Naxчыvan ZAMAN-AZƏRBAYCAN QƏZETİNİN XÜSUSİ ƏLAVƏSİDİR / 2012
Naxçıvanın rəhbərliyi çox böyük işlər görür... Prezident İlham Əliyev
m o b i l y a
YAKUTSAN İTHALAT İHRACAT LTD. ŞTI. RİZA YALÇIN CAD. NO-27 / IĞDIR / TÜRKİYƏ TEL : 00905324764353 00904762270077
3
Üç rəngli bayrağınla məsud yaşa! Dəyərli oxucular, jurnalımızın növbəti - üçüncü sayı ilə hüzurunuzdayıq. Xatırladaq ki, jurnalımızın birinci sayını turizmin, ötən sayımızı isə milli dəyərlərimizin təbliğinə həsr etmişdik. Məcmuəmizin bu sayı isə Naxçıvan Muxtar Respublikası ilə bağlı müxtəlif mövzulardan ibarət olacaq. Bildiyiniz kimi, gündən-günə güclənən və inkişaf edən Azərbaycan artıq beynəlxalq arenada yüksək imic qazanıb. Azərbaycanın bütün sahələrdə inkişaf və tərəqqi əldə etdiyi reallıqdır.
Dəyərli oxucularımız, bildiyiniz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev muxtar respublikaya səfərə gəlmişdi. Prezident, Naxçıvana səfəri zamanı çoxlu sayda ölkə və muxtar respublika əhəmiyyətli sosial obyektlərin açılışını gerçəkləşdirdi. Ölkə başçısı, Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərək, ölkəmizin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da geniş və uğurlu sosial-iqtisadi inkişafın aparıldığını bildirdi. Jurnalımızda öncəliklə bu barədə ətraflı olacaq. Əziz oxucular, məlum olduğu kimi, 28 May - Respublika Günü təkcə Azərbaycanın deyil, bütün müsəlman - türk aləminin əlamətdar günüdür. Məhz bu tarixdə - 94 il öncə Şərqdə ilk müstəqil dövlət olmuş Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Bununla bağlı jurnalımızda akademik İsmayıl Hacıyevin məqaləsi də dərc olunur. Məqalədən aydın olur ki, 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur. Qeyd etmək lazımdır ki, müstəqillik günü ərəfəsində Azərbaycanın beynəlxalq aləmdə qazandığı nailiyyətlər Naxçıvan
Muxtar Respublikasında da özünü yüksək şəkildə büruzə verir. Xüsusən də 1995-ci ildən başlayaraq muxtar respublika iqtisadiyyatının əsas sahələrinin inkişafı istiqamətində aparılan məqsədyönlü siyasət öz müsbət təsirini göstərməkdədir. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, son 16 ildə yaradılmış iqtisadi potensial və qazanılmış uğurlar muxtar respublikanın təşkil olunduğu 1924-cü ildən 1995-ci ilədək, yəni 75 illik zaman məsafəsində əldə olunanları xeyli üstələyir… Əldə olunan nailiyyətlərin hamısını yazmağa çalışsaq, buna nə vaxtımız, nə də yerimiz yetər. Ona görə də jurnalımızda yer alacaq digər mövzulardan bəhs etmək istəyirəm. Məcmuəmizdə görkəmli rəssam Bəhruz Kəngərlinin keçdiyi həyat yolu, onun yaratdığı əsərlərlə də tanış olacaqsınız. Jurnalda təhsilimizdə özünəməxsus yer tutmuş Naxçıvan Türk Liseyləri haqqında yazı da öz əksini tapıb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi ilə təhsil həyatına başlamış liseylər artıq 20 ildir ki, gənclərin yüksək elmi bilikdə və milli ruhda böyümələri üçün səylə çalışır. Mən bir jurnalist kimi bu yazımda liseylərin yarandığı dövrdən bu günə qədər bu təhsil ocaqlarından öz lazımi dəstəyini əsirgəməyən Ali Məclisin Sədrinə minnətdarlığımı bildirirəm. Əziz oxucular, yazımın sonunda qeyd edim ki, jurnalımızda iqtisadi, turizm, mədəniyyət, kənd təsərrüfatı və başqa bir çox mövzularda bir-birindən maraqlı yazılar və xəbərlər də oxuyacaqsınız. Bu səbəbdən üçüncü sayımızı da bəyənəcəyinizi ümid edərək yeni sayılarımızda görüşmək diləyi ilə hər birinizə xoş istirahət arzulayıram. Süleyman Okumuş s.okumus@zaman.az
4
Naxçıvanın rәhbәrliyi çox böyük işlәr görür… Naxçıvan, sözün əsl mənasında inkişaf edir. Naxçıvanda bütün sahələrdə çox uğurlu inkişaf prosesi gedir… Naxçıvan blokada şəraitində yaşayır. Ancaq naxçıvanlılar bu blokadanı hiss etmirlər. Çünki həm Naxçıvanın rəhbərliyi çox böyük işlər görür, həm də Azərbaycan dövləti hər zaman olduğu kimi, Naxçıvana böyük diqqət göstərir. Naxçıvanın, Respublika qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanları vardır. Prezident İlham Əliyev ay ayının 30-da Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub. Daha sonra prezidentin iştirakı ilə Zərifə xanım Əliyeva adına Naxçıvan şəhər poliklinikası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezidentə məlumat verib ki, ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da səhiyyə sistemi ən uğurlu inkişaf dövrünü yaşayır. Diqqətə çatdırıldı ki, poliklinikanın altımərtəbəli binasında yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün hər cür şərait yaradılıbdır. Prezident İlham Əliyev Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binasının açılışında da iştirak edib. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin rəisi general-leytenant Asəf Məmmədov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib. Məlumat verilib ki, üçmərtəbəli bina gömrük orqanlarının tanınma nişanında əksini tapan açar formasında inşa olunub. Dövlətimizin başçısına inzibati binanın birinci mərtəbəsində yaradılan avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi bölməsindəki şərait barədə də məlumat verilib. Bildirilib ki, avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi “bir pəncərə” prinsipi ilə həyata keçiriləcək. Prezident İlham Əliyev muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan sement zavodunun açılışında da iştirak edib. Məlumat verilib ki, müvafiq yataqlar aşkar olunduqdan və xammalın
M
tərkibi öyrənildikdən sonra Kəngərli rayonunda 150,6 hektar ərazidə yeni sement zavodu tikilib. Qeyd edilib ki, “Naxçıvan Sement” MMC-nin məhsulları muxtar respublikada inşaat sektorunun tələbatını tam ödəməklə yanaşı, xarici bazarlara da ixrac olunacaq. Qeyd olundu ki, 18 əsas istehsal sahəsindən ibarət olan müəssisədə ən müasir avadanlıq quraşdırılıb. Tam gücü ilə işlədiyi zaman müəssisədə üç növbədə 210 nəfər daimi işlə təmin olunacaqdır. Müəssisənin gündəlik sement istehsalı gücü 800 tondur. Müəssisədə istifadə edilən bütün xammal növləri və qatqılar, o cümlədən əhəng daşı, dəmirli gil, kvars, gips muxtar respublikanın Kəngərli, Şərur və Babək rayonlarındakı mədənlərdən əldə edilir. Zavodun məhsulları Avropa tələblərinə uyğun “CE” keyfiyyət nişanına layiq görülüb. Zavodun yüksək keyfiyyəti ilə seçilən məhsulları Bakıda, ölkəmizin rayonlarında və Gürcüstanda artıq satışa çıxarılıb. Prezident Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasının açılışında da iştirak edib. Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, generalmayor Şamo Abdullayev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib. Məlumat verilib ki, səkkizmərtəbəli binanın ümumi sahəsi 7592,2 kvadratmetrdir. Burada 103-ü xidməti, 56sı isə yardımçı olmaqla, 159 otaq vardır. Binada Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin idarəetmə zalı yaradılıb. Bu mərkəzin istifadəyə verilməsi fövqəladə halların qarşısının alınmasında daha səmərəli nəticələrin əldə olunmasına geniş imkanlar yaradır. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli rayonunda da olub. Dövlət başçısı burada Kəngərli
5
rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Sonra Azərbaycan Prezidenti parkın ərazisində inşa olunmuş Kəngərli rayon mədəniyyət evinin açılışını bildirən lenti kəsib. Daha sonra Prezident ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyev Kəngərli rayonunda Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qərargah binasının açılışında iştirak edib, əsgər yataqxanası, yeməkxanası və məişət kompleksi ilə tanış olub. Naxçıvan-Culfa magistral avtomobil yolunun da açılışı olub. Dövlət başçısına məlumat verilib ki, uzunluğu 32,4 kilometr olan yol asfalt-beton örtüklüdür. Yolun torpaq hissəsinin eni 25, asfalt hissəsinin eni isə 17,2 metrdir. Dördzolaqlı yolun üzərində 103 suötürücü qurğu inşa edilib. İpək yolunun bir hissəsi olan Naxçıvan-Culfa magistralının çəkilməsi muxtar respublikaya yük daşımalarının həcminin artmasına geniş imkan yaradır. Tranzit imkanları yüksək qiymətləndirilən yol Culfa və Babək rayonlarını Naxçıvan şəhəri ilə birləşdirən mühüm nəqliyyat qovşağıdır. Yolun açılış mərasimindən sonra dövlətimizin başçısı burada
Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev Culfa şəhərindəki Uşaq Musiqi Məktəbinin açılışında iştirak edib. Məktəbin binası ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, yeni inşa olunan dördmərtəbəli musiqi məktəbində 52 sinif otağı və 8 yardımçı otaq vardır. Musiqi məktəbində 285 şagirdin təhsili ilə 64 müəllim məşğul olur. Məktəbdə üç şöbə - xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər şöbələri fəaliyyət göstərir. Burada doqquz ixtisas – tar, kamança, nağara, fortepiano, skripka, qarmon, klarnet, balaban, xanəndəlik üzrə dərslər keçilir. Müasir inventar və avadanlıqla təchiz edilmiş məktəbdə 20 pianino və bir royal vardır. Prezident İlham Əliyev məktəb şagirdlərinin ifasını dinlədi. Dövlət başçısı Uşaq Musiqi Məktəbinə fortepiano hədiyyə etdi. Dövlət başçısı həmçinin Culfa sərhəd komendantlığında və sərhəd zastavasında aparılan yenidənqurma işləri ilə də tanış olub. Prezidentin muxtar respublikaya səfəri mayın 30-da başa çatıb.
