Chemistry and Life 6

Page 1

Kimya və Həyat

Chemistry & Life

Cild / Volume : 1 Buraxılış / No : 6 Oktyabr - 2016 / October - 2016 Register No : 4056

ENVIRONMENTAL POLLUTANTS

Vitamin B1

Nail Polish

Sodium Thiopental

Nikolay Zinin CAS Number


Azərbaycan Kimya Cəmiyyəti Azerbaijan Chemical Society

İl : 2016 Cild : 1 Buraxılış : 6

Kimya və Həyat Chemistry & Life Elmi-Kütləvi Jurnal

"Kimya və Həyat jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə N 4056 nömrəsi ilə daxil edilmişdir"


Jurnalın Qaydaları 1. "Chemistry and Life" (Kimya və Həyat) Jurnalında dərc olunması üçün kimyanın bütün sahələri, eləcə də kimyanın sənayedə tətbiqi mövzusunda aparılan elmi araşdırmalar və məqalələr, həmçinin publisistik yazılar Azərbaycan, İngilis və Rus dillərində qəbul ediləcəkdir. 2. Yazı və məqalələrin mətni Ms. Word faylında Times New Roman 12, mövzu başlıqları isə 16 şrifti ilə yazılmalıdır. 3. Göndərilən yazılarda müəllifin ad, soyad, ata adı, təhsil aldığı və çalışdığı müəssisə və ya təşkilat qeyd olunmalıdır. 4. Yazı və məqalələriniz anlaşılan cümlələrlə yazdığınız dilin qrammatikasına uyğun olaraq yazılmalıdır. 5. Xarici və yerli jurnal, kitab və digər vasitələrdən istifadə etdiyiniz zaman istinad olunan mənbə dəqiqliklə göstərilməlidir. 6. Araşdırma, elmi tədqiqat xarakterli məqalə və yazılarınızda istifadə olunan şəkil və cümlələr üçün də mütləq mənbə qeyd edilməlidir. 7. Jurnalda sizin də məqalələrinizin yer almasını istəyirsinizsə, yuxarıda göstərilən qaydalara uyğun olaraq hazırladığınız yazını elektron poçt ünvanımıza göndərin. 8. Mövzu seçimi ilə bağlı olaraq hər hansı bir çətinliyiniz olarsa, qeyd olunan əlaqə ünvanlarına yazaraq mövzu məsləhəti ala bilərsiniz

9.

Kimya ilə bağlı bildiyiniz maraqlı və əyləncəli məlumatları, kəşfləri, kimya müəllimi, kimyaçı alim və ya kimya sahəsində çalışan diqqətə layiq nailiyyətləri olan biri ilə hazırladığınız müsahibəni də Jurnalda yazılması üçün göndərə bilərsiniz.

10. Hansı yazılar qəbul olunmayacaq?! Hər hansı bir mənbədən aldığınız yazını bütövlükdə kopyalayıb göndərdiyiniz, əldə etdiyiniz məlumatlara və şəkillərə qaynaq göstərmədiyiniz təqdirdə yazılar qəbul olunmayacaq. 11. Redaktorlarımızın göndərdiyiniz yazı və məqalələri oxuyub lazımi yerlərdə düzəlişlər etmək hüquqları vardır. 12. Bütün təklif və iradlarınızı qeyd olunan əlaqə ünvanlarına yazıb göndərə bilərsiniz. 13. Jurnalda çıxacaq yazılara ilk olaraq müəllif cavabdehdir.

Jurnalı bəyənəcəyinizə və hər buraxılışını sevərək oxuyacağınıza ümid edirik. Hər birinizə uğurlar!!!


Ön Söz Əziz Oxucular, Bilik və informasiya paylaşımını hədəfləyən Jurnalımız oxucularımıza kimya haqqında ümumi məlumatlar çatdırmaq, məşhur kimyaçı alimlər, dünya və Azərbaycan kimya elmində olan yeniliklər və kəşflər, Kimyanın tətbiq sahələri və həmçinin müasir texnologiyalar haqqında biliklər vermək, bildiklərinizin inkişaf etdirilməsi, bilmədiklərinizin öyrənilməsi məqsədi ilə hazırlanmışdır. "Chemistry and Life" Jurnalı Siz kimyaçıların da göndərəcəyi yazılar, məqalələr və şəkillərdən redaktorların etdikləri seçimlərlə hazırlanacaqdır. Məqsədimiz Azərbaycan dilində kimya elminə dair qaynaq yaratmaq, bilik paylaşımını asanlaşdırmaq, potensiallı kimyaçıları üzə çıxarmaq, həmçinin onların elmi fəaliyyətlərini əks etdirən məqalələrini dərc etməkdir. Bundan başqa Jurnalımızın buraxılışlarında Kimya elmi ilə bağlı xoş xatirələri olan kimya müəllimləri və kimya sahəsində çalışanlar ilə müsahibələr, azərbaycanlı kimyaçıların əldə etdikləri uğurlar, kimya ilə bağlı maraqlı şəkillər yer alacaqdır.

Sahibi AZECS MMC

Baş Redaktor Elvin Rüstəmli

Sizlərdən gələn yazılarla Jurnalımızın daha da maraqlı olacağına və geniş oxucu kütləsinə malik olacağına ümid edirik.

Redaktorlar

UNUTMAYIN BİLİK PAYLAŞDIQCA ARTAR!!!

Mərhəmət Əmirov

Bizimlə əlaqə: www.facebook.com/azecs

Xoş arzularla,

Elmir Babayev

AzeCS Team

Orxan Hacıyev Azad Əkbərli

Dizayner Elvin Rüstəmli

azecs2015@gmail.com Jurnalda yazılan məqalələrin bütün məsuliyyəti müəllifə aiddir


Tel: (+99477) 767 57 47 (+99455) 667 88 77

azecs2015@gmail.com

info@azecs.az


BAKI Səba l rayonu,Badamdar qəsəbəs , 2-c yaşayış mass v , Badamdar şosses ev 158A Telefon: +994125024595 Faks: +994125024592 tetraaz@tetraaz.com

www.tetraaz.com


M Ü N D Ə R İC A T

Qadınların Sevimlisi; Lak......................................................................7

Ətraf Mühitin Çirkləndiriciləri............................................................10

Vitamin B1............................................................................................13

Natrium Tiopental...............................................................................17

Ayın Terminləri...................................................................................20

CAS Registry Number.........................................................................21

Nikolay Zinin......................................................................................23

2016 Kimya Nobel Mükafatı..............................................................25

Polimer Materialları İnstitutu 50 Yaşında........................................27

Yumşaldıcıların Görünməyən Üzü...................................................31

Cinayət Hadisəsində Kimya: Barmaq İzinin Aşkar Edilməsi...........34


Qadınların Sevimlisi; Lak! Nərmin Bəşirova Bakı Dövlət Universiteti, Kimya Fakültəsi, Məzun banarmin14504@sabah.edu.az

Kosmetika sektorunun inkişafı ilə birlikdə dəyişilmə göstərən laklar naxış, rəng müxtəlifliyi kimi bir-birindən fərqli vizual xüsusiyyətləri ilə qadınların sevimlisi olmaqda davam edir. Bəs, hər gün istifadə edilən bu lakların kimyasının necə olduğunu bilirikmi? Laklar əslində hamımızın diqqətini qoxusu ilə çəkən bir dırnaq boyası növüdür. Lakların qalıcı olması, tez quruması ilə yanaşı, rəngli və ətirli xüsusiyyətlərə də sahib olması əsas şərtlərdəndir. Bu xüsusiyyətlərə görə laklar içərisində bir çox kimyəvi maddə saxlayır. Lakların xam maddəsi uçucu üzvi həllədicilərdə həll olmuş polimer filmlərindən ibarətdir. Əsasən butil asetat və etil asetatda həll olmuş nitrosellülozadan təşkil olunmuşdur. Daha sonra bu həlledicilərə başqa kimyəvi maddələr də əlavə olunaraq laklara müxtəlif xüsusiyyətlər qazandırırlar. Həlledicilər Lakların içərisinə əlavə olunan həlledicilər bütün kimyəvi maddələri bir həcmdə saxlayıb daimi axıcılıq yaratmaq üçün istifadə olunur. Lak hava ilə təmasda olduqda bu həlledicilər buxarlanır və lakın qurumasını təmin edir. İstifadə olunan həlledicinin təbiəti lakın quruma zamanını və qalınlığını təmin edir. Laklarda həlledici kimi butil asetat, etil asetat və spirtlər istifadə olunur. Bununla bərabər aşağı nis-

Nitrosellüloza 7


Chemistry & Life bətdə də olsa zəhərli olan toloul və formaldehid kimi maddələr də istifadə oluna bilər. Bunların arasından toloul qaraciyər və sinir sistemi üzərində zərərli təsirə malikdir. Bu səbəbə görə lakları qoxulamaq olmaz. Hətta lakları seçərkən şüşələr üzərində "3FREE" və ya "Formaldehyde, DBP, Toluen Free" yazılarının olmasına diqqət etməklə gözəllik üçün istifadə olunan məhsulların sağlamlıq üçün yaratdığı təhlükələri azaltmış olarsınız.

