20 minute read
PULS Avi̇asi̇ya bombaları üçün dəqi̇q tuşlama dəstləri̇
AVİASİYA BOMBALARI ÜÇÜN DƏQİQ TUŞLAMA DƏSTLƏRİ
Əhəd Əzizov
Advertisement
Müxtəlif mənzilli və təyinatlı müasir hipersəsli və qanadlı raketlər hərbi aviasiya vasitələrinin əsas perspektiv silahı hesab olunur. Lakin özünün idarəetmə sistemlərinə görə heç də raketlərdən geri qalmayan və artıq uzun müddətdir “ağıllandırılmış” idarə (korrektə) olunan müxtəlif təyinatlı bombalar aviasiyanın arsenalında nəinki qalmaqdadır, hətta daima təkmilləşdirilir. Korrektə olunan aviasiya bombalarının (KAB) tətbiqi hava zərbələrinin effektivliyini əhəmiyyətli dərəcədə artıraraq təsadüfi itkilərin sayını minimuma endirir. Eləcə də dəqiq tuşlama dəstlərinin tətbiqi sayəsində bomba “süzmə” funksiyası əldə edir ki, bu da idarəetməni asanlaşdıran faktorlardan əsasıdır.
Yüksək dəqiqlikli idarə olunan avia siya bombalarının yaradılması, köhnə bombaların idarə edilməyən bomba və ya “küt bomba” olaraq retroaktiv ad dəyiş dirilməsinə səbəb olmuşdur. Müəyyən çapa sahib olan aviasiya bombası, idarə olunmayan bombaya nisbətən idarəetmə mexa nizmlərinin yerləşdirilməsi səbəbin dən daha az partlayıcı maddə daşıyır. Süzən bomba, eyni zamanda kor rektə olunan aviasiya bombası, müvafiq olaraq müəyyən əlavə avadanlıq və qurğuların quraşdırılması hesabına süz mə və idarəolunma xüsusiyyəti əldə etmiş bombadır. Süzmə xüsusiyyəti, daşıyıcı təy yarənin düşmənin hava hücu mundan mü dafiə vasitələrinin yaratdığı təhlükəli zonaya daxil olmadan bombanı atma im kanı əldə etməsinə və atıldıqdan sonra bombanın fəaliyyət radiusunun artırıl masına xidmət edir.
Korrektə olunan aviasiya bom
bası özündə idarəetmə və tuşlama sistemi ilə təchiz edilmiş aviasiya bom basını tərənnüm edən idarə olunan aviasiya məhvetmə vasitələrindən biridir. Bəzi korrektə olunan aviasiya bombaları uçuş mənzilini artırmaq və uçuşun idarə olunmasını yaxşılaşdırmaq üçün kiçik reaktiv mühərriklərlə təchiz edilirlər. KAB tuşlama sisteminə görə bir neçə növə bölünür:
inersial (ətalət) tuşlamalı – avia siya bombası daşıyıcıdan ayrıldıqdan sonra üzərinə tətbiq edilən təcilə görə öz yerini hesablamaq üçün həssas ölçü cihazlarından istifadə edir. Bu gün idarə olunan aviasiya bombaları, müasir qa nadlı raketlərdə olduğu kimi son dərəcə yüksək dəqiqlik əldə etmək üçün INS, GPS və radiolokasiya ərazi xəritələməsinin birləşməsindən istifadə edə bilir, dairəvi sapma ehtimalı bir neçə on metrdir; radiokomanda tuşlamalı – bom baya şifrələnmiş idarəetmə komandaları radiokanal vasitəsilə ötürülür, bu zaman daşıyıcı hədəfin və bombanın radio lokasiya müşayiətini yerinə yetirir. Bombanın trayektoriyadan sapmalarının korrektə olunması müvafiq idarəetmə komandalarının verilməsi ilə həyata keçirilir. Belə aviasiya bombasının dairəvi sapma ehtimalı on metrə qədər təşkil edir; televizion tuşlamalı – bomba ötürücü televiziya kamerası ilə təchiz edilir və pilot təyyarənin kabinəsindəki teleekranda hədəfi görərək bombanı idarə edir. Televizion aviasiya bombasının dairəvi sapma ehtimalı on metrə qədər təşkil edir; infraqırmızı özütuşlamalı –bomba infraqırmızı özütuşlama başlığı ilə təchiz edilir. Bu zaman başlıq hədəfin yaydığı infraqırmızı diapazonlu dalğaların tutulması prinsipi ilə işləyir. İnfraqırmızı özütuşlamalı aviasiya bombasının dairəvi sapma ehtimalı bir neçə on metr təşkil edir; lazer tuşlamalı – bombanın idarə olunması hədəfi xüsusi təyyarədən və ya yerdən lazer şüası ilə işıqlandırmaqla yerinə yetirilir. Bomba hədəfdən əks olunmuş şüaya tuşlanır. Bir qayda olaraq, lazer tuşlamalı bombaların mühərrikləri yoxdur və süzmə xüsusiyyətlərini yax şılaşdırmaq üçün yalnız sükanlarla təchiz olunub. Bombanın dairəvi sapma ehtimalı on metrdən azdır;