6
ÅÄRQDÄ ÌLK DEMOKRATÌK RESPUBLÌKA Çoxәsrlik dövlәtçilik tariximizdә Azәrbaycan Xalq Cümhuriyyәtinin müstәsna yeri vә rolu var. Şәrqdә, bütün müsәlman dünyasında ilk parlament tipli demokratik respublika kimi Azәrbaycan Xalq Cümhuriyyәti qәdim dövlәtçilik әnәnәlәrini yaşadaraq, müasir dövrә xas olan dövlәt atributlarını yaratmağa nail olmuşdu. Bu respublika qәrbin demokratik dәyәrlәri ilә Şәrq mәdәniyyәtini birlәşdirәn yeni dövlәt vә cәmiyyәt nümunәsi idi. AXC-nin fәaliyyәti öz әhәmiyyәti baxımından Azәrbaycanın vә Qafqazın hüdudlarından çox-çox kәnara çıxırdı. Tәsadüfi deyil ki, Azәrbaycan Xalq Cümhuriyyәti qısa vaxt әrzindә әksәr dünya ölkәlәri tәrәfindәn tanındı vә beynәlxalq hüququn subyektinә çevrildi. Şərqdə ilk demokratik dövlət quruluşu olan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımız qarşısında ən böyük xidməti ondadır ki, o özünün qısamüddətli fəaliyyəti dövründə Azərbaycanın istiqlaliyyətini elan etmiş, xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu sübuta yetirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti çox çətin və mürəkkəb tarixi şəraitdə yaranmış və fəaliyyət göstərmişdir. Belə ki, Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilmiş, lakin Rusiyada baş vermiş Oktyabr siyasi çevrilişi nəticəsində Petroqrada gedə bilməmiş nümayəndələr 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar. Onlar Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar. Zaqafqaziya Seymində Müsəlman fraksiyasını Rusiyanın Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, həmçinin bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Xalqın seçdiyi deputatlardan ibarət olan Zaqafqaziya Seyminin Müsəlman fraksiyası, əslində, Zaqafqaziya Müsəlman Şurası idi və bütün Cənubi Qafqazın müsəlman parlamenti funksiyasını yerinə yetirirdi. 1918-ci il aprelin 22-də Zaqafqaziya seymi Cənubi
Qafqazın müstəqilliyini elan etdi və Zaqafqaziya Demokratik Federativ Respublikası yaradıldı. Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətin konkret addımlar atmasına imkan vermədi. Nəticədə, gürcü nümayəndələr Seymdən çıxdılar və 1918-ci il mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər. Belə olan şəraitdə, mayın 27-də Seymin Müsəlman fraksiyasının üzvləri də özlərinin iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Həmin gün onlar Azərbaycan Milli Şurasını, yəni Azərbaycan Parlamentini yaratdılar. M.Ə.Rəsulzadə Milli Şuranın sədri, H.Ağayev və M.H.Seyidov isə sədrin müavinləri seçildilər. F.X.Xoyski isə yekdilliklə Milli Şuranın icra orqanının sədri seçildi. Mayın 28-də keçmiş Qafqaz canişininin iqamətgahında doktor Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının iclası keçirildi. Uzun və hərtərəfli müzakirədən sonra Milli Şura Azərbaycanın istiqlaliyyəti haqqında bəyannamə qəbul etdi. Bəyannamədə deyilirdi: 1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət hüququna malik olduğu kimi, Cənub-Şərqi
7 Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir. 2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir. 3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir. 4. Azərbaycan Xalq Cümhuriyyəti milliyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir. 5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır. 6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev istiqlal mübarizəsi tarixinin bu dəyərli sənədini çox yüksək qiymətləndirmişdir: “Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş prinsiplər – Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin nüfuzunu artırdı”. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi, xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin əsasını qoydu. “İstiqlal bəyannaməsi” ilə həyata vəsiqə alan Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman dünyasında ilk demokratik respublika idi. Məhz o insanların milli və müstəqil dövlətçiliyin bərpa olunmasına xidmət edən əqidə və məslək birliyi son nəticədə öz sözünü dedi. Ulu öndər Heydər Əliyev 1918-ci ildə dövlət müstəqilliyinin bərpasında böyük xidmətləri olmuş bu görkəmli şəxslər barəsində demişdir: “1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur”. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyunun 16-dək Tiflisdə fəaliyyət göstərmiş, sonra isə Gəncəyə köçmüşdür. Azərbaycan Milli Şurası iyunun 17-də öz fəaliyyətini müvəqqəti olaraq dayandırmış və bütün hakimiyyəti – həm qanunvericilik, həm də icra hakimiyyətini F.Xoyskinin sədrliyi ilə yaradılmış Müvəqqəti hökumətə vermişdi. F. Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti çox ağır
bir beynəlxalq və daxili şəraitdə fəaliyyət göstərdi. İlk öncə Azərbaycanın dövlət quruculuğuna başladı. Hökumət yaranmış vəziyyətdən çıxmaq üçün qəti tədbirlər gördü. İyunun 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan olundu. İyunun 21-də Dövlət bayrağı qəbul olundu. İyunun 26-da əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bir gün sonra – iyunun 27-də Azərbaycan-türk dili dövlət dili elan olundu. İyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Avqustun 11-də hərbi mükəlləfiyyət haqqında qərar qəbul olundu. Avqustun 23-də Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında fərman verildi. 1918-ci il sentyabrın 15-də Bakı menşevik-daşnak törtöküntülərindən azad edildi və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 2 gün sonra Bakıya köçdü. Beləliklə, bütün Şimali Azərbaycan ərazisi Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti altına keçdi. Noyabrın 17-də ingilis qoşunları Bakıya daxil oldular. Gəncə, Şuşa və Naxçıvanda ingilis qoşunları yerləşdirildi. Noyabrın 19-da Milli Şura “Azərbaycan parlamentinin yaradılması haqqında” qanun qəbul etdi. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamenti açıldı. İlk iclasda 96 deputat iştirak edirdi. Parlament təkpalatalı idi, 11 partiya, fraksiya və qrup təmsil edilmişdi. Ə.M.Topçubaşov parlamentin sədri, H.Ağayev isə sədrin birinci müavini seçildilər. 17 aylıq fəaliyyəti dövründə parlamentin 140-a yaxın iclası keçirilmiş, 270 müxtəlif məsələlərə baxılmış, müzakirəyə çıxarılan qanun və qərar layihələrinin 230-u qəbul edilmişdir. Ümumiyyətlə, Azərbaycan Parlamenti yeni müstəqil dövlətin fəaliyyəti üçün hüquqi baza yaradılması sahəsində dəyərli işlər görmüşdür. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən mühüm tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Demokratik hüquq və azadlıqların bərqərar olunması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün insanlara bərabər hüquqlar verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, ilk demokratik parlamentin formalaşması, Şərqdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər seçki hüququnun verilməsi, eləcə də təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşılması, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və digər görülən mühüm işlər hökumətin həmin dövrdə yürütdüyü siyasətin miqyasını, mahiyyət və əhəmiyyətini əyani şəkildə səciyyələndirir. Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, həyata keçirilən bu möhtəşəm tədbirlər xalqımızın dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərib. Məhz buna görə, 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində Cümhuriyyət süqut etdikdən sonra da müstəqillik hissləri azərbaycanlıları sonrakı dövrdə heç zaman tərk etməyib, azadlıq ideyaları şüurlara hakim kəsilib, XX əsrin sonlarına yaxın Azərbaycan xalqı yenidən öz müstəqilliyinə qovuşub.
8
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bir tarixi də təsdiqlədi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Beləki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması ucbatından çox az müddət yaşadı. Xalqımızın 1991ci il oktyabrın 18-də çətinliklə əldə etdiyi ikinci tarixi şansını da o vaxtkı səriştəsiz iqtidarın günahı üzündən cəmi iki il sonra yenidən itirmək təhlükəsi ilə üzləşdi. Ölkə olduqca ağır bir vəziyyətə düşmüşdü. Siyasi, hərbi və iqtisadi böhran, vətəndaş qarşıdurması, Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin acı nəticələri, bütövlükdə ölkəmizdə cərəyan edən mənfi və son dərəcə qorxulu proseslər, xalqımızın gələcəyə olan ümidlərini büsbütün sındırmışdı. Azərbaycanın müstəqil ölkə kimi gələcəyi çox böyük sual altında idi. 1993-cü ilin keçməkeşli iyun ayında dünya səviyyəli dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidi və xahişi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıtdı. Müasir tariximizə Milli Qurtuluş günü kimi daxil olan bu qayıdış ölkəmizin və xalqımızın başının üstünü almış bütün bəlalardan hifz edib qorudu. Ulu öndərimiz Azərbaycanı məhv olmaqdan, parçalanmaq təhlükəsindən qurtardı. Vətəndaş müharibəsinin qarşısını aldı. Xalqa nicat yolunu göstərdi. Bu yolda öz canını və bacarığını əsirgəmədi. Heydər Əliyev istiqlaliyyətimizin əbədi olacağını əminliklə deyirdi: “O vaxt Azərbaycanda biriləri Azərbaycanın müstəqil yaşamaq imkanına şübhə edirdi, yaxud inanmırdı. Amma Azərbaycan xalqının çox əsrlər ərzində qəlbində yaşatdığı istək və arzu bütün bunların hamısına qalib gəldi, Azərbaycan dövlət müstəqilliyini əldə etdi və müstəqillik yolu ilə uğurla irəliləyir”.
