Naxçıvan jurnalı iv sayı oktyabr 2012

Page 1

Naxчыvan ZAMAN-AZƏRBAYCAN QƏZETİNİN XÜSUSİ ƏLAVƏSİDİR / 2012

Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət. Hər ikisi Cümhuriyyət Azərbaycan-Türkiyə.


1) Enurez 2) Xroniki poliartridlər 3) Burun boşluğunun anotomik dəyişiklikləri (polip. adenoidlər) 4) Xroniki hepatoxolesistitlər.


3

Müstəqilliyimiz dönməzdir, əbədidir! Əziz oxucular, jurnalımızın dördüncü sayı ilə qarşınızdayıq. Ənənəmizə sadiq qalaraq yenə də fərqli və diqqətəlayiq mövzularla görüşünüzə gəlmişik. Xatırladaq ki, ötən sayılarımızda milli dəyərlərimiz, zəngin yeraltı, yerüstü sərvətlərimiz, əlamətdar və tarixi günlər, milli bayramlarla və digər mövzularla bağlı yazılar jurnalımızda yer almışdı. Jurnalımızın bu dəfəki sayı isə iki dost və qardaş ölkənin Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin oktyabr ayında qeyd edilən müstəqillik günlərinə həsr olunubdur. Hər xalqın, hər millətin tarixində onun qürur mənbəyinə çevrilən, tarixinə qızıl hərflərlə yazılan əlamətdar günlər, əziz bayramlar olur. Azərbaycan xalqının tarixində özünə əbədi yer qazanan belə bayramlardan biri 18 Oktyabr-Dövlət Müstəqilliyi Günüdür. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunması ilə öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan, beynəlxalq hüquq subyekti olan yeni tarixi mərhələyə-suveren inkişaf yoluna qədəm qoyubdur. Hazırda Azərbaycan 71 il sonra ikinci dəfə qazanmış olduğu dövlət müstəqilliyinin 21-ci ildönümünü qeyd edir. 1918-ci ildə olduğu kimi Azərbaycanı yenə də bir müstəqil dövlət kimi ilk olaraq 1991-ci il noyabrın 9-da qardaş ölkə Türkiyə tanıdı. Xatırladaq ki, bu ay Türkiyə 29 oktyabr 1923cü ildə elan etdiyi “Cümhuriyyət bayramı”nın 89-cu ildönümünü qeyd edir. Jurnalımızın üz qapağında yazılmış ölməz şairimiz Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindən dörd misralıq bənd aramızdakı qardaşlıq bağını çox gözəl açıqlayır. Əlbəttə, hər iki şanlı tarix haqqında səhifələrlə yazmaq mümkündür. Mən bu yazımda tarixi hadisələri tarixçilərə həvalə edib, müstəqilliyimizə jurnalist prizmasından yanaşmaq istəyirəm. Müstəqilliyin qorunub saxlanılması və ya yaşadılması, ən az onun qurulması və yaradılması qədər çətindir. Zənnimcə,

ümummilli lider Heydər Əliyevin "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir" və Mustafa Kamal Atatürkün "Cümhuriyyəti quranlar, onu yaşadanlardır" fikirləri yazımın məzmununa daha yaxşı işıq salır. Yəni müstəqillik hər xalqa, millətə nəsib olmadığı kimi heç də asan qazanılmır, asan yaşadılmır. Respublikanın qurulmasında, yaşadılmasında hər bir vətəndaşın, bir sözlə, kəndlisindən generalına kimi hamının əməyi vardır... Əlbəttə, indiki dövrdə Azərbaycan da, Türkiyə də müstəqildir, güclüdür, böyük imkanlarımız vardır. İllər ötdükcə müstəqilliyimizin siyasi və iqtisadi sütunları daha da möhkəmlənir, müstəqilliyimizin taleyini həll edən əsas amillər qorunub saxlanmaqla, inkişaf etdirilir. Dövlətlərimizin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli dəyərlərin qorunub saxlanılmasına həmişə diqqət yetirilir. Ölkələrimiz bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərə çevrilib. Əldə olunan iqtisadi nəticələr və inkişaf ölkələrimizi regionda irimiqyaslı layihələrin əsas iştirakçısına çevirib. Bu fikirlərimin təsdiqi üçün yaxın dövrdə cərəyan edən hadisələrə qısaca nəzər salmaq kifayətdir. Vurğulamaq yerinə düşər ki, son illərdə Azərbaycanda və onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasında da istər sosial-iqtisadi, istərsə də digər sahələrdə böyük işlər görülüb. Və bu işlər hazırda böyük əzmlə davam etdirilir. Uğurlarımızın daha da artması üçün müstəqilliyimiz qorunmalıdır. Ulu öndərimiz deyibdir: “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim vəzifəmiz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir”. Əziz oxucular, bir az da jurnalımızda yer alacaq mövzular barədə yazmaq istəyirəm. Jurnalımzıda müstəqillik yolumuzun tarixçəsi başda olmaqla sosial-iqtisadi, mədəniyyət xəbərləri və o cümlədən muxtar respublikanın turizm imkanları haqqında məlumat alacaqsınız. Növbəti sayılarımızda görüşmək ümidi ilə! Süleyman Okumuş


4

Ölkәmizi ikinci dәfә müstәqilliyә aparan yol… 18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günüdür XX əsrin sonlarında Sovetlər İttifaqının süquta uğraması ilə Azərbaycan xalqı 71 illik fasilədən sonra ikinci dəfə müstəqilliyinə qovuşdu. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, o dövrdən 71 il sonra qurulan müstəqil Azərbaycan üçün möhkəm hüquqi və mənəvi zəmin hazırladı. İstiqlala gedən yolda müxtəlif sınaqlardan keçmiş, öz haqlı mübarizəsində minlərlə şəhid və qurbanlar vermiş vətənimiz bir tərəfdən daxili və xarici çəkişmələrin, digər tərəfdən isə iqtisadi problemlərin məngənəsində idi. Müstəqilliyinin elanına doğru gedən yolda Azərbaycan çox çətin tarixi şəraitdə yaşayırdı. Əslində ölkəmizi ikinci dəfə müstəqilliyə aparan yol Naxçıvandan başlamışdı desək, yanılmarıq. 1989-cu ildə Naxçıvan Muxtar Respublikasında on minlərlə adam Ordubaddan Sədərəyədək SSRİ Dövlət sərhəddi boyunca dirəklərin tikanlı məftillərini sökdülər. Təxminən bir il sonra 17 noyabr 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasında ümummilli lider Heydər Əliyevin sədrliyi ilə "Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında", "Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında", "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında" tarixi qərarlar qəbul edildi. Muxtar respublikanın adından "Sovet Sosialist" sözləri götürüldü, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi. 1991-ci ilin avqustun 26-da isə Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və bütün strukturları ləğv edildi. Naxçıvanda həyata keçirilən demokratik is-

lahatlar bütün Azərbaycanda yüksək əhvali-ruhiyyə yaratmışdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Soveti xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Altı fəsil, 32 maddədən ibarət olan Konstitusiya Aktında Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu da yer almışdı. Həmçinin yeni sənəddə Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə əsaslandığı qeyd edilirdi. Ardından isə həmin ilin dekabrın 29-da ümumxalq səsverməsi - referendum keçirildi. Referendum bülletenlərində yalnız bir sual vardı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktına tərəfdarsınızmı?". Gözlənildiyi kimi də Azərbaycan xalqı müstəqilliyinin "səsinə" səs verdi. Beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə edərək öz suverenliyinə qovuşdu. Müstəqil Azərbaycanı ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, daha sonra Rumıniya və Pakistan Respublikaları rəsmən tanıdı. Ardından isə bütün müstəqil dövlətlər analoji addımı atdı. 1992-ci ilin mayında Milli Məclis Dövlət himnimizi, bir müddət sonra isə Dövlət bayrağı və Dövlət gerbini təsdiq etdi.


