Fidan Aliyeva Solo Exhibition Catalogue / Museum Centre / October 7-13, 2016

Page 1

FİDAN ƏLİYEVA



FİDAN ƏLİYEVA





www.ďŹ danaliyeva.com





FİDAN ƏLİYEVA

BAKI 2016



FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU ● 007

GÜNƏŞƏ DOĞRU -

Fərəh Əliyeva sənətşünas

Emalatxanadan görüntü Bakı, 2016 səh. 002 - 003

Həyat dolu, 2016 Fraqment Kətan, yağlı boya 110 x 110 sm səh. 004

Həyat dolu, 2016 Kətan, yağlı boya 110 x 110 sm

Gənc yaşına baxmayaraq, Fidan Əliyeva çoxlarının illər ərzində nail olduqlarına artıq bu gənc yaşlarında malikdir. 60-dan çox əsərin müəllifi olan gənc rəssam təsviri sənət sahəsinin incəliklərini öyrənərək, öz üzərində durmadan çalışmaqdadır. Onun tablolarını digərlərindən fərqləndirən cəhət kompozisiya həllinin düşünülmüşlüyü və stilistik cəhətdən müxtəlifliyidir. O, rəng çalarlarını çox yüksək həssaslıqla hiss edərək, daha parlaq çalarlarla işləməyə üstünlük verir. Yaradıcılıq yolunun ilk tabloları akademik üsluba daha yaxındırlar. Sonrakı mərhələnin yağlı boyaları daha azad tərzli, yüngül cizgiləri, polixrom və impressionistik üslubu ilə seçilir. İstifadə olunan rəng palitrası daha zəngin, bəzən isə təzadlar üzərində qurulub. Rəssamın üzərində çalışdığı hər bir əsərinin onun avtoportreti olduğu fikrinə istinad edərək, Fidanın bütün tablolarının onun əhval və hisslər durumunun üzərində qurulduğunu duymaq olar. Rəssamın müxtəlif üslublarda işləməsinə olan marağını nəzərə alaraq, onun hal-hazırda olan yaradıcılığını hər hansı konkret bir cərəyana aid etmək düzgün olmazdı. Daim axtarışda olaraq, gənc rəssam fərqli yaradıcılıq üslub və üslublarından istifadə edir. Lakin qeyd etmək lazımdır ki, Fidanın bugünki əsərlərinin təhlili onların birmənalı olaraq avanqard

cərəyanının müxtəlif istiqamətləri əks etdirdiyini bildirir. Onların sırasında həm impressionistik, ekspressionistik, abstraktionizm cərəyanlarını əhatə edən əsərlər vardır. Zaman keçdikcə rəssam özü istiqamətini taparaq müəyyən bir vektor ətrafında müəyyənləşəcək. Fidan yaradıcılıq yolunun başlanğıcında olduğunu anlayaraq, fərdi üslub axtarışlarındadır. Heç kimi təkrarlamamaq, öz fərdi dəsti-xəttini tapmaq və özünü bu yolun təmsilçisi kimi tanıtmaq istəyən Fidan Əliyeva durmadan yaradıcılıq üslubları və üsulları ilə eksperimentlər aparır. Bu o cümlədən, rəssamın seçdiyi janrlarda da öz əksini tapır. Onun seçdiyi mövzular dairəsi genişdir – gülləri və yetişmiş meyvələri təsvir edən natürmortlar, ətirli yay və payız mənzərələri ilə əvəzlənir. Onun insan bədəni ilə etdiyi fiqurativ kompozisiyaları yanaşma tərzi baxımından müxtəlifdirlər. Bu tablolara baxarkən, rəssamın hisslərini ifadə etmək üçün fərqli yollar axtarışında olduğunu qeyd etmək lazımdır. Təbiyyətcə çox qapalı insan olan Fidan, öz dünyasının əksini kətan üzərində yağlı boya, akril və ya sadəcə kağız üzərində etdiyi eskiz səciyyəli təsvirlərdə tapır. Rəssam üçün yaradıcılıq daxili bir sükutdur, harda ki o azadlığın havasını hiss edərək təxəyyülündə olanları canlandırıb günəşə doğru istiqmətləndirir.



FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU ● 009

Günəşlə üzləşərkən, 2016 Kətan, yağlı boya 188 x 50 sm



FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU ● 011

TƏSVİRİ SƏNƏT ÖZÜNÜDƏRKETMƏ YOLU KİMİ -

Teymur Daimi Rəssam, Fəlsəfə doktoru

Daxili rahatlıq, 2013 Kətan, yağlı boya 110 x 110 sm

İstənilən rəssamın tərcümeyi-halı onun yaradıcılığı ilə bağlı müəyyən maraqlı təfərrüatları anlatmaq iqtidarındadır. Söhbət yenicə rəssamlıq yaradıcılığına qədəm qoymuş gənc rəssamdan getdiyi halda belə. Məsələn, Fidan Əliyevanın tərcümeyi-halından bunlar məlum olur: O, heç bir rəssamlıq məktəbini bitirməyib, yəni bu sahədə xüsusi təhsilə malik deyil. Lakin fərdi dərslər alıb (Sakit Məmmədov tərəfindən ), eləcə də, Müqəddəs Martin adına London İncəsənət və Dizayn Məktəbində incəsənət üzrə kurslar keçib və nəhayət, qeyd edilməli bir məqam, hal-hazırda Azərbaycan Diplomatiya Akademiyasında İctimaiyyətlə Əlaqələr ixtisası üzrə təhsil alır. Onun tərcümeyi-halının bu detalları nəyə işarə edir? Beləliklə, rəssam incəsənətlə məşğüliyyətinə bir peşəkar fəaliyyət sahəsi kimi baxmayaraq, tablo və qrafikanı bilavasitə fərdi zövqü və daxili reallaşma və özünüdərk vasitəsi kimi qəbul edir (bu, öz növbəsində, əsərlərinin satılma mümkünlüyünü istisna etmir ). Bir vaxtlar incəsənət aləmində, demək olar ki, bütün 20-ci əsrin onun adı ilə əlaqələndirildiyi populyar fransız rəssamı M. Düşanın gözlənilməz şəkildə incəsənətdən kənarlaşmasını xatırlayaq. O zaman rəssam bu addımını onunla əsaslandırmışdı ki, incəsənət orta burjua sinfinə məğlub olub və tam kommersiyalaşıb. Yəni müasir bazarın qanunları

kəskin şəkildə rəssamları özünə tabe etmiş və formal olaraq, peşəkar rəssamlar həmin rəssamlar vasitəsilə maliyyə dövriyyəsini tənzimləməsi məqsədini güdən qlobal incəsənət sisteminin vintlərinə çevirmişlər. Bu baxımdan institusional rəssamlıq karyerası qurmaq məqsədini güdməyən yaradıcı şəxslərin yaradıcılığı xüsusi bir marağa səbəb olur: bu rəssamlar, demək olar ki, maliyyələşmə meylindən uzaq, yaradıcılıqları öz həqiqi məğzini qoruyub saxlayan incəsənət adamlarına çevrilir. F.Əliyeva məhz bu qəbildən olan rəssamların sırasındadır. O, artıq bir çox sərgilərin iştirakçısı olmuş və güman ki, gələcəkdə də müxtəlif incəsənət layihələrində iştirak edəcəkdir. Lakin bir şey aydındır ki, onun yaradıcılıq fəaliyyəti müasir rəssamların uydurduğu və güya yalnız ən görkəmli müasir incəsənət xadimlərinin yer aldığı (əslində isə, sadəcə olaraq, daha uğurlu olanların ki, bu uğur da həmişə istedad və unikallıq demək deyil ) süni reytinq və müxtəlif top-siyahılarda "öz" yeri barədə qayğı və həyəcanlarla dolu olmayacaq. Simasız incəsənət Sistemində öz "peşəkar" varlığını (legitimliyini ) hər dəfə sübut etmək "məcburiyyətindən " azad olaraq, o, özünün əsas işini edəcək, yəni, öz fərdi unikallığını, dünyaya öz müstəsna bədii baxış qabiliyyətini reallaşdıracaq. Bu yüngül, qeyri-institusional baxış artıq indi onun yaradıcılığında özünü biruzə verir. Onun gənc yaradıcılığı tarixi uslub


