1
21
17
25
4 8
14
17
Film
Fiction
jurnalın 17-ci sayı
17
Jurnalın 17-ci sayı Bela Tara həsr olunmuşdur. Bu sayında jurnal üçün Şahin Xəlil, Aysel Xəlilbəyli, Fuad Alqayev, Günel Səfərov, Amil Məmibəyli, Nuranə Axundzadə, Məlahət Qurbanəliyeva yazdı. Jurnalın informasiya dəstəkçiləri - kitabxana.net, kinomansan?, cineline.az, tagmag və bütün oxuculara təşəkkürümüzü bildiririk.
4 Bela Tarr
Şahin Xəlil
8 Andrey Zvyagintsev
Məlahət Qurbanəliyeva
11 Simpsonlar
Nuranə Axundzadə
14 Marion Kotillard
14
Şahin Xəlil
17 Mila Kunis
25
Aysel Xəlilbəyli
21 Gemide
Fuad Alqayev
24 Kino/realıq
Amil Məmibəyli
25 Naked
21
11
Şahin Xəlil
28 Sevimli filmlər 30 Türkay - müsahibə
Günel Səfərova
email: film.fiction@box.az facebook: facebook.com/fiction.magazine
|||||BELA ||||||||||||||||||||| |||||||||| TARR|||||||||||||||
B 4
u film nə zaman başladı? 1985-ci ilin bir axşamı, mənim ssenaristim Laslo Krasnaxorkai teatr tamaşası üçün yazdıqlarını oxuyurdum. Sonuncu oxuduğu sətirlər “Turin atı” filminin proloquna çevrildi. Fridrix Nitsşenin göz yaşları içində atı qucaqlaması və bu hadisədən təsirlənib, ağlını itirib 11 ilini yataqda keçirib, dünyasını dəyişməsi... Laslonun məqaləsi sual ilə bitirdi – “Bəs o at necə oldu?”.. Bu sual məni təsirləndirdi. Bir neçə il sonra mən Berlindən Macarıstana qayıdıb, özümə ev tapmağa çalışdım. Və çox möhtəşəm bir ferma tapdım. Həmin ferma, demək olar, uçurulmuşdu. Yaşamaq üçün yararsız halda idi. Və bu fermanı
görər-görməz mən “Turin atı” hekayəsini xatırladım. Lasloya dedim: “Biz sənin sualına cavab verməliyik”. Və kiçik bir sinopsis yazdıq. Çox kiçik... Xatirə kimi... Orada bir ata, qızı və qonşu və ya tamamilə yad bir insan var idi. Artıq 90-cı il idi və biz bu layihəni təxirə salmaq məcburiyyətində idik. Çünki, “Satantango” filmi tamamlanmamışdı, hansı ki, 5 ilimizi aldı. Bir neçə il daha ötdü. Biz “Londonlu şəxs” filmini çəkdik. Maddi sıxıntılar bizi pis vəziyyətə saldı. Çəkiliş üçün pul yox idi və biz bankara, müxtəlif şirkətlərə prodüsserlik üçün müraciətlər edirdik. Çox qəmli günlər idi. Və həmin günlərin birində Laslo gəlib dedi: “Bütün çətinlikləri unut, çünki
| |
bizi atımız gözləyir!” Ssenari üzərində iş terapiya kimi oldu. Biz iki həftə gecə-gündüz bərabər düşündük. Və Laslo bir səhər gətirib ssenarini stolumun üzərinə qoydu. Çox gözəl ədəbi bir məqalə idi. Proza ya ssenari? Hə, proza idi. Bəs siz onu necə ssenariləşdirdiniz? Hekayəni oxudum, Lasloya təşəkkürümü bildirdim və dərhal işə başladım. Əsas mən artıq bilirdim ki, hadisələr 6 gün ərzində baş verir və bir çox hadisələr özünü təkrarlayır. Özül hazır idi. Qalan şeylər isə asan idi. Hətta biz pul axtaranda, potensial investorlara hekayəni olduğu kimi göndərirdik. Və onların bəyənib-bəyənməyəcəyini gözləyirdik. İki insandan ibarət hekayəni film halına gətirmək asandır ya çətin? Çünki, demək olar ki, o iki insan da bir-biri ilə danışmır. Qalan susqunluğun təsiredici emosiyaları və hissləridir. Gərginlik artır və film sona yaxınlaşdıqca bu hal daha da cəlbedici olur. Onlar pəncərədən baxırlar, biz televizora baxdığımız kimi. Bizim hər birimiz nəsə gözləyirik. Amma gözləməli bir şey yoxdur. Heç nə baş vermir və verməyəcək də. Hə, onların hərəkətləri təkrarlanır. Bizim hərəkətlərimiz məgər təkrarlanmır? Biz hər gün yataqdan qalxıb geyinirik. Amma heç birimiz buna kabus kimi baxmırıq. Amma nəsə yolunda deyil, dünyada nələrsə baş verir. Və bunu hər birimiz hiss edirik. Mən heç kimi günahlandırmıram. Mən elə özüm də günahkarlar sırasındayam. Siz bildirmisiniz ki, “Turin atı”nın içində insanın ölümə məhkumluq anlayışı durur. Varoluşun əzabı desək, daha düzgün olar. Monotonluğu yaşamda daşımaq çox çətindir. “Atın başına nələr gəldi?” sualına cavab olaraq – biz düşündük, atın sahibi var və ola bilsin ki, onun bir əli yoxdur. Ona evdə qızı kömək edir. Üçbucaq yarandı: at, atın sahibi və qız. Onlar birbirinin gücünə yaşayırlar. Biri ölsə, digər ikisi də
məhv olacaq. Biz bu haqda düşündük – hansısa universal suallar haqqında deyil. Biz yaşamağın nə qədər əzablı olduğunu, qış-yay hər gün quyuya su üçün getməyi göstərdik. Çox sadə mövzudur. Bundan sadə və anlayışlı ola bilməz. Varoluşun əzabları sizə də təsir edib? Və bunun üçün kinodan gedirsiniz? Yox, elə deyil. Mən artıq otuz dörd ildir ki, film çəkirəm. Bu kifayət qədər böyük rəqəmdir. Yeni başlayanda mən sosial mövzulara maraq edirdim. Cavan və istəkli idim. Düşünürdüm ki, dünyanı dəyişə bilərəm. Yolumu heç kim kəsə bilməz. Amma zaman keçdikcə anladım ki, problemlər düşündüyüm qədər asan və az deyil. Hazırda mənim bir düşüncəm qalıb: yaşamaq. Və bilmirəm
məni nə gözləyir, nə etməliyəm, amma bir şeyə əminəm ki, son çox yaxındır. Və çəkilişlərə başlamadan öncə belə, bilirdim ki, “Turin atı” mənim sonuncu filmim olacaq. Mən öz işimi sona çatdırdım. O tamamlandı, baxıldı, kifayət edir. Artıq nə isə başqa şeylə məşğul olmağın vaxtıdır. Siz özünüzü pessimist hesab edirsiniz? Qəti! Filmimə baxan kimsə “Sizin filmlər çox qəmli və depressivdir, amma enerjisi və gücü məni xoşbəxt edir” deyəndə, mən də xoşbəxt oluram. Mən pessimist olsaydım, film çəkməzdim, gedib özümü asardım. Əsl pessimist insan belə edir. Amma mən düşünürəm ki, kimlərsə mənim filmlərimə iyirmi, hətta əlli il sonra da gedib baxacaq. Dünyanın hazırki vəziyyətinə baxdıqda,
