Fors Magazine N2

Page 1


ÖNEMLİ OLAN İÇİNDE GÖTÜRDÜKLERİN

8

10

UŞAQLAR DİZAYN EDƏRLƏRSƏ

səh.

20 PSİXOTERAPEVT İLƏ MÜSAHİBƏ səh.

səh.

HAMİLƏLİKDƏ DƏB

səh.

səh.

2018

PAYIZ-QIŞ TRENDLƏRİ

28

24 SURROQAT ANALIQ

səh.

səh.

48

MUSİQİ SAĞALDIR

32


64

TEATR

68

NİGAR ARPADARAİ İLƏ MÜSAHİBƏ

78

DOBRÝ DEN

90 FLORENSİYA

səh. səh.

MİLAN

səh.

84

ZİLİ

səh.

72

KƏND GÖZƏLLƏRİ

56

səh.

NARGİLƏ

səh.

66

50

ELİYAR ALİMİRZOYEV İLƏ MÜSAHİBƏ

səh.

60 ÖLSƏM, BAĞIŞLA

38

səh.

səh. səh.

səh.

Mən, Sən, O

səh.

54

səh.

42

QƏLBLƏRİN KRALİÇASI

səh.

36

OYUNOYUNCAQ

BAKININ GİZLİ EV KONSERTLƏRİ


Editor-in-chief HUSNIYYA NEMET HASHIMOVA Project Manager ILKIN YUSIF Art Director TURAL ALISOY Editor MADINA JABARLI

 info@fors.media  forsmediabaku  forsmedia  forsmagazine  fors.media


REDAKTORDAN

5

“Hamı hörmət tələb edir və istəyir: kişisi də, qadını da, ağdərilisi də, qaradərilisi də. Bu, əsas insan haqlarımızdır”. Aretha Franklin belə söyləmişdi. Yaşadığımız xaotik dünyada insan qəlibini çoxdan tərk etmiş, kateqoriyalaşdırılmışdır. İnsanları müəyyən ümumi əlamətlərə görə siniflərə və qruplara bölən təsnifat anlayışı bizi bir-birimizdən ayırmış, düşmənə çevirmişdir. Halbuki, fərqli olsaq da eyniyik. Mən oyam, sən osan, sən mənsən. Jurnalımızın bu sayını irqi inklüzivlik fəallarına həsr edirik. Husniyya Nemet Hashimova


Biz şüuraltına işləyirik

w w w . b u m e r a n q . a z



8

2018 Müəllif: Amina Zaada

PAYIZ-QIŞ TRENDLƏRİ

Q

ARDEROBUMUZDA NÖVBƏTI DƏYIŞIKLIK ETMƏK VAXTI DEMƏK OLAR KI, GƏLIB ÇATIB. ARTIQ PAYIZ-QIŞ ALIŞ-VERIŞININ VAXTIDIR. 2018-CI ILIN PAYIZ-QIŞ MÖVSÜMÜ TRENDLƏRINI ARAŞDIRIB, ONLARI SIZIN DIQQƏTINIZƏ ÇATDIRMAQLA EDƏCƏYINIZ SEÇIMLƏRDƏ SIZƏ YARDIMÇI OLMAQ ISTƏRDIM.

Hər şeydən öncə qeyd edim ki, bəzi geyimlər illər keçsə belə öz fəslinin dəbi olaraq qalmaqda davam edir. Bura heç şübhəsiz dizə və ya topuğa qədər olan paltolar, hər il bir az daha böyük ölçüdə bizə təqdim edilən balonkalar, uzun çəkmələr, kürklər və trapes şalvarlar daxildir. Burbery markasının moda dünyasına ərmağan etdiyi ekose olaraq tanıdığımız parçalardan hazırlanan üst geyimləri, uzun şalvar və ya ətəklər modelyerlərin bu il də kolleksiyalarının əsas hissəsidir. Lakin bu il tünd rəngli ekoselərdən daha çox açıq sarı, xardal və yaşıl rəngli ekoselərə üstünlük verilir. Bu il üçün ən çox nəzərə çarpan detallardan biri papaqlarla birgə örtük kimi istifadə olunan şallardır. Gucci, Balenciaga, Alexander Wang, Calvin Klein və Versace kimi məşhur brendlərin dəfilələrində bu yeni axına yer verdiklərini görürük. Hər nə qədər gözqamaşdıran parıltılara gecə geyimlərində üstünlük verilsə də, 2018 payız-qış mövsümündə üst geyimləri bu baxımdan heç də geri qalmır. Don, əl çantaları və digər geyim əşyalarında üstünlük veriləcək və daha çox 90-cı illərə xas olan disko topunu xatırladan bu rənglərə payız-qış aylarında tez-tez rast gələcəyik. Qarderobunuzda qalan və istifadə etmədiyiniz hər nə varsa üst-üstə keçirib qarşıdan gələn mövsüm üçün ideal kombin hazırlaya bilərsiniz. 2018-ci il payız-qış dəbi sizə bunları etməyə kifayət qədər icazə verir. Alt-üst geyilən donlar, köynəklər, kurtka və jaketlər bu ilin nəzərə çapan trendlərindən biridir. Odur ki, çəkinməyin.

FORS MAGAZINE | fashion


9

Dəb deyiriksə, burada əvvəlki illərə qayıdıb, o dövrün motivlərindən istifadə etmədən olmaz. Tom Ford və digər məşhur dəb ikonaları da bu cür düşünüb, heç vaxt dəbdən düşməyən və qadınların cazibəsini ön plana çəkən bəbir naxışını 80-90-cı illərin geyim trendlərinə uyğunlaşdıraraq 2018-ci il kolleksiyalarına daxil ediblər. Daha çox şalvar və çəkmələrdə üstünlük verilən bu naxışı bu ildən zərif şifon və ya məxməri parçalar üzərində tez-tez görəcəyik. Mənə görə özü artıq aksessuar olan bəbir naxışlı geyimdən istifadə edən xanımlar digər seçimlərində sadəlikdən yana olmalıdırlar. Bəbir naxışının bu il neon rəng tonlarında belə dəbdə olacağını nəzərə alsaq, maksimum dərəcədə rəngli aksessuarlardan istifadədən qaçınılmalıdır. Nəhayət, ətraf mühiti qorumaq adına sözü bir yerə qoya bilən modelyerlər saxta kürklərə yönəlməyə başlayıblar. Bəli, kürk sevərlər bu il də istədikləri bu parçaları rahat şəkildə istifadə edə bilərlər. Ümid edirik ki, onlar da “sadəcə bir fəsil istifadə edilə biləcək geyimlər və əsalət xatirinə canlılara zərər verilməməlidir” mövzusunda bizimlə həmfikirdirlər.

Geyim və aksessuarlarla yanaşı artıq özü içində incəsənəti birləşdirən və dəb yaratmağa başlayan dırnaq dizaynları da fəsillərə uyğun olaraq müəyyən trendləri izləyir. Son dönəmdə geniş vüsət alan dəlisov dırnaq dizaynları hətta çox sadə geyinməyi üstün tutan xanımların belə seçimi ola bilər. Belə ki, fərqli manikürlə imiclərinə tamam fərqli ab-hava qata bilərlər. Bəs qış mövsümü üçün nəzərdə tutulan dizaynlar hansılardır? Mat və şəffaf rənglərlə edilmiş manikürlər çox təbii ki, bu siyahıya başçılıq edir. Qeyri-adiliyi sevən xanımlara isə xoş xəbərimiz var: dırnaq üzərində edilən qaşlı dizaynlardan tutmuş oyuqlara qədər ağlımıza gələ biləcək hər cür dırnaq dizaynı bu qış dəbdədir. “Parisian bohemia” adlanan qara rəng üstü ulduzlar, tünd pastel tonları, hər zaman dəbdə olan qırmızı rəng və zərli dırnaqlar bu qışın üstünlük verilən dırnaq boyaları olacaq. Bir sözlə, rəng və sərhəd tanımadan öz fərqli görünüşləri ilə diqqət çəkəcək dırnaq dizaynları ilin son iki fəslində tez-tez qarşımıza çıxacaq.


10

NİLÜFER TERCANLI “Nillush Vintage” brendinin yaradıcısı

FORS MAGAZINE | fashion


11

Önemli olan içinde götürdüklerin ÖZ TƏRZINIZI NECƏ IFADƏ EDƏRDINIZ? Feminin, innovativ, eksperimental, azadlıq tərəfdarı və qayda-qanunsuz.

“O OLMADAN EVDƏN ÇIXMARAM” DEDIYINIZ ÜÇ ŞEY NƏDIR? Ətrim, krepe (naços) darağım və telefonum.

BIR QADININ HEÇ VAXT GEYINMƏMƏLI OLDUĞU NƏDIR? Legginsi qısa köynəklə, pedikürsüz ayaqlarla isə açıq ayaqqabı geyinməməlidir.

AHƏNGSIZLIYIN AHƏNGI BARƏDƏ NƏ DEYƏ BILƏRSINIZ? Ahəngsizliyin ahəngi əslində bütün əsas

qayda və qanunları əzbərləmiş innovativ və uzaqgörən, üzərinə yeni bir şey əlavə etməkdən çəkinməyən, bütün normaları oxuyub əzbərləmiş birinin etməli olduğu bir şeydir. 2018-ci il modasının da göstərdiyi tam olaraq budur. Bütün dövrlərdə geyinilmiş nüansları hazır geyimdə görürük. Əslində, indiki dövr modasının xüsusi simvolu yoxdur. Həmin simvolu geyinən adam təyin edir. Burada ən önəmli mövzu yaratdığınız üslubdur. Yəni ahəngsizlik modasını ev şəraitində yoxlamaq təhlükəli ola bilər. Bir sözlə, bu, hər kişinin işi deyil.

VINTAJ MODAYA OLAN SEVGINIZ NECƏ BAŞLADI? Mən də keçid dövrümdə hər cür tərzi yoxlamış, təcrübə və yanılmalar yaşamış biriyəm. Təbii ki, uşaqlığımdan bəri vintaj geyinirəm deyə bilmərəm, həm də bir qadının əsl tərzi 30 yaşından sonra ortaya çıxır. Nənəmin yanında böyümüşəm. Hər səhər işə gedərkən onun saatlarla korset geyinməyinin, saçını daramağının, evə dərzilərin gəlməyinin, ən adi bir günə belə xüsusi hazırlanmağının şahidi olmuşam. Böyüdükcə bütün bunlar ilham mənbəyim olmağa başladı. Onsuz da tərz dediyiniz şey yaşadığınız illərin, şəraitin nəticəsidir.

İLHAM MƏNBƏYINIZ KIMDIR? Nənəm və cavanlığını 1950-ci illərdə yaşamış bütün qadınlar.

“NILLUSH VINTAGE” NECƏ YARANDI? Bir gün küçədə gəzərkən bir qadının əynində nənəmin pencəyinə bənzər pencək gördüm. Bir müddət qadının dalınca getdim. Gedərkən gözümün qabağında xatirələr canlandı. Sonra nənəmin qarderobunu ələ keçirdim. Vaxt keçdikcə, yeni istehsal olunan heç nə mənə həyəcan verməməyə başladı. Mağazalarda gördüyüm hər şey


12

FORS MAGAZINE | fashion


13

FOTO: AY H A N A K B A Åž


14

sanki köhnələrin təqlidi idi, mən də orijinallarını tapmaq üçün yola çıxdım. Səyahət etməyə, xaricdəki vintaj mağazalardan çoxlu məhsul almağa başladım. Evim anbara oxşamağa və vintaj geyimlər yaxın çevrəmdən rəğbət görməyə başladıqca, artıq bir mağaza açıb, bunları hamıyla paylaşmalı olduğumu hiss etdim.

ÖZ AYAQLARI ÜZƏRINDƏ DURMAQ ISTƏYƏN QADINLARA NƏ KIMI MƏSLƏHƏTLƏRINIZ VAR? Əvvəlcə demək istəyirəm ki, haqlı da olsanız, haqsız da, müdafiə etdiyiniz ideologiyanın çevrənizdə dinlənilməsi üçün ciddi bir biliyə sahib olmalısınız. Təhsil, təbii ki, şərtdir, amma özünüzü bununla məhdudlaşdırmayın. Həyat qısa, kitablar uzundur, hər boş anınızı oxuyaraq, görərək dəyərləndirin. Özünüzü heç kimə bağlı hiss etməyin. Biri sizi sevsin deyə, ailəniz də daxil olmaqla, heç vaxt xarakterinizdən və xəyallarınızdan əl çəkməyin. Ana-ataya hörmət yaxşı bir şeydir, amma onların sizi idarə etməsinə icazə verməyin. Bir qadın olaraq, mərhəməti və vicdanı heç vaxt əldən verməyin. Xoşbəxt hiss etmədiyiniz anlarda özünüzlə tək qalın, mahnı oxuyun, ağlayın və güc toplayın. Həmişə baxımlı, təmiz və zərif görünməyə çalışın.

TÜRK QADINIYLA AZƏRBAYCAN QADINI ARASINDA HANSI FƏRQLƏRI GÖRÜRSÜNÜZ? Azərbaycanlı qadınlarda məni ən çox cəlb edən və mənə güc qatan cəhətlərdən biri şərait və mühit nə olursa olsun, həmişə baxımlı, nazlı, işvəli olmaları və özlərini çox bəyənmələridir. O, maddi durumu nə olursa olsun, özünə baxır, geyindiklərinə fikir verir. Türk qadını isə yorğundur, tənbəldir. Özünə baxmamağı üçün min cür bəhanəsi var, eynilə mənim kimi. Həmişə qaçaqaçdayıq, daha rahat geyimlərə üstünlük veririk. Feminin olmaq həmişə arxa plandadır. Görü-

FORS MAGAZINE | fashion


15

nüşünə fikir verməli olduğu vaxtlarda artıqlaması ilə diqqət göstərir, amma bunun üçün mütləq xüsusi bir gün gözləyirik. Azərbaycan qadınlarında ən sevdiyim cəhət, 7/24 xüsusi bir yerə gedirmiş kimi yaşamalarıdır, çünki özlərinə çox dəyər verirlər.

MODADAN BAŞQA HANSI MARAQLARINIZ VAR? Modadan başqa ədəbiyyat, çay, həyat yoldaşım və itim var, bütün həyatım bu qədərdir.


16

FORS MAGAZINE | fashion


17


18

FORS MAGAZINE | fashion


19


20

FORS MAGAZINE | fashion


21

HAMİLƏLİKDƏ

DƏB

H

əyəcan, sevinc, qorxu, narahatlıq, fəxr – bu qədər fərqli hissləri qadınlar bəlkə də yalnız hamiləlik dövründə yaşayırlar. Biz hər zaman gözəl görünmək istəyirik, bütün işlərimizin tərs getdiyi bərbad bir günümüzdə belə. Bəs hamiləlik zamanı hər səhər yaşadığımız “bugün nə geyinim?” tərəddüdümüz bitir? Əlbəttə, xeyr! Davam edir, daha kəskin, daha ciddi! Bədən ölçülərimiz dəyişir, səhhətimiz qeyri-stabil, əhvalımız isə dəyişkən olur. Bəs hamiləlikdə həm rahat, həm də dəbli geyinmək üçün nə etməliyik? Ötən il geridə qoyduğum ilk hamiləlik marafonumdan bir neçə dərs çıxarmışam. Təcrübəmdən qaynaqlanaraq sizinlə “hamiləlikdə necə geyinməliyik” mövzusunda bir neçə qızıl qaydanı paylaşmaq istəyirəm. İlk öncə “hamilə geyimi” ifadəsini unudun. Sırf hamilələr üçün nəzərdə tutulmuş geyimlər çox nadir hallarda tərzli və dəbli olur, çünki onlar sadəcə bizim qarnımızın ölçüsünə uyğun tikilir. Digər nüanslar isə unudulur. Odur ki, hər zaman geyindiyiniz mağazalara üstünlük verin. Bol biçimli və ya öz ölçünüzdən bir neçə böyük ölçülü geyimləri yoxlayın. Bəzən sevimli mağazanızın vitrinində elə dona rast gələ bilərsiniz ki, sanki o sizin 35 həftəlik hamilə vücudunuz üçün dizayn edilib. Köhnə qarderobunuzu nəzərdən keçirin. Əyninizə bol olan və ya sinədən aşağı enli biçimli köynəkləriniz, yüksəkbel, beli rezinli şalvarlarınız, çox geyinməkdən ötən sezon gözünüzdən düşən “oversize” paltonuz sizin yeni favorilərinizə çevrilə bilər. Rahatlığınız və sağlamlığınız üçün təbii materialdan tikilmiş geyimlərə üstünlük verin. Xüsusilə yayda havaların çox isti keçdiyi vaxtlarda təbii, hava keçirən, istini özündə saxlamayan açıq rəngli pambıq və kətan materiala ehtiyacınız olacaq. Rəngarəng geyinin. Bu sizin tez-tez dəyişən əhvalınıza çox yaxşı təsir edəcək. Təsəvvür edin, yayın qızmar çağında, 40 dərəcə istidə 39 həftəlik hamiləsiniz. Ayaqlarınız şişib, nəfəsiniz daralır və əyninizə qara don geyinmisiniz. Bir də qırmızı don düşünün. Fərqi gözümüzdə canlandırmaq heç də çətin deyil. Əgər planlı hamiləlik yaşayırsınızsa, yuxarıda qeyd etdiyim nüanslar üçün 3 ay öncədən hazırlaşmaq işinizi xeyli asanlaşdıra bilər. Məsələn, ayaqqabı seçiminizə hamiləlikdən bir müddət öncə diqqət edərək seçimlərinizi daha rahat, alçaqdaban ayaqqabılardan yana edə bilərsiniz. Hamiləlikdə aldığım ən böyük dərs isə odur ki, gözəl və dəbli hamilə olmaq üçün qarderobumuzdan öncə özümüzün mənəvi olaraq bu mərhələyə hazır olmağımızın vacibliyidir. Mütləq qəbul etməyə çalışın: hamiləlik xəstəlik deyil. Həyatınızın heç bir sahəsində, eləcə də müzakirə etdiyimiz dəb mövzusunda güzəştə getmək məcburiyyətində deyilsiniz. Gündəlik məişət rejiminizə olduğu kimi davam edin, yeni bir həyatın, yeni bir canın yaranacağı fikrinin dadını çıxarın.

