Utopiya 3 - Boz Pişik - Dekabr 2020

Page 1


İdeya müəllifi Müzəffər Paşazadə

Redaktorlar Ayan Şamçıyeva Pəri Abbasova İncə Əliyeva Səmra Əliəkbərli

Dizayn və Qrafika Elçin Mirzəyev Mənsurə Paşazadə

2


Milli yazıçılar

Tərcümə

Kitablar

Film və serial

Mükafatlar

3


Xarici Ədəbiyyatdan Tərcümə

4


5


“ Xalça-Təyyarə ” Aleksandr Belyayev Tərcümə edən: Çinarə Əhmədova

P

Qısa müddətdə heyvanxanadan qaçmış kimi görünən bu dəhşətli köhləni bütün izləyicilər gördü. Adamlar gülür, təəccüblənir, soruşur, pisləyirdilər. Bu at bura necə düşə bilərdi? Kim bu biabırçılığa icazə verə bildi axı? Bu at hansı dəliyə aiddir? Baxın: o, cəsarətlə səhərki ən yaxşı atlar ilə bir sırada dayanıb... Silindrdə oturan adam bayrağı sallayır. Hərbi orkestrın mis boruları günəşdə parlayır və havanı marş səsləri ilə titrədir. Start verilir və... elə bu an olduqca qeyri-adi, fantastik bir hadisə baş verir... Qırmızı pambıq köynəkdəki çapar oğlan atın kürəyinə doğru əyilir və yəhərin ipini bərkdən sıxır. Elə bu an köhlən elə bir sürətlə ayaqlarını hərəkət etdirməyə başlayır ki, elə bil fantastik qırxayaq hippodromda fırtına qoparır. Ən yaxşı mükafatları alan atlar heç start xəttini üç-dörd korpus keçməmişdilər ki, bu qoca görünüşlü köhlən dövrəni bitirib finiş xəttindəki lenti sinəsi ilə keçib, dayanmadan hələ iki dəfə də dövrə vuraraq, nəhayət, əsən dodaqlarla, yerə girənə qədər başını aşağı salaraq dayanır, elə bu vaxt nəsə bir neçə dəfə peçenye kimi xırçıldayır. Köhlən qalib gəlmişdi və onun sahibi başgicəlləndirən mükafata yiyələnməli idi. Bir neçə dəqiqə minlərlə izləyici donub yerində qaldı, birdən-birə hippodrom partlayan vulkana çevrildi. Adamlar çılğınlıq edir,

rofessor Vaqner haqqında ilk dəfə bir neçə il bundan əvvəl eşitmişdim. İndi tapılması çətin olan jurnallardan birində gülməli bir hekayə - “ Yarışlarda baş verən hadisə “ - oxumuşdum.Moskva hippodromunda* vacib bir gün idi. Afişalar “böyük proqram”dan: yüksək pul mükafatları və dəyərli hədiyyə kuboklarının olacağından, ən yaxşı atların, rus və xarici çaparların yarışacağından, dünya çempionlarının görüşəcəyindən bəhs edirdi. Həddindən çox adam baxmağa gəlmişdi. Yarışlara tez-tez baxmağa gələnlər təzə qoşulanlara məşhur çaparları və baxımlı, gözəl atları göstərir, adlarını bərkdən səsləyir, onların növlərini, qələbələrini, rekordlarını, sürətlərini, sahiblərinin və zavodlarının adlarını - bir sözlə, aludə olmuş totalizator azarkeşinin maraqlana biləcəyi hər şeyi xatırladırdılar. Birdən öz gözəlliyi ilə bərq vuran və qürurla dayanan at aristokratiyasının arasında qoca bir köhlən göründü. At o qədər arıq idi ki, bütün qabırğalarını saymaq olurdu. Qırılmış ayaqları diz nahiyyəsindən şişmiş və əyrilmişdi. Başı kədərlə aşağı enib alt dodağı pıçıldayırmış kimi əsir, sanki öz taleyindən şikayətlənirdi. Köhlənin üstünə ayaqyalın, qırmızı pambıq köynək geymiş, heç kəsin tanımadığı bir çapar oğlan əyləşmişdi. İti gözlər oğlanın ata bağlı olduğunu görə bilərdi. 6


qışqırır, isterik vəziyyətdə əllərini sallayırdılar. Köhlənin ətrafına bağırışan bir kütlə yığışdı. Qışqırıqlar eşidilirdi: - Aldatmaca! Xuliqanlıq! Aşağı! - Baxın, qarın hissədə motor var... - Siqar qutusu böyüklüyündə... - Nazik qolları ayaqlarına birləşdirilib. - Bu köhlənin sahibi kimdir? - Öldürün onu! Parçalayın! Hardadır o? - Baxın ordadır, panama papaqda... ixtiraçı Vaqner... - Fizik də olsa, xuliqandır. Vur onu! - Cənablar! - panama papaqdakı adam kütləyə qışqırmağa çalışdı. - Sakitləşin. Öz köhlənimə pul qoymamışam. Sizə qalib gəlmək istəmirdim. İstədiyim ancaq o idi ki... Narazılıq qışqırıqları onun səsini boğdu. Panama papağa tərəf yumruqlar, çətirlər və əsalar qalxdı. Bilmək olmaz, bunun axırı necə qurtaracaqdı, çünki elə bu vaxt Vaqner bilyard topu böyüklüyündə günəşdə par - par parıldayan bir top çıxartdı. - Bomba! - o qışqırdı. Camaat dəhşət içində bir-birinə dəydi. İxtiraçı bu an gözdən itdi.

hansı divardan və Don Kixotluqdan danışırsınız? - Hakimiyyətimizin və cəmiyyətimizin durğunluq, axmaqlıq, konservatizm divarı haqqında. Biz ümidsizcə Avropa və Amerikadan texnika cəhətdən geri qalırıq. Hələ də parçalanmış torpaqlarda qalıb fikrimiz. Energetikamızın əsasını hələ də təbii at kürəkləri təşkil edir. Bütün bunlar heyfsilənməyə bəsdir. Bunlarla barışa bilmirəm, elə odur ki, Don Kixotluq edirəm. . Balaca motorun böyük atdan güclü olub öz-özünə hərəkət edən ekipajın istənilən atı keçə biləcəyini insanlara göstərmək üçün hər uyğun olan və olmayan vəziyyətdən istifadə edirəm, - Vaqner gözlərini tez-tez qırpdı, - gördüyünüz həmin köhlən canlı deyildi, avtomat, mexaniki oyuncaqdır. Heç camaat bunu görmədi. Ancaq balaca motoru və qolları gördülər. Deməli, çox yaxşı hazırlanıb. Üzümdəki fəxrlə qarışıq təəccübü görüb şən halda yenə dilləndi: - Heç izah da edə bilmədim. Onların fikri elə pullarda, totalizatordadır... Əclaflar! Hətta elə bildilər ki, mən onları udmaq istəyirəm. Gəlin bu qəmgin səhifəni çevirək və tezliklə bu haqda unudaq, - səmimi qəlbdən söylədi, - məni indi yalnız bir fikir maraqlandırır... bir ixtira... - yenə alnındakı şişkinliyə vurdu. - Sizi bu vəziyyətə hippodromda gətiriblər? - deyə soruşdum. - Yox əşi, mən özüm eləmişəm. Bir dənə fikir başımda dolanır və ordaca şişkinlik çıxır. Alnımda və başımın arxasında. Tez - tez gəlin, qonağım olun.

Jurnalda yazılan hadisə belə idi. Vaqnerlə maraqlanmağa başladım, onu axtardım, tanış olan kimi hippodromda olan hadisəni soruşdum. Gənc ixtiraçı ümidsizcə əlini salladı. - Növbəti axmaqlığım. Boş şeydir. Neçə dəfə desəm ki, “o küçə ilə getmək olmaz”, yenə də başım daşa dəyir. Bu da növbəti şişkinlik... - doğrudan da, şişkinlik olan alnını qaşıdı, - Don Kixotluq edirdim. - Daha pisi də ola bilərdi, - gülərək dilləndim, - sizi bacarığınız xilas etdi. Bəs siz 7


Mən bu dəvətdən istifadə edərək tez-tez Vaqneri görməyə gedirdim və hər dəfə onu başında yeni şişkinlik və əllərində sıyrıqlarla görürdüm. “Fikir” xəstəlik kimi üzə çıxırdı. Vaqner zarafatlarla yola verir və bu yaralanmaların əsl səbəbini gizlədirdi. Bir dəfə o, məni bintlə sarınmış başı və sarğılı sağ əli ilə qarşıladı. Şən halda gülümsəyərək mənə sol əlini uzatdı və dedi: - Fikir ortaya çıxdı. Məncə, bəhrəsini görməyin vaxtıdır. - Bəlkə, sarğılarınızı çıxarana kimi gözləyək? - narahatlıqla soruşdum. - Boş şeydir. Mənə kömək etsəniz... Əla. Sizə etibar etmək olar. Bax elə sabah mənim bağıma gəlin və onda görəcəksiniz ki... Nə lazımdırsa, onu da görəcəksiniz... - Vaqner bic - bic sağ gözünü yumdu ( sol gözü sarğılı idi). Növbəti gün mən səhər tezdən tərk edilmiş yarımstansiyada düşdüm və kimsəsiz kənd yolunda getməyə başladım. Ətrafda nə bağ, nə meşə vardı. Olduqca kədərli, boş yer. Üfüqdə boz kənd daxmaları - kənd quyuları görünürdü -səyahətimin əsas məqsədi. Kənddə, doğrudan da, hündür vincli quyular az deyildi. Kənd daxmalarının “təmiz” yarısında ən hündür vincin yanında Vaqner yaşayırdı. O, məni sarğılarsız qarşıladı, yağ çəkilmiş çovdar çörəyi ilə qaymaqlı tünd çaya qonaq etdi və dedi: - Bax belə, yorulmadınızsa, gedək. İxtiraçı stolun altından balaca çemodan çıxartdı, zaldan kürək, iki balıqtutma tilovu götürdü, tozlu küçəyə çıxdı: - Kürəklə tilovlar nəyə lazımdır? - deyə təəccübləndim. - Maskalanırıq - Vaqner mənə göz vurdu, - Çemodanla stansiyaya yox, sahəyə getdiyimizdən bizi görənlər təəccüblənib işimizə qarışmasınlar deyə. Bu formada hamı elə biləcək ki, balıq tutmağa gedirik.

Bu maskalanmaqla bağlı xüsusi fikrim var idi: bu kürəklər elə kəndlilərdə maraq yaradacaq əsl lazımi şeylərdir. Mənə yaxşı məlum idi ki, burdan 30 km məsafədə balıq tutmalı nə çay, nə göl var. Xoşbəxtlikdən kənd elə bil ölmüşdü - hamı tarlalalarda işləyirdi. Bizi yalnız günəşdə isinmək üçün sürünən bir kəndli qarı qarşıladı. Kürəkləri görüb təəccüblənərək dişsiz, ağzı açıq halda bizə baxırdı. Kəndin kənarına çıxdıq və kənddən dörd kilometr uzaqda yerləşən köhnə bir poliqona çatdıq. Bir tərəfdən alaq otları basmış köhnə hasar, digər tərəfdən torpaq örtüyü ilə hüdudlanmış nəhəng sahə qarşımızda uzanırdı. Hasarın qabağında və arxasında quru at peyini tökülüb qalmışdı. Vaqner bu “Avqiy tövlə”sinin qabağında dayandı, kürəkləri yerə atdı və çemodanı götürdü. Yol boyu səsini də çıxartmamışdı. Maraqdan ürəyim əsirdi, amma heç nə soruşmurdum, çünki bilirdim ki, Vaqner mənə öz sirrini açacaq. Və nəhayət, o an yetişmişdi... Başlanğıc gözlənilməz oldu. - Sizcə, insan yaxşı düzəlibmi? Məncə, pisdir. Birələrdən də pis. Görürəm, gülürsünüz. Əcəbdir. Birə - lazımsız həşəratdır. Belə. Amma öz boyundan on, hətta yüz dəfə uzağa tullana bilir. İnsansa - kainatın tacı ən çox hündürə iki metr və uzununa üç-dörd metr tullana bilir. İnsanın ləyaqətini təhqir etmirmi bu?

8


- Və siz təbiətin bu ədalətsizliyini düzəltmək qərarına gəlmisiniz? - nə etmək istədiyini başa düşərək Vaqnerdən soruşdum. - Hə, mən cəsarətlə deyə bilərəm ki, bu çatış- mazlığı düzəldə biləcəyəm. İnsan okeanları keçə, havaya qalxa, konkidə sürüşə, hamar teleqraf sütunlarına dırmaşa bilir. Bəs niyə onda öz boyundan yüz də olmasa, on dəfə yüksəyə tullanmağı öyrənməsin? Əl və ayağın əzələ gücü və bir az cəhddən istifadə etməklə. Vaqner çemodanı açdı və ordan döşəkdən çıxmağa oxşayan dörd ədəd yay çıxartdı. Yaylar kiçik döşəkçələrə bərkidilmişdi, döşəkçələrdə də kəmərlər vardı. İki yay böyük idi - əl üçün, ixtiraçı izah edirdi, - digər ikisi isə daha kiçik - ayaqlar üçün idi. Vaqner dərhal döşəkçəli yayları kəmərlə ayaqlarına bağladı və məndən xahiş etdi ki, digər yayları əllərinə bağlayım. - Hələ ki bütün bunlar bəsit formadadır. Sınaq prinsipi. Əsas çətinlik - tarazlığı saxlamaqdır, kəmərləri bağlayarkən deyirdi. - Təşəkkür edirəm. İndi mənə hasara dırmaşmağa kömək edin. İndi bizə kürək lazım olacaq. Yenicə doğulmuş insan - birə hasara dırmaşdı. Düzünü desəm, mən öz əlimlə onu qaldırdım və hasara yerləşdirdim, çünki o, öz yayları ilə tamamilə köməksiz idi. - Yaxşı, gəlin başlayaq. Diqqət! Bir, iki, üç!.. Vaqner tullandı. Ayağındakı yay hasarın qabarıq divarına ilişdi və ixtiraçı böyrü üstə yıxıldı. - Birinci blin(blinçik) topalı - xəmirli olur, səmimiyyətlə dilləndi. - Sizdəki şişkinlik və sıyrıqları nəzərə alsaq, bu, heç də birinci blini deyil, - qeyd elədim. - Bu, yaylarda birincidir. Sonuncu model.

Qalxmağa və hasara dırmaşmağa mənə kömək edin, zəhmət olmasa. Getdikcə yorucu olmağa başlayırdı. - Hə, başlayırıq. - Davam edirik, - deyə düzəltdim. - Bütün məsələ dörd əl - ayaq üstə uğurla tullanmaqdır. Birələrə tullanmaq asandır, çünki onların altı ayağı var, - Vaqner dedi. Ay səni! Elə formada havaya qalxdı ki - başı aşağı - başa düşdüm ki, bu sıçrayış da uğursuz olacaq. Doğrudan da, birinci zərbə - bədənin bütün ağırlığı - əllərinə düşdü. Vaqneri yuxarı və arxaya tulladı. Qövs cızaraq hasarın arxasında gözdən itdi. Uğursuz ixtiraçını çoxlu at peyininin içində tapdım. Vaqner arxası üstə yıxılıb ayağı üstə çevrilməyə cəhd edən böcək kimi yerində eşələnirdi. Təəccüblü də olsa, Vaqnerin üzündən məmnuniyyət yağırdı. - Bu yaylar nəydi belə! Gör məni necə tulladı! Bu dəfə alındıracam. Vaqner üçüncü dəfə tullananda, həqiqətən də, alındı. Hətta ixtiraçının düşündüyündən də yaxşı. “Birə” dörd ayağı üstə yerə düşə və tullana bildi. Deyəsən, Vaqner ayağının əzələlərini işə saldı, çünki ikinci sıçrayış daha hündürə və uzağa oldu. Üçüncü, dördüncü daha da yaxşı. Və birdən narahat qışqırıq eşitdim: - Məni tutun! Dayana bilmirəm! Bədbəxt! O, bu haqda heç düşünməmişdi. Onun dalınca qaçsam da, boşuna! Nəhəng birə kimi Vaqner nəhəng addımlarla məndən uzaqlaşırdı. Hündür torpaq örtük onun qabağını kəsirdi. Sıçrayış kənara keçə bilmədi. Bir neçə sıçrayışla Vaqnerin başı torpaq örtüyə dəydi, ayaqları yuxarıya çevrildi və yıxıldı. - Torpaq örtükdə deşik açmadım ki? - özünə 9


gələndə güclə dilini tərpədərək Vaqner məndən soruşdu. Hələ bu halda zarafat da edə bilirdi.

sürəti azaltdı, avtomagistral yoldan yaxşı şose yoluna döndü, sonra saatda əlli kilometr sürətlə yarım saat uçdu və nəhayət, tənha kottecin qabağında dayandı. - Artıq evdəyik. Geniş venesiyasayağı pəncərəli rahat yeməkxanada tələsik səhər yeməyi yedik. Vaqner gözlənilmədən hardansa stolun altından böyük bir stəkan çıxartdı və mənə uzatdı: - Alın! Stəkanı götürdüm və onun ağırlığını hiss etməyib çox təəccübləndim. Stolun üstünə qoydum, barmaqlarımı çəkməyə macal tapmamış stəkan tavana uçdu və orda qaldı. Yəqin, o qədər gülünc görünürdüm ki, Vaqner güldü və dedi: - Özünüzə baxın bir! Ekran kimi. Bəs alma sidrini nədə içəcəksiniz? Özünüz günahkarsınız. - Başqa stəkanım yoxdu. - Professor, bəlkə, mənə bu fokusu izah edəcəksiniz? - deyə soruşdum.

