Film Fiction №16

Page 1


BAŞ REDAKTORDAN

ŞAHİN XƏLİL

TƏBRİKLƏR

GÜNEL SƏFƏROVA

TƏQVİM NİCAT ƏHMƏDLİ

STENLİ KUBRİK MƏDİNƏ CABBARLI

TOM KRUZ

ŞAHİN XƏLİL

KİRA NAYTLİ AYŞƏ ELEANOR

VADİM YUSOV TURAN YAQUBLU

s.4 s.5 s.9 s.13 s.17 s.19 s.22


s.27 s.31

AMERİKAN FİLM SƏNAYESİNİN STRUKTURU ZƏHRA MƏMMƏDLİ

“HANNA VƏ BACILARI” FİLMİNDƏ MİKİ OBRAZININ EKZİSTENSİAL KRİZİSİ ZAUR BAXIŞLI

s.36

MÖHTƏŞƏM GETSBİ HAQQINDA MARAQLI MƏLUMATLAR AYŞƏ ELEANOR

s.39 s.41

BRUNO DUMONT ELMİDAR SÜLEYMANSOY

QUENTİN TARANTİNO FİLMLƏRİNİ ÖZƏLLİKLƏRİ AYŞƏ ELEANOR

s.43 s.46

AMADEUS NİCAT ƏHMƏDLİ

DİSCONNECT FUAD ALQAYEV


Film Fiction

Düz iki il öncə dostum Fuad Alqayevdən facebook-da bir cümləlik sual məktubu aldım – “Bəlkə elektron film jurnalı yaradaq?” Və cavabım gecikmədi – “Yaradaq!”... Bu təklifi İstanbulda yaşayan digər dostumuza – Mətləb Muxtarova da bildirdik. “John Lennon” haqqında bioqrafik kitab müəllifi olan daha bir dostumuz – Məcid Məcidli də bizə qoşuldu. Və beləliklə dörd nəfərlə jurnalın ilk sayı – “Film Fiction N1” işıq üzü gördü. Jurnal gözlədiyimizdən də yaxşı qarşılandı. Tv-lərin təqdim etdiyi, zövqlərinə inandığı dostların məsləhət verdiyi, ya da elə təsadüfən qarşısına çıxan filmləri izləyən ac kinomanlar üçün, kinosunun itkin düşdüyü bir ölkədə belə bir jurnal hədiyyə kimi idi... Çünki formatına görə ilk idi. Heç bir maddiyyat güdmədən tam təmənnasız olaraq, işinə sevgi ilə yanaşan bir komanda işi idi. Və bəzi anlaşılmazlıqları, fasilələri nəzərə almasaq, artıq oxuduğunuz 16-cı buraxılışla bərabər Film Fiction 2 yaşını tamamlayır. Jurnal üçün qısa olsa da, Azərbaycan səviyyəsində, heç bir maddi dəstək olmadan 2 ildir jurnal hazırlanması çox böyük uğurdur. Kapitalizmin hegemonluq etdiyi dünyada oxucunu, kinomanı, sənəti hər şeydən üstün tutmaq qürur işidir. Qürurluyuq! Çünki sənət formatını qoruya bilmişik. Çünki dəfələrlə jurnalın səhmlərinə kifayət qədər yaxşı maddiyyat qarşılığı sahiblənmək istəyənlərə “yox!” deyə bilmişik. Çünki auditoriyasına görə Azərbaycanda rekord göstəricilərə imza atan ilk və yeganə jurnaldır – Film Fiction. Elektron formatın yaratdığı imkanlar sayəsində dünyanın müxtəlif ölkələrində yaşayan, jurnalın daimi oxucuları olan həmyerlilərimizdən gələn məktublar, xoş sözlər bizi daha çox sevindirir. İşimizin məsuliyyətini dərk etmişik. Və məhz Film Fiction’la bərabər həvəskarlıqdan peşəkarlığa keçid etmişik. Və ümid edirik ki, hələ bərabər daha çox yaşlara qədəm qoya biləcəyik. Zövqümüzə güvəndiyiniz, oxucumuz olduğunuz və nəhayət, kino sənətini sevdiyiniz üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirik!

4


Film Fiction

SENTYABR AYINDA JURNALIMIZIN İKİ YAŞI TAMAM OLUR. BU SƏBƏBLƏ KİNO VƏ İCTİMAİ XADİMLƏRİN JURNALIMIZA OLAN TƏBRİKLƏRİNİ YAYIMLAYIRIQ. FEHRUZ ŞAMIYEV

AKTRİSA GÜNEL MƏMMƏDOVA

“Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri və “START” Beynəlxalq Tələbə Filmləri Festivalının direktoru

“Jurnalın saylarını çox bəyənirəm. Burada nəinki görkəmli sənətkarlarımız haqqında yazılıb, hətta xarici kinematoqrafiya haqqında da geniş məlumat verilib. Bu çox sevindirici haldır. Əfsuslar olsun ki, biz çox vaxt öz peşə xadimlərimizi qiymətləndirmirik. Amma bu jurnal onları unutmayıb. Bu jurnalla mütəmadi maraqlanıram. “Film Fiction” jurnalının yaradıcı heyətini və oxucularını səmimi qəlbdən təbrik edirəm. İstəyirəm jurnal uzunömürlü olsun və mənim kimi kinomanları öz xəbərləri ilə sevindirsin. Uğurlar!!!

“Film Fiction” Azərbaycan kino mühitində cəsarətli addımlardan biridir. Çünki bu elektron jurnal heç bir maliyyə dayağı olmadan özünü kino aləminə atıb. İndiyə kimi Azərbaycanda kino ilə bağlı müxtəlif nəşrlər olub. Amma elektron nəşr olmayıb. Bu da ondan irəli gəlir ki, indiki cavanların əksəriyyəti daha çox internet, kompüter vasitəsi ilə informasiyanı əldə etməyə çalışırlar. Jurnalın bir neçə sayı ilə tanış olmuşam və maraqlı materiallar, tərcümələr oxumuşam. Məncə, jurnal daha geniş oxucu auditoriyasına sahib olmalıdır. Bu səbəbdən təkcə elektron variantda yayımlanmamalıdır. Əgər bu əziyyət çəkilirsə, jurnalın cəmiyyətə çıxması üçün digər aksiyalardan istifadə etmək lazımdır. Məsələn, jurnalın bütün saylarını bir DVD-də toplayıb satışa çıxarmaq olar. Ya da müxtəlif mədəniyyət tədbirlərində və sərgilərdə oxuculara təqdim edilə bilər. Bu addım jurnalın reklam olunmasında, daha çox oxucu qazanmasında uğurlu addım ola bilər. O ki qaldı bu işi həyata keçirən komandaya, onlara uğurlar arzulayıram. Kino sözü uzun illər idi ki, leksikonumuzdan az qala silinmişdi. Deməli, artıq bu sənətdə hansısa prosesler başlayıb ki, “Film Fiction” da ortaya çıxıb. İndi dayanmaq lazım deyil. “Film Fiction” komandasını və bütün kinosevərləri təbrik edirəm. Əsas odur ki, yorulmasınlar. Məqsədləri naminə yollarında fasilə verməsinlər. Uğurlar!!!

KİNOREJİSSOR CAVID TƏVƏKKÜL Hörmətli “Film Fiction” jurnalının yaradıcıları, siz bütün isti sözlərə layiqsiniz. Jurnalın hər nömrəsi ilə tanış olmuşam və çox bəyənmişəm. Sizə gələcəkdə bol-bol uğur arzulayıram.

5


Film Fiction

JURNALİST NATİQ CAVADLI

SEVDA BABAYEVA Teatrşünas, jurnalist, Mədəniyyətlərarası Dialoq və Sosial Araşdırmalar Mərkəzinin rəhbəri

Hörmətli “Film Fiction” jurnalı! Sizləri 2 sentyabr ad gününüz münasibətiylə təbrik edirəm. Kino bizim gerçəkliyimiz və bu gerçəklikdən doğan kədərlərimizi, sevgilərimizi göstərən, sabaha ümid, nikbinlik yaradan sənətdir. Jurnalınızın kino, aktyor və aktrisalar haqqında, o cümlədən, rejissorlar barədə məlumatları, müsahibələri, məqalələrini maraqla oxuyuram. İstərdim ki, gələcəkdə jurnalın dizaynında dəyişiklik olsun, o mənada ki, oxumaq asanlaşsın. Yeni filmlər barədə xəbərlər gözləyirik. Uğurlar!!!

Müşahidələr göstərir ki, ideyaların yaranması və formalaşması üçün intellektuallar, energetik mərkəzlərin, onları təbliğ edən ixtisaslaşmış dərgilərin metod və vasitə kimi mövcudluğu, təbliğatı çox vacibdir. Yaradıcı insanların özünüifadəsi, azad fikir, ideya mübadiləsində münbit şərait, meydan rolunu məhz belə dərgilər oynayır. Bu baxımdan “Film Fiction” jurnalı artıq 2 ildir ki, meydan rolundadır. Dərginin, oxucuları istər yerli, istərsə də dünya kino yeniliklərindən məlumatlandırması, analitik düşüncəyə yer verməsi həmmövzu, həm də oxucu auditoriyasının genişliyindən xəbər verir. “Film Fiction” jurnalını ölkədəki yaradıcı gənclərin, art yazarların fəaliyyəti, inkişafı, tanıtımı üçün dəstək ruporu da saymaq olar. Və bu ruporu maarifləndirmə yoluna yönləndirməyiniz ayrıca təqdir edilməlidir. Mədəniyyət dərgisi üçün 2 yaş balaca rəqəm deyil, amma çox da deyil. Hələ yolun başındasınız. Və hər şeyin başlanğıcı ikiqat əmək, əziyyət tələb edir. Maliyyədən doğacaq ruh düşkünlüyü də istisna olmayacaq. Bax, belə həssas məqamlarda həqiqi əzminiz, qərarlılıq dərəcəniz, prinsipiallığınız aydın olacaq. Bu yolda büdrəməyəcəyinizə inanıram. Uğur daim sizinlə olsun!

AKTYOR RASIM CƏFƏROV Elektron jurnal təşəbbüsünü çox bəyənirəm və sevindirici haldır ki, Azərbaycanda bu cür ideyalarla çıxış edən gənclər var və ən əsası həmin ideyalar reallaşmaqdadır. Sizi ona görə bəyənirəm ki, heç kimdən heç nə gözləmədən jurnalınızı dərc elədiniz. Elektron olsa belə. Dünyadan vurub Azərbaycandan çıxırsınız. Yaxşı mənada kinonu alt-üst edirsiniz. Bütün dünya məşhurları buradadır. Bizimkilər də onların arasında. Özümü də onların arasında görmək çox xoş oldu. Ən azından Bred Pitlə eyni jurnalı bölüşdüm. Arzu edirəm ki, bizim kino yaradıcıları dünya məşhurları ilə eyni festivalları, bir çəkiliş meydançalarını bölüşsünlər. Sizin jurnal bu xəbərləri yazan ilklərdən olsun. Oxucunuz bol olsun! Saylarınız axarlı olsun! Təbriklər! Uğurlar!

JURNALIST REYHAN SEVINC

FİLM

Bütün təbriklər kollektivə düşür. Çünki əziyyətin çoxunu onlar çəkirlər. Azərbaycanda kino sahəsi üzrə dərgilər barmaqla sayılası qədərdir. Dünya kinosu, yerli kino haqqında ətraflı məlumat, top filmlərin siyahısı, afişa bölmələri hər bir kino sevərin məlumatlanmasına imkan verir. Elektron dərginin uzunömürlü olacağına inanıram. Böyüyün, yaşayın və sevilin!

FİCTİON

6


Film Fiction

KİNOREJİSSOR ƏLİ İSA CABBAROV

KİNOREJİSSOR İLQAR NƏCƏF Məncə, müasir Azərbaycan kinosu hələ də öz yolunun axtarışındadır. Ara-sıra uğurlar olsa da, rejissorlarımızın seçimlərində qeyri-müəyyənlik var. Belə vəziyyətdə, peşəkar kino mətbuatının üzərinə çox böyük yük düşür. Bu məsuliyyətin müəyyən hissəsini “Film Fiction” daşıdığına görə, sizlərə minnətdaram. BRAVO uşaqlar! Yaşınız mübarək!

“Film Fiction” öz formatında yeganə kino dərgisidir. Müəlliflər ilkə imza atıblar və azəri kino tarixinə düşüblər. Şahin bəyin adı tək bu jurnalla deyil, həm də məşhur film ensiklopediyası ilə də artıq tarixdədir. Gənc olmalarına baxmayaraq, jurnalın kollektivinin kinoya münasibəti təmənnasızdır. Bundan əlavə, onlar əsl kinonu qəlibdən ayıra bilirlər. Yalanın yox, həqiqətin yanındadırlar. Arzu edərdim ki, milli kinonun problemlərinə çox fikir versinlər, problemləri müzakirə etsinlər. Maliyyə dəstəyi haqda da peşəkar düşünmək lazımdır artıq. Bir də usanmasınlar, inciməsinlər, yollarından dönməsinlər. Uğurlar!

BƏHRUZ VAQİFOĞLU

“Totem” teatr qrupunun rejissoru və ssenari müəllifi Hər gün, hər ay və hər il addım-addım inkişaf etməkdə olan Azərbaycan filmində “Film Fiction” jurnalının xüsusi yeri var. Azərbaycan kinematoqraflarının belə dərgilərə çox ehtiyacı var. Yaranma gününüz mübarək !!!

TƏNQİDÇİ AYGÜN ASLANOVA Mənim üçün “Film Fiction” jurnalı hər şeydən əvvəl kino haqqında bol və ətraflı informasiya deməkdir. Kinematoqrafiyanın qəhrəmanlarının – aktyorların, rejissorların həyatları a-dan b-yə qədər yazılır. Düzdür, hamının internet kimi nəhəng bir məlumat bazası var. Amma o məlumatların hamısını araşdırmaq, içlərindən ən maraqlılarını seçmək, düzüb-qoşmaq nə deməkdir – çox yaxşı bilirəm. Bu işi görən uşaqları – jurnalın heyətini də qəhrəman hesab edirəm. Doğrudan, qəhrəmansınız. Yorulmadan, usanmadan artıq iki ildir, jurnal hazırlayıb yayırsınız. Təbrik edirəm hamınızı. İşləriniz avand olsun!

FİLM

AKTYOR QURBAN MƏSIMOV Milli kinomuzun inkişafı naminə, eləcə də dünya kinosu haqqında kinosevərləri məlumatlandırmağı qarşısına məqsəd qoyan hər bir başlanğıcı alqışlayıram. Jurnalınızın 2 yaşı olmasına baxmayaraq, yetərincə sağlam körpədir. Ona, zamanla daha çox oxucu və pərəstişkar ordusu arzulayıram. Və buna inanıram. Şərəfli işinizdə sizə uğurlar!baycan dilində məlumat bazasıdır. Düz 2 ildir jurnal bu missiyanı daşıyır və bu uğurlu işə görə kollektivə təşəkkür etməklə təbrik edirəm!

FİCTİON 7


Film Fiction

İNTİQAM HACILI

NƏRMIN NÖQTƏ

“Film Fiction” jurnalı Azərbaycanda çıxan ilk elektron jurnal kimi özünün 15 sayı ilə bu sahədə iş görməyin mümkün olduğunu nümayiş etdirib. Jurnalın yazarları gənc olmalarına baxmayaraq, peşəkar oxucu auditoriyası da toplaya bilibər. Bu isə ciddi işə dogru addımlamaq deməkdir. Yəni hədəf düzgün seçilib. Bu gün kinematoqrafiya sahəsində müstəqil şəkildə görülən hər bir layihə dəstəklənməlidir. Bütün bu işlər kinematoqrafiya sahəsində rəqabətə gətirib çıxaracaq. Rəqabət isə inkişafa stimuldur. “Film Fiction” jurnalı kinematoqrafiya sahəsində çalışan hər bir adam üçün dünya kinosu haqqında Azərbaycan dilində məlumat bazasıdır. Düz 2 ildir jurnal bu missiyanı daşıyır və bu uğurlu işə görə kollektivə təşəkkür etməklə təbrik edirəm!

