MESAJ “TEKNOFEST” Azərbaycanda gənc nəslin texnologiyalara marağının artmasına təkan verəcək ........................................................................4
MÜSAHİBƏ
14
Rektor Vilayət Vəliyev: AzTU qarşısında duran ən önəmli məsələ müdafiə sənayesi üçün kadr hazırlığı və tədqiqatların aparılmasıdır.....6
ORDU Prezident İlham Əliyev XTQ‑nin hərbi hissəsində...............................14
ÖLKƏ Suqovuşanda Müdafiə Nazirliyinin yeni hərbi hissəsi........................18 Azərbaycana daha 13 ədəd MEMATT gətiriləcək ...............................18
TEXNOLOGİYA Rəşad Bayramov: “TEKNOFEST” Azərbaycanın innovasiya ekosisteminin hərtərəfli inkişafına böyük təkan verəcək.................20
AEROKOSMİK
4
6
Fariz Əliyev: “TEKNOFEST Azərbaycan” ölkəmizdə bir çox sahədə texnoloji inkişafa təkan verəcək ..........................................................22
HAKATON “SMART Qarabağ” Hakatonu Müsabiqə iştirakçıları təhlükəsizlik sahəsində “ağıllı həllər” təklif edə bilərlər...........................................24
MESAJ Murat İkinci: “TEKNOFEST” Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqliyin göstəricisidir................................26
XƏBƏR ADEX-2022 Sərgiyə hazırlıqlar davam edir .........................................27 “Roketsan”ın yeni nəsil “Çakır” qanadlı raketi....................................27
18
27
40
57
TƏHLÜKƏSİZLİK Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 103‑cü ildönümü ilə bağlı tədbirlər keçirilib .....................................................28
VİSİON Cənubi Qafqaz və Mərkəzi Asiya region dövlətlərinin radar sistemləri ...............................................................................30
TANITIM ADVENT SYS yeni nəsil döyüş idarəetmə sistemi..............................38
30
XƏBƏR Prezident köməkçisi və DSX rəisi sərhəd diviziyalarında olub .........39 AzTU ilə MSN ETİ arasında memorandum imzalanıb .........................39
SƏRGİ DSA‑2022 ASİYA MÜDAFİƏ XİDMƏTLƏRİ SƏRGİSİ ..............................40
MÜHARİBƏ RUSİYA‑UKRAYNA MÜHARİBƏSİ Ukrayna əsgəri – NATO silahı .........48
MİNA Samir Poladov: Minaların təmizlənməsndə süni intellekt texnologiyasından istifadə edilir ..........................................................56
SƏNAYE MKE gəmi artilleriya qurğusunun dəniz sınaqlarına hazırlaşır.........63 MKE “Yavuz” özüyeriyən haubitsa ixrac yolunda................................63
DÜNYA Polşa 250 ədəd “Abrams” M1A2 SEPv3 tankı alıb ............................64 İran HDQ üçün əlavə iki esmines inşa edilir........................................64 ABŞ HDQ “USS Delaware” atom sualtı qayığını istismara verib ......64
POLİQON (AZERI DEFENCE) jurnalı‑ nın yaradıcısı mərhum
Rəşad SÜLEYMANOV
POLİQON Hərbi‑texnoloji jurnal MART–APREL №02 (58) 2022 Tel: (+994 77) 311‐81‐18 E‑mail: poliqonjurnal@gmail.com azeridefence@gmail.com Web: www.poliqon.az www.azeridefence.com Ünvan: Bakı şəhəri, Oskar Əfəndiyev küç. 110 Ariana Business Park 401
Türkiyə təmsilçiliyi Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence‐tr@etkilesimltd.com
Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 21 iyun 2012‐ci ildə dövlət qeydiyyatına alınıb. “POLIQON JURNALI” MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702953031 Reklam materiallarına görə POLİQON jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir. “Şərq‑Qərb” ASC‑nin mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır Format 60x901/8 . Sifariş ______.
? Редактордан Dəyərli oxucu! Qürurverici haldır ki, dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST” qardaş Türkiyə ilə yanaşı ilk dəfə Azərbaycanda keçiriləcək. 2018‐ci ildən etibarən hər il Türkiyədə təşkil olunan milli tex‐ nologiya hərəkatı adını alan bu tədbirin əsas məqsədi milli texnologiyaların təbliği və inkişafı, innovativ və texnoloji nailiyyətlərin qazanılması, həmçinin insanların bu sahədə maarifləndirilməsidir. Festival çərçivəsində seminarlar, müxtəlif mükafatlar qazandıran texnologiya yarışmaları, yerli texnologiya sərgiləri və sahibkarların bey‐ nəlxalq sammiti keçirilir, habelə paraşüt idmanı, aerobatika komandalarının şouları təşkil edilir. “TEKNOFEST Azərbaycan” çərçivəsində ilk dəfə olaraq məktəblilər, tələbələr, startap və fərdi sahibkarlar bir araya gələcək. Festival çərçivəsində keçiriləcək “Smart Qarabağ” Hakatonu, “Take Off Baku” Startap Sammiti və “Rocket League” üzrə Avropa Çempionatı beynəlxalq tədbirlər hesab olunduğundan Bakıya Avropadan yüzlərlə komanda və startap gələcək. Tədbir çərçivəsində təşkil olunan hava şoularında 10 komandadan çox Türkiyənin F16 “Solo Turk”, F5 “Turk Yıldızları” döyüş təyyarələri, “Hürküş” təlim təyyarələri, o cümlədən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ‐29 və Su‐25 döyüş təyyarələri yüksək peşəkarlıqla performanslar nümayiş etdirəcəklər. Tədbirin sərgi hissəsində, həmçinin Türkiyə pavilyonu da fəaliyyət göstərəcək. Türkiyəni təmsil edən 55‐dən çox şirkət, o cümlədən ASELSAN, HAVELSAN, “Roketsan” və TUSAŞ kimi nəhəng müdafiə sənayesi şirkətləri, startaplar və universitetlər öz son innovativ layihələrini təqdim edəcəklər. Sərgidə, həmçinin Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB), Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də iştirak edəcək. Sərgidə müxtəlif tipli pilotsuz uçuş aparatları, o cümlədən Azərbaycan MSN‐in müəssisəsində istehsal olunan “İtiqovan” PUA, “Baykar” şirkətinin “Bayraktar Kızılelma” MİUS adlı yeni döyüş pilotsuz uçuş aparatı nümayiş ol‐ unacaq. Festivalda ilk dəfə olaraq Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Hava Qüvvələri fakültəsinin kursantları tərəfindən hazırlanan “Xilaskar” adlı PUA‐nın təqdimatı keçiriləcək. Azərbaycanda ilk dəfə TUSAŞ şirkətinin T625 “Gökbey” yüngül çoxməqsədli helikopteri nümayiş etdiriləcək. “Poliqon” jurnalının əlinizdə olan buraxılışı “TEKNOFEST Azərbaycan” tədbiri üçün xüsusi olaraq hazırlanıb. Baş redaktor Zaur Babaşov
Qapaq fotosu: HAVELSAN avtonom sistemləri Qiyməti: 6 manat
Rəşad Nəbiyev Rəqəmsal inkişaf və nəqliyyat naziri
“TEKNOFEST” Azərbaycanda gənc nəslin texnologiyalara marağının artmasına təkan verəcək Dünyanın ən böyük texnologiya festivalı “TEKNOFEST” bu il ilk dəfə ölkəsi Türkiyədən kənarda ‑ Azər‑ baycanda keçirilir. Bu, ölkələrimiz arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür. “TEKNOFEST” Türkiyədə 2018‐ci ildən təşkil olunur və bu müddət ərzində ilbəil böyüyərək yeni uğurlara, rekordlara imza atıb. Sözün əsl mənasında 100% türk brendi olan “TEKNOFEST” qısa müddətdə dünyanın ən iri texnologiya festivalı statusunu qazanıb. Azərbaycan ilk dəfə 2021‐ci ildə İstanbulda keçirilən “TEKNOFEST”də iştirak edib. Azərbaycan pavilyonunda 11 startap və 1 sahibkar öz layihələrini təqdim edib. Gənclərin texnoloji sahələrə ma‐ raqlarının artırılmasında, milli texnoloji həllərin yaranmasında və nəticə etibarilə bunun bir hərəkata çev rilməsində “TEKNOFEST” kimi təşəbbüslər xüsusi
4 www.poliqon.az
rol oynayır. Qardaş Türkiyənin misalında bunu görmək olar. 44 günlük Vətən mü‐ haribəsində mühüm rol oynamış “Bay‐ raktar” məhz bu hərəkatın nəticəsidir. Azərbaycan da müasir dünyanın yeni çağırışlarına – rəqəmsallaşma və innovasiyaya uyğun insan resursları yetişdirilməsi yolunu seçib. 2021‐ci ilin fevral ayında cənab Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial‐iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində təsbit olunmuş beş istiqamətdən biri məhz “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”dır. “TEKNOFEST Azərbaycan” festi‐ valının müsabiqələrini müəyyən edərkən ölkəmizin milli prioritetləri və gələcək hədəfləri əsas meyar kimi götürülüb. Bu çərçivədə 8 texnoloji müsabiqə, 3 beynəlxalq tədbir keçirilir. Festivalda iştirak üçün ümumilikdə 1000 komanda, 5000‐dək şəxs müraciət edib. “TEKNOFEST” Azərbaycanda ilk növbədə gənc nəslin texnologiyalara
marağının artmasına təkan verəcək. Türkiyə təcrübəsinə istinad etsək, görərik ki, festivalın ilk ilində – 2018‐ci ildə müsabiqələrdə iştirak üçün 20 000 nəfər müraciət edib. 2021‐ci ildə isə bu rəqəm 10 dəfə artaraq 200 000 nəfərə çatıb. “TEKNOFEST” gənclərə yeni bilik və təcrübələr əldə etməsinə şərait yaradacaq. Bunlardan əlavə, Azərbaycan startapçılarına yeni imkanlar yaradacaq. “TEKNOFEST” çərçivəsində keçiriləcək “TAKE OFF” Startap Sammiti bu istiqamətdə mühüm rol oynayacaq. Çünki bu, qlobal bazarlara çıxış potensialı olan startapçılarla yanaşı, xarici ölkələrdən investorlar və vençur fondlarının iştirak etdiyi bir platformadır. İnanıram ki, “TEKNOFEST” ilə ilhamlanan türk və Azərbaycan gəncləri “Bayraktar” kimi uğurlu həllər sayəsində ölkələrimizi dünya dövlətləri arasında ilk sıralara çıxaracaqlar. “TEKNOFEST Azərbaycan” festi‐ valının bütün iştirakçılarına uğurlar arzulayıram.
ADVENT CMS
AK T İ V Ş Ә B Ә K Ә Q AB İ L İY Y Ә T L İ YE N İ N Ә S İ L D ÖYÜŞ İ D AR Ә ET E MӘ SİSTEMİ
Rektor Vilayət Vəliyev:
AzTU qarşısında duran ən önəmli məsələ müdafiə sənayesi üçün kadr hazırlığı və tədqiqatların aparılmasıdır ► Strategiyamızın əsas hədəfi dayanıqlı və inklüziv bir universitet qurmaqdır ► Yaxın zamanlarda AzTU‑nun müdafiə sənayesinin inkişafına yönələn texnoparkı fəaliyyətə başlayacaq
?Zaur Babaşov, Rizvan Fikrətoğlu Azərbaycanın dayanıqlı inkişaf məqsədlərini əsas götürərək texnologiyalar bazarını genişləndirmək istiqamətində layihələr həyata keçirən Azərbaycan Texniki Universiteti (AzTU) bütün potensialını müdafiə sənayesinə cəlb etməyi hədəfləyib. Regionda müdafiə sənayesi sahəsi üzrə kadr hazırlayan yeganə universitet olan AzTU həm də müasir innovasiyalara uyğun islahatlar həyata keçirir, texnopark və inkubasiya mərkəzinin yaradılması istiqamətində işlər görür. Bundan başqa, AzTU‐nun Nəqliyyat və logistika fakültəsinin müdafiə sənayesi sahəsinə istiqamətlənməsi, mühəndis hazırlığı ilə bağlı ixtisaslarda və o ixtisasların tədrisində dəyişikliklər edilməsi universitetin prioritet tərəflərindəndir. Bu və digər məsələlər barədə Azərbaycan Texniki Universitetinin rektoru, iqtisad elmləri doktoru, əməkdar elm xadimi, professor Vilayət Vəliyevlə danışdıq.
6 www.poliqon.az
Poliqon: Cənab rektor, müsa‑ hibəmizə AzTU‑nun 2021‑2030‑cu illər üçün inkişaf strategiyası ilə bağlı fikirlərinizlə başlamaq istər‑ dik. Bu istiqamətdə görülən işlər barədə oxucularımıza məlumat ver‑ məyinizi xahiş edirik. Vilayət Vəliyev: 2 il yarımdan bir az çox müddətdir ki, Azərbaycan Tex‐ niki Universitetinin rektoru işləyirəm. Bu müddətdə 2021‐2030‐cu illəri əhatə edən universitetin 10 illik inkişaf strategiyasını hazırlamışıq. Bununla bağlı bir sıra düşüncələrimiz oldu, müxtəlif baxışlar da var idi. Bilidiyiniz kimi, artıq beynəlxalq aləmdə dayanıqlı inkişaf məqsədləri ilə bağlı ciddi yanaşmalar və bu yanaşmalara Azər‐ baycanın öz baxışları var. Bununla bağlı universitetlərin də üzərinə bəzi öh‐ dəliklər düşür. Burada kifayət qədər ciddi məq‐ sədlər, hədəflər və göstəricilər var. Düşünürəm ki, universitetlər ölkədə aparılan reformlar (çoxtərəfli əmək‐ daşlıqlar) kontekstində daha çox dayanıqlı inkişaf məqsədlərinə xidmət etmək, bu məqsədlər fonunda for‐ malaşmaqla Azərbaycana daha çox milli mənafelərin qorunması ilə bağlı dəstək verə bilər. Bu prosesi daimi olaraq bir səviyyədə saxlamaq üçün univer‐ sitetlərin rolları əvəzsizdir. O nöqteyi‐ nəzərdən iqtisadiyyatın baza sektorları üzərində formalaşan ixtisaslar üzrə kadr hazırlayan və tədqiqatlar aparan Texniki Universitet bu məsələdə əsas rol oynayır. Universitetin strategiyasını da bu dayanıqlı məqsədlərin fonunda hazırlamışıq. AzTU‐nun 2021‐2030‐cu illər üçün inkişaf strategiyasında universitetin dayanıqlı inkişaf məqsədləri, ümumi prinsipləri öz əksini tapıb. Strategiyada hər bir bənd üzrə 5 istiqamət forma‐ laşdırılıb, əsas hədəfi “yarat, inkişaf etdir, işlət” konsepsiyasından ibarətdir. Yəni aldığımız biliklərlə dizayn etməyi bacarmalı, bununla bağlı nəsə yarat‐ malı, yaratdığımızı inkişaf etdirməli və onu işlətməliyik. Bu baxımdan belə bir mühəndis kadrların hazırlığını hədəf‐ ləyirik. İnkişaf strategiyasında digər bir məqam isə odur ki, biz öyrədənlə öyrənənin vəhdətini görmək istəyirik. Tələbələrin öyrənməsini və yüksək səviyyədə öyrədilməsini tələb ediriksə, eyni qaydada mütləq müəllim hazır‐ lığını, müəllim hazırlığı proqramlarını
ortaya qoymalıyıq. Müəllimlər hazırlıqlı olmalı və bununla bağlı universitetdə hər cür şərait yaradılmalıdır. Biz universitet olaraq öyrənənləri daha asan üsullarla və sürətlə öyrətməliyik. Belə bir münasibətin formalaşması tədqiqatı, tədqiqat mühitini artıracaq, eyni zamanda universitet‐sənaye işbirliyini möhkəmləndirəcək. Bir sözlə, strategiyamızın əsas hədəfi ondan ibarətdir ki, biz dayanıqlı və inklüziv bir universitet qurmaq istəyirik. Elə etməliyik ki, universitet hərtərəfli olaraq milli maraqlarımızı, beynəlxalq mühitə inteqrasiyanı, daya‐ nıqlı və davamlı olaraq kadr hazırlığını və tədqiqatları dəstəkləyə bilsin. Bu gün universitetlərin funksiyaları çox də‐ yişib, universitetlər iqtisadiyyatın və cəmiyyətin inkişafına töhfə verməlidir. AzTU‐nun əsas hədəflərindən biri də Azərbaycanın dayanıqlı inkişaf məq‐ sədlərini əsas götürərək texnologiyalar bazarını genişləndirməkdir. Poliqon: AzTU uzun illərdi iqtisadiyatın müxtəlif sektorları ilə yanaşı, müdafiə sənayesi üzrə ixtisaslı kadrlar hazırlayır. Bu məq‑ sədlə yaradılan AzTU‑nun Xüsusi texnika və texnologiya fakultəsinin fəaliyyətini necə qiymətləndirir‑ siniz? Vilayət Vəliyev: Son dövrlərin hadisələri göstərir ki, müdafiə sənayesi və onun inkişafı ilə bağlı məsələlər çox ciddi məsələlərdir. AzTU‐ya rektor təyin olunan kimi müdafiə sənayesi ilə bağlı
məsələlərə ciddi fikir verməyə başladıq. AzTU yeganə universitetdir ki, burada Nazirlər Kabinetinin qərarı ilə yaradıl‐ mış Xüsusi texnika və texnologiya fakültəsi var. Bu qərar Azərbaycan Pre‐ zidentinin bu sahədə apardığı siyasətin müəyyən bir tərkib hissəsidir. Çünki AzTU müdafiə sənayesinin inkişafı və onun bütün sektorları üzrə çox ciddi tədqiqatlar aparan universitetlərdəndir. Bu universitetdə belə bir fakültənin açılması çox önəmli məsələdir. İlk növbədə fakültənin kafedralarını tək‐ milləşdirdik, lazımsız kafedraları Radio‐ elektron və aerokosmik sistemlər, eləcə də Xüsusi təyinatlı material və vasitələr kimi lazımlı kafedralarla əvəzlədik. Çünki bu fakültə müdafiə sənayesi üçün mühəndislər hazırlayır. Bu istiqamətdə Azərbaycanın mü‐ dafiə sənayesi naziri Mədət Quliyevlə konseptual görüşümüz oldu. Mədət müəllim AzTU‐da müdafiə sənayesi ilə bağlı işlərin aparılmasında çox maraq‐ lıdır və bu baxımdan bizə xeyli imkanlar yaratdı. Ötən müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin (MSN) müvafiq zavodlarında olmuşuq. MSN‐in “İqlim” İstehsalat Birliyi (İB) kimi bir çox müəssisələri ilə əməkdaşlıq edirik. Bu da müdafiə sənayesi ilə bağlı işlərimizin sürətli qurulmasına kömək edir. Bun‐ dan başqa, MSN‐in zavodlarında ka‐ fedralarımızın filiallarını açmışıq. Bizim AzTU rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin Elmi‑Tədqiqat İnstitutunda olub.
7
həmin zavodlarda auditoriyalarımız var. Məsələn, “İqlim” İB‐dəki bir mərtəbə AzTU‐ya aiddir, dərslərimizin böyük qismi və imtahanlar orada keçirilir ‐ müəllim otağı, layihələr üçün otaqlar, tələbələrimizə dərs keçmək üçün auditoriyalar bizim ixtiyarımızdadır. Bütün zavodlarda belə imkanların yaradılmasına səy göstəririk. Poliqon: Bu ilin mart ayının 2‑də Müdafiə Sənayesi Nazirliyi ilə birgə AzTU‑da böyük konfrans keçirildi. Vilayət Vəliyev: Bəli, müdafiə sənayesi üzrə ixtisaslı kadrların ha‐ zırlanması mövzusunda keçirilən kon‐ fransda Müdafiə Sənayesi Nazirliyinin bütün müəssisələrinin əməkdaşları iştirak etdi. Eyni zamanda, konfransda müdafiə sənayesi ilə bağlı Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər nazirliklərin, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları da iştirak edirdi. Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov bir çox problemləri səsləndirdi. Kon‐ fransda çox ciddi məsələlər müzakirə edildi və bəlli bir nəticəyə gəldik.
