www.sabirabadlife.info
YADPLANETLILƏR
SABİRABADDA...
2017/1
№ 2017/1 Sabirabad Layf Jurnalı www.sabirabadlife.info Təsisçi və Rəhbər: Ramid Ağayev © Bütün hüquqlar qorunur .
PROQRAMINI YÜKLƏ… “SABİRABAD” YAZ AXTAR VƏ OXU...
6
MÜSABİQƏ TEZLİKLƏ... JURNALI OXUYUN. JURNAL HAQQINDA SİZƏ VERİLƏN SUALA CAVAB TAPIN VƏ JURNALIN ÜZ QABIĞINDA OLMAQ ŞANSI QAZANIN.
7
8 www.sabirabadlife.info
İZLƏ ... Səh. 44
9 www.sabirabadlife.info
Düzgün cavabı hamıdan tez jurnal@sabirabadlife.info e-mail ünvanına göndər və Sabirabad Layf jurnalından hədiyyə qazanın.
SUAL BIZDƏN CAVAB SİZDƏN...
10
www.sabirabadlife.info
1| 2005-ci ildə Belorus və Qazaxıstanda onun 200 illiyinə həsr 14| "14 il də həvəskar dəstədə çalışdıq "Oser"lə. Yəni kubok olunmuş poçt markaları buraxılmışdır. Onun adına olan ədəbi matçlarını da əlavə etsək, ən azı iki min oyun keçirmişik.Amma mükafatı ən yaxşı uşaq yazıçıları və illüstrator rəssamlar ala bilər. nə fayda, kaş, indi min deyil, birinci matça çıxaydım" sözləri bu fransız mütəxəssiəsə aiddir. 2| Onların nağıllar toplusuna “Pişiklə siçanın dostluğu”, “Canavar və 7 keçi”, “Rapunzel”, “Bremen musiqiçiləri” və bir çox başqa nağıllar daxildir. 3| Vimmerbyuda doğulan bu uşaq yazıçısı, “Avara Rasmus”, “Kalle Blumkvist”, kimi əsərlərin müəllifidir.
15| “Harri Potter” seriyalarında xatırlanmasa da, Quod adlı sehrli topla oynanılan “Quodpot” oyununun məhz bu oyunun ABŞ-da populyar olanı variantı hesab olunur. Oyunda əsəs məqsədlərdən biri “Sniç” adlı qanadlı topu tutaraq oyunu bitiməkdir.
4| onatan Sviftin “Qulliverin səyahəti” əsərini Azərbaycan dilinə tərcümə etmiş bu yazıçının ilk mətbu əsəri "Laylay" adlı uşaq şeri 16| Bu italialı oyun personajının qardaşı Luici oyunlarda nisbətən cavan, daha hündür, göy-yaşıl rəngli iş paltarında və olmuşdur. üzərində L hərfi yazılmış papaqla təsvir olunur. 5| Bu şəhər, Lion körfəzinin sahillərində salındığı ilk vaxtlarda 17| Bu oyunun əvvəlində 2 məşhur personaj müştəri ilə Massaliya adlandırılmışdır. görüşərək hadisə haqqında bir neçə açar söz öyrənir, bundan 6| Bu şəhərin əsası Benedikt Ordeninə aid olan rahiblər sonra oyunçu bu açar sözləri açmaq üçün xüsusi yerlərə tərəfindən qoyulduğundan, şəhərin gerbində də rahib şəkli getməli,London qəzətləri oxumalı və Baker küçəsində tətqiqat təsvir olunub, adının mənası isə "rahiblərin yaşadığı yer" aparmalıdır. Siz bu oyunun hansı personajın adını daşıdığını deməkdir. deyin. 7| Bu şəhəri almanlar uzun müddət “Mailand” adlandırsa da, 18| Bu oyunda böyük dimdikli yaşıl quşun bumeranq xüsusiyyəti onun latınca adının mənası "düzənliyin mərkəzi" və ya "çölün olduğu üçün toxunduğunda geri qayıtmasını görmək olar. ortası" deməkdir. 19| Yaşıl lövhədə ağ və qara fiqurlarla oynanılan bu oyun 8| Beqos və Lyübreqant çayları arasındakı ərazidə yerləşən bu haqqında olan məqalədə oyunçunun rəqibin fiqurunu udduqda şəhərin ən uca nöqtəsindən onun panoramasına və limanına ona sahib olması qeyd olunaraq oyunun bir növ qısqanclıq yarışı baxıb zövq almaq istəyənlər Xristofor Kolumbun heykəlinin olduğu bildirilir. Siz isə bu oyunun hansı personaj və ya əsərin içində quraşdırılmış liftdən istifadə edə bilərlər. adıyla adlandığını deyin. Cavab5: Otello (Oyunda Ağ və qara fiqurlar Dezdomona və Otelloya işarədir və eləcədə qısqanclıq 9| Bu şəhərin adının mənalandırılmasında müxtəlif versiyalar da əsərin mərkəzi sujetini təşkil edir. Yaşıl lövhə isə Otellonun ən mövcuddur. Onlardan biri şəhərin əsasını qoymuş hersoq Berxtold tərəfindən burada ovlanmış ilk heyvanın adı ilə bağlıdır. əsas döyüşünün yaşıl sahədə olduğuna işarədir) Digər versiyaya görə isə buradakı yerli feodalların Verona şəhəri 20| XVII-XVIII əsrlərdə bu dövlətin sarayında ən yüksək pillələri ilə qohumluğa malik olması, bu şəhərə Veronanın almandilli tutan əyanlar arasında Köprülü sülaləsinin nümayəndələri üsadını vermişdir. tünlük təşkil edirdi. 10| 2007-ci ildə BBC-də yayımlanan Harri və Paul komediya şousunda Didier Droqbaya parodiya olan Didier Peskoviç obrazının hərəkətlərini müdafiə edən Joze Arrogantio obrazı bu məqçiyə parodiya olaraq yaradılıb. 11| Məşqçinin özü ictimaətdə açıqlamasa da Sunday Mirror qəzeti bu fransız məşqçinin iqtisadiyyatla yanaşı elektrik mühəndisliyi elmi dərəcəsinin olduğunu yazmışdır. 12| Bu italiyalı baş məşqçi indiyədək 3 filmdə rol almışdır, ən məşhur obrazı isə 1983-cü ildə “Don Kamillo” komediyasında olmuşdur. 13| Eysebyonun futbola gəlməsində böyük rol oynayan bu macar məşqçini bəzi insanlar mübahisəli çıxışlarına və özünə inamına görə Joze Mourinyo ilə müqayisə edirlər. Onun mübahisəli çıxışlarından biri də 1962-ci ildə Benfika ilə bağlı olmuşdur.
21| “Əridib silahları biz Marten sobasında,Körpü yarada billik Yerlə Mars arasında” misralarını bu ədibimizin “Müharibə olmasa” şerində görmək olar. 22| 1935-ci ilin fevralında “Arsenal”a qarşı mübarizədə 82.905 nəfər izləyici bu tikili üçün rekord göstərici sayılır. 23| 1209-cu ildə təsis olunan bu müəssisənin şüarı “Buradan biz maarifçilik və qiymətli biliklər əldə edəcəyik” kimi tərcümə olunan latın ifadəsidir. 24| Körpülərin sayının çoxluğuna görə bu Belçika şəhərinə verilən ləqəblərdən biri də “Şimalın Venesiyası”dır.
www.sabirabadlife.info
11
Enternet Company-nin təqdim etdiyi xüsusi qiymətlər Sabirabad, Saatlı, Şirvan rayonlarında yaşayan və biznes fəaliyyəti göstərən şəxslərə aiddir.
