Azeri Student issue #7

Page 1











8 #7, 2016

AzeriStudent şirkəti 2008-ci ildən başlayraq, azərbaycanın məktəbli və tələbələrinə xaricdə təhsil almaqda yardım edir: biz onların tələbatlarına uyğun təhsil müəssisəsini seçir, sənədlərin toplanması işində məsləhət verir, xarici ölkələrə sorğu göndərir, universitetlərlə əlaqə yaradır, vizanın alınmasında yardım göstərir və oxuyacağı ölkədə yaşayış yerinin təşkil edilməsi ilə məşğul oluruq. Bununla belə, şirkətimizin xidmətləri tələbələrin özləri üçün tamamilə ödənişsizdir. Hətta, tələbənin xaricdə təhsil aldığı müddətdə, onun Azərbaycana qayıtdığı zamana qədər biz ona dəstək olur, yarana biləcək suallarını cavablandırır və məsləhət veririk.

SİZİN ÜÇÜN XARİCDƏ TƏHSİL! ABŞ, Böyük Britaniya, İsveçrənin ali məktəblərində təhsil gənclərin qarşısında bütün qapıları açır. Bu iri beynəlxalq şirkət də ola bilər, bank da, tanınmış brend də. Bu təhsil çoxlarımız üçün əlçatan və azaddır.

Bizim xidmətlərimizdən hal-hazırda ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya, Malta, İsveçrə, Yeni Zellandiya, İspaniya, İtaliya, Almaniya, Çin və Fransada təhsil alan 2000-dən artıq tələbə faydalanmışdır. İndi həmin xarici ölkələrdə ali təhsil almış, bizim vasitəmizlə “həyat vizası” qazanmış məzunlar Azərbaycanın və xaricin iri şirkətlərində nüfuzlu mövqelərdə çalışırlar. Sizin arzularınızı reallaşdırarkən, biz kiçik qələbəmizi qeyd edirik! Hər zaman sizin suallarınızı cavablandırmağa hazırıq! Zəng edin, yazın və ya birbaşa ofisimizə gəlin. Hörmətlə, AzeriStudent şirkətinin baş direktoru Rasim ALLAHVERDİYEV

Buraxıcı redaktor Səbinə Quliyeva / Azərbaycan versiyasının redaktoru Aytən Ələkbərova Dizayner Ruslan Fazlulov, Teymur Məhəmmədxanov / Marketinq meneceri Anar Seyfaddin



#7 YANVAR 2016

14

XARİCDƏ MƏKTƏB

18

XARİCİ MƏKTƏBLƏRİN MARAQLI XÜSUSİYYƏTLƏRİ

20

TƏLƏBƏLƏR ÜÇÜN PRE FOUNDATION

22

HOLLANDİYADA TƏHSİLİN ÜSTÜNLÜKLƏRİ

24

CƏRRAH – ÇƏTİN AMMA NÜFUZLU PEŞƏ!

28

5 ƏN YAXŞI TİBB UNİVERSİTETİ

29

ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN REYTİNQİ: NƏ? HARDA? NƏ ZAMAN?

30

DÜNYANIN 10 ƏN QEYRİ-ADİ PEŞƏSİ

34

YENİ ÜFÜQLƏR

38

DÜNYA ƏTRAFINDA SƏYAHƏT

44

DÜNYANIN ƏN VARLILARI VƏ ONLARIN TƏHSİLLƏRİ

50

İKİNCİ TƏHSİL BİZƏ NƏ VERİR?



54

İMTAHANA NECƏ TEZ HAZIRLAŞMAQ OLAR

56

İŞ MƏKTUBLAR NECƏ YAZILMALIDIR?

60

DİPLOMLU DİZAYNER

62

İNGİLİSİ DİLİNİN SİRLƏRİ

64

DO YOU SPEAK ENGLISH?

66

YADDAŞI NECƏ YAXŞILAŞDIRMAQ OLAR?

70

DÜNYA KİTABXANALARI

74

ƏN QƏDİM UNİVERSİTETLƏR

82

ƏN GƏNC TƏLƏBƏLƏR

88

ƏN TƏHSİLLİ ÖLKƏLƏR

90

QADINIAR VS KİŞİLƏR

92

TƏHSİLLİ YUMOR

93

İNGİLİS YUMORU

94

İSVEÇRƏNİ SEÇMƏK ÜÇÜN 3 SƏBƏB



#7, 2016

14

Xaricd məktəb


Özəl yatılı məktəb elə bir təhsil müəssisəsidir ki, burda şagirdlər nəinki oxuyur, həm də müəllimlərlə birlikdə yaşayırlar.

15

İlk pansion-məktəblər orta əsrlərdə İngiltərədə yarandılmışdır. Onlar Oksford və Kembric universitetlərinin misalında təsis edilir və 19-cu əsrə qədər belə məktəblərdə əsasən, kilsə xadimləri dərs deyirdilər. Aristokrat ailələrdə evdə təhsil uzun müddət norma olaraq qalsa da, 16-cı ərsdən sonra gənc və yeniyetmə oğlanların, sosial sinfi mənsubiyyətlərində asılı olmayaraq, kollektivdə təhsil almalı olduqları fikri getdikcə yayılmağa başladı. Yatılı məktəblərin şagirdləri lazım olan hər bir şeylə təchiz olunmuş otaqlarda yaşayırlar. Məktəbdən asılı olaraq, bir otaqda yaşayan şagirdlərin sayı dəyişə bilər. Lakin buna baxmayaraq, hər bir tələbənin “şəxsi ərazisi” mövcuddur. Buraya onun yatağı, masası və açarla bağlanan şkafı aiddir. Ənənəvi britaniya məktəblərində dərslər, hər birində 12 həftə olmaqla, 3 trimestr keçirilir. Trimestrlərin arasında isə tətillər (milad və pasxa – iki həftə, yay – iki aya yaxın) olur ki, bu zaman tələbələr evlərinə qayıdırlar. Bundan başqa, hər bir trimestrin ortasında bir neçə günlük kiçik (halfterm) tətillər olur.


#7, 2016

16 Pansion məktəblər, xüsusilə də şəhərdən kənarda yerləşən yatılı məktəblər şagirdlər üçün tamamilə təhlükəsiz məkandır. Burada uşaqlar böyük şəhərin tozlu havası, səs-küylü küçələri və cazibəsindən uzaqda yaşayırlar. Onlar aralarında yüksək mədəni münasibətlər və qarşılıqlı yardım şəraitində təhsil alırlar. Böyük Britaniyada şagirdlərin sağlamlıq və təhlükəsizliyinə nəzarət edən xüsusi idarə (Social Care Inspection) mövcuddur. Bu təşkilat mütəmade olaraq məktəbləri gəzərək, onların 53 standarta uyğunluğunu yoxlayır. Xarici tələbələrin Böyük Britaniyada nömrə1 seçimləri – Bellerbys College-dir. Hər il daha çox əcnəbi tələbə Bellerbys College-i başqa özəl məktəblərdən üstün tutur. Bu kollec Financial Times Secondary School ranking reytinqinə görə Britaniyanın beynəlxalq məktəbləri arasında birinci yeri tutur. Bellerbys College bütün beynəlxalq kolleclər arasında ən geniş təhsil proqramı təklif edir. İxtisaslaşmış kolleclərdə təhsil seçilmiş fənlər üzrə daha dərin biliklər əldə etməyə, bir şəxsiyyət kimi formalaşmağa və müstəqil düşüncə tərzinin inkişafına yardım göstərir ki, bu xüsusiyyətlər aparıcı ali təhsil ocaqları və işə götürənlər tərəfindən yüksək qiymətləndirilir. Bellerbys College 13 yaşından başlayaraq uşaqları qəbul edir və onlara aşağıdakı proqramları təklif edir:


Bellerbys College Britaniyadakı əcnəbi tələbələrin №1 seçimi

Bellerbys College bütün beynəlxalq kolleclər arasında ən geniş təhsil proqramı təklif edir.

GCSE (General Certificate of Secondary Education) – tələbələr Britaniya attestatı alırlar, bundan sonar onlar Foundation və ya A-level-ə qəbul oluna bilərlər. Foundation course – universitetin 1-ci kursuna hazırllıq ili. A-level course – universitetin 1-ci kursuna iki illik hazırlıq.

Bundan başqa, İsveçrənin pansion-məktəbləri də dünyada məşhurdur. Onların ən nüfuzlularından biri isə əsası 1960-cı ildə qoyulmuş və Cenevrədə yaşayan diplomat və biznesmenlərin uşaqlarının təhsil alması üçün nəzərdə tutulan College Du Leman özəl məktəbidir. Bu gün həmin məktəbdə dünyanın dörd bir yanından tələbələr təhsil alırlar. College Du Leman-da təhsil bir neçə pillədən ibarətdir: ibtidai məktəb (6-10 yaş), orta məktəb (11-13 yaş), yüksək məktəb (1417 yaş), universitetə hazırlıq ili (18 yaş). Hər il College Du Leman-ın yüzdən artıq tələbəsi Stanford, Harvard, Yale, Oxford və Cambridge kimi dünyanın ən nüfuzlu universitetlərinə qəbul olunurlar.

17


18

XARİCİ MƏKTƏBLƏRİN

#7, 2016

MARAQLI XÜSUSİYYƏTLƏRİ

Çexiya Çexiya məktəblərində tətil ildə iki dəfə olur – qışda və yayda. Yay tətili cəmi 2 ay davam edir. Bu ölkədə məktəblilər 1-5 arası qiymətlər alır. Özü də 1 ən yaxşı, 5 isə ən pis qiymət hesab edilir.

İsveç İsveç məktəblərində isə müdir xüsusi istedadlı şagirdi ilin ortasında belə bir sinifdən növbəti sinifə keçirə bilər.

Yaponiya

Yaponiyada tədris ili 3 trimestrə bölünüb və aprelin əvvəlində başlayır. İlk trimestr iyunun 20-də sona çatır və şagirdlər yay tətilinə gedirlər. Sentyabrın 1-də isə ikinci trimestr başlayır. Yanvardan marta qədər isə üçüncü trimestr davam edir. Bir sinifdən digərinə şagirdlər yaz tətili (1 həftəlik) zamanı keçirlər.


Norveç Norveçdə isə 8-ci sinifə qədər “qiymət” anlayışı tətbiq edilmir.

Amerika Amerikada isə uşağı məktəbə getməyən valideynlər məsuliyyətə cəlb olunurlar.

Çin

Finlandiyada şagird dərsə cavab vermək arzusu bildirməsə, müəllim onu lövhəyə çağıra bilməz. Sinif yoldaşlarının yanında uşağın zəif biliklərini nümayiş etdirmək bu məktəblərdə yolverilməzdir. Həmçinin, finlandiyalı şagirdlər ilin fəslindən asılı olmayaraq, hər tənəffüs zamanı həyətə çıxırlar.

Yunan Yunan ali məktəblərində tələbələrə o qədər imtiyaz verilir ki, onlar təhsillərini 30 ilə qədər uzadırlar. Burada təhsil tamamilə pulsuzdur, tələbələrə pulsuz olaraq tibbi xidmət, qidalanma, gediş haqqı və başqa xərclərə güzəştlər təqdim edilir.

19

Çin universitetlərində qoşa saat cəmi 40 dəqiqə davam edir. Çin məktəblərində qış tətili dekabrdan fevrala qədər davam edir. Bu zaman ölkədə yeni il qeyd edilir.

Finlandiyada


#7, 2016

20 Sentyabr ayından başlayaraq, Azeri Student şirkəti tələbələrə inanılmaz maraqlı bir layihə təqdim edir. Azərbaycanda hələ analoqu olmayan, xarici universitetlərə qəbul olunmaq və orada problemsiz və sərbəst şəkildə təhsil almaq üçün yeni tədris proqramı – Pre Foundation mərkəzimizin müəllimləri tərəfindən işlənib hazırlanmışdır.


PRE FOUNDATION PROQRAMI NƏ ÜÇÜN LAZIMDIR? Avropanın və Amerikanın nüfuzlu universitetlərində təhsil almaq istəyən tələbələr çox zaman artıq təhsillərinin ilk ilində böyük problemlərlə rastlaşırlar. Tədrisin tamamilə ingilis dilində olması, xarici təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasındakı fərq, tələbələrimizin ingilis dilində kritik düşüncə bacarıqlarının olmaması onlara bu sistemə tam uyğunlaşmağa mane olur və tələbələr tək başına bu çətinliklərin öhdəsindən gələ bilmirlər. Pre Foundation proqramı məhz belə halların qarşısını almaq və tələbələri xaricdə müstəqil təhsilə tam hazırlamaq üçün tətbiq edilir. Mərkəzimizin müəllimləri tələbələrə təhsilin ilk ilində lazım olacaq bütün fənləri ingilis dilində tədris edir, o cümlədən, universitetə qəbul olmaq üçün tələb olunan İELTS imtahanı üçün tələbələri hazırlayırlar. Beləliklə, Pre-Foundation proqramında təhsil alan tələbə asanlıqla arzuladığı universitetə qəbul olunur və ilk gündən başlayaraq, yoldaşlarından geri qalmır və təhsilindən həzz alır.

PRE FOUNDATION PROQRAMINA KİM QATILA BİLƏR? Xaricdə təhsil almaq qərarını almış 9,10,11-ci sinif şagirdləri proqramımıza qoşula bilərlər. Əgər siz təhsil alacağınız universiteti seçməkdə çətinlik çəkirsinizsə, proqramın xidmət çərçivəsində mərkəzimizin məsləhətçiləri sizə bu işdə yardımçı olacaqlar. Bundan başqa, qəbul olunduqdan sonra tələb olunan bütün sənədləşmə işləri şirkətimiz tərəfindən həyata keçiriləcəkdir. Odur ki, gələcəyinizi bizə etibar etsəniz, eyni zamanda bir neçə problemdən qurtulmuş olacaqsınız. Valideynlər Pre Foundation proqramı haqqında almaq istədikləri bütün məlumatı bizimlə əlaqə saxlayaraq, öyrənə bilərlər.

21

Bizimlə əlaqə: +99450 512 28 28 +99455 512 28 12 +99412 488 66 78 info@AzeriStudent.az Azure Business Centre Bakı, Nobel pr-ti, 15, ofis 135


22 #7, 2016

HOLLANDİYADA TƏHSİLİN ÜSTÜNLÜKLƏRİ

Hollandiya dünyaya Rembrantı, külək dəyirmanlarını, delft keramikasını və zanbaq güllərini bəxş edib. Bu ölkənin şəhərləri əsl beynəlxalq mərkəz hesab oluna bilər. Bu gün Avropanın mərkəzində yerləşən və rəsmi dili Holland (Niderland) dili olan bu ölkədə yüzlərlə millətin nümayəndəsi məskunlaşıb. Odur ki, ölkə əhalisi asanlıqla ingilis dilində ünsiyyət qurur.


BƏS HOLLANDIYADA TƏHSILIN ÜSTÜNLÜKLƏRI NƏDIR? 1. İngilis dilində təhsil almaq imkanı Hollandiya – Avropanın ürəyi, onun mədəni, ticarət və elmi mərkəzidir. Bu, tacirlərin və səyahətçilərin vətənidir. Bundan başqa, hollandiyalı alimlər dünyada öz elmi nailiyyətləri ilə tanınırlar. Bu səbəbdən də, Hollandiya dünyada və kontinental Avropada ali təhsil sahəsində novator ideyaların müəllifi kimi məşhurdur. Keçən əsrin əvvəlindən başlayaraq, ölkə universitetləri bakalavr, magistratura və aspirantura proqramlarını ingilis dilində tədris etməyə başlayıb. 2. Diplom bütün dünyada tanınır Bir çox elmi kəşflərə şahidlik etmiş hollandiya universitetləri öz akademik ənənələri ilə məşhurdurlar. Onların müasir texnologiyaya uyğun təchiz olunmuş elmi bazaları hər sahədə tədqiqat aparmağa və uğurlu elmi iş yazmağa zəmanət yaradır. Hollandiyanın ali təhsili dünya standartlarına tam uyğundur. Odur ki, bu ölkənin universitetlərinin nüfuzu dünya boyu olduqca yüksəkdir. Niderland universitetlərinin diplomu ilə nəinki böyük şirkətlərdə işə düzəlmək, hətta öz şəxsi biznesini də açmaq mümkündür. 3. Müasir təhsil sistemi Niderland universitetləri daim daha öndəgedən tədris metodlarının axtarışlarındadırlar. Bunun bariz nümunəsi Hollandiyada kəşf edilmiş Problem-Based Learning metodudur. Bu metod keçən əsrin ortalarında məhz Niderlandda tətbiq edilməyə başlamışdır. Problem-Based Learning metodunun sayəsində tələbələr öz daxili istedadlarını daha asanlıqla

aşkara çıxarır və istənilən problemin öhtəsindən gələ biləcək, kreativ düşüncəli mütəxəssislərə çevrilirlər. Bundan başqa, Hollandiya universitetləri tez-tez qrantlar vermək üçün müxtəlif biznes mesabiqələri təşkil edirlər. Ona görə də, Hollandiya ali təhsil müəssisələrində təhsil tələbələrin dünya görüşünü genişləndirir və onların professional özünəməxsusluqlarını inkişaf etdirmiş olur. 4. Beynəlxalq mühit Hollandiyaya dünyanın hər tərəfindən tələbələr gəlir. Universitet və tədris proqramından asılı olaraq, beynəlxalq tələbələr 40-50% təşkil edir. Bu isə nəinki müxtəlif dillərə yiyələnməyə, həmçinin müxtəlif ölkələrin adət-ənənələri ilə tanış olmaq və beynəlxalq ab-havada təhsil almaq imkanı yaradır. Tarix boyu hollandlar dünyanın bir çox ölkələri ilə ticarət əlaqələri qurmuşlar. Odur ki, ölkə əhalisi də beynəlxalq inteqrasiyaya daha açıqdır. Əhalinin 95%-i ingilis dilində sərbəst danışır.

Əhalinin

95%

ingilis dilində sərbəst danışır

Təqribən

€18 min bir illik təhsil, sığorta və qidalama da daxil olmaqla

5. Adekvat qiymətlər Başqa ölkələrə nisbətən, Niderlandda təhsil haqqı və yaşayış məsrəfləri daha aşağıdır. Bu ölkədə bir illik təhsil, sığorta və qidalama da daxil olmaqla, təqribən 18 min avroya başa gəlir. Bakalavr proqramı üzrə təhsilin qiyməti ildə 5-8 min, magistr proqramında isə 7-8 min avro təşkil edir. Bundan başqa, bir çox hollandiya universitetləri xarici tələbələrə müxtəlif təqaüdlər təklif edirlər. Bəzən bu təqaüdlər nəinki təhsilhaqqını, hətta digər xərcləri də qarşılaya bilir.

23


#7, 2016

24


CƏRRAH – ÇƏTİN AMMA NÜFUZLU PEŞƏ! CƏRRAH PEŞƏSİ tibb sahəsinin ən çətin peşələrindəndir. Onu ancaq ürəyin səsini dinləməklə seçmək olar. Hər kəs cərrah işləyə bilməz. Artıq bir neçə əməliyyatda olmuş tələbələr bunu dərk etməyə başlayırlar. Birinci kursdan cərrah olmağa qərar vermiş gənclərin çoxu artıq 4-cü kursda fikirlərini dəyişərək, daha sakit ixtisaslara üstünlük verirlər. 35 nəfərlik kursdan sadəcə 1-2 nəfər cərrah olaraq ordinaturaya daxil olur. Eyni zamanda, cərrah peşəsinə hər zaman ehtiyac var – onsuz heç bir poliklinika və ya xəstəxananı təsəvvür etmək mümkün deyil. Onlar çıxıqları düzəldir, sınıqları “təmir edir”, şişləri kəsir, appedisitləri çıxarır və ixtisaslarından asılı olaraq, bir çox başqa əməliyyatları yerinə yetirirlər. Bu həkimlərin əməyinin nəticəsi həqiqətən də, hiss olunan və aşkardır.

E

İ İL ALİ MƏ TƏ

Ə

25

Universitetlərdə “cərrah” ixtisası yoxdur, əvəzində isə “müalicə işi” fakültəsi var. Birinci kursdan üçüncü kursa kimi tələbələrə ümumi tibbi biliklər verilir (həmçinin, cərrahiyyə), dördüncü kursda isə ixtisas fənləri keçilməyə başlanır. Lakin universiteti bitirmək son mərhələ deyil. Əgər tələbə hələ də taleyini cərrahiyyə ilə bağlamaq niyyətindədirsə, o, diplomdan sonrakı təhsil almalıdır. Ali məktəbdəki altı illik təhsilə iki il ordinatura (və ya bir il internatura) təhsili əlavə olunur. Ordinaturaya əlaçı tələbələr qəbul olunur, intenatura isə daha zəif oxuyan tələbələr üçün nəzərdə tutulub. Düzdür, indi ordinaturaya qiymətlərindən asılı olamayaraq, hamı qəbul oluna bilər, lakin ödənişli əsaslarda. Məsələ burasındadır ki, belə mütəxəssis kimə lazımdır və o özünə iş tapa biləcəkmi?


26 #7, 2016

“Müalicə işi” fakültəsində oxumaq çətindir: müəllimlər ciddi tələb edir, güzəştə getmirlər – sizin bilik və bacarıqlarınızdan insan həyatı asılıdır. Öyrənəcəyiniz fənlər də asan deyil.

NƏZƏRİYYƏDƏN TƏCRÜBƏYƏ

KARYERANI NECƏ QURMAQ OLAR

İstənilən əməliyyat komanda əməyidir: cərrah, onun assistenti, tibb bacısı və anestezioloqun. Bəzən əməliyyat bir neçə saat çəkə bilir. Səhəri gün cərrah mütləq xəstəsinə baş çəkməli, sarğısını dəyişməli, növbətçi həkimlə onun gələcək müalicəsini razılaşdırmalıdır. Odur ki, cərrahın beş günlük iş rejiminin (növbələri nəzərə almasaq) olmasına baxmayaraq, şənbə və hətta bazar günləri də işə çıxması adi haldır. “Müalicə işi” fakültəsində oxumaq çətindir: müəllimlər ciddi tələb edir, güzəştə getmirlər – sizin bilik və bacarıqlarınızdan insan həyatı asılıdır. Öyrənəcəyiniz fənlər də asan deyil. “Müalicə işi”-nin üç nəhəng ixtisası – terapiya, cərrahiyyə, mama-ginekologiyadır. Bu fənlərə ən çox dərs saatı ayrılır. Bunlardan başqa anatomiya, farmakologiya, fiziologiya və s. kimi fənlərin öyrənilməsi də sizin çox vaxtınızı aparacaq. Məlumatın həcmi olduqca böyükdür və tibb tələbəsi öz vaxtını dəqiq bölməlidir ki, bütün fənləri mənimsəyə bilsin. Bəzən isə, hətta savadlı tələbələr də çətin vəziyyətə düşə bilirlər. Bir dəfə dərsinə hazırlaşmasan, qeyri-kafi alacaqsan. Onu düzəltmək üçün isə zaman tələb olunur. Dərslər isə üst-üstə yığılaraq, qar topası kimi böyümək xüsusiyyətinə malikdirlər. Universitet auditoriyaları, kitab və dəftərlərdən başqa, tələbələri xəstəxana palatalarında iş gözləyir. Onlar şpris və başqa tibbi alətlərlə çalışmağı öyrənməlidirlər. Əgər sən əməliyyatın ancaq adını eşitmisənsə, sən necə həkim olacaqsan? Burada nəinki baxmaq, həm də iştirak etmək vacibdir. Deyirlər ki, qan görəndə huşunu itirən adam cərrah işləyə bilməz. Əslində isə, soyuqqanlılıq – adətdir. Hətta ən təcrübəli cərrahların belə tələbəlik illərində əməliyyat zamanı əhvallarının dəyişməsi adi haldır. Təcrübəni tələbələr, bir qayda olaraq, şəhər xəstəxanalarında keçirlər. Hər bir klinikada təcrübə keçən gənclər üçün iş tapılır – kiçik tibb personalına hər zaman ehtiyac var. Gənc cərrahın ilk əməliyyatları təcrübəli həkimlərin rəhbərliyi altında keçir. Kimdəsə bu, artıq üçüncü kursda baş verir, kimdəsə – ordinatura illərində. Hər şey sizə rəhbərlik edən cərrahdan asılıdır. Onun sizə neştəri nə zaman həvalə edə biləcəyi onun məsuliyyəti altındadır.

Poliklinikada cərrah işləmək olar, amma bu zaman siz xəstəni yalnız müayinə edəcək, ciddi vəziyyətlər zamanı isə stasionara (xəstəxanaya) göndərəcəksiniz. Stasionarda isə həqiqətən də cərrah olmaq istəyənlər çalışır. Burada əməliyyat çoxdur və siz tələb olunan təcrübəni toplaya biləcəksiniz. Eyni zamanda, sizin bacarığınız da getdikcə artacaq: ümumi cərrah, ikinci, birinci və nəhayət ən yüksək səviyyəli ixtisaslaşmış cərrah olacaqsını. Cərrahiyyədə dar ixtisaslar çoxdur: – Ümumi cərrahiyyə (qarın boşluğu orqanlarının əməliyyatları) – Ürək-damar cərrahiyyəsi (ürək və damarlarda əməliyyatlar) – Torakal cərrahiyyə (döş qəfəsi orqanlarında əməliyyatlar) – Neyrocərrahiyyə (baş beyin və onurğa beynində əməliyyatlar)

– Onkocərrahiyyə (bədxassəli şişlərin əməliyyatı) – Abdominal cərrahiyyə (qarın boşluğu orqanlarında əməliyyatlar). Cərrahlar artıq ordinatura zamanı ixtisas seçimi edirlər. Laklin hər hansı bir dar ixtisas üzrə mütəxəssis olmaq üçün ümumi tibb diplomuna sahib olmaq vacibdir.



#7, 2016

28

ƏN YAXŞI TİBB UNİVERSİTETİ Adətən, tibb kadrlarının yetişdirilməsi sahəsində ABŞ lider hesab olunur. Sizə Amerikanın ən yaxşı tibb təhsili verən 5 ali təhsil müəssisəni təqdim edirik.

1

University of Vermont – Vermont ştatı, Berlinqton.

2

James Madison University – Virciniya ştatı, Harrisonburq.

3

Kansas University – Kanzas ştatı, Lorens. Burada ən böyük onkoloji mərkəz yerləşir.

4

St George’s University – Qrenada, Sent-Corces.

5

University of Central Florida – Florida ştatı, Orlando.


Ali Təhsil Müəssisələrinin Reytinqi:

Nə? Harda? Nə zaman?

Reytinqlər, reytinqlər, top-10... Virtual məkanda bu və ya digər təhsil müəssisələrinin qiymətləndirilməsinə tez-tez rast gəlmək olar. Ali təhsil ocaqlarının reytinqləri nəyə lazımdır? Hansı universitetin daha çox maraq doğurduğu və hansının diplomunun gələcəkdə bizi uğura aparacağını müəyyən etmək üçün. Kollec və universitetlərin sıralanması – müxtəlif faktorların nəzərə alınması ilə ali təhsil ocaqlarının reytinqinin qurulmasıdır. Bu sıralama jurnallar, qəzetlər, saytlar, hakimiyyət və elm adamları tərəfindən aparılır. Təhsil müəssisələrinin reytinqindən başqa, ayrı-ayrı tədris proqramlarının, fakültələrin və məktəblərin də reytinqi mövcuddur. Reytinqlərin tərtibi zamanı elmi nailiyyətlər və kəşflər, maddi şərait, tələbələrin seçimi, son qiymət göstəriciləri, demoqrafik vəziyyət və başqa kriteriyalar nəzərə alınır. Bu informasiya çoxluğunda əsas məsələ – istiqamətin düzgün seçilməsidir. Biz isə sizə qiymətləndirilməsi maksimal effektivliyə malik olan üç reytinqi təklif edirik.

THE ACADEMIC RANKING OF WORLD UNIVERSITIES (ARWU) İlk dəfə bu reytinq Şanxayın Tzao Tun Universiteti tərəfindən tərtib edilmişdir və 2003-cü ildən bəri hər il dərc olunur. Bu reytinq ilk universitet reytinqlərindən hesab edilir. Bu gün reytinq xüsusi şirkət – Shanghai Ranking Consultancy tərəfindən dəstəklənir. Bu reytinqin yüksək qiymətləndirilməsi onun ardıcıllığı və şəffaflığı sayəsində

əldə olunmuşdur. ARWU sorğulara və məktəb materialına əsaslanmır. Göstəricilər nəşrlər haqqında kəmiyyət və keyfiyyət məlumatları əsasında hesablanır və müəllim heyətinin keyfiyyətini və universitetin tədqiqat potensialını xarakterizə edir. Bu, ümumi qiymətin 60%-ni təşkil edir. Bu meyarların sırasında – universitetin əməkdaşları arasında nüfuzlu alimlərin olması, son beş ildə Nature və Science jurnallarında dərc edilən məqalələrin sayı, Science Citation Index Expanded və Social Science Citation Index elmi istinadlar indeksinə daxil olmuş məqalələrin sayı var. Bu göstəricilər Web of Science verilənlər bazasında hesablanır. Başqa meyarlara isə Nobel mükafatı və riyaziyyatdan Fildsov mükafatının sahiblərinin sayı aiddir.

alimlər və akademiklər tərəfindən toplanmış ekspert nəticələrindən istifadə edir. Bu qiymətləndirmələr universitetə verilən ümumi qiymətin 40 və 10%-ni təşkil edir. QS reytinqi universitetin elmi fəaliyyətini Scopus məlumat bazasındakı istinadların sayına, müəllim və tələbələrin sayının nisbəti, beynəlxalq əməkdaşların və tələblərin sayına əsaslanır. İstinadlar və müəllim-tələbə sayının nisbəti ümumi qiymətləndirmənin 20%-ni təşkil edir. Beynəlxalq əməkdaşlar və tələbələr haqda məlumatların isə hər biri 5% hesab edilir.

THE GUARDIAN

QS DÜNYA UNİVERSİTET REYTİNQİ Dünyanın ən yaxşı universitetlərinin reytinqi Quacquarelli Symonds tərəfindən təqdim edilir və 2004-cü ildən dərc olunur. 2011-ci ildə 712 universitetin qiymətləndirilməsi aparılmışdır. Reytinq

29

Bu, Britaniyada dərc olunan, 1821-ci ildə təsis edilmiş gündəlik qəzetdir. Qəzetin saytı isə Britaniya qəzetlərinin saytları arasında ən çox ziyarət olunandır. Hər il The Guardian ən yaxşı ali təhsil məktəblərinin reytinqini tərtib edir. Məşhur saytın qiymətləndirmə üçün istifadə etdiyi meyarlar olduqca genişdir: tələbələrin proqramdan razılıqlarından tutmuş, tədris, personal və məzunların ilk 6 ayda karyera yüksəlişinə qədər.


30 #7, 2016

DÜNYANIN ƏN QEYRİ-ADI PEŞƏSİ Əksər hallarda, biz oxuyur, ali məktəbə qəbul olur və özümüzə maraqlı olan və ya dövrümüzün ən nüfuzlu hesab edilən ixtisaslarına yiyələnirik. Lakin dünyada elə insanlara var ki, onların olduqca qeyri-adi peşələri var və onların peşələrinə tələbat çox yüksəkdir. Bu da dünyanın ən qəribə 10 sənətinin siyahısı.

“HİND QOZU” MÜHƏNDİSİ Sent Tomas adasında (Virginiya adaları), Ritz-Carlton otelində təhlükəsizlik texnikası üzrə “hind qozu” mühəndisi çalışır. Onun peşəsi ağaclardan düşən hind qozlarının qonaqların istirahətinə mane olmamasına nəzarət etməkdən ibarətdir.

PİNQVİN QALDIRAN Çox lazımlı və nadir peşədir. Dünyada cəmi iki belə insan var! Siz də belə soyuq, şaxtalı iqlimdə il boyu, istirahətsiz işləməyə cəhd edərsiz? Bu insanlar qarın içində bataraq hərəkət etməli olurlar. Pinqvinlərə nə var ki? Onlara soyuq deyil. İnsanlar isə bu

balaca heyvanları ölümdən qurtarmaq üçün donmağa hazırdırlar. Bu sizin üçün ofis masasında bir qalaq vərəq deyil. Bəzi pinqvinlər olduqca tərs, bəziləri isə kifayət qədər ağırdırlar. Amma dostumuzu qarnı üstə çevirmək kifayətdir ki... hər şey hazırdır!


HEYVAN OVÇUSU Sürix aeroportunda ovçular çalışır. Onlar sərnişinlərin qaçmış heyvan və quşlarını tuturlar.

MEYMUN QOVAN Hindistanda Amanbagh otelində meymunqovan çalışır. O, zəhlətökən primatları otelin qonaqlarına yaxınlaşmağa qomur.

ÖRDƏK TƏLİMÇİSİ Memfisdə (ABŞ) Peabody otelində xüsusi ördək məşqçisi mövcuddur. Onun işi ördəklərin otel boyu (damından fəvvarəsinə kimi) təmtəraqlı yürüşünü təşkil etməkdir.

MUZDLU QOHUM Çində əgər hər hansı bir ciddi insan toy və ya ziyafət təşkil edir və bunun üçün onun kifayət qədər qohumu yoxdursa, onlar muzdlu qohum və ya dost xidməti təklif edən rəsmi təşkilatara müraciət edirlər. Bununla da onlar tanışlarının gözlərində öz nüfuzlarını qaldırmış olurlar.

KANALİZASİYA GİDİ Parisin kanalizasiya sisteminin xüsusi gidi var. Onun gördüyü iş elə adından məlumdur.

KAP-TESTER Qəhvə həvəskarları yəqin ki, bu vacib peşə haqqında eşidiblər. Bu, qəhvə dənələrini seçən professional işçidir. O, yalnız bir cür dənlərdə ibarət “təmiz” qəhvə növlərini müxtəlif qarışıqlardan fərqləndirməyi, çoxsaylı dad çalarlarını, ətirləri və hətta gözəyar olaraq, qəhvənin

LEGO MÜTƏXƏSSİSİ

TURİST ELÇİSİ Yaponların möhtəşəm kəşflərindən biri də turist səfiri peşəsidir. Bu səfirlər öz ölkələrinin təbliğatını aparmaqla, ora daha çox turist cəlb edirlər.

31

LEGOLAND şirkətində (Karlsbad, Kaliforniya) LEGO yığmaq üzrə mütəxəssis peşəsi var. Bu insanlar konstruktorun hissələrindən böyük landşaftlar qura bilirlər.

gətirildiyi ölkəni müəyyən etməyi bacarır. Bu bacarıqlar olduqca nadirdir, daimi məşqlər və xüsusi pəhriz tələb edir. Kaptesterlər qətiyyən siqaret çəkməməli, qidalarında ədviyyatdan istifadə etməməli, spirtli içki içməməlidirlər. Əks halda, onlar bu istedadlarını itirə bilərlər.


INTO University Partnerships www.intohigher.com

NTO University Partnerships is a rapidly growing network of university-based study centers, offering new and higher quality standards of preparation for undergraduate and postgraduate study in the UK and USA on the basis of the following universities: UK University of East Anglia, University of Exeter, Newcastle University (campuses in Newcastle and London), University of Manchester, City University London, Queen’s University Belfast, Glasgow Caledonian University, St George’s University of London, Manchester Metropolitan University, University of Gloucestershire, University of Stirling (campuses in Stirling and London) INTO Programs in the UK Foundation – a program for school graduates, which leads to the entry to the 1st year of undergraduate degree A-levels – getting a UK certificate of full secondary education Diploma – equivalent of the 1st year of UK undergraduate degree, the course enables students to transfer from the university in their country to UK university. Graduate Diploma – a program for university graduates, which leads to the entry to Master’s degree Pre-Sessional – a short intensive English language course for those who got the offer from the University English language courses: English for University Study, General English, Summer Schools, IELTS Preparation USA Oregon State University, University of South Florida, Colorado State University, Marshall University, George Mason University, Drew University INTO Programs in the USA Undergraduate Pathway – a course for school graduates, which leads to the entry to the 2nd year of undergraduate degree Graduate Pathway – a course for university graduates, which leads to the entry to Master’s degree English language programs: Academic English, General English, Summer courses We provide academic and language preparation programs for students with different education background and level of English thus enabling you to enter one of the leading universities in UK and USA. Combining the resources of leading universities with major independent investment, INTO Centers deliver a world-class educational and cultural experience for international students, with fast, effective and assured progression to university degree courses. We would like to turn your attention to our PARTNER UNIVERSITIES that are on the State Scholarship and SOCAR scholarship program lists. University of Exeter (Exeter, South West England) – one of the most beautiful campuses in Britain, with access to unbeatable facilities and resources. Exeter is a truly world-class university with over 19,000 students. It is one of the fastest rising universities in the UK and world league tables. Top 1% of universities globally (THE World University Rankings 2013-14), 7th in the UK (The Times and Sunday Times Good University Guide 2015). Top 10 in the UK for 24 subjects in the 2014 league tables. University of Exeter joined the Russell Group in 2012. Leading subjects: Business, Accounting and Finance, Law, Psychology, General Engineering, Politics University of Manchester (Manchester, North-West England) – Manchester is one of the world’s most vibrant and exciting student cities. UoM is the largest campus-based undergraduate university in the UK with around 40,000 students representing 154 nationalities. UoM has gained its global reputation for research and innovation. 25 Nobel Prize laureates come from this university! UoM is a red brick university and a member of the Russell Group of leading British research universities. It is ranked 5th in the UK according to Times Higher Education World Rankings 2014-2015, and 30th in the world (QS World University Rankings 2014/2015). Leading subjects: Petroleum Engineering, Chemical Engineering, Pharmacy and Pharmacology, Psychology, Biological Sciecnes, Computing, Accounting and Finance, Physics and Astronomy Newcastle University (Newcastle upon Tyne, North-East of England) – one of the UK’s leading universities with a thriving international community of almost 22,900 students in three faculties: Humanities and Social Sciences; Medical Sciences, and Science Agriculture and Engineering. Newcastle is a Founder member of the Russell Group, representing 24 of the UK’s most highly respected research-intensive universities. It is ranked 8th in the UK for medical research power, and in the top 12 in the UK for Science and Engineering research power. Ranked joint 22nd out of 123 UK universities (The Times and Sunday Times Good University Guide 2015), top 150 universities in the world (QS World University Rankings 2014/2015). Leading subjects: Art and Design, Architecture, All kinds of Engineering: Electrical, Mechanical, Computing, Marine Law, Finance and Accounting, Politics, Biomedical Sciences


City University London (London, UK) – founded in 1894, one of the best universities in London and UK. City has over 18,000 students (46% at postgraduate level) from more than 150 countries. City is top 5% of world universities according to the Times Higher Education World University Rankings 2015, and 35th in the UK (The Guardian University League Table 2015). Electrical and Electronic Engineering courses at City are ranked in the top 10 in the UK (Guardian University Guide 2016), and its renowned Cass Business School is ranked as the 4th best in the UK and 18th in Europe by the Financial Times European Business School Rankings 2014. Leading subjects: Business studies, Finance and Accounting, Journalism, Media and Communications, Law, Computer Science, Aerospace Engineering, Electronic and Electrical Engineering University of East Anglia (SOCAR Geophysics-Geology specialization only) – located in the historic city of Norwich, East of England. An internationally renowned university with over 15,000 students, based on a distinctive and attractive campus. The university has an international reputation for research and teaching. Top rankings in Science, Business, Environmental Sciences and Pharmacy. Top 1% of higher education institutions in the world (Times Higher Education World Rankings 2013-14), 14th in the UK (Times and Sunday Times Good University Guide 2015 and the Guardian University League Table 2015). Leading subjects: Communication and Media, Geography and Environmental Studies, Economics, Education, Media and Film Studies, Business and Management Studies Oregon State University (Corvallis, Oregon, US) – founded in 1868. The university’s historic campus is located at the heart of Covallis – a vibrant, safe, suburban college town, only 90 minutes away from Portland. OSU has around 30,000 students from all 50 US states and nearly 100 countries. Top 70 universities in the US and Top 150 in the world by Academic Ranking of Worldwide Universities in 2013. OSU is one of only 40 public universities nationwide (out of 1,705 institutions ranked) with the Carnegie Foundation’s Tier 1 Very High Research Activity and Community Engagement designations. The university offers more than 200 undergraduate, graduate and doctoral degree programs. Highly-ranked programs in Engineering, Science, and Business. Colorado State University (SOCAR Geophysics-Geology specialization only) – founded in 1870, located in Fort-Collins (Colorado, US), a suburban college town. CSU consistently ranks as one of the top public schools in the US: #60 “Top Public Schools” in the US (2014 Best Colleges, U.S. News & World Report), #68 in the US and #152 worldwide (Academic Ranking of World Universities 2012). CSU is one of only 40 US universities with both Carnegie Foundation’s Tier 1 Research and Community Engagement designations. Top-ranked nationally in Veterinary Medicine, Business, Engineering, Statistics, Math, Earth Sciences, and Computer Science. Gain PETROLEUM ENGINEERING and OIL AND GAS ENGINEERING degree with INTO

INTO Manchester (UoM/NCUK) – International Foundation in Science and Engineering Progression to BEng Petroleum Engineering in University of Manchester and other NCUK universities INTO London – International Foundation in Science and Engineering Progression to BEng Petroleum Engineering in one of partner universities INTO Glasgow Caledonian University – International Graduate Diploma in Oil and Gas Engineering Progression to MSc Applied Instrumentation and Control, MSc Energy and Environmental Management, MSc International Project Management, or MSc Maintenance Management in Glasgow Caledonian University LLM in the USA with INTO! INTO George Mason University – Graduate Pathway in Master of Laws Accelerated Pathway (1 semester!) leads to a Master of Laws (LLM) degree in either Intellectual Property or Law and Economics at George Mason University. Mason’s School of Law (Arlington, Virginia) is internationally recognized as a leading center of research in law and economics, constitutional political economy, and public choice theory.

INTO can offer its students SCHOLARSHIPS from 1000 GBP to 100%! Please contact your educational counsellors for more information on scholarships available.

LO N D O N

Newcastle University London – a new campus in central London. All degrees are awarded by Newcastle University. The university placed 6th in the UK for overall student satisfaction (National Student Survey 2014) and 10th for overall student experience (Times Higher Student Experience Survey 2015), and one of the UK’s top 10 universities for employability.


#7, 2016

34

YENİ ÜFÜQLƏR Siz hesab edirsiniz ki, ali təhsili yalnız ABŞ və İngiltərədə almaq olar? Sizə 3 ən yaxşı yeni istiqamət təklif edirik. Süni sərhədlər yaratmayın – bütün dünyanın qapıları sizin üzünüzə açıqdır!


AVSTRALİYA MELBURN

Avstraliya – tələbələr üçün sərhədsiz imkanlar ölkəsidir.

– Biznes, hüquq və menecment – Humanitar və ictimai elmlər – Kompüter texnologiyaları və IT – Sağlamlıq haqda elm və ictimai fəaliyyət – Elm, texnologiya və mühəndislik – Elm və psixologiya – Təhsil, təbiətşünaslıq və ekoloji təhsil Öz tələbələri üçün universitet xüsusi yaşayış şəraiti yaratmışdır: uyğunlaşma dövründə psixoloji yardım, ingilis dilinin öyrənilməsində yardım və iş axtarışlarında dəstək. La Trobe University təhsilin beynəlmiləşdirilməsinin tərəfdarı olan təşkilatın (INU) yaradıcısıdır. Tələbələr qlobal təhsil şəbəkəsinə daxil olurlar. Kurslar elə qurulub ki, konkret ixtisasa yiyələnmək üçün lazım olan fənləri seçmək mümkündür. Universitet istehsalla sıx əlaqələr saxlayır, bir çox şirkət, xidmət və təşkilatlarla əməkdaşlıq edir.

35

Bəs siz bilirdinizmi ki, Avstraliyada təhsili bitirdikdən sonra, tələbə vizası ilə iki il müddətində yaşayıb, iş axtarmaq olar? Bəs bilirdinizmi ki, Avstraliya universitetlərinin reytinqi bir çox Amerika və Avropa universitetlərindən yüksəkdir? Bilirdinizmi ki, burada təhsil alan xarici tələbələr məzun olduqdan yarım il ərzində ixtisasları üzrə iş tapırlar? Bu gün biz dünya universistetlərinin top onluğuna daxil olan, Sidney və melburnda kampusları olan La Trobe University haqda danışacağıq. Bu universitetin humanitar fakültəsi dünyanın 30 ən yaxşı humanitar təhsil verən fakültələrindən biridir. Universitet dünyanın 260 ölkəsi ilə elmitədqiqat əlaqələri saxlayır və Avstraliyanın İRU (Innovative Research Universities) təşkilatının üzvüdür. Avstraliyada və bütün dünyada aşağıdakı istiqamətlərdə aparılan tədqiqat işlərinə görə məşhurdur: biznes, siyasət, ədəbiyyat və mədəniyyətdən mühəndislik və kompüter elmlərinə qədər.

FAKÜLTƏLƏR:


36 #7, 2016

İRLANDİYA DUBLİN

İrlandiyada təhsil – Avropa yaxınlığında gözəl təbiətli ada və britaniya təhsil sistemi deməkdir. Bu, ən qədim universitetlər, təhsil zamanı təcrübə keçmək və çalışmaq imkanıdır. Bir çox avropalı tələbələr unudulmaz xatirələr bəxş edən xüsusi atmosferə görə məhz İrlandiyanı seçirlər. İrlandiya təhsilinin lideri, sözsüz ki, Dublin universitetidir. 1592-ci ildə Oksford və Kembric kimi universitetlərin timsalında yaradılmış bu təhsil ocağı Triniti Collec (University of Dublin; Trinity College) kimi tanınır. Oksfordla olan sıx əlaqələr bu günə qədər də zəifləməyib: hər iki məktəb onlarla müasir layihə üzərində çalışır və intensiv olaraq, müəllim və tələbə heyətinin mübadiləsini həyata keçirirlər.

Universitetin dünya şöhrəti qazanmasının səbəbi, 400 illik tarixi boyu burada həyata keçirilən olduqca çoxsaylı dünya səviyyəli kəşflər, professor və tələbələrin humanitar elmlər, mədəniyyət və ədəbiyyat sahəsindəki nailiyyətiləridir. Triniti Kollecin tərkibinə 6 fakültə daxildir: humanitar, filologiya, biznes, iqtisadiyyat və ictimai elmlər, mühəndis işi və kibernetika, tibb və təbiət elmləri. Ən yaxşı tələbələr üçün Triniti kollec hətta ildə 2000 avroluq təqatüd də təklif edir. Təhsil zamanı isə məşhur Triniti təqaüdünü qazanmaq mümkündür. Bu zaman sizin təhsil və qidalanmanızın 50%-ı kollec tərəfindən qarşılanacaq. Ən maraqlısı isə odur ki, İrlandiya hökuməti bu ölkədə bakalavr və ya magistr təhsili alan hər kəsə tələbə vizası ilə bir il yaşayıb, iş axtarmaq icazəsi verir!


İSPANİYA BARSELONA

İNGİLİS DİLİNDƏ ALİ TƏHSİL PROQRAMLARI: BBA – Bachelor of Business Administration BA – Bachelor of Arts in Communication & Public Relations BA – Bachelor of Arts in Leisure & Tourism Management BA – Bachelor of Arts in International Relations BA – Bachelor of Arts in Sports Management BS – Bachelor of Science in Business Finance BS – Bachelor of Science in Digital Media Management BA – Bachelor of Arts in Business & Sustainability Management BA – Bachelor of Arts in Business & Design Management BA – Bachelor of Arts in Family Business Management EBBA – Executive BBA Dual Bachelor Degree with Nichols College (5 semestr EU-də + 2 semestr Nichols College-də)

37

Barselonada Avropanın ən nüfuzlu və yüksək təhsil standartları ilə seçilən biznes məktəblərindən biri olan Avropa Universiteti (European University – EU) yerləşir. Universitet amerika təhsil sistemini avropa təhsil ənənələri ilə birləşdirərək, beynəlxalq biznes məktəbinə çevrilmişdir. 1973-cü ildə təsis edilməsinə baxmayaraq, EU aparici biznes məktəblərindən biridir və güclü professor-müəllim heyətinə sahibdir. Universitet istehsalatla əlaqələrə böyük önəm verir – EU-da qonaq mühazirəçilər qismində tanınmış biznesmenlər və iş adamları çıxış edirlər. Avropa Universitenin kampusları Asiya və Avropanın 10-dan çox ölkəsində yerləşir. Bundan başqa, EU bütün kampusları üçün tədris planını optimallaşdırmışdır və kampuslar arasında daima tələbə mübadiləsi gedir. Bütün təhsil ingilis dilində aparılır. Universitet Amerikanın ACBSP (Association of Collegiate Schools and Programs) və CHEA (Council for Higher Education Accreditation) təşkilatları tələfindən akkreditassiya olunmuşdur. Təhsilin müddəti 3 ildir (hər birində 13 həftə olmaqla, 6 semestr). Tədris ili 2 semestrdən ibarətdir, lakin yay semestrlərində tədrisin hesabına, təhsil müddətini azaltmaq mümkündür.


38

DÜNYA ƏTRAFINDA SƏYAHƏT Bunin yazırdı ki, insanı 3 şey xoşbəxt edir: məhəbbət, maraqlı iş və səyahət etmək imkanı. Bəs əgər siz xaricdə oxuyur və bütün pulunuzu təhsilə xərclədiyinizə görə, səyahətə imkanı qalmırsa, nə etməli? Əslində, bütün dünyanı gəzmək və bu zaman o qədər də çox pul xərcləməmək mümkündür. Bunun, ən azı, 10 üsulu var.


KAUÇSERFİNQ

www.couchsurfing.org saytında qoşula bilərsiniz.

Bu ən iri onlayn qonaq şəbəkəsidir. Layihənin məqsədi mümkün qədər çox insana böyük pul sərfiyyatı etmədən, dünyanın müxtəlif ölkələrinə səyahət etmək imkanı yaratmaqdır. Artıq 246 ölkədən 3 milyona yaxın insan bu gözəl ideya ilə birləşmişdir. Kauçserfinq necə həyata keçirilir? Siz, əvvəlcədən bütün yerdəyişmə variantlarını – loukoster, qatar və ya kirayə avtomobili nəzərdən keçirərək, hər hansı bir ölkəyə yola düşürsünüz. Əvvəlcədən isə www.couchsurfing.org saytında həmin ölkənin sakinlərindən biri ilə gələcəyiniz haqda anlaşırsınız. Həmin insan sizi qarşılayır və öz evində yaşamağa icazə verir. Eyni zamanda, o sizin üçün gəldiyiniz şəhərin gəzməli yerlərinə ekskursiya da təşkil edir. Qısası, kauçserfinqin sayəsində siz, tanımadığınız yerdə adaptasiya üçün güvənə biləcəyiniz yeni dostlar qazanmış olursunuz. Bunların hamısı isə tamamilə pulsuz həyata keçirilir – layihənin əsas qaydası da elə bundan ibarətdir. Əlbəttə, əgər siz yeni dostlarınızı qonaqpərvərliklərinə görə mükafatlandırmaq istəsəniz və onlara hədiyyə təqdim etsəniz, heç kim buna qarşı olmayacaq, axı bunu rüşvət adlandırmaq olmaz.

“TISBAĞA KOMANDALARI” Turtle Teams – bu üsul səyahət etməklə yanaşı, canlı təbiəti qorumaq arzusunda olanlar üçün uyğundur. Dəniz tısabağalarının nəslinin kəsilməsinə qarşı mübarizə aparan insanların dünya boyu şəbəkəsi “Tısabağa komandaları” adlanır. Belə komandada iş xüsusi bacarıq və zəhmət tələb eləmir. Məsələn, sizə müşahidələr aparmağı, təlimlər keçirməyi və ya başqa çətin olmayan işlərlə məşğul olmağı tapşıra bilərlər. Əsas odur ki, siz balaca tısabağaların həyatda qalması üçün əhəmiyyətli töhfə vermiş olacaqsınız. “Tısbağa komandalarının” əsas fəaliyyət zonası Karib dənizi, Atlantik və Sakit okeanıdır.

Bu yerləri çoxdan görmək arzusundasınız? O zaman www.seaturtles.org saytına daxil olun və çemodanlarınızı yığmağa başlayın.