Həqiqətən də çox qısa zaman kəsiyində xalqımız müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin rəhbərliyi altında bəyan etdiyi demokratik, hüquqi və dünyəvi dövlətini qurub, onun dünyanın və Avropanın ən mütərəqqi demokratik dəyərlərinə əsaslanan təsisatlarını yaradıb. Həyatımızın bütün sahələrində köklü dəyişikliklər baş verib, ictimai-siyasi sabitlik bərqərar olmuş, Azərbaycan inkişaf və tərəqqi yoluna çıxmışdır. Bu gün müstəqil Azərbaycan dövləti dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil olub. İqtisadi inkişaf tempimə görə dünyada lider dövlətə çevrilib. Sevindirici haldır ki, Ulu öndərimizin müəyyən etdiyi siyasi kurs bu gün ümummilli liderimizin ən layiqli siyasi varisi, regionun və Azərbaycanın yeni, praqmatik lideri, Prezident İlham Əliyev tərəfindən qloballaşan və dünyanın tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir. Cənab İlham Əliyev ölkəmizin daxili və xarici siyasi kursuna yeni çalarlar gətirərək Azərbaycanın hərtərəfli inkişafına nail olub. Azərbaycanın beynəlxalq nüfuzu artıb, rolu və fəaliyyəti genişlənib. Elə bunun nəticəsidir ki, Azərbaycan BMT-nın Təhlükəsizlik Şurasının qeyridaimi üzvü seçilib və may ayında ölkəmiz bu beynəlxalq təşkilata sədrlik edir. İndi ölkəmiz dünyada cərəyan edən proseslərə birbaşa təsir göstərmək iqtidarındadır. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin başladığı, lakin müəyyən səbəblər üzündən sona çatdıra bilmədiyi möhtəşəm işləri bu gün uğurla, inam və qətiyyətlə həyata keçirir. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müstəqil Azərbaycan dövləti artıq öz istiqlaliyyətini nəinki qoruyub saxlayıb, onu daha da möhkəmləndirib, dünyanın ən önəmli ölkələrindən birinə çevirib. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərini, fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik...İndiki Azərbaycan dövlətinin yeritdiyi siyasət, qazanılan uğurlar belə bir fikri əminliklə söyləməyə əsas verir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə itirdiyimiz müstəqilliyi bir də heç zaman əldən verməyəcək, onu qoruyub saxlayacaq, dönməz, sarsılmaz və əbədi edəcəyik”. İsmayıl Hacıyev, AMEA Naxçıvan Bölməsinin sədri, akademik
9
Zəngin və kəşməkəşli tarixə malik Naxçıvan son illər, sözün həqiqi mənasında, muzeylər diyarına çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 11 iyul 2002-ci il tarixli sərəncamına əsasən Əcəmi seyrangahında təşkil olunmuş Açıq Səma Altında Muzey də muxtar respublikada muzey quruculuğunun bariz nümunəsidir. Bu muzey kompleksinə Mömünə Xatun məqbərəsi və Nuhun qəbirüstü türbəsi də daxildir. Muzey Naxçıvan Muxtar Respublikasında çox rast gəlinən qədim mifoloji və dini baxışlarla əlaqələndirilən qoç heykəllərin, daş kitabələrin, qəbirüstü abidələrin və s. mədəniyyət nümunələrimizin mühafizəsi, öyrənilməsi və təbliği məqsədilə yaradılıb. Son 10 ildə daxil edilmiş yeni eksponatlar hesabına muzey daha da zənginləşib. Açıq Səma Altında Muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Zenfira Seyidovanın sözlərinə görə, muzeyin 10 illiyi münasibətilə bir sıra tədbirlər həyata keçiriləcək: "Bu münasibətlə müxtəlif növ kataloq, büklet, kitabçaların hazırlanması da nəzərdə tutulur". O həmçinin bildirdi ki, muzey məktəblərlə sıx əlaqə saxlayır: "Belə ki, bu muzeyə məktəblilər mütəmadi gəlirlər. Biz bununla kifayətlənmirik: muzey əməkdaşları da məktəblərdə tariximizlə, mədəniyyətimizlə bağlı dərslər keçirlər. Müşahidələrimə əsasən deyə bilərəm ki, məktəblilər belə dərslərə çox maraq göstərirlər. Bir məsələni də qeyd etmək istəyirəm: bəzən məktəblərin rəhbərlərləri bu və ya digər mövzu üzrə dərs keçməyimizi də tövsiyə edirlər". Ötən il muzeyə 50 mindən artıq ziyarətçinin gəldiyini vurğulayan həmsöhbətimiz onların arasında respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirlərinin olduğunu da bildirdi. Onun sözlərinə görə, fəaliyyətə 80 eksponatla başlamış muzeyin bazasında hazırda 400-dən çox eksponant var: "Onu da deyim ki, 216 daş kitabənin 120-si müxtəlif dövrlərə aid qoç heykəlləri, digərləri isə qəbirüstü daşlar və sairədir. Muzeydəki daş kitabələr bölgənin kəndlərindən toplanıb". Muzeydə mühafizə edilən abidələrin hamısının muxtar respublikada aparılmış arxeoloji qazıntılar zamanı aşkar edildiyin qeyd edən Zenfira xanım qoc fiqurlarından daha ətraflı söz açdı: "Orta əsr Azərbaycan dövlətləri olmuş Ağqoyunlu və Qaraqoyunluların istər adlarına, istərsə də bayraqlarına diqqət yetirsək qoçun bizim mədəni abidələrimizdəki yerini daha aydın görmək mümkündür. Gəmiqaya daş abidələrində də keçi və qoç simvolları üstünlük təşkil edir". Onun sözlərinə görə, qəbirüstü abidələr Naxçıvanda daşişləmə sənətinin intibah dövrü keçirdiyini sübut edir: "Diqqət çəkən digər tərəf isə qəbir daşları üzərində müxtəlif təsvirlərin, həmçinin mərhumların peşə mənsubiyyətlərini bildirən rəmzi rəsmlərin həkk olunmasıdır".
10
Avtoportret
Tяsviri sяnяtimizя realist mяnzяrя gяtirяn rяssam
Bәhruz Kәngәrli Azərbaycan peşəkar rəssamlıq sənətinin banisi, istedadlı fırça ustası Bəhruz Şirəlibəy oğlu Kəngərli (1892-1922) çox qısa, lakin mənalı ömür yaşayıb. elə ki, təsviri sənətimizin əvvəlki mərhələlərinə nəzər salsaq görərik ki, Bəhruz Kəngərlidən əvvəlki dövrdə Avropa təsviri sənətində geniş yayılmış ayrı-ayrı janrlar bizdə hələ formalaşmamışdı. Rəssamlar daha çox ənənəvi üslubda işləyir, dünyada yayılmış sənət meyillərini qəbul etmirdilər. … Rəssamın həyatı təzadlarla, çətinliklərlə dolu idi. Tale heç də ona qarşı xoş davranmamış, uşaqlıqda keçirdiyi ciddi xəstəlik gənc rəssamı eşitmə problemi ilə üz-üzə qoymuşdu. O, Tiflisdə təhsil aldığı illərdə rəssamlıq sənətinin bədii-texniki vərdişlərini, təcrübi xüsusiyyətlərini öyrənmış, həm də Avropada mövcud olan cərəyanları və qabaqcıl sənətkarlarının yaradıcılığı ilə tanış olmuşdu. ... 1914-cu ilin iyununda rəssamın Naxçıvandakı ilk fərdi sərgisi həmyerlilərini heyran etmişdi. O vaxt "İnqilab" qəzeti bu sərgi barədə yazırdı: "Cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır".
B
"... Rəssamı birinci dəfə burada gülümsəyən gördüm" Rəssam Naxçıvana döndükdən sonra ömrünün axırınadək burada yaşayıb və incəsənətimizin inkişafı naminə yorulmadan çalışıb. Görkəmli ədəbiyyatşunas alim M. M. Cəfərov yazırdı: "Bəhruz bir dəfə Naxçıvanda Puşkin küçəsində, yol kənarında balaca bir otaqda əsərlərinin sərgisini düzəltmişdi. O, qapının ağzında dayanıb yoldan ötənləri çağırırdı ki, gedib onun sərgisinə baxsınlar. Ancaq o gün böyüklərdən, yaşlılardan heç biri sərgiyə baxmaq istəmirdi. Bu arada bir neçə uşaq küçədə oynaya-oynaya rəssama yaxınlaşdılar. Bəhruz onları mülayim baxışları ilə qarşıladı. Həmişə azca titrəyən səsi ilə uşaqları dilə tutub sərgiyə apardı. O, bir-bir əsərlərini göstərib həvəslə uşaqlara izah verirdi və arabir gülümsəyib deyirdi: "Əl vurmaq olmaz, olmaz əl vurmaq". Mən həmişə üzü tutqun, qaşları çatılmış rəssamı birinci dəfə burada gülümsəyən gördüm". Rəssamın tələbəsi olmuş Adil Qazıyev sonralar öz
11 müəllimi haqqında xatirələrində yazırdı: "Mən Bəhruz Kəngərli ilə 1919-cu ildə Naxçıvanda tanış oldum. Bəhruz mənim çəkdiyim şəkillərə diqqətlə baxdıqdan sonra dedi: "Sən şəkil böyütməkdən əl çək, naturadan baxıb çəkməsən, bir şey öyrənə bilməzsən".
Çoban sürüsü
Təbiət vurğunu və... Görkəmli fırça ustasının yaradıcılığının böyük bir hissəsini mənzərə janrında çəkdiyi əsərlər təşkil edir. Yalnız sayca çoxluğuna görə deyil, bədii keyfiyyətlərinə görə də başqa əsərlərindən fərqləndiyindən bu janr rəssamın yaradıcılığında əsas yer tutur. Rəssamın "İlanlı dağ", "Ağrı dağ", "Əshabi-kəhf", "Nəhəcir dağı", "Qızlar bulağı" kimi əsərlərinə baxanda onların təbiiliyinə və yüksək bədii sənətkarlıqla işlənməsinə valeh olmamaq mümkün deyil. Onun çəkdiyi "Naxçıvanda məqbərə", "Əliabad kəndində alaqapı", "Yamxana kəndinə gedən yol", "Nuhun qəbri", "Atabəy məqbərəsi" kimi əsərləri də realist mənzərə janrının nadir nümunələri kimi böyük əhəmiyyətə malikdir. Beləliklə, Azərbaycanda yeni formalı, realist dəzgah boyakarlığının başqa sahələrində olduğu kimi, mənzərə janrında da ilk cığır açan Bəhruz Kəngərli olub. Məhz B. Kəngərlinin yaradıcılığında mənzərə sərbəst kompozisiya şəklini alaraq ilk dəfə müstəqil janr mahiyyəti qazanıb. Qeyd edək ki, Bəhruz Kəngərli həm də milli teatr rəssamlığının əsasını qoymuş rəssamlarımızdandır. O, Naxçıvan teatrında "Ölülər", (C. Məmmədquluzadə), "Hacı Qara" (M. F. Axundzadə), "Pəri-cadu" (Ə. Haqverdiyev) və digər tamaşalara bədii tərtibat verib, onların geyim eskizlərini işləyib.
Müsibətlərin təsviri Rəssamın yaradıcılığında bir sıra əsərlər də var ki, bütövlükdə xalqımızın yaşadığı faciəli illərin ağrı-acılarını
özündə əks etdirir. Rəssam "Qaçqınlar" mövzusunda öz fırçası ilə daşnakların törətdikləri qırğınları, deportasiyaları realist sənətkar kimi çox dəqiq əks etdirərək millətimizin üzləşdiyi dərdləri gələcək nəsillərə çatdıra bildi. Bu silsilədən olan "Qaçqın qız", "Yurdsuz alilə", "Ayaqyalın qaçqın oğlan" və s. əsərlər təkcə sənətkarlıq səviyyəsinə görə deyil, müəyyən ictimai və siyasi ideya daşıdığına görə tarixi sənəd kimi də dəyərlidir.
