POLIQON / AZERİ DEFENCE Military Magazine 5 (61) 2022

Page 1

SƏRGİ

ADEX 2022 Azərbaycandan hərbi sənaye kompleksinin gücü və qüdrəti, müasir silahların nümayişi.........................................4

SƏNAYE

Azərbaycan Qələbədən sonra ilk dəfə müasir silahlarını nümayiş etdirdi .......................................................................................13

TEXNOLOGİYA

VİTTA ilə “Synapline” yeni texnologiyalarını ADEX də tanıtdı ............16 "Improtex Industries" mexaniki minatəmizləmə texnikalarını təqdim etdi.......................................................................17

SƏRGİ

ANAMA minatəmizləmədə yeni metodologiyaları və xidmətlərini təqdim edib .......................................................................18 “BIRD Aerosystems” aviasiya mühafizə sistemlərini tanıdıb...........18 Silah və hərbi texnikanın servis xidmətləri.........................................19

AzTU “ADEX 2022” sərgisində təmsil olunub.....................................20

VİSİON

HAVELSAN Azərbaycanın texnoloji inkişafında əsas tərəfdaşına çevrilir .................................................................................22

PULS

ASELSAN ADEX 2022 ə möhür vurdu ..................................................24

SİLAHLANMA

ROKETSAN – Azərbaycanın silahlanmada əsas tərəfdaşı................26

TEXNİKA

ADEX in daimi iştirakçısı OTOKAR öz böyüklüyünü göstərdi .............30 TƏHLÜKƏSİZLİK

STM Azərbaycanda birgə istehsalı nəzərdən keçirir..........................32

MÜSAHİBƏ

Yaman Tunaoğlu: Yeni texnoloji həllərimizin Azərbaycana ixracını artırmaq istəyirik ......................................................................34

SƏNAYE

GİDS sənayedən sənayeyə müdafiə əməkdaşlığını gücləndir..........36

REGİON

“Rosoboroneksport” Xəzəryanı ölkələr üçün aktual olan Rusiya məhsullarını sərgiləyib ...........................................................................38

MÜSAHİBƏ

Miki Levin: Prezidentə təqdim olunan yeni layihə Ordunun professionallığını yüksəltməkdən ibarətdir ........................................40

AVİASİYA

Aeronautics Group: Azərbaycan bizim güclü tərəfdaşımızdır...........43

TEXNİKA

KPE “ADEX”də “Alan 2”ni önə çıxardı...................................................44

REGİON

İran ADEX 2022 də milli pavilyonla çıxış edib ....................................46

ANALİZ

Zenit artilleriya komplekslərinin təkmilləşdirilməsi perspektivləri ..50 SƏRHƏD-MÜDAFİƏ

Vətən müharibəsində döyüşlərin getdiyi ərazilərdən reportaj..........56

16 4 30 49 20 56 50 10

Redaktordan ?

POLİQON (AZERI DEFENCE) jurnalının yaradıcısı mərhum Rəşad SÜLEYMANOV

POLİQON

Hərbi‑texnoloji jurnal SENTYABR‐OKTYABR

№05 (61) 2022

Tel: (+994 77) 311‐81‐18 E‑mail: poliqonjurnal@gmail.com azeridefence@gmail.com Web: www.poliqon.az www.azeridefence.com

Ünvan: Bakı şəhəri, Oskar Əfəndiyev küç. 110 Ariana Business Park 401

Türkiyə təmsilçiliyi

Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence‐tr@etkilesimltd.com

Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 21 iyun 2012‐ci ildə dövlət qeydiyyatına alınıb.

“POLIQON JURNALI” MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702953031

Reklam materiallarına görə POLİQON jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir.

“MİLLİ PRİNT” MMC‑nin mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır 11.11.2022 Format 60x901/8

Dəyərli oxucu!

Şanlı Zəfərimizin ikinci ildönümünü qeyd etdik. Artıq iki ildir ki, ərazilərimizin işğaldan azad edildikləri tarixləri sahibinə qovuşmuş torpaqlarımızda qeyd edir, Zəfərimizin yaratdığı reallıqları bir daha bu məkanlardan dünyaya çatdırırıq. 2020‐ci ilin 27 sentyabr tarixində başlanan və 44 gün davam edən Vətən müharibəsinin Şuşa təntənəsi ilə başa çatması güclü iradənin, hərbçilərimizin peşəkarlığının nəticəsi idi.

Bu gün regionda əsas söz və güc sahibi ‐ Azərbaycanın bu statusu gücün nəyə qadir olduğunu görənlərə, sərhədimizdə Ermənistana dəstək adı altında hərbi təlim keçirənlərə, sülh sazişinin imzalanmasına, Zəngəzur dəhlizinin bərpasına mane olanlara xəbərdarlıqdır.

Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdəki çıxışında Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində görülən işlərdən danışarkən Prezident İlham Əliyev bildirdi ki, son iki il ərzində Azərbaycan Silahlı Qüvvələri daha da güclənib. Həm struktur islahatları, həm yeni birləşmələrin yaradılması, eyni zamanda, mövcud birləşmələrin sayının artırılması, silah‐sursatla təchizat, yeni texnika ilə təchizat ən yüksək səviyyədədir. Vətən müharibəsindən sonra aparılan yeni islahatlar peşəkar Ordunun formalaşmasına səbəb olub.

Vətən müharibəsində qazanılan təcrübəyə əsaslanaraq Azərbaycan Ordusu sürətli templə Türkiyə ordu modelinə keçidini təmin etməkdədir. Noyabrın əvvəlində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsinə səfəri bunun göstəricilərindəndir. Yeni hərbi hissələrin sayının gələcəkdə də artacağı istisna edilmir. Ali Baş Komandanın dediyi kimi Ordumuzu gücləndiririk və gücləndirəcəyik.

Bunun üçün Azərbaycanın gələnilki müdafiə və təhlükəsizlik xərcləri üçün 5,3 milyard vəsaitin ayırlması nəzərdə tutulub. Bu, Milli Məclisə daxil olan “Azərbaycan Respublikasının 2023‐cü il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib. Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. Onu da qeyd edək ki, 2023‐cü ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri üçün nəzərdə tutulan 5,3 milyard vəsait ötən illə müqayisədə 17,1 faiz çoxdur.

Bu da bir daha onu göstərir ki, Ordu quruculuğu sahəsində sürətlə böyük işlər görülür, hərbi sahədə islahatlar davam etdirilir. Azərbaycan Ordusu ən müasir silah‐sursat və hərbi texnika ilə təchiz olunur. Ordumuzun müasir silahlarla təchizatı üçün həm xarici dövlət şirkətləri ilə həm də Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və yerli özəl müdafiə sənayesi şirkətləri ilə fəal danışıqlar aparılır. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Bəzi silah sistemləri üzrə təchizat artıq başa çatdırılıb, bəziləri isə hələ də davam etdirilməkdədir.

Qapaq fotosu: STM‑nin texnoloji həlləri

Qiyməti: 6 manat

Baş redaktor Zaur Babaşov

Azərbaycandan hərbi‑sənaye kompleksinin gücü və qüdrəti, müasir silahların nümayişi

? Zaur Babaşov, Elşən Abdulkərimov, Həşim Səhrablı 6‑8 sentyabr 2022‑ci il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərindəki Bakı Ekspo Mərkəzində ke‑ çirilmiş “ADEX‑2022” 4‑cü Azərbaycan Beynəlxalq Müdafiə və “Securex Caspian‑2022” 13‑cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgilərində Bakı Ekspo Mərkəzində keçirilmiş sərgilərdə dünyanın 30‑a yaxın ölkəsindən 200‑dən çox şirkət iştirak edib. Sərginin xüsusi əhəmiyyəti ondan ibarət olub ki, bu sərgi Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə təşkil edilib. Sərgidə Azərbaycan Ordusunun Qələbəsində müstəsna rol oynamış ölkənin hərbi‑sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş olunub.

ADEX‑2022

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə “Caspian Event Organisers” şirkəti tərəfindən təşkil olunmuş sərginin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycandakı diplomatik korpusun, beynəlxalq təş‐kilatların təmsilçiləri, xarici ölkələrin nümayəndə heyətləri və digər əlaqədar qurumların nümayəndələri iştirak ediblər. Açılış mərasimində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxuyub.

Qonaqları “ADEX‐2022” 4‐cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgi‐sinin açılışı münasibətilə salamlayan Prezident İlham Əliyev bidirib ki, artıq ənənəvi xarakter almış “ADEX” sərgisi

hərbi‐texniki əməkdaşlığın inkişafı, ən müasir silah, texnika və texno‐logiyaların nümayiş etdirilməsi üçün mühüm platformaya çevrilib. Sərgi dünyanın tanınmış hərbi sənaye müəssisələrini, nüfuzlu xarici şirkət və təşkilatları, rəsmi nümayəndə heyət‐lərini və mütəxəssisləri eyni məkanda toplayaraq işgüzar əlaqələrin qurulma‐sı və yeni müqavilələrin imzalanması üçün geniş imkanlar yaradır. Dövlət başçısı qeyd edib ki, “ADEX‐2022” Vətən müharibəsində qazanılmış parlaq qələbədən sonra Azərbaycanın təşkil etdiyi ilk beynəlxalq müdafiə sərgisidir: “Tədbirdə real döyüş əməliy‐yatları zamanı uğurla sınaqdan çıxmış yerli hərbi təyinatlı məhsulların nümayiş etdirilməsi onun əhəmiyyətini daha da artırır. XXI əsrin müharibəsini aparmış Azərbaycan Silahlı Qüvvə‐lərinin döyüş təcrübəsi bu gün inkişaf

etmiş ölkələrin hərbi mərkəzlərində diqqətlə öyrənilir. Son dərəcə çətin relyef şəraitində ən müasir döyüş silahlarını tətbiq etməklə Azərbaycan Silahlı Qüvvələri düşmənin möhkəm‐ləndirilmiş müdafiə xətlərini yarmış və sürətlə irəliləyərək cəmi 44 gün ərzində onu təslim olmağa məcbur etmişdir. Azərbaycanın tarixi qələbəsi göstərdi ki, hərbi sahədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün müasir ordu quruculuğu, ölkənin hərbi qüd‐rətinin yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi son dərəcədə əhə‐miyyətlidir.

Azərbaycan Respublikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin ar‐tırılmasına və maddi‐texniki bazasının

gücləndirilməsinə daim xüsusi önəm verir. Ölkəmiz hərbi‐texniki sahədə dünyanın qabaqcıl dövlətləri ilə əmək‐daşlığını inkişaf etdirməklə yanaşı, milli müdafiə sənayesi sahəsində də imkan‐larını genişləndirir. Hazırda Azərbaycan aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın 50‐dən çox ölkəsinin aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir, ölkəmizin müdafiə sənayesi müəssisələrində istehsal olunan məmulatların həcmi ildən‐ilə artır.

Biz, qarşıdan gələn dövrdə də müasir silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsalına xüsusi diqqət yetirməklə Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik. Əminəm ki, “ADEX‐2022” sərgisi faydalı təcrübə mübadiləsinin aparılmasına, yeni əməkdaşlıq əlaqələrinin qurulma‐sına əlverişli imkan yaradacaq və Azərbaycanın müdafiə sənayesinin elmi‐texnoloji potensialının artırıl‐masına öz müsbət töhfəsini verəcəkdir”.

Açılış mərasimindən sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgiyə müxtəlif ölkələrdən nümayəndə heyətləri və şirkətlər qatılıb. “ADEX‐

2022” müdafiə sərgisinin iştirakçıları arasında Türkiyə, Pakistan, İsrail, Rusiya, Belarus, İran, Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri olub. İlk dəfə İordaniyadan şirkətlər də sərgiyə qatılıb. Bu il 10‐a yaxın ölkə milli stendləri ilə iştirak edib. Bir çox ölkələr öz milli ekspozisi‐yalarının sahələrini böyüdüblər.

Dörd mindən çox insanın iştirak etdiyi sərgidə 2 mindən çox silah‐sursat və hərbi texnika nümayiş olunub. “ADEX‐2022” sərgisində təyyarə və aviasiya, dəniz gəmiləri və hərbi dəniz, zirehli döyüş nəqliyyat vasitələri və radioelektron sistemlər, C4ISR, optik‐elektron avadanlıqlar, pilotsuz sis‐temlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri və digər hərbi sənaye məhsulları nümayiş etdirilib, hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və sair sektorlar təmsil olunub.

“ADEX‐2022”yə paralel olaraq keçirilən “Securex Caspian‐2022” sərgisində hüquq‐mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların,

silahların perspektivli modelləri nü‐mayiş etdirilib. “Securex Caspian‐2022” sərgisində siqnalizasiya və əhalini xəbərdaretmə vasitələri, kriminalistik optik alətlər, qəza‐xilasetmə vasitə və avadanlıqları, yanğın təhlükəsizliyi avadanlığı və sair bölmələr təqdim edilib. “Securex Caspian‐2022” sərgisi Müdafiə Sənayesi Nazirliyi, Dövlət Təh‐lükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunub.

Prezident İlham Əliyev sərgini ziyarət edib

Azərbaycan Respublikasının Prezi‐denti İlham Əliyev sentyabrın 6‐da Bakı Ekspo Mərkəzində keçirilən “ADEX‐2022” və “Securex Caspian‐2022” sərgiləri ilə tanış olub. Əvvəlcə dövlət başçısı Bakı Ekspo Mərkəzinin daxili pavilyonlarındakı stendlərlə tanış olub. Müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Mədət Quliyev və Türkiyənin Baş qərargah rəisi Yaşar Güler dövlət başçısına sərgi haqqında məlumat veriblər. Prezident İlham Əliyev Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin pavilyonunda nümayiş

6 www.poliqon.az
Ö D L İ S Ә N İ
Ә Ş V
VAD E
L
B C ENT E
İ
İ
N YE
İ T AK
Ә AR D İ YÜ Ş
İ AB Q Ә K Ә
T S İ S Ә M ET
L T Ә Y İY MS
M

Məlumat verilib ki, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi müdafiə təyinatlı məmulatların ‐pilotsuz uçuş aparatlarının, kəşfiyyat‐patrul maşınlarının, döyüş mo‐dullarının, müxtəlif növ simulyasiya sistemlərinin işlənilməsi, ölkəmizin güc strukturlarının tələblərinə uyğun modernləşdirilməsi, seriyalı istehsalın təşkili və ixracı istiqamətində fəaliyyət göstərir. Dövlət başçısı MSN‐in “AZAD Sistemlər” müəssisəsinin istehsal etdiyi hərbi texnika ilə tanış olub. Prezident İlham Əliyev Türkiyə Respublikasının HAVELSAN, “Roket‐san”, “Dearsan”, TUSAŞ, ASELSAN kimi böyük şirkətlərinin də məhsulları ilə tanış olub. Azərbaycan Prezidentinə məlumat verilib ki, Türkiyənin ASELSAN şirkəti artıq dördüncü dəfədir “ADEX” sərgisində iştirak edir. Şirkətin təqdim etdiyi məhsullar maraqla qarşılanır. Fəaliyyətinə radiorabitə cihazı ilə başlayan şirkət bu gün müdafiə və təhlükəsizlik sahəsində 500‐dən çox adda məhsul istehsal edir. Türkiyənin pilotsuz uçuş aparatı istehsalçısı olan “Lentatek” stendini ziyarət edən dövlət başçısına şirkətin istehsalı olan pilotsuz uçuş aparatları, hidrogen və yanacaq texnologiyaları,

kosmik texnologiyalar və digər istehsalat sahələri barədə məlumat verilib. Prezident İlham Əliyev TUSAŞ şirkətinin stendini də ziyarət edib. TUSAŞ sabit və hərəkətli hava platformalarından pilotsuz uçuş aparatı və peyklərə qədər inteqrasiya olunmuş aerokosmik sistemlərin dizaynı, işlənib hazırlanması, müasirləşdirilməsi, is‐tehsalı, inteqrasiyası və istifadə dövründə dəstək sahəsində Türkiyənin texnologiya mərkəzidir. Aerokosmik və müdafiə sahəsində ən yaxşı yüz qlobal şirkət arasında yer alan TUSAŞ tərəfindən dizayn və istehsal edilən bütün məhsullar üçün inteqrasiya olunmuş logistika xidməti də göstərilir. Prezident İlham Əliyev Pakistan İslam Respublikasının pavilyonları ilə də tanış olub. Bildirilib ki, Azərbaycan ilə hərbi əməkdaşlıq edən Pakistanda istehsal olunan hərbi məhsullar hərbi sənaye kompleksinin bütün isti‐qamətlərini əhatə edir. Bildirilib ki, “Pakistan Ordnance Factories” (POF) şirkəti beynəlxalq standartlara uyğun geniş çeşiddə silah‐sursat istehsal edən ən böyük dövlət müdafiə sənayesi kompleksidir. Pakistan Silahlı Qüv‐vələrinin və hüquq‐mühafizə orqan‐larının aparıcı təchizatçısı olmaqla

yanaşı, POF dünyanın bir çox ölkəsinə məhsul ixrac edir. POF‐un törəmə şirkətləri məhsullarına görə yüksək nüfuza malikdir. “Pakistan Ordnance Factories” şirkəti ISO‐9001, ISO‐14001, ISO‐17025 vǝ OHSAS 18001 kimi beynəlxalq keyfiyyət sertifikatlarını əldə edib.

Bildirilib ki, Pakistanın GIDS şirkəti çoxşaxəli hərbi tətbiqlər üçün məhsullar təklif etməklə, ölkənin ən böyük müdafiə istehsalat bölmələrini, əsas tədqiqat və inkişaf fəaliyyətlərinin mərkəzini təmsil edən Pakistanın dövlətə məxsus ilk müdafiə konqlo‐meratıdır. GIDS şirkəti tədqiqat və inkişaf fəaliyyətlərinə böyük məbləğdə sərmayə yatırır, Pakistanı yüksək texnologiya sahələrində aparıcı in‐vestor edir.

Dövlət başçısı İspaniyanın sər‐gidəki pavilyonu ilə tanış olub. Pavilyonda bu ölkəni “Indra” şirkəti təmsil edir. Şirkət dünyanın aparıcı mühəndislik şirkətlərindən biridir və rəqəmsal sənayedə liderdir. Radar, elektron müdafiə, idarəetmə və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış şirkət öz sistemlərində süni intellekt və virtual reallıqdan istifadə edir. “Indra” şirkəti Avropanın ən böyük və ən qabaqcıl müdafiə proqramı olan FCAS‐ın İspaniyadakı milli sənaye koordinatorudur.

Prezident İlham Əliyev İran İslam Respublikasının pavilyonuna da baxıb. Qeyd olunub ki, İran Aviasiya Sənayesi Təşkilatı (IAIO) bu ölkənin mülki və hərbi aviasiya sənayesini planlaşdır‐maq, nəzarət və idarə etmək məqsədilə 1966‐cı ildə yaradılmış dövlət kor‐porasiyasıdır. Şirkət təyyarə və aerokosmik məhsullar istehsal edir.

İsrailin milli pavilyonlarında nü‐mayiş edilən eksponatlarla tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, müdafiə, aerokosmik və kommersiya bazarlarında lider olan İsrail Aerokosmik Sənayesi milli mü‐dafiə və təhlükəsizlik problemlərini həll etmək üçün ən müasir texnologiyadan və onilliklər ərzində sübut edilmiş döyüş təcrübəsindən istifadə edir.

Bildirilib ki, “Rafael” şirkəti İsraildə 70 ildən artıqdır ki, hava, quru, dəniz və kosmos üçün kibertəhlükəsizlik sis‐temlərinin yaradılması ilə məşğuldur. Şirkət təyyarə və aviasiya vasitələri, raket və kosmik qurğular üçün sistem və komplekslər, zirehli döyüş maşınları,

8 www.poliqon.az

radioelektron, peyk, GPS və GSM sistemləri üzrə fəaliyyət göstərir. Sər‐gidə İsrailin “Plasan” şirkəti də öz məhsullarını təqdim edib. Şirkət təkərli və tırtıllı döyüş maşınları üçün geniş çeşiddə robot texnologiyaları üzrə ixtisaslaşıb.

Dövlət başçısı, həmçinin Qazaxıs‐tanın Sənaye İnfrastrukturunun İnkişafı Nazirliyinin pavilyonu ilə də tanış olub.

Dövlət başçısına məlumat verilib ki, Rusiya Federasiyasını “ADEX‐2022” sərgisində 20‐dən çox şirkət təmsil edir. “Rosoboronexport” Rusiyanın müdafiə sahəsi ilə bağlı məhsulların, xidmətlərin və texnologiyaların tam çeşidinin ixracı üzrə yeganə dövlət agentliyidir. Qlobal silah bazarında liderlərdən biri olan “Rosoboronexport” Rusiyanın bu sahə‐də məhsul ixracının 85 faizdən çoxunu təşkil edir. Agentlik Rusiyanın müdafiə sənayesi üzrə 700‐dən çox müəssisə və təşkilatı ilə əməkdaşlıq edir.

Bolqarıstan Respublikasının pa‐vilyonu ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, “Trans‐mobil” şirkəti 1990‐cı ildə Sofiya şəhə‐rində yaradılıb. Şirkət yüksəksürətli kinetik sursatların, kumulyativ‐termobarik qumbaraatanların, yüksək effektivliyə malik artilleriya sursat‐larının və minaatanların istehsalı üzrə fəaliyyət göstərir.

Sərgidə Ukraynanı təmsil edən “Motor Sich” Açıq Səhmdar Cəmiyyəti hərbi texnika üzrə layihələndirmə, təkmilləşdirmə, istehsal, əsaslı təmir və texniki dəstək sahəsində ixtisaslaşmış çoxşaxəli müəssisədir. ASC‐nin istehsal etdiyi məhsullar dünyanın 100‐dən çox ölkəsində uğurla istifadə olunur.

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sərgidəki pavilyonunda da olub. Məlumat verilib ki, bu ölkəni təmsil edən “CETC Inter‐national Co. Ltd” “Çin Elektron Tex‐nologiyalar Qrupu Şirkəti”nin (CETC) beynəlxalq biznes və əməkdaşlıq üzrə əsas platformasıdır. CETC 2021‐ci ildə “Fortune Global 500” sıralamasında 354‐cü yerdə qərarlaşıb.

Sonra Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzinin qarşısında nümayiş etdirilən hərbi məhsullara və tex‐nikalara baxıb.

POLİQON jurnalı ADEX‑2022 Xüsusi Buraxılışını təqdim edib

Üç gün davam edən sərgini Azərbaycanın Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, DİN Daxili Qoşunlarının rəhbərliyi, habelə Türkiyənin Baş Qərargah rəisi və Milli Müdafiə nazirinin müavini, İranın Müdafiə nazirinin müavini, Bosniya və Herseqovinanın Müdafiə naziri, Ruandanın Müdafiə naziri, Belarus Müdafiə Sənayesi Komitəsinin sədri, eləcə də digər güc stukturlarının nümayəndələri ziyarət ediblər.

“ADEX‐2022” sərgisinə eyni zaman‐da yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən də böyük maraq göstərilib. Sərginin rəsmi media tərəfdaşı olan POLİQON jurnalı ADEX‐2022 Xüsusi Buraxılışını iştirakçılara və ziyarətçilərə təqdim edib.

Sərgi çərçivəsində Azərbaycanın Müdafiə Sənayesi naziri Mədət Quliyevin sərgiyə qatılan ölkələrdən Bolqarıstan, Türkiyə, İsrail, İordaniya, Qətər, Ruanda və digər dövlətlərin rəsmi nümayəndə heyətləri, şirkət rəhbərləri ilə görüşləri olub. İki tərəfli görüşlərdə qarşılıqlı hərbi‐texniki əməkdaşlığın perspektivləri müzakirə olunub, digər maraq doğuran məsələlər haqda geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan üç gün ərzində bu mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdi. Regionda müdafiə sənayesi və daxili təhlükəsizlik sahələrində ən nəhəng tədbirlərdən hesab edilən beynəlxalq “ADEX” sərgisi

9

iştirakçılara həm Azərbaycanın hərbi rəhbərliyi, həm də qlobal hərbi‐müdafiə ictimaiyyəti ilə görüşlər keçirmək üçün nadir imkan yaratdı.

Dəniz, hava və quru qoşunları üçün nəzərdə tutulmuş məhsulların, eləcə də milli təhlükəsizlik məhsullarının təq‐dim edilməsi üçün ideal platforma olan “ADEX” sərgisində iştirakçılar, ziyarət‐çilər və ekspertlər arasında təcrübə mübadiləsi aparmaq, o cümlədən məhsulların regional müdafiə sənayesi bazarının tələblərinə uyğun olaraq modernləşdirilməsinə şərait yaratmaq baxımdan mühüm əhəmiyyət daşıdı. Sərgidə iştirak edən ölkələrin sayının getdikcə artması onun bir çox dövlətin hərbi‐sənaye müəssisələrinin diqqətini cəlb edən tədbir olduğunu təsdiqlədi. Xarici ölkələrin dövlət qurumları, biznes dairələri və sənaye strukturları tərəfindən sərgiyə göstərilən böyük maraq bu tədbirin aktuallığının və əhəmiyyətinin bariz nümunəsi olmaqla yanaşı, Azərbaycanın dost və qardaş ölkələr üçün mühüm strateji tərəfdaş kimi yüksək əhəmiyyətini bir daha nümayiş etdirdi.

Sərgi dünyanın bir sıra qabaqcıl dövlətlərinin nüfuzlu şirkət, təşkilat, qurum və nümayəndə heyətlərini bir araya gətirməklə Azərbaycanın və xarici ölkələrin güc strukturlarına ən müasir hərbi texnologiyaların, geniş çeşiddə silah və sursatların, o cümlədən bu sahədə bir sıra yeniliklərin təqdim edilməsində mühüm rol oynadı. Artıq dördüncü dəfə keçirilən sərginin Prezident İlham Əliyev tərəfindən dəstəklənməsi və dövlət başçısının tədbiri ziyarət etməsi “ADEX”in inkişafına xüsusi təkan verdi. Builki sərgi də son illərin dinamik inkişafını özündə əks etdirən milli müdafiə

sənayesinin nailiyyətlərini nümayiş etdirməklə yanaşı, yeni məhsul və texnologiyalarla tanışlıq, eyni zamanda, səmərəli işgüzar əlaqələrin qurulması istiqamətində geniş imkanlar yaratdı. İlk dəfə 2014‐cü ildə keçirilən “ADEX” sərgisi Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun mühüm müdafiə tədbirlərindən biridir. İki ildən bir təşkil olunan “ADEX” sərgisinin məqsədlərindən biri Azərbaycanı dün‐yada daha da tanıtmaqdır. Sərgi Azər‐baycan müdafiə sənayesi məhsullarına marağı daha da artırıb. Milli müdafiə sənayemiz daxili tələbatı ödəməklə yanaşı, ixrac potensialının yüksələn xətlə inkişafına nail olub. Müdafiə Sənayesi Nazirliyi builki sərgidə də ölkəmizin ən yeni, innovativ silahlarını təqdim etdi.

Builki sərgilərin əvvəlkilərdən fərqi daha çox ölkədən şirkət və nümayəndə heyətinin qatılması idi. Sərgidə dün‐yada hərbi sənaye sahəsində kifayət qədər tanınmış şirkətlər geniş təmsil olunub. Bu sərgilərdə məhz dünya şirkətlərinin hərbi‐sənaye komplek‐sinin gücünün nümayiş etdirilməsi ölkəmizin tanınması baxımından da mühüm əhəmiyyət daşıyır.

Sərginin yerli və xarici mütəxəs‑ sislər arasında əməkdaşlığın qurul‑ masında mühüm rolu “ADEX‐2022” və “Securex Caspian‐2022” sərgiləri üçün geniş işgüzar proqram hazırlanmışdı. Sərgilərin keçirildiyi üç gün ərzində pilotsuz sistemlərin inkişaf perspektivləri və tətbiqi, müasir silah sistemləri, sur‐satlar və onların təyinatı, zirehli döyüş nəqliyyat vasitələrinin müasir döyüş mühitində rolu, Azərbaycanın işğaldan

təmizlənməsi və digər aktual mövzular üzrə sessiyalar keçirildi. Həmçinin sərgi çərçivəsində startapların təqdimatları oldu. Bundan başqa, sərgi iştirakçıları ilə beynəlxalq heyətlərin, həmçinin Azərbaycanın müvafiq qurumlarının nümayəndələri arasında ikitərəfli görüşlər keçirildi, Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələri ilə xarici ölkələrin şirkətləri arasında anlaşma memorandumları imzalandı.

Beləliklə, “ADEX‐2022” və “Securex Caspian‐2022” sərgiləri beynəlxalq hərbi‐texniki əməkdaşlıq sahəsində ən müasir silahların nümayişi və yeni müqavilələrin bağlanması üçün əla platformaya çevrildi. Hərbi‐texniki sahədə yerli və xarici mütəxəssislər arasında səmərəli əlaqələrin qurulması, fikir mübadiləsi aparılması baxımından da sərgi mühüm əhəmiyyət daşıdı.

MSN ETİ ilə HAVELSAN arasında anlaşma memorandumu imzalanıb “ADEX‐2022” sərgisi çərçivəsində sentyabrın 7‐də Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi‐Tədqiqat İnstitutu (ETİ) ilə Türkiyənin HAVELSAN şirkəti arasında əməkdaş‐lığa dair çərçivə sənədi olaraq anlaşma memorandumu imzalanıb. Bakı Ekspo Mərkəzində keçirilən imzalanma mərasimində ETİ‐nin direktoru Mürsəl Əliyev, direktorun birinci müavini Əflatun Məmmədov, HAVELSAN şir‐kətinin İdarə Heyətinin sədri Hacı Ali Mantar, şirkətin baş direktoru və İdarə Heyətinin üzvü Mehmet Akif Nacar və digər rəsmi şəxslər iştirak ediblər.

Bildirilib ki, bundan əvvəl ETİ‐nin nümayəndə heyəti Türkiyədə HAVELSAN şirkətində olub və onların apardığı işlər haqqında məlumatlar alıblar. Bu anlaşma memorandumu iki tərəf arasında əməkdaşlığa başlamaq məqsədilə imzalanan ilkin çərçivə sə‐nədidir. Gələcəkdə qarşılıqlı iş birliyi üçün mövzular müəyyənləşdirilərək növbəti sənədlər imzalanacaq. Daha sonra əməkdaşlığın ilkin prinsipləri haqqında fikir mübadiləsi aparılıb və hər iki tərəf çərçivə sənədi olaraq anlaşma memorandumunu imzalayıb.

MSN ETİ və GIDS arasında me‑ morandum imzalanıb

“ADEX‐2022” sərgisində iştirak edən Pakistanın GIDS Qlobal Sənaye və Müdafiə Həlləri şirkəti ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi‐

10 www.poliqon.az

Tədqiqat İnstitutu arasında əməkdaş‐lığa başlamaq haqqında razılıq əldə olunub. Sentyabrın 8‐də bununla bağlı Bakı Ekspo Mərkəzində tərəflər ara‐sında əməkdaşlığa dair memorandum imzalanıb.

İmzalanma mərasimində ETİ‐nin direktoru Mürsəl Əliyev, direktorun birinci müavini Əflatun Məmmədov, Pakistanın GIDS şirkətinin baş direk‐toru Muhammad Laqeel, şirkətin icraçı direktoru Asad Kamal və digər rəsmi şəxslər iştirak ediblər.

Tərəflər əməkdaşlığın ilkin prin‐siplərini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparıblar. Vurğulanıb ki, bu əməkdaşlıq yeni layihələrin hazır‐lanaraq uğurla ərsəyə gətirilməsinə, hər iki tərəfin hərbi‐texniki sahədə daha da inkişafa nail olmasına təkan verəcək. Daha sonra M.Əliyev və A.Kamal əmək‐daşlığa dair memorandumu imza‐layıblar.

Zirehli döyüş nəqliyyat vasi‑ tələrinin müasir döyüş mühitində rolu

Sentyabrın 6‐da “ADEX‐2022” və “Securex Caspian‐2022” sərgiləri çərçivəsində “Zirehli döyüş nəqliyyat vasitələrinin müasir döyüş mühitində rolu” mövzusunda sessiya keçirilib. Sessiyada məruzə ilə çıxış edən Azər‐baycan Ordusunun Təlim Tədris Mərkəzinin nümayəndəsi polkovnik‐leytenant Elnur Abdullayev zirehli döyüş texnikaları haqqında məlumat verib. Qeyd edib ki, döyüşdə iştirak edən əsas zirehli texnikalardan biri də zirehdən hazırlanmış tanklardır. Ağır döyüş texnikası sayılan tanklar çox mükəmməl olmaqla yüksək döyüş qabiliyyətinə malikdir. Tanklar, əsasən yüngül, orta və ağır olmaqla 3 növə ayrılır.

E.Abdullayev, həmçinin bildirib ki, zirehli döyüş nəqliyyat vasitələrindən biri də piyadaların döyüş maşınıdır. Bu döyüş maşınları isə düşmənin şəxsi heyətini və canlı qüvvəsini məhv etməklə yanaşı, döyüşdə xüsusi çeviklik göstərməyə qadirdir. Sözügedən zirehli texnikaların üstün cəhətlərindən biri də onların suda və quruda hərəkət et‐məsidir. Məruzəçi sessiya iştirakçılarını ölkəmizin hərbi sənayesi tərəfindən istehsal olunan və Qarabağ döyüş‐lərində uğurla sınaqdan çıxmış müasir zirehli döyüş texnikaları barədə də məlumatlandırıb.

Müasir dövrdə pilotsuz uçuş apa‑ ratlarının əhəmiyyəti

Müasir dünyada yeni texnolo‐giyaların inkişafı gündən‐günə vüsət alır. Hazırda pilotsuz uçuş aparatlarının tətbiqi kütləvi xarakter alıb. Pilotsuz uçuş aparatlarının istifadəsinə dair məlumatlar XX əsrin 30‐40‐cı illərinə təsadüf edir. Əsas olaraq onlardan dö‐yüş təyyarələrinin, zenit‐raket komp‐lekslərinin təlimlərində uçan hədəf kimi istifadə olunması nəzərdə tutulub. Sentyabrın 6‐da “ADEX‐2022” sər‐gisi çərçivəsində Müdafiə Nazirliyinin nümayəndəsi Səxavət Əsədov müasir dövrdə pilotsuz uçuş aparatlarının əhəmiyyəti ilə bağlı keçirilən sessiyada qeyd edib ki, müasir pilotsuz uçuş aparatlarının kütləvi istehsalına XX əsrin 40‐50‐ci illərində başlanıb, xü‐susən soyuq müharibə dövründə geniş vüsət alıb. Bu dönəmdə pilotsuz uçuş aparatlarının kəşfiyyat, izləmə, uçuş tapşırıqları yerinə yetirilib.

Onun sözlərinə görə, ötən əsrin 90‐cı illərindən etibarən peyk naviqasiya sistemlərinin inkişaf etdirilməsi ilə pilotsuz uçuş aparatlarının imkan və qabiliyyətlərində yeniliklərə nail olunub. Texnologiyaların inkişafı, döyüş təcrübələri, pilotsuz uçuş aparatlarının istifadəsində baxışın dəyişməsi ilə kəşfiyyat funksiyalı pilotsuz uçuş apa‐ratlarının müstəqil zərurət vasitəsinə çevrilməsi ilə nəticələnib.

“Hazırda Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən təchizat və təminatına görə bütün parametrlərini özündə əks etdirən pilotsuz uçuş aparatları universal təsnifatın özüdür. Buraya daxildir əsasən – birinci sinif, ikinci sinif, üçüncü sinif, uçuş ağırlığına görə, uçuş hündürlüyünə görə və

idarəetmə məsafəsinə görə. Hər bir ölkə öz texnoloji imkanlarına, güc strukturlarının ehtiyaclarını nəzərə alaraq müxtəlif tip pilotsuz uçuş apa‐ratlarının istehsalı və ya təchizatını həyata keçirə bilir. Azərbaycanda pilotsuz uçuş aparatlarının altı növü istehsal olunur. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində bu isteh‐salat hazırda davam etdirilir”, ‐ deyə S.Əsədov vurğulayıb.

Pilotsuz sistemlərin inkişaf perspektivləri və tətbiqi sahələri

Pilotsuz sistemlər dünənə kimi gələcəyin təcrübəsi idi. Amma indi əminliklə deyə bilərik ki, pilotsuz sis‐temlər bu günün texnikasıdır. Azər‐baycan bunu 44 günlük Vətən mü‐haribəsinə çox gözəl şəkildə sübut etdi. “ADEX‐2022” sərgisi çərşivəsində “Pilotsuz sistemlərin inkişaf pers‐pektivləri və tətbiqi sahələri üzrə” sessiyada çıxış edən Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Hava Qüvvələri fakültəsinin baş müəllimi mayor Qurban Paşayev bildirib ki, bu gün müasir texnikalar arasında pilotsuz sistemlər çox böyük yer tutur. Pilotsuz sistemlər hər zaman öz risk keyfiyyəti az olması ilə yanaşı, maliyyə baxı‐mından da çox sərfəlidir. Q.Paşayev vurğulayıb ki, onun istifadəsi Vətən müharibəsində düşmən üzərində üstünlüyü qısa bir vaxtda əldə etməyə şərait yaratdı.

Elmi nəzəriyyə və təcrübə hərbi sənayenin inkişafında vəhdət təşkil etməlidir

Sentyabrın 8‐də sərgi çərçivəsində “Gələcəyin milli hərbi sənaye komp‐leksi” mövzusunda dəyirmi masa

11

keçirilib. Tədbirdə Müdafiə Sənaye Nazirliyinin Elmi‐Tədqiqat İnstitutunun baş mühəndisi Əflatun Məmmədov müzakirə edilən mövzunun aktuallı‐ğından söz açıb. Bildirib ki, müasir dövrdə dünyanın inkişaf etmiş ölkə‐lərində, o cümlədən Yaponiya, ABŞ və bir sıra Avropa ölkələrində yeni texnologiyalar və innovasiyalara ciddi önəm verilir. Qeyd edib ki, elmi nə‐zəriyyə və təcrübə iqtisadiyyatın bütün sahələrində vəhdət təşkil etməlidir. Bu, hərbi sənaye kompleksinə də aiddir. Diqqətə çatdırılıb ki, “ADEX‐2022” sərgisində də bir çox ölkələrlə yanaşı, Azərbaycanın Müdafiə Sənayesi Na‐zirliyinin müəssisələrinin istehsal etdiyi məmulatlar, hərbi texnika və sursatlar, bir sözlə, ən innovativ məhsullar nümayiş etdirilib.

Azərbaycan Texniki Universitetinin kafedra müdiri professor Ələkbər

Hüseynov vurğulayıb ki, hazırkı dövrdə hərbi texnologiyanın inkişafı və bu sahədə elmi araşdırmalar digər sahə‐lərdən daha əhəmiyyətlidir. Ə.Hüseynov bu baxımdan təmsil etdiyi ali təhsil müəssisəsində hərbi sənaye sahəsində görülən işlərdən, həyata keçirilən elmi tədqiqatlardan bəhs edib. Nəzərə çatdırılıb ki, universitetdə hərbi sənaye sahəsində bir dekanlıq və üç kafedra fəaliyyət göstərir. Həmçinin univer‐sitetin tələbələrinə texnologiya sahə‐sində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində təcrübə keçmək üçün zəruri şərait yaradılıb. Burada tələbələr elmi biliklərini təcrübədə sınaqdan keçirirlər.

Tədbirdə mövzu üzrə müza‐kirələrdə iştirak edən ölkənin qabaqcıl təhsil və istehsalat müəssisələrinin nümayəndələri qeyd ediblər ki, təhsil həm təcrübə, həm də elm deməkdir və

elm sənaye ilə inteqrasiya etməlidir. Daxili istehsala da ciddi önəm veril‐məlidir və artıq dövlətimiz tərəfindən bu istiqamətdə mühüm tədbirlər görülür. Eyni zamanda, hərbi sənaye və digər sektorlarda inkişafın təməli sayılan innovativ texnologiyanı tətbiq etmək üçün xarici dillərin öyrənilməsi də qarşıda duran əsas vəzifələrdəndir.

Tədbirdə, “ADEX‐2022” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində müdafiə texnologiyaları, robototexnika, kiber‐təhlükəsizlik və digər müdafiə sənayesi ilə əlaqəli sahələrdə fəaliyyət göstərən startaplara, müxtəlif layihələrə, tex‐nopark və ali təhsil ocaqlarına öz həllərini, məhsul və işlərini təqdim etmək üçün stendlərin ayrıldığı xüsusi vurğulanıb. Həmçinin, ölkəmizdə bu sahənin inkişafına təkan vermək, sərginin yaratdığı işgüzar mühitdən gənc ixtiraçıların faydalanmasına şərait yaratmaq, onları həvəsləndirmək, startapçıların yerli və xarici müəssisə nümayəndələri, o cümlədən iş dünyası ilə yaxından əməkdaşlıq imkanları ətraflı müzakirə edilib. Konfransın sonunda müdafiə sənayesi sahəsi üzrə yeni çağırışları, birgə səyləri və potensial imkanları müzakirə etmək, eyni məqsədlərə köklənmək, startaplar və istehsalat müəssisələri ilə daha sıx və tətbiqi əməkdaşlıq qurmaq, özəl‐dövlət‐təhsil ocağı tərəfdaşlığını ge‐nişləndirmək və gələcək addımları müəyyən etmək istiqamətində birgə əməkdaşlığın zəruriliyi xüsusi olaraq qeyd edilib.

Azərbaycan Qələbədən sonra ilk dəfə müasir silahlarını nümayiş etdirdi

Silahlı Qüvvələrin ehtiyaclarını ödəmək üçün müdafiə təyinatlı məmulatların, döyüş sursatla‑ rının, zirehli hərbi texnikanın və digər vasitələrin yaradılması, istehsalı, təkmilləşdirilməsi, təmiri, utilizasiyası, idxalı/ixracına və xarici bazarlarda satışına cavabdeh olan Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “ADEX‑2022” sərgisindəki stendlərində yerli istehsal olan silah və hərbi texnikalar sərgilənib.

Builki “ADEX” sərgisində Müdafiə Sənayesi Nazirliyi daha fərqli təq‐dimatlarla çıxış edib. Pavilyonlarda son illərdə Azərbaycanda istehsal olunan müasir silahlar, hərbi texnika, o cüm‐lədən yüngül və ağır hərbi texnikalar, döyüş kəşfiyyatı texnikası, çoxməqsədli, kəşfiyyat və zərbə pilotsuz uçuş apa‐ratları, müxtəlif çaplı atıcı silahlar, mühəndislik texnikaları və digər hərbi məmulatlar sərginin iştirakçıları və ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb.