LOKAL
AZN-dən REKLAMLARI Əlaqə: 055 509 05 05
SSD YOXSA
HDD
Son zamanlar texnologiya və texnikanın inkişafı ildırım sürəti ilə irəliləyir. Bir neçə il öncəyə baxsaq kompüter sərt disklərinin həcmi 80 GB dan artıq keçmirdi. Lakin son zamanlar sürətli inkişaf tempinə ayaq uyduran sabit yaddaş istehsal edən firmalar istehlakçılara SSD disklər təklif etməyə başladılar. SSD nədir? (Solid State Dive) sabit sərt disk anlamını verir. Adi HDD (Sərt disklərdən) fərqi, çox sürətli və ARDI...→
14 www.sabirabadlife.info
→ dözümlü olmasıdır. Stolüstü kompüterlərin HDD-ləri ən müasir halda 7200 dövr ilə istənilən fayla əlaqəni 1214 ms zaman kəsiyində edirsə, SSD-də isə bu 0.1 ms zaman kəsiyinə qədər enir. Yəni kompüterin sürəti inanılmaz dərəcədə hiss edilir. Dözümlülük və keyfiyyət baxımdan mexanik HDD-lərə nisbətən qat-qat dözümlü və uzun ömürlüdür. SSD-lər 2.5" ölçüdə istehsal edilərək daha çox noutbuklarda istifadə edilir. SSD-ni ən zəif kompüterə qoyduqda belə o kompüter sürəti və işləməsinə görə ən müasir güclü kompüterlə ayaqlaşa bilər. SSD-lər isinib qızmadığına görə daha uzun ömürlü olur. 100.000 dəfə silinib yazılma limitinə qədər problemsiz çalışırlar. 100.000 silinib yazılma isə təqribən 5 il zaman müddəti deməkdir. Əlbətdə gələcəkdə bu dahada irəliyə gedəcəkdir. SSD-lər adi flaş disklərin bir yerə toplanmasınan əmələ gələn bir cihazdır. Məsələm 256 GB həcmdə 4 ədəd 64GB həcmli flaş yaddaş yerləşdirilir. SSD-lər daha az enerji tükətməklə tam gücü ilə çalışır. SSD vasitəsilə siz ən zəif kompüterin işləməsindən belə həzz ala bilərsiniz. SSD əslinə qalsa yeni texnologiya deyildir. haradasa 1520 ildir mövcuddur və o vaxt SSD lər dövlət qurumları və yüksək hərbi və s qurumlarda istifadə edilirdi. Əsas səbəb isə stabilliyi və sürəti. İstehlakçı həyatına isə son 2-3 ildə daxil olmuşdur.
Təlim Sabirabad rayonunda keçirilir. Təlimi bitirənlər Google Şirkətinin rəsmi sertifikatını əldə edir. Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
Qiyməti isə hələdə "baha hesab edilir" bunun səbəbini biz sizlərə başa salmağa çalışacağıq. SSD istehsal etmək üçün flash lazımdır. Dünyada isə cəmi 5 flaş istehsal edən şirkət var. Bu 5 firmaının istehsal gücünü bir yerə toplasaq belə HDD qədər SSD istehsal etməyə yetərli sayda flash disk yoxdur. Bu ən birinci səbəbdir. İkinci səbəb isə izah etməyə çalışaq. SSD istehsal etmək elədə asand bir iş deyildir. Həcm yuxarı çıxarılan zamanda sürətin itməməsi əsas meyardır. İlk zamanlar 32 64GB istehsal edilirdisı indi dövlət qurumları və bir çox dövlət əhəmiyyətli yerlər üçün 3 4 hətta 6 terrabyte həcmində istehsal edilir. Həcmi yuxarı qaldırdıqca sürəti qoruyub saxlamaq üçün arxa planda çox ciddi bir sistem durur. İki il əvvəl SSD 1 GB qiyməti ortalama 1.2 dollar idisə indi bu rəqəm 0.7 dollara qədər düşmüşdür. Qiymət düşür lakin HDD kimi düşmür. Əslinə qalarsa bahalı olmasına rəğmən istehlakçıya bəxş etdiyi məmnuniyyət nəticəsində insanlar bahada olsa SSD-yə daha çox pul ödəməyə razıdırlar. HDD istifadə edən istehlakçı öz kompüterinə SSD qoşub istifadə edən zaman bəzən "şok" effektini hiss edir. Çünki inanılmaz fərq dərhal hiss edilir. Kompüter və ya noutbuk 5-7 saniyyə içərisində Windows-u yükləyir. Günümüzdə ən çox SSD markaları: Kingston, Plextor, Sandisk, Samgung, Crucial, Corsair SSD diskləri sifariş edə bilərsiniz Müəllif: Rufiq Cavadov
055 509 05 05
SEM
TƏLİMİ
15 www.sabirabadlife.info
DƏYƏRİNİ BİLMƏDİKLƏRİNİZİ SİZDƏN ALMAĞA GƏLMİŞİK...
18
19
A
zərbaycan adlanan bir diyarda Sabirabad adlı bir rayondaydıq. Qarlı bir qış gecəsi idi. Qış bu bölgədə həmişə mülayim keçirdi.Lakin bu il digər qışlardan çox fərqlənirdi. Hava çox soyuq idi. Qış qədəm qoyandan qarlı günlər bir-birinin ardınca bitmək bilmirdi. Mən çoxdandı görmədiyim qohumlara baş çəkməyə gəlmişdim. Buraların insanları da deyərdim ki, digər rayon insanlarından fərqlənirlər. Çünki çox qayğıkeş insanlardılar. Məsələn mən qohumlarla harasa gəzməyə getdikdə hamı onlarda qonaq qalmağı mənə təklif edirdilər. Hətda valideynlərimin tanımadığı adamlar onları soruşub məndən salam göndərirdilər. Yəni istiqanlı və çox qonaqpərvərdilər. Burada olduğum bir-neçə gün mənim üçün çox maraqlı oldu. Amma halbuki, gəlməmişdən düşünürdüm ki, rayon yeridir darıxacam. Amma düzü məni darıxmağa qoymadılar və buradan gedərkən yayda bir daha gələcəyimi qərara aldım. Çünki gəzməli yerlər vardı və o yerləri yayda görmək daha yaxşı olardı. Məsələn Kürlə Arazın qovuşduğu yer, Bulduq və Ulacalı meşələrini görmək gəzmək istərdim. Yadıma gəlir bir dəfə uşaq vaxtı gəldikdə Kürün sahilində yaxşı oynayıb əylənmişdik. Bu yay onu təkrar edəcəyimi söz verdim. Qohumlara da bu haqda bildiriş verdim. Daha sonra biraz xalaoğlu ilə deyib-gülüb Bakıya yola çıxdım. Aylar keçdi iyun ayı idi. Universitetdə son imtahanları verib yola düşdüm Sabirabada... Xalaoğlu hər dəqiqə yığıb harda olduğumu soruşurdu.Beləcə hardasa 2 saatlıq yol gözqırpımında bitdi. Avtovağzalın yanında xalaoğlu ilə görüşüb evə getdik. Hava çox isti idi, getdiyimiz 10 dəqiqəlik piyada yolda toz-torpaq və günəşin dəhşət isti şüaları adamı birtəhər edirdi. Evə çatıb biraz istirahət etdik. Axşamçağı idi. Hara gəzməyə gedək deyə düşünərkən, xalaoğlu dedi ki, Raul gəl gedək Kürlə Arazın qovuşduğu yerə... Düzü ilk əvvəl düşündüm ki, uzaqdır daha sonra gedərik. Amma sora qərara gəldim ki, elə ora gedib biraz gəzsək yaxşı olardı. Həmdə şəkillər çəkdirib dostlara atardım. Yadımdan çıxmamış xalaoğlumu da sizinlə tanış edim. Onun adı
Taledir. Orta təhsillidir və çox işgüzar və zəhmətkeş insandır. Çox qohumcanlı və diqqətlidir. Biz xalauşaqları bir-birimizdən uzaqda yaşasaqda onun sayəsində birbirimizdən uzaqlaşmamışıq. Həmişə əlaqə saxlayır, qonaq gəlir. Yəni sözün əsl mənasında yaxşı insan və yaxşı xalaoğludur. Qayıdaq qaldığımız yerə... Sabirabadın küçələri ilə Kürlə Arazın qovuşduğu məkana gedirdik. Buranın küçələri çox bərbad gündədir. Küçələr toz-torpaq, qazılmış yollar insanın əhvalını tam pisə dəyişirdi. Lakin bundan daha çox rayonun əsas prospekti olan H.Əliyev prospektində yolun kənarında olan arxaclara atılan zibillər məni daha da qəzəbləndirdi. Taledən soruşanda ki, niyə zibili zibil qutusuna yox, küçəyə atırlar, o cavabında zibil qutusu olaki atalarda deyə cavab verdi. Düzü bu görüntü məni xeyli düşündürdü. Gözəl, qayğılı insanların çox olduğu bir rayonda niyə küçələr belə natəmizdir? Niyə yollar tozlu-torpaqlı və bu vəziyyətdədir. Bu bərəkətli torpaqdan niyə insanları ondan səmərəli istifadə etmirlər? Yadıma düşür ki, tələbə yoldaşlarımız arasında gəzməyə hara getmək istədiyimiz yerləri müzakirə edərkən hər zaman Sabirabad getmək istədiyimi deyərkən onlar niyə səfalı yerləri qoyub belə isti yerə gedirsən deyə soruşurdular. Hətda bir-neçə dəfə tələbə yoldaşlarımla bu səbəbdən dalaşmışdım. Əlqərəz, belə söhbətlər edə-edə gəldik Kürlə Arazın qovuşduğu məkana... Düzü Günəşin batması buradan çox ecazkar görünürdü. Bəndin üzərində oturub biraz bu gözəlliyi seyr etdim və xalaoğlu ilə şəkillər çəkib Facebokk və İntagrama yüklədim. Hətda İnstagramda atdığım “Günəş bu qədər gözəl batmamışdı...” başlıqlı şəkilimə demək olarki dostlarımın hamısı şərh yazmışdı ki, bu gözəllik hardadı belə? ... Günəş artıq batmışdı. Azan səsi eşidilirdi. Küləyin gətirdiyi Azan səsi ilə çayın ecazkar gözəlliyi və suyun şırıltisi inanılmaz dərəcədə ruhumu şad etdi. On aya yaxın dərs yorğunluğu, imtahanlarda keçirdiyim stressi sanki burada atdım. Ruhən çox rahat oldum.