5
6
məgər bu, optimizm deyil? Amma intihar etmək fikrim yoxdur. Məcburən etiraf etməliyəm ki, nə həyatdan, nə dünyadan, nə də kinematoqrafiyadan razı deyiləm. “Turin atı”-dakı dialoqlar müasir təsir bağışlayır, baxmayaraq ki, hadisələr 19-cu əsrdə cərəyan edir. Orada müasir nə var? Söyüşlər, məsələn... O zamanlar da söyüş olub. Petefini araşdırın. Poemalarından kənar o, həm də yaxşı söyə bilirdi. “S*kilmiş almanlar”-ı o, 1848-ci ildə yazıb. Bu günə qədər o qədər də çox şey dəyişməyib. Bəs filmdəki sözlər... Onlar uydurmadır, ya həqiqət? Məsələn, qızın kitab oxuması. Nə kitabdır o elə? Hamısı bizim uydurmamızdır. Anti-İncil təsiri bağışlayır. Məqalədə bir keşişin günahkarları cəzalandırmaq üçün kilsəni bağlaması təsvir olunur. Bunu Laslo yazmışdı. Bəs qonağın monoloqu? Sanki, Nitsşenin sözləridir... Onu da Laslo yazıb. Nitsşenin cəmi bir kəlməsindən istifadə etmişik. Filmdə onun yalnız kölgəsi görünür. Məsələn, qonaq əvvəlcə Nitsşe kimi tanrının öldüyünü deyir, amma sonra dünyanın nə qədər pisləşdiyini və tanrının da bu pislikdə iştirakından danışır. Bu bizim qonağın sözləridir, Nitsşenin yox. Həqiqətən də, tanrı olmasa da, təbii fəlakətlər dünyanı dağıdır! Əvvəlcə – dəhşətli tufan, sonra quyunun quruması, sonra da işığın sönməsi. Bəli, bu belədir. Amma hər şeyin günahkarı, içlərinə mən də daxil olmaqla, insanlardır. Siz apokalipsisin bu cür olacağına inanırsnıız, ya bu cür apokalipsis sadəcə filmin kontekstinə uyğun idi? Apokalipsis möhtəşəm, yüksək səsli, diqqəti özünə cəlb edən hadisə olmalıdır. Amma mənim filmimdə o çox sakit, qəflətən və ölü sükutda baş verir. Heçlik yaranır. Apokalipsis – nəsə ifadə olunmaz bir şeydir. Mənim göstərdiyim isə heç nədir. Fərqi izah edə bilirəm? Ölüm ən arzuolunmaz bir hadisədir. Mən bir neçə insan, heyvan ölümlərinə şahid olmuşam, təəssüf ki... Ən dəhşətlisi bilirsiniz nədir? Sənə elə gəlir ki, heç nə baş vermir. Amma həmin an ürəyin donur və
bütün dünya yoxa çıxır. Çəkiliş məkanını necə seçdiniz? Biz oranı Macarıstanda tapdıq. Mənim üçün ən əsas məkan tapmaqdır. Tapdıqdan sonra isə müşahidə edirəm. Bu cür çəkilişlər daha asan olur. Mənzərə – mənim filmlərimin əsas özəlliklərindən biridir. At üçün biz təkqapılı, balaca bir tövlə tapdıq və mən o dəqiqə anladım ki, bundan gözəl variant ola bilməz. Bizə ev də lazım idi, amma o məkanda ev yox idi. Mən süni dekorasiyaları qəbul etmirəm. Ona görə biz ev tikdik. Əlbəttə ki, çalışdıq ev zaman anlayışına uyğun gəlsin. Sonra quyu, daha sonra isə anbar tikdik. Tikinti işləri bitdikdən sonra rekvizit yığmağa yollandıq. Qayıtdıqdan sonra isə film artıq gözümdə çəkilmiş vəziyyətdə gözləyirdi. Atı necə tapdınız? Biz onu Macarıstanın kiçik şəhərlərinin birində,
at bazarında gördük. Çox dəhşətli yer idi. Mən onu görən kimi dedim: “Budur, bizim Turin atımız”. Amma gecikmişdik. Çünki bizdən qabaq onu artıq almışdılar. Onu alan şəxs çox qəddar, yekəpər birisi idi. Alan kimi onu döyməyə başladı, çünki at yerindən tərpənmək istəmirdi. Mən onu
dayandırdım. Nitsşe kimi... Vəziyyət olduqca oxşar idi. Hətta detallarına qədər. Biz ondan atı aldıq. Və filmi çəkdik. İndi “Turin atı” sap-sağlamdır, özünü xoşbəxt hiss edir və əmin əllərdədir. Filminiz 30 səhnənin birləşməsidir. Hə, bir öncəki filmdən iki səhnə daha az. Amma dinamika və gərginliyə təsir etmir. Əsas olan kadrı tapmağa çalışıram. Yəni standart montajdan qaçıram – əsas plan, sağdan, soldan və yenidən əsas plana qayıtmaq kimi həll üsulunu sevmirəm. Bu filmdə az plan var, amma digər filmlərimlə müqayisədə, kamera daha hərəkətlidir. Yaxınlaşdırma (zoom) heç vaxt istifadə etmirəm filmlərimdə. Nifrət edirəm bu cür çəkimə. Əslində kamera hadisələrə daxil olmalıdır, hadisələrə qarışmamalıdır. Montaja çox nadir hallarda
razılaşıram. O ritmi pozur və gərginliyi sındırır. Və ya həyat ritmlərinə xas ritmlər yaradır. Mən belə deməzdim. Mənim filmlərimdə gərginlik realdır: səbəbləri – formal tövsiyələr yox, xarakterlərin psixologiyasıdır. Niyə rəngli film çəkmirsiniz? Çünki mənim palitramda ağ-qara və bozun bütün çalarları yer alıb və bu rənglərlə işləmək mənə daha rahat və xoşdur. Digər filmlərinizlə müqayisədə “Turin atı” filmində yumor, demək olar, yoxdur. Əslində, mən bütün filmlərimi komediya hesab edirəm. Əsas da “Satantango”nu. Bir çox tamaşaçılar bu filmin nümayişi zamanı gülməkdən birtəhər olmuşdular. Amma indi mən zarafat həvəsində deyiləm. Hərdən mən öz aktyorlarımla zarafatlaşıram, amma bu filmə təsir etmir. Bəs kartof necə? Qəhrəmanlarınızın qida rasionu ancaq kartofdan ibarətdir. Kartof barəsində bir şey deyə bilərəm. Dünən axşam, bu zibil (Berlin Film Festivalında “Turin atı” filminin nümayişini nəzərdə tutur) nümayiş başa çatdıqdan sonra biz dostlarla bərabər, bara – filmin nümayişini qeyd etməyə getdik. Prodüser yan masada kartof yeyən bir şəxsi gördükdə iyrənərək dedi: “Mən bir daha kartof yeməyəcəyəm”. Kinematoqrafiya ilə yolları ayırdınız. İndi nə edəcəksiniz? Mən artıq təqaüdçüyə oxşayıram? Ümid edirəm ki, hələ yox. Keçənlərdə mən burada bir taksiyə oturdum. Sürücü ünvanı tanımırdı. Mən ona yolu başa saldım. Berlində o qədər yaşamışam ki, şəhəri əzbər tanıyıram. Bax, bu, gözəl ideya oldu – mənim sürücülük vəsiqəm də var. Bəlkə taksi sürücüsü işlədim.
