Baş redaktor / Təsisçi : Ramid Ağayev Qrafika və dizayn : RamidESİGN (Ramid Ağayev) Yazarlar: Rəşad Ağayev Mirilkin Ağayev Günay Ağayeva Cəlal Hüseynbəyli Ramid Ağayev
Smart MÜNDƏRİCAT TOXUN VƏ OXU...
TƏBRİK
“Sabirabad LAYF” jurnalı Azərbaycan xalqını 31 Dekabr Həmrəylik günü və Yeni İl münasibətilə təbrik edir. Hər kəsə yeni ildə sevinc dolu günlər arzulayır. YENİ İLİNİZ MÜBARƏK!
2025 –Cİ İL Marsda ilk insan koloniyası YANVAR 2016
TƏLİM
“GƏLƏCƏYİNİ YARAT” TƏLİMİ Sabirabad rayon 9 saylı orta məktəbdə yeniyetmələrin təhsilə peşəyə maraqlarını artırmaq üçün “Gələcəyini Yarat” adlı təlim layihəsi keçirilmişdir. Təlimdə 20-ə yaxın 6—9 siniflər arasında uşaqlar iştirak etmişdir. Təlimdə orta məktəbdə təhsil almağın insan həyatında rolu, ali təhsil və ya hər hansı peşəyə sahib olmanın üstünlükləri, həyat bilgisi ilə təhsili birləşdirən amillər və eləcə də Facebook, Twitter, Apple kimi şirkətlərin yaradıcısı olan insanların həyat hekayələri və onların uğur qazanmalarının səbəbləri uşaqlara çatdırılmışdır. Təlimin əsas məqsədlərindən olan şagirdlərin təhsilə marağının artırılması ilə yanaşı təlimdə düzgün peşə seçimi və peşə seçərkən nələrə diqqət etmək lazımdır və nələri nəzərə almaq lazımdır və sairə mövzular ətrafında interaktiv müzakirələr aparılmışdır. Təlim uşaqların fikir və təkliflər irəli sürməsi ilə bitmişdir. Təlimin təşkilində başda Həsən müəllim olmaqla məktəbin rəhbərliyinə öz təşəkkürümü bildirirəm. - Ramid Ağayev
6
Məlumatlar Google axtarış sistemində aparılan araşdırma nəticəsində toplanmışdır. #Google
2015-Cİ İLDƏ İNTERNETDƏ ƏN ÇOX AXTARILAN AZƏRBAYCANLI VƏ TÜRK MÜĞƏNNİ
TƏHSİL
XARİCDƏ OXUMAĞIN ÜSTÜNLÜYÜ NƏ?... Müasir dövürdə xaricdə təhsil bizə coxlu üstünlüklər verir ki, yəqin bunu tez-tez eşidirsiniz. Siz bu eşitdiyinizi, sadəcə olaraq qəbul edə bilərsiniz ya da biraz bu sual barədə fikirləşə bilərsiniz. Mənim xaricdə
oxumağım niyə önəmlidir? Düşünürəm
başlamaq üçün birinci sualımız hazırdır. Gəlin birlikdə belə bir situasiya təsəvvur edək. Adil Bakida doğulmuş, Yasamal r-nunda dağlı məhləsində böyümüş bir gəncdir, Hazırda onun 18 yaşı var. Məhlə uşaqlarından fərqli olaraq Adil daha çalışqandır və dərslərini yaxşı oxuyur. Əgər Kəpənək effekti (film, 2004) filminə baxmısınızsa, orda belə bir epizod var idi. Kiçik hadisələr böyük nəticələr törədir. Indi təsəvvür edin Adil seçim qarşısındadır.O BDU -ya və eyni zamanda Berlin universitetində beynəlxalq proqrama qəbul olub. Hər iki halda
Adil
Tədbir
İdarəçiliyi
fakultəsinə qəbul olub.. Gəlin ayrılıqda təsəvvür edək.
(Event
Management)
birlikdə bu iki variantı
Bir də Azərbaycan təhsilində olan boşluqları bir yana atıb təsəvvür edək ki, təhsil səviyyəsi hər iki universitetdə də eynidir. Hər iki halda da Adilin motivasiyasi sırf oxumaqdır. A VARİNATI: Adil Bakıda oxumağa qərar verir. B VARİANTI: Adil Berlində gedib oxumağa qərar verir. Növbəti çalışmamız hər iki varinatı dərindən nəzərdən keçirməkdir. A VARİNATI: Adil üçün yaşayış əvvəlkinə baxanda bir az fərqlidir. Əvvəl valideynləri ilə yaşayır, uşaqlıq dostları ilə sıx əlaqədədir və hətda yeni dostlarda tapıb. Günün əsas hissəsini dərsdə keçirir, sessiyalar, imtahanlar və s… Boş vaxtlarını dostları ilə keçirir, amma dərslərdən başqa
8
həyatında ciddi bir dəyişiklik yoxdur.
TƏHSİL Düzdür ildən - ilə o daha da yaşlanır və bir fərd kimi formalaşır. Fərd kimi formalaşmasında keçmiş illəri ilə bərabər, universitet illərində ünsiyyətdə olduğu insanlar, öz şəxsi ambisiyası və yaşadığı mühit ona çox böyük təsir edir. Universiteti bitirdikdə tez daimi iş tapıb evlənməyi planlaşdırır. B varinatında da Adil ildən –ilə yaşlanır və bir fərd kimi formalaşır. Fərd kimi formalaşmasında keçmiş illəri ilə bərabər, universitet illərində ünsiyyətdə olduğu insanlar, öz şəxsi ambisiyası və yaşadığı keçmiş və yeni mühit ona çox böyük təsir edir. Universiteti bitirdikdə yaxşı iş təcrübəsi qazanmaq istəyir. Evlənmək haqqında hələ düşünmür. 4 ildən sonar Adil universiteti bitirir.
yazının əvvəlinə baxsanız, görərsiniz ki, öncə qeyd etmişdim: Təsəvvür edək ki, Azərbaycanda təhsil müəssisələrindəki müvafiq boşluqlar yoxdur” və tələbələrin əsas motivasiyası oxumaqdır.” Xaricdə oxumaq istəyirsinizsə öz gələcək planlarınızdan asılı olaraq qarşınızda olan şansları düzgün müqayisə etməyi bacarmalısınız. Oxumaq perspektivliyinə baxanda muqayisədə birinci secdiyin sahəyə baxmalısan, tutaq ki IT sahəsində oxumağa qərar verirsən, onda təbii ki, dünyada IT sahəsində daha çox inkişaf etmiş ölkəni seçməyiniz daha məqsədə uyğun olar. Amma tək bununla da iş bitmir, çox hallarda harda istəyirsən yox, “harda oxumağa imkanım var?” sualı ortaya çıxır. Bu haqda daha çox oyrənmək istəyirsinizsə növbəti yazımızı mutləq oxuyun. ARDI VAR...