Artıq hava qaralmışdı. Tale ilə yola çıxdıq. Elə bu zaman Günəşin batdığı üfüqdən bir işığın gəldiyini gördük. Düşündük ki, yəqin hardasa nəsəə yanğın baş verir. Yola davam edərkən arxamızda işığın getdikcə daha da böyüdüyünü gördük... Saniyələr keçmədiki səmadan yerə alovlar yağmağa başladı. Bu zaman Tale Raul qaç!!! – deyərək bağırtısını eşitdim. Nə olduğunu anlamadan qaçmağa başladıq. Üzü rayona tərəf qaçarkən rayonda insanların qaçaqaçda olduğunu hər tərəfin bir anlıq alova büründüyünü
gördüm. Qaça-qaçda yanımda Taleyi olmadığını gördüm. Qorxaraq saş çəpərin arxasında gizlənib Tale! Tale!! deyərək qışqırmağa başladım. Lakin səs küydən öz səsimi zorla eşidirdim. Ətrafdan qəribə gurultu səsi gəlirdi. Hələ də nə baş verdiyini anlamamışdım. Düşünürdüm ki, ermənilər hücum edib ya müharibə başlayıb. Belə fikirlərlə öz-özümə danışarkən başımın üstündən böyük bir dairəyə bənzər obyektin yavaş-yavaş getdiyini gördüm. Aman Allahım! -deyib... Bu hadisənin əsl səbəbini anladım! ... ARDI NÖVBƏTİ BURAXILIŞIMIZDA...
21
Sabirabad jurnali
BÄ°ZÄ° axtar
Sabirabad jurnali
www.sabirabadlife.info
Gənclərin nikaha daxil olma motivlərinə təsir edən sosialpsixoloji amillər
24
Ümumiyyətlə, qeyd etməliyik ki, gənclərin nikaha daxil olma motivlərinə bir sıra sosialpsixoloji amillər təsir edir. Bunların sırasında etnomədəni şərait və adət-ənənələri, sosial stereotip və sosial ustanovkaları, təhsil səviyyəsini, sərvət dəyərlərini və s. amilləri misal göstərmək olar. Bütün bu amilləri ayrı-ayrılıqda təhlil etməzdən öncə nikaha daxil olma motivlərinə təsir edən sosial-psixoloji amillərin ümumi xarakteristikasına nəzər salaq. Etnomədəni şərait və adət-ənənələr.Yuxarıda da qeyd etdiyimiz kimi, nikaha daxil olma motivlərinə bir sıra sosial-psixoloji amillər təsir edir. Bunlardan biri də etnomədəni şərait və adətənənələrdir. Bu amillər nəinki bizim partnyor seçimimizə, eyni zamanda ailənin formalaşması və inkişafına da birbaşa təsir göstərir. Bilirik ki, hər bir cəmiyyətdə ailə-nikah münasibətləri, nikah adətləri, nikaha daxil olma motivləri, nikah partnyorunun seçilməsi və s. həmin cəmiyyətdə mövcud mədəniyyət və adət-ənənələr çərçivəsində formalaşır. İnsan məhz ailədə artıq kiçik yaşlarından adət-ənənələrin, mənsub olduğu millətin sosial və əxlaqi-mənəvi dəyərlərinin daşıyıcısına çevrilir. Sevgi və nikaha münasibətdə etnopsixoloji xüsusiyyətlərin spesifikasına nəzər salmaq üçün “mentalitet” anlayışı üzərində dayanmaq lazımdır. Mentalitet dedikdə, müəyyən təbii-iqlim və tarixi-mədəni şəraitdə formalaşan etnosa mənsub olan dərin mənəvi quruluş və qeyri-şüuri səviyyədə kollektiv təsəvvürlərin məcmusu başa düşülür. Məhz mentalitet dünyanı qavrama və individual və kollektiv təcrübəni qavrama üsullarını müəyyən edir . Ailə-nikah münasibətləri çərçivəsində mentalitet aşağıdakı təsəvvürləri özündə ehtiva edir: -Kişi və qadın cinsi davranış normalarını; - Nikahın məzmunu və mənasını; - Nikaha daxil olma motivlərinə təsirini; - Nikah partnyorunun seçilməsi zamanı qarşı tərəfin onun dəyər və ustanovkalarına, mentalitet qanunlarına müvafiq gəlməsini;
→
www.sabirabadlife.info
- Tərbiyə üsullarını; - Ailənin sosial əhatəsi ilə münasibətlərini tənzimləyən qaydaları; - Ata və ana rolunun məzmununu. İnsanın nikaha hazırlığı və ailə qurmasının başlanğıc anını ailə-nikah münasibətlərinin əhəmiyyətinin başa düşülməsi, insanların bir-birinin qarşısında vəzifələrinin dərk edilməsi, ailə və uşaqlar üçün məsuliyyətin başa düşülməsi, ailə həyatında qaçılmaz olan qayğıların könüllü qəbul edilməsi və şəxsi azadlığının məhdudlaşdırılması təşkil edir. Aşkardır ki, bütün bu xüsusiyyətlər özünün milli ifadəsinə və təzahürünə malikdir. Qafqaz xalqlarında onlar bir cür, Sibir və Uzaq Şərqdə başqa cür, Avropa ölkələrində fərqli, Amerika qitəsində tamamilə başqa cür, müsəlman ölkələrində başqa şəkildə təzahür edir. Bu cür də deyə bilərik: hər bir etnik birlik bu xarakteristikaların nə cür olması haqqında öz şəxsi təsəvvürlərini ortaya qoyur və onları öz xalqının milli şüurunda, ənənələrində, davranış və münasibətlərində qoruyub saxlamağa cəhd göstərir. Bu proses kifayət qədər mürəkkəbdir. O hər bir etnik birliklərin şəxsi qanunları vasitəsilə həyata keçirilir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, ölkəmizdə çoxsaylı xalqların nümayəndələrinin milli psixologiyasının təzahürünün müxtəlif formalarında meydana çıxan dini münasibətlərin elementləri də iştirak edir. Müxtəlif millətdən olan insanlar həyat qanunlarını, ailəsi ilə münasibətlərini və nikah partnyorunun seçilməsini müxtəlif cür qavrayır. İslam mədəniyyətində insanın valideynlərinin ailəsi, yəni doğulub böyüdüyü ailəsi nikaha daxil olduqdan sonra öz şəxsi ailəsindəki münasibətlərin qurulmasında nümunə rolunda çıxış edir. Ancaq bu amil Qərb ölkələrində mövcud ailələr üçün daha az xarakterikdir. Azərbaycan ailələrində də nikaha daxil olarkən, partnyorun seçilməsi zamanı etnomədəni amillər, adətənənələr və mentalitet onu digər xalqlardan fərqləndirir. Qeyd edək ki, Azərbaycan etnoqrafiya elmində ailə və nikah münasibətlərinin tədqiqi xüsusi yer tutur. Azərbaycanın qədim və orta əsrlər ədəbi-bədii və tarixi qaynaqlarında ailə və ailə-nikah münasibətlərinə dair kifayət qədər zəngin materiallar var. Bu materiallar zaman-zaman tədqiqatlara cəlb olunub və müəyyən elmi nəticələr çıxarılıb. Bilirik ki, Azərbaycan ərazisində də çoxsaylı etnoslar yaşayır. Bunların hər birinin də özünəməxsus ailə-nikah münasibətləri, nikaha daxil olma motivləri, partnyorun seçiminə təsir imkanları, toy adət-ənənələri vardır. Təbii ki, hər bir etnosun yaşadığı etnomədəni mühit və mövcud adət-ənənələri bu