7
8
Andrey Zvyagİnsev
Andrey Petroviç Zvyagintsev 6 fevral 1964-cü ildə Novosibirskdə anadan olmuşdur. Valideynləri boşandıqdan sonra Andrey rus dili və ədəbiyyatı müəlliməsi olan anası Qalina Zvyagintseva ilə qalır. Andrey uşaqlıqdan ədəbiyyat və incəsənətlə maraqlanırdı. 1980-ci ildə o, Novosibirsk Gənc Tamaşaçılar Teatrı müəllimi Lev Belovun gənc teatr studiyası üçün aktyor yığımı apardığını eşidir və seçimlərə gəlir. Məktəbin ikinci kursunda olarkən Andrey GTT-da “Xatırlamıram” tamaşasında baş rolu ifa edir. Məktəbi bitirəndə Andrey artıq “Göy üzündə gəlmə uçur”, “Akseleratlar”,”Yayı gözləyərkən möcüzələr” və “Heç kəs inanmaz” tamaşalarında rol ifaçısı idi. 1984-cü ildə məktəbi bitirdikdən sonra o, GTT-də qalır. Lakin bir neçə aydan sonra hərbi qulluq çağırışı alır. Iki il ərzində Andrey
Novosibirsk hərbi ansamblında qulluq edir, konsert çıxışları ilə hərbi hissələrə səfər edirdi. 1986-cı ildə hərbi qulluğu bitirdikdən sonra Andrey Moskvaya gəlir və burada QİTİS-in (Rusiya Teatral Sənət İnstitutu) aktyorluq fakültəsinə daxil olur (Yevgeniya Lazareva və Vladimir Levertovun sinfi). Zvyagintsev Xulio Kortasarın (Zvyagintsevin ən sevimli müəlliflərindən biri) “Klas oyunu” romanı əsasında səhnəyə qoyulmuş eyniadlı tamaşada (1993-cü il, müəllifin rolunda) və İvan Turgenevin pyesi əsasında səhnəyə qoyulmuş “Kənddə bir ay” tamaşasında (1997-ci il, Belyayev rolunda) aktyor kimi çıxış etmişdir. Bununla belə, Zvyagintsevin aktyor kimi debütü daim təxirə salınırdı və Moskvada olduğu 10 il ərzində o, cəmi iki tamaşada rol almışdı. Rejissorun sözlərinə
görə, 90-cı illərin birinci yarısında, elə vaxtlar olurdu ki, metroda gediş haqqına belə pulu olmurdu. Tanış kinematoqrafların köməyi ilə Zvyagintsev televiziyaya işə düzələ bilir. Rejissor təhsili olmasa belə, Andrey televiziyada reklam çarxlarının çəkilməsi ilə məşğul olmağa başladı. 1992-ci ildən 2000-ci ilə kimi Zvyagintsev “Qoryaçov və başqaları” (1992-1994), “Tanış olaq” (1999), “Kamenskaya. Ölüm və bir az da sevgi” (2000) seriallarında, eləcə də “Pişik balası”(1996) və “Şırli-mırli” (1999) filmlərində epizodik rolları ifa etmişdir. Zvyagintsevin çəkdiyi reklam çarxları efirə buraxıldıqdan sonra gənc rejissor “Ren TV” telekanalının baş prodüsseri Dmitriy Lesnevskinin diqqətini cəlb etdi. Məhz Lesnevskinin hesabına, Zvyagintsevin adı gələcəkdə bütün dünyaya məşhur olacaqdı.
9
2000-cı ildə Zvyagintsev televiziya filmi çərçivəsində ilk debütünü edir. O, “Ren TV”-də yayımlanan “Qara otaq” filmlər silsiləsi üçün “Busido”, “Obscure” və “Seçim” qısametrajlı novellalarını çəkir. 2003-cü ildə Zvyagintsev “Qayıdış” tammetrajlı filmini çəkir. Film, sözün əsl mənasında, həmin ilin kino-sensassiyasına çevrilir. “Qayıdış” filmi Toronto, Monreal və Lokarno kinofestivallarına dəvət alır və birbaşa Venesiya kinofestivalının konkurs proqramına düşür. Venesiya kinofestivalında yalnızca rejissor üçün deyil, ümumilikdə çəkiliş qrupunun əksəriyyəti üçün debüt işi olan “Qayıdış” filmi əsas mükafat – “Qızıl şir”-i qazanır. Film, həmçinin “sevgi, itki və böyümək haqqında çox zərif işlənmiş film” təqdimatı ilə ilin ən yaxşı debütü üzrə “Qızıl şir” qazanır. Zvyagintsevin ilk kinofilmi dünya festivallarında 28 mükafat qazanmış və 73 ölkədə nümayiş olunmuşdu. Rejissorun ikinci filmi “Sürgün” (2007) də həmçinin müsbət qarşılandı. Əsasən də, Moskva kinofestivalına o, “Rus proqramının ən yaxşı filmi” nominasiyasında Rusiya Kinoklub Federasiyası mükafatını qazandı. Kann kinofestivalında isə baş rol ifaçısı Konstantin Lavronenko ən yaxşı kişi rolu ifaçısı kimi “Qızıl palma budağı” qazanmış ilk
10
rusiyalı aktyor oldu. Andrey Zvyagintsev, həmçinin “Nyu York, mən səni sevirəm” (2009) kino-almanaxının epizodlarından birinə rejissorluq etmişdir. Rejissoru vaxtılə “Sevgi şəhərləri” layihəsinin birinci hissəsi – “Paris, mən səni sevirəm” (2006) filminə cəlb etmək istəsələr də, o vaxt Zvyagintsev bundan imtina etmişdi. İkinci hissədə iştiraka razılıq verən rejissor öz işini lazımınca yerinə yetirsə də, prodüsserlər materialın, layihənin ruh və əhvalına uyğun olmadığını bəhanə edərək, onu filmin kinoteatrlar üçün nəzərdə tutulmuş versiyasına əlavə etmədilər. Rejissorun üçüncü filmi, 2011-ci ildə çəkilmiş sosial drama mövzulu “Yelena” filmi Kann kinofestivalına təqdim olunmuşdu. Film “Xüsusi baxış” jüri mükafatını qazandı. 2013-cü ilin payızında rejissor işlək adı “Leviafan” olan müasir dram çəkilişlərinə başlamağı planlaşdırırdı. Filmin prodüsseri Aleksandr Rodnyanskiy, ssenari müəllifi isə Zvyagintsevin dostu və “Sürgün”, eləcə də “Yelena” filmlərində həmmüəllifi olmuş Oleq Negindir. Andrey Zvyagintsev aktrisa İrina Qrineva ilə evli olmuşdur. 6 il bir yerdə yaşadıqdan sonra, 2010-cu ildə onlar boşandılar.
Simpsonlar B
əzilərimizin yadında uşaqlıqdan baxdığımız ən uzun serial “Santa Barbara”, bəzilərimizin yadında isə “Simpsonlar” qalıb. İlk dəfə rus kanalı olan Ren Tv-dən bu seriala baxanda təxminən ibtidai sinifdə oxuyurduq. İllər keçdi, “Santa Barbara” belə bitdi, amma “Simpsonlar” bitmədi. Yaşıdımız olan bu multfilm dünyanın ən uzun mult-serialı olmaqla, həm də ən uzun sitkom və ən çox sayda ulduzların dəvət aldığı televiziya serialı kimi də Ginnesin Rekordlar Kitabına düşüb. Bundan başqa, 2013-cü ildə ən yaxşı qısametrajlı animasiya filmi nominasiyasında Oskar, 4 müxtəlif kateqoriyada 27 dəfə “Emmi”, 3 dəfə British Comedy Awards və digər mükafatlar alıb. “Time” jurnalı onu, “yüzilliyin ən yaxşı televiziya serialı” “Empire” jurnalı isə “bütün dövrlərin ən yaxşı televiziya şousu” adlandırıb. Serialın şərəfinə Hollivudun “Məşhurlar Xiyabanı”nda ulduz da var. Hal-hazırda dünyanın yüzdən çox ölkəsində tanınır. Bu multfilm kəskin satira ilə bir çox klişe və stereotipləri dağıdır, “orta statistik amerikalının” həyat tərzini əks etdirir. Serialın yaradıcısı Mett Qreyninq o vaxtlar məşhur olan “Cəhənnəmdə yaşamaq” komiksinin müəllifi kimi tanınırdı. O, əvvəlcə elə bu komiksi qısametrajlı animasiya seriyaları kimi davam etdirmək istəyirdi. Lakin komiks qaydalarını pozmamaq üçün birdən-birə fikrini dəyişdi və o, amerikan ailəsinin həyatı haqqında plan çəkməyə başladı. Qreyninq personajları öz ailə üzvlərinin şərəfinə onların öz adı ilə adlandırdı və bu qəhrəmanları sarı rəngə boyadı ki, onlar digərlərindən seçilsinlər. Liza, Meqqi, Marc və Homer, müvafiq olaraq Qreyninqin bacılarının, anasının və
