FILM FICTION #6

Page 1

Film Fiction | Yanvar, â„–5

1


Film Fiction | Yanvar, №5

FİLM FİCTİON Fevral, №6

№6 Film Fiction 2012 / Fevral №6 Üz qabığındakı sima: Benisio Del Toro

REDAKTOR: Şahin Xəlil DİZAYN: Ferat YAZARLAR: Ferat, Şahin Xəlil Məcid Məcidov, Mətləb Muxtarov, Pərvanə Mirzoyeva TƏRTİBAT: Ferat KORREKTOR: Lalə Mikayıl

e-mail: film.fiction@box.az facebook səhifəsi: facebook.com/fiction.magazine facebook.com/filmoqrafiya twitter hesabı: twitter.com/filmfiction

“Film Fiction”ın 6-cı – fevral sayı artıq ixtiyarınızdadır. Bu say digərlərinə nisbətən daha həcmlidir. Bunu özünüz də görəcəksiniz. Bu sayda bir az fərqliliklər etdik. Yeni rubrikalara aid məqalələrlə tanış olacaqsınız. Bəzi məqamlarda bir az qısaltmalara yol verdik. Filmlər haqqında məqalələri daha da çoxaltdıq. Hər dəfə daha çox filmlərlə sizə tanış etməyə çalışacağıq. Hər dəfə olduğu kimi bu sayımız da bir kino adamına həsr olunur. Jurnalın fevral buraxılışı Azərbaycan kino və teatrının ən böyük aktyorlarından biri olan Əliabbas Qədirovun əziz xatirəsinə həsr olunur.

İnformasiya dəstəyi:

Jurnaldakı məqalələrdən istifadə edərkən müəllif hüquqlarını qorumaq mütləqdir. Hər bir yazıya görə müəllif məsuliyyət daşıyır. Film Fiction © 2011-2012

2


Film Fiction | Yanvar, №5

Bu sayımızda Səhifə 4 / Rejissor: Roman Polanski Müəllif: Ferat

Səhifə 55 / Universal Studios Müəllif: Məcid Məcidov

Səhifə 8 / Aktyor: Benicio Del Toro Müəllif: Şahin Xəlil

Səhifə 56/ Təqvim Hazırladı: Şahin Xəlil

Səhifə 10 / Aktrisa: Julia Roberts Müəllif: Pərvanə Mirzoyeva

Səhifə 57 / Film: 3-İron Müəllif: Ferat

Səhifə 14 / TOP 30 Müəllif : Şahin Xəlil

Səhifə 58 / Film: Waste Land Müəllif: Ferat

Səhifə 22 / Heist Film Müəllif: Ferat

Səhifə 59 / Film: Followıng Müəllif: Ferat

Səhifə 24 / Sitatlar Müəllif: Ferat

Səhifə 60 / Film: Zenne Müəllif: Əli Əliyev

Səhifə 30 / Maraqlı faktlar Müəllif: Pərvanə Mirzoyeva

Səhifə 61 / Film: Synecdoche, New York Müəllif: Şahin Xəlil

Səhifə 34 / Müsahibə Müəllif: Tural Sejioli

Səhifə 62 / Film: Noviembre Müəllif: Şahin Xəlil

Səhifə 41 / Əliabbas Qədirov Müəllif: İlham Rəhimli

Səhifə 63 / Film: Adaptation Müəllif: Şahin Xəlil

Səhifə 43 / Oskar Müəllif: Şahin Xəlil

Səhifə 64 / Film: Nyu-Yorkda beş minarə Müəllif: Şahin Xəlil

Səhifə 48 / Naşit Ailəsi Müəllif: Şahin Xəlil

Səhifə 65 / Afişa Hazırladı: Ferat

Səhifə 51 / Qızıl Qlobus Müəllif: Şahin Xəlil

Səhifə 68/ Viktorina Hazırladı: Şahin Xəlil

Səhifə 52 / Rejissorlar Müəllif: Şahin Xəlil

3


Film Fiction | Yanvar, №5

Roman Polanski

Roman Polanski 18 avqust 1933-cü ildə Fransanın paytaxtı Paris şəhərində dünyaya göz açıb. Anası yəhudi əsilli polşalı, atası rus mühaciri idi. Üç yaşında olarkən ailəsi ilə birlikdə Krakova köçürlər. 1940-ci ildə şəhər almanlar tərəfindən işğal edilir. Bununla da şəhərdə "Yəhudi gettosu" yaradılır və ailəsini yığım düşərgəsinə göndərirlər. Polanski isə atasının köməyilə alman əsgərlərdən qaçmağı bacarır. Fərqli katolik ailələrin yanına sığınır və onların köməyi ilə sağ qala bilir. II Dünya Müharibəsi bitdikdən sonra atası sağ qalır, lakin anası Ausşvits şəhərində ölür. Polanski atası ilə birlikdə Krakova qayıdır. Bir müddətdən sonra atası yenidən evlənir və bundan sonra Polanski atası ilə birlikdə qalmaqdan imtina edir. Atası onu texniki təhsil üzrə məktəbə göndərir, lakin

1950-ci ildə o, bu məktəbi film təhsili almaq üçün yarımçıq qoyur. Həmçinin Krakovdakı teatrlardan birində aktyor kimi işləməyə başlayır. İlk dəfə 1954-cü ildə "Nəsil" (A Generation) tamaşasında rol alır. Elə həmin il Lodzda Dövlət Film İnstitutunun rejissorluq fakultəsinə daxil olur. Tələbə vaxtlarında ilk "Şənliyi dağıdın" (Break Up The Party) filmini çəkir. Bunun ardından "İki adam və Qarderob" (Two Men and A Wardrobe) filmini də çəkir. Bu film ona uğur gətirir, bir neçə beynəlxalq mükafata layiq görülür. 1959cu ildə institutu bitirərək, artıq məzun olur. 1962-ci ildə ssenarisini özü yazdığı "Sudakı bıçaq" (Knife in The Water) filmini çəkir. Bu filmi onun Polşada çəkdiyi yeganə filmidir. Həmin illərdə Polşada çəkilən filmlərin çoxu müharibə həyatından bəhs edirdi. Lakin

4


Film Fiction | Yanvar, №5 Polanskinin filmi bu yöndə onlardan fərqlənirdi. Film çox uğurlu alınır. "Ən yaxşı xarici film" nominasiyasında Oskara namizəd olur. Bundan sonra başqa filmini çəkmək üçün İngiltərəyə gedir. Burada 1965-ci ildə "Nifrət" (Repulsion) filmini çəkir. Amma film o qədər də

uğurlu alınmır. Uğurlu alınmasa da Polanski öz filmləri arasında ən çox bu filmi bəyənir. 1966cı ildə "Döngə" (Cul-de-sac ), 1967-ci ildə isə baş rollarından birində özünün də oynadığı "Qorxusuz vampir qatillər" (The Fearless Vampire Killers) adlı komediya və qorxu janrlarında olan filmlərini lentə alır. Bundan sonra rejissorun karyerasının Hollivud dövrü başlayır. 1968-ci ildə qorxu janrında olan "Rozmarinin uşağı" (Rosemary's Baby) filmini çəkir. Və çox uğurlu alınır. Həmin ilin 28 yanvar tarixində Şeron Teyt ilə ailə həyatı qurur. 9 avqust 1969-cu ildə quldur bir qrup tərəfindən evi basılır və 8 aylıq hamilə olan həyat yoldaşı öldürülür. Bu vaxt Polanskinin özü evdən uzaqda, Hollivudda idi. Məşhur yazar Kosinski və onun xanımı da həmin gün Polanskinin evinə qonaq çağrılmışdı. Lakin bəxtlərindən onlar qatarı ötürdüklərinə görə

gedə bilməmişdilər. Amma Polanskinin yaxın dostu, "Rozmarinin uşağı" filminin soundtreklərinin bəstəkarı Kristof Komeda həmin hadisədə həyatını itirdi. Yaxın dostu, xanımı və hələ dünyaya göz açmayan körpəsinin ölümü Polanskiyə çox təsir edir. 1971-ci ildə Şekspirin pyesi əsasında ekranlaşdırdığı "Makbet" (Macbeth) filmində bu təsir, içindəki şiddət və ağrı özünü biruzə verir. Filmin ardından 1972-ci ildə İtaliyaya gedərək sürreal komediya olan "Nə?" (What?) filmini çəkir. Sonra Hollivuda qayıdır. 1974-cü ildə Cek Nikolsonun baş rolunda oynadığı "Çin kvartalı" (Chinatown) filmini

lentə alır. Çox uğurlu alınan bu film ümumilikdə 17 mükafat qazanır. Mükafatlar arasında ən önəmliləri "Ən yaxşı orijinal ssenari" nominasiyasında Oskar və 3 BAFTA mükafatı idi. Rejissor “Ən yaxşı rejissor” nominasiyasında Oskara namizəd olur. 2 il sonra Polanski "Kirayənişin" (The Tenant) filmini çəkir. Film Parisdə yaşayan polşalı mühacirin həyatından bəhs edir. Filmdə rejissor uğursuzluğu, paranoyak bir dəliliyi göstərir. Film vaxtilə onun Parisdə yaşadığı bir məhəllədə çəkilir. Film həmçinin onun "Otaq Trilogiyası"nın (Apartment Trilogy) son filmi idi. Trilogiyanın

5


Film Fiction | Yanvar, №5 digər filmləri isə "Rozmarinin uşağı" və "Çin kvartalı" filmləridi. Bir il sonra rejissorun adı qəzetlərin əsas xəbəri olur: "Roman Polanski 13 yaşlı Samanta Qeimer adlı bir qızı zorlamaqda günahkar görülür." Bəzi xəbərlər də yayılmışdı ki, bu hadisə Cek Nikolsonun evində baş verib. Bu

Kinski oynayır. Film Fransada həmin ilə qədər çəkilən ən bahalı film olur. Film 6 nominasiyada namizəd olduğu Oskarın 3-nü qazanır. Oskarlardan biri "Ən yaxşı rejissor" nominasiyasında olur, artıq bu Polanskinin Oskara ikinci namizədliyi idi. Lakin Oskar həmin il də Polanskiyə qismət olmur. 1986-cı ildə çəkdiyi "Dəniz quldurları" (Pirates) filmi isə çox uğursuz alınır. Növbəti il Harrison Fordun da rol aldığı, ssenari yazarlarından biri olduğu "İnadcıl" (Frantic)

hadisədən sonra Polanskinin adı çox yerlərdə hallanır. Bu onun karyerasına mənfi təsir edir. Artıq Hollivudda işləmək onunçün bir az qəlizləşir. Buna görə də Amerikanı tərk edərək Parisə köçür. Fransa vətəndaşlığını qəbul edir. 1979-cu ilə kimi film çəkmir. Həmin il Tomas Hardinin bir romanı əsasında ssenariləşdirilən, 3 saat davam edən "Tess" adlı filmini çəkir. Filmdə baş rolu 17 yaşlı gənc aktrisa Nastasya

filmini lentə alır. "Dəniz quldurları" filmindəki uğursuzluğu bu filmində də davam edir. Film tənqidçilər tərəfindən kifayət qədər müsbət qarşılanmır. 1992-ci ildə "Acı ay" (Bitter Moon) filmini çəkir. Uğursuz filmlər seriyasına biri də daxil olur. Polanski uzun zamandır gözlədiyi qiyməti 2 il sonra çəkdiyi "Ölüm və qız" (Death and The Maiden) filmindən sonra alır. Film uğurlu olur. Tənqidçilər tərəfindən bəyənilir. Ariel Dorfmanın pyesi əsasında çəkilən bu filmdə baş rolları Ben Kinqsley və Siqurni Uiver oynadı. 1999-cu ildə "Doqquzuncu qapı" (The Ninth Gate) filmini çəkdi. Filmdə məşhur aktyor Coni Depp və həyat yoldaşı Emanuelle Siqner rol aldı.

6


Film Fiction | Yanvar, №5 2002-ci ildə öz həyat hekayəsindən təsirlənərək ssenarisini yazdığı və baş rolunu Edrian Broudinin canlandırdığı "Pianoçu" (The Pianist) filmini çəkdi. Nəhayət Polanskinin

7 nominasiyada Oskara namizəd olan filmi 3 Oskar qazandı. Bundan başqa Kann festivalında “Qızıl Palma”nı və 2 BAFTA mükafatını əldə etdi. Polanski artıq bu vaxta kimi iki dəfə "Ən yaxşı rejissor” nominasiyasında Oskara namizəd olmuşdu, lakin əldə edə bilməmişdi. Nəhayət 3cü namizədliyində uzun müddət gözlədiyi Oskarı əldə edə bildi. Rejissorun Amerikaya girişi qadağan olunduğu üçün, həmin il Oskarı onun adıyla Harrison Ford aldı. Film II Dünya Müharibəsi zamanı yaşamaq uğrunda mübarizə aparan yəhudi bir pianoçunun həyatından bəhs edir. 2005-ci ildə Çarlz Dikkensin "Oliver Tvist" romanını ekranlaşdırdı. Film 19-cu əsrdə yaşayan yetim bir uşağın London küçələrindəki səfil həyatından bəhs edirdi. 2010-cu ildə "Qarabasma Yazar" (The Ghost Writer) filmini çəkir. Baş rollarını Pirs Brosnan və Evan MakQreqorun bölüşdüyü film bir çox festivallarda mükafatlara layiq görülür. 2011-ci ildə 80 dəqiqə davam edən, Keyt Uinslentin və "Quzuların səssizliyi" filmindən tanıdığınız Cudi

Fosterin də rol aldığı "Qırğın" (Carnage) filmini lentə alır. Film iki Qızıl Qlobus mükafatına namizəd olur. Bir neçə festivalda mükafata layiq görülür.

Roman Polanski 1989-cu ildən özündən 33 yaş kiçik olan fransız aktrisa Emanuelle Siqner ilə evlidi. Onların iki uşağı- qızı və oğlu var. O öz uşaqları arasında polyak dilində danışır. Polanski rejissorluqla yanaşı filmlərinin bir çoxunda aktyor kimi də oynamışdır, həmçinin onların ssenaristidir. Hal hazırda rejissor 78 yaşındadır və rejissorluq fəaliyyətini davam etdirir.

7


Film Fiction | Yanvar, №5

BENİCİO Del Toro

Benisio Monserrate Rafael Del Toro Sançes 19 fevral 1967-ci ildə San Xuanda (Puerto Riko) vəkil ailəsində anadan olub. Aktyorun Qustavo adlı bir qardaşı da var və hazırda Manxettendə uşaq həkimi işləyir. 1980cı ildə Benisionun anası hepatit xəstəliyindən vəfat edir və aktyorun atası oğlunu ABŞ-a, qohumlarının yanına göndərir. Və beləliklə ABŞın Pensilvaniya ştatının kiçik bir ərazisində Benisio internat məktəbinə yazdırılır. Olduqca ciddi və lal-dinməz görkəmi ilə yaşıdlarından fərqlənirdi. İnternatda keçən illər aktyorun həyatında böyük iz buraxıb. O həmin illəri xatırlayanda deyir: “Yadıma gəlir, o məktəbdə hər şey əla idi, gözəl idi, rahat idi. Amma nəsə çatmırdı. Nələrsə çatmırdı. Bizə hamı yazıq kimi davranırdı. Bu əksərinin xoşuna gəlsə də mən qətiyyən sevmirdim və iyrənirdim. Hər gün, təsvir edirsiz, hər gün mən atamın məni gəlib aparacağını gözləyirdim. Bunun üçün göylərdən mənə baxan anama da yalvarırdım... Amma heç vaxt hasarların əhatə etdiyi qapının atamın açdığını görmədim.”

İnternatı bitirən Benisio Kaliforniya Universitetinə daxil olur. Amma tələbəliyi yarıda buraxır və Nyu Yorka, teatr aktyoru olmaq arzusu ilə yollanır. O, burada dramatik sənət məktəbi Circle in the Square-ə daxil olur. Amma aktyorun işləri burada da düz gətirmir və aktyorun növbəti dayanacağı Los Anceles olur. Benisio burda təxminən üç il ərzində Stalla Adler və Artur Mendoza kimi müəllimlərdən aktyorluq dərsləri alır. Bu ərəfədə, daha dəqiq 1987-ci ildə aktyor o illərin məşhur “Mayami polisi” serialının epizodik rolunda aktyor kimi debüt edir. Artıq bir il sonra tam metrajlı komediya filmində rol alır. 1989-cu ildə isə aktyor “Ceyms Bond- Ölümə lisenziya” filmində ikinci dərəcəli akyor kimi rol alır. 1991-ci ildə Şon Pennin rejissor kimi debüt etdiyi “Qaçan hindu”( The Indian Runner) filmində rol alır.

Aktyorun ilk ciddi rolu 1995-ci ildə çəkildiyi “Şübhəli simalar”(The Usual Suspects) filmində olur. Aktyor bu filmdəki roluna görə tənqidçilər tərəfindən “Azad ruh” mükafatına layiq görülür. Bir il sonra eyni uğur yenə təkrarlanır. Bu dəfə isə “Baskiya” (Basquiat ) filminə görə. Bu filmlərdən sonra aktyor prodüsser və rejissorların diqqətini özünə cəlb edə bilir. Amma çəkildiyi filmlər nədənsə kölgədə qalmaqda davam edir. 1997-ci ildə Alisia Silverstoun aktyoru onunla birgə “Artıq baqaj” (Excess Baggage) filminə çəkilməyi dəvət edir. Film fiaskoya uğrasa da aktyor və aktrisanın canlandırdığı obrazlar müsbət qiymətləndirilir. 1998-ci ildə aktyor ən yaxşı rollarından birini ifa edir. Conni Deppin tərəf müqabili olan aktyor “Las Veqasda nifrət və qorxu” (Fear and Loathing in Las Vegas) filmində canlandırdığı Qonzo obrazı ilə bir anda zirvəyə qalxa bilir. Terri Qilliamın bu filmi 90-cı

8


Film Fiction | Yanvar, №5 illərin ən sevimli kult filmlərindən birinə çevrilir.

2000-ci ildə, iki illik istirahətdən sonra aktyor birdən-birə üç yadda qalan filmdə rol alır. “Silah yolu” filmi, ardınca ilin ən yaxşı filmi olmuş “Traffik” (Traffic) və Qay Riçinin dəlixanası olan “Böyük tikə" (Snatch) aktyoru yenə ən yaxşı aktyorlar sırasının ön pillələrinə qaytarır. Aktyor “Traffik” filminə görə üç mükafat əldə edir- Oskar, Qızıl Qlobus və BAFTA. 2001-ci ildə aktyor köhnə dostu Şon Pennin “Söz vermə”(The Pledge) filmində çəkilir. 2003-cü ildə aktyor daha bir yadda qalan rolunu Alexandro Qomez İnarritu-nun “Ölüm” trilogiyasına aid “21 qram” filmində

canlandırır. Bu filmdə sonradan ən yaxşı dostlarından biri olacaq Naomi Uotts ilə tanış olur. Filmdəki roluna görə Venesiya festivalında “Tamaşaçı simpatiyası” prizi qazanır. 2005-ci ildə aktyor Frenk Miller və Robert Rodriqezin

“Günahlar şəhəri” (Sin City) layihə filmində rol alır. 2007-ci ildə Xolli Berr ilə bərabər “Biz itirdiyimiz” (Things We Lost in the Fire)

dramında çəkilir. 2008-ci ildə yenidən kino gündəminə qayıdır. Bu dəfə Stiven Soderberqin “Çe” bioqrafik filmində məşhur inqilabçı Çe Gevara roluna görə. Kann festivalnda bu filmdəki roluna görə “ən yaxşı aktyor” olur. Aktyor 2011-ci ildə özünü rejissor kimi sınayıb və “Havanada yeddi gün”( 7 días en La Habana) filmini çəkib. 2011-ci ildə aktyor həm də ata olub. Kimberli Styuart onu qız atası edib. Uşağın adını Dilayla qoyublar.

* Aktyor 1986-cı ildə Maddonanın “La İsla Bonita” klipində çəkilib. * Aktyor Kiara Mastroyanni (Katrin Denev və Marçelo Mastroyannin qızı) ilə münasibətdə olub. Bundan əlavə 1988-92 ci illər ərzində İtaliya aktrisası, gözəl Valeriya Qolino ilə nişanlı olub.

9


Film Fiction | Yanvar, №5

Julia Roberts

Culia Roberts 1967-ci ilin 28 oktyabrında ABŞ-da Corciya ştatının Smirna şəhərində anadan olub. Atası Uolter Qreydi Roberts həm aktyor, həm də irland, şotland və ingilis köklü bir yazıçı idi. Anası Betti Lu Bredemas kilsə girişində katibə, eyni zamanda aktrisa kimi çalışıb. Culia dünyaya gəldiyi zaman ailəsinin maliyyə çətinliyi var idi. Atası Corciya ştatında uşaqlar üçün kiçik bir aktyorluq məktəbi açmışdı. 1971-ci ildə Culianın 4 yaşı olarkən valideynləri ayrıldılar. Beləliklə 13 yaşından başlayaraq ofisiant kimi işləməyə başladı. Bir neçə dəfə yerli gözəllik müsabiqələrində iştirak etsə də, finala yüksələ bilmədi. Məktəb illərində böyük qardaşı Erik ilə birgə aktrisalıq bacarığını kəşf etdi.