5

"Sabah Cümhuriyyəti elan edəcəyik" 29 oktyabr Türkiyə Cümhuriyyətinin "Cümhuriyyət bayramı"dır Dünya siyasətini, iqtisadi və toplumsal dəyərlərini altüst edən XX əsrin başlanğıcı Anadolu üçün də yeni bir dövlətin doğuşu olaraq tarixə keçdi. Ölkənin hər bir küncünün güclü ölkələr tərəfindən işğalının planlaşdırıldığı bir vaxta türklər müstəqillik mübarizəsində hər cəbhədə zəfər və qəhrəmanlıq salnaməsi yazırdı. Ard-arda qazanılan qələbələr və aparılan mübarizə Anadolunu yenə qalib etdi… İstiqlalına qovuşan Anadolu bundan sonra hansı idarə formasını seçəcəkdi? Türkiyə Böyük Millət Məclisinin (TBMM) verəcəyi qərarı yalnız türk xalqı deyil, dünya maraq içində gözləyirdi. Ən əhəmiyyətlisi, bəlkə də, daha çətin olanı bundan sonrakı hadisələr idi. Yeni dövlətin strukturu nə olacaqdı, dövlətin başına kim keçəcəkdi? Beynəlxalq aləm yeni ay-ulduzlu dövləti tanımağa hazır idimi?.. Əslində Lozanna Sülh sazişinin imzalanması ilə Türkiyənin milli müstəqilliyi tam olaraq reallaşmışdı. 23 aprel 1920-ci ildən fəaliyyət göstərən TBMM milli suverenlik əsasına görə ölkəni idarə edirdi. Millət Məclisinin ölkənin taleyinə əl qoymasının ardından idarə səlahiyyəti məclisin əlinə keçmiş, suverenliyin qeyd-şərtsiz millətə aid olduğu, insan hüquqlarına söykənən bir dövlət sistemi qurulmuşdu. 1 Noyabr 1922ci ildə Türkiyə Cümhuriyyətinin sələfi olan Osmanlı

dövlətinin legitimliyinin rəsmən ləğv olunması ilə yeni respublikanın elan edilməsinin önündəki ən böyük maneə də aşılmışdı. Lakin dövlətin idarə forması hələ təyin olunmamışdı. Yəni Türkiyə dövlətinin siyasi quruluşunu təyin edəcək dövlət formasının və adının nə olacağı müəmması qalırdı. 13 oktyabr 1923-cü ildə TBMM tərəfindən Ankara şəhəri paytaxt elan edildi. 25 oktyabr 1923-cü ildə yaşanan hökumət böhranı isə Mustafa Kamal Paşaya yeni respublikanı elan etmək üçün gözlədiyi fürsəti verdi. 28 oktyabrın axşamı Mustafa Kamal Paşa dövlət rəsmilərini Çankaya Köşkünə (Prezident İqamətgahı) toplayaraq fikrini onlara: "Sabah Cümhuriyyəti elan edəcəyik", - sözləri ilə çatdırdı. Həmin gecə 1921-ci il konstitusiyasının bəzi maddələri dəyişdirilərək birinci maddəsinin sonuna "Türkiyə dövlətinin idarəetmə forması Cümhuriyyətdir" əlavəsi artırıldı. Yeni qanunun qəbulu ilə "Yaşasın Cümhuriyyət!" sədaları altında 29 oktyabr axşam saat 20.30 da müstəqillik elan edildi. Elan edilən yeni dövlətin ilk Prezidenti Qazi Mustafa Kamal Paşa (Atatürk) oldu. Və bu hadisə toplardan atılan 101 yaylım atəşi ilə Türkiyədə bayram kimi qeyd edildi.


6

“Naxçıvan şahmat yarışları üçün ideal məkana çevrilib”

Şahmat... Ən qədim oyunlardan biri. Rəvayətə görə, şahmat Hindistanda təşəkkül tapıb. Daha sonra digər ölkələrdə yayılmış bu oyunun hazırda dünyada böyük auditoriyası var. Ölkəmizin bir parçası olan Naxçıvan Muxtar Respublikasında da bu idman növünə həm maraq, həm də böyük diqqət və qayğı göstərilir. Bu idman növü ilə bağlı bizi düşündürən bir neçə sualla

Naxçıvan Muxtar Respublika Şahmat Federasiyasının sədr müavini və Naxçıvan Şəhər UşaqGənclər Şahmat Məktəbinin direktoru Emin Hacıyevə müraciət etdik. - Emin müəllim, hazırda muxtar respublikada şahmatın tədrisinin hansı səviyyədə olması barədə məlumat verməyinizi xahiş edirirk. - Bəri başdan deyim ki, "2009-2014-cü illərdə şahmatın inkişafına dair Dövlət Proqramı"nın tətbiqi Naxçıvan Muxtar Respublikasında da uğurla tətbiq edilir. Belə ki, muxtar respublikamızda bu intellektual idman növünün inkişafı ilə bağlı hər cür şərait təşkil olunub: şahmat məktəblərinin binaları müasir tələblərə cavab


7

verəcək səviyyədə yenidən qurulub, avadanlıqlarla təmin olunub, hazırda Babək Rayon Şahmat Məktəbinin yeni binasının tikintisi davam etdirilir. Məktəblərimizdə ölkəmizin peşəkar şahmatçıları çalışırlar. Bir sözlə, artıq muxtar respublikada bu qədim oyunun sirlərinə yiyələnməmək üçün heç bir bəhanə qalmayıb. Artıq iki ildir ki, Naxçıvan Muxtar Respublikasının bütün ümumtəhsil məktəblərində şahmat dərsləri tədris olunur. Onu da bildirim ki, ölkəmizdə ilk dəfə şahmatın orta məktəblərdə tədrisinə Naxçıvanda start verilib. - Sizin fikrinizcə, orta məktəblərində şahmatın ayrıca fənn kimi tədrisi nələr vəd edir? - Təbii ki, bu fənnin tədrisində məqsəd bütün şagirdləri qrossmeyster etmək deyil. Zənnimcə, şagirdlərimiz şahmatla nə qədər çox məşğul olsalar, bu, ancaq bizim xeyrimizə olar. Çünki şahmat oynamaq intellekt sahibi olmaq deməkdir. Şahmata bağlanan məktəbli xoşagəlməz əməllərlə məşğul olmağa vaxt tapmayacaq. Bir də şahmat elə bir oyundur ki, o, hər bir kəsi yaradıcı şəkildə düşünməyə sövq edir. Şahmatın tədrisi onların asudə vaxtlarının təşkilində böyük rol oynayır. Bir sözlə, ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisi şagirdlərin intellektual potensialının inkişafı və üzə çıxarılması baxımından böyük əhəmiyyət kəsb edir. - Bəs rəhbərlik etdiyiniz məktəb barədə nə deyə bilərsiniz? - Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbi 1982-ci ildən fəaliyyət göstərir. 2009-cu ildə təmir və yenidənqurmadan sonra cənab Prezident İlham Əliyevin iştirakı ilə yenidən istifadəyə verilib. Hazırda məktəbimizdə 18 müəllim 367 şagirdimizə (4-16 yaş arasında) şahmatın sirlərini öyrədir.

"Muxtar respublikada bu sahəyə böyük qayğı var" - Son illər Naxçıvan şahmat üzrə keçirilən beynəlxalq yarışlara da ev sahibliyi edir...

- Bəli, son on ildə muxtar respublika bir çox mötəbər şahmat çempionatlarına və turnirlərə ev sahibliyi edib. Məsələn, 2003-cü ildə Naxçıvanda gənclər arasında şahmat üzrə çempionat keçirilib. Dünyanin 30 ölkəsindən 77 şahmatçının istirak etdiyi çempionatda Azərbaycanı təmsil edən 20 şahmatçıdan 2-si Naxçıvan şahmatçısı olub. Artıq iki ildir ki, Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən "Naxçıvan Open" adlı mötəbər beynəlxalq turnir keçirilir. Bu yarışda sonuncu dəfə 9 ölkədən 200-ə yaxın şahmatçı iştirak edib. Onların arasında 19 qrossmeyster, 12 beynəlxalq usta, üç FİDE ustası vardı. Bütün bunları Naxçıvana beynəlxalq miqyasda göstərilən etimad kimi qiymətləndirmək olar. Bu mənada, artıq Naxçıvan şahmat yarışları üçün ideal məkana çevrilib desək, yanılmarıq. - Emin müəllim, Naxçıvan şahmatçılarının ölkə və beynəlxalq yarışlardakı uğurlarını qaneedici hesab etmək olarmı? - Şahmatçılarımız Rusiya, İran, Çexiya, Kipr, Ukrayna, Gürcüstan və digər ölkələrdə keçirilən beynəlxalq yarışlarda müxtəlif dərəcələr əldə ediblər. Ümumiyyətlə, muxtar respublikanın 40-dan artıq şahmatçısı FİDE-nin (Beynəlxalq Şahmat Federasiyası) qeydiyyatındadır. 16 şahmatçımızın isə beynəlxalq reytinqi var. Məlumat üçün bildirim ki, məktəbimizin müəllimlərindən Talıb Babayev hazırda FİDE ustasıdır. Onun reytinqi beynəlxalq usta adına çox yaxındır. Yaxın zamanda onun rəsmən bu ada sahib olacağına əminik. Digər bir müəllimimiz isə FİDE ustası reytinqinə çox yaxındır. Onu da deyim ki, bu ilin iyul ayında Qusar rayonunda keçirilən 16 yaşadək gənclər arasında şahmat üzrə Respublika Olimpiadasında şahmatçımız Rauf Murtuzov öz yaşıdları arasında ikincilik qazanaraq gələn il Serbiyada keçiriləcək Avropa çempionatında iştirak etmək hüququ qazanıb.