atasının adıdır, Bart isə “brat” (“tərbiyəsiz uşaq”) sözünün anaqrammasıdır. Bu obraz altında isə Mett özünü və böyük qardaşı Markı yaradıb. Serialda hadisələr ABŞ-da yerləşən sənaye şəhərciyi Sprinqfilddə baş verir. Qreyninq, realda ABŞ-da, demək olar ki, hər bir ştatda bu adda çoxlu şəhər var deyə, məhz bu adı seçdiyini bildirib. İqliminə, coğrafi quruluşuna və digər xüsusiyyətlərinəə görə, bu şəhəri reallıqda olan hansısa bir eyniadlı şəhərin eyni kimi müəyyən etməyə çalışsalar da, Qreyninq müsahibələrində bildirir ki, bu, tamamilə xəyali bir şəhərdir, ABŞdakı hansısa Sprinqfildin əksi deyil. “Simpsonlar” ilk dəfə 1987-ci il 19 apreldə “Treysi Ulmanın şousu”nda “Good night” mini-seriyası ilə yayımlanmağa başlayıb. Tamhəcmli seriyalarla isə 17 dekabr 1989-cu ildən FOX TV-də ekranlara çıxıb. İlk əvvəllər personajlar çox kobud çəkilmişdi, belə ki, Qreyninqin onları daha yaxşı çəkməyə vaxtı yox idi. Mini-seriyalar təxminən iki dəqiqə davam etməklə, üç mövsüm FOX TV-nin efirində yayımlandılar. Efirə çıxan ilk tamhəcmli seriya «Simpsons Roasting on an Open Fire» oldu. “Simpsonlar” FOX Network-un ilk ən böyük hiti oldu. Multfilmin belə populyarlıq qazanmasından narahat olan Treysi Ulman, prodüsserləri məhkəməyə verdi, o hesab edirdi ki, serialın belə məşhurlaşmasında onun da xidməti var və buna görə kompensasiya almalıdır. Amma heç nəyə nail olmadı. Bu qədər məşhurluq qazanan bir tele-layihə təbii ki, tənqidçilər tərədindən də müxtəlif tənqidlərə məruz qalıb. Hətta Birləşmiş Ərəb Əmirliklərində qadağan olunduğu, Ukraynada baxılması məsləhət görülmədiyi,
Braziliya, Venesuelada siyasətçilər tərəfindən tənqid olunduğu hallar da olub. Şuluqluğuna, tərbiyəsizliyinə görə, serialın ən çox tənqidə məruz qalan personajı Bartdır. Bu xüsusiyyətlərinə və xüsusilə də serialın əksər seriyalarında buna görə cəzalanmamağına görə, valideynlər və mühafizəkar tamaşaçılar onu uşaqlar üçün pis nümunə hesab edirlər. Bart haqda olan tənqidlərə Mett Qreyninq belə cavab vermişdir: “Bəli, Bart haqda deyilənlər doğrudur. İnsanların əksəriyyəti normal insan olmağa çalışırlar, Bart isə hesab edir ki, normal olmaq darıxdırıcıdır və o elə hərəkətlər edir ki, başqaları onu edə bilmir, amma etmək istəyir.” 1990-cı ilin sentyabrında Barbara Buş “People” jurnalına müsahibəsində “Simpsonlar”-ı “nə vaxtsa baxdığı ən axmaq şey” adlandırdı. Altı il keçəndən sonra “Two Bad Neighbors” seriyasında Sprinqfildə gəlmiş Corc və Barbara Buş göstərildi. Corc, Bart və Homerlə mübahisəyə başlayandan dərhal sonra onlar buranı tez tərk edirlər. 1992-ci ilin yanvarında ABŞ prezidenti ata-Corc Buş özü nitqində “Simpsonlar” haqda qeyd edir ki; “Biz amerikan ailəsinin güclənməsi naminə çalışmağımızı davam etdirəcəyik, amerikan ailəsi daha çox “Uoltonlara” (70-ci illərdə Amerikada yayımlanan ailə serialı) oxşamalıdır, nəinki “Simpsonlara”. Çox keçmir ki, “Stark Raving Dad” seriyasında Bartın dilindən prezidentin bu tənqidinə ironik cavab gəlir: “Ey, biz məhz elə Uoltonlar kimiyik. Biz də Depressiyanın sona çatması üçün dua edirik.”
Bütün mövsümlər, seriyalar ərzində “Simpsonlar” qlobal problemlər, Ağ ev, Azadlıq abidəsi, Vatikan, eskimoslar, şamanlar, buddizm, musiqi, kino, iqtisadi böhran, din, tolerantlıq, eynicinslilərin nigahı, darvinistlərlə kreasionistlərin mübarizəsi, ekoloji mühit, incəsənət, vegetarianlıq, İraq mühabribəsi, məşhurlar, ABŞ prezidentləri – Nikson, Karter, Bill və Hillari Klintonlar, ata və oğul Buş, bundan başqa
B.Yeltsin, Qorbaçov, Yanukoviç və s. ən müxtəlif mövzulara və şəxslərə toxunmuş, satiraya tutmuş və ironik yolla onları ifadə etmişlər. Bu “ailənin üzvlərindən” dünyanın ən məşhur reklamlarında istifadə olunmuşdur, elə təkcə onların təsviri olan maykalar, müəlliflərə 2 milyard dollar gəlir gətirmişdir. Dünyaya səs salan bu cizgi filminə nə qədər tənqidlər olunsa, araşdırılsa, haqqında danışılsa da, yenə də ortaya
cürbəcür faktlar, məlumatlar çıxır. Nə qədər qəribə olsa da, “Simpsonlar” haqda deyilmiş ən layiqli fikir, 2009-cu ildə Vatikanın rəsmi qəzeti olan L’Osservatore Romano-nun bu serialın personajlarını xarakterizə edərək dediyi – “ağıllı və realistik” – ifadəsini hesab edirəm. Qəzet yazırdı ki, “Simpsonlar”-ın sayəsində yetişkin insanlar bir daha özləri üçün cizgi filmi kəşf etdilər.
13
MARİON Kottİlard
14
Xarici görünüşünə görə aktrisanı çox zaman “Flyleaf” qrupunun solisti Lacey Sturm ilə qarışdırırlar. Ətraf mühit qoruyucusudur. Kanadalı rok ifaçı Hawksley Workman-ın böyük fanatıdır. Özündən kiçik əkiz qardaşları var.
15
M
16
arion Kottilard 30 sentyabr 1975ci ildə Parisdə, sənətçi ailəsində doğulub. Onun anası teatr aktrisası, atası isə teatr aktyoru və rejissor idi. Marionun uşaqlığı Orleanda keçib. O burada dramatik sənət konservatoriyası və müğənnilik kurslarına qatılırdı. Ailənin təsiri öz sözünü deyirdi. Belə ki, altı yaşında gələcəyin ulduzu artıq teatr səhnəsinə qədəm qoymuşdu. 1994-cü ildə Marion böyük kinoda “Highlander: The Series” epizodlarından birində debüt edir. İlk baş rolu isə “L’histoire du garçon qui voulait qu’on l’embrasse” filmində Matilda obrazı olur. Bir neçə ikinci dərəcəli rollardan sonra aktrisa, nəhayət ki, diqqətləri özünə cəlb edə bilir. 1998ci ildə çəkildiyi “Taxi” filmi onun potensialını açmasa da, aktrisanın uğurlu işlərinin təməlini qoyur. 2000-2003-cü illərdə “Taxi 2” və “Taxi 3” filmlərində də rol aldı. 2003-cü ildə aktrisanın ən sevimli filmlərindən biri ekranlara çıxdı: “Love me, if you dare”… Elə həmin il Marion daha bir yadda qalan, uğurlu filmə çəkildi: “Big Fish”… Rejissor Tim Burtonla işbirliyi aktrisaya marağı birə-beş artırmışdı. Amma şöhrətin zirvəsinə onu Tim Burton yox, başqa bir rejissor – Jean Pier Jene çatdırdı. “Un long dimanche de fiançailles” filmində Audrey Tautounun kölgəsində qalmayan Marion, əksinə Audreydən daha çox yadda qaldı. Yaratdığı obraz aktrisaya “Sezar” mükafatı qazandırdı. Bu filmdən sonra Marion Fransanın ən arzuolunan aktrisasına çevrildi. 2005-ci ildə onun iştirakı ilə birdən-birə düz 5 film ekranlara çıxdı. 2006-cı ildə isə Marion daha bir uğurlu filmə çəkildi. Rejissor Ridley Scott onu Russel Crow-un tərəf müqavili olaraq “A Good Year” filmində baş rola layiq bilmişdi. 2007-ci ildə isə aktrisa ona Oskar və Qızıl Qlobus gətirən, Edit Piaf haqqnda bioqrafik filmə çəkildi – “La Vie En Rose”. Ardınca isə bir-birindən uğurlu filmlər gəlirdi: “Public Enemies”, “Nine”, “İnception”, “Midnight in Paris”, “The Dark Knight Rises”, “De rouille et d’os”… Aktrisa 2007-ci ildən bu günə qədər “Love me, if you dare” filmindəki tərəf müqavili olan aktyor, Guillaume Canet ilə evlidir.
