Azeri Defence issue 23

Page 1




BU SAYIMIZDA

MAY–İYUN №03(23) 2016

4 KADEX‐2016 – MӘRKӘZİ ASİYA NÜMAYİŞİ Dünyanın 40 ölkəsindən 350‐dən artıq şirkətin öz məhsul və xidmətlərini nümayiş etdirdiyi KADEX‐2016 sərgisinin ümumi ekspozisiyası 90 min kvadratmetr təşkil edib. Dörd gün ərzində sərginin işini 40 ölkədən rəsmi nümayəndə heyəti daxil olmaqla 50 min nəfər ziyarətçi izləyib.

16 DSX SAHİL MÜHAFİZӘSİNİN DAHA BİR GӘMİSİ HAZIR

24 Müsahibə: “MBOMBE” postsovet bazarında rəqibsiz olacaq

17

19

AZӘRBAYCAN AN‐178 TӘYYARӘLӘRİ ALIR

AzTU Xüsusi Texnika və Texnologiya Fakültəsi

40

33 Analiz: XӘZӘRDӘ SİLAHLANMA

MT‐LB‐lər YENİDӘN DOĞULUR


AZERİ DEFENCE Hərbi‐texnoloji jurnal № 3 (23) Baş redaktor Rəşad SÜLEYMANOV Redaktor Ramil Məmmədli Təsisçi Rəşad Süleymanov Tel: (+994 12) 596 47 99 E‐mail: azeridefence@gmail.com editor@azeridefence.com Web: www.Azeridefence.com Ünvan: Bakı şəhəri, H.Zərdabi küç., 78B AHB İş Mərkəzi, 307 Türkiyə təmsilçiliyi ETKİLESİM Grafik Tasarım və Tanıtım Hizmetləri Ltd.Şti. Hoşdere Cad. Halit Ziya Sk. No: 26/3 Çankaya, 06540 Ankara – TÜRKİYӘ Tel: +90 312, 441 71 93 Fax: +90 312, 439 71 94 azeridefence‐tr@etkilesimltd.com CAR təmsilçiliyi Willie PIENAAR 426 Neser Str., Garsfontein Pretoria Tel: +27 83 675 0950; Fax: +27 86 751 7770 E‐mail: willie@pienaarmail.com Jurnal Әdliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632 Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 21 iyun 2012‐ci ildə dövlət qeydiyyatına alınıb. AZERİ DEFENCE MMC Qeydiyyat nömrəsi (VÖEN): 1302929491 Reklam materiallarına görə AZERİ DEFENCE jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir. «Təhsil NP» müəssisəsinin mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır 30.06.2016. Format 60x90 1/8. Sifariş 81.

Qiyməti: 5 manat Qapaq fotosu Zenit Raket Kompleksi ilə silahlandırılmış «MARAUDER» Foto: AD

Редактордан Dəyərli oxucu! Rusiyadan bu və digər formada hərbi‐texniki asılılığına baxmayaraq, son onillikdə postsovet respublikalarının öz milli müdafiə sənayelərini yaratma‐ larına yönəlmiş fəaliyyətləri diqqət cəlb edir. SSRİ dönəmində ittifaqın əsas müdafiə sənayesi müəssisələrinin yerləşdiyi Rusiya, Ukrayna və Belarusla yanaşı, bu gün Gürcüstan, Azərbaycan, Qazaxıstan və Türkmənistan milli hərbi sənayenin qurulması və inkişafında müəyyən uğurlara imza atıblar. Adları qeyd olunan ölkələrdən üçü – Azərbaycan, Gürcüstan və Qazaxıstan son 3 ildə öz məhsullarının digər ölkələrə ixracına da nail olub. Son olaraq iyun ayının başlanğıcında Astanada keçirilmiş KADEX‐2016 sərgisində müşahidə etdiyim Qazaxıstan hərbi sənayesi ilə bağlı bəzi qeydlərimi maraqlı olacağını nəzərə alaraq diqqətinizə təqdim etmək istərdim. Qazaxıstan Mərkəzi Asiya regionunda ən böyük müdafiə potensialına sahib dövlətdir. Qazaxıstan Silahlı Qüvvələrinin 2012‐2016‐cı illərdə bağladığı və 2018‐ci ilədək icrası planlaşdırılan müqavilələr üzrə satınalmaları 3 milyard ABŞ dollarından çox olacaq. Hazırda Qazaxıstan hərbi sənayesinin illik 18 faiz inkişaf tempinə görə, postsovet regionunda ilk üçlükdə yer alır. 2020‐ci ilədək Qazaxıs‐ tan MDB‐də elektrooptik və termal görüntüləmə sistemlərin əsas istehsalçısı və ixracatçısı olmağı hədəfləyir. Qazaxıstan özünün milli müdafiə sənayesinin inkişafında Türkiyə modelini əsas götürüb. Son 4 ildə ölkədə 50‐yə yaxın özəl və müştərək müdafiə sənayesi şirkəti yaradılıb. Dövlətə bağlı bəzi müəssisələr səhmdar cəmiyyətə çevriləndən sonra fəaliyyətlərində müsbət yöndə dəyişikliklər baş verib. 5‐6 il əvvəl özəl sektor şirkətləri ordu üçün yalnız geyim və qida istehsal etdiyi halda, bu gün Qazaxıstanda müxtəlif hərbi avadanlıqların, rabitə cihazlarının, optik sistem‐ lərin istehsalı, satışı və modernləşdirmə ilə məşğul olan özəl və xarici ortaqlı şirkətlər fəaliyyət göstərirlər. Dövlət bu sektorda fəaliyyət göstərən şirkətlər üçün lisenziya, gömrük, vergi, kreditlərin verilməsində, kommunal xidmətlərdə güzəştlər müəyyənləşdirib. Ordunun və digər güc qurumlarının tenderlərinin keçirilməsində şəffaflıq təmin edilib ki, bu da özəl şirkətlər üçün azad rəqabət mühitini yaradır. Qazaxıstanın müdafiə sənayesi sektorunda fəaliyyət göstərən özəl şir‐ kətlərin 90 faizi texnoparklarda yerləşir. Dövlət müəssisələri həyata keçirdikləri layihələrə subpodratçı qismində özəl sektorda ona uyğun məhsulu istehsal edən milli şirkətləri cəlb edirlər. Ölkədə istehsal edilən məhsulların xaricdən satın alınmasına məhdudiyyətlər tətbiq olunur ki, bu da daxili istehsalı stimullaşdır‐ mağa yönəlib. Müdafiə sənayesinin ölkə daxilində və qlobal bazarda sürətlə möhkəm‐ lənməsi, uzun müddət olduğu Rusiyanın asılılığından xilas olmasını şərt‐ ləndirən ən mühüm amil isə dünyanın aparıcı şirkətləri ilə ortaqlıqların yaradılmasıdır. Hər iki tərəfin “əlini daşın altına qoyması” artıq müasir texno‐ logiyaların transferinə və milliləşdirilməsində öz bəhrəsini verir. Bu gün Qazaxıstan hərbi sənayesinin əsasında da elə ASELSAN, “Elbit”, “Paramount Group”, “İndra Systems”, “Airbus Helicopters”, “KamAz”, “Rheinmetall” kimi dünyanın aparıcı müdafiə şirkətləri ilə birgə yaradılmış ortaq müəssisələr dayanırlar. Әn əsas nailiyyət isə müdafiə sənayesinə bürokrat yanaşmadan uzaq‐ laşılaraq, biznes yanaşmasının ortaya qoyulmasıdır. Bir sözlə, Qazaxıstan hərbi sənaye modeli bu gün MDB‐də özünün modernliyinə və imkanlarına görə nümunə sayıla bilər.


AZERI DEFENCE

ÊÀÄÅÕ-2016 — ÌßÐÊßÇÈ ÀÑÈÉÀ ÍÖÌÀÉÈØÈ Rəşad Süleymanov, Ramil Məmmədli İlki 2010‐cu ildə düzənlənən KADEX beynəlxalq müdafiə və hərbi əmlak sərgisinin sayca dördüncüsü 2‐5 iyun 2016‐cı il tarixlərində Astanada gerçəkləşdi. Regiondakı gərgin hərbi siyasi şəraitə, eləcə də son iki ildə yaşanan devalvasiya problemlərinə baxmayaraq, əvvəlki illərlə müqayisədə KADEX sərgisində canlanma və qatılan şirkətlərin sayında artım yaşanıb. Qazaxıstanın özü də daxil olmaqla, dünyanın 40 ölkəsindən 350‐dən artıq şirkətin öz məhsul və xidmətlərini nümayiş etdirdiyi KADEX‐2016 sərgisinin ümumi ekspozisiyası 90 min kvadratmetr təşkil edib. Dörd gün ərzində sərginin işini 40 ölkədən rəsmi nümayəndə heyəti daxil olmaqla 50 min nəfər ziyarətçi izləyib. KADEX‐2016 sərgisinin mərkəzində Qazaxıstanın yerli hərbi sənayesi dayansa da, sərgidə region bazarı uğrunda mübarizə aparan digər oyunçular – Rusiya, Türkiyə və Çin hərbi sənayesinin də ciddi şəkildə iştirakı diqqət cəlb edib. Qonşu region və sıx əlaqələrin olmasına baxmayaraq, Azərbaycan bu il də sərgidə ziyarətçi qismində təmsil olunub. Azərbaycanı KADEX sərgisində yalnız ikinci dəfədir AZERİ DEFENCE jurnalı media tərəfdaş qismində təmsil edib. Sərgini Azərbaycandan Müdafiə Sənayesi nazirinin müavini Tofiq Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti, habelə Müdafiə Nazirliyinin nümayəndələri və Azərbaycanın

Qazaxıstandakı səfiri Rəşad Məmmədov ziyarət edib. Azərbaycan nümayəndə heyətləri iştirakçı şirkətlərin stendlərinə baş çəkərək onların sərgilədikləri məhsullarla tanış olub, görüşlər keçiriblər. Sərginin ilk günü T.Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə Qazaxıstan Müdafiə nazirinin müavini Nurlan Saurunbayev arasında görüş olub. T.Rəfiyev Qazaxıstan Müdafiə Nazirliyinin rəsmilərinə Azərbaycan

Müdafiə Sənayesi Nazirliyinin imkan və potensialı, ölkə müəssisələrində istehsal edilən məhsullar barədə təqdimat edib. Qazaxıstan Müdafiə nazirinin müavini ölkəsinin Azərbaycanla hərbi‐ texniki sahədə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Görüşdə müdafiə sənayesi sektorunda Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Qazaxıstan hərbi idxalçıdan ixracatçı dövlətə çevrilmə yolunda Qazaxıstanı 100‐dən çox yerli şirkətin təmsil etdiyi sərgi çərçivəsində “Kaztexnologiya” Səhmdar Cəmiyyəti Çinin NORİNCO korporasiyası ilə “Qalxan‐7” zavodunda birlikdə D‐30 topları üçün 122 mm‐lik qəlpəli‐fuqas döyüş sursatlarının istehsalı, habelə Rusiyanın “Splav” müəssisəsi ilə BM‐ 21 reaktiv yaylım atəş sistemlərinin müasirləşdirilməsi və bu qurğular üçün


MAY–İYUN 2016

sursatların istehsalına dair birgə müəssisələrin yaradılması, BӘӘ, Böyük Britaniya və Bolqarıstan şirkətləri ilə Qazaxstan patron zavodunun məhsul‐ larının satışına dair müqavilələr, Almani‐ yanın “Abeking&Rasmussen” şirkəti ilə raket‐artilleriya gəmilərinin inşasına dair memorandum imzalanıb. Bundan başqa, “Kazakhstan ASELSAN Engineering” şirkəti ilə Belarusun “Pelenq” müəssisəsi arasında termal kameraların Belarusa ixracına dair razılaşma əldə olunub. Ukraynanın “Motor Siç” şirkəti ilə imzalanmış müqavilə ilə Ukrayna tərəfi “Kazakhstan Aerospace İndustry” müəs‐ sisəsinə Mi‐2 və Mi‐8 helikopterlərin mühərriklərinin əsaslı təmiri üçün lisen‐ ziya verib. Sərgi çərçivəsində Belarusun “558‐ci aviasiya təmir zavodu” ASC və Qazaxıstanın KAI şirkəti arasında Su‐ 25 hücum təyyarələrinin təmiri və müasirləşdirilməsinə dair razılıq əldə olunub. Sərgidə Su‐25 təyyarəsinin müasirləşdirilmiş kabinəsini təqdim edən Belarus müəssisəsi Qazaxıstan tərəfinə bir sıra başqa texniki tapşırıqları da təklif etdiyini açıqlayıb. Myanmanın “MCM Pte Ltd” şirkəti ilə “Semey Engineering” şirkətinin imzaladığı müqavilə çərçivəsində Qazaxıstan Myanmaya konversiya

edilmiş hərbi texnikanın (buldozer və ekskavatorların) ixracını həyata keçirəcək. Bundan başqa, KADEX‐2016 sərgisi çərçivəsində Qazaxıstanın “Hidropribor” Elmi‐Tədqiqat İnstitutu İspaniyanın SAES şirkəti ilə dəniz minalarının birgə istehsalı sahəsində əməkdaşlığa dair memoranduma imza atıb. “Kazakhstan Engineering” şirkətinin isə sərgi çərçivəsində imzaladığı müqavilələrin ümumi dəyəri 45 milyard təngədən (150 milyon USD) çox olub. Sərgi çərçivəsində “Kazakhstan Engine‐

4 ‐5

ering” şirkəti, “405‐ci Aviasiya Təmiri Zavodu” və “Vertolyot Rossii” şirkətləri arasında Rusiya istehsalı helikopter texnikasının satışdan sonrakı xidmətinin genişlənilməsi məqsədi ilə 2020‐ci ilə qədərki dövrü əhatə edən yol xəritəsi razılaşdırılıb. Bundan başqa, Rusiyanın “Oboronitelnıye system” müəssisəsi ilə kiçik ölçülü PUA‐larla mübarizə aparmaq üçün “Repellent” radio elektron mübarizəsinin kom pleks lərinin və “Avtobaza‐M” radiotexniki kəşfiyyat sisteminin çatdırılmasına dair müqavi‐ lələr imzalanıb. Sərgidə iştirak edən Qazaxıstan müəssisələri özlərinin ən son yeniliklərini sərgiləyiblər. Qazaxıstana məxsus özəl şirkətlərin də pilotsuz texnologiyalar, hərbi tekstil, maskalanma vasitələri, zireh və s. istehsalı sahəsində yenilikləri təqdim olunub. KADEX‐2016 sərgisinin mühüm yeniliklərindən biri “Kazakhstan Para‐ mount Engineering” şirkəti tərəfindən CAR‐ın “Paramount Group” şirkətinin “Marauder” zirehli maşınının bazasında istehsal olunan “Arlan” və həmin şirkətin “Mbombe” piyada döyüş maşınının bazasında hazırlanan “Barıs” maşınlarının təqdimatı olub. Minaya və zirehdələn güllələrə qarşı qorumaya sahib çoxfunksiyalı “Arlan” maşınları üzərlərində Türkiyənin ASELSAN şirkətinin istehsalı olan SARP döyüş modulu (12,7 mm çaplı pulemyotla silahlandırılmış), həmin şirkətin istehsalı olan və üzərində 4 ədəd “İqla” ZRK yerləşdirilmiş hava hücumundan müdafiə kompleksi, habelə ASELSAN‐ ın “Acar” müşahidə radarı və optik müşahidə sistemləri komplektləşdirilmiş halda sərgilənib. “Barıs” isə UVZ müəssisəsi tərəfindən hazırlanmış 57 mm çaplı AU‐220M avtomat topuyla silahlandırılıb.

Azərbaycan Müdafiə Sənayesi nazirinin müavini Tofiq Rəfiyevin başçılıq etdiyi nümayəndə heyətinin Qazaxıstan müdafiə nazirinin müavini Nurlan Saurunbayevlə görüşü


AZERI DEFENCE Sərgidə “Kaztexnologiya” ASC tərəfindən ilk dəfə nümayiş etdirilən modernləşdirilmiş BM‐21 “Qrad” (KazQrad) reaktiv yaylım atəş sistemi barədə məlumat verən şirkətin baş mütəxəssisi Andrey Karıpov bildib ki, aparılmış işlər zamanı müasir texnolo‐ giyalardan istifadə edilib və sistem tamamilə avtomatlaşdırılıb, atışın dəqiqliyi yüksəldilib. Kompleks peyk naviqasiya sistemi ilə təchiz edilib, maşının kabinəsi zirehləndirilib. Yeni kompleksin sınaqlarının cari ilin sonuna qədər başa çatacağını ehtimal edən A.Karıpovun sözlərinə görə, “Kaz ‐ Qrad”ın atış mənzili 40 km (Türkiyə istehsalı raketlərlə), raketləri tam şəkildə buraxma müddəti 20 saniyədir. Maşın atışdan sonra 35 saniyə ərzində mövqeyini dəyişməyi bacarır. 6x6 təkər formuluna malik KamAZ avtomobilinin şassisində yerləşdirilmiş “KazQrad” “Tuspal” kombinə olunmuş naviqasiya sistemi, “iBlue” şirkətinin istehsalı olan FOG giroskopu, inersial naviqasiya, termal kamera, atış zamanı temperatura nəzarət edən sensorlar, meteroloji kompleks, komandir üçün atış‐nəzarət kompüteri alıb. Bundan başqa, yaxın özünümüdafiə üçün maşının damına bir ədəd 7.62 mm çaplı pulemyot qurulub. Sərgidə nümayiş olunan Qazaxıs‐ tanda yığılmış EC‐145 helikopterinin ba‐ zasında yüngül hücum helikopterinin hazırlanması proqramının nəzərdən keçirildiyini deyən Qazaxıstan Müdafiə Nazirliyinin yetkililərinin sözlərinə görə, hazırda personalın daşınması və polis/təhlükəsizlik əməliyyatlarında istifadə edilən helikopterdə müəyyən dəyişikliklər ediləcək. Helikopter idarə olunmayan raket bloku, habelə idarə olunan raket və pulemyotla təchiz olunacaq. Yeni helikopterin avionikasının ASELSAN şirkəti tərəfindən istehsal edilməsi nəzərdə tutulur. Helikopter xüsusi təyinatlı qüvvələrin ehtiyaclarına uyğun şəkildə konfiqurasiya ediləcək.

KAE şirkətinin baş direktoru Tarıq Ziya Kaboğlu

Sərgidə Qazaxıstanın “Semey Engineering” müəssisəsi Türkiyənin ASELSAN şirkəti ilə birgə müasir ‐ ləşdirdiyi T‐72B və T‐72 tanklarını, BMP‐ 1 maşınının zirehli şassisində hazırlanmış təmir‐evakuasiya maşınını, T‐72 tankının bazasında hazırlanmış zirehli buldoze‐ rini, BMP‐1 piyada döyüş maşınının şassisində hazırlanmış BMP‐2B9 özü‐ yeriyən 82 mm çaplı avtomatik minaatanı da təqdim edib. İlk nümunəsi 2014‐cü ilin may ayında KADEX‐2014 sərgisində nümayiş etdirilmiş özüyeriyən mina‐ atanın testləri tamamlanıb və ilk partiyası Qazaxıstan ordusuna verilib. Aparılmış işlər nəticəsində BMP‐1 piyada döyüş maşınının qülləsi 2B9 “Vasilyok” avto‐ matik minaatanı ilə əvəz olunub. Səfər vəziyyətində minaatan maşının daxilinə çəkilir və dam bağlanır. Minaatanın üzə‐ rində aparılmış modernləşdirmə nəticə‐ sində lülədə hava soyudulması prinsipi tətbiq edilib. Müəssisədən bildirilib ki, BMP‐2B9 kompleksinin ümumi çəkisi 13000 kq, sürəti 65 km/saat, maksimum hərəkət uzaqlığı 450 kilometrdir.

Fəaliyyət göstərdiyi üç il ərzində Qazaxıstanın ən böyük hərbi sənaye müəssisəslərinin ilk dördlüyünə yük‐ sələn “Kazakhstan ASELSAN Engine‐ ering – (KAE)” şirkəti hazırda Qazaxıs‐ tan Ordusunun silah nişangahları, termal və gecə görmə sistemləri, habelə silah sistemləri ilə təchizatında rol oynayır. KAE T‐72A və T‐72B tanklarının, Mi‐ 17 helikopterlərinin modernizasiyası, zirehli maşınlara distans idarəetməli döyüş modullarının və kəşfiyyat‐mü‐ şahidə sistemlərinin qurulması barədə təkliflərini Qazaxıstan Müdafiə Nazir‐ liyinə təqdim edib. KAE‐nin direktoru Tarıq Ziya Kaboğlunun sözlərinə görə, artıq Müdafiə Nazirliyi yol xəritəsini təsdiqləyib və bu çərçivədə çalışmalar davam edir: “2015‐ci ilin avqust ayında “Arlan” zirehli maşınlarına SARP döyüş modullarının qurulmasına dair sifariş almışıq. Onlardan 6 maşın təhvil verildi və qalanlarının təhvili davam edəcək. Bununla bərabər, yeni sifarişləri də Müdafiə Nazirliyi ilə müzakirə edirik. T‐72T tanklarının modernləşdirilməsi üçün “Semey Engineerinq” zavodu ilə birlikdə bir prototipin yaradılması layihəsini aldıq. Hazırladığımız ilk prototipin testlərinə 2017‐ci ildə başla‐ nacaq. T‐72B layihəsində isə “Semey Engineering”in subpodratçısı olaraq Uralvaqonzavod ilə birlikdə çalışırıq. T‐ 72B tankları üçün tank periskopu, atış kontrol sistemi və SARP döyüş modulu verdik. Bizim tank periskoplarında termal görüntüləmə, gündüz görmə və lazer hədəf işarələməsi var. Bu da tankdan və helikopterdən atılan lazer başlıqlı idarəolunan mərmilər üçün hədəfin tank üzərindən işarələnməsi üçün vacibdir. Bu kompleks həm T‐72A, həm də T‐72B versiyalarında olacaq”. Qeyd edək ki, sərgidə üzərində ASELSAN‐ın 12.7 mm çaplı NSVT pulemyotu ilə silahlandırılmış SARP distans döyüş modullarının qurulduğu T‐72 tankları geniş marağa səbəb olub.

KAE şirkətinin “Semey Engineering” şirkəti ilə birgə modernizə etdiyi T‐72B tankı. Üstündə 12.7 mm çaplı NSVT pulemyotu ilə silahlan‐ dırılmış ASELSAN istehsalı SARP döyüş modulu ilə görünür. Yanda Qazaxıstan istehsalı olan BMP‐2B9 mobil minaatan kompleksi ©AD


MAY–İYUN 2016

Müşahidəçilərin fikrincə, distans döyüş modullarının yeni tank modernizasiya‐ larında yer alması yenilikdir. Bu, yaxın məsafədən hədəfləri dəqiq atəşlə zərər‐ sizləşdirməsinə imkan verməklə yanaşı, heyəti snayper atəşindən və digər təhdid‐ lərdən qoruması baxımından mühüm və vacibdir. T.Kaboğlu “Arlan” maşınları üzə‐ rində ACAR radarı, ATS‐60 elektro‐ optik sistemlərin yer aldığı müşahidə‐ nəzarət kompleksinin isə yaxın zaman‐ larda testlərinə başlanacağını açıqlayıb. Bu kompleks üçün 2017‐ci ildə ilk sifa‐ rişin alınması proqnozlaşdırılır. Şirkət rəhbərinin sözlərinə görə, ACAR radarı hədəfləri 40 km məsafədən təsbit edir, 25 km‐dən elektrooptik sistemlər vasi‐ təsi ilə hədəf müəyyənləşdirilir və ra‐ bitə xətti üzərindən komanda mərkə‐ zinə ötürür. Bu kompleks sərhəd mü‐ şahidəsi üçün nəzərdə tutulur. KAE eyni zamanda Qazaxıstanın 405 nömrəli aviasiya zavodu ilə birlikdə Mi‐17 helikopterlərinin avionikasının modernləşdirilməsi və döyüş‐hücum helikopterinə çevrilməsi layihəsi üzə‐ rində işlər aparır.

İsrail bölgəyə yönəlir Sərgidə İsrailə məxsus 7 hərbi şirkət (“Elbit Systems”, “Plasan”, FAB, “Fibro‐ tex”, Tactical Solutions and Personal Arms, və “Smart Shooter”) iştirak etsə də, əvvəlki – KADEX‐2014 ilə müqayisə‐ də elə ciddi aktivlikləri müşahidə olun‐ mayıb. İsrail şirkətlərindən yalnız üçü – “Rafael”, “Elbit Systems” və “Smart Shooter” sərgidə stendlə təmsil olunub, “Elbit Systems” və “Kazakhstan Pa‐ ramount Engineering” şirkəti arasında əməkdaşlığa dair memorandum da imzalanıb. Stendində əsasən pilotsuz uçuş aparatlarını sərgiləyən “Elbit Systems” açıq sahədə Qazaxıstan Ordusuna aid

tanklardan birinin modernizə olunmuş nümunəsini və həmin tankda tətbiq edilən TİSAS sistemini nümayiş etdirib. Şirkət nümayəndələri anoloji T‐72 müasirləşdirilməsi layihələrinin post‐ sovet regionunda Gürcüstan və Azər‐ bay canla həyata ke ‐ çirildiyini, qeyd olunan ölkələrdə modernizə edilmiş tankların praktiki olaraq hərbi əməliyyat‐ larda özünü doğ rult ‐ duğunu vurğulayıblar. Qeyd olunub ki TİSAS sisteminin sovet/rus T seriyalı bütün tanklarda – T‐55, T‐62/64, T‐72, T‐ 80 və T‐90 tətbiqi müm‐ kündür. Şirkət nümayən‐ dələrinin sözlərinə görə, Qazaxıstan Ordusu məh‐ dud sayda olsa da “Elbit”in istehsalı olan “Skylark” mini PUA‐na sahibdir. Hazırda “Elbit” Qazaxıstandakı tərəfdaşının iştirakı ilə müxtəlif rabitə sistemlərinin istehsalı və təmiri xidmətlərini həyata keçirir. “Rafael” şirkəti isə stendində “Samson MLS” döyüş modulunu və “Spike” tank əleyhinə raket kompleksi ailəsindən uzunmənzilli “Spike‐ER” kompleksini nümayiş etdirib. Asanlıqla 4x4, 6x6, 8x8 təkər formuluna malik döyüş maşınlarına inteqrasiya oluna bilən “Samson MLS” distans döyüş moduluna 12,7 mm və 7.62 mm‐lik pulemyot, habelə iki ədəd “Spike” tipli tank əleyhinə idarə olunan raket buraxıcı qurğusu yerləşdirmək mümkündür. Döyüş modulu NATO standartlı 12.7 mm və ya Rusiya istehsalı 14,5 mm

6 ‐7

“Kaztexnologiya” ASC tərəfindən modernizə edilmiş 122 mm çaplı “KazQrad” RYAS ©AD

KPVT pulemyotu ilə silahlandırıla bilər. “Samson MLS” modulunun üzərində hədəfi hər cür hava şəraitində izləməyə imkan verən optik sistemlər və lazer məsafəölçən yer alır. “Samson” qüllələri MDB regionunda Azərbaycan da daxil olmaqla 25 ölkənin istifadəsində mövcuddur. AZERİ DEFENCE‐nin əməkdaşları ilə söhbət zamanı İsrail hərbi şirkətlərinin marketinq üzrə nümayəndələrinin sözlərinə görə, aprel ayının əvvəllərində Azərbaycan və Ermənistan arasında baş vermiş döyüş‐ lərdən sonra bölgə ölkələrindən İsrail silahlarına marağın daha da artması müşahidə olunur. Bu sırada “Spike” tank əleyhinə idarə olunan raket kom‐ pleksləri xüsusi yer tutur. Döyüş əmə‐ liyyatlarında Azərbaycan hərbçilərinin praktiki olaraq tətbiq etdiyi bu raketlərin effektiv nəticələri məlumdur. Öz növbəsində bu da “Spike” sisteminə olan marağın artmasında rol oynayır. Çin və Pakistandan Mərkəzi Asiya həmləsi Son illər Mərkəzi Asiya bazarına doğru fəaliyyətlərini genişləndirən və region ölkələrinə – xüsusilə də Türkmənistan və Özbəkistana əhə ‐ miyyətli şəkildə hərbi məhsulların satışlarını gerçəkləşdirən Çin hərbi sənayesinin KADEX‐2016 sərgisində xüsusi aktivliyi müşahidə olunub. Çin müdafiə sənayesinin lokomotivlərindən olan NORİNCO korporasiyası sərgidə özünün müxtəlif reaktiv yaylım atəş


AZERI DEFENCE sistemlərini, tank əleyhinə idarə olunan raket kompleksini, atıcı silahlardan region ölkələrindən birinə yaxın dövrdə ixracına dair müqavilə imzalanmış 12.7x108 mm çaplı NSG‐12.7 və keçmiş Sovet SVD snayper tüfənginin bazasında hazırladığı NSG‐85 adlı snayper tüfənglərini sərgiləyib. Şirkətin mü‐ təxəssislərinin sözlərinə görə, həm NSG‐ 12.7, həm də NSG‐85 snayper tüfəngləri NORİNCO‐nun istehsalı olan optik nişangahlarla komplektləşdirilir. Silah istifadəçilərə NORİNCO‐nun “FireEye‐ 1000” snayper atış müşahidə və hesablama sistemi ilə birgə təklif olunur. Məşhur SVD snayper tüfənginin təkmilləşdirilməsi nəticəsində meydana çıxmış NSG‐85 snayper tüfənginə ön hissədə ayaq, lülə qutusunun üst hissəsinə isə pikkatini relsi və hündürlüyü tənzimlənən qundaq əlavə edilib. 7.62×54 mm çaplı snayper tüfənginin çəkisi 6 kq‐dan çox, effektiv atış məsafəsi 1000 metrdir. Şirkət rəsmilərinin sözlərinə görə, NSG‐85 snayper tüfəngi iki il əvvəl yaradılıb. Bölgə ölkələrinin “Red Arrow 12” (Hongjian‐12 –HJ‐12) tank əleyhinə idarə olunan raket kompleksi (TӘİRK) ilə də yaxından maraqlandığını açıqlayan şirkət nümayəndələrinin sözlərinə görə, atış mənzili 4000 metr (gecə vaxtı 2000 metr) olan sözügedən raketlər tandem‐

kumulyativ başlıq sayəsində 1100 mm qalınlığında zirehin öhdəsindən gəlməyi bacarır. İlk nümunəsi iki il əvvəl nü‐ mayişə çıxarılmış “Red Arrow 12” sistemi üçün NORİNCO tərəfindən 8 növ raket (iki növ qəlpəli‐fuqas, 4 növ tandem‐ kumulyativ, bir növ termobarik və bir növ gəmi əleyhinə) hazırlanıb. Çin AVİC dövlət korporasiyası isə sərginin açıq ekspozisiyasında hazırda Qazaxıstanda testləri davam edən, eyni zamanda adı açıqlanmayan Mərkəzi Asiya ölkəsinə satışının gerçəkləşdirildiyi bildirilən “Wing Loong” (“Әjdaha qanadı”) zərbə PUA‐nı nümayiş etdirib. Qeyd edək ki, Çinin AVIC Dövlət Avia‐ tikinti Korporasiyasına aid CADI Avia‐ siya Elmi Tədqiqat İnstitutu tərəfindən hazırlanmış “Wing Loong” maketi ilk dəfə 2012‐ci ildə Çində keçi‐ rilmiş aviasiya sərgisində təqdim edilib. İstehsal‐ çının məlumatına görə, “Wing Loong” PUA dəqiq zərbələr endirməyi və uzun müddətli kəş‐ fiyyat missiyalarını ye‐ rinə yetirməyi bacarır. PUA‐nın uçuş məsafəsi 3000 km, havada qalma müddəti təqribən 20 saat,

faydalı yükü 200 kq‐dır. Aparatın çəkisi 1,1 t, qanad açıqlığı 14 m, aparatın uzunluğu 9 m, maksimal uçuş hündür‐ lüyü 5300 metr təşkil edir. Son illərdə Azərbaycan və Mərkəzi Asiya regionu dövlətləri ilə fəal görüşmələrə başlayan Pakistan müdafiə sənayesinin aparıcı müəssisələrindən GİDS də ilk dəfə KADEX sərgisində təmsil olunub. GİDS nümayəndələri sərgi çərçivəsində bölgə bazarının araşdırmasını apardıqlarını və gələcək əməkdaşlıq üçün hədəfləri müəy ‐ yənləşdirdiklərini bildiriblər. KADEX‐ 2016 sərgisində geniş çeşiddə məh‐ sullarından PAKFİRE artilleriya‐atış nəzarət sistemini əyani nümayiş etdirən Pakistan şirkəti bölgə bazarında bu sistemə bəlli ehtiyacların olduğunu düşünür. Şirkət mütəxəssislərinin sözlərinə görə, sistem nəqliyyat vasitələri daxilində yerləşdirilə və ya komandir tərəfindən sığınacaq daxilində stasionar istifadə oluna bilər. PAKFİRE komandir və batareya top komandirlərinin istifadə etdiyi vahidlərdən ibarətdir. Avto ‐ matlaşdırılmış funksiyaya malik sistem hədəfi dəqiq və sürətli şəkildə müəy‐ yənləşdirib onun koordinatlarını artil‐ leriya vasitələrinə (top və minaatanlara) ötürür. Bütün koordinat informasiyaları və ballistik hesablamalar sistemin əsasında yer alan notebook və əl kompüter terminallarında vektorial və 3D xəritə üzərində göstərilir. Batareya, divizion və alay səviyyəsində tətbiq oluna bilən sistem bütün növ vəziy‐ yətlərdə döyüşün idarə olunması və ssenarinin tərtib edilməsini reallaş ‐ dırmaq, bütün növ vasitələrlə (aviasiya informasiyaları, yerüstü kəşfiyyat, PUA) eyni zamanda fəaliyyət göstərmək Yuxarıda Çinin CATİC şirkətinin sərgilədiyi “Wing Loong” zərbə PUA, ortada NORİNCO şirkətinin NSG‐12.7 və NSG‐85 snayper tüfəngləri, aşağıda Pakistanın GİDS şirkətinin istehsalı olan PAKFİRE artilleriya atış kontrol sisteminin elementləri görünür ©AD