Peşəkarlar ölkənin müdafiə komp‐leksindəki yeniliklərlə, həmçinin Azər‐baycan Silahlı Qüvvələrinin mövcud və artmaqda olan imkanları ilə tanış olublar. Sərginin açıq sahəsində hərbi maşınlar, pilotsuz uçuş aparatları, hava hücumuna qarşı sistemlər təqdim

edilib. Burada ümumilikdə 1000‐dən artıq silah‐sursat istehsal edən Müdafiə Sənayesi Nazirliyinin birlik və müəs‐sisələrinin 179 adda məhsulu sər‐gilənib.

“ADEX‐2022”də Azərbaycanın Mü‐dafiə Sənayesi Nazirliyinin Milli Aero‐kosmik Agentliyi (MAKA) tərəfindən hazırlanan məhsullar xüsusi diqqət çəkib. Qeyd edək ki, MAKA müdafiə təyinatlı məmulatların ‐ pilotsuz uçuş aparatlarının, kəşfiyyat‐patrul maşın‐larının, döyüş modullarının, müxtəlif növ simulyasiya sistemlərinin işlə‐nilməsi, ölkəmizin güc strukturlarının tələblərinə uyğun modernləşdirilməsi, seriyalı istehsalın təşkili və ixracı istiqamətində fəaliyyət göstərir.

Sərgidə MSN tərəfindən hazırlanan yeni atıcı silahlardan 7.62 mm‐lik

yarımavtomat snayper tüfəngi, 12.7 mm‐lik yarımavtomat snayper tüfəngi, iriçaplı piyada pulemyotu (İPP‐12.7) və 30 mm‐lik AT‐30 avtomatik topu olub. 7.62 mm‐lik yarımavtomat snayper tüfəngi yığıla və qatlana bilən qundaqla təchiz olunub. Bu atış zamanı istifa‐dəçinin snayperi özünə uyğun tənzim‐ləməsinə şərait yaradır. Snayper tüfənginin darağı 10 patron tutumumu‐na malikdir. Silahın üzərində optik nişangah quraşdırılıb ki, bu da isti‐fadəçiyə 1000 metrə qədər nişanalmaq qabiliyyəti təmin edir. Snayper tü‐fəngindən 7.62 mm LPS tipli, izburaxan gülləli patronla atəş açmaq müm‐kündür. 7,62 millimetrlik yeni snayper tüfəngi artıq seriya istehsala verilib.

12.7 mm‐lik yarımavtomat snayper tüfəngi zirehli texnikalar ilə mübarizə

13

aparmaq üçün nəzərdə tutulub. Daraq tutumu 5 patrondur. Həm mexaniki, həm də optik nişangahla 2000 metrlik nişanalmaq qabiliyyətinə malikdir. Sərgidə, həmçinin nazirliyin “İstiqlal‐3” snayper tüfəngi də təqdim edilib. Bu tüfəng üçüncü “ADEX‐2018” sərgisində nümayiş olunmuşdu. Bu gün artıq “İstiqlal‐3” snayper tüfəngi seriya istehsal olunur. Bu silaha həm daxili, həm də xarici bazarda tələbat var. İPP‐12.7 həm mexaniki, həm də optik nişangaha malikdir və çəkisi 31 kiloqrama yaxındır. Pulemyot tənzim‐lənə bilən ikiayaqla təchiz edilib. Pulemyot üçayaqlı dayaq üzərinə quraşdıraraq hava hədəflərinə qarşı mübarizə aparmağa imkan verir. 1500 metr hündürlükdə alçaqdan uçan hava hədəflərini məhv etməyə qadirdir. Silahın patron qutusu 50 ədəd patron tutumuna malikdir. Qutuda 5 və 10 ədədlik patron lenti var. Qeyd edək ki, Azərbaycan hərbi sənaye kompleksi indiyədək yalnız 7,62 millimetrlik pulemyotlar istehsal edirdi. İlk dəfə olaraq 12,7 millimetrlik piyada əleyhinə pulemyotun sınaq nümunəsi hazırlanıb. Bu, Azərbaycan hərbi sənayesində yeni addımdır və MSN üçün böyük nailiy‐yətdir.

MSN‐in budəfəki sərgidə nümayiş etdirdiyi məhsulların ən önəmlilə‐rindən biri 30 millimetrlik AT‐30 avtomatik topdur. Onun bütün hissələri Azərbaycanda istehsal olunur. Bu avtomatik top BMP‐2, BRDM zirehli maşınlarına, Ka‐52, Mi‐28 hərbi helikopterlərinə quraşdırıla bilər.

Artıq bu toplar Müdafiə Nazirliyinə təhvil verilib. AT‐30 düşmənin canlı qüvvəsini, yüngül zirehli texnikasını və alçaqdan uçan hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Zirehdə‐lən, izburaxan və qəlpəli‐fuqas, yan‐dırıcı patronlardan istifadə edir. 30 mm‐lik AT‐30 avtomatik topu düşmənin 1500 metr məsafəyə qədər yerləşən yüngül zirehli hədəflərini və tank əleyhinə raket komplekslərini, 4000 metr məsafəyə qədər yerləşən canlı qüvvə və zirehsiz texnikalarını məhv edə bilir.

Nazirliyin sərgilədiyi yeni məh‐sullardan biri də, hər biri 25 kiloqram ağırlığında olan 4 ədəd döyüş ele‐mentindən ibarət “Zərbə‐BK1” aviasiya sursatı idi. “Zərbə‐BK1” kiçik kalibrli aviasiya bombaları istfadəçinin bir dəfədə çoxsaylı istifadəsini təmin etmək üçün hazırlanıb. Sursat Hərbi Hava Qüvvələri tərəfindən düşmənin canlı qüvvəsini və yüngül zirehli texni‐kalarını sıradan çıxarmaq üçün nəzərdə tutulub. TM‐24 B döyüş başlığından istifadə edən “Zərbə‐BK1”in ümumi çəkisi 148 kiloqram, diametri 450 mm, uzunluğu isə (başlıqla birlikdə) 948 mm təşkil edir.

Bundan başqa, “ADEX‐2022” sərgi‐sində MSN stendində QFAB‐250 LG idarə olunan aviasiya bombası nümayiş etdirilib. 250 kiloqram ağırlığında lazerlə idarə olunan HE parçalanmalı aviabomba MSN‐in Elmi‐Tədqiqat İnstitutu ilə Türkiyənin ASELSAN şirkətinin birgə hazırladığı layihə çərçivəsində yaradılıb. İnert nümu‐

nələrin sınaqları başa çatdıqdan sonra döyüş nümunələrinin sınaqlarına davam edilməsi planlaşdırılır. QFAB‐250 LG aviabombasının uzunluğu 3300 millimetr, diametri 240 millimetr, çəkisi isə 270 kiloqramdır və 12 min metr məsafədə 10 metr əyilmə ilə hədəfə çatmağa imkan verəcək. QFAB‐250 LG aviasiya bombası NATO standartlarına uyğun olaraq yaradılır və milli ehtiyacları ödəmək, eləcə də ixrac üçün nəzərdə tutulub.

Azərbaycan minaatanlar üçün mina istehsalında da təcrübəyə malikdir. Belə ki, MSN‐in müəssisələrində 60, 82 və 120 millimetrlik minalar istehsal edilir. Hazırda Azərbaycanda 122 millimetrlik artilleriya mərmilərinin seriyalı isteh‐salına hazırlıq başa çatır. Gələn ildən başlayaraq Müdafiə Nazirliyi MSN‐ə sifarişlərini verə biləcək. Bu da ye‐niliklərdən biridir. Sərgidə nümayiş olunan avtomatik 30 millimetrlik qumbaraatan yeni modifikasiyadadır və bütün sınaqlardan keçib. Yaxın gələ‐cəkdə seriyalı istehsalına başlanıla bilər. Sərgidə MSN‐in müəssisələrində istehsal edilən yeddi növ yeni pilotsuz uçuş aparatı nümayiş olunub. Bu pilotsuz uçuş aparatları müharibə vaxtı özünü yüksək səviyyədə doğruldub. Kamikadze “İti qovan” məşhur pilotsuz uçuş aparatı sərgidə nümayiş olunan məhsullar sırasındadır. Onların artıq iki balaca kamikadze növləri sınaqlardan keçib və güc strukturları tərəfindən sifariş olunub. Digərləri isə ilk sınaq nümunələridir və çox böyük çeşiddədir – həm yükqaldıran, həm minaatan, həm də avtomatik silahdan atəş açan dronlar nümayiş olunub. Xüsusi təyinatlılar üçün 200‐400 qram sursatı olan kamikadze dronları da istehsal edilib. Artıq onların sınaqları aparılıb.

Azərbaycan gələcəkdə öz inkişafını məhz pilotsuz uçuş aparatlarının tətbiqi sahəsində gördüyünə görə nazirlik bu məsələyə böyük zaman ayırır. MSN‐nin açıq havada olan ekspozisiyasında üzərində pilotsuz uçuş aparatları yerləşdirilən yeni “Gürzə” avtomobilləri yer alıb. Bu avtomobillər çox qısa müddətdə döyüş vəziyyətinə gətirilir. Ekspozisiyada ilk dəfə təyyarəçilərin hazırlanması üçün döyüş şəraitinə uyğun stimulyator da təqdim olunub. Bundan başqa, BTR‐70 zirehli döyüş maşınının bazasında modernizə olun‐muş transportyor da sərgilənib. Na‐

14 www.poliqon.az

zirliyin müəssisələrində hazırlanan ən böyük pilotsuz uçuş aparatı “Aerostar” və “Orbiter‐4” sərgidə nümayiş olunub. Bunlardan əlavə Müdafiə Sənayesi Nazirliyinin digər yerli şirkətlərlə birgə hazırladığı məhsullar da var. Bunlar daha çox pilotsuz uçuş aparatları sahəsinə aiddir. MSN bu məhsulların hazırlanmasında “Smart Point” və “Deftech” şirkətləri ilə birgə çalışıb. MSN ilə “Deftech” şirkəti birlikdə “Tilt Rotor”, “Turaz”, “Ovçu‐G4”, “Fatum”, “Smart Point” ilə isə “Simurq”, “Quzğun”, “Şahin”, “Qırğı”, “Qartal” PUA‐larını hazırlayıb.

“Tilt Rotor” şaquli qalxma və enmə imkanlarına malik olan çox məqsədli pilotsuz uçuş aparatıdır. Məhdud logistika şəraitində təcili və avtonom yüklərin çatdırılması bacarığına malik olan PUA istifadəçiyə uzun mənzilli müşahidə, yüksək manevr imkanları verir. Həmçinin faydalı yük daşımaq xüsusiyyətinə sahib olan PUA elektron mübarizə sistemlərinə qarşı daya‐nıqlıdır.

Kəşfiyyat məqsədli PUA olan “Turaz” həm quru, həm də dəniz üzə‐rində uçuş bacarıqlarına sahibidr. “Turaz” da “Tilt Rotor” kimi elektron mübarizə sistemlərinə qarşı daya‐nıqlıdır. PUA havalanmaq və enmək üçün uçuş enmə və qalxma zolağı tələb etmir. PUA hədəfləri izləyərək mərkəzə canlı yayım təmin edə və hədəfin koordinatlarını çıxara bilir.

Kamikadze PUA olan “Qırğı”nın döyüş başlığı 250 qramdır. İdarəetmə mənzili 7 kilometr olan PUA‐nın əməliyyat hündürlüyü 200 metrdir. PUA‐nın sürəti 100 km/saat, hədəfə

hücum halında isə 180 km/saat təşkil edir. Mənfi 30 ilə müsbət 50 dərəcə hava temperaturunda fəaliyyət gös‐tərən PUA‐nın havada qalma müddəti 15‐20 dəqiqədir.

“Qırğı” kimi kamikadze PUA olan kvadrakopter tipli “Quzğun” 700 qram döyüş başlığı daşıyır. Sistem 500 metr əməliyyat hündürlüyündən hədəfləri məhv etmək qabilliyətinə malikdir.

“Simurq” yüksək riskli döyüş meydanında görünən və görünməyən düşmən hədəflərini aşkarlamağa və məhv etməyə imkan verir. PUA iki ədəd 10 kiloqramlıq bomba ata bilir. PUA‐nın əməliyyat radiusu 17 km, hündürlüyü isə 1 kilometrdir. Havada qalma müddəti 30‐40 dəqiqə olan PUA‐nın boş çəkisi 67 kiloqram, döyüş çəkisi isə 97 kiloqramdır.

“Qartal” iki ədəd 81 mm‐lik minaatan sursatını daşıya bilən PUA‐dır. “Qartal” da “Simurq” kimi düşmən hədəflərini aşkarlamağa və məhv etməyə qadirdir. PUA‐nın əməliyyat radiusu 7 km, hündürlüyü 1 km və sürəti 70 km/saatdır. Havada qalma müddəti 20‐30 dəqiqə olan “Qartal” PUA‐nın boş çəkisi 8 kq, döyüş çəkisi 14 kiloqramdır.

MSN‐in “Smart Point” şirkəti ilə birlikdə istehsal etdiyi növbəti məhsul “SCN Dəmir” uzaqdan idarəolunan silah sistemidir. Döyüş modulu istifadəçiyə iki – 7.61 mm‐lik PKM pulemyotu (sursat tutumu 500 patron) və ya 12.7 mm‐lik NSV pulemyotu (sursat tutumu 100 patron) seçim imkanı verir. Şaquli vəziyyətdə –20 ilə +40 dərəcə bucaq altında, yana isə 360 dərəcə fırlanmanı təmin edir. Silah‐sursat olmadan döyüş modulunun çəkisi 330 kiloqramdır.

Sərgi çərçivəsində jurnalistlərə açıqlama verən müdafiə sənayesi naziri Mədət Quliyev bildirib ki, dünyada ən güclü silahlar həm Türkiyə, həm də İsraildə hazırlanır: “Türkiyə, İsrail və Pakistanla hərbi‐texniki sahədə əmək‐daşlıq prioritet istiqamətlərimizdəndir. Bu gün Azərbaycan Türkiyə ilə birlikdə elə silahların üzərində çalışır ki, onların istifadəsi 10‐20 ildən sonra nəzərdə tutulur. Hazırda genişmiqyaslı addımlar atılır ki, mən hansısa konkret bir silah növündən danışa bilmərəm. Çünki şirkətlər çoxdur, biz onlarla bir yerdə işləyirik”.

15

VİTTA ilə “Synapline” yeni texnologiyalarını ADEX‑də tanıtdı

“VİTTA Elmi‑Texniki” şirkəti tərəfindən “ADEX‑2022” sərgisində şirkətin texnoloji startapı olan “Synapline” ilə birgə həlləri təqdim edilib. Şirkət mütəxəssislərinin sözlərinə görə, sərgidə nümayiş etdirilən məhsulları arasında tam avtonom “Stellar‑V” pilotsuz uçuş aparatı (PUA) xüsusi uğur qazanıb.

istifadəsinə məhdudiyyət olan mü‐hitlərdə avtonom vizual naviqasiya və qabaqcıl çoxsaylı hava platformasının idarəetmə imkanlarını bir araya gətirir. O, bir və bir neçə pilotsuz uçuş aparatına (PUA) tapşırıq verərək idarə etməklə, üçüncü dərəcəli sensorlardan (məsələn, elektro‐optik və ya infra‐qırmızı kameralardan) gələn kəşfiyyat, müşahidə və incələmə (ISR) mə‐lumatları avtomatik təhlil edir və onları vahid avtonom əməliyyat şəklinə inteqrasiya edir.

Kompüter görmə, maşın öyrənmə və süni intellekt kimi texnologiyalardan istifadə edən “Synap OS” sistemin “Synap Target” modulu elektro‐optik və infraqırmızı kameralardan istifadə edərək axtarılan obyektləri avtomatik aşkarlamaq, izləmək və ayırd etmək qabiliyyətinə malikdir.

Süni intellekt bazasında yaradılmış və bütün tərkib modullarının vahid intellektual həllə inteqrasiya etmək üçün unversal platforma olan “Synap OS” əməlliyat sistemi də sərgi iştirak‐çılarının xüsusi marağına səbəb olub.

VİTTA və “Synapline” “ADEX‐2022” sərgisində nümayiş etdirdiyi “Stellar” pilotsuz uçuş sistemləri GPS siqnalının məhdud olduğu mühitlərdə daha təhlükəsiz, ağıllı və avtonom əmə‐liyyatlar üçün qısa və orta mənzilli süni intellektlə işləyir. Tam elektriklə işləyən qısa mənzilli “Stellar M” multikopter və orta mənzilli “Stellar V” və “Stellar V2” VTOL tipli uçuş aparatları xüsusi konfiqurasiya edilmiş üçüncü dərəcəli çoxfunksiyalı faydalı yükləri daşımaqla müvafiq olaraq 1 saatdan 3 saata qədər müxtəlif ISR əməliyyatlarını yerinə yetirməyə qadirdir.

Eyni zamanda şirkətin platfor‐malarında qaranlıq və buludlu hava şəraitində aparılan missiyaları uğurla yerinə yetirmək üçün xüsusi in‐fraqırmızı kameralar istifadə olunur. Bu platformaların hamısı missiya təh‐lükəsizliyini, situasiya xəbərdarlığını kəskin şəkildə artıran, qərar qəbul etmə sürətini yaxşılaşdıran və idrak yükünü azaldan süni intellektlə işləyən “Synap OS” proqram təminatı ilə təchiz edilib.

Süni intellekt əsaslı “Synap OS” əməlliyat sistemi operatorların və missiyanı idarə edən komandirlərin GPS istifadəsinə məhdudiyyət olan mühitlərdə çevik hərəkətə keçmə, eyni zamanda etibarlı və yüksək səviyyəli təhlükəsizliklə hərəkət etmək im‐kanları verir.

Digər həllərdən fərqli olaraq, “Synap OS” sistemi gerçək zamanda qərar qəbul etmə imkanını, GPS

“Synap OS” istifadəçilərə GPS siqnalının etibarsız olduğu və ya ümumiyyətlə mövcud olmadığı əngəlli mühitlərdə təhlükəsiz şəkildə hərəkət etməyə imkan verən qabaqcıl görmə əsaslı naviqasiya proqramı “Synap AutoNav” ilə təchiz olunub. Bundan əlavə, “Synap OS” istifadəçilərə istənilən vaxt və istənilən yerdə şifrələnmiş 4G şəbəkəsindən istifadə edərək öz donanmasını uzaqdan idarə etməyə imkan verir.

16 www.poliqon.az

"Improtex Industries" mexaniki minatəmizləmə texnikalarını təqdim etdi

Azərbaycanın “İmprotex Industries” şirkəti “ADEX‑2022” sərgisində milli imkanlar hesabına yerli istehsalı olan “Revival P” və “Revival T” mexaniki minatəmizləmə texnikaları, mina aşkarlama və yanğın‑ söndürən robotları, zirehlənmiş xüsusi texnika və yanğınsöndürən maşını ilə iştirak edib.

əleyhinə mexaniki minatəmizləmə maşını minalı ərazilərin öncədən aşkarlanaraq məhv edilməsini icra edə bilən, digərlərindən 11% daha geniş flayerə malik olub, 0°C ilə 55°C temperatur diapazonunda mina təmizləmə əməliyyatlarını yerinə yetirə bilən texnikadır.

Partlayışa dayanıqlı 80x yaxınlaşdıra bilən 360° PTZ kamera görüntü izləmə imkanı ilə təmin olunan “Revival P” texnikası daha dayanıqlı və yüksək temperatura dözümlü TUF metal materiallarla təchiz olunub. C.Kərimov bildirib ki, “Revival P” piyada əleyhinə minatəmizləmə texnikası artıq bir neçə aydır ki, Qarabağda ANAMA tərəfindən keçirilmiş sınaqlarda iştirak etmiş və texnikanın göstəriciləri və iş qabiliyyəti mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib.

C.Kərimovun sözlərinə görə, “Revival‐P” piyada əleyhinə mexaniki minatəmizləmə maşının yaxın vaxtlarda seriyalı istehsalının başlanması plan‐laşdırılıb.

“İmprotex Industries” şirkəti tərəfindən “ADEX‐2022” sərgisində ilk dəfə nümayiş etdirilən “Revival T” tank əleyhinə mexaniki minatəmizləmə maşının prototipi 11 kq‐a qədər TNT‐yə davamlıdır və 360° dərəcə videogörüntünü təmin edən FPV qoruyucu kamera və 10"1 düym HD ekran ilə təchiz olunub.

“İmprotex İndustries” şirkətinin texniki işlər üzrə direktor müavini Cavidan Kərimov POLİQON jurnalına açıqlamasında bildirib ki, sərgidə təqdim olunan avadanlıqlardan ikisi mi‐natəmizləyən, biri minaaşkarlayan, biri zirehli texnika, ikisi isə yanğınsöndürmə üçün nəzərdə tutulan qurğu və maşınlardır. Bildirilib ki, “Revival T” tamamilə uzaqdan idarəetmə sistemi ilə 2000 metr məsafədən idarə oluna bilir və ANAMA tərəfindən istifadə edilən xarici texnikaların bütün parametrləri ilə uyğunluq təşkil edir. Qarabağın

minalanmış ərazilərin təmizlənməsi üçün hazırlanmış bu texnika ‐20° + 55° C dərəcədə işləmə potensialına malikdir. Direktor müavini qeyd edib ki, “Revival T” texnikası iki qurğunu özündə birləşdirir: “Bunladan biri “flare” adlandırılan zəncir tipli döymə qurğusu, digəri “tinder” deyilən baltalardır. Mina zəncirlə partladıla bilməsə, bu zaman baltalar işə düşür. Bəzən olur ki, minanın üzərindən texnika keçdiyi zaman birinci zərbədən sonra mina aktivləşsə də, bir neçə saniyə sonra partlayış baş verir. Bizim texnikamızın üzərində olan baltalar belə olan halda minanı partlamadan doğraya bilir. Yəni texnikalarımızın təmizlədiyi ərazi 100% minalardan təmizləmiş bölgə hesab edilə bilər”.

C.Kərimov vurğulayıb ki, “İmprotex İndustries” şirkətinin üst qurğuları və metal konstruksiyaları zavodunda istehsal edilən “Revival P” piyada

Sirkətin sərgidə təqdim etdiyi “Revival‐S” texnikası bir neçə funksiyanı özündə birləşdirir. “Revival‐S” əsasən minaları aşkarlama üçün nəzərdə tutulub. “Revival‐S” texnikası mina aşkar edildikdən sonra onun koordinatlarını mərkəzə göndərir. Texnikanın digər funksiyası təhlükəsiz hərəkət zolağı açmaqdır. Sistem 500 kiloqrama qədər faydalı yük daşıma qabilliyətinə malikdir. Şirkət mütəxəssisinin sözlərinə görə, “Revival‐S” yaralıların təxliyyəsi üçün də istifadə oluna bilər.

Bunlarla yanaşı “İmprotex İndustries” şirkəti sərgidə STANAG 4569 standartına cavab verən zirehlənmiş xüsusi ekskavator texnikasını nümayiş etdirib. Bildirilib ki, xüsusi ekskavator və zirehləri hazırda xarici mütəxəssislər və qiymətləndirmə firmaları tərəfindən sertifikatlaşma mərhələsindədir. Zirehlər texnikanı idarə edən operatorun həm qəlpədən, həm də şok dalğasında qorunmasını təmin edir.

17

ANAMA minatəmizləmədə yeni metodologiyaları və xidmətlərini

təqdim edib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) də “ADEX‐2022” sərgisində fəal iştirak edib. Fəaliyyət illəri ərzində ANAMA ölkə daxilində və xaricində bir sıra layihələr həyata keçirib. Agentlik hazırda işğaldan azad edilən Qarabağda mina və partlamamış hərbi sursatlardan təmizləmə əməliyyatları reallaşdırır. ANAMA tərəfindən “ADEX‐2022” sərgisində Qarabağda həyata keçirilən fəaliyyətlə bağlı təqdimatlar, əməliyyatlar

zamanı zərərsizləşdirilmiş mina və partlamamış hərbi sursatların maketləri, həmçinin ən son beynəlxalq standartlar və metodologiyalara cavab verən avadanlıqlar təqdim olunub.

“ADEX‐2022”‐də ANAMA tərəfindən ərazilərin tədqiqat işlərində dronlarla toplanmış məlumatın süni intellekt vasitəsilə emalını təmin edən və humanitar minatəmizləmədə dünya təcrübəsində ilk dəfə geniş miqyas alan texnologiyadan istifadəsi ilə bağlı məlumat verilib. Sərgidə Qarabağ xəritəsi üzərində minatəmizləmə əməliyyat‐larının gedişatının həm statistik göstəricilər, həm də foto şəkillərlə izləmək imkanı oldu.

Bildirildi ki, ANAMA‐nın “ADEX‐2022” sərgisində iştirakının məqsədi minatəmizləmə fəaliyyətinə dair tətbiq edilən yeni metodologiyalar və xidmətlərin sərgilənməsi, bu sahədə əldə edilən nailiyyətlərin, eləcə də təlim kurslarının təqdim edilməsi ilə beynəlxalq arenada təmsil olunmasından ibarətdir.

“BIRD Aerosystems” aviasiya mühafizə sistemlərini

İsrailin helikopter və təyyarələrin qorunması üzrə sistemlərin istehsalı sahəsində ixtisaslaşan “BIRD Aero‐systems” şirkəti “ADEX‐2022” sərgisində öz imkanlarını tanıdıb.

“BIRD Aerosystems” şirkətinin Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Daniel Koyfman POLİQON jurnalına açıqlamasında bildirib ki, təmsilçisi olduğu şirkər həmçinin təyyarələrdə və digər aviasiya platformalarında sərhədlərin mühafizə edilməsi sistemlərinin quraşdırılması ilə bağlı işləri də görür: Bu sistemləri özümüz dizayn edirik və hazırlayırıq. Bunun istehsalı üzrə 150‐yə yaxın mütəxəssisimiz məşğul olur.

Burada təqdim etdiyimiz yeni‐liklərdən biri çox kiçik ölçüdə olan radardır ki, biz onu “Aeronautics Group” şirkəti ilə birlikdə hazırlamışıq. “Aero‐nautics Group” şirkəti Azərbaycanda çox yaxşı tanınır və bu kiçik mikro radar PUA üzərində quraşdırıla bilər”.

D.Koyfman qeyd edib ki, “BIRD Aerosystems” şirkəti tərəfindən fəaliyyət

göstərdiyi 20 il ərzində 650‐dən çox platforma qorunma sistemləri ilə təchiz olunub: “Bilirsiniz hərbi şirkət oldu‐ğumuz üçün çox şeyi danışa bilmərik. Ancaq bir məsələni deyə bilərik. Dünən biz təyyarə qoruma sistemi təqdim etmişik ki, bu da Falcon təyyarəsi üzərinə qurulub. Həmin sistem Macarıstan Baş nazirinin təyyarəsi üçün hazırlanıb”.

“ADEX‐2022” sərgisi çərçivəsində Azərbaycan və regionun bəzi ölkələrinin nümayəndələri ilə yüksək səviyyəli, çox məhsuldar görüşlər keçirdiklərini vurğulayan D.Koyfman bildirib ki, bizneslərinin burada inkişaf etdiril‐məsində Azərbaycandakı nümayəndələri olan VITTA şirkəti böyük köməklik göstərir.

“BIRD Aerosystems” şirkətinin 2022‐ci il üçün inkişaf xəttini dəyərləndirən D.Koyfmanın sözlərinə görə, pan‐demiyadan sonra fəallıq nəzərə çarpacaq şəkildə artıb. Təyyarələrin açılması, hərəkət məhdudiyyətinin aradan qaldırılması fəaliyyətlərinin aktiv‐ləşməsinə çox müsbət təsir göstərib.

tanıdıb

18 www.poliqon.az

Silah və hərbi texnikanın servis xidmətləri

ADEX‑2022 sərgisinin açıq sahəsində qurulan pavilyonda Hava Hü‑ cumundan Müdafiə Silahlarının və Hərbi Texnikalarının Servis Xidməti Mərkəzi tərəfində həyata keçirilən işlər, eləcə də Belaru‑ sun NPOO “OKB TSP” şirkəti tərəfindən təklif olunan məhsullar və həllər barədə təqdimatlar verilib.

Üç gün davam edən sərgi çər‐çivəsində dövlət rəsmiləri və qonaqlar tərəfindən davamlı ziyarət edilən mərkəzin stendində bildirilib ki, Silah və Hərbi Texnikanın (SHT) servis xidmətlərinin təqdim edildiyi mərkəz tərəfindən SHT‐nin texniki vəziyyətinin monitorinqi, planlı texniki xidmətinin həyata keçirilməsi, SHT‐nin istənilən növ təmirinin həm intensiv istismar yerində, həm də zavod şəraitində operativ şəkildə həyata keçirilməsi, istehsalçı zavodlara öz zəmanət öhdəliklərinin yerinə yetirilməsi üzrə xidmətin göstərilməsi, silahların modernləşdirilməsi üzrə işlərin həyata keçirilməsi, silahların ehtiyat hissələr, alət və ləvazimat nümunələrinin tamamlanması, yeni aqreqatların əldə edilməsi, eləcə də hərbi hissələrdən

daxil olmuş istismara yararsız aqreqatların təmiri sayəsində mübadilə fondunun (ehtiyat texnika parkının) yaradılması, HHM silah nümunələrinin texniki vəziyyətinin təhlil edilməsi və onların etibarlığının artırılması, istismar müddətinin uzadılması, texniki istismar xüsusiyyətlərinin və istismar metodlarının təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması kimi geniş spektrdə işlər həyata keçirilir. Zəruri avadanlıqlarla təchiz edilmiş Servis Mərkəzində radio‐aparaturanın təmir və sazlanması işini həyata keçirmək üçün xüsusi stendlər, yüksək texnoloji nəzarət‐ölçü cihazları və digər zəruri avadanlıqlar quraşdırılıb.

Bundan başqa, Servis Mərkəzinin tərkibində səyyar təmir briqadasının işini, yükləmə‐boşaltma proseslərini və

texniki baxış və təmir obyektlərinin daşınması mobil vasitələr mövcuddur. Servis mərkəzi HHM qoşunlarının hərbi birləşmə, hərbi hissə və hərbi böl‐mələrində istismar olunan bütün HHM nomenklaturasının texniki xidməti və təmiri üzrə istənilən növ işlərin icrası sahəsində zəruri hazırlıq və təcrübəyə malik olan mütəxəssislərlə təmin edilib. Bildirilib ki, servis mərkəzləri SHT‐nın döyüş imkanlarını artırmaq, istismar xüsusiyyətlərini yaxşılaşdırmaq və istismar müddətini uzatmaq məqsədi ilə SHT nümunələrinin modern‐ləşdirilməsi üzrə işləri icra edə bilər.

Mürəkkəb texniki vasitələrin təmiri üçün səyyar emalatxanalar Hava Hücumundan Müdafiə Silahlarının və Hərbi Texnikalarının Servis Xidməti Mərkəzi ilə bir yerdə sərgidə təmsil olunan Belarusun NPOO “OKB TSP” şirkəti döyüş tapşırıqları yerinə yetirən hərbi hissə və bölmələrin maddi‐texniki təchizat məsələlərinin həllini təmin edən texniki vasitələri təqdim edib. Şirkət rəsmilərinin

sözlərinə görə, NPOO “OKB TSP” şirkəti tərəfindən hazırlanan bu vasitələr arasında avtomobil və tırtıllı texnikanın, xüsusi radioelektron aparaturanın və mürəkkəb texniki vasitələrin təmiri üçün səyyar emalatxanalar, ehtiyat hissələri və ləvazimatları saxlama və çatdırma vasitələri, enerji təchizatı üçün səyyar vasitələr, ərazi şəraitində vəzifəli şəxslərin yerləşməsi və məişət ehtiyaclarının təmin edilməsi üçün səyyar modullar yer alır. Şirkətin təqdim etdiyi МТО‐АТ‐МB və МТО‐АТQ‐МB səyyar emalatxanaları ərazi şəraitində avtomobil və tırtıllı texni‐kanın texniki xidməti və cari təmiri üzrə universal vasitələrdir. Səyyar ema‐latxana “МАZ‐631705” avtomobil şassisinin üzərində montaj edilib. Kompozit materiallardan hazırlanmış konteyner‐kuzovda çilingər işlərini yerinə yetirmək üçün avadanlıq və iş yerləri, eləcə də elektrik təchizatı və həyat təminatı sistemləri yerləşdirilib. Konteyner‐kuzovda quraşdırılmış dəz‐gah, alət və ləvazimatlar avtomobil texnikasının (tırtıllı texnikanın) inten‐siv istismar bölgəsində həmin texnika‐nın təmiri və ya texniki xidməti zamanı tələb oluna biləcək çoxçeşidli çilingər işlərini icra etməyə imkan yaradır. Hər bir МТО‐АТ(АТQ)‐МB maşını uzanan oxu və müvazinət qurğusu olan hidro‐manipulyator ilə təchiz edilib.

МТО‐АТ(АТQ)‐МB maşınının avadan‐lıqları aqreqat, qovşaq, blok və me‐xanizmlərin diaqnostikası, təmiri və sazlanması, hidro‐qaldırma işləri (10 tona qədər), çilingər‐montaj və mexa‐niki işlər, elektrik avadanlıqlarının tə‐miri və sazlanması, elektrik‐qaz qaynaq işləri, akkumulyator batareyalarının servisi və yüklənməsi, sürtgü məmu‐latlarının (yağların) dəyişdirilməsi və güc qurğularının, güc ötürücülərinin və hərəkət hissəsinin bunlarla doldurul‐ması, eləcə də kənar tutumdan yana‐caqdoldurma, tənəkə, dülgər, şin‐montaj işləri, obyektlərin, demontaj edilmiş aqreqatların, qovşaq və mexa‐nizmlərin yuyulması, təmizlənməsi və boyanması, eləcə də avtomobillərin (tırtıllı maşınların) təmiri və texniki xidməti üzrə digər işləri yerinə yetirir. “МАZ‐631705” avtomobili şassində hazırlanan МРТО‐1МB (МРТО‐2МB) təmir və texniki xidmət maşınları müx‐təlif döyüş vasitələrinin radioelektron aparatura və digər mürəkkəb qur‐ğularının intensiv istismar ərazilərində texniki xidməti və cari təmiri üçün nəzərdə tutulub. Müəssisə tərəfindən silsilə şəkildə istehsal olunan ehtiyat hissələri, alət və ləvazimatlar komp‐lektinin saxlanması və çatdırılması üçün vasitələr daşınan ehtiyat hissələr, alət və ləvazimatlar komplektinin yerləşdirilməsi və saxlanması üçün

zəruri şəraiti təmin edən, silah və hərbi texnikanın cari təmirinə imkan yaradan 9Т456‐МB (tentlə örtülmüş) kon‐teyner‐kuzovu olan xüsusi qoşqularla təklif edilir.

Müəssisədə istehsal edilən texniki xidmət və təmir vasitələri kompleksinə ərazi şəraitində və ya digər xüsusi şəraitdə işləyən, elektrik enerjisinin istehlakçılarını 3 faza 400V 50 Hs və 230V 400 Hs cərəyanla təmin edən, səyyar, unifikasiya edilmiş müstəqil enerji sistemi daxildir. Enerji sisteminin tərkibində səyyar elektrik stansiyası və paylayıcı qurğu yer alır.“PES‐МB” səyyar elektrik stansiyası müasir yüksək texnoloji enerji qurğusudur və istehlakçıları 3 faza 400V 50 Hs və / yaxud 230V 400 Hs cərəyanla təmin etmək üçün nəzərdə tutulub. Səyyar elektrik stansiyasının (SES) şassisi qismində ikioxlu “МАZ‐897000” avtomobil qoşqusu istifadə edilir. Konteyner‐kuvovda aqreqat bölməsi, operatorun işləmə yeri və avadanlıqlar yerləşdirilir. Şirkətin təklif etdiyi həcminə və avadanlıqların yerləşmə‐sinə görə konteyner‐kuzovdan çox da fərqlənməyən MQM‐1 (‐2, ‐3) mobil qərargah modulu rəhbər heyəti təmsil edən vəzifəli şəxslər üçün rahat iş və istirahət şəraitini təmin etmək məqsədi ilə hazırlanıb. MQM “МАZ‐631708” şassisi üzərində dəyişən həcmli konyetner‐kuzovda montaj edilib.

Regionda müdafiə sənayesi sahəsi üzrə kadr hazırlayan yeganə ali məktəb olan Azərbaycan Texniki Universiteti (AzTU) 4‐cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX‐2022” sərgisində öz stendi ilə təmsil olunub.

AzTU‐nun rektoru və əməkdaşları universitetin stendi ilə tanış olublar. Eyni zamanda, universitetin əməkdaşlıq etdiyi müdafiə sənayesi sahəsi üzrə dünyada tanınan şirkətlərin nümayiş etdirdiyi məhsullara baxış keçirilib.

Qeyd edək ki, davamlı olaraq ADEX sərgisində iştirak edən AzTU Azər‐baycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələri üçün bir neçə ixtisas üzrə mütəxəssislər hazırlayır. Hazırda həmin universitetin məzunları MSN‐in müxtəlif müəsisələrində hərbi məhsulların yaradılmasında mühəndis, texnoloq və ya konstruktur kimi iştirak edirlər.

20 www.poliqon.az
AzTU “ADEX‑2022” sərgisində təmsil
olunub

HAVELSAN Azərbaycanın texnoloji inkişafında əsas tərəfdaşına çevrilir

Türkiyə Respublikası sərgidə ən çox şirkətlərlə təmsil olunan ölkələrdən biridir. Müdafiə sənayesində ən müasir və qabaqcıl tex‑ nologiyalardan geniş istifadə edən qardaş Türkiyə sərgidə 42 şirkət ilə təmsil olunub. Bu şirkətlərdən biri olan HAVELSAN 1982‑ci ildə Türkiyə Silahlı Qüvvələrinin Gücləndirilməsi Fondunun tərkibində yaradılıb.

HAVELSAN şirkəti təkcə müdafiə, təhlükəsizlik və IT sahələrində texnolo‐giyaları inkişaf etdirməklə kifayət‐lənmir, həm də özünün yüksək texno‐logiyalı proqram həllərini hazırlayır və simulyatorlar istehsal edir. HAVELSAN həmçinin yeni nəsil texnologiyalar, xüsusilə də süni intellektlə əlaqəli məhsullar, layihələr və sistemlər hazırlayır.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 6‐da Bakı Ekspo Mərkə‐zində keçirilən “ADEX‐2022” sərgisində stendlərlə tanış olduğu zaman HAVELSAN şirkətinin nümayiş etdirdiyi hərbi məhsullara da baxıb.

Sərgidə şirkət üz tanıma sistemi, sürücülər üçün təhlükəsizlik kəmərinin

bağlanıb‐bağlanmamasının aşkarlan‐ması ilə bağlı məhsullarını təqdim edib. Şirkətin istehsal etdiyi məhsullarından biri Türkiyədə hüquq‐mühafizə or‐qanlarında istifadə olunan video‐idarəetmə və nəzarət sistemidir. Şirkətin avadanlıqları hava limanla‐rında, axtarışda olan şəxslərin tapılması üçün istifadə oluna bilər. Ümumiyyətlə, HAVELSAN müxtəlif sahələrdə fəaliyyət göstərir. Bunların sırasında quru, dəniz və hava plat‐formaları üçün simulyatorların istehsalı yer alır. Həmçinin şirkət gəmilərin layihələndirilməsi və modernləşdiril‐məsi, idarəetmə sistemlərinin inkişafı üçün araşdırmalar aparır. İKT üzrə ofisləri isə şəhər təhlükəsizliyi, ağıllı

şəhərlər, video‐analitik və video‐idarəetmə sistemləri kimi işləri həyata keçirir.

Qeyd edək ki, şirkətin fəaliyyət sahələrinə təyyarə, aviasiya, gəmilər üçün radiolokasiya və naviqasiya sistemləri, sualtı qayıqlar, radioelektron vasitələr, kəşfiyyat kompleksləri, “bulud” və informasiya təhlükəsizliyi üçün həll variantları, optik‐elektron avadanlıqlar, intellektual video‐mü‐şahidə cihazları, pilotsuz sistemlər, zirehli döyüş nəqliyyat vasitələri aiddir.

Bundan başqa, HAVELSAN təh‐lükəsizlik sistemləri çərçivəsində ra‐darların və müxtəlif elektron sis‐temlərin quraşdırılmasını, müasirləş‐dirilməsini və modifikasiyasını təmin edir.

HAVELSAN pilotların bacarıqlarını artırmaqla onları müxtəlif ssenarilərə hazırlamaq üçün real və etibarlı təlim sistemləri hazırlayır. İstifadəçi tələblərinə uyğun olaraq, müştərilərinə stasionar və fırlanan qanadlı təlim mərkəzləri təklif edir. Müasir döyüş meydanlarının mürəkkəbliyini və

texnoloji müxtəlifliyini nəzərə alaraq HAVELSAN Təhlükəsizlik Qüvvələrinə üst səviyyədə hazırlana bilməsi üçün aviasiya vasitələri, zirehli maşın, tank əleyhinə raket, takitiki qayıq simu‐lyatorları kimi bir çox sistem dizayn və istehsal edir.

Bundan başqa, HAVELSAN EHTES təlim sahəsində real təhlükə mühitində həm pilotlar, həm də təyyarələr üçün elektron müharibə təlimi verir. EHTES‐də yerinə yetirilən tapşırıqlardan top‐lanan məlumatlar real vaxt rejimində üçölçülü monitorinq ekranlarında görüntülənərkən qeyd, təkrar və analiz proqram təminatı sayəsində istifa‐dəçiyə əməliyyatdan sonra təhlil imkanları təmin edilir. Yüksək dəqiqlikli raket və sursat simulyasiyaları ilə pilotlar döyüş şəraitinə ən yaxşı şəkildə hazırlanırlar.

Həmçinin yaşayış ərazilərində döyüş və təlim üzrə simulyasiya və sınaq mərkəzində binalara girmək, düş‐məndən təmizləmək, yaxud möhkəm‐ləndirmək, şəhər patrul xidməti, əl‐dəqayırma partlayıcı qurğu məlu‐matlılığı, hücum əməliyyatı və ya şəhər ərazisində blok müharibəsi kimi çox ssenarilər həyata keçirilə bilər.