.
Mila .
Kunis
Yəhudi əsilli, Ukrayna doğumlu, amerikalı aktrisa. Məşhur kişi jurnalı FHM 2013-cü ilin ən cazibədar qadınlarının siyahısını açıqlamağa hazırlaşırdı. Siyahıda Beyons, Rihanna, Kim Kardaşyan kimi məşhurların olmasına baxmayaraq, nəticə hər kəsi təəccübləndirdi. Birinciliyi gənc və gözəl aktrisa Mila Kunis əldə etmişdi. Yəhudi əsilli Mila Kunis 1983-cü ildə Ukraynanın Çernivits şəhərində mühəndis ailəsində dünyaya gəlib. Anası Elvira fizika müəllimi, atası Mark isə mühəndis-mexanik olan Mila 8 yaşına qədər Ukraynada yaşayır. 1991-ci ildə Ukraynada getdikcə vüsət alan antisemitzm Kunis ailəsini Amerikaya immiqrant olaraq köçməyə vadar edir. Bununla da, ailənin və Milanın çətin günləri başlanır. Mila müsahibələrinin birində belə deyir: “Əgər mənə sual versələr ki , həyatınızın hansı illərini silmək istərdiniz ? Mən tərəddüd etmədən deyərdim ki, Amerikaya köçdüyümüz ilk 1 ili. Çünki mən hər gün ağlayırdım. Mən mədəniyyət başa düşmürdüm. Mən insanları başa düşmürdüm. Mən dili başa düşmürdüm. Mən kollecə daxil olarkən, yazdığım ilk essenin ilk cümləsi belə olmuşdu: 7 yaşında özünü kor və kar hiss etmək” Lakin Mila məğlub olmur. Amerika kanallarının birində baxdığı “Uğurun dəyəri“ verilişi ona ingilis dilini öyrənməyə kömək edir. Daha sonra orta təhsilini Benkrofta və xüsusi məktəb olan Feyrfoksda davam edən Mila, bir müdddət çəkildiyi “70-ci illərin şousu” verilişinin çəkiliş meydançasında professional repetitor tərəfindən aktyorluq dərsləri alır. Milanın səhnəyə gəlişi rol aldığı reklam fimləri ilə bağlıdır. O, 1994-cü ildə “Bizim həyatın günləri” operası ilə debüt edir. Bu operada o Houp Uilyamsın uşaqlığını canlandırır. İkinci filmi ilə rus-yəhudi qızı obrazını canlandırdığı “Arzu tut ,Molli“ filmi olur. Bundan sonra o ard-arda “Göyün 7-ci qatı“ serialında, “Santanın əzələləri“, “Piranalar” filmlərində ikinci dərəcəli rolları ifa edir.
17
MİLA KUNİS
“Əgər mənə sual versələr ki , həyatınızın hansı illərini silmək istərdiniz ? Mən tərəddüd etmədən deyərdim ki, Amerikaya köçdüyümüz ilk 1 ili. Çünki mən hər gün ağlayırdım. Mən mədəniyyət başa düşmürdüm. Mən insanları başa düşmürdüm. Mən dili başa düşmürdüm.”
18
Milanın ulduzu 1998-ci ildə “70-ci illərin şousu” serialında Ceki Burhart obrazını canlandırdıqdan sonra parlayır. Əslində kastinqdə 18 yaşı tamam olmuş qızlar iştirak edə bilərdi. Lakin Mila ona
obraz heç də Natalinin yaratdığı obrazdan geri qalmır. O bacarıqlıdır, güclüdür və hətta daha ehtiraslıdır.” Filmin çəkilişi müddətində gənc aktrisa gündə 4
verilən “Neçə yaşın var?” sualına“, “Bu yaxınlarda doğum günüm olacaq“ deyə cavab verir və yaşını gizlədir. Beləliklə, o, baş rolda çəkilmək üçün kastinqi uğurla başa vurur. O, rolunu o qədər gözəl ifa edir ki, hər kəsin xoşuna gəlir, hətta yalanı haqqında xəbər tutulanda belə rejissor onu qovmaqdan imtina edir. Və yeniyetmə aktrisa bu serialın 8 mövsümündə çəkilir, 16 yaşında “Youngstar Awards” mükafatının qalibi olur. 1999-cu ildə Mila “Qriffini” cizgi filmində Meq obrazını səsləndirir. 2001-ci ildə gənc aktrisa “Sevgi virusu” filmində ikinci dərəcəli, daha sonra “Amerikalı pxis“ filmində baş rolu ifa edir. 2004-2007-ci illər aktrisanın həyatında durğunluq illəri olur. Onun səhnəyə qayıdışı “Qara qu quşu“ filmi ilə baş tutur. Filmin baş rol ifaçısı Natali Portman rejissora, onun rəqibini oynaması üçün Milanı təklif edir. Rejissor Aranofski Nataliyə qulaq asır və Lili rolunu Milaya etibar edir. Filmdə olduqca uğurlu rol ifa edən Mila Kunis canlandırdığı obraz haqqında bunları deyir: “Mənim yaratdığım
saat baletlə məşğul olur və ciddi dietaya oturur. Çəkilişlər xəsarətsiz ötüşmür. Amma bu əziyyətlərə dəyərdi. Filmin ekrana çıxmasıyla səs-küy yaratması bir olur. Və Mila Kunis ilk dəfə böyük mükafatlara namizəd göstərilir. Film Milaya ilk böyük mükafatını – ən yaxşı ikinci dərəcəli qadın rolu nominasiyası üzrə “Saturn“ mükafatın qazandırır. Milaya ən az bu qədər uğur gətirən bir başqa film Jastin Timberleyklə birgə rol aldığı “Friends with Benefits“ filmi olur. 2012-ci ildə Mila “Üçüncü artıqdır”, daha sonra isə “Nəhəng və qorxunc Oz” filmlərində rol alır. Milaya “ikinci dərəcəli rollar“ kraliçası da demək olar. Çünki 2013-cü ildə ekranlara çıxan “Qan əlaqələri“ filmində də Mila ikinci dərəcəli rol alıb. Aktrisalıq fəaliyyəti ilə yanaşı Mila Kunis eyni zamanda prodüsserliklə də məşğuldur. Aktirsa uzun zamandır ki, aktyor Eşton Kutçerlə münasibətdədir.
19
20
21
Gemide
N
bir memleket gibidir gemi
ə qədər bizə yaxın olanlar fərqli olursan. Zamanla və məkanla. Məkansa bir dünya, görünsə də, zamanla hamıkimiləşirlər. bir ölkə, bir məmləkət, bir ev, bir məhəllə, bir Zamanla tanıyırsan çünki. Əvvəlşəhər və ... bir gəmi belə ola bilər. “Gəmidə” hər axır sənə qarşı bir haqsızlıq, səhv, kəsi tanıya bilərsən. Gözləmədiyin zamanda və anlaşılmazlıq olur. Sən də kimlərəsə qarşı belə məkanda. “Bir memleket gibidir gemi. Her şey düzenli ve kontrol altında olmalıdır, kaidelere uyulmalıdır, kanunlara, nizamlara… Ben de bu memleketin başşeyi gibiyim; başbakanı gibiyim mesela. Her şey benden sorulur. Denize çıktın mıydı bu küçücük gemi bir memleket oluverir. Aslında bir başbakandan daha çok görevim var; çünkü onun bakanları var, adamları var, falanı var, filanı var, benim yok. Bu gemide güvenlik de, eğitim de, sağlık da, eğlence de benden sorulur. Kamil de başbakanın en kıyak yardımcısı; siz de vatandaş, aynı zamanda memur gibisiniz. Bu yüzden çok kıyak, çok disiplinli ve çakı gibi olmalıyız. Sürekli kendimizi ve birbirimizi kollamalıyız…”
22
Haqqında danışılan bu gəmidə 4 nəfər var: İdris Kaptan, Kamil, Ali və Boksör. Gəmi onların həm evi, həm də iş yeridir. Bir-birilərindən başqa kimsələri yoxdur. Həyat durğun və hər gün eyni keçirdi. Səhər iş, axşam içki, nəşə. Lakin bir gün
hər şey dəyişir. Bu durğunluq nifaqa, narahatlığa, şübhələrə, qorxuya çevrilir. İstanbulun ən təhlükəli yerlərindən olan Lalelidə düşən bir dava hər şeyi dəyişir. Gəmi öz qadın qonağını qarşılayır. Qadın gəmidə uğursuzluqdur, deyirlər. Elə də olur.
