BU SAYIMIZDA YANVAR–FEVRAL №01(39) 2019
4 General-leytenant Heydər PİRİYEV: SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASININ AZƏRBAYCANIN MÜDAFİƏ SƏNAYESİNİN İNKİŞAFINDA BÖYÜK ROLU OLACAQ
11
16
“Tufan” dənizə endi
34
18
GREY WOLF Müdafiə sənayesində yeni marka
42 Gürcüstan müdafiə sənayesi
Qiyməti: 6 manat
48
Helikopter mühafizə sistemləri
AZERI DEFENCE Hərbitexnoloji jurnal YANVAR–FEVRAL №01(39) 2019 Təsisçi və baş redaktor Rəşad SÜLEYMANOV
İŞBİR şirkətinin baş direktoru: Azərbaycanla əlaqələrimizi gücləndirməyə çalışırıq
Xüsusi təyinatlı taktik maşınlar
Tel: (+994 55) 667-50-72 Email: azeridefence@gmail.com editor@azeridefence.com Web: www.azeridefence.com Ünvan: Bakı şəhəri, H.Zərdabi küç., 78B AHB İş Mərkəzi, 208
Türkiyə təmsilçiliyi Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence-tr@etkilesimltd.com
Редактордан ? Dəyərli oxucu Müdafiə sənayemizdə yeni bir dövr başlayır. Məlumunuz olduğu kimi, yanvar ayında Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin bazasında “Azərsilah” ASC-nin yaradılması barədə sərəncam imzaladı. Sərəncamdan bəlli olduğu qədər, yeni yaradılan qurumun qarşısına daxili ehtiyacları qarşılamaqla bərabər, ixracata hədəflənməsi kimi mühüm tapşırıqlar qoyulub. Başqa sözlə, “Azərsilah” bir milli silah brendi olaraq beynəlxalq bazarda öz yerini tutmalıdır. Müdafiə sənayesinin inkişafında mühüm rol oynayacaq bu qərar artıq 13 ildir dövlət büdcəsindən bəslənən müdafiə sənayesi müəssisələrini öz fəaliyyətlərində dönüş etməyə, bütün diqqəti beynəlxalq bazarlara çevirməyə vadar edəcəkdir. Bununla, bizim də illərdir bəyan etdiyimiz kimi, artıq müdafiə sənayesinə “məmur yanaşması biznes yanaşma” ilə əvəzlənir. “Azərsilah” MSN-dən fərqli olaraq, özünü maliyyələşdirməli, əlavə olaraq dövlət büdcəsinə xaricdən valyuta gətirməlidir. Təhlillər göstərir ki, özünü maliyyələşdirmə prinsipi müəssisələri strukturun optimallaşdırılması, doğru kadr seçimi, operativlik, istehsala diqqətin artırılmasına kimi tədbirlər həyata keçirməyə məcbur edir ki, bütün bunlar da son nəticədə keyfiyyətli, rəqabətə davamlı məhsulların meydana çıxması ilə nəticələnir. “Azərsilah”ın da fəaliyyətini çevik yanaşma prinsipi üzərində qurması bu qurumu qısa zamanda dünya silah bazarının mühüm oyunçusuna çevirə bilər. Bunun üçün beynəlxalq bazarı yaxşı bilən marketoloqların toplanması, regionda, eləcə də dost və müttəfiq ölkələrlə davamlı işlərin aparılması, tələblərə operativ cavabın verilməsi, milli ehtiyacların yerli istehsal əsasında qarşılanması üçün xarici şirkətlərlə etibara və güvənə dayanan uzunmüddətli kooperasiyaların yaradılması olduqca vacibdir. Hamımıza bəllidir ki, son 14 ildə müdafiə sənayemiz əhəmiyyətli inkişaf yolu keçib. Milli silahların yaradılması və istehsalı sahəsində nailiyyətlər əldə edilib. Lakin milyonlarla dollar dəyərində bahalı dəzgahlarla təchiz edilmiş, ötən müddətdə qoyulan investisiyanı çıxara bilməyən problemli müəssisələrin varlığı yeni yanaşmaların, yeni baxışların tətbiqini şərtləndirir. Eyni zamanda yerli şirkətlərlə əməkdaşlığın yaradılması, müəyyən məhsulların yaradılmasına və istehsalına alt yüklənici kimi özəl şirkətlərin cəlbi bu sahədə əhəmiyyətli dönüş yaratmağa imkan verər. “Azərsilah” MSN-dən fərqli olaraq, oyun formulunu mütləq dəyişməli, başqa sözlə, “dil bilib danışmağa deyil, dil tapıb danışmağa” önəm verməlidir. Reallıq budur!
Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632 Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 21 iyun 2012-ci ildə dövlət qeydiyyatına alınıb. “AD Jurnalı” MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702181521
Reklam materiallarına görə AZERI DEFENCE jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir. «TƏHSİL» MMCnin mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır 01.03.2019. Format 60x90 1/8. Sifariş 15.
Qapaq fotosu: “Dagor” xüsusi təyinatlı nəqliyyat vasitəsi və “Elbit Systems” şirkətinin istehsalı olan “SkyStriker” kamikadze PUA
General-leytenant Heydər PİRİYEV:
SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASININ AZƏRBAYCANIN MÜDAFİƏ SƏNAYESİNİN İNKİŞAFINDA BÖYÜK ROLU OLACAQ ?Rəşad Süleymanov, Orxan Aslanlı Fevralın 20də Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılmasının 20 ili tamam olur. Azərbaycan Respublikası Prezidentinin 20 fevral 1999cu il tarixli fərmanı ilə yaradılan Silahlı Qüvvələrin Hərbi Akademiyası bu gün respublikada ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, hərbielmi işçilərin hazırlanması ilə yanaşı, hərbi elmi tədqiqatların aparılması, hərbistrateji, hərbiiqtisadi və hərbisiyasi məsələlərin öyrənilməsi sahəsində işlər həyata keçirir. Akademiyanın rəisi generalleytenant Heydər PİRİYEV ilə müsahibəmizdə bu ali hərbi elm və təhsil mərkəzinin fəaliyyətinə nəzər salmağa çalışdıq. – Cənab general-leytenant, müsahibəmizə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaranmasından bu günə keçdiyi yola nəzər salaraq başlamaq istərdik. 20 ildir fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Azərbaycanın müasir hərbi təhsil və hərb elmi sistemindəki yeri və rolu nədən ibarətdir? – Ümummilli liderimiz Heydər Əliyevin qərar və sərəncamları əsasında hələ keçən əsrin sonlarında Azərbaycanda yeni hərbi təhsil müəssisələrinin əsası qoyuldu, ordu üçün zəruri olan müxtəlif ixtisaslı zabitlərin hazırlığı respublika daxilində təşkil edildi. Hazırda 20-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması da Ulu Öndərin adı ilə bağlıdır. Məhz onun 1999cu il fevral ayının 20-də imzaladığı fərmanla Silahlı Qüvvələrin Hərbi Akademiyasının əsası qoyulmuşdur. Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması ordu quruculuğunun daha uğurla aparılması üçün yüksək peşəkar səviyyəli zabit kadrların hazırlanması
4 www.azeridefence.com
zərurətindən irəli gəlirdi. Qeyd edim ki, akademiyanın təşkilindən əvvəl zabitlərimiz ali hərbi biliklərə yiyələnmək üçün xarici ölkələrə göndərilirdilər. Buna görə də qərara alındı ki, milli təhsil ənənələrinə söykənərək ali savadlı kadrların hazırlanması respublika daxilində təşkil edilsin və bu istiqamətdə ilk addım 1997-ci ildə atıldı. Həmin il Müdafiə nazirinin əmri ilə 4 aylıq akademik kurs təşkil olundu. Türkiyə Respublikası zabitlərinin iştirakı ilə yaradılan bu kurslara hərbi hissələr və idarəetmə strukturlarında xidmət edən məsul vəzifəli zabitlər cəlb edildilər. Lakin ilk təcrübə göstərdi ki, mənimsənilməsinə ehtiyac duyulan biliklərin hamısını 4 ay ərzində əhatə etmək mümkün deyil. Ona görə 1999-cu ildə bu kursda təhsil müddəti 9 aya qədər uzadıldı və həmin kursu 24 zabit uğurla başa vurdu. Dövlət başçısının imzaladığı məlum fərmana əsasən Hərbi Akademiyanın qarşısında qoyulan əsas vəzifələr – ali hərbi təhsilli komandir və qərargah zabitlərinin hazırlanması, onların ixtisasının artırılması, hərbi sahədə elmi tədqiqatların aparılması və dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə
əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsinin təmin edilməsi kimi müəyyənləşdirildi. Başqa sözlə, bu təhsil müəssisəsi ali hərbi təhsilli taktiki və əməliyyat səviyyəli zabitlərin hazırlığı ilə bərabər mühüm dövlət orqanlarında ölkənin müdafiəsinin təşkilinin aktual məsələlərini həll etməyə qadir olacaq kadrların hazırlanması vəzifəsini də öz üzərinə götürməli idi. Sərəncamın imzalanmasından artıq 20 il ötür. Bu illər ərzində Silahlı Qüvvələrin Hərbi Akademiyası uğurlu bir inkişaf yolu keçərək respublikanın hərbi təhsil sistemində özünə layiq olan yeri tutub. Bu dövrdə akademiyanı yüzlərlə zabit bitirib və ali hərbi biliklərə yiyələnib. İndi ordumuzun elə bir hissəsini, birləşməsini, yüksək idarəçilik strukturunu tapmaq mümkün deyil ki, orada Hərbi Akademiyanın məzunu ilə rastlaşmaq mümkün olmasın. Hazırda Hərbi Akademiyada təhsil Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişləri və Müdafiə nazirinin müvafiq əmrləri və sərəncamları əsasında qurulub. Qarşıya qoyulan
vəzifələrin həllinə nail olmaq üçün Müdafiə Nazirliyinin rəhbərliyinin qayğısı nəticəsində akademiyada zəruri maddi-texniki baza yaradılıb, səmərəli təhsil üçün beynəlxalq və milli təcrübəni özündə əks etdirən tədris proqramları qəbul edilib. Xüsusilə vurğulamaq istərdim ki, Hərbi Akademiyada əsas böyük işlər 2014-cü ildən sonra görülüb. Həmin dövrdə akademiyanın ştat quruluşunda dəyişiklik aparıldı, əməliyyat-taktiki və əməliyyat-strateji fakültələr yaradıldı, magistr səviyyəsində qiyabi təhsil verilməsinə başlandı. Təhsil ocağına qəbul üçün tələblər daha da gücləndirildi. 2014-cü ildə eyni zamanda biz elm şöbəsini yaratdıq. Eləcə də cənab Müdafiə nazirinin qərar və sərəncamları ilə Hərbi Akademiyada Adyunktura təsis edildi. Adyunkturada həm fəlsəfə doktoru, həm də elmlər doktoru proqramı üzrə hazırlıq aparılır. Az bir vaxtda, xeyli sayda hərbçi alimlərimiz yetişdi. Ötən illər ərzində akademiyada bir neçə beynəlxalq konfrans da keçirdik. – Hərbi Akademiyanın tədris proqramları barədə nələri söyləyə bilərsiniz? – Bizim tədris proqramlarımızın başlıca xüsusiyyəti ondan ibarətdir ki, bir tərəfdən hərbi fəaliyyət üçün zəruri olan müasir biliklər, yeni elmi-nəzəri qənaətlər dinləyicilərə çatdırılır, digər tərəfdən də bu elmi-nəzəri biliklər praktika ilə sıx şəkildə əlaqələndirilir. Praktika ilə bağlılıq əslində, Hərbi Akademiyanın divarları arasında əldə edilən təcrübənin əsasını təşkil edir. Məhz
nəzəriyyə ilə praktikanın düzgün əlaqələndirilməsi, müasir döyüş praktikasında özünü göstərən yeniliklərin ümumiləşdirilərək dinləyicilərə çatdırılması onların dərin bilikli zabitlər kimi yetişməsinə imkan yaratmaqdadır. Bu isə ordunun hissə və birləşmələrinin daha səmərəli şəkildə idarə edilməsində özünün müsbət cəhətlərini göstərməkdədir. Bu gün Azərbaycan Ordusunda tək birlik komandirləri deyil, onların müavinləri, hərbi hissə komandirləri, onların müavinləri və s. rəhbər heyətin demək olar ki, hamısı akademiya təhsillidir. Fikrimcə, təhsil inkişaf etdikcə, savadlı zabitlərimiz olduqca, ordu da gözəl idarə olunacaq. Müdafiə nazirimizin də göstərişi var, artıq tabor komandirləri akademiya təhsilli olmalıdırlar. Belə olduqdan sonra idarəetmə də rahatlaşacaq, döyüşlərin aparılması da, hazırlanması da. Məmnunluqla qeyd edilməlidir ki, 2016-cı ilin aprelində erməni hərbi qüvvələrinin təxribatlarına cavab verərək ciddi uğurların əldə edilməsində Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunlarının da rolu az olmayıb. Bayaq qeyd etdiyim kimi, 2014-cü ildən etibarən Hərbi Akademiyada magistr səviyyəsində qiyabi təhsil verilməsinə başlanıb. Magistr proqramının tətbiqinə başlanması Hərbi Akademiyada təhsilin keyfiyyətinin daha da təkmilləşdirilməsinə yol açıb. Bundan başqa onu da qeyd edim ki, bizim çox gözəl elektron kitabxanamız var. Dünyada hərb elmi ilə bağlı olan kitab, jurnallar, başqa digər vəsaitlər bizim elek-
tron kitabxanamızın bazasına daxil edilir. Akademiyada təhsil alanlar elektron kitabxanamızdan yüksək səviyyədə istifadə edə bilirlər. – Bir az da Hərbi Akademiyanın beynəlxalq mərkəzlərlə əməkdaşlığı barədə danışaq. – ABŞ-ın Dəniz Akademiyası, Türkiyənin Milli Müdafiə Universiteti, Rusiya, Belarus, Ukrayna, Baltikyanı dövlətlər, Bolqarıstan, Rumıniya, İsveç, Çexiya eləcə də NATO-ya üzv olan bir çox dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq edirik. Bu yaxınlarda akademiyamıza ABŞ-dan nümayəndə heyəti gəlməlidir. Bizim təşkil etdiyimiz kurslarda Bolqarıstandan, Rumıniyadan, İsveçdən, Türkiyədən nümayəndələr iştirak ediblər. Pakistanla da dostluq əlaqələrimiz var. Pakistandan ildə ən azı 3-4 nümayəndə heyəti mütəmadi olaraq bizim akademiyaya gəlir. Əməkdaşlığımız adını çəkdiyim dövlətlərlə məhdudlaşmır. Türkmənistan, Özbəkistan və Qazaxıstan və s. dövlətlərdən də akademiyamızla maraqlanırlar. Lakin burada dil və dövlətlərarası diplomların tanınması kimi bəzi problemlər var. Düşünürəm ki, bu məsələlər həllini yaxın vaxtlarda tapacaq. Onu da qeyd edim ki, biz də müxtəlif ölkələrələ təlim kurslarında iştirak etmək üçün nümayəndələr göndəririk. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, generalley tenant Heydər Piriyev zabitlərlə təlim poliqo nunda. Foto: MN
5
– Hərbi Akademiyada Müdafiə Nazirliyindən başqa, digər güc strukturları və dövlət qurumlarının da nümayəndələri təhsil alırlarmı? – Hərbi Akademiyanın nəzdində Xarici dil və Tərəfdaşlıq Mərkəzi, Strateji Araşdırmalar və Dövlət Müdafiəsinin İdarəetmə Akademik Kursu, Hərbi Diplomatiya Kursu və təkmilləşdirmə kursları da uğurla fəaliyyət göstərir. Qeyd etmək istəyirəm ki, Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursu (SADMİAK) da Hərbi Akademiya ilə bir ildə yaradılıb və bu gün biz bu kursun da yaradılmasının 20 illiyini qeyd edirik. İndiyə kimi SADMİA kursunun 400 nəfərdən artıq məzunu olub. Onların sırasında Azərbaycan Respublikasının müxtəlif nazirliklərinin və digər dövlət strukturlarının məsul vəzifələrində çalışan nümayəndələr var. Bu kurslarda Prezident Administrasiyası, Fövqəladə Hallar Nazirliyi, DİN Daxili Qoşunlar, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və digər qurumların əməkdaşları iştirak ediblər. Müharibəni dövlət, döyüşü ordu aparır. Ona görə də, kurslarımızda dövlət qurumlarının səfərbər olunması və onların idarə edilməsi və s. bu kimi məsələlər tədris olunur. Yekunda da biliklərin praktik tətbiqini əks etdirən böyük bir hərb oyunu keçiririk. Müdafiə nazirinin 19 oktyabr 2015-ci il tarixli əmri ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının nəzdində yaradılmış Xarici dil və Tərəfdaşlıq Mərkəzi Azərbaycan
6 www.azeridefence.com
Respublikası Silahlı Qüvvələrinin qanunla müəyyən olunmuş digər hərbi birləşmələrinin şəxsi heyəti, habelə digər dövlət müəssisələrində çalışan dövlət qulluqçularının xarici dil biliklərinin təşkili, təkmilləşdirilməsi və qiymətləndirilməsini həyata keçirir. Həmçinin Müdafiə Nazirliyinin balansında olan xüsusi təyinatlı təhsil müəssisələrinə xarici dil üzrə pedaqoji işçilərin işə qəbulunun və fəaliyyətinin qiymətləndirilməsini, eyni zamanda yerli, regional və beynəlxalq tədbirlərin keçirilməsini təmin edən təsisatdır. Bundan başqa, mərkəzdə NATO qərargahlarında xidmət edəcək və xarici kuslarda təhsil alacaq namizədlərin seçilməsini və dil bacarıqlarının qiymətləndirilməsi təşkil olunur. Silahlı Qüvvələrin tələbatına uyğun hərbu qulluqçuların xarici dildə ünsiyyət bacarıq və vərdişlərinin formalaşdırılması məqsədilə 2015-2018-ci tədris illərində
Xarici dil və Tərəfdaşlıq Mərkəzində təməl, orta və təkmilləşdirmə səviyyəsi üzrə intensiv ingilis dili kursları, Amerikan və Mərkəzin müəllimləri tərəfindən keçirilən Amerikan ingilis dili kursları, erməni dilinin müxtəlif səviyyələrini əhatə edən intensiv kurslar, rus dili təməl səviyyəsi üzrə, eləcə də kiber təhlükəsizlik üzrə kurslar təşkil olunub. Ümumilikdə bu kurslarda 350-dən çox hərbi və dövlət qulluqçusu təhsil alıb. Azərbaycan Ordusunun şəxsi heyətindən başqa bu kurslarda Türkiyə Respublikasının hərbi qulluqçuları da təhsil alıb və hazırda da təhsil alırlar. Yaxın perspektivdə mərkəzin fəaliyyətində nəzərə alınmış tədbirlər planına əsasən fars və gürcü dili kursları, sülhməramlı taborların şəxsi heyəti üçün əməliyyatlara göndərilmədən öncə təməl ingilis dili kursları təşkil ediləcək. Xarici dil və Tərəfdaşlıq Mərkəzi tərəfindən keçirilən ən önəmli vəzifələrdən biri də Silahlı Qüvvələrin şəxsi heyətinin xarici dil bacarıqlarının qiymətləndirilməsi və sertifikatlaşdırılmasıdır. Mərkəzin qısa müddətli fəaliyyəti ərzində Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün dəfələrlə STANAG imtahanları keçirilib, imtahanlarda ümumilikdə yüzdən artıq hərbi qulluqçudan 50 nəfəri dörd bacarıq üzrə nailiyyət qazanaraq müvafiq sertifikatlarla təltif olunublar. Baxmayaraq ki, Ukraynanın, Gürcüstanın NATO ilə əlaqələri pis deyil, keçmiş sovet respublikaları içərisində xarici dil kurslarında iştirakla bağlı STANAG səviyyəli diplomları yalnız biz veririk. Yarandığı dövrdən etibarən mərkəzimiz bir çox ölkələrin xarici dil mərkəzləri və məktəbləri ilə ikitərəfli əməkdaşlıq çərçivəsində geniş fəaliyyət göstərir. Belə ki, hər il Gürcüstan, Litva, Latviya, Bolqarıstan, Sloveniya kimi ölkələrin dil mərkəzləri və test komissiyalarını təmsil edən nümayəndə heyətləri, eyni zamanda Beynəlxalq Dil Koordinasiya Bürosunun rəhbər şəxslərinin Xarici dil və Tərəfdaşlıq Mərkəzinə işçi səfərləri təşkil olunur.
– Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası həm də NATO-nun Sülh Naminə Elm Proqramında iştirak edir. Bu təşkilatla əməkdaşlıqdan akademiya nə qazanıb? – Hərbi Akademiyamız NATO-nun Sülh Naminə Elm Proqramının fəal iştirakçılarındandır. Elm sahəsində NATO ilə sıx əməkdaşlığımız var. Biz NATO ölkələrinin təcrübələrindən də maksimum şəkildə yararlanmağa çalışırıq. – Cənab general-leytenant, qeyd etdiniz ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasında 2014-cü ildən etibarən Adyunktura yaradılıb. Adyunkturanın fəaliyyəti barədə bir qədər geniş məlumat verə bilərsinizmi? – Azərbaycan Ordusunda hərbi təhsil sisteminin daha da təkmilləşdirilməsi, yüksək ixtisaslı hərbi elmi və elmi-pedaqoji kadrların hazırlanması üçün Müdafiə nazirinin müvafiq əmri ilə 2014-cü ildə akademiyanın nəzdində Adyunktura fəaliyyətə başlayıb. Adyunkturada həm fəlsəfə doktoru, həm də elmlər doktoru proqramı üzrə hazırlıq aparılır. Nazirlər Kabinetinin 25 iyun 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların siyahısı”na əlavə edilib. Nazirlər Kabinetinin 9 iyul 2014-cü il tarixli Qərarı ilə “Ali təhsilin doktoran-
tura səviyyəsi üzrə ixtisasların təsnifatı”na “73 – Milli təhlükəsizlik və hərbi elmlər” elm sahəsi daxil edilib və bu elm sahəsinin 4 elmi ixtisası müəyyənləşdirilib. Bu ixtisaslara “7301.01-Hərbi nəzəri elmlər”, “7302.01-Hərbi xüsusi elmlər”, “7303.01Hərbi təbabət” və “7304.01-Milli təhlükəsizlik” aiddir. Fəlsəfə doktoru proqramı üzrə adyunkturada əyani təhsil müddəti 3 il, qiyabi və dissertantlıq yolu ilə 4 il, elmlər doktoru proqramı üzrə isə əyani təhsil müddəti 4 il, qiyabi və dissertantlıq yolu ilə 5 ildir. Adyunkturada təkcə Müdafiə Nazirliyinin deyil, Prezident Administrasiyasının, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Ədliyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin və respublikanın digər dövlət orqanlarının nümayəndələri təhsil alırlar. Hərbi Akademiyada aparılan elmi tədqiqatların nəticələrinin müdafiəsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının 26 dekabr 2017-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası nəzdində FD.05.001 Dissertasiya Şurası yaradılıb. Azərbaycan hərb tarixi üçün yeni bir hadisə olan bu Şuranın əhəmiyyətli fəaliyyəti nəticəsində hərb elmləri üzrə ilk milli hərbi araşdırmaların müdafiəsini təşkil etmək
mümkün olub. 2018-ci il ərzində Hərbi Akademiyanın Adyunkturasında təhsil alan 3 zabit fəlsəfə doktoru və 1 zabit elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işlərini uğurla müdafiə ediblər. Adyunkturanın 3 adyunktu dissertasiya işini uğurla başa çatdırıb və onların müdafiəsinə icazə verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Müdafiə naziri general polkovnik Zakir Həsənov və nazirliyin rəhbərliyi SQ Hərbi Akademiyası və AMEA Yüksək Texnologiyalar Parkının birgə hazırladığı “İldırım RP10” radiopartladıcı ilə tanış olur. Aşağıda “İldırım RP10” radiopartladıcı ümumi görünüşdə. Foto: MN/AD
7
Biz adyunkturanı yaradanda düşünürdük ki, zabitlər buna maraq göstərəcəklər ya yox. Doğurdan da birinci il çox çətin oldu. Bizə Nazirlər Kabinetinin qərarı ilə 14 fəlsəfə doktoru üçün, 4 elmlər doktoru üçün yer ayırılmışdı. Birinci il onları yığa bilmədik. Amma indi həmin yerlər üçün böyük müsabiqə yaranıb. Ötən il 70-dən artıq nümayəndə arasında müsabiqə keçirdik. Bu il çox güman ki daha çox olacaq. Sevindirici faktlardan biri də odur ki, artıq bizim gənclər hərb elminə meyil edirlər. Birinci qəbulda gələnlərin hamısının yaşı 40-dan yuxarı idi. Ötən il gələnlər 25, 26, 28 yaşında olan gənclərdir. Bunların təbii ki, gələcəyi, inkişafı, böyük perspektivləri var. – Təhsil və elm sahəsi dinamik yanaşmalar tələb edir. Zaman-zaman yenilənmə zərurəti yaranır. Bu kontestdə, akademiyanın yaxın perspektiv üçün planları maraqlı olardı. – Doğrudur. Zaman və ehtiyaclar yeniliklərin tətbiqini zərurətə çevirir. Misal üçün təcrübəmizdən çıxış edərək, xarici dil mərkəzini yaratmağımızı deyə bilərəm. Biz bu kursa tək ingilis dili ilə başladıq. Çünki o vaxt ehtiyac o dilə idi. İndi tələblər artıb və biz onu genişləndiririk. Təbii ki, dünyada gedən proseslər, baş verən hadisələr, meydana çıxan yeni texnologiyalar fonunda bizdə də dəyişiklər gedir. Misal üçün ingilis dilindən sonra akademiyada erməni dilinin tədrisi başlanıldı. Ondan sonra rus, fars, indi gürcü dilinin tədrisinə başlamağı planlaşdırırıq. Akademiyada bundan başqa “Diplomatiya” kursu yaradılıb. Biz istəyirik ki, bu
8 www.azeridefence.com
gün Azərbaycanı, Azərbaycan Ordusunu digər dövlətlərdə təmsil edən insanlar daha hazırlıqlı, bilikli olsunlar. Elm sahələri də getdikcə genişlənir. Müxtəlif istiqamətlər götürülür. Bu il hərbi təbabət sahəsini əlavə etdik. Hansı ki əvvəl yox idi. Gələcəkdə bura tələblərdən asılı olaraq yeni sahələr əlavə oluna bilər. – Cənab general-leytenant, akademiya tərəfindən Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyatların, eləcə də dünyada baş verən müharibələrin öyrənilməsi, onların təhlili istiqamətində hansı addımlar atılır? – Silahlı Qüvvələrin Hərbi Akademiyasında bu qeyd olunan mövzularda daim araşdırmalar aparılır, təhlillər hazırlanır. Eləcə də özümüzün hərbi əməliyyatlarımızın hamısı təhlil və tədris olunur. Yaxın və uzaq coğrafiyalarda baş verən 70dən artıq müharibənin təhlillərini apar-
mışıq. Hesab edirəm ki, bizim bu təhlillərin çox böyük faydası var. Ən azından dinləyicilərimizin gələcəkdə bu müharibələrdə yaşanan səhvləri təkrarlamaması, onların daha yaxşı şəkildə idarə olunması üçün lazımdır. Hazırlanan təhlillər həm də dinləyicilərin özlərinin iştirakı ilə müzakirə olunur, bəzən yeni fikirlər hesabına daha da zənginləşdirilir. – Cənab general-leytenant, Hərbi Akademiyanın AMEA, Azərbaycan Texniki Univeristeti, keçmiş Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnsititutu, eləcə də AMEA Yüksək Texnologiyalar Parkı və digər institutlarla əməkdaşlığı var. Dünyanın hər bir yerində milli hərbi sənayenin inkişafında hərbi elmi mərkəzlər mühüm rola malikdir. Göründüyü qədər Silahlı Qüvvələrin Hərbi Akademiyası da belə layihələrdə yer almağa başlayıb. Elmin sənayeyə çevrilməsi istiqamətində fəaliyyətləriniz barədə məlumat verməyinizi xahiş edirik. – Elmi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması və bu istiqamətdə inteqrasiyanın daha da gücləndirilməsi üçün respublikanın elm və təhsil müəssisələri ilə sıx əlaqələrimiz mövcuddur. Bunun nəticəsi kimi, 2016-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Azərbaycn Milli Elmlər Akademiyası (AMEA) arasında elmi-texniki və təhsil Müdafiə Nazirliyinin rəhbərliyinə SQ Hərbi Akademiyasının zabitlərinin iştirakı ilə AMEA Yüksək Texnologiyalar Parkında yaradılmış kamikadze PUAların təqdimatı. Foto: AMEA YT Parkı
Mütəxəssislərimiz Müdafiə Nazirliyinin tabeliyində olan zavodların, habelə Texniki Universitet və Milli Aviasiya Akademiyasının laboratoryalarından istifadə edirlər. Əməkdaşlıq etdiyimiz elm və təhsil müəssisələri bizə bu şəraiti yaradır, köməklik göstərirlər.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi generalleytenant Heydər Piriyev akademiyaya səfər edən Özbəkistanın (sabiq) müdafiə naziri Abdusalom Əzizova xatirə hədiyyəsi təqdim edir. Foto: MN
sahələrində birgə əməkdaşlığa dair memorandum imzalanıb. Bundan başqa, respublikanın müxtəlif elmi və ali təhsil müəssisələri ilə də elmi-texniki əməkdaşlıq sahəsində memorandumlar imzalamışıq. Bu müəssisələr arasında ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiylar Nazirliyinin Elmi-tədqiqat laboratoriyası, keçmiş Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu, AMEA-nın Tarix İnstitutu, Milli Tarix Muzeyi və digərləri var. Akademiyanın professor-müəllim heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu, AMEA və NATO-nun elan etdiyi qrant müsabiqələrində iştirak edib və 5 qrant layihəsi üzrə qalib olublar. AMEA-nın alimləri ilə bizim alimlərin birgə fəaliyyəti nəticəsidə bir sıra işlər görülüb. Onu da xüsusilə vurğulamaq istəyirəm ki, Hərbi Akademiyanın alimlərinin işləri hansısa kağız üzərində qalmayıb. Hazırlanmış məhsullar ordumuzda və Sərhəd Qoşunlarında istifadə mərhələsindədir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə AMEA arasında elmi-texniki sahələrdə birgə əməkdaşlığın nəticəsi olaraq hərbi təyinatlı müxətlif məmulatlar işlənib hazırlanıb və uğurla sınaqdan keçirilib. Bunlardan Hərbi Akademiya ilə AMEA Yüksək Texnologiyalar Parkının mütəxəssislərinin birgə işləyib hazırldıqları “İldırım
10 www.azeridefence.com
RP-10” radiopartladıcısının ötən ilin sonlarında Təlim Mərkəzlərindən birində sınaqları keçirilib. Daha sonra həm adını qeyd etdiyim bu radiopartladıcı, həm də Hərbi Akademiyanın və AMEA Yüksək Texnologiyalar Parkının mütəxəssislərinin birgə işləyib hazırladıqları “Sipər” sərhəd mühafizə sisteminin sınaqları olub. “İldırım RP-10” radiopartladıcısı özünün imkanlarına görə, unikal bir sistemdir. Təhlükəsizlik tələblərinə tam cavab verən bu sistem xüsusi təyinatlılar, mühəndisistehkam qoşunları daxil olmaqla, ordunun müxtəlif strukturlarında istifadə oluna bilər. Bundan başqa, Hərbi Akademiya və AMEA-nın Yüksək Texnologiyalar Parkının birgə əməkdaşlığı çərçivəsində yaradılmış müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının ilkin sınaqları uğurla keçirilib. “Sipər” sistemində gözəl nəticə əldə olundu və onun tətbiqinə başlanılıb. Qeyd etdiyim kimi, işlərimiz bununla yekunlaşmır. Çoxlu sayda və fərqli təyinatlı zərbə və kəşfiyyat PUA-ların hazırlanması istiqamətində işlərimiz var. Qeyd edim ki, akademiya hərbi sənaye sahəsində də elmi araşdırmaları davam etdirir. Üstün cəhətimiz odur ki, biz nəzəriyyəni praktikada tətbiq edirik. Birgə yaratdığımız məhsulların taktiki-texniki xüsusiyyətləti xarici ölkələrdə istehsal edilənlərdən dəfələrlə yaxşıdır. İnanıram ki, gələcəkdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Azərbaycanın müdafiə sənayesinin inkişafında da böyük rolu olacaq. Qeyd etdiyim kimi, tək AMEA ilə deyil, Azəbaycan Texniki Universiteti, keçmiş MSN-in Elmi-Tədqiqat İnstitutu, Milli Aviasiya Akademiyası və FHN-in Akademiyası ilə də əməkdaşlıq edirik.
– Cənab general-leytenant, hərb elminin gələcək inkişaf istiqamətlərini necə görürsünüz? Necə düşünürsünüz, qarşıdakı illərdə əsas diqqət hansı istqamətlərə yönələcək? – Bu gün biz iki istiqamətdə fəaliyyət göstəririk: hərbi praktika və hərbi nəzəriyyə. Praktika nəzəriyyəsiz, nəzəriyyə də praktikasız tamamlanmır. Biz bunları paralel aparmağa çalışırıq. İlk gündən də məqsədimiz bu olub. Hərbdə sahələr çoxdur. Artilleriyası var, hava hücumundan müdafiəsi var, mühəndis istehkamı var, rabitə, aviasiya və s. var. Digər ən böyük istiqamət texniki tərəfdir. Biz bunu daha çox inkişaf etdirmək istəyirik. Bu gün sirr deyil ki, müasir silah və texnikanın əksəriyyətini xaricdən alırıq. Cənab Prezidentin qarşımıza qoyduğu məsələlərdən biri də xaricdən asılılığı aradan qaldırmaqdır. Özü də elmi əsaslarla yaradılan məhsullar hesabına. Xaricdən aldığımızdan da dəfələrlə yaxşı olar. Az öncə qeyd etdiyim ki, bir mühüm üstünlüyümüz də odur ki praktikamız var. Biz hər şeyi görürük, yaşayırıq. Hansı şəraitdə döyüş aparmaq üçün nə lazımdır, istehsal edilən silah hansı tələblərə cavab verməlidir kimi suallara praktik olaraq cavab verə bilirik. – Cənab general, sonda əlavə etmək istədiyiniz fikirləriniz varmı? – Silahlı Qüvvələrin Hərbi Akademiyası barəsində çox danışmaq olar. Tapşırığımızı, nə işlə məşğul olacağımızı bilirik. İstiqamətlərimiz müəyyəndir. Görüləsi işlərimiz çoxdur. Elmi-tədqiqat laboratoriyalarının qurulması və inkişaf etdirilməsi bu sahədə qarşımızda duran vacib məsələlərdəndir. Hərbi Akademiya tək Müdafiə Nazirliyinin deyil, bütün Silahlı Qüvvələrin akademiyasıdır. Burada digər təşkilatların, nazirliklərin əməkdaşlarının təhsil aldığını nəzərə alsaq, Hərbi Akademiyanın təhsil və elmimizdə yerini aydın görərik. Hesab edirəm ki, növbəti illərdə cənab Ali Baş Komandanın və Müdafiə nazirinin diqqət və qayğısı sayəsində akademiyanın imkanları daha da genişlənəcək, alimlərimiz hərb elminin inkişafına daha böyük töhfələr verəcəklər. – Cənab general-leytenant, maraqlı müsahibə üçün təşəkkür edirik!
“Tufan” dənizə endi Yanvar ayının 10-da Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi, DSX-nin silahlanmasına yeni qəbul edilmiş döyüş texnikası və silah-sursatla tanış olub. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevə görülən işlər barədə, həmçinin Gəmi İnşası və Təmiri Mərkəzində hazır lanmış “Savalan” layihəli sərhəd gözətçi gəmisinin layihəsi və “Milli Boat” proqramı çərçivəsində yeni itisürətli üzmə vasitələr, yedək gəmiləri barədə məlumat verib. Sərhəd gözətçi gəmilərinin tikintisini əks etdirən videoçarxı izlədikdən sonra onların texniki göstəriciləri ilə tanış olan dövlət başçısına DSX tərəfindən silahlanmaya yeni qəbul edilmiş yeni xüsusi təyinatlı döyüş texnikası və silah-sursat, pilotsuz uçan aparatlar, tank əleyhinə idarə olunan raketlər, lazer hədəf tuşlama sistemləri, termal müşahidə cihazları, mobil qida maşınlarının istehsalı, sərhəd gözətçi katerlərin təmiri üçün nəzərdə tutulmuş texnika təqdim olunub. Tədbirdə bildirilib ki, 2005-ci ilin fevralında DSX Sahil Mühafizəsinin təsis edilməsi nəticəsində Xəzər dənizində dövlət maraqlarının yüksək səviyyədə qorunması və dəniz sərhədlərinin etibarlı mühafizəsi üçün daha geniş imkanlar
yaranıb. DSX dənizdə sərhəd mühafizəsinin təşkili üzrə beynəlxalq təcrübədən istifadə edərək Xəzərdə səmərəli sərhəd mühafizə sisteminin formalaşdırılması istiqamətində mühüm işlər görüb. DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində xidmətin isti fadəsində olan üzmə vasitələrinin, o cümlədən gəmilərin inşası və təmirini yüksək səviyyədə aparmaq üçün müasir qurğular quraşdırılıb. Mərkəzdə hərbi və mülki təyinatlı müxtəlif məhsulların istehsalı və təmiri nəzərdə tutulur. DSX rəisi general-polkovnik Elçin Quliyev bildirib ki, bu gün sərhədçi dənizçilərin peşəkarlıq səviyyəsinin artırılması xüsusi diqqət mərkəzində saxlanılır. Sahil Mühafizəsinin şəxsi heyətinin cəlb olunduğu müxtəlif mövzulu döyüş və taktiki təlimlərin hər il keçirilməsi döyüş hazırlığının yüksəldilməsində, ekstremal şəraitdə peşə vərdişlərinin möhkəmləndirilməsində böyük rol oynayır. Ötən ilin avqustunda “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub
bölməsində təhlükəsizliyin təmin olunması” mövzusunda döyüş atışlı taktiki sərhəd təlimləri keçirilib, gəmi silahlarının gecə və gündüz şəraitində döyüş atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub, şəxsi heyət böyük məharət nümayiş etdirib. 2018-ci il avqustun 12-də Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında milli diplomatiyanın növbəti uğuru olan və dövlət maraqlarının qorunması üçün mühüm əhəmiyyət kəsb edən “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın imzalanması ilə dənizdə dövlət sərhədlərinin mühafizəsi üzrə xidməti fəaliyyət yeni müstəvidə təşkil olunub. Dövlət başçısına daha sonra dövlət sərhədlərinin mühafizəsində yeni tətbiq olunan səhra qərargahları, səhra yataqxanaları və sərhədçilərin səhra məişət xidmətləri barədə məlumat verilib. Sonra dövlət başçısı “Tufan” tipli sərhəd gözətçi gəmisinin göyərtəsinə qalxaraq gəmi ilə tanış olub. 2018-ci ilin aprel ayının 30-da təməli qoyulmuş və qısa müddətdə inşası yekunlaşdırılmış yeni gəmi mükəmməl naviqasiya və rabitəradiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı mübarizə kompleksi, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən, itisürətli qayıqla təchiz edilmiş və 62 metr uzunluğunda olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkündür. Yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhəd sularında rejimin təmin
Prezident İlham Əliyev DSX rəisi general polkovnik Elçin Quliyevdən “Tufan” layihəli gözətçi gəmisinin 23 mm çaplı 2A14 topuyla silahlandırılmış “Typhoon” döyüş modulu barədə məlumat alır.
nın uçuş sürəti 185 km/saat, havada qalma müddəti 2 saatdır. Kamikadze PUA hədəfə 300 knt sürətlə şığıyaraq partlayışla məhv edir. Azərbaycan DSX “Sky Striker”in ilk xarici operatorudur. Qeyd edək ki, hazırda DSX həm də İsrailin İAİ şirkətinin istehsalı olan “Harop” kamikadze PUA-lara sahibdir və bu sistem 2016-cı ilin aprel ayında baş vermiş 5 günlük müharibədə istifadə olunub. DSX-nin silahlanmasına yeni qəbul edilmiş AR-15 tipli 7.62×39 mm çaplı avtomatlar Azərbaycanın “Palladium Defence and Security Solutions” şirkətinin istehsalı olan “Grey Wolf ” adlı səsboğucularla və FLİR termal nişangahları ilə dəstləşdirilib. Bundan başqa, DSX silahlanmaya qəbul edilmiş .408 kalibr olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə olunacaq. Yeni silahlar Prezident İlham Əliyevin DSX Sahil Mühafizəsinə səfəri zamanı bir sıra yeni silah sistemləri ilk dəfə təqdim olunub. Yuxarıda, Prezident İlham Əliyev DSXnin silahlanmasında mövcud olan, 2016cı ilin aprel döyüşlərində istifadə edilmiş “Harop” kamikadze PUA barədə məlumat alarkən, or tada silahlanmaya yeni daxil olmuş, 5–10 kq döyüş başlığı daşıma qabiliyyətinə malik “Sky Striker” kamikadze PUAlar. Prezident İlham Əliyev DSXnin yeni avtomat və snayper tüfəngləri ilə tanış olur. Aşağıda: DSXnin istifadəyə yeni qəbul elədiyi konteyner tipli mobil qərargah.