Jan Lyuk Qadar deyirdi ki, filmdə giriş, orta və sonluq olmalıdır. Amma onların bu sırayla düzülməsi elə də vacib deyil. Lap elə həyatdakı kimi. Azərbaycanda film sahəsində də belə oldu. İki il əvvələ kimi, kəndimizdə kinoçəkənləri gözləyirdik, amma “Film Fiction” onlayn jurnalının komandası onları qabaqladı. İlk olmağın məsuliyyəti də ağırdır. Amma ən ağırı odur ki, film haqda yazan jurnal üçün əcnəbi filmlər barəsində informasiya tapmaq çox asandır. Çünki sərhəddi aşıb baxsaq, görərik ki, dünya kinosunun başına fırlananlar özlərini aşıblar. Biz isə gördüyümüz, görə bilmədiyimiz, bizə göstərilən səbəblərə görə hələ də öz oxumuz ətrafında fırlanmağa məcburuq. Kino kimi adamlarıq. Kino kimi bir ölkədə yaşayırıq. Təpədən dırnağa mövzu içindəyik. Amma bu mövzuların az faizi işlənilir. Çox istərdim ki, Azərbaycan film sənayesinin inkişafına mane olan irili-xırdalı bütün amilləri montaj edib, kənara atsınlar. Biz də tamaşaçı kimi bir əlimizdə partlamış qarğıdalımız, o biri əlimizdə də “Film Fiction” jurnalımız, oturub mövzuları təkrarlanmayan yerli filmlərimizə baxaq və özümüzü oxuyaq.

Ssenari mərkəzinin rəhbəri

Jurnalist, kopirayter

YAZAR MİRMEHDİ AĞAOĞLU İndiki halda ölkədə mədəni jurnalların çapı olduqca çətin və rentabelsiz sahədir. Buna baxmayaraq, bu sahədə maddiyyatı gözə almayıb çalışan, əmək sərf edən xeyli fədakar insanlar

8


Film Fiction

TƏQVİM Hamının “Əhməd hardadır?” filmindən tanıdığı Siyavuş Şəfiyev 1937-ci ildə anadan olub, amma çox az adam bilər ki, aktyor uşaq vaxtlarından professional olaraq boksla məşğul olub. Oynadığı filmlər sırasında “O qızı tapın”, “Nizami”, “Ən vacib müsahibə”, “Nəsimi”, “Uşaqlığın son gecəsi”ni qeyd etmək olar.

“Bəzən sadəcə bir xoş söz kifayətdir ki, göylərə uçasan. Əsas odur ki, bu söz insanın sağlığında deyilsin.” Bu sözlərin müəllifi 1926-cı ildə anadan olmuş Yevgeni Pavloviç Leonovdur.

1

2

Kianu Rivz (Keanu Reeves) 1964cü ildə Beyrutda anadan olub. Adının açılışı “dərələrdən əsən sərin meh” anlamını verən Rivzin anası ingilis, atası isə havaylı və çinli idi.

“Cavid ömrü”, “Təxribat”, “Yalan”, “Girov” və digər filmlərdə uğurlu rollar yaratmış Vidadi Əliyev 1945ci ildə anadan olub. Ümumiyyətlə, aktyorun ailəsi də xeyli məşhurdur – həyat yoldaşı Elmira İsmayılova xalq artisti, oğulları Elçin Əlibəyli teleaparıcı və rejissor, Oqtay Əliyev isə rejissor və produsserdir.

Gözəl və istedadlı Salma Hayek (Salma Valgarma Hayek JimenezPinault) 1966-cı ildə qəribə adı olan Koatsakoalkos şəhərində doğulub. Atası ərəb olsa da, əsl katolik olan Salma ailəsinə qarşı gedərək, aktrisa olmağa qərar verir.

Məşhur rəqqasə və aktrisa Merilin Miller (Marilyn Miller) 1898-ci ildə anadan olub. Dünya şöhrətli Merilin Monro (Marilyn Monroe) da öz səhnə təxəllüsünü məhz həmin aktrisanın adından götürüb.

9


Film Fiction

3

Keçən il Azərbaycanın itirdiyi Yaşar Nuri 1951-ci ildə anadan olub. Ad gününüz mübarək, dahi sənətkar!

Əgər barmaqla səmanı göstərərlərsə, yalnız axmaqlar barmağa baxar”. Bu sitat məşhur “Ameli” filmindəndir. Filmin rejissoru Jan Pyer Jene (Jean-Pierre Jeunet) 1953-cü ildə anadan olub.

Tim Börtnun məşhur “Betmen” filmindəki obrazı ilə məşhurlaşan Maykl Kiton (Michael Keaton) 1951-ci ildə anadan olub. Baxmayaraq ki, əsl soyadı Duqlasdır (Douglas), aktyor digər kino ulduz Maykl Duqlasdan fərqlənmək üçün aktrisa Dayen Kitonun soyadını özünə ləqəb götürür.

5

1940-cı ildə ekstravaqant və əslən Romadan olan rejissor Dario Arcento (Dario Argento) dünyaya gəlib. Daha çox qorxulu filmlər çəkən rejissorun işləri ekran üzü görməzdən əvvəl psixoloq və hakimlərdən ibarət xüsusi senzura komissiyasından keçirdi.

7

Renato Kastelliani 1913-cü ildə anadan olub. “Romeo və Cülyetta” filminə görə Qızıl Şir mükafatına layiq görülən rejissor Kann festivalının da qalibi olub.

4

“Parni iz Baku” ŞHK-ın üzvü Bəhram Bağırzadə 1972-ci ildə anadan olub. “Hər şey yaxşılığa doğru”, “Yuxu”, “Milli bomba”, “Yoxlama” filmlərində müxtəlif rolları canlandıran aktyorun uşaq ikən atası ilə çəkdirdiyi foto fərdi sərgisində də nümayiş etdirilib.

10


Film Fiction “Üzeyir ömrü” filmində dahi Üzeyir bəyin obrazını yaradan Hüseynağa Atakişiyev 1949-cu ildə anadan olub. Aktyor olmaqla bərabər, həm də gənclər teatrında rejissor kimi də fəaliyyət göstərib.

8

* Tamaşaçılara daha çox seriallardan tanış olan Halil İbrahim Ergün 1946-cı ildə anadan olub. Onlarla film və seriallarda rol almış aktyor Qızıl Portağal film festivalının ömür boyu şərəf mükafatına layiq görülüb.

1914-cü ildə Robert Uayz (Robert Earl Wise) dünyaya gəlib. Rejissor “Yaşamaq istəyirəm”, “Vest Sayd əhvalatı”, “Musiqinin səsləri” filminə görə “Oskar” mükafatına layiq görülüb. “Ən əsas düşməniniz ən az axtardığınız yerdə gizlənər” – Rejissor Qay Riçinin “Revolver” filmi Yuli Sezarın bu kəlamı ilə başlayır. Rejissor 1968-ci ildə Londonda anadan olub.

10

Böyük Britaniyanın məşhur simalarından olan Kolin Fört (Colin Firth) 1960-cı ildə anadan olub. Uşaqlıq illərini aktyor missioner nənə və babası ilə Nigeriyada keçirib və yalnız 5 yaşında Londona qayıdıb.

1930-cu ildə SSRİ xalq artisti Nadejda Rumyantseva (Надежда Румянцева) anadan olub. “Qızlar”, “Balzaminovun toyu” kimi filmlərdə oynadığı rollarla yanaşı, səsləndirdiyi kino qəhrəmanlarına görə də məşhurlaşıb – məsələn, “Qafqaz əsiri”ndə Nina.

9

1960-cı ildə doğulmuş ingilis aktyor Hyu Qrant (Hugh Grant) romantik komediya və melodramlarda daha çox rol alır. Çəkildiyi filmlər sırasında Hyu “Dörd toy və bir yas” filmini daha çox bəyəndiyini etiraf edib. Adam Sendler (Adam Sandler) 1966-cı ildə Bruklində doğulub. Aktyor müsahibələrdə bildirib ki, “Mən xaraktercə şən olduğum üçün komediyalarda çəkilməkdən zövq alıram”.

11


Film Fiction 1957-ci ildə “Yağış adamı”, “Qladiator”, “Perl Harbor”, “Madaqaskar”, “Madaqaskar 2”, “Kod Da Vinçi”, “Başlanğıc” və digər onlarla məşhur filmlərə musiqi bəstələmiş Hans Simmer (Hans Zimmer) anadan olub. “Kral Şir” animasiya filminə yazdığı musiqiyə görə isə ”Oskar”a layiq görülüb.

12

1967-ci ildə doğulmuş Ceyson Stethem (Jason Statham) aktyor olmamışdan öncə professional idmançı və model kimi də uğurlar qazanmışdır. Hətta 1988-ci ildə suya tullanma üzrə ABŞ mlli komandasının tərkibində Seulda keçirilən Olimpiya oyunlarında iştirak etmişdir.

Dünyanın ilk kino aktrisalarından olan Asta Nilsen (Asta Nielsen) 1881-ci ildə Danimarkada anadan olsa da, geniş tamaşaçı kütləsinin sevgisini oynadığı səssiz filmlərə görə Almaniyada qazanmışdır. Səsli filmlər meydana gəldikdə isə sənətdən getmişdir.

11

2 dəfə “Oskar” mükafatı laureatı Klodet Kolber (Claudette Colbert) 1903cü ildə anadan olub. Kolber 1938-ci ildə Hollivudun ən çox qonorar alan və ən yaxşı aktrisası seçilib.

13

Gözəlliyi ilə çoxlarını valeh edən Jaklin Bisset (Jacqueline Bisset) 1944-cü ildə İngiltərədə dünyaya gəlib. Dünya şöhrətini aktrisaya “Napoleon və Jozefina” filmində oynadığı Jozefina obrazı gətirib.

12


Film Fiction “Həyatda gözləmədiyim halda çox sillələr yemişəm – həm dostlarım tərəfindən, həm düşmənlərim tərəfindən, həm də ailəm tərəfindən... Gözlənilməz sillələrə dözmək də hər oğulun işi deyil. Dözmək lazımdır, zaman keçdikcə, həyat özü bu sillələri geri qaytaracaq...” Siyavuş Aslan 1935-ci ildə anadan olub. * Tommi Li Cons (Tommy Lee Jones) 1946cı ildə anadan olub. Məktəbi bitirdikdən sonra Harvard Universitetinə daxil olan Cons müsahibələrdə bildirib ki, onun otaq yoldaşı ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qor olub.

15

* 1946-cı ildə Oliver Stoun (Oliver Stone) da dünyaya gəlib. Rejissorun ən məşhur filmlərindən biri 11 sentyabr hadisələrini əks etdirən “Ümumdünya Ticarət Mərkəzi” filmidir.

Ukrayna kinosu 1896-cı ildən özbaşlanğıcını götürür, başqa sözlə dünyaya gəlib. Alfred Fedeskiyin çəkdiyi və nümayiş etdirdiyi xronikalarla tarixi hesablanan Ukrayna kinosu tamaşaçıların yaddaşında Aleksandr Dovjenko, Mark Donskiy, Leonid Bıkov, Boqdan Stupko və digər istedadlı incəsənət xadimlərinin yaratdıqları əsərlərlə qalacaq.

14

13


Film Fiction Əsl adı Anna Mariya Luiza İtaliano olan Enn Benkroft (Anne Bancroft) 1931-ci ildə anadan olub. İtalyan əsilli aktrisa 1963-cü ildə ən yaxşı qadın roluna görə “Oskar” mükafatına layiq görülüb.

17

1939-cu ildə məşhur rejissor Vladimir Menşov Bakıda dünyaya gəlib. Rejissorun ən möhtəşəm ekran əsəri “Oskar” mükafatına layiq görülmüş və bu günə qədər əksər tamaşaçılar tərəfindən ən yaxşı rus kinosu kimi qəbul edilən “Moskva göz yaşlarına inanmır” filmidir.

Mikki Rurk (Mickey Rourke) 1952-ci ildə anadan olub. Əsl adı Filip Andre olsa da, anasının uşaq vaxtı aktoyru Mikki ləqəbi ilə çağırması bu adın onda daimi qalmasına səbəb olmuşdur.

16

Nəinki Azərbaycan musiqisi, hətta kinomuzun inkişafında danılmaz töhfələri olan Üzeyir Hacıbəyov 1885-ci ildə anadan olub. Dahi bəstəkarın əsəri əsasında çəkilmiş “Arşın mal alan” filmi 86 dilə tərcümə edilmişdir.

18

Alman rejissoru Pabst aktrisa Qreta Qarbo (Greta Garbo) haqqında “Belə bir sima yüz ildə bir dəfə olur” söyləmişdir. Aktrisa 1905-ci ildə Stokholmda dünyaya gəlib.

14


Film Fiction

Ceremi Ayrons (Jeremy Irons) 1948-ci ildə anadan olub. Aktoyrun “İndi isə, xanımlar və cənablar” filmində tərəf müqabili məşhur müğənni Patrisiya Kaas olmuşdur.

“Tutsi”, “Tərcümənin çətinlikləri”, “Ruh ovçuları” kimi filmlərdən yaxşı tanınan Bill Mürrey (Bill Murray) 1950-ci ildə anadan olub. Mürrey qeyd etmişdir ki, o, başqa hər yerdən qovlandığına görə aktyor olub.

19

21

Frederik Berqbeder (Frederic Beigbeder) 1965ci ildə Fransada anadan olub. Berqbeder özünü həm aktyor, həm də rejissor kimi sınasa da, daha çox “99 frank” əsəri və bu əsər əsasında çəkilmiş eyniadlı filmə görə tanınır.

1934-cü ildə heç bir təqdimata ehtiyacı olmayan Sofi Loren (Sophia Loren) dünyaya gəlib. Aktirsa haqda daha ətraflı “Film Fiction” jurnalının 15-ci sayında oxumaq olar.

20

15


Film Fiction 1961-ci ildə amerikalı aktrisa və prodüsser Bonni Hant (Bonnie Hunt) dünyaya gəlib. Daha çox “Bethoven” filmindəki roluna görə tanınsa da, “Yağış adam”, “Cumanci”, “Yaşıl mil”, “Oğurlanmış yay” filmlərində də aktrisa yaddaqalan obrazlar yaradıb.

22

1936-cı ildə Bakıda anadan olmuş Azərbaycanın xalq artisti Əminə Yusifqızı yaşını açıqlamaqdan boyun qaçıraraq, daim bir fikri xatırladır: “Əsas sənəddə, kağızlarda yazılmış rəqəmlər deyil, əsas olan insanın özünü neçə yaşda hiss etməsidir”.

24

1938-ci ildə məşhur aktrisa Romi Şnayder (Romy Schneider) Avstriyada dünyaya gəlib. Aktrisa oynadığı rollardan daha çox Alen Delonla olan qalmaqallı və jurnalistlər tərəfindən şişirdilmiş eşq macərası ilə yadda qalmışdır.

23

Məşhur amerikan aktyor Mikki Runi (Mickey Rooney) 1920-ci ildə Bruklində anadan olub. İlk dəfə 6 yaşında filmə dəvət alan Runi “Oskar” mükafatına da layiq görülüb.

16


25

Film Fiction

SSRİ xalq artisti Sergey Bondarçuk 1920-ci ildə anadan olub. Rejissorun “Müharibə və sülh” filmi 1968-ci ildə “Oskar” mükafatına layiq görülüb.

Tanınmış aktyor Maykl Duqlas (Michael Douglas) 1944-cü ildə anadan olub. Eyni gündə, 25 il sonra (1969) aktyorun həyat yoldaşı, gözəl aktrisa Ketrin Zeta-Cons (Catherine Zeta-Jones) doğulub. Hər iki Hollivud ulduzu dəfələrlə ailənin karyeradan əvvəl olduğunu qeyd edib və hazırda cütlüyün bir oğlu var.

Məşhur britaniyalı rejissor Devid Sleyd (David Slade) 1969-cu ildə anadan olub. Rejissor karyerasına klipmeyker kimi başlayıb və Aphex Twin, System of a Down, Stone Temple Pilots, Muse və digər dünya şöhrətli musiqiçilərin kliplərini ekranlaşdırıb.

26

Talantlı aktrisa Linda Hemilton (Linda Hamilton) 1956-cı ildə anadan olub. Tamaşaçılar aktrisanı “Terminator 1, 2” filmlərində yaratdığı Sara Konnor obrazından daha yaxşı tanıyır.

1968-ci ildə Uil Smit (Will Smith) dünyaya gəlib. Bir dəfə Barak Obama demişdir ki, əgər onun haqda film çəkilsə, bu rola Uil daha çox yaraşar.

17


Film Fiction 1972-ci ildə anadan olmuş Qvinet Peltrou (Gwyneth Paltrow) kino sənəti ilə yanaşı musiqini də çox sevir. Belə ki, o, həyat yoldaşı, Coldplay qrupunun frontmeni Kris Martinlə (Chris Martin) məhz qrupun konsertində tanış olub, həm də özü “Mən gedirəm, ağlama” filmi üçün 4 saundterk ifa edib.

27

29

Məşhur rejissor Mikelancelo Antonioni (Michelangelo Antonioni) 1912-ci ildə İtaliyada anadan olub. 1995-ci ildə kino sənətinə verdiyi töhfələrə görə “Oskar” şərəf mükafatına layiq görülüb.