8 www.poliqon.az
Gəldiyimiz nəticə ondan ibarət oldu ki, mühəndis hazırlığı ilə bağlı ixtisaslarda və o ixtisasların tədrisində dəyişikliklər etməliyik. Biz artıq nəzərdə tutulan dəyişikliyi etməyə başlamışıq. Həqi‐ qətən də, yüksək kadr hazırlığı və tədqiqatlarımızın yaxşı nəticələr əldə etməsi üçün fakültə yenidən təşkil olunmalıdır. Bunun üçün ən başlıca müdafiə sənayesi üzrə ixtisaslaşan Xüsusi texnika və texnologiyalar fakültəsi Müdafiə Sənayesi Nazirliyi ilə AzTU‐nun birgə fakültəsi olmaqla yanaşı, həm də ayrıca bir korpusda (bina) yerləşməlidir. Binada kitabxana, sinif otaqları, diskussiya yerləri, internet və kommunikasiya sistemləri və s. formalaşamalıdır. Poliqon: AzTU‑nun son illərdə Azərbaycanın milli müdafiə səna‑ yesinin inkişafına daha çox isti‑ qamətləndiyini müşahidə edirik. Milli müdafiə sənayesinin inkişafına yönələn layihələriniz barədə nələri söyləyə bilərsiniz? Vilayət Vəliyev: Azərbaycan Tex‐ niki Universiteti olaraq milli müdafiə sənayesinin inkişafı ilə bağlı bir sıra
regional layihələrdə iştirak etməyi planlaşdırmışıq. Bu səbəbdən üç istiqaməti əsas götürürük. Birincisi, informasiya texnologiyalarının müdafiə sənayesinə ciddi surətdə inteqrasiyasını diqqətdə saxlayırıq və düşünürük ki, bizim üçün süni intellekt, süni intellektin tətbiqi, kibertəhlükəsizlik və robortlaşdırma əsas istiqamətlərdir. Biz bu istiqamətləri niyə əsas istiqamətlər kimi götürürük? Çünki bizim uni‐ versitetimiz texnologiya universitetidir. Logistika və nəqliyyat sektorunun inkişafında süni intellektin, informasiya texnologiyaları (IT) sistemlərinin, robot texnikasının inkişafı kifayət qədər önəmlidir. Azərbaycanda nəqliyyat sektoruna dair mobillik proqramının inkişafı ilə bağlı Nazirlər Kabinetinin müəyyən bir proqramı var və biz orada iştirak edirik. Ölkədə logistika sisteminin qurulması ilə bağlı, xüsusilə Bakı şəhərinin ətraf ərazilərinin logistika sisteminin qu‐ rulması ilə bağlı layihələrimiz var. Bütün bu istiqamətlərin formalaşması dolayısı ilə müdafiə sənayesi sistem‐ lərinin inkişafına da təsir göstərir. Çünki bizim təklif etdiyimiz xüsusi texnologiyalar istər‐istəməz burada öz rolunu ortaya qoyur. Türkiyənin İzmir Texnologiya Uni‐ versiteti ilə müdafiə sənayesinin inki‐ şafına yönəlmiş layihəmiz var. Hazırda bu istiqamətdə bəzi işlər görürülür. Layihələrimiz çoxdur, hidrogen ener‐ getikası ilə bağlı layihəmiz də for‐ malaşmaq üzrədir. Bir məqamı da qeyd etmək is‐ təyirəm, birbaşa müdafiə sənayesi ilə bağlı olan texnologiyaların inkişafı, əslində ikili texnologiyalardır. Kadr hazırlığının və tədqiqatlarımızın mülki istiqamətdə aparılması o demək deyil ki, müdafiə sənayesinə töhfələr ver‐ mirik və yaxud əksinə. Son dövrlər nəqliyyat sektorunda həyata keçir‐ diyimiz layihələrdə o qədər mülki yanaşmalar, mülki həllər var ki, bunları birbaşa müdafiə sənayesində tətbiq etmək mümkündür. Poliqon: Vilayət müəllim, Müda‑ fiə sənayesi üzrə elmi‑tədqiqatların inteqrasiyasında və təhsildə innova‑ tiv yanaşmada hədəflərinizi bilmək istərdik. Vilayət Vəliyev: Müdafiə sənayesi komplekslərindən danışırıqsa, bildir‐ məliyəm ki, son dövrlərdə aparılmış
təhlillər onu göstərir ki, müdafiə səna‐ yesi məhsulları iqtisadiyyatın ən aparı‐ cı sahələrindən biri olmalıdır. Azərbay‐ canın qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin xarici telekanallara 30‐a yaxın müsahi‐ bəsi oldu. Bu çıxışlara bir dəfədən çox, hətta, eləsi var idi ki, 4‐5 dəfə qulaq as‐ mışam və səsləndirilən məqamları diq‐ qətdə saxlamışam. Cənab Prezident si‐ yasət adamıdır və çıxışları siyasi kon‐ tekstdədir. Mən bir neçə çıxışda eyni məqamları analiz edib uyğunlaşdırmı‐ şam. Müharibə başlayandan qurtarana qədər o çıxışlarda diqqətimi çəkən mə‐ qamlardan biri bizim ermənilər üzərin‐ də qələbəmizi təmin edən texnologiya‐ ların təkmilləşdirilməsi idi. Ermənista‐ nın elə silahlarını məhv etmişik ki, o silahların məhv olunması haqqında düşünmək belə çətin idi. Düşünürəm ki, müdafiə sənayesi üçün kadr hazırlığı və tədqiqatların aparılması ən önəmli məsələdir. AzTU‐ da mövcud olan Nəqliyyat və logistika kimi fakültələr müdafiə sənayesində bi‐ lavasitə önəm daşıyır. Müharibədə qə‐ ləbə qazanmağımızın ən böyük səbəb‐ lərindən biri logistika sistemimizin düzgün qurulması idi. Məsələn, Ağdam əməliyyatında logistikanın üstünlüklə‐ rini çox aydın gördük. Müharibə ərəfə‐ sində hər hansı bir formada silah çatış‐ mazlığı və ya əsgərin qida çatışmazlığı ilə bağlı hər hansı bir problem olduğu‐ nu eşitmədik. İndiki müharibələrin xarakterinə baxdıqda logistika sistemi demək olar ki, qurula bilmir, amma biz müharibə‐ də logistika və nəqliyyat sistemini qura bildik. AzTU Azərbaycanda logistika sa‐ həsi üzrə fakültəsi olan yeganə univer‐
sitetdir. AzTU‐nun bu fakültəsinin də müdafiə sənayesinə istiqamətlənməsi‐ ni istəyirik. Azərbaycan Texniki Universitetin‐ də mövcud olan Metarulgiya və materi‐ alşünaslıq, Maşınqayırma və robototex‐ nika kimi fakültələrin müdafiə sənaye‐ sində yeri məlumdur. Robototexnikanın inkişafı bizim üçün önəmlidir. Pilotsuz uçuş aparatları, elektronika, energetika və avtomatika, informasiya texnologi‐ yaları (IT), informasiya telekommuni‐ kasiya texnologiyaları, süni intellekt və kibertəhlükəsizlik kimi sahələr müda‐ fiə sənayesinin istiqamətləridir. Eyni za‐ manda bizim İqtisadiyyat və idarəetmə fakültəmiz də müdafiə sənayesinə isti‐ qamətlənib. Universitetin bütün poten‐ sialını müdafiə sənayesinə cəlb etmək istəyirik. İT sahəsində də müdafiə sə‐ nayesi texnologiyalarına ciddi dəstək verməyi hədəfləyirik. Dizayn məsələlə‐ rində, texnologiyaları yeniləmək məsə‐ ləsində və bu istiqamətlərdə tədrisi mükəmməl vermək istəyirik. Məsələn, əlavə alternativ dərslər müəyyənləşdi‐
ririk və bu istiqamətdə “Kod Akademi‐ ya” (“Code Academy”) ilə əməkdaşlıq edirik. “Code Akademy” ilə birgə həm də mühəndislikdə vacib olan mühəndis qrafikası fənninin müasirləşdirilməsini təmin edirik. Müəyyən proqram təminatlarının və prototiplərin hazırlanması istiqamə‐ tində hədəflərimiz böyükdür. Bütün po‐ tensialı bu istiqamətə yönəltmişik, eyni zamanda xarici universitetlərlə, daha çox Türkiyə universitetləri ilə ikili dip‐ lom əməkdaşlığını da həyata keçiririk. Müdafiə sənayesi istiqamətində tədqi‐ qatlara Yıldız Texniki Universiteti, İstan‐ bul Texniki Universiteti, Qəbzə Texniki Universitetini də cəlb etmişik. Eyni za‐ manda Türkiyənin Qazi Universiteti, Or‐ ta Doğu Texniki Universiteti, Ankara Universiteti, Boğaziçi Universiteti ilə çox ciddi əlaqələrimiz var və müdafiə sənayesinin inkişafı ilə əlaqədar kadr hazırlığı, tədqiqatların aparılması, inno‐ vativ texnologiyaların yaradılması ilə bağlı bütün imkanlarımızı səfərbər edirik. Poliqon: Regionda müdafiə sənayesi sahəsi üzrə kadr hazırlayan yeganə universitet olan AzTU həm də müasir innovasiyalara uyğun is‑ lahatlar həyata keçirir, texnopark və inkubasiya mərkəzinin yaradılması istiqamətində işlər görür. Vilayət Vəliyev: Azərbaycanın müdafiə sənayesinin inkişafı ilə bağlı olan hədəflərimiz naminə qardaş Tür‐ kiyə Respublikasının gücündən istifadə edirik. Türkiyə universitetləri artıq AzTU‑da müdafiə sənayesi üzrə ixtisaslı kadrların hazırlanması mövzusunda konfrans keçirilib.
9
AzTU‑nun rektoru Vilayət Vəliyevin İstanbul Universitetinin rektoru Mahmut Ak ilə görüşündən.
dünya universitetlərinə inteqrasiya olunub. Türkiyə universitetlərini geniş əraziləri, institusional strukturu, xeyli texnologiyaları və çoxlu imkanları var. Həmçinin xeyli sənaye bölgələri ya‐ radılıb, texnoparklar qurulub. AzTU Türkiyədə sənaye bölgəsi sayılan Qəbzədə yerləşən və kifayət qə‐ dər imkanları olan Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumunun (TÜBİTAK) Mərmərə Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edir. Mərmərə Araşdırmalar Mərkəzində AzTU nü‐ mayəndələrinin tədqiqat aparması, texnoparkdan, infrastrukturdan istifadə etməsi üçün yer verilib. Azərbaycanın müdafiə sənayesinin inkişafına istiqa‐ mətlənmiş texnoparkın yaradılması ilə bağlı Türkiyənin Kiçik və Orta Sahib‐ karlığın İnkişafı və Dəstəklənməsi İda‐ rəsi Başqanlığı (KOSGEB) və TÜBİTAK, eləcə də Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dəstək vermək istəyir. Yaxın zamanlar‐ da AzTU‐nun müdafiə sənayesinin in‐ kişafına yönəlmiş texnoparkı fəaliyyətə başlayacaq. Hazırda bununla bağlı bütün prosedurları həyata keçiririk. Onu da xüsusilə bildirmək istəyi‐ rəm ki, Türkiyə üzərindən bəzi təcrü‐ bələri öyrənməyə ehtiyacımız var. Tür‐ kiyənin Boğaziçi Universiteti ilə bərabər proqram üzərində işləmiş, həmçinin elektromobil və energetikanın inkişafı ilə bağlı layihə vermişik. Layihədə elektromobillərin müdafiə sənayesi istiqamətində istifadə olunması ilə bağlı yanaşmamız var. Türkiyə tərəfindən
10 www.poliqon.az
bizim verdiyimiz layihəyə çox böyük maraq var. Bu marağın bir tərəfi də layihəmizin müdafiə sənayesinin in‐ kişafı ilə bağlı olmasıdır. Bundan başqa, Türkiyədə birbaşa müdafiə sənayesi üçün yaradılmış “Texnopark İstanbul” ilə əməkdaşlığa başlamışıq. “Texnopark İstanbul”da Azərbaycan Texniki Universitetinə yer verilib, müəllim və tələbələrimizi qəbul etmək, texnoparkda işləyə bilmək üçün imkanlar yaradılıb. Bütün bunlar ciddi danışıqların və kifayət qədər uğurla aparılmış işlərin nəticələridir. AzTU ailəsi olaraq Türkiyədə müdafiə sənayesinin mərkəzi sayılan Qəbzə bölgəsinə çox önəm veririk. Qəbzədə AzTU üçün texnopark qurulur. Bununla bağlı 1600 kvadrat metr ərazi ayırılıb, əlavə olaraq təxmini 2400 kvadrat metr ərazi də ayrılacaq. Bu mənada ölkə rəhbərimiz Prezident İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana çox minnətda‐ ram ki, bu işləri görmək üçün bizə şərait yaradırlar. İki ölkənin rəhbərləri‐ nin yaratdığı bu imkanlardan yüksək səviyyədə istifadə etməliyik. Mən özü‐ mü burada çox məsuliyyətli sayıram və düşünürəm ki, bu imkanları biz bir yerə gətirsək, çox ciddi işlər görmüş ola‐ cağıq. Poliqon: TÜBİTAK ilə AzTU‑nun əməkdaşlığına toxundunuz, birgə fəaliyyət proqramınız haqqında ətraflı məlumat verə bilərsinizmi? Vilayət Vəliyev: TÜBİTAK Tür‐ kiyədə elmin tətbiqi, innovasiyaların inkişafı ilə bağlı çox ciddi addımlar atan böyük bir təşkilatdır. TÜBİTAK‐ın Mər‐
mərə Araşdırmalar Mərkəzində mü‐ dafiə sənayesi üçün həm texnologi‐ yaların inkişafı, həm də kimya səna‐ yesinin, pirotexnika və optotexnikanın inkişafı ilə bağlı ciddi sahələr var. Biz əslində reallıqda bu istiqamətdə olan işlərimizi orada daha çox formalaş‐ dırmaq istəyirik. TÜBİTAK‐ın rəhbəri Hasan Mandal ilə hələ 2 il bundan əvvəl görüşmüş və AzTU haqqında kifayət qədər məlumat vermişik. Daha sonra TÜBİTAK Mər‐ mərə Araşdırma Mərkəzində olduq. Burada bizə xeyli imkanlar yaradılıb. Mərkəzin nümayəndələri 2 dəfə bizim universitetdə olub. Mərkəzin rəhbər‐ lərindən biri Osman Okur bəyin başçılıq etdiyi nümayəndə heyəti ilə daha çox müdafiə sənayesinin problemlərini müzakirə etmişik. Mərmərə Araş‐ dırmalar Mərkəzində müdafiə sənayesi ilə bağlı ciddi işlər görülür. Bizim həmin Mərkəzlə işçi planımız və ayrıca proq‐ ramlarımız var. Hazırda Mərkəzlə çox ciddi proqram üzərində işləyirik. Poliqon: Vilayət müəllim, AzTU‑ nun tərəfdaş olduğu Erasmus+KA2 proqramının UniClaD layihəsi barə‑ sində oxucularımıza məlumat verə bilərsinizmi? Vilayət Vəliyev: Son dövlərdə AzTU olaraq Erasmus+ KA2 kimi proq‐ ramlarla müntəzəm işləyirik. Nəqliyyat sektorunda belə bir proqramımız var idi, çox da uğurlu oldu. “Nəqliyyat xidmətləri üçün risk və böhran mühəndisliyi” adlı layihəsi “CRENG” adlanırdı. Onunla bağlı artıq tələbə qəbulu elan edirik, çox da ciddi istiqamətdir. UniClaD layihəsində Litva, Polşa, Avstrliya, Macarıstan, İspaniya, Ukrayna və Moldova kimi tərəfdaş ölkələr iştirak edir. Layihəyinin əsas mərhələsi görülüb, hətta biz orda sinif otaqları ayırmışıq, avadanlıqlar alınıb. Kənd təsərrüfatı nazirliyinin Aqrar İnnovasiya Mərkəzi ilə birgə “Yem Kalkulyatoru” adlanan pilot layihə çər‐ çivəsində əhəmiyyətli proqram təmi‐ natı yazılıb və istifadə üçün hazırdır. Bu universitet‐sənaye işbirliyinə gözəl bir nümunədir. Layihə Azərbaycanın in‐ kişafına çox ciddi töfhə verməkdədir. Poliqon: Dövlət qurumları, xü‑ susilə güc strukturlarının tabe‑ liyində olan təhsil müəssisələri ilə əməkdaşlıq necə qurulur? Birgə hansı fəaliyyətləriniz mövcuddur?
Vilayət Vəliyev: Azərbaycanın güc strukturlarının, onların universitet‐ lərinin imkanları çox yaxşıdır. Güc strukturlarının universitetlərinin hamı‐ sında olmuşuq və ayrı‐ayrı konfrans‐ larda iştirak etmişik. Daxili İşlər Nazirliyinin Akademiyası ilə çox ciddi əlaqələrimiz var. O Akademiyada bizim müəllimlərimiz birgə dərslər keçirlər. Eyni zamanda biz son konfransda bir qərara gəldik ki, müdafiə sənayesi ilə bağlı vahid bir platforma forma‐ laşdırmalıyıq. Bu istiqamət kadrların yetişdirilməsi, təqdiqatların aparılması və onların tələblərinin ödənilməsi ilə bağlıdı. Süni intellekt və kibertəhlükəsiz‐ liklə bağlı hökumətin müəyyən qərar‐ ları var. Bu qərarlardan irəli gələrək Təhsil Nazirliyi komissiya forma‐ laşdırıb. Komissiyada universitetimiz ən aparıcı universitetlərdən biridir. Süni intellekt və kibertəhlükəsizliklə bağlı müvafiq tədqiqat institutumuz for‐ malaşdırılır. Bu istiqamətdə artıq bəzi ilkin hədəfləri müəyyənləşdirmişik. Fövqəladə Hallar Nazirliyinin Aka‐ demiyası və Gömrük Akademiyası ilə də ciddi əlaqələrimiz var. Yaxın vaxtlarda bir yol xəritəsi üzərində tədbirlər pla‐ nına uyğun hərəkət edəcəyik. Poliqon: AzTU yeni nəsil mühən‑ dis hazırlığında qabaqcıl ənənələrin daşıyıcısı olan CDİO (Öyrən‑Layi‑ hələndir‑Reallaşdır‑İşlət) Təşəbbüsü Universitetlər Şəbəkəsinə üzv qəbul olunub. CDİO ailəsinə daxil olmaq AzTU‑ya hansı imkanları yaradacaq? Vilayət Vəliyev: Bizim qoşul‐ duğumuz strategiya “öyrən, inkişaf etdir, yarat!” bizim üçün önəmlidir. Mühəndis bilik əldə etməli, biliyini inkişaf etdirməli, bacarığa çevirməli daha sonra bacarığını işlətməlidir. Bu ideya 70‐ci illərin əvvəlində forma‐ laşmağa başlayıb. Dünyanın bir çox universitetləri, o cümlədən AzTU da bu ailəyə qoşulub. CDIO Təşəbbüsü Uni‐ versitetlər Şəbəkəsinə qoşulma prosesi çətin prosesdir. AzTU‐ya təyinat alanda ilk hədəfim CDIO ailəsinə üzv qəbul olunmağımız olub. Çünki mühəndis‐ lərimizin bura yönəlmələri vacib idi. Bu gün universitetin tələbələri nə qədər işlə təmin olunur və yaxud iş şəraiti
tələbələrimizi qəbul edirmi, bazar işti‐ rakıları bizim tələbələri işə götürürlər, götürmürlər ‐ mən bunları müzakirə etmək istəmirəm. Əsas məsələ budur ki, bazar iştirakçıları çox yüksək təhsilə malik, əldə etdiyi biliyi bacarığa çevirə bilən tələbələri istəyir ki, onlar gedib iş yerində vərdişə uyğunlaşa bilsinlər. Mənə elə gəlir ki, tələbələrimizə yüksək bilik vermək üçün yeganə yol bu ailəyə daxil olmaq idi. Əgər tələbə öyrət‐ diyimiz nəzəriyyəni həyata keçirə və özünü tapa bilmirsə, bu tələbənin əmək bazarında yeri olmayacaq. Bütün bunları nəzərə alıb 2 il bundan əvvəl bu ailəyə qoşulmaq üçün müraciət etdik. CDIO ailəsinə qəbul olunanda özümüzü tərifləmədik. Qəbul prosesində bizim Özünütəhlil Hesabatımız onlar tərə‐ findən çox yüksək qiymətləndirildi. Orada bir tələb (bənd) var ki, uni‐ versitet özünütəhlil hesabatı hazırlayır, özü özünə rəy verir. Onlar bizim özünü‐ təhlil rəyimizi təhlil edərək univesitet haqqında məlumatar topladılar və gördülər ki, biz bütün addımlarda uni‐ veristeti, tədris prosesini, müəllimlə‐ rimiz haqqında məlumatları tam obyek‐ tiv qeyd edirik. Ondan sonra qiymət‐ ləndirdilər. Yekunda Azərbaycan Texniki Universitetindən 4‐5 nəfər iştirak edirdik. AzTU regionda yeganə universitetdir ki, bu ailənin üzvü oldu. Bu bizə regionda avantaj verir. Hazırda CDIO Təşəbbüsü Universitetlər Şəbə‐ kəsindən proqramlar götürürük. 4 proqramımızı bu istiqamətdə dəqiqləş‐ dirməli, bu vərdişlərin əldə olunmasına qədər istifadə etməliyik. Onu da qeyd edim ki, bu gün əmək bazarı əlavə çox şey tələb edir. Məsələn, “Boeing” şirkətinə qəbul olunan işçi
yüksək səviyyədə biologiyanı, etikanı və s. bilməlidir. Biz də bu tələblərə uyğunlaşmalıyıq. Bu baxımdan maddi‐ texniki bazamızı qurmalıyıq, tədrisin keyfiyyətini artırmalı, lazımsız fənləri çıxarmalı və bu kimi məsələləri həyata keçirməliyik. Poliqon: AzTU‑nun prioritet‑ lərindən biri də universitet‑sənaye işbirliyinin gücləndirməsidir. Bu istiqamətdə bir sıra yerli və xarici şirkətlərlə, o cümlədən Türkiyənin ASELSAN və TUSAŞ şirkətləri ilə də əməkdaşlıq sazişləriniz var. Vilayət Vəliyev: AzTU olaraq universitet‐sənaye işbirliyinin həyata keçirilməsi ilə bağlı bir sıra işlər görmüşük. Builki müdafiələrdə, dis‐ sertasiya işlərinin yazılmasında çox ciddi irəliləyişlər olacaq. Planlaş‐ dırmışıq ki, universitetdə magistr və doktorantura səviyyəsində dissertasiya, eləcə də buraxılış işləri birbaşa biznesin tələblərini ödəsin. Bu ildən 3‐5 nəfərlik qrup şəklində dissertasiya işləri yerinə yetiriləcək. Bu mənfi vərdişlərdən uzaqlaşmağa təkan olacaq. Əlbəttə, individual işlər də olacaq. İkinci bir tərəfdən, Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi bizdən tələb edir ki, müdafiə sənayeyönümlü fakültədə oxuyan tələb‐ lər mütləq şəkildə müdafiə sənayesinə uyğun mövzu müdafiə etsinlər. Bu da universitet‐sənaye işbirliyinin güclən‐ dirilməsini, ciddi təlimlərin aparıl‐ masını ortaya qoyur. Bu səbəbdən uni‐ versitet‐sənaye işbirliyi mərkəzi ya‐ ratmışıq. Eyni zamanda Türkiyə təcrübəsini öyrənirik. Türkiyənin ASELSAN şirkəti ilə AzTU arasında ilkin olaraq müqavilə bağlanıb. Bu yaxın‐
AzTU‑nun rektoru Vilayət Vəliyev aprel ayında Türkiyədə işgüzar səfərdə olarkən İstanbul Texniki Universitetində görüş keçirib, yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.
