Azeristudent issue #8

Page 1

Azərbaycanda İlk təhsİl jurnalı

Vol. 08 Mart 2017

Xaricdə təhsil

Dövlət başçilari və onlarin təhsi̇ lləri̇

>

UK vs USA

>

UNİVERSİTETLƏR




#8 2017

2

Beləliklə, biz qapılarımızı yeni dövrə açırıq. Bu dövrdə hər şey bizim özümüzdən asılıdır. Bizim bacarıq, məqsəd və istəklərimizdən. İnanmaq çətin də olsa, artıq mümkün olmayan heç nə yoxdur. Ən uzaq ölkələr bir neçə saatlıq uçuş məsafəsində, əlçatmaz məqsədlər isə uzanmış əlimiz qədər yaxındadırlar. Ən əsası – öz gücümüzə inanıb, irəliyə, parlaq gələcəyə can atmağımızdır. 2016-cı ildə 200-dən çox tələbə bizim yardımımızla həyata yeni addım atıb, Böyük Britaniya, Amerika, Almaniya, İsveçrə, İtaliya, İspaniya, Avstraliya, Niderland kimi ölkələrə təhsil almağa getdilər. Cəmi bir neçə ildən sonra onlar diplomlu mütəxəssislər kimi geri qayıdacaq və bütün qapılar onların qarşısında açılacaqdır. Onlar öz seçimlərini etdilər. İndi isə seçim sizindir. Qərar verin, xaricdə təhsil alın və yeni zamana əminliklə addım atın. Biz isə bu yolun hər bir mərhələsində sizə dəstək olaq. Hörmətlə, AzeriStudent şirkətinin baş direktoru Rasim Allahverdİyev

Buraxıcı redaktor Səbinə Quliyeva / Azərbaycan versiyasının redaktoru Aytən Ələkbərova Dizayner Teymur Məhəmmədxanov / Marketinq meneceri Anar Seyfaddin



#8 MART 2017

08

XARİCDƏ TƏHSİL

10

Anar: TV şouda 20 mİn qazandı

12

Kİmİn dİplomu daha yaxşıdır? UK vs US

14

Zİnyət İsmayılova: Təhsİl uşaqlarımızın gələcəyİ üçün ən vacİb aspektlərdən bİrİdİr

16

DÖVLƏT BAŞÇILARI VƏ ONLARIN TƏHSİLLƏRİ

18

Vüsal Sultanlı: İsveçrəyə, dİplom arxasınca

20

HƏKİM: OLUM YA ÖLÜM

22

15 FAKT

24 26

Turan Qarayeva: xoşbəxt olmaq üçün böyük uğura çatmaq vacİb deyİl 11 FAKT AVSTRALİYA TƏHSİLİ HAQQINDA



28

Dünya mİqyaslı İNSTİTUTLAR

46

Hüseynlİ Ayxan – beynəlxalq bİznesİ öyrənən tələbə

48

ÖZƏL MƏKTƏBİ NECƏ SEÇMƏK OLAR

50

Dünyanın ən qeyrİ-adİ məktəblərİ

54

Baba Babayev: Turİzmİn nəzərİyyəsİndən təcrübəsİnə doğru

56

NATİQLİK SƏNƏTİ

58 60

Dünyanın 5 böyük polİqlotu 150 UNİVERSİTET SİZİ GÖZLƏYİR!

62

Yumorla təhsİl alırıq

64

TESTLƏR



XARİCDƏ

8

TƏHSİL

#8 2017

Xaricdə təhsil almaq istəyirsiniz, amma qərar verməkdən çəkinirsiniz? Biz xaricdə təhsilin müsbət və mənfilərini qiymətləndirmək, eyni zamanda mənfiləri müsbətlərə çevirmək qərarına gəlmişik.

MÜSBƏTLƏR 1. Təhsİlİn yüksək səvİyyəsİ

Bu, xaricdə oxumaq üçün əsas səbəbdir. Dünya reytinqlərinin ən yüksək pillələrini qərb universitetləri tutur.

2. Xarİcİ alİ təhsİl müəssİsələrİnİn dİplomları bütün dünyada tanınır

Beynəlxalq karyera üçün köklənmisinizsə, xaricdə təhsilin əsas üstünlüyü – Qərbi Avropa və ABŞ diplomlarının dünyanın istənilən ölkəsində tanınmasıdır.

3. Dİlİn mükəmməlləşdİrİlməsİ

Xaricdə təhsil – daim xarici dildə ünsiyyət və qiraət deməkdir. Hər kəs, məsələn, ingilis dilində danışdığı bir mühitə düşdükdə, siz bir-iki aydan sonra artıq bu dildə sərbəst danışa biləcəksiniz. Çoxillik dil kurslarına yaxşı alternatividir.

4. Xarİcİ təcrübələr

Xaricdə təhsil praktik fəaliyyətə yönəldilmiş olur. Məsələn, İsveçrənin Glion qonaqpərvərlik institutunun tələbələri təhsilləri müddətində iki uzun iş təcrübəsi keçmiş olurlar. Hər tələbə orta hesabla altı dünya nüfuzlu xarici şirkətdən təcrübə keçmək haqqında təkllif alır.


5. Demokratİk yanaşma

Tədris üçün bir neçə fənn seçiminin tələbələrə verilməsi qərb universitetləri üçün xarakterikdir. Bununla yanaşı, seçilmiş ixtisasa akademik hazırlığın təminatçısı olan mütləq fənləri də heç kim ləğv etmir.

6. Beynəlxalq ünsİyyət

Tələbə tərkibinin çoxmilliyyətliliyi sizə müxtəlif mədəniyyətlərin təmsilçiləri ilə ünsiyyətdə olmaq imkanı verir. Bu, gələcək beynəlxalq karyera üçün lazım olan bünövrədir.

7. Dünya boyu əlaqələr

Xaricdə təhsil – xarici ölkələrdə professional əlaqələr qurmaq üsuludur. Nüfuzlu universitetlər öz saytlarında keçmiş məzunları üçün xüsusi bölmələr yaradırlar. Sizin keçmış tələbə dostlarınız da öz “parta yoldaşlarını” görməyə şad olacaqlar.

8. Səyahət İmkanı

Xaricdə təhsil – öz dünya görüşünü genişləndirmək və səyahət etmək imkanıdır. Deyək ki, İsveçrədə oxuyursunuzsa, istirahət günlərində Fransa, Almaniya, İtaliya, Avstriya və başqa qonşu dövlətlərə gedib, gəzə bilərsiniz.

olduqdan sonra iş axtarmaq üçün müəyyən müddət ölkədə qalıb yaşaya bilərlər. Siz də unutmayın ki, Harvard məzununun işə düzəlmə zamanı şansı yerli uiversitet məzunundan dəfələrlə çoxdur.

10. İnkİşaf etmİş elmİtədqİqat bazası

Aparıcı universitetlər öz zəngin kitabxanaları və super-müasir elmi-tədqiqat laboratoriyaları ilə məşhurdurlar. Ümumiyyətlə, Qərbdə elmi araşdırmalar, bir qayda olaraq, məhz universitetlərlə aparılır.

11. Müstəqİllİk

Öz ənənələri və mentaliteti olan əcnəbi ölkədə təhsil, sözsüz ki, bizi daha müstəqil edir. Təcrübə göstərir ki, valideynlərdən uzaqda yaşayan uşaqlar daha tez böyüyürlər. Razılaşın ki, müstəqil insan həyatın istənilən vəziyyətinə tez uyğunlaşır və daha asanlıqla qərarlar qəbul edir. Bu keyfiyyət gələcəkdə sizə mütləq lazım olacaq.

2. Dİl baryerİ

Xaricdə təhsil sizdən xarici dil biliyi tələb edir. Adətən, təhsil ingilis dilində olduğu üçün, siz ya bu dildə imtahan verməli, ya da şifahi müsahibədən keçməlisiniz. Çıxış: Siz Bakıda AzeriStudent dillər mərkəzində kurs keçə bilərsiniz. Burada sizi verəcəyiniz imtahana və ya müsahibəyə hazırlayacaqlar. Bundan başqa, siz xarici ölkəyə gedib, Foundation hazırlıq proqramında təhsil ala bilərsiniz.

3. Sənədlərİn rəsmİləşdİrİlməsİ

Xarici universitetə qəbul üçün xüsusi sənədlər paketinin toplanması vacibdir: attestat və diplomların tərcümələri, motivasiya məktubları, yaradıcı ixtisaslar üçün portfolio və s. Universitetdən dəvət gəldikdən sonra viza üçün sənəd verməlisiniz. Çıxış: AzeriStudent şirkətinə müraciət edin və bizim əməkdaşlar sizə nəinki universiteti seçməkdə və sənədlərin toplanmasında, həmçinin yaşayış yerinin tapılmasında yardımçı olacaqlar.

4. Adaptasİyanın çətİnlİyİ

9. İşə düzəlmə

Qərb universitetləri öz tələbələrinə kayera qurmaqda yardım edirlər. Ali təhsil ocaqlarının daxilində karyera mərkəzləri fəaliyyət göstərir, əmək yarmarkaları təşkil edilir, keçmiş məzunlar cəmiyyəti yaradılır. Təhsil müddətindəki iş təcrübələri isə tələbələrin böyük şirkətlərdı özlərini tanıtmasına yardımçı olur. Bundan başqa, Almaniya, Hoolandiya, Kanada və Avstraliyada tələbələr məzun

kredit götürmək olar – hər halda, əmin olun ki, təhsilə yatırılan sərmayə həmişə özünü doğruldur. Dəfələrlə.

MƏNFİLƏR 1. T əhsİlİn qİymətİ

Xaricin nüfuzlu ali təhsil müəssislərində oxumaq hamının madddi vəziyyətinə uyğun deyil. Çıxış: siz Təhsil Nazirliyindən və ya seçdiyiniz universitetdən təhsiliniz üçün qrand ala bilərsiniz. Təhsil üçün

Yeni mühitə daxil olmaq həmişə stresdir. Kimin üçünsə bu daha asan ola bilər, kimi üçünsə daha çətin. Amma hər halda, yeni əhatəyə öyrəşmək üçün vaxt hər kəsə lazımdır. Çıxış: Bir çox universitetlər yeni gələn tələbələr üçün yuxarı kurs tələbələrindən kuratorlar seçirlər. Bu yoldaşlar sizə universitet və şəhər haqda lazım olan bütün məlumatı verir və tələbə cəmiyyətinə rahat daxil olmanızı təmin edirlər.

9


Nəyə görə xaricdə təhsil almağı bu qədər arzulayırdınız? Xaricdə təhsil – tamamilə fərqli bir səviyyədir. Bu, nəinki professional, həm də ictimai baxımdan müəyyən üstünlüklər verir. Yeni simalar, yeni tanışlıqlar, yeni mədəniyyət, dil mühiti. Bu, tamamilə yeni düşüncə səviyyəsidir.

#8 2017

10

ANAR

TV ŞOUDA 20 MİN QAZANDI “Xaricdə təhsil həmişə mənim arzum olub” – Anar İsmayılov etiraf edir. O, öz arzusunu həyata keçirə bildi: müsabiqədə qalib gəldi, təqaüd aldı və Böyük Britaniyanın ən yaxşı təhsil ocaqlarından biri olan Coventry University-də magistr təhsilini tamamladı.

Siz bu arzunuzu həyata keçirmək üçün nələr etdiniz? Hələ Bakıda BDU-nun hüquq fakültəsində təhsil aldığım dövrdə mən intellektual oyunlarla maraqlanmağa başladım. Parlaq Zəka oyununda iştirak etdim və qalib gəldim. Xaricdə təhsil üçün 20 min manatlıq təqaüdə sahib oldum. Bundan sonra xaricdə təhsil almağın yollarını axtarmağa başladım və AzeriStudent şirkətini tapdım. Burada mən seçimimi dəqiqləşdirdim – Coventry Universitetini seçdim. Bunun əsas səbəblərində biri, Britaniya diplomlarının dünyada ən çox nüfuza sahib olmaları idi. Məni “beynəlxalq biznes hüququ” fakültəsinə qəbul etdilər. Bir ildən sonra mən oranı magistr diplomu ilə tərk elədim.


Bəs valideynləriniz təhsilinizi xaricdə davam etdirməyə necə yanaşdılar ? Valideynlərim əvvəlcədən hesab edirdilər ki, mən BDU-nun hüquq vakültəsini bitirib, dövlət işinə düzəlməli və bununla da qane olmalıyam, lakim mən daha çoxunu arzulayırdım. Təqayüdü əldə etdikdən sonra, onlar anladılar ki, geriyə yol yoxdur və mənə getməkdə yardım etməyə başladılar. Parlaq Zəka verilişində sizin kimi daha neçə tələbənin bəxti gətirdi? Oyunda 3 dövr və 9 qalib oldu. Onlardan da 4-ü, dostum Əziz Əzizli də olmaqla, artıq təhsil alırlar. Bəs sənədləri toplamaq, tələbə vizası almaq, İngiltərədə yaşayış yeri tapmaq çətin olmadı ki?

ənədlərin toplanması işini S AzeriStudent şirkəti öz boynuna götürdü. Bundan əlavə, mən ingilis dilində imtahan verməli idim. İmtahana özüm hazırlaşmışdım. Cəmi bir aya imtahana hazır oldum və onu lazımi səviyyədə verdim. Budur, siz İngiltərədsiniz. Hansı çətinliklərlə üzləşməli oldunuz? Mən yanvarda, hamının milad tətilində olduğu vaxt gəldim. Ona görə də ilk günümü oteldə keçirdim, sonra isə artıq yaşayacağım mənzilə köçdüm və orada bir il qaldım. Bu imkanı institut nəznində yaradılmış agentlik təklif edir. Ayda 450 funt mənzil haqqı ödəyirdim. Evimdən universitetə qədər idə cəmi iki dəqiqəlik piyada yol var idi və bu çox rahat idi. Öyrəşməyiniz çətin olmadı ki? amamilə. Bütün tələblər müxtəlif T ölkələrdən idi: Fransa, Nigeriya, Vyetnam, Türkiyə... Mən belgiyalılarla dostluq edirdim. Biz birlikdə futbol üzrə Avropa Çempionatının oyunlarını izləyirdik və onların komandası məğlub olanda çox üzülürdük. Siz həm Azərbaycanda, həm də Böyük Britaniyada təhsil almış insansınız. Bu iki ölkədə təhsil prosesini müqayisə edə bilərsiniz? Əsas fərq odur ki, İngiltərədə mügazirələr zamanı həm müəllim, həm də tələbələr danışır. Tələbə təkcə “bitki” deyil, müzakirənin tamhüquqlu üzvüdür. Mənim üçün əsas üstünlüklərdən biri də o idi ki, universitet kitabxanasında

mənim üçün şəxsi hesab açılmışdı. Oradan mən başqa təhsil ocaqlarının da kitabxanalarına giriş əldə edirdim. Bu, əsl xəzinə idi. Hesab edirəm ki, mühazirəçi nə qədər də yaxşı olsa, məsuliyyətin 90%-i tələbənin üzərinə düşür. Belə materiallara icazə əldər etdikdən sonra intelektual səviyyəni xeyli yüksəldmək olar. Çox maraqlıdır ki, bu materallar arasında Azərbaycan haqqında burada oxumadığım bilgilər var idi. Xaricdəki mühazirəçilər tələbəyə təzyiq göstərmirlər. Onlar öz sahələrinin professionallarıdırlar, lakin əmindirlər ki, tələbə öz vaxtına və puluna hörmətlə yanaşmalı və bacardığı qədər çox öyrənməlidir. İ ndi siz Britaniya diplomuna sahibsiniz. Necə bir iş tapmağı planlaşdırırsınız? Britaniyaya getməzdən əvvəl Buta Investment Group-da hüquqşünas kimi çalışırdım, buraya bir neçə lizing şirkətləri daxildir. İndi auditor şirkətlərinin “böyük dördlüyünə” düşməyi arzulayıram. CV göndərmişəm, cavab gözləyirəm. Ümid edirəm ki, xarici diplom rəqiblərə qalib gəlməyə kömək edəcək. Burda bir xaridi şirkətdə mənə deyildiyi kimi: “Xarici diplomlu tələbələrin əsas üstünlüyü – onların əcnəbi mühitdə yaşamaq və ünsiyyət təcrübəsinin olmasıdır”. aricdə təhsil almaq arzusunda olan X tələbələrə nə məsləhət görərdiz? Xaricdə təhsil insana həm bir professional, həm də insan kimi inkişaf etməyə yardım edir. Vacib qərarları sərbəst şəkildə qəbul etməyi öyrədir. Əgər belə bir arzunuz varsa, onun reallaşması üçün yollar axtarın. Real olmayan bir şey yoxdur. Hətta maddi çətinliklər zamanı belə imkan tapmaq olar: təqayüd almaq, dövlət proqramı ilə təhsil almaq... Əsas – məqsəd qoymaq və ona doğru hərəkət etməkdir.