motivlərə də təsirsiz ötüşmür. Qeyd etməliyik ki, bunlar arasında bənzərlik çoxdur, ancaq bununla yanaşı fərqlər də müşahidə edilir. Məsələn, talışları öyrənən D.Kistenev qismən də olsa, onların ailə-məişət münasibətlərinə toxunaraq bu nəticəyə gəlmişdir ki, talış ailəsi bütünlüklə partiarxal xarakter daşımır və daha fərdi xüsusiyyətlərə malikdir. Ailə üzvləri şəxsiyyətcə daha müstəqil və azaddırlar. Bu da bizə görə əhalinin, xüsusilə qadınların təsərrüfatda fəal iştirak etməsi ilə əlaqədardır. XX əsrin birinci yarısında Azərbaycan etnoqrafiyasında müəyyən qədər ailə-nikah məsələlərinə toxunulmuşdur. Ə.Ələkbərov XX əsrin 30cu illərində apardığı tədqiqat nəticəsində belə bir qənaətə gəlir ki, kürd ailəsində qadının kölə vəziyyətində olması dini fanatizmdir. Kürd ailəsində oğlanın doğulması sevinclə, qızın doğulması isə təəssüflə qarşılanırdı. Patriarxal xarakter daşıyan kürd ailəsində qadınlar yaşmanır, çadrada gəzir, gəlin çox vaxt qaynana və qaynatadan gizlənirdi. Atası isə qızı istənilən oğlana ərə verirdi, gənclərin rəyi nəzərə alınmırdı. Yəni, bu dövrdə gənclərin nikaha daxil olma motivlərinə mövcud adət-ənənələrin və etnomədəni amillərin təsiri özünü kəskin şəkildə büruzə verirdi. XX əsrin ikinci yarısında Azərbaycan etnoqrafiyasında nikah növləri təsnifatlaşdırılmağa başlayır. Bu proses 50 il ərzində aparılan çoxsaylı yeni tədqiqatlarda da özünü göstərir. Bəzən terminlər, adlandırmalar bir-birindən fərqli olsa da, ailə-nikah münasibətlərində bir-birindən bir o qədər də fərqlənməyən yanaşmalar üzə çıxırdı. Bu illər ərzində Azərbaycanda tarixən təkkəbinli və ikiarvadlı nikah formaları, ekzoqam, endoqam nikah qaydaları, göbəkkəsmə (beşikgərtmə), levirat, sorotot, kuzen nikah adətləri, qızqaçırma və toy ilə nikaha daxil olma formaları təsdiq edilirdi. Özünəməxsus adətlər və xüsusiyyətlər Azərbaycan ailələrini başqa ölkələrin ailələrindən fərqləndirilir. Beləliklə, bizdə ailə-nikah münasibətləri ailədaxili münasibətlərdə və nikah seçimində özünün tarixən mövcud olmuş və təsdiqlənmiş etnik xüsusiyyətlərini qoruyub saxlamışdır. Bu milli xüsusiyyətlər ailə-nikah həyatına qarşı ictimai fikrin, ustanovkaların formalaşmasına təsir göstərir və ailə-nikah münasibətlərinin tənzimlənməsində aparıcı rol oynayır. Adət-ənənələr bütün dünya xalqlarında mövcuddur. Onlarda xalqın həyatının quruluşu, adətləri və milli xüsusiyyətləri əks olunur. Bu xüsusiyyətlər də gənclərin nikah motivlərinə əsaslı təsir göstərir.
www.sabirabadlife.info
→
25
26 www.sabirabadlife.info
Yuxarıda da qeyd etdiyimiz kimi, məsələn, müsəlman və bəzi Şərq ölkələrində nikah partnyorunun seçilməsi zamanı valideynlərin seçimi əsas götürülür. Qərb ölkələrində isə gənclər bu baxımdan daha azad və müstəqildirlər. Çünki, onların yaşadığı mədəni mühit uşaqların körpəlikdən azad şəxsiyyət və seçimlərində müstəqil şəxs kimi yetişdirilməsinə imkan yaradır. Hələ yaxın zamanda dünyagörüşündə kişi və qadın arasındakı sevginin başa düşülməsi indiki gənclərin sevgi anlayışından çox fərqlənir. Ancaq onu da qeyd edək ki, son illərdə gənclərin nikaha daxil olma motivlərinə və davranışına ənənəvi ustanovkaların təsiri azalmışdır. Müasir dövr, elmi-texniki inkişafın, internetin inkişafı gənclərin dünyaya inteqrasiyasını asanlaşdırmış və ailənikah məsələlərinə də təsirsiz ötüşməmişdir. Bununla yanaşı, nikahdan əvvəl seksual əlaqələrin motivləri böyük maraq doğurur. Gənclərin köhnə nəsillə müqayisədə seksual münasibətlər və baxışlarında böyük fərqlərin olmasını əxlaqi dəyərlərin itirilməsi, ailə dəyərlərinin ölməsi kimi nəzərdən keçirmək olmaz. Doğrudur, müasir dövrümüzdə artıq dəyişilən dəyərlər, etnomədəni amillər və mentalitetin nikah münasibətlərinə təsirinin azalması, əvvəlki nəsillərə nisbətən indiki gənclərdə seksual münasibətlərdə azadlıq, nikahdan əvvəl birgə yaşayış, nikahdan kənar yaşayış və uşaq dünyaya gətirmə hallarının çoxalması bizdən bu problemə yeni baxış və həll yolu tələb etsə də, ümumilikdə bu prosesə artıq adət-ənənələrin itirilməsi, əxlaqi-mənəvi dəyərlərin pozulması kimi də yanaşmaq doğru olmaz. Onu da qeyd edək ki, hələ bir çox bölgələrdə əvvəlki ailə-nikah formaları və adət-ənənələr qorunub saxlanmaqda davam edir. Azərbaycanın bölgələrində patriarxal, yəni ənənəvi ailə tiplərinin qorunub www.sabirabadlife.info
saxlanması, qızların 13-14 yaşlarında erkən nikaha daxil olması, gənclərin nikah motivlərinin ailənin istəyi, seçimi olması, nikah müqaviləsinin, ümumən yaşı düşmədiyi üçün nikah sazişinin olmaması tendensiyası müşahidə olunmaqdadır. Ancaq paytaxtda isə əksinə, nikaha daxil olma yaşında ilildən artım müşahidə olunmaqdadır. Sosial stereotip və sosial ustanovkalar. Gənclərin ailə-nikah münasibətlərinə hazırlığı probleminin həllinin vacibliyi üçüncü minilliyin başlanğıcında əsası qoyulan tarixi situasiyanın özü ilə və insanların əksəriyyətinin yeni dəyərlər sistemini, müasir dövrdə insan davranışının yeni strategiya və taktikasının dərki ilə şərtlənmişdir və bu da gənclərin nikah motivləri və hazırlığının, onun koqnitiv və mənəvi inkişafının qurulmasına yeni yanaşmaların axtarıb tapılmasını tələb edir. Nikahın uğurlu olması və ailənin stabilliyi ilk növbədə nikaha daxil olan fərdlərin hazırlıq səviyyəsi və motivlərindən, onların özünüinkişafa qabilliyindən asılıdır. Hazırkı dövrdə nikah dəyərlərinin, sosial stereotip və ustanovkaların transformasiyası baş verir. Eyni zamanda ailə-nikah münasibətlərinin determinasiyası da baş verir: əgər əvvəllər ailənin məişət və detosentrik funksiyalarına üstünlük verilirdisə, hazırda psixoloji komfortu müəyyən edən, psixofizioloji vəziyyətinə təsir edən, münasibətlərdən məmnun qalmaq və uzunmüddətli olmasını təmin edən, tərəflərin şəxsi inkişafına təkan verən psixosentrik funksiyasına üstünlük verilir.→