11
AzTU‑nun rektoru Vilayət Vəliyev Türkiyədə işgüzar səfərdə olarkən Qəbzə Texniki Univer‑ sitetinin rektoru Məhəmməd Həsən ASLAN ilə görüşüb, ikili diplom proqramları, birgə elmi‑ tədqiqat mərkəzləri, laboratoriyalar haqqında müzakirələr aparılıb.
larda ASELSAN şirkətinin İdarə Heyətinin sədri və Baş direktoru Haluk Görgün ilə uzun görüşümüz olub. İkinci bir tərəfdən Türkiyənin TUSAŞ şirkəti ilə də bir proqramımız var. Proqram əsasında müqavilə bağ‐ lamışıq. Belə ki, hər il 3‐4 ay müddətinə 20 tələbə TUSAŞ‐a göndərilir. Şirkət azərbaycanlı tələbələrin orada işlə‐ mələri ilə yanaşı, maddi xərclərini də qarşılayır. Hazırda AzTU ilə “Roketsan” şirkəti arasında əməkdaşlıq qurulması isti‐ qamətində danışıqlar gedir. Yəqin yaxın zamanda ciddi bir müqaviləyə baş‐ layacağıq. Bizim əsas hədəflərimizdən biri odur ki, bu istiqamətdə Türkiyə universitetləri, xüsusən də Yıldız Texniki Universiteti və İstanbul Texniki Universiteti ilə əməkdaşlıq edib, bu əməkdaşlığı üçlü çərçivəyə gətirək. Poliqon: AzTU‑nun kosmik sə‑ nayenin inkişafına yönəlik apardığı tədqiqatlar və bu sahədə həyata ke‑ çirilən layihlər barədə də da‑ nışardıq. Vilayət Vəliyev: AzTU‐nun yeni Radioelektron və aerokosmik sistemlər kafedrası Milli Avasiya Akademiyası ilə birgə kosmik sənayesi sahəsində işlər
AzTU‑nun rektoru Vilayət Vəliyev MSN‑nin Elmi‑Tədqiqat İnstitutunun rəhbərliyi və əməkdaşları ilə görüşüb, burada aparılan elmi‑ tədqiqat işləri ilə tanış olub. AzTU ilə MSN ETİ arasında əməkdaşlıq memorandumu imzalanıb.
12 www.poliqon.az
görmək istəyir. Çünki Milli Aviasiya Akademiyasının bu sahədə kifayət qədər təcrübəsi var. Bu istiqamətdə tədqiqata başlamaq üçün yaxın vaxtlarda bir görüş planlaşdırımışıq. Daha çox süni intellekti, kibertəh‐ lükəsizliyi və enerji sistemlərinin yara‐ dılması ilə bağlı işlər görmək istəyirik. Eyni zamanda bizim bu istiqamətdə bəlli hədəflərimiz var. İkinci bir məsələ yeni nanomate‐ riallarla bağlı işlərdir. Bununla bağlı bizdə xüsusi bir Labaratoriya Mərkəzi qurulub. Türkiyənin Ortadoğu Texniki Universitetinin professoru, həmyer‐ limiz Həmdulla Mehrabov Mərkəzin rəhbəri təyin olunub. Türkiyənin İzmir Yüksək Texnologiyalar Universitetinin keçmiş rektoru, TUSAŞ‐ın əsas məs‐ ləhətçilərindən olan professor Mustafa
Güdən də Mərkəzimizdə çalışır. Bu iki alim dünyada kifayət qədər məşhur alimlərdilər. Mustafa bəy hazırda nanotexnologiyaların üzərindən mate‐ rialların formalaşması ilə bağlı işlər görür. Mərkəz çox ciddi layihələr ortaya qoyacaq. Robortlaşma, xüsusilə də mexatronika ilə bağlı böyük hədəf‐ lərimiz var. Yıldız Texniki Universiteti ilə də kosmik sənayesi sahəsində danışıqlar aparmışıq. Mexatronika və proseslərin avtomatlaşdırılması ixtisasları üzrə Yıldız Texniki Unuversitetinin dəstəyilə tədris laboratoriyası qurulmuş və gələcəkdə ikili diplom proqramı ilə mütəxəssis hazırlanması hədəflənir. Eyni zamanda İstanbul Texniki Uni‐ versiteti ilə yeni materiallar üzrə yeni bir mərkəzdə – “AzərGold”da birlə‐ şəcəyik. Bununla yanaşı AzTU olaraq müdafiə sənayesinin inkişafı ilə bağlı kimya texnologiyası üzrə fakültəmizi inkişaf etdirmək istəyirik. Bununla bağlı Qəbzə Texniki Universiteti ilə ikili diplom layihəsinə başlamağı plan‐ laşdırırıq, bu yaxınlarda müqavilələr imzalanacaq. Energetika üzərindən batareyaların inkişafı, o istiqamətdə tədqiqatlarımız, hidrogen sənayesinin tətbiqi ilə bağlı da layihələr düşünürük. Eləcə də süni intellekt, kibertəh‐ lükəsizlik bizim əsas istiqamətləri‐ mizdir. Onunla bağlı Ankara Univer‐ sitetilə işlərimiz var.
Bundan başqa, bu il aprel ayının sonunda Almaniyanın Brandenburq Texniki Universitetində (BTU) səfərdə olduq. Səfər çərçivəsində magistratura səviyyəsində maşın mühəndisliyi və metallurgiya mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramı haqqında müqavilə imzaladıq. Bu müqavilə AzTU ilə BTU arasında 10 ildən artıq davam edən əməkdaşlığın nəticəsi idi. Bu sənəd hər iki ali təhsil müəssisəsi üçün faydalı olacaq, iki ölkə arasında əmək‐ daşlığın inkişafına töhfə verəcək. Bu istiqamətdə Almaniyanın digər univer‐ sitetləri ilə də əməkdaşlığımız olacaq. Poliqon: Vilayət müəllim, uni‑ versitetiniz “TEKNOFEST Azərbay‑ can” Aviasiya, Kosmos və Texnolo‑ giya festivalının tərafdaşıdır. Fes‑ tivala hazırlıqlarla bağlı nələri deyə bilərsiniz? Bu festival ilə əlaqədar AzTU qarşısında hansı vəzifələrin durduğunu bilmək istərdik? Vilayət Vəliyev: Azərbaycan Tex‐ niki Universiteti “TEKNOFEST”in tərfdaşı olaraq “TEKNOFEST Azərbay‐ can” festivalına 20‐yə yaxın layihə verib. “TEKNOFEST”də kosmik sənayenin inkişafı ilə bağlı Türkiyə Texnologiya Komandası Vəqfinin rəhbərliyi AzTU‐da təqdimat keçirib. Eyni zamanda “TEKNOFEST”in icraçıları da univer‐ sitetimizdə olub, treninqlər keçib. Artıq “TEKNOFEST”lə bağlı bütün mate‐ rialları təhvil almışıq. Festivalın idarə heyəti də formalaşıb və daimi olaraq bizimlə əlaqədədirlər. Bir sözlə, “TEKNOFEST” komandası Azərbaycan‐ da bütün tədbirlərini AzTU‐da ke‐ çirirlər. “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiyə Texnologiya Koman‐ dası Vəqfinin (T3 Vakfı) rəhbəri Səlcuq Bayraktarın “TEKNOFEST Azərbaycan” festivalına hazırlıq prosesində Azərbaycana səfəri çərçivəsində rektorlarla görüşü oldu. Bundan başqa, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “ASAN xidmət” tərəfindən bizim də iştirak etdiyimiz tədbirlər keçirildi. AzTU əməkdaşları festivalla bağlı üzərimizə düşən işləri yüksək səviyyədə yerinə yetirirlər. Bu festival üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə kifayət qədər əlaqəli işləyirik. Həmçinin Türkiyənin ayrı‐ayrı təşkilatları, əməkdaşlıq etdiyimiz bütün universitetləri ilə birgə çalışırıq. Eyni
zamanda, AzTU‐da şəhid övladlarını “TEKNOFEST”ə hazırlamaq üçün iki kurs təşkil etmişik. Poliqon: “TEKNOFEST Azərbay‑ can” festivalından gözləntiləriniz nələrdi? Vilayət Vəliyev: “TEKNOFEST”in ortaya qoyacağı məqamlardan biri gənclərimizin müdafiə sənayesinə, aerokosmik sistemlərə, ümumiyyətlə innovasiyalara marağını artıracaq. Burada söhbət hansısa pilotsuz uçuş aparalarından getmir, texnologiyaların bütün sektorlarında inkişafdan gedir. Sənaye istiqamətində gənclərdə tə‐ fəkkür formalaşacaq, kütləvililik təmin olunacaq. “TEKNOFEST”ə təqdim etdiyimiz layihələrin uğurlu olub‐ olmayacağını deyə bilmərəm. Burada gəncliyin həvəsi var, müəllimlərimizin bu gəncliyə dəstəyi var. “TEKNOFEST” həm də Türkiyə və Azərbaycandakı elm və təhsil məkəzləri arasında körpülər yaradacaq. Biznes imkanlarını müəyyən mənada tək‐ milləşdirəcək. Poliqon: Cənab rektor, sonda əlavə etmək istədiyiniz fikirləriniz varmı? Vilayət Vəliyev: Əlavə etmək istədiyim fikirlər tədrisin keyfiyyəti ilə bağlıdır. Tədrisin keyfiyyəti yaxşı olma‐ lıdır. Tədrisin keyfiyyətinin yaxşılaş‐ dırılması dedikdə söhbət müəllim hazırlığının yüksək səviyyədə olması və tələbələr üçün yaxşı tədrisin
AzTU‑nun rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Almaniyanın Bran‑ denburq Texniki Universitetinə səfəri çərçivəsində ikili diplom müqaviləsi imzalanıb.
aparılmasından gedir. Hökümət kifayət qədər imkanlar yardır. Biz bu univer‐ sitetləri Azərbaycanda biznesin bir parçasına çevirməliyik. Danışıqlarımı‐ zın mahiyyəti odur ki, universiteti bitirən tələbə özünə iş tapa biləcəkmi, yaxud da bizim bu tədqiqatımızın bir nəticəsi olacaqmı? Məsələ budur. Universitetlər daimi olaraq əmək bazarının tələblərini ödəmək üçün texniki peşə təhsilini davamlı dəstək‐ ləməlidirlər. Universitetdə daimi olaraq vəziyyət dəyişir, bəzi ixtisaslar yox olur, yerinə bir qrup ixtisaslar gəlir. Təbii ki, müəllimlər də ya ixtisasların tələblərinə uyğunlaşmalı, ya da əvəzlənməlidir. Universitetimiz müəllimləri ixtisasların tələblərinə uyğun hazırlaya bilir. Bəzən 60 yaşında olan müəllimlər yeni ixtisaslarda daha uğurlu ola bilirlər. Sözsüz ki, bütün işsizlərin tələbini Təhsil Nazirliyinin peşə məktəbləri ödəyə bilməz. Universitetlər də bu işdə aktiv olmalıdır. Universitetlər əmək‐ daşlarının, tələbələrinin əmək bazarına qoşulmaları üçün texniki peşə təhsilini artırmalı, bu istiqamətdə təcrübələri öyrənməlidir. Poliqon: Cənab rektor, maraqlı müsahibə üçün təşəkkür edirik!
13
Prezident İlham Əliyev XTQ‑nin hərbi hissəsində ?Rizvan Fikrətoğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23‐cü ildönümü münasibətilə aprel ayının 30‐da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində olub. Xüsusi Təyinatlı Qüvvələrin koman‐ danı, general‐leytenant Hikmət Mirzəyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi hissədə yaradılan şərait barədə məlumat verib. Qeyd edək ki, 1999‐cu ildə ulu ön‐ dər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri yaradılıb. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) forma‐ laşmasında Birinci Qarabağ müharibə‐ sinin iştirakçıları olan zabit və gizirlər
14 www.poliqon.az
fəal iştirak ediblər. Ümummilli lider Heydər Əliyev tərəfindən vahid koman‐ danlıq altında birləşdirilən Azərbaycan Ordusunun bu bölmələri Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlıqla forma‐ laşdırılıb. Ali Baş Komandan İlham Əliyev xüsusi təyinatlı qüvvələrə yüksək diqqət yetirir. Onların fəaliyyəti, təchizatı, gün‐ dəlik məşqləri mütəmadi nəzarətdədir. Heç də hər hərbçi Xüsusi Təyinatlı Qüv‐ vələrin üzvü seçilmək hüququ qazanmır.
Bunun üçün ağır təlimlər, hərbi imta‐ hanlar, iradə nümayişi vacib şərtlərdən‐ dir. Burada əlbəyaxa döyüş, dərin kəş‐ fiyyat, düşmən arxasına keçmə, həyatda qalma, mühəndis, atəş, psixoloji, desant, dalğıc, tibbi, asimmetrik döyüş və sair kimi hazırlıqlar üzrə təlimlər keçirilir. Mübaliğəsiz demək olar ki, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti 2016‐cı ilin Aprel döyüşlərində, eləcə də Vətən müharibəsində Azərbaycan hərb tarixinə yeni qəhrəmanlıq səhifələri yazdılar. Ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının keçiril‐ məsində həlledici rol oynadılar. Peşə‐ karlıqla bərabər, burada fədakarlıq, ölü‐ mün üzərinə şığıma həlledici amillərdən idi. Xüsusi Təyinatlı Qüvvələrin mənsubları döyüş tapşırıqlarını uğurla yerinə yetirdiklərinə görə dövlətimizin başçısının müvafiq sərəncamları ilə “Azərbaycanın Milli Qəhrəmanı”, “Vətən
Müharibəsi Qəhrəmanı” fəxri adlarına layiq görülüblər, eləcə də müxtəlif orden və medallarla təltif olunublar. Azərbaycan Xüsusi Təyinatlı Qüv‐ vələri dünya müdafiə sənayesinin apa‐ rıcı şirkətlərinin istehsalı olan müasir si‐ lahlar, döyüş vasitələri və texnikalara sahibdir. Onların sırasında müxtəlif tipli snayper silahları, pulemyotlar, tapan‐ çalar, tank əleyhinə idarəolunan raket kompleksləri, qumbara və qumbaraatan‐ lar, duman yaradan vasitələr, daşınan və əl radiostansiyaları, GPS və sair var. Yerli sənayemizin istehsal etdiyi məhsullar da Xüsusi Təyinatlı Qüvvələr tərəfindən döyüşlərdə uğurla istifadə edilib. Müharibədən sonrakı dövrdə də ordu quruculuğu prosesi yeni reallığa uyğun formalaşdırılmaqda davam edir. Mövcud qoşun növlərinin təkmilləş‐ dirilməsi, yeni qoşun növlərinin yara‐ dılması bu prosesin tərkib hissəsidir. İkinci Qarabağ müharibəsində özlərini ən yaxşı cəhətdən göstərən Xüsusi Təyinatlı Qüvvələrin təkmilləşdirilməsi, eyni zamanda, xüsusi təyinatlı yeni qüvvələrin yaradılması həm də o demək‐ dir ki, Azərbaycan regiondakı istənilən ssenariya hazırdır. Həmişə olduğu kimi – hərb meydanında ləyaqət, şərəf və ədalət davranışı göstərmək şərti ilə. Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışı ‐ İyirmi üç il əvvəl ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Xü‐ susi Təyinatlı Qüvvələr yaradılmışdır. Ulu Öndər bu Fərmanı imzalamaqla növ‐ bəti dəfə böyük uzaqgörənlik göstərmiş‐ dir. Xüsusi Təyinatlı Qüvvələrin yara‐ dılması İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdə də özünü sübut etdi. 1999‐cu ildə vəziyyət fərqli idi. Ermənistan‐Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunma‐ sı üçün hələ də ümidlər tükənməmişdi. Ancaq buna baxmayaraq, Heydər Əliye‐ vin qərarı əsasında Azərbaycan Silahlı Qüvvələrində xüsusi hərbi birləşmə ya‐ radılmışdır və o gündən bu günə qədər xüsusi təyinatlılar böyük və şərəfli yol keçərək, Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək tarixi Zəfərimi‐ zin əldə olunmasında xüsusi rol oy‐ namışlar. Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin səbəbləri aydındır. O vaxt nizami ordu yox idi, ordu qu‐ ruculuğu aparılmırdı, ölkə rəhbərliyində olan şəxslər isə öz vəzifə borcunu yerinə yetirə bilməmişdir. 1992‐ci ilin may
ayında Şuşa və Laçının işğal altına düşməsi və 1993‐cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Beləliklə, bizim torpaqlarımızın işğalı əfsuslar olsun ki, reallığa çevrilmişdir. Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlərin nəticəsində Azərbaycan Ordusu demək olar ki, sıfırdan yaranmağa başlamışdır və illər keçdikcə ordumuz öz gücünü artır‐ mışdır. Bunu biz işğal dövründə müxtəlif zamanlarda görmüşük, o cümlədən Aprel döyüşlərində. Aprel döyüşləri işğalçılar üçün bir mesaj, bir siqnal idi ki, işğala son qoyun, torpaqlarımızdan çıxın, rədd olun. Bizim Aprel döyüşlə‐ rindəki qələbəmizdə xüsusi təyinat‐ lıların çox böyük xidmətləri olmuşdur. Ancaq əfsuslar ki, Aprel hadisələri işğalçılar üçün dərs olmadı. Onlar işğalı əbədiləşdirmək üçün öz səylərini davam etdirdilər və işğalı əbədi etmək üçün Azərbaycana, Azərbaycan Silahlı Qüvvə‐ lərinə hədə‐qorxu gəlməyə davam etdilər. Bizi yeni müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz dərsini aldı. “Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir. Nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Biz güclü ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq. Mən Prezi‐ dent kimi öz səlahiyyətlərimi icra
etməyə başlayan zaman demişdim ki, mənim üçün Prezident və Ali Baş Ko‐ mandan kimi birinci vəzifə ordu quruculuğudur. Çünki torpaqlarımız işğal altındadır, danışıqlara ümidlərimiz tükənib və güc yolu ilə biz bu məsələni həll etməliyik. Bunu illər boyu bəyan edirdim, çalışırdım Ermənistan rəh‐ bərliyi, nəhayət anlasın ki, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi, Azərbay‐ can Ordusu bu işğalla heç vaxt barışma‐ yacaq. Bunu rəsmən bəyan edirdim ki, nəyin bahasına olursa‐olsun, torpaqları‐ mızı düşmənin əlindən alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Belə də oldu. Vətən müharibəsi bizim şanlı tarix‐ imizdir. Azərbaycan xalqı öz ordusuna dayaq oldu, arxa oldu, bütün Azərbaycan vətəndaşları birləşdi, bütün dünya azər‐ baycanlıları birləşdi. Bir yumruq kimi birləşdik və düşmənə elə sarsıdıcı zər‐ bələr endirdik ki, bu günə qədər də özünə gələ bilmir. Ermənistan ordusu 44 gün ərzində tamamilə məhv edilmişdir. Ermənistan ordusunun qalıqları bu gün Bakının mərkəzində, Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Vaxtilə Er‐ mənistan rəhbərliyi bizi yeni müharibə ilə hədələyirdi. Deyirdilər ki, əgər Azərbaycan hərbi yolla bu məsələni həll etmək istəsə, erməni tankları Bakının küçələrində olacaq. Bəli, erməni tankları Bakının küçələrində oldu, biz onları məhv edilmiş vəziyyətdə gətirdik. İndi o tanklar, digər toplar və texnika Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.