“KÖNÜLLÜ TƏBİƏT QORUYUCULARI”

39

Əgər adı çəkilən layihə sizi maraqlandırdısa, ona

Conservation Volunteers – ətraf mühitə fayda ilə səyahət etməyin daha bir yoludur. Könüllü təbiət qoruyucuları – bu təşkilat ekoturizmin inkişafını əsas məqsədinə çevirmişdir və təbiəti


40 #7, 2016

qorumaq arzusunda olan hər bir kəsi öz sıralarına dəvət edir. Könüllülər üçün təklif edilən fəaliyyət növləri olduqca müxtəlifdir. Burada hər bir kəs həm xüsusi istedadlarını nümayiş elətdirə, həm də ürəyincə olan iş tapa bilər. Təşkilatın fəaliyyət göstərdiyi ölkələr: Avstraliya, yeni Zellandiya, Yaponiya, ABŞ.

Layihəyə qatılmaq və ya onun barəsində daha ətraflı məlumat almaq üçün – www.conservationvolunteers.com.au

görmək, könüllü kimi müəyyən maaş əldə etməkdən başqa, bəşəriyyətin ən gözəl hissəsi olan uşaqlara faydalı olmaq deməkdir! Sudandakı könüllü dil proqramı ilə yaxından tanış olmaq üçün siz bu sayta daxil olmalısınız www.svp-uk.com

TORPAQLARIN İLKİN HALININ QORUNMASI Appalachian Trail Conservancy – ABŞ-da yerləşən və əsas məqsədi Men ştatından Corciaya qədər ( 100 000 hektara qədər) ərazını toxunulmadan gələcək nəsillər üçün qorunması olan təşkilatdır. Könüllülərin əsas işi – özündən sonrakı nəslə vəhşi, toxunulmamış, ecazkar mənzərələr, təmiz su mənbələri olan bulaqlar və hava ötürməkdir. Bütün könüllülər pulsuz yaşayış yeri və qidalanma ilə təmin olunur.

SUDANDA KÖNÜLLÜ DİL PROQRAMI Əgər sizin yaşınız 22-dən yuxarıdır və bu üsul sizi cəlb edirsə, o zaman ingilis dili bacarıqlarınızı nümayiş elətdirməyə hazır olun. Sizin fəaliyyətiniz Sudanda yaşayan uşaq və yeniyetmələrə ingilis dili öyrətməkdən ibarət olacaq. Əlbəttə, bu nəinki uzaq və ekzotik ölkəni

dostlarınızla siz maraqlı səyahət həyata keçirir və hətta çay keçmək, hündür dağlıq əraziləri qət etmək kimi elementar macəralarda iştirak edirsiniz. İstənilən halda, siz unudulmaz təəssürat və ifadə olunmayacaq qədər gözəl landşaftlardan estetik zövq alacaqsınız.

Əgər bu təklif sizi maraqlandırdısa, ətraflı olaraq saytda oxuyun www.appalachiantrail.org

BAZAR GÜNÜ PİYADA GƏZİNTİ Trip Leader for HF Holidays – Dumanlı Albionun sakinləri arasında məşhur olan avropa proqramıdır. Məqsəd – arzulayanlar üçün piyada gəzintilərinin təşkil edilməsidir. Yeni tanış olduğunuz

Marşrutu seçmək və qrupa qoşulmaq üçün: www.hfholidays.co.uk

YARDIM BİRJASI Help Exchange. Yardım dünyanın hər bir yanında yaşayan insanlara lazım olur. Lakin hamı bunun üçün pul ödəyə bilmir. Bu, sizin çoxdan arzuladığınız coğrafi məkana ziyarət etmək üçün əla fürsətdir. Yəqin ki, hansısa uzaq ölkədə sizin bağa qulluq etmək, meyvə toplamaq, qayıq idarə etmək və ya ev heyvanlarının qayğısına qalmaq kimi bacarıqlarınızı yetərincə qiymətləndirəcəklər. Bu insanlar sizin yardımınız müqabilində



42 sizə yaşayış yeri və qidalanma təklif edə bilərlər. www.helpx.net saytını ziyarət edin və dünyanın hansı bucağında sizin yolunuzu gözlədiklərini öyrənin.!

edərək, ölkələrə səyahət edə bilərsiniz. BMT könüllülərinə qoşularaq siz, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının qeyri-hökümət cəmiyyətlərindən birində daimi işə də düzələ bilərsiniz.

#7, 2016

“SÜLH KORPUSU” Peace Corps – dünyanın hər bir bucağından olan insanların yaşayış üçün yer seçimi azadlığını reallaşdırmağı imkan verən unikal təşkilatdır. Siz xaricdə yaşamaq arzusundasınız, lakin köçmək şansı ələ düşmür və ya sizi qorxu və şübhələr yorur? Sülh korpusu sizin yardımçınız olacaq. Siz öz bacarıq və təcrübənizdən asılı olaraq ən müxtəlif sahələrdə karyeranızı qurmaq imkanı qazanacaqsınız. Siz özünüzü şəxsiyyət və mütəxəssis kimi reallaşdırmaq şansı və bütün həyatınız boyu gərəkli olacaq təcrübə əldə edəcəksiniz.

Yaranacaq bütün sualların ətraflı cavabını bu sayda alacaqsınız www.peacecorps.gov

BMT KÖNÜLLÜLƏRİ BMT – hamıya yaxşı tanış olan təşkilatdır. Əgər siz daim xarici səfərlər arzusu ilə alışırsınızsa, o zaman BMTnın könüllüləri sırasına qatılib, dünyanın müxtəlif ölkələrində insanlara yardım

Proqrama qoşulmaq və ya hər hansı nüansı dəqiqləşdirmək üçün sayta daxil olun – www.unv.org

ÜZVİ FERMALARDA BEYNƏLXALQ İMKANLAR WWOOF – aqrofermalarda işləmək arzusu olan insanlara dünyanın müxtəlif ölkələrində çalışmaq və eyni zamanda fermalara yardım etmək imkanı verən təşkilatdır. Təşkilatın reqlamentinə buraya qoşulan könüllülərin fermalarda çalışma saatları dəqiq şəkildə göstərilmişdir – 6 saat. Qalan zaman ərzində siz tamamilə azad olaraq, vaxtınızı istədiyiniz şeyə sərf edə bilərsiniz. Bu zaman sizin yaşayış və

qidalanmanız tamamilə sizi dəvət edən fermanın öhdəsinə düşür. Hal-hazırda təşkilatın proqramı 53 ölkə ilə çalışır – Avstraliyadan Avropaya qədər. Bura hətta Havay adaları və Tayvan kimi ekzotik məkanlar da daxildir. Əgər sizi könüllülər sırasına qatılmaq maraqlandırırsa, təşkilatın saytına müraciət edə bilərsiniz – www.wwoof.org



#7, 2016

44

DÜNYANIN ƏN VARLILARI VƏ ONLARIN TƏHSİLLƏRİ


1

Biz böyük şövqlə Forbes siyasının reytinqlərini izləyirik, varlı və məşhurların müvəfəqiyyətləri haqda oxuyuruq. Bu adların hər birinin arxasında uzun yol, məqsədyönlülük və... əla təhsil dayanıb. Dünyanın ən varlı insanlarının hamısı gözəl təhsil almışdır. Əlbəttə ki, istisnalar da var, məsələn dünyanın ən varlı insanları siyasında səkkizinci yeri tutan Kristi Uolton kimi. Amma bu tam başqa bir söhbətdir.

2

3

BİLL GEYTS UORREN BAFFET

KARLOS SLİM Karlos Slim Elu (28 yanvar 1940, Meksika) – ərəb mənşəli meksika biznesmenidir. Var-dövləti kommunikasiya sənayesinə əsaslanır (Teléfonos de México, Altria Group, Telcel и América Móvil). Sahibkarın əsas aktivi bir sıra iri meksika kompaniyalarına nəzarət edən Grupo Carso holdinqidir. Gənc yaşlarından yatırımla məşğul olmuş və Meksika milli muxtar universitetinin mülki inşaatçılıq fakültəsində oxumuşdur. Son kurslarda o hətta digər qruplara xətti proqramlaşdırma və cəbr dərslərini deyirdi. 1961-ci ildə Karlos Slim diplom alır.

Uorren Edvard Baffet (30 avqust 1930, Omaha, Nebraska) – amerikalı sahibkar, dünyada ən böyük və ən məşhur investorlardan biri, onun var-dövləti 1 mart 2015-ci ilə əsasən $72.7 mlrd kimi qiymətləndirilir. Uorren Baffet dünyanın ən varlı insanlarından biri, ABŞ-ın isə 2ci ən varlı vətəndaşıdır. Baffetin ilk məktəbi Omahada Rose Hill Elementary School olmuşdur. 1942ci ildə atasının ABŞ Konqresinə seçilməsi və ailənin Vaşinqtona köçməsindən sonra Baffet 1947-ci ildə Alice Deal Junior High School və Woodrow Wilson High School bitirir.

45

Uilyam Henri Geyts (28 oktyabr 1955, Vaşinqton) – amerikalı sahibkar və ictimai xadim, filantrop, Miscrosoft şirkətinin banilərindən biri və ən böyük səhmdarıdır. 2008-ci ilin iyununa kimi o şirkətin rəhbəri olmuşdur, bu vəzifədən uzaqlaşandan sonra isə direktorlar şurasının icra etməyən başçısı vəzifəsində qalmışdır. Həmçinin o, Bill və Melinda Geytsin xeyriyyə fondunun başçısı, Berkshire Hathaway-ın direktorlar şurasının üzvü, Cascade investiment-in baş direktorudur. Geyts Siettlin ən imtiyazlı məktəbi olan “Leyksayd” məktəbində oxumuşdur. 1973-cü ildə Bill Geyts Harvard univesitetinə daxil olur, burada o, öz gələcək kompanyonu Stiv Balmerə rast gəlir. İki ildən sonra Geyts universitetdən qovulur, bundan sonra o dərhal proqram təminatının yaradılması ilə məşğul olmağa başlayır. 7 iyun 2007-ci ildən Bill Geyts Harvard universitetinin məzunu sayılır. Ona diplom verməyi universitetin administrasiyası qərara almşıdır.


46

4

6-7

#7, 2016

5 AMANSİO ORTEQA

ÇARLZ VƏ DEVİD KOX

Amansio Orteqa Qaona (28 mart 1936, Busdonqo, Leon) – sahibkar, İnditex-in banisi (keçmiş arvadı Posaliya Mera ilə birgə); şirkət 77 ölkədə 5000 mağazaya sahibidir. Bundan başqa, Orteqa Floridada, Madriddə, London və Lissabonda daşınmaz əmlaka, qaz sənayesi, turizm və banklara yatırım etmişdir. Forbes-un onluğunda bəlkə də yeqanə milyarderdir ki, ali təhsili yoxdur. Amansio Orteqa dəmiryolu işçisi ailəsində doğulmuşdur, onun anası qulluqçu idi. Ailənin imkansızlğından Amansio heç orta məktəbi bitirməmiş və 13 yaşından köynək dükanında kuryer işləyirdi. Buna baxmayaraq, 1972ci ildə Amansio Confecciones GOA adlı öz trikotaj fabrikini açmışdır.

Çarlz Kox (1 noyabr 1935, Uiçito) – amerikalı sahibkar və filantrop; Koch İndustries şirkətinin şəriki, idarə heyətinin sədri və CEO. Onun qardaşı Devid Kox şirkətin şəriki və icracı vitse-prezidentidir. Qardaşlar bu biznesi benzin istehsalının yeni metodunu yaradan ataları Fred Koxdan irsən almışdır və onu əvvəlki göstəricilərə nisbətən 2600 dəfə genişləndirmişdir. İlk başdan yalnız kimyəvi və neft sənayesi ilə məşğul olan Koch industries-in hal-hazırda çox geniş fəaliyyəti var: polimer istehsalından tutmuş heyvandarlıq və ekoloji proqramlara qədər. Məktəbi bitirəndən sonra Çarlz Massaçusets texnoloji institutuna daxil olmuşdur. 1958-ci ildə maşınqayırma üzrə bakalavr dərəcəsini almışdır. Devid Kox (3 may 1940, Uiçito) məşhur Massaçusets texnoloji institutunda təhsil almışdır, burada o təbiət elmləri üzrə magistr dərəcəsini almışdır.

LOURENS ELLİSON Lourens Cozef Ellison (17 avqust 1944, Nyu-York) – amerikalı sahibkar, Oracle korporasiyasının banisi, direktorlar şurasının sədri və texnologiya üzrə direktoru (CTO), Oracle-ın keçmiş CEO (1976-2014), NetSuite Inc kompaniyasının ən böyük səhmdarı, Salesforce.com kompaniyasının başlanğıc sərmayəçisi olmuşdur. Ellison Çikaqoda böyümüş, orada məktəbə getmişdir, sonra Urban və Şampeyndə İllinoys univesitetində oxumağa başlamışdır. Analığının ölümü ilə əlaqədar o, ikinci kursdan sonra imtahan verməyib. Şimal Kaliforniyada dostu Çak Veyss ilə yayı keçirdikdən sonra, Lourens Çikaqoya qayıdır və Çikaqo universitetində bir semestr oxuyur. Məhz burada o, hesablama texnikasıyla tanış olur. 1964-cü ildə 20 yaşında olarkən Ellison şimali Kaliforniyaya köçür.



48

8

10

#7, 2016

9 KRİSTİ UOLTON

CİM UOLTON

Kristi Uolton Rud (1955, ABŞ) – Con T. Uoltonun dul həyat yoldaşı (Wal-Martın banisi Sem Uoltonun oğullarından biri). 2005-ci ildə Conun ölümündən sonra onu var-dövləti $15,7 mlrd təşkil etmişdir. Kristinin təhsili haqda çox şey bilinməsə də, o təhsilə çox böyük önəm verir: 2007-ci ildə ailənin xeyriyyə fondu təhsilə $1,6 mlrd ianə etmişdir. Bunların arasında Arkanzas universiteti, İşgüzar inzibatçılıq kolleci və bir sıra digər kollec, universitet və fondlar da var.

Cim Uolton (7 iyul 1948, Arkanzas) – Wal-Mart-ın direktorlar şurasının üzvü, dünyanın ən böyük riteyleri Sem Uoltonun kiçik oğlu. 2014-cü ildə şirkətin gəliri $473 mln təşkil edib, Wal-mart şəbəkəsinə 27 ölkədə 11000 mağaza daxildir. Bu şirkət 28 ölkəni əhatə edir, burada 2.1 milyon insan işləyir. Əsas kapitalını şirkət pərakəndə satışdan götürür. Bundan əlavə, Cim Uolton şirkətə daxil olan digər müəssisələri nəzarətdə saxlayır: bank şəbəkəsi, bir neçə nəşr və kiçik firmalar. Cim Arkanzas Dövlət Universitetini bitirmişdir və fəal sürətdə təhsillə əlaqəli xeyriyyə fondlarına yatırım edir.

LİLİAN BETTANKUR Lilian Betankur(21 oktyabr 1922, Paris) – fransız sahibkarı və mesenat. Betankur 1909-cu ildə atası tərəfindən yaradılmış L’Oréal şirkətinin şərikidir. O, təhsilini Dominikan ordeninin monastırında almışdır. 1987-ci ildə Betankur əri və qızı ilə birlikdə tibbi, mədəni və humanitar layihələrinin inkişafı üçün La Fondation Bettencourt Schueller fondunu yaratmışdır. İllik büdcəsi £ 160 mln olan fond vəsaitinin 55% elmi tədqiqatlar və təhsilə, 33 % humanitar və sosial layihələrə və 12% mədəniyyət və incəsənət sahələrinə ayırır. Fond müxtəlif sahələrdə alimlər üçün mükafatların sponsorudur. Məsələn, 45 yaşadək qabaqcıl avropalı biotibbi tədqiqatçılara verilən “Həyat haqda elm üçün mükafat”. Onun qalibləri elmi işləri üçün € 250 000 alırlar.



#7, 2016

50


İKİNCİ TƏHSİL BİZƏ NƏ VERİR? Hələ də ikinci təhsilin gərəksiz olduğunu düşünürsünüz O zaman öz iş öhdəliklərinizə göz gəzdirin. Şirkətin düzgün idarə olunması üçün bir çox mexanizmlərin dərindən dərk edilməsi vacibdir. Hər bir şirkət rəhbərinin arsenalında vətəndaş, əmək, inzibati hüquq, iqtisadiyyat, marketinq və hətta PR sahəsində biliklər olmalıdır. Hər bir top menecer öz biliklərini ikinci ali təhsillə möhkəmləndirməlidir. Qərb ölkələrindən fərqli olaraq, Azərbaycanda tibb müəssisələrinin rəhbərləri menecerlər və iqtisadiyyat sahəsində təhsil almış kadrlar deyil, tibb işçiləri olur. Bu zaman isə onların bəzi dar ixtisaslar üzrə tamamilə hazırlıqsız olmaları nəzərə çarpır. Belə ki, bu gün ölkəmizin tibb təhsili verən universitetində bu sahənin idarəedilməsinin hüquqi əsaslarına yiyələnmək mümkün deyil. Ona görə də, tibb müəssisələrinin rəhbərləri ikinci təhsil kimi hüquq və ya iqtisadiyyat sahəsini seçməlidirlər. Bank sahəsində uğurlu iş qurmaq üçün isə savadlı maliyyəçi olmaq kifayət deyildir. Pul axınını məharətlə yönləndirmək və baş verə biləcək iqtisadi

vəziyyətlərdən çıxa bilmək üçün maliyyə hüququna bələd olmaq lazımdır. Kredit şöbəsində çalışan zaman da savadlı müqavilələr tərtib etmək hüquqi əsaslar tələb edir. Bir çox nüfuzlu jurnallar öz materiallarının yazılması zamanı yalnız savadlı yazıçılara deyil, öz sahəsində uğur qazanmış mütəxəssislərə – hüquqşünaslara, psixoloqlara və iqtisadiyyatçılara müraciət edirlər. Xüsusilə də, əsas ixtisası jurnalistika və ya filologiya olub, bir neçə ixtisasa yiyələnmiş insanlar yüksək qiymətləndirilir. Beləliklə, görürük ki, ikinci ali təhsil praktiki olaraq, hər bir mütəxəssis üçün öz professional səviyyəsini qaldırmağın gözəl vasitəsidir. Bu gün ən məşhur ikinci təhsil – hüquqdur. İkinci yerdə audit və mühasibat durur. Üçüncü və dördüncü yerləri menecment və personalın idarə olunması tutur. Bu ixtisasları çox vaxt şirkət rəhbərləri və texniki təhsili olan insanlar seçir.