* * * Vaqneri bir neçə il görmədim. Gözlənilmədən o, məni xatırlayıb zəng etdi. Məni elə asanlıqla bağına dəvət etdi ki, elə bil dünən bir-birimizdən ayrılmışdıq. “ Xəbərlər var. İcazə versəniz, dalınızca maşınla gələrdim.” Heç bir saat keçməmişdi ki, mən Vaqnerlə onun maşınında əla Moskva - Minski avtomagistralı ilə şütüyürdük. Xaricdən Vaqner az dəyişmişdi, ancaq saqqalı elə bil daha sıx və uzun olmuşdu. Uzun, qədimi formalı üstüörtülü maşını özü sürürdü. Maşın elə sürətlə uçurdu ki, yolda görməli künclərdə - ağaclı təpələr və çay sahilindəki yollarda dayanan körpüləri, gözəl mehmanxanaları güclə seçirdim. Bu cür sürətli sürüşdən bir saat sonra Vaqner

10


- Mən nə sehirbazam, nə də fokus göstərən, - əhvalı pozulan Vaqner dedi. - Stəkan, deyəsən, metaldan idi. Yəqin ki, tavanda da maqnit gizlədilmişdi. Düz tapmışam? - Hər şeyin vaxtı var. Hava əladır, gəlin təmiz hava ilə nəfəs alaq. Amma əvvəlcə, sizin çəki- nizi ölçüm. Sonra çəkimi ölçdü, cibimə 1.8 kq ağırlığında kiçik çəki daşları qoydu və dedi: “Düppədüz”. Biz evdən çıxdıq və qayalıqlardan görünən böyük tarlaya yönləndik. Mənə elə gəldi ki, tarlanın ortasında göl var. Ağ toz- ağaclarının arasından parlaq səth gördüm və daha da yaxına gəldikcə səhv etdiyimi anladım: tarlanın böyük hissəsi hamar və bərabər şəkildə parlayırdı. Tutqun, açıq boz rəngli bu “xalça” uzaqdan su səthinə oxşayırdı. Vaqner cəsarətlə bu “göl”ün üstünə addımladı, mən də onun arxasından qorxaraq gəldim. “Xalça”nın ortasında sahəsi bir neçə sot kvadrat metr olan balaca xaç gördüm sanki. Ona yaxınlaşdıqca anlaşıldı ki, “xaç”lardan biri xalçada arakəsmə yaradır, digəri isə çubuğun üstündəki tərsə çevrilmiş çatlardı. Bu mərkəzi xaçdan hər tərəfə qapı qulpunu xatırladan çıxıntılar keçirdi. Vaqner boltu elə çevirdi ki, çuxurun qabağında dayandı. Həmin saniyə xalça - təyyarənin üstündəki kimi havaya qalxdığımızı hiss etdim. - Çıxıntılardan tutun! - Vaqner mənə qışqırdı. Qulpdan tutdum, çünki bizim “təyyarə” bərkdən silkələnirdi. Xoşbəxtlikdən, küləyin uğultusu təkrarlanmadı və biz elə davamlı yüksəlməyə başladıq ki, təəssüratdan ayrıla bilmirdim, sanki biz göyə qalxmır, tarla, qayalıq, Vaqnerin bağı yavaşca aşağı enirdi. - Havanın müqaviməti olmasa, bizim xalça - təyyarəmiz daha sürətlə yuxarı qalxardı, Vaqner dilləndi. Mənim qabağımda oturub

qapı qulpuna bənzər çıxıntıdan yapışmışdı. Bizi xalça -təyyarə yerdə olanda təyyarəni lövbər kimi qalxmaqdan qoruyan boltun düşdüyü çıxıntı yuvası ayırırdı. - Hə, bizim uçan aparat çox da qayıq formasında deyil, xüsusən də, şaquli istiqamətdə uçuşlar etmək üçün, - güclə özümü danışmağa məcbur edib səsləndim: bu qeyri - adi macəra məni çox həyəcanlandırmışdı. - Yəqin, indi deyə bilməzsiniz ki, bizi cəzb edən maqnit var altımızda? - Mavi gözlərini hiyləgərcəsinə qırpan Vaqner soruşdu. - Yox, bu məsələ məni aşıb, - cavab verdim. Vaqner bərkdən güldü. - Çətin tapşırıqdır, - nəhayət dilləndi, Təsəvvür edə bilərsiniz ki, bədəni cazibə qüvvəsindən qoruyan hansısa kevorit - ekran kəşf etmişəm. Amma kevorit - çox təmiz və həyatakeçməz fantaziyadır. Hətta təsəvvür edə bilərdiniz ki, bu xalça - təyyarəni yerdəki batareya ilə eyniadda elektriklə yükləyirəm və xalça - təyyarə yerdən hava şarı kimi havaya qalxdı... - Heç bir şey təsəvvür edə bilmirəm, - etiraz etdim, - Məni indi nə qədər yüksəyə qalxacağımız maraqlandırır. Axı biz yay geyimindəyik və oksigen aparatımız da yoxdur. - Tamamilə sakitləşə bilərsiniz, - deyə Vaqner cavab verdi. Xalça - təyyarəmizin qüvvəsi çox böyük deyil. Onun tavanı cəmi iki - üç yüz metrdir. Görürsünüz, yüksəlişimiz yavaşca aşağı düşür. Axşam olanda temperatur düşəcək, havanın rütubəti artacaq və xalça - təyyarə aşağı enməyə başlayacaq. Mənim hesabım tamamilə dəqiqdir. Düppədüz. Az öncə çəkinizi ölçdüm. Bax belə. Hələlik isə... bizim çox vaxtımız var və sizə bizim xalça - təyyarənin sirrini izah edə 11


bilərəm... Görün nə qədər oğlan uşağı bizə baxmağa gəlib. Onlar hardan gəlib çıxır? Qışqırırlar, papaqlarını sallayırlar... Biz yavaş-yavaş meydançaya enirdik. Tezliklə, çay və sahildəki uşaq dəstəsi gözdən itdi. - Bax belə, - Vaqner davam elədi, - bütün bu möcüzə böyük kütləyə məlum olmayan nazik membranların fizikasının üzərində işləməkdən doğub. Sizə bu elmlə maraqlanmağı tövsiyə edərdim. Qısacası, bizim xalça - təyyarə möhkəm zəncirdən düzəlib. Bu bədən çoxsaylı hüceyrə - köpüklərdən ibarətdir. Maqnezium və berilium ərintisi. Hüceyrənin ölçüsü bir millimetrdən, divarın qalınlığı - bir onminlik millimetrdən kiçikdir. Hüceyrənin boşluğu hidrogenlə doludur. Divarı qalın etmək üçün -bu nazik membran - bir min millimetrdən artıq çəkisiz material lazımdır, bir onminlik qalınlıq yaratmaq üçün metal uçan olur. Belə metaldan olan xalça - təyyarənin müəyyən ölçüsünə görə, gördüyünüz kimi, o təkcə özünü qaldırmır, həm də yük də daşıya bilir. Bağışlayın, amma mən ayaqqabılarımı çıxarıram - bağda ayaqyalın gəzməyə alışmışam, - öz izahatını yarıda kəsib ayaqqabılarını çıxartdı və önünə qoydu, -

Belə, - dedi o... Elə bu anda hardansa bir külək əsdi, bizim xalça - təyyarə silkələndi, ayaqqabılar yerə uçdu və yüngülləşən təyyarə yuxarı qalxmağa başladı. Vaqner qışqırdı və bu səs daha çox bağırtıya bənzəyirdi. Elə bu an başa düşdüm: indi bizə nə gecə rütubəti, nə də temperaturun aşağı düşməsi kömək edə bilər. Aeronavtlar kimi aşağı düşmək üçün qazı azalda bilməzdik. Xalça - təyyarənin qazı süni “köpüklü” strukturun dərinliyində gizlədilmişdi. Təyyarənin hərəkətini nə şaquli, nə də üfüqi istiqamətdə idarə edə bilmirdik. Köməksiz idik. Bizdə radiostansiya da yox idi. Yemək - içmək ehtiyatımız da. Bu Vaqner pis ixtiraçı deyildi, amma heç praktik adam da deyildi. O qədər acıyıb susuzluqdan əzab çəkirdim ki, ona çox əsəbləşmişdim. - Bizim vəziyyətimiz birə kimi tullanmağa cəhd edən bir adam haqqındakı hekayəni

12


xatırlatmırmı? - Vaqner əsəbi halda burnunu çəkdi, lakin susdu, - Nə demək olar, əcəb günə düşmüşük, - deyə davam etdim, - Gecə fırtına başlaya bilər, onda bizim xalça-təyyarəmiz çevriləcək və biz tikə-tikə olacağıq. Ya da gəmi qəzası keçirənlər kimi aclıqdan bir - birimizi yeyəcəyik. Ya da susuzluqdan öləcəyik və bədənimiz quşlara yem olacaq... Vaqner bərkdən güldü. - Heç bilmirdim ki, siz belə şən adamsız və ağır vəziyyətlərdə də zarafat edə bilirsiniz! səmimiyyətlə dilləndi və mən özümdən utandım, - Amma bizim vəziyyətimiz düşündüyünüz kimi faciəvi deyil. Xoşbəxtlikdən, xalça-təyyarəm möhkəm köpükdən tikilib, ağır çəki altına düşən qayıq kimi onun ölçüləri genişlənir və azalır. Tez iş başına! Vaqner xalçanın ortasındakı xaçın kənarlarından başlayaraq məsaməli köpüyü hissələrə ayırmağa başladı. Onu izlədim. Biz parçalanmış hissələri kənara və aşağı atırdıq, amma onlar dayanmadan yuxarı qalxır və hardasa mavi səmada gözdən itirdi. - Bu metal ucuz deyildi, heyif ki, onu parçalarını itiririk, amma mənim təyyarəçi tanışlarım onları öz şəbəkələrində tutacaq. Bütün bu hissələr on kilometrdən yuxarı qalxmayaraq eyni hündürlükdə uçacaq. Görürsünüz, artıq aşağı enirik. Bir az da parçalayaq... Daha tullama, gözlə, altımızda göl var, deyəsən. Elədir ki, var. Tarazlıq metalını atmalı olacağıq. Ayaqqabılarını çıxar! Biz sağ-salamat fındıq ağaclarının arasına endik və yaman günə düşmüş xalça - təyyarəni kəmərlər və dayandırıcılarla bağladıq ki, uçub getməsin. Ayaqyalın, ac və həyəcanlı halda evə qayıtdıq...

13


14


Kitablar

15


Jül Vern - Yerin mərkəzinə səyahət Hazırladı: Mənzər Rzayeva

Bu əsəri 1828-ci ildə anadan olan fransız yazıçı, elmi-fantastika janrının “atası” adlandırılan Jül Qabriell Vern yazmışdır. Ona dünya şöhrəti qazandıran bu əsəri 1864-cü ildə qələmə almışdır. Bu roman Çarles Lyelin “İnsanın qədimliyinə aid geoloji sübutlar” adlı əsərindən təsirlənərək yazılmışdı. Hamburq dağıntılı bir evdir; gənc Akselin əmisi geoloq və yeraltı-mədən alimi Professor Otto Liedenbrok az əvvəl bir şifrəli kompas tapır. Bunu əl yazması köhnə olan bir kitabı qarışdırarkən tapmışdı. Bu kiçik kağızda şifrə kimi yazılan not Professor Liedenbrok üçün dünyanın mərkəzinə doğru səfərin sirr pərdəsinin aralanması mənasını verirdi. Əmisinin mənəvi qızı Qrauben’e aşiq olan Akselin nəticə verməyəcəyini bilə-bilə, “Maqmaya doğru səfər bizim sonumuz olmazmı?” yolundakı etirazına elmə aşiq Professorun cavabı “Riski gözə almayanlar uğurlara imza atamazlar” olacaqdı. 24 May 1863-cü il bazar günü qatarla Danimarkaya doğru başlayan səfər onları İslandiyanın paytaxtı Reykyavike götürəcək və burada razılaşdıqları rəhbər Hans ilə dünyanın mərkəzinə gedə bilmək üçün Sneffell dağının kraterlerindeki yolu tapmağa başlayacaqlardı. Bu, həm də o demək idi ki, onlar bu yolda inanılması çətin olan sürprizlərə şahid olacaqlar. Onları gözləyən bir nəfər daha vardı: Akseli çox sevən Qrauben… Aksel ilə Run əlyazmanın üzərində çalışırlar və nəhayət, Aksel cümlədə kodu tapır. Lakin bunu söyləməklə professoru təhlükəli vəziyyətə salacağını düşünür və kodu gizlətməyi qərara alır. Lakin kod inadla açılmayanda professor Akselə otaqdan çıxmamaq cəzası verir, hətta yeməyə belə icazə vermir. Sonunda aclığa tab gətirə bilməyən Aksel parolu izah edir:

16


“Cəsur səyahətçi, iyulun əvvəlinə kimi Snayfeldin kraterinə en və sən Yerin mərkəzinə çatacaqsan. Mən bunu etdim. Arne Saknusem”. Bu, onun kriptoqrafiyaya olan sevgisinin ilkin göstəricisi idi. Zaman keçir və iyunun sonlarına yaxın artıq Snayfeld vulkanında özlərini tapırlar. Saknusemin şifrəyə mesajında yazılırdı ki, Yerin mərkəzinə aparan yol bir kraterdən keçir və günorta vaxtı kölgədən müəyyən etmək olar. Hava isə əlverişsiz şərait yaradır. Növbəti günlərdə havanı qara buludlar bürüyəcəkdi… Bundan istifadə edərək hər cəhddə əmisini fikrindən döndərməyə çalışan Akselin cəhdləri yenə baş tutmur. İyulun son iki günü Günəş boylanır və krater artıq Lidenbroka istədiyini müəyyənləşdirmək üçün kömək olur. Onlar bir neçə mil irəliləyərək mağaraya çatırlar ki, bu mağaranı özlərinə “cığır” seçir və irəliləyirlər. Mağaranın içi isə heyrətamiz və zəngin bir okean idi. Mağaradan dərhal bir neçə ağac material götürərək sal düzəldib dəbdəbəli qaşlar kimi parlayan dəniz ləpələrinə özlərini vururlar və səyahətlərini davam etdirirlər. Səyahət zamanı Lidenbrok dənizi öz adına adlandırır - “Lidenbrok” dənizi. Qəhrəmanlarımız yeraltı aləmin tədqiqinə davam edirlər... Suyun maqma ilə dolu olan çalaya dolmasından yaranan nəhəng buxar təzyiqindən isitifadə edərək səyahətçilər yeraltından çıxmağa nail olurlar. Sonda isə professor yeni tapılmış yeraltı dünyaya görə böyük şöhrət qazanır, Aksel Qraubenlə evlənir və Hans İslandiyada sakit həyatını sürməyə davam edir.