1924-cü ildə anadan olmuş və dünya üzrə milyonlarla qadını özünə valeh etmiş Marçello Mastroyanni (Marcello Mastroianni) heç də özü haqda müsbət fikirdə olmayıb. Belə ki, aktyor həm zahiri görkəmindən narazı olub, həm də tənbəl, zəif xarakterli və asosial şəxs olduğunu etiraf edib.

28

“Oskar” mükafatlı digər rejissor Robert Benton 1932-ci ildə anadan olub. Eyni zamanda, filmlərə ssenari yazan Bentonun sənət işlərinə “Bonni və Klayd”, “Kramer Kramerə qarşı”, “Qəlbdə yer”, “Gecə sükunəti” və digərlərini nümunə göstərmək olar.

1934-cü ildə anadan olmuş Bricit Bordo (Brigitte Bardot) 60-cı illərdə seksual inqilabın əsasını qoyduğu düşünülür. Kinoaktrisa fəaliyyətinə xitam verən vegeterian xanım Bordo heyvanların hüquqlarını qorumaqla bərabər, müsəlman immiqrantlar və homoseksuallar barəsində kəskin mənfi fikri ilə seçilir.

18


Film Fiction

30

Hər günün öz hökmü var. Eyni gündə minlərlə göz əbədi bağlananda, bir o qədər də körpə dünyaya gəlir və öz həyat missiyalarını yerinə yetirməyə başlayırlar. Onlardan bəziləri həyatlarını kinoya bağlayır. Məhz belə insanlar barəsində qarşıdakı yazıda oxuya bilərsiniz - sentyabr ayında anadan olmuş dünya kino sənətinin tanınmış, sevilən, fərqlənən simaları və onlar haqda qısa informasiya. “Film Fiction” jurnalının 2 yaşına həsr olunmuş xüsusi təqvimi oxuyun və adını kino tarixinə yazanlarla tanış olun. “Rəngli fotolar yalnız insanın geyimini əks etdirir. Ağ-qara şəkillər isə onların qəlbini üzə çıxardır”. Ted Qrant

“Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” kimi filmlərin rejissoru Lətif Səfərov 1920-ci ildə Şuşada dünyaya gəlib. Məşhur müğənni Şövkət Ələkbərova ilə ailə həyatı qurmuş rejissor, həm də Kinemotoqrafçılar İttifaqının da əsasını qoyub.

Məşhur aktrisa Debora Kkerr (Deborah Jane Kerr-Trimmer) 1921-ci ildə anadan olub. Aktrisanın Bert Lankasterlə (Burt Lancaster) “Edvard, oğlum” filmindəki sevişmə səhnəsi Amerika kino sənəti institutu tərəfindən kino tarixində ən yaxşı səhnələrdən biri seçilmiş, kino özü isə bütün dövrlərin ən yaxşı 100 romantik film siyahısına daxil edilib.

19


Film Fiction

STENLİ

KUBRİK Çəkilən film musiqiyə bənzəyir, daha doğrusu o, ədəbi əsərdən çox, musiqiyə bənzəməlidir. Tükənməz ruhun və hisslərin ifadəsi olmalıdır... Bu duyğuların arxasındakı mövzu və məna isə sonranın işidir. Bəli, məhz bu fikirlər dünya kinematoqrafiyasının dahi şəxsiyyətlərindən sayılan Stenli Kubrikə məxsusdur. Stenli Kubrik 1928-ci il 26 iyul tarixində ABŞ-ın Nyu-York şəhərində dünyaya gəlmişdir. Uşaqlıq illəri Nyu-Yorkun şimal yaşayış məntəqələrindən sayılan Bronksda keçib. Atası Jak Leonard Kubrik həkim, anası Seydi Kubrik isə evdar qadın idi. Qeyd edək ki,valideynləri əslən yəhudi olmuşlar. Bundan başqa, balaca Stenlinin özündən yaşca kiçik Barbara adlı bacısı da vardı. Kubrikin bioqrafı Cefri Koksa əsasən deyə bilərik ki, valideynlərinin yəhudi ənənəsi ilə ailə qurmaqlarına baxmayaraq, dindən uzaq olmuşlar və Stenli demək olar, sekulyar bir mühitdə tərbiyə almışdır. Şəxsi inkişafında atası Jak Kubrikin böyük təsiri olmuşdur. Dünya miqyasında rejissor, ssenarist, prodüsser, kinematoqraf kimi tanınan Kubrik təəccüblü olsa da, peşəkar karyerasına “Look” jurnalında fotoqraf kimi başlamışdır. İçindəki fotoqrafiya məhəbbətinin qığılcımları on üç yaşında, atası ona “Graflex” fotoaparatı bağışlayanda yaran-

mışdır. Artıq 16 yaşında o, təhsil aldığı gimnaziyanın qəzetində çalışır və “Look” jurnalına çəkdiyi fotoları satırdı. Bir ildən sonra isə Stenli jurnalın işçi heyətinə qoşulmuşdur. Gənclik illərində Kubrik daha çox cazla maraqlanırdı və zərb alətləri ifaçısı olmaq arzusunda idi. 19411945-ci illərdə təhsil aldığı William Howard Taft gimnaziyasında aldığı zəif qiymətlər atasını həmişə məyus edirdi. Əslində atası Stenliyə çox güvənirdi və fərqlənmə bacarığının fərqində idi. Lakin buna baxmayaraq onun fotoqrafiyaya olan eşqini də alqışlayırdı. Kubrik verdiyi müsahibələrində də məktəbə olan dırnaqarası “maraq”ını gizlətmirdi. Özünün dediyi kimi: “On doqquz yaşıma qədər heç bir kitabı həvəslə oxumamışam”. Bundan başqa, Kubrikin erkən ambisiyalarından biri beyzbol oyunçusu ya da yazıçı olmaq idi. Düşünürdü ki, əgər beyzbol karyerası uğurlu olmasa belə, möhtəşəm novellalar müəllifi ola bilərdi.

20


Film Fiction Bəzən düşünürük ki, dahi rejissorların uşaqlıq arzuları, xəyal və istəkləri ancaq filmlər üzərində qurulur və artıq kiçik yaşlarından gözlərinin önündə çəkəcəkləri sənət əsərləri canlanır. Bəlkə də çoxunda belə olub. Amma Kubrik istisna təşkil edir. Belə ki, Kubrik ucsuz-buzaqsız kino dənizinə əllinci illərdə baş vurmuşdur. Çəkdiyi ilk filmlər, əsasən, dostlarının və yaxınlarının köməyilə ərsəyə gələn qısa sənədli filmlər olmuşdur. Rejissorun yaratdığı ilk ekran əsəri 1953-cü ildə çəkilmiş “Qorxu və istək” (“Fear and Desire”) adlı hərbi mövzulu dram olmuşdur. 1957-1998-ci illər aralığında Kubrik on bədii film yaratmışdır. 1960-ci ildə baş rolunu əfsanəvi akyor Kirk Duglasın ifa etdiyi “Spartak” (“Spartacus”) filmi, 1962-ci ildə isə Vladimir Nabokovun eyni adlı əsəri əsasında şəkilmiş “Lolita” filmi ərsəyə gəlmişdir. “Lolita” filmi rejissorun yaradıcılığının şah əsərlərindən sayılsa da, vaxtilə bir çox dairələrdə narazılıqla qarşılanmışdır. Fransız ədəbiyyatı sahəsində professor olan Humbert Humbertin yeniyetmə qız Doloreslə (Lolita) yaşadığı sevgi macərası haqqında olan film rəğbətlə yanaşı ziddiyyətli fikirləri də ortaya çıxarmışdı. Filmdə əsas konflikt Humbert və onun hisslərini qəbul etməyən cəmiyyət arasındadır. Bu ekran əsəri “Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyasında Oskar, dörd “Qızıl Qlobus” mükafatına (Ən yaxşı qadın rolu, Ən yaxşı kişi rolu, Ən yaxşı rejissor, Ən yaxşı ikinci plan rolu), James Meyson (H.Humbert) isə “ən yaxşı aktyor” nominasiyası üzrə BAFTA mükafatı qazanmışdır. Bundan başqa, Kubrik Venesiya Kino Festivalında bu filminə görə “Ən yaxşı rejissor” nominasiyası üzrə qalib olmuşdur. Onu da qeyd edək ki, Venesiya Kino Festivalı dünyanın ən qədim film festivalıdır və hər il Venesiyanın Lido adasında keçirilir. Əsərlə filmin arasında fərqlər çoxdur. Maraqlıdır ki, film hekayətin sonunda təsvir olunmuş səhnə ilə başlayır. –Siz, Kuiltisiniz? –Xeyr, mən Spartakam! Siz qulları azad etməyə gəlmisiniz? Belə güman olunur ki, rejissor burada bundan əvvəlki ekran işi “Spartak” olduğuna işarə edir. Həmçinin əsərdəki çox hadisələr ixtisar olunmuşdur. Hekayətdəki intim kontekstli hissələr ekranda senzura ilə bağlı öz əksini tapmamışdır. Lolita rolunun ifası üçün çox aktrisa axtarışı edilmişdi, sonda isə Kubrik 1960-cı ildə şouların birində diqqətini cəlb etmiş gənc aktrisa – Syu Layonun (Sue Lyon) namizədliyini uğurlu

hesab edərək onu kinoya dəvət etmiş və onunla yeddi illik müqavilə imzalamışdır. Onu da qeyd edək ki, Layon bu rolda çəkilərkən 14 yaşı vardı. Aktrisa Syu Layon “Ən perspektivli gənc aktrisa” nominasiyası üzrə “Qızıl Qlobus” mükafatına layiq görülmüşdür. Və iki illik fasilədən sonra Kubrik 1964-cü ildə “Doktor Streynclav ,və ya bombalardan qorxmayıb onları necə sevdim” adlı anti-militar satira ruhlu növbəti ekran əsərini yaratmışdır. Film “soyuq müharibə”nin qızğın çağlarında, Karib böhranından bir il keçdikdən sonra yaradılmışdır. Ümumilikdə hadisələr antikommunist paranoyanın təsiri altında ABŞ generalı Cek Ripperin ətrafında cərəyan edir. Daha sonra SSRİ-yə atom hücumu təşkil edilir və filmdə onun nəticələrindən bəhs olunur. Kubrik bu filmi ilə qara komediyanın banilərindən olduğunu sübut edir. Filmdə Soyuq Müharibə satira mərkəzinə çevrilir. 1968-ci ildə Kubrik bəlkə də yaradıcılığının zirvəsi sayılan, elmi fantastika janrının parlaq nümunələrindən biri “Kosmik Odisseya 2001” filmini ərsəyə gətirir. Bu film 1991-ci ildə “ABŞ Milli Kino Reyestri”nə daxil edilmişdir və Amerika Kino İnsitutunun rəyinə əsasən, Hollywood tarixinin ən yaxşı elmi-fantastik ekran əsəri hesab olunur. Dünya miqyasında tanınan ekspertlərin rəyinə görə, dünya kino tarixinin ən uğurlu elmi-fantastik filmidir. Filmin adı da Kubrikin şəxsi təşəbbüsünə əsaslanır. Belə ki, “Odisseya” məhz qədim yunan mütəfəkkiri Homerin dastanının adından götürülmüşdür. Kubrik bunu öz sözləri ilə belə ifadə etmişdir: “Necə ki, yunanlar üçün onların ucsuz-bucaqsız dənizləri əfsanə dolu sirdir, bizim nəsil üçün də kosmos açılmamış bir sirdir” . 1971-ci ildə isə “A Clockwork Orange” çəkilir. Film ingilis ədib Entoni Bercessin 1962-ci ildə satirik antiutopiya janrında yazdığı eyniadlı əsərin əsasında çəkilmişdir. Qeyd edək ki, romanın müəllifi Bercessin həyatının bu dövründə ona beyin şişi diaqnozu qoyulmuş və cəmi bir il ömrü qaldığı deyilmişdir. Məhz bunu bildikdən sonra müəllif romanı yazmağa başlamışdır. Əsərin adı Londonun işçi əhalisinin aşağı təbəqələrindən olan yerli əhali – “kokni”lərin (Cockney) işlətdikləri ifadə ilə bağlıdır. Belə ki, yerli koknilərin yaşlı nəsilləri gördükləri anlaşılmaz və qəribə hadisələri, insanları, heç bir mahiyyət daşımayan, anlam verə bilmədikləri məfhumları “quraşdırılmış portağal kimi əyri” adlandırarmışlar. Bercess özü Malayziyada

21


Film Fiction yeddi il yaşamışdır, malay dilində “orang” sözü “insan” mənasını verir, ingilis dilində isə bir çoxlarının bildiyi kimi, “portağal” mənasını verir. Əsərin mərkəzində bir çox cinayətlər törətmiş gənc Aleks dayanır. O və tay-tuşlarından ibarət dəstəsi cinayətlər, zorlamalar, oğurluqlar həyata keçirmişlər. Onlar qoca insanlara hörmət etmir, qabaqlarına keçən hər kəsi təhqir etməkdən doymurlar. Həm filmdə, həm də romanda Kubrik və Bercess bizi Aleksin qorxulu dünyasının dərinliklərini kəşf etməyə çağırır. Düşünürəm ki, sonda film və roman müəllifləri bu məqsədə nail olmuşlar. Əsərdə Bercess tərəfindən ortaya qoyulan ideya bir cinayətkarın həbsxana cəzası ilə islah olmasınının mümkünsüzlüyüdür. Yəni müəllif belə vasitələrin heç bir xeyir vermədiyini vurğulayır. Əminliklə deyə bilərik ki, film Kubrikin vizitkartlarından biri sayılan ekran məhsuludur. Kubrikin növbəti görkəmli işləri “The Shining” (”Parıltı”) 1980-ci ildə, “Full Metal Jacket” (“Dəmir gödəkçə”) 1987-ci ildə və nəhayət “Eyes Wide Shut” (“Geniş qapalı gözlərlə”) isə 1999-cu ildə Kubrikin kino külliyatına daxil olmuşdur. “Geniş qapalı gözlərlə” filmi Kubrikin yaradıcılığının son məhsulu sayılır. Film Artur

Şnislerin 1925-ci ildə yazdığı “Arzu” (“Traumnovelle”) əsəri əsasında çəkilmişdir. Həmçinin film 1999-cu ilin iyulunda, rejissorun ölümündən üç ay sonra ekran üzü görmüşdür. Kubrikin digər filmləri kimi bu film haqqında da tənqidçilərin fikri müxtəlif idi. Bəziləri onu Stenli Kubrikin ən uğursuz filmi adlandırırdı. Başqa tənqidçilər isə bu filmi “sonuncu şah əsər” sayırdılar. Filmin baş rollarını Nikol Kidman və Tom Kruz paylaşırlar. Əvvəl də qeyd etdiyim kimi, Kubrik filmləri ekranlaşdırmaq tərzi ilə yanaşı, müraciət etdiyi hekayətlərin, leytmotivlərin mövzu və məzmununa görə xüsusi fərqlənən yaradıcı insanlardan idi. Məhz buna görə onu dəstəkləyənlərlə yanaşı onu sərt tənqid edənlər də az olmamışdır. Qırx altı illik karyerası boyunca on üç ekran əsəri yaratdığına inanmaq çətindir bəlkə də, əslində özüm də bu məlumatı kəşf etdiyimdə təəccübləndiyimi etiraf etməliyəm. On üçü də kinematoqrafiya tarixində iz buraxmış sənət əsərləridir. Sonda isə Stenli Kubrik haqqında bəzi maraqlı faktları nəzərinizə çatdırmaq istərdim.