12 www.azeridefence.com
İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan “Sky Striker” kamikadze PUA (“gəzən sursat”) olub. 2016-cı ildə yaradılmış “Sky Striker” kamikadze PUA 5 və ya 10 kq döyüş başlığı daşıya bilir. Elektrik mühərrikə sahib “Sky Striker” səssiz uçuşu ilə xarici analoqlarından fərqlənir. PUA-
snayper tüfəngini də ilk dəfə nümayiş etdirib. DSX-nin istifadəsinə qəbul edilmiş genişlənən konteyner tipli yataqxanaqərargah kompleksi mobil imkanlara sahibdir. Bu konteynerlər nəqliyyat vasitələrinin üzərində, yaxud yük helikopterlərinin xarici asmasında istənilən əraziyə nəql edilərək, qısa müddətdə açılıb qurula bilir. Konteyner yataqxanalar yaşayış üçün zəruri olan hər cür şəraitə (istilik, havalandırma, elektrik, sanitar qovşaq və s.) malikdir. DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində hazırlanmış “Milli Boat” layihəli itisürətli katerlərin 35, 28, 17 və 14 metr uzunluğunda 4 versiyası mövcuddur. Katerlərin sürəti 70 düyün təşkil edir və hazırda Xəzər dənizində bu sürətə malik digər üzmə vasitəsi mövcud deyil.
AMEAnın Strateji Elmi Tədqiqatlar Mərkəzi dövlət müəssisələrindən sifarişlər alıb Yanvarın 31-də AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) elmitexniki şurasının ilk iclası keçirilib. İclası açan AMEA-nın vitse-prezidenti, şuranın sədri, akademik İbrahim Quliyev yeni şuranın əsas vəzifələri və fəaliyyətinin təşkili qaydalarından danışaraq elmitədqiqat işlərinin aparılması məqsədilə akademiyanın müvafiq institutlarının koordinasiyalı fəaliyyətinin vacibliyini bildirib. İclasda SETM-in rəhbəri, şuranın sədr müavini, siyasi elmlər doktoru Fətəli Abdullayev mərkəzin ötən müddət ərzində əməkdaşlıq əlaqələrindən bəhs edib. O, mərkəzdə fəaliyyət göstərən üç laboratoriyada mühüm nəticələrin əldə edildiyini, dövlət müəssisələrindən sifarişlər alındığını bildirib. Mərkəz rəhbəri elmi nəticələrin tətbiqi sahələrində AMEA-nın magistrlərinin də işə cəlb edildiyini deyib. AMEA-nın Rəyasət Heyəti aparatının Elm və Təhsil Baş İdarəsinin rəisi, şuranın sədr müavini, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov akademiyada intellektual silahların, yerüstü idarəetmə sistemlərinin, mühəndis-texniki sistemlərin, hərbi təyinatlı cihazların hazırlanmasında SETMin mütəxəssislərinin birbaşa iştirak etdiyini söyləyib. Ə.Sadıqov mərkəzdə çevik idarəetmənin həyata keçirilməsi məqsədilə məhz mütəxəssislərin cəlb edilməsinin zəruriliyini vurğulayıb. SETM-in laboratoriya rəhbərləri, şuranın üzvləri, fizika üzrə fəlsəfə doktorları Samir Süleymanov, Fərid Əhmədov
və Yaşar Hüseynəliyev ötən müddət ərzində əldə etdikləri elmi nəticələrlə bağlı məlumat veriblər. Alimlər bir sıra məhsul və materialların hazırlanması istiqamətində elmi-tədqiqat işləri, onların istehsal imkanları və tətbiq sahələri haqqında danışıblar. Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin elm şöbəsinin rəisi, şuranın üzvü, professor, polkovnik Əziz Talıbov isə Müdafiə Nazirliyi ilə AMEA arasında elmi-texniki əməkdaşlığın uğurla davam etdiyini deyərək, ordu quruculuğu istiqamətində elmi potensialın zəruriliyini vurğulayıb. Müdafiə sənayesində tətbiq ediləcək cihazların hazırlanmasında hərbçilərin də yaxından
iştirak etdiyini deyib. Ə.Talıbov aparılan hərbi əhəmiyyətli elmi-tədqiqat işlərinə həsr olunan jurnalın təsis olunmasına dair təklif irəli sürüb. Çıxışlarda SETM-in strateji laboratoriyalarından başqa müvəqqəti laboratoriyaların yaradılması, müvafiq institutlarda bir sıra tibbi dərman preparatlarının hazırlanması imkanları, hazır elmi-tədqiqat işlərinin hərbi əhəmiyyətliliyinin müəyyənləşdirilməsi, mövcud cihaz və avadanlıqların müasir parametrlərə uyğunlaşdırılması, yeni standartlara və texniki tələbata uyğun texnologiyaların hazırlanması məqsədilə AMEA-nın alimləri arasında müsabiqələrin təşkili və s. məsələlərə dair təkliflər səsləndirilib.
GREY WOLF Müdafiə sənayesində yeni marka “Palladium Defence and Security Solutions” şirkəti tərəfindən təqdim olunan “Grey Wolf ” (“Boz Qurd”) markalı silah səsbo ğucularının ilk nümunələri Azərbaycanın güc struk tur ları tərəfindən is tifadəyə qəbul edilib. Müxtəlif kalibrli atıcı silahlar üçün hazırlanmış səs boğucular özünün daxili dizaynı və texniki parametrlərinə görə analoqlarından fərqlənir. “Palladium Defence and Security Solutions” şirkətinin açıqladığı məlumata görə, 5.56x45, 7.62x39 mm AR-15 tipli avtomatlar və 9x19 mm “Glock” tapançaları, habelə .308 və .338 kalibrli snayper tüfəngləri üçün fərqli modelləri hazırlanmış səsboğucular həm normal, həm də subsonik patronlarla atəş açmağa imkan verir. Tapança səsboğucularının həm rezin içliklə, həm də rezinsiz halda istifadəsi mümkündür. Rezin içlik istifadə olunduqda, subsonik patronlardan atış zamanı səs 35 dB-dən azdır. “Grey Wolf” səsboğucularının texniki göstəriciləri: Parametrlər 9x19 5.56 .308 .338 Çəkisi/q
235
245
400
440
Uzunluq/mm 220
195
273
280
Diametr/mm 33
34
47
53
Güc strukturlarının nümayən dələrinin iştirakı ilə keçirilən sınaqlar zamanı səsboğucuların performansı yüksək dəyərləndirilib. Səs boğucunun .338 kalibrli silahlar üçün nəzərdə tutulan
14 www.azeridefence.com
versiyası “Barret MRAD” snayper tüfəngi ilə yoxlanılıb və qoyulan tələblərə tam cavab verib. Səsboğucuların digər üstünlüyü isə onların rahat şəkildə sökülüb yığıla bilməsidir. “Palladium Defence and Security Solutions” şirkəti “Grey Wolf” markası ilə 5.56x45, 7.62x39 və .308 kalibrli AR15 dizaynına malik avtomat və snayper tüfənglərini də Azərbaycanın güc strukturlarına təqdim etməyi planlaşdırır. 7.62x39 mm “Grey Wolf” avtomatlarında qaz porşen sisteminin tətbiqi (FN SCAR hücum tüfənglərində olduğu kimi) nəzərdə tutulur. Mütəxəssislərin fikrincə, 7.62x39 mm kalibrli patronlardan istifadə edən AR-15 tipli avtomatlarda qaz piston sisteminin tətbiqi uğursuzdur. Dünyanın müxtəlif yerlərində araşdırmalar zamanı qaz piston sistemli AR-15 tipli silahların sıradan tez çıxması (çaxmağın və mexanizmlərin zədələnməsi, lülə qutusunun partlaması və s.) hallarının daha çox olması müəyyən edilib. Buna görə də dünyanın aparıcı silah istehsalçıları son illər 7.62 mm patronlardan istifadə üçün silahın işlək mexanizmlərinə dəyişiklik edərək, “Kalaşnikov” avtomatından bəzi müsbət yanaşmaları yeni silahlarında tətbiq etməyə başlayıblar. Bu yeniliklərin uğurla tətbiq edildiyi nümunələr “FN Herstal” şirkətinin SCAR və “Beretta” şirkətinin ARX-200 hücum tüfəngləri sayılır.
İlkin nümunələri hazırlanmış “Grey Wolf ” avtomatının 5.56 mm çaplı patronlardan istifadə edən versiyasının atış uzaqlığı 650-700 metr (səsboğucu ilə 200 m), 7.62 mm çaplı patronlardan istifadə edən versiyanın atış uzaqlığı isə 800 metr təşkil edir. Uzunluğu tənzimlənən qundağa malik avtomatın lülə qutusunun üzərindəki pikatini tamasalar vasitəsi ilə silaha müxtəlif aksesuarlar qurmaq mümkündür. Avtomat rahat erqonomikası ilə fərqlənir. Şirkətin yaxın vaxtlarda “Made by Palladium” markası ilə təqdim etməyə hazırlaşdığı yeniliklər arasında AR-15 bazasında .308 kalibrli yarımavtomat snayper tüfəngi də var. 22 inç uzunluğunda lüləyə sahib olan bu silahın atış məsafəsi 1100-1200 metr təşkil edəcək. Qeyd edək ki, “Palladium Defense and Security Solutions” MMC 2014-cü ildə yaradılıb. Yaradılmasından qısa müddət keçməsinə baxmayaraq, şirkət Azərbaycanda və digər xarici ölkələrdə təhlükəsizlik, hüquq-mühafizə və mülki müdafiə sahəsində kifayət qədər əməkdaşlıq əldə edib. Şirkətin bir neçə ölkədə (BƏƏ, Gürcüstan Respublikası, Çexiya, Almaniya və s.) tərəfdaşları vardır. Şirkətin əsas fəaliyyət istiqamətləri mülki bazar və hüquq-mühafizə orqanları üçün mühafizə və təhlü kəsizliyə dair tam həll yollarının təminatıdır. Əsas müştərilər Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi Penitensiar Xidməti və hüquq-mühafizə orqanları, kommersiya təşkilatlarıdır.
“Azərsilah” ASC yaradıldı ASELSAN sifarişçiyə 500cü Prezident İlham Əliyev yanvar ayının 14-də “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzalayıb. Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə sənayesinin inkişafının daya nıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha təkmil ləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədilə Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” ASC yaradılıb. Cəmiyyətə qabaqcıl texnologiyaları tətbiq etməklə Azərbaycanda silah istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini həyata keçirmək, müasir menecment və korporativ idarəetmə standartları əsasında tabeliyində olan müəssisələrin fəaliyyətinin əlaqələndirilməsi tapşırılıb. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən – Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.
“Cihaz” İB ASELSANla rabitə vasitələri istehsal edəcək Yanvar ayının 14-də Ankarada Azərbay can ilə Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair zirvə görüşü keçirilib. Türkiyənin Müdafiə Sənayesi Komitəsində təşkil olunan görüşdə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin və birlik, müəssisələrinin rəhbərlərindən ibarət geniş tərkibdə nümayəndə heyəti, Türkiyənin ASELSAN, ROKETSAN, AYESAŞ, TAİ, “Çukurova” və digər qabaqcıl müdafiə sənayesi şirkətlərinin rəhbərləri iştirak ediblər. Tədbirdə Azərbaycan ilə Türkiyə arasındakı müdafiə sənayesi üzrə mövcud əməkdaşlıqdan məmnunluq ifadə olunub və bir sıra yeni əməkdaşlıq layihələrinin icrası ilə bağlı qarşılıqlı razılıqlar əldə edilib. Sonda iclasın yekununa dair protokol imzalanıb. Yanvarın 14-də Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyi ilə Türkiyənin ASELSAN şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair müqavilə imzalanıb. Sözügedən müqavilə ilə uzun müddətdi müzakirəsi aparılan müxtəlif növ rabitə vasitələrinin birgə istehsalının təşkilini nəzərdə tutan layihənin reallaşdırılmasına başlanacaq.
“İhasavar”ı təhvil verdi Türkiyənin ASELSAN şirkəti tərəfindən istehsal edilmiş beş yüzüncü “İhasavar” antidron sistemi sifarişçiyə çatdırılıb. Hazırda müxtəlif yerli və xarici sifarişçilərlə imzalanmış müqavilələr çərçivəsində adıçəkilən antidron silahların istehsalı prosesi davam etdirilir. ASELSAN tərəfindən İHTAR antidron sisteminin ardınca yaradılmış “İhasavar”ın ilk xarici sifarişçisi isə Azərbaycan olub. Kürəkdə daşınan enerji blokuna və silah üzərində istiqamətləndirilmiş antenaya malik “İhasavar” hazırda dünyada ən geniş yayılan antidron silahlardandır. Sistem işə salınarkən multikopterə tuşlanır və jammer istiqamətlənmiş antena vasitəsi ilə dronun siqnallarını qarışdırır. Əldə daşınan sistem uzaq məsafədən “DJİ Phantom”, “DJİ İnspire-2” və digər pilotsuz uçuş aparatlarını endirməyə imkan verir. “İhasavar” hərbi obyektləri, dövlət orqanlarının binalarını, yüksək səlahiyyətli şəxslərin yaşayış yerlərini, tədbirlər üçün nəzərdə tutulan əraziləri və nəzarətburaxılış məntəqələrini pilotsuz uçuş aparatlarına qarşı siqnalların aktiv qarışdırılması yolu ilə qoruyan pilotsuz uçuş aparatları əleyhinə mükəmməl sistem hesab olunur.
PUA mütəxəssisləri üçün TəlimTədris Mərkəzi “Azad Systems” müəssisəsi tərəfindən müxtəlif növ avadanlıqlarla və trenajorlarla təchiz edilmiş pilotsuz uçuş aparatları mütəxəssisləri üçün TəlimTədris Mərkəzi dekabr ayının 28-də Azərbaycan Ordusunun istifadəsinə verilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti açılışdan sonra mərkəzin açılışında iştirak edib, imkanları ilə yaxından tanış olublar. Məlumat verilib ki, mərkəzin əsas məqsədi Azərbaycan Ordusunun arsenalında olan müxtəlif növ pilotsuz uçuş aparatları (PUA) üzrə yüksək peşəkar kadrların hazırlanmasıdır. Burada Azərbaycan Ordusunun arsenalında yerli istehsal olan PUA-lar üzrə yüksək peşəkar kadrların hazırlanması nəzərdə tutulub. Təlim-Tədris Mərkəzində Müdafiə Nazirliyinin operator və texniki heyətinə “Azad Systems” mütəxəssisləri tərəfindən nəzəri və praktiki məşqlərin keçirilməsi üçün müvafiq şərait yaradılıb. Tədris Mərkəzində quraşdırılan ən müasir avadanlıqlar və trenajorlar, həmçinin keçirilən nəzəri və
praktiki məşqlər tədris prosesinin yüksək keyfiyyətlə aparılmasına, müxtəlif əməliyyat, taktiki və meteoroloji şəraitdə PUAların funksional sistemlərinin təmin edilməsi və PUA heyətlərinin döyüş tapşırıqlarının vaxtında və yüksək dəqiqliklə yerinə yetirilməsi vərdişlərinin təkmilləşdirməsinə imkan verir. Mərkəz həmçinin elmi-texniki işin aparılmasını, bu istiqamətdə qabaqcıl təcrübələrin öyrənilməsini və yeni PUA sistemlərinin sınaq yoxlamalarının keçirilməsini də təmin edir. Müdafiə Nazirliyinin rəhbərliyi mərkəzin mühəndislər, operator-pilotlar, uçuşların təhlili, simulyator, eləcə də digər xidməti və inzibati otaqları ilə tanış olub. Mərkəzin anqarında saxlanılan yerli istehsal olan müxtəlif təyinatlı PUA-lara və ərazidə quraşdırılmış çoxməqsədli stansiyaya baxış keçirən müdafiə nazirinə onların taktiki-texniki xassələri və tətbiqi imkanları barədə məruzə olunub. Sonra müdafiə naziri mərkəzin maddi-texniki və tədris bazasının genişləndirilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
İŞBİR şirkətinin baş direktoru: Azərbaycanla əlaqələrimizi gücləndirməyə çalışırıq ?Mehmet Dəmirkol Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fonduna (TSKGV) daxil olan İŞBİR Elektrik Sənaye A.Ş bu gün qardaş ölkədə hərbi təyinatlı generator və alternatorların ilk və aparıcı istehsalçısıdır. Şirkət zamanzaman Azərbaycan da daxil olmaqla regionun bir sıra dövlətlərinin ordularına generatorların ixracını həyata keçirib. AZERİ DEFENCE jurnalının Türkiyə müxbiri Mehmet Dəmirkol İŞBİR Elektrik Sənaye A.Ş baş direktoru Bürhan ÖZGÜRlə müsahibəsində şirkətin müdafiə sənayesində fəaliyyətlərinə və planlarına nəzər salmağa, İŞBİRi Azərbaycan ictimaiyyətinə yaxından tanıtmağa çalışıb.
18 www.azeridefence.com
Azeri Defence: Bürhan bəy, müsa hibəmizə İŞBİR Elektrik şirkəti barə də ümumi informasiya ilə başlamaq is tərdik. İŞBİR Elektrik şirkətini Azər baycandan olan oxuculara necə tanıda bilərsiniz? Bürhan Özgür: Türkiyənin ilk generator zavodu olan İŞBİR Elektrik Sanayi A.Ş-dir. Türkiyədə bu sahədə bir məktəb olduğumuzu və sektordakı çox firmanın yetişmiş, təcrübəli mütəxəssislərinin bizdən çıxdığını deyə bilərəm. İŞBİR xaricdə çalışan Türk işçilərimizin ortaqlığı ilə 1977-ci ildə qurulub və adını da İşçi Birliyindən alıb. 1988-ci ildən etibarən Türk Silahlı Qüvvələrini Gücləndirmə Fonduna (Türk Silahlı Kuvvetlerini Güçlendirme Vakfı - TSKGV) bağlı olaraq fəaliyyətlərinə davam edir. Sərmayəmizin 99.85%-nin aid olduğu TSKGV-nin tabeçiliyindəki 6 şirkətdən biriyik. İŞBİR Türkiyə dövlətinin və millətin zavodudur. İŞBİR bu gücünü daima sektorun önündə gedərək qoruyur və inkişaf etdirir. Alternator istehsalı sahəsində flaqman olan İŞBİR ən yaxşı mütəxəssislərin potensialından, ən yaxşı məhsullardan istifadə edərək məhsulların keyfiyyətini ən yüksək səviyyədə təmin edir. Birmənalı şəkildə Uzaq Şərq mənşəli məhsullardan istifadə etmirik. Azeri Defence: Məhsul portfeliniz barədə məlumat verə bilərsinizmi? Bürhan Özgür: Fəaliyyət sahələrimizi generator, alternator, elektrogen qrupları, elektrik panoları və konvertorların dizaynı, yaradılması, istehsalı, testlərinin keçirilməsi, sertifikasiyası, kalifikasiyası və logistic təminatı olaraq sıralaya bilərik. Azeri Defence: Şirkətinizin hazır da önəm və öncəlik verdiyi layihə və istiqamətlər hansılardır? Bürhan Özgür: Türkiyədə və dünyada artan enerji istehlakı ilə əlaqədar olaraq enerji sahəsindəki investisiyalar çoxalır. Günümüzdə ekoloji və səssiz generatorlar böyük maraq yaradır və tələb olunur. Bununla əlaqədar, İŞBİR bir ilkə im-
za ataraq, Türkiyənin ilk Səssiz Taktik Generatorunu istehsal edib. İŞBİR önəmli bir ehtiyacı qarşılayaraq, 510-20-30 kW güclərdə taktik səssiz generatorları istehsal edərək patentini almanın qüru ru nu ya şa yır. Müdafiə sənayesi layihələri çərçivəsində hazırda müəssisəmizdə 5 kW tək, 2x5 kW Dual, 10 kW tək, 2x10 kW Dual, 20 kW tək, 2x20 kW Dual, 30 kW tək və 2x30 kW Dual taktik səssiz generatorların istehsalı davam etməkdədir. Bir sonrakı hədəfimiz daha fərqli güclərdə səssiz taktik generatorları yaratmaq və istehsal etməkdir. Hazırda 50 kVA gücünün üzərində çalışmalarımız davam edir. Qarşıdakı dövrdə isə 500 kVAlara qədər generatorların istehsalı planlaşdırılır. Azeri Defence: Müdafiə və təhlükə sizlik sahəsində İŞBİR Türkiyədə və xaricdə hansı layihələrdə yer alır? Bürhan Özgür: Bu gün gəlinən nöqtədə İŞBİR Türkiyənin müdafiə və aviasiya sənayesində davam edən çox sayda layihədə önəmli yer tutur. Bu çərçivədə bəzi məlumatları bölüşmək istərdim: ⦁ Türkiyə Silahlı Qüvvələrində istifadə olunan bütün pilotsuz uçuş aparatlarının (PUA) yer sistemlərinin generator qruppları İŞBİR tərəfindən istehsal olunmaqdadır. PUA generator qruplarının istehsalı çərçivəsində, TUSAŞ-ın “Anka”, “Baykar Makina” şirkətinin “Bayraqdar TB2” və “Vestel Savunma” şirkətinin “Karayel” PUA-larının bütün generatorları bizim müəssisələrimizdə, İŞBİR mühəndislərinin dizaynı və texniklərinin əməyi ilə istehsal olunaraq Silahlı Qüvvələrimizin xidmətinə təqdim edilib. ⦁ Quru Qoşunları Komandanlığının ehtiyacına uyğun olaraq Taktik Sahə Rabitə Sistemlərində (TASMUS) 2 ədəd 15 kVA gücündə yedəkdə daşınan generatorlarımız var. Bu generatorlar eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin də eyni layihəsində istifadə olunacaq. Bundan başqa, Avtomatlaşdırılmış Atəş Dəstək Layihəsi (ADOP) çərçivəsində 2 ədəd 15 kVA generator, Mobil Yüksək Dalğa Kəsmə və Dinləçə Sistemlərində istifadə olunan 2 ədəd 13 kVA Dual generator, Modulyar Müvəqqəti Bazalar üçün istehsal edilən fərqli güclərdə sinxron generatorlar, Sərhəd Təhlükəsizliyi Layihəsi çərçivəsində istifadə edilən 2 ədəd 25 kVA Dual generatorlar və Radiostansiya Sistemi Layihəsi çərçivəsində istifadəedilən 2 ədəd 13
kVA avtomatik yedəkli generatorların istehsalı davam etməkdədir. ⦁ Hərbi Dəniz Qüvvələri Komandanlığının silahlanmasındakı MİLGEM generatorları layihənin üçüncü gəmisi “Burgazada” və dördüncü gəmi “Kınalıada” ilə davam edib və bu gəmilərin generatorları da İŞBİR tərəfindən istehsal olunub. “Burgazada”nın generatorları artıq dövriyəyə qoşulub və 2017-ci ilin oktyabr ayında liman testləri tamamlanıb. Test və Ölçmə Gəmisində (TVEG) istifadə olunacaq 4 ədəd 750 kVA gücündə generatorların istehsalı tamamlanıb və qurulmaq üçün tərsanəyə göndərilib. ⦁ İŞBİR Elektrik Sanayi A.Ş. olaraq bir çox müdafiə sənayesi layihəsi ilə yanaşı, mülki sektor üçün də generator istehsalımız davam edir. Hazırda Dövlət Hava Meydanları, bələdiyyələr, banklar, mədən firmaları, inşaat şirkətləri, fabriklər, təsərrüfatlar, qida firmaları və s. üçün fərqli güclərdə generatorlar istehsal edirik. Azeri Defence: Bürhan bəy, İŞBİR in ixracat coğrafiyası və hədəfləri ilə bağlı nələri söyləyə bilərsiniz? Bürhan Özgür: Həm hərbi, həm sənaye, həm də dəniz generatorları üçün bazar axtarışlarına davam edirik. Hazırda İraq, Səudiyyə Ərəbistanı, Pakistan, Qazaxıstan, Qətər, Azərbaycan və digər ölkələrlə olan satış bağlantılarımızı digər Qafqaz və Mərkəzi Asiya, o cümlədən Afrika bazarına girməklə artırmağa çalışırıq. Azeri Defence: Azərbaycanla bağlı planlarınız nələrdir? Birbaşa satışdan əlavə, birgə istehsalla bağlı fikirlərini zi bilmək istərdik. Bürhan Özgür: Bir neçə il əvvələ qədər Azərbaycana əhəmiyyətli sayda satışlarımız vardı. Azərbaycan Ordusuna (sərhəd birliklərinə) və özəl sektora generatorlar satmışıq. Ancaq fərqli səbəblərdən ixracatımız xeyli azaldı. İndi hədə-
19
günə qədər olduğu kimi, bundan sonra da müdafiə sənayemizə olan qatqımız artaraq davam edəcəkdir. İstehsal fəaliyyətinin davamlı artması, mövcud istehsal xəttinin bunun müqabilində yetərsiz olması və istehsal prosesinin modernləşdirilməsi çərçivəsində 2017-ci ilin avqust ayında Türkiyənin ilk al ter na tor və ge ne ra tor za vo du olan İŞBİR Balıkəsir Orqanizə Sənaye Bölgəsində 31500 kvadrat metrlik ərazi alıb. Zavodun memarlıq layihəsi tamamlanb və 5 iyul 2018-ci ildə inşaat icazəsi alınıb. İŞBİR tərəfindən yeni zavoda sərmayə iki mərhələdə planlaşdırılır. Birinci mərhələdə ilk çalışmalar bu ilin yanvar ayının 23-də İŞBİR və DEA şirkətinin iştirakı ilə həyata keçirilib. İkinci mərhələ olan inşaat çalışmaları da təməlqoymadan sonra başlayacaq. Bütün bu mərhələlərə paralel olaraq yeni istehsal avadanlıqlarının və təchizatların alımları davam edir.
fimiz ticarət həcmimizi artırma və dostqardaş Azərbaycan ilə ticarət əlaqələrimizi inkişaf etdirməkdir. Bununla yanaşı, dolayı da olaraq generatorlarımız Azərbaycan Silahlı Qüvvələ ri nin is ti fa də si nə da xil ol maq da dır. ASELSAN-ın vermiş olduğu sistemlərdə İŞBİR generatorları istifadə olunur. Azeri Defence: İŞBİRin yeni nəsil enerji sistemlərinin yaradılması və is tehsalı ilə əlaqədar elmitədqiqat fəa liyyətləri (ArGe), yanaşması və hədəf ləri nələrdir? Bürhan Özgür: İŞBİR-in araşdırma və yaradılma mərkəzi 9 may 2017-ci ildə Türkiyənin 462-ci Ar-Ge mərkəzi olaraq qeydiyyata alınıb. Şirkətimizin hədəfləri arasında yer alan alternator çeşidlərinin artırılması ilə əlaqədar çalışmalarımız tamamlanıb. Alternator məhsullarımızın çeşidi genişləndirilib və demək olar, hədəflərimizə yetişmişik. Alternator məhsullarının çeşidliliyi fəaliyyətlər yeni texnologiyaların inkişafı ilə davam edəcəkdir. Ar-Ge mərkəzimizdə yaradılan xüsuusi məhsullar və davam edən müasirləşdirmə layihələrinin yanında yenə də müdafiə sənayesinə birbaşa qatqı təmin edə biləcək, yeni nəsil hybrid sistemlərdə istifadə oluna bilən generatorların və alternatorların dizaynı, bir mənbədən çox enerji əldəetmə prinsipi ilə kogenerasiya sistemləri üzərində də işlər davam edir.
20 www.azeridefence.com
İŞBİR-in əsas hədəfi ölkə iqtisadiyyatına birbaşa töhfə vermək və bu çərçivədə əlavə dəyəri ən yüksək məhsul olan, 100% yerli generator istehsal etməkdir. Şirkətimiz bunu həyata keçirmək üçün generatorlarında yerli mühərriklərdən istifadə imkanlarını öyrənir. Bu cür çalışmalar və ortaqlıqlar sayəsində yaxın gələcəkdə 100% yerli generatorları da istehsal edərək ölkə iqtisadiyyatına birbaşa töhfə verməyi qarşıya məqsəd qoymuşuq. Sadəcə generator və alternator istehsalı ilə kifayətlənməyib, elmi-tədqiqat çalışmalarımızın içində enerji effektivliyi, enerji depolama və külək enerjisi sahəsində də işlərimiz davam etməkdədir. Bu
Azeri Defence: Son olaraq əlavə et mək istədiyiniz fikirləriniz varmı? Bürhan Özgür: Azərbaycanda sektorunda çox aktiv bir yeri olan “Azeri Defence” jurnalına şəxsim və İŞBİR-in bütün əməkdaşları adından təşəkkür edirəm. Sizlərin də eyni hədəfləri paylaşdığınızı, ölkənizin dəyərlərini tanıtmaq üçün böyük səylər göstərdiyinizi yaxından izləyirəm. Çox təşəkkür edirəm, uğurlarınızın davamlı olmasını arzulayıram. HƏR ŞEY DOST VƏ QARDAŞ ÖLKƏ OLAN AZƏRBAYCAN VƏ TÜRKİYƏ ÜÇÜN! Dəyərli vaxtını ayırıb “Azeri Defence” jurnalına verdiyi müsahibə üçün İŞBİR şir kətinin baş direktoru Bürhan Özgürə tə şəkkür edirik
“Silah və Təhlükəsizlik2019” sərgisinə hazırlıq davam edir
8-11 oktyabr 2019-cu il tarixlərində Kiyev şəhərində “Silah və Təhlükəsizlik2019” XVI beynəlxalq ixtisaslaşdırılmış müdafiə və təhlükəsizlik sərgisi keçiriləcək. Sərginin təşkilat komitəsindən verilən məlumata görə, Ukrayna Müdafiə Günü ərəfəsində sərginin keçirilməsi yalnız böyük praktik, həm də ictimai əhəmiyyətə malikdir. “Silah və Təhlükəsizlik” sərgisi həm də hərbi-texniki münasibətlərin dərinləşdirilməsi, xarici tərəfdaşlarla əməkdaşlıq, yerli iqtisadi potensialın tanıdılması baxımından böyük rola malikdir. İstənilən ölkə üçün genişmiqyaslı silah forumunun keçirilməsi həmin dövlətin dünya silah bazarında mövqeyi, elmitexniki baza və müdafiə sənayesinin inkişafı ilə müəyyən olunur.
Xarici ölkələrin aparıcı silah sərgilərinin təcrübəsindən istifadə olunaraq, “Silah və Təhlükəsizlik” sərgisinin formatı iki əsas bölməni əhatə edir: - ordu və hüquq-mühafizə orqanları üçün silah və texnika; - mülki əhali üçün silahlar. Sərginin hərbi bölməsi aşağıdakı seqmentlərdən ibarətdir: - silahlar və əsgərin fərdi təchizat vasitələri; - texnika və Quru Qoşunların silahlanması; - hüquq-mühafizə orqanlarının silah və təchizatı; - sərhəd nəzarəti təminat vasitələri; - hərbi aviasiya. Ekspozisiyanın vətəndaşlara aid hissəsində dünyada tanınmış ticarət mar-
kalarının idman silahları, ov silahları, soyuq silahlar, taktiki təyinatlı məhsullar təqdim ediləcək. Milli silahlı qüvvələrin və başqa hərbi birləşmələrin yenidən silahlanmasına böyük ehtiyacı nəzərə alaraq, Ukrayna tədricən silah və hərbi texnikanın ixrac bazarına çevrilir. Bu kontekstdə, Ukrayna müdafiə müəssisələri xarici şirkətlərlə texnologiyaların alınmasına, texniki ideyaların reallaşdırılması sahəsində qarşılıqlı mübadiləyə ehtiyac duyur. Bu istiqamətdə Ukrayna milli təhlükəsizlik və müdafiə qabiliyyətinin gücləndirilməsi, eləcə də üçüncü dövlətlərin xeyrinə xarici şirkətlərlə hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Bunu nəzərə alaraq, “Silah və Təhlükəsizlik” sərgisi hərbi məhsulların istehsalında NATO standartlarının implementasiyası prosesini göstərir. Pavilyonlarda və Beynəlxalq sərgi mərkəzinin açıq meydançalarında iri qabaritli hərbi texnikanın real nümunələrinin nümayişi, ekspozisiyaların yüksək səviyyədə qurulması, iş yerləri, nümayəndə heyətlərinin qəbulu, konfransların, danışıqların, təntənəli qəbulların və başqa sərgi tədbirlərinin keçirilməsi üçün hər cür şərait mövcuddur. Sərginin keçirilmə yeri: Ukrayna, Kiyev şəhəri, Beynəlxalq sərgi mərkəzi, Brovarskoy prospekt, 15, “Levoberejnaya” metro stansiyasının yaxınlığı Əlaqə: +38 (044) 2011163, email: zbroya@iecexpo.com.ua
Hərbi attaşelər MSNdə Xarici ölkələrin Azərbaycana akkreditə olunmuş hərbi attaşeləri fevralın 20-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) “İqlim” Elmi İstehsalat müəssisəsini və Elektron Hesablayıcı Maşınlar (EHM) zavodunu ziyarət ediblər. Nazirliyin Elektron Hesablayıcı Maşınlar zavodunu ziyarət edən hərbi attaşelərə müəssisənin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Diplomatlar EHM zavodunda təşkil olunmuş MSN-nin müəssisələrində yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatlarla bağlı sərgiyə baxıb, hazırda ixrac məhsulu kimi istehsal olunan hərbi təyinatlı məmulatların hazırlanma prosesini izləyiblər. Sonra hərbi attaşelər istesal gücü yüksək olan, daha çox çeşiddə hərbi təyinatlı məhsul istehsal edən “İqlim” Elmi İstehsalat müəssisəsində olublar. Müəssisə ilə yaxından tanış olan nümayəndələrə istehsalı reallaşmış və artıq seriyalı istehsalı həyata keçirilən atıcı silahlarla bağlı ətraflı məlumat verilib. Bildirilib ki, müəssisədə istehsal olunan atıcı silahlar beynəlxalq sərgilərdə nümayiş etdirilir və ixracı həyata keçirilir. Tanışlıq məqsədi ilə təşkil olunan tədbirdə 21 ölkəni təmsil edən 32 nümayəndə iştirak edib. Sonda hərbi attaşelər müəssisələrdə
yaradılmış şəraitə görə məmnunluqlarını ifadə edib, tədbirin təşkilinə görə nazirliyin rəhbərliyinə təşəkkürlərini bildiriblər. Ziyarət Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
21
“Otokar”dan bir ildə 3800 ədəd nəqliyyat vasitəsi Türkiyənin “Otokar” şirkətinin açıqladığı maliyyə göstəricilərinə görə, 2018-ci ildə şirkətin dövriyəsi 1.679 milyard Türk lirəsinə (TL) yüksəlib. Ötən il ixracatını iki dəfə artırıb və əsas diqqəti ixracata yönəldib. 2016 və 2017-ci illə müqayisədə daha çətin bir ili geridə qoyduqlarını deyən “Otokar”ın baş direktoru Sərdar Görgüçün sözlərinə görə, 2018ci ildəki ixracat həcmi 99% artaraq 211 milyon ABŞ dolları təşkil edib: “Bu gün “Otokar” markalı məhsullar 5 qitədə 60dan çox ölkədə istifadə edilir. Öz rekordunu yeniləyən “Otokar” 2018-ci ildə ümumilikdə 3800 ədəd nəqliyyat vasitəsinin satışını reallaşdırıb. Bununla da şirkət Türkiyə müdafiə sənayesində ən böyük özəl sərmayəli müəssisə olmaqla yanaşı, lid-
erliyini qorudu”. S. Görgüç “Otokar”ın 2018-ci ildə dünya markası olmaq hədəfi ilə çalışmalarını davam etdirdiyini bildirib: “Ölkə daxilində fəaliyyət göstərdiyimiz seqmentlərdə son 3 ildə yaşanan azalma 2018-ci ildə də davam edib. Bu səbəbdən şirkət daha çox ixraca üstünlük verdi. Bu gün yalnız məhsul deyil, texnologiya da ixrac edirik”. “Otokar” şirkətin hazırda tədarükünə ötən il başlanan və 2019-cu ildə davam edəcək iki böyük ixracat layihəsi mövcuddur. Bunlardan birincisi Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin zirehli nəqliyyat vasitələri ilə təmin edilməsinə dair müqavilə, ikincisi isə Rumıniyanın Buxarest bələdiyyəsinə nəqliy-
yat vasitəsi tədarük edilməsi haqqında sazişdir. Rumıniyada “Otokar”ın İstanbuldan sonra ən böyük müəssisəsi hesab olunan yerli şirkət qurduqlarını deyən S. Görgüçün sözlərinə görə, müqavilə çərçivəsində bu müəssisədə 400 ədəd nəqliyyat vasitəsi istehsal olunacaq. Bununla yanaşı satılan nəqliyyat vasitələrinin 8 il müddətində təmir xidmətləri də həmin müəssisədə həyata keçiriləcək. Ötən il “Otokar” tərəfindən Rumıniya ilə yanaşı, Almaniya, Fransa, İordaniya, Polşa, Tunis və s. ölkələrə nəqliyyat vasitələri ixrac edilib. “Otokar”ın 2019-cu ildə yeni və önəmli hədəflərlə yola çıxdığını qeyd edən S.Görgüç dünya markası olmaq üçün ixraca üstünlük verəcəklərini bildirib.