17


“Improbable” (Olasılıksız) Adam Fawer Hazırladı: Nərmin Abasova

“Qərarlar düzgün və ya yanlış deyil. Qərar qərardır. Sən, sənə görə ən yaxşısını seç.”

18


uğunu öyrənir. Epileptik ürəkkeçmələrdən qurtulmaq üçün Dr. Tversky-nin onun üzərində yeni dərmanını təcrübə etməsinə razılıq verən David Caine get-gedə şizofreniya qazanmağa başlayır və gələcəkdə baş verəcək bütün hadisələri görə bilmək bacarığına sahib olur. Bundan sonra işlər daha qarışıq hal alır: bir tərəfdən rus casusu Nava Vaner Davidi koreyalılara satmağa çalışır, digər tərəfdən də Dr. Tversky onu laboratoriya siçanı kimi eksperimentlərinə alət edir. David isə artıq zehnində Laplas şeytanı adlı ikili şəxsiyyət yaratmışdır… Kitabın ən böyük uğurlarından biri nəfəs kəsən həyəcanlı hadisələr axını ilə bərabər, həm də ciddi elmi hipotezlərlə zəngin olmasıdır. Bu roman ehtimallar, şanslar, təsadüf və tale, Laplasın səbəb və nəticə qanunları haqqındadır. Yazar həm də azad iradənin determinizm nəzəriyyəsində necə istifadə olunduğunu, baş verəcək hadisələrin ilkin vəziyyətlərdən həssas asılılığı - Xaos nəzəriyyəsi - və dejavu hadisəsini hekayədə maraqlı formada tətbiq edərək oxuculara çatdırır. Kitabın digər maraqlı tərəfi isə obrazların canlılığı və hekayənin səlis yazı tərzidir. Yazıçı, ağıllı riyaziyyat professoru David Caine, onun şizofren qardaşı Jasper, soyuqqanlı rus casusu Nava Vaner, qeyri-adi həkim Tversky və digər obrazlara öz yaradıcı qələmi ilə həyat verir, sadə və axıcı dillə təsvir etdiyi hadisələr vasitəsi ilə kitabı bir film lenti kimi oxucuların gözünün önündən keçirir. Hekayə boyu alt-süjetlərdə baş verən hadisələr əsərin sonuna doğru məntiqli şəkildə birləşir və oxucu bütün suallarına cavab tapır.

“Olasılıksız” Adam Fawer-in 2004-cü ildə çap olunmuş ilk əsəridir. Əsərin müəllifinin amerikalı olmasına baxmayaraq kitab Türkiyədə daha çox oxunub sevilir. Yəqin ki, ölkəmizdəki bütün kitab qurdları bu əsəri oxuyub, yaxud da haqqında eşidib. Eşitməyənlərin isə əvəzinə bir sual verək: nədir bu “Olasılıksız?” “Olasılıksız” özündə ehtimal nəzəriyyəsini, kvant mexanikasını, kollektiv şüur anlayışını və xaos nəzəriyyəsini birləşdirən elmi-fantastik trillerdir. Çoxları bu kitabı “Da Vinçi şifrəsi” kimi digər trillerlərlə eyni qəlibə qoysalar da, “Olasılıksız” adi bir trillerdən daha artığıdır. Kitabın bir-birini məntiqli olaraq əvəz edən mürəkkəb hadisələri, obrazların hazırcavab dialoqları, fizika nəzəriyyələrinin yaradıcı formada hekayəyə tətbiqi və oxucuları qane edən sonluğu yazıçının kreativ zəkasının göstəricisidir. Bütün hadisələr universitet professoru David Caine-nin rus mafiyasının üzvlərindən biri ilə qumar oynaması ilə başlayır. Ehtimalları ağlında cəld hesablamağı bacaran David Caine oyunu udmaq üzrədir, lakin qəflətən epilepsiyası baş qaldırır və ayıldıqda oyunu uduzmaqla bərabər, rus mafiyasına da külli miqdarda borcu old19


20


Milli Ədəbiyyat

21

Nataliya Glushenko


Boz Pişik Müəllif: Muzafferus

22


Sol ayağını sürüyərək yavaş, asta addımlarla qapıya tərəf yaxınlaşdı. Gəzərkən çətinlik çəkirdi, lakin nə qədər ağır olsa da, ayağında heç bir ağrı yox idi. Qulağına sanki səs gəldi. Gözucu arxasına baxdı, boz pişiyi çəpərin yanında durub ona baxırdı. “Gəl Martin, içəri keç, -deyib qapını açdı, vaxtdır”, - dedi. Martin ondan öncə içəri keçdi, ardınca gənc oğlan özü evə daxil oldu. Qonaq otağına keçib divana əyləşdi. Martin artıq divanın yanında yerdəki kiçik yuvasına, içində yumşaq döşəkcə olan yeşiyin içinə yerləşmişdi. Gənc divanın digər tərəfinə uzanıb notebook’unu götürdü. Bağlayıcını sol ayağının diz qapağındakı yerə taxdı. -Lənətə gəlsin, yenə beyni pozulub. Proqramı gərək təkrar yükləyim. Martin sakitcə onu izləyirdi. Təxminən on dəqiqəlik yüklənmə prosesi bitdikdən sonra diz qapağından bağlayıcını çıxarıb notebook ilə birgə divanın digər tərəfinə ehmalca tulladı. Artıq sol ayağını rahat işlədə biləcək vəziyyətə gəlmişdi. Rahatlıqla ayağa qalxdı, “Acsansa, gəl süd verim”, - deyib Martinə səsləndikdən sonra asta addımlarla mətbəxə doğru addımladı. Sol ayağı əvvəlki vəziyyətinə qayıtmış olsa da, eyni problemi dəfələrlə yaşadığı üçün axsaq və asta yeriməyi adət halına almışdı. Soyuducudan südü götürüb qapısını örtərək rəfdən də bir ədəd stəkan, bir ədəd də dərin boşqab götürdü. Boşqaba südü süzüb digərlərini də əlinə alaraq geriyə çevrildi, stola tərəf getdi. Stolun yanına çatıb stula əyləşəndə südlə doldurduğu boşqabı Martin üçün yerə - stolun yanına qoydu. Stəkana da özü üçün süzüb bir-iki qurtum aldı. Stolun üzərindəki notebook’u özünə tərəf çəkib ekrana baxdı. Kodları yazmaqda yarımçıq qalmışdı. Uzun müddət idi ki, yeni bir qurğu üzərində işləyirdi:

heyvanların səsini insan səsinə, insanların səsini heyvan səsinə çevirərək heyvanlarla danışa bilməyə imkan yaradacaq kiçik bir qurğu. Qurğunu ilk öz boz pişiyi Martin üçün hazırlayırdı. Kodları yazmağa davam etdi. Təxminən yarım saat sonra gülümsəyərək yazdığı kodlara baxdı. Südünü bitirən Martin çıxıb dizlərinin üzərində oturmuşdu. Martini tumarlayaraq: -İlk hissə hazırdı, Martin, - dedi. Yazdığı kodlar üçün “emal et” düyməsini basdıqdan sonra ekrana gəlməsini səbirsizliklə gözlədiyi nəticəni diqqətlə oxudu. “Tamamlandı”. Kiçik mikrokartı kompüterdən çıxartdı. Qurğunu əlinə alıb mikrokartı ona taxdı və mikrokarta diqqətlə baxdı. Bu qurğunu əkiz qardaşı düzəltmişdi. İkisinin birgə layihəsi idi; qardaşı texniki hissə ilə məşğul olacaqdı, o isə kodlarla. Qardaşı qurğunu hazırlamışdı, sadəcə qurğunun beynini işə salacaq olan kodları yazmaq qalmışdı. Sol ayağına baxdı, qardaşını itirdiyi günü xatırladı: o da sol ayağını itirmişdi. Elektronik ayaq taxılmışdı, bu protez ayaqlardan daha çox hərəkətə malik idi. Martinin səsini eşidib çaşqınlıqla ətrafına baxdı. Xəyala dalmışdı. Köks ötürüb işinə davam etdi, mikrokartı qurğuya taxdı, sonra: -Martin, kəmərini gətir bunu yoxlayaq, - dedi. Martin yaxşı əhilləşdirilmiş və öyrədilmiş ev pişiyi idi. Amma yenə də hər şeyi yox, bəzi gündəlik, daimi deyilən sözləri, əslində, daha çox işarələri başa düşürdü. Əlbəttə ki, indi də kəmərin nə olduğunu anlamadığı üçün Martin gənc oğlanın qucağından yerə atlanıb geriyə çevrilərək ona baxmağa başladı. Özü etməli olduğunu anlayıb yavaşca ayağa 23


qalxdı. Keçib qonaq otağında divanın yanındakı pişiyin yuvasında olan kəməri götürdü. Qayıdıb mətbəxdəki əvvəlki yerinə əyləşdi. Qurğunu əlinə alıb diqqətlə baxdı, üzərindəki işə düşməsinə yarıyan düyməni sıxdıqdan sonra kəmərə taxmağa başladı. Ardından əyilib Martini qucağına aldı. Kəməri boynuna keçirib ehmalca bağladıqda kəmərdən narahat qalan Martin mırıldanaraq yerə düşdü. -Martin, indi məni başa düşürsən? Təxminən 15 saniyədən sonra “Bəli” səsi gəldi qurğudan. Martin sevincək bir şəkildə onun qucağına atlanıb mırıldandı. Onun isə üzü gülürdü. İlk mərhələ uğurla tamamlanmışdı. Qurğu ikitərəfli işləyirdi. Öncə kənardan gələn insan səsini heyvanın səsinə, sonra heyvanın səsini insan dilinə çevirirdi. Və ya əksinə. Sadəcə kodlarla yığılıb hazır-

lanmış kiçik lüğət tərkibi var idi. Bu səbəblə də hal-hazırda, demək olar ki, çox az söz və ifadələri çevirə bilirdi. Gəncin məqsədi də bu lüğət tərkibini çox böyütmək idi ki, rahat bir şəkildə qarşılıqlı danışa bilsinlər. Boşa vaxt itirmək lazım deyil deyə düşündü gənc. Martinin kəmərini açdı ki, pişik rahatlıqla hərəkət edə bilsin. Martin kəmərə öyrəşmədiyindən çox tez tıncıxır və narahat olurdu. Kəmərin üzərindən qurğunu çıxarıb diqqətlə onu süzdü. Ardından mikrokartı qurğudan ayırıb notebook`una taxdı. Lakin başqa heç nə etmədi.Təxminən yarım saatdan çox bir müddət o da oturaqlı şəkildə gözlədi. Sonra, nəhayət ki, durmağı qərarlaşdıra bildikdən sonra ayağa qalxıb təkrar qonaq otağına tərəf addımladı. Boz pişiyi də özü ilə birgə gəldi. Keçib divanda əyləşdi. Pultu əlinə alıb televizoru yandırdı. Kanalları çevirib hamısına göz gəzdirdikdən sonra diqqətini çəkən heç nə olmadığından televizoru söndürdü. Martini səsləyib qucağına aldı. Ürəyi sıxılırdı. Özünü narahat hiss edirdi: “Martin... Bu gedişin axırı hara gəlib çıxacaq? Artıq 6 aydır, evdən çölə çıxmıram. Əvvəllər də heç çıxmırdım, sadəcə ərzaq almaq üçün yollanırdım, həmin günlər yadındadır? Üçümüz bir gedərdik. O qəzadan sonra hər şey dəyişdi, Martin. Özün çox yaxşı bilirsən. O gündən günlərim sadəcə 4 divarın içində keçir. Bəlkə də, mağazanın onlayn sistemə keçməsi səbəb oldu, bəlkə də, o, bəhanəm idi. Evdən çölə çıxmaq istəmirdim. Son 6 aydır, ümumiyyətlə, heç nə etməmişəm. Yarım qalmış kimi hiss edirəm. Hər şeydə. Həyatda. Yarımçıqlaşmaqdan qurtulmalıyam. Davam etməliyəm. Özüm üçün olmasa da belə. Onun üçün. Qardaşım üçün bu 24


işi tamamlamalıyam. Pulum da tükənmək üzrədir. Bir şeylər fikirləşmək lazımdır. Yenidən proqram hazırlamağa başlayım gərək. Yoxsa ac qalacağıq”.

***

-Bütün bunlara görə sənə minnətdaram. -Əslində, mənə təşəkkür etməyə ehtiyac yoxdu. Mən sadəcə qardaşımın ideyasını, daha doğrusu, xəyallarını reallaşdırdım. -O, təkliyi sevirdi. Səssizliyi. -Əksinə, ondan çox danışmaq istəyən, danışmağa meyilli biri yox idi, məncə. -Bəs niyə danışmırdı? -İnsanlar. İnsanlarla arası yaxşı deyildi. -İndi mənə tam aydın oldu, niyə belə bir qurğu hazırlamaq istəyib. -İnsanlardan uzaqda qalıb sadəcə heyvanlarla dostluq qurmaq üçün. -Lakin bildiyim qədər o, heç ev heyvanı da saxlamırdı. -Bilirəm. Düzdür. O, hər şeydən uzaq idi. Bu ev onun idi. İçi də demək olar ki, bomboş. Mən sonradan doldurmuşdum. Onun yanına köçəndən sonra. -Acam mən. -Süd istəyirsən? -Hə, pis olmaz. -Yaxşı, gəl Martin, gedək içəri, mən də süd içəcəm.

25


Halüsinasiya Müəllif: Nərmin Abasova

Gözlərini açdıqda otağın qarşı divarı dağılmışdı. Parçalanmış daşlar kənara səpələnmiş, otağı toz-duman basmışdı. Evelin yatağından qalxdıqda ayaqları keyimişdi və yerə basdıqca iti iynələr kimi sancılırdı. Amma ağrı onun vecinə deyildi: o, qarşısındakı mənzərəyə, uçulmuş divarın arxasındakı çəmənliyə baxırdı. Əlbəttə, buna çəmənlik demək doğru idisə; çatlamış torpaqdakı otlar saralmış, seyrəkləşmiş, orda-burda bitmiş tək-tük balacaboy ağacların budaqları lüt, yarpaqsız idi və qəribə formada əyilmişdi. Lakin Evelini cəlb edən bu susuzluqdan pərişan olmuş çöl deyildi. Onun iriləşmiş qara gözləri böyük bir daş üzərinə qoyulmuş açıq pəncərəyə baxırdı. Və bu pəncərədən əks olunan görüntüyə. Bayaqkı susuz çöl burada canlanmışdı sanki. Pəncərədən baxdıqda çölün saralmış otları açıq-yaşıl, səhər şehi ilə nəmlənmiş, qurumuş əcaib ağac budaqları pəncərə tərəfdən sıx yaşıl yarpaqlarla və yazın ilk ağappaq çiçəkləri ilə örtülmüşdü. Pəncərədən görünən üfüq də daha ürəkaçıcı idi: uzaqda başını duman almış dağlar, günəşlə yenicə aydınlanan açıq mavi səma və bu səmaya yayılmış lələkvari buludlar nəzərə çarpırdı. Evelin yaxınlaşaraq bu açıq pəncərədən əlini içəri - çəmənliyə doğru uzatmağa çalışdı. Deyəsən, bu dəfə məqsədinə çatmışdı: gördüyü mənzərədə heç bir qorxulu, üzücü bir şey yox idi. Əlini pəncərədən çölə uzatdığı an isə onun açıq deyil, şüşəli olduğunun fərqinə vardı. Buna baxmayaraq, əli dəydikdə şüşə çilik-çilik oldu və pəncərədə görünən o

gözəl mənzərə bir anda parçalanan şüşə hissəcikləri kimi yox oldu. Evelin hiss etdiyi kəskin ağrı ilə əlini özünə tərəf çəkdi: şüşə qırıntıları əlini kəsmişdi, qanlı barmaqları pəncərə kimi çilik-çilik olub tökülürdü. O, qışqırmaq istəyirdi, ancaq səsi boğazındaca qurumuşdu. Gözlərini yummaq istəyirdi, amma göz qapaqlarının altından belə olanları görə bilirdi. Ətrafı hündür divarlarla əhatə olunmuş, indi isə divarlar üstünə gəlirdi. Əyilərək əllərini başı üzərinə qaldırıb uçulub-tökülən divarlardan özünü qorumağa çalışırdı. Ovulmuş daş və toz-torpaq qoxusu burnunu qıcıqlandırdı. Çiyninə dəyən əldən diksinərək ayağa qalxdı. Bayaqdan yataq otağının döşəməsində çöməlib qalmışdı. Onu bu qarabasmadan oyadan Zen idi, Evelinin köməkçisi və şagirdi. Zenin tünd-mavi, az qala qaraya çalan gözlərindən narahatlıq oxunurdu. Evelin istər-istəməz ona sığındı və onu möhkəmcə qucaqladı. Bayaq hiss etdiyi qorxudan qəlbi quş kimi çırpınırdı. -Yenə alınmadı, Zen, - Evelin ondan ayrılıb yatağında oturdu. -Məndə də alınmadı, - Zen də eyni məğlub olmuş səs tonu ilə dedi. -Səndə nə idi? -Qaranlıq. Və qatar, - Zen gülərək əlavə etdi, - bu dəfə də qatar altında əzildim. Deyəsən, hallüsinasiya şərbəti böyüklərə təsir göstərmir. Sanki qorxularımızı üzə çıxarır, kabusa döndərir. -Belə alınmayacaq. Başqa yola əl atmaq lazımdır. Maddənin üstündə yaxşı işləmək lazımdır. Həyatımda heç bu qədər