MAY–İYUN 2016

8 ‐9

imkanına malikdir. Hədəfin koordinat‐ larının müəyyənləşdirilməsi zamanı yüksək dəqiqlikli nəticələri verən PAKFİRE vasitəsi ilə atəş qurğularına əmr 2 dəqiqə ərzində daxil olur. PAKFİRE artilleriya atəşinin idarə edil‐ məsi sistemi ərazini müşahidə edən tərəfə hədəfi aşkarlamaq, müəyyən‐ ləşdirmək və atəş əmrini verməyi asan‐ laşdırır. Rusiya bazarda liderliyini qoruyur KADEX‐2016 sərgisində geniş (40 müəssisə ilə) təmsil olunan Rusiya müdafiə sənayesi müəssisələrində istehsal edilmiş silah sistemləri və hərbi texnikalar həm qapalı pavilyonlarda, həm də açıq ekspozisiyada nümayiş etdirilib. Rusiya stendlərində “İnfauna” radioelektron mübarizə kompleksi, şəhər döyüşləri üçün hazırlanmış T‐72 tankı, KamAZ‐53949 zirehli maşınının ba‐ zasında hazırlanmış RM‐K adlı kəşfiyyat maşını, “Tor‐M2KM” zenit‐raket kom‐ pleksi, “Ural‐VV”, “Tayfun‐K”, “Tornado” zirehli avtomobilləri əyani şəkildə iştirak‐ çılara sərgilənib. Sərgidə iştirak edən Rusiyanın “Texmaş” Elmi İstehsalat Müəssisəsi cari ilin ötən dövründə Mərkəzi Asiya ölkələrindən Türkmənistanla lüləaltı qumbaraatanların və siqnal piro ‐ texnikasının, Özbəkistanla aviasiya üçün pirotexniki vasitələrin çatdırılmasına dair müqavilələr imzaladığını açıqlayıb. Sərgidə ilk dəfə RB‐531BE “İnfauna” radioelektron mübarizə kompleksini təqdim edən Rusiyanın Birləşmiş Cihazqayırma Korporasiyası sistemin radio kəşfiyyatının aparılması, radio ilə idarə olunan mina‐partlayıcı qurğuların

partladılmasının qarşısının alınması və s. kimi imkanlara malik olduğunu açıqlayıb. Hazırda bu tip texnikalara dünya bazarında böyük maraq olduğunu deyən şirkətin baş direktorunun müavini Serqey Skokovun sözlərinə görə, kompleks tətbiq edildiyi ərazidə rəqibin lazer idarəetməli və yüksək dəqiqlik silahlarının effektivliyini azaldır. “İnfauna”nın bütün aparatları yüksək keçicilik qabiliyyətinə malik K1Ş1 (BTR‐ 80) unifikasiya edilmiş təkərli şassisində yerləşdirilib. Şəhər döyüşləri üçün konfiqurasiya edilmiş T‐72 tankının eksperimental nümunəsini nümayiş etdirən “Ural‐ vaqonzavod” Korporasiyasının (UVZ) mütəxəssislərinin sözlərinə görə, bu layihədə həm ötən əsrin 90‐cı illərində Çeçen‐Rusiya, həm də son olaraq Suriyada gedən şəhər döyüşlərində tankların iştirakı öyrənilib. İlk dəfə 2013‐cü ildə Nijni Tagildə keçirilmiş RAE‐2013 sərgisində nümayiş etdirilən nümunə üzərində Suriya müharibəsindən sonra əhəmiyyətli dəyişikliklər aparılıb. Şəhər

UVZ tərəfindən şəhər döyüşləri üçün hazırlanmış T‐72 tankı ©AD

döyüşləri üçün konfiqurasiya olunmuş tanka qarşıya çıxan maneələri və barrikadaları təmizləmək üçün ön hissədə buldozer tiyəsi qurulub. Bundan başqa, yeni versiya T‐72B3 tanklarından gücləndirilmiş mühafizə səviyyəsi ilə fərqlənir. Yeni – 1000 at gücündə mühərrik almış tankda dinamik müdafiə və kumulyativ mərmilərə qarşı qorumanı təmin edən mühafizə bar maqlıqları tətbiq edilib. Әlavə olaraq, zenit pulemyotunun ətrafında qoruyucu qüllə yaradılıb ki, bu da pulemyotdan atış zamanı heyəti snayper atəşindən qorumağa hesablanıb. UVZ konserninin baş direktoru Oleq Sienko bildirib ki, 2015‐ci ilin ortalarında Azərbaycana T‐ 90S tanklarının tədarükü başa çatdırılıb. Hazırda müqavilə üzrə nəzərdə tutulan BMP‐3 piyada döyüş maşınlarının çatdırılması davam edir və bu proses 2016‐cı ilin sonuna kimi yekun ‐ laşdırılacaq. Sərgidə geniş çeşiddə helikop ‐ terlərini nümayiş etdirən “Vertolyot Rossii” şirkəti Qazaxıstan və MDB bazarlarına yönəlik planlarını da açıqlayıb. Şirkətdən bildirilib ki, Qazaxıstanda hazırda Rusiya istehsalı olan 200‐dən artıq rus helikopteri istismardadır. Bunların arasında əsas yeri Mi‐8/17 nəqliyyat, Ka‐32A11BC çoxməqsədli, həmçinin Mi‐24V zərbə və Mi‐26T ağır nəqliyyat helikopterləri tutur. Sərginin açıq ekspozisiyasında şirkət Qazaxıstan və region ölkələri üçün Mi‐35M döyüş, “Ansat” yüngül çoxməqsədli helikopterini, həmçinin Mi‐171A2 və Mi‐38 perspektiv heli‐ kopterlərini, Mi‐8MTV1 helikopterinin mobil simulyatorunu nümayiş etdirib. Şirkətin baş direktorunun biznesin inkişafı üzrə müavini Aleksandr Şerbin


AZERI DEFENCE

bildirib ki, 2016‐cı ilin sonuna qədər Qazaxıstana Mi‐35M tipli döyüş helikopterlərinin ilk partiyasının çatdırılması nəzərdə tutulur. Şirkət rəsmisinin sözlərinə görə, 2005‐ci ildən bu günədək 100‐dən artıq Mi‐35M helikopteri istehsal edilib. Heyəti 3 nəfərdən ibarət olan Mi‐35M helikop‐ terinin maksimal surəti 300 km/saat, praktik uzaqlığı 420 kilometr, praktik tavanı 4,8 min metr təşkil edir. Heli‐ kopter 23 mm çaplı iki lüləli top, idarə olunan və idarə olunmayan raketlər, həmçinin təyyarə bombalarıyla silahlan‐ dırılır. Helikopter göyərtəsində 8 desantı və ya xərəkdə 4 yaralını götürə bilir. Mi‐35M sələfi Mi‐24‐lərdən yüksək uçuş xüsusiyyətləri ilə fərqlənir. Hazırda adıçəkilən helikopterlər Rusiya, Azər‐ baycan, Braziliya, Venesuela və İraqın istifadəsində yer alır. Türk müdafiə sənayesi “ata yurda” dönür KADEX‐2016 sərgisində Türkiyə müdafiə sənayesini başda Müdafiə Sənayesi Katibliyi (SSM) və Müdafiə Sənayesi İxracatçıları Birliyi (SSİ) olmaqla 19 qurum təmsil edib. Sərginin açılış mərasimində və sonrakı günlərdə Qazaxıstan Ordusunun xüsusi təyinatlı bölmələri tərəfindən düzənlənən nümu‐ nəvi çıxışlarda 2013‐cü ildə Türkiyənin “Otokar” şirkətindən alınmış 4x4 təkər formuluna malik “Cobra” zirehli maşınları ilə müxtəlif manevrlər yerinə Yuxarıda Azərbaycan Müdafiə Nazirliyinin heyəti ASELSAN şirkətinin yeni məhsulları barədə məlumat alır. Aşağıda MEK şirkətinin istehsalı olan havadan daşına bilən 105 mm çaplı “Boran” topu ©AD

yetirilib. Qazaxıstan hərbçiləri eyni zamanda ASELSAN şirkətinin istehsalı olan bəzi elektro‐optik sistemlərini də nümayiş etdiriblər. Sərgi çərçivəsində Qazaxıstan Hərbi Dəniz Qüvvələri ilə Türkiyənin DEARSAN şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb. AZERİ DEFENCE‐nin Qazaxıstan Müdafiə Nazirliyindən əldə etdiyi məlumata görə, memoranduma əsasən DEARSAN Qazaxıstan HDQ‐nə çoxməqsədli hərbi gəmilərin bu ölkədə inşasına dair təkliflər paketini təqdim edəcək. Memo ran ‐ dumun imzalanmasında DEARSAN şirkətinin İdarə Heyətinin sədri Әziz Yıldırım və Qazaxıstan HDQ‐nin komandanı, vitse‐admiral Jandarbek Janzakov iştirak ediblər. Memorandum Qazaxıstandakı tərsanədə bu ölkənin HDQ üçün 65 metrlik çoxməqsədli

gəmilərin inşasını nəzərdə tutur. Qeyd edək ki, bu günə qədər DEARSAN tərəfindən Xəzəryanı ölkələrdən Türk‐ mənistan üçün 10 ədəd 56 metrlik Yeni Tip Gözətçi gəmisi, 20 ədəd müxtəlif ölçülü və təyinatlı kater inşa edilib. Ötən ilin əvvəlindən başlayaraq DEARSAN Türkmənistan HDQ üçün 33 metrlik yüksək sürətli hücum katerlərinin inşasını həyata keçirir və may ayının sonlarında 33 metrlik üçüncü hücum kateri dənizə endirilib. Astanada keçirilən KADEX və Bakıda keçirilən ADEX müdafiə sərgi‐ lərinin əhəmiyyətini və Türkiyə müdafiə sənayesinin regiona yönəlmiş hədəflərini dəyərləndirən SSM‐in Keyfiyyət və Strateji İdarəetmə de partamentinin rəhbəri Fərhad Yenibertiz bildirib ki, son illərdə dünyadakı böhranlara baxmayaraq, Türkiyənin müdafiə və aviasiya sənayesində böyümə yaşanır. 2014‐ci ilin nəticələrinə görə Türkiyə müdafiə və aviasiya sənayesinin ixracatında 35% artım qeydə alınıb və ixracat həcmi 1.7 milyard dollar təşkil edib: “Bu rəqəmlərin əlimizdə ixracata hazır T‐129 ATAK helikopteri, “Anka”, MİLGEM və digər böyük platformalar hesabına qarşıdakı illərdə daha da artmasını gözləyirik. Bizim əsas məqsədimiz ölkələrə hansısa məhsul satmaq deyil. Ortaq çalışmalar, birgə müəssisələrin yaradılması, strateji əməkdaşlıq və s. ortaya qoyuruq”. KADEX‐də pavilyon olaraq KADEX‐ də ən böyük qatılımın Türkiyəyə məxsus olduğunu qeyd edən Yenibertiz bildirib ki, hazırda Qazaxıstanda Türkiyə ilə birgə təsis edilmiş “Kazakhistan ASELSAN Engineering” şirkəti fəaliyyət göstərir. HAVELSAN şirkəti də Qazaxıstanda ofis açıb. Astanada həmçinin SSM bölgə ofisi


MAY–İYUN 2016

yerləşir: “Sərgi çərçivəsində Qazaxıstan Müdafiə nazirinin müavini Türk firmalarının stendlərini gəzdi. Geniş çaplı görüşmələrimiz oldu. Türk firmalarının layihələri barədə məlumatlar verdik. Mərkəzi Asiya regionunda bu gün əsasən Türkmənistan, Qazaxıstan və qismən də Qırğızıstanla müəyyən layihələrimiz olub. Türkmənistanla dəniz sənayesində böyük layihələrimiz var”. F.Yenibertiz qeyd edib ki, sentyabr ayında Azərbaycanda keçiriləcək ADEX‐ 2016 sər gisində Türkiyə müdafiə sənayesi 27 qurumla və ən böyük pavilyonda təmsil olunacaq. 1300 kvadratmetrdən artıq sahədə ən böyük milli pavilyona sahib olacaq Türkiyə müdafiə sənayesi bu il də sərgidə yeniliklərə imza atmaq istəyir: “Biz bu sərginin uğurlu və düşərli olacağını, bəzi layihələrimizin ortaq işbirliyinə çevriləcəyini düşünürük. Türkiyə müdafiə sənayesinin ən böyük firmaları sərgiyə hazırlaşırlar. Eyni zamanda Türkiyədən ziyarətçilərin də qatılımı gözlənilir”. Sərgiyə 105 mm çaplı “Boran” topunu çıxaran MKE təşkilatı bununla da adıçəkilən silahın Türkiyədən kənarda ilk nümayişini edib. CH‐47 “Chinook” Mi‐26 və Mi‐17 tip helikopterin asmasında havada daşına və keçilməz ərazilərdə istifadə oluna bilən “Boran”ın hazırda kalifikasiya testləri davam edir. Top ASELSAN şirkətinin istehsalı olan atış kontrol sistemi ilə yanaşı lülənin ağız hissəsində mərminin sürətini ölçən cihazla komplektləşdirilib. MKE topun Qazaxıstana nəqlini Gürcüstan və Azərbaycandan keçməklə quru yolu, Xəzər dənizindən keçməklə dəniz yolu ilə həyata keçirib. Sərgidə MKE tərəfindən hazırda seriyalı istehsalı davam edən MPT‐76 avtomatı, JNG‐90 “Bora‐12” snayper tüfəngi, müxtəlif çaplı döyüş sursatları nümayiş olunub. MKE

yetkililəri hazırda MPT‐76 avtomatının Türkiyədən kənarda bir neçə ölkədə testlərinin davam etdiyini bildiriblər. Bölgə ölkələrindən Azərbaycan və Pakistan ordularının silahlanmasına daxil olan JNG‐90 snayper tüfəngi isə praktik olaraq həm Türkiyədə, həm də adıçəkilən ölkələrin hərbi bölmələrinin keçirdiyi əməliyyatlarda istifadə olunaraq müsbət rəy qazanıb. Hazırda Azərbaycan tərəfinin MKE‐yə əlavə olaraq JNG‐90 sifarişləri var. Türkiyə müdafiə sənayesinin aparıcı təşkilatlarından olan ROKETSAN KADEX‐2016 sərgisində özünün ən son texnologiyalarını sərgiləməklə yanaşı, ASELSAN‐dan sonra sərgidə ən böyük stendə sahib firma olaraq çıxış edib. Son illərdə Mərkəzi Asiya və Cənubi Qafqaz bazarında öz mövqelərini möhkəmləndirən ROKETSAN bölgə ölkələrindən Azərbaycana T‐122 “Sakarya” və T‐300 “Qasırğa” reaktiv yaylım atəş sistemlərinin, onların döyüş sursatlarının, Türkmənistana isə

10 ‐11

Dənizaltı Mübarizə Vasitəsinin (DEARSAN tərəfindən inşa olunan gözətçi gəmilərində qurulub) ixracını gerçəkləşdirib. Hazırda şirkət Qazaxıstan daxil olmaqla, digər türkdilli ölkələrlə də dəniz və hava platformaları üçün silah sistemlərinin ixracına dair görüşmələri davam etdirir. ROKETSAN‐ın yeni məhsulları və planları barədə məlumat verən şirkət yetkililərinin sözlərinə görə, hazırda kalifikasiya mərhələsi bitmək üzrə olan UMTAS‐ın (Uzun Mənzilli Tank Әley‐ hinə Raket) bu il silahlanmaya qəbulu gözlənilir. L‐UMTAS (Lazer yönləndir‐ məli) raketlərinin isə seriyalı istehsalına başlanıb. Bu il həmçinin OMTAS‐ın da (Orta Mənzilli Tank Әleyhinə Raket) kalifikasiya testlərinin başa çatdırılması planlaşdırılır. Hazırda UMTAS‐ın türkdilli ölkələr daxil olmaqla, dünyanın müxtəlif regionlarında tanıdılması və marketinqi istiqamətində işlərin aparıl‐ dığını və bu raketə bazarda böyük marağın olduğunu ifadə edən ROKETSAN mütəxəssislərinin sözlərinə görə, UMTAS həm NATO, həm sovet/rus standartlı helikopterlərə, həm yerüstü nəqliyyat, həm də dəniz platformalarına inteqrasiya oluna bilən silah sistemidir. Bu raketin lazer yönləndirməli versiyası olan L‐UMTAS raketinin isə lazer nişanlanması həm atıcı pilot, həm havadakı digər helikopter, təyyarə, PUA, həm də bəlli məsafədən əsgər tərəfindən lazer nöqtələyici ilə işarələnə bilir. Yuxarıda ROKETSAN şirkətinin sərgidə ön plana çıxardığı UMTAS tank əleyhinə idarə olunan raketlər, aşağıda Azərbaycan Or‐ dusunun silahlanmasında yer alan T‐122 “Sakarya” RYAS atış zamanı. Fotolar AD/ROKETSAN


AZERI DEFENCE Bazardakı analoji məhsullardan öz modernliyi ilə seçilən UMTAS‐ın çapı 160 mm‐dir və təsirli tandem döyüş başlığına malikdir. Bu raketlər bütün növ zirehləri dəlməyi bacarır. UMTAS‐ın daha kiçik ölçülü – Mini Ağıllı Döyüş Sursatı adı verilmiş versiyası isə PUA‐dan atılmaq üçün dizayn edilib. Adıçəkilən sursatla “Bayraqdar TB‐2” taktik PUA‐dan atış testləri gerçəkləşdirilib. Hazırda onun “Vestel Savunma” şirkətinin istehsalı olan “Karayel” taktik PUA‐ da tətbiqi üzərində də işlər aparılır. ROKETSAN sərgidə “yer‐yer” tipli 122 və 300 mm çaplı raketlərin dəqiqliyinin artırılması istiqamətində işlərin davam etdiyini də açıqlayıb. Belə ki, bir il əvvəl İDEF‐2015 sərgisində 300 mm‐lik TR‐300 raketlərinin idarə olunan nümunəsini təqdim edən şirkət buna paralel olaraq 122 mm‐lik TR‐122 raket‐ lərinin də eyni modi fika siyasının üzərində işləyir. GPS və İNS naviqasiya sistemlərinin tətbiq edildiyi 122 mm‐lik raketlərlə 30‐35 km məsafədə hədəfləri 20 metr dəqiqliklə məhv etmək mümkün olacaq. ROKETSAN həmçinin mövcud raketlərin döyüş başlıqlarının çeşidlərini artırmağı düşünür. Şirkət mütə xəs ‐ sislərinin sözlərinə görə, 122 mm çaplı raketlərdə iki növ – klassik və qəlpələnən döyüş başlıqları mövcuddur. Bununla bərabər paraşütlə ayrılıb yerə enən HE və qəlpəli başlıqlar, xüsusi tüstü döyüş başlığı, termobarik və daha təsirli döyüş başlıqlarının yaradılması nəzərdə tutulur. Qeyd edək ki, 122 mm‐lik raketlər klassik döyüş başlığının təsir radiusu 20 metr, TRB‐122 raketlərinin təsir radiusu 40 metrdir. KADEX sərgisində ROKETSAN multikalibr RYAS‐ın və 2015‐ci ildə ilk

İŞBİR şirkətinin baş direktoru Bürhan Özgür Azeri Defence jurnalına layihələri barədə məlumat verərkən.

dəfə nümayiş etdirdiyi T‐107/122 universal reaktiv yaylım atəş sisteminin maketini də nümayiş etdirib. Bu sistemin özəlliyi iki fərqli kalibrli raketlərdən (107 və 122 mm) atəş açmağın müm‐ künlüyüdür. T‐107/122 platformasının kiçik olması nəticəsində sistem dağlıq, yaşayış məskənləri və çətin hərəkət relyefinə malik ərazilərdə istifadə oluna bilir. İlk nümunəsi 2013‐cü ildə Abu‐ Dabidəki İDEX‐2013 sərgisində nümayiş etdirilmiş multikalibr RYAS sistemi düzənlik ərazilər üçün nəzərdə tutulur və üzərində 240 ədəd 122 mm‐lik, yaxud 16 ədəd 300 mm‐lik raket yer alır. BӘӘ üçün hazırlanmış versiya “Oshkosh HET” platformasının üzərində qurulub və 6 RYAS maşınını əvəzləyən bu sistemin idarə edilməsi 2 nəfər tərəfindən həyata keçirilir. BӘӘ‐nin sifariş verdiyi sistemlərin seriyalı istehsalı başa çatdırılaraq təhvil verilib. Hazırda digər region ölkələrindən də bu sistemə maraq ifadə olunmaqdadır. ROKETSAN‐ın bölgə ölkələrindən Türkmənistana satışını gerçəkləşdirdiyi ASV dənizaltı müdafiə raketi hazırda

Qafqaz və Mərkəzi Asiya regionunda Türkmənistan Dəniz Qüvvələrinin istifadəsində yer alır. Bu sistem xarici analoqlarından buraxıcı qurğusunun daha yığcam və müasir olması ilə fərqlənir. Rus və Amerika sistemlə‐ rindən fərqli olaraq 6 raketlə birgə 1200 kq ağırlığı olan ASV 40 metrlik kiçik gəmilərə də inteqrasiya olunur. İşlər avtomatik şəkildə həyata keçirilir. SOM qanadlı raket layihəsinin hazırkı durumu barədə məlumat verən ROKETSAN mütəxəssisləri A və B modellərinin testlərinin başa çatdığını və Türkiyə Hava Qüvvələrinin silah‐ lanmasına daxil olduğunu bildiriblər. SOM raketlərinin hər cür qərb və şərq standartlı döyüş təyyarələrinə inteqrasiya oluna bildiyini qeyd edən mütəxəs‐ sislərin sözlərinə görə, bu sistemlərin F‐4 və F‐16 ilə bərabər “Su” və “MiQ” seriyalı bombardmançı təyyarələrinə də qurulması mümkündür. Aparılan işlər nəticəsində SOM‐B və SOM‐J versiyaları atışdan sonra yerüstü komanda məntəqəsindən də idarə ediləcək. “Kement” layihəsi çərçivəsində hazır‐ lanmış RF link vasitəsi ilə raketin ka‐ merasından alınan görüntülər izlənəcək. Bölgə ölkələrinin Silahlı Qüvvə‐ lərinin və müxtəlif qurumların ge ‐ neratorlarla təchizatında yer alan “İŞBİR Elektrik” şirkəti yaxın perspektivdə yeni məhsulları ilə bazardakı payını artırmağa və yeni layihələrdə yer almağa ümid edir. Şirkətin baş direktoru Bürhan Özgür İŞBİR‐in hazırda başda Azərbaycan, Türkmənistan və Qazaxıstan olmaqla bölgə bazarına satışlarının olduğunu qeyd edib. Son dönəmdə region ölkələrində baş verən devalvasiyadan sonra satışlarda müəyyən azalmaların olduğunu deyən B.Özgür ümid edir ki, satışlar qısa müddətdə əvvəlki səviy‐ yəsinə çatacaq. Azərbaycanda “Azenco” şirkəti ilə çalışdıqlarını deyən B.Özgürün sözlərinə görə, adıçəkilən şirkət üzərindən 300‐ə yaxın, Qazaxıstana isə yerli tərəfdaş üzərindən 700‐ə yaxın generator satılıb. Türkmənistanda isə DEARSAN tərsanəsi tərəfindən inşa edilən hərbi gəmilərdə İŞBİR gene ‐ ratorları qurulub. İŞBİR‐in üzərində çalışdığı səssiz generator layihəsi barədə məlumat verən B.Özgür bildirib ki, 30 KV gücündə generator elektromaqnit testləri də daxil olmaqla bütün sınaqları başa vurub və MKE şirkətinin stendindən bir görüntü. Öndə Azərbaycan və Pakistanın silahlanmasına daxil olan JNG‐90 “Bora” snayper tüfəngi ©AD


MAY–İYUN 2016

məhsulun seriyalı istehsalına başlanıb: “TÜBİTAK‐la birlikdə 10 KV‐luq gene‐ ratorun yaradılması və testlərini ye‐ kunlaşdırdıq. Alınmış sifariş üzrə 72 ədəd 5 KV səssiz generatorun istehsalına başlanıb”. Səssiz generator istehsalı ilə Türkiyədə bir ilkə imza atdıqlarını deyən B.Özgürün sözlərinə görə, buna su soyutmalı dinamonun yaradılması hesabına nail olunub. İŞBİR səssiz generatorun bir nümunəsini sentyabr ayında Bakıda keçiriləcək ADEX sər‐ gisində də nümayiş etdirməyi plan‐ laşdırır. İŞBİR‐in yeni regionlara açılmaq istiqamətində çalışdığını qeyd edən B.Özgür bildirib ki, hazırda potensial olaraq Afrika bazarına baxılır. Bölgə ölkələrinə T‐129 ATAK, “Hürkuş” təlim təyyarəsinin və “Anka” PUA‐nın təqdimatlarını keçirən TAİ Qazaxıstanın taktik PUA‐ların satın alınması layihəsində yer almağa çalışır. Şirkət bu layihə çərçivəsində Qa ‐ zaxıstana “Anka”nın birbaşa satışından əlavə, birgə istehsalı məsələsinə baxıla biləcəyini istisna etmir. Şirkət region ölkələrindən Azərbaycanla da bəzi layihələr üzrə görüşmələri davam etdirir. KADEX‐2016 sərgisində müxtəlif logistik sistemləri – daşınan səhra mətbəxləri, hamam‐camaşırxana və səhra hospitallarını tanıdan “Öz tir ‐ yakilər” şirkətinin müdafiə layihələri üzrə meneceri Sait Karabayırın sözlərinə görə, şirkət uzun müddətdir Qafqaz və Mərkəzi Asiya ölkələri ilə sıx təmasdadır. Hazırda “Öztiryakilər” şirkətinin istehsalı olan səhra mətbəxləri, sutə‐ mizləmə sistemləri region ölkələrinin ordularının istifadəsində yer alır. Bölgədə Azər baycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan Orduların‐ da “Öztiryakilər”in müxtəlif məhsul‐ larının istifadə olunduğunu qeyd edən S.Karabayırın sözlərinə görə, Azərbay‐ cana mobil səhra mətbəxlərinin tədarükü həyata keçirilib. Hazırda İtaliya və Səudiyyə Әrəbistanı silahlı qüvvələri

üçün səhra mətbəxlərinin çat‐ dırılması istiqamətində işlər gedir. KADEX‐2016 sərgisində sər‐ gilənən üç yerə açılan – 500 nəfərlik konteyner mətbəx normalda 15 kvadratmetr, hər iki tərəfə açıldıqda 35 kvadratmetr sahəni əhatə edir. Yığıldıqdan sonra konteyner yerüstü, dəniz və hava nəqliyyatı ilə istənilən əraziyə nəql edilə bilir. Sərgidə ilk dəfə olaraq səyyar səhra hos‐ pitallarının posterlərini nümayiş etdirən “Öztiryakilər” regionda bu sistemlərə tələbin olduğunu bəyan edib. 50‐100 yataqlı hospi‐ tallar konteyner və çadırlardan ibarətdir. Şirkət 2015‐ci ildə Omana 100 yataqlı hospital tək‐ lifini verib və hazırda qarşı tərəfin qərarı gözlənilir. Geniş çeşiddə məhsulları ilə sərgidə yer alan Türkiyənin HAVELSAN şirkəti müxətlif simulyasiya, təlim və kiber təh‐ lüksəsizlik həllərini tanıdıb. HAVELSAN‐ın kiber təhlükəsizlik üzrə direktoru Kani Hacıosman‐ oğlunun sözlərinə görə, təmsil etdiyi şirkət getdikcə artan qarışıq kiber təhdidlərə qarşı xüsusi departament yaradıb. Mart ayında Türkiyədə ilk Kiber Təhlükəsizlik Mərkəzi istifadəyə verilib. Mərkəzdə kiber təhdidlərə qarşı analizlər aparılır və qoruma həyata keçirilir. HAVELSAN bu xidmətləri həm dövlət, həm özəl sektor, həm də silahlı qüvvələrə təqdim edir. K.Hacıosmanoğlu qeyd edib ki, HAVELSAN Türkiyənin ilk kiber təhlükəsizlik proqramını hazırlayır və sentyabr ayından bu proqramlar satışa təqdim olunacaq: “Bu gün bazardakı kiber təhlükəsizlik proqramlarının böyük hissəsi Amerika və İsrail istehsalıdır. HAVELSAN bunlara rəqib olaraq yeni proqram yaradır. Bu gün bazarda çox sayda proqramlar var. Amma onların qaynaq kodları yoxdur. Azərbaycan və