012 ● FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU

və formaların geniş diapazonunu əhatə edir. Burada biz impressionizm, fovizm, ekspressionizm, neoprimitivizm, hətta, xalis lirik abstraksiyaya qədər rəssamlıq nümunələrini görə bilirik. Fidan əsas diqqəti rəng seçiminə yönəldir. Onun əsərlərində dərhal rəng gərginliyinin artırılmasına meyl, rəngə öz enerjisi ilə insanın birbaşa psixikasına təsir edərək onu bu və ya digər vəziyyətlərə (hətta, trans vəziyyətinə) aparan müstəqil bir reallıq kimi münasibət hiss olunur. Parlaq, təmiz rənglərin intensivliyi bizim bilavasitə şüuraltı qatımıza müraciət edərək intuisiya kəsiyində və şüur səviyyəsindən kənarda incə mənalar yaradır. Məhz bu səbəbdən Fidan tədricən öz əsərlərinin həcmini böyütməyə meyl edir ki, onun tablolarının səthi seyrçini rəsm müstəvisinin daxilinə keçməyə çağırsın. Bu baxımdan müasir incəsənətin görkəmli simalarından olan Mark Rotko və Anselm Kiferin təcrübələrini xatırlamalı oluruq ki, bu təcrübələrində onlar bilərəkdən iri həcmli formatlarla çalışırdılar ki, seyrçi yalnız rəsmlərə kənar bir müşahidəçiki kimi baxmaqla kifayətlənməyib, həm də, rəngin energisi ilə tam və bütöv şəkildə əhatə olunsun... Və - bu da rəssamıların əsas məqsədidir - rəsmin içərisinə nüfuz etsin. Rəsm və qrafikalarında rəssamın cəsarətli tədqiqatçı ruhu sezilir - Fidan cizgi, kölgə, məkan üzərində təcrübə apararaq müxtəlif səthləri qarışdırır (müxtəlif rəngli kağızlarla işləmə) və bilərəkdən kompozisiyanın vizual bütövlüyünü "sındırır" ki, bu artıq digər keyfiyyət səviyyəsində daha böyük bütövlüyə çevrilir. F.Əliyevanın bəzi qrafik təsvirlərində, hətta, uzaq şərqin vizual poetikasının təsiri də duyulur... Bu cür üslubi müxtəliflik və

incəsənətdə fərqli istiqamətlərin əhatə olunması belə bir qənaətə gəlməyə vadar edir. İlk əvvəl, gənc rəssamlar sənətin mənimsənilməsi zamanı öz üzərində bir çox rəssam və rəssamlıq cərəyanlarının təsirini müşahidə edir. Onlar bu təsirlərdə özlərini axtararaq tədricən fərdi orijinal yollarını cızmağa başlayır. İkincisi, bizim postmodernizm dövrümüzdə rəssamlar (gənc olubolmamalarından asılı deyil) sərbəst şəkildə tarixi irsə dünya ilə ünsiyyətin qurulması üçün vacib olan özünün bir neçə dillər toplusu kimi yaradıcılığında istifadə edilə bilən açıq bir sistem kimi müraciət edir. Başqa sözlə desək, bu sıradan olan rəssamlar incəsənət tarixinin irsinə digər rəssamların (məsələn, köhnə sənət ustalarının) təbiətə öz ilham mənbəyi kimi yanaşdıqları tək yanaşır. F.Əliyevanın nümunəsində qeyd edilən hər iki variantın mövcudluğunu söyləmək olar, çünki onun bir tərəfdən, özünün gənc yaşına görə hələ dünyanın invəsənət irsini öyrənərək sənəti mənimsəmə mərhələsində olduğu sayılır, digər tərəfdən isə, o, artıq öz yaradıcılığında müxtəlif üslub və istiqamətlərdən istifadə edən, kifayət qədər yetkin, formalaşmış rəssam sayıla bilər.

Adsız, 2016 Kətan, yağlı boya 60 x 80 sm




FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU ● 015

RƏSSAM HAQQINDA

Fidan Əliyeva 1996-ci ildə Bakı şəhərində anadan olub. O, hal-hazırda Azərbaycan Diplomatik Akademiyasının “İctimayyətlə Əlaqələr” fakultəsinin tələbəsidir. Xüsusi rəssamlıq təhsili olmayan gənc rəssam ayrı – ayrı dövrlərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində fərdi rəsm dərsləri, xalq rəssamı Sakit Məmmədovun emalatxanasında təcrübə, o cümlədən Londondaki Müqəddəs Martin adına İncəsənət və Dizayn Kollecində incəsənət dərsləri kursu keçmişdir. Məktəb illərindən o təşkil edilən çoxsaylı sərgilərin iştirakçısı olub. Onun ən böyük uğurları sırasında Türk Qafqaz Məktəbinin şagirdi olduğu zaman incəsənət müsabiqəsində “Ən yaxşı rəsm əsəri” nominasiyasında birinci yerə layiq görülməsi olub. Bu sərgi Fövqəlada Hallar Nazirliyi tərəfidnən təşkil olunan iri miqyaslı sərgi idi, harda ki iştirakçı – rəssam təqdim etdiyi əsərini təbii fəlakətə həsr etməli idi. Bu müsabiqə üçün Fidan hər şeyi dağıdan tornadonu təsvir edərək, onun necə güclü və dağıdıcı qüvvəyə malik olduğunu çatdıraraq, müsabiqənin qalibi seçilmişdir.