“Bakire kız nasıl orospu olur ben anlamadım gitdi.” Gəminin yeni qonağı başqa ölkədən fahişəlik üçün Türkiyəyə gətirilib. Gəmi sakinləri heç cür onla danışa bilməsə də, onun gəldiyi gündən aralarındakı münasibətlər pozulur. Boksör və Ali aşiq olur, Kamil qadınsız keçən illərin təsirindən özünü itirir və Kaptansa vicdanı ilə mübarizə aparır... “Bu dünya 2 şeyden yıkılıcak: bi binadan, bir de zinadan.” Spoylerdən uzaq olmağa çalışdım. Bir neçə cümlə ilə sadəcə giriş verməkdir məqsəd. Və sizi filmə baxmağa təhrik etməkdir. Türk kinosu deyəndə Recep İvedikdən, Özcan Dəniz axmaqlıqlarından, romantik komediyalardən, “Qırmızı eşqlərdən” uzaq durub, belə filmlərdən danışmağınızı görməkdir. – Off, nabıcaz be Kamil! Anamız s*kildi. – Kızı geri götürelim, kaptan, bu iş başka türlü kapanmaz. – Çocuk olma, artık cinayete girdik. – Kazaydı anlatırız, hem herif pezevenkmiş kimse s*kilemez. – Sen öle san, sen öle san... Pezevengi öldür – 1 cinayet; kızı al – 2 adam kaçırma; kızı en az iki kişi s*k – 3 ırza tecavüz; her gece esrara takıl nerden baksan – 4 içicilik; heriflerin cebinden paralarını al – 5 gasp; bütün bu bokları yedikten sonra polislerin suratına bakıp, “kusura bakmayın, abi, kaza oldu” diyemezsin… Adamın g*tünden kan alırlar Kamil, kan… P.S. Hələ filmin bir əjdaha soundtreki var ki, “film gibi yani...”
23
reallıq K
/kino
ino reallığı sevir, o reallıq ki, real həyatda da olmalıdır. “Bəs bizim filmlərdə niyə reallıq yoxdur?” deyə deyinən adam?! Guya sənin həyatında reallıqlar yetərincədirmi? Məhz ona görə bəzən serial və bədii filmlərimizdəki aktyorların xaraktersizliyinə, pafosuna, kitab dilində danışıqlarına, açıq səhnələrin azlığına və dəxlisiz istifadəsinə insanlar arasında çoxluğun belə olması faktı ilə rejissorlara haqq qazandırmaq məcburiyyətində qalıram. Demək ki, bizim öz kinomuzdan şikayətlənməyimizin əsl səbəbi film yox, elə real həyatımızın özüdür. Yəni niyə belə süni olduğumuzu süni seriallarla həzm edə bilməməyimizdir. Məhz ona görədir ki, xarici filmlərə daha çox baxırıq və belə baxanda, əcəb edirik də! Ay balam, adam istədiyinə, xəyalında olduğuna, özünün də yaşamaq istədiyinə baxar da. Reallıq məhz, bax, budur. Azərbaycan əhalisi və tamaşaçısı dünyada olduğu kimi, üç yerə ayrılmır. Varlı təbəqə necə ki, kinoya pul ayırmaq istəmir, elə də kinomuz onlar üçün maraqlı deyil. Onların kinomuza olan münasibəti, heç görüm belə olmasın! Hansısa mebel salonunda çəkilən interyer çəklişində mebelləri bütün kadrlarda gözümüzə soxurlar. Halbuki belə çəklişlər üçün pavilyonlar zülmət qaranlıq içində siçanlar, mamırlar yetişdirir və burada rejissorun zövqsüzlüyünü günahlandırmaqdan daha çox, o rejissoru o duruma salan cəmiyyəti günahlandırmaq daha düzgün olardı. Keçək kasıb təbəqəyə. Kasıb təbəqə isə onsuz da peyk antennalarındakı türk seriallarıyla, pirat yumoristik disklərlə kifayətlənir. Kasıb insanlar sadə klassik həyat tərzindən uzaqkən, orta təbəqə onları dünya kinosunun klassikasına baxmadıqlarına görə çox nahaq yerə suçlayır. Ona görə ki, sizin ölməzdən əvvəl baxılası “Velosiped oğruları” filmini onlar bəlkə də realda yaşayırlar. Onlara ölməzdən əvvəl baxılası filmlərdən daha çox, öləndən sonrakı həyat daha maraqlı və daha seçiməuyğundur. Necə ki, rejissor filmi alınmayanda deyir – “art house”dur, sən anlamazsan”, bax, eləcə də biz onları anlamarıq. Bircə onları anladığım odur ki, necə ki, rejissorun yaxşı film çəkməsi üçün kifayət qədər pul lazımdır, eləcə də kasıblara. Qalır çox maraqlı və təzadlı orta təbəqə. Ona görə təzadlı təbəqə ki, orta təbəqəsi az olan ölkənin öz kinosu ilə maraqlanmaq üzrə birinci yerdə olması bir az düşündürücü haldır. Bu bəlkə də kinematoqrafik baxımdan bizim rejissorlar üçün çox çətin bir məqamdır. Çünki onların filmlərindəki qəhrəmanların ən əziyyət çəkdikləri haldır bu faktor. Onlar bilmirlər, kasıbdılar, yoxsa orta təbəqə? Onlar, real həyatda olduğu kimi, məqsədlərinin mahiyyətinə varmırlar. Hətta rejissorların belə orta təbəqədən olması bu baxımdan rejissora köməklik göstərmir. Bax, buna görə də bu cür subyektiv halların çoxluğu həyatımızla filmlərimiz arasında uçurumları artırır və artıracaq da.
24
NAKED
F
ilmin adı – “Çılpaq”dır. Rejissor Mike Leigh, bizi özünün qəhrəmanları ilə baş-başa buraxır. Tanış olaq – Johnny! Hələlik burda fasilə verib bir qədər rejissor haqqında məlumat verim. Mike filmlərini birbaşa çəkiliş günü düşünür(!). Bəli, bu, rejissorun xüsusi tərzidir. O ssenarisiz işləyir. Ancaq obrazlar haqqıda düşünür və düşüncələrində obrazları bişirir. Sonra kastinq elan edir. Aktyor ansamblını seçir. Və aktyor
Sən sevgi əsarəti altında nə anlayırsan? Tənhalıq və ayrılıq. (İosif Brodski) heyəti ilə fərdi olaraq günlərlə yaradacağı obrazı müzakirə edir. Və ən nəhayət, onları bir araya gətirir və aktyorların imitasiyasına güvənərək film çəkir. “Çılpaq” filmi də, belə desək, bu eksperiment nəticəsində meydana gələn, kifayət qədər ardından söz etdirməyi bacaran sənət əsəridir.
