MÜSAHİBƏ
4
Özgür Kürüm: Azərbaycanda məhsullarımızın
16
sayı və çeşidi artır.....................................................................4
SƏRHƏD İşğaldan azad olunan ərazilərdə dövlət sərhədi möhkəmləndirilir ...........................................10
ANALİZ Müharibədən sonra artilleriya silahlarının təkmilləşdirilməsinə baxış.....................................................16
TƏHLÜKƏSİZLİK DTX BATM‑da “Milli təhlükəsizlik” mövzusunda kurs keçirilib .....................................................22
VİSİON Gələcəyin əsgərinin döyüş dəsti ...........................................23 PULS
10
İtaliyanın M‑346 proqramı .....................................................36
XƏBƏR
23
Pakistanın Azərbaycandakı səfiri Azərbaycan Texniki Universitetində olub ...............................................................39
36
AzTU‑nun 2021‑2030‑cu illər üçün inkişaf strategiyası təsdiq olunub ....................................................39 AzTU‑da “Radiotexnikanın müasir problemləri” mövzusunda konfransı keçirilib ............................................39 Hərbi vəzifəlilərin döyüş vərdişləri təkmilləşdirilir ..............39 TEXNOLOGİYA HAVELSAN‑ın MOUT Təlim Mərkəzinə baxış.........................40
SƏRGİ DUBAI AIRSHOW 2021 –78 milyard dollarlıq müqavilələrin imzalandığı məkan..................................................................42
SİLAHLANMA Raket zərbəsi təhdidlərinə qarşı “ARROW” RƏM kompleksləri ............................................................................52
40 56
XƏBƏR Zakir Həsənov: Vətən müharibəsində istifadə olunan ASELSAN avadanlıqları yüksək keyfiyyətə malikdir ....................56 Azərbaycan Ordusunda yeni hərbi hissə yaradıldı – KOMANDO........................................................................56 “Roketsan”ın DSH sisteminin atış sınaqları keçirilib.................56
42
Dəyərli oxucu!
POLİQON (AZERI DEFENCE) jurnalının yaradıcısı mərhum
Rəşad SÜLEYMANOV
POLİQON Hərbitexnoloji jurnal Oktyabr–Noyabr №05 (55) 2021 Tel: (+994 77) 311-81-18 Email: poliqonjurnal@gmail.com azeridefence@gmail.com Web: www.poliqon.az www.polygonjournal.com Ünvan: Bakı şəhəri, Oskar Əfəndiyev küç. 110 Ariana Business Park 401
Türkiyə təmsilçiliyi Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence-tr@etkilesimltd.com
Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632 Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 21 iyun 2012-ci ildə dövlət qeydiyyatına alınıb. “POLIQON JURNALI” MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702953031 Reklam materiallarına görə POLİQON jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir. “ASPOİQRAF LTD” MMC mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır Format 60x901/8 . Sifariş 256.
Ötən bir ilə yaxın müddət ərzində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Dövlət Sərhəd Xidmətinin 20-yə yaxın hərbi hissəsi istifadəyə verilib. Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş hissəsində sərhəd zastavalarının fəaliyyəti tam bərpa edilib, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə sərhəd-döyüş məntəqələri fəaliyyət göstərir. Yeni istifadəyə verilən hərbi hissələrin silah və döyüş texnikası arsenalına helikopterlər, kamikadze və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar, tank əleyhinə idarə olunan raketlər, 120 millimetrlik və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri, atıcı, qrup və snayper silahları, müşahidə və gecəgörmə cihazları, termal qurğular və nişangahlar, xüsusi təyinatlı avadanlıqlar, həmçinin zirehli transportyorlar, yüksək keçidli avtomobillər daxil edilib. Hələ 2005-ci ilin dekabr ayında Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı”nın reallaşdırılması Sərhəd Mühafizəsində yeni mərhələni açıb. Proqramın həyata keçirildiyi dövrdə DSX-nin idarəetmə sistemi təkmilləşdirilib, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilib, DSX-nin aparatı ilə sərhəd dəstələri arasında peyk rabitəsi sistemi yaradılıb. Dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılıb, sərhəd nəzarəti məntəqələrində sənədlərin yoxlanılması üzrə laboratoriyalar qurulub. Şəxsi heyət dövlət sərhədindən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı sərhəd nəzarətinin həyata keçirilməsi üçün müasir texniki avadanlıq ilə təchiz edilib, bütün sərhəd keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması nəticəsində miqrasiya proseslərinin ciddi nəzarətə götürülməsi təmin olunub. Bu dövrdə yeni hərbi hissə komplekslərinin, zastavaların inşası ilə yanaşı sərhəd mühafizəsində müasir elektro-optik müşahidə sistemlərinin, radiolokasiya vasitələrinin, yeni silah və texnikaların tətbiqinə başlanıb. Hərbi hissələr müasirləşdirilmiş BTR-70 tipli zirehli transportyorlar, qar skuterləri, kvadroskillər, nəqliyyat vasitələri ilə təchiz olunub. Habelə, 2007-2012-ci illərdə DSX tərəfindən Türkiyədən xüsusi təyinatlı maşınlar, Gəncə Avtomobil Zavodunun istehsalı olan müxtəlif markalı yük və nəqliyyat vasitələri, Rusiya istehsalı olan “Transporter 1000” tırtıllı nəqliyyat vasitələri, “Suzuki” markalı kvadroskillər alınaraq qoşunların istifadəsinə verilib. Bakıda 2014-cü ildə istifadəyə verilmiş DSX Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə İsrailin “İsrael Shipyard” şirkətinin layihəsi əsasında, Azərbaycan DSX-nin tələbləri əsasında konfiqurasiya edilmiş 6 ədəd “Şahdağ” və 6 ədəd “Tufan” olmaqla 12 ədəd üçüncü və ikinci dərəcəli sərhəd gözətçi gəmisi inşa edilib. 2002-ci ilin oktyabr ayında yaradılmış DSX-nin aviasiya dəstəsi Mi-17V1 hərbi nəqliyyat helikopterlərinə və An-2 nəqliyyat təyyarələrinə malikdir. Müasir texnologiyaların, xüsusilə də pilotsuz uçuş vasitələrinin sərhəd mühafizəsində tətbiqi istiqamətində də DSX tərəfindən müəyyən işlər həyata keçirilib. İsraildən taktik, kəşfiyyat-müşahidə və kamikadze tipli PUA-lar satın alınıb. 2017-ci ilin iyun ayında dövlət başçısının imzaladığı fərman və sərəncamlarla DSX-nin ştat-struktru yenidən təşkil olunub, Xidmətin tabeliyində Sərhəd Qoşunları, Sahil Mühafizəsi, Çevik Qüvvələr və Sərhəd Nəzarəti komandanlıq və baş idarələri formalaşdırılıb. 2018-ci ilin sonlarında DSX tərəfindən mühafizəyə götürülən Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədində müasir tələblərə cavab verən 84 sərhəd məntəqəsi və 3 hərbi hissə kompleksi tikilərək istifadəyə verilib. DSX Sərhəd Qoşunları Azərbaycanda heyətin müqavilə əsasında, peşəkarlaşdırılmasına başlayan ilk hərbi qurum olub. Müasir silah və texnologiyaların öyrənilməsi və sərhəd mühafizəsində tətbiqinə xüsusi diqqət yetirən DSX Azərbaycan MSN-in istehsal etdiyi snayper tüfəngi, hücum pulemyotu, avtomatik qumbaraatan, avtomat, təlim simulyatorları və optik nişangahların Azərbaycan silahlı qüvvələrində ilk istifadəçisi qismində çıxış edir. Bununla yanaşı, DSX qüvvələrinin silahlanmasında İsrail, ABŞ, Avstriya, Türkiyə şirkətlərinin istehsalı olan avtomat, tapança və tapança-pulemyotlar da yer tutur. Snayperlərin hazırlığına da xüsusi diqqət yetirən DSX-nin çevik hərəkət bölmələri ABŞ, Avropa və İsrailin aparıcı istehsalçılarının istehsalı olan snayper tüfəngləri, eləcə də optik nişangahları ilə silahlandırılıb. Habelə, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınıb. Sadaladıqlarım DSX-nin hələlik bizə görünən imkanlarının bir hissəsidir. Bu yeni silah sistemlərinin tətbiqi ilə 2016-cı ilin aprel döyüşlərində və 2020-ci ilin Vətən müharibəsində DSX düşmənə sarsıdıcı zərbələr endirib, Azərbaycan Ordusunun zəfər qazanmasında mühüm rol oynayıb. Beləliklə, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilən tədbirlər nəticəsində güclü sərhəd mühafizə infrastrukturu yaradılıb, dövlət sərhədlərinin etibarlı mühafizəsində mühüm nailiyyətlər əldə olunub. Sərhəd mühafizəsi peşəkar kadrlarla, müasir silah və texnika ilə təmin edilərək qarşıya qoyulan tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan qurum səviyyəsinə yüksəlib.
Baş redaktor Zaur Babaşov Qapaq fotosu: PARS IV 6x6 xüsusi əməliyyat maşını Qiyməti: 6 manat
Özgür Kürüm: AZƏRBAYCANDA MƏHSULLARIMIZIN SAYI VƏ ÇEŞİDİ ARTIR ? Zaur Babaşov Texnologiya və müdafiə sənayesinin aparıcı şirkətlərindən olan ASELSAN, 1990cı illərin əvvəllərindən etibarən fəaliyyət göstərdiyi Azərbaycanda 1998ci ildə 100% ASELSAN törəmə şirkəti olan “ASELSAN Bakı” şirkətini yaradıb. Bakıda yerləşən “ASELSAN Bakı” törəmə şirkətinin koordinasiyası ilə 20 ildən artıqdır ki, Azərbaycanda daimi və uzunmüddətli layihələr həyata keçirən şirkət Azərbaycanın xarici asılılığını azaltmaq, texnologiya transferi layihələri ilə kritik texnologiyalara çıxışı təmin etmək, yerli məşğulluq yaratmaqla sənayeni gücləndirmək və Azərbaycan Silahlı Qüvvələri ilə Türkiyə Silahlı Qüvvələrini eynən birgə əməliyyatlar keçirə biləcək şəkildə təchiz etmək məqsədiylə fəaliyyətini davam etdirir.
4 www.poliqon.az
Azərbaycan Ordusunun da inventarında yer alan ASELSAN şirkətinin PRC / VRC9661 proqram təminatlı rabitə vasitələri
ASELSANın Azərbaycan Silahlı Qüvvələrinə tədarük etdiyi müasir rabitə avadanlıqları və bir çox müxtəlif məhsullar həm 2016cı ilin aprel döyüşlərində, həm də 2020ci ilin 44 günlük Vətən müharibəsində geniş və səmərəli istifadə edilib. “ASELSAN Bakı” şirkətinin baş direktoru Özgür Kürüm ilə rəhbərlik etdiyi şirkətin Azərbaycandakı fəaliyyəti, möv cud layihələri və gələcək planları barədə danışdıq.
layihələrdə təhvil verilən sistemlərin texniki olaraq qurulması, satış sonrası nasazlıqların aşkar edilməsi və xidməttəmir işlərini 25 nəfərlik komandamızla həyata keçiririk. Regional təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərindən başqa, Azərbaycanda mülki qurumlar, təşkilatlar, şirkətlər və fiziki şəxslər üçün professional rabitə vasitələrinin satışı və trunk rabitə vasitələrinin icarəsi xidmətləri də göstəririk. “ASELSAN Bakı” olaraq əsas fəaliyyətlərimizi belə ümumiləşdirə bilərəm.
Poliqon: Özgür bəy, müsa hibəmizə “ASELSAN Bakı” şirkətinin fəaliyyəti ilə başlamaq istərdik. Azərbaycanda uzun illər fəaliyyət göstərən “ASELSAN Bakı” bu günə qədər hansı işləri görüb? Özgür Kürüm: “ASELSAN Bakı” olaraq; yeni layihələr inkişaf edirmək və müqavilələr ilə nəticələnən
Poliqon: Azərbaycanda əsasən rabitə cihazları təklif edən “ASELSAN Bakı” şirkəti bu və digər istiqamətdə istədiklərinə nail ola bilirmi? Özgür Kürüm: 20 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstəririk. İlk illərlə müqayisədə hesab edirəm ki, qazandığımız bilik və təcrübə ilə işimizi irəli aparmışıq. Təqdim etdiyi-
miz rabitə avadanlıqlarının sayı və çeşidi də zaman keçdikcə artmışdır. Təbii ki, əsas məqsəd bu əməkdaşlığın davamlı olmasıdır. Türkiyədə olduğu kimi Azərbaycanda da həm hərbi, həm də mülki sahədə fəaliyyətimizi müvafiq qurumların daimi həll ortağı məntiqi ilə həyata keçiririk. 90-cı illərin əvvəllərindən etibarən Qarabağ cəbhəsindəki Azərbaycan Ordusunu ASELSAN rabitə vasitələri ilə təmin etməklə başlayan əməkdaşlığımız bu gün də müxtəlif məqsədlərə xidmət edən bir çox fərqli layihələrlə davam edir. Biz taktiki sahədə təhlükəsiz, əl, avtomobil, arxa və hava radio həllərimizlə dəniz rabitə sistemləri, radio bağlantıları, peyk rabitə sistemləri, kripto sistemləri kimi son texnologiya məhsulları təklif edirik. Ümid edirik ki, Azərbaycandakı əməkdaşlığımız bundan sonra da artaraq davam edəcək, hətta müvafiq yerli qurumlara texnologiya transfer edərək, kritik məhsul və sistemlərin Azərbaycanda istehsalına imkan verəcək səviyyəyə çatacaqdır. Poliqon: Qeyd etdiyiniz rabitə həllərinə yönəlik son texnologiya sistemləriniz haqqında məlumat verə bilərsinizmi?
5
dan 108 iştirakçının yer aldığı, Kommunikasiya və İnformasiya Texnologiyaları Seminarı təşkil etdik. Azərbaycanda hərbi və mülki rabitəyə cavabdeh olan bütün qurumların və nümayəndələrin iştirak etdiyi tədbirdə bu sahədə yeni texnologiyalarımızı tanıtma, istifadəçi səla hiyyətliləri ilə fikir mübadiləsi aparmaq imkanımız oldu. Bundan əlavə, portativ peyk paketimiz və elektron müharibədən qorunan əl rabitə vasitəmizin də son zamanlarda ön plana çıxdığını söyləyə bilərik.
Özgür Kürüm: Bu gün modern orduların əməliyyatda sağ qalması üçün taktiki sahədəki çeşidli sensorlar, silah sistemləri, kompüterlər və komanda mərkəzləri arasında; intensiv, çox sürətli və real vaxtda rəqəmsal məlumatların ötürülməsi zərurət halına gəldi. Hərəkətlilik və çevikliyə əsaslanan yeni hərbi doktrinalar, bu məlumat ötürülməsini taktiki elementlərin hərəkətdə olarkən də etmələrini tələb edir. Xüsusilə son vaxtlarda Türkiyədə TASMUS adı ilə istifadə etdiyimiz Taktik Sahə İnteqrə Rabitə Sisteminin
6 www.poliqon.az
Azərbaycan versiyasını nümunə olaraq söyləyə bilərəm. TASMUS-u taktiki iyerarxiyanın bütün səviyyələri arasında fasiləsiz əlaqə təmin etməklə tez bir zamanda yerləşdirilə bilən təhlükəsiz taktiki rabitə şəbəkəsi kimi təsvir edə bilərik. Bu, ordu qərargahının komandirlərinə döyüş sahəsinin real vaxt şəkilini əldə etməklə bütün səviyyələrə çatmağa imkan verir. Yaxın zamanda, Azərbaycanda irəliyə yönəlik iş inkişafı fəaliyyətimiz üçün əhəmiyyətli faydalarının olacağını dəyərləndirdiyimiz, 9 müxtəlif qurum-
Poliqon: Özgür bəy, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə ASEL SAN tərəfindən həyata keçirilən birgə layihələr barədə nələri deyə bilərsiniz? Özgür Kürüm: Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə ASELSAN arasında keçmişdən etibarən xüsusilə elektro-optika və gecə görmə sistemləri ilə bağlı birgə istehsalat fəaliyyətləri olub. Son illərdə tuşlama dəstləri ilə bağlı bəzi elmi birgə fəaliyyətlərimiz də var. Habelə tərəflər arasında, rabitə sistemlərinin istehsalında texnologiya transferinə dair niyyət sazişi imzalanıb. Məsələn, Müdafiə Sənayesi Nazirliyinin “Gürzə” avtomobili üzərinə ASELSAN-ın SARP uzaqdan idarə olunan silah sisteminin inteqrasiyası
çərçivəsində istedad fəaliyyəti oldu.
nümayişi
Poliqon: “Gürzə” nümunə kimi hazırlanıb, seriyalı istehsal olun mayıb. Özgür Kürüm: Bəli, nümunə olaraq. Poliqon: Özgür bəy, yuxarıda qeyd etdiyiniz kimi, 14 yanvar 2019 cu il tarixində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İsteh
salat Birliyi ilə ASELSAN arasında rabitə vasitələrinin birgə istehsalına dair memorandum imzalanıb. Ha zırda sazişin icrası hansı mərhə lədədir? Özgür Kürüm: Memorandum çərçivəsində ASELSAN-ın Azərbaycanda rabitə sistemi və rabitə vasitələrinin istehsalına dair texnologiya transferi planlaşdırılır. Mövzu ilə bağlı proses və qiymətləndirmələr hələ də davam edir. Ümid edirik ki, müsbət nəticələnəcək. Poliqon: Azərbaycan Ordusu tərəfindən Vətən müharibəsi za manı ASELSANın bir çox məhsulu geniş istifadə olundu. Bu haqda ətraflı məlumat verə bilərsinizmi? Özgür Kürüm: Müəyyən məxfilik şərtlərinə görə bu məsələ ilə bağlı ətraflı məlumat verə bilmərəm. Ancaq qeyd edə bilərəm ki, hal-hazırda, Azərbaycanda ASELSAN-ın hər bir sistem həlli ilə bağlı olaraq ən azı bir fəaliyyət elementi var. Ehtiyac yaranan hər bir vəziyyətdə; hələ də istifadədə olan ASELSAN sistem lərinə sahədə də dəstək verə bilmək üçün üç yüzə yaxın sahə müASELSAN tərəfindən istehsal edilən və Azərbaycan Ordusunun silahlanmasında yer alan TASMUS Taktik Sahə İnteqrə Rabitə Sistemi. Qeyd edək ki, Vətən müharibəsi zamanı 44 gün ərzində bu sistem uğurlu əməliyyatların aparılmasında geniş istifadə edilib.
həndisimiz şəxsən Azərbaycanda quraşdırma, nasazlıqların aşkarlanması, texniki xidmət və təmir kimi texniki dəstək xidmətlərini həyata keçirib. Poliqon: ASELSAN məhsulları ilə hər zaman Azərbaycanın yanında olması ilə yanaşı, təcrübəsini və biliklərini də aşılayır. Növbəti sua lımız budur ki, “ASELSAN Bakı” şirkətinin Azərbaycan Texniki Uni versiteti ilə əməkdaşlığı hansı istiqamətdə qurulub? Özgür Kürüm: 2019-cu ildə başladığımız əməkdaşlıq çərçivəsində, Azərbaycan Texniki Universitetinin 3cü və 4-cü kurs tələbələri ilə görüşdük və şirkətimizin təmin edə biləcəyi təcrübə imkanları haqqında danışdıq. Bu günə kimi 15-dən çox tələbə müxtəlif vaxtlarda “ASELSAN Bakı”da təcrübə keçib. Tələbələrə təhsil aldıqları sahədə işləmək imkanı təklif etməklə onların bilik və təcrübələrini artırmalarına köməklik etdiyimiz üçün biz də öz adımızda çox xoşbəxtik. Poliqon: Özgür bəy, ASELSAN ın Azərbaycanda həyata keçirdiyi fəaliyyətlər çərçivəsində perspek tivləri ilə bağlı nələri deyə bilər siniz? Özgür Kürüm: Azərbaycanın Silahlı Qüvvələrini və təhlükəsizliyə cavabdeh olan digər qurumlarını qısa, orta və uzunmüddətli perspektivdə gücləndirəcəyini nəzərdə tutduğumuz
7
müxtəlif ölçülü və dərinlikdəki bir çox layihələrdə iştirak edirik. Üzərimizə düşən məsuliyyəti dərk edərək qarşıdakı dövrdə də qardaş ölkəmiz üçün çalışmaqda davam edəcəyik. Üzərimizə götürəcəyimiz hər bir işi inamla və müvəffəqiyyətlə yerinə yetirəcəyik. Daha əvvəl qeyd etdiyim kimi, ASELSAN olaraq mülki strukturlarla da işləyirik. Azərbaycanda “Ağıllı şəhər”lər, siqnalizasiya və avtomatlaşdırma kimi layihələrlə də fəaliyyət göstərməyi hədəfləyirik. Çünki bu layihələrin də strateji əhəmiyyət daşıdığını düşünürük. Vətən müha ribəsindən sonra Azərbaycan Prezidenti Qarabağın tamamilə yenidən qurulmasına töhfə verəcək texnologiyalarla təchiz edilməli olduğunu bildirərək, “Ağıllı şəhər”lə bağlı visionunu açıqlayıb. Bu vəziyyət işğaldan yeni çıxmış Qarabağ başda olmaqla bütün ölkə üçün nəzərdə tutulan visiondur. Bu istiqamətdə bilik və təcrübəmizi bölüşmək üçün buradakı müvafiq qurumlarla görüşlərimizi davam etdirəcəyik.
8 www.poliqon.az
ASELSANın PRC / VRC9661 Proqram Təminatlı Radioları, VHF və UHF zolaqlarında (30512 MHz) ECT (rabitə təhlükəsizliyi və ötürülmə təhlükəsizliyi) ilə qorunan, tezlik atlamalı, şifrələnmiş və aydın səslə məlumat əlaqəsi təmin etmək üçün hazırlanmış taktiki rabitə cihazlarıdır.
Poliqon: “Ağıllı şəhər” mövzu suna toxundunuz. 2022 oktyabr 2021ci il tarixlərində Bakıda keçi rilmiş “Rebuild Karabakh 2021” beynəlxalq sərgisində ASELSAN sten di ilə iştirak edib. Bu sərgi haqqında təəssüratlarınızı bilmək istərdik. Özgür Kürüm: Deyə bilərəm ki, “Rebuild Karabakh 2021” sərgisi bizim üçün səmərəli oldu. Bildiyiniz kimi, Azərbaycanın 20 faizə yaxın torpaqları işğal altındaydı. Bu torpaqlar işğaldan azad olunandan sonra hamımız gördük ki, o rayonlarda daş üstündə daş qalmamışdı. Ona görə də azad edilmiş torpaqların yenidən bərpasına ehtiyac var. Bayaq qeyd etdiyim “Ağıllı şəhər” visionuna uyğun olaraq, “Rebuild Karabakh 2021” sərgisi bizim burada əməkdaşlığımızı gücləndirmək baxımından əhəmiyyətli idi. Bütün aidiyyəti dövlət qurumları və şirkətləri ilə çoxlu görüşlər keçirmək imkanımız oldu. Yaxın vaxt-
larda bu sahədə fəaliyyətimizi sürətləndirməyi planlaşdırırıq. ASELSAN olaraq bu istiqamətdə Azərbaycanla hər cür əməkdaşlığa hazırıq. Poliqon: Özgür bəy, suallarımız bu qədər. Sonda əlavə etmək istədiyiniz fikirlər varmı? Özgür Kürüm: Xüsusilə son 30 ildə Azərbaycanın, Azərbaycan Ordusunun, Azərbaycanın müdafiəsi və təhlükəsizliyinə cavabdeh olan bütün qurumların inkişafını görə bildiyimiz üçün çox qürur duyuruq. Bir türk olaraq, bir soydaş, qardaş olaraq çox qürur duyuruq. Axı biz Azərbaycanı ölkəmizdən daha fərqli görmürük və Azərbaycandan gələn bütün xoş xəbərlərə sevinirik. ASELSAN olaraq hər zaman, dünya durduqca çiyin-çiyinə verərək Azərbaycanın yanında olmağa davam edəcəyik. PQ
İŞĞALDAN AZAD OLUNAN ƏRAZİLƏRDƏ DÖVLƏT SƏRHƏDİ MÖHKƏMLƏNDİRİLİR ? Rizvan Fikrətoğlu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunan ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir. Prezident İlham Əliyev oktyabr ayında Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Dövlət Sərhəd Xidmətinin (DSX) yeni hərbi hissə komplekslərinin açılışını edib. Oktyabr ayının 4-də DSX-nin Cəbrayılda yeni istifadəyə verilən hərbi hissəsinin silah və döyüş texnikası arsenalına “Harop” və “Sky Striker” (“Quzğun”) kamikadze pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar, tank əleyhinə idarə olunan raketlər, 120 millimetrlik və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri, atıcı, qrup və snayper silahları, müşahidə və gecəgörmə cihazları, termal qurğular və nişangahlar, xüsusi təyinatlı avadanlıqlar, həmçinin zirehli transportyorlar, yüksək keçidli avtomobillər, zirehli döyüş maşınları daxil edilib. Prezident İlham Əliyev ziehli döyüş avtomobilini idarə edib, “Harop” və “Sky Striker” kamikadze pilotsuz uçuş aparatlarına (PUA) baxıb.
Oktyabr ayının 20-də Azərbaycanın Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olublar. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleks barədə məlumat verib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Azərbaycan Respublikasının İran və Ermənistanla dövlət sərhədlərinin Zəngilan rayonu ərazisindən keçən hissələrinin mühafizəsini həyata keçirən yeni hərbi hissə kompleksi 15 hektar ərazini əhatə edir. Dövlət başçısına hərbi hissənin xidməti istifadəsində olan zirehli döyüş maşınları, atıcı silahlar, qumbaraatanlar, iriçaplı pulemyotlar,
zenit qurğuları və digər texniki vasitələr təqdim olunub. Oktyabr ayının 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dövlət Sərhəd Xidmətinin Qubadlı rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olublar. DSX rəisi, general-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleks barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının Ermənistanla dövlət sərhədinin Qubadlı və Laçın rayonları ərazisindən keçən hissəsinin mühafizəsini təmin edən Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin ərazisi 25 hektardır. Kompleksin döyüş texnikası parkında helikopterlər, “Harop”, “Sky Striker” və “Skylark” (“Qırğı”) pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, 120 və 82 millimetrlik minaatanlar,
ADVENT CMS
AK T İ V Ş Ә B Ә K Ә Q AB İ L İY Y Ә T L İ YE N İ N Ә S İ L D ÖYÜŞ İ D AR Ә ET E MӘ SİSTEMİ
DSX rəisi generalpolkovnik Elçin Quliyev Prezident İlham Əliyev ilə Birinci vitse prezident Mehriban Əliyevanı Qubadlıdakı hərbi hissədə yaradılan şəraitlə tanış edir. Stol üzərində “AzeriDefence/Poliqon” jurnalı.
zenit qurğuları və digər müasir silah sistemləri mövcuddur. Bununla yanaşı, hərbi hissənin istifadəsində döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri var. Yeni hərbi hissə komplekslərində qərargah binası, zabit-gizir və əsgər yataqxanaları, şəxsi heyət üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, yeməkxana, yaşayış binaları, anbarlar və digər zəruri infrastruktur yaradılıb. Kompleksdə hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətlərinin yüksəldilməsi, şəxsi heyətin hərbi biliklərinin və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsi üçün zəruri xidməti və təlim-tədris bazası formalaşdırılıb. Tibb məntəqəsində hərbi qulluqçulara lazımi tibbi xidmətin göstərilməsi məqsədilə zəruri şərait var. Hərbi hissələrin poliqonunda təlim məşğələlərinin təşkili və keçirilməsi, hərbi qulluqçuların döyüşə hazırlığının və fərdi məharət-
12 www.poliqon.az
lərinin yüksəldilməsi, hərbi bölmələr arasında qarşılıqlı əlaqələrin işlənilməsi və birgə döyüş qabiliyyətlərinin artırılması üçün zəruri baza yaradılıb. Beləliklə, hərbi hissələrdə xidmətin yüksək səviyyədə aparılması, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, peşəkar vərdişlərinin daha da inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılıb. Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də Azərbaycan torpaqlarının işğaldan azad olunmasında, dövlət sərhədinin bərpası kimi çox mühüm və müqəddəs bir missiyanın uğurla həyata keçirilməsində böyük şücaət və qəhrəmanlıq göstərib. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr vurub və işğalçıları Azərbaycan torpaqlarından qovub. “Sky Striker” Dövlət Sərhəd Xidmətinin işğaldan azad edilən hərbi hissələrinin arsenalına qəbul edilmiş İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan “Sky Striker” kamikadze PUA-sı Azərbay-
can Ordusunun silahlanmasına 2019cu ildə, DSX-nin silahlanmasına isə 2018-ci ilin əvvəlində daxil olub. Elektrik mühərriklə təchiz olunmuş “Sky Striker” səssiz uçuşu ilə xarici analoqlarından fərqlənir. Bu imkanına görə, PUA aşağı hündürlükdə gizli əməliyyatların aparılmasını təmin edir. Operatorlar buraxılışdan sonra hücumu ləğv edə və ya digər hədəfləri seçə bilər. Sursat istifadə edilmədikdə paraşütdən və hava yastığından istifadə etməklə təhlükəsiz şəkildə endirilə bilmə imkanına sahibdir. PUA-nın çəkisi 35 kq, uçuş məsafəsi 40 km, havadaqalma müddəti iki saata qədər, sürəti 180 km saat, maksimum uçuş yüksəkliyi isə 2000 metr təşkil edir. 5 kiloqramdan 10 kiloqramadək partlayıcı yük daşıya bilən “Sky Striker”in ilk və yeganə istifadəçisi Azərbaycandır. “Sky Striker” ilk dəfə Tovuz döyüşlərində real döyüş şəraitində tədbiq edilib. “Harop” PUA Daha böyük uçuş uzaqlığına və döyüş başlığına sahib “Harop” zərbə PUA-larının isə ilk döyüş tətbiqi 4 aprel 2016-cı il tarixində Aprel
döyüşlərində olub. Həmin dövrdə DSX bölmələrinin “Harop” atışları ilə düşmənin hərbiçilərini daşıyan avtobus, komanda-idarəetmə məntəqəsi, Xocalı aeroportunun uçuş-eniş zolaqları, artilleriya divizionu, çox sayda canlı qüvvəsi vurularaq məhv edilib. 44 günlük Vətən müharibəsində də Azərbaycan Ordusu tərəfindən “Sky Striker” və “Harop” zərbə PUA-larından geniş istifadə edilib. Döyüşlər zamanı “Harop” PUA-larının tətbiqi ilə düşmənin TOR zenit-raket kompleksi (ZRK), o cümlədən S-300 ZRK-ləri, SKAD ballistik raket kompleksləri məhv edilib. Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Horadiz kəndi istiqamətində əks-hücum həmləsi etmək niyyətində olduqda isə “Harop” PUA-ları ilə iki saat ərzində düşmənin 14 tankı məhv edilib, vahiməyə düşən düşmən 12 tankını da qoyub qaçıb. 44 günlük döyüşlər zamanı “Harop” PUA 97 faiz vurma qabiliyyəti imkanlarını təsdiq edib. Bu isə kamikadze PUA tətbiqində ən yüksək göstərici hesab edilir. İsrailin IAI şirkəti tərəfindən “Harpy” aparatlarının təcrübəsi nəzərə alınaraq yaradılan “Harop” sələfindən yüksək ayırdetmə dəqiqliyinə malik gecə/gündüz və infraqırmızı kameraya, 360 dərəcə bucaq altında axtarış apara bilən radara, “Harop” zərbə PUA
habelə antiradar sisteminə malik olması ilə fərqlənir. PUA olaraq atışla havalanan “Harop” hədəfi aşkar etdikdən sonra avtomatik şəkildə hədəfə tuşlanan mərmiyə çevrilir. Hədəfin məhv edilməsi əmri ləğv olunduqdan sonra aparat patrul funksiyasını davam etdirə və bazasına qayıda bilir. Əslində uzaq mənzildə rəqibin hava hücumundan müdafiə vasitələri, hərəkətli və stasionar hədəfləri ilə mübarizə üçün nəzərdə
“SkyStriker” kamikadze PUA
tutulan “Harop”un sürəti 185 km/saat, havada qalma müddəti 6 saat, uçuş uzaqlığı 1000 km-dən çoxdur. Uzunluğu 2.5 metr, qanad açıqlığı 3 metr təşkil edən “Harop”un çəkisi 135 kq, partlayıcı yükü 13/23 kiloqram təşkil edir. “Skylark” PUA DSX-nin yeni hərbi hissəsinin silahlanmasında yer alan “Skylark” pilotsuz uçuş aparatına gəlincə, bu PUA kəşfiyyat-müşahidə təyinatlıdır. İsrailin “Elbit Systems” şirkətinin törəməsi “Silver Arrow” tərəfindən istehsal olunan “Skylark” PUA iki əsgər tərəfindən istənilən əraziyə rahatlıqla daşına bilir və havaya əllə buraxılır. 10 kvadrat kilometr ərazidə müşahidə aparmaq imkanına malik PUA elektron avadanlıqların köməyi ilə insanları bir neçə yüz metr hündürlükdən təsbit edərək görüntüləri operatorun monitoruna ötürə bilir. “Skylark” PUA bazaya qayıtdıqdan sonra hava yastığının köməkliyi ilə yerə endirilir. Kütləsi 8,5 kq təşkil edən PUA-nın havada qalma müddəti 2,5 saat, maksimal uçuş hühdürlüyü 3000 metrdir. Maksimal sürəti 90 km/saat olan “Skylark”ın qanad ucları arasındakı məsafə 3,09 metr, uzunluğu 1,54 metr, taktiki radiusu 40 km təşkil edir.