Şirkət “ADEX‐2022” sərgisində robot və avtonom sistemlərini də nü‐mayiş etdirib. HAVELSAN‐nın avtonom pilotsuz quru nəqliyat vasitəsi sistemi olan BARKAN bu sahədə bütün hüquq‐mühafizə orqanlarının müxtəlif mis‐siyalarını dəstəkləmək üçün hazırlanıb və istehsal edilib. BARKAN üstün avtonom xüsusiyyətləri və müxtəlif faydalı yüklərin birləşdirilə biləcəyi modul dizaynı sayəsində çoxməqsədli missiyalarda istifadə edilə bilər. BAHA pilotsuz uçuş aparatı tam avtonom

missiya qabiliyyəti, şaquli enmə və qalxma xüsusiyyətlərinə sahib olan, fərqli faydalı yüklərin inteqrasiyasına imkan verən modul arxitekturası və daha bir çox üstün xüsusiyyətləri ilə bütün pilotsuz sistemlərlə birgə əməliyyatlar həyata keçirə bilən buludaltı avtonom aviasiya vasitəsidir.

Sərgidə şirkət tərəfindən təqdim edilən ADVENT SYS yeni nəsil döyüş idarəetmə sisteminin əsas məqsədi güc yönümlü şəbəkə dəstəkli əməliyyatların ehtiyaclarını ödəməkdir. ADVENT SYS‐in Hərbi Dəniz Qüvvələrinin bütün platformalarına və quru bölmələrinin istifadəsi üçün hədəflənib.

HAVELSAN‐ın HvBS döyüş ida‐rəetmə sistemi vasitəsilə Hərbi Hava Qüvvələrinin əsas əməliyyat mər‐kəzindən bütün bölmələrin komanda və idarəetmə fəaliyyətlərini plan‐laşdırma, icra, monitorinq və təhlilləri həyata keçirilir. Sistem paylanmış arxitekturada nəzərdə tutulmuşdur ki,

məlumat kommunikasiya xətləri qeyri‐aktiv olduqda, tək əməliyyatları yerinə yetirə bilsin. Beləliklə, bölmədə işləyən avadanlıqlar kimi əsas əməliyyat bölmələri də bir‐birini əvəzləyə bilir.

Təqdim olunan SGRS sahil nəzarət radar sistemi müvafiq dövlət qurumları ilə qarşılıqlı məlumat mübadiləsi təmin edərək dəniz sərhədinin pozulması, qaçaqmalçılıq, qeyri‐qanuni miqrasiya kimi hər cür qeyri‐qanuni fəaliyyətlə mübarizənin səmərəliliyinə töhfə verir. Sahil nəzarət stansiyalarındakı (SGİ) radarlardan gələn məlumatları elektro‐optik sensorlar və sistemə inteqrasiya olunmuş dövlət qurumlarından alınan digər informasiyalar ilə dəstəkləyərək müəyyən edilmiş dəniz rəsminin formalaşdırılması hədəflənib. Bundan əlavə, SGRS dənizdə axtarış və xilasetmə kimi vacib məsələlərdə də məlumatlılığı artıran sistemdir.

Şirkətin VTS gəmi trafiki sistemi dəniz nəqliyyat vasitələrinin ən qısa müddətdə təhlükəsiz və səmərəli üzməsi üçün hazırlanan sistemdir. Veb əsaslı texnologiyalardan istifadə edərək əməliyyatın istənilən yerdən fasiləsiz aparılmasına imkan verən VTS tamamilə istifadəçi yönümlüdür və qabaqcıl texnologiyalarla işlənib hazırlanıb.

HAVELSAN tərəfindən sərgidə təklif edilən HARBİYE birgə komanda və nəzarət məlumat sistemi məhsul ailəsinə HARBİYE‐Qərargah məhsulu, HARBİYE‐Taktik döyüş idarəetmə sistemi, HARBIYE‐Mobil tək personal səviyyəsində taktiki səviyyəli komanda və idarəetmə sistemi daxildir. PQ

23

ASELSAN ADEX‑2022‑ə möhür vurdu

Türkiyənin ASELSAN şirkəti “ADEX‑2022” sərgisindən geniş məhsul çeşidləri ilə təmsil olunub. Bu‑ rada şirkət müasir tələblərə və texnologiyalara əsaslanan hələrini nümayiş etdirib. ASELSAN “ADEX”də həm daxili, həm də çöl pavilyonda ümumilikdə 700 m2 sahəni əhatə edən ərazidə 62 məhsul sərgiləyib. Bunların arasında Azərbaycan Silahlı Qüvvələri tərəfindən həm istifadə edilən, həm də Azərbaycan Ordusuna təklif və təqdim olunan məhsullar da yer alıb.

tutulub. Qeyd edək ki, hazırda Azərbaycan Ordusunun inventarında ASELSAN şirkətinin istehsalı olan bir çox rabitə vasitələri, o cümlədən PRC‐5433 EHKET, PRC / VRC‐9661 radio stansiyaları mövcuddur.

Bundan başqa portativ peyk paketi, habelə pilotsuz uçuş aparatlarında və quru nəqliyyat vasitələrində istifadə olunan hərəkətli peyk sistemləri də sərgilənib.

Sərgi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla ölkənin Silahlı Qüvvələri və hüquq‐mühafizə orqanlarının rəhbərliyinin iştirak etdiyi rəsmi heyət ASELSAN stendini ziyarət edib. Şirkətin baş direktoru Haluk Görgün “ADEX”də sərgilənən ASELSAN məhsulları barəsində dövlət başçısına və rəsmi nümayəndə heyətinə geniş məlumat verib. Şirkətin sərgidə nümayiş etdirdiyi həllər arasında Azərbaycan Ordusu tərəfindən effektiv şəkildə istifadə edilən aviasiya bombaları üçün tuşlama dəstləri, elektro‐optik sistemlər, drona qarşı tədbir sistemləri, rabitə sistemləri və elektron müharibə sistemləri ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Bundan başqa, ASELSAN tərəfindən ADEX‐də ilk dəfə olaraq xarici təhdidləri minimuma endirən Mobil Hərbi Baza layihəsini təqdim edilib. Hazırda Türkiyə Ordusu tərəfindən də istifadə edilən Mobil Hərbi Baza sərhəd xəttindəki və ya kritik yerlərdəki hərbi baza, hərbi hissələrin təhlükəsizliyini təmin etməyə yönəlib. Mobil Hərbi Bazanın komponentlərinə kəşfiyyat‐müşahidə, müxtəlif tipli radar, hədəf aşkarlama, elektro‐optik sistemlər, MİDAS fiber optik sensor, bunlar ilə birgə çalışan komanda‐

nəzarət və silah sistemləri daxildir. Burada hər hansı terrorist və yaxud digər təhlükələrin vaxtında aşkarlanıb tez bir zamanda zərərsizləşdirilməsi komp‐lektləşdirilib.

Şirkətin sərgidə nümayiş etdirdiyi məhsullar arasında müxtəlif tipli nişangah sistemləri də yer alıb. Bunlara həm silahın üzərinə taxıla bilən elektro‐optik nişangahlar, həm də əldə daşına bilən kəşfiyyat‐müşahidə sistemləri daxildir.

Sərgilənən məhsullar sırasında şirkətin elektron müharibə sistemləri ailəsinə məxsus dinləmə, qarışdırma və monitorinq tipli bütün həlləri də yer alıb. Bunlar xüsusi daşınma çantaları vasitəsilə kürəkdə daşınan, nəqliyyat vasitələrində yerləşdirilən və sabit mərkəz formasında olur.

Bundan başqa şirkət özünün avionika modernizasiya sistemini də nümayiş etdirib. Avionika sisteminin həm NATO, həm də Sovet mənşəli helikopterlərə inteqrasiyası mümkündür.

Nümayiş olunan məhsullar arasında ASELSAN şirkətinin əsas onurğasını təşkil edən və bir növ quruluş məqsədi olan taktiki rabitə sistemləri də yer alıb. ASELSAN‐ın rabitə həlləri həm piyada‐ların, həm də quru, hava və dəniz platformalarının istifadəsi üçün nəzərdə

Sərgidə elektro‐optik kəşfiyyat‐müşahidə sistemləri ailəsindən şirkətin yeni həllərində olan “Dragon Eye” (“Əjdaha gözü”) xüsusi diqqət çəkib. 20 km‐ə qədər mənzilə sahib olan “Dragon Eye” termal və gündüz kamera, lazer məsafəölçən, GPS qəbuledici, rəqəmsal kompas ilə təchiz edilmiş kompakt sistemdir. ASELSAN şirkətinin quru qoşunlarının ehtiyaclarını qarşılamaq üçün hazırladığı “Dragon Eye” (“əjdaha gözü”) elektro‐optik müşahidə sistemi hərbi qurumlara gecə və gündüz, istənilən hava şəraitində yüksək keyfiyyətli görüntü əldə etmək imkanı yaradır. Hədəf koordinatlarının yüksək dəqiqliklə təsbit olunmasına imkan verən sistem eyni zamanda fərqli əlaqə vasitələri ilə aşkar olunan koordinat məlumatlarının digər dəstək elementlərinə ötürülməsində önəmli rol oynayır. “Dragon Eye” sərhəd nəzarəti, sahil mühafizəsi, kəşfiyyat, təhlükəsizlik qurumlarının ehtiyaclarını qarşılamaq üçün rəqabətə davamlı sistemdir.

ASELSAN şirkətinin nümayiş etdiridiyi İHTAR adlı anti‐dron sisteminin də ilk xarici sifarişçisi Azərbaycan olub. Şəhərlərdə və açıq sahələrdə dron təhdidlərinə qarşı mübarizə aparmaq üçün ən son texnologiyalardan istifadə olunmaqla hazırlanmış İHTAR komp‐leksinə təhdidlərin müəyyənləşdirilməsi və izlənilməsi üçün radar, elektro‐optik müşahidə cihazları, təhdidin qarşısının alınması və zərərsizləşdirilməsi üçün radioelektron qarışdırma və aldatma avadanlığı, habelə bütün bu avadanlıqların inteqrasiyasını təmin edən komanda‐nəzarət sistemi daxildir. Mülki və hərbi əhəmiyyətli strateji müəssisələrin

24 www.poliqon.az

(elektrik stansiyaları, hava limanları, sərhəd bölgələri, komanda və qərargah binaları və s.) və digər yerlərin qorunmasında istifadə üçün nəzərdə tutulan İHTAR sisteminin sabit və mobil konfiqurasiyaları mövcuddur.

İHTAR sisteminə daxil olan radar real vaxt rejimində, eyni zamanda birdən artıq hədəfi aşkarlayaraq onları izləməyə imkan verir. Gecə‐gündüz və müxtəlif hava şərtlərində çalışan radiolokasiya qurğusu yüksək dəqiqliyə və 360º bucaq altında ərazini skan etmə xüsusiyyətinə sahibdir. İHTAR sistemi təhdidlərin qarşısının alınmasında yenə ASELSAN‐a məxsus “Gərgədan” adlı radio‐siqnal qarışdırıcılardan və “Buqələmun” adlı aldatma sistemlərindən istifadə edir.

ASELSAN‐ın həlləri arasında diqqət çəkən digər bir məhsul isə ALKAR avtomatik minaatan sistemi oldu. Hazırda Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilən ALKAR sisteminin 81 mm və 120 mm çaplı versiyaları mövcuddur. ALKAR ‐ avtomatik lüləli yönləndirmə sistemi, avtomatik sursat doldurma sistemi (120 mm üçün), geri təpmə mexanizmi və atəşə nəzarət sistemləri ilə təchiz edilmiş qüllədə inteqrasiya olunmuş modern silah sistemidir.

ALKAR silah sisteminə yivli və ya yivsiz hər növ yerli/xaric minaatanların lüləsinin inteqrasiyası mümkündür. Modul sistem arxitekturası sayəsində ALKAR tırtıllı və taktiki təkərli nəqliyyat vasitələrinə, o cümlədən sabit platfor‐malara quraşdırıla bilər. Geri təpmə mexanizminin atış zamanı platformaya ötürülən atış yükünü minimuma

endirməsi ALKAR sistemini daha çox çeşidli nəqliyyat vasitələrinə inteqrasiya olunması imkanını artırır.

ALKAR minaatanı avtomatik sursat yükləmə sistemi sayəsində həssas, sürətli və təhlükəsiz şəkildə sursatla yüklənir. Hər növ minaatan sursatları istifadə etmək qabiliyyətinə malikdir. Hesab‐lanmış atəş əmrinə uyğun olaraq avtomatik dəqiq oriyentasiya imkanına sahib ALKAR inersial naviqasiya sistemi ilə dəqiq mövqe və lülə yönəlimi təsbit edir. İntiqal və naviqasiya üçün məkan, istiqamət, hündürlük məlumatlarının yaradılması və xəritə üzərində marşrutun göstərilməsi, habelə tapşırıq yönümlü, rəngli, qrafik istifadəçi interfeysi xüsusiyyətlərinə sahibdir.

ALKAR minaaatan sistemi “NATO Armaments Ballistic Kernel” (NABK) ilə hədəfin ballistik parametrlərinin sürətli

və dəqiq hesablanması, ilkin sürətin təyin edilməsi, rəqəmsal rabitə vasitəsilə meteoroloji məlumatların qəbul edilməsi imkanına malikdir. Bütün minaatan atəşi tapşırıqlarının yerinə yetirilməsi, mü‐haribə sahəsi elementlərinin/məlumat‐larının rəqəmsal xəritədə göstərilməsinə sahib olan ALKAR istənilən taktiki əməliyyatda istifadə edilə bilər. Bundan başqa, ALKAR minaaatan sistemi ASELSAN şirkəti tərəfindən istehsal edilən ADOP‐2000 avtomatlaşdırılmış atəş dəstək sistemləri ilə inteqrasiya olunaraq tapşırıqları yerinə yetirmək qabiliyyətinə malikdir. ALKAR ön müşahidə, hədəf aşkarlama radarları və TOMES meteo‐roloji sistemləri ilə inteqrasiya oluna bilir. ALKAR‐dan atəş əl və avtomatik rejimlərdə edilə bilər və atəşin istənilən anda dayandırılması mümkündür. PQ

25

ROKETSAN – Azərbaycanın silahlanmada əsas tərəfdaşı

Azərbaycanın silahlanmada əsas tərəfdaşına çevrilən “Roketsan” şirkəti inkişaf etdirdiyi yeni texnolo‑ giyalarla döyüş meydanında yeni konsepsiyalar yaratmağa davam edir. “Roketsan” müxtəlif növ raketlər, reaktiv silahlar, atış və hərəkət sistemləri ilə birlikdə idarə olunan döyüş sursatları, istiqamətləndirmə‑idarəetmə sistemləri, döyüş başlıqları, mexaniki hissələr, alqoritm və proqram təminatını hazırlayır və istehsal edir, onları quru, hava və dəniz platformaları ilə birləşdirir. Eyni za‑ manda, bu sistemlərə maddi‑texniki dəstək verir, raket yanacağı istehsal edir, ballistik mühafizə layihələri hazırlayır və həyata keçirir, eləcə də öz müəssisələrində kosmik raketləri işləyib hazırlayır.

çevikliyi sayəsində, missiya planlama əsnasında müəyyən edilmiş üçölçülü dönüş nöqtələri ilə bağlı tapşırıqları asanlıqla yerinə yetirə bilir. “Çakır” hədəf üzərində vuruş nöqtəsi seçimi və unikal döyüş başlığı ilə hədəfləri yüksək dəqiqliklə məhv etmək qabiliyyətinə malikdir. İnkişaf etdirilmiş ara mərhələ və terminal yönləndirmə sistemləri ilə “Çakır” hədəflərini bütün hava şə‐raitində yüksək dəqiqliklə vura bilir. Şəbəkəyə əsaslanan məlumat bağlantısı sayəsində raket hədəfə doğru irə‐liləyərkən istifadəçi seçiminə bağlı olaraq, hədəfi dəyişə və tapşırığı ləğv edə də bilir.

Tankların qənimi – OMTAS, UMTAS və KARAOK

“Roketsan” şirkəti “ADEX‐2022” sərgisində yerli və milli imkanlar hesabına hazırladığı ən yeni “Çakır” qanadlı raketini, habelə OMTAS, UMTAS və KARAOK tank əleyhinə raket sistemlərini, MAM ailəsindən MAM‐L, MAM‐C və MAM‐T mini ağıllı sursatlarını, SOM qanadlı aviasiya raketini, o cümlədən “Atmaca”, TRG‐300, TRLG‐230, TRLG‐122, “Sungur”, raketlərini nümayiş etdirib.

Sərginin açılış günü Prezident İlham Əliyev, müdafiə naziri general‐polkovnuk Zakir Həsənov, Ordunun Baş Qərargah rəisi Kərim Vəliyev, sonrakı günlərdə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları komandanları, habelə təhlükəsizlik qüvvələrinin rəhbərliyi “Roketsan” stendinə baş çəkib, yeni məhsullar barədə məlumat alıblar.

“Çakır” diqqət mərkəzində “Roketsan”ın quruda, dənizdə və havada əməliyyat çevikliyi təmin edən yeni “Çakır” qanadlı raketi ilk dəfə “ADEX‐2022” sərgisində təqdim olunub. Təyyarə və helikopterlərdən, pilotsuz uçuş aparatlarından, o cümlədən taktiki təkərli yerüstü nəqliyyat vasitələri və suüstü platformalardan atıla bilən “Çakır” raketi istifadəçiyə quru və dəniz hədəflərinə qarşı əməliyyat baxımından geniş alternativlər təklif edir.

150 kilometrdən artıq atış uzaq‐lığına malik “Çakır” qanadlı raketinin əsasən suüstü hədəflərə, sahilə yaxın quru və suüstü hədəflərə, habelə strateji quru hədəflərinə, sahə hə‐dəflərinə və mağaralara qarşı tətbiq edilməsi nəzərdə tutulub.

“Roketsan” rəsmilərinin sözlərinə görə, turboreaktiv mühərrikə sahib “Çakır” raketi dizaynının verdiyi

Sərgidə nümayiş etdirilən OMTAS orta mənzilli tank əleyhinə sistem, döyüş meydanındakı zirehli təhdidlərə qarşı təsirli olan orta mənzilli tank əleyhinə silah sistemidir. Raket, gecə‐gündüz və hər cür hava şəraitində infraqırmızı özütuşlama başlığı sa‐yəsində işləyə bilir. Orijinal və yeni nəsil quruluşu ilə seçilən milli olaraq hazırlanmış OMTAS kompleksi, əsasən tam ölçülü raketi, atəş platformasını, atəşi idarəetmə bloku‐müşahidə blo‐kunu, atəşi idarəetmə bloku‐idarəetmə blokunu özündə birləşdirir. OMTAS kompleksi buraxma sistemindən (raket, atəş platforması, atəş idarəetmə blokları), nəqliyyat qutularından və təlim trenajorundan ibarətdir. Buraxma qurğusu və raket arasındakı radiodalğa məlumat bağlantısı istifadəçiyə çevik əməliyyat qabiliyyətini təmin edir. Raket atəşdən əvvəl və ya sonra hədəfə kilidlənərək “atdın‐unutdun” və ya hədəf/vuruş nöqtəsinin seçilməsinə imkan verən “at‐yenilə” uçuş

26 www.poliqon.az

rejimlərinə malikdir. Dəqiq idarəetmə‐nəzarət qabiliyyəti və zirehdələn tandem başlığı, OMTAS raketinin zirehli hədəflərə qarşı təsirli bir silah sistemi olmasını təmin edir.

OMTAS kompleksi üçayaqlı dəzgahdan başqa, onu açıq və ya qapalı tipli qüllə kimi inteqrasiya edilərək müxtəlif növ yerüstü platformalarda da yerləşdirilərək tətbiq edilə bilir. Raketin atış məsafəsi 200 – 4000 metr, istifadə hündürlüyü 300 – 3000 metrdir. OMTAS reaktiv zirehə qarşı tandem; yüksək partlayıcı qəlpəli; termobarik döyüş başlıqları ilə dəstləşdirilir. “Roketsan” tərəfindən ilk növbədə hücum helikopterlərində istifadə üçün hazırlanmış UMTAS uzun mənzilli tank əleyhinə raket sistemi gecə‐gündüz və hər cür hava şəraitində infraqırmızı özütuşlama başlığı sayəsində işləyə bilir. Buraxma qurğusu və raket arasındakı radiodalğa məlumat bağlantısı istifadəçiyə çevik əməliyyat qabiliyyəti təmin edir. Raket, atəşdən əvvəl və ya sonra hədəfə kilidlənərək “atdın‐unutdun” və ya hədəf/vuruş nöqtəsinin seçilməsinə imkan verən “at‐yenilə” uçuş rejimlərinə malikdir. Dəqiq idarəetmə‐nəzarət qabiliyyəti və zirehdələn tandem başlığı, UMTAS raketinin zirehli hədəflərə qarşı təsirli bir silah sistemi olmasını təmin edir.

Sistemin xüsusiyyətləri gecə və gündüz və bütün hava şərtlərində tapşırıqları yerinə yetirmə imkanından, sabit və hərəkətli hədəflərə qarşı istifadə edilməsindən, hədəf yeniləmə qabiliyyətinin çevikliyindən (hədəfdəki hücum nöqtəsinin yenilənməsi, uçuş zamanı hədəflərin dəyişdirilməsi, yüksəklik arxasından asma atışın aparılması), koordinatlar üzrə atış imkanından, sinif və yerləşdirilmiş tip trenajorlarının mövcudluğundan, mo‐dul tipli buraxma sisteminin olma‐sından və ayrı‐ayrılıqda istifadə edilə bilən TV/Termal kamera müşahidə blokunun olmasından ibarətdir. UMTAS kompleksi hücum helikopteri, çox‐məqsədli dəniz helikopteri və yüngül hücum təyyarəsinə quraşdırılır. Sabit‐ləşdirilmiş silah sistemi ilə dəniz platformalarına inteqrasiya olunmuş UMTAS kompleksi, zirehli yerüstü nəqliyyat vasitələrinə və yedəkli/sta‐sionar yerüstü platformalara da inteqrasiya edilə bilir.

Bir əsgər tərəfindən istifadə edilən, “atdın‐unutdun” prinsipi ilə işləyən

raket kompleksi üzərindəki infraqırmızı tuşlama başlığı sayəsində gecə‐gündüz işləyə bilən daşınan raket sistemidir. Kompleks 125 mm‐lik bir TƏİR olmaqla, orijinal və yeni nəsil quruluşu ilə seçilməklə, milli olaraq inkişaf etdirilmişdir, üstün taktiki və texniki xüsusiyyətlərə malikdir. Kompleksdən desant‐hücum, hava‐desant və desant əməliyyatlarında yaxın məsafələrdə təhdidlərin dayandırılması, ləngidil‐məsi, istiqamətləndirilməsi və məhv edilməsi üçün istifadə olunur. Yeni kompleksin seriyalı istehsalının baş‐lanması sayəsində çiyindən atılan tank əleyhinə raket sistemləri üzrə ixracdan asılılıq artıq sona çatmaq üzrədir.

KARAOK kompleksinin əsas xüsusiyyətlərinə sabit və hərəkətli hədəflərə qarşı istifadəni, infraqırmızı özütuşlama başlığının mövcudluğunu, atışdan əvvəl və sonra hədəfə kilid‐lənmə imkanını, “atdın‐unutdun” prinsipi ilə işləməsini, düzünə və üstdən vuruş rejiminin olmasını, gecə‐gündüz və istənilən hava şəraitində tapşırıqları yerinə yetirə bilməsini, ikipilləli mühərrikini, bir dəfə istifadə olunan buraxma qurğusunu və bir nəfər tərəfindən istifadə edilməsini aid etmək olar. 125 mm çaplı KARAOK raketinin uzunluğu 1100 mm, kütləsi < 16 kq (raket + boru), atış məsafəsi 1000+ metr təşkil edir. Zirehdələn tandem döyüş başlığı ilə təchiz olunan KARAOK düzünə dəymə / üstdən dəymə rejimində işləyir.

PUA‑ların ağıllı sursatları – MAM ailəsi

Sərgidə nümayiş etdirilən MAM (Mini Ağıllı Sursat) ailəsinin yarı aktiv lazerlə idarə olunan, GPS və INS əsaslı tuşlama/manevr imkanlarına malik MAM‐C, MAM‐L və MAM‐T adlı 3 müxtəlif versiyası xüsusi diqqət çəkib. MAM pilotsuz uçuş aparatları (PUA), yüngül hücum təyyarələri və aşağı çəkili faydalı yük daşıyan hava platformaları üçün “hava‐yer” tipli missiyalarda istifadə üçün hazırlanıb. MAM seriyalı ağıllı bombalar həm sabit, həm də hərəkətli hədəfləri yüksək dəqiqliklə vurmaq (angaje) qabiliy‐yətinə malikdir.

MAM ailəsinin ən böyük və ən yeni üzvü MAM‐T sursatıdır. “Roketsan” MAM‐L və MAM‐C aviasiya sursat‐larının təcrübələrindən irəliləyərək daha yüksək döyüş başlığı effektivliyi və daha uzun mənzil ehtiyacını qar‐şılamaq məqsədilə MAM‐T sursatını hazırlayıb. Fərqli platformalara uyğunlaşdırıla biləcək formada dizayn edilmiş MAM‐T 30 km‐dən artıq mənzilə sahibdir. Sursat qəlpəli atəş yığımı olan döyüş başlığı ilə təchiz edilib. Müxtəlif PUA‐lardan atıla bilən MAM‐T sursatı ilə suüstü hədəfləri, zirehli və zirehsiz nəqliyyat vasitələrini məhv etmək mümkündür. MAM‐T Blok‐1 konfiqurasiyası həm hərəkətli, həm də sabit hədəflərə qarşı tədbiq edilə bilir.

MAM‐T aviasiya sursatının ilk partiyası 2022‐ci ilin əvvəlində Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib. MAM ailəsinin digər üzvlərində olduğu kimi MAM‐T‐nin də əhəmiyyətli ixracat uğurları əldə etməsi hədəflənir. “Baykar” şirkətinin “Akıncı” hücum

KARAOK (“Qara ox”) tank əleyhinə
27

pilotsuz uçuş aparatının (PUA) imkanlarına uyğun hazırlanan MAM‐T sursatı digər PUA‐lara, o cümlədən yüngül hücum və döyüş təyyarələri kimi fərqli platformalara da inteqrasiya ediləcək. Fərqli platformalara uyğun formada hazırlanan ailənin yeni üzvü MAM‐T sursatı PUA‐larda 30 kilometr, yüngül hücum təyyarələrində 60 kilometr və döyüş təyyarələrində 80 kilometrdən uzun mənzil qabiliyyətinə malikdir.

Hazırda MAM ağıllı sursatları Tür‐kiyənin “Baykar” şirkətlərinin istehsalı olan “Bayraktar TB2”, “Bayraktar TB3”, “Bayraktar Akıncı”, “Vestel” şirkətinin “Karayel”, habelə TUSAŞ şirkətinin “Anka”, “Aksungur” taktik PUA‐larının və “Hürkuş” yeni nəsil təlim‐döyüş təy‐yarəsinin silahlanmasında yer alır. “Roketsan” şirkəti bu günə qədər 5000 ədəddən çox MAM ağıllı sursatı istehsal edərək sifarişçilərə təhvil verib.

Vətən müharibəsinin favoriti ‑ TRLG‑230

“ADEX‐2022” sərgisində ilk dəfə nümayiş etdirilən “Roketsan” şirkətinin 122 mm çaplı TRLG‐122 “yer‐yer” tipli raketinin ilk təqdimatı “IDEF‐2021” sərgisində keçirilib. Yerli və milli imkanlar hesabına hazırlanan TRLG‐122 raketi lazer arayıcı başlıq ilə təchiz edilib və yüksək dəqiqliyə malikdir. GPS və ya GNSS naviqasiya sistemi ilə idarə olunan raket, yüksək dəqiqliyi və dağıdıcı gücü sayəsində 13‐30 kilometr aralığında yerləşən böyük əhəmiyyətli hədəflərin məhv edilməsi üçün hazırlanıb. 13,5 kq ağırlığında döyüş başlığına malik raket 2 metrdən az

sapma ilə hədəfi vurmaq qabiliy‐yətindədir. İlk dəfə Azərbaycan ordusu tərə‐findən ikinci Qarabağ müharibəsində tətbiq edilən TRLG‐230 raketi ziya‐rətçilər tərəfindən böyük maraqla qarşılanıb. Müharibə zamanı Azər‐baycana çatdırılan TRLG‐230 raketləri “Bayraktar TB2” PUA‐larının təsbit etdiyi və lazerlə işarələdiyi hədəflərə dəqiq zərbələr endirməyə imkan verib. TRLG‐230 raketi ilə hədəflər yüksək dəqiqliklə vurulub. 230 mm‐lik TRLG‐230 raketi 20‐70 kilometr mənzillidir və lazer tuşlama sisteminə malik olduqdan sonra onları hədəfə PUA‐lar vasitəsilə yönləndirmək mümkündür. 300 mm‐lik TRG‐300 “yer‐yer” tipli raketləri də gecə və gündüz, hər cür hava və ərazi şərtlərində kritik

hədəfləri məhv etmək üçün hazırlanıb. TRG‐300 raketi “Roketsan” tərəfindən hazırlanan K+ silah sistemi və yaylım atəşli reaktiv sistemi ilə uyğun in‐terfeyslərə malik müxtəlif platformalar üzərindən buraxıla bilir.

Müxtəlif modifikasiya xətti ilə inkişaf etdirilən TRG‐300‐ün Blok II raketinin çəkisi 660 kq, döyüş başlığı 180 kq, atış mənzili 20 – 90 km‐dır. TRG‐300 “Tiger” Blok III modi‐fikasiyasının çəkisi 585 kq, döyüş başlığı 105 kq, atış mənzili 30 – 120 km təşkil edir. GPS və İNS naviqasiyasına malik TRG‐300 raketlərinin dəqiqliyi maksimum məsafədə ≤ 10 metr təşkil edir. Yüksək dəqiqliyi və dağıdıcı gücü sayəsində TRG‐300 raketləri uzaq məsafədə yerləşən hədəfləri effektiv məhv etmək qabiliyyətinə malikdir. Ən son olaraq TRG‐300 raketinin yeni Blok III (K+) modifikasiyası dövlət sifarişi əsasında istehsal edilərək 2022‐ci ilin əvvəlində Türkiyənin Quru Qoşunlarına çatdırılıb. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Roketsan” TRG‐300 raketinin dəniz platformalarına inteq‐rasiyası üçün lazımi təkmilləşdirmə və platforma uyğunlaşmaları üzərində çalışır.

Qeyd edək ki, TRG‐300 raketi Azərbaycan Ordusunun silahlanma‐sında yer alan T‐300 “Qasırğa” uzun mənzilli raket sisteminə komplekt‐ləşdirilib və 44 günlük Vətən müha‐ribəsində uğurla istifadə edilib.

28 www.poliqon.az
“Sungur” ZRK‑nin ilk partiyası silahlanmada

Sərgidə təqdim olunan “Sungur” zenit‐raket kompleksi (ZRK) pilotsuz uçuş aparatları, reaktiv təyyarə və helikopterlərə qarşı təsirlidir. Bir əsgər tərəfindən çiyindən atılan “Sungur” ZRK portativ xüsusiyyəti ilə yerüstü, hava və dəniz platformalarına inteqrasiya oluna bilər. Quru Qoşunlarını qanadlı raketlərə, PUA‐lara, alçaqdan uçan sabit qanadlı təyyarələrə və helikopterlərə qarşı qısa mənzilli hava hücumundan müdafiə təmin edən “Sungur” yaxın mənzilli mobil ZRK yerdən havaya atəş aparan PORSAV Milli MANPADS sistemi ilə təchiz edilib. “Sungur” ZRK hava elementlərinə qarşı effektivliyi və yüksək manevr qabiliyyəti, yüksək hədəfvurma qabiliyyəti və əks tədbir xüsusiyyəti, titan döyüş başlığı və hədəfin uzun məsafədən müşahidəsini təmin edən nişangah qabiliyyəti ilə öz sinfini önləyən bir sistemdir. Kompleks hərəkətdə atış qabiliyyəti, gecə‐gündüz hədəf təsbiti, təhlili, tanıması, izləməsi kimi xüsusiyyətlərə sahibdir. Düşmənin 4+ km hündürlükdə və 8 km məsafədə uçan hədəflərinin məhv edilməsini təmin edir. “Roketsan” şirkəti tərəfindən milli imkanlarla dizayn edilərək hazırlanan və istehsal edilən “Sungur” portativ (daşınabilən) ZRK‐nin çiyindən atılan versiyası 2022‐ci ilin iyul ayında Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına verilib.

ROKETSAN və ASELSAN şirkətləri birlikdə “Atmaca” gəmi əleyhinə mobil sahil raket kompleksini inkişaf etdirib. Birinci, raketin özünün inkişafına, ikinci isə idarəetmə sistemi və aktiv radiolo‐kasiya özütuşlama başlığının inkişafına cavabdehdir. Raketlər üçün dörd kon‐teyneri olan buraxma qurğusu 8×8 təkər formuluna malik “KamAZ” yük av‐tomobilinin platformasına yerləşdirilib. Gəmi versiyasından fərqli olaraq, ra‐ketin yerüstü modifikasiyası infra‐qırmızı özütuşlama başlığı ilə təchiz edilib.

Gəmi əleyhinə raketlərdə yeni nəsil ‑ “Atmaca”

“Atmaca” dəniz səthindən çox aşağı uçuş hündürlüyünə malik bütün hava şəraitinə uyğun səsdən aşağı sürətli yüksək dəqiqlikli gəmi əleyhinə raketdir. Onun tətbiq diapazonu 220 km‐dən çoxdur. Raketin 280 kilometrə qədər məsafədəki hədəfləri vura biləcəyi gözlənilir. Yeni raket 220 kq

ağırlığında qəlpəli‐fuqas və ya nüfuzedici döyüş başlığı ilə təchiz edilib, raketin ümumi kütləsi isə təxminən 800 kq ağırlığındadır. Raket aktiv radiolokasiya özütuşlama başlığı, həmçinin inersial‐peyk tuşlama bloku və ikitərəfli məlumat mübadilə aparatları ilə təchiz edilib.

“Roketsan” şirkəti tərəfindən milli imkanlar hesabına yaradılan uzaq mənzilli “Atmaca” gəmi əleyhinə raketin

sualtı qayıqdan buraxılan versiyası da hazırlanır.

Sərgidə nümayiş etdirilən quru və dəniz hədəflərinə qarşı istifadə olunması üçün nəzərdə tutulan SOM “hava‐yer” tipli raket ailəsinin SOM‐A, SOM‐B1, SOM‐B2, SOM‐J kimi kon‐fiqurasiyaları mövcuddur. Səsaltı sürətə sahib, uzun mənzilli SOM raketinin atış mənzili 250+ km təşkil edir. PQ

29

ADEX‑in daimi iştirakçısı OTOKAR öz böyüklüyünü göstərdi

“ADEX” sərgisində dördüncü dəfədir iştirak edən Türkiyənin ən böyük özəl sərmayəli müdafiə sənayesi şirkəti olan “Otokar” zirehli hərbi texnikaların istehsalı və ixracı sahəsində liderlik edir. Hazırda şirkətin 30 minə yaxın zirehli texnikası Türkiyə ilə yanaşı, 35‑dən artıq ölkənin silahlı qüvvələri və təhlükəsizlik qurumlarında istifadə olunur. Öz sinfində dünyanın qabaqcıl maşınları arasında yer alan “Otokar” zirehli maşınları hərəkət imkanları, qoruma səviyyəsi və sağ qalma qabiliyyəti ilə diqqət çəkir.

“Otokar” şirkətinin sərgidə nümayiş etdirdiyi, milli imkanlar hesabına hazırladığı və Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının inventarına yeni qəbul edilmiş “Cobra II” zirehli maşını ziyarətçilərin xüsusi marağını özünə çəkib.

“Otokar”ın mövcud 4×4 “Cobra” zirehli maşınlarının bazasında hazırladığı və ilk nümunəsi 2013‐cü ildə təqdim olunan “Cobra II” üstün texniki‐taktiki xüsusiyyətləri, gücləndirilmiş mina partlayışına qarşı mühafizəsi, balistik mühafizəsi və geniş daxili həcmi ilə sələfindən fərqlənir. Sürücü və komandir daxil 10 heyət daşıyan, yüksək keçicilik və mühafizə qabiliyyətinə malik “Cobra II” çətin ərazi və iqlim şərtlərində üstün performans təmin edir.

Türkiyə Silahlı Qüvvələrinin və müttəfiq ölkələrin tələbləri əsasında,

gələcək ehtiyacların qarşılanması məqsədi ilə yaradılan “Cobra II” müasir texnoloji və taktik xüsusiyyətlərə malik modulyar platformadır. Geniş çeşiddə silah inteqrasiyası və təchiz olunduğu sistemlər sayəsində “Cobra II” sərhəd mühafizəsi, daxili təhlükəsizlik əməliy‐yatlarından sülhyaratma missiya‐larınadək çox sayda tapşırıqlarda yer ala bilir. “Otokar” şirkəti “Cobra II” zirehli nəqliyyat vasitəsini personal daşıyıcı, silah platforması, CBRN, sərhəd təhlükəsizlik maşını, daxili təhlükəsizlik maşını, ambulans, komanda‐nəzarət və s. konfiqurasiyalarda təklif edir. İstifadəçinin seçimindən asılı olaraq zirehli maşının amfibiya versiyası da təqdim olunur.

Hazırda müxtəlif dövlətlərə ixracı istiqamətində işlər aparılan “Cobra II” Türkiyənin ordu və təhlükəsizlik

qüvvələri ilə yanaşı bir sıra ölkələrin orduları tərəfindən istifadə edilməkdədir. Qərbi Afrika ölkəsi olan Qana, Silahlı Qüvvələrin modernləşdirilməsi çər‐çivəsində Türkiyənin “Otokar” şir‐kətindən satın aldığı 40 ədəd “Cobra II” təkərli taktik zirehli avtomobilləri ictimaiyyətə nümayiş etdirib. Qana Silahlı Qüvvələrinin və Qana Müdafiə Nazirliyinin Baş Qərargahında (Burma Düşərgəsi) 31 mart 2021‐ci il tarixində düzənlənən təqdimat mərasimində Qana Prezidenti Nana Addo Dankva Akufo‐Addo da iştirak edib. Mərasimdəki çıxışı zamanı dövlət başçısı qeyd edib ki, “Cobra II” zirehli avtomobilləri hərbi standartlara görə çox güclü və çox məqsədli zirehli nəqliyyat vasitələridir: “Bu, hazırda ortaya çıxan təhlükəsizlik təhdidlərini daha yaxşı idarə etməyimizə kömək edəcək. Həm qərb, həm də şərq sərhədlərimizi qorumağımıza imkan verəcək”

Azərbaycanın Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunları Türkiyənin “Otokar” şirkətindən “Cobra II” zirehli transportyorları alıb. Daxili Qoşunların inventarına yeni qəbul edilən “Cobra II” zirehli transportyorları 2022‐ci il fevral ayının 13‐də Prezident İlham Əliyevin Daxili Qoşunların Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirakı zamanı ilk dəfə nümayiş etdirilib.

“Coba II” zirehli maşının uzunluğu 6400 mm, eni 2500 mm, hündürlüyü 2300 mm, klirensi 400 mm, çəkisi 13500 kiloqram, sürəti 110 km/saat, gediş ehtiyatı 700 km təşkil edir. Maşının amfibiya versiyası isə uzunluğu 6000 mm, eni 2700 mm, hündürlüyü 2300 mm, klirensi 500 millimetrdir. Altı silindirli, 360 at gücündə “Cummins” dizel mühərriklə təchiz olunmuş maşının yanacaq çəni 200 litr tutur. Maşın təkərlərin təzyiqinin avtomatik tənzimlənməsi sistemi, run‐flat təkərlər, avtomatik yanğınsöndürmə, ABS əyləc, mina partlayışının təsirini azaldan oturacaqlarla təchiz edilir.

Kataloq məlumatlarında “Cobra II”nin 400 mm hündürlüyündə dik maneələri, 900 mm enində xəndəkləri və yarğanları dəf etdiyi, 30 dərəcə bucaq

30 www.poliqon.az

altında yana maili, 60 dərəcə bucaq altında yüksəkliyə qalxa bildiyi qeyd olunub. “Coba II” zirehli maşının üzmə sürəti 8 km/saat təşkil edir.

“Otokar” şirkəti tərəfindən son illərdə “Cobra II” zirehli maşının bir neçə fərqli konfiqurasiyası təqdim edilib. İlk nümunəsi 2018‐ci ilin may ayında “Efes‐2018” sərgisində təqdim edilmiş “Cobra II” zirehli yük maşını “Cobra II” ilə eyni manevr imkanına sahib olsa da, 2500 kq yükdaşıma qabiliyyətinə sahibdir. Bu maşın yük daşınmasından başqa fərqli tapşırıqları da yerinə yetirir. Maşının üzərinə müxtəlif çaplı atıcı silahların, minaatanların, habelə kiçik çaplı zenit toplarının qurulması mümkündür.

“Cobra II” zirehli yük maşının heyəti sürücü daxil 2 nəfər, maksimum sürəti 110 km/saat, gediş ehtiyatı isə 700 kilometrdir. Cari ilin may ayında İstanbulda keçirilmiş “IDEF‐2019” beynəlxalq müdafiə sərgisində isə “Otokar” ilk dəfə “Cobra II” zirehli nəqliyyat vasitəsinin ambulans konfiqurasiyasını təqdim edib. Özünün yüksək balistik mühafizəsi və minaya qarşı qoruması ilə fərqlənən zirehli maşın yüksək təhlükəli ərazilərdə, cəbhənin dərinliyində yaralılara gərəkli olan bütün müdaxilələri yerinə yetirmək qabiliyyətindədir. Bunun “Cobra II” bütün zəruri avadanlıqlarla təchiz olunub. Qeyd edək ki, ambulans versiyada “Cobra II”nin hündürlüyü və genişliyi artırılaraq daxili həcmi böyüdülüb. Arxa qapı təcili yardım istifadəsi üçün xüsusi rampa formasına salınıb. “Cobra II” ambulansın sürücü, komandir, tibb heyətindən başqa 2 oturulu və 1 uzanılmış, yaxud da 2 uzanıqlı yaralı daşıya bilən iki konfiqurasiyası mövcuddur.

Yüksək qoruma səviyyəsi, manevr imkanları, modulyarlığı, bir platformanın müxtəlif tapşırıqlara uyğun konfiqurasiya olunması “Cobra II” üçün geniş imkanlar açır. Mütəxəssislərin fikrincə, məhz bu sadalanan qabiliyyətləri ilə orduların diqqətini çəkən “Cobra II” növbəti bir neçə onillikdə öz populyarlığını qoruyub saxlayacaq.

