Shakh brandbook

Page 1

© Korporativ kimlik "Yello Advertising Lab" tərəfindən hazırlanmışdır. Bütün hüquqlar qorunur. Bakı - 2012

Korporativ kimlik Versiya: 1.0


Korporativ kimlik

Bak覺 - 2012 Versiya: 1.0


LOQOTİP kimliyi

LOQOTİP quruluşu

Əhəmiyyəti Fəlsəfəsi Əsas təsviri Alternativ təsviri Tipoqrafik hissəsi Simvol hissəsi Əsas təsvirin Alternativ təsvirin Simvolun Əsas təsvirdə ehtiyat sahənin Alternativ təsvirdə ehtiyat sahənin Minimal təsvirin

İçindəkilər

LOQOTİP rəngləri

Fonun Loqotipin Monoxrom loqotipin Korporativ fonlardakı loqotipin

LOQOTİP ornamentləri

Ornamentlər Ornamentlərin quruluşu

LOQOTİP şriftləri

Əsas Köməkçi

LOQOTİP olmazları

Forma Foto Rəng Fon

İçindəkilər


loqotip kimliyi


əhəmiyyəti

Fəlsəfəsi

Müasir dövrdə loqotip çox böyük əhəmiyyət kəsb edir. Elə bu səbəbdən də istənilən firma, istənilən brend yarandıqda atdığı ilk addım loqotipin yaradılması olur.

Başqa sözlə, loqotip brendi yaşadan səbəblərdən biridir. Məhz loqotipin əsasında qurulmuş brendbuk brendə kimlik verir, onu özünəxas üslubla təmin edir.

Loqotipin simvol ilə tipoqrafik hissələri öz aralarında gözəl harmoniya yaradırlar. Quruluş baxımından onların hər ikisində sanki bir əsilzadəlik gizlənir.

Çünki loqotip olmadan ticarət nişanı bazardakı digər brendlərdən seçilə bilməz.

Loqotip ticarət nişanının vizual təqdim olunma formasıdır.

Bazardakı digər brendlərdən seçilməyən brend isə heç vaxt brend ola bilməz. O, ya qısa zamanda itib-batacaq, ya da başqa brendlərin kölgəsində qalacaq.

Obrazlı ifadə etsək, loqotip ticarət nişanının pasportudur. Loqotipin simvol hissəsi bu pasportdakı fotoşəkil, mətn hissəsi isə adsoyaddır.

Loqotipin simvolundakı əncir yarpağı brendin xarakterini xeyli dərəcədə aça bilir. Belə ki, brendin yarandığı Abşeronun ən qədim nemətlərindən olan əncirin yarpağı insanların ilk geyimi, hətta bəzək aksesuarı olub. Əncir şahların da süfrələrini bəzəyən bir nemət idi. Əncir zənginlik və mükəmməllik rəmzidir. Əncir yarpağı həm də tacı xatırladır. Bütün

bu sadalananlar isə brendin adına, nüfuzuna və fəaliyyət sahəsinə uyğundur. Loqotipin şrifti şərqə bağlı olmaqla bərabər özündə bir möhtəşəmlik və harmoniya təcəssüm etdirir. Loqotipdə göy rəngin istifadə olunması ilə brendin mahiyyəti tamamlanmış olur. Çünki göy rəngin verdiyi klassika və etibar brendin tarixiliyini, əzəmət və ağayanalıq onun gücünü, cazibə və bir az da romantika isə onun zərgərlik xarakterini ortaya qoyur.


əsas təsviri Əsas təsvir loqotipin istisnasız olaraq ilkin tətbiq formasıdır.

"SHAKH" sözündəki "A" hərfinin yuxarısında, "1896" rəqəmi isə aşağısında durmalıdır.

Loqotip imkan olduğu halda əsas təsvir formasına uyğun verilməlidir. Əsas təsvir zamanı loqotipin simvol hissəsi

Loqotipin simvol hissəsini fırlatmaqla oradakı təsvirin duruş formasını dəyişmək yolverilməzdir!