Qazaxıstanın T72 tankları KAE ilə gücləndi Türkiyənin “Kazakistan ASELSAN Engineering” (KAE) şirkəti tərəfindən Qazaxıstan Ordusuna üçün müasirləşdirilmiş T-72 tankının Qazaxıstan Müdafiə Nazirliyin rəhbərliyinin iştirakı ilə çətin qış şəraitində sınaqları keçirilib. Sınaqlar zamanı yüksən performans nümayiş etdirən tankın hədəfləri dəqiqliklə vurması yüksək qiymətləndirilib. Sınaqların nəticələri əsasında bildirilib ki, ASELSAN tərəfindən təklif olunan müasirləşdirmə paketi bundan əvvəl fərqli ölkələr tərəfindən təklif olunanlardan daha üstündür. Müasirləşdirmə nəticəsində bir ədəd T-72A tankı ASELSAN istehsalı olan yeni atış-kontrol sistemi ilə təchiz olunub. Bununla T-72 tanklarının gecə-gündüz hərəkətli atış imkanı, məsafədən idarəolunan hava hücumundan müdafiə qabiliyyəti, o cümlədən atışa nəzarət və rabitə sistemləri ilə gecə və gündüz əməliyyat aparma qabiliyyəti yüksəldilib. T-72 tankının müasirləşdirilən atışa nəzarət sistemi və tuşlayıcı termal nişangahı sayəsində atış uzaqlığı gecə və məhdudlaşmış görmə şəraitində 2000-3500 metrə çatdırılıb. ASELSAN-ın “Sarp” məsafədən idarə olunan döyüş modulu və rəqəmsal VHF radiostansiyası ilə təchiz edilmiş tankın zirehi də yeni bloklar hesabına gücləndirilib. Qeyd edək
22 www.azeridefence.com
ki, KAE-nin T-72 tank müasirləşdirilməsi layihəsi Qazaxıstanın “Sermey Engineering” müdafiə sənayesi şirkəti ilə birlikdə həyata keçirilib. Qazaxıstanın Müdafiə Nazirliyi ordunun silahlanmasında mövcud olan T-72A və T-72B tanklarını müasirləşdirməyi planlaşdırır.
ROKETSANın 122 mm reaktiv raketləri ROKETSAN şirkəti tərəfindən yaradılmış və hazırda istehsalı davam edən 122 mm çaplı reaktiv raketlər yüksək dəqiqlik və minimum sapma ilə rəqibin hədəfləri üzərində 40 km məsafəyədək dəqiq və effektiv atəş təsiri yaratmaq üçün nəzərdə tutulur. TR-122 və TRB-122 raketləri özlərinin bir çox üstün xüsusiyyətləri sayəsində tətbiq edildiyi ərazidə effektiv atəşlə manevr edən birliklərə dəstək təmin edir. Həm TR-122, həm də TRB-122 raketləri öz sinfində dünyanın ən uzun mənzilli raketləri hesab olunur. Özünəməxsus dizaynı və aerodinamik xüsusiyyətlərindən başqa hər iki raket minimum sapma ilə seçilir. TR-122 raketi fuqas, TRB122 raketi isə daxilində 5500-dən çox polad qəlpə yerləşdirilmiş qəlpəli-fuqas döyüş başlığına sahibdir. Hazırda ROKETSAN şirkəti tərəfindən TR-122 və TRB-122 raketləri iki fərqli konfiqurasiyada istehsal edilir. Birinci klassik konfiqurasiyada TR-122 və TRB-122 raketləri taxta qutularda daşınır. Atış zamanı qutulardan boşaldılaraq, buraxıcı maşına yüklənir. Digər konfiqurasiyada isə raketlər xüsusi kompozit qınlarda saxlanılır, daşınır və bu qınlardan buraxılır. Qınlı raketlərin baxıma ehtiyacı yoxdur. Depolama və yükləmə zamanı əlavə mütəxəssislərə ehtiyac duyulmur. Qısa zamanda az bir heyətlə buraxıcıya yüklənə bilən bu raketlər istismar müddətində nəm, korroziya, şok və titrəyişə qarşı qorunma kimi üstünlüklərə malikdir.
Qeyd edək ki, ROKETSAN şirkəti tərəfindən son illərdə 122 mm-lik reaktiv raketlər ailəsinin idarəetməli yeni nəslinin yaradılması və istehsalı istiqamətində də aktiv fəaliyyətlər həyata keçirilir. ROKETSAN-ın T-122 “Sakarya” sistemindən atış üçün hazırlanmış TRG-122 idarə olunan raketləri dünyada 122 mm çapında mövcud olan çox az sayda idarə olunan raketlərdəndir. GPS və İNS naviqasiyasına malik bu raketlərlə 16-35 km məsafədə hədəfləri 10 metr dəqiqliklə məhv etmək mümkündür. 122 mm çaplı TRG-122 raketlərinin 2017-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilməsi nəzərdə tutulur. TRG-122 raketinin ağırlığı 72 kiloqram, döyüş başlığı 18,4 kiloqramdır.
“AvtoKrAZ”dan yeni şassi Ukraynanın “AvtoKrAZ” şirkəti KrAZ7634NE indeksli yeni hərbi nəqliyyat vasitəsini təqdim edib. 2019-cu il yanvar ayının əvvələrində Ukrayna Silahlı Qüvvələrinə verilmiş 8x8 formuluna malik KrAZ-7634NE avtomobilinin yükgötürmə qabiliyyəti 27 ton təşkil edir və nəqliyyat vasitəsi üzərinə ağır xüsusi avadanlıqların quraşdırılması üçün nəzərdə tutulub. Sələfindən daha güclü mühərrik və avtomatik transmissiya ilə təchiz edilən KrAZ-7634NE maşını 460 at gücündə mühərrikə sahibdir. Mühərrik bölməsi kabinənin arxa tərəfində yerləşdirilib. Sifarişçinin tələbinə uyğun olaraq, yeni nəqliyyat vasitəsinə 2 ədəd 350 litr düzbucaqlı yanacaq çənin yerinə 2 ədəd 165 litr yumuru çən quraşdırırlıb.
24 www.azeridefence.com
Maşın hidravlik rul, hərəkətli ön işıqlar və digər qurğularla təchiz olunub. Dönmə radiusu 14 metr təşkil edən maşının təkərləri yolsuzluq şəraitində belə nəqliyyat vasitəsinin istismarına imkan verir. Avtomobilin salonu yüksək
erqonomik göstəricilərə malikdir və sifarişçinin istəyinə uyğun dəyişdirilə bilər. Kabinənin damında müxtəlif xüsusi avadanlıqların inteqrasiyası mümkündür. Geniş ön şüşə yolun aydın görünməsini təmin edir.
BUTA ARMOR
Azərbaycanın zireh markası ?Orxan Aslanlı Ötən ilin noyabr ayında zirehli gödəkcələrin, dəbilqələrin və onlar üçün aksesuarların istehsalına dair xüsusi icazə alan “Buta Armor” MMC dekabr ayından Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının ərazisində yerləşən müəssisədə ilk məhsulların istehsalına start verib. Fevral ayında Yüksək Texnologiyalar Parkının ərazisində müəssisənin əsas korpusunun istifadəyə verilməsi ilə şirkət tam gücü ilə işləməyə başlayacaq. Ötən ilin fevral ayında AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidentliyinə qəbul edilən, 100% özəl sərmayəli “Buta Armor” MMC zirehli gödəkcələri dünyada tanınmış Bolqarıstanın “Mars Armor” şirkətinin texnologiyası əsasında istehsal edilir. Şirkətin təsisçisi və baş direktoru Ramil Əhmədovun sözlərinə görə, şirkət istehsala hazırlıq işlərini 2018-ci ilin oktyabr ayında tammamlayıb. Zirehli gödəkcələrin və dəbilqələrin istehsalını həyata keçirmək üçün 68 ədəd dəzgah və presləmə avadanlığı ölkəyə gətirilib. Nazirlər Kabinetindən icazə alındıqdan sonra müəssisədə pilot istehsal sahəsi işə salınıb və ilk məhsullar istehsal edilib.
26 www.azeridefence.com
“Biz əslində hazırlığımızı əvvəldən geniş şəkildə götürdüyümüzə görə, bu qısa müddət ərzində xeyli işlər görməyə nail olduq. Yüksək Texnologiyalar Parkı tərəfindən bizə verilmiş 1600 kvadratmetrlik sahədə təmir işlərini sona çatdırırıq. Tikiş avadanlıqları, zirehli dəbilqələrin istehsalı üçün lazım olan presləmə qurğuları, kürələr, materialların qatqıları üçün lazım olan digər avadanlıqlar, kəsim avadanlıqları, bərk və yumşaq zirehlərin qəliblərinin tökülməsi üçün qurğular və s. hamısı alınıb. Müəssisə tam gücü ilə fəaliyyətə başladıqda ildə 30000 ədəd zirehli gödəkcənin və 25000 ədəd dəbiqlə istehsalını həyata keçirə biləcəyik”, – deyə R.Əhmədov əlavə edib. Şirkət rəhbərinin sözlərinə görə, avadanlıqların alınıb ölkəyə gətirilməsi ilə yanaşı, müəssisənin işçi personalı seçilib, kadrlar hazırlanıb və bir qrup əməkdaş təcrübə keçmək üçün Bolqarıstandan olan
tərəfdaş “Mars Armor” şirkətinə ezam edilib. R.Əhmədov bildirib ki, layihə çərçivəsində “Buta Armor” və AMEA-nın müvafiq strukturları, o cümlədən Polimer Materialları İnstitutu əməkdaşlıq edəcək, bu sahədə davamlı tədqiqatlar aparacaq. Bunun için müəssissə nəzdində iki test-sınaq və tədqiqat laborotoriyası da yaradılır. Sınaqlar yekunlaşıb “Buta Armor”un məhsul xəttinin geniş olduğunu vurğulayan R.Əhmədovun sözlərinə görə, bura ordu, xüsusi təyinatlı qüvvələr, dəniz və sahil mühafizə, polis və təhlükəsizlik qüvvələri, inkassator, minatəmizləmə qurumları, habelə VİP qoruma üçün zirehli geyimlər, müxtəlif model dəbilqələr, ordu qüvvələri və polis üçün qalxanlar daxildir. Zirehli gödəkcələr 9x18 tapança güllələrindən 7.62x54 mm pulemyot və snayper güllələrinədək, həmçinin 450850 m/saniyə sürətə malik qəlpələrə qarşı qorumanı təmin edir. Azərbaycanda istehsal olunacaq zirehli gödəkcələrin və dəbilqələrin ordu və güc strukturları ilə birlikdə sınaqlardan keçirildiyini deyən R.Əhmədovun sözlərinə görə, sınaqlar müsbətdir. Ötən aylarda Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Müdafiə Nazirliyinin müvafiq qurumları ilə birgə keçirilən sınaqlarda zirehli gödəkcələrə 9x18, 9x9 mm-lik polad başlıqlı tapança patronlarından (TT, “Glock”, “Zəfər-K” markalı tapançalardan, “Sig Sauer” markalı tapança pulemyotdan), 5.45x39 və 7.62x39 mmlik polad ucluqlu patronlarla “Kalaşnikov” avtomatlarından, 308 (“Accurasy İnternational”) və 7.62x54 mm-lik (SVD) patronlarla snayper tüfənglərindən, 7.62x54 mm-lik patronlarla “Kalaş-
nikov” pulemyotundan atəşlər açılıb: “4+ səviyyəsində yüksək qoruma tələblərinə cavab verən zirehli gödəkcələrimizin sınaqlarının nəticələri müvafiq aktlarla dövlər strukturlarının nümayəndələrinin, rəhbər şəxslərinin imzaları ilə təsdiq olunub. Bütün sınaqlarımızı istisnasız olaraq uğur hesab edə bilərik”. Şirkət rəhbərinin sözlərinə görə, “Buta Armor”un zirehli gödəkcələri qoruma səviyyəsini yalnız güllələri saxlama kateqoriyası ilə deyil, digər əlavə şərtlərlə də doğruldub. Atılan güllələrin heç biri sapma verməyib və bütün güllələr zireh lövhələri üzərində qalıb. Bundan başqa, zireh lövhələrinin parçalanması, yüngül və qalın zireh ikisi birlikdə istifadə olunduğu halda, güllənin zirehi dəlib-keçməsi halları baş verməyib: “Onu da xüsusi ilə qeyd etmək istərdim ki, standarta uyğun olaraq atışlardan sonra lövhələrdə şişmə halları müşahidə olunmayıb. Qeyd etmək istəyirəm ki, hər bir lövhə üçün normativ atış sayı mövcuddur. Bu say patronların kalibrlərinə görə müxtəlifdir. Bu sayı keçdikdən sonra yaranmış şişmələr belə “Buta Armor” zirehlərində normativdən az olub. Məsələn, dəbilqələrdə şişmə səviyyəsi 23 mm-ə qədər icazə verilir. İzahlı şəkildə desək, 23 mm-ə qədər şişmə zamanı istifadəçi xəsarət almır. Lövhə və gödəkçələrdə isə şişmə səviyyəsi 44 mm-ə qədər müəyyən edilib. Bizim bütün sınaqlarda, normadan artıq atılan güllərdən sonra belə şişmə səviyyəsi bu icazə verilən həddən çox olmayıb. Əksinə dəfələrlə az olub”. Sınaqlar zamanı dəbilqələrə TT, “Glock” və “Zəfər” tapançalarından və “Sig Sauer” markalı tapança-pulemyotlardan 9x18 və 9x19 mm çaplı polad başlıqlı patronlarla atışlar həyata keçirilib. Yaxın və uzaq məsafələrdən (10-35 m) edilən atışlarda güllələr saxlanılıb və dəbilqələrdə daxilə şişmə qeydə alınmayıb. Qeyd edək ki, “Buta Armor”un dəbilqələrində gecəgörmə və rabitə cihazları, kameraların quraşdırılması üçün pikatini tamasaları da tətbiq olunub. “Buta” zirehli gödəkcələrinin özəllikləri Hazırda region dövlətlərinin ordularında istifadə edilən zirehli gödəkcələrlə “Buta Armor”un zirehli gödəkcələrini müqayisə edən R.Əhmədovun sözlərinə görə, “Buta” zirehləri özünün 3 əsas xüsusiyyəti ilə önə çıxır. Bunlardan birincisi rahatlıq, erqonomik dizayn və çəkinin az olmasıdır: “Zirehli gödək-
Zirehli gödəkcənin ballistik mühafizə lövhəsinin (IV NİJ 0101.04) yoxlanılmasının nəticəsi
cələrimizin çəkisi 1 kiloqramdan 9 kiloqramadək aralıqda dəyişir. Yan lövhələr, ön və arxa lövhələrlə, ən böyük kalibrli patronlara qarşı qoruyan gödəkcələrin çəkisi 9,5 kq-ı aşmır. Ordularda zabitlərin və əsgərlərin (xüsusi əməliyyat qüvvələri istisna olunmaqla) gündəlik geyindikləri zirehli gödəkcələrin çəkisi maksimum 8-8,5 kq təşkil edir. Bizim gödəkcələrdə rahatlıq, çəkinin düzgün bölünməsi, geyinərkən narahatlığın yaranmaması, zabitin və yaxud əsgərin imkan tapdıqda gödəkcədən canını qurtarma istəyi kimi bir səbəblər yoxdur. Hərbi və hüquq-mühafizə qüvvələri üçün nəzərdə tutulan gödəkcələr modulyar dizayna malikdir. Gödəkcələr istənilən tapşırığa uyğun şəkildə zəruri aksesuarlarla təchiz edilə bilər”. İkinci əsas özəlliyin mühafizə səviyyəsinin yüksək olması, üçüncü isə qiymətinin bazardakı analoqları ilə müqayisədə aşağı olmasıdır. AMEA Yüksək Texnologiya Parkı tərəfindən
Yuxarıda: IV səviyyə qorumaya malik zireh lövhəsi AK74M avtomatından bir ədəd 5.45x39 mm PS, SVD markalı snayper tüfəngindən iki ədəd 7.72x54 mm LPS və AKMS markalı avtomatdan bir ədəd 7.62x39 mm çaplı PS patronlarla atışlar edilmiş və heç bir güllə zirehi dəlməmişdir. Aşağıda: digər zireh lövhəsi AX308 snayper tüfəngindən .308 (7.62x51mm) kalibrli patronlarla edilmiş 4 atışı saxlamışdır. Atışlar nəticəsində zireh lövhəsinin əks tərəfində şişmələr normativdən az olub. Foto: AD
bizə verilmiş olan vergi, gömrük güzəştləri və eyni zamanda bizim alimlərin, Azərbaycan və Bolqarıstan alimlərinin müştərək işi nəticəsində alınmış məhsullarımız bizim rəqabətə davamlı qiymətləri formalaşdırmağımıza icazə verir”. Şirkət rəhbərinin sözlərinə görə, “Buta Armor”un zirehli gödəkcələri və dəbilqələri Azərbaycanda təqdim olunan analoji məhsulların ən ucuz alternativi ilə müqayisədə, təxminən iki dəfəyə yaxın ucuzdur.
27
bağlı düşünə bilərik. Ölkə rəhbərliyinin müvafiq strategiyasına uyğun olaraq, idxalın yerli istehsalla əvəzləşdirilməsi, ölkənin valyuta ehtiyatlarının qorunması, ölkədən kənara valyuta axışının qarşının alınması, Azərbaycanın öz markasının yaradılması və ixracat hesabına ölkəyə val yuta gətirilməsi strategiyamıza daxildir”. Ötən ilin sentyabr ayında Bakıda keçirilmiş ADEX-2018 beynəlxalq müdafiə sərgisində ilk dəfə iştirak etdiklərini deyən R.Əhmədov “Buta Armor”un növbəti ildən xaricdə keçirilən sərgilərdə də iştirakına baxılacağını vurğulayıb. Azərbaycanın ordu və güc strukturlarının “Buta Armor”un məhsullarına maraq göstərdiklərini qeyd edən şirkət
“Buta Armor” tərəfindən minaaxtaranlar üçün təklif olunan yüngül kostyum
Hədəflər “Buta Armor”un məhsullarının Azərbaycan Ordusu və güc strukturlarına tədarükü ilə yanaşı, xaricə ixracı istiqamətində də indidən fəaliyyətlərə başladıqlarını qeyd edən şirkət rəhbərinin sözlərinə görə, hazırda potensial bazarlar öyrənilir. Azərbaycanın müdafiə sənayesinin ixracat potensialının hər keçən il daha da artdığını vurğulayan R.Əhmədov “Buta Armor”un da öz məhsulları ilə bu prosesin içində yer alacağına əminliyini ifadə edib: “Bizim birinci hədə fimiz Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılmasına, Azərbaycan Ordusunun zabit və əsgər heyətinin təhlükəsizliyinin təmin olunmasın töhfəmizi verməkdir. Bundan sonra ixracla
28 www.azeridefence.com
BUTA ARMOR şirkətinin təqdim etdiyi zirehli gödəkcə modellərinin bir qismi. Foto: MN
rəhbərinin sözlərinə görə, maraq ifadə edilən məhsullar arasında minatəmizləmə əməliyyatlarında istifadə olunan yüngül zirehli kostyumlar da var: “Azərbaycanın dünyada tanınmış mina təmizləmə təşkilatı olan ANAMA ilə görüşlərimiz, məsləhətləşmələrimiz oldu. ANAMA mütəxəssislərinin də təcrü bələrinə söykənərək, məhsullarımızın daha da yaxşı olması üçün çalışırıq. Qeyd edim ki, bizim bu məhsullara ciddi maraq var. Bizim məhsulların arasında su höv zələrinin mühafizəsi zamanı istifadə olunan özündə xilasedici funksiyasını da birləşdirən zirehli gödəkcələrimiz var ki, onların dünyada demək olar ki, analoqları çox az saydadır. Azərbaycanın müvafiq qurumları onunla maraqlanırlar”. “Buta Armor”un məhsul çeşidinin geniş olacağına diqqət çəkən R.Əhmədov qeyd edib ki, gələcəkdə geyimin altında istifadə olunan gizli zirehlərin də istehsalı planlaşdırılır: “Zirehli gödəkcələrdə başlanğıcda polimer-kompozit lövhələr istifadə olunacaq. Bu partnyor bolqar şirkətinin özünün nou-hausudur. Polimer-kompozit lövhələrdə güllələr fiksasiya olunur. Dəydiyi nöqtədə qalır. Digər lövhələrdə isə yayınma baş verir və nəticədə əsgər, yaxud yanında dayanan digər əsgər zərər çəkir. Layihənin digər üstünlüyü ondan ibarətdir ki, növbəti mərhələdə alimlərimizin də iştirakı ilə zireh lövhələrinin Azərbaycanda istehsalı nəzərdə tutulur”. AD
BTR70 və BRDM2 müasirləşdirmə layihələri ?Zaur Babaşov Son illər yeni növ döyüş tex nikalarının alınmasına baxmayaraq, ordunun, Dövlət Sərhəd Xidməti, DİN Daxili Qoşunları və digər güc strukturlarının silahlanmasında yer alan BTR70 zirehli transpor tyorların və BRDM2 zirehli kəşfiy yatdozor maşınlarının hələ bir neçə onillikdə istismarda saxlanılmasının mümkünlüyü bu zirehli texnikaların üzərində əsaslı yenilənmələrin aparılmasını zərurətə çevirir. Müx təlif tələblərə görə konfiqurasiya edilə bilən BTR70 zirehli trans portyorların universal platforma sından personal daşıyıcı, zirehli sanitar, təmirevakuasiya, koman daqərargah, piyada döyüş maşını, k ə ş f i y y a t m ü ş a h i d ə n ə z a r ə t , fövqəladə hallarda xilasetmə, kimya kəşfiyyatı və s. məqsədlər üçün nəzərdə tutulan texnikaların yara dılması imkanları mövcuddur. Bu baxımdan Azərbaycana Sovet Ordusundan miras qalan, eləcə də sonrakı illərdə Ukrayna və Bela rusdan satın alınmış BTR70lərin əsasında müxtəlif təyinatlı tex nikaların yaradılması imkanları nəzərdən keçirilir.
BCZ tərəfindən xarici dövlətə ixrac müqaviləsi çərçivəsində müasirləşdirilmiş BTR70 zirehli transportyorları. Foto: AD
Qeyd edək ki, 2010-2014-cü illərdə Müdafiə Nazirliyinin balansından çıxarılmış BTR-70 və BRDM-2 zirehli maşınları müasirləşdirilib yerli güc strukturlarına verilməsi, eləcə də xaricə ixrac məqsədi ilə ləğv olunmuş Müdafiə Sənayesi Nazirliyinin (MSN) balansına verilmişdir. Bununla yanaşı, Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2007-2012-ci illərdə Ukrayna və Belarusdan ucuz qiymətə BTR-70 zirehli transportyorların böyük partiyası satın alınıb. Həmin texnikalar DSX mütəxəssislərinin layihəsi əsasında müasirləşdirildikdən sonra BTR-70S indeksi ilə Sərhəd Qoşunlarının istifadəsinə qəbul olunub. Məlumat üçün bildirək ki, BMT-nin Adi Silahlar Registrinə təqdim edilmiş məlumatlara görə, Ukrayna 2007-2010-cu illərdə Azərbaycana 170 ədəd, Belarus isə 20112012-ci illərdə 60 ədəd konversiya edilmiş BTR-70 zirehli transportyorunun satışını həyata keçirib. MSNin BTR70 layihəsi MSN-nin “Aqreqat” İstehsalat Birliyinə daxil olan “Bakı Cihazqayırma” Zavodunun (BCZ) layihəsi elmi və praktiki əsaslandırmalarla işlənib hazırlanmışdır. Zavod tərəfindən 2010-cu ildən başlayaraq müasirləşdirilən BTR-70 zirehli transportyorları Azərbaycanın güc strukturları ilə yanaşı, bir neçə dövlətə ixrac edilib. BCZ-nin layihəsində BTR-70 xarici görünüş istisna olmaqla, radikal dəyişikliklərə məruz qalıb. Zirehli maşına quraşdırılan bir ədəd 260 at (176,5 Kvt) gücündə KAMAZ-740.11.240 dizel mühərrik əvvəllər sinxron işləyən iki mühərriklə əlaqədar meydana çıxan idarəetmə problemini aradan qaldırıb və manevr qabiliyyətinə görə BTR-80 zirehli transportyoruna yaxınlaşıb. Maşın “Aqreqat” İstehsalat Birliyininin müəssisəsində yaradılmış paylayıcı qutu və müasir soyutma sistemi ilə təchiz olunub. Məhz bu tətbiqlər nəticəsində BTR-70 transportyorlarının idaerə edilməsi və soyutma sistemindəki problemlər aradan qaldırılıb. Layihə çərçivəsində zirehli maşının daxili və xarici işıqlandırma sistemi, elektrik sistemi və sürücü paneli yenilənib. Yerli qurumlar üçün təkmilləşdirilmiş BTR-70-lər Milli Aerokosmik Agentliyin istehsalı olan şlemofonlar və interkom sistemlərlə komplektləşdirilib. Zavod mütəxəssislərinin sözlərinə görə, müasirləşdirilmiş maşın sürət, istismar, yanacaq sərfiyyatı baxımından sələfini üstələyir. Sifarişçinin istəyindən asılı olaraq, təkmilləşdirmə zamanı maşınlar rabitə, gecəgörmə sistemləri, müxtəlif qüllələr ilə də təchiz oluna bilər. Müasirləşdirilımiş BTR-70 zirehli maşının sürəti 80 km/saata, gediş ehtiyatı 550 km-ə qədər çatdırılıb. Zirehli maşın 30 dərəcə bucaq altında yüksəkliyi dəf etməklə, 25 dərəcə yana maili hərəkət etməyi bacarır.
29
BCZdə müasirləşdirilmə prosesində olan BTR–70 zirehli transportyorları. BCZ layihə sində zirehli transportyorların bütün idarəet mə və güc sistemi tamamilə yenilənir. Aşağıda: Konqo Respublikası üçün müasir ləşdirilmiş BTR70 sınaqlar zamanı. Foto: AD
Zavodun BTR–70 müasirləşdirmə layihəsinin üstünlüklərini aşağıdakı kimi sistemləşdirmək olar. • Sovet dövründə istehsal olunmuş BTR-70-lərdə mövcud olan idarəetmənin mürəkkəbliyi və soyutma sistemi ilə bağlı problem aradan qaldırılıb. • Maşın sürət, istismar, yanacaq sərfiyyatı baxımından sələfini üstələyir və birbaşa gediş ehtiyatı 550 km təşkil edir. • Müasir havalandırma sistemi qurulub, müəssisənin özündə istehsal edilən paylayıcı qutu təchiz edilib. “Aqreqat” İstehsalat Birliyi modernizə olunmuş BTR–70 zirehli transportyorları sifarişçilərə həm öz ştat qülləsi, həm də “Şimşək” qülləsi ilə (14.5 mm KPVT pulemyotu, 20 mm və ya 23 mm avtomat top və koaksial yerləşdirilmiş 7.62 mm PKT pulemyotuna sahibdir) təklif edir. MSN-in “Cihaz” İstehsalat Birliyinin CARın “Sherg Engineering” şirkəti ilə birgə hazırladığı 14.5 mm KPVT və 7.62 mm PKT pulemyotları ilə silahlandırılmış “Şimşək” qülləsinin sınaqları 2018-ci ilin əvvəlində yekunlaşıb. Qüllənin atış proqramlarını dəyişməklə eyni modul üzərinə 7,62 mm (yardımçı), 12,7 mm, 14,5 mm pulemyotlar, 20 mm, 23 mm və 30 mm-lik topları qoymaq mümkündür. BTR-70 zirehli transportyorlarının orijinal qüllələrindən bir sıra üstünlükləri ilə fərqlənən “Şimşək” qülləsi 360 dərəcə fırlanmaqla +90 dərəcə bucaq altında hava, -20 dərəcə bucaq altında yürüstü hədəflərə atəş açmağa imkan verir. Qüllənin balistik qoruması STANAG 4569 səviyyəsinə uyğun-
30 www.azeridefence.com
dur. “Şimşək”in ümumi çəkisi konfiqurasiyasından asılı olaraq 700–1000 kq arasındadır. “Aqreqat” İstehsalat Birliyinin baş direktoru Fərhad Cəfərquliyevin sözlərinə görə, xarici dövlətlərdən Azərbaycanda müasirləşdirilmiş BTR–70 və BRDM–2lərə böyük maraq var: “Bir neçə ölkədən sifarişlər almışıq. Hazırda müəssisəmizdə Afrika regionundan daxil olan sifariş üzrə BTR-70-lərin modernizasiya həyata keçirilir. Hazırda yeni sifarişlər ilə bağlı danışıqlarımız davam edir. BRDM-2 maşını ilə bağlı yeni müqaviləmiz var və BTR70-lərin modernizasiyası başa çatdıqdan sonra BRDM-2-lərin sifarişi üzrə işlərə başlayacağıq”. DSXnin BTR70S təkmilləşdirməsi DSX-nin mütəxəssisləri tərəfindən hazırlanan BTR-70S layihəsi çərçivəsində Sərhəd Qoşunlarının silahlanmasındakı BTR-70 zirehli transportyorlarının hamısı müasirləşdirilib. Bu layihə xarici analoqları ilə müqayisədə özünün geniş imkanları və gələcəkdə təkmilləşdirməyə açıq arxitekturası ilə önə çıxır.
Layihə çərçivəsində BTR–70-in iki ədəd ştat ZMZ-4905 benzin mühərriki “İveco” şirkətinin istehsalı olan bir ədəd daha güclü dizel mühərriklə və yeni transmissiya ilə əvəz olunub. Nəticədə əvvəllər sinxron işləyən iki mühərriklə bağlı olan idarəetmə problemi tamamilə aradan qaldırılıb. Bundan başqa, maşının daxilində havalandırma sistemi tətbiq edilib, sürücü, komandir və heyətin görmə qabiliyyəti artırılıb. Zirehli transportyorun elektrik sistemi, oturacaqlar, habelə rabitə sistemi yenilənib. Manevr qabiliyyəti yüksəldilmiş maşının yeni üzgəclər hesabına su hövzələrində üzmə imkanları da yaxşılaşdırılıb. Müasirləşdirilmiş BTR–70S maşınlarının ştat silahı olduğu kimi saxlanılıb. 2017-ci ilin avqust ayında Prezident İlham Əliyevin DSX-nin hərbi bazasına səfərində BTR-70S zirehli maşının bir nümunəsi İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan 120 mm-lik “Spear Mk 2” avtomatik minaatan kompleksi ilə silahlı şəkildə nümayiş etdirilsə də, bu kompleksin BTR-70S üzərində kütləvi tətbiqi barədə hər hansı məlumat mövcud deyil. Müasir rabitə, atış kompüter və GPS ilə təchiz edilən “Spear Mk 2” minaatanı “Cardom” minaatanının yeni nəsli hesab olunur. Minaatanın “SmarTMR” multimedia sistemi müxtəlif sensorlar, silahlar, digər C4İ (komanda, nəzarət, kommunikasiya, kompüter və kəşfiyyat) sisteməri ilə birləşdirilə bilər. Minaatan özünü avtomatik doldurma və verilən koordinatlar üzrə hədəflərə avtomatik şəkildə yönəlmə prinsipinə malikdir. Kompleksin heyəti 3 nəfərdir. “Spear Mk 2” minaatan kompleksi ilə silahlandırılmış BTR–70S 2018-ci ilin sentyabr ayında Bakıda keçirilən ADEX-2018 sərgisində nümayiş etdirilib. Göründüyü kimi, son illər DSX-nin qarşısına qoyulan yeni tapşırıqlar qoşunların istifadəsində kütləvi şəkildə
yer alan BTR-70S-lərin silahlanmasında müəyyən dəyişikliklərin edilməsi zərurəti meydana çıxarmaqdadır. Yüksək manevr qabiliyyətinə malik bu zirehli maşınların avtonom fəaliyyətinin təmin edilməsi, hər cür hava və iqlim şəraitində rəqibin canlı qüvvəsi və zirehli texnikası ilə daha uzaq məsafədən mübarizə aparmaq imkanlarının qazandırılmasına ehtiyac hiss olunur. BTR-70S-lərin mövcud universal platforması bu texnikaları üzərinə 30 mmdək top, tank əleyhinə idarə olunan raketlər, yaxud zenit-raket kompleksləri inteqrasiya etməklər piyada döyüş və ya atəş dəstəyi maşınına çevriməyə imkan verir. BRDM2M “Aqreqat” İstehsalat Birliyinin BRDM2M müasirləşdirmə layihəsi çərçivəsində aparılan təkmilləşdirmə işləri maşının xarici dizaynına toxunulmadan həyata keçirilib. Ukrayna və Belarusdakı mövcud müasirləşdirmə layihələrindən fərqli olaraq, BRDM-2-nin köməkçi təkərlərinə toxunulmayıb. Təkmilləşdirmə nəticəsində maşının çəkisində (7 ton) heç bir dəyişiklik baş verməyib. BCZ mütəxəssislərinin sözlərinə görə, müasirləşdirilmiş BRDM-2M maşınlarının manevr qabiliyyəti yüksəlib və idarəetmə əhəmiyyətli şəkildə təkmilləşdirilib. Layihə üzrə maşın 140 at gücündə QAZ-41 benzin mühərriki 156 at (115 kVt) gücündə D-245.30E2 dizel mühərriki ilə əvəz olunub. Maksimal sürəti 100 km saat təşkil edən BRDM-2M 30 dərəcə bucaq altında dik, 25 dərəcə bucaq altında yana maili maneələri dəf edə bilir. Yeni mühərrikin tətbiq edilməsi və aparılmış təkmilləşmə işləri nəticəsində BRDM-2M maşınının gediş ehtiyatı 250 km artırılaraq 1000 km-ə çatdırılıb. Bundan başqa, maşın TNA4-4 naviqasiya aparatı, habelə yeni gecəgörmə cihazları ilə təchiz olunur. Azərbaycan Silahlı Qüvvələri üçün modernizə edilmiş BRDM-2M maşınlarında
silah sistemi dəyişməz qalsa da, müəssisə BRDM-2M maşınlarını istifadəçilərə fərqli qüllələrlə də təklif edir. Belə ki, BCZ tərəfindən təkmilləşdirilmiş BRDM-2M kəşfiyyat-dozor maşının bir nümunəsi 2011-ci ildə Bakıda keçirilmiş hərbi paradda İsrailin “Rafael” şirkətinin “Samson” döyüş modulu ilə silahlandırılmış şəkildə nümayiş etdirilib. “Samson” məsafədən idarə olunan döyüş moduluna bir ədəd 12.7 mm pulemyot daxildir. “Samson” modulunun üzərində hədəfi hər cür hava şəraitində izləməyə imkan verən optik sistemlər və lazer məsafəölçən yer alır. 2016-cı ilin sentyabr ayında MSN tərəfindən hazırlanmış tank əleyhinə mübarizə maşını layihəsində BRDM-2Min bütün texniki parametrləri qorunub saxlanılmaqla, maşının ştat qülləsi tank əleyhinə idarəolunan raketlərlə silahlandırılan “Mizraq” adlı yeni qüllə ilə əvəz
edilmişdi. “Mizraq” döyüş modulunun üzərində döyüşə hazır 4 ədəd Türkiyənin ROKETSAN şirkətinin istehsalı olan OMTAS və UMTAS raketi və elektro-optik avadanlıqlar yerləşir. Qüllə -10, +35 dərəcə vertikal bucaq altında hədəflərə atəş açmağa imkan verir. Qeyd edək ki,
BTR–70 zirehli transportyorların silahlandırılması üçün MSNin “Cihaz” İB tərəfindən yaradılmış “Şimşək” döyüş modulu 14.5 mm KPVT pulemyotu və 7.62 mm PKT pulemyotu ilə silahlandırılıb. İdarəetmə sadə interfeysə malik kompüterlə aparılır. Aşağıda: “Elbit Systems” şirkətinin “Spear Mk.2” minaatan kompleksi ilə silahlandırılmış, DSXnin modernizə edilmiş BTR–70S zirehli transportyoru ADEX2018 sərgisində nümayiş etdirilib. Foto: AD
Yuxarıda: BCZ tərəfindən müasirləşdirilmiş BRDM2M və aşağıda eyni layihə əsasında müasirləşdirildikdən sonra Aşağıda: Türkiyənin ROKETSAN şirkətinin UMTAS və OMTAS TƏİR kompleksi ilə silahlandırılmış “Mizraq” adlı yeni döyüş vasitəsi. Foto: AD
ROKETSAN şirkəti tərəfindən istehsal edilən OMTAS-ın mənzili 200-4000 metr, UMTAS-ın mənzili isə 500-8000 metrdir. BCZ tərəfindən 2014-cü ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti üçün hazırlanmış BRDM-2M zirehli maşınında baza versiyadan fərqli olaraq yanlarda əlavə qapılar açılıb. Hazırda zavod tərəfindən bu məqsədlər üçün hazırlanan maşınların üzərinə kütləvi iğtişaşların
32 www.azeridefence.com
yatırılması zamanı tətbiq olunan müxtəlif təsiredici sistemlərin inteqrasiyası nəzərdən keçirilir. ZKDM MSN-in Elmi-Tədqiqat İnstitutu (ETİ) tərəfindən BRDM-2 zirehli maşınının dərin müasirləşdirilməsi nəticəsində meydana çıxan zirehli kəşfiyyat-döyüş maşını (ZKDM) özünün xarici dizaynı, qoruma
səviyəsi, silahlanma və digər imkanları baxımından sələfindən əhəmiyyətli dərəcədə fərqlənir. İnstitut mütəxəssislərinin sözlərinə görə, müasir tələblərə cavab verən ZKDM-nin taktiki-texniki göstəriciləri yaxşılaşdırılıb və hücum əməliyyatlarında uzun müddət avtonom fəaliyyət göstərə bilir. Kəşfiyyat döyüş maşını 114 kVt (155 at gücündə) D.245.30E2 tipli dördtaktlı turbodizel mühərrikə, kombinə olunmuş hidropinevmatik transmissiyaya, beşpilləli ötürücü qutuya malikdir. Maşın 64 kubmetr/saniyə məhsuldarlığı olan, fasiləsiz təminatlı kondisioner qurğusu ilə təchiz edilib. Mühərrikə bağlı olmadan çalışan bu kondisioner sistemi daxildə ehtiyac duyulan havalanmanı təmin edir. Elektrik təminatı 7.8 kVt təşkil edən döyüş maşını ayrıca çalışan 5 kVt gücə malik dizel generatoruna malikdir. Bu generator vasitəsi ilə maşın döyüş mövqeyində sabit dayandıqda mərkəzi sistemə bağlı olmadan qülləni, rabitə vasitələrini enerji ilə təchiz etmək, qaynaq işləri aparmaq, hətta başqa
maşınları işə salmaq olur. Aparılan işlər nəticəsində ZKDM-nin yanacaq sistemi də təkmilləşdirilib. Maşının yanacaq çəninin tutumu 150 litr, yanacaq sərfiyyatı 100 km məsafəyə 60 km/saat sürətlə hərəkət etdiklə 17.1 litr təşkil edir. Təchizatın yenilənməsi və zirehlənmə səviyyəsinin yüksəldilməsi nəticəsində maşının çəkisi 8152 kiloqrama çatdırılıb. Alt hissədə mina partlayışlarına, yanlarda mərmi və əldəqayırma partlayıcılara və güllələrə qarşı yüksək qorumaya sahib ZKDM-in gövdəsi minaya qarşı qorumanı təmin etmək üçün V formasında dizayn olunub. Gövdənin ikiqat zirehi heyətin hətta B-32 tipli zirehdeşən güllələrdən mühafizəsini təmin edir. Sifarişçinin istəyinə uyğun olaraq maşın öndə və yanlarda əlavə zirehlə daha da gücləndirilə bilər. Maşının digər özəlliyi isə partlayışlar zamanı aşmamasıdır. Yanlarda iki qapıya, yuxarıda iki çıxış lyukuna malik döyüş maşını müasir avtomatlaşdırılmış yanğınsöndürmə sistemi ilə təchiz edilib. Döyüş maşını yerli mütəxəssislər tərəfindən yaradılmış idarə olunan döyüş moduluna malikdir. Bu qüllənin silahlanmasına 2 lüləli 23 mm çaplı QŞ-23 topu, 7.62 mm çaplı PKT pulemyotu, 30 mm çaplı AQS-17 qumbaraatanı, S-8 (S-5) tipli 4 raketlik buraxma qurğusu, D-81 tipli bulud qurğusu, ZN-TQRP-3, TGN1-49-3 və TKN-3B nişangahları daxildir. Qeyd edək ki, MSN tərəfindən hazırlanmış bu döyüş modulu digər təkərli və tırtıllı döyüş texnikalarına inteqrasiya olunabilmə özəlliyinə də sahibdir. Maşının döyüş idarəetmə sistemi həm mexaniki, həm də elektriklə çalışır. Qüllə həm komandir, həm də sürücü tərəfindən idarə oluna bilir. Döyüş modulunun qalxma bucağı 30 dərəcə, fırlanma bucağı isə 360 dərəcədir. Mərmi ilə qidalanma 23 mm-lik topda və pulemyotda daxildən, AQS 17 və raket buraxıcı qurğuda isə xaricdən həyata keçirilir. Optik müşahidə sistemlərinə malik olan bu maşının üzərinə istəyə əsasən istənilən termal müşahidə qurğusunu yerləşdirmək imkanları var. ZKDM-nin ştatındakı MTO-500 tipli optik müşahidə sistemi gecə şəraitində 800-1200 metr məsafədə müşahidəni artırmağa imkan verir. Maşının ön, yan və arxa hissələrində ətrafı müşahidə etmək üçün kameralar yerləşdirilib. Bu kameradan əldə olunan görüntü ön hissədə sürücü və komandirin önündəki monitora ötürülür. Qəbul edilən bütün informasiyalar qara qutuda arxivləşdirilir. Maşında həmçinin avtonom, rəqəmsal və 3 konturlu (GPS, inersal və kombinə edilmiş) naviqasiya sistemi mövcuddur. ZKDM-nin başqa bir maraqlı özəlliyi isə pərdələmə-sapdırma sistemi ilə bağlıdır. Maşının üzərində yer alan
MSN ElmiTədqiqat İnstitutu tərəfindən hazırlanmış zirehli kəşfiyyat döyüş maşını (ZKDM). Foto: AD
D-81 tipli 81 mm çaplı termotüstü qurğusu infraqırmızı şüaları udan mərmilərdən, işıqsaçan mərmilərdən, tüstü yaradan mərmilərdən, termit mərmilərdən və aerozol yaradan mərmilərdən istifadə edir. Maşının ekipajı yaxın məsafədə təhlükə yarandıqda aerozol yaradan ampulanı tədbiq etməklə yaxınlaşan istənilən canlı qüvvəni yandırıb məhv edə bilir. BTR–70lərin gələcəyi BTR-70 zirehli transportyorları zirehinin zəif olmasına baxmayaraq, bir çox profillər üzrə özünün aktuallığını qoruyub saxlamaqdadır. 8x8 formuluna malik olması, yüksək manevr qabiliyyəti maşını müxtəlif təyinatlı platformalara çevirmək imkanı verir. Məsələn, Qazaxıstanın “Semey Engineering” şirkəti tərəfindən BTR-70 şassisi üzərində Fövqəladə Hallar Nazirliyi üçün sel daşqınları baş verən ərazilərdə, yaxud qarlı-buzlu ərazilərdə evakuasiya və nəqletmə üçün nəzərdə tutulan nəqliyyat vasitəsinin, Ukraynada Kiyev Zirehli Tank Zavodu və Jitomir Zirehli Tank Texnikası Zavodunda zirehli sanitartəxliyyə maşınının nümunələri hazırlanmışdır. DSX təcrübəsindən göründüyü kimi, BTR-70 şassisi 120 mm-dək iriçaplı avtomatik minaatan kompleksləri ilə silahlandırılması mümkündür.
