar. - Bəs əməliyyat üçün niyə bu qədər gecikdiniz, yaxud gözlədiniz? - Əmin deyiləm. - Nəyə? - Oxuduğum kitab var idi ha... - Bilirəm, mən də oxumuşam, lakin ordakı fikirlə razı deyiləm. - Bu, sənin şəxsi fikrindir. Mən də inanmıram, əslində. Lakin əməliyyatdan - xəstənin beynini dəyişdirməkdən başqa yolumuz qalmadı. - Dondurmaq bəs? - Əslində, o barədə də yalan demək məcburiyyətində idim. Bu gecə sonuncu gecəsidir. Sabah artıq virus ana beyinə təsir
______________________________________________________________________________36 etmiş olacaq. O zaman isə hər şey gec olacaq. Xəstəni əməliyyata hazırla. - Yaxşı. *** Boşluq. Nə bir şey hiss edirsiniz, nə də ki bir fikir fırlanır beyninizdə. Sanki yeni doğulmusunuz. Nə yaddaşınızda bir iz var, nə də başqa bir şey. Gördüklərinizi dərk etməyə çalışırsınız. Danışmaq, görmək, qoxulamaq, toxunmaq… Hələ bunlara tam alışmadan yaşamın tən ortasındasınız. Kiçik bir uşaq öncə ətrafı müşahidə edir, sonra ətrafa təsir edir. Danışmağı öyrənir, hərəkət etməyi öyrənir, sonra digərlərini. Siz isə oyunun birdən-birə tam ortasından başlayırsınız həyata. O, “digər”, dərkedilmənin müəyyən səviyyədə ciddiləşmiş versiyasıdır: fikirlərin inkişafı. Və düşün ki, uşaqlığını yaşamadan birbaşa səni həyatın ortasına atırlar. Əvvəlləri bilmədən birbaşa “digərləri”nə keçməyin tələb olunur. Sadəcə boşluq. Hər kəs onu - o qoca kişini, o iki yüz il ərzində yüz iyirmi il yaşamış adamı, əməliyyatdan sonrakı adam kimi bildilər. Eyni idi. O isə heç nə bilmirdi. Çünki o, artıq özü deyildi. Ümumiyyətlə, heç kim deyildi. Sadəcə boşluq. 1 həftə sonra intihar edərək özünü öldürdü. Həkim isə intihara başqa səbəblər yükləyərək əməliyyatı uğurlu saydı. Uğursuzluğunu isə sadəcə özü bildi: uğursuz əməliyyat etmişdi. Süni beyinlər və yaxud kökhüceyrədən hazırlanmış bioloji beyinlər heç zaman insanın öz beyninin yerini ala bilmədi.
*200 illik həyatında 120 il yaşadığı üçün bu, yaş hesabıyla iki yüzdə yüz iyirmi kimi hesablanır.
______________________________________________________________________________37
Yeni Filmlər
Seven sisters Tarix: 01.09.2017 Ölkə: Fransa Rejissor: Tommi Virkola Janr: elmi- fantastika ,kriminal Vaxt: 2 saat 4 dəqiqə Rollarda: Marwan Kenzari, Noomi Rapace, Glenn Close, Willem Dafoe, Christian Rubeck, Cassie Clare və başqaları… Dünya əhalisinin artımı səbəbi ilə yeni bir qanuna görə ailələrin sadəcə bir uşağı ola bilər. Ancaq bir-birininin tamamilə eynisi olan 7 bacı hökümətin gözünə batmamaq üçün eyni bir insan kimi davranırlar. Karen Satmen adlı bir qadın olaraq həftənin hər bir günü başqa bacı evdən çıxır. Atası onları həftənin günləri ilə çağırır.Ancaq bacılardan birinin evdən çıxıb qayıtmaması onların nizamlanmış qaydalarını pozur... .
______________________________________________________________________________38
Flatliners Hazırladı: Ülviyyə Rza
Tarix: 28.09.2017 Ölkə: Niderland Rejissor: Nils Andrey Oplev Vaxt: 1saat 48 dəqiqə Janr: elmi-fantastika , dram Rollarda: Nina Dobrev, Ellen Page , Diego Luna, James Norton, Kiersey Clemons, Daniela Barbosa və başqaları… Beş tibb tələbəsi ölümdən sonrakı həyat barədə çox maraqlanırlar. Ölümdən sonra həyatın davam edib etmədiyini öyrənməyi qərara alan tələbələr təhlükəli bir təcrübəyə başlayırlar. Hər biri qısa bir zaman ürək döyüntələrini dayandırırlar. Beləcə, hər biri ölüm təcrübəsi yaşamış olur. Ancaq etdikləri bu təcrübə getdikcə təhlükəli bir hal almağa başlayır. Tələbələr digər tərəfdəki gerçək fövqəltəbii varlıqların diqqətini çəkmişdir və hər biri keçmişdəki səhvləri ilə acı şəkildə üzləşəcəkdir ... .
GÖRÜNMƏZ Murad Cəfərov Görünməz biri olduğunuzu xəyal etdiyiniz, ya da arzuladığınız bir anınız oldumu? Hər kəsin sizin unutduğu, əlinizdə bir fincan qəhvə ilə bir qırağa çəkilib qucağınızdakı kitabın növbəti vərəqini çevirdiyiniz zaman sizi narahat etməyəcək, ətraflarında belə olduğunuzun fərqinə varmayacaq tərzdə görünməzlikdən bəhs etmirəm. H. G. Wellsin 1897-ci ildə yayımladığı kitabındakı kimi görünməz olmaqdan bəhs edirəm. Gözlərinizi yumaraq bədəninizi şəffaflaşdırmaq gücünə malik olduğunuzu, heç kimin, heç nəyin sizi görməyəcəyini düşünün. Belə bir gücə malik olsaydınız, ilk edəcəyiniz iş nə olardı? İlk dəfə on yaşımda olarkən özünü göstərməyə başlamışdı. Səhər məktəbə
______________________________________________________________________________39 hazırlaşmaq üçün tezdən durub güzgünün qarşısına keçdiyim zaman heç nə ilə qarşılaşmamışdım. Yəni normalda bir insan güzgüyə baxarkən özünü, özünün orada əksini görər, lakin mən həmin sabah bir heç görmüşdüm. Təbii ki, nə qədər qorxduğumu, həmin an necə qışqırdığımı təsvir etməyə ehtiyac yoxdur. Səsimə atamın özünü otağa atması ilə birlikdə öz görüntüm qayıtmış, güzgüdə yenidən görünən bir bədənə sahib olmuşdum. Olanları danışdıqda isə mənə gülərək gələcəkdə bu xəyalgücümlə ən yaxşı fantastik yazarlardan birinə çevriləcəyimi demişdi. Mənə inanan yeganə şəxs dostum olmuş və onun da məsləhəti ilə həmin gündən etibarən bir daha bu barədə heç kimə bir kəlmə belə etməmişdim. Sadəcə görünməzliyin mənə bəxş etdiyi üstünlüklərdən istifadə edib həyatımı daha maraqlı, daha əyləncəli bir hala gətirmişdim. “Gələcəksən, ya yox?” – deyə soruşan Eric ən başından bəri yanımda olan yeganə dostum idi. Dərs qutarmış, sərin payız küləyi çoxdan yarpaqları budaqlarından ayırıb yerə salmaq üçün işə başlamışdı. “Bax, dostum”, – deyə ətrafıma baxdım. “Sənin sevgilinin olmaması, mənim də olmayacağı mənasını vermir. Düzdür, səni sevirəm və uşaqlıqdan bu yana yanımda olan yeganə dostumsan, səninlə yaxşı vaxt keçirdiyimizi də qəbul edirəm, amma biz həmcinsik”. Ona yaxınlaşıb əlimi yanağının üzərində gəzdirdim. “Bəlkə, əkscinsin nümayəndəsi olsaydın, bir az fərqli ola bilərdik”, – deyərkən Eric dərhal geri çəkilib əlimi itələdi. “Bəzən sənə necə tab gətirdiyimi belə bilmirəm, Chris.” Küləyin özü ilə gətirdiyi ətrin qoxusunu hiss etməyimlə geriyə çevrilməyim bir oldu və onun bizə doğru gəldiyini görərkən ağzımın qulaqlarımın dibinə doğru yayılmasının qarşısını ala bilmədim. Çiyinlərinə düşən kürən saçlarını arxaya atıb gülümsəyirdi. Yaxınlaşdığı hər
addımla ətrinin qoxusu daha da güclənir və bu, məni dünyadan ayıraraq ikimizin olduğu bir başqa kainata həbs edirdi. “Necəsən, Eric? - onu qucaqlamağa imkan vermədən barmaqlarının ucuna qalxıb öpdü üzümdən, - sənin üçün darıxmışdım”, - əlavə etdi Iris mənə baxaraq. “Hər zamankı kimi yalnız”, – dedi Eric köks ötürərək. Külək sarı saçlarını dağıtmış, qaşının üzərindəki uşaqlıqdan ona yadigar qalan çapıq izini gizlətmişdi. Irisin barmaqlarını soyuq barmaqlarıma dolayarkən onların nə qədər isti olduğunun fərqinə vardım. “Irisin sənə xəbəri var”. Eric gördüyüm ən açıq rəngə malik olan qəhvəyi gözlərini aramızda gəzdirdi. “Nə?” Çiynimi çəkib sevgilimlə birlikdə sağa dönərək parka doğru yol aldıq. “Biz bir az gəzmək istəyirik. Əgər nə olduğunu öyrənmək istəsən, bizə qoşula bilərsən”. Ericin bizə çatması üçün daha asta getmək qərarına gəldik. Çünki dostumu tanıyırdımsa, onun necə maraq dəlisi olduğundan xəbərim var idi. Əgər ona yeni bir xəbəriniz olduğunu deyib ardından bir insanı öldürdükdən sonra həmin xəbəri eşidəcəyini əlavə etsəz, inanın mənə bir neçə dəqiqə çəkməz ki, həmin adamın cəsədini qapınızın ağzında tapacaqdınız. Bir andaca yanımda dayanan Eric onun haqqında yanılmadığımı sübut etmiş oldu: “Əgər yalandan demiş olsaz, ya da…” “Rahat ol, – dedi Iris, - sən…” Qızın sözünü yarıda kəsdim: “Əzizim, ona bu xəbəri heç nəsiz verməyi düşünürsən? Belə əla bir xəbəri?” Gülümsəyərək əlimi daha bərk sıxan Iris boylanaraq sol boyunca hərəkət edən oğlana baxdı, sonra sevdiyim gözlərini mənə dikərək:
______________________________________________________________________________40 “əslində haqlısan, – razılaşdı, - əvəzində nəsə istəməliyik”.
danışırdın? Ya da kiminlə danışdığını zənn edirdin?”