Zirehli maşınların yeni növlərinin yaradılması istiqamətində aktiv iş aparan “Otokar” şirkəti “Cobra‐II” zirehli maşın ailəsinin minaya qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP) versiyasını hazırlayaraq bazara təqdim edib. “Cobra‐II” MRAP ilk dəfə 2021‐ci il 21‐25 fevral tarixlərində Birləşmiş Ərəb

Əmirliklərinin paytaxtı Əbu‐Dabi şəhərində keçirilmiş İDEX‐2021 beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Cobra‐II” MRAP‐ın hazırlanmasında “Otokar” nəqliyyat vasitələri sahəsindəki 35 ilə yaxın təcrübə və məlumat bazasınından istifadə edib. Yeni nəsil “Cobra‐II” MRAP yüksək ballistik müdafiə ilə yanaşı heyəti mina partlayışlarından qoruması ilə önə çıxır.

Şirkət bu nəqliyyat vasitəsinin digər MRAP‐lardan fərqli olaraq daha yüksək manevr qabiliyyətinə malik olduğunu bildirib. MRAP çox sayda heyətin daşınması üçün dizayn edilib. “Cobra‐II” MRAP riskli ərazilərdə heyətin etibarlı mühafizəsini təmin edir. Zirehli maşın heyəti ballistik təhdidlərdən, o cümlədən mina, əldəqayırma partlayıcı qurğu (ƏPQ) təhlükələrindən qoruyur. Habelə bunu edərkən “Cobra‐II” zirehli maşını ilə oxşar manevr və komfort parametrlərini özündə saxlayır. Nəqliyyat vasitəsinin alt hissəsi mina əleyhinə yüksək müdafiə sistemi ilə təchiz olunub. Bunun sayəsində MRAP istifadəçiyə modulyar qurluşu və istismar qabiliyyətini itirmədən mina partlayışından üstün mühafizə təmin edir.

“Cobra‐II” MRAP‐ın digər minaya qarşı qorumalı maşınlarla müqayisədə çəkisi də yüngüldür və müstəqil asqı sisteminə sahibdir. Bu isə ona sadəcə düz yollarda deyil, eləcə də çətin ərazilərdə üstün manevr və sürətli hərəkət imkanı verir. “Cobra‐II” MRAP‐ı analoqlarından fərqləndirən üstün xüsusiyyətlərindən biri də nisbətən daha

kiçik siluetə sahib olduğu üçün çətin aşkarlanmasıdır. “Cobra‐II” MRAP “Otokar”ın digər zirehli nəqliyyat vasitələri kimi modulyar quruluşa sahibdir. Bunun sayəsində MRAP müxtəlif tapşırıqlara uyğun platforma kimi istifadə oluna bilir və istifadəçiyə döyüş bölgəsində logistik üstünlük verir. MRAP‐ın xüsusi dizaynı, yüksək etibarlıq, texniki xidmət asanlığı və güc paketi onun sahə şəraitində belə sürətli sökülməsinə/yığılmasına imkanı verir.

Modulyar dizayndan əlavə, sahib olduğu yüksək daşıma tutumu və daxili genişliyi “Cobra‐II” MRAP‐a fərqli silah sistemlərinin və xidmət avadanlıqlarının inteqrasiyasına şərait yaradır. Müxtəlif tərtib variantlarıyla 11 nəfərə qədər heyət daşıya bilən nəqliyyat vasitəsi, istifadəçinin istəklərinə görə, 3 və 5 qapılı olaraq konfiqurasiya edilə bilər. “Cobra II” MRAP‐ın döyüş ağırlığı 18 ton, korpusunun uzunluğu 6350 mm, eni 2750 mm, hündürlüyü 2650 mm, klirensi 450 mm‐dir. Avtomatik sürət qutusuna sahib zirehli texnika 360/375/400 at gücündə turbodizel mühərriklə təchiz edilir. NATO standartlarına uyğun 24 elektron volt sistemi və partlamış halda hərəkət imkanı verən 14.00 R20 xüsusiyyətli təkərlə dəstləşdirilib. Diferensial kilid və müstəqil asqı sistemi çətin keçilən ərazilərdə “Cobra II” MRAP‐a asanlıqla hərəkət etməyə şərait yaradır. Soldan idarəetməli hidrovlik dəstəkli, tənzimlənə bilən sükanla təchiz edilən zirehli nəqliyyat vasitəsini sağdan idarəetməli olaraq sifariş vermək mümkündür. PQ

31

STM Azərbaycanda birgə istehsalı nəzərdən keçirir

Kiber təhlükəsislikdən komanda‐nəzarət, kosmik‐peyk sistemlərindən RF həllərinə qədər bir çox fərqli sahələrdə fəaliyyət göstərən STM şirkəti “ADEX‐2022” sərgisinə əsasən hərbi dəniz məhsullarını gətirib. Sərgidə şirkət tərəfindən ilk dəfə STM500 sualtı qayığının təqdimatı keçirilib, habelə suüstü platformaları nümayiş etdirilib. Həmçinin KARGU, TOGAN, ALPAGU taktiki pilotsuz uçuş aparatları (PUA) və onların törəmələri sərgilənib və STM stendini ziyarət edənlərə həmin məhsullar barədə ətraflı məlumatlar verilib.

STM‐nin hazırda prioritet saydığı layihələr barədə POLİQON jurnalına danışan şirkətin baş direktoru Özgür Güleryüz bildirib ki, hərbi dəniz layihələri üzərində intensiv şəkildə işlər davam edir və xüsusilə xarici layihələrin hazırlanması məsələsində dayanmadan işləyirlər: “Bizim üçün çox kritik olan STM500 sualtı qayığımızdır. Çünki dünyada öz sualtı qayıqlarını həm dizayn,

həm də istehsal edə bilən 5‐6 ölkə var və Türkiyə də onlardan biri olacaq. STM500‐ün dizaynı müəyyən mərhələyə çatıb və biz artıq xarici hissənin sınaq istehsalına başlamışıq. Bununla birgə ətraflı dizayn araşdırmalarımızı da davam etdiririk. STM500‐ü hazırlayaraq özünün sualtı qayığını dizayn və istehsal edən, onu həm özünün, həm qardaşlarının, həm də dostlarının sularında istifadə edə bilən ölkə halına gəlmək istəyirik. Tamamilə Türkiyə mühəndisləri tərəfindən dizayn edilən kiçik ölçülü STM500 sualtı qayığı həm dayaz sularda, həm də açıq dəniz şəraitində fəaliyyət göstərə biləcək müasir texnoloji həlləri özündə cəmləşdirir. STM500 kəşfiyyat, xüsusi təyinatlı qüvvələrin əməliyyatları, sualtı müharibə kimi qlobal taktiki ehtiyaclara cavab verəcək şəkildə hazırlanıb və avadanlıqlar ilə təchiz olunub”. Həmçinin taktiki PUA sistemlərində də işlərimiz intensiv formada davam edir. Belə ki, bunları bir ailə olaraq görür

və davamlı olaraq təkmilləşdiririk. KARGU haqqında onu deyə bilərəm ki, bu PUA bir çox coğrafiyalarda istifadə olunmağa başladı və özünü sübut etdi. TOGAN, ALPAGU və sursat buraxa bilən BOYGA PUA‐ları Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilir. Bu kimi sahələrdə də “Ar‐Ge” fəaliyyətlərimizi davam etdirərək həm yeni texnologiyaları, həm də ehtiyaca uyğun həlləri hazırlamaqla işlərimizi irəlilədirik. Şirkətin ixrac coğrafiyası və hədəfləri haqında danışan Ö.Güleryüz vurğulayıb ki, STM Müdafiə Sənayesi Başqanlığının (SSB) yönləndirmələri və liderliyi ilə Türkiyə ilə yanaşı dost və qardaş ölkələrə xidmət göstərir: “Türkiyədəki vəzifəmiz müdafiə sahəsində bütün şirkətləri yüksəltmək və ən son texnologiyaların inkişaf olunmasını təmin etdirməkdir, digər tərəfdən də müttəfiq, dost və qardaş ölkələr ilə bölüşməkdir. Bu mənadə Azərbaycan kimi dost və qardaşlarımıza xidmət etmək üçün hər zaman hazırıq. Bundan başqa yardım

32 www.poliqon.az

edə biləcəyimiz dost ölkələrin hər biri ilə çalışmağa son dərəcə hazırıq. STM heç vaxt satış şirkəti olmadı və olmayacaqda. Bizim əsas məqsədimiz satış edib gəlir qazanmaq deyil, dost, qardaş və müttəfiqlərimizi gücləndirə bilmək üçün işləməkdir. Bu mənadə STM bəlkə də həm texnologiya transferi, həm də bərabər işləmək cəhətdən Türkiyədəki müdafiə sənayesi şirkətləri arasında ən açıq şirkətidir. Azərbaycan timsalında da həm PUA sistemlərini, həm də dəniz platfomalarını burada istehsal və “Ar‐Ge” fəaliyyətlərini inkişaf etdirmək məsələlərinə son dərəcə müsbət yanaşırıq. Azərbaycanlı qardaşlarımız “TEKNOFEST”də də gördük, onların da böyük marağı var. Onları dəstəkləmək də bizlərin vəzifəsidir. Azərbaycan ilə bir yerdə çox daha üstün sistemləri hazırlamaq istəyirik”.

2022‑ci il STM üçün intensiv və aktiv keçib

Ö.Güleryüz qeyd edib ki, dünyada intensiv formada davam edən mü‐haribələr, baş verən hadisələr təh‐lükəsizliyin və özünümüdafiə sahəsində müstəqil olmağın əhəmiyyətini göstərir. Beləliklə, STM həm Türkiyə daxilində öz fəaliyyətini, həm də Azərbaycan kimi dost və qardaş ölkələrin STM‐nin bacarıqları çərçivəsində dəstək ola biləcəyi hansı sahə varsa, onunla bağlı işləribi davam edirir. Şirkət direktoru hesab edir ki, bu istiqamətdə 2022‐ci il STM üçün bu zamana qədər intensiv və aktiv keçdi, ilin sonuna qədər də belə olacaq kimi görünür.

STM‐nin keyfiyyət standartlarından söz açan Ö.Güleryüz Türkiyədə müdafiə sənayesində məhsul istehsal edə bilmək üçün müəyyən sənədlərin tələb olunduğunu deyib.

“1991‐ci ildə yaradılan STM şirkəti çox uzun illər başqa istehsalçılar üçün təkcə məsləhət vermək funksiyasını yerinə yetirib. Türkiyədə reallaşdırılan bütün layihələrin texniki sahədə dəyərləndirilməsi STM işçilərinin qatqıları ilə baş tutub. Ona görə biz, keyfiyyət cəhətdən hamıdan daha yaxşı

iş görməliyik deyə düşünürük və belə bir vəzifəmizin olduğunu hesab edirik. Bu səbəbdən STM‐nin bütün məhsullarında keyfiyyət əsas prioritetdir. Məhsulun problemsiz təhvil verilməsi, bundan sonra istənilən logistika dəstəyinin göstərilməsi bizim üçün vacib məsələdir”, ‐ deyə STM direktoru vurğulayıb.

Ö.Güleryüz “ADEX‐2022” sərgisinin onlar üçün məhsuldar keçdiyini, əhəmiyyətli görüşlərinin olduğunu diqqətə çatdırıb: “Sərgi çərçivəsində görüş planlarımız da vardı və “ADEX‐2022”də onları da danışdıq. Amma bizi getdikcə daha artıq həyəcanlandıran az öncədə qeyd etdiyim ki, məhsul satışından çox Azərbaycanlı qar‐daşlarımız ilə birlikdə nələr edə bilərik mövzusu ilə bağlı fikir mübadiləsi etmək fürsətimiz və şansımız oldu. Bu mənada yaxın gələcəkdə bizi çox sevindirən və həyəcanlandıran məsələləri açıqlayacağıq.

ADEX‐də stendimizi ziyarət edən və məhsul çeşidlərimizlə yaxından maraqlanan dostlarımızı, qardaşlarımızı məlumatlandırmağa çalışdıq. Burada olmaqdan və sizlər ilə bərabər bir şeylər bölüşməkdən çox zövq alırıq. Bu cəhətdən mən ev sahibliyiniz üçün bütün azərbaycanlı qardaşlarıma və sizlərə təşəkkür edirəm”. PQ

33

Yaman Tunaoğlu: Yeni texnoloji həllərimizin Azərbaycana ixracını artırmaq istəyirik

? Zaur Babaşov Türkiyənin İnterkom İKT sektorunun aparıcı şirkətlərindən olan KAREL Bakıda keçirilmiş “ADEX‑2022” 4‑cü Beynəlxalq Müdafiə Sənayesi sərgisində özünün səhra telefon stansiyalarını, alarm‑anons sistemlərini və nəqliyyat vasitələri üçün interkom sistemlərini Azərbaycanın silahlı qüvvələrinə və güc strukturlarına nüayiş etdirmişdir. Şirkətin direktoru Yaman Tunaoğlu ilə müsahibəmizdə KAREL‑in təqdim etdiyi məhsullar və müdafiə sənayesindəki layihələri barədə ətraflı məlumat almağa çalışdıq.

elektronikası, müdafiə kimi müxtəlif sahələrdə həm istehsal, həm də “Ar‐Ge” fəaliyyətləri ilə məşğul olan şirkət halına çevrilib. Təxminən iki ay əvvəl Türkiyənin böyük holdinqlərindən biri olan DOĞAN holdinqlə ortaq olduq. Bu birləşmə ilə xüsusilə ölkə xaricindəki məhsul satışımızı əhəmiyyətli dərəcədə artırmağı hədəfləyirik.

POLİQON: Yaman bəy, müdafiə sənayesi sektorundakı layihələriniz haqqında daha geniş danışa bi‑ lərikmi?

suyun altında qalacaq və əsgərlərin vaxtlarını səmərəli keçirmələri üçün əyləncə sistemini quracağıq.

POLİQON: Yaman bəy, əvvəlcə KAREL‑in fəaliyyət istiqamətləri və potensial imkanları ilə bağlı oxucu‑ larımıza qısa məlumat verməyinizi istərdik?

Yaman Tunaoğlu: Rabitə və elek‐tronika şirkəti olan KAREL 1986‐cı ildə Türkiyədə qurulub və ilk başlarda telefon cihazları və stansiyalarını isteh‐sal edirdik. Daha sonra 1993‐cü ildə Ankarada elektronika istehsal etmək üçün müəssisə qurduq. İstehsal baca‐rığımız sayəsində ASELSAN ilə birlikdə işlədik. ASELSAN üçün elektronik müharibə sistemləri istehsal etməyə başladıq. Daha sonra özümüzün telefon məhsulları ilə bağlı əldə etdiyimiz təcrübədən istifadə edərək müdafiə sənayesinə daxil olduq. Müdafiə səna‐yesində də üstünlüyü rabitə sistemləri ilə əlaqədar məhsulların istehsalına verdik.

Bu gün KAREL 4 minə yaxın işçisi, avtomobil, əşyaların interneti, rabitə

Yaman Tunaoğlu: Öncə rabitə vasitələri tərəfindən başlayım. Hazırda bizim həm quru, həm dəniz platformaları üçün rabitə sistemlərimiz və həllərimiz var. Quru platformaları, xüsusilə zirehli maşınlar üçün daxili rabitə sistemləri hazırlayırıq. Məsələn, “Altay” tankında da bizim ASELSAN ilə birlikdə hazırladığımız daxili rabitə sistemi istifadə olunur. Bundan başqa dəniz platformaları üçün də oxşar sistemlərimiz var. Dəniz platfor‐malarında böyük məhsul çeşidliyimiz mövcuddur. Burada kiçik katerlər üçün daxili rabitə və alarm‐anons sistemləri, böyük gəmilər üçün yenə eyni şəkildə alarm‐anons, telefon stansiyaları, daxili rabitə və keçidləmə (anahtarlama) sistemlərimiz var. Məsələn, MİLGEM‐in bütün alarm‐anons və daxili rabitə (interkom) sistemlərini biz təmin edirik. Təxminən 800 ədəd səs gücləndirici var ki, bu isə çox böyük bir rəqəmdir. Bildiyiniz kimi, Milli Sualtı Gəmi Layihəsi çərçivəsində Türkiyədə 6 ədəd sualtı gəmi inşa ediləcək. Onların da daxili rabitə və əyləncə sistemlərini biz hazırlayacağıq. Çünki bunlar 15 gün

Bir də avionika tərəfində icra etdiyimiz layihələr var. Bunlar isə daha yüksək texnologiya layihələrdir. Belə ki, HÜRKUŞ, ATAK, HÜRJET helikopter və təyyarələri üçün “Ehtiyat Uçuş Gös‐təricisi” adlanan sistemi hazırlayırıq. Yəni təyyarənin bütün elektron sistemlərində nasazlıq yaranarsa, pilot bu sistemə baxaraq platformanı endirə bilir. Bu sistemi gələn il ATAK helikopteri üçün istehsal etməyə başlayacağıq, digər platformalar üçün isə sistemi artıq istehsal edirik. Yenə avionika ilə bağlı məhsulumuz TUSAŞ istehsalı ANKA PUA‐da istifadə olunur və bildiyim qədər “Baykar” şirkətinin “Bayraktar TB2” PUA‐sında da istifadə ediləcək. Dizel ilə çalışan PD170 daxili yanma mühərrikinin “mühərrik nə‐zarət” hissəsi də KAREL tərəfindən hazırlandı. Hazırda TUSAŞ üçün bun‐ların istehsalına davam edirik.

Bundan başqa, ASELSAN ilə birgə bir çox layihələri icra edirik. Məsələn, bu helikopterlərin, təyyarələrin raketlərə qarşı özlərini müdafiə edə biləmələri üçün qoruma (mühafizə) sistemləri vardır. Onların da iş prinsipi fişəng ataraq raketin partlamasını təmin etməkdir. Bunu ASELSAN üçün ən son nəsil NATO standartlarında biz hazırlayırıq. Eyni zamanda ASELSAN üçün yenə müxtəlif rabitə və digər sahələrdə olan layihləri icra edirik.

POLİQON: Telefon enerjiləri xaricində hansı perspektivli sahələri gözdən keçirirsiniz?

34 www.poliqon.az

Yaman Tunaoğlu: Son dövrdə avtomobil sektoru ilə bağlı ciddi layihələrimiz oldu. Bildiyiniz kimi TOGG Türkiyə üçün çox vacib avtomobildir. Onun da 6 hissəsini biz verəcəyik və yaxın zamanda istehsalı başlayır.

POLİQON: Biraz da ixrac coğrafiyanızdan danışaq. Xüsusilə Azərbaycan və Mərkəzi Asiyadakı fəaliyyətləriniz ilə bağlı nələri deyə bilərsiniz?

Yaman Tunaoğlu: Azərbaycan qardaş ölkədir və ASELSAN ilə birgə yerinə yetirdiyimiz layihələr var. Həm Qüllə Kontrol, həm də Radio Link ilə bağlı layilərimiz var və bunların da davamı gələcək. Burada radio hissəsini ASELSAN verir və keçidləmə (anahtar‐lama) bölməsini biz təmin edirik. Bundan başqa bizim səhra stansiya‐larımız, daxili rabitə, gəmi sistem‐lərimiz var. Həmçinin Azərbaycanda bir çox həm quru, həm də dəniz vasi‐tələrinin yenilənmə layihələri olur ki, onlar ilə də maraqlanırıq.

Uzaq Asiyada Banqladeşlə bağlı fəaliyyətlərimiz var. Onlarla stansiyaları və radio link həlləri üzərində işlərimiz mövcuddur. Pakistanda NRPC ilə yaxın əlaqəmiz mövcuddur. Bu səhra stansiyalarımızın orada istehsal edilməsi, habelə mülki stansiyaların da qərargahlarda istifadə olunması ilə bağlı müqavilə imzalamışıq. Yəni Pakistandakı bütün qüvvələrin qərargahlarında KAREL‐in stansiyaları olacak. Bu tip layihələr yerinə yetiririk və bunların bir qismində texnologiya transferi də reallaşdırırıq.

POLİQON: Bu ildə layihələrinizin həyata keçirilməsi və nailiyyətləriniz ilə bağlı fikirlərinizi bizimlə bölüş‑ məyinizi istıərdik. 2022‑ci ili KAREL üçün necə qiymətləndirirsiniz?

Yaman Tunaoğlu: Çip krizi ilə bağlı elektron sektor üçün 2021 və 2022‐ci illər çox çətin keçdi. Elektron istehsal ilə bağlı fəaliyyətlərimizdə bəzi hədəflədiyimiz istehsalları edə bil‐mədik. Bunlar 2023‐cü ilə qalacaq. Çünki elektron müharibə sistemləri həddindən artıq dərəcədə çox materialdan ibarətdir. Bunlardan birini tapa bilmədiyiniz vaxt istehsalat ləngiyir. Ümumilikdə isə deyə bilərəm ki, 2022‐ci il KAREL‐in böyüməyə davam etdiyi uğurlu il olacaq.

POLİQON: Artıq dördüncü dəfədir Bakıda keçirilən “ADEX” sərgisini necə dəyərləndirirsiniz?

Yaman Tunaoğlu: ADEX sərgisi 2020‐ci ildə COVID pandemiyası ilə əlaqədar baş tutmadı. Mən ilk dəfə 2018‐ci ildə ADEX sərgisinə gəlmişdim. Bu dəfəki sərgi 2018‐ci ildə baş tutan ADEX‐ə nisbətən daha az izdihamlıdır. Maraq biraz daha azdır. Sərgidə Türkiyə şirkətləri çoxluq təşkil edir və buna görə, biz özümüzü Türkiyədə keçirilən IDEF sərgisindəki kimi hiss edirik.

POLİQON: Yaman bəy, KAREL şirkətinin gələcək planları nələrdir?

Yaman Tunaoğlu: Biz texnologiya şirkətiyik və buna uyğun olaraq tex‐noloji məhsullar istehsal edirik. KAREL olaraq qarşımızdakı hədəf, istehsal etdiyimiz məhsulları ölkə xaricindəki satışlarımızı artırmaqdır. Burada da, Azərbaycan kimi qardaş ölkələr ilə başlayıb, Mərkəzi Asiyadakı bizə yaxın olan dövlətlər, sonra Avropaya satış etməkdir. Onu da qeyd edim ki, son dövrdə Avropada da müdafiə sektoruna böyük investisiyalar qoyulur. Bunun əsas səbəbi Ukrayna və Rusiya arasında olan müharibədir. Bu regionlarda da öz məhsullarımızı, ölkə xarici satışlarımızı, ixracatımızı artırmağımız lazımdır. Güclü bir şirkət ola bilmək üçün bu birinci şərtdir.

Bu təkcə müdafiə sektorunda deyil, avtomobil, telefon sahəsində də böyük əhəmiyyət kəsb edir. Bəzi ölkələrdə ofislər açacağıq, vasitəçilərlə işləyə‐cəyik, ancaq öncəliyimiz ölkə xarici sa‐tışımızı artırmaqdır. Müdafiə sahəsində

məhsul çeşidliyimizi hər ötən gün genişlədiririk və bu belə də davam edəcək.

POLİQON: “ADEX‑2022” sərgi‑ sində hansı məhsullarınızı, yeni‑ liklərinizi nümayiş etdirirsiniz?

Yaman Tunaoğlu: Burada biz həm quru, həm də dəniz platformaları üçün rabitə üstünlüklü məhsullarımızı sərgilədik. Onlar arasında IP tavanlı daxili rabitə sistemləri, şəbəkə keçid cihazları yer alır. Bunlarla, məsələn, personallar Rusiya və ABŞ tavanlı fərqli rabitələrlə bir‐biri ilə danışa bilirlər. Biz illərin gətirdiyi təcrübə sayəsində bu tipli interfeysləri hazırlaya bilirik. Bunu da hər kəs edə bilmədiyi üçün belə məhsullar çox əhəmiyyətli olur. Bir də səhra stansiyası bizim üçün çox vacib məhsuldur ki, onu da bu sərgidə nümayiş etdiririk.

POLİQON: Dəyərli vaxtınızı ayır‑ dığınız üçün sizə təşəkkür edirik. Sonda əlavə etmək istədiyiniz fikir‑ lər varmı?

Yaman Tunaoğlu: Mən təşəkkür edirəm. Bu sərgi və Azərbaycanla bağlı onu deyə bilərəm ki, biz nəticədə iki qardaş ölkəyik, çox yaxınıq, bir‐biri‐mizin dilini başa düşürük, eyni dildə danışırıq. KAREL olaraq müdafiə səna‐yesi tərəfində daha çox işlər görməliyik. Əlimzdə olan məlumat yığımını Azər‐baycan ilə paylaşmağa həmişə açığıq. Bu məhsulları sadəcə satmaq deyil, həm də birlikdə hazırlamağı öyrənməyi və bu mənada Azərbaycan şirkətləri ilə birgə işləməyi çox istəyərik. PQ

35

GİDS sənayedən sənayeyə müdafiə əməkdaşlığını gücləndir

POLİQON jurnalına danışan şirkət mütəxəssislərinin sözlərinə görə, Pakistanın elit və dövlətə məxsus ən böyük müdafiə konqlomeratı olan GIDS, Pakistanın müdafiə sahəsindəki əsas “Ar‐Ge” fəaliyyətlərinin mərkəzini təmsil edir, həmçinin hərbi tətbiqlər üçün geniş sistemlər təklif edir (artıq Pakistan Silahlı Qüvvələrində xid‐mətdədir). GIDS məhsul portfeli müdafiə və təhlükəsizlik qüvvələri üçün hava, quru, dəniz sahələrində geniş sistem və xidmətlərdən ibarətdir.

Bildirilib ki, Pakistan yüksək səviyyəli sistemlər və PUA‐lar da daxil olmaqla daha güclü və üstün müdafiə qabiliyyəti əldə etmək, güclü dayağa sahib olmaq üçün uzun bir yol qət edib.

GIDS Pakistanın yeganə dövlətə məxsus və geniş çeşiddə PUA‐ların (qısa mənzilli kiçik sistemlərdən tutmuş MALE sinif taktiki və silahlı PUA‐lara qədər) ən böyük istehsalçısıdır.

GİDS‐in sərgidə təqdim etdiyi “Harbah” gəmi əleyhinə qanadlı raketi ≥10 m radiusda düşmən gəmilərini və quruda yerləşən hədəfləri hədəfə almağa qadir olan hərbi gəmidən

buraxılan səsdən sürətli qanadlı raket sistemidir. O, GPS/QLONASS ilə inersial naviqasiya sistemi (INS) kimi qabaqcıl naviqasiya texnologiyalarından istifadə edir ki, onu istənilən hədəfləri dəqiqliklə vurmaq üçün müstəsna dərəcədə dəqiq silah sistemi edir. O, həm kiçik, həm də böyük gəmiləri olduğu kimi quruda yerləşən qurğuları da cəlb etmək iqtidarındadır. “Harbah” modul dizayna malikdir və müxtəlif döyüş başlığı ilə təchiz oluna bilir. “Harbah” raketinin istifadəsi bütün hava şəraitinə uyğundur və daha aşağı hündürlükdə uçur, bu da əks tədbirlərin işə düşməsini qeyri‐mümkün edir. “Fəth‐I” yaylım atəşli reaktiv sistemi (YARS) sürətli reaksiya, uzaq məsafə, yüksək dəqiqlik və yüksək sıxlıqlı atəş gücü ilə xarakterizə olunan təkmil idarə olunan raket sistemidir. “Fəth‐I” YARS düşmənin qrup və ərazi hədəflərinə, o cümlədən hərbi bazalar, kütləvi zirehli qoşunlar, raket buraxılış məntəqələri, böyük hava limanları və digər mühüm obyektlərə dəqiq zərbələr endirmək və onları məhv etmək üçün nəzərdə tutulub.

Şirkət mütəxəssislərinin sözlərinə görə, “Şahapr II” orta hündürlükdə, uzun müddətli istifadəyə dözümlü, silahlı qabiliyyətə malik pilotsuz uçuş aparatıdır. O, təkmilləşdirilmiş aero‐dinamik dizayna malik qabaqcıl kompozit və metal hibrid konstruk‐siyadan ibarət modul təyyarə korpu‐sunun konstruktiv dizaynına malikdir. Qabaqcıl xüsusiyyətlərdən bəzilərinə onun avtonom qalxış və eniş sistemi, möhkəm avtopilot sxemi, istifadəçi dostu və hərtərəfli missiyanın plan‐laşdırılması və idarə olunması proqram dəsti, etibarlı məlumat bağlantıları və müxtəlif növ EO faydalı yükləri inteqrasiya etmək imkanı daxildir. Silahlı konfiqurasiyada “Şahpar‐II” PUA hər qanadının altında 2 x AGM/silahla təchiz olunub. “Şahpar‐II” silahlı PUA 18000 fut tavan və 120 düyün maksimum sürəti ilə 7 saat havada qalma qabiliyyətinə malikdir.

GİDS‐in sərgidə təqdim etdiyi “Burq” “hava‐yer” tipli raketi yüksək inteqrasiya səviyyəsi, üstün atəş də‐qiqliyi və daha etibarlılığı ilə düşmənin şəxsi heyətinə, yüngül və zirehli texnikasına, bunkerlərinə və binalarına dəqiq zərbə vurmaq qabiliyyətinə ma‐likdir. Yarı aktiv lazer arayıcı və qabaqcıl naviqasiya texnologiyaları onu hə‐rəkətli və statik hədəfləri dəqiq şəkildə vurmaq üçün müstəsna dərəcədə dəqiq və seçilən silah sistemi edir.

Şirkət nümayəndəsi bildirb ki, GIDS “sənayedən sənayeyə müdafiə əmək‐daşlığı” və texnologiya təşəbbüslərində hökumətin mandatına rəhbərlik edir və dostluğu növbəti səviyyəyə qaldırmaq üçün Azərbaycanla hər hansı əmək‐daşlıq təşəbbüslərini alqışlayır: “Biz inanırıq ki, “ADEX‐2022”də tərəflər arasındakı görüşmələr Pakistan və Azərbaycan arasında yeni yollar açacaq və şübhəsiz ki, müdafiə sahəsində qarşılıqlı əlaqələri daha da möh‐kəmləndirəcək”.

36 www.poliqon.az
Pakistanın GIDS (Global Industrial & Defence Solutions) dövlət şirkəti “ADEX‑2022” sərgisində “Harbah” gəmi əleyhinə qanadlı raketini, “Fəth‑I” yaylım atəşli reaktiv sistemini, “Şahapr II” silahlı pilotsuz uçuş aparatını (PUA) nümayiş etdirib.

Bakıda aviasiya və gəmi həllərini təqdim edib

İtaliyanın qabaqcıl müdafiə sənayesi şirkətlərindən olan “Leonardo” Bakıda keçirilən “ADEX‑2022” sərgisində öz həllərini nümayiş etdirib. “Leonardo” şirkəti sərgidə müştərilərə kiber təhlükəsizlik və elektronika həlləri, hərbi helikopter, təlim, döyüş və nəqliyyat təyyarələri, o cümlədən pilotsuz uçuş aparatları (PUA) sahəsində müxtəlif məhsullarını, habelə hərbi gəmi layihəsini və onun döyüş sistemlərini təqdim edib.

Şirkət nümayəndəsinin sözlərinə görə, “Leonardo” aerokosmik, müdafiə və təhlükəsizlik sektorunda multi‐domen imkanlarını inkişaf etdirir. Təlim‐döyüş təyyarələri sahəsində “Leonardo”nun həm təkbaşına, həm də digər şirkətlərlə birgə apardığı layihələr var. Şirkətin istehsal etdiyi M‐345 və M‐346 təlim təyyarələri bir sıra dövlətlərin hərbi aviasiya parkında yer alaraq arıtq qlobal bazarda özlərini sübut edib. Şirkətin yüngül döyüş təyyarəsi layihəsi əsasında M‐346‐nın “Fighter Attack” (FA) versiyası yaradılıb. Qeyd etmək lazımdır ki, 2020‐ci ilin fevralında Azərbaycan ilə İtlaiya arasında M‐346 yüngül təlim‐döyüş təyyarələrinin alınması ilə bağlı sənəd imzalanıb. Bundan başqa “Leonardo” döyüş təyyarələrinin istehsalı sahəsində “Avropanın Döyüş Təyyarəsi” adlandı‐rılan 4‐cü nəsil “Eurofighter” qırıcısının və ABŞ‐ın 5‐ci nəsil döyüş təyyarəsi olan F‐35 “Lightning II” layihəsində birgə çalışır.

“Leonardo” nəqliyyat təyyarələri sahəsində müştərilərə çox məqsədli hərbi nəqliyyat təyyarəsi olan C‐27J “Spartan”ı təqdim edir. Nəqliyyat

təyyarəsinin istehsalına başlanandan indiyə kimi müxtəlif versiyaları olsa da, şirkət hazırda müştərilərə sonuncu variant olan C‐27J “Spartan Next Generation”u təklif edir.

Şirkət həmçinin, dəniz patrulu, axtarış və xilasetmə, tibbi təxliyə, pesonalın və müxtəlif ləvazimatların daşınması üçün ATR nəqliyyat təy‐yarəsinin ATR 42MP, ATR 72MP və ATR 42 ASW versiyalarını hazırlayıb. “Leonardo” şirkətinin hərbi heli‐kopterlər sahəsində əsas üstünlüyünü NH‐90 istisna olmaqla AW seriyalı helikopterlərin istehsalı təşkil edir. Bunlara AW 119M, AW 109 “TrekkerM”, AW 169M, AW 159, AW 139M, AW 149, AW 101 və AW 249 aiddir. AW 249 digərlərindən fərqli olaraq zərbə helikopterləri sırasına daxildir və qlobal bazarda T‐129 ATAK, Mi‐35M, AH‐64 “Apache”, “Armed Black Hawk”, “Tiger”, “Bell AH‐1Z” kimi helikopterlərin rəqibidir.

Döyüş təyyarələində olduğu kimi pilotsuz uçuş aparatları (PUA) istehsalı sahəsində də “Leonardo”nun həm təkbaşına, həm də digər şirkətlərlə birgə

apardığı layihələr var. CREX‐B1, “Falco EVO” və “Falco Xplorer” PUA‐ları “Leonardo” tərəfindən kəşfiyyaq məq‐sədli tapşırıqları yerinı yetirmək üçün hazırlanıb. “Leonardo” İtaliya, İspaniya, Fransa və Almaniyanın bilikdə hazırladığı orta yüksəklikdə və uzun mənzilli missiyaların icrası üçün dizayn edilən “Eurodrone” PUA layihəsinin tərəfdaşıdır. Bildirilib ki, “Leonardo”, bütün sinif gəmiləri 100% döyüş idarəetmə sistemi (CMS) ilə təmin edə bilir. “Leonardo” şirkəti, “Miecznik” proqramı üçün SADOC4 CMS olaraq adlandırılan ən yeni ATHENA sistemini də təklif edir. ATHENA sistemi yüksək səviyyədə inteqrasiya və avtomatlaşdırmaya ma‐likdir ki, bu da operatorun kritik şəraitdə iş yükünü azaldır, eyni zamanda ortaya çıxan təhdidlərə avtomatik cavab ver‐məyə imkan verir. ATHENA, təhdidlərin qiymətləndirilməsi, əməliyyatların planlaşdırılması və döyüş zamanı silahlanmanın idarə edilməsi baxımından silah sistemlərinin avtomatik koordina‐siyasını təmin etmək üçün bir çox NATO taktiki məlumat bağlantıları və komanda dəstək sistemləri ilə birləşdirilib.

37
“Leonardo”

“Rosoboroneksport”

Xəzəryanı

ölkələr üçün aktual olan Rusiya məhsullarını sərgiləyib

“ADEX” sərgisinin ənənəvi iştirakçısı olan “Rosoboronexport” Rusiyanın müdafiə sahəsi ilə bağlı məhsulların, xidmətlərin və texnologiyaların tam çeşidinin ixracı üzrə yeganə dövlət agentliyidir. Qeyd edək ki, Rusiyada hərbi və ikili təyinatlı məhsulların, xidmətlərin və texnologiyaların bütün spektrinin ixracı ilə yanaşı idxalı ilə də məşğul olan “Rosoboroneksport” şirkəti “Rostex” dövlət korporasiyasına daxildir.

Dünyanın silah‐sursat bazarının liderlərindən biri sayılan “Rosobo‐roneksport”un payına Rusiyanın silah və hərbi texnikası ixracatının 85 faizdən çoxu düşür. “Rostex” dövlət konserni isə Rusiyanın ən iri sənaye şirkətidir. 2022‐ci ildə özünün 15 illiyini qeyd edən şirkət ölkənin 60 regionunda 700‐ə yaxın elmi və istehsal təşkilatlarını birləşdirir, fəaliyyətinin əsas istiqamətləri təyyarəqayırma, radioelektronika, tibbi texnologiya, innovasiyalı materiallar və sairdir.

“Rosoboroneksport” Bakıda keçirilən “ADEX‐2022” sərgisində Rusiyanın 20‐dən artıq müxtəlif şirkətlərinin stendlərində silahlı qüvvələrin bütün növləri və hərbi bölmələri, xüsusi təyinatlı dəstələr və

polis bölmələri üçün nəzərdə tutulmuş, eləcə də mülki məhsulların beş yüzə yaxın nümunəsinin təqdimatını etdiyi birgə Rusiya ekspozisiyasını təşkil edib. Onların arasında xüsusi “Tiqr” zirehli avtomobili, MRAP minaya qarşı qorumalı nəqliyyat vasitəsi, sərhədlərin və xüsusilə mühüm obyektlərin mühafizəsi üçün texniki vasitələr, o cümlədən avtonom mobil postlar, elektro‐optik müşahidə sistemləri var.

Nümayiş etdirilən məhsullar arasında İl‐76MD‐90A(E) hərbi‐nəqliyyat təyyarəsi, Su‐35 döyüş təyyarəsi, Ka‐52(E) kəşfiyyatçı/hücum helikopteri, Mi‐35M nəqliyyat/hücum helikopteri, BMPT “Terminator” tank dəstəyi döyüş maşını, standart 155 mm NATO silahı ilə təkmilləşdirilmiş “Msta‐S” özüyeriyən

haubitsa, Buk‐M2E SAM sistemi və “Xrizantema‐S” özüyeriyən tank əleyhinə kompleks xüsusi maraqla qarşılanıb.

“Rosoboroneksport” şirkətinin mətbuat xidmətinin rəhbəri və baş direktorunun mətbuat katibi Vyaçeslav Davidenko POLIQON jurnalına açıqlamasında bildirib ki, xüsusilə də “Kalaşnikov” konserni özünün ayrıca stendində 30‐dan çox növdə məmulatını təqdim edib. Bundan əlavə, atıcı döyüş silahı baxımından konsern yeni 100‐cü və 200‐cü seriyalı “Kalaşnikov” avtomatlarını və “Ratnik” markalı məmulatlar silsiləsini sərgiləyib.

Bakıya aktual olan və böyük tələbata malik olan bütün məhsulları gə‐tirdiklərini deyən V.Davidenko qeyd edib ki, “ADEX” sərgisi işgüzar görüşlər üçün ciddi meydançadır: “Bizim silah təchizatlarımız öz müdafiəsini təmin edən dövlətlər üçün vacibdir, çünki regionda sülh müdafiə təyinatlı silahlardan asılıdır. Ola bilsin ki, Bakıda aparılan danışıqlar sonda tərəfdaş şirkətlər arasında yeni müqavilələrin imzalanmasına gətirib çıxarsın.

Xəzəryanı regionu ölkələri üçün Rusiyanın aparıcı müəssisələrinin müdafiə sənayesi məhsullarını nümayiş etdirirən “Rosoboroneksport” tərəfindən irəli çəkilən atıcı silahlara, terrorizm əleyhinə sistemlərə və kibertəhlükəsizlik üzrə layihələrə böyük diqqət ayrılıb.

Bildirilib ki, “ADEX‐2022”də iştirak edən Rusiya ekspozisiyasında 20‐dən artıq müdafiə sənayesi müəssisəsindən 6‐sı məhsullarını öz stendlərində təqdim edib. Sərgidə sənaye tərəfdaşlığı çərçivəsində təkliflər, birgə layihələrin işlənib hazırlanması, silah‐sursat və hərbi texnikanın istehsalı, daha əvvəl tədarük olunan məhsulların modern‐ləşdirilməsi, personalın təlimi imkanları barədə müzakirələr aparılıb.

38 www.poliqon.az
AN B ‹ST UL l / T ubnats,‹ecemkeçküyüB N A OITNEVNO R C P F A YA Y yekru RETNE S C SERGNO D C N

Miki Levin: Prezidentə təqdim olunan yeni layihə Ordunun professionallığını yüksəltməkdən ibarətdir

? Zaur Babaşov

Dünya miqyasında müdafiə ilə bağlı geniş spektrli proqramlarla məşğul olan İsrailin “Elbit Systems” şirkəti aerokosmik, pilotsuz uçuş aparatları, quru və dəniz sistemləri, C4ISR, qabaqcıl elektro‑optika, elektron müharibə (EW) dəstləri, siqnal kəşfiyyat sistemləri, rabitə vasitələri və kommunikasiya sistemləri, radio və kiber‑əsaslı sistemlər və sursatlar sahəsində fəaliyyət göstərir. Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsində özünəməxsus yer alan yüksək texnologiyalı “Elbit Systems” “ADEX‑2022” beynəlxalq müdafiə sərgisində iştirakı zamanı Azərbaycanın dövlət və hökumət rəsmiləri ilə məhsuldar görüşlər keçirib. Sərginin ilk günü Prezident İlham Əliyev “Elbit Systems” şirkətinin stendinə baş çəkərək şirkət rəhbərliyindən yeni təqdim olunan layihələri barədə məlumat alıb.

POLİQON jurnalı olaraq “ADEX‐2022” sərgisində iştirak edən “Elbit Systems” şirkətinin Vitse‐prezidenti Miki Levin ilə görüşərək fəaliyyət istiqamətləri və Azərbaycan layihələr barədə ətraflı məlumat almağa çalışdıq.

POLİQON: Cənab Vitse‑prezi‑ dent, əvvəlcə şirkətiniz barədə ümu‑ mi məlumatlar verməyinizi istərdik. “Elbit Systems”in fəaliyyət istiqamət‑ ləri barədə nələri deyə bilərsiniz?

Vitse‑prezident: “Elbit Systems” əsasən hərbi sahədə çalışan böyük konserndir. Bu hərbi sənaye komp‐leksinin istehsal etdiyi məhsulların 95 faizi silahlı qüvvələrə və qurumlara yönəlib. Bəzi sahələr var ki, ikili və mülki istifadə üçündür. Konsern 4 böyük bölmədən ibarətdir. Burada ümumilikdə 20 min işçi çalışır. Şirkətin təqribən ümumi satış dövriyyəsi 5 milyard ABŞ dollarına çatır. “Elbit Systems” özəl şirkətdir. O, Federman

40 www.poliqon.az

Şirkətlər Qrupunun tərkibindədir və səhmlərinin 45 faizi ona aiddir. Digər səhmləri isə ABŞ və İsrailin birjalarında satışdadır.