Azərbaycan və Türkiyənin birgə istehsalı olan QFAB250 LG aviasiya bombası
yüksəldilmiş dəqiqlikli GPS qə buledicili tuşlamalı– bomba, navi qasiya sistemlərinin peykləri tərəfindən yayım lanan radiosiqnallarının gəlməsinin vaxt gecikməsinə dair məlumatlara əsas lanaraq, qəbuledici antenanın mövcud yerləşməsinin coğrafi koordinatlarını təyin etmək üçün radioqəbuledici qurğu ilə təchiz edilir. Bombanın dairəvi sapma ehtimalı on metrə qədərdir. süzmə elementli tuşlamalı –sərbəst düşən aviasiya bombasının süz məsi üçün üzərinə çıxarıla bilən qısqaclar və boltlardan istifadə edərək bir neçə süzmə elementi əlavə edilməklə idarə etmə əldə edilir. İdarə olunan aviasiya bombalarının həm say nomenklaturasına, həm də istehsal həcmlərinə görə dünyada ABŞ, İsrail və Rusiya aparıcı yerləri tutur. Bun lar la yanaşı, son dövrlərdə bir çox ölkələrdə, o cümlədən Türkiyə, İran və Azər baycan Respublikasının müdafiə sə na yesi müəssisələri tərəfindən də “ağıllı” aviasiya bombalarının yaradılması isti qamətində intensiv işlər yerinə yetirilir. ABŞ-ın “ağıllı”, yəni idarə olunan aviasiya bombaları sırasına çoxsaylı
məmulatlar daxildir. Bunlardan bir neçəsinə nəzər yetirək: GBU39SDB kiçikdiametrli bom ba – ABŞ-ın “Boeing” şirkəti yüksək dəqiqlikli, kiçikkütləli aviasiya bom basının yaradılması istiqamətində layihə lən dirmə işləri yerinə yetirərək ha zır layıb. Bombanın quruluşunda havada açılan qanadların tətbiq edilməsi, onun fəaliyyət məsafəsinin əhəmiyyətli dərə cədə artırılmasına təsir etmişdir. Bombanın idarəetmə sistemi partlayışı həm zərbə (kontakt) təsiri ilə, həm havada, həm də zərbədən sonra ləngi məklə yerinə yetirməyə imkan verir. Bomba daşıyıcı-təyyarədən atıldıqdan sonra xüsusi mexanizm vasitəsilə qanadlar açılır, arxa hissədə yerləşən sükanlar düzəlir və bomba verilmiş hə dəfə çıxır. Bomba süzən bombadır, hədəfə süzərək yaxınlaşır və hədəfə hücum zamanı şığıdıqda qanadlar yığılır. Bombanınkütləsi 130 kq, partlayıcı maddənin kütləsi 93 kq, uzunluğu 1800 mm, diametri 190 mm, fəaliyyət məsafəsi 110 km, dəldiyi betonun qalınlığı 900 mm, dairəvi sapma ehtimalı isə 5-8 metrdir. GBU53/B “StormBreaker” – ABŞ Hərbi Hava Qüvvələrinin 2019-cu ildə qəbul edilmiş “Golden Horde” (“Qızıl Orda”) proqramı çərçivəsində “Raytheon” şirkəti tərəfindən yaradılmış və “Small Diameter Bomb II” adlandırılan “ağıllı” aviasiya bombasıdır. Sensorlar və ağıllı alqoritmlərin birləşməsi “StormBreaker” bombasına hədəfləri təhlil etməyə və təsnifləndirməyə, eyni zamanda ən yüksək prioritetli olanları seçməyə kömək edir. Bomba hətta pis hava şəraitində, tüstüdə və ya tam qaranlıqda hərəkətdə olan hədəfləri verilmiş GPS koordinatlar və ya lazer işıqlandırılması sayəsində məhv etmək imkanına malikdir. Bombanın kütləsi 113 kq-dır. Bom ba daşıyıcı-təyyarə ilə əlaqə sax lamaq imkanına sahib olmaqla trayek toriyada uçuş müddətində bir hədəfdən digərinə yönəldilə bilir. Bombanın döyüş hissəsi özündə fuqas, qəlpəli və zirehdəlmə effektlərini birləşdirir. Bu da tankların, binaların və insanların məhv edilməsini təmin edir.
JSOW(Joint StandOff Weapon)
standartlaşdırılmış, yüksək dəqiqlikli, ortamənzilli idarəolunan silah olmaqla, xüsusən müdafiə olunan hədəfləri stan dart hava hücumundan müdafiə siste minin əhatə dairəsindən kənarda məhv etmək üçün yaradılan və bununla da daşıyıcı-təyyarənin yaşam qabiliyyətini artıran, GPS-İNS naviqasiya sistemi və termal infraqırmızı özütuşlama başlığı istifadə edən, “hava-yer” tipli idarə olunan süzən aviasiya bombasıdır. Müxtəlif yer üstü hədəf lərə qarşı istifadə edilə bilir və düşmən HHM sistemlərinin əhatə dairə sindən kənarda fəaliyyət göstərir.