Bəhruz Kəngərlinin ifadə vasitələri Bəhruz Kəngərlinin əsərlərində xətlər və cizgilər deyil, sərbəst və cəsarətlə birbaşa vurulmuş rənglərin ahəngi əsas həlledici rol oynayır. Sulu boya (akvarel) ilə işləməsinə baxmayaraq, onun tablolarını boyakarlıq əsərləri sırasına daxil etmək olar. Bəhruz Kəngərlinin əsərlərinə xas olan bu xüsusiyyətlər Azərbaycan rəssamlığına yeniliklər bəxş edib. Formanın plastikliyi xətti və hava perspektivi, fəza dərinliyi, işıq, kölgə və rəng keçidləri, incə rəng nüansları və sairə kimi realist boyakarlığının əsasını təşkil edən bu ifadə vasitələri də Azərbaycan incəsənətinə ilk dəfə B. Kəngərli tərəfindən gətirilib.
"Fəxr etməliyik ki.." Rəssamın Naxçıvan şəhərindəki ev muzeyi
Müstəqillik illərində Bəhruz Kəngərli irsinə maraq artıb, onun yaradıcılığına yüksək səviyyədə qiymət verilib. Belə ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda Bəhruz Kəngərli Muzeyi təşkil olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin "Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında" 2012-cil il 12 yanvar tarixli sərəncamı isə Bəhruz Kəngərli irsinə göstərilən böyük diqqət və qayğının daha bir nümunəsidir. Ülviyyə Həmzəyeva Əməkdar rəssam, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sədri
12
Naxçıvan Türk Liseyläri 17-ci mäzunlarını uõurladı Naxçıvan Türk liseyləri 17-ci məzunlarını yola salıb. Bu münasibətlə Naxçıvan şəhərindəki Gənçlik Mərkəzində mərasim keçirilib. Mərasimdə çoxlu sayda qonaqlar, iş adamları və valideynlər iştirak ediblər. Tədbir əvvəlcə hər iki qardaş ölkənin-Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb. Mərasimdə liseylər haqqındakı nümayiş olunan sənədli film maraqla qarşılanıb. Videoçarxda ümummilli lider Heydər Əliyevin: “Mən çox məmnunam bundan. Bilirəm ki, onlar yaxşı təhsil verirlər. Ona görə də oranın tələbələri dünyanın bir çox yerlərində konkursdan keçirlər və medallar alırlar. Bu bizim Azərbaycanda təhsilin, yəni lisey səviyyəsində təhsilin inkişaf etməsinə kömək edir. Biz bunu o biri məktəblər üçün nümunə kimi qoyuruq”, Prezident İlham Əliyevin: “Mən burada türk liseylərinin fəaliyyətini yüksək qiymətləndirirəm. Mən onları yaradan və işlədən insanlara minnətdarlığımı bildirmək istəyirəm. Orada təhsil alan gənclərimiz beynəlxalq yarışlarda çox yüksək mükafatlar, medallar alırlar. Bu bizi sevindirir. Bu onu göstərir ki, bu liseylər Azərbaycanın gələcəyi üçün gözəl kadrlar yetişdirir. Əlbəttə ki, prezident kimi istərdim ki, bu liseylər fəaliyyətini davam etdirsinlər, faəliyyətlərini daha da genişləndirsinlər”, Ali Məclisin Sədri Vasif Talıbovun: “Bu məktəblər ümummilli liderimizin Naxçıvanda çalışdığı dövrün yadigarlarıdır. Bu məktəblər Naxçıvanda çox nüfuz qazandılar. Bu məktəblər burada mənim çalışdığım illərdə açıldı. Çox uğurla fəaliyyət göstərirlər. Mən həmişə bu məktəblərin fəaliyyətini bizim məktəblərə, bizim müəllimlərə nümunə göstərmişəm. Bu məktəblərdə yüksək təhsil verilir. Buranı bitirən gənclər Azərbaycanın və Türkiyənin istənilən ali məktəblərinə qəbul olabilirlər. Bunlar da bizi sevindirir. Bu gün oranı bitirən gənclər gələcəyin türk dünyasının qurucularıdır” - sözləri mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Tədbirdə Naxçıvan Türk Liseylərinin baş direktoru
Murat Çapan çıxışı edərək bu gün liseylərin fəaliyyətə başlamasının 20-ci ili ərəfəsində ikiqat sevinc yaşadıqlarını qeyd edib: “Qurulduğu gündən ümummilli lider Heydər Əliyevin diqqət və qayğısının əsirgənmədiyi liseylərimizə, bugün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov cənablarının diqqət və qayğısını ən yüksək səviyyədə hiss edirik”. “Bu qayğı və dəstəyin verdiyi güclə liseylərimiz indiyədək beynəlxalq olimpiadalarda 63-ü qızıl olmaqla, ümumilikdə 246 medal qazanıb. Son qəbul imtahalarında liseylərimizdən məzun olan 145 şagirdimizin hər biri ölkəmizin və dünyanın müxtəlif universitetlərinə qəbul olublar. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Abituriyent” jurnalında dərc olunmuş məlumatına əsasən Azərbaycanda fəaliyyət göstərən 4500-dən çox orta məktəb arasında, Naxçıvan Türk Liseyi 2-ci, Şərur Türk Liseyi 7-ci, Ordubad Qızlar Liseyi isə 11-ci yerdə qərarlaşıb”-deyən baş direktor sonra məzunlara səslənərək çıxışını belə davam etdirib: “Sizə ümummilli lider Heydər Əliyevin sözləri ilə səslənmək istəyirəm: Azərbaycanlı hər yerdə yaşayabilər, amma azərbaycanlılığını, ana dilini, milli adətlərini unutmamalıdır. Onun qəlbi hər zaman Azərbaycanla bir vurmalıdır. Əziz məzunlar, sizlərin nüfuzlu universitetlərə qəbul olacağınıza inamımız qətidir lakin harada olmağınızdan asılı olmayaraq bu hikmətli sözlər sizə rəhbər olmalıdır”.
Biz burada çox mübarək bir tarixə şahidlik edirik... Tədbirdə iştirak edən Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Cenk Ünal isə çıxışına Naxçıvanı Qafqazların “nəzər muncuğu” adlandırması ilə başlayaraq liseylərin fəaliyyətini yüksək qiymətləndirib: “Naxçıvana baş konsul olaraq gəldiyimdən bəri eyni şeyi
13
deyirəm; Mən xarici ölkənin təmsilçiyəm amma xarici ölkədə deyiləm. Qafqazların “nəzər muncuğu” Naxçıvan bizim üçün çox doğmadır, bizim üçün qandır, candır. Biz burada çox mübarək bir tarixə şahidlik edirik. Naxçıvan hər sahədə dəyişir, böyüyür və inkişaf edir. Naxçıvan Türk Liseyləri də bu inkişafa uyğun olaraq Naxçıvanın və Azərbaycanın gələcəyinin daha da güclənməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər. Liseylər ulu öndər Heydər Əliyevin vizyonu və icazəsi ilə fəaliyyət göstərirlər. Mən də burada Türkiyə Cümhuriyyətini müasir mədəniyyətlər səviyyəsinə yüksəldən ulu öndər Mustafa Kamal Atatürkün və ulu öndər Heydər Əliyevin mənəvi hüzurları qarşısında sayğıyla baş əyirəm. 28 may - Republika günü münasibətilə də Azərbaycan xalqını təbrik edirəm. Azərbaycanın inkişafı Türkiyənin, Türkiyənin
inkişafı Azərbaycanın inkişafı deməkdir. Biz bir millətik, iki dövlətik. Dünya durduqca, həyat davam etdikçə də bu belə olacaq”. Qeyd edək k, tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri Rəşad Xudiyev, Baş konsul Cenk Ünal, qəzetimizin təmsilçisi Süleyman Okumuş tərəfindən olimpiadalarda müvəffəqiyyət qazanmış şagirdlərə müxtəlif hədiyyələr təqdim olunub. Mərasim lisey şagirdlərinin hazırladıqları maraqlı proqramla davam etdirilib. Belə ki, şagirdlər hazırladıqları xalq mahnıları və rəqslərlə tamaşaçılara xoş anlar yaşadıblar. Sonda bayrağımız lisey şagirdləri tərəfindən səhnəyə gətirilərək ənənəvi bayraq təqdimat və təslimatı gerçəkləşib. Mərasim məzunların andiçməsi və “məzun ağacı”na xatirə lövhəciyi vurulması ilə başa çatıb.