MDB məkanındakı son modern ləşdirmə layihələrində mövcud olan aşağıdakı yeniliklərin Azərbaycanın mövcud layihələrində tətbiqi daha məqsədəuyğun olardı: - sürücü və komandir bölməsinin gecəgörmə qabiliyyətinin artırılması; - maşının 360 dərəcəlik müşahidə qabiliyyətinin qazandırılması; - qüllənin termal nişangahla təchiz edilməsi (ATS-10 soyutmasız termal kamera uyğun görülür); - daxili rabitə sisteminin müasirləşdirilməsi (Karel IKT102); - heyətin maşına sürətli minib-düşməsi üçün yan qapıların genişləndirilməsi. Bununla yanaşı, Qazaxıstan təcrübəsində olduğu kimi, BTR-70 bazasında Fövqəladə Hallar Nazirliyi üçün evakuasiya maşınlarının yaradılması doğru olardı. Bir neçə il əvvəl güclü qarla əlaqədar BakıŞamaxı yolunda qalan insanların təxliyəsində BTR-lərdən istifadə olunması bu texnikaların gələcəkdə də belə əməliyyatlarda istifadəsini mümkün edir. Korpusunun qabaritləri artırılmış, başqa sözlə, BTR-70 bazalı avtobusa çevrilmiş bu tip maşınlardan cəbhəyanı zonada heyətin daşınmasında istifadə edilə bilər.
33
GÜRCÜSTAN MÜDAFİƏ SƏNAYESİ ?Rəşad Süleymanov Zaqafqaziya Hərbi Dairəsinin mərkəzi sayılan Gürcüstanda SSRİ dönəmində müxtəlif hərbi təyinatlı müəssisələr yerləşib. Ötən əsrin 40–50ci illərində yaradılmış bu müəssisələr arasında Tbilisi Aviasiya Təmiri Zavodu və Tbilisi Tank Təmiri Zavodları Sovetlər Birliyinin süqutundan sonra maddi sıxıntılara və infrastruktrun dağılmasına baxmayaraq, 2006cı ilə qədər yerli və xarici sifarişləri yerinə yetirib.
“Lazika” piyada döyüş maşını
34 www.azeridefence.com
1990-cı illərin əvvəllərində müs təqilliyini elan etdikdən sonra Gürcüstan müdafiə sənayesi sektorunda fəaliyyətləri qismən də olsa davam etdirməyə nail olmuşdur. 1990-cı illərin ortalarında RPQ7 tipli tank əleyhinə qumbaraatanların, qumbaraatanlar üçün “Kodor” adı verilmiş sursatların, 82 və 120 mm çaplı minaatanların istehsalını həyata keçirən Gürcüstan müdafiə sənayesi 1999-cu ildə ilk dəfə Rumıniyada keçirilmiş EXPOMİL1999 beynəlxalq müdafiə sərgisində öz məhsullarını nümayiş etdirib. 2000–2002ci illərdə yerli müəssisələrdə istehsal edilmiş “Delga-1” və “Delga-2” adlı nəqliyyat vasitələri Gürcüstan xüsusi təyinatlı qüvvələrinin silahlanmasına verilmişdir. 2005-2006-cı illərdə Gürcüstan ərazisindən qoşunlarını çıxaran Rusiya 2005-ci ilin iyun ayında Tbilisidə yerləşən 142 nömrəli Tank Təmiri Zavodunu da Gürcüstana təhvil verib. Qeyd edək ki, adıçəkilən müəssisədə 2000-ci illərin əvvəllərində Gürcüstandakı Rusiya hərbi bazalarının, Gürcüstanın, habelə Azərbaycan və Ermənistanın hərbi tex nikalarının təmiri həyata keçirilib. Bundan başqa, 2000-ci illərin əvvəllərində İsrailin “Elbit Systems” şirkəti ilə əməkdaşlıq çərçivəsində müəssisədə Gürcüstan Ordusunun silahlanmasındakı T-72 tanklarının T-72 SİM-1 səviyyəsində modernləşdirilməsi aparılıb. “STC Delta”nın qurulması və Gürcüstanda milli müdafiə sənayesinin “canlanması” 2008-ci ilin avqustunda Gürcüstan və Rusiya arasında yaşanan müharibədən sonra baş vermişdir. Yeri gəlmişkən qeyd edək ki, 2000-ci illərin əvvəllərində xarici ölkələrdən böyük həcmli satınalmalar, regionun digər dövlətləri ilə müqayisədə Avropa və Amerikanın Gürcüstana silah satışı üçün “qapıları açması”, ABŞ-ın “Öyrət və təchiz et” proqramı çərçivəsində göstərdiyi təmənnasız yardımlar Gürcüstanda milli hərbi sənayenin inkişafını ləngidən əsas faktorlardan hesab oluna bilər. 2008-ci ildə baş verən Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiyanın qəzəbindən çəkinən Avropa ölkələrinin bir çoxunun tətbiq etdiyi embarqo müharibədən ağır itkilərlə çıxan rəsmi Tiflisə ordunun təchizatında milli hərbi sənayenin vacibliyini göstərdi. Bu çərçivədə 2010cu ildə Gürcüstan müdafiə sənayesinin lokomotivi olan Tbilisi Aviasiya Təmiri Zavodunun (Tbilaviamşeni) bazasında “STC Delta” hərbi elmi-texniki mərkəz qurularaq adıçəkilən zavod və 6 institut bu qurumun tabeçiliyinə verildi. Hərbi tədqiqatlara və sənayeyə 2010-cu ildə büdcədən 2.42 milyon dollar, 2011-ci ildə 11.18 milyon dollar, 2012-ci ildə 31 milyon
dollar, 2016-cı ildə isə 55 milyon dollar vəsait yönəldən Gürcüstan “STC Delta”nın koordinasiyası altında, yuxarıda adı çəkilən müəssisələrlə birlikdə “Didgori” adlı zirehli patrul maşını, “Lazika” adlı piyada döyüş maşını, Estoniya şirkəti ilə birlikdə PUA, Ukrayna ilə müştərək yaylım atəşli reaktiv sistem, Qərb şirkətləri ilə əməkdaşlıq çərçivəsində müxtəlif silah və müdafiə təyinatlı məhsulların istehsalına imza atmağı bacarıb. Şirkət dizayn prosesində CAD/CAM/CAE, CATIA v5, mexanik desktop, Nastran, Patran və digər qabaqcıl tətbiqlərdən istifadə edir. “STC Delta” ABŞ, İsrail, Kanada, Almaniya, Ukrayna, Türkiyə, Çexiya, Bolqarıstan və digər ölkələrin aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir. Bunların arasında “Keysight Tecnologies”, “Arsenal 2000”, “KrAZ”, “Ceska Zbrojovka”, “Elbit Systems”, “Kelowna Flightcraft” və digər şirkətlər var. Son illər Gürcüstan Silahlı Qüvvələri və hüquq-mühafizə orqanlarının təchizatında yer almağa başlayan “STC Delta” 2018ci ildə Müdafiə Nazirliyinə 5 milyon lari həcmində bir neçə min ədəd fərdi mühafizə vasitələrinin (MK-I zirehli gödəkcələr və DH MK-I ümumi təyinatlı dəbilqələr) satışını həyata keçirib. Müəssisə 2019-cu ildə daha 6.3 milyon lari həcmində məhsulun çatdırılmasını planlaşdırır. “STC Delta” ilə yanaşı, Gürcüstanda bir neçə özəl sektor müdafiə sənayesi şirkəti, birgə müəssisə, o cümlədən xarici şirkətlərin təmsilçiliyi ilə məşğul olan 5dən çox yerli şirkət fəaliyyət göstərir. Qanunvericilik Gürcüstanda müdafiə sənayesinə dövlət nəzarəti Müdafiə Nazirliyi tərəfindən təmin olunur. Müdafiə sənayesi fəaliyyətləri dövlət tərəfindən lisenziyalaşdırılır və səlahiyyətli orqan Müdafiə Nazirliyidir. Müdafiə Nazirliyi tərəfindən aşağıdakı lisenziya növləri verilir: - hərbi məhsulların istehsalı üçün ümumi lisenziya; - hərbi məhsulların təmiri üçün ümumi lisenziya (müasirləşdirmə, on-site xidmət daxil olmaqla); - hərbi məhsulların satışına vasitəçilik xidməti üçün lisenziya; - mülki silahların istehsalı, odlu silahın əsas hissələri, hərbi komponentlər və onların hissələrinin istehsalı üçün lisenziya; - mülki silah və odlu silahların əsas hissələrini təmir etmək üçün lisenziya; - mülki silahların, əsas odlu silahların, döyüş sursatlarının və mühafizə olunan əsas komponentlərin ticarətinə lisenziya. Lisenziya əldə etmək üçün hüquqi və fiziki şəxslərə bir sıra tələblər qoyulur. Bu tələblərin də böyük əksəriyyəti bilavasitə
təhlükəsizlik tədbirləri ilə bağlıdır. Lisenziya almaq istəyən hüquqi və fiziki şəxslər əvvəlcə Gürcüstan Müdafiə Nazirliyinin Daimi Hərbi-Texniki Məsələlər Komissiyasından tövsiyə almalıdırlar. Tövsiyə verildikdən sonra lisenziya üçün müvafiq sənədlər Müdafiə Nazirliyinə təqdim olunur. Gürcüstanda mülki silah üçün lisenziya haqqı 100 lari (38 ABŞ dolları), hərbi məhsullar üçün lisenziya haqqı isə 2000 laridir (təxminən 750 ABŞ dolları). İstehsal və təmir işləri ilə yanaşı Müdafiə Nazirliyi tərəfindən şirkətlərə hərbi məhsullar üçün ixrac, idxal, tranzit, brokerlik xidmətinin göstərilməsi və texniki dəstək üçün icazələr verilir. Hazırda Gürcüstanın özəl sektorda fəaliyyət göstərən ən böyük şirkəti “Demetre-96” şirkətidir. Adıçəkilən şirkət hərbi tekstil sektorunda ixtisaslaşıb. Gürcüstan Ordusu və güc strukturlarının təchizatı ilə yanaşı, şirkət öz məhsullarını bir sıra dövlətlərə də ixrac edir. Tbilisidə yerləşən, türk iş adamları tərəfindən qurulmuş “Ayem Caucasus” şirkəti güc strukturları üçün müxtəlif texniki vasitələrin, zirehli maşınların tədarükünü, habelə nəqliyyat vasitələrinin zirehləndirilməsini həyata keçirir. Adıçəkilən şirkət daha çox polis və banklarla çalışır. “STC Delta”nın struktru Gürcüstanın müdafiə sənayesinin mərkəzi sayılan “STC Delta”ya hazırda TAM və 6 elmi-tədqiqat institutu daxildir. Bu institutlar aşağıdakılardır: - Ferdinard Tavadze adına Metallurgiya və Material Elmləri İnstitutu, - Optika Elmi Tədqiqat İnstitutu, - Grigol Tsulukidze adına Minerallar İnstitutu, - Raphiel Dvali adına Mexaniki Maşınqayırma İnstitutu, - İlya Vekua adına Suxumi Fizika və Texnologiya İnstitutu, - Mikro və Nano Elektronika İnstitutu. “STC Delta”nın nəzdində fəaliyyət göstərən institutlar geniş spektrdə fəaliyyət göstərirlər. Son onillikdə bu institutlar NATO-nun “Sülh Naminə Elm” proqramlarında iştirak edərək bir sıra layihələrə xarici qrantlar əldə etmişlər. Ferdinard Tavadze adına Metallurgiya və Material Elmləri İnstitutu SSRİ dönəmində Qafqazda metallurgiya sahəsində ixtisaslaşan yeganə elmi-tədqiqat institutu olub. 2006-cı ildən etibarən institutda aparılan islahatlar nəticəsində tədqiqat sahələri dəyişdirilib. Yeni istiqamətlərdən biri kimi, Gürcüstanda mövcud olan filizlərin səmərəli işlənməsi, yeni materialların yaradılması, kompozit
35
İnstitutu mexaniki mühəndislik və nəqliyyat vasitələrində innovativ texnologiyaların hazırlanması sahəsində çalışır. İnstitutun şöbələri müvafiq elmi laboratoriyalara malikdir. İlya Vekua adına Suxumi Fizika və Texnologiya İnstitutu SSRİ dövründə nüvə və termonüvə texnologiyaları, plazma fizikası, fiziki elektronika və digər sahələrdə elmi tədqiqatlar aparıb. 2006-cı ildə ictimaihüquqi şəxs statusu (LEPL) almış institutda yeni istiqamətlər yaradılıb və beynəlxalq elmi tədqiqatlara cəlb olunub. Hazırda insitutut nüvə fizikası üzrə tədqiqatların aparılması, radiasiya materialları, yarımkeçiricilər, termoelektrik və optoelektronik avadanlıqların istehsalı, quantum radiofizikası, lazer, nanomateriallar və nanotexnologiyalar sahəsində fəaliyyət göstərir. İnstitutun nəzdində 6 laboratoriya mövcuddur. Mikro və Nanoelektronika İnstitutu MMC elmi-tədqiqat, konsaltinq və ekspert fəaliyyətini həyata keçirir. Hazırda institut qısa və orta dalğalı infraqırmızı fotodetektor texnologiyaları üçün nəzərdə tutulmuş nanometr yarımkeçirici strukturların tədqiqi, xüsusi təyinatlı sistemlər üçün yüksək sürətli və radiasiyaya dayanıqlı metalların və yarımkeçirici texnologiyasının işlənməsi ilə məşğuldur. Tbilisi Aviasiya Zavodu
“STC Delta” tərəfindən istehsal edilmiş “Didqori” zirehli nəqliyyat vasitələri. Aşağıda “Didqori” AMEV adlı zirehli sanitar maşın. Foto: STC Delta
və xüsusi təyinatlı materialların hazırlanması, funksional nanokristallı materialların, tozların və yeni xassələrə malik örtüklərin alınması kimi müəyyən edilib. İnstitut son illər maşınqayırma texnologiyaları sahəsində də bir sıra layihələr həyata keçirib. Bunların arasında “Didqori” zirehli maşınlarının ötürücü qutularının hazırlanması xüsusi yer tutur. İnstitutut həmçinin zireh materiallarının yaradılması və istehsalı sahəsində işlər aparır. Optika Elmi-Tədqiqat İnstitutu 1979-cu ildə Spovet İttifaqı hərbi sənaye kompleksinin Gürcüstan Elmlər Akademiyasının təşəbbüsü ilə yaradılıb. Son illərdə institut Qərb şirkətlərinin iştirakı ilə optik və elektrooptik cihazların, həmçinin enerji təhlükəsizliyi ilə bağlı avadanlıqların, günəş enerjisi ilə işləyən qurğuların yaradılması sahəsində layihələr reallaşdırır. Hazırda institut tərəfindən kiçik çaplı atıcı silahlara qurulan 2.5 qat böyütmə
36 www.azeridefence.com
imkanına malik NVS-11 gecə nişangahı, dəbilqəyə və silahlara qurulan 1 qat böyütmə qabiliyyətli NWM-14 və NVM34 gecəgörmə cihazı, 81/82 və 120 mmlik minaatanlar üçün OSM-1 adlı minaatanın optik nişangahı, ov tüfəngləri və atıcı silahlar üçün qırmızı nöqtəli RDS01 kolimatorları, HWS-01 holoqrafik silah nişangahı istehsal edilir. HWS-01 holoqrafik nişangah EOTech şirkətinin EXPS3-4 nişangahının lisenziya əsasında istehsalı hesab olunur. Əvvəllər Gürcüstan Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Grigol Tsulukidze adına Minerallar İnstitutu 2006-cı ildən hüquqi şəxs statusu alıb və hazırda müəssisisəyə dövlət nəzarəti “STC Delta” tərəfindən həyata keçirilir. İnstitut mülki sektorda fəaliyyətlə yanaşı, partlayıcı texnologiyaların hazırlanması üzərində işləyir. Bununla əlaqədar olaraq İnstitutun nəzdində Partlayıcı Tədqiqat və Partlayış Texnologiyaları Laboratoriyası yaradılıb. 1959-cu ildə Gürcüstan SSR Nazirlər Sovetinin qərarı əsasında Maşınqayırma Elm İnstitutu adıyla yaradılmış Raphiel Dvali adına Mexaniki Maşınqayırma
Tbilisi Aviasiya Zavodu (TAM) 2000-ci illərin əvvəllərində Rusiyanın “Suxoy” şirkəti ilə aralarında yaranan anlaşılmazlıqdan sonra İsrailin “Elbit Systems” və ELGAD şirkətləri ilə birlikdə Su-25 təyyarələrinin müasirləşdirilməsi layihəsinə başlamış, müəssisədə modern ləşdirilmiş təyyarələrin Gürcüstan HHQ ilə yanaşı, Azərbaycana və Türkmənistana satışı həyata keçirilmişdir. TAM həmçinin ABŞ-ın “Ascend Air İnternational” şirkəti ilə birlikdə 2 və 6 yerli reaktiv sərnişin təyyarələrinin (“Viperjet” və CV5800) nümunələrini hazırlayıb. Qeyd edək ki, TAM keçmiş SSRİ-də Su-25 döyüş təyyarələrinin istehsalı ilə yanaşı, Mi-8 helikopterlərinin təmiri və müasirləşdirilməsi ilə məşğul olub. Bundan başqa, müəssisə 1990-cı illərin əvvəllərinədək R-60 və R-73 infraqırmızı başlıqlı özütuşlanan raketlərin istehsalını həyata keçirib. Bu raketlərin istehsalı zavodda 1990-cı illərin əvvəllərinədək davam edib. Rəsmi məlumatlara görə, TAM tərəfindən 1978-ci ildən 1996-cı ilədək təxminən 900 ədəd Su-25 döyüş təyyarəsi istehsal edilib. 1987–1996-cı illərdə isə müəssisədə Su-25T, Su-25BM və bir neçə ədəd Su-25U modifikasiyasının istehsalı həyata keçirilib. 2000-ci illərin əvvəllərində
isə müəssisədə təkmilləşdirilmiş Su-25KM “Scorpion” modeli az sayda istehsal olunub. Müəssisə fəaliyyət göstərdiyi təxminən 30000 ədəd R-60 və 6000 ədəd R-73 tipli idarə olunan “hava-hava” sinif raketin istehsalını da reallaşdırıb. 2002-ci ildə hüquqi statusu dəyişdirilib, səhmdar cəmiyyətə çevrilən TAM 2008-ci ilin avqust ayında Rusiya aviasiyasının bombardmanı zamanı zərər görmüşdür. 2009-cu ildən etibarən Gürcüstan müdafiə sənayesinin lokomotivi rolunu yenidən oynamağa başlayan müəssisədə müxtəlif istehsal sahələri yaradılıb və hazırda zavodda “Didqori” zirehli personal daşıyıcılar, “Lazika” piyada döyüş maşını, ZCRS-122 yaylım atəşli reaktiv sistem, pilotsuz uçuş aparatları, müxtəlif atıcı silahlar və döyüş sursatlarının istehsalı həyata keçirilir. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş vermiş müharibədən sonra “Tbilaviamşeni” Su-25 təyyarələri və Mi8 helikopterləri üçün dəstləşdiricilərlə təchizat məsələsində problemlərlə üzləşməli oldu. Rusiya müəssisələrinin Gürcüstana ehtiyat hissələrin çatdırılmasını dayandırması zavodun istehsal qabiliyyətinin itirilməsi ilə nəticələnib. Bütün bu problemlərə baxmayaraq, hazırda zavodda Su-25 təyyarələrinə xidmətin göstərilməsi və bu təyyarələrdə istifadə olunan P-19S aviasiya mühərriklərinin təmiri davam etdirilir. Müəssisə həmçinin İsrailin “Elbit Systems” şirkətinin habelə ABŞ, Kanada və Estoniya şirkətlərinin iştirakı ilə Su-25 döyüş təyyarələrinin modernləşdirilməsi, TAM-Jet adlı yüngül tək mühərrikli reaktiv mülki təyyarələrin, pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilməkdədir. 2015-ci ildə “STC Delta” müəssisədə helikopter tipli döyüş PUAnın eksperimental nümunəsini hazırlayaraq təqdim edib. Müəssisənin açıqladığı informasiyalara görə, TAM Su-25 təyyarələrinin texniki sənədlərinin və planlarının müstəsna sahibidir. Buna görə TAM müştərilərə yeni Su-25 təqdim edə biləcək yeganə şirkətdir. Aviasiya sənayesinin bərpası planları
Technologies” (Cyclone) şirkətinin təyyarələr üçün metal və kompozit komponentlərin istehsalını həyata keçirəcək zavodu fəaliyyətə başlayıb. Hazırda beynəlxalq bazara çıxmaq üçün şirkət ISO və NADCAF sertifikatlarının alınması, eləcə də “Bombardier”, “Boeing” və “Airbus” kimi dünyanın tanınmış aviatikinti şirkətlərinin sifarişlərin yerləşdirilməsi istiqamətində işlər aparır. Qeyd edək ki, AST-Cyclone şirkətində “Elbit Systems” şirkəti 33.3% paya malikdir. “AST-Cyclone” şirkətinin yeni müəssisəsində təyyarələr üçün kompozit hissələr, müxtəlif kommersiya məqsədli aerokosmik qurğular üçün kompozit hissələr və avadanlıqlar istehsalı nəzərdə tutulub. Müəssisədə kompozit texnologiya Clean Room Lay-up və Autoclave Curing əsasında qurulub. Müəssisənin “Boeing” və digər şirkətlər tərəfindən sertifi katlaşdırılmasına çalışılır. İxracat imkanları 2000-ci illərin əvvəllərində Gürcüstan Hökuməti bir neçə postsovet respublikasına döyüş təyyarələrinin ixracını və xarici sifariş üzrə təmir-müasirləşdirmə işlərini həyata keçirib. BMT Adi Silahlar Registrinə təqqdim edilmiş hesabatlarda yer alan məlumata görə, təyyarələrin ixracı Azərbaycana və Türkmənistana olub. TAM 2002-ci ildə Azərbaycana 6, 2006-cı ildə
7 ədəd Su-25 (cəmi 13 ədəd), Türkmənistana 16 ədəd Su-25 təyyarəsinin satışını reallaşdırıb. Bundan başqa, Türkmənistan HHQ-nin silahlanmasında yer alan 45 ədəd Su-25 təəyyarəsinin, habelə 6 ədəd Mi-8 və Mi-24 helikopterinin Gürcüstanda əsaslı təmiri həyata keçirilib. Qeyd edək ki, müəssisə 2000-ci ildən “Elbit Systems” şirkəti ilə Su-25 təyyarəsinin modernləşdirilməsini həyata keçirir. Modernləşdirilən təyyarələr Su-25 “Skorpion” indeksi verilib. Hazırda “STC Delta” eyni zamanda xarici bazarda ixrac yönümlü ciddi marketinq işləri aparmaqdadır. 2015-ci ildə Konqoya 12 ədəd “Didqori-2” zirehli maşının satışını reallaşdıran “STC Delta” 2015-ci ilin sonlarında Səudiyyə Ərəbistanının elan etdiyi tenderin qalibi seçilərək sonuncu ilə 40 milyon ABŞ dolları dəyərində 100 ədəd “Didqori” MEDEVAC zirehli sanitar maşınların satışına dair müqavilə imzalayıb. 2016-cı ildə yenə Gürcüstan və Səudiyyə Ərəbistanı arasında DRWS-2 döyüş modullarının satışına dair 32 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb. 2016-cı ildə “STC Delta” Yuxarıda: Azərbaycanın Müdafiə naziri gene ralpolkovnik Zakir Həsənov Tbilisi Aviasiya Zavodunda (TAM) müxtəlif növ aviasiya raketləri ilə tanış olur. Aşağıda: Tbilisi Avi asiya Zavodunda müasirləşdirilərək istehsal edilmiş Su25 “Scorpion” döyüş təyyarəsi. Foto: TAM
2018-ci ilin ortalarında Tbilisidə İsrailin “Elbit Systems” şirkətinin və Gürcüstanın Dövlət Sərmayə Fondunun birgə müəssisəsi olan “Aero-Structure
37
Soldan sağa: 2 ədəd 12.7 mm NSVT və iki ədəd 7.62 mm PKT pulemyotu ilə silahlandırılmış UMD1 döyüş modulu və “Satevari” multikalibr snayper tüfəngi. Foto: STC Delta
tərəfindən Misirə zirehləndirilmiş inkassator avtomobillərinin ixracı reallaşdırılıb. Zirehli maşınlarla yanaşı, 2017-2018-ci illərdə “STC Delta” tərəfindən Xorvatiyaya 50 ədəd 120 mm-lik minaatanın ixracatı həyata keçirilib. Hazırda digər bir müqavilə əsasında Gürcüstan Novreçə kəşfiyyat sistemlərinin ixracını həyata keçirməyi planlaşdırır. 2018-ci ilin sonlarında “STC Delta” İndoneziya Müdafiə Nazirliyi ilə “Didqori” MEDEVAC zirehli sanitar maşınların ixracına dair müqavilə imzaladığın duyurub. Müqavilənin detalları və say açıqlanmayıb. Gürcüstan müdafiə sənayesinin ixrac potensiallı məhsulları sırasında tank əleyhinə minalar, dolu əleyhinə sistemlər, minaatanlar xüsusi yer tutur. Atıcı silahlar və döyüş modulları Gürcüstan hərbi sənayesi ötən əsrin 90-cı illərində atıcı silahların istehsalı sahəsində bir neçə layihə reallaşdırsa da, bu məhsullar həmin dövrdə geniş miqyasda istifadəyə qəbul olunmayıb. Uzun müddətli durğunluqdan sonra 2012-ci ildə M-4 dizaynı əsasında 5.56x45 mm G-5 hücum tüfənginin istehsalına başlanılması və ordunun bu silahla təchizatı atıcı silahlar istehsalına bir növ təkan vermiş oldu. Bu hücum tüfəngləri G-5 və G-13 olmaqla iki versiyada buraxılır. “Delta”nın atıcı silahlar portfelinə “Morieli” adlı səssiz tapança, 9x19 mm çaplı fərqli bir tapança modeli, “İamani” adlı tapança-pulemyot, PDShP1, PDShP-2 və “Satevari” snayper tüfəngləri daxildir. Son məhsullardan olan “İamani” polis və xüsusi təyinatlı bölmələrin silahlanması üçün nəzərdə tutulur. 9x19 mm çaplı bu tapança-pulemyotun çəkisi 3.2 kq, darağının tutumu 30 patron, atış tempi dəqiqədə 600 güllədir. Silahın
38 www.azeridefence.com
qundağının açıq halda uzunluğu 57, yığıldıqda isə 38 sm təşkil edir. “Delta”nın istehsalı olan 12.7x108 mm-lik PDShP-1 və PDShP-2 snayper tüfəngləri eyni çaplı patronlardan istifadə etmələrin baxmayaraq, qabaritlərinə görə bir-birindən fərqlənirlər. Anti-material snayper tüfəngləri sinfinə aid olan PDShP-1 xarici dizaynına görə Rusiyanın OSV-96 tüfənginə bənzəyir. Düşmənin canlı qüvvəsini və yüngül zirehli texnikalarını məhv etmək üçün nəzərdə tutulan bu silah 5 patron tutumlu daraqla dəstləşdirilib. Atəş zamanı geri təpməni azaltmaq üçün silahın lüləsi əyləclə təchiz olunub. “Bolt action” prinsipi ilə işləyən PDShP-2 tüfəngi isə sələfindən daha qısa və yüngüldür. Ehtiyac yarandıqda bu tüfəngə səsboğucu quraşdırmaq mümkündür. PDShP-1 tüfənginin uzunluğu 1520 mm, PDShP-2nin 1040 mm, lülələrinin uzunluğu müvafiq olaraq 1100 mm və 580 mm, atış mənzili 2000 metr (PDShP-1), 1200 m (PDShP2), çəkisi 14 kq və 12 kq təşkil edir. “Delta”nın bu yaxınlarda təqdim etdiyi “Satevari” adlı snayper tüfəngi modulyar dizayna malikdir və silahın .308 Win, 300 WM, 300 NM, .338 LM, .338 GBM, .375 GBM və .50 BMG modelləri var. “McMillan TAC-50” dizaynı üzrə hazırlanmış “Satevari”nin qundağının arxa hissəsində tənzimlənən dayaq qurulub. Silah müxtəlif optik nişangahlarla komplektləşdirilə bilir. Silahın qundağı təpmənin təsirini minimallaşdıran xüsusi erqonomik materialdan hazırlanıb. Tüfəng “bolt-action” prinsipinə əsaslanır və atış dəqiqliyi 100 metr məsafə üçün 0.3 MOA-dır. Gürcüstan Ordusu “Satevari” snayper tüfənglərini 2016-cı ildə silahlanmaya qəbul edib. Qumbaraatanların geniş çeşidinə malik “STC Delta” M-4 və M-16 avtomatları üçün
“Satevari”nin texniki göstəriciləri
40x46 mm UBGL -1D, sovet istehsalı olan AKM və AK-74 üçün AG-40, GP-25 lüləaltı qumbaraatanlar, polis və Daxili Qoşunlar üçün ARGL-1 tüstü qumbaraatanı, PDM-1 biratımlı, RPG-7G çoxatımlı qumbaraatanların istehsalını davam etdirməkdədir. RPQ-7 qumbaraatanının modernləşdirilmiş versiyası olan RPGL-7G çəkisi 5.83 kq-dır. Qumbaraatan holoqrafik nişangahla və istənilən optik nişangahla dəstləşdirilə bilir. Dörd fərqli növ döyüş sursatının istifadə oluna bildiyi RPGL-in üzərində optik nişangahların yerləşdirilməsi üçün piccatini relsi mövcuddur. Atıcı silahlarla yanaşı “STC Delta” bir neçə döyüş modulunu hazırlayıb. Bunlardan nəqliyyat vasitələrinin silahlandırılması üçün nəzərdə tutulan DRWS-1 və DRWS-2 döyüş modulları hazırda “Lazika” döyüş maşınlarının, habelə Gürcüstan Ordusunun inventarında olan BTR-70 və modernləşdirilmiş BRDM-2 maşınlarının silahlanmasında yer alır. Erqonomik dizayna malik DRWS-1 modulunun üzərinə 12.7 mm-lik NSVT və 7.62 mm-lik PKT pulemyotu qoyulub. 360 dərəcə bucaq altında ətrafa -10,+65 dərəcə şaquli bucaq altında atəş açmağa imkan verən döyüş modulu 36 qat böyütmə qabiliyətinə malik EB-363P gündüz/gecə kamerası ilə təchiz olunub. 23 mm-lik 2A14 topuna və 7.62 mm-lik PKT pulemyotuna sahib DRWS-2 döyüş modulu 360 dərəcə üfüqi və -10,+40 dərəcə şaquli bucaq altında hədəfləri atəş altında saxlamaq qabiliyyətindədir. Bu döyüş modulu EB-363P gündüz-gecə kamerası ilə yanaşı 2 və 4 qat böyütmə qabiliyyətinə
PDShP2
sahib GUİPİR İR 22107 termal kamerasını da özündə birləşdirir. Modulun döyüş ehtiyatı 23 mm-lik top üçün 80 mərmi, PKT pulemyotu üçün 500 patrondur. “STC Delta”nın stasionar məntəqələrin və maşınların üzərində qurulmaq üçün nəzərdə tutulan UMD-1 döyüş modulu 4 ədəd 7.62 mm-lik PKT pulemyotu, yaxud 2 ədəd 12.7 mm-lik NSVT və 2 ədəd PKT ilə silahlandırıla bilir. Atış sıxlığı dəqiqədə 700–800 güllə təşkil edən döyüş modulunun hər bir PKT pulemyotu 250 patron tutumlu sandığa malikdir. UMD-1 modulu -10,+85 dərəcə bucaq altında hədəfləri atəş altında saxlaya bilir. Universal döyüş modulu UMD-2 isə 1 ədəd NSVT pulemyotunu və 6 lüləli 107 mm-lik raket blokunu birləşdirir. Pulemyotun döyüş ehtiyatı 80 patrondur. 107 mm-lik raketlərin atış mənzili isə 11 km təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, Gürcüstan 2016-cı ildə Səudiyyə Ərəbistanı ilə döyüş modullarının alqı-satqısına dair 32 milyon dollar dəyərində müqavilə imzalayaraq DRWS-2 sistemlərinin xaricə ilk ixracını həyata keçirib. Artilleriya sistemləri 2010-cu ildən etibarən Gürcüstan hərbi sənayesi müxtəlif çaplı minaatanların, həmçinin yaylım atəşli reaktiv sistemlərin istehsalını həyata keçirməkdədir. Məlumat üçün qeyd edək ki, Sovetlər Birliyi dağılandan sonra Gürcüstan Müdafiə Nazirliyinə bağlı olan müəssisələrdə 60 və 82 mm-lik minaatanların istehsalı aparılıb. 2011-ci ildən isə Gürcüstan müəssisələrində 120 mm-lik GM-120 minaatanının istehsalına başlanıb. 2015ci ildə isə bu minaatanın bazasında hazırlanmış GMM-120 Özüyeriyən Minaatan Modulu ictimaiyyətə təqdim olunub. Müxtəlif növ tırtıllı və təkərli şassilərin üzərinə qurulmaq üçün nəzərdə tutulmuş GMM-120 modulunda minaatanın geri təpməsi azaldılıb. Təpməni yatıran xüsusi mexanizmlə təchiz olunması atış dəqiqliyini artırıb. Minaatan rəqəmsal
atəş-nəzarət sistemi və GPS ilə inteqrasiya olunur. GMM-120-nin atış tempi dəqiqədə 15 atəş, lüləsinin atış resursu 4000 mina təşkil edir. GMM-120 minaatan modulunun çəkisi 1500 kq, atış mənzili 7100 metr, heyəti 5 nəfərdir. 2018-ci ilin sonunda “STC Delta” GMM-120 minaatan modulunun “Didgori Warrior” nəqliyyat vasitəsinin bazasına daxil etməklə mobil minaatan kompleksinin hazırlandığını açıqlayıb. Qeyd edək ki. 2016-cı ildə “STC Delta” bu minaatan modulunun 6×6 təkər formullu MAN KAT-1 nəqliyyat vasitəsi üzərində ilk təqdimatını keçirib. Mərkəzin istehsalı olan 120 mm-lik minaatanın atəş tempi dəqiqədə 15 atış, maksimum atış məsafəsi 7.1 km-dir. Minaatanın idarə edilməsi xüsusi atış-nəzarət proqramı ilə kompüter üzərindən həyata keçirilir. Gürcüstan hərbi sənayesinin hazırladığı minatanlar arasında xüsusi təyinatlılar və təxribat qrupları üçün GNM60 “Mkudro” adlı 60 mm çaplı səssiz minaatan xüsusi diqqət çəkir. Bu minaatan hərbçilərə gizli qalmaqla düşmənə atəş açmaq imkanı verir. Uzunluğu 395 mm, çəkisi 3 kq, atış tempi dəqiqədə 30 atəş təşkil edən “Mkudro” ilə 85 dərəcə bucaq altında atəş açmaq mümkündür. Minaatanda tətbiq olunan 2 kq çəkiyə malik minanın atış məsafəsi 450 metr, atış zamanı səs səviyyəsi 69 db təşkil edir. “Didqori Meomari” zirehli maşının bazasında yaradılmış 120 mm-lik yeni mobil minaatan kompleksi “İspaniyanın “Alakran” (həmçinin Ukraynanın “Bars8MMK”) mobil minaatan kompleksinin konsepsiyasına bənzər şəkildə maşının arxa bölməsində yerləşdirilib. Minaatanın maşından endirilməsi, yığılması və tuşlanma prosesi avtomatlaşdırılmış şəkildə həyata keçirilir. heyəti 3 nəfərdən ibdarət olan minaatana sursatlar əllə ötürülür. 2012-ci ildə “STC Delta” Gürcüstanda əsaslı modernləşmə aparıldıqdan sonra RS-122 adı verilmiş yeni reaktiv yaylım atəş sisteminin ilk nümunəsini ictimaiyyətə təqdim edib. Sələfi BM-21 “Qrad”dan həm
60 mm “Mukudo” səssiz minaatan
atış mənzilinə, həm şassisinə, həm də atışkontrol sisteminə görə fərqlənən RS-122nin hazırlanmasında Ukrayna və Bolqarıstan şirkətlərinin əməkdaşları da iştirak ediblər. Sistem KRAZ-63221 şassisi üzərində yerləşir. Maşın 5 nəfər heyət üçün nəzərdə tutulan zirehli kabinəyə malikdir. Atış prosesi həm bu zirehli kabinədən, həm də kənardan yerinə yetirilə bilir. Maşının hərəkət sürəti 80 km/saat, döyüş radiusu 500 km təşkil edir. Şassi üzərində 40 ədəd raket yüklənmiş buraxıcı yer alır. Raketlərin maksimum mənzili 40 km-dən çoxdur. “STC Delta”nın ixrac yönümlü layihələrindən biri də dolu əleyhinə raket kompleksidir. 60 mm-lik raketlərdən, xüsusi proqram təminatından, hava radarından, Mərkəzi Nəzarət Stansiyasından, Avtomatlaşdırılmış Atış-Kontrol Sistemindən, SD56 və ya SD-26 raket buraxıcısın dan ibarətdir. Sistemə “Selex ES” şirkətinin istehsalı olan C-band tezlikdə çalışan dopler radarlar daxil edilib. Bu radarlar 300 kmdək məsafəyə nəzarət edir, 100 km radiusda dolu buludlarını müəyyən edərək onların analizini aparır. Bundan sonra təhlükəli buludların əridilməsi üçün mərkəzdən verilən komanda ilə reaktiv yaylım atəş sistemi buludlara raketləri buraxılmasını təmin edir. “Delta” mütəxəssislərinin sözlərinə görə, sistemin bütün proqram təminatı yerli mütəxəssislər tərəfindən hazırlanıb. Sistemdə tətbiq olunan 60 mm-lik raketlərin çəkisi 3550 qram, atış mənzili 7800-8000 metr, maksimum sürəti 600 metr/saniyədir. 360 dərəcə fırlanan modul 45-80 dərəcə bucaq altında atəş açır. Bu raketlər keçmiş SSRİdə istifadə olunan “Alazan” raketlərindən fərqlənir. Mütəxəssislərin sözlərinə görə,
39
KRAZ63221 şassisi üzərində istehsal edilən 122 mm RS122 YARS. Foto: STC Delta
raketin daxilində gümüş iodları (Silver Iodide) ilə yüklənmiş xüsusi toz yüklənib. Nəqliyyat vasitələri 2000-ci illərin əvvəllərində Tbilisi Aviasiya Zavodu tərəfindən “Delga” adlı xüsusi təyinatlı maşının nümunələri istehsal edilərək Gürcüstan Ordusuna təhvil verilib. 2011-ci ildə isə “Delta” “Didqori” adlı ilk zirehli transportyorunu orduya təqdim edib. 4x4 təkər formuluna əsaslanan bu maşın yüksək manevr qabiliyyəti, çətin relyefli ərazilərdə hərəkət imkanları və heyəti qoruması ilə seçilir. “Ford F550” şassisi üzərində hazırlanmış “Didqori” zirehli maşının uzunluğu 5640 mm, yerdən hündürlüyü 2230 mm, eni 2350 mm, döyüş çəkisi 8500 kq-dır. 356 at gücündə dizel mühərrikə sahib “Didqori”nin maksimum sürəti 120 km/saat, döyüş çəkisi 8500 kq, əməliyyat radiusu 500 km təşkil edir. Heyəti sürücü, komandir və silah operatorundan ibarət olan maşın 6 desant daşıyır.