“Bəlkə, bir...”
Təəccüb dolu baxışlarımı ikisinin arasında gəzdirdim. “Necə yəni? Onu görmədiniz? Mənə dəyərək yerə yıxan və sonra yenidən qaçaraq yoluna davam edən oğlanı görmədiz?”
Arxadan gələn addım səsi ilə geriyə döndüm. Üstü toz içində olan, köynəyi bir it sürüsünün hücumuna məruz qalmış kimi parçalanmış bir oğlan dayanmadan üzərimə doğru gəlirdi. Başı ilə geriyə baxır, sanki qaçdığı birindən, ya da birilərindən xilas olmağa çalışırdı.
Hər ikisi sakitcə başları ilə inkar etdilər. Eric mənə yaxınlaşaraq “Yoxsa sənin kimi idi?” – pıçıldadı qulağıma.
“Ehtiyatlı ol ”, – desəm də, nə özüm oğlanın qarşısından çəkilə bildim, nə oğlan son anda məni görərək dayana bildi.
Mənim kimi? Görünməz biri?
Bir-birinə dəyən bədənlərimiz geriyə doğru gedərək yerə çırpıldıq.
Oğlanın gəldiyi tərəfdən eşitdiyim səs ilə başımı həmin yönə çevirdim. Üç nəfər idi. Qara rəngli geyimləri olan üzlərində qara rəngli maska və görə biləcəyiniz ən böyük, ən qəribə bir eynəyə sahib olan, əllərindəki dəmir rəngli qəribə bir silah ilə bizə doğru qaçan üç nəfər…
Oğlan qanamış ovuc içlərinə ilə dərhal ayağa qalxdı. “Bağışla”, – dedi. Yerindən atılaraq qaçmağa hazırlaşırdı ki, nəyinsə fərqinə vararcasına dayandı. “Məni görə bilirsən?” “Kor eynəyi taxdığımı görürsən? Ya da əlimdə bir kor əsası?” Oğlan təəccüblənmişdi. Əslində, üzündəki ifadə daha çox bir qorxu idi. Oğlan qorxmuşdu. Həm də çox… Bacardığı qədər surət yığıb uzaqlaşarkən “qaçsan, yaxşı olar”, – dedi. “Onlardan gizlənə bilməzsən. Arxamdadırlar və səni görən kimi nə olduğunu biləcəklər”. Udqundum. Bu, heç də gözlədiyim bir hadisə, hazırlaşdığım bir qarşılaşma deyildi. Dostumun mənə uzatdığı əlini tutaraq sevdiyimin qəribə baxışları ilə ayağa qalxdım. Eric çantamı qaldırıb tozunu çırpdıqdan sonra mənə uzadarkən mən şalvarımı təmizləməklə məşğul idim. “Şizofren olduğunu bilmirdim”, – dedi Iris. Səsi olduqca tədirgin və həyəcanlı idi. “Kiminlə
“Axı bu…”
“Biri də var”, – deyə qışqırdı ən öndə olan. “Hansı?”, - digəri yanına gələrək dayandı və silahı bizə doğru tuşladı. “Nə fərq edər? Üçündən biridir”. Səsləri Eric də eşitmişdi. Qoluna vuraraq “onları görürsünüz?” – soruşdum. Artıq biri ilə tanış olmuşkən başqa görünməzlərin olmadığına kim məni əmin edə bilərdi ki? Ericlə Iris eyni anda cavab verdilər: “Heç də dostcanlı görünmürlər və deyəsən, bizə tərəf gəlirlər”. “Elə isə nəyi gözləyirik? - Irisin əlindən tutdum, - qaçdıq”. Irisi arxamca dartaraq Ericlə birlikdə qaçmağa başladıq. Arxadan gələn səsləri, yaxınlaşan addımları eşidə bilirdim. Lakin geriyə baxmağa cəsarət etmirdim, çünki filmlərdə hər zaman belə olurdu. Qaçarkən arxaya boylanır və önündəki
______________________________________________________________________________41 daşı görmədən ona ilişərək yıxılırdı baş qəhrəman. “Bunu da əlimizdən qaçırmamalıyıq”. Həmin oğlanın dediyi və qaçmağımı tənbehlədiyi adamlar, heç şübhəsiz ki, onlar idi. Amma nə istəyirdilər? Və kim idilər? Bilmirdim, ancaq hal-hazırda bu sualların heç bir əhəmiyyəti yox idi. Çünki məhz bu anda hər birimizi bir məsələ maraqlandırırdı – onlardan qaçaraq xilas olmaq. Parka daxil olmadan sola döndük və bir yeraltı keçidə düşərək qaçmağa davam etdik. Önümüzə çıxan insanları itələyərək yolumuzdan çəkməli olsaq da, dayanmadıq. Bizdən arxada qalan dostuma səslənərək surətlənməsini bildirdim. Pilləkanlarla çıxıb keçidi tərk etdik və önümüzdəki yoldan sağa dönərkən qarşımıza çıxan ilk mağazaya daxil olduq. Bir şirniyyat mağazası idi və daxil olan kimi qapıdan uzaqlaşaraq diqqət çəkməmək üçün mağazanın içərisində hərəmiz bir tərəfə doğru səpələndik. Hazırlanmış tortlara baxarkən bir tərəfdən çölü izləyirdim, adamların qaçaraq mağazanın qarşısından keçdiyini görüb dərindən nəfəs aldım. Çiynimə dəyən bir əl ilə diksindim və mənə toxunanın Iris olduğunu görüb gülümsədim. “Onlar kim idi?” - soruşdu. “Bilmirəm”, - yalan demirdim. “Bizdən nə istəyirdilər?” “Bilmirəm”, - bunda da haqlı idim. Bəlkə, onlar haqqında heç nə bilmirdim, ancaq kimin izində olduqlarından xəbərdar idim. Ya da nəyin izində olduqlarından… **** Ericlə sağollaşıb Irisin evinə tərəf addımlayarkən içimdəki qorxu hissi mənə daha
çox sarılıb ayrılmaq istəmirdi. Ondan xilas olmağa çalışsam da, bir zəli kimi bədənimə yapışaraq qanımı çəkər kimi bütün rahatlığımı əmərək yoxa çıxartmışdı. Onların görüntüsü, əllərindəki silah və qəribə eynəkləri yadımdan çıxmırdı. Ulduzların bəzədiyi qaranlıq səmanın altında, sevdiyimin əli ovcumun içərisində öz yerini alarkən Irisin evinin görüntüsü canlandı qarşımızda. İri, iki mərtəbəli və qarşısındakı üzərinə qaranlıq çökmüş çiçəklər… Artıq günün sonuna çatdığımı, ondan bir neçə saatlıq ayrı qalacağımı qəbul etməyə hazır deyilkən Iris barmaqları ucuna qalxıb üzümdən öpdü. “Bu gün olduqca yorucu idi, – dedi, amma içimdə məndən nələrsə gizlətdiyinə dair olan hiss, bu gün bir az daha qabardı”. “Bir gün, – deyib onu öpdüm, -bir gün hər şeyi danışacam”. Iris məndən ayrılıb iki addım atmadan dayandı. Cibinə saldığı əllərini çıxartdı və hər zamankı kimi həyəcanlı duruşunu sərgilədi – başı önə doğru çıxaraq dizləri azacıq büküldü. “Yaxşısan?” Əli ilə evi göstərərkən ağır bir daş oturdu ürəyimin üzərinə. Qapının dəstəyi qırılmış və artıq bağlana bilmədiyi üçün aralı qalmışdı. Yerə səpələnmiş taxta qırıntılarının yanından keçib Irisi arxamda tutaraq ehtiyatla evə daxil oldum. Hər yerin darmadağın olduğunu, stolların qırılıb divanın çevrilərək evin bir küncünə atıldığını gözləsəm də, hər şey qaydasında idi. Evə kiminsə girdiyini göstərən yeganə işarələr qırıq qapı və boz rəngli xalçanın üzərindəki dörd iri ayaq izi, daha doğrusu, ayaqqabılarına yapışmış palçığın izi idi. “Həmin adamlar”, – deyə pıçıltı süzüldü yumulu dodaqlarımın arasından.
______________________________________________________________________________42 Onlar idi. Buna heç bir şübhəm yox idi. Bizim kim olduğumuzu tapmış, harada yaşadıqlarımızı öyrənmişdilər. Əgər Irisin evinə gəlmişdilərsə, bəlkə də…
“Tələs”, – deyə pilləkəndan düşən bir başqası Ericin bədənini çiyninə atmışdı. Qolları və başı bir meyidtək sallanan oğlanın bədənində canlı olduğunu göstərəcək heç nə yox idi.
“Eric”, - Iris düşüncələrimi oxumuşdu sanki.