Müəllif:: TURAN QARAYEVA “Toostyle” bloqunun yazarı


22

FOTO: GÜLŞƏN NƏRİMANLI F Ə R Q A N Ə Q . ( G FA R I Q U E ) G Ü L Ç İ N M Ə M M Ə D OVA FORS MAGAZINE | fashion


23


24

Uşaqlar Dizayn Edərlərsə Uşaqların fantaziyaları sərhəd tanımır, rəng duyğuları isə olduqca güclüdür. Uşaq təxəyyülündən ilhamlanaraq, 25 avqustda “Kids Fashion Design” adlı layihə həyata keçirdik. Layihənin keçirilməsində məqsəd uşaq yaradıcılığına dəstək olmaq, uşaqlarda özünü-ifadə və özünü-təqdimat bacarıqlarını inkişaf etdirmək idi. Layihə zamanı Ayla, Sara və Şükufə adlı 3 azyaşlı qız xəyallarında olan geyimlərin eskizini çəkdilər. Moda əskizləri əsasında geyimlər tikildi və həmin geyimlərdən ibarət dəb şousu keçirildi.

FORS MAGAZINE | fashion


25

FORS MEDİA QADINLARIN MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT VASİTƏSİLƏ MAARİFLƏNDİRİLMƏSİ, KİÇİK SAHİBKARLIQLA MƏŞĞUL OLAN QADINLARA DƏSTƏK VƏ YERLİ DƏB ETALONU OLMAQ MƏQSƏDİLƏ YARADILIB. İNKLÜZİVLİK, HƏR NÖV YARADICILIĞA DƏSTƏK VƏ AZƏRBAYCAN DİLİNDƏ ENSİKLOPEDİK XARAKTERLİ YERLİ JURNAL OLMAQ KİMİ DƏYƏRLƏRİ ƏSAS TUTARAQ DƏRC OLUNAN FORS MAGAZİNE GƏLƏCƏKDƏ BU LAYİHƏNİ DAHA İRİ MİQYASDA HƏYATA KEÇİRMƏYİ PLANLAŞDIRIR.


26

Ayla və dizayn etdiyi don “Земля”

FORS MAGAZINE | fashion

Şükufə və dizayn etdiyi don “Cчастье”

Sara və dizayn etdiyi don “Foxy Top”



28

PSİXOTERAPEVT

ŞƏBNƏM SADIQOVA

ilə müsahibə

FORS MAGAZINE | health


29

VAGİNİZM NƏDİR? Cinsi əlaqə zamanı vaginanın üçdə bir qismini əhatə edən əzələlərdə təkrarlanan qeyri-ixtiyari sıxılmaların yaranması və bu zaman ağrı qorxusu, təşvişin baş verməsi vaginizm adlanır. Bu sıxılmalar qadının öz istəyi ilə yaranmadığı kimi qadın istəyərək onu dayandıra da bilməz. Bunlar tamamilə iradə və kontrol xaricində baş verən hadisələrdir.

QADIN NƏ ZAMAN HƏKIMƏ MÜRACIƏT ETMƏLIDIR? Vaginizm simptomlarını bu şəkildə sıralaya bilərik: 1. Cinsi əlaqə zamanı vaginanın üçdə bir hissəsi də daxil olmaqla bədənin müxtəlif nahiyələrində, hətta bəzən bütün bədənin, həmçinin ayaqların sıxılması, titrəmə, çırpıntı, tərləmə, ürəkbulanması, qusma, ağırlaşma hissi və ağlama müşayiət edilə bilər. 2. Vaginadakı sıxılma bir çox qadında penetrasiyaya (cinsi birləşmə) imkan vermir. 3. Daha az sayda xəstədə isə məcburi penetrasiya ola bilir, ancaq cinsi əlaqə ağrılı olaraq davam edir. Bütün bunlarla üzləşən cütlük növbəti cəhdlərdə bir irəliləyiş görmürsə və ya əvvəllər yalnız penetrasiya zamanı yaşanılan sıxıntı, indi ümumiyyətlə cinsi əlaqə zamanı da müşahidə edilirsə, vaxt itirmədən professional dəstək almalıdır. İtirilən zaman təkcə fizioloji deyil, eyni zamanda psixoloji narahatçılıqlar da yaradır. Erkən müdaxilə bütün xəstəliklər üçün keçərlidir.

VAGINIZM NECƏ MÜAYINƏ OLUNUR? Yuxarıdakı simptomları yaşayan qadın ilk olaraq ginekoloqla görüşür. Əgər o, psixoterapevtə müraciət edibsə, müayinə üçün əvvəlcə ginekoloqa yönləndirilir. Ginekoloq qadında hər hansısa bir üzvi problemin olmadığını təsdiqlədiyi zaman psixoloji dəyərləndirmə başlayır. Eyni prosedur kişi üçün də keçərlidir. Cütlük ilk əvvəl fizioloji müayinədən keçməlidir. Orqanik problemlər olmadığı zaman iş tamamilə cinsi terapiyaya qalır.

VAGINIZM TAMAMILƏ MÜALICƏ OLUNA BILƏRMI? Bəli, digər cinsi disfunksiyalar arasında vaginizm tamamilə müalicə olunandır. İstər kişi, istərsə də qadın cinsi disfunksiyaları hər biri psixoterapiya ilə sağalmağa doğru xeyli yol qət edir. Bəzi narahatçılıqların müalicəsi, məsələn, anorqazmiya, cinsi iyrənmə, erkən və ya gec boşalma vaginizmə nisbətən daha uzun vaxt apara bilir. Lakin zaman məfhumu da olduqca nisbi və fərdidir. Şəxsə, yaşadıqlarına, terapiyaya uyğunluğuna, gözləntilərinə görə dəyişir. Əvvəl də qeyd etdiyim kimi, erkən müdaxilə cütlüyə zaman qazandırır. Cütlük müalicə üçün vaxtında müraciət edəndə problem çox qısa zamanda tamamilə həll olur.

MÜALICƏ ZAMANI HANSI METODLAR TƏTBIQ OLUNUR? Cinsi terapiyanın metodları, seans proqramı konkretdir. Yəni hazır sistemdir. Psixoterapiyanın təməl yer aldığı metodların gedişatı və müddəti proqrama görə 8-10 seans davam edir. Lakin, çox vaxt bu, cütlüyə bağlı olaraq dəyişə bilir. Cütlük lazım olanda bir araya gələ bilirsə, terapiya seanslarını prioritetləşdirirsə, görüşlərə hazır gəlirsə, konfliktlərdən uzaq durursa və terapiyanın tələb etdiyi şərtlərə uyursa, bu zaman müalicə müddəti də qısalır. Cinsi terapiya seanslarında müddətə deyil, daha çox verilən tapşırıqlara fokuslanmaqda fayda var. Hər seans sonu növbəti görüş üçün plan qurulur və cütlük də terapevtlə birlikdə gedişatı şəffaf şəkildə görə bilir. Yəni, cinsi terapiyada qeyri-müəyyənlik və ya sürpriz vəziyyət yoxdur. Gedişat hər iki tərəfə də eyni anda məlum olur.


30

Bütün detallar ilk görüşdə ən xırdalığına qədər danışılır və razılığa gəlinir. Cütlük bu qaydaları qəbul edib, terapiyaya uyğunlaşacağına əminlik verdikdən sonra seanslara başlanılır. Hər şey tamamilə cütlüyün istəyi daxilində baş tutur. Terapevtə aid ilkin addım isə cütlüyə qarşı obyektiv olmaq, fərdin deyil, hər ikisinin terapevti olmaq, məxfiliyi bütünlüklə qorumaq və zərər vurmamaqdır.

QADININ DAIMI PARTNYORU VARSA, MÜALICƏ MÜDDƏTINDƏ ONUN ÜZƏRINƏ HANSI ÖHDƏLIKLƏR DÜŞÜR? Əvvəlcə, bunun hər ikisinin problemi olduğunu qəbul etməlidir. “Mənlik birşey yoxdur, qadında problem var” deyə düşünmək qadının motivasiyasını yerlə bir edə bilər. Partnyorun seanslardakı aktivliyi, dəstəyi, cütlüyün öz aralarındakı dürüst münasibəti terapiyanın gedişatına böyük təsir göstərir. Bəzən bunların əksi müşahidə olunan cütlüklərdə seanslar normadan uzun çəkə bilir. 8-10 seansda bitməli olan terapiya həftələrlə, aylarla uzanır. Bu da qadının mübarizəsini sarsan əsas faktordur. Vaginizm hallarında cinsi cəhdlərlə bağlı sıxıntılar bir müddət sonra kişinin cinsi performansına da təsir edə bilir. Sərtləşmədə və ya boşalmada problem yarandığı zaman təşvişə qapılmadan terapevtlə məsləhətləşmək lazımdır. Cinsi terapiyada bu hallar çox zaman müşahidə olunur və aradan qaldırılır. Partnyorun açıqlığı, problemin həllində maraqlı olması bu gedişatı xeyli asanlaşdırır.

VAGINIZM QORXULU ANOMALIYADIRMI? Vaginizm özündə qorxu hissini ehtiva etdiyi üçün adı belə təşviş yarada bilir. Lakin, vaginizm müalicəsi olan, gecikmədən müraciət edildiyində çox qısa zamanda aradan qaldırılan cinsi disfunksiyadır. Cütlük bunu bildiyi zaman vaxt itirmədən ginekoloqa və terapevtə müraciət etməlidir. Lakin bunun fərqində olmaq bəzən çox vaxt alır. Buna qədər də cütlüyün yaşadıqları, ətraf insanlardan gələn təsirlər travmasız ötüşmür. Bu da vəziyyəti daha da mürəkkəbləşdirir.

FORS MAGAZINE | health


31

MÜALICƏDƏN SONRA VAGINIZM YENIDƏN YARANA BILƏRMI? Vaginizm müalicə edildikdən sonra əsla təkrarlanmayan cinsi disfunksiyadır. Müalicə ilə tamamilə aradan qaldırılır. Cütlüyün sonrakı fəaliyyətləri ilə cinsi həzzalma prosesi daha da inkişaf edir. Ağrılı cinsi əlaqə və ya ümumiyyətlə əlaqəyə girə bilməmə ilə başlayan bu səyahət, həzz dolu və zəngin fantaziyalar ilə bütünləşmiş bir münasibətə yönəlir. Cütlüklərarası demokratik, səmimi, eşq dolu münasibətlə bu səyahət sonsuzluğa doğru yol alır. Sevmək, sevişmək, birləşmək təbii ehtiyaclardır. Bunu hər iki tərəf bu şəkildə qəbul edərsə, ahəng yaranar. Seks tanqoya bənzəyir. Partnyor sabit dayanırsa və ya hərəkətləri ritmə uyğun gəlmirsə, hər iki bədən musiqi ilə balans yaratmırsa, o zaman rəqs mümkünsüz olur. Bu səbəblə də demokratiya və dürüstlük vacibdir. Amma əvvəlcə özünüzə qarşı.


32

FORS MAGAZINE | health


33

Müəllif:

Elnurə Vəliyeva Ginekoloq, Tibb Elmləri Namizədi

SURROQAT ANALIQ

B

əzi qadınlar hamilə qalmaqda heç bir çətinlik çəkmədiyi halda, bəziləri bu yolda çox əngəllərlə qarşılaşırlar. Cütlüklərin böyük hissəsi “hamilə qalmaq alınmırsa, nə etməliyik?” sualıyla bizə müraciət edir. Əgər hamiləliyin planlaşdırılmasının bir neçə ayı uğursuz olubsa, panik vəziyyət yaratmamaq lazımdır. Həkimlər bildirir ki, əksər cütlüklərdə hamiləlik planlaşdırılan ilk bir il ərzində baş verir. Əgər bir il sonra hamiləlik baş vermirsə, artıq mütəxəssisə müraciət etmək lazımdır. Həkim isə ilk öncə bir neçə vacib analizin verilməsini istəyəcəkdir. Ən önəmlisi, hamiləliyin baş verməmə səbəbini tapmaqdır, daha sonra isə həmin problemin tərzinə uyğun müalicə taktikası seçilməlidir. Hal-hazırda sonsuzluqla bağlı bir neçə müalicə üsulları var: endokrinoloji sonsuzluq zamanı hormonal preparatlarla yumurtalıqların stimulyasiyası, endokrinoloji və kişi faktoru birləşdiyi zaman və ya səbəbi bilinməyən sonsuzluq zamanı rəhmdaxili aşılama, boru problemləri, endometrioz, kişi sonsuzluğu və ya səbəbi bilinməyən sonsuzluq zamanı ekstrakorporal mayalandırma (EKM – qadının orqanizmindən kənarda mayalandırma). Sonsuzluğun öhdəsindən gəlməyin digər bir yolu da surroqat analıq metodikasıdır. Bu halda, sonsuzluqla mübarizədə 3 nəfər iştirak edir: yumurta hüceyrələrini körpəyə verən bioloji ana, spermlərini körpəyə verən bioloji ata və

körpəni daşıyan, doğan və bioloji ailəyə verən surroqat ana. Mayalanma EKM metodu ilə laboratoriyada baş verir. Bu metodun istifadəsinə yalnız ana namizədin tamamilə hamilə qalma imkanının olmaması zamanı icazə verilir. Məsələn, uşaqlığın olmaması, anadangəlmə və ya sonrakı travmaların nəticəsi olaraq onun strukturundakı anomaliyalar buna səbəb ola bilər. Eyni zamanda, ağır ekstragenital xəstəliklərin nəticəsi olaraq, hamiləliyin və doğuşun ölümcül təhlükə törədə biləcəyi qadınlara da surroqat analıq metodu kömək ola bilər. Qadında hər iki yumurtalığın və rəhmin olmaması, qadın sonsuzluğu və kişi sonsuzluğunun birləşməsi kimi xüsusi hallarda isə donora müraciət edilə bilər. Cütlük donora müraciət etmək qərarı verirsə, mayalandırma zamanı donor oositlərindən (yumurta hüceyrələri) və ya donor spermlərindən istifadə oluna bilər. Surroqat analıq həm də uşaq sahibi olmaq istəyən yalnız kişilər tərəfindən də həyata keçirilir. Təxirə salınmış analıq zamanı da surroqat analardan istifadə oluna bilər. Qadın reproduktiv dövründə oositlərinin dondurulmasına razılıq verə bilər və 50-60, hətta 70 yaşında belə surroqat analıq metodu sayəsində uşaq sahibi ola bilər. Avropada və ABŞ-da homoseksual cütlüklərin də surroqat analıq metodundan istifadəsi geniş yayılıb. Bəs kimlər surroqat ana ola bilər? İlk növbədə, qadın reproduktiv yaş dövrün-