B VARİNATI: Adil Bakıya qayıdır. Bir müddət onun üçün hər şey yenidir. Amma az bir zamanda Bakı həyatına yenə uyğunlaşa bilir. Necədə olsa o burada böyüyüb boya-başa çatıb. Həyat biraz fərqlidir, o cəmiyyətdə olan insanlardan fərqlənir və çox şeyə baxışları dəyişib. A VARİANTI: Adil üçün həyat daha sadədir. Həyata baxışlarında da görünməz çərçivə var, hansıki yaşadığı mühit tərəfindən formalaşıb. Adilin həyatında növbəti bölüm karyera bölümüdür. O beynəlxalq bir Event ManageMƏN B ment şirkətinə təcrübəçi kimi qəul olur. VARİANTINI Şirkət yerli müştərilərdən çox, xarici müştərilərlə işləyir. Şirkətdə olan böyük SEÇMİŞƏM! (Adil) potensiala görə Adil bu işdə qalmağı çox sevir. Bir daha qayıdaq əvvəlki müqayisəmizə... A VARİNATI: Adil çox çalışır, ingilis dilini yaxşı bilməsinə baxmayaraq xarici vətəndaşlarla ünsiyyəti həmişə istədiyi kimi alınmır, bəzən əlaqələr zamanı etdiyi səhvləri özü də anlamır. Bu kiçik uğursuzluqlar onu inkişafında, işində bir az gerilədir. B VARİNATI: Adil çox çalışır, amma əziyyət çəkir və işini daha da yaxşılaşdırmağa yönləndirib. Xarici müştərilərlə ünsiyyətdə problemi yoxdur, çünki o kimlə necə münasibət qurmağı yaxşı bilir. Düşünün ki, siz həmin bu şirkətdə İnsan Resursları Meneceri (HR manager) vəzifəsində çalışırsınız. Siz hansı Adili seçərdiniz? Davam etsək istədiyimiz variantda pozitiv və neqativ hallar tapa bilərik. Çünki, deyə bilərsiniz ki, heçdə bütün xaricdə oxumuş tələbələr Adil kimi oxuyan uşaqlar deyillər. Onların arasında sadəcə gəzməyə, kef çəkməyə gedənlər də az deyil. Bununla mən də razıyam, amma
9
20
AZN
1
21
YANVAR 2016
Facebook Inc. - Bu şirkətdə çox insan çalışmaq istəyir. Hətda insanlar varki, bu şirkətə işə qəbul olmaq üçün illərini sərf edir. Çünki onlar dünynanın ən böyük və ən prestijli şirkətlərindən birində çalışmaq istəyirlər. Azərbaycanda rəsmi məlumata görə 1.5 mln-dan çox Facebook istifadəçisi var. Onların bir hissəsi saxta hesablar olsa da, lakin öz Facebook hesabında bütün məlumatları düzgün olmayan insanlar da az deyil. Məsələn iş yeri, təhsil aldığı universitet, maraqlar və sairə bölümləri bir çox insanlar məlumat yerləşdirməyiblər, yaxudda səhv məlumatlar yerləşdiriblər. Lakin Sizə qeyd etmək istəyirəm ki, Sizin Facebook hesabınız Sizin Facebook şirkətində olan bir növ CV-nizdir. Yəni istənilən vaxt Facebookdan Sizə iş təklifi də gələ bilər… “Bu necə ola bilər ?” - düşünürsünüzsə, o zaman “Sabirabad LAYF” jurnalının YANVAR 2016 buraxılışını izləyin… RAMİD AĞAYEV
YANVAR 2016
Facebook-da karyera imkanları
İSTEDAD
SABİRABADIN İSTEDADLARI
Sabirabad r. Kovlar kəndi Foto: Rəsul
Sabirabad r. Suqovşan kəndi. Foto: Pərvin Rəhimli
Sabirabad r. Suqovşan kəndi. Foto: Pərvin Rəhimli
Sabirabad r. Suqovşan kəndi. Foto: Pərvin Rəhimli
İSTEDAD
“Bir insan istedadlı olmur, istedadlı doğulur. Ətrafınızda olan istedadları görün və onların inkişafı üçün çalışın. Çünki kiçik başlanğıclar çox böyük uğurlara aparar. “ - Ramid Agayev
Şəkilin müəllifi: Sabirabad ş. N.Gəncəvi adına 5 saylı orta məktəbin şagirdi: Bahar Mehdiyeva
IZLƏ
Sabirabad rayonunda yaşayan
GƏNC YAZAR ZƏBULLA YADİGARLI
HƏYAT SAVAŞI
POEZİYA
Elməddin Tağıyev “ANAM”
Yeganə Həmdəm “ATDIN MƏNİ” Sevdin sonra atdın məni. Uçuruma daş atan kimi. Arxanca baxdim sənin. Yerdən göyə baxan kimi. Bir anlığa çaşib qaldım Qəfəsə düşən quş kimi. Özümü səhrada sandım. Dəli kimi məcnun kimi. Aldatdın demək məni? Aldandım uşaq kimi. Ürəkdən bağlıydım sənə. Bir ürəkdə iki can kimi. Necə qıydın saf sevgimə İnsafsız ovçu kimi Tor qurdun tora düşdüm. Biçarə ahu kimi. Sevdin sonra atdın məni Dənizə daş atan kimi. Həsrətindən dalğa oldum. Sahilə can atan kimi.
22
Uşaqlığmı qaytar mənə gülsün yenə, Bax o üzüm... Ağlamaqa tək səbəbim olsun yerə, Dəyən dizim... Böyüyəndə unudarsan dedi o vaxt, Anam mənə ...
“Ölümə sarı…”
Bax Anacan indi qəlbim ağlayir hey , Dayanmadan...
Gözlərimdən axan yaşın hər damlası sən deyir. Qəlbim bu həsrətinə acıdıqca qəm yeyir. Sənsizliyin əzabı üzü-üzümə öl deyir. Ölümümə dözərsənmi?gedim ölümə sarı! Ətrafıma baxdiqca ürək açır mənzərə. Sən yoxsan yanımda bənzəyir cəhənəmə. Diqqət eylə şerimə,söylədiyim sözlərə. Ölümümə dözərsənmi?gedim ölümə sarı! Mənliyimdə mən oldun.məni aldın əlimdən. Əvəzində adını asıb getdin dilimdən. Bu şeri yazıram Yeganənin dilindən. Ölümünə dözərsənmi? getsin ölümə sarı!
Bəs görəsən bunu nə vaxt? Unudacam canım anam ... İstəmirəm keçsin zaman hər an, Verir kədər mənə ... Vaxt keçdikcə bax qarşımda , Yaşlanirsan xanım Anam... İstəmirəm vaxtsız ölüm alsın səni Məndən Anam... Sənsiz keçsə bax bir günüm alsın, Canımı ölüm Anam!
YAZAR
ZƏBULLA YADİGARLI
HƏYAT SAVAŞI...
Hər gün milyonlarla insanla birlikdə qonağı olduğumuz bu dünyada nəfəs alırıq. Yaşanmış və yaşanmaqda olan həyat hekayələri ilə dolu olan bu dünyada. Keçmiş zamanlardan bu günə qədər qul olaraq işlədilən, haqqları pozulan və bununla barışıb həyatını sona qədər bu halda keçirən insanlarla birlikdəyik. Dünyaya körpə bir qız olaraq gəldiyi üçün böyüdüyündə təcavüz olunan, qızını dünyaya gətirdiyi üçün qəbul olunmayan qadınları da unutmuram. Bu yaşananları düşündükcə sadəcə insanlar üçün istədiyim qarşılaşdıqları əngəlləri aşmaq, xəyallarına doğru gedə bilmək üçün güclü səbəblərinin olmasıdır. Onları bu həyat mübarizəsi adlı oyunda ayaqda saxlayacaq güclü bir səbəb... Bəlkə də həyatını yenidən sorğulamalısan. Öz həyatını, sahib olduqlarını başqalarının həyatı, sahib olduqları ilə müqayisə edərək deyil, özünü dünənki sənlə müqayisə edərək irəliləməlisən. Artıq bu zaman qurban rolunu oynamayacaqsan. Səni kölə olaraq yaşamağa məcbur edənlərə qarşı mövqeyin dəyişəcək. Heçnə əvvəlki kimi olmayacaq. Olmaq məcburiyyətində də deyil. Çünki seçim azadlığı olan bir canlıdan yazıram. Əgər bəyənmirsənsə ətrafındaki insanları, çox çalışıb işini, sənə mənfi enerji verən hərşeyi dəyişə bilərsən. Öz doğrularını yaşadığın müddətcə səni qəbul etməsələr belə alqışlamaq, hörmət etmək məcburiyyətində qalacaqlar. Texnologiyanın inkişafı ilə bərabər əsir alınan, həyatını sorğulamaq qabiliyyətini itirən beyinlərlə söhbətlərim çətinləşir. Sürü psixologiyası ilə hərəkət edən, başqalarının fikirlərindən asılı vəziyyətdə yaşayan, öz düşüncələri ilə hərəkət edə bilməyənlər insanlığı deyil, cahilliyi bəsləyir. Daxilən yaşadığım soyuq müharibə hər gün şiddətlənir. Daha da şiddətlənməsini istəyirəm. Çünki əlimdə çox güclü səbəbim, silahım var. Ən azından hisslərimə nəzarət edən tək varlığın özümdən ibarət olduğunu b i l i r ə m. Düşüncələrimə, hisslərimə heç bir canlının, qüvvənin və ya hər hansi bir hadisənin nəzarət
edə biləcəyini düşünmürəm. Göstərişdən uzaq olan dünyamda yaşamağa davam edirəm. Mənim üçün önəmli olan dəyərlərimə, doğrularıma sahib çıxaraq həyatımın bütün məsuliyyətini öz üzərimdə daşımaqdır. Bəzən ürəyimə gedən qanla dolu olan o kanalları görürəm. O kanallarda sadəcə qan deyil, sevdiklərim dövr edir. Bir insanın yaşaması üçün döyünən ürəyin olması kifayət deyil. Bəzən yaşadığını daha çox hiss etmək üçün qorxunu, yalnızlığı, məğlubiyyəti, ağrını, acını sonuna qədər dadmaq lazım gəlir. Həyatinda geriyə dönüb baxdığında bütün bunları yaşadığına dəydiyini düşünmək və ən əsası bütün xəyallarını, doğrularını yaşadıqdan sonra bu dünyadan ayrılarkən ruhuna ”sən davam et ruhum” bizi heçnə dayandıra bilmədi deyə bilmək daha çox zövq verəcək ...