016 ● FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU

London gündəlikləri silsiləsindən, 2016 Kağız, tuş 30 x 21 sm Natürmort, 2016 Kətan, yağlı boya 50 x 60 sm





020 ● FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU

səh. 018 - 019

Anlıq həyat, 2014 Fraqment Kətan, yağlı boya 90 x 60 sm Anlıq həyat, 2014 Kətan, yağlı boya 90 x 60 sm


Adrenalin, 2015 Kətan, yağlı boya 130 x 100 sm səh. 022 - 023

Adrenalin, 2015 Fraqment Kətan, yağlı boya 130 x 100 sm




024 ● FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU


FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU ● 025

Unutqan, 2015 Kətan, yağlı boya 80 x 60 sm

Danatella, 2016 Kağız, mürəkkəb 70 x 50 sm


Paklıq, 2012 Kətan, yağlı boya 45 x 35 sm


FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU ● 027

Adsız, 2016 Kətan, yağlı boya 50 x 35 sm




030 ● FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU

səh. 028 - 029

Təmiz təbiət, 2012 Fraqment Kətan, yağlı boya 25 x 35 sm Təmiz təbiət, 2012 Kətan, yağlı boya 25 x 35 sm

Özünüdərketmə, 2016 Fraqment Kətan, yağlı boya 120 x 120 sm səh. 032 - 033

Özünüdərketmə, 2016 Fraqment Kətan, yağlı boya 120 x 120 sm





Ləyaqətli, 2014 Kətan, yağlı boya 80 x 50 sm


FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU ● 035

Təmkinsiz, 2014 Kətan, yağlı boya 80 x 61 sm


036 ● FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU

London, 2016 Kağız, mürəkkəb 29 x 110 sm


FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU ● 037


038 ● FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU

London gündəlikləri silsiləsindən, 2016 Kağız, tuş 30 x 21 sm


FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU ● 039

London gündəlikləri silsiləsindən, 2016 Kağız, tuş 30 x 21 sm


040 ● FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU

London gündəlikləri silsiləsindən, 2016 Kağız, qarışıq texnika 30 x 40 sm



042 ● FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU

Utopiya, 2016 Kağız, yağlı boya 70 x 50 sm


London gündəlikləri silsiləsindən, 2016 Kağız, yağlı boya 70 x 50 sm


044 ● FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU

Sifət, 2016 Kağız, yağlı boya 70 x 50 sm


Qarışıqlıq, 2016 Kətan, yağlı boya 70 x 50 sm


046 ● FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU

Ülvi arzular, 2016 Kətan, yağlı boya 100 x 70 sm


FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU ● 047

Məzlum xoşbəxtlik, 2016 Kətan, yağlı boya 100 x 70 sm


048 ● FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU

İki üzlü, 2015 Kətan, yağlı boya 80 x 60 sm İki üzlü, 2015 Fraqment Kətan, yağlı boya 80 x 60 sm