MİLGEM korveti ©STM

12 ‐13

HAVELSAN şirkətinin istehsalı olan paraşütçü simulyatoru ©AD

digər dost‐qardaş ölkələrə bu proq‐ ramların qaynaq kodlarını da verəcəyik. Biz sifarişçilərin bütün proqramlarını dəyişə, istənilən ölkəyə mərkəzlər qura bilərik. Bölgə ölkələrindən bəzi ehtiyaclar bizə bildirildi və hazırda təmasdayıq. Bir bölgə ölkəsinin bütün kiber təhlükəsizlik işlərini aldıq”. Simulyator təlim mərkəzlərinin yaradılmasına daha çox diqqət yetirən HAVELSAN yetkililərinin sözlərinə görə, yüksək həssaslıqlı simulyator texno‐ logiyalarında HAVELSAN bölgədə rus şirkətlərinə nəzərən daha geniş imkanlar təqdim edir. Şirkət Qazaxıstan ordu‐ sunda istifadə olunan silah və texni‐ kaların simulyatorlarının hazırlanması layihələrində yer ala biləcəyini iddia edir. Komanda‐idarəetmə sistemlərinə gəlincə, şirkət postsovet məkanında daha çox Azərbaycan, Gürcüstan və Ukraynanı bu sistemlər üçün potensial bazar olaraq görür. Hazırda bölgədə Azərbaycan, Gürcüstan və Türkmənistan Silahlı Qüvvələrində HAVELSAN‐ın Artille‐ riya Atış Simulyatorlarının istifadə edildiyini bildirən HAVELSAN yetki‐ lilərinin sözlərinə görə, şirkət bazara yeni məhsul olaraq Paraşütçü və Döyüş simulyatorlarını, sərhəd və boru kə‐ mərlərinin təhlükəsizliyi ilə bağlı həlləri təqdim etməyi düşünür. HAVELSAN


AZERI DEFENCE paralel olaraq Qazaxıstan Hava Qüv‐ vələrinin C‐295 simulyator mərkəzinin yaradılması layihəsi üzrə KAİ şirkəti ilə görüşmələrimiz davam edir. HAVELSAN mütəxəssisləri Ukray‐ nanın Antonov Konserni ilə imzalanmış müqavilə çərçivəsində “Antonov” təyyarələrinin bazasında Dəniz Gözətçi Təyyarəsinin yaradılması, habelə “Antonov”la simulyatorların hazır ‐ lanması, müasirləşdirilməsi sahəsində razılığa gəlindiyini vurğulayıblar. Son üç ildə postsovet məkanına açılan STM şirkəti bazara kiber təh‐ lükəsizlik həllərini, yeni divar arxası görüntü radarını, aviasiya sənayesi üçün müxtəlif həllərini, habelə dənizçilik sektoru daxil olmaqla kompleks əməkdaşlıq imkanlarını təqdim edir. STM‐in imkan və qabiliyyətləri, yeni məhsulları barədə məlumat verən şirkət nümayəndələrinin sözlərinə görə, ilk dəfə mart ayında DİMDEX sərgisində nümayiş etdirilmiş radar insan sağlam‐ lığına zərər verməyən dalğalarda çalışır. Mütəxəssislərin sözlərinə görə, divar arxası radar təbii fəlakətlərdən sonra dağıntıların altında qalan insanların yerini təsbit etmək üçün istifadə oluna bilər. Tətbiq edilən müasir tex ‐ nologiyalar ən zəif ürək döyüntülərinin əsasında divarların arxasında qalan insanların, eləcə də dağıntıların altında qalan insanların yerini tapmağa təsbit edir. Radar xüsusi təyinatlı qüvvələrin əməliyyatlarında, habelə girovların azad edilməsində istifadə oluna bilər. Sərgi çərçivəsində STM helikopter modernizasiyası ilə bağlı “AeroTab”, “TeraFlight” və “FocusFlight” məh‐ sullarını Orta Asiya və Qafqaz bazarına tanıdıb. Şirkət nümayəndələrinin sözlərinə görə, adıçəkilən məhsullar tapşırıqların icrası zamanı pilotların işini asanlaşdırmaq üçün nəzərdə

tutulur. Hazırda bu sistemlərin bəziləri Türkiyənin T‐129 ATAK helikopterinin üzərində yer alır. Yeni məhsullardan “TeraFlight” barədə məlumat verən STM nümayəndələrinin sözlərinə görə, bu sistem gecə və pis hava şərtlərində helikopter pilotlarına verilən bölgəyə təhlükəsiz uçuşlar həyata keçirməyə, verilən koordinatlara desant çıxarmağa və ya atəş zərbəsi endirmək imkanı verir. Eyni zamanda pis hava şəraitində helikopterlərin təbii maneələrlə toq‐ quşmasını, bədbəxt hadisələrin baş verməsini önləyir. Bu sistemin bənzəri hazırda yalnız ABŞ‐ın hərbi helikop‐ terlərində mövcuddur. Bölgə ölkələrinə özünün dənizçilik sahəsində imkanlarını kompleks olaraq təklif edən STM ötən dövrdə Xəzəryanı ölkələrdən Azərbaycan və Qazaxıstanda müəyyən görüşmələr keçirib. Şirkət nümayəndələrinin sözlərinə görə, STM‐ in iştirakı ilə Pakistanın Kəraçi tər‐ sanəsində inşa edilən təchizat gəmisi avqust ayında dənizə endiriləcək. Bununla paralel olaraq STM Pakistanda 3 ədəd Agosta 90B” sinifli dənizaltıların modernləşdirilməsini həyata keçirəcək. Beynəlxalq tenderdə iştirak edən STM rəqibi, dənizaltıların istehsalçısı Fran‐ sanın DCNS şirkətinə qalib gəlib. Bununla bağlı STM və Pakistan Müdafiə Sənayesi Nazirliyi arasında müqavilə iyunun 22‐də Ravalpindi şəhərində imzalanıb. Modernləşdirmə işləri Pakistandakı yerli tərsanədə həyata keçiriləcək. Xəzəryanı ölkələrin dəniz silahlanma proqramlarında yer almaq üçün ciddi şəkildə çalışan türk firmalarından “Yonca Onuk” şirkəti hazırda Azərbaycan, Qazaxıstan və Türkmənistanla təmasları davam etdirməkdədir. Şirkətin istehsal etdiyi katerlərin Xəzər dənizinin coğrafi mövqeyinə uyğun olduğunu düşünən

mütəxəssislərin sözlərinə görə, “Yonca Onuk” öz məhsulları ilə istifadəçilərə ehtiyac duyulan yüksək sürət, az iz buraxma, ani müdaxilə kimi üstünlükləri təqdim edir. Sərgidə yer alan MRTP‐45 modeli barədə məlumat verən şirkət yetkili‐ lərinin sözlərinə görə, Türkiyə HDQ‐ nin Türk tipi kateri proqramına təklif olunan, ağır silahlarla komplektləş‐ dirilmiş kompozit gövdəli katerin uzunluğu 48 metr, sürəti 60 mildən çox olacaq. Platformanın bütün hovuz testləri, dizayn işləri bitib. Son bir ildə üzərində silahlarla bağlı çalışmalar davam edir. Modelin üzərində “Oto Melara” şirkətinin istehsalı olan 76 mm çaplı top, üst hissənin arxa qismində iki ədəd 12.7 mm çaplı pulemyotla silahlandırılmış döyüş modulu (böyük ehtimalla ASELSAN STAMP), orta mən‐ zilli raketlər, iki ədəd hava hücumundan müdafiə raketi, müasir radioelektron və radiolokasiya sistemləri yer alacaq. Katerin heyəti 40 nəfər təşkil edəcəkdir. “Yonca Onuk” hazırda Qatar Әmirliyi ilə 3 yeni layihə üzərində gö‐ rüşmələri davam etdirir. Bunlardan birincisi Qatar üçün 34 metrlik katerlərin inşası ilə bağlı sifarişin davamı, digəri Dəniz Qüvvələrinin xüsusi təyinatlı əməliyyat bölmələri üçün əlavə 6 ədəd MRTP‐20 katerlərin inşa edilməsi, üçüncüsü isə uzunmüddətli kompleks təmir‐logistik xidmət paketinin veril‐ məsidir. Qeyd edək ki, “Yonca Onuk” tərəfindən Qatara 3 ədəd 34 metrlik katerin (silahlanmasında ASELSAN şirkətinin 30 mm‐lik “Mühafiz” döyüş modulu), 2 ədəd MRTP‐20 (üçüncü MRTP‐20 təhvil verilmə mər hə lə ‐ sindədir), habelə 16 metrlik katerlərin (12.7 mm STAMP döyüş modulu ilə) çatdırılması tamamlanıb. AD

Qazaxıstanda KPE şirkəti tərəfindən istehsal edilmiş, ASELSAN hava hücumundan müdafiə qülləsi və elektrooptik sistemləri ilə komplektləşdirilmiş “Arlan” (“Marauder”) maşınları. ©AD



AZERI DEFENCE DSX SAHİL MÜHAFİZӘSİNİN DAHA BİR GӘMİSİ HAZIR Prezident İlham Әliyev iyun ayının 13‐də Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mü‐ hafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi (OPV‐62) və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla tanış olub. Mərkəzdə inşa olunmuş yeni gəmiyə baxış keçirən prezident İlham Әliyevə məlumat verən DSX rəisi, Sərhəd Qoşunları komandanı general‐polkovnik Elçin Quliyev bildirib ki, yeni gəmi mükəmməl naviqasiya və rabitə‐radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silah‐ larına qarşı kompleks, gecə‐gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş sərhəd gözətçi gəmisinin uzunluğu 62 metr‐ dir. Dəniz şəraitində göyərtəsinə helikopterin

enməsi mümkün olan gəmidən dövlət sərhədlə‐ rinin mühafizəsi, sərhəd‐ boyu rejimin təmin olun‐ ması, karbohidrogen ehti‐ yatlarının hasilatı və nəqli infrastrukturunun təhlü‐ kəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzi‐ fələrin icrası zamanı isti‐ fadə ediləcək. Yeni istifa‐ dəyə verilən itisürətli qa‐ yıqlarda quraşdırılmış aş‐ karetmə qurğuları məh‐ dud görmə şəraitində ax‐ tarış‐xilasetmə tədbirlə‐ rinin həyata keçirilməsinə, sərhəd növbətçilərinin çevikliyinin artırıl‐ masına imkan yaradır. Müasir tipli radio‐ elektron və naviqasiya cihazları, qəza xilas‐ etmə və digər avadanlığın quraşdırıldığı sərhəd gözətçi gəmiləri və katerlərinə malik olan Dövlət Sərhəd Xidmətinin Sahil Müha‐ fizəsi hazırda Xəzər dənizində hər cür hava şəraitində dövlət sərhədinin mühafizəsini təmin etmək iqtidarındadır.

İndiyədək DSX Sahil Mühafizəsinin Gə‐ mi İnşası və Təmiri Mərkəzində 1 ədəd ikinci dərəcəli (“Tufan” layihəli – orijinalı OPV‐62/SAAR‐62 – red.) və 6 ədəd üçüncü dərəcəli (“Şahdağ” layihəli – orijinalı “Shaldag Mk.V‐ red) sərhəd gözətçi gəmisi inşa olunaraq Dövlət Sərhəd Xidmətinin döyüş sıralarına daxil edilib. Su basımı 470 ton təşkil edən və hazırda Azərbaycan Silahlı Qüvvələrində özünün təchizatına görə ən müasir hərbi gəmi olan “Tufan”da İsrailin “Rafael” şirkətinin istehsalı olan 25 km atış mənzilinə sahib “Spike‐NLOS” raketləri, bir ədəd 23 mm çaplı 2A14 topuyla silah ‐ landırılmış “Typhoon”, iki ədəd 12.7 mm çaplı M2HB pulemyotu ilə silahlandırılmış “Mini Typhoon” döyüş modulu, habelə iki ədəd “Negev” pulemyotu yer alır. Gəminin naviqasiya sisteminə “Elta EL/M‐2228X” kombinə olunmuş radar, “Furuno” naviqasiya radarı, “Rafael” şirkətinin istehsalı olan “Toplite” elektro‐optik sistemi, gəminin idarə olunan raketlərdə mühafizəsi üçün WIZARD (Wideband Zapping Advanced Radar Decoy) maneə, uzaq məsafədən sualtı təhdidləri aşkarlamaq üçün ən müasir sonar sistemi qurulub.

SİLAHLI QÜVVӘLӘRİN HӘRBİ QULLUQÇULARI TӘLTİF OLUNUB

RUSİYA AZӘRBAYCANA HӘRBİ TEXNİKA SATIŞINI DAVAM ETDİRİR

Prezident İlham Әliyev 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təltif edilməsi barədə sərəncamlar imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının müstə‐ qilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Silahlı Qüvvələrin 16 hərbi qulluqçusu “Vətən uğrunda” medalı, 9 hərbi qulluqçusu “İgidliyə görə” medalı, 22 hərbi qulluqçusu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. Prezidentin digər sərəncamları ilə bir nəfər “Әməkdar həkim” (Çingiz Әlləzov), bir nəfər “Әməkdar müəllim” (Nərgiz Məmmədova), bir nəfər “Әməkdar jurnalist” fəxri adı, iki nəfər – Yusif Yevgeniyeviç Axundzadə və Abdulla Novruz oğlu Qurbanov (Abdulla Qurbani) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Dövlət başçısının sərəncamı ilə Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusuna – polkovnik Gəray Bağırova, Әnvər Әfəndiyevə, Elxan Әlibəyova və Fuad Məmmədova general‐mayor ali hərbi rütbəsi verilib.

Rusiya Federasiyası Hökumətinin BMT Adi Silahlar Registri‐ nə təqdim etdiyi hesabatda 2015‐ci ildə Azərbaycan da daxil ol‐ maqla bir sıra ölkələrə satılan hərbi texnikalar və silah sistemləri barədə informasiyalar yer alıb. Hesabatda qeyd olunub ki, rəsmi Moskva 2015‐ci ildə Azərbaycana 25 ədəd T‐90S tankının və 30 ədəd BMP‐3 piyada döyüş maşınının ixracını gerçəkləşdirib. Bun‐ dan başqa, 2015‐ci ildə Azərbaycana 12 ədəd TOS‐1A “Solntsep‐ yok” ağır odatanının satışı reallaşdırılıb. Qeyd edək ki, bununla Azərbaycan sifariş verdiyi T‐90S tanklarının, TOS‐1A “Sol‐ ntsepyok” ağır odatanın tədarükü başa çatıb. BMP‐3 piyada döyüş maşınlarının çatdırılması 2016‐cı ilin sonunadək yekunla‐ şacaq.


MAY–İYUN 2016

16 ‐17

AZӘRBAYCAN AN‐178 TӘYYARӘLӘRİ ALIR

“Azərbaycan Hava Yolları” QSC ilə Ukraynanın “Antonov” Dövlət Müəssisəsi arasında 10 ədəd An‐178 hərbi yük təyyarəsinin satın alınmasına dair müqavilə imzalanıb. Sifariş verilən təyyarələrin müəyyən hissələrinin Azərbaycanda yığımının da nəzərdə tutulduğu müqavilənin icrası gələcəkdə Azrbaycan aviasiya sənayesinin inkişafına öz təsirini göstərəcək. Astanada keçirilən KADEX‐2016 bey‐ nəlxalq müdafiə sərgisində təmsil olunan “Antonov” Dövlət Müəssisəsinin marketinq şöbəsinin müdiri Viktor Konarev AZERİ DE‐ FENCE jurnalının əməkdaşları ilə söhbətində bölgə bazarı barədə planları və yeni məhsulları barədə danışıb. Hazırda dünyanın müxtəlif ölkələrindən An‐178 hərbi yük təyyarəsinə marağın olduğunu bildirən V.Konarev bunun‐ la bağlı görüşmələrin davam etdiyini və bir neçə ölkəylə müqavilələrin imzalandığını bildirib: “Qazaxıstanın Milli Qvardiyası və ordusu bu təyyarənin alınmasını istəyir. Səudiyyə Әrəbistanı ilə 30, İraqla 3 ədəd An‐

178 təyyarəsinin alqı‐satqısına dair memo‐ randum və saziş imzalamışıq. Həmçinin Çinlə də təyyarənin satılması ilə bağlı razılıq əldə olunub”. Yaxın məsafələr üçün nəzərdə tutulan An‐178 hərbi‐nəqliyyat təyyarəsi An‐158 təyyarələrinin bazasında yaradılıb. Yükdaşıma gücü 18 ton olan An‐178 bazardakı mövcud An‐12 təyyarələrini əvəzləyəcək. Təyyarənin yük bölməsi tamamilə germetik şəkildə yığılıb. Bu da Beynəlxalq Hava Nəqliyyatı Yükdaşıma Assosiasiyasının standartlarına uyğundur. Təyyarə iki ədəd reaktiv mühərriklə təchiz edilib və sürəti 800 km/saat təşkil edir. Şirkət nümayəndəsi “Antonov” Dövlət Müəssisəsinin An‐148, An‐158 və An‐178 təyyarələrindən əlavə An‐132 yüngül yükdaşıma təyarəsinin yenidən istehsalına da başlayıb. Hazırda şirkət An‐148‐in bazasında tibbi, qərargah, dəniz gözətçi təyyarə variantlarını da təqdim edir. Yeni is‐ tehsal olunan modellərdə Rusiya istehsalı olan avionikadan imtina edilib. ”Biz hazırda

DSX‐nə YENİ TEXNİKALAR VERİLİB Avropa İ ifaqı (Aİ), BMT‐nin İnkişaf Proqramı (BMTİP) və Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2014‐cü ilin noyabrından birgə icra olunan “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” layihəsi çərçivəsində Azərbaycana yeni texniki vasitələr verilib. DSX‐nin mətbuat mərkəzinin yaydığı məlumata görə, Dövlət Sərhəd Xidmətinin texniki imkanlarının təkmilləşdirilməsi üçün yüksək keçid qabiliyyətlərinə malik olan avtomobillər və kvadrosikllər, yük maşınları, habelə infor‐ masiya texnologiyaları avadanlığı və digər xüsusi texniki vasitələr təqdim edilib. Tədbirdə qeyd edilib ki, bu avadanlıqlar layihənin əhatə etdiyi sərhəd bölgəsi üzrə təhlükəsizliyin təmin olunmasına və transsərhəd cinayətkarlığı ilə mübarizəyə əhəmiyyətli töhfə verəcək. Mərasimdə BMT‐nin Azərbaycandakı Rezident Әlaqələndiricisi Qulam İsakzai və Aİ‐nin Bakı Ofisinin nümayəndəsi Migel Qomez Maqro iştirak edib. Dörd komponentdən ibarət olan layihənin məqsədləri sərhədlərin idarə olunması sahəsində müasir infrastrukturun ya ra dılması, əməkdaşlığın gücləndirilməsi, strateji idarəetmə potensialının inkişaf etdirilməsi, inteqrə edilmiş sərhəd ida rə çiliyi prosedurları və əməliyyatlarının işlənib hazırlanması, pilot sərhəd məntəqələrinə və əlaqədar bölmələrə texniki dəstəyin göstərilməsidir. Layihə çərçivəsində Avstriya, Latviya, Sloveniya və Polşa sərhəd xidmətləri, Rumıniyanın Daxili İşlər Nazirliyi, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin ekspertlərinin iştirakı ilə qurum‐

işləri Rusiya istehsalı olan avadanlıqlardan imtina etmək üzərində qurmuşuq. Məlum hərbi‐siyasi hadisələrdən sonra əlaqələri davam etdirə bilmərik. Düzdür təyyarənin yeni prototipi Rusiya istehsalı olan avionika ilədir. Amma təyyarə seriyalı istehsala Rusiya avadanlıqları olmadan başlayacaq. Hazırda Kanadanın “Esterline” şirkəti ilə avionika təchizatı sahəsində əməkdaşlıq edəcəyik. Artıq şirkətlərimiz arasında əməkdaşlığa dair saziş imzalanıb. Sonrakı mərhələdə Ukrayna özünün milli avionikasının yaradılmasına başlayacaq”. V.Konarev Türkiyənin HAVELSAN şirkəti ilə birgə layihələrə baxıldığını bildirib. Layihələr barədə geniş məlumat verməyən şirkət rəsmisi “Antonov” təyyarələrinə HAVELSAN şirkətinin bəzi sistemlərinin in‐ teqrasiya ediləcəyini bildirib. Müəssisə Qazaxıstanla KAİ şirkətinin nəzdində “Antonov” təyyarələrinə xidmət mərkəzinin yaradılması barədə razılığa da gəlib.

daxili, qurumlararası və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təlim‐tədris prosesinin və təlim metodikasının yaxşılaşdırılması üzrə treninqlər təşkil olunmuş, normativ‐hüquqi bazanın təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülmüş, o cümlədən layihə üzrə ötən müddət ərzində Azərbaycanda və onun hüdudlarından kənarda keçirilən 12 tədbirə Dövlət Sərhəd Xidmətinin 65 əməkdaşı cəlb edilib.


AZERI DEFENCE BAŞ QӘRARGAHIN YENİ BİNASI İSTİFADӘYӘ VERİLİB İyun ayının 25‐də Prezident İlham Әliyevin iştirakı ilə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahının yeni inzibati binasının açılışı olub. Binanın rəmzi açılışını bildirən lenti kəsən Prezident İlham Әliyevə məlumat verilib ki, ümumi sahəsi 12600 kvadratmetr olan altımərtəbəli binada bütün otaqlar müasir avadanlıq və inventarla təchiz edilib. Daha sonra Prezident İlham Әliyev Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti ilə tanış olub. Müdafiə naziri, general‐ polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general‐polkovnik Nəcməddin Sadıkov dövlət başçısına burada yaradılan şərait barədə məlumat veriblər. Bildirilib ki, Silahlı Qüvvələrin gündəlik və döyüş fəaliyyətinin planlaşdırılması və idarə olunması üçün yaradılan məntəqədə 140 nəfərin işləməsi üçün hər cür şərait yaradılıb. Burada əsas komanda məntəqələri ilə birbaşa videobağlantılar qurulub. Bina ilə tanışlıqdan sonra düşmən müdafiəsinin dərinliyində hava kəşfiyyatı aparan pilotsuz uçuş aparatından və aerostatdan alınan görüntülər Baş Qərargahın Mərkəzi Komanda Məntəqəsinə bağlanılmaqla dövlət başçısına nümayiş etdirilib.

Daha sonra əsas komanda məntəqələri ilə birbaşa videobağ‐ lantılar qurulub. Müxtəlif ordu korpuslarının və birliklərinin ko‐ mandirləri videobağlantı vasitəsilə Prezident İlham Әliyevə raport veriblər. Sonda Prezident İlham Әliyev müxtəlif təyinatlı zirehli döyüş maşınlarına baxıb. Dövlət başçısına Azərbaycan Silahlı Qüvvələri üçün İsrailin “Plasan” şirkətindən yeni alınmış “SandCat” zirehli avtomobillərinin təqdimatı keçirilib. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri “SandCat” avtomobillərinin ən azı 4 fərqli modifikasiyasını alıb. Bunların arasında 12.7 mm çaplı NSVT pulemyotu ilə silahlandırılmış “Mini Samson” (“Rafael” şirkətinin istehsalı) və 12.7 mm çaplı pulemyot və iki ədəd “Spike LR” tipli tank əleyhinə idarə olunan raket buraxıcı qurğusu yerləşdirilmiş yeni “Samson MLS” döyüş modulu ilə silahlandırılmış “SandCat”lar yer alır. “Samson MLS” modulunun üzərində hədəfi hər cür hava şəraitində izləməyə imkan verən optik sistemlər və lazer məsafəölçən yer alır.

AZӘRBAYCAN ORDUSUNDAN GÜC NÜMAYİŞİ Azərbaycan Silahlı Qüvvələrinin 2016‐cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19‐dan 24‐dək qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə cəbhəboyu zonada və Naxçıvan Muxtar Respublikasında yerləşən poliqonlarda, eləcə də Xəzər dənizinin Azərbaycan sektorunda operativ‐taktiki təlimlər keçirilib. Müdafiə naziri general‐ polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən təlimlərə 25000 nəfərədək şəxsi heyət, 300‐dən çox tank və zirehli döyüş maşını, 100‐dən artıq raket və artilleriya qurğusu, 40‐dək hərbi aviasiya və 30‐dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunub.

Təlimlərin əsas məqsədi birlik və birləşmə komandanlıq‐ larının qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsindən, eləcə də ağır şəraitdə apa‐ rılan müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsinin artırıl‐ masından ibarətdir. Bu təlimlərin əsas xüsusiyyəti güclü müdafiəyə malik şərti düşmən nəzərə alınmaqla əməliyyatların silahlanmada olan yeni texnoloji vasitələrin və silahların geniş tətbiqi ilə keçirilməsidir. Manevrlərdə qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilmə qabiliyyəti, onların yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi‐texniki təminat məsələləri yoxlanılıb.


MAY–İYUN 2016

18 ‐19

ÙßÐÁÈ ÌÖÙßÍÄÈÑËßÐÈÍ ÙÀÇÛÐËÀÍÄÛÜÛ ÌßÊÀÍ — ÀçÒÓ ÕÖÑÓÑÈ ÒÅÕÍÈÊÀ Âß ÒÅÕÍÎËÎÝÈÉÀ ÔÀÊÖËÒßÑÈ Zaur Babaşov Prezident İlham Әliyevin sərəncamı ilə 2005‐ci ildə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilərək onun bazasında Müdafiə Sənayesi Nazirliyi (MSN) yaradıldı. Bununla da Azərbaycan öz milli hərbi sənayesinin yaradılması işinə rəsmən start vermiş oldu. Çətinliklərə baxmayaraq, ötən 10 illik zaman kəsiyində MSN milli müdafiə sənayesini formalaşdırmaqla bərabər, Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrin təchizatının bir qismini üzərinə götürməyi bacardı. Son 3 ildə isə Azərbaycan hərbi sənaye müəssisələrinin istehsalı olan məhsulların xaricə ixracı sahəsində bəzi nailiyyətlərə də imza atıldı. Bu gün MSN müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini və müdafiə sənayesi sahəsinin inkişafını təmin edir. Müdafiə Sənayesi Nazirliyi dövlət sifarişi əsasında hərbi texnika, silah, mühəndis texnikası, ehtiyat hissələri, döyüş sursatları və digər müdafiə təyinatlı məhsullar üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Dövlət Müdafiə Sifarişi Proqramının layihəsini hazırlayır. Bundan başqa, təsdiq edilmiş Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq müdafiə təyinatlı məhsulların yaradılmasını, istehsalını, təkmil ‐ ləşdirilməsini, təmirini, utilizasiyasını, idxal‐ixracını öz səlahiyyətləri daxilində təmin edir. MSN tərəfindən istehsal

edilmiş atıcı silahlar, döyüş sursatları, snayper tüfəngləri, minaatanlar, qum‐ baraatanlar, hücum pulemyotu, pilotsuz uçuş aparatları, zirehli maşınlar və digər müdafiə təyinatlı məmulatlar hazırda Azərbaycan Ordusunun silahlanmasında yer alır. Hazırda nazirliyin tabeli müəssisələrində 1100 ada yaxın müdafiə təyinatlı məmulat istehsal olunur. Yerli hərbi sənayenin digər sahələrdə olduğu kimi kadrlarla təmin olun ‐ masında meydana çıxan problemlərin həll olunması da son illərdə diqqət mərkəzində dayanan mövzulardan olub. Qeyd olunan istiqamətdə MSN‐in təklifləri nəzərə alınaraq Nazirlər Kabi‐ netinin müvafiq qərarı ilə 2011‐ci ildə müdafiə sənayesi kompleksi üçün yüksəkixtisaslı kadrların hazırlanması

məqsədilə Azərbaycan Texniki Univer‐ sitetinin (AzTU) nəzdində 5 ixtisas üzrə Xüsusi Texnika və Texnologiya Fakültəsi (XTTF) və müvafiq kafedralar yaradılıb. Hazırda qeyd olunan fakültədə 370 tələbə təhsil alır. Ümid edirik ki, bu günün tələbələri olan bu gənclər yaxın gələcəkdə yüksəkixtisaslı kadrlar kimi Azərbaycanın müdafiə sənayesinin inkişafı istiqamətində öz bilik və bacarıqlarını tətbiq edəcəklər. Xüsusi Texnika və Texnologiya Fakültəsinin nəzdində aşağıdakı kafed‐ ralar vardır: ‐ Metalkəsən dəzgahlar və alətlər kafedrası. ‐ Texnoloji komplekslər və xüsusi texnika kafedrası. ‐ İstilik və soyuqluq texnikası kafedrası. ‐ Elektrodinamika və radioelektron vasitələri kafedrası. ‐ Konstruksiya və kompozisiya materiallarının texnologiyası kafedrası. Sözügedən fakültənin dekanı Ramiz Hüseynovun sözlərinə görə, hazırda fakültədə “Silah və silah sistemlərinin istehsal texnologiyası mühəndisliyi”, “Optotexnika mühəndisliyi”, “Pirotexni‐


AZERI DEFENCE tələbələrin 25 faizini qızlar təşkil edir. Dərslərin tədrisinə Azərbaycan Texniki Universitetinin ən yaxşı, təcrübəli pro‐ fessor və müəllimləri cəlb olunublar: “Tədrisdə müvəffəqiyyətlər əldə edən tələbələrə xüsusi qayğı göstərilir. Tələbələrin tədrisə marağını artırmaq üçün dekanlıq xüsusi stimullaşdırıcı tədbirlər keçirir, layihələr hazırlayır. XTTF‐nin nümunəvi tələbələrinin xarici ölkələrin universitetlərində təcrübə keçməsi üçün əlaqələr yaradılmaqdadır. Bundan başqa, tələbələri təhsilə həvəslən‐ dirmək üçün 2012‐ci ildə Müdafiə Sənayesi Nazirliyi tərəfindən Xüsusi Texnika və Texnologiya Fakültəsinin fərqlənən tələbələrinə xüsusi təqaüdlər ayrılıb. Bu təqaüd hər semestrin sonu keçirilən imtahanlarda hər ixtisas üzrə ən yüksək nəticə göstərən 2 tələbəyə növbəti semestr ərzində verilir”.

ki vasitələrin texnologiyası mühən ‐ disliyi”, “Çoxkanallı radiorele və tro‐ posfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri mühəndisliyi” və “Kompozisiya mate‐ riallarından müdafiə təyinatlı məmu‐ latların layihələndirilməsi və istehsalı mühəndisliyi” ixtisasları üzrə tələbələr təhsil alırlar. Müdafiə sənayesi zavodlarından bu ixtisaslar üzrə ən çox silah və silah sistemlərinin istehsal texnologiyası mühəndisliyinə tələb duyulduğunu deyən R.Hüseynovun sözlərinə görə, bakalavr pilləsində bu ixtisas üzrə təhsil alan tələbələr atıcı silahlar, artilleriya və raket silahları, döyüş sursatları və məhvedici vasitələrin layihələndirilməsi, eləcə də istehsal texnologiyası, hərbi texnikanın layihələndirilməsi, istehsalı və sınağı sahəsində dərslər keçirlər: “Optotexnika ixtisasında təhsil alanlara müasir optik və elektrooptik cihazlarla yanaşı, lazer texnologiyaları öyrədilir. Pirotexniki vasitələrin texnologiyası ixtisası isə barıtların, bərk raket yanacağının, partlayıcı məmulatların

texnologiyası sahələrini əhatə edir. Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri ixtisasında isə ifrat yüksək tezliklər texnikası hərbi rabitə vasitələri, radioelektron mübarizə və kəşfiyyat vasitələri tədris edilir. Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı ixtisası isə metal və qeyri‐metal əsaslı kompozisiya material‐ larından hərbi təyinatlı mə‐ mulatların istehsalı üzrə mütəxəssislər hazırlayır. Sonuncu müasir dövrdə hərbi və mülki sənayenin ən çox diqqət ye‐ tirdiyi bir sahədir. Daha doğrusu müasir və gələcəyin sənayesini bunsuz təsəvvür etmək mümkün deyil”. Gənclərdə silah mühəndisliyinə maraq artır Xüsusi Texnika və Texnologiya Fakültəsinə dövlət sifarişi əsasında 2012‐ci ildə ilk olaraq 5 ixtisas üzrə 75 tələbə qəbul edilib. Həmin dövrdə minumum giriş balı 250, fakültəyə qəbul edilmiş tələbənin maksimum giriş balı isə 580 olub. Bu rəqəmlər növbəti illərdə daha da yüksək bala çatdırılıb. XTTF‐yə son tələbə qəbulunda orta bal 380, ən yüksək isə 574 təşkil edib. Son illərdə fakültəyə daxil olan tələbələrin də sayında artım baş verib. Orta hesabla XTTF‐yə sonrakı illər üzrə 99 tələbə qəbul olunub. Dekan R.Hüseynov bildirib ki, Xü‐ susi Texnika və Texnologiya Fakültəsinə marağın yüksəlməsi müşahidə olunur. Son illərdə fakültəyə qəbul olan