“Elbit Systems”in fəaliyyət isti‐qamətləri 4 bölmədən ibarətdir: 1‐ci bölmə aviasiya və pilotsuz uçuş aparatları; 2‐ci bölmə quru nəqliyyat vasitələrinin, zirehli texnikanın və artilleriya platformalarının istehsalı və modernləşdirilməsi; 3‐cü bölmə strateji rabitə və rabitə sistemləri; 4‐cü bölmə ISTAR adlandırılır ki, bu bölmə optik vasitələrə və müşahidə sistemlərinə aid olan məsələlər ilə məşğul olur.

Şirkətin 70 faiz məhsulu əsasən ixraca çıxarılır, 30 faizi isə İsrail Silahlı Qüvvələrinə tədarük olunur. “Elbit Systems” tıərəfindən ABŞ‐da da böyük həcmdə işlər görülür və fəaliyyətimizin 30 faizi bu ölkənin Silahlı Qüvvələrinə yönəlib.

“Elbit Systems”in İsraildə onlarca müəssisə və zavodları mövcuddur. Bundan başqa müxtəlif ölkələrdə nümayəndəliklər də vardır ki, onlar da həmin dövlətlər və regionlar üzrə çalışırlar.

POLİQON: “Elbit Systems” məh‑ sullarının üstünlükləri nələrdir və müştərilər hansı üstünlüklərə görə, bu məhsulları seçirlər?

Vitse‑prezident: İlk olaraq onları texnologiyalarına, keyfiyyətinə görə seçirlər. Çünki, “Elbit Systems” hazırda elə sahələrlə məşğul olur ki, buna görədə “Elbit Systems” dünyada ən güclü üç şirkət sırasına daxildir. Amma, nəzərə alaq ki, bu sahələrdə də böyük rəqabətlilik var. “Elbit Systems” üç ən böyük şirkətdən biri olaraq qiymət baxımından da müştərilər üçün sərfəli olsun deyə kommersiya sahəsində də özünü göstərə bilib. Şirkət özəl olduğuna görə daim genişlənir. Belə ki, ya digər şirkətləri özünə birəşdirir, ya da başqa şirkətləri ilə konsultasiya olunur. Bunun sayəsində “Elbit Sys‐tems” İsraildə ən böyük sənaye komp‐

leksinə malikdir və hətta dövlət şirkət‐lərindən də böyükdür. Dünya hərbi sə‐naye şirkətləri arasında “Elbit Systems” 25 ən böyük şirkət arasında yer alır.

POLİQON: Cənab Vitse‑prezi‑ dent, siz tərəfdaşlıqla bağlı məsə‑ lələrə toxundunuz. “Elbit Systems” tərəfdaşları seçərkən hansı meyar‑ lar üstün götürülür?

Vitse‑prezident: Tərəfdaşların seçimində vəziyyət fərqli olur. Biz hansısa bir şirkəti alarkən, “Elbit Systems”ə birləşdirərkən eləsini seçirik ki, onların həlli bizim şirkətin həlləri ilə eyni olmasın. Biz elə şirkətlər seçirik ki, “bir üstə gəl bir bərabərdir üç” olsun.

Bundan başqa, çalışırıq ki, əmək‐daşlıq etdiyimiz ölkələrdən öz tərə‐fadaşlarımızı seçək. Çünki yerli sənaye buna maraq göstərir və məhz isteh‐salatın lokallaşdırılması müəyyən sahələrdə bizə də üstünlük verir.

POLİQON: “Elbit Systems” şir‑ kətinin hazırda önəm və öncəlik verdiyi layihələr hansılardır?

Vitse‑prezident: Şirkətin profilini nəzərə alaraq əsas üstünlük verdiyimiz layihələr rabitə sistemləri, zirehli texnikalar və şirkət profilinə uyğun olan digər məsələlərdir.

POLİQON: “Elbit Systems” şir‑ kətinin Azərbaycanda həyata keçirdiyi layihələr barədə nələri deyə bilərsiniz?

Vitse‑prezident: Azərbaycan bi‐zim ən böyük tərəfdaşlarımızdan biridir və ölkənin təlabıtı olan hərbi təyinatlı məhsullar “Elbit Systems” profilinə uyğundur. Bura həm zirehli texnikanın modernləşdiriməsi, həm PUA və radioelektron mübarizə sistemləri, həm yüksəsk dəqiqlikli silahlar, həm quru və aviasiya silahları, həm də bir sıra bu cür sahələr aiddir.

POLİQON: Zirehli texnikanın modernləşdiriməsindən söz düş‑ müşkən. Bizdə olan məlumata görə,

“Elbit Systems” bir müştərisinə tank‑ ların modernizasiya işlərini görə‑ cəkdi, amma bu ölkənin adı açıq‑ lanmır. Bu ölkə, müharibədən yeni çıxmış Azərbaycan ola bilərmi?

Vitse‑prezident: Ölkələr arasın‐dakı konfidensial məsələlərə toxunmaq istəməzdim. Ancaq bildiyiniz kimi, biz Azərbaycanda zirehli texnikalarla bağlı layihələrdə də iştirak etmişik. Lakin, bir daha təkrar edirəm, bu dəqiqə ölkənin hansısa bir müəyyən konfidensial məsələlərinə toxunmaq istəməzdim.

POLİQON: Bildiyiniz kimi, 2‑ci Qarabağ Müharibəsində Azərbaycan qələbə qazandı. Bu müharibədə döyüşlərin uğurla nəticələnməsində İsrail şirkətlərinin hərbi məmu‑ latlarından, o cümlədən “Elbit Sys‑ tems” məhsullarından geniş və uğurla istifadə olundu. Həmin müharibədə tətbiq olunan “Elbit Systems” məhsullarının üstünlükləri barədə qısaca məlumat verməyinizi istərdik. Müharibədən sonra bu məhsullara dünya bazarında maraq artdımı?

Vitse‑prezident: Döyüşlər zamanı mən və bizim mütəxəsislərimiz burada olublar. Bu silahların istifadə edilməsi ilə bağlı Azərbaycandan nə tələb olunurdusa, biz hər cür köməkliyi göstərmişdik və elə hesab edirdik ki, sizin qələbəniz bizim qələbəmizdir. Demək olar bizim tədarük etdiyimiz məhsulların hamısı uğurla istifadə olunur və bir çox yüksək səviyyəli hərbi rəsmilərin dediklərinə görə, “Elbit Systems” məhsulları əksər hallarda məhz Azərbaycan əsgərinin həyatını qurtarmaqda çox böyük rol oynayıb.

Əlbəttə, operativ təcrübə, hansıki bu çətin Qarabağ müharibəsində özünü

göstərdi və Türkiyənin “Baykar” şirkəti kimi, bizim şirkətin də təşviqi üçün böyük bir rolu vardır.

POLİQON: “Elbit Systems” şir‑ kətinin “ADEX‑2022” sərgisində ilk dəfə təqdim etdiyi yeni Rəqəmsal Ordu Korpusunun İdarəetmə Məntə‑ qəsi layihəsi ilə bağlı ətraflı məlumat ala bilərikmi?

Vitse‑prezident: Bununla bağlı dərinliyə girmək istəməzdim. Çünki bəzi məsələlər konfidensiallıq daşıyır. Onu demək istərdim ki, şirkətimiz bu məhsulların istehsal edilməsində lider rollarından birini oynayır. Demək olar ki, biz İsrail Ordusunu bu sistemlər ilə təchiz etmişik.

Yuxarıda qeyd etdiyim, “Elbit Systems”in 4 bölməsindən biri məhz bu sahədə, eyni zamanda qabaqcıl rabitə sistemlərinin istehsalı ilə çalışır. Onlar avtomatik idarəetmə sisteminin bir hissəsi sayılır və məlumat ötürür. Yəni sistem Ordunun professionallığını yüksəltməkdən ibarətdir. Burada özün düşmən ordusunun hədəfi barədə məlumat yerləşdirirsən. Həmin an avtomatik şəkildə informasiya ötürülür və bu hədəfin zərərsizləşdirilməsi üçün istifadə olunur.

Bu gün hədəfin təyin edilməsi və onun vurulması arasında vaxtın azal‐dılması uğurun əsas təməli sayılır. Bu vahid sistem ordu ilə birgə hərəkət edə bilir. Sistemin hava, quru, o cümlədən artilleriya qoşunlarına məlumat ötür‐məsi imkanına sahib olmasını nəzərə alsaq, bu uğurun əsas faktoru sayılır.

POLİQON: Günümüzdə dünyada kibertəhlükəsizlik məsələləri önəm‑

li yer tutur. Azərbaycanda kiber‑ təhlükəsizlik ilə bağlı həyata ke‑ çiridiyiniz layihələr varmı?

Vitse‑prezident: Bu gün mövcud olan bütün kiber sistemlər düşmənin kiber hücumuna məruzdurlar. İsraildə biz belə öyrəşmişik ki, tank da, helikopter də, bütün aviasiya sistemləri də kiber hücumlardan qorunmalıdır. Biz şad olaradıq ki, Azərbaycanla da bu mövzu ətrafında işləyək. Ancaq, hələlik Azərbaycanda bu istiqamətdə iş görməmişik.

POLİQON: Cənab Vitse‑prezi‑ dent, “ADEX‑2022” sərgisində nü‑ mayiş etdirdiyiniz müdafiə təyinatlı məmulatlar barəsində oxucula‑ rımıza qısa məlumat verməyinizi istərdik.

Vitse‑prezident: Azərbaycanla çox böyük işlər görürdüyümüzü nəzərə alaraq istədik ki, bu sərgidə daha geniş miqyaslı təmsil olunaq. Biz bəlkə də

yeganə şirkətlərdənik ki, “ADEX‐2022” sərgisində həm qapalı pavilyonda, həm də açıq sahədə stendlərimiz var. Onun ümumi sahəsi 350 kvadrat metrdir. Orada bizim istehsalımız olan 50‐yə yaxın müxtəlif sistemlər təqdim olunub. Onların çoxu ya Azərbaycan Ordusuna tədarük olunub, ya da tədarük edil‐məkdədir. Daxili pavilyonda aviasiya, helikopter və hərbi gəmilər üçün sis‐temlər təqdim olunub.

Açıq sahədə əsasən quru tematikalı silahlar sərgilənir. Bunların arasında avtomatik idarəetmə sistemi, o cüm‐lədən dünyada lider olan qabaqcıl rabitə sistemləri xüsusi maraqla qarşılanıb. Eləcə də qüllələr üzərində uzaq məsafəni aydın şəkildə göstərmək imkanına malik olan optik sistemlər və artilleriya sistemləri təqdim olunub. Stendimizdə 300 km‐ə qədər uzaq mənzilli raket sistemləri, həmçinin minaatan və maşın üzərində minaatan sistemləri nümayiş etdirilib. Habelə, döyüş modulları olan robotlar, kvad‐rakopterlər, PUA‐lar, o cümlədən kamikadze PUA‐lar sərgilənib.

Geniş miqyaslı iştirakı nəzərə alaraq Azərbaycan Prezidenti sərgini ziyarəti zamanı “Elbit Systems” sten‐dində olub və burada nümayiş etdir‐diyimiz məhsullarla yaxından maraq‐lanıb. Bu bizim üçün çox müsbət ziyarət oldu. Bu silahları həm Müdafiə naziri, həm də Baş Qərargah rəisi çox müsbət şəkildə təqdim ediblər.

Cənab Vitse‑prezident dəyərli vaxtınızı ayırıb suallarımızı cavab‑ landırdığınız üçün sizə təşəkkür edirk.PQ

42 www.poliqon.az

Aeronautics Group: Azərbaycan bizim güclü tərəfdaşımızdır

İsrailin pilotsuz uçuş aparatları (PUA) istehsalı səhəsində ixtisaslaşlan “Aeronautics Group” şirkəti “ADEX‑2022” sərgisində ilk dəfə olaraq “Orbiter‑4” pilotsuz uçuş aparatının (PUA) yeni modifikasiyasını və yeni hazırlanan “Trojan” adlı PUA‑sını nümayiş etdirib.

“Aeronautics Group” mühəndisləri tərəfindən təkmilləşdirilimiş “Orbiter‐4” PUA sələfindən fərqli olaraq vertikal qalxma və enmə (Vertical Take‐Off and Landing‐VTOL) xüsusiyyətlərinə malikdir. Bu isə onu personal tərəfindən qısa zaman ərzində havaya qaldırılmasına kömək edir.

“Aeronautics Group” şirkətinin çətin taktiki tapşırıqları yerinə yetirmək üçün yeni hazırladığı VTOL tipli “Trojan” PUA həm ISR (Intelligence, Surveillance and Reconnaissance), həm də WAPS (Wide‐Area‐Persistent‐Surveillance) imkan‐larına sahib çox yönlü və dinamik həlldir. Sistem dəqiq, etibarlı, real vaxt situasiya məlumatlılığını təmin etmək üçün qabaqcıl analitik imkanları ilə birlikdə çoxsaylı sensorlardan istifadə edir.

“Aeronautics Group” şirkətinin marketinq meniceri və mətbuat katibi Galit Bloch‐Zahavi POLİQON jurnalına açıqlamasında təmsil etdiyi şirkət tərəfindən “Orbiter 1”, “Orbiter 1K”, “Orbiter 2”, “Orbiter 3”, “Orbiter 4”, “Aerostar”, “Dominator” PUA‐ların hazırlandığını bildirib: ““Dominator” bizim ən böyük PUA‐mızdır. “Orbiter” PUA ailəmiz Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alır və ikinci Qarabağ Müharibəsində də istifadə

edilib. Bu sərgi üçün “Orbiter 4” PUA‐nın yeni hazırladığımız, şaquli qalxa və enə bilən VTOL funksiyalı modelini gətirmişik. Yəni təlabatdan asılı olaraq onu həm buraxılış məntəqsindən havaya qaldırıb paraşütlə endirmək, həm də helikopter kimi şaquli vəziyyətdə qaldırmaq və endirmək mümkündür.

“ADEX‐2022” sərgisində ilk dəfə nümayiş etdirdiyimiz “Trojan” PUA‐mızın anası təyyarə, atası helikopterdir. Xüsusi tapşırıqlara uyğun olaraq həm təyyarə kimi, həm də taktiki dəyişikliklərdən

asılı olaraq dron kimi istifadə edilə bilər. Bunun üstünlüyü həm də ondan ibarətdir ki, PUA‐nı istifadə etdikdən sonra, onu istənilən yerə endirmək və günəş panelləri ilə şarj yığdıqdan sonra yenidən havaya qaldırmaq olur.

Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan bizim güclü tərəfdaşımızdır. Ona görə biz çalışdıq ki, bu sərgidə yeniliklərimizi göstərək və maraq oyadaq. Azərbaycanın Təhlükəsizlik Qurumlarına “Orbiter 4” VTOL ilə “Trojan” PUA‐larnı nümayiş etdirməklə tərəfdaşlarımıza yeni innovasiyalarımızı göstərmək istədik”.

Galit Bloch‐Zahavi “Aeronautics Group” şirkətinin 37 ölkə ilə əməkdaşlıq etdiyini söyləyib: Çoxlu sayda ölklər var ki, biz onlara məhsul satırıq. Bəzi ölkələr də var ki, onlara məhsul satmırıq. Azər‐baycan bizim ən vacib tərəfdaşlarımızdan biridir və ümid edirik ki, əməkdaşlığımız bundan sonra da davam edəcək. Şirkətimizin müştərilərlə işləmək üçün böyük təcrübəsi var və bizim məhsul çeşidliyimiz təkcə PUA‐ları deyil, həmçinin həlləri də ehtiva edir. Müştərinin hansı tələbatı varsa biz onu nəzərdən keçiririk və bunun üzərində bir həll yaradırıq”.

43

KPE “ADEX”də “Alan‑2”ni önə çıxardı

Mərkəzi Asiyada zirehli maşın istehsal edən ən böyük şirkətlərdən olan “Kazakhstan Paramount Engineering” (KPE) şirkəti “ADEX‑2022” sərgisində ilk dəfə “Barys 8x8” zirehli maşının və ən yeni təkmilləşdirilimiş “Alan‑2” zirehli nəqliyyat vasitəsini nümayiş etdirib.

KPE mühəndisləri tərəfindən layihələndirilən və inkişaf etdirilən “Alan‐2” zirehli nəqliyyat vasitəsinin üs‐tünlüklərindən POLİQON jurnalına danışan şirkətin baş direktoru Yerbol Səlimov bildirib ki, “Alan‐2” bu gün öz sinifində təkcə Qazaxıstanda deyil, həm də Orta Asiyada ən yaxşı nəqliyyat vasitəsidir. Onun sözlərinə görə, KPE zavodu Mərkəzi Asiyada yeganə müəs‐sisədir ki, zirehli texnikanın layihə‐ləndirilməsi və istehsalı, o cümlədən minaya qarşı qorumalı MRAP texno‐logiyası mövcuddur.

“Qısa olaraq rəhbərlik etdiyim şirkət haqqında məlumat verərək bildirmək istəyirəm ki, məhsuldarlıq gücü ildə 300 avtomobil olan KPE zəruri hallarda onu qısa müddətdə tez və əhəmiyyətli dərəcədə artırmaq potensialına malikdir. Məhsullarımızın keyfiyyətinə və eti‐barlılığına zəmanət verməklə yanaşı istehsalın lokallaşdırılması da 70%‐ə çatıb. Şirkətdə müştərilərimizdən gələn istənilən texniki tələbi yerinə yetirməyə hazır olan 200‐dən çox Mərkəzi Asiyanın

ən yaxşı mütəxəssisləri çalışır. Biznes proseslərimizin müasir sistemi, öz dizayn ofisimiz və çevik qiymət siyasətimiz bizə hərbi texnika və silahlar bazarında istehsalçılar arasında əsas üstünlüklər verir. Şirkət silahlı qüvvələri şirkətin mühəndisləri tərəfindən hazırlanmış 4‐cü nəsil uzaqdan idarəolunan döyüş modulu sistemi ilə qorunan avtomo‐billərlə təmin etməyə tam hazırdır. Şirkətimiz təkcə regiondakı qonşuları ilə deyil, həm də qarşılıqlı faydalı əməkdaşlığa hazır olan digər ölkələrlə də çalışmağa hazırdır. Əsas prioritetimiz müştərilərimiz üçün ən yaxşı mühafizə və keyfiyyəti təmin edən məhsulların etibarlılığıdır”, – deyə Y.Səlimov vur‐ğulayıb.

Baş direktor bildirib ki, “Alan” avtomobili Azərbaycanda ikinci Qarabağ müharibəsinin iştirakçısı olan “SandCat” zirehli maşını kimi tanınır: “Biz bu avtomobili Qazaxıstanın xüsusi xidmət orqanları üçün istehsal edirik. Yüngül kompozit materiallar zirehin bir hissəsi kimi istifadə olunur ki, bu da oan əlavə

mühafizə təmin edir. Bu, zirehli maşının çəkisi və performans xüsusiyyətlərinə təsir göstərmir. Zirehli avtomobil bir neçə kəşfiyyat, komanda‐kontrol və müxtəlif növ silahlara malik xüsusi əməliyyat maşını konfiqurasiyalarnda istehsal oluna bilər. Müştərilərimizin istəyi ilə maşınların xidmətini və bütün lazımi təkmilləşdirmələrini həyata keçiririk.

“Alan” ailəsinin “Alan‐2” versiyası Qazaxıstanın silahlı qüvvələri və xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etməklə yanaşı, bacarıq və texnolo‐giyalarımızı gücləndirməyin nəticəsidir. Avtomobil tamamilə bizim dizayn büromuz tərəfindən işlənib, hazırlanıb və analoqları ilə müqayisədə bir sıra mühüm üstünlüklərə malikdir. Daha yaxşı qorunma və idarəetmə performansı ilə “Alan‐2” tam təchizatlı 8 nəfərlik personal üçün daha geniş kabinə, eləcə də rəqiblərinə nisbətən bazar seq‐mentində ən yaxşı qiymətə malikdir. 4x4 təkər formuluna malik olan avtomobilin çəkisi 9 tondur və ekipajı STANAG 4569 3‐cü səviyyə ballistik, STANAG 4569 1‐ci səviyyə minadan mühafizə ilə qoruyur. Avtomobil 500 km mənzilə və 130 km/saat sürətə malikdir. Bu modelə böyük ümidlər bəsləyirik və hesab edirik ki, o, həm

44 www.poliqon.az

yüksək keyfiyyətlə xidmət göstərəcək, həm də müştərilərimizin bütün tələblərinə cavab verəcək. Biz şadıq ki, ADEX bizə bu avtomobili qlobal müdafiə bazarda təqdim etmək imkanı verdi”. Bildirilib ki, “Alan‐2” çətin missiyalar üçün yüksək performans və faydalı yükgötürmə qabiliyyəti ilə seçilən zirehli nəqliyyat vasitəsidir. “Alan‐2” çoxməq‐sədli nəqliyyat vasitəsi gülləkeçirməz şüşə və zirehli korpusa malikdir. “Alan‐2” hərbi, xüsusi əməliyyatlar, sülhməramlı missiyaları, hüquq‐mühafizə və təhlükəsizlik, habelə sərhəd mühafizəsi və fövqəladə hallarda yardım xidmətləri daxil olmaqla, müxtəlif missiyalar üçün nəzərdə tutulub. Yüksək manevr qabiliyyətinə malik olan “Alan‐2” zirehli maşını heyətin təhlükəsizliyi üçün yüksək mühafizə təmin edir. Zirehli maşının dizaynı onu müxtəlif əmə‐liyyatlar və tapşırıqlara uyğun konfi‐qurasiya etməyə imkan verir.

Nəqliyyat vasitəsinin uzunluğu 6200 mm, eni 2550 mm və hündürlüyü 2550 millimetrdir. Üçü ekipaj üzvü olmaqla ümumilikdə 9 personal daşımaq qabiliyyətinə sahib zirehli maşının boş halda kütləsi 9000 kq, döyüş ağırlığı isə 12000 kiloqram təşkil edir. “Alan‐2” avtomatik sürətlər qutusu və 285 at gücündəki turbo dizel mühərriklə təchiz edilib ki, bu da ona maksimum 130 km/saat sürətlə hərəkət imkanı verir. Əlverişsiz, dağlıq və çətin keçilən ərazilərdə rahat hərəkət edə bilməsi üçün difernsial kild ilə təchiz olunan nəqliyyat vasitəsi 500 km məsafə qət etmək bacarığına malikdir.

“Alan‐2” 5.56×45, 7.62×39 və 12.7×99 mm‐lik zireh deşən sursatlara qarşı üstün ballistik müdafiə təmin edir. Həmçinin zirehli döyüş maşını RQD‐5, RQ‐42, F1 əl qumbaralarına və 500 qram ağırlığa qədər olan TNT partlayışlarına qarşı davamlıdır. Bundan başqa döyüş maşını yanğın söndürmə, bioloji və kimyəvi mühafizə sistemləri, əlavə güc bloku ilə də təchiz olunub. “Alan‐2” müx‐təlif döyüş modulları ilə silahlandırıla və istəyə uyğun olaraq həm aktiv, həm də passiv zirehlə təmin edilə bilər.

KPE‑nin flaqmanı “Barys 8x8” Sərgidə nümayiş etdirilən şirkətin digər nəqliyyat vasitəsi “Barys 8x8” haqqında məlumat verən Y.Səlimov qeyd edib ki, “Barys 8x8” avtomobilinin uzunmüddətli sınaqları artıq tamamlanıb və onun Qazaxıstan Ordusuna istifadəyə verilməsi gözlənilir: ““Barys 8x8” bizim flaqmanımızdır və tezliklə Qazaxıstanın müdafiə sisteminin tamhüquqlu üzvü olacağına inanırıq. Avtomobil çox yönlülük, yüksək hərəkətlilik və mina əleyhinə platformaların quraşdırılması ehtiyacı ilə bağlı regionda artan tələblərə cavab vermək üçün hazırlanıb. Zirehli döyüş maşını STANAG 4B‐nin ən yüksək mühafizəsi ilə təmin olunub. Onun hərəkət uzaqlığı 500 km‐ə, faydalı yük daşımaq bacarığı 6.5 tona və sürəti 100 km/saata çatır. Dörd il ərzində avtomobil Qazaxıstanda müvafiq hərbi sınaqların bütün mərhələlərini çox müsbət qiymətlərlə keçib və Qazaxıstan Ordusunda istismara verilməsi tövsiyə edilib”.

KPE‐nin ixrac coğrafiyası və perspektivləri haqqında danışan Y.Səlimov bildirib ki, KPE 6 il əvvəl Qazaxıstan Silahlı Qüvvələrində köhnə zirehli təkərli maşın parkını yenidən təchiz etmək üçün müasir MRAP‐ların istehsalı prioritet tutularaq cəmi yaradıldılıb. Şirkət bunu nəzərə alaraq ilk növbədə diqqəti yerli müştərilərə yetirib: “Lakin biz möhkəm, etibarlı, dünya səviyyəli sübut edilmiş avto‐mobillərin istehsalı və Müdafiə Na‐zirliyimizə, müxtəlif xüsusi təyinatlılara, habelə hüquq‐mühafizə orqanlarına çatdırılması üzrə uğurlu təcrübə qazanan kimi, ixrac imkanlarını araşdırmağa başlamaq qərarına gəldik. Hal‐hazırda Yaxın Şərq, Afrika və Asiya region‐larından olan bir neçə potensial müştərilərin məhsullarımıza marağı var. Ancaq onlarla imzaladığımız mə‐lumatların açıqlanmaması ilə bağlı müqavilələrə görə hələlik bunları paylaşa bilmirik. Ümid edirik ki, sınaqların nəticələri və bu müştərilər tərəfindən avtomobillərimizin alınması ilə bağlı müsbət qərarlar barədə sizə tezliklə məlumat verə biləcəyik”.

Y.Səlimov bu gün bir çox beynəlxalq hadisələrlə əlaqədar regional təh‐lükəsizlik sistemində əsaslı dəyi‐şikliklərin şahidi olduqlarını deyib. Onun sözlərinə görə, 4‐cü nəsil silahlı qüvvələrin müasir döyüşlərində artım müşahidə edirirlər. Şirkətin müştərilərinə təklif etdiyi budur. Onlar təkcə MRAP və uzaqdan idarəolunan döyüş modulu sistemləri kimi müasir texnologiyalarla deyil, həm də təklif etdikləri modellərdə müştəri ilə birbaşa işləmək, onların ehtiyac duyduğu tələblərə nail olmaq bacarığı ilə seçilirlər.

“Razılaşa bilərsiniz ki, bir çox istehsalçı müştərilər üçün bu cür çeviklik və açıqlıqla öyünə bilməz. Biz bir çox sənayenin lokallaşdırılmasının payı hesabına xərclərimizi azaldırıq ki, bu da əksər ölkələri maraqlandıran rəqabətcil qiymətlərlə nəticələnir. Modellərimiz Qazaxıstanın həddindən artıq isti, soyuq, dağlıq, qumluq və bataqlıq ərazilərində müxtəlif sınaq‐lardan keçirilir.

Avrasiyanın mərkəzində yerləş‐diyimiz üçün məhsullarımızı dünyanın istənilən nöqtəsinə sürətlə çatdırmaq imkanımız var. Biz uzun və çətin bir yol qət etdik. Bu da bizi daha güclü, daha innovativ və müştəri yönümlü etdi. Biz gələcəyə nikbinliklə baxırıq!” – deyə Y.Səlimov vurğulayıb.

45

Sərginin birinci günü Azərbaycan Prezidenti İlham Əliyev İranın pavil‐yonunda nümayiş etdirilən məhsullarla yaxından tanış olub. Prezident İlham Əliyevə məlumat verilib ki, İran Aviasiya Sənaye Təşkilatı bu ölkənin mülki və hərbi aviasiya sənayesini planlaşdırmaq, nəzarət və idarə etmək məqsədilə 1966‐cı ildə yaradılmış dövlət korporasiyasıdır. Şirkət təyyarə və aerokosmik məhsullar istehsal edir.

İran Elektronika Sənayesi İranın silah sistemləri üçün elektron komponentlər də daxil olmaqla, İranda elektron sistemlərin və məhsulların əsas istehsalçısıdır.

İran Dəniz Sənayesi Təşkilatı hərbi və mülki təyinatlı gəmilər istehsal edir.

İran Hərbi Dəniz Qüvvələrini, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrini və İran Polisini gəmilərlə təmin edir; gəmi əleyhinə qanadlı raketin dizaynı və istehsalı layihəsini öz üzərinə götürüb. Digər məhsullara “Qadir” sinifli mini sualtı qayığın və “Qaem” sinifli sualtı qayığın da daxil olduğu bildirilir.

İran Milli Coğrafi Təşkilatı ballistik raket proqramı üçün geoməkan məlu‐matları təmin etmək üçün qiymət‐ləndirilir. İran sərhədlərinin hərbi xə‐ritələrini hazırlamaq və silahlı qüvvələrə coğrafi xidmətlər göstərmək məqsədi ilə 2006‐cı ildə İran İslami Şura Məclisi tərəfindən icazə verilən təşkilatdır. Bildirildiyinə görə, İran Silahlı Qüvvələri

üçün xəritələr hazırlamaq üçün aero‐fotoqrafiya, peyk görüntüləri və coğrafi məlumat sistemlərindən istifadə edir.

Müdafiə Nazirliyinin tabeliyində İxrac Mərkəzi olaraq fəaliyyət göstərən “Mindex” İran müdafiə sənayesinin istehsalı olunan məhsulların xarici dövlətlərə ixrac edilməsində əsas rol oynayır. Mərkəzin açıqladığı məlumatlara əsasən, “Mindex” İranın müdafiə sənayesi təşkilatlarının bir neçə çeşiddə istehsal etdiyi məhsullarla 40‐a yaxın ölkə arasında davam edən işini davamlı olaraq genişləndirir.

Bildirilib ki, “Mindex” fəaliyyət sahələri: təyyarə və aviasiya sistemləri; döyüş helikopterləri, döyüş təyyarələri, hava gəmiləri və aerostatlar; hava

46 www.poliqon.az İran ADEX‑2022‑də milli pavilyonla
çıxış edib İran
Bakıda 6‑8 sentyabr tarixlərində keçirilən “ADEX‑2022” 4‑cü Beynəlxalq Müdafiə Sərgisində milli pavilyonla çıxış edib. İran sərgidə 6 təşkilat və müəssisə – İran Aviasiya Sənayesi Təşkilatı, İran Elektronika Sənayesi, İran Dəniz Sənayesi Təşkilatı, İran Milli Coğrafi Təşkilatı, İran Müdafiə Nazir‑ liyi İxrac Mərkəzi (“Mindex”) və Müdafiə Sənayesi İstehsalçılar Birliyi ilə təmsil olunub.

gəmiləri üçün mühərriklər, avadanlıq və komplektləşdiricilər; aviasiya tex‐nikasının təmiri və modernləşdirilməsi; avionika sistem və vasitələri; aviasiya üçün texniki xidmət vasitələri; dəniz gəmiləri və hərbi dəniz sistemləri; sualtı texniki avadanlıqlar və dalğıc texnikası; gəmilərin layihələndirilməsi və modern‐ləşdirilməsi; mina əleyhinə gəmilər; gəminin elektrik qurğuları; zirehli döyüş nəqliyyat vasitələri; piyadaların döyüş maşınları; zirehli transportyorlar; yüngül və ağır texnikanın zirehləndirilməsi; özüyeriyən artilleriya qurğuları (ÖAQ); tanklar; şinlər; radioelektron sistemlər, C4ISR; məlumatları şifrələmə blokları; coğrafi İnformasiya sistemləri (GIS); Komanda İnformasiya Mərkəzləri; radiolokasiya sistemləri; informasiya təhlükəsizliyi üçün həll variantları; hava, yer və dəniz radiolokasiya müşahidə sistemləri; radioelektron mübarizə üzrə sistem və vasitələr; mobil əlaqə və radiorabitə əleyhinə əngəlləmə (maneə) sistemləri; özünüidarəetmə sistemləridir.

Bundan başqa, “Mindex” mərkəzinin fəaliyyət sahələrini enerji sistemləri: batareyalar, akkumulyatorlar; optik‐elektron avadanlıq və sistemlər; müşahidə kameraları; optik‐elektron, termal görüntü və lazer sistemləri üçün komplektləşdiricilər; lazerli məsa‐fəölçənlər (LRF); optik nişangahlar; gündüz və gecə vaxtı görmə cihazları; hərbi texnika üçün müşahidə cihazları; termal görüntü cihazları və təsvir gücləndiriciləri daxildir.

Habelə pilotsuz sistemlər: çox‐məqsədli PUA‐lar, kəşfiyyat PUA‐ları, nəqliyyat PUA‐ları; Hərbi geyim və ləvazimatlar: hərbi geyim atributları (medallar, poqonlar, kokardalar, şev‐

ronlar); döyüş dəbilqələri; gülləkeçirməz jiletlər; hərbi ayaqqabılar; hərbi bel çantaları, planşetlər, çantalar; kamuflyaj formaları; dalğıc avadanlıq və geyimləri; çadırlar; zireh istehsalı; göz üçün qo‐ruyucu vasitələr; termal alt geyimlərinin ixracı əhatə edir.

Mərkəzin ixrac etdiyi silah və sursata: aviasiya bombaları və raketlər; pulemyotlar və hücum tüfəngləri; mina‐atanlar və qumbaraatanlar üçün mərmilər; özüyeriyən artilleriya qurğusunun mərmiləri; tank mərmiləri; qumbaraatanlar; zenit‐raket sistemləri (ZRS); plastik və dəri qoburlar; ağır pulemyotlar; minaatanlar; patronlar; portativ zenit‐raket sistemləri (PZRS); tapançalar; avtomatlar; barıt; tank əleyhinə raket sistemləri (TƏRS); yaylım atəşli reaktiv sistemləri (YARS); YARS üçün reaktiv mərmilər; əl qumbaraları; yüngül pulemyotlar; siqnal, səs və işıqlandırma sursatları; hava hücumun‐dan müdafiə sistemləri; raket hü‐cumundan müdafiə sistemləri; snayper

tüfəngləri daxildir.

“Mindex”in açıqladığı məlumatlarda o da qeyd olunub ki, mərkəz tərəfindən həmçinin simulyatorlar və təlim sistemləri: poliqon avadanlığı, atıcı silah simulyatorları, dəniz, quru və hərbi‐hava texnikası simulyatorları; logistika; tibbi ləvazimatlar; mühəndislik sistem və qurğuları; avtosisternlər; mühəndislik texnikası; enerji mənbələri, generatorlar; komanda maşınları; dərman preparatları dəstləri; diqqəti yayındıran yalançı hədəflər ixrac olunur. Habelə, səyyar hərbi səhra hospitalları; çadırlar / sığınacaqlar; səhra mətbəxləri; radiasiya, kimyəvi və bioloji müdafiə (RKB); əhalini xəbərdaretmə vasitələri; silah istehsalı üçün avadanlıqlar; hərbi təşkilatlar; ixracın təşviqi ilə məşğul olan müəssisələr; hərbi laboratoriyalar; silahların utilizasiyası üzrə vasitə və texnologiyalar.

İran Azərbaycanla hərbi əmək‑ daşlığı genişləndirmək niyyətindədir “ADEX‐2022” sərgisində iştirak etmək üçün Azərbaycanda səfərdə olan İran İslam Respublikasının müdafiə na‐zirinin müavini admiral Əmir Rostagari qeyd edib ki, İranın Azərbaycanla həm quru, həm də dəniz sərhədi var. Bu baxımdan İran Azərbaycan Respublikası ilə hərbi sahədə əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətindədir. Nazir müavini vurğulayıb ki, Azərbaycan ilə hərbi sahədə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini artırmaq məqsədilə İranın Silahlı Qüvvələri tərəfindən plan hazırlanıb. Ə.Rostagari onu da qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətidir və bu fakt rəsmi Bakı ilə hərbi əməkdaşlıq sahəsində əlaqələr qurmağı zərurətə çevirib.

47

Türkiyəli professorlar AzTU‑ya səfər edib

AzTU ilə Bakı Limanı arasında memorandum imzalandı

Bakı Limanı Azərbaycan Texniki Universiteti (AzTU) ilə birgə tələbələrin liman əməliyyatları və logistika sahəsində peşəkar bacarıqlarının artırılması üçün təlim və mübadilə proqramları həyata keçirəcək.

Bu məqsədlə, AzTU‐nun rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Limanında limanın rəhbərliyi və nümayəndələri ilə görüş keçiriblər. Görüş zamanı Bakı Limanı ilə universitet arasında tələbələrin ixtisasyönümlü bacarıqlarını artırmaq məqsədilə innovativ təlim proqramlarının birgə hazırlanması məsələləri müzakirə olunub.

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun professoru Mustafa Güden və Türk Aviasiya və Kosmos Sənayesi şirkətinin (TUSAŞ) Qazi Universitetində yerləşən Additiv Texnologiyalar Mərkəzinin rəhbəri, professor Metin Salamçı Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib.

Qonaqlar AzTU‐nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.

Görüş zamanı universitet‐sənaye işbirliyinin inkişafı, birgə layihələrin həyata keçirilməsi məqsədilə müvafiq sahələr üzrə elmi‐tədqiqatların aparılması müzakirə olunub. Qonaqlar elmtutumlu texnologiyaların inkişafı məqsədilə AzTU‐nun imkanlarının artırılması üçün lazımi fəaliyyətlərin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Azərbaycan Texniki Universiteti (AzTU) ilə "Azerbaijan Energy Engineering and Consulting" MMC və Türkiyənin EPRA (EPRA Engineering, Procurement Recearch an Analysys) şirkəti arasında üçtərəfli anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflər elektroenergetika sektorunda mövcud

problemlərin həllinə və enerji sisteminin ehtiyaclarının ödənilməsinə yönəlmiş tədris proqramlarının hazırlanması, tədqiqat, məsləhət və texniki xidmətlərin göstərilməsi ilə bağlı universitet‐sənaye işbirliyinin inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, Bakı Limanının Təlim Tədris Mərkəzi artıq uzun müddətdir ki, AzTU ilə yaxından əməkdaşlıq edir. Belə ki, AzTU‐nun 48 tələbəsi Azərbaycan Təhsil İnstitutunun təşəbbüsü ilə həyata keçirilən “Liman logistikası və dəniz daşımaları” adlı təlim kursunu Bakı Limanında müvəf‐fəqiyyətlə bitirib və əyani istehsalat təcrübəsi qazanıb.

Yaradılan əməkdaşlığın davamlı və institusional inkişafını təmin etmək məqsədi ilə bu gün Bakı Limanı və AzTU arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalandı.

Sənəddə universitetin tələbələrinin liman əməliyyatları və logistika sahəsində praktik təcrübə keçməsi, həmçinin onların Bakı Limanı ilə yanaşı tərəfdaş limanlarda da mübadilə səfərlərinə cəlb olunması kimi fəaliyyətlər əhatə olunur.

Bakı Limanı tələbələrin akademik təhsili zamanı əyani iş təcrübəsi qazanmasını, beləliklə, müasir bazarın tələblərinə cavab verəcək kadr potensialının inkişafına töhfə vermək təşəbbüslərini daim dəstəkləyir.

48 www.poliqon.az
Azərbaycan və Türkiyənin universitet‑ sənaye işbirliyi inkişaf etdirilir

SAHA EXPO‑da dəyəri 1 milyard ABŞ dollarından çox olan müqavilələr imzalanıb

“Alpagut” süzən sursatı quru, hava və dəniz platformalarından buraxıla bilər. Bura havadan ATAK II, GÖKBEY helikopterləri, “Akıncı”, “Aksunqur”, “Anka” və TB‐3 PUA‐ları, qurudan təkərli və tırtıllı nəqliyyat vasitələri, dənizdən isə MİLGEM korvetləri, pilotsuz dəniz katerləri və “İ” sinfinə aid olan freqatlar da daxildir.

“Alpagut” süzən sursatı düşmənin yüngül zirehli texnikalarını, canlı qüvvəsini, hava hücumundan müdafiə sistemlərini, komanda məntəqələrini, rabitə və radar mərkəzlərini məhv etmək qabiliyyətinə malikdir.

Aşağı akustikaya, radar görünürlüyünə və GPS qarıştırmaya dayanıqlı olan süzən sursat STM şirkətinin yeni hazırladığı KERKES görüntü dəstəkli naviqasiya sistemi ilə təchiz edilib“Alpagut” həmçinin RF (radio tezlik) qarıştırma sistemlərinin istifadə olunduğu ərazilərdə belə əməliyyatı yerinə yetirmək bacarığına sahibdir.

? Elşən Abdulkərimov 25‑28 oktyabr tarixləri arasında Türkiyənin İs‑ tanbul şəhərində SAHA İstanbul Cəmiyyətinin təşilatçılığı ilə SAHA EXPO Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye sərgisi keçirilib.

60000 m2 ərazini əhatə edən sərgiyə 57 ölkədən 390‐ı xarici və 567‐si yerli olmaqla ümumilikdə 957 şirkət qatılıb. Bunlar arasında Türkiyə müdafiə sənayesi sektorunun ASELSAN, “Otokar”, “Roketsan”, STM, HAVELSAN, TUSAŞ, SARSILMAZ, ASFAT və digər qabaqcıl şirkətləri yer alıb.

SAHA EXPO‐2022 sərgisi zamanı ümumi dəyəri 1 milyard ABŞ dollarından çox olan 114 müqavilə imzalanıb və bunlarında 60 faizdən çoxu Türkiyənin xarici ölkələrə ixracatı ilə bağlıdır. Sərgidə Türkiyə şirkətləri arasında da müəyyən müqavilələr imzalanıb. Belə ki, Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) və “Baykar” şirkəti arasında “Bayraktar Kızılelma Pilotsuz Döyüş Təyyarəsi Əməkdaşlıq Protokolu” imzalanıb. Həmçinin “Baykar” ilə ASELSAN şirkətləri arasında “CATS Elektro‐optik Sensor Sistemi Sifariş Müqaviləsi” imzalanb. Bundan başqa “Roketsan” şirkəti ilə “Baykar” arasında MAM‐L IIR, “Çakır” sursatlarının və “Sungur” raketinin “Akıncı” pilotsuz uçuş aparatına (PUA) inteqrasiyasını nəzərdə tutan birgə əməkdaşlığa dair müqavilələr imzalanıb.

Qeyd edə ki, Azərbaycanın müdafiə naziri general‐polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Mədət Quliyev də keçirilən sərgidə iştirak edib. General‐polkovnik Z.Həsənov sərgi zamanı “Roketsan”, BAYKAR, TUALCOM və ASELSAN şirkətlərinin rəhbər heyətləri ilə görüşüb, nümayiş etdirilən müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub.

Müdafiə sənayesi naziri Mədət Quliyev də sərgi çərçivəsində Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir ilə görüşüb.