26


uğursuzluq yaşamamışdım, - Evelin köks ötürərək birtəhər ayağa qalxdı. Ayaqları bayaq keçirdiyi qorxunun səbəbindən yumşalıb jeleyə dönmüşdü. -Bəlkə də, hallüsunasiya şərbətinin böyüklər üçün uyğun olanını düzəltmək qeyri-mümkündür, - Zen də ayağa qalxdı, - bəlkə də, sən sadəcə uşaqlar üstündə təcrübə aparmalısan. -Qeyri-mümkün deyə bir şey yoxdur, Zen, bacarıqsızlıq vardır. Üstəlik mən uşaqlar üstündə təcrübə aparmağa cəsarət eləmirəm. Ya bizdə olanlar onlarda da baş versə? Bunu necə risk edim... -Məcburi etməyəcəyik ki, Evelin, könüllü bir ailədən xahiş edərik, vəssalam. O qədər də çətin olmaz. -Əmin deyiləm. Mən yenə də qorxuram. -Sadəcə bir dəfə. Gəl Uşaq Yaradıcılıq Mərkəzinə gedək. Ordakı uşaqların ailələrindən kimsə buna razı olacaqdır. Evelin uzun müddət qərarsız göründü, lakin sonda razı oldu: -Yaxşı, bu dəfə sən deyən olsun, deyib dərindən nəfəs aldı. Uşaq Yaradıcılıq Mərkəzi şəhərin mərkəzində ikimərtəbəli, ətrafı balaca bağça ilə əhatələnmiş, şəhərin ən gözəl binalarından biri idi. Evelin Zenlə birgə günortanın istisindən qaçaraq binanın sərinliyinə daxil oldular. Binanın içərisi səliqəli və təmiz idi. Qeydiyyatdan keçdikdən sonra ikinci mərtəbəyə - əsas yaradıcılıq otaqlarına qalxdılar. Burada otaqlar müxtəlif sənət tiplərinə görə ayrılmışdı; musiqi ilə məşğul olanlar qırmızı qapılı geniş otaqda musiqi təhsili alır, onun yanındakı kiçik otaqlarda isə məşq edirdilər. Heykəltəraşlıq işləri ilə məşğul olanlar sarı qapılı otaq arxasında

gillə əlləşirdilər. Gənc yazıçı və şairlər mavi qapılı otaqlarda vərəqlərin və mürəkkəbin arasına gömülmüşdülər. Evelinə lazım olan isə foyenin sağ tərəfində yerləşən yaşıl qapılı otaq idi. Qapını açıb geniş, boya qoxusu verən otağa daxil olduqda balaca rəssamların müəllimləri ilə bərabər kağız üzərində işlədiklərini gördü. Yaradıcılıq mərkəzində məşğul olan uşaqların sayı əllini keçməzdi. Kiçik rəssamların sayı da yox deyiləcək qədər az idi: vur-tut altı nəfər. Yaşadıqları dünyanın çirkli atmosferi, kasıb təbiəti və eybəcər landşaftı ən çox rəssamlıqla məşğul olanlara təsir göstərmişdi. İndiki zamanda yaradıcılıqla daha çox uşaqlar məşğul olurdular. Bacarıqlı və uşaqlıqda yaradıcılıqla məşğul olmuş böyüklər isə onlara dərs verir, nadir hallarda isə özləri bu işlərə girişirdilər. Belə işlərdə pul yox idi, dövlət isə kreativliyin aradan çıxmasına icazə vermədiyindən

27


hələ lap balaca yaşlarından uşaqları tərbiyə və yaradıcılıq mərkəzlərinə göndərir, onların hələ gənc təxəyyülünü bacardıqları qədər inkişaf etdirməyə çalışırdı. Zen də Evelinin arxasınca içəri girdi və qapını örtdü. Otaq ensiz, uzunsov zal idi. Mərkəz boyu bir neçə stol birləşdirilmişdi və üzəri başdan-ayağa ağ kətan parçalar və böyük vərəqlərlə örtülmüşdü. Uşaqlar müəllimlərin göstərişi və köməkliyi ilə rəssamlığın sirlərini öyrənir, kağız üzərində karandaşla qaralamalar, sulu boya ilə mənzərə rəsmləri və natürmortlar çəkirdilər. Uşaqlardan ən kiçiyinin beş, ən böyüyünün on dörd-on beş yaşı olardı. Evelin rəsm müəllimləri ilə buraya gəliş məqsədini danışdı, sonra da uşaqların çəkdiklərinə göz atmaq üçün stola yaxın yeridi. Uşaqların çoxu qabaqlarına qoyulmuş meyvələrin şəklini çəkir, bəziləri isə dünyanın künc-bucağından fotoaparatla çəkilmiş, nadir tapılan mənzərələri yamsılamağa çalışırdı. Evelin sakitcə uşaqlar arasında gəzinərək hallüsinasiya şərbətini verə biləcəyi xüsusi istedadlı uşaq axtarırdı. Elə bir uşaq ki, gördüyü heyrətamiz hallüsinasiyaları yadında saxlayıb səhəri gün öz beynindən kağıza köçürə bilsin. Ona yaddaşı möhkəm, təxəyyülü güclü, əli

bacarıqlı biri lazım idi. Və sonda axtardığını tapdı. Masanın lap qırağında tək oturmuşdu, yanında heç bir müəllim yox idi. Təxminən yeddi-səkkiz yaşlarında olan qızın çiyinlərinə qədər uzun, sarışın saçları üzünə dağılmışdı. Başını dəftərin üstünə əyərək fırçanı vərəqdə gəzdirir, bütün rəngləri bir-birinə qataraq kağızda anlaşılmaz rəng fırtınası yaradırdı. Evelin qızın kağıza çəkdiyi rəsmin mənasını başa düşməsə də, onda qıza qarşı xüsusi maraq yaranmışdı. Gəlib yanındakı stulda oturdu və onun hərəkətlərini izləməyə başladı. Zen isə sakitcə otağın kənarında durmuşdu, başa düşmədiyi bu sahəyə maraq belə göstərmirdi. Balaca qız bir qədər sonra başını qaldırıb Evelinə baxdı və əlindəki kağızı kənara tulladı. Yenidən bir ağ kağız götürdü və boyaya bulaşmış əlini qara karandaşlara atdı. Evelinin üzünə baxan açıq-mavi gözləri sanki onun dərisinə işləyir, üzünün hər cizgisini, qırışını yaddaşına köçürürdü. Bir dəqiqə boyunca iynələyici gözlər Evelinə zilləndi. Sonra qız başını aşağı saldı və əlinə aldığı karandaşla kağıza göz şəkli çəkməyə başladı. Evelin qızın hərəkətlətini diqqətlə və maraqla izləyirdi. Əvvəlcə gözlər hazır 28


oldu, sonra isə burun və dodaqlar. Evelinin təəccübünə baxmayaraq qızın çəkdiyi sifət tamamilə özünü xatırladırdı; eyni böyük qara gözlər naməlum işığın təsiri ilə parlayırdı, qara karandaşla tündləşdirilmiş dolğun dodaqlar və üzünə yaraşan kiçik, enli burun onun idi. Qız rəsminə bir az daha kölgə verdi, sonra da saçların təsvirinə keçdi. Əlini uzadaraq Evelinin qara, qıvrım saçlarına toxundu, onları barmaqları arasında hiss etdi. Sonra gülümsəyərək işinə davam etdi. Yarım saata Evelinin portreti hazır onun qabağında durmuşdu. Evelin rəsmə heyran olmuşdu. Qızın əl bacarığı və cəldliyi yarım saata çəkdiyi bu rəsmdən bilinirdi. Amma Evelini daha çox təəccübləndirən şey onun qeyri-adi yaddaşı idi; ona cəmi bir dəqiqə boyunca baxmışdı və budur, portreti qarşısında dururdu. Qızda axtardığı bütün keyfiyyətləri tapmışdı və səbirsizliklə qızın valideynləri ilə danışacağı vaxtı gözləyirdi. Sonrakı iki saat boyunca qız onunla bir kəlmə də kəsməmişdi. Əvəzində isə Evelin Zenlə birgə qızın müəllimlərindən onun haqqında bacardığı qədər çox şey öyrənmişdi. -Lizzi çox da danışqan biri deyil, - rəsm müəlliməsi deyirdi, - ancaq çox bacarıqlı əlləri var. Özü də yaxşı yaddaşa və geniş təxəyyülə malikdir. Burada gördüyün bütün əcaib şəkillər onun əlindən çıxıb. Çox vaxt nə çəkmək istədiyini anlamırıq, amma ona bacardığımız qədər çox şərait yaradırıq. Görürsünüz, onun kimi bir incini tapmaq elə də asan deyil. -Bəli, özü də çox yaxşı görürəm, Evelin cavab verdi, - bəs onun valideynləri necə insanlardır? -Anasını görmüşəm. Çox mehriban qadındır, qızından fərqli olaraq söhbət-

cil biridir. Qızı üçün hər şeyi edər. Onun bacarıqları ilə daim fəxr edir. -Başa düşürəm, - Evelin fikrə getdi. Sonra yenidən dilləndi, - bəs sizcə, o, bizə təcrübəmizdə kömək etməyə razı olar? -Bunu dəqiq deyə bilmərəm, - qadın cavab verdi, - çox valideyn uşaqlarına qarşı həddindən artıq qoruyucu davranır. Amma sizin nüfuzunuz var, sizə görə təklifi rədd eləməz. -Ümid edək, belə olsun, - Zen köks ötürdü. Aydındır ki, burada qalmaqdan sıxılmışdı. Nəhayət, Uşaq Yaradıcılıq Mərkəzində məşğələlər sonlandı və valideynlər birbir uşaqlarını oradan götürməyə gəldilər. Müəllimə valideynlərin arasında Lizzinin anasını Evelinə işarə etdi. Evelin dərindən nəfəs alıb ayağa qalxdı və qızın anasına doğru yeridi. -Salam, xanım... -Arina. Mənə Arina deyin, professor Evelin, - qızın anası gülümsədi, - sizi çox yaxşı tanıyıram. -Ah, çox gözəl, - Evelin bir az rahatlaşmışdı. Arina, həqiqətən, mehriban qadına oxşayırdı, onunla danışmaq gözlədiyindən asan olacaqdı. -Buyurun, mənim sizə nə köməyim dəyə bilər? -Əslində, sizin deyil də, qızınız Lizzinin köməyinə ehtiyacımız var. Baxın biz bir formul üzərində işləyirik... -Buyurun, əyləşək, - Zen araya girdi. Evelin gülümsəyərək balaca uşaq stullarında əyləşdi. Arina da oturduqdan sonra Zen onlara kofe təklif etdi. -Üçümüzə də gətir, Zen, - Evelin Zeni başından elədi, çünki dərhal məsələyə keçmək istəyirdi, - baxın Arina xanım, bu formula yalnız uşaqlarda işə yarayır. Buna görə də biz böyüklər üzərindəki təcrübələri 29


sonlandırdıq. Bu dəfə uşaqlarda bu formulu sınamaq istəyirik, xüsusilə də Lizzi kimi istedadlı və təxəyyülü geniş uşaqlarda. -Başa düşmədim, bu nə formuludu ki? -Bu formul Hallüsinasiya şərbətidir. Sirop kimi, sulu bir şərbətdir, - Evelin bacardığı qədər cəld və açıq şəkildə izah etməyə girişdi, - bu şərbəti içdikdən sonra insanlar illüziyalar görməyə başlayır. Müxtəlif şeylər, bəlkə də, gedə bilməyəcəyi bir yer, təbiətin gözəl bir guşəsi, arzuladıqları görüntülər, mənzərələr... Hallüsinasiyanın müsbət cəhəti insanların təxəyyülünə təkan verməkdir, onları görüş bucağının genişlənməsidir. Burada - şəhərin mərkəzində, səhra kimi bir yerdə hallüsinasiya sayəsində dəniz kənarı, yaşıl meşələr, hündür dağlar və başqa ağıla gətirə bilməyəcəyimiz hər cür yerlər görə bilərik. Bu formul insanlarda yaradıcılıq potensialını artıracaqdır. -Bəs bu formul böyüklərdə niyə işə yaramır? - Arina qaşlarını çataraq soruşdu. Evelin tərəddüd elədi. Zenin üzünə qısa bir nəzər salaraq ondan bir fikir bildirməsini istədi. Zen sadəcə onun görə biləcəyi şəkildə çiyinlərini çəkdi. Evelin gördüyü hallüsinasiyaların kabusa çevrildiyini qızın anasına söyləyib-söyləməməli olduğunu götür-qoy etdi. Sonda bunun lehinə qərar verdi: -Hallüsinasiyalar böyüklərdə də baş verir, sadəcə böyüklərin təxəyyülü ilə uşaqların təxəyüllündə olan fərq burada aydın nəzərə çarpır. Bizdə bu hallüsinasiyalar öz rəngarəngliyini itirir, sonda isə kabusa çevrilir. -Başa düşdüyüm qədər ilə qızıma bu Hallüsinasiya Şərbətindən vermək istəyirsiniz. Qızımda belə şeyin baş verməyəcəyinə əminsiniz? - Arina açıq-aydın şübhə ilə soruşdu.

