Hüquqi dövlət nədir? Siyasi leksikonda çox cəlbedici görünən “hüquqi dövlət” termininə tez-tez təsadüf edilər. Xalqa müraciət edən siyasilər nitqlərində bu ifadəyə istinad etməyi xoşlayır, bununla bir növ öz intelektlərinin göstəricisini nümayiş etdirirlər. Müşahidələrə görə geniş oxucu kütləsinin bu təzahürün məzmunundan lazımi səviyyədə məlumatı yoxdur. Sosial şəbəkələrin birində gedən müzakirələrin nəticəsi olaraq dostum, keçmiş diplomat, hazırda Vətəndə olan avtoritar rejimdən dolayı Almaniyada yaşayan Rövşən bəyin xahişilə bu siyasi fenomenə onun geniş xalq kütlələrini üçün anlaşılan səviyyədə izah etmək məqsədilə baş vurmalı oldum. Qiymətini isə qoy sıravi oxucu versin. Bəri başdan deyim ki, “hüquqi dövlət” deyilən hadisənin vətəni də elə Almaniya hesab edilir. Beynəlxalq nəşrlərdə çox vaxt bunu alman dilində də: “Rechtsstaat” ifadə edirlər. Adından göründüyü kimi bu dövlətlə bağlı olan hadisədir. Bu ifadədə “hüquq” sifətdir, ifadədə yer alan ikinci sözün: “dövlət”in əlaməti kimi çıxış edir. İlk baxışdan çox sadə görünür. Yəni dövlətin hüququ olmalıdır. Əslində isə hüquqsuz dövlət yoxdur. Binayi qədimdən “dövlət” və “hüquq” bir-birilə bağlı olan məsələlərdir, onlardan biri digərisiz mövcüd ola bilməz. Lakin bu bütün dövlətlərin hüquqi dövlət olmasına dəlalət etmir. İnsan cəmiyyəti və dövlət tarixi “hüquqi dövlət” kimi nəaliyyətin əldə edilməsinə qədər böyük bir yol qət etmişdir. Məlumdur ki, bir siyasi hadisə olaraq “dövlət” çoxformalıdır. Dövlətin idarəçilik (respublika və monarxiya), quruluş (unitar, federasiya, konfederasiya) və rejim formaları hazırda mövcüddür. Bu formaların hər birinin hüquqla əlaqələri vardır. “Hüquqi dövlət” deyilən təzahür isə 3-cü forma ilə - dövlət rejimilə bağlıdır. Dövlət rejimi dövlət hakimiyyətinin həyata keçirilməsinin üsül və metodlarına deyilir. O, demokratik və anti-demokratik ola bilər. Hüquqi dövlət isə demokratik dövlətin ayrılmaz əlaməti hesab edilir. Anti-demokratik dövlətlərin “hüquqi dövlət” olmasından söhbət gedə bilməz, çinki bu fenomenin orada mövcüdlügü istisnadır. “Hüquqi dövlət” deyilən nəsnə demokratiya ilə bağlıdır və onun sifətlərindən biridir. Qeyd etdiyimiz kimi demokratiya bir dövlət formasıdır. Müasir demokratik dövlət formasının zəruri əlamətlərdən biri də “hüquqi dövlətdir”. Yeri gəlmişkən burada bizim demokratik dövlət formasının “hüquqi dövlət”lə yanaşı digər əlamətlərini də sadalamağımız qarşıya qoyduğumuz məqsədin xeyrinə işləyəcək. “Hüquqi dövlət” əlamətilə yanaşı bu sıraya həm də daxildir: 1) azad və həqiqi seçkilər vasitəsilə seçilən xalq nümayəndəliliyi; 2) dövlət idarəçiliyi üstündə nəzarət mexanizminə malik olan parlamentar (xalqnümayəndəliliyi) sistem; 3) hakimiyyətə münasibətdə hər bir fərdə muxtarlıq təminatı verən bir sıra fundamental hüquqlara malik olma. Sadalan əlamətlər bir yerdə müasir demokratik dövlət formasının məzmununi təşkil edir və onların hər biri digərlərini həlledici hesab edir. “Hüquqi dövlət”in “dövlət sistemi”ndə yerini müəyyənetdikdən sonra bu fenomenin məzmununa aydınlıq gətirmək olar. Hüquqi dövlətin mövcudluğu üçün aşağıdakılar şərtdir: