Sabirabad Layf Jurnalı "Sabirabadda Yazın Rəngləri" buraxılışı

Page 1

YAZIN

SABIRABADDA RƏNGLƏRI

Bütün hüquqlar qorunur

Ə Ə

SƏYAHƏT ETMƏYİN

İB B S

5

SABIRABADA

APREL 2017 www.sabirabadlife.info


ÖN SÖZ Dünyada ən ali varlıq İnsandır. İnsan Allahın ona bəxş etdiyi ömürü səmərəli yaşamalı və qurub yaratmalıdır. Bu gün mən Sizin kimi Sabirabadda yaşayıram. Sabirabadın inkişafı, onun gözəlləşməsi və dünyada ən gözəl yerlərdən biri olmasını istəyirəm. Bir çoxunuz düşünə bilərsiniz ki, bu mümkün deyil! Amma yanılırsınız, bu mümkündür. Lakin unutmayın ki, Siz nə qədər bunun mümkün olmadığını düşünürsünüz Sabirabad elə belə qalacaqdır. Tozlu, torpaqlı və küskün təbiətli... Gəlin mənim gördüyümü Siz də görün!

RAMİD AGAYEV TƏSİSÇİ VƏ BAŞ REDAKTOR 2

SABIRABADLIFE.INFO


İnsan harada yaradırsa, ora CƏNNƏTDİR! Ramid Agayev

Sabirabad Layf Jurnalı E-Mail: jurnal@sabirabadlife.info Mobil: (+994) 55 509 05 05 (+994) 70 509 05 05

SABİRABADDA YAZIN RƏNGLƏRİ


Salam! Sabirabadı

? İ M K ZƏ


Sabirabad dünya səviyyəsində turistik məkan ola bilər desəm... İNANARSINIZMI?

FOTO: SABIRABAD, AXSIXA K.

5

SABIRABADLIFE.INFO


YAŞLI ZİL

Sabirabad rayonu Kovlar kənd sakini

O YAŞLI OLSA DA DƏYƏR MİN CAVANA :)

Sabirabad Layf Jurnalı | Aprel 2017 www.sabirabadlife.info


SABİRABAD LAYF JURNALI

IZLƏ

Sabirabad Azərbaycanın Mərkəzi Aran zonasında yerləşir. Sabirabad özü Mil, Muğan və Şirvan düzlərini özündə birləşdirir. Kürlə Araz çayı bu üç düzü bir-birindən ayırır. Kürlə Arazın qovuşduğu Suqovşan adlanan ərazi Sabirabadın turizm üçün ən potensiallı ərazisidir. Bu əraziyə çox böyük sərmayə qoymaqla gözəl istirahət məkanı salmaq olar. Bundan başqa sağlamlıq mərkəzləri istifadəyə vermək olar, hansıki bu mərkəzdə günəş vannalarının qəbulu və s xidmətlər göstərmək olar. Kür sahilini əhatə edən geniş yuluğun ağaclı ərazi asma xəstələri üçün çox böyük sağlamlıq məkanıdır. Ümumilikdə çox bərəkətli torpağa sahib Sabirabad ilin hər 4 fəsli əkin üçün yararlıdır. Daha sonra Sabirabad ov turizmi üçün yararlı ərazidir. Bu haqda irəlidə xüsusi yazımız vardır.

Sabirabadda TURIZM Yay fəsilində Sabirabad məhz Qarpızın Vətəni olaraq bütün dünyadan turistləri qəbul etmək və turistlərə qarpızdan hazırlanmış yüksək səviyyəli müxtəlif məhsullar təqdim etmək potensialına malikdir. Bu potensialdan yararlanmaq üçün çalışqan və ziyalı bir cəmiyyətə sahib olmalıyıq. Biz ilk öncə özümüzə sərmayə qoyub bilik və bacarıqalrımızı inkişaf etdirməli və daha sonra bunlara nail ola bilərik.

"Sabirabad rayonu Axsıxa kəndi"

" yeməmisən qaz ətini bilmirsən ləzzətini..." Sabirabadda rayonunda yerli əhalinin yetişdirdiyi qazlar öz dadlı əti ilə seçilir... Bir xarici bir çox ölkələri gəzdikdən sonra dostum Sabirabad qonaq gələrkən ona qaz kababı qonaqlığı vermişdik. Hansıki o bu kababı daddıqda sonra indiyənə kimi 7

belə bir dadlı qaz əti yemədiyini bildirmişdir. Hətda öz ölkəsinə qayıtdıqda orada bu haqda geniş bloq yazmışdır. O öz bloqunda "Sabirabadda daddığım qaz ətini vegeteryanlar dadsa vegeteryan olmazlar " başlığı ilə hekayəsini oxuculara danışmışdır. - Ramid Agayev

SABİRABADLIFE.INFO


HƏR YER GÖZƏLDİR! SABİRABAD KOVLAR K.

8

SABIRABADLIFE.INFO


#ILKJURNAL

SABIRABADI

SEV! 9 Issue 27 | 234

SABIRABADLIFE.INFO


APREL2017

KƏNDDƏ VELO GƏZİNTİ

Ə

İZZ H

SABİRABAD KOVLAR KƏNDİ Sabirabadın kəndlərində eləcə də rayon mərkəzində velosipeddən nəqliyyat vasitəsi kimi çox istifadə olunur

TƏMIZ HAVA İqlim şəraitindən asılı olmayaraq havanın təmizliyi insanın sağlamlığı üçün çox önəmlidir. Sabirabadın Şirvan düzü hissəsində yerləşən ərazilərdə hava çox təmizdir. Bu da bu ərazidə yaşayan insanların daha sağlam olması deməkdir.

KƏND HƏYATI Kənd həyatının ən böyük üstünlüyü bu həyatın kəndin havası qədər təmiz olmasıdır. Zəhmət, əziyyət bunlar hamısı var. Amma birdə elm olsa kənd bir cənnət olar. Kənddə də elmin olması yalnız cəmiyyətdən və insanlardan aslıdır.


ÇİÇƏKLƏYƏN ALÇA AĞACI

ZANBAQ GÜLÜ

11

SABİRABAD LAYF JURNALI


12

SABIRABADLIFE.INFO


13

SABIRABADLIFE.INFO


Mobil: 055 509 05 05 070 509 05 05

BİZNES PLANLARIN HAZIRLANMSI

DIGITAL MARKETINQ VƏ KOMPYUTER PROQRAMLARI KURSU Rəqəmsal marketinq və kompyuter proqramların tədrisi peşəkar səviyyədə aparılır və zəmanət verilir.

GOOGLE ŞIRKƏTININ RƏSMI SERTIFIKATINI ALMA IMKANI Sabirabad rayonunda ekskluziv Google Marketinq Təlimi keçirilir. Hansı ki, bu təlimi bitirənlər Google şirkətinin rəsmi sertifikatlarını alır

ANA KÜR SABİRABAD LAYF JURNALI |APREL 2017

KÜR ÇAYININ UZUNLUĞU 1515 KM-DİR


UCA ŞEİRLƏRİN

NAKAM ŞAİRİ "QARŞIMDA DALĞALI,DƏRIN BIR ÜMMAN, ÜMMANI SARSIDIR ACI BIR TUFAN, BƏYAZ KÖPÜKLƏRI BIR ÇIÇƏK YAPAN, ŞEIRDƏN,XÜLYANDAN NECƏ ƏL ÇƏKIM..." Bəli,Mikayl Müşfiq sanki öz taleyini qələmə almışdı bu hərarətli sətirlərdə.Müşfiq Azərbaycanın sevgilə aşıb daşan,gənckən dahi şairi-ümmanı idi.Fəqət acı bir tufan ümmanımızı susdurduğunu zənn elədi.Yox!Mikayl Müşfiq "Oxu tar"ın sarı simində yaşadı və hər sarı simə toxunanda Müşfiq yenidən doğulur. Əzəldən keşməkeşli taleh.... "Ana dedim,ürəyimə yanar odlar saçıldı, Ana dedim,bir ürpəriş hasil oldu canımda, Ana dedim,qarşımda bir gözəl səhnə açıldı, Ana dedim,fəqət onu görməz oldum yanımda." İsmaylzadə Mikayl Əbdülqadir oğlu 1908-ci il iyunun 5də Bakının Xızı kəndində,ziyalı ailəsində dünyaya göz açmışdır.Hələ ay yarım olarkən anasını,6 yaşında isə atasını itirərək Mikayl bacı və qardaşları ilə yetim qalmış,yaxın qohumlarının himayəsində böyümüşdür.Onun atası Mirzə Qədir İsmaylzadə "Səadət" məktəbində müəllim işləməklə yanaşı "Vüsaqi" təxəllüsü ilə şeirlər yazırdı.Yeri gəlmişkən,böyük bəstəkar Müslüm Moqomoyev "Şah İsmayl" operasını Mirzə Qədirin eyni adlı poeması əsasında yaratmışdır.Mikayl Müşfiiqn tərbiyəsinə nənəsi Qızqayıt böyük təsir göstərmişdir.O,çoxlu nağıl,əfsanə,xalq şeirləri və mahnıları,bayatı və laylaları əzbər bilirdi.


İlham dolu yaradıcılığı... Mikayl Müşfiq ibtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almış,sonra təhsilini Azərbaycan Dövlət Pedaqoji İnsitutunun dil və ədəbiyyat fakültəsində davam etdirmişdir(1927-1931).Əmək fəaliyyətinə başlamış gənc şair 7 il Bakının orta məktəbində müəllimlik etmişdir.Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur. İlham dolu yaradıcılığı.... "Bir gün!Bizə bulundusa şu aləmdə səadət, Hörmət sənə,hörmət sənə,hörmət sənə,hörmət!" Poetik yaradıcılığa 1926-cı ildə gənc işçi qəzetində çap etdiyi "Bir gün" şeiri ilə başlayan gənc şair müntəzəm olaraq dövri mətbuatda çıxış edir və eyni zamanda bədii tərcümə ilə də ciddi şəkildə məşğul olur.A.S.Puşkinin "Qaraçılar" (Ş.Abbasovla birlikdə) və M.Y.Lermontovun "Demon" poemalarını (R.Rza ilə birlikdə),Xəyyamın bir çox rübailərini,T.Şevçenkonun şeirlərini və başqa şairlərin irsindən nümunələri tərcümə edən Mikayl Müşfiq Mirzə Fətəli Axundovun A.S.Puşkinin ölümünə yazdığı məhşur "Şərq poeması"nı da Azərbaycan dilinə çevirir.

sMikayl Müşfiq həbs edilməmişdən əvvəl "Çağlayan" şerlər toplusunu tərtib edib nəşriyyata vermişdir. Buraya şair son illərdəki şerləri ilə birlikdə bundan əvvəl yaratmış olduğu ən yaxşı poetik əsərlərini də daxil etmişdir."Çağlayan" bir növ onun on illik poetik fəaliyyətinin yekun kitabi olacaqdı ki,1937-ci ildə şair "Xalq düşməni"damğası ilə həbs edilir və 1938-ci il yanvarın 6-da qısa cəkən məhkəmə iclasında haqqında çıxarılmış ölüm hökmü elə həmin gün icra olunur.

Oxu tar... Səni kim unutar... Milli musiqi alətimizdən olan tarin Maarif komissarı Mustafa Quliyevin göstərişi ilə konservatoriyada tədris olunması qadağan ediləndə "Tar konservatoriyadan çıxarıldı" sərlövhəli xəbərində: " Azərbaycan Dövlət Konservatoriyasını qüvvətləndirmə məqsədi ilə A.X.M.K. bir cox qərar qəbul etmişdir. Bu qərarlara görə məcburi dərs kursu olan tarın öyrədilməsi konservatoriyanın bütün dərəcələrində tədris planlarından götürülür və konservatoriyanın yanında Şərq oskertoru ləğv olunur"(1929, N2,səh. 39) yazanda Süleyman Rüstəm "Tar səsə qoyulur" şerində tara qarşı cıxanda :