-Bundan tam əmin deyilik, amma, Arinanın üz ifadəsini görüb tez əlavə etdi, - nəzəri olaraq belə şeyin baş verməyəcəyini isbat edə bilərəm. Əgər qızınızın zehni pis fikirlərdən və qorxu yarada biləcək təsvirlərdən təmizdirsə, bunun olmayacağına əmin ola bilərsiniz. -Mən qızımı daim ətrafdakı pisliklərdən mühafizə etməyə çalışmışam. Həyat yoldaşım buralarda az-az olur və mən onu tək böyütməyə məcbur olmuşam. Başa düşürsünüz də, qızım çox həssasdır. Ətrafındakı uşaqlarla sosiallaşmır, lazım olmadıqca danışmır, daim düşüncəli görünür. Mən onun zehni sağlamlığından şübhə etmirəm, ancaq onu riskə də ata bilmərəm. -Sadəcə bir dəfə. Siropu lazımi ölçüdə ona içirdərik və gözləyərik. Səhəri gün də ondan baş verənləri soruşarıq. Əgər bir problem və ya kabus görünməzsə... -Yəni cəmi bircə dəfə ilə təcrübənin effektivliyini yoxlayacağıq. Təbii ki, əgər istəməsəniz, təcrübəni dayandıracağıq, Zen söhbətə qarışdı. Zen sözlərlə çox ehtiyatla davranırdı və Evelinin fikrincə, düzgün istifadə edilmiş sözlərlə hamını yola gətirə bilərdi. Arina Evelinin təklifini bir qədər fikirləşdi. Sonra köks ötürüb dilləndi: -Belə, professor Evelin, sizə hörmətim böyükdür və niyyətinizin pis olmadığına güvənirəm. Təklifinizi qəbul edirəm. -Çox sağ olun, - Evelin sevincək şəkildə qadının əlini sıxdı. Bir gün sonra Evelin köməkçisi Zenlə birgə Arinanın evində idilər. Arina kifayət qədər imkanlı qadın idi: özü və tək övladı Lizzi üçün bacardığı qədər gözəl və rahat şərait yaratmışdı. Üç otaqlı mənzilin divarları parlaq mavi və yaşıl rənglərdə boyanmış, böyük pəncərələri tünd qırmızı 30


pərdələrlə örtülmüşdü. Evelin bir anlığa otağın al-əlvan görüntüsünü Lizzinin çəkdiyi rəsmlə əlaqələndirdi və otağa dizayının məhz Lizzi tərəfindən verildiyini düşündü. Qonaq otağında, yumşaq tünd-qəhvəyi divanda əyləşdilər. Arina onlara çay süzdü. -Siropun dəqiq ölçüdə götürülməsi bir qədər çətin olduğundan, biz onu balaca həblər şəklinə saldıq, - Zen çay süfrəsində onlara izahat verdi, - və beləcə dəqiqlik cəhətdən bir problem yaşamayacağıq. Hər ehtimala qarşı bir həftəlik həb hazırladıq. Həbin birini axşam yatmamışdan qabaq dilinin üzərinə qoyub yavaş -yavaş sümürməlidir. Bax birdən-birə udmaq deyil, yavaşca sümürmək. Bu həb beyində yuxugörmə mərkəzində normaldan artıq oyanmaya səbəb olacaqdır. Sonda yuxularla gerçəklik arasında bir bağ qurulacaq və beyin bu oyanmanı qeyri-adi görüntülərə çevirəcək. Bu görüntülər - hallüsinasiyalar bir neçə dəqiqə davam etsə də, həqiqət qədər inandırıcı və güclü olur. -Qızınız Lizzinin qeyri-adi görüntü yaddaşı var. Bu yaddaşın sayəsində o, gördüklərini asanlıqla və dəqiqliklə ağlında tutub sonra da kağıza köçürə bilər. Hər şey bu qədər sadədir, - Evelin gülümsəyərək izahı yekunlaşdırdı və Lizzinin çənəsini ovucuna alıb sığalladı. Tünd dərisi Lizzinin ağappaq üzü ilə təzad təşkil edirdi. Lizzi açıq mavi gözləri ilə ona baxdı. Baxışlarında heç bir fərq görünmürdü: nə qorxu, nə də həyəcan. Sadəcə Zenin izahını anlamış kimi görünürdü, bundan əlavə üzünün heç bir cizgisi dəyişməmiş, ona hisslərindən bir xəbər vermirdi. Lizzi sanki bu dünyada deyildi, onun fikri və təxəyyülü sonsuzluğa doğru uzanır, gözləri Evelindən uzaqlara baxırdı. -Yaxşı, biz daha gedək, - Evelin oturduğu divandan qalxdı, - dediklərimizi unut-

mayın: sadəcə bir həb, yatmamışdan qabaq. Ondan sonra isə yatsın. Beləcə beyni tez yuxu fazasına girəndə o da ayılacaq və hallüsinasiyalar görəcək, - Evelin Lizzinin başına sığal çəkdi, - Onlardan qorxma, yaxşı? Sadəcə bacardığın qədər çox şey görməyə çalış. Sonra da gördüklərini çək. Lizzi başı ilə onun dediklərini təsdiqlədi. Zen Arinaya nömrəsini verdi: -Səhər Lizzi hazır olanda bizə zəng edərsiniz. Əgər başqa bir şey olsa, məsələn, Lizzidə yuxusuzluq halı və ya qarabasma yaranarsa, biz dərhal gələrək ona kömək edəcəyik. Sualınız olsa, çəkinməyin. -Həblərin qarabasma verməyəcəyindən əmin ola bilərsiniz, - Evelin qadını rahatlaşdırmaq üçün dilləndi, - biz maddənin miqdarını çox az götürmüşük. Sadəcə bir həblə kifayətlənin. Qadınla sağollaşaraq getdilər. Evelin bütün gecəni yata bilməyəcəyinə əmin idi: fikri Lizzinin yanında qalmışdı. Balaca qızın da özü kimi qarabasmalar görəcəyindən ehtiyat etsə də, Zen daim onu rahatlaşdırır, hər şeyin yaxşı olacağını deyirdi. Beləcə onlar bütün gecəni laboratoriyada narahatlıqla telefon zəngi gözləyərək keçirdilər. Digər tərəfdən Lizzi yatmağa hazırlaşırdı. Anası ona həbi verərkən həyəcanlı görünsə də, Lizzi tamamilə sakit idi, hətta görəcəyi hallüsinasiyalar barədə maraqlanırdı. Həbi ağzında soraraq yumşaq yatağına uzandı və bir müddət ətrafını izləməklə məşğul oldu. Yatağından sol tərəfdə geniş pəncərə olsa da, ordan görünən mənzərə ürəkaçan deyildi: qarşıda sadəcə boş sarı çöllük və irəlidə də hündür binalar vardı. Pəncərə kənarına iri dibçəkdə gül qoyulmuşdu, otağın küncündə isə şkaf və 31


şkafın üst rəflərində qızın oyuncaqları, yumşaq ayısı, pişiyi, dovşanı, topu və daha üst rəflərdə nağıl kitabları vardı. Yatağının digər tərəfində isə masası və dayaqda qoyulmuş geniş ağappaq rəsm vərəqi fırçaları ilə birgə dururdu. Lizzinin gözləri otağı tənbəl-tənbəl gəzərək yavaşca qapandı. Birdən yuxudan ayıldı. Otaq qaranlıq olduğundan hələ də gecə olduğunu bilirdi, ancaq onu oyadanın nə olduğunu başa düşməmişdi. Sonradan xatırladı: hallüsinasiya həbləri. Yataqda qalxıb oturdu və gözlərini ovdu. Gərnəşib boynunu yuxarı qaldıranda gördüyü şeydən diksindi və yatağında geriyə çəkildi: otağının ta- vanı tamamilə açıq idi. Tavansız otağından səma görünürdü, amma bu səmada nə isə fərqlilik vardı. Lizzi belə bir şeyi ömründə görməmişdi. Səma həmişəki kimi qaranlıq deyildi: orada balaca parlaq işıqlar vardı.

Lizzi məktəbdə keçdiyi dərsdən bu xırda işıqların ulduzlar olduğunu xatırladı. Bəziləri topa-topa, bəziləri səpələnmiş müxtəlif parlaqlıqda minlərcə ulduz bütün səmanı qapamışdı. Lizzi ehtiyatla yatağından qalxdı. Sanki indicə yerdən ayrılacaq və səmaya doğru düşəcəkmiş kimi başgicəllənməsi hiss edirdi. Pəncərəyə doğru yaxınlaşdı: əvvəlki çöllük mənzərə tamamilə qeyb olmuş, əvəzində isə yaşılımtıl duman ilə dolmuşdu. Dumanlar yuxarı - səmaya doğru yüksəlirdi. Ay bütöv idi, dumanlar arasında güclə görünürdü. Lizzi başını bir daha qaldırıb yuxarıya baxdı: ulduzlar arasında yumru, aya bənzər, lakin aydan daha qaranlıq bir şey gördü və bunun planet olduğuna qərar verdi. Adi vaxtda səmada bircə ulduza da rast gəlmək olmurdu, ay isə hündür binalar arasında zorla görünürdü. Burada isə Lizzini tamamilə fəza əhatə edirdi: ulduzlarla döşənmiş, nəfəs kəsici gözəllikdə geniş 32


fəza. Birdən ulduzlar arasından bir işıltı keçdi. Yumru parlaq işıq arxasınca uzun bir quyruq qoyaraq səmanın bir tərəfindən digərinə doğru sürüşdü. Lizzi heyrətdən içini çəkdi: gördüyü meteor idi, lakin Lizzinin onlar haqqında bilgisi yox idi. Gördüyünü sadəcə sürüşən quyruqlu ulduz olaraq anladı və yavaş-yavaş yoxa çıxan işıqlı cığırı izlədi. Sonra isə pəncərəni açdı, bu an isə otağa sərin hava doldu. Lizzi üzünə dəyən sərinliyi hiss etmək üçün gözlərini yumdu. Uzun saçları və gecəliyinin ətəyi havanın təsiri ilə dalğalandı. Lizzi səmaya qalxmaq istəyirdi, ulduzlara səyahət etmək, meteorla birgə fəzanın bir ucundan digərinə qayğısızca sürüşmək istəyirdi. Ayağını açıq pəncərənin plastik çərçivəsinə qoyaraq pəncərəyə qalxdı və kənar çərçivələrdən tutaraq bir müddət orada dayandı. Aşağı yaşılımtıl dumandan görünmürdü, yuxarı tərəf isə kainatın əsrarəngiz gözəlliyi ilə qarşısında durmuşdu. Lizzi pəncərədən tullanarsa, aşağı düşməyəcəyini və hətta yuxarı - ulduzlara doğru uçacağını sanırdı. O, hətta bunu etməyə hazırlaşırdı ki, qəflətən qarşısından qırmızımtıl kürə keçdi. Qırmızı planet o qədər yaxından keçmişdi ki, Lizzi qorxudan diksinərək geriyə otağın döşəməsinə doğru sıçradı. Gözlərini qırpdıqda planet yoxa çıxmışdı. Planetlə bərabər ulduzlar, meteorlar da qeyb olmuş, kainat tamamilə gözdən itmişdi. Lizzi başını qaldırdı: otağın bəmbəyaz tavanı yerində dururdu və sap-sağlam idi. Xəyal qırıqlığı ilə Lizzi hallüsinasiyaların sonlandığını başa düşdü. O sonsuz geniş kainat, ecazkar görünüşlü ulduzlar, qeyri-adi planetlər bir sözlə, hər şey hallüsinasiyalarla bərabər yox olub getmişdi. Lizzi həmin gecəni bir daha yata bilmədi. Əvəzinə işığı yandıraraq masa arxasına keçdi və boyalarını açdı. Evelin-

in dediyi kimi gördüklərini bacardığı qədər yadda saxlamışdı, indi isə onları kağıza köçürəcəkdi. Əvvəl haradan başlayacağını bilmədi, sonra isə əlinə aldığı fırça ilə öz pəncərəsi və içəri girən yaşılımtıl dumandan başladı. Arina zəng etdikdə səhər təzəcə açılmışdı. Laboratoriya stulunda yuxuya getmiş Zeni telefon səsi oyatdı və Zen diksinərək yerindən qalxıb dərhal telefonu götürdü. -Dur gedək, - telefonu söndürəndən sonra Evelinə dedi. -Nə isə olub? - Evelin bütün gecəni yata bilmədiyindən gözləri ağrıyırdı və onları əlinin arxası ilə ovuşduraraq stuldan qalxdı. -Lizzi rəsmi bitirib. -Belə tez? - Evelin çantasını çiyninə asdıqdan sonra getməyə hazır idi. -Gedək baxaq, - deyə Zen qapını açaraq həyətə düşdü. Evelin bütün gecəni yatmadığından Zen maşını idarə etməyi ona tapşırmadı və özü qabağa keçərək avtomobili işə saldı. Evelin dərhal arxa kresloya keçərək qapını qapadı və yola düşdülər. Arina qapını açdıqda Evelin səbirsiz bir şəkildə içəri daxil oldu və birbaşa Lizzinin otağına doğru getdi. Lizzi yatağında uzanmış, yarıyuxulu görünürdü. Masasının üzərində isə tamamlanmış şəkil vardı. Evelin yaxınlaşaraq şəklə daha diqqətlə nəzər saldı: ağ vərəq üzərindəki qeyri-adi qarışıqdakı rənglərlə görünməz olmuşdu... Daha çox tünd rənglərin işləndiyi rəsm kosmosun təsviri idi. Evelin astronomiya bilirdi, lakin ulduzları heç vaxt tam yaxından görmək imkanı olmamışdı. Lizzi isə görünür, hallüsinasiyasında məhz kainatı görmüşdü. Bənövşəyi-qara fəzada parlaq ulduz topaları, planetlər və meteorlar təsvir edilmişdi. Lizzi öz xəyal dünyasını və gördüyü qeyri-adi hallüsinasiyaları 33


yaşına görə xüsusi mükəmməlliklə kağıza həkk etmişdi. Evelin heyran olmuşdu və sevincli idi: görünür, onun həbləri uşaqlarda işə yaramışdı. Masadan çəkilərək şəkli Zenin də görməsinə şans yaradıb Lizzinin yatağının kənarında oturdu. Artıq tamamilə yuxuda olan qızın sarışın saçları sığallayaraq üzündən çəkdi və bir müddət bu yatmış mələyi izlədi. Lizzi onun gələcəyi, onun uğuru olacaqdı. Evelin bundan artıq daha nə istəyə bilərdi ki?

Həblərin ilk dəfəki uğuru onlardan ikinci dəfə istifadə edilməsi üçün Arinanı yola gətirdi. Lizzi də bu qərara sevinmişdi: əvvəlkindən fərqli olaraq bu dəfə tez-tez gülümsəyir, hallünasiya ilə bağlı soruşulan suallara həvəslə cavab verirdi. Və beləcə ikinci gecə də Lizzi hallüsinasiya həbindən istifadə edəcək gördüklərini kağıza çəkəcəkdi. Evelin səbirsizliklə sabahı gözləyərək yenə də Zenlə birgə laboratoriyaya qayıtdı. Zenin israrlarına baxma-

yaraq, Evelin yata bilməyəcəyini bilirdi, odur ki, günorta yuxusunu alaraq, gecəni də laboratoriyada başını işlə qarışdırmaqla keçirdi. Lizzi həbi ağzına qoyaraq yatağına girdi. Həyəcandan yata bilməyəcəyini fikirləşirdi, lakin yuxuya getməsi sadəcə yarım saatını aldı. Sonra sanki heç bir dəqiqə keçməmiş kimi qəflətən yuxudan ayıldı. Hallüsinasiya həblərini xatırlayan kimi dərhal başını

yuxarı qaldırıb yuxarı baxdı: tavan yerinə yenə o ulduzlu səmanı görməyi arzulasa da, otağın tavanı yerində idi. Sonra gözünün kənarı ilə otaqda bir hərəkətlənmə hiss etdi. Başını sola çevirib pəncərəyə baxdıqda gördüklərinə inana bilmədi. Yerindən atılıb pəncərəyə doğru qaçdı və şüşədən boylandı: elə bu an ağ-narıncı zolaqlı balığı gördü. Balıq çox böyük idi, hətta Lizzidən daha böyük olardı. Lizzi heyrətdən ağzı 34


açıq halda quyruğunu oynadıb pəncrə qarşısında o tərəfə-bu tərəfə üzən kloun balığını izlədi. Balıq üzərək pəncərədən uzaqlaşdıqda Lizzi ətraf aləmin tamamilə su ilə örtülmüş olduğunu gördü. Bu balaca köpüklü okeanda bayaqkı balıqdan yüzlərlə vardı. Lizzi al-əlvan balıqların ora-bura tənbəl-tənbəl üzməsini izləyərkən heç gözləmədiyi bir şey daha oldu: o, musiqi eşitdi. Bu, ilk dəfə idi: Lizzi hallüsinasiyada heç vaxt səs eşitməmişdi. Melodiyalar küləyin köməyi ilə uzaqlardan gətirilmiş kimi qırıq-qırıq və boğuq idi. Sonra musiqi içərisində insan səsinə bənzər bir səs də eşitdi. İncə, məlahətli qız səsi okeanın içərisi ilə, balıqların arasından keçərək Lizzinin qulaqlarına çatırdı. Bu musiqi Lizzinin bu günə qədər eşitdiyi musiqilərdən fərqlənirdi. Bu musiqidə qızın səsində bir arzu, sevgi vardı. Qız sanki onu səsləyirdi, onu bu okeanın dərinliklərinə doğru çəkirdi. Lizzi pəncərəni açmaq istəyirdi, ancaq bu qədər suyun otağına dolacağından qorxurdu. Sonradan bütün bunların hallüsinasiya olduğunu xatırladı və pəncərəni açarsa, nə baş verəcəyi ilə bağlı onu maraq hissi bürüdü. Pəncərənin dəstəyindən tutub çevirdi və açdı. Elə bu an öz otağı təzyiqlə su ilə doldu. Lizzi suyun içərisində üzürdü, lakin bütün bədənini quru hiss edirdi. Əlvan kloun balığı da su ilə birgə otağa daxil oldu və Lizzi əlini uzadaraq balığın parlaq pulcuqlarını sığallamağa başladı. Suyun içində olsa da, rahat nəfəs ala bilirdi, fəqət, onsuz da, bunlar həqiqət deyildi. Lizzi nə vaxt yuxuya getdiyini bilmirdi, ancaq ikinci dəfə ayılanda özünü başını tərs tərəfə qoyaraq üstü açıq yatağında uzanmış halda tapdı. Lizzi heç vaxt itirmədi və masada əyləşərək gördüyü o hallüsinasiyanı yaddaşında qaldığı qədər ilə kağıza köçürməyə başladı.