(+994) 51 970 40 50

AtatĂźrk pr. 65A

www.rsmazerbaycan.az


35

də olmalıdır, bu dövr 20-35 yaş arası hesab olunur. Bu proqramda iştirak üçün mütləq şərtlərdən biri də qadının özünün hamilə qalaraq dünyaya gətirdiyi heç olmasa bir doğma uşağının olmasıdır. Əgər qadın evlidirsə, onun həyat yoldaşı tərəfindən surroqat analıq şərti ilə EKM proqramında iştirak etməsinə icazə verməsi barədə notarial təsdiq tələb olunur. Keçmişə nəzər salsaq, surroqat analıq institutu Qədim Romada geniş yayılmışdır. Güclü cinsin nümayəndələri öz sağlam və doğuş qabiliyyəti olan arvadlarını sonsuz cütlüklərə müəyyən məbləğ qarşılığında “kirayə verirmiş”. Dünyaya gələn uşaqlar sonsuz cütlüklər tərəfindən böyüdülür və onların qanuni varisləri hesab olunurmuş. Qədim yəhudilər isə sonsuzluqla mübarizədə qullardan istifadə edirdilər. Qadınlar cavan və sağlam qullardan birini ərindən uşaq dünyaya gətirməsi üçün seçə bilərdilər. Doğuşu sonsuz qadın özü qəbul edir və yeni doğulmuş körpəyə ilk o toxuna bilərdi. Surroqat analığın hüquqi tərəfi isə dünyanın müxtəlif yerlərində fərqlidir. Məsələn, Yaxın Şərq və Ərəb ölkələrində qəti qadağandır, Fransa, Almaniya, İsveç, Norveç və ABŞ-ın bir neçə ştatında isə surroqat analığın tətbiqi ilə bağlı qərarın qəbulu hələ də ləngidilir. Böyük Britaniyada prosesin kommersiya tərəfi ixtisar olunub – surroqat ananın xidmətləri qarşılığında hər hansı ödəniş almaq hüququ yoxdur. Sonsuz cütlüklər yalnız birbaşa hamiləliklə və doğuşla bağlı olan gündəlik xərcləri qarşılaya bilərlər. İsrail və Hollandiyada surroqat anaların öz xidmətlərini reklam etməsi qadağandır. İsraildə uşaq dünyaya gələnə qədər tərəflər onun hüquqi statusu ilə bağlı bütün aspektləri həll etməyibsə, daşıyıcı ana hüquqi yollarla uşağın anası hesab olunmağa nail ola bilər. Surroqat analığın dövlət tərəfindən icazə verildiyi ölkələrə Rusiya, Ukrayna, Qazaxıstan, CAR və ABŞ-ın əksər ştatları daxildir. Əksər dinlər bu metodu qınayır və inanclıların istifadəsinə razılıq vermir. İslamda donorlardan istifadə olunmamaq şərti ilə EKM-a icazə verilir. Donor oositləri və spermlərinin istifadəsinə, körpənin yad bədəndə daşınmasına isə yol verilmir. Kato-

liklikdə, ümumiyyətlə, EKM heç bir şəkildə qəbul olunmur. Pravoslavlığa görə EKO ola bilər, amma çox ciddi limitlərlə, məsələn, donor istifadəsinə icazə verilmir, çünki, bunun evlilikdə yeni həyata can verilməsinin müqəddəsliyini pozduğu deyilir. Buddizmdə isə bu metoda nisbətən loyal yanaşılır, nəticə olaraq prosesin bütün üzvləri sevinc və xoşbəxtlik əldə edirsə, surroqat analıq qəbul olunur. Psixoloq və psixiatrlar isə bu metodda böyük problemlər görürlər. Yaşadığı çətin həyat və ya maddi duruma görə daşıyıcı ana olmağa razı olan qadının, ilk növbədə, bu vəziyyətlə əlaqəli psixologiyası stabil olmaya bilər. Ona görə də, vəziyyəti yaxşılaşdıqdan sonra qadının daşıyıcı anası olduğu körpəni öz doğma uşağı hesab etmə ehtimalı var. Doğuşdan sonra körpədən ayrılmaq qadın üçün faciəyə çevrilə bilər və bu proses onun da, “sifarişçilər”in də taleyiylə oynaya bilər. Hüquqşünaslar qeyd edirlər ki, bəzən surroqat analığa müraciət edən cütlüklərin hələ hamiləlik zamanı ayrılma halları da olur, bəzən kişilər bütün bu proseslərdən əvvəl olduqları yerdə artıq xoşbəxt olmurlar və nəticədə, ayrılıq, uşaq üzərində hüquqi tələblər və s. drama çevrilə bilir. Bunu da anlamaq lazımdır ki, körpəni daşımaq üçün seçilən ana namizədin genləri uşağın gələcəyinə heç bir şəkildə təsir etmir. Lakin surroqat ananın həyat tərzinin böyük təsiri ola bilər. Belə ki, hətta sağlam embrion belə içki içən, siqaret çəkən və ya gərgin həyat tərzi yaşayan daşıyıcı ananın daxilində məhv ola bilər. Ona görə də, bu problemlərdən qaçmaq üçün əvvəlcədən bütün bu məsələlərin aydın şəkildə daxil edildiyi yazılı anlaşma hazırlanmalıdır. Surroqat analığa Azərbaycan qanunvericiliyinə görə icazə yoxdur. “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul olunarkən, ekstrakorporal mayalanma və surroqat analıq məsələləri müzakirə zamanı ciddi kritikayla üzləşmiş və qəbul edilməmişdir. Surroqat analıq kifayət qədər çətin qərardır və əksər hallarda, çıxılmaz vəziyyətdə olan cütlüklərin övlad sahibi olmaq üçün ən son şansıdır.


OYUN - OYUNCAQ

36

Müəllif: Vüsalə Yusif

FORS MAGAZINE | health

Həkim-laborant, “Lily toys” brendinin yaradıcısı


37

O

yun və oyuncaqlar uşaqlıq dövrünün əvəzedilməz parçasıdır. Onlar uşağın ətraf aləmi tanıması, sərbəstləşməsi, yaşıdları ilə asan ünsiyyət qurması üçün vacibdir. Uşağın oyuncaqla keçirdiyi vaxt əyləncəli, zövqlü, öyrədici olmalı, ona ilham verməli, yeni fikirlər qazandırmalı, pozitiv hisslərlə yükləməlidir. Oyuncaqlar uşaqların fiziki, zehni, sosio-psixoloji inkişafına öz təsirini göstərir. Bu gün evlərimizə, uşaqlarımızın otağına girən oyuncaqlar nə qədər məsumdur? Təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün oyuncaq sektorunda rəğbət görən oyuncaqların əksəriyyəti zərərli və təhlükəlidir. Tərkibində qurğuşun, PVC (polivinilxlorid), BPA (bisfenol A), fitalat kimi təhlükəli kimyəvi maddələr olan oyuncaqları öz əllərimizlə evlərimizə gətirir, illərlə uşaqlarımızla birlikdə saxlayırıq. Bu maddələr zamanla uşaqlarda astma, allergiya, dəridə eroziyalar törədir, cinsi sistemə zərər vurur (PVC), piylənmə, diqqət dağınıqlığı, erkən cinsi yetişkənlik kimi fəsadlara yol açır (BPA), kanserogen təsir göstərir (fitalat), zəhərləyir (qurğuşun), endokrin sistemini zədələyir, hormonal inkişafı pozur və böyrəklərə zərər vurur (plastiklər). Səs yazıları, əlçatan batareyalar, iplər, kiçik, asanlıqla qopa bilən hissəciklər, avtomatik yığılıb açılan konstruksiyalar, yüksək kinetik enerjinin olduğu tapança və tüfənglər, zərərli boyalarla boyanmış maşın oyuncaqlar da kifayət qədər təhlükə saçır. Təəssüflər olsun ki, bununla da bitmir. Zərərli oyuncaqlar fiziki inkişafla yanaşı, uşaqların sosio-psixoloji inkişafına da öz mənfi təsirini göstərir. Ağlayan oyuncaqlar, şiddətə, zorakılığa meyl etdirici oyun və oyuncaqlar, irqçi və etnik düşmənçilik təbliğ edən cizgi filmləri və oradakı xarakterlərin oyuncaqları formalaşmaqda olan uşaq psixologiyasında və xarakterində iz qoyur. Bütün bu neqativ hallarla həm dövlət, həm də ailə səviyyəsində mübarizə aparmaq lazımdır. Oyuncaq seçərkən estetik görünüşünə, dəbdə olmasına və qiymətinə deyil, təbii materialdan hazırlanmasına, zərərsiz olmasına və “məqsədinə” diqqət edilməlidir. Oyuncağın tərkibi təhlükəsiz və etibarlı, görünüşü şirin və pozitiv, rəngləri sadə və xoşagələn, funksiyası yaxşı mənada öyrədici olmalıdır. Bu baxımdan, taxta və bambukdan hazırlanmış sərt oyuncaqlar, 100% pambıq parçadan hazırlanmış yumşaq oyuncaqlar, pambıq və akril iplərlə hörülmüş toxunma oyuncaqlar seçə bilərsiniz. Üzərində “CE” etiketi olan oyuncaqlar beynəlxalq standartlara uyğun olduğu üçün həmin oyuncaqları rahatlıqla ala bilərsiniz. Ev şəraitində öz əllərinizlə oyuncaqlar hazırlaya bilərsiniz. Unutmayın ki, uşaqlara oyuncağın estetik gözəlliyi deyil, onunla əylənə bilməsi maraqlıdır. Son olaraq, övladlarınızın yalnız oyuncaqlarının deyil, həmçinin əmzik, butulka, diş qaşıyıcıları, yemək qabları və geyimlərinin də ekoloji təmiz olmasına xüsusi diqqət göstərməyi unutmayın. Dünyanın hər yerində uşaqların sağlam və xoşbəxt böyüməsi diləyi ilə…


38

Bakının gizli ev konsertləri İlk dəfə 2009-cu ildə Londonda başlamış möhtəşəm musiqi hərəkatı - Sofar (Songs of a room) hazırda 45 ölkədə fəaliyyət göstərir. Evlərdə və ya ev bənzəri yerlərdə təşkil olunan konsertlərin məqsədi istedadlı musiqiçi və musiqi sevərləri bir yerə toplamaqdır.

FORS MAGAZINE | culture


2018

WISH_ARTIST


40

NİHAD

FƏRİDƏ

Hansı mahnı həyatınızın fon musiqisi olardı? Radiohead “Creep” “Kaş ki, olardım” dediyiniz konsert hansıdır? Metallica-nın Moskvada, ya da Antarktidada verdiyi konsert Ən çox sevdiyiniz mahnı sözləri? “Yerə bir bax, göyə bir bax. Həyat nə gözəldir, ay Allah”.

Hansı mahnı həyatınızın fon musiqisi olardı? Edith Piaf “La Vie En Rose” “Kaş ki, olardım” dediyiniz konsert hansıdır? 1-dən 7-ə qədər olan Sofar konsertləri. 7-dən sonra olmuşam. Digərlərində də kaş ki, olardım.

NƏRGİZ Hansı mahnı həyatınızın fon musiqisi olardı? Bethoven “Moonlight Sonata” “Kaş ki, olardım” dediyiniz konsert hansıdır? Evgeny Grinko konserti

ƏLİ Hansı mahnı həyatınızın fon musiqisi olardı? The Doors “Strange Days” “Kaş ki, olardım” dediyiniz konsert hansıdır? Yəqin ki, “Woodstock” Ən çox sevdiyiniz mahnı sözləri? “Everyone is a hater. The more they hate on you, the better”. Eric Moore belə söz deyib, ancaq mahnıdan deyil.

MƏLEYKƏ Hansı mahnı həyatınızın fon musiqisi olardı? No Clear Mind “Dream is Destiny” “Kaş ki, olardım” dediyiniz konsert hansıdır? Yüzyüzeyken Konuşuruz konserti

RƏBİYƏT Hansı mahnı həyatınızın fon musiqisi olardı? Pink Floyd “Comfortably Numb” “Kaş ki, olardım” dediyiniz konsert hansıdır? Ludovico Einaudi-nin bütün dünya turları Ən çox sevdiyiniz mahnı sözləri? “You may say I’m a dreamer, but I’m not the only one”

FORS MAGAZINE | culture


VEDAD musiqiçi Ətrafımda müstəqil, güclü, ali təhsilli, karyera yönümlü rəfiqələrim çoxdur. Onlara baxıb ilhamlanıram. Azərbaycan cəmiyyəti üçün bu cür xanımların olması çox yaxşı bir haldır. Bu mahnım (red. Fireball) Azərbaycan qadınının təhsildə, biznesdə, elmdə öz yerini qoruyub saxlamaq və onu daha da genişləndirmək üçün mübarizə aparmasına bir çağırışdır. Bunun üçün nə kabluk, nə də makiyaj lazımdır. Çünki Azərbaycan qadını artıq “zavodskoy cool”dur. Forsdan dala qalmayın. Bu, çox vacibdir. “Fireball” olduğunuzu da unutmayın. LALƏ Hansı mahnı həyatınızın fon musiqisi olardı? Eminem “Lose Yourself”. İlk dəfə 3-cü sinifdə eşitmişəm. Bugünə kimi hər gün dinləyirəm və heç vaxt bezmərəm. “Kaş ki, olardım” dediyiniz konsert hansıdır? Joy Division qrupunun ilk konserti. Ən sevdiyim qrupdur. Ən çox sevdiyiniz mahnı sözləri? Joy Division qrupunun “Love Will Tear Us Apart” adlı mahnısı. Hətta döyməsini də vurdurmuşam.

MEHRİBAN Hansı mahnı həyatınızın fon musiqisi olardı? Bethoven “Moonlight Sonata” “Kaş ki, olardım” dediyiniz konsert hansıdır? Tarkanın konserti

RAMİN Hansı mahnı həyatınızın fon musiqisi olardı? Vaqif Mustafazadə “Bayatı-Şiraz” və ya “Bakı Gecələri” “Kaş ki, olardım” dediyiniz konsert hansıdır? Raxmaninovun 2-ci və ya 3-cü konserti. Ən çox sevdiyiniz mahnı sözləri? Re - fa - mi -re. Do - re - mi - re

DİLBƏR Hansı mahnı həyatınızın fon musiqisi olardı? Tom Odell “Another Love “Kaş ki, olardım” dediyiniz konsert hansıdır? Elə bir şey yoxdur. Düşünməmişəm heç. Ən çox sevdiyiniz mahnı sözləri? “Yenə həminki kafedə”, Şahin Əlizadə


QƏLBLƏRIN KRALIÇASI MÜƏLLIF: MƏDINƏ CABARLI


43

A

reta Franklinə “bütün zamanların ən yaxşı qadın ifaçılarından biri” adını vermək ona kifayət qədər dəyər verməməkdir, belə ki, Franklin gəlib keçmiş ən görkəmli sənətçilərdəndir. Onun sənəti və istedadı irq, cins, janr, coğrafi sərhədlər kimi məfhumları ötüb keçmişdir. O, hər bir janrın öhdəsindən gəlməyi bacarıb rok, opera, disko, qospel və təbii ki, soul janrının məharətli ifaçısı idi. Müğənni olmaqla yanaşı, istedadlı pianist və bəstəkar idi. Yaradıcı fəaliyyəti Amerikada mədəni dəyişikliklərin qaynayıb qarışdığı vaxta təsadüf etmişdi və Areta məhz bu transformasiyanın bir növ rəmzinə çevrilmişdi. Qadınların bərabər hüquqları və qaradərililərin hüquqlarının müdafiəçisi kimi çıxış edərək Areta öz nəslinin nümayəndələrini digər ifaçılardan fərqli olaraq daha qabarıq və dolğun şəkildə ifadə etməyə nail olmuşdu. Areta Franklin Tennessi ştatının Memfis şəhərində ziyalı ailəsində anadan olub. Atası kilsə rahibi idi, onun başçılığı ilə keçirilən tədbirlərdə qospel musiqisi xüsusi yer alırdı və kiçik Areta da öz ilkin musiqi istedadını məhz Detroitdəki Baptist kilsəsində göstərməyə müvəffəq olmuşdu. Öz kilsə qospel mərasimlərində dünyəviliyi təbliğ edən atası vətəndaş hüquqları müdafiəsinin lideri Martin Lüter Kinqin yaxın dostu idi və Aretanın bir şəxsiyyət kimi formalaşmasında bu dostluq böyük rol oynamışdı.