Alternativ təsviri Loqotipin alternativ təsviri zamanı onun simvol hissəsi "SHAKH" sözünün özünə keçir və ölçüsü bir az böyüyür. Qalan hər şey əsas təsvirdəki kimi qalır. Loqotipin alternativ təsvirindən yalnız iki halda istifadə oluna bilər:

1. Loqotipi əsas təsvir qaydasına uyğun vermək mümkün deyildir. 2. Loqotipi əsas təsvir qaydasına uyğun vermək dizaynı korlayır və reklamın təsir gücünü azaldır. Alternativ təsvir isə əksinə, reklamın təsir gücünü artırır.


1.

2.

Tipoqrafik hissəsi Loqotipin tipoqrafik hissəsi "SHAKH" sözündən və "1896" rəqəmindən ibarətdir.

Ancaq bu zamanı Perpetua Titling MT Light şrifti üzərində müəyyən dəyişikliklər aparılıb.

"SHAKH" sözü böyük hərflərlə yazılmalıdır. Bu sözün yazılması zamanı Perpetua Titling MT Light şriftindən istifadə olunub.

Loqotipin tipoqrafik hissəsinin ikinci elementi olan "1896" rəqəmi isə ITC Avant Garde Book şrifti ilə yazılıb.

Simvol hissəsi Loqotipin simvol hissəsi yuxarıda da qeyd etdiyimiz kimi əncir yarpağının təsviri əsasında yaradılıb.

Simvol loqotipin simvol hissəsi olmaqla yanaşı damğa, eləcə də, möhür görkəminə malikdir.

Bu zaman əncir yarpağının saplağının uzantısı qapalı olmayan çevrə əmələ gətirib.

Onun həm ornament kimi, həm də möhür kimi geniş tətbiq imkanları vardır.


loqotip quruluĹ&#x;u


1.25 x 5x

3x 7x

0.5x

1x 0.5 x 1.25 x

1x

3x 1x

1x

1x

14x 0.5x

14x

Əsas təsvirin Loqotipin quruluşu konkret ölçü meyarı əsasında dəqiq ölçülərlə ifadə olunmalıdır. Loqotiplər üçün bir qayda olaraq loqotipin hansısa bir hissəsinə bərabər olan "X" ölçü meyarından istifadə olunur. Bizim loqotipdə "X" olaraq "1" rəqəminin hündürlüyü və ya "H" hərfinin hündürlüyünün 1/3-i götürülür.

Beləliklə, loqotipin uzunluğu 14X, hündürlüyü isə 10X-dir. Simvolun hündürlüyü (həm də, diametri) 5X, "SHAKH" sözünün hündürlüyü 3X, onu loqotipin digər hissələrindən ayıran məsafə, eləcə də, "1896" rəqəmini onun kənarlarındakı xətlərdən ayıran məsafə 0,5X, "1986" rəqəminin hündürlüyü isə X ilə ifadə olunur.

Alternativ təsvirin Əsas təsvirdəki ilə eyni "X" ölçü meyarından istifadə edildiyindən burada da "SHAKH" sözü və "1896" rəqəmi əsas təsvirdəki ilə eyni ölçü və proporsiyalara malikdirlər. Lakin burada simvolun yerləşməsi ilə əlaqədar olaraq loqotipin ümumi ölçülərində dəyişikliklər baş vermiş, simvolun özünün də ölçüləri dəyişmişdir.

Belə ki, loqotipin uzunluğu 21X, loqotipin və simvolun hündürlüyü (eləcə də, simvolun diametri) 7X ilə ifadə olunmuşdur. Simvolla "SHAKH" sözü arasındakı məsafə X-ə, bərabərdir. "1896" rəqəmini onun kənarlarındakı xətlərdən ayıran məsafə 0,5X, simvolun tipoqrafik hissədən hündür olan hissələri isə 1,25X ilə ifadə olunub.


+

+

=

Simvolun Loqotipin simvolu quruluş baxımından mürəkkəb görünsə də, əslində o qədər də, mürəkkəb quruluşa malik deyil. Belə ki, simvol üç elementdən ibarətdir: Birinci element qapalı olmayan çevrədir.