22


Film Fiction Maraqlıdır ki, filmlərində hadisələrin cərəyan etdiyi yerlərin zəngin müxtəlifliyi Stenli Kubrikin aktiv səyahətçi olduğuna işarə edir. Buna görə də inanmaq çətindir ki, əslində rejissorun təyyarədə səyahət etmək, yəni uçmaq fobiyası olmuşdur. Hətta pilot lisenziyasına sahib olmağına baxmayaraq, Kubrik İngiltərəyə köçdüyü andan etibarən təyyarə vasitəsilə səyahət etməkdən imtina edirdi, bunun əvəzinə gəmi ilə səyahəti daha təhlükəsiz hesab edirdi. “Spartak” filminin bütün çəkilişləri İngiltərədə baş verimişdir. Bundan başqa, hadisələrin Vyetnamda cərəyan etdiyi “Full Metal Jacket” filmi də İngiltərədə çəkilmişdir. “Eyes Wide Shut” filmində isə hadisələrin mərkəzi Nyu-Yorkdur. Bütün bunlar Kubrikin necə peşəkar bir insan olmağını sübut edir. İstedadlı insanların qəliblərdən kənar davranışları olduğu kimi, hadisələrə münasibəti və ya məsuliyyət hissi daha qabarıq olur bəlkə də. Əminliklə deyə bilərik ki, Kubrik kino tarixinin kiçik detalları belə gözdən qaçırmayan nümayəndələrindən olmuşdur. Kubrik detallara həddindən artıq önəm verməsiylə yadda qalmışdır. Buna görə də loru dillə desək, aktyorlar ondan “az çəkməmişdilər”. Aktyorlar yorucu iş cədvəlinə uyğunlaşmalı və saatlarla bir epizodun uğurlu alınması üçün çalışırdılar. Təsadüfi deyil ki, “Eyes Wide Shut” filmi “Ən uzun çəkiliş müddəti ” kimi Gines Rekordu qırmışdır. Belə ki, çəkilişlər 400 gündən çox davam etmişdir. Sonuncu çəkdiyi doqquz filmdən yeddisi Oskara namizəd görülmüşdür. “Dr. Strangelove”, “2001: A Space Odyssey”, “A Clockwork Orange”, “Barry Lyndon” kimi filmləri “Ən yaxşı rejissor” nominasiyası üzrə Oskar qazana bilməmişdir. Bu, Oskar tarixindəki ən böyük ədalətsizliklərdən hesab olunur. Əslində bütün bu siyahını, Kubrik haqqında məlumatları uzatmaq da olar, lakin ən yaxşı sübut gözlə görəcəyiniz, hiss edəcəyiniz, müəyyən nəticələr çıxara biləcəyiniz yuxarıda adı çəkilən filmləri izləməkdir. Hər bir rejissorun qiymətli xəzinəsi məhz onun övladları – filmləridir...

23


TOM Film Fiction

KRUZ -Tom Kruz – ambidekstrdi. -Avtoyürüş fanatıdır. -Televiziylardan birinə verdiyi müsahibədə psixologiyanın öyrənilməsini nasizm adlandırıb. -Disleksiyadan əziyyət çəkib. -Uşaq ikən düzgün yetişməyən diş problemlərindən əziyyət çəkib. -“Mission: İmpossible” filminin ilk hissəsinə görə 70, ikinci və üçüncü hissələrinə görə 75 milyon qonorar alaraq, Hollivudun ən yüksək ödənişli aktyorlarından biri olaraq qalmaqdadır. -Oskar bəxtsizlərindən biridir. Aktyor 3 qat Qızıl Qlobus laureatı olsa da, bircə dəfə də Oskar laureatı ola bilməyib.

24


Film Fiction

Tom – ailənin üçüncü övladıdır. Üç bacının yeganə qardaşıdır. Tomun anası aktrisa, atası isə mühəndis olub. Maddi sıxıntılar ilə əlaqədar ailəsi teztez evlərini dəyişirdi ki, bu da Tomun uşaqlığının ağır keçməsi ilə nəticələnirdi. Tomun 12

yaşı olanda isə valideynləri boşandı. 14 yaşına qədər Tom ABŞ və Kanadada nə az, nə çox düz 15 məktəb dəyişdi. Nəhayət, ailə Nyu-Cersidə məskunlaşmaq qərarına gəldi. Həmin ərəfələrdə Tom orta məktəbi bitirdi.

Aktyorluq karyerası 1981-ci ildə başladı. “Endless Love” filmində epizodik rol aktyorun böyük kinoda ilk addımı oldu. Ona məşhurluq gətirən ilk film isə 1983-cü ildə baş rolda çəkildiyi “Risky Business” filmi oldu.

1987-ci ildə Tom Mimi Rocerslə ailə həyatı qurur. Amma bu ailə həyatı cəmi 3 il davam edir. Aktyor “Days of Thunder” filmində tərəf müqabili olan avstraliyalı gözəlçə Nikol Kidmana aşiq olur və bu sevgi 1990-cı ildə iki ulduzun nigaha girməsi ilə nəticələnir. Ulduz cütlük bərabər 3 filmdə rol alırlar.

Kidmanla nigah isə on il davam edir. 2001-ci ildə uzun söz-söhbətlərdən, qalmaqallardan sonra 2 övlad sahibi, Hollivudun ən məşhur cütlüyünün evliliyi sona çatır. Rəsmi boşanma isə 2004-cü ilin payızında baş verir... Həmin il Tom artıq “Vanilla Sky” filmindəki tərəf müqabili Penelopa Kruzla eşq macərası

yaşayırdı. 2005-ci ildə Tom yeni sevgi etirafı edir... Bu dəfə də aktyorun sevgilisi aktrisa idi – Keti Holms. 2006-cı ildə Tom Kruz və Keti Holms evlənirlər. Bu aktyorun 3-cü rəsmi evliliyi olur. Bu nigahdan onların bir qız övladları dünyaya gəlir.

25


Film Fiction

KİRA

NAYTLİ Kira Naytli (Keira Christina Knightley) 1985ci il mart ayının 26-da İngiltərənin Teddinqton şəhərində sənətçi ailəsində anadan olub. Onun anadan olması qəribə mərc əsasında baş verir. Belə ki, onun valideynləri - anası aktrisa Şerman Makdonald və atası aktyor Uill Naytli öz aralarında mərc qoşurlar. Şerman karyerasını yarımçıq qoyub, dramaturgiya ilə maraqlanır. Əgər o, özünün birinci əsərini təqdim etsə, onda ailədə ikinci uşaq anadan ola bilər. Şerman Makdonald mərcdə qalib gəlir və gələcək aktrisa Keira Knightley anadan olur. Kiranın özündən böyük Kaleb adlı bir qardaşı var. O, uşaqlıqdan aktrisa olacağına əmin idi. Bəlkə də artist ailəsində dünyaya göz açması onun bu arzusunu reallaşdırmağına kömək edirdi. Hələ üç yaşında olarkən valideynlərində olduğu kimi, onun da şəxsi agenti olmasını istəyir. Valideynləri dərslərini yaxşı oxuduğu zaman Kira Naytli üçün agent tutacaqlarına söz verirlər. Balaca Keira tərs, inadkar və istədiyinə nail olan uşaq olduğu üçün dərslərini yaxşı oxuyur. Baxmayaraq ki, sözləri oxumaqda çətinlik çəkilən xəstəlikdən – disleksiyadan əziyyət çəkirdi. Lakin Keira bütün səyi ilə çalışır. Məktəbdə fərqlənməyi sevir və bacardığı qədər digərlərindən seçilir. Məktəb tətillərində isə artistlik dərslərini öyrənir. Onun səyi layiqincə qiymətləndirilir və altı yaşında olanda artıq şəxsi agenti olur. O, 8 yaşında ölkəsində televiziya filmlərində oynamağa başladı. “A Village” (“Kənd”, 1994),

“Innoccent lies” (“Günahsız yalan”, 1995), “Treasure Seekers” (“Dəfinə axtaranlar”, 1996) və “Coming Home” (“Evə gələn”, 1998) kimi müxtəlif filmlərdə rol aldı. 1999 cu il də “Star Wars” (“Ulduz savaşları”) filminin ilkində Kraliça Amidala’nın yerinə keçən Sabe rolunda oynadı. Makiyajları tamamlandığında Padme Amidala rolunu oynayan Natalie Portman’la özünü anaları belə bir-birilərindən ayıra bilməmişdi. Daha sonra aktrisanın çəkildiyi ilk ciddi rolu İngiltərə serialı “Oliver Tvist” olur. 2002-ci il də “Bend it like Bechkam” (“Bekham kimi oyna”) filmi ekranlara çıxır. Film çəkilişlərinə xərclənən maddi vəsaitdən 20 dəfə çox gəlir əldə edir və aktrisaya unudulmaz şöhrət gətirir. Keira 2002-ci ildə daxil olduğu məktəbdəki təhsilini yarımçıq qoyub, özünü bütövlükdə kinoya həsr edir. 2003-cü ildə amerikan prodüsser Jerry Bruckheineer ona “Pirates of the Carribean: The Curse of the Black Pearl” (“Karib dəniz quldurları: Qara Mirvarinin Lənəti”) filmində baş rollardan birini verdi. Johnny Deep ve Orlanda Bloom’ la oynadığı bu film ilin ən çox izlənilən filmlərindən biri olur. Həmin ildə romantik komediya janrında olan “Love actually” (“Həqiqətən sevgi”) filmində rol aldı. 2004-cü ildə onun növbəti filmi “Kral Artur” olur. Aktrisa rolu üçün 3 ay ərzində həftədə 4 gün ox atıcılığı və at minmə dərsləri aldı. 2005-ci ildə “Jaket” filminə çəkilir. Bu filmdə aktrisanın tərəf müqabili Adrien Brody olur.

26


Film Fiction

27


Film Fiction Elə həmin il Tony Scot’un rejissor olduğu, Domino Harvey adlı muzdlu qatilin həyatına əsaslanan “Domino” döyüş filmində rol aldı. Film indiyə qədər Naytlinin ən böyük kritik iflasa uğraması olmuşdur. Aktrisanın ən uğurlu filmi 2005-ci il istehsalı olan “Pride and Prejudice” (“Qürur və Qərəz”) filmidir. Bu filmlə o, Oskara namizəd olmuşdur. 2006-cı il də Knightly, AMPAS-a (Kinofilm İncəsənət və Elmlər Akademiyasına) dəvət edildi. Və eyni ildə “Pirates of the Caribbean: Dead Man’s Chest” (“Ölü adamın sandığı”) filmin davamına çəkilir. Aktrisa 2007-ci ildə 3 əsas filmdə baş rola çəkildi. İlk olaraq Allessandro Barriconun romanı əsasında çəkilmiş “Silk” (“İpək”) filmi olur. İkinci film Mc Evanın romanına əsaslanaraq çəkilən “Atonoment” filmi idi. Knightly bu filmdəki rolu ilə “Ən yaxşı dramatik aktrisa” kateqoriyasında Golden Globes və Bafta mükafatlarına namizəd olur. Ardınca “Pirates of the Carribean: At World’s End” (“Dünyanın sonu”) filmi olur. Knightly 2008-ci ildə nümayişə girməsi gözlənilən “The Edge of Love” (“Sevginin kənarı”) filminin heyətinə qatılır. Filmdə Cillian Murphy və Sieanna Miller də iştirak etməkdə idi. Bu filmin ssenarisini Keiranin anası Sharman Macdonald yazmışdır. Macdonald Keira üçün Caitlin rolunu yazsa da, aktrisa Vera rolunu oynamağı seçim edir. Naytlinin növbəti filmi 2008-ci istehsalı olan “The Duchess” (“Duşes”) filmidir. Filmdə 18-ci əsr ingilis aristokratlarından olan Georgiana Cavendish’in həyatından bəhs olunur. 2010-cu ildə Naytli üç müxtəlif filmdə baş rol oynadı. “Last Night” (“Son gecə”), “Never let me go” (“Məni heç vaxt tərk etmə”) və “London Boulevard” (“London bulvarı”). 2011-ci ildə aktrisa, psixoanaliz dünyasının iki böyük nümayəndəsi olan Sigmund Freud və Carl Jung bioqrafiyasından bəhs edən “A Dangerous Method” (“Təhlükəli üsul”) filmində rol alır. 2012-ci ildə aktyor Steve Carell ilə “Seeking a Friend for the End of the World” (“Qiyamət günü üçün dost axtarıram”) dramında rol alır. Bundan əlavə o, “Anna Karenina” filmində də baş rol ifaçısı olmuşdur. Kira film haqqında bunu demişdir: “Bu, inanılmaz dərəcədə çətindir. Əlbəttə ki, roman çox gözəldir, amma həcmi çox böyükdür və onu filmdə əks etdirmək çətin məsələdir. Ümid edirəm ki, bu işimiz də uğurlu olacaq.” Bir müddətdir rok musiqiçisi James Righton ilə birlikdə olan Naytli 28 yaşında dünya evinə girdi.

28


Film Fiction

VADİM YUSOV

HİROŞİ TAKAHAŞİ’NİN VADİM YUSUBOV İLƏ SÖHBƏTİ

Andrey Tarkovski ilə necə tanış oldunuz? İnstitutda bir-birimizi tanımırdıq. O, diplom işi üçün filmini hazırlarkən, mənə özü ilə işləməyi təklif edəndə artıq bir müddət idi ki, “Mosfilm” studiyasında işləyirdim. O, kamera işi mənə aid olan bir neçə filmi izləmiş olduğunu və bir səhnə oyunundan hazırlanmış “Silindir və Skripka” filmində mənimlə işləmək istədiyini bildirdi. O vaxtlar təhsilimi hələ yeni başa vurub müstəqil operator kimi işləməyə başlamışdım. Tarkovski o zamanlar hələ tələbə idi… SSRİ-də bu cür hallara, adətən, rast gəlinməzdi – mən onunla tanış oldum, fikirlərini dinlədim və bu işi görməyə qərar verdim. İlk dəfə Tarkovski ilə görüşəndə onunla bağlı təəssüratlarınız necə oldu? Onun mənimlə necə əlaqə yaratdığını ətraflı olaraq xatırlamıram, ancaq onu görəndə məni hər şeydən qabaq heyrətləndirən onun üzü idi. Andron Konçalovski ilə gəlmişdi və çox gərgin idi, olduqca həssas və həyəcanlı bir adam kimi görünürdü. Geyimi yaxşı, hətta zərif, saçı isə qısa, düz və səliqəli idi. Mənə elə gəlir, onun yaxşı bərbəri var idi. O, indiki modanın nə tələb etdiyindən agah olan birinə oxşayırdı. Özündən yaşca böyüklərlə söhbət etmə qabiliyyəti kimi, onun görmüş olduğu yaxşı tərbiyə və davranışları da dərhal gözə çarpırdı. Siz ondan yaşca çox da böyük deyildiniz, amma kinoda artıq müəyyən qədər təcrübəniz var idi… Bəli. Bu gənc adam da mənimlə bir ustad, məsləhətçi və yaxud professor kimi rəftar edirdi. Onun ədəb və hörməti məni öz təsiri altında

buraxmışdı. Sonunda, mən “Silindir və Skripka”nı çəkməyi qəbul etdim. Başa düşdüm ki, Tarkovski kimi biri ilə tanış olmaq bir şans zərbəsi idi. VGIK-dəki tələbəlik vaxtlarımda mənim o cür dost-tanışlarım yoxuydu, bundan əlavə, onun film haqqındakı fikrini bəyənmişdim. Onunla sonuncu dəfə nə vaxt görüşdünüz? 1983-cü ilin aprel ayında, Milanda, Kann kinofestivalından bir az əvvəl idi. O vaxt o və həyat yoldaşı Larissa film üçün təqdimat kompaniyası keçirdirdilər. Milana getdim, çünki orada keçmişə aid nümayişlərdən birində “Solyaris” filmini göstərirdilər. Mən Andreylə onda görüşdüm. Tarkovskinin Milanda olduğunu öyrənəndə, dərhal ona zəng etdim və onu ziyarət etdim. Bu möhtəşəm bir görüş idi, Tarkovski İtaliyada qalmaq üçün icazəsinin vaxtını yenicə uzatmışdı və beləliklə, biz səhərə qədər söhbət etdik… O, Romaya “Nostalgia“ filminin nümayişi üçün dəvət etdiyi dostları ilə məni tanış etdi, ancaq mənim vizamın vaxtı qurtarmaq üzrə olduğu üçün ora gedə bilmədim. Siz onunla ən uzun müddət işləmiş əməkdaşlarından birisiniz. Sizin Tarkovski ilə ilk və son görüşünüz arasındakı fərq nə idi? Müqayisə etmək çətindir. Onu deyə bilərəm ki, onu o qədər uzun zaman idi tanıyırdım ki… Təəssüratlar oxşar idi, biz köhnə dostlar olaraq görüşdük. Adam, biri ilə ilk dəfə görüşəndə onun xarici görünüşünə diqqət yetirir… Onunla son görüşümüzdə, Tarkovski əvvəl necə idisə elə idi: zərif. Ancaq paltarlarının növü və keyfiyyəti fərqli idi. Xəz ilə cizgilənmiş, çox bahalı