"Kəs səsini,ötmə dedim.Ötmə dedim,ötmə tar! İstəməyir proletar səndə çalınsın qatar. Qaldıraraq qabar çalmış əlindəki çəkici Çəlik zindanlara vuran meşin döşlüklü işçi Deyir:Yetər yetim segah,yetər qatar,şikəstə Çünki deyil bizim həyat ,mühit yetim və xəstə" (Süleyman Rüstəm,"Atəş" Azərnəşr,1932,səh. 47) Müşfiq özünü itirmədi,o sinəsini qabağa verdi,məhşur "Tar" şerini xalqına bəxş elədi,tarın şöhrətini bir az da qaldırdı: Oxu tar,oxu tar!... Səsindən ən lətif şerlər dinləyim. Oxu tar,bir qadar.... Nəğməni su kimi alışan ruhuma çiləyim. Oxu tar! Səni kim unutar? Ey geniş kütlənin acısı,şərbətiAlovlu sənəti. "Tar" şeiri vətəndaş şairin uzağgörənliyini göstərməklə bərabər həm də sənətkar cəsarətini nümayiş etdirən əsərdir: Çoxları üzünə durdular, Könlünü qırdılar, Nə deyim o yekəbaşlara? Çaldılar ruhunu daşlara. Mikayl Müşfiq həbs edilməmişdən əvvəl "Çağlayan" şerlər toplusunu tərtib edib nəşriyyata vermişdir. Buraya şair son illərdəki şerləri ilə birlikdə bundan əvvəl yaratmış olduğu ən yaxşı poetik əsərlərini də daxil etmişdir."Çağlayan" bir növ onun on illik poetik fəaliyyətinin yekun kitabi olacaqdı ki,1937-ci ildə şair "Xalq düşməni"damğası ilə həbs edilir və 1938-ci il yanvarın 6-da qısa cəkən məhkəmə iclasında haqqında çıxarılmış ölüm hökmü elə həmin gün icra olunur. Müşfiq 1937-ci ilin 4 iyun gecəsi gəlib aparmışdılar. "Ədəbiyyat qəzeti"nin 21 avqust 1937-ci il tarixli nömrəsində onun barəsində şair Məhəmməd Rahimin "Kontrrevolyusioner,kondrabançı,oğru" adlı ölüm qoxuyan zəhərli məqaləsi çap olunmuşdur.

Amansız Represiya... Böhtanlar... Iftiralar... Müəllif: Nadir Rzazadə Həmin məlum ilin məlum məqalələrindən sayılan bu böhtan kisəcəyi-yazı belə başlayırdı: "Ədəbi sahə ideologiya cəbhəsində sinifli mübarizənin ən kəskin və mürəkkəb sahəsi olduğundan düşmən buraya soxulmağa və öz fikirlərini yürütməyə çalışır.İllər keçəcək,"Kontrrevolyusioner,kondrabançı,,oğr u" məqaləsinin müəllifi "Bakı" qəzetinin 1969cu il 24 yanvar tarixli nömrəsində "Şairin əziz surəti" adlı məqalə-xatirəsi ilə çıxış edəcək,demək olar ki,ilk məqaləsinin əksinə(bu barədə bir söz deməsə də),Müşfiq yaradıcılığındakı vətənpərvərlikdən,vətəndaşlıq hissindən,orjinallıqdan,yüksək sənətkarlıqdan bəhs edib yazacaqdır: "...Mən Müşfiqi faşist ovqatlı element kimi tanıyıram". "...Müşfiq qatı millətçi Əhməd Cavadın davamçısıdır". "...M.Ələkbərli Müşfiqin milli sapmalarından diqqəti yayındırırdı.M.Hüseynovun tapşırığı ilə R.Axundov da onu müdafiə edirdi,hətta çoxlu miqdarda pul verərək Xəyyamın əsərlərinin tərcüməsini ona tapşırmışdır". "...Müşfiq əksinqilabi əhval-ruhiyyəli şairdir.Nümunə üçün onun "Banditlər" şeirini göstərə bilərəm"(1988,N3,səh.13-14). Nə isə,işlər olur dünyada!.. Müşfiq itkisi xalq üçün ağırdır!O bizi həmişə yandırıb,yandırır,yandıracaq!Yeganə təsəllimiz şairin qoyub getdiyi və xalqımızın göz bəbəyi kimi qoruduğu zəngin ədəbi irsi molub həmişə. Müşfiqin qəlbləri ümidli bir işıqla dolduran poeziyası həmişə yaddaşlarda qalacaq!