JDAM (Joint Direct Attack
Munition)– GPS texnologiyalarına əsas lanan avadanlıq dəsti olmaqla sərbəst düşən “küt” aviasiya bombasını (ing. “dumb bombs”) istənilən hava şəraitində tətbiq edilə bilən korrektə olunan “ağıllı” bombaya çevirmək üçün istifadə olunur. ABŞ-ın “Boeing” şirkəti tərəfindən işlənib hazırlanıb. JDAM özündə bombanın mərkəz hissəsində bərkidilən qanadları və pərli quyruq blokunu cəmləşdirir. İnteqrə edilmiş INS və yüksəkdəqiqlikli GPS qəbul edicili naviqasiya avadanlıqlı kom pü ter də quyruq blokunda yerləşir. JDAM ilə təchiz edilərək təkmilləşdirilən bom baların çapı 227 kq-la (GBU-38) 907 kq (GBU-31) arasında dəyişir. Dəst bombaya atılma nöqtəsindən 28 km fəaliyyət məsafəsini təmin edir. Səsdən iti sürət lərlə böyük hündürlüklərdən atıldıqda fəaliyyət məsafəsi artır. Dairəvi sapma ehtimalı 11 metr təşkil edir. JDAM iş prinsipi, yerin səthinə yaxın olan əlverişsiz şərtlərin (məsələn, toz fırtınası səbəbindən atmosferin qeyrişəffaflığı) maneə ola biləcəyi lazer tuşlamalı və infraqırmızı tuşlamalı bom baların iş prinsipindən fərqlidir. Son zamanlar JDAM dəsti ilə dəstləşdirilmiş aviasiya bombaları, əlavə olaraq uc his səyə quraşdırılmış lazer tuşlama baş lıqları ilə təchiz edilir ki, bunun da sayə sində köhnə döyüş sursatları, aktiv şəkil də manevr edənlər də daxil olmaqla bütün hədəfləri yüksək dəqiqliklə məhv edə bilən müasir kombinələşmiş bir silaha çevrilir.
GBU39 SDB
“Diamond Back”
Mövcud texnologiyalar sayəsində adi aviasiya bombasını idarə olunan və ya süzən bombaya çevrilmək kifayət qədər sadədir. Bunun üçün standart sərbəst düşmə aviasiya bombası götürülür və süzmə üçün çıxarıla bilən qısqaclar və boltlardan istifadə edərək ona bir neçə süzmə elementi əlavə edilir. İdarəetmə səthləri uc hissəyə “burun sükanı” üslubunda və ya daha ənənəvi olaraq quyruq hissəyə quraşdırılır. Sükanların quyruq hissədə yerləşdirilməsi prinsipi əsasən böyük aviasiya bombalarında tətbiq edilir. Bu zaman uc hissədə yer ləşən sensorlar blokundan bombanın gövdəsinin səthi boyu quyruq hissədə yerləşən sükan səthlərinə gedən məlu matları ötürmə kanallarının mühafizə olun ması tələb olunur. Bombanın üzərinə süzmə dəstinin quraşdırılması istiqamətində ilk işlər ABŞ-ın “Texas Instruments Inc” şirkəti tərəfindən yerinə yetirilmiş və "Paveway” (qoşun indeksi GBU-1) lazer tuşlamalı idarə olunan aviasiya bombası təkmil ləşdirilmişdir. Sonrakı işlərin yerinə yetirilməsi “Texas Instruments” şirkətindən götü rülərək “Raytheon” və “Lockheed Martin” (qismən) həvalə edildikdən sonra nominal kütləsi 907 kq olan Mark 84 (Mk84) və nominal kütləsi 227 kq olan Mark 82 (Mk-82) bombalarının bazasında çoxsaylı növlər və modifikasiyalar istehsal edilmişdir. Avropada da sadə aviasiya bom balarının süzən bombaya çevrilməsi üçün bir çox konstruktor işləri yerinə yetiril mişdir. Bu işlər nəticəsində yara dılmış bombalar PGM (Precision-Guided Munition) olaraq işarələnmişdir. İlk nümu nələr sırasına İtaliyanın “GEC Marconi” şirkətinin PGM dəsti ilə təchiz edilmiş 227 kq-lıq və 907 kq-lıq aviasiya bombaları daxildir. Sonradan daha uzunmənzilli və da ha yüksəkdəqiqlikli sistemlər yaradıl mış dır. Bu zaman əlavə qaldırma qüvvəsi əldə etmək məqsədilə qanadlar təqribən göv dənin ağırlıq mərkəzinin üzərində yerləş dirilmişdir. Yekun nəticə isə, bom banın üzərində yığılan qanadların quraş dırıl ması olmuşdur. Daşıyıcı-təyya rədən atıl dıq dan və bomba təhlükəsiz məsafəyə aralandıqdan sonra qanadlar açılaraq uçuş konfiqurasiyasına keçir. Burada MBDA şirkətinin istehsalı olan və quraş dırıl mış tuşlama sistemli mövcud “Paveway” tipli aviasiya bombalarına qıs qaclar vasitəsilə bərkidilən “Diamond Back” (“Kürəkdə almaz”) dəstini xatır lamaq yerinə düşür. Qanadlar açıldıqdan sonra bomba tərsinə çevrilir və qanadlar üstdə olur. “Diamond Back” dəsti aviasiya bombasının fəaliyyət