23
PROBLEMSIZ Azərbaycan cəmiyyətində mövcud olan və onun
inkişafını
şərtləndirən
sosial-psixoloji
motivlərinin müəyyən edilməsi və ən əsası da onun nikaha
sosial-psixoloji
hazırlığı
problemini
problemlər gənclərin nikaha hazırlığı və müasir
araşdırmaqdır. Bu baxımdan da cəmiyyətimizdə
ailənin formalaşmasına da təsirsiz ötüşmədi.
sosio-loq-lar
Ailənin formalaşması və möhkəmlənməsində gənc
nəslin
ailə-nikah
psixoloqlar
araşdırmalar
birgə
aparmağa
fəaliyyətdə başlayıblar.
sosial-
Mütəxəssislər aşkar etmişlər ki, son illərdə bir sıra
psixoloji hazırlığı prosesi xüsusi rol oynayır. Ailənin
inkişaf etmiş ölkələrdə əhalinin, xüsusən də gənc
funksiyasına
hazırlığın
nəslin ailə qurmağa, rəsmi nikaha girməyə marağı
strukturunun müəyyən edilməsinə olan müxtəlif
getdikcə azalır. Gün keçdikcə daha çox gənc qadın
yanaşmaların təhlili nikaha sosial-psixoloji hazırlığın
və
bir sıra aspektlərini müəyyən etməyə imkan verdi.
dövrünü uzatmağa çalışır,
və
Psixoloji
münasibətlərinə
maraqlı
və
nikaha
hazırlıq
psixoloji
daxili
və
zahiri
şərtlər
kişilər
“subaylıq”
əsasında formalaşan şəxsiyyətin müəyyən xassə və
nikaha
keyfiyyətlərinin məcmusu ilə müəyyən olunur.
qaçırla r.
Onla r
Daxili şərtlər dedikdə ustanovkalar, motivlər, bilik,
zamanlarını
isə
bacarıq, vərdiş və şəxsiyyət keyfiyyətlərini nəzərdə
karyeranın
tuturuq. Buna müvafiq olaraq da nikaha psixoloji
maddi
hazırlıq yalnızca şəxsiyyətin nisbi sabit xüsusiyyəti
edilməsinə və səyahətə
və xüsusi psixi vəziyyəti kimi deyil, eyni zamanda
sərf edirlər. Sözsüz ki,
psixoloji
bütün bunlar cəmiyyətdə
hazırlığın
nəticəsi
kimi
də
nəzərdən
keçirilir.
daxil
olmaqdan öz
təhsilə,
qurulmasına,
sabitliyin
sosial-psix
təh
əldə
yeni iqtisadi imkanların
Bizim fikrimizcə, nikaha psixoloji hazırlıq özündə
Azərbayc
ciddi münasibətlərdən və
şəxsiyyətin
ustanovkasını, valideynlik
uşaqların
nikaha
daxil
dünyaya
gəlməsi
aparılmış
sosial-psixoloji
üzvlərinə: həyat yoldaşı və uşaqlarına münasibətdə
ailə quranlar çox fərqli, müxtəlif, bəzən biri digərinə
yeni vəzifələr sistemini qəbul etməyə psixoloji hazır
zidd olan motivlər əsasında müvafiq qərar qəbul
olmasını, gənclərin şəxsiyyətlərarası ünsiyyət və
edirlər. Biri bu yolla öz gələcək həyatını və taleyini
əməkdaşlığa hazır olmasını, empatiya və şəxsi
müəyyənləşdirdiyini düşünür, digəri isə fikirləşir ki,
tolerantlığın
səviyyəsini,
belə bir məsuliyyətli addımı atmaqla müstəqil
özünənəzarətin
həyata qədəm qoya biləcək. Bəzən birinin acığına
səviyyəsini, şəxsiyyətlərarası konflikti konstruktiv
digəri ilə və ya “dostluq xatirinə” ailə quranlar da
yollarla həll etməyə qabil olmanı, şəxsiyyətin
tapılır ki, bu da ümumilikdə ailə həyatına qeyri-ciddi
davranışında yüksək əxlaqi mədəniyyəti ehtiva edir.
münasibətdən xəbər verir. Burada Azərbaycan
Bizim apardığımız tədqiqat işində belə əsas məqsəd
ailələrinin çoxu üçün xarakterik olan bir cəhəti də
Azərbaycan
qeyd etmək lazım gəlir.
24
və
qədər
inkişafı
davranışlarına
gənclərinin
nikaha
öz
Azərbaycanda
tədqiqatların nəticələrinə nəzər salsaq görərik ki,
kifayət
şəxsiyyətin
və
dəyərlərin meydana çıxması ilə əlaqədardır.
ailə
emosiya
məsuliyyətini,
olma
və buna müvafiq olaraq
daxil
olma
PROBLEMSIZ Bir sıra hallarda erkən nikaha daxil olma, çox vaxt isə gənc ailə cütlüklərinin öz valideynlərindən maddi və mənəvi cəhətdən asılı olması onların ailə məsuliyyətini
hiss
müəyyənləş-dirmək
etmək,
birgə
imkanını
məqsədlərini
məhdudlaşdırır.
Xüsusən, ailə quran tərəf müqabillərinin hər ikisinin yaşı 20-dən aşağı olduqda valideynlərdən asılılıq vəziyyəti labüd nəticə kimi ortaya çıxır. Belə olan halda, gənclərin valideynlərindən biri gənc ailənin təminatından tutmuş məişət məsələlərinin həllinə
canda gənclərin nikaha
xoloji hazırlığı problemi:
hlil və tövsiyələr Müəllif: GÜNAY AĞAYEVA qədər bütün problemləri öz üzərinə götürür. 2003-cü ilin
statistik
məlumatlarına
görə,
Azərbaycanda
nikaha daxil olan qadınların orta yaşı 23,3-ü, müvafiq olaraq kişilərdə isə 27,6-nı təşkil edir. 2004-cü ildə də bu göstərici, əsasən dəyişməmişdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Avropada və ABŞ-da bu göstəricilər müvafiq olaraq 25,7 və 28,4 rəqəmləri ilə ifadə olunur. Qonşu Rusiya Federasiyasında isə nikaha daxil olmanın orta yaş həddi qadınlar üçün 21,7, kişilər üçün 23 təşkil edir. Müvafiq rəqəmlərin 1989-cu ildən 2003-cü ilədək dəyişən dinamikasına nəzər yetirdikdə Azərbaycanda ilkin nikaha daxil olmanın orta yaşının tədricən artması müşahidə olunur.
25
PROBLEMSIZ
“ProblemSİZ” Sosial Psixoloji Layihələr və Onlayn Konsultasiya Mərkəzinin Baş Psixoloqu GÜNAY AĞAYEVA Məsələn, 1989-cu ilin və 2003-cü ilin müvafiq göstəricilərini mütləq şəkildə müqayisə etdikdə qadınların nikaha daxil olma yaşının 0,5 il, kişilərdə isə 1,9 il artdığı aydın görünür. Bütün bunlar Azərbaycanda erkən nikaha daxil olmaya görə baş verə biləcək ailə böhranlarının xüsusi çəkisinin aşağı olduğunu göstərir. Təcrübə göstərir ki, təhsil səviyyəsinin artması bütövlükdə nikaha daxil olma yaşını ləngidən amillərdən biri kimi çıxış edir. Bu baxımdan, Azərbaycanda ali təhsil ocaqlarının və orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək istəyənlərin sayının artması qurulan ailələrin sayının tədricən azalmasına, eləcə də ailədə doğulan uşaqların sayının planlaşdırılmasına təsir göstərən mühüm amillərdən biri kimi çıxış edir. Gənclərin nikahdan qaçmaq istəyi (xüsusən də bu oğlanlar arasında daha çox müşahidə olunmaqdadır) elmi-texniki inqilabın və iqtisadi inkişafın getməsi ilə də bağlıdır. Onlar daha çox oxumaq, işləmək, karyera qurmaq, maddi azadlıqlarını qazanmaq, səyahət etmək, gəzmək və s. bu kimi həyat tərzini itirmək, müstəqilliklərini itirməkdən qorxurlar. Hətta erkən nikahlarda belə əksər hallarda qızlar ailələrinin seçimi və təkidi ilə ailə həyatı qururlar.