14 Naxçıvan Muxtar Respublikasının Əmәkdar incәsәnәt xadimi Şәmsәddin Qasımov tәcrübәli bәstәkardır. Əsasәn, lirik mahnıları vә xor әsәrlәri ilә tanınan bәstәkarın yaradıçılığının böyük hissәsini teatr tamaşalarına yazdığı musiqilәr tәşkil edir. Naxçıvan Muxtar Respublikası Bәstәkarlar Tәşkilatına rәhbәrlik edәn Şәmsәddin Qasımova bir neçә sualla müraciәt etdik. İlk sualımız onun rәhbәrlik etdiyi tәşkilatla bağlı oldu. O dedi: - Bәri başdan qeyd edim ki, Naxçıvan Muxtar Respublikası Bәstәkarlar Tәşkilatı muxtar respublikanın ictimai-mәdәni hәyatında yaxından iştirak edir, musiqi mәdәniyyәtimizin zәnginlәşmәsindә geniş fәaliyyәt göstәrir. 1998-ci ildә isә Ali Mәclisin Sәdrinin yaradıcı ziyalılarla görüşündәn sonra tәşkilatımızın fәaliyyәtindә ciddi dönüş yaranıb. Ölkә başçısı cәnab İlham Əliyev tәrәfindәn ötәn dövrlәrdә tәşkilat üzvlәrimizdәn 3 nәfәr fәxri ada vә Prezident mükafatına layiq görülüb. Mәlumat üçün qeyd edim ki, Naxçıvan Muxtar Respublikası Bәstәkarlar Tәşkilatı 1978-ci ildә ulu öndәr Heydәr Əliyevin tәşәbbüsü ilә tәşkil olunmuş yaradıcılıq tәşkilatlarındadır. Bu tәşkilatın ilk sәdri görkәmli bәstәkarımız, Xalq artisti Ramiz Mirişli olub. - Bildiyiniz kimi, bu il muxtar respublikada "Milli dәyәrlәr ili" elan olunub. Milli-mәnәvi dәyәrlәrin tәbliği mövzusunda hansı tәdbirlәrin keçirilmәsi nәzәrdә tutulub? - Naxçıvan Muxtar Respublikası Ali Mәclisinin Sәdrinin "Naxçıvan Muxtar Respublikasında xalq yaradılıcılığı günlәrinin keçirilmәsi haqqında" 2009-cu il 7 fevral tarixli sәrәncamı ilә Bәstәkarlar Tәşkilatı qarşısında mühüm vәzifәlәr (folklorun aparıcı qolu olan aşıq yaradıçılığının geniş tәdqiqi, unudulmaqda olan aşıq havalarının toplanması, nota salınması, qәdim xalq çalğı alәtlәrindәn ibarәt ansamblın tәşkili, xalq mahnı, rәqslәrinin sistemli şәkildә tәbliği vә sairә) qoyu-
lub. Bu vәzifәlәrin yerinә yetirilmәsi istiqamәtindә tәşkilat üzvlәri öz sәylәrini daha da güclәndiriblәr. Bu kimi işlәrin davamı olaraq ötәn gün muxtar respublikada ilk dәfә olaraq ölmәz Üzeyir bәyin "Koroğlu" operası әsasında hazırlanmış kompozisiya sәhnәlәşdirildi. Operanın premyerasında Ali Mәclisin Sәdri dә iştirak etmişdi. Kompozisiya Ali Mәclisin Sәdri tәrәfindәn yüksәk qiymәtlәndirildi. - Sәhv etmirәmsә, bu il rәhbәrlik etdiyiniz qurum hәm dә növbәti hesabatını verәcәk... - Bәli, hazırda tәşkilatımız özünün növbәti hesabat konsertinә hazırlaşır. Bu mәqsәdlә bәstәkarlarımız son illәrdә yazdıqları yeni әsәrlәrini Naxçıvan Dövlәt Filarmoniyasına tәqdim ediblәr. Hәmin әsәrlәr filarmoniyada fәaliyyәt göstәrәn Xalq Çalğı Alәtlәri Orkestri, Kamera Orkestri, Xor Qrupu Ansamblı tәrәfindәn baxışa hazırlanmaqdadır. Tәbii ki, Naxçıvanda fәaliyyәt göstәrәn bәstәkarların müәllif konsertlәrinin, yaradıcılılq gecәlәrinin keçirilmәsi dә gündәmdәdir. - Şәmsәddin müәllim, siz Naxçıvan Dövlәt Universitetindә dә dәrs deyirsiniz. Bәstәkar vә musiqişunas olmaq istәyәn gәnclәrin potensialını necә dәyәrlәndirirsiniz? - Mәlumat üçün qeyd edim ki, 5 il öncә Naxçıvan Dövlәt Universiteti Konservatoriyası fәaliyyәtә başlayıb. Bu, Naxçıvanın mәdәni hәyatında әlamәtdar hadisәdir. Ümid edirәm ki, gәlәcәkdә burada peşәkar bәstәkarlar yetişәcәklәr. Bilirsinizmi, bәstәkarlıq çox böyük sәnәtdir. Bu
15
Naxçıvanda "Koroğlu" səhnələşdirilib sәnәtә yiyәlәnmәk üçün çox çalışmaq lazımdır. Yüksәk sәviyyәyә çatmaq üçün bu sahәyә meyil salanlar öyrәnmәli, çox dinlәmәli, mütaliә etmәlidirlәr. Musiqi xalqa lazımdır. Bu, xalqın mәdәniyyәtidir, mәnәvi dünyasıdır. Biz hәr il bu Konservatoriyaya sәnәd vermiş çoxlu tәlәbәdәn 23 nәfәrini seçib, qәbul edirik. Əgәr onlardan heç olmazsa birini kamil bәstәkar kimi yetişdirә bilsәk, bu, bizim böyük uğurumuz olardı. Yeri gәlmişkәn, qeyd edim ki, Naxçıvan Bәstәkarlar Tәşkilatı bir çox bәstәkar vә musiqişunasların yetişmәlәrindә mühüm rol oynayıb. Hazırda Bakı şәhәrindә yaşayıb yaradan Nazim Quliyev, Vasif Allahverdiyev, Sevda Əliyeva, Güllü İsmayılova, Jalә Əliyeva, Əqidә Əlәkbәrova bizim tәşkilatın
"Koroğlu" operasından səhnə
yetirmәlәridir. - Sonuncu sualımız da sizin şәxsi yaradıçılığınızla bağlıdır. Yәni bir qәdәr dә öz yaradıcılığınız barәdә mәlumat vermәyinizi xahiş edirik. - Sonuncu üzәrindә işlәdiyim әsәr böyük әdibimiz Cәlil Mәmmәdquluzadәyә ithaf etdiyim "Mirzә Cәlilin xatirәsinә" adlı kantatadır. Yeri gәlmişkәn, Mirzә Cәlilin tәdqiqatçısı, akademik İsa Hәbibbәyli bu әsәrimә yüksәk qiymәt verib. O ki qaldı ümumi yaradıcılığıma... Onlarca tamaşaya musiqilәr bәstәlәmişәm. Hәmçinin yazdığım mahnı, romanslarım var. Uzun müddәtdir ki, Naxçıvan televiziyasında efirә gedәn musiqi verilişinin müәllifiyәm.
16
"Sonu nikbin notlarla bitən əsərlərə müraciət edirik" Müsahibimiz Naxçıvan Uşaq Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Elmira Kərimovadır. - Elmira xanım, rəhbərlik etdiyiniz teatr barədə ətraflı məlumat verməyinizi xahişi edirik. - 2006-cı ilin 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Vüsal Rzayevin "Cəsur dovşan" əsərini səhnələşdirmişdik. Həmin tamaşanın premyerasına Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talıbov da gəlmişdi. Tamaşa bəyənildi. Bundan bir qədər keçmiş, daha doğrusu, 2006-cı ilin oktyabrın 4-də peşəkarlığımız nəzərə alınaraq müvafiq sərəncama əsasən teatrımız təşkil olundu. Bu teatrın təşkilində məqsədimiz istedadlı, qabiliyyətli uşaqları üzə çıxarmaqdır. Məlumat üçün bildirim ki, teatrımız 3 il Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında fəaliyyət göstərib. Hazırda isə Naxçıvan şəhərindəki Heydər Əliyev adına UşaqGənclər Yaradıcılıq Mərkəzində fəaliyyət göstəririk. - Hazırda teatrda hansı əsər üzərində iş gedir? - Bayram İsgəndərlinin müəllifi olduğu "Siçanların kələyi" tamaşasının artıq son məşqləri gedir. Yeri gəlmişkən, onu da qeyd edim ki, ümumiyyətlə, biz ildə iki tamaşa hazırlayırıq. Bizim teatr mövsümü də sentyabrda başlayıb mayın sonu bitir. Auditoriyamızı nəzərə alaraq, tamaşalarımız 45 dəqiqəlik, yaxud da bir saatlıq olur. - Hansı əsərlərə müraciət etməyə üstünlük verirsiniz?
- Təbii ki, teatrımızda uşaqların dünyagörüşünə uyğun əsərlər səhnələşdirirk. Bəzən yerli yazarların, bəzən də klassiklərin əsərləri əsasında tamaşalar hazırlayırıq. Bizim teatr fəaliyyətə başladığı gündən milli-mənəvi dəyərləri diqqət mərkəzində saxlayıb. Yəni öz tamaşaçına həmişə bu kimi dəyərləri aşılamağa çalışıb. Bu dəyərləri də hər tamaşada müxtəlif çalarlarla uşaqlara çatdırırıq.
"Aktyorlarımızın 90 faizi uşaqlardır" - Bəs hansı janrlara üstünlük verirsiniz? - Demək olar ki, sonu nikbin notlarla bitən əsərlərə. Müşahidələrimizə əsasən, deyə bilərəm ki, belə əsərlər uşaqlar tərəfindən daha maraqla qarşılanır. Onu da qeyd edim ki, uşaqlar üçün yazılmış əsərlər sarıdan problemlərimiz var. Bu da, təbii ki, son illər uşaqların dünyagörüşünə xitab edəcək sanballı əsərlərin azlığından irəli gəlir. - Elmira xanım, bəs yaradıcı heyət barədə nə deyə bilərsiniz? - Bəri başdan deyim ki, bu və ya digər tamaşanı təqdim edən aktyorlarımız, əsasən, uşaqlardan ibarətdir. Əgər belə demək mümkünsə, aktyorlarımızın 90 faizi uşaqlardır. Digər rolları isə Dram Teatrının
Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi
17 ''Ata məhəbbəti'' tamaşasından səhnə
akyorları ifa edirlər. Aktyorlarımız arasında tələbələr də var. Yeri gəlmişkən, teatrımızın əməkdaşlarından biri respublikamızın “Əməkdar artisti”, bir nəfər muxtar respublikanın “Əməkdar rəssamı”, bir nəfər də “Əməkdar artisti” fəxri adlarına layiq görlülüb. - Yəqin ki, uşaqlarla hər hansı bir tamaşanı ərsəyə gətirmək o qədər asan deyil? - Təbii, uşaqlarla işləmək heç də asan deyil. Buna rəğmən, biz onlarla işləyərkən heç bir çətinlik hiss etmirik. - Uşaqlar arasında rol bölgüsünü necə aparırsınız? - Biz, bir qayda olaraq, uşaqları mənfi obrazlara, rollara layiq görmürük. Çünki uşaqlarda mənfi obrazlar istənilən səviyyədə alınmır. Bəlkə, bu, onların daha pak olmalarından irəli gəlir. Odur ki, belə rolları böyüklərə həvalə edirik. Məsələn, div obrazını böyüklər oynayır. Bir məqamı da vurğulamaq istəyirəm: bu və ya digər əsərin elə ilk oxunuşundan uşaqlar yerbəyerdən dillənirlər: "Müəllim, bu rol mənlikdir". Amma bir məsələni də qeyd etmək istərdim. Bizim kontingentimizə fikir versəniz görərsiniz ki, orada oğlan
Teatrın aktyorları film çəkilişində
uşaqları üstünlük təşkil edirlər. Lakin qız uşaqları azdır. Çox istərdim ki, qızlarımız da elə kiçik yaşlarından bu sənətin incəliklərinə yiyələnsinlər. - Teatrınızın üzvü olan uşaqlardan filmlərə çəkilənlər varmı? - Onlar tarixi şəxsiyyətlərimiz haqqında çəkilmiş sənədli filmlərdə fəal iştirak edirlər. Bəhruz Kəngərli, Mirzə Cəlil, Hüseyn Cavidin həyatından bəhs edən filmlərə onlar da çəkiliblər. Ümummilli lider Heydər Əliyev haqqında çəkilməsi nəzərdə tutulan bədii filmdə bizim aktyorların da iştirakı nəzərdə tutulub.
18
Ölkəmizin hər yerində olduğu kimi, Şərur rayonunda da regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ciddi şəkildə həyata keçirilir. Rayona səfər edib bu inkişaf və tərəqqi ilə yaxından tanış olmaq qərarına gəldik. Göz oxşayan, rahat yollar bizdə elə ilk baxışdan Şərur haqqında gözəl təəssüratlar oyatdı.