İkinci element həmin çevrənin uzantısı hesab oluna biləcək dalğavarı xəttdir. Bu xətt həm də əncir yarpağının özəyini təşkil edir. Üçüncü element isə yalnız kənar cizgiləri görünən əncir yarpağıdır.

Əsas təsvirdə ehtiyat sahənin Loqotipin təsviri zamanı xüsusilə diqqət yetirilməli olan ən vacib məqamlardan biri loqoətrafı ehtiyat sahədir. Loqotipin əsas təsvirində loqoətrafı ehtiyat sahə "H" hərfinin hündürlüyünə, başqa sözlə

desək 3X-ə bərabərdir. Loqoətrafı ehtiyat sahə loqotipi onu əhatə edəcək yazı və ya təsvirlərdən ayırır. Loqotipin hansı məkanda tətbiq olunmasından asılı olmayaraq bu məsafə qorunmalıdır.


14 mm 22 mm 10 mm

Alternativ təsvirdə ehtiyat sahənin Loqotipin əsas təsvirində olduğu kimi onun alternativ təsvirində də loqoətrafı ehtiyat sahə "SHAKH" sözündəki "H" hərfinin hündürlüyünə və yaxud 3X-ə bərabərdir.

Loqotipin tətbiq olunduğu hər bir yerdə bu məsafə gözlənilməlidir. Əks halda loqotip kənarlarında veriləcək yazı və ya təsvirlərin arasında itib-batar.

7 mm

Minimal təsvirin Loqotipin minimal təsviri onun göstərilə biləcəyi ən kiçik ölçüdür. Hər bir loqotip üçün, eləcə də onun alternativ təsviri üçün minimal təsvir ölçüsü müəyyənləşdirilməlidir.

Əsas təsvir zamanı loqotipin minimal ölçüləri 10x14 millimetr olmalıdır. Alternativ təsvir zamanı isə loqotipin verilə biləcəyi minimum ölçülər 7x22 millimetrə bərabərdir.


loqotip rəngləri


C86 M62 Y0 K0

C21 M36 Y87 K0

Pantone 7455c

Pantone 871c

R46 G73 B154

C21 M36 Y87 K0

C86 M62 Y0 K0

Pantone 7455c

Pantone 871c

R46 G73 B154

R198 G144 B26

R198 G144 B26

#2d4899

#C6901A #C6901A

#2d4899

Fonun Loqotipin korporativ rəngləri göy və qızılı rənglərdir ki, onlar da ciddiliyi, sadəliyi və dəbdəbəni özündə çox yaxşı əks etdirir.

Bu rənglərin verildiyi RGB, CMYK, Pantone və Web formatları loqotipi müxtəlif vasitələrdə doğru şəkildə təsvir etmək imkan verir.

Loqotipin Burada loqotip özünün korporativ rəngləri olan göy və qızılı rənglərdə verilmişdir. Loqotipin verildiyi RGB, CMYK, Pantone

və Web formatları onun elektron və çap vasitələrində düzgün təsvir edilməsini, rəng çalarlarının daha dəqiq olmasını təmin edir.


Monoxrom loqotipin Monoxrom loqotip loqotipin ən vacib təsvir formalarından biridir. Onun korporativ üslubda olması mütləqdir. Bu, loqotipin ağ-qara təsvir formasıdır. Başqa sözlə desək, monoxrom loqotip loqotipin ağ

fonda qara rənglə, qara fonda isə ağ rənglə təsviridir. Müasir, rəngli dünyamızda ağ-qara təsvirlərə də bəzən ehtiyac duyulur. Monoxrom loqotip məhz bu məqamlar üçün nəzərdə tutulub.