29


Film Fiction

və zərif bir pencək geyinmişdi. Pencəyə toxundum, xəz ipək kimi yumuşaq idi. Mən dedim: “Andrey, bu çox əla stildədir.” Onun ayaqqabıları da yüksək keyfiyyətli idi. Onlara kiçik bir nəzər salanda belə, dərhal demək olardı ki, o, “kütlələrdən gəlmiş adam” deyildi. Onun üzündə də maraqlı bir dəyişiklik var idi. Yəni sizin təəssüratlarınız oxşar idi? Bir dəqiqə, mən indi xatırlayıram ki, onun pencəyi xəz ilə yox, şal parçası (kaşmir) ilə cizgilənmişdi… Orada, yəni Milanda, mənə elə gəlir, Andrey qeyri-adi bir vəziyyətdə idi, ona qəribə nəsə olurdu, o artıq qərbdə işləməyə qərar vermişdi. Larissa mənə dedi: “Vadim, biz bir də heç vaxt Rusiyaya qayıtmayacağıq.” Ancaq Tarkovski dərhal söhbətə qarışdı: “Axmaq-axmaq danışma, özünü ələ al.” O, siyasi sığınacağı haqqındakı bütün eyhamları qısa kəsdi. Mən hiss edirdim ki, o vaxt sanki o daha qərar verməmişdi, hələ də tərəddüd edirdi. O, ən sirli hisslərini açmağa çalışdı, buna cəhd etdi, amma bacarmadı. Vəziyyətin necə anormal olduğunu başa düşürdü – biz dost idik, ancaq o sığınacaq tələb edirdi. Bu o demək idi ki, bizim dostluğumuz elə onda və oradaca bitirdi. Bütün bu məsələ xeyli qarışıq idi. Mümkündür ki, bu baxımdan onun fikirləri xüsusi olaraq yeni və fərqli bir istiqamətdə inkişaf edirdi. Ondan fərqli olaraq, mən SSRİ-də yaşayırdım, oradakı həyat şərtlərini bilirdim. Tarkovskiyə bu

barədə nə düşündüyümü dedim. Bizim söhbətimiz, böyük ehtimalla, ona həll yolu tapmağı asanlaşdırdı. Bu, qərbdəki insanlar tərəfindən, həmçinin günümüzün rusları üçün anlaşılması çox çətin olan bir dilemmadır. O vaxtlar siyasi sığınacaq, ailəniz və dostlarınız ilə əlaqələri kəsmək mənasına gəlirdi. Adam öz həyatını tamamilə dəyişmək məcburiyyətində idi. Qərbdəki insanlar səyahət edə bilirdilər. Onların da öz problemləri varıydı və hələ də var, amma onlar İtaliyaya, Yaponiyaya gedə bilirdilər… Bu, bizim sonuncu görüşümüz olacaqdı, biz bunu hiss edirdik, bu ab-havanı… Beləliklə, biz sevinclə köhnə günləri yada saldıq… O sizə, elə o vaxt üstündə işlədiyi film haqqında nəsə dedi? Bəli, əlbəttə „Qurban“ filmi haqqında danışdı. Onun bu film üçün böyük ümidləri varıydı. Bir il sonra mən Romanı ziyarət edirdim və onunla telefonda danışırdım. Onunla bir görüş daha təyin etmək istədim. Ancaq bu mümkün deyildi. O, çox məşğul olduğunu söylədi. Mən hiss etdim ki, o öz ev adresini gizləyir. Sonra başa düşdüm ki, siyasi sığınacağı tələb edib. Mən görüş təşkil etmək üçün bir neçə yol təklif etdim, amma heç biri alınmadı. Mənə elə gəlir, Tarkovksi mənim KGB agentləri tərəfindən izlənildiyimdən və onların məni izləyərək onu tapıb, öz ölkəsinə qayıtmağa məcbur edəcəklərindən qorxurdu. O bundan qorxurdu, bu riski ala bilməzdi...

30


Film Fiction “İvanın uşaqlığı” filmində, məsələn yük maşını və almalar olan səhnədəki kimi, çoxlu “xəyali” ünsürlər var. Bu cür görüntülər qərbdə çox “təzə” sayılırdı. Yeni bir termin dəyər qazanırdı: “sosialist sürrealizmi”. Bu tərz film görüntüləmə fikri siz, yoxsa Tarkovski tərəfindən ortaya atılmışdı? O vaxtlar biz “avant-garde” (yenilikçi) mühitdə yaşayırdıq. Biz artıq çoxdan Bunuelə, Godarda baxmışdıq və Kafkanı bilirdik. Buna görə də hər şey öz yerinə otururdu, bu çox vacib idi. Sosialist sürrealizmini bu film haqqında güclü bir təsvir kimi vurğulamazdım. O vaxtlar, ticari kinoda da olmaq üzrə, çoxlu eksperimental filmlər çəkilirdi. “Rublyov”u çəkərkən bizim üçün ən vacib film Kurosavanın “Yeddi samuray”ı idi. Tarkovski bu film haqqında çox yüksək düşüncələrə sahib idi. “Rublyov”da Kurosavadan bir çox “sitat” var. Tarkovski həmişə çox sevdiyi və bəyəndiyi rejissorların siyahısını tutardı. O siyahıdakı adların ardıcıllığı zamanla dəyişdi, amma Bunuel, Godard və Kurosava daim zirvədə idi. İşi müddətincə Tarkovski operatora qarşı çox tələbkar idi? “İvanın uşaqlığı”nı çəkəndə, o çox gənc və

anlamazlıq onu cəsarətləndirirdi – o, işlərin öhdəsindən gəlmənin asan olduğunu düşünürdü və çox cürətkar fikirlər çıxara bilirdi, o, hər hansı bir şeyi icad edə bilirdi, həm də tam azad halda. Konkret olaraq şəkillər (görüntülər, xəyali səhnələr) düşünmək – filmi eynilə bu cür çəkdik. Yeni bir film çəkmə üsulu və ya nəsə icad etmədik, amma tez-tez yeni ifadə yaratdıq. Əminəm ki, çəkiliş vaxtı texniki səviyyədə nisbətən yeni, təzə olan bir şey tapmışıq. Məsələn, meşədəki zabit və qadınla olan o səhnə yadınıza gəlir? Tarkovski demişdi ki, bu səhnə yer səviyyəsinin altından çəkilməlidir. Beləliklə, mən kameranı qəhrəmanımızı yerin içindən çəkə biləcək vəziyyətdə tutan bir şey düzəltdim. O zamanlar bu üslubdan istifadə edən filmlər yox idi. Bugünlərdə isə, təbii ki, bu cür səhnələr tapmaq mümkündür. Kino hər zaman texnologiyaya tabə olmağa məcburdur. Texnologiyada mütəxəssisləşərək, ondan filmin tərkibinə və ifadə gücünə təsir göstərmək məqsədi ilə istifadə etmək olar. Həm də bunun tərsi – texnologiya özü sənətkarın ifadə etmək istədiyi şeyi dəyişə bilər. Əlbəttə, operator ilə rejissorluq arasındakı

təcrübəsiz idi. Operatorun, səhnə tərtibatçısının və həmçinin də rejissorun rolu haqqında onun çox məlumatı yox idi. Ancaq mən heç vaxt onun müəllimi olmadım. “Rublyov” filminin çəkilişləri əsnasında birlikdə işlədik, axtardıq və araşdırdıq. O zaman artıq müəyyən qədər təcrübəyə sahibdik – bizim üçün bu xüsusilə maraqlı bir vaxtıydı. Biz həqiqəti axtardıq... Mən kinooperatoram, texnikəm, ona görə də deyə bilərəm ki, bu iş görülə bilər, mən bu tapşırığı öz üzərimə götürə bilərəm. Lakin, Tarkovski çox vaxt məhdudiyyətləri başa düşmürdü və bu

əlaqə olduqca maraqlıdır. Bu mənim üçün çox şəxsi bir problemdir. “Rublyov”da gördüyümüz iş, bitməyən axtarışlar və sınaqlar idi. Onu qeyd etməliyəm ki, hər birimiz öz həqiqətimizi tapmağı bacardıq. Filmin çəkilişi, film hələ buraxılmamışdan qabaq dəqiq və ətraflı olaraq düşünülmüş, planlaşdırılmışdı. Biz xeyli hazırlıqlıydıq. Dialoqlarla səhnələrin uzunluqları (müddəti) arasındakı qarşılıqlı əlaqəni ətraflı bir şəkildə planlamışdıq. Və “tracking” çəkimlər (tracking çəkim: kameranın yerə qurulmuş xüsusi platforma üstündə hərəkət edən bir cis-

31


Film Fiction mi, ona paralel hərəkət edərək izləməsi) üçün – kameranın cismə olan məsafəsi ilə tracking müddəti arasındakı əlaqəni. “Solyaris” filmindəki kitabxanada havaya qalxma səhnəsini necə çəkdiniz? Amerikan metodundan əvvəlcədən xəbərimiz varıydı, ancaq bunun üçün aparaturamız yox

idi. O səhnəni çəkmək üçün öz yolumuzu tapmalıydıq. Uzun müddət fikirləşdik, bir çox şey yoxladıq və sonunda – inanıram ki – yaxşı bir şey ortaya çıxdı. Yeni bir metod filan kəşf etmədik, təbii ki. İşlətdiyimiz cihaz olduqca sadə idi. O səhnədə baş verənlərin effekti bir növ möcüzə idi. Bu, montaj effektləri və düzgün sinxronizasiya edilmiş kamera hərəkətləri ilə əldə edilmişdi. Orada sadəcə olaraq kameranın yeri dəyişirdi. Ən önəmlisi, personajların hərəkətlərinin sürəti ilə səhnələrin sayı arasındakı əlaqə idi. Bunu nizamlamalı, hazırlıq mərhələsində əvvəlcədən qurmalıydıq. Bəli, bunun indi sizin üçün şəklini çəkirəm. Cihaz sadə idi. Aktyorları saxlayan kran yuxarı qalxır, digəri, yəni kameranı tutan kran da qalxır. Ancaq aktyorları daşıyan kran, fon

dekorasiyasını əhatə edir – buna diqqət etmək məcburiyyətində idik. Biz həm də gördük ki, iki qaldırıcı hərəkətin ikisi də eyni olsaydı, nəticə olaraq effekt yumşaq alınardı. İki kranın da hərəkətində müəyyən bir uyuşmazlıq (qeyri-paralellik) olması vacib idi. Amma əgər hərəkətlərdəki fərqlər həddindən artıq çox olsaydı, o zaman da kran görünərdi. Kameranı elə özünüz hərəkət etdirdiniz? Bəli, dəfələrlə məşq etdikdən sonra. Başlarda, kran elektrikli bir motor vasitəsilə hərəkət etdirilirdi, ancaq bunun effekti güclü olmadı. “Silindir və Skripka” filmindən başlayaraq “Solyaris”ə qədər Tarkovskinin bütün filmlərində işlədiniz. “Ayna” filminin çəkilişində yer almadınız. Bu filmi niyə çəkmək istəmədiniz? “Ayna”nın ədəbi əsası olan “Bəyaz gün”ün ssenarisi ilə bağlı təəssüratlarınız necə idi? Bunu açıqlamaq çətindir. Düzdür, “Ayna”nı çəkmək təklifindən imtina etdim. Bunun bir neçə səbəbi var idi. Birincisi, mən əsasən də Tarkovski ilə uzun müddət və çox işləmişdim. Operator və rejissor birlikdə çox uzun zaman

32


Film Fiction

işləyəndə, operator bəzən özünü öz ərazisində rejissor tərəfindən çox güclü təzyiq altındaymış kimi hiss edə bilir və bu film üçün yaxşı nəticə vermir. Təkcə bir film üçün çox uzun müddət boyunca birlikdə işləmək, xüsusilə qarşılıqlı əlaqələr baxımından zərərlidir. Təzyiq və sahiblənmə, yorğunluğa, usandırıcılığa yol açır. Əvvəl-axır adam tək işləməlidir. Tarkovski mənim ərazimi “işğal” edib. Aydındır ki, mən rejissorun rolunu bilməliyəm. Film seti elə yerdir ki, orada davamlı olaraq müzakirələr, bəzən atışmalar, fikir mübadilələri gedir. Rejissorun nə istədiyini anlamaq lazımdır. Amma mən onunla tamamilə razı olanda – əgər tələbləri ilə razı olsam – yavaş-yavaş onun quluna çevrilirəm. Bu, psixoloji bir problemdir. Çəkiləcək səhnənin necə olduğundan çox şey asılıdır. Bəzi hallarda operatorun rejissoru təsirləndirmə gücü olur. Ancaq bəzən də o, adicə maaş alan bir işçiyə oxşayır. Mən çox istədim ki, bərabər şərtlər altında işləyim, rejissorla uzlaşma halında olum, əlaqəmizdə bir harmoniya əldə edim. Operator və rejissor arasında yaxın psixoloji əlaqə hər halda kinoda ən mühüm şeydir. Bu əlaqənin əhəmiyyəti, evliliyin şəxsi həyatda oynadığı roldan daha böyükdür. Evlilikdə hər zaman psixoloji olaraq normal əlaqələrə yol açan müəyyən yüksək qaydalar olur, tarazlıq üçün həmişə normalar olur. Operator və rejissor arasında isə sıfır... Operator rejissorun ixtiyarını qəbul etdikdə, sonrakı addım, operatorun həyat yoldaşından daha yaxın olur. Mən müəyyən qədər təzyiqdən sonra həqiqətən də yorulmuşdum... “Ayna” filmində işləməkdən imtina etməyimin bir digər səbəbi də ssenarinin məfhumunu başa düşməməyim olmuşdu. Əlbəttə, ssenari ilə film iki fərqli şeylərdir, ancaq elə

ssenari mərhələsində, mətndə anlamadığım və qəbul edə bilmədiyim nəsə önəmli bir şey görmüşdüm. İndi isə öz fikrimin bəraətində bir ziddiyyət olduğunu hiss edirəm, çünki daha sonra filmi ekranda izləyəndə, ssenaridə bəyənmədiyim yerlər məni qıcıqlandırmağı artıq dayandırmışdı. Film və ssenari arasında böyük bir təzadlılıq var idi. Bugünün gözündən onu deyə bilərəm ki, fikirləri ilə razı olmadığım biriylə işləyəndə, həddindən artıq usandırıcı bir döyüşdən keçməliyəm. Bundan əlavə, ssenarinin mövzusunda Tarkovskinin həyatından bioqrafik ünsürlər var idi. Hiss etdim ki, rejissorun şəxsi ifadəsi filmə və mənə qarşı çıxa bilər. Hazırlıq mərhələlərində, Tarkovski sanki mənim fikirlərimi, mənim qavrayış tərzimi tamamilə aradan qaldırmaq, yalnız özünə məxsus görüntüsünü çəkmək istəyirdi. Mən düşünürdüm ki, bu, mənim üçün əlverişsiz olar. Üçüncü səbəb: çəkiliş başlayanda Tarkovskinin həyatında dərin dəyişikliklər baş verdi – həyat yoldaşı Larissanın təsiri çox gücləndi. Beləliklə, Tarkovski köhnə tanışlarının təsirini aradan qaldıraraq, yeni ailə həyatı ilə yola davam etdi. Buna görə mən o filmi çəkə biləcəyimi düşünmədim. Tarkovskinin ən çox bəyənib, dəyər verdiyiniz filmi hansıdır? Bu suala cavab verə bilmərəm. Mənim üçün kino çözüm yox, prosesdir. Məsələn, bir film izləyərkən, yalnız onun müəyyən bir hissəsi məni qane eləyir və bu qaneediciliyin dərəcəsi dəyişir. Sənət əsərlərini qiymətləndirməyə başlamamışdan qabaq, bir operator olaraq, ustalığın yaxşı olub-olmadığını yoxlayıram. Hər şeydən əvvəl, özümü işin fotoqrafiya qismindən məsuliyyətli hiss edirəm. Film laboratoriyada emal edilən vaxtı yata bilmirəm. Tarkovskinin hansı filmlərini ən çox sevdiyimi demək mənim üçün çətindir. Lakin aralarında mənim operatorluğunu etdiklərim, həyatımın unikal bir təcrübəsidir. VGİK-də oxuyarkən, sənət əsəri yaratmaq işində iştirak etmək yalnız xəyallarımda var idi. Onun filmləri sayəsində əsl operator oldum və gerçək yaradıcılığın nə olduğunu anladım.