13
“İldırım RP10” məsafədən partlatma sistemi Cəbrayılda hərbi hissənin açılışı zamanı nümayiş etdirilən məhsullar arasında Azərbaycanın müdafiə sənayesi şirkətinin istehsalı olan “İldırım RP-10” məsafədən partlatma sistemi yer alıb. Yerli mütəxəssislər tərəfindən milli imkanlar hesabına hazırlanan “İldırım RP-10” sistemi minaların təmizlənməsi, minalı sahələrdən cığırların açılması, xüsusi təyinatlıların kəşfiyyat-diversiya əməliyyatlarında istifadə üçün nəzərdə tutulur. Cihazdan istifadə etməklə eyni vaxtda ərazidəki aşkarlanmış bütün minaları partladıb zərərsizləşdirmək mümkündür. Maksimal distansiya, mürəkkəb relyef (dağ-meşə, qayalıq ərazilərdə), gecə vaxtı və çətin radioelektron mübarizə mühitində “İldırım RP-10” cihazı qarşıya qoyulmuş tələblərə tam cavab verə bilir. “İldırım RP-10” məsafədən partlatma sistemindən texniki parametrlərinə görə, potensial döyüş şəraitində istismarı (idarə edilməsi) zamanı yüksək nəticələr əldə edilib. “İldırım RP-10” məsafədən partlatma sistemi açıq ərazidə 7000 metr, dağlıq ərazidə isə 3000 metr uzaqlıqdan minaların idarəsini və partladılmasını təmin edir. Prezident İlham Əliyev DSXnin Cəbrayıldakı hərbi hissəsində “İldırım RP10” məsafədən partlatma sistemi ilə tanış olarkən
14 www.poliqon.az
Azərbaycan Prezidenti DSXnin Zəngilandakı hərbi hissəsində “Otokar” şirkətinin istehsalı olan “Cobra” zirehli maşınlarına baxış keçirib
Zəngilandakı hərbi hissəyə “Cobra”lar verilib Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissəsində olarkən nümayiş etdirilən görüntülərdə hərbi hissəsinin arsenalına Türkiyənin “Otokar” şirkətinin istehsalı olan “Cobra” tipli taktik təkərli zirehli nəqliyyat vasitələrinin daxil edildiyi görüntülənib. Türk mühəndisləri tərəfindən milli imkanlar hesabına dizayn və
istehsal olunan “Cobra” bu gün öz sinifində dünyanın ən çox tanınan və seçilən zirehli transportyorlarından biridir. 4×4 təkər formuluna malik “Cobra” zirehli trasportyorları yüksək manevrlilik qabiliyyətinə malikdi və öz imkanlarına görə, analoqlarını üstələyir. “Cobra”lar desantların çıxarılması ilə yanaşı onlara atəş dəstəyini həyata keçirmək imkanı verir, həmçinin maneələrin dəf edilməsi, düşmənin məhvi əməliyyatlarında özünü doğruldub. BMT-nin mandatı altındakı qüvvələrdə də xidmət göstərən “Cobra”lar hazırda 20-ə yaxın ölkənin silahlanmasında yer alır. “Cobra” zirehli personal daşıyıcılar postsovet ölkələrindən Azərbaycanla yanaşı Qazaxıstan və Gürcüstan silahlı qüvvələri tərəfindən istifadə olunur. Azərbaycan Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarının arsenalına 2011-ci ildən “Cobra”lar daxil olmağa başlayıb. “Cobra” zirehli trasportyorları 44 günlik Vətən müharibəsində döyüş əməliyyat-larında, müxtəlif ərazi şərtlərində istifadə olunmaqla praktiki sınaqdan keçib və özünün etibarlığını real döyüşlərdə sübuta yetirib. Vətən müharibəsində “Cobra”lar heyəti mina partlayışlarından, qəlpələrdən qoruyaraq yüksək performans nümayiş etdirib. PQ
GƏLƏCƏK NƏSİL TƏLİM
Hava qüvvələri, tələbə pilotları cəbhə əməliyyatlarına hazırlayan bir təlim platforması tələb edir. Aermacchi M-346, qənaətcil, qabaqcıl, inkişaf etmiş reaktiv təlim təyyarəsidir; dünyanın ən tələbkar hava qüvvələrində uğurla xidmət edir. Leonardo, hərbi təlim təyyarələrinin dizaynı, istehsalı və texniki dəstəyi sahəsində dünya lideridir - 60 ildən çoxdur ki, Leonardonun 2000 təyyarəsi bütün qitələrdə, 40-dan çox ölkədə 20000-dən çox hərbi və mülki pilot hazırlamışdır. ®5Ø'ƫ/ù*ù0' .ƫ%40%. ` * *ƫ 4 È( . Čƫ) . -ƫ2ùƫ5 . ( | * *ƫ%($ )( * . -Čƫ
!+* . +ƫ/ $ *ƫ0!4*+(+#%5 / * ƫ$ 6 .( 5 .ċ
leonardocompany.com Helicopters | Aeronautics | Electronics, Defence & Security Systems | Space
Scan code to learn more
REGİONAL FOKUS: BMP1 PDMlərin təkmilləşdirilməsi layihələri ? Əhəd Əzizov
İstənilən bir silah və döyüş texnikası nümunəsi uzunmüddətli xidməti ərzində texniki resurslarını başa vurur və köhnəlməyə məruz qalır. Bu səbəbdən də onların ya yeniləri ilə əvəz edilməsi, ya da müasir tələblərə cavab verən səviyyədə təkmilləşdirilməsi həyata keçirilir. Belə ki, zaman keçdikcə bu nümunələrin taktiki və texniki xüsusiyyətləri müasir döyüşün tələblərinə cavab vermir və təkmil ləşdirilərək daha da yaxşılaşdırmanı tələb edir. Ümumilikdə silah və döyüş texnikası nümunələrinin təkmilləşdirilməsi dedikdə, onun yeni tələb və normalara, texniki şərtlərə, keyfiyyət göstəricilərinə uyğunlaşdırılması başa düşülür. Təkmilləşdirmənin məqsədi müasir dəstləşdirici elementlərdən və element bazasından istifadə etməklə nümunənin taktiki, texniki və istismar xüsusiyyətlərini yaxşılaşdırmaqdır. Hazırda dünyanın bir çox ölkəsinin ordularında keçmiş SSRİ Silahlı Qüvvələrinin silahlanmasına 1966-cı ildə qəbul edilmiş və 1966-1983-cü illərdə istehsal olunmuş BMP-1 piyadanın döyüş maşınları (PDM) müxtəlif konfiqurasiyalarda istismar edilməkdə davam edir. BMP-1 PDM-i motoatıcı bölmələrin döyüş meydanına daşınması, döyüş zamanı bölmələrin atəş dəstəyi vəzifələrinin yerinə yetirilməsi, düşmənin canlı qüvvəsi və zirehli hədəfləri ilə mübarizə aparmaq üçün təyin edilib. İndiki dövrdə BMP-1 PDM dünyanın 40-a yaxın ölkəsinin ordularında silahlanmada qalmaqda davam edir, 10-a yaxın ölkədə isə artıq silahlanmadan çı-
Rumıniyada MLI84M PDMlər hərbi paradda keçid edərkən
xarılıb. İndiyədək döyüş maşınının keçmiş SSRİ, müasir Rusiya və digər ölkələrdə 34 növ modifikasiyası istehsal olunub, eləcə də onun bazasında 27 növ hərbi təyinatlı və 9 növ mülki təyinatlı müxtəlif maşınlar yaradılıb. Quruluşunun sadə, istifadəsinin və texniki qulluğunun rahat olması səbəbindən PDM-in təkmilləşdirilməsi hazırda da davam etdirilməkdədir. BMP-1 döyüş maşınının silahlanmasına 73 mm-lik hamar lüləli 2A28 “Qrom” topu və onunla qoşalaşdırılmış 7,62 mm-lik PKT pulemyotu, həmçinin 9M14M “Malyutka” tank əleyhinə idarə olunan raket (TƏİR) buraxma qurğusu (BQ) və desant bölməsində bərkidilə və nəql edilə bilən 9K32 “Strela-2” daşınan
zenit raket kompleksi (DZRK) daxildir. 1960-cı illərin əvvəllərində ordu yeni bir hərbi texnikanın necə istifadə ediləcəyi haqqında dəqiq bir təsəvvürə malik deyildi. Onların təchiz olunduğu hamar lüləli toplar kumulyativ qumbaralarla atmaq imkanına malikdir və 9M14M “Malyutka” TƏİR BQ isə topa üstdən bərkidilib. Standart silahlanma həmişə BMP-1 maşınının “yaralı yeri” hesab edilib. Buna görə də, 2A28 “Qrom” topunu texniki baxımdan tam hüquqlu tank əleyhinə silah adlandırmaq bir qədər çətindir. Əslində, bu top, düşmən zirehli maşınlarını yalnız 800-900 metrlik yaxın məsafədə məhv etmək üçün əlverişli olan 73 mm-lik SPQ-9 markalı
tank əleyhinə dəzgahlı qumbaraatanın qısaldılmış versiyasıdır. Düşmən hədəfini məhv etmək üçün isə, hələ düşmənə yaxınlaşmaq lazımdır. Müqayisə üçün qeyd etmək lazımdır ki, 1960-cı illərdə NATO ordularının silahlanmasında yer alan ABŞ istehsalı M60 tankının topundan 2,5 km-dək məsafədən atılan çapaltı mərmi, BMP-1 PDM-in 16 mm qalınlığındakı zirehini perqament kimi dəlmək imkanına malikdir. Yaxın təmas döyüşündə heyətin nişan almaq üçün çox vaxtı olmadığından, dəqiqədə 6 atəşə qədər olan aşağı atəş tempi, əllə yerinə yetirilən yenidən doldurma prosesi və silah sisteminin sabitləşməsi üçün stabilizatorun olmaması 2A28 “Qrom” topunu piyadalarla mübarizədə də təsirsiz hala gətirir. 15Olik kiçik qalxma bucağı isə yüksəkliklərə işləmək tələbi olan şəhər binaları arasında və dağlıq ərazilərdə onu yararsız edirdi. Bütün sadalanan halları nəzərə alaraq, müxtəlif ölkələrdə yerinə yetirilən təkmilləşdimə layihələri ilk növbədə silah sistemlərinə təsir göstərib. BMP-1 PDM-dən ştat silahlanmalı qüllə çıxarılıb və onun yerinə avtomatik top, TƏİR kompleksi və digər silahlarla təchiz edilmiş yeni döyüş modulları quraşdırılıb. Əlavə elektronika və elektrik ötürücülər birləşdirilib. Bəzi hallarda gövdəyə, mühərrikə və transmissiyaya da dəyişikliklər edilib. Yaşının çox olmasına baxmayaraq, bu maşının şassisi mütəxəssislər tərəfindən hələ də uğurlu və etibarlı kimi tanınır. Rusiya Federasiyasının “Muromteplovoz” Açıq Səhmdar Cəmiyyəti (ASC) BMP-1 döyüş maşınının BMP-1M səviyyəsinə qədər təkmilləşdirilməsini yerinə yetirib. Təkmilləşdirmə zamanı standart döyüş qülləsi yeni MB2-03 və MB2-05 döyüş modulları ilə əvəz edilib. PDM-də MB tipli döyüş modullarının quraşdırılması BMP-2 PDM döyüş bölməsinə bənzər xüsusiyyətlər əldə etməklə yanaşı, növbəti üstünlükləri də təmin edir: MB tipli döyüş bölmələrinin daha kiçik qabarit ölçüləri səbəbindən BMP-1 döyüş maşının faydalı həcmi artır; silah blokunun kənarda quraşdırılması səbəbindən daxili həcm qazla çirklənmir; təkmilləşdirilmiş nişangah kompleksi quraşdırılır; avtomatik rejimdə atəş bucaqları 180° artır: üfüqi müstəvidə 330°-dən 360°-yə qədər; şaquli müstəvidə 35°-dən 70°-yə qədər; yan əyilmədə –4° ilə –5° arasında.
Rusiyada təkmilləşdirilmiş BMP1AM “Basurmanin” PDM
Təkmilləşdirmədən sonra döyüş maşının kütləsi 13,6 ton təşkil edir. Döyüş maşınına MB2-03 döyüş modulu quraşdırıldıqda PDM əsas silah olaraq 30 mm-lik 2A72 avtomatik topu və onunla qoşalaşdırılmış 7,62 mm-lik PKTM pulemyotu, 30 mm-lik AQ-17 avtomatik qumbaraatanı və maskalanma üçün 81 mm-lik 902V “Tuça” tüstü qumbaraatanı ilə silahlandırılır. MB2-05 döyüş modulunda isə 30 mm-lik 2A72 avtomatik topu və onunla qoşalaşdırılmış 7,62 mm-lik PKTM pulemyotu, 2 ədəd “Konkurs” TƏİR BQ və maskalanma üçün 902V tüstü qumbaraatanı nəzərdə tutulub. Hər iki döyüş modulunda silahları sabitləşdirməkdən ötrü iki müstəvili elektro-mexaniki stabilizator və gecə-gündüz rejimlərində işləyən TKN-4QA nişangahı quraşdırılıb. Rusiya Federasiyasının “Uralvaqonzavod” Elmi-İstehsalat Korporasiyası” BMP-1 döyüş maşının təkmilləşdirərək onu BMP-1AM “Basurmanin” səviyyəsinədək yüksəldib. Təkmilləşdirmə zamanı maşının standart döyüş qülləsi BTR-82A zirehli transportyorunun döyüş modulu ilə dəyişdirilib. Nəticədə döyüş maşını 30 mm-lik 2A72 avtomatik topu, topla qoşalaşdırılmış 7,62 mmlik PKTM pulemyotu, gecə-gündüz rejimlərində işləyən TKN-4QA-01 zenit nişangahı ilə kombinələşdirilmiş atəşi idarəetmə sistemi, silahların sabitləşdirilməsi üçün iki müstəvili stabilizator və çıxarılma variantlı 9K115 “Metis” TƏİR kompleksi ilə təchiz olunub. Köhnə 300 at gücünə malik UTD-20 mühərriki BMP-2 PDM üçün nəzərdə tutulmuş eyni gücə sahib UTD-20S1 mühərriki ilə əvəz edilib. Keçidlik qabiliyyətini artırmaqdan ötrü ştat torsion valları yüksək yüklənmə qabiliyyətli torsion valları ilə
dəyişdirilib. Maşının R-123M radiostansiyası R-168-25U-2 radiostansiyası ilə əvəz edilib və AVSK-2U daxili rabitə və kommutasiya aparatı quraşdırılıb. Subasma qanadlarının quraşdırılması sayəsində üzmə və suda hərəkət qabiliyyəti artırılıb. Təkmilləşdirmə nəticəsində PDM-in resursu bərpa edilib. Maskalanmanın təmin edilməsi üçün 81 mm-lik 902V “Tuça” tüstü qumbaraatanı quraşdırlıb. Təkmilləşdirmədən sonra döyüş maşının kütləsi 13 tondan 14,3 tona qalxıb. Təkmilləşdirilmiş döyüş maşını alçaqdan uçan hava hədəfləri ilə mübarizə aparmaq imkanına malikdir. Rusiyanın daha bir müəssisəsi, “Vısokotoçnıye kompleksı” Elmi-İstehsalat Birliyi BMP-1 PDM-in BMP-1M səviyyəsinədək təkmilləşdirməsi layihələrini hazırlayıb. Layihələrə əsasən BMP-1 PDM üzərində standart döyüş qülləsinin əvəzinə həm “Bereq”, həm də “Berejok” döyüş modullarının, 300 at gücünə malik UTD-20 dizel mühərrikinin əvəzinə “Barnaultransmaş” şirkətinin istehsalı 360 at güclü UTD-23 mühərrikinin, zirehli və qəfəsli ekranların quraşdırılması imkanı nəzərdə tutulub. Eləcə də şassinin yüksəldilmiş yükqaldırmalı dayaq vərdənələrinin, böyük həcmli hidravlik amortizatorların, yüksək xüsusiyyətli torsionların, yüksəldilmiş möhkəmlikli rezin-metal şarnirli tırtılların quraşdırılması ilə təkmilləşdirilməsi mümkündür. Üzərində “Bereq” döyüş modulu yerləşdirilmiş BMP-1M döyüş maşınının silahlanmasına 30 mm-lik 2A42 avtomatik topu, onunla qoşalaşdırılmış 7,62 mm-lik PKTM pulemyotu və qüllənin sağ yan tərəfində yerləşdirilmiş 2 ədəd 9K135 “Kornet-EM” TƏİR BQ daxildir. Bundan başqa, maşın, tuşlayıcının gecə
17
və gündüz atəş aparmasını təmin edən TPVP tipli nişangahı, müasir tuşlayıcı pultu və videomonitoru, komandirin tuşlayıcı funksiyalarına üstünlük vermə imkanı ilə gecə/gündüz rejimli ballistik hesablayıcılı avtomatik atəşi idarəetmə sistemi, külək sensoru, TV və İQ rejimlərdə işləyən hədəfi müşayiətetmə avtomatı və iki müstəvili silah stabilizatoru ilə təchiz edilib. Nəticədə döyüş maşınının kütləsi 13 tondan 14 tona yüksəlib. Atəş aparmaq üçün hesabatlar və məlumatlara düzəlişlər ballistik hesablayıcı tərəfindən avtomatik yerinə yetirilir. Təkmilləşdirmədən sonra döyüş maşını alçaqdan uçan hava hədəfləri ilə mübarizə aparmaq imkanı əldə edib. “Berejok” layihəsində BMP-1 PDMin üzərinə BMP-2 PDM-in təkmilləşdirilmiş döyüş qülləsi yerləşdirilib. Bu zaman maşın 30 mm-lik 2A42 avtomatik topu və onunla qoşalaşdırılmış 7,62 mm-lik PKTM pulemyotu, 30 mm-lik AQ-30M avtomatik qumbaraatanı və qüllənin yan tərəflərində yerləşdirilmiş 4 ədəd 9K135 “Kornet-EM” TƏİR BQ ilə silahlandırılıb. Bu layihədə, döyüş maşını tuşlayıcının gecə və gündüz atəş aparmanı təmin edən TPVP tipli nişangahı, komandirin gecə/gündüz funksiyalı nişangahı, gecə/gündüz rejimli avtomatik atəşi idarəetmə sistemi, ballistik hesablayıcı, TV və İQ rejimlərdə işləyən hədəfi müşayiətetmə avtomatı və iki müstəvili silah stabilizatoru ilə təchiz edilib. Bunun nəticəsində döyüş maşınının kütləsi 13 tondan 15,6 tona qədər artıb. Atəş aparmaq üçün hesabatlar və məlumatlara düzəlişlər ballis-
tik hesablayıcı sayəsində avtomatik yerinə yetirilir. Təkmilləşdirmədən sonra döyüş maşını alçaqdan uçan hava hədəfləri ilə mübarizə apara bilir. Polşa Respublikasında hələ Sovet dövründə lisenziya əsasında istehsal edilən və BWP-1 adlandırılan PDM-in təkmilləşdirilməsi həyata keçirilib. Təkmilləşdirmə işləri yerli WZM şirkəti tərəfindən yerinə yetirilib. Təkmilləşdirilmiş döyüş maşını xarici olaraq orijinala çox az bənzəyir. Köhnədən qalan yalnız gediş hissəsinin tırtıl lentləri və vərdənələridir. Sonrakı model BMP-2 PDM-dən keçən yan ekran-sallar da qalmaqdadır. Eyni zamanda, gövdə əhəmiyyətli dəyişikliklərə məruz qalıb, hündürləşdirilib, buna görə də zirehin arxasındakı insanlar üçün daha əlverişli şərait yaranıb. Maşının daxilində yeni rabitə vasitələri, kondisioner və yanğınsöndürmə sistemi, həmçinin dairəvi görünüş sistemi nəzərdə tutulub. Döyüş maşını, TƏİR tuşlanmasından maskalayan SSP-1 “Obra 3” lazer xəbərdarlıq sistemi ilə təchiz olunub. Yanacaq çənlərin yeri dəyişdirilib və qüllənin bünövrəsi çıxarılıb. Standart döyüş qülləsi “John Cockerill 1030” döyüş modulu ilə əvəz olunub. Atəş gücü, insansız döyüş modulundakı 30 mm-lik və ya 40 mm-lik “Bushmaster Mk 44” avtomatik topu ilə gücləndirilib, eləcə də 7,62 mm-lik pulemyot da topla qoşalaşdırılıb. Zirehli hədəfləri və digər obyektləri məhv etmək üçün sağ tərəfdə qoşalaşdırılmış
“Spike-LR” TƏİR BQ quraşdırılıb. Döyüş maşınının 300 at gücünə malik UTD-20 mühərriki Almaniya istehsalı 326 at gücünə malik yeni MTU 6R 106 TD21 mühərriki ilə əvəz edilib. Ballistik müdafiə NATO STANAG 4569 standartının 3-cü səviyyəsinə qədər yüksəldilib və nəticədə 60 metr məsafədə 155 mmlik mərminin partlamasına qarşı davamlı olub. Təkmilləşdirmədən sonra döyüş maşını alçaqdan uçan hava hədəfləri ilə mübarizə aparmaq imkanına sahiblənib. BWP-1 (BMP-1) PDM-in BWP-40 adlandırılan digər təkmilləşdirilməsini Polşanın “Huta Stalowa Wola” və İsveçin “Bofors” şirkətləri birlikdə yerinə yetirib. Təkmilləşdirmə zamanı döyüş maşınının standart döyüş qülləsi İsveçin CV-90 (Stridsfordon 90) PDM-nin 40 mm-lik L/70B avtomatik toplu döyüş qülləsi ilə əvəz edilib. Qüllədə 7,62 mmlik pulemyot topla qoşalaşdırılıb. Bundan başqa, qüllənin gövdə hissəsində işıqlandırıcı raketləri buraxmaq üçün iki lüləli “Liran” sistemi quraşdırılıb. BWP-1 PDM-də daha böyük və daha ağır qülləni quraşdırmaqdan ötrü maşının konstruksiyasında növbəti dəyişikliklər edilib: desant bölməsinin damındakı iki ön lyuk ləğv edilib, maşın komandirinin lyuk qapağı qaynaqlanıb
Rusiya “Berejok” layihəsi çərçivəsində BMP1 PDMi təkmilləşdirərək BMP1M səviyyəsinədək yüksəldilib və BMP1M “Berejok” adı alıb
və desant bölməsi yenidən qurulub. Təkmilləşdirmədən sonra PDM-in desant bölməsinin tutumu tam təchiz edilmiş 8 nəfər atıcı-desantdan 6 nəfərə (bəzi mənbələrə görə – 4 nəfərə) enib. Yeni qüllənin yerləşdirilməsi ilə maşının hündürlüyü 2,07 m-dən 2,57 m-ə qədər, kütləsi isə 13 tondan 15,4 tona qədər artıb. Döyüş maşınının mühərriki və hərəkətli hissəsi olduğu kimi qalıb. Maksimal hərəkət sürəti saatda 60 kmdir. Təkmilləşdirmədən sonra BWP-40 PDM alçaqdan uçan hava hədəfləri ilə mübarizə aparır. Çex Respublikasının “Excalıbur Army” şirkəti 1970-1989-cu illər ərzində BMP-1 PDM-in lisenziyası əsasında keçmiş Çexoslovakiyada istehsal edilən BVP-1 döyüş maşınını təkmilləşdirib. Təkmilləşdirmə nəticəsində yaradılan yeni maşın MGC-1 adlandırıb. Təkmilləşdirmə zamanı standart qüllə 14,5 mm çaplı əsas və ona qoşalaşdırılmış 7,62 mm pulemyotlu MGC-14,5 döyüş modulu ilə əvəz edilib. Qüllənin yan və arxa hissələri ERA və ya NXRA tipli dinamik müdafiə ilə təchiz olunub. PDM-in arxa hissəsinə quraşdırılmış SLAT aktiv ballistik mühafizə sistemi RPQ qumbaralarından və yüngül TƏİR-dən qorunmanı təmin edir. Nüfuz edən mərmi qəlpələrindən müdafiəni təmin etmək məqsədi ilə döyüş maşınında STANAG 4569 standartının 4-cü səviyyəsinə uyğun əlavə passiv blok quraşdırılıb. Alt hissənin mina partlayışına davamlığı artırılıb, STANAG 4569 standartının 2-ci səviyyəsinə uyğun müdafiənin təmin etmək məqsədi ilə asma oturacaqlar quraşdırılıb. Maşının bütün gövdəsi RPQ qumbaralarına qarşı müdafiə məqsədi ilə qəfəsli şəbəkə ekranla örtülüb. Sonradan işlər Slovakiyanın “VOP Trenčín” və “EVPÚ” şirkətləri ilə birlikdə davam etdirilib və döyüş maşınına yeni TURRA 30 döyüş modulu quraşdırılaraq BVP-M2 SKCZ variantı yaradılıb. TURRA 30 modulu, 30 mm çaplı 2A42 avtomatik topu, onunla qoşalaşdırılmış 7,62 mm-lik pulemyot və İsrailin bir cüt “Spıke LR” və ya Rusiyanın “Konkurs” TƏİR BQ ilə təchiz edilib. Bundan əlavə, döyüş modulu 8 ədəd tüstü qumbaraatanı ilə təchiz olunub. Maşının desant bölməsi böyüdülüb və idarəetmə bölməsi dəyişdirilib. Baza olaraq, STANAG 4569 standartının 1-ci səviyyəsinə uyğun gövdənin dib hissəsi və 2A səviyyəsinə uyğun tırtılın altında minadan müdafiə, 2-ci səviyyəsinə
uyğun isə mərmilərdən müdafiə səviyyəsinə malikdir. 300 at gücünə malik ştat UTD-20 mühərrikinin əvəzinə 408 at gücündə yeni “Caterpillar” C9.3 turbo mühərriki quraşdırılıb. Maşının hərəkət sürəti saatda 70 km, yanacaq üzrə gediş ehtiyatı 500 km-dir. Əlavə olaraq, mərmilərdən qorunma səviyyəsini 4-cü səviyyəyə qədər artırmaq, kondisioner, qoruyucu qəfəsli şəbəkə ekranları, yeni radiostansiya, naviqasiya sistemi və digər əlavə avadanlıqlar quraşdırmaq mümkündür. Qabarit ölçülərinin artması və çoxsaylı konstruktiv dəyişikliklər PDM-in döyüş kütləsinin 18 tona qədər artmasına səbəb olub. Təkmilləşdirmədən sonra döyüş maşını alçaqdan uçan hava hədəfləri ilə mübarizə aparmaq kimi imkana sahiblənib. Ukrayna müdafiə sənayesi müəssisələri BMP-1 PDM-i BMP-1U “Şkval” səviyyəsinə qədər təkmilləşdiriblər. Standart BMP-1 qülləsinin yerinə “Şkval” döyüş modulu quraşdırılıb. Quraşdırılmış yeni avadanlıq, köhnə döyüş bölməsindən daha böyük həcm
Slovakiya və Belarus şirkətləri tərəfindən birgə təkmilləşdirilən BVP1 döyüş maşını
tutduğu üçün desant sayı 6 nəfərə endirilib. Həmçinin, döyüş maşınının konstruksiyasında BMP-2 PDM-dən götürülmə yeni subasma qanad-salları, tırtıllar və aparıcı təkərlər quraşdırılıb. Silah kompleksinin sabitləşdirilməsindən ötrü döyüş modulunda SVU-500 silah stabilizatoru ilə tətbiq edilib. Döyüş modulunda 30 mm-lik ZTM-1 (2A42) və ZTM-2 (2A72) avtomatik topunun quraşdırılması mümkündür. Bundan başqa KT-7,62 (PKTM) və KT12,7 (NSV “Utyos”) pulemyotları da quraşdırılır. Tanklarla və digər zirehli texnikalarla mübarizə aparmaq üçün “Baryer” və ya 9M113 “Konkurs” TƏİR BQ nəzərədə tutulub. Hava hədəflərinə qarşı “İqla” DZRK döyüş maşının silahlanmasına daxil edilib. Maşında köməkiçi silah olaraq 30 mm-lik AQ-17
Polşada təkmilləşdirilmiş BWP1 PDM
19
avtomatik qumbaraatanı yerləşdirilib. Döyüş modulunun sağ və sol hissələrində 81 mm-lik 902V “Tuça” tüstü qumbaraatanı quraşdırılıb. Döyüş maşının Ukrayna Ordusu üçün nəzərdə tutulmuş növbəti təkmilləşdirilmələri BMP-1UM, BMP-1UMD “Mislivets” və BMP-1TS, ixrac üçün nəzərdə tutulmuş BMP-1M (BMP-MTS) variantlarıdır. BMP-1UM döyüş maşının zirehi gücləndirilib, üzərində yeni rəqəmsal SVU-500-3Ts stabilizatorlu və “Kvant-radiolokasiya” Radiolokasiya Sistemləri Elmi-Tədqiqat İnstitutunun hazırladığı yeni “Tandem-2” nişangah kompleksli KBA-105TB “Şkval-A” döyüş modulu quraşdırılıb. Döyüş maşınında ZTD-2 dizel mühərriki yerləşdirilib. Bunlardan başqa, maşında yeni yanacaq çənləri, SN-3003 peyk naviqasiya cihazı, komandirin təkmilləşdirilmiş TKN-3B nişangahı, təkmilləşdirilmiş mina mühafizəli yeni oturacaqlar nəzərdə tutulub. Desant bölməsinin hündürlüyü 15 sm artırılıb və qapıları rampa ilə əvəz edilib. Tüstü borusunun yeri dəyişdirilib. BMP-1UMD “Mislivets” PDM-i sadalananlardan əlavə, ZTD-2 mühərriki əvəzinə Almaniyanın “Deutz” şirkətinin 330 at gücünə sahib “Deutz TCD2013 L64V” dizel mühərriki və yeni rəqəmsal atəşi idarəetmə sistemi ilə təchiz edilib. BMP-1TS PDM-i isə “Teximpeks” şirkəti tərəfindən gücləndirilmiş zirehlə, “Sintez” atəşi idarəetmə sistemli “Şkval” döyüş modulunun versiyası olan “Spis” döyüş modulu və “Motorola DM-4601” radiostansiyası ilə təchiz edilib. BMP1M PDM-in ixrac variantı olaraq, “Tandem-2” müşahidə sistemi və köhnə Ukrayna Ordusu üçün təkmilləşdirilmiş BMP1UM PDM
20 www.poliqon.az
“Konkurs” TƏİR kompleksi əvəzinə “Luç” Kiyev Dövlət Konstruktor Bürosu tərəfindən hazırlanmış “Baryer” TƏİR kompleksi ilə təchiz edilib. Təkmilləşdirmədən sonra döyüş maşınının bütün variantları alçaqdan uçan hava hədəfləri ilə mübarizə apara bilir. Keçmiş Çexoslovakiyada Sovet BMP-1 PDM-inin lisenziyası əsasında istehsal edilən BVP-1 döyüş maşınının daha bir təkmilləşdirilməsi Slovakiyanın “Metapol”, “ZTS Dubnica” və Belarusun “140-cı təmir zavodu”nun birgə səyləri nəticəsində həyata keçirilib. Yeni variant döyüş maşınına “Cobra-S” adı verilib. Təkmilləşdirmə zamanı maşının standart döyüş qülləsi yeni “Cobra” döyüş modulu ilə əvəz edilib. Atəş gücünü artırmaqla yanaşı, düşmən tərəfindən RPQ və yüngül TƏİR-lərin istifadəsi şəraitində sağqalma nisbətini artıran quraşdırılmış dinamik qorunmanın yerləşdirilməsi də təmin edilib. Döyüş modulu 30 mm-lik 2A42 avtomatik topu, onunla qoşalaşdırılmış 7,62 mm-lik PKT pulemyotu, “Konkurs-M” TƏİR BQ və təkmilləşdirilmiş atəşi idarəetmə sistemi ilə təchiz edilib. Silah, aşağı profilli təkyerli qüllənin xaricinə çıxarılıb və iki müstəvidə sabitləşdirilib. Qüllənin yan tərəflərinə 81 mm-lik 902V “Tuça” tüstü qumbaraatanı quraşdırılıb. “Cobra” döyüş modulu, BMP-1 (BVP-1) PDM-in köhnə döyüş qülləsi ilə eyni ümumi qabarit ölçülərinə malik olduğu üçün gövdəyə konstruktiv dəyişikliklər edilməyib. Stabilizator joystik tipli dəstəklə idarə olunur və bütün lazımi məlumatlar xüsusi displeydə əks etdirilir. Nişan almaqdan ötrü operator üçün passiv-aktiv gecə kanallı müasir kombinələşdirilmiş periskopik nişangah nəzərdə tutulub.