“Bizi gördüyünü beynindən silib oğlunun uzun müddətlik bir səyahətə çıxdığına dair bir informasiya yerləşdirdikdən sonra…”
Irisi ora aparmaq istəmirdim, amma burada da qoya bilməzdim. Ya geri qayıtsalar, onda necə olacaqdı? Irisin valideynləri ilə atam eyni şirkətdə vəkil işlədikləri üçün bu gün xoşbəxtçilikdən şəhərkənarına yola düşmüş və sabaha qədər geri qayıtmayacaqdılar. Əlimizdə olan şərtlərə nəzər yetirdikdə isə ən təhlükəsiz seçim mənimlə birlikdə gəlməsi idi. Ericin evi növbəti küçədəki ilk ev idi və arada sadəcə beş dəqiqəlik olan məsafəni qaçaraq daha da azaltmağı bacarmışdıq. Küçəni dönər-dönməz gördüyümüz iri zirehli maşının qarşısında dayandıq və artıq ikimiz də maşının nə demək olduğunu təxmin etmişdik. “Buradadırlar”. Aşağı əyilib astaca maşının arxasından keçib içəridə oturan iki adama görünmədən evin pəncərəsinin yanında yerə oturduq. Qapı açılmışdı və içəridə günorta gördüyümüz adamlardan ikisi var idi. Qarageyimli adam əlində qəribə bir cihazla dayanmışdı. Səsi belə çıxmayan Irisə yenidən sakit olmasını işarə edib bir qədər yana doğru əyilərkən önündə dizləri üstə çökmüş qadını - Ericin anasını gördüm... Qadının gözləri qızarmış, sarı saçları üzünü örtmüşdü. Adam kobud cüssəsi ilə əyildi və iri bir qulaqcığa bənzəyən aləti qadının başına keçirtdi. Uclarındakı çıxıntıları qadının gicgahlarına yerləşdirib geri çəkildi. Əlindəki ağ rəngli qurğunun üzərindəki düyməni radionun səsini artırırmış kimi çevirdi. Qadının başı önəgeriyə doğru əsməyə başladı və dodaqlarından çıxan səslər əzab nidalarından başqası deyildi.
Arxasını evə söykəyən Iris ilk dəfə tərpəndi. “Düz eşitdim? - açıq qalmış ağzımı yumdum, onun beynini təmizləyir? ” İlahi… “Polisə get”, – dedim. Gözlərimi yumub bütün düşüncələrdən azad olduqdan sonra bədənimi şəffaflaşdırmağa başladım. “ Sən… Sən…” Yox olmuşdum. “Narahat olma,” – desəm də, Iris səsin harada gəldiyini anlamaq üçün çarəsizcə ətrafına baxdı. “ Qarşındayam və Erici xilas edib qayıdacam. Arxana belə baxmadan polisə get və burada baş verənləri danış”. Iris qorxmuşdu. O adamları görərkən hiss etdiyi qorxudan daha artıq idi bu. Qarşısında bir görünməzə çevrilmişdim, belə bir ağılsızlığı necə etdiyimi bilmirəm, ancaq o anda Ericdən və xilas olmaqdan başqa heç nə fikirləşmirdim. “Mənə inan, - görünməz əllərimi üzündə hiss edərkən geri çəkildə Iris, - səni sevirəm”. Onu öpdüm və dediyimi yerinə yetirəcəyinə ümid edərək özümü evin içərisinə atdım. Addımlarımı etiyatla və səs çıxarmamağa çalışaraq atırdım. Çünki bir görünməz ola bilərdim, ancaq toxunuşum hiss olunur, çıxartdığım səslər eşidilirdi. “Tələs”, – dedi dostumu bir kisə un kimi çiyninə atan adam. Digəri əlindəki cihaz ilə ona tərəf döndü. “İnsan beynidi, – deyə cavab verdi, - hər bir lazımsız,
______________________________________________________________________________43 ya da artıq göndərilmiş siqnal onun işini poza, ya da üzərində keçirdiyimiz beyin-idarə-etmə işini nəticəsiz qıla bilər”. Beyin idarə etmə? Bu, mümkün idimi? Normalda bir insanın görünməz olması da mümkün bir iş deyildi. Baxışlarımı hər ikisi arasında gəzdirib ilk öncə hansının üzərinə cumacağımı götür-qoy etdim və sonra qapıdan çıxmağa hazırlaşan adamın qarşısında dayandım. Həftəsonları getdiyim boks dərslərindən öyrəndiklərimi xatırladım. İlk zərbəni endirdiyim qarınboşluğu heç nədən xəbərsiz dayanan bir insanda ən zəif nöqtə hesab olunurdu. Adam ikiqat olaraq çiynində daşıdığı Erici yerə salmamağı bacardı. Onun dikəlməsinə, ya da bir həmlə göstərməsinə icazə vermək fikrim yox idi. Yumruğumu sıxdım və bir zərbə daha endirdim. Ardınca bir az daha yaxına gedib dizimlə aşağıya doğru əyilmiş çənəsindən ilişdirdim. Adam dostumu götürərək yerə qoydu və “deyəsən, görünməz bir qonağımız var”, – deyib kəmərindən asılmış eynəyi əlinə almağa çalışdı. Təbii ki, bu, yol verə bilməyəcəyim bir hal idi, çünki eynəyin nə iş gördüyünü təxmin etmişdim – görünməzi görünən edirdi. Bir təpiklə eynəyi əlindən yerə salıb ayağımla əzdim. Bir söyüş çıxdı adamın ağzından və yumruğu ilə görmədiyi məni zərərsizləşdirməyə cəhd göstərdi. Ancaq unutduğu şey artıq onun yanında olmadığım idi. Çünki qadının üzərində keçirdiyi beyin əməliyyatını dərhal dayandırmalı və Iris polislə birlikdə bura gələnə qədər onların başını qatmalı idim. Arxası mənə tərəf olan adama yaxınlaşmışdım ki, geriyə döndü və gözünə keçirtdiyi eynəyi görüb yerimdəcə donub qaldım bir anlıq. Məni görə bilirdi. “Kiçik nümayişin sona çatdı?” Əlindəki cihazla işinə davam edərkən digər tərəfdən üzünə yayılan gülümsəmə daha da böyüdü. Gözləmədiyim anda əlinin arxası ilə bir
sillə dəydi üzümdən və zərbənin ağırlığından özümü saxlaya bilməyib yerə çırpıldım. “Düz qarşında”, – dedi digər adam və mən ayağa qalxmağa imkan tapmadan qarnımdan dəyən təpik ilə yerdəcə qıvrıldım. Başımdan dəyən bir zərbə evin və adamların ətrafımda bir karuseldə imişəm kimi fırlanmasına və göz qapaqlarımın uclarına bir daş asılmışcasına ağırlaşmağına səbəb oldu. *** Gözlərimi qulaqlarıma bir uğultu tək hücum edən səslərin köməyi ilə açdım. Qarşılaşdığım parlaq işıqla harada olduğumu düşünmək kimi bir istək yarandı beynimdə. Baxdığım filmlərdə bu parlaq işığın yalnızca bir mənası var idi – ölüm. Amma özümü bir ölü kimi hiss etmirdim. Gələn siqnal səsləri aramsız, bəzən isə öncədən yazılmış bir melodiya kimi idi. Qulağımdan daxil olaraq bütün beynimdə səyahətə çıxan səslər içimdəki harada olduğumu anlamaq istəyini daha da artırırdı. Qorxmurdum desəm, dünyadakı yalanlar siyahısında ilk üçlükdə yerini alan məşhur bir yalanı işlətmiş olacaqdım. Gözlərimi bir neçə dəfə qırpdım və bununla gördüyüm parlaqlıq zəifləməyə, harada olduğumu anlamağa kömək göstərdi. Başımı yana tərəf çevirdim. Qollarım, ayaqlarım, hətta qarnım və çiyinlərim belə hərəkətsiz idi, sanki bir buz silahının hücumuna məruz qalaraq buzdan parçaya çevrilmişdi. Diqqətimi toplamağa çalışarkən gördüyüm ilk siluet öz formasını aldı. İki insan idi. Dizlərinə qədər uzun ağ xalat geyinmiş, ağarmış saçları ilə olduqca ciddi görünən bir kişi, ortaboylu, çiyinlərinə tökülən qara saçları ilə bir alimi xatırladacaq duruşa malik bir qadın idi. Bir alim…
______________________________________________________________________________44 Məhz o anda harada olduğunu dərk etdim. Üzərində bilmədiyim rəqəmlərin, rəngbərəng, müxtəlif formalı qrafiklərin əks olunduğu yanyana düzülmüş iri ekranlar, hətta elmi-fantastik filmlərdə belə görmədiyim tavana qədər uzanmış bir neçə nəhəng cihazlar, qəribə rəsmlərin əks olunduğu tablolar, parlaq rəngli mayelərin axdığı, köpüklənərək üzərindən tüstülərin çıxdığı kolbalar, qarışıq borular və… aradakı görünən şüşə ilə ayrılmış bir digər otaqda, dizlərini qucaqlayaraq oturmuş bir qız və yerə uzadılmış oğlan…
almışdı, - gücünüzün necə yaratmağı və necə artıracağımızı”. Neştərini baş barmağı ilə işarət barmağının arasında sıxıb mənə yaxınlaşdı: “Əslində, sənin gücünü öyrənmək istəyirik.” Mənə baxdı. Neştərin soyuq ucu bədənimlə təmas edənə qədər əynimdə köynəyimin olmadığının fərqində deyildim.
“Iris… Eric…” , -qollarımı tərpətmək, bağlanan dəri kəmərləri qırmaq istədim. “Iris. Iris.”, - qız səsimi eşitmir, oğlanın bədənində isə bir hərəkət yox idi.
“Nə?”, - oğlanın gözləri böyümüş, rəngi bir anda dəyişmişdi.
Bacarmamışdı. İrısə polislərə getməyini demişdim, ancaq bacarmamışdı. Eyni ilə mənim kimi… “Görünməz oyandı”. Səs ağzı maskanın arxasında gizlənən qadından gəldi. Eynəyini düzəldib əlindəki iri iynə ilə yanımdan keçdi. Hara getdiyini bilmək, ya da nə etmək istədiyini öyrənmək üçün baxışlarımla onu izlədiyim zaman sağ tərəfimdəki eyniylə mənim kimi bağlanmış birinə yaxınlaşdığının şahidi oldum. Oğlanın qorxu dolu baxışları kim olduğunu xatırlatmışdı. Yolda mənimlə toqquşan və sayəsində başımızı bəlaya soxan həmin oğlan idi. Buradan xilas olmaq, onu oradaca əllərimlə boğmaq istədim. “Bunu niyə edirsiz?” - oğlan məndən bir neçə yaş böyük olardı. Bir sistemə bağlanmış, içərisindəki mavi maye damarına doğru yol alırdı. Qadın heç nə demədən əlindəki iynəni sərt bir şəkildə oğlanın boğazına batırdı. Ağrı və qəzəblə bağırdı. “Bunu niyə edirsiz? Məndən, bizdən nə istəyirsiz?” “Gücünüzü.., - səs yaşlı kişidən gəlmişdi. Ağzındakı maskasını çıxartmış, əlinə bir neştər
“Sən… – deyə davam etdi qadın oğlana baxaraq, - bizim üçün sadəcə bir məcburiyyət idin. Və əslində, buradan qaçmağın bizim sayəmizdə oldu”.