050 ● FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU

London gündəlikləri silsiləsindən, 2016 Kağız, qarışıq texnika 50 x 70 sm




FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU ● 053

London gündəlikləri silsiləsindən, 2016 Kağız, qarışıq texnika 50 x 70 sm


054 ● FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU

Orxideyalar, 2012 Kətan, yağlı boya 35 x 25 sm


FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU ● 055

Günəşin öpüşü, 2013 Kətan, yağlı boya 90 x 70 sm səh. 056 - 057

Günəşin öpüşü, 2013 Fraqment Kətan, yağlı boya 90 x 70 sm




058 ● FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU

Müdafiəsiz təbiət, 2015 Kətan, yağlı boya 100 x 70 sm




FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU ● 061

İsti yay günü, 2013 Kətan, yağlı boya 70 x 100 sm



FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU ● 063

Çiçəklənmək, 2014 Kətan, yağlı boya 80 x 60 sm səh. 064 - 065

Gözübağlı çıxışa döğru, 2015 Kətan, yağlı boya 70 x 70 sm

Çiçəklənmək, 2014 Kətan, yağlı boya 80 x 60 sm




066 ● FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU

Hormonların oyunu, 2014 Kətan, yağlı boya 90 x 70 sm



068 ● FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU

Vanilli səma, 2016 Diptix Kətan, yağlı boya hər biri 40 x 40 sm


FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU ● 069

səh. 070 - 071

Vanilli səma, 2016 Fraqment Kətan, yağlı boya hər biri 40 x 40 sm





FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU ● 073

Cansız, 2016 Kətan, yağlı boya 110 x 110 sm

Günahlı əyləncə, 2014 Kətan, yağlı boya 80 x 49,5 sm



FIDAN ALIYEVA ● FACING THE SUN ● 075

FACING THE SUN -

Farah Alakparli Art Critic

Despite of her very young age, Fidan Aliyeva has achieved a lot more y that time than many others during the years. Being the author of more than 60 art pieces, young artist strives to learn the visual arts in details and constantly work on herself. The main distinctive feature of her canvases is the completion of compositional solution and its stylistic diversity. She feels the color shades in the most delicate way, giving preference to bright colors. The first canvases of her creative work are closer to academic style. The oil paintings of the following stages are distinguished for more independent style, light features and impressionistic style. The used by the artist color palette is more complicated and at times and even is based on contrasts. Being guided by the opinion that every piece the artist is working on is considered his self-portrait, one may feel that all canvases of Fidan are based on her inner condition and feelings. Taking into consideration artist's interest on working in various styles, it would be wrong to correlate her present creative work to any of artistic trend. Being in constant search, young artist applies for different creative styles and techniques. Although it should be noted that, the analyses of Fidan's present art works clearly reveals their relation to different directions of avant-garde trend. There are art works covering both impressionist, expressionist and abstractionist trends among them. With the course of time the artist will find her unique style and concentrate around one single vector. Realizing that she is only in the early stage of her creativity, Fidan is in the exploration process of her individual style. With a strong desire not to repeat anyone, find her own style

and distinguish herself as a representative of this style, Fidan Aliyeva is constantly experimenting with various creative styles and techniques. This is also reflected in the genres selected by the artist. The range of the themes she applies for is quite different – flowers and red-ripe fruit still-life depictions are being replaced with sweet summer and fall landscapes. Her figural compositions with human body are diversified for their style of approach. While watching these canvases it become obvious that the artist was exploring different ways to express self-feelings. Being very self-contained person by her nature, Fidan finds reflection of her world by acryl, oil on canvas, or just sketch-style depictions on paper. Creativity for the artist is some kind of inner silence, where she feels the spirit of freedom enabling to revive all those in her consciousness.


076 ● FIDAN ALIYEVA ● FACING THE SUN

ART AS A WAY OF SELFAWARENESS

Teymur Daimi Artist, PhD

Biography of any artist may explain us some interesting details connected with his or her creative work. Even if it is a young artist, just stepping in to the path of artistic way. For instance, we learn the following from Fidan Aliyeva's biography: she hasn't graduated from any art school, which means she doesn't have any special education, but took private lessons (from the artist Sakit Mammadov), passed art courses at the Saint Martin's London School of Art and finally, – also an important detail, - at the present time is studying at Azerbaijan Diplomatic Academy, faculty of Public Relations. So, what do these biographical details refer to? It is obvious that the artist doesn't consider art as her professional craft, but creates canvases and graphics entirely for her own pleasure and as a way of inner self-realization and self-awareness (what doesn't exclude in its turn, possibility of disposal). At one time iconic French artist M.Duchamb, person who set trend for almost entire 20th century, has stopped his work as an artist, explaining his decision with the fact that art had lost to middle-class and become completely commercialized. Which means, the market crushed the art and formally, professional artists have become screws of global artistic System, aiming at regulation circulation of income flow via those artists. From this point of view, creative work of those creators, not targeted to build industrial artistic career is attracting special interest: these artists perhaps, are those few whose creative art works obtain it's true essence, not aiming at capitalization. F.Aliyeva is one of those artists. She has already participated at quite many exhibitions and apparently, will further on actively take part at