October 2016

kamfora və dibutilftalat seçilir. Boyaq Maddələri Lakları rəngləndirmək üçün bir çox metal oksid tozlarından istifadə olunur. Belə maddələrə misal olaraq Xrom oksidlərini, Xrom hidroksidi, Prussiya mavisini (C18Fe7N18), Qalay (IV) oksidi (SnO2), Titan (IV) oksidi (TiO2), Dəmir oksidlərini, Karmini, Ultramarini və Manqan bənövşəyisini (NH4MnP2O7) göstərmək olar. Bunlardan ən əhəmiyyətlisi dəmir oksiddir.

Qətranlar Lakların içərisinə əlavə olunan qətranlar, lakın dırnaqda qalıclığına kömək edir, laka parlaqlıq və qalıcılıq xüsusiyyətləri qazandırır. Dırnaq boyalarında əsasən tosilamid formaldehid adlı qətran istifadə olunur.

Karmin

Plastikləşdiricilər İstifadə olunan həlledicilər və qətran laka dayanaqlılıq və parlaqlıq qazandırmaqla yanaşı eyni zamanda kövrəklik də bəxş edə bilər. Plastikləşdiricilər lakın sabitləşməsi və ya hər hansı bir yerə sürtüldükdə dəyişikliyə məruz qalmasının qarşısını almaq məqsədi ilə istifadə olunur. Belə ki, plastikləşdiricilər dırnağın elastikliyinə uyğunlaşaraq lakın qalıcılığını artıran kimyəvi maddələrdir. Bu xüsusiyyəti təmin etmək üçün plastikləşdiricilər polimer zəncirinə qoşularaq atomlar arasındakı uzaqlığı azaldırlar. Laklar üçün plastikləşdirici kimi əsasən

Sintetik Ultramarin Piqmenti 8


Chemistry & Life

October 2016

Digər Maddələr Laklara yeni xüsusiyyətlər vermək üçün müxtəlif kimyəvi maddələrdən istifadə olunur. Lakın günəş işığından qorunmasını təmin etmək, suya dayanıqlığı artırmaqda bu xüsusiyyətlərdən bəzisidir.

QAYNAQLAR 1. www.chemistry.about.com 2. www.kimyasalgelismeler.com 3. Toedt, John; Koza, Darrell; Cleef-Toedt, Kathleen van (2005). Chemical Composition Of Everyday Products. Greenwood Publishing Group. p. 49.

9


Ətraf Mühitin Çirkləndiriciləri

Fidan Həbibi Bakı Dövlət Universiteti, Kimya Fakültəsi, Ekoloji Kimya İxtisası, Məzun fidan.hebibli.89@mail.ru Hidrosfer dünya okeanının, dənizlərin, göllərin, çayların, buzlaqların, yeraltı suların və s. geoekosistemlərini özündə birləşdirən meqaekosostemdir. Şirin sular yer üzərində olduqca müxtəlif paylanmışdır. Belə ki, dünyanın əksər əhalisi yaşayan Amerika, Avropa və Asiyada dünya çay sularının yalnız 39%-i cəmləşmişdir. Hidrosferin çikləndiriciləri əsasən neft və neft məhsulları, tullantı suları, toksikantlar və ağır metallarla çirklənmələrdir. Bu çirkləndiricilər suyun keyfiyyətini aşağı saldığından problemlərin yaranmasına səbəb olur. Bununla belə neft məhsulları, o cümlədən neft sənaye tullantıları dünyanın bir çox su hövzələrinə atılaraq çirklənməyə səbəb olur. Gəmilərdən neftlə çirklənmiş suların boşaldılması nəticəsində dünya okeanına hər il 15-30 milyon tona qədər neft və neft məhsulları tökülür. Təkcə Azərbaycan ərazisində neft kəməri 2 yerdə Kürün və ona tökülən 10 çayın üzərindən keçir. Son yarım əsrə qədər müddətdə aparılan tədqiqatlar göstərir ki, Kür–Araz çayları və onların qolları respublikamızdan kənarda–Gürcüstan və Ermənistan ərazisində çirklənir. Kür və Araz çaylarına bu ərazilərdə sənaye, kənd təsərrüfatı, məişət çirkabı və müxtəlif tullantılar təmizlənmədən atılır. Son zamanlar Kür–Araz hövzələri ilə əlaqədar olmayan və birbaşa Xəzər dənizinə tökülən çaylarda da çirklənmə müşahidə olunur. Təxminən 150 ildir ki, Xəzərdə neft və qazın sənaye kəşfiyyatı və çıxarılması həyata keçirilir. Xəzər hövzəsi dünyanın ən böyük neft ehtiyatı olan ərazilərdən biridir və hövzədə ildən ilə neft hasilatı intensiv olaraq artmaqdadır. Xəzər dənizinin neftlə çirklənməsinin bir səbəbi də Abşeron yarımadasının çirklənmiş torpaqlarından qrunt suları vasitəsilə neft və neft məhsullarının dənizə axmasıdır. Bildiyimiz kimi, Xəzər dənizinin ən böyük neft ehtiyatı Qazaxıstan sahilində aşkar edilmişdir. Bunun xaricində neft yataqları istismarı Xəzəryanı ölkələrin hamısında aparılmaqdadır. Xəzər dənizi qapalı su hövzəsi olduğundan, dünya okeanı ilə əlaqəsi olmadığından təbii təmizlənmə prosesi çox mürəkkəb və azdır. Xəzərin neftlə çirklənməsi problemi yüz illərlə davam etmiş, onun flora və faunasının məhvinə səbəb olmuşdur. 1989-1997-ci illərdə cənubi Xəzərdə 45 qəza nəticəsində dənizə neft tökülməsi qeydə alınmışdır. Neft quyuları qazılarkən zəhərlilik dərəcəsi müxtəlif olan maddə və materiallar, kimyəvi reagentlər hiss oluna10