26
PROBLEMSIZ Yəni gənclərin
hər iki tendensiya Azərbaycanda
nikaha
psixoloji
baxımdan
hazır
olmamasını sübut edir və mütəxəssislər qarşısında bu problemin aşkar edilməsi və həlli üçün yollar işləyib hazırlamaq vəzifəsi qoyur. Digər tərəfdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın ərazi və sosial demoqrafik strukturunda baş verən mənfi dəyişikliklər, ölkə ərazisinin
20%-nin
tərəfindən
işğal
təcavüzkar
edilməsi,
Ermənistan
Azərbaycanda
bir
milyondan çox insanın məcburi köçkünə və qaçqına çevrilməsi əhalinin ənənəvi coğrafi və cins-yaş strukturunun pozulmasına səbəb olmuşdur. Bu və ya digər səbəblərdən əhalinin maddi, sosial-iqtisadi rifahında, mənzil təminatında yaranan problemlər qurulan ailələrin sayının azalmasına gətirib çıxaran mühüm amillərdən sayıla bilər və bir sıra sosialpsixoloji problemlərə gətirib çıxara bilər. Belə ki, maddi təminatı olmayan, iş tapmaqda çətinlik çəkən, mənzil təminatında problemlər olan gənc ilk öncə bunları həll etməyə, daha sonra isə ailə qurmaq
haqqında
düşünməyə
başlayır.
Müasir
dövrdə cəmiyyətimizdə mövcud olan bu kimi halların daha da artması gənclərin ailə həyatı qurmasına da kəskin şəkildə təsir göstərmişdir və hətta qurulan gənc ailələrin qısa müddət sonra dağılmasına da gətirib çıxarmışdır. Hazırda nikahların sayının azalaraq ən aşağı həddə
yaxınlaşması,
boşanmaların
artması,
gənclərin ailə qurmaq meyllərinin azalması, ailəyə olan ənənəvi münasibətin dəyişməsi bu istiqamətdə ciddi böhranın yaşandığını göstərir və gənclərin nikaha
psixoloji
hazırlanması
həm ölkəxarici miqrasiyanın geniş vüsət alması ilə bilavasitə
əlaqədardır.
strukturunda
bir
Bu
sıra
əhalinin
demoqrafik
yeniliklərlə,
məsələn,
əcnəbilərlə, xarici ölkələrin vətəndaşları ilə ailə quran azərbaycanlı qadınların və kişilərin sayının nəzərəçarpacaq
dərəcədə
artması
ilə
müşayət
olunur. Qarışıq nikahlar bütün dünyada getdikcə daha geniş vüsət almaqdadır və müxtəlif irqlərin, dinlərin, etnosların nümayəndələri arasında belə nikahlara getdikcə daha çox təsadüf edilir. Belə ailələrdə
valideyn-övlad
münasibətləri,
tərəf
müqabilləri arasında münasibətlərin sosial-psixoloji xarakteri, qarşılıqlı uyğunlaşma və bu tipli ailənin sosiomədəni mühiti tədqiqat obyekti kimi böyük aktuallıq kəsb edir. Hazırki şəraitdə Azərbaycanda mövcud olan ailələrin sayı 2 milyonu ötüb keçmişdir. Qurulan ailələrin bir qisminin dağılması tendensiyası müxtəlif səbəblərlə izah edilir. Tərəf müqabillərinin ailə quranadək bəzən bir-birini yaxından tanıya bilməməsi,
qadın
və
kişinin
dünyagörüşündə
meydana çıxan ziddiyyətlər nəticəsində yadlaşmanın baş verməsi və qarşılıqlı sevgi hissinin itirilməsi bu səbəblər sırasına aid edilir. Eyni zamanda, bu zaman ailənin maddi təminatı, sosial rifahı ilə bağlı yaranan problemlər də həlledici əhəmiyyət kəsb edir. Təbii ki, bütün bunlar ümumi statistik göstəricilərdir və illər keçdikcə nəticələr arasında da artma və ya azalma
halları
müşahidə
olunur.
Yuxarıda
sadaladığımız və istinad etdiyimiz faktlar son illərdə Ailə, Uşaq və Qadın komitəsinin, eləcə də ayrı-ayır psixoloqların apardığı araşdırmalar və müşahidələr əsasında gəldiyi nəticələrdir.
məsələsinin
mühümlüyünü ön plana çəkir. Bu, əvvəldə də qeyd edildiyi
kimi,
Azərbaycanda
əhalinin
ənənəvi
demoqrafik strukturunun pozulması, həm ölkədaxili,
27
PROBLEMSIZ Biz özümüz də Azərbaycan gənclərinin nikaha
həyatına psixoloji adaptasiya hələ lazımı səviyyədə
psixoloji hazırlığını öyrənmək üçün “ Nikaha daxil
deyil.
olma motivləri” adlı anket sorğumuzda “Özünüzü
Azərbaycanda nikaha daxil olanların yaşında artım
nikaha psixoloji hazır hiss edirsinizmi” adlı sual
müşahidə olunur. Ailə, Qadın və Uşaq Problemləri
vasitəsilə gənclərimizin nikaha psixoloji hazırlıq
üzrə
səviyyəsini və səbəblərini öyrənməyə cəhd etmişik.
Azərbaycanda nikaha daxil olmaq yaşı orta hesabla
Alınmış nəticələrin təhlilindən aydın olub ki, nikaha
qızlarda 24-25 yaş (66%), oğlanlar üçün isə 28
psixoloji hazır olduqlarını deyən tədqiq olunanlar
yaşdır (48%). Onların verdiyi məlumata görə
buna səbəb kimi aşağıdakı arqumentləri daha çox
Azərbaycanda 30-35 yaşdan sonra evlənmələrin
qeyd edirlər: ailə məsuliyyətinin dərk edilməsi və
sayında artım var. Hazırda Azərbaycanda orta nikah
məsuliyyətin öz üzərinə götürülməsi (43%), qarşı
yaşı kişilər üçün 28, qadınlar üçün 24 yaşdır və bu
tərəfə olan sevgi hissi (48%), uşaq sahibi olmaq
get-gedə də artım müşahidə edilməkdədir. Ancaq
istəyi (40%). Bundan başqa, verilən cavablar
bu tendensiya təkcə Azərbaycanda deyil, bütün
arasında özünü nikaha yetkin hiss etməsi (10%),
dünyada müşahidə edilməkdədir. Buna da bir sıra
ailə-məişət funksiyalarına və evdarlıq qabiliyyətinə
sosial-psixoloji amillər təsir göstərir. Gənclər öz
malik olması (8%), qarşı tərəfə güvənməsi (5%),
zamanlarını təhsilə və karyeranın qurulmasına,
ailə qurmaq istəyi (14%),
maddi azadlıqlarının təmin edilməsinə sərf edir və
güzəştə gedə bilmə
Məhz
Dövlət
bu
səbəbdən
Komitəsi
baxımdan
də
son
məlumat
(9%) və s. qeyd etmək olar. Verilən cavablardan da
etmirlər. Bundan başqa, elmi-texniki inqilab, digər
aydın olur ki, özünü nikaha psixoloji hazır hiss edən
ölkələrin mədəni nümunələrindən xəbər tutmaq,
insanlarda qarşı tərəfə sevgi hissi aparıcı rol
internetin, texnikanın inkişafı, əvvəlki illərdən fərqli
oynayır, bu isə nikaha daxil olma motivlərində sevgi
olaraq
amilinin ilkin pillədə olmasının əbəs yerə olmadığını
mümkünlüyü
bir daha sübut edir.
dünyagörüşü və dil biliyinin mədəniyyətlərarası
və
asanlığı,
bir
hazır
ki,
psixoloji
çıxışın
nikaha
verir
qabiliyyətinin olması (3%), maddi təminatın olması
dünyaya
özlərini
illərdə
saniyə
hiss
içində
gənclərimizin
təhsil,
Bir faktı da qeyd edək ki, tədqiq olunanların
ünsiyyətdə və başqa xalqların nümayəndələri ilə
verdiyi cavablar arasında özünü nikaha psixoloji
münasibətdə onların köməyinə gəlməsi və bütün
hazır
bunların
hiss
etmədiklərini
söyləyənlər
tədqiq
onların
dünyagörüşünə
təsir
etməsi
olunanların 44%-ni təşkil edirdi. Onlar buna səbəb
gənclərin nikaha daxil olma istəyi və motivlərinin də
kimi valideynlərin təkidi ilə ailə həyatına daxil
dəyişməsinə təsir göstərir. Onlar daha yetkin yaşda
olmağa qərar verməni (33%), qarşı tərəfə olan
ailə
bağlılıq
ailə-məişət
əhalinin maddi, sosial-iqtisadi rifahında, mənzil
qayğılarını, evdarlığı bacarmadıqlarını (24%), təhsil
təminatında yaranan problemlər qurulan ailələrin
və
(32%),
sayının azalmasına gətirib çıxaran amillərdəndir.
müstəqilliyini itirmək istəmədiklərini (22%) və s.
Gənclər iqtisadi problemlərini həll etmədən nikaha
arqumentləri misal göstərirlər. Nəticələr göstərir ki,
daxil olmaq istəmir, maddi müstəqilliklərini təmin
gənclərimizdə
etməyə can atırlar.