8

“Türkiyənin ən gözəl məktəbi…” 25 oktyabr 2011-ci il tarixində Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda “Star” Neft Emalı Zavodu ilə eyni zamanda təməli atılan Heydər Əliyev Texniki və Sənaye Peşə Liseyinin tikintisi başa çatıb. Lisey Aliağa Rayon Təhsil Müdirliyinə təhvil verilib. Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təməli atılan liseyin tikintisi 270 gündə başa çatıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyə təmsilçisi və Türkiyənin “Petkim” Neft-Kimya Şirkətinin İdarə heyətinin üzvü Kenan Yavuz bizimlə söhbətində ümummilli lider Heydər Əliyevin adını daşıyan peşə liseyinin gələcəkdə türk sənayesinin kadr ehtiyaclarını qarşılayacaq nümunəvi bir məktəb modeli olacağını bildirib: “Beşulduzlu peşə liseyi inşa etmişik. Kənardan baxanlar bu liseyi universitet kompleksi olduğunu düşünürlər. Yeni məktəb sadəcə Aliağa rayonunun deyil, Türkiyənin ən gözəl məktəbi, Türkiyə-Azərbaycan qardaşlığının təhsil sahəsindəki ən əhəmiyyətli simvolu olacaq ". Onun sözlərinə görə, “Petkim” bu günə qədər Kocaeli şəhərində və İzmirin Karşıyaka rayonunda bir, Aliağada üç məktəb binası inşa edərək Türkiyə təhsilinə hədiyyə edib. O, Heydər Əliyev Texniki və Sənaye Peşə Liseyini isə şirkətin bu sahə üzrə həyata keçirdiyi ən böyük layihə kimi dəyərləndirib. Kənan Yavuz daha sonra deyib: "Məktəbimiz

“İşdə təhsil, təhsildə iş” prinsipi ilə xidmət göstərəcək. Onu da deyim ki, təhsil müddətində şagirdlər sənaye şirkətlərimizdə mütəmadi təcrübə keçəcəklər. Onların işlə təminatlarında heç bir problem olmayacaq. Bir sözlə, bu liseyi uğurla bitirəcək gənclər “Petkim”'in, ARDNŞ-in və digər şirkətlərdə çalışmaqla sənayemizin inkişafına öz töhfələrini verəcəklər”. O bildirib ki, lisey bütövlükdə təxminən 25 min kvadrat metr sahəyə malikdir. Liseydəki konfrans zalı, yeməkxana, laboratoriyalar, idman salonu, yataqxanası və s. günün tələblərinə tam cavab verir. Ümumilikdə 30 sinifdən ibarət olan lisey 720 şagird yerlikdir. Təxminən 7 milyon manata başa gələn məktəb arxitekturası baxımından da Türkiyədəki digər məktəblərdən fərqlənir. Məlumat üçün bildirək ki, 2011-cu ildə Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qars şəhərində təməli atılan 32 sinif otaqlı Heydər Əliyev Sənaye Məslək Liseyinin inşaası da sürətlə davam edir. ARDNŞ tərəfindən inşa olunan bu təhsil kompleksi müasir tipli məktəb binası olacaq. İndiyə qədər məktəbin tikintisinə 10 milyon manat xərclənib. Qeyd edək ki, Türkiyədə Heydər Əliyevin adını daşıyan peşə məktəblərinin ilki Adana vilayətinin Ceyhan rayonunda inşa olunub. 16 sinif otaqlı, 480 şagird yerlik bu lisey 2008-ci ilin noyabr ayında hər iki ölkə rəsmilərinin iştirakı ilə istifadəyə verilib.


9

Şahbuz: firavan gələcəyə doğru... Dağlıq rayonlarımızdan sayılan Şahbuz rayonu ölkəmizin səfalı guşələrindəndir. Bu rayon səfalı yaylaqlara, şəfalı bulaqlara malikdir. 2007-ci ildə Şahbuz rayonunun Şahbuz qəsəbəsinə şəhər statusunun verilməsi bu məkana olan diqqət və qayğını daha da artırıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə Şahbuzun Ayrınc kəndində orta məktəb binasının, 2008-ci ildə hərbçilər üçün tikilmiş binanın, 2009-cu ildə Şahbuz Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışlarında iştirakı rayonda yeni quruculuq ünvanlarının çoxalmasına təkan verib. Muxtar respublikanın digər rayonlarında olduğu kimi, Şahbuz rayonunun da sosial-iqtisadi inkişafı sürətlə davam edir. Belə ki, 2012-ci ildən rayonun ayrı-ayrı yaşayış məntəqələrində abadlıq, quruculuq və tikinti işlərinin aparılmasına diqqət artırılıb. Bu məqsədlə ötən ildən Ağbulaq kəndində tikintisinə başlanılmış kənd mərkəzinin, məktəb binasının, uşaq istirahət mərkəzinin, Ağbulaq Turizm və İstirahət Kompleksinin, eləcə də Biçənək kənd tam orta məktəbi binasının nəzərdə tutulmuş vaxtda istifadəyə verilməsi üçün lazımi tədbirlər həyata keçirilir. Ötən ay isə Şahbuzkənddə kəndi ikiyə bölmüş çayın üzərində körpü və Ayrınc kəndində avtomobil yolunda suötürücü kanal Naxçıvan

Muxtar Respublikası Ali Məclisinin Sədrinin iştirakı ilə istifadəyə verilib. 2012-ci ilin yaz aylarından Şahbuz şəhərində su, kanalizasiya sisteminin ən müasir formada qurulmasına başlanılıb. Xatırladaq ki, ötən il təbii fəlakətdən zərər çəkmiş ailələr üçün Külüs və Keçili kəndləri arasında yeni yaşayış massivi salınıb, hər cür şəraiti olan mənzillər sakinlərin istifadəsinə verilib.

Yeni Proqram rayonun qarşısına böyük vəzifələr qoyub Aqrar sahənin inkişafına göstərilən dövlət qayğısından hərtərəfli istifadə edən şahbuzlular torpaqların əkilib-becərilməsinə böyük maraq göstərirlər. Bu ilin bol məhsulu üçün ötən ilin payızında 1037 hektar sahədə taxıl əkini keçirilib. Bu ilin yazında isə 199 hektar sahədə yazlıq arpa əkilib. Bu il mövsüm ərzində 427 nəfərə istifadə etdikləri yanacaq, motor yağına görə 102 min 216 manat, 418 nəfərə isə 1037 hektara səpmək üçün 103,7 ton gübrə verilib. Kartof əkinlərinin genişləndirilməsi məqsədilə 491 nəfərə 570 min 300 manat güzəştli kredit ayrılıb. Mal-qaranın cins tərkibinin


10 yaxşılaşdırılması məqsədi ilə fermerlərə güzəştli kreditlə 21 baş ətlik və südlük inək verilib. "2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq olunması bu dağ rayonunun qarşısına həmin istiqamətdə böyük vəzifələr qoyub. Bu vəzifələrin icrası məqsədi ilə cari ildə yaşıllaşdırma tədbirləri davam etdirilib: yeni-yeni yaşıllıq zolaqlarının salınması üçün sahələr hazırlanıb, 18 hektar sahədə yeni bağlar salınıb, 1 hektar sahədə bərpa işləri aparılıb, 14530 ədəd meyvə, 470 ədəd həmişəyaşıl, 1610 ədəd meşə ağaclarının tingləri əkilib və 5180 ədəd gül kolu salınıb. Ümumilikdə, 21790 ədəd ting əkilmiş sahələrin suvarılması üçün şərait yaradılıb, 8 hektar bağ sahəsinin isə damcı üsulu ilə suvarılması təmin edilib.

Yollar diqqət mərkəzindədir

Şahbuz şəhəri

2012-ci ildə rayondaxili avtomobil yollarının təmirinə və abadlığına diqqət xeyli artırılıb. Belə ki, Günay Qışlaq, Gömür və Ağbulaq kəndlərinə gedən yollar genişləndirilib. Ayrınc-Kükü avtomobil yoluna asfalt örtük salınması işlərinə başlanıb. Külüs-Keçili yolunun 4 kilometrinə asfalt-beton örtük salınıbr. Şahbuzkənd-Külüs yolu əsaslı təmir olunub. Ümumilikdə, yollarda 619040 manatlıq təmir-tikinti işləri aparılıb ki, bu da 2011-cu ilin müvafiq dövrü ilə müqayisədə 270 min 064 manat artıqdır. Rayona göstərilən dövlət qayğısının daha bir nümunəsidir ki, artıq uzunluğu 59,2 kilometr olan Naxçıvan-ŞahbuzBatabat avtomobil yolunun tikintisinə başlanılıb. Məlumat üçün bildirək ki, yolun Naxçıvan-Şahbuz hissəsinin eni 17 metr, Şahbuz-Batabat hissəsinin eni isə 9 metr olacaq.