Chemistry & Life caq qədər istifadə olunduğundan, qazma prosesində texnoloji tullantılar əmələ gəlir ki, bunlar da Xəzərin flora və faunası üçün çox təhlükəlidir. Ölkə əhalisinin 40%-i və sənaye potensialının 70%-i Abşeron yarımadasında cəmləşdiyindən çirklənmə əsasən bu ərazini əhatə edir. Ümumi sahəsi 222 min hektar olan Abşeron yarımadasının yararsız torpaqlarının ümumi sahəsi 33 min hektar, o cümlədən neftlə çirklənmiş torpaqların sahəsi 10.6 min hektar təşkil edir. Tullantı suları ilə birlikdə su hövzələrinə tullantı məhsulları, asılı maddələr, sulfat birləşmələri, xlorid duzları, səthi aktiv maddələr, fenol və ağır metallar atılır. Hazırda neft ehtiyatının daha çox müşahidə olunduğu Abşeron yarımadasında karbohidrogenlərin mənimsənilməsi artmaqdadır. Neft hasilatı zamanı neftlə birlikdə səmt qazı və lay suları da çıxarılır. Məlumdur ki, neft hasilatı artdıqca yataqların məhsuldarlığı azalmış və bunun qarşısını almaq üçün laylarda təzyiqin saxlanması məqsədi ilə lay sularının təkrar laylara vurulması prosesi başlamışdır. Ötən əsrin 60-70-ci illərində geniş vüsət almış bu əməliyyatın nəticəsidir ki, Bakı ətrafı qəsəbələrin əksəriyyətində ərazilər çirklənməyə məruz qalmışdır. Ekoloji tələb və normalara cavab verməyən obyektlərdə texniki məqsədlərdə istifadədən sonra lay sularının əraziyə axıdılması çoxlu süni çirkab gölməçələrinin artmasına, başqa sözlə bu gölməçələrin formalaşmasına səbəb olmuşdur. Abşeron yarımadasında 200-dən artıq göl mövcuddur. Bu göllərdən bəziləri qurudulmuşdur. Buda yaxşı olmayan ekoloji siqnaldır. Mövcud olan göllərdə zərərli maddələrin miqdarı normadan 8-10 dəfə artıqdır. Abşeron yarımadasının digər gərgin ekoloji sahəsi Bakı buxtasıdır. Bakı buxtası əsl neft məhsullarının “anbarıdır”. Buxtanın çirk-

October 2016

lənməsi öz növbəsində, dənizin çirklənməsi, biomüxtəlifliyin azalması və antisanitar vəziyyətin yaranması ilə nəticələnir. Digər çirkləndiricilərdən biri də tullantı sularıdır. Hesablamalara görə hər il dünyada 420 km3-dən çox tullantı suları su hövzələrinə axıdılır. Suyun ağır metallarla çirklənməsi də çox təhlükəlidir. Belə ki, qızıl istehsalı zamanı civə istifadə edildiyindən onu təmizləmək üçün civə ilə qarışdıraraq buxarlandırırlar. Nəticədə civə buxarı ağaclar və onların yarpaqları ilə adsorbsiya olunaraq torpağa çökür. Elə bu yerdə bir maraqlı məqamı da qeyd etmək istərdim ki, hətta öz dövründə dahi Nizami də ekoloji çirklənməni bir çox əsərlərində qələmə alıb, bizi həmin məsələnin o dövr üçün də aktual olması ilə tanış edir. Deyərdin bu yerlər iki hissədir, Torpağı gümüşdü, suyu cövhərdir. Nə gümüş üstündə dincəlmək olar, Nə civə su kimi içməyə yarar. O yer tutulmuşdur belə bir dərdə, Çökmüşdü torpağa qara bir pərdə. Harda ki, içməli bir çeşmə vardır, İçində su ilə civə qaynardı. Uzun illər ərzində xlorun istehsalı nəticəsində əmələ gəlmiş civə tərkibli toksiki tullantıların Sumqayıt şəhərinin ətraf mühitini normadan artıq çirkləndirdiyi müəyyən edilmişdir. Karbohidrogenlər arasında daha zəhərliləri benzol, toluol, ksilol, fenol və çoxnüvəli aromatik karbohidrogenlərdir. Xlor və ağır metalların üzvi birləşmələri olduqca təhlükəlidir.

11


Chemistry & Life

October 2016

Hidrosferin çirklənməsi getdikcə sürətləndiyindən bu çirklənmələrin yaratdığı ekoloji problemlər də ciddiləşərək qlobal xarakter daşıyır. Odur ki, çirklənmə prosesinin heç olmasa sürətlənməsinin qarşısının alınması və gələcəkdə tədricən minimuma endirilməsi vacibdir. Milli sərvət ehtiyatlarının tükənməsi və ətraf mühitin çirklənməsi cəmiyyətin də psixoloji vəziyyətinin çirklənməsinə səbəb olur.

QAYNAQLAR 1. Q. Məmmədov, M. Xəlilov «Ekologiya, ətraf mühit və insan» “Elm” nəşriyyatı, Bakı, 2006. 2. V. M. Abbasov, R. Əliyeva və b. «Ekoloji kimya» “Bakı” nəşriyyatı, Bakı, 2003. 3. R. Əliyeva, Q. Mustafayev, S. Hacıyeva «Ümumi ekologiya» Bakı, 2004.

12


Mərhəmət Əmirov Bakı Dövlət Universiteti, Kimyaçı marhamat.amirov@gmail.com

B1 vitamini kimi tanınan Tiamin C12H17N4OS kimyəvi formuluna sahib rəngsiz, kristallik birləşmədir. Kükürd mövcud olan vitamin (eng. Thio-vitamine) anlamını verən tiamin suda yaxşı həll olub, spirtdə həll olmayan B qrup kompleks vitaminlərdən biridir. İnsan orqanizmində tiaminə 4 formada rast gəlinir. Bunlar tərkibində fosfor saxlamayan tiamin, tiamin monofosfat, tiamin difosfat və tiamin trifosfatdır. Tiamin difosfat ən çox rast gəlinən formadır. Tiamin metil körpüsüylə bağlanmış bir aminopirimidin halqası və bir molekul tiazoldan meydana gəlir. Metil körpüsü olduqca zəif olub sulu və hətta qələvi mühitdə istilik nəticəsində asanlıqla qırıla bilir. Bunun nəticəsində pirimidin və tiazol fraqmentləri meydana gəlir. Əmələ gələn bu maddələr bişmiş qidalarda ət qoxusunun meydana gəlməsinin səbəbidir. Qələvi mühitdə parçalanma daha tez baş verir və əhəmiyyətli redoks sistem olan tiamintiol və disulfidlər meydana gəlir. İstiliyin azaldılması və fotoliz əsnasında tiaminin qırılması nəticəsində bəzi aromatik uçucu birləşmələr meydana gəlir. Bu uçucu birləşmələr qida aromatizatorlarının təkmilləşdirilməsi üçün mühüm rol oynamaqdadır. Amin turşuların mövcud olması tiaminin müxtəlif formalarda parçalanmasında təsirli ola bilir. Alfa və betta amin turşuların mövcudluğu tiaminin parçalanma nisbətini aşağı düşürür. Qələvi mühitdə alanin, valin, losin və qlutamin turşusunun mövcudluğu tiaminin desulfatlaşmasına səbəb olur, hidrogen sulfid və 13


Chemistry & Life

October 2016

qabığı soyulmamış düyü ilə yemləmə nəticəsində əzələlərdə müşahidə olunan iflic aradan qalxdı. Eijkmanın təcrübəsi Uzaq Şərqdə geniş yayılmış BERİ–BERİ xəstəliyinin məhz qabığı təmizlənmiş düyünün çox qəbul olunması ilə əlaqəli olduğunun isbat etdi. Nəticə olaraq düyü qabığında bu xəstəliyi aradan qaldıran hansısa maddə olduğu fikri qətiləşdi və bu maddənin süni olaraq alınması üzərində işlər başladı. Tiamin (B1 vitamin) kimi tanıdığımız bu maddə nəhayət ki, 1936-cı ildə ilk dəfə süni olaraq alındı. B1 vitamini maddələr mübadiləsinin bir sıra proseslərinə təsir göstərir. O, orqanizmdə sinir fəaliyyətinin normallığı üçün zəruridir. Orqanizmdə bu vitamin olmadıqda ağır avitaminoz beri-beri (yuxusuzluq) xəstəliyi yaranır. Su-duz mübadiləsi, həzm, sinir sistemi, ürəyin işi pozulur. ətraflarda atrofiyalar yaranır. B1 vitamini çatışmadıqda Wernike-Korsakoff sindromu əmələ gəlir. Ciddi beyin xəstəliyi olan bu sindrom alkoqol istifadəsi və B1 vitamini çatışmazlığı birgə görüldükdə rast gəlinir. B1 vitamini almamış adamlarda 1-3 aydan sonra yüngül yorğunluq, arıqlama baş verir. Bu vitamin ən çox pivə mayasında, noxudda, buğdanın rüşeymində, arpada, paxlada, göyərti, quru lobya, düyü və vələmir yarmasında, dəniz məhsullarında, donuz ətində, qaraciyərdə, ürəkdə, beyində, əzələlərdə, yumurta sarısında olur.