51




#7, 2016

54

İMTAHANA NECƏ TEZ HAZIRLAŞMAQ OLAR?


Tutaq ki, imtahana 2 gün qalıb (bu gün və sabah). Bu zaman tələbə özünə 3 əsas sualı verməlidir:

Nə oxumalı?

Necə oxumalı?

Nə isə oxumamışdan əvvəl oxuyacağınız mənbəni müəyyənləşdirin.

Vacib məqamlardan biri – özünü oxumağa Kiməsə bu sual mənasız məcbur edə bilməkdir. gələ bilər.

Əgər audio və video materiallardan istifadə etmək imkanınız varsa, özünüzün daha rahat mənimsəyəcəyiniz vasitədən istifadə edin. Əgər fizika və ya kimya fənninə hazırlaşırsınızsa, diqqətinizi formulların üzərində cəmləyin. Əgər düstürlar çox uzun və çətin yadda qalandırsa, onun tərkib hissələrinə və açmalarına diqqət edin. Müəllimin yanına yaxşı olar ki, konkret suallar və ya anlamadığınız mövzu ilə yaxınlaşasınız. Bununla siz həm öz, həm də müəllimin vaxtına qənaət etmiş olarsınız. Hazırlıq zamanı internetdən istifadə edərkən də konkret olaraq, nə axtardığınızı bilməlisiniz. Əks halda, məlumatın axtarışı prosesi onun mənimsənilməsindən daha çox vaxt apara bilər.

Lakin bu, sizin “oxumaq” sözünə verdiyiniz mənadan asılıdır. Çoxları üçün “oxumaq” sözü “əzbərləmək” mənasını verir. İmtahana hazırlıq zamanı isə materialları əzbərləmək yox, xatırlamaq lazımdır. Çünki, əslində bu mövzuların hər birini siz il boyu keçmiş, seminar və ya mühazirələrdə onlarla rastlaşmısınız. Əlbəttə, biz bir dəfə eşitdiyimizi ömürlük yadda saxlaya bilmərik. Bəzi şeyləri beynimizin yadına salamlıyıq. Lakin əksər mövzuları siz artıq bilirsiniz. Sadəcə olaraq, bundan xəbəriniz yoxdur.

55

İmtahan öncəsi insan istənilən işlə məşğul olmağa hazır olur, bircə dərs oxumaqdan başqa. Müəyyən mənada, özünüzü məcbur etməlisiniz. Ancaq, bu işin də həddini aşmaq olmaz. Telefonunuzu söndürüb, özünüzü kitablar dolu otaqda bağlasanız, belə hazırlığın effekti o qədər də çox olmayacaq. Ən yaxşısı, materialları hissələrə bölməkdir. Məsələn, bir biletin suallarını oxuduqdan sonra özünüzə istirahət verin. İmtahana dostunuz və ya rəfiqənizlə hazırlaşmaq yaxşı ideya deyil. Belə hazırlıq daha çox söhbətlər və vaxt sərfi ilə nəticələnir. Hər bir insanın özünəməxsus yaddaşı var: görmə, dinləmə, hərəkət yaddaşı. Görmə yaddaşı güclü insanlar materialları oxuyaraq daha yaxşı mənimsəyir, hərəkət yaddaşı güclü olanlar isə, onları bir daha yazaraq və s. Yatmazdan əvvəl gün ərzində oxuduğunuz mövzulara göz gəzdirin: başlığa baxaraq, mövzunun məğzini xatırlamağa çalışın. Psixoloqlar bildirirlər ki, yuxuya gedərkən və oyanarkən mənimsənilən material daha yaxşı yadda qalır.

Ümumiyyətlə, oxumaq lazımdırmı?


#7, 2016

56

İŞ MƏKTUBLARI NECƏ YAZILMALIDIR?


Hələ qədim zamanlardan iş məktublarının tərtib edilməsi böyük əhəmiyyət daşımış və bir sənətə çevrilmişdir. Aşağıda oxuyacağınız qaydalar sayəsində siz də düzgün və dəqiq məktublar tərtib edə biləcəksiniz. Çox zaman potensial tərəfdaşlarla məharətlə aparılmış yazışma belə mənfəət gətirə bilərlər. Bir neçə qaydanı nəzərdən keçirək.

MÜRACİƏT. Yazmaq istədiyiniz şirkətin rəhbəri haqda mümkün qədər çox məlumat əldə etməyə çalışın. Təcrübə göstərir ki, insanlara şəxsən müraciət etmək onlara daha çox xoş gəlir. Əgər şirkət rəhbərinin adını öyrənə bilməmisinizsə, “Hör-li cən.direktor!” və ya “Cən.müdir!” kimi müraciətlər etməyin. “Hörmətli”, “cənab”, “xanım”, “müdir” və bu kimi sözləri qısaldılmış yazmaq olmaz. BAŞLIQ. Məktubun başlığın onun məğzinin qısa izahatı olmalıdır. Bu zaman sizin məktubunuz şirkətin ünvanına gələn ümumi məktublar toplusundan seçiləcək və maraq doğuracaq.

ƏMR ETMƏYİN. “Təklifimiz sizi maraqlandırdısa, bizimlə əlaqə saxlamalısınız” kimi ifadələrdən istifadə etməyin. Birincisi, belə ifadələr göstərir ki, təklif əməkdaşlarınızı maraqlandırmaya da bilər, ikincisi, siz onlara nə etməli olduqlarına işarə edirsiniz. Daha yaxşı olar ki, belə bir mətdən istifadə edəsiniz: “Gələcək əməkdaşlıq şərtlərini müzakirə etmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz”. Məna eyni olsa da, bu sözlər sizə qarşı daha müsbət fikir formalaşdırmış olacaq. LAZIMLI FELLƏR. Yazışmanızda felin keçmiş zaman formasından istifadə edin. Məsələn, “Yerinə yetirdik”, “işlədik”, “artırdıq”, “yaratdıq” və s. Bitməmiş hərəkəti ifadə edən fellər (yaradırıq, işləyirik, yazırıq və s.) daha çox yerinə yetirilən funksiyalardan xəbər verir, nəinki nail olduğunuz nıəticələrdən. Bitmiş zamanda yazılan fellər konkret nailiyyət və uğur illüziyası yaradır və güclü təsir etmək qabiliyyətinə malikdir. BLANKI UNUTMAYIN. Rəsmi məktublar mütləq şirkətin blankı üzərində yazılmalıdır. Əgər məktubun mövzusu maliyyədirsə, bankınızın adı və hesabınızı qeyd etrməyi unutmayın. Lisenziya və sertifikatlarınız varsa, onları da əlavə etsəniz, pis olmaz.

57

KOMPLİMENTLƏR. Məktubda salamlaşmadan sonra təriflər yazılarsa, belə məktublar yaxşı təsuratlar yaradır. Bu bölmədə qeyd etmək olar ki, siz “bu qədər məşhur şirkəti salamlamağa şad oldunuz” və ya “belə nüfuzlu şirkətlə iş birliyi yaratmaqdan qürur duyarsınız” və s. Həmçinin, əməkdaşlığın uzunmüddətli və hər iki tərəf üçün faydalı olacağına ümid etdiyinizi də qeyd etsəniz, pis olmaz. Çalışın ki, yazışmada artıq sözlərə yol verməyəsiniz (zəhmət olmasa məktubu oxuyardınız, mən və mənim simamda şirkətimiz sizinlə əməkdaşlıq qurmaqdan qürur duyacağıq, hər birimiz sizi salamlamağa şadıq və s.). Unutmayın ki, bu cür tərtib olunmuş

məktublar inamsız və təcrübəsiz insan tərəfindən yazılmış təsürati yaradır.




60 #7, 2016

DİPLOMLU

DİZAYNER Bu gün ölkəmizdə hər gözəl rəsm çəkməyi bacaran və zövqlə geyinən dizayner olmaq istəyir. Bəs bu asan işdirmi? Uğurlu dizayner olmaq üçün ilk növbədə, bünövrə lazımdır. Dizaynerlər üçün isə ən yaxşı bünövrə Avropa Dizayn İnstitutu – Instituto Europeo di Design ola bilər. Dizaynın əsaslarına yiyələnmək üçün dünyanın ən tanınmış kuturyelərinin vətəni olan İtaliyadan yaxşı məkan ola bilərmi? Instituto Europeo di Design şöbələri İtaliya və İspaniyanın ən gözəl 5 şəhərində yerləşir: Milan, Roma, Turin, Madrid və Barselona. Bu şəhərlərin hər birinin öz tarixinə və yerləşmisinə uyğun, təkrarolunmaz xarakteri var. Dizaynın əsasları hər bir şöbədə eyni dərəcədə tədris edilir, lakin ixtisaslaşmaya görə şəhərlər fəqlənir. Instituto Europeo di Design (IED) 1966-cı ildə təsis edilmişdir və 3 istiqamətdə təhsil təklif edir: dizayn, moda və təsviri incəsənət. İnstitutda yüksək ixtisaslı professor-müəllim kollektivi çalışır, tədris isə müasir metod və texnologiyaların istifadəsi ilə həyata keçirilir. Qəbul 17 yaşdan, orta təhsil haqda attestat və ya ali təhsil diplomu ilə baş verir. Tədris ingilis, italyan və

ya ispan dilində olduğu üçün həmin dillərin kurslarda və ya universitetdə öyrənilməsi barədə sertifikat təqdim edilməlidir. Dərslərin intensivliyi: həftədə 15-20 saatdır.

THREE YEAR DIPLOMA COURSES (ali təhsil) Təhsil müddəti – üç ildir; təhsilin sonunda ali təhsil haqda diplom təqdim olunur. Tədris italyan dilində aparılır (Barselona və Madriddə – ispan dilində) İngilis dilində tədris Milan və Romada, aşağıdakı ixtisaslar üzrə həyata keçirilir: moda dizayni, interyer dizayni, istehsalat dizaynı. Proqram özündə nəzəriyyə, təcrübə, ixtisas seminarları, moda nümayişlərində və sərgilərdə

iştirak, şəxsi layihənin hazırlanmasını birləşdirir.

ONE YEAR COURSES Tədris ingilis dilində aparılır. Davametmə müddəti yanvardan oktyabradəkdir. Məzun olduqdan dərhal sonra tələbə birbaşa ikinci kursa qəbul edilir. Dərslərin başlanma vaxtı yanvar ayıdır.

MASTER COURSES (ixtisas artırma kursları) Artıq ali təhsili olan və ya dizayner kimi çalışan və bu sahədə olan biliklərini təkmilləşdirmək istəyən tələbələr üçün nəzərdə tutulub.

SUMMER COURSES: Davametmə müddəti 3-4 həftə, iyundan sentyabra qədər olan dövrdə, tədris ingilis dilindədir. Həmçinin, ispan və italyan dilləri üçün hazırlıq kursları da mövcuddur. Hər şəhərdə üç şöbə mövcuddur: IED Moda Lab, IED Arti Visive, IED Design


1

THREE YEAR COURSES

ŞƏHƏR

THREE YEAR COURSES

ŞƏHƏR

Geyim dizaynı

Milan, Roma, Madrid

Zinyət əşyaları dizaynı

Milan

Zinyət əşyalarının dizaynı

Milan, Roma

Geyim dizaynı

Milan, Barselona

Tekstil dizaynı

Milan

Aksessuar dizaynına giriş

Madrid

Marketinq

Milan

Geyim və tekstil dizaynı

Turin, Barselona

Kommunikativ dizayn

Milan

Marketinq və kommunikativ dizayn

Barselona

IED Moda Lab şöbəsi

2

THREE YEAR COURSES

ŞƏHƏR

THREE YEAR COURSES

ŞƏHƏR

Rəqəmsal dizayn

Milan, Madrid, Barselona

Fotoqrafiya

Milan

Drawing from life

Roma

Virtual və rəqəmsal dizayn

Roma, Turin Qrafik dizayn

Turin

Virtual dizayn

Milan, Madrid

Reklama

Barselona

Nəqliyyat vasitələrinin dizaynı

Milan, Roma Turin

Veb dizayn

Madrid

İllüstrasiya və multiplikasiya

Milan, Roma, Turin

Fotoqrafiya

Turin

Reklam

Roma

Motion disign

Milan

IED Arti Visive şöbəsi

Design of interactive media

3

THREE YEAR COURSES

ŞƏHƏR

THREE YEAR COURSES

ŞƏHƏR

İnteryer dizaynı

Milan, Roma, Turin, Madrid

İşıq dizaynı

Milan

İnteryer dizaynı

Roma

Sənaye dizaynı

Milan, Roma, Turin, Madrid, Barselona

Visula merchandising

Milan

Dekor

Roma

Event design

Madrid

Nəqliyyat dizaynı

Turin

Şəhər dizaynı

Roma

Nəqliyyat vasitələrinin dizaynı

Barselona

Sərgi dizaynı

Barselona

IED Dizayn şöbəsi

61


#7, 2016

62

İNGİLİSİ DİLİNİN SİRLƏRİ İngilis dilinin öyrənilməsinə illər sərf etmək, lakin istənilən nəticəyə nail olmamaq mümkündür. Məsələ dil öyrənmə bacarığının olmamasında deyil. Xarici dilə yiyələnməyi bacaran insanlar, bir qayda olaraq, şüurlu və ya şüursuz şəkildə oxşar prinsiplərə əməl edirlər.

SİRR № 1 MOTİVASİYA

SİRR № 2 “CANLI DİL”

Ən əsası odur ki, xarici dilin öyrənilməsi sizə zövq versin. Nə ilə məşğul olmağı sevdiyinizi xatırlayın. Musiqi dinləməyi? Film və ya məşhur mütəxəssislərin təqdimatlarını izləməyi? Ola bilsin ki, siz, kitab oxumağı və ya audio kitablar dinləməyi, xəbərləri müzakirə etməyi sevirsiniz. Həmin işi görün, ancaq ingilis dilində. Birincisi, sizin üçün ideya və baxışların tamamilə yeni dünyası açılacaq. İkincisi, tezliklə siz canlı ingilis danışıq dilini anlaya biləcək və bu dildə rahat danışa biləcəksiniz (bu isə, ən azından, ilhamlandırmalıdır).

Xarici dili tez mənimsəmək üçün uyğun mühitə daxil olmaq lazımdır. İdeal variant – xaricdə olan dil məktəblərindən birinə getməkdir. Əgər dilin öyrənilməsini yay aylarına planlaşdırmısınızsa, o zaman hələlik dilin daşıcıları tərəfindən yaradılmış materiallarla tanış olun. Mahnı, film və təqdimatlarda britaniyalıların, amerika və kanadalıların nitqlərini dinləyin. Dili eşidərək anlamağa çalışın. Zamanla, siz daha yaxşı bacaracaqsınız. Heç bir kitab və ya təlimat sizin “canlı nitq” vasitəsilə nail olacağınız nəticəni verməyəcək. O, şüurumuza

daha dərindən təsir edərək, dayanıqlı təəssüratlar yaradır. Sözləri real nitqin əsasında yadda saxlamaq daha asandır. Autentik kontentin daha bir müsbət cəhəti düzgün tələffüzdür. Elə əvvəlcədən savadlı və düzgün nitqin dinlənilməsi olduqca vacibdir. O zaman sizin tələffüzünüz də tezliklə originala yaxınlaşmış olacaq.

SİRR № 3 MODELLƏŞDİRMƏ VƏ TƏQLİD ETMƏ Uşaqlar dili necə öyrənirlər? Bir neçə il ərzində onlar maraq və əzmlə eşitdikləri bütün sözləri təkrar edirlər. İngilis dilində tanış olmayan söz eşitmisiniz? Uşaq kimi rəftar edin:


Heç bir kitab və ya təlimat sizin “canlı nitq” vasitəsilə nail olacağınız nəticəni verməyəcək.

Ucadan oxuma zamanı siz təkcə tələffüzünüzü məşq elətdirmir, həmçinin özünüzü dinləyir, etalonla müqayisə edirsiniz. Bundan başqa, sözləri hər dəfə təkrarladıqca, onları daha yaxşı yadda saxlayırsınız. Düşünmə və nitq, həmçinin əlaqəlidir. Əbəs yerə deyil ki, bir dilə sahib olmağın göstəricisi – həmin dildə düşünə bilmək bacarığı hesab olunur. Aktiv tədrisə başladığınızdan bir müddət sonra beyninizdə xarici dildə ifadələrin yarandığının şahidi olacaqsınız (ola bilsin, ilk zamanlar, o qədər də düzgün ifadələr olmasın).