reper

ANIMAN

ANAR IMANOV

Zona54Community Sabirabadda reperl ə rd ə n v ə istedadlı Sabirabadlı g ə ncl ə rd ə n ibar ə t bir birlikdir

www.sabirabadlife.info

SABİRABAD LAYF JURNALI

DİNL Ə


SABIRABAD LAYF JURNALI

QARPIZ ARTIQ ƏKİLİB

SABİRABADIN SİMVOLU ... SABİRABAD - 53 -88 QARPIZ SORTU Sabirabadın Balvar, Yastıqobu və digər qarpız əkini aparan kəndlərində artıq əkin bitmişdir. Allah bərəkətli etsin! İndi görək Sabirabadın simvolu olan qarpızın tərkibi nədən ibarətdir və o nə üçün biz qarpız yeməliyik? Qarpızın tərkibində şəkər qlükoza, boyayıcı maddələr, üzvi turşu alma turşusu karotin, B1, B2, C vitaminləri, dəmir və kalsium duzları vardır. Qarpızın tərkibində orta hesabla 88-92% su, 5,5-10,5% şəkər, 0,8% azotlu maddələr, 0,2% turşu, 0,4% mineral maddələr, 0,6% yağ və 0,4% sellüloza, vitaminlərdən 8 mq% C, B1, B2 və A vitaminləri vardır. Qarpız toxumunda 30% yağ vardır. Şəkərlərdən ən çox rast gələni fruktozadır ki, bu da onun şirinliyini artırır

Azərbaycanda Melitopol-142, Biryuçekut-775, Sabirabad-53-88, Pyatiqorsk xutorunun sevimlisi və s. qarpız sortları yetişdirilir. Qarpızın qabığından həm təzə, həm də quru halda kolit olanda işlədirlər. Qarpız marinadası xroniki mədə xəstəliklərində həzm prosesini yaxşılaşdırmaq üçün çox xeyirlidir. Qarpızdan təzə halda, duzlama üçün, qarpız balı və qarpız şərabı, habelə sukat istehsalı üçün istifadə edilir. Sukat hazırlamaq üçün qalınqabıqlı qarpızlardan istifadə edilir. Bədənə soyuqluq və rütubət verir. Qarpız yeməklə öd ağrılarını azaldıb, qan təzyiqini tənzimləmək mümkündür. Sidikqovucu xassəyə malikdir və susuzluğu aradan qaldırır. Qarpızın suyunu bal və zəncəfillə qarışdırıb içmək bəlğəmi kəsər. Qarpız eyni zamanda həzmə yaxşı kömək edir. O, qanı durulaşdırır. Qarpız tumu böyrək daşını salır. Qarpız qabığıdan şəkər və ya bal ilə bişirilmiş mürəbbəsi sinə ağrısı, mədə və həzm zəifliyini aradan qaldırır.