33


Film Fiction

AMERIKAN FILM

SƏNAYESİNİN

STRUKTURU Film sənayesi film istehsalı, yəni filmlərin hazırlanması, onlara xüsusi effektlərin verilməsi, canlandırılması ilə məşğul olan sənayedir. Başqa sözlə, film sənayesi film istehsal edən şirkətlər, kinostudiyalar, kinematoqrafiya kimi texniki və kommersial institutlardan ibarətdir. 1920-ci illərdən fəaliyyətə başlayan ABŞ film sənayesi təkcə istehsal olunan filmlərin sayına görə dünyada birinci deyil, onun həm də dünya kinematoqrafiyasının məzmunu və texnologiyasına, film istehsalının iqtisadi və mədəni aspektlərinə güclü təsiri olmuşdur. ABŞ-ın ən nəhəng film şirkətlərinin kinostudiyaları və ofisləri Hollivudda cəmləşdiyinə görə “amerikan kinosu” termini ilə “Hollivud” çox vaxt eyniləşdirilir. Hollivud termini real bir məkana, təbii ki, təxminən bir əsr bundan əvvəl Los-Ancelosun şimalında peyda olmuş cəmiyyətə işarə edir. Əsasən, bu termin amerikan kinosunun birbirilə qarşılıqlı əlaqədə olan 3 aspektinə istinad edir: sənaye, institusional və formal-estetik. Bir sənaye kimi Hollivud ilkin növbədə, uzunmetrajlı filmlərin hazırlanması ilə məşğul olan geniş və mürəkkəb kommersial müəssisədir. Bu film sənayesi, bir çox əyləncə və media müəssisələri kimi həmişə sənayenin bir neçə şirkət tərəfindən idarə edildiyi – oliqopolik struktura meyl edib. Kino sənayesi Paramount, Fox, Warner Bros. kimi güclü kino studiyaları tərəfindən idarə olunub ki, bu studiyaların çoxusu hələ də sənayedə hökmranlıq edir. 1920-1940cı illərdə “klassik” erada ən güclü studiyalar

sənayenin bütün fazalarını (istehsal, paylanma və nümayiş) kütlə üçün filmlər hazırlayan mürəkkəb sistemlə idarə edirdilər. Bu studiyalar müharibədən sonrakı dövrdə, monopoliyaya qarşı mübarizə, müstəqil film istehsalının yaranması, kommersial televiziyanın güclənməsi kimi bir sıra faktorlara görə sənaye üzərində kollektiv idarə güclərini itirdilər. Amma studiyalar yeni vəziyyətə uyğunlaşdılar və sağ qaldılar, 1970ci illərdə yenidən gücləndilər və Yeni Hollivud üzərində nəzarəti ələ keçirdilər. İndi studiyaların film bölgüsü sadə bədii filmlərdən daha çox olsa da, onlar özləri Sony, Viacom, News Corp, Time Warner kimi kütləvi, transmilli multimedia konqlomeratlarının yanında ikinci dərəcəli köməkçi kimi çıxış edirlər. Amma hətta köməkçi kimi studiyalar qlobal əyləncə bazarında Hollivud filmlərinin şöhrətinə görə media konqlomeratlarının “əsas özəyini” təşkil edirlər. Hollivud filmlərinin geniş kütləni cəlb etməsinin səbəbi təkcə studiyaların iqtisadi gücü deyil, eləcə də filmlərin formal estetik keyfiyyətidir. Hollivud termininin üçüncü aspekti – formal estetik aspekti digərlərindən daha az dəyişmişdir, belə ki, Hollivud filmlərinin kinematoqrafik stili və təhkiyə strukturu yenilik və innovasiya zərurətinə baxmayaraq, onilliklər boyunca dəyişmədən davam etmişdir. Başqa sözlə, bizim “Hollivud filmləri” adlandırdığımız filmlər 1920-ci illərin əvvəllərində necə idisə, indi də elədir. Amerikan film sənayesi üç böyük dövrə bölünür: studiya erası, tranzit dövr və müasir dövr.

34


Film Fiction

Studiya erası (1920-1940-cı illər) Studiya erası dövründə amerikan film sənayesi 8 şirkət – “böyük beşlik” (Paramount, Loews, 20th Century-Fox, Warner Bros və RKO) və “kiçik üçlük” (Columbia, Universal, United Artists) tərəfindən idarə edilirdi. “Böyük beşlik” şaquli birləşmiş şirkətlər idi: onlar öz filmlərini öz studiyalarında istehsal edir, filmlərini bazara çıxarmaq və teatrlara qoymaq üçün ABŞ-da və bütün dünyada ofislər şəbəkəsi yaratmışdılar. “Böyük üçlük” də “böyük beşlik” kimi eyni formada təşkil olunmuşdu, amma onlar eyni səviyyədə birləşməmişdilər. Columbia və Universal filmlər istehsal edir və yayırdılar, amma onların öz teatrları yox idi. United Artists isə əsasən film paylayan şirkət olsa da, aparıcı dünya bazarlarında az sayda teatra sahib idilər. Douglas Gomery-nin fikrincə, bu 8 studiya bütünlükdə filmlərin 3/4-nü istehsal edirdilər. Bu o deməkdir ki, bütün filmlərin 1/4-i 8 studiyadan kənarda hazırlanıb paylanılırdı. Studiya erasında müstəqil film istehsalçıları. 1920-1950-ci illər dövrü tarixə Poverty Row kimi düşmüşdür. Bu dövrdə bir sıra kiçik müstəqil kino studiyaları yaranmışdı. “Hər kəs tort yeməyi xoşlamır. Bəziləri çörək xoşlayır, hətta

bəziləri bayat çörəyi təzə çörəkdən daha çox sevir”. Bu sitatın müəllifi həmin dövrün məşhur studiyalarından biri olan Monogram Pictures-in prezidenti Steven Broidy-di. Bu analogiyaya görə, yüksək səviyyəli müstəqil prodüsserlərin filmləri və studiyaları, prestijli məhsulları amerikan filminin “tortunu”, standart studiya film istehsalı “çörəyi” və Monogram, Republic, Grand National, PRC və digər xırda şirkətlər də “bayat çörəyi” təmsil edir. Başqa sözlə, onlar aşağı keyfiyyətli film istehsal edirlər ki, onları “klassik” dövrün filmləri ilə qarışdırmaq olmaz. Məsələn, film tarixçisi Wheeler Dixon-a görə, Monogram filmlərinin əsas xüsusiyyətləri bayağı film seriyaları, bulanıq işıq effektləri, zəif səs elementləridir. Studiyaların film sənayesində dominantlıq etdiyi dövrdə az büdcəli film istehsalı özü 2 dövrə bölünür. Birinci dövr 1930-1939-cu illər Böyük Böhran dövrünü əhatə edir. B filmləri (az büdcəli) istehsal edən Monogram, Republic and Grand National kimi şirkətləri bu dövrə aid etmək olar. İkinci dövr isə 1940-1950-ci illəri əhatə edir. Bu dövrdə studiyalar tədricən B filmlərinin istehsalını azaldırdılar. 1940-cı illərin

35


Film Fiction ortalarında az büdcəli film istehsalı tənəzzülə başladığına görə Monogram və Republic kimi şirkətlər yüksək səviyyəli və Oskar mükafatına layiq görülən filmlər (Məs: “Sakit adam” (1951) filmi) istehsal etməklə A səviyyəli istehsalçılara çevrildilər. Poverty row dövrünün digər vacib hissəsi etnik film istehsalı idi. Etnik film istehsalı 1910-cu illərdə yaransa da, 1930-1940-cı illərdə özünün pik nöqtəsinə çatdı. Burada “etnik” deyəndə

təkcə müxtəlif millətlər nəzərdə tutulmur, bura həm də müxtəlif din, dil, irqdən olan tamaşaçılar aiddir. Beləliklə, etnik filmlərə Yəhudi (Yiddish pictures), Kanton dilli (Çinin cənubunda dialekt), hispanik, afro-amerikan və digər amerikanlar üçün hazırlanan filmlər daxildir. Bu filmləri birləşdirən ümumi element o idi ki, onlar studiyaların ingiliscə və ingilis dilli ağ tamaşaçılar üçün hazırladığı filmlərə qarşı dururdular. Tranzit Dövr (1940-ci illərin sonundan 1960cı illərin sonunadək) Müstəqil Amerikan Kino tarixinin ikinci dövrü 1948-ci ildə, ABŞ-ın Ali məhkəməsinin böyük studiyaları ticarəti məhdudlaşdırdıqları və rəqabətə son qoyduqlarına görə günahkar elan edən Paramount Decree (Paramount Dekreti) ilə başlayır. Bu qərar amerikan film sənayesinin strukturuna güclü təsir etdi, belə ki, o, studiyaları öz teatr zəncirlərindən məhrum olmağa, eləcə də öz təsir güclərini itirməyə məcbur etdi. Studiyalar film industriyasına nəzarəti itirməmək üçün alternativ yollar axtarıb tapsalar da, Paramount Decree 1910-cu illərdən hakim olan studiya sisteminin dağılması üçün vasitə oldu. Baxmayaraq ki, 8 studiyanın birgə gəlirlərinin 122 mln dollara qalxması ilə 1946-cı il Hollivud

üçün pik il olmuşdu, amma bu qiymətlərin uzun müddətdə belə qalxdığı son dövr oldu. Bir il sonra, 1947-ci ildə qiymətlər 89 mln dollara, 1949-cu ildə 37 mln dollara düşdü. Bu dövrdə kino sənayesində inkişaf filmlərin növlərinə (tarixi, müharibə, epik filmlər) təsir göstərirdi və bundan əlavə, kinorejissorlar əgər işlərini itirmək istəmirdilərsə, onlara deyilən tipdə film çəkmək məcburiyyətində qalırdılar. 1951-1960-cı illər arasında müstəqil şirkətlər dövrün maliyyə cəhətdən ən uğurlu 10 filmindən 7-nə görə məsuliyyət daşıyırdılar: The Ten Commandments (De Mille, 1956); Around the World in 80 Days (M. Anderson, 1956); South Pacific (Logan, 1958); Bridge on the River Kwai (Lean, 1957); Spartacus (Kubrick, 1960); The Greatest Show on Earth (De Mille, 1952) and This is Cinerama (Cooper and von Fritsch, 1952). Bridge on the River Kwai filmini çıxmaq şərtilə, yuxarıdakıların hamısı rəngli çəkilmişdi və The Greatest Show on Earth istisna olmaqla, bütün filmlər yeni texnologiyalardan istifadə edilməklə hazırlanmışdı. Bu dövrdə “exploitation” filmlər məşhurluq qazanmağa başladı. Exploitation filmlər qadağan olunmuş mövzular haqda az gəlirli filmlərdir. Exploitation filmlərin tarixi kinonun tarixi ilə eyni olsa da, 1950-1960-cı illərdə bu filmlərin məzmunu kəskin şəkildə dəyişdi. Əvvəlki onilliklərdən fərqli olaraq, bu dövrdə exploitation filmlərin əsas mövzusu cinsi yolla keçən xəstəliklər, müxtəlif irqlərin cinsi əlaqəsi, homoseksuallıq, narkotikdən istifadə, evlilikdən kənar seksual əlaqələr, abort və doğuş kimi tabu məsələlər idi. Onların arasında ən məşhurları bu filmləridir: Cocaine Fiends (O’Connor, 1935), Reefer Madness (Gasnier, 1936), Assassin of Youth (Clifton, 1937), Mom and Dad (Beaudine, 1945). Müasir Dövr ( 1960-cı illərdən bugünədək) Əgər Paramount Decree və İkinci Dünya müharibəsindən sonrakı tənəzzül müstəqil amerikan kinosunun ikinci mərhələyə keçməsinə səbəb oldusa, 1960-cı illərdə onun inkişafına təsir göstərən faktorlar yenə də iqtisadi faktorlar oldu və bu dəyişikliklər amerikan cəmiyyətində və mədəniyyətində əhəmiyyətli rol oynadı. Ölkə tarixində ən dəyişkən dövrlərdən biri olan 1960-cı illərin sonu Nyu-York və Çikaqo kimi nəhəng şəhərlərin küçələrindəki vətəndaş iğtişaşları, Robert Kennedy, Martin Luter King,

36


Film Fiction Malcolm X kimi siyasi şəxslərin öldürülməsi, Vyetnamda müharibənin qızışması, SSRİ ilə “soyuq müharibə”nin davam etməsi, irqinə və seksuallığına görə sıxışdırılmış sosial qrupların (qaralar, geylər, lezbiyanlar) aktivləşməsi ilə xarakterizə edilirdi. Bütün bu faktorlar amerikan cəmiyyətində dəyişikliklərə səbəb oldu ki, bu da özünü həmin dövrün filmlərində əks etdirirdi. Belə ki, ən liberal filmlər (Stanley Kramerin sosial problemli filmləri) 1950-ci illərin sonları-1960-cı illərin əvvəllərində çəkilmişdi. Ölkə sosial və mədəni inqilabın ortasında olduğu vaxtda amerikan kino sənayesi bir sıra problemlərlə üzləşməli, amerikan sosial və mədəni fabrikindəki transformasiyalarla ayaqlaşmalı oldu. Bu problemlərə daxildir: bahalı filmlərin çəkilməsi ilə kassada pulun azalması, tamaşaçı sayının azalması (1971-ci ilin əv-

ımdan müxtəlif və daha güclü filmlərin istehsalı ilə xarakterizə olunan yeni bir mərhələyə qədəm qoydu. 1950-ci illərin sonları və 1960-cı illərin əvvəllərində film hazırlanmasında tam fərqli, anti-Hollivud yanaşma ilə John Cassavetes, Jonas və Adolfas Mekas, Shirley Clarke, Edward Bland, Alfred Leslie, Lionel Rogosin və Robert Frankın daxil olduğu yeni kinorejissorlar qrupu bir araya gətirildi. Müxtəlif Avropa dövlətlərində – Fransada Nouvielle Vogue, Britaniyada Free Cinema və İtaliya, Polşa, Sovet İttifaqındakı kimi alternativ kino üçün oxşar cəhdlərdən təsirlənərək bu amerikan film hərəkatı “rəsmi” amerikan filmindən tamamilə ayrılmağa cəhd etdi. Bu kinorejissorlara görə azadlıq – Amerikan film sənayesinin təsiri və strukturundan tamamilə azad az büdcəli filmləri istehsal etmək və yayımlamaqdır.

vəllərində tamaşaçı sayının həftədə 15.8 mln-a enməsi), teatrların sayında azalma, televiziya şəbəkələrinin teatr bazarlarına daxil olması və rəqabətə qoşulması və s. Ölkənin üzləşdiyi sosial və iqtisadi problemlər birləşdikdə onlar Paramount Dekreti-nin nəticələri ilə yenicə stabilləşmiş film sənayesinə digər bir təhlükə yaratdılar. 1969-1970-ci illərdə yeni və daha ciddi durğunluqla üzləşən sənaye hər istiqamətdə kömək axtarırdı. Onun köməyinə az büdcəli müstəqil studiyalar yetişdi ki, tezliklə Hollivud tarixində yeni dövr (1969-1975) başladı və bu dövr “Yeni Hollivud” və ya “Hollivud İntibahı” adlanır. Exploitation film strategiyalarını, art-house film texnikalarını özündə birləşdirən Hollivud İntibahı filmlərini müstəqil film studiyaları ilə nəhəng studiyalar arasındakı yeni “evliliyin” məhsulu adlandıra bilərik. Yeni Hollivudun əvvəlki dövrlərdən əsas fərqi ondan ibarətdir ki, bu qısa vaxtda nəhəng studiyalar kinorejissorlara film hazırlama prosesinə nəzarəti ələ almağa imkan verdilər. Nəticədə, amerikan kinosu stilistik bax-

1970-1980-ci illərdə ilk yeni müstəqil filmlərin peyda olması və kommersial uğur əldə etməsi bir daha göstərdi ki, amerikan film sənayesindəki oliqopoliya (bu dəfə studiya konqlomeratlarından daha güclü olan) qeyri-mümkün idi. 1970-lərin sonlarında film sənayesinin konqlomeratlaşması yeniliklərlə dolu idi, kabel və ödənişli kabel televiziyası, evdə video və peyk televiziyası kimi yeni texnologiyaların inkişafı bədii filmlər üçün mənfəətli bazar yaratdı. Konqlomerasiyadan əvvəlki və sonrakı dövrün studiyaları arasındakı əsas fərq ailə əyləncəsinin” (“family entertainment”) inkişaf etməsidir. “Ailə əyləncəsi” termini burada, əsasən, uşaqlarla bağlı olan multimedia məhsullarına işarə edir və həm də demoqrafik və mədəni sərhədləri qıraraq daha geniş auditoriyanı cəlb etmək üçün çəkilən filmləri nəzərdə tutur.

37


Film Fiction Harry Potter (2001-2011), Toy Story (19952010), Shrek (2001-2010) və Chronicles of Narnia (2005-2010) kimi tipik müasir Hollivud “ailə” filmlərinin hekayə dili aydın təhkiyə, performans, emosional keyfiyyətləri, optimist mesajları (filmin “xoşbəxt sonluq”la bitməsi) və geniş auditoriyaya uyğun olması ilə xarakterizə olunur. 1980-ci illərin ortalarında Hollivud studiyalarının “ailə filmlərini” ictimaiyyətə qəbul etdirmək cəhdlərindən biri PG-13 reytinqi oldu. PG-13

o deməkdir ki, Motion Picture Association of America (MPAA) filmin 13 yaşdan yuxarı uşaqlar üçün uyğun olduğunu bildirir, amma ciddi qərar qəbul edib-etməməyi valideynlərin öhdəsinə buraxır. PG və ya PG-13 reytinqi artıq “action” filmlər üçün əsas şərtə çevrilib. Bütün dövrlərin ən yaxşı 30 filminin 60%-dən çoxu – The Simpsons Movie (2007), The Golden Compass (2007), Harry Potter and the Order of the Phoenix (2007) kimi PG-13 filmləridir.