SİRR № 5 OPTİMAL İNTENSİVLİK

həmin sözü təkrar edin, “dadına baxın”, onun mənasını təsəvvür edin, maraqla hərflərə baxın. Öz tələffüzünüzü originalla müqayisə edin. Əgər siz dil öyrənmə prosesində aktiv şəkildə təqliddən istifadə etsəniz, şansınız üç dəfə artmış olacaq.

SİRR № 4 ADƏTLƏRİN QARŞILIQLI TƏSİRİ

Davamlılıq hətta intensivlikdən də vacibdir. Hər gün 1,5-2 saat məşğul olmaq, bütün günü oxuyub, sonra bir həftə dili unutmaqdan dəfələrlə yaxşıdır. Özünüinkişafla əlaqədar nailiyyətlər – idman mükafatlarından professional qələbələrə qədər, davamlı, intensiz və məqsədyönlü və zövq verən məşqlərin sayəsində başa gəlir. Öz ingilis dili məşqlərinizə davamlılıq prinsipini tətbiq edin və nəticəni çox gözləməli olmayacaqsınız! Siz xarici dili mənimsəməyə və istifadə etməyə başlayacaqsınız ki, bu da dayanıqlı prosesə çevriləcək.

SİRR № 7 PRAKTİKLİK VƏ EFFEKTİVLİK Ola bilsin ki, sizin görmə və ya eşitmə yaddaşınız yaxşı inkişaf edib. Ya da, siz materialı üzündən köçürəndə yaxşı yadda saxlayırsınız. Bəlkə, maraqlı məlumatı kiminləsə bölüşəndə yaddaşınıza daha yaxşı həkk olunur. Siz tədqiqaçı ola bilər və əsas məlumatı yadda saxlamaq üçün ətraflı informasiya araşdırırsınız. Bir sözlə, dilin öyrənilməsində sizə yardımçı olacaq ən effektiv vasitələr tapmağa çalışın! AzeriStudent dil mərkəzinin müəllimləri ingilis dilini öyrənməkdə sizə yardım edir, həmçinin xarici təhsil müəssisələrinə qəbulun əsas şərti olan İELTS imtahanı üçün də sizi hazırlayırlar.

Azure Business Centre Baku, Nobel prospekti, 15, ofis 135 info@AzeriStudent.az 050 512 28 28, 055 512 28 12, 012 488 66 78

63

Hər bir bacarığın ayrı-ayrılıqda inkişafı digər adətlərin inkişafına da təsir göstərir. Siz dil daşıyıcısının nitqini dinlədikdə, siz nəinki öz eşitmə qabiliyyətinizi yaxşılaşdırır, hətta tələffüzünüzü də mükəmməlləşdirirsiniz. Xüsusilə də, eşitdiyinizi dərhal təkrar edirsinizsə.

Həftədə bir dəfə bir saat məşğul olmaqla, xarici dilə yiyələnmək, praktiki olaraq, mümkün deyil. Müxtəlif müəllim və dilçilərin məsləhətlərini ümumiləşdirsək, deyə bilərik ki, optimal tədris müddəti – bir il ərzində, hər gün 2-3 saatdır. O zaman, hətta sıfırdan başlamış olsanız belə, siz ingilis dilində sərbəst danışmağı və anlamağı bacaracaqsınız. Yeganə şərt – birinci məsləhətimizə riayiət etmənizdir – prosesdən həzz almalısınız. Özünüzü gündə 3-5 saat məşq edərək, “öyrənməyə” məcbur etməyin, daha yaxşısı, sevdiyiniz kimi edin. Hər bir nailiyyətinizə görə də özünüzü tərifləməyi unutmayın.

SİRR № 6 DAVAMLILIQ


#7, 2016

64

DO YOU SPEAK ENGLISH? XXI əsrdə ingilis dili artıq qeyri-adi bir şey deyil, uğurlu iş və şəxsi həyat üçün vacib şərtdir. Biz bu dili bilməyə bilmərik. Məktəblərdə ingilis dilinin mütləq fənn olmasına baxmayaraq, biz onu kifayət qədər yaxşı öyrənmirik. Bu sadə test vasitəsilə siz öz ingilis dili biliklərinizin səviyyəsini müəyyən edə bilərsiniz. Ötürülmüş sözləri yerinə yazın.

Əgər siz 10 və ya daha az suala düzgün cavab vermisinizsə, ingilis dili səviyyəniz ELEMENTARY-dir və siz hələ öz üzərinizdə işləməlisiniz. 11-18 suala düzgün cavab vermisinizsə, səviyyə PRE INTERMEDIATE-dir, lakin siz daha çoxuna nail ola bilərsiniz, çalışmağa davam edin. Əgər siz 19-20 sualı düzgün cavablandırmısınızsa, siz INTERMEDIATE səviyyəsindəsiniz. Bu o deməkdir ki, siz beynəlxalq sertifikat almaq üçün hazırlaşa bilərsiniz.


BİLİK TESTİ 1. It was a beautiful morning. The sun …… and it was very warm. A) shines | B) was shining | C) shone 2. “What …… for a living?” “She’s a teacher.” A) does she do | B) is she doing | C) does she 3. George …… to work hard but he does now. A) didn’t | B) used | C) didn’t use 4. This is the …… ring I’ve ever seen. How much did it cost you? A) more expensive | B) less expensive C) most expensive 5. If she ……, I’ll go on my own. A) comes | B) doesn’t come | C) didn’t come 6. Jonathan and Fred …… a cup of tea at the moment. A) are having | B) have | C) is having 7. Mum asked me how long …… for her. A) I had been waiting | B) had I been waiting C) have I been waiting 8. When she …… back, she’ll call you. A) will come | B) comes | C) came 9. I think I …… for you here. I just can’t go on walking! A) will wait | B) am going to wait | C) am waiting 10. There must be …… milk in the fridge. A) a few | B) few | C) some

11. Julie …… to San Francisco three times. A) has gone | B) was going | C) has been 12. Andrew has been painting …… 2003. A) since | B) for | C) in 13. How …… honey do you need? A) many | B) much | C) any 14. If I …… rich, I’d buy a yacht. A) were | B) am | C) would be 15. Rainforests …… down and the trees are used to make paper. A) are cutting | B) is cut | C) are cut 16. I wanted …… but I didn’t know what to do. A) to help | B) helping | C) help 17. Daniel works long hours, ……? A) isn’t he | B) doesn’t he | C) isn’t it 18. He cleaned the carpets after he …… finished his lunch. A) had | B) have C) | has 19. By next week, I …… the kitchen and the living room. A) will paint | B) will be painting C) will have painted 20. He swims …… a fish. A) for | B) as | C) like

Düzgün cavablar: 1-b, 2-a, 3-c, 4-c, 5-b, 6-a, 7-a, 8-b, 9-a, 10-c, 11-c, 12-a, 13-b, 14-a, 15-c, 16-a, 17-b, 18-a, 19-c, 20-c.

Dillər öyrənmək mərkəzi Nobel prospekti 15, Azure Business Centre, 22-ci mərtəbə +99455 512 28 12, +99412 488 66 78

65


66 #7, 2016

YADDAŞI NECƏ YAXŞILAŞDIRMAQ OLAR?


İnsanın yaddaşı onun həyatında mühüm rol oynayır: hər gün biz elə vəziyyətlərlə rastlaşırıq ki, kiminsə simasını, telefon nömrəsini, adını, mağazanın iş saatlarını və ya sevdiyimiz sitatı xatırlamalı oluruq. Yaddaşımız istədiyimiz kimi çalışmayanda isə biz xoşagəlməz situassiyalara düşürük və ya özümüzü narahat hiss edirik. Bəs bunun qarşısını necə almaq olar? – DAHA ÇOX OXUYUN. Qiraət eyni zamanda insan beynində iki aspekti inkişaf elətdirir: yaddaş və diqqəti. Oxu zamanı insan kitabla məntiqi və görmə kontaktı yaradır. Başqa sözlə desək, kitab insanı tamamilə qərq edir və insanın diqqətini özündə cəmləyir. Mütləq şərt qiraət üçün məhz kitabın seçilməsidir, qəzet və jurnalın deyil. Kitabın süjet xətti nə qədər uzun olarsa, o sizin yaddaşınızda bir o qədər çox məlumatı saxlamağa xidmət edəcək. – ZEHNİ VƏ FİZİKİ İŞİ NÖVBƏLƏŞDİRİN. Bizim yaddaşımızın da istirahətə ehtiyacı var. Ona görə də, daimi zehni yüklənmə yaxşı nəticə vermir, əksinə bir sıra psixoloji problemlərə səbəb olur. Bu səbəbdən də gün ərzində fiziki və zehni işi növbələşdirmək vacibdir. Fiziki iş 1 saat zehni əməkdən sonra edilən 7 dəqiqəlik hərəkətlərdən ibarətdir. Bu zaman bütün problemlər, fikirlər və düşüncələrdən uzaqlaşmaq lazımdır. İdealda, hər səhər və hər axşam təmiz havada gəzmək vacibdir. Bunu velosiped gəzintisi və ya qaçışla da əvəz etmək olar. Belə olduqda, siz yaddaşınızın gündən günə yaxşılaşacağını hiss edəcəksiniz.

– SAĞLAM HƏYAT TƏRZİ KEÇİRİN. Zərərli vərdişlər, xüsusilə də alkoqol və narkotik maddələr insanın yaddaşına məhvedici təsir göstərir. İnsan bu vərdişlərə aludə olursa, elementar şeyləri belə unuda bilir və vaxtaşırı yaddaş pozulmaları daha da dərinləşə bilir. – DÜZGÜN QİDALANIN. Fiziki hərəkətlərdən başqa bir çox faktlar var ki, onlar beynin qidalanmasına və daha sürətli işləməsinə müsbət təsir göstərir. Alimlərin fikrinə görə, biz yaddaşımızı yaxşılaşdırmaq üçün tərkibində maqnezium olan qidalardan istifadə etməliyik. Bunlara ispanaq, brokkoli, qoz, küncüt aiddir. Vitamin C ilə zəngin qidalar, məsələn, limon, itburnu, qara qarağat da çox vacibdir. Bundan başqa, zülali qida beyində gedən proseslərin sürətlənməsinə səbəb olur. Bundan ötrü isə ət, balıq, paxla, dəniz məhsulları, kəsmiyi rasionunuza daxil edin. – DİQQƏTİNİZİ CƏMLƏMƏYİ ÖYRƏNİN. Bizim diqqətimiz küçənin səsləri, ətrafdakı insanların danışıqları, televizor və musiqi səsləri ucbatından yayına bilir. Özünü ələ almağı bacarmaq və tez bir zamanda lazımi mövzuya köklənmək bacarığı insanın həyatında əvəzedilməz rol oynayır. Bunu üçün bir müddətlik qulaqlarınızı bağlayın. Əgər səslərin sizə mane olduğunu aşkar edirsinizsə, ümumiyyətlə başqa otağa keçin.

Diqqətinizi cəmlədikdən sonra isə çalışın ki, heç nə sizə mane olmasın. – HƏYATINIZDAKİ STRESDƏN AZAD OLUN. Hal-hazırda stress həyatımızın neqativ tərkib hissələrindən birinə çevrilib. Depressiya və ya həyəcan keçirməyən insana rast gəlmək çətindir. Bu isə beynimizin fəaliyyətinə mənfi təsir edir. Anlamalıyıq ki, stresdən azad olmaq o qədər də asan deyil. Bu zaman ya sizə mənfi təsir edən faktoru aradan qaldırmalı, ya da ona olan münasibətinizi dəyişməlisiniz. – DÜNƏNKİ GÜNÜ XATIRLAMAĞA ÇALIŞIN. Bu, əslində, çox maraqlı bir məşqdir. Siz dünənki günü dəqiqliklə və detallarıyla xatırlamağa çalışırsınız. Əgər müəyyən xırdalıqlar yadınızdan çıxırsa, ruhdan düşməyin. Özünüzə istirahət verin və yenə də tapşırığa qayıdın. Bu məşqi dəfələrlə təkrarladıqca, ətrafınızda baş verənlərə qarşı nə qədər diqqətli olacağınıza özünüz də heyran qalacaqsınız. – 3 ŞER ƏZBƏRLƏYİN. Son dəfə bu işlə məktəb yaşlarında məşğul olmusunuz? O zaman siz dərk etmirdiniz ki, şeri əzbərləməklə nəinki şairlərin yaradıcılığı ilə tanış olur, həmçinin yaddaşınızı da məşq elətdirirdiniz. – SEVDİYİNİZ FİLMLƏRƏ TƏKRAR BAXIN. Bu həm xoş, həm də faydalı məşğuliyyətdir. Baxan zaman filmi istənilən dialoq səhnəsində dayandırıb, qəhrəmanın sözlərini xatırlamağa çalışın. Bu məşq zamanı eşitmə yaddaşı çox gözəl məşq olunur.

67

– BEYNİNİZİ ARTIQ İNFORMASİYA İLƏ YÜKLƏMƏYİN. Bəzin insanların problemi, beyinlərinin daim lazımsız, əhəmiyyət kəsb etməyən informasiya ilə dolu

olmasıdır. Bu, müxtəlif bayramların, hadisələrin tarixi, məşhur insanların ad günləri, adları və s. ola bilər. Lakin hər birimiz aydın dərk etməliyik ki, hansı informasiya bizim üçün gərəksiz, hansı isə son dərəcə vacibdir. İnformasiyanı yadda saxlamazdan əvvəl onu filtrdən keçirməliyik.




#7, 2016

70

DÜNYA KİTABXANALARI Siz heç kitabxanaların mövcudluğunun vacibliyi haqda düşünmüsümüzmü? Bu, çap və yazı əsərlərini cəmiyyət üçün toplayan və qoruyan bir müəssisədir.


Rəqəmsal informasiya texnologiyalarının inkişafı ilə əlaqədar, kitabxanalar artıq məlumatları rəqəmsallaşdırmaqla da məşğuldur. Məsələn, Axundov adına Azərbaycan Milli Kitabxanasının fondu 4 568 035 ədəbiyyat nümunəsindən ibarətdir. Əlbəttə, bu, dünyanın ən iri kitabxanası – ABŞ Konqresinin Kitabxanasında saxlanılandan 35 dəfə azdır. Buna baxmayaraq, onların arasında çoxsaylı dəyərli nəşrlər, həmçinin 1573-cü ildən başlayaraq, çap olunmuş nüsxələr var. 2014-cü ildə kitabxanamızın ziyarətçilərinin sayı isə 75 526 nəfər olmuşdur. Eyni zamanda, bizim kitabxanamız dünyanın ən gözəl kitabxanalarından geri qalmır.

DÜNYANIN ƏN BÖYÜK KİTABXANASI – KONQRES KİTABXANASI

DÜNYANIN ƏN ZİYARƏT EDİLƏN KİTABXANASI – NYU-YORK İCTİMAİ KİTABXANASI Nyu-York İctimai Kitabxanası – dünyanın ən iri kitabxanalarından biridir. Hər il buranı 18 milyon nəfər ziyarət edir. Bundan başqa, o, dünyanın ən böyük elmi kitabxana sistemlərindəndir. Nyu-York İctimai Kitabxanası ictimai missiyalı qeyrikommersiya təşkilatıdır və istər dövlət, istərsə də özəl maliyyələşdirmədən istifadə edir. Filialları Manhettendə, Bronksda və Staten-Aylendde yerləşir. Hal-hazırda Nyu-York İctimai Kitabxanası özündə 87 şöbəni birləşdirir: Dörd elmi kitabxana, burada evə kitab verilmir; dörd əsas abunəçi kitabxanası; məhdud imkanlı insanlar üçün kitabxana və 77 rayon filialları.

Axundov adına Azərbaycan Milli Kitabxanası

Konqres Kitabxanası, Vaşinqton, Kolumbiya

71

Konqres Kitabxanası, Vaşinqton, Kolumbiya. Bu, ABŞ-nın milli kitabxanası və ən qədim federal müəssisədir (1800-cü il). O, ABŞ Konqresinin elmi kitabxanası olub, dövlət orqanları, tədqiqat müəssisələri, elmi işçilər, özəl şirkətlər, istehsalat şirkətləri və məktəblərə xidmət göstərir. Kitabxana 3 binada yerləşir – Kapitoliy təpəsində və Virciniya ştatının kənd ərazisindəki depozitaridə. Bu, kitabların və rəflərin sayına görə dünyanın ən böyük kitabxanasıdır. Kitabxananın Kapitoliy təpəsindəki bütün binaları bir-biri ilə yeraltı yollar vasitəsilə birləşmişdir. Odur ki, oxucular yalnız kitabxanaya daxil olarkən yoxlamadan keçirlər. Konqres Kitabxanasında 155,3 mln kitab yerləşir və onu ildə 1,7 milyon insan ziyarət edir. Həmçinin, kitabxananın az istifadə olunan materialları üçün depozitariləri və 1460 oxucu yeri birləşdirən 18 oxu zalı var. Konqres Kitabxanasının fondunun illik artımı bir neçə milyon nüsxəyə bərabərdir.


72 #7, 2016

DÜNYANIN ƏN GÖZƏL KİTABXANASI – TRİNİTİKOLLECİN KİTABXANASI

Triniti-Kollecin kitabxanası (İrlandiya, Dublin)

NYPL sistemlərinin hər birinin istifadəsi tam pulsuzdur. Ümumilikdə, sistemin fondlarında 53,1 mln kitab saxlanılır. Beləliklə də, Nyu-York İctimai Kitabxanası fondunun ölçülərinə görə yalnız Konqres Kitabxanası və Britaniya Kitabxanasından geridə qalır.