Lizzi yenə bacarmışdı. Evelin qızın çəkdiyi şəklə baxdıqda hallüsinasiya həblərinin yenə işə yaradığını başa düşdü. O, buna çox sevinirdi, kariyerasında müsbət irəliləyişin baş verdiyinə və bundan sonra daha həvəslə və əzmlə işləyəcəyinə əmin idi. Lizzi və Zen ilə mükəmməl bir komanda olmuşdular. Zen Evelinin ən bacarıqlı və qətiyyətli şagirdi idi. Evelin Zenə bildiyi hər şeyi öyrətmiş, əvəzində onun dahiyanə fikirləri ilə dərman ixtiralarında uğur qazanmışdı. Və indi də daha böyük uğurlara imza atacaqlarından şübhə duymurdu. Evelin həyatında heç bu qədər xoşbəxt olmamışdı. Beləcə Lizzi həbləri üçüncü gün də qəbul etməyə davam etdi. Bu dəfə Evelin ona detallara da diqqət yetirməsi və bacardıqca gördüklərini sözlərlə təsvir etməsini xahiş etmişdi. Lizzi bu işə həddindən artıq həvəsli idi: gördüyü hallüsinasiyalar onun rəsm çəkmə bacarığını inkişaf etdirirdi. Üstəlik Lizzi hallüsinasiyasında gəzib dolaşmağı, yeni şeylər görməyi çox sevirdi. -Mən musiqi də eşitdim, - deyə Lizzi Evelin qapıdan çıxarkən dilləndi. -Musiqi? - Evelin heyrətlənmişdi. Qapını örtərək yenidən içəri girdi, - necə musiqi? Təqlid edə bilərsən? Lizzi mızıldanmağa başladı. Eşitdiyi o melodiyanı, qızın o ecazkar səsini bacardığı qədər zümzümə etməyə çalışdı. Musiqinin yadında qalması çox qəribə idi, lakin onu ifa edə bildiyinə sevinmişdi, çünki görüntüdən fərqli olaraq musiqinin rəsmini çəkməyi bacarmırdı. -Bu, möhtəşəmdir! - Evelin üzündə sevinc və təəccüb qarışıq dilləndi, - bu, inanılmazdır! Mən hallüsinasiya həblərinin sadəcə görüntü verə bildiyini sanırdım, amma deməli, bu həblər sənin eşitmə orqa35


nında da hallüsinasiyaya səbəb olub! - Evelin dayanmadan həyəcanla danışırdı. Zen isə sadəcə qürurla gülümsəyirdi. -Təkcə musiqi deyil, mən küləyi də hiss etmişəm, - Lizzi gülümsəyərək əlavə etdi. -Hallüsinasiyanın beş duyğu orqanında baş vermə dərəcəsi var, - Zen izah etməyə başladı, - səndə isə, Lizzi, üç orqanda baş verib. Bu, böyük irəliləyişdir, üstəlik sadəcə iki gün ərzində. -Diqqətli ol, Lizzi, - Evelin sevinclə dilləndi, - ola bilsin, hallüsinasiyaların qoxusunu, ya da dadını da ala bilərsən, - sonra Zenə dönüb, - Bu, bilirsən, nə deməkdir, Zen? Biz bu həbləri təkmilləşdirərək musiqiçilərə də tətbiq edə bilərik! Zen, bu, möhtəşəmdir! - dedi. -Bilirəm, Evelin, - Zen Evelinin sevincinə qoşularaq onu qucaqladı, - biz bunu bacaracağıq. Söz verirəm sənə.

adlayaraq yatağından düşdü və bu qapıya yaxın gəldi. Qapıdan görünən dünya parlaq idi, Lizzinin otağını örtən qaranlıq gecədən daha parlaq, hətta daha gözəl idi. Lizzinin ayaqları altındakı enli cığır düz o qapıdan keçərək Lizzinin gördüyü işıqlı dünyaya daxil olurdu. Cığır göz yetdikcə uzanıb gedir, sanki Lizzini o dünyaya doğru çəkirdi. Daha çoxunu görmək istəyirdi. Parlaq günəş işığından qamaşan gözlərini qıyıb uzaqlara - cığırın getdiyi yerlərə baxmaq istəyirdi. Sanki orada bir-iki ağac görünürdü, daha sonra uzaqda hündür dağlar, geniş yaşıl çəmənliklər gözə dəyirdi. Lizzi bir səs də eşitdiyini zənn etdi: dünənki musiqi kimi uzaqdan gəlirdi. Orada o işıqlı dünyada bu gözəl melodiyanı səsləndirən qız vardı. Lizzi artıq bundan əmin idi və bütün qəlbi ilə o işıqlı dünyaya addım ataraq qızı axtarıb tapmaq istəyirdi. Sonda bütün cəsarətini toplayaraq daş qalaqların arasından o sehirli dünyaya daxil oldu. Və bir anda sehir qeyb oldu. Bayaqkı işıqlı dünya, daş qalaqlar və ulduzlu gecə də. O naməlum qızın melodiyası da. Hər şey bir anda yox olaraq Lizzinin kiçik, sıxıcı yataq otağına çevrildi. Lizzi hallüsinasiyanın bitdiyi anladı. Ümidləri qırılmış, xəyalları və arzuları əlindən alınmış kimi səssizik və qaranlıqda dayanıb boşluğa baxdı. Lizzi bu dünyada qalmaq istəmirdi. O bayaqkı hallüsinasiyada gördüyü o yaşıl, işıqlı dünyada yaşamaq istəyirdi. Buranın benzin iyi verən çirkli havasını udmaq, boş səhralıq və çöllük ərazilərdə qurulmuş hündür binalardan başqa bir şey görməmək, sirli qızın oxuduğu o nəğmənin yerinə avtomobil və inşaat səslərinə qulaq asmaq istəmirdi. Lizzi yaşının azlığına baxmayaraq buraya aid olmadığını hiss edirdi. Rəssamlıq istedadı burada heç vaxt irəliləyə bilməyəcəkdi. O, bir daha görməli

Lizzi onların sevincini görüb həyəcanlanmışdı: onlara bu işdə bacardığı qədər kömək eləmək istəyirdi. Bu gecə eşidəcəyi səslərə xüsusi fikir verəcəkdi. Və nəhayət, gecə olduqda Lizzi həbi dilinə qoyaraq yastığına sarıldı. Gözlərini açdıqda birbaşa səmaya baxırdı. Lizzi sevinclə gülümsədi: ulduzlarla dolu hallüsinasiyası geri qayıtmışdı. Parlaq aypara şəkilli ay ulduzlar arasında yerini rahatlamış, Lizzinin otağına gümüşü rəngdə işıq saçırdı. Lizzi yatağından qalxdıqda isə hallüsinasiyasının təkcə ulduzlu səmadan ibarət olmadığını gördü. Otağının divarı dağılmışdı. Sadəcə bir sıra daşlar sağlam qalmışdı, onlar isə aypara şəklində düzülmüş və ulduzlu gecədən işıqlı bir gündüzə qapı yaratmışdı. Lizzi qalaq daşların arasından başqa, tamamilə fərqli bir dünyaya qapı açıldığını görürdü. Tez 36


idi, naməlum cığırın apardığı günəşli dünyanı bir daha görməli və oraya addım atmalı idi. Lizzi masanın altındakı şkafın aşağı gözündə hallüsinasiya həblərini tapdı. Anası onları gizlətməyi ağlına belə gətirməmişdi. Lizzi birini götürüb dilinin üzərinə qoydu. Sonra həbin birinin yaratdığı hallüsinasiyanın bir-iki dəqiqə olduğunu xatırladı. Bəlkə də, bir neçə həbi birgə atarsa, onda hallüsinasiyanın vaxtı uzanardı? Lizzi gördüyü dünyanı gəzmək üçün daha çox vaxta ehtiyac duyurdu. Geri qalan üç həbi də götürüb dilinin üzərinə qoydu və yatağına uzandı. Yuxuya getməmişdən qabaq gördüyü dünyanı düşünürdü. Bəlkə, Evelin elə bir dərman düzəldə bilərdi ki, bütün bu hallüsinasiyalar gerçək olsun? Ya da daha uzun müddət baş versin? Bəlkə də, Lizzi özü böyüyəndə kimya təhsili almalı və Evelinə belə həblər hazırlamaqda kömək etməli idi? Lizzi bütün bu düşüncələr içərisində, üzündə hüzurlu bir gülümsəmə ilə yuxuya daldı və bir daha gözünü bu dünyada açmadı. O, daha işıqlı bir dünyaya addım atmışdı. Telefon qəflətən zəng çalarkən laboratoriyada yuxulamış Zen oyandı. Gecə yarısına kimi maddələr üzərində işləyərkən Evelinlə birgə elə laboratoriyada yuxuya getmişdilər. Telefonu açaraq qulağına tutdu: -Bəli? Evelin də oyanaraq yorğunluqdan qızarmış gözlərini ovuşdurdu. Telefonla danışarkən Zenin üzü kağız kimi ağardı və sonda Zen telefonu söndürüb Evelinə baxdı. -Nə olub? - Evelin birdən təlaşa düşdü. -Lizzi ölüb. İkicə söz. Sadəcə ikicə söz və Evelinin ürəyi atmağı dayandırdı. Bütün

bədəni soyuduqda, əslində, Lizzidən çox özünün daha ölü olduğunu başa düşdü. Zenin dediklərini inkar belə etmədi. Titrəyən ayaqları ona imkan verdiyi qədər qapıya doğru yeriyib laboratoriyadan çıxdı. Zen də ildırım sürəti ilə onun arxasınca çıxdı və maşına oturdu. Evelin həyatında heç bu qədər qorxduğunu xatırlamırdı. Maşını bacardığı qədər sürətlə idarə edirdi, sanki oraya daha tez çatarsa, Lizzinin ölməsinin qarşısını alacaqdı. Amma Lizzi artıq bu dünyadan getmişdi. Evelin nə qədər öz-özlüyündə bunu inkar etsə də, ürəyinin dərinliklərində daim bunun olacağını sezmişdi. Ən pisi isə bu idi ki, baş verənlərin günahı onda idi. Qapını açan, çox güman ki, Lizzinin atası idi. Evelin içəri girmək istədikdə onu geriyə itələyib özü çölə çıxdı və qapını arxasınca qapatdı. -Lizzi həblərin hamısını içib, - atası boğuq səslə dilləndi. Evelin başını qaldırıb kişinin üzünə baxdı: gözləri qıpqırmızı idi. Evelin Arinanın harada olduğu haqqında maraqlanırdı. Ancaq çox gözləməli olmadı. Qapı arxasınca ayaq səsləri eşidildikdə gələnin Arina olduğunu başa düşdü. Arina qapını açıb çölə çıxdı və düz Evelinin qabağında durdu. Gözlənilmədən ona şillə vurdu. Zen içini çəkdi, Lizzinin atası Arinanı qollarından tutaraq içəri aparmağa çalışdı. Evelin isə sadəcə donub qaldı. O, bu şilləyə layiq idi, çünki Lizzinin ölməyinin əsas səbəbi özü idi. -Sənin həyatını məhv edəcəyəm! - Arina göz yaşları arasında boğularaq qışqırdı. Sözləri zəhər kimi Evelinin qanına işləyir, onu iflic edirdi, - Sənin professorluq kariyerana son qoyacağam. Lizzinin qisasını alacağam... 37


-Arina! Bəsdir daha, bu, onun günahı deyil. Lizzi özü həblərin hamısını qəbul edib. -Sən qarışma! - Arina ərinin tutuşundan özünü xilas edib Evelinin üzərinə atılmaq üçün mübarizə aparırdı, - Sən bir dəfə də olsun evdə olmursan! Sən nə bilirsən, bu, kimin günahıdır?! Mənim Lizzim, yazıq Lizzim bu özünübəyənmiş qadının qüruru üzündən öldü! -Evelinin heç bir günahı yoxdur! Zen birdən araya girdi, - Biz əvvəlcədən sizi xəbərdar etmişdik, bir gecəyə bir həb istifadə olunmalı olduğunu söyləmişdik. Siz özünüz buna razılaşdınız. Bəs niyə siz həbləri düz qızın otağına qoymusunuz? Məgər onu gizlətməli deyildiniz? Lizzinin sadəcə yeddi yaşı vardı. O həblərin zərərini başa düşə bilməzdi. Biz isə sizin belə axmaqlıq edəcəyinizi ağlımıza da gətirmirdik... -Bəsdir daha, Arinaya bir kəlmə də deməyə haqqınız yoxdur. Çıxın gedin buradan! - deyə Lizzinin atası Zeni və Evelini qapıdan qovdu. -Gəl gedək, Evelin, - Zen hələ də donub qalmış Evelinin qolundan tutaraq onu pillələrdən aşağı düşməyə məcbur etdi...

edib və maddə zəhərlənməsinə düçar olub. Günah Arinadadır ki, həbləri onun əlinin çatdığı yerə qoyub. Bizdə heç bir günah yoxdur. -Həbləri düzəldən biz idik, Zen, - Evelin pıçıltı ilə dedi, - Bu işə heç başlamamalı idik. Olanların başlanğıcında bizim həblər dayanır. -Hər şey olub bitdi artıq. Heç nəyi dəyişdirmək mümkün deyil. Özünü günahlandırmaqla heç nəyə nail ola bilməzsən. -Dəyişmək mümkündür, - Evelin sakitcə dedi, - onları həmişəlik yox edə bilərik.

Zen Evelini belə halda tək qoymaq istəmədiyindən onunla birgə laboratoriyaya gəldi. Evelinin qolundan tutaraq ona içəri girməkdə kömək etdi. Evelin hələ də olanlara bir reaksiya göstərməmiş, donmuş şəkildə bir kukla kimi divara söykənmişdi. -Evelin, - deyə Zen bir daha sınadı. Evelin cavabında yaşarmış gözlərlə ona baxdı və divar boyunca sürüşərək yerə çökdü. -Evelin, xahiş edirəm, belə eləmə, - Zen də onun yanında diz çökdü, - Lizzinin ölümü sənin günahın deyil. Günah Lizzidədir ki, həbləri artıq miqdarda qəbul

Zen sadəcə başını silkələdi: -Məndən bunu istəmə. Hər şeyi istə, amma bunu yox. -Zen! - Evelin bu dəfə isterik şəkildə çığırırdı, - O həbləri məhv edirsən. Elə indicə!

Zen Evelinin nə demək istədiyini anladıqda gözləri təəccüb və inamsızlıqla iriləşdi. Evelin bu dəfə daha hündürdən söylədi: -Həbləri həmişəlik məhv edə bilərik! Bu işə həmişəlik son qoya bilərik. Bundan sonra baş verə biləcək ölümlərin qarşısını ala bilərik. -Evelin, yox, bu, dəlilikdir. Sadəcə bir qıza görə bütün kariyerandan əl çəkə bilməzsən. O həblərin üstündə gecə-gündüz çalışmışıq, onları məhv edə bilmərəm. -Xahiş edirəm, Zen… -Evelinin gözləri yaşarmışdı, - Mən buna dözə bilmərəm.