Maşının zirehi yanlarda 7.62x51 AP güllələrə qarşı qorumanı təmin edir. NATO STANAG 4569 Level 3 səviyyəsinə cavab verən mühafizə ehtiyac yarandıqda əlavə zireh lövhələri hesabına gücləndirilə bilir. “STC Delta” mütəxəssislərinin sözlərinə görə, “Didqori”nin hazırlanması zamanı mina partlayışları və improvizə edilmiş partlayıcı təhdidlər nəzərə alınıb. Maşının minaya qarşı qoruması STANAG 4569 Level 2A səviyyəsinə uyğundur. Modulyar dizaynı “Didqori” üzərinə bütün silah platformalarını yerləşdirməyə icazə verir. Gürcüstan Ordusundakı mövcud versiyalar 12.7 mm NSVT və ya 7.62 mm-lik 6 lüləli “Minigun” pulemyotu, həmçinin 40 mmlik avtomatik qumbaraatanla silahlandırılıb. Xarici sərgilərdə isə maşın 23 mmlik 2A14 topa və 7.62 mm-lik PKT pulemyotuna sahib DRWS-2 döyüş modulu ilə təqdim olunur. Maşın döyüş əməliyyatları bölgəsində, eləcə də müxtəlif hava şəraitlərində hərəkət etmək, döyüş aparmaq üçün ön və arxa hissələrdə termal kamera, gündüz və gecə kamerasına, generatora, GPS-ə, kompüterləşdirilmiş nəzarət sisteminə malikdir. “Didqori”nin rabitə, həmçinin dizayn baxımından bir qədər
fərqli zirehli sanitar-təxliyə maşını (MEDEVAC) modifikasiyaları mövcuddur. MEDEVAC 356 at gücündə V8 tipli turbodizel mühərriklə təchiz olunub və asfalt yolda 120 km /saat sürət yığmağı bacarır. Maşının təxliyə bölməsi Armox 500+ polad lövhələrlə zirehləndirilib. Avtomobilin baza zirehi polad təbəqələrdən istehsal olunub, asanlıqla çıxarıla və ya əvəz edilə bilər. Maşının daxilində flaş işıqlar, tibbi yardım üçün avadanlıqlar, 4 xərək yer alır. MEDEVAC versiyası “Didqori” personal daşıyıcısından çəkisinə görə daha ağır – 10000 kq və daha uzundur – 6553 mm. MEDEVAC maşınları hazırda Gürcüstan Ordusu ilə yanaşı, Səudiyyə Ərəbistanı Quru Qoşunları (100 ədəd) tərəfindən istifadə olunur. 2018-ci ilin sonlarında Gürcüstan və İndoneziya arasında adıçəkilən maşınların alqı-satqısına dair müqavilə imzalanıb. Səudiyyə Ərəbistanı Quru Qoşunlarının Yəməndə apardığı döyüş əməliyyatlarının gedişatında MEDEVAC-ların istifadəsini əks etdirən görüntülər mövcuddur. “Didqori” zirehli maşın ailəsinin 4x4 təkər formullu yeni “Didqori Meomari” müxtəlif məqsədlər üçün konfiqurasiya edilə biləcək modulyar platforma olaraq hazırlanıb. İlk nümunəsi 2018-ci ilin may ayında Gürcüstan Silahlı Qüvvələrinin 100 illiyi münasibəti ilə keçirilən sərgidə təqdim edilmiş pick-up dizayna malik “Meomari”nin heyəti 5 nəfərdən ibarətdir. Maşının ikiqat zirehi EN1063 BR7 + təhlükələrinə qarşı qoruma təmin edir. yüksəldilmiş şassi və asqı sistemləri qumluq və qayalıq yerlərdə, yolsuzluq şəraitində hərəkət etməyə imkan verir. Zirehli avtomobilin uzunluğu 5640 mm, eni 2350 mm, döyüş ağırlığı 7000 kq,
Didqori Meomari 120 mm özüyeriyən minaatan kompleksi. Foto: AD
40 www.azeridefence.com
“Swan II” PUA gediş ehtiyatı 500 km təşkil edir. 356 at gücündə dizel mühərriklə təchiz edilmiş maşının maksimal sürəti 120 km/saatdır. “STC Delta”nın 2016-cı ildə təqdim etdiyi 6x6 təkər formullu “Didgori-3” adlı MRAP versiyası pick-up dizayna sahibdir. Məlumatlara görə, hazırda Gürcüstan Quru Qoşunlarının istifadəsində 8-10 ədəd “Didgori-3” MRAP-ı yer alır. KrAZ-6322 şassisi üzərində hazırlanan MRAP 300 at gücündə YaMZ-238D dizel mühərriki ilə çalışır. Boş vəziyyətdə çəkisi 9 ton olan maşının uzunluğu 6.5 metr, eni 2.11 m, hündürlüyü isə 2.26 metr, heyəti 1+8 nəfərdir. Maşının sürəti 100 km/saat, gediş ehtiyatı isə 500 km təşkil edir. Zirehli maşının ballistik müdafiəsi STANAG Level 2, mina və əldəqayırma partlayıcı maddələrə qarşı qoruması isə STANAG Level 2A/2B (8 kq TNT) cavab verir. Maşının korpusu heyəti yanlarda kiçik çaplı atıcı silahların güllələrindən və artilleriya mərmilərinin qəlpələrindən mühafizə edir. “Didgori-3” “Flir Systems” şirkətinin termal kameraları və GPS naviqasiya sistemi və məsafədən idarə edilən döyüş modulu ilə təchiz olunub. Kamera görüntüləri sürücü, komandir və döyüş modulunu idarə edən atıcının önündəki ekranlara ötürülür. Döyüş moduluna 1 ədəd 12.7x108 mm NSV və bir ədəd 7.62x54 mm PK pulemyotu daxildir. 2013-cü ildə təqdim olunmuş “Lazika” adlı piyada döyüş maşını modulyar unikal monokok gövdəyə əsaslanır. Maşının gövdəsi yanlardan heyəti güllələrə qarşı qorumasını təmin edir. Şəhər şəraitində döyüşlər üçün nəzərdə tutulan “Lazika”nın balistik qoruması STANAG 4569 Level 4 səviyyəsinə uyğun olmaqla yanaşı, alt hissədə minalara qarşı qorumanı da təmin etmək imkanları var. Bunun üçün “Lazika”nın döşəməsinə əlavə zireh dəsti yerləşdirilir. PDM-in salonu genişləndirilib, partlayış şokunu udan oturacaqlar və təhlükəsizlik kəmərləri ilə təchiz olunub. “Lazika”nın baza modelinin silahlanmasına maşının daxilindən idarə edilən döyüş modulu daxildir. Bu döyüş modulunun
üzərində gündüz və gecəgörmə kamerası, FLİR kamera, 23 mm-lik 2A14 topu (döyüş ehtiyatı 100 mərmi), PKT pulemyotu (döyüş ehtiyatı 500 patron) və tüstü qumbaraları yer alır. Əməliyyat ehtiyacına uyğun olaraq “Lazika”nı tank əleyhinə özüyeriyən kompleksə, habelə reaktiv yaylım atəş maşınına çevirmək mümkündür. “Lazika”nın uzunluğu 6130 mm, eni 3068 mm, hündürlüyü 2918 mm, döyüş çəkisi 14850 kiloqramdır. Üç heyətə malik maşının desant bölməsində tam təchizatlı 7 əsgər yerləşə bilir. 400 at gücündə, 6 silindrli V formalı mühərriklə təchiz olunmuş “Lazika” 70 km/saat sürət yığmağı bacarır və döyüş ehtiyatı ilə 450 km məsafə qət edir. “STC Delta” yeni maşınların istehsalı ilə yanaşı, BRDM-2 kəşfiyyat-dozor maşınlarının modernizasiyası ilə bağlı layihə də həyata keçirir. Hərbi müəssisənin layihəsi əsasında BRDM-2 distans döyüş modulu ilə təchiz edilib. Maşının xarici dizaynında müəyyən dəyişikliklər aparılıb, mühərrik gücləndirilib. Aparılmış modernizasiya nəticəsində BRDM-2 maşını 160 at gücündə yeni mühərriklə (baza versiyada 140 at gücündə) təchiz olunub. Nəqliyyat vasitəsinin ön və arxa hissələrdə qurulmuş gecə-gündüz kameralarından alınan görüntü sürücü-mexanik və atıcının önündəki monitora ötürülür. Bundan başqa maşının sağ və sol künclərində görmə imkanını artırmaq üçün pəncərələr açılıb. Burun hissədə isə məftil maneələri kəsmək üçün iki cüt qatlanan bıçaq yerləşdirilib. Heyət maşına sağ və sol yanlardakı qapılardan daxil olur. Gürcüstan BRDM-2 modernizasiya layihəsində əsas diqqət çəkən dəyişikliklərdən biri də maşının döyüş moduludur. Məsafədən idarə edilən döyüş moduluna bir ədəd 23 mm çaplı 2A14 topu və bir ədəd 7.62 mm çaplı ПКТ pulemyotu və optik nişangah daxildir. Döyüş maşınının sağ və sol yanlarında 4 ədəd tüstü qumbarası quraşdırılıb. Modulun döyüş ehtiyatı 23 mm-lik top üçün 100, 7.62
mm-lik pulemyot üçünsə 500 patrondur. Topun və pulemyotun sursatla qidalanması bayırdan həyata keçirilir. “STC Delta”nın yeni layihələri sırasında Avstriyanın “Rosenbauer” şirkəti ilə birlikdə layihələndirilmiş yeni yanğınsöndürən maşını gös tərmək olar. 2019-cu ildə Gürcüstanın Fövqəladə Hallar İdarəsinin istifadəsinə ve rilə cək bu maşınların keçirilən sınaqlarda yüksək qiymət ləndirildiyi bildirilir. Yeni maşınlar Gürcüstanın yanğınsöndürmə briqa dalarının istifadəsində olan köhnə sovet avtomobillərini əvəz edəcək. İstehsalçılar mediaya açıqlamalarında Gürcüstanda istehsal olunan yanğından mühafizə vasitəsinin çoxfunksiyalı və yüksək keçicilik qabiliyyətinə sahib olduğunu qeyd edirlər. PUAlar 2008-ci il avqust müharibəsindən sonra Gürcüstan Silahlı Qüvvələrinin texnika itkisinin yerini doldurmaq məqsədi ilə “STC Delta” Estoniyanın “ELİ Military” şirkəti ilə müştərək “Swan II” PUA-ların istehsalına başlayıb. Uçuş aparatı və yer idarə stansiyasından ibarət olan bu PUA havaya katapult vasitəsi ilə atılır. Enmə zamanı paraşütdən istifadə olunur. “Swan II”nin gövdəsi kompozit materiallardan hazırlanıb və iki uçuş rejimi mövcuddur. Kəşfiyyat optikası burun hissədə yerləşir ki, bura foto və videokamera daxildir. “Swan II” havada 8 saat yarım qalır. 1960 mm boyunda PUA-nın çəkisi 12 kq, maksimum sürəti 160 km/saat, döyüş radiusu 150 km, əməliyyat yüksəkliyi 3000 metr təşkil edir. 2015-ci ilin iyun ayında isə “STC Delta” özünün çoxfunksiyalı pilotsuz helikopterini sərgiləyib. Baza versiyası 2 ədəd M-134 “Minigun” 6 lüləli pulemyotla və hər birində 4 ədəd idarə olunmayan raket yerləşən 2 raket bloku ilə silahlandırılmış insansız helikopter burun hissədə elektooptik yükə malikdir. “Rotorway” şirkətinin istehsalı olan EXEC 162F tipli helikopterin bazasında yaradılmış bu PUA həm quru, həm də dəniz əməliyyatlarında istifadə üçün nəzərdə tutulub. Uzunluğu 6.71 metr, rotorunun diametri 7.62 metr, çəkisi 442 kq təşkil edən helikopter PUA 150 at gücündə bir ədəd “Rotorway RI-162F” mühərrikinə sahibdir. Maksimum 185 km/saat sürət (əməliyyat sürəti 152 km/saat) yığa bilən PUA 3050 metr yüksəkliyə qalxa və havada 2 saat qala bilir. AD
41
НELİKOPTER MÜHAFİZƏ SİSTEMLƏRİ ?Vüqar Miraslanov Müasir döyüş əməliyyatlarının əvəzedilməz elementlərindən biri onun havadan təminatıdır. Bunlara havadesant əməliyyatları, döyüş mey danının hava məkanının düşmən hava qüvvələrindən təcrid olunması, kəşfiy yat uçuşları, təxliyyəxilasedici uçuş lar, hücumbombardmançı uçuşları, düşmənin hava hücumundan müdafiə sisteminin qət edilməsi üçün uçuş əmə liyyatları, təchizat əməliyyatları daxil dir. Demək olar ki, bütün göstərilən əməliyyatlarda təyyarələrlə yanaşı he likopterlər də aktiv iştirak edirlər. Əməliyyat meydanı dağlıq ərazidə yer ləşərsə, helikopterlərin tətbiqi daha da zəruriləşir. Çünki helikopterin hazır lıqsız meydançalara qalxıbenə bilmə si, hər üç müstəvidə, demək olar ki, ətalətsiz manevr qabiliyyəti onu dağ şəraitində əvəzedilməz hava döyüş nəqliyyat platforması edir. Bu səbəb dən, müdafiə olunan tərəf hücum edən tərəfin helikopterlərinin uçuşlarına hər vəchlə mane olmaq üçün müxtəlif taktiki tədbirlər planı həyata keçirir lər. Hücum edən tərəf də öz növbəsin də, müdafiə olunan tərəfin uçuş vasi tələrini məhv etməyə, birbaşa məhv edə bilməsə də, əməliyyat planını poz mağa çalışır.
42 www.azeridefence.com
Helikopterlərin maksimal uçuş hündürlükləri (dinamik tavan) təxminən 4000 metrə yaxın olsa da, onlar yüklə bu hündürlüyün yarısında uçurlar. Dağlıq ərazilərdə bu hündürlük bəzən dağ silsilələrinin zirvələrini qət etməyə imkan vermir və məcburən dağ dərələri ilə uçuşlar etməli olur. Bu səbəbdən helikopterlər radiolokasiya siqnalları ilə hədəfi aşkarlayaraq, ona radio komandaları ilə idarə olunan raketləri yönəldən zenit raket sistemlərindən daha çox, daşınan Zenit Raket Qurğularından hücumlara məruz qalırlar. Bu qurğuların atəş aça bildiyi maksimal hündürlük 3500 metrdən 5000 metrə qədər olduğundan əsas hədəfləri də məhz helikopterlərdir. İlk daşınan tipli zenit raket qurğularının raketləri infraqırmızı şüalara həssas olan optik-elektron başlıqlarla təhciz olunurdu. Onların elekrooptik həssas müstəviləri uçuş vasitələrinin istilik mənbələrini aşkarlayıb (detektə edib) müxtəlif elektromexanik qurğuların köməyi ilə elə döndərilir ki, bu həssas müstəvi həmişə istilik mənbəyinin ən intensiv nöqtəsinə yönəlsin. Bu yönəltmə üçün istifadə olunan siqnallar güc lən dirilərək raketin sükanlarına verilir ki, onlar da raketi şəffaf örtük altında yerləşmiş elektrooptik başlığının döndüyü istiqamətə döndərirlər. Bu da raketin pilotlu uçuş vasitəsini izləyərək sürətlə ona yaxınlaşmasını,
birbaşa zərbə endirməsini təmin edirdi. Əgər döyüş təyyarələri mühərriklərini forsaj rejiminə keçirərək kəskin manevrlə və yüksək sürətlə təxminən 400 metr/saniyə (1440 km/saat) sürəti olan raketdən yayınmaq şansı var idisə, maksimal sürəti 300 km/saat olan helikopterlərin bu raketlərdən yayınma şansı sıfıra bərabər idi. Helikopterlərlə yanaşı 1970–1980-ci illərdə tam ayrı sinif olan hücum-bombardmançı təyyarələri də mühafizə etmək lazım idi. Bu təyyarələr təxminən helikopterlərlə eyni hündürlükdə uçaraq bir başa cəbhə xəttində düşmənin ön döyüş səflərinə hücum edirdilər. Son 25 ildə SSRİ-nin süqutu, İraq, Liviya və Suriya ordusunun silah anbarlarının qarət olunması nəticəsində dünyanın müxtəlif cinayətkar və terrorçu qruplarının əlinə böyük miqdarda daşınan zenit raket qurğuları keçib. Terrorçuların bu silahları mülki təyyarələrə qarşı da tətbiq etməkdən heç bir mənəvi çətinlikləri yoxdur. Bunu nəzərə alaraq, nəinki heli kopterləri və döyüş təyyarələrini, hətta sərnişin təyyarələrini də daşınan zenitraket komplekslərindən (DZRK) müdafiə üçün müxtəlif taktiki tədbirlər toplumu və bu taktikalara uyğun sistemlər yaradılmağa başlandı. Ən birinci helikopter mühafizə sistemi uçuş aparatının gövdəsində yerləşdirilmiş yüksək enerjili yayındırıcı fişəng-hədəflər atan qurğular oldu.
Bu qurğuların iş prinsipləri müəyyən qədər sadə idi. Helikopterə infraqırmızı süaya həssas DZRK raketinin buraxılışı vizual və ya texniki qurğular vasitəsilə müəyyən edildikdə bu yüksək enerjili fişəngləri həmin istiqamətə atırdılar. Raketin infraqırmızı şüaya həssas elektrooptik başlığı helikopterin mühərrikindən çıxan temperaturu 500–900 К qazların, uzunluğu 4–5 mikrometr olan infraqırmızı dalğalarla temperaturu təxminən 2000 K, süalandırdığı ifraqırmızı dalğasının uzunluğu 1,5-2 mikrometr olan aldadıcı fişənglərin imzasını bir-birindən ayıra bilməyərək, onların daha intensiv və kontrastlı olanını müşayiətə götürürdü. Bu isə helikopterin xilası demək idi. Bundan əlavə, helikopterlərdə istifadə olunan qaz-turbin mühərriklərinin işlənmiş qazlarının kənara atılma sürəti təyyarələrdə istifadə olunan turboreaktiv mühərriklərdən dəfələrlə az olduğundan onlarda atılan qazları soyuq hava ilə qarışdıran, müxtəlif ölkələrdə emulyator, ejektor ixracı sistemi adlandırılan sistemlərin tətbiq olunmasına imkanlar vardır. Bu mexaniki sistemlər işlənmiş qazların qarşısında müəyyən maneə yaradıb, onları bortdan kənar soyuq atmosfer havası ilə qataraq istilik mübadiləsi yaradır, yanma məhsullarının temperaturunu aşağı salır. Aşağı temperaturlu qazların şüalandırdığı infraqırmızı dalğaların uzunluğu da temperatura müvafiq kəskin artdığından, dar buraxılış spektri olan köhnə DZRKlərin infraqırmızı həssas elementlərinin (detektorlarının) belə hədəfi ayırd edib, müşayiətə götürə bilməsi dəfələrlə çətinləşirdi. Belə DZRK-lər SSRİ istehsalı olan “Strela-1” və ABŞ istehsalı olan FİM43 “Redeye” idi. Bu qorunma sistemlərinin tətbiq taktikası işlənilib təkmilləşənə qədər təyyarələr və helikopterlər DZRK-lərdən böyük itkilərə məruz qaldılar. Lakin “mərminin və zirehin yarışması" heç vaxt dayanmır. Artıq müasir, üçüncü nəsil DZRK-lərdə mühərrik qazlarının infraqırmızı spektrini aldadıcı fişənglərin alışmasından yaranan infraqırmızı dalğa spektrindən ayıran ikikanallı çoxnöqtəli infraqırmızı matrisa, gecəgörmə cihazının matrisası və hədəfin ultrabənövşəyi imzasını (unikal imzasını) qeydə alıb onu izləyən matrisa ilə kompleks şəkildə təmin olur. Artıq pilotlu uçuş vasitələrini asanlıqla, imkanları müdhiş artmış bu silah növündən qorumaq asan vasitələrlə mümkün deyil. Bu məqsədlə kompleks şəklində layihələndirilmiş bort sistemləri
“PrezidentS” özünü mühafizə kompleksinin elementləri və Rusiya Silahlı Qüvvələrinə məxsus, “PrezidentS” kompleksi ilə təchiz edilmiş Mi171 helikopteri.
bir tələb olaraq meydana çıxır. Hazırda belə sistemlər ABŞ, Rusiya, İsrail, Danimarka, İsveç, Böyük Britaniya, Almaniya, İspaniya, Kanada, Ukrayna, Türkiyə və sair ölkələrin müəssisələri tərəfindən istehsal olunmaqdadır. Əvvəllər Rusiya və Ukrayna sistemlərinin istehsalçıları bir-biri ilə kooperasiya şəraitində işləsələr də, Krım və Donbass münaqişəsindən sonra bu ölkələr müstəqil fəaliyyətə üstünlük verirlər. İsrail dövləti üçün qərb silah sənayesində məxfilik problemi olmadığından onlar qərbin silah konsernlərinin komponentlərindən öz istehsalları olan sistemlər üçün yararlana bilirlər. Bu yazımızda helikopter mühafizə sistemlərinin bəzilərinə geniş nəzər salacağıq. Hələlik bu sistemlərin iş prinsipinin nədən ibarət olduğunu aydınlaşdıraq. Müasir hərbi helikopterlər əsasən aşağıdakı sistemlərlə təhciz olunurlar: • Radiolokator şüalanmasını aşkarlayıb, onun istiqaməti haqqında xəbərdarlıq edən sistem; • Uçan aparata atılmış raketlərin yaxınlaşmasını, istiqamətini və məsafəsini müəyyən edib göstərən sistem; • Uçan aparata yönəldilmiş lazer
şüalanmasını müəyyən edib istiqamətini göstərən sistem; • Radioelektron sistemləri boğaraq onların şüalandırıcılarını kor edə bilən vasitələrin atılmasını təmin edən sistemlər. Sonuncular infraqırmızı fişənglərin və radiotezlikli dipol əksetdiricilərin atılmasını təmin edən, infraqırmızı diapazondakı siqnalları boğan yönəldilmiş və ya döndərilə bilən qurğulardır. Müasir beşinci nəsil döyüş təyyarələri bu tipli sistemlərdən əlavə, radiolokator başlığı ilə yönəldilən böyük zenit raketlərinin başlığının tezliyini imitasiya edərək onu boğmaq və ya səhv istiqamətə yönəldən sistemlər; radio komandaları ilə idarə olunan zenit raketləri radiokomanda kanalının boğulmasını təmin edən sistemlərlə təchiz olunur. Müasir döyüş təyyarələrində bunlar ştat sistemi olmasa da, asma konteynerlərlə təyyarənin döyüş idarəetmə sisteminə kommutasiya oluna bilir. Helikopterlər düşmənin hava hücumundan müdafiə sisteminin
43
yarılmasında köməkçi rol oynadığından, radiokomandalarla idarə olunan uzaqvuran zenit sistemlərinə qarşı komponentlərlə təchiz olunmurlar. Lakin o komponentlərin helikopterlərdə tətbiqi üçün texniki maneələr yoxdur. Hər şey istifadəçinin döyüş konsepsiyasından və operativ tələbatından asılıdır. Helikopterlərdə tətbiq olunan döyüş sistemlərinin mürəkkəbliyi və bahalığı müxtəlif döyüş tapşırıqlarından asılı olaraq, bu sistemlərin ayrı-ayrı komponentlərinin modul şəklində tətbiqi üçün mümkün olan şəkildə hazırlanmasıdır. Xüsusi təyinatlı və hücum helikopterlərinin düşmənlə ilk təmasda olması tələb olunduğundan onlar sadalanan mühafizə sistemlərinin çoxu və ya hamısı ilə təchiz olunurlar. Təxliyyə və təchizat helikopterləri əsasən cəbhə xətti üzərindən “ikinci dalğa” rejimində uçduğundan onların təchizatı müəyyən qədər zəif olur. Ümumiyyətlə, hərbi helikopterlərdə DAS (defensive aids suite) şərti adı almış “müdafiə vasitələri toplusu” kimi tərcümə olunan inteqrallaşdırılmış, aşkaredici və icraedici alt sistemlərin koordinasiya olunması bir mərkəzi kompüterlə optimal idarə olunan sistemlərin quraşdırılması uzun təkamül dövrü keçib. Bu uçuş vasitələrinin istismarçıları ayrılıqda idarə olunan, tam inteqrallaşmamış alt sistemlərdən bu sis-
temlərə keçməyə tələsməyiblər. Baxmayaraq ki, helikopterlərin tam inteqrallaşdırılmış DAS sistemləri uçuş vasitəsinin yüksək səviyyədə müdafiəsini təmin edirlər, lakin qeyd etdiyimiz kimi, bu mühafizə çox baha başa gəlir. Ordu tədarükçüləri xərclərin azaldılması yollarını axtarır ki, buna da “müdafiə vasitələri toplusu”nun müxtəlif alt sistemlərinin standartlaşdırılması, açıq arxitekturalı layihələndirməsi yolu ilə nail oluna bilər. Operativ tələbatdan asılı olaraq, ümumi sistemin məhdud saylı kompo nent lə ri ni bort da qu raş dır maq mümkündür. Bu halda alt sistemlərin ayrı-ayrı komponentlərini bir döyüş tapşırığını yerinə yetirən helikopterlər arasında bölüşdürməklə uçuş dəstəsinin (manqasının) müdafiə taktikasını daha dolğun təmin etmək olar. Bəzən bu alt sistemləri müxtəlif vəzifə yerinə yetirən, bir uçuş dəstəsinə daxil olmayan helikopterlər arasında hər birinə özünə zə ru ri olan kom po nen ti ver mək lə bölmək olur ki, bu da eyni material vəsaitlə daha çox helikopterin müdafiəsinə imkan verir. “Müdafiə vasitələri toplusu”nun öz funksiyasını yerinə yetirə bilməsi üçün əsas texnologiyalar, “bortdan yönəldiləbilən infraqırmızı əks-təsir vasitələri” (DİRCM) ilə düşmən atəşinin dəqiq parametrlərini müəyyənləşdirən indika-
torların (HFİ) mütəşəkkil, real inteqrasiyasını yarada bilən texnologiyalardır. Adından göründüyü kimi, “bortdan yönəldiləbilən infraqırmızı əks-təsir vasitələri” helikopterin aktiv müdafiə vasitələrinin bir hissəsi olaraq, infraqırmızı başlıqlı raketlərin həssas detektorlarının kor edilməsinə və ya həmin başlıqların qapalı komanda alqoritmini pozmaqla raketin istiqamətini helikopterdən yayındırmağa xidmət edir. Onların tərkibinə hədəfi aşkar edib müşayiətə götürən sensorla inteqrallaşdırılmış, təhlükəni müəyyən edib xəbərdarlıq edən texniki vasitə və infraqırmızı əks-təsir mənbəyi daxildir. Birinci nəsil DİRCM infraqırmızı əks-təsir mənbəyi müxtəlif yüksək közərmə temperaturlu lampalardan ibarət olduğu halda, müasir sistemlərin, demək olar ki, hamısında onları lazer mənbələri əvəz edir. Bortdan yönəldilən infraqırmızı əkstəsir vasitələri əvvəlki maqnezium-teflon-viton, pirofor tipli (havada özü alışan), kinematik (uçan platformanın hərəkət istiqamətinə rəğmən) və iki diapazonlu aldadıcı infraqırmızı fişənglərlə nisbətdə bir çox üstünlüklərə malikdirlər: • Onların bortda döyüş ehtiyatı məhdud deyil. • Atmosferdə meteoroloji şəraitdən heç bir asılılıqları yoxdur. • Təhdidlərə reaksiyaları çox yüksəkdir. • Bəzi zenit-raket komplekslərinin infraqırmızı şüalarla verilən komandalar vasitəsilə idarə olunan raketlərinə qarşı əks-təsir imkanları vardır. Dünyanın bir çox ölkələrində birbaşa döyüş meydanının səmasını qoruyan kiçikmənzilli mobil zenit-raket kompleksləri bu tipli komanda idarəetmə sistemlərindən istifadə edir ki, bu da DİRCM vasitələrini nəinki daşınan zenit raket qurğularından müdafiə üçün, həm də daha ağır ZRK-lərdən müdafiə üçün tam yararlı edir. Hərbyönlü mətbuatın məlumatlarına görə, DİRCM-lə təhciz olunmuş ABŞ ordusunun CH-47 “Chinook” helikopteri çox mürəkkəb sayılan atəş təsirindən zədəsiz xilas ola bilmişdir. Qeyd edək ki, “mürəkkəb atəş təsiri” bir neçə istiqamətdən həm infraqırmızı başlıqlı, həm də infraqırmızı idarə komandası ilə yönəldilən raketlərlə müşayiətə götürülüb, çarpaz atəşə məruz qalmaq deməkdir. İsveçin SAAB şirkətinin IDAS helikopter özünü mühafizə sisteminin komponentləri. Foto: SAAB
44 www.azeridefence.com
Helikopterlər üçün ilk DİRCM “Selex” və “Northrop Grumman” şirkətləri tərəfindən yaradılmış AN/AAQ-24(V) və “BAE Systems” tərəfindən yaradılmış, infra qırmızı şüalandırma əsasında qurulmuş təkmilləşdirilmiş raket əleyhinə ATİRCM (yüksək təhlükəyə qarşı bortdan yönəldilən infraqırmızı əks-təsir vasitəsi) sistemləri idi ki, bunlar da müvafiq olaraq Britaniyanın “Merlin HC.3” və ABŞ-ın CH/MN-47 helikopterlərində quraşdırılıb. Həmin sistemlərdən sonra silah bazarına İsrail istehsallı iki sistem çıxarıldı. Bunlar “Elbit Systems” şirkətinin istehsalı olan lazer əsasında qurulmuş optik arxitektura ilə kommutasiya olunan MUSİC və “Rafael Advansed Defense Systems” şirkətinin istehsalı “Helistar” sistemi idi ki, bu sistemdə “Airbus” (keçmiş “Cassidian Electronics”) şirkətinin istehsalı olan AN/AAR-60 raket atəşindən xəbərdarlıq kontrolleri və “Rafael” şirkətinin istehsalı olan közərmə lampalı DİRCM Jam-Air birləşdirilərək kommutasiya edilmişdi. Əlbəttə, bu sistemlərin yaradılmasında qərb şirkətlərinin İsrailə texniki yardımı danılmazdır və bu barədə mətbuatda açıqlamalar olub. “Elbit Systems” şirkəti 2015-ci ilin yanvar ayında adı açıqlanmayan bir Asiya dövləti ilə S-70 “Blackhawk” helikopterlərinə “Mini MUSIC” sistemlərinin qurulmasına dair ilk beynəlxalq ixracat müqavilə imzalayıb. Bu sistemlərin bazarında Rusiya istehsalı olan “Vitebsk” sistemi də var ki, onun ixracat üçün kommersiya adı “Prezident-S” qəbul edilib. Bu sistemin də iş prinsipi yuxarıda göstərilən sistemlərə çox yaxındır. Lakin Rusiya mətbuatında bu sistemin bortdan yönəldilə bilən infraqırmızı əks-təsir vasitəsində olan infraqırmızı şüa mənbəyi haqqında bir məlumat yoxdur. Onun lazer, ksenon və ya hallogen mənşəli şüalandırıcı olduğu dəqiq göstərilmir. Bu sistemin rəqəmli inteqrallaşmasının hansı səviyyədə olması yox, heç onun olub-olmaması haqqında da bir məlumat yoxdur. Əgər bu sistem analoji olaraq qərb sistemləri prinsipi ilə qurulmuşdursa da, Rusiya elektron sənayesinin element bazasının zəifliyi onun ümumi texniki göstəricilərinin qərb analoqları ilə müqayisədə nisbətən aşağı olduğunu güman etməyə imkan verir. Sistemin çəkisindən başlayaraq onun funksionallığı və həssaslığına qədər. Qeyd edək ki, L370 “Vitebsk” kompleksinin ixrac versiyası olan “Prezi-
dent-S” bort müdafiə kompleksinin yaradılmasında “Ekran” Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi altında “Reagent” Elmi-Texniki Mərkəzi və “Zenit” Konstruktor Bürosu və “Elins” Elmi-Texniki Mərkəzi məşğul olub. Kompleksin ilk prototipi 2010-cu ilin iyun ayında Parisdə “Eurosatory” sərgisində təqdim edilib və sənaye istehsalına 5 il sonra 2015-ci ilin iyun ayında başlanılıb. 2015-ci ildən etibarən Rusiya prezidentinin təyyarəsinə, habelə Rusiya HHQ-nin İl-76 təyyarəsinə, Mi-8AMTŞ, Mi-28, Mi-26, Ka-52 helikopterlərinə “Prezident-S”
komplekslərinin inteqrasiyası həyata keçirilib. 2018-ci ilin mart ayında Rusiya Müdafiə Nazirliyinin yaydığı xəbərdə Suriyada uçuşlar zamanı “Prezident-S” kompleksindən istifadə edildiyi və kompleksin tətbiqi nəticəsində tipi açıqlanmayan (bəzi qaynaqlarda bunun Mi-17 helikopteri olduğu bildirilir) uçuş aparatının xilas olduğu qeyd edilib. “Prezident-S” kompleksinin ilk istifadəçisi Misir Hərbi Hava Qüvvələridir. Misir ilk olaraq 2017-ci ildə Mi-17V5 helikopterlərinə quraşdırılmaq üçün 28 dəst “Prezident-S” kompleksi sifariş verib. 2018ci ilin avqust ayında isə Misir və Rusiyanın müvafiq təşkilatları arasında daha 30 kompleksin satın alınmasına dair müqavilə imzalanıb. İstehsalçı KRET şirkətinin baş direktoru Nikolay Kolesovun verdiyi məlumata görə, “Prezident-S” kompleksinin Əlcəzair, Hindistan və Belarusa ixracına dair müqavilələr imzalanıb. Müqaviləyə uyğun olaraq 3 il ərzində Belarusa 12, Hindistana 5 kompleks ixrac olunmalıdır. Əlcəzairin sifarişinin həcmi isə açıqlanmayıb. Ukraynanın ADROS müdafiə sistemi “Adron” Elmi Sənaye Şirkəti tərəfindən layihələndirilib və “Proqres” Elmi Sənaye Birliyi tərəfindən istehsal
olunub. Rusiya və Ukraynada istehsal olunan hərbi əhəmiyyətli məmulatların ətrafında bəzən çox lüzumsuz məxfilik pərdəsi olduğundan, bu ölkələrin istehsal etdiyi müvafiq sistemlər haqqında xüsusi hərbi mətbuatda da dəqiq məlumat almaq mümkün deyildir. İstehsalçının reklam xarakterli məlumatlarını analiz edərkən belə nəticəyə gəlmək olar ki, ADROS-u təşkil edən qurğuların iş prinsipi dünyanın başqa ölkələrində istehsal olunan sistemlərin ayrı-ayrı qurğularının iş prinsipi kimidir. Lakin o biri sistemlərdən bir neçə prinsipial fərqlər də var. Bu sistem üçün raket atəşindən xəbərdarlıq edən aşkarlama qurğusu tələb olunmur. Çox ehtimal ki, belə qurğu sistemin ştat siyahısında olan qurğular və altsistem toplumuna daxil deyildir. Bu da onu göstərir ki, yuxarıda haqqında danışdığımız kompüter inteqrallaşmasından söhbət belə gedə bilməz. Belə qənaətə gəlmək olar ki, helikopterin döyüş heyəti təhlükəli zonaya girdikdə bu sistemin СОЭП – «Адрос» КТ-01АВЭ yönəldiləbilən infraqırmızı əks-təsir vasitəsini fasiləsiz iş rejiminə qoşurlar. Həmin alt sistemin konstruksiyasından görünür ki, infraqırmızı şüaların fasiləsiz ötürülmə sektoru horizontal (azimutal) müstəvidə 360°, şaquli (yer bucağı) müstəvidə isə təxminən 140–150° təşkil edir. Bu da helikopterə müxtəlif rakurslardan yönəldilmiş infraqırmızı şüalarla idarə olunan bütün hücum vasitələrinə təsir göstərmək imkanı verir. Ehtimal ki, sezium lampasından ibarət infraqırmızı Yuxarıda: “Adron” şirkətinin elektrooptik maneə stansiyası. Aşağıda: “Elbit Systems” şirkətinin istehsalı olan MUSİC maneəqoyma kompleksi. Foto: İnternet
45
ASELSAN şirkəti tərəfindən S70 helikopterinə inteqrasiya edilmiş HEHSİS he likopter özünü qoruma sistemi və onun komponentləri. Foto: SSB
şüa mənbəyinin şüalandırdığı dalğa uzunluğu spektri çox genişdir. Təxminən 1,8 mikrometrdən 5,4 mikrometrə qədər olur ki, bu da çoxnöqtəli və ikikanallı infraqırmızı başlıqların bütün kanallarını əhatə edir. Bundan əlavə, sistemə daxil olan elektron qurğu müəyyən alqoritmlər ardıcıllığı ilə bu infraqırmızı şüa mənbəyini amplitud-faza, tezlik-faza, zaman-impuls modulyasiyasını həyata keçirərək ona yönəldilmiş bu tipli modullaşmış infraqırmızı şüalarla idarə olunan raketlərin idarəsini pozur. İdarəsi pozulan raketlər əsasən özünüməhv rejiminə keçərək məhv olur. Sistemin aldadıcı infraqırmızı fişənglər buraxan КУВ-26-50 cihazının işə düşməsi prinsipi haqqında bir məlumat yoxdur. Ehtimal olunur ki, əgər helikopterin özünün raket hücumundan xəbərdarlıq sistemi yoxdursa, döyüş heyəti raketin atıldığını vizual müşahidə etdikdən sonra bu atəş sistemini işə salırlar. Sadə və primitiv görünən bu sistemin üstün cəhətləri də az deyil. İlk üstün cəhəti onun başqa sistemlərdən nisbətən ucuzluğudur. Mediada bir kompleksin qiyməti 227 min dollar göstərilir. Buna baxmayaraq, bütün spektrlərdə işləyən hücum vasitələrinin həssas elementlərinə və idarəetmə qəbuledicilərinə müəyyən bir takt tezliyi ilə impuls gücü 4 kilovatt olan əks infraqırmızı şüa yönəldərək onları tam boğma imkanı var. İnfraqırmızı fişənglərlə atəş qurğusu və mühərrikin yanma məhsullarının temperaturunu
46 www.azeridefence.com
ekranlayan qurğu ilə birlikdə kompleks şəkildə helikopteri qorumaq imkanı böyükdür. Lakin infraqırmızı şüanın əks-təsir mənbəyini birbaşa təhlükə sektoruna döndərə bilməməsi bu sistemin şüalanma enerjisinin böyük bir hissəsinin səmərəsiz sərf olunmasına gətirir. Əlbəttə, helikopterin bortundan cəmi 300 vatt enerjı sərf edən qurğu üçün bu, kritik deyil. Lakin bütün rakurslara özü infraqırmızı şüalar göndərən helikopter gözlənilməzlik faktorunu itirə bilər və pusqu döyüşlərinin planlaşdırılması üçün çətinlik yaradar. Müəyyən tezliklə fırlanan platformada yerləşmiş infraqırmızı lampa hücum vasitəsinə fasiləsiz olaraq əkstəsir edə bilməyəcək ki, bu da onun effektivliyini birbaşa hücum vasitəsinin yerləşdiyi dar sektora yönəldilə bilən sistemlərlə müqayisədə, müəyyən şərtlər daxilində azalda bilər. Bu sistemlər işləyərkən helikopter manqasının özünün infraqırmızı başlıqlı və ya idarəetməli hücum vasitələrinə maneələr yarada bilər. Digər NATO ölkələrinin qurduğu sistemlər haqqında yazmağa elə bir böyük ehtiyac görmürük. Çünki onlar hamısı yuxarıda çəkdiyimiz hərbi elektronika istehsalçılarının hazır alt sistemlərindən istifadə edirlər. Türkiyənin ASELSAN şirkəti tərəfindən də bu sahədə müəyyən işlər görülür. Belə ki, bu şirkətin özünün layihələndirib hazırladığı Helikopter Elektron Mübarizə və Özünü Qoruma Sistemi (Helikopter Elektronik Harp Kendini Koruma Sistemi – HEHSİS) də dünyada bu sahədə yaradılan son nümunələrdən biri kimi maraq doğurur. Sabit qanadlı uçan platformalara (təyyarələrə) də tətbiq edilə bilən bu rəqəmli
arxitektura əsasında inteqrallaşdırılmış özünüqoruma sistemi digər qərb şirkətlərinin müasir eyni tipli sistemlərinin vəzifələrini yerinə yetirməyi bacarır. HEHSİS-ə mərkəzi idarəetmə kompüteri ətrafında aşağıdakı sistemlər inteqrasiya olunub: – Bortun nəzarət və raket yönəldici radarla şüalanmasını müəyyən edən alt sistem (RWR); – Borta atılmış raketi təsbit edib xəbərdarlıq edən sistem (MWS); – Bortun lazerlə şüalanmasını təsbit edib xəbərdarlıq edən sistem (LWR); – Radarlara qarşı radioelektron mübarizə sistemi (RFJ); – Bortdan təhlükə istiqamətinə yönəldilə bilən infraqırmızı yüksək enerjili əks-təsir mənbəyini, yüksək enerjili atılan infraqırmızı fişəngləri və dipol əksetdiricilərinin atılmasını özündə cəmləyən CMDS alt sistemi. Bütün bu sistemlər uçuş heyətinə müxtəlif yönümlü təhlükələr yaran mazdan əvvəl, düşmənin onları təsbit etməyə çalışdığı zaman xəbərdarlıq edir. Bu da düşmənin silah tətbiqinə qədər döyüş heyətinin manevr və ya əks-təsir növlərini daha əsaslı seçməsinə imkan yaradır. Rəqəmli platformada inteqrallaşdırılmış sistem müxtəlif intensivli təhlükə rejimlərindən asılı olaraq, döyüş heyətinin müəyyən etdiyi formada, tam avtomatik və yarımavtomatik (təhlükələrin xarakterini və mənbəyini heyətə səs və indikasiya rejimində çatdırmaqla qərar tələb etmək) işləyə bilərlər. HEHSİS uçan aparatın döyüşnaviqasiya və uçuş parametrlərini qeydiyyata alıb yaddaşa yazan sistemə kommutasiya olunur və uçuş zamanı təhdidləri də bütün parametrləri ilə qeydə alır. Bu isə keyfiyyətli döyüş planlaşmasına nail olmağa imkan verir. Sistem açıq arxitekturada layihələndirilib konstruksiya edildiyindən, onun ayrı-ayrı alt sistemlərini müxtəlif konfiqurasiyalarda bortda quraşdırıb tətbiq etmək olar. Bunun üçün proqram təminatında və sistemin iş prinsipində heç bir dəyişiklik tələb olunmur. Türkiyə Silahlı Qüvvələrinin inventarındakı helikopterlər, o cümlədən T-129 ATAK helikopterində tətbiq edilən HEHSİS-in ilk ixracı 2013-cü ildə Çiliyə gerçəkləşdirilib. ASELSAN şirkətinin Çili Müdafiə Nazirliyi ilə imzaladığı müqavilə əsasında sifraişçinin silahlanmasında mövcud olan AS532 “Cougar” və “Super Puma” helikopterlərində HEHSİS sistemi qurulub.