27
Demoqrafik yanaşma müasir gənclərin nikah davranışının, ailə qurma motivasiyasının, reproduktiv motivasiyasının dəyişilməsinə şahidlik edir. Ümumiyyətlə, nikaha daxil olma motivlərinə stereotip və ustanovkaların, dəyərlər sisteminin təsiri danılmazdır. Hər bir uşaq artıq uşaq vaxtı “evcik-evcik” oyunu oynayarkən ana və ata rolları icra etməklə bir növ ailə həyatının rollarını icra etməyə və qavramağa başlayır. Təbii ki, bu zaman uşaqlar oyun oynarkən öz ailəsində müşahidə etdikləri situasiyaları oyunda canlandırırlar. Artıq yetkinlik yaşına çatmış insanlarda nikaha daxil olma motivlərinə təsir edən amillərdə bu proses özünü göstərməyə başlayır. Nikaha daxil olmanın ilkin kriteriyası rolunda valideyn arxetipi dayanır ki, bu da gənclərin nikah motivlərinə, partnyorun seçilməsinə təsirsiz ötüşmür. Valideyn arxetipinin mahiyyəti ondan ibarətdir ki, şəxsin seçdiyi şəxs valideynlərindən birinə bənzəyir. Yaxud da ola bilər ki, valideynləri tərəfindən ideal kimi təlqin edilmiş obraza bənzəyir. Bu gənclərin sosial ustanovkalarının əsasını təşkil edir. Belə ki, gənclər nikaha daxil olarkən tərəf müqabilinin seçilməsində mövcud ustanovkalardan istifadə edir. Bu ustanovkalar onlarda ailəsinin, yaxınlarının, dostlarının, müəllimlərinin və yaxud hansısa film və ya əsərin təsiri altında formalaşa bilər. Bu zaman şəxs artıq özünə müəyyən kriteriyalara uyğun həyat yoldaşı tapmaq ustanovkası verə bilər və o insanla rastlaşdıqda kifayət edər ki, həmin şəxslə nikaha daxil olsun. Cəmiyyətin müasir inkişafı mərhələləri üçün xarakterik olan sosial rollar sistemində dəyişikliklər, ümumqəbuledilmiş norma, dəyər və ustanovkalar bütün sosial institutlara olduğu kimi ailə-nikah münasibətlərinə də təsirsiz ötüşmədi. Uzun illər ərzində kişi və qadın arasında qarşılıqlı münasibətlərin sosial-psixoloji aspekti “cinsi rol”, “cinsi rol gözləmələri”, “cinsi identiklik” anlayışlarında təsvir edilirdi. Bu terminlərdən də aydın görünürdü ki, burada söhbət anadangəlmə yox, sosial münasibət və normalardan gedir. Nikaha daxil olma motivlərinə təsir edən kişi və qadın davranışında ənənəvi stereotiplər kişilərdən güc, rasionallıq, emosionallığın azaldılmasını (kişilər üçün normal qəbul edilən aqressiya hissi istisna olmaqla) tələb edir. Bu stereotiplər qadından zəiflik, yumşaqlıq, qayğıkeşlik, emosionallıq (burada da aqressiya istisna olunur, çünki deyilir ki, bu qadınlara xas olmamalıdır), rasionallığın azaldılmasını tələb edir. İctimai şüurda bu
28
stereotiplər çoxdan köhnəlmişdir, ancaq ənənəvi nikah səviyyəsində bəzi cəmiyyətlərdə psixoloji səviyyədə hələ də yaşamaqdadırlar. Ustanovkalar çox vaxt müəyyən sosial stimullara əlverişli və ya əlverişsiz reaksiya verməyə hazırlıq kimi müəyyən olunur. Ustanovkaların nikah motivlərinə təsirinin xüsusiyyətləri ondan ibarətdir ki, onlar bilavasitə müşahidə oluna bilməz, ancaq xarici davranışın, hər şeydən əvvəl verbal davranışın xüsusiyyətlərinə görə izah edilə bilər. Təhsil səviyyəsi.Nikaha daxil olma motivlərinə təhsil səviyyəsinin də təsiri kifayət qədər böyükdür. Amerikan tədqiqatçısı B.Ekland nikaha daxil olma zamanı tərəf müqabilinin seçilməsində təhsilin rolundan danışaraq qeyd etmişdir ki, “nikahda sosial mənsubiyyətin oxşar olmasının yarı hissəsini təhsil səviyyəsinə görə assortiv nikaha daxil olma təmin edir” . Həqiqətən də müasir dövrümüzdə təhsil imkanlarının və şəraitinin genişlənməsi gənclərin bügun istədiyi formada istədiyi ixtisasa yiyələnməsinə şərait yaradır. Təhsil səviyyəsinin özü isə nikah motivlərinə təsir edən amillər sırasında mühüm yer tutur. İlk növbədə qeyd edək ki, partnyorun təhsil səviyyəsinin ali olması onu qarşı tərəfin gözündə daha cazibədar və elit göstərir ki, bu da nikah partnyoru kimi onun seçilməsinə təsir göstərir. Bundan əlavə təhsilli şəxslər hər kəsin gözündə intellektual, ağıllı, mədəni statusa malik olurlar və hesab edilir ki, gələcəkdə ailənikah münasibətlərində yarana biləcək problemlər zamanı alternativ çıxış yollarının tapılmasında və konstruktiv şəkildə həll edilməsində bu amil mühüm rol oynayır. Aparılmış tədqiqatlar zamanı belə müəyyən olunmuşdur ki, qızlar izdivac üçün tərəf müqabili seçərkən onun təhsilli olmasına oğlanlara nisbətən daha çox üstünlük verirlər. Təhsil səviyyəsi prestij baxımından da insanları cəlb edir. Nikaha daxil olma motivlərinin təsnifatına nəzər salarkən görmüşdük ki, çox vaxt insanları nikaha daxil olmağa təhrik edən motivlər sırasında prestijli olması əhəmiyyətli dərəcədə yer tutur. Deməli, ali təhsilli insanlar digərlərinə nisbətən qarşı tərəfin gözündə daha prestijli və layiqli “namizəd” kimi qiymətləndirilir. Bütün bunları şəxsiyyətin digər xarakteristikaları haqqında da demək olar. Bu səbəbdən də eyni təhsil səviyyəsinə malik insanlar arasında nikahdanöncəki, daha sonra nikah münasibətlərinə girilməsi ehtimalı daha yüksəkdir.