15
Biz cəmi 44 gün ərzində 300‐dən çox şəhər və kəndi düşmənin əlindən aldıq, döyüş meydanında bu Zəfəri qazandıq, danışıqlar yolu ilə yox, kiminsə güzəşti ilə yox, qan tökərək, şəhidlər verərək. Bizi irəliyə nə aparırdı? Vətən sevgisi, Vətənə sevgi, düşmənə nifrət! Bax, biz gənc nəsli bu əhval‐ ruhiyyədə yetişdirmişik, bu əhval‐ ruhiyyədə bizim ordumuz yetişib və or‐ dumuzun ən döyüşkən birləşməsi olan xüsusi təyinatlılar bu amalla, bu ideya ilə irəliyə gedirdi, öz sinəsini qabağa verirdi. Azərbaycan Silahlı Qüvvələrinin tar‐ ixi Zəfəri bizim tariximizdə əbədi qala‐ caq. Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq. Bu sevinci bizə bəxş edən bizim övladlarımız, əsgər və zabitlərimiz olub. Bütün Silahlı Qüvvələr bu Qələbənin əldə olunmasında öz dəyərli töhfəsini vermişdir və cəmi 44 gün ərzində tarixi Zəfər əldə olundu, düşmən bizim qa‐ bağımızda diz çökdü və məcbur oldu öz əli ilə kapitulyasiya aktına imza atdı. Bu, tariximizin və mənim həyatımda bəlkə də ən yaddaqalan, ən sevincli, ən qürurlu anlardan biridir, bəlkə də birincisidir. Ermənistanın kapitulyasiya aktına imza atmaq mənim həyatımda ən qürurlu hadisədir. Xüsusi təyinatlıların Vətən mühari‐ bəsindəki Qələbəmizdə çox böyük payı var. Mən Ali Baş Komandan kimi bunu bilirəm, bu barədə Azərbaycan ictimaiy‐ yətinə də öz sözlərimi demişəm. Bütün Azərbaycan xalqı bunu bilir və düşmən də bunu bilir. Müharibənin ilk günlə‐
16 www.poliqon.az
rindən kəndlərimizin azad olunması düşməni sarsıtdı. Onlar inanmırdılar ki, Azərbaycan Ordusu beş‐altı müdafiə xəttini öz sinəsi ilə yararaq, qan tökərək, şəhidlər verərək tarixi Zəfər əldə edə bilər. Onların hələ də ümidləri var idi ki, kimsə bizi dayandıracaq, kimsə bizə təzyiq edəcək və biz o təzyiqə məruz qalaraq öz Zəfər yürüşümüzü dayandı‐ racağıq. Mən demişdim, heç nə və heç kim bizi dayandıra bilməz, biz sona qədər gedəcəyik, düşməni sona qədər torpaqlarımızdan qovacağıq və düşmən kapitulyasiya aktını imzalayandan sonra müharibə dayana bilər, belə də oldu. Sözümüzə yenə də sadiqlik göstərmişik. İlk günlərdən Ordumuz irəliyə gedirdi, bir dəfə də olsun geriyə addım atma‐ mışdır. Ermənistan ordusunda özlərinin etiraflarına görə, on mindən çox fərari olmuşdur. Azərbaycan Ordusunda bir
nəfər də fərari olmamışdır. Budur Azər‐ baycan xalqının mənəvi keyfiyyətləri, budur milli ruhumuz, Vətən sevgisi. Bizi irəliyə aparan Vətən sevgisi idi, ancaq, eyni zamanda, hazırlıq, peşəkarlıq idi. Bizim bütün əsas həlledici əmə‐ liyyatlarımızda xüsusi təyinatlılar ön sırada idilər. Digər hərbi birləşmələr ilə birlikdə şəhər və kəndlərimizi azad edən xüsusi təyinatlıların rolunu mən xüsusilə vurğulamaq istəyirəm. Uğurlu əməliy‐ yatlardan sonra yolumuz Şuşaya açıldı. Yolumuz deyəndə, o yol yox idi. Uğurlu Hadrut əməliyyatından sonra, ‐ hansı ki, Ermənistanda fərarilərin sayını kəskin artırmışdır, ‐ onlar inanmırdılar ki, biz o istiqamətdə gedəcəyik. Onlar bizi başqa yerlərdən gözləyirdilər. Amma bizim aslanlarımız, igidlərimiz olmayan yerdə yol açdılar, öz əlləri ilə, öz ayaqları ilə, öz sinələri ilə. Dərələrdən, meşələrdən, cığırlardan keçərək istiqamət Şuşaya idi. Mən müharibə zamanı demişdim, Şu‐ şasız bizim işimiz yarımçıq qalacaq. Müharibənin ilk günündən son gününə qədər hədəfimiz Şuşanın, bizim Qara‐ bağın tacı olan əziz şəhərimizin erməni tapdağından azad olunması idi və buna nail olduq, buna siz nail oldunuz, xüsusi təyinatlılar nail oldu. Neçə gün yorul‐ madan, əlində yüngül silahlarla o dərələrdən, meşələrdən keçərək Şuşaya yaxınlaşdı bizim igidlərimiz. Yol boyunca bir çox kəndi azad etdi, qan tökdü, şəhidlər verdi, amma dayanmadı, irəliyə getdi. Bu gün Şuşaya gələn hər bir insan, sadəcə olaraq, məəttəl qalır ‐ bu alınmaz qalanı Azərbaycan övladları necə aldılar. Hər dəfə Şuşaya Zəfər yolu ilə gedəndə hər bir insan bu haqda fikirləşir. Son vaxtlar artıq Zəfər yolu ilə Şuşaya gedən insanların sayı həddindən artıq çoxdur, həm Azərbaycan vətəndaşları, həm
xarici vətəndaşlar. Ondan sonra mənimlə təmaslar əsnasında qeyd edirlər ki, siz Azərbaycanda belə qısa müddətdə bu yolu necə çəkmisiniz? Mən isə deyirəm, əsas məsələ bu deyil, siz fikirləşin bizim əsgər və zabitlərimiz o meşələrdən necə keçiblər, o yolu onlar açıblar və bu yola mənim tərəfimdən Zəfər adı verilməklə biz bu şanlı Zəfərimizi bir daha tariximizdə həkk etdik. Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən o sıldırım qayaları görəndə hər dəfə mənim gözlərimin önünə siz gəlirsiniz. Bu alınmaz qala necə alındı ‐ yüngül silahlarla, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə. Qarşıda, yuxarıda, dağın başında təpədən dırnağa qədər silahla, topla, tankla silahlanmış ermənilər sizin qarşınızda aciz idilər. Həm gücünüz, həm iradəniz, peşə‐ karlığınız və Vətən sevgisi. Siz öz Vətə‐ niniz uğrunda doğma torpaqda vu‐ ruşurdunuz. İşğalçı düşmən isə Azər‐ baycan torpağında sizin qarşınızda duruş gətirə bilməzdi. Şuşanın azad olunması müharibənin ən parlaq səhi‐ fəsidir. Bu gün dünyanın aparıcı hərbi məktəblərində Şuşa əməliyyatı, Hadrut əməliyyatı, digər əməliyyatlar öyrənilir. İkinci Qarabağ müharibəsindən ilyarım keçib. Hərbi ekspertlər, bu mə‐ sələ ilə, münaqişələrlə məşğul olan in‐ sanlar bu günə qədər Azərbaycan Zəfəri haqqında danışırlar və mənə bu məsələ ilə bağlı, müharibə ilə, Zəfərimizlə bağlı çoxsaylı suallar verilir. Nə, hansı amillər bu Qələbəni şərtləndirdi? Onların arasında birinci Vətən sevgisidir. Yəni, sizi ölümə aparan, “öldü var, döndü yox‐ dur” deməyə vadar edən Vətən sevgisi idi və biz bunu nümayiş etdirdik. Bütün dünyaya nümayiş etdirdik ki, biz böyük xalqıq və müharibəni biz ləyaqətlə apar‐ mışıq. Mənfur düşmən döyüş mey‐ danında məğlubiyyətə uğrayarkən bizim şəhər və kəndlərimizi namərd atəşə tutmuşdur. Yüzdən çox dinc insan, onların arasında uşaqlar, qadınlar bu namərd atəş altında öz həyatlarını itirdilər. Biz isə ləyaqətlə müharibəni apardıq və müharibə zamanı mən deyir‐ dim ki, biz qisasımızı döyüş meydanında alacağıq. Biz mülki vətəndaşlarla heç vaxt vuruşmamışıq və vuruşmayacağıq. Azərbaycan xalqının ülvi keyfiyyətləri bizə imkan verməz və belə də oldu. Bütün dünya bunu etiraf edir ki, azərbaycanlılar ləyaqətlə vuruşdular, kişi kimi vuruşdular, düşməni qovdular, diz çökdürdülər və öz sözlərinə əməl etdilər.
Bu gün isə bölgəmizdə vəziyyət tam fərqlidir. Biz qalib xalq kimi, müzəffər ölkə kimi öz gücümüzü artırırıq. Xüsusi təyinatlıların gələcək fəaliyyəti ilə bağlı bütün göstərişlər verilmişdir. Bu hərbi hissədə mən müharibədən bir il qabaq olmuşdum, xüsusi təyinatlılarla görüş‐ müşdüm. Bu gün də, bu bayram günündə sizinlə birlikdə olmaq mənim üçün böyük şərəfdir. Mən sizinlə fəxr edirəm. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir. Ermənistan, Ermənistan silahlı qüvvələri Azərbaycan xüsusi təyinatlı‐ larının adı gələndə titrəməyə başlayırlar. Onların canlarında olan bu xof bu günə qədər çıxmayıb və çıxmayacaq. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq. Tarixi ədaləti bərpa etdik. Xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında öz vətəndaşlıq bor‐ cumuzu şərəflə yerinə yetirdik. Ancaq biz hər zaman ayıq olmalıyıq. Çünki Er‐ mənistanda bu gün də revanşist qüvvələr baş qaldırır. Ermənistanda bu gün də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edənlər var. Biz bunu daim diqqət mərkəzində saxlamalıyıq, buna laqeyd olmamalıyıq. Məhz buna görə İk‐ inci Qarabağ müharibəsindən sonra ordu quruculuğuna əlavə vəsait ayrıldı və necə ki, 2004‐cü ildən bu günə qədər bu il və gələn il hərbi xərclər bir nömrəli xərclər olacaq, o cümlədən xüsusi təyinatlıların sayının artırılması artıq reallıqdır. İndi sayla bağlı mən bir şey demək istəmirəm. Ancaq onu deyə bilərəm ki, İkinci Qarabağ mühari‐ bəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin sayı 2 dəfə artırıldı, indi seçim daha sərtdir və maraq daha böyükdür, müraciətlər kifayət qədər çox‐ dur. Mənəvi‐psixoloji keyfiyyətlər, fiziki
hazırlıq, peşəkarlıq və ən önəmlisi Vətən sevgisi bu seçimin əsas şərtləridir. Digər silahlı birləşmələrimizdə isla‐ hatlar aparılır. Xüsusi əməliyyatları aparmaq iqtidarında olan yeni hərbi birləşmələr yaradılır və Azərbaycan Or‐ dusu daha da güclənir. Bu gün bizim Or‐ dumuz müharibə dövründəki ordumuz‐ dan daha da güclüdür, daha da qüv‐ vətlidir. Mən bir daha sizi Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının 23‐cü ildö‐ nümü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə yeni uğurlar, yeni qələbələr arzulamaq istəyirəm. Çıxışımı İkinci Qarabağ müharibəsindəki sözlərlə yekunlaşdırmaq istəyirəm: “Qarabağ Azərbaycandır!” Azərbaycan Xüsusi Təyinatlı Qüv‐ vələrinin mənsubu Müzəffər Ali Baş Komandanımızın qarşısında bundan sonra da Vətənin çağırışına hər an hazır olduqlarını bir daha bəyan etmək üçün dəvət olunub. Azərbaycan Xüsusi Təyinatlı Qüv‐ vələrinin mənsubu: Cənab Müzəffər Ali Baş Komandan, mən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin görünməyən fədailəri olaraq, “bordo beretlilər” və “mavi beretlilər” adından söz verirəm ki, Azərbaycan dövlətinin və xalqının maraqları naminə düşmənlərimizi hər zaman, hər yerdə məhv etməyə daim hazır olacağıq. Xüsusi Təyinatlı Qüvvələr üçün dövlətimizin və xalqımızın qüruru müqəddəsdir. Vətən uğrunda qanımız‐ dan və canımızdan keçməyə həmişə hazırıq. Sonra Müzəffər Ali Baş Komandana Azərbaycan xüsusi təyinatlılarının xatirə bereti təqdim olunub. PQ
17
Suqovuşanda Müdafiə Nazirliyinin yeni hərbi hissəsi Mart ayının 20‐də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Müdafiə Nazir‐ liyinin “N” saylı hərbi hissəsinin açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əli‐ yeva açılışda iştirak ediblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə sıra meydanında düzülmüş döyüş texnikala‐ rına baxıblar. Silahlı Qüvvələrin Ali Baş Komandanına hərbi hissədə yaradılan şərait bərədə məlumat verilib. Bildirilib ki, burada hərbi qulluqçu‐ lara xidmətlərini yüksək səviyyədə apar‐ maq üçün hərtərəfli şərait yaradılıb. Dövlət başçısı və birinci xanım hərbi hissənin əsgər yeməkxanasında yaradı‐ lan şəraitlə tanış olublar. Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə hərbi hissələrin açılması, ən müasir texnikalarla təchizatı onu göstərir ki, Azərbaycan hərbi təhlü‐ kəsizliyini xüsusi diqqətdə saxlayır. Bunun üçün kifayət qədər imkan, ən
əsası siyasi iradə var. Digər tərəfdən, cəmiyyət də dövlətin bu istiqamət üzrə siyasətini dəstəkləyir və birmənalı
şəkildə dövlətin yanında olduğunu nü‐ mayiş etdirir.
Azərbaycana daha 13 ədəd MEMATT gətiriləcək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların təmizlənmə‐ sinin sürətləndirilməsi üçün Tür‐ kiyədən alınan MEMATT mexaniki minatəmizləmə maşınlarının növbəti partiyası ölkəyə gətiriləcək. Bu barədə Azərbaycanın Əlaqələndirmə Qərar‐ gahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupunun icla‐ sında bildirilib. İclasda humanitar
18 www.poliqon.az
minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə mexaniki minatəmizləmə maşınların sayının artırılmasından da‐ nışılıb. Bildirilib ki, yaxın vaxtlarda Türkiyədən 13 ədəd MEMATT maşını‐ nın təhvil alınması planlaşdırılıb. Qeyd edək ki, Azərbaycan Vətən müharibəsindən sonra işğalçı Ermə‐ nistan silahlı qüvvələri tərəfindən mi‐ nalanmış ərazilərin təmizlənməsi əməliyyatları üçün MEMATT‐ların istifadəsinə qərər verib. Bu məqsədlə
Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin ASFAT şirkəti arasında 2020‐ci ilin sonunda 20 ədəd MEMATT maşının tədarükünə dair müqavilə bağlanılıb. Müqavilə çərçivəsində 2021‐ci ilin fevral və may aylarının əvvəlində MEMATT mexaniki mina‐ təmizləmə maşınlarının iki partiyası Azərbaycana gətirilib və işğaldan azad edilmiş ərazilərin minalardan təmiz‐ lənməsində istifadə edilir. Türkiyənin Milli Müdafiə Nazirliyi‐ nin tabeliyindəki ASFAT şirkəti tərəfindən istehsal olunan MEMATT mexaniki minatəmizləmə maşınları modulyar dizayna sahibdir. MEMATT‐ lara müxtəlif trallar və mexanizmlər in‐ teqrasiya oluna bilir. Detalları rahat şəkildə, sahədəcə dəyişdirilə bilən maşın 500 metr məsafədən radioəlaqə vasitəsi ilə idarə olunur. 4 km/saat sürətlə hərəkət edə bilən maşın müxtəlif ərazi şərtlərində istifadə oluna, 60% maililiyə malik yüksəkliklərə qalxa, 40% yana maili hərəkət edə bilir. 1700 mm geniş‐ liyində, 250 mm dərinlikdə təmizləmə həyata keçirən MEMATT mexaniki minatəmizləmə maşını 8 kq TNT part‐ layışına dözümlüdür.
26 | 29 MAY'22 BAKU CRYST YSTAL A HALL
WWW W . TEKNOFES T . AZ
Rəşad Bayramov: “TEKNOFEST” Azərbaycanın innovasiya ekosisteminin hərtərəfli inkişafına böyük təkan verəcək ? Zaur Babaşov 2022‑ci ilin 26‑29 may tarixlərində Azərbaycanda “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. Bu ərəfədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov “TEKNOFEST Azərbaycan” festivalı ilə bağlı “POLİQON” jurnalının suallarını cavablandırıb. Poliqon: Rəşad müəllim, əvvəlcə “TEKNOFEST Azərbaycan” festivalı haqqında oxucularımıza məlumat verməyinizi istərdik. “TEKNOFEST” Aerokosmik və Texnologiya Festiva‑ lının Azərbaycanda keçirilməsi ideyası necə yarandı? Rəşad Bayramov: Bildiyiniz kimi, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı) ilə Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi tərəfindən təşkil olunan “TEKNOFEST” festivalı texnologiyaların təbliği və inkişaf et‐ dirilməsi, insanların bu sahədə mə‐ lumatlılığı və marağının artırılması məqsədini daşıyır. Son 4 ildə davamlı olaraq keçirilən bu festival gənc iste‐ dadların aşkar edilməsində mühüm əhəmiyyətə malikdir. Festivalda ən‐ ənəvi olaraq müxtəlif texnoloji müsa‐ biqələr, sərgilər və beynəlxalq tədbirlər keçirilir. Bu festivalın keçirilməsi vacib bir məqsədə xidmət edir – yerli innova‐ tiv texnologiyaların inkişaf etdirilməsi sayəsində ölkənin xarici texnolo‐ giyalardan asılılığının əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq.