Smirnadakı kolleci qurtardıqdan sonra Corciya ştatında universitetə qəbul olunur və NyuYorka bacısının yanına özünü kinoda sınamaq üçün yollanır. Nyu-Yorkda “Click” model agentliyi ilə müqavilə bağlayıb, aktyorluq kurslarına yazılır. Nyu-Yorkda aktrisalıq dərslərindən başqa tələffüzünü düzəltmək üçün artikulyasiya dərsləri alır. Çünki cənub tələffüzü kinoda o qədər də yaxşı qarşılanmırdı. Amma tezliklə istədiyi nəticəni ala bilmədiyi üçün aktyorluq kurslarını buraxır. Artıq tanındıqdan sonra Culia öz qardaşı Erik tərəfindən ekranlara çıxmaq üçün üç il gözləyən “Al qırmızı” (Blood red) döyüş filmində kiçik bir rol təklifi aldı. Bu zaman ərzində artıq bir neçə filmdə çəkilmişdi.

10


Film Fiction | Yanvar, №5 “Razılıq” (Satisfaction) filmində rok-qrupda iştirak edən qız obrazını canlandırmaq üçün zərbəli bass-gitarda ifa etməyi də öyrənmişdi. Eləcə də, 1987-ci ildə “Sehrli pizza” (Mystic Pizza) filminin çəkilişləri zamanı açıq şabalıdı saçlarını rəngləyərək kürən qız olmaq məcburiyyətində də qalmışdı.

Varlı iş adamının bir əxlaqsız qadına onunla bir həftə keçirməyə söz verdiyi üçün film belə adlandırılmışdır. Filmdə baş rolu məşhur aktyor Riçard Qir oynayırdı. Prodüsserlər filmdə Vivyen Uord obrazı olaraq daha təcrübəli və tanınmış sima görmək istəsələr də, rejissor Harri Marşall inadla bu rolda məhz Culianı görmək istəyirdi. “Polad maqnoliya” filmindəki böyük uğurundan sonra aktrisa məşhurlaşdı və bundan sonra Marşall bütün kədərli səhnələri silib, filmin finalını yenidən çəkmək qərarına gəldi. Filmin adı da dəyişdirilərək “Gözəlçə” (Pretty Woman) adlandırıldı. Roy Orbisonun məşhur “Gözəl qadın” (Pretty Woman) bəstəsi altında “Gözəlçə” (Pretty Woman) 1990-cı ilin 23 martında ekranlara çıxdı. Bu rol Robertsə “Ən yaxşı aktrisa” kimi növbəti “Oskar” qazandırdı.

Culia Robertsin növbəti rolu onun tənqidçilər və tamaşaçılar tərəfindən Amerikanın gələcəyi olan aktrisalarından biri kimi qiymətləndirilməsinə səbəb oldu. Meningit xəstəliyindən əziyyət çəkdiyi üçün Culia müalicə almaq üçün Los-Ancelesdən Santa-Moniko şəhərinə gedir. Bu zaman “Polad maqnoliya” (Steel Magnolias) filmində şəkər xəstəliyindən əziyyət çəkən xəstə qız rolu üçün aktrisa axtarılırdı. Culia bu təklifi qəbul edərək öz taleyini oynamağa razı olur. Film böyük məşhurluq qazanır. Roberts isə “Qızıl qlobus” mükafatını qazanır və “İkinci planda ən yaxşı aktrisa” kateqoriyasına görə “Oskar” mükafatına layiq görülür.

“Polad maqnoliya” (Steel Magnolias) filmi 1989-cu ilin sonlarında “Oskar” mükafatının təqdimatından əvvəl ekranlara çıxanda, Culia artıq bu zaman “3000$” adlı filmin çəkilişlərində öz işini yekunlaşdırırdı.

“Gözəlçə” (Pretty Woman) filmindəki uğurundan sonra Culia Roberts tam hüquqlu kino ulduz oldu. Əgər bu filmdən gələn gəliri yarım milyon olmuşdusa, növbəti “Düşmənlə bir yataqda” (Sleeping with the enemy) filmdəki rola görə Culiaya bir milyon dollar qonorar təklif olunmuşdu.

11


Film Fiction | Yanvar, №5 1990-cı illərdə Culia ardıcıl olaraq bir neçə filmdə çəkilir. “Düşmənlə bir yataqda” (Sleeping with the enemy) filmində əri tərəfindən döyülən qadının qaçmağını, “Cavan ölmək” (Dying Young) filmində ölümcül xəstəliyə tutulmuş kişiyə vurulan qadın obrazını, Con Qrişemin romanı əsasında Denzel Vaşinqtonun da iştirak etdiyi “Qutanlar haqqında iş” (The Pelican Brief) trilleri filmlərində çəkilsə də heç bir film “Gözəlçə”ni (Pretty Woman) təkrarlaya bilmədi. Tamaşaçılar Culianı özünəməxsus təbəssümü ilə görmək istəyirdilər. Bundan başqa sakit həyat tərzi olmayan aktrisanın da “şən” ssenariləri seçməyə həvəsi yox idi. Roberts əfsanəvi Robert Oltmerin başçılığı altında bir neçə kiçik rola çəkilir. Stiven Frirzin “Meri Relli” (Mary Reilly) dramında, eləcə də “Hamı səni sevirəm deyir” (Everyone says I love you) filmində epizodik rola çəkilir. Bu

mərhələdə Culia diqqətdən kənarda qalır. Filmlərə çəkilməkdən imtina etdiyi üçün mətbuatın diqqətini cəlb edir və onun karyerasının süqut etdiyini elan edirlər. Aktrisanın kinoya qayıdışı təntənəli oldu. 1997-ci ildə “Ən yaxşı dostun toyu” (My best friend’s wedding) romantik komediyasında tamaşaçılar Culianı yenidən qəbul etdikləri və sevdikləri – komik və geniş təbəssümlü bir obrazda gördülər. Film çox məşhurlaşdı. Məşhur kino mütəxəssisi Rocer Ebert Culianı çox yaxşı qiymətləndirmişdi. 1999-cu ildə “Qaçaq gəlin” (Runaway bride), 2001-ci ildə “Ouşenin 11 dostu” (Ocean’s eleven) filmlərində çəkilərək həm çox məşhurlaşmış, həm də yüksək məbləğli qonorar almışdır. Və beləliklə Culianın qonorarı hər bir növbəti filmdə daha da artaraq çoxalırdı. “Mona Lizanın təbəssümü” (Mona Lisa smile) filmindəki roluna görə

kinematoqrafiya tarixində ən yüksək – 25 milyon qonorar alan aktrisa kimi yadda qaldı. Ancaq aktrisa təkcə yüksək qonorarlı filmlərə deyil, həm də epizodik rollara da çəkilməyə davam edirdi. Culia Roberts yaradıcılığının zirvəsinə Stiven Soderberqin 2000-ci ildə “Erin Brokoviç” (Erin Brockovich) filmində

canlandırdığı bioqrafik rolu ilə çatdı. Film çox böyük uğur qazanaraq 5 “Oskar” mükafatına layiq görüldü. Onlardan biri də Culiaya çatırdı. O, bu mükafatı əldə etməklə qəti surətdə həm Hollivud ulduzu kimi, həm də Amerika tamaşaçısının sevimlisi kimi öz mövqeyini möhkəmləndirdi. Culia Roberts əkiz övladlarının dünyaya gəlməsi ilə əlaqədar olaraq uzun sürən fasilədən sonra öz aktrisalıq karyerasına geri dönərək bir sıra təklifləri dəyərləndirdi. “Oskar” mükafatı laureatı Tom Xenks və Filip Seymur Xofmanın iştirakı ilə “Çarli Uilsonun müharibəsi” (Charlie Wilson’s war) dramına çəkilmək təklifini qəbul edərək 2007-ci ildə baş rollardan birinə çəkildi.

12


Film Fiction | Yanvar, №5 1990-cı illərdə Culia Roberts təkcə öz uğurlu kinofilmlərinə görə deyil, həm də coşqun həyat tərzinə görə də məşhur idi. Məşhurlardan Kifer Sazerlend, Metyu Perri, Laym Nison, Deniyel De Luis, Bencamin Brettomla eşq macəraları olub. Aktyor Layl Lovettlə 1993-cü ildə olan birinci evliliyi 2 ildən az sürmüşdür. 2002-ci ilin 4 iyulunda Culia kino operator Deniyel Moderle ailə həyatı qurdu. 2004-cü ilin 28 noyabrında cütlüyün əkiz övladları dünyaya gəldi. Əkizlərdən biri qız – Xezel Patris, digəri oğlan – Finnes Uolter idi.

2007-ci ilin 18 iyun tarixində Culia daha bir oğlan uşağı – Henri Deniel Moderi dünyaya gətirdi. Hal-hazırda aktrisa Nyu-Yorkda Manhettendeki malikanəsində və Taxodakı rançosunda yaşayır. Onun həm də Kaliforniyada kiçik bir evi var. Bundan başqa Culia Roberts həm də “Om Red Films” kino kompaniyasını idarə edir. 2012-ci ilin mart ayında təqdim olunacaq “Qrim qardaşları: Ağca xanım” (The brothers Grimm: Snow White) adlanan filmdə Ağca xanım rolunu Lilli Kolins, onun zalım ögey anası rolunu isə Culia Roberts canlandıracaq. Kino şərhçilər isə əsasən Ağca xanımın düşməni obrazını oynayacaq aktisa – Culia Robertsin diqqət mərkəzində olacağı fikrindədirlər. Ən yadda qalan filmləri: "Polad maqnoliyalar", "Gözəlçə", "Gənc ölmək", "Ouşenin 11 dostu", "Gözəlçənin analığı", "Erin Brokoviç", "Yaxınlıq", "Nottinq Xill", "Ən yaxşı dostun toyu" Ən yaxşı serialları: "Dostlar", "Mayami polisi: Mənəviyyat şöbəsi", "Əmin-amanlıq". Maraqlı faktlar:Ayaqyalın gəzməyi xoşlayır. Əksər filmlərində, hətta Laym Lovetlə

nigah masasında oturarkən belə ayaqyalın olub. Eləcə də, “Yemək, dua etmək, sevmək” (Eat, Pray, love) filminin çəkilişləri zamanı Hindistanda olarkən, hətta Tac-Mahalı ziyarət edərkən belə ayaqyalın idi. “Ouşenin 11 dostu” filmində qəhrəman qadın Tess Culianın nəzarəti ilə qrimlənirdi. Culia “Erin Brokoviç” filmində baş rolunu oynayarkən Amerika Kino Akademiyası tərəfindən hazırlanmış “Əsrin ən məşhur yaxşı və pis obrazları” siyahısında 31-ci idi. Arxeoloqlar 2004-cü ildə Bolqariyada tapılmış 9000 yaşı olan qadının qalıqlarına dişləri ideal şəkildə qaldığı üçün ona Culia Roberts adını veriblər. Culia Roberts solaxay olsa da “Erin Brokoviç” filmi üçün sağla yazmağı öyrənmişdi. Çünki Erin Brokoviçin həyatdakı prototipi solaxay deyildi. Culia Roberts kino tarixində 20 milyon (“Erin Brokoviç” filminə görə) və 25 milyon dollar (“Mona Lizanın təbəssümü” filminə görə) qonorar alan ilk aktrisadır. Culia monqol köçərilərinin həyatına həsr olunmuş “Ulduzlar canlı aləmdə: Culia Roberts və monqol atları” sənədli serialına çəkilib. “People” jurnalının 2010-cu ilin 29 aprelin tarixindəki rəyinə əsasən Culia 20 dəfə “Planetin ən gözəl insanları” siyahısında birinciliyi əlində saxlayıb. Qəribə də olsa, Culia Roberts induizm dininə inanır. 2010-cu ildə Culia verdiyi müsahibələrin birində bildirmişdir ki, həyat yoldaşı, uşaqları ilə birgə mütəmadi olaraq hind məbədlərini ziyarət edir, “İçmək, dua etmək, bayramlaşmaq” ənənəsini davam etdirirlər. 2000-ci ildə “Erin Brokoviç” filmində ən yaxşı qadın roluna görə “Oskar” mükafatına layiq görülüb. İştirak etdiyi film 2 milyard dollardan çox gəlir gətirdiyi üçün dünyada ən yüksək qonorar alan aktrisa kimi yadda qalıb. "Forbes" jurnalının 2005-ci ildəki məlumatına əsasən aktrisanın maddi durumu 250 milyon dollar təşkil edirdi.

13


Film Fiction | Yanvar, №5

TOP 30

2

Serbiya filmi (A Serbian film)

Bu sayımızda sizə həddən artıq erotik, işgəncə, vəhşilik və zorakı səhnələrlə bol olan 30 film təqdim edəcəyik.

1

Adamyeyənlərin soyqırımı (Cannib Holocaust)

Bu film adından göründüyü kimi Serbiya filmidir və porno ulduzun çəkilişinə razı olduğu filmdə başına gələn iyrəncliklərdən bəhs edir. İyrənc bir filmdir.

3

Rudcero Deodatonun bu filmi kino tarixinə 60 ölkədə rəsmən qadağan olunması ilə düşüb. Amazonkada sənədli film çəkmək istəyən çəkiliş heyətinin başına gələn dəhşətlərdən bəhs edən film tükürpədici səhnələrlə boldu. Adicə bir faktı qeyd edək ki, filmdə 6-7 heyvanın vəhşiliklə öldürülməsi göstərilir və bu heç də kompüter qrafikası deyil. Rejissoru buna görə ölümlə də hədələyiblər. Bu dərəcədə ifrat vəhşilik lentə alan rejissor film bitdikdən sonra alınan işdən özü dəhşətə gəlib və lenti yandırmaq qərarı verib amma çəkiliş heyəti inadla filmi nümayiş etdirmək istəyib. Üç il sürən və iki proses ilə məhkəmə sonda filmin nümayişinə icazə verib. İlk prosesi uduzan rejissor ikinci proses zamanı məhkəmənin "Heyvanların öldürülməsini necə izah edə bilərsiniz?" sualına rejissor bu cür cavab verib: "Çəkdiyimiz qəbilədə onsuzda öldürülən heyvanlar yeyilirdi və biz sadəcə çəkdik."

Salo, Sadomun 120 günü ( Salo- 120 days Sadom)

Paolo Pazoliniyə həyatı bahasına başa gələn sənət əsəri. Markiz De Sadın eyni adlı əsəri əsasında italiyalı rejissor italiyan faşizmini göstərir. Filmdən sonra rejissorun meyidi zorlanmış və vəhşiliklə öldürülmüş halda tapılır. Filmdəki sujet Dantenin "İlahi komediyası" fonunda cərəyan edir. Olduqca murdar və ifrat zorakı, sado-mozaxizmlə zəngin bir film olsa da 15 fevral 1978-ci ildə İtaliya məhkəməsi filmin nümayişinə qoyulan qadağanı ləğv edərək filmi "Sənət əsəri" adlandırır!

14


Film Fiction | Yanvar, №5

4

9 musiqi (9 song)

2004-cü ildə ekranlara bu Britaniya filmi çıxanda ingilislər şokda idi. Çünki ilk dəfə idi ki, bir ingilis filmində bu qədər açıq səhnələr var idi və film pornoqrafiya kimi deyil, erotik dram kimi nümayişə verilmişdi. Hətta filmdəki aktrisa Marqo Stilli rejissordan onun adının titrlarda verilməməsini xahiş etmişdi. Səbəb aktrisanın porno ulduz kimi tanınmaq istəməməsi idi. Ona görə bir neçə il aktrisanın adı məxfi saxlandı. Filmin sujeti bir kişi və bir qadının şəxsi həyatının 9 musiqi ilə bərabər cərəyan etməsindən bəhs edir. Filmin janrı erotika kimi göstərilsə də, tənqidçilər filmi pornoqrafiya adlandırır.

5

Ken Park (Ken Park)

2002-ci il Fransa və ABŞ ortaq istehsalı olan film ilk nümayişindəcə ciddi tənqidlərə məruz qaldı. Buna səbəb filmdə olan pornoqrafik kadrlar idi.

6

Parisdə son tanqo (Last tango in Paris)

Bernardo Bertoluççinin məhşur filmi həm də ifrat açıq səhnələrin bolluğuna görə məşhurdur. Filmdən sonra əsas rolların ifaçıları Mariya Şneyder uzun illər, Marlon Brando isə ömrünün sonuna qədər rejissor ilə danışmayıb. Aktrisa Mariya Şneyderin dediyinə görə "məşhur" səhnələrin o dərəcədə ifrat olacağı onlara verilən ssenaridə olmayıb və Bertoluççi film zamanı bu cür "səhnələr" çəkəcəyinə qərar verib. Maraqlısı da budur ki, rejissor bu faktı təsdiqləyib və "bu cür" daha real olmasını qeyd edib.

7

Kaliqula (Caligula)

Məşhur erotik filmlər rejissoru Tinto Brass "Kaliqula"nı çəkməyə qərar verəndə və baş rolda Malkolm Makdauell kimi məhşur aktyorun çəkiləcəyini açıqlayanda, üstəgəl

15


Film Fiction | Yanvar, №5 büdcənin də kifayət qədər yaxşı (17 milyon) olacağını biləndə hamı rejissordan ciddi tarixi bir film gözləyirdi. Rejissor isə ənənəsinə sadiq qaldı və tarixi Roma imperatorunun cinsəl həyatı fonunda göstərdi. Bütün zamanların ən qəddar hökmdarlarından biri olan Kaliqulanı Tinto Brass gözündə görmək etiraf edək ki maraqlı alınmışdı. Buna görə imperator rolunu məharətlə canlandıran Malkolm Makdauellə də alqış düşür.

8

Günahsız bir qadının vəhşicəsinə daş qalaq edilərək öldürülməsi səhnəsini izləyən insan çətin ki, filmin təsirindən uzun müddət çıxa bilsin.

10

İsanın əzabları (The Passion of the Christ)

Antixrist (Antichrist)

Mel Gibsonun rejissoru olduğu film İsa peyğəmbərin çarmıxa çəkilməsindən və əzablarından bəhs edir. Nə qədər çətin də olsa izlənməsi gərəkən filmlərdən biridir. Lars Von Trierin Andrey Tarkovskiyə ithaf etdiyi film. Bu film və rejissor haqqında uzunuzadı danışmağı lazım bilmirik. Onsuzda gec tez bu filmə baxmaq lazımdır. Ən əsas filmdəki fərqliliklər və simvolikalar bütün vəhşilikləri, pornoqrafiyanı gözəlləşdirir.

9

11

Boşluğa giriş (Enter the void)

Sorayanın daş qalaq edilməsi (The stoning of Soraya M.)

2008-ci ildə nümayiş olunan film İran tərəfindən lənətlə qarşılansa da filmdəki hadisələr real faktlar əsasında lentə alınıb.

Qasper Noenin hələki sonuncu filmi. Film ölmüş bir insan ruhunun fonunda cərəyan edir. Filmdəki pornoqrafik səhnələr və başgicəlləndirici kamera işi filmin yaş məhdudiyyətini artırır.

16


Film Fiction | Yanvar, №5

12

Dönməzlik (İrreversible)

hər iki filmin rejissoru Mixael Heneke özüdür. Rejissor özü öz filminin remeykini çəkərək tarixə düşüb. Filmlər demək olar ki eynidir və yalnız aktyor heyəti dəyişib. Ailəyə gələn iki "gözlənilməz qonaq" onlarla oynamaq istəyirlər və beləliklə məzəli oyunlar başlayır.

14

Yenə Qasper Noe filmi. Filmin ilk nümayişi zamanı tamaşaçılardan bir neçəsi dözməyib zalı tərk etmişdilər. Filmdə hadisə ardıcıllığı tərsinə cərəyan edir və filmin sonu əslində elə başlanğıcıdır. Bir çox tamaşaçıların dediyinə görə filmdəki aura insanı sıxır və ürək bulanma yaranır. Bunu rejissor bu cür izah edib: "Filmdəki uğultuya diqqət edin. İlk 20 dəqiqədə bu uğultu və kameranın fırlanması istər istəməz baş gicəlləndirir. Bu mənim bicliyim idi." Bundan başqa "Dönməzlik"də Monika Beluççi qəhrəmanının zorlanma səhnəsi var və bu olduqca ifrat təqdim olunub rejissor tərəfindən.