28
və
karyera
vərdiş
hissini
arzusunda
nikaha
daxil
(23%),
olmalarını
olma
zamanı
ailə
həyatı
qurmaq
istəyirlər.
Digər
tərəfdən
PROBLEMSIZ Əvvəlki illərdən fərqli olaraq, müstəqillik dövründən sonra, habelə texnologiyanın inkişafı, gənclərimizin dünyaya inteqrasiyası, xüsusilə qızlarımızda təhsilə və karyeraya marağın artması onların ailə-nikah təsəvvürlərini kökündən dəyişdi. Əgər əvvəllər onlar erkən nikaha, ailə həyatına can atırdılarsa, indi təhsilə, karyera qurmağa, maddi müstəqilliyə və s. can atırlar. Artıq onlarda kor-koranə ailə həyatı qurmaq yox, sevmək, öz xarakterinə, dünyagörüşünə uyğun şəxsi tapmaq arzusu, öz hüquqlarının dərki prosesi müşahidə olunur.
29
PROBLEMSIZ Beləliklə, nəticələrdən belə görürük ki,
nikaha psixoloji hazırlıq səviyyəsini öyrənmək
hazırkı dövrdə gənclərin daha gec yaşlarda nikaha
üçün müvafiq orqanlarda psixoloq kabinetləri
daxil
artmaqdadır.
təşkil edilsin və psixoloqların fəaliyyəti artırılsın.
ki,
hal-hazırda
Qeyd edək ki, keçən ilin payızında Azərbaycanda
tendensiya
müşahidə
nikaha daxil olanların tibbi arayış təqdim etməsi
edilməkdədir: erkən nikaha daxil olma və gec
haqqında Milli Məclisdə məsələ qoyulmuşdur.
yaşlarda ailə həyatı qurmaq. Birinci halda ailələrin
Burada həmçinin tibbi müayinə ilə bərabər
məcburiyyəti, yaşadığı mühitin mövcud adət-
psixoloji
ənənələri ilə, stereotipləri ilə bağlı olaraq qurulan
məsləhətlərin
ailələrdir ki, bu halda nikaha daxil olan tərəflərin
bələdiyyə və dövlət tibb müəssisələrində pulsuz
heç biri nə fiziki, nə də psixoloji baxımdan nikaha,
həyata keçirilməsi nəzərdə tutulub. Düşünürük ki,
ailə həyatına hazır olmur. İkinci halda isə mövcud
bununla
sosial-iqtisadi və psixoloji problemlər, gənclərin
psixoloqların fəaliyyəti artırılmalıdır. Məktəblərdən
özlərini həm sosial-iqtisadi, həm də psixoloji
başlayaraq
baxımdan ailə həyatına hazır hiss etməməsi,
münasibət-ləri, cinsi münasibətlər üzrə seminar-
habelə
dərsləri
olması
tendensiyası
Ümumiyyətlə,
qeyd
Azərbaycanda
iki
təhsil
və
edək
karyera
arzuları,
səyahət,
və
ailə
planlaşdırılması
verilməsi
yaşayış
kifayətlənməməli, psixoloqlar
təşkil
bu
ailə-nikah
Bundan
tələblərinin yüksək tutulması bu göstəricilərin gün
maarifləndirici verilişlərin təşkili labüddür. Yaxşı
keçdikcə artmasına şərait yaradır.
olardı ki, Respublikamızda fəaliyyət göstərən ayrı-
psixoloqlar
və
da
bu
əlavə,
televiziya
bağlı
radiolarda
sahədə
müstəqillik, “doğru” şəxsi axtarıb tapmaq istəkləri,
Bununla
və
yerindəki
gənclərlə
etməlidirlər.
üzrə
istiqamətdə
dövlət
ayrı QHT və təşkilatlar da bu istiqamətdə layihələr
qarşısında da bu problemin həll edilməsi üçün
həyata keçirsinlər. Çünki bu gün sağlam qurulan
vasitələr axtarıb tapması vəzifəsi dayanır. Bizim
ailə-nikah
də bununla bağlı bir sıra təklif və tövsiyyələrimiz
gələcək
olacaqdır. Bunlara nəzər salaq.
yanaşmaq olmaz.
İlk öncə qeyd edək ki, bölgələrimizdə hələ də erkən nikahların mövcudluğu, valideynlərin təkidi ilə nikaha daxil olan qızlarımızın sayı artmaqdadır. Bu baxımdan da Ailə, Uşaq və Qadın komitəsi
son
illərdə
erkən
nikahlarla
bağlı
maarifləndirici seminarlar və layihələr həyata keçirir. Ailə həyatına psixoloji hazır olmadan təhsildən yayınaraq ailə həyatına məcbur edilən gənclərimizin və valideynlərinin maarifləndirilməsi üçün bu cür seminarların və layihələrin sayının artırılması və bütün respublikanı əhatə etməsi vacibdir. Bundan əlavə, təklif olunur ki, gənclərin
30
münasibətləri deməkdir
və
bu
gələcəkdə
sağlam
məsələyə
etinasız
İZLƏ
SÜFRƏ ARXASINDA ÖZÜMÜZÜ NECƏ APARMALIYIQ?
31
Da Vinç
M
Özünüzü təqdim edin - Hüseynov Mahsun. 18 yaşım var. İnsanların Sizi necə tanımalarını istərdiniz? - Hyperrealist rəssam kimi Hyperrealizm Sizin üçün nə deməkdir? - Hyperrealism mövcud olan bir şeyi baxıb eynilə çəkmək deməkdir. Hyperrealism mənim üçün sadəcə rəsmin bir sahəsidi. Siz çox qısa bir zamanda insanlar tərəfindən bir rəssam olaraq sevilməyə başladınız. Bilmək istərdik necə oldu Siz rəsm çəkmək qərarına gəldiniz? - Balacalıqdan böyük həvəsim olub rəsmə qarşı və çəkdikcə daha yaxşı çəkməyə başladım. Bu da həvəsimi daha çox artırdı. Və indi də bilirəm ki mən bunlardan qat qat yaxşı çəkə bilərəm. İlk çəkdiyiniz rəsm nə olub bilmək olar? - İlk çəkdiyim rəsm hər kəsdə olduğu kimi ev, bacasında tüstü idi) amma yaşıma görə ətrafımdakılardan fərqli olaraq çəkdiyim ilk rəsm 2- ci ya da 3-cü sinif "OXU" kitabında Mirzə Ələkbər
32
Sabirin rəsmi olub. O isə məndə olmadığına görə göndərə bilməyəcəm. Maraqlıdır... M.Ə.Sabir ?
Nədən
ilk
çədiyiniz
şəxs
- Onun şəkli daha çox maraqlı və çətin gəlmişdi. Əsasən də saqqalı və papağı… Sizcə bir insan rəssam olaraq doğulur, yoxsa sonradan rəssam olur? - Məncə hər kəs istədiyi sənətin yiyəsi ola bilər. Sadəcə böyük həvəs, özünə inam və çox vaxt ayırmaq lazımdı. Bu isə insanların gözündə qeyrimümkün dərəcəsindədi Deməli sizcə rəssamlıq xüsusi istedad tələb etmir? Yəni Siz rəssam olaraq doğulmamısınız? - İstedad deyəndə nəyi nəzərdə tutursunuz tam olaraq bilmirəm) bu həm də bir tərəfdən də beynin inkişafından asılıdı. Bəzi insanlarda sağ beyin bəzilərində isə sol beyin daha çox inkişaf edir və buna görə insanların başqa sahələrə həvəsi yaranır.