20 www.poliqon.az
Bu il “TEKNOFEST” festivalının ke‐ çirilməsinin 5‐ci ili tamam olur. Belə bir əhəmiyyətli yubiley tədbirinin ölkə hüdudlarından kənarda – Azərbaycan Respublikasında keçirilməsi olduqca əhəmiyyətli hadisədir. Belə ki, festivalın beynəlxalq brendə çevrilməsi məhz Azərbaycandan start götürür. Festivalın əsas təşkilatçılarından biri olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “TEKNOFEST Azərbaycan” layihəsi çərçivəsində sabahın ixtiraçılarının kəşf edilməsi, inkişaf etdirilməsi və onlara davamlı dəstək göstərilməsi üçün ciddi səylə çalışır. İnanıram ki, “TEKNOFEST Azər‐ baycan” bu istiqamətdə qarşıya qoyulan əsas hədəflərə çatmış olacaq. Poliqon: “TEKNOFEST Azərbay‑ can” çərçivəsində keçiriləcək tex‑ nologiya müsabiqələri haqqında nələri deyə bilərsiniz? Bu müsabi‑ qələr hansı mövzuları əhatə edəcək? Rəşad Bayramov: “TEKNOFEST Azərbaycan” festivalının proqramı
olduqca zəngindir. Belə ki, 26 – 29 may tarixlərində ziyarətçilər 8 texnoloji müsabiqə və 3 beynəlxalq tədbiri izləyə biləcəklər. Ən əhəmiyyətli məqam isə ondan ibarətdir ki, festival iştirakçıları ara‐ sında orta məktəb şagirdləri, tələbələr, məzunlar və startaplar yer alır. Maraqlı bir statistikanı sizinlə bölüşmək istə‐ yirəm: bütün müsabiqələr üzrə ümu‐ milikdə 1000 komanda və 5000 nəfər festivalda iştirak üçün müraciət edib. Festivala olan böyük marağı və çoxsaylı müraciətləri nəzərə alaraq Təşkilat Komitəsi müəyyən müsabiqələrin son müraciət tarixini martın 31‐nə kimi uzatmışdı. Texnoloji müsabiqələrə “Robotexnika”, “Model Peyk Cansat”, “Planer”, “PUA”, “Sosial yönümlü texnologiyalar”, “Yaşıl texnologiyalar”, “Aqrar texnologiyalar” və “Baku Skills” aiddir. Müsabiqələrdə A, B və C kate‐ qoriyaları üzrə iştirak edən yüzlərlə məktəbli, tələbə və startaplar müvafiq sahələr üzrə öz yeni innovativ həllərini münsiflər heyətinə təqdim ediblər. Bu festival Azərbaycanda gənc smart nəslin formalaşmasında xüsusi əhəmiyyətə malikdir. Məktəbli olaraq “TEKNOFEST” kimi mötəbər texnoloji festivalda iştirak etmək, üstəlik yeni ideya və həllərlə mübarizəyə qoşulmaq olduqca təqdirəlayiq haldır. Rəqəmsal‐ laşan dünyada Azərbaycanın innovativ inkişaf indeksinin davamlı olaraq yaxşılaşdırılması həmin bu istedadlı yeniyetmə və gənclərin gələcək
fəaliyyətindən xeyli asılı olacaq. Bu festival ümumilikdə Azərbaycanın innovasiya ekosisteminin hərtərəfli inkişafına da böyük təkan verəcək. İnnovativ həllərlə çıxış edən gənc‐ lərin yerli və xarici investorlara yol tapması, kommersiyalaşdırıla bilən layihələrlə tanınmış startaplara, hətta “unicorn” (bazar dəyəri 1 milyard ABŞ dolları və ondan artıq olan startaplar) startaplara çevrilməsi artıq xəyal deyil, əksinə gerçəklikdir. “TEKNOFEST Azərbaycan” festivalı ucqarlardan tutmuş, paytaxt Bakıya kimi istedadların aşkar edilməsi, tanıt‐ dırılması və dəstəklənməsi istiqamətin‐ də unikal əməkdaşlıq müstəvisi təklif edir. Festivalın beynəlxalq tədbirlərinə gəlincə isə burada 3 mühüm yarışma keçiriləcək. “Smart Qarabağ” Hakatonu çərçivə‐ sində Azərbaycan və türkiyəli proqram‐ çı və texnologiya həvəskarlarından ibarət 34 komanda “Ağıllı şəhər” kon‐ sepsiyası üzrə öz yenilikçi həllərini münsiflər heyəti qarşısında nümayiş etdirəcək. “Smart Qarabağ” Hakatonu təhsil, nəqliyyat, kənd və ev təsərrüfatı, enerji və su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrini əhatə edir. Qarabağımızın dirçəldilməsi işinə töhfə vermək üçün hakaton iştirakçıları 50 saat ərzində ən yaxşı həll variantı və ya prototiplər hazırlayaraq münsiflər heyətinə təqdim edəcəklər. İnanırıq ki, təklif olunacaq yeni həllər işğaldan azad olunmuş ərazilərimizdə tətbiq oluna biləcək. İkinci beynəlxalq tədbirə gəlincə isə “Take Off Baku” Startap Sammiti çərçivəsində 35‐i Azərbaycan təmsilçisi olmaqla ümumilikdə 50 komanda müsabiqənin final mərhələsində təhsil, səhiyyə, nəqliyyat və logistika, infra‐ struktur və təhlükəsizlik, “Fintech” və digər sahələrdə müxtəlif layihələrlə çıxış edəcəklər. Qeyd edim ki, “Take Off Baku” Startap Sammiti çərçivəsində ümu‐ milikdə 32 ölkədən 287 startap beynəlxalq tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib. Hazırda final mərhələsinə keçid almış 50 komandaya 1 aylıq peşəkar mentorluq dəstəyi göstərilir. “TEKNOFEST” çərçivəsində “Tekken 7” yarışması və “Rocket League” üzrə Avropa çempionatının keçirilməsi də
nəzərdə tutulur. “Tekken 7” yarışması üzrə ümumilikdə 25 kiber atlet qeydiyyatdan keçib. “Rocket League” üzrə isə ümumilikdə 48 iştirakçı 16 komandada təmsil olunmaqla mübarizəni davam etdirəcək. Poliqon: “TEKNOFEST Azərbay‑ can” festivalının başlanmasına az vaxt qalıb. Festivala hazırlıq və ziyarətçilərin sərgiyə qeydiyyatı prosesi necə gedir? Rəşad Bayramov: Qeyd edim ki, festivala hazırlıq yüksək səviyyədə həyata keçirilməkdədir. “Bakı Kristal Zalı” daxilində 8 texnoloji müsabiqənin, o cümlədən 3 beynəlxalq tədbirin keçirilməsi üçün son quraşdırma işləri icra edilir. Həmçinin “Bakı Kristal Zalı” ərazisində Türkiyə və Azərbaycan şirkətlərinin sərgi pavilyonları, müxtəlif dövlət və özəl qurumların texnoloji yenilikləri, o cümlədən son nəsil aviatexnikalar nümayiş etdiriləcək. Qeydiyyat məsələsinə gəlincə isə mayın 1‐dən etibarən ölkə vətəndaşları və şəhərimizin qonaqları “iticket.az” portalı üzərindən ziyarətçi qismində qeydiyyatdan keçərək ödənişsiz bilet əldə edirlər. Qeydiyyat prosesi festival günlərində də davam edəcək və beləliklə, istənilən bir şəxs istər həftəiçi, istərsə də həftəsonu festivalda rahat iştirak edə biləcək. O cümlədən, ziyarətçilərin “Bakı Kristal Zalı” ərazisinə rahat şəkildə çatdırılması üçün ödənişsiz marşrut xətləri istifadəyə veriləcək. Əsasən “28 May”, “Sahil”, “İçərişəhər”, “Azadlıq prospekti”, “20 Yanvar” metro stansiya‐ larının qarşısında “TEKNOFEST Azər‐ baycan” banneri ilə dekor edilmiş avtobuslar xidmət göstərəcək. Tövsiyə edirəm ki, festivalda iştirak etmək istəyən hər bir kəs “TEKNOFEST Azərbaycan” festivalının veb (www.teknofest.az) və sosial media səhifələrini izləyərək son məlumatlar və video təlimatla daha ətraflı tanış olsunlar. Ümumilikdə isə gündəlik 50 min ziyarətçinin festivalda iştirakı gözlənilir. Poliqon: Tədbirin sərgi hissə‑ sində hansı texnikaların nümayişi nəzərdə tutulur? Rəşad Bayramov: Festival çərçi‐ vəsində Azərbaycan və Türkiyə res‐ publikalarının istər dövlət, istərsə də özəl qurumlarının innovativ məhsulları
və texnikaları nümayiş olunacaq. Artıq onlarla şirkət qeydiyyatdan keçərək festival ərazisində pavilyonlarının quraşdırılmasına start veriblər. Bununla yanaşı, hər gün Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotlarının Bakı səmasında yüksək pilotajlı aviaşouları göstəriləcək. Məş‐ hur “Türk Yıldızları”, “Solo Türk” və “Hürkuş” pilotları sadalanan təqdimat‐ lar sırasındadır. Poliqon: “TEKNOFEST Azərbay‑ can” festivalından gözləntiləriniz nələrdir? Bu festival Azərbaycanda texnologiyanın inkişafına hansı im‑ kanlar yaradacaq? Rəşad Bayramov: İlk öncə “TEKNOFEST Azərbaycan” çərçivəsində gənc ixtiraçılar aviasiya, kosmik və texnoloji sahədə zəngin təcrübə mübadiləsi əldə edəcəklər. İnvestorlar və “Vençur fond”lar isə birbaşa həmin bu gənc istedadlarla yerində tanış olub əməkdaşlığa dair müzakirə apara biləcəklər. “TEKNOFEST Azərbaycan” hər bir yeniyetmə və valideyn üçün bir ça‐ ğırışdır. Belə ki, bu günün və gələcəyin peşələrinə, əmək bazarına olan tələbatı bu festivalda aydın sezmək olacaq. Valideynlər uşaqlarını müasir çağı‐ rışlara yönəltməklə rəqəmsal peşə seçimlərinə də dəstək göstərmiş ola‐ caqlar. Əslində bu festival “Gör götür” mesajını verir. Biz çalışmalıyıq ki, gənc və smart nəslin yetişməsində yeni‐ yetmələrə dəstək olaraq onların infor‐ masiya çıxışına da imkan yaradaq. Bu isə gələcəyə birbaşa yatırım deməkdir. “TEKNOFEST Azərbaycan” festivalına maraq göstərir ki, bugünkü azərbaycanlı şagirdlər, tələbə və startaplar “Made in Azerbaijan” mar‐ kası adı altında yeni innovativ məh‐ sullar yaratmaqda iddialıdırlar. Əgər gənclər gələcəyimizdirsə, bu məhz smart gənclik olmalıdır. “TEKNOFEST Azərbaycan” bu istiqa‐ mətdə bütün tərəfdaşları bir araya gə‐ tirən unikal əməkdaşlıq platformasıdır. Rəşad müəllim, müsahibəyə görə sizə təşəkkürümüzü bildirir və “TEKNOFEST Azərbaycan” festivalına böyük uğurlar arzulayırıq!
21
Fariz Əliyev: “TEKNOFEST Azərbaycan” ölkəmizdə bir çox sahədə texnoloji inkişafa təkan verəcək ? Amin Əvəzli Azərbaycanda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Ae‑ rokosmik və İnnovasiyalar fesitvalı ölkəmizdə bir çox sahədə tex‑ noloji inkişafa, o cümlədən gənclərin marağının daha da artmasına təkan verəcək. Bunu Azərbaycan Respublikası Kosmik Agentliyi – Azərkosmos, Tədqiqat və İnkişaf departamentinin direktoru Fariz Əliyev “Poliqon” jurnalına açıqlamasında deyib. Departament direktoru bildirib ki, adında da qeyd edildiyi kimi mühüm texnoloji sahə‐ lərdən biri aerokosmik sahədir: “44 günlük Vətən müharibəsində aerokosmik sahənin nə dərəcədə əhəmiyyətli olduğunun hər birimiz şahidi olduq. Bu səbəbdən ölkəmizdə kosmik sahəyə marağın artırılmasını, potensiallı gəncləri kəşf etmək üçün “TEKNOFEST Azərbaycan” çərçivəsində keçirilən 10 müsabiqədən iki müsabiqəni ‐ beynəlxalq “Pilotsuz Uçuş Aparatları” və “Həvəskar Peyk Modelləşdirilməsi” yarışmalarının keçirilməsini Azərkosmos olaraq öz öhdəliyimizə götürdük. Bu müsabiqələr tələbələr arasında aerokosmik sahəyə, pilotsuz uçuş aparatlarına marağın artırılması və bu sahədə fundamental bilik və bacarıqları formalaşdırmaq məqsədilə bir sıra ölkələrdə təşkil edilir. Burada qarşıya
22 www.poliqon.az
qoyulan tapşırıqlar elektronika, mexanika, proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişafına şərait yaradır. Bundan əlavə olaraq, iştirakçılar komandada işləmə, təqdimat və planlaşdırma kimi faydalı bacarıqlara yiyələnirlər”. F. Əliyev beynəlxalq “Pilotsuz Uçuş Aparatları” müsabiqəsinin ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulduğunu deyib. Onun sözlərinə görə, müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən sərbəst missiyalı uçuş aparatı dizayn edilir. Müsabiqədə komandalara özlərinin dizayn etdikləri PUA‐ları nümayiş etdirmək şansı verilir. “Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsi də əsasən tələbələri üçün nəzərdə tutulub. Müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən kiçik peyk modeli hazırlanır. Model müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra yerə enərkən, sensorlardan lazımi məlumatı toplayır və həmin məlumatı paket formasında müvafiq interfeysə
göndərərək təyin olunmuş missiyanı yerinə yetirir. “Seçim meyarları müxtəlif mərhələlərdən ibarətdir. Burada komandanın layihələndirmə bacarıqları, elektronika dövrələrinin qurulması, mexanika altsisteminin hesabatları və proqramlaşdırma üzrə meyarlar əsas götürülür. Hər iki yarışma üzrə iştirakçı fəallığı yüksəkdir. “Pilotsuz Uçuş Aparatları” yarışına Azərbaycan və Türkiyədə yerləşən 45 universitetdən ümumilikdə 130 komanda qeydiyyat üçün müraciət edib. Onlardan 65 komanda yarışın şərtlərinə uyğun müraciət formasını uğurla təqdim edərək “Missiya təyini və komponent seçimi” mərhələsinə vəsiqə qazanıb. “Missiya təyini və komponent seçimi” mərhələsinin qaydalarına tam cavab verən 14 Azərbaycan və 6 Türkiyə komandası olmaqla, ümumilikdə 20 komanda “Video hesabat” mərhələsinə şans qazanıb. Video hesabat mərhələsini 10 azərbaycanlı komanda və 4 türk komandası uğurla keçib. Bu 14 komanda Finala vəsiqə qazandı və komandalar hazırladıqları PUA modellerini uçuş missiyasını həyata keçirəcəklər”, ‐ deyə F. Əliyev vurğulayıb. Departament direktoru yarışmanın qaliblərinə müəyyən məbləğdə pul mükafatı nəzərdə tutulduğunu deyib.
Onun sözlərinə görə, 1‐ci yer üçün 6000, 2‐ci yer üçün 4000 və 3‐cü yer üçün isə 2000 ABŞ dollar məbləğində mükafat veriləcək. F. Əliyev bildirib ki, “Həvəskar peyk modelləşdirilməsi” müsabiqəsində 23 komanda qeydiyyatdan keçib və onlardan 15 komanda yarışın “Missiya təsviri və komponent seçimi” mərhələsində iştirak hüququ əldə edib. Bu mərhələni uğurla keçən 10 ən yaxşı komanda isə “Video hesabat” mərhələsinə vəsiqə qazanıb. ““Video hesabat” mərhələsində komandalar qarşıya qoyulmuş konkret missiyaya hazırlıq, modelin gövdəsinin hazırlanması, sensor və dövrənin işləməsi haqqında eləcə də uçuş proqram təminatı haqqında məlumatları video hesabat şəklində təqdim etdilər. Bu hissəni uğurla başa vuran 7 komanda isə müsabiqənin növbəti mərhələsində – Finalda iştirak etmək hüququ qazanıb. Hazırlanan peyk modellərinin buraxılışına, yəni finala vəsiqə qazanan komandalar hazır ‐
ladıqları modellərinin daşıyıcı vasitəsilə havaya buraxılması imkanını əldə ediblər. Yarışmanın qaliblərinə müəyyən məbləğdə pul mükafatı nəzərdə tutulub. Beləki, 1‐ci yer üçün 4000, 2‐ci yer üçün 2000 və 3‐cü yer üçün isə 1000 ABŞ dolları məbləğində mükafat veriləcək. Onu da qeyd edimki burada sadəcə pul mükafatı yox daha əvvəl də qeyd etdiyim kimi, aerokosmik sahədə fundamental bilik və bacarıqlara, bundan əlavə verilmiş tapşırıqlara innovativ yanaşma, komandada işləmə, təqdimat və planlaşdırma kimi bacarıqları da əldə edəcəklər. Bu məqamda vurğulamaq yerinə düşərdi ki, daha çox gəncin kosmik sahəyə cəlb edilməsi və marağın artırılması məqsədilə Azərkosmos Təhsil Nazirliyi ilə birgə 2018‐ci ildən etibarən hər il “CanSat Azərbaycan” tələbə model peyk müsabiqəsi keçirir. “CanSat Azərbaycan” layihəsində ümumilikdə ölkə üzrə 17 universitetdən 400‐ə yaxın tələbənin yolu bu müsabiqədən keçib.
Ölkəmizdə artıq ənənə halını almış “CanSat Azərbaycan” model peyk müsabiqəsi zamanı müşahidələrimizə əsasən deyə bilərik ki, tələbələr bu müsabiqə zamanı peyk platforması və onun faydalı yükünün dizaynı, istehsalı, peykin yerinə yetirəcəyi tapşırıqların proqramlaşdırlması və yerüstü sis ‐ temlərə dair nəzəri biliklərlə praktiki bacarıqlara yiyələniblər. Həmin gənclərin əksəriyyəti Azərkosmosda çalışır və peyklərimizin idarəolunmasında birbaşa iştirak edirlər. Fürsətdən istifadə edib gənclərimizə bu kimi yerli və beynəlxalq müsabi‐ qələrdə də aktiv iştirak etməyi, öz üzərlərində daimi olaraq işləyib bilik və bacarıqlarını artırmaqlarını və Azərbaycanın texnoloji sahədə inkişafı üçün çalışmağa səsləyirəm!”, ‐ deyə Azərkosmos, Tədqiqat və İnkişaf departamentinin direktoru F. Əliyev vurğulayıb. PQ
“SMART Qarabağ” Hakatonu Müsabiqə iştirakçıları təhlükəsizlik sahəsində “ağıllı həllər” təklif edə bilərlər
? Zaur Babaşov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC 26‑29 may tarixlərində “TEKNOFEST Azərbaycan” Aerokosmik və Tex‑ nologiya Festivalı çərçivəsində keçiriləcək müsabiqələrdən biri olan “SMART Qarabağ” Hakatonunun təşkilatçısıdır. “AzInTelecom” MMC‑nin İdarə heyətinin sədri Elxan Əzizovdan “SMART Qarabağ” Hakatonu haqqında fikirlərini öyrənməyə çalışdıq. – Elxan müəllim, əvvəlcə “AzInTelecom” MMC‑nin “TEKNOFEST Azərbaycan” festivalında iştirakı ilə bağlı oxucularımıza məlumat ver‑ məyinizi istərdik. “AzInTelecom” bu festivalda hansı imkanlarını ta‑ nıdacaq? – “AzInTelecom” MMC‐nin təşki‐ latçısı olduğu “SMART Qarabağ” Haka‐ tonu yarışmasında qardaş Türkiyə və Azərbaycandan olan komandalar iş‐ ğaldan azad edilən ərazilərdə insanların həyat şəraitini asanlaşdırmaq üçün in‐ novativ həllər hazırlayıb təqdim edə‐ cəklər. Bundan başqa, festival çərçivəsində təşkil olunan sərgidə “AzInTelecom” MMC tərəfindən SİMA, Vahid Elektron Xidmətlər Portalı və “Hökumət buludu” layihələri haqqında məlumat veriləcək. SİMA rəqəmsal imza elektron imzanın tətbiq edildiyi bütün sahələrdə xidmət və məhsul əldə etməyə imkan verir. Rəqəmsal imzanı heç yerə getmədən,
24 www.poliqon.az
sənədlər toplamadan, növbələrdə göz‐ ləmədən və heç bir ödəniş etmədən əldə etmək mümkündür. Bunun üçün SİMA mobil tətbiqi mobil cihaza yüklə‐ mək və şəxsiyyət vəsiqəsilə qeydiyyat‐ dan keçmək kifayətdir. İmza sahibinin kimliyi üz tanıma texnologiyası əsa‐ sında təsdiqlənir. Hazırda “ASAN Login” Vahid Giriş Sisteminə inteqrasiya ye‐ kunlaşıb, artıq vətəndaşlar SİMA ilə “ASAN Login”ə daxil olan 80 portal və xidmətlərə müraciət etmək üçün SİMA ilə giriş edə bilərlər. Eyni zamanda, bir neçə bank və BOKT ilə inteqrasiya yekunlaşıb. Vətəndaşlar bu qurumların bəzi xidmətlərindən istifadə etmək üçün SİMA yeni nəsil rəqəmsal imza ilə daha asan giriş edə bilərlər. SİMA‐nın digər qurumlarla inteqrasiya prosesi davam edir. Sərgidə SİMA mobil tətbiqində qeydiyyatdan keçərək yeni nəsil rəqəmsal imza əldə etmək və sənəd imzalamaq prosesi real olaraq ziyarətçilərə göstəriləcək.
