Islamic Decorative Motifs in Portugal: "Azulejo" (in Azerbaijani)

Page 1

“azuleJo”

İsLAM DEkorAtİV MotİVLƏrİ:

PORTUQALİYADA

Aydan AĞABƏYLİ, memar, Lissabon Universitetinin məzunu

İslam öz sürətli yayılmasının başlangıcında memarlıq simasına sahib deyildi. Dini yaymaq üçün yeni ərazilər işğal edən İslam mədəniyyəti yerli mədəniyyətlərin, yaşam tərzlərinin təsirinə məruz qalırdı və əsas etibarilə onlardan istifadə edirdi. Nümunə olaraq günümüzə gəlib çıxan ən qədim məscid olan Qüdsdə yerləşən Qübbətus-Səhranın strukturuna baxmaq yetər və bunun müasir məscidlərdən fərqləndiyini görərik. Bir sira yeni elementlərdə İslam incəsənətinin təsiri olsa da, bu məsciddə hələ də Bizans incəsənətinə aidlik hiss olunur. Lakin, yerli memarlığın böyük təsirinə baxmayaraq, fikirimcə, günümüzdə İslam memarlığı və İslam incəsənətinin formalaşmasında ən böyük təsiri İslam fəlsəfəsi göstərmişdir. İslam incəsənəti və memarlığı İslam fəlsəfəsindən ayrı mövcud ola bilməz və bundan kənarda təhlil edilə bilməz. İslam sənətini öyrənməyə başlayanda hər bir elementin və ornamentin hansısa qanunauyğunluğa və məntiqə əsaslanaraq istifadə olunduğunu açıq-aydın görürük.


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.
Islamic Decorative Motifs in Portugal: "Azulejo" (in Azerbaijani) by Aydan Aghabayli - Issuu