11


UK

Kİmİn dİplomu daha yaxşıdır?

bilərlər.Вir şərtlə ki, təhsil müəssisəsinin Marshall Scholarship Logotələblərinə uyğun olsunlsr. Əks halda, nun yayımladığı Times onlar universistetdənöncəki hazırlıq Higher Education dərgisinin proqramına qəbul olunacaqlar. dünya universitetlərinin reytinqinə (World University Rankings) əsasən, dünyadaki IELTS yoxsa TOEFL Tələbələrin qarşısına qoyulan universitetlərin yarısından şərtlərdən biri beynəlxalq ingilis dili çoxu Britaniya və ABŞsertifikatının - IELTS və ya TOEFL da yerləşir. Hər iki ölkə - olmasıdır. Hansı imtahanı vermək keyfiyyətli ali təhsilin lazımdır? İllər öncə, əgər tələbə ABŞqədim ənənələrinə, elmi da təhsil almaq istəyirdisə, TOEFL, araşdırmalar üçün gözəl şəraitə sahibdir, həmçinin hər Britaniyada oxuyacağı halda isə İELTS imtahanı verməli olurdu. Bu gün hər iki ölkədə tələbələrə özünü mükəmməlləşdirmək üçün tam şey daha asandır: istər Amerika, istərsə də Britaniya ali təhsil müəssisələri akademik azadlıq verilir.

Bəs bu ölkələr arasında fərq nədən ibarətdir? Təhsİlİn müddətİ

ABŞ və Britaniya təhsil sistemində başlıca fərqlərdən biri – tələbələrin təhsil sərf etdikləri zamandır. Britaniyada bakalavr dərəcəsinə sahib olmaq üçün 3, ABŞ-da isə 1 il çox, yəni 4 il vaxt lazımdır. Yeri gəlmişkən, Şotlandiyada da bakalavr təhsili 4-illikdir. Böyük Britaniyada şagirdlər məktəbi 16 yaşında bitirir, 10-11-ci siniflərdə (GCSE) və ya 16-18 yaşlarında universitetə hazırlıq keçirlər. Bunun üçün bir neçə proqramdan birini seçə bilərlər: foundation (1 il), A-level (2 il) və İnternational Baccalaureate. ABŞ-da 12-illik təhsil SAT 1 və SAT 2 imtahanlarının verilməsi ilə başa çatır. Xarici tələbələr birbaşa universitet və ya kollecin birinci kursuna qəbul ola

hər iki sertifikatı qəbul edir. Yetər ki, tələbənin balı universitet tərəfindən müəyyən edilmiş tələblərdən aşağı olmasın. Əlbəttə, əgər siz britaniya təhsil sistemi olan universitetə qəbul olmaq istəyirsinizsə, İELTS imtahanı vermək daha məqsədəuyğun olardı, çünki amerika və britaniya ingilis dilləri arasında müəyyən fərqlər var. Ona görə də, əgər siz İngiltərədə oxuyacaqsınızsa, amerikanizmləri öyrənməyə vaxt sərf etməməliniz, və əksinə, əgər Amerikada təhsil alacqsınızsa, Britaniya ingilis dilini niyə öyrənəsiniz?

Dərs İlİ

ABŞ universitetlərinin əksəriyyətində tədris ili avqustun axırında başlayır. Dərs ili iki semestrdən ibarət universitetlərdə ən uzun qış tətili dekabrın ortasından yanvarın ortasına qədər davam edir. Lakin elə universitetlər var ki, orada tədris 3 semestr davam edir.


Böyük Britaniya universitetləri trimestrlərdən ibarət tədris proqramından istifadə edirlər. Məktəb və universitetlərin çoxunda dərs ili sentyabr və ya oktyabrda başlayıb, may və ya iyunda başa çatır.

Təhsİlİn strukturu

Britaniyanın iri universitetləri kolleclərdən ibarətdir. Məsələn, məşhur Oksford Universiteti 38 kollec və fakültələrdən ibarətdir. Bütün imtahanlar, mühazirə və laborator dərslər mərkəzləşmiş şəkildə təşkil edilir, kolleclərdə isə tələbələrlə individual dərslər və seminarlar aparılır. Bütün kolleclərin universitet tərəfindən idarə olunmasına baxamayaraq, hər bir kollec digər kolleclərə və hətta universitetin özünə görə müəyyən muxtariyyətə sahibdir. Əgər siz bu və ya digər ixtisasa qəbul olunmaq istəyirsinizsə, siz sənədlərinizi universitetin qəbul şöbəsinə təqdim etmirsiniz. Siz birbaşa kollecə meraciət edə və ya bakalavr proqramları zamanı mərkəzləşmiş UCAS (Universities and Colleges Admissions Service) proqramından istifadə edirsiniz. Bu proqram eyni zamanda bir neçə kollecə sənət verməyə imkan verir. Bu o deməkdir ki, siz təhsil alacağınız ixtisası qabaqcadan seçməlisniz. Amerikada isə əksinə, əgər siz iri universitetə qəbul olunursunuzsa, siz ilk 1 və ya 2 il ümumi fənlərdən təhsil alırsınız. Yalnız birinci kursun sonunda və ya ikici kursda siz ixtisas fənlərinizi keçməyə başlayırsınız. ABŞ univeristetlərinin nəznində müxtəlik “məktəblər” və ya şöbələr olur. Məsələn, incəsənət və elmlər məktəbi: tamamilə fərqli ixtisaslara baxmayaraq, bu məktəblərdə bir sıra ortaq sənətlər də olur. Əsas fənlərinizi seçdikdən sonra siz hər halda, ixtisasınıza aidiyyəti olmayan fənlər də seçməli olacaqsınız. Sonda belə nəticəyə gəlmək olar ki, ABŞ-da ali təhsilin əsas vurğusu – müxtəlif fənlərdən geniş spektr bilik almaqdır. Böyük Britaniyada

Us

isə öz xitisas fənlərinin daha dərindən mənimsənilməsinə üstünlük verilir.

Bİlİklərİn qİymətləndİrİlməsİ

ABŞ təhsil sistemi, qeyd etdiyimiz kimi, çoxşaxəli təhsilə üstünülk verir. Bu isə sistematik qiymətləndirilmə tələb edir. Bir-iki həftədən bir tələbələr layihə, elmi araşdırma və ya şifahi məruzə kimi müxtəlif tapşırıqları yerinə yetirirlər. Britaniya universitetlərində materialın mənimsənilməsini yoxlayan tapşırıqlara nisbətən mühazirələr üstünlük təşkil edir. Bəzi hallarda sizin bütün dərs iliniz son imtahan nəticəsinə görə qiymətləndirilə bilər. Amerikada isə bir fənn üzrə müvəffəqiyyət semesrt boyu qiymətləndirilir, son imtahan nəticəsi isə ümumi kursun müəyyən faizini təşkil edir.

Yaşayış

Hər iki ölkədəd tələbələrə yataqxanalar təklif edilir. Hər iki ölkədə tələbələrin yaşayış şəraitləri eyni dərəcədə yaxşı olur, lakin Britaniyada tələbələr otaqda tək, ABŞ-da isə iki-iki qamağa üstünlük verirlər. Birinci kursu ABŞ-da bitirən tələbələr universitet şəhərciyindən kənarda da yaşayış seçə bilərlər. Böyük Britaniyada çox vaxt öz mətbəxi olan yaşayış otaqları təkif edilir, ABŞ-da isə tələbələr üçün kafe və restoranlar nəzərdə tutulur. Yeganə böyük fərq odur ki, Böyük Britaniya yataqxanalarında tələbələrin simvolik ödəniş etməsinə baxmayaraq, xadimə xidmətləri çox inkişaf edib.

!

Əslində, təhsil üçün hansı ökləni seçmənizdən asılı olmayaraq, bu addım sizdə seçəcəyiniz ixtisas, gələcəkdə işləmək istədiyiniz sahə, məzun olduqdan sonra harada işləyəcəyiniz haqda tam düşünülmüş qərar, əzimlilik və öz gücünüzə inam tələb edəcək.


Təhsİl uşaqlarımızın

#8 2017

14

gələcəyİ üçün ən vacİb aspektlərdən bİrİdİr Biz qərara gəldik ki, valideynlərdən uşaqlarının xaricdəki təhsilindən nə dərəcədə razı olub-olamdıqları haqda soruşaq. Əli və Ülkər İsmayılovların anası Zinyət İsmayılova bizə nələri danışdı? Əli – İstanbulda Sabancı Universitetində menecment fakültəsinin 3-cü kursunda təhsil alır, Ülkər isə Braytonda University of Sussex-də innovasiya və layihələrin idarə olunmasını öyrənib. Ülkər İsmayılova

Uşaqlarınızın xarici təhsil ocaqlarının tələbələri olması haqda danışın.. Biz özümüz həmişə Azərbaycanda yaşamamışıq, bura köçəndə uşaqlar artıq böyümüşdülər: qızım universitetə qəbul olmağa hazırlaşırdı, oğlum yuxarı sinifdə oxuyurdu. Məktəbi qurtaranda isə oğlum “Xaricdə təhsil” sərgisinə gedir və orada AzeriStudent şirkətinin nümayəndələri ilə tanış olur. O, təhsilini xaricdə davam etdirmək istəyirdi, mən də bu işdə ona dəstək oldum. Biz bu şirkətə müraciət edib, Əlini dünya universitetlərindən birinə göndərmək üçün yardım istədik. AzeriStudent şirkəti başda direktor Rasim olmaqla, bizə çox köməklik göstərdilər. Biz demək olar ki, heç bir çətinlik çəkmədik və nəticələrdən olduqca razı qaldıq. Qızım Bakıda universiteti bitirdikdən sonra isə onun da təhsilini xaricdə davam

etdirmək qərarına gəldik. Bu dəfə də, heç düşünmədən AzeriStudent-ə müraciət elədim və biz Ülkəri İngiltərəyə yolladıq. Bax belə, heç bir çətinlik çəkmədən mənim hər iki övladım xaricdə tələbə oldular. Hal-hazırda oğlum İstanbuldaı sabancı Üniversitesinin üçüncü kurs tələbəsidir, qızım isə University of Sussex-da magistraturanı bitirib. O, innovasiya və layihələrin idarə olunması üzrə təhsil alıb. Sizin universitet seçiminiz necə keçirdi? Çətinlik yaranmadı ki? Şirkət bizə müraciət edə biləcəyimiz universitetlərin siyahısını təqdim elədi və uşaqlar özləri harada və hansı ixtisasa yiyələnmək istədikləri haqda seçim etdilər. Əli Türkiyədəki Sabancı Universitetini seçdi. Universitet 1996-cı ildə yaradılıb və əsas məqsədi ali təhsilin keyfiyyətinin

artırılması, istedadlı tələbə və professorların cəlb edilməsidir. Bu universitetin özəl xüsusiyyəti – təkrarolunmaz təhsil sistemidir. Sabancı Universiteti diqqətini elmi araşdırmalar və şəxsiyyətin inkişafda cəmləmiş, fənlərarsı təhsilə sahib dünyəvi universitetdir. Burada azad akademik seçim və yaradıcılıq abhavası yaradılmışdır. Qızım isə magistraturanı İngiltərədə bitirmək istədi. O, Braytondakı Sussex Universitetini seçdi. 1960cı ildə yaradılmış universitet təhsil keyfiyyətinə görə ingiltərənin aparıcı universitetlərindən biridir. 2010cu ildə isə universitet dünyanın ən nüfuzlu universitetləri reytinqində səkkizinci yeri tutmuşdur. Buraya daxil olmaq o qədər də asan deyil və qızım müəyyən çətinliklər yaşamışdı, lakin AzeriStudent şirkətinin əməkdaşları problemi


operativ şəkildə həll etmiş və Ülkərin arzuladığı universitetdə təhsil alması üçün əllərində gələni etmişdilər. Necə düşünürsünüz, Azərbaycandakı təhsillə xaricdəki təhsilin fərqi nədədir? Əlbəttə ki, Azərbaycandakı təhsil xaricdəkindən fərqlənir. Demirəm ki, bizim ölkədə təhsil pisdir. Bizdə də çox yaxşı universitetlər və işlərinin mütəxəssisləri olan savadlı müəllimlər var. Lakin elə dünya səviyyəli universitetlər var ki, orada dünyanın ən yaxşı müəllimləri dərs deyir, təhsil ingilis dilində aparılır. Bildiyimiz kimi, məlumatların əksəriyyəti məhz ingilis dilindədir. Burada, həmçinin təhsil sistemi, tələbəyə yanaşma və tədris metodları da fərqlidir. aricdə təhsil almağın üstünlükləri X nədir? Birincisi, uşaqlar daha məsuliyyətli və sərbəst olurlar. Onlar tək yaşayır və məişət problemlərini özləri həll edirlər. Bu, tələbələr üçün böyük nailiyyətdir və gələcək həyatda sərbəstlik hər bir insan lazım olan cəhətdir. İkincisi, uğurlu karyera üçün şans artır, iş axtarışında daha çox imkanlar olur. Məsələn, magistraturanı bitirdikdən sonra qızım “Geokinetics International Holdings, Inc.” Amerika şirkətində yaxşı məvacibli işə düzəldi. Bu da onun İngiltərədə aldığı təhsilin sayəsində mümkün oldu. Ona görə də, hər dəfə Rasimlə görüşəndə ona təşəkkürümü bildirirəm və qeyd edirəm ki, bu gün mənim qızım yaxşı şirkətdə işləyib, yüksək maaş alırsa, bu, Rasimin də zəhmətinin nəticəsidir. Oğlunuz İstanbulda oxuyur. Təəssüf ki, son zamanlar bu şəhər bizi kədərli xəbərlərlə məyus edir. Bəs orda tələbə həyatı necə keçir?

lbəttə, belə hallar məni və başqa Ə valideynləri çox narahat edir, mən də öz oğluma görə həyəcan keçirirəm. Lakin oğlumun oxuduğu universitet şəhərin mərkəzində deyil, sakit və təhlükəsiz şəhər kənarında yerləşir. Kampus İstambulun mərkəzindən 40 km məsafədədir və böyük bir ərazini əhatə edir. Tələbə şəhərciyində bir tələbəyə lazım olan hər şey var. Mən oğlumdan xahiş edirəm ki, insanların çox olduğu yerlərə getməsin, o da mənim sözümdən çıxmır. Allaha şükür, hər şey öz qatdasında gedir, tələbəlik həyatı davam edir, uşaqlar da təhsillərini davam etdirə bilirlər.