25
Qayıdaq qəhrəmanımız Johnny-yə. Rejissor filmi David Thewlisin çiynində daşıyır. Johnny-nin keçmişi
haqqında heç nə məlum deyil. Film bu haqda tamaşaçıya heç nə demir. Gizlətmir də. Dostoyevskiliyə gərək görmədən, DOGME cərəyanında olduğu kimi, hadisələr burada və indi baş verir. Johnny səfildir desək, yanılarıq. Johnny dəlidir. Yenə yanılırıq əslində. Johnny bəlkə də insanın bir üst modelidir. Dünyanın dərdini çəkir. Kifayət qədər intellektual və savadlıdır. Amma bu savad dərsliklərdən, tv kanalları qarşısında öyrənilməyib. Kitabsevərdir. Bəzi kadrlardan aydın olur ki, kifayət qədər çox kitab oxuyub. Johnny sıradan bir insandır. Və siyasətdən tutmuş, duyğulara qədər hər şeyə öz insanlığından baxır. Gözüyaşlı bir qadınla sevişə bilər, tanımadığı mühafizəçiyə
26
həyat dərsi keçə bilər, insanlara sevdiyi an sevdiyini, sevmədiyi an əlvida deyə bilər. O idarəounmazdır. Çılpaqdır. Əynində geyim olsa da, daxilən çılpaqdır. Heç bir mədəni, siyasi, dini
mövzular, məsuliyyət, nifrət, sevgi geyməyib. Ani qərarlarla rəngli həyat sürür. Və bu onun məcburiyyəti deyil, seçimidir. O, çılpaq olaraq xoşbəxtdir. Biz Johnny ilə bərabər, daha 3 əsas obraz görürük – Lousie (Lesley Sharp), Sophie (Katrin Cartlidge) və Jeremy (Greg Cruttwell). Lousie Johnny-nin keçmiş sevgilisidir. Sophie Louise-in rəfiqəsidir. Amma bu rəfiqələr arasında kəskin fərq, eyni zamanda, oxşarlıq var. Sophie, demək olar ki, ömür çürüdür narkotik preparatlarla. Louise-in isə işi, həyatı normaldır. Amma uçurum kənarındadır. Johnny istəsə, o, uçurumu addım atmağa məmnuniyyətlə razı olar. Hətta “Johnny, məni qucaqla”… təklifi ilə Johnny-yə onu bu uçuruma
dartmağa yalvarır. Jeremy ev sahibi, imkanlı, dünya üzünə gülmüş bir “cənabdır”. Amma iç dünyasının çirkabı ona əziyyət verir. Biz Johnny ilə onun arasındakı oxşarlıq və fərqlilikləri də müşahidə edirik. Ümumiyyətlə, filmdəki obrazlar kəskin şəkildə bir-birinə həm bənzəyir, həm fərqlənir. Filmin gərginliyi, dinamikası yoxdur. Başladığı tepmdə də başa çatır. Amma bu, haradasa “heçlik” deyəcəyimiz film, insan tənhalığından bəhs edən ən yaxşı filmlərdən biridir. Filmdə fövqəladə bir şey gözləmək, simvolika axtarmaq düzgün deyil. Çünki, Johnnykimilər ətrafımızda çoxdur əslində. Biz onları hər gün görürük, bəzilərimiz uzaq durur, bəzilərimiz dost olur. Əslində, çox az insan belə qarmaqarışıq, ilk baxışdan “nə istədiyini bilməyən”, amma əslində nə istədiyini çox gözəl bilən tipləri özləri kimi qəbul etməyi bacarır. Odur ki, film “hər kəs üçün olmayan filmlər” kateqoriyasında özünə yer alıb.
27
Sevimli filmlər
“Film Fiction” facebook səhifəsində keçirilən “sevimli filmlər” müsabiqəsində seçilmiş ən yaxşı 5+1 siyahını sizlərə təqdim edirik:
Tural Mahmudov ANAR HƏSƏNLİ
28
1. İngmar Bergman - Persona 2. Andrei Tarkovsky - Mirror 3. Federico Fellini - 8½ 4. Ingmar Bergman - Cries and whispers 5. Robert Bresson - Au hasard Balthazar 6. Luis Bunuel - The Discreet Charm of the Bourgeoisie 7. Kenji Mizoguchi - Ugetsu Monogatari 8. Akira Kurosawa - Throne of blood 9. Andrei Tarkovsky - Stalker 10. Federico Fellini - La Dolce Vita 11. Vittorio de Sica - Bicycle Thieves 12. François Truffaut - The 400 Blows 13. Akira Kurosawa - Rashamon 14. İngmar Bergman - Seventh Seal 15. İngmar Bergman - The Virgin Spring 16. Otar İosseliani - Pastorale 17. Abbas Kiarostami - Close-up 18. Nuri Bilge Ceylan - Bir Zamanlar Anadoluda 19. Yasujiro Ozu - Tokyo Story 20. Yılmaz Güney – Yol
1. Thin red line - Terrence Malick 2. Dogville - Lars von Trier 3. Schindler’s List - Steven Spielberg 4. Babam ve oğlum - Çağan Irmak 5. Eyes Wide Shut - Stanley Kubrick 6. The Sea İnside - Alejandro Amenábar 7. Underground - Emir Kusturica 8. Das Leben der Anderen - Florian Henckel von Donnersmarck 9. The Return - Andrey Zvyagintsev 10. Jagten - Thomas Vinterberg 11. Stalker - Andrei Tarkovsky 12. Eternity and a day - Theodoros Angelopoulos 13. Life is Beautiful - Roberto Benigni 14. Bir zamanlar Anadolu’da - Nuri Bilge Ceylan 15. 8½ - Federico Fellini 16. Nuovo Cinema Paradiso - Giuseppe Tornatore 17. A Man Escaped - Robert Bresson 18. The 400 Blows - François Truffaut 19. There Will Be Blood - Paul Thomas Anderson 20. Magnolia - Paul Thomas Anderson
CƏMİLƏ AMİR
ELÇİN TAĞIYEV
1. Ikiru - Akira Kurosawa 2.The 400 Blows - François Truffaut 3.La Jetée - Chris Marker 4. 8½ - Federico Fellini 5. Blow-Up - Michelangelo Antonioni 6. Pulp Fiction - Kventin Tarantino 7. Cries and Whispers - Ingmar Bergman 8. One Flew Over the Cuckoo’s Nest - Milos Forman 9. Stalker - Andrei Tarkovsky 10. Nouva Cinema Paradiso - Giuseppe Tornatore 11. Breaking the Waves - Lars von Trier 12. Masumiyyet - Zeki Demirkubuz 13. Eternity and a Day - Theodoros Angelopoulos 14. Dancer in the Dark - Lars von Trier 15. Amores Perros - Alejandro González Iñárritu 16. In the Mood for Love - Kar Wai Wong 17. Dogville - Lars von Trier 18. Spring, Summer, Fall, Winter… and Spring Again - Kim Ki Duk 19. The Return – Andrei Zvyagintsev 20. 4 luni, 3 săptămâni şi 2 zile - Cristian Mungiu
1. Taste of Cherry - Abbas Kiarostami 2. Stalker – Andrei Tarkovsky 3. The Return – Andrei Zvyagintsev 4. Underground - Emir Kusturica 5. Mondays in the Sun - Fernando Leon de Aranoa 6. The 400 Blows - François Truffaut 7. Spring, Summer, Fall, Winter… and Spring Again - Kim Ki Duk 8. Dancer In The Dark - Lars Von Trier 9. Antichrist - Lars Von Trier 10. Funny Games (1997-ci il versiyası) - Michael Haneke 11. L’Avventura - Michelangelo Antonioni 12. Uzak - Nuri Bilge Ceylan 13. İklimler - Nuri Bilge Ceylan 14. Mayıs Sıkıntısı - Nuri Bilge Ceylan 15. Kill Bill - Quentin Tarantino 16. Kosmos - Reha Erdem 17. Eternity and A Day - Theo Angelopoulos 18. Festen - Thomas Vinterberg 19. In the Mood for Love – Wong Kar Wai 20. Yazgı - Zeki Demirkubuz
TURAL ƏLİSOY
1. Sátántangó - Béla Tarr 2. Kárhozat - Béla Tarr 3. Moebius - Kim Ki-duk 4. Pieta - Kim Ki-duk 5. Bin-jip - Kim Ki-duk 6. Scener ur ett äktenskap - Ingmar Bergman 7. Full Metal Jacket - Stanley Kubrick 8. Rear Window - Alfred Hitchcock 9. Reservoir Dogs - Quentin Tarantino 10. Kynodontas - Giorgos Lanthimos 11. Attenberg - Athina Rachel Tsangari
29
12. Jodaeiye Nader az Simin - Asghar Farhadi 13. Lakposhtha parvaz mikonand - Bahman Ghobadi 14. Zamani barayé masti asbha - Bahman Ghobadi 15. The Past (Le passé) – Asghar Farhadi 16. To the Wonder - Terrence Malick 17. The Return - Andrey Zvyagintsev 18. Gruz 200 – Aleksey Balabanov 19. Duvar – Yılmaz Güney 20. Hayat var – Reha Erdem
RADİM AZİMOV
1. Psycho - Alfred Hitchcock 2. Kon-Tiki - Espen Sandberg 3. Hannah and Her Sisters - Woody Allen 4. Amadeus - Milos Forman 5. Welcome - Philippe Lioret 6. Dead Man - Jim Jarmusch 7. One Flew Over the Cuckoo’s Nest - Milos Forman 8. Rain Man - Barry Levinson 9. Godfather - Francis Ford Coppola 10. 8½ - Federico Fellini 11. Sin City - Frank Miller, Robert Rodriguez, Quintin Tarantino 12. Donnie Brasco - Mike Newell 13. Life is Beutiful - Roberto Benigni 14. Casablanca - Michael Curtiz 15. Closer - Mike Nichols 16. Schindler’s List - Steven Spielberg 17. Leon - Luc Besson 18. Into the Wild - Sean Penn 19. Motorcycle Diaries - Walter Salles 20. There Will be Blood - Paul Thomas Anderson
Türkay
(müsahibə)
Türkay Cəfərli 1990-cı il noyabırın 5-də Bakı şəhərində doğulub. 2008-ci ildə Xətai rayon Ayaz Məhərrəmov adına 95 nömərəli məktəbi bitirib. 2010-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq ixtisasının kino və dram aktyorluğu fakultəsinə daxil olub. Yuğ teatrında bir neçə master klasslarda pedaqoqlardan dərs alıb. Hazırda həm təhsilini davam etdirir, həm də film, serial və reklamlarda çəkilir. Onunla olan kiçik müsahibəmizi sizə təqdim edirik.