Evelinin qəflətən belə əsəbiliklə bağırmasından Zen diksinərək geriyə çəkildi. Sonra yöndəmsizcəsinə ayağa qalxıb Evelinin bu əsəbi çıxışına və hıçqıraraq ağlamasına son qoymaq üçün tez dilləndi: -Yaxşı, Evelin, sən sakitləş. Dediyini edəcəm, bax, söz verirəm. 38


Zen laboratoriyada tapdığı nazik dəmir borulardan birini əlinə aldı və var gücü ilə içində rəngbərəng maddə daşıyan kolbanı vurub sındırdı. Maye dağılaraq stoldan yerə töküldü, şüşə çilik-çilik olaraq ətrafa sıçradı. Evelin bir az sakitləşmiş, indi isə Zenin etdiklərini qəzəb qarışıq qorxu ilə izləyirdi. Zen içində halüsinasiya şərbətinin olduğu balaca qabları da stolun üzərinə düzdü və dəmir çubuğun bir vuruşu ilə onları parça-parça etdi. Evelin dizlərini qucaqlayaraq başını qolları arasına aldı. Zen hallüsinasiya şərbətinin formulu yazılmış məlumatı yaddaş kartına endirib gizlincə cibinə atdı, kompüterdən məlumatları sildi və boş bir yaddaş kartını ayağının altına atıb ayaqqabısının dabanı ilə əzdi. Evelinin bundan xəbəri olmayacaqdı. Hələ ki yox. Amma Zen aylardır üzərində çalışdıqları formulu belə asanlıqla məhv edə bilməzdi. Evelin bir daha özünə gəlməzsə, bu formulu özü təkmilləşdirəcəkdi. Və sonda onun adı da ölkənin, hətta dünyanın ən nüfuzlu professorları arasında çəkiləcəkdi. Evelin ayağa qalxıb stola yaxınlaşanda Zen düşüncələrindən ayrılıb geri çəkildi. Evelin çantasını əlinə alıb stoldan şəxsi əşyalarını içinə yığdı və maşının açarını götürüb qapıya doğru yönəldi. Qapıya çatmamış döndü və Zenə baxdı. -Burdan gedirəm, - sonra başını aşağı saldı, - həmişəlik. Gəlirsən mənlə? -Mən, - Zen nə deyəcəyini bilmədi. Evelinlə iki ildən artıq idi ki, bərabər çalışırdı. Digər tərəfdən də o, yaşadığı şəhərdən getmək istəmirdi. -Başqa bir şəhərdə laborant olaraq işləyəcəm, - Evelin davam etdi, - Bir də dərman hazırlamaqla məşğul olmağı düşünmürəm. -Yox, - Zen birdən dilləndi. Evelin başını qaldırıb təəccüblə ona baxdı, - mən

gəlmirəm, Evelin. Burada qalacağam. -Başa düşürəm, - Evelin başını yenə aşağı salıb qapıya döndü, - sənin də öz kariyeran var. Öz həyatın var... -Evelin, sən mənim ən yaxşı dostum və müəllimim olmusan, amma bütün işlərdən əl çəkib sadəcə laborant kimi işləmək istəmirəm. Mən ayrılıram. Evelin əgər təəccüblənmişdisə də, bunu açıq-aşkar göstərmədi. Sadəcə başını sallayıb qapını açdı və bir söz demədən çıxıb getdi. Zen Evelinə davranışı ilə qürur duymurdu, lakin indi onu maraqlandıran sadəcə özü və öz kariyerası idi. Cibində dünyanın ən güclü hallüsinasiya həbinin formulu dururdu və o, bundan istifadə etməyə, onu təkmilləşdirməyə qərarlı idi. Zenin artıq Evelinə ehtiyacı yox idi.

39


MĂźkafatlar 40


2020 -ci ilin “Hüqo” Mükafatı Hazırladı: Çinarə Əhmədova

“Hüqo” mükafatı nədir?

Bugünkü yazını sevərək izlədiyim və canlı-canlı bu il birinci dəfə internetdən müşahidə etdiyim, Fentezi və Elmi-fantastika dünyasının ən nüfüzlu mükafatlarından olan Hüqo mükafatına həsr etmək istəyirəm. Birinci onu qeyd edim ki, Oskar mükafatı film dünyasında hansı əhəmiyyətə malikdirsə, Hüqo mükafatı da kitab dünyasında, xüsusilə, fentezi və elmi-fantastika janrında o cür nüfuza və əhəmiyyətə malikdir. Hüqo mükafatı ilk yaradılmış mükafatlardandır ki, onun yarandığı vaxt 1953-cü ildə Oskar mükafatının təsis edilib ekranlara bir mərasim şəklində çıxdığı vaxtla üst-üstə düşür. Hüqo mükafatının tarixinə nəzər salsaq, görərik ki, soyuq müharibədən sonra yaradılmış, yalnızca fentezi və elmi-fantastika janrında özündən bir il qabaq nəşr olunmuş ən yaxşı kitaba, ən yaxşı seriyaya, ən yaxşı hekayəyə və bir sıra bir çox nominasiyada öz sahiblərinə çatır. Hüqo mükafatının digər mükafatlardan fərqi ondadır ki, qalibləri münsiflər heyəti ilə yanaşı, fanatlar özləri səsvermə yolu ilə də seçir - hər il bu mükafat dünya elmi-fantastika komitəsi tərəfindən təchiz olunur və hər il “Worldcon” adlı Dünya Elmi-fantastika və Fentezi Konvensiyasında qaliblərinə çatır. Bu konvensiyanın iştirakçıları öz istədikləri yazıçıya, bu janrın ən yaxşı nümunəsinə səs vermək hüququna malikdir. Ümumiyyətlə, onu qeyd

edək ki, bu mükafat, istənilən digər məşhur mükafatlar kimi, tarix boyunca bir çox siyasi və ya sosial məqsədlərə görə, təsir altına düşdüyündən həddən çox tənqid atəşinə tutulmuşdur. Bir müddət ancaq “ağdərililər alırdı”, “niyə həmişə kişilər alırdı, qadınlar az alırdı” və yaxud da “başqa cinsdən olan şəxslər az alırdı”, “qara dərililər almırdı” və s. kimi iradlara məruz qalırdı. Oskar mükafatlandırmasında olduğu kimi, Hüqo mükafatının tarixinə baxsaq, həddən çox belə nüanslarla rastlaşırıq.

41


2020-ci il Hüqo mükafatı haqqında təəssüratlar Əslində, yuxarıda qeyd etdiyim iradlar 2020-ci ilin Hüqo mükafatından da yan keçmədi. Bu mükafat 1 avqustda “CoNZealand”, yəni Yeni Zellandiyada keçirilən “Worldcon”-da təqdim olundu və onun aparıcısı, ingilislərin çox yaxşı bir sözü olan “Toastmaster”, yəni sağlıq üzrə ustad Corc Martin - çox yaxşı tanıdığımız, “Taxt-tac oyunları”nın yaradıcısı - tərəfindən aparıldı. İlk dəfə Konvensiya virtual şəkildə baş tutdu və bu baxımdan həddən çox insana açıq idi. Əvvəl biletlə alıb gedirdinizsə, bu dəfə onlayn açıq şəkildə hər kəs qatıla bilirdi. Amma əlbəttə, proqramın özündə bir çox problemlər oldu ki, bir az onlara da toxunacam.

fikirləşirdim. Amma mərasimdən sonra araşdıranda başa düşdüm ki, həddən çox insan onun işlətdiyi kəlmələrə, ifadələrə görə çox narahat olmuş və təşkilatçılara şikayət etmişdi. Bundan əlavə, Corc Martin anqlo-sakson adları olmayan yazıçıların adını da səhv tələffüz edirdi ki, bu, insanları çox qıcıqlandırdı və düzünü desəm, bunu əvvəldən məşq etmək və yaxşıca hazırlaşmaq lazım idi. Bütün bu səhvlərə görə, “CoNZealand” özü üzr istədi. Corc Martin də adları səhv tələffüz etdiyinə görə üzrxahlıq etdi, lakin işlətdiyi qərəzli fikirlərə görə isə səsini çıxartmadı – hələ də bu günə kimi üzrünü eşitmədik. Mövzumuz bu deyil. Amma yaddaşlardan bu ilki mərasim bu mənfilikləri ilə də yadda qaldı. Axtarsınız, tam versiyada mükafatlandırma mərasiminə baxa və özünüz də öz mühakimənizi yürüdə bilərsiniz. Bütün bunlara baxmayaq, 2020-ci ilin Hüqo mükafatları 19 nominasiyada öz qaliblərinə çatdı. Bu gün isə biz sadəcə onların vacib olan 7-ə toxunacağıq.

Mükafatlandırma mərasimi düz 4 saata yaxın vaxt apardı ki, onun 1 saat 20 dəqiqəsini özüm izləyə bildim. Onu qeyd edim ki, Corc Martinin istər işlətdiyi seksist kəlmələr, istər danışığında olan ironiya çox bariz səslənirdi. Özüm bu anlarda: “Bu, mənəmi belə gəlir təkcə?” – deyə 42


bir zamana səyahət edir və gəlib həmin Avropaya çatır, burda öyrənib gördüklərini öz tədqiqatında istifadə etmək istəyir. Amma təbii ki, geri qayıtmaq elə də asan olmayacaqdır və bu hekayə bizim qəhramanımızın həmin dünyada keçirtdiyi macəralardan və öz dünyasına qayıtmaq üçün göstərdiyi cəhdlərdən danışır, o dövrün siyasi-sosial və mədəni məsələlərinə çox maraqlı şəkildə toxunur. 2001-ci ildə isə bu mükafatı hamımızın çox yaxşı tanıdığı J.K. Rouling “Harry Potter və Atəş qədəhi” (“Harry Potter and the Goblet of fire”) kitabına görə aldı. Seriyada ən çox sevdiyim iki kitabdan biri də məhz budur. 2002 və 2009-cu illərdə isə 2 dəfə Nil Qeyman (Neil Gaiman) “Amerikan Tanrıları” (“American Gods”) və “Məzarlıq kitabı” (“Graveyard book”) kitablarına görə ən yaxşı roman mükafatını qazanıb. Bəs görəsən, 2020-ci il Nil Qeymana nələr gətirib? Bir azdan buna da toxunacam. 2008-ci ildə isə Maykl Şeybon (Michael Chabon) “İdiş polislərinin birliyi” (“Yiddish Policemen’s union”) adlı kitabına görə ən yaxşı roman mükafatını alıb. Maykl Şeybon çox məsləhət görülən və son vaxtlarda çox qarşıma çıxan yazıçılardan biridir və 2021-ci ildə ona da mütaliəmdə yer verməyi planlayıram. Və bu siyahıda məni çox-çox sevindirən yazıçılardan biri dalbadal düz üç dəfə 2016, 2017 və 2018-ci ildə hər üç romanına görə ayrıca Hüqo mükafatı almış N. K. Jemisin və onun “Sınmış torpaq” (“Broken Earth”) trilogiyasıdır. Bu trilogiya ekoloji məsələləri, Yer Kürəsinin bu gün başına gələnlərinin bir növ fentezi dünyasında izah olunması, bir az kompleks mübarizə sistemindən bəhs edir. Bu seriya daha çox sağ qalmaq uğrunda mübarizədən bəhs edən

“Hüqo” mükafatını almış məşhur ədəbiyyatçılar 2020-ci ilin Hüqo mükafatçılarına keçməzdən qabaq, bir az tarixə nəzər salaq. Əlbəttə, 1953-cü ildən bu günə kimi hamı haqqında bir-bir danışmayacam, amma hər kəsin tanımalı olduğu bəzi yazıçılardan bəhs edəcəm. 1960-cı ilə Frank Hebertin çox məşhur “Dune” seriyası da məhz Hüqo mükafatına layiq görülüb. “Dune” seriyasının 2021-ci ildə TV serialı da çıxacaq və bütün sevərlər bu serialı səbirsizliklə gözləyir. Eləcə də, 2 müxtəlif ildə - 1970 və 1975-ci illərdə Ursula K. Le Guin ilk qadın yazıçıdır ki, Hüqo mükafatını qazanıb və bu da onun onun fentezi dünyasına nə qədər töhvə verməsinin sübutlarından biridir. Ayzek Azimov da bundan yan keçmir. 1973 və 1983-cü illərdə və bundan sonra da 1990-larda 3 dəfə bu mükafata layiq görülmüş nadir şəxslərdən biridir. Onun ilk aldığı mükafat “The Gods Themselves” kitabına görədir ki, qısa elmi-fantastik hekayələrdən ibarətdir. 1993-cü ildə bu mükafatı Koni Uillis (Connie Willis) alıb. Koni Uillisin “Cəhənnəm kitabı” (“The Doomsday book”) kitabı, hətta Nebula, Lokus bütün elmi-fantastik və fentezi mükafatlarına layiq görülmüşdür. Eyni zamanda, bu xanım yazıçı Amerikanın Elmi-fantastika-fentezi birliyi tərəfindən Ömür boyu Uğur mükafatına da layiq görülüb. Bu kitab ümumiyyətlə seriya şəklindədi və 4 kitabdan ibarətdir. Mövzu baxımından isə zamanda səyahət mövzusunu əsas götürür. Bir universitet tədqiqatçısı zamanda səyahət edərək böyük bəlanın, yəni vəbanın tüğyan etdiyi

43


böyüklər üçün fentezi seriyasıdır və Jemisinə hədsiz hörmət və nüfuz gətirmişdir. Və sevindirici haldır ki, yeganə nadir qaradərili qadın yazıçılardan biridir ki, məhz bu mükafata trilogiyanın hər bir kitabına görə ayrıca layiq görülüb. 2020-ci ilin qaliblərinə keçməzdən qabaq bir də retro Hüqo mükafatından bəhs edim ki, retro Hüqo mükafatı müasir dövrümüzdə, 2014-cü ildən bu yana hər 50, 75 və 100 illik yubileyi tamamlanmış köhnə kitablara verilən bir mükafatdır. O kitablara ki, onların nəşr olunduğu illərdə müəyyən səbəblərə görə Hüqo mükafatlandırma mərasimi keçirilməyib. İndiyə kimi, 8 belə mükafat verilib ki, onlardan sadəcə birini çox yaxşı bildiyim üçün onu qeyd eləmək istədim, bu, Rey Bredberinin “451 Fahrenheit” kitabıdır ki, bu distopik məşhur roman XX əsrin ortalarında çap olunsa da, yalnız 2014-cü ildə retro Hüqo mükafatına layiq görülüb.

ölkədəki hakim qüvvələr bunu boynuna almır. Eyni zamanda, bu səfirin elə bir sirri var ki, texnoloji silah gizlədərək bu ölkəyə gətirmişdir. Taksalakiya ölkəsi ilə onun stansiyası arasında bir müharibə baş tutacaq, səfir bunu çox yaxşı şəkildə gizlətməli və bu cinayətin üstünü də açmalıdır. Roman bu şəkildə kriminal dedektiv, fentezi və siyasi sistemlərlə qarışıq bir dünyaya malikdir.

2020-ci il “Hüqo” mükafatını almış ədəbiyyatçılar

İndi isə keçək 2020-ci ildə mükafat almış Hüqo qaliblərinə. Bu ilki 19 nominasiyada verilən mükafatlardan sadəcə 7-ə toxunacağıq. Ən yaxşı roman – “İmperiya adlanan xatirə” (“A memory called Empire”) Arkady Martine Ən yaxşı roman Arkadi Martinin (Arkady Martine) “İmperiya adlanan xatirə” (“A memory called Empire”) adlı kitabına çatdı. Bu kitab seriyanın ilk kitabıdır əslində. Mövzusuna gəlincə, Taksalakiya ölkəsinə öz stansiyasından bir səfir təyin olunmuşdur. Səfir buraya çatanda fərqinə varır ki, özündən əvvəlki sələfi qəribə şəkildə ortadan qeyb olub və öldürülüb. Amma bu

Ən yaxşı novella – “Zaman müharibəsini necə uduzmalı” (“This is how you lose the time war”) - Amal El-Mohtar İkinci kateqoriya isə ən yaxşı novella kateqoriyasıdır ki, burda Amal El-Mohtarın “Zaman müharibəsini necə uduzmalı” (“This is how you lose the time war” ) adlı qısa novellası mükafata sahib oldu. Bu novellada iki müharibə aparan cəmiyyətin agentləri arasında olan münasibətdən bəhs edir. Bu agentlərdən biri bir gün məktub alır və 44


bu məktubda yazılır ki, oxumazdan qabaq məktubu yandır. Bu yazışma iki rəqib agent arasında müəyyən istiqamətlərə gedir ki, artıq onların bu münasibətləri müharibənin taleyinə təsir edəcəkdir. Kitabda LGBT münasibətləri var, eyni zamanda, siyasi ierarxiya əsasında qurulan sehir dünyası da əsas struktur elementlərindəndir.