radiusunu 20 dəfə artırmağa imkan verən qaldırma qüv və sini təmin edir. MBDA şirkəti idarə olunan aviasiya bombalarının daha bir nümayəndəsini, “SmartGlider” nəslini yaratmışdır. Yeni nəsil sursatın 2025-ci ildə silahlanmaya daxil ediləcəyi planlaşdırılır. “SmartGlider” nəslinə yığılan qanadlı universal planerlər daxildir. Yeni bombanın uzunluğu 2000 mm, kütləsi 120 kq və fəaliyyət məsafəsi 100 km-dən artıq olacaq. Şirkətin digər məhsulu isə “SmartGlider Heavy” məmulatıdır. Bom banın kütləsi 1300 kq, döyüş hissəsinin kütləsi 1000 kq və fəaliyyət məsafəsi 100 km-dən artıq olacaq. Hələ qısqacla bərkidilən dəstlərin yaradılmasına qədər Cənubi Afrikanın “Denel” şirkətinin bir bölməsi olan “Kentron” firması “Raptor-I” sistemini işləyib hazırlamışdır. “Diamond Back” dəstindən fərqli olaraq, “Raptor-I” dəs tində açılan qanadlar aviasiya bombasının alt hissəsinə bərkidilirdi. Sonradan sistem təkmilləşdirilərək “Raptor-II” dəsti yara dılmışdır. Bu dəstdə qanadlar blokunun altında yerləşdirilmiş iki paralel reaktiv mühərrikin quraşdırılması nəzərdə tutul muşdu. Lakin texniki səbəblərdən layihə başa çatdırılmamışdır. “Raptor” seriyasına (“Raptor-I”, “Raptor-II”, “Raptor-IID”, “Raptor-III”) aid dəst lər üzərində yerinə yetirilən işlər dayandırıldıqdan sonra “Denel” şirkəti Birləşmiş Ərəb Əmirliyində yerli “Tawazun Holding” şirkəti ilə birgə yaratdığı “Tawazun Dynamics” firması tərəfindən “Umbani” aviasiya bombasının modul idarəetmə dəstini işləyib hazır layıb. Modul idarəetmə dəsti bombanın daha yaxşı fəaliyyət radiusunu təmin edir. Dəst nominal kütləsi 119 kq olan Mark 81 (Mk-81), 227 kq olan Mk-82 və 453 kq olan Mk-83 aviasiya bombalarına quraş dırılmaq üçün təyin edilib. Dəst ərəbcə “Əl Tariq” (“Dan ulduzu”) adlan dırılır. Bombanınfəaliyyət məsafəsi 100 km, “Extended Range” (ER) modulu ilə fəaliyyət məsafəsi 200 km, dairəvi sapma ehtimalı 3 metr, proqramlaşdırılan zərbə bucağı 0...90Otəşkil edir. Aviasiya bombasının təsir radi usunun artırılması məqsədilə İsrailin “Rafael Advanced Defense Systems Ltd ” şirkəti SPICE seriyasından olan SPICE1000 (453 kq), SPICE-2000 (907 kq),
SPICE-250 (119 kq), “Spice Smart” bombalarına füzelajın altında bərkidilən qanadlar dəsti hazırlayıb. Super ağıllı naviqasiyanı, idarə et məni, tuşlamanı, hədəfgöstərməni və özütuşlamanı təmin edən SPICE tuşlama dəstləri müasir döyüş təyyarələrinin qarşı laşdığı problemlərə ideal cavabdır. Ümumi təyinatlı döyüş başlıqlarını, eləcə də 453 və ya 907 kq çaplı nüfuzedici başlıqları 60-100 km məsafədə yüksək dəqiqlikli, uzunmənzilli zərbə silahlarına çevirmək eyni anda yüksək dəqiqlikli çoxsaylı zərbələri təmin edir. SPICE-250 təkmilləşdirilmiş məlu mat ötürücülü kanallı və 100 km-lik fəaliyyət məsafəsinə malik yeni nəsil yüksək dəqiqliklə idarə olunan döyüş sursatıdır. Quruda və dənizdə stasionar, yeri dəyişdirilən və hərəkət edən hədəfləri məhv etmək qabiliyyətinə malik olan SPICE-250, süni intelektə malik olmaqla, təyyarənin ümumi inter feysin dən və “Smart Quad Rack” (SQR) mü rəkkəb dayaq sistemindən istifadə edir. Dəstlərinfəaliyyət məsafəsi müvafiq olaraq SPICE-1000-in 60 km, SPICE-2000-in 125 km, SPICE-250-nin 100 km-dir. Dairəvi sapma ehtimalı bütün versiyalarda 3 metr təşkil edir. Hədəfi avtomatik aşkaretmədə 3 metr, hərəkətli hədəfi aşkaretmədə 1 metrdir. Türkiyənin TÜBİTAK-SAGE mərkəzi və ASELSAN şirkəti tərəfindən 227 kq, 453 kq və 907 kq çaplı aviasiya bombalarına HGK həssas tuşlama dəsti (Hassas Güdüm Kiti) hazırlanıb. Dəstlər müvafiq olaraq HGK-82, HGK-83 və HGK-84 kimi işarələnib. HGK82 (Hassas Güdüm Kiti – 82), mövcud 227 kq-lıq Mk-82 ümumi təyinatlı bombanı GPS / İNS idarəetmə sistemi ilə havadan yerə ağıllı və dəqiq zərbə qabiliyyətli döyüş sursatına çevirən BRU-57 xüsusi altlıqlı çoxatışlı tuşlama dəstidir. MIL-STD 1760 hərbi standartının tələblərinə cavab