Yevlax KOB İnkişaf Mərkəzinin fəaliyyəti ilə bağlı hesabat

Page 39

ÇƏTİNLİKLƏR Yevlax KOB İnkişaf Mərkəzinin ötən dövr ərzində aktiv fəaliyyət göstərməsinə manə olan çətinliklər:

Yevlax KOB İnkişaf Mərkəzinin ictimaiyyələşə bilməməsi:

KOBİA ilə müqavilə imzaladıqdan sonra üzərimizə götürdüyümüz öhdəliklərin icrası ilə bağlı regional səviyyədə aidiyyatı orqan və nümayəndələrlə görüşmək, varlığımız haqqında geniş ictimaiyyəti məlumatlandırmaq lazım idi. Bununla bağlı KOBİA tərəfindən bildirilmişdir ki, “...yaxında Yevlax KOB Evinin açılması gözlənilir. Yevlax KOB Evinin rəsmi açılışı olduqdan sonra Yevlax KOB İnkişaf Mərkəzinin geniş ictimaiyyətə təqdim edilməsi planlaşdırılmışdır...” Bunu nəzərə alaraq bizdən asılı olmayan səbəbdən heyət olaraq 3 ay müddətində varlığımız barədə ictimaiyyətə heç bir məlumat ötürə bilməmişdik. Şəxsi münasibətlərdən istifadə etməklə fərdi görüşlərin keçirilməsi istiqamətində səylərimiz olmuşdur. İctimaiyyələşmə olmadan da fəaliyyətlərin icrası demək olar ki, mümkünsüz olmuşdur. Yalnız 14.09.2020-ci il tarixində KOBİA-nin sədrinin birinci müavini cənab Natiq müəllimin iştirakı ilə keçirilmiş görüşdə Yevlax KOB İnkişaf Mərkəzinin rəsmi açılış olmadan daxili sosial səhifələri vasitəsi ilə ictimaiyyələşə biləcəyi bildirilmişdir. Ondan sonrakı dövr ərzidə Yevlax KOB İnkişaf Mərkəzinin sosial media səhifələrində Mərkəzin fəaliyyət istiqaməti haqqında məlumatlar yerləşdirilmişdir. Lakin, 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq internetdən istifadənin məhdudlaşdırılması nəticəsində sosial media səhifələrindən istifadə etmək mümkün olmamışdır.

Koronavirus (COVİD-19) infeksiyasının yayılması və bununla əlaqədar regionda yaradılmış məhdudiyyətlər:

Nazirlər Kabinetinin yanında Operativ Qərargahın verdiyi qərara uyğun olaraq Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə 05.07.2020-31.08.2020-ci il tarixlərində Yevlax, Bərdə və ətraf rayon və şəhərlərdə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmiş, Yevlax şəhəri və digər bir neçə rayon narıncı zona elan edilmiş, rayonlarda şəxslərin yaşayış və qeydiyyatda olduğu ərazinin tərk edilməsi məhdudlaşdırılmışdır. Bu isə istər Yevlax KOB İnkişaf Mərkəzində, istərsə də KOB-larla əlaqələrin qurulmasında işləri xeyli dərəcədə çətinləşdirmişdir. Bundan başqa infeksiyanın hədəf regionlarda artan dinamıka ilə inkişaf etməsi Mərkəzin işinin təşkilində xeyli çətinliklər yaratmaqdadır.

Azərbaycan Respublikası ərazisində hərbi vəziyyətin elan edilməsi:

Azərbaycan Respublikasına qarşı 27.09.2020-ci il tarixində Erməni silahlı qüvvələri tərəfindən hücum və mütəmadi hərbi təxribatlar törədilməsi ilə əlaqədar ölkədə müharibə vəziyyətinin olması Yevlax və ətraf rayonlara giriş-çıxışlarda məhdudiyyətlər yaratmışdır. Yevlax rayonunun aktiv cəhbə bölgəsi ilə həmsərhəd olması insanlarda narahatçılıq yaratmaqda idi. Bütün bunlar insanlarda həm psixoloji, həm də mənəvi cəhətdən cəbhədə baş verən proseslərə bağlılıq yaratmışdır. Bu cür vəziyyətdə KOBlarla əlaqələrin yaradılması, təlim və digər xidmətlərdən faydalanması üçün etdiyimiz cəhdlər heç də həmişə uğurlu olmamışdır. HESABAT

39


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.