“HANNA VƏ BACILARI”NDA

MİKİ OBRAZININ EKZİSTENSİAL KRIZISI

Çox az film var ki, onlara baxanda sanki kitab oxuyurmuşsan kimi bir hiss yaşayır insan. Vudi Alenin “Hanna və Bacıları” filmi də belələrindəndir. Kitab demişkən, qeyd edim ki, Alen bu filmi çəkməyi Tolstoyun “Anna Karenina” romanını oxuyandan sonra qərara alıb. Filmdə rejissorun ekzistensial baxışları öz əksini tapır. Ümumiyyətlə, Vudi Aleni rejissorların ən ekzistensialisti adlandırırlar. Ekzistensializmin təsirini onun bir çox digər filmlərində də (məsələn, “Stardust Memories”, “Sleeper”, “Love and Death”) açıq-aydın hiss etmək mümkündür. Bu filmdə Vudi Alen öz fəlsəfi fikirlərini Miki (Vudi Alen) obrazı vasitəsilə tamaşaçıya ötürməyə çalışır. Ona görə də bu yazıda mən, əsasən, Miki obrazını təhlil etməyə çalışacağam. Əslində bunu təhlildən daha çox, bir növ Mikinin ekzistensial fikirlərinin cəmləşdirilməsi kimi də qiymətləndirə bilərsiniz. Beləliklə, film haqqında heç bir əlavə məlumat vermədən (onsuz da sizin filmə baxacağınızı nəzərə alaraq) birbaşa keçirəm Mikinin ekzistensial krizisini təhlil etməyə. “Həyat, onu yaşamağa dəyərmi, ya yox? Bu, insanın qarşısında duran ən fundamental fəlsəfi sualdır.” Kamyu öz “Sizif Haqqında Mif”ini belə başlayır. Bu, filmdə Mikinin qarşısında duran əsas sualdır və film ərzində biz onun bu suala necə cavab tapmağa çalışdığını

38


Film Fiction

39


Film Fiction Ən birinci ekzistensialistlərdən olan Kirxeqor belə bir hadisə rəvayət edir ki: “Bir nəfər çox huşsuz və özü-özündən uzaqlaşmış bir insan olur. Bütün həyatı boyu o, öz mövcudluğundan bixəbər şəkildə ömür sürür və yalnız bir gün səhər yuxudan durub artıq ölü olduğunu görəndə öz varlığını dərk edir.” Hannanın keçmiş əri Miki ilə ilk dəfə tanış olduğumuz səhnədə onu çox məşğul bir şəkildə görürük. O, televiziya proqramının prodüsseridir

qəbul etdiyimiz normalar və vərdişlərdən ibarət bu sosial quruluş dağılan kimi insan özünü çölə atılmış kimi hiss edir. Və bu norma və vərdişlərin verdiyi rahatlıq yox olduqda, insan öz varlığı və həyatın mənası ilə bağlı suallarla üz-üzə qalır. Hipoxondrik Miki haqqında elə ilk səhnədəncə öyrəndiyimiz digər bir şey isə onun çox böyük bir hipoxondrik olmasıdır. Yəni o hər zaman öz sağlamlığı üçün narahatdır. Heç bir ciddi əsas olmadan, daim hansısa xəstəliyə tutulmasından şübhələnir və tez-tez həkimə müraciət edir. Qulağının zəif eşitməsindən şikayət etmək üçün həkimə gedəndə, həkimin onu görərkən ilkin reaksiyasının “indi nə olub?” olması buna gözəl sübutdur. Amma bu səfər hər şey o qədər də asan olmur. İlkin müayinədən sonra bunun daha ciddi bir şey ola biləcəyindən şübhələnən həkim Mikinin hospitala gedib testdən keçməsini istəyir.

və efirə yarım saat qala ortaya çıxmış problemləri həll etməyə çalışır. Sonrakı səhnədə biz onu keçmiş arvadı Hannanın evində görürük. O, öz əkiz oğullarının ad günü üçün hədiyyələr gətirib, amma cəmi iki dəqiqə vaxtının olduğunu deyir və bu verilişin onun bütün vaxtını aldığından gileylənir. Əlbəttə ki, elə ilk səhnədəcə Mikinin belə məşğul olduğunun vurğulanması heç də təsadüfi deyil. Gündəlik gördüyü və vərdiş halına çevr-

ilmiş işlər Mikini öz-özündən uzaqlaşdırmışdır. Vərdişlərimiz və gündəlik rutin, varlığımız üzərindən asılmış böyük bir pərdə rolunu oynayır. Nə qədər ki, onlar öz yerindədir və lazımi qaydada funksiya göstərir, bizim, həyatın mənası haqda düşünməyə ehtiyacımız yoxdur. Həyatın mənası gündəlik vərdişlərimizdə təcəssüm olunur. Amma bizim avtomatik olaraq

Bundan sonra beynində bədxassəli şiş ola biləcəyindən qorxan Mikinin vəziyyəti daha da çətinləşir. O, iş yerinə gəlir, amma fikrini öz işi üzərində cəmləyə bilmir. İş yoldaşı ilə söhbət edərkən o, belə bir fikir səsləndirir: “Bu gün səhər elə xoşbəxt idim ki. Mən xoşbəxt idim, amma öz xoşbəxtliyimi anlamırdım.” Bu, gündəlik vərdişlərin və rutinləşmiş həyatın bizə verdiyi xoşbəxtlikdir, biz öz gündəlik işlərimiz arasında elə itib-batırıq ki, heç öz varlığımız haqda fikirləşmirik belə. Ekzistensial krizis Kirxeqorun qəhrəmanı öz varlığını öləndən sonra dərk etmişdi. Ondan fərqli olaraq Miki hələ ki, ölməyib, amma o, həyatında ilk dəfə ölümün bu qədər yaxın olmasını hiss edir və öz varlığı, həyatın mənası haqda fikirləşməyə başlayır. Beyin rentgeninin nəticələrini gözləyərkən Miki bir anlıq elə təssəvvür edir ki, həkim nəticələrin pis olduğunu deyəcək və bildirəcək ki, bunu

40


Film Fiction bunu müalicə etmək mümkün deyil. Amma belə olmur, rengenin nəticələri Mikinin tamamilə sağlam olduğunu göstərir. O, hospitaldan çıxır və küçə ilə qaçaraq sevincindən atılıb-düşür, amma sonra o, birdən dayanır və sanki bir anlıq fikrə gedir. Bu, Mikinin ekzistensial krizis yaşamağa başlamasını göstərən ilk əlamətdir. Daha sonra biz onu yenə də öz iş yerində, iş yoldaşı ilə söhbət edərkən görürük. Miki işdən istefa verdiyini elan edir və bu zaman onların arasında çox gözəl bir dialoq baş tutur: – Niyə daha işləmək istəmirsən? Axı sən xərçəng deyilsən. – Başa düşürsən, bizi nə təhlükə gözləyir? Sən başa düşürsən, hər şey necə mənasızdır? Bizim həyatımız, şou, bütün dünya, hər şey. – Amma sən ölmürsən axı. – İndi ölmürəm. Hospitaldan çıxanda mən çox sevinirdim, tamamilə sağlam olduğumu öyrənmişdim. Amma sonra birdən-birə elə bil ki, aydınlandım. Mən bugün ölməyəcəyəm, sabah ölməyəcəyəm, amma nə vaxtsa bu baş verəcək. – Sən bunu hələ indi bilmisən? – Yox, mən bunu həmişə bilirdim, amma həmişə də özümdən uzaqlaşdırırdım. Bundan sonra Miki daha şou hazırlaya bilməyəcəyini və ona dəqiq cavablar lazım olduğunu deyir. “Həyat mənasızdır; bu, insanın əldə edə biləcəyi yeganə mütləq bilikdir.” Tolstoy Bundan sonra Mikinin həyatın mənası və ya mənasızlığı haqda monoloqu başlayır. O, bir çox filosofları oxuduğunu, amma onların həyatın mənası haqda heç bir dəqiq məlumat verə bilmədiyini deyir. “Böyük düşüncə sahibləri ağla gələ biləcək bütün mövzular haqda milyonlarla kitab yazıblar, amma sonda aydın olur ki, onların heç birinin həyatın mənası ilə bağlı o böyük sual haqda bilikləri mənimkindən çox deyil.” Miki Sokratı, Nitsşeni, Froydu oxuduğunu, illərlə psixoanalitikin yanına getdiyini, amma heç bir nəticənin olmadığını deyir. Daha sonra o, bəlkə də hər şeyin şairlərin dediyi kimi olduğunu, yəni bu mənasızlıqdan yeganə çıxış yolunun sevgidə olduğunu düşünür. Amma öz keçmiş münasibətlərini xatırlayanda, sevgi barəsində də bəxtinin gətirmədiyini anlayır. Beləliklə, fəlsəfə və psixoanalizin məna axtarışlarına heç bir kömək etmədiyini görən Miki dinlərə üz tutur. Əlbəttə, müasir dövrə qədər

insan olmağın məğzi və həyatın mənası allahın adı ilə bağlanırdı. Allah bizi yaradıb və biz onun bizdən istədiyi kimi yaşayıb cənnətə düşəcəyik. Bu fikir insanların bütün suallarına cavab verirdi və insanları sakitləşdirirdi. Froydun belə bir fikri var: “Reqress – insan psixikasının müdafiə mexanizmlərindən biridir. Bu zaman insan böyük təşviş, narahatlıqdan xilas olmaq üçün öz davranışının daha əvvəlki, infantil mərhələrinə qayıtmağa meyl edir.” Froydun, dini insan inkişafının ilkin mərhələləri ilə bağlamasını və dinin insanın hələ daxili və xarici güclərlə mübarizədə öz ağlından istifadə etməyə tam qadir olmadığı dövrdə yarandığını iddia etməsini nəzərə alsaq, məncə, bu fikirlə nə demək istədiyim aydınlaşır. Amma çətin ki, bu vəziyyətdə Mikini Froydun bu fikirləri maraqlandırsın. İlk öncə o, katolikliyə üz tutur. Rahiblə söhbəti zamanı Mikinin allaha inanmadığı ortaya çıxır: – Deməli siz allaha inanmırsız? – Yox, amma inanmaq istəyirəm. Mənə sübutlar lazımdır, əgər mən allaha inana bilməsəm, deməli, həyatımın mənası yoxdur. Daha sonra Miki ailəsinin yanına gəlib katolikliyi qəbul etmək istədiyini bildirir. Onun ata-anası yəhudidir və onlar bu fikirlə barışa bilmirlər. Gəlin, Miki ilə atasının arasında baş tutan kiçik bir söhbətə nəzər yetirək: – Nədi, indi İsaya inanacaqsan? – Bilirəm gülməli səslənir, amma ən azından sınayacağam. – Niyə öz dinin yox? – Sən ölümdən qorxmursan? – Niyə qorxmalıyam ki? – Axı sən yox olacaqsan. – Hə, nə olsun? Indi mən varam, sonra yox olacağam. – Axı sən həmişəlik yox olacaqsan. Bundan sonra Miki buddizmə üz tutur, amma burda da o, öz istədiyini tapa bilmir. Artıq onun allaha inanması mümkün deyil. Nitsşenin sözləri ilə desək: “Allah ölüb, onu biz öldürmüşük.” “Yalnız bir həqiqi fəlsəfi problem var: İntihar” Kamyu Filmin sonlarına yaxın biz Mikinin özünü öldürmək istədiyi “flashback” səhnəsini görürük. O, allahın olmadığı dünyada yaşamaq istəmədiyini deyir. O, tüfəngi alnına dayayır, amma bəxtdən tüfəng sürüşür və güllə ona dəymir. Sonra o, tələm-tələsik evdən çıxır və saatlarla küçələrdə gəzişir. Sonda bir kinoteatrda oturur və uşaqlığında dəfələrlə baxdığı bir filmə

41


Film Fiction baxmağa başlayır. Və filmə baxarkən fikirləşir ki, bəlkə doğurdan da hər şey bu qədər pisdir. Bəlkə doğrudan da allah yoxdur və biz cəmi bir dəfə yaşayırıq və bu hər şeyin sonudur. Sən bu eksperimentin bir parçası olmaq istəmirsən? Mən öz həyatımı heç vaxt tapa bilməyəcəyim cavabların axtarışı ilə məhv etməməliyəm və nə qədər ki, sağam öz həyatımdan həzz almalıyam. Ölümlə üz-üzə qaldıqda həyat dəyər qazanır. Ölümün mənası ondadır ki, o, bizə bu dəyəri kəşf etməkdə kömək olur. Sual budur ki, doğrudanmı, həyat onu yaşamaq üçün hansısa mənaya sahib olmalıdır? Özünün “Sizif Haqda Mif”ində Kamyu fikirlərini belə yekunlaşdırır ki: “Yox, absurd nöqteyinəzərindən, əksinə, həyatın mənasız olduğuna görə biz onu daha yaxşı yaşamalıyıq.” Bir də ekzistensial cərəyanı başa düşmək üçün Holi (Dianne Wiest) obrazına nəzər yetirmək istərdim. Holi filmdə ən çox dəyişilən və ən çox inkişaf edən obrazdır. Kinonun əvvəlində o, uğursuz narkoman kimi göstərilir və bacısı Hannanın da köməkliyi ilə özünü müxtəlif işlərdə sınayır. Və sonda biz onun istedadlı bir yazıçıya (və çox güman ki, gələcəkdə uğur qazanacaq) çevrildiyinin şahidi oluruq. Holinin bu inkişafının ekzistensializmlə bağlılığını daha yaxşı anlamaq üçün Nitsşenin “əbədi dönüş” ideyasına nəzər salmaq lazımdır. Nitsşenin “əbədi dönüş” fikrinə əsasən, biz indi yaşadığımız həyatın tamamilə eynisini keçmişdə sonsuz dəfə yaşamışıq və gələcəkdə də sonsuz dəfə yaşayacağıq. “Əbədi dönüş” konsepsiyası məntiqi cəhətdən bir qədər problemlidir, çünki əgər insanın indiki həyatı onun keçmişdəki həyatlarının dəqiq təkrarıdırsa, onda belə çıxır ki, bizim azad seçim imkanımız yoxdur. Amma əslində Nitsşe “əbədi dönüş” fikri ilə bizim həyata qarşı münasibətimizi dəyişməyə çalışırdı, çünki yəqin ki, hər şeyin daimi olaraq təkrarlanacağı dünyada insan maksi-

mum dərəcədə düzgün yaşamağa çalışacaqdır. Bu cəhətdən “əbədi dönüş” ideyasını ən yaxşı izah edən filosofllardan biri Lyus İriqareydir. Onun fikrincə, “əbədi dönüş – bir insanın öz daxilindəki bütün proyekləri həyata keçirtmək imkanıdır.” Bir növ insanın öz-özünü klonlaması, “avto-doğum”. İnsanın dəfələrlə, təkrar-təkrar həyata gəlmə imkanı və bunun üçün anaya ehtiyac yoxdur. İnsanın öz-özünü yenidən həyata gətirməsi. İriqarayın fikrincə, Nitsşenin çatdırmaq istədiyi fikir odur ki, insan öz həyatı ərzində dəfələrlə yenidən doğulur. Bu insana özünü dəyişməyə, inkişaf etməyə imkan yaradır. İnsan statik varlıq deyil, o, daim hərəkətdədir və bu hərəkətlilik onun inkişafını təmin edir. Ekzistensializmin ən böyük nümayələrindən biri və onun bir cərəyan kimi formalaşmasına səbəb olmuş Sartrın da buna oxşar bir fikri var. Sartrın fikrincə, “insanın varlığı onun məğzini qabaqlayır.” Yəni ki, insan birinci var olur, öz-özüylə üzləşir, daha sonra hansısa bir məna, məğz əldə edir. Daha sadə dildə desək, insanın alnına yazılmış heç bir tale yoxdur. Platondan Hegelə qədər filosofların iddia etdiyi kimi, heç bir abstrakt ideal insan tipi, heç bir həqiqət anlayışı yoxdur. İnsan öz həyatının və özünün ağasıdır, o, özündən nə istəsə onu da düzəldə bilər. Əlbəttə, bir yazıda ekzistensializm cərəyanını tam əhatə etmək mümkün deyil və heç yazının məqsədi də o deyildi. Sonda yalnız onu qeyd etmək istərdim ki, bəziləri ekzistensial yanaşmanı fəlsəfi intihar adlandırırlar. Çünki yalnız bu cərəyanın nümayəndələri dünyanın mənasız olmasından çıxış edərək, sonda ona məna və dərinlik qazandırmağa çalışırlar.

42


Film Fiction

Amanda Seyfried, Rebecca Hall, Rachel McAdams, Keira Knightley, Blake Lively, Abbie Cornish, Michelle Williams, Natalie Portman, Eva Green, Anne Hathaway, Olivia Wilde, Jessica Alba və Scarlett Johansson Daisy Buchanan rolu üçün düşünülən adlar idi.