verir. HGK83 mövcud 453 kq-lıq Mk-83 ümumi təyinatlı bombanı GPS / İNS idarəetmə sistemi ilə havadan yerə ağıllı və dəqiq zərbə qabiliyyətli döyüş sursatına çevirən BRU-57 xüsusi altlıqlı çoxatışlı tuşlama dəstidir. MILSTD 1760 hərbi standartının tələblərinə cavab verir. Hər iki dəst BRU-57 xüsusi altlığı ilə çoxatışlıq imkanı; trayektoriyada uçuş zamanı yenidən hədəflənmə; maneələrə davamlılıq; istənilən hava şəraitində gecəgündüz işləmək bacarığı; tapşırığın icrasına daha az bomba, çeşidin və personalın cəlb edilməsi; maliyyə effektivliyi; inteqrasiya edilmiş GPS/İNS ilə dəqiq vurma qabiliyyəti; GPS/İNS ilə dairəvi sapma ehtimalı 10 metrdən, yalnız İNS ilə isə 25 metrdən az olması kimi bir çox xüsusiyyətlərə sahibdir. HGK84 mövcud 907 kq-lıq Mk-84 ümumi təyinatlı və nüfuzedici bombaları GPS / İNS idarəetmə sistemi ilə havadan yerə ağıllı və dəqiq zərbə qabiliyyətli döyüş sursatına çevirən BRU-57 xüsusi altlıqlı çoxatışlı tuşlama dəstidir. MIL-STD 1760 hərbi standartının tələblərinə cavab verir. Lazer axtarma başlığı (LAB) ilə tətbiq edilən HGK-84 həssas tuşlama dəsti LHGK84, mövcud 907 kq çaplı Mk-84 ümumi təyinatlı və nüfuzedici bombaları GPS / İNS və lazer tuşlama sistemi ilə havadan yerə atılan ağıllı bir silaha çevirən, həm sabit, həm də hərəkət edən hədəflərə qarşı istifadə edilə bilən tuşlama dəstidir. Hər iki dəst trayektoriyada uçuş zamanı yenidən hədəflənmə; maneələrə davamlılıq; istənilən hava şəraitində gecəgündüz işləmək bacarığı; tapşırığın icrasına daha az bomba, çeşidin və personalın cəlb edilməsi; aşağı logistik ehtiyac; aşağı kənar ziyan; maliyyə effektivliyi; orta hündürlükdən buraxıldıqda 22 km və yuxarı hündürlükdən buraxıldıqda 28 km fəaliyyət məsafəsi kimi xüsusiyyətlərə sahibdir. TÜBİTAK-SAGE və “Kale Grubu” şirkəti tərəfindən 227 kq Mk-82 və 453 kq Mk-83 ümumi təyinatlı aviasiya bombalarına KGK qanadlı tuşlama dəsti (Kanatlı Güdüm Kiti) hazırlanıb. Dəstlər müvafiq olaraq KGK82 və KGK-83 kimi işarələnib. Mk-82 və Mk83 kimi fərqli bombalar üçün bir növ dəst BRU-57 xüsusi altlıqlı çoxatışlı tuşlama dəstində istifadə olunur. İstənilən hava şəraitində gecə-gündüz işləmək bacarığı və inteqrasiya edilmiş İNS / GPS sayəsində yüksək dəqiqlik qabiliyyəti döyüş tapşırıq larını uğurla icra etməyə imkan verir. Beləliklə, mövcud aviasiya bombaları istənilən hava şəraitində 100 km-dən çox məsafədən atıldıqda belə dəqiq zərbə qabiliyyəti qazanıb. Bu, daşıyıcı-təyyarənin təhlükəli bölgələrə yaxınlaşmadan tap şırıqlarını təhlükəsiz şəkildə yerinə yetirməyə imkan verir. Dəstlər açılan qanad dəsti ilə uzun fəaliyyət məsafəsi əldə edib və MIL-STD 1760 hərbi standartının tələblərinə cavab verir. Seçilə bilən vuruş bucağının möv cudluğu, qəfil çıxan hədəflərə hücum və uçuş trayektoriyasını izləmə əlavə sursat sərfinin qarşısını alır. Qanadlı tuşlama dəsti ilə təchiz edilmiş bomba yüksək hündürlükdən (9 km) atıldıqda maksimum 110 km və aşağı hündürlükdən (3 km) atıldıqda 37 km fəaliyyət məsafəsi əldə edir. Hədəfi məhvetmə dəqiqliyi yüksəkdir və İNS/GPS ilə dairəvi sapma ehtimalı 10 metrdən azdır.
Mk82 / Mk83 qabarit və kütlə
xassələri: uzunluğu 2500/3200 mm, qanad açıqlığı 2600/2600 mm, çapı 275/355 mm, kütləsi 300/600 kq. Türkiyənin digər məşhur şirkəti, ROKETSAN tərəfindən Mk-81 və Mk-82 ümumi təyinatlı aviasiya bombalarının vurma dəqiqliyini artırmaq məqsədi ilə “Təbər” LGK lazer tuşlama dəsti (Lazer Güdüm Kiti) işlənib hazırlanıb. “Təbər”, sadə ümumi təyinatlı aviasiya bombasının inersial və GPS idarəetmə sistemi, həmçinin yarıaktiv lazer tuşlama başlıqları (LTB) tətbiq etməklə idarə olunan“ağıllı” sursat halına gətirilməsidir. Bombanın uc hissəsinə quraşdırıla bilən yarıaktiv LTB və silah sisteminə hərəkətli hədəflərə qarşı dəqiq zərbə qabiliyyəti verən “Təbər”, LTB hissəsinə yaxınlıq sensoru əlavə etmək seçiminə də malikdir.