44 Artıq 12 yaşında Areta öz qospel mahnılarının müşayiətində atası ilə ölkə turuna çıxıb karyerasında ilk addımlarını atırdı. Altı il sonra, 18 yaşında Kolumbiya Səsyazma studiyası ilə müqavilə bağlayır və ilk albomunun hazırlıqlarına başlayır. İlk addımları çox da uğurlu olmur, lakin 1966cı ildə buraxılmış “Respect”, “Chain of Fools”, “Think”, “You Make Me Feel Like A Natural Woman”, “I Never Loved a Man The Way I Love You”, “I Say a Little Prayer” kimi hit mahnıları 60-ların sonlarında artıq ona “Soul kraliçası” ünvanını qazandırır. Dövrünün qaradərili nümayəndələri kimi Aretanın da həyatı keçməkeşli idi. Altı yaşında ikən valideynlərinin ayrılmasına şahidlik edən balaca qızcığaz doqquz yaşında anasını itirir. Çox gənc yaşında ana olan Franklin tənha ana olaraq həm uşaqlarının qayğısına qalır, həm də musiqi karyerasında uğur qazanmaq uğrunda mübarizə aparırdı. Areta Franklin şəxsi həyatına gəldikdə bu haqda açıqlama etməkdən qaçan bir sənətçi idi və bu günə qədər həyatının bir çox məqamları sirr olaraq qalır. Bir-birini əvəz edən altı on illik boyu Billbord çartının 100-lüyündə 73 mahnısı olan, bunlardan 17-nin Top Onluğa düşdüyü sənətçi məhz Areta Franklindir. Kennedi mərkəzi tərəfindən mükafata layiq görülmüş ən gənc ifaçı olmaqla yanaşı, adı Rock’ n Roll məşhurlar klubuna düşən ilk qadın ifaçıdır. Karyerası boyunca on səkkiz Qremmi mükafatına layiq görülmüş Areta Franklinin sənəti yalnız yuxarıda adı çəkilən uğurlardan ibarət deyil, altmış illik karyerası boyunca ifa etdiyi mahnılar insanların qəlbinə yol açmış, onları dəyişmiş və bu illər boyu onlar bu mahnıları bir talisman kimi əzizləmişlər. Sənətinin son illərinə yaxın təyyarədə uçmaq fobiyası olduğuna görə çox səhnəyə çıxa bilməmiş, lakin bu belə onu xərçəng xəstəliyinə tutulana qədər karyerasından uzaq sala bilməmişdi.

RESPECT Areta Franklinin “Respect” mahnısı iki dəqiqə, iyirmi səkkiz saniyə davam edir. Bir qadının gücünü, özünəinamını, dəyərini yenidən anlamağı üçün bu qısa müddət kifayət edir. Onu fərqli edən də məhz bu idi, mahnılarında ətrafa saçdığı özünəinam şəfəqləri yarım əsr sonra belə bərq vurur. Mahnı 1967-ci ildə, irqi ayrıseçkiliyin zirvədə olduğu, Vyetnam müharibəsinin aktual olduğu, Məhəmməd Əlinin müharibədə vuruşmaqdan imtina etdiyi üçün çempionluq haqqından məhrum edildiyi il idi. Bütün bu hadisələrin fonunda öz yumşaq tonu ilə deyil, güclü, uca, özünəinamlı tərzi ilə səs salan Areta o vaxta qədər heç vaxt belə bir tərzdə musiqi dinləməmiş amerikalılar üçün bir növ yeni ruh, yeni nəfəs, yeni çağırış idi. O vaxtdan bəri müasir vokal standartları məhz Areta Franklin şkalasında müəyyən olunmuşdur. FORS MAGAZINE | culture


45

(Cause) Freedom (Stands For) Freedom (Oh) Freedom (Yeah) Freedom! Azadlıq üçün, azadlıq naminə .. Çox yaşa, Qəlblərin kraliçası!


MUSIQI SAĞALDIR A M I K A E Y L A G A S TO N ILƏ MÜSAHIBƏ


47

OXUCULARIMIZA ÖZÜNÜZ HAQQINDA QISA MƏLUMAT VERƏRDINIZ. AMIKAEYLA GASTON KIMDIR?

SAYƏSINDƏ SAĞALMISINIZ. MUSIQI HƏMIN ÇƏTIN ZAMANLARDA SIZƏ NECƏ KÖMƏK ETDI?

Adım Amikaeyla Gastondur. Beynəlxalq Mədəniyyət və İncəsənət, Şəfa Elmləri İnstitutunun yaradıcısı və direktoruyam. Mədəniyyət elçisi kimi müxtəlif ölkələrə səyahət edirəm. İnsanlara azadlıq hissi aşılayıram, səsi olmayanların səsi olub öz ürəklərinin səsini eşidə biləcəkləri yerə aparıram ki, həqiqi mənlikləri ilə baş-başa qalıb ilhamlansınlar və bu ilhamı sərbəst şəkildə bütün dünya ilə paylaşsınlar.

Suala görə təşəkkür edirəm. Universitetə gedən yolda yük maşınının altında qalıb ciddi bir qəza keçirdim. Hadisədə təqsirli olan beş ağdərili kişi Afroamerikalı qadını – məni əzib keçməyə qərar vermişdilər. Yük maşını ilə toqquşma məni təxminən iyirmi metr uzaqlığa atmışdı. Ayaqlarım qırılmış, bütün qabırğalarım, çiynim əzilmiş, göz qapaqlarım da yerindən çıxmışdı. Öldüm, bədənimi tərk etdim, bir ölüm təcrübəsi yaşayıb geri qayıtdım. İki ilimi xəstəxanada keçirdim. Hər gün həkimlər yanıma gəlib, “bugün iki ayağınızı da amputasiya etməli olacağıq”, deyirdilər. Mən də hər gün “bəlkə bugün yox, sabah”, deyə cavab verirdim. Bütün musiqiçi, müğənni dostlarım məni ziyarət edib dua edir, şəfaverici daşlarla məni sağaltmağa çalışırdılar. Səhəri gün həkim gəlib xəbər verdi ki, inanılmaz şey baş verib, sümüklərim bərkiyib. Həkimlərin müalicəsi və şəfaverən dostlarımın dəstəyi ilə yanaşı, bilirdim ki, özüm özümü sağaltmalıyam, əsas məqsədim bu idi. Musiqiyə qulaq asırdım. Radioda verilən mahnılara deyil, dutar və tablada (red. musiqi alətləri) bilmədiyim dillərdə ifa olunan ruhoxşayan ilahi musiqilərə qulaq asırdım. Bu musiqiləri dinləmək yeni hipnotik məkana keçid almağıma imkan verdi. Ən əsası isə o idi ki, mən artıq özümü sağaltmaq yolunda fikrimi cəmləyə bilmişdim. Gərgin bir mühitdə məni stresdən uzaq saxlayan, sakitləşdirən qüvvə inandığım musiqi idi. Tibbdə üçüncü dərəcəli yanıq ən dözülməz ağrıdır, heç bir ağrıkəsici kömək etmir. Mənə verdikləri morfin və bu kimi dərmanlar o ağrını azalda bilmədi. Ancaq musiqi bunu bacardı. Beləliklə, özümü tamamilə bədənimi sağaltmağa köklədim.

AZƏRBAYCANA ABŞ SƏFIRLIYININ DƏVƏTI ILƏ TƏŞRIF BUYURMUSUNUZ. BURADAKI FƏALIYYƏTINIZ, HAZIRLADIĞINIZ PROQRAM VƏ ROLUNUZLA BAĞLI MƏLUMAT VERƏ BILƏRSINIZMI? “Company E” komandası ilə işləyirik. Rəqqas, aktyor və müğənnilərdən ibarət möhtəşəm komanda ilə burada “Broadway Story” adlı yeni bir myuziklı səhnələşdiririk. Bu tamaşa ilə bağlı maraqlı məqamlardan biri də odur ki, biz əsas heyət və süjet xətti ilə işləyirik. Bundan başqa, məşhur Çikaqo myuziklından “All That Jazz”, Anasteyşanın “Once upon a December” adlı mahnıları da buraya daxildir. Əsərin ilkin versiyası ilə yaradıcılığın bu cür birləşməsini görmək həqiqətən də zövq verir. Biz bu mahnıların təntənəsini artıq illərdir ki, qeyd edirik.

MUSIQIÇI OLMAQLA YANAŞI, HƏM DƏ ICTIMAI VƏKILSINIZ. TEDX-DƏKI ÇIXIŞINIZDA NIFRƏT ZƏMINLI CINAYƏTIN YAXASINDAN NECƏ QURTULMAĞINIZ HAQQINDA DANIŞIRSINIZ. HƏMÇININ QEYD EDIRSINIZ KI, MƏHZ MUSIQI

HƏQIQƏTƏN DƏ INANILMAZ HEKAYƏNIZ VAR, INSANIN TÜKLƏRINI BIZ-BIZ EDIR. ŞÜKÜRLƏR OLSUN KI, GERI QAYITMISINIZ. Çox təşəkkür edirəm! Dünyamı dəyişib, bədənimdən ayrılanda səmaya doğru yüksəldim. İdrakın işığına doğru yönəlmək


48

budur desəm, yanılmaram. Bu zaman uşaqsınızsa, valideynlərinizin otağına və ya hüquqşünassınızsa, öz ofisinizə gedə bilərsiniz. Mənim isə ən sevdiyim şey qürub çağıdır. Uşaqlıq illərində valideynlərim ilə çox səyahət edərdik. Yeri gəlmişkən, onlar da həkimdir. Həmişə qardaşımla mən yuxuya gedək deyə gecə vaxtı yola çıxardıq. Təyyarədə keçirdiyim ən sevimli vaxt parlaq, möhtəşəm qürub edən günəşin ətrafında keçirdiyim vaxt idi. Dünyamı dəyişəndə getdiyim yer də məhz qürub edən günəş idi. Səni özünə çəkən işıq, idrakın işığı bu idi. Qürub edən günəşə doğru yüksələrkən səmada bir mahnı eşitdim. İllərlə davam edən müalicə və terapiyadan sonra bu mahnını bir qadına oxumuşdum və o, təəccüblü şəkildə mahnının qədim bir dildə və mənasının “Ana Yerdən Ana Tanrıya” olduğunu söyləmişdi. Bu, olduqca güclü bir an idi. İnanıram ki, bizdə hüceyrə yaddaşı var. Qədim ənənə və həyat tərzləri, heç tanımadığımız əcdadlarımız haqqında yaddaşımızda qalan elementlər var. İnsan övladı olaraq hamımız güclü bağlara sahibik. Belə bir halda irq, pul və ya yaşadığınız yer, özümüzü aid etdiyimiz insanlar kimi faktorlar əsasında ayrıseçkilik etmək ağılsızlıqdır. Hamımız bir-birimizə çox sıx bağlıyıq və bizi biləşdirən məfhumlardan biri də musiqidir. Bildiyimiz, eşitdiyimiz mahnı və sözlərdən asılı olmayaraq, hər hansısa bir mahnının sizin ulu nənənizdən və ya başqa birindən eşitdiyiniz halda mənim o mahnını eşitməyib səmaya doğru yüksələrkən birdənbirə, heç oraya getməli olmadığım halda oxumağım bunun bariz nümunəsidir. Məncə, məhz buna görə geri qayıtdım və bütün gücümü Beynəlxalq Mədəniyyət və İncəsənət, Şəfa Elmləri İnstitutunun yaradılması yolunda səfərbər etdim. Mədəniyyətin mühafizəsi və mədəni irsin qorunub saxlanması üçün yollar axtarmaqla yanaşı musiqi, incəsənət, rəqs, mahnı kimi bizi bir araya gətirən məfhumları da aramızda paylaşaraq gəncləri, xüsusilə də gənc qızlarımızı ilhamlandırmaq, onlara əslində genetik səviyyədə şəfaverici olduqlarını aşılamaq əsas məqsədimizdir. Biz onları mühafizə etməsək, özlərini anlamağa kömək etməsək, gənc qızlarımızın qədrini bilməsək, insanlığın gələcəyi sual altında olacaq. Məhz buna görə dünyanın müxtəlif yerlərinə səyahət edirəm, uşaq evlərinə, xəstəxanalara gedirəm, gənclər üçün, xüsusilə də qızlar üçün mahnılar ifa edirəm. İstəyirəm bilsinlər ki, onları eşidən, sevən və qiymətləndirən var.

FORS MAGAZINE | culture

NÖVBƏTI SUALIMA DA CAVAB VERDINIZ. GÜCLÜ QADIN KIMI BAŞQA QADINLAR ÜÇÜN HANSI IMKANLAR YARADIRSINIZ? Düşünürəm ki, dəstək insanın içindən qaynaqlanır. Bir insanı ilhamlandırıb güclü etməyin yolu özünüzün ilham alıb güclənmiş olmağınızdır. Nadir hallarda bu əlçatan olur. Başqaları tərəfindən eşidilməyə və görülməyə öyrəşməmiş insanların əksəriyyəti başqalarını müşahidə edərkən öz güclərindən əmin olurlar. Sadəcə sadaladığım yerləri ziyarət etməklə kifayətlənmirəm. Gənclər və gənc qadınlarla görüşüb onları ilhamlandırır, öz güclərinə olan inamlarını artırıram. Güclü cəmiyyət olmaq yolunda bu vacibdir. Gəlin uşaq evlərini, xəstəxanaları ziyarət edək! Birlikdə mahnı oxuyaq! Bizə mənfi təsir edən problemlərin həll yollarını müzakirə edək! Gənc qadınlar, xüsusilə də qaradərili qızlar tez-tez hədəfə alınırlar. Voss Fondunun idarə heyətinin üzvü kimi həyata keçirdiyimiz işlərdən və fondun missiyalarından biri Afrikanın Sahara bölgəsində həyatını su daşıyaraq keçirən gənc qızlarla işləməkdir. Onların həyatı kənd və su quyuları arasında kələ-kötürlü yolları qət etməklə keçir. Bu yollar nəyinki qızların fiziki təhlükəsizlikləri üçün, həmçinin başqaları tərəfindən potensial hədəfə çevrilmələri baxımından çox təhlükəlidir. Çalışırıq onları məktəbə yönləndirək ki, bütün bu məşəqqətli işlərdən uzaqlaşaraq iqtisadi sistemin onlara verdiyi imkanlardan istifadə edib həm özlərinin, həm də ailələrinin qayğısına qala bilsinlər. Həmçinin Fors qadınları olaraq, bunu necə etməli olduğumuzu xatırlamalıyıq. Tənbəllik etməməli, digər qadınları da cəlb etməli, bunu hər yanda, hər səviyyədə təşkil etməliyik.

MUSIQINIZLƏ DÜNYANI SƏYAHƏT EDIRSINIZ VƏ BU, SIZIN AZƏRBAYCANA IKINCI SƏFƏRINIZDIR. AZƏRBAYCANLI QADIN INCƏSƏNƏT NÜMAYƏNDƏLƏRI, ÜMUMIYYƏTLƏ BIRGƏ


49

IŞLƏDIYINIZ YERLI QADINLARLA BAĞLI TƏƏSSÜRATLARINIZ NƏDIR? Şübhəsiz ki, Azərbaycanlı qadınlar güclü və “forslu”durlar. Onların daxilində bir nərilti yatır. Həmin nəriltini ətrafa yaymaq imkanı veriləndə isə bunu edirlər. Onlar əzmkar və güclüdürlər. Nə istədiklərini çox yaxşı bilir, daima ayıqdırlar. Hər hansısa bir imkan gördükdə dərhal onu dəyərləndirə bilirlər, çünki fil qulağında yatmayıblar. Qarşılarındakı imkanları yaxşı görə bilirlər. Adi bir nümunə gətirim, televizora çox baxan insanlar ətrafdakı dünyanı dərk etməkdə çətinlik çəkirlər. Dünyanı onlara verilmiş bir imkan kimi dəyərləndirə bilmirlər. Bunu anlamaq olar, çünki hər kəsin vəziyyəti fərqlidir. Qarşımızda olan imkanları dəyərləndirib onlardan faydalana biliriksə, həmin imkanların miqyasını da genişləndiririk. Azərbaycanlı qadınlar da bunu edirlər. Onlara kiçik bir yol göstərdiyiniz zaman dərhal onu yerinə yetirirlər. Hal-hazırda onlara təqdim olunan imkanları effektiv şəkildə dəyərləndirə bilirlər. Bu, həqiqətən nadir və inanılmazdır. Bu cür dözüm və əzmkarlıq sinifdə öyrədilən bir bacarıq deyil, sahib olduğunuz həyat tərzi ilə bağlı olan bir məsələdir. Mənə elə gəlir ki, Azərbaycanlı qadınlar elə bir yerdərdirlər ki, ətrafdakı digər dözümlü və əzmkar qadınlar tərəfindən dəstək görürlər, baxmayaraq ki, bu, istər işdə, istər evdə həmişə onlar üçün əlçatan deyil. Görünən odur ki, qadınların güc aldığı gizli bir mənbə var və bu güc gözləmədiyiniz hallarda özünü büruzə verə bilir. Bu, hər sahədə belədir; istər musiqi, istər müğənnilərin simasında, istərsə də adi seçdikləri geyim tərzində.

DÜŞÜNÜRƏM KI, AZƏRBAYCANLI QADINLAR DƏYƏRLI SÖZLƏRINIZI EŞITMƏKDƏN ÇOX ŞAD OLACAQLAR.