Döyüş maşını məlumatların ələ keçirilməsini istisna edən müasir radio avadanlığı, kütləvi qırğın silahlarından müdafiə sistemi, yüksək sürətli yanğınsöndürmə sistemi, habelə Almaniyanın DATO-V kondisioner sistemi ilə təchiz edilib. “Cobra-S” PDM-in daha bir modifikasiyası isə üzməyən BMP-1D PDM şassisindən baza kimi istifadə olunaraq yaradılıb. Gövdənin yan tərəflərində əlavə yerləşdirilən zirehli lövhələrdən və şassinin gediş hissəsini örtən polad ekranlardan ibarət gücləndirilmiş müdafiə tətbiq edilib. Bundan başqa, maşının üzərində asma dinamik müdafiə blokları quraşdırılıb. Təkmilləşdirmədən sonra döyüş maşınının hər iki variantı alçaqdan uçan hava hədəfləri ilə mübarizə apara bilir. Rumıniyada da 1985-2000-ci illərdə BMP-1 PDM-in lisenziyası əsasında istehsal edilmiş MLI-84 döyüş maşınının MLI-84M “Jderul” səviyyəsinədək təkmilləşdirilməsi həyata keçirilib. MLI84M proqramı üçün sistem inteqratoru Rumıniyanın “SC MFA SA Mizil” şirkətidir. Təkmilləşdirmə zamanı döyüş maşınının yalnız gövdəsi dəyişilməz qalıb. Maşının üzərinə standart döyüş qülləsinin əvəzinə İsrailin "Rafael" şirkətinin yeni OWS-25R döyüş modulu yerləşdirilib. Döyüş modulunun tərkibinə 25 mm-lik “Oerlikon” avtomatik topu, 7,62 mm-lik qoşalaşdırılmış pulemyot və iki tank əleyhinə “Spike LR” TƏİR BQ daxildir. Maşında 355 at güclü 8V-1240-DT-S dizel mühərriki əvəzinə 396 at gücünə malik “Caterpillar C9” mühərriki və yeni transmissiya quraşdırılıb. Bütün silahlar insanlı bölmənin xaricində yerləşdirilib və məsafədən idarə olunur. Modula, gecə və gündüz görmə üçün (ehtimal ki, quraşdırılmış lazer məsafəölçənli) kombinələşdirilmiş yeni nişangah-müşahidə cihazına malik olan bir nəfər atıcı-operator xidmət göstərir. Desant üçün yeni oturacaqlar nəzərdə tutulub. PDM-in digər xarici fərqləri, gövdənin yan tərəflərində 6 (hər tərəfdə 3 ədəd) tüstü qumbaraatanının quraşdırılması və aparıcı təkər rayonunda yan ekranların dəyişdirilmiş quruluşudur. Təkmilləşdirmə nəticəsində maşında yeni yanğınsöndürmə avadanlığı və “Harris” şirkətinin kommunikasiya vasitələri quraşdırılıb. Döyüş maşınının kütləsi 17 tondur, maksimal hərəkər sürəti saatda 65 km-dir. Təkmilləşdirmə döyüş maşı-
nına alçaqdan uçan hava hədəfləri ilə mübarizə aparmaq imkanı verib. Yunanıstan Quru Qoşunlarının silahlanmasındakı BMP-1P PDM-ləri üzərinə 23 mm-lik ZU-23-2 zenit qurğusu quraşdırılmaqla təkmilləşdirilib. Zenit qurğusu döyüş qülləsinin yerində yerləşdirilib. Qənaətcil təkmilləşdirmə Yunanıstan Müdafiə Nazirliyinin “308-ci təmir zavodu” tərəfindən yerinə yetirilib. Almaniyanın yenidən birləşməsindən sonra Yunanıstan keçmiş Almaniya Demokratik Respublikası (ADR) Ordusundan 500 ədədə yaxın ZU-23-2 və 501 ədəd köhnəlmiş BMP-1A1 Ost (BMP-1P lisenziyası əsasında ADR-də istehsal edilib) PDM alıb. Yerli mütəxəssislər onları birləşdirərək yüngül zirehli yerüstü və alçaqdan uçan hava hədəfləri ilə mübarizə apara bilən universal BMP1 GR döyüş maşını əldə ediblər. Bundan başqa, BMP-1A1 GR PDM 7,62 mm-lik PKT pulemyotunun əvəzinə ABŞ-ın 12,7 mm-lik M2 “Browning” pulemyotu ilə təchiz olunub. Çində də BMP-1 PDM-in təkmilləşdirilməsi yerinə yetirilib. Çin ənənəvi olaraq lisenziya barədə narahat olmayıb və 1990-cı illərin əvvəllərində Sovet BMP-1 PDM-inin tırtılın bəndindən sonuncu vintə qədər surətini çıxararaq özünün ZBD-86 (digər indeksi WZ-501) PDM-nin kütləvi istehsalına başlayıb. İlk dövrlərdə bu maşınlar 2A28 “Qrom” topunun Çin surəti və 9M14 “Malyutka” TƏİR BQ surəti olan HJ-73 “Red Arrow 73” TƏİR BQ ilə silahlandırılıb. Sonra isə, təkmilləşdirmə yerinə yetirilərək indeksin sonuna “A” hərfi əlavə olunub, yeni maşının üzərinə bir yerlik döyüş modulunda Rusiyanın 30 mm-lik 2A72 avtomatik topunun əsasında yaradılmış 30 mm-lik ZPT-99 avtomatik topu və ona qoşalaşdırılmış 7,62 mm-lik PKT pulemyotunun surəti quraşdırılıb. Maşında düşmənin zirehli texniklaları ilə müba-
rizə aparmaq üçün HJ-73D (9K14 “Malyutka” TƏİRK analoqu) TƏİR BQ nəzərdə tutulub və operator üçün yüksək dəqiqlikli müasir kombinələşdirilmiş nişangah tətbiq edilib. Bütün elektronika müasirləri ilə əvəz olunub. Döyüş modulu hər tərəfində bir dəst olmaqla iki bloklu üç tüstü qumbaraatanı ilə təchiz olunub. Təkmilləşdirilmiş döyüş maşını, ümumilikdə BMP-2 PDM-in ekvivalentidir. Döyüş vəziyyətində kütləsi 13,6 tondur. Köhnəlmiş texnikaların yeni vəziyyətə gətirilməsi və sıraya qaytarılması bütün dünyada olduqca yayılmış bir tətbiqdir. Bu ucuz və sürətlə yerinə yetirilir, həmçinin çox zəhmət tələb etmir. Bütün hallarda, müasir bort silahlanma kompleksi əldə edən BMP-1, bu və ya digər şəkildə döyüş qabiliyyətlərinə görə BMP-2 piyadanın döyüş maşınına yaxınlaşır və hətta bəzi cəhətlərinə görə onu üstələyir. Bütün nəzər yetirilən layihələr bir daha onu sübut edir ki, bir çox müharibələrdə iştirak etmiş, istismarda sadə və texniki qulluqda rahat olan BMP-1 piyadanın döyüş maşınının təkmilləşdirilməsi labüddür. Təbii ki, hələ keçən
Çində təkmilləşdirilmiş BMP1 piyadanın döyüş maşını, ZBD86A səviyyəsinə yüksəldilib
əsrin 60-cı illərinin ilk yarısında yaradılan texnika artıq köhnəlib, resurslarını bitirib və müasir döyüşün tələblərinə cavab vermir. Zəif zireh müdafiəsinə və sadə nişangahlara sahibdir. 73 mm-lik hamar lüləli 2A28 “Qrom” topu və hələ də istifadə olunan birinci nəsil 9K11 “Malyutka” TƏİR komplkesi artıq müasir zirehli hədəflərə qarşı təsirli deyil. Göründüyü kimi bütün təkmilləşdirmələr zamanı döyüş maşınının həm hərəkətlik qabiliyyəti yüksəldilmiş, həm də atəş gücü və atış məsafəsi artırılmış, həmçinin hədəfləri vurma imkanları genişləndirilmişdir. Texnikalara quraşdırılan döyüş modullarının müxtəlif növ yeni və özünü doğrultmuş silahları artıq BMP-1 piyadanın döyüş maşınına yeni nəfəs verərək onun müasir döyüşün tələblərinə uyğunlaşdırılmasına vəsilə olmuşdur. Müxtəlif ölkələrdə yerinə yetirilən təkmilləşdirmə layihələrinə nəzər saldıqdan sonra belə nəticəyə gəlmək olur ki, qocaman BMP-1 piyadanın döyüş maşını bundan sonra da uzun müddət xidmətdə qalacaq. PQ
DTX BATMda “Milli təhlükəsizlik” mövzusunda kurs keçirilib Oktyabr ayının 25-dən 29-dək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzində Azərbaycan Təhlükəsizlik Şurası katibinin xidmətinin təşkilatçılığı ilə “Milli təhlükəsizlik” mövzusunda kurs keçirilib. Kursun açılış mərasimində Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, dövlət orqanlarının rəhbər əməkdaşları və Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibinin nümayəndəsi iştirak ediblər. Kursun keçirilməsində məqsəd milli təhlükəsizlik sahəsində mövcud vəziyyətin və ona qarşı yönələn təhdidlərin qiymətləndirilməsi, milli təhlükəsizliyin təmin olunmasında aidiyyəti strukturların birgə fəaliyyətinin təkmilləşdirilməsi və dövlət təşkilatları arasında təcrübə mübadiləsinin aparılmasıdır. Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. İlk olaraq çıxış edən Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov belə bir tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevə, tədbirdə iştirakına görə Prezidentin köməkçisi Hikmət Hacıyevə təşəkkürünü ifadə edib. R.Usu-
22 www.poliqon.az
bov bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyada sabitlik məkanı kimi tanınır və bu amil də öz növbəsində respublikada bütün sahələrin hərtərəfli inkişafına zəmin yaradıb. Bu gün Azərbaycanın birbaşa iştirakı olmadan beynəlxalq səviyyəli nəqliyyat-logistika və nəhəng enerji layihələrinin reallaşması, mühüm siyasi qərarların qəbul olunması mümkün deyildir. Bununla yanaşı qeyd edilib ki, son zamanlarda, xüsusən də Vətən müharibəsində qazanılmış Qələbədən sonra bəzi qüvvələr öz məkrli planlarını həyata keçirməklə bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır, müxtəlif təxribatlara əl atırlar. Bu təhdidlərə qarşı xüsusi xidmət və hüquq mühafizə orqanlarının birgə effektiv mübarizəsindən danışan R.Usubov dövlətin hərbi potensialının artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində daim lazımi tədbirlərin görüldüyünü, vacib addımların atıldığını diqqətə çatdırıb. Hikmət Hacıyev çıxış edərək hər bir dövlətin prioritet məsələsi olan milli təhlükəsizliyin etibarlı təmin olunmasından danışıb, bu sahədə fəaliyyətin həyata keçirilməsində Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış Milli Təhlükəsizlik Konsepsiyasının önəmindən bəhs edib. 30 ilə yaxın müddət ərzində Azərbaycanın təhlükəsizliyi əleyhinə yönəlmiş başlıca amilin Ermənistan tərəfindən aparılan işğalçılıq siyasəti olduğunu bildirən
şöbə müdiri qeyd edib ki, Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi altında Azərbaycan Ordusunun Vətən savaşında qələbə çalmaqla erməni faşizmini məhv etməsi nəticəsində regionda yeni təhlükəsizlik düzəni formalaşıb. Tədbirdə çıxış edən DTX-nin rəisi Əli Nağıyev tədbirin keçirilməsinin əhəmiyyətinə toxunaraq hazırkı dönəmdə Azərbaycanın təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı səylərin birləşdirilməsinin vacibliyindən bəhs edib, aidiyyəti qurumların koordinasiyalı şəkildə mümkün risklərlə səmərəli mübarizəsindən danışıb. Vurğulanıb ki, Azərbaycanın sülh çağırışlarına baxmayaraq, Vətən müharibəsindən sonra hələ də bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri müşahidə edilməkdədir. Belə ki, mövcud vəziyyəti qəbul edə bilməyən Ermənistandakı mənfur ünsürlər daima Azərbaycana qarşı əks-təbliğat aparır, Azərbaycanda yaşayan müxtəlif xalqların arasında nifaq toxumu səpməyə çalışır, qonşu dövlətlərlə Azərbaycan arasında olan münasibətlərin gərginləşməsinə çalışır. İlham Əliyevin rəhbərliyi altında aidiyyəti dövlət orqanları tərəfindən ermənilərin Azərbaycana qarşı mümkün təxribatları diqqətlə izlənilir və adekvat tədbirlər görülür. Ə. Nağıyev ayrı-ayrı xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat vermiş, bəzi vətəndaşların ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsinin də narahatlıq doğuran məsələlərdən biri olduğunu və həmin şəxslərin gələcəkdə ölkə ərazisində terror-təxribat əməlləri törətməyə cəhd etməsinin də daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırıb. Çıxışında informasiya təhlükəsizliyi sahəsində baş verən cinayətlərin, koronavirus pandemiyasının yaratdığı problemlərin ümumi təhlükəsizlik arxitekturasına təsirlərindən də danışan DTX rəisi vurğulayıb ki, Azərbaycanda mövcud sabitliyin pozulmasına yönəlmiş bütün sadalanan hallara qarşı DTX tərəfindən bundan sonra da qətiyyətli tədbirlər görüləcəkdir. Oktyabrın 29-dək davam edən “Milli təhlükəsizlik” kursunda Azərbaycanın 32 dövlət qurumunun 54 nümayəndəsinin milli təhlükəsizliyin müxtəlif aspektlərinə dair mühazirələrlə çıxışları, praktiki məşğələlər və panel müzakirələr olub.
GƏLƏCƏYİN ƏSGƏRİNİN DÖYÜŞ DƏSTİ ? Zaur Babaşov Müasir texnologiyaların meydana çıxması, yenilənən silah sistemləri, nano və IT texnologiyaların hərbi sahədə tətbiqi artıq bir neçə on ildir gələcəyin əsgərlərinin necə olacağını düşünməyə vadar edir. Yaxın gələcəkdə hərb meydanlarında döyüşlərin taleyini ən müasir texnologiyalarla təchiz olunmuş əsgərlər həll edəcəklər. Bu əsgərlərin təchiz olunduğu texnologiyalar onların döyüş zamanı əməliyyat meydanı barədə informasiyaları uzaqdan əldə etməsinə, qərargahların isə ayrılıqda hər bir əsgərin hərəkətlərinə və situasiyaya nəzarət etmələrinə imkan yaradacaq. Bu günkü dəyişən və şaxələnən təhdidlərə qarşı quru əməliyyatı qüvvələrinin vahid döyüş qabiliyyətinin artırılması bütün müasir orduların başlıca hədəfinə çevrilib. Əsgərin modernləşdirilməsi layihələri aparıcı ordulardan tutmuş müdafiə büdcələrində də əks olunur. Əsgər sistemləri texniki çətinliklərə, özləri ilə bərabər gətirdikləri ağır yükə və böyük həcmli xərclərə baxmayaraq, döyüş meydanlarında sürətlə yayılır və döyüşü idarəetmə sistemləri ilə
birlikdə taktiki sahədə informasiya üstünlüyü təmin edir. Ötən əsrin 90-cı illərinin ortalarından dünyanın bir çox ölkələri bu texnoloji yeniliklərə əsaslanmaqla “gələcəyin əsgəri” konsepsiyası üzərində işləməyə başlayıblar. Bu sahədə həyata keçirilən proqramlarda öncüllüyü ABŞ edir. Bütünlükdə 20-dən artıq ölkənin həyata keçirdiyi bu
layihələr bəzi istisnalar olmaqla ABŞ konsepsiyasına əsaslanır. 2030-cu ilə hesablanan “gələcəyin əsgəri” konsepsiyası gələcək əsgərlərin avadanlıqlarını, silahlarını və bədən zirehlərini araşdırmaq və inkişaf etdirmək missiyası ilə başlamış ABŞ Ordusu proqramıdır. Proqram müxtəlif futuristik texnologiyaları, o cümlədən zehni gücləndirən vasitələri, gücləndirilmiş ekzoskeletləri və süni intellektli köməkçiləri araşdırır. Əsasən NATO ölkələrini əhatə edən “gələcəyin əsgəri” konsepsiyası çərçivəsində NATO-nun LCGDSS (Land Capability Group Dismounted Soldier Systems) qrupu tərkibində 20 ildən artıqdır ki, endirilmiş (dismounted) quru qoşunlarının komanda-nəzarət, ölümcüllük, sağ qalma qabiliyyəti,
hərəkətlilik, həyatda qalma, situasiyaya görə məlumatlılıq imkanlarının inkişaf etdirilməsi və birgə hərəkət infrastrukturunun yaradılması üzrə fəal işlər həyata keçirilir. ABŞ-ın “Future Combat System” (“Gələcək Döyüş Sistemi”) konsepsiyasının əsasını bölmələr və ayrı-ayrılıqda əsgərlər arasında informasiya bağlılığını artırmaq və ən yeni IT texnologiyalarını tətbiq etməklə ultramüasir döyüş idarə sisteminin yaradılması tutur. Qeyd olunan konsepsiya əsasında yaradılmış təcrübi nümunədə sistemə daxil olan rabitə vasitələrinin köməyi ilə əsgərlər istənilən ərazidə bir-birləri ilə onlayn söhbət edə bilir. Əsgərlər kürəklərində daşıdıqları kiçik taktik kompüter vasitəsi ilə həm bir-biriləri, həm də aviasiya, nəqliyyat vasitələri və digər platformalarla sərbəst əlaqə yaratmaq imkanı qazanırlar. Onların üzərindəki kompüter eyni zamanda əsgərlərə fizioloji nəzarəti həyata keçirir. Əsgərin bədəninin, dərisinin hərarətini, ürək döyüntülərini, qanınYuxarıda: ABŞın “Land Warrior” sistemi, fərdi piyada əsgərlə üçün inteqrasiya olunmuş xüsusi döyüş sistemidir ki, bu da əsgərə gücləndirilmiş döyüş qabiliyyəti verir. Block 1 və Block 2 versiyaları var. Aşağıda: “Nett Warrior” döyüş dəsti. ABŞda “Gələcəyin əsgəri” konsepsiyasının irəliləyən mərhələsində “Future Force Warrior” real nəticələrə malik futuristik tədqiqat layihəsi çərçivəsində hazırlanan “Nett Warrior” proqramı “Land Warrior”u əvəz edib.
24 www.poliqon.az
dakı alkoqolu belə təyin edərək mərkəzi məlumatlandırır. Sanitar uzaq məsafədən xəstə və ya yaralı əsgərin yerinin öz kompüterində görür. Sistemə daxil olan bədən zirehi mövcud zirehlərdən daha yaxşı ballistik qorumaya malikdir. Cəmi bir neçə millimetr qalınlığında olan bu “dinamik zireh” dalğıc kostyumu kimi əsgərin əyninə oturur. Həmçinin güllənin təsiri nəticəsində bədənə xəsarət yetmir. ABŞın “Mounted Warrior” döyüş dəsti – ABŞ-da “Future Combat System” konsepsiyası əsasında ilk
mərhələdə hazırlanmış “Land Warrior Stryker” birgə işləyə bilən sistemlər “General Dynamics” şirkəti tərəfindən təkmilləşdirilərək “Mounted Warrior” səviyyəsinədək yüksəldilib. “Mounted Warrior” dəsti kompüter, dəbilqəyə bağlı ekran (HMD), GPS-naviqator, radiostansiya, silah idarə sistemi ilə təchiz edilib. Qeyd edək ki bu cihazlar vasitəsi ilə əsgər döyüş meydanını video görüntüsünü əldə edir. Tüfəngə bərkidilmiş kameralar vasitəsi ilə də görüntülər ekrana ötürülür. Hansı ki, əsgər hətta sığınacaqda olduqda belə görüntünü əldə edə bilir. Sistem çərçivəsində “Strayker” zirehli avtomobilləri ilə birlikdə bütün bölmə vahid informasiya sisteminə birləşdirilib. İraqda şəhər şəraitində və səhrada patrul xidmətinin gedişatında sınandıqdan sonra döyüş dəstinin yeni müasirləşdirilmiş variantı hazırlanaraq orduya təqdim edilib. Sələfindən əhəmiyyətli dərəcədə yüngül olan bu dəstə snayperlərin yerini təyin etmək üçün “Bumeranq” sistemi də daxil edilib. Hərbi komandanlığın məlumatlarına görə, İraqda döyüş şəraitində tətbiq zamanı, şəhər şəraitində bu dəst əsgərlərin məlumatlandırma səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltməyə, döyüş vaxtı koordinasiyanı yaxşılaşdırmağa imkan verib. Hazırda ABŞ-da “gələcəyin əsgəri” kon-
sepsiyası çərçivəsində bir neçə fərqli proqram üzərində işlər aparılmaqdadır. 2021-ci il sentyabr ayının 8-də ABŞ Ordusu Tədqiqat Laboratoriyasının (Army Research Laboratory ARL) rəsmiləri Defense One vebinarındakı çıxışlarında bildiriblər ki, “gələcəyin əsgərləri” biotexnologiya və beyin-kompüter interfeyslərindən, inkişaf etmiş reallıq qulaqlıqlarından və adaptiv kamuflyajdan və bugünkü əsgərlərin xəyal etmədiyi digər vasitələrdən istifadə edəcək. ARL-nin Texnologiya Proqnozlaşdırma Bürosunun rəhbəri Troy Alexander, onların ixtiyarında olan geniş texnologiyanı idarə etmək üçün ARL-nin texnologiya proqnozlarını hazırlamaq, gələcəyə, təxminən 40 il gələcəyə baxmaq, texnologiyanın necə inkişaf edəcəyini proqnozlaşdırmaq üçün yeni bir yanaşma hazırladıqlarını söyləyib. Onun sözlərinə görə, süni intellekt kəşfiyyat sistemləri ilə döyüşçü arasında inteqrasiya olunmuş komandalar yaratmağı vəd edir ki, bu da əsgərlərə daha uzun və daha dərin əhatə dairəsinə və düşmən üzərində daha güclü rəqabət üstünlüyü əldə etməyə imkan verir. Türkiyənin CENKER (TEK ER) döyüş dəsti - CENKER proqramı çərçivəsində ASELSAN şirkəti tərəfindən bir sıra işlər həyata keçirilir. Taktiki sahədə endirilmiş əməliyyat qrupları tərəfindən istifadə olunan yeni nəsil silahlar, qoruyucu avadanlıqlar və hərbi paltarlarda, eləcə də C4ISTAR (Command Control Communication Computer Intelligence Survillance Target Acqusition Reconnaissance) üçün istifadə olunan elektron avadanlıqlarda əhəmiyyətli yeniliklər olur. Sistemlər sistemi kimi qəbul edilən "Əsgər sistemləri" sahəsində ASELSAN şirkəti CENKER sistemi ilə təmsil olunur. CENKER sadəlik, adilik və yüksək avtomatlaşdırma meyarları ilə dizayn edilmiş, müasir mobil və geyilə bilən texnologiyaların istifadə edildiyi inteqrasiya olunmuş əsgər sistemidir. CENKER, ağırlıq və erqonomika tarazlığı nəzərə alınmaqla əsgərin hücum jiletinə yerləşdirilmiş sistemdir və ön cəbhədə xidmət edən quru qoşunla-
rının əməliyyatları üçün lazım olan komanda-nəzarət, informasiya, vəziyyətə görə məlumatlılıq, kəşfiyyatmüşahidə və dost-düşmən izləmə kimi ehtiyacları qarşılayır. Sistem bir sıravi əsgər səviyyəsindən başlamaqla komanda, manqa/cinah, taqım və bölük səviyyəsində də istifadə edilə bilər. Piyada quru qoşunlarının aparıcı heyətinə (əlavə olaraq əmrkomanda silsiləsində səlahiyyət verilən bütün əsgərlərə) xəritə ilə dəstəklənən real vaxt rejimində taktiki vəziyyət ekranları vasitəsilə dostdüşmənin yeri və vəziyyətlərini izləmə, ani kəşfiyyat məlumatlarının paylaşılması, sağlamlıq və döyüş sursatı vəziyyətinin izlənməsi, 3D ərazi təhlili, mesajlaşma, fayl/eskiz/taktiki çertyoj paylaşımı və s. bir çox qabiliyyət imkanı təmin olunur. CENKER; kəşfiyyat-müşahidə, hədəf aşkarlama sistemləri və snayperin aşkarlama sistemindən əldə edilən ani məlumatları paylaşaraq əməliyyatlar sahəsində informasiya üstünlüyü və taktiki üstünlük təmin edir. Taktiki PUA’lardan və ya portativ termal/gecə görmə sistemlərindən əldə edilən canlı videoların paylaşılması ilə əldə edilən vəziyyətə görə məlumatlılıq qabiliyyəti sayəsində əməliyyat sahəsində üstünlük əldə edilir. CENKER, tam və ya yarım avtonom pilotsuz quru/hava vasitələri ilə inteqrasiyalı şəkildə bu vasitələrin təmin etdiyi döyüş imkanlarını ön cərgələrdəki quru qoşunlarına çatdırır. Bununla birlikdə manevr bölmələrinə yaxın hava dəstəyi təmin edən PUA/hücum helikopterləri və atəş dəstəyi verən minaatanlar/toplar/ haubitsalar kimi görmədən atəş edən silah sistemləri ilə inteqrasiyalı şəkildə işləməklə atəş dəstəyinin koordinasiyası çərçivəsindəki işlərin
Türkiyənin CENKER (TEK ER) döyüş dəsti
dəqiq və vaxtında yerinə yetirilməsinə kömək edir. CENKER yüksək avtomatlaşdırma qabiliyyətinə malik uyğunlaşdırıla bilən platforma kimi işlənib hazırlanıb. Sistem; xüsusi tapşırıqlara (məskunlaşmış sahələrdə qısa məsafədən aparılan döyüş əməliyyatları, gecə əməliyyatları, axtarış-xilasetmə, kəşfiyyat-müşahidə, istehkam, tibbi və s.) uyğun olaraq yenilənə bilir, eləcə də tapşırıq üçün nəzərdə tutulmuş portativ/geyilən avadanlıqlara (Pilotsuz Sistemlər, Elektro-Optik qurğular, Barkod / Datamatrix / RFID / NFC oxuyucuları, kabelsiz qurğular və sensorlar kimi) və informasiya sistemlərinə (məlumat və verilənlər bazası, serverlər, informasiya sistemləri) də inteqrasiya
25
edilə bilir. Sistemdə çoxpilləli və tapşırıqlara uyğun olaraq dəyişdirilə bilən təhlükəsizlik siyasətləri tətbiq olunur. 2021-ci ildə Türkiyənin Quru Qoşunları Komandanlığının inventarına daxil edilməsi planlaşdırılan sistemin Quru Qoşunları Komandanlığının xüsusi təyinatlı birlikləri başda olmaqla Jandarma Xüsusi Asayiş Komandanlığı (JXAK), Dəniz Piyadaları Amfibiya Briqadası və Xüsusi Qüvvələr Komandanlığının (XQK) istifadəsi və yayılması üçün sahə araşdırmaları davam etdirilir. CENKER Əsgər Sistemi, birlikdə inteqrasiyalı şəkildə işləyə bildiyi avadanlıq və digər sistemlərlə qabiliyyətlərini artıraraq döyüşən əsgərlərə əlavə imkanlar yaradır. CENKER Əsgər Sistemi ilk növbədə Quru Qoşunları Komandanlığının "KOCATEPE Döyüş İdarəetmə Sistemi" ilə döyüş meydanında Silahlı Qüvvələrin Korpus səviyyəsindən bir sıravi əsgərə qədər yaratdığı komanda-nəzarət zəncirinin bir halqası kimi xidmət edir. Bunun köməyi ilə ön xətdə döyüşən manqa komandiri üçün əlçatan olan real vaxtlı taktiki vəziyyət xəritəsi vasitəsilə plan, vəzifə, tapşırıq, dost/düşmənin vəziyyəti, canlı kəşfiyyat məlumatları, atəş dəstəyi (zirehli və ya mexanikləşdirilmiş bölmə, yaxın hava dəstəyi və ya minaatan dəstəyi kimi) logistik
26 www.poliqon.az
dəstək ehtiyaclarını qarşılaya bilir və hərbi koordinasiyanı ən yüksək səviyyəyə çatdırır. Snayperi Aşkarlayan Geyilə Bilən Sistem (SAGBS) taktiki sahədə snayper təhlükəsinə qarşı işlənib hazırlanmış, geyilə bilən akustik sensor sistemidir. Düşmənin atəşinin istiqamətini, mövqeyini və kalibr məlumatlarını müəyyənləşdirən bu sistem əldə etdiyi məlumatları CENKER əsgər sisteminə ötürə bilir. Bunun sayəsində manqada bir sıravi əsgərdən düşmən atıcısı haqqında əldə edilən məlumatlar dərhal digər əsgərlərə ötürülməklə təhlükə xəbərdarlığı edilir və əsgərlərin həyatı xilas edilir.