İrlandiyanın ən iri və qədim kitabxanalarından biri olan bu kitabxana çox böyük mədəni əhəmiyyət daşıyır. O, Dublində, Triniti Kollecin ərazisində yerləşir. Triniti-Kollecin kitabxanası 5 binada yerləşir ki, bunlardan dördü kollecin kampusunda, biri isə müqəddəs İohannın hospitalı yaxınlığında yerləşir. Kitabxana çoxdan təsis edilib – onun ilk binası 1732-ci ildə tikilib, lakin özü daha qədimdir. Bu gün TrinitiKollecin kitabxanası analoji müəssisələr arasında xüsusi yer tutur – o, Avropanın ən böyük və məşhur kitabxanalardan biridir, bundan başqa, o daima ən gözəl kitabxanalar siyahısında göstərilir. Triniti-Kollec kitabxanasının incisi “uzun zaldır” – 64 metrlik, iki yaruslu və zövqlə bəzədilmiş bu zal olduqca təmtəraqlı görünüşə malikdir.Bu, əsl kitab sarayıdır. Hər kitab şkafının qarşısında məşhur yazıçı və alimlərin büstləri qoyulmuşdur. Ümumiyyətlə, Triniti-kollec kitabxanası bibliofil üçün əsl cənnətdir. Burada nəinki ən nadir və ekzotik kitabları tapmaq, hətta ən qədim nəşrlərə incəsənət nümunələri kimi tamaşa etmək mümkündür.

ADI

YERLƏŞMƏSİ

KİTAB SAYI

ZİYARƏTÇİLƏR (İLLİK)

1

ABŞ Konqresinin Kitabxanası

ABŞ, Vaşinqton

155,3 mln.

1,7 mln.

2

Britaniya Kitabxanası

Böyük Britaniya, London

150 mln.

2,29 mln.

3

Nyu-York İctimai Kitabxanası

ABŞ, Nyu-York

53,1 mln.

18 mln.

4

Kanadanın Kitabxana və Arxivi

Kanada, Ottava

48 mln.

5

Rusiya Dövlət Kitabxanası

Rusiya, Moskva

44,8 mln.

1 mln.

6

Rusiya Milli Kitabxanası

Rusiya, Sant-Peterburq

39,9 mln.

886 min

7

Milli Parlament Kitabxanası

Yaponiya, Tokio, Koito

35,7 mln.

624 min

8

Daniya Kral Kitabxanası

Daniya, Kopenhagen

33,3 mln.

1,16 mln.

9

Çin Milli Kitabxanası

ÇXR, Pekin

31,2 mln.

5,2 mln.

10

Fransa Milli Kitabxanası

Fransa, Paris

31 mln.

1,3 mln.



#7, 2016

74

ƏN QƏDİM

UNİVERSİTETLƏR


OKSFORD UNİVERSİTETİ Böyük britaniyada, Oksfordşir krallığının Oksford şəhərində yerləşən universitet. Dünyanın ən qədim ingilis dilli universiteti, həmçinin Böyük Britaniyanın ilk ali təhsil ocağıdır. Universitetin yaranma tarixi dəqiq məlum olmasa da, məlumatlara görə, artıq 1096cı ildə burada tədris gedirdi. O, Böyük Britaniya və İrlandiyanın “ən qədim universitetləri” siyahısına, bundan başqa, britaniyanın 20 ən yaxşı universitetindən biri kimi “Rassel” qrupuna daxildir. Hal-hazırda Oksfordda 20 mindən çox tələbə təhsil alır və onların dörddə biri – xarici tələbələrdir. Onların sayı yay məktəblərinin açılışı zamanı dahah da artır.

KEMBRİC UNİVERSİTETİ (1209-cu il) – Britaniya universiteti, ölkənin ikinci (Oksforddan sonra) qədim universitetdir. Universitetin rəsmi statusu – imtiyazlı xeyriyyə təşkilatıdır. Maliyyələşməsi dövlət təhsil qrantı, tələbələrin ödənişləri, xeyriyyə fondlarının ianələri, Cambridge University Press nəşriyyatının gəliri, “Rassel” qrupunun qrantları və bəzi başqa məmbələrdən baş verir. Burada 20 minə yaxın tələbə təhsil alır. Təhsil pulludur.

BOLONYA UNİVERSİTETİ 1000-ə yaxın yaşı olan Bolonya universitetinin divarları arasında olarkən, təhsilin həyatdakı rolunu anlayırsan. Bolonya universiteti (1088ci il) – Avropanın ən qədim və fasiləsiz fəaliyyət göstərən ali təhsil müəssisəsidir. İtaliyanın Bolonya şəhərində yerləşir. Ərəb aləmində Bolonyanın rəqibi ƏlQarauin universitetidir, lakin avropa məktəblərindən fərqli olaraq, ərəb dini məktəbləri müəssisənin adından diplom vermirdilər. Bolonya Avropanın “Utrext” assosiasiyasına və Europaeum-a daxildir. Burada 86 mindən yuxarı tələbə təhsil alır.

75


76 #7, 2016

PADUYA UNİVERSİTETİ

SORBONNA Tarixi memarlıq abidəsi, Fransanın paytaxtı Parisin universitet mərkəzində, Latın məhəlləsində yerləşir. Sorbonnanın tarixi 12-ci əsrdən başlayır, lakin məhz 1215-ci ildə bir neçə kilsə məktəbinin birləşməsi nəticəsində Avropanın ilk universitetlərindən biri – Paris Universiteti formalaşdırılır. 1970-ci ildə isə Paris Universiteti və ya Sorbonna parçalanaraq, tədris istiqamətindən asılı olaraq, 13 universitetə ayrılır və Paris və onun əyalələtlərinin 3 akademiyasına aid edilməyə başlayır. Bu universitetlərdən dördü Sorbonnanın tarixi binalarında, qalanları isə Parisin başqa məhəllə və ya regionlarında yerləşir. Sorobonna Universitetləri dünyada böyük nüfuza sahibdirlər. Sorbonnada Paris akademiyasının rektoratı və Paris universitetlərinin dəftərxanası, həmçinin Milli xartiyalar məktəbi, Yüksək araşdırmalar təcrübə məktəbi və hissəvi olaraq, universitetlər yerləşir. Bundan başqa, Sorbonna universitetlərarası kitabxanaya da sahibdir.

Avropanın və İtaliyanın ən qədim universitetlərindən biri olan Paduya universiteti 1222-ci ildə təsis edilmişdir. 15-18-ci əsrlərdə Venesiya respublikasının əsas təhsil mərkəzi olmuşdur. İndi universitetdə 13 fakültədə 65 min tələbə təhsil alır. Humanitar elmlər, fəlsəfə, iqtisadiyyat, təhsil, mühəndislik, hüquq, fizikariyaziyyat/təbiət elmləri, tibbi-cərrahlıq, əczaçılıq, kənd təsərrüfatı, psixologiya, politologiya, statistika və heyvandarlıq.

LL FRİDRİX ADINA NEAPOL UNİVERSİTETİ Neapoldakı universitet dünyadakı ən qədim universitetlərdəndir. 5 iyun 1224-cü ildə kral ikinci Fridrixin dövründə Siciliya krallığının təhsil mərkəzi kimi təsis edilmişdir. İndiki binasında (Corso Umberto 1-də) universitet 1884-cü ildən fəaliyyət göstərir. 1972-ci ildə Naepol universitetində aşağıdakı fakültələr mövcu idi: tibb və cərrahiyyə, riyaziyyat, fizika və təbiət elmləri, əczaçılıq, mühəndislik, memarlıq, aqtonomik, hüquq, filologiya və fəlsəfə. Tələbələrinsayı 100 mindən artıqdır.



78 MAÇERATA UNİVERSİTETİ

#7, 2016

(1290-cı il) İtaliyanın Şərqində, Roma, Florensiya və Bolonya kimi iri şəhərlərin yaxınlığında yerləşir. Universitetin tələbələri qədim divarların əhatəsində təhsil alaraq, dünyanın ilk təhsil ocaqlarından birində oxuduqlarını hiss edə bilirlər. Burada tədris edilən əsas istiqamətlər humanitar və sosial elmlərə aiddir.

SALAMANKA UNİVERSİTETİ İspaniyanın ən qədim universiteti olub, Bolonya, Oksford və Sorbonna ilə birgə Avropanın ən qədim 4 universiteti sırasına daxildir. Salamanka şəhərində (Kastiliya və Leon muxtar vilayəti) yerləşir. Universitet statusunu bu təhsil ocağına 1254-cü ildə X Alfonso vermiş, bir ildən sonra isə Roma papası IV Aleksandr onu tanımışdır. Tələbələrin sayı 30 mindən artıqdır.

VALLADOLİD UNİVERSİTETİ (1241-ci il) Madridin şimalında Kastiliya-Leon muxtar vilayətində yerləşir. Orta əsrdən qalma xarici görünüş aldadıcıdır, çüki onun arxasında 15-ci əsr binasını əvəzləmiş müasir tikili gizlənir. Bu, universitetin əsas korpusudur və bundan başqa müxtəlif şəhərlərdə daha üç kampus mövcuddur. Universitetdə 20 min tələbə təhsil alır və iki min müəllim çalışır.

KOİMBRA UNİVERSİTETİ Portuqaliyanın ən qədim universiteti olub, 1290-cı ildə yaradılmışdır, Koimbra şəhərində yerləşir. 22 iyun 2013-cü ildə universitet UNESCO-nun Ümumdünya sərvətləri sırasına daxil edilmişdir. Universitetdə 23 min tələbə təhsil alır, 8 fakültəsi və 4 kampusu var. Buranın kitabxanası Avropanın ən qədim və zəngin akademik kitabxanalarındandır. Koimbra Universiteti, həmçinin ölkənin iri mədəni mərkəzlərindən biridir və Avropa universitetlərinin “Utrext şəbəkəsinə” daxildir.





82 #7, 2016

ƏN GƏNC

TƏLƏBƏLƏR Ali məktəbə qəbul olmağın çətin olduğunu düşünürsünüz? Əslində isə sadəcə sizin arzunuz və düzgün seçiminiz kifayətdir. Biz isə sizə dünyanın ən balaca tələbələri haqda danışacağıq. 1. MİKAELA FUDOLİQ

3. TEYLOR UİLSON

Miakela İren Fudolinq 11 yaşında ikən Filippin Universitetinə qəbul olunmuş, 16 yaşında isə əla qiymətlərlə məzun olmuşdur. Fizika elmləri üzrə bakalavr diplomu alarkən o, vida nitqilə çıxış edən tələbə olmuşdur. Hal-hazırlda Mikaela həmin uiversitetdə fizika professorudur və ekonofizika – bioloji sistemlər və onların davranışının riyazi modelləşdirilməsi ilə məşğul olur.

Teylor Ramon Uilson dünyada çalışan fuzor – nüvə sintezi reaksiyası üçün nəzərdə tutulmuş cihazı işləyib hazırlayan ilk insan olmuşdur. 10 yaşı olarkən o, nüvə bombasını düzəltmiş, 14 yaşında isə fuzoru yarada bilmişdir. 2011-ci ilin may ayında teylor İntel Beynəlxalq Elmi-Texniki Yarmarkasında ötürücü şüalanma detektorunun hazərlanmasına görə mükafata layiq görülmüşdür. 2013-cü ili fevralında isə TED-2013 konfransında çıxış edərək, avtonom yeraltı nüvə reaktorları haqda ideyaları ilə bölüşmüşdür. Teylorun sözlərinə görə, o, 50 MVt elektrik enerjisi istehsal edən kompakt nüvə reaktoru yaratmışdır və bu reaktoru 30 ildə bir dəfə işə salmaq kifayətdir.

2. AKRİT YASVAL Hindistanlı Akrit Pran Yasval ilk cərrahi əməliyyatını keçirdikdən sonra məşhurlaşmışdır – o zaman onun 7 yaşı var idi. O zamanlar onun tibb təhsili olmasa da yaxın tanışlar arasında tibb dahisi nüfuzunu qazanmışdı. Onun 8 yaşlı dostu əlindən güclü yanıq travması almışdı və Akran onun barmaqlarını bir-birindən ayırmışdı. 12 yaşında ikən Akran tibb universitetinə daxil olmuş, 17 yaşında isə tətbiqi kimya üzrə magistr dərəcəsi qazanmışdır. Bu gün o, xərçəng xəstəliyinin dərmanını axtarır.

4. KAMERON TOMPSON Kameron Tompson Şimali Uelsdən olan riyaziyyat dahisidir. 4 yaşı olarkən, o, riyaziyyat müəlliminin səhvini düzəldərək, sıfırdan kiçik mənfi ədədlərin də olduğunu və sırıfın ən kiçik ədəd olmadığını bildirmişdir. 11 yaşında isə

Kameron Britaniyanın Açıq Universitetində riyaziyyat üzrə elmi dərəcə almışdır. Elə həmin il o, riyaziyyat məktəbində 2 məzuniyyətimtahanını uğurla vermiş və BBC kanalında ən istedadlı yeniyetmə kimi təqdim edilmişdir. Təəssüf ki, Kameron Asperger sindromundan əziyyət çəkir və bu onun təhsilində problemlər yaradır. Buna baxmayaraq, o, dünyanın ən gənc riyaziyyat dahilərindən olaraq qalır.

5. CEYKOB BARNETT Ceykob Barnett – amerikalı riyaziyyatçıdır. İki yaşında ikən həkimlər ona ağır autizm diaqnozu qoymuşdular. Onların fikrincə, Ceykob nə yazmağı, nə oxumağı bacaracaq, nə də xırda məişət problerini həll edə biləcəkdi. Lakin 3 yaşında məlum oldu ki, həkimlər ciddi səhvə yol veriblər – O, əlifbanı düzünə və tərsinə əzbər deyirdi. Elə bu yaşında planetaridə ekskursiya zamanı Ceykob aparıcının “Marsın ayları niyə belə qəribə formadadır?” sualına cavab vermişdir. 10 yaşı olanda o, İndiana universitetinə qəbul olunmuşdur. Öz doktorluq dissertasiyası üzərində çalışarkən Barnett bildirmişdir ki, bir gün o, Enşteynin nisbilik nəzəriyyəsini inkar edə biləcək. Hal-hazırda o, kvant fizikası sahəsində dissertasiya üzərində çalışır.


2

3 1

5

4 83


84

6 #7, 2016

6. MARK TYAN BOEDİXARCO Mark Tyan Boedixarco Honkonqda anadan olub. O, Honkonq Universitetinə daxil olmuş ən gənc tələbədir. O zaman Markın 9 yaşı var idi. O, riyaziyyat və statistika təmayüllü xüsusi proqramla təhsil almışdır. Eyni zamanda o, məktəbdə 8 məzuniyyət imtahanı vermişdir. İndi Markın 2 diplomu, riyaziyyat sahəsində bakalavr diplomu, fəlsəfə elmləri namizədi elmi adı var. Bu ada Mark 2011-ci ildə, tədris planında göstərilən tarixdən bir il əvvəl layiq görülmüşdür. Hal-hazırda o, ABŞ-da riyaziyyat elməri doktoru adı alır.

7. PRİYANŞİ SOMANİ Hindistandan olan Priyanşi Somani ağlında mürəkkəb riyazi hesablamalar aparmağı bacarır. Altı yaşında ikən bu qız şifahi hesablamanı mənimsəmiş, 11 yaşında isə “Mental Calculation World Cup” yarışmasında birinci yerə layiq görülmüşdür. Priyanşı 16 ölkədən gəlmiş 36 iştirakçını üstələyərək, altı onrəqəmli ədəddən kvadrat kökü 6 dəqiqə 51 saniyəyə çıxara bilmişdi. Bunda başqa, o, müsabiqə tarixində vurma, bölmə və kavdrat kök çıxartma əməliyyatları zamanı heç bir səhv buraxmayan yeganə iştirakçı olmuşdur. 2012-ci ilin yanvarında Priyanşa 2 dəqiqə 43 saniyə ərzində 10 altırəqəmli ədədin kvadrat köklərini müəyyən edərək, bu mürəkkəb sahədə birinci olmuşdur.

8. AKİM KAMARA Akim Kamara berlinli skripka ifaçısıdır. Skripka çalmağı 2 yaşında öyrənən bu uşaq hələ bələkdə ikən eşitdiyi musiqiləri yadında saxlamaq qabiliyyəti ilə seçilir. Onun musiqi

8 7


9

müəllimi uşağın xüsusi istedadını hiss edərək, ona həftədə iki dəfə dərs deməyə başlamışdır. Skripkada ifa etmək bacarığını Akim çox tez, cəmi altı aya mənimsəmiş və artıq 2003-cü ilin dekabrında, 3 yaşında ikən Milad münasibətilə keçirilən konsertdə ilk çıxışını etmişdi.

9. İTAN BORTNİK İtan Bortnik – musiqiçi, mahnı müəllifi və aktyordur. Üç yaşında o, klavesində ifa etməyə, beş yaşında isə mahnı yazmağa başlamışdır. Onun debyutu isə 2007-ci ildə “The tonight show”-da baş vermiş, bundan sonra isə İtan dəfələrlə konsert vermişdi. Ginnesin Rekordlar Kitabına İtan dünyanın ən gənc solo ifaçısı kimi düşmüşdür. Həmçinin, o, Las-Veqasda ifa etmiş ən cavan hedlaynerdir – konsert zamanı İtanın 10 yaşı var idi.