JURNALIMIZIN MƏQSƏDI DƏ QADINLARI ILHAMLANDIRMAQ VƏ SƏSI OLMAYANLARIN SƏSINƏ SƏS VERMƏKDIR. OXUCULARIMIZ ÜÇÜN SON SÖZÜNÜZ NƏDIR? Yer üzərindəki hər bir canlı orqanizmin, istər qadın, istər kişi, istər digər canlılar olsun, içində bir həyat eşqinin, həyat atəşinin olduğuna inanıram. Həmin atəşi paylaşmağın yeganə yolu isə içinizdəki həqiqi səsinizdir. Bu səsi isə yalnız cəsarətli olmaqla və içinizdəki sevgini kəşf etməklə tapmaq mümkündür. Ölümü yaşayıb, geri qayıtmış biri olaraq sadəcə onu deyə bilərəm ki, həyat çox dəyərlidir. Həyatımızın hər günü dəyərlidir, sabah başımıza nə gələcəyini heç kəs bilmir. Nəsə etmək üçün sabahı gözləmək çox gec ola bilər. Niyə axı onu bugün etməyəsən? Tamamilə özün olaraq bunu qəbul etmək lazımdır. Bir-birinə uyğun olmayan paltarları geyinin, sərbəst olun, dünyaya açılın. Özünüz üçün nə etmək istədiyinizi ancaq siz bilirsiniz. Bunu etməyin vaxtıdır, bu gün ürəyinizin səsini dinləməli, ruhlanmalı və ruhlandırmalı olduğunuz gündür. Dünyanı ilhamlandırdıqca özünüz də bundan ilham alacaqsınız. Bunların hamısı çox gözəl bir dövrə yaradır. Gerçək həyat eşqi də məhz bunun sayəsində parlayacaq.

DƏVƏTIMIZI QƏBUL ETDIYINIZ VƏ DƏYƏRLI FIKIRLƏRINIZI BIZIMLƏ BÖLÜŞDÜYÜNÜZ ÜÇÜN ÇOX TƏŞƏKKÜR EDIRIK. Mənim üçün bir şərəfdir. Jurnalın adını da çox bəyəndim. Fors! Forslu, güclü, cəsarətli. Hələ də “Fors”unuz yoxdursa, əldə etməyə tələsin!

Şübhəsiz ki, Azərbaycanlı qadınlar güclü və “forslu”durlar. Onların daxilində bir nərilti yatır. Həmin nəriltini ətrafa yaymaq imkanı veriləndə isə bunu edirlər. Azərbaycanlı qadınlar çox əzmkar və güclüdürlər. Nə istədiklərini çox yaxşı bilir, daima ayıqdırlar.


50

Eliyar Alimirzoyev

ilə müsahibə FORS MAGAZINE | culture


51

Yaradıcılığınızda diqqət çəkən məqamlardan biri “uçmaq sevdası”dır. Qanadlarınız olsaydı, varmaq istədiyiniz nöqtə hara olardı?

Yaradıcılığınızı incəsənətin hansı qoluna aid edirsiniz? Deyə bilmərəm. Özüm də bilmirəm. “Müasir incəsənət” terminini xoşlamıram. İncəsənət müasir ola bilməz. İncəsənət ya var, ya yoxdur.

Bütün yer kürəsi. Hara oldu. Əsas uçmaqdır. Hər hansısa axırıncı nöqtə yoxdur.

Qadın təsviri olan əsərlərinizi nadir hallarda “qadın” deyə adlandırmısınız. Adlara necə qərar verirsiniz? Qadını təsvir edəndə konkret qadını göstərmirəm. Mənə vəziyyət maraqlıdır.

İlham aldığınız qadın obrazları var, yoxsa həmin obrazları özünüz yaradırsınız? Yox, konkret şəxsi çəkmirəm. Hər rəssam qadın obrazı çəkəndə öz idealını çəkir. Çox nadir hallarda bilirəm ki, iş necə qurtaracaq. Əsər proses zamanı yaranır.

Əsərin bitdiyini necə hiss edirsiniz? Çoxdan görmədiyiniz sevdiyiniz adamı görəndə necə ki, qəlbiniz sancıyır, bax o sancını hiss edəndə bilirəm ki, qurtarıb.

Dünya rəssamlığından hansısa əsərin reproduksiyasını yaratmısınızmı? Arxamda gördüyünüz tablonu Böyük Piter Breygelin “Korlar haqqında hekayət” (red. De parabel der blinden) əsərindən ilhamlanaraq çəkmişəm.

“İncəsənət müasir ola bilməz. İncəsənət ya var, ya yoxdur”

İş getməyəndə özüm üçün əlimə nə gəldi, ondan nəsə düzəldirəm. Mən heykəltəraş deyiləm. Bu da mənə rus demiş, “правo на ошибку” (red. səhv etmək haqqı) verir. İncəsənət divardan asılmaqla öz funksiyasını bitirməməlidir. O, “oboy” deyil. İncəsənət etirazdır.

Hər hansısa rəssamın yaradıcılığına göz gəzdirəndə yaşadığı sevgi, sağlamlığı və ya ailəsi ilə bağlı aldığı travma və faciəvi hadisələrin əksini görürük. Həyatınız yaradıcılığınıza necə siraət edib? Hər bir əsər rəssamın avtoportretidir. Rəssam istər-istəməz özünü çəkir. Bu, daxildən gələn bir şeydir. Hardan gəlir, nə üçün istəyirsən bunu yaratmaq? Cavab verə bilmərəm. Abstrakt üzərində işləyəndə öz-özümə fikirləşirəm: “Heminquey gəlsəydi, nə deyərdi? Pikasso gəlsəydi, nə deyərdi?”

Rəsm əsərinin yaxşı olduğuna necə qərar vermək olar? O, həmişə hiss olunur. Əsl əsərdə rəssamın əsəbləri rəngin altında qalır.


52

Rəssam olmasaydınız, yaradıcı ruhunuzu hansı sahədə əks etdirərdiniz? Rəssamlıqdan başqa heç nə bacarmıram (gülür)... Bəlkə də pilot olardım.

Rəssamlıq arzusunda olan gəncləri adətən valideynləri bu fikirlərindən döndərmək və maddi gəlir gətirən peşələrə yönəltməyə çalışırlar. Daxilində “yaradıcılıq susuzluğu”nu hiss edən gənclərə nə tövsiyə edərdiniz? Yollarından dönməsinlər. Nə hiss edirlərsə, elə həmin yolla da getsinlər. Çətin olacaq, ancaq sevilin, sevin, yaşayın. Mən həmişə öz yolumla getmişəm. Asan olmayıb. Son zamanlar işlərim satılır, amma elə vaxt olub heç metro pulum olmayıb. Hamısını vermişəm emalatxanaya, özüm də piyada... Buna baxmayaraq, işləmişəm.

Bəzən incəsənətdə qadın bədheybət, hiyləgər kimi mənfi obrazlarla təsvir edilir. Sizin üçün bəs necə? Qadın mənfi obrazdır, yoxsa müsbət? Müsbət əlbəttə. Qadın bütövlükdə ideal formadır.

FORS MAGAZINE | culture


53


VƏ FA K AHRAMAN ş e i r l ə r i İllustrasiya: Şəbnəm Nofəl Vəliyeva


55

Mən Deyə bilmədiyim sözlər var, Kor bıçaq kimi dirənib xirtdəyimə! Nə kəsmir ki, qaynar qanım düz üzünə, düz sözüylə fışqırsın, Nə də sapın tapmıram ki, düz əlimlə, düz qəlbimə batıraraq, Yavaş-yavaş, yığın-yığın, ağır-ağır topalanmış, azadlığa çıxmaq üçün çabalayan hər kəlməni, Bağıraraq, Ağlayaraq, Hıçqıraraq Oyum bir-bir Ovcuna qoyum bir-bir. Bu oyunda hesab 1-1!

Sən

Kaş biləydin, nələr çəkir Məsum qəlbim öz əlimdən... Təslim olaq!

O

Yuxuya getmədən on dəqiqə öncə, İsti yerindəcə qərar verəsən. Beyninin ən gözəl həssas vaxtında, Şirin yuxunun adama gəl deyən çağında, Gecənin qaranlığında bir cüt paltar götürüb çıxıb gedəsən. Açasan sabahını, İncitdiyin, İtirdiyin, Yenicə isindiyin, Söz verdiyin, Tutmadığın, Könlü qırılmasın deyə aldatdığın, Fikrində sevdiyin heç vaxt demədiyin, sevdiyini bilib heç vaxt bildirmədiklərindən… Uzaq bir yerdə. Günəşə salam deyib, Həyata davam edəsən. Həyat verəsən, Olduğun yerdən – görünmədən, bilinmədən İşıq sürətindən daha ötə, Günəş istisindən daha incə bir şey göndərəsən. Məsələn, Özünü! Hər kəsin qəlbində adını qoya bilməyəcəkləri bir sevgiyə çevriləsən!

Nə gözəldir xəyal etmək gecə vaxtı, şirin yuxu necə sənin gözlərini asta-asta, həzin-həzin sığallayıb yumduğunu. Sən yatınca, yatmış gözəl yuxusunu ərşə çəkər, gəlib səni sanki illər həsrətində olan kimi dərin öpər. Oyanarsan, yarın sabah görmədiyin, bilmədiyin, öpüşlərin yeri dərin qaysaq bağlar. Yaralayar günlər səni, bezar edər ömür səni. Düşünərsən bir hurini, bir mələyi bir gün qismət. Ovundurmaz cənnət səni! Arzularsan! Yolda qoyub tərk etdiyin, ən pis adam zənn etdiyin o gözəlin əllərinə təslim olub ürəyinə çevrilməyi.


i l i Z FOTO: yeva lahverdi Şeyda Al

əyeva z r i M ə Səid hibə ilə müsa


57

XALÇAÇI RƏSSAM KIMDIR?

X

alçaçı rəssamlıq dekorativ tətbiqi sənətin bir növüdür. Xalçaçı rəssam xalçanın rəsmi, yəni kompozisiyası ilə məşğul olur. Toxucular buna çeşni (red. nümunə, trafaret) deyir. Xalçaçı rəssam toxumağı da bacarmalıdır. Çünki işlədiyi kompozisiyaya əsasən bilməlidir ki, xalça hansı növdə, hansı sıxlıqda toxunacaq: xovlu, xovsuz, sadə, yoxsa mürəkkəb. Buna uyğun o, çeşni hazırlamalıdır. Toxucu isə rəssamlığı bilmək məcburiyyətində deyil. O, sadəcə çeşni üzərindən toxuyur. Rəssamlıq Akademiyasının xalçaçı rəssamlıq fakültəsində kompozisiya, naxışlar və toxuculuğun müxtəlif növləri öyrədilir. Daha çox güc isə rəsm, rəng və kompozisiyanın üzərinə düşür.

DÜNYANIN DIGƏR ÖLKƏLƏRINDƏ XALÇAÇI RƏSSAMLIQ SƏNƏTI MÖVCUDDURMU? Xalçaçı rəssamlıq sənəti daha çox Qafqazda mövcuddur. Türkiyədə də sadə üsul toxuculuq var, ancaq orada əsasən xovsuz xalça növləri öyrədilir. İranda isə daha çox ipək xalçalar toxunur. Xovlu, yun xalçalar Qafqaz üçün xarakterikdir. Məsələn, Quba, Qarabağ xalçaları nəinki Azərbaycanda, həmçinin bütün dünyada məşhurdur. Xalçaçı Rəssamlıq fakültəsinə gəldikdə isə heç Türkiyə universitetlərində belə bu tədris edilmir. Bildiyim qədərilə, İranda və Azərbaycanda bu sənət tədris edilir.

XALÇI RƏSSAMLIQLA MARAQLANAN ŞƏXS BU SAHƏDƏ MÜTLƏQ ALI TƏHSIL ALMALIDIRMI? Hər hansısa bir kursa getməklə və ya evdə bu sahə ilə bağlı müəyyən bilik və bacarıqlar əldə edə bilərsiniz. Ancaq bu, olduqca uzun və çətin bir yoldur. Xalçaçılıqla yanaşı rəsm və rəngkarlıq da paralel şəkildə öyrənilməlidir. Düşünürəm ki, bu sahəni sistemli şəkildə və dərindən mənimsəmək üçün ali təhsil mütləqdir.

BU IXTISASI ÖZ ISTƏYINIZLƏ SEÇMISINIZ, YOXSA BIR TƏSADÜF IDI? Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə hazırlaşarkən qrafik rəssamlıq və rəngkarlıq fakültələrində təhsilin yüksək səviyyədə olmasıyla bağlı rəylər eşidirdim. Mən də sənədlərimi qrafika fakültəsinə verdim, ancaq lazımi balı toplaya bilmədikdə dekorativ tətbiqi sənətdən birini seçməli oldum. Seçimim xalçaçı rəssamlıq oldu. Orada dörd il oxuduğum müddətdə müəllimim bu sənəti mənə sevdirdi. Onun bizim üzərimizdə böyük əməyi olub. Tez-tez muzeylərə gedirdik, naxışları öyrənirdik. Daha sonra Rəssamlıq Akademiyasına sənəd verərkən öz istəyimlə xalçaçı rəssamlıq fakültəsini seçdim. Bu sahənin perspektivlərinə gəldikdə isə onu söyləyə bilərəm ki, xalçaçı rəssamlıq sahəsində iş tapmaq


58

bir az çətindir. Fantaziyanı işə salmalı və elə bir iş görməlisən ki, digərlərindən seçiləsən. Buna baxmayaraq, bu sənətdə əldə etdiyin bilik və bacarıqları müxtəlif sahələrdə - geyimlərdə, dekorativ və zinət əşyalarında tətbiq etmək mümkündür.

BIZƏ BIR AZ “ZILI” HAQQINDA DANIŞARDINIZ. İDEYA VƏ AD NECƏ YARANDI? Bir dəfə sosial şəbəkələrdən birində məktəb şagirdlərinin taxta üzərində xalça naxışları çəkib quajla rəngləmələri diqqətimi çəkdi. O an fikirləşdim ki, eyni metodu çərçivə üzərində də tətbiq etmək olar. Rəfiqəmlə bu ideyamı bölüşdüm və birlikdə gerçəkləşdirməyə başladıq. Mən xalça naxışlarına yaxşı bələd idim, onda isə rəng hissiyyatı gözəl idi. İlk olaraq, çərçivələrlə başladıq, daha sonra xalça naxışlarını şamdan və güzgü üzərində tətbiq etməyə başladıq. “Zili”nin adının açıqlamasına gəldikdə isə zili xovsuz xalça növüdür. Düşündük ki, milli ornamentlərlə işlədiyimizə görə brendin də adı milli olsun. Bir müddət sonra rəfiqəmlə yaradıcı yollarımız ayrıldı. O, fərqli bir sahə üzrə yaradıcılığına davam etdi və öz brendini yaratdı. Mən isə “Zili” ilə özüm məşğul olmağa davam etdim.

ÇƏRÇIVƏ, ŞAMDAN, GÜZGÜ... YAXIN GƏLƏCƏKDƏ SIRALAMANI GENIŞLƏNDIRMƏKLƏ BAĞLI PLANLARINIZ NƏDIR? Hazırda kiçik yaxa broşları üzərində işləyirəm. Çərçivələrdə Azərbaycan xalçaçılığına aid naxışları tətbiq edirdimsə, broşların üzərində özümə aid olan naxışlardan istifadə edirəm. Gələcək planlara gəldikdə isə “Zili”ni moda ilə birləşdirmək istəyirəm. Bununla bağlı bəzi eskizlər hazırlamışam. Həmçinin, “Zili” brendinin məhsulları arasına lampanı da əlavə etməyi planlaşdırıram.

FORS MAGAZINE | culture


59

YARADICI BIRI OLARAQ GÜNDƏLIK HƏYATDA SIZI NƏ ILHAMLANDIRIR? Azərbaycan retro musiqisi və ney musiqi alətinin sədaları altında işləməyi çox sevirəm. Açıq havada işləməyi də sevirəm. Təbiətdə olan rənglər o qədər gözəl harmoniyadadır ki, mənə işləməyə ilham verir. Gördüyüm işə insanların münasibəti, marağı da məni ruhlandırır. Səyahət etmək, getdiyim şəhərlərdə muzeylərə baş çəkmək mənə yeni ideyalar verir.

SEVDIYINIZ NAXIŞ VƏ RƏNG KOMBINASIYASI HANSIDIR? Quba xalçalarını daha çox bəyənirəm. Burada naxışlar böyük, rəng palitrası isə minimaldır. Pirəbədil xalçasını çox sevirəm. Haşiyəsində kaşı naxışı əks olunub. Bu naxışı kufi xəttinə də bənzədirlər və mən bu naxışı bir çox rəng kombinasiyalarında öz işlərimdə tətbiq etmişəm. Qarabağın Çələbi xalçasını da xüsusilə bəyənirəm.