GEZGİN Elektro Optik sensor sistemi gecə və gündüz tapşırığı şəraitində hədəfin formasını, mövqeyini və məsafəsini müəyyənləşdirə və birbaşa CENKER Əsgər Sisteminə ötürə bilir. Aşkar edilmiş hədəf məlumatları avtomatik olaraq taktiki vəziyyət ekranına əlavə edilir və dərhal hərbi komanda-nəzarət şəbəkəsi vasitəsilə bütün inteqrasiya olunmuş bölmələrə ötürülür. Mümkün atəş dəstəyinə olan ehtiyac haqqında məlumat hədəf məlumatlarının göndərilməsi yolu ilə ən operativ şəkildə müvafiq silah sisteminə ötürülür. AYA Elektro-Optik Görmə Sistemi gecə və gündüz tapşırığı şəraitində silahın üstündə və ya dəbilqənin üstündə quraşdırılmış termal görmə qabiliyyətini təmin edir və CENKER Əsgər Sistemi ilə inteqrasiyalı şəkildə işləyir. AYA-nın üstündə artırılmış reallıq (Augmented Reality) texnologiyası ilə canlı görüntünün üstünə ikonoqrafik simvollar əlavə edilməklə dost/düşmən mövqeləri, mühüm hərbi elementlər, təchizat məntəqələri, yaralıların təxliyyə nöqtələri kimi məlumatlar təqdim edilir. Bu yolla döyüşən əsgərin situasiya və mövqe üzrə məlumatlılıq səviyyəsi artırılır. CENKER Əsgər Sistemi; EHKET Proqram Əsaslı Ratsiya infrastrukturundan istifadə edir. Bunun köməyi ilə Tezlik Atlamalı, Şifrələnmiş, yeni nəsil Geniş və ya Dar Zolaqlı Dalğa Formaları (NBWF, WBWF) ilə İP kommunikasiya imkanı təmin edilir. CEN-
KER Əsgər Sistemi həm taktiki hərbi rabitə infrastrukturlarını dəstəkləyir, həm də 4G/LTE/ULAK kimi kommersiya və ictimai mobil rabitə şəbəkələri vasitəsilə ucdan uca şifrələnmiş xidmət göstərir. CENKER Əsgər Sistemi SAKA mini pilotsuz uçuş aparatı ilə inteqrasiya olunmuş şəkildə işləməklə Axtarış, Müşahidə və Kəşfiyyat məqsədləri üçün canlı video görüntüləri çəkmək və paylaşmaq imkanı əldə edir. Manqa daxilində ehtiyac duyulduğu təqdirdə, açıq/qapalı sahədə, 2 km mənzilli və 25 dəqiqəlik uçuş müddəti təmin edən audio/vizual izləri az olan SAKA mini PUA ilə canlı görüntü xidməti əldə edilə bilir. Bu məlumatlar manqa daxilində CENKER sistemi vasitəsilə paylaşılmaqla düşmənə qarşı taktiki üstünlük təmin edilir. CENKER-in köməyi ilə gələcəyin pilotsuz quru nəqliyyat vasitələri ilə inteqrasiya olunmuş şəkildə manqa daxilində lazım olan axtarış, müşahidə və atəş dəstəyi almaq məqsədilə insansız komanda (unmanned teaming) qabiliyyəti təmin ediləcək. Əsgər Sistemləri ilə yanaşı, kommersiya təyinatlı kommunikasiya infrastrukturlarından istifadə edən Mobil Komanda Nəzarət Sistemlərinin də bugünün və gələcəyin təhdidlərinə qarşı həll yolları yaratması nəzərdə tutulur. Bu sahədə ASELSAN “Güvercin” (“Göyərçin”) Sistemi ilə kommersiya şəbəkələrindən istifadə edərək, mərkəzləşdirilmiş və ya yayılmış arxitekturada təhlükəsiz və bir çox istifadəçi strukturları üçün uyğun olan, miqyaslana bilən komandanəzarət və məlumat şəbəkəsi həlli təklif edir. “Güvercin” terminal blokları sıxılmış Android əməliyyat sisteminə malik ağıllı telefon və proqramları periferiya qurğuları və sensorlardan ibarət sistemdən ibarətdir. Terminal blokları 3G/4G kimi kommersiya təyinatlı və ya ULAK kimi ictimai təyinatlı mobil rabitə şəbəkələrindən istifadə edərək “Güvercin”in proqram serverlərinə daxil olur. “Güvercin”in server və ya terminal blokları həlləri mərkəzləşdirilmiş və ya yayılmış şəkildə fəaliyyət göstərə bilir. “Güvercin” həm təkbaşına işləyə, həm də mövcud Komanda-
Nəzarət Sistemlərinə təhlükəsizlik uyğunlaşdırma qurğuları vasitəsilə inteqrasiya oluna bilir. “Güvercin” video-konfrans, səsli rabitə, məlumat rabitəsi, chat xidmətləri və multimedia mesaj paylaşma xidmətləri təqdim edir. “Güvercin” proqram infrastrukturu qeyri-məhdud sayda mobil proqram və imkanların əlavə (“plug-in”) arxitekturasının köməyi ilə sistemə daxil edilməsini təmin edir. Bu yolla hər cür hava/yol şəraiti, naviqasiya, logistika, ballistika, sağlamlıq, vəziyyət/fəaliyyəti izləmə, məkana əsaslanan xidmətlər (“location based services”) və uyğun aparat avadanlıq vahidləri və sensorların inteqrasiyası mümkün olur. ASELSAN, birlikdə işlədiyi subpodratçı ekosistemi və öz sərmayəsi ilə maliyyələşdirdiyi Ar-Ge layihələri ilə bu məqsəd çərçivəsindəki araşdırmalarını davam etdirir. Fransanın FELIN döyüş dəsti “Sagem” şirkəti tərəfindən 2010-cu ilə qədər Fransa Silahlı Qüvvələrinin 20 piyada alayı üçün 22500, əlavə olaraq zirehli tank, mühəndis və artilleriya qoşunları üçün 9 min FELIN dəstini istehsal edib. Fransa 2015-ci ildən FELIN-II dəstinin hazırlamasına başlayıb. Beş konfiqurasiyalı FELIN dəstinin çəkisi 25 kq təşkil edir. Təchizata radiostansiya, naviqasiya
Fransanın FELIN döyüş dəsti
cihazları, video və infraqırmızı kameralar, idarə bloku, silahlar, dəbilqə, zireh və uniforma daxildir. Dəstin silahlanmasında 5.56 mm çaplı “Giat FAMAS F1” hücum tüfəngi, yaxud 7.62 mm çaplı “Giat FR-F2” snayper tüfəngi, 5.56 mm çaplı “FN Herstal Minimi” yüngül pulemyotu yer alır. Hər bir tüfəngin rəqəmli nişangahı əsgərin dəbilqəsindəki mini-monitorla birləşdirilib. Bu da video təsvirləri real vaxt rejimində FELIN şəbəkələrinə ötürmək imkanı verir. FELIN dəstinə daxil olan uniforma (“Kermel” kamuflyajı) havalanmanı təmin etməklə yanaşı suyu buraxmır. Odadavamlı parçadan hazırlanmış geyim qaniçən həşəratları qorxudur və infraqırmızı spektrdə döyüşçünü maskalayır. Geyimə həmçinin fərdi zirehli müdafiə vasitələri, içməli su qabı, çanta, həmçinin silah daraqları və əl qumbaraları üçün ciblər daxildir. FELIN dəstinin əsasını təşkil edən daşına bilən elektron platforma “FireWire” rəqəmli interfeysi əsasında hazırlanıb. FELIN-in rabitə sistemi isə DECT texnologiyası əsasında qurulub. Dəbilqəyə KQS tətbiq olunduqda maskanı çıxartmadan suyu və qidanı qəbul etməyə imkan verən qoruyucu maska da əlavə olunub. FELİN təchizatına JIM MR çoxfunksiyalı bi-
27
Almaniyanın “Gladius” döyüş dəsti
noklu, 24 saat ərzində dəstin işini təmin edən enerji bloku daxildir. 2020-ci ildə FELİN dəsti daha müasir avadanlıqlarla təchiz edilməsi üçün proqram təkmilləşdirməyə məruz qalıb. Bundan sonra, FELIN, “Scorpion” modernizasiya proqramının bir hissəsi olacaq. “Scorpion” modernizasiya proqramı çərçivəsində iki yeni avtomobil (“Griffon” və “Jaguar”), habelə “Leclerc” əsas döyüş tankı təkmilləşdirilərək yeni proqram təminatı ilə müəyyən edilmiş rabitə vasitəsi (SDR) ilə əlaqə qura biləcək. PR4G-ni əvəz etmək üçün “Thales” şirkətinin yeni “Atos” sistemindən istifadə olunacaq. “Scorpion” (SICS) döyüş dəstinin 2021-ci ildə istismara verilməsi və 2023-cü ildə ilk briqadanın təchiz ediməsi planlaşdırılıb. Almaniyanın “Gladius” dəsti “Gələcəyin əsgəri” nin təchizatını hazırlamağa 2004-cü ildə başlayan Almaniyanın IdZ-ES (Infanterist der Zukunft – Erweitertes System Genişləndirilmiş Sistem) proqramı çərçivəsində “Rheinmetall Defence Elektronics” və EADS şirkətinin birgə məhsulu olan “Gladius” dəsti meydana çıxıb. Dəstin silahlanmasına G-
28 www.poliqon.az
36A2 avtomatik tüfəngi (standart silah), MR7A1 tapança-pulemyotu, 40 mm çaplı AG36 lüləaltı qumbaraatanı, MG4 pulemyotu, G82-in böyuk kalibrli snayper tüfəngi, LLM01 lazer modulu, paslanmayan poladdan hazırlanmış 17.2 sm-lik KM-2000 döyüş bıçağı daxildir. Sonrakı dönəmdə sistemə minaların aşkarlanması və artilleriyanın idarə etməsi üçün tənzimləyicilər əlavə edilib. Ümumilikdə “Gladius”un tərkibinə qoruyucu təchizat, optik və infraqırmızı müşahidə vasitələri, portativ kompüter, radiostansiya, naviqasiya (GPS və kompas daxil olmaqla) vasitələri, həmçinin akkumulyatorlar kompleksi daxildir. Təchizata daxil olan kamufulyaj ekstremal iqlim zonalarına hesablanıb, əsgəri bioloji və kimyəvi silahlardan müdafiə edir. Almaniyanın 300 hərbi qulluqçusu “Gladius” dəstinin ilk təcrübi partiyasını 2012-ci ildə əldə edib. 2013-cü ildə Almaniya Müdafiə Nazirliyi “Rheinmetall” şirkətinə “Gladius” adlı “gələcəyin əsgəri” təchizat dəstinin daha böyük partiyasını sifariş verib. Bu sifarişlə Almaniya Müdafiə Nazirliyi 600 hərbi qulluqçunu komplektləşdirmək üçün 84 milyon avro
məbləğində 60 dəst “Gladius” təchizatı alıb. IdZ-ES “Gladius” döyüş dəsti 2016-cı ildə Almaniya əsgərləri ilə Əfqanıstanda yerləşdirilib. Yerləşdirmə zamanı öyrənilən təcrübələr Bundesveri bir sıra dəyişikliklər və təkmilləşdirmələr tələb etməsinə səbəb olub. Buna əsaslanaraq “Rheinmetall” şirkəti daha yüngül və yenilənmiş kompüteri ehtiva edən yeni elektron kürək çantası hazırladı. Bu versiyanın tədarükü 2019-cu ilin sonlarında başlayıb. Bu versiya əvvəllər yerləşdirilmiş sistemlə tam uyğunluğu qoruyur, rabitə vasitələri (“Thales” tərəfindən təmin edilən SOLAR 400EG- (3) E UHF) eyni qalıb. Son nəsil “gələcəyin əsgəri”nin döyüş dəsti IdZ-ES VJTF və ya “Gladius 2.0” adlanır. 2018-ci ildə “Reynmetall” ilə Bundesver arasında imzalanan müqavilədə döyüş dəstinin çəkisini 3,9 kq-a qədər azaltmaq üçün yeni INS avadanlığı, yeni inteqrasiya olunmuş planşet və C2 proqram təminatının təkmilləşdirilməsi, habelə yeni 30% daha çox batareya tutumu tələb olunub. Ümumilikdə “Rheinmetall” Alman Bundesverinə 3500-dən çox döyüş dəsti tədarük edib. Daha
400 dəst IdZ-ES VJTF 2021-ci ildə təhvil veriləcək. Son versiya daha modul, çevik və yüngüldür. 2021-ci ildə Almaniyanın “Rheinmetall” şirkəti Bundesver üçün ən son nəsil “gələcəyin əsgəri”nin yeni konsepsiyasını təqdim edib. Qeyd edək ki, “Rheinmetall Electronics” şirkəti “gələcəyin əsgəri” layihəsinin baş podratçısıdır və bir çox şirkət isə subpodratçı qismində iştirak edir. “Rheinmetall” şirkətinin məlumatında alman əsgərlərinin gələcək qeydiyyatı üçün Almaniya Silahlı Qüvvələrinə yeni İdZ-ES sisteminin təqdim olunduğu bildirilib. Təqdimat, Almaniya Müdafiə Nazirliyi ilə “Rheinmetall” şirkəti arasında 2021-ci ilin mart ayında imzalanmış müqavilə əsasında aparılan hərtərəfli araşdırmanın ilkin nəticəsidir. Tədqiqatın məqsədi yeni üçüncü nəsil konsepsiyasını inkişaf etdirməkdən ötrü artıq Bundesverdə işləyən mövcud sistemin mümkün təkmilləşdirilməsini öyrənmək və qiymətləndirməkdir. Bundesver bu təqdimatı üçüncü nəsil IdZ-ES satınalma qərarı üçün təkliflər hazırlamaqdan ötrü əsas olaraq istifadə edəcək. Müqavilə şərtlərinə uyğun olaraq, aparılan tədqiqatlar 30 may 2022-ci ilə qədər tamamlanmalıdır. Əldə edilmiş nəticələrdən asılı olaraq, Bundesverin daima təkmilləşdirilmiş rəqəmsal sistemlərə ehtiyacı olduğunu nəzərə alaraq, bu “Rheinmetall” şirkəti üçün başqa yeni bir əhəmiyyətli müqavilə ilə yekun-
Böyük Britaniyanın FIST döyüş dəsti
laşa bilər. Əldə edilmiş razılaşmaya əsasən, ayrı-ayrı mövzular üzrə aralıq hesabatlar 22 noyabr 2021-ci il və 30 may 2022-ci il tarixlərində, tədqiqatın əhatə etdiyi bütün fəaliyyətlərə dair yekun hesabat isə, 30 may 2022-ci il tarixində təqdim edilməlidir. Tədqiqat, ümumilikdə döyüş sursatı, qoruyucu avadanlıq və s. alt sistemlər daxil olmaqla bir çox alt sistemlərindən ibarət tam İdZ-ES sistemini təşkil edən yeddi iş paketini əhatə edir. İşlərin gedişatı zamanı sınaq və nümayiş üçün nümunələr də hazırlanacaq.
bütün analoqlarından öz bahalılığı ilə fərqlənir. FIST-in bir dəstinin dəyəri təxminən 84 min avro təşkil edir ki, bu da Avropadakı digər analoqlarından təxminən 3 dəfə bahadır. “Thales UK” və “QinetiQ” şirkətlərinin istehsal etdiyi 35 000 döyüş dəst 2020-ci ilə qədər ordunun silahlanmasına verilib. FIST dəstinə müxtəlif elektron sistemlər (lazer məsafəölçəni, elektronoptik çeviricilər, xəritələr, hədəf lokatorları), xüsusi materialdan hazırlanmış uniforma, IT sistemli qoruyucu dəbilqə, yüksək qoruma qabiliyyətinə malik zireh daxil edilib. Bu sistemin əsas özəlliklərindən biri ən müasir rabitə şəbəkəsinin yaradılmasıdır. Belə ki FIST-lə təchiz olunmuş döyüşçülər arasında rabitə əlaqəsi kiçik şifrəli radionun köməyi
Böyük Britaniyanın FIST dö yüş dəsti - Böyük Britaniya Müdafiə Nazirliyinin 2003-cü ildə başlatdığı FIST (Future Integrated Soldier Technology) proqramı hazırda Avropadakı
<(1ø 1Ԥ6ø/ $7 $7,ù 7Ԥ/ø0 +Ԥ'Ԥ) 6ø67(0/Ԥ5ø 3ø<$ <$'$ +Ԥ'Ԥ) 6ø67(0ø
7$1. +Ԥ'Ԥ) 6ø67(0ø 7$ .R . RPS WHU LGDUUι ιHWPιOL =LUUH HKOL Y YD DVLWι ]ιUULLQGιQ E|\ N NDOLEUUOOL VLLOODKODUUOOD DWÕú LP ND PN ND DQÕ N NP P VLPOL UUD DELWι R[GD KιUUι ιNιW TDELLOOL\ \\ \ιWL /LPLWVLL] ] VVHQDULLOOιU \ N NOOιPιN LPN ND DQÕ 5HOV ]ιUULLQGι KιUUι ιNιW TDELLOOL\ \\ \ιWL $WÕúODUUÕÕQ KHVDEDWÕ
.RPS WHU LGDUUι .R ιHWPιOL N NP P VLPVLL] ] UUD DELWι R[GD KιUUι ιNιW TDELLOOL\ \\ \ιWL /LPLWVLL] ] VVHQDULLOOιU \ N NOOιPιN LPN ND DQÕ 5HOV ]ιUULLQGι KιUUι ιNιW TDELLOOL\ \\ \ιWL 3RUUWWDWLY $VDQ TXUUD DúGÕUUP PD $WÕúODUUÕÕQ KHVDEDWÕ
^ shED , s s s />/< d <EK>K:7 7Eb͘^ E͘d7 ͘ b͘
ǁǁǁ͘ŵĞŶƐĂŶƚĞĐŚ͘ĐŽŵ
Ăƨ Ƶů͘ d d 7Ɣ DĞƌŬĞnjŝ ' ůŽŬ EŽ͗ϭϱϭ zĞŶŝŵĂŚĂůůĞͬ ͬ E< Z ͲdmZ<7z dĞů ͗ нϵϬ;ϯϭϮͿ Ϯϭϵ ϲϯ ϭϬͲϭϯ dĞ &Ădž ͗ нϵϬ;ϯϭϮͿ Ϯϭϵ ϳϵ ϵϲ
tutulmuş imkanlara malik, tam modernləşdirilmiş döyüş diviziyası təşkil etməklə, Ordunun NATO-nun döyüş əməliyyatlarına mərkəzi töhfə verməsini təmin etməkdir.
İspaniyanın COMFUT döyüş dəsti
ilə təmin olunub. Döyüşçü ilə rabitə itdiyi halda belə, şəbəkə sistemi ehtiyat əlaqə kanallarını işə salır. Döyüşçü bundan əlavə peyk naviqasiya sistemi, yol hesablama cihazı ilə də təchiz edilib. Onun düşdüyü rayonun xəritəsi və hərəkət qrafiki dəbilqəyə bağlı ekranda əks olunub. FIST–in silahlanmasında İngiltərə ordusunun standart silahı olan SA-80 hücum tüfəngi götürülüb. Ehtiyacdan asılı olaraq, bura M-203 qumbaraatanı, həmçinin tank əleyhinə mübarizə vasitələri əlavə oluna bilər. 2021-ci ilin noyabr ayında Böyük Britaniya Ordusu 20 ilə yaxındır üzərində işlədiyi “gələcəyin əsgəri” konsepsiyasının ən radikal transformasiyasını nümayiş etdirib. Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles bildirib ki, “gələcəyin əsgəri”nin yeni təchizatı üçün əlavə 8,6 milyard funt-sterlinq xərclənib və bununla FIST proqramına xərclənən ümumi
30 www.poliqon.az
sərmayə 41,3 milyard funt-sterlinqə çatdırılıb. Bildirilib ki, qarşıda duran əsas məqsəd “gələcəyin əsgəri”nin 2030-cu ilə qədər daha geniş məsafədə və dəqiqliklə düşməni aşkar etmək və məğlub etmək üçün nəzərdə
İspaniyanın COMFUT döyüş dəsti - “Gələcəyin əsgəri” proqramı üzrə tədqiqatlara digər Avropa dövlətlərindən tez - 1996-cı ildə başlayan İspaniyanın COMFUT (COMbatiente FUTuro) təchizatının ilk 30 dəsti EADS şirkəti tərəfindən 2010-cu ilin may ayında sifarişçiyə təhvil verilib. COMFUT təchizatına daxil olan portativ kompüter (hansında ki, rayon xəritəsi, taktik vəziyyət, hədəfləri və potensial təhlükələr əks olunacaq) əsgərlərin vəziyyət haqqında real vaxt rejimində informasiya mübadiləsi aparmalarına imkan verir. Silaha inteqrasiya olunmuş nişangah və termal kamera gecə tuşlamanı yüngülləşdirməklə yanaşı, döyüş meydanından video görüntünü əsgərin dəbilqəsindəki ekrana ötürür. Bundan başqa, təchizata çanta, rabitə vasitələri, qida mənbəyi, kontrol sistemi, bədən zirehi, GPS daxildir. Testlər zamanı COMFUT-un nəqliyyat vasitəsi ilə effektiv inteqrasiyasına nail olunub. COMFUT-da standart silah G-36E tüfəngidir. C4I sistemi üçün “ITT SpearNet” radiosuna üstünlük verilib. Polşanın “Uhlan21” döyüş dəsti Polşa Silahlı Qüvvələrinin “Tytan” proqramı çərçivəsində “Bumar Group” şirkəti tərəfindən ha-
Polşanın “Uhlan21” döyüş dəsti
Futuro”nun komandan, atıcı və qrenaderlər üçün olmaqla 3 fərqli konfiqurasiyası mövcuddur. İlk mərhələdə İtaliyanın iki piyada alayı bu təchizatla tam təchiz edilib. İtaliya Silahlı Qüvvələrinin “Forza NEC” konsepsiyasının aparıcı hissəsi olan “Soldato Futuro” təchizatının standart silahı “Beretta ARX” tüfəngidir. “Soldato Futuro” nun NC409 zirehi isə NATOda ən yaxşı bədən zirehi hesab edilir. Hansı ki, bu zireh Əfqanıstanda testlər zamanı ballistik müdafiənin bütün tələblərinə cavab verib. Ötən müddət ərzində “Soldato Futuro” təchizatının təkmilləşdirilməsi tələb olub. 2020-ci ilin məlumatına görə, “Selex” şirkətinin baş podratçılığı ilə “Soldato Futuro” döyüş dəstinə daxil olan rabitə vasitəsi, kompüter, habelə dəbilqə, uniforma və mühafizə sistemi təkmilləşdirilib. O cümlədən “Beretta” silahı erqonomik dizaynlı daha yüngül tüfəngi ilə dəyişdirilib. Habelə “Soldato Futuro” döyüş dəsti LCD monitora malik fərdi gecəgörmə kamera sistemi ilə təchiz edilib.
İtaliyanın “Soldato Futuro” döyüş dəsti
zırlanmış “Uhlan21” adlı təchizat ilk dəfə 2008-ci ildə Çexiyada keçirilmiş “Gələcəyin Əsgəri” sərgisində nümayiş olunub. “Uhlan21” döyüş dəsti silah, fərdi kompüter, gecəgörmə cihazı, dost-düşmən tanıma sistemi (IFF), rabitə sistemi, litiumion batareyası, ekran, qulaqcıqlar və mikrofon ilə təchiz olunmuş dəbilqə və modul bədən zirehindən ibarətdir. C4 ISR sisteminə “WB Electronics” şirkətinin istehsalı olan 16 kanallı “Radmor R35010” əl radiosu daxil ediləcək. Bu radiostansiya kiçik ərazi daxilində əməliyyat üçün hazırlanıb və 800 metrə qədər məsafədə ikitərəfli əlaqələrə imkan verir. “Uhlan21” dəstinə həmçinin infraqırmızı görünüşü əngəlləyən yeni kamuflyaj, silahlanmasına 5.56 mm-lik MSBS tüfəngi, 40 mm-lik lüləaltı qumbara buraxılış qurğusu, snayper tüfəngi daxildir. Dəstin standart silahı olacaq 5.56 mm-lik MSBS Varşava Hərbi Texnologiyalar Universiteti tərəfindən hazırlanıb.