30
Bu fakultə öz seçiminiz olub? Bəli, amma qərarım narazılığa səbəb olub. Amma gec də olsa öz istəyimi reallaşdırmışam. Qərarınız niyə narazılıq yaratdı? Ailəm dedi olmaz. “Nəslimizdə bu sənətlə məşğul olan yoxdur”. Amma şükürlər olsun ki, sonra məni başa düşdülər və arzumu həyata keçirməyə kömək etdilər. Bu sənət niyə diqqətinizi çəkdi? Aktyorluq sənəti çox xarizmatikdir. Bu da məni həmişə çəkib. Uşaq vaxtı tarixi filmləri çox
sevirdim. “Babək”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Ölsəm bağışla” , “Uzaq sahillərdə”, “Nəsimi”, “Atları yəhərləyin” kimi filmləri çox sevirdim. Babək, Gəray bəy obrazları, Rasim Balayev və Həsənağa Turabaovun simaları mənə çox stimul verib ki, arzumun dalınca getmişəm. Universitetdə kimlərdən dərs alımısınız? Az da olsa Yaşar Nuridən, Rafiq Əliyevdən, Firəngiz Mütəllimovadan dərs almışam. Amma bu sənəti həqiqətən mənə öyrədən, yol göstərən, insan kimi, aktyor kimi formalaşdıran Vidadi
Con Travolta, Leonardo Di Caprio, Rasim Balayev, Fəxrəddin Manafov, Fuad Poladovu çox sevirəm. Boş vaxtlarınızda nə etməyi sevirsiniz? Futbola baxıram, ya da oynayıram. Uzaq yerlərə səyahət etməyi çox sevirəm. Bir də dostlarla yığışıb, kino haqqında söhbət etməyi xoşayıram. Məsələn, nəyi müzakirə edirsiz? Serialları, köhnə filmlərimizi. Məsələn, niyə “Yeddi oğul istərəm”, “Babək” kimi tarixi filmlərimiz kütlə tərəfindən çox sevilir, amma yeni çəkilən “Cavad xan” kimi filmlər maraq oyatmır?! Niyə köhnə filmlərimizdəki sevişmə səhnələri qəbul olunur, indikilərdə o səhnələri lağ, qınaq obyektinə çevirirlər?! Bilirsiz maraqlı olan nədir, özümüzə lağ edənlər, xarici, türk filmlərindəki həmin səhnələrə doymadan baxırlar. Bəhanə kimi Həsənovdur. Bu gözəl pedaqoqa, aktyora, rejissora, mentaliteti ortaya atırlar, biz azərbaycanlılar insan ssenaristə mən çox şey borcluyam. deyilmişik kimi… İlk iş yeriniz haqqında məlumat verin. Sizcə müasir Azərbaycan kinosunun izənilməməsi Vidadi müəllim məni Yuğ teatrına dəvət etdi, bir tamaşaçının günahıdır? müddtə orada müəllimlərdən dərs aldım. Sonra Müəyyən qədər var. Bir işə baxırlar, bəyənmirlərsə, mnimlə birgə dərs alan qrupla festivallara getdik. digər yaxşı işlərin də üzərindən xətt çəkirlər. Bundan başqa universitetdə film və seriallara Qurunun oduna yaşı da yandırırlar. Amma keçirilən seçimlərdə iştirak edirdim, ya da təbii ki ən böyük problem ssenaridə və işin universitet tədbirlərində diqqət çəkirdim. Məndən keyfiyyətindədir. xəbərsiz şəkillərim yayılırdı. Beləcə, birinci Mən problemi bir çox rejissorun istedadsızlığında kursdan işləyirəm. görürəm. Bacarıqlı gənclərə imkan yaradılmır, Teatrda və kinoda hansı obrazları yaratmsınız? bacarıqsızlar isə yalnız pul israf edirlər. Yuğ və Gənc Tamaşaçılar teatrlarında işləmişəm. Düzdü, bu paxıllıq yox, reallıqdır. “Şeytan”, “Gələcəyin övladı”, “Master”, “Ağlayan Son vaxtlar çəkilən seriallar yaxşı gələcəyin ağac”, “Kral”, “Ağıllı dəli”, “Psix”, “Azərbaycanlı” başlanğıcı ola bilər? tamaşalarında, “Qarabağnamə” filmində, Yetənəkli, bacarıqlı insanlar var. Nəsə iş görməyə “Qaranlıqlar çiçəyi” serialında müxtəlif obrazlar can atırlar. Zəif işlər də çoxdur. Üç seriala ayrılan oynamışam. Hazırda “Səndən sonra” serialında pula bir film çəksələr daha yaxşı alınar. Amma əsas obrazlardan birini canlandırıram. ümidimiz var və nə yaxşı da ki var. Necə obrazları sevirsiniz? Necə düşünürsünüz film əyləndirməlidir, ya Obrazın çətin olması, ağırlığı məni daha da düşündürməli? həvəsləndirir. Tarixi şəxsiyyətləri oynamaq Məncə, düşündürməli. Çünki əyləncəni maraqlıdır. Psixolojik obrazları da çox sevirəm. çəkmək üçün çox çətinlik lazım deyil. Amma Aktyorlar arasında idealınız varmı? düşündürmək həm çətindir, həm də maraqlı. Entoni Hopkins, Denzl Vaşinqton, Cerard Batler, P.S. Türkay uşaqlıqdan bu sənəti çox sevib. Baxdığı filmlərdən o qədər təsirlənirmiş ki, hətta güzgüdə özü ilə danışırmış. Deyir ki, xəyalları ilə yaşamağı çox sevir. Öz gələcəyi haqqında tez-tez xəyal qurur. O düşünür ki, insan daima özü üzərində işləməlidir. Olmaq istədiyi birinə çevrilməlidir və bu istəkdə heç vaxt sərhəd yoxdur. “Bilirəm ki, istədiyim “Mən”-ə çatsam da kifayətlənməyəcəm, daha yaxşısını üçün çalışacam”.
31
təşəkkür edirik!!!
32