Xüsusi Texnika və Texnologiya Fakültəsinin ilkin tədris planı ondan ibarət olub ki, tələbələrə təhsil alacaqları sahənin digər fakültələrdən fərqləndiyi, bu fakültədə Azərbaycan silahının yaradıcısı olan mühəndislər yaranmalı olduğu aşılansın. Fakültədə təşkil olunmuş tədris də başqa fakültələrin tədris metodikasından fərqlənir. Tələbələr silah istehsalı prosesi ilə tanışlıq üçün birinci kursdan etibarən MSN‐in zavodlarına göndərilirlər. Nazirliyin göstərişi ilə bütün zavodlarda xüsusi auditoriyalar yaradılıb.Tədris və is‐ tehsalat təcrübələri MSN‐nin qabaqcıl zavodlarında keçirilir. Zavodlarda dərs zamanı tələbələr praktiki olaraq avadanlıqla və istehsal prosesləri ilə tanış olur, nəzəri bilikləri praktik sahədə tətbiq etməyə imkan qazanırlar. İki ixtisas fənni üzrə dərslər isə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) əyani vəsaitlərlə təchiz olunmuş laboratoriyalarda, silahların sınaq meydanlarında keçirilir. “Fakültənin 3 tədris məsləhətçisi TTM‐də uzun illər dərs keçmiş zabit müəllimlərdir. Bu müəllimlər uzun müddət silah və cihazların istismarı ilə məşğul olublar. Həmin zabit müəllimlər tərəfindən TTM‐də tələbələrə silahların quruluşunun iş prinsipi tədris olunur. Tələbələrə silahların detalları, rolu və məqsədi öyrədilir. TTM‐də həmçinin ən müasir rabitə cihazlarının qurluşu və iş prinsipi tədris olunur. Rabitəçilər də həmçinin fakültə rəhbərliyinin icazəsinin alındığı məxfi hərbi hissədə bütün cihazların təmiriylə məşğul olurlar”, – deyə dekan əlavə edib. Fakültənin özündə hər bir ixtisas üzrə yaradılmış məxfi auditoriyalar və


MAY–İYUN 2016

kitabxanalarda tələbələrə əyani vasitələrlə dərslər keçirilir. Bu auditoriyalar lazımi ədəbiyyatlar və müasir tədris texnolo‐ giyaları ilə təchiz olunub. Kitabxanalarda fakültənin hər 5 ixtisasına uyğun müxtəlif fənlərdən kitablar tələbələrin ixtiyarına verilib. Ümumilikdə fakültədə məxfiliyi təmin edilən 240 kitaba malik əsas kitab‐ xana bölməsi və əyani vəsait anbarı fəa‐ liyyət göstərir. Dekan bildirib ki, istehsalat təcrü‐ bəsinə getməmişdən əvvəl fakültə Mü‐ dafiə Sənayesi Nazirliyi ilə birlikdə tələbələrin 4‐cü kursda buraxılış işinin mövzularını təyin edib. İyul ayında MSN‐in zavodlarına istehsalat təcrübə‐ sinə gedəcək tələbə artıq hansı mövzu və sahə ilə məşğul olacağını bilir. Bundan başqa təcrübədə olan tələbə eyni zamanda zavodda texnoloq, konstruktor vəzifə‐ lərində işləyir və mühəndis kimi təcrübə toplayır. Sentyabrda dərslərə başlayan tələbələr həmin buraxılış mövzuların kurs layihəsini işləyəcək. R.Hüseynovun sözlərinə görə, kurs layihəsində tələbə müdafiə sənayesi zavodunda təcrübə et‐ diyini layihələndirir. Bununla tələbənin prosesi hansı dərəcədə və dəqiqlikdə öyrənməsi məlum olur. Tələbənin nə‐ zərindən qaçan və ya təcrübədə öyrənə bilmədiyi məqamlar müəllimlər tərəfin‐ dən təkrar tədris olunur. Hazırda tələ‐ bələr istehsal təcrübəsi zamanı öyrənib, analiz etdikləri istehsal proseslərini və silah konstruksiyalarının təkmilləşdiril‐ məsinə aid buraxılış işlərini Dövlət A es‐ tasiya Komissiyası qarşısında müdafiə edirlər. İyunun 20‐də tələbələrin buraxılış işləri müdafiəsində iştirak edən univer‐ sitetin rektoru Havar Məmmədov bildirib ki, milli mühəndislərə, silah konstruk‐ turlarına son dərəcə ehtiyac duyulduğu bir dövrdə fakültədə aparılan işlər və yüksəkixtisaslı mütəxəssislərin hazır‐ lanması istiqamətində həyata keçirilən fəaliyyət artıq öz nəticəsini verməkdədi. Bu il yeni yaradılan fakültənin 70 tələbəsi məzun olacaq.

20 ‐21

təhsil dövründə tələbələrin əksəriyyəti əlaçı, zərbəçi, bəziləri isə MSN‐in təsis etdiyi təqaüdləri alıblar. Tələbələrdən 10 nəfər xarici dil biliyinə görə sertifikat alıb və hazırda Avropanın tanınmış uni‐ versitetlərinin magistraturalarına qəbul olublar. Həmçinin Xüsusi Texnika və Texnolo giya Fakültəsinə də artıq magistrlərin qəbuluna başlanıb və sentyabr ayından 5 ixtisas üzrə 10 magistr təhsilə başlayacaq. Yeni təkliflər var

Tələbələrin müdafiəsi Müdafiə Sənayesi Nazirliyinin Elmi‐Tədqiqat İns‐ titutunun direktoru Novruz Abdulla‐ yevin rəhbərlik etdiyi universitetin pro‐ fessor‐müəllim heyətindən təşkil olunan Dövlət A estasiya Komissiyası tərəfindən aparılıb. Komissiya üzvləri buraxılış işlərinin Müdafiə Sənayesi Kompleksinin müəs‐ sisələrinin marağına uyğun işlənildiyini və yüksək əhəmiyyət kəsb edən məsələlər olduğunu deyiblər. İlk olaraq müdafiəyə qatılan 6 tələbənin buraxılış işləri Optotexnika mühəndisliyi və Çoxkanallı radiorele, troposfer rabitəsinin cihazlarının təmiri, istismarı və istehsalı sahələri üzrədi. Buraxılış işinin müdafiəsinə hazırlaşan 65 tələbənin mövzusu isə fakültədə tədris olunan 5 ixtisas üzrədi. Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi Texnika və Texnologiya Fakültəsi (XTTF) Nazirlər Kabinetinin “Azərbaycan Respublikası müdafiə kompleksi üçün yüksəkixtisaslı kadrların hazırlanması haqqında” 07.06.2011‐ci il tarixli 91 nömrəli qərarı əsasında yaradılıb. Bu il Xüsusi Texnika və Texnolo‐ giya Fakültəsinin ilk 70 tə ləbəsinin buraxılışı olub. Dekanın sözlərinə görə,

Fakültə rəhbərliyi tələbələrdə sahəyə və təhsilə marağın artırılması və müdafiə sənayesinin kadr təminatının vacibliyini önə çəkərək bir sıra təkliflər üzərində işləyir. Bu təkliflərdən biri fakültəni bitirib müdafiə sənayesi zavodlarında ixtisasları üzrə çalışan şəxslərə hərbi xidmətdən möhlət hüququnun verilməsi və onların ehtiyatda saxlanılmasıdır. Hansı ki bənzər təcrübə Rusiyada və digər ölkələrdə mövcuddur. Başqa bir önəmli məsələ tələbələrin tədqiqatla məşğul olmaları üçün universitetdə laboratoriyanın və texnoparkın ya ‐ radılması ilə bağlıdır: “Misal üçün qeyd edək ki, ABŞ‐da müdafiə sənayesi məhsullarının hazırlanmasında univer‐ sitet laboratoriyaları önəmli rol oy‐ nayırlar. Yeni ixtira və texnologiyalar universitet laboratoriyalarında yaranır. Azərbaycanda da həmin bazalar yaran‐ malıdır ki, bu ixtisas üzrə tələbələr orda işləsinlər. Fakültənin özünün tex ‐ noparkının olması vacibdir ki, hər hansı bir ixtirası olan tələbə məhsulunu həmin bazada yaradıb və modelini təqdim etsin. Hazırda fakültə rəhbərliyi müdafiə sənayesi üçün texnoparkın yaradılması ilə bağlı təklifini ideya şəklində təqdim etmək üçün hazırlayır. Universitet daxilində belə bir bazanın yaradılması üçün rəhbərlikdən razılıq alınıb”. Xüsusi Texnika və Texnologiya Fakültəsinin yerli və xarici uni ver ‐ sitetlərin analoji fakültələri ilə əməkdaşlıq müqavilələri mövcuddur. Fakültə bu istiqamətdə Rusiyanın Kalaşnikov Uni‐ versiteti ilə daha sıx əlaqələr qurur. Fakültənin müəllim və tələbələri 3 ayda bir dəfə Kalaşnikov Universitetində keçirilən “Kalaşnikov adına mühazirələr” adlı telekonfransa qatılırlar. Konfransda silah sənayesində baş verən yeniliklər, görülən işlər barədə müzakirələr aparılır. Fakültə AzTU və Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası ara‐ sında bu il imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Hərbi Aka‐ demiya ilə də yaxından əməkdaşlıq etməyə başlayıb. AD


AZERI DEFENCE

“ÝßÇßÍ ÑÓÐÑÀÒËÀД ÌÈÍÀÀÒÀÍËÀÐÛÍ ÉÅÐÈÍÈ ÀËÛÐ Rəşad Süleymanov Jurnalımızın əvvəlki saylarında “gəzən sursatlar”dan ayrıca məqalə şəklində bəhs etmişdik. Aprel ayının ilk günlərində Azərbaycan və Ermənistan arasında yaşanan 4 günlük döyüş əməliyyatlarında Azərbaycan Silahlı Qüvvələri istifadəsində yer alan İsrail istehsalı olan “Harop” gəzən sursatlarını ilk dəfə olaraq tətbiq edərək bütün atışlar üzrə uğurlu nəticələrə imza atdı. Bununla da Әfqanıstan, İraq və Liviyada gedən əməliyyatlardan sonra lokal müharibədə tətbiq edilən gəzən sursatların gələcək müharibələrin vazkeçilməz silahı olacağı isbat olundu. Son onillikdə meydana çıxan gəzən sursatların müxtəlif dizayna və ölçülərə malik nümunələri mövcuddur. Bunların arasında “Harop”, “Harpy”, “Fire Shad‐ ow”, TARES kimi taktik modelləri ilə yanaşı, bir əsgər tərəfindən daşına bilən, mini modelləri mövcuddur. Bir əsgərin yük çantasında daşınan mini gəzən sursatların yaxın gələcəkdə bazarda minaatanların əsas rəqibi – daha doğrusu, yeni nəsli olacağı ehtimalları meydana çıxır. Kiçik ölçülü gəzən sursatlar əslində müasir müharibələrdə, xüsusilə də məskunlaşılmış ərazilərdə, dağlıq‐me‐ şəlik ərazilərdə gizlənmiş rəqibin canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsi üçün nəzərdə tutulur. Daşın‐ ması rahat, istifadəsi asan olan bu sursatları hə a pəncərədən mənzilə salmaq mümkündür. Buraxılışdan hə‐ dəfin vurulmasınadək bütün proses‐ lərin idarə olunduğu bu döyüş sur‐ satlarına “ağıllı minaatanlar” da demək olar. Әslində “Ba lehawk”, “Hero‐30”, “Switchblade” kimi gəzən sursatlar döyüş vəziyyətinə gətirildikdə eynilə 60 mm‐lik minaatandan fərqlənmir. Lakin sursat atış prinsipi (pnevmatik üsulla), mərminin müşahidə və hədəfə yönəlmə kimi əsas funksiyalarına görə minaatanlardan fərqlənir. Mikro və mini gəzən sursatlar elek‐ trik mühərriklə hərəkətə gətirilir ki, bu

da onların uçuş zamanı səssiz hərəkətini təmin edir. “Ba lehawk”, “Hero‐30”, “Switchblade” və “Warmate”nin atışdan öncə qanadları yığılı vəziyyətdə buraxıcı qurğunun içində yer alır. Startdan bir neçə saniyə sonra qanadlar açılır və sursatın optik sistemi informasiyanı ötürməyə başlayır. Döyüş başlığı isə hədəflə birbaşa təmasdan işə düşür. Gəzən sursatların müxtəlif növləri‐ nin yaradılması və istehsalı üzrə ixtisas‐ laşmış İsrailin “UVision” bir əsgər tərəfindən daşınan, 3 kq çəkili “Hero‐ 30” “Hero” gəzən sursatlar ailəsinin ən kiçik qabaritli nümunəsidir. Dəqiqə ərzində atışa hazır vəziyyətə gətirilə bilən “Hero‐30”un uzunluğu 0.8 metr, sürəti 100 dəniz milidir. 0.5 kq yüksək effektli partlayıcı daşıyan, elektrik mühərrikə sahib “Hero‐30” havada 30 dəqiqə qala bilir. İstehsalçı şirkətin açıqladığı məlumata görə, canlı qüvvənin məhv edilməsi üçün nəzərdə tutulan sözügedən sistemin 5 və 10 km mənzilli versiyaları mövcuddur. Xüsusi qabda yerləşən sursat pnevmatik üsulla atışdan sonra mühərrikin işə düşməsi nəticəsində uçuşunu davam etdirir. İnfraqırmızı elektrooptik sensorla təchiz olunmuş “Hero‐30” təxminən 300‐600 metr yük‐ səkliyə qalxaraq hədəf axtarışını aparır, bu zaman görüntünü xüsusi hazırlanmış DataLink sistemi ilə operatorun moni‐ toruna ötürür. “Hero” ailəsində 7 kilo‐

qram çəkiyə malik “Hero‐70” isə 40 km mənzilə malikdir. Müxtəlif tip döyüş başlıqları ilə (1.2 kq) təchiz oluna bilən “Hero‐70” elektrik mühərriklə havada 45 dəqiqə axtarış aparmağı bacarır. May ayının 26‐da İsrailin “UVision” və ABŞ‐ın “Raytheon” şirkəti arasında imzalanmış müqavilə çərçivəsində so‐ nuncu “Hero‐30” sisteminin ABŞ Ordusu üçün təkmilləşdirilərək istehsalını həyata keçirəcək. “Raytheon” tərəfindən “Hero‐ 30” üçün daha güclü döyüş başlığının yaradılması nəzərdə tutulur. Polşanın “WB Electronics” şirkətinin “Warmate” adlı çəkisi 1300 qram təşkil edən mini gəzən sursatı atış və iş prinsipinə görə amerikan “Switchblade” sursatı əsasında hazırlanıb və havada 30 dəqiqə uçuş edə bilir. Elektrik mühərrikə malik sursatın gövdəsi kom‐ pozit materiallardan hazırlanıb. Şirkət rəsmilərinin sözlərinə görə, “Warmate” iki variantdadır. Sadə dizaynlı, gündüz optik sensoru və 700 qram döyüş UVision “Hero‐30”


MAY–İYUN 2016

“Switchblade”

başlığına malik birdəfəlik versiya normal şərtlərdə döyüş aparmaq üçündür. Gündüz və ya infraqırmızı optik sistem, lazer nöqtələyici ilə təchiz olunmuş ikinci versiya 200 qram döyüş başlığı daşıyır. Uzunluğu 500 mm olan “War‐ mate” Xüsusi Təyinatlı Qüvvələr üçün nəzərdə tutulur. 2016‐cı ilin mart ayında Ukraynanın Çerniqov Radio Cihaz Za‐ vodu (ÇeZaRa) “WB Electronics” şirkəti ilə adıçəkilən sursatın istehsalına dair müqavilə imzalayıb. Ukrayna iyul ayından bu sursatın istehsalını planlaşdırır. Elektrik mühərrikə və 4 kq çəkiyə malik “Warmate” gəzən sursatı 0.7 kq ağırlığında partlayıcı başlıq daşıyır. “Warmate”nin maksimal sürəti 150 km/saat, uçuş məsafəsi 10 km‐dir. İstehsalçı müəssisənin açıqladığı infor‐

masiyalara əsasən “Warmate” düşmənin yüngül zirehli nəqliyyat vasitələrinə qarşı da tətbiq oluna bilir. Avtonom və müstəqil sistemi kimi istifadə edilə bilən bu gəzən sursat 200 metrədək hündürlükdə gəzərək hədəflərini müşayiət edir. ABŞ‐ın “Textron Systems” şirkəti tərəfindən hazırlanmış, səhra və şəhər şəraitində dö‐ yüşlər üçün nəzərdə tutulan “Ba lehawk” özündə qabaqcıl müşahidə‐kəşfiyyat texno lo ‐ giyalarını birləşdirir. Sistemdə iki rejimdə partlayış yaratmaq imkanı mövcuddur. Kiçik dizaynı bu sursatın çantada daşınmasını və sadə bir qur‐ ğudan buraxılmasını təmin edir. Bir əsgər tərəfindən android bazalı mini əl kompüteri üzərindən idarə olunan “Ba le‐ hawk”ın sürəti saatda 100 mil, uçuş hündürlüyü 500 metr, havada qal‐ ma müddəti 30 dəqiqədir. Kiçik ölçülü PUA‐ların istehsalı üzrə ixtisaslaşmış “AeroVironment” şirkətinin “Switchblade” gəzən sursatı hazırda ABŞ Ordusu tərəfindən müxtəlif region‐ larda istifadə olunur. Görüş məsa ‐ fəsindən kənardakı hədəfləri müəy‐ yənləşdirmək və dəqiqliklə məhv etmək üçün nəzərdə tutulan bu sursat uçuş zamanı hədəfin yeri, vəziyyəti və koordinatları barədə informasiyanı real vaxt rejimində operatora ötürür. 10 km əlaqə məsafəsinə sahib sistem kiçik buraxıcı borudan atılır. “Switchblade”nin havada qalma müddəti 10 dəqiqə, sürəti 55‐85 mil, uçuş hündürlüyü 150‐450 metr, çəkisi 2.5 kiloqramdır. Təxminən 10 km‐lik radiolink məsafəsinə sahib

“Warmate”

22 ‐23

sistem kiçik buraxıcı borudan atılır. “Switchblade”nin hazırda ABŞ Ordusun‐ da olan nümunələrinin havada qalma müddəti 10 dəqiqə, sürəti 55‐85 mil, uçuş hündürlüyü 150‐450 metr, çəkisi 2.5 kiloqramdır. 60 mm minaatan bənzəri kiçik borudan atılan, elektrik mühərrikə sahib sursatın idarəetməsi “AeroViron‐ ment”in “Raven”, “Wasp AETM” və “Puma AETM” PUA‐larında istifadə

“Hero‐30” mərmi və idarəetmə pultu

olunan mini yer stansiyasından həyata keçirilir. Aprel ayının 28‐də şirkət “Switch‐ blade” sursatının inkişaf etdirilmiş nümunəsi olan Block 10C modifika‐ siyasının seriyalı istehsalına başlandığını açıqlayıb. Rəqəmsal data link (DDL) tətbiqi ilə sursata mövcud tezlik diapa‐ zonlarda daha səmərəli istifadə və şifrələnmiş rabitə imkanları qazandırılıb. Şirkətin mütəxəssislərinin fikrincə, bu tezliklərin səmərəli istifadəsi və təhlükəsiz rabitə bugünkü mürəkkəb əməliyyat mühitində qarşıya qoyulan ən mühüm tələblərdəndir. Bundan başqa, Block 10C siqnalların qarışması olmadan yaxınlıqdakı digər “Switchblade” sistemləri və “Puma AE” PUA‐ları ilə paralel əməliyyat imkanı verir. Sursatın partlayıcı yükü 40 mm qumbara ekvivalentindədir. AD


AZERI DEFENCE

“ÌÁÎÌÁÅ” ÏÎÑÒÑÎÂÅÒ ÁÀÇÀÐÛÍÄÀ ÐßÃÈÁÑÈÇ ÎËÀÚÀà Ayvor İçikovi : “Paramount Group” Azərbaycanla əməkdaşlığı davam etdirməyə maraqlıdır Ramil Məmmədli Postsovet məkanında 2009‐cu ildə Azərbaycanla birgə istehsal layihəsinə start verən CAR‐ın “Paramount Group” şirkəti 2015‐ci ildə bu sıraya Qazaxıstanı da əlavə elədi. Qazaxıstanda qurulan “Kazakhstan Paramount Engineering” şirkəti bu ölkənin ehtiyaclarını qarşılamaq üçün hazırda bir neçə layihənin icrasına başlayıb. “Paramount Group” şirkətinin icraçı sədri Ayvor İçikovi (Ivor Ichikowi ) KADEX‐2016 sərgisi çərçivəsində AZERİ DEFENCE jurnalına müsahibəsində re‐ gionda reallaşdırılan birgə layihələrindən və Azərbaycanla əməkdaşlığın perspektivlərindən danışıb. Müsahibəni təqdim edirik.

– Cənab Ayvor, Astanada yaradılan “Kazakstan Paramount Enjeniring” müəssisəsində istehsal olunan məh‐ sullarınız ilk dəfə olaraq KADEX‐2016 müdafiə sənayesi sərgisində nümayiş etdirildi. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

KAE şirkəti tərəfindən is‐ tehsal edilmiş UVZ A‐220M qülləsi ilə silahlı “Barıs” (“Mbombe”) ©AD

– İki il əvvəl yaradılan müəs ‐ sisəmizdə istehsal edilmiş məhsulların KADEX sərgisində təqdimatını yüksək qiymətləndirirəm. Məsələn, bu sərgidə “Barıs”a – yəni beynəlxalq arenada “Mbombe” adlanan maşınımıza olan münasibət məni həyəcanlandırdı. Hesab edirik ki, bu sərgidən sonra dünya ictimaiyyətinin mövcud platformada yaradılan maşına olan diqqəti artacaq. Onu xüsusi qeyd edim ki, “Barıs” unikal platformada yaradılıb. Bu maşının unikallığı ondan ibarətdir ki, onda Sovet və Qərb texnologiyalarının ən yaxşı elementləri öz əksini tapıb. Maşına Sovet

və Qərb texnologiyalarının məhsullarını inteqrasiya etmək mümkün olacaq. Bilirik ki, bir çox ölkələr istifadələrin‐ də olan Sovet texnikalarını Qərb texno‐ logiyalarından istifadə etməklə mo‐ dernləşdirməyə çalışırlar. Bu isə öz sinfində ilk avtomobildir ki, üzərində əlavə işlərin görülməsinə ehtiyac duyul‐ mur. – Qeyd etdiyiniz bu maşına 57 mm‐lik topun inteqrasiya edilməsi hansı ehtiyacdan yarandı? Bu cür böyük kalibrli topun belə bir platformaya inteqrasiyası platformanın davamlılığı ilə bağlı bəzi suallar meydana çıxarır.


MAY–İYUN 2016

– Bu maşının platforması müxtəlif tipli modulların inteqrasiya edilməsinə imkan yaradır. Hazırda buna rus və Qərb sistemlərinin tətbiq edilməsi ilə bağlı işlər aparılır. KADEX sərgisində nümayiş olunan “Barıs” maşını Rusiyanın UVZ şirkətinin AU‐220M döyüş modulu ilə komplektləşdirilib. Bu modulun silahlanmasında 57 mm‐ lik top və pulemyot yer alır. Qeyd olunan silahın bu maşına inteqrasiya edilməsi bizim üçün də maraqlı oldu. Hesab edirik ki, adıçəkilən topun bu platfor‐ mada istifadəsi yaxşı ideyadır. Qaldı topun təpmə zamanı maşında problem yaradıb yaratmayacağına, deyə bilərəm ki, “Barıs” kifayət qədər yüksək təpmənin öhdəsindən gələ biləcək. Bu adıçəkilən maşının güclü texniki xarakteristikasından irəli gəlir. Birmənalı deyə bilərik ki, bu məsələdə heç bir problem olmayacaq. Әlbə ə, müştərilərin böyük hissəsinin 35 mm‐lik topa üstün‐ lük verəcəyi gözləniləndir. Lakin biz göstərməyə çalışırıq ki, “Barıs”a daha iri kalibrli toplar da inteqrasiya edilə bilər. Bu platformanın imkanları o qədər genişdir ki, silahlanmasında narahatlıq yaratmayacaq. – “Barıs”ın bu 57 mm‐lik topla atəş testləri həyata keçirilibmi? – Platforma yeni hazırlanıb. Ay ya‐ rımdan sonra bu döyüş modulu ilə atış testlərinə başlayacağıq. Bununla para‐ lel olaraq, dünyada döyüş modullarının istehsalı ilə məşğul olan daha bir neçə şirkətlə də görüşmələrimiz davam edir. – Cənab Ayvor, “Kazakstan Para‐ mount Enjeniring” müştərək şirkətində “Paramount Group”un hansı zirehli maşın modelləri istehsal olunacaq? – Hazırda “Barıs” adı altında “Mbombe”nin 4x4, 6x6 və 8x8 mo ‐ dellərinin istehsalına baxılır. “Barıs”

sovet və Qərb zirehli maşın konstruk‐ siyasının sintezidir. Burada istehsal edilən daha bir maşın isə “Arlan” adı altında “Marauder”dir. “Matador” və “Maverick”in istehsalı nəzərdə tutul‐ mayıb. Doğrusu, “Maverick”in Azər‐ baycanda istehsalını düşünürdük. Amma hələ Azərbaycandan belə bir sifarişimiz olmadı. Bütün bunlara baxmayaraq, biz Azərbaycandan olan tərəfdaşımızla bu işi başlamağa hazırıq. “Arlan” maşınları sərgidə ASELSEN şirkətinin istehsalı olan SARP döyüş modulu, “İqla” hava hücumundan müdafiə kompleksi və kəşfiyyat‐nəzarət sistemləri ilə komplektləşdirilmiş şəkildə nümayiş olundu. – Şirkətiniz Qazaxıstanda neçə ədəd zirehli maşının istehsalını plan‐ laşdırır?

ASELSAN SARP döyüş modulu ilə silahlandırılmış “Arlan” (“Marauder”)

24 ‐25

– Bizim Qazaxıstanda böyük imkanlarımız mövcuddur. Astanadakı zavodumuz ildə 400 maşın istehsal etmək gücündədir. İxrac miqyası isə sifarişdən asılı olacaq. – Cənab Ayvor, Azərbaycandakı fəaliyyətiniz də maraqlıdır. Azərbay‐ canda həyata keçirdiyiniz helikopter modernləşməsi ilə bağlı proses hansı mərhələdədir və bu işlər davam edəcəkmi? – Biz öz tərəfdaşlarımızla çox yaxşı işləyirik. Düşünürəm ki, bu proses davam edəcək və genişlənəcək. Bu günədək modernizə olunmuş helikop‐ terlər istifadə zamanı özünü doğruldub və müsbət rəylər var. – Azərbaycanda “Matador” və “Ma‐ rauder” maşınlarının birgə istehsalı layihəsi yekunlaşdımı? Birgə istehsalla bağlı perspektivdə hansı yeniliklər gözlənilir? – Qeyd etdiyiniz maşınların birgə istehsalına dair sazişimiz hələ bitməyib. Hazırda işlərimiz davam edir. Hesab edirəm ki, yaxın vaxtlarda sazişin uzadılması ilə bağlı yeni danışıqlara başlayacağıq. Ümid edirik ki, Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq səviyyəsində işlərimiz davam edəcək. Azərbaycan Silahlı Qüvvələrində bizim maşın ‐ larımıza tələbat daha da artacaq. Azərbaycandan “Mbombe”yə də ayrıca maraq gözləyirik. AD


AZERI DEFENCE

ÊÎÍÂÎÉ ÌÖÙÀÔÈÇßÑÈ A.Hüseynli Hərbi əməliyyatların aparıldığı bölgələrdə qarşıya çıxan, getdikcə ciddiləşən və həlli vacib problemlər sırasında hərbi karvanların (konvoyların) mühafizəsi xüsusi yer tutur. Ötən əsrin 80‐ci illərində Sovet‐Әfqan müharibəsində Sovet ordusunun əsas itkilərinin məhz hərbi karvanlara basqınlardan olması da öz sözünü deyir. Rəsmi statistikaya görə, 1979‐1989‐cu illərdə SSRİ‐nin Әfqanıstandakı texnika itkiləri 147 tank, 1314 zirehli maşın (BTR, BMP, BMD, BRDM‐2), 510 mühəndis maşını, 11369 yük maşını və yanacaq maşını, 433 artilleriya sistemi, 118 təyyarə, 333 helikopter olub. SSRİ‐nin dəstəklədiyi Әfqanıstan Ordusunun isə itkiləri 362 tank, 804 zirehli transportyor, 120 təyyarə və 169 helikopterdən ibarət idi. Bütün bu texnikaların 60 faizi civarı, eləcə də yük və yanacaq maşınlarının 90 faizi məhz əfqan mücahidlərin karvanlara basqınları nəticəsində sıradan çıxarılmışdı. Bu dövrdə nəqliyyat karvanlarına basqınlarda əsasən silahlılar bəzi yerlərdə minalar tətbiq eləsələr də, əsasən, birbaşa hücumlarda snayper, RPQ və minaatanlardan geniş istifadə ediblər. Lakin 2000‐ci illərin əvvəllərində NATO‐nun Әfqanıstanda və İraqda apardığı əməliyyatlar zamanı eyni hücum taktikalarından istifadə edən silahlı qruplar ənənəvi silahlarla yanaşı, yeni vasitələr – əldəqayırma partlayıcı qurğular və “şəhid kəmərləri” tətbiq etməyə başladılar. Başlanğıcda – 2002‐ 2005‐ci illərdə o qədər də diqqətə çarpmayan bu vasitələr 2005‐ci ildən etibarən ciddiyyətə alınmağa başladı. Ağır tələfatlar səbəbindən ABŞ başda olmaqla, müttəfiqlər əldəqayırma partladıcılara qarşı yeni texniki vasitələri tətbiq etdilər. Analizlərin nəticələri göstərir ki, 2007‐2013‐cü illərdə Әfqanıstanda NATO‐nun hərbi konvoylarına qarşı

düzənlənmiş tələfatlarla sonuclanan 897‐ dək karvana hücumun 60 faizindən çoxu minaların və improvizə edilmiş partlayıcı‐ ların tətbiqi, 20 faizi RPQ qumbaraatan‐ larından olub. İmprovizə edilmiş partlayı‐ cıların tətbiqi də daxil olmaqla, təkcə Pakistan‐Әfqanıstan sərhədində yerləşən Xeybər sərhəd keçid məntəqəsi yaxınlığında qeyd olunan dövrdə ümumilikdə ABŞ və müttəfiqlərinə aid 600‐dən çox yük maşını məhv edilib. 2005‐2007‐ci illərdə baş verən hücumların 38%‐i ABŞ nəqliyyat karvan‐ larına olub. Hücumların daha çox yana‐ caq daşıyan nəqliyyat vasitələrinə qarşı olması nəticəsində 55 702 barreldən ar‐ tıq yanacaq ətraf mühitə dağlıb. Army Environmental Policy İnstitute tərəfin‐ dən aparılmış araşdırmalara görə, qeyd

olunan dövrdə Әfqanıstanda 24 konvoya bir bədbəxt hadisə baş verib. Әfqanıstan və İraqda İED təhdid‐ lərinə məruz qalmış ABŞ bu problemlə mübarizə işlərinə xüsusi diqqət yetirir. Statistik informasiyalara görə, son 10 ildə Pentaqon İED‐lə mübarizə işlərinə 75 milyard dollarlıq bir vəsait xərcləyib. Bunun böyük qismi qoruma səviyyəsi yüksək olan zirehli maşınların, partlayıcı aşkarlayan və zərərsizləşdirən sistem‐ lərin satın alınmasına sərf olunub. 2006‐ cı ildə Pentaqonun nəzdində JIDE (Joint Improvised Threat Defeat Agency) adlı xüsusi ixtisaslaşmış qurum fəaliyyət göstərir. Әfqanıstanda olduğu müddətdə ABŞ Ordusu İED hücumları ilə mübarizə məqsədi ilə 415 milyon ABŞ dolları dəyərində ən azı 2769 jammer satın alaraq ordu birliklərinin istifadəsinə verib. Amerikalıların və müttəfiqlərinin İED‐lərlə bağlı verdiyi itkilər Әfqanıs‐ tanda 70, İraqda isə 65 faiz civarında olub. Bənzər hadisələr son illərdə Türki‐ yənin şərq vilayətlərində də yaşanır. PKK/PYD terror təşkilatının üzvləri tərəfindən yolların kənarlarına yerləş‐ dirilmiş İED tələlərinin hərbi karvanların keçişi sırasında partladılması nəticəsində çox sayda hərbi texnika sıradan çıxarılıb. Partlayışlar zamanı həlak olmuş, yaralanmış türk hərbçilərinin və təhlü‐ kəsizlik qüvvələrinin əməkdaşlarının


MAY–İYUN 2016

sayı yüzlərlədir. Xüsusilə də son 3 ildə Türkiyədə yol kənarlarına yerləşdirilmiş İED tələlərinin partladılması ilə bağlı hadisələrin sayında artım müşahidə olunur. Türkiyə silahlı qüvvələrinin mina və İED partlayışlarına qarşı heyəti qoruyan nəqliyyat vasitələrindən və qarışdırıcı texnologiyalardan istifadə etməsinə rəğmən hələ də itkilərin göstəriciləri yüksək olaraq qalır. 2015‐ci ilin sonlarında Türkiyə təhlükəsizlik qüvvələrinin şərq rayon‐ larında həyata keçirdiyi əməliyyatlar zamanı terrorçuların yeni texnologiyalara qarşı fərqli metodlar tətbiq etdiklərinə dair faktlar da aşkarlanmağa başladı. Әvvəllər yolkənarı bomba tələlərinin işə salınmasında əsasən cib telefon‐ larından, ya da əl radiostansiyalarından istifadə edən terrorçuların güc struk‐ turlarının jammer tətbiqi qarşılığında naqilli partlatma üsullarından istifadə etdikləri üzə çıxdı. Bu da öz növbəsində konvoyların mühafizəsində yeni ya‐ naşmaların tətbiqi zərurətini meydana çıxarır. Yuxarıda qeyd etdiyimiz kimi, müasir dövrdə nəqliyyat karvanlarını təhdid edən vasitələr sırasında İED‐lərlə bərabər snayper pusquları, minaatanların atəşi, minaların tətbiqi daxil olmaqla geniş spektrdə təhlükələr yer alır.