ƏN MARAQLI MƏLUMATLAR SAYTIMIZDA WWW.SABIRABADLIFE.INFO
Yəni, nikaha daxil olma zamanı eyni təhsil səviyyəsinə malik insanların bir-birini seçməsi ehtimalı yüksəkdir, çünki bu zaman onların dünyagörüşü, maraqları, dəyərlər sistemi və intellekt səviyyəsində oxşarlıqlar mövcud olur. Eyni zamanda bugünün təhsilli gənci gələcəkdə sağlam qurulacaq ailə və sağlam tərbiyə ediləcək, təhsilli yetişdiriləcək gənclər deməkdir. Təhsil səviyyəsi, sosial statusun yüksək olması bu baxımdan önəmli amillərdəndir. Azərbaycanda da əvvəlki nəsillərə nisbətən son illərdə təhsilə maraq artmaq-dadır. Ancaq bununla belə təhsilini yarımçıq qoyaraq erkən nikaha daxil olanların sayında da artma müşahidə olunmaqdadır. Xüsusən də bölgələrdə qız uşaqlarını təhsildən
yayındıraraq ailə qurmağa yönləndirən ailələr çoxdur. Ən maraqlısı da budur ki, bu tip ailələrdə gələcək “yeznə”ni valideynlər seçir və bu zaman da onlar namizədin təhsil səviyyəsini, sosial statusunu nəzərə alırlar. Yəni, gənclərin nikaha daxil olma motivləri valideynlərinin təhriki, onların sözündən çıxa bilməmək olsa belə valideynlərinin seçimi zamanı motivlərinə bu amil bilavasitə təsir göstərir. Tədqiqatlar və müşahidələr göstərmişdir ki, təhsil səviyyəsi yüksək olan insan-ların nikahı daha uğurlu olur və ailədaxili münasibətlərdə harmoniya müşahidə edilir.
MÜƏLLİF
INTERNET MARKETING TƏLİMİ
BİZNES PLAN TƏLİAMİ
20% endirim Zəng edin 055 509 05 05
MS OFFİCE PROQRAMLARI TƏLİMİ 29 www.sabirabadlife.info
LION 30 www.sabirabadlife.info
Azure App Servis nədir? FƏRHAD KƏRİMOV App Servis Microsoft Azure-un təklif etdiyi PaaS xidmətidir. Burada hər hansı platforma üçün veb və mobil app-lar düzəltmək olur. Düzəltdiyiniz app-ları isə SaaS həllərlə, daxili mühitlə bütünləşdiririk. Burada bizim tanış olduğumuz veb və mobil app-lar əvvəl Azure Websites və Azure Mobile servis olaraq adlanırdı. App Servis özündə aşağıdakıları birləşdirir: Web Apps – website və veb app-lar Mobile Apps – mobil app-lar API Apps – RESTful APİ-lar
3. Basic 4. Standart 5. Premium
Logic Apps – biznes prosesləri avtomatlaşdırmaq və kod Hər hansı planı seçsək belə, sonradan istəyimizə uyğun yazmadan bulud üzərində sistemləri bütünləşdirmək olaraq dəyişə bilərik. Biz App Servisləri istifadə edərkən, eyni zamanda orada Ümid edirəm ki, yararlı məqalə oldu. bizə təklif edilən planları seçə bilirik. Hal-hazırda 5 plan təklif edilir:
Növbəti məqalələrdə görüşənə qədər…
BİZNES SƏHİFƏLƏRİN YARADILMASI
1000 +
110 AZN www.sabirabadlife.info
31
İLİN
Bu Mükafat Sabirabad rayonunda yaşayan və ya yaşamış və il ərzində Sabirabadın, Sabirabad əhalisinin, insanların rəğbətini qazanmış, böyük işlər görülmüş şəxslərə təqdim edilir.
ADAMI MÜKAFATI 2016
s Sabirabad Layf Jurnalının təsis etdiyi “İLİN ADAMI” Mükafatının ilk sahibini Sizə təqdim etməkdən böyük məmnunluq duyuruq. Qeyd edək ki, “İlin Adamı” Mükafatının 3 namizədi vardır. 1.
Murad Mirzəyev (2016-cı il Aprel döyüşü şəhidi və Milli Qəhrəman)
2.
Rizvan Muradov ( 2016-cı il Aprel döyüşü şəhidi)
3.
Ruslan Mirzalıyev ( Breyn Rinq Qalibi)
Biz jurnal olaraq bu 3 namizəd arasında seçim edərkən çox çətinlik çəkdik. Çünki hər 3 namizəd Sabirabad rayonunda doğulan və 2016-cı ildə öz qəhrəmanlıqları və uğurları ilə yaddaşlara həkk olan fəxr ediləcək insanlardır. Biz Sabirabad Layf Jurnalı olaraq mükafatın sahibinin adını qeyd etməzdən öncə hər bir namizədə öz dərin hörmət və ehtiramımızı bildirik. Sabirabad Layf Jurnalının ilk “2016-cı İlin Adamı” Mükafatı 1996-cı ildə Sabirabad rayonu Çiçəkli kəndində anadan olmuş və 2016-cı ilin aprel ayında Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Muradov Rizvan Telman oğluna təqdim edilir.
Junal olaraq şəhdimiz Rizvan Muradov və eləcə də Milli Qəhrəmanımız Mirzəyev Muradın ruhu qarşısında baş əyir və onların ailəsinə yaxınlarına öz hörmətlərimizi çatdıraraq Allahdan onlara səbr diləyirik! Mükafatımızın digər namizədi Ruslan Mirzalıyevə isə daha böyük uğurlar və naliyyətlər arzulayırıq. Məlumat üçün qeyd edək ki, Rizvan Muradov Sabirabad Layf Jurnalının təsis etdiyi “İlin Adamı” Mükafatının ilk sahibidir. Ruhu şad olsun!
32
Hörmətlə, Sabirabad Layf Jurnalı www.sabirabadlife.info ©Bütün hüquqlar qorunur.
ŞƏHİD
RİZVAN MURADOV
33
www.sabirabadlife.info
İngilis dili müəllimi HUMERA HÜSEYNOVA
Yalnız müəyyən bir dilə xas olan və mənası tərkib hissələrini təşkil edən sözlərin ayrı-ayrılıqda götürülən amənası ilə düz gəlməyən, parçalanmayan söz birləşməsi; ifadə, ibarə, təbirdir; məs.: baş sındırmaq,gözü doymamaq, gözünün odunu almaq. İngilis dilində də idiomları bilmək vacibdir ki, eşitdiklərimizi aydın başa düşək və öz danışığımıza da tətbiq edərək İngilis dilimizi inkişaf etdirək. CAT GOT YOUR TONGUE? - Azərbaycan dilinə DİLİNİ PİŞİK APARIB? - kimi tərcümə olunur.
38 www.sabirabadlife.info
THE NOUN (ISIM)
Əşyanın, məfhumun, hadisələrin adını bildirən nitq hissəsinə isim deyilir. İsimlər quruluşuna görə 3 qrupa ayrılır:
10. -ment: development-inkişaf, agreement-razılıq 11. -ness: kindness-mehribanlıq, weakness-zəiflik
1) Simple Nouns (Sadə isimlər): bir kökdən ibarət olura city, a man 2) Derivative Nouns (Düzəltmə isimlər): leksik (sözdüzəldici) şəkilçilər vasitəsilə düzəlir-driver, difference, combination
12. -ship: friendship-dostluq, membership-üzvlük 13. -ity: possibility-mümkünlük, hostility-düşmənçilik 14. -th: strength-güc, depth-dərinlik, length-uzunluq 15. -al: approval-bəyənmə, proposal-təklif İsim düzəldən ön şəkilçilər (prefix)
İsim duzəldən son şəkilçilər (suffixes)
1. mis-: misprint-çap səhvi
1. -age: marriage-nigah, carriage-fayton
2. dis-: disappearance-gözdən itmə
2. -ence(ance): assistance-kömək, difference-fərq
3. un-: unemployment-işsizlik
3. -ant(ent): assistant-köməkçi, student-tələbə
4. in-: inexperience-təcrübəsizlik
4. -an(ian): musician-musiqiçi, librarian-kitabxanaçı
6. -er(ar, or): teacher-müəllim, sailor-dənizçi
3) Compound Nouns (Mürəkkəb isimlər): iki və ya daha artıq sözün birləşməsi ilə əmələ gəlir: apple tree-alma ağacı, father-in-law-qayınata
7. -hood: childhood-uşaqlıq, neighbourhood-qonşuluq
P.S. İsim bəhsinin ardı növbəti sayda...
5. -dom: kingdom-krallıq, wisdom-müdriklik
8. -ion: description-təsvir, decision-qərar 9. -ist: artist-rəssam, scientist-alim
RƏNGLƏRİ ÖYRƏNƏK!!!