Siz, bir valideyn kimi uşaqların xaricdə təhsil lamsı haqda nə deyə bilərsiniz? Uşaqlarımın təhsilindən çox razıyam. Hesab edirəm ki, təhsil uşaqların gələcəyində əsas aspektlərdən biridir. Xaricdə təhsil müddətində onlar yaxşı tərəfə dəyişir, tamamilə fərqli insanlara çevrilirlər. Bəzən mən öz oğlumu tanıya bilmirəm: mənim gözələrimdə o hələ də uşaqdır, amma artıq o qədər məsuliyyətli insana çevrilib ki, eyni zamanda həm heyrətlənir, həm də onunla fəxr edirəm. Bizə belə bir yardımı göstərdiyi və qəbul zamanı hərtərəfli dəstək olmuş AzeriStudent şirkətinə çox minnətdaram!

15


DÖVLƏT BAŞÇILARI VƏ ONLARIN TƏHSİLLƏRİ ABŞ

#8 2017

16

Prezident Donald Tramp. 1968-ci ildə Uorton Biznes məktəbini iqtisadiyyat və maliyyə sahəsində bakalavr dərəcəsi ilə bitirmişdir.

Dövlət başçısı. Bu sözün arxasında nəinki böyük hakimiyyət durur. Bu sözün arxasında bütün ölkənin rifahı naminə israrlı strateji iş dayanır. Ölkə başçısının səmərəli fəaliyyətinin başlıca amillərindən biri də onun təhsilidir. Bu 10 dövlətin başçılarının təhsili haqda məlumat almaq sizə maraqlı olacaq.

Böyük Brİtanİya

Baş nazir Tereza Mey. Oksford Universitetini coğrafiya üzrə bakalavr dərəcəsi ilə bitirmişdir.

Azərbaycan

Prezident İlham Əliyev. Tarix elmləri namizədi. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olmuşdur. Bakalavr dərəcəsini aldıqdan sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olmuşdur.


Almanİya

Federal kansler Angela Merkel. Karl Marks adına Leypsiq Universitetinin fizika fakültəsini bitirmişdir.

Rusİya

İsveç

Prezident Vladimir Putin. 19701975-ci illərdə Leninqrad Dövlət Universitetində hüquq fakültəsinin beynəlxalq şöbəsində təhsil almışdır.

Kral 16-cl Qustav. Upsal Universitetində xüsusi təhsil proqramı özrə oxumuşdur. Bu proqrama tarix, sosiologiya, siyasi elmlər, vergi hüququ və iqtisadiyyat daxildir. Bundan sonra şahzadə Stokholm Universitetində milli iqtisadiyyat üzrə təhsilini davam etdirmişdir.

İspanİya İtalİya

Prezident Serjo Mattarella. 1964-cü ildə Romada La Sapiensa Universitetini bitirmişdir, hüquq təhsili almışdır.

Fransa

Prezident Fransua Olland. Paris siyasi araşdırmalar institutunun (Sciences Po) və HEC Paris biznes məktəbinin məzunudur, hüquq və biznes təhsili almışdır.

Çİn

ÇXR-nın başçısı Si Tsinpin. 1975-ci ildə Çinin nüfuzlu Tsinxua Universitetinin kimya-texnologiya fakültəsinə daxil olmuş və oradan müvəffəqiyyətlə məzun olmuşdur.

Kral 4-cü Filip. 1988-ci ilin oktyabr ayından 1993-cü ilin iyununa qədər Madrid Muxtar Universitetində hüquq və iqtisadiyyat təhsili almışdır. 1995-ci ildə ABŞ-da Cordan Universitetinin beynəlxalq əlaqələr fakültəsində magistr diplomu almışdır.

17


İsveçrəyə,

dİplom arxasınca

#8 2017

18

İsveçrənin Les Roches` Beynəlxalq qonaqpərvərlik biznesi məktəbinin tələbəsi Vüsal Sultanlı xaricə aparan yolda qət etdiyi çətinliklər haqqında danışdı Özünüz haqqında danışın. Harda oxuyursunuz, hansı ixtisasa yiyələnirsiniz? Məktəb illərindən ən böyük arzum xaricdə təhsil almaq olub. Orta təhsilimi Naxçıvan Türk liseyində alarakən yalnız bu məqsəd üçün çalışır, bunun xəyalını qururdum. Bu gün mən İsveçrənin otel biznesi üzrə ən yaxşı təhsil mərkəzlərindən biri olan Les Roches` Beynəlxalq Qonaqpərvərlik Biznesi Məktəbinin tələbəsiyəm. İxtisasımın tam adı

– Beynəlxalq otel menecmentində biznesin idarə olunmasıdır. Azərbaycan Turizm Universitetinin birinci kursunu bitirdikdən sonra mən Les Roches` universitetinə müraciət etdim və təhsilimi yenidən burada başladım. Nəyə görə məhz bu universiteti və bu fakültəni seçdiniz? Fakültet seçimini hələ 10-cu sinifdə oxuyarkən etmişdim. İqtisadiyyata olan marağım və səyahət sevgim

turizm oxumaq qərarıma təsir elədi. Əslində, bu qərarı qəbul etmək o qədər də asan olmamışdı, çünki turizmi seçərkən, mən bir sıra başqa arzularımdan imtina etməli olurdum, lakin bu peşəyə olan məhəbbətim mənə yardımçı oldu. Mən dünyanın ən tanınmış turizm universitetləri haqda məlumat topladım və Les Roches`-un ən uyğun seçim olacağına qərar verdim. Heç vaxt bunun üçün peşman olmamışam, əksinə, hesab edirəm ki, bu, verdiyim ən doğru qərarlardan biri olub. Nəyə görə xaricdə təhsil almağı bu qədər arzulayırdınız? Yaxşı təhsil almaq, professional insanların əhatəsində olmaq artıq arzu deyildi, bu mənim üçün zəruriyyətə çevrilmişdi. Çox təəssüf ki, Azərbaycanda yüksək səviyyəi təhsil verən universitet tampaq çətindir. Ona görə də, təhsilimi Azərbaycanda nə başlamaq, nə də davam etdirmək kimi bir fikrim yox idi. Təəssüflər olsun ki, yaşıma görə birinci il dövlət proqramına müraciət


edə bilmədim, ona görə də təhsilim Azərbaycanda başlamalı oldum. Bu il ərzində mən anladım ki, xaricdə təhsil almaq qərarım çox doğru idi və yenidən bunun üzərində işləməyə başladım. Nəhayət, ikinci il mən öz məqsədima nail ola bildim. Xaricdə təhsilin üstünlükləri nədədir? ikrimcə, heç bir tələbə bu suala F cavab verməkdə çətinlik çəkməz, çünki cavab göz qarşısındadır. Ən əsası odur ki, əksər xarici ölkələrdə, Avropada professional ab-hava yaradılmışdır. Təəssüf ki, Azərbaycanda təhsil aldığım il ərzində mən nə professionallıq, nə təhsil, nə də ab-hava görmədim. Bundan əlavə, İsveçrənin turizm universitetləri təhsil üçün hər bir şəraiti yaradırlar. Məsələn, Les Roches` kampusunda tələbələrin yemək yediyi və servis dərsləri aldığı 4 restoran var. Azərbaycanda isə servis dərsləri yalnız kağız üzərində və minimal informativliklə keçilir. İsveçrədəki yüksək səviyyəli tədrislə müqayisə belə oluna bilməz. Xaricdə təhsilin daha bir üstünlüyü professional ünsiyyət çevrəsinin yaradılmasıdır. Burada 96 milliyyətin sahibi olan tələbələr var və onların hər biri özünəməxsusluğunu qoruyur, həmçinin gözəl müəllim heyətinin

üzvləri uzun müddət öz sahələrində aparıcı vəzifələri tutumuş insanlardır. Onlar öz işlərinin peşəkarlarıdırlar. Üstünlükləri sadalamaqla bitmir, məsləhət görərdim ki,imkanı olan insanlar bunu öz təcrübələri ilə sınasınlar. İsveçrədə hansı çətinliklərlə üzləşdiniz? Ən böyük çətinliklər maddı sahədə idi, çünki İsveçrə çox bahalı ölkədir. Yerli əhali bunu hiss etməsə də, qonaqlar ilk gündən İsveçrənin məsrəflərini hiss edirlər. Bundan başqa, əlbəttə ki, ilk zamanlar mədəni və ictimai həyatdakı fərq hiss edilir, lakin sonradan öyrəşirsən.

Dərsləriniz necə keçir? ox aktiv və nəticəli. Turizm Ç sahəsinin ən dərin və incə məqamları öyrədilir və ən əsası, öyrəndiklərimizi təcrübi cəhətdən tətbiq edilmək üçün şərait yaradılır. Dərslərin ən böyük faydası isə odur ki, onlar müzakirə üçün açıqdırlar. B əs xaricdəki təhsildə ən sevdiyiniz cəhət nədir? Müxtəlif mədəniyyətə malik insanlarla vaxt keçirmək və onlardan dərs almaq. Bu aspekt mənim üçün elmi üstünlüklərdən vacibdir, çünki bu, yaxşı dostlar və həyati vacib bacarıqlar əldə etməyə kömək edir. Boş vaxtınızı necə keçirirsiniz, necə dincəlirsiniz? İmkan daxilində boş vaxtlarımda səyahət etməyi sevirəm. Fərqi yoxdur, bu ölkə daxilində, yoxsa onun sərhədlərindən çox kənardadır. Mən hər növ səyahətdən zövq alıram. Həmçinin, müxtəlif ölkələrin restoranlarına getməyi, yeni və dadlı yeməkləri sınamağı xoşlayıram.

19


#8 2017

20

HƏKİM: OLUM YA ÖLÜM


AKADEMİK PROSESİN XÜSUSİYYƏTLƏRİ

Həkimlik ixtisasını seçmiş tələbələrin nə qədər mürəkkəb və uzunmüddətli təhsil yolu keçdikləri heç kəsə sirr deyil. “Yaxşı həkim daimi tələbədir”... Biz isə dünyanın ən yaxşı ali təhsil müəssisələrindən biri olan St. George’s, University of Londonda həkimlik diplomuna sahib olmaq üçün nələri etmək lazım olduğunu sizə danışmaq qərarına gəldik. Əslində, hər şey o qədər də çətin deyil. Əsas olan arzudur, imkanlar isə sonsuzdur.

Bakalavr dərəcəsi olan tələbələr

Bakalavr təhsili olmayan tələbələr

I

I

Universitet məzunları üçün tibb 1-ci kurs

Tibb 1-ci kurs

I Biotibbi elmlər 1-ci kurs

Foundation proqramı

II II Kliniki təcrübə: bir il, 2-ci kurs

III

II

Professional Hazırlıq Fizioterapiya və diaqnostik rentgenoqrafiya

Tibb 2-ci kurs

Biotibbi eimlər 2-ci kurs

III

III Biotibbi elmlər 3-cü kurs

Kliniki təcrübə: bir il, 3-cü kurs

IV

IV

Kliniki təcrübə 3 kurs

Kliniki təcrübə: bi ril, 4-cü kurs

BSc proqramı 4-cü kurs

IV

IV

Kliniki təcrübə 4 kurs

IV

Kliniki təcrübə 4-cü kurs

Kliniki təcrübə 4-cü kurs

21

VI

VI

Kliniki təcrübə 6-cı kurs

ST George’s, University of London-un Azərbaycandakı rəsmi təmsilçisi – AzeriStudent şirkətidir.

Tibb (elmi işçi)

Kliniki təcrübə 6-cı kurs

Tibb (həkim)

Bioloji tibb (elmi işçi)


fakt

22

Süd fasİləsİ

#8 2017

Avropa və Amerikanın bir çox məktəblərində nahar fasiləsindən başqa, uşaqların süd içdiyi fasilə (Milk Break) də mövcuddur

Ən qədİm alİ təhsil ocağı

Ən qədim ali təhsil ocağı statusu 859-cu ildə inşa edilmiş, Mərakeşin Fes şəhərində yerləşən Əl-Qarauin islam universitetinə məxsusdir.

ən “qoca” elmlər doktoru

Dünyanın ən “qoca” elmlər doktoru – amerikalı Elizabet Eyçelbaumdur. O, bu elmi ada 80 yaşında layiq görülmüşdür.

Ən çox şagİrd

Ən çox şagirdi qəbulu Hindistan məktəblərinə məxsusdur. 2003-cü ildə Lukanudakı Montessori məktəbinə 27 911 uşaq yazılmışdır.

Ən bahalı təhsİl

ən yaşlı tələbə

Robert Cronin

Robert Kronin Prinston universitetinin biologiya fakültəsində 52 il oxumuş və yalnız 72 yaşında məzun olmuşdur.

00 5 7 7 £

Ən bahalı təhsil İngiltərədə qeydə alınıb: Ayvlo Spenser Beynəlxalq ledi və centlmenlər məktəbində bir aylıq təhsil haqqı 77 500 funt sterlinqdən başlayır. Kursun dinləyiciləri ən yaxşı otellərdə yerləşdirilir, onlar üçün opera və balet tamaşalarının ziyarətləri daxil olan mədəni proqram tərtib edilir... Üstəgəl etiket dərsləri.


Çexİya Ən uzun dərs

Ən uzun dərs 2003-ci il aprelin 15-dən 17-ə kimi davam etmişdir. Leydli Dövlət Ali məktəbində (Avstraliya) professor Mari Barrouz 26 şagirdə 54 saat müddətində biologiyadan mühazirə oxumuşdur.

Müvəffəqİyyətİn qİymətləndİrİlməsİ

Çexiya məktəblərində şagirdlər 1-dən 5-ə qədər qiymət alırlar, özü də 1 ən yaxşı, 5 isə ən pis qiymət hesab olunur.

Bİrİncİ sİnİf hədİyyəsİ

Fİnlandİyada müəllİm

Finlandiyada şagird dərsə cavab vermək arzusu bildirməsə, müəllim onu lövhəyə çağıra bilməz. Sinif yoldaşlarının yanında uşağın zəif biliklərini nümayiş etdirmək bu məktəblərdə yolverilməzdir. Həmçinin, finlandiyalı şagirdlər ilin fəslindən asılı olmayaraq, hər tənəffüs zamanı həyətə çıxırlar.