Şərur - kənd təsəsrrüfatı üzrə əsas istehsal mərkəzi Şərurda olarkən öyrəndik ki, ötən il rayonda 71 milyon manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da 2010-cu ilin müvafiq dövründən 40 faiz çoxdur. 93 milyon manatdan artıq isə kənd təsərrüfatı məhsulları tədarük olunub. Onun da 63 milyon manatı əkinçiliyin, 30 milyon manatı isə heyvandarlığın payına düşür. Elə bu faktın özü Şərurun muxtar respublikanın kənd təsəsrrüfatı üzrə əsas istehsal mərkəzi olduğunu deməyə əsas verir. Məlumat üçün onu da bildirək ki, ötən il 9.111 hektar taxıl sahəsindən 28 min tondan artıq taxıl əldə olunub. Bu da 2010-cu ilin göstəricisindən 327 ton çoxdur. Təcrübəli təsərrüfatçı Mahmudkənd sakini Ənvər Hüseynov bizimlə söhbətində dedi ki, ötən il o, 15 hektar taxıl sahəsinin hər hektarından 40 sentner məhsul götürüb. O, bu il də ötən ilki qədər məhsul götürəcəyini əminliklə dilə gətirdi. Şərurda heyvandarlığın inkişafına da əlverişli şərait yaradılıb. Elə bu səbəbdən həmin sahə ilə məşğul olanların sayı xeyli artıb. Dövlət tərəfindən ümümilikdə 5.526 nəfərə 4 milyon 609 min 200 manat Şərur şəhərində Heydər parkından görünüş
Шяrur kredit verilib ki, bu da aqrar bölmənin inkişafına, sözün həqiqi mənasında, öz müsbət təsirini göstərib. Şərurun məhsuldar torpaqlarını suvarmaq məqsədilə ötən il 25 yeni artezian quyusu qazılaraq və bərpa olunaraq istifadəyə verilib. Ümumilikdə isə son illər 400-ə qədər subartezian istifadəyə verilib. "Naxçıvan Aqrolizinq" ASC Şərur bazası da torpaq mülkiyyətçilərinə yüksək xidmət göstərir. Qeyd edək ki, rayonun Zeyvə kəndində illik istehsal gücü 750 ton quş əti, 9 milyona yaxın yumurta olan quşçuluq təsərrüfatı da təşkil olunub. Bu da rayon əhalisinin bu kimi məhsullara olan tələbatının ödənilməsində mühüm rol oynayır.
Yeni inkişaf dövrünün başlanğıcı Şərur Rayon İcra Hakimiyyətinin başçısının aqrar məslələr üzrə müavini Rövşən İsgəndərov bizimlə söhbətində dövlətin göstərdiyi diqqət və qayğı nəticəsində rayonda sosial-iqtisadi layihələrin böyük əzmlə həyata keçirildiyi bildirdi. Onun sözlərinə görə, ötən illərdə ölkə prezidentinin Şərur Rayon Mərkəzi Xəstəxanasının, Şərur rayon Olimpiya-İdman Kompleksinin, Yengicə və Maxta kənd orta məktəb binalarının açılışlarında iştirakı rayonda yeni inkişaf dövrünün başlanğıcının əsasını qoyub: "Ötən il Şərurda Uşaq İncəsənət Məktəbi, Mebel mağazası, yeni yarımstansiya əhalinin istifadəsinə verilib. Rayonda daha yenicə istifadəyə verilmiş Rayon Rabitə İdarəsi müasir avadanlıqlarla təmin olunub". O həmçinin bildirdi ki, bu inkişafı rayonun ən ucqar kəndlərində belə görmək mümkündür: "Rayon mərkəzindən xeyli aralıda yerləşən Havuş, Tənənəm kimi kəndlərdə bütün lazımi infrastrukturlar yaradılıb. Mahmudkənddə kənd və xidmət mərkəzləri, Siyaqut, Yuxarı Daşarx və Çomaxtur kəndlərində yeni məktəb binaları kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları tikilib, Düdəngə kəndində məktəb binası əsaslı təmir olunub, burada da kənd və xidmət mərkəzləri istifadəyə verilib". Qeyd edək ki, burada dini ocaqlar da həmişə diqqət mərkəzindədir. Belə ki, Axura, Mahmudkənd, Düdəngə, Yengicə kənd məscidləri təmir olunaraq insanların istifadəsinə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 20 kənd yaşayış məntəqəsi metal konstruksiyalı xeyir-şər çadırları ilə təmin olunub.
19
gäläcäyä böyük ümidlä addımlayır ən böyük layihədir. Bu SES-in istifadəyə verilməsi ilə elektrik enerjisi istiqamətində daha mühüm addım atılacaq. Arpaçay SES-in gücü 20.5 meqavat, illik istehsalı isə 60 milyon kilovat-saat olacaq. Qeyd edək ki, rayonun bir çox kəndlərinin rabitə sistemləri də tamamilə yenilənib. Hazırda 25 kənddə əhaliyə telefon xidmətini daha da yaxşılaşdırmaq məqsədilə yeni avadanlıqlar quraşdırılır. Bu işlər başa çatdırıldıqdan sonra rayon mərkəzindəki bütün ATS-lər rəqəmsal sistemə keçəcək. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Arpaçay SES-də görülən işlərlə tanış olur.
Rayon məktəblərindən məzun olan 272 tələbə adını qazanıb Şərurda 59 ümumtəhsil məktəbi, 6 məktəbdənkənar və 1 məktəbəqədər tədris müəssisəsi fəaliyyət göstərir. Hazırda ümumtəhsil məktəblərində 649 ədəd kompyuter quraşdırılıb. Bu da orta hesabla hər 16 şagirdə 1 kompyuter dəsti deməkdir. Eyni zamanda rayon məktəblərində 87 elektron lövhə quraşdırılıb. Onu da deyək ki, 2011-ci ildə rayonun ümumtəhsil məktəblərini 875 nəfər bitirib. Onlardan 615 nəfəri ali təhsil müəssisələrinə sənəd verib, 272 nəfər tələbə adını qazanıb, 63 nəfər isə orta ixtisas məktəblərinə qəbul olub. Məzunlardan 32 nəfər 500-700 intervalında bal toplayıb.
Rayonda enerji təhlükəsizliyi əsas prioritetdir Şərur muxtar respublikanın əhalisinin sayına görə ən böyük rayonudur. Bu səbəbdən istehsalçıları davamlı və təhlükəsiz enerjisi ilə təchiz etmək muxtar respublika rəhbərliyinin əsas prioritetidir. Bu məqsədlə də Şərur şəhərində 50 meqavat gücündə olan 110/35/10 kvt yeni yarımstansiyanın istifadəyə verilməsi rayona dayanıqlı və fasiləsiz elektrik enerjisinin verilişi üçün zəmini yaradıb. Qeyd edək ki, Arpaçay üzərində tikintisi davam etdirilən Su Elektrik Stansiyası (SES) hazırda rayonda icra olunan
Yaşıllaşdırma aksiyası genişlənib
Muxtar respublikanın digər bölgələrində olduğu kimi burada da yaşıllaşdırma aksiyası, iməciliklər geniş vüsət alıb. Belə ki, ötən il Naxçıvan-Sədərək avtomagistral yolunun kənarlarında 22 hektar meşasalma, 46 hektarda meşəbərpa işləri aparılıb. Cari ildə bu işlərin davamı kimi Havuş kəndində və Arpaçay dəryaçası ərazisində təbii iqlimə uyğun olaraq əsasən qoz ağaclarının əkini davam etdirilir. Rayondan ayrılarkən burada gördüyümüz inkişafın və tərəqqinin cari ildə də davam edəcəyinə daha da əmin oluruq. Bizi bu fikri deməyə vadar edən isə Şərur camaatının öz işlərinə və torpağa bu qədər bağlı olmasıdır. …Bir sözlə Şərur gələcəyə böyük ümidlə addımlayır. Yengicə kənd tam orta məktəbindən görünüş
20
"Tяmiz balыn юzцnяmяxsus яtri var" Arıçılıq hələ eramızdan min illər əvvəl Azərbaycanda ən sevimli peşələrdən biri olub. Hələ o dövrdə ətirli dada və xüsusi müalicəvi əhəmiyyətə malik Azərbaycan balı bütün Şərqdə məşhur idi. Nəsillərdənnəsillərə keçərək günümüzə qədər gəlib çıxan arıçılığa maraq son illərdə daha da artıb. Buna səbəb arıçılıq məhsullarına tələbatın ildən-ilə artması və nəticədə onun ən gəlirli sahələrdən birinə çevrilməsidir. Respublikamızda, eləcə də Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilir. Elə Naxçıvan Muxtar Respublikası Arıçılar İctimai Birliyinin sədri Zakir Salmanovla da söhbətimiz bu mövzudadır. Qeyd edək ki, həmsöhbətimiz həm də təcrübəli arıçıdır. - Zakir müəllim, bu il gözlənilən məhsuldarlıq barədə nə deyə bilərsiniz? - Onu hələ indidən demək bir qədər çətindir. Ancaq ötən il məhsuldarlığımız yaxşı olub: 2011-ci ilin statistik məlumatlarına əsasən Naxçıvan arıçıları 1000 tondan artıq məhsul əldə ediblər. Bu il də ən az ötən ilki qədər məhsul götürüləcəyi proqnazlaşdırılır. Məlumat üçün qeyd edim ki, muxtar respublika arıçıları arı pətəklərini qışda əsasən aran, may ayının axırları dağətəyi ərazilərdə yerləşdirirlər. İyun ayının sonlarında isə yüksək dağlıq zonalara, yəni yaylaqlara çıxarırlar. Avqustun ortalarına kimi isə məhsul götürürük, arıçıların dili ilə desək, bal süzürük. Bir pətəkdən ortalama 10-15 kq bal götürürük. Ancaq yenə təkrar edirəm: bu, mövsümün necə keçməsindən çox
asılıdır. - Naxçıvan balı hansı xüsusiyyətlərinə görə fərqlənir? - Ümumiyyətlə, bal mənşəyinə görə iki yerə ayrılır: poliflor və monoflor ballar. Naxçıvanda monoflor plantasiyalar olmadığı üçün poliflor ballar üstünlük təşkil edir. Yəni bizim balımız arıların müxtəlif bitki və ağaclardan topladıqları məhsuldur. Monoflor dedikdə isə günəbaxan, akasiya ağacları, meyvə bağları kimi xüsusi plantasiyalar nəzərdə tutulur. Yeri gəlmişkən, onu da deyim ki, bal üçün yonca, xaşa, qantəpər, akasya daha məhsuldar hesab olunur. Adi bir misal: bir arı pətəyi akasya ağacından 20 kiloqram məhsul toplaya bilir. - Bəs muxtar respublikadakı arı cinslərinin məhsuldarlığı necədir? - Naxçıvanda Muxtar Respublikasında, əsasən, Sarı İran cinsi və Sarı Qafqaz cinsinin qarışımı olan Sarı Qafqaz cinsi üstünlük təşkil edir. Bu arılar orta məhsuldar hesab olunur. Sarı Qafqaz cinslərinin mənfi tərəfi isə onların xəstəliklərə daha tez yoluxmalarıdır. Ümumiyyətlə, arıların məhsuldarlığı onların xortumlarının uzunluğu ilə ölçülür. Biz daha uzun xortumlu və başqa məhsuldar cinsli arılar yetişdirməyi çox istərdik, ancaq imkanlarımız bir qədər məhduddur. Yəqin ki, gələcəkdə bu məsələ də həllini tapacaq. - Zakir müəllim, balın təmiz olub-olmamasını necə ayırd etmək olar? - İndiki dövrdə təcrübəli arıçıları belə bazarda aldatmak mümkündür. Yəni balın təmiz olub-olmamasını öyrənmək bir qədər çətin məsələdir. Bəs bunu necə ayırmalı? Əvvəla, təmiz balın özünəməxsus ətri olur. Balı qaşıqla qarışdırıb bu ətri hiss etmək mümkündür. İkinci əlaməti yeyiləndə təmiz balın boğazı yandırmasıdır. Onu deyim ki, bal xüsusi nemətdir ki,
21 heç vaxt xarab olmaz, ancaq temperatur fərqliliyindən asılı olaraq xarlanar.