MÜSAHİBƏ
çi ilə
MÜSAHİBƏ
“Bir çox insan da mənə Da Vinçi, Van Qoq və.s rəssamların adlarını deyirlər düzdü özümü onlarla bir sırada görə bilmərəm hələ ki. Onlar tarixdə iz qoymuş dahilərdi. Amma heç vaxt onlar qədər yaradıcı olmayacam da deyə bilmərəm. Bilmək olmaz ...” - MAXI’M
33
Sizin kimi rəsm çəkmək bacarığı olan və bu bacarığı müxtəlif səbəblərdən inkişaf etdirməyən gənclərə insanlara məsləhətiniz nə olardı? Heç kəsə qulaq asmamağı önərirəm) bacardığınız qədər çox çalışın. Alınmasa belə "çəkəmmirəm" deyib kənara atmayın. Dəfələrlə yoxlayın alınacaq sonunda ... - MAXI’M
MÜSAHİBƏ Görürəm Siz çox təvəzökarsınız. Amma Siz nə desənizdə rəssamlıq bir istedaddır. Yəni beyninin hansı tərəfinin işləməsindən asılı olmayaraq hər kəs rəsm çəkə bilməz... Bu bir doğulandan Sizə verilən bir bacarıqdır ki, Siz sadəcə bunu özünüzdə hiss edib onu inkişaf etdirmisiniz. - Bəlkə də belədi. Yenə də təcrübəm azdı. Bəlkə gələcəkdə fikirlərim dəyişə bilər. Siz rəsm çəkməyə başlayarkən valideynlərinizin bu məsələyə münasibəti necə oldu ? - "Acınnan öləssən" ideologiyası ilə yola çıxdılar normal olaraq)) sonra əl çəkmədiyimi gördülər və heç nə deməməyə başladılar Sizə ilk dəstək olan şəxs kim olub? - Dəstək deyəndə ki bir çox dostum davam et deyib keçirdi. Amma əsl dəstəkçi ilk dəfə Ramid Ağayev oldu... sağolsun Hal-hazırda rəsm çəkməklə bərabər başqa nə ilə məşğulsunuz? Bildiyimizə görə Siz tələbəsiniz..Lütfən bu haqda danışın... Tələbə olaraq necə tələbəsiniz? Universitetdə Sizi necə tanıyırlar? - Bütün gücümü rəsmə sərf etməyə çalışıram. Başqa bir işlə məşğul deyiləm hələ ki. Pulversitetdə də ancaq qrup yoldaşlarım məni rəssam kimi tanıyır, yəni elə bir məşhurluğum yoxdu) Sizin rəsmlərinizi Azərbaycanın yerli Facebook səhifələri ilə bərabər dizayn və rəsmlə bağlı xarici səhifələrdə də rast gəlmək olur... Bu çox gözəl bir haldır. Düşünürəm ki, MaxİM olaraq xarici incəsənət aləmində tanınmanız çox asan olar… Bunlar haqqında düşünərkən ağlıma belə bir sual gəldi... Adınız Məhsundur və çox gözəl adınız var. Amma nədən MaxİM? Bu adı özünüzə təxəllüs olaraq niyə götürdünüz? - Mənə dostlarım Maksm deyirdilər. Amma bu təxəllüsün xüsusi mənası var. Max və I'm sözlərindən ibarətdir və “maksimum mən” anlamına gəlir. Yəni bir rəssam olaraq maksimum uğurlara doğru getməyi məqsəd qoymuşam...
36
Gələcək karyeranızla bağlı hansı hədəfləriniz var? - Əl işlərimi yığıb müəyyən bir saya çatdırdıqda sərgilər keçirmək istəyirəm gələcəkdə Rəssam olaraq mən əminəm ki, Siz gələcəkdə bu arzunuzu reallaşdıracaqsınız. Amma hədəfləriniz nədir? Rəssam olaraq nəyə nail olmaq istəyirsiniz və sairə suallara cavabınız oxucularımızı və sizi sevənləri çox maraqlandırır... Hədəfiniz bununla bitirmi? - Əlbətdə yox) amma ilk öncə bunu etməliyəm deyə düşünürəm. Bundan başqa ən əsas hədəflərim sırasında daha da professional rəsmlər çəkməkdir. Bildiyiniz kimi hyperrealismlə məşğulam və çəkəcəyim rəsmlərin demək olar ki realdan seçilməməsi üçün çalışıram və yavaş yavaş da məqsədimə çatıram. İstədiyim səviyyəyə çatdıqda isə rəsmlərim bəlkə də dünya səviyyəli sərgilərdə sərgilənəcək. Biraz təcrübə qazandıqda isə surrealismlə də məşğul olacağam. Sizin kimi rəsm çəkmək bacarığı olan və bu bacarığı müxtəlif səbəblərdən inkişaf etdirməyən gənclərə insanlara məsləhətiniz nə olardı? Heç kəsə qulaq asmamağı önərirəm) bacardığınız qədər çox çalışın. Alınmasa belə "çəkəmmirəm" deyib kənara atmayın. Dəfələrlə yoxlayın alınacaq sonunda ... Sizi bir kənara qoyub sən olaraq sənə bir sual vermək istəyirəm... Mən sənə Da Vinci deyərək xitab edirəm. Bu xitabımın altında nə gizlətdiyimi çox gözəl bilirsən. Amma səndən bilmək istədiyim budur ki, mənim sənin xitabım kimi minlərlə insanın sənə xitabını görəcəyəmmi? Əlbətdə. Elə indi də səninlə bərabər bir çox insan da mənə Da Vinçi, Van Qoq və.s rəssamların adlarını deyirlər düzdü özümü onlarla bir sırada görə bilmərəm hələ ki. Onlar tarixdə iz qoymuş dahilərdi. Amma heç vaxt onlar qədər yaradıcı olmayacam da deyə bilmərəm. Bilmək olmaz ...
MÜSAHİBƏ Əgər mənimlə bərabər sənə Da Vinçi deyənlər varsa nə xoş mənə... Çünki əgər 1 il ərzində məndan başqa digərləri tərəfindən belə adlandırılırsansa bu çox böyük uğurdur. Əminəm ki, sən məni hələ çox sevindirəcəksən. Sən mənim həyatımda fəxr etdiyim insanlardan birisən... Daim uğurlarını görmək ümidilə... Vaxt ayırıb suallarımı cavablandırdığın üçün təşəkkür edirəm...
- Ramid Ağayev
37
ETİKET
SÜFRƏ MƏDƏNİYYƏTİ...
38
Hər birimiz cəmiyyətdə özümüzü aparmaq mədəniyyətinə riayət etməliyik. Onlardan biri də süfrə mədəniyyətidir. İlk baxışda bizə sadə görünsə də, stol arxasında necə davranmağı, yemək qaydasını, əllərimizi hara q o y m ağ ı , x o ş l a m ad ı ğ ı m ız yemək gətirərlərsə, necə münasibət bəsləməyi, bizə elə gəlir ki, bilirik. Amma müxtəlif məclislərdə iştirak edən zaman səhvlərə yol verildikcə, anlayırıq ki, bu kimi qaydaları bilmirik. Stol arxasında özünü aparmaq bacarığı, təmkinlə yemək qaydası insanın ümumi mədəni səviyyəsini göstərir. Bunları bilmək üçün aşağıdakılara diqqət edək. Əvvəl oturuşumuza fikir verməliyik. Stulun arxasına az söykənərək düz oturmaq, stulu stola çox yaxın çəkməmək lazımdır. Stolun arxasında əyləşən zaman yaxşısı budur ki, əllərimizi, dizlərimizin üstünə qoyaq. Yemək prosesində bütün hallarda dirsəkləri stola qoymaq məsləhət deyil. Çünki geniş açılmış qollarımız sizinlə yanaşı, əyləşənlərə mane ola bilər. Digər məsələlərdən biri də, yeməyə nə vaxt başlamaqdır. Məclisdəkilərə yemək paylanandan sonra, əvvəlcə ev sahibəsi yeməyə başlayır, bununla göstərir ki, digər qonaqlar da yeməyə başlaya bilərlər. Əgər məclisdə qonaq çoxdursa, hamıya xidmət edilməsini gözləmək vacib deyil. Bu zaman xörək soyuyub, öz keyfiyyətini itirə bilər. Buna görə də 3- 4 nəfərə xidmət göstəriləndən sonra ev sahibəsi onları yeməyə dəvət edir. Müəyyən səbəbdən ev sahibəsi belə etmirsə, siz 5- 6 adama xidmət edildiyini g ör üb y e mə yə ba ş la s an ız səhv olmaz. Lakin etiket bunu ev sahibəsi və yanınızda əyləşən qadınlar yeməyə başlayandan sonra etməyə icazə verir. Yeməyi ev sahibinin sağında əyləşmiş qadından başlayaraq paylayırlar. Yemək sol tərəfdən, duru xörək və içki sağ tərəfdən verilir. Ola bilər ki, əvvəllər heç vaxt dadına baxmadığınız xörək verilsin. Bu zaman baxın görün ev sahibəsi nə cür yeyir. Bu xörəyin nədən bişirildiyini və onu yemək qaydasını ev sahibəsindən soruşsanız, etiket pozulmaz.