“ZILI”YƏ MARAQ NECƏDIR? İNSANLAR DEKORATIV ƏL IŞLƏRINI ALMAQDA MARAQLIDIRLARMI? Əvvəllər “Zili”də alıcılıq qabiliyyəti yaxşı idi. Sonra bir müddət işə ara verdim. Son 6-7 aydır ki, təkrar işə başlamışam. Bazarda məhsul çoxdur. Əsas gördüyün işin təqdimatıdır. İnsanları brendlə tanış etmək çox vacib amildir. “Zili” tamamilə əl işidir. Heç bir qəlib və ya trafaretdən istifadə etmirəm. Maraqlıdır ki, “Zili” xarici vətəndaşların diqqətini daha çox cəlb edir. Belə xırda naxışların əl ilə çəkilməsinin onlarda böyük maraq və heyrət doğurduğunun tez-tez şahidi oluram.

XALÇAÇI RƏSSAM VƏ BIR QADIN KIMI, FORSUN OXUCULARINA NƏ SÖYLƏMƏK ISTƏRDINIZ? Bəzən valideynlər rəssamlıqla maraqlanan uşaqları bu sahədən uzaqlaşdırmaq, yayındırmaq istəyirlər. Ola bilsin ki, səbəb kimi bu sahənin perspektivlərinin az olmasını gətirirlər. Elə insanlar da tanıyıram ki, xalçaçılığa başqa sahələrdən gəlirlər. Özüm hazırda müəlliməm və daha çox rastlaşdığım hal insanlarda “gecdir” kompleksidir. Öyrənmək üçün heç vaxt gec deyil. Həvəs və istedad varsa, mütləq bir gün üzə çıxacaq. Bir qadın olaraq, oxucularınıza demək istərdim ki, bilikli olun. Mütaliə edin. Komplekslərdən azad olun. Sağlam cəmiyyətin qurulmasında qadının üzərinə daha böyük yük düşür. Odur ki, özünüzü heç vaxt kiçik bir fiqur olaraq görməyin.


Müəllif: Tural Əlisoy


61 Müəllif: Husniyya Nemet Hashimova

- Heç fikirləşirsən, nə iş tutursan? - Səninlə söhbətim var. - Nə söhbət? - Biz gərək bir yerdə olaq. - Özün bilirsən ki, bu mümkün olan şey deyil. - Gəl gedək Bakıdan. - Hara? - Kislovodskə. - Kislovodskə niyə? - Özün həmişə demirdin ki, Kislovodskdən yaxşı yer yoxdur? Yamyaşıl, havası təmiz. Dünyada da ən gözəl marojnası. Özün demirdin? - Uşaq vaxtı adam çox söz deyir. Sən burda işə düzələ bilmirsən, Kislovodskdə neyləyəcəksən? - Sən onun fikrini eləmə... Gəl gedək. - Hara gedək? Sən heç bilirsən nə danışırsan? Bəs mənim atam, anam? Onlar necə olsun? Bir də ki, belə iş tutsam, məni ölüncə bağışlamazlar. - Bəs mən səni bağışlayaram? *** Rasim Ocaqovun 1989-cu ildə lentə aldığı ekran əsəri II Dünya müharibəsi fonunda ədalət, sevgi və mübarizədən bəhs edir. Filmin baş qəhrəmanları Yusif (Fəxrəddin Manafov) ilə Gülyanın (Gülzar Qurbanova) sevgisinin arasına müharibə girir. Müharibə bitir, sağ qalanlar geri qayıdır, Yusifdən isə xəbər yoxdur. Müharibədən bir il sonra o geri dönür. Gec qalma səbəbi 9 may günü rəsmi əmri gözləmədən evə geri

qayıdarkən yolda həbs olunub, tribunala verilməsi idi. Yusifin gəlişi insanlar tərəfindən birmənalı qarşılanmır. Bəzilərinin gözündə o “dezertir”dir. Bir neçə dəfə ona qarşı haqsızlığın və ədalətsizliyin şahidi oluruq. Ümumiyyətlə, filmdəki kişi obrazları iki yerə ayrılır: müharibəyə gedənlər və getməyənlər. Getməyən ömürlük tənqidə məruz qalır, gedən isə hər şeyini itirərək, geri qayıdır. Müharibədə olarkən Yusifin atası şərlənərək həbs olunur və naməlum şəkildə dünyasını dəyişir. Gülya başqası ilə ailə həyatı qurur. Yusif beynindən travma almış vəziyyətdə geri qayıdır. Bir müddət ona işləmək olmaz... Filmdə diqqət çəkən və haqqında az danışılan obrazlardan biri “Duquş” ləqəbli oğlandır. Müharibə vaxtı psixoloji travma alıb. Duquş müharibənin qorxunc simasıdır. Filmdə onu gah əlində dəyənəklə balaca uşaqları qorxudaraq qovalayarkən, gah da dalaşarkən görürük. “Dəliliyinə” baxmayaraq, günahsız və safdır. Yusifin onunla rəftarı onun necə təmiz qəlbli və humanist biri olduğunu bütün çılpaqlığı ilə göstərir. Filmdə səthi şəkildə qadın azadlığı məsələsinə də toxunulur. Naza qardaşı Cavadın timsalında cəmiyyətin qəlibləşmiş düşüncələrinin qurbanıdır. Əri Eldar kimi intellektual, açıq düşüncəli kişilər isə “biqeyrət” hesab olunur.


62

Cavad: “Axırıncı dəfə deyirəm sənə!” Naza: “Mənim ərim var, o bilər, mən bilərəm”. Cavad: “Az, sənin ərin bəlkə biqeyrətdir? Deməli, ağlına nə gəldi onu edəcəksən?” Yusif: “Nolub?” Naza: “Zavivkam (red. buruq saç) xoşuna gəlmir”. Cavad: “Ətağa cəddi, camatın zayı çıxıb. Abır-həya qalmayıb. Sən bunun priçoskasına, zadına bax”. Eldar: “Nolsun ki? Bütün arvadlar indi saçını belə zavivka elətdirir”. Cavad: “Dostuna de ki, bütün arvadlar ayrı, onun arvadı ayrı”. *** Cavad: “Bilirəm nə demək istəyirsən. Amma sən bu işə qarışmasan, yaxşıdır”. Yusif: “Mən qarışmıram. Bacı sənindir, özün bilərsən. Ancaq sənə bir məsləhətim var. Saç burdurmaqdı, zaddı, belə xırda-xuruş şeylərə kişi gərək fikir verməsin. Bir də ki, bizim arvadlar lap elə qədimdən saçlarını da burdurublar, xına da yaxıblar. Heç kəs də onlara güldən ağır söz deməyib. İndi bir işdi eləyib də. Necə olsa, bacındır”. Cavad: “Amma mən başa düşmürəm, sənə bunun nə dəxli var? Niyə sən onun yerinə ağız açırsan?” Yusif: “Mən ağız açmıram, məsləhət verirəm. Bacının xətrinə dəymə. Bir də ki, əri dura-dura, sən niyə qarışırsan onun işinə? Axı müsəlmançılıqda elə şey yoxdur”. Cavad: “Əşi, onun ərinin dünya vecinə deyil”. Yusif: “Hər halda, arvad onundur”. Cavad: “Özün bilirsən də xətrini necə istəyirik. Uşaqlar hamısı. Can-ciyərimizsən. Amma indi düz danışmadın. Bu məsləhətin heç ağlıma batmadı. Özü də bacı sənin olsaydı, sən onun saçını yox e, başını kəsərdin”. *** Viktor: “Xəbərin var? Cavad Nazanın saçını kəsib. İndi də Eldarı güdür qapının ağzında”. Yusif: “Cavadın başı xarab olub. Eldardan nə istəyir?” Viktor: “Eldar vurub onu. Gəlib evə, Nazanı o

FORS MAGAZINE | culture

kökdə görüb, vurub Cavadı”. Yusif: “Cavad neyləyib?” Viktor: “Biz orda olmasaydıq, öldürərdi Eldarı. Onu da qınamaq olmaz. Qardaşdır da”. Yusif: “Deyirsən, Cavad haqlıdır?” Viktor: “Əlbəttə. Avropada elə biədəb şeylər görmüşəm ki”. Yusif: “Qorxuram axırı pis qurtara. Nə istəyir qızın saçından?” Viktor: “Kişi demişdi kəsəcəm də”... Filmin digər qadın obrazı Gülyadır. Gülya evlidir, ancaq hələ də Yusifi sevir. İlk əvvəl Yusifin birlikdə Kislovodskə getmək fikrinə etiraz etsə də sonda məhəbbətə təslim olur. Hər şeyini geridə buraxaraq, yeni həyat üçün qanad açır. Azərbaycan qadını üçün xarakterik olmayan üsyan! *** Gülya: “Az qalmışdı qatarın altına düşəm. Elə qorxdum ki!” (ağlayır) Bizim axırımız necə olacaq? Nədənsə, elə qorxuram. Ona dedim ki, daha bir yerdə yaşaya bilmərik, gəl ayrılaq. İnanmadı. Mən də qapını çırpıb çıxdım. Özümlə heç nə götürmədim. Əgər dediklərin düzdürsə, gərək məni başdan-ayağa geyindirəsən... Heç mənim ağlım yoxdur. Hara gedirəm? Kimlə gedirəm? Yusif: “Nədir, yoxsa peşman olmusan?” Gülya: “Peşman olmusan da sözdür? Heç bilmirəm, sənin nəyinə aldanmışam. Gözəlliyin yox, savadın yox. Özün də xuliqan. Hələ üstəlik adam soymağın da varmış. Tapançan da var?” Yusif: “Var”. Gülya: “Doğrudan? Onu neynirsən?” Yusif: “Lazım olar da”. Gülya: “Ora çatan kimi tullayarsan. Bir daha səndən öldürərəm, vuraram, kəsərəm eşitməyim. Hər şey qurtardı. Bakıyla da qurtardıq, davayla da. Eşitdin? Yusif: “Eşitdim”. Gülya: “Sabah Kislovodskdən mənə marojna alarsan?” Yusif: “Hə alaram”. Gülya: “Lap çox?” Yusif: “Lap çox”. Gülya: “Bərk qucaqla məni”.


63


İllustrasiya: Nigar Rüstəmoviç (By VanQuqu)


65

Teatr Bütün dünya bir teatr, ordakı qadın və kişilərin hamısı aktyordur. Amma oturduğum bu yer mənim gördüyüm illuziyadan başqa bir şey deyil. Bu dünyada yalnız biz artistlər gerçəyik. Bax, Rocerə cavabım da elə budur. Bütün insanlar bizim xammalımızdır. Biz onların həyatına məna verənlərik. Biz onların cılız, səfeh hisslərini götürüb sənət əsərinə çeviririk, ondan gözəllik yaradırıq. Onların bu həyatda təyinatı bizlərin özümüzü necə ifadə eləməyimizə şahid durmaq üçün tamaşaçı olmaqdan ibarətdir. Onlar bizim əllərimizdə dillənən musiqi aləti kimi bir şeydir. Əgər ifa edən olmayacaqsa, o alət kimə lazımdır? Culiya bu fikirdən xoşhallandı və bir neçə dəqiqə canındakı ovqatın ləzzətini yaşadı. Ağlı, düşüncəsi özünə heyrətamiz dərəcədə aydın görünürdü. “Rocer təkid eləyir ki, biz aktyorlar həyatda mövcud deyilik. Amma tam əksinə, mövcud olan elə bizik. Onlar sadəcə kölgədirlər və biz o heçliyə bədən geyindiririk. Biz həyat adlanan bu qaydasız, məqsədsiz mübarizənin rəmzləriyik. Və gerçək olan da elə rəmzlərdir. Deyirlər, oyun bir yalandır. Amma gerçək olan təkcə elə bu yalandır”. Beləcə Culiya öz düşüncələriylə Platonun “ideyalar” nəzəriyyəsinin məğzinə gəlib çatmışdı. Bu hiss ürəyinin bayramına bayram qatdı. Culiyaya qəflətən elə gəldi ki, içindən nəhəng adsız küləyə, yalnız özünü ifadə eləməsinə imkan yaratmaq üçün mövcud olan publikaya qarşı dalğa-dalğa rəğbət hissi axıb keçdi. Hamıdan uzaqda, öz şöhrətinin zirvəsindən o, xeyli aşağıda ayaqları altında qarışqa kimi qaynaşan insan topalarına baxırdı. Bu dəqiqə bütün əlaqələrdən azad olması onda elə heyrətamiz hiss yaratmışdı, onu elə ekstaza gətirmişdi ki, bununla müqayisədə hər şey heçlikdən başqa bir şey deyildi. Culiya özünü cənnət bağını gəzən ruhun yerində gördü. Baş ofisiant ona yaxınlaşıb təbəssümlə soruşdu: - Hər şey qaydasındadır, miss Lembert? - Hər şey çox gözəldir. Bilirsiniz, doğrudan da insanların ağız dadlarının belə müxtəlif olması, sadəcə, qəribədir. Missis Siddons əzmə kotletləri xoşlayırdı. Bu sarıdan mən ona azca da oxşamamışam. Mənimki bifşteksdi. Uilyam Somerset Moemin “Teatr” adlı əsərindən bir hissə



BİZİM DEPUTATLAR

Nargilə

SSRİ Ali Sovetinin deputatı Nargilə Məmmədova


68 FOTO: İ l k i n Yu s i f

NİGAR ARPADARAİ

ilə müsahibə

FORS MAGAZINE | stories


69

Formula 1 Azərbaycan Qran Prisinin rəsmi promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Şöbəsinə rəhbərlik edirsiniz. Kənardan müşahidəçi kimi deyə bilərəm ki, bu, olduqca məsuliyyətli bir işdir. Bəs siz öz işinizi necə təsvir edərdiniz? İşimiz doğrudan da çox məsuliyyətlidir. Xüsusilə də son üç ildə əldə etdiyimiz nailiyyətlərə baxanda gördüyümüz işlərlə fəxr edirəm. Bu, bir tərəfdən olduqca gərgindir. Elə sahələr var ki, atılan hər hansısa səhv addımdan yalnız komanda daxilində olan işçilər xəbərdar olur. Bizdə isə belə deyil. Əldə etdiyimiz nəticələri yalnız Azərbaycan deyil, bütün dünya görür. Biz Formula 1 Azərbaycan Qran Prisinin simasıyıq. Həm ölkəmizin tanıdılması, həm də Azərbaycan Qran Prisinin imici baxımından marketinq və kommunikasiya komandasının üzərinə böyük məsuliyyət düşür. İşə sıfırdan başlayanda qarşımıza iki əsas məqsəd qoymuşduq: Formula 1 yarışlarını Azərbaycanda, Azərbaycanı isə beynəlxalq arenada tanıtmaq.

Komandanızı necə motivasiya edirsiniz? Əminliklə deyə bilərəm ki, ən çətin iş elə rəhbər işidir, çünki birbaşa insanlara bağlıdır. Komandada bir, iki, üç nəfər olanda onu idarə etmək daha asandır, nəinki işçilərin sayı iyirmidən çox olanda. Həmişə çalışıram ki, onlardan tələb etdiyimə ilk öncə özüm əməl edim. Eyni zamanda, çalışıram ki, menecerlərim məni dayaq görsünlər. İşdə tənqid ola bilər, amma istəyirəm ki, komandam hər zaman onların arxasında olduğumu hiss etsin. İşimiz gərgin olsa da Azərbaycan bazarında olan ən maraqlı işlərdən biridir. İstəyirəm ki, komandama da bunu çatdırım və onlar gördükləri işlə fəxr etsinlər.


70

Qadın liderlərə qarşı həmişə qərəzli düşüncələr mövcud olub. Bir qadın kimi bu vəzifəyə gələndə hansı stereotiplərlə qarşılaşmışdınız və onları necə dəf etmişdiniz? Həmişə söyləyirəm, bəxtim çox gətirib ki, ailəmdə atamın anama qarşı olan münasibətində heç vaxt qadın-kişi prinsipi olmayıb. Valideynlərim məni özünə inanan bir vətəndaş kimi yetişdiriblər. Atam həmişə mənə dəstək olub. Ailə həyatı qurduqdan sonra da həyat yoldaşım tamamilə eyni xarakterə malik bir insan idi. Hər zaman yanımdadır. Stereotiplərin mənə heç bir təsiri yoxdur. Bir qadın kimi nələr etməli olduğumu dərk edirəm. Ən çox da analıq məsuliyyətini. Amma “qadın bunu etməz”, “qadın bu işə layiq deyil”, “qadın rəhbər vəzifəsində olmamalıdır” kimi fikirlərlə razı deyiləm. Həmişə çalışmışam işimi elə qurum ki, məni görəndə bu kimi qərəzli fikirlər heç kəsin ağlına belə gəlməsin. Son zamanlar vəziyyət dəyişməkdədir. İşinin öhdəsindən gələn qadınlar karyeralarında kifayət qədər uğur qazana bilirlər. Mən istedada deyil, daha çox əməyə inanan biriyəm. İnsan istedadlı ola bilər. Ancaq əməyi özü üçün prinsip edən, öz üzərində işləməyi bacaran şəxs həmişə nəyəsə nail olur. Bu, mənim doğrudan da inandığım bir şeydir.