“Təbər81”/”Təbər82” əsas xas
sə ləri: aviasiya bombasının uzunluğu 2100/2600 mm, kütləsi 155/270 kq. Fəa liy yət məsafəsi 2-28 km, tuşlama növü adi INS, INS+GPS, INS+GPS+LTB, INS+LTB, yaxınlaşma sensoru 2-15 metr təşkil edir. Bombanın dairəvi sapma ehtimalı <3
metr – INS ilə 10 metr, INS/GPS ilə 6 metr, INS/GPS/LTB ilə 3 metrdir. Manevr qa biliy yəti ± 3g, hərəkət edən hədəfin sürəti <40 km/s, atılma hündürlüyü 200012000 metr, nəqletmə hündürlüyü 0-12000 metr təşkil edir. Türkiyənin “ASELSAN A.Ş.” şirkəti 227 kq çaplı Mk-82 və 907 kq çaplı Mk-84 idarə olunmayan aviasiya bomba ları üçün LGK lazer tuşlama dəsti (Lazer Güdüm Kiti) işləyib hazırlayıb. Yeni dəst lər bombaları sərfəli və son dərəcə eti barlı “ağıllı” sursata çevirən bir ava dan lıq dır. Lazer tuşlama dəsti stasionar və hərəkətli hədəflərə qarşı daha yüksək vuruş dəqiqliyi, atəş məsafəsinin artması, kənar ziyan və atışdan sonra hədəfi dəyişdirmə imkanlarını təmin edir. Dəst, yarıaktiv lazer özütuşlama başlığı, tuş la ma bölməsi, istilik batareyası, qanad sükan sistemi və arxa quyruqdan iba rətdir. Sursat hədəfdən əks olunan lazer şüası ilə idarə olunur: lazer özütuşlama başlığı hədəfdən əks olunan lazer şüasını qəbul edir, sükanlar isə bombanı lazerlə işarələnmiş hədəfə yönəldir. Fəaliyyət məsafəsi 12 km, atılma hün dürlüyü 12000 metr, dairəvi sapma ehtimalı 10 metr, zərbə bucağı 15Otəşkil edir. Böyük Britaniyanın “Raytheon UK” şirkətinin “Raytheon Missiles & Defense” bölməsi “Paveway” tipli idarə olunan dəstin növbəti IV modelini, “Paveway IV” dəstini yaradıb. Hazırda möhkəm lən dirilmiş hədəflərin (müdafiə olunan anqarlar, stasionar idarəetmə məntə qələri, qərargahlar və s.) məhv edilməsi üçün təyin edilmiş təkmilləşdirilmiş 227 kq-lıq Mk-82 bombasına quraşdırılan dəstdə həm lazer özütuşlama başlığı, həm də GPS və INS sistemləri nəzərdə tutul muş dur ki, bu da pilotlara buludlar ara sın da, toz fırtına sın da və lazer tuş la manın mümkün olmadığı digər şərt lər də təh lükəsiz yüksəklikdən bomba atmağa imkan verir. Bundan başqa, dəstə qəlpə təsiri effektini artırmaqdan ötrü yerüstü part layış funksiyası əlavə edilib, həmçinin “Paveway IV” dəstinin dərinləşdirilmiş beton hədəfləri məhv etmək üçün 907 kqlıq nüfuzedici döyüş hissəli və asan ayrılan pərli bombaya quraşdırılacaq variantı da işlənib hazırlanıb. Bomba daşıyıcı-təyyarədən atıldıq dan sonra “Paveway IV” quyruq idarə etmə sükanları sayəsində süzərək düşür. Yüksək dəqiqlik hesabına bombanın döyüş hissəsi əvvəlki “Paveway” variant larına nisbətən daha kiçikdir. Daha yüngül “Paveway IV” bombası daha çox funk sional elastikliyə imkan verir və belə liklə təyyarə daha çox silah götürə və tək bir keçiddə bir neçə hədəfi bombalaya bilir. Əvvəlki modellərlə müqayisədə digər üstünlükləri sırasına az aero dina mik müqaviməti, böyük dəqiqliyi, GPS sisteminin susdurulmaya daha davamlı olması, texniki xidmət olunmaya ehtiyac olmaması, aşağı qiyməti və davranışda daha təhlükəsiz olması aiddir. “Paveway IV” dəstinin digər əsas xüsusiyyəti isə, tapşırıqların yerinə ye tirilməsi zamanı pilotun kabinasından quraşdırıla bilən partladıcının proqram laşdırılan hücum rejimləridir. Bu rejim lərə havada partlayış rejimi, zərbə (kon takt) təsiri rejimi və ləngidilmiş partlayış rejimi aiddir. Rusiya Federasiyası “Region” Dövlət elmi-tədqiqat müəssisəsi” Səhmdar Cəmiy yəti tərəfindən bir neçə növdə idarə olunan aviasiya bombası hazırlanıb. Bunların sırasına “Zaqon-1”, “KAB-250LQ-E”, KAB-500Kr, KAB-500-OD, KAB-1500Kr, KAB-500S-E, KAB–1500LQ-F-E, KAB1500LQ-OD-E və KAB–1500LQ-Pr-E avia siya bombaları daxildir. “Zagon-1” (indeksi S3E) sualtı qayıq əleyhinə idarə