DANIŞMAĞI ÖYRƏN
Video dialoq Fonetika danışıq səslərini, dilin səs tərkibini öyrənir. Qrafika yazıda səslərin mənasını bildirir. Hərflərin müəyyən sıra ilə düzülüşü əlifbanı əmələ gətirir. Səsləri biz tələffüz edir və eşidirk, hərfləri isə yazırıq və oxuyuruq. Rus əlifbasında 33 hərf (букв). 42 səs (звук) var. Qrafik cəhətdən onlar böyük və kiçik hərflərə bölünür. А а, Бб, Гг, Дд, Ее, Ёё, Жж, Зз, Ии, Йй, Кк, Лл, Мм, Нн, Оо, Пп, Рр, Сс, Тт,Уу, Фф, Хх, Цц, Шш, Щщ, ъ, ы, ь, Ээ, Юю, Яя Rus dilində 10 sait və 21 samit hərf var. Ъ və Ь işarələri səs tələffüzü etmir. Sait hərflər: а, о, у, ы, э, я, ё, ю, и, е, ё, ю, я bəzi sözlərdə Ъ və Ь hərflərindən qabaq iki səs ifadə edir: е= й+э, ё=й+о, ю=й+у, я=й+а. Məsələn: яма, вьюга, съемка. а, о, у, ы, и, э - ancaq səs vasitəsilə yaranır. Samit hərflər - Növbəti dərsdə... Tapşırıq 1 : Sözləri ana dilinə tərcümə edin. Hansı səslər sözləri fərqləndirmək üçün xidmət edir.
Nümunə: пар – бар ( buxar—bar) Брат– брать, род-рот, мел-мель, сад-сядь, ряд-рад, мал-мял, воз-вёз, нос-нёс, дрова-трава, уголуголь. Tapşırıq 2 : Verilmiş sözlərdə neçə hərf və səs olduğunu müəyyənləşdirin.
Nümunə: студент - 7 hərf (букв), 7 səs (звуков) съёмка - 6 hərf (букв), 6 səs (звуков) Алфавит, тетрадь, ёлка, писать, юноша, съезд, няня, боль, рассказ Tapşırıqları yerinə yetirib sabirabadlayf@gmail.com electron poçtuna göndərirsiniz. Tapşırıq yoxlanılıb düz və səhvlər Sizə cavab olaraq göndəriləcəkdir. Bundan başqa özünüzə bir dəftər götürüb çalışmadakı sözləri azərbaycan dilində tərcüməsini tapıb öyrənin. Yuxarıdakı şəkildə video dialoq işarəsinə klikləyin və video dialoqa qulaqcıqla bir neçə dəfə baxın və səslənən sözləri təkrarlamağa başlayın. Videoda olan dialoqda aşağıda türk dilində danışığın tərçüməsi verilmişdir. Siz rus dilində olan sözləri və cümləni azərbaycan dilinə çevirin.
39
SabirabadLayf@gmail.com Mobil: (+994) 55 509 05 05
Jurnalda reklam yerləşdirmək üçün bizimlə əlaqə saxla.
DANIŞMAĞI ÖYRƏN İNGİLİS DİLİ
DƏRS 1 Jurnalımızın bu sayından etibarən biz Sizə ingilis dili dərsləri təqdim edəcəyik. Dərslər çalışmalarla və eləcə də video və audio dərslərdən ibarət olacaqdır. İngilis dilində hər bir isimin qarşısında artikl olmalıdır. Məsələn: Kitab sözü ingilis dilində “book” (buk) deməkdir və bu söz isimdir. İsmlərin qarşısında artikllar mütləq olmalıdır. Əgər bir cümlədə isimin qarşısında artikl işlətmirsinizsə, bunun səbəbini bilməlisiniz. İngilis dilində birinci dəfə əşyanın adı çəkilərkən onun qarşısında a (an) qeyri müəyyənlik artiklı işlədilməlidir. Həmin əşya haqqında ikinci dəfə söhbət gedirsə, onun qarşısına “the” (zə) müəyyənlik artiklı əlavə olunmalıdır. Məsələn: This is a book.
The book is interesting. Aşağıdakı hallarda isimin qarşısında artikl qoyulmur. A)
yiyəlik və ya işarə əvəzliyi olduqda
B)
Yiyəlik halında olan başqa bir isim olduqda
C)
Miqdar bildirən say olduqda
D)
İnkar bildirən “no” hissəciyi (not yox) olduqda
Aşağıdakı çalışmanı yerinə yetirib
Video dialoq
42
sabirabadlayf@gmail.com electron po çtuna göndərirsiniz. Çalışmanız yoxlanılıb düz və səhvlər Sizə cavab olaraq göndəriləcəkdir. Bundan başqa özünüzə bir dəftər götürüb çalışmadakı sözləri azərbaycan dilində tərcüməsini tapıb öyrənin. ÇALIŞMA 1 . Lazım olan hallarda nöqtələrin yerinə artikl qoyun 1) This is ... book. 2) İs this you ... pencil? - No, it isn’t my … pencil, it is my sister’s … pencil. 3) I have … sister. My … sister is … engineer. My sister’s … husband is … doctor. 4) I have no … handbag. 5) She has got … a headache. Aşağıdakı video işarəsinə klikləyin və video dialoqa qulaqcıqla bir neçə dəfə baxın və səslənən sözləri təkrarlamağa başlayın. Videoda olan dialoqda aşağıda rus dilində danışığın tərçüməsi verilmişdir. Siz ingilis dilində olan sözləri və cümləni azərbaycan dilinə çevirin.
ÖRNƏK GƏNC
SABAHA ÜMİDLƏ BAX! İNAN .... HƏR ŞEYİN GÖZƏL OLACAĞINA İNAN!
Kocaeli Universiteti tələbəsi BABƏK YUSİFOV
2015-Cİ İLDƏ İNTERNETDƏ ƏN ÇOX AXTARILAN AZƏRBAYCANLI VƏ TÜRK MÜĞƏNNİ İnternetdə axtarış sistemlərindən hamımız çox istifadə edirik. Hər kəs öz zövqünə və həyat tərzinə, düşüncəsinə görə nələrsə axtarır. Amma bizim hamımızın axtardığı bir şey var— musiqi... Hamımız musiqilər və mahnılar axtarsaqda, lakin zövqlər və fikirlər bu mövzuda da dəyişir. Azərbaycanda insanların xüsusilə də gənclərin zövqləri azərbaycan, rus, türk və digər xarici musiqilər arasında bölünür. Google axtarış sistemində apardığım araşdırmaya görə Azərbaycanda 2015-ci il ərzində ən çox axtarılan müğənni Röyadır. Axtarışa görə Üzeyir 2015-ci ilin oktyabr ayına kimi Röyadan daha öndə olsa da oktyabr ayından Röya Üzeyiri üstələyib. Bu da Röyanın “Kesin Bilgi” adlı mahnısının sayəsində baş vermişdir. Qeyd edim ki, həmin adı çəkilən klip YouTube-də 7 mln-a yaxın izlənmişdir. İl ərzində 482400 “roya” “röya ayxan”, “roya mp3” roya kesin bilgi” açar sözləri ilə (keyword) Azərbaycan üzərindən internetdə axtarış olmuşdur. Lakin onu qeyd edim ki, il ərzində ümumi dünya üzrə (yəni bütün ölkələr üzrə axtarış sistemində olan rəqəmlərə görə Üzeyir Röyanı qabaqlayır. İl ərzində bütün dünyada 1 mln-dan çox Google -də Üzeyiri axtaran olmuşdur :) Bundan başqa Azərbaycanda Flora Kərimova Google-də ən çox axtarılan karifey sənətkarlardandır.
48
Qonşu Türkiyədə isə axtarış üzrə Gülşen bütün rekordları qırıb. Onun “Bangir—bangır” adlı klipi YouTube-də rekorda imza atıb. 148 mln-dan çox baxışı olan bu mahnı ilə Gülşen ötən 2015-ci ildə Türkiyə üzərindən Google-də ən çox axtarılan müğənnidir. Nəzərnizə çatdırım ki, qeyd edilən bütün məlumatlar tam rəsmidir və məlumatlar Google axtarış sistemində apardığım araşdırma nəticəsində əldə olunmuşdur. Azərbaycanın ən çox axtarılan müğənnilərini təbrik edir. Onlara 2016-cı ildə yeni-yeni uğurlar arzulayıram. - RAMİD AğAYEV #Google
Flora Kərimova 2015-ci il üzrə Google-də ən çox axtarılan Azərbaycanlı karifey sənətkar
“Sabirabad LAYF” jurnalının “Sabirabad Nyu York olsa...” NOYABR 2015 buraxılışı
49
KİŞİ DƏBİ
DƏBLİ VƏ DÜZGÜN GEYİM... Dəbli görünmək, gözəl geyinmək nədir? Dəbli və gözəl geyinmək—yaraşan geyimi geyinmək deməkdir. Hər bir insan olduğu yerə uyğun olaraq öz geyimi ilə daxili aləmini, xüsusiyyələrini və digər insanlara münasibətini göstərir. Gözəl və səliqəli geyinmək bahalı, marka geyimlər geyinmək deyil. Bir insan ən ucuz qiymətə olan geyimlərlə olduğu yerə (məclis toy, görüş və s) uyğun geyinib çox gözəl və dəbli görünə bilər. Bunun üçün zövq formalaşdırmaq və rəngləri eləcədə nəyi hara geyinməyi bilmək lazımdır. Sizlərə 2015 –2016 –cı ilin ən dəbli və ən gözəl geyimlərini nümunə olaraq təqdim edirəm. Harasa gedərkən geyimi düzgün seçməyi unutmayın... Necə deyərlər” İnsanı geyiminə görə qarşılayıb, ağılına görə yola salarlar...” - RAMİD AĞAYEV
2015—2016 PAYIZ VƏ QIŞ ƏN VƏ İSTİ GEYİMLƏ
N YAXŞI KÜÇƏ ƏRİ
DAVAM ET...