various art projects. But what is quite evident is that her creative work will not be overshadowed or burdened with worries and anxiety concerning "her" place in the system of artificially fabricated ratings of modern artists and various top-charts, reflecting supposedly more outstanding masters of the modern art (but in reality, just more successful guys, what is not always equivalent to talent and uniqueness). Getting free from "compulsion" of every time proving her "professional" reliability (legacy) in the characterless System of art, she will be delivering her main mission - realize her personal uniqueness, her exceptional artistic vision of the world. This soft, out of institutional world-view already now is being observed in her creative work. Her young creativity cover wide spectrum of historical styles and forms. We may find here paintings, embodied with the spirit of Impressionism, fauvism, expressionism, neo-primitivism, down to purely realistic abstraction. Special attention F.Aliyeva pays to her work with the color. One may instantly feel her disposition towards strengthening of color tensity, her attitude towards color as to some kind of independent reality, able to influence human mentality, bringing him into the various states of mind (possibly to ecstasy). The intensity of bright colors directly appeal to our state of consciousness, raising delicate meanings on the edge of our intuition beyond the control of the state of mind. Precisely because of this reason Fidan is inclined to gradually extend dimensions of her works, guaranteeing that the surface of her paintings invite spectaculars to enter inside the painting space. In that regard we may remember experience of the outstanding personalities of modern art Mark Rothko and Anselm Kiefer, who deliberately worked with a large sizes to not just making viewers watch their paintings as strange


FIDAN ALIYEVA ● FACING THE SUN ● 077

Happy, 2016 Oil on paper 70 x 50 sm

ABOUT ARTIST

observers but also be entirely "captured" with energy of color... And – which is the main goal of the artist - pulled into the depth of the paining. The brave spirit of explorer is being observed in the paintings and graphic works of the artist – Fidan keeps experimenting with lines, spots, space, mixing up different spheres (work with papers of different colors) and supposedly "tearing up" compositions's visual integrity, which turns to even bigger integrity but on entirely different level. In some graphical sheets of F.Aliyeva we may feel the influence even of far eastern visual poetics... Such a stylistic diversity and coverage of different artistic trends points to one conclusion. Firstly, in the period of their study young artists may experience influence of quite many artists and artistic directions. They keep searching for themselves among these influences, gradually finding their personal original way.

Secondly, in our postmodernism epoch artists (not necessarily young ones) independently apply to historical heritage as to open system possibly used in their own creative work as integrity of many artistic languages, important for formulation of personal communication language with the world. In other words, the artists apply to heritage of arts history the way other artists (for instance, old masters) applied to nature as a source of inspiration. In the case of F.Aliyeva we may consider presence of both versions, as from one side, because of her young age she is still considered a learner, studying world's art heritage, but from the other side, she is already matured enough, adult artist, using various styles and directions in her creative work.

Fidan Aliyeva was born in 1996 in Baku. At the present, she is a student of Azerbaijan Diplomatic Academy, faculty of Public Relations. In despite of not acquiring special artistic education, in various years the young artist had opportunity to attend lessons at Azerbaijan State University of Architecture and Construction, to get experience at national artist Sakit Mammadov's workshop, as well as pass the art classes at Saint Martin's School of Art in London. From her school years she has been participating at the various exhibitions. One of

her brightest success was winning in nomination of “The best painting” at the arts contest during her study at Turkish Caucasian School. This was a large-scale exhibition initiated by the Ministry of Extraordinary Affairs, where participant – the artist had to dedicate his artwork to natural disaster. Fidan was selected the winner of this contest for her splendid depiction of tornado's devastating force.


078 ● FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU


FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU ● 079

London gündəlikləri silsiləsindən, 2016 Kağız, tuş 50 x 50 sm London gündəlikləri silsiləsindən, 2016 Kağız, tuş 30 x 21 sm


080● FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU


FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU ● 081

London gündəlikləri silsiləsindən, 2016 Kağız, qarışıq texnika 30 x 40 sm

London gündəlikləri silsiləsindən, 2016 Kağız, qələm 30 x 21 sm


Fantaziyalar silsiləsindən, 2012 Kağız, qələm 30 x 40 sm Fantaziyalar silsiləsindən, 2012 Kağız, qələm 30 x 40 sm


FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU ● 083


ƏSƏRLƏRİN SİYAHISI LIST OF WORKS -

РАБОТЫ И НАЗВАНИЯ

4

Səh. Page Стр.

Səh. Page Стр.