Rabitə sahəsinin yenilikləri Batabat

Rayon əhalisinə göstərilən rabitə xidmətinin səviyyəsi daha da yaxşılaşır. Bütün yaşayış məntəqələri müasir telerabitə sistemi ilə əhatə olunub. Ötən yarım ildə Şahbuzkənddə 192 nömrəlik kabel tipli ATS istifadəyə verilib, Kolanı və Aşağı Qışlaq kəndləri arasında (4,5 kilometr) yeni optik kabel çəkilib, Aşağı Qışlaq ATS-nin çıxış kanallarının optik kabel vasitəsilə verilişi təmin olunub, Yuxarı Qışlaq kəndində yeni ATS quraşdırılması üçün texniki imkanlar yaradılıb. Ayrınc kəndində magistral rabitə xətti yenidən çəkilib, Qeyd edək ki, 2012-ci ilin birinci yarımilində rayon büdcəsinin gəlirlər üzrə mədaxili 233 min 300 manat plan tapşırığa qarşı 246 min 547 manat, 105,6 % icra olunaraq, büdcəyə plandan əlavə 13 min 247 manat artıq vəsait daxil olub. Gənc nəslin təlim-tərbiyəsi sahəsində təhsil müəssisələrinin fəaliyyətinə daim nəzarət edilib. Rayon ümumtəhsil məktəblərini bitirən 226 nəfər məzunun 168 nəfəri, yaxud 74,3 %-i ali məktəblərə sənəd qəbulunda iştirak edib. Gənclərin hərbi vətənpərvərlik və fiziki tərbiyəsi ilə bağlı ötən dövr ərzində 47 tədbir keçirilib, bu


11 Külüs və Keçili kəndləri arasında yeni yaşayış massivi

tədbirlərdə 1312 nəfər iştirak edib. 1997-1998 və 19992000-ci il təvəllüdlü yeniyetmələr arasında futbol üzrə Azərbaycan Çempionatının Naxçıvan Muxtar Respublikasında keçirilən zona mərhələsində rayonun komandaları uğurla çıxış edərək hər iki yaş qrupunda birinci yerə çıxıb. Onlar Bakı şəhərində keçirilən final mərhələsində Naxçıvan Muxtar Respublikasını təmsil ediblər. Futzal üzrə rayon komandası Naxçıvan Muxtar Respublikasında birinci yeri tutub. Rayon əhalisinə göstərilən səhiyyə, mədəniyyət, rabitə və digər sosial xidmətlərin səviyyəsi əvvəlki illərə

nisbətən yaxşılaşdırılıb, şəhid ailələrinin, əlillərin, qaçqın və məcburi köçkünlərin problemlərinin vaxtında həll olunmasına diqqət yetirilib. Qeyd edək ki, 24 iyul 2012-ci il tarixdə keçirilmiş dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Muxtar Respublika Ali Məclisinin Sədri tərəfindən verilən tapşırıqların və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün rayon icra hakimiyyətində geniş tədbirlər planı hazırlanıb, görüləcək işlərin dəqiq ünvanı müəyyənləşdirilib.

Ağbulaq Turizm və İstirahət Kompleksinin layihəsi


12

Muxtar respublikanın çöräk täknäsi:

BÄRÄKÄT

Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son illər muxtar respublikada yeni emal, istehsal müəssisələri istifadəyə verilib, bu sahə üzrə fəaliyyət göstərən mövcud obyektlərin fəaliyyəti genişləndirilib. Əksər istehsal sahələrində məhsul buraxılışının artması, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi muxtar respublikanın iqtisadi dayaqlarını getdikcə möhkəmləndirir. Göstərilən dövlət qayğısından səmərəli istifadə edən sahibkarlar daxili bazarın tələbatına uyğun, eləcə də ixracyönümlü məhsul istehsal edən yeni müəssisələr yaradırlar.


13

"Gəmiqaya Bərəkət Qida Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) də belə istehsal sahələrindən biridir. Müəssisənin icraçı direktoru Yunis Yaqubov bizimlə söhbətində bildirdi ki, ümumi sahəsi 12000 min kvadratmetrdən artıq ərazini əhatə edən müəssisənin günün tələbləri səviyyəsində qurulması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondundan maliyyə dəstəyi göstərilib, burada 2003-cü ildə çörək, 2004-cü ildə makaron, peçenye və kolbasa, 2005-ci ildə isə süd məhsulları istehsalı sexləri istifadəyə verilib. Bu sexlərdə Almaniya, Türkiyə və İtaliya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb, yardımçı və inzibati bina, xammal və hazır məhsulların saxlanılması üçün anbar, yeməkxana tikilib: "Müəssisəmizə istehsal sahələrinin fəaliyyətinin genişləndirilməsi, müasir texnoloji avadanlıqlarla istehsal gücünün artırılması, yeni istehsal sahələrinin yaradılması və əlavə işçi qüvvəsinin cəlb edilməsi məqsədilə Sahibkarlığa Kömək Fondundan 2008-ci ildə əlavə olaraq dövlət maliyyə dəstəyi göstərilib. Bu vəsaitlə inzibati binada və yeməkxanada əsaslı təmir işləri aparılıb, müəssisə daha müasir avadanlıqlarla təmin edilib. Eyni zamanda çörək sexində istehsal gücü saatda 3000 ədəd olan tam avtomatik yeni xətt istifadəyə verilib. İldən-ilə fəaliyyətini

genişləndirilən müəssisədə çörək sexi 3, digər sexlər isə birnövbəli iş rejimində fəaliyyət göstərir. Muxtar respublikanın 50 faizdən artığını çörəklə təmin edən müəssisəmizdə 14 çeşid olmaqla sutkada 60 min ədədə yaxın çörək istehsal olunur. Bir sözlə, muxtar respublikanı çörəklə təmin edən əsas müəssisəyik". Müəssisədə çalışan mütəxəssislərlə söhbət zamanı məlum oldu ki, burada çörək dəmir üzərində deyil, daş üzərində bişirilir ki, bu da çörəyin daha keyfiyyətli olmasında mühüm rol oynayır. "Gəmiqaya Bərəkət Qida Məhsulları" MMC gündəlik 36 ton çörək, 10 ton ət və süd, 5 ton makaron, 2 ton şirniyyat istehsalına malikdir. Burada həmçinin müasir avadanlıqlarla təchiz edilmiş iki laboratoriya da fəaliyyət göstərir. Bu da istehsal olunan məhsulların keyfiyyətlərinə öz müsbət təsirini göstərir. Belə ki, müəssisəyə daxil olan xammal və hazır məhsullar həmin laboratoriyalarda analizdən keçirildikdən sonra satışa çıxarılır.

"Şərq şirniyyatları" da fəaliyyətə başlayıb Süd emalı sexi ilə tanışlıq zamanı məlum oldu ki, müəssisə tamamilə yerli istehsal hesabına fəaliyyət göstərir. Belə ki, müəssisənin xidməti avtomobilləri kəndlərdən mütəmadi təzə məhsul toplayır. Bu həm fermerlərin, həm də müəssisənin işini asanlaşdırır. Bu planlı için nəticəsi kimi isə müəssisədə istehsal olunan ağartı məhsulları nəfis şəkildə qablaşdırılmış formada istehlakçıların süfrələrini bəzəyir. Müəssisənin kolbasa sexində 18 növ kolbasa, makaron sexində isə müxtəlif növdə yüksək keyfiyyətli məhsul istehsal olunur. Makaron 350, 500 qramlıq paketlərdə, 10 kiloqramlıq kisələrdə satışa çıxarılır. Onu da bildirək ki, daxili bazarın yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasına öz töhfəsini verən "Gəmiqaya Bərəkət Qida Məhsulları" MMC-də istehsal sahələri ilbəil genişləndirilir. Cari ildə də bu istiqamətdə işlər uğurla davam etdirilib: müasir texnoloji avadanlıqlarla təchiz olunmuş "Şərq şirniyyatları" istehsalı sahəsi fəaliyyətə başlayıb. Müəsissənin direktoru İbrahim Babayevin sözlərinə görə, müəssisədə, demək olar ki, Azərbaycanın milli mətbəxinə aid bütün növ şirniyyatlar hazırlanır. Qeyd edək ki, "Gəmiqaya Bərəkət Qida Məhsulları" MMC-nin istehsal etdiyi məhsulların bir çoxu ölkəmizin bölgələrinə ixrac olunur. Gələcəkdə isə xarici ölkələrə ixrac planlaşdırılır. Müəssisədə 270 nəfər işçi çalışır.


14

"Estrada simfonik orkestrimiz dә olacaq"

Naxçıvan Dövlәt Filarmoniyası 1959-cu ildәn fәaliyyәt göstәrәn Naxçıvan Dövlәt "Araz" Mahnı vә Rәqs Ansamblının bazası әsasında 1983-cü ildә fәaliyyәtә başlayıb. Filarmoniya 2009-cu ildә yenidәnqurmadan sonra istifadәyә verilәn Heydәr Əliyev adına Mәdәniyyәt Sarayında yerlәşir. Hazırda Naxçıvan Dövlәt Filarmoniyasının tәrkibindә xalq çalğı alәtlәri orkestri, kamera orkestri, mahnı vә rәqs ansamblı, "Gәmiqaya" instrumental ansamblı, estrada orkestri, xor fәaliyyәt göstәrir. Filarmoniyanın kollektivi Rusiya, Özbәkistan, Türkiyә, Iran, Isveçrә, Macarıstan, Almaniya vә s. ölkәlәrdә qastrol sәfәrlәrindә olub, konsert proqramları ilә çıxış edib. 2005-ci ildәn kollektivә Azәrbaycanın Əmәkdar Artisti Elman Əliyev rәhbәrlik edir.