“Səni sadəcə bir vasitə olmaq üçün bu gücü bəxş etdik və yalnızca qısa müddət ərzində özünü görünməz edə bilirdin, bizim isə istədiyimiz daha güclü biri idi, doğuşdan gələn, fərqli biri… - mənə tərəf döndü kişi, - eyniylə sənin kimi”. Neştəri dərimə batırarkən boğazımdan acı bir qışqırtı qopdu. “Ətrafa yaydığın aura bir maqnit kimidir, bir-birinin əksi olan və bir-birini cəzb edən maqnit kimi”. Qolumu tərpətmək, getdikcə içəriyə girən aləti çıxartmaq cəhdlərim heç bir nəticə vermədi. “Ona görə sənin qaçmağına şərait yaratdıq, Uğursuz”. Yenidən digər oğlana baxdı: “Beləliklə də, bizi ona apardın, çoxdan arzusunda olduğumuz Görünməzə…” Sağımdan gələn inilti, yerini qışqırtı ilə əvəz edərkən qolumdakı ağrını unutdum. Ona tərəf dönərkən boğazında – iynənin batırıldığı yerdə meydana gələn bir qaraltı diqqətimi çəkdi. Bir qumbara kimi idi. Partlamış və qəlpələri hər tərəfə səpilmiş qumbara kimi. Oğlanın boynunda, açıq sinəsində, qollarında və üzündə, sanki saatlarla döyülmüş kimi bir göyərti yarandı. Getdikcə rəngi tündləşməyə və daha da böyüməyə başladı. “Ağrıdır”, – deyə fəryad qopardı oğlan. “Yalvarıram…” Ancaq ona qulaq asan yox idi. Qadın geriyə dönərək ondan uzaqlaşarkən oğlanın bədəni titrəməyə və ağzından qırmızı
______________________________________________________________________________45 rəngli maye axmağa başladı. Ardınca burnundan, gözlərindən və qulağından axan mayenin bir qan olduğunu anlamağım bir neçə saniyəmi aldı. Çiynini çəkdi qadın oğlanın cansız halda yatan cəsədinə baxaraq. “Uğursuz olduğunu bilirdik.” “Sənin sayəndə…- kişi neştəri dərimin içərisində bir dilim çörək kəsirmiş kimi hərəkət etdirirdi. Ağrının qarşısında qışqırmaqdan başqa isə edəcəyim heç nə yox idi, - …yaradacağımız Görünməzlər ordusu ilə nələr edə biləcəyimizin düşüncəsi belə möhtəşəmdir”. Neştərlə cızdığı dairəni tamamlayıb bir tikə dərini qopardı. Axan qan süzülərkən geriyə qoyduğu ağrı qarşısında gözlərimi yumub yumruğumu sıxarkən əlimə gələn yeganə şey üzərinə bağlandığım çarpayının yumşaq döşəyi oldu. Kişi kəsdiyi dərimlə birlikdə mikroskopa yaxınlaşıb əşya masasının üzərinə qoyduqdan sonra gözünü okulyara yaxınlaşdırdı. “ Genlər necə yaradıldığını öyrənmək üçün ən vacibidir, – deyib obyektivi dəyişdirdi, - ona görə üzərinə bir qədər analiz aparmağımız lazımdır. Xanım Cordon, qan nümunəsi götürdükdən sonra ona bir az istirahət etməyə vaxt verə bilərik”. Artıq birinin adını öyrənmişdim. Qadın bayaqdan bunu gözləyirmiş kimi əlindəki iynəni qoluma keçirdərək qanımı çəkdikdən sonra cibindən bir başqasını çıxartdı. İçərisində şəffav maye olan iynəni qolumdakı damara keçirtdi və bunun nə olduğunu anlamağa çalışmadan göz qapaqlarım yumulmağa başladı. *** Yenidən gələn siqnal səsləri ilə gözümü açarkən qarşılaşdığım ilk mənzərə parlaq işıq oldu, artıq bu işdə təcrübəli olduğum üçün gözlərimi ona öyrəşdirib ətrafıma baxdım. Şüşə ilə ayrılmış otaqda yerdə yatan Ericdən başqa heç kimi görə
bilmədim. Iris orada yox idi və məhz o zaman qəbul etmək istəmədiyim bir həqiqətə qarşı başımı astaca sağa çevirdim. “Iris…” Sevdiyim eyniylə mənim kimi çarpayıya bağlanmışdı. Başı yana doğru əyilmiş, saçları yumulu göz qapaqlarının üzərinə düşmüşdü. Nəfəs alarkən qalxıb-enən sinəsinin hərəkətini izlədim. Gicgahında gördüyüm qaraltının, axan qanın səbəbinin nə olduğunu anlamağa çalışmaq üçün diqqətlə ona baxdım. Yanındakı cihazdan gələn naqillər kəsilmiş gicgahına daxil olur və onu… “Onun burada nə işi var? ” Qadın əyləşdiyi stulunu arxaya verərək ayağa qalxdı. “Görürəm, oyanmısan”. “Sualıma cavab ver, – deyə tərslədim, - onun burada nə işi var?” “Bəlkə də, ordumuzun bir üzvü olmaq istəyir”. “Amma…” Qapı açıldı və sözümü yarıda kəsərək içəri girən kişi danışmağa başladı: “Sınaq hazırdır?” “Hər şey hazırdır”, – cavab verdi. “Son olaraq hazırlanan serumu vurmaq və sizin göstərişinizlə düyməni basmaq qalır. Amma professor, nə ilə nəticələnəcəyini bilmirik, öncədən üzərində testlər aparmadığımız üçün necə reaksiya verəcəyindən xəbərsizik”. Gözlərimi yumdum. Irisi xilas etmək düşüncəsi ilə bədənimi şəffaflaşdırdım. “İnanılmazdır”, – deyə təəccüb nidalarını eşitdim kişinin. İstədiyim gücümü onlara nümayiş elətdirmək deyildi. Bunu dəfələrlə etmişdim. Bir neçə dəqiqə görünməz olaraq qaldıqdan sonra bədənim öz maddiliyini itirir və mən beləcə nəsnələrdən keçə bilirdim. Düzdü, sonrasında yaşadığım halsızlıq və başağrısı məni gün boyu
______________________________________________________________________________46 narahat edirdi, ancaq bağlandığım kəmərlərdən bədənimi keçirə biləcəyim və Irisi o çarpayıdan xilas edəcəyim üçün başqa heç nə düşünmürdüm. Professor maskasını ağzına taxıb, eşidilən xırıltılı səsi ilə: “Özünü bir buxara çevirmək istəyirsən, düzdü? – soruşdu, - demək, artıq görünməzliyin zəifliyi özünü göstərib və sən isə bunu bir üstünlük olaraq qəbul etmisən”. Ancaq alınmırdı. Bədənimi kəmərlərdən xilas edə bilmirdim. “Özünü yorma, onsuz da bacara bilməyəcəksən, çünki bağlandığın kəmərlər buna icazə vermir, - əlavə edib qadına döndü, başlayaq, xanım Cordon”. Qadın bir cihaza yaxınlaşdı və qapısını açaraq üzərinə hücum edən soyuq buz buxarına fikir vermədən kiçik bir şüşə qabı çıxartdı. İçərisindəki rəngli mayeni iri bir iynəyə çəkib Irisə yaxınlaşdı. “Xahiş edirəm... – yalvardım, - ona toxunmayın. Xahiş edirəm… - sanki mən səsi çıxmayan bir lal, onlar isə heç nə eşitməyən bir kar idilər. “Mənə nə istəsəniz, edə bilərsiniz, amma ona… Yalvarıram sizə… onu buraxın…” Mənə baxan kişinin maskanın arxasında güldüyünü hiss edə bilirdim. Gözləri parıldayaraq qadına işini davam etməsini əmr etdi. Qadın iynəni eyniylə həmin oğlana etdiyi kimi qızın boğazına, üzə çıxan damarına keçirtdi. Oğlanda olduğu kimi boğazının qaralmasının, bədənində göyərtilərin yaranmasını gözlədim çarəsizlik içində. Ancaq heç nə olmadı. Professor Irisin kəsik gicgahlarına birləşdirilmiş naqillərin öz mənbəyini götürdüyü iri cihaza yaxınlaşarkən qadın yerindəcə dayanıb önündəki ekranda tez-tez dəyişən rəqəmlərə tamaşa etdi: " Professor, sınağın həyati göstəriciləri düşündüyümüz qədər də yüksək deyil".
“Dayanın, – deyə yenidən cəhd göstərdim, yalvarışlarımın bir nəticə verməyəcəyini bilərək, - xahiş edirəm…” Gözümdən bir damla yaşın çıxaraq yanağımdan süzüldüyünü yaratdığı istilikdən anladım. Professor tərli alnını qolu ilə silib bəyaz ağızlığın arxasından çıxan boğucu səsi ilə: "Təcrübəni sona çatdırmaq lazımdır", – dedi soyuqqanlıqla. Xanım Cordon rəqəmləri qeyd edərkən bədəni hərəkət etməyə başladı Irisin. Daha da sürətlənən titrəmə nəticəsində çarpayıdan gələn qıcırtı səsləri ilə Irisin inilti səsləri otağı bürüdü. Səsi o qədər ürəkağrıdıcı idi ki… Əllərim açıq olsaydı, heç şübhəsiz barmaqlarımla qulaqlarımı tıxıyardım. Bir anda bədənini virus kimi ələ keçirməyə başlayan bataqlıq yaşılını xatırladan iri damarları görərkən professor yarı sevinc, yarı təəccüb içində eynəyini düzəltdi. "Nə düşünürsüz, professor?" – soruşdu qadın. Professor heç nə demədən monitorda sürətlə dəyişən göstəricilərdən gözünü çəkib qıza yaxınlaşdı. Göz qapaqlarını aralayıb əlindəki işıqla bir qədər tamaşa etdikdən sonra yenidən geri qayıdıb yerində dayandı. Cihazın üzərindəki saysız - hesabsız kiçik düymələrdən fərqlənən iri qara rəngli kvadrat bir düymənin üzərində baş barmağını gəzdirib qadına tərəf döndü və düyməni basarkən əlimdən olanları izləməkdən başqa heç nə gəlmədi. Sakitcə uzanıb gözümdən süzülən yaşlarla sevdiyimin necə can verdiyini izləməkdən başqa heç nə… Kəsilmiş gicgahlarından içəri girən naqillərdə bir qığılcım baş verdi. Irisin göz bəbəkləri hər an yumulmuş göz qapaqlarını cıraraq çölə çıxacaqmış kimi böyüyərkən yanaqları quruyub çənə və almacıq sümüklərini nümayiş elətdirdi. İllərdir basdırılmış ölü bir insanın bədəni kimi qızın bütün dərisi büzüşərək sanki yaradılışdan
______________________________________________________________________________47 bəri heç yoxmuş kimi sümüklərini ortaya çıxartdı.