Yunan güzəştlərİ

Yunan ali məktəblərində tələbələrə o qədər imtiyaz verilir ki, onlar təhsillərini 30 ilə qədər uzadırlar. Burada təhsil tamamilə pulsuzdur, tələbələrə pulsuz olaraq tibbi xidmət, qidalanma, gediş haqqı və başqa xərclərə güzəştlər təqdim edilir.

Peşə seçİmİ

Artıq ibtidai siniflərdən amerika məktəblərində dərslər praktiki yönümlü olur – uşaqlar gələcək peşələrini seçməyə hazırlaşırlar. Dərslərə isə şagirdlərin valideynləri gəlir və öz ixtisasları haqda sinif qarşısında çıxış edirlər.

Nahar üçün pİvə

Keçən əsrin 70-ci illərinə qədər Belgiya məktəblərində nahar zamanı şagirdlərə 1,5 dərəcəli zəif alkoqollu pivə verirdilər. Sonra onlardan imtina edib, qazlı içkilər təklif etməyə başladılar. İndi isə valideynlər pivənin yeməkxanalara qaytarılmasının lehinə çıxış etməyə başlayıblar. Onlar hesab edirlər ki, hətta bu köpüklü içki belə Koka-koladan daha faydalıdır.

Almaniyada belə bir ənənə mövcuddur: ilk dərs günü valideynlər birinci sinifə gedən övladlarına içi şirniyyatla dolu konus şəkilli bağlama Schultüte hədiyyə edirlər.

Valİdeynlərİn həbsİ Amerikada isə uşağı məktəbə getməyən valideynlər məsuliyyətə cəlb olunurlar.

Dünyada İlk pazl

Dünyada ilk pazlı 17-ci əsrdə ingilis kartoqrafı Con Spilsburi tədris məqsədilə yaratmışdır. Bu, ölkələrə bölünmüş Avropanın xəritəsi idi. Bu qeyri-adi oyun vasitəsilə coğrafiyanı öyrənmək şagirdlərin çox xoşuna gəlirdi. Yalnız bir neçə ildən sonra ilk oyuncaq-pazllar yaradılmağa başlamışdır.

23


24

Turan Qarayeva:

xoşbəxt olmaq üçün böyük uğura çatmaq vacİb deyİl


Turan Qarayeva – Azərbaycan-Böyük Britaniya Məzunlar Assosasiyasının üzvü, Unibankda kredit risklərinin idarə olunması üzrə mütəxəssis. O, bizə iki il İngiltərədə gözəl təhsil alıb yaşadıqdan sonra, xoşbəxt olmaq üçün Azərbaycana qayıtmağı haqqında danışdı.

İ ngiltərədə çox yaşamısınız? əli, İngiltərədə 2 ildən çox B yaşamışam. Bakalar təhsiimi bitirdikdən sonra qərara aldım ki, magistr təhsili üçün xaricə gedim. Atamdan razılıq alıb, İngiltərəni seçdim və London Biznes və maliyyə Məktəbinə daxil oldum. London – ömrümün sonun qədər yaşaya biləcəyim şəhərdir. Bu şəhərdə elə yerlər var ki, onlarla mənim xüsusi xatirələrim və arzularım bağlıdır. Küləksiz Londonu sevirəm... Amma yağışlı… lədir, mənim keləksiz, amma yağışlı E Londondan xoşum gəlir. Bəzi insanlar deyə bilərlər ki, London boz şəhərdir, lakin məinm üçün bu belə deyil. Mən Londonu çox sevdim. Bu şəhər atamla son görüşdüyüm yer oldu... Dərslərdə necə, çətinliyiniz olurdu? ilirsiniz ki, ilk təhsilimi hüquq B sahəsində almışam. Atam isə audit sahəsində çalışırdı. O, həmişə deyərdi ki, xarici dil bilsəydim, mütləq xaricdə risklərin idarə olunmasını sahəsində təhsil alardım. Ona görə də, təhsilimi bu sahədə davam etdirməyə qərar verdim. Amma ilk təhsilim hüquq olduğu üçün iki magistr təhsili almalı idim. Əvvəlcə mən strateji idarəetməni və menecmenti, sonra isə risklərin idarə olunmasını öyrəndim. Bu səbəbdən də təhsilim iki ildən çox davam etdi. Buna baxmayaraq, mən alınmış vəziyyətdən çox məmnun idim. Uzun illər Londonda yaşaya bilərdim. Lakin, karyera qurmaq üçün iş təcrübəsinə ehtiyacım var idi və deyə bilərəm ki, heç bir təcrübəyə sahib deyildim. Əslində,

artıq Türkiyənin İngiltərədəki Ziraat Bankında işə başlamışdım. Bildiyimə görə, iş vizası almaq çətindir… Düzdür. Mən tələbə vizası ilə işləyirdim. Diplom işimi bitirmək üçün Bakıya gəldim və yerli banklardan biri – Unibankda çalışmağa başladım. Risklərin idarə olunması ölkəmizdə yeni sahə sayılır. Bizim iqtisadiyyat neftə əsaslandığı üçün, min də neft və maliyyə sahəsində çalışırdım. Mən də maliyyəni seçdım. Risklərin idarə olunmasını isə bu sahə haqda daha çox bilik əldə etdikdən sonra sevməyə başladım. Düşündüm ki, atamın razılığı ilə marketinqi öyrənərəm. Bizdə ixtisas seçimindən əvvəl bir qədər təhsil almaq lazımdır. Amma ixtisas seçimimdən 10 gün sonra atamı itirdim. Mən təcili olaraq Bakıya qayıtdım, İngiltərəyə gələndə isə seçim etmək vaxtini ötürmüşdüm. Belə hallarda biz əlavə məkanlı qruplarda təhsil alırıq. Mən müraciət verdim və problemimi izah etməyə çalışdım. Nəticədə, məni risklərin idarə olunması qrupuna saldılar. Atam rəhmətə getdi, amma mən onun arzusunu həyata keçirmək istəyirdim. İndi isə xoşbəxtəm ki, məhz bu sahəni seçmişəm. Marketinq sahəsində çalışan mütəxəssislər kifayət qədərdir. Mənə belə gəlir ki, risklər sahəsi Azərbaycanda kifayət qədər öyrənilməyib. Ədəbiyyat və tarix həvəskarı olaraq, heç vaxt inanmazdım ki, rəqəmlərlə işləmək bu qədər xoşuma gələcək. İndi mən tədqiqat işləri aparır, həmçinin fəlsəfə elmləri doktoru adı üçün müdafiə etməyə hazırlaşıram.

Necə düşünürsən, insanın dünya görüşünün formalaşmasında xaricdə təhsilin rolu nədədir? Düşünürəm ki, yanaşma insanın münasibət insanın özündən asılıdır. Dəqiq desəm, bir çox insan tanıyıram ki, xaricdə təhsil lamasına baxmayaraq, “çox da uzağa getməyiblər”. Heç vaxt təyyarınin bortunda belə olmayan insan isə bəzən çox savadlı ola bilir. Əlbəttə, təhsil almaq üçün öz ölkəsini tərk edib, başqa yerdə yaşamağa qərar vermək üçün qeyri-adi düşüncə tərzinə sahib olmaq gərəkdir. Yeni mədəniyyət, təhsil səviyyəsi, yeni tanışlıqlar insana müsbət təsir edir. Məsələn, İngiltərədə yaşamazdan əvvəl mən pakistanlı və hindistanlılar arasnda fərqi anlamırdım. Mənim ingilis dostlarımın sayı o qədər də çox deyildi. İngiltərədə immiqrant çoxdu və onların arasında müsəlmanlar üstünlüktəşkil edir. Ən maraqlı hallardan biri İngiltərə mağazalarında ramazan endirimlərinin olmasıdır. Öz uğurunu nədə görürsən? əhsil uzun yolun başlanğıcı belə T deyil. Hesab edirəm ki, xoşbəxt olmaq üçün böyük uğura nail olmaq vacib deyil. Buna baxmayaraq, xoşbəxt olmaq üçün biz, uğur qazanırıq. Mənə elə gəlir ki, mənim xoşbəxtliyim və uğurlarım hələ qarşıdadır... Müsahibə Oxu.Az-da dərc edilmişdir

25


#8 2017

26

AVSTRALİYA TƏHSİLİ HAQQINDA 1 A vstraliya xarici tələbələrin sayına görə yalnız Britaniya və Amerikaya uduzaraq, 3-cü yeri tutur. 2 Xatırlasaq ki, Avstraliyada dünyanın 100 universitetindən 7-si yerləşir, bu, o qədər də qəribə görünməz. 3 Əslinsə, 1100 təhsil ocağı 22 min müxtəlif kurs təklif edən Avstraliya Almaniya, Niderland, Yaponiya kimi ölkələri geridə qoyuraraq, ali təhsil reytinqi olan Universitas 2012 U21-də səkkizinci yeri tutur. 4 A vstraliyanın 5 şəhəri kontengent, həyat şəraiti, işə düzəlmə imkanı

kimi göstəricilərə görə tələbələr üçün ən yaxşı 30 şəhər siyahısına daxildir. Bu isə tələbələrin uyğun təhsil müəssisəsi seçimi zamanı nəzərə alınan vacib faktorlardandır. 5 B undan başqa, Avstraliya hökuməti xarici tələbələrə dəyərli təcrübə toplamaq və həyat baxışlarını genişləndirmək imkanı verən beynəlxalq təqayüd üçün hər il 200 mln dollar sərmayə ayırır. 6 Ə srlər boyu sınaqdan keçmiş Britaniya təhsil sistemi əksər inkişaf etmiş ölkələrdə təhsilin əsasını təşkil edir. Avstraliya da

istisna deyil. Ali təhsilin əsası – bakalavr pilləsi 3-4 il (proqramdan asılı olaraq) davam edir. Bakalavr təhsilini əla nəticələrlə tamamlamaq üçün tələbə inanılmaz böyük səy göstərməli və gözəl akademik nəticələr nümayiş etdirməlidir və ya əlavə bir il oxumalıdırlar. Bu onun gələcək karyerası və işə düzəlməsində nəzərə alınır. 7 A vstraliya universiteti təbiət elmləri və riyaziyyat, bioloji və aqrar elmlər, kliniki təbabət və farmakologiya, həmçinin fizika kimi fənlər üzrə dünyanın 50 ən yaxşı universitetləri sırasına daxil olur.

Avstraliyanın paytaxtı olan Kanberra mövcud olmaya da bilərdi. O, paytaxt şəhər adı uğrunda mübarizə aparan Sidney və Melburn arasındakı kompromis şərəfinə salınmışdı.


Ölkədə səhiyyənin və humanizmin yüksək səviyyəsinin göstəricilərindən biri də “uçan” təcili yardımdır. Helikopterlər vasitəsilə həkimlər ölkənin ən ucqar ərazilərinə belə çatıb, lazımi yardımı göstərə bilirlər.

8 A vstraliyada xüsusilə dəbdə olan “ikili ali dərəcələrdir”: informasiya texnologiyaları və menecment, iqtisadiyyat və hüquq, marketinq və psixologiya. Double-diplom almaq üçün beş il vaxt sərf etməlisiniz, amma belə təhsil sizin qarşınızda geniş imkanlar açacaq. 9 T ələbələr həftədə 20 saata qədər, tətil zamanı isə bütün günü işləyə bilərlər. Avstraliya diplomu olan məzunlar isə öz ixtisaslarına uyğun iş əldə edə və hətta Miqrasiya Departamentinə müraciət edib, daimi yaşama icazəsi də əldə edə bilərlər. Avstraliyaya professional

miqrasiya o qədər də yayılmayıb, müxtəlif sahələrdə yüksək ixtisaslı işçilərə isə ehtiyac böyükdür. Bu da tələbə və məzunlara əlavə imkanlar verir.

wifi, bioloji qulaq, uşaqlıq boynu xərçəngi, “qara qutu” adlanan aviasiya səsyazma qurğusu kimi kəşflərindən istidafə edir.

10 A vstraliya ali təhsil ocaqlarının diplomu bütün dünyada qəbul olunur və karyera başlanğıcı üçün əla şərt hesab edilir. Ölkədə edilən elmi kəşflər isə ali təhsilin və elmitexniki tərəqqinin bariz sübutlarıdır. 11 1 5 Nobel mükafatı laureatı Avstraliya əsillidir. Yer üzərində 1 mlrd insan isə hər gün avstraliyalı alimlərin penisilin, EKO, ultrasəs,

27


28

#8 2017

Dünya mİqyaslı


ISTITUTO EUROPEO DI DESIGN 4 əsas İstİqamət: MODA, DİZAYN VƏ KOMMUNİKASİYA • IED Design: istehsalat dizaynı, interyer SAHƏSİNDƏ ƏN YAXŞI dizaynı, memarlıq, dekorasiya dizaynı, UNİVERSİTETLƏRDƏN nəqliyyat vasitələri və avtomobil dizaynı, yaxta dizaynı. BİRİ • IED Fashion: geyim dizaynı, moda

və kommunikasiya marketinqi, zinyət əşyaları, aksessuar və ayaqqabı dizaynı, stilin yaradılması, dəbdəbəli əşyaların dizaynı. • IED Visual Communication: qrafik və vizual dizayn, video, fotoqrafiya, multimedia, animasiya və illüstrasiya. • IED Management and Communication: brend menecment, reklam, biznes-kommunikasiya, PR, təbdirlərin təşkili, jurnalizm, art-menecment.

İnstituto Europeo di Design-da təhsil klassik akademik təhsildən çox fərqlənir. Bu təhsil ocağı daim dəyişən dizayn sənəti dünyasında inanılmaz imkanlar yaradır, Made in İtaly kimi dünyada məşhur həyat stilinə nail olmağa yardım edir. Təhsİlİn 3 mərhələsİ: Tədrisdə yanaşma Learning by doing prinsipi ilə həyata keçirilir – bu zaman auditoriyadan çıxaraq, aparıcı dizayn studiyaları və istehsal müəssələrində çalışmaq imkanıdır. 11 təhsil mərkəzi: İtaliyada: Milan, Roma, Turin, venesiya, Florensiya, Kalyari və Komo Braziliya: San-Paolo və Rio-de-Janeyro İspaniya: Barselona və Madrid

• B akalavriat (3 il) • Magistratura (1-2 il) • Qısamüddətli ixtisasın artırılması kursları (3 həftədən 1 ilə qədər) İnstitutun xüsusi IED Business Hub departamenti Milan Salone del Mobile və Milan Fashion Week-lə sıö əlaqəsi sayəsində tələbələrin yüksək səviyyəli işə düzəlmə göstəriciləri ilə məşhurdur.