destiotiamin meydana gəlir. Tiamin həmçinin sistein, sitin və kükürd birləşməli proteinlərlə də reaksiyaya girə bilir. Sistinin tiamin tiolla reaksiyası nəticəsində tiamin disulfidi passivləşdirən disulfid və sistein əmələ gəlir. Zülalların tiaminin parçalanmasına təsiri bu reaksiyalara əsaslanır. Bitkilərdə sərbəst şəkildə rast gəlinən tiamin insan və heyvan orqanizmlərində pirofosfat və zülallarla əlaqəli şəkildə rast gəlinir. Tiamin heyvanların bağırsaqlarındakı bəzi mikroorqanizmlər tərəfindən sintez olunur. Lakin insan öz bağırsaqlarında sintez olunan tiamini istifadə etməsi məhdud nisbətdə baş verir. Tiaminin metabolizm prosesində istifadə olunması üçün onun tiamin trifosfata çevrilməsi lazımdır. Limfa sistemi ilə daşınan tiaminin çox böyük nisbəti albumin zülalı ilə əlaqəli olur, qanla daşınaraq ürək, qaraciyər, böyrək, beyin əzələlərində toplanır. B1 vitamini kimi məhşur olan tiamin orqanizmdə karbohidratlar, yağlar və proteinlərin metabolizmi prosesində vacib rol oynayır. İnsan orqanizmi toxumalarda 30 mq – a qədər tiamin saxlamaq potensialına malikdir. Tiamin orqanizmdə əsasən əzələlərdə toplanmışdır. Lakin tiaminin rast gəldiyi digər orqanlara beyin, ürək, qaraciyər və böyrəkləri dəmisal göstərmək olar. Tiamin insan orqanizmində böyümə və inkişaf prosesləri üçün zəruridir və ürək, həzm və sinir sistemlərinin fasiləsiz işləməsinə kömək edir. B qrup vitaminlər içərisində ilk kəşf edilən Tiamin 1926-cı ildə saf halda əldə edilmişdir. 1890-cı ildə Hollandiyalı həkim Eijkman yuyulmuş və ağardılmış düyü ilə toyuqları yemləməklə təcrübə həyata keçirir və müşahidə edir ki, bu düyü ilə qidalanan toyuqların ayaq əzələlərində iflic və başlarında sıxılma baş verir. Daha sonra

14


Chemistry & Life

October 2016

Tiamin azlığında hüceyrələrin bəzi amin turşularının istifadəsi azalarkən, yağ istifadəsi artar. Tiamin azlığında görülən problem və rahatsızlıqların əsas səbəbi də elə budur. Tiamin azlığının əsas simptomları bunlardır: İştahsızlıq, depressiya, yorğunluq, çəki itgisi, əzələ və sinir rahatsızlıqları, beri-beri xəstəliyi. Aşağıda B1 vitamini ilə zəngin olan qidalar göstərilmişdir.

B1 vitamini cildin yaşlanması və qırışması ilə yanaşı kataraktanın da qarşısını alır. B1 vitamini dözümlülüyü və iştahanı yüksəldir, sinir sisteminə yaxşı təsir edir, soyuğa davamlılığı artırır. Bu vitamin yaddaşı gücləndirməklə Alzeymer xəstəliyinin inkişaf etməsinin qarşısını alır. Belə ki, gündə 100 mq B1 vitamini əlavələri ilə müalicə edildiyində bu xəstəlikdən əziyyət çəkən insanlar qismən yaxşılaşa bilər.

QAYNAQLAR 1. Mahan, L. K.; Escott-Stump, S., eds. (2000). Krause's food, nutrition, & diet therapy (10th ed.). Philadelphia: W.B. Saunders Company. 2. Combs, G. F. Jr. (2008). The vitamins: Fundamental Aspects in Nutrition and Health (3rd ed.). Ithaca, NY: Elsevier Academic Press. 3. Thornalley PJ (2005). "The potential role of thiamine (vitamin B(1)) in diabetic complications". Curr Diabetes Rev. 1 (3): 287–98.

15



Natrium Tiopental Azad Əkbərli Azərbaycan Dövlət Neft Akademiyası, Kimyaçı azad.akberli@gmail.com Bir film təsəvvür edin, ssenarisində bir günahkar var, bir də qatil! Cinayət törətdiyi bilinməkdədir, lakin sübut oluna bilmir. Etiraf etməsi lazımdır... Bir alim çıxır və cinayətkara həqiqət iksiri inyeksiya edir... Səhnə ağlınızda canlandı elə deyilmi?! Atılmış bir cəfəngiyyat kimi görünən və bir çox filmdə istifadə olunan "həqiqət iksiri", elmi adıyla "Natrium Tiopental" kimya ədəbiyyatında həqiqətən də yer alan bir birləşmədir. Natrium Pentotal olaraq da adlandırılır.

17


Chemistry & Life Sakitləşdiricilər sinifinə aid olan bu kimyəvi birləşmə, beynimizin fəaliyyətini yavaşlatmaq istədiyi zaman ifraz etdiyi GABA maddəsini təqlid edərək mərkəzi sinir sisteminə təzyiq göstərir və beynimiz yavaşlayır. Beyin yavaşladığı zaman yalan danışmaq kimi kompleks əməliyyatlar yerinə yetirilə bilmir və bu da nəzəri olaraq geriyə tək bir yol buraxır; həqiqəti danışmaq. Natrium Tiopental ultra qısa fəaliyyət göstərən sakitləşdiricidir və əsasən ümumi anesteziyanın başlanğıc mərhələsində istifadə olunur. Venadaxili inyeksiya zamanı dərman sürətli şəkildə beyinə çatır və 30-45 saniyə ərzində bihuşluq yaradır. 1 dəqiqədə isə dərman beyində ümumi dozanın təxminən 60%-i ilə pik konsentrasiyasına çatır. Daha sonra dərman bədənin digər hissələrinə yayılır, təxminən 5-10 dəqiqəyə beyində konsentrasi-

October 2016

ya kifayət qədər azalır və huş qayıdır. Amma gerçək dünya "Hogwarts" sehirbazlar məktəbi deyil və bir insanın həqiqəti danışması üçün sadəcə “beynin yaxşı düşünməməsi” kifayət etmir. İnsanın əlindən yaxşı düşünmək qabiliyyətini almaq onu sadəcə danışdırır. 1950-ci illərdə aparılan bir təcrübə göstərdi ki, Natrium Tiopentalın təsiri altındaki cinayətkarlar demək istədiklərini seçə bilirlər və hətta etmədikləri cinayətləri belə qəbul edirlər. Həqiqətləri söylətməsə də, Natrium Tiopental və Amital, Birinci və İkinci Dünya müharibələri əsnasında döyüş travması yaşayan bir çox əskərə yaşadıqları travmalar haqqında danışmağa sövq edərək kömək olmuşdur. Bütün bunlara baxmayaraq hal-hazırda əlimizdə bir "həqiqət iksiri" yoxdur və yaxın zamanlarda yəqin ki, olmayacaq.

Doğruluq dərmanı təcrübəsi, 1945-ci il 18


Chemistry & Life

October 2016

QAYNAQLAR

1. www.evrimagaci.org 2. Franks, NP; Lieb, WR (23 November 1998). "Which molecular targets are most relevant to general anaesthesia?". Toxicology Letters. 100–101 (1–2): 1–8. 3. Russo H, Brès J, Duboin MP, Roquefeuil B (1995). "Pharmacokinetics of thiopental after single and multiple intravenous doses in critical care patients". Eur. J. Clin. Pharmacol. 49 (1–2): 127–37.