Gələcəyə nəzər salsaq, görərik ki, ABŞ ordusunun “Müştərək infraqırmızı əks-təsir vasitələri” CİRCM (Common lnfrared Countermeasures) proqramı çox perspektiv və universaldır. Sistemə qoyulan tələblər onun daha ucuz və yüngül olmasıdır. Bununla da onu bütün ABŞ helikopterlərində, layihələndirilən perspektiv kəşfiyyat helikopterində də quraşdırmaq mümkün olacaq. Belə ki, ikiqülləli B-kit adlanan qurğunun çəkisinin 38,5 kiloqram, birqülləli A-kit tipli qurğunun çəkisinin 15,9–31,8 kiloqram olması nəzərdə tutulur. Bu qurğu, yəni CİRCM, mövcud ümumi raket atəşindən xəbərdarlıq sistemi AN-AAR-57(V) ilə gələcəkdə Hərbi Dəniz Qüvvələrinin birləşmiş təhlükələr haqqında məlumat sistemi JATAS (Joint and Allied Threat Awareness System) ilə uzlaşma imkanına malikdir. Bu layihədə “BAE Systems ELS”, “Northrop Grumman” və “Selex Galileo” ortaqlığı, “ITT Electronics” və “Lockheed Martin Aculight” ortaqlığı, “Lockheed Martin Missiles and Fire Control” (M&FC) və “DRS Technologies” ortaqlığı, “Raytheon Missle Systems” şirkətləri mübarizə aparırlar. Bu qocaman silah şirkətlərinin hər birinin özünün orijinal həll yolları var. Hal-hazırda istifadə olunan sistemlərin kifayət qədər müasir və keyfiyyətli olması proqramın sürətlə həyata keçirilməsini tələb etmir. Böyük Britaniya da özünün CDAS (Common Defensive Aids System) sistemi ilə işləyir. Yuxarıda adı çəkilən DİRCM qurğusu bu sistemin əsasını təşkil edəcək. Bu müasir helikopter müdafiə sistemləri bortun məlumat lövhələrində çox yer tutmayaraq, təhlükələr haqqında çox dəqiq, ətraflı, tez qavranılan məlumat verərək, onlara qarşı mübarizənin formalarını həm heyətə təklif etmək imkanı olacaq, həm də ani olaraq özü tətbiq edə biləcək. 2013-cü ildə Britaniya Kral Hava Qüvvələri “Lynx AH-7” helikopterində CDAS sistemini sınaqdan keçirdiyini açıqlayıb. CDAS sisteminin hazırlanmasında “Selex ES”, “BAE Systems”, “Qinetiq” və “Thales” şirkətləri iştirak edir. Qeyd edək ki, Böyük Britaniya Kral Hava Qüvvələrinin AH-64E helikopterlərinə CDAS sisteminin inteqrasiyası “Leonardo Airborne & Space Systems” şirkətinə həvalə olunub. 2017-ci ildə imzalanmış müqavilə çərçivəsində ABŞdan alınacaq 38 ədəd AH-64E “Apache” helikopterlərinə CDAS sistemi inteqrasiya edilməlidir. İsveçin SAAB şirkətinin yaratdığı İDAS (kiçik ölçülü inteqrallaşdırılmış
köməkçi bort müdafiə sistemi) multispektral radar, lazer, raket hücumundan xəbərdarlıq, radioelektron əksetdiricilərin və infraqırmızı fişənglərin atılmasını təmin edən sistemdən (SMDS), bortdan idarəedilən infraqırmızı əks-təsir mənbəyindən ibarətdir. Bu sistemlər toplumu radioelektron mübarizə kontrolleri bazasında təşkil olunaraq, müxtəlif alt sistemlərin ayrı-ayrı, cəm şəklində, müxtəlif konfiqurasiyalarda tətbiqinə imkan verir. Bu altsistemlərə aşağıdakılar da daxildir: – BOP-L CMDS; – 0,5–1,7 mikrometr dalğa uzunluqlu LWS-310 lazer siqnalizatoru; – MAW-300 raket hücumundan xəbərdarlıq siqnalizatoru; – 0,7-40 GHs tezlikli dalğa dia pazonunda işləyən RWS-300 radar aşkarlayıcı siqnalizator; – Kontrollerlə bir cihaz platformasında yığılmış opsional kabinə displeyi. IDAS sistemi Avropa, Asiya, Afrika və Yaxın Şərqdə geniş tətbiq edilir. Hazırda adıçəkilən sistem “Oryx”, “Puma”, “Cougar”, “Super Puma”, “Rooivalk”, A109, “Super Lynx 300”, “Dhruv”, CH-47 “Chinook” helikopterləri üzərində sınaqlardan çıxarılır. SAAB 2009-cu ildə Hindistan Aeronautics Limited (HAL) şirkəti ilə “Dhruv” helikopterlərinin İDAS sistemi ilə təchiz edilməsinə dair 24 mln. ABŞ dolları, 2018-ci ilin avqustunda isə İDAS-2 sisteminin çatdırılmasına dair 38.5 mln. dollarlıq ikinci müqavilə imzalayıb. Nəticə İnteqrallaşdırılmış helikopter müdafiə sistemləri toplusunun əsas texnologiyalarından ikincisi – düşmən atəşinin dəqiq parametrlərini müəyyənləşdirən indikatorlar (HFİ) alt sistemləri haqqında yekunda bəzi fikirləri qeyd etmək yerinə düşərdi. Bu alt sistemlər toplusunun təkmilləşdirilməsinə maraq müasir lokal müharibələrin nəticələri əsasında yaranmışdır. Belə ki, helikopterlər nəinki müasir zenit-raket vasitələri ilə, həm də atıcı silahlarla və əl qumbaraatanları ilə intensiv atəşə tutulur. HFİ alt sistemlərinin təkmilləşdirilməsində əsas istiqamət müxtəlif yeni deteksiya (müəyyənləşdirmə) metodlarını inkişaf etdirməkdir. Bunlar təhlükəni səsinə, zərbə dalğasına, mərminin arxasınca yayılan tüstü şleyfinə, qumbaraatan sursatın “tüstü quyruğuna" görə müəyyən edən sistemlərdir. Zərbə dalğasından hədəfi müəyyən edən
THOF1N Type740 sensorlarından başqa, perspektiv layihələrin içində ATK şirkətinin AN/AAR-47B(V)2 və AN/AAR47(V)2-HF1 sensorları, yazının əvvəlində qeyd etdiyimiz AN/AAR-57(V) raket hücumundan xəbərdarlıq siqnalizatoru üçün müasir HFİ alqoritmləri, DAPRA komissiyasının proqramı olan HALTT-A (Helicopter Alert and Threat Termination – Acoustic) helikopterə açılan atəşin səsinə görə təsbit sistemi, JATAS, “Thales” şirkətinin “Elix-İR” təhlükələrdən xəbərdarlıq sistemi mövcuddur. Orta dalğa uzunluqlu infraqırmızı helikopter sensorundan ibarət olan “ElixİR” sistemi müxtəlif təhlükələri təsbit edərək xəbərdarlıq etmək qabiliyyətinə malikdir. Sistem “yer-hava” tipli raketləri, əl qumbaraatanı mərmilərini, artilleriya və atıcı silah mərmilərini təsbit edə, həmçinin çətin görmə və işıqlanma şəraitində döyüş meydanının panoram mənzərəsini infraqırmızı diapazonda canlandıra bilir. Hazırda sözügedən sistemin Böyük Britaniyanın yeni nəsil milli özünüqoruma sistemi CDAS TDP və İsveçin SALT (Surface-to-Air Launch Trial) proqramı çərçivəsində tətbiqi nəzərdən keçirilir. Aydındır ki, “Thales” zaman diskretləşməsini tətbiq etməklə “Elix-İR” sisteminə cəld dəyişən döyüş şəraitinin təhlükəli parametrlərini müəyyən edib, əks etdirmək xüsusiyyəti vermək istəyir. Məsələn artilleriya atəşi, idarəolunmayan reaktiv mərmi və qumbara atəşi adi insan gözü ilə müəyyən oluna və mövcud sensorlar tərəfindən təsbit oluna bilmir. Çünki texnoloji cəhətdən daha mükəmməl silahlarla mübarizə üçün yaradılmış bu sistemlərlə təchiz olunan helikopterlər lokal müharibələrdə tətbiq edilən, müasir olmayan silahlardan itkilər verir. JATAS sistemi də “Elix-İR” sistemində istifadə olunan yeni nəsil infraqırmızı sensorların ümumi HFİ altsistem toplusuna inteqrasiyasını nəzərdə tutur. Bu müasir helikopter müdafiə sistemləri bortun məlumat lövhələrində çox yer tutmadan, təhlükələr haqqında çox dəqiq, ətraflı, tez qavranılan məlumat verərək, onlara qarşı mübarizə formalarını həm heyətə təklif edəcək, həm də ani olaraq özü tətbiq edə biləcək. Bundan əlavə, indikasiya displeyində təsbit olunan hədəflərin daha dəqiq infoqrafikasını göstərmək imkanı olacaqdır.
47
XÜSUSİ TƏYİNATLI TAKTİK MAŞINLAR ?Orxan Aslanlı Vyetnam müharibəsinin nəticələri və Əfqanıstanda yenicə alovlanmağa başlayan müharibə 1980-ci illərin əvvəllərindən etibarən dünyanın aparıcı dövlətlərinin ordularının yeni ehtiyaclarını üzə çıxardı. Kommunikasiyaların olmadığı keçilməz ərazi şərtlərində qüvvələrin çevik hərəkətinin təmin edilməsi, xüsusi əməliyyatların sürətlə icrası, qüvvələrin qısa zamanda təxliyyəsi, müxtəlif missiyalara uyğunlaşdırıla bilmə kimi tələblər yeni nəsil xüsusi təyinatlı taktik nəqliyyat vasitələrinin yaradılmasına təkan verdi. Son onillikdə Əfqanıstan, İraq, Suriya və Yəməndə davam edən hərbi əməliyyatlarda bu tip nəqliyyat vasitələrinin daha çox praktik istifadəsi diqqət çəkməyə başladı. Yeni müharibələrin analizləri, bir tərəfdən, asan əldə edilən qeyri-standart taktik maşınların (pick-up tipli avtomobillərin), digər tərəfdən də xüsusi təyinatlı taktik nəqliyyat vasitələrinin istifadəsinin sürətlə genişləndiyini və sonuncular üzrə satış bazarında illik 7–11% arası böyümə yaşandığını göstərir. Hazırda bu bazarın əsas oyunçuları qismində “Polaris Defense”, “General Dynamics” (ABŞ), “Supacat” (Böyük Britaniya), “Nimr” (BƏƏ) şirkətləri çıxış etməkdədirlər. Bununla yanaşı, ayrı-ayrı şirkətlər tərəfindən “Land Rover Defender 110”, “Ford 550”, “Toyota HiLux” və digər avtomobillərin əsasında müxtəlif növ xüsusi təyinatlı nəqliyyat vasitələrinin yaradılması müşahidə olunur.
Hazırda qeyri-standart taktik maşınlardan fərqli olaraq, xüsusi təyinatlı taktik nəqliyyat vasitələrinin istehsalında əsas diqqət yetirilən vacib məqamlar aşağıdakılardır: – Yük təyyarələrinin və helikopterlərin daxilində (yaxud xarici asmada) daşına bilməsi; – Yüngül çəki, kiçik qabarit və yüksək sürət; – Yolsuzluq şəraitində istifadə; – Multifunksionallıq və müxtəlif tapşırıqlara qısa zamanda uyğunlaşdırıla bilməsi; – Üzərinə müxtəlif atıcı silahların inteqrasiya edilə bilməsi; – Hərbi standartlara uyğun dö zümlülük və etibarlılıq. 1980-ci illərin ortalarından ABŞ Ordusu və Xüsusi Əməliyyat Qüvvələri Komandanlığı (USSOCOM) üçün ATV tipli ilk nəqliyyat vasitələrini istehsal edən “Polaris İndustries” şirkəti 2000ci illərin əvvəllərindən ordunun xüsusi təyinatlı bölmələri üçün yeni nəsil nəqliyyat vasitələrinin istehsalına yönəlməyə başlamış, bu məqsədlə 2005ci ildə sırf hərbi təyinatlı nəqliyyat vasitələrinin yaradılması və istehsalı ilə məşğul olan “Polaris Defense” şirkəti qurulmuşdur. 2005–2008-ci illərdə müxtəlif dövlətlərin hərbi qurumlarının sifarişləri əsasında yüngül çəkili, yüksək manevrli MVRS, MV700 və RZR-SW nəqliyyat vasitələrinin istehsalını reallaşdıran “Polaris Defense” 2011–2012ci illərdə ABŞ Ordusu və Xüsusi Əməliyyat Qüvvələri Komandanlığı (USSOCOM) ilə Yüngül Taktiki Ərazi Vasitəsi (LT-ATV) proqramı çərçivəsində MRZR nəqliyyat vasitələrinin tədarükünə dair ilk müqaviləyə imza atıb. Bundan sonra xüsusi təyinatlı qüvvələrin əməliyyat ehtiyaclarını yaxından öyrənən şirkət 2014–2015-ci illərdə bazara “Dagor” adlı yeni ultra yüngül hərbi nəqliyyat vasitəsini və MRZR platformasının yeni versiyalarını (turbodizel mühərrikli) çıxarmağa başladı. Hazırda “Polaris Defense” şirkətinin istehsal etdiyi MRZR-D2, MRZR-D4, “Sportsman MV850” və “Dagor A1” taktik nəqliyyat vasitələri 30-dan çox ölkədə ordu və təhlükəsizlik strukturlarının istifadəsindədir. MRZR-2 (D2) və MRZR-4 (D4) adlandırılan iki fərqli modifikasiyası mövcud olan MRZR platforması ekstremal şəraitlərdə və fərqli missiyalar üçün nəzərdə tutulub. İlk nümunəsi 2017-ci ildə təqdim olunan turbodizel mühərrikli MRZR-D2 ultra yüngül nəqliyyat
vasitəsinin ağırlığı 454 kq təşkil edir. Maşın Mi-26 və CH-47 “Chinook” kimi böyük yük helikopterlərinin salonunda, Mi-17 helikopterlərinin xarici asmasında nəql oluna bilir. Turbo dizel mühərrikə sahib 4 yerli MRZR-D4 modelinin isə çəkisi 680 kq təşkil edir. Şirkət mütəxəssislərinin sözlərinə görə, nəqliyyat vasitəsinin korpusunun hazırlanması zamanı dözümlü metallardan istifadə edilib. Paraşütlə atılarkən, yaxud sərt ərazilərə endirilmə zamanı meydana çıxan problemlər öyrənilərək aradan qaldırılıb. Hazırda USSOCOM ilə MRZR maşınları üçün havasız, sərt ərazilərdə istifadə oluna bilən təkərlərin tətbiqi imkanları nəzərdən keçirilir. 2018-ci ilin may ayında ABŞ Ordusunun SMT proqramı üçün seçilən MRZR taktik nəqliyyat vasitəsinin “MRZR-X” adı verilmiş yeni insansız versiyası hazırda sınaq mərhələsindədir. 2015-ci ilin avqust ayında USSOCOM ilə “Polaris Defense” şirkəti arasında MRZR-2 və MRZR-4 nəqliyyat vasitələrinin tədarükünə dair 83 milyon dollar dəyərində 5 illik müqavilə imzalanıb. Bunun davamı olaraq, MRZR-lərə artan tələblər fonunda ABŞ Dəniz Piyadaları Korpusu 2016-cı ilin noyabr ayında 144 ədəd dizel mühərrikli MRZR-D4 sifariş verib. 2016-cı ilin dekabr ayında isə Kanada Xüsusi Əməliyyat Qüvvələri Komandanlığı (CANSOFCOM) Ultra yüngül Döyüş Nəqliyyat Vasitələri (ULCV) proq ramında “Polaris Defense”nin “Dagor” maşınlarının seçildiyini elan edib. 23 milyon dollar dəyərində müqavilə üzrə istehsalçı şirkət CANSOFCOM-
a 62 ədəd yenilənmiş “Dagor” maşınlarının təda rükünü həyata keçirmişdir. 2018-ci ilin mart ayında “Polaris Defense” şirkəti USSOCOM, CANSOFCOM və Avropadakı istifadəçilərin təklifləri əsasında “Dagor A1” maşınlarının yeni versiyasının üzərində işlərə başlanıldığını bəyan edib. Şirkətin baş direktoru Mark Mac Kormikin (Mark McCormick) sözlərinə görə, yenilənmələr nəticəsində “Dagor A1” maşınının yükdaşıma həcmində 20% artım baş verib və faydalı yük 500 kiloqrama çatdırılıb. “Yeni versiya radioantena, xüsusi dizayn edilmiş yanacaq çəni və digər missiya komponentlərin əlavə edilməsinə görə fərqlənir. “Dagor A1” maşını 1814 kiloqrama qədər ağırlığa malikdir və tam təchizatlı 9 döyüşçü daşıya bilir. Maşın CH-47 və CH-53 helikopterlərində nəql edilə biləcək”. ABŞ hökumətinin xarici hərbi satış proqramı (FMS) xətti ilə 2018-ci ilin əvvəlində “Polaris Defense” şirkətinin Latviya Müdafiə Nazirliyi ilə imzaladığı 500 min ABŞ dolları dəyərində müqavilə çərçivəsində Latviya Silahlı Qüvvələri üçün 44 ədəd MRZR-2, “Sportsman Big Boss” və MV850 nəqliyyat vasitəsi tədarük edilib. Əməkdaşlığın davamı olaraq, Latviya Silahlı Qüvvələri 2020-ci ildə “Polaris Defense” şirkətindən daha 130 ədəd MRZR-2, MRZR-4, MV850 və “Sportsman 6×6” nəqliyyat vasitəsi almağı planlaşdırır. USSOCOM-un LMV (Land Mobility Vehicle) proqramı üçün “Flyer Defense” və “General Dynamics Ordnance and
MRZR2
49
Tactical Systems” (GD-OTS) şirkətinin birgə hazırladığı “Flyer” yüngül hücum maşını (ALSV) “Flyer 60” və “Flyer 72” adlandırılan iki konfiqurasiyadan ibarətdir. Adıçəkilən nəqliyyat vasitəsi 2011-ci ildə GD-OTS şirkəti tərəfindən satın alınmış “Force Protection” şirkəti tərəfindən JAMMA (Joint All-Terrain Modular Mobility Asset) layihəsi çərçivəsində yaradılıb. 2013-cü ilin oktyabr ayında imzalanmış 5.8 milyon dollar dəyərində müqavilə çərçivəsində GD-OTS şirkəti ilk 10 ədəd nəqliyyat vasitəsinin USSOCOM-a tədarükünü həyata keçirib. Qeyd edək ki, “Flyer 72” və “Flyer 60” arasındakı əsas fərq maşınların eni ilə bağlıdır. “Flyer 72”-də bu göstərici 1.8 m, “Flyer 60”-da isə 1.5 metr təşkil edir. Maşınların hər ikisi eyni mühərrik, ötürmələr qutusu və elektrik sistemlərinə malikdir. Yüngül çəkili nəqliyyat vasitəsi modulyar dizayna malikdir və xüsusi şassi üzərində yaradılıb. “Flyer” hazırlanarkən ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin tələbləri və V-22, CH-53E, CH-47D hava platformalarının daxilində, UH-60L helikopterlərin xarici asmasında nəqli Yuxarıda: “Polaris Defense” şirkətinin “Dagor A1” taktik nəqliyyat vasitəsinin üstdən və yandan görünüşü. Aşağıda: KMW SOV maşını Almaniya Silahlı Qüvvələri tərəfindən sınaqdan keçirilərkən. Foto: Polaris Defense/ KMW
50 www.azeridefence.com
imkanları nəzərə alınıb. Öz sinfində yüksək performans və yüksək manevr qabiliyyəti ilə fərqlənən maşın hər cür hava şəraitində fəaliyyət göstərə bilər. “Flyer” ALSV-nin uzunluğu 4.57 m, hündürlüyü 1.52 m, eni 1.52 metrdir. Nəqliyyat vasitəsinin ümumi çəkisi konfiqurasiyadan asılı olaraq 2041 kqdan 3400 kq-dək, yükdaşıma qabiliyyəti 1360 kq təşkil edir. Maşın “Euro V”-ə uyğun bir ədəd 150 at gücünə və 350 Nm torka malik DOHC turbodizel mühərrik, 6 pilləli avtomat transmissiya və 98 litr həcmində yanacaq çəni, iki ədəd 24V və bir ədəd 12V olmaqla üç ədəd 62Ah batareya, LED ağ, qaranlıq və LED İR işıqlandırma sistemləri ilə təchiz olunub. “Flyer” ALSV ön və arxada hava yastıqlı, şoku udan müstəqil asmalara malikdir. Şose yolda 136
km/saat sürətlə hərəkət edə bilən ALSVnin gediş ehtiyatı 560 km təşkil edir. Rəsmi kataloq məlumatlarına görə, “Flyer” 5.48 metr radiusunda dönməyi bacarır. Damda 360 dərəcəni əhatə edən bir silah montaj sistemi tətbiq edilib ki, bura 40 mm avtomatik qumbaraatan, yaxud 12.7 mm pulemyot qurulur. Maşının hər bir qapısı 5.56 və ya 7.62 mm pulemyot quraşdırmaq üçün dönə bilən mexanizmlə təchiz oluna bilər. Maşın istifadəçiyə yan və arxa yük bölmələri B6 səviyyəsində ballistik qoruma təmin edəcək şəkildə zirehli konfiqurasiyada da təklif olunur. Şirkətin açıqladığı məlumata görə, “Flyer” yüngül zərbə maşını ilə yanaşı, axtarışxilasetmə, kəşfiyyat, komanda və nəzarət, yük nəqli, kommunikasiya, eləcə də C4ISR nəqliyyat vasitəsi kimi konfiqurasiya oluna və istifadə edilə bilər. Hazırda “Flyer” ALSV nəqliyyat vasitələri USSOCOM ilə yanaşı, İtaliya (27 ədəd) xüsusi təyinatlı qüvvələrinin silahlanmasına daxildir. “Flyer 72” hazırda Böyük Britaniya Xüsusi Qüvvələrinin (UKSF) 2014-cü ildə xidmətə girən Supacat HMT400 çevik hərəkət vasitələrinin dəyişdirilməsini nəzərdə tutan “Westerly” proqramı çərçivəsində qiymətləndirmə mərhələsindədir. 2013cü ildə açıqlanan məlu mata görə, USSOCOM istehsalçı GD-OTS şirkəti ilə imzalanmış 562 210,980 dollar dəyərində müqavilə çərçivəsində ümumilikdə 1300 ədəd ALSV almağı planlaşdırır. Şirkətin açıqladığı məlumatlara görə, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Küveyt daxil olmaqla, bir sıra Yaxın Şərq ölkələri ALSV üçün maraq ifadə ediblər.
GD-OTS 2018-ci ildə “Flyer” ALSV-nin dəyişdirilmiş variantlarını ABŞ Ordusunun ULCV, AGMV və LRV proqramlarına təqdim edib. Adıçəkilən proqramlar üçün təklif olunan “Flyer 72” versiyasında xüsusi əməliyyat qüvvələrinə uyğun tələblər çıxarılıb. ULCV proqramına maşın 2000 kq çəki, 9 əsgər və ya 1500 kq yükdaşıma imkanı, LRV üçün zirehləndirilmiş, 6 yer və M230 avtomat topla silahlandırılmış şəkildə təqdim olunur. 2018-ci ilin may ayında ABŞ Ordusu GD-OTS şirkətinə AGMV proqramı üzrə ilk sifarişini yerləşdirmişdir. Qeyd edək ki, bu maşınlar ABŞ Ordusunda köhnəlmiş HMMWV avtomo billərinin yerini alacaq. Böyük Britaniyanın “Supacat” şirkəti tərəfindən 2012-ci ildən “Land Rover Discovery” bazasında istehsal edilən 4x4 təkər formullu LRV-400 və 6x6 təkər formullu LRV-600 xüsusi təyinatlı taktik nəqliyyat vasitələri Birləşmiş Krallıqla yanaşı, bir sıra Avropa dövlətlərinin, o cümlədən Avstraliya və Yeni Zelandiya qoşunlarının və xüsusi təyinatlı qüvvələrinin istifadəsindədir. Şirkət rəsmilərinin sözlərinə görə, LRV-400 öz sinfində çəki və ölçü baxımdan bütün rəqiblərini geridə qoyur. V6 3.0 turbodizel mühərriklə təchiz olunan maşının çəkisi 4200 kq, yükgötürmə qabiliyyəti 1700 kq, maksimal sürəti 160 km/saat, gediş ehtiyatı 800 km-dir. Maşının uzunluq və en ölçüləri müvafiq olaraq 4635 mm və 1400 mm təşkil edir ki, bu da LRV-400-ün yük helikopterlərinin daxilində, yaxud xarici asmasında nəqlinə imkan verir. Baza
versiyada sağ tərəfdə yerləşdirilən sükanın istifadəçinin istəyindən asılı olaraq sola dəyişdirilməsi mümkündür. Maşının damına və yan qapılara xüsusi məsafədən idarə oluna bilən silah sistemləri, əl pulemyotları və digər silahların inteqrasiya edildiyi LRV-400ün sürücü və heyət bölmələri zirehləndirilib. Maşının sükanı sağ tərəfdə ol duğu üçün sol yanda və damda pulemyotla silahlandırılır. Görünüş cəhətdən LRV-400-ə bənzəsə də, LRV-600 maşınları çəki və zirehli korpusun uzunluğu (5635 mm) kimi dəyişikliklərinə görə əhəmiyyətli şəkildə fərqlənir. Qeyd edək ki, LRV-600 modelinin çəkisi 5500 kq, maksimal sürəti LRV-400-də olduğu kimi 160 km/saat, gediş ehtiyatı isə 800 km təşkil edir. LRV-600-ləri digər xüsusi təyinatlı
Yuxarıda: USSOCOM tərəfindən istifadə edilən “Flyer” ALSV. Aşağıda: “Supacat” şirkətinin istehsalı olan LRV400. USSOCOM GDOTS şirkətindən 1300 ədəd “Flyer72” ALSV almağı planlaşdırır. Foto: GDOTS/ AD
taktik maşınlardan fərqləndirən 6x6 təkər formuluna malik olmasıdır. “Supacat”ın “Jackal” patrul maşını Böyük Britaniya SAS qüvvələrinin tələbləri əasında “Land Rover WMIK” maşınlarını əvəz etmək üçün hazırlanıb. 2008-ci ildə silahlanmaya qəbul edilən “Jackal” üçün şirkət ordudan 500-dən çox sifariş alıb. Hərbi qaynaqlarda yer alan informasiyalara görə, “Jackal” hazırda Avstraliya, Danimarka və ABŞ-ın xüsusi təyinatlılarının silahlanmasına daxildir. Qeyd edək ki, son illərdə “Supacat” xüsusi təyinatlı nəqliyyat vasitələrinin xaricə ixracına dair mühüm müqavilələr imzalayb. 2018-ci ildə Avstraliya xüsusi təyinatlı qüvvələri ilə imzalanmış 130 mln. ABŞ dolları dəyərində müqavilə üzrə 2020-ci ilədək Avstraliyaya 89 ədəd Special Operations Vehicle – Commando (SOV-Cdo) nəqliyyat vasitəsinin ixracı nəzərdə tutulur. 2018-ci ildə şirkət Yeni Zelandiya Xüsusi Təyinatlı Qüvvələrinə HMT Extenda xüsusi təyinatlı nəqliyyat vasitələrinin çatdırılmasını yekunlaşdırıb. Şirkətin HMT-400 Desert nəqliyyat vasitəsi isə 2017-ci ildə BƏƏ Milli Qvardiyası tərəfindən silahlanmaya qəbul edilib. Niderland Müdafiə Nazirliyi 2017-ci ildə Supacat və Rheinmetall MAN Military Vehicles Netherlands (RMMV NL) şirkəti tərəfindən birlikdə təklif olunan LRV-400 nəqliyyat vasitəsinin
51
terlərinin xarici asmasında nəql oluna bilən “Engerek” heyətin çevik minibdüşməsi üçün imkanlara, damda və yanlarda istifadəçi tərəfindən sürətlə taxılıb, çıxarıla bilən silah stansiyalarına sahibdir. Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri 2015-ci ilin aprel ayında keçirilən təlim zamanı istifadəsində yer alan MRZR maşınlarını da nümayiş etdirmişdir. 2016-cı ildə imzalanmış müqavilə ilə Türkmənistanın Müdafiə Nazirliyi “Polaris Defense” şirkətindən “Dagor”, MRZR və “Sportsman MV850” taktik nəqliyyat vasitələri əldə edib. Nəqliyyat Yuxarıda: Azərbaycan DSX Çevik Hərəkət Qüvvələrinin istifadəsində yer alan “Engerek” xü susi təyinatlı nəqliyyat vasitəsi təlimlər zamanı. Aşağıda Türkmənistan Silahlı Qüvvələrinin hərbi paradında nümayiş etdirilən “Dagor” taktik nəqliyyat vasitəsi. Türkmənistan 2017ci ildə “Po laris Defense” şirkətindən açıqlanmayan sayda “Dagor”, MRZR və “Sportsman” nəqliyyat vasitələri alıb. Sonda: Türkmənistanın BƏƏdən aldığı “Ajban LRSOV” xüsusi təyinatlı nəqliyyat vasitələri. Foto: DSX/ Polaris Defense/Nimr
seçildiyini açıqlayıb. RMMV NL şirkəti tərəfindən proqram üzrə iki kon fiqurasiyda 1400 ədəd LRV-400-ün çatdırılması nəzərdə tutulur. Alman-fransız birgə müəssisəsi olan KMW Group tərəfindən istehsal edilən SOV adlı nəqliyyat vasitəsi mükəmməl ofroad xüsusiyyətləri və yüksək manevr qabiliyyəti ilə önə çıxır. SOV ballistik təhlükələrdən və mina partlayışlarından heyətin mühafizəsini təmin edə biləcək modulyar dizayna malikdir. Digər özəlliyi isə silah stansiyası olmadan maşının 2.63 metr təşkil edən hündürlüyünün 1.87 metrədək endirilə bilməsidir. Bu, maşının müxtəlif əməliyyatlar üçün asanlıqla konfiqurasiya edilməsinə imkan yaradır. Nəqliyyat vasitəsinin CH-53 nəqliyyat helikopterinə yüklənməsi 3 dəqiqədən az bir müddət tələb edir. 6 nəfər (2 heyət, 4 əsgər) və 2500 kq faydalı yük daşıya bilən maşın 1000 km gediş ehtiyatı ilə sinfindəki digər nəqliyyat vasitələrindən fəqlənir. Eyni zamanda çox sayda silahlanma variantları təklif edir. Tam yüklənmə zamanı maşının çəkisi 7.5 tonu ötmür. 150 kw/168 at gücündə 3.0 litrlik IVECO dizel mühərriki və Michelin 255/100 R16 təkərlərinə malik maşın 13 metr radiusunda bir ərazidə dönməyi bacarır. SOV-un Almaniya Xüsusi Təyinatlı Qüvvələrinin 2004-cü ildən istifadə etdiyi LIV “Serval” və LAPV “Enok” nəqliyyat vasitələrini əvəz edəcəyi gözlənilir.