Antisnayper sistemləri ABŞ Ordusu İraq və Әfqanıstandakı əməliyyatlarda hərəkətdə olan kon‐ voyların mühafizəsində əsasən AAI Corp

firması tərəfindən hazırlanmış PDCue adlı antisnayper sistemlərindən geniş istifadə edib. Hərbi nəşrlərdə yer alan yazılardan və ordu yetkililərinin ver‐ dikləri açıqlamalardan məlum olur ki, yaşayış məntəqələrinin daxilində hərəkət‐ lər zamanı gizlənmiş snayperlərin hü‐ cumlarından ilk dövrlərdə əziyyət çəkən ABŞ Ordusunda bu sistemləri tətbiq etdikdən sonra itkilərin sayı əhəmiyyətli şəkildə azalıb. HMMWV hərbi maşınının sol və ya sağ küncündə qurulmuş PDCue akustik mikrofonları atəşi (zərbə dalğasını) və ya lülənin kanalından çıxan səsi dinləyərək snayperin olduğu yeri və azimutu hesablayır. PDCue sisteminin sayəsində saatda 60 mil sürətlə hərəkət edən avtomobildə gizlənmiş rəqib atıcılarının yeri barədə informasiyaları əldə etmək mümkündür. Sistem idarə olunan döyüş moduluna da inteqrasiya oluna bilir ki, bu da qısa müddətdə snayperin ehtimal olunan yerini atəş altında saxlamağa imkan verir. Hazırda ABŞ Ordusunda geniş isti‐ fadə olunan BBN firmasının “Boomerang” adlı antisnayper cihazı iş prinsipi baxımından PDCue sisteminə bənzəyir və səsdən istifadə etməklə döyüşçülərə snayperin atəş açdığı nöqtənin azimu‐ tunu, uzaqlığını müəyyən edir. İraq və Әfqanıstanda aparılmış əməliyyatlarda 150‐dən artıq “Boomerang” sistemi isti‐ fadə olunub. İstehsalçı şirkətin açıqladığı məlumata görə, “Boomerang” sisteminin 3‐cü nəslinin üzərində işlər yekunlaşmaq üzrədir. Yeni nəsil “Boomerang” daha kiçik çəkiyə və ölçülərə malik olacaq. Әn mühüm fərqi isə sistemin yanlış

Hollandiya Ordusunun xüsusi təyinatlı bölməsinin V‐AMMS sistemi ilə təchiz olunmuş maşını © Microflown Avisa

26 ‐27

siqnallara reaksiya verməməsidir. Sistem yalnız güllənin zərbə dalğasını aş ‐ karladıqdan sonra işə düşəcək. İsrailin RAFAEL şirkətinin SADS (Sniper Acoustic Detection System) sistemi bir növ PDCue və “Boomerang” sisteminin bənzəri hesab olunur. Niderlandın “Microflown Avisa” şirkətinin V‐AMMS (Vehicle based Acoustic Multi‐Mission Sensor) adlı akustik çoxfunksiyalı sensoru hərəkət halında və durduğu ərazidə nəqliyyat vasitələrinin snayper, RPQ və minaatan atışlarından qorunması üçün nəzərdə tutulub. Әfqanıstanda Niderland Quru Qoşunları tərəfindən praktik olaraq sınaqdan çıxarılmış V‐AMMS ənənəvi mikrofonlarla müqayisədə daha mükəm‐ məl, kiçik və həssas mikrofonlardan ibarətdir. Sistem hədəflərin yerini ± 5° fərqlə aşkarlamağa imkan verir və dəqiqliyi 95 faizdir. “Microflown Avisa” yetkililərinin sözlərinə görə, nəqliyyat vasitələri 60 km/saat sürətlə hərəkət etdiyi zaman sistem sursatın çapından asılı olaraq onun atış nöqtəsini 1500 metrədək məsafədən aşkarlamağı bacarır. Kompleksə əlavə olaraq idarə olunan silah platformaları, elektrooptik sistemlər və GPS inteqrasiya etmək imkanları var.

Mühəndis maşınları 1970‐ci ildə CAR ordusu üçün “DCD Protected Mobility” şirkəti tərəfindən istehsal edilmiş “Husky” minatəmizləmə sistemi hazırda dünyanın 9 ölkəsinin silahlanmasında yer alır. DCD şirkətinin açıqladığı rəqəmə görə, bu günədək 400‐dən artıq VMMD kompleksi istehsal edilib. Hazırda CAR‐dan əlavə Avstrali‐ yanın istifadəsində 3, Kanadanın 6, Fransanın 5, Uqandanın 2, Böyük Britaniyanın 3, İspaniyanın 6, Tür ‐ kiyənin 4, ABŞ‐ın isə istifadəsində 128 VMMD kompleksi yer alır. Kanada, ABŞ və İspaniyanın silahlanmasında yer alan VMMD kompleksləri Әfqanıs‐ tanda praktik olaraq istifadə olunub. VMMD kompleksinin yeni versiyası sələfindən fərqli olaraq, metal və qeyri‐ metal minaları, həmçinin basdırılmış partlayıcıları aşkar etməyə qadirdir. Bir “Husky” maşını 50km/saat mak‐ simal sürətlə üç metr enində yolu minadan təmizləməyi bacarır. Son olaraq bazara təqdim olunan “Husky 2G” isə bir sürücü və bir sensor ope‐ ratoru olmaqla iki nəfər tərəfindən idarə olunur. Partlayışa qarşı optimal qorumanı təmin edən V formalı gövdəyə malik nəqliyyat vasitəsi güllə keçirməyən


AZERI DEFENCE

Koreya Ordusuna aid “Husky” sistemi © MN Koreya

spektrdə çalışan İED analizatoru, GPR radar daxildir. İtailya Ordusu bir qədər fərqli ya‐ naşma tətbiq edərək, 2014‐cü ildə karvanların mühafizəsi məqsədi ilə PUA‐lardan istifadə imkanlarını qiy‐ mət lən dirdiyini açıqlayıb. “Ermes Technology” və “Eurolink Systems” şir kətləri tərəfindən hazırlanmış COBRA adlı sistem 2014‐cü ilin aprel ayında mühəndis qoşunlarının istifa‐ dəsinə verilib. COBRA sistemi avto‐ mobilə 2.5 metr uzunluğunda kabel vasitəsi ilə bağlanmış mikro PUA‐dan ibarətdir. Üzərində HD və infraqırmızı kameralar yerləşdirilmiş PUA görün‐ tüləri maşının daxilindəki kompüterə ötürür. İtaliya Ordusunda COBRA sistemi 6x6 təkər formuluna malik “Cougar” maşınlarına inteqrasiya olunub. Jammerlər

gövdə və şüşələrlə təchiz olunub. Detektor avtomobilin ön hissəsində relyefə görə tənzimlənə bilən qol üzərində yerləşdirilib. Sistemin modulyar arxitekturası ona EMİ, 3 metrlik Wide Scan qurmağa imkan verir. “Husky 2G2” hədəfləri avtomatik tanımaya imkan verən alqoritmlərə, GPS naviqasiyasına, SAASM antiparazit modulu və Starfire DGPS moduluna sahibdir. Ehtiyaca uyğun olaraq maşına mina partlatmaq üçün tral da əlavə oluna bilər. Bu yeni nəsil “Husky” vasitələri NIITEK VİSOR 2500 GPR radarı alıb. 2014‐cü ildə NİTEK və “Minelab” arasında imzalanmış müqavilə ilə “Husky” plat‐ formaları üçün daha mükəmməl GPR ra‐ darının hazırlanması nəzərdə tutulur. Son olaraq “Husky” sistemlərinin alıcıları sırasına 2012‐ci ildə İspaniya və 2013‐cü ildə Türkiyə daxil olub. Türkiyə isə hazırda bu sistemləri ölkənin şərqində terror olaylarının geniş yayıldığı ərazilər‐ də istifadə edir. İsrailin İAİ şirkətinin “Husky”i əsas götürərək hazırladığı ELI‐3375 – CIMS (Counter‐IED&Counter Mine Suite) kom‐ pleksi yerüstü və yeraltı minaların, yol kənarına qurulmuş partlayıcıların aşkar‐ lanması və avtomobillərin hərəkəti zamanı blok edilməsi üçün nəzərdə tutulmuş ye‐ ni nəsil sistemlərdən sayılır. Sözügedən sistemin son iki ildə ABŞ, Hindistan, Azər‐ baycan və Avropadan olan bir neçə müş‐ təriyə təqdimatı keçirilsə də, konkret olaraq hansı ölkənin istifadəyə qəbul etməsi barədə əlavə informasiya mövcud deyil. Şirkətin təqdimatında qeyd olunur ki, bu sistem yolların kənarında gizlə‐ dilmiş partlayıcıları və minaları blok

ELI‐3375 CIMS ©İAİ

edərək zərərsizləşdirmək məqsədi ilə hazırlanıb. Xüsusilə də hərəkət edən karvanların təhlükəsizliyi baxımından sistem hazırlanarkən Әfqanıstan, İraq və digər münaqişə zonalarının təcrübəsi nəzərə alınıb. İAİ‐nin təqdimatında qeyd olunur ki, CİMS sensorları müasir C‐IED ehtiyaclarını qarşılamağa imkan verir. Sensorlar operatorlara IED təhdidləri, xəritə üzərində real vaxt rejimində təhdidin yerini göstərə bilir. Kompleksə CEM2S mühəndis döyüş idarəetmə sistemi, minaları aşkarlamaq üçün SIDER (Surface IEDs Detection Radar) adı verilmiş SAR radar, ön və ətrafda İED və minaları aşkarlamaq üçün GPODS (GigaPix Optical Detection System) elektrooptik sistem, orta dalğada geniş

Әfqanıstan və İraqda ABŞ Ordusu konvoyların məsafədən radiosiqnallarla idarə olunan partlayıcılardan mühafizə‐ sini təmin etmək məqsədi ilə SRCT şirkəti tərəfindən istehsal edilmiş “Duke Version 3”, STAR‐V, habelə CVRJ jammerlərini geniş tətbiq eləyib. Öz sinfində daha mükəmməl hesab olunan bu jammerlər həm radioefirə nəzarət, həm də yolların kənarlarına yerləşdiril‐ miş geniş çeşiddə improvizə edilmiş partlayıcılara qarşı öz effektivliyini doğruldub. Bu cihazlar İED‐lərə qarşı mübarizə ilə bərabər, sadə əməliyyat imkanları, minimal ölçüləri, enerji sərfiyyatı və optimal performansı ilə də analoqlarından fərqlənir. Karvanları müşahidə edən nəqliyyat vasitələri üçün


MAY–İYUN 2016

xüsusi dizayn edilmiş, modulyar tərtibata malik, 740 W çıxış gücünə malik STAR‐ V jammerləri isə eyni zamanda bir neçə tezliyi qarışdırmaq imkanına sahibdir. İsrail, Hindistan və NATO qüvvə‐ lərinin istifadəsində yer alan “Elisra” şirkətinin istehsalı olan EJAB jammerləri ilk dəfə 2005‐ci ildə Tel‐Әvivdə keçirilmiş LİC‐2005 sərgisində təqdim olunub. VHF və UHF dalğa diapazonlarında, habelə həvəskar radiostansiyaların rabitəsini batırmaq üçün nəzərdə tutulan EJAB İsrail müdafiə qüvvələri tərəfindən Livan, Qəzza, Qərbi Şəriyədə, NATO qüvvələri tərəfindən İraq və Әfqanıstanda geniş istifadə edilib. 2005‐ci ildə Polşa Müdafiə Nazirliyi 4 milyon dollar dəyərində müqavilə bağlamaqla, EJAB‐ın ilk xarici alıcısı olub. Polşa qüvvələri tərəfindən EJAB əvvəlcə İraqdakı, daha sonra Әfqa‐ nıstanda hərbi əməliyyatlar zamanı hə‐ rəkət edən karvanların və stasionar baza‐ ların mühafizəsində istifadə olunub. Hazırda Türkiyə Silahlı Qüvvələri və təhlükəsizlik qurumları tərəfindən ölkənin cənub‐şərq bölgələrində keçirilən antiterror əməliyyatlarında geniş istifadə olunan ASELSAN istehsalı “Sapan” proqramlana bilən aktiv/reaktiv raido‐ elektron qarışdırma sistemi aktiv və passiv qarışdırmalar hesabına radiodal‐ ğalarla (sadə radiostansiyalar, mobil telefon və s.) idarə olunan əldəqayırma partlayıcıların işə salınmasının əngəl‐ lənməsində rol oynayır. “Sapan” sistemi efirdəki anlıq işəsalma siqnallarını təsbit edərək çox sürətli şəkildə tezlik spektrini çıxararaq, optimizə edilmiş alqoritmləri seçərək təsbit edilən siqnalı zərərsizləş‐ dirən qarışdırma siqnalı yayır. Sistemin dizaynını təşkil edən geniş diapazonlu tuner çox yüksək əməliyyat sürətinə

28 ‐29

İveco LMV maşının bazasında STAR‐V jammeri “Future Soldier‐2014” sərgisində nümayiş olunarkən

sahib qəbuledici və çox yüksək sürətli istehsal imkanına sahib DDS bazalı FPGA nəzarətinə malik texniki emal cihazından ibarətdir. ASELSAN şirkətinin təqdim etdiyi məlumata görə, “Sapan” qarışdırma sistemi ilə aktiv qa‐ rışdırma sistemlərinin hazırda əldə etdiyi və çata biləcəyi qoruma məsafələrindən uzaqda belə yüksək təsirli məsafə əldə olunub. Bir aktiv qarışdırma sistemi reaktiv qarışdırma sistemi ilə eyni effektivliyi qorumaqla, təxminən 1000 qat artıq çıxış gücünü təmin edir.

ASELSAN‐ın “Gərgədan” adlı daşına bilən RF aktiv koretmə, qarışdırma sis‐ temi də, demək olar ki, eyni funksiyalar üçün nəzərdə tutulur. Әldəqayırma part‐ layıcıların partladılması aktiv qarışdır‐ ma tətbiqi ilə əngəllənərək təsirsiz hala gətirilir. Proqramlanma sayəsində “Gərgədan” taktik və əməliyyat ehtiyaclarına ən effektiv həlli təmin edir. Eyni anda qarışdırılması hədəflənən çoxlu İED təhdidinin tezlik və çıxış güc‐ lərinə uyğun olaraq istifadəçi tərəfindən qarışdırma profilləri hazırlanır. İstənilən taktik nəqliyyat vasitəsinə inteqrasiya oluna bilən “Gərgədan”ın yenidən doldurula bilən Li‐Ion bata reyalar sayəsində ən azı 2 saat istifadə olunması mümkündür. Sistemin sahib olduğu asan və ağıllı Әl İdarəetmə Cihazını maşının içində yerləşdirmək, buradan qarışdırmanı həyata keçirmək müm‐ kündür. AD

Türkiyə Silahlı Qüvvələrinə aid “Kirpi” zirehli avtomobili üzərində ASELSAN SAPAN jammeri ilə © ASELSAN


AZERI DEFENCE

“Êàçàêùñòàí Ïàðàìîóíò Åíýèíååðèíý” — Çèðåùëè ìàøûíëàðûí èííîâàñèéàñûíäà âÿ èñòåùñàëûíäà éåíè àä

Ramil Məmmədli Regionun ən iri ölkələrindən olan Qazaxıstanın müdafiə sənayesi sektorunun keçmişi o qədər də uzaq tarixə gedib çıxmır. Qazaxıstanın müdafiə sektoru 2003‐cü ildə yaradılan “Kazakhstan Engineering” Dövlət Şirkəti çərçivəsində öz inkişaf yo‐ lunu müəyyənləşdirib. Müdafiə sənayesi sektorunda daxili tələbatı təmin etməyi öz üzərinə götürən şirkət bu istiqamətdə ciddi layihələr həyata keçirməkdədir. Qeyd etmək lazımdır ki, hazırda “Kazakhstan Engineering” şirkətinin nəzdində 15 törəmə və 12 yarımmüstəqil müəssisə fəaliyyət göstərir. Müsbət faktorlardan biri də Qazaxıstanın öz müdafiə sektorunun inkişafında, bu istiqamətdə kifayət qədər təcrübəsi olan, konkret sahələr üzrə ixtisaslaşmış xarici şirkətlərlə birgə işləməsidir. Qazaxıstanda yeni fəaliyyətə baş‐ lamış birgə müəssisələrdən biri də “Kaza‐ khstan Paramount Engineering” (KPE) müəssisəsidir. Adıçəkilən şirkəti 2014‐cü ildə “Kazakhstan Engineering” Cənubi Afrika Respublikasının (CAR) “Para‐ mount Group” şirkəti ilə birgə təsis edib. Müəssisə Astananın yaxınlığında yerləşən xüsusi iqtisadi zonada yerləşir. 2015‐ci ildə rəsmən məhsul istehsalına başlayan müəssisə 2‐5 iyun 2016‐cı il ta rix lərində Astanada keçirilmiş KADEX‐2016 beynəlxalq müdafiə sər‐ gisində özünün “Marauder” maşınının bazasında hazırladığı – Qazaxıstan Or‐ dusunun “Arlan” adlandırdığı zirehli avtomobilinin müxtəlif modifikasiya‐ larını və “Mbombe” maşınının bazasında hazırladığı – 8x8 “Barıs” piyada döyüş maşınını sərgiləyib. Qazaxıstanda istehsal edilmiş maşınlarla bərabər “Kazakhstan Paramount Engineering”in stendində “Mbombe”nin 4x4, 6x6, eləcə də Daxili Qoşunlar və polis üçün nəzərdə tutulan

“Maverick” maşınının maketləri nümayiş etdirilib. “Azeri Defence”nin əməkdaşı Ramil Məmmədli sərgidən sonra “Kazakhstan Paramount Engineering” şirkətinin As‐ tanada yeni açılmış zavoduna baş çəkərək oradakı istehsal prosesini və müəssisənin imkanlarını qələmə almağa çalışıb. İllik istehsal gücü 200 avtomobil Әvvəlcə onu vurğulayaq ki, “Kaza‐ khstan Paramount Engineering”in açılış mərasimi 2015‐ci il noyabrın 13‐də Qazaxıstan prezidenti Nursultan Na‐ zarbayevin iştirakı ilə həyata keçirilib. Müəssisə barədə məlumat verən “Kaza‐ khstan Paramount Engineering”in baş direktorunun müavini Köbey Janbırşın sözlərinə görə, şirkət sırf zirehli av‐ tomobillərin istehsalı ilə məşğul olur, müəssisənin ümumi sahəsi 15000 kvadrat metrdir. Zavodda ildə 200 avtomobil istehsal edilə biləcək.

Qazaxıstanın zirehli maşınların istehsalı sənayesinin flaqmanı olan “Kazakhstan Paramount Engineering”in zavodu ilə tanışlıq zamanı məlum oldu ki, müəssisə müasir istehsal texnologiyası ilə təchiz olunub. Demək olar ki, yu‐ xarıda qeyd etdiyimiz zirehli maşınların konstruksiya – yaradılma prosesi ziyarət etdiyimiz müəssisədə həyata keçirilir. Belə ki, maşının zireh təbəqəsi xammal olaraq zavoda daxil olur və avtomobilin hazır vəziyyətinə qədər bütün proseslər mərhələlərlə burada reallaşdırılır. Daxil olan zireh təbəqə ilk emalat‐ xanada maşının ölçüsünə uyğun olaraq qaynaq vasitəsilə kəsilir. Sonrakı mühüm mərhələlərdən biri isə maşının korpusu‐ nun konstruksiya‐qaynaq işləridir. Bu emalatxanada maşının korpusu qaynaq və bağlama üsulu ilə yığılır. Bu mərhələ üçün hazır hesab olunan vəziyyətə gətirilən maşının korpusu digər bölməyə köçürülür. Həmin bölmədə zireh qatın emalı, yəni cilalanması reallaşdırılır. Bunun ardınca isə rənglənmə prosesi aparılır. Maşınlar təkərli şassi üzərinə çıxa‐ rıldıqdan sonra zirehli avtomobillərin müəhərrik, transmissiya və elektronika sistemlərinin yığılması prosesinə başla‐ nılır. Bu mərhələdə maşınlara yığılan avadanlıqlar hələ ki, xaricdən hazır və‐ ziyyətdə gətirilir. Maşının silahlanması prosesi isə ən sonda həyata keçirilir. Burada sifarişçinin


MAY–İYUN 2016

30 ‐31

istəyinə uyğun olaraq, silah və optik avadanlıqlar zirehli maşınlara inteqrasiya edilir. Hazırda zavodda “Marauder” zirehli maşınının Qazaxıstan variantı olan eyni təyinatlı “Arlan”, bundan başqa “Mbombe” maşınının bazasında “Barıs” piyada döyüş maşını, həmçinin, “Mav‐ erick”in Qazaxıstan varianti olan, Daxili Qoşunlar və polis üçün nəzərdə tutulmuş “Nomand” maşınları istehsal olunur. Bu maşınların istehsalında onların Qazaxıstanın relyefinə və hava şəraitinə uyğunluğuna xüsusi diqqət yetirilir. “Arlan” – “Marauder” maşınları “Arlan” (“Marauder”) minaya qarşı qorumalı nəqliyyat vasitəsi şəxsi heyətin daşınması üçün nəzərdə tutulub. Azərbaycan və dünyanın bir çox ölkə‐ lərinin silahlanmasında mövcud olan “Marauder” “dünyanın ən yaxşı zirehinə malik” təkərli maşınlarından biri hesab olunur. Tam təchizatlı 10 əsgəri daşıya bilən maşın yüksək müdafiə imkanlarına malikdir. İkiqat müdafiəli korpusa malik “Marauder”in ballistik müdafiəsi NATO‐ nun STANAG 4569 level 3 (7,62 x 54 mm çaplı güllələr ), minaya qarşı qoruması STANAG 4569 3A və 3B (korpusun altında 8 kq, təkərin altında 14 kq TNT partlayışına, yanda 50 kq partlayıcıya) səviyyəsinə cavab verir. Maşının çəkisi 15000 kiloqram təşkil edir. Qazaxıstan Ordusu tərəfindən sifariş verilmiş maşın üzərinə 12,7 mm çaplı NSVT pulemyotu qurulmuş SARP distans döyüş modulu ilə silahlandırılıb. Bu döyüş modulu “Kazakhstan ASELSAN Engineering” şirkəti tə ‐ rəfindən istehsal edilir. Mütəxəssislərin

sözlərinə görə, sifarişçinin istəyinə uyğun olaraq, maşına istənilən silah, o cümlədən tank əleyhinə idarə olunan raket və mi‐ nomyot qurğusu qoyula bilər. Ümu‐ miyyətlə, Qazaxıstanda istehsal edilən ilk “Arlan”lar sərhəd mühafizəsi və ordu bölmələri üçün nəzərdə tutulur.

bütün ətrafı görmək mümkündür. Bun‐ dan başqa maşında ətrafı müşahidə etmək üçün CCTV kamera və digər nəzarət sistemləri mövcuddur. Maşın Braziliya, Gana, Qabon kimi ölkələrin polis qüvvələrinin silahlanmasında yer alır.

“Nomad” – “Maverick” zirehli təkərli jandarma maşını

“Barıs” – “Mbombe” zirehli döyüş maşını

Daxili işlər orqanları və jandarma qüvvələrinin istifadəsi üçün dizayn edilmiş “Nomad” zirehli maşını kütləvi aksiyaların yatırdılması və xüsusi əməliy‐ yatların keçirilməsi zamanı istifadə olu‐ nur. “Nomad” mühafizə olunan kor‐ pus daxilində 14 nəfərlik heyəti daşıya bilir. Maşının ballistik müdafiəsi NATO STANAG Level 3 tələblərinə uyğundur. Maşının əsas özəlliyi isə ondan ibarətdir ki, “Nomad”ın zirehli pəncərələrindən

“Paramount Group” şirkətinin ilk eksperimental nümunəsi 2010‐cu ilin sentyabr ayında Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilmiş “Africa Aerospace Defence‐ 2010” sərgisində təqdim etdiyi “Mbombe” adlı zirehli döyüş maşını bir sıra xüsusiyyətlərinə görə dünyadakı analoqlarını geridə qoyur. Ötən dövrdə nümayiş etdirildiyi beynəlxalq hərbi sərgilərdə müxtəlif ölkələrdən olan hərbçilərin marağına səbəb olan “Mbombe” həm dizayn, həm də mü‐ hafizə olunması baxımından yeni nəsil zirehli döyüş maşınlarının yaradıl ‐ masında bir yenilik sayıla bilər. “Mbombe‐8”in istehsalı və silahlan‐ maya qəbulu BTR və BMP tipli keçmiş sovet, müasir Rusiya və Ukrayna istehsalı olan döyüş maşınları ilə vidalaşma mərhələsinin başlanğıcı da sayıla bilər. Adıçəkilən analoqlarından yüksək manevr qabiliyyətinə görə fərqlənən “Mbombe‐8”, eyni zamanda mina, ar‐ tilleriya mərmiləri partlayışına, həmçinin ballistik müdafiə imkanlarına görə daha çox üstünlüklər verir. Boş halda çəkisi 16 ton, döyüş çəkisi 27 ton təşkil edən “Mbombe‐8” 11 heyəti daşıyır. 300 kw Cummins ISBe4 dizel mühərrikinə və Allison 6 avtomatik sürət transmissiyasına malik maşın ABC


AZERI DEFENCE pnevmatik tormoz sisteminə, 395/85 R20 XZL şinlərə malikdir. Maşının elektrik sistemi 24V təşkil edir. Döyüş maşını heyətin daşınması ilə yanaşı, sanitar, komanda‐qərargah, yük daşınması kimi məqsədlər üçün də istifadə olunur. Manevr imkanlarına gəldikdə maksimal sürəti 110 km/saat, gediş ehtiyatı 800 km olan “Mbombe‐8” <10m məsafədə dönür, 70 dərəcə bucaq altında yüksəkliyə dırmana bilir. Bundan başqa, döyüş maşını ‐50, +50 dərəcədən yuxarı havalarda iqlim idarə etmə sistemi və kondisionerlə də təchiz edilib. “Mbombe‐ 8”in eni 2545 mm, hündürlüyü 2340 mm, uzunluğu 7715 mm‐dir. 8x8 təkər formuluna malik “Mbombe‐8”də minaya qarşı qorumaya malikdir. Maşının döşəməsi əlavə zirehlə gücləndirilib. Maşının gövdəsinin ballistik müdafiəsi NATO STANAG 4569 Level 3, tank əleyhinə minalara qarşı dayanıqlığı STANAG 4569 Level 4a və 4b tələblərinə (10 kq TNT) cavab verir. “Mbombe‐8”in gücləndirilmiş zirehi heyətin ətrafda 155 mm‐lik artilleriya mərmisinin partlayışından, həmçinin 14.5 mm‐lik B‐32 güllələrindən, 200 metr məsafədə KPVT pulemyotundan açılan atəşdən müdafiəsini təmin edir. “Mbombe‐8”in ən böyük üstün ‐ lüklərindən biri də onun əldə qayırma partlayıcılara (İED) qarşı yüksək müdafiə təmin etməsidir. Testlər zamanı döyüş maşını 5 metr məsafədə 50 kq TNT partlayışına dözümlülüyünü sübuta ye‐ tirib. Daxildə qurulan xüsusi kreslolar partlayışlar zamanı ekipajın travma almasını önləyir. Ehtiyac duyulduğu za‐ man maşını RPQ və zirehdələn mərmilərə qarşı əlavə zirehlə güc ‐ ləndirmək mümkündür. Qazaxıstanda “Mbombe”nin istehsalı barədə qərar çox sayda testlərdən sonra qəbul edilib. “Paramount Group” nümayəndələrinin sözlərinə görə, maşın ağır sınaqlara məruz qalıb. Xüsusilə də sərt qış şəraitində maşın çöl sınaq‐

larından keçirilib. Hətta tanklar üçün qarşıya qoyulan bəzi tapşırıqların “Mbombe” ilə icrası problemsiz yerinə yetirilib. Silahlanması “Mbombe” universal platform ol‐ duğundan ona istənilən ölkənin istehsalı olan silah sistemlərini inteqrasiya eləmək mümkündür. Məsələn, ilk eksperimental nümunələri 30 mm çaplı topla silah‐ landırılsa da, İordaniya və Qazaxıstanın sifarişlərində fərqli kalibrli silahlar qurulmuş döyüş modulları tətbiq edilib. İstehsalçı şirkətin mütəxəs sislərinin sözlərinə görə, “Mbombe”yə ehtiyac duyulduğu təqdirdə digər silahların, o cümlədən tank əleyhinə raketlərin inteqrasiyası mümkündür. Müştərinin tələbinə uyğun olaraq maşının üzərinə gecə görmə cihazları, termal kameralar və digər sensorlarla təchiz edilə bilər. “Kazakhstan Paramount Engineer‐ ing” şirkətində “Barıs” adı ilə istehsal edilən ilk “Mbombe” KADEX‐2016 beynəlxalq müdafiə sərgisinin yenilik‐

lərindən oldu. 8×8 təkər formuluna malik piyada döyüş maşını 57 mm çaplı AU‐ 220M avtomat topla silahlandırılmış vəziyyətdə sərgidə nümayiş etdirilib. Rusiyanın “Uralvaqonzavod” (UVZ) şirkətinə daxil olan “Burevestnik” Elmi İstehsalat Müəssisəsində istehsal olun‐ muş top distans idarəolunan qülləyə inteqrasiya edilib. Distans döyüş modulu 360 dərəcə bucaq altında fırlanır və ‐5, +75 dərəcə bucaq altında hədəfləri atəş altında saxlamağa imkan verir. Döyüş modulunun silahlanmasına 57 mm çaplı topla bərabər, yaxın məsafədə özünü müdafiə üçün 1 ədəd PKT pulemyotu, habelə tüstü qumbaraları daxildir. 57 mm‐lik AU‐220M topunun atış uzaqlığı 12 km, atış tempi dəqiqədə 120 mərmidir. Şirkət istehsal sahəsini genişləndirir “Kazakhstan Paramount Engineer‐ ing” şirkətinin gələcək planları barədə danışan baş direktorun müavini Köbey Janbırşı deyib ki, müəssisə təkərli zirehli maşın istehsalı ilə yanaşı, hərbi dəniz və hərbi hava qüvvələri üçün də müvafiq avadanlıqların hazırlanması istiqamə‐ tində işlərə başlamaq niyyətindədir. Hazırda şirkət Qazaxıstan Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi üçün yüksək sürətli və müasir texnologiyalara əsaslanan 8‐17 metr uzunluğunda kater‐ lərin inşası imkanlarını da reallaşdırmağa çalışır. Bundan başqa şirkət Hərbi Dəniz Qüvvələri üçün bir sıra məhsulların istehsalına, Hərbi Hava Qüvvələrinin Mi‐24 və Mi‐17, o cümlədən digər heli‐ kopterlərin modernləşməsi layihələrini həyata keçirməyə başlayacaq. AD