19


Chemistry & Life

October 2016

Ayın Terminləri Avtoprotoliz – İki eyni molekul arasında proton keçidi zamanı molekullardan birinin Brensted turşusu, digərinin isə Brensted əsası kimi təsiri prosesidir. Bakityub – Fullerenlərin heksaqonal gövdəli, içi boş, qapalı borucuqlardan ibarət formalarına deyilir. Bredt qaydası – Körpülü birləşmələrdə həlqə çox böyük olmadıqda ikiqat rabitənin körpünün başında yerləşə bilməsi üçün yaranan gərginliyə deyilir. Dipolyar rabitə – İki neytral hissəciyin koordinasiyası nəticəsində əmələ gələn rabitədir. Dativ π-rabitə – Metal elektronlarının dolmuş d, yaxud dp- orbitalları ilə donorun p-, dyaxud pd- hibrid orbitallarının bir-birini örtməsi yolu ilə liqandın eloktronlarının metalla örtülməsi nəticəsində yaranan rabitəyə deyilir. Kine əvəzolunması – Əvəzolunma reaksiyalarında daxil olan qrup xaric olan qrupun qonşuluğunda yer tutarsa bu cür əvəzlənməyə deyilir. Optiki fəallıq – Bir sıra üzvi maddələrin işığın polyarizasiya müstəvisini fırlatmaq qabiliyyətinə deyilir. Tautamerlik – Bir-birinə asanlıqla çevrilə bilən, bir neçə tez dönən quruluşlu müxrəlif izomerlərin qarışıq tarazlığına deyilir.

20


REGISTRY NUMBER Mərhəmət Əmirov

Bakı Dövlət Universiteti, Kimyaçı marhamat.amirov@gmail.com CAS – qeydiyyat nömrəsi kimyəvi birləşmələr (üzvi və qeyri-üzvi birləşmələr), polimerlər, izotoplar, nukleotidlər və amin turşularının bioloji ardıcıllığı, qarışıqlar və ərintilərin Kimyəvi Xülasələr Xidmətində (Chemical Abstracts Service ) qeydə alınmış unikal rəqəmsal identifikasiyasıdır. Bu terminin Azərbaycan dilində birmənalı tərcüməsi mövcud deyil. CAS – qeydiyyat nömrəsi bir-birindən defis işarəsi ilə üç qrupa ayrılmış rəqəmlərdən ibarət olur. Kimyəvi Xülasələr Xidməti (Chemical Abstracts Service) Amerikan Kimya Cəmiyyətinin (American Chemical Society) bir bölməsi olub, hər hansı bir ədəbiyyatda adı keçən birləşmələr üçün CAS nömrəsini qeydə alır. Bu unikal qeydiyyat sistemi ədəbiyyat axtarışlarında eyni maddələrin müxtəlif cür adlandırılması zamanı meydana çıxan potensial çətinliklərin aradan qaldırılması üçün yaradılmışdır. Hal hazırda demək olar ki, bütün kimyəvi maddələri verilənlər bazasında (DATABASE) CAS qeydiyyat nömrəsi üzrə axtarış etmək mümkündür. CAS özü bütün kimyəvi maddələrin verilənlər bazasını sərbəst olaraq yaradır və CAS reyestri olaraq satır. İndiyə qədər 102 milyondan çox üzvi və qeyri-üzvi birləşmə, həmçinin 66 milyon zülal və DNT ardıcılları CAS reyestrində qeydə alınmışdır. Gündəlik bu reyestrə orta hesabla 15 min yeni kimyəvi birləşmə əlavə edilir. Yuxarıda qeyd etdiyimiz kimi CAS – qeydiyyat nömrəsi bir tire simvolu ilə üç hissəyə ayrılmış rəqəmlər ardıcıllığıdır. Birinci hissə maksimum 7 rəqəmdən ibarət ola bilər. Üçlüyün ikinci hissəsində həmişə iki rəqəm olur. Üçüncü hissədə bir rəqəm olur və bu tək rəqəm pilot simvol funksiyasını oynuyur. Nömrələr artan sıra ardıcıllığı ilə düzülür və əvvəlcədən təyin olunmuş heç bir dəyəri yoxdur. CAS – qeydiyyat nömrəsinin üçüncü hissəsini təşkil edən və nəzarət funksiyası (pilot simvol) daşıyan tək rəqəmi təyin etmək üçün, nömrənin son rəqəminin 1 ədədi ilə hasilini sağdan əvvələ doğru olmaqla 2, 3, 4 və s. ardıcıllıqla rəqəmlərlə hasillərini toplayıb alınan nəticənin mod`unu tapmaq lazımdır. Bunun üçün m mod n = [m/n – floor(m/n)]×n əməlliyyatını yerinə yetirmək lazımdır. Belə ki, bu əməliyyatdan alınan nəticə 21


Chemistry & Life CAS nömrəsinin üçüncü hissəsindəki nəzarət funksiyası yerinə yetirən rəqəm olacaqdır.

Misal üçün suyun CAS – qeydiyyat nömrəsi olan 7732-18-5 baxaq. Pilot simvol (5) belə təyin olunur : 8x1 + 1x2 + 2x3 + 3x4 + 7x5 + 7x6 = 105 ; 105 mod 10 = 5 ( [105/10 – floor(105/10)]×10 ). Gördüyünüz kimi alınan 5 rəqəmi suyun CAS – qeydiyyat nömrəsində üçüncü hissədəki tək rəqəmdir və nəzarət funksiyası yerinə yetirən pilot simvoldur. Kimyəvi birləşmələrlə yanaşı bəzən eyni bir molekulun müxtəlif izomerlərinin də CAS – qeydiyyat nömrəsi mövcud olur. Məsələn, D-qlükoza üçün bu nömrə 50-99-7, L-qlükoza üçün 921-60-8, alfa-D-qlükoza üçün isə 26655-34-5-dir. Bəzən isə eyni bir CAS - qeydiyyat nömrəsi bütün bir sinifə aid olur.

QAYNAQLAR

1. www.cas.org 2. www.allcheminfo.com

22

October 2016

Stereo izomerlər və rasemik qarışıqlar üçün ayrı-ayrı CAS qeydiyyat nömrəsi təyin olunur. Məsələn, Lepinefrinin qeydiyyat nömrəsi 51-43-4, Depinefrinin 150-05-0, rasemik DL-epinefrinin isə 329-65-7-dir. Eyni maddənin müxtəlif fazaları üçün müxtəlif CAS nömrələri verilmir (su və buzun qeydiyyat nömrələri eynidir 7732-18-5). Amma müxtəlif kristal quruluşlar üçün müxtəlif qeydiyyat nömrələri təyin olunur (karbon 7440-44-0, qrafit 7782-42-5 və almaz 7782-40-3).


Nikolay Zinin Elmir Babayev AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu elmir.magsadoglu@gmail.com Peterburq Elmlər Akademiyasının akademiki (1865), Paris Elmlər Akademiyasınının üzvü (1873), 1848-64-cü illərdə Peterburq Tibb-Cərrahlıq Akademiyasının professoru, Kimyaçı-alim Nikolay Nikolayeviç Zinin 25 avqust 1812-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan Şuşa şəhərində anadan olmuşdur. Onun atası Rus ordusunda zabit kimi xidmət edirdi. Valideynlərini o zamanlar yayılmış epidemiya səbəbindən itirən Zinin qısa müddət sonra yaşamaq üçün əmisinin yanına köç etdi. Zininin əmisi Volqa çayının sahilində yerləşən, Moskvadan təxminən 500 mil uzaqlıqda olan Saratov şəhərində yaşayırdı. Saratovdakı gimnaziyada mükəmməl təhsil alan Zinin qədim dillərə, eyni zamanda riyaziyyat və fizikanın sirrlərinə yiyələnmişdir. Gimnaziyanı bitirdikdən sonra Sant Peterburq institutuna qəbul olmağı planlasa da əmisinin vaxtsız vəfatı onu təhsil haqqının daha ucuz olduğu Kazan Universitetinə yönəlməyə məcbur etdi. Kazan universitetinin fizika-riyaziyyat fakultəsinə qəbul olan Zinin oranı qızıl medalla bitirmişdir (1833cü il ). Bununla belə, Zininin elmi istiqamətində əhəmiyyətli dərəcədə dönüş də yaşandı. Belə ki, Kazan Unersitetinin rəhbərliyi 1835-ci ildə universitetin kimya üzrə professoru olan Dunayevi daha cavan və enerjili olan Zininlə əvəz etmək qərarını verdi. Həmin ildə Zinin kimya sahəsini də özündə ehtiva edən iş üzrə magistratura pilləsində təhsil almağa başladı və 1836-ci ilin oktyabr ayında heç bir laborator tədqiqat yerinə yetirmədən yalnız ədəbiyyat araşdırmaları əsasında tərtib etdiyi magistr dissertasiyasını müdafiə etdi. Müxtəlif vaxtlarda İsveç, Almaniya, Fransa və İngiltərədə ixtisasını artırmış, 1841–48-ci illərdə Kazan universitetində professor kimi çalışmışdır. O, 1842-ci ildə ammonium sulfidlə təsir etmək yolu ilə aromatik nitrobirləşmələrin aromatik aminlərə reduksiya reaksiyasını (Zinin reaksiyası) kəşf etmiş, sonralar bu üsulla anilin, α -naftilamin, metafenilendiamin (1844) və metaaminbenzoy turşusu (1845) almışdır. 23