“Niyə bunu edirsiz? – təkrarladım, - insanları niyə öldürürsüz?”
“Yox… Yox…” O çarpayıdan xilas olmaq üçün göstərdiyim saysız cəhdlərimdən biri idi.
Çiynini çəkən professor kolbaların qarşısında keçib qanımdan bir damcı əlavə etdi. “Dünya dəyişir, biz də dəyişməliyik”.
Rəqəmlərin sıfırlanması, gələn siqnal səslərinin kəsilməsi ilə birlikdə Irisin sümüklərdən ibarət cəsədi bir neçə dəqiqə öncə nəfəs alan bir canlıya aid deyilmiş kimi çarpayıda qaldı. “Alınmadı, - qadının səsi o qədər sakit idi ki, sanki öldürdükləri bir insan deyil, gölməçədən tutub gətirdikləri bir qurbağa idi.
“İlahi…Vulture’dan bir replik işlətdiyinə inana bilmirəm. Bir az Peter Parkerden, ya da Tony Starkdan nələrsə öyrənməyə çalışsan? ”
“Sizi öldürəcəm. Buradan xilas olan kimi sizi ilk biletlə cəhənnəmə yola salacağıma and içirəm”.
“Məni pis biri kimi düşünə bilərsən, amma haqlı olduğumu və görünməz ordu ilə nələr əldə edəcəyimizi fikirləş. Üçüncü Dünya savaşı yaxındadır və bizim bu ordu ilə necə məğlubedilməz ola biləcəyimizi xəyal edə bilirsən?”
Professor divardan asılmış düyməni basdı. “Təmizləyiciləri göndərin”.
“Sizin necə vicdansız olduğunu bilirəm. Başqa heç nə!”
Oradan, Irisin yanından uzaqlaşmasını izləyərkən qəzəb bir şeytan kimi bədənimi ələ keçirtmişdi. Düşündüyüm yeganə şey onların öldüklərini izləyərkən üzümdə yaranan xoşbəxt təbəssüm idi.
Qadının çarpayıya bağlanmış halda Ericlə yaxınlaşdığını gördüm. Dostum özünə gəlmiş, açıq gözlərindəki qorxu onu ələ verirdi.
Qapı açıldı və içəri girən iri cüssəli adamlar bir göz qırpımında Irisdən geriyə qalanlar ilə birlikdə otağı tərk etdilər.
Nə deyə bilərdim ki? “Hər şey yaxşı olacaq, Eric. Hər şey yaxşı olacaq, dostum.”
“Digərini hazırla, xanım Cordon”. İlahi, yalvarıram, digəri o olmasın. Digəri Eric olmasın… Amma deyəsən, Tanrının çox məşğul olduğu və mənim kimi birinin varlığını unutduğu günlərdən birində idim. Qadın şüşənin qarşısında dayanıb barmaqlarını əzbər bir şəkildə kiçik düymələrin üzərində gəzdirdi, eşidilən klik səsindən sonra şüşə qapı sola doğru hərəkət etməyə başladı. “Niyə bunu edirsiz?” – soruşdum. “Nəyi?”
“Bizdən nə istəyirlər?”
“Bir də sizlərin bu duyğusal səhnələriniz olmaya…” Tüpürdüm, ona çatmayacaq qədər uzaq olsa da, tüpürdüm. “Bunu heç vaxt anlamayacaqsınız. Özünüzü o qədər bu işlərə həsr etmisiniz ki, bir insanın keçirdiyi hisslərdən, dostluğun, sevginin nə qədər vacib olduğundan xəbərsizsiniz. Həm sizə bir söz deyim? Ordunu yaratdığınız təqdirdə onların sizə tabe olacağına inanırsınız? Sevdiklərini əllərindən aldığınız halda sizin dediklərinizi edəcəklərinə əminsiniz?” Eric Irisin yerini aldı. “Görünməz olduğunuz zaman, fərqi yoxdur, bunu sənin kimi mutasiyaya uğramış genlər vasitəsilə əldə edəsən, ya da sonradan qazanasan, bir
______________________________________________________________________________48 müddətdən sonra tamamilə görünməz birinə çevrilirsən. Bayaq özünü bir ruh tək kəmərlərdən keçirtməyə çalışdığını xatırlayırsan? O sənin zəifliyin və sənin sonundur. Hər nə etsək də, yaradılan hər bir görünməz elə olacaq. Güclərindən çox istifadə etdikcə illər ərzində bədən öz quruluşunu itirərək bir heçə çevriləcək. Buna fikir vermədən görünməzliyi təkrarladıqca mutasiyaya uğramış genlər, öz normal hüceyrələrini yeyərək axırına çıxacaq və hakimiyyətlərini elan edəcəklər. Artıq tamamilə görünməz birinə çevriləcəksən. Görüntün ilə yanaşı, toxunuşun, səsin belə yox olacaq, bir HEÇ olacaqsan”. Dostumun yerində dayanmadığını çarpayıdan gələn qıcırtılarla anlasam da, professorun danışdıqları məni əsirinə çevirmişdi. “Əlimizdə olan o dərman ilə… - açıq rəfdəki yerini alan yeganə şüşəni göstərdi, - yalnızca onun vasitəsilə mutasiyaya uğramış hüceyrələrinin böyüməsi, ya da çoxalması dayandırılacaq. Təbii ki, müalicəni vaxtında qəbul etmək lazımdır, ilk göstəriciləri özünü biruzə vermədən. Yoxsa hər şey üçün gec olacaq… Məhz buna görə də ordumuz bizə tabe olub, sırf sonda həmin mayeni əldə etmək üçün dediklərimizi hərfi-hərfinə yerinə yetirəcəklər”. Yoxsa hər şey üçün gec olacaq… Başımı tərpətdim inadla. “Alınmır. Görünməz yarada bilmirsiniz. Bunu nə zaman qəbul edəcəksiz? Bunun üçün daha nə qədər insan canından olmalıdır?” “Torpağa əkilən hər bir toxum böyüyərək ağaca çevrilmir, - üzünü qadına çevirdi, - yeni Sınağı hazırla, bu dəfə uğurlu alınacağına əminəm”. “Nə? - Eric tərpənməyə çalışdı. Okean diblərində yaşayan yosunlar kimi kəmərlərin də tərpəndikcə səni daha çox sıxdığından xəbərsiz idi, - kömək edin, - qışqırırdı, - bizə kömək edin”. İynəyə doldurduğu mayeni Ericin qulağının dibinə vuraraq təsir etməsini gözlədi. Vaxt
itirmədən əynindəki köynəyi cırıb başının üzərindəki sistemdən gələn iynəni damarına keçirtdi. Əlinə aldığı neştər ilə gicgahını kəsib axan qanları silərkən beynini görə bilirdim. “Xahiş edirəm”, - insanın bir nəticə verməyəcəyini bildiyi halda yalvarması qədər əzab verən ikinci bir şey ola bilməzdi. Eric yalnızca gözlərindən başqa heç bir mimikasını hərəkət etdirə bilmirdi. Qadın soyuqqanlıqla işini bitirib Irisin gicgahlarından çıxardığı naqilləri uclarından qan damlayaraq dostumun gicgahına yerləşdirdi. Professorun uzatdığı iynənin içərisində maye bir öncəkindən daha tünd idi və bir hərəkətlə boğazına bataraq içindəki sonuna qədər boşaldı. “Köm… - Yenidən yardım dilənirdi dostum insan qəlbinə sahib olmayan bu məxluqlardan, kömək…ed…in…Chris…” Gözlərini mənə tərəf çevirərkən ona baxmaqdan, verəcək bir cavabın, xilas etmək üçün bir planım olmadan onun aciz baxışlarına qarşılıq verməkdən qorxdum. Başımı digər yana çevirib yerindən qalxan professora gözümü zillədim. Professor soyuducan bir şüşə çıxardaraq köməkçisinə uzatdı. Qadın onu sistemin içərisinə əlavə edib artıq hər şeyi tamamladığını göstərən bir ifadə ilə kişiyə baxdı. “Hazırdır”. Cibindən dəftəri çıxardıb rəqəmləri, hərəkət edən göstəriciləri qeyd etməyə başladı. “Elektrikin gücünü bir az daha artır”. “Dözə biləcəyinə əminsiz?” – soruşdu qadın. “Yoxlamadan bilə bilmərik, xanım Cordon”. Professorun əlində qəribə bir alət var idi. Kiçik, dairəvi formada idi, amma daşınmasına baxdıqda ölçüsünə görə olduqca ağır olduğu hiss olunurdu. “Ürəyinin üzərinə yerləşdir”.
