Ataxan ƏBİLOV. Demokratiya nədir?

Page 1

Demokratiya nədir? Demokratiya dərsləri silsiləsindən Son günlər “demokratiya” ilə bağlı etdiyim mütaliədən gələn bəzi mətləbləri dostlarımla bölüşmək istəyirəm. Tarixən “xalq hakimiyyəti” mənasında meydana gələn bu nəsnə özünün klassik məzmunundan çoxdan çıxıb. Bu gün demokratiyaya bir yaşam tərzi kimi baxırlar. Bu mənada demokratiyanın makro, meso və mikro səviyyədə təzahür formalarını fərqləndirmək lazımdır.

Makro səviyyə dövlət idarəçiliyi və daha geniş mənada dünya idarəçiliyi ilə bağlıdır. Çox vaxt demokratiyadan məhz bu dairədə baş verən fenomen kimi söhbət açılır. Bu (dövlət) səviyyədə demokratiya aşağıdakı 8 əlamətə cavab verməlidir: 1) Xalqın təmsilçiliyi, yəni dövlətin xalq tərəfindən seçilən şəxslər tərəfindən təmsil olunması. Xüsusən parlamentin birbaşa xalq tərəfindən seçilməsi, respublika üsulidarəçilində isə həm də dövlət başçısının seçkili olması; 2) Azad, gizli və həqiqi seçkilərin olması. Bunun üçün seçkinin hansısa formada saxtalaşdırılmasıyla bağlı bütün şübhələrin aradan qaldırılması; 3) Hakimiyyət bölgüsünün olması. Hakimiyyətin üç qolu (qanunverici, icraedici və məhkəmə) elə təşkil olunmalıdır ki, hansısa ailə, klan, qrup hakimiyyətin çox hissəsinin ələ keçirməsinə nail olmasın; 4) Hər bir vətəndaş üçün siyasətdə iştirakla bağlı bərabər start vəziyyətin mövcüdluğu. Hər bir vətəndaş bərabər hüquqlara malik olmalı və eyni vəzifələr daşımalıdır. Vətəndaşları “ağlara və qaralara” bölmək yolverilməzdir. Hər bir vətəndaş eyni şəkildə qiymətləndirilməlidir. 5) Əsas Qanunun (Konstitusiyayanın) mövcüdluğu. Konstitusiya, dövlətin qoşulduğu beynəlxlaq müqavilələr, Konstitusiya uyğun qəbul edilən qanunlar birgəyaşayışa forma verir. Qanunlar və müqavilələr parlament vasitəsilə demokratik formada müzakirə edilməklə qəbul edilir; 6) Vətəndaşların malik olduğu azadlıqların qorunma imkanı. Bunun təminatı müstəqil məhkəmələrin olmasından keçir; 7) Vətəndaş cəmiyyəti institutların olması. Dövlətdən asılı olmayan bu institutlar (qeyrihökümət təşkilatları) hökümətlə vətəndaş arasında bufer rolunu oynayır; 8) Azad mətbuat. Onlar vasitəsilə hər bir fərd siyasi həyatın və cəmiyyətin digər sferalarıla bağlı məlumatları almaqda bərabər imkanlar qazanmalıdır. Radio, televiziya, interner, qəzetlər bu imkanın realizəsi üçün vasitə olmalıdır. Demokratiya azad mətbuat olmadan təsəvvür edilməzdir.

Meso səviyyə hər bir şəxsin fəaliyyət göstərdiyi sferadır. Qonşular, işlədiyin yerdə təmaslar, fəaliyyət göstərdiyin təşkilat və digər gündəlik əlaqədə olduğun dairə meso səviyyə hesab 1


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.