- Elman müəllim, hazırda kollektiv hansı əsər üzərində işləyir? - Ədəbiyyat tariximizdə özünəməxsus yeri olan Hüseyn Cavidin "Şeyx Sənan" dramına ölməz sənətkarımız Fikrət Əmirovun bəstələdiyi musiqi üzərində çalışırıq. Onu da deyim ki, biz bu əsəri H. Cavidin oktyabr ayında keçiriləcək 130 illik yubileyi ilə əlaqədar Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə birgə bütöv şəkildə səhnələşdirmək istəyirik. Artıq arxivdən bu əsərin orijinal notlarını da əldə etmişik. Yaxın zamanlarda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasına yenidən müraciət etməyi də planlaşdırmışıq. Bu dəfə "Leyli və Məcnun"u tam şəkildə tamaşaçılara təqdim edəcəyik. Məlumat üçün bildirim ki, kollektivimiz bu operadan parçalar hazırlayaraq teatrsevərlərə təqdim etmişdir. - Bir əsərin musiqi tərtibatını hazırlamaq üçün nə qədər vaxt sərf olunur? - Bu meyar əsərə görə dəyişir. Orta həcmli bir əsəri təxminən 6-8 aya hazırlayırıq. Bildiyiniz kimi, bu yaxınlarda Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə


15

birgə "Koroğlu" operası əsasında hazırlanmış kompozisiyanı səhnələşdirdik. Belə bir əsərin ərsəyə gəlməsi bir ilə qədər vaxt apara bilir. Yeri gəlmişkən, "Milli dəyərlər ili" olan 2012-ci ildə Azərbaycanın və Şərqin ilk klassik səhnə əsəri - "Koroğlu" operası əsasında hazırlanan kompozisiyanın Naxçıvan səhnəsində tamaşaya qoyulması muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə kimi qeyd edilib. Bildiyiniz kimi, "Koroğlu" operasında Azərbaycan xalq musiqisindən geniş istifadə olunub. Operanın tamaşaçı tərəfindən sevilməsinin başlıca səbəbi xəlqilik və musiqi mətnində klassik Azərbaycan muğamının əsas götürülməsidir. Xalqımızın haqqədalət uğrunda mübarizəsi, birlik və bütövlüyü operanın əsas ideyasını təşkil edir. Onu da qeyd edim ki, il ərzində filarmoniyamızın təxminən 100 konsert proqramı olur. Son böyük konsertimiz Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının hesabat konserti olub. Bu konsertimiz də çox uğurla keçib. - Filarmoniyada kadr problemi yaşanırmı? - Bəri başdan qeyd edim ki, kadr cəhətdən problemimiz yoxdur. Naxçıvan Dövlət Universitetinin Konservatoriyası kadr ehtiyaçlarımızı tam ödəyir. Muxtar respublikada 30-dan artıq uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri və Naxçıvan Musiqi Kolleci fəaliyyət göstərir. Bu təhsil müəssisələri də öz növbələrində musiqi mədəniyyətimizin və incəsənətimizin inkişafına, müvafiq sahə üzrə kadr potensialının formalaşmasına öz töhfələrini verirlər. Onu da qeyd edim ki, hazırda filarmoniyanın 190 nəfərə yaxın əməkdaşı var. Bunların da demək olar ki, 120 nəfərini peşəkar musiqiçi təşkil edir. Dövlətimiz tərəfindən Filarmoniyanın 40 nəfərə yaxın əməkdaşı müxtəlif fəxri adlarla, ordenlərlə təltif olunublar. Təkcə bu il 10 əməkdaşımız belə fəxri adlara layiq görülüb.

"Onları eşitmək belə istəmirik" - Hansı janrdakı musiqi əsərlərinə daha çox

müraciət edirsiniz? - Ümumiyyətlə, xalq mahnıları və klassiklərimizin (Qara Qarayev, Fikrət Əmirov, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev və s.) əsərləri repertuarımızda öz layiqli yerlərini tuturlar. Motsart, Bethoven kimi xarici ölkələrin klassiklərinə də müraciət edirik. Yeni nəslin nümayəndələrinin səviyyəli əsərlərı də diqqətimizdən kənarda qalmır. Bayağı musiqilərə isə bizim filarmoniyada yer yoxdur. Onları eşitmək belə istəmirik. -Bir qədər də qastrol səfərləriniz haqqında söz açmağınızı xahiş edirirk. - Gələn il 30 yaşı tamam olacaq filarmoniyamız Rusiya, Türkiyə, Türkmənistan və s. ölkələrdə qastrol səfərlərində olub, konsert proqramları ilə çıxış edib. O ki qaldı son səfərlərimzə... Bu ilin avqust ayının 23-24də Naxçıvan Dövlət Filarmoniyası Şərur Xalq Yallı Ansamblı ilə birgə Türkiyənin Əhlət ilçəsində keçirilən mədəniyyət festivalına qatılıb. Festival çərçivəsində Muş vilayətinin Malazgird qəsəbəsinin ildönümünə həsr olunmuş şənliklərdə də iştirak etmişik. Kollektivimiz Naxçıvan Muxtar Respublikasında keçirilən beynəlxalq tədbirlərin konsert proqramlarını həm təşkil edir, həm də tərtib edir. -Filarmoniyada yeni orkestrin təşkili gözlənilirmi? - Əvvəlcə xatırladım ki, sonuncu dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 10 yanvar 2012-ci il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Filarmoniyasında Estrada Orkestri təşkil olunub. Hazırda isə filarmoniyada estrada simfonik orkestrinin təşkili istiqamətində işlər davam edir. Məqsədimiz muxtar respublikada estrada və caz janrının inkişafına nail olmaq, bu sahə üzrə istedadlı gənc müğənni və musiqiçilər yetişdirməkdir. - Elman müəllim, bəs filarmoniyaın madditəxniki bazası barədə nə deyə bilərsiniz? - Filarmoniyada çalışmaq üçün yaxşı şərait var. Təkcə bir faktı qeyd edim ki, muxtar respublika rəhbərliyinin diqqət və qayğısının nəticəsində son iki ildə 60 adda yeni musiqi aləti ilə təchiz olumuşuq.


16

Suyu şordu, təsiri "zordu" Mineral su bulaqlarının rəngarəngliyinə görə Naxçıvan Muxtar Respublikası dünyanın ən diqqətəlayiq bölgələrindəndir. Bu bulaqların suyundan müalicə məqsədi ilə də istifadə edilir. Belə qəbildən olan sulardan biri el arasında "Şorsu" kimi tanınan Darıdağın arsenli (mərgümüş) suyudur. Suyun mənbəyi Culfa şəhərindən 15 kilometr şimal-şərqdə - Darıdağın ətəyində, okean səviyyəsindən 900 metr yüksəklikdə yerləşir. Bu mövzuda material hazırlamaq məqsədilə bu suyun mənbəyinə yollandıq. Bizi Darıdağ Arsenli Su Müalicəxanasının direktoru Zəfər Məmmədov qarşıladı. Onunla söhbətdən məlum oldu ki, yerli əhali tərəfindən "şəfa suyu" adlandırılan bu mineral suyun əsasında 1991-ci ildən müalicəxana fəaliyyət göstərir. 2005-ci ildə isə müalicəxananın şəraiti daha da yaxşılaşdırlıb. 27 ildir ki, bu müəssisədə çalışdığını vurğulayan həmsöhbətimiz sözlərini belə davam etdirdi: "İndiki şəraitlə 20 il öncəki şəraitimiz arasında o qədər fərq var

Darıdağ Arsenli Su Müalicəxanası

ki... Rayon mərkəzindən bir az aralıda yerləşməyimizə baxmayaraq, həm xəstələr, həm də işçilər üçün gözəl şərait yaradılıb. Hazırda iki korpusumuz (biri qadınlar, o biri də kişilər üçün) fəaliyyət göstərir. Burada saatda 30-35 xəstə eyni vaxtda müvafiq vannalar qəbul edə bilirlər. Burada Darıdağ arsenli mineral suyu ilə müxtəlif ürək-damar sistemi xəstəlikləri, dayaq-hərəkət orqanları, periferik əsəb sistemi, dəri, ginekoloji, anemiya, yel və sair xəstəliklər müalicə olunur ". Onun sözlərinə görə, ilk zamanlar bu ərazidə bir neçə mex-


17 Müalicəxananın direktoru suyun xassələrindən danışır...

aniki quyu fəaliyət göstərib, hazırda isə onlardan biri işlək vəziyyətdədir. Bu termal su yerin 1080 metr dərinliyindən boru vasitəsilə öz yüksək təbii təzyiqi ilə çıxır. Suyun saatlıq debiti 300-400 min m3 arasındadır. Termal suyun mənbədəki istiliyi 520 C-dir. Ancaq xəstələrin vanna qəbul etdiyi şəraitdə bu göstərici 39-410 C arasında dəyişir. Kimyəvi tərkibinə gəldikdə, bu mineral su karbonatlı (həll olmuş CO2 0,6-1,0 q/l), hidrokorbanatlıxloridli (HCO3 29-31% ekv., 62-65 % ekv.), natriumlu (88-93 % ekv), yüksək minerallıdır (17-21 q/l). Bu suda mineral suların tipini müəyyən edən xlorid və hidrokarbonatlarla yanaşı, 6,18 ekv % sulfatlar da vardır. Suda həll olmuş CO2 qazı ilə yanaşı, sərbəst karbon qazı da xeyli miqdardadır. Qeyd edək ki, Darıdağın arsenli suyunun kompleks emalı prosesində karbon qazının hər iki forması sərbəstləşir. Yaxınlıqda istifadəyə verilmiş Darıdağ Karbonqazı Zavodunda bu termal suyun xammalı hesabına sutkada 4 ton karbon qazı istehsal edilir. Bu da öz növbəsində muxtar respublikada fəaliyyət göstərən mineral zavodların belə qaza olan ehtiyacını tam ödəyir.