13

Məzəli oyunlar (Funny games)

Eyni adlı iki film var. 1997-ci il alman istehsalı və 2007 ABŞ istehsalı. Və ən maraqlısı odur ki,

Sənin ananı da həmçinin... (Y tu mama tambien)

Meksika kinosunun ən uğurlu filmlərindən biri və 30-a yaxın mükafat nominantı. Film roudmuvi/ baddi-muvi janrında çəkilib. İki dostun 28 yaşlı xanımla səyahətindən bəhs edir. Filmdəki aşırı pornoqrafik səhnələr bir mənalı qarşılanmayıb. Bernalı bu cür cəsarətli obraz yaratdığına görə alqışlamaq olar.

15

Kral döyüşü (Battle royale)

17


Film Fiction | Yanvar, №5 Kindzu Fukasakonun bu filmi Tarantinonun da ən sevimli filmlərindən biridir. Film özünü yaxşı aparmayan bir sinfin müəllim tərəfindən cəzalandırılması üçün qurduğu oyundan bəhs edir. Qaydalar çox sadədir. Yalnız bir nəfər sağ qalmalıdır və bunun üçün bir şagird digərini öldürməlidir.

16

Filmin rejissoru Rouz Uilyamsdır. Rouz Uilyamsın sürreal, sado-mozaxizm janrında çəkdiyi film. Filmdə iki nəfərin özünə verdiyi əzablar göstərilir.

18

Köpək dişi (Dogtooth)

Axmaqlar (Idiots)

Filmdəki hadisələr bir ailənin fonunda cərəyan edir. Qeyri normal seksual münasibətlər bu filmin əsas sujet xəttidir. Bu film haqqında öncəki sayların birində məlumat verilib. Daha bir Trier filmi. DOGME-yə aid olan bu film əl kamerasına çəkilib. Filmdəki pornoqrafiya Kannda nümayiş olunanda bir çoxları şoka düşmüşdülər.

17

19

Ərab (Чистилище)

Donuz (Pig)

1997-ci ildə rejissor Mixail Ermolov tərəfindən çəkilmiş bu film Çeçenistan Rusiya müharibəsindən bəhs edir. Filmdə sənədli kadrlardan da istifadə olunub. Olduqca ağır filmdir və psixoloji yükü çoxdur. Film bu günə qədər Rusiya ərazisində qadağandır.

18


Film Fiction | Yanvar, №5

20

Çekist (Чекист)

Bir Rusiya istehsalı filmdə bu cür səhnələr görmək doğurdan da maraqlıdır. 1992-ci ildə çəkilmiş "Qırmızı terror" mövzusundakı film hazırda Rusiyada qadağandır.

21

Xəyalpərəstlər (Dreamers)

Daha bir Bertoluççi filmi. Bu dəfə rejissorun 2003-cü ildə lentə aldığı "Xəyalpərəstlər". Parisdə 1968-ci ilin mayında baş verən hadisələr ərəfəsində seksual inqilabdan bəhs edən bu film nümayiş olunan gündən sərt tənqidlərlə üzləşdi. Açıq-saçıq səhnələrlə bol olan film tənqidlərə baxmayaraq sevildi.

22

Ülgüc (Saw)

Məşhur "Ülgüc" filmini bu siyahıya salmasaq ədalətsizlik olardı. Filmdəki zorakılıq, vəhşilik onu bu siyahıya layiq edir.

23

Zəhər (Poison)

Todd Heynsin 90-cı ildə ekranlaşdırdığı bu müəllif filmi kino tarixinin ən mübahisəli filmlərindən hesab olunur. Rejissor filmi 3 yerə bölərək- "Qəhrəman", "Qorxu", "Homo" adı altında 3 fərqli hekayəni birləşdirib. Filmdəki eyni cinsli seks səhnələri kəskin tənqidlərlə üzləşdi. Buna baxmayaraq film sənət əsəri kimi qəbul olundu.

19


Film Fiction | Yanvar, №5

24

Hostel

Cerard Domino tərəfindən 1972-ci ildə çəkilmiş kino tarixinin ilk tam metrajlı pornoqrafik bədii filmi. Cerardın bu cəsarətli filmi ciddi tənqidlərlə üzləşdi. ABŞ-ın 23 ştatında qadağan olundu. Bununla belə filmin yaradıcıları maraqlı bir xəbər yaydılar. Qadağalara rəğmən film 600 milyon gəlir gətirdi. Bunun sonradan bir çox tənqidçilər çox şişirdilmiş və əsassız bir məlumat olduğunu açıqladılar. Filmin uğuru porno biznesinin əsasını qoydu.

26

Kventin Tarantinonun prodüsserliyi ilə Elay Rotun ekranlaşdırdığı Hostel filmi də ən kəskin trillerdən biri kimi siyahıya layiqdir. Filmin titrlarında "real faktlar əsasında çəkilib" cümləsini rejissor bu cür izah edib: "Bir dəfə internetdə "tailand" masajı elanı gördüm. Elana əsasən müvafiq pul ödəyən hər kəs masaj edən şəxs üzərində öz sadist arzularını reallaşdıra və sonda hətta istəsə öldürə də bilər bildirilirdi. Mən bu saytın linkini Kventinə göndərdim və bununla da bu filmin ideyası yarandı. Amma doğrusu bu günə qədər nə mən, nə də Kventin həmin elanın doğru olub-olmamasını dəqiq bilmirik."

25

Böyük yudum (Deep Throat)

Sirli dəri (Mysterious Skin)

Qreqq Arakinin tərzinə uyğun gəlməyən bu filmin təqdimatı 2004-cü il Venesiya film festivalında oldu. Pedofiliya, homoseksualizm və sadizm məzmunu ilə dərhal hücumlara və geniş kütlə qadağalarına məruz qaldı.

27

Adi bir dəliliyin tarixçəsi (Tales of ordinary madness)

Çarlz Bukovskinin eyni adlı əsəri əsasında Marko Ferrari tərəfindən lentə alınıb. Filmə

20


Film Fiction | Yanvar, №5 nəzər salsaq əmin olacağıq ki, yazıçı öz həyatından yazıb. Marko isə bu alovu daha da böyüdüb. İçki və qadın düşgünü bir şairin həyatından bəhs edən filmdə Ornella Mutti və Ben Hazzara çəkilib və filmdə olan kadrlar bir çox ölkələrdə nümayişinə qadağa qoyub.

28

Portağal mexanizmi (Clockwork orange)

Diqqət etmisizsə Kubrikin bu böyük filmi az qala bütün top-30 siyahılarımızda olur. Bu dəfə də siyahıdan kənar qala bilməzdi.

29

Böyük tıxlama (La Grande Bouffe)

Siyahıda son film Marko Ferrarinin məşhur pritçasıdır. "Qara yumor" janrında çəkilmiş filmin sujet xətti olduqca orijinaldı. Dörd

qurman dostun bir evdə olan ziyafəti fonunda baş verir hadisələr. Filmdə olduqca natural səhnələr yer alır ki, bu da ürək bulandırır. Yəni filmdən sonra iştahanız çəkilə də bilər.

30

Uşaqlar (Kids)

“Ken Park” filminin rejissoru Larri Klarkın ilk filmi. Film pedifiliya mövzusunda çəkilib. Bu film ona məşhurluq gətirmişdi. Filmdə uşaqların bir-birilə cinsi əlaqədə olma səhnələri üstünlük təşkil edir.

21


Film Fiction | Yanvar, №5

HEİST Film

Heist nəyisə oğurlamağa çalışan bir qrup insanın ətrafına hörülü qarışıq ssenarisi olan film janrıdır. Belə filmlərin komediya versiyaları “Caper” filmləri olaraq tanınır və film tarixindəki “Caper” hekayələrinin bənzəri olaraq da görülə bilər. Ümumi olaraq bir çox mövzu çaşdırmalarını ehtiva edir. Film obrazların bir plan qurma, onu tətbiq etmə və oğurlanacaq şeylərlə qaçmaları üstündə qurulur. Hekayədə nüfuzlu bir obraz və ya yandaşlarına, onlardan birinə xəyanət etmiş köhnə üzv olaraq qarşımıza çıxabiləcək bir cəzalandırıcı olur. Məğz. Belə filmlərin çoxunda hekayənin davam etdiyi üç əsas xətt var. İlkində soyğun üçün lazım olan hazırlıqlar edilir. Lazımi adamlar toplanır, soyulacaq olan yerin planı qurulur, soyğun anında istifadə ediləcək olan avadanlıqlar müəyyənləşdirilir və ən vacibi son səhnədə meydana çıxacaq olan çaşdırmalar üçün zəmin yaradılır.

İkinci hissədə soyğun reallaşdırılır. Çox az bir istisna ilə bu soyğun müvəffəqiyyətli olur, fəqət bu an bir neçə gözlənilməz hadisə də baş var. Üçüncü hissədə isə mövzunun əsas məğzi açığa çıxır. Obrazlar ya bir-birilərinə düşmən olur, ya da obrazlardan biri hadisəyə sonradan qarışacaq bəzi insanlarla razılaşma həyata keçirir. Normalda oğurluqda yer alan obrazların bir çoxu filmin sonunda ölür, oğurlanan mallar olmadan həbs cəzası alırlar. Fəqət xüsusilə hədəf əxlaqi olaraq aşağı bir dəyərə sahibsə (qumarxanalar, rüşvətxor insanlar və ya təşkilatlar və yaxud günahkarlar kimi) son dövrlərdə sui-qəsdçilərin müvəffəqiyyətli olması daha populyardır. Mövzudakı müxtəlifliklər. Formanın meydana çıxdığı vaxtda olduğu kimi, mövzuda əksik olan elementləri doldurmaq üçün tamaşaçının hadisəyə münasibətindən yararlanaraq film daxilində bir neçə xətti eyni

22


Film Fiction | Yanvar, №5 anda birləşdirmək 1950-ci illərdən sonra populyar olmağa başladı. Belə filmlərə (Touchez pas au grisbi) və “Quduz köpəklər” (Reservior Dogs) filmlərini misal göstərmək olar. Hər ikisində film soyğun bitdikdən sonra başlayır. Bəzi filmlərdə isə hadisə xətti davam etməz. Elə buna misal olaraq bir daha “Quduz köpəklər” və “Öldürmək” (The Killing) filmlərini göstərmək olar.

Son böyük iş. Heistin ən çox istifadə edilən formalarında biri də son böyük işdir. Burada bir qrup soyğunçu onlara sərvət və soyğundan sonsuza qədər uzaq bir həyat qazandıracaq son həmlələrini etmək üçün toplanırlar. İş bitdikdən sonra əldə edilə biləcək olan həyatla birlikdə təqdim edilən əlavə risk suspense üçün təbii bir mühit yaradır. Hekayə daha sonra soyğunun edilməsi, ya da əgər iş başdan tamamilə tərs gedirsə qalanların səylərini göstərən bir yolda davam edər. Bu filmlərə misal olaraq, (Sexy Beasy), Qəzəb (Heat), Nəticə (The Score) filmlərini gətirmək olar.

Əlaqəli film formaları. Heist bir çox bağlantılı film formalarından ən məşhurudur. Bu formaların hər biri detallı hazırlıq və dramatik bir nəticə tələb edən ortaq səyləri özündə cəmləşdirir. Misal olaraq həbsdən qaçış, sui-qəsd və ümumilikdə əks mövqedən, yəni qaçırılanların və xilasedicilərin gözündən göstərilən girov filmlərini göstərə bilərik. Bir neçə cəsus filmi də Heistə bənzər mövzularda çəkilmişdir. Əlavə olaraq filmlərdə Heistin model qəbul edildiyi hissələrin olması da məşhurdur. Məsələn “Milli sərvət” (National Treasure) filmində olduğu kimi…

Tarixi. Film Noirin 1940-cı və 50-ci illərdəki klassik periodu, Con Hyustonun “Asfalt Cəngəlliyi” (Asphalt Jungle), Stenli Kubrikin 1956-ci il istehsalı “Öldürmək” (The Killing) kimi filmləri heist janrını populyarlığa qovuşdurdu. Bu tarixdən etibarən oğurluq filmləri çox müxtəlif formalarda çəkilməyə başladı. Tarantinonun “Quduz köpəklər”ində olduğu kimi bu formalar ümumilikdə rejissorların yenilikçi, yaradıcı yönlərini meydana çıxardı. Müasir Hollivud filmlərində belə heist filmləri üstünlük təşkil edir. Sübut olaraq “Ouşenin 11 dostu” (Ocean's Eleven) və “İtalyan işi” (İtalian Job), “Əgər bacarsan tut məni” (Catch Me If You Can), “Qan və şərab” (Blood and Wine), “Adi şübhələr” (The Usual Suspects), “Kartlar, pullar və iki silah” (Lock, Stock and Two Smoking Barrels) filmlərini göstərmək olar.

23


Film Fiction | Yanvar, №5

SİTATLAR

Cənubda zəncilər və bəyazlar eyni maşına minməzdilər. Maşının sürücüsü zəncidirsə, o artıq başqa məsələ... Kadillak Studiyası (Cadillac Records)

İstəkləriniz istiqamətində yaşamaq sizi əsla xoşbəxt etməz. Gerçək mənada insan olmaq fikirlər və ideallar üçün yaşamaq deməkdir. Həyatınızı istədiklərinizin nə qədərini əldə etdiyinizlə deyil, yaşadığınız səmimiyyət, qayğı və fədakarlıqla ölçmək deməkdir. Çünki sonluqda öz həyatlarımızı önəmli etmənin tək yolu digər insanların yaşamlarına dəyər verməkdir. Devid Qeylin həyatı (The Life of David Gale)

Həkim: Son dəfə həbsə 15 yaşındakı bir qıza təcavüz etməkdən girdiyin həqiqətdir? Randel Patrik MakMörfi: Bəli, doğrudur, amma həkim, 15 yaşında olmasına baxmayaraq 35 yaşında biri kimi görsənirdi və mənə 19 yaşında olduğunu və bu iş üçün çox istəkli olduğunu söyləmişdi. Əslində baxın, qızı görsəydiniz qətiyyən 15 yaşında olduğunu deməzdiniz. Məncə bunun dəliliklə bir əlaqəsi yoxdur, mənim yerimdə kim olsa bunu edərdi. Heç bir kişi bunu rədd etməzdi. Bu səbəbdən həbsə girdim və indi də mənə axmaq kimi davranmadığım üçün dəli olduğumu deyirlər, bu mənim vecimə belə deyil, əgər dəlilik budursa, bəli mən dəliyəm, amma məni dəyişdirə biləcəklərini düşünürlərsə həqiqətən çox aldanırlar. (One Flew Over the Cuckoo’s Nest)

Ölməkdən qorxmuram, kifayət qədər yaşamamış olmaqdan qorxuram. Mr. Heç kim (Mr.Nobody)

24


Film Fiction | Yanvar, №5

-Sənə sonunu bilmədiyim bir hekayə danışım? -Danış! -Səni sevirəm. Kasablanka (Casablanca)

Bir şəkil həyatımı dəyişdirə bilərdi. Amma Allahın Şəhərində qaçsanız ölərsiniz, qalsanız yenə də ölərsiniz. Uşaqlığımdan bəri bu həmişə belə olub. Allahın Şəhəri (City of God)

Pul silahdır, amma siyasət tətiyi nə vaxt çəkəcəyini bilməkdir. Xaç atası (The Godfather)

Köhnə bir zarafat var, bilərsiniz. İki yaşlı qadın dağ başında bir restoranda yemək yeyirlər. Biri “lənət olsun” deyir, “Yeməklər nə qədər də bərbaddı.”. Digəri “Bəli” deyir, “üstəlik nə qədər də azdı”. Yəni bu mənim həyat haqqındakı düşüncəmin qısa izahıdır. Həyat yalnızlıq, səfillik, acılar və bədbəxtliklərlə doludur, amma kaş ki, bu qədər qısa olmasaydı. (Annie Hall)

Qohumlarımız tanrı vergisidi, amma yaxşı ki, dostlarımızı özümüz seçə bilirik. Mari və Maks (Mary and Max)

25


Film Fiction | Yanvar, №5

Tibetdə bir söz var: “Əgər bir problem həll oluna bilirsə, narahatlığa əsas yoxdu. Əgər həll edilə bilmirsə, onda narahat olmağın bir xeyri olmaz.” Yeddi il Tibetdə ( Seven Years in Tibet) Hər şey dəyişir. Qadınlar və kişilər dəyişir. Bundan min il sonra qadın-kişi deyə bir şey qalmayacaq. Hər kəs eynicinsli olacaq və məncə bu əla olar. (Trainspotting)

Ədalət küçədə yerini tapır. Məhkəmə üç adlı vəkilləri, kostyumları olan varlılar üçündür. Pulun varsa, məhkəməni ala bilərsən. Amma küçədə ədalətin qarşılığı yoxdur. Yuxulular (Sleepers)

Boks qəribə bir şeydi. Çünki içindəki hər şey geriyə doğrudur. Sola getmək istəyirsənsə, sola addım atmırsan. Sağ ayağınla addım atırsan. Sağ tərəfə hərəkət etmək üçün isə sol ayağından istifadə edirsən. Ağrıdan qaçmaq yerinə, eynilə çılğın birinin edəcəyi kimi ona doğru addım atırsan. Boksdakı hər şey geriyə doğrudur. Million dollarlıq qız (Million Dollar Baby)

Bir gün biri məni öldürəcəksə, bunu işi olduğu üçün yox, mənə nifrət etdiyi üçün öldürməsini tərcih edirəm. (Dog Day Afternoon)

26


Film Fiction | Yanvar, №5

Bu dünya silah satıcılarına qalacaq, çünki hər kəs bir-birini öldürməklə məşğuldur. Bu həyatda qalmanın tək sirridi. Əsla müharibəyə girmə. Əsasən də özünlə... Müharibə Lordu (Lord of War)

Deyirlər ki, burda bir kəpənək qanad çırpsa, Atlantik okeanda fırtınaya səbəb ola bilər. Bax biz hər birimiz eyni ilə o kəpənək kimiyik, fəqət bir fərqimiz var – bizim kəpənəyimiz fırtınaya səbəb olmur. O, qanadlarını açar və fırtınaya qarşı durar. Papillon

-Şəkildə cinayətkar kimi görsənirəm, baxın dostlar, elə görünürəm deyilmi? -Doğurdan dostum, sən niyə həbsə düşmüsən? -Cinayətdən. Yol

-Balaca bir qız olarkən, böyüdüyün zaman xidmətçi olacağını bilirdinmi? -Bəli, xanım. Bilirdim. -Hardan bilirdin? -Anam da xidmətçi idi. Onun anası da ev xidmətçisi idi. Kömək (The Help)

27


Film Fiction | Yanvar, №5

Yuxunda pis şeylər olduğunu görürsənsə, bu hələ mübarizə aparırsan, hələ həyatdasan deməkdir. Yuxunda yaxşı şeylər görməyə başlayırsansa, bax o vaxt narahat olmalısan. Yol (The Road) Bir ölkədə namuslu insanlar ən az namussuzlar qədər cəsur olmadıqca o dövlət üçün qurtuluş yoxdur. Siciliyalı (Sicilian)

İndi qulaq asın! Zəncilərə nifrət edəcəyik. Bu gün edəcəyimiz tək iş zəncilərə nifrət etmək olacaq. Bütün gün zəncilərə nifrət edəcəyik. Zənci kimdir bilmirəm, amma onlara yenə də nifrət edirəm. Amerikanın X tarixi (American History X)

-Artıq bir aydır onunla birlikdəyəm, amma sadəcə sinəsinə toxunmağıma icazə verir. -Katolikdir axı. Bunlar belə olurlar. Bir qızla yatmaq istəyirsənsə bir protestant tapmalısan. Yəhudilər də yaxşıdırlar. Mənimlə qal (Stand by Me)

28


Film Fiction | Yanvar, №5

10 il öncə Alabamada bir barda idim. İki adam mənə sataşdı. Bu ilk səhvləri idi. Bıçaq çıxartdılar və mənə tərəf doğrultdular. Bu ikinci səhvləri idi. İstifadə etməyi bilmirlərdi. Etdikləri ən son səhv bu oldu. Alkatrasdan qaçış (Escape from Alcatraz)

Sənə səssiz qalma bacarığı haqqında danışılıb, Vatson. Bu səni çox dəyərli bir dosta çevirəcək. Şerlok Holms (Sherlock Holmes)

İntihar həyatına son vermənin tək yolu deyildir. Divara qarşı (Duvara Karşı)

29


Film Fiction | Yanvar, №5

Maraqlı faktlar göstərilir. Maraqlıdır ki, filmdə şirinlərin təmsil etdiyi çox fərqli ünsürlər də var. Məsələn, Şirin qız – feminizmi, Güclü – igidliyi, Yaraşıqlı – gender bərabərliyini təmsil edir.

Hindistanda hər il kinoteatra 3.000.000.000 bilet satılır.