APREL 2017| SABİRABAD LAYF JURNALI

SARISU GÖLÜ

AZƏRBAYCANIN ƏN BÖYÜK GÖLÜ Sabirabad Layf Jurnalı www.sabirabadlife.info


OVUN MƏKANI

SARISU

Sarısu gölü — Azərbaycan Respublikasının ən böyük gölü, İmişli və Sabirabad rayonları ərazisində Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru 22 km uzanan və bir-biri ilə əlaqəli dörd göldən biri olmaqla, çay-dərə eroziya mənşəlidir, nisbətən böyük göllər sırasına daxildir, şirinsuludur. Suyunu əsasən Şərbətqobu vasitəsilə Ağ göldən, yeraltı və yağıntı sularından alır, Kür çayına axını var. Azərbaycanda göllərin sahəsinə görə sıralamasında Xəzər dənizindən sonra ikincidir. Sarısu gölünün sahilboyu ərazisini qamışlıq və bataqlıq təşkil edir. Suyun həcmi təqribən 60 mln m³, orta dərinliyi 1 m, maksimal dərinliyi 6 m, orta eni 3 km təşkil edir. Göl akvatoriyasının açıq hissələrində dərinliklər 1–3 m, sahilə yaxın hissələrində 0,1-0,9 m arasında dəyişir. Bəzi illərdə (1976-cı ildə) Kür çayının daşqın suları gölün həcmini 35 dəfə artırıb. Göldə suyun həcminin artması əsasən yaz və payız aylarında müşahidə olunur. Ötən illə müqayisədə cari ildə suyun səviyyəsi təqribən 40% azalmışdır. Sarısu gölündə buz hadisələrinin orta çoxillik davamiyyəti 23 gündür və sahil buzu formasındaır. Gölün səthi bəzi illərdə buzla örtülür, davametmə müddəti 11 gündür. Sarısu gölünün faunası əsasən balıqlardan (çəki, sazan, karp, vobla), heyvanlardan (çöl donuzu , bataqlıq donuzu) ibarətdir. Bundan başqa burada olan əlverişli şərait hər il 300-350 min müxtəlif növ quşların (ördək, qaşqaldaq, qaz, sultan toyuğu, balkan, boz vağ) qışlamasını təmin edir. Gölün ərazisində Allahmədətli yaşayış məntəqəsinin yaxınlığında fəaliyyət göstərməyən balıq vətəgələri və XVI-XVII əsrlərə aid olan qəbiristanlıq vardır. Sarısu gölünü şimaldan Kür çayı, yaşayış məntəqələrindən isə avtomobil yolu kimi istifadə olunan torpaq bənd ayırır, bu da gölün yaşayış məntəqələrindən axıdılan tullantılarla çirklənməsinin qarşısını alır. Gölün cənub istiqamətdən çirklənməsinə səbəb ətraf ərazilərdə neft çıxarılması (Muradxanlıneft) zamanı əmələ gələn neft-mədən sularının gölə axıdılmasıdır. Sarısu gölünün şərqdən Kür çayına axını Muradbəyli yaşayış məntəqəsi yaxınlığında tikilmiş hidroloji qurğu (suburaxıcı) vasitəsi ilə tənzimlənir. Ov turizmi üçün çox böyük imkanlara sahib göl gələcəkdə Sabirabad rayonunu ovçuluq turizmi üzrə ixtisaslaşmasına və bu sahə üzrə rayonda instituların yaradılmasınaa çox böyük zəmindir.

21

SABIRABADLIFE.INFO


APREL

2017

| SABIRABAD

mmm...

QARPIZ V

Ə

PENDIRIN SABIRABADDA DADI BA

ŞQA

OLUR...