Arıçılığa maraq artıb - Bala niyə minbir dərdin dərmanı deyilir? - Çünki arı balı min cür gül-çiçəkdən toplayır. Hər çiçəyin, hər gülün bir dərdə dərman olduğunu nəzərə alsaq, o zaman balın dəyərini daha yaxşı anlayarıq. Bildiyimiz ki, müqəddəs "Quranı-Kərim"in Nahl surəsinin 68-69 ayələrində sadəcə baldan bəhs olunur. Peyğəmbərimiz (s.a.s) buyurub ki, mənə baldan daha üstün bir dərman deyilmədi. - Bəs digər arı məhsulları barədə nə deyə bilərsiniz? - Əslində arıçılıqda bal axırıncı məhsul hesab olunur. Arılardan, əsasən, 6 cür məhsul (bal, arı südü, mum, vərəmum, arı zəhəri, çiçək tozu) alınır. Bu məhsullara apifitoməhsullar deyilir. Bunların içərisində mən arı südünü xüsusi qeyd etmək istəyirəm. Ana arıların işçi arılardan fərqli olaraq, 7 ilə qədər yaşamasının sirri də onların arı südü ilə qidalanmasıdır. Arı südünün tərkibinin 15 faizinin hələ də nə olduğu anlaşılmır. Təəssüf ki, bir-ikisindən başqa apifitoməhsulları istehsal etmək imkanlarımız hələ istənilən səviyyədə deyil. Çünki bir çox apifitoməhsulların toplanması, saxlanması xüsusi qulluq və texnika tələb edir. - Bir qədər də rəhbərlik etdiyiniz birlik barədə məlumat verməyinizi xahiş edirik. - Birliyimizin 250 rəsmi üzvü var. Ancaq muxtar respublikada bizim birliyin üzvü olmayan təsərrüfatçılar da var. (Yeri gəlmişkən, bizim birliyimiz hər kəsin üzünə açıqdır) Onu da deyim ki, bu sahə ilə məşğul olanların sayı ilbəil artır. Statistik məlumatlara əsasən, muxtar respublikada arıçılıqla məşğul olan təsərrüfat subyektlərinin sayı 2 min 850-yə çatıb. Məlumat üçün bildirim ki, müstəqilliyimizin ilk illərində muxtar respublikada 6045 arı ailəsi var idi. 1 yanvar 2012-ci il tarixdə isə 60627 arı ailəsi qeydə alınıb. Bu artım da bal tədarükünün artmasına və yüksək məhsuldarlığa səbəb olub. Belə ki, arıçı fermerlər 2003-cü ildə 154.5 ton məhsul istehsal etmişdilərsə, ötən il bu rəqəm 1031 ton olub.
22
Naxçıvan Dövlәt Universitetindә (NDU) müxtәlif ölkәlәrdәn (Türkiyә, İran, Cәnubi Koreya, Banqladeş, Keniya vә s.) gәlmiş tәlәbәlәr dә ali tәhsil alırlar. Bu günlәrdә onlardan biri ilә - Nigeryadan (Afrika) bu tәhsil ocağına tәşrif buyurmuş 26 yaşlı İheanachor Chinyere ilә (ona "Con" deyә xitab edirlәr) hәmsöhbәt olduq.
Həmsöhbətimiz təhsil aldığı ali məktəbin rektoru, akademik İsa Həbibbəyli tərəfindən təltif olunur.
"Naxçıvan mänim ikinci vätänimdir..." NDU-nun Beynəlxalq münasibətlər fakültəsində təhsil alan Conun dediyinə görə, o, bu ali təhsil ocağı ilə virtual aləmdən tanış olub: "Təhsil aldığım NDU ilə 2009cu ildə internetdə tanış oldum. Təsadüfən rastıma çıxdı. Nədənsə bir anda oxumaq üçün buraya gəlməyə qərar verdim. Onu da deyim ki, mən Naxçıvana təhsil almaq üçün gələn ilk qara dərili tələbəyəm. İngiltərədə oxumaq üçün müraciət etdiyim bir universitetdən də müsbət cavab almışdım. Ancaq mən Naxçıvanda oxumağa üstünlük verdim. Hətta Naxçıvana elə bağlanmışam ki, təhsil almağa gəldiyim ildən bəri öz ölkəmə belə getməmişəm. Bura artıq mənim ikinci vətənimdir". Azərbaycan dilində bizimlə danışmaqda o qədər də çətinlik çəkməyən Conun dediyinə görə, dilimizi öyrənməkdə elə bir problemlə üzləşməyib.
"İkinci vətənimdə çalışmaq istəyirəm" "Sözün düzü, Naxçıvana ilk gəldiyim günlərdə sakinlərin mənə olan marağını çox təəccüblə qarşıladım. Hər kəs, xüsusən uşaqlar mənimlə şəkil çəkdirmək üçün can atırdılar. Amma bu kimi əlaqələr Azərbaycan dilini öyrənməyimi daha da asanlaşdırdı. Onu da deyim ki, naxçıvanlılar çox qonaqpərvər, istiqanlı insanlardır. Azərbaycan tolerant bir ölkədir. Mən bunu Azərbaycanın hər yerində müşahidə etdim. Müxtəlif din və irq sahibləri burada çox mehriban yaşayırlar", - sözləri ilə söhbətini davam etdirən həmsöhbətimiz daha sonra dedi: "Baxmayaraq ki, mən və burada təhsil alan nigeryalı həmvətənlərim xristiandırlar, biz Azərbaycan cəmiyyətinə çox rahat şəkildə inteqrasiya ola bildik". Con söhbətinin bu yerində bir məqamı təəssüflə xatırladı: "Təəssüf ki, ölkələrimiz arasında diplomatik müna-
sibətlər yoxdur. Bu isə mənim Azərbaycanda qalıb işləməyimə mane olur. Halbuki mən bu məmləkətdə çalışmaq istəyirəm. Ancaq ümid edirəm ki, bir gün ölkələrimiz arasında diplomatik əlaqələrimiz qurularsa, mənim bu arzum çin olacaq". Con NDU-da mükəmməl təhsilə yiyələnməklə yanaşı, asudə vaxtını da çox səmərəli keçirdiyini bildirdi: "Universitetin futbol komandasının oyunçusuyam. Elə bu komandanın tərkibində Naxçıvan Muxtar Respublikasının bütün rayonlarını gəzmişəm. Bu isə məni qədim bir diyarla daha yaxından tanış olmağımda əhəmiyyətli rol oynayıb. Onu da deyim ki, 2010-cu ildə keçirilən universitetlərarası futbol yarışında bizim ali məktəbin komandası çempion olaraq kubok əldə edib. Həmin kubok isə Ali Məclisin Sədri tərəfindən şəxsən mənə təqdim edilib".
"Qarın nə olduğunu mən burada bilmişəm" Con öz ölkəsi ilə bizim məmləkəti də müqayisə etdi: "Nigerya ekvatorial iqlim tipinə malikdir, isti və rütubətlidir. Ancaq deyim ki, Naxçıvanın yayı bizim ölkədən də isti keçir. Qarın nə olduğunu mən burada görmüşəm. Mənim ölkəmdə, demək olar ki, havanın temperaturu +25 dərəcədən aşağı düşmür. Ancaq burada elə olur ki, gecələr -20 dərəcə soyuq olur. Artıq belə havaya da alışmışam". Con mətbəximizlə bağlı fikirlərini də bizimlə bölüşdü: "Yeməklərinizdən plovu daha çox xoşladım. Yeri gəlmişkən, plov bizdə də çox məşhurdur. Hətta burada olduğu kimi, bizdə də plovun çox növü mövcuddur. Amma bura ilə müqayisədə bizdə meyvətərəvəz çox ucuzdur. Bizdə, demək olar ki, qarpıza və banana pul verməzlər".
23
24 Şeirin müəllifi Fərrux Nağızadə Ordubad rayon sakinidir. O, 1978-1983cü illərdə Oğuz rayonunun hərbi komissarı, 1983-1989-cu illərdə Ağdam rayonunun hərbi komissarı vəzifələrində çalışıb. 1989-cu ildən isə təqaüdə çıxıb. 2003-cü ildən Ordubad Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və HüquqMühafizə Orqanları Veteranlar Şurasının sədri vəzifəsində çalışır. Fərrux müəllim "ZAMAN"a şeir yazmasının səbəbini belə açıqladı: "Uzun illər qəzetin abunəçısi və oxucusu olmuşam. Vaxtı ilə qəzetdə çoxlu şeirlərim dərc olunub. Şeirin yazılmasının səbəbi "ZAMAN" qəzetinin hərtərəfli, ədalətli, qərəzsiz mövqeyinin diqqətimi çəkməsi, həm də ümummilli lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" məşhur ifadəsi və qardaş türk xalqına olan rəğbətimdir".