29


30

THE KING'S HOSPITAL SCHOOL

#8 2017

MƏKTƏB VƏ HƏYAT TƏRZİ Kings Hospital School Dublinin yaxınlığında yerləşən özəl məktəb-pansion. 1669-ci ildə əsası qoyulmuş məktəb İrlandiyanın ən qədim orta məktəblərindəndir. Məktəb orta və yuxarı mərhələlərdən ibarətdir. İndi Kings Hospital School-da 12-18 yaşadək 700dən çox oğlan və qız təhsil alır. Məktəbdə akademik müvəffəqiyyətlərin dəyişməz yüksək səviyyəsi məktəb personalı və valideynlərin şagirdləri yüksək nəticələrə nail olmağa ruhlandırmaqları üzrə səylərini əks etdirir. Hər il şagirdlərin 90% -i təhsillərini ali məktəblərdə davam etdirirlər. 50% -dən çox yeddi irlandiya universitetlərində yer alır, qalanları isə xarici universitetlər və kolleclərin, əsasən, Böyük Britaniya, Almaniya, ABŞ və digər ölkələrin verdiyi təhsil imkanlarından istifadə edir. Kings Hospital School Dublinin Palmerstaun rayonunda yerləşir. Onun təchizatı - yüksək texnologiya avadanlıqlı müasir siniflərdən, musiqi və incəsənətlə məşğul olmaq üçün geniş idman qurğuları və studiyalara qədər - İrlandiyanın orta məktəblərində ən yaxşılardan biri sayılır. Obyektlərin geniş seçimi özündə

elmi laboratoriyalar, müasir proqram təminatlı 30 terminallı kompyuter zalı,linqafon kabinetləri, kitabxana, bu yaxınlarda açılmış incəsənət, sənətkarlıq və ifaçılıq sənəti mərkəzini birləşdirir. Bundan başqa məktəb teatr zalı, musiqi və teatr studiyaları, gillə və ağac ilə iş üçün emalatxanalara malikdir. İdman qurğularına idman salonu, 25 metrlik qızdırılan hovuz, hər cür hava şəraitinə uyğun xokkey meydançası, reqbi, kriket oyunu üçün meydança və stadion daxildir. Şagirdlərin yaşamağı komfortlu evlərdə qızlar və oğlanların ayrı yaşamasını nəzərdə tutan altı-dörd və iki nəfərlik otaqlarda təşkil olunub. Məktəb tərəfindən bu yaxınlarda yuxarı sinif şagirdləri üçün yeni yataq korpusu tikilib.



#8 2017

32

Nyu-Yorkda yaşayıb təhsİl alırıq The City College Of New York 1847-ci ildə yaradılmış dövlət universitetidir. Universitet Şimalı Manhettendə (NyuYork, ABŞ) yerləşir. Universitetin məzunları arasında elm və cəmiyyətin inkişafına xeyli təsir göstərmiş bir çox görkəmli alimlər, mühəndislər, siyasətçilər, iş adamları, yazıçılar, həmçinin 11 Nobel mükafatı laureatı var. 2016-ci ilin payızından kollecdə memarlıq, mühəndislik işi, azad incəsənət və elmlər, təhsil, bioloji təbabət, psixologiya, sahəsində 15 000 tələbə bakalavr, magistr, doktorantlar təhsil alır. The City College Of New York tələbə heyəti ABŞ-da ən fərqlilərdən biridir və dünyanın 150 ölkəsinin nümayəndələrini birləşdirir. 2016-ci ildə Mişel Obama The City College Of New York məzunları qarşısında:«With the education you’ve gotten at this fine school, nothing is going to stop you from fulfilling your dreams» nitqiylə çıxış edib.

Qəbul tələblərİ: • IELTS/TOEFL (həm bakalavriat, həm də magistratura üçün) • Müəllimlərdən 2 zəmanət məktubu • Son üç il ərzində təhsilin qiymətləndirilməsi • Motivasiya məktubu



34

THE UNIVERSITY OF VERMONT

#8 2017

Sizin uğur yolunuz Engineering və Science sahəsində mütəxəssis olmaq və dünyanın ən yaxşı ali məktəblərindən birində diplom almağı arzulamısınz? Bu çətin deyil! The University of Vermont - əla universitetdir, 1791-cü ildə təsis edilmiş universitet Harvard, Yel, Dartmut və Braundan sonra beşinci ən qocaman universitetidir. ABŞ universitetləri arasında 92-ci yerdə qərarlaşıb. Belə diplomla sizin çox yüksək karyera qurmaq şansınız olacaq. Magistraturaya qəbul olmaq üçün universitet xüsusi səylər göstərmədən yazıla biləcəyiniz əla Pre-master proqramını təklif edir.

Nİyə? • GMAT və ya GRE verməyiniz lazım deyil. • Proqram 2 semestr davam edir. Dərslərə həm yanvarda, həm də sentyabrda başlamaq mümkündür.

Genİş İxtİsas seçİmİ: 1. Electrical Engineering 2. Mechanical Engineering 3. Civil and Environmental Engineering

4. Computer Science 5. Statistics 6. Mathematics Universitet istedadlı tələbələrə təhsil almaq üçün endirim təqdim edir. Əgər Siz dünyanın aparıcı tədqiqat universitetində ali təhsil almaq istəyirsinizsə, The University of Vermont Sizin üçün əla variant olacaq!



36

NEW YORK AT DREW UNIVERSITY

#8 2017

İKİLİ DİPLOM CİBİNİZDƏ!

Nyu-Yorkda həyat? İkili diplom? Bu nağıl deyil Drew Universitydir! Drew University Nyu Yorkun mərkəzindən cəmi 40 dəqiqə aralıda, Nyu-Cersi ştatı, Medisonda yerləşən universitetlərin TOP-100-lüyünə daxil olan elit universitetdir. Universitet1867ci ildə yaradılıb.Tələbələrin ümumi sayı 2000 nəfərə yaxın təşkil edir. Hər qrupda 15-17 nəfər təhsil alır. Qruplarının kiçik ölçüsü sayəsində, professorlar hər bir tələbəni şəxsən tanıyır və hər birinə kifayət qədər diqqət yetirirlər. Drew University incəsənət sahəsində, incəsənət tarixi, teatr və musiqi, eləcə də menecerlər, mühasiblər, maliyyə analitikləri, bankirlərin, marketinq üzrə mütəxəssislərin, arxeoloqların, psixoloqların, filosofların, politoloqların, kimyaçılar, bioloqlar, ekoloqlar, doktorlar, mühəndislər və s.hazırlanması üzrə yüksək səviyyəli mütəxəssislərin hazırlanması üzrə ən yaxşı proqramları işləyib hazırlamışdır. Bu gün Drew University bakalavr pilləsinə qəbul olmaq istəyən, HƏR kəsə 18 000 dollar güzəşt verir! Təhsil müddəti 2 il Drew University, üstəgəl 2 il əməkdaş universitetdə:

1) C olumbia University Liberal Arts and Engineering (ABŞ-ın reytinq üzrə 4-cü universiteti). 2) Wake Forest University Liberal Arts and Master of Arts ixtisaslarında (ABŞ-ın reytinq üzrə 27-ci universiteti) 3) Seton Hall Law School Liberal Arts and Law ixtisaslarında (ABŞ-ın reytinq üzrə 68-ci universiteti) Və əziz İKİLİ DİPLOM cibinizdədir! Bu ali təhsil ocağının tələbəsi olmaq imkanını əldən verməyin! Universitet cəmi 1 semestr davam edən və Nyu-Yorkun müxtəlif hissələrində, məsələn, Wall Street və ya Birləşmiş Millətlər binasında keçirilənunikal proqramlar da təklif edir.

Drew Unİversİty İstənİlən zövqdə İstİqamətlər var: • • • • •

Arts Business Humanities and Social Sciences Sciences Pre-Engineering

Əgər Siz uğurlu karyera qurmaq istəyirsizsə, Drew University sizə lazım olandır!



#8 2017

SİZİN MODA VƏ DİZAYN ALƏMİNƏ YOLUNUZ Ən yaxşı moda və dizayn universitetlərin biri, Avropanın moda paytaxtlarında London, Paris və Milanda yerləşən Istituto-Marangoni-ni Diqqətinizə çatdırırıq: Londonda tələbələr hazırlıq proqramı Foundation keçə və universitetin birinci kursuna sadalanlan ixtisaslar üzrə keçə bilər : • Dəb Dizaynı • Moda biznesi • Stilistika Londondakı moda institutu bədii və yaradıcı rayon Shoreditchdə yerləşir. Burada ətrafda olan hər şey yaradıcı təxəyyülünün inkişafı üçün vizual stimulyasiya rolunu oynayır. Dəb, incəsənət və dizaynda yeni üslublar və meyllər buradan gəlir. Maraqlı fakt: Istituto Marangoni tələbələri əvəzsiz təcrübə əldə etmək və müxtəlif şəhərlərdə təhsil alması üçün nadir imkanları var. Onlar bir şəhərdə birinci kursu 2 kurs, qalanları isə başqa şəhərdə bitirə bilər. Əgər Siz moda və dizayn sahəsində karyeraya başlamaq istəyirsinizsə Marangon iIstituto Sizin üçün ən yaxşı variantdır!



magistratura 40

NORTHEASTERN UNIVERSITY

#8 2017

-də

Northeastern University, şübhəsiz ki, ABŞ-ın ən hörmətli və nüfuzlu universitetlərindən biridir. O, “araşdırmaçı universitetlərin” kiçik çevrəsinə daxildir. Universitetin kampusu Bostonda (ABŞ-ın Şərq sahili) və Sietlda yerləşir. Universitet 1898-ci ildən mövcuddur. Northeastern University fəxr edir ki, statistikaya görə, məzunların 84%-i ilk 9 ay ərzində öz ixtisaslarına uyğun işə düzəlirlər. Biznes sahəsində universitetlərin proqramlarını dəyərləndirən Business Week Magazine Northeastern Universityni öz reytinqində 27-ci yerə yerləşdirib. Bu jurnal təhsil zamanı təcrübə təklif edən biznes proqramlar arasında universitetin biznes proqramını birinci hesab edib!

Sİz aşağıdakİ İxtİsaslardan bİrİnİ seçə bİlərsİnİz: • MS Commerce & Economic Development • MS Corporate & Organisational Communication • MS Global Studies & International Relations • MS Leadership • MS Non-Profit Management • MS Project Management

• M S Regulatory Affairs for Drugs, Biologics, & Medical Devices • MPS Digital Media • MPS Informatics • G raduate Certificate in Business Administration • M S Commerce and Economic Development • MS Project Management



42

FLORİDADA TƏHSİL!

#8 2017

MƏKTƏBLƏRDƏN UNİVERSİTETLƏRƏ QƏDƏR İsti, komfortlu, nağıla bənzər Florida dünyanın hər yerindən insanları cəlb edir! Lakin Mayami, Tampa və Orlandoya təkcə turistlər deyil, həm də tələbələr can atırlar. Floridada təhsil – xaricdə təhsil istiqamətlərinin ən məşhurlarındandır. Dünyanın dörd bir yanından uşaqlar Floridanın yatılı məktəblərini ən güclü məktəblər kimi seçirlər!Onlar çox gözəl təchiz olunublar: elmi laboratoriyalar, rəqəmsal media-mərkəzlər, fizika və kimya təcrübələri üçün lazım olan materiallar, dil laboratoriyaları və elmi mərkəzlər. Bundan başqa, məktəblər öz TV və qəzetlərinə malikdirlər. Florida məktəblərinin məzunları dünay üzrə nüfuz qazanmış universitet və kolleclərin tələbələrinə çevrilirlər. Onların arasında Cambridge University, Columbia University, Dartmouth College, Harvard University, Princeton University, Yale University və başqaları var. Biz xüsusilə North Broward Preparatory School, Windermere Preparatory School, Lake Mary Preparatory School, St Andrews School məktəblərini qeyd etmək istərdik! Floridada ali təhsil də xarici tələbələr arasında böyük populyarlığa malikdir. Bütün ixtisaslar üzrə bakalavr və magistr proqramları təklif edən aşağıdakı universitetlərdir:

• U niversity of South Florida (USF) – 40 min tələbəsi olan nahang universitetdir! Tampa şəhərində yerləşir. • S AE Institute – Mayamidə yerləşən bu məşhur təhsil ocağı musiqi proqramları (səs rejissorluğu) üzrə ixtisaslaşır. • F lorida Institute of Technology (FIT) – Floridanın Melburn şəhərində yerləşən məşhur özəl elmi tədqiqat institutudur. NASA-nin bir neçə direktor və astronavtları buranın məzunlarıdır! • F lorida Atlantic University – Boka raton istirahət şəhərində yerləşən dövlət universitetidir. Bu şəhər mayami və Palm Biç arasında, Mayami Beynəlxalq hava limanından 65 km məsafədə yerləşir. • F lorida International University Mayamidə yerləşir. Bu, şatatın ən iri və çoxprofilli təhsil müəssisəsidir. FİU ABŞ-da ixtisas seçimi özrə ən zəngin universitetləri sırasına daxildir. • U niversity of Central Florida Orlandoda yerləşir. Ölçüsü, infrastrukturu, tədqiqat və tədris imkanlarına görə nəhəng təhsil ocağıdır! Bundan əlavə, CFU tələbə sayına görə ABŞ-ın ikinci universitetidir!


İSVEÇRƏ UNİVERSİTETLƏRİ DÜNYANIN ƏN YAXŞI TƏHSİL MÜƏSSİSƏLƏRİ İsveçrə universitetləri hələ də planetin ən yaxşı təhsil müəssisi mövqelərini qoruyub saxlayırlar. Bundan başqa, onların bəziləri yeni QS World University 2016 reytinqində irəliləyiblər. İsveçrə Sürix Ali Texniki Məktəbi (Eidgenössische Technische Hochschule Zürich / ETH Zürich) yeni reytinqdə özünə məxsus 12-ci yeri qoruyub, saxlamışdır. Avropada Sürix Ali Texniki Məktəbi ən yaxşı təhsil ocağı hesab edilir. Lozanna Federal Politexnik Məktəbi (École polytechnique fédérale de Lausanne / EPFL Lausanne) öz reytinqini 2 pillə yüksəldərək, 17-ci yerə qalxmışdır. Başqa siveçrə universitetləri də öz mövqelərini yüksəldə bilmişlər. Beləliklə, Sürix və Lozanna Universitetləri 57 və 105-ci yerlərə qalxa bilmişlər. Jeneva Universiteti 14 pillə geriləyərək, 85-ci yerə layiq olmuşdur. Bazel Universiteti 116-cı, Bern Universiteti isə 145-ci yerdədir. Belə göstəricilərlə Avropa qitəsi daxilində öz həmkarlarını geridə qoyur. QS World University reytinqinin müəlliflərinin sözlərinə görə, isveçrə universitetləri ABŞ və Böyük Britaniya təhsil müəssisləri ilə rəqabətə girə bilərlər.


#8 2017

44

BERLIN BRANDENBURG INTERNATIONAL SCHOOL BBIS – əsas məqsədi tələbələri bütün ömürləri boyu oxumağa ilhamlandırmaq olan məktəbdir. Mədəniyyətlər arasında körpülər yaradaraq, məktəb xarici tələblərin qarşılıqlı anlaşması sahəsində yaratdığı abhava ilə məşhurdur. Məktəb öyrəncilərin gizli potensialını aşkar etməyə, onlarda məsuliyyət və vətəndaş mövqeyinin yaranmasına yardım göstərir. Bu məktəbdə beynəlxalq bakalavr (IB) pilləsinə qəbul ən aşağı yaşdan 12-ci sinifə qədərdir. Tədqiqat işlərinin daxil olduğu bu tədris proqramının əsasında praktik dərslər qurulur. Məktəb kampusuna metəmadi olaraq təmir olunan dörd böyük kərpic tikili, idman zalı və idman meydançası daxildir. Tədris müasir, komfortlu, yaxşı təchiz olunmuş, auditoriyaları xüsusi akademik məqsədlər üçün hazırlanmış binada keçirilir. Geniş auditoriyalarla yanaşı, kiçik, orta və ali məktəbdə iki elmi laboratoriya, şəbəkəyə qoşulmuş iki kompüter sinfi, dizayn və texnologiyalar

studiyası, rəssamlıq studiyası, musiqi dəsləri üçün otaqlar, praktiki dərslər üçün auditoriyalar, akt zalı, 11-12-ci sinif şagirdlərinin otaqları və istirahət zonaları var.