Arzuları və ideyaları böyük, ancaq özünə inamı az olan qadınlara nə tövsiyə edərdiniz? Təəssüf ki, bəzən patriarxal cəmiyyətlərdə qızları elə böyüdürlər ki, onlar özlərinə inanmırlar. Daha çox atalarından, həyat yoldaşlarından asılı olurlar. Hansısa qadın “mənim haqqımda nə düşünərlər”, “universitetdə oxumayım” və ya “işləməyim” deyə düşünürsə, bu, artıq həmin qadının daxilində uşaqlıqdan qalma bir kompleksdir. Komplekslərdən azad olsaq və öz üzərimizdə işləsək, hər şeyə nail olacağıq. Əminəm ki, qadın istər karyerasında, istər ailə həyatında və ya övladlarının tərbiyə edilməsində doğrudan da nəyəsə can atır, buna ürəklə yanaşır və öz üzərində işləyirsə, mütləq onun nəticəsini

FORS MAGAZINE | stories

görəcək. Bu zaman həyat yoldaşı da yanında bir şəxsiyyətin olduğunu görüb, ona hörmət edəcək, dəstək olacaq. İşləmək, işləmək, yenə də işləmək. Evdar qadın da böyük uğurlara imza ata bilər. Məsələn, mətbəxdən çıxa bilməyən qadın hazırladığı xörəklərdən ibarət uğurlu bir bloq yarada və bundan gəlir əldə edə bilər. Ümumiyyətlə, sevdiyin sahəni seçməli, işinə sevgi ilə yanaşmalısan. Təsadüfən səni maraqlandırmayan bir sahəyə gəlmisənsə, bunu davam etmək məcburiyyətində deyilsən. Ürəyinə yaxın olan işlə məşğul olsan, zəhmətlə çalışsan, öz üzərində işləsən, mütləq bəhrəsini də görəcəksən. Ona görə də qızlara tövsiyəm bu olardı ki, hər şeydən öncə özlərinə, xarakterlərinə uyğun sevdiyi işlə məşğul olsunlar. Mənim anam, məsələn, hələ uşaqlıdan hansı sahəyə maraq göstərdiyimə diqqətlə yanaşardı. Hətta yadımdadır ki, bəzən ətrafdan deyirdilər, “Nigar həkim olsun”. Anam isə görürdü ki, mənim bu sahəyə qarşı marağım yoxdur, daha çox ictimai işlərlə, humanitar fənlərlə maraqlanıram. Ona görə də o, həmişə mənim tərəfimdə olardı.

Formula 1 yarışlarının izləyicisi kimi mənə maraqlıdır ki, nəyə görə yarış iştirakçıları arasında qadın pilotlar yoxdur. Sizcə, gələcəkdə Formula 1 yarışlarında mübarizə aparan qadınları görə biləcəyikmi? Hal-hazırda Formula 1 yarışlarında qadın pilotların olmamasını Berni Ekklstouna bağlayıram. Fikrimcə, o ənənəvi fikirlərə sahib bir şəxsdir. O, sırf pilot kimi Formula 1-i məhz kişilərə bağlı idman növü kimi görürdü. Qadınlar isə çempionatda adətən “grid girls” kimi iştirak edir və ya ofis işlərinə cəlb olunurdular. Məncə, gələcəkdə qadınların bu idman növündə iştirak etmək şansları olacaq. Yəqin ki, kişi pilotlar yenə də üstünlük təşkil edəcəklər, amma qadınlar da bu mübarizədən kənarda qalmayacaqlar.


71


Müəllif: İradə Qadirova

72

KƏND GÖZƏLLƏRİ

FORS MAGAZINE | stories


73

NIC, QƏBƏLƏ Nic kəndinə səfərim fındıq yığımı mövsümünə təsadüf edirdi. Bu əllərin sahibi kəndin müəlliməsidir. O, fındıqları toplayır, təmizləyir və sonra onları təhvil verir. Olduqca zəhmət tələb edən bir işdir. Məgər ki, bu iş də qadınlarımızın gücü daxilindədir.


74

İYUN 2015, XINALIQ 6 yaşı olanda Əminəni Xınalığa apardım. Bu, şəhərdə böyüyən uşağın kənd həyatı ilə ilk tanışlığı idi. Məgər ki, təbiət sevgisi içində var imiş. Ələlxüsus da heyvanlara və quşlara sevgisi ifadəedilməz idi. Bu foto səmimi bir anın təcəssümüdür.

2017, XINALIQ Qızılqaya zirvə yürüşü ilə əlaqədar yenidən Xınalıqda idik və bir gün əvvəl kəndi daha rahat və tələsmədən gəzirdik. O zaman bu balacalarla rastlaşdıq.

FORS MAGAZINE | stories

Öyrəşdiyimiz Günəşdən başqa dağlarda başqa “Günəş”lər də doğur. Sarışın, gözləri göy, bir az da utancaq Ülviyyə.


75 İYUN 2015, XINALIQ Bu foto həyatımın ən dəyərli fotolarından biridir. Həm onun çəkilmə anı, həm də sonrakı uğuru. Qapıdan əvvəl bir cüt göz baxırdı. Əlimi uzadanda qapı bağlandı. Durub gözlədim, sonra səsləndim. Qapı açıldı, bağlandı. Yenidən açılanda gözəlliyin iki olduğunu gördüm. Çox heyran olmuşdum. Xoşbəxt idim. Sonra bu foto “National Geographic Azerbaijan” dərgisində çap edildi və foto arzularımdan birini həyata keçirdi. Bugün Əsma və Səma əkizlərinin bir bacı və bir qardaşı da doğulub.

Xınalıq

Yoluna birdən donmuş mələk çıxarsa, heyrətlənib qalarsan. Adını söyləməz, əlini ağzından çıxarmaz, kəpənək kimi kirpiklərini hərəkət etdirər ancaq. Sonda anası adının Məryəm olduğunu deyincə həqiqətən bir mələklə rastlaşdığını anlayarsan.

Xınalığın mələyi balaca Şəbnəm

MAY 2017, QUŞÇU Ayrım, Qazax Həmin vaxt foto layihə ilə əlaqədar Qazaxda səfərdə idim. Sərhədyanı kəndlərdəki həyatı və insanları çəkirdim. Quşçu Ayrım kəndindən qayıtdıqda bu qızcığazla rastlaşdım. Üzündəki təbii gözəlliyi məni heyran etmişdi.

QUŞÇU AYRIM, QAZAX Bu qız kəndin mövcud durumunun tam təzahürüdür. Üzündəki qorxu kəndin hər an atışma ilə üz-üzə qalma təhlükəsini əks etdirir. Ona “müharibə uşağı” adını vermişəm.


76

İYUN 2016, GƏDƏBƏY Gədəbəylə ilk tanışlığım idi. Yol uzaqlığı səbəbindən Kiçik Qafqaz tərəfə çoxumuz getməsək də bir dəfə yola çıxdıqdan sonra əslində oraların gizli cənnət olduğunu anlamış oluruq. Gədəbəy toxunulmaz gözəl təbiəti, mehriban insanları və qonaqpərvərliyi ilə mənə İsveçrəni xatırladır.

FORS MAGAZINE | stories


77

APREL 2017, GƏNDOV, İSMAYILLI Bu balaca gözlərinin dəniz rəngi ilə unudulmaz bir xatirəmdir. Bu il yenidən getdiyimdə Yağmur artıq böyümüş və danışmağa başlamışdı. Bir il sonra eyni yerə eyni insanların yanına getməklə zamanın yerində dayanmadığını və onunla birgə bizim də dəyişildiyimizi anladım.

QUBA Qubanın Haydisi qırmızıyanaq Nərmin. Yadınızdadır həmin alman cizgi filmi?


78

Müəllif: İlkin Yusif

Dobrý Den FORS MAGAZINE | stories


79


80 Sovet dövründə yaşayanlar buranı Çexoslovakiya kimi tanıyırlar, lakin 1992-ci ildə bu dövlət Çexiya və Slovakiya olaraq iki müstəqil respublikaya ayrılır. Praqa, çexlərin dili ilə desək, “Praha” Çexiyanın paytaxtıdır. Şəhərin arxitekturasında roman memarlığının, qotik və barokko üslublarının təsiri paytaxtı nağıl şəhərinə çevirib. Praqa həm də qədim Bohemia krallığının paytaxtı olub. Çex pivəsi Avropada məşhurdur. Siz şəhərin hər yerində pivə reklamlarına rast gələ bilərsiniz. İkinci ən çox istehlak olunan məhsul isə donuz ətidir. Piştaxtalarda “tridlo” adlı şirniyyat növünə də tez-tez rast gələ bilərsiniz. Praqanı gəzmək üçün iki gününüz varsa, birinci gün “Stare Mesto” (Old Town) adlanan hissəni, ikinci gün isə “Mala Strana” (Lesser Town) adlanan hissəni gəzə bilərsiniz. Onları bir-birindən Vltava çayı ayırır. Stare Mesto mərkəzi meydanlardan biridir. Bura gəlmək üçün Staroměstská metrosundan çıxıb Kaprova küçəsi ilə gəlib Staroměstské küçəsinə çıxmaq kifayət edir. Meydanda Praqanın simvoluna çevrilən məşhur Praqa astronomik saatı olan “Old Town” qülləsini görəcəksiniz. İlk dəfə 1410-cu ildə quraşdırılmış saat dünyanın ən qədim üç astronomik saatından biridir və hələ də işlək vəziyyətdə olan ən qədim astronomik saat hesab olunur. Saat günəş və ayın hərəkəti ilə yanaşı hər saat yerini dəyişən hərəkətli fiqurlardan ibarətdir. Saatın tamamında ölümü təmsil edən skelet fiquru zəng çalır, şöhrətpərəstliyi, xəsisliyi və şəhvəti tərənnüm edən digər 3 fiqur başları ilə yox işarəsini göstərir və yuxarı pəncərədə 12 fiqur yerlərini dəyişir. Sonda xoruz banlayır. Bu bir növ zamanın tamaşasıdır. Bu tamaşa turistlərin diqqətini cəlb etdiyindən həmişə qüllənin altında çoxlu turist kütləsi görə bilərsiniz. Durduğunuz nöqtədən qotik üslubda olan gözəl kilsə görsənir. Bu, Tyn önündəki Müqəddəs Məryəm ana kilsəsi və ya sadəcə Tyn kilsəsi adlanır. Meydanı kafelər, muzey və qalereyalar əhatə edir.

Astronomik saat olan “Old Town” qülləsindən Celetná küçəsi ilə gedib “Powder Tower”-ə çatacaqsınız. Bu, Old Town-un giriş və çıxış qapısı sayılır. Onun yanındakı gözəl bina art nuvo üslubunda olan “Obecní dům” (Municipal house) binasıdır. Binada konsert zalı və kafe fəaliyyət göstərir. Klassik bir məkanda milli mətbəxin dadına baxmaq istəsəniz, buradan yaxşı yer tapa bilmərsiniz.

FORS MAGAZINE | stories


81 Yaxınlıqda Namesti Republiki metrosu yerləşir. Metro ilə Můstek metrosuna gedə bilərsiniz. Piyada getmək istəsəniz, Na Příkopě küçəsi ilə 15 dəqiqəlik yoldur. Můstek metrosu yaxınlıqda yerləşən Vaclavske küçəsi əsas küçələrdən biridir. Burada əsas meydanlardan biri olan Veceslav meydanını və heykəlini görəcəksiniz. Meydanda vacib toplantı, mitinq və festivallar keçirilir. Küçə boyunca maraqlı mağaza və kafelər var. Veceslav küçəsindən Vodičkova küçəsinə yönəlsəniz, əyləncə məkanı olan “Lucerna Palace” binasını görə bilərsiniz Burada kino zalı, bar və mağazalar fəaliyyət göstərir. Eyni zamanda, burada maraqlı tədbirlər həyata keçirilir. Girişdə tavandan asılmış atın üstündə oturmuş Kral Wenceslasın heykəlini görə bilərsiniz. Palackého küçəsi ilə gəlib Národní Třída metrosunun çıxışında yerləşən Quadrio adlı böyük ticarət mərkəzini görəcəksiniz. Ticarət mərkəzinin qarşısında müəllifi məşhur heykəltəraş David Cerny olan “Head of Franz Kafka” adlı kinetik heykəl yerləşir. Heykəl 42 hərəkətli hissədən ibarətdir və metamorfoza həsr olunub.

Národní Třída metrosundan Karlova Namesti metrosuna həm metro həm də tramvayla gedə bilərsiniz. Resslova küçəsi ilə çay kənarında doğru irəliləsəniz, məşhur memar Frank Gehry-nin “Dancing house” adlı əyri binasını görəcəksiniz.


82

Çay kənarı ilə mənzərədən zövq alaraq irəliləyin, qarşıda sizi “Narodni Divaldo” adlı teatr binası, sonda isə “Karlův Most” adlı məşhur körpü gözləyir. Körpü Kral IV Karlın şərəfinə adlandırılıb. Buradakı heykəllərin sayı 30dur. Körpü küçə musiqiçiləri, rəssam və turistlərlə dolu olur. Körpünü keçdikdə artıq siz turistlərin bol olduğu Mala Strana ərazisinə keçmiş olursunuz. Burada maraqlı mağazalar, kafelər, muzey və qalareyalar yerləşir. Körpünün sonundakı qülləyə çıxıb ətrafı seyr edə və şəkil çəkə bilərsiniz. Körpünün alt hissəsinə düşüb yaxınlıqda Cihelná küçəsində yerləşən Franz Kafka muzeyinə baş çəkin. Muzeyin qarşısında David Cerny-nin “Piss Sculpture” adlı heykəlini görəcəksiniz. Bu, Çexiyanın xəritəsinin üstündə qarşı-qarşıya dayanıb işəyən iki kişidən ibarət mexaniki heykəldir. Heykəlin yanında yerləşdirilmiş çipə istədiyiniz mesajı yollayın, bu iki kişi öz bürünc penisləri ilə sizin mesajınızı işəyərək yazmağa başlayacaqlar. Qaldığınız yerə qayıtmaq üçün yaxınlıqdakı Malostranka metrosundan istifadə edə bilərsiniz.

FORS MAGAZINE | stories


83

2-ci gün. Malostranka metrosundan Praqa qəsrinə qədər 15 dəqiqəlik piyada yoludur. Yol boyu bir neçə kilsələyə baş çəkə bilərsiniz. Bu qəsr ən böyük və qədim qəsr kimi Ginnesin Rekordlar Kitabına düşüb. Qəsrin içində əzəmətli Vitus Bazilikası (St. Vitus Cathedral) yerləşir. Qotika üslubunda olan tikilinin memarı Peter Parlerdir.

Yenidən Malostranka metrosuna qayıdıb gəzə-gəzə Ostrov Kampa adlı yerə baş çəkə bilərsiniz. Burada çay sahilində yaşıllıqda dincələrək David Cerny-nin “Babies” adlı heykəllərinə tamaşa edə bilərsiniz. Eyni zamanda müasir incəsənət nümunələrinə baş çəkmək üçün Museum Kampa adlı muzeyə baş çəkə bilərsiniz. Ostrov Kampanın sonunda kafelərin birində yemək yeyib, Říční küçəsi Újezd küçəsinə çıxıb funikulyora tərəf gedin. Yolüstü Kommunizm qurbanlarına həsr olunmuş “Memorial to the Victims of Communism” heykəllərinə tamaşa edə bilərsiniz. Heykəl sırasında öndəkilərə nisbətən arxadakılar get-gedə parçalanırlar. Bu, siyasi məhbusların kommunist rejimdən necə əziyyət çəkdiyini göstərir. Funikulyor sizi Petrin bağına qaldıracaq. Burada Eyfel qülləsinə bənzər “Petrin Tower” adlı qülləyə qalxaraq şəhəri ən hündür zirvədən izləmək mümkündür.

Hava limanına gedən ekspress avtobuslar Hlavni Nadrazi metrosunun qarşısından yola düşür. Biletin qiyməti 60 krondur.