______________________________________________________________________________49 Qadın səssizcə deyiləni etdi. Aləti ürəyinin üzərinə yerləşdirib yenicə geri çəkilmişdi ki, alət böyüməyə başladı. Altından uzun, qamçını xatırladan bir qol çıxaraq Ericin boğazına dolandı, bir başqa qamçı sinəsinə və qarnına dolanarkən, digəri oğlanın hər iki əlinə eyni zamanda çatıb sıxdığı yumruqlarının üzərini bəzədi. İşini tamamlamış kimi parıldamağa başladı. Ağ rəngli, ulduza bənzər bir parıltıya malik idi. “Bu, bədəninə yeritdiyimiz mayedəki sənin mutasiyaya uğramış genlərini canlandıraraq, Sınağın hüceyrələri ilə bir olmasına kömək edəcək. Onları qan ilə bütün bədənə yayıb ən sonda dərinin altında əlavə bir təbəqədə toplayacaq. Beləliklə, sınaq həmin əlavə təbəqə sayəsində istədiyi zaman bədənini şəffaflaşdıra biləcək. Əgər…”
Ericin bədəni titrəməyə başladı. Çarpayı qıcırdayır, yumruqları daha bərk sıxılırdı. Gözləri açıq və bir qan çanağı kimi qırmızı idi. Hər an partlayacağından, ətrafa səpələnəcəyindən qorxurdum. Ya da öləcəyindən… Burnundan axan qan ağzına tökülürdü. Bədəni bir andaca dayandı. Titrəmə azalaraq deyil, bir anda yoxa çıxdı. Gözləri yumuldu və sıxdığı yumruğu açıldı. Bədəninə bürünmüş cihazın qolları yığıldı və parıltısı söndü. Filmlərdə xəstələrin öldüyünü göstərən sabit siqnal səsi bürüdü ətrafı, rəqəmlər sıfıra doğru kiçilməyə, monitordakı qrafiklər itməyə başladı. Ölmüşdü… Sınaq yenidən uğursuz nəticələnmiş və dostum ölmüşdü.
“Əgər nə?”
“Lənət olsun, – qışqırdım, - sizə lənət olsun”.
“Beyninə verdiyimiz hüceyrələrin hərəkətinə səbəb olacaq kiçik partlayış həmin genləri öldürməsə…”
Professor divardakı düyməni basıb Təmizləyiciləri yenidən çağırdı. Qapı açıldı və iki nəfər içəri girərək dostumun cansız bədənini götürərək otağı tərk etdilər.
Ericin bədəninə bir ilan kimi sarılmış cihaz onu sıxmış, nəfəs almağa belə güclə imkan verərkən danışmağının, ya da yerində çırpınmasının qarşısını almışdı. Professor asta və düşüncəli addımlarla yanımdan keçib oğlanın başının üzərində dayandı. Bədənini, qızarmış gözlərini nəzərdən keçirdib düymələrlə dolu cihazın yanında dayandı. Bu, son addım idi. Artıq öyrənmişdim. İri qara rəngli düyməni basacaq və sonra… Sonra iki hal baş verəcəkdi, ya eyniylə sevdiyim kimi gözümün önündə əriyərək yoxa çıxacaq, ya da mənim kimi bir görünməzə çevriləcəkdi. Professor düyməni basıb qollarını sinəsində birləşdirdi. Gicgahlarından gələn ani qığılcımı izlədi. Qorxurdum. Ericin yerinə qorxurdum. Ya ona da nəsə olsa? Ya o da Iris kimi olsa? Ya…
“Nələrisə qaçırdıram. Nələrisə diqqətə almıram”. Deyinirdi öz-özünə professor. Masada oturmuş önündəki köhnə dəftərin vərəqlərini qarışdırırdı. “Texnologiyanın indiki səviyyədə olmadığı bir dövrdə, yetmiş-səksən il bundan öncə bir görünməz yaradıla bilmişdi. Düzdür, zəifliyi var idi. Daha çox gücündən istifadə etdikcə, daha uzun müddət görünməz olaraq qaldıqca, dünya ilə bağları qopurdu. Amma bununla yanaşı, bacarmışdılar. Məndən fərqli olaraq bacarmışdılar və bir nümunəsi də indi, burada, gözümün qarşısındadır, – deyə məni işarə etdi, - görünməzi yuxuya ver”, - əlavə etdi qəti bir şəkildə yerindən qalxıb. “Növbəti Sınağı hazırla. Mənim bir az tək qalmağa və düşünməyə ehtiyacım var”. Deyilənləri başı ilə təsdiqləyib işə başlayan qadının yanından keçərək qapının dəstəyinə əlini atdığı zaman qapı var gücü ilə açıldı. Qəfil və
______________________________________________________________________________50 zərbə ilə professorun burnuna dəyən qapı divara çırpıldı. Professor əli ilə burnunu tutarkən qapı öz-özünə hərəkət edərək yenidən örtüldü və arxasındakı kilid bağlandı. “Ola bilməz, - dedi xanım Cordon, - o ölmüşdü. Sınaq ölmüşdü”. “Amma görürsən ki, buradadır. Sınaq buradadır və bu, o deməkdir ki…” Bir an burnunun ağrısını unutdu. “Mən bacardım. ƏLA! Mən bacard…” Sözü ağzında yarımçıq qalan kişi dizləri üzərində yerə yıxıldı. Qarnını tutaraq sızıldayıb iki qat büküldü. Təlaş içində geriyə gedən qadın neştəri əlinə alaraq irəli uzatdı. “Buradan, onsuz da, çıxa bilməyəcəksiniz”. Biri kəmərləri açırdı. Qollarımı, ayaqlarımı bütün bədənimi çarpayıya bağlamış kəmərlər açıldı və bunu fürsət bilərək öz görünməz halıma büründüm. “Eric?” Qarşımdakını görən kimi sevincimə sahib çıxa bilməyib onu qucaqladım. “Dostum, sən sağsan… Sən sağsan…” Çiynini çəkdi Eric: “Artıq səninlə eyni gücə malikəm, - üzünü qadına tərəf çevirdi, - onlardan xilas olmaq lazımdır. Buranı yandırmaq və aradan çıxmaq lazımdır”. Qadının üzərinə cumdu. Neştəri qadının əlindən yerə salarkən bir yumruq ilişdirdiyini gördüm. Qadın geriyə doğru gedərək şüşə qapını açıb özünü oraya kilidlədi. Eric əlinə keçdiyi iri nəsnələrlə şüşəni qırmağa çalışarkən mənim düşündüyüm ilk məsələ dərmanı götürmək idi. Dolaba doğru addım atmağa hazırlaşarkən birinin ayağımdan tutduğunu və bıçağın ayağıma girdiyini hiss etdim. Ağrı ilə geri dönərkən gözündəki xüsusi eynəyi ilə professoru və əlində tutduğu qanlı qayçını gördüm. Qəzəbimə məğlub olaraq aşağı əyildim və qocanı yaxasından tutub havaya qaldırarkən qarın boşluğundan bir neçə yumruq
zərbəsi vurdum. Bunun bir nəticəsi olmayacağını düşünüb yerə düşən qayçını əlimə aldım. Içimdən bir səs dayanmağımı, ölümün çarə olmadığını və bundan sonra qalan həyatımı vicdan əzabı içində yaşayacağımı bəyan etsə də, bir digər səs mənə haqq qazandırırdı. Sevdiyin qızı öldürdü. Sən dayanmalarını, bunu etməmələrini desən də, fikir vermədilər. Sevdiyin qızı gözünün qarşısında öldürdülər. Hələ o, bir ilk deyildi. Bəlkə də, onlarla, yüzlərlə günahsız can almışdılar. Titrəyən əlim və bir qərar verə bilməyən düşüncələrimlə hərəkətə keçib qayçını ürəyinin üzərinə batırdım. Bunu etməyim bir az güc sərfinə səbəb olsa da, qayçını çıxartdım və yenidən eyni yerə batırdım. Professorun gözlərinin içinə baxarkən yenidən təkrarladım. “Necədir? Öldürülmək necə hiss verir insana?” Kişinin dizləri qırılıb yerə düşərkən açdığım deşikdən süzülən qan yerdə kiçik bir gölməcə yaratmışdı. Onu oradaca qoyub dolabdan dərmanı götürdüm, gözümə sataşan ilk iynəyə doldurub cibimə qoydum. Eric hələ də şüşəni qırmağa çalışsa da, ancaq üzərində bir cızıq belə yaranmamışdı, qadın divara sıxılmış və qorxu ilə onu izləyirdi. Digər tərəfdən qapını qıraraq içəri girmək üçün vurulan təpik səsləri eşidilirdi. “Burax, qalsın”, – dedim dostuma və digər tərəfdən yanıcı bir maddə axtarışına çıxmışdım. Kimya dərslərində adını öyrəndiyim bütün partlayış və yanğın təhlükəsi yaradacaq mayeləri tapıb çıxartdım. Tez yanacağını düşündüyüm çarpayıya, partlaması üçün cihazların üzərinə və qadının çıxa bilməməsi üçün şüşə girişin ətrafına səpələdim. Qurbanlarının gicgahlarına bağlayaraq qığılcım verən naqilləri yerə atıb həmin iri düyməni basdım. Kiçik bir qığılcımla birlikdə yaranan alov tez bir zamanda güclənib hər tərəfi bürüdü. “ Buradan çıxmalıyıq”.
______________________________________________________________________________51 Eric nifrət dolu baxışlarını qadının üzərindən çəkməyib yanıma gəldi. Qapının kilidini açıb bir tərəfdə gizləndik. İçərini bürüyən tüstü və alovun istisindən ağzımızı əlimizlə tutmuş, silahlı adamların içəri doluşmağını gözləyirdik. İlk iki nəfər professorun yanına gəlib sağ olubolmadığını yoxlayarkən digər üç nəfər alovu keçərək şüşə qapıya yaxınlaşdılar. Qadını xilas etməyə çalışsalar da, Ericin zərbələri sayəsində sistem tamamilə çökmüşdü. Son olaraq iki nəfərin də içəri girdiyindən əmin olub dumanlar arasında gizlənərək çölə çıxdıq. Qapını bağlayarkən eyni kod sisteminin olduğunu görüb açılmasın deyə dirsəyim ilə onu qırdım. İri koridorla bir neçə bağlı qapının yanından keçərkən siqnal səsləri yüksəlməyə, ətrafı qırmızı həyəcan işığı ilə aydınlatmağa başladı. Yanımızdan keçən bir neçə adam gözündə eynəkləri olmadığı üçün bizim fərqimizə belə varmadılar. Koridordan sola doğru dönərkən arxamızdan bir partlayış səsi eşidildi. Bina silkələndi və özümüzü saxlaya bilməyib yerə yıxılarkən alovun gücləndiyini və koridoru öz ağuşuna aldığını gördük.