Chemistry & Life

October 2016

Zininin təklif etdiyi həmin sintez üsulu əsasında Rusiyada sintetik boya, partlayıcı maddə və əczaçılıq sənayeləri yaradılmışdır. 1867–68-ci illərdə Rus Kimya Cəmiyyətinin (D. İ. Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyəti) yaradılmasında fəal iştirak etmiş və həmin cəmiyyətin ilk prezidenti (1868-1878) olmuşdur. Zinin müasiri A. A. Voskresenski ilə birlikdə böyük kimyaçılar məktəbi (A. M. Butlerov, N. N. Beketov, A. P. Borodin, L. N. Şişkov və b.) yaratmışdır. Zinin 1880-ci ilin fevral ayında Peterburqda vəfat etmişdir.

QAYNAQLAR 1. Nathan M. Brooks, "Nikolai Zinin and synthetic dyes: The road not taken" Bull. Hist., Chem., V 27, №1, 2002, 26.

24


2016 Kimya Nobel Mükafatı 2016-cı ilin kimya üzrə Nobel mükafatına "Molekulyar maşınların dizaynı və sintezi" işinə görə üç alim - fransalı Jan-Pier Suvaj, şotlandiyalı J. Frezer Stoddart və hollandiyalı Bernard L. Ferinqa layiq görülüblər. Hazırladıqları molekulyar mexanizmlər yeni növ materiallar, sensorlar və enerji saxlama sistemlərinin hazırlanmasında istifadə olunacaq. Dünyanın ən kiçik maşınları süni əzələlərdən ibarətdir. Bu maşınlara enerji verildiyi zaman hərəkətləri idarə edilə bilinməkdədir. Nobel mükafatı laureatları mükafat olaraq 8 milyon İsveç kronu (931 min dollara yaxın) alacaq. Mükafatın təqdim edilmə mərasimi hər il olduğu kimi bu il də Nobel mükafatının təsisçisi, ixtiraçı Alfred Nobelin vəfat etdiyi gün - dekabrın 10-da Stokholmda baş tutacaq.

25


Chemistry & Life

QAYNAQLAR www.nobelprize.org

26

October 2016


AMEA-nın Polimer Materialları İnstitutunun 50 yaşı qeyd olunub 2016-cı ilin oktyabrın 20-də AMEA-nın Sumqayıtda yerləşən Polimer Materialları İnstitutunun 50 illik yubileyi qeyd olundu. Təntənəli yubiley Sumqayıt Dövlət Universitetinin iclas salonunda keçirilib. Yubiley iclasını AMEA-nın Kimya Bölməsinin akademik katibi akademik Dilqəm Tağıyev açıb. Sonra intitutun direktoru əvəzi, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov Polimer Materialları İnstitutu haqqında məruzə ilə çıxış edib. Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Məmmədov, akademik Vaqif Abbasov, akademik Vaqif Fərzəliyev çıxış edərək institutun kollektivini təbrik etdilər, ölkəmizdə kimya elminin və sənayesinin inkişafında institut alimlərinin rolunu qeyd etdilər.

27


Chemistry & Life

October 2016

Təntənəli iclasdan sonra yubileyə həsr olunmuş “Makromolekullar kimyası, üzvi sintez və kompozit materiallar” mövzusunda respublika elmi konfransı işə başladı. Konfransın plenar iclasında 4 elmi məruzə dinlənildi.

Bütövlükdə konfransda 138 məruzə dinlənilib ki, onlardan 31-i AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun alimləri tərəfindən təqdim olunub.

Mənbə: www.nkpi.az 28


The 9th International Conference on Borate Glasses, Crystals and Melts and the 2nd International Conference on Phosphate Materials will be held sequentially on 24-28 July, 2017, at St Anne's College, Oxford.

CONFERENCE THEMES A. Energy including nuclear waste storage and electrolytes, super ionic systems and ionic conductivity. B. Healthcare including bone repair, bioactivity, dental and medical applications, glass ceramics and crystallisation. C. Optical and data storage materials including optical properties, glass fibres, luminescence, laser hosts. D. Property-structure relationships including mixed network glasses, structural modelling and simulations, mechanical properties, thermal properties, glasses in extreme conditions, glass ceramics, phase separation and inhomogeneities, thermodynamics, corrosion. E. Fundamentals of the glassy state including glass structure, short and intermediate range order, the glass transition, the boson peak, glass relaxation, crystallisation. F. Novel glasses, crystals and melts including synthesis and characterisation. G. Technology and Industry including current applications and future developments.

IMPORTANT DATES Abstract Submission Deadline : 24th February, 2017 Confirmation of Talk Acceptance : 10th March 2017

www.borate-phosphate.sgt.org


31 oktyabr - 5 noyabr 2016-cı il tarixlərində AMEA-nın təşkilatçılığı ilə Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində II Azərbaycan Elm Festivalı keçiriləcək. Festivalın keçirilməsinə Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universiteti təşkilati dəstək göstərir. Tədbirin açılış mərasimi oktyabrın 31-də saat 10:30-da AMEA-nın Əsas binasının Dairəvi zalında baş tutacaq. Festivalda son illər ölkə alimlərinin əldə etdiyi elmi nailiyyətlər nümayiş etdiriləcək. Gənc alimlərin elmin müxtəlif sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən məruzələr, cəlbedici elmi şoular, Akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur. Tədbirdə yeni elmi texnologiya və innovativ nailiyyətlər də təqdim olunacaq. Ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri, eləcə də Akademiyanın institut və təşkilatları elmi nəticələrini nümayiş etdirəcəklər. Festivalda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər qurumlardan rəsmi qonaqlar iştirak edəcəklər.

Mənbə:

