Atabank Atanet brandbook

Page 1

Korporativ kimlik © Korporativ kimlik Bütün hüquqlar qorunur. Bakı - 2013


İçindəkilər

Ticarət nişanı anlayışı

Ticarət nişanı və brend

Loqotipin təsviri qaydaları

Doğru və yanlış Ağ-Qara Fonlara görə

Loqotip və onun tərkib hissələri

Əhəmiyyəti Fəlsəfəsi Təsviri qaydası Tipoqrafik kompanenti

Rənglər dəsti

Korporativ rənglər: CMYK Korporativ rənglər: PANTONE Korporativ rənglər: RGB Korporativ rənglər: web

Loqotipin quruluşu

Sturukturu Ehtiyat sahə

Şriftlər

Korporativ şrift (loqotipin şrifti)


Ticarət nişanı anlayışı


Tİcarət nİşanı və brend Ticarət nişanı hansısa bir şirkətin məhsulunu digərlərindən fərqləndirmək üçün mövcud olan, rəsmi qaydada qeydiyyatdan keçən ticari kimlikdir. Qeydiyyatdan keçən ticarət nişanı (markası) şirkətə öz əmtəəsinin digər şirkətin məhsullarından fərqləndirmək imkanı verir. Bazarda bir-birinə oxşar məhsul və xidmətlərdən fərqli olaraq seçilən və hüquqi cəhətdən müdafiə altında olan ticarət markası həm şirkətin nüfuzunu, həm də imicini əks etdirir. Ticarət nişanının mətn hissəsi (adı, sloqanı və s.) böyük və ya kiçik hərflərlə yaxud böyük və kiçik hərflərin kombinasiyası şəklində yazıla bilər. Müəyyən edilmiş yazılış tərzi düzgün yazılış tərzi kimi qəbul olunur. İstisna hallarda dəyişiklik etmək lazım gəldikdə ticarət nişanı sahibindən rəsmi icazə alınmalıdır.

Ticarət nişanı məhsulun kimliyi və siması rolunu oynayır və bu məhsulun rəqiblərlə mübarizəsində əsas müdafiə faktorlarından biridir. Həm də ticarət nişanı bazarda olan rəqiblərə qarşı bir silah kimi istifadə olunur. Ticarət nişanı məhsulun gələcəkdə brendə çevrilməsi və brendin gələcəyini təmin edə biləcək bir meyardır. Uğurlu ticarət nişanı rəqiblər qarşısında üstünlük deməkdir. Ticarət nişanını əks etdirən loqo kifayət qədər tanınarsa, bu, məhsulun dəyərinin, keyfiyyətinin göstəricisi kimi özünü biruzə verəcəkdir.


Loqotip və onun tərkib hissələri


əhəmİyyətİ

Müasir dövrdə loqotip çox böyük əhəmiyyət kəsb edir. Elə bu səbəbdən də istənilən firma, istənilən brend yarandıqda atdığı ilk addım loqotipin yaradılması olur. Çünki loqotip olmadan ticarət nişanı bazardakı digər brendlərdən seçilə bilməz. Bazardakı digər brendlərdən seçilməyən brend isə heç vaxt brend ola bilməz. O, ya qısa zamanda itib-batacaq, ya da başqa brendlərin kölgəsində qalacaq. Başqa sözlə, loqotip brendi yaşadan səbəblərdən biridir. Loqotip ticarət nişanının vizual təqdim olunma formasıdır, ticarət nişanının pasportudur.

fəlsəfəsİ

AtaNet loqotipi bir elementdən, mətn hissədən ibarətdir. Burda ticarət nişanının adı, mahiyyəti öz əksini tapıb. Loqotipin şrifti xüsusiliyi əks etdirir. Loqotipdə göy rəng və çalarının istifadə olunması brendin mahiyyətini tamamlayır. Göy rəngin seçilməsi ciddi və peşəkar xidmət səviyyəsini vurğulayır. Elementlərin göy rəng və onun çaları ilə birgə verilməsi bütövlük rəmzidir.