Türkiyədə yeni ALPAGUT süzən sursatı hazırlanıb

Türkiyənin STM və “Roketsan” şirkətləri birgə “Alpagut” adlı yeni süzən sursat (kamikadze PUA) hazırlayıblar. “Alpagut” süzən sursatı ilk dəfə SAHA EXPO sərgisində təqdim edilib. “Alpagut” süzən sursatının təqdimatı Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir, “Roketsan”ın baş direktoru Murat İkinci və STM‐nin baş direktoru Özgür Güleryüz tərəfindən həyata keçirilib.

Bildirlib ki, “Alpagut” 60 kilomter mənzilə, gecə/gündüz verilən tapşırığı yerinə yetirmək, 1 saat havada qalmaq qabiliyyətinə malikdir. Süzən sursat müxtəlif tipli – yüksək qəlpəli, zireh deşən və termobarik döyüş başlıqlarından istifadə edə bilir.

“Alpagut”un üstün xüsusiyyətləri onun düşməni aşkarlamaq, əməliyyatı planlamaq, yeniləmək və klidlənən hədəfə hücumu ləğv etmək, habelə mərkəzə real zamanlı görüntü ötürmək qabiliyyətnin olmasıdır. Xüsusi buraxıcı qurğu vasitəsilə də atıla bilən “Alpagut” süzən sursatı sürü halında əməliyyat icra etmək imkanına malikdir.

HAVELSAN “Kapgan” robotunun təqdimatını keçirib Türkiyənin HAVELSAN şirkəti yeni hazırladığı “Kapgan” yerüstü ağır döyüş robotunu İstanbulda keçirilən SAHA EXPO sərgisində ilk dəfə geniş və ətraflı formada nümayiş etdirib. “Kapgan” döyüş robotunun təqdimatı Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir və HAVELSAN şirkətinin baş direktoru Mehmet Akif Nacar tərəfindən keçirilib.

HAVELSAN tərəfindən “Kapgan”ın yaradılması ilə bağlı ilk dəfə oktyabr ayın əvvəlində məlumat verilib və şirkət bir neçə gün sonra döyüş robotunun texniki xüsusiyyətlərini açıqlayıb.

“Kapgan” robotu 2 kilometr effektiv mənzilə sahib 30×113 mm‐lik silah, naqilli və naqilsiz rabitə sistemi ilə təchiz olunub. Çəkisi 1400 kiloqram olan döyüş robotu 600 kq faydalı yükgötürmə qabiliyyətinə malikdir. Onun uzunluğu 3.2 metr, eni isə 1.75 metrdir.

Döyüş robotu istifadəçiyə 5 kilometrə qədər uzaqlıqda olan hədəfləri izləmək və altı saat müddətində əməliyyatı yerinə yetirmək imkanı təmin edir. Döyüş robotu yüksəldilə bilən ətraf müşahidə sistemi ilə təchiz edilib ki, bu da “Kapgan”a düşmən tərəfindən aşkarlanmadan həm gündüz, həm də termal cihazlar vasitəsiylə gecə zamanı hədəfləri izləməyə və aşkarlamağa imkan verir.

“Kapgan” –20°Сilə müsbət +52°Сaralığındakı hava tempraturunda fəaliyyat göstərə bilir. Döyüş robotunun təchiz edildiyi silah sistemlərinin vasitəsi ilə həm quru, həm də hava hədəflərini zərərsizləşdirmək mümkündür.

“Kapgan” elektrik mühərriklə təchiz olunub ki, bu da ona maksimum 25 km/saat sürətlə hərəkət etmək bacarığı verir. Döyüş robotu 1.2 metrlik xəndəkləri və 0.5 metr hündürlüyündəki maneələri dəf edə bilir.

“Kapgan”ın avtonom xüsusiyyətlərinə avtonom patrul, lider təqibi, GPS‐ə bağlı olmadan əməliyyat yerinə yetirmək, maneələrdən qaçmaq, dinamik marşrut planlaması, bağlantı itdikdə geriyə qayıtmaq, sürülə bilən yolun aşkarlanması, yerüstü pilotsuz robot konvoyu (karvanı) aiddir.

Qeyd edək ki, “Kapgan” “Barkan”dan sonra şirkətin hazırladığı ikinci yerüstü döyüş robotudur.

49

Zenit‑artilleriya komplekslərinin təkmilləşdirilməsi perspektivləri

? Əhəd Əzizov

Son 30 ildə baş vermiş beynəlxalq silahlı münaqişələrin təhlili göstərir ki, hava məkanı hərbi qarşıdurmanın mühüm sahəsidir. Bu‑ nunla əlaqədar olaraq qanadlı raketlər, “hava‑yer” sinif raketlər, pi‑ lotsuz uçuş aparatları (PUA) və digərləri kimi hava hücumu silahları geniş yayılıb. Belə şəraitdə kiçik ölçülərə və az effektiv əksetdirmə səthinə malik hava hədəfləri ilə mübarizə vəzifəsi getdikcə aktual‑ laşır. Onları məhv etmək üçün ən təsirli məhvetmə vasitəsi olaraq müxtəlif çaplı zenit‑artilleriya kompleksləri (ZAK) qalmaqda davam edir. Çünki orta və uzun mənzilli zenit‑raket komplekslərinin (ZRK) istifadəsi "xərc/səmərəlilik" meyarı nöqteyi‑nəzərindən iqtisadi cəhətdən sərfəli deyil.

Zenit‐artilleriya kompleksi de‐dikdə, atəş üçün seçilmiş hədəfin aş‐karlanmasını, tanınmasını və müşayiət edilməsini, habelə atəşin hazırlan‐masını və aparılmasını təmin edən funksional əlaqəli zenit topları (avtomatları) və müxtəlif texniki vasitələrin məcmusu başa düşülür. Sözügedən komplekslər mobil və stasionar ola bilər. Bu, potensial bütün döyüş növlərində düşmənin mobil hissə

və bölmələri və ya stasionar hərbi və mühüm infrastruktur obyektlərini hava hücumundan himayə etmək üçün sifarişçilər tərəfindən qoyulan tələblər əsasında müəyyən edilir.

Orduların silahlanmasındakı bəzi hava hücumundan müdafiə (HHM) silahlarının effektivliyi döyüş fəaliy‐yətlərinin müasir tələblər səviyyəsində aparılmasına cavab vermir. Hətta uzunmüddətli istismar nəticəsində

özünü yaxşı tanıtmış bir çox silah nümunələrinin çoxunun yaradılma‐sından demək olar ki, 40‐50 il müddət keçmişdir və artıq onlar müasir tələblərə tam cavab verməyərək mə‐nəvi cəhətdən köhnəlmişlər.

Son illərdə aparılan döyüş fəaliy‐yətləri zamanı HHM sistemində müxtəlif tipli PUA‐lara qarşı mübarizə xüsusi yer tutur. Bu problemin həllində dünya təcrübəsi göstərir ki, ən böyük çətinlik kiçik ölçülü taktiki pilotsuz aparatlar aşkar edildikdə və fasiləsiz olaraq müşayiət edildikdə məhv edilməsi zərurəti ilə bağlıdır. Bu vasi‐tələr həddən artıq aşağı hündür‐lüklərdə uçmağa qadirdir və onların ZRK‐nin himayə etdiyi ərazidə qalmaları məhduddur. Kütləvi istifadə zamanı bu cür aparatların aşkar edilməsi və dayanıqlı izlənilməsi halında, HHM bölmələrinin zenit idarə olunan raketlərinin (ZİR) döyüş dəstinin həddindən artıq sərfiyyatı baş verə bilər ki, bu da onların hərbi

əməliyyatlarda sonrakı iştirakdan çıxarılmasına səbəb olacaqdır.

ZAK‐ın obyektləri himayə etməkdə qarşılaşdığı tapşırıqlardan irəli gələrək, onlar müxtəlif çaplı mərmilərlə təchiz edilir: kiçik çaplı (20‐60 mm), orta çaplı (60‐100 mm) və iri çaplı (100 və ya daha böyük). Qeyd etmək lazımdır ki, kiçik çaplı komplekslər yüksək atəş tezliyinə və mobilliyə, lakin qeyri‐kafi (yaxın) atış məsafəsinə və sursatın zəif gücünə malikdir. Orta və iri çaplı komplekslər aşağı atəş tezliyinə malik‐dir, mərmilərinin maksimal məsafəyə uçuşu qeyri‐bərabər sürətlə baş verir ki, bu da aşağıdan uçan hava hədəfinə atışı xeyli çətinləşdirir. Bununla yanaşı, iri çaplı mərmilərin qiyməti nisbətən yüksəkdir. Bundan başqa, kiçik hə‐dəflərə atəş açmaq baxımından və “xərc/effektivlik” meyarına görə, zenit idarəolunan raketlərlə təchiz edilmiş ZRK ilə rəqabətdə uduzurlar. Hazırda dünya ölkələrinin ordu‐larında müxtəlif növ zenit‐artilleriya kompleksləri istifadə olunur. Bu komplekslərin bəziləri yeni olsa da, böyük əksəriyyəti köhnədir və artıq müasir tələblərə cavab vermir. Bu səbəbdən də bir çox ölkələrin müdafiə sənayesi sahəsində fəaliyyət göstərən mütəxəssislər həm təşəbbüs qay‐dasında, həm də hərbiçilərin taktiki‐texniki tapşırıqları əsasında mövcud nümunələrin təkmillədirilməsi üzə‐rində işləyirlər. Nəticədə bəzi “qoca‐man” silah nümunələri yeni ava‐danlıqlarla təchiz edilərək yüksək taktiki‐texniki xüsusiyyətlər əldə edir.

Polşa Respublikası azsaylı NATO ölkələrindən biridir ki, onun silahlı qüvvələri əhəmiyyətli sayda artilleriya və artilleriya‐raket zenit qurğularına malikdir. Üstəlik, Polşa Ordusunun komandanlığı nəinki zenit‐artilleriya‐sından imtina etməyi planlaşdırmır, həm də müasir gündüz‐gecə işləyən optoelektronik nişangahların və yüksək avtomatlaşdırılmış atəşi idarəetmə sistemlərinin yaradılması üçün sifa‐rişlər verərək gələcək təkmilləşdirmə proqramlarını həyata keçirir.

Polşalı hərbi mütəxəssislərin fik‐rincə, bu qurğular sırasında ölkədə lisenziyalı istehsalına 1972‐ci ildə başlanmış 23 mm‐lik ZU‐23‐2 qoşa‐laşdırılmış zenit qurğuları daha böyük dəyərə malikdir. Ekspertlərin he‐sablamalarına görə, hazırda Polşa

Ordusunun döyüş bölmələrində və anbarlarda 300‐dən çox belə qurğu ola bilər. Polşanın 23 mm‐lik ZU‐23‐2 zenit silahları dəfələrlə təkmilləşdirilmişdir. 2002‐ci ildə kombinələşdirilmiş gün‐düz/gecə passiv optoelektron “Prexer CKE‐2” nişangahı və “Grom” (“İqla”) zenit raketləri olan iki nəqletmə‐buraxma konteyneri ilə təchiz olunmuş ZUR‐23‐2KG “Jodek‐G” artilleriya‐raket zenit buraxma qurğuları qoşunlara daxil olmağa başlayıb. Qurğunun tərkibinə daşınan zenit‐raket komp‐lekslərinin (DZRK) daxil edilməsi sayəsində hava hədəflərinə qarşı atəş məsafəsi 5000 m‐i keçib və 500 m/s sürətlə uçan hava hədəflərini məhv etmək imkanı əldə edilib. Polşalı mütəxəssislərin fikrincə, ZUR‐23‐2KG “Jodek‐G” kompleksinin effektivliyi orijinal ZU‐23‐2 ilə müqayisədə 5 dəfədən çox artıb və gecə vaxtı dəqiq atəş açmaq mümkün olub.

2007‐ci ildə lazer məsafəölçən ilə uzlaşdırılmış gecə‐gündüz görmə qabiliyyətinə malik müasir nişangahla təkmilləşdirilmiş qurğu hazırlanıb. Qurğunun döyüş dəstinə artırılmış başlanğıc sürətli çapaltı zirehdələn‐yandırıcı və zirehdələn‐yandırıcı‐izbu‐raxan mərmilər daxil edilib. Bununla da qurğunun effektiv atəş məsafəsi təxminən 20% artırılıb. 2015‐ci ildə isə qurğunun tərkibinə CKE‐1T axtarış‐nişangah termal cihazı daxil edilib.

2016‐cı ildə Polşa Müdafiə Nazirliyi aviasiya bazalarını aşağı hündürlükdə fəaliyyət göstərən hava hücumu silahlarından müdafiə etmək üçün “Pilica” (PSR‐A) atəşi idarəetmə sistemi ilə təchiz edilmiş altı artilleriya‐raket batareyası sifariş edib. Batareyanın tərkibinə kompüterləşdirilmiş atəşi idarəetmə sistemi ilə təchiz edilmiş

mobil idarəetmə mərkəzi, “Piorun” (“Grom‐M”) raketli altı ədəd ZUR‐23‐2SP “Jodek” kombinə edilmiş arti‐lleriya‐raket zenit qurğusu, iki nəqliyyat maşını və döyüş sursatı daşımaq üçün iki maşın daxildir. Hədəf təyinatı mobil 3D IAI ELM‐2106NG radar stansiyasın‐dan gəlir. Həmçinin, zenit batareyasına bir neçə mühafizə maşını verilir.

Bundan başqa, Polşa Ordusu silahlanmasında olan “Hibneryt” özüyeriyən zenit qurğularını (ÖZQ) 2007‐ci ildə təkmilləşdirib. Əgər ilk “Hibneryt” ÖZQ‐ın zirehli müdafiəsi yox idisə, “Star 266M” şassisinə inteqrasiya edilən “Hibneryt‐P” ÖZQ‐da heyəti 300 m məsafədən atılan yüngül qəlpələrdən və tüfəng güllələrindən qoruyan zireh mövcuddur. 2010‐cu ildə daha yüksək səviyyədə ballistik və mina mü‐dafiəsinə, həmçinin artırılmış atəş bucaqlarına malik “Hibneryt‐3” ÖZQ yaradılmışdır.

Polşa Ordusnun HHM bölmələrinin silahlanmasında olan digər zenit silahı isə 23 mm‐lik ZSU‐23‐4 “Şilka” ÖZQ‐dir. Məlumdur ki, ZSU‐23‐4 “Şilka” ÖZQ artıq müasir tələblərə cavab vermir. 2000‐ci ildə Polşada ən az köhnəlmiş ZSU‐23‐4 “Şilka” ÖZQ‐nin təkmilləş‐dirilməsi üçün layihə hazırlanmış, təkmilləşdirmənin qurğuların xidmət müddətini daha 20 il uzatmalı olan əsaslı təmirlə birləşdirilməsi plan‐laşdırılmışdır. Təkmilləşdirilmiş qur‐ğuya ZSU‐23‐4MP “Biala” adı verilmişdir. Təkmilləşdirmədən sonra ZSU‐23‐4 ÖZQ imkanları əhəmiyyətli dərəcədə artmışdır. Kompleksin silahlanmasının tərkibinə 5500 m‐ə qədər məsafədə aşağı hündürlükdə uçan hava hədəflərini vura bilən 4 ədəd “Grom” ZİR daxil edilib. Yeni avadanlıq və yeni çapaltı atəş yığımlarının əlavə

51

edilməsi ilə sursatların qismən dəyişdirilməsi avtomatik topların effektiv atəş məsafəsini 3,5 km‐ə qədər artırıb.

Ukraynanın Kiyev şəhərində yerləşən “Arsenal zavodu” dövlət müəssisəsində ZSU‐23‐4M “Şilka‐4M” ÖZQ‐nın digər bir nümunəsi hazır‐lanmışıdr. Qurğu A1, A2 və A3 olmaqla üç variantda təkmilləşdirilmişdir. İsteh‐salçının bildirməsinə görə bu qur‐ğuların təkmilləşdirilməsində əsasən yerli istehsal olan qovşaq və apa‐ratlardan istifadə olunmuşdur. Üçlüyün A3 variantı tam şəkildə bütün mümkün olan avadanlıqlar quraşdırılmış bir modeldir. ÖZQ‐nın A1 modifikasi‐yasında mövcud olan RLS əvəzinə yeni çoxfunksiyalı RLS quraşdırılmış, analoq hesablama‐həlletmə cihazı “Rokaç‐AS” rəqəmsal antena qəfəsli çoxfunksiyalı, hədəfi 35 km məsafədə təyin etməyə imkan verən rəqəmsal antena qəfəsli RLS ilə əvəz edilmişdir. A2 modi‐fikasiyasında A1 variantında olan avadanlıqlardan əlavə qurğuya hədəfi təyin və müşayiət edən yeni optik‐lokasiya sistemi, rəqəmsal hesablama sistemi, yeni idarəetmə alqoritmləri quraşdırılmışdır. Həmçinin qurğuya köhnə TNA‐2 tank naviqasiya apa‐raturasının əvəzinə yeni naviqasiya sistemi, təminat sistemi və rəqəmsal‐analoq çeviricilər bloku quraşdırıl‐mışdır. A3 modifikasiyasında isə A2 varinantında quraşdırılmış avadan‐lıqlara əlavə olaraq yerli istehsal olan, Rusiyanın 9K38 “İqla” DZRK‐nin analoqu “336‐24” DZRK modulu yerləşdirilmişdir ki, bu da mürəkkəb maneələr şəraitində hava hədəflərini

məsafədə məhv etməyə imkan verir. A3 variantında təkmilləşdirmədən sonra ZSU‐23‐4М “Şilka ‐4М” ÖZQ zenit raket‐artilleriya kompleksinə dönmüşdür.

Belarus Respublikasının BSVT şirkəti tərəfindən ZSU‐23‐4M “Şilka‐4M” ÖZQ‐nun daha bir variantı təkmilləşdirilmişdir. ÖZQ‐da radio‐cihaz kompleksinin (RCK) 1RL33 RLS‐dən, hesablama‐həlletmə cihazından, vizirləmə xəttini sabitləşdirmə siste‐mindən və atəş xəttini sabitləşdirmə sistemindən ibarət bütün elementləri tam şəkildə müasir avadanlığa də‐yişdirilmişdir. ZSU‐23‐4M “Şilka‐4M” ÖZQ‐nin ZSU‐23‐4MB “Şilka‐4MB” səviyyəsinə qədər təkmilləşdirilməsi nəticəsində qurğunun üzərindən ümumi kütləsi 2 tondan artıq olan 56 ədəd blok çıxarılmışdır. Eyni zamanda tırtıllı QM‐575 maşının təkmil‐ləşdirilməsi də yerinə yetirilmişdir. Yerinə yetirilmiş təkmilləşdirmədən sonra ZSU‐23‐4M “Şilka‐4M” ÖZQ‐nin döyüş imkanları ≈2 dəfə artmış, özünü aşkar etmədən düşmənin təyyarələrini, helikopterlərini və PUA‐larını uzaq məsafələrdə aşkar və müşayiət etmək, həmçinin yüksək dəqiqliklə məhv etmək imkanı əldə etmişdir.

Vyetnamda da ilkin modifika‐siyalarda istifadə edilən bort radio‐elektronikasının uzun və ümidsiz şəkildə köhnəldiyini nəzərə alaraq ZSU‐23‐4 “Şilka” ÖZQ‐nin təkmilləşdirilməsi yerinə yetirilib. Vyetnam Xalq Ordu‐sunun Hərbi Elmlər və Texnologiyalar Elmi‐Tədqiqat İnstitutunun rəhbərlik etdiyi bir sıra yerli müəssisələr köh‐nəlmiş texnikanın döyüş keyfiyyətlərini nəzərəçarpacaq dərəcədə artırmağı

təmin edən təkmilləşdirilməsi layi‐həsini həyata keçiriblər.

Hazırda ümumi istehsal sayı 140‐150 min ədəd olmaqla dünyanın 50‐dən artıq ordusunda 23 mm çaplı ZU‐23‐2 qoşalaşdırılmış zenit qurğusu silah‐lanmada durur. Bu qurğuların keçən əsrin 50‐ci illərinin sonlarında inkişaf etdirildiyini və 1960‐cı ildən etibarən silahlanmada olduğunu nəzərə alaraq söyləmək olar ki, onlar artıq özlərinin taktiki‐texniki xassələrinə görə müasir hava hədəflərinə qarşı döyüşün tələblərinə cavab vermirlər. Bunu nə‐zərə alaraq, bəzi ölkələrdə hərbi və müdafiə sənayesi sahəsinin mütə‐xəssisləri ZU‐23‐2 zenit qurğusunun təkmilləşdirilməsi istiqamətində bir çox konstruktor‐mühəndis işləri yerinə yetirmişlər.

Rusiya Federasiyasında 1995‐1996‐cı illərində “Ulyanovsk mexaniki zavodu”nda ÖZQ‐nun ZSU‐23‐4M3 “Biryusa” modifikasiyasına radioloka‐siya atəşi idarəetmə sistemi, həmçinin “Strelets” idarəetmə aparaturası və buraxma modulları dəsti (İABMD) quraşdırılaraq qurğunun ZSU‐23‐4M4 “Şilka‐M4” variantı yaradılmışdır. “Strelets” İABM quraşdırılması ilə ZSU‐23‐4 “Şilka” ÖZQ‐nin döyüş xü‐susiyyətləri 2 dəfə artmış və yekunda raket‐top qurğusuna çevrilmişdir.

“Ulyanovsk mexaniki zavodu” tərəfindən yerinə yetirilmiş növbəti təkmilləşdirmə zamanı atəş gücünün artırılması və idarəetmənin yaxşı‐laşdırılmasından ötrü qurğunun ZSU‐23‐4M4 “Şilka‐M4” modifikasiyasına müasir radiolokasiya və optik‐elektron atəşi idarəetmə sistemi quraşdırılmaqla ZSU‐23‐4M5 “Şilka‐M5” təkmilləşdiril‐miş variantı hazırlanmışdır.

Rusiyanın ZU‐23‐2 zenit qurğuları da bir neçə modifikasiyada təkmil‐ləşdirilib. Bunlara öz aralarında konstruktiv cəhətdən fərqlənən ZU‐23‐2M /2M1 /2M2, ZU‐23‐2M1‐2, ZU‐23‐2M3, ZU‐23‐2M1‐3, ZU‐23‐2/30M1‐3 və ZU‐23‐2/30M1‐4 qurğuları aiddir. Yeni modifikasiyalar bəzi ümumi ideyalara və həll yollarına əsaslansa da, döyüş keyfiyyətlərinə təsir edən müəyyən fərqlərə malikdirlər. Eyni zamanda həm silahlanma, həm də əlavə yeni avadanlıq növləri baxımından maksimal dərəcədə unifikasiya olu‐nublar.

Müasir silahlı münaqişələri kustar üsulla hazırlanmış hərbi texnikanın istifadə edilmədiyini təsəvvür etmək çətindir. Döyüşlərə hazırlaşan müxtəlif silahlı birləşmələr mövcud mülki nəqliyyat vasitələrinə bu və ya digər növ silahlar quraşdırır. Artıq bir müddətdir ki, ciddi silah istehsalçıları da belə “nümunələrə” maraq gös‐tərməyə başlayıblar. Beləliklə, baş‐qasının təcrübəsi və öz inkişafları əsasında Rusiya müdafiə sənayesi SAMUM təkmilləşdirilmiş ultra‐mobil çoxməqsədli artilleriya qurğusu ya‐radıb. Perspektivli kompleksin əsas komponentlərindən biri tanınmış 23 mm çaplı ZU‐23‐2 qoşalaşdırılmış zenit qurğusudur. SAMUM məmulatı yüngül təkərli platformalı zirehli avtomobildən və onun üzərində bir cüt 23 mm‐lik avtomatik topu olan zenit‐artilleriya qurğusundan ibarətdir. Ümumilikdə, kompleks çoxdan tanınmış həllərə və seriyalı aqreqatlara əsaslanır. Yeni tipli şassi ZU‐23‐2/30M1‐4 zenit‐artilleriya qurğusu ilə təchiz edilib. Artilleriya və ya raket‐artilleriya silahları olan mühafizə olunan döyüş maşını, uçan aparatlarla mübarizə qabiliyyətini saxlamaqla bölmələrə atəş dəstəyi və yerüstü hədəflərə hücum vasitəsi kimi istifadə edilə bilər.

Almaniya Federativ Respubli‑ kasının “Rheinmetall Air Defence” şirkəti 1961‐ci ildən bəri istehsal edilən və ən azı 36 ölkə tərəfindən alınmış dünyaca məşhur 35 mm‐lik “Oerlikon GDF” zenit qurğularının ən son inteqrasiyası olan “Oerlikon GDF‐009” qoşalaşdırılmış yedəkli zenit qur‐

ğusunu yaradıb. Eyni zamanda, ümumilikdə, “Oerlikon GDF‐009” artilleriya qurğusu bu sistemin əvvəlki GDF‐001‐dən GDF‐007‐ə qədər olan seriyalı versiyalarının konstruktiv quruluşunu qoruyub saxlayıb və iki 35 mm‐lik “Oerlikon KDC” avtomatik topu ilə dəstləşdirilib. “Oerlikon GDF‐009” modeli dörd təkərli lafetə əsaslanır və döyüş mövqeyində yerləşdirildikdə üç stabilizator tərəfindən yer səthindən yuxarı qaldırılır. O, həmçinin avtomatik nizamlama sistemi ilə təchiz olunub. Bu sistemə RLS, optoelektron və lazer kanallarından ibarət sistem daxildir və qoşquya yerləşdirilir. Bir idarəetmə sistemi iki zenit qurğusunu idarə edir.

“Oerlikon GDF‐009 EO” modi‐fikasiyasında “Chess Dynamics” şir‐kətinin termal, optoelektron və lazer kanalları ilə təchiz olunmuş sabitləş‐dirilmiş dairəvi müşahidə modulundan ibarət gecə‐gündüz elektro‐optik hədəf

izləmə sistemi quraşdırılıb. “Oerlikon GDF‐009 TREO” modifikasiyasında isə əlavə olaraq elektron‐optik bloklu X‐diapazonlu hədəf aşkarlama və izləmə RLS də quraşdırılıb. “Oerlikon GDF‐009” zenit qurğusu havada partlama imkanlı yeni AHEAD proqramlaşdırıla bilən atəş yığımları ilə atış aparmağa qadirdir.

Cənubi Afrika Respubliksı (CAR) Silahlı Qüvvələrininarsenalında olan “Oerlikon GDF‐005” zenit kompleksi lüləsinin uzunluğu 90 çap olan 35 mm çaplı qoşalaşdırılmış topla təchiz edilib. Zenit silahının atəş tezliyi hər lülə üçün 550 atış təşkil edir. Lakin bu xüsu‐siyyətlər müasir uçuş aparatlarına qarşı mübarizə aparmaqda kifayət etmir. Bunu nəzərə alan CAR hərbçiləri 35 mm çaplı “Oerlikon GDF‐005” qısa mənzilli zenit‐artilleriya kompleks‐lərinin təkmilləşdirilməsi qərarını qəbul etmişlər. Nəticədə Almaniyanın “Rheinmetall” şirkəti ilə CAR‐ın Mü‐dafiə Nazirliyi arasında imzalanmış müqavilə çərçivəsində ordunun silah‐lanmasında olan “Oerlikon GDF‐005” (və ya “Oerlikon GDF Mark V”) avtomatik kompüterləşdirilmişdir zenit‐artilleriya qurğularının yeni “Oerlikon Skyshield” atəşi idarəetmə sistemləri ilə təchiz edilmişdir. Bundan başqa, müqavilə çərçivəsində 35 mm‐lik “Oerlikon GDF‐005” toplarının özləri də təkmilləşdirilmişdir. Təkmilləşdirmə sayəsində “Oerlikon GDF‐005” topları əvvəlcədən proqramlaşdırıla bilən APAA atəş yığımlarından istifadə etmək imkanı əldə etmişdir. Nəticədə “Oerlikon GDF‐005” zenit‐artilleriya qurğuları MkVII səviyyəsinədək

53

təkmilləşdirilmişdir. Beləliklə, 35 mm‐lik “Oerlikon GDF‐005” qurğusunun təkmilləşdirilməsi və əsaslı təmiri CAR‐da həm adi, həm də asimmetrik təhlükələrlə mübarizə apara bilən müasir HHM sistemi yaratmağa imkan vermişdir.

Slovakiya Respublikasının EVPU şirkəti həm 23 mm‐lik ZU‐23‐2, həm də 35 mm‐lik “Oerlikon GDF‐009” zenit qurğularının təkmilləşdirilməsi üçün modul komponentlər hazırlayıb. ZU‐23‐2 və “Oerlikon GDF 009” qoşalaşdırıl‐mış zenit qurğuları üçün hazırlanmış komponentlər dəsti silah sistemlərinin təkmilləşdirilməsini təmin edir. 23 mm çaplı ZU‐23‐2 zenit qurğusu üçün təyin edilmiş komponentlər kompleksi avto‐matlaşdırılmış idarəetmə sisteminin kompüterlə təkmilləşdirilməsini, lazer məsafəölçənli optoelektronika qutu‐sunun inteqrasiyasını, obyektin tanın‐ması, hədəfi avtomatik müşayiətetməni və hərəkət edən hədəflərin axtarışı avadanlığını özündə cəmləşdirir. Silahın bütün orijinal idarəetmə komponent‐ləri və funksiyaları qorunub saxlanılıb və işlək vəziyyətdə qalır. 35 mm‐lik “Oerlikon GDF 009” zenit qurğusu üçün təyin edilmiş komponentlər dəsti, nəticədə səs‐küy və istilik ayrılmalarını azaldan akkumulyator batareyala‐rından intellektual rəqəmsal idarəetmə sistemi və enerji təminatı bloku şək‐lində təkmilləşdirməni təmin edir.

Türkiyə Respublikası müdafiə sənayesi də zenit‐artilleriya qurğula‐rının təkmilləşdirilməsi istiqamətində müəyyən işlər yerinə yetirmişlər. Belə ki, lisenziya əsasında 35 mm‐lik “Oerlikon GDF‐3” zenit qurğusu yerli MKE şirkəti tərəfindən “MKE GDF‐003B” markası ilə istehsal olunur.

Uzunmüddətli istismar nəticəsində ortaya çıxan texniki problemlərin həlli və döyüş tapşırıqlarının daha dəqiq yerinə yetirilməsi məqsədi ilə “MKE GDF‐003B” zenit qurğusu ASELSAN şirkəti tərəfindən təkmilləşdirilərək “MKE/Aselsan GDF‐003B” adlandırıl‐mışdır. Təkmilləşdirmə zamanı MKE qurumu 35 mm‐lik avtomatik topları, ASELSAN isə onunla birlikdə işləyəcək atəşi idarəetmə və komanda sistemini hazırlamışdır. Bu sistemin “Skyguard” sistemi ilə oxşar cəhətləri var. Atəşi idarəetmə və komanda sistemi ASELSAN şirkətinin istehsalı olan 3D axtarış RLS‐i, atəşi idarəetmə RLS‐i, elektro‐optik sensorlar və digər elektronikadan ibarətdir. Hər bir silah sistemi 1100 (2x550) atəş/dəqiqə atəş tezliyi ilə 4 km‐lik effektiv məsafəyə atəş aça bilir. Təkmilləşdirmə sistemə hədəfin qarşısında əvvəlcədən hesablanmış nöqtədə partlayan, ASELSAN istehsalı 35 mm‐lik ATOM hava partlamalı atəş yığımı ilə atəş aparmağa imkan verir. 35 mm‐lik hava partlamalı ATOM sursat konsepsiyası sabit/fırlanan qanadlı təyyarələr, qanadlı raketlər, “hava‐yer” sinif raketlər və pilotsuz uçuş aparatları və digər dəqiq idarə olunan silahlar da daxil olmaqla müasir hədəflərə qarşı silah sistemlərinin effektivliyini artırmaq üçün inkişaf etdirilib. ASELSAN şirkətinin atəşi idarəetmə və komanda sisteminə 35 mm‐lik top platforması ilə birlikdə aşağı hündürlük ZRK də inteqrasiya edilə bilər. “Oerlikon GDF‐009” qurğusunda olduğu kimi, hər bir silah platforması silahın enerji təminatı bloku qismində fəaliyyət göstərən və lazım olduqda kənar mənbədən doldurula bilən inteqrasiya olunmuş akkumulyator batareyası ilə təchiz edilib.

ASELSAN şirkəti tərəfindən hazırlanmış “Korkut” özüyeriyən zenit qurğusu modernləşdirilmiş “MKE GDF‐003B” qurğusunun əsasında hazır‐lanmış və amfibiya qabiliyyətinə malik FNSS ACV‐30 şassisinə yerləşdiril‐mişdir. Sistemin 35 mm çaplı KDC‐02 topu lisenziya əsasında MKE tərəfindən istehsal edilib. Hər bir “Korkut” sistemi bir “Korkut KKA” (“Korkut Komuta Kontrol Aracı”) komanda‐idarəetmə maşınından və üç silah platformalı “Korkut SSA” (“Korkut Silah Sistemi Aracı”) döyüş maşınından ibarətdir. Komanda‐idarəetmə vasitəsi 70 km effektiv axtarış məsafəsinə malik 3D axtarış RLS‐nə sahibdir. Hər bir silah platforması maşını qapalı qoşalaş‐dırılmış 35 mm‐lik topları, atəşi idarə‐etmə RLS‐i və elektro‐optik sensorları daşıyır.

“Korkut SSA” döyüş maşınının gövdəsinin poqonunda MKE GDF‐002 avtomatik topları olan insansız qüllə quraşdırılıb, silah qurğusu iki müstə‐vidə sabitləşdirilib. Qurğuda avtomatik lentsiz sursat qidalanma mexanizmi (Otomatik Şeritsiz Mühimmat Besleme Mekanizması – OŞMBM) iki müxtəlif növ sursatın eyni anda doldurulmasına və üstünlük verilən sursatların istənilən vaxt seçilərək atəş aparılmasına imkan verir. 35 mm KDC‐02 tipli ikilüləli silah sisteminin atəş tezliyi dəqiqədə 1000 (2x500) atəş təşkil edir. Bütün sistemlər və silahlar uzaqdan idarə olunur, döyüş işləri yarımavtomatik və avtomatik rejimlərdə yerinə yetirilir. Əsas iş üsulu idarəetmə vasitəsi ilə qarşılıqlı əlaqəni və hədəf təyinatı üzrə atəş aparmanı əhatə edir. Eyni zamanda ÖZQ‐dan müstəqil istifadə etmək mümkündür.

“Korkut KKA” maşınının heyəti 3 nəfər (komandir, sistemlər operatoru və sürücü‐mexanik) və “Korkut SSA”

54 www.poliqon.az

döyüş maşınının heyəti 3 nəfərdir (komandir, tuşlayıcı‐operator, sürücü‐mexanik).

Texniki baxımdan, “Korkut” kompleksi üstün xüsusiyyətlərə malik, tapşırıqların öhdəsindən gəlməyə kifayət qədər qadir olan olduqca effektiv sistemdir. Qeyd etmək lazımdır ki, hazırda “Korkut” Türkiyə Ordusunda yeganə özüyeriyən zenit‐artilleriya qurğusu olaraq qalır. Əvvəlki illərdə bu kompleksin yaradılması prosesi ilə paralel olaraq ABŞ istehsalı köhnə M42 “Duster” ÖZQ‐lar ehtiyata çıxarılıb və yəqin ki, lazımsız olduqları üçün tez‐liklə onların utilizasiyasına başlanacaq.

İran İslam Respublikasında pilləli HHM sisteminin yaradılmasına diqqət yetirildiyi üçün hərbi ko‐mandanlıq alçaqdan uçan hava hədəflərinə, PUA və qanadlı raketlərə qarşı effektiv və ucuz vasitə kimi inteqrasiya olunmuş aşkarlama/hədəf təyinatlı RLS və avtomatlaşdırılmış atəşi idarəetmə sistemləri olan zenit‐artilleriya qurğularının inkişafına xü‐susi yer verir. Onların arasında hədəfləri müşayiət etmək üçün te‐leviziya kanalı və DZRK buraxma qurğularının inteqrasiya edilməsi ilə sovet ZSU‐23‐4 “Şilka” ÖZQ‐nin təkmil‐ləşdirilməsi, qoşalaşdırılmış lüləli 57 mm‐lik “Bəhman” ÖZQ, üç lüləli 23 mm‐lik “Asefeh” ÖZQ, uzaqdan atəş idarəsi ilə yedəyə alınan səkkiz lüləli 23 mm “Mesbah‐1” zenit qurğuları yer tutur. İranMüdafiə Sənayesi Təşkilatına daxil olan müəssisələrin birgə fəaliyyəti nəticəsində 2000‐ci illərin əvvəllərində sovet istehsalı köhnə 23 mm‐lik ZU‐23‐2 qoşalaşdırılmış zenit qurğusu ilkin olaraq “Mesbah”, sonradan isə 2010‐cu illərdə “Mesbah‐1” variantında tək‐milləşdirilmişdir. ZU‐23‐2 qurğusunun təkmilləşdirilməsi zamanı yerli mü‐təxəssislər bir qurğuda silahların sayını artırılması və yeni atəşi idarəetmə sisteminin köməyi ilə nişanalma və atəş açma prosesini avtomatlaşdırmaqla atəşin sıxlığını yüksəltməyə diqqət yetirmişlər. Bu da, hava hədəflərinə dəqiq atəş açmağa və heyətlərin təh‐lükəsizliyini artırmağa, eyni zamanda atəş zamanı silahların yanında ol‐mamağa imkan vermişdir.

“Mesbah‐1” zenit qurğusu yaxın müdafiəni təmin etmək üçün qısa mən‐zilli sistemdir. Əsas təyinatı düşmənin alçaq və çox alçaq hündürlüklərdə uçan

hava hədəflərini məhv etməkdir. 8 ədəd qoşalaşmış iki avtomatik topdan ibarət artilleriya silah sistemi fırlanan platformada hazırlanıb və təkərli gediş üzərində quraşdırılıb. ZU‐23‐2 tipli dörd sistemin hər biri özünün sursat qidalanma sistemi ilə təchiz edilib. Zenit‐artilleriya sisteminin atəş tezliyi dəqiqədə 8000 atəş təşkil edir. Zenit‐artilleriya sistemi 30 kilometrə qədər məsafələrdə raket tipli hava hədəf‐lərinin aşkarlanmasını təmin edən “Planar Radar Array” RLS ilə təmin edilib. Əlavə avadanlıq olaraq, ehtiyat idarəetmə və tuşlama sistemi nəzərdə tutulub. Yalnız optik sistemlərlə işləyərkən artilleriya kompleksi 10 km‐ə qədər məsafədəki hədəfləri aşkar edə bilir. Atəşi idarəetmə sistemi hədəf‐lərinə 10 km‐lik zonaya çatmasından sonra silahları tuşlamağa başlayır. Hədəf zenit‐artilleriya sisteminin fəaliyyət zonasına daxil olmazdan 20 saniyə əvvəl idarəetmə modulu onu vurmaq və ya boş buraxmaq barədə qərar qəbul edir. “Mesbah‐1” zenit kompleksi “Səmavat” zenit qurğusunun enli gedişi üzərində yerləşdirilib və hərbi yük avtomobili ilə yedəyə alınır. İran mütəxəssislərinin təkmilləş‐dirdiyi digər zenit silahı isə təkərli şassidə yerləşdirilmiş “Bəhman” mobil zenit qurğusudur. Açıq mənbələrin məlumatına və şəkillərə əsasən söy‐ləmək olar ki, zenit‐artilleriya qurğusu 57 mm çaplı qoşalaşdırılmış avtomatik topla təchiz olunub. Xarici görünüşdən qurğunun artilleriya hissəsi Ukrayna istehsalı KrAZ‐6322 yük maşınının şassisinə quraşdırılmış sovet istehsalı

57 mm‐lik ZSU‐57‐2 ÖZQ‐nin təkmilləşdirilmiş qülləsinə bənzəyir. Zenit qurğusunun topları 85 dərəcə qalxa və 360 dərəcə fırlana bilir. Artilleriya topunu sabitləşdirməkdən ötrü dörd hidravlik dayaqdan istifadə olunur ki, onlar da yük maşınının kabinəsindəki bir düymənin sıxılması ilə sürətlə yığılır və açılır. “Bəhman” zenit qurğusunun silahlanması me‐xanizmlərin güzgü düzülüşü ilə fərqlənən lülə uzunluğu 76,6 çap (4365 mm) olan iki S‐60 topundan ibarət 57 mm‐lik iki S‐68 avtomatik silahıdır. Qurğunun avtomatikası lülənin qısa gedişində təpmə enerjisindən istifadə etməklə işləyir. İstehsalçının sözlərinə görə, zenit‐artilleriya kompleksi təkcə qırıcıları və helikopterləri vurmağa deyil, həm də radarlara görünməyən aşağı hündürlükdə uçan qanadlı raketləri tutmağa və məhv etməyə qadirdir.

Beləliklə, müasir şəraitdə müxtəlif ölkələrdə silahlanmada olan və inkişaf etdirilən zenit‑artilleriya kompleksləri kiçik hava hədəfləri, ilk növbədə PUA, qanadlı raketlər, raketlər, artilleriya mərmiləri və minaatan minaları ilə mübarizə baxımından HHM sistemində ən təsirli vasitədir. Bir çox ölkələrdə ZAK‑ ın yaradılması və ya mövcudlarının təkmilləşdirilməsi üzrə ən intensiv işlər aparılır. Gələcəkdə obyektlərin gecə‑ gündüz və istənilən hava şəraitində hava hücumlarından etibarlı qorunmasını təmin etmək üçün zenit‑artilleriya kompleksləri ilə lazer silah sistemlərini birgə tətbiq etmək mümkündür PQ

55

Vətən müharibəsində döyüşlərin getdiyi ərazilərdən reportaj

? Zaur Babaşov

Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində Azərbaycan Res‑ publikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün azad edilmiş ərazilərimizə media‑turlar təşkil olunub. Media nümayəndələri bu ərazilərdə dislokasiya olunan hərbi hissələrdə çəkilişlər aparıb, orada xidmət edən Vətən müharibəsi iştirakçılarından müsahibələr götürüblər.

Hərbi qulluqçular 44 günlük müharibə ərzində icra olunan döyüş əməliyyatlarından xatirələrini media nümayəndələri ilə bölüşüblər. Media‐turlar çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri şəxsi heyətin xidməti‐döyüş fəaliyyətinin təşkili və hərbi hissələrdə yaradılan məişət şəraiti ilə də yaxından tanış olublar.