Suyun tay-bərabəri yoxdur "Müalicəxanada müalicə vannası almaq istəyən xəstələr həkim tərəfindən müəyyən olunur. Vanna qəbulundan öncə onların arterial təzyiqi ölçülür. Əgər xəstədə arterial təzyiq aşağı olarsa, yəni ürək çatışmazlığı aşkar olunarsa, həmin xəstənin arsenli vanna qəbuluna icazə verilmir. Həmçinin suyun tərkibində ağır metallar olduğundan müalicə müddəti gündə 10-15 dəqiqə olmaqla uzaqbaşı 2 həftədir"deyən həmsöhbətimin sözlərinə görə, el arasında həm də "yel suyu" kimi tanınan Darı dağ arsenli suyunun

hələ qədimdən kustar şəkildə sümük-oynaq, əzələ sistemi və duzlaşma deyilən patalogiyaların fəsadlarının ardadan qaldırılmasında geniş istifadə olunub. Zəfər müəllim onu da vurğuladı ki, bu arsenli suyun daxilə qəbulu qanda dəmirin miqdarını artırır, mədənin fəaliyyətini aktivləşdirir, maddələr mübadiləsini yaxşılaşdırır. Digər tərəfdən, arsenli preparatlardan fərqli olaraq, Darıdağ arsenli suyunun müalicəvi təsiri suyun qəbulu kəsildikdən sonra xeyli müddət davam etdiyi təcrübələrlə təsdiqlənib. Həmsöhbətim bildirdi ki, buraya respublikamızın, demək olar ki, bütün bölgələrindən, eləcə də xarici ölkələrdən xəstələr gəlirlər. Onların arasında revmatizm xəstəliklərindən əziyyət çəkənlər çoxluq təşkil edir. Ötən il buraya 3 min nəfərə yaxın xəstə müraciət edib. Onların da təxminən 300 nəfəri xarici ölkə vətəndaşları olub. Buraya Türkiyə, Ukrayna, Rusiya vətəndaşları daha çox üz tuturlar. Onunla söhbət zamanı bu suyun ölkəmizin başqa bölgələrində analoqu olub-olmadığını soruşduqda isə belə dedi: "Ölkəmizdəki, eləcə də dünyadakı arsenli suları araşdırmışam, ancaq belə optimal arsenli suya rast gəlməmişəm. Məsələn, İtaliyanın Rençeko arsenli mineral suyunun tərkibində arsenin miqdarı çoxdur, onun tərkibində qələvilər istənilən səviyyədə olmadığı üçün orqanizmə kifayət qədər sorulmur və lazımi müalicə effekti alınmır. Fransanın Lya-Burbul mənbəyinin tərkibinə gəldikdə isə, o suda arsenin miqdarı çox aşağıdır". Həmsöhbətim onu da bildirdi ki, gələcəkdə bu sudan daha səmərəli istifadə etmək məqsədi ilə burada daha böyük və müasir sanatoriyanın tikilməsinə ehtiyaç var. Bu məsələ ilə əlaqədar müvafiq qurumlarla məsləhətləşmələr aparılır.


18 Əhalinin kənd təsərrüfatı məhsulları ilə etibarlı təminati ölkəmizin əsas prioritlərindəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 14 fevral 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilən "2012-2015ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı" da məhz bu siyasətin davamıdır. Bu Dövlət Proqramının əsas məqsədi yeni bağların salınması, məhsuldar meyvə-tərəvəz sortlarının bərpa edilməsi, yeni texnologiyalara əsaslanan meyvə-tərəvəz emalı müəssisələrinin formalaşdırılmasından ibarətdir. Əlbəttə, bu, meyvəçiliklə məşğul olan fermerlərin də üzərinə mühüm vəzifələr qoyur. Elə Şərur rayonunun Danyeri kənd sakini, fermer Ramiz Həsənovla da söhbətimiz bu mövzudadır. Ramiz kişi ilə söhbətdən aydın oldu ki, o, sovet dönəmində dülgər kimi fəaliyyət göstərib. Dediyinə görə, bu sahə üzrə 25 il çalışıb: "Sovet höküməti dağılandan sonra biryolluq torpağa bağlandım və fermerliyə meyl saldım. Artıq neçə ildir ki, kənd təsərrüfatı məhsulları yetişdiməklə məşğulam. Hazırda 50 hektara yaxın torpağı əkibbecərirəm. Bununla kifayətlənməyib icarəyə də torpaq götürür, müxtəlif məhsullar yetişdirirəm". Ramiz kişinin meyvə bağlarına isə alayı bir həvəsi var. Əgər belə olmasaydı, o, min bir zəhmətlə saldığı meyvə bağındakı hər ağacı öz doğma balası kimi əzizləməzdi: "Meyvə bağımız 5 hektar ərazini əhatə edir. Bağımızda alma ağacları (qolden və sibiryanka sortları) üstünlük təşkil edir".

Bu üstünlüyü isə o, belə izah etdi: "Bu yerin torpağı almanı daha çox sevir". Daha sonra o, həmin meyvə bağının tarixindən söz açdı: "Düzdür, sovet dönəmində burada meyvə bağları vardı. Ancaq məlum hadisələr zamanı meyvə ağacları məhv edilərək odun kimi istifadə olundu. 2006-ci ildə burada yeni meyvə bağı salmağa qərara aldım". Bu məqsədlə dövlətdən 35 min manat kredit aldığını və Türkiyədən 1500 ting gətirdiyini vurğulayan Ramiz kişi həmin bağın salınmasında çox əziyyətə qatlaşdığını dilə gətirdi. "Bağa baxarsan, bağ olar, baxmasan, dağ olar", - sözləri ilə söhbətini davam etdirən Ramiz kişi dedi: "Bağ diqqət, qayğı tələb edir. Odur ki, bu bağı vaxtında şumlayır, dərmanlayıram. Hətta hər il ağacları budamaq məqsədi ilə Türkiyədən mütəxəssislər dəvət edirəm". Onunla söhbət edəedə bağa nəzər salırıq. Bütün tinglər dülgər səliqəsi ilə əkilib. Bağdakı səliqə-sahmana isə söz ola bilməz. Qeyd edək ki, Ramiz kişi meyvələri şəxsi soyuducusunda saxlayır. Bu isə ona ilin bütün fəsillərində meyvəni təzə, tər formada satışa çıxarmağa imkan verir. "Bəs meyvəni xaricə ixrac etmək barədə düşünmürsünüz?" sualına isə o, belə cavab verdi: "Heç muxtar respublikanın sifarişlərini çatdıra bilirəm ki! Odur ki, ötən il 1000 tinglik yeni meyvə bağı salmışam. Hə, onu da


19

“Baьa baxarsan, baь olar...”

deyim ki, hələ 3-4 il öncə meyvə ağaçlarından 5 ton məhsul götürmüşdük, ancaq bu il 20 ton məhsul gözlənilir. İnşallah, yaxın illərdə bu ağaçlardan 100 ton məhsul götürə biləcəyik". Az sonra isə əlavə edir: "Bağımda şaftalı və gilas ağacları da var. Yaxın gələcəkdə üzüm bağı da salacağam". Ramiz kişi sözarası gənclərdən də gileylənir: "Gənclər getdikcə torpaqdan uzaq düşməyə çalışırlar. O ki qaldı öz övladlarıma... Onlar da nədənsə torpağa könül vermək istəmirlər. İnanın, bəzən elə olur ki, meyvə dərmək üçün işçi belə tapa bilmirəm". Ramiz kişi meyvəçiliklə yanaşı, 20 hektar ərazidə taxıl əkir. Yetişdirdiyi buğdanı öz dəyirmanında üyüdür, şəxsi sexində çörək bişirtdirir. O həm də heyvandarlıqla məşğul olur. 30 baş malqarası var. Dediyinə görə, onların yemini də özünün ot zəmilərindən toplayır.