İçəridən bir partlayış səsi daha eşidildi. Yola tərəf olan pəncərə çilik-çilik olub ətrafa səpələnərkən alov dilimləri pəncərədən çölə çıxdı. “Bacardıq”, – dedi Eric sevinc və kədərli səsi ilə. Görünməzliyini yox etmiş və normal vücuduna geri qayıtmışdı. “Iris…” Əlimi çiyninə qoyub sıxdım. İndi onu eşitmək, itirdiyimin qüssəsi ilə boğulmaq istəmirdim. Öskürdüm. Bunun tüstünün təsirindən olduğunu zənn etsəm də, ağzımdan püskürən qan belə olmadığını deyirdi. Görünməzliyi aradan qaldırmaq istədim, ancaq alınmadı. Əllərim ağ-qara filmlər kimi rəngini dəyişdi. Gözlərimi yumdum və bütün fikrimi, düşüncəmi toplayaraq güclərimdən azad olmağa çalışdım, lakin görünməzlik bütün bədənimə sarılmış, məni buraxmırdı. “Çox oldu”, – dedim. “Görünməz olaraq çox vaxt keçirtdim və…” Professorun dedikləri yadıma düşdü. Görünməzlik və hüceyrələrin digərlərini yeyərək yox etmələri…
Ayağa durmağa çalışarkən burnum qanadı. Əlimlə silməyə çalışdım, ancaq qan dayanmaq bilmir və yerimizi bəlli edərcəsinə ətrafda damcılarını qoyurdu. “Yaxşısan, Chris?”
“Amma bunu hər zaman edirsən”.
Başımla təsdiqləyib dostumun köməyi ilə ayağa qalxdım və arxamıza belə baxmadan qaçmağa başladıq. Önümüzdəki dəmir qapının görüb çıxış ola biləcəyini düşünərək sevindim və ona çatmaq üçün bir az daha sürətlənməyə başladıq. Dəmir qapını özümüzə tərəf çəkib açdıq və düşüncələrimdə yanılmadığım üçün Tanrıya təşəkkür etdim.
“Amma müalicəsi var,” – dedi. “Professorun dediyi dərmanı götürdün, düzdü?”
“Xilas olduq”, – dedim sevinclə. Çölə çıxaraq yolun digər tərəfinə keçdiyimiz zaman yanğınsöndürən maşınların səsi ətrafı bürüdü. Yolun qırağında dayanıb binaya baxdım və bir tərəfinin alovlara qərq olduğunu gördüm.
“Bilirəm, amma bu dəfə çox uzun çəkdi və artıq ona söz keçirdə bilmirəm”.
Əlbəttə, dərman… Amma gec idi. Mualicə bir işə yaramayacaqdı. Bunu hiss edə bilirdim. Görünməzlik mənimlə bir bütün olmaq üçün can atırdı. Tamamilə yox olmadan cibimdəki iynəni çıxartdım. Görərək gözləri sevincdən parlayan Eric “əla, artıq xilas oldun, dostum”, – deyərkən gözləmədiyi bir anda iynəni boynuna batıraraq mayeni boşaltdım. Bir söyüş söydü Eric. Dərhal geri atılıb iynəni boynundan çıxartsa da, artıq gec idi. “Sən ağlını itirmisən? Bu sənə lazım idi, mənə yox”.
______________________________________________________________________________52 “Professorun dediklərini eşitdin, dostum. Tez, ya da gec sənin da başına gələcək və bütün bunlara mən səbəb olduğum üçün ən azından nələrisə düzgün etməyimə icazə ver. Artıq mənim üçün geri dönüş yolu yoxdur. Çoxdan…” Dostumun qolundan tutmağa çalışdım. Bir an onu hiss etsəm də, əlim bir anlıq Ericin qolunun içərisindən keçdi. Bir ruh kimi… “Mən sadəcə…” Səsim düşündüyümdən daha yavaş çıxırdı. Biriləri tərəfindən tutularaq dünyadan qoparılırdım sanki. “Mən sadəcə sənin yaşamağını istədim”. “Amma ölən sənsən”, – deyə qarşı çıxdı. Udqundum. Sözlər boğazımda düyünlənmişdi. “Sadəcə bil, sadəcə bil ki, səni çox sevirəm”. “Chris? Yaxşısan?” Görünməz oldu Eric. Məni görə bilmək üçün görünməz oldu, ancaq artıq gec idi. “Səni görə bilmirəm. Görünməz olarkən səni görə bilirdim, lakin indi alınmır…” Dostumun görüntüsü uzaqlaşırdı. Hər şeyi uzaqdan duraraq bir televizordan izləyirmiş kimi hiss edirdim. Əlimi uzadır, ancaq toxuna bilmirdim. Danışır, ancaq səsimi eşitdirə bilmirdim. “Chris… Chris…” Ona deyəcəyim o qədər sözüm var idi ki… Ən azından onu qucaqlamaq və vidalaşmaq istəyirdim. Irislə belə vidalaşa bilməmişdim… Ancaq ağzımdan çıxan və mən yox olaraq bir heçliyə dönüşdüyüm zaman dostuma deməyə çatdırdığım yeganə söz “özünə yaxşı bax”, – oldu. Ericin dizlərinin qırıldığını, əlindəki boş iynənin yerə düşdüyünü gördüm. Başını önünə doğru salmış ağlayırdı. Dayana bilmirdim. Ona toxunmaq, hər şeyin bundan sonra yaxşı
olacağını, bir kişinin heç zaman ağlamayacağını demək istəyirdim. Lakin bacarmırdım. Oradan uzaqlaşmaq istədim. Geriyə dönmək və dostumun o vəziyyətini görməmək üçün oradan uzaqlaşmaq istədim. “Chris?” Bir səs eşitdim arxadan. Bu günə qədər eşitmədiyim, lakin məni keçmişimə daşıyan bir səs idi bu. Kədər və sevgi dolu bir səs… Bir qadının səsi… “Chris, məni görə bilirsən?” Səsin gəldiyi istiqamətə döndüm. Qarşımdakı qadını görərkən gözümün önündə bəzi xatirələr canlandı. Beş yaşıma aid olan xatirələr… Bir qadının məni qucağına aldığı, öpərək bağrına basdığı xatirələr… Qoxunu hiss etdim. Uşaqlığımdan bəri həsrət qaldığım həmin qoxu idi bu. “Ana?” Dəyişmişdi. Köhnə şəkillərdəkindən fərqli görünsə də, o idi. Arxaya doğru tökülmüş uzun saçlar, yaşıl rəngli gözlər, həmin dodaqlar və həmin sima idi. Sadəcə bir az yaşlanmış, üzündə güclə seçiləcək dərəcədə də olsa qırışlar əmələ gəlmişdi. “İlahi… Bu, sənsən?” Anamın gözləri doldu. Axan yaşlar bir-birini əvəz edərkən mənə yaxınlaşıb qolunu belimə doladı və eyniylə beş yaşında olduğum kimi məni bağrına basdı. “Sənə toxunmaq. Səninlə danışmaq üçün o qədər darıxmışdım ki…” “Məni tərk edib getdin. Məni uşaq ikən qoyub getdin”. Başıyla inkar etdi anam. “Hər zaman burada idim. Hər zaman sənin ətrafında səni izləyirdim. İlk dəfə məktəbə getdiyin gün yanında idim, parta arxasında oturarkən yanında idim, dərsə qulaq asarkən, evə qayıdıb dərslərini edərkən yanında idim, hər gecə gözünü yumub yuxuya gedərkən yanında idim, yemək yeyərkən, dostlarınla danışıb-gülərkən yanında idim. Səni heç vaxt tərk etməmişdim, oğlum. Mən hər zaman səninlə idim. Sadəcə…” - ağlayırdı.
______________________________________________________________________________53 “Sadəcə bir HEÇ idin. İndi mənim də olduğum kimi. Birinə toxuna bilmir, səsini eşitdirə bilmirdin. Səndən keçib demək. Görünməzlik sənin vasitənlə mənə keçib”. Gülmək, ya da ağlamaq arasında qalmışdım. Hisslərim birbirinə qarışmışdı, içindən birini seçmək, ona sığınmaq istəsəm də, alınmırdı.
Warcross Hazırladı: Mənzər Rzayeva
“Bağışla, – dedi göz yaşlarını silib, - bu, səndən, məndən öncəyə qədər uzanır və görünməzlik həmin vaxtdan nəsildən-nəslə ötürülür. Bu lənət sənə də mənim sayəmdə bəxş olunub”. Lənət… Halbuki bir zamanlar onun hədiyyə olduğuna inanmışdım… “Bəs indi? İndi nə olacaq?” Qızarmış gözləri ilə gülümsədi anam. Bir gün o təbəssümü yenidən görəcəyimi təsəvvür belə edə bilməzdim… Əlini uzatdı. Heç tərəddüd etmədən əlindən yapışdım, onları bir daha buraxmaq fikrim yox idi. “Onların yanında olacağıq. Sevdiklərimizin ətrafında olub onlarla birlikdə yaşlanacağıq. Heç biri, aralarından heç biri bunun fərqinə varmasa belə, hər zaman onlarla birlikdə olacağıq, onlarla birlikdə gülüb, onlarla birlikdə kədərlərinə yoldaşlıq edəcəyik, – dedi, çünki biz artıq bundan sonra heç kimin görmədiyi görünməzlərik”.
Hər gün daxil olan milyonlarla oyunçu üçün “Warcross” yalnız bir oyun deyil, bu bir həyat tərzidir. Obsessiya on il bundan əvvəl başlamışdır və onun oyunçu bazası indi dünyanı əhatə edir. Kimiləri reallıqdan qaçmaq istəyir, kimiləri bir mənfəət əldə etmək. Hədəfi qazanmaq üçün mübarizə aparan yeniyetmə xaker Emika Chen qeyri-qanuni oyuna mərc qoyulan oyunçulara baxaraq çalışır. Amma bu, rəqabətlidir və sağ qalmaq asan olmur. Emika bir qədər pul qazanmaq məcburiyyətindəykən Beynəlxalq Warcross Çempionatının açılış oyununu sındırdıqdan sonra özünü oyunun içərisində tapır və bir gecənin içərisində hərkəsin haqqında danışdığı insana çevrilir. Emika həbs olunacağına inandığı zaman, oyunun yaradıcısı gənc milyarder Hideo Tanaka-
______________________________________________________________________________54 dan alınan bir təkliflə qarşılaşarkən təəccüb içərisindədir və rədd edilməsi çətin olan bir təklif ilə baş-başadır. Təhlükəsizlik probleminin ortaya çıxması üçün bu ilki turnirin içərisində Hideo-ya bir casus lazımdır. Və o, iş üçün Emika-nı istəyir. Dərhal Emika Tokioya aparılır və yalnız ürəyində xəyal etdiyi bir şöhrət və bəxt dünyasının içərisində özünü tapır. Lakin tezliklə onun istintaqı bütün Warcross İmparatorluğu üçün böyük nəticələrə səbəb olan bir təhlükəli sübuta səbəb olacaqdır.