ABŞ-da qadağan olunan cizgi filmi Şirinlər. 1990-cı illərdə ABŞ-da “Şirinlər” cizgi filmi qadağan edilmişdi. Bunun çox maraqlı səbəbi var idi. Şirinlər cizgi filminin müəllifi olan Peyo Amerikalı olsa da, sosialist idi. O, yaratdığı filmi ilə bir ismarıc göndəribmiş. Amerikaya qarşı bu yolla təbliğat aparmaq istəmişdir. Diqqəti çəkən əsas məqamlar şirinlərin var-dövlət olmadan kommunal bir yaşayış tərzi keçirmələri, Şirin babanın Karl Marksa oxşaması və qırmızı rəngdə papaq qoymasıdır. Süjet xəttinə əsasən, hər bir kəs öz işini görür, hər kəs eyni geyinir və xoşbəxtdir. Cizgi filmindəki şirinlərin düşməni Qarqamel keşiş cübbəsi geyinir və dini təmsil edir. O, qızıl və pul düşkünüdür. Bununla kapitalizmə işarə edilir. Qarqamelin pişiyinin adı Azmandır. Orijinalda isə əsl adı Əzrail kimi

Çox sevilən, hətta kreslosu belə hazırlanan Şrek Animasiya qəhrəmanı həqiqətən var imiş. Maurike Tillet 1903-cü ildə Fransada dünyaya gəlmiş, hətta 14 dildə danışa biləcək qədər ağıllı biriymiş. Ayrıca da yaxşı bir şair imiş. 20 yaşında olarkən nadir bir xəstəlik keçirtdiyi üçün sümükləri həddindən artıq çox böyümüş və görünüşündə ciddi dəyişikliklər olmuşdur. Görünüşündən çox utanan Tillet Amerikaya köçmüş və Fransız mələyi adı ilə peşəkar güləşçi olmuşdur. Ona verilən ad isə Rinqlərin qorxunc divi olub. Karyerasında ən böyük uğuru 1994-cü ildə AWAW (American Wrestling Association World) çempionu Stiv Kasetə qalib gəlməsi olub. Daha sonrakı illərdə Tillet iş adamı Patrik Kellinin də daxil olduğu çox insanın ona dostcasına yanaşmalarına baxmayaraq tərkidünyalığa çəkilmiş və 1954-cü ildə infarktdan dünyasını dəyişmişdir. Dünya çempionu Bobi Manaqof tərəfindən özünün də razılığı olmaq şərti ilə 3 ədəd plastik üz maskası hazırlanmışdır. Maskalardan biri Milo Steynborna verilmişdir. Sonradan bu maska York Barbel muzeyinə bağışlanılmışdır. İkinci Patrik Kelliyə verilmiş, illərlə onun ofisindəki masasında qalmışdır. Üçüncü maska isə

30


Film Fiction | Yanvar, №5

Loşadakı Beynəlxalq Dünya Muzeyinə bağışlanılmışdır. Tilletin 1950-ci ildə Luyis Link tərəfindən düzəldilmiş kiçik büstü Cərrahiyyə Elmləri Muzeyində saxlanılmaqdadır.

Misir kraliçasının adı ilə adlanan filmdə Kleopatra rolunu oynayan Elizabet Teylor 65 dəfə paltar dəyişib. Bundan başqa Madonna Alan Parkerin “Evita” adlı filmində 85 dəfə paltar dəyişib.

Xaç Atası filmindəki Don Karleone roluna ilk əvvəl Lourens Olivye dəvət olunmuşdur. İmtina etdikdən sonra həmin rolu Marlon Brando peşəkarlıqla ifa etmişdir.

Ən çox adı çəkilən film personajı Şerlok Holmsdur.

Kinematoqrafiya tarixində ən ucuz film 1903-cü ildə çəkilən "Qatarın oğurlanması" hesab olunur. Bu filmin ərsəyə gəlməsinə 100$ pul xərclənmişdi, gətirdiyi gəlir isə 20.000$ olmuşdu.

Havannada kinoya biletin qiyməti 10 sentdir. Vivyen Li deyir ki, Oskar heykəlini mən evdə tualet kağızını saxlayan bir əşya kimi istifadə edirəm..

31


Film Fiction | Yanvar, №5

Filmlərdə ən çox işlədilən söz məlum olub. Bu “Cənab” sözüdür.

Ən böyük video studiya Hollivuddakı “Universal City” studiyasıdır. Hər biri 170 hektar olan 34 paviliondan ibarətdir.

“Lawrence of Arabia” filmində heç bir danışan qadın obrazı yoxdur. Buna baxmayaraq film 4saat davam edir. Elizabeth Taylorun iştirakı ilə çəkilmiş Kleopatra filminin Misirdə yayımlanması qadağan olunmuşdur. Səbəb isə aktrisanın yəhudi soyundan olması idi.

2 saatlıq film lentinin uzunluğu 3200 metrdir.

Pulp Fiction filmində oynamaq təklifini rədd edən Uma Turmana rejissor Kventin Tarantino zəng edərək telefonda ssenarini izah etmiş və onu bir təhər yola gətirə bilmişdir.

Ən çox ekranlaşdırılmış əsər Edgar Poya məxsusdur. Onun 114 əsəri ekranlaşdırılıb.

32


Film Fiction | Yanvar, №5

“In the Heat of the Night” filminin bir kadrını çəkmək üçün rejissor 263 ədəd saqqız çeynəmişdir.

Filmlərdə ən çox yer alan idman növü boksdur.

İkinci dünya müharibəsi zamanı qənaət məqsədi ilə "Oskar"ları metaldan deyil, taxtadan hazırlayırdılar.

18. Oskar mükafatının ən gənc ulduzu 1934-cu ildə 6 yaşlı Shirli Tempil olmuşdur.

“The Matrix Reloaded" və "Mr. & Mrs. Smith” filmindəki 17 dəqiqəlik vuruşma səhnəsinə 40 milyon dollar vəsait xərclənib.

Yunanıstanın iqliminə görə, demək olar ki heç bir kinoteatrın dam örtüyü yoxdur.

Papeye personajı (Temel reis kimi tanınan) həyatda yaşamış Frank adlı dənizçinin obrazıdır.

Bugs Bunny personajı bir müddət Happy Rabbit adlanırdı.

33


Film Fiction | Yanvar, №5

Müsahibə

Bu sayımızda “Müsahibə” rubrikamızın müsahibi tanınmış türk rejissor Nuri Bilgə Ceylandır. Film çəkmək ehtirası... Kino hamı kimi mənim də ən çox sevdiyim bir şey idi. İki yaşımdan on yaşıma qədər uşaqlığımın keçdiyi Yenicə qəsəbəsində deyəsən üç kinoteatr var idi- indi təbii ki, heç bir dənə də yoxdur. Lojada ailələr oturardı. Əsl sosiallaşma yeriydi: antrakt zamanı üst mərtəbədə oturan qızlara baxardıq. Təxminən hər gün gedərdik kinoya və hər gün də müxtəlif filmlər olardı. Təbii ki, o vaxt ən çox aktyorlara pərəstiş edərdik: Cüneyt Arkın hamımızın kumiri idi. Çizgi-roman oxumağı da çox sevirdim, çizgi-romanla kinodan təxminən eyni ləzzəti alırdım. Bu qəsəbədən kənara çıxmağın bir yoluydu. Bəs sonra film çəkmək arzusu hardan yarandı? Dəqiq yadımda deyil, deyəsən İstanbula

gəldikdən sonra- on altı yaşımdaydımSinematekdə Berqmanın “Səssizlik” filminə baxmışdım. Bu film mənə çox təsir etdikinonun o günə qədər izlədiyim bütün filmlərdən başqa bir potensialı da olduğunu düşündüm. Ya mənim yaş dövrümə təsadüf etmişdi, ya o filmin özünün xüsusiyyətlərindən qaynaqlanırdı, bilmirəm, o filmi izləmək mənim kinoya olan marağımın cinsini bir anın içində çox ciddi şəkildə dəyişdirdi. O vaxtlar yavaşyavaş vizual sənətlərə də marağım yaranmışdı. Ad günümdə hədiyyə edilən fotoqrafiyanın texniki tərəflərindən bəhs edən bir kitab məni fotoqrafiyaya yönəltmişdi; bu, kino da çəkə biləcəyim haqqda, məncə, mənə ilk cəsarəti verən şeylərdən biriydi. Fotoqrafiyada yaratmağa çalışdığım atmosferə yaxın bir şey vardı “Səssizlik”də. Fotoqrafiyadan gətirdiklərim... Fotoqraflıq heç vaxt bir peşə kimi görünən bir

34


Film Fiction | Yanvar, â„–5

35


Film Fiction | Yanvar, №5 şey deyildi. O daha çox bir oyun kimi görsənirdi. Sinan adlı bir dostum vardı, bir yerdə məşğul olurduq fotoqrafiya ilə. “İnsanın əsl bir peşəsi olar, foto ilə də bir hobbi kimi məşğul olarsan”deyə bir düşüncə vardı bizdə. Ona görə də

mədəniyyətin və ailənin təsiri ilə əsl peşə ola biləcək sahələrə yönəldik, mühəndislik oxumaq da bir ideal kimi görsənirdi. Bir də normal məktəb- klub zad da olmadığı üçün o vaxtkı məktəblər də tam olaraq insanın həqiqi meyllərini ortaya çıxartmırdı. Beləcə mühəndisliyə yönəldik. Həmin o birlikdə işlədiyimiz dostum da, mən də Boğaziçi Universitetinin Mühəndislik Fakültəsinə girdik, “elektronik mühəndislik” ixtisasına. Orada da foto fəaliyyətimiz davam edirdi. Kino klubuna çox getməzdim, onsuz da onlar da film göstərməkdən başqa bir şey etmirdilər, amma çox yaxşı kinolar gətirirdilər. Boğaziçi Universitetinin film nümayişlərində Tarkovskini tanıdım, onun kimi bir çox başqa rejissorun da dünyasını kəşf etdim. Üçüncü kursda mühəndisliyə heç bir dəxlim olmadığımı anladım. Amma artıq çox gec idi. Bəlkə də əsgərlik ya da başqa səbəblər üzündən, birtəhər mühəndisliyi bitirdim. Bitirdikdən sonra

həyatda nə etmək gərəkdiyini düşünmək üçün uzun bir səfərə çıxdım. Hələ kino çox uzaq bir xəyal kimi görünürdü. Ayrıca sosiallığı çox

sevməyən və qapalı xarakterimlə də bu kino işinə uyuşmayacığımı düşünürdüm. Kino foto kimi tək başınıza məşğul ola biləcəyiniz bir şey deyil çünki. Təşkilati çətinliklər, insanları bir yerə yığmaq kimi məsələlər çox ağır və qarışıq bir şey kimi görsənirdi mənə. Fotoqrafiya ilə məşğul olmaq qərarı verərək döndüm Türkiyəyə. Və hətta xaricdən çox istifadə edilmiş bir neçə professional fotoaparat almışdım. Fikrim bu idi ki, Türkiyədə reklam fotoqraflığı ilə məşğul olaraq heç olmasa dolanışığımı təmin edim. Lakin bu iş də çox sıxıcıydı. Reklam dünyasını heç sevmədim. Həm münasibətlərimi, həm reklamın məzmununu. Çünki reklam, nəticədə, özü yalan danışmaq üzərində qurulmuş bir şeydir . Qeyd-şərtsiz, məhsulu olduğundan yaxşı göstərmək məcburiyyətindəsiniz.

Fotoqraflıq insana kino çəkmək cəsarəti verir. Çünki texnikaları eynidir. Eyni lentləri istifadə edirsən. Yalnız kinonun özünə xas digər özəlliklərini də bunun üstünə əlavə etmək lazımdır. Bilmədiyimiz, öyrənmək lazım olanlar heç olmasa azalır. Texniki məsələləri yaxşı bilməyin Türkiyədə çox faydalı olduğunu düşünürəm, çünki kino bazarında ümumiyyətlə texnikanı çox bilənlər azdır, həmişə standart texnikalar tətbiq olunur və onlardan kənara heç kim çıxmır; yəni texnikaya qarşı marağım bir az güvənsizlikdən qaynaqlanır. Sadəcə görüntüdə deyil, səsdə də texnikanı çox yaxşı öyrənmək məcburiyyətində olduğumu anladım və bunun çox xeyrini gördüm. “May sıxıntısı”nı səsli çəkdik. Ümumiyyətlə səsli çəkməyin çətin olduğunu deyirlər, amma əksinə, işiniz asanlaşdırır.

36


Film Fiction | Yanvar, №5

İlk film çəkilişləri... Kino çəkmək istəyirdim, ancaq hələ o vaxtlar bir şey edib- edə bilməyəcəyimizi yoxlamaq üçün video kameralar yox idi. Kinolentə də xeyli pul lazımdır, bilirsiniz, qısa film çəksəniz də. Bir az bilgi və cəsarət qazanmaq üçün kinorejissorluqda oxumağa qərar verdim və Memar Sinana qəbul oldum. Memar Sinanda iki il oxudum və sonra çıxdım, ancaq oxuduğum dövrlərdə video kamera yavaş-yavaş ortaya çıxmağa başlamışdı. Bir kamera aldım və bir neçə eksperiment keçirdim. Bu eksperimentlərin bəlkə də bir faizində, xoşumə gələn bir ruh hiss etdim və bunun verdiyi cəsarətlə “Koza”ya başladım, ilk 35 mm.lik qısametrajlı filmim 20 dəqiqəydi. “Koza” qəribə bir kinoydu, ssenarisi yox idi, ağlımda bir çox fikirlər var idi, ancaq çəkilişi çox uzun çəkdiyi üçün proses vaxtı bu fikirlər tez-tez dəyişirdi. Çox ucuz qiymətə köhnə rus kino-lentləri və kamera tapıb aldım. Universitetdən sonra bir qısametrajlı filmdə işləmişdim. Dostum Mehmet Eryılmazın çəkdiyi qısametrajlı bir film idi. Filmdə aktyor kimi çəkilmişdim, amma əsas məqsədim bütün mərhələləri görmək idi. Açığı bu filmdə işləməklə universitetdə öyrəndiyimdən daha çox şey öyrəndim, bu məni cəsarətləndirdi. O filmin çəkildiyi köhnə kameranı satın aldım. Ona görə aldım ki, çəkilişi uzatmaq istəyirdim, nə edəcəyim bəlli deyildi, ssenari barədə çətinlik çəkirdim. Hardasa bir ili keçdi o iyirmi

dəqiqəlik qısametrajlı filmin çəkilişləri. Şəkil çəkməyə getdiyim kimi Çanaqqalaya getdim. Anamı, atamı filmdə oynatdım, çünki qrupun hər zaman əlimi uzatdığımda orada ola biləcək insanlardan ibarət olması lazım idi. Sonda “Koza” deyə bir şey çıxdı ortaya. Bu filmin bir hissəsini tək başıma çəkdim və tək adamlıq fərqli assissentlər bəzən köməkçim oldular. Amma yenə də, çəkdiyim filmlərə baxdığımda ən çox əziyyət çəkdiyim film “Koza” olub, çünki bir dəfə başladığınızda və bir şey ortaya çıxdığında artıq cəsarət qazanırsınız. Düyün açılır. Aktyorlara işləməkdə Bressonun təsiri varmı? Bresson təbiilik arxasınca qaçan bir rejissor deyildi. Tam tərsinə, bəlli bir müsamərə havasını sevərdi. Aktyorun üzündə hissdən zəhləsi gedərdi və onu yox etmək üçün dalbadal təkrar etdirirdi və aktyorunu yaxşıca bezdirirdi, ondan sonra istədiyi şeyi əldə edirdi. Mənsə məşq etmədən, ilk çəkilişdə yaranan o spontan duyğunu sevirəm və onun üzərinə gedirəm daha çox. Bir səhnəni hazırlayarkən, kameranı yerləşdirərkən, hətta obyektivi seçərkən belə insan, özündən asılı olmayaraq çox sevdiyi rejissorların təsirində qala bilər. Bunlar filmlərimdə necə əks olunur tam olaraq bilmirəm, bunu bəlkə obyektiv bir göz daha yaxşı görə bilər, amma xüsusilə Ozu və Tarkovskinin mənə çox böyük təsiri olub. İnsanın müşahidələri də sənət əsərlərinin təsiri

37


Film Fiction | Yanvar, №5 ilə dəyişə bilir, dünyaya təsirlənmiş bir göz olaraq təkrar baxıb daha öncə görmədiyimiz detalları görməyə başlayırıq. Artıq qəbul edilmiş biliklərlə yaşayırıq və dünyayı doğurdan da olduğu kimi deyil, bizə öyrədildiyi kimi, elə olduğuna inandırıldığımız kimi görmək alışqanlığını çox tez mənimsəyirik. Minimalizm... Bu gün konkret olaraq hiss etdiyim şey, artıq hisslərimdəki kəskinliyin gedərək korlaşmaqda olduğudur. Ancaq heç cürə əmin ola bilmədiyim şey bunun sadəcə yaşlanmaqda olduğum üçünmü, yoxsa yaşadığımız çoxluqlar kültürünün təsiriyləmi olduğudur. Bu yaxınlarda qəzetlər yazmışdı. Səhv

xatırlamıramsa bir buddist rahib, lazımsız lüks içində yaşadığımızı isbat etmək üçün bir il ancaq su içərək yaşamış və həkimləri təəccübləndirmişdi. Səhhətində heç bir problem yaranmamışdı. Bu adama bu təhlükəli eksperimenti etməyə məcbur edən ağrının nə olduğunu bilirəm. Məncə buna oxşar bir ağrı məni də həyatda və kinoda eyni şeylərə zorluyur. Əslində minimalizmə meyl bizim mədəniyyətin içində yox deyil. Ancaq modern dünya və kapitalizm bunu məhv etmək üçün əlindən gələni edir. Qəsəbədə yaşayanda anamın ya da xalamın istifadə etdiyi dil, İstanbuldakı dildən ya da ədəbi dildən daha zəngin idi. Səslərdən davamlı yeni sözlər yaradırdılar. Bəlli bir durumu daha yaxşı ifadə etmək üçün yaradılan bu sözlər tək başına böyük bir bütünü tamamilə açığa çıxardar və bu durum dinləyicilər tərəfindən qəhqəhələr və ya nidalarla mükafatlandırılardı. Yəni yeni ifadə formaları tapmaq və köklü anlatım təşviq edilən bir rəftar idi. İndi kinoda yeni anlatım formaları yaratmaq cəhdinin və ya sadəliyin tamaşaçı əsasında bir mükafatı varmı? Eyni hekayələr eyni şablonlarla təkarlanır. Bu baxımdan kinoda Ozuya çox böyük hörmətim var. Ozunun minimalizmi kinosunun hər tərəfinə işləyib.

Texnikasına, mövzularına, formalarına. Ozu həmişə eyni filmi çəkir, həmişə eyni obyektivlə çəkir, eyni yüksəklikdən. Qəhrəmanlarının adları belə eynidir. Və eyni mövzulardan çəkir. Anlatımda da əsla var olan imkanların hamısını istifadə etməz, rədd edər. İlk vaxtlarında çox yüngül irəliyə doğru sürüşdürmə hərəkətləri varkən sonradan onları da atıbdır və gedərək formasını sadələşdirmişdir. Bəlkə də bu səviyyəyə çatmaq rejissor üçün bir imtahan olur. Rejissorların çoxu bu imkanları tapandan sonra kinolarını korlayıblar. Buna misal olaraq Kusturiçanı, Jim Jarmuschu göstərə bilərəm. Bressonun bu barədə gözəl bir sözü vardır: “İmkanların artdıqca edə biləcəklərin azalır” Hər yanıyla eksperimentlərin üstünlükləri... Artıq daha dərinliklərə açılmağın zamanı gəlib deyə düşünürəm. Bir növ trilogiyanın sonuna gəldim. Artıq Çanaqqalada film çəkəcəyimi düşünmürəm. Növbəti filmimi İstanbulda çəkməyi düşünürəm, bəlkə də bütün filmlərimi. Beynimdə qaralamasın cızdığım bir şey var. Yeni filmim yalnızlıq haqqında olacaq. Fəqət sujet hələ dəqiq deyil.