olunan aviasiya bom bası, sualtı qayıqları su səthində, periskop altında və 600 m-ə qədər dərinliklərdə sualtı mövqelərində məhv et mək üçün nəzərdə tutu lub. Bomba, Dünya Okea nının istənilən bölgəsində məhdudiyyət ol madan 6 bala qədər dəniz dalğaları ilə ən azı 150 metr dərinliklərdə sualtı hə də fə qarşı effektiv şəkildə istifadə edilə bilər. Bombanın şaquli vəziyyətdə suya dalma sürəti 16,2 metr/saniyə, maksimal süzmə bucağı 60O, hədəfitutma radiusu 120 metr, kütləsi 94 kq, partlayıcı mad dənin kütləsi 19 kq, uzunluğu 1300 mm, diametri 211 mm-dir. Lazer özütuşlama başlıqlı və yüksək qəlpəli-fuqas döyüş hissəli KAB-250LQ-E (indeksi K047E) sahib idarə olunan aviasiya bombası lazer hədəfgöstərmə sis tem ləri ilə təchiz edilmiş cəbhə aviasi yasından və eyni zamanda xarici hədəf işıqlandırmasından istifadə etməklə tək və yaylımla tətbiq edilir. Yüngül texni kaları, dəmiryolu qovşaqlarını, sursat anbarlarını və s. məhv etmək üçün təyin edilib. Tuşlama sistemi lazer özütuşlama başlığıdır, döyüş hissəsi qəlpəli-fuqasdır və partladıcı üç növ ləngidilməli kontakt lardır. Bombanın uzunluğu 3200 mm, diametri 255 mm, kütləsi 256 kq, atılma hündürlüyü 1000-10000 metr, dairəvi sapma ehtimalı 5 metrə qədərdir. KAB-500Kr betondələn (nüfuzedici fuqas) döyüş başlıqlı korrektə olunan aviasiya bombası stasionar yerüstü və suüstü kiçikölçülü möhkəm hədəflərin (dəmir-beton sığınacaqların, uçma-enmə zolaqlarının, dəmiryolu və şose körpü lərinin, hərbi-sənaye obyektlərinin, gəmi lərin və s.) məhv edilməsi üçün təyin edilib. Bombanın ümumi kütləsi 520 kq, uzunluğu 3050 mm, diametri 350 mm, atılma hündürlüyü 500-5000 metr, dairəvi sapma ehtimalı 4-7 metrdir. KAB-500-OD fuqas (həcmli-deto na siyalı) döyüş başlıqlı korrektə olunan aviasiya bombası dağlıq ərazinin qırışlarında gizlənmiş atəş nöqtələri kimi yerüstü hədəflərin və canlı qüvvənin məhv edilməsi üçün təyin edilib. Kütləsi 370
“KAB-500Kr”
kq, uzunluğu 3050 mm, diametri 350 mm, atılma hündürlüyü 500-5000 metr, dairəvi sapma ehtimalı 4-7 metrdir. KAB-1500Kr fuqas döyüş hissəli korrektə olunan aviasiya bombası sta sionar yerüstü və suüstü hədəflərin məhv edilməsi üçün təyin edilib. Bombanın kütləsi 1525 kq, uzunluğu 4630 mm, diametri 580 mm atılma hündürlüyü 1000-8000 metr, dairəvi sapma ehtimalı 4-7 metrdir. Hər üç bomba televizion-korrel siya özütuşlama başlıqları ilə təchiz edilib. Hədəf haqqında məlumatların işlənməsi üçün korrelyasiya alqoritminə sahib televizion özütuşlama başlıqları, hədəfin yerini yaddaşda saxlayır və hədəfə çatmadan əvvəl bombanın uçuşunu tənzimləyə bilir ki, bu da “atdın-unutdun” prinsipinin həyata keçirilməsini təmin edir. Bu cür özütuşlama başlığı, yerdəki oriyentirlərin və həmən oriyentirlərə nisbətən hədəf koordinatlarının istifadəsi ilə aşağı kontrastlı və maskalanmış hədəf ləri vura bilir. KAB-500S-E fuqas döyüş hissəli peyk tuşlamalı korrektə olunan aviasiya bombası “atdın-unutdun” prinsipi ilə işləyərək anbarlar, hərbi-sənaye obyekt ləri, dayanacaqdakı gəmilər kimi sta sionar yerüstü və suüstü hədəflərin sutkanın istənilən vaxtı və istənilən hava şəraitində məhv edilməsi üçün təyin edilib. Bomba əvvəlcədən məlum olan və ya daşıyıcı-təyyarənin bortunda atılmaya hazırlıq zamanı daxil edilən koordinatlar əsasında hədəflərin məhv edilməsini təmin edir. Uzunluğu 3000 mm, diametri 400 mm, kütləsi 560 kq, atılma hün dürlüyü 500-5000 metr, dairəvi sapma ehtimalı 7-12 metrdir. KAB–1500LQ-Pr-E korrektə olunan aviasiya bombaları lazerli giro-sabit ləşdirilmiş özütuşlama başlıqları ilə təchiz olunun və döyüş başlığının növündən asılı olaraq təyin olunublar. KAB–1500LQ-F-E fuqas döyüş