Həmçinin mayın 13‐də vətəndaş‐ ların istifadəsinə verilən Vahid Elektron Xidmətlər Portalı da sərgidə təqdim olunacaq. Portal Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə və strukturuna daxil olan bütün qurum‐ ların təqdim etdiyi elektron xidmətləri vətəndaşlar üçün daha əlçatan etmək, müştəri məmnuniyyətini artırmaq, is‐ tifadəçilərin elektron xidmətləri daha rahat tapması məqsədi ilə yaradılıb. Hazırda “AzInTelecom” MMC‐nin 5 xid‐ məti, “Azərpoçt”un 1 xidməti portala daxil edilib. Digər elektron xidmətlərin inteqrasiyası davam edir. Sərgidə təqdim edəcəyimiz növbəti layihə “Hökumət buludu”dur. Bildiyiniz kimi, “Hökumət buludu” layihəsi özün‐ də dövlət informasiya sistemlərinin və ehtiyatlarının vahid platformaya inte‐ qrasiyasının effektiv təşkili yolu ilə döv‐ lət idarəçiliyində xərclərin azaldılma‐ sını və dövlət qurumları arasında koor‐ dinasiyanın yüksəldilməsini ehtiva edən irihəcmli bir layihədir. “TEKNOFEST” zamanı “Hökumət buludu” layihəsi çərçivəsində planlaşdırılan data mər‐ kəzlər barəsində ətraflı məlumat ve‐ riləcək. – “SMART Qarabağ” Hakatonunun başlamasına az vaxt qalıb. Hakatona hazırlıq prosesi necə gedir? – Əvvəlcə onu qeyd edim ki, infor‐ masiya texnologiyaları sahəsi üzrə çalışan və ya məlumatlı olan şəxslərdən “SMART Qarabağ” Hakatonuna böyük maraq var. Onların arasında müəyyən kriterilərlə 90‐a yaxın şəxs seçilərək müsabiqədə iştirak şansı qazandı. Hər bir iştirakçı ilə tək‐tək əlaqə saxlanılır və məlumatlandırılır. Hazırda təşkilati işlər yekunlaşmaq üzrədir. İştirakçıların hər biri qeydiyyatdan keçirilib. Yarış‐ çıların qarşılanma, yerləşdirilmə, qidalanma məsələləri öz həllini tapıb. Yarışmada iştirak edəcək komanda üzv‐ lərinin lazımi texnoloji avadanlıqlarla təmin edilməsi üçün müvafiq addımlar atılıb. Artıq növbəti günlərdə Tür‐ kiyədən yarışmaya qatılan iştirakçıların Bakıya gəlişi başlayacaq.
– “SMART Qarabağ” Hakatonu hansı mövzuları əhatə edəcək? – “SMART Qarabağ” Hakatonu iş‐ tirakçıları işğaldan azad edilmiş Azər‐ baycan ərazilərində yenidənqurma işləri çərçivəsində “ağıllı şəhər” kon‐ sepsiyası daxilində texnologiyalardan və həllərdən istifadə edərək “ağıllı” həllər təklif etməlidirlər. Onlar üçün təşkilatçı “AzInTelecom” MMC tərə‐ findən təklif olaraq bir neçə sahə və istiqamət müəyyən edilib. Təhsil, kənd təsərrüfatı, nəqliyyat, ev təsərrüfatı, enerji sərfiyyatı, su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik təklif olunan istiqamətlərdir. Bu istiqamətlər üzrə yarışçılar su hövzələrinin səviyyəsini və çirkliliyini, havanın keyfiyyəti və təmizliyini ölçə və monitorinq edə bi‐ lən, yaşıllıq sahələrinin artırılması, flora və faunanın qorunması üçün smart həllər təqdim edə bilərlər. İşğaldan azad edilmiş Azərbaycan ərazilərində təhlükəsizlik ən önəmli məsələlərdən biridir. Hazırda bu istiqamətdə Azər‐ baycan dövlətinin müvafiq qurumları böyük həcmli işlər görürlər. Hakatonun da məqsədi bu işlərə dəstək olmaq, töhfə vermək olduğu üçün yarışçılar təhlükəsizlik sahəsində “ağıllı həllər” təklif edə bilərlər. Minalardan təmiz‐ lənmiş sahələrin vizualizasiyası, mülki həyəcan siqnalı, şübhəli hallar barədə məlumat göndərmə üzrə texnoloji həllər orada yaşayacaq insanların həyat təhlükəsizliyinin qorunmasına böyük kömək etmiş olar. Təhsilin təkmil‐ ləşdirilməsi və məktəblilərin mo‐ bilizasiyası, distant təhsil həlləri, kənd təsərrüfatı məhsuldarlığının artırılması,
torpaqların səmərəli istifadəsi, ictimai nəqliyyatın intellektual idarə edilməsi və “SMART parking” həlləri təklif olunan mövzular sırasındadır. Lakin iştirakçılar burada qeyd edilməyən istiqamətlərdə də ideyalarını verib layihə təqdim edə bilərlər. – Hakatonda əsas diqqəti cəlb edən yeniliklər hansılar olacaq? – “SMART Qarabağ” Hakatonu özü‐ özlüyündə yeniliklərdən ibarətdir. Çün‐ ki biz iştirakçılardan mövcud olan texnoloji həll deyil, yenilik, yeni smart həllər gözləyirik. Onlar işğaldan azad edilən Azərbaycan ərazilərinin yenidən qurulması üçün innovativ həllər düşünüb, hazırlayıb təqdim edəcəklər. Qeyd edim ki, Hakaton “Sərbəst an‐ bar avadanlığı” formatında keçiriləcək. Öncə iştirak üçün seçilən komandalara Hakatonun anbarında mövcud olan ava‐ danlıqların və proqramların spesifika‐ siyası təqdim olunacaq və 50 saatlıq marafona start veriləcək. İştirakçılara öz “ağıllı həllər”ini yaratmaları üçün “Application Proqramming Interfaces” (APIs), Bulud həlləri üzərində virtual infrastruktur, məlumatların əldə edil‐ məsi üçün “Open Data” Platforması, Həllərin yaradılması üçün yuxarıda qeyd etdiyim sahələr üzrə sensorlar təqdim ediləcək. Yarışma başlayandan 24 saat sonra münsiflər heyəti Kritik Dizayn Baxışını və prototipin hazırlan‐ masının gedişatını yoxlayacaq. Təqdi‐ matdan sonra layihəyə hər hansı dəyişiklik etmək qadağan olunur. Bu mərhələdən sonra, marafonun bitməsi‐ nə qalan vaxt ərzində komandalar layi‐
həni tamamlamalı və münsiflər heyəti‐ nin anbarına təqdim etməlidirlər. – “SMART Qarabağ” Hakatonu Azərbaycanda texnologiyanın inki‑ şafına hansı imkanlar yaradacaq? – Bu müsabiqə “TEKNOFEST Azər‐ baycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində həyata keçirilən digər yarışlar kimi texnologiya sahəsinə marağı artıracaq. “SMART Qarabağ” Hakatonuna iştirak üçün müraciət edənlər, izləmək üçün gələn şəxslər və bu proseslərin ictimailəşməsi nəti‐ cəsində yaranan təbliğatı nəzərə alsaq, yarış Azərbaycanda digər gənclərin də texnologiya sahəsinə yönəlməsinə gətirib çıxaracaq. Yarışmada iştirak etmək, layihə hazırlayıb təqdim etmək şansı qazanan, uğur əldə edən və bunun ekvivalenti olaraq mükafat əldə edən gənclər öz həmyaşıdları üçün moti‐ vasiya mənbəyi olacaqlar. Bu yarış Hakaton iştirakçılarına da böyük təc‐ rübə qazandıracaq. İştirakçıların ha‐ zırladıqları layihələr böyük və bu sahəni daim diqqətdə saxlayan bir auditoriyaya çatdırılacaq. Gənclər bu‐ nunla özlərini sınayacaqlar, bəlkə də bundan öncə gerçəkləşdirmək istəyib nail ola bilmədikləri möhtəşəm bir layihəni reallaşdıracaqlar. Hakatondan çıxan texnoloji və rəqəmsal məhsullar informasiya texnologiyaları dünyası üçün yeni startap layihələr olacaq. Onların gələcəkdə qlobal məhsula, şirkətə çevrilmək şansı olacaq. Müsahibəyə görə təşəkkürümüzü bildiririk.
25
Murat İkinci: “
azərbaycanlı gənclərin yanında olmağa hazırlaşır. “Dost və qardaş Azərbaycanımızda “TEKNOFEST” kimi üfüqləri aşan bir festival təşkil etməkdən həyəcanlıyıq. “TEKNOFEST” Kosmik, Aviasiya və Texnologiya Festivalının Azərbaycanda təşkili iki ölkə arasında dostluğun, qardaşlığın və strateji müttəfiqliyin daha bir göstəricisi kimi bizi qürurlandırır. “Roketsan” olaraq ən müasir məh‐ sullarımızı gənc azərbaycanlı qardaş‐ larımıza təqdim etməkdən məmnun olarıq. Azərbaycandakı bütün elm mərak‐ lısı olan gənclərimizi bizimlə görüşmək üçün stendimizdə gözləyəcəyik”, ‐ deyə baş direktor vurğulayıb.
“Roketsan” “TEKNOFEST Azər‑ baycan”da gənclərin görüşünə gəlir Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST”in həyəcanı Azərbaycana daşınır. Bunu “Poliqon” jurnalına açıqlamasında Türkiyənin “Roketsan” şirkətinin baş direktoru Murat İkinci deyib. Onun sözlərinə görə, Türkiyənin raket istehsalı mərkəzi “Roketsan” 26‐ 29 may tarixlərində keçiriləcək “TEKNOFEST Azərbaycan”da gənclərin görüşünə gələcək. “2018‐ci ildən Türkiyə Texnologiya Komandası Fondu (T3 Vəqfi) və Türkiyənin Sənaye və Texnologiya Nazirliyi tərəfindən hər il təşkil edilən “TEKNOFEST” festivalı 7‐dən 70‐ə qədər böyük həyəcana şahidlik edən gəncləri aviasiya, kosmos və texnologiya sahələrində ixtiraçı olmağa həvəsləndirir. Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə “TEKNOFEST” bu il qapılarını Azərbay‐ canda da açır”, ‐ deyə “Roketsan” şirkətinin baş direktoru vurğulayıb. Murat İkinci bildirib ki, təşkil olunduğu ilk ildən “TEKNOFEST”in ən böyük dəstəkçilərindən biri olan və hər il təşkil etdiyi raket yarışması ilə gələcəyin mühəndis və alimləri üçün üfüq lər açan “Roketsan” bu il də
26 www.poliqon.az
Gənclər raket yarışmasında qabiliyyətlərini sərgiləyir Murat İkinci “Roketsan” ailəsinin gəncləri Milli Texnologiya Hərəkatına töhfə verən şəxsiyyətlər kimi yetişməsinə təşviq etdiyini söyləyib. Onun sözlərinə görə, bu məqsədlə “Roketsan” şirkətinin rəhbərliyi ilə hər il “TEKNOFEST” çər‐ çivəsində təşkil edilən raket yarışma‐ sında yüzlərlə gənc istedadlarını nümayiş
etdirir: “Lisey, önlisans (yarı bakalavr), bakalavr və magistr tələ bələrinin komanda şəklində iştirakına açıq olan yarışmada 4 fərqli kateqoriya mövcuddur. Müsabiqə lisey (5000 fut), orta hündürlük (10,000 fut), çətin xidmət (10,000 fut) və yüksək hündürlük (20,000 fut) kateqoriyalarından ibarətdir. Yarışda, əsasən, komandalar tərəfindən dizayn və istehsal edilən raketlərin hədəf yüksəkliyinə çatması, raket içərisində daşınan minimum 4 kq faydalı yükün raketdən müxtəlif üsullarla ayrılması; həm raket komponentləri, həm də faydalı yükün paraşütlə yerə salamat endirilməsi hədəflənir”. “Roketsan” şirkətinin baş direktoru bildirib ki, keçən il yarışa 544 komanda və 1960 gənc müraciət edib, onlardan 80 komanda sıralanaraq mü ka fat ‐ landırılıb: “Bundan əlavə, 20‐yə yaxın gənc “Roketsan”da işləmək, 25 nəfər isə təcrübə keçmək imkanı qazanıb. Bu il də 584 komandanın müraciət etdiyi və hər il olduğu kimi Duz gölü / Aksarayda keçiriləcək raket yarışı 1‐15 avqust tarixlərində daha çox gəncin arzularını səmaya daşıyacaq”.
ADEX‑2022 Sərgiyə hazırlıqlar davam edir
Azərbaycanda Bakı Ekspo Mərkəzində 2022‐ci il 6‐8 sentyabr tarixlərində ADEX‐ 2022 4‐cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə hazırlıqlar davam edir. Azərbay‐ can Prezidenti İlham Əliyevin hamiliyi al‐ tında keçirilən ADEX sərgisinin təşəbbüs‐ karı Azərbaycanın Müdafiə Sə nayesi Nazirliyidi və sərgi Müdafiə Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı
qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir. Silah və hərbi texnikanın əsas regional ekspozisiyası statusuna malik olan ADEX, 200‐dən çox şirkəti bir araya gətirəcək. ADEX‐2022 sərgisində Azərbaycan, Çexiya, Türkiyə, Rusiya, İsrail, Belarus, İran və digər ölkələr milli pavilyonla iştirak edəcək. Sərgidə ilk dəfə İordaniya şirkətləri iştirak
edəcək. ADEX‐2022 sərgisində müasir silah və hərbi texnikalar, o cümlədən təyyarə, helikopter, pilotsuz uçuş aparatları, gəmi sistemləri, döyüş maşınları və onların avadanlıqları, radio‐elektron sistemlər, C4ISR, mühəndislik sistemləri və qurğuları və s. nümayiş etdiriləcək. Habelə hərbi və hümanitar təşkilatlar, logistika xidmətləri öz imkanlarını təqdim edəcəklər. Sərginin işgüzar proqramı geniş ‐ lənəcək, hərbi tibb, müdafiə sənayesi startapları və kibertəhlükəsizlik kon‐ fransında yeniliklərin daxil ediləcəyi əlavə tədbirlər proqramı nəzərdə tutulub. ADEX‐2022 4‐cü Azərbaycan Bey‐ nəlxalq Müdafiə Sərgisi “Securex Caspian‐ 2022” 13‐cü Beynəlxalq Daxili Təh ‐ lükəsizlik, Mühafizə və Xilasetmə Sərgisi ilə birgə keçiriləcək. “Securex Caspian‐ 2022” sərgisində hüquq‐mühafizə orqan‐ ları, sərhəd, xilasetmə və xüsusi xidmətlər üçün texnologiyanın perspektivli modelləri, inteqrasiya olunmuş təhlükəsizlik sistem‐ ləri və silahlar nümayiş etdiriləcək. ADEX‐2022 və “Securex Caspian‐2022” sərgilərinin rəsmi media tərəfdaşı qismində çıxış edən POLİQON jurnalının sərgi ərəfəsində Xüsusi Buraxılışı nəşr etdirilərək sərgi iştirakçı və ziyarətçilərinə paylanacaq.
“Roketsan”ın yeni nəsil “Çakır” qanadlı raketi Türkiyənin “Roketsan” şirkəti quru, dəniz və hava platformalarından atıla bilən “Çakır” adlı yeni nəsil qanadlı raketini təqdim edib. “Roketsan” şirkətindən “Poliqon”a verilən məlumata görə, yeni “Çakır” raketi təyyarə və helikopterlərdən, pilotsuz uçuş aparatlarından, o cümlədən taktiki təkərli quru nəqliyyat vasitələri və suüstü platfor‐ malardan atıla bilər. Müasir texnologiyaya əsaslanan və təsirli döyüş başlığına sahib “Çakır” qanadlı raketi istifadəçiyə quru və dəniz hədəflərinə qarşı əməliyyat baxımından geniş imkanlar verir. 150 kilometrdən artıq atış uzaqlığına malik “Çakır” qanadlı raketinin əsasən suüstü hədəflərə, sahilə yaxın yerüstü hədəflərə, habelə strateji quru hədəflərinə, sahə hədəflərinə və mağaralara qarşı tətbiq edilməsi nəzərdə tutulub.
Türkiyənin “Kale Arge” şirkəti tərəfindən hazırlanan yerli və milli KTJ‐ 1750 turboreaktiv mühərrikə sahib “Çakır” raketi dizaynının verdiyi çevikliyi sayəsində, missiya planlama əsnasında müəyyən edilmiş üçölçülü dönüş nöqtələri ilə bağlı tapşırıqları asanlıqla yerinə yetirə bilir. “Çakır”, hədəf üzərində vuruş nöqtəsi seçi‐ mi və unikal döyüş başlığı ilə hədəfləri yüksək dəqiqliklə məhv etmək qabiliyyə‐ tinə malikdir. Təkmil ara mərhələ və terminal yön‐ ləndirmə sistemləri ilə “Çakır” hədəflərini bütün hava şəraitində yüksək dəqiqliklə vura bilir. Şəbəkəyə əsaslanan məlumat bağlantısı sayəsində raket hədəfə doğru irəliləyərkən istifadəçi seçiminə bağlı olaraq, hədəfi dəyişə və tapşırığı ləğv edə də bilir. “Çakır”ın ən diqqətçəkən xüsusiy‐ yətlərindən biri də platformada çoxlu
daşınmalara imkan verən dizaynı və sürü konsepsiyasında tapşırıqları yerinə yetirmək qabiliyyətidir. “Çakır” raketi çoxlu sayda döyüş sursatı ilə koordinasiyalı hücuma imkan verən sürü konsepsiyası ilə düşmənin müdafiə sistemlərinin öhdəsindən asanlıqla gələ, eyni zamanda bir və ya bir neçə hədəf üçün yüksək effektivlik təmin edə bilir. Radaruducu xüsusiyyətli unikal dizayn quruluşu sayəsində “Çakır” yüksək davamlılıq qabiliyyətinə malikdir. “Çakır” raketinin dəniz üzərində su səthinə çox yaxın məsafədən uçuş imkanı, quruda isə masqalanma qabiliyyəti ilə yanaşı, radaruducu gövdə quruluşu, düşmənin hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanması təhlükəsini minimuma endirir. Yeni raket qarışdırmaya davamlı GNSS və altimetr dəstəkli inertial naviqasiya sistemi ilə güclü elektron qarışdırmanın olduğu hallarda da öz kursunu davam etdirə bilir. Məlumatda o da qeyd olunub ki, ha‐ zırda “Roketsan” tərəfindən “Çakır” raketinin dizayn işləri davam etdirilir. 2022‐ci il ərzində “Çakır” raketinin “Akıncı” pilotsuz uçuş aparatından ilk test atışı icra ediləcək. Platforma inteqrasiyası prosesinin isə 2023‐cü ildə həyata keçirilməsi planlaşdırılıb.
27
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 103‑cü ildönümü ilə bağlı tədbirlər keçirilib Mart ayının 28‑də Azərbaycan təhlükəsizlik orqanlarının əmək‑ daşlarının peşə bayramı ilə əla‑ qədar Dövlət Təhlükəsizliyi Xid‑ mətinin (DTX) rəisi general‑pol‑ kovnik Əli Nağıyev, Xidmətin kol‑ legiya üzvləri və rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və həyat yoldaşı Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, əklil və gül dəstələri qoyublar. Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının və Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb, Xidmətin adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Tədbir Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) akt zalında rəsmi hissə ilə davam edib. DTX‐nin rəisi general‐polkovnik Əli Nağıyev tədbirdə çıxış edərək şəxsi heyəti və veteranları peşə bayramı münasibətilə təbrik edib. Mənalı ömrünün 25 ilini təhlükəsizlik orqanlarına həsr edərək şərəfli xidmət yolu keçən Ulu Öndər Heydər Əliyevin bu orqanların fəaliyyətinə verdiyi əvəzolunmaz töhfələrdən danışan Xidmət rəisi qeyd edib ki, Ümummilli Lider Azərbaycan xüsusi xidmət orqanlarının tarixində peşəkarlıq məktəbi yaratmış, sovet dövründə və müstəqillik illərində ölkəyə rəhbərliyi dövründə heç zaman bu orqanlardan diqqət və qayğısını əsirgəməyib. General‐polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə yürüdülən uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızda təhlükəsizliyin etibarlı şəkildə qorunduğunu, müəyyən xarici dairələr və düşmən qüvvələr tərəfindən
28 www.poliqon.az
ölkəmizə yönələn terror‐təxribat və kəşfiyyat‐pozuculuq fəaliyyətinin qarşısının vaxtında və çevik alınması üçün müvafiq tədbirlərin davam etdirildiyini bildirib və müasir dövrdə DTX‐nin qarşısında duran əsas vəzifələr barədə məlumat verib. Çıxışının sonunda general‐polkov‐ nik Əli Nağıyev əminliyini ifadə edərək deyib ki, heç bir qüvvə Azərbaycanı öz seçdiyi yolundan döndərə bilməz, ölkənin milli maraqlarına yönələn bütün təhdid və hər cür cəhdlərin qarşısı Prezident İlham Əliyevin rəhbərliyi ilə DTX‐nin şəxsi heyəti tərəfindən bundan sonra da qətiyyətlə alınacaq, ölkədə davamlı sabitlik və əmin‐amanlıq təmin ediləcəkdir. Xid‐ mət rəisi tərəfindən DTX‐nin əmək‐ daşlarının sosial müdafiəsinin güc‐ ləndirilməsi və mənzil‐məişət şərai‐ tinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə Prezidentə minnətdarlıq ifadə edilib.