Ən yaxşı qısa novella – “Fövqəladə Dəri” (“Emergency Skin”) - N.K.Jemisin Üçüncü kateqoriya isə ən yaxşı kiçik novella nominasiyasıdır ki, bu mükafata N.K. Jemisinin “Fövqəladə dəri” (“Emergency Skin”) adlı qısa novellası sahib oldu. Bu novella “Amazon Forward” seriyası çərçivəsində 6 hekayədən biridir ki, ilin əvvəlində oxuyub çox bəyənmişdim və layiqli qalib olduğunu düşünürəm. Bu qısa hekayə Yer kürəsinə göndərilən dərisiz futuristik “insan”ın Yer kürəsini yenidən kəşf etməsindən və reallıqları anlamağından bəhs edir. 45

Ən yaxşı qısa hekayə “Axırıncı bilən mənəm” (“As the last I may know”) - S.L.Huang


Dördüncü kateqoriya isə ən yaxşı qısa hekayə kateqoriyasıdır ki, burda qalib gələn Huang adlı yazıçının “Axırıncı bilən mənəm” (“As the last I may know”) çox qısa bir hekayəsidir. Əslində, bu hekayə Tor.com saytında açıq formada paylaşılıb, tapıb oxuya bilərsiniz. Müharibə dövrünün bir növ alternativ tarixini insanlara göstərir və müharibə aparmağı seçmək imkanı olsaydı, nələr edə biləcəyimizi əks etdirməyə çalışır. Olduqca qısa, kədərli və bir o qədər də düşündürücü hekayədir. Ən yaxşı silsilə roman – “Genişlənmə” (“The expanse”) - James S.A.Corey

bir kosmik gəmi ilə rastlaşır. Bu kosmik gəminin içərisində elə bir şey aşkarlayır ki, bu əşyanın varlığı Dünyaya bəlli olsa, müharibəyə gətirib çıxaracaqdır. Digər tərəfdə, bir dedektiv bir qızı axtarır. Zəngin ailənin qızını tapan detektiv bir çox suallarına cavab tapacaqdır. Bu qızın arxasına düşərək onun yolu Holi ilə toqquşur və hər ikisi bu kosmik gəminin sirrini açmağa çalışırlar. Ən yaxşı film adaptasiyası – “Yaxşı İlahlar” (“Good Omens”) BBC serialı

Beşinci kateqoriya isə Ən yaxşı Silsilə roman nominasiyasıdır. Bu ilki nominasiyaların əksəriyyəti elmi-fantastik silsilə romanlar idi ki, demək olar ki, heç birini tanımırdım. Qalib də James Corey-in “Expanse” seriyası oldu. The Expanse seriyasının 8-ə yaxın kitabı çıxıb və seriyanın ilk kitabının mövzusu bu şəkildədir: insanlar artıq Günəş Sisteminin digər planetlərində məskunlaşmağa başlayıblar – Marsdan tutmuş Yupiterə, asteroid qurşağına kimi. Holi adlı qəhramanımız Saturnda işləyir və ordan asteroid kəmərinə gəlir. Məhz burdakı asteroid qurşağında marşrutunu dəyişir və Dünyaya qayıdır. Bu qurşaqda qəribə

Altıncı kateqoriya isə Ən yaxşı dramatik reprezentasiya adlanırdı ki, bu da TV, teatr və ya seriala adaptasiya olunmuş ən yaxşı ədəbi əsərə çatdırılır. Bu ilki qalib çox sevdiyim Nil Qeyman ilə Terri Pratçetin “Yaxşı İlahlar” (“Good Omens”) 46


kitabına çəkilmiş BBC TV serialı oldu. Nil Qeyman mükafatı alarkən onu vəfat etmiş Terri Pratçetə həsr etməsindən bəhs edən qalibiyyət nitqindən bir hissəni aşağıda tərcümə etdim: “Mən “Good Omens”i yaratdım, çünki bunu məndən Terri Pratçet xahiş etdi. Mən bunu istəmirdim. İllərimi bu televiziya şousunun yazılmasına və hazırlanmasına sərf etməyi heç düşünmürdüm belə. Amma Terri xahiş elədi... və mən ona bunu borcluydum... və bunu da elədim. Sağ olun... Hamınız çox sağ olun ki, Terri Pratçetə Hüqo mükafatını bəxş etdiniz.” “Good Omens”-in mövzusu çok trajikomikdi və bu ilin əvvəlində oxuyub sevmişdim. Burda Terri Pratçetin qara yumoruyla Nil Qeymanın emosiyalarını görə bilirik. Mövzusu bu şəkildədir: Satanın oğlu dünyaya göz açır və bir mələklə şeytan bu uşağın bu dünyanın sonunu gətirməsinin qarşısını almağa çalışırlar. Bu yolda da onların başına nələr-nələr gəlir. Məsləhət görərdim bir göz gəzdirin və ya BBC-də, “Amazon Prime”-da həmin serialı əldə edib izləyin.

uyğunlaşdırılaraq yenidən alternativ formada nəqlidir. 2021-ci ildə səbirsizliklə oxuyub bitirməyi planlaşdırıram və çox layiqli qələbə olduğuna inanıram. Hüqo mükafatları da 2020-ci ilin sahiblərinə bu formada qovuşdu. Gələn ilin də bol fantezi və elmi-fantastika ilə zəngin keyfiyyətli işlərlə dolu olacağına ümid edirəm.

İnanılmaz ən yaxşı yeni yazıçı - R.F.Kuang

Və danışmaq istədiyim sonuncu kateqoriya isə, Hüqo mükafatlarına girməyən, amma De jurnalının təchiz elədiyi bir mükafatdır ki, son iki-üç ildə gənc yazıçılara Hüqo mərasimi vaxtı təqdim edilir: “İnanılmaz ən yaxşı yeni yazıçı” (“Founding best new writer”). Bu kateqoriyada Rebeka Kuanq mükafata layiq görüldü. Rebeka Kuang çox gənc yaşda, demək olar ki, fentezi dünyasında bu dəqiqə ən çox danışılan “Xaş-xaş müharibəsi” (“Poppy War”) kitabının müəllifidir. Bu kitab qaranlıq fentezi janrında yazılıb Çin-Yapon və Tiryək müharibəsinin fentezi dünyasına 47


Film vÉ™ Serial

48


İnterstellar (Ulduzlar arası)

və ssenaristlər bu cürə ağır bir mövzunu başa salmağa çalışır burda, bunlar, sözsüz, gözlənə biləcək şeylər idi. Birincisi, əvvəldə başlayan hadisələri digər hadisələrə calamaq çox uzun vaxt tələb etmirdi. Hər şey olduqca uyğun qurulmuşdu, fikrimcə. Sadəcə hələ də filmin əvvəlinə aid ağlımda qalan bəzi suallar var. Hər filmdə olduğu kimi burda da başlarda əsas problemmiş kimi görünən şeylər filmin sonunda heç yada düşmür də. Filmdə qara dəliklərlə keçən səhnələr Kip Throne’un yaratdığı tənliklər əsasında yaranmışdır və o, bunu belə izah edir: “Nə qara dəliklər, nə də soxulcan dəliyi bu günə qədər çəkilən heç bir filmdə həqiqətən varoluşları qismində göstərilmədi. Einşteinin Nisbilik Nəzəriyyəinin ortaya çıxmasından bu yana reallığa yaxın bir göstəriş ilk dəfə bu filmdə baş tutdu.”

Bir Christopher Nolan şahəsəri. Elmi-fantastikayla bu qədər iç-içə olmayan və uzun filmlərin yarısından bezən mən belə 2 saat neçəsə dəqiqə vaxtın necə keçdiyini bilmədən bu filmi izlədimsə, demək Nolan yenə də edəcəyini edib. IMDb balı 8,6/10, 2 saat 49 dəqiqə davam edən və rejissor oturacağında Christopher Nolanı gördüyümüz 2014 buraxılışlı bu film sizə Stephen Hawkingdən tutmuş, qara dəliklərə, paralel həyatlara qədər hər şeyi göstərməyə çalışır və hətta göstərir. Məsələ burasındadır ki, filmdə olduqca çox kədərli səhnələr var və bu, bəzən sıxıcılaşa bilir. Lakin düşünəndə ki, rejissor

Ortalara doğru, hər şey daha da mürəkkəbləşir və izləyici əmin olmağa başlayır ki, həqiqətən söhbət nədən gedir və baş rol kimdir. Əlbəttə ki, Nolan yaradıcılığını sevdirən ən bəlli xüsusiyyət hadisələrin heç də izləyicinin düşündüyü kimi irəliləməsi idi. Burda da yanılırdıq. Hər nə qədər Cooper bizə əsas insan kimi görünsə də (əslində, hələ də belə düşünürəm ), əsl baş rol onun qızı Murphy idi. Filmin əvvəlində isə davamlı Murphy haqqında deyilən “o, həqiqətən, çox ağıllı qızdır” sözü bununla da yerini tapmış olur. Ata-qız münasibətlərinin olduqca möhkəm olduğu isə Cooperin evi tərk etdiyi

Hazırladı: Pəri Abbaslı

49


dönəm kifayət qədər anlaşılır. Amma yenə də filmin ortalarında Murphy’nin atasının dönüşünə inanmaması və qardaşını da evdən köçürməyə çalışması qıza qarşı nifrət yaratmağa başlayacaqdı. Bəs, əziz Murphy, sən bilmirsən ki, bu günün sabahı da var? Bəs “Because my dad promised me” deyəndə heç yadına düşmürdümü əvvəllər saxladığın kinin? Bəzi izləyicilərə görə burdaki ataqız münasibətləri kifayət qədər başqa yerə yozulmağa açıqdır. Fəqət əlbəttə ki, beyni romantik filmlərlə bulanmış izləyicilərin və tənqidçilərin bu cür yanaşmasına “absürd” adını yaraşdırmaq heç də səhv bir hərəkət olmazdı. Ümumilikdə götürəndə IMDb balına dibinə qədər layiq olan, fantaziya hədlərinin dəlicəsinə aşıldığı, çox mənalı və sevimli bir film ortaya çıxıb. Gec izləməyin peşmanlığını çox hiss edirəm. Siz hələ də izləməmisinizsə, məsləhətim budur ki, tezliklə günahınızı yuyun.

50


Lucy

“CPH4” olan çantanı şirkətə götürməsini xahiş edir, Lusi əvvəl razı olmasa da sonradan razılıq verir. Məhz bütün hadisələr bundan sonra başlayır. Çox təhlükəli iş adamı olan Bay Jang Lusinin qarın boşluğuna Avropaya daşınması üçün həmin maddəni yerləşdirir. Lakin hərşey gözlənildiyi kimi olmur, maddə Lusinin bədəninə yayılır.Hər şey birdən dəyişir, Lusi artıq öz beynində baş verən dəyişiklikləri hiss edir və yardım almaq üçün Professor Norman ilə əlaqə saxlayır. Professor Norman beyin ilə əlaqəli araşdırmalar edən tanınmış alimlərdən biridir və demək olarki Lusiyə kömək edə biləcək yeganə şəxsdir. Belə bir nəticəyə gəlir ki, Lusi normal insanlardan fərqli olaraq beyninin 10 %-dən daha çox hissəsini istifadə etmək qabiliyyətinə malikdir və gündən günə bu nisbət artmaqdadır.Bəs bu nisbət 100 % olsa nələr baş verə bilər? Filmin sonu insanda böyük təsir yaradır və beynimizdə bir çox sual meydana çıxır. “Lucy” filminin mövzusunu bəyənənlərə bu filmləri də izləmək tövsiyə edilir: “Limitless” (sərhədsiz) , “Source Code” (Həyat şifrəsi ).

Hazırladı: Durnisə Babayeva Nədənsə elmi-fantastik janr dedikdə ağlımıza gələn çox vaxt kosmos , bir planetdən digərinə səyahət və s. olur. Amma bu janrda çəkilmiş və bir çox filmdən fərqlənən film ilə tanış olaq. ”Lucy” filmi 2014-cü ildə rejissor Luk Besson tərəfindən çəkilmiş və böyük marağa səbəb olmuşdur. Belə bir möhtəşəm filmin baş rollarında Skarlet Yohansson (Lucy), Morgan Freeman (Professor Norman), Min - sik Choi (Bay Jang) rol almışlar. Filmin fon musiqisi Fransız musiqiçisi və bəstəçisi Erik Serra tərəfindən təqdim edilmişdir. Filmin çəkilişi Taypey, Nyu York və Paris şəhərlərində baş tutub və 40 milyon dollar büdcə təşkil edib. Lakin nümayişə başladığı 25 iyul 2014-сü ildən etibarən 463 milyon dollar gəlir əldə etmişdir. İndi isə filmin məzmunu ilə tanış olaq. Filmdə Lusi Tayvanda təhsil alır və sevgilisinin qaçaqmalçılıq ilə məşğul olmasından xəbərsizdir. Sevgilisi içində

51


“Stranger Things”

80-ci illərin pop mədəniyyətini özündə daşıdığı üçün izləyicilərə nostaljik hisslər yaşadır. Serialın ideyası Steven Spielbergin, Stephen King və John Carpenterin əsərlərindən ilhamlanaraq yaradılmışdır və bu əsərlərin sirli və tükürpərdici atmosferini özündə daşıyır. Serialın musiqi seçiminə də diqqət göstərilmiş, 80-ci illərin hitləri seriala xüsusi rəng qatmışdır. Serialın böyük uğur qazanmasında şübhəsiz ki, aktyorların da rolu vardır. Şounun heç də böyüklərdən geri qalmayan azyaşlı aktyor heyəti öz performansları ilə fanatların sevgisini qazanmışdır. Yaratdıqları obrazların bir-biri ilə münasibətləri canlı və inandırıcı olmaqla bərabər, həm də hadisələr boyu inkişaf edərək dəyişilmiş və möhkəmlənmişdir. 5 və ya 6 sezon olacağı planlaşdırılan “Stranger Things” televiziya serialı elmi-fantastik və atmosferik film həvəskarlarına tövsiyə olunur. Bu janrda oxşar film və seriallara “Super 8”, “The OA”, “Wayward Pines”, “The Dark”, “Midnight Special”, “Mr. Robot”, “Black Mirror” və s. misal göstərmək olar.

Hazırladı: Nərmin Abasova

“Stranger Things” Duffer qardaşları tərəfindən yaradılmış Amerika istehsalı olan elmi-fantastik və qorxu janrında televiziya serialıdır. Hələ də davam edən serialın 8 bölümdən ibarət ilk sezonu 2016cı ilin iyul ayında,9 bölümdən ibarət ikinci sezonu isə 2017-ci ilin oktyabr ayında yayımlanmışdır. Tənqidçilər tərəfindən bəyənilən bu serial İMDb-də 9, Rotten Tomatos-da isə 94% reytinq yığmışdır. Hadisələr 1980-ci illərdə İndianada cərəyan edir. Qeyri-adi hadisələrin baş vermədiyi sakit, kiçik bir şəhərdə yaşayan ailənin balaca oğlu 12 yaşlı Will Byers qəfildən yoxa çıxır. Şəhər əhli ilə bərabər, həmçinin Willin dostları onu axtarışa çıxdıqda qəribə bir qızla rastlaşırlar. Gedəcək yeri olmayan, danışmağı doğru-düzgün bacarmayan qızı Mike adlı oğlan evində gizlətməyi qərara alır. Təhlükəli görünüşlü, telekinesis qabiliyyətinə malik bu qız Willin harda olduğu haqqında müəyyən fikirlərə sahibdir. Willin yoxa çıxışının ardında yatan sirli səbəblər nələrdir? Bəs bir qrup elm adamının gizlin apardığı eksperimentlərin arzuolunmaz nəticələri hansılardır? Bu və digər maraqlı suallara serial boyu cavab tapılacaqdır. “Stranger Things” elmi-fantastika və fantastika janrının həvəskarlarının maraqlarına xitab edərək, bir çox qeyri-adi mövzulara toxunur. Əsas ideyası paralel dünyalar və insanlar üzərində aparılan eksperimentlər, habelə telekinesis və telepatiya bacarıqlarının mövcudluğu üzərində qurulmuş, bundan əlavə qorxu janrının da bir sıra xüsusiyyətlərini özündə əks etdirir. Serial elmi-fantastik, fövqəltəbii hadisələrlə zəngin olmaqla bərabər, həmçinin 52


53


54


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.