39 www.sabirabadlife.info
“Red Dead Redemption 2” haqqında şaiyələr davam edir! 2017-ci ilin ən çox gözlənilən oyunlarından biri “Red Dead Redemption 2”- nin çıxış tarixi ilə bağlı yeni şaiyələr dolaşmağa davam edir. İlk teaserdən sonra oyun haqqında heç bir məlumat verməyən Rockstar Games, bununla da bir çox şayələrin meydana gəlməsinə səbəb olur. Keçən həftələrdə xarici saytlardan verilən məlumata görə oyun 2 Oktyabr tarixində təqdim edilməli idi. Bu gün isə yayılan məlumata görə oyun 20 Oktyabr 49.75 £ qiymət etiketi ilə satışa çıxacaq. Lakin bununla bağlı yenə Rockstar Game öz səssizliyini saxlayır. Düzü, hələ heç bir cavab gəlməsə də, şirkətin əvvəli oyunları təqdim etmə xronologiyasına baxsaq, Sentyabr-Oktyabr tarixləri olduqca məntiqlidir
40
2017
NOMİNANT
SİZCƏ BUDURMU?
H
BA ER
42
SAAT HƏR 21:00 AZAR
RTƏSİ
İlahe Şəms Ramazanova Xəyalımın qonağı... Tək-tənhayam sənsiz olan otaqda Sənsizlikdən gözüm dolan otaqda Gəl aşkar ol, gəl gəz-dolan otaqda, Xəyalımın qonağı. Qalma mənim üçün röya olaraq, Bir "sayə" olaraq, "guya" olaraq, Zuhur eylə eşqə maya olaraq Xəyalımın qonağı.
Zeynal Zeynallı Yaralı Sənsiz ölürəm , halım pisdir
Sən Tanrıdan mənə sirdaş gəlmisən,
Mənsiz yaşamaq , daha bəsdir
Nabələd eşqimə yoldaş gəlmisən,
Dön geri mənə , ehtiyyacım var
Haçan deyəcəyəm: "ay xoş gəlmisən" -
Qəmsiz yaşadan , sənin səsindir.
Xəyalımın qonağı. Sən düşmürsən tərcümeyi-halıma, Son qoymursan könül qeylü-qalıma,
Ruhsuz gecələr , sənsiz sabahlar Yolsuz dərvişlər , çəkilmiş ahlar
Daim dustaqsanmı bu xəyalıma -
Günəşin batmağı , xatırladır səni
Xəyalımın qonağı.
Pulsuz sevgidə , qul olmuş şahlar.
İllərdi ki, heç ürəkdən gülmürəm,
İncitdin qəlbi , yaralar vurdun
Könlümdəki qəm tozunu silmirəm,
Getdin səbəbsiz , oyunlar qurdun
Biz tanışıq - bir adını bilmirəm Xəyalımın qonağı.
Sevgi deyil bu , balaca həvəsdir Bitdin sevgidə , məndən yoruldun.
43 www.sabirabadlife.info
İNAMSIZLIQ
SABİRABADLI
055 509 05 05
44
GƏNCLƏRİN PROBLEMLƏRİ
G
ənclik—insan həyatının ən gözəl dövrüdür ki, bu dövürdə insan çox güclü və əzimli olur. Bir insanın gəncliyində bacaramayacağı bir iş olmur. Lakin buna baxmayaraq gənclik dövrünün də özünə görə problemləri var. Bu problemlərin əsas mənbəyi ailədən, təhsildən və ya cəmiyyətdən gəlir. Yəni əgər bir gənc cəmiyyətə yararsızsa, həyatdan küskün və ya heç bir uğur əldə edə bilmirsə deməli bu yuxarıda qeyd etdiyim hər 3 mənbənin 3-də də problem var. Bu gün Sizə təqdim edəcəyimiz araşdırma yazımız ümumilikdə gənclərin yox, məhz Sabirabad rayonunda yaşayan gənclərin problemlərini əhatə edəcəkdir. Problemlərdən danışmazdan öncə gəlin bir sualı cavablandıraq... Sabirabad gəncləri kimlərdi? – Sabirabad gəncləri saf, lakin həyat dərsindən zəif olan gənclərdir. Onlar ümidlidirlər, onlar danışmaq istəyir, dinlənilmək istəyir və ən əsası böyüklər tərəfindən bir şəxsiyyət olaraq qəbul olunmaq istəyirlər. Onlar arasında uğurlara imza atan şəxslər var. Ölkənin aparıcı gənclərindəndirlər. Lakin gəlin baxaq ki, gənclərin istəkləri bütün böyüklər tərəfindən nə dərəcədə həyata keçirilir və böyüklər gənclərə hansı formada davranır? Gənclərlə yaşlı insanlar arasında münasibətlərdə hər zaman problemlər yaşanıb. Amma dövr dəyişdikcə bu problemlər daha da qabarıq hala gəlir. Məsələn, dövr dəyişsə də bir çox valideynlərin öz uşaqları ilə münasibətləri və uşaqların tərbiyə üsulu dəyişməyib. Yəni bir valideyn tərbiyəni dövürlə
ayaqlaşaraq yox, ata-babadan qalan üsullarla verir ki, bununda nəticəsində valideyinlə uşaqlar arasında uçurum yaranır, münasibətlər gərginləşir. Sizə belə bir sual verək ki, 50-60 il əvvəl bir gəncin pis vərdişlərə aludə olması daha çətin idi yoxsa indi? Cavab: Əgər 50-60 il əvvəl bir gənc pis vərdişlər haqqında məlumatı 1-2 günə, yaxudda aylarla axtarışdan sonra əldə edirdisə, indi 1 saniyə içində istəniln pis vərdiş haqqında məlumat əldə edib o onun aludəçisi ola bilər. Bundan belə görünür ki, keçmiş metodlarla tərbiyə üsulu indiki dövr üçün uyğun deyil. Bir valideyn uşağını təhlükədən, pis vərdişlərdən mühafizə etmək üçün 50-60 ilə əvvəlki valideynlərdən daha sürətli uşağını izləməli və ona daha yaxın olmağa çalışmalıdır. Yəni belə deyək ki, əgər keçmişdə bir valideynin savadsız, təhsilsiz olması çoxda önəmli deyildisə, indi valideynin savadsız və təhsilsiz olması gələcək üçün cəmiyyət üçün çox təhlükəlidir. Yəni həmin valideynlər cəmiyyətə pis vərdişlərə aludəçi yararsız vətəndaşlar yetişdirə bilərlər. Bu haqda daha ətraflı daha sonra... Qeyd etmək istərdik ki, Sabirabad Layf Jurnalı “Sabirabadlı gənclərin problemləri” mövzusunda Sabirabadda ilk dəfə sorğu keçirdi. Sorğuda 300-dən çox gənc iştirak etmişdir. Sorğunun məqsədi gənclərin əsas problemlərini araşdırıb ortaya çıxarmaq və onların bu problemlərin həlli yollarını necə görmələrini bilmək idi. Sorğuda iştirak edən gənclərin cinsi, yaş həddi və təhsilləri haqqında
məlumatları diaqramlarda görə bilərsiniz. Qeyd edək ki, soğuda iştirak edən gənclərin 62.9 %-i rayon mərkəzindən, 37.1%-i isə kəndlərdə yaşayan gənclərdir. Sorğunun nəticələri aşağıdakı kimidir: Sorğuda iştirak edən gənclərin 38% -i ən böyük problemin işsizlik olduğunu, 29%-i təhsilsizlik, 16%məşğuliyyıtsizlikdə, 10% - i ailə valideyn münasibətlərində, 7%-i özünə inamsızlıqda, özgüvənin aşağı olmasında görür. İşsizlik problemi ümumi bir problemdir ki, bunun da əsas səbələrindən biri qlobal krizisdir. Qeyd edək ki, işsizliyin əsas səbəbi neftin qiymətdən düşməsi, iş yerlərinin təlabata uyğun olmaması, qeyri-neft sektorunun inkişaf etməməsi və daxili istehsalın zəif olmasıdır. Qeyd edək ki, sadalanan sahələrin inkişafı üçün ilk öncə yüksək təhsilli kadrlar və zəncirvari düzgün qurulan sistem lazımdır. Ölkəmizdə hal-hazırda bununla bağlı işlər görülür. Ümid edirik ki, yaxın gələcəkdə biz bunun bəhrəsini görəcəyik və gənclərin əsas probleminin işsizlik olduğunu düşünən insanların hamsının problemi öz həllini tapacaqdır. Bundan başqa işsizlik probleminindən əziyyət çəkən bir sıra gənclərin bu probleminin başqa bir kökü vardır. Bu problem təhsilsizlikdir. Hansıki sorğuda iştirak edənlərin 29%-i gənclərin əsas problemlərinin kökünü məhz təhsilsizlik olduğunu qeyd ediblər.