084 ● FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU Həyat dolu Kətan, yağlı boya Alive Oil on canvas Полон жизни Xолст, масло

17

2015 / 50 х 60

2016 / 110 х 110

8

Günəşlə üzləşərkən Kətan, yağlı boya Facing the sun Oil on canvas Лицом к солнцу Xолст, масло

Natürmort Kətan, yağlı boya Still life Oil on canvas Натюрморт Xолст, масло

20

Anlıq həyat Kətan, yağlı boya Instant Life Oil on canvas Мгновение жизни Xолст, масло 2014 / 90 х 60

2016 / 188 х 50

10

Daxili rahatlıq Kətan, yağlı boya Inner peace Oil on canvas Идиллия Xолст, масло

21

2013 / 110 х 110

Adrenalin Kətan, yağlı boya Adrenaline Oil on canvas Адреналин Xолст, масло 2015 / 130 х 100

13

Adsız Kətan, yağlı boya Untitled Oil on canvas Без названия Xолст, масло

24

2016 / 60 x 80

16

London gündəlikləri silsiləsindən Kağız, mürəkkəb London diaries series paper, ink Дневники из Лондона, Бумага, чернила 2016 / 30 x 21

Unutqan Kətan, yağlı boya Oblivious Oil on canvas Забытая Xолст, масло 2015 / 80 x 60

25

Danatella Kağız, mürəkkəb Danatella paper, ink Danatella Бумага, чернила 2016 / 70 x 50


26

Paklıq Kətan, yağlı boya Innocence Oil on canvas Невинность Xолст, масло

34

2012 / 45 х 35

27

Adsız Kətan, yağlı boya Untitled Oil on canvas Без названия Xолст, масло

Səh. Page Стр.

Səh. Page Стр.

Səh. Page Стр.

FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU ● 085

Ləyaqətli Kətan, yağlı boya Self-esteem Oil on canvas Самодостаточность Xолст, масло

39

2014 / 80 x 50

2016 / 30 x 21

40 35

2012 / 50 x 35

London gündəlikləri silsiləsindən Kağız, mürəkkəb London diaries series paper, ink Дневники из Лондона, Бумага, чернила

Təmkinsiz Kətan, yağlı boya Self-abandoned Oil on canvas Несдержанный Xолст, масло

London gündəlikləri silsiləsindən Kağız, mürəkkəb London diaries series paper, ink Дневники из Лондона, Бумага, чернила 2016 / 30 x 21

2014 / 80 x 61

42 30

36 Təmiz təbiət Kətan, yağlı boya Untouched nature Oil on canvas Нетронутая природа Xолст, масло

London Kağız, mürəkkəb London paper, ink Лондон Бумага, чернила

2012 / 25 х 35

31

Özünüdərketmə Kətan, yağlı boya Self absorption Oil on canvas Самопоглощение Xолст, масло 2016 / 120 х 120

2016 / 29 x 110

38

London gündəlikləri silsiləsindən Kağız, mürəkkəb London diaries series paper, ink Дневники из Лондона, Бумага, чернила 2016 / 30 x 21

Utopiya Kağız, yağlı boya Utopia paper, oil Утопия Бумага, масло 2016 / 70 x 50

43

London gündəlikləri silsiləsindən Kağız, mürəkkəb London diaries series paper, ink Дневники из Лондона, Бумага, чернила 2016 / 70 x 50


45

Sifət Kağız, yağlı boya Face paper, oil Лицо Бумага, масло

49

46

50

2016 / 70 x 50

47

Ülvi arzular Kətan, yağlı boya Smoothing dreams Oil on canvas Шелковые мечты Xолст, масло

48

58

London gündəlikləri silsiləsindən Kağız, mürəkkəb London diaries series paper, ink Дневники из Лондона, Бумага, чернила

52

London gündəlikləri silsiləsindən Kağız, mürəkkəb London diaries series paper, ink Дневники из Лондона, Бумага, чернила 2016 / 50 x 70

54

Müdafiəsiz təbiət Kətan, yağlı boya Unprotected nature Oil on canvas Незащищенная природа Xолст, масло 2015 / 100 x 70

60

İsti yay gunu Kətan, yağlı boya On a hot summer day Oil on canvas Жаркий летний день Xолст, масло 2013 / 70 х 100

2016 / 50 x 70

2016 / 100 x 70

Məzlum xoşbəxtlik Kətan, yağlı boya Suppressed feelings Oil on canvas Подавленные чувства Xолст, масло

İki üzlü Kətan, yağlı boya Two faced Oil on canvas Двуликий Xолст, масло 2015 / 80 x 60

2016 / 50 x 70

Qarışıqlıq Kətan, yağlı boya Confused paper, oil Путаница Бумага, масло

Səh. Page Стр.

Səh. Page Стр.

Səh. Page Стр.