Filmlərimdə sınaqların hər mənada tamamilə mənim əlimdə olması barədə şikayətim yoxdur. Bəlkə bir az yorucu olması xaric. Amma az büdcəli və kommersiya xüsusiyyətlərindən tamamilə uzaq bir kino çəkmək, prodüsserlər, laboratoriya, yayım və kino sahibləri kimi istehsal mərhələsində davamlı bərabər olmaq və birlikdə işləmək məcburiyyətində olduğumuz dairələrdə həmişə daha az hörmət görməmizə, sizin üçün edilənlərin bir lütfmüş kimi edilməsinə səbəb olur. Əlinizdə olmadan sanki günahkarmışsınız

38


Film Fiction | Yanvar, №5 kimi bir hiss sizə yoldaşlıq edir. Belə mühitlərdə tək kriteriya tamaşaçı sayı kimi şeylər olduğundan min cür üstüqapalı tövsiyyə qulağınız eşidir. Sistem sizi də öz içində əritmək üçün əlindən gələni edir. Deməliyəm ki, bütün bunlardan təsirlənməmək heç də asan məsələ deyil. Balaca bir komandayla işləməyin üstünlüklərini saymaqla bitməz. Əvvəla, çəkilişləri istədiyiniz qədər uzada bilirsiniz, “prosesdə yaratmaq” şansı da yaradır bu. Üç gün çəkib, üç gün düşünə bilirsiniz və bu sizə çox da baha başa gəlmir, komanda 4 nəfərdən ibarətdirsə, onlar üçün bu ikinci 3 gün tətilə çevrilir. Siz o vaxt ağlınıza gələn yeni fikirləri filmə qata bilirsiniz. Eynilə bir yazıçının yazarkən obrazını istədiyi kimi istiqamətləndirə bilmə azadlığına bənzər bir azadlıq verir. Kinonu ola bildiyincə fotoya, rəsmə ya da ədəbiyyat kimi sənətə yaxınlaşdırır, istehsal şərtləri baxımından. Mənim də ən çox istədiyim şey budur. “May sıxıntısı”nın solğun rəngləri... “May sıxıntısı”nı mayın sonu və iyunda çəkdik, hətta iyula keçdi. Günəş çox parlaq idi və rənglər çox canlı çıxdı sınaq çəkilişində. Bir də “rəngli” çox hakim olduğum bir sahə deyil,

fotoqrafiyada da ağ-qara ilə işləyirdim. Buna bir çarə tapmaq gərəkdiyini düşündüyüm üçün bəzi texniki sınaqlar da etdik, kitablardan oxuduğum ya da xarici jurnallarda rastlaşdığım bəzi texniki məsələlərin Türkiyədə tətbiq etmək barədə Fono Filmi razı saldım. Və belə bir test etdik. Türkiyədə bir problem var: bizdə qaralar normal baskıda çox qara çıxmır, doyğun çıxmır. Bu tətbiq etdiyimiz eksperimentdə gördük ki, qaralar çox tündləşir, bu mənim tam istədiyim şey idi. İkincisi, bu rəngləri soldururdu ki, bu da tam istədiyim şey idi. Çox canlı olan rəngləri bir az soldurduq və bu məncə filmin beynimdəki ruhuna çox uyğun gəldi. “May sıxıntısı” 100 min dollara başa

gəldi. Bunun 30 min dollarını Efes Pilsen Verdi. Keçən il “Kasaba” filmiylə İstanbul Film Festivalında aldığım FİPRESCİ mükafatına əlavə olaraq verilən bir mükafat idi. Efes Pilsen ayrıca filmin təqdimat sponsorluğunu da öz üstünə götürdü. Bu da mənim üçün çox önəmli bir şey idi. Və bunu son dərəcə peşəkarcasına etdilər: filmin məzmununa qətiyyən qarışmadılar. “May sıxıntısı” “Qəsəbə” filmini çəkərkən müşahidə etdiyim şeylərdən meydana çıxdı. Bir də məni zaman-zaman – cavanlığımdan bərivarlığıyla həm təəccübləndirən, həm heyran

buraxan, həm də güldürən və özünəməxsus bir adam olan atamdan bəhs etmək arzusuyla ortaya çıxdı. Əvvəllər sadəcə atamı anlatmaq istəyirdim, sonra ona bəzi əlavələr etmək istədim. Kütahyada yaşayan qısametrajlı filmlər çəkən dostum Əhməd Uluçayın uşaqlığına aid danışdığı bir hekayə var idi. Bu hekayə də çox xoşuma gəlmişdi, bu hekayəni də hansısa bir formada ssenariya əlavə etmək istədim. Və ortaya belə bir ssenari çıxdı. Bu ssenarini sonra Əhməd Uluçayla bir yerdə üstündə 3 gün işləyərək bir az qaydasına saldıq. “May sıxıntısı” “Qəsəbə”yə nisbətən daha çox ssenariyə bağlı olan bir filmdir. Hər nə qədər, ilk baxışda spontan ortaya çıxan durumlar film kimi görünsə də onların hamısı incə bir şəkildə planlanmışdı. Filmi “Qəsəbə”dən fərqli olaraq, səsli çəkəcəyimiz üçün komandanı bir az böyütmək məcburiyyətində qaldıq. İsmail Karadaş tək başına səs işlərini edə biləcəyini dedi, daha doğrusu mən belə istədim. Lakin ətrafda camaata- seyr edənlərə, küçədən keçənlərənəzarət edəcək adam olmadığına görə işçilərin yad biri kimi görünməyəcək, camaatın arasına rahatca qarışacaq və özünü asanca unutdura biləcək görünüşdə olmalarına diqqət etdik.

39


Film Fiction | Yanvar, №5 Oynayanların bir qismi onsuz da qəsəbədən idi. Dolayısıyla, çox nəzərə çarmadan çəkiliş apara bilirdik. Bazarın ortasında çəkiliş apararkən belə artıq bir müddət sonra heç kim bizə baxmırdı. Bu işimizi asanlaşdırdı. Bir də zatən illərdir mənə alışmışdılar, orda şəkil çəkən, videoyla kino çəkən biri olaraq. Oyun oynayan bir uşaq kimi görünürdüm bəlkə də onların gözündə. Filmlərimdəki avtobioqrafik xüsusiyyətləri indi deməyim çox çətindir. Əslində artıq nəyin avtobioqrafik, nəyin uydurma olduğu bir müddət sonra adamın beynində qarışmağa başlayır. Festivalların əhəmiyyəti... Kommersiya filmlərinə heç bir marağım yoxdur, amma Metin Erksan və Yılmaz Güneyin filmlərini çox sevirəm. Təzələrdən də Zeki Demirkubuzu bəyənirəm. Mənim maraqlandığım kino hər vaxt fərdi kinodan çıxır. Dünyada harda olursa olsun. Bu Amerikadan da çıxa bilər. Hollivud kinoları eyni yeməyi təkrar-təkrar isidib qabağımıza qoyur. Və artıq təbii ki, tamaşaçı o qədər zombi bir vəziyyətə gəldi ki, bunun xaricindəki formalarla əlaqə qura bilməz oldu. Hətta kino tənqidçilərində belə tamaşaçıda baş verənlərin eynisini görməyə başladım. “Yorulmamaq” və “həzz almaq” bu iki kriteriya mənim canımı sıxır. Tamaşaçını yormasın deyə kinonun etdiyi təkcə sürəti artırmaq, dayaz sularda üzmək və texniki kəndirbazlıqlara mükafat verməkdən başqa bir şey deyil. Mənəvilik yaxşıca unudulub. Oysa sıxıntı da insan üçün önəmli və gərəklidir. İndi görürəm ki, ilk seyr etdiyimdə çox sıxıldığım bəzi filmlər indi həyatımın filmləri olublar. Bu nöqtədə hesab edirəm ki, festivalların öhdəsinə böyük bir vəzifə düşür. İstanbul kinofestivalının mənə böyük yararı olduğunu düşünürəm. İnsan ruhunun fərqli yönlərini oyandırması və günəş işığına çıxarması baxımından, fərqli filmlərlə bizi üz-üzə buraxdığı üçün- mənim qabağımda- yaxşı qapılar açmışdır. Bəzi filmlər sadəcə festivallarda nümayiş olunmaq imkanı tapır ancaq. Buna görə çox əhəmiyyəti var festivalların. Çox təəssüf ki, festivallar ancaq böyük şəhərlərdə olur. Bu fərqli filmlərin eynilə “Səssizlik” filminin mənə təsir etdiyi kimi- bir kəndə də birinə belə təsir edə biləcəyinə inanıram. Birdənbirə, yəni oyanmış kimi bir hiss

yaradacağına. Bu baxımdan Gezici Festivalını çox vacib hesab edirəm. Bir də televiziyaya çox önəmli vəzifə düşür burda. Kino çəkmək istəyənlərə tövsiyyələr... Əslində 4 illik bir təhsilin kino üçün çox uzun olduğunu düşünürəm. Məncə kino atelye tipli işlərə daha uyğun bir şeydir. Universitetdə çox yavaş gedir hər şey. Mən iki il təhsil aldım, dörd illik idi əslində. İki il sonra çıxdım. Universitetdə heç nə öyrənmədim- deyə bilmərəm, amma iki ildə daha çox şey öyrənmək olar. Atelye tipli bir işin içinə girmək və bir filmdə işləmək ən öyrədici şeydir. Bir də, artıq video kameralar var, video kamerayla çəkilib 35-ə köçürülmüş filmlər Kann kimi festivallarda belə ciddi mükafatlar ala bilirlər. Bir an əvvəl işə başlamaq lazımdır. Səhv etməkdən qorxmadan.

Kinonun gələcəyi və kommersiya filmləri... Kino barədə Hollivudun hara getdiyi bəllidir, amma bir şey çox şişirdilirsə mütləq ona bir reaksiya kinosu da bərabər gəlir. Dolayısıyla, çox ümidsiz görünmürəm: amma ən böyük ümidi də fərdi kinoda görürəm. Modern dünyanın tempi ilə daxili dünyam arasında fərqinə vardığım qeyri-nisbilik ya da uçurum mənim bir çıxış yolu tapmağımı çətinləşdirir. Xarici dünyanın ritminə, tempinə bir ayaq dirəmə, öz tempini dünyaya təlqin etmək kimi bir arzum var. Bunu bir misalla daha yaxşı izah edə bilərəm: “Koma” filmində bir rahib vardı Tokioda. Əlində balaca bir zəng vardı və o zəngi yavaş-yavaş cingildədərək, ayaqlarının ucunda yavaş-yavaş yolda yeriyirdi, ətrafında o tərəf bu tərəfə qaçan, işə vaxtında çatmağa çalışan son dərəcə sürətli bir dünya var idi və həmin insanlara bir növ “Yavaş ol!” çağırışı edirdi o rahib öz aləmində. Heç kim ona fikir vermirdi.

40


Film Fiction | Yanvar, №5

Əliabbas Qədirov

Yaradıcılıq imkanları romantik və realist aktyor məktəblərinin estetik göstəricilərinə, psixoloji mahiyyətinə, fəlsəfi dərinliyinə uyğundur. Daxilən hərarətli və ehtiraslı temperamentə, dinamik plastikaya malik aktyor idi. Oynadığı rollar janr xüsusiyyətlərinə görə fərqli, əlvan və bədii cəhətdən bitkin təsir bağışlayırdı. Onun aktyor təbiətində ilk baxışda “gizli” görünən, ancaq duzlu və cazibəli yumor idi. O, bu yumordan həssaslıqla, yığcam “xəsisliklə”, lakin bədii məziyyətləri cazibəli, könüloxşayan, müəyyən estetik meyar çərçivəsində peşəkar görünən bacarıqla istifadə edərdi. Əliabbas Qədirov oynadığı obrazlara ilk növbədə elmi-nəzəri əsaslarla yanaşır, xarakterin əsərdə kəsb etdiyi psixoloji-fəlsəfi qənaətlərin mahiyyətini müəyyənləşdirərdi. Səhnədə diqqətcil və həssas olardı, mürəkkəb mizanlar toplusunda oynamağı xoşlayan aktyor idi. Azərbaycanın məşhur qiraət ustalarından biridir, onun

ifasında Füzuli, Vaqif, Nəsimi, Sabir... kimi dahilərin poetik nümunələri lentə alınıb. Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946cı ildə Bakıda anadan olub. Bakıdakı 31, 176, 43, 36, 105 saylı orta məktəblərdə təhsil alıb. On birinci sinfi 105 saylı məktəbdə bitirib. Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. Dəmiryolçular klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub. Romantik, monumental tamaşalarda rolları oynamaq vərdişlərinin ibtidai əsaslarını həmin dram dərnəyində öyrənib. Elə aktyor olmağı da burada qətiləşdirib. O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sənət müəllimi, ixtisas kurs rəhbəri xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub.

Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının “Aydın” (Surxay), Hüseyn Cavidin “Azər”, Afanasi Salinskinin “Təbilçi qız” (Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb. Elə buna görə də Əliabbas Qədirov son kursda oxuyanda Mehdi Məmmədov onu Akademik teatrda quruluş verdiyi

41


Film Fiction | Yanvar, №5 Hüseyn Cavidin “Xəyyam” faciəsində Yusif roluna dəvət edib. Ancaq tamaşanın premyerası uzanıb və 12 mart 1970-ci ildə göstərilib. Elə bu səhnədə ilk addımından teatr ictimaiyyətinin nəzər diqqətində olub. O, 1970-ci il aprel ayının 6-dan Milli Dram Teatrının aktyoru olub. Məşhur aktyor 26 dekabr 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru təyin edilib. Aktyor Azərbaycan Dövlət Televiziyasında çoxlu tamaşalarda oynamış, uzun illər əvvəlcə gənclər üçün “Məşəl”, sonralar əyləncə xarakterli “Komediyalar aləminə səyahət” verilişlərinin aparıcısı olmuşdur. Onun oynadığı tamaşaların bir qismi televiziyanın “Qızıl fond”una daxildir. Onlardan Süleyman Sani Axundovun “Laçın yuvası” (Cahangir), Məmməd Muradın “Təkan” (Dilqəm), İlyas Əfəndiyevin “Atayevlər ailəsində” (Cahangir), Mirzə Fətəli Axundzadənin “Hacı Qara” (Heydər bəy), Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” (Fərhad), Mar Bayciyevin “Duel” (İsgəndər), Dazortsevin “Qəbula gələn sonuncu adam” (Kişi) əsərlərinin teletamaşasında Əliabbas Qədirovun yaradıcılığı daha parlaq şəkildə təcəssüm tapıb.

Əliabbas Qədirov teatrla yanaşı, kino aktyoru kimi də məşhurdur və böyük uğurlar

qazanıb. Hətta o, məhz kinorejissor Eldar Quliyevin çəkdiyi “Sevinc buxtası” iki seriyalı bədii fılmindəki Nazim roluna görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Aktyor bundan əlavə “Azərbaycanfilm” də “Xatirələr sahilində” (İmran), “Nəğmə dərsi” (Ata), “Nə yaxşı ki, Səməd Vurğun var” (Vaqif), “Bizim evin kişisi” (Mansur), “Qızıl uçurum” (Cəlil), “Qocalar” (Fəriz), “Babək” (Fəzl), “Dənizdən işarə” (Sultanov), “Sevinc buxtası” (Nazim) kimi kinolentlərinə çəkilib.

Vaxtilə, rejissor Hüseyn Seyidzadənin çəkdiyi eyniadlı filmdə Qatır Məmməd rolunu məharətlə ifa edib. Lakin Moskva “millətçi” ruhuna görə o fılmin ekrana çıxmasına icazə verməyib. Səhnə və ekran ustası Əliabbas Qədirov teatr və kino yaradıcılığındakı uğurlarına görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 17 may 1989-cu ildə isə xalq artisti fəxri adları ilə təltif olunub. 2006-ci ildə martın 8-də xalq artisti, «Şöhrət» ordeni laureatı, Azərbaycan Dövlət Akademik Dram teatrının bədii rəhbəri Əliabbas Qədirov 60 yaşında leykemiya xəstəliyindən (ağ qan xərçəngi) vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn edilib. Mənbə: Qəzetlər (İlham Rəhimli)

42


Film Fiction | Yanvar, №5

Oskar

Bu başlığı “Film Fiction” proqnoz kimi də qeyd etmək olardı. Çünki bu başlıq altında sizə fevral ayının 26-da baş tutacaq 84-cü Oskar mükafatının qaliblərinin uyğun nominasiyalar üzrə laureatlardan hansına veriləcəyini öz təhlillərimizə əsaslanaraq yazacağıq. Qalibləri iki cür seçmişik- “Mükafata daha çox layiq olan” və “Çox güman ki, veriləcək”.

Mükafata daha çox layiqdir: Həyat ağacı (Tree of life) Çox güman ki, veriləcək: Artist (The Artist)

Ən yaxşı film: Artist (The Artist) Döyüş atı (War horse) Həyat ağacı (Tree of life) Çox ucadan və çox yaxından (Extremely Loud & Incredibly Close) Parisdə gecə yarı (Midnight in Paris) Törəmələr (The Descendants) Xidmətçi (The Help) Zaman qoruyucusu (Hugo) Hər şeyi dəyişən insan (Moneyball)

Ən yaxşı aktyor: Corc Kluni Bred Pitt Qari Oldman Demian Bişer Jan Dyujarden

43


Film Fiction | Yanvar, №5 Mükafata daha çox layiqdir: Bred Pitt Çox güman ki, qazanacaq: Corc Kluni

Mükafata daha çox layiqdir: Maks Fon Syudov Çox güman ki, qazanacaq: Kristoffer Plammer

Ən yaxşı aktrisa: Runi Mara Mişel Uilyams Meril Strip Viola Devis Qlenn Klouz Mükafata daha çox layiqdir: Viola Devis Çox güman ki, qazanacaq: Meril Strip

Ən yaxşı ikinci dərəcəli aktyor: Kristoffer Plammer Cona Hill Nik Nolti Kennet Brana Maks Fon Syudov

Ən yaxşı ikinci dərəcəli akrisa: Berenika Bejo Cessika Cesteyn Melissa MakKarti Janet MakTir Oktavia Spenser Mükafata daha çox layiqdir: Bereniko Bejo Çox güman ki, qazanacaq: Bereniko Bejo

Ən yaxşı rejissor: Terens Malik Aleksandr Peyn Vudi Alen Martin Skorseze Mişel Hazanaviçus

44


Film Fiction | Yanvar, №5 Mükafata daha çox layiqdir: Terens Malik Çox güman ki, qazanacaq: Martin Skorseze

Ən yaxşı animasiya: Çəkməli pişik ( Le Maître chat ou le chat botté) Pişik ömrü (Une vie de chat) Kunq Fu panda-2 (Kung-Fu panda 2) Ranqo (Rango) Çiko və Rita (Chiko and Rita) Mükafata daha çox layiqdir: Ranqo (Rango) Çox güman ki, qazanacaq: Çəkməli pişik (Le Maître chat ou le chat botté)

Ən yaxşı ssenari: Enni Mumolo Kristen Uiq Vudi Alen Ceys Si Çendor Əsgər Fərhadi Mişel Hazanaviçus Mükafata daha çox layiqdir: Əsgər Fərhadi Çox güman ki, qazanacaq: Vudi Alen

Ən yaxşı operator: Emanuel Lyübeski- Həyat ağacı (Tree of life) Yanuş Kaminski- Döyüş atı (War horse) Robert Riçardson- Zaman qoruyucusu (Hugo) Ceff Kronenvet- Əjdaha tatulu qız (The Girl with the Dragon Tattoo) Qiyom Şiffman- Artist (The Artist) Mükafata daha çox layiqdir: Zaman qoruyucusu (Hugo) Çox güman ki, qazanacaq: Zaman qoruyucusu (Hugo)

Ən yaxşı uyğunlaşdırılmış ssenari: Mart İd-ləri (The Ides of March) Törəmələr (The Descendants) Zaman qoruyucusu (Hugo) Hər şeyi dəyişən insan (Moneyball) Cəsus, rədd ol! (Tinker Tailor Soldier Spy) Mükafata daha çox layiqdir: Hər şeyi dəyişən insan (Moneyball) Çox güman ki, qazanacaq: Törəmələr (The Descendants)

45


Film Fiction | Yanvar, №5

Ən yaxşı montaj:

Ən yaxşı səs montajı:

Artist (The Artist) Əjdaha tatulu qız (The Girl with the Dragon Tattoo) Törəmələr (The Descendants) Zaman qoruyucusu (Hugo) Hər şeyi dəyişən insan (Moneyball) Mükafata daha çox layiqdir: Artist (The Artist) Çox güman ki, qazanacaq: Artist (The Artist)

Döyüş atı (War horse) Əjdaha tatulu qız (The Girl with the Dragon Tattoo) Tələsmə (Drive) Transformerlər-3 (Transformers: Dark of the Moon) Zaman qoruyucusu (Hugo) Mükafata daha çox layiqdir: Zaman qoruyucusu (Hugo) Çox güman ki, qazanacaq: Zaman qoruyucusu (Hugo)

Ən yaxşı vizual effektlər:

Ən yaxşı səs: Döyüş atı (War horse) Əjdaha tatulu qız (The Girl with the Dragon Tattoo) Transformerlər-3 (Transformers: Dark of the Moon) Zaman qoruyucusu (Hugo) Hər şeyi dəyişən insan (Moneyball) Mükafata daha çox layiqdir: Zaman qoruyucusu (Hugo) Çox güman ki, qazanacaq: Döyüş atı (War Horse)