20

Bяyim nяnяnin gileyi

100

yaşlı Bəyim Qəribova Şərur rayonun Tənənəm kəndində dünyaya göz açıb. Hazırda o, Danyeri kəndində oğlu Seyfulla ilə bir həyətdə yaşayır. Yüz yaşı aşırsa da, Bəyim nənə yeməyini və içməyini özü hazırlayır, kimsənin yardımına ehtiyac duymur. Hətta bu yaxınlaradək əkin-biçin işləri ilə də məşğul olurmuş. Onun uzunömürlülüyünün, eləcə də sağlamlığının sirri ilə maraqlandıq. Bəyim nənə bununla bağlı sualımızı ətraflı cavablandırmaq istəmədi. Sadəcə dedi ki, bunun elə bir ciddi sirri yoxdur: "Allah verən ömürdür yaşayıram". Buna rəğmən, 67 yaşlı oğlu Seyfulla bildirdi ki, müşahidələrimə əsasən deyə bilərəm ki, sağlam və çox yaşamaq üçün insan sadəcə daim hərəkətdə olmalıdır: “Bir də qəbul etdiyi qida əsasən süd-qatıq başda olmaqla təbii bitkilərə üstünlük verməlidir. Təbii ki, bu məsələdə tərkibində müxtəlif minerallar olan, dağ-daşlardan süzülüb gələn tərtəmiz bulaq sularının da rolu böyükdür. Mən də bu "qanunlara" əməl etməyə çalışıram". Seyfulla kişi daha sonra belə dedi: "Atam 40 il bundan öncə dünyasını dəyişib. Mən ailənin ortancıl övladı olmuşam. Qardaşlarımdan dünyalarını dəyişənlər olub. Təbii ki, bu kimi hadisələr anamı sarsıdıb". Bəyim nənə söhbət əsnasında müasir gənclərimizdən də gileyləndi: "İndi cavanlarda tənbəllik baş alıb gedir ... İndikilər gündə bir moda ilə gəzməyə üstünlük verirlər. Maşallah, indi də bazar-dükanlarda nə desən var. Amma di gəl, tənbəldirlər. Doğrusu, mən onlara baxanda indiki halıma belə şükür edirəm". "Çox çətinliklər gördük. İndiki dövrdə yaşamağa nə var ki!"-sözləri ilə söhbətini davam etdirən Bəyim nənə düçar olduğu çətinliklərdən söz açdı: "Amma indiki nəsilə fikir verirəm. Dağ kəndlərimizdə normal yaşamaq üçün işıq, qaz olmaqla hər cür şəraitimiz var ... O zamanlar harada idi belə şərait? Di gəl, hələ də naşükürlük edib, qiymətini bilməyən də çoxdur. Çox yaxşı yadımdadır, o zamanlar bayramlarda uşaqlara bir yumurta verəndə elə bir dünyanı onlara verirdin. Bir ovuç qovurğa verəndə elə bil bir at verirdin onlara... Boş vaxtımız olmurdu. Gah nehrə çalxalayardıq,

gah kilim toxuyardıq ki, atasız qalmış yetimlərimizi böyüdək. Qatığın içinə pencər doğrayıb yeyərdik. Bu, bizim ən yaxşı yeməyimiz sayılırdı. Məncəelə indi də ən sağlıqlı, xeyirli yemək odur. Maşallah, indi bütün dükanlar yemək-içməklə doludur. Xeyirli ya zərərlidir demədən kefiz nə istəyir alıb yeyirsiniz. Ona görə də körpəsindən tutmuş böyüyünə kimi hamı bir yerinin ağrıdığından şikayətlənir… O zamanlar bir maşın tapa bilmirdik ki, xəstəmizi həkimə aparaq. Heç həkim də yox idi... İndi, maşallah, hər kənddə bir xəstəxana, heç olmazsa bi tibb məntəqəsi var...". Bəyim nənədən nəvə-nəticələrininin, kötücə və yadıcalarının sayını soruşmağa çalışdıq. O, bu sualımıza da özünəməxsus şəkildə cavab verdi: "Nə gəlirlər, nə gedirlər. Ona görə də nə adlarını, nə də sayılarını dürüst bilirəm. Mənə elə gəlir ki, indiki zəmanədə qohumluq əlaqələri də getdikcə kəsilməkdədir. Heç bilmirəm nədəndir?!".


21 Ölkəmizdə inanclı insanların pənah apardığı ziyarətgahlar çoxdur. Onlardan biri də Naxçıvanda yerləşən "Əshabi-kəhf" mağarasıdır. "Əhabi-kəhf" təkcə ziyarətgah deyil, həm də ölkəmizin ən qədim tarixi abidələrindən biridir. Təsadüfi deyil ki, müqəddəs kitabımız "QuraniKərim"də də "Əshabi-kəhf"in adı çəkilir. Tarixin kəşməkəşli hadisələrindən və bir-birini əvəz edən dövlət quruluşlarından asılı olmayaraq, insanlar həmişə "Əshabikəhf"ə üz tutub. Bu mənada sərt qadağalara baxmayaraq, "Əshabikəhf" öz müqəddəsliyini qoruyub saxlayib. Qeyd edək ki, Naxçıcan Muxtar Respublikası Ali Məclisinin Sədri 1998-ci ildə "Əshabi-kəhf" ziyarətgahının bərpası və qorunması tədbirləri haqqında sərəncam imzalayıb.

ziyarətinə başlanılır. Qeyd edək ki, mağaranın təbii girişi indiki pilləkənlərdən sol tərəfdə yerləşib.

"Yeddi kimsənə" Burada insanların ilk rast gəldikləri girişin başlanğıcındakı kiçik bulaqdır. Sərt qayaların altından süzülüb gələn bulaq sanki şəfa suyudur. Bu, qədim mağara sakinlərinin, sonrakı dövrlərdə zəvvarların min illər boyu istifadə etdikləri yeganə bulaqdır. Bulaq xalq arasında "Yeddi kimsənə" adlanan ziyarət yerinin aşağı tərəfindədir. "Yeddi kimsənə" "Əshabi-kəhf"in girişinin sol tərəfində qabağa doğru əyilmiş qayanın altındadır. Bura sanki sığınacaqdır. Rəvayətə görə, yeddi müqəddəs burada qayaya söykənərək qeyb olub. Onlardan dördünün izləri divarda aydın görünür. Həmin məqama çıxan zəvvarlar müqəddəslərin izlərini öpür, ziyarət namazları qılırlar. Burada xəstə uşaqları müəyyən müddət yatırmaq və sair inanclar da yerinə yetirilir. "Yeddi kimsənə"dən sonra ziyarət edilən məkan Hz. Əli və onun atı Düldüllə bağlıdır. Rəvayətə görə, Hz. Əli bura ziyarətə gəlmiş,

Müqəddəs məkan "Əshabi-kəhf" El arasında deyirlər ki, "Əshabi-kəhf"i yeddi il dalbadal ziyarət etmək Kərbala, hətta Həcc ziyarətlərinə bərabərdir. Yəni kimin həmin ziyarətgahlara getmək imkanı yoxdursa, bura getməklə savaba çata bilər. Mağarada müqəddəsləri ziyarət etmədən və bir sıra ayinləri yerinə yetirmədən əvvəl gətirilmiş qurban kəsilir. Qurban kəsilməmişdən öncə ona su verilməli, kəsilərkən qurban duası oxunmalıdır. Qurbanlıq xüsusi adamlar tərəfindən kəsilir (Bu işi bacaranlar qurbanı özləri də kəsə bilərlər). Bu zaman qurban kəsdirmək istəyən adam sağ əlini bu missiyanı yerinə yetirən şəxsin sağ əlinin üzərinə qoymalıdır. İnanca görə, bununla da onlar heyvanı özləri kəsmiş hesab olunurlar. Qurban kəsmədən sonra mağarada müqəddəs yerlərin

Düldül sol tərəfdəki qayadan sağdakı qayaya sıçramış və həmin qayada dal ayaqlarının izləri çalalar kimi qalıb. İnsanlar niyyət edib yerdən təqribən 5-6 metr hündürlükdə olan həmin çalalara kiçik daşlar atırlar. Niyyəti hasil olanın daşı orada qalır. (Bir qayda olaraq üç daş atılır). Mağaranın daxilinə girdikcə ətrafdakı ağac və kollara parçalar bağlanır.

Damcı düşməsə... Məscidin qabağındakı "Qara daş"ın və "Damcıxana" da maraq doğurur. Bəzən xəstələr niyyət edib “Qara daş”ın yanında yatırlar. Bir sıra xəstələrin burada nicat tapması söylənilir. Məscidə ancaq namaz qılanlar və nəziri olanlar girirlər. Məscidin kişilərə aid hissəsində iki kitabə var. Niyyət edib məsciddə yatanlara da rast gəlmək


22

mümkündür. "Damcıxana" məscidin yuxarı tərəfində, bir neçə metr hündürlükdə yerləşir. Açıq salon şəklində olan həmin yerdə tavandan su damır. Maraqlıdır ki, ilin yağışlı və quraq keçməsindən asılı olmayaraq, burada damcı kəsilmir. Bu məqamda hər cür niyyət edilir. Yəni burada həm xəstələr, həm də hər hansı bir arzusu olan niyyət edib oturur. Damcının başa və ya çiyinə düşməsi niyyətin tez, aşağı ətraflara, bədənin hər hansı bir

yerinə düşməsi isə nisbətən gec hasil olacağı kimi yozulur. Damcı düşməsə, deməli, niyyət qəbul olmur. Silindrik formalı, hər tərəfdən yüksək qayalarla əhatə olunmuş "Cənnət bağı" duaların qəbul olduğu yer sayılır. Burada gündoğana doğru qayaların arası ilə dar keçid qalxır. Keçidin baş tərəfində, sıldırım qayada bir dağdağan ağacı bitib. Həmin ağaca dilək üçün parçalar bağlanılır.