Sonra təhlükəsizlik orqanlarının veteranı, Milli Məclisin deputatı Arzu Nağıyev söz alaraq təhlükəsizlik or‐ qanları əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayıb. Natiq ötən əsrə ekskursiya edərək xüsusi xidmət orqanlarının təşəkkülündən danışıb, bu orqanların Azərbaycanın dövlətçilik tarixindəki mühüm rolunu xüsusi qeyd edib. Tədbirdə DTX‐nin əməkdaşlarının dövlət təltifləri ilə mükafatlandırılması barədə Azərbaycan Prezidentinin Sərəncamı elan olunub, əməkdaşlara mükafatlar təqdim edilib. Daha sonra Azərbaycan Mədəniy‐ yət Nazirliyi, İctimai Televiziya və “Azərbaycanfilm” kinostudiyasının birgə hazırladığı DTX‐nin əməkdaş‐ larının 44 günlük Vətən müharibəsində tarixi Qələbənin qazanılmasına ver‐ dikləri töhfələrə həsr edilmiş “Görün‐ məyən qəhrəmanlar” adlı sənədli film nümayiş olunub.
Cənubi Qafqaz və Mərkəzi Asiya region dövlətlərinin radar sistemləri ? Əhəd Əzizov Müasir dövrdə orduların təchizatında müxtəlif növ radio‑ lokasiya stansiyaları (RLS) istifadə olunur. Bu stansiyalar əsasən Hərbi Hava Qüvvələrində (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) Qoşunlarında, Raket və Artilleriya Qoşunlarında (RAQ) geniş tətbiq edilir. Radiolokasiya stansiyaları əsasən radiotexni‑ ki birləşmə və bölmələrdə, artilleriya kəşfiyyatı və radiotexniki kəşfiyyat bölmələrində silahlanmada yer alır. Ümumilikdə radiolokasiya dedikdə, radiodalğalardan istifadə etməklə müxtəlif obyektlərin yerinin müəyyən edilməsi (koordinatların aşkarlanması və ölçülməsi) və xassələrinin təyin edilməsi üsul və vasitələrini birləşdirən elm və texnologiya sahəsi başa düşülür. Radiolokasiyanın əsas texniki qurğusu isə radiolokasiya stansiyasıdır. RLS və ya radar (ingiliscə radar – “radio detection and ranging” anlayı‐ şından götürülüb, radio aşkarlama və məsafəölçmə mənasını verir) – hava, dəniz və yerüstü obyektləri aşkar et‐ mək, habelə onların məsafəsini, sürətini və həndəsi parametrlərini təyin etmək üçün nəzərdə tutulmuş radiotexniki sis‐ temdir. Sistem radiodalğaların şüa‐ lanmasının və onların obyektlərdən əks olunmasının qeydiyyatına əsaslanan radiolokasiya metodundan istifadə edir. Azərbaycan Ordusunun arsenalında yer alan LTR‑25 LANZA 3D orta mənzilli radiolokasiya stansiyası
Qoşunların radiotexniki bölmələri radiolokasiya sahəsi daxilində düşmə‐ nin radar kəşfiyyatını aparmaq, düşmən haqqında radar məlumatlarını emal et‐ mək və onu tabe olduqları qüvvə və qo‐ şun növlərinin, həmçinin Silahlı Qüvvə‐ lərin digər qüvvə və qoşun növlərinin idarəetmə orqanlarına, habelə sülh və müharibə dövrünün vəzifələrinin həlli zamanı zenit‐raket qoşunlarının, raket‐ artilleriya birləşmələrinin və bölmələ‐ rinin, radioelektron mübarizə birləşmə və bölmələrinin döyüş vasitələrini ida‐ rəetmə məntəqələrinə ötürmək üçün təyin edilib. Silahlı Qüvvələrin qüvvə və qoşun növlərinin radiotexniki kəşfiyyat böl‐ mələri düşmən haqqında radar məlu‐ matlarının əsas mənbəyidir. Onlar radar kəşfiyyatını aparır və yuxarı komanda məntəqələrinin, həmçinin aviasiya,
zenit‐raket, raket‐artilleriya və radio‐ elektron mübarizə birləşmələrinin, hərbi hissələrinin və bölmələrinin komanda məntəqələrini radar məlu‐ matları ilə təmin edirlər. Radiotexniki kəşfiyyat birləşmə‐ lərinin və bölmələrinin radioelektron texnikalarla təchiz edilməsində əsas diqqət bölmələrin manevr qabiliy‐ yətinin, onların yeni mövqe rayonunda ən qısa müddətdə döyüş əməliyyat məlumatı vermək qabiliyyətinin artırıl‐ masına verilir. SSRİ‐nin süqutundan sonra bütün postsovet respublikalarının silahlı qüv‐ vələrinin təchizatına çoxsaylı, lakin köhnə və uzun müddət istismar olun‐ muş metrik diapazonlu P‐14, 5N84 və 55J6, desimetrik və santimetrik dia‐ pazonlu P‐35, P‐37, ST‐68, P‐80 və 5N87, yük avtomobilinin şassisində yerləşdirilmiş mobil P‐15, P‐18 və P‐19 müşahidə radiolokasiya stansiyaları, habelə bu və ya digər dərəcədə mobil‐ liyə malik radarlara əlavə olaraq, stasionar P‐70, P‐90 və ST‐67 radiolo‐ kasiya kompleksləri keçmişdir. Bununla əlaqədar olaraq, XXI əsrin əvvəllə‐ rindən başlayaraq bütün ordularda olduğu kimi, müstəqillik əldə etmiş həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionu dövlətlərinin ordularında
da radiotexniki bölmələrin radio‐ elektron texnikalarla təchiz edilməsinə böyük diqqət yetirilməyə başlanmışdır. Cənubi Qafqaz dövlətləri ‑ Gürcüstan Respublikası Müstəqilliyin ilk dövrlərində Gür‐ cüstan HHM Qoşunlarının radiotexniki bölmələri keçmiş SSRİ Silahlı Qüvvələrindən qalmış P‐18, P‐19, P‐37, P‐14, 5N87 və 19J6 kimi radiotexniki vasitələrlə təchiz olunmuşdur. Demək olar ki, 2003‐cü ilə qədər Gürcüstan HHM döyüş növbətçiliyində miras qalmış radarlardan istifadə etmişdir. 2003‐cü ildən sonra Gürcüstanda silahlı qüvvələrin sürətləndirilmiş güc‐ ləndirilməsi kursuna keçilmişdir. Quru Qoşunlarını və mühüm obyektlərini himayə etmək üçün Gürcüstanda müasir HHM sistemlərinin aktiv alın‐ masına və mövcud olanların təkmilləş‐ dirilməsinə başlanmışdır. 2007‐ci ildə dörd ədəd P‐18 “Terek” radarı Ukray‐ nanın “Aerotexnika MLT” Elmi‐ İstehsalat Müəssisəsi” (Kiyev şəhəri) tərəfindən təkmilləşdirilərək P‐18OU “Oskamıt” səviyyəsinə qədər yüksəl‐ dilib. Təkmilləşdirmə sayəsində Gür‐ cüstanın HHM Qoşunları passiv və aktiv maneə şəraitində fəaliyyət göstərə bilən hava hədəflərini aşkar etmək üçün müasir element bazalı dörd yeni iki koordinatlı radar əldə edib. Son illərdə ölkənin Müdafiə Nazir‐ liyi hava məkanının etibarlı müdafiəsi istiqamətində mühüm addımlar at‐ mışdır. Belə ki, Gürcüstan ordusu HHM bölmələrinin radiotexniki kəşfiyyat imkanlarının genişləndirmək məqsədi ilə ABŞ‐Fransa birgə “Thales Raytheon Systems” (TRS) şirkətindən bir dəst “Ground Master 403” hava hədəflərini uzun mənzildə aşkarlayan mobil radar stansiyasını və iki dəst “Ground Master
200” hava hədəflərini orta mənzildə aşkarlayan mobil radar stansiyalarını alıb. GM403 radarı 470 kilometrə qədər məsafədə və 30 kilometrə qədər yüksəklikdə hava məkanına nəzarət etmək qabiliyyətinə malikdir. Bundan başqa, Gürcüstan Quru Qoşunlarının HHM birləşmələrinin silahlanması üçün hələ 2008‐ci ildə Ukraynanın “Topaz” Dövlət Səhmdar Holdinq şirkəti”ndən (Donetsk şəhəri) dörd ədəd “Kolçuqa‐M” passiv radiotexniki kəşfiyyat avtomatlaşdırıl‐ mış kompleksini almışdır. “Kolçuqa‐M” kompleksi üç stansiyadan ibarətdir. O, ərazinin 600 km‐ə qədər dərinliyində və cəbhə boyu 1000 km‐ə qədər məsafədə yüksək dəqiqliklə yerüstü və suüstü hədəflərin koordinatlarını, onların hərəkət marşrutlarını təyin edir. 10 km‐dən yuxarı hündürlükdə uçan hava hədəflərini 800 km‐ə qədər
məsafədə yüksək dəqiqliklə müəyyən edə bilir. “Kolçuqa‐M” kompleksi ilə yanaşı Gürcüstan hökuməti Ukraynadan “İskra” Elmi‐İstehsalat Kompleksi”nin istehsalı olan üç ədəd 36D6‐M RLS də alıb. Bu stansiyalar Tbilisi üzərində hava məkanına nəzarəti təmin etmək üçün nəzərdə tutulub. Radar rejimlərdən asılı olaraq minimal 3,5/7/14 km və maksimal 90/180/360 km məsafələrdə fəaliyyət göstərir. Sadalanan komplekslərdən başqa Gürcüstan Ukraynanın “Aerotexnika MLT” EİM”dən üç ədəd uzun mənzilli metrik diapazonlu iki koordinatlı təkmilləşdirilmiş P‐180U “Oskamıt” radarı alıb. RLS hədəfləri minimal 2,5 km və maksimal 360 km məsafələrdə aşkar edə bilir. Eləcə də, 2010‐cu ildə ABŞ suüstü şəraitə nəzarət üçün dörd ədəd sahil radar stansiyasının quraşdırılmasını maliyyələşdirib. Dəniz hədəflərini aşkaretmə radarları Qonio, Anakliya, Supsa və Çakvidəki hərbi dəniz bazalarında yerləşdirilib. Ermənistan Respublikası Ermənistan Respublikasının HHQ və Quru Qoşunlarının HHM birləş‐ mələrində keçmiş SSRİ Silahlı Qüvvə‐ lərindən qalmış radarlarla yanaşı, sonradan Rusiyadan, Hindistandan Yuxarıda: Ermənistanın təkmilləşdirilmiş P‑18M radarı. Aşağıda: Gürcüstanın GM403 və GM200 uzun mənzilli mobil radar stansiyaları.
31
dolları olan müqavilə imzalayıb. “Swathi WLR” kontrbatareya radarı atəş və ya buraxılış faktı üzrə minaatanların, artilleriya toplarının, yaylım atəşli reaktiv sistemlərin və taktiki raket qurğularının koordinatlarını müəyyən etmək üçün təyin edilib. Radar dağlıq ərazidə, 4900 m‐ə qədər yüksəklikdə fəaliyyət göstərə bilir.
Azərbaycanın P‑19 radarı P‑19MA səviyyəsinə qədər təkmilləşdirilib
alınma, eləcə də yerli müdafiə sənayesi müəssisələrinin gücü ilə təkmilləş‐ dirilmiş stansiyalar istifadə olunur. Ermənistanın hava məkanına nəzarət və HHM sistemlərinə hədəf təyinatının verilməsi keçmiş sovet istehsalı P‐12M, P‐14, P‐15, P‐18, P‐19, P‐35, P‐37, P‐40, 19J6 (ST‐68U) və 22J6M “Desna‐M” sovet istehsalı radarları ilə həyata keçirilirdi. Bunlardan P‐18 və 19J6 (ST‐ 68U) radarları sonradan yerli müdafiə sənayesi müəssisələri tərəfindən təkmilləşdirilərək istismara verilib. Həmçinin HHM radiotexniki hissə və birləşmələrində 36D6, 5N84A “Obo‐ rona‐14”, “Nebo‐SV” və 57U6 “Periscop‐ VM” radar kompleksləri mövcuddur. Yerli “Patneş” QSC tərəfindən təkmilləşdirilən P‐18M radar stan‐ siyasında hərəkət edən hədəflərin seçilməsi (seleksiyası) üçün yeni rəqəmsal sistem, RLS antenalarının isti‐ qamətinin qeydə alınması üçün blok, yüksək tezlikli cərəyan kollektoru və asinxron mühərrikdən istifadə edərək antena fırlanma ötürücü sistemi tətbiq olunub. “Patneş” QSC tərəfindən təkmilləş‐ dirilən santimetrik‐desimetrik diapa‐ zonlu 19J6 (ST‐68U) üç koordinatlı RLS “Qarni” adı ilə silahlanmaya təhvil verilib. Sözügedən radarın təkmilləş‐ dirilməsi istiqamətlərindən biri də stansiyanın analoq bloklarının rəqəm‐ sal bloklarla əvəz edilməsi olub.
32 www.poliqon.az
Təkmilləşdirmə müasir elektron baza‐ sından istifadə edilməklə həyata keçirilib. Digər rəqəmsallaşdırılmış HHM sistemləri ilə yanaşı, 19J6 rada‐ rının rəqəmsallaşdırılması Ermənistan Silahlı Qüvvələrində avtomatlaşdırılmış HHM sistemini yaratmağa və tətbiq etməyə imkan vermişdir. Bundan başqa, “İrəvan Rabitə Vasitələri Elmi‐Tədqiqat İnstitutu” (İRVETİ) QSC Ermənistan Ordusunun ehtiyaclarını qarşılamaq üçün üç müxtəlif radiolokasiya stansiyası ha‐ zırlayıb. Bunlara metrik diapazonda işləyən MŞR‐200, santimetrik‐de‐ simetrik diapazonda işləyən MES‐3 və MES‐5 radarları aiddir. Habelə, Litvanın “Litak‐Tak”, Er‐ mənistanın İRVETİ və Ukraynanın “Aerotexnika‐MLT” şirkətlərinin birgə əməkdaşlığı ilə AMBER‐1800 adlı radar hazırlanıb. İRVETİ radar antenası və komponentlərinin yaradıcısı və təc‐ hizatçısı, “Aerotexnika‐MLT” radiosiya ekstraktorlarının və avtomatlaşdırılmış sistemin yaradıcısı və təchizatçısıdır. “Litak‐Tak” isə radarın bütün kompo‐ nentlərinin yığımına məsuldur. AMBER‐ 1800 radarının fəaliyyət zonası 360 km‐dir. 2020‐ci ilin əvvəllərində Ermə‐ nistan Hindistandan 4 ədəd “Swathi Weapon Locating Radar” (WLR) kontr‐ batareya radiolokasiya stansiyasının alınması barədə dəyəri 40 milyon ABŞ
Azərbaycan Respublikası HHM sistemi ölkənin təhlükəsizliyi və suverenliyi üçün o qədər vacib fak‐ tordur ki, onun formalaşmasına qənaət etmək və ya “ikinci eşelon”dan texnoloji nümunələri qəbul etmək məqsədə‐ uyğun hesab edilmir. Çətin hərbi‐siyasi vəziyyəti, regionda müasir silahların çoxluğunu nəzərə alsaq, Azərbaycanın HHM, əsasən də radiolokasiya stan‐ siyaları sahəsində müdafiə qabiliyyə‐ tinin gücləndirilməsi təcrübəsi mənalı və özünəməxsusdur. SSRİ‐nin süqutundan sonra Azər‐ baycan Silahlı Qüvvələri Sovet Ordu‐ sunun 97‐ci HHM diviziyasının əmlakını qəbul edib. SSRİ‐nin dağılması zamanı Azərbaycanda yerləşən radiotexnika bölmələri P‐12, P‐14, P‐15, P‐18, P‐19, P‐35, P‐37, P‐40, P‐80, 5N84A, 19J6, 22J6 “Desna”, 44J6 mobil və stasionar RLS ilə silahlanmışdı. Sovet dövründən indiyədək P ‐18, P‐19, P‐37, P‐40, 5N84A, 19J6, 22J6 “Desna” radarları gəlib çıxıb. Qoşunlarda olan P‐18, P‐19, 5N84A və 19J6 radarları müxtəlif dövr‐ lərdə xarici mütəxəssislərin köməyi ilə təmir edilərək təkmilləşdirilib. Sovet istehsalı metrik P‐18 “Terek” və desimetrik P‐19 “Dunay” radarları Ukraynanın “İskra” Elmi‐İstehsalat Kompleksi” Dövlət Müəssisəsində P‐ 18MU və P‐19MA səviyyəsinə qədər təkmilləşdirilib. Təkmilləşdirmə nəticə‐ sində stansiyaların istismar müddətini uzatmaq, enerji sərfiyyatını azaltmaq və imtinaya qədər işləmə vaxtını artırmaq mümkün olub. Həmçinin aşkaretmə xüsusiyyətləri yaxşılaşdırılıb, hava obyektlərinin hərəkət trayektori‐ yalarının avtomatik izlənilməsi imkanı tətbiq edilib. Köhnəlmiş və artıq resursunu başa vurmuş sovet istehsalı radiolokator‐ ların əvəz edilməsi məqsədi ilə 2000‐ci illərin əvvəllərində Ukraynanın “İskra” EİK‐indən üç ədəd 36D6‐M hava məkanının müşahidəsi üç kordinatlı radiolokasiya stansiyaları alınmışdır. 36D6‐M radarının aşkaretmə məsafəsi
Azərbaycanın EL/M‑2288 AD‑STAR radiolokasiya stansiyası
360 km‐ə qədərdir. Qeyd etmək lazım‐ dır ki, indiyədək 36D6‐M radarı müasir tələblərə uyğundur və öz sinifində “dəyər‐effektivlik” kriteriyası üzrə ən yaxşılardan biridir. Bundan başqa S‐125M(M1) ZRK‐ nin 2010‐2013‐cü illərdə S‐125‐TM “Peçora‐2T” səviyyəsinədək təkmilləş‐ dirilməsi çərçivəsində P‐18 “Terek” radiolokasiya stansiyaları P‐18Т (TRS‐ 2D) səviyyəsinə qədər təkmilləşdirilib. Radarın maksimal aşkaretmə məsafəsi 390 km, aşağı sürətli hədəflərdən siqnalların seçilmə ehtimalı 0,97, müşayiət olunan hədəflərin maksimal sayı 250 və bir baxışla nəzərdən keçirilən işarələrin maksimal sayı 1000‐dir. 2010‐2011‐ci illərdə Rusiya Federasiyasından S‐300PMU‐2 zenit‐ raket sistemi alınan zaman onun tərkibində 64N6E2 aşkaretmə radarı da alınıb. 64N6E2 radarı, sistemin komanda məntəqəsini 300 km radiusda hava obyektləri haqqında yüksək keyfiyyətli məlumatla təmin edən ikitərəfli “S” diapazonlu fazalı antena şəbəkəsinə malik tam avtomatik üç koordinatlı müşahidə radarıdır. O, 1000 km məsafəyə qədər ballistik obyekt‐ lərlə işləmək qabiliyyətinə malikdir. 2012‐ci ildə Ukraynanın “İskra” Elmi‐İstehsalat Kompleksi”ndən tək‐ milləşdirilmiş 80K6M radarları alınıb. Radar zenit‐raket komplekslərinə və hava hərəkətinin avtomatlaşdırılmış idarəetmə sistemlərinə nəzarət və hədəf təyinatı məlumatlarının verilməsi məqsədi ilə HHQ və HHM Qoşunlarının
34 www.poliqon.az
tərkibində istifadə üçün təyin edilib. Hava hədəflərini aşkaretmə məsafəsi 400 km‐dir. Azərbaycan qeyd olunan radar‐ lardan başqa, İsrailin “ELTA Systems” şirkətindən üç koordinatlı mobil EL/M‐ 2288 AD‐STAR, EL/M‐2106NG, EL/M‐ 2248 və EL/M‐2080 “Green Pine” radarlarını da alıb. EL/M‐2288 AD‐ STAR və EL/M‐2106NG radarları ikili təyinatlıdır, ZRK heyətlərinin fəaliyyətlərini idarə etmək və qırıcı təyyarələri istiqamətləndirməkdən başqa, hava hərəkətinə nəzarət üçün istifadə edilə bilir. EL/M‐2288 AD‐STAR radiolokasiya stansiyası 480 km‐ə qədər məsafədə yüksək hündürlükdəki hava hədəflərini aşkar etmək qabiliy‐ yətinə malikdir. EL/M‐2106NG radarı 90 km‐ə qədər məsafədə alçaqdan uçan təyyarələri, helikopterləri və pilotsuz uçuş aparatlarını (PUA) aşkar etmək üçün təyin edilib. Eyni vaxtda müşayiət edilən hədəflərin sayı 60‐a bərabərdir. Aşkarlama, izləmə və istiqamət‐ ləndirmə üçün təyin edilmiş EL/M‐ 2248 çoxməqsədli radarı “Barak 8” ZRK‐ini idarə etməklə yanaşı, digər HHM bölmələrinin fəaliyyətlərini koordinasiya etməyə qadirdir. Habelə, Azərbaycan İspaniyanın “Indra Sistemas, S.A.” şirkətinin istehsalı olan LTR‐25 LANZA 3D orta mənzilli radiolokasiya stansiyası alıb. LTR‐25 LANZA 3D radar sistemi 111‐333 km məsafədə fəzaya effektiv şəkildə nəzarət edir. LTR‐25 radarının maksimal müşahidə hündürlüyü 30,5 km‐dən çox, yer bucağı üzrə baxış