www.science.gov.az

30


Yumşaldıcıların Görünməyən Üzü Bizə paltarlarımızın təmiz olduğunu hiss etdirən, bir-birindən fərqli qoxularla onlara bağlanmağımıza nail olan camaşır yumşaldıcıları əslində göründükləri qədər günahsız deyildir. Hər gün başımızı qoyduğumuz yastıq üzünün xoş qoxusu sabah hamımız üçün çox zərərli təsirlər göstərə bilər. Yumşaldıcılar camaşırlara yumşaqlıq verməklə onların ütülənməsini asanlaşdırar və üzərindəki ləkələrin dağılmasının qarşısını alar. Bunlarla yanaşı yumşaldıcılar camaşırlarımızın üzərindəki statik elektriki azaldan, camaşırların rəngini qoruyan və sürətli quruma xüsusiyyəti qazandıran maddələrdir. Bütün bu xusisiyyətləri camaşırlarımıza qazandıran yumşaldıcılar pambıq materiallara təsir göstərməkdədir. Camaşırlarımızın hamısının pambıq materialda olması yumşaldıcılar üçün faydalıdır. Pambıq parçalar birbirinə bağlı hidrogen rabitələrindən ibarətdir. Camaşırlar isladıldığı zaman pambıq lifləri islanaraq müqavimətləri artır və hidrogen rabitələri çoxalır. Bunun nəticəsində parça sərt və qırışıq hala düşür. İstifadə olunan yumşaldıcılar parçanın üzərini örtərək hidrogen rabitələrinin əmələ gəlməsinin qarşısını alır. Yumşaldıcılar, içlərində olan səthi aktiv maddələr sayəsində parça üzərində təsirlərini uzun müddət qoruyub saxlaya bilirlər. Ancaq bütün bu xoş xüsusiyyətləri ilə yanaşı yumşaldıcıların içində olan kimyəvi maddələr həyatımız üçün hesab etdiyimizdən də təhlükəli ola bilər. Yumşaldıcıların tərkibində əsasən xloroform, benzil spirti, etanol və etil asetat kimi kimyəvi maddələr vardır. Yumşaldıcılarla birbaşa təmas zamanı bu kimyəvi maddələr tənəffüs yolu ilə orqanizmə daxil olur. Yumşaldıcıların səbəb olduqları xəstəliklər arasında xərçəng, ürək, qaraciyər və böyrəklərin funksiyasının pozulması yer aldığı üçün istifadə etdiyimiz yumşaldcıların tərkibi bizim üçün həddən artıq önəmlidir. Yumşaldıcılarda ən çox rast gəlinən xloroform sinir sisteminə təsir göstərdiyi üçün olduqca zərərlidir. Buna oxşar olaraq linalol və etanol da mərkəzi sinir sistemi pozulmalarına səbəb olur. Alfa terpineol və benzil spirti isə tənəffüs problemlərinə səbəb olaraq ağciyərlərə təsir göstərir. Dəri vasitəsi ilə asanlıqla orqanizmə daxil olan kafur da sinir sistemi pozulmalarına 31


Chemistry & Life

October 2016

yol açır. Limonen isə gözləri və dərini qıcıqlandıran kimyəvi maddədir.

Alfa Terpineol

Linalol

Limonen

Rəngarəng qabları ilə diqqət çəkərək həyatımıza girən yumşaldıcıların həyatımıza daxil etdiyi kimyəvi maddələri istifadə etdiyimiz zaman daha diqqətli olmalı və aldığımız yumşaldıcıların tərkibini izləməliyik. Beləliklə hər gün istifadə etdiyimiz çarşab, dəsmal və paltarlarımız bizim üçün təhlükə mənbəyi olmaqdan çıxar.

Mənbə:

www.kimyasalgelismeler.com 32


www.oilgasturkmenistan.com

7-8 December, 2016 21st International Conference "Oil & Gas of Turkmenistan 2016" Ashgabat, Turkmenistan Conference Hall of the Chamber of Commerce and Industry of Turkmenistan Organiser National Oil Company, TurkmenOil, has taken over responsibility for the annual oil and gas conference and exhibition, OGT 2016, and has appointed Summit Trade Events as official co organiser. Confirmed Sponsors: Platinum Sponsor: Buried Hill Gold Sponsors: BP, CNPC, Shell, Total Silver Sponsors: Sumitomo Corporation Europe Limited, Petronas Bronze Sponsor: Petrofac


Cinayət Hadisəsində Kimya: Barmaq İzinin Aşkar Edilməsi Elvin Rüstəmli Gazi Universiteti, Yüksək Texnologiyalar elvinrustamli@gmail.com

Cinayət hadisəsindən sonra hadisə yerində qalan barmaq izləri cinayətkarın tapilması və şübhələrin aradan qalxması üçün istifadə olunan vasitələrdən biridir. Lakin, barmaq izləri hər zaman görünən olmurlar. Belə ki, tədqiqatçılar onları görüntüləmək üçün tez-tez kimyəvi metodlara etibar edirlər. Barmaq izlərinin aşkar edilməsi üçün çoxlu sayda metodlar istifadə edilə bilər. Biz burada ən çox yayılmış dörd metod üzərində dayanacağıq. Barmaq İzinin Növləri Xüsusi metodları müzakirə etməzdən əvvəl cinayət hadisələrində tapılan barmaq izlərinin necə təsnif edildiyini aydınlaşdırmaq lazımdır. Barmaq izləri üç cür təsnif edilir: Açıq izlər (patent prints), plastik izlər (plastic prints) və gizli izlər (latent prints). Açıq izlər çılpaq gözlə görülən izlərdir. Bunlar qanda, mürəkkəbdə və ya palçıqda qalan izlər ola bilər. Plastik izlər də bir qədər bunlara bənzərdir. Belə ki, bunları da həmçinin çılpaq gözlə görmək mümkündür. Plastik izlər gil və mum kimi elastik maddələrdə qalan izlərdir. Başqa heç bir iş tələb olunmadan açıq və plastik izlərin hər ikisi fotoqraf vasitəsi ilə qeyd oluna bilər (bəzən onların görünürlüyünü artırmaq üçün bir sıra metodlar istifadə edilir). Gizli izlər isə bir çox problemlər yaradır. Bunlar təbii yağ və dəridən ifraz olunan tər səbəbi ilə səthdə qalan izlərdir. Səthdə qalmaqlarına baxmayaraq onları görünən hala gətirmək üçün nəsə edilənədək onlar görünməzdirlər. Burada bizim bəhs etdiyimiz dörd kimyəvi metod dövrəyə girir. 34


Chemistry & Life

October 2016

Barmaq İzi Tozları "İzlər üçün toz səpmə" çox məşhur metod olub 1891-ci ildən bu günə qədər istifadə edilir. Bu metod hazırlanmış narın hissəciklərdən ibarət tozların fırça istifadə edərək səth üzərinə səpilməsini əhatə edir. Hissəciklər gizli izlərdə nəm və yağa yapışaraq onları görünən hala gətirir.

İzlər görünən hala gətirildikdən sonra isə fotoqraf vasitəsi ilə şəkili çəkilə və ya şəffaf band istifadə edərək forması götürülə bilər.

35


Chemistry & Life

October 2016

Barmaq izi tozlarının tərkibi müxtəlifdir, xüsusilə onlar səthlərindən asılı olaraq istifadə olunur. Adətən, barmaq izi tozları piqment və bağlayıcı maddədən ibarət olur. Piqment kontrastı təmin etməyə, bağlayıcı maddə isə tozun izə yapışmasına kömək edir. Ən çox istifadə olunan piqmentlərə kolloid karbon hissəcikləri, alüminium, sink və mis daxil olmaqla bəzi metalların kiçik hissəciklərini misal göstərmək olar. Əsas bağlayıcı maddələr isə ərəb saqqızı, dəmir tozu, kanifol və likopodiumdur.

Daha çox standart qara tozların istifadə olunmasına baxmayaraq, işıq şüaları altında parıldayan fluoressent tozlar da istifadə oluna bilər. Bu üsulun bir sıra problemləri vardır. Daha öncə qeyd etdiyimiz kimi barmaq izi tozunun səpilməsində adətən yumşaq fırça tətbiq olunur. Nə qədər ehtiyat edilsə belə, bəzən barmaq izlərinin zərər görməsi ilə nəticələnə bilir. Digər bir problem isə fırçadan istifadə DNT`nin potensial köçürülməsini yaradır və beləliklə hadisə istintaqçıları tez-tez başqa metodlardan istifadəyə müraciət edirlər. Sianoakrilat Tüstüləmə Gizli barmaq izlərinin görünən hala gətirilməsi üçün istifadə olunan başqa bir metod təsadüf nəticəsində kəşf olunmuşdur. 1982-ci ildə Yapon alimləri super yapışqanlarda istifadə edilən molekulların bir növü olan sianoakrilatlar üzərində işlədikləri zaman havasoran şkafların birində barmaq izi olduğunu görmüşlər. Onlar sianoakrilat tüstüsü istifadə edərək barmaq izlərinin daha aydın şəkildə görünməsinə nail olmuşlar. Buradan görünmüşdür ki, sianoakrilatlar barmaq izi qalığı ilə təmasda olduğu zaman polimerləşir və qabarıqların xəttini izləyir. Bu metod xüsusilə kobud və məsaməsiz səthlər üçün istifadə olunur. İz üzərində sianoakrilatın kondensləşməsi sürətli şəkildə baş verir. Barmaq izlərinin aşkar edilməsində istifadə edilən bu üsul öz səmərəliliyini hər zaman qoruyub saxlamaqdadır.