Meymunlar planetinin qalxması (Rise of the Planet of the Apes) Harri Potter və ölüm hədiyyələri-2 (Harry Potter and the Deathly Hallows: Part 2) Canlı dəmir (Real Steel) Transformerlər-3 (Transformers: Dark of the Moon) Zaman qoruyucusu (Hugo) Mükafata daha çox layiqdir: Zaman qoruyucusu (Hugo) Çox güman ki, qazanacaq: Zaman qoruyucusu (Hugo)

Ən yaxşı soundtrack: Artist (The Artist) Döyüş atı (War horse) Tin-Tinin macəraları: Təkbuynuzun sirri (The Adventures of Tintin: The Secret of the Unicorn) Zaman qoruyucusu (Hugo) Cəsus, rədd ol! (Tinker Tailor Soldier Spy) Mükafata daha çox layiqdir: Artist (The Artist) Çox güman ki, qazanacaq: Artist (The Artist)

Ən yaxşı musiqi: Mapetlər (Man or Muppet) Rio (Real in Rio)

Ən yaxşı bədii quruluş: Artist (The Artist) Döyüş atı (War horse)

46


Film Fiction | Yanvar, №5 Harri Potter və ölüm hədiyyələri-2 (Harry Potter and the Deathly Hallows: Part 2) Zaman qoruyucusu (Hugo) Mükafata daha çox layiqdir: Artist (The Artist) Çox güman ki, qazanacaq: Döyüş atı (War horse)

Ən yaxşı kostyum: Anonim (Anonymous) Artist (The Artist) Ceyn Eyr (Jane Eyre) Biz sevgiyə inanırıq (W.E) Zaman qoruyucusu (Hugo) Mükafata daha çox layqidir: Ceyn Eyr (Jane Eyre) Çox güman ki, qazanacaq: Ceyn Eyr (Jane Eyre)

Zülmətdə (İn darkness)- Polşa Boşanma (A Seperation)- İran Mükafata daha çox layiqdir: Boşanma (A Seperation) Çox güman ki, qazanacaq: Boşanma (A Seperation)

Ən yaxşı qısa metraj animasiya: Bazar günü (Sunday) Vəhşi həyat (Wild life) Ay (Moon) Səhər gəzintisi (A morning stroll) Mister Morris Lesmorun uçan kitabları (The Fantastic Flying Books of Mr. Morris Lessmore)

Ən yaxı qısametraj film: Sahildə (The Shore) Pentekost (Pentecoast) Atlantikanın o biri tərəfində (Tuba Atlantic) Dünənə gəzinti (Time freak) Radju (Raju)

Ən yaxşı sənədli film:

Ən yaxşı qrim: Harri Potter və ölüm hədiyyələri-2 (Harry Potter and the Deathly Hallows: Part 2) Dəmir ledi (The Iron lady) Sirli Albert Hobbs (Albert Nobbs) Mükafata daha çox layiqdir: Harri Potter və ölüm hədiyyələri-2 (Harry Potter and the Deathly Hallows: Part 2) Çox güman ki, qazanacaq: Harri Potter və ölüm hədiyyələri-2 (Harry Potter and the Deathly Hallows: Part 2)

Ən yaxşı əcnəbi dildə film: Öküz baş (Bullhead)- Belçika Cənab Lazar (Monsieur Lazhar)- Kanada Qeyd (Footnote)- İsrail

Cəhənnəmə getmə və qayıtma (Hell and Back Again) Əgər ağac düşərsə (If a Tree Falls: A Story of the Earth Liberation Front) Məğlubolmaz (Undefeated) Pina: Ehtiraslı rəqslər (Pina) İtirilmiş cənnət-3 (Paradise Lost 3: Purgatory)

Ən yaxşı qısa metrajlı sənədli film: Birminqem bərbəri (The Barber of Birmingham: Foot Soldier of the Civil Rights Movement) Tanrı Elvisdir (God Is the Bigger Elvis) Yeni Bağdadda insident (Incident in New Baghdad) Üzün xilası (Save face) Sunami və gilas çiçəyi (The Tsunami and the Cherry Blossom) Nuri Bilgə Ceylanın "Bir zamanlar Anadoluda" filmini "Ən yaxşı əcnəbi dildə film" nominantları arasına salmadıqları üçün Oskar Amerika Kino Akademiyasını bağışlamırıq!

47


Film Fiction | Yanvar, №5

Naşit ailəsi

Naşit bəy 1928-ci il yanvarın 1-də "Şahzadəbaşı teatrı"nın ikinci mərtəbəsində anadan olmuş körpəsinin qulağına pıçıldadı: "Sənin adın Səlim olacaq!" Naşit bəyin ən böyük ikinci arzusu məhz övlad sahibi olmaq idi. Birincisi isə teatr səhnəsindən tamaşaçıları doyunca güldürmək. Aktyor olmaq istəyini heç cür həkim ata və anasına anlada bilməmişdi. Nəticədə valideynləri onu Baytar məktəbinə yazdırıb, gələcəkdə baytar olmasını gözləyirdilər. Amma bu gözləməyin bir mənası olmadı. Demək olar hər gün dərsdən qaçıb teatr tamaşalarına gedirdi. Bu onun atasının qulağına çatdı və ilk dəfə olaraq Naşit atası ilə ciddi söhbət etdi və nə olursa olsun aktyor olacağını bildirdi. Atası oğlunun qərarına çarəsizcə razı olmaq məcburiyyətində qaldı. Sonralar oğlunun tamaşalarının birində oldu və anladı ki, həqiqətən Naşit aktyorluq üçün doğulub. Naşitə "Sultan Həmidi güldürən adam" deyirdilər. Saray teatrında o zamanların gülüş kralı Abdi Əfəndi kulis arxasına gələrək onu öz davamçısı elan etmişdi. Teatrda hər şey əla olsa da, ailəsində vəziyyət başqa cür idi. Çünki Naşitin həyat

yoldaşı Ləman xanım ona heç cür övlad bəxş edə bilmirdi. Tək səbəb də bu deyildi. Çünki, Naşit erməni soylu Amelya adlı aktrisaya aşiq olmuşdu və bu sevda onu heç cür rahat buraxmırdı. Amelyanın elçiləri isə bitib tükənmirdi. Bunlar Naşiti daha da əsəbi edir, aktyor özünə yer tapmırdı. Və nəhayət bir gün Ləmandan ayrıldı və Amelya ilə evləndi. Bu evlilikdən onların Səlim və Adilə adlı oğlan və qız övladları dünyaya gəldi. İllər keçir, uşaqlar böyüyürdü. Hər iki uşaq ataları kimi aktyor olmaq istəyirdilər. Ən çox isə Səlim. Naşit isə Səlimi həkim görmək istəyirdi. Eyni ilə bir zamanlar atasının onu məcbur baytar etmək istəməsi kimi... Səlimin sünnəti zamanı heç kim əslində olduqca xoşbəxt görünən ailənin necə pis günlər keçirdiyini təsvir edə bilməzdi. Aktyorun əsəbləri gərgin olduğundan teatrı buraxmışdı. Dolanışıq üçün isə pul lazım idi. Naşit bir gecə qapısını döyüb ona lotoreya reklamının siması olmaq təklifi verən şəxslərə də "hə" cavabı vermişdi. Bu bir kral üçün biyabırçılıq idi, amma Naşit ailəsinə görə məcbur olmuşdu. Amma bu iş aktyorun qüruruna toxunurdu və çox keçmədən o, bu işi buraxır. Son ümidi yenə teatr

48


Film Fiction | Yanvar, №5 idi və yalandan "sağalmışam" deyərək səhnəyə qayıtdı. Amma vəziyyəti daha da pisləşdi. Psixi pozğunluq yaşayan aktyor tamaşalar zamanı lapdan sözləri, özünü unudur, əsməyə başlayır, özünü idarə edə bilmirdi. 1942-ci ildə "Ruh və əsəb xəstəxanası"na yatırıldı. 3 ay müalicə aldı və evə yazıldı. Amma səhhətində yaxşılığa doğru heç bir dəyişiklik yox idi, əksinə daha da dözülməz olmuşdu. Adicə xörəyin çox duzlu olmasına görə evdə dava-dalaş salırdı. Bir səhər isə Səlim ona şorba içirərkən vəfat etdi. Sevimli atalarının ölümü uşaqları pərişan etmişdi. Artıq teatr haqda düşünmürdülər. Ancaq dolanışıq üçün işləyirdilər. Hər ikisi geyim dükanına işə düzəlmişdilər və bu onlar üçün çox ağır idi. Səhnə üçün çırpınırdılar. Günlərin bir günü Adilə Şəhər teatrına rəfiqəsini görməyə gedir və həmin gün Fərih Egemenlə tanış olur. Egemen onu truppaya yazdı və

bununla da Adilənin arzusu gerçəkləşdi. Amma Səlimin vəziyyəti pis idi. İşdən də qovulmuşdu. Bunu evdə anasına necə deyəcəyini düşünərkən anası yemək bişirib, kafelərə verəcəyini bildirdi. Yəni evə pul gələcəkdi...

Bir gün isə Amelya xanım dözməyərək uşaqlarının əlindən tutub Muammer Karacanın yanına getdi və uşaqların aktyor olmaq üçün çırpındıqlarını dedi. Muammer Naşitin dostu idi və onun arvadının bu xahişini yerə sala bilməzdi. Uşaqlara tamaşalarda rol verəcəyinə söz verdi. Adilə bu qərardan xoşbəxt olarkən o illərin məhşur aktrisası Şevkiye May kulis arxasında qızcığazın ürəyini qırdı. "Bax, Adilə, səni bir bacı kimi sevirəm, amma bu boyla və görkəmlə səndən aktrisa olan deyil" -dedi Adiləyə. Bu söhbətin üstündən çox keçməmiş Adilənin iştirakı ilə tamaşaya baxan Şevkiyə aktrisadan üzr istədi.

Adilənin uğurları fonunda Səlimin işləri yenə düz getmirdi. Karaca teatrında ona axmaq və ikinci dərəcəli yadda qalmayan rollar verilir, bundan başqa işıq qurmaq, dekor düzəltmək kimi işlər tapşırılırdı. Bu Səlimə təsir edirdi. Nəhayət dözməyərək əsgərliyini bəhanə edib, teatrdan ayrılır. Bu ərəfədə bacısı Adilə aktyor yoldaşı Ziya Keskinerdən evlənmə təklifi aldı və bu təklifi qəbul etdi. Əsgərlikdən qayıdan Səlim bacısının xahişi ilə yenidən Karaca teatrına qayıtdı. 1952-ci il Naşit ailəsi üçün iki gözəl hadisə ilə əlamətdar oldu. Səlim Sotiriya adlı xanımla evləndi. Adilənin isə Ziya Keskinerdən Əhməd adlı oğlu dünyaya gəldi. Karaca teatrına qayıtdıqdan sonra Səlimə daha səviyəli rollar verilsə də, aktyor yenə narazılıq edib, Muammeri gənc aktyorların istedadını məhv etməkdə günahlandırırdı. Bir axşam xanımı Oya (Səlimlə evləndikdən sonra xanımı Sotiriya adını Oya adına dəyişdirdi) və oğlu Naşitlə bərabər bacısıgilə şam yeməyinə gedir. Və həmin gecə Naşit teatrı qurmaq ideyası yaranır. Ankarada Günəş teatrını kirayələdilər və 1961-ci ildə Naşit teatrı açıldı.

49


Film Fiction | Yanvar, №5

Amma teatrın pərdələri cəmi 2 ay açıq qaldı. O illərdə olan maddi böhran nəticəsiz ötüşmədi və teatr bağlandı. Bacı-qardaş isə İstanbula qayıdıb Qəzənfər Özcan teatrına qoşuldular. Burda hər ikisi həqiqətən xoşbəxt idilər. Teatr truppası bir ailə kimi idi. 1966-cı il pis bir il oldu. Öncə anaları Amelya vəfat etdi. Daha sonra isə Adilənin oğlu Əhməd ürək əməliyyatı zamanı dünyasını dəyişdi. İyunun 17-i idi. Aktrisa öz doğum günündə oğlunu itirmişdi. O gündən sonra aktrisa bir daha ad günü qeyd etmədi. Ağır faciəyə dostlarının köməyi ilə dözdü. Çox keçmədi Ərtəm Əyilməzlə işləməyə başladı və Arzu film şirkətində ard-arda bir neçə filmə

çəkildi. 1976-cı ildə Qızıl portağal mükafatı alan aktrisa ilə qardaşı arasında soyuqluq yarandı. Səlim həm onu qısqanır, həm də bu qədər uğurun fonunda qardaşı üçün bir rol tapmadığı üçün qınayırdı. Amma Adilə Ərtəmdən dəfələrcə qardaşı üçün rol istəsə də, rejissor bu sözləri qulaq ardına vurmuşdu. Səlimin arvadı Oya da bağırsaq xəstəliyindən vəfat etdi və bu faciə aktyoru yıxdı. O günlərlə evdən çıxmır, heç kimlə görüşmürdü. Bir gün Peykər Usta adlı xanımla tanış olur Səlim və bu tanışlıq evliliyə çevrilir.

Xoşbəxtliyin bir addımlığındayam deyərkən oğlu Naşitlə arası dəydi və oğlunun nifrətini qazandı.

1982-ci ildə Adilənin həyat yoldaşı Ziya dünyasını dəyişdi. Cəmi bir il sonra isə aktrisa Cemal İnce adlı şəxslə gizli evləndi. 1987-ci ildə isə bağırsaq xərçəngindən vəfat etdi. Bu itki Səlimi sarsıtdı. O zamanlar mətbuatda "Düşmən qardaş və bacı" kimi qələmə verilsələr də əslində onlar çox mehriban idilər. Demək olar hər deyib-gülərək etdikləri söhbətlərin sonunda qucaqlaşıb, hönkürürdülər. Ana-atalarına, həyat yoldaşlarına, övladlarına, acı talelərinə ağlayırdılar. Adilənin ölümündən sonra Səlim teatrı buraxmadı. Bir neçə teatrlarda işlədi, tv-də seriallarda rol aldı. 1998-ci ildə xərçəngə tutulması onu səhnədən uzaqlaşdırdı və son olaraq Cem Yılmazın ssenarisi ilə çəkilmiş "Hər şey çox gözəl olacaq" filmindəki ata obrazı ilə aktyorluğa vida etdi.

50


Film Fiction | Yanvar, №5

Qızıl Qlobus

Sizə yanvar ayında keçirilən “Qızıl Qlobus” mükafatının qaliblərini təqdim edirik. Ən yaxşı film- Törəmələr (The Descendants) Ən yaxşı komediya və ya musiqili film- Artist (The Artist) Ən yaxşı rejissor- Martin Skorseze- "Zaman qoruyucusu" (Hugo) Ən yaxşı ssenari- Vudi Alen- "Parisdə gecə yarı" (Midnight in Paris) Ən yaxşı dram aktyoru- Corc Kluni "Törəmələr" (The Descendants) Ən yaxşı dram aktrisası- Meril Strip "Dəmir ledi" (The İron lady) Ən yaxşı ikinci dərəcəli aktyor- Kristoffer Plammer "Başlayanlar" (Beginners) Ən yaxşı ikinci dərəcəli aktrisa- Oktaviya Spenser "Xidmətçi" (The Help) Komediya və ya musiqili filmdə ən yaxşı aktyor- Jan Dyujarden "Artist" (The Artist) Komediya və ya musiqili filmdə ən yaxşı aktrisa- Mişel Uilyams "Merlin Monro ilə yeddi gün, yeddi gecə" (My week with Marilyn) Ən yaxşı xarici film- Boşanma (A Seperation) Ən yaxşı musiqi- Artist (The Artist) Ən yaxşı animasiya- Tin-Tinin macəraları: Təkbuynuzun sirri (The Adventures of Tintin :Secret of the Unicorn)

Ən yaxşı dram serialı- Doğmalar arasında yad (Homeland) Ən yaxşı komediya serialı- Amerika ailəsi (Modern Family) Dram serialında ən yaxşı aktyor- Kelsi Qremmer "Evdə böyük kimdir?" (Boss) Dram serialında ən yaxşı aktrisa- Kler Deyns "Doğmalar arasında yad" (Homeland) Komediya serialında ən yaxşı aktyor- Mett Leblan "Epizodlar" (Episodes) Komediya serialında ən yaxşı aktrisa- Lora Dern "Aydınlanma" (Enlightened) TV üçün ən yaxşı mini serial və ya film"Dounton abbatlığı" (Downtown Abbey) TV üçün çəkilmiş ən yaxşı mini serial və ya filmdə ən yaxşı aktyor- Elba İdris "Lyüter" (Luther) TV üçün çəkilmiş ən yaxşı mini serial və ya filmdə ən yaxşı aktrisa- Keyt Uinslet (Mildred Pirs) TV üçün çəkilmiş ən yaxşı mini serial və ya filmdə ən yaxşı ikinci dərəcəli aktyor- Piter Dinkleyc "Tron oyunları" (Game of Thrones) TV üçün çəkilmiş ən yaxşı mini serial və ya filmdə ən yaxşı ikinci dərəcəli aktrisaCessika Lanc "Amerika vahimə tarixi" (American history horror)

51


Film Fiction | Yanvar, №5

Rejissorlar Bir filmin üstündə yüzlərlə insan işləyə bilər. Milyonlar xərclənə bilər. Amma filmin alınması bir nəfərdən asılıdı. O rejissordu. Təsvir edin indi bu işin məsuliyyətini. Bir insan yüzlərlə insanın işini göylərə də qaldıra da bilər, zibil yeşiyinə də ata bilər. Elə olur ki, film gözəl alınır. Tənqidçilər tərəfindən də müsbət rəylər qazanır. Amma di gəl ki, tamaşaçı zövqü bu filmi heç cür qəbul etmir. Sizə dünya kinosunun ən məşhur rejissorları və üslubları haqqında yazılar silsiləsi təqdim edirik. Avropadan başlayaq... İtaliya neorealizmi, Fransa “yeni dalğası”, Skandinav “DOGME”-si və s. cərəyan yaradıcıları və ümumilikdə “Art house” (sənət evi) kateqoriyası üzrə müəllif filmi çəkənlər. İnqmar Berqman filmləri: Bu dahi rejissor ömrünün sonuna kimi üslubuna sadiq qalaraq psixoloji-fəlsəfi müəllif filmləri çəkib. Kino sayəsində mümkün olan bütün nüfuzlu mükafatları qazanıb.

Üslub: Sadə bir ssenarini mümkün qədər dərinləşdirmək, filmdəki sakit auranı saxlamaq şərti ilə hadisələri dolaşdırmaq. Psixoloji-fəlsəfi dialoqlar. Kamera daim hərəkətli. İnsan siması üzərində dəyişgən kadrlar və yüksək dramatizm. Hər an nəsə baş verəcəyi zənni və s. Tamaşaçı: Berqmana nə zaman baxmaq olar? Əminliklə deyə bilərik ki, bu rejissorun filmlərinə kino zövqünü tam formalaşdırandan sonra böyük ləzzətlə baxmaq olar. Bu filmlərin

üstünlüyü məntiqin, düşüncənin film boyu daim aktiv olması və zənginləşməsi olacaq. Andrey Tarkovski filmləri: Filmoqrafiyası cəmi 6 filmdən ibarət olsa da gəlmiş-geçmiş ən usta rejissorlardan sayılır. Fimlərində filmin dramaturgiyasına xas aura yarada bilirdi ki, sonradan bunu onun yolunu davam etdirən digər rejissorlar istifadə edirlər. Xüsusən simvolika ustası idi.

Üslub: Olduqca tələbkar rejissor idi Tarkovski. Onunla işləmək eyni zamanda 10 digər filmə çəkilməkdən də çətin idi. Təsadüfi deyil ki, təkcə “Stalker” filmi 3 dəfə çəkilib. Birinci dəfə lent özü yanıb, ikinci dəfə Tarkovski özü lenti yandırıb və nəhayət üçüncü (baxmış olduğunuz film) variantını təhvil verib, yenə də narazı qalıb öz işindən. Üslubu qeyd etdiyimiz kimi maraqlıdı. Simvollarla tamaşaçının düşüncəsini oynadır. Filmlərindəki aura dramatizmi tam çatdıra bilir. “Mümkün olmayan heç nə yoxdur” anlayışını nümayiş elətdirir. Tarkovski çox ağıllı rejissor olub və deyə bilərik ki, çəkdikləri öz ağlı ölçüsündə sayılır. Görüntü ustalığına da söz yox. Filmlərindəki kadrlardan foto sərgi yaratmaq olar. Kamera bu rejissoru sevib sanki. Tamaşaçı: Onun filmləri də hər kəs üçün deyil. Müəyyən yaş dövründən sonra düşündürücü bir film izləmək istəyən üçün Tarkovski filmləri məsləhətdi.

52


Film Fiction | Yanvar, №5 Luis Bunuel və Sürrealizm: İspaniya kinosu xüsusi estetikası, özünə xas gözəl dəstixətti ilə hər zaman seçilib digər ölkələrdən. Hətta bir zamanlar formalaşan "İspan filmidirsə, baxmağa dəyər!" ifadəsi bu günə qədər öz mahiyyətini qorumağı bacarıb. İspan kinosu dedikdə ilk ağıla gələn sözsüz ki, Luis Bunueldir.

