AVİASİYA BOMBALARI ÜÇÜN DƏQİQ TUŞLAMA DƏSTLƏRİ
Azərbaycan və Türkiyənin birgə istehsalı olan QFAB250 LG aviasiya bombası
Əhəd Əzizov Müxtəlif mənzilli və təyinatlı müasir hipersəsli və qanadlı raketlər hərbi aviasiya vasitələrinin əsas perspektiv silahı hesab olunur. Lakin özünün idarəetmə sistemlərinə görə heç də raketlərdən geri qalmayan və artıq uzun müddətdir “ağıllandırılmış” idarə (korrektə) olunan müxtəlif təyinatlı bombalar aviasiyanın arsenalında nəinki qalmaqdadır, hətta daima təkmilləşdirilir. Korrektə olunan aviasiya bombalarının (KAB) tətbiqi hava zərbələrinin effektivliyini əhəmiyyətli dərəcədə artıraraq təsadüfi itkilərin sayını minimuma endirir. Eləcə də dəqiq tuşlama dəstlərinin tətbiqi sayəsində bomba “süzmə” funksiyası əldə edir ki, bu da idarəetməni asanlaşdıran faktorlardan əsasıdır. Yüksək dəqiqlikli idarə olunan aviasiya bombalarının yaradılması, köhnə bombaların idarə edilməyən bomba və ya “küt bomba” olaraq retroaktiv ad dəyişdirilməsinə səbəb olmuşdur. Müəyyən çapa sahib olan aviasiya bombası, idarə olunmayan bombaya nisbətən idarəetmə mexanizmlərinin yerləşdirilməsi səbəbindən daha az partlayıcı maddə daşıyır. Süzən bomba, eyni zamanda korrektə olunan aviasiya bombası, müvafiq olaraq müəyyən əlavə avadanlıq və qurğuların quraşdırılması hesabına süzmə və idarəolunma xüsusiyyəti əldə etmiş bombadır. Süzmə xüsusiyyəti, daşıyıcı təyyarənin düşmənin hava hücumundan müdafiə vasitələrinin yaratdığı təhlükəli zonaya daxil olmadan bombanı atma imkanı əldə etməsinə və atıldıqdan sonra bombanın fəaliyyət radiusunun artırılmasına xidmət edir. Korrektə olunan aviasiya bom bası özündə idarəetmə və tuşlama sistemi ilə təchiz edilmiş aviasiya bombasını tərənnüm edən idarə olunan aviasiya məhvetmə vasitələrindən biridir. Bəzi korrektə olunan aviasiya bombaları uçuş mənzilini artırmaq və uçuşun idarə olunmasını yaxşılaşdırmaq üçün kiçik reaktiv mühərriklərlə təchiz edilirlər. KAB tuşlama sisteminə görə bir neçə növə bölünür:
16 www.poliqon.az
inersial (ətalət) tuşlamalı – aviasiya bombası daşıyıcıdan ayrıldıqdan sonra üzərinə tətbiq edilən təcilə görə öz yerini hesablamaq üçün həssas ölçü cihazlarından istifadə edir. Bu gün idarə olunan aviasiya bombaları, müasir qanadlı raketlərdə olduğu kimi son dərəcə yüksək dəqiqlik əldə etmək üçün INS, GPS və radiolokasiya ərazi xəritələməsinin birləşməsindən istifadə edə bilir, dairəvi sapma ehtimalı bir neçə on metrdir; radiokomanda tuşlamalı – bombaya şifrələnmiş idarəetmə komandaları radiokanal vasitəsilə ötürülür, bu zaman daşıyıcı hədəfin və bombanın radiolokasiya müşayiətini yerinə yetirir. Bombanın trayektoriyadan sapmalarının korrektə olunması müvafiq idarəetmə komandalarının verilməsi ilə həyata keçirilir. Belə aviasiya bombasının dairəvi sapma ehtimalı on metrə qədər təşkil edir; televizion tuşlamalı – bomba ötürücü televiziya kamerası ilə təchiz edilir və pilot təyyarənin kabinəsindəki teleekranda hədəfi görərək bombanı idarə edir. Televizion aviasiya bombasının dairəvi sapma ehtimalı on metrə qədər təşkil edir; infraqırmızı özütuşlamalı – bomba infraqırmızı özütuşlama başlığı ilə təchiz edilir. Bu zaman başlıq hədəfin
yaydığı infraqırmızı diapazonlu dalğaların tutulması prinsipi ilə işləyir. İnfraqırmızı özütuşlamalı aviasiya bombasının dairəvi sapma ehtimalı bir neçə on metr təşkil edir; lazer tuşlamalı – bombanın idarə olunması hədəfi xüsusi təyyarədən və ya yerdən lazer şüası ilə işıqlandırmaqla yerinə yetirilir. Bomba hədəfdən əks olunmuş şüaya tuşlanır. Bir qayda olaraq, lazer tuşlamalı bombaların mühərrikləri yoxdur və süzmə xüsusiyyətlərini yaxşılaşdırmaq üçün yalnız sükanlarla təchiz olunub. Bombanın dairəvi sapma ehtimalı on metrdən azdır; yüksəldilmiş dəqiqlikli GPS qə buledicili tuşlamalı – bomba, naviqasiya sistemlərinin peykləri tərəfindən yayımlanan radiosiqnallarının gəlməsinin vaxt gecikməsinə dair məlumatlara əsaslanaraq, qəbuledici antenanın mövcud yerləşməsinin coğrafi koordinatlarını təyin etmək üçün radioqəbuledici qurğu ilə təchiz edilir. Bombanın dairəvi sapma ehtimalı on metrə qədərdir. süzmə elementli tuşlamalı – sərbəst düşən aviasiya bombasının süzməsi üçün üzərinə çıxarıla bilən qısqaclar və boltlardan istifadə edərək bir neçə süzmə elementi əlavə edilməklə idarəetmə əldə edilir. İdarə olunan aviasiya bombalarının həm say nomenklaturasına, həm də istehsal həcmlərinə görə dünyada ABŞ, İsrail və Rusiya aparıcı yerləri tutur. Bunlarla yanaşı, son dövrlərdə bir çox ölkələrdə, o cümlədən Türkiyə, İran və Azərbaycan Respublikasının müdafiə sənayesi müəssisələri tərəfindən də “ağıllı” aviasiya bombalarının yaradılması istiqamətində intensiv işlər yerinə yetirilir. ABŞ-ın “ağıllı”, yəni idarə olunan aviasiya bombaları sırasına çoxsaylı