#8 2017

46

Niderlandın ən iri və qədim universitetlərindən biri olan Qroningen Universitetində beynəlxalq biznes üzrə təhsil alan Hüseynli Ayxanın atası, fizika üzrə fəlsəfə elmləri doktoru, 10-11-ci siniflər üçün Fizika dərsliyinin və başqa vəsaitlərin müəlliflərindən biri Hesüynli Məhəmmədlə müsahibə.

O ğlunuzun xaricdə oxumağa getməyi barəsində öz əhvalatınızı danışın. Oğlum 2 il Bakıda “Qafqaz” Universitetində təhsil almışdı. Birinci il hazırlıq ili idi, çünki təhsil ingilis dilində aparılırdı. İkinci il o, artıq birinci kurs tələbəsi idi. Ayxan “Xaricdə təhsil” sərgisinə qatıldı və orada AzeriStudent şirkətinin azərbaycanlı gənclərə dünyanın ən nüfuzlu universitetlərində yardım etdiyi haqda öyrəndi. Oğlum ingilis dilini mükəmməl bilirdi və Avropada oxumaq arzusunda idi. Ailəmizdə hamının ziyalı olduğu üçün, mən özüm fizika üzrə fəlsəfə elmləri doktoruyam və 35 il Elmlər Akademiyasında çalışmışam, biz

onun bu fikrini dəstəklədik. Budur, artıq oğlum əsası 1614-cü ildə qoyulmuş, Niderlandın ən qədim universitetlərindən olan, həmçinin dünyanın ən yaxşı universitetləri sırasına daxil olmuş Qroningen Universitetinin 3-cü kurs tələbəsidir. Universiteti necə seçdiniz və niyə seçiminizi məhz Niderlandın xeyrinə etdiniz? Universitet və fakültəni oğlum özü seçdi. O, ya Niderland, ya da Böyük Britaniyaya getmək istəyirdi və hər iki öplkədən universitetlərə müraciətlər göndərmişdi. Qroningen Universitetindən ona dərhal cavab gəldi: Ayxanın üstünlüyü onda idi

ki, o, məktəbli deyil, artıq tələbə idi və təhsilini ingilis dilində alırdı. Sonradan ona Böyük Britaniyadan da cavab gəldi, lakin biz artıq seçimimizi Niderlandın xeyrinə etmişdik. Çünki orda təhsil də, yaşayış da Britaniyaya nisbətən daha ucuzdu. Britaniya çox bahalı ölkədir. Xarici universitetlərə qəbul zamanı hansı çətinliklər yaranır? Ümumilikdə, bizim çətinliyimiz olmadı, çünki bütün təşkilati işlərlər AzeriStudent şirkəti məşğul olurudu. Yegani bir şey – biz viza üçün sənəd qəbulunu gecikdirmişdik, çünki hesab edirdik ki, vizanın alınması cəmi bir həftə vaxt aparacaq. Tələbə vizasının


verilməsi daha uzunmeddətli proses imiş, amma şirkətin direktoru Rasim müəllimin yardımı sayəsində bütün problemlərimiz həll olundu, oğlum tələbə vizasını aldı və heç bir çətinlik olmadan oxumağa getdi.

çoxu bu hadisələrdən xəbərsizdir və ya dəyişik faktlar eşidiblər. Ayxan isə xəritəni göstərib, tarixi bilgiləri payalşıb. Ən azından, onun dostları artıq tariximizin bir hissəsi haqda doğru məlumata sahib oldular.

Xaricdə təhsil alan tələbələrin hansı üstünlükləri var? Birincisi, onlar başqa ölkəyə köçürlər, öz valideynlərində və doğmalarından uzaqda qalırlar, ona görə də daha sərbəst olurlar. İkincisi, xaricdəki azərbaycanlı tələbələr bizim ölkəmizi, tariximizi təmsil edir, Vətənimizin tanınmasında iştirak edirlər. Məsələn, Ayxan dostlarına erməni-azərbaycan konfliktindən danışıb: uşaqların

Sizcə, xaridə təhsilin üstünlükləri nədən ibarətdir? Bilirsiniz, hesab edirəm ki, təhsil – bir millətin sahib ola biləcəyi ən dəyərli nemətdir. Diqqət yetirin, bu gün ən inkişaf etmiş ölkələr təhsilinə ən çox fikir verən ölkələrdir. Ziyalı vətəndaş öz ölkəsi üçün çox şey edə bilər. Bu, təkcə mənim fikrim deyil, prezidentimizin siyasətinin bir hissəsidir. O, ölkədəki təhsilə daha

çoc diqqət ayırır və gənclərimizin xaricdə təhsil alması üçün də şərait yaradır. Dövlət hesabına tələbələri xaricdə təhsil almağa göndərən xüsusi dövlər proqramı var. Əlbəttə ki, xaricdə təhsilin üstünlükləri var. Ordakı tədris metodikası fərqlidir, material daha genişdir. Tələblər çox vaxtlarının kitabxanalarda keçirir, onlar daha çox məşğul olurlar, çünki proqram daha mürəkkəb və zəngildir. Bundan başqa, xarici univeristetləri bitirdikdən sonra yaxşı iş tapmaq və karyera qurmaq .ansı daha çxodur.

47


48

ÖZƏL MƏKTƏBİ

#8 2017

NECƏ SEÇMƏK OLAR

Övladın yaşı artdıqca, Xarİcdə özəl məktəb seçmək valideynlər tez-tez onun gələcək İstəyənlərə 7 məsləhətİmİz var: təhsili və bu təhsilin keyfiyyəti haqqında düşünməyə başlayırlar. 1) Məktəblərin siyahısını tərtib edin. Təklif olunan variantlar isə bu 2) Məktəbdə ailəniz üçün vacib olan gün, həqiqətən də, az deyil: kriterilərini yazın. ixtisaslaşmış liseylərdən əcnəbi yatılı məktəblərə qədər. Bununla 3) Ailə kriterilərinə əsaslanaraq, məktəb­ lərin sayını 3-5 qədər azaldın və onlar belə, hər bir variantın öz müsbət barəsində övladınızla söhbət edin. və mənfi cəhətləri var. Yatılı məktəblərin seçimində, bir qayda olaraq, üç ölkə liderlik edir: İngiltərə, ABŞ və İsveçrə.

4) U şağınızın akademik müvəffəqiyyətini analiz edin və seçdiyiniz məktəblərin qəbul şərtlərini incələyin. 5) T estlərə qabaqcadan hazırlaşın (SAT, İELTS, TOEFL kimi testlərə hazırlıqla məşğul olun). 6) T əhsilə başlamağı arzuladığınız ildən heç olmasa bir il əvvəl öz addımlarınızı planlaşdırın.

7) Ə gər siz övladınızın xaricdə təhsili ilə maraqlanırsınızsa, AzeriStudent ofisinə məsləhət almağa gəlin və siz xaricdə təhsil haqda çoxlu və maraqlı məlumatlar ala biləcəksiniz.

Bİzİmlə əlaqə: +99450 512 28 28 +99455 512 28 12 +99412 488 66 78 info@AzeriStudent.az Azure Business Centre Bakı, Nobel pr-ti, 15, ofis 135


AzeriKids hazırlıq kursları uşaqları əyləncəli yay tətili keçirməyə dəvət edir Uşağınızın yay ərzində 5 xarici dili öyrənməyini istəyirsiniz? O zaman AzeriKids-ə gəlin! 3 aylıq kurs müddətində uşaqlara bir neçə dildə danışmaq öyrədiləcək. Uşağın 1 dərsdə 2 dili eyni zamanda öyrənə biləcəyi ağlınızdan keçirdimi? Axı məktəbəqədər dövr xarici dillərin öyrənilməsində ən vacib vaxt hesab edilir: bu zaman ərzində uşaqlar tanımadıqları dilləri qeyri-iradi yaddaşın köməkliyi ilə mənimsəyə bilirlər. AzeriKids kurslarında dərslər dost atmosferində, oyun formatında keçirilir və heç bir uşaq darıxmağa vaxt tapmır. Bu, yay tətili üçün gözəl vaxt keçirmək imkanıdır. Uşaqlar yeni biliklərə yiyələnəcək, həm də başqa məşğələlərdə olduğu qədər yorulmayacaqlar. Əgər uşağınızın yay tətilini əyləncəli və faydalı keçirməsini istəyirsinizsə, professionallara – AzeriKids müəllimlərinə müraciət edin. Əlavə məlumat üçün: 012 488 6781; 055 512 2812 ayten@azeristudent.az


#8 2017

50

Dünyanın ən qeyrİ-adİ məktəblərİ Məktəbə getməkdən bezmisiniz? Görün, əcnəbi ölkələrdə yeniyetmələr necə məktəblərdə təhsil alırlar. Bu məktəblərin bəzilərini xəyal belə eləmək çətindir.


1

Terraset yeraltı məktəb (ABŞ)

Adıçəkilən layihənin möhtəşəmliyinə baxmayaraq, Terraset məktəbi, həqiqətən də, Virciniya ştatında, Reston şəhərində yerin altında yerləşir. Bu təhsil müəssisəsinin 40 yaşı var, o, 70-ci illərin ortalarında tikilmişdir. O dövrdə Amerika energetik böhran yaşayırdı və şəhər hakimiyyəti özü-özünü qızdıra biləcək məktəb tikməyin başqa yolunu fikirləşib tapa bilməmişdilər. Bu məqsədlə bir təpənin üstündəki torpağı götürmüş, orada məktəb binasını tikmiş, sonra isə hazır binanın üzərini torpaqla örtmüşlər. Beləliklə, tikilən məktəb nəinki öz-özünün isitmə sistemini, həm də sərinləşməsini də təmin etmişdir. Bu məktəbin şagirdlərini sözün əsl mənasında, “yeraltı uşaqlar” adlandırmaq olar. Bütün qalan xüsusiyyətlərinə görə isə bu məktəb heç bir amerika məktəbindən fərqlənmir və təhsil klassik amerika proqramı ilə keçirilir. Hər şeydən əlavə, Terraset yeraltı məktəbi şəhərin turistik mərkəzi hesab edilir.

2

1

2

Üzən məktəb (Kamboca)

Növbəti ekzotik məktəb suyun üzərində yerləşir. Əslində, bu regionda belə bir hal adi qəbul olunur, çünki buradakı evlər, mağazalar və başqa binalar sözün əsl mənasında üzürlər. Söhbət Kambocanın Tonlesap gölündə yerləşən Kamponq Lounq üzən kəndindən gedir. Məktəbdə 60 şagird oxuyur ki, onlardan 40-ı valideynlərini balıq ovu zamanı itirmiş kimsəsiz uşaqlardır. Bu təhsil müəssisəsində cəmi bir böyük sinif otağı var. Şagirdlər burada həm dərs alır, həm də asudə vaxtlarını keçirirlər. Məktəbin içində isə uşaqlar qayıqları xatırladan ləyənlərlə hərəkət edirlər. Bu əraziləri ziyarət edən turistlər tez-tez bu qəribə təhsil ocağına baş çəkirlər, odur ki, uşaqlar şirniyyat və məktəb ləvazimatı çatışmazlığından əziyyət çəkmirlər və tamamilə xoşbəxt görünürlər.

“ Məktəb – gələcək nəslİn düşüncəsİnİn formalaşdığı emalatxanadır; gələcəyİ əldən vermək İstəmİrsənsə, məktəbİ əldə möhkəm saxlamalısan” Anrİ Barbüs

51


Alfa Alternatİv Məktəbİ (Кanada)

52 3

#8 2017

4

3

Kanadanın ən qocaman məktəblərindən biri olan bu məktıbin əsası 1972-ci ildə qoyulub. Onu qeyri-adi edən isə məktəbdə şagirdlərə olan münasibət və təhsil zamanı proqressiv pedaqoji ideyaların tətbiqidir. Alfa mətkəbinin fəlsəfəsinin əsasında hər bir tələbənin özünə görə unikal olduğu, hər tələbənin öz mənimsənə metodu və sürəti var. Ona görə də məktəbdə dərs cədvəli, gün rejimi yoxdur, qaydaları isə şagirdlər özləri qoyurlar. Bu təhsil ocağının tələbələri ev tapşırıqları eləmir, qiymət də almırlar. Siniflərə bölgü isə yaş kriteriləri ilə deyil, maraq dairəsinə əsaslanır. Məktəbin əsas idarəetmə məsələləri isə şagirdlər, valideynlər və müəllimlərin birgə iştirak eydikləri aylıq iclaslarda həll edilir. Bununla belə, valideynlər könüllü olaraq təhsil prosesində iştirak edir, müəllimlərə yardım edirlər. Alfa məktəbinin devizi: “MÜŞTƏRƏK TƏHSİL”dir.

Orestad Kopenhagendə açıq məktəbİ (Danİmarka)

4

Bu məktəbi, həqiqətən də, müasir memarlıq incisi hesab edilə bilər. Məktəbin nəinki tikilisi, həmçinin tədris xarakteri də klassik təhsil ocaqlarından fərqlənir. Bunanın daxilində demək olar ki, arakəsmələr və adət etdiyimiz sinif otaqları yoxdur. Məktəbin mərkəzi 4 mərtəbəni birləşdirən nəhəng vintşəkilli pilləkəndən ibarətdir. Bütün məktəb boyunca isə yumşaq oturacaqlar və kürsülər qoyulub ki, burada uşaqlar dincəlir və ya ev tapşırıqlarını edirlər. “Bizim məktəbdə bizi ayıran divarlar yoxdur, əvəzində isə çox hündür və işıqlı tavanlarımız var” – bu qeyri-adi dövlətin vətəndaşı şərh edir. Bu sözlər məktəb binasının inşaat xüsusiyyətindən çox, onun fəlsəfəsinin əks etdirir. Şagirdlər qarşılarına qoyduqları məsələləri həll etmək üçün öz bilik və bacarıqlarından istifadə edir, sərhədsiz məkanlarda işləməyi öyrənirlər. Məktəbdə klassik dərs vəsaitləri yoxdur, uşaqlar isə elektron kitablardan və internetdən istifadə edirlər.