Yaz, "ZAMAN"!.. İnciləri düz saplara, düz, "ZAMAN" Bölgələri, ölkələri gəz, "ZAMAN". Haqq yazırsan, düz yazırsan hər zaman Düz yazırsan nə yazırsan, yaz, "ZAMAN"! Bir zaman var, bir də ki sən - əkizsiz O qarışıq, o sirlidir, sən sirsiz. O tufanlı, o məkrli, sən təmiz O zamandan düz yazırsan, yaz, "ZAMAN"! Əldən-ələ gəzməkdədir hər sayın, Uğurludur hər sabahın, hər ayın, Mətbuatda yox bənzərin, yox tayın, Nə yazırsan, haqq yazırsan, yaz, "ZAMAN"! "ZAMAN" adı qoyanlara min alqış! Niyyətindir haqq yoluna qayıdış! Kökümüzdə, qanımızda var barış! Nə yazırsan, haqq yazırsan, yaz, "ZAMAN"! Sən bir millət, neçə dövlət payısan, İnciləri bölgələrə yayırsan, Fərrux deyir, qəlb evimə buyur Sən! Niyyətin pak, xislətin düz, düz "ZAMAN" Düz yazırsan, nə yazırsan, yaz, "ZAMAN"!
25
26
Naxчыvan mяtbяxi
Ölkəmizin zəngin və çeşidli mətbəxi, yüksək qonaqpərvərlik ənənələri var. Ta qədimdən ət və digər ərzaq məhsulları varlılıq əlaməti sayılıb. Süfrələr nə qədər zəngin bəzədilsə idi, ilin o qədər bərəkətli, məhsuldar olduğu bilinərdi. 11 iqlim qurşağından 7-nin muxtar respublikada olması, zəngin flora və fauna məhz bu bölgənin mətbəxinin zənginliyinə təsir edən amillərdir. Azərbaycan mətbəxinə məxsus yeməklərlə yanaşı, Naxçıvan mətbəxinin özünəməxsus yeməkləri də var. Naxçıvan mətbəxi öz zənginliyi, heyrətamiz dadı ilə qonşu xalqların mətbəxinə də təsir edib. Ölkəmizdə, həmçinin Naxçıvanda çörəksiz süfrə təsəvvür etmək mümkün deyil. Bu bölgədə çörəyin çeşidli növləri var: kağız kimi incə təndir lavaşı, qalın, dəstana, kömbə və sair. Naxçıvan mətbəxində müxtəlif yeməklər - parça bozbaş, küftə bozbaş, çölmək pitisi, bozartma, çığırtma, dolma, kabab, xaşa və s. geniş rast
gəlinir. Burada yeməklərin şahı plov hesab edilir. Plovun əsas hissəsi düyüdür. Plovun qarası isə növbənöv olur: qoyun, mal, toyuq ətindən, çərəzdən (qoz, fındıq, şabalıd), meyvə qurularından (ərik, gavalı, alça və s.), göyərtilərdən istifadə etməklə hazırlanır. Naxçıvan mətbəxi xəmir xörəkləri ilə də məşhurdur: əriştə aşı, umac aşı, buğda unu və düyü unundan hazırlanmış halvalar, xəşil, quymaq və sairə. Süd və süd məhsullarından hazırlanan südaşı, bulama, qatıqaşı, qatıqlama, dovğa, ayranaşı, qurutaşı və sairənin Naxçıvan mətbəxində xüsusi yeri var. Naxçıvanda lülə kabab, tikə kabab, basdırma kabab, tava kabab, saciçi və sair kabab növləri bişirilir. Kabab, adətən, qoyun və mal ətindən, həmçinin quş ətindən də çəkilir. Naxçıvan mətbəxində balıq yeməklərinin xüsusi yeri var: balıq kababları, qızartmaları, balıq
27 Arzuman küftə
basdırması və sairə. Naxçıvan mətbəxi cürbəcür şərbətlər, meyvə şirələri, şorabalar, salatlarla zəngindir. Adətən, yeməkdən sonra süfrəyə müxtəlif şirniyyatlar, mürəbbələrlə çay verilir. Ərik mürəbbəsi
Naxçıvanın özünəməxsus şirniyyatlarından Ordubad qayqanağı və paxlavası, şəkərbura, növbənöv kətələr, bükmələr və sair geniş yayılıb.
Lulə kabab
Qeyd edək ki, Naxçıvanın ekoloji təmiz havası, günəş şüasının bolluğu və digər amillərin təsiri nəticəsində bu torpağın yetirdiyi meyvə, tərəvəz və digər məhsullar öz dadı və keyfiyyəti ilə fərqlənirlər. Kabab
Bu da öz növbəsində həmin məhsullardan hazırlanmış yeməklərin, şirniyyatların, şirələrin dadlı və ləziz olmasına səbəb olur.
Qarpız mürəbbəsi Xaş
28
Badamlı: Badamlı, nä särin, Badamlı, nä şirin, Badamlı, dadı var, Badamlı, adı var. Därdlärin därmanı, Belä su de hanı? Axtar, dolan bu dünyanı... Sovetlər dönəmində süfrələrin ən xoş içkilərindən olan, hətta adına şən mahnılar bəslənən müalicəvi əhəmiyyətə malik "Badamlı" mineral suyu artıq öz keçmiş şöhrətini yenidən özünə qaytara bilib. Bu prosesdə "Gəmiqaya Mineral Sular" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC)-nin xidmətləri çoxdur. Qeyd edək ki, "Badamlı" mineral sular zavodunun təməli 1947-ci ildə qoyulub. Naxçıvan şəhərindəki yeni istehsal müəsissəsi isə ölkə başçısı İlham Əliyevin iştirakı ilə 2009-cu ildə istifadəyə verilib. "Gəmiqaya Mineral Sular" MMC-nin di-
rektoru Ramiz Yusifovla görüşüb "Badamlı"nın iş prosesi ilə tanış olduq. "Gəmiqaya Mineral Sular" MMC-nin direktoru Ramiz Yusifovla görüşüb "Badamlı"nın iş prosesi ilə tanış olduq. - Ramiz müəllim, "Badamlı"nın digər sulardan əsas fərqi nədir? - Bildiyiniz kimi, hər bir mineral suyun tərkibində anionlar və kationlar var. Tərkibində sadaladığım elementlər bərabərlik təşkil edən su ən yaxşı su hesab edilir. Bizim su da bu kateqoriyadandır, yəni dediyim elementlər onun tərkibində bərabər miqdardır. Bu sudan həm süfrə, həm də dərman suyu kimi istifadə etmək olur. Badamlı o qədər təmiz sudur ki, hətta o, distillə olunmuş su ilə bərabər tutulur. Bizim su həzm prosesinə, maddələr mübadiləsinə də yaxşı təsir göstərir. Mədə turşuluğunu beş dəqiqə ərzində aradan qaldırır. - Bir qədər də müəssisəniz barədə məlumat verməyinizi xahiş edirik. - 1947-ci ilin sonlarında Şahbuz rayonunun Badamlı qəsəbəsindəki müəssisəsində "Badamlı"nın tam istehsalına başlanılıb. Naxçıvan şəhərindəki yeni müəssisəmizə isə Badamlı qəsəbəsindən çıxan həmin yeraltı su polietilən borularla gəlir. Məlumat üçün bildirim ki, oradan qazlı mineral süfrə suyunu nəql edən xəttin
29
belя su de hanы?
uzunluğu 30 kilometrdir. Zavoda gələn su əvvəlcə mikrotəmizləyici qurğuya verilir və hər birinin tutumu 250 ton olan qapalı hovuzlara yığılır. Keyfiyyət göstəricilərinin standartlara uyğunluğunu təsdiqlədikdən sonra su, şüşələmə prosesinə buraxılır. Dolum prosesindən sonra hazır şüşələr yenidən laboratoriyada yoxlanılır. Onu da qeyd edim ki, müəssisəmizdə Almaniya istehsalı olan müasir avadlıqlardan ibarət laboratoriya da fəaliyyət göstərir. - Bəs istehsal həcmi barədə nə deyə bilərsiniz? - Gün ərzində müxtəlif şüşələrdə 100 tona yaxın su istehsal edə bilirik. Müəssisədə 8 çeşiddə mineral su istehsal olunur. Ötən il qazlı və qazsız olmaqla dəyəri 2.1 milyon manatlıq 7.2 milyon ədəd butulka mineral su istehsal etmişik, bunun 30 faizi sifarişə uyğun olaraq muxtar respublika ərazisində, 70 faizi ölkəmizin digər regionlarında və xaricdə satışa çıxarılıb. Cari ilin ilk dörd ayında isə 2.1 milyon ədəd müxtəlif ölçülü butulkalarda su istehsal olunub. - "Gəmiqaya Mineral Sular" MMC-nin ətraf
MAY 2012 NAXÇIVAN Zaman qəzetinin pulsuz əlavəsidir
Baş Direktor:
mühitin çirklənməsinin qarşısını almaq üçün tətbiq etdiyi hər hansı bir çalışma varmı? - Plastik şüşələmənin ətraf mühitə təsirini azaltmaq üçün "Gəmiqaya Mineral Sular" MMC dövlət qurumları ilə sıx əməkdaşlıq edir. Bizim üçün suyumuzu alan hər bir istehlakçının istifadə olunmuş şüşələri yenidən dəyərləndirməyə yollamağı vacibdir. Eyni zamanda şüşələmə materialımızın təsirini daha da azaltmaq üçün daimi çalışırıq. Yəni bu mövzuda məsuliyyətin bir qismi də vətəndaşlarımızın üzərinə düşür. Müəssisəmiz həmçinin ümumdünya istiləşməsinə səbəb olan qazların miqdarını azaltmaq üçün minimal enerji sərfiyyatı üzrə fəaliyət göstərir. Onu da deyim ki, gələcəkdə bu məsələlər ilə bağlı mövqeyimiz daha da gücləndiriləcək. - Hansı xarici ölkələrə məhsul ixrac edirsiniz? - Hazırda Rusiya Federasiyasına məhsul ixrac edirik. Cari ildə bir sıra başqa ölkələrə də ixrac planlaşdırılır. İran, İsrail, Orta Asiya ölkələrindən xüsusən də Qazaxıstandan bir sıra təkliflər almışıq.
Naxçıvan Muxtar Respublika Təmsilçisi:
Süleyman Ünal Süleyman Okumuş
Redaktor: Qvami Məhəbbətoğlu
Ünvan: Bakı, Tbilisi pr. 1058, Tel/Fax : (+994 12) 530 85 81/82/83, www.zaman.az, reklam@zaman.az Naxçıvan şəhəri, Nizami 40, Tel; 036 545 24 30, m.atik@zaman.az
Muxbirlər: Mazlum Atik Vaqif Vəliyev Məhərrəm Məmmədov Dizayner Tahir Mehdiyev
31
YAKUTSAN İTHALAT İHRACAT LTD. ŞTI. RİZA YALÇIN CAD. NO-27 / IĞDIR / TÜRKİYƏ TEL : 00905324764353 00904762270077
1947 'dən bəri Adıyla və Dadıyla
Naxçıvan şəhəri Ə. Əliyev küçəsi, no-2 Tel : (+994 36) 540 04 25/26/27