Milan Müəllif: Şeyda Allahverdiyeva

FOTO: Şeyda Allahverdiyeva Ay t ə n Q ə r i b l i


85

Ə

n yaxın rəfiqələrimdən biri Milanda yaşadığı üçün məzuniyyətdə hara getmək barədə elə də çox fikirləşmədim. Bir sıra kiçik italyan şəhərlərindən fərqli olaraq, burada memarlıq daha monumental və soyuqdur, gözəl geyinmiş insanlar daim harasa tələsir və dizayn, dəb böyük bir biznesə çevrilib. Milan əsl meqapolis həyatını sevənlərin məskənidir. O, lüks dəb və dizayn studioları, ətrafında gənclərin oturub şərab içdiyi kanallar, Da Vinçinin “Sonuncu Şam Yeməyi” kimi klassik əsərlər, adlı-sanlı ailələrin müasir incəsənət fondları, qraffiti ilə örtülü tunellər, yaşıllıqlar, göydələnlər və memarlıq şəhəridir.

Ənənəvi turist marşrutları bitirdikdən sonra şəhər bir qədər boz görünə bilər. Amma əsl həyat qaynayan yerlər yarı qaranlıq küçələr və dəmir yolları arxasında gizlənmiş də ola bilər. Ona görə yerlilərin və ya alternativ səyahət bələdçilərinin məsləhətlərinə diqqət yetirmək bu səfərdən mümkün qədər çox həzz almağa kömək edər.


86

İsola İsola Milanın son zamanlar ən çox populyarlaşan rayonlarından biridir və əslində “ada” deməkdir. Həqiqətən də, bir tərəfdən göydələnlər, o biri tərəfdən də dəmir yolu relsləri ilə əhatələnən bu yer özünəməxsus atmosferi ilə ətrafdan çox fərqlənir. Küçə incəsənəti, qraffiti, rəngbərəng fasadları, maraqlı kafe və barları ilə başqa heç bir yerə oxşamır. İsoladakı ən maraqlı yer? Frida kafesi! Milana gəlib, Fridanın həyətində vertikal yaşıllıqlar arasında “Aperol Spritz” içməmək olmaz!

Burrata Milanda yaşayan rəfiqəmi görmək səfərin əsas məqsədi idi, amma ikinci vacib bir məqam da var idi – burrata! Burrata içərisində qaymaq olan mozzarella pendirindən hazırlanmış bir kisədir. Onu təzə-təzə elə istehsalçının özündən alırlar. Qaymağın yumşaq dadı zeytun yağı və pomidora çox yaraşır, qeyri-adi hisslər yaradır.

FORS MAGAZINE | stories


87

Corso Como Əgər siz də mənim kimi dəftərxana və çap materiallarını qeyri-adi məhəbbətlə sevirsinizsə, Corso Como 10 ünvanında yerləşən “cənnətə” gəlməli və ən azı 2-3 saatınızı burada keçirməlisiniz. Amma cibinizi də hazırlayın ki, Paolo Roversinin Dior üçün çəkdiyi şəkillərin foto-kitabını ala bilmədiyiniz üçün buradan mənim kimi ürəyi parça-parça çıxmayasınız. Əgər dəftərxana məhsullarına daha soyuqqanlı yanaşırsınızsa, buradakı sərgi zalı və kafe da maraqlı alternativ ola bilər.

Gelato Stracciatella (şokolad hissələri), amarena (albalı), flagola (çiyələk), pistacchio salato (duzlu fıstıq) – musiqi kimi səslənən bu adlara La Gelateria della Musica və ya italyan dondurması gelato (ital. donmuş) üçün ən yaxşı ünvanlardan birində rast gəlmək olar. Ən maraqlısı isə ortasında gelato olan makaronlardır.

Monumentale Milanın memarlıq baxımından ən maraqlı yerlərindən biri “Cimitiero Monumentale” adlı qəbiristanlıqdır. 5 saylı çəhrayı xəttin üzərində yerləşən eyni adlı metro stansiyasından çıxan kimi açılan mənzərə bu yerin niyə belə adlandırıldığını əyani göstərir. Böyük mərmər kompleksin daxilində və həyətində məhşur Milanlı rəssamlar, memarlar, şairlər, hərbçilər və dövlət adamları yatır. Ağlınıza gələn bütün tərzlərdə qəbirlər mövcuddur; bəziləri olduqca tanınmış klassik və ya müasir memarlar tərəfindən tikilib, bəzilərinin içərisinə girmək olur, digərləri isə şərq elementləri ilə fərqlənir. Monumentaledə yerlərin əksəriyyəti icarəyə götürülüb və “sakinlərin” ailə üzvləri böyük qürur hissi ilə əcdadlarının icarə haqqını ödəyir və bu şərəfli işi nəsildən nəslə ötürür.


88

Navigli İki kanalın birləşdiyi yerdə, metronun yaşıl xəttinin Porta Genova stansiyası yaxınlığında Milanın ən gənc rayonu Navigli (ital. kanal) yerləşir. Naviglidə darıxmaq mümkün deyil: kanalların hər iki tərəfi bar və kafelərlə doludur, gecə həyatı qaynayır, kiçik qalereyalar, kitab və əl işi mağazaları gəl-gəl deyir. Sadəcə məsləhət görərdim ki, özünüzü ağcaqanadlardan qorumaq üçün xüsusi sprey götürün, çünki bu parazitlər gəlmələri yerlilərdən çox asanlıqla ayırd edib, bədəninizin müxtəlif yerlərində Milandan xatirələr qoya bilər.

Aperitivo Aperitivo möhtəşəm bir konsepsiyadır! Axşam saat 7-9 arası bir kafenin terrasında tanışlar və ya iş yoldaşları ilə oturub, Aperol və ya Campari Spritz, Negroni və ya Amerikano kimi yüngül spirtli içki və yanında limitsiz miqdarda qəlyanaltı yeyə bilərsiniz. Amma fəlsəfə açıq bufetdən maksimum istifadə edib doymaq yox, sona çatan gündən həzz almaq, eyni zamanda daha sonrakı şam yeməyi üçün iştahanı açmaqdır. Bəli, italyanlar hesab edir ki, iştaha yedikcə yaranır, ona görə də qəlyanaltılar tam yerinə düşür. FORS MAGAZINE | stories


89

Pirelli HangarBicocca Rəfiqəm Aytən məni tanıdığımız təkər firması Pirellinin müasir incəsənət mərkəzinə aparanda elə bildim ki, artıq Milandan çıxmışıq. Sən demə bura Avropanın ən böyük sərgi mərkəzlərindən biri imiş. 15,000 m² sahəsi olan bu məkan keçmişdə lokomotiv zavodu, İkinci Dünya Müharibəsi dövründə isə təyyarələrin təmir yeri olub. Hazırda burada alman rəssamı Anselm Kieferin “Yeddi Cənnət Sarayı” adlı daimi sərgisinə baxmaq olar. Sərgi bir-birinə armatur və betonla bərkidilən yük konteynerlərindən hazırlanmış 7 instalyasiyadan ibarətdir. Sütunlar, qədim yəhudi fəlsəfəsinə əsaslanaraq, müdrikliyə və ya Allaha çatmaq üçün insanın keçməli olduğu yeddi mərhələni simvolizə edir. “Müdriklik zirvələrinin” arasında gəzdikcə instalyasiyaların hündürlüyü (14-18 metr) və massivliyi çox dərin təəssürat yaradır: müdrik olmaq üçün gör haralara qalxmaq lazımdır.


90

FORS MAGAZINE | stories

Florensiya Sindromu

Florensiya Müəllif: Şeyda Allahverdiyeva

S

tendal və ya Florensiya sindromu ifadəsini yəqin ki, bilirsiniz: bəzən adamın başına elə gözəlliklər gəlir ki, onların təsirindən göz yaşları öz-özünə axır, qəribə bir eyforiyaya düşürsən. Səhər tezdən təpələrin arasını yüngül duman doldurur, günəş şüaları zərif üzüm yarpaqlarını qızılıya boyayır, hər iki tərəfində qamətli sərv ağacları yüksələn əyri ensiz yollar təpələrdən birinin üstündə yerləşən qədim bir kəndə aparır... və incəsənət. Hər yerdə ağlasığmaz zənginliyi ilə seçilən incəsənət. İtaliyanın Toskana adlanan bu cənnət rayonunun paytaxtı, incəsənət mərkəzi Florensiya və ya yerlilərin dilində desək, Firenze-yə məhz belə gəlib çatdıq.


91

Memarlıq Arno çayı Florensiyanı iki hissəyə bölür – təmtəraqlı saraylar və dövlət idarələri hissəsi olan sol və daha sakit yaşayış hissəsi olan sağ sahil. Şəhərin memarlığında gözəçarpan bir neçə dominant abidə Florensiyanın hakim ailəsi Mediçilərin vaxtından günümüzə qədər şəhər idarəçiliyinin mənzili olan Palazzo Vecchio, sarayın yan tərəfindən Arno çayına qədər uzanan dünyanın ən qiymətli Renessans sənət əsərlərinin saxlandığı Uffizi qalereyası, daha şimalda şəhərin simvolu – Duomo, çayın digər tərəfində isə Florensiya aristokratiyasının yaşayış yeri Piazza Pitti yerləşir. Florensiyada nə qədər çox gəzsən, bir o qədər heç nə görmədiyin hissiyyatı yaranacaq. Elə bil ki, şəhəri kəşf etdikcə o, bir az da dərinləşir və zənginləşir. Müəyyən bir vaxt sonra isə o, adamı hipnoza salır; ətrafa baxıb o qədər ilham alırsan ki, ancaq dayanmadan yaratmaq istəyirsən, ali hisslərdən, materiyalardan danışırsan.


92

Ponte Vecchio Görünür, Florensiyada belə hallara düşən ancaq biz deyilik. Məsələn, dünyanın ən gözəl körpülərindən biri olan Ponte Vecchio haqqında maraqlı rəvayətlər var. Deyilənə görə, faşistlər Florensiyaya çatanda, Arno çayı üzərində bütün körpüləri məhv edirdilər. Yeganə sağ qalan Ponte Vecchio idi. Sən demə, Hitler 1938-ci ildə buraya səfər edərkən şəhərə və xüsusən də bu körpüyə elə vurulmuşdu ki, işğal zamanı ona zərər verilməsini qadağan etmişdi. Başqa bir maraqlı fakt isə Vasari koridorudur. Mediçi ailəsinin iş yeri Palazzo Vecchio və evi Palazzo Pitti arasındakı dəhliz bu körpünün üzərindən keçir. Məqsəd ailə üzvlərinin bu yolu rahatlıqla, kütlənin arasına girmədən qət etməsi idi.

FORS MAGAZINE | stories


93

Piazzale Michelangelo Florensiyanın panoramik mənzərəsini hündür bir nöqtədən seyr etmək üçün Piazzale Michelangelo adlanan meydana qalxıb, poçt açıqcası tipli möhtəşəm fotolar çəkmək olar. Lakin bununla kifayətlənməyib, burada bir qədər ləngimək, Leonardo da Vinçi, Mikelancelo, Makiavelli, Dante, Qaliley kimi şəxslərin məskəni, dünya incəsənətinin ən nadir və dəyərli sənət əsərlərinin vətəni, yüzlərlə müasir ədəbiyyat, kinematoqrafiya və musiqi nümunələrinin süjeti olan Florensiya barədə bir qədər düşünmək, onların ruhu və yaxınlığından ilhamlanmaq, meditativ bir şəkildə şəhərin dərin fəlsəfi və yaradıcı enerjisi ilə yüklənmək olar.

Duomo Florensiya ilə bağlı demək olar ki, bütün turist məlumat vərəqləri, poçt açıqcaları, kitablar və s. üzərində Duomo və ya Santa Maria del Fiore kilsəsinin şəkilləri var. Nəhəng ölçüləri, çəhrayı, ağ və yaşıl mərmər mozaika ilə örtülmüş fasadı, mürəkkəb freskalarla bəzənmiş daxili divarları doğrudan da bu binanı monumental edir. Əgər Florensiyaya yolunuz ilin isti aylarında düşərsə, Duomonun içinə girib sərində bir qədər istirahət edə bilərsiniz. 463 pilləni piyada çıxmaq sizin üçün problem deyilsə, öz zamanında (1418-cü il) rekord hündürlüyü olan günbəzə qalxıb şəhərin mənzərəsini də seyr edə bilərsiniz. Kiçik bir qeyd, klaustrofobiklərin bu pillələlərdən heç xoşu gəlməyəcək.


94

Florensiya mətbəxi Florensiya əsasən ət məhsulları şəhəri kimi tanınsa da, ət yeməyən bir adam kimi başqa alternativlərin məşhur florentin steyklərindən heç də geri qalmadığına inanmaq istəyirdim. Bunun üçün uzağa getmədik, elə qaldığımız yerin yanındakı bapbalaca Santo Spirito meydanında bir neçə dəfə buna sübut tapıldı. Məsələn, buradakı Osteria Santo Spirito adlı kiçik bir restoran trüfel yağında bişmiş pendirli xəmir yeməyi – gnocchi (oxunur: nyokki) ilə məşhurdur. Gnocchi heç şübhəsiz italyan mətbəxində qarşıma çıxan ən möhtəşəm dadlardan biridir – yağlı, adamın ağzında əriyən, zəngin dad yerli ağır qırmızı şərablarla çox yaxşı gedir. Elə həmin meydanın başqa bir tərəfində Gusta Pizza adlı kiçik bir pizzeria var, onu qarşısındakı uzun sıralardan dərhal tanımaq olur. Restoranın içində çox vaxt oturmağa yer olmur, amma buna heç ehtiyac da yoxdur. Pizzanı əlinizə alıb Basilica di Santo Spirito kilsəsi qarşısındakı pilləkənlərdə oturan cavanlara qoşulub “Margarita”nın sadə, lakin, möhtəşəm dadından həzz ala bilərsiniz.

Pitti moda həftəsi Təsadüfən elə alındı ki, Florensiyaya səfərimiz dünyada kişi moda aləmində ən böyük tədbir olan Pitti İmmagine Uomo həftəsinə təsadüf etdi. Bu da o deməkdir ki, dünyanın hər yerindən ən məşhur dizaynerlər, modellər, bloqqerlər və digər dəb mütəxəssisləri də Florensiyada idi. Biz də Aytənlə tənbəllik etmədik; hər axşam özümüzə şəhərin ən basabas küçələrindən birində səkidə bir kafe tapır, bir qədəh şərabı qabağımıza qoyub adamlara baxırdıq. FORS MAGAZINE | stories


95

Shopping Kiçik şəhər olsa da, Florensiya həmişə sənətkarlıq və alver mərkəzi olub və bu xüsusiyyətini indi də istənilən cib və zövq üçün saxlayır. Məsələn, lüks italyan məhsullar axtarırsınızsa, Florensiyada ağlınıza gələn bütün brendləri tapa bilərsiniz. Almaq məcbur deyil, yeni qarderob ideaları üçün vitrinlərə baxmaq da bəzən çox maraqlı olur. Daha eksklüziv əşyalar üçün yerli dərzi, zərgər və ustaların emalatxanalarına baş çəkib ancaq bir nümunədə və sizin üçün xüsusi hazırlanmış məhsullar əldə edə bilərsiniz. Qızıl, bahalı saatlar və digər zinət əşyalarının yeri Ponte Vecchio-dur. Başqa bir diqqətçəkən məqam dəri məhsullar ilə bağlıdır. San Lorenzo və Piazza del Mercato Nuovo meydanlarında böyük dəri bazarları var. Burada çantalar, qladiator tipli sandallar, əlcəklər və s. almaq olar. Kiçik antikvar mağazaları da adətən çox maraqlı olur və eviniz üçün qeyri-adi əşyalar tapa bilərsiniz. İtalyan delikatesləri üçün isə Mercato Centrale yaxşı ünvandır. Onu da qeyd edim ki, Florensiyaya daha əvvəlki səfərim elə də xoşagələn olmamışdı – mart ayı idi, bütün gün dayanmadan yağış yağırdı. Elə yağırdı ki, heç başımı qaldırıb yuxarı baxa bilmirdim və yadımda qalan əsas mənzərə Florensiyanın əyri yaş səkiləri olmuşdu. Hələ çətirimi itirəndən sonra əhvalım lap korlanmışdı. Ona görə də rəfiqəm Aytənin qarşısında böyük bir məsuliyyət var idi – onun ən sevimli şəhərlərindən biri olan Florensiyanı mənə başqa bir tərəfdən göstərmək və sevdirmək. Artıq anladığınız kimi, Aytən bu vəzifənin öhdəsindən çox yaxşı gəldi.


May 2018



I still have a dream, a dream deeply rooted in the American dream – one day this nation will rise up and live up to its creed, “We hold these truths to be self evident: that all men are created equal. I have a dream...

FORS MAGAZINE BAKI 2018


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.