24

Aьыzlarы lяzzяtя gяtirяn “Lяzzяt Qida Sяnaye” MMC 1998-ci ildə təsis edilmiş "Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) qida məhsullarının idxalı, istehsalı, emalı ilə məşğuldur. Müştərilərinə günün tələbləri səviyyəsində xidmət göstərən bu müəssisənin aktiv fəaliyyət göstərən şəkər sexində dünya standartlarına uyğun texnoloji avadanlıqar vasitəsi ilə müxtəlif çəkilərdə (0.15 kq, 0.2 kq, 0.75 kq, 0.9 kq, 1.9 kq, 4.7 kq, 25 kq, 40 kq) doğranmış və kəllə qənd (0.18 kq, 0.8 kq, 5 kq) istehsal olunur.

2007-ci ildə "Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyətində kənd təsərrüfatı məhsullarının təmizlənməsi, ələnməsi, qovrulması və qablaşdırılması sexi istifadəyə verilib. Bu sexin istifadəyə verilməsi aqrar sektora da müsbət təsirini göstərib. Belə ki, istehsal olunan məhsulun xammalının yerli məhsul olmasına üstünlük verilir. "Ləzzət Qida Sənaye" MMC zamanla istehsal gücünü və fəaliyyət sahəsini artırıb. Hazırda burada 21 adda və 62 çeşiddə məhsul istehsal olunur. "Ləzzət Qida Sənaye" MMC istehsalın modernləşdirilməsinə də ciddi fikir verir. Belə ki, məhsulun dizaynını və qablaşdırılmasının estetik tərtibatı da həmişə diqqət mərkəzində olur. 2010-cu ildə "Ləzzət Qida Sənaye" MMC-in nəzdində yeni fabrika "Ləzzət Biskvit və Şokolad Fabriki" MMC təsis olunub. Qeyd edək ki, bu müəssisə əhalinin vafli məhsullarına olan tələbatını ödəmək məqsədi ilə yaradılmış yeni istehsal qurumlarından biridir. Müəssisədə bananlı, almalı, südlü, çiyələkli, kakaolu tərkibdə çəkisi 15 qramdan 290 qrama qədər olan vafli məhsulları istehsal olunur. Dünya standartlarına cavab verən avadanlıqlarla təmin edilmiş müəssisənin istehsal gücü saatda 300 kiloqram təşkil edir.

Müəssisədə bütün gigiyenik qaydalara əməl olunur. Məhsulların fiziki, kimyəvi və bakteroloji analizlərinin aparılması üçün fabrikin müasir avadanlıqlarla təchiz edilmiş xüsusi laboratoriyası fəaliyyət göstərir ki, bu da məhsulların yüksək keyfiyyətinə təminat verir. Təbii ki, istehsal olunan məhsulların gigiyenik və uyğunluq sertifikatları da mövcuddur. Bir sözlə, fabrikin təklif etdiyi bütün məhsullar rəqabət qabiliyyətli yüksək keyfiyyətə malikdir. Məhsulun keyfiyyəti və istehlakçıların maraqlarının təmini bu müəssisənin başlıca devizidir. Bu müəssisənin yaradılması nəticəsində 35 yeni iş yeri açılıb. Müəssisədə çalışan işçilərin sosial hüquqlarının qorunması üçün hərtərəfli şərait yaradılıb. Bu da işçilərin daha yaxşı əhvalruhiyyədə işləmələrinə şərait yaradır. İstehsal olunan məhsulların ticarət obyektlərinə çatdırılması üçün müəssisədə xüsusi servis xidməti fəaliyyət göstərir. Müəssisənin gələcək planları isə bunlardır: istehsal olunan məhsullarını xarici ölkələrə ixracı, Muxtar Respublikada sahibkarlar üçün yaradılan münbit şəraitdən maksimum dərəcədə faydalanmaq, həyata keçiriləcək yeni layihələrdə daha yaxından iştirak etmək.


25


26

M Ә T BӘ X

Алана Тяндир питиси Еркяк гузу вя йа гойун яти хырда тикяляря бюлцнцр, йуйулуб чюлмяйя йыьылыр, 1-2 тикя гуйруг ялавя олунур, кичик соьанлар тямизляниб бцтюв щалда чюлмяйя ятин цзяриня атылыр, бу щалда щям соьанын дады хюряйя чыхыр, щям дя ятин хошаэялмяз ийини юзцня чякир, бишяндян сонра щямин соьанлар атылыр. Бязи бюлэялярдя щейва дилимляниб хюряйя ялавя олунур. Биширилмиш нохуд атылыр, чюлмяйин аьзына гядяр су тюкцлцр, сарычичяк, дуз, истиот ялавя едилир. Бундан сонра чюлмяйин аьзы хямирляниб гапаьы гойулур ки, буьу (бухары) чыхмасын. Чюлмяк тяндирдяки кюзя гойулур, тяндирин аьзы дувагла юртцлцр. 2 саата пити щазыр олур. Сцфряйя вериляндя цзяриня гуру наня дя ялавя олунур. Пити сцфряйя гуру вя суланмыш лавашла, соьан, эюйярти иля верилир. Зювгя эюря яввялcя суйуна гуру лаваш доьраныб йейилир, сонра галан ярзаглар: ят, картоф, нохуд вя с. суланмыш лавашла йейиля биляр. Ади пити дя ейни гайдада, йалныз тяндирдя йох, одун цстцндя биширилир. Питийя Cулфа районунун Кяримгулу Дизя кяндиндя “шовря” дя дейирляр. Ярзаг: 4 няфяр цчцн 0,5 кг ят, 100 гр нохуд, 100 гр гуйруг, 5-6 ядяд баш соьан, дуз, истиот, сарычичяк.

Алана Ордубад зонасында щазырланан ляззятли ширниййат нювцдцр. Ала ням сюзцндяндир. Алана цчцн лазым олан мейвяляр гах кими там гурудулмадан, ала yяni ням галдыьы цчцн беля адланыр. Адятян, шафталынын аь назлы, гырмызы назлы, армудун абасбяйли вя шякяри, ярийин нюврястя сортундан, янcирдян, щейвадан щазырлайырлар. Алана цчцн ири мейвяляр сечилир, габыьы сойулуб 3-4 эцн ярзиндя эцняшдя цйцшцр (бцзцшцр), саплаг тяряфиндян (бязян якс тяряфиндян) даиряви кясилиб ичяриси ойулур, дяняси чыхарылыр, 1 эцн ярзиндя йенидян эцняшдя гурудулур. Ичлик цчцн cявиз нарын доьраныр (vя yaxud машында чякилир) вя ейни мигдарда шякяр тозу эютцрцлцб дарчын, зянcяфил, щил, михяк, йахуд кешниш тохуму гатылыб, мейвянин ичиня долдурулур, кясилмиш щисся иля аьзы юртцлцр, цстдян басылыр ки, азаcыг йумру вя йасты олсун. Сонра ичи долдурулмуш аланям мейвяляр бир эцн сахландыгдан сонра гыйыг иля галын (80 см сапа, 10-15 ядяд) дцзцлцр, ев дахилиндя асылыр, 2-3 щяфтя гурудулур. Чайла ичилир, чяряз, мязя кими йейилир. (Шафталынын гырмызы сорту Ордубадда “эцштц”, bяzi бюлэялярдя “щцлц” адланыр). Бязян ися ичлийя cявиз явязиня фындыг вя йа бадам да гатылыр. Алананы щюрцлмцш сябятлярдя сахлайырлар.


Baş Direktor: OKTYABR 2012 NAXÇIVAN Zaman qəzetinin pulsuz əlavəsidir

Naxçıvan Muxtar Respublika Təmsilçisi:

Süleyman Ünal Süleyman Okumuş

Redaktor: Qvami Məhəbbətoğlu

Ünvan: Bakı, Tbilisi pr. 1058, Tel/Fax : (+994 12) 530 85 81/82/83, www.zaman.az, reklam@zaman.az Naxçıvan şəhəri, Nizami 40, Tel; 036 545 24 30, m.atik@zaman.az

Muxbirlər: Vaqif Vəliyev Mazlum Atik Məhərrəm Məmmədov Yaşar Abdullayev Dizayner: Tahir Mehdiyev


1947 'dən bəri Adıyla və Dadıyla

Naxçıvan şəhəri Ə. Əliyev küçəsi, no-2 Tel : (+994 36) 540 04 25/26/27


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.