Təsvİrİ QAYDASI

tİpoqrafİk kompanentİ

2.

Yuxarıdakı təsvir yeganə təsvir formasıdır. Loqotip istənilən halda bu təsvir formasına uyğun verilməlidir. Yalnız mətn hissədən ibarət olan loqotipdə xidmətin adını ifadə edən atanet sözü yuxarıda, mahiyyətini əks etdirən internet bankinq xidməti sözü isə onun altında təsvir olunub.

1.

Loqotipin tipoqrafik kompanenti özünəməxsus yazı üslubuna malikdir. Tipoqrafik kompanent iki hissədən ibarətdir: xidmətin adı və mahiyyətini bildirən hissə. Tipoqrafik kompanent şriftin boy ölçülərini, yazının istənilən ölçüdə oxunaqlı olması üçün hərflərarası məsafəni aydın və balanslı şəkildə özündə əks etdirir. Dizayn zamanı korporativ şriftlər əldə olmadıqda onu bənzər şriftlərlə əvəz etmək olmaz! Belə hallarda şriftləri sifarişçidən istəmək lazımdır.


Loqotipin quruluĹ&#x;u


sturukturu

ehtİyat sahə

1x 1.7x 0.09x 0.26x

4.74x 4.96x

Loqotipin quruluşu konkret ölçü meyarı əsasında dəqiq ölçülərlə ifadə olunmalıdır. Loqotiplər üçün bir qayda olaraq loqotipin hansısa bir hissəsinə bərabər olan “X” ölçü meyarından istifadə olunur.

Loqotipin təsviri zamanı xüsusilə diqqət yetirilməli olan ən vacib məqamlardan biri loqoətrafı ehtiyat sahədir. Müxtəlif dizaynlarda loqotipin təsviri zamanı onun ətrafında mətnlər və ya təsvirlər yerləşdirmək zərurəti yarana bilər.

Bizim loqotipdə “X” olaraq “atanet” sözündəki “a” hərfinin hündürlüyü götürülür.

Bizim loqotipdə loqoətrafı ehtiyat sahə X-ə bərabərdir.

Beləliklə loqotipin uzunluğu 4.96X, hündürlüyü isə 1.7X-dir. Atanet sözü ilə internet bankinq xidməti sözləri arasındakı məsafə 0,09X-dir.

Loqotipin normal görünüşünə xələl gəlməsin deyə hansı məkanda tətbiq olunmasından asılı olmayaraq bu məsafə qorunmalıdır.


Loqotipin təsviri qaydaları


DOĞRU və yanlış TƏSVİR

Loqotipin hansı rənglərdə necə verilməli lazım olduğu əksini tapmışdır. Burada düzgün tətbiq formaları “quş” işarəsi ilə, yanlış təsvir forması “X” (çarpaz xətlər) işarəsi ilə göstərilib.

ağ-qara təsvİr


Fonlara görə

Fonlara görə

Təsvirlərdə loqotipin hansı fon rənglərdə necə verilməli lazım olduğu əksini tapmışdır. Burada düzgün tətbiq formaları “quş” işarəsi ilə, qadağan edici təsvir formaları qırmızı “X” (çarpaz xətlər) işarəsi ilə göstərilib.


Rənglər dəsti


rənglər dəstİ

C100 M0 Y0 K0

R0 G160 B235

Pantone 801c

web: #00a6eb

C100 M70 Y0 K10

R0 G71 B149

Pantone 7687c

web: #1a428a


Şriftlər


korporatİv şrİft Atafont Regular ABCÇDEƏFGĞHIİJKQLMNOÖPRSŞTUÜVYZ abcçdeəfgğhıijkqlmnoöprsştuüvyz

Atafont Medium ABCÇDEƏFGĞHIİJKQLMNOÖPRSŞTUÜVYZ abcçdeəfgğhıijkqlmnoöprsştuüvyz

Atafont Bold ABCÇDEƏFGĞHIİJKQLMNOÖPRSŞTUÜVYZ abcçdeəfgğhıijkqlmnoöprsştuüvyz


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.