36


Chemistry & Life

October 2016

man bənövşəyisi işıq və oksigenin iştirakında parçalandığı üçün görüntülənmiş izlər bunlardan qorunmalı və ya fotoqraf vasitəsi ilə şəkili çəkilməlidir. Barmaq izlərində amin turşuları ilə reaksiyaya girən birləşmə tək ninhidrin deyildir. Digər bir birləşmə 1,8-Diazafluoren-9-on`dur (DFO). Bu maddə barmaq izindəki amin turşuları ilə reaksiyaya girərək Ruman bənövşəyisinə oxşar çəhrayıqırmızı rəngli birləşmə əmələ gətirir. Əmələ gələn birləşmə mavi-yaşıl işıq şüaları altında parıldayır. Barmaq izlərinin təyin edilməsində istifadə olunan digər birləşmə 1,2-indandion`dur.

Kimyəvi Təkmilləşdiricilər Gizli barmaq izlərini görüntüləmək üçün çoxlu sayda kimyəvi təkmilləşdiricilər istifadə olunur. Bunların bəziləri izin xüsusi rəng almasına, digərləri isə işığın xüsusi rəngləri altında fluoressensiyaya səbəb olur. Bu günə qədər ən çox istifadə olunan kimyəvi təkmilləşdirici ninhidrin`dir. Ninhidrin 1910cu ildə Ziqfred Ruman tərəfindən kəşf olunmuşdur. O, ninhidrinin dəri və ya dəri ifrazı ilə təmasda olduğu zaman bənövşəyi rəngə çevrildiyini müşahidə etmişdir. Bənövşəyi rəngə səbəb olan bu birləşmə indi onun adına; Ruman bənövşəyisi adlanır. Gizli barmaq izlərinin inkişaf etdirilməsində yüksək potensialı olmasına baxmayaraq, 1954-cü ilə qədər bu sahədə düzgün tətbiq edilməmişdir.

Barmaq izinin bir hissəsi kimi götürülən tərin tərkibində amin turşuları vardır (hər barmaq izində təqribən 250 nanoqram). Onlar olduğu yerdə uzun müddət qaldıqları üçün əgər görüntülənərsə, insanın barmaq izinin də görünməsinə imkan verər. Belə ki, ninhidrin səthə püskürtüldüyü zaman amin turşuları ilə reaksiyaya girərək Ruman bənövşəyisinin aydın bənövşəyi rəngli ammonium duzunu əmələ gətirir. Bu çevrilmənin baş verməsi üçün su tələb olunur, buna görə də reaksiya yüksək nəm mühitdə həyata keçirilməlidir. Bundan əlavə, Ru-

Vakuum Metal Depoziti (VMD) Vakuum metal depoziti şüşəyə metal örtük tətbiq edərək güzgü əmələ gətirmək üçün istifadə edilən bir metoddur. Bununla belə, bu metod da barmaq izlərinin təkmilləşdirilməsi üçün istifadə oluna bilər. VMD metodu metal atomlarının nazik təbəqələrinin vakuum altında səthə əlavə edilməsini əhatə edir. Bu metod ilk dəfə sink, stibium və mis tozlarının qarışığı istifadə edilərək yoxlanılmışdır.

37


Chemistry & Life

October 2016

Sonrakı təcrübələr göstərmişdir ki, tək metal ilə barmaq izlərinin təkmilləşdirilməsi metalların kombinasiyası ilə təkmilləşdirmədən daha effektiv nəticə verir. Bir qayda olaraq iki metalın kombinasiyası istifadə olunmuşdur. İlk dəfə qızıl və gümüş, sonra isə kadmium və sink depozitlənmişdir. Gümüş həssas element olduğu üçün, kadmiumun isə toksiki olması səbəbi ilə hal-hazırda bu metodda daha çox qızıl və sink metallarının kombinasiyasından istifadə olunur. Metodun işləməsi istifadə olunan metalların müxtəlif xüsusiyyətləri ilə əlaqədardır. Qızıl gizli izlər də daxil olmaqla bütün səth üzərinə depozitlənə bilər. Daha sonra qızıl gizli izlərin tərkibində olan yağların içinə diffuziya edəcək və səthdə qızıl atomu qalmayacaq. Bu vacibdir, çünki sonradan sink depozitləndiyi zaman o, yağlı depozit üzərində kondensləşməyəcək, təkcə qızılın mövcud kiçik hissəcikləri üzərində depozitlənəcək.

QAYNAQLAR

1. www.compoundchem.com 2. Latent print development – B Yamashita and M French 3. A simplified guide to fingerprint analysis – www.forensicsciencesimplified.org

38


Oktyabrın 28-də ''Azərikimya'' İstehsalat Birliyinin Etilen-polietilen zavodunun Etilen istehsalatının Neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsində ''Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda maarifləndirici tədbir və mülki müdafiə məşqi keçirilmişdir. Təlimdə müəssisənin mülki müdafiə qüvvələri, o cümlədən mühəndis-kəşfiyyat manqası, xilasetmə dəstəsi, kimya-radiasiya müşahidə postu, müşahidə və laboratoriya şəbəkəsi, sanitar postu, yanğınsöndürmə, elektrik xətlərinin təmiri və rabitə manqaları, qazdan xilasetmə dəstəsi və fərdi mühafizə vasitələrinin paylanması məntəqəsi ilə yanaşı, FHN-nin Respublika Mülki Müdafiə İdarəsinin, Mülki Müdafiə Qoşunlarının kimya müşahidə laboratoriyasının və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin şəxsi heyətləri, respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin üzvləri, Azərbaycan Dəmir Yolları QSC-nin Yanğınsöndürən qatarının şəxsi heyəti, Sumqayıt şəhər təxirəsalınmaz təcili tibbi yardım stansiyasının və “Kimyaçı” poliklinikasının tibbi yardım briqadaları iştirak etmişlər. Şərti zəlzələnin təsirindən Etilen-polietilen zavodunun Neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsində baş vermiş dağıntıların altından insanların təxliyyə edilməsi, 100/1 saylı benzin saxlanılan tutumun girişində boru xətlərinin zədələnməsi nəticəsində baş vermiş şərti yanğının yayılmasının qarşısının alınması və işçilərin maksimum mühafizə olunması məqsədi daşıyan təlimdə həyəcan siqnalının verilməsi ilə mülki müdafiə və yanğınsöndürmə dəstələri, həmçinin xüsusi xilasetmə qrupları özlərini müəyyən edilmiş vaxtda hadisə yerinə çatdırmışlar. Müvafiq təhlükəsizlik təlimatlarına uyğun olaraq keçirilən və iştirakçıların kifayət qədər yüksək peşəkarlıq nümayiş etdirməsi ilə müşayiət olunan təlim qüsursuz başa çatmışdır.

Mənbə www.socar.az

39


MƏQALƏNİZİ BİZƏ GÖNDƏRİN! info@azecs.az Kimyanın bütün sahələri, eləcə də kimyanın sənayedə tətbiqi mövzusunda apardığınız elmi araşdırmalar və məqalələri, həmçinin publisistik yazılarınızı göndərin jurnalımızda dərc edək. Kimya ilə bağlı bildiyiniz maraqlı və əyləncəli məlumatları, kəşfləri, kimya müəllimi, kimyaçı alim və ya kimya sahəsində çalışan diqqətə layiq nailiyyətləri olan biri ilə hazırladığınız müsahibəni də jurnalda yazılması üçün göndərə bilərsiniz. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın info@azecs.az azecs2015@gmail.com

Məqaləsi jurnalımızda dərc edilən müəlliflər təşkil edəcəyimiz treyninq və təcrübə proqramlarında tam ödənişsiz və ya güzəştli şəkildə iştirak etmək haqqı qazanacaqlar.


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.