43


Film Fiction

L

eonardo DiCaprio Jay Gatsby rolunu oynamaq istədi, çünki heç bir şeydən gələn adam fikrini bəyənmişdi: “Tamamilə özözünü təxəyyülündən yaratmış bir xarakterdir Gatsby, bir çox şəkildə şərh oluna biləcək xarakterlərdən. Onu ümidsiz bir ro-

mantik olaraq şərh edə biləcəyiniz kimi, təhlükəli bir qanqster olduğunu da düşünə bilərsiniz” deyir DiCaprio.

T

om Buchanan rolu üçün ilk olaraq Ben Affleck düşünülsə də, eyni vaxtlarda başqa bir işi olduğundan rolu 44

qəbul edə bilmədi. Onun yerinə Bradley Cooper və Luke Evans düşünüldü, lakin rol Joel Edgerton’a verildi.

L

eonardo DiCaprio və Tobey Maguire gerçək həyatda da iki çox yaxın yoldaşdır, lakin bu, birlikdə oynadıqları ilk film idi.


Film Fiction

45


BRUNO DUMONT Film Fiction

Müasir fransız müəllif kinosunun ustalarından biri Brüno Dumondur. İlk tammetraj filmi olan “İsanın həyatı” (1997) ilə Kann Kino festivalında “Qızıl kamera” qazanmağı ilə rejissor gələcək iddialarını ortaya qoymuşdu. Daha sonra festivallar üçün əvəzsiz filmlər çəkən rejissor üçün (“İnsanlıq” (1999) Kann Kino festivalında “Jürinin böyük prizi”, “29 Palma” (2003) Venesiya festivalında əsas yarışma iştirakçısı, “Flandriya” (2006) Kann festivalının “Jüri Qran-Prisi”, “Hors Satan” (2011) Kannda əsas yarışma iştirakçısı) kompromissiz tərzi, dini mövzuların müasir həyata uyğunlaşdırılması, zorakılıq və açıq-saçıqlığı xasdır. Aşağıdakı müsahibə onun müxtəlif dərgilərə müəyyən vaxtlarda verdikləri əsasında hazırlanıb. 46


Film Fiction Filmlərinizdə kəskin süjetli müharibə təsvirləri var. Bunun səbəbi nədir? Mənə sivilizasiyanın necə yaranmağı çox maraqlıdır. İnstinktlər, həyəcanlar, insan fiziologiyası daima cəlbedici olub. Filmlərim fiziolojidir, onlar özündə çox şeyi birləşdirir.

Tamaşaçını zalı tərk etməyə sövq etmək olmaz. Sərhədləri bilmək və onlara əməl etmək lazımdır. Niyə, adətən, qeyri-peşəkar aktyorlarla çalışırsınız? Bu iş xoşuma gəlir. Dəqiq komandalar verməyi

Onlar sərhədsiz arzular, qeyri-bərabər hisslər, ehtiras, xudbinlik, paxıllıq, düşmənçiliklə vəhdətdədir. Müharinə – qadın və torpaq üçün həyata keçirilən müasir düşmənçilik metodudur. Adətən, müharibə səhnələri ilə təbiət peyzajlarını bərabər verirsiniz... Bu, bilərəkdən edilmiş cəhddir. Təbiət, adətən, müharibə çılpaqlığında olmalıdır. Mənə bu vəhdət maraqlıdır. Bu, ibtidai instinktləri hiss etmək üçün vacibdir. Kəskin qəddar səhnələr verməklə nə demək istəyiniz başa düşüləndir. Bəs nələri göstərmək istəməzdiniz?

bəyənmirəm. Çəkilişdən öncə düşüncələrimi anladıb işimi bitirirəm. Mənə dəqiqlik lazımdır, ona görə də o adamları tapmaq üçün bir neçə il sərf edirəm. Onların psixologiyasını öyrənib işə başlayıram. Komplekslərdən azad olmaqlarına, maraqlarının təmin olunmasına şərait yaradıram. Peşəkar aktyor sadəcə mənə şəxsiyyət kimi maraqlı ola bilir. Çəkilişləriniz necə gedir? Demək olar ki, bütün filmlərim natura çəkilişlərindən ibarətdir və doğulub böyüdüyüm rayonda aparılır. (Yalnız “Hadeveyk” filmi istisnadır. Bu filmdə hadisələr Parisdə cərəyan edir.) Aktyorlar da əsasən o ərazilərdə yaşayanlar olur. Özünüzü inanclı adam və ya filosof hesab edirsiniz? Mənə indi mistika maraqlıdır, çünki o, fəlsəfədən daha irəli gedib. Mistika bizə ətrafımızı anlamağa, bəzi suallara cavab tapmağa kömək edir. O, haradasa kinematoqrafiyaya da yaxındır. İnsana dəyər vermək baxımından mən Şekspirlə İncili yanaşı qoyuram, hərçənd özümü çox da inanclı saymıram. Çünki İncil, sözsüz ki, bədii cəhətdən mükəmməl kitabdır.

47


Film Fiction

KVENTİN TARANTİNO FİLMLƏRİNİN XÜSUSİYYƏTLƏRİ

Baş rol xarakterləri, xüsusilə Chevrolet və Cadillac olmaq üzrə, ümumiyyətlə General Motors vasitələri istifadə edirlər. Xarakterləri əsasən qapı ağızında, qapıları açarkən və bağlayarkən görüntülənir. Filmlərində şiddətin çoxu və əhəmiyyətsiz xarakter dialoqları daha çox səhnə xaricində reallaşar. Filmlərinin çoxunda çanta və çamadanlar əhəmiyyətli rol oynayır. Demək olar ki, bütün filmlərində Los Angelesdən bəhs olunur (“Kill Bill” istisnadır, amma yenə də Los Angelesdə keçən qısa bir səhnəsi var.) Tez-tez qara kostyumlu, ağ köynəkli və qara qalstuklu obrazlara yer verir 48


Film Fiction Kult filmlərə və seriallara nəzirə edir və musiqisindən istifa edir.

şəbəkə üzvləri və “Kill Bill”də Bill-in komandası.

Bilvasitə də olsa əvvəlki filmləri ilə sıxlıqla əlaqələr qurar. Buna nümunə olaraq, Tarantinonun bu şərhi var: “Pulp Fiction” filmindəki John Travoltanın canlandırdığı xarakter ilə “Reservoir dogs” filmindəki Michael Madsenin canlandırdığı xarakter qardaşdır. Soyadları Vegadır, adları (Vincent və Vic) və tipləri (tünd saçlı və bənzər geyimli) bir-birinə bənzəyir.”

Filmlərində tez-tez kiçik bir rolda oynayır: “Reservoir Dogs “da Mr. Brown, “Pulp Fiction”da Jimmie Dimmick, “Desperado”da yük maşınındakı adam, “Four Rooms”da Chester Rush, “From Dusk Till Dawn”da Richard Gecko, “Jackie Brown”da telefon səsyazmasındakı səs, “Kill Bill”də 88 şəbəkə üzvü, “Django unchained”da mədən işçisi.

Xarakterlər əlləriylə bir şeylər edərkən çox yaxın çəkiliş etməsi Brian De Palma’nın texnikasını xatırladır. Bu səhnələr tez-tez təqlid edilir.

“Kill Bill Vol.2”də The Bride kovboy çəkməsində gizlətdiyi ülgüclə tabutdan çıxır (yaxın məsafədən tabutu qıran yumruqdan sonra), “Reservoir Dogs”dakı Mr. Blonde çəkməsinin içində qulaq kəsmə səhnəsində istifadə etdiyi ülgücü daşıyır.

Biri səhnədən kənarda danışanda uzun müddət bir xarakterin üzünü yaxın çəkilişə alır: Bill danışanda The Bride-ın üzü və Marsellus danışarkən Butch’ın üzü. Polkovnik Landa danışarkən Shosanna’nın üzü.

Rejissorluq etdiyi hər filmdə ən azı bir dəfə Wilhelm qışqırtısı səs effekti istifadə edilmişdir.

Demək olar, bütün filmlərində xarakterlərin taxma adı vardır: “Pulp Fiction”da Honey Bunny və Pumpkin, “Reservoir Dogs”dakı

49


Film Fiction

AMADEUS Hər bir insan istedadlıdır. Sadəcə bəzilərində istedad payı daha qabarıq hiss olunur, digərlərində isə nisbətən az. Əsas odur ki, daxilindəki gücü görəsən, həm özün şəxsi potensialına əmin olasan, həm də ətrafdakıları inandırasan. Doğulduğun və yaşadığın dövrün, yerin əhəmiyyəti, qəribə də olsa, bir o qədər də deyil. Məsələn, Motsart (Wolfgang Amadeus Mozart). 18-ci əsrdə Avstriyada yaşayıb-yaradıb və şəksiz-şübhəsiz, dünya musiqi tarixinə öz dahiyanə əsərləri ilə adını yazdırıb. Yaxud da Miloş Forman (Milos Forman). Əslən çex, məşhur və sözün əsl mənasında, kinoları ilə həyatı ekrandan tamaşaçıya göstərən rejissor. Bəlkə də, hər iki şəxsiyyətin istedadının yekun nəticəsidir ki, onların tondemi “Amadeus” kimi filmin yaranmasına səbəb oldu. Amma hər şey yalnız istedadla bitmir... Avstriya, xüsusən də paytaxtı Vyana dünya musiqisinin mərkəzi hesab olunur. Bu fikir təsadüfdən yaranmayıb. Elə bu səbəbdən də filmin baş qəhrəmanı, dünya şöhrətli bəstəkar Antonio Salyeri (Antonio Salieri) İtaliyada anadan olsa da, böyük xəyallarının ardınca Vyanaya üz tutur və illər boyunca saray bəstəkarı olmaqla yanaşı, imperatorun ən etibarlı məsləhətçilərindən birinə də çevrilir. Artıq qeyri-adi istedadı ilə (5 yaşında simfoniya bəstələmişdi) xalq, eləcə də zadəgan ailələri arasında ad-san çıxarmış Motsart isə bilavasitə imperator tərəfindən Vyanaya dəvət olunur və vyanalılar da bu istedad qarşısında heyran qalırlar. Burada əsas diqqətçəkən məqamlardan biri gənc Motsartın yüksək zadəgan ədəb-ərkanına yaraşmayan hərəkətləri ilə yaşlı, san-

ballı saray əyanlarını özündən çıxarmasıdır. Həqiqətən də, nəinki davranışında, hətta sözlərində belə diqqətcil olmayan gənc bir çox hallarda qıcıqlandırıcıdır. Xüsusən də Salieri üçün. Dünya şöhrətli, məşhur əfsanəyə görə (hansı ki, A.S.Puşkinin bədii təxəyyülünün məhsuludur və filmin əsaslandığı Piter Şafferin (Peter Shaffer) “Amadeus” əsərinin də əsas süjet xəttini təşkil edir), guya Salyeri Motsartın uğurlarına və istedadına paxıllıq edir və Tanrını ona qarşı niyə bu qədər ədalətsiz davrandığına görə ittiham edir. Salyeri zənn edir ki, Motsart ilahi musiqi yazır, onun əsərlərində ilahi bir qüvvənin əli var və buna görə də qatı katolik olmasına baxmayaraq, Tanrıdan imtina edir və Motsarta daha çox istedad bəxş etdiyi üçün ondan qisas alacağını vəd edir. Əslində isə özü Motsartın bir nömrəli dinləyicisi olur. Daha dəqiq desək, Motsartın deyil, onun əsərlərinin, yaradıcılığının. Ən böyük qarşıdurma da buradadır. Daxili fırtına, iztirab və iki əks qüvvə – bir tərəfədən Motsartın hər bir (hətta müəllifin özünün bəyənmədiyi belə) opera, vodevil və digər əsərlərinə valeh olan, hətta aşiq olmuş Salyeri, digər tərəfdən isə nanəcib hərəkətlərindən təngə gəlmiş, bu istedadın niyə məhz bu insana vəhy edildiyindən təəccüblənmiş və hiddətlənmiş qəzəbli Salyeri. Salyerinin məqsədi Motsartı aradan götürmək və onun ən son əsəri olan “Rekviyem”i mənimsəmək idi. Bu yolla o, Tanrıdan qisasını almış olacaqdı. Amma məqsədinə nail olmadı. Birbaşa nail olmadı. Motsart yorğunluqdan və yuxusuzluqdan elə öz yatağındaca 35 yaşında vəfat edir. Həyat yoldaşı və oğlunun gözləri qarşısında.

50


Film Fiction

51


Film Fiction

Məhz bu səhnə filmin baş qəhrəmanları arasında olan münasibəti aşkar edir. Günlərlə yuxusuz qalan və gecə-gündüz həddən artıq içki içdiyi üçün əldən düşən Motsart konsertlərin birində huşunu itirir və Salyeri onu evinə gətirir. Bir müddət sonra özünə gələn Motsart yanında Salyerini gördüyü üçün çox təəccüblənir və hətta ona qarşı xoş olmayan, kinayəli münasibətinə görə üzr istəyir. Bütün gecə hər iki bəstəkar birlikdə “Rekviyem” üzərində çalışırlar. Lakin dahi Salyeri öz mükəmməl eşitmə qabiliyyəti və geniş təcrübəsinə baxmayaraq, Mostartın talantı və musiqi dəryası qarşısında aciz qalır. Motsartın diktəsi ilə musiqini nota köçürməyə çalışan Salyeri tez-tez duruxur, ya heyran, ya da çaş-baş qaldığı üçün gözləri yaşarır və bütün bu səbəblərə görə də xəyalında olduğu “Rekviyem”dən imtina etməyə belə hazır olur. Həqiqətən də, əsəri bitirmək hər iki bəstəkar üçün mümkünsüz olur – birinə əcəl imkan vermir, digərinə isə istedadı.

Salyeri ömrünün sonuna qədər özünü günahlandırır Motsartın ölümündə. Halbuki, onun ən əsas günahı musiqini dəlicəsinə sevməsi idi, musiqini digərlərinə qısqanması idi, musiqini özünə həyat yoldaşı seçməsi idi. Motsart isə onun musiqi dünyasına yad idi. Sadəcə

Tanrı Salyerini sınağa çəkdi. Salyeri öz təsəvvürlərində Tanrıya qalib gəldi. Lakin onun cəzası hələ də davam edir, çünki o, Motsarta məğlub oldu. Motsart musiqisi bu gün də qəlblərdədir. P.S. Həqiqətdə Salyeri Motsartın ölümündə iştirak etməyib. Belə ki, 1997-ci ildə İtaliya Ali Məhkəməsi bu məsələ ilə bağlı istintaq araşdırması həyata keçirir. Nəticələrə əsasən, Motsart öz əcəli ilə vəfat etmişdir və bu işdə Salyerinin heç bir günahı isbat edilməmişdir.

52


Film Fiction

DİSCONNECT Haqqında yazacağım “Disconnect” filminin rejissoru Henry Alex Rubin`dir. Bu il ərsəyə gəlmiş film ilk seanslardan artıq insanların marağına səbəb olub. “Disconnect” filmi mükəmməl kamera işi, rejissor manevraları, aktyor oyunu və s. bu tip filmə verilən dəyərlərdən yoxsuldur. Yəni marağa səbəb olan bu dəyər vahidlərindən heç biri deyil. Onda bəs niyə bu qədər müsbət rəylə qarşılanır? Cavab: ssenarisi əladır. Film 5 fərqli insanın internet həyatından bəhs edir. Bu insanların virtual həyatı timsalında isə internet şəbəkəsinin ən bərbad tərəfləri, gündəlik həyatında insanlara, düşüncələrinə, həyatlarına necə təsir etdiyi əla təsvir olunur. Filmin obrazları, onların oynadıqları rollar haqqında yazmayacağam. Filmə baxarkən özünüz görəcəksiniz. “Disconnect” özündə internetdə artıq kütləviləşən uşaq pornoqrafiyası, uşaqların cinsi istismara məruz qalması kimi problemləri təsvir etdiyi kimi, real həyatdan küsmüş, özünə qapanıq gənc, yetişkin insanların da virtual həyatından bəhs edir. Həmçinin son dövrlərdə artan internet oğurluğu – bu şəbəkə vasitəsilə insanların şəxsi informasiyalarını necə əldə etdiklərini, hansı yöndə istifadə etdiklərini və bunun bir insan həyatına, bir ailəyə necə təsir etdiyini də əla şəkildə Rubinin son filmində görə biləcəksiniz. Rejissorun bu işini ayaq üstə alqışlayıram. Belə bir film çəkmək böyük bir cəsarət işidir. Bizə isə belə filmlərə baxmaq və alqışlamaq düşür.

53


Film Fiction

54


təşəkkür edirik email: film.fiction@box.az facebook: facebook.com/fiction.magazine


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.