MAY–İYUN 2016

R.Məmmədli Xəzəryanı ölkələr son 10 ildə dənizdə öz hərbi qüvvələrini gücləndirməyə başlayıb. Bu dövr ərzində Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran hərbi dəniz qüvvələri (HDQ) və sahil mühafizə bölmələri sıralarında olan texnikanı modernləşdirib və döyüş sıralarına yeni gəmilər daxil ediblər. Qazaxıstan və Türkmənistan isə HDQ‐nin yaradılmasına başlayıb, yeni gəmilər alıb və ya tikintisini həyata keçiriblər. Beynəlxalq qurumların hesabatlarında da bildirilib ki, bu illər ərzində Qazaxıstan, Türkmənistan və Azərbaycan dəniz donanmasının gücləndirilməsi istiqamətində xaricdən müxtəlif gəmilər, raket sistemləri və ya digər müdafiə təyinatlı məhsullar alınıb. Rusiya və İran isə daxili imkanlar hesabına Xəzərdə mövqelərini gücləndirməyə çalışıblar. Xüsusən də Rusiya dənizdəki hərbi donanmasını raketdaşıyan gəmilər, sürətli katerlər və digər yardımçı üzən vasitələrlə təchiz edib. Rusiya Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanmasının əsas bazası – qərargahı Həştərxanda yerləşir. Do‐ nanmanın tərkibinə bir neçə briqada, divizion, gəmi, aviasiya dəstəsi, o cümlədən sahil mühafizə birliyi daxildir. Donanmanın artilleriya katerləri briqadası Mahaçkala və Kaspiyski şəhərlərində dislokasiya olunub. Hazırda donanmaya raket daşıyan gəmilər (korvetlər), kiçik raket və artilleriya gəmiləri, eyni formatlı katerlər, hava yastığında olan desant, o cümlədən sahil mühafizə gəmiləri daxildir. 2010‐cu ildən başlayaraq isə Xəzər donanması Rusiya Ordusunun Cənub hərbi dairəsinə daxil edilib. Bundan sonra donanmanın texniki imkanlarının artırılması istiqamətində ciddi addımlar atılıb. Әvvəlcə, 2010‐cu ildə “Qrad Sviyajsk” kiçik raketdaşıyan gəmi suya endirilib. Bunun ardınca isə ilk kiçik raketli “Uqliç”, 2011‐ci ildə isə “Velikiy Ustyuq” donanmada sıraya qəbul olunub. Rusiya Xəzərdə hərbi balansı öz xeyrinə dəyişmək üçün 2011‐ci ilin

sonlarında “Volqodonsk” artilleriya gəmisini, bunun ardınca isə dənizdə bu ölkənin ən iri gəmilərindən olan “Dağıstan”ı istismara verib. “Dağıstan” və “Qrad Sviyajsk” gəmisi də ABŞ‐ın “To‐ moqavk” raketləri tipindəki “Kalibr‐NK” ballistik raketləri ilə təchiz olunub. Bu ra‐ ketlər suüstü və quru hədəflərini yüksək dəqiqliklə vura bilir. Onların uçuş mə‐ safəsi 300 kilometrdir. Təkcə “Volqodonsk” katerinin silahlanmasına baxdıqda gö‐ rərik ki, gəminin arsenalına 1 ədəd 100 mm‐lik A190‐1 artilleriya qurğusu, iki ədəd 30 mm‐lik AK‐306 topu, iki ədəd 14,5 mm‐lik MPTU pulemyotu, bir ədəd “Qibka” zenit‐raket buraxılış qurğusu və bir ədəd “Qrad‐M” buraxılış qurğusu daxildir. Bundan başqa paralel olaraq, Rusiya Xəzərdəki gəmilərinin modern‐ ləşdirilməsi, silah arsenalının güclən‐ dirilməsi istiqamətində də bir sıra işlər aparıb və bu proses indidə davam et‐ dirilir. 2015‐ci ilin əvvəllərində Rusiya HDQ Xəzər donanmasının flaqmanı “Tatarıstan” raket gəmisinin radarını yenilədiyini açıqlayıb. Aparılmış modern‐

32 ‐33

ləşmə nəticəsində gəmidə “Qals” radarı qurulub. “Qals” radarı hava və suüstü hədəflərin aşkarlanması üçün geniş imkanlara malikdir. Avtomatik rejimdə radar hədəfi aşkarlayır, onun kursunu, sürətini hesablayaraq gəmi heyətinə ötürür. 32 dəniz mili məsafədə aşkar‐ lamaya imkan verən radarın kiçik im‐ pulsları insanlar üçün təhlükə doğurmur. İstehsalçı şirkətin məlumatına görə, RLS iri tonnajlı gəmilərdə köməkçi stansiya kimi tətbiq edilə bilər. “Qals” ötürücü aparatın gücü 4 KVT təşkil edir. Stansiya 3 sm diapazonunda radiodalğalara ma‐ likdir. “Qals” radarı hava və suüstü hədəflərin aşkarlanması döyüş imkan‐ larını əhəmiyyətli dərəcədə yüksəltməyə icazə verir. Xəzərdə silahlanmaya daxil edilən artilleriya tipli gəmilərdən biri də “Mahaçqala”dır. Rusiyanın 21630 layihəli “Mahaçqala” tipli növbəti kiçik artilleriya gəmisi Xəzər donanmasının sıralarına 2012‐ci ilin dekabrında qəbul edilib. Gəmi “Almaz” Şirkəti tərəfindən inşa olunub. Gəmi A‐190 universal ar‐ tilleriya qurğusu, iki ədəd 30 mm‐lik altı lüləli AK‐306 və 40 lüləli 122 mm‐ lik “Qrad‐M” reaktiv yaylım atəş sistemi ilə silahlandırılıb. “Stels texnologiya” üzrə inşa olunmuş gəmi rəqibin texniki kəşfiyyat vasitələri ilə aşkar etməsini çətinləşdirir. Rusiya Xəzər donanmasının döyüş tərkibinə yeni çoxməqsədli, yüksək sürətli “Qraçonok” kateri də daxil edilib. Gəmi donanmanın sıralarına 2013‐cü ilin oktyabrında verilib. Elə həmin ildə donanmaya 11770 “Serna” layihəli üç desant kateri də daxil edilib. Desant katerinin yüksüz çəkisi 61 ton, uzunluğu 25,8 m, eni 5,8 metrdir. İki


AZERI DEFENCE hərbi donanmasının 85 faizi yeni gəmi və katerlərlə təchiz olunub. Müdafiə Nazirliyindən bildirilib ki, 2020‐ci ilə qədər gəmi parkının 90 faizi yenilənəcək.

Rusiya HDQ Xəzər Flotiliyasının “Qrad Sviyajsk” gəmisindən “Kalibr‐NK” qanadlı raketlərinin buraxılışı, aşağıda Rusiya HDQ Xəzər Flotiliyasının iki artilleriya kateri İranın Әnzəli limanında – Fotolar: İnternet

ədəd M503A tipli dizel mühərriki (8000 at gücündə) ilə təchiz olunmuş desant katerinin maksimal sürəti 30 mil təşkil edir. Bundan başqa Xəzər flotiliyasının silahlanmasına bir divizionun “Bal” tipli raket kompleksi də qəbul edilib. Rusiya sahildən dənizə nəzarəti həyata keçirmək məqsədilə Xəzər sahilində “Podsolnux” tipli radiolokasiya sistemi (RLS) də qu‐ rub. “Podsolnux” RLS 450 km məsafədə suüstü və hava hədəflərinin aşkar edilməsi üçün nəzərdə tutulub. RLS düz görünüşdə olmayan obyektləri aşkar etməyi bacarır. Xəzər flotiliyasının hidroqrafları QLONASS‐ın naviqasiya avadanlığı ilə təchiz olunub. QLONASS‐ ın naviqasiya avadanlığıyla 30‐dan çox stansiyanın yaradılması nəzərdə tutulub. Bu çərçivədə Xəzər dənizində, Dağıstan‐

dakı Sulakski mayakında analoji stansiya qurulub. QLONASS naviqasiya avadan‐ lığı böyük dəqiqliklə (10 metrə qədər) su yolları üzrə üzgüçülük vaxtı suüstü hərbi və mülki gəmilərin vəziyyətini, yerlərini müəyyən edir, eləcə də ak‐ vatoriyanın kontrolunu sadələşdirir. Stansiyanın təsir radiusu təxminən 300 kilometr təşkil edir. Sınaqlar zamanı 450 km radiusda hədəfləri müşahidə etmək mümkün olub. Təkcə son 2 ildə Rusiya Müdafiə Nazirliyinin açıqladığı xəbərə görə, Xəzər donanmasının silahlanmasına 13 yeni gəmi (“Qrad Sviyajsk”, “Uqliç”, “Velikiy Ustyuq”), 7 qəza‐xilasetmə kateri, SB‐45 xilasetmə gəmisi və qaldırıcı qurğusu olan BTR‐ 79 gəmisi verilib. Artıq birmənalı demək olar ki, bu gün Rusiyanın Xəzərdəki

Qazaxıstan Xəzərdə ən müasir avadanlıqlarla təchiz olunmuş Hərbi Dəniz Qüvvələri (HDQ) yaratmağı hədəf olaraq qarşıya qoymuş Qazaxıstan 2008‐2012‐ci illərdə Rusiyadan 4 ədəd MTU‐4000 dizel mühərriklə təchiz edilmiş 20970 layihəli “Katran” tipli kiçik artilleriya‐raket kateri, 1 ədəd 01340 layihəli hidroqrafik gəmi (“Jayık”) əldə edib. Qazaxıstan bu katerlərin silahlanmasında istifadə edilməsi üçün yenə Rusiyadan 130 km mənzilə sahib 60 ədəd gəmi “Uran‐E” raketi satın alıb. Katerlər “Uran‐E” raketləri ilə yanaşı, “Pozitiv M‐31.2” ra‐ diolokasiya stansiyası, MP‐123‐02 “Bagi‐ ra” artilleriya qurğusuna malikdir. Qazaxıstan Sahil Mühafizəsinin sifarişi ilə “Zenit” zavodunda Rusiya ilə birgə 2006‐2012‐ci illərdə 4 ədəd 22180 layihəli patrul kateri (201 “Sərdar”, 202 “Sakşı”, 203 “Jenis”, 204 “Semser”) alıb. 230 ton su basımına malik gəminin uzunluğu 42.3 metr, sürəti 25‐30 mil, dənizdə qalma nüddəti 10 gün (7 bal dalğaya davamlı), heyəti 25 nəfərdir. Qeyd olunan layihə üzrə gəmilərdən “Sərdar” 30 mm‐ lik 2A42 topu ilə silahlanmış BMP‐2 qülləsi, “Jenis” isə 1 ədəd 2 lüləli 25 mm‐lik 2M‐3M artilleriya qurğusu ilə silahlandırılıb. Rusiya ilə əməkdaşlıq çərçivəsində Qazaxıstan HDQ 2015‐ci ildə Rusiyanın “Nevski gəmiqayırma zavodu”nda inşa edilmiş 10750E layihəli “Alatau” adlı mina‐tral gəmisi alıb. Gövdəsi plastik‐ şüşə lifli materiallardan hazırlanmış “Alatau” gəmisinin su basımı 165 tondur. Gəmi uzaqdan idarə edilən sualtı aparat‐ larla, habelə AK‐306 artilleriya qurğusu, 12.7 mm çaplı “Kord” pulemyotu, həmçinin “İqla” daşınabilən zenit‐raket kompleksləri ilə təchiz edilib. Tral gəmisinin uzunluğu 32 metr, eni 7 metr təşkil edir və ekipaj 14 nəfər, maksimal sürəti 12 mil, üzmə uzaqlığı 650 mil, muxtar imkanları 5 gündür. Müasir mina əleyhinə vasitələrlə təchiz edilmiş gəmi ən yeni hidroakustik stansiyalara sahib olub. İyun ayının 2‐dən 5‐dək As‐ tanada keçirilmiş KADEX‐2016 sərgisində Rusiyanın Birləşmiş Gə ‐ miqayırma Korporasiyasının vitse‐prezi‐ denti İqor Ponomaryov jurnalistlərə müsahibəsində sözügedən layihə üzrə ikinci tral gəmisinin bu il Qazaxıstana təhvil veriləcəyini bildirib. BGK vitse‐ prezidenti sərgi çərçivəsində Qazaxıstan Hərbi‐Dəniz Qüvvələrinin baş ko ‐ mandanı Jandarbek Janzakovla yeni


MAY–İYUN 2016

gəmilərin sifarişi məsələsinin müzakirə edildiyini qeyd edib. Ölkə daxilindəki tərsanələrdə 2012‐ 2014‐cü illərdə (“Zenit” zavodu) inşa edilmiş 250 “Bars‐MO” layihəli 3 gəmi donanmanın silahlanmasına daxil olub. Bu gəmilərdən birincisi “Qazaxıstan” 2012‐ci ildə, “Oral” 2013‐cü ildə, “Sarıarka” isə 2014‐cü ildə donanmanın döyüş sıralarına daxil olub. Su basımı 240 ton, uzunluğu 46 metr təşkil edən 250 “Bars‐MO” layihəli gəmilər hər birinin gücü 2240 kVt olan 2 ədəd TBD620V16 “Deu ” mühərriki ilə təchiz olunub. Gəminin sürəti 30 mil, birbaşa üzmə uzaqlığı 1200 mil, heyəti 23 nəfərdir. Adıçəkilən gəmilər 6 bal gücündə dalğalara hesablanıb. “Bars‐ MO” layihəli “Qazaxıstan” gəmisinin silahlanmasında 1 ədəd 25 mm çaplı 2M‐3M artilleriya qurğusu, 1 ədəd ZU‐ 23‐2 topu, 40 lüləli 122 mm çaplı BM‐21 “Qrad” reaktiv yaylım atəş sistemi, qeyd olunan layihə üzrə ikinci – “Oral” gəmisində 30 mm çaplı AK‐306 artilleriya qurğusu, “İqla” daşınan zenit raketləri və “Baryer‐VK” raketləri ilə silah ‐ landırılmış “Arbalet‐K” zenit‐raket sis‐ temi yer alır. “Oral”ın silah arsenalı,

34 ‐35

Yuxarıda soldan sağa – Qazaxıstan HDQ‐nin 10750E layihəli “Alatau” tral gəmisi, sağda ECA firması tərəfindən Qazaxıstan HDQ‐yə satışı gerçəkləşdirilmiş K‐STER C minatutanı ©ECA

hava hücumundan müdafiə sistemi, döyüşün idarə edilməsi imkanları avadanlıqları isə Ukraynanın İPÇK, “Kvant”, “Kvant‐Radiolokasiya”, “Ostop” və “Tranzas‐Ukraina” dövlət şirkətləri tərəfindən yaradılıb. “Arbalet‐ K” sistemi reaktiv, turbovintli və pro‐ pellerli təyyarələrin, həmçinin vizual görünüş şəraitində helikopterlərin məhv edilməsi üçün nəzərdə tutulur. Sistemdə “İqla” tipli idarə olunan zenit raketləri istifadə olunur. Hədəfi məhvetmə uzaqlığı 5000 m‐ə qədər, məhvetmənin minimal hündürlüyü 10 m, hədəfi aşkar etmə uzaqlığı gündüz 12, gecə vaxtı 7 kilometrdir. “Baryer‐VK” kompleksi isə sahildəki hərəkətli və hərəkətsiz zirehli hədəfləri, həmçinin RK‐2V raketlərindən istifadə etməklə helikopterlər və möhkəmləndirilmiş atəş nöqtələrini məhv etmək üçündür. Maksimal atış uzaqlığı 7500 metr, maksimal uzaqlığa uçuş vaxtı 30 saniyədir. Qazaxıstan HDQ‐nin 250 “Bars” layihəli gəmilərinin ilk ikisi Ukrayna istehsalı olan “Delta‐ 250” radarı ilə komplektləşdirilib. Adıçəkilən radar suüstü və hava hədəflərini aşkarlama imkanı verir. İnformasiyaların emalı zamanı navi‐ qasiya məlumatları, meteoinformasiyalar nəzərə alınır. İki ölçülü dairəvi icmal

“Bars‐MO” layihəli gəmi ‐ © Qazaxıstan MN

radarı hədəflərin koordinatlarının təyini ilə yanaşı, naviqasiya səmtləşməsinin məsələlərinin həlli, yüksəldilmiş navi‐ qasiya təhlükəsizliyi kimi məsələləri yerinə yetirir. 150 MHz tezlikdə, san‐ timetrlik dalğa diapazonunda işləyən radarın aşkarlama məsafəsi 96 km təşkil edir. Kiçik ölçülü (2, 3 kv.m) hava hədəf‐ lərini isə 8 km‐dən 30 km‐dək məsafədə aşkarlama qabiliyyətinə sahibdir. Dəniz hədəflərinin aşkar edilməsinin uzaqlığı yalnız düz görünüş uzaqlığıyla məh‐ dudlaşdırılıb. Radar eyni zamanda 50 hədəfi müşayiət etməyə imkan verir. Stansiya inteqrasiya edilmiş öz‐özünə nəzarətin sisteminə malikdir, operatorun hərəkətlərinin və hədəflərin bilgilərinin avtomatik qeydiyyatı nəzərdə tutulur. “Zenit” gəmiqayırma zavodunda Qazaxıstan Sərhəd Qoşunları üçün inşa edilmiş “Sarbaz” adlı sahil‐mühafizə gəmisi 22180 layihəli “Bars” gəmisinin bazasında tikilib. “Sarbaz” idarə olunan silah kompleksi ilə silahlandırılıb. Yerli müəssisələrin (“Zenit” zavodu və “Nİİ Hidropribor”) hesabına bu dönəmdə Qazaxıstan Sahil Mühafizəsi üçün 1 ədəd 190 “Saqım” layihəli sərhəd, 1 ədəd KS‐701 “Karlıqaş”, 1 ədəd 102 “Şaqala” layihəli kiçik sərhədçi, 110 “Sapsan‐M” və “Sapsan‐2M” layihəli 18 ədəd, “Burkit” (1400 M “Qrif”) layihəli 18 və “Burkit‐M” layihəli 7 ədəd, FC‐19 tipli 3 ədəd sürətli kater tikilib. FC‐19 tipli katerlərin su basımı 26 ton, sürəti 55 milə yaxın, ekipajı 8 nəfərdir. Dənizdə 3 günədək qala bilən katerin silahlan‐ masına iriçaplı pulemyot və snayper tüfəngi daxildir. Qazaxıstanın “Ziksto” Səhmdar Cəmiyyəti iyun ayında Astanada keçirilən KADEX‐2016 sərgisində dəniz minalarının,“Kazakhstan Engineering” şirkətinə daxil olan S.M.Kirov adına Maşınqayırma zavodu isə torpeda istehsalına başladığını açıqlayıb. Artıq


AZERI DEFENCE Qazaxıstan Müdafiə Nazirliyi torpedo‐ nun alınması ilə bağlı sifariş də verib. Qərb ölkələrinin, xüsusilə də ABŞ‐ ın “Xəzər mühafizləri” proqramı çərçivəsində 2001‐2009‐cu illərdə Xəzər dənizində Azərbaycan və Qazaxıstana yardımları olub. Adıçəkilən proqram üzrə Qazaxıstan ABŞ‐dan 15 ədəd “Aer‐ obot”, 4 ədəd “Archangel” tipli patrul kateri, Cənubi Koreyadan 3 ədəd “Sea Dolphin” layihəli kiçik gözətçi gəmisi, Ukraynadan 4 ədəd “Kalkan” və 4 ədəd “Qrif” tipli kater satın alıb. Hazırda so‐ nunculardan 3 ədədi Qazaxıstan Sahil Mühafizəsinin sərəncamındadır. Ötən 5 ildə donanmanın modernləşdirilməsi istiqamətində çalışmaları davam etdirən Qazaxıstan Müdafiə Nazirliyi Cənubi Koreyanın “STX Offshore & Shipbuilding Co.”, Türkiyənin STM şirkəti ilə müqavilələr imzalamışdı. KADEX‐2016 sərgisində isə Qazaxıstanın Müdafiə Nazirliyi ilə Almaniyanın “Abeking&Ras‐ mussen”, Türkiyənin DEARSAN şirkətləri arasında yeni gəmilərin inşasına dair memorandumlar imzalanıb. DEARSAN‐ın Qazaxıstan HDQ‐nə təklif etdiyi 65 metrlik gəminin sürəti 30 dəniz mili olacaq. Qazaxıstan donanmasında “Nur” layihəsi olaraq adlanan gəminin silah, sensor və radioelektron sistemlərinin bir qismi ASELSAN şirkəti tərəfindən istehsal ediləcək. Ötən dövrdə Avropa ölkələri ilə hərbi dənizçilik sahəsində əməkdaşlığı genişləndirən Qazaxıstan 2015‐ci ildən Fransanın “ECA Group” şirkətindən sualtı nəzarət‐kəşfiyyat aparatlarını (AUV və ROV) alaraq donanmanın istifadəsinə daxil edib. “ECA Group” şirkətinin açıqladığı məlumata görə, imzalanmış müqavilə çərçivəsində Qazaxıstan HDQ‐nə 2 ədəd A9M muxtar sualtı nəqliyyat vasitəsi, 2 ədəd K‐STER I yoxlama vasitəsi və bir neçə K‐STER C mina zərərsizləşdirmə sisteminin çatdırılması təmin olunub. Müqavilə üzrə “ECA Group” tərəfindən Qazaxıs‐ tan HDQ‐nin heyətinə yeni avadanlıq‐ ların istifadəsi üzrə iki həftəlik təlim verilib. 2012‐ci ildə Astanada baş tutan KADEX sərgisi çərçivəsində Qazaxıstan HDQ ilə MBDA Systems şirkəti arasında “Exocet MM40 Block 3” “sahil‐gəmi” ra‐ ket sisteminin satın alınmasına dair mü‐ qavilə imzalanıb. Müqavilə üzrə satın alın‐ maların detalları açıqlanmayıb. 2015‐ci ilin əvvəllərində İngiltərənin “Griffon Home‐ work Hovercraft” şirkəti Qazaxıstanla GRIFFON 8100TD hava yastıqlı, iki mo‐ torlu katerinin alqı‐satqısına dair danı‐ şıqlar apardığını da açıqlayıb. Dəniz səthində yüksək sürətlə hərəkət edən

GRIFFON 8100TD kateri logistik və am‐ fibiya əməliyyatlarına dəstək, habelə bərə xidmətində istifadə olunur. Uzunluğu 22.5, eni isə 11 metr təşkil edən kater 12 ton yük və ya 70 sərnişin daşımağı bacarır. Alüminium gövdəli kater iki ədəd su soyutmalı 630kW (840 at gücündə) “Iveco” dizel mühərrikləri ilə təchiz olunub. Azərbaycan SSRİ‐nin süqutundan sonra Sovet Ordusundan miras qalmış texnika və gəmi parkı yeni yaranan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) istifadəsinə verilib. 26 iyul 1992‐ci ildə “Bakılı” gözətçi gəmisində ilk dəfə olaraq müstəqil Azərbaycanın dövlət bayrağı qaldırıldı. Ötən 24 il ərzində HDQ bu maddi‐texniki bazanı yalnız saxlamağa çalışıb. Yəni köklü islahatlar aparılmadı, gəmi parkı müasir tələblərə cavab verən formada yenilənmədi. 2015‐ci il iyulun 25‐də yeni əsas bazasının açılışı ilə Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu bazada Azərbaycan HDQ‐nin idarə olunması həyata keçirilir. Baza Xəzər dənizinin Azərbaycana məxsus sektorunda suüstü şəraitə nəzarət etməyə hərtərəfli imkan verir. 2016‐cı il may ayının 7‐də HDQ‐nin Dəniz hazırlığı və dalğıc poliqonu inşa edilərək istifadəyə verilib. Әn yeni dalğıc texnikası nümunələri, suyadalma vasitələri, xüsusi avadanlıqlarla təmin edilmiş poliqonun infrastrukturuna gəmi və qayıq avadanlıqları kompleksləri, enerji, mühərrik sinifləri, barokamera və təlimatçı otaqları, tədris hovuzu, eləcə də digər inzibati və xidməti bölmələr daxil edilib. Azərbaycan HDQ‐nin gəmilərinin böyük hissəsi (Qırmızı Bayraqlı Xəzər Flotiliyasının 25%‐i) Sovet Ordusundan miras qalsa da, bu gün onların sırada olması, daim döyüş tapşırığını yerinə

yetirməsi üçün üzərlərində təmir‐bərpa işləri həyata keçirilir. Təkcə 2015‐ci il ərzində HDQ‐nin Gəmi Təmiri Zavo‐ dunda 20‐dən artıq gəmi və kater əsaslı təmir olunaraq, üzərlərində mo ‐ dernləşmə aparılaraq, sıraya qaytarılıb. Ümumiyyətlə, isə Azərbaycan hərbi do‐ nanmasının müasirləşdirilməsi və Xəzər dənizində hərbi imkanların artırılması ilə bağlı irimiqyaslı proqramın həyata keçirilməsi nəzərdə tutulur. Proqram çərçivəsində yeni döyüş və dəstək gə‐ milərinin, yüksək sürətli katerlərin, kiçik ölçülü dənizaltıların, insansız sualtı va‐ sitələrin alınması, yeni bazaların yara‐ dılması, hərbi donanmanın aviasiya dəstəyinin artırılması və s. həyata ke‐ çiriləcək. Artıq bu məqsədlə bəzi sifa‐ rişlərin verilməsinə başlanılıb. Həmçinin proqram çərçivəsində ölkədə gəmi inşası sənayesinin yaradılması, habelə bu sahədə istifadə olunan bir sıra avadan‐ lıqların, silah sistemlərinin yerli müəs‐ sisələrdə istehsalı həyata keçiriləcək. Ümumilikdə Azərbaycan yaxın illər ərzində hərbi donanmanı yeni gəmilər hesabına gücləndirməyi, HDQ‐nin inventarında olan, yaşı 40‐ı keçmiş gəmiləri döyüş sıralarından çıxarmağı planlaşdırır. Azərbaycan prezidentinin 2005‐ci il fevralın 18‐də imzaladığı sərəncam ilə yaradılmış Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi ötən 11 ildə özü‐ nün texniki imkanları, peşəkarlığı və fəaliyyəti ilə regionun aparıcı qurumla‐ rından birinə çevrilməyə nail olub. 2002‐ ci ildə dövlət başçısının göstərişinə əsasən ARDNŞ‐nin “Xəzərdənizneftdonanma” idarəsinin balansından 2 ədəd “Neftqaz” və 1 ədəd “Vixr” layihəli gəmi DSX‐nin balansına verilib. Bu dövrdə kütləvi qırğın silahlarının (KQS) yayılmasının qarşısının alınması, dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi proqramı


MAY–İYUN 2016

çərçivəsində ABŞ hökuməti tərəfindən 2002‐2003‐cü illərdə SGG briqadasına 3 ədəd gözətçi kateri hədiyyə edilib. 2008‐ci il noyabrın 8‐də Sahil Mühafi‐ zəsinin Türkanda yeni bazası istifadəyə verilib. 2010‐cu ildə Sahil Mühafizəsinin Xaçmaz rayonunun Müxtədir qəsəbə‐ sində Şimal divizionunun təməli qoyu‐ lub. Hazırda DSX Sahil Mühafizəsinin balansında B‐92, V‐98 və Point Brower layihəli gəmilər, 13 metr uzunluğa malik “Safe Boat”, 12 metrlik “Silver Ship” katerləri daxildir. Bundan başqa, Sahil Mühafizəsi “Ribkraft”, “Zodiak”, “Ziphius” tipli sürətli katerlərə malikdir. Onu da qeyd etmək yerinə düşərdi ki, 2008‐ci ildən ABŞ və Türkiyənin yardımı, eləcə də daxili imkanlar hesabına HDQ və Sahil Mühafizəsini modernləşdirən Azərbaycan İsraildən açıqlanmayan sayda gəmi əleyhinə “Gabriel‐5” qanadlı raketləri, dəniz və hava hədəflərinə qarşı hazırlanmış “Barak‐8” sistemi və “Barak‐8” raketləri satın alıb. Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində 2014‐cü ildən bu günədək 6 ədəd “Şahdağ” (İsrail “Shaldag Mk.V) layihəli üçüncü dərəcəli və 2 ədəd “Tufan” (OPV‐62/SAAR‐62) layihəli ikinci dərəcəli sərhəd gözətçi gəmisi inşa edilərək Sahil Mühafizəsinin döyüş sıralarına daxil edilib. Sərhəd gözətçi gəmiləri mükəmməl naviqasiya və rabitə‐ radiotexnika avadanlığı, müasir silahlar, raketlər və raket silahlarına qarşı komplekslər, gecə‐gündüz görmə müşahidə sistemləri, hidroakustik qurğularla təchiz olunublar. “Tufan” layihəli sərhəd gözətçi gəmisinin uzun‐ luğu 62 metr, su basımı 470 tondur. Hazırda Azərbaycan Silahlı Qüvvələ‐ rində özünün təchizatına görə ən müasir hərbi gəmi olan “Tufan”da 25 km atış mənzilinə sahib idarə olunan “Rafael” şirkətinin istehsalı olan “Spike‐NLOS”

36 ‐37

Azərbaycan HDQ‐nin komanda‐idarəetmə gəmisi © AD

raketləri tətbiq edilir. Gəminin göyər‐ təsinə hər cür hava şəraitində helikop‐ terlərin enib qalxması mümkündür. Gəmidə əlavə olaraq, həm məsafədən idarə edilən, həm də mexaniki şəkildə atışların aparılmasına imkan verən bir ədəd 23 mm çaplı 2A14 topuyla silah‐ landırılmış “Typhoon”, iki ədəd 12.7 mm çaplı M2HB pulemyotu ilə silah‐ landırılmış “Mini Typhoon” döyüş mod‐ ulu, habelə iki ədəd “Negev” pulem‐ yotu yer alır. Gəminin naviqasiya sisteminə “Elta EL/M‐2228X” kombinə olunmuş radar, “Furuno” naviqasiya radarı, “Rafael” şirkətinin istehsalı olan “Toplite” elektrooptik sistemi, gəminin idarə olunan raketlərdə mühafizəsi üçün WIZARD (Wideband Zapping Advanced Radar Decoy) maneə, uzaq məsafədən sualtı təhdidləri aşkarlamaq üçün ən müasir sonar sistemi qurulub. Gəminin radar sistemi uzaq məsafədən suüstü və 80 km məsafədən hava hədəflərini aşkarlaya bilir. Gəminin əsas raket silahı olan “Spike‐NLOS” izləmə kamerası sayəsində atışdan sonra uçuş trayek‐ toriyası üzrə bütün görüntüləri idarəetmə mərkəzinə ötürür. Bu informasiyalar əsasında, ehtiyac yarandıqda raketin hədəf bilgilərini dəyişdirmək müm‐ kündür. “Şahdağ” layihəli üçüncü dərə‐ cəli gəmilərin isə sürəti 50 dəniz milidir. Bu gəmilərin silahlanmasında bir ədəd 23 mm‐lik “Typhoon”, iki ədəd “Mini Typhoon”, yüngül pulemyotlar, habelə “Spike ER” raketləri və “Toplite” elek‐ trooptik sistemi yer alır.