Bunuel dostu Salvador Dalidən ilhamlanıb kinoya sürrealizm cərəyanını gətirdi. Bununla da kinoda absurd deyilən yeni janr yaranır. Elə Dali ilə bərabər çəkdiyi ilk filmi "Əndalus köpəyi" Bunuelin sonuncu filmi ola bilərdi. Filmdəki məşhur ülgüclə göz bəbəyinin kəsilməsi kadrı bu günə qədər ən tükürpədici film səhnələrindən biri sayılır. 1929-cu il üçün "bu cür" vəhşi səhnəli film heç zaman bir mənalı şəkildə qarşılana bilməzdi. Elə bunun səbəbi kimi rejissorun bu filmi qadağan olunmuş filmlər siyahısına salındı. Rejissor isə ruhdan düşməyərək "Qızıl əsr" filmini çəkdi və yenə də tənqid atəşinə tutuldu. Kinoda "ilk erotik səhnə" çəkən rejissor kimi günahlandırıldı və bu filmi də "qara siyahıya" salındı. Rejissor isə absurd ideyalarından əl çəkmək niyyətində deyildi. O çəkir, filmləri isə qadağan olunurdu. Ruhdan düşməyən rejissor ömrünün sonuna kimi ideyasına sadiq qaldı və kino tarixində dərin və özünəməxsus tərz buraxıb getdi. Filmlərində sözdən çox aktyorların göz və hərəkətlərinə daha çox diqqət edirdi və onlardan yalnız yüksək konsentrasiya tələb edirdi. Öz ateist əqidəsi ilə tanınan rejissor son müsahibələrinin birində jurnalistin "Siz bu yaşda hələ də ateizmə sadiqsiz?" sualına "Bəli, şükürlər Allaha olsun ki, mən hələ də ateistəm!" absurd cavabını verdi. Müasir İspan rejissorlarından isə Alexandro Amenabar, Pedro Almodovar və Aleks De

İqlesianı misal göstərmək olar. Alexandro Amenabar sırf müəllif filmi rejissoru deyil. “Yeni dalğa” və Qodar: “Yeni dalğa” və Qodar əslində bir olmalıdı amma Qodar filmləri həmin cərəyandakı digər rejissorlardan da üstün sayıla bilər. Cərəyandakı rejissorların tərzi məlum olsa da filmləri ilə fövqəl bir sənət kimi yadda qalmayıb. Sadəcə gözəl müəllif filmi rejissorları kimi seçilirlər. Qodar və bir az da Trüffo onların içində yeganə rejissorlardır ki, çərçivələri aşıb, düşündüklərini elə

düşündükləri kimi lentə ala biliblər. Qodar isə həqiqətən dahidir. “Sosializm” filminə 1-cə dəfə baxıb başa düşmək qeyri mümkündü. Oskardan imtina edən bu rejissor bu hərəkətini yadda qalması üçün deyil, sadəcə sənətinin böyüklüyünü anlamaları üçün etdi. Rejissordan büdcəsiz və az büdcəli filmləri necə çəkməyini öyrənmək olar. Bunun üçün onun çəkdiklərinə baxa bilərsiz. Baxa bilmirsizsə özünüzü məcbur etməyin. Nə vaxtsa buna tələbat yaranacaq. “DOGME” və Trier: Bu cərəyandan kinoya Trier kimi dəli rejissor qaldı. Trier haqda geninə boluna yazmışıq saylarımızda. Əlavə olaraq onu deyək ki, rejissoru estetikası hələ tam formalaşmayıb. Yeganə rejissorlardan

biridir ki, hər cür tərzdə film çəkir və filmi alına bilir. Və ən maraqlısı odur ki, onun

53


Film Fiction | Yanvar, №5 qəhrəmanları ilk baxışdan zəif görünsə də filmin sonunda heyrətamiz gücə malik olan qadın obrazları olur. Özünəməxsus tərzi isə kameranı üz ətrafında oynatmağı sevir və dialoqları bir kamera vasitəsi ilə vahid zamanda çəkir. (Əvvəlcə bir, sonra digər obrazın arxasından dialoq səhnələrini çəkib, sonradan birləşdirməyi sevmir). Filmləri bu baxımdan səmimi alınır. Olduqca səbrsiz və duyğularını gizlətməyən sadəlövh bir insandı. Sənətinə olan sevgisinə söz yoxdur. Həqiqətləri çəkinmədən tam çılpaqlığı ilə çəkməyi sevir və öz ustası Tarkovskini sayır. Fellini, Antonioni, Pazolini və başqaları: Onlar neorealizmin yaradıcıları hesab olunur. Bu filmlər bir az satirik, bir az

əxlaqdan kənar olsa da kino inciləri sırasında dururlar. Filmlər küçələrdə çəkilirdi, aktyorlar sıradan insanlar olurdu. Bir sözlə bütün şəhər film abu-havasına bürünürdü. İtaliya rejissorları kinoya mədəniyyət gətirdi desək yanılmarıq. Onların filmində hətta ən çılpaq səhnələr belə elə məharətlə filmə uyğunlaşdırılırdı ki, film tənqidlərdən üzü ağ çıxır və sevilirdi. Xüsusən Fellini, Antonioni, Pazolini, Viskonti, Ferrari kimi rejissorlar kinoya böyük tövhələr verdilər. Filmləri tamaşaçının stoluna, yatağına, iş yerinə qədər gətirə bildilər. Hətta erotik filmləri ilə məhşur Tinto Brassı da yaddan çıxartmaq olmaz. Avropaya qısa səyahət: Söhbətin bu yerində digər Avropa ölkə rejissorlarına ümumi nəzər yetirək. Rusiya- Rusiya kinematoqrafiyası, rejissurası haqda bu cür qısa məlumatlarla kifayətlənmək olmaz. Çünki şimal qonşumuzun zəngin, hardasa bizə doğma kino tarixi və rejissorları xüsusi diqqət istəyir. Jurnalın növbəti saylarında bu ölkənin kino tarixinə dolğun şəkildə nəzər salacağıq. Çexiya- Miloş Forman, Yan Şvankmayer kimi AS rejissorların vətəni sayılır. Bu iki rejissorun qazandığı mükafatlardan muzey

düzəltmək olar. Bu rejissorlar haqqında da geniş məqalələrimiz olacaq. Polşa- Kşiştof Zanussi, Andrey Vayda, Kşiştof Keselevski, Roman Polanski kimi usta rejissorlar məhz Polşa vətəndaşlarıdır. İlk üç rejissor müəllif filmləri ustaları sayılır. Türkiyə- Yusuf Güney, Şərif Gören, Ertem Eğilmez, Zeki Demirkubuz, Semih Kaplanoğlu, Reha Erdem, Nuri Bilge Ceylan kimi rejissorlar haqda ayrı ayrılıqda çox danışmaq olar. Adlarını çəkdiyimiz rejissorlar olmasaydı kim bilir Türkiyə kinosu hansı səviyyədə olardı. İngiltərə- Bu ölkənin məşhur rejissoru sözsüz ki, Alfred Hiçkokdur. Qorxu filmlərinin mahir rejissoru "Psixoz", "Həyətə pəncərə", "Quşlar" kimi filmlər və "həyəcan" janrı bəxş edib dünya kinosuna. Qilliam, Qruney, Maykl Li və Nolan kimi məşhur rejissorlar da ingilis vətəndaşlarıdır . Avropa ölkələri içərisindən ingilis filmləri Hollivud üslubuna daha yaxın sayılır. Almaniya-Vim Venders, Robert Vine, Tom Tıkver kimi rejissorlar alman kino məktəbi rejissorlarındandı. Amma Almaniya kinosu hələ də nümunəvi bir film ortaya qoymağı bacarmayıb. Avstriya- Avstriya rejissorları deyəndə öncə ağıla Mixael Heneke gəlir. Bu rejissor ölkəsini ustalıqla təmsil edə bilir. Tərzinə görə Devid Linç və Lars Von Trier üslubuna daha yaxındı. Macarıstan- Bu ölkə dünyaya Bela Tarr kimi usta bir rejissor bəxş edib. Bir çox rejissorlar Cim Carmuş da daxil məhz Bela Tarr tərzindən təsirləndiklərini etiraf ediblər. Rejissorun "Lənət", "Londondan gələn şəxs", "Turin atı" filmləri ayrı-ayrılıqda film dərsləri ola bilər gənc rejissorlar üçün. Finlandiya- Aki Kaurismyanki məhz Fin rejissorudur. Bu rejissor da müəllif filmləri çəkməklə məşhurdur. "Keçmişi olmayan insan" filmi isə kino incilərindən sayılır. Serbiya- Serbiya kinosu dedikdə isə əlbəttə ki Emir Kusturiça yada düşür. Qaraçı tayfasından olan Emir hazırda dünya kinosunun ən usta rejissorlarından sayılır və kinoya verdiyi tövhələr danılmazdır. Onun özəlliyi filmlərində mənfi auranın olmamasıdır və daim pozitiv əhvalın qorunmasıdır. Beləliklə Avropanın ən məşhur rejissorlarına birgə nəzər saldıq. Növbəti saylarda isə sıra digər qitələrin rejissorlarındadır.

54


Film Fiction | Yanvar, №5

Universal Studios

Bildiyimiz kimi, filmlərin ərsəyə gəlməsində ən böyük rol film studiyalarının payına düşür. Hollivud məhz bu studiyaların hesabına böyük kino dünyasına çevrilmişdir. Bu studiyalar arasında “Böyük 6-lıq” adlanan studiyalar barədə hər sayımızda sizə məlumat veriləcək. İlk haqqında yazacağımız studiya “Universal Studios”dur. Kompaniyanın əsası Karl Laeml tərəfindən qoyulmuşdur. 1905-ci ildə Karl Çikaqoda paltar mağazası açmaq üçün yer axtarırdı. O, küçədə “nickelodeon” adlanan kiçik qutucuqlarda göstərilən filmlərə insanların böyük marağı olduğunu müşahidə edir. Bundan həvəslənən Laeml işini dəyişmək qərarına gəlir və “The White Front Theater” qurumunu yaradır. Bir ay ərzində o, lazımi qədər pul toplayır və ikinci teatrı yaradır. “Laemmle Film Service” ölkənin ən iri qurumuna çevrilir. 1912-ci ildə “Universal Film Manufacturing Company” şirkəti yarandı. Laeml kompaniyanın prezidenti oldu. 1913-cü ildən etibarən “The Universal Animated Weekly” kinoxronikası buraxıldı. Həmin il studiyanın ilk filmi “Traffic In Souls” (Ürəklərdə Hərəkət) istehsal edildi və yarım milyon dollar gəlir gətirdi. Film montaj və süjetin spesifik dəyişikliyi baxımından yenilik idi.Studiyanın inkişafı üçün Hollivudda böyük ərazi alındı və “Universal City” şəbəkəsi yaradıldı. 1915-ci ildə studiya 250-dən artıq film istehsal etdi. 1914-cü ildən şirkətlə əməkdaşlığa başlayan Con Ford “vestern” janrını inkişaf etdirdi. 1922-ci ildə studiyanın adı “Universal Pictures Corporation” oldu. 1920-ci illərdə studiya səssiz film klassiklərindən olan “The Hunchback of

Notre Dame” (Notrdam Qozbeli) və “The Phantom of Opera” (Opera Kabusu) filmlərini yaratdı. 1930-cu il studiya üçün uğurlu oldu. Rejissor Lyuis Maylstounun “All Quiet on the Western Front” (Qərb Cəbhəsində Sakitlikdir) filmi “Ən Yaxşı Film” kimi Oskar aldı. Bu studiyanın ilk Oskarı idi. 1930-cu illərdə studiya daha çox qorxulu filmlərə üstünlük verirdi. 1931-ci ildə Bela Luqoşinin iştirakı ilə “Dracula” və Boris Karlofun iştirakı ilə “Frankenstein” filmləri ekrana çıxdı. Sonrakı illərdə bu tipli filmlər digər studiyalar tərəfindən də çəkilməyə başladı. İkinci dünya müharibəsi dövründə studiya əsasən müharibə mövzulu filmlər isthehsal edirdi. Əsas ulduzlar arasında Ceyms Stüart, Qreqori Pek, Kirk Duqlas, Morin Ohara, Çarlton Heston və b. var idi. 1962-ci ildə “To Kill a Mockingbird” (Bülbülü öldürmək) filmi böyük uğur qazandı. 1973-cü ildə “Sting” (Fırıldaq) filmi “Ən Yaxşı Film” Oskarını qazandı. 1975-ci ildə Stiven Spilberqin “Jaws” (Çənələr) filmi ekranlara çıxdı. Filmin uğuru studiyanı çətin böhran vəziyyətindən çıxardı. Bu Spilberqin studiya ilə çoxsaylı işbirliklərindən biri idi. Studiyanın “Ən Yaxşı Film” Oskarını alan digər filmlər: “Hamlet” (1948), “The Deer Hunter” (Maral Ovçusu) -1978, “Out of Africa” (Afrikanın Xarici) -1985, “Schindler's List” (Şindlerin Siyahısı) -1993, “Shakespeare in Love” (Vurğun Şekspir) -1998, “Gladiator” (Qladiator) -2000, “A Beautiful Mind” (Təmiz Dərrakə) -2001. Studiyanın məşhur seriyalı filmləri bunlardır: “Jaws” (Çənələr) – 1975-1987, “Back to the Future” (Geri Gələcəyə Doğru) – 19851990, “Beethoven” (Betxoven) – 1992-davam, “Jurassic Park” (Yura Parkı) – 1993-davam, “American Pie” (Amerikan Piroqu) – 2001davam, “The Fast and the Furious” (Forsaj) 2001-davam, “The Bourne Identity” (Bornun Müəyyənləşdirilməsi) – 2002-davam. 2004-cü ildə “Vivendi Universal” şirkətin 80%-ni “General Electric” şirkətinə satdı.

55


Film Fiction | Yanvar, №5

TƏQVİM

Brendon Li- amerikalı aktyor 1965-ci il 1 fevral tarixində Amerikanın Kaliforniya ştatında dünyaya göz açmışdır. Tariyel Qasımov- aktyor 4 fevral 1939-cu ildə Ağstafanın Köçəsgər kəndində anadan olub. Rüstəm İbrahimbəyov- yazıçı, kinossenarist, prodüser, kinorejissor, ssenarist, kinodramaturq 1939-cu fevralın 5-də Bakıda anadan olub. Şarlotta Remplinq- ingilis aktrisa 5 fevral 1946-ci ildə İngiltərədə dünyaya göz açmışdır. Fransua Trüffo- fransız rejissor, ssenarist 6 fevral 1932-ci ildə Fransanın paytaxdı Parisdə dünyaya göz açmışdır. Tofiq Tağızadə- Azərbaycan kinorejissoru, ssenari müəllifi, aktyor, Azərbaycanın xalq artisti 7 fevral 1919-ci ildə Bakı şəhərində anadan olub Vahid Əliyev- Azərbaycan Respublikasının Əməkdar Artisti 7 fevral 1952-ci ildə anadan olmuşdur. Eşton Katçer- amerikalı aktyor 1978-ci il fevralın 7-də Amerikanın Lova ştatında anadan olmuşdur.

Cenifer Eniston- amerikalı aktrisa 1969-cu il 11 fevral tarixində Amerikanın Kaliforniya ştatında dünyaya göz açmışdır. Lesli Nilsen- kanadalı aktyor 1923-cü il 11 fevral tarixində elə vətənində anadan olmuşdur. Əliabbas Qədirov- 13 fevral 1946-cı ildə Bakıda dünyaya gəlib. Alan Parker- ingilis rejissor 14 fevral 1944-cü ildə Londonda dünyaya göz açmışdır. Denis Riçards- amerikalı aktrisa 17 fevral 1971-ci ildə Amerikanın İllinoyz ştatında dünyaya göz açmışdır. Qordon Cozef Levit- amerikalı aktyor 17 fevral 1981-ci ildə Amerikanın Kaliforniya ştatında dünyaya göz açmışdır. Con Travolta- amerikalı aktyor 1954-cü il 18 Fevral tarixində Amerikanın Nyu-Cersi ştatında dünyaya göz açmışdır. Miloş Forman- Çexiyalı aktyor, rejissor, ssenarist 18 fevral 1932-ci ildə Çexiyada dünyaya göz açmışdır. Mett Dillon- amerikalı aktyor, rejissor, ssenarist 18 fevral 1964-cü ildə Nyu-York şəhərində dünyaya göz açmışdır.

56


Film Fiction | Yanvar, №5

3-İRON Film: Boş ev (3-İron or Bin-Jip) Rejissor: Kim Ki-Duk Janr: Dram, sevgi Ölkə: Cənubi Koreya İl: 2004 İMDB xalı: 8.0 Film Fiction xalı: 8.0 Haqqında yazmaq istədiyim “Boş ev” filmi koreyalı rejissor Kim Ki-dukun ən gözəl filmlərindən biridi. Film art xaus janrındadır. İlk dəfə art xaus filmə belə rahatlıqla, sıxılmadan baxmışam. Bildiyiniz kimi art xaus filmlər kütlə üçün nəzərdə tutulmur, kommersiya məqsədi daşımır, fəlsəfi yüklü, çətin qavranılan, həzm olunan filmlərdi. Amma deyərdim ki, Kim Ki-dukun bu filmi art xaus olsa da kütlə üçündü. Hər kəs, “Twilight” həvəskarından tutmuş, ən ağır Bela Tarr, Berqman filmləri həsəvkarına kimi bu filmdən zövq alacaq. Çox maraqlı ssenarisi var filmin. Dialoqlara çox az hallarda rast gələcəksiniz, o da uzun çəkməyəcək. Belə desək film səssiz davam edir. Filmin baş qəhramanı evsiz, yalnız bir motosiklı olan, reklam broşüraları paylayan, təmir işlərini bacaran bir gəncdi. O, günün işıqlı vaxtında evlərin qapılarına reklam broşüraları qoyur. Axşam isə həmin evlərə baş çəkir. Hansı evin qapısına qoyduğu broşüra onun qoyduğu yerdə olduğu kimi qalıbsa, onda o anlayır ki, həmin evdə heç kim yoxdu. Beləcə gecəni həmin evdə keçirir. Gecələdiyi evlərdən heç bir şey oğurlamır. Evdə işləməyən əşyaları təmir edir. Sanki öz evimiş kimi davranır. Sonrakı günsə evi tərk edir. Beləcə müxtəlif evlərdə gecəni keçirir. Bir gün bu cür girdiyi evlərdən birində təsadüfən bir qızla rastlaşır. Bu rastlantı onların həyatını dəyişir. Əsas hadisələr elə bu rastlantıdan sonra baş verir. Ənənəni qoruyaraq spoiler etmirəm. Filmin davamını baxarkən görəcəksiniz. Sizi əmin edə bilərəm ki, baxarkən filmdən zövq alacaqsınız.

57


Film Fiction | Yanvar, №5

Waste Land Film- Zibilxana (Waste Land) Rejissor- Lusi Uolker, Karen Harley, Joao Jardim Janr- Sənədli Ölkə- Braziliya İl: 2010 İMDB xalı: 7.8 Film Fiction xalı: 8.1 “Zibilxana” 2010-cu ildə seansa çıxmış Braziliya istehsalı sənədli filmdir. 2011-ci ildə “Ən yaxşı sənədli film” nominasiyasında Oskara namizəd olub. Bundan başqa film Berlin, Sandans, London kimi film festivallarında da mükafatlar qazanmışdır. Filmin ideyası məşhur fotoqraf Viki Munizə məxsusdu. “Zibilxana” isə onun foto işindəki layihələrindən biridir. 2 ilə tamamladığı bu layihəni o sənədli film şəklində görmək istəyirdi. Buna görə də bir neçə rejissoru bu işə cəlb

edərək, öz layihəsini ekranlaşdırır. Layihə isə belədir- zibilxanadakı zibilliklərdən istifadə edərək şəkillər çəkmək. Buna görə o Braziliyanın ən böyük zibilxanalarından birinə üz tutur. Burada işləyən, öz çörək pulunu bu zibilxanadan çıxaran insanlarla tanış olur. Onlara öz ideyasından danışır. Əlbəttə hər günü eyni keçirən, elmdən, savaddan uzaq olan bu insanlar üçün bu qeyri-adi gəlir. Lakin onlar Munizə dəstək olurlar. Beləcə Viki Muniz layihə üçün öz komandasını yığır. Bu komandada fərqli insanlar olur. Filmdə həmçinin onların da həyat hekayələrinə yer verilib. Beləliklə fotoqraf əvvəlcədən hansı şəkilləri zibillər vasitəsilə canlandıracağını qərarlaşdırır. Sonra isə o, komandası ilə ona lazım olan materialları zibilxanadan yığmağa başlayır. Viki Munizin həyata keçirdiyi bu layihə doğurdan da çox uğurlu olur. Zibillərdən düzəltdiyi sənət əsəri bir neçə yerdə sərgilənir. Və bu sərgilərə böyük maraq göstərilir. Dünyanın bir çox yerindən onun sərgisini görmək üçün Braziliyaya axın edirlər. Bəzi əsərlər hərracda yüksək məbləğdə satılır. Bu layihə tək Viki Munizin yox, həmçinin onun komandasında olan zibilxana işçilərinin də həyatını çox dəyişdirir. Filmdə ən çox xoşuma gələn hissələr elə onların həyatlarından bəhs edən hissələrdi. Onların hissləri, arzuları, istəkləri... Qıraqdan adi görünən insanların öz dünyaları... Filmdə fərqli insan taleləri toplanıb. Gözəllik hər yerdədir. Hətta bizə ən çirkin görünən yerlərdə də gözəllik var. Sadəcə gözəlliyi görmək lazımdı. Bax “Zibilxana” filmi məhz bunu göstərəcək sizə. Filmə mütləq baxın.