Korporativ fonlardakı loqotipin Loqotip hər bir korporativ fonda iki cür təsvir edilə bilər. Əgər loqotip göy fonda verilirsə, onda onu ağ və ya qızılı rənglə təsvir etmək lazımdır. Yox əgər loqotip digər korporativ fon olan qızılı

rəngli fonda veriləcəksə, onda loqotipi ağ və ya göy rənglə təsvir etməliyik. Loqotipin yuxarıda qeyd olunan korporativ fonlarda təsviri zamanı bu rənglərdən fərqli hər hansı bir rəngin istifadəsinə yol verilmir.


loqotip ornamentləri


əsas əsas

köməkçi köməkçi

əsas əsas

köməkçi köməkçi

əsas

əsas

köməkçi

köməkçi

Ornamentlər "SHAKH" brendi üçün iki cür ornament nəzərdə tutulub. Bu ornamentlərdən biri brendin əsas ornamentidir. Digər ornament

isə köməkçi ornamentdir. Ornamentlər birlikdə və ya ayrı-ayrılıqda tətbiq oluna bilər. Bir şərtlə ki, bir-birinə qarışdırılmasın.

Ornamentlərin quruluşu Həm əsas ornament, həm də köməkçi ornament loqotipin simvolundakı əncir yarpağının əsasında yaradılıb. Ornamentlərin

verilə biləcəyi əsas rənglər göy, qızılı və qara rənglərdir. Lakin bəzi hallarda ağ rəngli ornamentlərdən də istifadə oluna bilər.


loqotip şriftləri


Əsas Shakh Std şrifti SHAKH brendinin əsas korporativ şriftdir. Bu şrift Light (nazik), Regular (standart) və Medium (nisbətən qalın) formatlarında verilmişdir.

Şrift daha çox başlıqların və alt başlıqların yazılması üçün nəzərdə tutulub. Lakin zərurət olduqda, dizayn tələb etdikdə, onun əsas mətn şrifti kimi verilməsi də mümkündür.

Köməkçi Didot şrifti SHAKH brendinin köməkçi (və ya ikinci dərəcəli) korporativ şriftdir. Bu şriftin daha çox köməkçi şrift qismində tətbiqi nəzərdə tutulsa da, onu əsas şrift kimi də istifadə etmək olar.

Başqa sözlə, köməkçi şrift olması bu şrifti heç də arxa plana atmır. Didot şriftinin üç formatda, Didot Regular, Didot Italic və Didot Bold formatlarında tətbiqi nəzərdə tutulub.


loqotip olmazlar覺


Loqotipi qrafik proqramların köməyilə yenidən çəkmək qəti qadağandır! Loqotip kimi yalnız bu brendbukla birgə verilən hazır fayllardan istifadə olunmalıdır!

Forma Harda istifadə olunmasından asılı olmayaraq loqotipin formasını və strukturunu dəyişməyə və ya onu deformasiya etməyə icazə verilmir.

Yəni, loqotipi sağa, sola, aşağı və ya yuxarı dartmaq və sıxmaq, simvolsuz təsvir etmək, simvol və yazının yerini dəyişmək olmaz.

Foto Fotoşəkillərin üzərində loqotipi qoymaq xeyli dərəcədə problemlidir. Loqotipin yaxşı oxunmadığı, rəng tonlarının qarışıqlıq

yaratdığı istənilən fon (foto) loqotipin birbaşa tətbiqi üçün yararsızdır və belə tətbiqlərdən qaçmaq lazımdır.


Rəng Ağ və ya şəffaf fonlarda loqotipi birmənalı olaraq göy və ya qızılı rənglərdə təsvir etmək lazımdır. Bəzən qara rəngdən də istifadə

etmək olar. Zərgərlik məmulatlarının üzərində verilərkən loqotipi rəngli və ya şəffaf olaraq tətbiq etmək lazımdır.

Fon Loqotipin korporativ fonlarda təsviri yuxarıda verilib. Onu digər fonlarda da tətbiq etmək olar. Bu zaman loqotip öz göy və ya qızılı

rənglərində, eləcə də, tünd fonların üzərində ağ rəngdə verilməlidir. Ağ-qara tətbiqlər zamanı loqotip qara rəngdə verilə bilər.



Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.