Zəngilan və Qubadlı zəfərinə gedən yolun açarı – düşmənin üçüncü səddinin yarılması 2020‐ci il sentyabr ayının 27‐də başlayan, 44 gün davam edən və Azər‐baycan Ordusunun qələbəsi ilə nəti‐cələnən Vətən müharibəsində Silahlı

Qüvvələrin digər silahlı birləşmələri ilə birlikdə Dövlət Sərhəd Xidmətinin (DSX) heyəti də əks‐hücum əməliy‐yatlarında iştirak ediblər. Müharibənin ilk günündən sərhədçilər Füzuli rayonu ərazisindəki təmas xəttindən Er‐mənistanla dövlət sərhədinədək böyük bir ərazini azad edib, 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini

məhv edib, Xudafərin körpüsündə, Zəngilanın Ağbənd qəsəbəsində və Zəngilan şəhərində dövlət bayrağını sancıb, Ermənistanla sərhəddə “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad ediblər. Azərbaycan Silahlı Qüvvələrinin digər silahlı birləşmələri ilə birlikdə Dövlət Sərhəd Xidmətinin heyəti Füzuli, Cəbrayıl, Qubadlı ra‐yonları, Hadrut qəsəbəsi və Şuşa şə‐hərinin azad olunmasında qəhrəmanlıq və igidlik nümunələri göstəriblər.

Vətən müharibəsində vacib əhəmiyyətə malik döyüş əməliyyat‐larından biri Araz çayından Cəbrayıl rayonunun mərkəzinə qədər uzanan düşmənin müdafiə xəttinin üçüncü səddinin yarılması olub. Cənub‐qərb istiqamətindəki bu əməliyyatların ye‐rinə yetirilməsi Dövlət Sərhəd Xid‐mətinin xüsusi təyinatlı bölmələrinə tapşırılıb. Bu əməliyatı uğurla başa çatdıran və Azərbaycanın hərb tarixinə qızıl həriflərlə yazan hərbi qulluq‐çularla yerində görüşmək və döyüşlər haqqında birbaşa onlardan eşitmək üçün DSX tərəfindən Cəbrayıl rayonuna media‐tur təşkil olundu. POLİQON

jurnalı olaraq səfər zamanı öncə Soltanlı və Əmirvarlı istiqamətində döyüşlərin getdiyi ərazilərdə olduq və bu döyüşlərdə iştirak etmiş, fərqlənmiş hərbi qulluqçulardan əldə etdiyimiz məlumat əsasında Zəngilan və Qubadlı zəfərinə gedən yolun açarı hesab olunan düşmənin üçüncü səddinin yarılmasının detallarını təqdim edirik.

Əmirvarlı və Soltanlı istiqamə‑ tində qızğın döyüşlər gedib Düşmənin müdafiə xəttinin üçüncü səddinin yarılmasının, Əmirvarlı və Soltanlı kəndləri istiqamətindəki əmə‐liyyatların əhəmiyyətini vurğulayan DSX‐nin hərbçisi, polkovnik Nəsib Mirzəyev bildirdi ki, düşmənin birinci və ikinci dayaq nöqtələri, habelə eşelonları əllərindən çıxdığına görə, bu müdafiə xətti düşmənin bu istiqamətdə son dayaq nöqtəsi idi. Onun sözlərinə görə, Araz çayından Cəbrayıl şəhərinə qədər olan bütün bu dayaq nöqtələrini düşmən demək olar xüsusi təyinatlı bölmələri ilə müdafiə edib: “Çünki onlar bilirdilər ki, bu ərazidə üçüncü dayaq nöqtələri əllərindən çıxdıqdan sonra bizim xüsusi təyinatlı bölmələrimiz üçün dövlət sərhədinin bərpa edilməsi yolunda heç bir maneə qalmır. Düş‐mənin üçüncü səddi seçməkdə məqsədi buradakı yüksəklikdən 8‐10 kilometrə

qədər məsafənin düzəngahlıq olması idi. Düşmən elə düşünürdü ki, buradan səddi keçmək üçün biz hər hansısa texnikadan istifadə edəcəyik və onların xüsusi təyinatlıları bizi aşkarlayaraq məhv edəcək. Amma təminat və təc‐hizatımız bizə imkan verdi ki, ge‐cəgörmə və termal cihazlardan istifadə edərək gecənin müxtlif vaxtlarında sızma əməliyyatları ilə bu istiqamətə doğru irəliləyək. Bilirsiniz ki, xüsusi təyinatlılar heç vaxt rahat yoldan hərəkət etmir. Planlaşdırıb qərara gəldik ki, Sarıcalı kənd istiqamətindən düşmən arxasına sızaraq onları məhv edək. Çünki bu istiqamətdə bizim üçün daldalanacaq nöqtələr var idi. Məhv etdiyimiz düşmən meyitlərindən de‐mək olar əksəriyyətinin onların xüsusi təyinatlıları olduğu görünürdü. Düşmən buranı müdafiə edə bilməyəcəklərini anlayaraq geri çəkilməyə doğru hərəkət etdilər”.

Polkovnik N.Mirzəyev Əmirvarlı və Soltanlı istiqamətində üçüncü səddin alınmasının heç də asan olmadığını və bunun saatlar yox, günlər çəkdiyini vurğuladı: “Bu istiqamətdə qızğın döyüşlər getdi. Bildirmək istəyirəm ki, ərazi və relyef baxımından burada qar‐şımıza geniş formada düşmənin mü‐həndis maneələri çıxırdı. Minalı sahələr həddən artıq çox idi. Qarşımıza əsasən düşmənin hər hansı zavod istehsalı olmayan, əldə düzəldilmiş idarəolunan minaları çıxırdı. Bunlar isə peşəkar istehkamçılarımız tərəfindən aşkar edilirdi”.

57

DSX polkovniki bu ərazilərin gecə vaxtı Sarıcalı istiqamətindən düşmən arxasına sızaraq səngər və silsilə boyu Cəbrayıl şəhərindən Araz çayına qədər döyüşərək azad olunduğunu dedi. N.Mirzəyev vurğuladı ki, DSX‐nin xüsusi təyinatlıları ən müasir silah və avadanlıqlarla, o cümlədən gecəgörmə və termal cihazlarla, zirehli gödəkcə və dəbilqələrlə tam təmin edilib. Bundan başqa onlara ən yüksək səviyyədə tə‐limlər keçirilib. Bütün bunlar DSX‐nin xüsusi təyinatlılarına tapşırıqları pe‐şəkarcasına döyüşərək yerinə yetirmək, düşməni məhv etmək imkanı verib.

Düşmən bu nöqtədə tam rahat müdafiə oluna biləcəklərini düşü‑ nürdü

Əmirvarlı və Soltanlı yolununun üzərindəki adsız yüksəkliyin Cəbrayıl istiqamətində düşmənin ən böyük müdafiə xətti olduğunu vurğulayan polkovnik Samir Məmmədov bildirdi ki, döyüş zamanı həmin müdafiə xəttinin xəritəsini ələ keçiriblər. Xəritədə isə düşmənin hansı qaydada və necə mü‐dafiə olunması planlı şəkildə göstərilib.

“Bu müdafiə xəttinin yarılması çox çətinliklə alındı. Ona görə ki, ərazinin relyefi genişdir və çox hündürdə yer‐ləşən müdafiə xəttidir. Bu müdafiə xətti Araz boyundan Cəbrayılın mərkəzinə qədər olan ərazini əhatə edir və bütün ərazi demək olar qarşı tərəf üçün tam görünəndir. Düşmən bu yerdən əra‐zidəki texnikanın və piyadaların bütün hərəkətini görə bilir. Onlar burada bütün qüvvələrini cəmləşdirərək müdafiə olunurdu. Çünki bu nöqtədə tam rahat müdafiə oluna biləcəklərini düşünürdülər. Amma biz onların bütün planlarını pozaraq bu müdafiə xəttinə xüsusi taktiki gedişlərlə daxil olduq. Bizim qüvvələr səngərin demək olar ki, orta xəttindən daxil oldu və düşmən təşvişə düşdü. Araz istiqamətindəki bütün qüvvələrini Cəbrayılın mərkəzinə doğru olan səngərlərə cəmləşdirdilər. Burada düşmən artıq gücünün yarısını itirdi. Amma buna baxmayaraq düşmən yenə döyüşməyə davam edirdi”, – deyə polkovnik S.Məmmədov vurğuladı.

Hətta düşmən qırıcıları da üstümüzə göndərildi S.Məmmədov bildirdi ki, düşmənlə yaxın məsafədən döyüşdükləri üçün

artilleriyanın köməyindən istifadə edə bilməyiblər. Ancaq şəxsi heyətin xüsusi bacarığı nəticəsinidə bu müdafiə xətti darmadağın edilib.

“Bu müdafiə xəttinin dağıdılması işğaldan tam azad edə biləməyimiz üçün bizə qarşıda böyük bir ərazi buraxdı və Xudafərin, Zəngilan, Qubadlı istiqamətində yolu tam açdı. Müdafiə xəttini yarandan sonra, qüvvələri aşağıdakı Soltanlı kəndi istiqamətində cəmləşdirdik ki, oradan artıq Xudafərin, Zəngilan, Qubadlı istiqamətinə hərəkət edək. Burada, hətta düşmənin döyüş təyyarələri də üstümüzə göndərildi. Bizim hava hücumundan müdafiə sis‐temlərinə yaxalanmasınlar, vurulma‐sınlar deyə düşmənin iki ədəd Su‐25 təyyarəsi çox aşağı məsafədən üzə‐rimizdən uçurdu. Bəlkə şansımızdan və ya düşmən pilotlarının peşəkar olma‐masından irəli gəlirdi ki, onlar başımızın üzərindən keçdilər, amma atdıqları bomba 200‐300 metr sapma ilə uzaqlıqdakı ərazini darmadağın etdi. İkinci dəfə manevr edəndə isə düşmənin hərbi təyyarələridən biri bizim “İqla S”lərin atışı nəticəsində Soltanlı kəndi istiqamətində vuruldu. Bundan sonra, düşmənin təyyarəsi bizə yaxınlaşmadı”, – deyə polkovnik S.Məmmədov vurğuladı.

S.Məmmədovun sözlərinə görə, düşmənin üçüncü müdafiə xəttinin yarılmasının ardından qısa müddət sonra, növbəti günlər ardıcıllıqla Xudafərin qəsəsbəsi, Zəngilan və Qubadlı şəhərləri Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edildi və Ali Baş Komandana məruzə olundu.

Xudafərinin işğaldan azad olunması

Vətən müharibəsində ən uğurlu döyüşlərdən biri Arazboyu əməliy‐yatları olub. Bu uğurlu əməliyyatlar nəticəsində 2020‐ci il oktyabrın 18‐də Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin qəsəbəsi düşməndən azad edilib. Bu qəsəbənin azad edilməsi ilə strateji yüksəkliklər əldə edilib və tarixi Xudafərin körpüsü 27 il sonra öz sahibinə qaytarılıb. Azad olunan Xu‐dafərin körpüsünə Azərbaycanın şanlı üçrəngli bayrağı sancılıb. Azərbaycan xalqına bu sevinci Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırıb. Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana Dövlət Sərhəd Xidmətinin zabiti, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov məruzə edib.

Xudafərinin azad edilməsi 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan tərəfindən qoyulmuş döyüş tapşırıqlarını uğurla icra edən Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti tərəfindən göstərilən şücaətlərdən biri idi.

Xudafərin körpüsünün işğaldan azad olunmasının ikinci ildönümü ərəfəsində, media nümayəndələri üçün DSX tərəfindən təşkil edilən səfərdə, Xudafərin ərazisində xidmət edən, döyüşlərdə iştirak etmiş hərbi qulluqçularla yerində görüşmək və döyüşlər haqqında birbaşa onlardan eşitmək imkanımız oldu. Zəfər tarixini onu yazanlardan eşitmək, azad Cəbrayılın, Xudafərinin keşiyində dağ kimi dayanan sərhədçi qəhrəmanları əyani tanımaq Qarabağ döyüşləri ilə bağlı hadisələri gözümüzdə bir daha canlandırdı.

Dəlidağ silsiləsi əhəmiyyət kəsb edirdi

Xudafərinin işğaldan azad olun‐masından söz açan Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov bildirdi ki, döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. Düşmənin sağ qalan heyəti isə silah‐sursatını ataraq döyüş meydanından qaçmağa məcbur olub.

58 www.poliqon.az

“Bu ərazilərin işğaldan azad olunması Əmirvarlı və Soltanlı isti‐qamətində səddlərin işğaldan azad olunmasından sonra başlanıldı. Soltanlı istiqamətində səddin götürülməsindən sonra, DSX‐nin əməliyyat planı Araz boyu sərhəd istiqamətində irəliləmək oldu. Bu geniş əməliyyat planlarından biri də Dəlidağ silsiləsinin işğaldan azad edilməsi idi. Bu, arxa tərəfinizdə gör‐düyünüz Dəlidağ silsiləsinin işğaldan azad olunması uğrunda bir neçə əməliyyat planı hazırlandı ki, bura qədər biz bir neçə təpə və hün‐dürlükləri götürməli, düşməndən təmizləməli olduq. Əməliyyat planının məqsədi ondan ibarət idi ki, bu silsilənin üzərində biz çevik hərəkat qruplarını yerləşdirərək Araz boyu istiqamətindən hərəkət edən düşmənin canlı qüvvəsini və texnikasını məhv edək. Bu Dəlidağ silsiləsinə bir sutkadan az vaxt ərzində çatdıq. 11,5 kilometr məsafəni düşmən arxasına sızmaq əməliyyatı ilə qət etdik. Dəlidağ silsiləsini götürdükdən sonra, orada düşmənə pusqu hazırladıq. Düşmənin canlı qüvvəsi və texnikası orada bizim pusquya düşdü və tam olaraq məhv edildi”, – deyə polkovnik B.Ələkbərov vurğulayıb.

Onun sözlərinə görə, Xudafərin istiqamətində Xudafərin körpüsü yox, Dəlidağ silsiləsi əhəmiyyət kəsb edirdi. Buna görə də, onlar əvvəlcə Dəlidağ silsiləsini işğaldan azad etməli olublar. B. Ələkbərov bildirib ki, sərhədçilər bu silsiləni işğaldan azad etdikdən sonra, növbəti tapşırıq əsasında qruplarla

bütün bu ərazilərdə arama‐tarama işlərinə başlayıb və həmin ərazini düşməndən təmizləyiblər.

“Bundan sonra, qədim Xudafərin körpüsü üzərində şanlı bayrağımızı sancaraq Ali Baş Komandana məruzə etdik. Daha sonra, bir neçə saatlıq həm təminat baxımından, həm də silah‐sursat baxımından hazırlığımız oldu. Ən qısa müddətdə hazır vəziyyətə gəldik və bir gün sonra buradan uzaq məsafəli sayılan Zəngilan şəhərini işğaldan azad olunması tapşırığını aldıq ki, bu da 44 günlük müharibədə ən iti sürətli əməliyyat kimi yadda qaldı”, – deyə polkovnik B.Ələkbərov vurğuladı.

Zəngilan şəhərinin işğaldan azad edilməsi

Polkovnik Babək Ələkbərov qeyd etdiyi kimi, Xudafərin körpüsü düşmən‐dən azad edildikdən sonra istiqamət Zəngilan şəhəri və ətraf əraziləri olub.

DSX‐nin hərbi qulluqçuları tarixi Azərbaycan torpağı olan Zəngilan şə‐hərində ermənilərlə qanlı döyüşlərə girib, şəhər qısa müddət ərzində düş‐məndən təmizlənib. Döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. Düşmənin sağ qalan şəxsi heyəti isə silah‐sursatını ataraq döyüş meydanından qaçmağa məcbur olub. 2020‐ci il oktyabrın 20‐də sərhədçilər tərəfindən azad edilən Zəngilan şəhərində Azərbaycanın üçrəngli şanlı bayrağı ucaldılıb. Şəhərin azad edilməsini Ali Baş Komandana Vətən Müharibəsi Qəhrəmanı Babək Ələk‐bərov məruzə edib.

Babək Ələkbərov POLİQON jur‐nalının Zəngilan şəhərinə ezam olunan əməkdaşına müsahibəsində bildirib ki, Arazboyu əməliyyatların planına əsa‐sən, oktyabrın 19‐da Zəngilan isti‐qamətində hərəkət ediblər.

“Biz şəhər istiqamətində sürətlə hərəkət etdik. Qruplarımızı Zəngilan şəhərinin girəcəyindəki körpüyə yaxınlaşdırdıq və müşahidə apardıq. Gördük ki, şəhərdə qanunsuz məs‐kunlaşdırılan mülki əhali oradan çıxmağa başlayır. Yüksək təpəliklərdə atəş dəstə qrupları yaradaraq şəhəri nəzarətdə və atəş altında saxladıq. Bizə əməliyyat məlumatı verildi ki, düşmən hərbçiləri şəhərin kənarında pusqu quraraq gözləyirlər. Qruplarımız arama‐tarama işləri aparıb Zəngilan şəhərinə daxil oldu. Şəhərin mərkəzi və küçələri düşməndən təmizləndi və üçrəngli şanlı bayrağımızı Zəngilan şəhərinə sancdıq. Bu barədə Müzəffər Ali Baş Komandana məruzə etdik. Daha sonra təpələrdə qruplarımızı yerləşdirdik və dairəvi olaraq şəhərin müdafiəsini təşkil etdik. Ehtimal edirdik ki, ermənilər Qafan istiqamətindən biz tərəfdə olan hərb‐çilərinə kömək göndərə bilər. Ehtima‐lımız da doğru çıxdı və düşmən 300‐dən çox şəxsi heyəti və bir çox texnikasını Zəngilan şəhəri istiqamətinə göndərdi. Onları müşahidə altında saxladıq. Ermənilər bizim yüksəkliklərdə yer‐ləşdiyimizi bilmirdilər. Bunun nəti‐cəsində döyüşə tam hazır vəziyyətə gəldik”, ‐ deyə B.Ələkbərov vurğuladı.

Onun sözlərinə görə, oktyabrın 21‐i səhər saat 06:00 radələrində Zəngilan şəhərini geri almaq istəyən düşmənlə şiddətli döyüşlər başlayıb: “İgid sər‐

59

hədçilərimiz xarabalıq ərazidə düşməni tam olaraq məhv etdi. Sağ qalan ermənilər isə silahlarını ataraq qaç‐mağa başladı. Şiddətli döyüşlər zamanı şəhidlərimiz və yaralılarımız oldu. Yaralı hərbçilərimizin təxliyə olun‐masına şəxsən mən rəhbərlik edirdim. Yüngül yaralanan sərhədçilərimiz təxliyə olunmaqdan imtina edirdilər və döyüşü davam etdirməyə çalışırdılar. Zəngilanda döyüşlər zamanı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifli, Məhəmmədəli Ələkbərov, Xudayar Yusifzadə, Mirağa Qasımov şəhidlik zirvəsinə yüksəldi. Allah bütün şə‐hidlərimizə rəhmət etsin”!

6 saat döyüşdən sonra Ağbənd zastavası düşməndən tam azad olundu

Vətən müharibəsində ən mühim əməliyyatlardan biri Zəngilan şəhərinin düşmən işğalından azad edilməsi idi ki,

bununlada Azərbaycanın İranla olan dövlət sərhədi tam bərpa edildi. Zəngilan şəhərinin azad olunmasından və İranla dövlət sərhədinin tam bərpa edilməsindən sonra Azərbaycan Pre‐zidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu növbəti tapşırıq Azərbaycan‐Ermənistan sərhədinin bərpa edilməsi oldu.

Dövlət Sərhəd Xidmətinin general‐mayoru Misir Əliyev POLİQON jurnalına açıqlamasında bunu təsdiq edərək bildirdi ki, Vətən müharibəsində aldıq‐ları əsas tapşırıq İran‐Azərbaycan dövlət sərhədinin 132 kilometrinin düşməndən azad edilməsi, həmçinin Ermənistan‐Azərbaycan dövlət sərhə‐dində strateji yüksəkliklərin düşmən‐dən azad edilərək dövlət sərhədinin bərpa edilməsi tapşırığı olub. Onun sözlərinə görə, əməliyyatlar zamanı DSX bölmələri Zəngilan şəhəri azad olunduqdan sonra Araz çayı boyu hərəkətə başlayıb. Araz çayı boyu hə‐rəkət zamanı İranda yaşayan soydaş‐larımız tərəfindən çox böyük sevinclə qarşlanıblar. Bu bütün bölmələr üçün qürurverici hal olsa da, onların se‐vincindən doğan qışqırıq səsləri DSX hərbçilərinin yerinin müəyyənləş‐dirilməsi üçün təhlükəli olub. Beləliklə, hərbi qulluqçularımız Araz çayı boyu hərəkətin düşmənin sezməsini nəzərə alaraq Baharlı sərhəd zastavası isti‐qamətindən dağlıq və relyef baxımın‐dan çətin olan əraziyə hərəkət ediblər.

“Baharlı sərhəd zastavasından dağ boyu 6‐7 kilometr hərəkət etdikdən sonra Bartaz istiqamətində düşmən tərəfindən “Qrad” və minaatan atəşinə

məruz qaldıq. Həmin istiqamətdə mövqelərimizi möhkəmləndirdikdən və düşmən həmləsini məhv etdikdən sonra tapşırığımızı tam icra etmək üçün Ağbənd sərhəd zastavasına hərəkət etdik. Ağbənd sərhəd zastavasına yol boyu hərəkət edəndə ön kəşfiyyat dəstələrimiz sərhəd zastavasında düşmənin çoxlu sayda qüvvəsinin cəmləşdiyini və qarşımızda görünən yüksəkliyə doğru hərəkət etdiklərini məruzə etdilər. Bölmələrimizi dərhal ön tərəfdə olan yüksəklikdə cəmləşdirdik.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, düşmən tərəfindən hərəkətimizin izlənməsi üçün yüksəkliklərdə iki kamera mövcud idi. Bir kamera tərə‐fimdən verilən göstərişlə zərərsizləş‐dirildi, 1071 zirvəsində olan digər kameranı isə zərərsizləşdirməyə vaxtımız yox idi. Biz artıq düşmənlə bilavasitə təmasa girərək onları tamamilə məhv edib, Ağbənd sərhəd zastavasını, İran‐Azərbaycan 132 kilometrliyini bərpa etməli idik. 6 saat yarım gedən döyüşdən sonra Ağbənd sərhəd zastavası düşməndən tam azad olundu, düşmən tamamiylə məhv edildi və bu barədə Azərbaycan Silahlı Qüv‐vələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevə məruzə etmək şərəfi mənə nəsib oldu. Bununla da Azərbaycan‐İran dövlət sərhədinin 132 kilometrliyi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldü”, –deyə general‐mayor Misir Əliyev vurğuladı.

General A.Məhərrəmov “Üç nöq‑ tə” əməliyyatının detallarını açıqladı

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının general‐mayoru Aqşin Məhərrəmov POLİQON jurnalının Zən‐

gilan rayonuna ezam olunan əmək‐daşına müsahibəsində bildirib ki, Vətən müharibəsində, habelə ondan əvvəl və sonraki kiçik əməliyyatlarda DSX‐nin hərbi qulluqçuları Cenevrə konven‐siyasına, həmçinin müharibə qay‐dalarına uyğun döyüş əməliyyatlarını icra edib. Azərbaycan sərhədçisi bütün qaydalara uyğun olaraq döyüşüb. General‐mayor A.Məhərrəmov vurğu‐layıb ki, Silahlı Qüvvəllərin Ali Baş Komandanı, Prezident İlham Əliyevin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq hər il DSX‐nin hissə və bölmələri iri miqyaslı təlimlərə cəlb olunur. Bu təlimlərdə DSX‐nin şəxsi heyəti yüksək bilik, bacarıq, praktiki vərdişlər əldə edərək növbəti təlim‐lərdə onları tətbiq edirlər.

Dövlət Sərhəd Xidmətinin arsena‐lında müasir silah, texnika və ava‐danlıqlar, habelə zərbə pilotsuz uçuş aparatlarının olduğunu vurğulayan A.Məhərrəmov bunun qarşısında düş‐mənin tab gətirə bilməsinin mümkün olmadığını deyib. Onun sözlərinə görə, bunun bariz nümunəsi hələ 2016‐cı il aprel hadisələrində tətbiq olunub. General‐mayor qeyd edib ki, 2016‐cı il aprel döyüşlərində zərbə PUA‐larının heyətinin yüksək peşəkarlığı nəticə‐sində düşmənə sarsıdıcı zərbələr en‐dirilib. Bunun davamı olaraq, qazanılan həmin təcrübədən Vətən mühari‐bəsində də məharətlə istifadə olunub və düşmən üzərində tarixi zəfər çalınıb. Vətən müharibəsində Azərbaycan silahlı qüvvələrinin Ağbənd qəsəbəsi istiqamətində həyata keçirdiyi “Üç nöqtə” əməliyyatından danışan general‐mayor A.Məhərrəmov bildirdi ki, Müzəffər Ali Baş Komandanın rəh‐

bərliyi ilə Vətən müharibəsində “Üç nöqtə” əməliyyatı xüsusi ilə DSX‐nin Çevik Hərəkət Dəstəsinin bölmələrinin uğuru ilə nəticələnib. Belə ki, bir gün öncə ərazinin havadan kəşfiyyatı aparılmış düşmən haqqında məlu‐matlar – düşmənin yerləşmə yeri, canlı qüvvəsi, texnikası, atəş mövqeləri, məlumatları dəqiqləşdirilərək müvafiq qərarların qəbul olunması üçün komanda məntəqəsində təhlil olunub. Növbəti gün gecə saatlarında kiçik çevik qruplar tərəfindən sızma əməliyyatı icra olunaraq düşmənə sarsıdıcı zərbələr endirilib və düşmən geri qaçmağa məcbur olub.

“Hal‐hazırda Ağbənd qəsəbəsində durduğumuz bu ərazi strateji baxımdan çox əhəmiyyətlidir. Belə ki, düşmən geri çəkilərək bu ərazilərdə mövqelənərək bizim gəlişimizi qarşılamağa hazır idi. Lakin vaxtında, düzgün qəbul olunmuş qərarlara əsasən pilotsuz uçuş apa‐ratları vasitəsiylə əvvəlcədən ərazilərin havadan kəşfiyyatı aparıldıqdan sonra düşmənin yerləşmə yeri, strateji obyektləri, sığınacaqları, hərəkət mar‐şrutları, hava hücumundan müdafiə qurğuları, atəş vasitələri müəyyən edildi. Düşmənə məhz müasir qur‐ğulardan, zərbə PUA‐larından zərbələr endirilərək düşmənin canlı qüvvəsi, atəş mövqeləri sıradan çıxarıldı.

Xüsusi ilə qeyd etmək istəyirəm ki, raket‐artilleriya divizionu tərəfindən yaxınlaşmaqda olan düşmənin tex‐nikası çox sərrast atışlarla sıradan çıxarıldı. Zərbə PUA‐lar vasitəsi ilə düşmənin dərinliklərində yerləşən

artilleriya qurğuları dəqiq atəşlə məhv edildi və bizim bölmələrimizin hərəkəti üçün yollar açıldı. Beləliklə Ağbənd istiqamətindən Vejnəli, Bartaz, həm‐çinin Üç nöqtə istiqamətinə şəxsi heytin hərəkəti təmin olundu. Çevik hərəkət qüvvələrimiz tərəfindən Ağbənd qə‐səbəsinin işğaldan azad olunması və dövlət bayrağımızın işğaldan azad olunmuş ərazidə sancılması hər birimiz üçün qürurvericidir. Arazboyu əra‐zilərdə yaşayan soydaşlarımız hərəkət‐lərimizi kənardan müşahidə edərək alqışlarla, müxtəlif şüarlarla bizi səsləyirdilər. Onlar bu ərazilərin əsl sahiblərini görməkdən çox sevinir‐dilər”, – deyə general‐mayor A.Məhər‐rəmov vurğulayıb.

A.Məhərrəmov onu da qeyd edib ki, hal‐hazırda Üç nöqtə adlanan ərazi sərhədçilərimiz tərəfindən mətinliklə qorunur, Ali Baş Komandan tərəfindən qarşıya qoyulan istənilən tapşırığı Azərbaycan sərhədçisi icra etməyə hazır və qadirdir.

“Vejnəli” qızıl mədəni və Sığıt yüksəkliyinin azad edilməsi əmə‑ liyyatı

Dövlət Sərhəd Xidməti tərəfindən Cəbrayıl və Zəngilan rayonlarına təşkil olunan səfər Vətən müharibəsində döyüş əməliyyatlarından bir çox maraqlı məlumatların əldə edilməsi ilə yadda qaldı. Şərəfli döyüş yolu keçmiş hərbçilərimizin qəhrəmanlığının gələ‐cək nəsillərə miras olaraq ötürül‐məsində POLİQON jurnalı olaraq üzərimizə düşən missiyanı layiqincə ye‐

61

rinə yetirməyə çalışacağıq. Müharibə‐nin getdiyi ərazilərdən hərbçilərimizin bölüşdükləri xatirələrini oxuculara təqdim edməyə davam edirik. Yuxarıda qeyd etdiyimiz kimi, Vətən müharibə‐sində Zəngilan şəhərinin azad olun‐masından və İranla dövlət sərhədinin tam bərpa edilməsindən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu növbəti tapşırıq Azərbaycan‐Ermənistan sərhədinin bərpa edilməsi oldu. Bunun üçün DSX‐nin bölmələri tərəfindən Zəngilan rayonunun ətraf əraziləri o cümlədən ərazidə əsas strateji əhəmiyyətə malik olan yüksəkliklər azad edilməli idi. İlk mərhələdə Vejnəli və Ağbənd istiqa‐mətində olan yüksəliklər, Vejnəli kəndi istiqamətində yerləşən qızıl mədəni və qızıl zavodu yaxınlığında yerləşən Sığıt yüksəkliyi, Üçnöqtəyə qədər olan ərazilər, sonrakı mərhələdə strateji əhəmiyyətə malik olan Bartaz və Şükrataz yüksəkliklərinin azad edilməsi əməliyatları uğurla həyata keçirilib.

Dövlət Sərhəd Xidmətinin pol‐kovnik‐leytenantı Teyyub Bayramov POLİQON jurnalına müsahibəsində bildirdi ki, dövlət sərhədlərinin 132 km ərazisi düşmən işğalından azad olunduqdan sonra yuxarı rəhbərlik tərəfindən verilmiş tapşırığa uyğun olaraq “Vejnəli” qızıl mədəni və dövlət sərhəd xətti Üçnöqtəyə qədər tam barpa olunmalı idi: “Bu istiqamətdə ilk döyüşümüz “Vejnəli” qızıl mədəninin düşmən qüvvələrindən azad olunması oldu. Onu da qeyd edim ki, çox kiçik bir heyət ilə “Vejnəli” qızıl mədənini düşməndən tam təmizlədik. Gecə saat 03:00 radələrində şəxsi heyətimiz tapşırıqla “Vejnəli” qızıl mədəninə dö‐yüşə qalxdılar və səhər‐səhər düşmən qalxanda gördü ki, düz başlarının üstündə Azərbaycan bayrağı dalğalanır. Bir çox cəhdlər edərək bir çox qüv‐vələrlə həmin mövqeyi geri qaytarmaq istədilər, lakin alınmadı”.

Polkovnik‐leytenant T.Bayramovun sözlərinə görə, “Vejnəli” qızıl mə‐dənindəki mövqe götürüləndən sonra, ərazidə ən böyük yüksəklik Sığıt yüksəkliyi idi: Sığıt yüksəkliyinin əldə olunması üçün uğurlu əməliyyat ke‐çirdik. Ondan sonra, qısa bir müddətdə Üçnöqtəyə qədər dövlət sərhəddi tam dövlət sərhəd xətti üzərində bərpa olundu”.

Sığıt yüksəkliyi mühüm strateji əhəmiyyət kəsb edirdi DSX‐nin mayoru Röyal Quliyev də Ermənistan‐Azərbaycan sərhədi boyu

strateji yüksəliklərin ələ keçirilməsi uğrunda gedən döyüşlərdən xatirələrini bölüşdü. O bildirdi ki, bölmələri əmə‐liyyat tapşırığı aldıqdan sonra hərəkətə keçiblər. Əvvəlcə yuxarıda qeyd olun‐duğu kimi, Vejnəli və Ağbənd istiqa‐mətində olan yüksəliklər düşməndən azad olunub.

“Bildiyiniz kimi, Vejnəli kəndi istiqamətindəki qızıl mədəni və qızıl zavodu yaxınlığında yerləşən yüksək‐liklərdən biri Sığıt yüksəkliyi idi. Sığıt yüksəkliyi mühüm strateji əhəmiyyət kəsb edirdi. Belə ki, həmin yüksəklik Ağbənd, Vejnəli və oradakı qızıl mədəni, qızıl zavodu, həmçinin Ermənistan ərazisində olan müəyyən postları tam nəzarətdə saxlamaq üçün imkan verirdi. Bu yüksəkliyin azad olunması mənə tapşırılmışdı. Tapşırıq alındıqdan sonra havanın qaranlıq vaxtı həmin yüksəkliyə doğru hərəkət etməyə başladıq. Sığıt yüksəkliyi relyef baxı‐mından çətin olsa da, bizim qüvvələrin əvvəlcədən hazırlığı, döyüş qabiliy‐yətinin yüksək olması hesabına çətinlik çəkmədən həmin yüksəkliyə qalxdıq. Düşmən orada kiçik bir qrupla məhv edildikdən sonra Azərbaycanın üçrəngli bayrağı həmin yüksəkliyə sancıldı”, –deyə mayor R.Quliyev vurğuladı.

Bartaz yüksəkliyinin azad edil‑ məsinin təfərrüatı

Zəngilan rayonunun ərazidə əsas strateji əhəmiyyətə malik olan yüksək‐liklərdən Bartaz və Şükrataz yük‐səkliklərin azad edilməsi tapşırıqlarını alan DSX‐nin qrup rəhbəri polkovnik‐leytenant Mahmud Şükürov POLİQON jurnalının döyüşlərin getdiyi ərazilərə ezam olunan əməkdaşına müsahi‐bəsində bu yüksəkliklərin azad edil‐məsinin təfərrüatlarını danışdı.

M.Şükürovun sözlərinə görə, döyüş tapşırığını aldıqdan sonra, Bartaz dayanacağı adlanan əraziyə qədər texnikalarla hərəkət ediblər: “Burdan sonra, düşmən tərəfindən müşahidə olunurduq, buna görə də piyadalanaraq qrupun irəliləmə taktikasına müvafiq olaraq hərəkətə başladıq. Yol boyu düşmənin bir çox maneələri ilə rastlaş‐dıq. Düşmən yolları tamamilə mina‐lamışdı. Buna baxmayaraq bu bizim döyüş əzmimizi qıra bilmədi və biz onlardan manevr üsulları taparaq silsiləyə doğru yaxınlaşdıq. Yaxın‐laşdıqda burada düşmənin çoxlu sayda canlı qüvvəsinin, o cümlədən iriçaplı silahlarla təchiz edilmiş heyətinin möv‐qeləndiyini gördük. Bir daha qrupun döyüş taktikasına müvafiq olaraq onların hansı sayda say tərkibinə, hansı silahlardan atəş etdiyini müəyyənləş‐dirmək üçün onlarla kontrol atışı etdik. Ondan sonra əməliyyatı bir daha planlaşdıraraq hücuma başladıq”.

Polkovnik‐leytenant vurğuladı ki, ərazinin əlverişli xüsusiyyətlərindən –əsasən maskalanmaq xüsusiyyətlərin‐dən istifadə edərək mümkün qədər qayalıq ərazilərdən silsiləyə, zirvəyə doğru yaxınlaşmağa başlayıblar. Belə bir hiylə taktikası işlədərək düşmənin əsas qüvvələrini zirvənin sağ cinahına çəkiblər.

“Gördüyünüz bu arxa tərəfdən, qayalıq istiqamətindən bizim hücum qrupumuz maksimum dərəcədə düş‐mənə yaxınlaşdı. Atəş qrupumuzu ərazidə yerləşdirməklə düşmənə alda‐dıcı atışlar etdik. Düşmən əsas fikrini o istiqamətə cəmlədi və mümkün qədər düşmənə yaxınlaşdıq. Onların göz‐ləmədiyi bir yerdən sürətli və dəqiq atışlarla gördüyünüz bu ərazilərdə mövqelənmiş düşməni məhv etdik, bizə verilmiş tapşırığı uğurla yerinə yetirdik. Tapşırıq icra olunduqdan sonra, dərhal ərazi xüsusiyyətlərindən istifadə edərək həmin yüksəklikdə mühafizə və müdafiəni təşkil etdik”, – deyə pol‐kovnik‐leytenant M.Şükürov bildirdi.

Bartaz yüksəkliyinə hərəkət edən bütün avtomobil texnikası düşmən atəşinə məruz qalırdı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında “Dəmir Yumruq” hərbi əməliyyatının iştirakçısı olaraq DSX‐nin hərbçisi, polkovnik‐leytenant Elvin Rzayevin rəhbərlik etdiyi digər bir

bölük də Zəngilan rayonunun 2269 metr hündürlükdə yerləşən Bartaz yüksəkliyinin ələ keçirilməsi üçün tapşırıq alıblar.

“Bartaz qəsəbəsindən bir bölükə qədər şəxsi heyətlə DSX‐nin Çevik Hərəkət Dəstəsinin hərbçiləri ilə bir‐likdə Bartaz yüksəkliyi istiqamətində hərəkətə keçdik. Xüsusi təyinatlılarla Bartaz yüksəkliyi ələ keçirildikdən sonra düşmən Bartaz yüksəkliyindən geri çəkilərək, hal‐hazırda bizim olduğumuz silsiləyə yanaşdı və bu silsilədən hansı ki, Bartaz yüksəkliyinə gələn əlaqə yollarını tam müşahidə altında saxlayırdılar. Heç bir avtomobil texnikası Bartaz yüksəkliyinə hərəkət edə bilmirdi, düşmənin atəşinə məruz qalırdı. Belə olduqda, düşməni hazırda olduğumuz silsilədən geri çəkilməyə məcbur etmək və bu yüksəkliyi ələ keçirmək üçün göstəriş verildi. Qrup rəhbəri olaraq 20 nəfər heyətlə hərəkət edərək ilk öncə vizual müşahidələr aparmaqla düşmənin say tərkibi, qüvvəsini müəyyən etdik. Sonra, səhər saat 06:00 radələrində əməliyyata başladıq və yüksəkliyin ələ keçirilməsi müsbət nəticələndi. Onu da qeyd edim ki, düşmən bu silsiləni tərk edərkən silah və sursatını, hətta avtomobil texnikasını da burada tərk edərək bu silsilədən geri çəkilmək məcbu‐riyyətində qaldı”, – deyə polkovnik‐leytenant E.Rzayev vurğuladı.

Dövlət Sərhəd Xidmətinin böl‐mələrinin sonraki tapşırığı silsilədə mövqelənmək və düşməni tam mü‐şahidə altında saxlamaq və mövqeyi

düşmənə verməmək olub. Buna uyğun olaraq sərhədçilər mövqelənərək burada xidməti təşkil ediblər. Hazırda Azərbaycanın dövlət sərhədinin etibarlı mühafizə və müdafiəsi təmin edilir.

Demək olar ki, bu dağların hər bir qarşında sərhədçilərin qanı var. Bu gün biz həmin torpaqlarda ərazilərimizin işğaldan azad edilməsinin, düşmən üzərində zəfərimizin ikinci ildönümünü qürurla qeyd edirik. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun.

Media nümayəndələrinin Bartaz yüksəkliyinə səfəri çərçivəsində DSX‐nin Çevik Hərəkət Dəstəsinin hərbi qulluqçuları bu yüksəkliyin düşmən işğalından azad edilməsi əməliyyatını imitasiya etdilər. 2269 metr hün‐dürlükdəki yüksəkliyə Azərbaycan bayrağı sancıldı, “Qarabağ Azər‐baycandır!” sədaları göy üzünə ucaldı.

63

Zəngilanın azad edilməsi: artilleriya dəstəyi ilə uğurla başa çatdırılması qələbəyə hesablanıb

Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün azad edilmiş ərazilərimizə təşkil edilən media‑turlar çərçivəsində Zəngilan, Qubadlı və Şuşada qızğın döyüşlərin getdiyi ərazilərdə Azərbaycan Ordusunun bu istiqamətdə döyüşlərdə iştirak etmiş bir qrup hərbçisi öz xatirələrini bölüşdü.

PUA və uzaq mənzilli reaktiv sistemlərdən geniş istifadə edildi

POLİQON jurnalına danışan Mü‐dafiə Nazirliyinin N saylı hərbi hissə‐sində artilleriyaçı kimi xidmətini davam etdirən kapitan Əlibəy Novruzbəyov bildirdi ki, 2020‐ci sentyabrın 27‐də Ermənistan Silahlı Qüvvələrinin hü‐cumunun qarşısının alınması üçün Müzəffər Ali Baş Komandanın əmrinə əsasən “Dəmir yumruq” əks‐hücum əməliyyatının başladılması şanlı tarix kimi qəlbinə yazılıb.

“Hücum başlayan zaman biz Raket və Artilleriya Qoşunlarının bölmələri düşmənin ilk birinci və ikinci eşelonda yerləşən qüvvələrini məhv etmək, onların dərinləkdə olan komanda məntəqələrinə, cəmləşmə rayonlarında olan digər motoatıcı, zirehli bölmə‐lərinə atəş zərbələri endirdik. Bundan sonra, digər öz qonşu bölmələrimizə

irəliləmələri üçün şərait yaratdıq. Bununlada biz bu gün ikinci ildö‐nümünü qeyd etdiyimiz Zəngilan şəhərinin və digər rayonların işğaldan azad olunmasından ötrü böyük səylər göstərdik”, – deyə kapitan Ə.Novruz‐bəyov vurğuladı.

Onun sözlərinə görə, ilk öncə olaraq düşmənin öz gözündə şişirtdiyi “Ohanyan xətti”ni demək olar ki, qısa müddət ərzində yarıblar və ardıcıllıqla Azərbaycanın işğal altında olan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və bu istiqamətlərdə olan digər əraziləri düşmən tapdağından azad ediblər.

“Bugünkü gündə həqiqətən qürur‐vericidir ki, 28 il torpaq həsrəti çəkən soydaşlarımızın torpaq həsrətinə biz Müzəffər Ali Baş Komandanın rəh‐bərliyi altında son qoymuşuq. Ona görə də həqiqətən çox şadıq. Necə ki, öz soydaşlarımız, öz ata‐babalarımız

yurdlarına qaydıblar, onlar bu sevinci yaşayırlar və onlar bu torpaqlarda ya‐şamağa başlayacaqlar. Bir hərbi qulluqçu kimi yerinə yetirdiyimiz tap‐şırıqların uğurlu nəticələrini görmək çox sevindiricidir”, – deyə Ə.Novruz‐bəyov bildirdi.