086 ● FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU

62

Gözübağlı çıxışa döğru Kətan, yağlı boya Closed eyes to exit Oil on canvas Закрытыми глазами к выходу Xолст, масло 2015 / 70 х 70

63

Orxideyalar Kətan, yağlı boya Orchids Oil on canvas Орхидеи Xолст, масло

Çiçəklənmək Kətan, yağlı boya In bloom Oil on canvas Цветение Xолст, масло 2014 / 80 х 60

2012 / 35 х 25

66

2016 / 100 х 70

55

Günəşin öpüşü Kətan, yağlı boya Sun kissed Oil on canvas Поцелуй солнца Xолст, масло 2013 / 70 x 90

Hormon oyunu Kətan, yağlı boya Hormone game Oil on canvas Игра гормонов Xолст, масло 2014 / 90 х 70


68

Vanilli səma Kətan, yağlı boya Vanilla sky Oil on canvas Ванильное небо Xолст, масло

79

2016 / 40 x 40

72

Cansız Kətan, yağlı boya Lifeless Oil on canvas Безжизненный Xолст, масло

73

80

Happy Kağız, yağlı boya Happy Paper, oil Happy Бумага, масло 2016 / 70 x 50

78

London gündəlikləri silsiləsindən Kağız, mürəkkəb London diaries series paper, ink Дневники из Лондона, Бумага, чернила 2016 / 50 x 50

83

London gündəlikləri silsiləsindən Kağız, mürəkkəb London diaries series Paper, ink Дневники из Лондона, Бумага, чернила

Fantaziya silsiləsindən Kağız, mürəkkəb Fantasy series paper, ink Фантазии, Бумага, чернила 2012 / 30 x 21

93

2016 / 30 x 40

Fantaziya silsiləsindən Kağız, mürəkkəb Fantasy series paper, ink Фантазии, Бумага, чернила 2012 / 30 x 21

81

2014 / 80 x 49,5

77

London gündəlikləri silsiləsindən Kağız, mürəkkəb London diaries series Paper, ink Дневники из Лондона, Бумага, чернила 2016 / 50 x 70

2016 / 110 х 110 Günahlı əyləncə Kətan, yağlı boya Guilty pleasure Oil on canvas Порочное удовольствие Xолст, масло

Səh. Page Стр.

Səh. Page Стр.

Səh. Page Стр.

FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU ● 087

London gündəlikləri silsiləsindən Kağız, mürəkkəb London diaries series Paper, ink Дневники из Лондона, Бумага, чернила 2016 / 30 x 21

96

London gündəlikləri silsiləsindən Kağız, mürəkkəb London diaries series Paper, ink Дневники из Лондона, Бумага, чернила 2016 / 50 x 50

82

Fantaziya silsiləsindən Kağız, mürəkkəb Fantasy series Paper, ink Фантазии, Бумага, чернила 2012 / 30 x 21






092 ● FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU


FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU ● 093

О ХУДОЖНИКЕ

Fantaziyalar silsiləsindən, 2012 Kağız, qələm 30 x 40 sm

Фидан Алиева родилась в 1996-ом году в городе Баку. В данный момент является студенткой факультета по Связям с Общественностью Азербайджанской Дипломатической Академии. Не имея специального образования в сфере изобразительного искусства, юная художница в разное время брала частные уроки живописи в Азербайджанском Университете Архитектуры и Строительства, практиковалась в мастерской народного художника Сакита Мамедова, а также прошла курс по изобразительному искусству в Лондонском Колледже Искусства и Дизайна имени святого Мартина.

Со школьных лет она принимала участие на многочисленных выставках. Одним из самых ярких достижений в её жизни стало присуждения ей первого места в номинации «Самая лучшая картина» на конкурсе изобразительного искусства во время учебы в Турецко-Кавказской Школе. Эта выставка была широкомасштабным проектом, организованным по инициативе Министерства Чрезвычайных Ситуаций, где участники – художники должны были посвятить свои работы природным бедствиям. Изобразив для этого конкурса всеразрушающее торнадо, передав его мощную разрушительную силу, Фидан была избрана победительницей.




096 ● FİDAN ƏLİYEVA ● GÜNƏŞƏ DOĞRU Bu kataloq 2016-cı ildə sərgi üçün çap olunub Fidan Əliyeva GÜNƏŞƏ DOĞRU Muzey Mərkəzi, Sərgi qalereyası, Bakı, Azərbaycan 7 – 13 oktyabr 2016 www.museumcenter.az Kataloq Mətnlər: Fərəh Ələkpərli, Teymur Daimi Tərcümə: Günay Məmmədli Dizayn / foto: Fəxriyyə Məmmədova Çap: Şərq-Qərb Mətbəəsi, Bakı

www.fidanaliyeva.com








Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.