II Dünya Müharibəsindən sonra (50-ci illər) İngilis dilindən tərcümə etdi: Aysel Xalıq
II Dünya müharibəsi sonunda yaşanan iki hadisə elmi-fantastika janrına əsaslı dərəcədə təsir etdi. Atom bombasının inkişafı elmə olan maraqla yanaşı, nüvə müharibəsinin mümkün qiyaməti ilə əlaqədar narahatlığı da artırdı. Dövr, həmçinin Soyuq Müharibənin başlanğıcını və ABŞ-da geniş yayılmış kommunist paranoyyasını da gördü. Bunlar 1950-ci illərdə yaradılmış fantastik filmlərin sayının böyük artımına gətirib çıxardı və ədəbiyyatda olanla bir- birinə uyğun gələn elmi-fantastikanın qızıl əsrini yaratdı. Dövrün ilk və əhəmiyyətli filmlərindən biri 1950-ci illərin geniş olaraq yayımlanmışı “Destination Moon” idi. Sovetlərə qarşı rəqabətin fonunda, dördüncü şəxsi Aya aparan nüvə enerjisinə əsaslanan bir roket izləyir. Robert A.Heinlein tərəfindən birgə yazılmış və tanınmış kosmik sənətşünas Chesley Bonestellin astronomiya dəstləri ilə çəkilən film kommersial, bədii bir müvəffəqiyyət idi və elmi-
fantastika filmlərinin daha çox studiya maliyyələşdirilməsinə səbəb oldu. “Destination Moon” filminin prodüseri olan George Pal-ın, xüsusilə “When Palms”, “When The Worlds Collide”, “The Time Machine”, “The War of the Worlds” və insanlı kosmik araşdırma “Conquest of Space” sənədli filmlərinin yaradılmasında əməyi keçmişdir. "Conquest of Space" Pal-ın karyerasını geridə qoyan kommersiya uğursuzluğu olmasına baxmayaraq, digər dörd nəfər "Best Visual Effects" mövsuzunda "Academy Award" mükafatını aldı və bu, texniki effektivliyin artmasını və janrın tənqidi tanınmasını nümayiş etdirdi.
Yadplanetli filmləri 1950-ci illərdə məşhurluğuna görə böyük bir artım gördü. Kennet Arnold və Roswell 1947-ci il hadisələri sonrasında ictimai şüura yerləşdirilən UFO konsepsiyasına bir çox siyasi xüsusiyyətli şərh qarışdırıldı. İlk filmlərdən ikincisi, Robert Wisein idarə etdiyi “Earth Day” idi və Howard Hawks “Başqa bir dünyadan olan şey”, ilk təmasın kontrastlı görünüşündən çəkilib. Filmdə köhnə insanların nüvə silahlarını istifadə etmələri üçün insanları çağırmağa çalışan əcnəbilərin dinc bir xalq olmasına baxmayaraq, Arktikada bir qrup heyətlə "göyə baxın!(göyü izləyin)" sözləriylə paranoyya izləyirdi. Bir alleqoriya kimi yad işğalı ideyası Don Siegel-in 1956-cı il filmi, Body Snatchers-in “İnvasion of the body snatchers” adlı filmində təkrarlandı. Kritik olaraq klassik kimi bəyənilən bu film həm McCarthyism-in örtülü tənqidi, həm də Kommunist sızmasının ehtiyatlı bir hekayəsi olaraq qəbul edilib. Başqa bir əhəmiyyətli UFO filmi, “Earth vs the Flying Saurcers”in daha əvvəl “King Kong” animatoru Willis O'Brien ilə birlikdə çalışmış olan stop-motion animasiya ustası Ray Harryhausen tərəfindən yaradılmış xüsusi effektləri var idi. Onun əsəri də “20 Million
______________________________________________________________________________55 Miles to Earth” və 1953-cü ilin hit filmi – “The Beast From 20.000 Fathoms” adlı filmdə ortaya çıxdı. Ray Bradbury tərəfindən qısa bir hekayəyə əsaslanan bu film, atom testindən “Arctic”dən çıxarılan və Amerika Birləşmiş Ştatlarının bölmələrini ləğv etməyə başlayan qondarma Rhedosaurus yer aldı. Onun kütləvi uğuru elmi-fantastik canavar filmlərinin yeni bir dalğasını ortaya çıxardı. 1930-cu illərdə olduğu kimi, bu filmlər qorxu və fantastik qarışığı nümayiş etdirdi. Nüvə texnologiyası, ya da kosmosun təhlükələri ilə qarışıqlıq yaradırdı. “Them!”, “It Came from Beneath the Sea”, və “Tarantula” filmləri “The Beast from 20,000 Fathoms”un ikinci ili ərzində buraxıldı və hamısı nüvə testləri nəticəsində yaradılmış nəhəng heyvanlardan bəhs edirdi. Digər tərəfdən, “It! The Terror from Beyond Space”, “The Blob”, “The Angry Red Planet” və “Kronos” yad canavarları nümayiş etdirirdi. “Fly”, “The Amazing Colossal Man” və “The Incredible Shrinking Man” kimi filmlər insan mutasiyasına yönəldilmişdir. Bu trend ABŞ ilə məhdudlaşmırdı. Bəlkə də ən uğurlu canavar(monster) filmləri Yapon film studiyası Toho tərəfindən buraxılan kaiju filmləri idi. 1954-cü il filmi “Godzilla” Tokio'ya hücum edən canavar titulu ilə böyük bir populyarlıq qazandı, çox sayda albom yaratdı, “Rodan” kimi digər kaiju filmlərinə əsas yaratdı və kino tarixində ən tanınmış canavarlardan birini yaratdı.
Bu filmlərin maddi müvəffəqiyyəti, xüsusən “The Creature from the Black Lagoon” and “Gog” kimi filmlər tərəfindən istifadə edilən kinoteatrlar və 3D kimi məşhur texnika istifadə edərək böyük gənc auditoriyalarında çəkilən studiyalara əsaslanırdı. Auditoriyanın ölçüsünü artırmaqla yanaşı, zamanın bir çox fantastik filmləri çox az büdcələrlə yaradılmışdır. "Bfilm" ifadəsi aşağı istehsal xərcləri(adətən $ 400,000-dan az) ilə hazırlanmış formalı janr
filmlərini ifadə etmək üçün gəldi. Bu konsepsiya “Them” filmi haqqında bir studiya yazısında nümunə oldu. "Biz The Beast from 20,000 Fathoms-da olduğu kimi eyni istismar imkanları olan bir şəkil istəyirik. Hamımız bunun bir “klass istehsal” olmayacağını, amma müvəffəqiyyətli kassa ünsürünə sahib olduğunu bilirik”- dedi. Aşağı keyfiyyətli, aşağı maddiyyatlı filmlər ideyası Roger Corman, Coleman Francis və Ed Wood kimi rejissorlar tərəfindən həddindən artıq dərəcəyə salınmışdı və sonuncu “Plan 9 from Outer Space” bütün zamanların ən pis filmlərindən biri olaraq qəbul edilmişdir. Ancaq onilliyin ikinci yarısında janrın davamlı uğuru bəzi studiyaların, nüvə müharibəsi əvvəlində dünyanı soyuq göstərən realistik təsvirini də daxil edən ciddi büdcəli filmlər sınamasına yol açdı. “On the Beach” və “Forbidden Planet” Şekspirin "The Tempest"-ni yenidən təsvir edir. İkinci film gələcək illər üçün bu janra təsir edəcək olan ilk elektron musiqi balı(qiyməti) daxil olmaqla, Robby the Robot obrazını tanıtdı və Gene Roddenberry, Star Trek üçün ilham qaynağı rolunu oynadı.
Elmi-fantastika filmlərinin müvəffəqiyyəti, janrın beynəlxalq səviyyədə böyüməsinə zəmin yaratdı. İngiltərədə, Nigel Kneale-in Quatermass seriyasından Hammer Films uyğunlaşdırmaları ilə diqqət çəkən dövrü olmuşdur. Televiziya versiyalarının müvəffəqiyyəti şirkətə bir sıra film uyğunlaşdırmalarını başlatmaq üçün ruhlandırdı. Elmi-fantastika filmləri, həmçinin Satyajit Rey-in 1958-ci ildə bədii əsərlər filmi Parash Pathar (The Philosopher's Stone\ Fəlsəfə daşı) və insan-mexanika arasındakı əlaqəni araşdıran Ritwik Ghatak-ın 1958-ci ildə çəkdiyi “Ajantrik” (The Unmechanical) filmləri ilə Bengal kinoteatrında da nümayiş etdirildi.
______________________________________________________________________________56
The Exam Hazırladı: Fatimə Yusubova
Bu dəfə sizlərə təqdim edəcəyimiz film “The Exam” (imtahan) filmidir. Rejissoru Stuart Hazeldine olan bu filmdə Luke Mable, Colin Salmon, Jimi Mistry və başqaları rol almışdır. Qabaqcıl və güclü bir şirkətdə iş sahibi olmaq üçün namizəd olan 8 bacarıqlı gənc bu mərhələdə imtahan vərməkdədirlər. Olduqca sərt tələblər altında imtahana girən 8 namizəd bacardıqları qədər zehni güclərilə bu imtahanı keçməyə çalışır. Bütün hadisələr tək bir otaqda cərəyan edir. Heç şübhəsiz ki, bu da rejissorun mükəmməlliyindən xəbər verir. Film elmifantastik olmaqla yanaşı, həm də böyük tərbiyəvi əhəmiyyətə malikdir. Belə ki, filmdə mərhəmətli, yardımsevər olmaq da ön plandadır.