Kapitan Ə.Novruzbəyov qeyd etdi ki, Vətən müharibəsində silah tətbiqin‐də üstünlüklərdən əsasən pilotsuz uçuş aparatlarının, uzaq mənzilli reaktiv sistemlərinin istifadə edilməsidir: “Bu da təbii ki, 2020‐ci ildən sonra ABŞ, Rusiya, Fransa, İtaliya kimi böyük dövlətlər tərəfindən araşdırılıb bizim yürütdüyümüz bu hücum əməliyyatının hərb tarixinə salınması üçün təhlillər aparılıb”.

Hədəfləri dəqiq tuşlamayla vura bilirdik

Azərbaycan Ordusunun hərbçisi, kapitan Qabil Mustafayev Vətən mü‐haribəsini belə xatırlayır: “27 sentyabr 2020‐ci ildə səhər saatları idi. Biz artilleriyaçı kimi öz atəş mövqelərimizi tutmuşduq. Bizə yuxarı komandan‐lıqdan koordinatların dəqiq götürül‐məsi, nişan alınması və tuşlanması ko‐mandası gəldi. Bu işlərin dəqiq yerinə yetirilməsi haqqında məlumatların tam dolğunluğundan sonra, atəş komandası

gəldi. Həm bir az sevinirdik, həm də bir az içimizdə həyəcan var idi. Saat 07:30 radələri müharibə başladı. O saatlardan sonra, komanda komandanın arxasınca gəlirdi. Əvvəlcə Cəbrayılın kəndləri, Füzulinin kəndləri, sonra Zəngilanın koordinatlarını verdilər, nişan aldıq, gecə saatlarına kimi atəşi dayanmadan davam etdirdik. 20 oktyabrda Zəngilan şəhəri işğaldan azad olunduğunu cənab Ali Baş Komandan öz çıxışında elan etdi. O səslər, dəqiqələr hələ də qulağı‐mızdadır, heç vaxt yadımızdan çıxmaz”.

Müasir silahlarla silahlandıqlarını deyən Q.Mustafayev bildirdi ki, onlar verilən koordinatları həm dəqiq, həm də tez bir zamanda tuşalayıb və tap‐şırığı icra ediblər. Bu da bizim motoatıcı bölmələrin qabaqlarının açılaraq irə‐liləməsinə xidmət edib.

“Bizim artilleriya silahları daha ağır silahlar idi. Həm yaylım atəşli rektiv sistemlər, həm də tək hədəflər üçün olan mərmilərimiz var. Həm canlı qüvvə, həm də obyektləri dəqiq tuş‐lamayla atəş açaraq vura bilirdik. PUA tətbiq etməklə düşmənə güclü zərbələr endirdik. Həmin PUA‐nın həm özünün vurmaq imkanı, həm də bizə koordinatı dəqiq ötürməklə bizim silahlar ilə həmin yeri vurmaq imkanımız var idi. PUA‐nın köməyi ilə demək olar ki, keçilməz yerləri, nöqtələri, artil‐leriyanın vura bilməyəcəyi yerləri dəqiq vura bilirdik. Habelə, “Bayraktar TB2” PUA artilleriya ilə vurulması çətin olan dağətəyi yerlərə dəqiq atəşlə vurul‐masına çox köməklik etdi. Vətən müharibəsində idarə olunan raket‐lərdən daha çox istifadə etdik”, – deyə kapitan Q.Mustafayev vurğuladı.

Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı

Azərbaycan Ordusunun 2020‐ci il sentyabrın 27‐də başladığı və 44 gün davam edən əks‐hücum əməliyyat‐larının 29‐cu günü, oktyabrın 25‐də Qubadlı şəhəri erməni işğalından azad edilib. Vətən müharibəsi zamanı rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sar‐sıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri böl‐mələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb. Oktyabrın 24‐dən 25‐nə keçən gecə Qubadlı şəhəri uğrunda şiddətli döyüş başladı. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qalıb. Ermənistan silahlı qüvvələrinin Qubadlı şəhərinin girəcəyində hərbi baza yaratması səbəbilə Qubadlı şəhərini azad etmək o qədər də asan olmayıb. Qubadlını azad etmək üçün ilk növbədə ermənilərin istehkamları məhv edilərək bəzi yüksəkliklər ələ keçirilib. Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirib.

Zəngəzur dağları ilə Qarabağ sil‐siləsi arasında yerləşən Qubadlı şəhəri işğaldan azad olunan dördüncü böyük yaşayış məntəqəsi idi. Qubadlı Laçın dəhlizinə gedən rayondur. Şəhərin azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Azərbaycan

Silahlı Qüvvələri Laçın dəhlizi is‐tiqamətində irəliləməyə başlayıb. Qu‐badlı rayonu həm də Ermənistanla Azərbaycan arasında rəsmi dövlət sərhədində yerləşən ərazidir. Dolayısı ilə Ermənistanla rəsmi dövlət sərhədini də bərpa etmiş olduq.

Qubadlının işğaldan azad edil‐məsinin ikinci ildönümü ərəfəsində Müdafiə Nazirliyinin xətti ilə döyüşlərin getdiyi ərazilərə media‐tur təşikil edildi. Səfər çərçivəsində Azərbaycan Ordu‐sunun bölmələrindən birində olduq və burada yaradılan şəraitlə yaxından tanış olmaq imkanı əldə etdik. 30 ilə yaxın müddət ərzində işğal altında olarkən viran qoyulmuş, infrastrukturu tam dağıdılmış bu ərazidə Azərbaycan Ordusunun şəxsi heyəti üçün səhra şəraitinə uyğun nəzərdə tutulmuş müxtəlif təyinatlı modul tipli komp‐lekslər inşa edilərək ən müasir tələb‐lərə cavab verən avadanlıqlarla təchiz olunub.

Şəxsi heyət üçün yeməkxana, ayrıca mətbəx və qabyuma otağı, eləcə də kiçik həcmli birləşdirilmiş hamam‐sanitar qovşağından ibarət mobil komplekslər quraşdırılıb. Şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin edilir. Burada qərargah binası, əsgər yataqxanaları, tibb məntəqəsi və digər infrastukturlar yaradılıb.

Səfər çərçivəsində media nüma‐yəndələri hərbi qulluqçuların döyüş

65

hazırlığı üzrə keçirilən məşğələlərini izlədi. Daha sonra, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrə‐mancasına şəhid olan Milli Qəhrəman, polkovnik Şükür Həmidovun və onun döyüş yoldaşlarının şəhadətə ucaldığı “Yazı düzü” düzündə xatirəsi anıldı, ruhuna fatihə oxundu. Qubadlı ərazisində xidmət edən, döyüşlərdə iştirak etmiş hərbi qul‐luqçularla yerində görüşmək və dö‐yüşlər haqqında birbaşa onlardan eşitmək imkanımız oldu. Zəfər tarixini onu yazanlardan eşitmək, azad Qu‐badlının keşiyində dağ kimi dayanan hərbi qulluqçularımızı əyani tanımaq Qarabağ döyüşləri ilə bağlı hadisələri gözümüzdə bir daha canlandırdı.

831 və 833 yüksəklikləri Qubad‑ lının açarı hesab olunurdu Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik‐leytenant Aqşin Babayev bildirdi ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər Azər‐baycan tarixinə qızıl hərflərlə yazıldı. Onun sözlərinə görə, Qubadlı ra‐

yonunun azad edilməsi ilə digər yaşayış məntəqələrimizin də azad edilməsi üçün əlverişli şərait yarandı və böyük Qələbəni yaxınlaşdırdı.

“Düşmənin əsas müdafiə olunduğu rayonlardan biri Qubadlı idi. Burada xüsusilə 831 və 833 yüksəklikləri düşmənin əlində olan strateji yük‐səkliklər idi. Demək olar ki, 831 və 833 yüksəklikləri Qubadlının açarı hesab olunurdu. Biz bu yüksəklikləri əldə etmədən Qubadlı rayonunun işğaldan azad olunması mümkün deyildi. Hazırda burda olduğumuz Qubadlının “Yazı düzü” deyilən ərazisində oktyabr ayının 17‐dən 24‐nə qədər çox şiddətli və ağır döyüşlər keçirilmişdir. Biz bura Cəbrayıldan çayın içi ilə piyada hərəkət edərək irəlilədik. Çünki, atəş altında olduğumuz üçün bura maşınlarla hərəkət etməyimiz mümkün deyildi. Gördüyünüz bu istiqamətdə bizim bölmələrimizin hücumu nəticəsində düşmənin Qubadlıdan Gorus istiqa‐mətinə gedən zirehli texnikaları, xüsusi nəqliyyat vasitələri, həmçinin canlı qüvvəsi pusquya salınaraq məhv edildi”, – deyə polkovnik‐leytenant A.Babayev vurğuladı.

A.Babayevin sözlərinə görə, düş‐mən çoxlu sayda – 25‐30 ədəd zirehli texnika və 200‐dən çox canlı qüvvə itkiləri verərək həmin yüksəkliklərdən geri çəkilməyə məcbur edilib. Bundan sonra, Qubadlı rayonunun işğaldan tam azad olunması, itisürətli əməliyyatlar üçün geniş imkan yaranıb.

“Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun bu istiqamətdə rəhbərliyini xüsusən qeyd etmək istəyirəm. Çox böyük şücaət göstərdi, burada şəhid oldu. Bu isti‐qamətə qədər gəlməyimizdə polkovnik Şükür Həmidov, həmçinin bizim hal‐

hazırda xidmət edən generallarımızdan da burada çox böyük şücaətlər gös‐tərərək bizimlə birlikdə birinci eşelonda hücum tapşırıqlarını yerinə yetirən zaman birinci eşelondan bizim bölmələri idarə etdi. Döyüşlər zamanı yuxarı rəhbərliyin əsgərlərimizin yanında olması Qubadlının işğaldan azad edilməsində çox böyük rol oynadı. Çünki, belə olan halda şəxsi heyətin mənəvi‐psixoloji vəziyyəti, ruh yük‐səkliyi çox yaxşı idi. Baxmayaraq ki, şərait və ərazi irəliləmək üçün çox çətin idi. Hətta deyə bilərəm ki, “Yazı düzü” aparılan döyüş əməliyyatları zonası içərisində ən çətin olan bir yer oldu. Çünki, gördüyünüz kimi, hər yer düzəngahlıq, çılpaq ərazidir, dərə azdır. Düşmənin yerləşdiyi ərazi isə daha strateji, daha yüksək yerlər olduğu üçün çox çətinliklə Qubadlı rayonunu işğaldan azad etdik. Bununla həm də, Gorus‐Qafan yoluna nəzarəti bərpa etdik”, – deyə polkovnik‐leytenant A.Ba‐bayev vurğulayıb.

A.Babayev bildirib ki, Aprel döyüşləri, Tovuz hadisələri, Vətən müharibəsi, Qisas əməliyyatı, həmçinin sentyabrın 12‐14‐də Ermənistan silahlı qüvvələrinə qarşı görülən qətiyyətli cavab tədbirləri zamanı şəxsi heyət əldə edilən təcrübələrdən, eləcə də müasir döyüş üsul və vasitələrindən istifadə edərək daha da təkmilləşir: “Ərazi bütövlüyümüzün qorunub saxlanılması, eləcə də istənilən təxribatın qarşısının alınması istiqamətində vəzifə borcla‐rımızı yüksək peşəkarlıq nümayiş etdirərək yerinə yetiririk. Azərbaycan Ordusu ölkəmizə qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütöv‐lüyünün və toxunulmazlığının silahlı

müdafiəsini təmin edir. Azad olunan ərazilərimiz də daxil olmaqla bütün istiqamətlərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunub, Azər‐baycan Ordusu ölkəmizi istənilən xarici təhdidlərdən qorumağa daim hazırdır.

Hər bir hərbi qulluqçu bütün təminat növləri (maddi, mənəvi, tibbi təminat, məişət şəraiti) ilə təmin edilir. Hərbi qulluqçuların sosial‐məişət şəraitinin yaxşılaşdırılması istiqa‐mətində mütəmadi olaraq işlər görülür. Aparılan islahatlar nəticəsində peşəkar kadrlar yetişir, yüksək dəqiqliklə hədəfi məhv etmə qabiliyyətinə malik müasir silahlar alınır və bununla da Ordumuz daha da qüdrətlənir. Azərbaycan Res‐publikasının müstəqilliyini, suveren‐liyini və ərazi bütövlüyünü qorumaq şərəfli borcumuzdur”.

833 yüksəkliyi və onun ətrafında düşmən xeyli sayda itki verib geri çəkildi

Kapitan Qurban Novruzlu Qubad‐lının işğaldan azad olunması əməliy‐yatından döyüş xatirələrini bölüşüb. Q.Novruzlu bildirib ki, rəhbərlik tə‐rəfindən onlara ilk mərhələdə yük‐səkliklərin götürülməsi tapşırılıb: “Yüksəkliklərin götürülməsi ona görə vacibdir ki, onda düşmən düzənlik ərazidən geri çəkilməyə məcbur olur. Həm də düşmən yüksək mövqelərdə yerləşmişdi. Ümumiyyətlə düşmən adətən yükəsklikdə tərtiblənirdi. Bölmələrimiz Yuxarı Soltanlıdan hərəkətə başlayaraq gecə saat 4‐5 radələrində piyada şəklində düşmənə yaxınlaşdı və hücuma başladıq. Düşmən həmin gün çoxlu sayda itki verdi. Bizim bölmənin tapşırığı 833 yükəskliyini götürmək idi. Bizim sağ qonşuları‐mızdan hücuma keçən bölmlərin

tapşırığı isə yolu bağlamaq, yolu nə‐zarətə götürmək idi. Yolu bağladıqdan sonra, düşmənin hücuma gəlmək istəyən texnikaları, bölmələri çoxlu sayda itki verirdilər. Düşmən geri çəkilməyə məcbur oldu. Bölmələrimiz 833 yüksəkliyini götürərək onun ətrafında olan düşmənlə döyüşü davam etdirdi. 833 yüksəkliyinin ətrafında düşmən yenə xeyli sayda itki verib geri çəkildi. Həmin gün bizim bölmələrimiz tərəfindən itki olmadı”.

Kapitan Q.Novruzlunun sözlərinə görə, bölmələri 833 yükəskliyinin ətrafında “Yazı düzü”ndə düşmənlə qarşı‐qarşıya çıxıb: “Yazı düzü”ndə bizi artilleriya bölmələrimiz də dəs‐təkləyirdi. Orada düşmən çoxlu sayda itki verdi. Yerdə qalanları da, silah və texnikalarını qoyub qaçmışdı. Demək olar ki, bu yükəsklikləri götürməklə həm Qubadlıya yol açıldı, həm də Laçından bölmələrimizin irəliləməsi mümkün oldu. Bundan əvvəl düşmən bu istiqamətdən Laçını da vura bilirdi, bizim bölmələrin irəliləməsinə imkan vermirdi”.

Düşmən bütün güc və vasitə‑ lərini Qubadlı istiqamətində cəm‑ ləşdirmişdi

Vətən müharibəsinə 2020‐ci il sentyabr ayının 27‐də Füzuli istiqamə‐tində başlayan leytenant Şamxal Hüsey‐nov Füzuli, Cəbrayıl, Qubadlı rayonları istiqamətində döyüşlərdə 24 gün iştirak edib. Daha sonra, Qubadlıda yaralandığı üçün hospitala təxliyə ediblər.

“Bizim üçün ən çətin keçilən yerlərdən biri Füzuli rayonu oldu. Çünki düşmənin ilk ön xətti orda idi. Orada möhkəmlənmişdilər, müəyyən eşe‐lonları var idi. Düşmən tərəfi müdafiədə oturduqlarına görə və biz düşmənə əks‐hücum əməliyyatı yerinə yetirdiyimiz üçün ilkin çətin keçilən yerlərdən biri Füzuli oldu. Ondan sonra Cəbrayıl və Qubadlı rayonlarında əməliyyatlarımızı davam etdirdik. Mənim üçün ən çətin və yadda qalan yerlərdən biri də Qubadlı rayonu oldu. Yazı düzü isti‐qamətində hansı ki, Qubadlı rayonunun mərkəzinə 4 kilometr qalmış məsafədə döyüşlərdə iştirak etdim. Orada bizə düşmən artilleriyadan, ən çox ağır silahlardan atəş açırdı.

Artilleriyadan düşmənin atəşi zamanı hücumdayıqsa müdafiə olun‐mağın ən əsası biz müəyyən ara mə‐safələrində olmalı idik”, – deyə ley‐tenant Ş.Hüseynov vurğuladı.

Əsas üstünlüklərimizdən biri, düşmənin ən çox qorxduğu PUA vasitələrimiz idi

Leytenant Ş.Hüseynov bildirdi ki, Vətən müharibəsi zamanı əsas üstün‐lüklərimizdən biri müasir texnolo‐giyalardan bizdə “Bayraktar TB2” pilotsuz uçuş aparatları, digər dron vasitələr var idi ki, düşməndə bunlardan yox idi: “Düşmənlərin də ən çox qorxduğu vasitələrdən biri demək olar ki, PUA vasitələri idi. Bundan başqa, müasir döyüş texnikalarımız, müasir artilleriya qurğularımız, özü‐yeriyən artilleriya qurğularımız var idi. Bu silahlarla düşmənə xeyli itki və zərbələr endirirdik. Bizə də orada ən çox çətinlik yaradan artilleriya mərmi‐ləri idi. Biz onların səngərinə çatanda, onların özünə də xətər yetirdiyinə görə artıq artilleriya mərmiləri ata bil‐mirdilər. Ən çətin məqam səngərə çatmaq idi. Ora çatdıqdan sonra onların əlində də ancaq atıcı vasitlər olurdu. Səngərdə avtomat, qumbaraatan vasi‐tələrdən bizə qarşı tətbiq edirdilər.

Biz bugünkü gündə döyüşdə qalib olmağımıza baxmayaraq günü‐gündən özümüzü daha da təkmilləşdirir, daha da təlimləri ağırlaşdırırıq. Yeni dərslər keçirilir, yeni nələrsə öyrənməyə çalışırıq ki, düşmən hiyləgər olduğuna görə gələcək illərdə düşmənin hücumu, təxribatı olarsa biz onun qarşısını almaq üçün özümüzü daha da tək‐milləşdirək. Hazırda Azərbaycan Or‐dusuna müasir silahların gətirilməsi prosesi davam etdirilir. Bundan sonra da bizə nə qədər müasir texnika və silahlar gəlsə və biz bunları öyrənsək döyüşü aparmaq bizə daha da rahat olar”.

Qeyd edək ki, qərbdən Ermənistan, şimaldan Laçın və Hadrut, şərqdən Cəbrayıl, cənubdan Zəngilan ilə həm‐sərhəd olan Qubadlının azad edilməsi Vətən müharibəsinin gedişində mühüm rol oynadı. Döyüş əməliyyatları nəticəsində Qubadlının şəhər mərkəzi ilə yanaşı, 41 kəndi də əsgərlərimizin igidliyi nəticəsində işğaldan azad edildi. Digər 52 kənd isə 2020‐ci il noyabrın 10‐da qüvvəyə minmiş Üçtərəfli Bəyanatın imzalanmasından sonra əraziyə yerləşdirilən Rusiya sülhmə‐ramlıları tərəfindən erməni silah‐lılarından təmizlənərək Azərbaycana qaytarıldı.

67

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 2020‐ci il sentyabrın 27‐də Ermənistanın işğalı altındakı torpaq‐larımızı azad etmək üçün Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks‐hücum əməliyyatları nəticəsində no‐yabrın 8‐də ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı böyük fədakarlıqla azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Or‐dumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etməsi ilə 2020‐ci il noyabrın 8‐i tariximizə ən şanlı bir gün kimi yazıldı. Bu, 44 gün içərisində aparılan uğurlu əks‐hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Şuşa şəhərinə üç əsas istiqa‑ mətdən daxil olduq Şuşanın işğaldan azad edilməsinin ikinci ildönümü ərəfəsində Müdafiə

Nazirliyinin xətti ilə döyüşlərin getdiyi ərazilərə təşkil edilən media‐tur çərçivəsində müharibədə iştirak etmiş hərbi qulluqçularla yerində görüşmək və döyüşlər haqqında birbaşa onlardan eşitmək imkanımız oldu.

Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələr komandanının bi‐

rinci müavini – qərargah rəisi vəzi‐fəsində xidmət edən, hazırda birlik komandiri olan general‐mayor Kənan Seyidov POLİQON jurnalına Şuşa şəhərinin stratej əhəmiyyətindən və Şuşa əməliyyatının təfərrüatlarından danışdı. K.Seyidov bildirdi ki, Şuşa strateji cəhətdən ən əlverişli ərazidə yerləşmiş şəhərimiz və Qarabağın baş tacıdır. Onun sözlərinə görə, Şuşanın azad edilməsi Azərbaycan Ordusunun bir nömrəli vəzifəsi olub.

68 www.poliqon.az Şuşanın azad edilməsi “Dəmir yumruq” əməliyyatının kulminasiya nöqtəsi oldu

“30 illik vətən, torpaq həsrəti və düşmənə olan nifrət hissi Azərbaycan əsgərini döyüşlərdə daha da ruh‐landırırdı. Buna görə də, hətta müharibənin ilk saatlarında əminliklə deyə bilərdik ki, biz bu savaşda qələbə qazanacağıq, müzəffər olacağıq və nəticədə onu da bacardıq”, – deyə birlik komandiri vurğuladı.

General‐mayor K.Seyidov Şuşa əməliyyatının detallarını açıqladı: “Şuşaya daxil olmamışdan əvvəl, birinci növbədə gördüyünüz bu Topxana meşəsi və əlimlə göstərdiyim istiqa‐mətdəki yüksəkliklər və ətraf yük‐səklilər ələ keçirilmişdi. Bundan sonra, əlimlə göstərdiyim istiqamətdə qruplarla Laçın dəhlizini, Laçın‐Şuşa yolunu keçərək Şuşa şəhərinə üç əsas istiqamətdən – Qala qapıları istiqaməti, Xankəndinin Üç yolu istiqaməti və mərkəz hissəsindən Şuşaya daxil olduq. İlk Şuşaya girən qruplar bizim Şuşada olan türmə – Şuşa türməsi isti‐qamətindən girməyə nail oldular. Noyabr ayının 5‐ində gecə saatlarında biz artıq Şuşaya girmişdik. Şuşa şəhəri düşməndən tam təmizləndikdən sonra, noyabrın 8‐də Şuşada Azərbaycan bayrağı qaldırıldı”.

Birlik komandiri K.Seyidov 21‐ci əsrin müharibə standartını yaradan bir ölkə kimi Azərbaycanın əldə etdiyi tarixi zəfəri təmin edən ən müasir silahların tətbiqindən də söz açdı. “44 günlük Vətən müharibəsi 21‐ci əsrin ən müasir müharibəsi idi. Bu müharibədə qazanılan təcrübədən, bizim döyüş təcrübəmizdən bizdən sonra olan müharibələrdə istifadə olundu. Amma ilk yeniliyi Vətən mü‐haribəsində Azərbaycan Ordusu nü‐

mayiş etdirdi. Xüsusilə qeyd etmək istəyirəm ki, Vətən müharibəsinin hərbi baxımından qısa müddətdə, 44 gün ərzində şanlı qələbə ilə başa çatma‐sında Raket və Artilleriya Qoşunlarının arsenalında olan yüksək dəqiqlikli silahlar və eyni zamanda havadan olan “Harop”, “Bayraktar” və digər pilotsuz uçuş aparatlarının tətbiqi və ən əsası da Azərbaycan əsgərinin döyüş ruhu və hazırlığı mühüm rol oynadı”, – deyə general‐mayor K.Seyidov vurğuladı.

K.Seyidov onu da qeyd etdi ki, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun müasir silah və texnikalarla daha da gücləndirilməsi istiqamətində çox böyük işlər görülüb: “Ordunun silahlanması ilə bağlı cənab Ali Baş Komandanın diqqət və qayğısı ilə dünyadakı ən müasir silahlar hal‐hazırda Azərbaycan Ordusunun arse‐nalına daxil olmaqdadır”.

Əsgərlərimizin mənəvi‑psixoloji vəziyyəti və ruh yüksəkliyi düşmən iradəsini məhv etdi

Füzuli, Zəngilan, Qubadlı və Şuşa istiqamətində – xüsusilə Daşaltı kəndinin düşmən tapdağından azad olunmasında iştirak etmiş polkovnik‐leytenant Rəcəb Bəyəliyev bildirdi ki, indi bu yollardan gəldiyi zaman böyük qürur hissi keçirdir: “Çünki biz o zaman bu yollardan keçəndə bu yollar keçilməz idi, texnikaların hərəkəti demək olar ki, mümkün deyildi. Bizim piyada bölmələrimiz bu dağlıq, sıldırım qayaları dıramaşaraq böyük şücaət göstəriblər. Bilirsiniz ki, əlbəttə qə‐ləbənin qazanılması birinci iradə qüvvəsidir. Əsgərlərimizin ruh yüksək‐liyi və mənəvi psixoloji vəziyyəti çox yüksək idi və bununla düşmən iradəsini məhv etdik. Elə birinci qələbəmizdə məhz bundan başladı. Eyni zamanda bizim istifadə etdiyimiz ən müasir silah və texnikanın sayəsində onları ba‐carıqla istifadə edən komandirlər döyüş meydanında şücaət qazandılar. Bilir‐siniz, taktikada hücum edən tərəf üç qat üstün olmalıdır. Çünki bizlər hücum edirik, düşmən tərəf müdafiədədir. Amma buna baxmayaraq biz ən müasir silah və texnikadan, eyni zamanda müasir pilotsuz uçuş aparatlarından istifadə etməklə döyüş meydanında üstünlüyü əldə etdik. Yenə bayaq dediyim kimi eyni zamanda əsgər‐lərimizin mənəvi‐psixoloji ruhu çox yüksək idi və bunun nəticəsində biz

düşmən iradəsini məhv etdik və bununla da döyüş meydanında qələbə əldə etdik. Xüsusilə qeyd etmək is‐təyirəm ki, Daşaltı kəndinin və Daşaltını əhatə edən adsız yüksəkliyin alın‐masında taborumuz yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirdi və bu əraziləri işğaldan azad etdik”.

Arsenalımıza yeni qəbul olunan silah‑texnika döyüşlərdə özünü göstərdi

Kapitan Asim Kəlbəliyev keçdiyi döyüş yolundan ilk növbədə bu yolda qanları ilə, canları ilə tarix yazan əziz şəhidlərimizə Allahdan rəhmət, qəh‐rəmanlıq nümunəsi olan qazilərimizə şəfa diləməklə söz açdı.

Kapitan A.Kəlbəliyev bildirdi ki, bü‐tün qoşun növləri kimi artilleriyaçılar da digər qoşun növləri ilə birlikdə sıx qarşılıqlı koordinasiya ilə 27 sentyabr tarixindən aktiv döyüş fəaliyyətlərinə cəlb olunublar və bütün növ qarşılarına qoyulan tapşırıqların öhdəsindən tam şəkildə gəliblər: “Qarşımıza qoyulan ən əsas tapşırıqlar düşmənin dərinliyində olan komanda‐müşahidə məntəqələri, idarəetmə məntəqələri, hava, hava hücumundan müdafiə məntəqələri, meydançaları, uçuş meydançaları, enmə meydançaları, eyni zamanda anbarlar və bu tipdən olan digər hədəflər ilk növbədə qarşımıza tapşırıq olaraq qoyulmuşdu. Bu tapşırıqlar elə aktiv döyüş fəaliyyətləri başlayandan uğurla yerinə yetirildi.

Bundan əlavə olaraq artilleriyaçı zabitlərin digər tapşırıqlarından biri də bizim bu tarix yazan digər övladlarımız var ki, hansı ki, xüsusi təyinatlıları irəliləməsinə artilleriyaçılar artilleriya

69

atəşi ilə dətsəkləmək idi ki, bunuda müharibə başlayandan son gününə kimi bu tapşırığıda tam şəkildə yerinə yetirdik. Xüsusilə qeyd etmək istəyirəm ki, arsenalımıza yeni qəbul olunan silah‐texnika bu döyüşlərdə çox effektiv tətbiq edildi. Son olaraq da şanlı bayrağımızı bu dayandığımz yerdə və sonra daha yuxarılarda, mədəniyyət beşiyimiz olan Şuşa şəhərində sancılması ilə yekunlaşdı”.

Müasir artilleriya sistemləri Azərbaycan ordusunun üstünlüyünü təmin etdi

Azərbaycan Ordusunun arsena‐lında olan artilleriya sistemlərinin üstünlüklərindən danışan artilleriya komandiri polkovnik‐leytenant Elşən Hüseynov bildirdi ki, son 10 ildə Azərbaycanda Ordu quruculuğunda müasir artilleriya silahlarının alınması bizi düşməndən üstün etdi.

“Ümumiyyətlə müharibə artille‐riyanın tətbiqi ilə başlayır. İlk gündən erməni əsgəri, zabiti artilleriyanın mərmisindən qorxurdu. Bizim üstün‐lüyümüz həm də onda idi ki, müasir arilleriya sistemlərimiz var. Avtomat‐laşdırılmış artilleriya qurğularımızın sayəsində bütün tapşırıqlar operativ icra edilirdi.

Avtomatlaşdırılmış artilleriya sis‐temləri o deməkdir ki, sən mexaniki heç bir iş görmürsən. Hər şey avtomatik olur. Koordinatlar sənə gəlir, sən koordinatları daxil edən kimi artıq nişangahına qədər topa gedən bütün məlumatlar var. O da əvvəl ki, variantlarla hesablayanda, mexaniki üsul ilə hesablayanda bu 3‐5 dəqiqə artilleriyaçını qabağa salır. Ona görə də

Azərbaycanda bu son 10 il ərzində alınmış bütün artilleriya sistemləri bizim üstünlüyümüzü təmin etdi. Döyüş vaxtı bizim müasir artilleriya sistemləri silahlarından uğurla istifadə olundu”, –deyə polkovnik‐leytenant E.Hüseynov vurğuladı.

Bütün hərbi hissələrin fasiləsiz tibbi təminatı təmin edilib Azərbaycan torpaqlarının bütöv‐lüyü uğrunda Vətən müharibəsində iştirak edən tibb xidməti polkovnik‐leytenantı Şahin Süleymanov sen‐tyabrın 27‐dən iki ay ərzində hərbi hissələrin tibbi təminatının yerinə yetirilməsində yaxından iştirak edib. Həmçinin xəstə və yaralılara tibbi təminatın keyfiyyətli və vaxtında göstərilməsi təminat tədbirlərini hamı‐sında şəxsən iştirak edib. Həkim Ş.Süleymanov bildirdi ki, Vətən müharibəsi zamanı müxtəlif birlik tərkibində olan hərbi hissələrin fasiləsiz tibbi təminatı təmin edilibdir: “Müdafiə Nazirliyinin Baş Klinik Hos‐pitalının rəhbərliyi tərəfindən bütün dərman ləvazimatları, tibbi ləvazi‐matlar, verilən sifarişlər vaxtında və təcili hamısı çatdırılıb və həmçinin də hərbi hissələrin həkim, feldşerləri öz vəzifə borclarını hərbi hissələrdə layiqincə yerinə yetirdilər.

Hərbi hissələrin feldşerləri, sanitar təlimatçıları bu işi öz vəzifə borcları kimi layiqincə yerinə yetiriblər və yaralılara vaxtında tibbi yardım gös‐tərilib və hospitallara təxliyə olunub. Həmçinin Səhiyyə Nazirliyinin tibbi müəssisələri də müharibə boyunca bu işdə yaxından iştirak ediblər”.

Düşmən radio maneələrimizin qarşısında dura bilmirdi…

Vətən müharibəsində Şuşaya qədər keçdiyi döyüş yolundan POLİQON jurnalına danışan Azərbaycan Ordu‐sunun rabitə bölməsinin rəisi mayor Şahin Əzizov bildirib ki, əsas vəzifələri Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) rabitə əlaqəsini təmin etmək olub: “Şuşaya Cəbrayıl istiqamətindən gəl‐mişik. Cəbrayıldan Xocavəndə, ordanda da meşənin içi ilə həm piyada olduq, həm də rabitəçi kimi rabitə əlaqəsini təmin etdik. Biz hansı ki, alışan yanan maşınların arasından keçəndə qarşımızda olan XTQ‐nin döyüşünü, canlı döyüşünü gördük bu da bizim

sevincimiz idi, fəxrimiz idi. Biz fəxr edirik ki, o döyüşün canlı şahidləriyik. Bizdə ruh yükəskliyinin yaranma səbəblərindən biri o idi ki, şəxsən mən və mənim yoldaşlarım irəlilədikcə, müəyyən olunmuş mövqeləri aldıqca bizim şanlı bayrağımızı, o ucalan bayrağımızı uzaqdan görəndə biz ora qaçaraq gedirdik, heç nə düşünmədən gedirdik və istəyirdik ki, o bayrağı daha da irəli aparaq və axırıncı, tam torpaqlarımız alınana kimi, ən yük‐səklərdə dalğalanmağı üçün həvəs göstərirdik”.

Mayor Ş.Əzizovun sözlərinə görə, heç vaxt xəyal edə bilməyib ki, bir gün Şuşaya gələcək. Onların Şuşaya girməyi ən sevincli və yadda qalan günlərindən biri olub: “Biz döyüş vaxtı nəyinki Şuşada, Şuşaya gəldiyimiz sıx meşələrlə, təhlükələrlə heç birində hansı ki, meşələrin içində sıxlıqdan rabitə vasitələrini açmaq olmurdu çətinliklər var idi, o çətinliklərə baxmayaraq öz canımızı təhlükyə atırdıq, amma biz o təhlükəni hiss etmirdik. Ən əsas məsələlərdən birini qeyd etmək istə‐yirəm. Biz noyabrın 6‐da Şuşaya girdik. Şuşanın Daşaltı kəndi istiqamətində, arxa tərəfdən gələndə düşmənin bir hərbi hissəsi vardı. Onun üzərində yuxarıda bildiyimiz teleqüllə var. Məqsədimiz teleqüllədə rabitə va‐sitəsini açmaq idi, əlverişli nöqtə olduğu üçün aşağıda olan bütün radio əlaqələri təmin edək və əlavə olaraq onlara set verək. Yəni ora biz qalxanda düşmənin pilotsuz uçuş aparatları bizim üzərimizdə uçurdu. Düşmən bizi aşkar etməmişdi. Bu kəşfiyyat xa‐rakterli PUA‐lar idi. Koordinatı çıxarıb hədəfi vurmaq üçün nəzərdə tutulan

70 www.poliqon.az

PUA‐lar idi. Həm yadda qalan, həm gülməli bir gün idi ki, düşmən artilleriya atəşi ilə bizə atırdı, biz 200‐300 metr yuxarı qalxırdıq onun atdığı mərmilər bizə adi bir şey kimi idi. Biz gedib öz yerimizə, mövqeyimizə çatana kimi onlar çox atəş açdılar, lakin onlar bizə tuş gəlmədi. Biz öz işimizdən yayınmadıq, öz işimizə davam etdik və rabitə avadanlığını açdıq və əlaqəni təmin etdik. Həmin vaxtı PUA ilə bizi izləyən düşmən atdığı artilleriya atəşindən (toplarla atırdı) heç bir təsir olmadığını görürdü. Bundan sonra, bizə iki dəfə qadağan olunmuş silahdan atəş açdılar. Çünki biz bildiyimiz kimi döyüş vaxtı, döyüşdə ilk növbədə sıradan çıxarılası birinci rabitədir. Əgər bir qüvvəni məhv etmək istəyirsənsə rabitəni sıradan çıxarmalısan. Ona görə də biz düşmənin ən məqsədli hədəfləri idik. Atəş açmalarına baxmayaraq bizi öz işimizdən, məqsədimizdən yayındıra bilmədilər. Məqsədimizə çatdıq, dayanıqlı rabitə əlaqəsini təmin etdik və bugünləri də artıq Qarabağın tacı olan Şuşa şəhəri artıq bizdədir. Bundan sonrada Ali Baş Komandanımızın növbəti əmrini səbirsizliklə gözləyirik və biz hər zaman düşmənin başında “Dəmir yumruq” kimi vurmağa hazır vəziyyətdəyik. Ümumiyyətlə hər bir şeyi gərək praktiki yaşayasan. Bu günləri, biz döyüşdə bunu praktiki olaraq yaşadıq, hiss etdik, duyduq. Bu gün artıq Ordumuzda olan təlimlərimiz

daha da ciddi, döyüş hazırlğı daha da artırılıb. Ali Baş Komandanın əmri ilə buna xüsusi diqqət yetirilir”.

Mayor Ş.Əzizov bildirdi ki, döyüş vaxtı düşmənin əlində olan rabitə vasitələri həddən artıq çox zəif, köhnəlmiş olub: “Amma bizdə çox müasir, təkmilləşdirilmiş, bugünkü dövrə cavab verən rabitə vasitələri idi ki, biz o rabitə vasitələri ilə düşmənin bizə törətmək istədikləri radio maneələrin qarşısını yerindəcə alırdıq. Ancaq düşmənin əlindəki rabitə vasitələri keyfiyyətsiz rabitə vasitələri idi. Bizim onlara ötürdüyümüz radio maneələrin qarşısında dura bilmirdilər. Şuşaya girməyimizdə ötürdüyümüz radio maneələr əhəmiyyətli rol oynayırdı. Düşmən özünü itirmişdi. Bilmirdilər ki, öz heyətləri harada idi. Ona görə pərən‐pərən olmuşdular. Düşmən Şuşanı həm qorxu hissinin çox olmasına, həm də döyüşün idarə‐etməsini itirdikərinə görə tərk etdi.

Bizdə ən əsas vasitələr yeni, müasir rabitə vasitələridir ki, onlar çox az ölkələrdə istifadə olunur, bizim ölkədə də o rabitə vasitələrindən istifadə olunur. Biz döyüş vaxtı daşınan rabitə vasitələrindən istifadə edirdik. Əldə radio vasitələri idi, yəni o rabitə vasitələri uzaq məsəfələr üçün istifadə olunan daşınan, yüngül rabitə va‐sitələridir. Döyüş vaxtı bölmələrin radio əlaqələrini təmin etmək üçün o rabitə vasitələrindən istifadə edilirdi. Təkcə

döyüş vaxtı yox, döyüşdən sonra da cənab Ali Baş Komandanımızın əmri ilə hazırda bugünkü günə kimi də yenə də texnikalarımız da, ən əsas rabitə va‐sitələrimiz də daha da müasirləşdirilir, daha da yeni avadanlıqlar ilə Ordumuz təmin olunur”.

Sonda qeyd edək ki, Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cüm‐lədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300‐ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edildi. Hərbi cə‐hətdən Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və dərhal noyabrın 9‐da rəşadətli Azərbaycan Ordusu 70‐dən çox yaşayış məntəqəsini və bir neçə mühüm strateji əhəmiyyətli yüksəkliyi işğalçılardan azad etdi. Azərbaycanın hərbi‐diplomatik qələ‐bəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20‐də Ağdamın və 25‐də isə Kəlbəcərin işğaldan azad edilməsi noyabrın 10‐da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi‐siyasi həllini müəyyənləşdirdi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020‐ci il dekabrın 1‐dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi‐diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilməlidir.PQ

71

Azərbaycanın “Palladium Şirkətlər Qrupu” (“Palladium Group of Companies”) tərəfindən lüləli artilleriya sistemləri üçün ilk dəfə monoblok tipli mərmilər hazırlanıb. İlk mərhələdə hazırlanan 122 mm‐lik və 152 mm‐lik monoblok mərmilərin hazırda ballistik testləri keçirilir. Şikət mütəxəssislərinin sözlərinə görə, yeni mərmilər topun dağıdıcı gücünü daha da artıracaq. Belə ki, “Palladium” şirkəti tərəfindən yeni hazırlanan 122 mm‐lik və 152 mm‐lik mərmilər analoqlarından 3‐4 dəfə daha güclü partlayışa malikdir. Çünki, bu mərmilər tək hissədən ibarətdir. “Palladium” tərəfindən gələcəkdə 120 mm‐lik və 155 mm‐lik artilleriya mərmilərinin də hazırlanması plan‐laşdırılıb.

Kərim Vəliyev Gürcüstan istehsalı olan hərbi texnika və avadanlıqlarla tanış olub

Azərbaycanın Türkiyədən alacağı dəniz patrul gəmilərinə inteqrasiya ediləcək ADVENT döyüş idarəetmə sistemi (SYS) ilə bağlı azərbaycanlı hərbçilər üçün HAVELSAN şirkəti təlim keçib. Şirkət rəsmisinin sözlərinə görə ADVENT döyüş idarəetmə sistemlərinin texniki xidmət kimi məsələləri də HAVELSAN tərəfindən yerinə yetirələcək. Bu sistemlər Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün inşa ediləcək iki patrul gəmisinə quraşdırılaraq hazır formada təqdim olunacaq.

Qeyd edək ki, ADVENT SYS Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə də inteqrasiya edilib və qardaş ölkə dənizçiləri tərəfindən uğurla istifadə olunur.

Həmçinin ADVENT SYS sistemi İndoneziya Hərbi Dəniz Qüvvələri üçün bu ölkənin tərsanələrində inşa ediləcək müxtəlif suüstü platformalara, Pakistan və Ukrayna HDQ‐ə təhvil veriləcək MİLGEM sinifli gəmilərə quraşdırılacaq.

Aktiv şəbəkə qabiliyyətli yeni nəsil döyüş idarəetmə sistemi olan ADVENT SYS sayəsində dəniz qüvvələrinin ümumi infrastruktur üzərində bir‐biri ilə tam koordinasiyalı formada işləməsi mümkündür.

rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general‐polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 29‐da Tbilisi yaxınlığındakı Krtsanisi Milli Təlim və Tədris Mərkəzində olub. Azərbaycan nümayəndə heyətinə mərkəzin tarixi və fəaliyyəti barədə geniş brifinq təqdim edilib. Sonra nümayəndə heyəti “Delta” Elmi Hərbi‐Texniki Mərkəzini ziyarət edib.

Burada “Delta”nın istehsal imkanları və həyata keçirilən layihələr müzakirə olunub. Azərbaycan nümayəndə heyəti mərkəzin ərazisinə, hazır məhsullara və müəssisələrə baş çəkib. Həmçinin, general‐palkovnik Kərim Vəliyev hərbi təyinatlı məhsulların istehsalı prosesində iştirak edib və “Delta” istehsalının xüsusiyyətləri ilə yerindəcə tanış olub.

72 www.poliqon.az
“Palladium” monoblok artilleriya mərmiləri hazırlayıb
rəsmi
Azərbaycan hərbçilərinə ADVENT SYS döyüş idarəetmə sisteminə dair təlim keçirilib Gürcüstanda

Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.