KİŞİ DƏBİ
2015—2016 PAYIZ VƏ QIŞ ƏN DƏBLİ KLASSİK
DAVAM ET...
KİŞİ DƏBİ
Ş MÖVSÜMÜ ÜZRƏ K VƏ SPORT+KLASSİK GEYİMLƏR
KİŞİ DƏBİ
2015—2016 PAY ƏN
KİŞİ DƏBİ
YIZ VƏ QIŞ MÖVSÜMÜNDƏ N DƏBLİ KÜÇƏ GEYİMLƏRİ
DAVAM ET...
KİŞİ DƏBİ
2015—2016 PAYIZ VƏ QIŞ KOLLEK
4
KİŞİ DƏBİ
KSİYASI
DAVAM ET...
MİRİLKİN AGAYEV Madrid
REAL MADRİD FC
1896-cı
ildə
klubunun
“valideynləri”
sayılan
«Futbol Skay” klubu yaranmışdır. Ama
rəsmi yaranma tarixi 6 mart 1902-ci il sayılır, Palisios qardaşları bu tarixdə “Madrid Football Club” adlı klubu qeydiyyatdan keçirmişlər. 29 iyun 1920-ci ildə, İspaniya kralı Alfons XIII bu klubu Kral adına layiq görür, ispan dilində tərcümədə “Real”. Burdanda klubun indiki adı Real Madrid olaraq qalır
tanınmış futbol ulduzlarını çox yüksək qiymətlə transfer edərək Qalaktikos ləqəbi almışdır. Roberto Karlos, Davor Suker, Clarence Seedorfvə Steve McManaman ilə başlayan bu transferlər seriyası FC Barcelonadan Luiş Fiqunun astronomik qiymətə alınmasıyla davam etmişdir. Bundan sonra hər il bir ya da iki üst sıra ulduz transferi, Zinədin Zidan, Ronaldo, Devid Bekhem, Maykıl Ouen Robinyo kimi adlarla davam etməkdədir. Son dəfə 2006-2007 için ulduzlar transfer olunmuşdur. Frank Ribery, Fabio Cannavaro kimi
Real Madrid nəinki İspaniyada həm də bütün Avropada ən güclü klublardan biridir. Həm La Liga-da həm də Uefa Çempionlar Liqasında ən çox kubok qazanmış klub Real Madriddir. Kral Klubu 32 dəfə İspaniya çempionu, 10 dəfə Uefa Çempionlar Liqasının qalibi olmuşdur. Avropa Çempion Klublar Kubokunun qurulmasında ilk addım atan komanda oldu və bu kubokun qurulması ilə birlikdə 5 sezon dalbadal bu kuboku alaraq bir daha əldə edilməsi imkansız olan rekorda sahib oldular. Dünyda heç kim inanmaz ki, bir daha hansısa klub ardıcıl olaraq 5 dəfə Çempionlar Liqası kubokuna sahib olsun. O zaman Real Madrid Alfredo di Stefano, Gento və Ferenc Puskas kimi dahi futbolçuların oynadığı əfsanəvi heyətə malik olmuşdur. İspaniya Liqası kimi çətin bir liqada 32 dəfə çempionluq əldə etməklə statistik olaraq keçirilmiş hər 2 sezonda 1 dəfə çempion olmuşdur. Real Madrid tarixi ərzidnə Heç vaxt La Liganı tərk etməmişdir. 2000-ci ildən sonra Real Madrid dünyadakı bütün
58
2006 Dünya kubokunda uğurlu oyunlar alınarkən ulduzlar üçün astronomik qiymətlər təklif edilir. Real Madridin ən uğurlu transferlərindən biri Xorvatiyalı Luka Modriçdir. O, Real Madridə 30 milyon funtsterlinqə transfer olunmuşdur. Komanda rekordları
25 may 2014 tarixinə
UEFA Çempionlar Liqası – 10 qələbə UEFA Çempionlar Liqasında 214 qələbə İspaniya Çempionatı 32 titul İspaniya Çempionatında bir sezona vurulmuş ən çox qol sayı – 121 qol
59
PLEY
Hər halda çoxunuz, bir zamanlar da olsa Call of Duty ardıcıllığının heç olmasa, bir oyununu oynamısınız. Heç kəsə də sirr deyil ki, bu oyunu digərlərindən fərqləndirən ən əsas xüsusiyyət, bu oyunun sahib olduğu xüsusi ssenari xətti idi. Ssenaridə özünü göstərən reallıq, tarixi əsaslar, gerçəkçilik hər zaman oyunçuların diqqətini çəkməyi bacarıb. Bəlkə də, oyunun rekord qırmasındaki ən əsas amil elə bu idi. Şəxsən, 2004 -cü ildən- ardıcıllığın ilk oyunu elan edildiyi zamandan həvəslə oyunu alıb oynamışam. Verdiyim pula da heç vaxt peşman olmamışam (Çünki, Steam`dan xəbər tutana qədər ancaq pirat yollardan alırdım ). Hər halda oyun daxilində ssenarinin tez-tez dəyişməsinə, ən çox sevdiyimiz qəhrəmanların ölümünə şahid olsaq da, bu bizə
60
oyunun növbəti ssenarilərini almaqdan imtina etməmizə səbəb olacaq qədər təsir etməyib. Bundan ruhlanan Infinity Ward çox sağ olsun ki, gözlədiyimiz “Black Ops III” oyunu üçün bu yaxınlarda yayımladığı rəsmi videosuyla, bütün sevgimizi və həvəsimizi sual altına qoydu. Oyunun ənənəvi gerçəklik ruhundan, reallığından, hekayələrin axıcılığından əsərəlamət qalmayıb artıq. İndidən sonra ümidimiz, oyunun ssenaristlərinin “qeyrətə gəlib” yenə ənənəvi xəttə qayıtmasını gözləməkdədi. Düzü onlar bizə bu yaxşılığı edən deyil, amma "Battlefield"ə keçməzdən əvvəl, Call of Duty”ə bir şans verim dedim. Başa düşürsünüz də, sevgilidən ayrılmaq o qədər də asan deyil.
PLEY
Əziz müasir gənclik! Biz siz gənclər üçün bir araya gəldik və bu layihəni yaratdıq. Azərbaycanda bütün istedadlı, intellektual və bacarıqlı gənclər üçün nəzərdə tutulmuş bu layihə həm sizə daha çox məlumat çatdırmaq, həm də asudə vaxtınızı daha səmərəli keçirməyinizin təşkili üçün yaradılıb. Gameİnfected Network Bu media bütün insanları xoşbəxt ev ətrafında birləşdirmək üçün qurulub. Gənclər və özünü gənc hiss edənlər bu media vasitəsilə öz dünya görüşlərini daha da artıracaq. Oyun, film və texnologiya üzrə ixtisaslaşmış bu media ilkin mərhələdə sosial şəbəkələrdə öz fəaliyyətini sürdürəcək və ən qısa müddətdə bütün ölkə ərazisində yayılacaq. Təbii ki, bütün bunlarda sizin mənəvi dəstəyiniz vacibdir.Biz birlikdə Gameİnfected Network əhatəsini genişləndirəcəyimizə inanırıq! Gələcəkdə gözəl layihələr təqdim etməyimiz üçün bizi izləyin və dəstəkləyin. Çünki Gameİnfected Network ailəsi sırf sizlər üçün çalışır. Parlaq gələcəyə doğru birgə addımlayaq! Gameİnfected Network orijinal oyun mədəniyyətini istifadəçilərinə aşılayacaq. Gündəlik oyun, film və texnologiya sahəsi ilə bağlı yeni xəbərləri və maraqlı faktları sizlərə təqdim edəcək bu media bundan əlavə yeni layihələrlə Azərbaycanda bu sahənin və gənclərin inkişafına öz böyük töhfələrini verəcək. Hansı yeniliklər olacaq? Bunu hamımız birlikdə görəcəyik. Səhifəmizi bəyənin və paylaşın, dostlar. - Gamecholoq Cəlal Hüseynbəyli
61
FOTOQRAF
FOTO: HÜSEYN VƏLİYEV
ALIŞ—VERİŞ
ALIŞ—VERİŞİN ƏN ETİBARLI VƏ ƏN UCUZ ÜNVANI...