5

“Keneleken” köçərİ məktəb (Yakutİya, Rusİya)

Bax bu məktəbdə oxuyan uşaqların bəxti hədsiz dərəcədə gətirib. Ona görə yox ki, onların müasir məktəb binası var, sadəcə olaraq, onlar valideynləri ilə yaşayıb, klassik məktəb təhsili almaq imkanına malikdirlər. Məsələ burasındadır ki, yaxın zamanlara qədər Rusiyanın bəzi şimal ərazilərində yaşayan uşaqlar ya internat məktəblərdə yaşayıb, oxuyur və aylarla valideynlərini görmür, ya da ümumiyyətlə təhsil almırdılar. Köçəri məktəbi şagird və personalın sayına görə ən balaca məktəb adlandırmaq olar. Belə məktəbdə 6-8 tələbəyə 2-3 müəllim dərs deyir. Buna baxmayaraq, bu uşaqlar eynən öz oturaq yaşıdları kimi tam həcmli təhsil alır, həyati bacarıqlara yiyələnirlər. Köçəri məktəb peyk interneti ilə təchiz olunub ki, bu da dünya ilə əlaqə qurmağa yardım edir. Hökümət isə tədris prosesini daha da səmərəliləşdirmək üçün klassik məktəb kitablarının əvəzinə təhsil proqramına uyğunlaşdırılmış elektron vasitələrin tətbiqini planlaşdırır.

6

5

6

Watershed macəra məktəbi (ABŞ)

Macəralar məktəbi – bu ki hər bir məktəbli oğlan və ya qızın uşaqlaıq arzusudur. Bu arzular Watershed məktəbində həyata keçir. Burada təhsil prosesi Bilik Ölkəsinə böyük səyahəti xatırladır. Əgər coğrafiyadırsa, dərs ərazidə, biologiyadırsa, qoruqda, bilavasitə canlı təbiətin əhatəsində, memarlıqdırsa, şəhər küçələrində keçirilir. Məktəbin müəllimlərinin fikrincə, tədris prosesində ən produktiv dərslər – öyrədici ekspedisiyalardır. U.aqların riyaziyyat, ana dili və başqa fənlər keçməsinə baxmayaraq, gələcək ekskursiyalar və unudulmaz təsuratlar haqda fikirlər onlara daha çox stimul verir. Bundan başqa, yoqa, idman, rok qrupda ifa etmək imkanı təhsil illərini unudulmaz edir. Alman yazıçısı Ernst Haynenin dediyi kimi: “Siz cökə və palıdda daha çox bilik tapacaqsınız, nəinki kitablarda. Heyvanlar, ağaclar, daşlar özlərində elə bilikləri saxlayır ki, onları sizə heç bir alim verə bilməz”.

53


#8 2017

54

Turİzmİn nəzərİyyəsİndən təcrübəsİnə doğru

Baba Babayev İsveçrədə Glion Ali Təhsil İnstitutunu (Glion Institute of Higher Education) bitirib. Xaricdə təhsilin ən böyük üstünlüyünü oradakı nəzəriyyənin təcrübə ilə möhkəmləndirilməsini hesab edir.


Babayev Baba, Glion Ali Təhsil İnstitutunun magistri

Bir qədər özünüz haqqında danışın. 2010-cu ildə məktəbi bitirdikdən sonra mən 650 balla Azərbaycan Turizm və menecment Universitetinə qəbul oldum. Üçüncükursda təhsilimi yarımçıq dayandırıb, Təhsil Nazirliyinin xaricdə təhsil proqramına müraciət etdim. Nəticədə, bu proqram üzrə İsveçrəyə gedib, 2016-cı ildə Glion Universitetini daşınmaz əmlakın maliyyələşdirilməsi və gəlirlərin idarə olunması ixtisası üzrə bitiridim (Real Estate Finance & Revenue Management). Universitet və fakültəni necə seçdiniz? Düzünü desəm, universiteti və fakültəni seçmək bir qədər çətin oldu, amma Azərbaycanda turizm üzrə təhsil aldığıma görə, təhsilimi elə bu sahədə davam etdirmək qərarı aldım. Bu məqsədlə AzeriStudent şirkətinin müdiri rasmin Allahverdiyevlə sphbət elədim və o, mənə Glion Universitetini məsləhət gördü. Şirkərin əməkdaşlarının köməkliyi ilə İsveçrəyə yola düşdüm. Onlar sənədləşmə və vizanın alınmasında mənə yardımçı oldular. Nəyə görə Azərbaycanda təhsili yarımçıq qoyub, oxumaq üçün xaricə getmək qərarını verdiniz? Azərbaycanda təhsil əsasən nəzərriyəyə əsaslanır və əzbərçilik vərdişləri yaradır. Otelçilik sahəsi isə təcrübə tələb edir. Məhz buna görə də Azərbaycandakı təhsilimi bitirməyib, xaricə getdim Gliona gələndən sonra isə anladım ki, oradakı təhsil

Azərbaycandakından köklü şəkildə fərqlənir. Xaricdə sənin gələcək ixtisasında lazım olacaq fənlərə böyük yer ayrılır, Azərbaycanda isə iqtisadiyyat istiqaməti bütün universitetlərdə eyni tərzdə keçilir. Otelçilik biznesi üçün isə xüsusi fənlər demək olar ki, yoxdur. Turizm sahəsində iki istiqamət öyrənilməlidir: idarəetmə və xidmət. İdarəetmə sahəsi öyrədilir, xidmət sahəsinə çatanda nə fənn var, nə də proqram. Ona görə də Glionu seçdim. aricdə təhsilin hansı üstünlükləri var? X Xaricdə təhsilin üstünlükəri olduqca çoxdur. Birincisi, təhsil nəzəriyyə ilə bitmir, təcrübə ilə möhkəmlənir. Sənə həqiqi həyati vəziyyətlər təqdim olunur və sən öz biliklərində istifadə edib, onları həll etməyə çalışırsan. Tələbələrə özlərini ifadə etmək üçün daha çox azadlıq verilir, yaradıcılıq bacarıqları çərçivəyə salınmır. Ustunliklərdən biri də müştərək layihənin üzərində qrup işidir. Bu, komandada işləmək qabiliyyətinin artırılması üçün edilir. Bir də, əlbəttə ki, xarici dil və onun təkmilləşdirilməsi imkanı. Hansı çətinliklərlə qarşılaşdınız? əhsildə çətinliklərim yaranmadı, T adaptasiyada əziyyət çəkmədim. Mən tez öyrəşdim. Yeganə çətinlik dövlət təqayüdünün aşağı olması idi, amma biz şikayətimizi yolladıq və tezliklə dözlət təqayüdümüzü qaldırdı. Dərsləriniz necə keçirdi? ərslər həftənin 5 günü, səhər 8-dən D

axşam 5-ə qədər keçirdi. Cədvələdən asılı olaraq, bu zaman bizim bir və ya bir neçə dərsimiz ola bilərdi. Dərslər çox maraqlı və produktiv keçirdi, adi dərs kimi yox: müəllim deyir, tələbə qulaq asır. Dərslər hərhansı vəziyyətlərdən necə çıxmaq, problemləri necə həll etmək barəsində müzakirələrlə dolu olurdu. aricdə təhsildə ən çox nə xoşunuza X gəlir? Xaricdə tələbələr daha çox azadlıq verirlər. Məsələn, əgər hər-hansı layihə və ya kurs işi hazırlanmalıdırsa, mövzu seçimi hər zaman tələbədən asılı olur. Bundan başqa, qrup işlərinin olması komandada çalışmaq və onu idarə etmək bacarığını artırır. Mənim ən çox bunlar xoşuma gəlirdi. Boş vaxtlarınızda necə istirahət edirdiniz? Azad vaxtımız şənbə və bazar günləri, dərs olmayanda olurdu. Həmin günlər əgər hər hansı qrup layihələrimiz olurdusa, onu müzakirə edir, kimin hansı işi görəcəyini planlaşdırırdıq. Qalan vaxtımda isə filmlərə baxır, futbol oynayır, şəhərdə gəzir, şəhər kənarına çıxır, yeni yerləri kəşf edirdim. Axı İsveçrənin çox gözəl təbiəti var...

55


NATİQLİK

56

#8 2017

SƏNƏTİ

Öz sahəsində dərin biliklərə sahib olmaqla yanaşı, yaxşı iş tapmaq üşün, o, özünü təqdim etməyi bacarmalıdır. Bunun üçün isə ən yaxşı üsul – natiqlik sənətinə yiyələnməkdir. Auditoriya qarşısında çıxış etməyi öyrənin və bu sizə istənilən iclas və hətta iş görüşməsindən qalib çıxmağa yardım edəcək.

!

Məşhur natiq, Böyük Britaniyanın baş nazırı Uinston Çerçil hər çıxışına böyük məsuliyyətlə hazırlaşırdı. Mimika, əl hərəkətləri, ayaqların vəziyyəti hər zaman qabaqcadan hazırlanırdı. Mətni nazir ideal səviyyədə öyrənirdi, ən yaxşı kəlmələri isə çıxışdan çox əvvəl fikirləşirdi. Çerçil nitqində mütəmade olaraq yumor, metafora və müqayisələrdən istufadə edən xarizmatik siyasətçi idi. Öz idealarında ilhamlanaq, o, ətrafındakı hər kəsə fikirlərini yoluxdura bilirdi, lakim hər zaman təmkinli və səmimi görünürdü. Yeri gəlmişkən, Çerçil uşaqlıqdan pəltək idi, lakin zamanla öz nitq qüsurundan qurtulmağı bacarmışdı.


Bu da sİzİn üçün yaxşı natİqİn 10 qaydası! №1 Mən NİYƏ burda olduğumu bilirəm. Siz nəyə görə auditoriya qarşıdında çıxış edirsiniz? Nəyə görə məhz siz çıxış edirsiniz? Nəhayət, siz onlara nə demək istəyirsiniz? Bu sözü onlara necə demək istəyirsiniz? Özünüz üçün bu suallar cavab verin və beyninizdə gələcək çıxışınızı təsəvvür edin. Kütlə qarşısında çıxış edənlərin ən böyük səhvi həmin anda həmin yerdə olmalarının məqsədini bilməmələridir. Formalizm, nəyinsə xətrinə çıxış etmək düzgün yol deyil.

faydalı və maraqlı bir şey gözləyirlər. Auditoriyaya hörmət rəmzi olaraq, onalrdan öz baxış, gülüş və müraciətinizi əsirgəməməlisiniz. Bu, insanın emosiyaları, jestləri ilə şərh verdiyi, fasilələr etdiyi və razılıqla başını yellədiyi adi dialoqun eynisidir. Gözlərinizi kağızdan ayırıb, bir-iki dəfə auditoriyaya baxmanız kifayət etmir. Sizi eşitməyəcəklər, görməyəcəklər və əlbəttə ki, yadda saxalamayacaqlar. Dinləyicilər belə çıxışları qapalılıq kimi qəbul edir.

№2 Mən faydalı olmaq istəyirəm. Auditoriyaya əsaslanın. Siz onlara nəsə deməlisiz, onlar üçün vacib olan bir məlumatla bölüşməlisiz, onlar isə sizi eşitməli və özləri üçün yeni bir məlumat əldə etməlidirlər. İctimai çıxışı narsissizim aktına çevirməyin. Dinləyicilərin diqqəti dərhal yayınacaq.

№5 İmprovizasiya əvvəlcədən hazırlanmalıdır. Nə qədər paradoksal olsa da, bu belədir. Yerində edilmiş zarafat, həyati misal və ya başqa bir kənaraçıxam sizin nitqinizi daha maraqlı edəcək, lakin onların ümumi mətnlə ahəngli səslənməsindən əmin olamaq lazımdır. Yaxşı olar ki, bunu əvvəlcədən yoxlayasınız.

№3 Mən səmimi olmalıyam. Vərəqdən oxuma qıcıqlandırır. Natiq həmişə bir az aktyor olmalıdır.! Dinləyicilərə sizin baxışlarınız, yaxşı əhvalınız, emosiyalarınız lazımdır. Kağızsız təqdim olunan çıxışlar daha həqiqi və səmimi qəbul edilir. Çıxış üçün kiçik konspekt yolveriləndir. Əsas tezisləri qeyd edin, beyniniz isə onları necə izah etməyin yolunu tapacaq.

№6 Mənim səsim gözəl səslənir! Əvvəlcə ciddi tədbirləri aparan və şəxsən sizin xoşunuza gələn bir aparıcı və ya diktoru təqlid etməyə çalışın. Siz çoxlu universal detallar kəşf edəcək siniz, ösgəsinin danışıq tərzi isə sizə yalnız faydalı olacaq. Öz səsinizi diktofona yazın və səhvləriniz üzərində işləyin.

№4 Mən sizin hamınızı görürəm. Siz buraya tamaşaçılar üçün gəlmisiniz. Onlar sizə baxır və sizdən nə isə

№7 Bütün enerjimi veririəm. Sizin energetikanızı bütün zal hiss etməlidir. Məsələ təksə səsinizin ucadan və aydın gəlməsi deyil, sizin nitqinizin hamı, hər kəs tərəfindən

eşidilməsi arzusundadır. əgər belə bir daxili motivasiyanız olsa, siz buna can atacaqsınız. №8 Gülümsəyin, cənablar! Təbəssüm – dinləyiciyə edilmiş bir komplimentdir. Sizin onu qəbul etdiyiniz və onun üçün təhlükəsiz olduğunuzu göstərən amildir. Səmimi gülümsəyən insana inanırlar, onun ardınca gedirlər və ona oxşamağa çalışırlar. Təbəssüm sizi planlaşdırılmamış pauza zamanı xilas edir, onun xərtinə sizə xırda qüsurları bağışlayırlar. Bir sözlə, güzgünün qarşısında məş edin və heç zaman bu gizli silahı unutmayın. №9 Mən möhtəşəm görünürəm. Əgər siz bunu dəqiq bilirsinizsə, bunu bütün dinləyicilər hiss edəcəklər. Çıxış öncəsi imicinizlə eksperimentlər etməyin, sınanılmış geyimlərinizin üzərində dayanın – iş üslubunda, zövqlü və rahat geyimlərin. Yalnız bir parlaq detala yer verə bilərsiniz. Sizin nəinki nitqiniz, həm də xarici görüşünüz əminlik saçmalıdır. №10 Öyrənməyi öyrənin. İnsanları müşahidə edin, onların natiqlə bağlı tələblərinə diqqət edin, ictimai çıxışların sizlərini ustadlardan öyrənin. Özündən əminlik hən dərman, həm də zəhər ola bilər. Öz nitqinizin analizini hər zaman həyata keçirin: güzgü qarşısında, diktofonla. Unutmayın ki, bu, sizin yüksəliş və uğur yolunuzdur.

57


58

#8 2017

Dünyanın böyük polİqlotu Çexovun dediyi kimi: “Neçə dil bilirsənsə, o qədər dəfə də insansan”. Ən əsası isə odur ki, öyrənə biləcəklərinizin hüdudu yoxdur. Növbəti beş nəfər buna ən yaxşı sübutdur.

Cüzeppe Kaspar Metsofanti (1774-1849) Vatikan kitabxanasının qoruyucusu. Dəqiq məlumdur ki, o, 114 dildən tərcümə edir, 60 dildə sərbəst danışır və dünyanın 50 dilində şer yazırdı.

Ramis Kristian Rask (1787-1832) daniyalı dilçi. Vikipediyanın məlumatına əsasən, 200-dən çox dil bilirdi və hər yeni dili altı həftə ərzində öyrənirdi.

İştvan Dabi (12 iyun 1943) macar yazıçısı və tərcüməçisidir. Müxtəlif ölkələrin mədəniyyətinə və ədəbiyyatına olan marağı onu 103 dili öyrənməyə sövq etmişdir.