LAYF

JURNALI


SƏBƏBI 5 1 2

SABIRABADA səyahət etməyin

KÜRLƏ ARAZIN QOVŞAĞINI GÖRMƏK

SARISU GÖLÜNDƏ OV ETMƏK

3

4

SABİRABAD QARPIZINI DADMAQ

5

GÜNƏŞLİ HAVADAN ZÖVQ ALMAQ

QONAQPƏRVƏR İNSANLAR GÖRMƏK

SABİRABADDA YAZIN RƏNGLƏRİ | SABİRABADLİFE.İNFO | APREL 2017


Qaralı Balvar yolu Sabirabad Layf Jurnalı

SABİRABADDA YAZIN RƏNGLƏRİ | SABİRABADLİFE.İNFO | APREL 2017


YAZDA OYANAN

QOCA AĞAC FOTO: SABİRABAD RAYONU SURRA KƏNDİ

SABİRABADDA YAZIN RƏNGLƏRİ | SABİRABADLİFE.İNFO | APREL 2017


26

SABIRABADLIFE.INFO


p o t ə d r Küçələ ox ç a c n ı l a d . . . m a ş ı qaçm

Özünüzü təqdim edin: Mən Əliyev Əli Mehman oğlu 1 May 1999 cu ildə Sabirabad rayonunda doğulmuşam. Sabirabad rayonu 8 saylı orta məktəbi bitirmişəm. 2012 - ci ilə kimi Sabirabad rayonunda yaşamışam və daha sonra karyeramla bağlı olaraq Bakıya gəlmişəm.

Futbola marağınız necə başladı? Mən hələ uşaq olarkən dayım mənə tez-tez futbol topları alardı. Qeyd edim ki, dayım gənc yaşlarından futbol ilə məşğul olub və o hətda vaxtilə futbol cəmiyyətinin yaxşı tanıdığı Emin Quliyevlə birgə oynayıb. Mən də bu səbəbdən gözümü açandan futbol ilə böyümüşəm və bu məndə futbola böyük həvəs yaradıb.

Futbol karyeranız haqqında danışın Bir çox futbolçu kimi futbola küçədə oynayaraq başlamışam. Ailəm nə qədər qarşı buna qarşı gəlsə də Sabirabad Futbol Kulubuna yazıldım. 2011 - ci ildə futbol müəllimim Rufət Əliyev yarışla bağlı Bakıya gətirdi. O zaman Qaarabağ FK-nın məşqçılərindən biri mənim oynamağımı görərək məni Qarabağ FK-a dəvət etdi. Müəyyən səbəblərə görə Sabirabad FK-da qalmalı oldum.

SABİRABADLI GƏNC FUTBOLÇU Əliyev Əli | QARABAĞ FK

l o Y u l r u Ug 2012 -ci ildə Rüfət müəllim məni Bakı FK-nın seçmələrinə gətirdi. Nəticə etibarı ilə Bakı FK məni öz heyyətinə cəlb elədi. Bakı FK-da oynadığım müddətdə respublika ikincisi olduq. 2012 -ci ildən 2015-ci ilə kimi çıxış elədim. Burada olduğum müddətdə 2013-cü ildə Fransaya çəşq toplantısına getdik. Bır sıra Fransa klubları ilə yoldaşlıq oyunları keçirdik. 2015 - ci ildə Qarabağ Futbol Klubuna transferim gerçəkləşdi. Hal - hazırda Qarabağ FK-da karyeramı davam etdirirəm.

Sabirabadda futbolçu olmaq istəyən yeniyetmələrə, gənclərə tövsiyyələriniz nədir? Məsləhət görərdim ki, ilk növbədə futbola qarşı maraqları və özlərinə inamları heç vaxt azalmasın. Bununla yanaşı çox çalışmalı və özlərini qorumalıdırlar. Bütün Sabirabadlı gənc futbolçulara uğurlar azrulayıram

Futbolun ən yüksək zirvəsində olsanız belə küçələrdə oynadığınız futbol unudulmur... - ƏLİYEV ƏLİ

Siz və küçə futbolu? Sizin futbolu küçədə oynayaraq sevmisinizmi? Deyərdim ki, Əli deyilən zaman ətrafımda olan insanların ilk ağlına küçə futbolu gəlir. Uşaqlığım küçələrdə futbol oynamaqla keçib.

SABİRABADDA YAZIN RƏNGLƏRİ | SABİRABADLİFE.İNFO | APREL 2017


28

SABIRABADLIFE.INFO


bəs siz 100% təmiz su içirsinizmi? Sifariş üçün: (+994) 12 485 15 29 (+994) 55 201 19 69

SABIRABADLIFE.INFO


bizi izləyin... UNUTMA SABİRABAD GÖZƏLDİR! ONU GÖZƏL GÖR

@sabirabadjurnali

WWW.SABIRABADLIFE.INFO


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.