10. TANİŞ METYU AVRAAM

10

85

Taniş Metyu Avraam – Mensin ən gənc üzlərindən biridir. Daxil olarkən, onun dörd yaşı var idi. Onun istedadı isə dörd aylıq yaşda açkara çıxmışdır: taniş kitablara baxaraq, onların mə\zmunu haqda suallara düzgün cavablar verməyə başlamışdı. Mensə daxil olarkən, o, Mensin İQ testindən 99,9% nəticə göstərmişdir. Beş yaşında ikən Taniş Stenford Universitetinin istedadlı uşaqlar üçün hazırladığı proqramla beş riyaziyyat kursunu cəmi altı aya başa vurmuşdur. Altı yaşında o, orta məktəbə, sonra isə kollecə qəbul olunmuş, onun orta balı isə heş vaxt 4.0-dan aşağı enməmişdir. Həmçinin o, NASA-nın Ay İnstitutunun saytında məqalələr dərc edir.




88

ƏN TƏHSİLLİ ÖLKƏLƏR

7. BÖYÜK BRİTANİYA – Ali təhsilli əhalinin orta faizi: 38% – Orta ÜDM artımı (2000-2010 illər): 4% (axırdan 10-cu) – adam başına düşən ÜMD: $35,756 тыс. (dünyada 15-ci)

#7, 2016

Ali təhsilli insanlar hər zaman daha asanlıqla özlərinə iş tapa bilirlər. Dünyada diplom almış insanların 92,4%-i çalışır. Bəs hansı ölkənin insanları daha çox savadlıdırlar?

1. KANADA – Ali təhsilli əhalinin orta faizi: 51% – Orta ÜDM artımı (2000-2010 illər): 2,4% (sondan 5-ci) – adam başına düşən ÜMD : $39,050 min. (dünyada 11-ci)

4. ABŞ – Ali təhsilli əhalinin orta faizi: 42% – Orta ÜDM artımı (2000-2010 illər): 1,3% (axırdan 2-ci) – adam başına düşən ÜMD: $46,548 тыс. (dünyada 4-cü)

10. İRLANDİYA – Ali təhsilli əhalinin orta faizi: 37% – Orta ÜDM artımı (2000-2010 illər): 7,3% (dünyada 1-ci) – adam başına düşən ÜMD: $40,478 тыс. (dünyada 7-ci)


8. FİNLANDİYA – Ali təhsilli əhalinin orta faizi: 38% – Orta ÜDM artımı (2000-2010 illər): 1,8% (axırdan 4-cü) – adam başına düşən ÜMD: $36,307 тыс. (dünyada 14-cü)

2. İSRAİL – Ali təhsilli əhalinin orta faizi: 46% – Orta ÜDM artımı (2000-2010 illər): – N/A adam başına düşən ÜMD: $26,531 min. (sondan 13-cü)

3. YAPONİYA – Ali təhsilli əhalinin orta faizi: 45% – Orta ÜDM artımı (2000-2010 illər): 2,9% / (axırdan 10-cu) – adam başına düşən ÜMD: $33,785 тыс. (dünyada 18-ci)

6. CƏNUBİ KOREYA – Ali təhsilli əhalinin orta faizi: 40% – Orta ÜDM artımı (2000-2010 illər): 5,2% (dünyada 6-cı) – adam başına düşən ÜMD: $28,797 тыс. (sondan 16-cı)

9. AVSTRALİYA

8. YENİ ZELLANDİYA – Ali təhsilli əhalinin orta faizi: 41% – Orta ÜDM artımı (2000-2010 illər): 3,5% (dünyada 13-cü) – adam başına düşən ÜMD: $29,711 тыс. (sondan 17-ci)

89

– Ali təhsilli əhalinin orta faizi: 38% – Orta ÜDM artımı (2000-2010 illər): 3,2% (axırdan 12-ci) – adam başına düşən ÜMD: $40,790 тыс. (dünyada 6-cı)


#7, 2016

90

Q K VS

QADINLAR

KİŞİLƏR


Braun və Çikaqo universitetlərinin alimlərinin araşdırmaları belə bir nəticəyə gətirib çıxarır: son 30 il ərzində qadınların əmək diskriminasiyasının dərəcəsi dəyişilməyib.

91

Bu tədqiqatların müəllifləri sübut ediblər ki, halhazırda amerika qadınlarının əksəriyyəti işləsələr də ( 30 il əvvəl ABŞ qadınlarının üçdə biri evdar qadın idi), onlara qarşı münasibət demək olar ki, dəyişməyib. Alimlər bunu daha çox kəmiyyət səbəbləri ilə izah edirlər: əmək bazarında daha çox qadınlar üzə çıxmağa başlayır və avtomatik olaraq, illərlə gizli qalan istedadlı insanların sayı artıb. Halhazırda qadınların daha çox idarəedici vəzifələrdə çalışırlar. Lakin buna baxmayaraq, onların əmək haqqıları kişilərə nisbətən daha aşağı olur. 2006-cı ildə keçirilmiş əhalinin siyahıya alınmasının nəticələrinə əsasən, ABŞ-da hər bir çalışan qadının kişiyə nisbətən əmək haqqı $0,77: $1 kimi olmuşdur. Etnik və irqi azlıqlara məxsus qadınlarda isə bu rəqəm daha aşağı olmuşdur. Afroamerikalı qadın 0,71$, latın amerikalı qadın isə 0,58$ qazana bilmişdir. Beləliklə, eyni iş təcrübəsi və bacarığına malik olan qadın hər il kişidən 4 min dollar daha az pul qazana bilir. Buna baxmayaraq, hal-hazırda Amerikada qadınların 33,2%-i idarələrdə menecer və ya başqa idarəetmə vəzifələrində çalışır, amerikan şirkətlərinin 26%-i qadınlara məxsusdur.


92 #7, 2016

TƏHSİLİ YUMORU 3 tələbə görüşür: Biri universitetdə oxuyur, digəri texnikumda, o birisi isə hərbi məktəbdə. İmtahan suallarını müzakirə edirlər. Universitet tələbəsi: Mənə belə sual düşmüşdü: “ elektrik cərəyanı şiddəti vahidi hansıdır?” a) om; b) volt; c) amper. Texnikum tələbəsi: Mənə belə sual düşmüşdü: “” Elektrik cərəyanı şiddəti vahidi amperdimi?” a) bəli; b) xeyr; c) bilmirəm. Hərbi məktəb tələbəsi: Mənə isə belə sual düşmüşdü “ Elektrik cərəyanı şiddəti vahidi Amperdir!” a) hə; b) Bəli! c) Elədir ki, var! d) Azərbaycan ordusuna xidmət edirəm!!!

İmtahanda professor tələbədən soruşur: – Deyin görüm, mən sizi niyə heç bir mühazirəmdə görməmişəm? – Çünki bütün günü sütunun arxasında otururdum. – Heç vaxt düşünməzdim ki, bir sütunun arxasında bu qədər adam otura bilər.

Müəllimə soruşur: – Əhməd, niyə sırağagün dərsə gəlməmişdin? – Şalvarım qurumamışdı. – Bəs dünən niyə yox idin? – Dünən sizin evin yanına qədər gəldim,sonra qayıtdım. – Nə üçün qayıtdın? – Gördüm sizin şalvar ipdən asılıb, dedim, yəqin, qurumayıb.

Azər 1-ci sinifə gedir... Müəllimə: – Saymağı bilirsən? Azər: – 1, 2, 3, 4, 5, 6... Müəllimə: – Qalanları ??? Azər: – Valet, Dama, Karol, Tuz

İngilis dili müəllimi Mameddən soruşur: – Do you Like Football ? – Yes – Uzun cavab ver – Yeeeeeeeeeeeeeeeees


İNGİLİS YUMORU «Dad, I don’t want to go to school today.» said the boy. «Why not, son?» «Well, one of the chickens on the school farm died last week and we had chicken soup for lunch the next day. Then three days ago one of the pigs died and we had roast pork the next day.» «But why don’t you want to go today?» «Because our English teacher died yesterday!»

TEACHER: What is the chemical formula for water? SARAH : «H I J K L M N O»!! TEACHER: What are you talking about? SARAH : Yesterday you said it’s H to O! Teacher: «I killed a person, tell me this sentence in future tense.» Student: «In future tense, You will go to jail.»

TEACHER: Ellen, give me a sentence starting with «I». ELLEN : I is... TEACHER: No, Ellen. Always say, «I am.» ELLEN : All right... «I am the ninth letter of the alphabet.» TEACHER: Why are you late? WEBSTER: Because of the sign. TEACHER: What sign? WEBSTER: The one that says, «School Ahead, Go Slow.»

93


94

İSVEÇRƏNİ

#7, 2016

SEÇMƏK ÜÇÜN 3 SƏBƏB

Qonaqpərvərlik biznesinin vətəni kimi, İsveçrə bir əsrdən artıqdır ki, bu sahədə beynəlxalq mütəxəssislərin hazırlanması lə məşğuldur. Məhz burada vaxtilə ilk otel idarəetməsi məktəbləri yaranmış, zaman keçdikcə isə ixtisaslı işçilərin hazırlanması üçün əsaslı sistem hazırlanmışdr.


Bu gün İsveçrənin “Glion Institute of Higher Education” və “Les Roches International School of Hotel Management” kimi ali təhsil ocaqları dünyanın otel menecmenti sistemində (TNS Global Survey, 2013) TOP-3-ə daxil olurlar. Burada dünyanın yüzlərlə ölkəsindən gəlmiş tələbələr qonaqpərvərlik, turizm və idarəetmə üzrə təhsil alırlar. Les Roches və Glion tədrisdə nəzəriyyə və təcrübə metodlarından istifdə edirlər. Təhsilin ilk aylarından tələbələr oteldə isveçrə standartlarına uyğun olaraq aparılan işlərə – mətbəxdən otaqlardakı xidmətə qədər, diqqət yetirirlər. Həmçinin, onlar bizneslə əlaqədar maliyyə, marketinq, insan resursları və qonaqpərvərlik sahəsində biznes əməliyyatları kimi ciddi proqramların öyrənilməsinə qərq olurlar. Bu nəzəri və praktik biliklər iki semestrlik iş təcrübəsi ilə tamamlanır. Glion Institute of Higher Education direktoru Cudi Hou əmindir: “Sözsüz ki, namizədlərin iş təcrübəsinin olması onları işə götürənlər qarşısında daha əlverişli tərəfdən qələmə verir. Biz hər tələbə ilə 5 staj təcrübəsi keçirir və ildə 500 tələbəmizi staj keçmək üçün yönəldirik. Hal-hazırda MCI və JP Morgan şirkətləri bizim tələbələrimizi Hyatt, Four Seasons, Mandarin Oriental kimi otel bazarının nəhəng şirkətlərinə qəbul edirlər. Bizim tələbələrimiz marketinq, maliyyə, HR və ya tədbirlərin təşkili, KİV və pərakəndə satış kimi sahələrdə təcrübə keçirlər. 330 tələbə arasında ikinci stajdan sonra keçirilən sorğu göstərmişdir ki, onlardan: – 55%-i stajdan dərhal sonra işə düzəlmiş; – 75%-i bu stajı digər tələbələrə məsləhət görəcək; – 94%-i isə staj müddətinin onların karyeraları üçün faydalı oluğunu düşünür. Demək olar ki, bütün tələbələrimiz təhsilin təcrübə hissəsinin gələcək iş həyatında böyük

rol oynadığını düşünür. Bu, onlara öz yollarını seçməkdə yardımçı olur. Glionun iki semestr təcrübə keçmiş məzunlarının 78%-i indi topmenecer və ya otelin direktoru vəzifəsində çalışır”. Les Roches International School of Hotel Management Worldwide (Switzerland, Spain, China) baş direktoru Sonia Tatar məzunların karyera yüksəlişinə belə şərh verdi: “Otel menecmenti sahəsində olan karyera dünyada ən dinamik və cəlbedici hesab edilir. Bu sahə Louis Vuitton və Bloomberg, Four Seasons, Intercontinental, Ritz-Carlton və ya Kempinski kimi şəbəkələrdə bir çox fəaliyyət sahələrini əhatə edir. Təklif etdiyimiz marketinq, maliyyə, tədbirlərin təşkiları və kulinar biznesinin idarə olunması kimi ixtisaslar geniş spektr qapıları sizin üzünüzə açır. Bu ixtisaslar tələbələri öz potensialından maksimal istifadə etməyə məcbur edir və onlara əlavə biliklər verir”.

2013-cü ildə Les Roches bakalavr məzunu, indi isə Londonda MoBa restoranının yaradıcısı Teodor Çaroy dəvətlə Bakıya gəldiyi zaman AzeriStudent-ə müsahibə vermişdir.

95


96 #7, 2016

– Şəxsi biznesiniz açmaq qərarına gələndə hansı maneələrə rast gəldiniz? Biz bir çox problemlərlə üzləşdik, lakin onlar uğurla həll olundular. Biznesin qurulması və idarə olunması asan iş deyil. Ətrafınızda olan bir çox insan bu və ya digər biznesin qurulması haqqında danışa bilər amma yalnız bəziləri bu işi sona çatdıracaqlar. Əsas olan – əlinizdə olan bütün imkanlardan istifadə etməkdir. – Şəxsi biznesi açmaq üçün atılmalı olan ilk addın hansıdır? Beyin həmləsi, beyin həmləsi, beyin həmləsi... Nə, necə, harda, nə üçün, kimin üçün və s. – Hansı biznesi açacağınızı əvvəlcədən bilirdiniz? Bəli, yadımdadır ki, uşaq ikən nənəmə demişdim ki, böyük və gözəl oteldə çalışacağam. – Biznesinizi necə mailiyyələşdirirsiniz? İlk sərmayəni necə tapdınız? Biz biznes-plan qurduq və maliyyə dəstəyi axtarmağa başladıq. Bizim layihəmiz kifayət qədər cazibədar idi, odur ki, biz tezliklə bir neçə sərmayəçi tapa bildik. – Müştərilərinizin haqlı olmadığ hallarda nə edirsiniz? Bizim restoran beş ulduzlu otel deyil, odur ki, bunun öhdəsindən gəlmək çox asandır. Nəzərə alın ki, bizim beş ulduzlu oteldə çalışma təcrübəmiz də var. Müştərinin fikri ilə razı olmadığınız zaman belə ona hörmət eləmək vacibdir. – Bəs ən çətin olan nə idi? Londonda yaxşı işçilər tapmaq. Biz hər zaman yaxşı kadrların axtarışındayıq və onları bacardığımız qədər həvəsləndirməyə çalışırıq. – Məyər insanları idarə etmək çətindir? Xeyir, lakin onlar – sizin ən vacib aktivinizdir. Odur ki, onlara vaxt sərf etməyə dəyər. – Qonaqpərvərlik biznesində uğur qazanmaq üçün Les Roches kimi

universitetdə təhsil almaq vacibdirmi, yoxsa maddi cəhətdən azad olmaq kifayət edir? Valideynlərim bir dəfə mənə dedilər ki, sənə yalnız bir miras qoya bilsəydik, bu, təhsil olardı. Təhsil imkan veriri ki, siz maddi cəhətdən heç kimdən asılı olmayasınız və öz kapitalınızı qanasınız. – Les Roches-un marketinq fakültəsi haqqında nə düşünürsünüz? Onu bitirdikdən sonar mən uğurlu marketinq meneceri ola bilərəm? Les Roches-da hər bir ixtisas təkcə kitablardan deyil, şəxsi təcrübə əsasında tədris edilir. Marketinq – sürətlə dəyişən sahə və uğura gedən yolda yaxşı başlanğıcdır. Bu fakültə faydalı stajlar və gələcək karyera təklif edir. – Biz biznes sahəsindəki beynəlxalq təcrübəni yerli bazarda tətbiq edə bilərikmi? Bu mümkündür? Hesab edirəm ki, uğurlu biznesmenlər – əla liderlik xüsusiyyətlərinə malik insanlardır. Onlar, həmçinin bazardakı vəziyyəti analiz edib, opnu lazım olan məhsulla doldura bilərlər. Azərbaycana gəldiyimdə anladım ki, bu torpaq imkanlarla doludur və mən əminəm ki, bu ölkəni qurmağa davam edən iş adamları var. – Dediyiniz kimi, biznes – asan iş deyil, Londonda yaşamaq da çətin olmalıdır. Bəs nəyə görə öz biznesiniz üçün məhz Londonu seçdiniz? Mən çətinlikləri sevirəm. London, Paris, Nyu-York elə şəhərlərdir ki, burada uğur

qazanmaq mənim arzumdur. Çünki bu şəhərlərdə misilsiz imkanlar gizlənib. Bu şəhərlərdə hər şey mümkündür! – Karyeralarına qonaqpərvərlik biznesində başlamaq istəyən tələbələrə nə arzu edərdiniz? Bu, çoxsaylı mümkün yolları olan gözəl sahədir. Mən, sözsüz ki, Les Roshes-da təhsil almağı məsləhət görərdim. – Gələn ilə olan planlarınız nədir? MoBa bizim prioritetli layihələrimizdəndir. Əslində isə, biz 2016cı ilin yayında yeni layihəmizi işə salırıq. Bundan başqa, biz Londonda tədbirlərin təşkilatı və keyterinqlə məşğul olan şirkət açmaq qərarındayıq. – Les Roches və Glion-da əldə olunan professional bacarıqlar dünyanın başqa ölkələrində karyera yüksəlişi zamanı yardımçı ola bilərmi? Yalnız öz adımdan deyə bilərəm ki, Mexiko, Çexiya, Nyu-York və Çində təcrübə keçmişəm. Bundan çox beynəlxalq təcrübə əldə etmək mümkündürmü? – Sizin addımlarınızla getsəm, sizin təcrübənizi Bakıda həyata keçirə bilərəmmi? Təkrar edirəm ki, siz öz bazarınızı araşdırmalısınız. Yeni bazarda öz imkanlarını genişləndirmək istəyən beynəlxalq şirkətlər bu bazarı ələ almaq üçün lazımi dəyişikliklər edirlər.



Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.