52 www.azeridefence.com
Region dövlətlərinin seçimləri Azərbaycan, Türkiyə və daha bir neçə ölkənin xüsusi təyinatlıları tərəfindən istifadə olunan “Otokar” şirkətinin 4x4 təkər formullu “Engerek” taktik maşını özünün sadə istifadə xüsusiyyəti, davamlılığı, ofroad imkanları ilə fərqlənir. “Land Rover Defender 110” bazasında hazırlanmış “Engerek” 2011-ci ildən Azərbaycan DSX Çevik Hərəkət Qüvvələrinin silahlanmasına qəbul edilib. “Otokar” şirkəti Azərbaycanın ardınca 2014-cü ildə bir Cənubi Amerika ölkəsinə “Engerek”in ixracatını həyata keçirib. CH-47, Mi-26 helikopterlərinin salonunda, eləcə də Mi-17 helikop-
vasitələri ilk dəfə 2017-ci ilin oktyabr ayında Aşqabadda keçirilən hərbi parad zamanı nümayiş olunub. Şirkət Türkmənistanla yanaşı, son iki ildə Orta Asiyada Əfqanıstan və Tacikistana, Cənub Şərqi Asiyada isə Filippin və Malayziyaya xüsusi təyinatlı maşınların satışını həyata keçirdiyini açıqlayıb. Qeyd edək ki, hərbi texnika parkını yeniləyən Türkmənistan bundan başqa, 2017-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin “NİMR Automotive” şirkətindən açıqlanmayan sayda “Ajban” LRSOV və “Ajban 440” taktik nəqliyyat vasitələri əldə etmişdir. Heyəti, sürücü daxil, 5 nəfərdən ibarət olan “Ajban” LRSOV maşını bir ədəd 7.62 mm və ya 12.7 mm çaplı pulemyotla silahlandırıla
bilər. Silahın yerləşdirilməsi üçün maşının üst hissəsində 360 dərəcə bucaq altında fırlana bilən stansiya mövcuddur. Bir çox hallarda damda 12.7 mm pulemyot qurulsa da, ehtiyaca bağlı olaraq pulemyotun avtomatik qumbaraatanla da əvəz edilməsi mümkündür. Sifarişçinin ehtiyacından asılı olaraq maşının ballistik mühafizəsini gücləndirmək, habelə yanlarda partlayışa qarşı qorumanı təmin etmək imkanları var. Maşına döyüş idarəetmə sistemləri, gecəgörmə avadanlıqları, monitorlar, C4İ idarəetmə sistemləri də əlavə olunur. “Ajban” LRSOV 6 pilləli “Allison 3000SP” avtomat transmissiyaya, 296 at gücündə 6 silindr “Cummins İSBe 300” dizel mühərrikinə sahibdir. Maşının uzunluğu 5680 mm, eni 2130 mm, hündürlüyü 1970 mm, boş halda çəkisi 5000 kq, yüklü halda isə 8000 kq təşkil edir. 110 km/saat sürətə malik nəqliyyat vasitəsinin gediş ehtiyatı 700 km-dir. Modulyar dizayna əsaslanan “Ajban” LRSOV istifadəçinin missiya tələblərinə asanlıqla uyğunlaşdırıla bilər. “Nimr”in 2015-ci ildə ilk nümunəsini təqdim etdiyi “Nimr RİV” adlı xüsusi təyinatlı yüksək manevrli nəqliyyat vasitəsi Böyük Britaniyanın “Horiba Mira” dizayn mərkəzi tərəfindən dizayn olunub. Öz sinfindəki digər nəqliyyat vasitələrindən fərqli olaraq, “Nimr RİV” maşını bərk və yumşaq qumlu ərazilərdə +54 dərəcə selsi temperaturlaradək istismar oluna bilir. İsti iqlim şəraitində davamlı istismar “Nimr RİV”in, “General Dynamics” daxil olmaqla, öz sinfindəki bütün rəqibləri qarşısında üstünlük təmin edir. 4.89 m uzunluğa, 2 m genişliyə, 1.81 m hündürlüyə malik nəqliyyat vasitəsinin çəkisi 4000 kiloqram, faydalı yük daşıma qabiliyyəti isə 1500 kiloqramdır. 300 at gücündə mühərriklə təchiz olunmuş nəqliyyat vasitəsinin sürəti 120 km/saat, gediş ehtiyatı 1000 km-dir. RIV 11 saniyədən az vaxtda 100 km/saat sürət yığmağı bacarır. Maşın təkər təzyiqinin tənzimlənməsi sisteminə, özünü qaldıran vinçlərə və dartmaq üçün avadanlıqlara malikdir. “Nimr” mütəxəssislərinin sözlərinə görə, istəkdən asılı olaraq maşın zirehləndirilə də bilər. Rusiyanın “Çeçenavto” zavodu tərəfindən dizayn edilmiş “Çaborz M-6” xüsusi təyinatlı taktik avtomobil Suriyada gedən hərbi əməliyyat zamanı praktik olaraq döyüş sahəsində sınaqdan çıxarılıb. Altı yerli bu nəqliyyat vasitəsinin
“Çaborz M-3” (“FunCruiser Lite” bazasında yaradılıb) adlı üçyerli versiyası da mövcuddur. Mütəxəssislərin sözlərinə görə, nəqliyyat vasitəsi hazırlanarkən Əfqanıstan, Gürcüstan və Suriyada hərbi əməliyyatlar zamanı qazanılan təcrübə nəzərə alınıb. Zavod rəsmilərinin sözlərinə görə, “Çaborz M-6”-dan heyətin və yüklərin daşınması, habelə sanitar, zərbə və ya kəşfiyyat-müşahidə məqsədi ilə istifadə oluna bilər. Maşının silahlanmasına 3 ədəd 7.62 mm PKM və ya “Peçeneq” və 1 ədəd 12.7 mm çaplı “Kord” və ya “Utyos” pulemyotu daxildir. Böyük kalibrli pulemyot maşının damında yerləşdirilir. Maşının arxa hissəsində isə yüklərin bərkidilməsi üçün xüsusi modulyar sistem tətbiq olunub. Mütəxəssislərin sözlərinə görə, “Çaborz M-6” universal dizayna malikdir və bu, maşını 150 at gücündən 300 at gücünədək dizel, yaxud da benzin mühərriklərlə, həmçinin səssiz hərəkət üçün hibrid dizel-elektrik güc qurğusuyla
Yuxarıda: Rusiyanın “Çeçenavto” müəssisəsi tərəfindən dizayn edilmiş “Çaborz M6”. Aşağıda: “Nimr” şirkətinin istehsalı olan “Nimr RİV” maşını. Foto: İnternet/ AD
təchiz edilməsinə imkan verir. Yükgötürmə qabiliyyəti 800 kq təşkil edən maşının uzunluğu 4300 mm, eni 1900 mm, hündürlüyü 1800 mm, gediş ehtiyatı isə 800 kilometrə yaxındır. “Çaborz M-6”-nın Mi-17 və ya Mi-26 helikopterinin xarici asmasında və daxilində nəqli mümkündür. Qeyd edək ki, “Çaborz” nəqliyyat vasitələri 2017-ci ilin oktyabrında ilk dəfə Şimali Osetiyada keçirilən “Şəhərdə döyüş” manevrlərində, daha sonra 2018-ci ilin yazında Rosqvardiya tərəfindən Arktikada keçirilən təlimlər zamanı Frans İosif Torpağı adasında sınaqdan çıxarılıb. Sonuncu versiyada nəqliyyat vasitəsinin təkərləri xizək və tırtılla əvəz edilib və bununla texnika ən mürəkkəb şəraitdə işləmək qabiliyyətini təsdiq etmişdir. AD
53
İRİÇAPLI SNAYPER TÜFƏNGLƏRİ
?A.Hüseynov Ötən əsrin 90cı illərindən başlayaraq müharibələrdə rolu artan iriçaplı snayper tüfənglərinin zavod və qeyrizavod şəraitində hazırlanan nümunələri müharibə meydanlarının bir növ “vazkeçilməz” silahına çevrilib. Tək canlı qüvvəyə qarşı deyil, eyni zamanda yüngül zirehli hərbi texnikalarla mübarizə məqsədi ilə geniş istifadə olunan bu silahlara son illər dünya bazarında böyük tələblər meydana çıxmaqdadır. Son on il ərzində beynəlxalq hərbi sərgilərdə apardığımız müşahidələr də bu tip silahların çeşidlərinin sürətlə genişləndiyini deməyə əsas verir. Hazırda postsovet regionundakı münaqişə zonalarında – istər ErmənistanAzərbaycan, istərsə də Ukraynanın şərqindəki münaqişələrdə tərəflər mütəmadi olaraq iriçaplı snayper tüfənglərindən istifadə edirlər. Silah alqısatqılarına dair beynəlxalq hesabatlarda yer alan məlumatlar, eləcə də keçirilən hərbi paradlar, təlim və sərgilərdəki nümayişlərdən göründüyü qədər son onillikdə region dövlətləri bu tip silahların müxtəlif nümunələrini əldə ediblər. Satınalmalar İriçaplı snayper tüfənglərinin geniş çeşidinə malik Gürcüstan Ordusunun silahlanmasında hazırda ABŞ istehsalı olan “Barrett” M82A1, “Barrett” M95, Kanada istehsalı olan “McMillan” TAC-
54 www.azeridefence.com
50, Çexiya istehsalı olan ZVI OP-99 “Falcon”, Serbiya istehsalı olan M93 “Black Arrow”, İsveçrə istehsalı olan OM-50 “Nemesis”, habelə yerli istehsal olan PDShP-2 və “Satevari” adlı iriçaplı snayper tüfəngləri mövcuddur. BMT Adi Silahlar Registrinə təqdim edilmiş hesabatlara görə, Gürcüstan 2007-ci ildə ABŞ-dan 20 ədəd “Barrett” M82A, 2008–2013-cü illərdə Böyük Britaniyadan 12 ədəd AW-50 snayper tüfəngi almışdır. Digər snayper tüfəngləri isə ABŞ-ın “Öyrət və Təchiz et” proqramı çərçivəsində Gürcüstan Silahlı Qüvvələrinə verilib. Ermənistan Ordusu 2005–2006-cı illərdə Rusiyadan açıqlanmayan sayda OSV-96 və 2007-ci ildə Serbiyadan 250 ədəd M-93 “Black Arrow” snayper tüfəngləri əldə etmişdir. 2012-ci ildən
etibarən Ermənistan Ordusunun silahlanmasında ABŞ-ın “Desert Tactical Arms” şirkətinin (DTA) istehsalı olan multikalibr “Desert Tech HTİ” (.375 CheyTac, .408 CheyTac, .416 Barrett və .50 BMG patronlarla atəş aça bilir), Böyük Britaniyanın “Accuracy İnternational” şirkətinin istehsalı olan AW-338, AW-50, CAR-ın “Truvelo” şirkətinin 12.7x99 mm “Truvelo CMS” snayper tüfəngləri qeydə alınıb. ABŞ-da yaşayan erməni iş adamı Dan Bilzerian tərəfindən 2017-ci ildə Ermənistan Ordusuna 30 ədəd 12.7×99 mm (.50 BMG) çaplı “Barret” M82 və 50 ədəd 7.62x51 mm M110 snayper tüfəngi, həmçinin termal nişangahlar bağışlanıb. İriçaplı snayper tüfənglərinin əldə edilməsinə xüsusi diqqət yetirən Azərbaycan da bu dönəmdə OSV-96, VSSK “Vıxlop”, M93 “Black Arrow”, OM-50 “Nemesis”, AW-50, NTW-20 və “Truvelo CMS” kimi iriçaplı snayper tüfəngləri silahlanmaya qəbul etmişdir. CAR-ın ARMSCOM təşkilatının açıqladığı məlumata görə, Azərbaycan 2013–2014-cü illərdə “Truvelo” şirkətindən 80 ədəd snayper tüfəngi satın alıb. 2018-ci ilin oktyabr ayında isə Müdafiə Nazirliyi ilk dəfə ordunun silahlanmasına daxil edilmiş
CAR-ın “Denel” şirkətinin istehsalı olan 14.5 mm çaplı antimaterial snayper tüfəngini nümayiş etdirib. 14.5×114 mm çaplı patronlarla atəş açan NTW-20 snayper tüfənginin lüləsinin uzunluğu 1220 mm, çəkisi 29 kq, effektiv atış məsafəsi 2300 metrdən çoxdur. 2014-cü ildən Donbasda gedən döyüşlərdə Ukrayna Ordusu və separatçı qüvvələr bir-birlərinə qarşı geniş şəkildə müxtəlif silahlardan, o cümlədən iriçaplı snayper tüfənglərindən istifadə edirlər. Donbas döyüş əməliyyatları zonasında hətta emalatxanalarda kustar üsullarla hazırlanmış 12.7 mm, 14.5 mm, 23 mm çaplı snayper tüfənglərinə də rast gəlinir. 2014-cü ildən başlayaraq, Ukraynanın ordu və təhlükəsizlik qüvvələri 2015– 2017-ci illərdə ABŞ-ın “Desert Tactical Arms” şirkətindən müxtəlif kalibrli snayper tüfəngləri, “Barret Firearms” şirkətindən 2014-cü ildə imzalanmış müqavilə çərçivəsində “Barret” M82 snayper tüfəngləri və Leupold MR4 4-514 optik nişangahları satın alıb. 2017-ci ilin dekabr ayında ABŞ Dövlət Departamenti Ukraynaya 41,5 milyon dollar dəyərində satış paketini təsdiqləyib. Sözügedən satış paketinə .50 BMG kalibrli “Barrett” M107A1 snayper tüfəngi, snayper tüfəngləri üçün aksesuarlar və döyüş sursatları daxildir. Bundan başqa, Ukrayna ötən dövrdə McMillan TAC-50 snayper tüfənglərinə də sahib olub. 2018-ci ilin avqust ayında isə Ukrayna və Kanadanın “PGW Defense Technologies” şirkəti arasında 50 BMG kalibrli LRT-3 snayper tüfənglərinin alqı-satqısına dair 770 min dollar dəyərində müqavilə imzalanıb. Mərkəzi Asiya regionu dövlətlərinin də böyük həcmdə iriçaplı snayper
tüfəngləri satın almaları müşahidə olunur. Belə ki, Türkmənistan 2008-ci ildə Böyük Britaniyanın “Accuracy İnternational” şirkətindən 9 ədəd .50 BMG kalibrli AW-50 snayper tüfəngi, 2017-ci ildə Çinin NORİNCO şirkətindən açıqlanmayan sayda 12.7 mm çaplı NSG-127 snayper tüfəngi əldə edib. Ötən dövrdə hərbi paradda və təlimlərdə nümayiş etdirilmiş 12.7×108 mm çaplı NSG-127 snayper tüfənginin çəkisi
Yuxarıda: Ukraynanın şərqində gedən döyüş əməliyyatarında hərbçilər 23 mm ZU23 qurğusu əsasında hazırlanmış iriçaplı snayper tüfəngi adlandırdıqları silahdan istifadə edərkən. Ortada: ABŞ istehsalı olan “Barret” snayper tüfəngi ilə silahlanmış Ukrayna Ordusunun döyüşçüləri. Foto: İnternet
13 kq, effektiv atış məsafəsi isə 1500 metrdir. Türkmənistan NSG-127 snayper tüfənginin ilk xarici müştərisi hesab olunur və qısa müddətdə Tacikistan, Özbəkistan və Qazaxıstan da NORİNCO şirkətindən NSG-127 snayper tüfəngləri idxal etmişdir. Qazaxıstan həmçinin 20092012-ci illərdə ABŞ-dan 12 ədəd TAC-50, 2011-ci ildə Rusiyadan 27 ədəd OSV-96 snayper tüfəngləri satın alıb. Regionda istehsal Xaricdən silahların əldə edilməsi ilə bağlı məhdudiyyətlər region dövlətlərinin hərbi sənayesini tələb olunan məhsulların yerli istehsalını yaratmağa məcbur edir. Məhz bu mühitdə region dövlətlərinin hərbi sənaye müəssisələrinin özlərinəAzərbaycan Ordusunun silahlanmasına daxil olan iriçaplı snayper tüfəngləri – İST14.5 “İs tiqlal” (solda) və NTW20 (sağda) Foto: MN
55
Ukraynanın “XADO Chemical Group” şirkətinin istehsal etdiyi 12.7×108 mm XADO Snipex M100 və 50BMG XADO Snipex “Rhino Hunter” snayper tüfənglərinin atış fotoları. Foto: Xado
məxsus yanaşmalar ortaya qoyması müşahidə olunur. İstehsal edilən bu silahlar regiondakı münaqişə zonalarında praktiki olaraq sınaqdan çıxarılır və təkmilləşdirilir. Qeyd etdiyimiz kimi, son illər Ukraynanın şərqində baş verən silahlı münaqişələrin ilk fazasında hər iki tərəfdə emalatxanalarda müxtəlif iriçaplı silahların əsasında kustar üsulla yaradılan “iriçaplı tüfənglərə” tez-tez rastlaşmaq mümkün idi. Elmi yanaşma və sənaye yanaşması olmadan, ZU-23, KPVT, DŞK, NSVP əsasında hazırlanan bu silahların bəzən “seriyalı istehsalı” bir neçə nümunədən ibarət olmuşdur. Yalnız foto və videolarda görüntülənən bu snayper tüfənglərinin texniki-taktiki xüsusiyyətləri, effektli olubolmaması, keyfiyyəti, sonrakı vəziyyəti barədə hər hansı məlumatlar mövcud deyil. Yerli sənaye müəssisələrinin müstəqil və ya xarici tərəfdaşlarla birlikdə hazırladıqları və döyüş əməliyyatları zonalarında hərbçilərin iştirakı ilə praktiki
56 www.azeridefence.com
olaraq sınaqlardan keçən bu silahlardan İST-14.5 “İstiqlal” (Azərbaycan), PDShP-2 (Gürcüstan), ASVK, SVLK-14S “Sumrak” (Rusiya) kimi snayper tüfənglərinin müxtəlif dövlətlərə ixracı da həyata keçirilib. Rusiyada iriçaplı snayper tüfənglərinin yaradılması işlərinə 1990-cı illərin əvvəllərində başlanılıb və bu çərçivədə 12.7 mm və 14.5 mm kalibrli bir neçə silahın nümunələri hazırlanıb. 1994-cü ildə Tula şəhərində Rusiyanın 12.7x108 mm V-94 “Volqa” indeksli ilk yarımavtomat iriçaplı snayper tüfənginin təqdimatı keçirilib və 1996-cı ildə “Volqa”nın ilk partiyası Rusiya Daxili İşlər Nazirliyinin bölmələrinin silahlanmasına qəbul edilib. Sonrakı dövrlərdə “Volqa” üzərində aparılan təkmilləşdirmələr nəticəsində silahın lülə ağız əyləci və qundağının təkmilləşdirilməsi, yeni dayaqların tətbiq edilməsi ilə OSV-96 snayper tüfəngi meydana çıxıb. Uzunmüddətli sınaqlardan sonra OSV-96 snayper tüfəngi 2000-ci ilin martında Rusiya Daxili İşlər Nazirliyi tərəfindən silahlanmaya qəbul edilmişdir. Barıt qazının enerjisi hesabına işləyən avtomatikaya malik OSV-96 tüfəngi rəqibin 1800 metrədək məsafədə canlı qüvvəni və yüngül zirehli texnikaları, 1000 metrədək məsafədə sığınacaqlar
arxasındakı rəqibin canlı qüvvəni məhv etməsi üçün nəzərdə tutulur. Rusiya Müdafiə Nazirliyinin keçirdiyi müsabiqədə ASVK snayper tüfənginə uduzan OSV-96-nın əsas çatışmazlığı güclü səs çıxarmasıdır. Buna görə də OSV-96-dan qulaqlıqlarla atəş açmaq tövsiyə olunur. Rusiya Müdafiə Nazirliyinin sifarişi üzrə ASVK snayper tüfənginin (ilk adı SVN-98) yaradılmasına “V. A. Deqtyarev adına zavod” tərəfindən 1996-cı ildə yaradılmağa başlanıb. İlk nümunəsi 1998-ci ildə meydana çıxan SVN-98 tüfənginin əsasında 2000-ci ildə KSVK tüfəngi hazırlanıb və seriyalı istehsala təqdim olunub. KSVK-nın qoşun sınaqları və təcrübi nümunələrinin sınaqlarından sonra təkmilləşdirilmiş versiyası 2004-cü ildən ASVK adı ilə seriyalı istehsal olunmaqdadır. Bullpap sxem üzrə istehsal edilən ASVK təpməni digər snayper tüfəngləri ilə müqayisədə 2.5 dəfəyə yaxın azaldan, xüsusi dizayn edilmiş lülə ağız əyləci ilə təchiz olunub. Bundan başqa, təpmənin azaldılması üçün silahın qundağı məsaməli yumşaq materialla örtülüb. 12.7x108 mm patronlardan istifadə edən tüfəngin uzunluğu 1350 mm, lüləsinin uzunluğu 1000 mm, boş halda çəkisi 12.5 kq, nişangahla atış uzaqlığı 200 metr təşkil edir. Silah 5 patron tutumlu daraqla dəstləşdirilir və atış tezliyi dəqiqədə 10 atəşdir. İkinci rus-çeçen müharibəsində istifadə edilmiş ASVK hazırda Suriyada gedən hərbi əməliyyatlarda geniş istifadə olunmaqdadır. Xüsusi əməliyyatlar üçün hazırlanmış 12.7 mm çaplı OS-44 snayper tüfəngi böyük qabaritli səsboğucu ilə komplektləşdirilib. Silahın çəkisi boş halda 14 kq, güllənin başlanğıc sürəti 800 m/saniyə, maksimal atış məsafəsi 1200 metrdir. Zirehdeşən patronlarla 250 metr uzaqlıqda 15 sm qalınlığında kərpic divarı və 16 mm qalınlıqda polad lövhəni dələ bilən tüfəng bullpap dizayna əsaslanır. Silahın geri təpməsini zəiflətmək üçün qundağın içində yay mexanizmi tətbiq edilib. İstehsalçı müəssisənin nümayəndələrinin sözlərinə görə, hazırda OS-44 bazasında 14.5 mm çaplı patronlardan istifadə edən yeni bir tüfəngin yaradılması üzərində işlər aparılır. Xüsusi təyinatlılar üçün nəzərdə tutulan VSSK “Vıxlop” digər Rusiya analoqlarından fərqli olaraq, 12.7x55 mm SS-130 sursatlarından istifadə edir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Xüsusi Əməliyyatlar Mərkəzinin sifarişi əsasında yaradılan silahda səssiz atışların aparılması nəzərə alınıb. Tüfəngdə istifadə olunan SS-130 patronları 200 metr
məsafədə 15 mm polad lövhəni və 100 metr məsafədə 5-ci səviyyə zirehli gödəkcəni deşməyə imkan verir. Xüsusi döyüş sursatı ilə səsboğucudan atışla 600 metr məsafədə rəqibin yüngül zirehli texnikasını da vurmaq mümkündür. Əllə tək-tək doldurulan silahın boş halda çəkisi 6.5 kq, uzunluğu 1125 mm-dir. Subsonik patronlarla atəş zamanı səsin səviyyəsi 123 dD-ni ötmür və bu da təxminən 4.5 mm pnevmatik silahın səsinə uyğundur. Son illər snayper tüfənglərinin və idman silahlarının istehsalı sahəsində əhəmiyyətli addımlar atan özəl sektora aid “Lobaev Arms” şirkəti Rusiyanın yüksək dəqiqlikli uzaqvuran snayper tüfən ginin istehsalçısı hesab olunur. Şirkətin baş konstruktoru Vladislav Lobaevin dizayn etdiyi SVLK-14S “Sumrak” hazırda təhlükəsizlik orqanlarının silahlanmasına daxildir. Hazırda uzaqlıq üzrə bu silah dünyada ilk üçlükdə qərarlaşır və şirkətin saytında yer alan məlumata görə, SVLK-14S tüfəngi atıcıya 2500 metrədək uzaqlıqda hədəfləri vurmağa imkan verir. 408 Cheytac/.338LM/.300WM patronlarından istifadə edən “Sumrak”ın dəqiqliyi 0.3 MOA təşkil edir. Uzunluğu 1570 mm, lüləsinin uzunluğu 900 mm təşkil edən tüfəngi çəkisi 9.6 kq-dır. Silahda daraqdan istifadə edilmir və doldurulma tək-tək həyata keçirilir. Tüfəngdə T-Turner lülə ağız əyləci tətbiq edilib. Eksperimental nümunəsi 2010-cu ildə İrəvanda Ermənistan Müdafiə Nazirliyinin hərbi-sənaye sərgisində nümayiş olunan K-15 iriçaplı snayper tüfəngin Ermənistanın ilk iriçaplı snayper tüfəngidir. 12.7x108 mm kalibrli patronlardan istifadə edən silahın uzunluğu 1500 mm, lüləsinin uzunluğu 1100 mm, çəkisi boş halda, optika və dayaqlar olmadan 18 kiloqram olaraq göstərilir. Hərbi nəşrlərdə yer alan informasiyalara görə, tüfəngin tezatma qabiliyyəti dəqiqədə 16 atəşdir. Güllənin başlanğıc sürəti 810 m/saniyə, nişangah atış məsafəsi 1600 metr, maksimal atış məsafəsi isə 2000 metr təşkil edir. Boltaction iş prinsipinə malik snayper tüfəngində
daraq mövcud deyil və doldurulma təktək həyata keçirilir. Ukraynanın “Mayak” zavodu tərəfindən 2015-ci ildə OSV-96 tüfənginin bazasında hazırlanmış yeni snayper tüfənginin (12.7×108 mm) lüləsinin uzunluğu 1000 mm, nişangah uzaqlığı 1500 metr, maksimal atış məsafəsi 2000 metrdən çox olaraq göstərilmişdi. Sonrakı dövrdə yeni tüfəngin sınaqlarının davam etdiyi zavod rəsmiləri tərəfindən qeyd olunsa da, tüfəngin silahlanmaya qəbul edilibedilmədiyi bu günədək dəqiqləşdirilməyib. Bəzi ehtimallara görə, zavod sözügedən silahı xarici bazar üçün hazırlayıb. Ukraynanın “XADO Chemical Group” şirkətinin 2017-ci ildə nümayiş etdirdiyi snayper tüfəngləri özlərinin iş prinsipləri və dizaynları baxımından fərqlənir. 12.7×99 mm (.50BMG) patronlardan istifadə edən XADO Snipex “Rhino Hunter”, 12.7×108 mm sovet patronlarından istifadə edən XADO Snipex M75 modellərinin effektiv atış məsafəsi 2500 metrədəkdir. “XADO Snipex” tüfəngləri orijinal konstruksiyaya malikdir. Tüfəngə patronlar daraqdan deyil, əllə tək-tək daxil edilir. Silahın iş prinsipi 1940-cı illərdə Sovet Ordusunda mövcud olan “Deqtyarev PTRD” tank əleyhinə tüfənginə bənzəyir. “XADO Snipex” tüfəngləri lülə ağız əyləci və bipodla komplektləşdirilib. Lülə qutusunun üzərindəki kiçik pikatini tamasa silaha istənilən növ optik
MSN mütəxəssisləri tərəfindən yaradılmış 23 mm çaplı snayper tüfənginin ilk nümunəsi ADEX2019 beynəlxalq müdafiə sərgisində ilk dəfə sərgilənib. Foto: AD
nişangahların qurulmasını mümkün edir. Silahın uzunluğu 1220 mm, lüləsinin uzunluğu 750 mm, çəkisi patronsuz və optik nişangahsız 16 kiloqramdır. İriçaplı snayper tüfənglərinin yaradılması və istehsalı ilə bağlı Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (hazırkı “Azərsilah” ASC) tərəfindən müxtəlif layihələr həyata keçirilməkdədir. Azərbaycan silah sənayesinin debütü sayılan İST14.5 “İstiqlal” snayper tüfəngi 14.5x114 mm çaplı patronlardan istifadə edir və özünün imkanlarına görə iriçaplı snayper tüfəngləri arasında ilk yerlərdə qərarlaşır. Azərbaycan Ordusu tərəfindən döyüş bölgələrində aktiv istifadə olunan bu silah düşmənin canlı qüvvəsinin, hərbi texnikasının, sığınacaqlarının vurulmasında istifadə olunur. Yarımavtomat iş rejiminə malik “İstiqlal”ın təkmilləşdirilmiş “İstiqlal-T” modelinin çəkisi 28 kq, gülləsinin başlanğıc sürəti 945–990 m/saniyə (B-32 APİ), MDZ patronlarla 1015 m/saniyə, nişangah məsafəsi 2000 metr, uzunluğu 2256 mm, lüləsinin uzunluğu 1300 mm-dir. 5 patron tutumlu daraqla dəstləşdirilən silah bipod və monopoda sahibdir. Snayper tüfəngi iki hissəyə ayrılmaqla daşınır. “İstiqlal” ailəsinin davamı olan 12.7x108 mm İST12.7 “Mübariz” snayper tüfəngi -50, +50 dərəcə temperaturlarda, 93–97% rütubətlilik şəraitində istifadə oluna bilir. 7 patron tutumlu daraqla dəstləşdirilən “Mübariz”in çəkisi 16 kq, uzunluğu 1800 mm, lüləsinin uzunluğu isə 1100 mm-dir. Yarıavtomat iş prinsipinə, bipod və monopoda sahib tüfəngin nişangah atış məsafəsi 2000 metr təşkil edir. B32 APİ patronlarından istifadə
57
etməklə “Mübariz” ilə 100 metr məsafədən 20 mm qalınlığında zireh lövhəsini dəlmək mümkündür. MSN-in iriçaplı snayper tüfəngləri ailəsinin davamı olan ST-12,7 yarımavtomat snayper tüfəngində 12.7x108 mm-lik patronlardan istifadə edilir. Silahın çəkisi bənzər kalibrli silahlarla müqayisədə yüngülləşdirilib və 10 kiloqramdan bir qədər ağırdır. İlk nümunəsi 2018-ci ilin sentyabr ayında Bakıda keçirilmiş ADEX-2018 sərgisində təqdim olunan snayper tüfənginin lüləsi daxil olmaqla, bütün hissələri Azərbaycanda istehsal edilir. ST-12.7 snayper tüfəngindən 12,7x108 mm-lik çaplı snayper, zirehdələn-yandırıcı (B-32 və BS), zirehdələn-yandırıcı-izburaxan (BZT-44) və adi təsirli yandırıcı (MDZ) patronlarla atəş açılır. Snayper tüfəngi müxtəlif istismar şəraitində – havanın 93-97% nisbi rütubətliliyində, -50 dərəcədən +50 dərəcə temperatura qədər istənilən iqlim və hava şəraitində effektiv istifadə oluna bilir. ST-12.7 snayper tüfəngi ilə testlər zamanı 1500 metr məsafədə hədəfin vurulduğunu qeyd edən nazirlik nümayəndələrinin sözlərinə görə, silahın atəş tezliyi dəqiqədə 15 atış, uzunluğu 1800 mm, lüləsinin uzunluğu 1000 mm, nişangah atış məsafəsi 2000 metrdir. Tüfəng 7 patron tutumlu daraqla dəstləşdirilir. Hərbçilər tərəfindən “snayper top” adlandırılan 23x115 mm çaplı İST-23 snayper tüfəngi özünün ölçüləri və çəkisinə, eləcə də yaradılma zamanı təpmənin azaldılmasını təmin edən yeni yanaşmalara görə, dünyadakı 20 mm və ondan böyük kalibrli snayper tü fənglərindən tamamilə fərqlənir. İST-23 tüfəngində silahın geri təpməsi 20 mm və daha yuxarı kalibrli bənzər silahlarla müqayisədə əhəmiyyətli şəkildə azaldılıb. Bu da öz növbəsində silahın dəqiqliyinin artmasına təsir göstərib. Sınaqlar zamanı 2000 metr məsafədə hədəflərin vurulması təmin olunub. Bu snayper tüfəngi PDM, BTR kimi zirehli vasitələrinə və dayanacaqda olan aviasiya vasitələrə qarşı səmərəli mübarizə apara bilir. Tək-tək doldurulan İST-23 snayper tüfənginin uzunluğu 1770 mm, lüləsinin uzunluğu 1000 mm, atəş tezliyi dəqiqədə 6 atış, çəkisi 34 kiloqramdır. Snayper tüfəngi üçün xüsusi alovboğucu dizayn edilib. MSN-in NST-14.5 adlı digər snayper tüfənginin çəkisi 21 kq, uzunluğu 1900 mm, qundağı yığıldıqda isə 1600 mm təşkil edir. Tüfəng 4 patron tutumlu darağa və əllə tək-tək doldurulma (bolt action) prinsipinə malikdir. Nişangah mənzili
1600 metr təşkil edən NST-14.5 tüfəngində sola qatlanan, hündürlüyü tənzimlənən qundaq və xüsusi olaraq hazırlanmış ağız əyləci tətbiq edilir. NST-14.5 snayper tüfəngi öz quruluşuna və dizaynına görə MSN-in “İstiqlal” xəttindən fərqlənir və dizayn olaraq “Truvelo” şirkətinin 14.5 mm çaplı CMS snayper tüfənginə yaxındır. Gürcüstanın “STC Delta” Elmi-Texniki Mərkəzi tərəfindən iriçaplı snayper tüfənglərinin bir neçə nümunələri yaradılıb. Mərkəzin “Satevari” (“Xəncər”) adlı multikalibr snayper tüfənginin .50 BMG patronlarından istifadə edən versiyasının atış uzaqlığı 2500 metr olaraq göstərilir. “STC Delta” mütəxəssislərinin sözlərinə görə, silahın qundağı xüsusi erqonomik materialdan hazırlanıb ki, bu da geri təpmənin təsirini minimallaşdırır. Hazırda Gürcüstan Ordusunun istifadəsində yer alan bullpap dizayna malik “Borbalo-213” adlı iriçaplı snayper tüfənginin uzunluğu 1200 mm, lüləsinin uzunluğu 800 mm-dir. Silahın çəkisi 11,5 kq, atış uzaqlığı 1500 metrdir. Tüfəngin 12,7×108 və 12,7×99 çaplı patronlara uyğunlaşdırılmış modelləri mövcuddur. Bununla yanaşı, gürcü mühəndisləri tərəfindən 14,5×114 mm və 20×102 mm çaplı versiyalarının üzərində işlər aparılır. “STC Delta”nın istehsalı olan 12.7x108 mm-lik PDShP-1 və PDShP-2 snayper tüfəngləri eyni çaplı patronlardan istifadə etmələrinə baxmayaraq, qabaritlərinə görə bir-birindən fərqlənirlər. Anti-material snayper
Gürcüstanın “STC Delta” şirkəti tərəfindən istehsal edilən 12.7x108 mm PDShP1 snayper tüfəngi. Foto: İnternet
tüfəngləri sinfinə aid olan PDShP-1 xarici dizaynına görə Rusiyanın OSV-96 tüfənginə bənzəyir. Düşmənin canlı qüvvəsini və yüngül zirehli texnikalarını məhv etmək üçün nəzərdə tutulan bu silah 5 patron tutumlu daraqla dəstləşdirilib. Atəş zamanı geri təpməni azaltmaq üçün silahın lüləsi əyləclə təchiz olunub. “Bolt action” prinsipi ilə işləyən PDShP-2 tüfəngi isə sələfindən daha qısa və yüngüldür. Ehtiyac yarandıqda bu tüfəngə səsboğucu quraşdırmaq mümkündür. PDShP-1 tüfənginin uzunluğu 1520 mm, PDShP-2-nin 1040 mm, lülələrinin uzunluğu müvafiq olaraq 1100 mm və 580 mm, atış mənzili 2000 metr (PDShP-1), 1200 m (PDShP-2), çəkisi 14 kq və 12 kq təşkil edir. Sosial şəbəkələrdə yer alan məlumata görə, Donetsk separatçıları 23 mm-lik zenit topunun əsasında özlərinə aid “Separatist” adlı böyük kalibrli snayper tüfəngini hazırlayaraq Ukrayna mərkəzi hökumət qoşunları ilə döyüşlərdə tətbiq ediblər. Snayper tüfəngində ZU-23 toplarındakı ilə eyni mərmilərdən istifadə olunur. ZU-23 lülə və gövdəsindən istifadə edilməklə, tüfəng üçün xüsusi üçayaq və atəş zamanı geri təpməni azaldan xüsusi lülə ağız əyləci yaradılıb. Snayper kompleksinin nişangah məsafəsi 3000 metr olaraq göstərilir.