İtaliyanın “Soldato Futuro” döyüş dəsti – İtaliya Silahlı Qüvvələrinin sifarişi üzrə “Selex Communications” şirkəti tərəfindən hazırlanan “Soldato Futuro” təchizatının ilk 30 komplekti 2007-ci ildə formalaşdırılaraq testdən keçirilib. “Soldato
Serbiyanın “Vojnik Buduc nosti10” (Future Soldier-10) / M21 döyüş dəsti - Serbiyanın 2000-ci illərin əvvəllərindən başladığı VB-10 proqramı çərçivəsində hazırlanmış “Vojnik Buducnosti-10” döyüş dəstinin nümunələri ölkədə silahlanmaya qəbul edilməzdən əvvəl Yaxın Şərq və Uzaq Şərq regionunda bir neçə potensial müştəriyə nümayiş et-
Serbiyanın “Vojnik Buducnosti10” döyüş dəsti
31
Rusiyanın “Ratnik” döyüş dəsti
dirilib. “Yugoimport” şirkəti tərəfindən hazırlanmış bu sistemin silahlanmasına Serbiyanın istehsal etdiyi 5.56x45 mm çaplı M21 hücum tüfəngi və 7.62x51 mm M77 avtomat silah daxildir. Bu sistemə daxil olan silah və dəbilqə kameralara, lazer tuşlayıcılara, həmçinin LCD monitora malikdir. Daha sonra sistem bədən zirehi və uniforma ilə komplektləşdirilib. 2013-cü ildə M21 hücum tüfəngi təkmilləşdirilərək M21BS-v10 səviyyəsinə yüksəldilib. “Vojnik Buducnosti-10” sisteminin hazırda BƏƏ, Pakistan, Azərbaycan kimi ölkələrə tətbiqinə dair müzakirələr davam edir. Rusiyanın “Ratnik” döyüş dəsti – 2020-ci ilə qədər “gələcəyin əsgəri”nin təchizat dəstinin yaradılması üzrə işləri bitirməyi planlaşdırmış olan Rusiyanın bu sahədə bəzi cəhdləri nəticəsiz qalıb. 2010-cu ilin sonunda Rusiya Fransa və İtaliya ilə bu ölkələrdən FELİN və “Soldato Futuro” təchizatlarının alınmasına dair danışıqlara başlayıb. Bununla bərabər Rusiyada 20-dən çox müəssisə “gələcəyin əsgəri”nin təchizat dəstinin hazırlanması ilə məşğul olub. İlk mərhələdə hazırlanan “Ratnik” adlı
32 www.poliqon.az
təchizat dəstinə rəsmi məlumatlara görə, 6B7-1M təkmilləşdirilmiş dəbilqə, rabitə vasitələri və 6B23-1 markalı bədən zirehi, son model “Kalaşnikov” avtomatı, “Peçeneq” pulemyotu, RPQ-29 qumbaraatanı, gündüz və gecə optik nişangahları daxil edilib. Bu sistemə əsgərə sığınacaqdan atəş açmağa icazə verən ayrıca videomodul daxildir. Məlumatlara görə, Rusiya “Ratnik” sisteminə Fransanın “Sagem” firmasının istehsalı olan bəzi avadanlıqları daxil etmək niyyətində olub. Sonra, Fransanın FELIN döyüş dəstini nəzərə alaraq Rusiya öz texnologiyasını təqib edib. Rusiyada ümumilkdə 80 mindən çox “Ratnik” təchizatının hazırlanması planlaşdırılıb. Yüksək texnologiyaları özündə cəmləşdirən “Ratnik” döyüş dəsti 2014-cü ildə silahlanmaya qəbul edilib. “TsNIITochMash” şirkəti tərəfindən açıqlanan məlumata görə, ilk mərhələdə 18 min “Ratnik” döyüş geyimi Silahlı Qüvvələrə təhvil verilib. İkinci nəsil “Ratnik” döyüş təchizatının hazırlanmasında 80-ə yaxın müəssisə iştirak edib və proses təxminən dörd il davam edib. “Rostex” Dövlət Korporasiyasının Mərkəzi Elmi Tədqiqat Mühəndislik İnstitutu tərəfindən 2019-cu ildə Rusiya Silahlı
Qüvvələrinə 18 mindən çox ikinci nəsil “Ratnik” döyüş dəsti tədarük edilib. “Ratnik-2” döyüş dəstləri ilə Silahlı Qüvvələrin quru və hava-desant qoşunları, eləcə də dəniz piyadaları təchiz edilib. İkinci nəsil “Ratnik” sisteminə atıcı silah, qoruyucu geyim, zirehli gödəkcə, optik, rabitə və naviqasiya cihazları, həyat dəstəyi və enerji təchizatı sistemləri, ekzoskelet daxil edilib. O cümlədən qızdırıcı, bel çantası, fərdi su filtri, qaz maskası və tibbi dəst daxildir. İkinci nəsil döyüş təchizat dəsti sayılan “Ratnik-2”, ümumilikdə özündə müasir atıcı silahları, effektiv müdafiə dəstlərini, kəşfiyyat və rabitə cihazları daxil olmaqla 10 müxtəlif sistemi birləşdirir. Dəst müxtəlif iqlim şəraitində istifadə üçün nəzərdə tutulub, – 40 və +50 dərəcə temperaturlarda tətbiq edilə bilir. “Ratnik-2” dəsti bir hərbçinin ən azı üç gün ərzində avtonom fəaliyyətini təmin edir. “Ratnik-2” zirehli gödəkcələrin lövhələri 10 metr məsafədən on snayper tüfəngi atəşindən effektiv qorunma imkanına malikdir. “Ratnik-2” kombinezonları bütövlükdə bomba qəlpələrinin təsirindən bədəni qoruyur. 2017-ci ildə “Ratnik2” gələcəyin əsgəri təchizatı Suriyada döyüş şəraitində sınaqdan keçirilib.
Təchizatın bütün elementləri döyüş şəraitində sınaqlardan uğurla keçib və problemlər yaşanmayıb. Xüsusilə müdafiə elementlərinə heç bir zərər dəyməyib. Rusiya Silahlı Qüvvələri üçün təkmilləşdirilmiş üçüncü nəsil hesab edilən “Ratnik-3” döyüş dəstinə zirehli geyim və döyüş texnikası, kiçik silahlar, hədəf və kəşfiyyat vasitələri, habelə ekzoskelet və hədəf sistemi ilə təchiz edilən dəbilqə inteqrasiya edilib. Bundan başqa “Ratnik-3” döyüş dəsti gizli parça, mina partlayışından qoruyan çəkmələr, əsgəri anti-termal, infraqırmızı sensorlardan gizlədən uniforma və antiradar kamuflyajlı uniforma ilə dəstləşdiriləcək. Digər mikro PUA-lardan istifadə edən taktiki sistemin hazırlanmasında PUAdan gələn video məlumatlarının harada olacağı - dəbilqənin üzlüyünə və ya ayrı gözlüklərdə görüntülənməsi planlaşdırılır. Elektrik eynəklər taktiki əmrləri, ərazinin xəritələri və s. göstərmək üçün də istifadə edilə bilər. Bundan başqa, Rusiyanın “Şelest” eksperimental dizayn bürosu tərəfindən “Ratnik” döyüşçü dəsti üçün nəzərdə tutulan D-14 indeksi verilmiş yeni idarə olunan paraşüt hazırlanıb. Şirkət mütəxəssislərinin sözlərinə görə, D-14 paraşütü tullanmalarının təhlükəsizliyini yüksəldəcək, asma sistemi daha rahat olacaq və dinamik yüklənmələri bərabər bölüşdürməyə imkan verəcək. D-14 fərqli konstruksiyaya malikdir. Əsas və ehtiyat paraşütlər qolun altında, yük konteyneri isə ön hissədə yerləşir. Konteynerdən suya enmə vaxtı sal kimi istifadə etmək olar. Bu konstruksiyanın sayəsində, desant havada olduğu halda belə döyüşə daxil ola bilər. “Radnik-3” sisteminin nümunələrinin 2025-ci ilədək hazırlanması planlaşdırılıb. Sinqapurun ACMS döyüş dəsti – Asiya ölkələrindən Sinqapur Silahlı Qüvvələri üçün “ST Kinetics” şirkəti tərəfindən hazırlanmış ACMS (Advanced Combat Man System) proqramı IT-nin ən geniş tətbiq edildiyi “gələcəyin əsgəri”ndən sayılır. Proqrama döyüşçünün şəxsi radiostansiyası, kommunikasiya klaviaturası, portativ
Sinqapurun ACMS döyüş dəsti
kompüter, dəbilqəyə bağlı displey, silah vasitəçisi kimi elementlər daxil edilib. Köməkçi klaviatura sistemə məlumatın asan daxil edilməsi üçün layihələşdirilib. “Əlaqə” və “Sanitar üçün zəng” düymələrinə malikdir. ACMS-ın beyni hesab olunan bu kompüter GPS vasitəsi ilə toplanan məlumatı emal edir, döyüş meydanında real vaxt rejimli informasiya yeniləmələrini təmin edir və məlumatları digər ACMS istifadəçisinə ötürür. Dəbilqəyə bağlı displey (HMD) isə rəqəmli kameradan verilən görüntünü və kompüterdən verilən informasiyanı döyüşçüyə nümayiş etdirir. HMD vasitəsi ilə əsgərlər rəqəmli xəritədə hazırlanan hədəflərin və dost qüvvələrin yerlərini görürlər.
Döyüşçünün SAR21 tüfənginə bağlanmış əlavə kamera isə silah bir növ “Corner Shot”a bənzər funksiyanı yerinə yetirir. Hindistanın FINSAS döyüş dəsti – Hindistan Ordusunun təchiz edilməsi üçün 2012-ci ildə başladılan F-INSAS (Futuristic Infantry Soldier As A System) dəstinin hazırlanması 2015-ci ildə ISTAR proqramı çərçivəsində təkmilləşdirilib. F-INSAS dəsti yeni uniforma, həmçinin karbon və tüstüyə qarşı qorumanı təmin edən respirator, dizlik və dirsəkliklər, əsgərin fizioloji prosesinə nəzarət etmək üçün sensorlar, MKU şirkətinin hazırladığı yüngülləşdirilmiş zireh, gecə görüş sistemləri, monitor funk-
33
Hindistanın FINSAS döyüş dəsti
siyasını yerinə yetirən eynək daxil edilib. F-INSAS-ın silahlanmasına 5.56 və 7.62 mm-lik avtomat tüfəngi, lüləaltı qumbaraatan və lazer tuşlayıcı daxil edilib. F-INSAS dəsti ilə təchiz edilmiş əsgər döyüş meydanında baş verənlərdən “Palmtop” GPS naviqasiya qurğusu vasitəsi ilə xəbərdar ola bilir. “Palmtop” əsgərlərə bir-biri ilə əlaqə yaratmaq imkanı verir. 2020-ci ilə qədər Hindista-
nın ordusunun bütün piyada taborlarının F-INSAS dəsti ilə təchiz ediləcəyi planlaşdırılsa da, bu qismən təmin edilib. 2020-ci ildə F-INSAS dəstinin təkmilləşdirilməsində 3-cü mərhələyə başlayan Hindistan C4I sistemi llə imkanlarını genişləndirib. Döyüş dəstinə əlavə edilən ELFIE cihazı yüngül monokulyar və geniş baxış sahəsinə malikdir. ELFIE binokulyar konfiqurasiyada stereoskopik görmə
təmin edir. “Ordnance Factory Board” (OFB) şirkəti tərəfindən hazırlanan döyüş dəstinin tüfəngi asanlıqla dəyişdirilə bilən lülədən istifadə etməklə 5,56 mm, 7,62 mm və 6,8 mm çaplı patronlardan atəş aça biləcək. Hazırda layihə davam edir. Avstraliyanın LAND 125 döyüş dəsti - 2014-cü ildə ilk mərhələsinin işləri tamamlanan Avstraliyanın LAND 125 (Project WUNDURRA) döyüş təchizatı Əfqanıstan şəraitində testlərdən keçirilməklə üzərində təkmilləşdirmələr edilib. Sistemə qısa mənzilli fərdi əl radiosu, F-88 “Steyr” tüfənginə inteqrasiya olunan termal silah nişangahı, fərdi döyüş yükü daşıma çantası, yüksək mühafizə qabiliyyətinə malik dəbilqə, əsgərin dizlərini və dirsəklərini qorumaq üçün qoruyucular daxildir. Təchizatın Döyüş İdarəetmə Sistemi olaraq İsrail “Elbit Systems” şirkətinin “Dominator” situasiya məlumatlandırma sistemi götürülüb. Bura həmçinin rəqəmsal SNR radiosu daxildir. LAND-125 ilə təchiz olunmuş əsgərlər təkmilləşdirilmiş modulyar zireh, gözün ballistik və lazerdən qorunması üçün eynək, qoruyucu qulaqlıq, diz və dirsək qoruyucuları ilə Avstraliyanın LAND 125 döyüş dəsti
34 www.poliqon.az
mühafizə olunur. LAND-125 proqramının davamı olaraq 2019-cu ildən Avstraliyanın Müdafiə Elmi və Texnologiyası (DST) Qrupu tərəfindən yeni nəsil “Karl” ləqəbli “gələcəyin əsgəri” konsepsiyası hazırlanır. Bu konsepsiya əsasında 2035-ci ildən sonra “gələcəyin əsgəri”nin ordu sıralarında görünəcəyi proqnozlaşdırılır. “Karl” döyüş təchizatı Avstraliyanın gələcək əsgərlərinə əhəmiyyətli dərəcədə müdafiə və daha çox imkanlar təklif edən inkişaf etdirilmiş bir konsepsiyadır. “Karl” kostyumunda enerji yığan çəkmələr əsgər-istifadəçi üçün kinetik enerjini elektrik enerjisinə çevirmək üçün hazırlanmışdır. Gələcək kostyum alov gecikdirici (odavamlı) olacaq və sərt hava şəraitinə tab gətirə biləcək. Nəhayət, çoxfunksiyalı zireh əsgəri güllə və qəlpələrdən qorumaqla yanaşı, həm də ətraf mühitin parlaqlığına, rənginə və çalarlarına uyğunlaşan ağıllı kamuflyaj təqdim edəcək. Göründüyü kimi, “gələcəyin əsgəri” layihələrinin demək olar ki hamısının əsasında IT sistemlərin, naviqasiya cihazlarının, müasir rabitə
vasitələrinin, müxtəlif optik və infraqırmızı cihazların tətbiqi ilə döyüşçülər arasında qarşılıqlı təsir səviyyəsinin yaxşılaşdırılması, informasiyanın artırılması dayanır. Ümumilikdə, “gələcəyin əsgəri” proqramlarının analizləri zamanı daha çox 3 komponentə diqqət yetirildiyini görmək olur. Bunlar qeyd edildiyi kimi, IT sistemlər, uniforma və zirehdir. IT sistemlər dedikdə bura C4İSR, rabitə vasitələri, GPS, kompüter, videokamera, ekran və s. olmaqla çoxadlı təchizatlar aid edilir. Müxtəlif ölkələrin proqramlarının özəlliyi də əsasən bu komponentlər üzrə müəyyənləşdirilir. IT texnologiyaların geniş tətbiqi artıq hazır olmamış gələcəyin əsgərlərinə qarşı alternativ mübarizə vasitələrinin işlənib hazırlanmasını şərtləndirir. Bu kontekstdə meydana çıxan yeni radioelektron mübarizə vasitələri döyüş meydanında gələcəyin əsgərlərini söndürməyə, bir birlərindən və öz qüvvələrindən təcrid etmək imkanlarına malikdir. Mövcud sistemlər GPS siqnallarını belə boğmaqla gələcəyin əsgərlərini tam şəkildə öz qüvvələrindən təcrid
edə bilir. Ümumilikdə “gələcəyin əsgəri”nin döyüş dəsti ilə bağlı aparılan təhlillər onu deməyə əsas verir ki, əsgərin xidmət göstəricilərini və döyüş qabiliyyətini artırmağı nəzərdə tutan əsgər sistemləri və bu sistemlərlə inteqrasiyalı şəkildə işləyən elektrooptik, robot və sensor qabiliyyətləri bu gün olduğu kimi, gələcəkdə də döyüş meydanlarında yer alacaq. Döyüş meydanındakı bölmələr arasında kommunikasiya, koordinasiya, sürət, dəqiqlik, effektivlik, səmərəlilik və kəşfiyyat üstünlüyü uğur gətirir. Aktiv əsgər sistemləri piyada tapşırıq qrupları üçün vahid döyüş qabiliyyətini yüksəldən güc artırıcı faktor olacaq. Yaxın gələcəkdə 5G və artırılmış reallıq texnologiyaları sayəsində əsgər sistemlərinin komanda-nəzarət sistemləri ilə qarşılıqlı əlaqəsi yeni səviyyəyə çatdırılacaq; taktiki və mərkəzi bulud infrastrukturlarında işləyən süni intellekt və böyük məlumat analizi alqoritmləri ilə dəstəklənərək əsgərin qərar vermə qabiliyyəti artırılacaq. PQ
İTALİYANIN M346 PROQRAMI ? Zaur Akifoğlu İtaliyanın “Leonardo” Korporasiyası tərəfindən ilk mərhələdə M346 təyyarəsi LIFT (Advanced / LeadIn Fighter Trainer) müasir və gələcək nəsil döyüş platformalarını idarə edəcək pilotların hazırlanması və tədrisin effektivliyinin maksimal dərəcədə yüksəldilməsi üçün hazırlanıb. M-346 təlim təyyarəsində ənənəvi iki yerli təyyarələrdə keçirilən daha bahalı təlimlərdən fərqli olaraq, uçuş saatlarının əhəmiyyətli artımına diqqət yönəldilib ki, bu da, donanmaların döyüş təyyarələrinin resurslarının istismarını optimallaşdırmalarına və xərclərə qənaət etmələrinə imkanlar yaradır. Öz növbəsində, bu, döyüş əməliyyatları üçün mümkün olduğu qədər çox sayda təyyarənin hazır saxlanması deməkdir. Bu yanaşma tələbə pilotlara ən mürəkkəb əməliyyat ssenarilərini idarə etmək bacarıqları qazandırmaqla yanaşı təlimin keyfiyyətini də yüksəltməyə hesablanıb. M-346 təlim təyyarəsinin ilk uçuşu 2004-cü il iyul ayının 15-də həyata keçirilib. Təyyarənin uzunluğu 11,5 metr, qanadları arasındakı məsafə 9,7 metr, çəkisi 4,6 tondur. Təyyarə sürəti 1060 km/saatda uçuş həyata keçirə bilir. Uçuş hündürlüyü 13,7 km-dir. M346-nın ekopajı iki nəfərdən ibarətdir. M-346 bu gün bazardakı ən modern LIFT təyyarə sayılır. İki ədəd “Honeywell” F124-GA-20 turboreaktiv mühərrik sayəsində 590 KTAS-a çatan
36 www.poliqon.az
sürətlə yüksək manevrlilik təmin edən təyyarənin pilotu kiçik şığımada 1,2 Mach uçuş sürəti yığa bilir. Təyyarənin praktiki uçuş tavanı 45000 fut, yüklənmənin maksimal həddi isə +8 /-3g bərabərdir. Bütün bu göstəricilər M346 təyyarəsini həm də döyüş təyyarələrinə yaxınlaşdırır və effektiv “hücumçu” kimi təqdim etməyə imkan yaradır. Əlavə olaraq, Quraşdırılmış Taktiki Təlim Simulyasiyası (Embedded Tactical Training Simulation-ETTS) M-346 təyyarələrinin gövdəsinə yerləşdirilmiş sensorları və çox sayda silahı, son nəsil insan-maşın interfeysi, uçuş zamanı yanacaq doldurma zondunu, beş nöqtədə “hava-yer” və “hava-hava” sinifli xarici yüklənmə üçün asqıların imitasiyasını yaradır. Bu da pilotların tam olaraq bir döyüş təyyarəsinə bənzəyən təlim təyyarəsində uçuşlar həyata keçirməsinə imkan yaradır. M-346 simulyator, nəzəriyyə, missiyaların planlaşdırılması və kompüterləşdirilmiş təhsil idarəetmə sistemindən ibarət Yer Bazalı Təhsil Sistemini özündə birləşdirən İnteqrə
Təhsil Sisteminə sahibdir. Uçuş zamanı təyyarənin Yerüstü Missiya Simulyatoru, Kompüterdə Yaradılan Güclərlə (Computer Generated Forces -CGF) inteqrasiyası pilotun real vaxt rejimində virtual taktiki ssenari ilə işləməsini təmin edir. “Canlı virtual konstruktiv imkanlar” tədrisin effektivliyini artıraraq, ən çətin iş ssenariləri canlandırır. Fərqli variantlar, genişləndirilən imkanlar Müxtəlif ölkələrin seçim etdiyi M-346AJT (Advanced Jet Trainer) qabaqcıl jet təlim təyyarə konsepsiyasının əsasında müxtəlif versiyaları hazırlanıb. M-346A variantı 2012-ci ildən İtaliya Hərbi Hava Qüvvələrində istifadə edilir. M-346LCA (Light Combat Aircraft) yüngül hücum təyyarəsi Polşa Hərbi Hava Qüvvələrinə “Suhoy Su-22” təyyarələrini əvəz etmək üçün təklif edilən silahlı variantdır. M-346FT (Fighter Trainer) təlim-döyüş versiyası həm döyüş, həm də təlim üçün istifadə edilə bilir. Döyüş variantı hava-hava döyüşləri üçün nəzərdə tutulub. Əsas variantdan fərqlənən xüsusiyyətlər arasında yeni taktiki məlumat keçid sistemi və müxtəlif döyüş sursatlarından istifadə etmək qabiliyyəti var. M-346FA (Fighter Attack) döyüşhücum versiyası sırf döyüş məqsədləri üçün nəzərdə tutulub və həm hava-
hava, həm də hava-yer döyüş missiyaları üçün istifadə oluna bilər. M346FA eyni zamanda bir platformada həm də təlim imkanlarını təqdim edir. M-346FA təyyarəsi ilk dəfə 2017-ci il iyun ayının 18-də “Paris Air Show” sərgisində statik nümayiş etdirilib və təqdimatı keçirilib. “Leonardo” şirkəti həmçinin Cənubi Amerika və bəzi Asiya ölkələrinə ixrac üçün təyyarəni bazara çıxarır. M-346 yüngül təlim-məşq təyyarəsinin ən son variantı olan M346FA 2020-ci il iyul ayının 13-də ilk uçuş sınaqlarını uğurla tamamlayıb. “Leonardo Aircraft” şirkətinin icraçı direktoru Lucio Valerio Cioffi bildirib ki, M-346FA təyyarəsi M-346-nın bütün müasir təlim imkanlarını təklif edir: “Eyni zamanda effektiv bir yüngül hücum təyyarəsi kimi fəaliyyət göstərməyə imkan verən ən yeni nəsil sensorlar və avadanlıqları özündə cəmləşdirir. 2021-ci ildə ilk təyyarəni beynəlxalq müştəriyə çatdırmağa hazırlaşırıq”. M-346FA təyyarəsinin əsas sensoru “Leonardo” şirkəti tərəfindən hazırlanmış, M-346 təyyarləri üçün xüsusi optimallaşdırılmış, mexaniki skanetməli, çox rejimli, yüksək dəqiqlik təmin edən “Grifo-M-346” radarıdır. M346FA həm də Təhlükəsiz Rabitə Sistemi və Taktik Məlumat Bağlantısını özündə cəmləşdirən yüksək səviyyəli, şəbəkə mərkəzli rabitə dəsti ilə qarşılıqlı əlaqə təmin edir. Platforma həmçinin NATO qüvvələri ilə qarşılıqlı əlaqə yaratmaq üçün LINK-16-dan istifadə edə bilər. M-346FA təyyarəsi 7 sabit nöqtəyə inteqrasiya edilən maksimum 3 ton sursat daşıma qabiliyyətinə malikdir. Təyyarə geniş çeşiddə “hava-hava” və “hava-yer” silahlarından (IR, radar, lazer və ya GPS başlıqlı) istifadə edə, kəşfiyyat sensorları və hədəf təyini qınları ilə təchiz oluna bilər. Bütün sensorlar hər iki pilotun dəbilqəsinə bağlanmış ekran (HMD) sistemi ilə inteqrasiya olunur. Habelə, M-346FA yüksək yanacaq tutumu və havadan havaya yanacaq doldurma qabiliyyətinə malikdir. Aşağı hündürlükdə tam silahlanmış və ya bir mühərrik işlək vəziyyətdə olduqda belə yüksək sürət və manevr edə bilir. Təyyarə FAC-A havadan nəzarət sistemi, APU avtonom əməliyyatlar üçün köməkçi enerji bloku, DASS taktiki məlumat bağlantısı və müdafiə
yardımları alt sistemi və s. sistemlərlə də təchiz edilib. M346FAda “Litening5” və “RecceLite” sistemləri 2020-ci ildə İsrailin “Rafael” şirkəti ilə İtaliyanın “Leonardo” Korporasiyası arasında M-346FA yüngül döyüşhücum təyyarələrinin beşinci nəsil “Litening-5” və “RecceLite” elektrooptik sistemləri ilə təchiz edilməsinə dair müqavilə imzalanıb. “Rafael” şirkətinin mütəxəssislərinin sözlərinə görə bu, beşinci nəsil elektro-optik qınların M-346FA platformasına ilk inteqrasiyasıdır. M-346FA təyyarələri “Litening 5” multispektral hədəfləmə sistemlərindən istifadə edərək döyüş qabiliyyətini yüksəldəcək. Hazırda “Litening 5” sistemi 27 ölkənin hava qüvvələri tərəfindən istifadə olunur və qlobal miqyasda 25-dən çox platformaya inteqrasiya edilib. “Litening 5” sistemi real vaxt rejimində infraqırmızı (FLIR + SWIR) və gündüz HD rəngli kamera görüntülərini təqdim edir. Sistem lazerlə idarə olunan, GPS ilə idarə olunan və EO / IR arayıcı başlıqlı idarə edilən sursatların tətbiqinə imkan verir. “RecceLite” ISR sistemi vasitəsi isə yüngül hücum təyyarələrinə AI, ATR (avtomatik hədəf tanıma), aşkarlama, izləmə və hədəf
axtarışını həyata keçirmək imkanı qazandırır. Hazırda 13 istifadəçinin silahlanmasında yer alan “RecceLite” F16, F-18, “Jaguar”, AMX, “Tornado”, “Typhoon”, “Gripen”, “Heron TP”, “Reaper” və digər uçuş platformalarında istifadə olunur. İxracat M-346 təyyarələri və onun tədris sistemi hazırda İtaliya, Sinqapur, İsrail və Polşa Hərbi Hava Qüvvələrinin istifadəsində yer alır. Daha 4 ədəd M346 İtaliyanın cənubunda yerləşən Leççe-Qalatina aviasiya bazasında, IFTS, İtaliya Hərbi Hava Qüvvələri və “Leonardo” Korporasiyasının əməkdaşlığı çərçivəsində yaradılan Beynəlxalq Uçuş Məktəbində İtaliya və müttəfiq ölkələrin döyüş pilotlarının hazırlığı üçün istifadə olunur. Bundan başqa, Türkmənistan, Azərbaycan, Nigeriya və Qətər Hərbi Hava Qüvvələri də aviasiya parklarını M-346 təyyarələri ilə genişləndirməyi planlaşdırıblar. İtaliya Xarici İşlər Nazirliyinin İtaliya Senatına 2019-cu ildə silah və hərbi texnikaların ixracı ilə bağlı illik hesabatında bildirilib ki, Türkmənistan İtaliyanın “Leonardo” Korporasiyasına M-346 təlim-döyüş təyyarəsi sifariş edib. Türkmənistan və İtaliya arasında imzalanmış müqavilə çərçivəsində
M346FA yüngül döyüşhücum tәyyarәsi
37
Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi M346 təlimməşq tәyyarәsinə baxış keçirərkən. Müdafiə Nazirliyinin rəhbərliyinə təyyarənin taktikitexniki xüsusiyyətləri, istismarı və digər keyfiyyətləri barədə ətraflı məlumat verilib.