Azərbaycan DSX Sahil Mühafizəsi üçün inşa olunan OPV‐62/SAAR‐62 gəmisi © DSX

Türkmənistan Türkmənistan Hərbi Dəniz Qüvvə‐ lərinin yaşı o qədər də çox deyil. Bu ölkədə HDQ‐nin bünövrəsi 2010‐cu ilin yanvarında prezident Qurbanqulu Berdimühəmmədovun əmri ilə qoyulub. Buna qədər isə Sərhəd Qoşunlarının Sahil Mühafizəsi Türkmənistanın dəniz təhlükəsizliyini təmin edən qoşun növü olub. Türkmənistanın HDQ‐nin əsas bazası liman şəhəri olan Türkmənbaşıda yerləşir. Ölkənin dəniz təhlükəsizliyini və sahil mühafizəsini təmin edən bu qoşun növündə 2 mindən artıq hərbçi xidmət keçir. Türkmənistanın Sərhəd Qoşunları Sahil Mühafizəsinin texniki imkanları da 2000‐ci illərin əvvəlindən inkişaf etməyə başlayıb. 2002‐ci ildə Türkmənistan Silahlı Qüvvələrinin tərkibinə Ukraynada istehsal olunan “Kalkan‐M” və “Qrif‐T” patrul katerləri daxil edilib. 2003‐cü ildə isə İran Türkmənistana uzunmüddətli icarə şərtləri ilə 7 ədəd sahil mühafizə kateri və 1 ədəd sürətli kateri verib. Bundan başqa ABŞ Müdafiə Nazirliyi ilə həyata keçirilən proqram çərçivəsində Türk‐ mənistan Amerika istehsalı olan “Point Jackson” tipli patrul kateri ilə təmin olu‐ nub. 2009‐cu il dekabrın 10‐da isə Türk‐ mənistanın Sahil Mühafizəsi Rusiyadan 2 ədəd “Sobol” kateri alıb. 2009‐cu ilin avqustunda Türkmənistanın Türkmən‐ başı şəhərində yaranmaqda olan Hərbi Dəniz Qüvvələri üçün bazanın bünövrəsi qoyulub. Hazırda Türkmənistan bu bazadakı texniki imkanlardan istifadə edərək, Xəzərin özünə aid olan hissə‐ sində optik və radiolokasiya müşahidəsi aparır. 2011‐ci ildə Türkmənistan HDQ‐ nin silahlanmasına 2 ədəd 12418 “Mol‐ niya” layihəli raketdaşıyan kater daxil edilib. Katerin silahlanmasında MBDA İtaly şirkətinin istehsalı olan “Otomat Mk 2” gəmi əleyhinə raket sistemi, o cümlədən “Marte Mk 2/N” yüngül gəmi


AZERI DEFENCE əleyhinə raket sistemi və “SIMBAD‐RC” zenit‐raket kompleksi yer alır. Hazırda bu gəmilər “Edermen” və “Gayratly” adları ilə Türkmənistan bayrağı altında Xəzərdə üzürlər. Bundan başqa HDQ AMV “Bars‐12” layihəli sürətli, SK620 layihəli sanitar, LSM‐1 tipli desant katerləri ilə də öz donanmasını zəngin‐ ləşdirə bilib. Hazırda Türkmənistan HDQ‐də Türkiyənin DEARSAN şirkəti tərəfindən inşa edilmiş 10 ədəd NTPB layihəli gözətçi gəmiləri yer alır. Uzunluğu 55,75 metr olan bu gəmilər 40 mm‐lik “Oto Melara Twin Compact” avtomatik artilleriya qurğusu ilə təchiz edilib. DEARSAN tərəfindən Türkmə‐ nistan üçün inşa edilmiş NTPB gəmiləri həmin şirkətin Türkiyə Dəniz Qüvvələrinə tikdiyi gəmilərin bənzəri, əslində eynidir (400 ton sututumuna malik, 34 heyətli ). Gəmilər HAVELSAN döyüş idarəetmə sistemləri, Yaltes/Imtech Built Integrated Platform Management Systems (IPMS), operator konsolları, taktiki ekran bölmələri və EO/Sonar Konsol otağı (EO/Sonar Console Suits), ASELSAN şirkətinin istehsalı olan “AselFLİR‐200D” müşahidə qurğusu ilə təchiz edilib. Gəmilərin silahlanmasına

ASELSAN/ROKET‐ SAN birgə istehsalı olan ASW raket buraxılış qurğusu, İtaliyanın “Oto Mela‐ ra” şirkətinin isteh‐ salı olan 1 ədəd iki lüləli 40 mm çaplı top, ASELSAN şirkə‐ tinin istehsalı olan 2 ədəd 25 mm‐lik STOP sistemi da ‐ xildir. Bundan başqa, gəmilər sualtı bom‐ balarla və sualtı qa‐ yıqlara qarşı raket buraxılış qurğusu ilə təchiz olunub. Gəmilər “Thales VARIANT 2D” hava/yer müşahidə radarına malikdirlər. “Thales VARIANT 2D” radarı X və C tezliyində fəaliyyət göstərən 70 km məsafədə hədəfləri müəyyənləşdirə bilir. DEARSAN tərəfindən Türkmənistan Sahil Mühafizəsindən 2014‐cü ildə sifarişi alınmış 6 ədəd 33 metrlik sürətli hücum katerinin ilk nümunəsi 2015‐ci ilin ortalarında təhvil verilib. Sifariş üzrə çatdırılmalar 2017‐ci ildə tamamlanacaq.

DEARSAN‐ın 33 katerləri 2 ədəd MTU dizel mühərriki ilə təchiz edilib. Katerin maksimum sürəti 43+mil, hərəkət ra‐ diusu 350 dəniz mili təşkil edir. Cari ilin may ayının sonlarında isə layihə üzrə SG‐123 bort nömrəli üçüncü itisürətli kater dənizə endirilib. Katerlərin silahlanmasında MBDA Marte Mk 2/N gəmi əleyhinə raket kompleksinin iki işəsalma qurğusu, ASELSAN şirkətinin istehsalı olan 1 ədəd 25 mm çaplı top və ASELFLİR elektrooptik sistemi ilə komplektləşdirilmiş STOP silah sistemi yer alır. Qeyd etmək lazımdır ki, Türk ‐ mənistan gəmilərin silah arsenalının təchizatı ilə bağlı Avropa şirkətləri ilə sıx əməkdaşlıq edir. Misal olaraq deyək ki, ötən müddət ərzində rəsmi Aşqabad İtaliyadan dəniz silah sistemləri və gəmi topları üçün döyüş sursatları da alıb. Qeyd olunan dövrdə İtaliyada fəaliyyət göstərən “Rheinmetall Italia” şirkəti Türkmənistana 2.4 milyon avro də‐ yərində 25 mm‐lik KBA topu, “OTO Melara” şirkəti 28 milyon avro dəyərində 40/70 mm kalibrli gəmi topu, 10 min ədəd sursat, 8.7 milyon avro dəyərində 3 ədəd “Falco XN” pilotsuz uçuş aparatı, MBDA şirkəti isə 162 milyon avro dəyərində 25 ədəd “Marte” gəmi əleyhinə raketin satışını reallaşdırıb. Beynəlxalq təşkilatların hesablama‐ larına görə, Türkmənistan son illərdə dənizdə silahlanmaya 1 milyard dollara yaxın pul xərcləyib. Dünya Silah Ticarəti Analizi Mərkəzinin apardığı tədqiqat‐ larda bu qənaətə gəlinib. Türkmənistan hərbi dəniz texnikasının alınmasına Yuxarıda Rusiya HDQ‐nin Xəzər Flotiliyasının gəmisinin göyərtəsində 4 buraxıcılı “Uran‐E” raket kompleksi. Aşağıda – DEARSAN şirkəti tərəfindən Türkmənistan HDQ üçün inşa edilmiş 56 metrlik gözətçi gəmisi və hazırda inşası davam edən 33 metrlik sürətli raket katerləri Foto: İnternet və DEARSAN


MAY–İYUN 2016

38 ‐39

ayırdığı vəsaitin həcminə görə dünya üzrə 21‐ci yerdə qərarlaşıb. Türk ‐ mənistanın 2013‐2016‐cı illər üzrə sifariş paketi isə 528 milyon dollar təşkil edir. İran İranın Hərbi Dəniz Qüvvələrinin Xəzər donanması 90‐a yaxın gəmi və katerdən ibarətdir. Şəxsi heyətin sayı isə 3 mindən çoxdur. Donanmanın ən güclü katerləri isə 2003‐2006‐cı illərdə silahlanmaya alınan dəniz vasitələridirlər. Bu katerlər 120 km məsafədə hədəfi vura bilən Çin istehsalı olan raketlərlə təchiz olunublar. Bundan başqa Xəzərdə İran İslam İnqilabı Keşikçiləri Korpusu‐ nun (SEPAH) hərbi dəniz birləşməsinin də bölmələri xidmət aparır. Onların sayı və texniki imkanları haqda isə müfəssəl məlumat yoxdur. İranın Xəzərdəki hərbi dəniz donanmasını Rusiyadan sonra ikinci ən güclü silahlı birləşmə ad‐ landırmaq olar. Misal olaraq, “Mowj” layihəli “Dəmavənd” gəmisini göstərmək olar. 2013‐cü ilin mart ayında Xəzərdə silahlanmaya qəbul edilən “Dəmavənd” esminesi yeni nəsil döyüş gəmiləri sinfinə aiddir. Uzunluğu 90 metr təşkil edən gəmi yerüstü, suüstü, sualtı və hava hədəflərinə qarşı silahlarla təchiz olunub. Gəminin yerli istehsal olan “Asr” adlı radarı 200 km məsafədə 4 metr diametri olan hədəfləri aşkarlamaq qabiliyyətinə malikdir. Gəmi müasir radioelektron mübarizə sistemlərinə də sahibdir. Bununla yanaşı, İran qeyd olunan dövr ərzində Әnzəlidə inşa etdiyi “Camaran‐ 2” esminesini də suya endirib. Su tutumu 1420 ton olan hərbi gəmi 20000 at gücünə malik mühərriklə təchiz olunub və saatda 30 dəniz mili sürətlə hərəkət edə bilir. Gəminin silahlanmasına “səth‐yer”, “yer‐ hava” tipli müxtəlif raketlər, müasir ar‐ tilleriya sistemləri daxildir. Gəmidə bir ədəd helikopter də yerləşə bilir. İranın Xəzər donanmasında 48 metrlik dəniz‐ altısı da xidmət aparır. Fateh sinifli dizel mühərrikli dənizaltının İranın “Ship‐

building & Offshore Industries Complex” gəmiqayırma zavodu tərəfindən tikintisi aparılıb. Bu dənizaltı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Xəzərdəki bölmələrinin tərkibinə verilib. Xatırladaq ki, Әnzəlidə inşa edilən bu dənizaltı Bəndər‐Abbas tərsanəsində də eyni layihə üzrə inşa edilən dənizaltından 8 metr daha uzundur. İran HDQ‐nin Xəzər donanmasının gəmiləri qeyd olu‐ nan dövr ərzində yeni raket əleyhinə və gəmi əleyhinə komplekslərlə də təchiz olunublar. Buna misal olaraq, İran gəmilərinin “Phalanx” raket əleyhinə komplekslərlə təchiz edilməsidir. “Pha‐ lanx” idarə olunan radarlar və 20 mm‐ lik atəş sisteminə malikdir. Bu sistem hədəfi avtomatik aşkar edib məhv edə bilir. Bundan başqa İran gəmiləri yeni raket sistemi ilə təchiz olunub. Gəmilərin silahlanmasında “Qadir” qanadlı raketləri də var. Məlumat üçün bildirək ki, İran istehsalı olan “Qadir” raketləri 300 km radiusda hədəfi məhv edə bilir. İran Xəzərdəki kiçik katerlərə də qanadlı raketlər inteqrasiya edib.

İranın ötən il Xəzər donanmasının sıralarına daxil etdiyi “Jamaran” layihəli “Dəmavənd” esminesi yerli istehsal olan “Asr” adlı radarla komplektləşdirilib. “Asr” radarı 200 km məsafədə 4 metr diametri olan hədəfləri aşkarlamaq qabiliyyətinə malikdir. Haşiyə: Burada paradoks ondan ibarətdir ki, son 15 ildə Xəzərdə silahlan‐ ma proqramlarına geniş yer ayrılsa da, gəmi parkının yenilənməsinə, raket kompleksləri ilə təchizatına külli miq‐ darda vəsaitlər xərclənsə də, hövzə ətrafı ölkələr arasında heç bir ciddi gərginlik yoxdur. Belə olan təqdirdə xərclərin bu qədər artırılmasını diktə edən amil nədir? Ehtimal etmək olar ki, dövlətlərin Xəzərdə silahlanma proqramlarına xərclədiyi vəsait, əsas gəlir mənbəyi hesab olunan dənizdəki karbohidrogen ehtiyatlarının çıxarılması və emalında təhlükəsizliyin təmin olunmasıdır. Lakin görünən odur ki, Xəzər dənizi illər keçdikcə hərbləşmiş su hövzəsinə çevrilməkdə davam edir. Bu isə yaxşı heç nə vəd etmir. AD İranın Xəzər dənizindəki ar‐ tilleriya katerləri və “Dəmavənd” freqatı © FNA


AZERI DEFENCE

MT‐LB6MB

ÌÒ-ËÁ-lÿð ÉÅÍÈÄßÍ ÄÎÜÓËÓÐ A.Hüseynli Sovet Ordusunun silahlanmasına 1964‐cü ildə daxil olmuş və hazırda 30‐dan artıq dövlətin istifadəsində yer alan MT‐LB çoxməqsədli yüngül zirehli maşınlar 50 ildən artıqdır dünyanın müxtəlif regionlarına özünü hər bir cəhətdən sübuta yetirməyi bacarıb. Sovet‐Әfqanıstan, birinci və ikinci Çeçenistan, Ermənistan‐Azərbaycan, Abxaziya, Dnestryanı, 2008‐ci il Rusiya‐Gürcüstan, Ukraynadakı vətəndaş müharibələrində geniş istifadə olunmuş MT‐LB “veteran” texnika olaraq özünü doğrultmuş və bununla da orta perspektivdə əvəzolunmaz texnika olaraq orduların silahlanmasında qalacağını sübuta yetirmişdir. Hələ də NATO‐nun üzvü olan Polşa, Çexiya, Bolqarıstan, Rumıniya kimi keçmiş sosialist bloku ölkələri MT‐LB‐ləri əsas nəqliyyat vasitəsi ilə ordularının inventarında saxlayır, əsaslı modernləşdirmə aparmaqla bu maşınların bazasında müasir hərbi texnika nümunələrini ya ‐ ratmaqda davam edirlər. Keçmiş SSRİ‐də MT‐LB‐nin (“Obyekt‐6”) modernizə edilmiş 22 variantı, Ukraynada isə 6 variantı mövcud olub. Bundan başqa, Rusiyada MT‐LB bazasında 18, Polşada 12, Bolqarıstanda isə 13 hərbi texnika hazırlanıb. Xüsusilə də qar örtüyünün ilin bütün

fəsillərində mövcud olduğu şimal rayonlarında və Sibirdə təsərrüfat işlərində, meşə yanğınlarının sön‐ dürülməsində MT‐LB‐lərin mülki modifikasiyalarından hələ də istifadə edilməkdədir. 1986‐cı ildə Çernobıl atom elektrik stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, bölgədə həyata keçirilən işlərdə MT‐LB‐lərin mühəndis vəə kimya qoşunları üçün hazırlanmış müxtəlif modifikasiyalarından geniş istifadə olunub. Varşava Müqaviləsi təşkilatına üzv ölkələrdə və postsovet res ‐ publikalarında MT‐LB maşınlarının modernləşdirilməsi işlərinə, demək

olar ki, 1980‐ci illərin ortalarında – aktiv şəkildə isə 90‐cı illərin əv‐ vəllərindən etibarən başlanıb. Bu sahədə Rusiya, Ukrayna, Bolqarıstan və Polşa hərbi sənaye müəssisələri tərəfindən müxtəlif layihələr həyata keçirilib. Qeyd olunanlar ölkələrdə, eləcə də digər dövlətlərdə həyata keçirilmiş layihələrdə ənənəvi dizayn qorunub saxlanılmaqla, mü hər ‐ rikinin yenilənməsi, silahlanmada dəyişikliklərin edilməsi hesabına bu texnikaların bazasında döyüş və digər təyinatlı (CBRN, nəqliyyat, minatəmizləmə və s.) maşınların yaradılmasına diqqət yetirildiyi görünür. Soyuq müharibə dönəmində MT‐LB maşınları SSRİ‐dən kənarda lisenziya ilə Bolqarıstan və Polşada istehsal edilib. Yığım zamanı lazımlı təcrübəni qazanan bu ölkələrin mütəxəssisləri hələ 1980‐ci illərdə MT‐LB maşınının konstruksiyasında bəzi dəyişikliklər etməklə özlərinə məxsus yeni maşınlar yaratmağa nail oldular. Almaniyanın birləşmə‐ sindən sonra Almaniya Demokratik


MAY–İYUN 2016

Respublikasının bütün hərbi texnikasını təhvil alan Bundesver onun bir hissəsini qonşularına ucuz qiymətə satdı. Belə tale MT‐LB‐ lərdən də yan keçmədi və təxminən 450 ədəd MT‐LB maşını İsveçə satıldı. Sovet texnikalarını öyrənən skandinaviyalı mütəxəssislər bu maşınların üzərində dəyişikliklər edərək bir qismini RBS‐56 tank əleyhinə idarə olunan raketlərlə (TӘİR) silahlandıraraq tank əleyhinə özüyeriyən kompleksə çevirdilər. Modernləşdirmədən sonra MT‐LB‐ nin İsveç modifikasiyası Pbv‐401 (Pansarbandvagn) adını aldı. Postsovet nümunələri Rusiyada SSRİ Silahlı Qüv ‐ vələrindən miras qalmış çox sayda MT‐LB maşınlarının əsaslı təmiri və müasirləşdirilməsi, bu maşınların yeni ixrac versiyalarının hazırlanması istiqamətində “Muromteplovoz” ASC tərəfindən 1995‐ci ildən baş‐ layaraq müxtəlif layihələr həyata keçirilməkdədir. Müəssisə tərəfindən MT‐LB‐də aparılmış müasir ləş ‐ dirmələr nəticəsində maşınlar yeni qüllə və ya pulemyot‐top qurğuları ilə təchiz edilib. Maşınların resursu 80% bərpa olunub. Müəssisədə qısa müddətə MT‐LBM 6MA və MT‐ LBM 6MB maşınının 2 əsas modifikasiyası yaradılmışdı. Bun‐ lardan ən sadə variant olan MT‐ LBVMK maşını 12,7‐millimetr “Kord” pulemyotu ilə silah lan ‐ dırılmış yeni qüllə və 240 at gücündə YAMZ‐238VM mühərrikə sahib olub. Maşının digər mexanizmlərində isə dəyişikliklər olmayıb. MT‐LBM 6MA variantında 14,5 mm KPVT və 7,62 mm PKT pulemyotu ilə cütləşdirilmiş BTR‐ 80 transportyorlarındakı qüllə, MT‐ LBM 6MB variantı isə PKT pulemyotu ilə bir yerdə 30 mm 2A72 topu ilə silahlandırılmış qüllə ilə təchiz edilib. Bu silah dəsti maşına yüngül zirehli texnikalarla və tanklarla effektiv mübarizə apar‐ mağa imkan verir. “Murom ‐ teplovoz”un MT‐LBM 6M1A3 müasirləşdirilmiş maşını motoatıcı bölmələrin döyüş meydanına nəqli, kəşfiyyat, kiçik ölçülü hədəflər,

40 ‐41

Ukraynada modernizə edilmiş MT‐LBMŞ

tanklar və rəqibin canlı qüvvəsi ilə mübarizə üçün nəzərdə tutulur. Faktiki olaraq özüyeriyən TӘİRK olan bu versiyanın silahlanmasında “Kornet” TӘİRK‐in 4 buraxıcı qurğusu yer alır. Həm 6MA və 6MB modifikasiyalarında silahlar əl ilə istiqamətləndirilir. Bu versiyada 310 at gücündə YAMZ‐238BL mühərriki və yeni transmissiya qurulub. “Toros” adı verilmiş MT‐LB bazalı atəş dəstəyi maşınında buldozer avadanlığı, MB‐2 qülləsi (AQS‐17, PKT, və 30 mm 2A42 top), dizel‐generator, maşının termal görüntüləməsini azaldan əlavə istilik izolyasiyası tətbiq edilib. Maşın 6.5 tona qədər yükün nəqli, habelə desantın daşınması üçün nəzərdə tutulur. 310 at gücündə YAMZ‐ 238BL‐1 mühərriki ilə təchiz edilmiş maşının maksimal sürəti 60 km/saat, suda 4‐6 km‐ə çatıb. Ehtiyat yanacaqla 500 km gediş məsafəsinə malik maşının topunun atış məsafəsi 4000 metrə qədər, atış bucağı isə ‐5, +70 dərəcə təşkil edir. Qüllədə gündüz nişangahından başqa gecə vaxtı hədəfləri müşahidə etməyə və atəş altında saxlamağa imkan verən gecə nişangahı qurulub. Müəssisənin MT‐LB‐lərin əsasında mühəndis bölmələri üçün hazırladığı UDZM universal yol‐torpaqqazan maşını qoşunların hərəkəti üçün yolları, səngərlərin, sığınacaqların qazılması və digər mühəndis işlərini həyata keçirmək üçün təqdim olunur. Maşının ön hissəsində buldozer, üst qismində isə ekskavator çalovu və

qaldırıcı mexanizm yerləşdirilib. Helikopterlərin yedəyində daşına bilən bu maşınların silahlanmasında 1 ədəd 12.7 mm çaplı “Kord2” pulemyotu yer alır. “Muromteplovoz”un MT‐LB 6MB3 variantı isə 23 mm çaplı QŞ‐ 23‐2 aviasiya topu, 12.7 mm çaplı “Kord” zenit pulemyotu və 30 mm çaplı AQS‐20 alıb. Yüklərin da ‐ şınması və ənənəvi təyinatı üçün nəzərdə turulan MT‐LBM1 maşın‐ larında isə mühərrik yenilənib. Maşın 310 at gücünə malik YAMZ‐238BL‐ 1 mühərriki, mexaniki transmissiya və dönmə prosesini asanlaşdıran hidravlik mexanizmlərlə təchiz edilib. Müəssisənin MT‐LB M1B2 modifikasiyası motoatıcı bölmələrin döyüş yerinə nəqli, effektiv atəş dəstəyi, yüngül zirehli texnikalarla və aşağı hündürlükdən uçan hava hədəfləriylə mübarizə üçün işlənib hazırlanıb. Maşın günün müxtəlif vaxtlarında atəşin və müşahidənin həyata keçirilməsinə imkan verən TKN‐4QA nişangahı ilə komplekt‐ ləşdirilib. Maşının silahlanmasında yer alan distans idarəetməli döyüş modulunda 30 mm çaplı 2A42 topu (300 mərmi ehtiyatı), 7.62 mm çaplı PKTM pulemyotu (2000 patron), 30 mm çaplı AQS‐17 avtomatik qumbaraatanı (200 qumbara ehtiyatı) və 902B tüstü qumbaraları yer alır. Yerli medianın (Rusiya KİV‐ lərinin – red.) “Muromteplovoz” rəsmilərinə istinadən yazdığına görə, müəssisədə MT‐LB‐lərin müasir‐ ləşdirilməsinə və bu maşınların


AZERI DEFENCE

“Texnoimpeks” şirkəti tərəfindən modernizə edilmiş MT‐LBT‐23‐2

bazasında müxtəlif texnikaların yaradılmasına baxmayaraq, Rusiya Müdafiə Nazirliyi onları silah ‐ lanmaya qəbul etməyərək hələ də köhnə modelləri mühərrik böl ‐ məsində cüzi dəyişikliklər apararaq istifadə edir. Ona görə də modernizə layihələri əsasən digər ölkələr üçün ixraca təklif olunur. Ukraynanın Xarkov Traktor Zavodunun layihəsi əsasında mo‐ dernizə edildikdən sonra MT‐LBR7 piyada döyüş maşınının adı ilə meydana çıxan MT‐LB nümunəsində aparılmış işlər nəticəsində maşının mühərriki və heyət bölməsi ye ‐ nilənib. Heyət və güc bölmələri kevlar plitələr hesabına daha güclü zirehə sahib olub. Maşının silah‐ lanmasına daxil edilmiş BM‐3 “Şturm” döyüş modulunda 30 mm çaplı ZTM‐1 avtomatik topu, 7.62 mm çaplı KT‐7.62 pulemyotu, iki ədəd 9M114M “Konkurs‐M” ida‐ rəolunan tank əleyhinə raket buraxıcı qurğusu, 30 mm çaplı avtomatik qumbaraatan və tüstü qumbaraları yer alır. A.A.Morozov adına Xarkov Maşınqayırma və Konstruktor Bürosu tərəfindən hazırlanmış sovet MT‐LB maşınının bazasında aparılmış dərin modernləşdirmə nəticəsində meydana çıxan MT‐LBR6 "Manqust‐2" zirehli maşınınının ilk zavod testi 2002‐ci ilin sonlarında başlanıb. MT‐LB‐də aparılmış müasirləşdirmənin gedişatında korpusun müdafiəsi gücləndirilib (Kevlar lövhələrlə), hərəkət edən hissə zirehdələn mərmilərə qarşı

lövhələrlə örtülüb. Maşında yeni dizel mühərrik (YAMZ‐238N1) və bir yerli qüllə qurulub. “Manqust‐ 2” maşınının qülləsində 7.62 mm çaplı KT‐7.62 pulemyotu ilə birləşdirilmiş 30 mm ZTM‐1 topu yer alır. Topun döyüş komplekti 150 mərmi, pulemyotunku isə 2000 patrondur. Bundan başqa, qüllə üzərində 81 mm çaplı 902B “Tuça” tüstü qumbaraları yerləşdirilib. Maşının daxilində avtomatik yanğın‐ söndürmə sistemi qurulub. Maşın 35° bucaq altında hündürlüyə qalxmağı, 1.1 metr hündürlükdə maneəni, 2.8 metr enində xəndəyi dəf etməyi bacarır. Ukraynada MT‐LB əsasında son illərdə hazırlanmış və döyüş maşını kimi populyarlıq qazanmış MT‐ LBMŞ öz unikal imkanları ilə fərqlənir. KBA‐105 “Şkval” döyüş modulu ilə təchiz olunmuş maşın piyada bölmələrə atəş dəstəyi maşını kimi Donetskdə aparılan döyüş əməliyyatlarında geniş istifadə olunub. Müasirləşdirmə zamanı maşın daha güclü – 360 at gücündə 8 silindrli dizel mühərrikə sahib olub. Distans idarə olunan “Şkval” qülləsində 2000 patron ehtiyatına malik 7.62 mm çaplı PKT pulemyotu, 500 mərmi ehtiyatına malik 30 mm çaplı ZTM‐1 topu, 87 qumbara ehtiyatına malik 30 mm çaplı avtomatik qumbaraatan yer alır. Qüllənin üstündə bununla bərabər 81 mm çaplı tüstü qumbaraları qurulub ki, bu da döyüş zamanı maşının üzərində tüstü pərdəsi yaratmaq üçündür. Bundan başqa,

qüllədə iki ədəd “Baryer” TӘİRK yerləşdirilib. Tank əleyhinə raketlərin qülləyə yerləşdirilməsi damın üzərindəki lyukdan həyata keçirilir. 12.5 ton döyüş çəkisinə malik müasirləşdirilmiş maşın özünün tam desant potensialını saxlayır. Su hövzələrində 6‐7 km/saat sürətlə hərəkət edir. Heyəti üç nəfərdən – sürücü, komandir və tuşlayıcıdan ibarət olan MT‐LBMŞ tam təchizatlı 7 desant götürür. Ukrayna 2007‐ci ildə Myanmaya 10, 2009‐cu ildə isə 16 ədəd MT‐LBMŞ satışını gerçək‐ ləşdirib. Adıçəkilən zavodun MT‐LB bazasında hazırladığı və 2013‐cü ildə Ukrayna Ordusunun silahlan‐ masına qəbul edilmiş “Polojeniye‐2” kəşfiyyat maşını avtomatlaşdırılmış akustik səsölçmə kompleksi ilə təchiz olunub. Zavod eyni zamanda MT‐ LBS indeksi ilə zirehli hərbi sanitar maşının nümunələrini də hazırlayıb. Ukraynanın “Texnoimpeks” Elmi İstehsalat müəssisəsi tərəfindən modernizə edilmiş və 2015‐ci ildə eksperimental nümunəsi sərgilənən MT‐LBT‐23‐2 variantı əlavə zirehə sahib olub. Silahlanmasına ZU‐23‐2 avtomat topunun daxil edildiyi ma‐ şın piyada bölmələrə atəş dəstəyinin təmin edilməsi üçün nəzərdə tutulur. Belarusda MT‐LB maşınlarının modernləşdirilməsi ilə bağlı “Minotor Service” şirkəti tərəfindən bir neçə layihə reallaşdırılıb. Hətta bir il əvvəl adıçəkilən şirkət Misir Ordusunun silahlanmasında yer alan MT‐LB‐ lərin modernləşdirilməsinə dair ten‐ derin qalibi seçilib. Sözügedən proq‐ ram çərçivəsində Misir Ordusun‐ dakı MT‐LB‐lərin hamısının 3T mo‐ delinə çevrilməsi planlaşdırılır. “Minotor Service” şirkətinin MT‐ LB bazasında hazırladığı maşın‐ lardan biri “Mul”dur (“Qatır”). Şirkət mütəxəssislərinin sözlərinə görə, “Mul”un hazırlanması zamanı lokal münaqişələrdə quru qüvvələrinin MT‐LB‐lərdən istifadə təcrübəsi və adıçəkilən maşınların qoyulan tələb‐ ləri nə dərəcədə qarşılayıb‐qarşıla‐ madığı detallı öyrənilib. “Mul” sadə‐ cə nəqliyyat vasitəsi olaraq qoşun‐ ların ön mövqelərinə döyüş sursat‐ larının, yanacaq‐sürtkü materialla‐ rının və başqa maddi‐texniki vasi‐ tələrin çatdırılması üçün nəzərdə tutulub. Maşının örtülü daxili