Villi Melnikov (1962-2016) rusiyalı alim, molekulyar bioloqdur. Onun hesabında sərbəst danışdığı və şeyr yazdığı 103 əcnəbi dil var.

Odur ki, əgər səbəbiniz varsa, başlayın! Biz isə AzeriStudent dillər mərkəzində böyük məmnuniyyətlə sizə yardım edərik.

Dmitriy Petrov (16 iyul 1958) psixolinqvist, sinxron tərcüməçi, poliqlot. O, 30 dilə sahibdir və onlardan 10-dan dərs deyir. Alimin professional kredosu: “Dillərə qabiliyyəti olmayan insan, səbəbi olmayan insandır”.



60

150 UNİVERSİTET

#8 2017

SİZİ GÖZLƏYİR! Avstralİya

Queen Mary University

Glasgow Caledonian University

University of Sydney

Heriot-Watt University

University of Westminster

Australia National University

Reading University

University of East Anglia

Flinders University

University of Aberdeen

Robert Gordon University

Massey University

Newcastle University

London South Bank University

Curtin University

University of Sheffield

Bath Spa University

Charles Sturt University

University of Portsmouth

St.Georges University

La Trobe University

University of Plymouth

Royal Holloway University,

Macquarie University

Queen’s University, Belfast

London

Edith Cowan University

Nottingham Trent University

Keele University

University of Newcastle

Northampton University

University of Sussex

University of Adelaide

University of Sntrachlyde

Loughborough University

Deakin University

Lincoln University

University of Canberra

University of Leicester

Macarıstan

Griffith University

University of Stirling

Taylors College

University of Manchester

Perth University

Anglia Ruskin University

Böyük Brİtanİya

Edinburg Napier University Brunel University London

St. Andrew’s University

University of Huddersfield

University of Surrey

Bournemouth University

Lancaster University

Birmingham University

University of Exeter

Birmingham City University

Coventry University

Liverpool John Moores Uni-

University of Leeds

versity

University of Southampton

Durham University

City University London

Kingston University, London

University of York

University of Law

University of Kent

Cardiff University

University of Glasgow

Aberystwyth University

Corvinus University International Business School

İspanİya European Business School IED Istituto Marangoni Les Roches

İrlandİya Trinity College Dublin University College Dublin

çİn Les Roches Shangai Nankai University Dongbei University

Almanİya

LATVİYA

IUBH University of applied

University of Latvia

sciences

Riga Technical University

EU Business School GISMA Business School

LİTVA

Jacobs University

ISM

İtalİya

Kaunas Technology University

Naba Academy

Nİderland

IED

University of Groningen

Domus Academy

Amsterdam University

Istituto Marangoni

University of Wageningen University of Twente


AzeriStudent şirkəti azərbaycanlı tələbələrə dünyanın 15 ölkəsində 150 universitetdə təhsil almaq imkanı təqdim edir. Həyatınızı tamamilə dəyişmək – xarici təhsilə yiyələnmək, yüksək ixtisaslı kadr olmaq və beynəlxalq iş bazarında ən yaxşı yerlərdən birini tutmaq üçün bu şansdan istifadə edin. Nyenrode University

Auburn University

New York Film Academy

İsveçrə

Tilburg University

Florida International University

Texas A&M University, Corpus

Glion Institute of Higher

VU Amsterdam University

University of Central Florida

Christi

Education

Hanze University of Applied

University of the Pacific

Widener University

Les Roches

Sciences

University of Illinois at

Merrimack College

International University in

University of Witenborg

Chicago

Monroe College

Geneva

Rotterdam University of Ap-

Kansas University

Pace University

Geneva Business School

plied Sciences

Louisiana State University

Northeastern University

EU Business School

Fontys University

University of South Carolina

Washington University

Stenden University

University of Massachusetts

The State University

İsveç

The Hague University

in Boston

of New York

University of Massachusetts

California State University

in Dartmouth

Monterey bay

University of Canterbury

University of Massachusetts

University of North Texas

University of Auckland

in Lowell

Full Sail University

University of Otago

University of New Hampshire

Sullivan University

Yenİ Zelandİya

BƏƏ Synergy University University of Wollongong in Dubai Heriot-Watt University, Dubai campus Modul University

Polşa Wroclaw University

Florida Atlantic University Marshall University

Türkİyə

George Mason University

Istanbul Kültür University

Oregon State University

Okan University

Colorado State University

Bilkent University

University of South Florida

İzmir University of Economics

University of Alabama at

Koç University

Birmingham Saint Louis University Drew University University of Vermont

Sabanci University Yaşar University İstanbul Aydln University

James Madison University

Çexİya

Adelphi University

Roosevelt University

Anglo American University

American University

Long Island University

New York University in Prague

ABŞ

The City college of New York

Lund University

61

Bİzİmlə əlaqə: +99450 512 28 28 +99455 512 28 12 +99412 488 66 78 info@AzeriStudent.az Azure Business Centre Bakı, Nobel pr-ti, 15, ofis 135


Yumorla təhsİl alırıq 62

Образование нужно не для “корочки”, а для коры головного мозга В жизни все получится, если у тебя есть образование. Серое образование в черепной коробке.

#8 2017

“Учиться, учиться и еще раз учиться!” на практике означает один экзамен и две пересдачи. Раньше занятия прогуливали, а теперь проГУГЛивают. – Başım ağrıyır. – Novomiqrofen qəbul elə. – Bunları hardan bilirsən? Tibb təhsili almısan? – Hə, 4 sezon “Doktor Haus”-a baxmışam. Mənim ingilis dili səviyyəm: normal. – Petrov, niyə ingilis dilini belə pis öyrənirsən? – Nəyimə lazımdı? – Necə yəni, nəyimə lazımdı? Bu dildə yer kürəsinin yarısı danışır! – Məgər bu azdır? İmtahandan sonra: – İmtahanı versin? – Deyəsən, hə... – Nə soruşdular? – Başa düşmədim, ingiliscə soruşurdular...


İngİlİs yumoru İngilis yumorunun yaranma ilini 1284cü il saymaq olar. Kral Eduard Uelsi ələ keçirdikdən sonra yerli əhalinin tələblərini yerinə yetirəcəyinə dair söz verir. Əhali isə tələb edir ki, onların başçısı bu torpaqlarda doğulmuş, lakin ingilis diində danışmayan biri olsun. Kral sözünün üstündə dayanır – o, yeni doğulmuş oğlunu Uelsin başçısı təyin edir. – “İngilis yumoru” mə deməkdir? – Bir intelegent cənab başqa çox hörmətli cənaba elə bir şey deyir ki, ətrafdakılar heç nə anlamırlar və bu onları çox əyləndirir. Bir polis digərinə deyir: – Təsəvvür elə, bu gün kitab mağazasında çox maraqlı bir kitab gördüm! – Nə kitab idi ki? – Kitabın adı “Problemlərinizin 50%-ni necə həll etmək olar” idi. – Sən onu aldın? – Hə, ikisini.

ord in w t s e g n o l hat’s the –W guage? n a l h s i l g n the E ere is h t e s u a c e .B and – « Smiles» t s r fi s t i n ee a mile betw .)))) last letters

Çox alicənab ingilis katibəsinin işdən qovulduğunu ona necə deyəcəyini bilmir. Axir ki, özünü toplayıb, nitqini belə formalaşdırır: – Miss Cons, Siz öz işinizin öhdəsindən elə yaxşı gəlirsiniz ki, mən heç bilmirəm, biz sizsiz necə işləyəcəyik, amma birinci gündən cəht edəcəyik... Qolg həvəskarı olan bir ingilis oğluna bu idmanın sirlərini öyrədir: – Oğul, mən sənə idman növlərinin ən alicənabı olan qolf oynamağı öyrətmək istəyirəm. Qaydalar çox sadədir: diametri 4 sm olan balaca şar diametri 13 000 km olan böyük şarın üzərinə qoyurlar və balaca şarı elə vurmağa çalışırlar ki, böyük şara toxunmasın. – Waiter, will the pancakes be long? – No sir, round.

63


do you speak english? Check it!

#8 2017

64

1. Daha uyğun cavabı seçin! “What does your husband do?” A. He is feeding the dog. B. He is a doctor. C. Yes, he does. D. Yes, he is. 2. İngilis dilində alternativ sual nə deməkdir? A. “Bəli” və ya “Xeyir” cavablarını tələb edən sual. B. Hər hansı bir cümlə üzvünə verilmiş xüsusi sual. C. Hər-hansı iki əşya, xüsusiyyət və ya hərəkət arasında seçimi nəzərdə tutan sual. D. Hansısa fikrin dəqiqləşdirilməsini nəzərdə tutan sual. 3. Yesterday I ___________ a bird. A. saw B. sawed C. see D. seed 4. Q aydasız feli seçin: to play, to smile, to laugh, to see. A. to play B. to smile

C. to laugh D. to see 5. H anı şəkilşinin köməyi ilə ingilis dilində zərf yarana bilər? Hansı nitq hissəsindən? A. «-ly» şəkilçisi vasitəsilə fellərdən. B. «-ly» şəkilçisi vasitəsilə sifətlərdən. C. «-ed» şəkilçisi vasitəsilə isimlərdən. D. «-ing» şəkilçisi vasitəsilə sifətlərdən. 6. C əm formasında düzgün olmayan ismi göstərin. A. lady B. gentleman C. son D. daughter 7. F elin üç formasında səhvi tapın: A. teach – taught – taught B. catch – caught – caught C. bring – braught – braught D. seek – sought – sought



8. Daha uyğun cavabı seçin! “What is she doing?” A. She is playing with the bunny. B. She is a manager. C. She cleans the house every day. D. She is clean the carpet

#8 2017

66

9. Present Continuous-da olan fel hansı hərəkəti ifadə edir? A. İndiki zamanda və ya mütəmade təkrarlanan hərəkəti. B. Hər zaman gələcəkdə icra olunan hərəkəti. C. Bu anda və ya haqqında danışılan zamanda icra olunan hərəkəti. D. Hərəkət artıq icra olunub, cümlədə isə onun nəticəsi qeyd olunur. 10. Karina never minds ___________ the movie again. A. to watch B. to be watched C. watch D. watching 11. I couldn’t help ___________ . A. for laughing B. and laughed C. laughing D. to laughed 12. Sizin qələminizi götürmək olarmı? A. Can I take your pencil? B. Must I take your pencil? C. Should I take your pencil? D. May I take your pencil? 13. Marta heç vaxt onun ingiliscə danışdığını eşitməyib. A. Martha never heard him spoke English. B. Martha never heard him to speak English. C. Martha has never heard him speak English. D. Martha never heard how he speaks English. 14. Mən onu dörd ildir ki tanıyıram. A. I know him four years. B. I have been knowing him for four years. C. I know him for four years. D. I have known him for four years. 15. Aşağıdakı sözlərdən hansının tələffüzü zamanı “a” hərfi digərlərindən fərqli səslənir: A. map B. tape C. age D. make

16. I have ___________ butter, please, buy some. A. little B. many C. few D. a few 17. T he taxi ___________ by 7 o’clock yesterday. A. has arrived B. had arrived C. arrived D. is arrived 18. Ç ox guman ki, o, maşınını satıb. A. It must be that he has sold his car. B. He must sold his car. C. He should have solden his car. D. He must have sold his car. 19. M ən istəyirəm ki, hava yaxşı olsun. A. I want that the weather will be fine. B. I want the weather to be fine. C. I want the weather be fine. D. I want the weather being fine. 20. O necə də ağıllı oğlandı! A. What an intelligent boy is he! B. What the intelligent boy is he! C. What an intelligent boy he is! D. What the intelligent boy he is! 21. F ind the incorrect sentence. A. Though it was nine o’clock in the evening, there were not many people in the bar. B. Although it is nine o’clock in the evening, there are not many people in the restaurant. C. It was only nine o’clock in the morning, and there were too many people in the café. D. Through it was eight o’clock in the morning, there weren’t many people in the pub. 22. A şağıdakı cümlələrdən hansını azərbaycan dilinə “Mən oxuyuram” kimi tərcümə etmək olmaz? A. I read magazines every day. B. I am reading a book. C. I have been reading the magazine for two hours. D. Все варианты подходят. 23. W hen Kate ___________ at Pier 90, it was crowded with football fans. A. achieved B. arrived C. entered D. reached



24. There was no one to cheer him ___________ . A. on | B. in | C. up | D. over 25. Could you possibly give me ___________ ? A. a advice | B. an advice | C. some advices D. a piece of advice

27. The accident happened ___________ our way home. A. in | B. on | C. for | D. about

#8 2017

28. If he were not so absent-minded, he ___________ you for your sister (yesterday). A. would not mistake B. would not have mistaken C. would not have been mistaken D. did not mistake 29. If Mike lived in the country house, he ___________ happier. A. was | B. is | C. will be | D. would be 30. ___________ that wierd man sitting over there? A. Which | B. Whose | C. Who’s | D. Who

38. W e try to be ___________ to the needs of the customer. A. responsible B. responsive C. respondent D. response 39. A n obstetrician/gynecologist at the pre-conception clinic suggests we ___________ some. A. further tests. B. doing C. to do D. are doing E. should do 39. T his particular college has a very selective ___________ policy. A. acceptance B. entrance C. admissions D. admittance

31. How long ___________ his house? A. has Mr Johnson had B. does Mr Johnson have C. had Mr Johnson had D. has Mr Johnson been havin 32. Ron has made up his ___________ to become a teacher. A. brains | B. decision | C. head | D. mind 33. If Deborah ___________ to dinner tomorrow, I’ll be happy. A. will come | B. comes | C. came | D. was coming 34. Ask somebody for ___________ occupation. A. his | B. her | C. their | D. its

Düzgün cavablar: 1-B, 2-C, 3-A, 4-D, 5-B, 6-B, 7-C, 8-A, 9-C, 10-D, 11-C, 12-D, 13-C, 14-D, 15-A, 16-A, 17-B, 18-D, 19-B, 20-C, 21-D, 22-D, 23-B, 24-C, 25-D, 26-B, 27-B, 28-B, 29-D, 30-C, 31-A, 32-D, 33-B, 34-C, 35-A, 36-C, 37-D, 38-B, 39-D

68

26. Marvin asked me ___________ . A. what was my favourite vegetable B. what my favourite vegetable was C. what is my favourite vegetable D. what about my favourite vegetable

37. I am looking for an ___________ method of heating. A. economics B. economy C. economic D. economical

Nəticələrin qiymətləndirilməsi:

35. Kids shouldn’t take those pills, and ___________. A. neither should she B. neither she should C. she did either D. either shouldn’t she

0-8 – Beginner (başlanğıc səviyyə)

36. T he doctor ___________ me that there would be no pain. A. sured B. insured C. reassured D. ensured

23-30 – Intermediate (orta)

9-14 – Elementary (baza səviyyəsi) 15-22 – Pre-intermediate (ortadan aşağı səviyyə) 31-35 – Upper-intermediate (ortadan yuxarı) 36-40 – Advanced (inkişaf etmiş)



Vol. 08 Mарт 2017

Первый в Азербайджане журнал об образовании

Учёба за рубежом

Главы государств и их образование

>

UK vs USA

>

Институты мирового масштаба


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.