hissəli, KAB–1500LQ-OD-E həcmli-detonasiyalı döyüş hissəli və KAB1500LQ-Pr-E nüfuz edici döyüş hissəli üç versiyası var. Kütləsi 1500 kq, uzunluğu 4242 mm, diametri 580 mm, atılma hündürlüyü 1000-10000 metr, dairəvi sapma ehtimalı 4-7 metrdir. İran İslam Respublikasının Müdafiə Sənayesi Təşkilatı tərəfindən “Sadid” qəlpəli döyüş hissəli (hazır öldürücü elementli) idarə olunan aviasiya bom basını yaradılıb. Bomba xüsusilə “Shahed129” tipli zərbə pilotsuz uçuş aparat larında istifadə olunmaq üçün nəzərdə tutulub, düşmənin həm hərəkətdə olan və dayanan, həm açıq meydançalarda, həm də anqarlarda yerləşən təyyarələrin, həmçinin zirehli texnikalarının və avto mobillərinin məhv edilməsi üçün təyin edilib. Bomba optik və ya lazer özü tuş lama başlığı ilə təchiz edilir. Trayek toriyanı korrektə etmək üçün dörd quy ruq aero dinamik sükandan istifadə olunur və daşıma xüsusiyyətlərini artır maq üçün bombanın gövdəsinə çarpaz şəkildə sabitlənmiş dörd sabit qanad bərkidilib. Bombanın kütləsi 34 kq, uzunluğu 1630 mm, diametri 152 mm, məhvetmə radiusu 30 metrdir. İranın digər məhsulu isə ABŞ-ın süzən GBU-15 idarə olunan aviasiya bombasının təkmilləşdirilmiş variantı olan GBU-78/A “Ghased” bombasıdır. Cəbhə aviasiyası təyyarələrindən tətbiq etmək üçün nəzərdə tutulub. Elektrooptik başlıq sayəsində bomba operatorun iştirakı olmadan avtomatik olaraq hədəfə yönəldilir və 900 metr radiusda üç metr lik vuruş dəqiqliyi əldə edilir. Kütləsi 1100 kq, uzunluğu 4070 mm, diametri 400 mm, məhvetmə radiusu 900 metr təşil edir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnsti tutu ilə Türkiyənin ASELSAN şirkətinin birgə hazırladığı layihə əsasında lazer tuşlamalı, 250 kq-lıq QFAB-250 LG qəlpəli-fuqas döyüş hissəli aviasiya bombası yaradılıb. Yeni QFAB-250 LG aviasiya bombası qırıcı-bombardmançı təy yarələrdən tətbiq edilməkdən ötrü nəzərdə tutulub, çox yüksək dəqiqliyə malikdir, NATO standartlarına cavab ver məklə düşmənin canlı qüvvəsini və digər hədəflərini məhv etmək üçün təyin edilib. Bombanın idarəetmə sisteminin iş prinsipi hədəfin güclü lazer işarələyici (hədəfgöstərici) vasitəsilə işıqlan dırıl masına əsaslanır. Bomba daşıyıcı-təyya rə dən atıldıqdan sonra ön hissəsindəki başlıq vasitəsilə hədəf tutulur və məhv edilir. Bombanını fəaliyyət məsafəsinin artırılması məqsədi ilə məmulatda əlavə olaraq bərk yanacaqlı reaktiv mühərrik də nəzərdə tutulub. Bombanınuzunluğu 3300 mm, diametri 240 mm, kütləsi 270 kq, atılma hündürlüyü 12000 metr, dairəvi sapma ehtimalı 10 metr, təsir radiusu 100 metrdir. Nəticə olaraq, yüksək dəqiqlikli aviasiya silahlarının müstəqil bir növü olaraq ortaya çıxan və döyüş əməliy yatlarının aparılmasında müəyyən yeri ola n müasir idarə olunan aviasiya bom ba larının müxtəlif döyüş qarşı durmalarında istifadəsinin nəticə lərinin təhlili göstərir ki, hazırda düş mənin cəbhə bölgəsindəki hədəflərinin hamısına zərbə endirməyə qadir olan universal “hava-yer” aviasiya silahı yox dur. Lazer, tele viziya və infraqırmızı tuşlama sistemi ilə, həmçinin İNS və GPS ilə idarə olunan aviasiya bombaları inkişaf etmiş ölkələrlə HHQ silahlanmasındadır və xüsusilə əhəmiy yətli hədəflərə, kiçik və davamlı hədəflərə seçici zərbələr endirmək üçün prioritet bir silah növü olaraq qalır. Lakin müasir layihələrin mahiy yətinin təhlili göstərir ki, idarə olunan aviasiya bombalarının iki istiqamətdə inkişafında sabit tendensiya mövcuddur. Bunlardan biri sadə və ucuz kütləvi istifadə nümunələrinin (JDAM layihəsi üzrə KAB), digəri isə – mühüm döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün mürəkkəb və bahalı nümunələrin (JSOW layihəsi üzrə) yaradılmasıdır. PQ
GBU78/A “Ghased”