MAY–İYUN 2016

bölməsinin həcmi 8 kubmetr (yük platforması 6,5 kubmetr), yük ‐ qaldırma qabiliyyəti 4 tondur (“Ural” maşınları qədər). Yüksək keçicilik və üzmə qabiliyyətinə malik “Mul”un silahlanmasında bir ədəd 7.62 mm PKT pulemyotu yer alır. 220KVT gücə malik mühərriklə avtomobil şose yolda 60 km/saat, suda 4‐6 km/saat sürət yığmağı bacarır. “Minotor‐Service” şirkəti tərə‐ findən MT‐LB‐lərin dərin modern‐ ləşdirilməsi nəticəsində meydana çıxmış TQM 3T adlı maşınlarda yeni dizel mühərrik, avtomatik ötürmələr qutusu, dönmə zamanı yaranan problemi aradan qaldırmaq üçün hidravlik mexanizm tətbiq edilib. Maşında sürücü və tam təchizatlı 5 desant yerləşir. Modernləşdirmədə dam örtüyünün çıxarılması, ölçülərin kiçildilməsi nəticəsində maşının çəkisi 4 tona endirilib. 3T maşın‐ larında sifarişçinin istəyinə uyğun olaraq su reaktivlərinin və avar vintlərinin qurulması imkanları mövcuddur. Şose yolda 80 km/saat, qurunt yolda 40 km/saat sürət yığmağı bacaran maşının birbaşa gediş ehtiyatı 450 km təşkil edir. Beynəlxalq sərgilərdə təqdimatlar zamanı müəssisə nümayəndələri qeyd ediblər ki, TQM 3T‐lərin konstruksiyası onlara müxtəlif növ silahların qurulmasına imkan yaradır. Müəssisənin kataloqlarında 3T maşınlarının 30 mm AQ‐17 qumbaraatanı, 12,7 mm NSVT pu‐ lemyotu, daşınan zenit‐raket kom‐ pleksləri, habelə müxtəlif növ tank əleyhinə idarə olunan raket kom‐ pleksləri ilə silahlandırılmış rəsmləri yer alıb. Son illərdə Qazaxıstan hərbi sənayesinin də MT‐LB‐lərin mo‐ dernləşdirilməsi üzərində işlədiyinə dair informasiyalar mövcuddur. Son KADEX sərgilərində iki fərqli MT‐

LB modernizasiyasını sərgiləyən Qazaxıstanın “Semey Engineering” şirkəti daha iki layihənin üzərində işlərin davam etdiyini açıqlayıb. Qazaxıstanın təqdim etdiyi la ‐ yihələrdən birincisi İsrailin “Soltam” şirkəti ilə MT‐LB bazasında hazırlanan “Aybat” özüyeriyən minaatan hazırda Qazaxıstan Ordusu ilə yanaşı, ixraca da təklif olunmaqdadır. Digər layihə çər‐ çivəsində MT‐LB personal daşıyıcıya çevrilib. Bu tırtıllı maşın həm yay, həm də qış aylarında çətin keçilən ərazilərdə heyətin daşınması üçün, eyni zamanda mülki məqsədlərlə istifadə oluna bilir. Bolqarıstan və Polşa Soyuq müharibə dönəmində MT‐LB istehsalçılarından olan Bolqarıstan hərbi sənayesi 1980‐ci illərdən etibarən bu maşınların şassi üzərində yeni texnikaların yara‐ dılması ilə məşğul olub. Bolqarıstan hərbi sənayesi son 30 ildə MT‐LB bazasında MT‐LB AT‐İ mina əkənlər, MT‐LBMRXR audiokimyəvi kəşfiy‐ yat, MT‐LBSE zirehli tibb, MT‐ LBTMX 82 mm çaplı M37M minaatanları ilə silahlandırılmış özüyeriyən minaatan, BMP‐23 və BMP‐30 piyada döyüş maşını, BRM “Sova” mühəndis döyüş maşını,

42 ‐43

Polşanın “Opal I” MT‐LB bazasında hazırladığı “TRI‐D Durian” © HSW

KŞM‐R‐81 “Delfin” komanda qərar‐ gah maşını, P‐80 artilleriya kəşfiyyat maşınının nümunələrini hazırlayıb. MT‐LB bazasında 12 fərqli hərbi maşın modifikasiyası hazırlayan Polşada isə bu maşınların TRI adlı mühəndis döyüş maşını, “WEM Lotos” zirehli tibb maşını, “WPT Mors” texniki yardım maşını, ZWD‐ 1 “Irys” avtomatlaşdırılmış komanda məntəqəsi, WDSz artilleriya divizi‐ onunun komanda qərargah maşını, MT‐LB‐23M “Krak” 23 mm zenit topuyla silahlandırılmış özüyeriyən zenit qurğusu, “Opal‐I” və “Opal‐ II”, BWO‐40 piyada döyüş maşın‐ larının nümunələri mövcuddur. Bolqarıstanda 1980‐ci illərdə MT‐ LB bazasında “Terem” müəssisəsin‐ də yaradılmış BMP‐23 piyada döyüş maşını funksiyalarına sahib olmuş‐ dur. Seriyalı istehsal dövründə za‐ vodda bir neçə modifikasiyada 115 BMP‐23 istehsal edilib. Bunlardan 114 maşın Bolqarıstan Ordusunun silahlanmasında qalmaqdadır. BMP‐ 1‐dən əhəmiyyətli dərəcədə fərqlə‐ nən və BMP‐2‐yə daha çox bənzəyən BMP‐23‐ün tökmə poladdan olan zirehi iriçaplı pulemyotların atəşinə dözməyi bacarır. Döyüş maşınının


AZERI DEFENCE qülləsi 23 mm çaplı top və 2, yaxud 4 ədəd 9M111 “Faqot” TӘİRK (yaxud 9M113 “Konkurs”) ilə silahlandırılıb. BMP‐23‐ün 30 mm çaplı topla silahlandırılmış BMP‐30 indeksli nümunəsi də mövcuddur və həmin maşınlar hazırda İraq Ordusunun silahlanmasında qalır. MT‐LB bazasında Polşada yaradılmış “Opal‐I/Opal‐II” üzən yüngül çoxməqsədli zirehli yedək maşınının müxtəlif modifikasiyaları hazırda Polşa Silahlı Qüvvələrinin istifadəsindədir. “Huta Stalowa Wola” zavodunda MT‐LB‐nin dərin müasirləşdirilməsi nəticəsində mey‐ dana çıxan maşının korpusunda bəzi dəyişikliklər edilib. Suda hərəkət üçün maşının dinamik xüsusiyyətləri yaxşılaşdırılıb. Maşının güc bölməsi dəyişdirilib və 245 at gücündə SW0680 dizel mühərriki qurulub. Maşının silahlanmasında 12,7 mm çaplı NSVT və 7,62 mm çaplı PKT pulemyotu qurulmuş yeni qüllə yer alır. “Opal‐II” variantında isə hərəkət edən hissənin uzadılması hesabına maşının korpusunun uzunluğu artırılıb. Bu maşınlar isə 300 at gücündə SW‐680T dizel mühərriki ilə təchiz olunub. “Opal”ın bazasında hazırda piyada döyüş maşınlarının təxliyyəsi üçün “WPT Mors” yüngül təmir maşını, “TRI Hors” mühəndis kəşfiyyat maşını, minalı ərazilərdən partlatma üsulu ilə keçid açan reaktiv sistemlə təchiz edilmiş “TRI‐D

Durian”, “Opal II” əsasında mina əkən “ISM Kroton”, “WEM Lotos” zirehli tibb, “ZWD‐10R Łowcza‐3” Hava Hücumundan Müdafiə vasi‐ tələrinin atəş idarə etmə, 23 mm çaplı zenit topu və iki ədəd “Strela‐ 2M” ZRK ilə silah lan dırıl mış LSPZRA Sopel özüyeriyən zenit qur‐ ğusu, 23 mm çaplı M4216 avtomat top və dörd ədəd “Grom” ZRK ilə silahlandırılmış LSPZRA Stalagmit özüyeriyən zenit qurğusu maşınları mövcuddur. MT‐LB‐nin Polşa variantlarının əksəriyyəti hidravlik ötürücülərlə və üzmə pərləri ilə təchiz olunub. Azərbaycan nümunələri Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində açıq qaynaqlara görə 300‐dən artıq MT‐LB maşını mövcuddur. Son 10 ildə bu maşın‐ ların üzərində müəyyən təkmilləş‐ dirmələr aparılmaqla onların bir qismi zavod təyinatına uyğun istifadəyə verilib. Eyni zamanda MT‐LB bazasında ZU‐23‐2 zenit toplarının tətbiqi, son illərdə isə mövcud maşınların tək milləş ‐ dirilərək onların sanitar‐tibbi maşına çevrilməsi ilə bağlı layihələr həyata keçirilib. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən 2014‐cü ilin sentyabr ayında Bakıda keçirilmiş ADEX‐2014 sərgisində MT‐LB bazasında hazırlanmış atəş maşınının

Azərbaycan mühəndisləri tərəfindən modernizə edilərək təyinatı dəyişdirilmiş MT‐LB atəş maşını ADEX‐2014 sərgisində ©AD

eksperimental nümunəsi nümayiş etdirilib. MT‐LBAM adı verilmiş yeni maşında ikimüstəvili, elek‐ tromexaniki distans idarəetməli döyüş modulu qurulub. Maşının silah kompleksinə 57 mm çaplı kumulyativ‐qəlpəli, idarə olunmayan raketlərdən atəş açan 15 lüləli reaktiv atəş qurğusu, 7.62 mm çaplı PKT pulemyotu, 30×29 mm çaplı AQ‐17 tipli avtomatik qumbaraatan və 81 mm‐lik tüstü qumbaraatanları daxil edilib. Maşının döyüş dəstinə 75 ədəd 57 mm çaplı raket, PKT pulemyotu üçün 2000 ədəd patron, AQ‐17 üçün 300 ədəd qumbara daxildir. Yerli müəssisədə hazır‐ lanmış reaktiv atəş sistemi 57 mm çaplı raketlərlə 6 km məsafədə hədəfləri məhv etməyə imkan verir. Döyüş modulunda yer alan tele‐ viziya nişangahı gündüz 1000, gecə isə 600 metrədək məsafədə görmə imkanına sahibdir. Maşının mas‐ kalanma‐yayındırma sistemində infraqırmızı şüaları udan qum ‐ baralar, infraqırmızı şüalar yaradan qumbaralar, işıqlandırıcı, tüstü və termotüstü qumbara növlərindən istifadə olunur. Döyüş modulu maşının arxa hissəsində yerləşir. MSN mütəxəssislərinin sözlərinə görə, ehtiyac olarsa qülləni orta bölməyə də yerləşdirmək mümkün‐ dür. Modernləşdirmə nəticəsində maşının daxili idarəetmə sistemləri də yenilənib. AD


MAY–İYUN 2016

44 ‐45

ÀÑÅËÑÀÍ ÒÖÐÊÈÉßÍÈÍ “ÄßÌÈÐ ÃÖÁÁß”ÑÈÍÈ ÉÀÐÀÄÛÐ ASELSAN şirkəti Türkiyə Silahlı Qüvvələri ilə “Qorqud” zenit‐topu kompleksinin çatdırılmasına dair 460 milyon avro dəyərində müqavilə imzalayıb. Müqavilə çərçivəsində alınacaq “Qorqud” kompleksləri sərhəd rayonlarda Suriyadan atılan reaktiv raketlərin və mərmilərin hədəfə dəymədən zərərsizləşdirilməsi üçün istifadə olunacaq. Bununla da Türkiyənin sərhəd rayonlarında ASELSAN tərəfin‐ dən “dəmir qübbə” bənzəri qalxan yaradılaraq yaşayış məntəqələrinin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunması planlaşdırılır. Mediada yer alan məlumatlara görə, “Qorqud” sistemi bu layihədə yenə ASELSAN istehsalı olan “Sərhəd” adlı minaatan yeri təsbit radarıyla da inteqrasiya olunmuş şəkildə çalışacaq ki, bu da kompleksə həm raketlər, top mərmiləri, həm də minaatan mərmilərinə qarşı mübarizə aparmaq imkanı verəcəkdir. Məlumatlara görə, “dəmir qüb ‐ bə”nin ilk olaraq Suriya tərəfindən atəşə daha intensiv şəkildə məruz qalan Kilis rayonunda qurulması nəzərdə tutulur. Artıq komplekslərin qeyd olunan əraziyə yerləşdirilməsi prosesi son mərhələyə qədəm qoyub. Sistem işə düşəndən sonra Suriyadan atılan 122 mm‐lik “Qrad” raketləri havada olduğu zaman 4 km uzaqlıqdan zərərsizləşdiriləcək. Türkiyə Silahlı Qüvvələrinin aşağı hündürlükdə havadan müdafiə ehtiyac‐ larını qarşılamaq üçün ASELSAN tərəfindən hazırlanmasına 2010‐cu ildə başlanılmış “Qorqud” özüyeriyən zenit top kompleksi 3 ədəd Silah Sistemi

Maşını (SSM) və 1 ədəd Komanda‐ Nəzarət Maşınından (KNM) ibarət bölmələr şəklində xidmət edəcək. Kompleks tərkibində hədəfləri avtomatik şəkildə izləyən ASELSAN istehsalı olan 3 ölçülü Ku dalğa tezliyində çalışan atəş idarəetmə radarı və İFF antenasına sahibdir. Üç “Qorqud” maşınına nəzarət edən ZMA‐30 şassisi üzərində yerləş‐ dirilmiş “Qorqud” Komanda‐Nəzarət Maşını isə aktiv fazalı antenalara sahib 3 ölçülü X dalğa tezliyində çalışan mobil axtarış radarı ilə təchiz olunub. Ku dalğa diapazonunda çalışan radarın maksi‐ mum mənzili 30 km, X dalğa diapazo‐ nunda çalışan Mobil Axtarış Radarının isə hədəfləri aşkarlama məsafəsi isə 70 km‐dən çoxdur. Hərəkət halında atış qabiliyyətinə sahib stabilləşdirilmiş qülləsi 35 mm KDC‐02 tipli iki lüləli top (1100 atəş/dəqiqə) ilə silahlandırılıb. Qüllə avtomatik sursat ötürmə və seçmə qabiliyyətinə malikdir. Zenit‐top sistemi qəlpələnən sursatların tətbiqi hesabına müxtəlif növ hava hücumundan müdafiə tapşırıqlarını icra etməyi bacarır.

2015‐ci ilin dekabr ayında həyata keçirilən atışlı testlərdə “hava‐yer” raketlərinə qarşı tətbiq edilmiş “Qorqud” sistemi sınaqlarda özünün geniş imkanlarını nümayiş etdirərək “raket ovçusu” adını qazanıb. Testlərdə istifadə edilən hədəf təyyarələr “Qorqud” sistemlərinin qoruduğu bölgəyə “hava‐ yer” raketlərinə bənzər uçuş trayek‐ toriyası ilə hərəkət etməklə, yüksək sürətlə hücuma keçib. Sistem radarları tərəfindən aşkarlanan hədəf təyyarə avtomatik rejimdə izlənməyə götürülüb və bəlli məsafədə sərrast atəşlərlə vurulub. “Qorqud” zenit topunun istifadə edildiyi proqramlaşdırılan 35 mm çaplı qəlpələnən sursatlar (airburst) “hava‐ yer” raketlərinə, pilotsuz uçuş aparatlarına və digər hava hədəflərinə qarşı aktiv və effektiv tətbiq oluna bilir. ASELSAN tərəfindən hazırlanmış 35 mm‐lik qəlpələnən döyüş sursatı “ağıllı sursatlar” sinfinə daxildir. Bu airburst sursat əvvəlcədən proqramlaşdırıla və bəlli məsafədə, məsələn, hədəfin önündə partladıla bilir ki, bu da ona daha güclü təsir effekti qazandırır.


AZERI DEFENCE

Türkiyənin hərbi elektronika sistemləri sektorunda lider istehsalçı olan ASELSAN tərsanələrin döyüş və idarəetmə sistemləri sahəsində əsas sistem inteqratoru və həll ortağı olaraq bu günədək həm Türkiyədə, həm də xaricdə çox sayda dəniz platformalarına sistemlərin inteqrasiyasını həyata keçirib və bu istiqamətdə işlər yeni layihələr üzrə davam etməkdədir. Dəniz sistemlərinin istehsalında son 10 ildə önəmli layihələrdə iştirak edən ASELSAN Orta Asiya, Cənub‐Şərqi Asiya, Yaxın Şərq və Adriatik ölkələrində güvənilən bir şirkət olaraq tanınır. İstifadəçinin istəklərinə uyğun şəkildə dizayn edilən dəniz həlləri dəniz əməliyyat sahəsində fəaliyyəti, rolu və qarşıya qoyulan vəzifələrə cavab verir. Hazırda ASELSAN tərəfindən hərbi dəniz platformalarına radioelektron mübarizə, radiolokasiya, inteqrə edilmiş rabitə sistemləri, elektrooptik cihazlar, naviqasiya sistemləri, gəmi toplarının atış kontrol sistemləri, sualtı akustik mübarizə, akustik və sonar sistemləri, torpedalara qarşı mübarizə avadanlıqları, axtarış və təsbit, sensor və silah idarəetmə sistemləri, hərəkət və platfor‐ ma idarəetmə sistemləri daxil olmaqla geniş çeşiddə məhsul‐ lar təklif olunur. İnteqrə edilmiş sistemlər və onun elementləri hər cür hava və iqlim şəraitində avtomatik olaraq təkbaşına və ya tam inteqrasiya olunmuş şəkildə çalışır. Hər bir sistem və subsistem həm müstəqil, həm də əməliyyat ehtiyac‐ larına uyğun olaraq daha geniş sensor və silah idarəetmə komplekslərinin içində yer ala bilir. ASELSAN istifadəçinin dəniz tətbiqlərinə və ehti ‐

yaclarına ən uyğun cihazları öz portfelindən və ya bazarda mövcud olanlardan təmin edərək ən münasib həlli təqdim edir. Bu seçimdə texniki uyğunluq, istifadəyə hazır olması, maliyyə səmərəliliyi, təhvil verilmə şərtləri və böyük sistemlərin istismar dövründə dəstəklənməsi kimi bir çox kriteriyalar dəyərləndirilir. Nəticə etibarı ilə ASELSAN sistem mühəndisliyi, plat‐ forma inteqrasiyası və müasir texnolo‐

giyalarda qazandığı təcrübə ilə günü‐ müzün sürətlə dəyişən dəniz əməliyyat şəraitinin doğurduğu ehtiyacları dizayn edilmiş ən müasir texnologiyalara sahib həllərlə qarşılayır. Bu sahədə hər keçən il təcrübəsini daha da artıran ASELSAN beynəlxalq bazardakı tərəfdaşları ilə çalışmalara hazırdır. ASELSAN‐ın ARES radioelektron mübarizə sistemi dənizaltılar və gözətçi təyyarələr daxil olmaqla, bütün dəniz platformalarında istifadə üçün nəzərdə tutulur və yüksək performansı ilə seçilir. Hazırda ARES radioelektron mübarizə sistemləri müxtəlif ölçülü dəniz plat‐ formalarında uğurla istifadə edil‐ məkdədir. 2‐18GHz tezlikdə çalışan ARES‐2N radioelektron mübarizə sistemi hazırda Türkiyədə inşa olunan MİLGEM layihəli korvetlərin silahlanmasında yer alır. Bu sistem təhdidlərin təsbiti, analizi,


MAY–İYUN 2016

sinifləndirilməsi, izlənməsi, istiqamətinin müəyyənləşdirilməsi, yerinin təyini, səsli xəbərdarlıq, elektromaqnit yayım qeydləri kimi qabiliyyətlərə sahibdir. ARES‐2N radar siqnallarını geniş diapazonda təsbit edərək, ilk pulsdan istiqamətini müəy‐ yənləşdirir. Tətbiq edildiyi müasir texnologiyalar sistemə qarışıq, zəif radar siqnallarının ayırd edilməsi və analizini yüksək sürətlə həyata keçirməyə, onların yerini müəyyənləşdirməyə imkan yaradır. Diapazon seçimi sayəsində geniş dalğa diapazonuna sahib sistemlərin məruz qaldığı hissiyyatsızlıq yaşanmadan, CW, ya da pulse doppler siqnalların olduğu şəraitdə belə çalışa bilir. Elektrooptik sistemlər sahəsində dünyanın tanınmış markalarından olan ASELSAN dəniz platformalarının eh‐ tiyaclarını qarşılayacaq fərqli xüsu ‐ siyyətlərdə elektrooptik dayrektorlar, lazer xəbərdarlıq və aşkarlama sistemləri, infraqırmızı axtarış‐izləmə sistemlərə malikdir. Bu sistemlər yeni gəmi inşası layihələrində yer almaqla bərabər, həm də köhnə gəmilərin modernləşdiril‐ məsində istifadə olunur. Yeni nəsil “Piri” infraqırmızı axtarış‐ izləmə sistemi 360 dərəcə dairəvi müşahidəni təmin etməklə, xüsusilə də aşağı hündürlükdə idarə olunan mərmilərin təsbit edilməsində önəmli üstünlüklərə malikdir.

ASELSAN‐ın dəniz plat‐ for maları üçün hazırladığı stabilləşdirilmiş silah sistemləri son illər dünyada seçiminə görə ilk yerdə dayanır. Bu sistemlər Türkiyə də daxil olmaqla dünyanın müxtəlif ölkələrində 100‐dən artıq platformaya inteqrasiya edilib. Bütün bu sistemlərlə yanaşı, ASELSAN tərəfindən yaradılmış 35 mm çaplı “Qorqud” zenit‐top sisteminin dəniz platformalarına uyğunlaşdırılması prosesinin yaxın dövrdə tamamlanması planlaşdırılır. Bu sistem dəniz plat‐ formalarının hava hücumundan müdafiə qabiliyyətini yüksəltmiş olacaq. ASELSAN‐ın inteqrə rabitə sistemi həlləri peyk rabitəsi daxil olmaqla dəniz platformalarının daxili və xarici rabitə ehtiyaclarını tam qarşılamaqdadır. Şirkət peyk terminalları sahəsində sahib olduğu imkanları dəniz platformalarının peyk sistemlərinə uyğunlaşdırıb. Eləcə də dənizaltılar daxil olmaqla fərqli plat‐ formalar üçün peyk terminalları yaradılıb. İnteqrə rabitə sistemləri gəminin daxili və xarici strukturları ilə rabitəni yaradan yüksək sürətli, təhlükəsiz və dəstəklənə bilən rabitə infrastrukturuna malikdir. Bu sistemdə informasiyalar naqilli rabitə, fiberoptik, radio terminallar, mikrodalğa bağlantı və ya peyk vasitəsi ilə toplanır və paylaşdırılır. ASELSAN akustik texnologiyalar sahəsində 2000‐ci illərdən etibarən başladığı fəaliyyətlərin davamı olaraq bu gün suüstü və dənizaltı gəmilər üçün exolot, liman sualtı izləmə sistemi, torpedolara qarşı sistemlər kimi ən müasir texnologiyalara əsaslanan

46 ‐47

məhsullar istehsalını reallaşdırıb. “Zoka” akustik torpeda aldadıcıları dənizaltıların fərqli ölçülü su toplarından və ya gəminin xarici qurğularından atıla bilən ən müasir texnologiyalara və imkanlara sahib aldadıcı‐qarışdırıcılardandır. Suüstü gəmilərin torpedalara qarşı mübarizəsi üçün hazırlanmış “Xızır” torpeda təhdidini çox uzaq məsafədən aşkarlayaraq gəmiyə torpedadan xilas olmaq üçün manevrlər daxil olmaqla gərəkli reaksiyaları göstərəcək həyati zaman qazandırır. ASELSAN tərəfindən yaradılmış və istehsal olunan radiolokasiya sistemləri günümüzün modern texnoloji imkan‐ larına sahib yüksək performanslı və dəniz əməliyyatlarında suüstü və hava hədəflərinin aşkarlanması, onların izlənilməsində xüsusi imkanlara malik‐ dir. Üç ölçülü axtarış radarı (3BAR), “Alpər” və sahil nəzarət radarı (“Sərdar”) hazırda inventardakı gəmilərdə və bazalarda istifadə olunur. Yaxın dövrdə ASELSAN‐ın kiçik tonnajlı gəmi və katerlər üçün hazırladığı MAR‐D radarı ilə atış‐kontrol radarı (AKR) yeni inşa ediləcək və modernizə olunacaq platformalarda yerlərini alacaqdır. ASELSAN hərbi elektronika sahəsin‐ də qazandığı təcrübəni dünyada korvet sinifli gəmilərin ən müasiri olan MİLGEM‐ də tətbiq edir. MİLGEM layihəsində ASELSAN‐nın üzərinə mühüm vəzifələr düşür. Hazırda MİLGEM korvetlərində ASELSAN‐ın 76 mm‐lik top atış kontrol sistemi, inersial naviqasiya sistemi, elektrooptik dayrektor, LPİ radar, peyk rabitəsini də özündə birləşdirən inteqrə rabitə sistemi, döyüş modulları, lazer aşkarlama sistemi, inteqrə meteroloji sistem, torpedalara qarşı sistemlər, exolot daxil olmaqla çox sayda məhsulları istifadə olunur.


AZERI DEFENCE ROKETSAN‐dan üç imza Parisdə keçirilən EUROSA ‐ TORY‐2016 sərgisi çərçivəsində Türkiyənin ROKETSAN şirkəti ilə “Airbus Helicopters” şirkəti ara‐ sında ROKETSAN şirkətinin isteh‐ salı olan 2.75” lazer yönləndirməli “Cirit” raketinin H135M və H145M yüngül zərbə helikop terlərinə inteqrasiyasına dair müqavilə imzalanıb. ROKETSAN Müşahidə Şurasının sədri Emin Alpman bildirib ki, çoxfunksiyalı helikopter‐ lərin yüksək texno lo giya lara əsaslanan silah sistemləri ilə təchiz edilməsi sayəsində müş tərilərə fərqli əməliyyatları icra edə bilən həll təqdim olunacaq. Bu proqram hazırda davam edən əməkdaşlığı daha irəli götürərək dost və müttəfiq ölkələrə yeni imkanlar verəcək.

Sərgi çərçivəsində ROKETSAN və “Junghans Defence” şirkətləri partladıcı başlıqların birgə yara‐ dılması və dünya bazarına çıxarıl‐ masına dair memorandum imza‐ layıblar. ROKETSAN‐ın təcrübəsi və infrastruktrundan, “Junghans”ın təc rübəsindən istifadə edilərək modern texnologiya əsasında hazır‐ lanacaq partladıcı başlıqlar Fransa, Almaniya və beynəlxalq bazardakı istehsalçılara təklif olunacaq. Qeyd edək ki, bundan bir qədər əvvəl – iyun ayının 3‐də ROKET‐ SAN şirkəti Almaniyanın MBDA Germany şirkəti ilə 70 mm çaplı lazer başlıqlı “Cirit” raketinin “Tiger UHT” helikopterlərinə inteqrasiyası sahə sində əməkdaşlığın inkişaf etdirilməsinə dair saziş imzaladığını elan edib.

ASELPOD ixrac olundu ASELSAN şir‐ kəti adı açıq lan ‐ mayan xarici ölkə ordusuna ASELPOD elektrooptik hədəf‐ ləmə sisteminin satışını gerçəkləşdirib. ASELSAN şirkətinin İctimaiyyəti Məlumat‐ landırma Platformasına təqdim etdiyi xəbərə görə, dəyəri 24 964 000 ABŞ dolları təşkil edən müqavilə çərçivəsində tədarük ediləcək ASELPOD alıcı ölkənin hava platformalarında qurulacaq. Təyyarələrin gövdəsinin altına taxılan ASELPOD‐un ağırlığı 220 kiloqram, uzunluğu 240 santimetrdir. ASELPOD çəkdiyi görüntüləri pilotun və ya operatorun önündəki ekrana göndərir. Podun ön hissəsində yüksək keyfiyyətli üçüncü nəsil FLİR kamera, 3‐5 mikron dalğada çalışan detektorlar yer alır. ASELPOD ehtiyac duuyulduqda lazer işıqlandırmasını da həyata keçirir. Sistem eyni zamanda 4 hədəfi təqib etməyi bacarır. Lazer məsafəölçən ilə NATO RRF kodlarını istifadə edərək hədəflər işarələnə bilir. Bu da öz növbəsində lazerlə yönəldilən sursatlarla hədəfləri yüksək dəqiqliklə vurmağa imkan yaradır. Sistemin ilk testləri ABŞ‐da keçirilib.

“Black Hawk”lara ASELSAN avionikası

BELARUS “POLONEZ” RYAS‐IN SINAĞINI KEÇİRİB Belarus “Polonez” uzun mənzilli reaktiv yaylım atəş sisteminin qoşun sınağını keçirib. Belarus Hərbi Sənaye Komitəsinin yaydığı məlumata görə, döyüş atışları pilotsuz uçuş aparatlarının tətbiqi ilə həyata keçirilib. Atış uzaqlığı 200 km təşkil edən “Polonez” Belarus Ordusunun silahlanmasındakı SSRİ‐dən qalma köhnəlmiş reaktiv yaylım atəş sistemlərini əvəz edəcək. “Polonez”in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Maksimal məsafədə koordinatdan sapma 30 metrdən çox deyil. Belarus Dövlət Hərbi‐Sənaye Komitəsinin sədri general‐leytenant Serqey Qurulev bildirib ki, “Polonez”in yaradılmasına 2 il əvvəl başlanıb. Silahlanmaya qəbul edildikdən sonra da bu sistemin təkmilləşdirilməsi üzərində işlər davam etdiriləcək. “Polonez”in atış mənzilinin 300 kilometrə çatdırılması nəzərdə tutulur.

Yaxın 20 ildə “Sikorsky” şirkətinin xaricə ixrac edəcəyi S‐70i “Black Hawk” helikopterləri Türkiyənin ASELSAN şirkəti tərəfindən istehsal edilən avionika və idarəetmə sistemi ilə komplektləşdiriləcək. Qeyd edək ki, bu yaxın‐ larda Çoxməqsədli Helikopter Proqramı üzrə Türkiyədə 109 ədəd S‐70i “Black Hawk” helikopterlərinin istehsalına dair müqavilə imzalanıb. “Sikorsky” şirkətinin verdiyi lisenziya ilə gələcəkdə bu sayın 300‐ə çatdırılması nəzərdə tutulur. Layihə çərçivəsində helikopterdə tətbiq edilən uçuş naviqasiyası, rabitə, radioelektron mübarizə, uçuş idarəetmə sistemlərinin ASEL‐ SAN tərəfindən istehsalı planlaşdırılır. Helikop‐ terə milli olaraq yaradılan “ASELSAN Tapşırıq İdarəetmə Sistemi (IMAS)” inteqrasiya olunacaq. Dünyanın ən məşhur helikopter istehsal‐ çılarından olan “Sikorsky” şirkətinin S70i “Black Hawk” helikopterindəki rəqəmsal kabinə və əsas avionik sistemlərini ASELSAN‐a əmanət etməsi şirkətin beynəlxalq arenada qəbul edilən bir avionik təchizat istehsalçısı olduğunu göstərir.




Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.