“Leonardo” şirkəti Türkmənistan Hərbi Hava Qüvvələrinə 6 ədəd M-346 “Master” təlim-məşq təyyarəsi tədarük edəcək. Qeyd edək ki, M-346 təyyarəsi istehsalçı tərəfindən sınaq və qiymətləndirmə üçün 2018-ci ildə Türkmənistana çatdırılıb. 2018-ci il mayın 3-də Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedov tərəfindən silahlı qüvvələrin “qəfil döyüş hazırlığı yoxlanışı” zamanı M-346 təyyarəsi “Məryəm-2” aerodromunda nümayiş etdirilib. 2021-ci ildə Nigeriya Hökuməti ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) ehtiyaclarını qarşılmaq məqsədi ilə İtaliyanın “Leonardo” şirkəti ilə M346 çox məqsədli təyyarələrin alınmasına dair müqavilə imzalayıb. Müqavilə çərçivəsində Nigeriya HHQ “Leonardo” şirkətinin istehsalı olan 24 ədəd M-346 təyyarəsi alacaq. Müqavilənin dəyəri 1,2 milyard avro (1,416 milyard ABŞ dolları) təşkil edir. M-346 təyyarələri Nigeriya HHQ-nin hazırda aviasiya parkında yer alan Fransanın “Dassault Aviation” şirkətinin istehsalı olan “Alpha Jet A/E” təyyarələrini əvəz edəcək. Nigeriyanın sifariş etdiyi M-346 təyyarəsinin dəqiq variantı hələ məlum deyil. Hərbi ekspertlər bu təyyarələrin M-346FT (Fighter Trainer) təlim-döyüş
38 www.poliqon.az
və ya M-346FA (Fighter Attack) hücumdöyüş variantı ola biləcəyini iddia edirlər. Bundan başqa, Qətər Silahlı Qüvvələri təxminən üç ildir İtalyanın M-346 “Master” təlim-məşq təyyarələri ilə maraqlanır. M-346 təyyarələri Azərbaycan Hərbi Hava Qüvvələrinin hazırlığı üçün də ən qabaqcıl həllidir. Təyyarə quruda və havada ilkin qiymətləndirmədən keçdikdən sonra, Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfərində iki ölkə arasında müzakirə olunan saziş mövzuların biri kimi gündəliyə daxil edilib və ikitərəfli danışıqların mövzusuna çevrilib. Saziş M-346 təyyarələrinin tədarükü məqsədi ilə sənaye əməkdaşlığı ilə bağlı rəsmi müzakirələrin başladılmasını özündə əks etdirir. İtaliyadan M-346 tipli təlim-məşq təyyarələrinin alınmasını şərh edən Hərbi Hava Qüvvələrinin (HHQ) general-mayoru Namiq İslamzadə bildirib ki, artıq bir neçə ildir ki, Azərbaycan HHQ-də genişmiqyaslı islahatlar aparılır: “Hazırda Azərbaycan HHQ-nin sərəncamında olan aviasiya vasitələrinin böyük bir hissəsi müasir standartlara cavab verir. Son illərdə Azərbaycan HHQ üçün əldə edilən
təlim təyyarələri barədə aparılan müzakirələrdə üstünlük əsasən İtaliya və Pakistan istehsalı olan aviasiya vasitələrinə verilib. Bu baxımdan 2017ci ilin iyul ayında Azərbaycan HHQ ilə Pakistanın PAC KAMRA şirkəti arasında imzalanan müqaviləyə əsasən 10 ədəd MFİ-395 “Super Muşşak” təyyarəsinin əldə edilməsini və həmin ilin mayın 10da Azərbaycan HHQ-nin aviabazalarından birində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə İtaliyanın “Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv M-346 təyyarəsinin təqdimatının keçirilməsini xüsusilə vurğulamaq olar”. General-mayoru Namiq İslamzadə bildirib ki, M-346 təyyarələrin əldə edilməsi Azərbaycanın gənc hərbi pilotlarının peşakarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq: “Eyni zamanda M-346 təyyarəsi 4++ və 5-ci nəsil müasir çoxməqsədli təyyarələr üçün keçid təyyarəsi kimi istifadə olunur. Azərbaycan HHQ-nin silahlanmasına bu tip aviasiya vasitələrinin daxil edilməsi onun döyüş imkanlarını genişləndirməklə yanaşı Ermənistan üzərində hava məkanındakı üstünlüyünü daha da artıracaq”. PQ
Pakistanın Azərbaycandakı səfiri Azərbaycan Texniki Universitetində olub Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye Azərbaycan Texniki Universitetində (AzTU) rektor Vilayət Vəliyevlə görüşüb. Rektor
Vilayət Vəliyev iki dost ölkə arasında əməkdaşlıq mübasibətlərindən danışıb. Bildirib ki, Pakistan Azərbaycanının müstəqilliyini tanıyan ikinci ölkədir və beynəxalq arenada hər zaman ölkəmizi dəstəkləyir. Rektor 44 günlük Vətən müharibəsində Pakistan dövlətinin və xalqının Azərbaycana həm siyasi, həm də mənəvi dəstəyini xüsusi vurğulayıb. Görüşdə səfirə universitetdə görülən işlər və həyata keçirilən yeniliklər barədə məlumat verilib. Pakistanın Azər bay candakı səfiri Bilal Haye AzTU-da olmaqdan məmnunluğunu ifadə edib. O, iki dost ölkə arasında tarixi əlaqələrdən danışıb, həmçinin elm və təhsil sahəsində də əməkdaşlığın önəmini qeyd edib. Görüş zamanı AzTU ilə Pakistanın qabaqcıl universitetləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, birgə elmi-təqdiqat layihələrində iştirak, tələbə-müəllim mübadiləsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Səfir Bilal Haye 2022-ci ilin əvvəlində AzTU tələbələrinə “Pakistan və Azərbaycan əlaqələri” mövzusunda mühazirə demək arzusunda olduğunu bildirib.
AzTUnun 20212030cu illər üçün inkişaf strategiyası təsdiq olunub
Noyabr ayının 19-da Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib. İclasda AzTU-nun 2021-2030-cu illər üçün inkişaf strategiyası təsdiq edilib. Qeyd olunub ki, mühəndislik elmləri və ağıllı texno logiyaların tətbiqi sahəsində regionda lider universitet olmağı hədəf seçən AzTU-nun məqsədi rəqəmsal platformada texnoloji gələcək üçün ağıllı həllər vermək və bu istiqamətdə mütəxəssis hazırlığını təmin etməkdir.
Bundan başqa, tədrisdə akademik göstəriciləri yüksək olan tələbələrə Nizami Gəncəvi adına təqaüdün verilməsi ilə bağlı qərar da müzakirələrdən sonra qəbul olunub. İclasda AzTU-nun professormüəllim heyətinin elmi fəaliyyətinin stimullaşdırılması qaydaları, həmçinin universitetin tədris binalarına Azərbaycanın mütəfəkkirlərinin, auditoriyalarına isə şəhidlərin adlarının verilməsi ilə bağlı təkliflər də müzakirə olunub. Daha sonra cari məsələlərə baxılıb.
AzTUda “Radiotexnika nın müasir problemləri” mövzusunda konfransı keçirilib 20-21 oktyabr tarixlərində Azərbaycan Texniki Universitetində (AzTU) Radiotexnika ixtisası üzrə mühəndis kadrların hazırlanmasının 60 illiyinə həsr olunmuş “Radiotexnikanın müasir problemləri” mövzusunda respublika elmi-texniki konfransı keçirilib. AzTU-nun rektoru Vilayət Vəliyevin iştirakı ilə onlayn formatda keçirilən konfransda qeyd olunub ki, radiotexnikanın müasir vəziyyəti, perspektivləri və bu sahədə aparılan elmitədqiqat işlərini müəyyənləşdirmək üçün belə konfransların keçirilməsi çox əhəmiyyətlidir. O da bildirilib ki, konfransda səslənən təkliflər və elmi nəticələr ümumiləşdirilərək istehsalata tövsiyə olunacaq. Bu da alimlərin gələcək fəaliyyətinin koordinasiya edilməsi, təcrübə mübadiləsi aparması və yeni əlaqələrinin qurulmasında mühüm rol oynayacaq. İki gün davam edən konfransda 17 ali təhsil müəssisəsi, müxtəlif elmi-tədqiqat institutları və istehsalat müəssisələrinin nüma yən dələrinin 6 bölmə üzrə elmi məruzələri dinlənilib.
Hərbi vəzifəlilərin döyüş vərdişləri təkmilləşdirilir Azərbaycanın Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən noyabırın 6-dək N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçirilib. Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaq məqsədilə keçirilən toplanışda müxtəlif tapşırıqlar yerinə yetirilib. Tapşırıqların icrası zamanı hərbi vəzifəlilər hərbi xidmətdə qazandıqları döyüş vərdişlərini və təcrübələrini təkmilləşdirməklə yanaşı, Azərbaycan ordusunda silahlanmaya yeni qəbul edilmiş müasir silah, hərbi texnika və avadanlıqlardan istifadə qaydalarını mənimsəyiblər.
39
HAVELSANın MOUT Təlim Mərkəzinə baxış
? Rizvan Abişov Dünya miqyasında baş verən silahlı münaqişələrin dəyişən xa rakteri adi müharibədən ayrı həyata keçirilməli olan bir əməliyyat növü kimi yaşayış məntəqələrində döyüşə hazır olmağın əhəmiyyətini artırıb. Yaşayış məntəqələrində terrorçularla mücadilə, özünə məxsus dinamikliyi olan və bir çox aspektdən unikal hadisədir. Qısa atəş məsafələri, yaxın döyüş texnikaları, ünsiyyət çətinlikləri, yüksək intensivlik mühitində düşməni tapmaq və ayırd etməkdə çətinliklər kimi şəhər əməliyyat mühitinin çoxölçülü olması kritik düşünmə və tez qərar qəbul etməyi zəruri edir. Əldəqayırma partlayıcı qurğularla (ƏPQ) mübarizəyə əlavə olaraq, snayper təhdidləri, mürəkkəb kəşfiyyat mühiti və s. şəhər ərazisində hərbi əməliyyatları fərqli taktikaların, texnikaların və təlimlərin tətbiqini tələb edən özünəməxsus döyüş növünə çevirən bəzi amillərdir. Simulyasiya sistemləri ilə dəstəklənən təlim sistemlərinə ehtiyac silahlı qüvvələr tərəfindən təkcə yaşayış
40 www.poliqon.az
məntəqələrində hərbi qüvvələrin antiterror təlimlərinin effektivliyini artırmaq üçün deyil, həm də müvafiq doktrina hazırlamaq və yaxud bu doktrinaları real döyüş şəraitində sınaqdan keçirmək üçün artmışdır. Yuxarıda qeyd olunan səbəblərə görə, HAVELSAN-ın bu cür təlim mərkəzinin ilk nümunəsi Türkiyənin Foça Jandarma Komando Təlim Komandanlığına (Foça Jandarma Komando Eğitim Komutanlığı) şəhər ərazisində hərbi əməliyyatlar həyata keçirməsi (Military Operations in Urban Terrain - MOUT) üçün qurulub. Bu yaşayış mühiti şəxsi heyətə qeyri-qanuni elementlərlə ziddiyyət təşkil edən taktiki səviyyədə tətbiq edilməli olan prinsip və davranışları öyrətmək üçün ən müasir texnologiya ilə təchiz olunmuş 11 binadan ibarətdir.
Dəyişən təhlükəsizlik mühiti və təhdidlərin qiymətləndirilməsi çərçivəsində bu yaşayış mühitinin modelləşdirilməsi çoxölçülü bir quruluşla formalaşdırılıb. Bu həm insanların təhlükəsizliyini təmin etmək, həm də ictimai asayişi qorumaq üçün bir zərurət olub. Bu mühit də proqram təminatı ilə uzaqdan izlənilir, qeydə alınır, təkrar çalınır və əmr verilir. İbtidai təlim kompleksi təxminən 30x70 metr ərazidə tikilmiş doqquz birmərtəbəli üstü açıq və iki 2 mərtəbəli binadan ibarətdir. MOUT təlim mərkəzində rəhbər kadrlar səviyyəsində aşağıdakı mövzularda təlim keçirilir. • Situasiya maarifləndirmə təlimi, • Yaxın sahədə atış mövqeləri və təhlükəsizliyi, • Mina / PUA və bubi tələləri, • Küçələrdə irəliləyiş, • Binalara giriş texnikaları və bina / otaqların təmizlənməsi, • Qapı və qapı açma texnikaları, • Zərərçəkmişlərin evakuasiyası, • Yaşayış sahəsində çeviklik, • Snayperlərdən və əks-snayperlərdən istifadə, • Əl qumbarasının istifadəsi, • Zirehli maşınların istifadəsi və zirehli maşınla piyadanın birgə təlimi, Bundan əlavə, müvafiq qurumun prioritetlərinə və ehtiyaclarına uyğun olaraq müxtəlif təlim məqsədləri üçün aşağıdakı sistemlər tətbiq olunur. Komanda idarəetmə mərkəzi Komanda idarəetmə proqramı (KİP) sahənin uzaqdan idarə edilməsini təmin edir. Eyni zamanda üç fərqli ssenarini idarə etmək imkanı təklif edir. KİP təlim keçmiş işçilər tərəfindən yaradılan bütün hərəkətləri qeyd edir və təlimin sonunda kursantları qiymətləndirmək üçün bu məlumatlardan istifadə edərək performans hesabatları yaradır. Sahəyə yerləşdirilən hədəf sistemləri, effekt generatorları və işıqlandırmalar təlimatçı tərəfindən KİP vasitəsilə aktivləşdirilə/deaktiv edilə bilər. KİP bu sahədə təlimə nəzarət etmək istəyən təlimatçılar üçün mobil interfeys təqdim edir.
şəraitinə davamlıdır, IP əsaslıdır və proqram təminatı vasitəsilə müstəqil şəkildə idarə oluna bilir. Beləliklə, hər bir spiker müxtəlif səs səviyyələri ilə silah, partlayış, ağlama, nitq, yerimə, pıçıltı, musiqi, söhbət və s. kimi müxtəlif səs effektləri səsləndirə bilər. Səs effektləri təlim keçmiş personalın stress səviyyəsini tənzimləmək bacarığını təkmilləşdirməyə kömək edir. Kamera sistemləri Təlim mərkəzinin müxtəlif sahələrini əhatə etmək üçün, habelə kritik sahələri izləmək üçün sabit və PTZ
Hədəf sistemləri Layihə çərçivəsində əyilmə və yan meyl daxil olmaqla müxtəlif hədəf sistemləri yerləşdirilə bilər. Hədəflər komanda idarəetmə proqramı ilə inteqrasiya olunub və uzaqdan idarə oluna bilər. Hədəflər təzyiqə həssas, təzyiq relyefi və hərəkətə həssas tələlərlə sürpriz aktivləşdirməni dəstəkləyir. Həmin tələlər məşq sahəsinin müxtəlif yerlərində yerləşdirilə bilər. Effekt generatorları Layihə ilə birlikdə əldəqayırma partlayıcı qurğu (ƏPQ), təzyiqə həssas olan flaş və duman effekti generatoru, kütlə yaxınlaşma sensoru və təzyiqin azaldılması mexanizmi də verilir. ƏPQnin partlayış effekti mayeləşdirilmiş neft qazı ilə yaradılmış təhlükəsiz alovlanma üsulu ilə həyata keçirilib.
Bütün effekt generatorları şəbəkədədir və onları komanda idarəetmə mərkəzindən, eləcə də mobil idarəetmə ilə idarə etmək olar. Səs sistemi Ətrafdakı anonsları və səsləri canlandırmaq üçün hər bir binada səs sistemi quraşdırılıb. Səs sistemində istifadə olunan dinamiklər açıq hava
kameralar yerləşdirilir. Bu kameralar həm də qeydlər aparır və istədiyiniz kamera görüntüsünə komanda idarəetmə mərkəzində LCD ekranlarda baxmaq olar. Qeydə alınmış videolara də brifinq sessiyası zamanı baxmaq olar. Sahədə operatorun istifadə etdiyi dronlardan görüntülər də qeydə alına bilər. Rabitə sistemi Üç müxtəlif komanda və təlimatçıları dəstəkləmək üçün 40 ədəd rabitə vasitəsi təmin edilib. Komanda idarəetmə mərkəzi rabitə əlaqəsini vaxt kodu ilə qeyd edir. Bu rabitə debrifinq zamanı təkrarlana bilər. Son olaraq qeyd edək ki, MOUT Təlim Mərkəzi, şəhər ərazisində rastlaşa biləcək ölümcül vəziyyətlərin və bunların necə qarşısının alınması yollarının öyrədilməsində böyük əhəmiyyət kəsb edir. HAVELSAN-ın təqdim etdiyi proqram və avadanlıqlar təlimin effektivliyini artıraraq, itki ehtimalını azaldır. PQ
41
DUBAI AIRSHOW 2021
78 milyard dollarlıq müqavilələrin imzalandığı məkan ? Zaur Babaşov, Rizvan Fikrətoğlu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində 1418 noyabr 2021ci il tarixlərində “Dubai Airshow2021” 17ci beynəlxalq aviasiya sərgisi keçirilib. İki ildən bir təşkil olunan “Dubai Airshow” sərgisində bu il dünyanın 148 ölkəsindən 371i ilk dəfə olmaqla, 1200dən çox şirkət iştirak edib. 5 gün davam edən beynəlxalq aviaşou mülki və hərbi sektorda 78 milyard ABŞ dolları (286 milyard BƏƏ dirhəmi) təşkil edən müqavilələrin imzalanması ilə yekunlaşıb. “Dubai Airshow-2021” sərgisində əsasən naviqasiya aparatları, müşahidə və kommunikasiya sistemləri, süni intellekt avadanlıqları, o cümlədən pilotsuz uçuş aparatları, təyyarələr, kosmik peyk və s. istehsalçısı olan şirkətlər öz imkanlarını nümayiş etdiriblər. Sərginin xaricində - tədbirin statik bölməsində bəziləri ilk dəfə olmaqla 160 təyyarə, helikopter və digər hava platforması əyani şəkildə sərgilənib. Aviaşouda daha çox pilotsuz sistemlərin, xüsusilə də PUA-ların nümayişi üstünlük təşkil edib. Dünyanın müxtəlif ölkələrindən
42 www.poliqon.az
85000-dən çox ziyarətçinin iştirakı qeydə alındığı sərgidə 150-yə yaxın ölkədən nümayəndə iştirak edib. Çexiya, Belçika, Braziliya, İsrail və Slovakiya daxil olmaqla 13 ölkə ilk dəfə bu sərgidə milli pavilyonla təmsil olunub. Ümumilikdə “Dubai Airshow2021” sərgisində milli pavilyonla iştirak edən Türkiyə, ABŞ, Kanada, Fransa, Almaniya, Hollandiya, Rusiya, İsveçrə, Böyük Britaniya, Ukrayna kimi 20 ölkənin şirkətlərinin texnika və texnologiyaları nümayiş olunub. Sərgiyə qatılmış şirkətlər sırasına dünya miqyasında hərbi sənayeni
təmsil edən ABŞ-ın “Boeing”, “Raytheon”, “General Atomics Aeronautical Systems” şirkətləri, “Lockheed Martin” konserni və Fransanın “Airbus” kimi bir çox böyük aerokosmik şirkətləri daxildir. Əvvəlki illərdə olduğu kimi, bu il də “Dubai Airshow-2021” sərgisinə Azərbaycandan iştirakçı və ziyarətçi qatılımı olub. Sərgidə “Azairtechservice” Qapalı Səhmdar Cəmiyyəti stendlə təmsil olunub. 1999-cu ildən “Dubai Airshow” sərgisinin iştirakçısı olan “Azairtechservice” şirkəti, aviasiya platformalarında və hava hü-
cumundan müdafiə sistemlərinin modernləşdirilməsi sahəsində imkanlarını təqdim edib. Aviaşouda ziyarətçi qismində iştirak edən Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti dünyanın tanınmış aviasiya vasitələri və hava hücumundan müdafiə sistemləri istehsalçılarının pavilyonlarında olub, görüşlər keçirib.
“Israel Aerospace Industries” şirkətinin aviaşouda nümayiş etdirdiyi insanlı və insansız dəniz və hava vasitələri, o cümlədən vertikal qalxma və enmə (VTOL) xüsusiyyətlərinə malik “Thunder B” pilotsuz uçuş
aparatı, hava hücumundan müdafiə və raket əleyhinə müdafiə (HHM və RƏM) kompleksi üçün “Barak MX” raketi maraqla qarşılanıb. Sərgi çərçivəsində IAI yerli şirkətlərlə əməkdaşlıq müqavilələri imzalayıb və BƏƏ-nin “Etihad Engineering” şirkəti ilə mövcud tərəfdaşlığı genişləndirmək, regiondakı strateji əməkdaşlığını artırmaqla bağlı bir sıra layihələr təqdim edib. “Rafael” şirkəti sərgidə MIC4AD Çoxsəviyyəli İnteqrasiya edilmiş Komanda, Nəzarət və Rabitə Hava Hücumundan Müdafiə sistemi, “Spyder” zenit-raket kompleksini (ZRK), habelə “Drone Dome” və “Skylock” antidron kompleksini sərgiləyib. İsrailin “Rafael” və IAI şirkətlərinin konsorsiumu tərəfindən hazırlanmış “Spyder” yaxın mənzilli zenit-raket kompleksi ictimaiyyətə ilk dəfə 2005-ci ildə təqdim edilib. “Spyder” ZRK-nin infraqırmızı özütuşlama başlığı ilə təchiz olunan “Python-5” raketləri ilə hədəfi məhvetmə məsafəsi 20 km-ə qədər, hədəfi məhvetmə hündürlüyü 20 mdən 9 km-ə qədərdir. Aktiv radiolokasiya özütuşlama başlığı və qəlpəli-fuqas döyüş başlığı ilə təchiz olunan “Derby” raketləri ilə hədəfi məhvetmə məsafəsi 35 km, hədəfi məhvetmə hündürlüyü 20 m-dən 16 km-ə qədərdir. Kompleksin tərkibinə kəşfiyyat və idarəetmə məntəqəsi, özüyeriyən buraxma qurğuları,
İsrailin “Rafael” şirkətinin “Spyder” zenitraket kompleksi
İsrail müdafiə sənayesinin ərəb coğrafiyasında ilk nümayişi İsrail hərbi sənayesi tarixdə ilk dəfə olaraq ərəb ölkəsində keçirilən hərbi sərgidə milli pavilyonla təmsil olunub və öz imkanlarını nümayiş etdirib. Bu İsrail müdafiə sənayesinin ərəb coğrafiyasında ilk nümayişidir. “Dubai Airshow-2021” sərgisinə ilk dəfə qatılan İsrail şirkətləri arasında bu ölkənin müdafiə sənayesi nəhəngləri olan “Elbit Systems”, “Israel Aerospace Industry” (IAI), “Rafael”, “Aeronautics Group” daxil olmaqla ümumilikdə altı şirkət iştirak edib.
43
nəqletmə-doldurma maşınları və EL/M-2106NG radiolokasiya stansiyası daxildir. Bir batareyada 6 ədədə qədər özüyeriyən buraxma qurğu olur. “Spyder” ZRK-nin elementləri 6×6 təkər formullu “Tatra” şassisində yerləşdirilib. Yaxın Şərqdə antidron sistemləri Sərgidə antidron sistemlərinin nümayişi üstünlük təşkil edib. Nümayiş etdirilən antidron sistemlərinin çoxluq təşkil etməsi Birləşmiş Ərəb Əmirliklərinin belə texnologiyaya marağını əks etdirir. Mini PUA-ları aşkar edərək lazerlərlə zərərsişləşdirən “Drone Dome” kompleksini BƏƏ-nin müdafiə rəsmiləri maraqla qarşılayıb. Onlar İsrail pavilyonunda PUA-lara qarşı sistemin məsafəsi və çəkisi barədə yaxından maraqlanıblar. “Drone Dome” kompleksi ətrafı 360 dərəcə dairəvi deteksiya etmə qabiliyyətinə malik “Rada” şirkətinin istehsalı olan RPS42 taktik hava müşahidə radarı, elektro-optik müşahidə sensorlar və PUA-nın peyk naviqasiyasını, radiosiqnallarını qarışdıran jammer sistemindən ibarətdir. Sistem bütün hava şəraitində 24 saat fəaliyyət göstərir. Radar təhlükəni aşkarladıqdan sonra PUA elektro-optik və infraqırmızı sensorlar tərəfindən müəyyən edilir. Bundan sonra
jammer sistemi işə düşərək PUA-nın radiodalğaları və peyk naviqasiyası qarışdırılır və PUA-nın fəaliyyətinə müdaxilə olunaraq endirilməsi təmin olunur. Və ya kompleksə inteqrasiya olunan “LASER Intercepts Multiple Targets” sistemi güclü lazer şüası ilə PUA-nı havada məhv edir. Sərgidə nümayiş etdirilən digər bir PUA-lara qarşı sistem, İsrailin “Avnon” şirkəti tərəfindən istehsal olunan “Skylock” antidron sistemi olub. Birləşmiş Ərəb Əmirliklərinin “International Golden Group” şirkəti BƏƏ-də sınaqdan keçirilmiş İsrailin “Skylock” antidron sistemini təqdim edib. “Skylock” antidron sistemi əsasən kritik infrastrukturları, eləcə də hərbi və polis obyektlərini mühafizə etmək üçün istifadə edilir. Əmirliyin şirkət rəsmilərinin sözlərinə görə, “Skylock” antidron sistemi iki dəfə BƏƏ-də silahlı qüvvələr tərəfindən test edilib və sınaqların hər biri uğurlu alınıb. Rəsmilər, BƏƏ ilə İsrailin “Avnon” şirkəti arasında “Skylock” antidron sisteminin alqısatqısı ilə bağlı müqavilənin hələ imzalalanmadığını bildiriblər. “Aeronautics Group” şirkəti tərəfindən sərgilənən “Orbiter 4” mini taktik PUA “Orbiter” PUA ailəsinin ən mürəkkəb hava şəraitlərində istifadə edilə bilən uzaq məsafəli və uzun müddət havada qalma qabiliyyətinə malik nümunəİsrailin “Avnon” şirkətinin “Skylock” antidron sistemi
44 www.poliqon.az
sidir. “Orbiter 3” mini PUA-nın aerodinamik quruluşu əsasında hazırlanmış “Orbiter 4” PUA-nı “Orbiter” ailəsinin digər nümunələrindən fərqləndirən əsas xüsusiyyətlər müasir görüntü emal imkanları, avtomatik qalxma qabiliyyəti, dözümlü olması, minimal istismar və əməliyyat xərcləri tələb etməsidir. Platforma eyni vaxtda elektro-optik komplekslə bərabər SAR radarı, və yaxud MPR radarı olmaqla iki fərqli faydalı yükü daşıya bilir. Bundan əlavə, sistem müasir sensorların sürətli inteqrasiyasına imkan verən açıq arxitekturaya malikdir. “Orbiter-4” PUAları əməliyyat tapşırıqlarına uyğun olaraq “Controp” şirkətinin istehsalı olan T-STAMP, D-STAMP, UZ-STAMP, M-STAMP və HD-Lite faydalı yüklərindən biri ilə təchiz oluna bilər. “Orbiter 4” mini taktik PUA kəşfiyyat məlumatlarının toplanması, sərhəd mühafizə, dəniz əməliyyatları və digər bütün ISTAR missiyaları üçün nəzərdə tutulur. Mini taktiki PUA 24 saat havada qalma imkanına sahibdir. İki faydalı yüklə 50 kq uçuş çəkisinə malik PUA-nın maksimal uçuş tavanı 5400 metrdən çoxdur. Qanad açıqlığı 5.4 metr, sürəti 70 uzl (130 km/saat), datalink məsafəsi 150 km təşkil edir. PUA 12 kq faydalı yük götürmə qabiliyyətinə sahibdir. ABŞın önə çıxardığı aviasiya vasitələri “Dubai Airshow-2021” sərgisində ABŞ şirkətlərinin, xüsusilə müdafiə sənayesinin nəhəngləri “Lockheed Martin” və “Raytheon Technologies”in 100-dən çox eksponatı yer alıb. Hava vasitələri sırasında yeni versiyalarda CH-47F “Chinook” hərbi nəqliyyat helikopteri, F-35 döyüş təyyarəsi, MQ-9 “Reaper” pilotsuz uçuş aparatı və digərləri sərgi iştirakçıların marağına səbəb olub. Bunlardan “Lockheed Martin” şirkətinin istehsalı olan çoxməqsədli F-35 təyyarəsi 14 ölkənin silahlı qüvvələri tərəfindən istismar edilir. İndiyə qədər “Joint Strike Fighter” (Müştərək Zərbə Qırıcısı) proqramı çərçivəsində 1460dan çox pilot və 11025 nəfər personal təlim keçib və F-35 qırıcılarının ümumi uçuş müddəti 430 000 saatı
“Lockheed Martin” şirkətinin istehsalı olan çoxməqsədli F35 təyyarəsi
ötüb. Tək pilotlu stels (radara görünməyən) döyüş təyyarəsi əsasən yer hədəflərinin məhv edilməsi və hava döyüşü aparmaq üçün nəzərdə tutulub. Beşinci nəsil “F-35 Lightning II” təyyarəsinin bu günə qədər üç modifikasiyası hazırlanıb: F-35A (CTOL – conventional takeoff and landing) ənənəvi uçuş və eniş, F-35B (STOVL - Short take-off and vertical landing) qısa qalxma və şaquli eniş, F35C (CV - carrier-based) isə aviadaşıyıcıdan havaya katapultla qalxır, aerofinişerdən istifadə edərək eniş edir. F-35B modifikasiyası ilkin döyüş hazırlıq səviyyəsinə 2015-ci ildə, F35A modifikasiyası 2016-cı ildə çatıb. F-35C modifikasiyası isə ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasına 2019-cu ildə daxil edilib. ABŞ-ın “Boeing” şirkətinin istehsal etdiyi CH-47F “Chinook” helikopteri sərgidə xüsusi diqqət çəkib. Əsasən ağır yüklərin daşınması üçün inkişaf etdirilən “Chinook” helikopterləri əsasən hərbi hissələri, artilleriya birliklərini və sursatları daşımaq üçün istifadə olunur. Bundan başqa, CH-47F “Chinook” 55 tam təchizatlı əsgər və ya 22 xərəklə təxliyə etmək qabliyyətindədir. CH47F “Chinook” helikopterin maksimum sürəti 315 km/saat təşkil edir. İki mühərrikli CH-47 “Chinook” digər nəqliyyat helikopterlərindən fərqli olaraq, ard-arda iki tandem rotora
malikdir. Hazırda dünyanın 16 ölkəsində istifadə olunan “Chinook”, hər bir rotorun altında bir yük olmaqla, ümumilikdə iki yükü birlikdə daşımaq qabiliyyətinə malikdir. ABŞ pavilyonunda iştirakçıların marağına səbəb olan “General Atomics Aeronautical Systems” şirkətinin istehsalı olan MQ-9 “Reaper” MALE orta hündürlük və uzaq məsafə sinifinə məxsusdur. MQ-9 PUA çoxfunksiyalı aktiv sensor, yüksək daşıma qabiliyyəti və artırılmış sürətə malikdir. İlk zərbə PUA hesab edilən MQ-9-ların təkmilləşdirilməsi nəticəsində avtomatik uçuş və eniş (ATLC) imkanları artırılıb. Habelə, PUA-nın təkmilləşdirilməsi MQ-9 “Reaper”ın peyk rabitəsi (satcom) nəzarəti altında olduğu zaman yerüstü idarəetmə stansiyasının (GCS) olmadığı yerlərə alternativ və ya yönəldilməsi imkanı verir. “General Atomics Aeronautical Systems” şirkəti 2021-ci ildə elan etdiyi yeni təkmilləşdirmə proqramı ilə MQ-9 “Reaper” PUAlarının 2035-ci ilədək xidmətini artıracaq. Modernləşdirmə proqramı çərçivəsinə MQ-9 PUA-nın bort elektrik enerjisi gücünün artırılması və yeni açıq arxitekturanın inkişafı daxildir. Bu güncəlləmələr müasir təhlükələrə cavab olaraq yeni faydalı yükləri sürətlə birləşdirməyə imkan verəcək. MQ-9 PUA-nın elektro-optik / infraqırmızı kamerasının da
təkmilləşdirilməsi və istəyə bağlı olaraq PUA-ların daşıya biləcəyi silah növlərinin genişləndirilməsi planlaşdırılır. Qeyd edək ki, MQ-9 “Reaper” 1.5 tona qədər olan sursatları daşımaq qabiliyyətinə malikdir. Uçuş müddəti 20 saat təşkil edən MQ-9 “Reaper” PUA-nın turboprob mühərriki saatda 250 knot sürət yığmasını və 40000 fut hündürlüyə qalxmasını təmin edir. Aviaşouda ABŞ-ın “Kaman Corporation” və “Fortem Technologies” şirkətləri tərəfindən müvafiq olaraq “Kargo logistika” PUA-nın prototipi və PUA əleyhinə missiyaları yerinə yetirmək üçün nəzərdə tutulmuş pilotsuz uçuş aparatı təqdim edilib. “Fortem Technologies” şirkəti tərəfindən istehsal olunan “SkyDome” antidron sistemi Qrup-2 və Qrup-3 kimi təsnif edilən PUA-ları zərərsizləşdirən yeni “drogue” şəbəkəsi ilə təchiz edilib. Bu, sistemin hazırda çəkisi 1,320 funta (1 funt təqribən 400-450 qrama bərabərdir) qədər olan dronları hədəfə ala biləcəyi deməkdir. Şirkət mütəxəssislərinin sözlərinə görə, təkmilləşdirilmiş “SkyDome” antidron sistemi 100% avtonom rejimdə işləyir. “SkyDome” antidron sisteminə “TrueView” radarı, elektron idarəetmə sistemi və “Drone Hunter” (“Dron Ovcusu”) PUA daxildir. “Dron Hunter” PUA əsasən təhlükə aşkar edildikdə şəbəkələrin
45
(tor) işə salındığı və inteqrasiya edilmiş iki ədəd qutuya malik antidrondur. “Dron Hunter” mühafizə olunan obyektə hücum edən düşmən PUA-larını zərərsizləşdirmək üçün havaya buraxılır. Daha kiçik təhdidləri atdığı tor ilə tutur və özü ilə bərabər bazaya endirir. Daha böyük PUA-lara “drogue” paraşütlü tor ataraq tutur və nəticədə zərərsizləşdirilmiş düşmən PUA-sı paraşütlə yerə enir. Şirkət nümayəndələrinin sözlərinə görə, “SkyDome” antidron sistemini əldə etmək istəyən BƏƏ-dən sifariş alıblar. “SkyDome” antidron sisteminin hazırda bir Körfəz ölkəsində istifadə olunduğu bildirilib. Səudiyyə Ərəbistanından PUA nümayişi Səudiyyə Ərəbistanın “Advanced Electronics Company” şirkəti sərgidə yerli imkanlarla hazırlanmış “Bariq” PUA-nın prototipini nümayiş etdirib. Nümayiş etdirilən “Bariq” PUA vertikal qalxma və enmə (VTOL) xüsusiyyətlərinə malikdir. “Bariq” kəşfiyyat, müşahidə və aşkarlama (İSR) əməliyyatlarını, o cümlədən yükdaşıma missiyalarını yerinə yetirmək üçün hazırlanmış çoxrotorlu, hibrid mühərrikli kiçik həcmli PUA-dır. Sürü Yuxarıda: ABŞın “Boeing” şirkətinin CH47F “Chinook” helikopteri. Aşağıda: ABŞın “Fortem Technologies” şirkəti tərəfindən istehsal olunan “SkyDome” antidron sistemi.