Truvelo CMS
58 www.azeridefence.com
PUAlar üçün i̇darə olunan mi̇ni̇ sursatlar Böyük dağıdıcı gücə və eyni zamanda həddən artıq baha qiymətə olan idarəolunan bombaların çox hallarda kiçik qruplara və böyük əhəmiyyət daşımayan hədəflərə atılmasının səmərəsizliyi 2011-ci ildə ABŞ Ordusunun yeni seçimlər axtarışına gətirib çıxardı. Pentaqonun təşəbbüsü ilə aparıcı müdafiə sənayesi şirkətləri bu tip layihələr üzərində işlərə başladılar. ABŞ ilə yanaşı dünyanın müxtəlif dövlətlərinə məxsus istehsalçılar tərəfindən mini idarə olunan və olunmayan döyüş sursatlarının yaradılması həyata keçirilməkdədir. Mini ölçülü idarəolunan sursatlar böyük “hava-yer” raketləri və ya artilleriya vasitələrinin istifadə edilməsi mümkün olmayan şəhər və yaşayış məskənlərində ideal həll hesab olunur. İlk növbədə, PUA-lar bir və bir neçə deyil, çox sayda döyüş sursatı ilə yüklənə bilir ki, bu da bir uçuş zamanı müxtəlif hədəflərə qarşı döyüş aparmağa imkan yaradır. Ki çik ida rə o lu nan bom ba la rın di gər üstünlüyü ucuz qiymətə başa gəlməsidir. Ordunun ehtiyaclarını qarşılamaq məqsədi ilə 2010-cu ildə ABŞ Müdafiə Nazirliyinin 11.3 kq və ya daha az çəkili idarəolunan aviasiya bombalarının yaradılmasına dair təkliflər sorğusu elan etməsi ilə yüngül aviasiya və PUA-lar üçün yeni nəsil mini ölçülü döyüş sursatlarının ya-
?Zaur Babaşov Pilotsuz uçuş aparatlarının müharibə teatrlarında rolunun artması, taktik pilotsuz uçuş aparatlarının yeni nəsil və yeni növ səviyyəyə keçidi prosesi sürətlə davam edir. 2000ci illərin əvvəllərində ABŞ başda ol maqla, bir neçə dövlətin silahlanmasında yer alan döyüş pilotsuz uçuş aparatlarının (PUA) istifadəçilərinin sayı artmış və bu proses müxtəlif coğrafiyalara doğru genişlənməkdədir. Döyüş PUAlarının istehsalçıla rının və operatorlarının artması özü ilə birgə yeni ehtiyaclar da meyda na çıxarır. Bunlardan da birincisi və həlli mühümü PUAlar üçün idarə olunan yüksək dəqiqlikli döyüş sursatlarının yaradılmasıdır. radılması işləri sürətləndi. ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları istismar olunan pilotsuz aviasiyasının kiçik ölçülü və qiyməti ucuz döyüş sursatlarına ehtiyacını açıqladı. Hesab edilirdi ki, yüngül və orta PUA kəşfiyyat məsələlərini yerinə yetirməklə yanaşı, yerüstü hədəflərə zərbə endirmək üçün idarə olunan döyüş sursatına malik olmalıdır. Bununla belə, mini idarəolunan bombalar PUA-lara düşmənin canlı qüvvəsini və ya zirehsiz texnikasını məhv etməyə imkan verməli idi. Təkliflərə qısa zamanda reaksiya verən bütün aparıcı raket istehsalçıları kiçik kalibrli idarəolunan raket layihələrini təqdim etdilər. Qiymətin ucuz, çəkinin yüngülləşdirilməsinə nail olmaq
üçün istehsalçılar ağır raket mühərriklərindən imtina etmək məcburiyyətində qaldılar. Bu kontekstdə yeni sinfin ilk tədarüklərindən biri “Raytheon” şirkətinin PUA-lar üçün hazırladığı “Pyros” adlı idarə olunan döyüş sursatı idi. İlkin mərhələdə layihə STM (Small Tactical Munition) kiçik taktik döyüş sursatı adını daşıyırdı və texniki tapşırığa əsasən, sursatının maksimal çəkisi 6-7 kq-ı ötməməli, maksimal uzunluq 2 fut (təxminən 60 santimetr) ilə məhdudlaşmalı idi. “Raytheon” şirkətinin mütəxəssisləri 2010-cu ilin payızında uzunluğu 56 sm, çəkisi təxminən 5.4 kq təşkil edən STM “Phase I” sursatının sınaqlarını keçirdi. Bütün aqreqatları silind rik kor pus da qu raş dı rı lan sur sat
59
“Raytheon” şirkəti tərəfindən Pentaqonun sifarişi üzrə yaradılmış “Pyros” idarəolunan mini döyüş sursatı. Keçirilən atış sınaqlarında yüksək dəqiqlik əldə olunub. MQ9 “Reaper” PUA 7–8 “Pyros” sursatı daşıya bilir. Foto: Raytheon
X-formalı qanadlar və 4 stabilizator ilə təchiz olunub. Raket hədəfə yarıaktiv lazer və GPS vasitəsi ilə yönəlir. Seriyalı istehsala “Pyros” adıyla başlayan sursatın ümumi quruluşu və qabaritləri əvvəlki kimi qalsa da, çəkisi 6 kq-a qədər ağırlaşıb. 3.2 kq ağırlığında qəlpə-fuqas döyüş başlığı daşıyan döyüş sursatının proqramlaşdırma vasitəsi ilə hədəfin üzərində müəyyən edilmiş hündürlükdə partladılması mümkündür. “Pyros” yüngül və orta PUAlardan başqa, ağır sinif aparatların da silahlanmasına daxil edilə bilər. Bu halda, MQ-9 “Reaper” PUA bir AGM-114 “Hellfire” raketinin yerinə, 7–8 “Pyros” bomba daşıya bilir və bu da PUA-nın bir uçuşda çox sayda hədəfə qarşı istifadəsinə imkanlar yaradır. Pentaqonun təklifi əsasında “Lockheed Martin” korporasiyası tərəfindən hazırlanmış “Shadow Hawk” mini qabaritli idarə olunan aviasiya raketinin ilk sınaqları 2012-ci il mart ayında Yuta ştatındakı Daquey poliqonunda keçirilib. “Shadow Hawk” idarə olunan döyüş sursatı sınaqlar zamanı 1545 metr hündürlükdən AAI RQ-7 “Shadow” PUA-dan atılıb. Təxminən 500 km/saat sürətlə hədəfə yönələn döyüş sursatı hədəfi yüksək dəqiqliklə (0,2 metr yayınmaqla) vurub. Qeyd edək ki, adıçəkilən döyüş sursatının hədəfdən sapması 1 metrdən çox deyil. Lazer yönləndirməli 69 mm-lik “Shadow Hawk” raketi 11 funt (4.9 kq) çəkiyə malikdir. Yüngül və orta çəkili PUA-ların silahlandırılması üçün nəzərdə tutulan raketin quyruq hissəsində
60 www.azeridefence.com
açılan X-formalı qanadları, səthində idarəetmə çarxları, ön hissəsində özü tuşlanan lazer və idarəetmə bloku yer alır. 2014-cü ilə qədər “Shadow Hawk” aviasiya raketinin sınaqlarını tamamlayan “Lockheed Martin” şirkəti hazırda ABŞ və başqa ölkələrin silahlı qüvvələrinə öz məhsullarını təklif edir. “Shadow Hawk” layihəsi üçün təqdimat materialları, “Raytheon” şirkətinin “Pyros” bomba iddiasında olduğu kimi, eyni dəlilləri özündə əks etdirir. Yeni bombaların yüngül və orta ölçülü PUA-lara yalnız kəşfiyyat və zərbə əməliyyatları üçün deyil, həm də geniş diapazonlu missiyanın həyata keçirilməsini asan və ucuz olaraq həll etməyə imkan verəcəkləri iddia edilir. “Alliant Techsystems” (ATK) şirkətinin 2012-ci ildə təqdim etdiyi “Hatchet” adlı yeni ultra-kiçik aviasiya bombası Amerikada mövcud olan analoqlarından qabarit və çəkisinin daha kiçik olması ilə fərqlənir. JDAM (Joint Direct Attack Munition) əsasında hazırlanan sursatın çəkisi təxminən 3,2 kq civarındadır. Bombanın iki versiyası mövcuddur. Onlardan biri GPS peyk naviqasiya sistemindən siqnalları qəbul edərək hədəfə yönəlir. Digəri isə İNS naviqasiya və ön hissədə yerləşən yarıaktiv lazer avtomatik tuşlanan başlıq istifadə edir. Öz sinfinin digər sursatları kimi, ATK “Hatchet” düşmənin canlı qüvvəsini və zirehsiz texnikasını məhv edə bilən yüngül qəlpəli-fuqas döyüş başlığı ilə təchiz olunub. Bomba maraqlı aerodinamik görünüşə malikdir. 60 mm çaplı
bombaya üçbucaq formalı qatlanan 3 qanad, quyruq hissəsində uzadıla bilən 3 idarəetmə mexanizmi quraşdırılıb. “Hatchet” bombasının qanadları nazik polimer materialdan hazırlanıb. PUA-nın qanadının və ya gövdəsinin altından asılması üçün sursat xüsusi konteynerə yerləşdirilir. Bombanın konteynerdən çıxışından sonra idarəetmə mexanizmləri açılır və sursat hədəfə yönəlir. Bundan sonra hədəf aşkarlayıcılar hərəkətə gətirilir. Hədəf aşkar edildikdən sonra uçuşa nəzarət etmə prosessoru lazımlı məlumatları verir və hədəfə dəqiq avtomatik tuşlamanı təmin edir. “Hatchet”in şəhər və yaşayış məskənlərində tətbiqinin daha effektiv olacağı ehtimal edilir. Yeni bombanın dəqiqliyi hər hansı binanın istənilən otağını vurmağa imkan verir. Mütəxəssislərin sözlərinə görə, “Hatchet” RQ-7 “Shadow” kimi kiçik və yüngül PUA-larla yanaşı, 40 saatdan çox müddət əməliyyat imkanları olan orta və ağır PUA-ları lazımi sursatla təmin edəcək. 2013-cü ildə sursatın konstruktor işlərini başa çatdıran şirkət 2014-cü ildə onun sınaqlarına başlayıb. 2018-ci ilin sonuna qədər müxtəlif PUA-lar üzərində sınaqdan keçirilmiş döyüş sursatının yaxın gələcəkdə ABŞ Dəniz Piyada Qoşunları və Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbulu gözlənilir. Şirkət mütəxəssisləri hesab edirlər ki, sursat PUA-ların döyüş komplektini əhəmiyyətli dərəcədə genişləndirə bilər. Hazırda istismar olunan PUA-lara sinfin AGM-114 “Hellfire” raketinin əvəzinə 24 ədəd “Hatchet” inteqrasiya etmək olar. Pentaqonun Lethal Miniature Aerial Munition System proqramı çərçivəsində ABŞ-ın “Textron Defense Systems” şirkə-
tinin fransız “Thales” şirkəti ilə birlikdə hazırladığı 5.8 kq ağırlığa malik “Fury” adlı idarəolunan döyüş sursatı 1.4 kq döyüş başlığına, kombinə edilmiş GPS/İNS və özütuşlanan yarıaktiv lazer başlığa malikdir. Uzunluğu 68 sm, diametri 7.5 sm təşkil edən sursat rəqibin sığınacaqlarına, zirehsiz nəqliyyat vasitələrinə, sabit və hərəkətdə olan hədəflərinə, o cümlədən canlı qüvvəsinə qarşı nəzərdə tutulub. 2014-cü ilin avqust ayında “Shadow 200” PUA ilə “Fury”-nin ilk sınaqları keçirilib. 2016-cı ilin aprel ayında PUA-dan 8000 metr hündürlükdən sərbəst buraxılan sursat hədəfləri vuraraq yüksək dəqiqlik nümayiş etdirib. Mütəxəssislərin hesablamalarına görə, MQ-1 “Predator” kimi bir PUA dörd “Hellfire” raketi və 12 “Fury” raketi daşıya bilər. MBDA İnc. şirkətinin hazırladığı “Saber” idarə olunan aviasiya raketinin 4.5 kq-dan 13.6 kq-dək fərqli ölçülərdə nümunələri hazırlanaraq sınaqlardan çıxarılıb. GPS/INS və yarıaktiv lazer başlığa, yığılan qanadlara malik “Saber” raketinin texniki xüsusiyyətləri barədə geniş informasiya mövcud deyil. Türk PUAlarının gücü – MAML ROKETSAN şirkətinin 8 km mənzilə malik L-UMTAS tank əleyhinə idarə olunan raketin əsasında yaradılmış MAM-L lazer güdümlü mini qabaritli döyüş sursatı faktiki olaraq L-UMTAS-ın qabaritləri yığcamlaşdırılmış versiyasıdır. Diametri 160 mm təşkil edən MAM-L raketinin uzunluğu 1 metr, ağırlığı 22,5 kq, döyüş başlığı isə 10 kq-dır. Hazırda Türkiyənin müdafiə sənaye şirkətlərinin istehsalı olan “Bayraktar TB2”, “Anka” və “Karayel” taktik PUA-ların silahlanmasına daxil olan MAM-L yüngül sığınacaq, zirehsiz nəqliyyat vasitələri, radarlar və canlı qüvvəyə qarşı tətbiq olunur. Sursatın qəlpəli-fuqas döyüş başlığının məhvetmə radiusu 25 metrdən böyükdür. Raketin effektiv atış məsafəsi isə L-UMTAS-da olduğu kimi 8 km-dir. Lakin L-UMTAS-dan fərqli olaraq MAM-L-də mühərrik mövcud deyil. ROKETSAN mütəxəssislərinin sözlərinə görə, bu mini döyüş sursatının PUAlarla yanaşı, yüngül döyüş təyyarələrinə inteqrasiyası da mümkündür. Müxtəlif PUA-lar üzərində 2015–2017-ci illərdə keçirilmiş atış sınaqlarında MAM-L raketi ilə 2×2 metr ölçülü hədəfin 8 km məsafədən yüksək dəqiqliklə məhv edilməsi mümkün olub. Sınaqlar zamanı raketin atışı təxminən 5 km yüksəklikdən həyata keçirilib. Bununla yanaşı, 24 avqust 2016-cı il tarixində başlayan “Fərat Qalxanı” və 2018-ci ilin yanvar-mart aylarında Suriya ərazisində keçirilmiş “Zey-
tun Budağı” əməliyyatında Türkiyə Silahlı Qüvvələri adıçəkilən sursatları Suriyada real döyüş sahəsində sınaqdan keçirmək imkanı qazanmışdır. Türkiyə Müdafiə Sənayesi Komitəsinin sosial media hesabında yaydığı məlumata görə, “Bayraqdar TB2” PUA-ları “Zeytun Budağı” əməliyyatında ilk dəfə olaraq MAM-L sursatının zirehdələn döyüş başlığına malik versiyalarından da atışlar həyata keçirib. Eyni zamanda qəlpəli-fuqas döyüş başlıqlı MAM-L raketləri havada partlayış mexanizmi ilə istifadə olunub. Əməliyyatlar zamanı hədəf tipinə uyğun istifadə olunan döyüş başlıqları ilə yüngül qurğular, zirehli maşınlar, radar antenləri, silah mövqeləri kimi mümkün hədəflərə qarşı effektiv nəticələr əldə olunub və hədəflərin hamısı yüksək dəqiqliklə vurulub. PUA-ların silahlanmasında yer alan MAM-L yarıaktiv lazer başlıqlı döyüş sursatlarının bir çox ölkənin seçimi olacağını düşünən ROKETSAN mütəxəssislərinin sözlərinə görə, döyüş sursatı dizayn və istifadə konsepsiyası ilə istifadəçilərinə, xüsusilə kəşfiyyat və müşahidə missiyaları zamanı ortaya çıxan zaman – kritik hədəfləri, effektiv şəkildə zərərsizləşdirməyə imkan yaradır. ROKETSAN rəsmilərinin sözlərinə görə, hazırda seriya lı is teh sa lı sürət lə da vam et di ri lən MAM-L raketinin sifarişçinin istəyinə uyğun olaraq, INS və GPS naviqasiyası ilə təchiz edilməsinə baxılır. Bu da gələcəkdə raketin atış mənzilinin 14 km-dək çıxarılmasına imkan verəcək. PUA-lar üçün dəqiq döyüş sursatlarının yaradılması istiqamətində aktiv araşdır ma lar və ya ra dıl ma iş lə ri apa ran ROKETSAN şirkəti 2016-cı ildə 70 mmlik “Cirit” lazer yönləndirməli idarə olunan raketin MAM-C adlı PUA-lardan atış üçün nəzərdə tutulan yeni konfiqurasiyasının hazırlanığını açıqlayıb. Mövcud “Cirit”dən ölçüsünə görə daha kiçik olan MAM-C ümumi xüsusiyyətlərini qoruyub saxlayıb. Son texnologiyalar və müasir tələblər nəzərə alınmaqla yaradılmış bu raket çox məqsədli (zireh dəlici, termopa-
Türkiyə Silahlı Qüvvələrinin “Bayraqdar TB 2”, “Karayel” və “Anka” PUAları MAML idarə olunan raketlərlə silahlandırılıb. Foto: ROKETSAN
rik, anti-personal və yanğın törədici) döyüş başlığı ilə təchiz oluna bilir. Yüksək dəqiqliyə sahib olan “hava-yer” tipli bu raket 8 km mənzilə sahibdir. Raketinin uzunluğu 80 sm, ağırlığı 8.5 kq, döyüş başlığı isə 2.5 kq təşkil edir. MAM-C raketi ötən il “Anka” PUA-nın “Blok A” konfiqurasiyasının və “Hürkuş” təlim təyyarəsinin silahlı versiyası olan “Hürkuş-C” təyyarəsinin silahlanmasına da daxil edilib. Çin nümunələri Çin müdafiə sənayesi şirkətləri tərəfin dən PU A- la rın və yüngül hücumkəşfiyyat təyyarələrinin silahlandırılması üçün lazer və GPS yönləndirməli döyüş sursatlarının nümunələri yaradılmışdır. Hazırda Çin istehsalı olan bu döyüş sursatları Pakistan və Nigeriya Silahlı Qüvvələri tərəfindən terrorçulara qarşı əməliyyatlarda, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələri tərəfindən Yəməndə, İraq və Misir Hərbi Hava Qüvvələri tərəfindən ölkə ərazisində İŞİD-ə qarşı döyüş əməliyyatlarında geniş istifadə edilir. Müharibə teatrlarında praktik istifadə edilən Çin sursatları dünyada ən populyar sursatlardan hesab edilir. Çinin NORİNCO korporasiyası tərəfindən yaradılan AR-1 mini ölçülü raketi NORİNCO-nun HJ-10 (“Red Arrow-10”) tank əleyhinə döyüş sursatının bazasında yaradılıb. İlk nümunəsi 2008-ci ildə Çinin Zhuhai şəhərində keçirilmiş “Zhuhai Airshow-2008” beynəlxalq aviasiya sərgisində nümayiş etdirilmiş AR-1 sursatı CH-3 və digər döyüş PUA-nın silahlandırılması üçün nəzərdə tutulur. AR-1 bəzi istisnalarla xarici görünüşcə HJ/AKD-10 aviasiya raketinə bənzəyir. İstehsalçı şirkət raketin TV kamera, ImIR və yarıaktiv lazer yönləndirməli bir neçə arayıcı başlıqla
61
təchiz oluna biləcəyini iddia etsə də, bu günədək yalnız TV kameralı nümunə ictimaiyyətə göstərilib. Sursat INS/GPS naviqasiyasına malikdir. 1.1 Mach sürətə malik döyüş sursatının çəkisi 45 kq, döyüş başlığı 10 kq təşkil edir. AR-1 düşmənin şəxsi heyətinə, zirehli texnikalara və kiçik gəmilərə qədər müxtəlif hədəflərə qarşı istifadə edilə bilər. Çin Silahlı Qüvvələrinin inventarına daxil edilən AR-1 döyüş sursatlarının Pakistan, Misir və Nigeriyaya ixracı da həyata keçirilib. Nigeriya Hərbi Hava Qüvvələrinin 2014-cü ildə Çindən aldığı CASC CH-3 “Rainbow” PUA-ları ilə ölkənin şimal-şərqində terroristlərə qarşı keçirilmiş əməliyyatlar zamanı AR-1 idarəolunan raketlərindən istifadə etdiyinə dair faktlar mövcuddur. Qeyd edək ki, Pakistanın da silahlanmasında yer alan CH-3 döyüş PUA-sı iki tip idarə olunan döyüş sursatı daşıya bilir. Bunlardan biri AR-1, digəri peyk naviqasiyası ilə idarə olunan FT-10/25 tipli kiçik qabaritli idarə olunan aviasiya bombasıdır. Bundan başqa, Misir Hərbi Hava Qüvvələri 2015-ci ildə Çindən aldığı ASN-209, CH-5 və “Wing Loong” PUA-larını AR-1 idarəolunan raketlərlə silahlandırıb. Çinin CAAA (China Academy of Aerospace Aerodynamics) təşkilatının AR-1 raketinin bazasında hazırladığı AR-2 idarəolunan aviasiya raketi sələfinə nisbətən daha yüngül və yaxınmənzillidir. Yarıaktiv özütuşlanan lazer başlığa malik AR-2 raketinin çəkisi 20 kq, döyüş hissəsi 5 kq, sürəti 735 km/saat, atış məsafəsi 8 km təşkil edir. CH sinifli PUA-ların silahlanması üçün nəzərdə tutulan bu raketi AGM-114 “Helifire” ilə müqayisə edən istehsalçı şirkətin mütəxəssislərinin sözlərinə görə, hazırda AR-2-nin ən böyük rəqibləri ABŞ-ın AGM-176 “Griffin”, Fransanın “Lightweight Multirole Missile” və İsrailin “Whip Shot” raketləridir. Qiymətinin ucuz olması və müxtəlif növ PUA-lara inteqrasiya edilə bilməsi bu raketə son illər böyük tələblər meydana çıxarıb. Adıçəkilən raketlərdən başqa, Çin müdafiə sənayesi təşkilatları PUA-larda istifadə üçün kiçik qabaritli çox sayda döyüş sursatları hazırlamışdır. Bunlardan KD1, KD2, LMD-002, LMD-003, “Sky Arrow”, “Sky Arrow 90”, TBI, ZD1 idarəolunan döyüş sursatlarını göstərmək olar. LMD-002 və LMD-003 (Lei Ming) raketlərinin çəkisi 5 kq, maksimum atış məsafəsi 4.2 km təşkil edir. Eyni aerodinamik dizayna malik olan hər iki model mikro turbojet mühərrik ilə təchiz olunub. Modellər arasındakı fərq yalnız idarəetmə sistemindədir. LMD-002 televiziya kamerası, LMD-003 isə yarıaktiv lazerlə idarə olunur. AD200W “Blue Eagle” PUA-ya inteqrasiya olunan “Sky Arrow” sursatı LMD-
62 www.azeridefence.com
002 və LMD-003-dən daha yüngüldür. TV kamera ilə idarə olunan “Sky Arrow”un çəkisi 3 kq, maksimum atış məsafəsi 3.2 km təşkil edir. “Sky Arrow”-nun yeni modifikasiyası olan “Sky Arrow 90” sələfindən qabarit öl çü lə ri nə görə ta ma mi lə fərq lə nir. NORINCO şirkətinə daxil olan “Harbin Jiancheng Group” zavodunda hazırlanan “Sky Arrow 90” PUA-larla yanaşı, yüngül döyüş təyyarəsində də istifadə oluna bilir. “Sky Arrow 90” müxtəlif növ döyüş başlıqlarına malik sursatın maksimal sürətləri 2 Mach, uzunluğu 1.25 metr, kalibri 90 mm, çəkisi 17 kiloqram, maksimal atış məsafəsi 8 km-dir. İran da oyunçular sırasında Son illər Suriya və İraqda hərbi əməliyyatlarda yaxından iştirak edən İran Ordusunun təşəbbüsü ilə yerli müdafiə sənayesi müəssisələrində kiçik qabaritli döyüş sursatlarının hazırlanması istiqamətində ciddi layihələr həyata keçirilir. İran layihələri təqdimatlardan göründüyü qədər heç də sıfırdan hazırlanmayıb və başqa sözlə ifadə etsək, Türkiyə və Çində olduğu kimi, mövcud döyüş sursatlarının PUA-lara uyğunlaşdırılması sayıla bilər. İranın 2018ci ildə nümayiş etdirdiyi “Camarat” və bu ilin fevral ayının əvvəlində təqdimatını keçirdiyi “Əhbar” adlı yüngül idarə olunan aviasiya döyüş sursatının taktiki-tex-
Yuxarıda: MBDA İNC. şirkətinin istehsalı olan “Saber”. Aşağıda: “Textron” şirkətinin istehsalı olan “Fury” idarə olunan döyüş sursatları.
niki xüsusiyyətləri barədə geniş informasiya mövcud deyil. Pilotsuz uçuş aparatları, helikopter və avtojirlərdə istifadə üçün nəzərdə tutulan 125 mm çaplı “Camarat” idarə olunan aviasiya raketinin çəkisi 15 kq, uzunluğu 1 metrdir. Raket GPS/AHRS (Attitude and Heading Reference System) naviqasiyasına malikdir. Uçuşa aerodinamik nəzarət və elektromexaniki dəqiqləşdirmə sistemi vasitəsi ilə nəzarət olunur. İran mediasında yer alan məlumatlara görə, İslam İnqilabı Keşişçiləri Korpusu tərəfindən keçirilən sınaqlar zamanı 500 metr hündürlükdən buraxılan “Camarat” 6 km məsafədən hədəfi yüksək dəqiqliklə vurub. Raketin hədəfdən yayınması 10 metrədəkdir. “Əhbar” raketinin isə uçuş uzaqlığının 30 kilometrədək olduğu bildirilir. Mikro mühərriki olan “Əhbar”ın uzunluğu 1.7 metr, kalibri 13 mm, çəkisi 27 kq, döyüş başlığı 7 kq, maksimum sürəti 600 km/saatdır. Ağıllı bombaların bu yeni növü aviasiya silah sənayesində inqilab etmək potensialına malikdir. Lakin bu texnologiya hələ çox erkən dövrdədir və ortaya qoyulmuş sistemlər hazırda öyrənilmə və inkişaf mərhələsini yaşayır.
KB Radar “Rodnik”i sınaqdan keçirdi Belarusun “KB Radar” şirkəti 2018-ci ilin dekabr ayında aşağı hündürlükdə uçan hədəfləri aşkarlamaq üçün nəzərdə tutulan “Rodnik” adlı radarın sınaqlarını keçirib. “Rodnik” X diapazonda çalışır və kiçik ölçülərə sahibdir. Sifarişçinin istəyinə uyğun olaraq təkərli şassi üzərində, unifikasiya edilmiş mobil hidromexaniki platforma və ya stasionar qüllədə qurula bilən radarda AESA texnologiyası və bir sıra yeniliklər tətbiq olunub. İstehsalçı müəssisənin açıqladığı məlumata görə, radar aşağı hündürlükdə uçan, eləcə də yerüstü obyektlərin aşkarlanması, koordinatlarının təyini, azimut və uzaqlığın, sürətin hesablanması kimi funksiyaları yerinə yetirir və eyni zamanda 50-dən çox uçan hədəfi aşkarlamaq qabiliyyətinə sahibdir. “Rodnik” 300 metrdən 20000 metrədək uzaqlıqda, 0-80 dərəcə bucaq altında, sürəti 5 m/saniyədən 100 m/saniyəyədək olan multikopterləri də aşkarlamaq bacarığına
malik olduğu bildirilir. Cihaz böyük ölçülü hava hədəflərini isə 50000 metrədək uzaqlıqda və 12000 metrədək hündürlükdə aşkarlamağı bacarır.
ASELSAN Azərbaycan HHQnin helikopterlərini modernləşdirir
ASELSANın “Alkar” minaatanı seriyalı istehsala hazırdır Türkiyənin ASELSAN şirkətinin hazırladığı 120 mm-lik “Alkar” adlı avtomatik minaatan kompleksinin BMC şirkətinin “Vuran” adlı zirehli döyüş maşını üzərində sınaqları keçirilib. ASELSAN şirkətinin yaydığı məlumata görə, minaatanın eksperimental nümunəsinin sabit platforma üzərində sınaqları 2017-ci ilin dekabr ayında tamamlanmışdı. “Vuran” zirehli döyüş maşını üzərində test atışı zamanı “Alkar” hədəfi yüksək dəqiqliklə vurub. Son sınaqları uğurla tamamlayan minaatan kompleksi seriyalı istehsala tam hazırdır, Yerli və xarici müştərilərdən çox sayda sifariş gözləyən ASELSAN “Alkar”ın silah bazarında xarici analoqları ilə rəqabət aparacağına ümid edir. Qeyd edək ki, “Alkar” avtomatik minaatan kompleksi 360 dərəcə bucaq altında atəş etmə imkanına sahibdir. Yeni minaatan kompleksi ADOP-2000 Avtomatlaşdırılmış Atəş Dəstək Sistemi ilə komplektləşdirilə bilir. Hədəfə avtomatik olaraq yönələn “Alkar”ın mərmisi avtomatik yüklənir. Sistemin gecə və gündüz, hər cür ərazi və hava şərtlərində istismarı nəzərdə tutulub.
Türkiyənin ASELSAN şirkəti tərəfindən modernləşdirilmiş Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) iki ədəd Mi-24 döyüş helikopterinin yer və uçuş testləri uğurla icra olunub. Şirkətdən bildirilib ki, Azərbaycan Hava Platformaları və Qüllə Rabitə Sisteminin Modernləşdirilməsi Layihəsi (AZİM) çərçivəsində HHQ-yə aid sabit və mobil aviasiya rabitəsi qüllələrinin, Su-25 və MiQ-29 döyüş təy yarələrinin, Mi-8, Mi-17, Mi-24 və Mi-35M helikopterlərinin modernləşdirilməsi həyata keçirilir. Layihə üzrə qüllə və hava platformalarına ASELSAN-ın proqramlaşdırılan radiostansiyaları inteqrasiya olunur.
Gürcüstan İndoneziyaya “Didgori AMEV” ixrac edəcək Ötən ilin sonlarında İndoneziya və Gürcüstan “Didgori AMEV” (Armored Medical Evacuation Vehicle – MedEvac) maşınlarının alqı-satqısına dair müqavilə imzalayıb. “STC Delta” Hərbi Texniki Mərkəzinin baş direktoru Uça Dzodzuaşvili bildirib ki, zirehli sanitar-təxliyyə maşınların ödənişi sifarişçi tərəfindən həyata keçirilib və hazırda tədarüklə bağlı işlər aparılır. Bununla İndoneziya “Didgori AMEV” maşınlarının ikinci sifarişçisi olub. Qeyd edək ki, Gürcüstanın “Didgori AMEV” maşınlarının ilk xarici istifadəçisi Səudiyyə Ərəbistanıdır. Səudiyyə Ərəbistanı 2015-ci ildə Gürcüstanla 40 milyon ABŞ dolları dəyərində müqavilə çərçivəsində 100 ədəd “Didgori AMEV” maşınının alınmasına dair müqavilə imzalayıb. Müqavilə üzrə maşınların sifarişçiyə çatdırılması 2016–2018-ci illərdə həyata keçirilib. 4x4 təkər formuluna malik “Didgori AMEV” 356 at gücündə V8 tipli turbo-dizel mühərriklə təchiz olunub və asfalt yolda 120 km/saat sürət yığmağı bacarır. Maşının
gediş ehtiyatı 500 km-dir. Təxliyyə bölməsi Armox 500+ zirehli polad lövhələrlə zirehləndirilib. Avtomobilin baza zirehi polad təbəqələrdən istehsal olunub, asanlıqla çıxarıla və ya əvəz edilə bilər. Maşının zirehi yanlarda 7.62×51 mm AP güllələrə qarşı qorumanı təmin edir. “Didgori AMEV”-in minaya qarşı qoruması STANAG 4569 Level 2A səviyyəsinə uyğundur. Maşının daxilində flaş işıqlar, tibbi yardım üçün avadanlıqlar, 4 xərək yer alır. “Didgori AMEV” versiyası “Didgori” personal daşıyıcısından çəkisinə görə daha ağır – 9800 kq və daha uzundur – 6553 mm.
63
“Naval Group” Argentina üçün patrul gəmilərinin inşasına başlayb
Fransanın “Naval Group” şirkəti Argentinanın Hərbi Dəniz Qüvvələrini OPV (Offshore Patrul Vessel) patrul gəmiləri ilə təmin edəcək. Argentina ilə müqavilənin qüvvəyə mindiyi 14 fevral 2019-cu il tarixdən etibarən, “Naval Group” bu ölkəyə 4 ədəd patrul gəmisinin təhvil verilməsi ilə bağlı işlərə başlayıb. İlk təhvil verilən patrul gəmisi “Adroit” adlı (tərcüməsi: “Çevik”) gəmi olacaqdır. “Naval Group” tərəfindən şirkətin öz vəsaiti hesabına inşa edilmiş bu gəmi 2011-ci ildən Fransanın Hərbi Dəniz Qüvvələrində xidmətdədir. Gəmi bu müddət ərzində öz əməliyyat imkanlarını sınaqdan çıxarmağa müvəffəq olub. Digər 3 patrul gəmisinin də inşası Fransada nəzərdə tutulub. “Naval Group” şirkətinin komandası təhvil veriləcək ilk gəmiyə əsaslı baxış keçirəcək və Argentina
Hərbi Dəniz Qüvvələrinin bütün xüsusi istəklərini özündə əks etdirmək habelə “Adroit” gəmisinin imkanlarını maksimuma çatdırmaq məqsədilə avadanlığın yeniləndirilməsi prosesinə başlayacaq. Dörd gəminin avtonomluğunun gücləndirilməsi gəmidə su şirinləşdirmə imkanlarının artırılması hesabına baş tutacaqdır. Üç OPV gəmisi soyuq arktik sularda naviqasiya üçün adaptasiya ediləcək və bu da strukturun gücləndirilməsi hesabına əldə olunacaq. Hər üç gəmi məsafədən idarə olunan 30 mm-lik top ilə təchiz ediləcək. Həm HDQ , həm xüsusi təyinatlılar, həm də dövlət sərhəd xidmətinin tapşırıqlarını yerinə yetirə bilən “Adroit” gəmisi “Naval Group” tərəfindən yaradılmış yenilikləri və gəminin effektivliyini sübuta yetirib.
Argentinanın patrul gəmiləri “Naval Group” tərəfindən təklif olunan və Fransanın Hərbi Dəniz Qüvvələri tərəfindən sınaqdan keçirilmiş innovasiyalardan bəhrələnəcəklər. Yeni gəmilərin uzunmüddətli dənizdə avtonomluq imkanları və dənizdə qalma imkanı, kapitan körpüsündən 360 dərəcəlik görünüş və 360 dərəcə radar təminatı üçün yeganə dorağacı strukturu, sürətli gəmilərin 5 dəqiqədən az müddətdə təhlükəsiz şəkildə suya endirilməsi, o cümlədən hava və suüstü pilotsuz uçuş aparatlarının istifadə edilməsi üçün imkanları mövcuddur. Bu sinif gəmilər informasiya və idarəetmə sistemləri sahəsində “Naval Group” təcrübəsinə əsaslanır. Bu isə dəniz akvatoriyasını ətraflı şəkildə müşahidə etməyə və şübhəli davranışları aşkar etməyə imkan verir. “Adroit” habelə “Naval Group” tərəfindən yaradılmış “Polaris” əməliyyat sistemi ilə təchiz edilib. “Polaris” sistemi dövlətin dənizdə fəaliyyəti üçün yaradılmış sistemdir və Fransanın Hərbi Dəniz Qüvvələri tərəfindən sinaqdan keçirilib. “Adroit” patrul gəmisi 3 həftədən çox dənizdə qala bilir, 20 düyün sürətinə və helikopter qəbul etmək imkanına malikdir. 40 nəfərlik heyətdən savayı, təqribən iyirmi nəfər sərnişin də qəbul edə bilir. Gəminin uzunluğu 87 metr, eni 14 metr, su basımı 1650 tondur. Maksimal sürəti 20 düyün olan gəminin heyəti 40 nəfər + 19 sərnişin, üzmə uzaqlığı 7000 dəniz mili təşkil edir. Xarici aparat qəbul etmə imkanı 9 metrlik 2 azçəkili sürətli qayıq və 10 tonluq 1 helikopterdir.
KPE zirehli maşınlar üçün “Allison 3000” transmissiyasını seçdi “Kazakhstan Paramount Engineering” (KPE) şirkəti tərəfindən Qazaxıstanda istehsal edilən “Arlan” zirehli maşını, “Nomad” (“Maverick”) daxili təhlükəsizlik maşını (ictimai asayişin pozulması zamanı istifadə üçün), 6×6 və 8×8 təkər formuluna malik “Barıs” (“Mbombe”) piyada döyüş maşınlarının 6 pilləli “Allison 3000” avtomat transmissiya ilə təchiz edilməsinə dair “Allison Transmission” şirkəti ilə müqavilə imzalanıb. KPE baş direktorunun müavini Cahan Delport bildirib ki, şirkət mütəxəssisləri müxtəlif istehsalçıların təklif etdiyi ötürücü sürət həllərini praktiki “Arlan” 4x4
64 www.azeridefence.com
sınaqdan keçirib müqayisə ediblər: ““Cummins” dizel mühərriki ilə ötürücü sürət qutusunu əlaqələndirmək üçün biz iki əsas amil üzərində dayandıq. Birincisi, inteqrasiyanın sadəliyi və daha sürətlə həyata keçirilməsi idi. Bu baxımdan tamamilə avtomatlaşdırılmış “Allison” çox uğurlu həll hesab olunurdu. Çox məşhur və geniş yayılmış “Allison” transmissiyası “Cummins” mühərriki ilə birlikdə yaxşı nəticələr göstərib. İkinci əsas amil, zirehli maşınların özləri ağır olduğundan transmissiyanın çəkisi yüngül olmalı idi. Nəqliyyat vasitələrinin ümumi çəkisini azaltmaq üçün hər hansı bir fürsətdən istifadə etmək məcburiyyətindəyik. Çəkisi yüngül olan “Allison” bizim tələblərimizə tam cavab verir”. Digər mühüm amil transmissiyanın Qazaxıstanın iqlim şəraitinə cavab verməsidir və “Allison” sınaqlar zamanı bu cür şəraitdə mükəmməl olduğunu göstərib. “Allison 3000” avtomatik sürət qutusu -50⁰, +50⁰ sərt iqlim şəraitində istismara uyğunlaşdırılıb. Mühərrik və ötürücü qutunun soyutma sistemi, eləcə də enerji təchizatı sistemi Qazaxıstan üçün əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Əsasən, dağlıq ərazilər üçün nəzərdə tutulan ikinci əməliyyat rejimini bir düymə vasitəsi ilə dəyişmək olur. “Allison” tam avtomatik ötürücü qutunun əsas üstünlüklərindən biri də onun hərbi nəqliyyat vasitələrindəki əməliyyatlarının asanlığıdır.