→
45
46
Təhsil bir millətin gələcəyidir. Çox təəssüf ki, təhsil ilə bağlıda rayonda çox böyük problemlər var. Orta məktəblərin bir çoxunda dərslər keçirilmir. Xüsusilə kənd məktəblərində nəinki şagirdlərə dərs keçirilmir, hətda məktəbə uşaqlar gəlmir. Qız uşaqlarının təhsildən yayındırlması başqa bir problemdir. Bu problemlərin əsas səbəbkarı həm təhsil ocağı və həmdə valideynlərdir. Müəllimlər isə bu problemin törəməsinə birbaşa öhdəlik daşıyırlar. Çünki müəllimlərin bir çoxu dərs keçməkdən yayınır. Hansıki bir müəllim bilməlidir ki, aldığı əmək haqqının məbləğindən asılı olmayaraq dərs keçməsi şagirdlər və cəmiyyət qarşısında vəzifə borcudur. Yəni o əmək haqqını məhz keçdiyi dərsə görə alır. Əgər bir müəllim dərs keçmirsə və əmək haqqı alırsa, deməli o aldığı pul haramdır. Həm o dini cəhətdən günah sahibi olur və həmdə o hüquqi cəhətdən qanun və cəmiyyət qarşısında qatı cinayətkar kimi məsuliyyət daşıyır. Düşünün əgər bir müəllim bir gəncin savadsız və qatil olmasına əsas səbəbkardısa, deməli əslində
cinayətkar o gənc yox məhz o müəllimdir. Təhsilin inkişafı üçün dövlətin apardığı islahatdan öncə müəllimlər öz vəzifə və öhdəliklərini yerinə yetirməlidirlər. Yəni əgər müəllimlər dərs keçməyəkəcsə, direktorlar və digər məsul şəxslər təhsildən yayınan uşaqların təhsilə cəlb olunmasına çalışmayacaqsa, islahataların böyüklüyünə baxmayaraq savadsızlıq aradan qalxmayacaq. Odur ki, ən əsas problem olan təhsilsizliyin aradan qalxması üçün hər bir müəllim öz vəzifəsini yerinə yetirməlidir və valideynlər öz uşaqlarını təhsildən yayındırmamalıdırlar, onları oxumağa həvəsləndirməlidirlər. O zaman təhsil problemi aradan qalxacaq və gənclərimiz təhsilli olacaqdır.
Sorğuda iştirak edənlərin 16%-i gənclərin probleminin məşğuliyyətizlik olduğunu düşünür. Bu problem əslində təhsilsizlik və işsizliklə bağlıdır. Çünki insanın əsas məşğuliyyəti işləmək və öyrənməkdir. Xüsusilə bir gəncin əsas məşğuliyyəti təhsil almaq olmalıdır və o daha da bilikli olmağa çalışmalıdır. Bunun üçün hər bir gənc özünə sərmayə qoymalıdır. Müxtəlif sahələr üzrə biliklərini artırmalı və elmli olmağa çalışmalıdır. Necəki Məhəmməd Peyğəmbər (s.ə.s) buyurub ki, “Elmi beşikdən qəbrədək öyrənin.”
Daha sonra sorğuda iştirak edənlərin 10%-i gənclərin əsas problemini ailə və valideyn- övlad münasibətlərində görür. Yuxarıda qeyd etdiyimiz məqamlarda biz bu məsələyə toxunmuşuq. Lakin daha ətraflı qeyd etmək istərdik ki, tərbiyə işində valideynlərin bir çoxu yalnışlıqa və məsuliyyətsizliyə yol verirlər. Onlar öz övladları ilə dostluq etmirlər və onlara daha yaxın olmağa çalışmırlar. Bəzi valideynlər uşağı yedizdirməklə, geyindirməklə valideynlik vəzifəsini yerinə yetirdiyini sanır və belə düşünür. Çalışmır ki, uşağı savadlı olsun, dünya görüşlü olsun və özünün etdiyi səhvləri etməsin. Hər bir ailədə ata oğulla, ana qızla dost olmalıdır. Valideyn elə etməlidir ki, uşaq hər hansı problemlə üzləşəndə dost sandığı insanlara yox, məhz ən birinci valideynlərinə danışsın. Qorxu ilə yox, sevgi və güvən ilə tərbiyə indiki dövürmüzdə çox vacibdir. Lakin çox təəssüf ki, bizim bir çox ailələrimizdə bu problemlərin hər biri vardır. Buna görə də bir çox ailələrdə bir-birinə hörmət, dəyər qalmayıb. Valideynlər uşaqları ilə danışaraq, onları dinləyərək həll edə biləcəkləri problemləri, sanki başqaları ilə danışaraq, başqa yerlərdən fikirlər almaqla münasibətləri daha da gərginləşdirməyə can atırlar.
→
47
Daha sonra sorğuda iştirak edən gənclərin 7%-i gənclərin əsas problemini inamsızlıqda və özgüvənin aşağı olmasında görür. Nəzərnizə çatdıraq ki, bu problemdə sırf ailə münasibətləri və valideyn- övlad münasibətlərində olan qüsurlardan doğur. Hansıki valideynlərin uğursuz təlim-tərbiyəsi gənclərdə həyata ümidsiz baxmalarına və özgüvənli olmamalarına zəmin yaradır.
→
Əziz valideynlər və gənclər!Bilin ki, heç bir problem dalaşmaq, kin-nifrətlə həll olunmur. Valideynlər, uşaqlarınızı görün! Gənclərə şəxsiyyət olaraq davranın və onların fikirlərini önəmsəyin. Oğullarınıza uşaq kimi yox, kişi kimi, qızlarınıza qızınız kimi yox, qadın və ana kimi baxmağı öyrənin. O zaman hər şey öz həllini tapacaqdır. Biz Sabirabad Layf Jurnalı olaraq Sabirabadda yaşayan gənclərin problemlərini üzə çıxarıb azda olsa onların həlli yollarını göstərməyə çalışdıq. İndiyənə kimi heç kimin heç bir yerdə danışmadığı və yazmadıqlarını
yazdıq. Çalışdıq ki, gənclər problemlərini burda görüb, onun həlli yollarını da tapmağa çalışsınlar. Çünki, gənclər bizim gələcəyimizdir və bizlər onların daha savadlı və cəmiyyətə yararlı vətəndaş kimi yetişmələrinə, formalaşmalarına köməklik etməliyik. Biz jurnal olaraq buna çalışırıq. Hər bir Anadan, Atadan, dayıdan, əmidən, xaladan, bibidən və s böyüklərdən gənclərimizi savadlı, dürüst və cəmiyyətə yararlı vətəndaş olmaqda yardımçı olmağa çağırırıq. Böyüklər bütün gəncləri öz uşağınız bilin. Məktəbdə, universitetdə və s yerlərdə müəllim, yoldaş və s kimi onlara kömək etməyə çalışın. Çünki, Sizin uşaqlar cəmiyyətdə onlarla birgə bu cəmiyyəti formalaşdırıb gələcəyin gənclərini yetişdirəcəklər. Gəlin gənclərə qarşı məsuliyyətimizi hiss edib onları kor etməyək! Səhvlərinizi onlara miras qoymayın! MÜƏLLİF RAMID AĞAYEV
SABIRABADCITY
SABIRABADLIFEMAGAZINE
BİZİ
İZLƏ...
WWW.SABIRABADLIFE.INFO