46 www.poliqon.az
halında istifadə imkanlarına malik “Bariq”ın diametri 2 metrdir. PUA iki eniş sürgüsü, elektro-optik/infraqırmızı (EO/IR) sensoru və iki vuruşlu, tək silindirli daxili yanma mühərriki ilə təchiz edilib. Mühərrik irəli uçuş və elektron müharibə yükü tələblərini dəstəkləmək üçün elektrik enerjisi generatoru ilə dəstləşdirilib. Elektrik mühərrikləri daxili yanma mühərrikindəki geriliyi kompensasiya etmək üçün sürətli manevr və yüksək enerji istehlakı tələb edən avtonom VTOL və missiya seqmentlərini dəstəkləyir. Aviaşounu ziyarət edən Braziliya prezidenti Jair Bolsonaro “Embraer” aerokosmik şirkətinin iri C-390 “Millennium” nəqliyyat təyyarəsinin içərisinə daxil olaraq yaxından baxış
keçirib. Məlumat verilib ki, “Embraer” şirkətinin C-390 “Millennium” təyyarəsi öz sinfində seçilən və yeni standartları özündə birləşdirən taktiki nəqliyyat təyyarəsidir. Təyyarə yüksək manevrliliyi, möhkəm dizaynı, rahatlığı, ən son texnologiyaların tətbiqi və daha asan, daha səmərəli istismarı ilə önə çıxır. C-390 “Millennium” yük və qoşunların nəqli, tanker, paraşüt-desant, axtarış-xilasetmə və digər missiyalarda istifadə üçün nəzərdə tutulur. C-390 “Millennium” 2018-ci ildə Braziliya Milli Aviasiya Agentliyi (ANAC) tərəfindən sertifikatlaşdırılıb və hazırda seriyalı istehsaldadır. 2019-cu ilin avqustunda Portuqaliya “Embraer” şirkəti ilə 2023-cü ilədək 5 təyyarənin tədarükünə dair müqavilə imzalayıb. C390 “Millennium” çox məqsədli orta sinif nəqliyyat təyyarəsi proqramı çərçivəsində Braziliya Silahlı Qüvvələrinə 25 ədəd təyyarənin tədarükü planlaşdırılıb. Braziliya Hərbi Hava Qüvvələri 2019-cu ildə 2 ədəd, 2020ci ildə 1 ədəd C-390 “Millennium” təyyarəsi alıb. Qeyd edək ki, təyyarənin ilkin adı KC-390 olub. Yeni C-390 “Millennium” adı “Dubai Airshow 2019” sərgisində elan olunub. 2020-ci ildə Macarıstanın Müdafiə Qüvvələri “Embraer” şirkəti ilə 2 ədəd havada yanacaq doldurma qabiliyyətinə sahib C-390 təyyarəsinin satın alınmasına dair müqavilə imzalayıb. Təyyarələrin tədarükünə 2023-cü ildə başlanacaq. C-390 texniki xarakteriskaları ilə yanaşı
avionik və rabitə konfiqurasiyasına görə tamamilə NATO ilə uyğundur. Macarıstan bu təyyarəni seçən ikinci Avropa ölkəsi və NATO üzvüdür. Macarıstan Müdafiə Qüvvələri üçün istehsal ediləcək C-390 təyyarəsi humanitar missiyaları yerinə yetirmək üçün Reanimasiya Bölməsinə sahib dünyada ilk təyyarə olacaq. C-390 zondu və yanacaq doldurma sistemi, təyyarənin Macarıstanın JAS-39 “Gripen” və eyni texnologiyanı istifadə edən digər təyyarələrə yanacaq doldurmasına imkan verir. Turbovintli yüngül hücum təyyarələri Aviaşouda “Embraer” şirkəti A-29 “Super Tucano” təyyarəsini, “Textron Beechcraft” şirkəti isə AT-6 “Wolverine” təyyarəsini önə çıxarıb. “Beechcraft” şirkəti tərəfindən T-6 “Texan II” təlim təyyarəsinin əsasında yaradılmış AT-6 “Wolverine” yüngül hücüm təyyarəsi quru qoşunlarının bölmələrə aviasiya dəstəyi, idarə olunan sursatlara koordinatların verilməsi, müşahidə və kəşfiyyat çəkilişləri və ötürülməsi üçün cihazlarla təchiz edilib. Təyyarənin füzelyajı gücləndirilib və raket hücumu barədə xəbərdarlıq sistemi ilə komplektləşdirilib. “Pratt & Whitney” şirkətinin 1100 at gücündə PT6A-68 mühərriki ilə təchiz edilmiş tək pi-
lotlu təyyarənin sürəti 515 km/saat, uçuş uzaqlığı 1667 km, boş çəkisi 2135 kiloqramdır. AT-6 təyyarələrinin müxtəlif modifikasiyaları hazırda ABŞ, Kanada, Yunanıstan, İraq, İsrail, Meksika, Mərakeş, Yeni Zelandiya, Böyük Britaniyada əsas pilot təlim təyyarəsi olaraq istifadə olunur. A-29 “Super Tucano” Braziliyanın “Embraer” şirkətinin məşhur “EMB-314 “Super Tucano” təyyarəsinin bazasında yaradılıb. 2013-cü ildən bəri “Sierra Nevada Corporation” (SNC) və “Embraer” ABŞ-da A29 “Super Tucano”ların istehsalı sahəsində əməkdaşlıq edir. Ortaqlıq 2015-2018-ci illərdə Nigeriya, Filippin, Livan, Qana, Türkmənistan və Əfqanıstan HHQ ilə A-29 “Super Tucano” təyyarəsinin çatıdırılmasına dair müqavilə imzalayıb. Habelə, 2020-ci ilin fevral ayında ABŞ HHQ OA-X proqramı çərçivəsində dəyər-
ləndirmə üçün SNC və “Embraer” ortaqlığı ilə iki ədəd A-29 yüngül hücum təyyarəsinin alınmasına dair 129 milyon dollar, “Beechcraft” şirkəti ilə iki ədəd AT-6 “Wolverine” təyyarəsinin alınmasına dair 70,2 milyon dollar dəyərində iki müqavilə imzalayıb. A-29 “Super Tucano” təyyarəsi 1600 at gücündə PT6A-68C mühərriyi ilə təchiz olunub. Təyyarənin boş çəkisi 2420 kq, maksimal sürəti 590 km/saat, döyüş radiusu 550 km, uçuş uzaqlığı 1330 km-dir. Yüksək temperatur və rütubət şəraitində işləmək üçün nəzərdə tutulan mükəmməl uçuş-enmə xarakteristikalarına malik A-29 səkkiz saat 24 dəqiqə uçuş imkanına sahibdir. A-29 təyyarələrinin bir saatlıq uçuş xərci 1000 dollardan azdır. Kabinəsi 300 metr məsafədən zirehdələn güllələrə qarşı qorumanı təmin edən kevlar zirehlə örtülmüş A-29-un silahlanmasına 7.62 mm-dən 20 mm-dək çaplı pulemyot və toplar daxildir. Qanadların altındakı 5 asma idarə olunan və olunmayan raketlər yerləşdirilməsinə imkan verir. Təyyarə döyüş meydanına nəzarət üçün xarici asmada daşınan fərqli konteynerlərlə də təchiz olunur. A-29 “Super Tucano” təyyarəsinin silahlanmasına 2 ədəd (hər qanadında biri) “FN Herstal” M3P pulemyotu, GIAT M20A1 topu, 70 mm-lik LM-70/19 raketləri (LAU-68A / G raket buraxıcı), o cümlədən “havahava” tipli AIM-9L “Sidewinder”, MAA-1A “Piranha”, “Python 3” və “Python 4” raketləri daxildir. Bundan
Yuxarıda: Səudiyyə Ərəbistanın “Advanced Electronics Company” şirkətinin “Bariq” PUAsı. Aşağıda: “Textron Beechcraft” şirkətinin AT6 “Wolverine” yüngül hücüm təyyarəsi.
47
başqa “Super Tucano”nun ayrı-ayrı ölkələrdə AGM-65 “Maverick” və ROKETSAN-ın “Cirit” raketlərinin, o cümlədən Mk 81/Mk 82, M-117 sərbəst düşən aviasiyan bombalarının inteqrasiyasına dair məlumatlar vardır. Kəşfiyyat və müşahidə tapşırıqlarını icra etmək üçün təyyarə FLIR AN / AAQ-22 “Star Safire II” elektro-optik / infraqırmızı sensor dəsti ilə təchiz edilib. Rusiyanın Dubay aviaşousunda yenilikləri Rusiya bəzi aviasiya texnikalarını sərgidə ilk dəfə tanıdıb ki, bunların arasında “Checkmate” döyüş təyyarəsi, Ka-52M və Mi-28NE hücum helikopterləri də yer alıb. Rusiyanın yeni “Checkmate” döyüş təyyarəsinin prototipi “Rostex” Dövlət Korporasiyasına daxil olan “Sukhoi” Dizayn Bürosunda hazırlanıb. Şirkət mütəxəssislərinin sözlərinə görə, beşinci nəsil təkmühərrikli “Checkmate” təyyarəsi Su-57 qırıcılarının hazırlanması zamanı əldə edilmiş elmitexniki təcrübə əsasında yaradılıb. Yüngül çəkili “Checkmate” qırıcısının 2023-cü ildə ilk test uçuşunun keçirilməsi və 2026-cı ildə istehsalına başlanılması planlaşdırılır. Gələcəkdə onun əsasında iki yerli pilotlu və pilotsuz versiya da yaradıla bilər. Özünü radarlardan gizləyə bilən “Checkmate” iki dəfə səsdən sürətli uçuş qabilyyətinə malikdir. Təyya-
Yuxarıda: Rusiyanın Mi28NE hücum he likopteri. Aşağıda: Rusiyanın “Checkmate” döyüş təyyarəsinin prototipi.
48 www.poliqon.az
rənin uçuş məsafəsinin 3 min kilometr olduğu və 7 min 400 kiloqram faydalı yük daşıya biləcəyi bildirilir. Qeyd edək ki, “Checkmate” qırıcısı ilk dəfə cari ilin iyun ayında Moskvada keçirilmiş MAKS-2021 sərgisində nümayiş etdirilib. “Dubay Airshow-2021”də nümayiş etdirilən Ka-52M və Mi-28NE hücum helikopterləri ilə Ermənistan da daxil olmaqla, Qazaxıstan, Malayziya, Mavritaniya, BƏƏ, Səudiyyə Ərəbistanından olan nümayəndə heyətləri yaxından maraqlanıb. “Rostex” Dövlət Korporasiyasına daxil olan “Vertolyot Rossii” şirkətinin baş direktoru Andrey Boqinskinin sözlərinə görə, “Dubai Airshow-2021” sərgisinin əsas yeniliklərindən biri Mi-28NE hücum helikopterinin beynəlxalq premyerası olub: “Əvvəllər “Gecə ovçusu”nun bu modifikasiyası heç vaxt xarici sərgilərdə nümayiş etdirilməyib. Ka-52M heli-
kopteri də ilk dəfə nümayiş etdirilib. Aviaşou çərçivəsində keçirilən uçuş proqramında iştirak edən bu helikopterlər real hava döyüşlərində istifadə olunan mürəkkəb akrobatik və manevr elementlərini nümayiş etdiriblər”. Qeyd edək ki, Ka-52M helikopteri Ka-52 “Alligator” helikopterinin təkmilləşdirilmiş versiyasıdır. İstehsalçı şirkətin açıqlamasına görə, Ka-52M-in raketlə silahlanması Mi28NM-in yeni zərbə helikopterinin silahlanmasıyla unifikasiya edilib ki, bu da helikopterin atış məsafəsini əhəmiyyətli dərəcədə artırmağa imkan verib. Həmçinin, Ka-52M aktiv fazalı yeni radar sistemi ilə təchiz edilib. Modernləşdirilmiş Ka-52M helikopterinin prototipinin ilk uçuşu 2020-ci il avqust ayının 10-da keçirilib. Mi-28NE helikopteri hava hədəflərini, tankları və zirehli texnikaları məhv etmək üçün nəzərdə tutulub, həmçinin kəşfiyyat və patrul xidməti üçün də istifadə oluna bilər. Mi-28NE silah kompleksinə 30 mmlik top, 6 və 10 kilometr mənzilli üç növ tank əleyhinə idarə olunan raketlər, o cümlədən idarə olunan “hava-hava” raketləri, iki növ idarə olunmayan raketlər, 500 kq-a qədər olan aviasiya bombaları daxildir. Sərgidə Çini Milli Aerotexnologiyaların İdxalı və İxracı korporasiyası – CATIC təmsil edib. CATIC tərəfindən səsdən sürətli L-15 AFT (“attack/ fighter/trainer”) hücum-döyüş-təlim təyyarəsi və onun mövcud silahları
tanıdılıb. Qeyd edək ki, L-15 AFT ilk dəfə 2015-ci ildə Çin Hərbi Hava Qüvvələrinin yaradılması gününə həsr olunan mərasimdə ictimaiyyətə təqdim olunan “Hongdu” JL-10 təlimdöyüş təyyarəsinin ixrac versiyasıdır. Təyyarə Ukrayna istehsalı olan Aİ222K-25 mühərriki ilə təchiz olunub. Təyyarənin döyüş radiusu 550 kmdir. Mütəxəssislər təyyarəni Rusiya istehsalı olan Yak-130-a bənzədirlər. “Leonardo”nun texnika və texnologiyaları İtaliyanın “Leonardo” şirkəti “Dubai Airshow-2021” sərgisində təyyarələr və helikopterlərini, qabaqcıl hava, dəniz və kosmik texnologiyalarını, habelə təhlükəsiz kommunikasiyalarını təqdim edib. Şirkətin satış üzrə baş direktoru Pasquale Di Bartolomeo bildirib ki, “Leonardo”nun texnologiyaları əlli ildən artıqdır ki, Birləşmiş Ərəb Əmirliyinin təhlükəsizliyinə və müdafiəsinə töhfə verir və şirkət Əbu-Dabidəki yerli filialı vasitəsilə BƏƏ hökuməti ilə işləməyə davam edir. “Leonardo” Avropa və ABŞ xaricində ilk dəfə olaraq BƏƏ-də nümayiş etdirdiyi tiltrotor tipli AW609 təyyarəsi təchiz olduğu iki rotorun hərəkət istiqanətini 60 saniyədən az müddətdə dəyişdirmək qabiliyyətinə malikdir.
AW609 təyyarəsi uçuşu yerinə yetirərkən helikopter kimi şaquli olaraq qalxa bilir. Sərnişin daşınması və tibbi evakuasiyadan tutmuş mülki müdafiə və axtarış-xilasetmə işlərinə qədər müxtəlif missiyaları yerinə yetirə bilən AW609 tiltrotorun sürəti 500 km/saat təşkil edir. Tiltrotorun uçuş uzaqlığı 1400 km, əlavə yanacaqdoldurma ilə 2000 km-dən çoxdur. “Leonardo” sərgidə VIP nəqliyyat və xidmətləri üçün əlamətdar olan “Agusta” helikopterini də nümayiş etdirib. Həmçinin “BriteCloud” və “Miysis DIRCM” adlı təyyarələrin raket əleyhinə mühafizə texnologiyalarını, o cümlədən “Osprey” AESA radarı və SAGE elektron dəstək sistemini təqdim edib. “Osprey” AESA radarı təyyarə ekipajlarının situasiya ilə bağlı məlumatlılığın ən yüksək səviyyəsinə çıxışını təmin edir. Çoxməqsədli “Osprey” radarı müxtəlif
missiyalar üçün pilotlu və ya pilotsuz platformalarda maksimum baxış sahəsini təmin edə bilər. PUA üçün nəzərdə tutulan çoxfunksiyalı “Osprey 30” AESA (aktiv elektron skanedən antenna) radarı ISR kəşfiyyat, nəzarət və müşahidə qabiliyyətinə malikdir. AIMS-ISR texnologiyası ilə dəstəklənən əməliyyatlarda radar “hava-hava”, “hava-dəniz” və “havayer” rejimlərində işləyir. O cümlədən radar SAR xəritəsi, MTI hərəkətli hədəf indikatoruna malikdir. Bunlar hamısı AIMS-ISR-in intuitiv hərəkətli xəritələri və sensor nəzarəti ilə tam inteqrasiya olunmaqdadır. EO/IR sensorları ilə yanaşı “Osprey 30” bütün imkanlarından istifadə edərək bir missiya sistemində kontrol edilir və idarə olunur. İstehalçı şirkətin məlumatına görə, “Osprey 30” kiçik ölçü, az çəki, aşağı qiymət və yüksək dəyəri (SWAP) özündə cəmləşdirən unversal radar sistemidir. Sərgi çərçivəsində “Leonardo” Fransanın “Sabena Technics” şirkəti ilə memorandum imzalayıb. Sazişə əsasən Avropa, Yaxın Şərq və Afrika ölkələrində təyyarələrini infraqırmızı idarə olunan raketlərə qarşı qoruma ilə modifikasiya etmək və təchiz etmək istəyən müştərilərə “Sabena Technics” şirkəti tərəfindən “Leonardo”nun “Miysis DIRCM” sistemi təklif ediləcək. “EDGE Group”un “Bayraktar TB2”yə bənzəyən PUAsı “Dubay Airshow-2021”də ən böyük sərgi sahəsinə sahib olan BƏƏnin “EDGE Group” konserini müxtəlif raketlər və bir çox insansız hava
Yuxarıda: İtaliyanın “Leonardo” şirkətinin tiltrotor tipli AW609 təyyarəsi. Aşağıda: BƏƏnin “Halcon” şirkətinin yeni “ReachS” silahlı PUAsı.
49
vasitəsi platformasını önə çıxarıb. 2019-cu ildə yaradılan “Edge Group”un törəmə “Halcon” şirkəti sərgidə ilk dəfə yeni “Reach-S” adlı silahlı PUAsını nümayiş etdirib. Türkiyənin “Bayraktar TB2” PUA-sına bənzəyən “Reach-S” PUA MALE sinif xüsusiyyətlərinə malikdir. Sabit qanadlı “ReachS” PUA taktiki kəşfiyyat və müşahidə xarakterlidir. Döyüş əməliyyatlarında istifadə edilməsi üçün “Reach-S” dörd ədəd “Desert Sting-16” (DS-16) tipli həssas idarə olunan sursatla silahlandırıla bilir. Qeyd edək ki, DS-16 sursatının uçuş uzaqlığı 9000 metr hündürlükdən buraxıldıqda 16 km, 5500 metr yüksəklikdən buraxıldıqda 11 km, 3000 metr yüksəklikdən buraxıldıqda 6 km təşkil edir. PUA elektrooptik/infraqırmızı (EO/IR) sensoru ilə təchiz edilib. Uçuş çəkisi 400 kq olan və 120 kq-a qədər yük daşıya bilən “Reach-S” 19 min fut hündürlüyə və 80 düyün kruiz sürətinə çata bilir. PUA-nı uzunluğu 5,5 metr, qanadları arasındakı məsəfə 10 metr təşkil edir. Onu da qeyd edək ki, “Reach-S” PUA, “Bayraktar TB2”də istifadə edilən Kanadanın “Bombardier Recreational Products” (BRP) şirkətinin istehsalı olan “Rotax 912” mühərrikinə malikdir. Bu mühərrik əvvəlcə “Bayraktar TB2” PUA üçün istifadə olunsa da, Türkiyə Azərbaycana “Bayraktar TB2”lər tədarük etdikdən sonra onun Türkiyəyə satışı dayandırılıb. “EDGE Group” konserni ilk dəfə olaraq QX-5 və QX-6 PUA-larını da
nümayiş etdirib. QX-5 PUA kəşfiyyat, müşahidə, eləcə də sərhəd təhlükəsizliyi missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub. PUA 25 kiloqram yük ilə 16 saat havada uçuş əməliyyatı yerinə yetirə bilir. QX-5 PUA həmçinin avtopilot və kommunikasiya sistemlərinə malikdir. QX5 ilkin dizayn sınaqlarının keçirilməsi mərhələsindədir və 2023-cü ilin birinci rübündə istifadəyə verilməsi planlaşdırılır. QX-6 PUA da, avtopilot və kommunikasiya sistemlərinə malikdir. PUA uzaqdan idarəetməyə ehtiyac olmadan missiyaları avtonom şəkildə yerinə yetirə bilir. Təyin edilmiş hədəfə hücum etmək üçün müəyyən edilmiş koordinatlar və ya kamerlar vasitəsilə idarə olunur. QX6 PUA-dan uzaq yerlərə yükləri çatdırmaq üçün də istifadə edilə bilər. Belə ki, 150 kiloqram faydalı yüklə havada 4 saata qədər dayana bilir. Sərgidə nümayiş etdirilən “Edge Group” şirkəti tərəfindən istehsal edilən QX seriyalı PUA ailəsinin QX-1 mikro, QX-2 mini, QX-3 orta və QX-4 böyükölçülü aparatları kamikadze xarakterlidir. QX-1 mikro PUA-ları kvadrakopter tiplidir və 0,5 kq yük daşıyır, özünün çəkisi isə 3 kq-dır. QX2 mini PUA-ları isə daha böyük platformadır və 1,5 kq faydalı yük daşya bilər. QX-3 ümumi çəkisi 5 kq olan 4 ədəd sursat daşımaq qabiliyyətinə malikdir. QX-4 isə 5 kq faydalı yüklə 90 dəqiqə havada qala bilir. QX-4 sabit qanadlıdır, şaquli qalxma-enmə imkanlarına sahibdir. Bu PUA-larda
hədəfə kilidlənmək və onu məhv etmək üçün süni intellekt (ing. artificial intelligence – AI) alqoritmlərindən istifadə olunur. “EDGE Group”un sərgi çərçivəsində təqdimatını keçirdiyi “Rash 2-H” həssas idarə olunan sursat sistemi pilotlu və pilotsuz uçuş aparatlarına inteqrasiya oluna bilir. “Rash 2-H” gündüz və gecə əməliyyatları zamanı hədəflərə dəqiq yönəlmək üçün lazer tuşlamalı başlıqla təchiz edilib. “Rash 2-H” sursatı sələfi “Rash 1-H” sursatından ölçüsünə, çəkisinə və əməliyyat imkanlarına görə fərqlənir. “Rash 1-H” 60 mm-lik minaatanla təchiz olunurdusa, 2-ci yeni versiyası 120 mm-lik minaatanla təchiz edilib. “Rash 1-H” sursatının çəkisi 3,5 kq olduğu halda, “Rash 2-H”ın çəkisi 13,5 kq təşkil edir. “Rash 2-H” sursatının sınaqlarının uğurla tamamlandığı bildirilib. BƏƏ-nin “Calidus” şirkəti B350 və B250 hərbi təyyarələrini təchiz olunduğu silahlarla birlikdə sərgidə nümayiş etdirib. B-250 yüngül döyüş təyyarəsi 2000-ci illərin əvvəllərində hazırlanmış A-67 “Dragon” təyyarəsinin konstruksiyasına əsaslanır. İki yerli B-250 təyyarəsinin füzelyajının uzunluğu 10.98 m, qanad açıqlığı 12.08 metrdir. Təyyarə Kanadanın “Pratt & Whitney” şirkətinin 1600 at gücünə sahib PT6A-68 turbovintli mühərriki, “Rockwell Collins” şirkətinin “ProLine Fusion II” avionika kompleksi, həmçinin füzelyajın alt hissəsində “L3 Wescam” şirkətinin MX-15 gecə-gündüz elektro-optik kompleksi ilə təchiz olunub. Xarici asmada 1796 kq-dək silah daşıya bilir. Sərgidə B-250 prototipi müxtəlif silahlarla nümayiş etdirilib. Təyyarə 4 ədəd 250 funtluq lazerlə idarə olunan GBU-58 “Paveway II”, iki ədəd “Sidewinder” raketi (hava-hava) daşıya bilir. B-250-nin uçuş uzaqlığı 1037 km, uçuş müddəti 12 saat, maksimal sürəti 557 km/saat təşkil edir. Qeyd edək ki, B-250 təyyarəsinin ilk istifadəçisi Birləşmiş Ərəb Əmirlikləridir.
“EDGE Group”un avtonom rejimdə işləyən QX6 tipli PUAsı.