58


Film Fiction | Yanvar, №5

Following Film- Təqib (Following) Rejissor- Kristofer Nolan Janr- Cinayət, dram, detektiv Ölkə- Belçika İl: 1998 İMDB xalı: 7.7 Film Fiction xalı: 8.0 Təqib” (Following) Kristofer Nolanın rejissor kimi ilk uzun metrajlı filmidir. Film 69 dəqiqə davam edir. Filmin ssenarisi də elə Nolana aiddi.“Təqib” filmi ilk filmi olmasına baxmayaraq bu filmini digərlərindən daha çox sevirəm. Nolan filmi çəkərkən sadəcə 16 mm-lik lentdən istifadə edib. Aktyor heyətində heç bir peşəkar yoxdu, Nolanın dostlarından, qohum-tanışlarından ibarətdir. Onların da hər birinin işləri olduğu üçün, yalnız boş günlərində, həftə sonları filmdə iştirak ediblər. Burada xüsusi effektlər də yoxdur. Hətta Nolan kadrlarda təbii gün işığından istifadə edib. Filmdə diqqət etsəniz pəncərə kənarında səhnələr var. Bu da gün işığı daha çox düşsün deyə belə yerlərdə səhnələr çəkilib. İndi isə bir az film haqqında yazım. Tənhalıqdan bezən bir yazar öz yazılarının qəhrəmanlarını ətrafında axtarmağa başlayır. Təsadüfən küçədə gözünə çarpan hər hansı bir insanın arxasınca düşür. Onun hara getdiyini, nə etdiyini izləməyə başlayır. Və beləcə hər gün müxtəlif insanların arxasınca düşür. Hər günkü adəti üzrə hərəkət edən baş qəhrəmanımız bir gün arxasınca düşdüyü biri tərəfindən fərqinə varılır. Və bu adamla tanışlıqdan sonra onun həyatı tamamilə dəyişir. Baş qəhrəmanımızın yeni dostu- Cob insanların evlərinə girir, onların əşyalarını qarışdırır, yerlərini dəyişdirir və o qədər də önəmi olmayan, ucuza satılan əşyaları oğurlayır. Ev sahibi kişilərin ciblərinə qadın alt geyimləri qoyur ki, həyat yoldaşları ilə mübahisəyə səbəb olsun. Onların şəxsi əşyaları ilə maraqlanır. Belə, fərqli bir oğrudur Cob. Arxasınca düşən yazar isə onun üçün lap göydən düşmə olur. Niyə? Bunu isə filmə baxarkən görəcəksiniz. Kiçik büdcəli, ağ-qara bu filmi də Nolanın digər filmləri kimi beyninizi qarışdıracaq. Sadəcə izləyin və görün.

59


Film Fiction | Yanvar, №5

ZENNE Film: Zenne rəqqas Rejissor: Mehmet Binay, M. Caner Alper Ölkə: Türkiyə Janr: Dram İl: 2011 İmdb: 7.1 Film Fiction xalı: 7.5 Ahmet Yıldızın həyatına həsr olunmuş, dostları tərəfindən çəkilmiş bir film... Bəs Ahmet Yıldız kimdir? Ahmet yıldız urfalı bir gəncdir. Universiteti qazandığı üçün İstanbula köçür. Ahmetin bura köçməsi onun valideynlərinin, xüsusilə də anasının heç ürəyincə olmur. Ahmetin anası oğlunun ibnə olmasından qorxur. Onu uşaqlıqda geyindiyi qız paltarlarına görə döyərdi. Və məktəbə qədərdə arxasından izləyərdi. İndi isə Ahmetin evində tapdığı rəngli paltarları kəsib tullayır. Ahmet homoseksual idi. Hətta onun fotoqraf sevgilisi də var idi. Onun zennə dostu və sevgilisinin ailəsinin onların cinsi orientasiyasını normal qarşıladığı üçün qibtə edirdi. Həm də düzgün, ədalətli olmaq istəyirdi. Buna görə də ailəsinə etiraf etməyi düşündü. Hər şeyə qalib gələrək cəsurluğunu göstərərək atasına telefonda etiraf edir. Anası isə bu halı heç çür normal qarşılamır atasına silahı verərək ondan öz oğullarını öldürməsini istəyir. Və beləliklə Ahmet törə qurbanı olur və onlara görə namusları təmizlənir. Ancaq Ahmetin tək istədiyi rahat yaşamaq idi. Rahat nəfəs almaq. Heç kimdən gizlənməmək. Yalan danışmamaq və dürüst olmaq. Amma bəzən dürüstlük arxa plana keçməli olur. Ahmet dürüstlüyün qurbanı olur. Və atası tərəfindən öldürülür.... Filmin rejissorları Caner və Mehmet Türkiyənin Mədəniyyət Nazirliyinə baş vursalar da onların istəyi ləğv edilmişdi. Və bu kinoya yeganə olaraq Hollandiya konsulluğunun insan haqqları fondu biraz yardımcı olmuşdu. Mehmet və Caner əslində Can ali bir zennə haqqında kino çəkmək istəsələr də sonra da Ahmetin faciəvi şəkildə öldürülməsi işlərini ləngidir. Amma Caner sonradan Zenne filmində Can ilə birlikdə Ahmeti də ora salmağı fikirləşdi. Bu qorxulu bir iş idi. Ama onlar bunu etdilər. Ancaq filmdə dəyişikliklər də edildi. Ahmetin iki bacısı olduğu halda orda bir dənə, sevgilisi türk, adı: İbrahim olduğu halda orda alman olaraq adını da Denny olaraq qeyd edilib. Həm də filmdə ata obrazı daha aciz, məzlum olduğu halda ana daha qəddar və hökmlüdür. Amma əslində bunun tam tərsi idi. Ahmet Yıldızın cinayəti İndepented qəzetinin ilk səhifəsində “Türkiyənin homoseksual namus cinayəti” daxil olmuşdu.

60


Film Fiction | Yanvar, №5

Synecdoche, New York Adı: Nyu York, Nyu York (Synecdoche, New York) Rejissor: Çarli Kaufman Janr: Dram / Tragikomediya Ölkə: ABŞ İl: 2008 İMDB xalı: 7.3 Film Fiction xalı: 9 Məşhur ssenarist Çarli Kaufmanın ilk rejissor işi olan film gözlənilən effekti verdi. Amma mükafat cəhətdən bəxti gətirmədi. Buna baxmayaraq bir çox məşhur tənqidçilərin rəyinə görə son 20 ilin ən yaxşı 10 filmindən biri sayılır. Filmin ssenarisinə söz tapmaq olmur. O qədər mükəmməl qurulub ki hər şey... Bir professorun həyatından bəhs edir film.Bu professor gözəl və rahat həyat arzulayır. Pyes yazır. Sevir, ayrılır. Ayrılığın səbəbi bilinmir. Nadir xəstəliklərə tutulur. Öz həyatını tamaşa halına salmaq istəyir. Bununla da tamaşaçı özü müəyyən edir filmin sonluğunu. Film həqiqətən möhtəşəmdir!

61


Film Fiction | Yanvar, №5

Noviembre Adı: Noyabr (Noviembre) Rejissor: Açero Manas Janr: Dram Ölkə: İspaniya İl: 2003 İMDB xalı: 7.5 Film Fiction xalı: 8.3 "Bir zamanlar dünyanı dəyişmək istəyirdik. Amma indi dünya bizi dəyişməsin deyə çalışırıq." Film real faktlar əsasında çəkilib və tamaşaçı aktyorlarla bərabər həmin aktyorların real obrazlarını da görə bilirlər. Qəmli bir filmdir. Bir qrup gəncin sırf sənət naminə küçə aktyoruna çevrilməsindən danışır. Aralarında Alfredo var. O liderdi və əsas hadisələr bu gəncin ətrafında cərəyan edir. İnsanların düşüncələrini dəyişmək heç də asan deyil. Nə qədər çalışsalar da hər dəfə uğursuzluqla üzləşirlər. Artıq hamı yorulub. İllərdir ki bir qəpik pul götürmədən underground tamaşalar verirlər. Amma artıq hamı yorulub... Alfredodan başqa. Sona qədər getməyə hazırdır. Bu onun yoludur. Ailəsi, uşağı, dostları... Bunların heç biri onun sözündən və ideyasından artıq ola bilməz. “Bu lənətə gəlmiş dünyanı dəyişdirməyi necə istədiyimi bilməzsən.”

62


Film Fiction | Yanvar, №5

ADAPTATİON Ad: Adaptasiya (Adaptation) Rejissor: Spayk Cons Janr: Dram / Tragikomediya Ölkə: ABŞ İl: 2002 İMDB xalı: 7.8 Film Fiction xalı: 8.5 Yenə Çarli Kaufman ssenarisi və yenə çox fərqli bir film. Film 43 müxtəlif film nominasiyalarından 39 mükafat qazanıb! Filmin ideyası 1994-cü ildə yaranıb və ssenari yazılması üçün Kaufmana tapşırılır. Amma Çarli həmin dövrdə heç cür fikrini toplayıb ssenarini yaza bilmir. Syuzan Orleanın "Orxideya oğrusu" romanının ekranlaşdırılması 8 il gecikir və nəhayət film çəkilir. Filmə baxan hər kəs bu cür böyük ssenariyə görə Çarli Kaufmanın ünvanına təriflər yağdırıblar. Kaufman filmi bioqrafik çəkib və birbaşa 1994-cü ildə romanı yazma prosesini göstərib. Sonra da hadisələri komediyaya çevirərək başa çatdırıb. Filmdə Kaufman rolunda Nikolas Keyc çəkilib. Nikolas həm də ssenaristin əkiz qardaşı Donald Kaufmanın da obrazını canlandırıb. Titrlarda da ssenari müəllifləri kimi Çarli və Donald Kaufman qardaşları göstərilib və hər iki qardaş şərikə bir çox mükafatlar qazanıblar. Amma ən maraqlısı odur ki, Çarlinin heç bir əkiz qardaşı yoxdur və Donald sadəcə onun xəyali obrazıdır. Filmə isə mütləq baxın...

63


Film Fiction | Yanvar, №5

Nyu-Yorkda Beş Minare

Nyu-Yorkda beş minarə Rejissor: Mahsun Kırmızıgül Janr: Döyüş / Dram Ölkə: Türkiyə İl: 2010 İMDB xalı: 6.0 Film Fiction xalı: 7.5 Filmin ilkin ssenarisi hələ 1996-cı ildə yazılmışdı. Mahsun Kırmızıgül o vaxtdan Mustafa Sandalı öz filmində görmək istəyirdi. Amma filmin çəkilişi üçün böyük büdcə lazım idi. Həmin büdcə o illər üçün fantastik məbləğ idi Türkiyə kinosu üçün. Bir neçə il müxtəlif prodüsserlərə filmin ssenarisini təqdim edən

Mahsun hər dəfəsində ssenaridə ixtisarlar, dəyişiklər etmək məcburiyyətində qalırdı. Hətta vəziyyət o yerə çatmışdı ki, filmin janrı komediya seçilmişdi. Bütün bunlar Mahsunu bu film arzusunu uzun müddətlik təxirə salmaq məcburiyyətində qoydu. 2010-cu ildə artıq "Günəşi gördüm", "Bəyaz mələk" filmləri ilə Türkiyə, eləcə də bir çox ölkələrdə arxasından söz etdirməyi bacaran Türkiyəli müğənni arzuladığı "Beş minarə" filminin çəkilişlərinə start verdi. Ssenari başdan yazıldı. Büdcə müəyyənləşdi (12 milyon). Filmin musiqiləri 140 nəfərlik Praqa operasına həvalə olundu. Film Türkiyə- Nyu Yorku əhatə etdi. Tam professional, yüksək səviyyədə çəkilən filmdə üç Hollivud ulduzu- Robert Patrik, Cina Gerşon, Denni Qlover də çəkildi. Nəhayət 2010cu ilin sonunda film təhvil verildi. Hələlik 21 milyon gəlir gətirsə də, bu rəqəmin qalxacağına inam var. Qeyd etmək istəyirəm ki, filmin sponsorlarından biri Palmali şirkətlər qrupudu. Filmdə Türkiyə kinosunda ilk dəfə olaraq anamorfik linzalardan istifadə olunub. Türkiyə terror rəhbəri Dəccal ləqəbli Hacı Gümüşün izinə düşür. Hacı isə artıq Nyu-Yorkda həbs olunub. Türkiyədən iki polis əməkdaşı Fırat və Acər Nyu-Yorkdan Dəccalı Türkiyəyə gətirməyə ezamlanır. Hacını Nyu-Yorkdan gətirmək elə də asan deyil. Ortada bir çox ammalar var. Hacı israrla terrorçu olmadığını bildirir. Bütün dəlillər isə ona qarşıdı. İnsanlıq, inam, iman, kin, vəfa, mərhəmət, qəzəb bu filmin başlıca mövzusudu. Müsəlmanların dünyada terrorçu kimi tanınması səbəbləri. Buna qarşı mübarizə. Cahilliyi ürəkdə nifrətə çevirərək həyat prinsipi etmək. Və ən nəhayət ölümü sevən, qəlbi sevgiylə dolu olan bir insanın nəyin bahasına olursa olsun Allah yolundan çıxmamasından bəhs edən bir film izləyəcəksiz. Filmin gözlənilməz sonu sizi əməlli-başlı silkələyəcək və bitəcək. Sizsə titrlarda filmin yaradıcılarının adlarına baxabaxa bir xeyli düşünəcəksiz...

64


Film Fiction | Yanvar, №5

Afişa Ölkə: ABŞ İl: 2012 Rejissor: Mak Ci Baş rollarda: Tom Hardi, Riz Uizerspun, Kris Payn, Lora Vandervurt Janr: savaş, melodrama, komediya Kinteatr: Park Cinema, Azərbaycan kinoteatrı 22 fevrala kimi seansda Bir-biri ilə illər boyu dostluq edən iki məxfi agent bir qıza vurulurlar və onlardan heç kim səadətini əldən vermək istəmir.

Ölkə: Russiya İl: 2012 Rejissor: Sergey İvanov Baş rollarda: Kristina Asmus, Nikita Efremov, Artyom Tkaçenko, Elizaveta Boyarskaya Janr: melodrama, komediya Kinoteatr: Park Cinema 22 fevrala kimi seansda Filmin qəhrəmanı, Maşa Krapivina – nə gözəldir, nə də nağıldan gəlmiş ağıllı qızıdır. Moskvanı fəth etmək üçün, əyalət şəhərindən gəlmiş bir qızdır. Axşamlar təhsil alır, səhərdən axşamadək isə “zərərli istehsalatda”-çox imkanlı ailədə ev qulluqçusu işləyir.Yarmanı təmizləmir, amma onsuz da onun işi aşıb-daşır: iki ərköyün qızın və zalım ev xanımının istəklərini yerinə yetirmək üçün ora-bura qaçır. Maşa isə, milyonlarla başqa qızlar kimi, müğənni Aleksey Koroleviçə vurulub.

65


Film Fiction | Yanvar, №5

Ölkə: ABŞ İl: 2012 Rejissor: Uilyam Brent Bell Baş rollarda: Fernanda Andrade, Saymon Kuoterman, İven Helmut, Yonut Qrama Janr: dəhşət, triller Kinoteatr: Azərbaycan kinoteatrı 22 fevrala kimi seansda İzabella Torelli həyatı boyu fikirləşirdi ki, anası dəlilik tutması zamanı üç adamı vəhşicəsinə qətlə yetirib. Lakin, günlərin birində, İzabella öyrənir ki, bu qətl, ekzorsizm mərasimi zamanı baş verir və gənc qadın həqiqəti təyin etməyi özünə məqsəd qoyur. İtaliyada, sənədli film yaradıcıları ilə birlikdə, o bir neçə icazəsiz ekzorsizm mərasimlərində iştirak edir...

Ölkə: ABŞ İl: 2012 Rejissor: Culi Enn Robinson Baş rollarda: Ketrin Xayql, Ceyson O'Mara, Con Lequizamo, Deniel Sanjata Janr: komediya Kinoteatr: Azərbaycan kinoteatrı 22 fevrala kimi seansda Keçmişdə qadın alt paltarı satan Stefani Plam özünə yeni iş tapıb.O kişi ovuna çıxır ki, böyük məbləğdə mükafat qazansın. Onun əsas silahı-qadın intuisiyası və hündür kabluklu dəbdəbəli tuflilərdir. Lakin, hətta onlar, onun əsas məqsədi olan, arzuların kişisi qarşısında acizdir. O gözəldir, hazırcavabdır, çox təhlükəlidir, həm də o Stefaninin keçmiş sevgisidir...

66


Film Fiction | Yanvar, №5

Ölkə: ABŞ İl: 2012 Rejissor: Dermot Malruni Baş rollarda: Mendi Mur, Kellan Lats, Cessika Zor, Ceyn Seymur Janr: komediya Kinoteatr: Park Cinema 22 fevrala kimi seansda Ava Dalton — müvəffəqiyyətli nikah agenti,fəlsəfəsi, valideynlərinin 30 illik nikahına əsaslanır, ancaq qəflətən valideynlər boşanmaya verirlər, və bu Avanın dünyasını çevirir. Bacısıyla birlikdə onlar, valideynlərinin boşanmasının qarşısını almağa qərar verirlər.

Ölkə: ABŞ İl: 1999 Rejissor: Corc Lukas Baş rollarda: Liam Nison, Evan MakQreqor, Natali Portman, Ceyk Lloy Janr: fantastika, fentezi, savaş, macəra Kinoteatr: Park Cinema 22 fevrala kimi seansda Dinc və çiçəklənən Nabu planeti. Ticarət federasiyası vergiləri ödəmək istəmir, Amidala kraliçası ilə mübahisəyə girir bu isə müharibəyə gətirib çıxarır. Kraliçanın və respublikanın tərəfində iki cəngavər-ceday vuruşur: müəllim və şagird, Kvay-Qon-Cin və ObiVan-Kenobi...

67


Film Fiction | Yanvar, №5

Viktorina

Hörmətli oxucular, yanvar sayımızdakı təəsüf ki, suallara tam olaraq düzgün cavab verən olmadı. Həmin sualların cavabları ilə sizi tanış edirik: 1. Andrey Tarkovskinin hansı filminin Hollivud istehsalı remeyki var? Cavab: Solyaris 2. Bu aktyor dünya kinosu tarixinə 3395 (!) filmdə rol alması ilə düşüb. Söhbət hansı aktyordan gedir? Cavab: Yan Leyton (Jan Leighton) 3. Jurnalımızın ilk sayında hansı rejissorla müsahibə təqdim olunmuşdu? Cavab: Samir Kərimoğlu 4. “Xöşbəxtlik- yaxşı sağlamlıq və pis yaddaş deməkdir.”- Bu məşhur sözlərin müəllifi hansı aktrisadı? Cavab: İnqrid Berqman 5. Kventin Tarantinonun 2011-ci ildə ən yaxşı hesab etdiyi film hansıdır? Cavab: Parisdə gecə yarısı (Midnight in Paris) Viktorina rubrikamızda dəyişiklik etdik. Suallar minimuma endirildi. Bu dəfəki viktorinada yalnız bir sual olacaq və həmin sualın düzgün cavabını elektron ünvanımıza (film.fiction@box.az) ən tez göndərən oxucumuz "Sevməyə tələs" (Walk Remember) filminin DVD diskini qazanacaq. Beləliklə sual: Knut Hamsunun məhşur "Aclıq" romanı əsasında ekranlaşdırılan eyni adlı filmin epizodlarının birində baş qəhrəman redaksiyada yazılarına baxacaq olan redaktoru gözləyir. Redaksiyanın giriş qapısı yanındakı divarda rəsm əsəri var. Sual- Rəsmdə hansı məhşur şəxs canlandırılıb?

68


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.