50 www.poliqon.az
Yeni əməkdaşlıq və satış müqavilələri BƏƏ şirkətləri sərgi çərçivəsində bir sıra yerli və xarici şirkətlərlə, əməkdaşlıq, alqı-satqı müqavilələri imzalayıblar. BƏƏ-nin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlar Fransanın “Airbus Defence and Space” şirkətindən əlavə 2 ədəd A330 MRTT (Multi Role Tanker Transport) çoxməqsədli təyyarələrinin tədarükü üçün müqavilə imzalayıb. Dəyəri təxminən 664 milyon ABŞ dolları təşkil edən müqaviləyə əsasən təyyarələrin tədarükü 2024-cü ildən başlanılacaq. Müqavilədə, BƏƏ-nin Müdafiə Nazirliyi tərəfindən əvvəllər alınmış A330 MRTT təyyarələrinin modernləşdirilməsi də nəzərdə tutulub. Yeni sifarişlə birgə BƏƏ Hərbi Hava Qüvvələrindəki A-330 MRTT təyyarələrinin sayı 5 ədədə çatacaq. Qeyd edək ki, A330 MRTT təyyarələri yanacaq doldurma, sərnişin və yük daşınması, o cümlədən tibbi təxliyə əməliyyatları üçün konfiqurasiya edilə bilir. “Dubai Airshow-2021” aviasiya sərgisi çərçivəsində İsrailin IAI şirkəti ilə BƏƏ-nin “EDGE Group” konserni arasında iki müqavilə imzalanıb. Birinci müqavilə insansız katerlərin (USVs), ikinci müqavilə isə elektrooptik/infraqırmızı (EO/IR) sistemləYuxarıda: BƏƏnin “Calidus” şirkətinin B250 yüngül döyüş təyyarəsi, təchiz olunduğu silahlarla birlikdə. Aşağıda: BƏƏnin “Halcon” şirkətinin “ThunderP4” və “ThunderP32” həssas idarəolunan aviasiya bombaları.
rin birgə istehsalını əhatə edir. Birinci razılaşmaya əsasən, IAI şirkəti “Edge” konserninə daxil olan ADSB şirkəti ilə birgə insansız katerlər hazırlayacaq. ADSB şirkəti inşa ediləcək insansız katerin dizaynı, idarəetmə sistemi, faydalı yük inteqrasiyası və əməliyyatların inkişafı konsepsiyasına cavabdehdir. IAI şirkəti isə gəminin avtonom idarəetmə sistemini inkişaf etdirəcək və faydalı yükləri missiya tələblərinə uyğun olaraq idarəetmə sistemi bölmələrinə inteqrasiya edəcək. Bundan başqa, BƏƏ-nin “EDGE Group” konserninə daxil olan “Halcon” şirkəti ilə BƏƏ Silahlı Qüvvələri arasında “Thunder” və “Desert Sting” adlı həssas idarə olunan sursatların tədarükünə dair 871 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb. “Desert Sting” müxtəlif təyyarə və pilotsuz uçuş aparatlarına inteqrasiya edilə bilən xüsusi dizayn edilmiş döyüş başlığına malik yüngül çəkidə
idarə olunan raketdir. Qeyd edək ki, “Dubai Airshow-2019” sərgisində də “Halcon” şirkəti BƏƏ Hərbi Hava Qüvvələri ilə “Desert Sting-16” (DS16) həssas yönləndirməli döyüş sursatlarının alqı-satqısına dair 1 milyard ABŞ dolları dəyərində müqavilə imzalamışdı. “Halcon” şirkətinin stendində “Desert Sting” yüngül çəkili, idarə olunan döyüş sursatının 10, 23 və 50 kq çəkidə üç variantı – DS-5, DS-16 və DS-35 nümayiş etdirilib. Döyüş sursatının hədəfə yönəlməsinin GPS və inersial naviqasiya ilə həyata keçirildiyini deyən şirkət rəsmilərinin sözlərinə görə, sursatın yarıaktiv lazer başlıqlı konfiqurasiyası da mövcuddur. GPS və inersial naviqasiya ilə sursatın hədəfdən sapması 10 metr, özütuşlanan yarıaktiv lazer başlıqla 3 metrdir. 23 kq-lıq sursatın döyüş başlığı 7 kq-dan 15 kq-dək, 10 kq-lıq sursatın döyüş başlığı 7 kq, 50 kq-lıq sursatın döyüş hissəsi 35 kq təşkil edir. Habelə, BƏƏ-nin “EDGE Group” şirkətinə daxil olan GAL müəssisəsi ilə BƏƏ HHQ və HHMQ arasında texniki xidmət, təmir və əsaslı təmir və xüsusi dəstək xidmətləri ilə təmin etmək üçün 3 milyard ABŞ dolları, BƏƏ-nin Müdafiə Nazirliyi aviaşouda Avropa, Amerika və Asiyadan olan podratçılar və təchizatçılarla 6.2 milyard ABŞ dollarıdəyərində müqavilələr imzalayıb. Aviasiya şousunda BƏƏ-nin “Əl Fursan”, Rusiyanın “Rus Cəngavərləri”, Səudiyyə Ərəbistanının “Səudiyyə Şahinləri”, Hindistanın “Sarang” aviasiya qrupunun akrobatik uçuşları keçirilib. PQ
51
Raket zərbəsi təhdidlərinə qarşı “ARROW” RƏM kompleksləri ? Əhəd Əzizov İsrail, ölkəni təhdid edən ballistik raketlərə qarşı müdafiə və hücum qabiliyyətini daima təkmilləşdirməklə məşğuldur. İsrail Müdafiə Nazirliyi tərəfindən hələ keçən əsrin 80ci ilərinin ortalarında “Hetz” proqramının icrasına başlanılıb. Proqramın həyata keçirilməsi ilə yaradılan hələlik son nümunə isə raket əleyhinə müdafiə təyinatlı (RƏM) “Hetz3” (ing. “Arrow3”) zenit raket kompleksidir. O, İsraildə yerləşdirilən, uçuşun son mərhələsində, yəni enmənin son dəqiqələrində daxil olan ballistik raketləri axtarıb məhv edə biləcək yüksəklik tutucularından ibarətdir. “Arrow-3” zenit raket kompleksi (ZRK), havasız məkanda qitələrarası ballistik raketləri məhv etmək üçün təyin edilib. Kompleks yerin süni peyklərini də məhv etməyə qadirdir. Ümumilikdə “Arrow-3”, İsrail Müdafiə Nazirliyinin MAFAT Müdafiə Araşdırma İdarəsinin IMDO İsrailin Raketdən Müdafiə Təşkilatının ABŞ-ın MDA Raketdən Müdafiə Agentliyi ilə əməkdaşlığı, həmçinin İsrail və ABŞ şirkətlərinin iştirak etdiyi İsrailin çoxpilləli RƏM sisteminin yaradılması layihəsi çərçivəsində yerli mütəxəssislər tərəfindən inkişaf etdirilən və ölkənin Raketdən Müdafiə Sisteminin tərkibində yer alan RƏM ZRK-dir. İsrailin “İsrail Aircraft Industries” (IAI) dövlət konserni Hərbi Faəliyyət Teatrının Raket Əleyhinə Müdafiə (HFT RƏM, Israeli Theater Missile Defense Systems) sisteminin inkişafı çərçivəsində 1988-ci ildə taktiki və əməliyyat-taktiki raketləri məhv etmək üçün təyin edilmiş raketin prototipini yaratmaq barədə sifariş alıb. Sifariş əsasında IAI konserni işləri ABŞ-ın “Lockheed Martin” şirkəti ilə birlikdə
yerinə yetirib və 1994-cü ilə qədər belə bir prototip yaradılaraq uğurla sınaqdan keçirilib. Sonradan böyük və həcmli “Arrow-1” raketininin inkişafı dayandırılıb və tədqiqatlar daha kiçik, daha sürətli və daha ölümcül “Arrow-2” raketi ilə davam etdirilib. Belə ki, “Arrow-1” raketinin düşmənin ballistik raketlərini tutma qabiliyyəti sübut edildikdən sonra, 1994-cü ildə işlərin birinci mərhələsi başa çatdırılıb və IAI konserni ABŞ-ın “Boeing” konserni ilə birlikdə daha da inkişaf etdirilmiş, 3000 km-ə qədər məsafədən atılan və saniyədə 4,5 km sürətlə uçan raketləri tuta bilən RƏM kompleksi hazırlayaraq İsrail ordusuna təhvil verib. “Arrow-2” adlandırılan yeni kompleksin tutucu raketləri, düşmən raketlərini stratosferdə məhv etmək üçün təyin edilib. Sınaqlar zamanı kompleksin, döyüş təyyarəsindən buraxılan və texniki xüsusiyyətlərinə görə Yaxın Şərq ölkələrindən birinin ballistik raketi ilə eyni olan raketi aşkarlama və məhvetmə sistemi sınaqdan keçirilib. Sınaqların ssenarisi tutucu raketin fiziki olaraq buraxılmasını nəzərdə tutmayıb,
“Arrow2” zenitraket kompleksi
lakin onların icrası zamanı İsrail və ABŞ RƏM sistemlərinin uğurlu qarşılıqlı əlaqəsi təsdiqlənib. Nəticədə kompleksin hədəfi məhvetmə dəqiqliyi 90% olaraq qiymətləndirilib. “Arrow-2” RƏM kompleksi İsrail Müdafiə Qüvvələrinin (İMQ) silahlanmasına 14 mart 2000-ci il tarixində qəbul edilib. Kompleksin ikipilləli bərk yanacaqlı tutucu raketi ayrılan özütuşlanan tutucu başlıq hissə ilə təchiz edilib. Raketin başlıq hissəsi mürəkkəb hava şəraitində və düşmən tərəfindən radioelektron əks təsirlərin tətbiqi zamanı hədəfi etibarlı şəkildə tutmağa qadirdir. Raketdə yüksək hündürlüklərdə infraqırmızı özütuşlama başlığı, aşağı hündürlükdə isə buludlu və ya tüstü şəraitində radiolokasiya özütuşlama başlığından istifadə olunur. Raketin döyüş başlığı istiqamətləndirilmiş qəlpəli-fuqas təsirlidir. Partlayıcı qeyri-kontakt fəaliyyətlidir. Raket indiyədək bir neçə dəfə təkmilləşdirilərək Block 1, Block 2, Block 3, Block 4 və Block 5 kimi modifikasiyaları yaradılıb. Qeyd etmək lazımdır ki, kompleksin inkişafında və istehsalında IAI konserninin törəmə ELTA və MLM şirkətləri, eləcə də “Boeing”, “Elbit Systems”, “Rafael” və “Tomer” şirkətləri iştirak ediblər. Hazırda İsrail daxilində kompleks “Hetz”, ABŞ-da və beynəlxalq silah bazarında “Arrow” kimi tanınır. Mənası “Ox” deməkdir. İsrail ilk olaraq “Arrow” sistemini öz ərazisində istehsal edib. Lakin, sonradan “Arrow” layihəsi çərçivəsində
IAI konserni və “Boeing” konserni arasında 11 fevral 2003-cü il tarixində əməkdaşlıq sazişi imzalanıb. Saziş raketlərin alınması üçün Amerika hərbi yardımı çərçivəsində verilən vəsaitdən istifadə etməkdən ötrü ABŞ-da “Arrow2” raketinin komponentlərinin istehsalının qurulması barədə idi və istehsal müəssisəsinin yaradılmasını nəzərdə tuturdu. Bu sazişə əsasən, “Boeing” konserni Alabama ştatının Huntsville şəhərində yerləşən zavodunda raketin elektronika bloku, sürətləndirici mühərrikin gövdəsi və raket gövdəsi daxil olmaqla, komponentlərin təxminən 35%-nin (bəzi mənbələrə görə 50%nin) istehsalını və digər 150-dən artıq ABŞ podratçıları tərəfindən həyata keçirilən istehsalın koordinasiyasını öz üzərinə götürüb. IAI konserni isə ümumi koordinasiyaya, kompleksin və raketlərin İsraildə son yığılmasına məsuldur. Raketin marş mühərriki və döyüş hissəsi “Rafael”, sürətləndirici mühərriki “Israel Military Industries” (IMI), mühərrikinin üzlükləri və birinci pillə soploları “Alliant Techsystems”, aktiv radiolokasiya özütuşlama başlığı “Lockheed Martin”, infraqırmızı şüalandırıcısı “Raytheon” və keramika örtükləri “Ceradyne” şirkətləri tərəfindən istehsal olunur. Nəql edilən “Arrow” kompleksinin tərkibinə “ELTA Systems” şirkətinin istehsalı EL/M-2080 “Green Pine” aktiv fazalı anten sisteminə malik erkən xəbərdarlıq RLS-i, “Elisra” şirkətinin istehsalı olan “Golden Citron” komanda məntəqəsi və “C3I Center” rabitə mərkəzi, habelə IAI konserninin istehsalı “Brown Hazelnut” (“Hazelnut Tree”) raketlərin buraxılışını idarəetmə məntəqəsi, “Arrow-2” hipersəsli raketləri şaquli buraxma üçün təyin edilmiş 4 və ya 8 ədəd mobil buraxma qurğusu (Hər qurğuda nəqletməburaxma konteynerində yerləşdirilmiş 6 ədəd raket olur), güc qurğusu və RLS soyutma sisteminin də daxil olduğu köməkçi avadanlıqlar daxildir. “Brown Hazelnut” raketlərin buraxılışını idarəetmə məntəqəsi və rabitə mərkəzi yük maşınlarının üzərində, buraxma qurğuları qoşquların, kompleksin qalan elementləri isə yarımqoşquların üzərində yerləşdirilib. “Arrow-2” kompleksinin hündürlük üzrə məhvetmə zonası, minimal/maksimal 8/50 km, EL/M-2080
“Green Pine” RLS ilə tipik hədəfi aşkaretmə məsafəsi 500 km-ə qədər, eyni anda müşayiət olunan hədəflərin sayı 12 ədədə qədər, hədəfin koordinatlarının təyin edilməsi səhvi 4 metr təşkil edir. Raket üzrə kanalların sayı 2, raketi uzunluğu 7000 mm, raketin diametri 800 mm, raketin start kütləsi 1300 kq, raketin mühərriki iki pilləli (start və marş) bərk yanacaqlı, raketin döyüş başlığı istiqamətlənidirilmiş təsirli qəlpəli-fuqas, raketin maksimal uçuş sürəti 2,5 – 3 km/saniyə, raketin maksimal uçuş məsafəsi 100 km-dir. 2009-cu ildə İsrail hökuməti və ABŞ Raketdən Müdafiə Agentliyi “Arrow-3” kompleksini yaratmaq üçün yeni layihəyəyə başlayıblar. 2012-ci ilin əvvəlində “Boeing” və IAI konsernləri bu layihə üzrə əməkdaşlıq sazişi imzalayıblar. Sazişin şərtlərinə əsasən layihə İsrail hökuməti və ABŞ Raketdən Müdafiə Agentliyi tərəfindən birgə maliyyələşdirilir. Baza olaraq düşmənin yaxın və orta mənzilli ballistik raketlərini tutmaq üçün təyin edilmiş “Arrow-2” raket əleyhinə müdafiə kompleksi götürülüb. Kontaktsız döyüş başlığı istifadə edən tutucu raketlərin əvvəlki “Arrow-1” və “Arrow-2” versiyalarından fərqli olaraq, “Arrow-3” tutucu raketi kinetik məhvetmə başlığından istifadə edir. Tutucu raket, əyilmə dartqı vektoru olan raket mühərriki ilə təchiz edilib. Uçuş trayektoriyasının son hissəsində, tutucu raketin yüksək manevrli başlıq hissəsi yerüstü idarəetmə sistemindən asılı olmayaraq əlavə impuls alır. Buraxma qurğuları (BQ) qoşqularda yerləşdirilib, mobildir, komanda məntəqəsindən və RLS-dən 300 km məsafədə yerləşdirilə bilər. BQ-nin yenidən doldurulma müddəti 1 saatdır. “Arrow-3” sisteminə təkmilləşdirilmiş EL/M-2080S “Super Green Pine” və ya “Great Pine” radiolokasiya stansiyası (RLS) daxil edilib. Həmçinin, “Arrow-3” kompleksi, İsrailin cənubunda yerləşən və “X” diapazonda işləyən AN/TPY-2 RLS-i ilə əlaqələndirilib. Açıq mənbələrin məlumatına əsasən, kompleks İranın “Şahab-3” və “Sacil”, Suriyanın “Skud” və Livanın “Fəth-110” kimi 300-2000 km məsafəyə uçan ballistik raketlərini atmosferin hüdudları xaricində tutmaq üçün təyin edilib. Kompleks İsraili İranın uzaq mənzilli raketlərindən də qorumağa qadirdir. Beləliklə, eşelon-
53
laşdırılmış raketdən müdafiə sisteminin bu elementi İsraili kustar üsulla hazırlanmış raketlərdən, İranın qeyriənənəvi başlıqlı ballistik raketlərindən və başqa raketlərdən effektiv müdafiə edir. “Arrow-3” kompleksi günün istənilən vaxtında və istənilən hava şəraitində raketləri effektiv şəkildə tutmağı bacarır. “Arrow-3” kompleksinin tərkibinə daxil edilən EL/M-2080S “Super Green Pine” (“Great Pine”) RLS düşmənin qanadlı və ballistik raketlərinin axtarışı, aşkar edilməsi, müşayiət olunması və tuşlanması üçün təyin edilmiş İsrail istehsalı stansiyadır. RLS AWS Block 4 atəşi idarəetmə kompleksinin sisteminə daxildir. Qeyd olunduğu kimi “Arrow-3” raketlərinin tuşlanması AESA (Active Electronically Scanned Array) aktiv fazalı antenalı EL/M-2080S “Super Green Pine” RLS tərəfindən yerinə yetirilir. RLS 500 MHz-dən 2000 MHz-ə qədər ultra yüksək tezlikli və desimetr dalğalı “L” diapazonlarında işləyir. Fəaliyyət məsafəsi 500 km-dən 900 km-ə qədərdir. Antenanın ölçüləri 9x3 m, dəqiqliyi ± 4 m-dir. Komanda məntəqəsinin döyüş heyəti 6 nəfərdir, iş yerləri məlumatları göstərmək üçün müasir avadanlıqlarla təchiz edilib. ABŞ-ın “Raytheon” şirkəti Ballistik Raketdən Müdafiə Sisteminin (BRMS) vacib elementi olan THAAD (Terminal
High Altitude Area Defense) terminalının raketdən müdafiə və silah sistemləri üçün hazırladığı AN/TPY-2 RLS “Arrow-3” RƏM kompleksi ilə də qarşılıqlı əlaqədə işləyə bilir. AN/TPY-2 RLS, ballistik raketlərin aşkarlanması, izlənməsi və identifikasiyası (hədəftanıması), habelə çox böyük yüksəkliklərdə və hətta ulduzlararası fəzada belə uzun mənzilli raket zərbələrinin aşkarlanması üçün təyin edilmiş yüksək effektivli portativ stansiyadır. RLS, ABŞ-ı və onun müttəfiqlərini ballistik raket təhdidlərindən qorumaq üçün nəzərdə tutulmuş raketdən müdafiə sistemində mühüm yer tutur, erkən aşkarlanmanı və gələn raketlərə qarşı daha təsirli hərəkətetmə qabiliyyətini təmin edir. “Arrow-3” kompleksi, İsrail ordusunda çoxpilləli raketdən müdafiə sisteminin 5 komponentindən biri olaraq görülür. Bundan başqa, perspektiv raketdən müdafiə sisteminə “Iron Dome” (“Dəmir Qübbə”), “Arrow-2” və “Sharvit Ksamim” (“David’s Sling”, “David Sapandı”) kompleksləri və “Iron Ray” (“Dəmir Şüa”) sistemi daxil olacaq. “Iron Ray” sistemi “İron Dome” kompleksinin aşağı hüdüdlarından daha az olan məsafələrdə, yəni 4 km-ə qədər, həmçinin bundan artıq – minimal 7 km-ə qədər olan məsafələrdə, raketlərə, artilleriya mərmilərinə və minaatan minalarına qarşı əkstəsir üçün təyin edilib. “Arrow2” zenitraket kompleksi
54 www.poliqon.az
“Arrow-3” kompleksləri uzun mənzilli eşelon təşkil edir və tədricən İsrail Hərbi Hava Qüvvələrindəki (HHQ) “Arrow-2” sistemini əvəz edəcək. Çünki “Arrow-3” raketi ikiqat tutma yüksəkliyinə (100 km-dən çox) və uzun mənzilə (900 km-dən çox) malikdir. Ballistik raketləri yenidən yer atmosferinə girməzdən əvvəl kosmosda məhv edə bilir. Kompleksin hədəfi məhvetmə dəqiqliyi 99% olaraq qiymətləndirilir. Əvvəlki “Arrow-2” raketi ilə müqayisədə kütləsi təqribən iki dəfə yüngüldür. Kütləsinin yüngül olması səbəbindən döyüş gəmilərində yerləşdirilməsi mümkündür. Kompleks, hazırda hədəfləri atmosferin yuxarı qatlarında vuran, “Arrow-2” kompleksini tamamlayan, “Arrow” silah sistemi ilə istifadə edilən ən uzun mənzilli tutucu raketdir. 7 metrdən uzun tutucu raket, səs sürətindən doqquz qat artıq sürətlə təhlükəyə tərəf buraxılır və üç dəqiqədən az müddətdə 50 km yüksəkliyə çatır. Hədəfə iki saniyəlik məsafəyə yaxınlaşan kimi, “Arrow-3” döyüş başlığının optik detektorları yaxınlaşan düşmən raketinin döyüş başlığını hədəfə alır. Tutucu raketin özünün partlayıcı döyüş başlığı, düşmən raketinin 40-50 metr yaxınlığında partlayır və bu, “Arrow-3” raketinə bilavasitə hədəfə dəymədən təhlükəni təsirsiz hala gətirməyə imkan verir. Beləliklə, “Arrow-3”, dəqiq zərbənin kinetik qüvvəsinin məhv olmaya səbəb olan məhvetmə texnologiyasına əsaslanan MIM 104 “Patriot Advanced Capability-3” (PAC-3), RIM-161 “Standard Missile 3” (SM-3) və THAAD kimi ABŞ tutucularından fərqlənir. Müxtəlif mənbələrin məlumatlarına əsasən “Arrow-3” RƏM kompleksi, IMDO tərəfindən ardıcıl keçirilən sınaqların müsbət nəticəsi olaraq, 2017-ci il yanvar ayının 18-də İDF HHQ silahlanmasına qəbul edilib. Qeyd edildiyi kimi, “Arrow-3” kompleksi, buraxma qurğusu, yerüstü radiolokasiya stansiyası və döyüşü idarəetmə sistemi olan “Arrow Silah Sistemi” ilə qarşılıqlı əlaqədə işləyir. “Arrow-3” raketi, ayıran kinetik məhvetmə vasitəsi (KV) olan ikipilləli, bərk yanacaqlı sürətləndiricidən ibarətdir. Raketin təxmin edilən uçuş məsafəsi 2400 km-ə qədərdir. “Arrow-3” raketinin sürətləndiriciləri və məhvetmə vasitələri, manevr etməkdən ötrü vektor dartqı idarəetməsindən istifadə edir. Tutucu, əlavə aerodinamik sabitliyin təmin olunmasından ötrü çıxarılan arxa
“Arrow” raketinin hədəfi tutması
Gələn raket hədəfi
“Arrow3”
Batareya
Buraxıcı qurğu
İsrailABŞ RƏM sistemi
“ARROW3” ZRK çərçivə ilə təchiz olunub. Hədəfi aşkaretmə məsafəsi 900 km-dən (EL/M2080 Block B “Super Green”) 1900 kmə qədər (AN/TPY-2), raketin uzunluğu 7700 mm, raketin diametri 800 mm, raketin kütləsi 750-800 kq, hədəfi tutma sürəti, 4,5 km/saniyəyə qədər, raketin mühərriki iki pilləli (start və marş) bərk yanacaqlı, raketin döyüş başlığı istiqamətlənidirilmiş təsirli qəlpəli-fuqas, qəlpələrin uçma radiusu 75 m, qəlpələrin zəmanətli məhvetmə radiusu 50 metr təşkil edir. İsrail ərazisində yerləşdirilmiş batareyalar birbaşa İsrail Hava Hücumundan Müdafiə Komandanlığına tabedir və ölkə ərazisinin 85% -ni himayə edir. Öklənin cənubunda qalan 15% hissə isə hələlik RƏM sistemi tərəfindən müdafiə olunmur. Xarici mətbuatın yazmasına görə, 2012-ci ildə “Boeing” – IAI konsorsiumu, “Arrow-2” və “Arrow-3” RƏM sistemlərini beynəlxalq bazara çıxarmaq niyyətini açıqlayıb. Potensial alıcılar arasında Cənubi Koreya və Hindistanın da adı çəkilir. Lakin, 2002-ci ilin əvvəllərində ABŞ, əsas sponsor hüquqlarından istifadə edərək, İsrailin Hindistana “Arrow 2” raketlərini satmaq sorğusuna veto qoyub. ABŞ səlahiyyətliləri, satışın “Raket Texnologiyalarına Nəzarət Rejimi”ni (Missile Technology Control Regime – MTCR) pozacağını iddia ediblər. Böyük Britaniya, Yaponiya, Nider-
land, Sinqapur və İordaniya da “Arrow” sisteminin potensial xarici müştəriləri kimi qeyd edilir. Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının ölkələri də özləri üçün “Arrow” sistemini əldə etməkdə maraqlı olduqlarını bildiriblər. Cari ilin əvvəllərində bəzi beynəlxalq mətbu orqanlarında İsrailin IMDO təşkilatının və ABŞ-ın MDA agentliyinin rəsmən yeni nəsil endo-ekzoatmosfer tutucu “Arrow 4” kompleksinin inkişafına başlamasına dair xəbərlər dolaşıb. MDA-ya görə, “Arrow-4”, bölgədə ortaya çıxan geniş miqyaslı təhdidləri məhv edə biləcək inkişaf etmiş, yenilikçi və qabaqcıl tutucu raket olacaq. Hər iki təşkilat bu səylərə rəhbərlik edir, IAI konserni isə sistemin və onu raketlərinin inkişafı və istehsalı üzrə əsas podratçıdır. ABŞ-ın “Boeing” və “LockheedMartin” konsernləri və İsrailin “Elbit Systems” şirkəti də “Arrow-4” RƏM kompleksi layihəsində iştirakçıdırlar. “Arrow-4” RƏM kompleksi, bu gün “Arrow-2” və “Arrow-3” tutucularından ibarət olan “Arrow” RƏM sisteminin bir hissəsi olacaq. Rəsmi məlumatlarda “Arrow-4” kompleksinin, MDA və IMDO arasında ABŞ-ın İsrail Hökumətinə İsrail Dövlətini ortaya çıxan təhdidlərdən qorumaq üçün milli raketdən müdafiə qabiliyyətini təkmilləşdirməyə kömək etmək
“Green Pine” radarı
“Arrow” batareyası
öhdəliyini əks etdirən birgə proqram olduğu bildirilir. “Arrow-4” tutucusunun inkişafı, hipersəsli qanadlı raketlər və hipersəsli süzən aparatlar kimi hipersəsli təhdidlərin qarşısını almağı hədəfləyir. “Arrow-4” kompleksinin həm atmosfer daxilində (endoatmosferik), həm də atmosfer xaricində (ekzoatmosferik) olan təhdidlərə qarşı çıxacağı ehtimal olunur. Yeni “Arrow-4” raketinin əsas konstruktiv xüsusiyyətinin atmosferdəki təhlükələri, xüsusən də hipersəsli raketləri tutmağa kömək edəcək “qanadlar” olacağı güman edilir. Hazırda İsrail üçün hipersəsli raket təhlükəsi yoxdur, lakin gələcəkdə bu təhlükənin artacağı ehtimalı mövcuddur. Bu problemi erkən mərhələdə həll etməkdən ötrü isə “Arrow-4” kompleksi hazırlanır. Yaxın Şərq dövlətlərindən İsrailə olan daimi hərbi təhdid, onu raket əleyhinə müdafiə potensialını inkişaf etdirməyə məcbur edir və “Arrow3” kompleksini dünyanın ən mükəmməl sistemi vəziyyətinə gətirir. “Arrow4” kompleksi isə gələcək nəsil raket əleyhinə müdafiə sistemi olmaqla, digər ölkələr üçün oxşar sistemləri inkişaf etdirməkdən ötrü bir baza modeli ola bilər. PQ
55
Zakir Həsənov: Vətən müharibəsində istifadə olunan ASELSAN avadanlıqları yüksək keyfiyyətə malikdir Noyabr ayının 23-də Azərbaycanın Müdafiə naziri generalpolkovnik Zakir Həsənov Türkiyənin ASELSAN şirkətinin idarə heyətinin sədri və baş direktoru Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə naziri iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində müsbət addımlar atıldığını, hər iki ölkə başçılarının dostluq və qardaşlıq münasibətlərinin Azərbaycan-Türkiyə əlaqələrinin bütün istiqamətlərdə genişlənməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Nazir Vətən müharibəsində istifadə olunan ASELSAN şirkətinin istehsalı olan texniki avadanlıqların yüksək keyfiyyətə malik olduğunu xüsusi vurğulayıb. Görüşdə müasir döyüş əməliyyatlarının aparılmasının yeni üsul və metodları, həmçinin qoşunların texniki təchizatının daha da gücləndirilməsi məqsədilə iki ölkənin həyata keçirdiyi birgə layihələr müzakirə edilib. Bildirilib ki, Azərbaycan Ordusunun dünyanın ən müasir silah və hərbi texnikası, o cümlədən qabaqcıl informasiya texnologiyaları ilə təchiz edilmiş, geniş rabitə sistemlərinə malik peşəkar ordu kimi inkişaf etdirilməsi qoşunların gizli, operativ idarəolunmasını, onların manevr imkanlarının, ümumilikdə isə döyüş qabiliyyətinin artırılmasını təmin edəcək.
“Roketsan”ın DSH sisteminin atış sınaqları keçirilib
Azərbaycan Ordusunda yeni hərbi hissə yaradıldı – KOMANDO Azərbaycan Ordusunda əməliyyat (komando) hərbi hissəsi yaradılıb. Oktyabr ayının 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni yaradılmış komando hərbi hissəsində olub. Açılış mərasiminə dəvət olunan Vətən müharibəsi qaziləri ilə görüşən Müdafiə naziri onların problemləri və istəkləri ilə maraqlanıb. Sonra Türkiyədə uzun müddətli “Komando hazırlığı kursu” keçmiş şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimi keçirilib. Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla hazırlanmış hərbi qulluqçulara beretlər təqdim olunub. Mərasimdə çıxış edən
56 www.poliqon.az
Müdafiə naziri Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə böyük töhfə verən bu kimi kursların davam etdiriləcəyini qeyd edib. Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində oktyabrın 31-də Türkiyənin Sparta şəhərində keçirilən növbəti komando kursunu bitirən Azərbaycanın hərbi qulluqçuları ölkəsinə qayıdıblar. Azərbaycan Ordusunun hərbi qulluqçularından ibarət növbəti heyət komando kursunda iştirak etmək üçün Türkiyənin Sparta şəhərinə yola salınıb.
Türkiyənin “Roketsan” şirkəti tərəfindən sualtı hədəflərə qarşı hazırlanmış DSH (Denizaltı Savunma Harbi) raketi və atıcı sisteminin tədarük edilən ilk partiyasının qəbul-atış sınağı keçirilib. Qara dənizdə keçirilən atış sınaqları uğurla başa çatıb. DSH sistemi suüstü platformanın silah idarəetmə sistemi və sonarları ilə inteqrasiyada işləyə bilən və avtomatik idarə etmə qabiliyyətinə malik bir sistemdir. DSH sistemi 500-2000 metr uzaqlıqda və 15-300 metr dərinlikdə olan sualtı hədəflərə qarşı istifadə oluna bilər. Sistem hədəflərə tək və ya yayılım atəşi edə bilir. DSH sisteminin kütləsi raket yüklü 1200 kq təşkil edir. 196 mm raketin çəkisi 35,5 kq, uzunluğu 1,3 metr, döyüş başlığı 12 kq-dır. Stabilləşdirilmiş buraxıcı sistem, sonar məlumatı ilə hədəfə avtomatik yönəlir. 6 ədəd raket tutumlu buraxıcı qurğu, əllə istiqamətləndirmə xüsusiyyətinə də malikdir. Atış nəzarət sistemi yerüstü platformadan seyr və hədəf məlumatlarından istifadə edərək lazımi atəş məsafələrini hesablayır. Atışa nəzarət kompüteri ilə dərinlik avtomatik tənzimlənir. Tənzimlənə bilən xüsusiyyətləri sayəsində raketlər istənilən məsafədə və ya dərinlikdə partladılır. Yüksək partlayıcı döyüş başlıqlı DSH raketi həssas sursat xüsusiyyətinə də malikdir. DSH sistemindən buraxılan raketlər arasında atış intervalı 0.8 saniyə təşkil edir. Raket mühərriki az dumanlı kompozit yanacaqla işləyir.