sahəsi isə 40°‐dən çox deyil, 360° üfiqi müstəvidə müşahidə aparır. Qeyd olunanlarla yanaşı güman edilir ki, Azərbaycan səmasının mühafizəsində ABŞ‐ın “Northrop Grum‐ man Corporation” tərəfindən istehsal olunan AN/FPS‐130 üç koordinatlı radarının stasionar versiyası olan ARSR‐4 hava marşrutlarına nəzarət radarı da yer alır. ARSR‐4, əsasən “L” diapazonunda nəzarətsiz işləyən, yarımkeçiricilər texnologiyası üzrə qurulmuş 3 ölçülü genişzolaqlı koge‐ rent radardır. Bu radarın böyük yüksəkliklərdəki hədəfləri aşkaretmə məsafəsi 450 km‐ə qədərdir. ARSR‐4 stansiyası qanadlı raketlər də daxil olmaqla 800‐ə qədər hava hədəfinin uzaq məsafədən aşkarlanması, eləcə də onların aşağı və həddindən artıq aşağı hündürlüklərdə koordinatlarının müəy‐ yən edilməsi üçün təyin edilib. ARSR‐4 üç koordinatlı radar olduğundan, təyyarənin hündürlüyünü təyin etmək qabiliyyətinə malikdir. Azərbaycan Ordusunda HHM radarları ilə yanaşı Raket və Artilleriya Qoşunları tərəfindən EL/M‐2084 MMR aktiv fazalı antena şəbəkəli çox‐ məqsədli radarın mobil variantı da istifadə olunur. Radar həm HHM, həm də artilleriya tapşırıqları üçün nəzərdə tutulub və “S” diapazonda işləyir. Müşahidə rejimində o, 474 km‐ə qədər məsafədə 1100‐ə qədər hədəfi emal edir. Artilleriya mərmilərini aşkar edərkən stansiyanın ötürmə qabiliyyəti dəqiqədə 200 hədəf, təyyarə və raketləri aşkar edərkən isə təxmini yüklənmə 1200 hədəfdir. Hazırda respublikanın ərazisi üzərində müxtəlif tipli radarlar tə‐ rəfindən dəfələrlə örtülmüş bütöv radar sahəsi mövcuddur. Bundan başqa, bu radarlar respublikanın hü‐ dudlarından çox‐çox uzaqlara baxmaq imkanına malikdir. Ümumiyyətlə, Azərbaycanda potensial təcavüzkara ciddi itkilər verməyə qadir, mühüm hərbi və inzibati‐siyasi obyektləri və özünün hərbi hissələrini hava zər‐ bələrindən himayə edən kifayət qədər balanslaşdırılmış və təkmil HHM sistemi mövcuddur. Mərkəzi Asiya dövlətləri ‑ Qazaxstan Respublikası SSRİ‐nin süqutundan sonra əra‐ zisində saxlanılan hərbi texnikanı nəzərə alaraq, Qazaxıstan çoxlu sayda
Qazaxıstanın təkmilləşdirilmiş 5N84M radarı
müxtəlif silahlar, ehtiyat hissələri və döyüş sursatları almışdır. Sovet Ordusunun hərbi irsi çox təsiredici idi və nominal olaraq Qazaxıstan Rusiya və Ukraynadan sonra postsovet mə‐ kanında üçüncü hərbi güc oldu. Keçən əsrin 90‐cı illərinin sonlarında Qazaxıs‐ tanda HHQ və HHM Qoşunlarını birləşdirilərək Hava Müdafiə Qüvvələri (HMQ) yaradılıb. Müstəqilliyin ilk illərindən 2000‐ci illərin əvvələrinə qədər respublikanın hava məkanına nəzarət, qırıcıların istiqamətləndiril‐ məsi və ZRK‐nə hədəfgöstərmə P‐18, P‐ 37, 5N59 və 5N84 tipli sovet istehsalı radioloksiya stansiyaları tərəfindən həyata keçirilirdi. Bunlardan başqa Qazaxstanda o dövrün 5U75 “Periskop‐ V”, 35D6 (ST‐68UM) və 22J6M “Desna‐ M” kimi ən müasir radiolokasiya stansiyaları var idi. Lakin, sonradan Qazaxıstanda qalan ən yeni radarlar tezliklə müxtəlif səbəblərdən nasaz vəziyyətə düşmüşlər. Fiziki aşınma, həmçinin etibarlılıq və maneələrdən qorunma meyarları baxımından müasir tələblərə uyğun gəlməməsi, eləcə də ehtiyat hissələrinin olmaması Qazaxıstanı növbətçi rejimdə olan SSRİ istehsalı 5N84 və P‐18 “Terek” radarlarının təkmilləşdirilməsi üzərində işə başlamağa məcbur etmişdir. Bunun üçün lazım olan texniki və kadr bazası respublikada mövcud idi. P‐18 metrik diapazon radar əsasında Alma‐Ata şəhərində yerləşən “Qranit” xüsusi konstruktor‐texnologiya büro‐ sunun (XKTB) mütəxəssisləri təkmilləş‐ dirilmiş taktiki‐texniki xüsusiyyətləri və
uzadılmış xidmət müddəti ilə radarın P‐ 18M versiyasını hazırlamışlar. 2003‐ 2006‐cı illərdə Ukraynanın “Proqress” dövlət müəssisəsinin vasitəçiliyi ilə “Aerotexnika‐MLT” Elmi‐İstehsalat Müəssisəsi və “Kazakhstan Engi‐ neering” milli şirkətinin iştirakı ilə Qazaxıstan P‐18 radarlarının təkmil‐ ləşdirilməsini, həmçinin onlar üçün ehtiyat hissələrinin və təmir dəstlərinin təchizatını başa çatdırmışdır. 2007‐ 2013‐cü illərdə “Qranit” XKTB tərə‐ findən hazırlanmış və istehsal edilmiş radioelektron avadanlıq dəstləri əsa‐ sında 27 ədəd P‐18M radarı tək‐ milləşdirilmişdir. 2014‐cü il may ayının 22‐də Qazaxıstan “ThalesRaytheonSystems”
şirkəti ilə 20 ədəd GM403 radarlarının tədarükü haqqında memorandum imzalayıb. Qazaxıstanda KamAZ avto‐ mobilinin şassisində quraşdırılmış GM403 radiolokasiya stansiyasına “NUR” adı verilmişdir. İlk 4 ədəd “Nur” radarı 2014‐cü ilin sonunda radio‐ texniki birləşmələrin silahlanmasına daxil edilib. Qazaxstanda S‐125‐2TM “Peçora‐ 2TM” ZRK‐ləri divizionunun tərkibində təkmilləşdirilmiş P‐18T (TRS‐2D) hava hədəflərini aşkaretmə radarları ilə təchiz edilib. HHM Qoşunlarının silahlanmasında olan S‐300PS ZRS tərkibində isə 76N6 RLS‐dən istifadə olunur. 76N6 RLS 360° üfiqi müstəvidə 500 m hündürlükdə 90 km‐ə qədər, 1000 m hündürlükdə 120 km‐ə qədər məsafələrdə uçan hava hədəflərini aşkar edə bilir. Türkmənistan Respublikası SSRİ‐nin dağılmasından sonra Türkmənistanda qalan sovet ordu qruplaşması silahların kəmiyyət və keyfiyyət baxımından Tacikistana, Qırğızıstana və Özbəkistana veriləndən qat‐qat üstün idi. SSRİ‐nin dağıl‐ masından sonra digər hərbi birlik və birləşmələrlə birlikdə 17‐ci HHM diviziyası da müstəqil Türkmənistanın yurisdiksiyasına keçmişdir. Radio‐ texniki hərbi hissələrdə yüzə yaxın P‐ 15, P‐14, P‐18, P‐19, P‐35, P‐37, P‐40 və P‐80 radarı var idi. Hazırda iyirmiyə yaxın radiolokasiya postu hava şəraitinə nəzarət edir. Türkmənistan Ordusunun arsenalında yer alan Çin istehsalı üç koordinatlı YLC‑18 radarı
35
Qeyd etmək lazımdır ki, Türk‐ mənistan çox qapalı ölkədir və orada olan radiolokasiya stansiyaları ilə bağlı vəziyyətin necə olduğunu söyləmək çətindir. Bununla belə, açıq mənbələrdə bəzi məlumatlara rast gəlmək müm‐ kündür. Türkmənistan Çindən DWL002 passiv radiotexniki kəşfiyyat stansiyası alıb ki, bu da respublikanın HHM sistemini gücləndirməlidir. DWL002 passiv stansiyası özü siqnal vermir, lakin hava, quru və dəniz şüalanma mənbələrini aşkar etmək üçün aşağı dalğada mülki tezlikləri, ilk növbədə televiziya və radio kanallarını tutur və emal edir. Sistem avtomobil şassisi üzərində bir‐birindən müəyyən məsa‐ fədə yerləşən bir əsas və iki köməkçi stansiyadan ibarətdir. Türkmənistan bundan başqa Çindən aşağı hündürlüklərin moni‐ torinqi üçün YLC‐18 üç koordinatlı və YLC‐2V üç koordinatlı yüksək hün‐ dürlüklü radarlarını da alıb. Bu, Türkmənistanın qonşularının ona heç bir hərbi təhlükə törətməməsinə rəğ‐ mən, rəhbərliyin satınalmaları hava məkanına nəzarət sistemlərinin sərən‐ camında olması istəyini nümayiş etdirir. YLC‐18 üç koordinatlı yüksək mobil radar 3 GHs‐dən 4 GHs‐ə qədər tezliklərdə işləyir və növündən asılı olaraq 130‐dan 300 km‐ə qədər məsafədə hava hədəflərini aşkaretmə Yuxarıda: Özbəkistanın Çindən aldığı HT‑233 çoxfunksiyalı işıqlandırma və tuşlama radarı. Aşağıda: Rusiyanın Qırğızıstana verdiyi təkmilləşdirilmiş P‑18‑2 radiolokasiya stansiyası.
36 www.poliqon.az
qabiliyyətinə malikdir. YLC‐2V orta və yüksək hündürlüklərdə müxtəlif sinif ballistik və aerodinamik hədəfləri aşkar etmək və izləmək üçün nəzərdə tutulmuş mobil üç koordinatlı döyüş rejimli radiolokasiya stansiyasıdır. Radarın hədəfləri aşkaretmə məsafəsi 500 km‐dir. Türkmənistanın HHM sisteminin bərpası və modernləşdirilməsi proq‐ ramı çərçivəsində “Ukroboronservis” Dövlət Müəssisəsi 2005‐2006‐cı illərdə Ukraynanın bir sıra ixtisaslaşmış müəssisələri ilə birlikdə radiolikasiya texnikalarının qismən təmirini və təchizatını həyata keçirməyə nail olub. Ukraynalı mütəxəssislərin, müəssisə və institutların köməyi ilə Türkmənistanın bütün HHM sisteminin radiotexniki vasitələrinin, o cümlədən radar və radiotexniki avadanlığın bərpası üzrə işlər yerinə yetirilib. Köhnəlmiş sovet radarlarını əvəz etmək üçün Uk‐ raynadan müasir 36D6 və “Kolçuqa‐M”
radiolokasiya stansiyalarının tədarükü həyata keçirilib. Türkmənistan Müdafiə Nazirliyi 2014‐cü ildə “Ukroboron‐ servis” Dövlət müəssisəsi vasitəsilə ehtiyat hissələri və nəzarət‐ölçmə aparatları dəsti ilə birlikdə 80K6M radarını idxal edib. Özbəkistan Respublikası Hələ Sovet dövründə Özbəkistan ərazisində hava məkanına nəzarət on beşə yaxın çox köhnəlmiş P‐15, P‐18, P‐ 37 və 5N62 radarları ilə həyata keçirildi. Müstəqillik əldə etdikdən sonra Rusiya Əfqanıstanla sərhəddə və Daşkənd yaxınlığında yerləşdirmək üçün bir neçə müasir radiolokasiya stansiyasını Özbəkistana verib. Açıq mənbələrdə Özbəkistanın HHM Qoşunlarının radiotexniki hissələrinin silahlanması və vəziyyəti haqqında çox az etibarlı məlumat var. Özbəkistanın Silahlı Qüvvələri Mərkəzi Asiyada ən güclü ordulardan biridir. Bununla belə, Özbəkistan Silahlı Qüvvələrinin HHM baxımından imkanları çox zəifdir, qoşunlar həddindən artıq köhnəlmiş və işlənmiş texnikaya malikdir. Radiolokasiya stansiyalarını yeni‐ ləmək məqsədi ilə Özbəkistan Rusi‐ yadan “Liazanov elektromexaniki zavodu”nun istehsalı 12A6 “Sopka‐2” radar kompleksini almaqda maraqlıdır. Həmçinin planlara radiotexniki qoşun‐ ların silahlanmasında olan bütün P‐37 radarlarının 12A6 “Sopka‐2” səviyyəsi‐ nədək təkmilləşdirilməsi də daxildir. 12A6 “Sopka‐2” tras radar kompleksi hava hərəkətlərini idarəetmə sistemləri və hava məkanına nəzarət üçün radar məlumat mənbəyi kimi istifadə edil‐ məkdən ötrü təyin edilib. Radar 350/450 km məsafədə, 360° üfiqi müs‐ təvidə və 35 km hündürlükdə işləyə bilir.
Son illərdə həyata keçirilən təd‐ birlər nəticəsində HHM sisteminin möhkəmləndirilməsi və yenilənməsi üçün Çindən alınan HQ‐9 (“HongQi‐9”, ixrac adı FD‐2000) ZRK tərkibində HT‐ 233 çoxfunksiyalı işıqlandırma və tuşlama radarı və Type‐120 alçaqdan uçan hədəfləri aşkaretmə radarı da alınmışdır. HT‐233 çoxfunksiyalı işıq‐ landırma və tuşlama radarının hədəf aşkarlama məsafəsi 120 km və izləmə məsafəsi 90 km‐dir. Type‐120 alçaqdan uçan hədəf aşkaretmə radarı mürəkkəb maneə şəraitində aşağı hündürlükdə uçan hava hədəflərinin koordinatlarını aşkar etmək və ölçmək üçün istifadə olunur. Type 120 radarı 200 km məsafədə eyni vaxtda 72 hədəfi izləyə bilən JY‐29 / LSS‐1 2D‐nin daha da inkişaf etdirilmiş versiyasıdır. Qırğızıstan Respublikası Sovet dövründə Qırğızıstan əra‐ zisində Sovet Ordusunun nisbətən az hərbi hissələri mövcud olub. Bölgü zamanı Qırğızıstana P‐18, P‐37 və 5N62 radarları çatıb. Hazırda Qırğızıstanın hava məkanına nəzarət yalnız Rusiya Silahlı Qüvvələrinə məxsus radio‐ lokasiya stansiyaları ilə yanaşı P‐18 və P‐37 stansiyaları ilə təchiz olunmuş altı radar postu tərəfindən həyata keçirilir. Ən müasir 36D6 radarı Kant aviabaza‐ sında Rusiya hərbçilərinin sərənca‐ mındadır. Bu radarlarla yanaşı HHM radio‐ texniki bölmələrində S‐125M ZRK tərkibində SNR‐125M raketləri tuşlama stansiyası da istifadə olunur. SNR‐125M raketləri tuşlama stansiyası santimetrik diapazonda fəaliyyət göstərir, 82 km‐ə
qədər məsafələrdə hədəfin aşkar‐ lanmasını və onların müxtəlif məsa‐ fələrdə 20 m‐dən 18000 m‐ə qədər yüksəkliklərdə müşayiət edilməsini təmin edir. 2019‐cu ildə Rusiya Qırğızıstana təmənnasız olaraq təkmilləşdirilmiş P‐ 18‐2 radiolokasiya stansiyalarını verib. Bu yaxınlarda isə Qırğızıstanın HHM sisteminin modernləşdirilməsi planları açıqlanıb. İlk növbədə, respublikada mövcud olan müşahidə radarlarının dəyişdirilməsi və imkan daxilində təkmilləşdirilməsi nəzərdə tutulur. Gələcəkdə isə qısa və orta mənzilli ZRK və onların RLS‐nin tədarükü müm‐ kündür. Bununla belə, konkret silah növlərinin adı çəkilmir. Burada söh‐ bətin bir sıra Mərkəzi Asiya respub‐ likalarında mövcud olan təkmilləş‐ dirilmiş S‐125 “Peçora‐2M” ZRK‐dən və onun SNR‐125M radarından getdiyini ehtimal etmək olar. Tacikistan Respublikası Rəsmi olaraq 23 fevral 1993‐cü ildə yaradılan Tacikistanın Silahlı Qüvvələri Mərkəzi Asiyanın yeni müstəqillik əldə etmiş digər dövlətlərindən fərqli olaraq, keçmiş Sovet ordusundan minimal miqdarda silah almışdır. Sonradan Rusiya Tacikistan ordusunun silah‐ lanmasında fəal iştirak edib. Keçən əsrin 90‐cı illərinin ikinci yarısında ölkəyə S‐75M3 və S‐125M ZRK, həmçinin P‐19, P‐37 və 5N84A radarları verilib. 2009‐cu ildə isə Rusiyadan təkmilləşdirilmiş S‐125 “Peçora‐2M” ZRK və onların SNR‐125‐2M (xü‐ susiyyətləri yuxarıda açıqlanıb) radio‐ lokasiya stansiyaları gətirilib.
Hazırda öz radarlarına malik iki S‐ 125 “Peçora‐2M” ZRK Düşənbə şəhərinin şərqində və qərbində döyüş mövqelərindədir. İki modernləşdirilmiş kompleks və RLS yerli hərbçilərin fəxridir. Bəlkə də bunlar Tacikistanda mövcud olan ən yüksək texnologiyalı silahlardır. HHM və başqa qoşun növlərinin radiotexniki bölmələri digər radiolokasiya stansiyalarına malik deyillər. Bundan irəli gələrək söyləmək olar ki, Tacikistan radar sistemləri cəhətdən son dərəcə zəif təmin olunub və onların sayı olduqca məhduddur. Müşahidələr göstərir ki, əgər Tacikistan nəzəri cəhətdən KTMT‐nin üzvü olmasaydı və müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq etməsəydi, həmçinin respublikanın ərazisində Rusiya Silahlı Qüvvələrinin Düşənbə və Kurqan‐ Tübedə yerləşən 201‐ci hərbi bazası, həmçinin Hindistanın HHQ‐nin Farxorda yerləşən ön hərbi hava bazası olmasaydı, bu ölkə üçüncü dövlətin mümkün hərbi təcavüzünə, xüsusən də havada tab gətirə bilməyəcəkdi. Sadalananları müqayisə edərək qısa nəticə çıxarmaqla söyləmək olar ki, hazırda Azərbaycan Respublikasının ərazisi istisna olmaqla həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya döv‐ lətlərinin heç birinin ərazisi davamlı fasiləsiz radiolokasiya sahəsi ilə ör‐ tülməyib. Bu isə o deməkdir ki, Azərbaycan HHQ HHM qoşunları respublikanın hava məkanına tam nəzarət edir. Bu fakt isə özünü 44 günlük Vətən müharibəsində də sübut etmişdir. PQ
ADVENT SYS yeni nəsil döyüş idarəetmə sistemi Döyüş idarəetmə sistemləri döyüş gəmilərinin müharibə gücünü dəstəkləmək üçün platformada mövcud döyüş sisteminin “beyni” rolunu oynayan sistemlərdir. Belə ki, döyüş idarəetmə sistemləri ko‑ manda heyətinin situasiya şüurunu artırmağı, silah və sensorlardan səmərəli istifadəni təmin etməyi, həyata keçirilən əməliyyat üçün komanda heyətinə qərar dəstəyini təmin etməyi hədəfləyən, təhlükələrə qarşı vaxtında və dəqiq şəkildə reak‑ siya göstərmə imkanları qazandıran müasir dəniz platformaları üçün əvəzolunmaz sistemlərdir. HAVELSAN şirkәti Türkiyә Hәrbi Dәniz Qüvvәlәri Komandanlığı vә Araşdırma Mәrkәzi Komandanlığı ilә әmәkdaşlıq çәrçivәsindә ADVENT (Ağ Destekli Veri Entegre) şәbәkә dәstәkli bağlantı inteqrә yeni nәsil SYS (Savaş Yönetim Sistemi) döyüş idarәetmә sistemi hazırlayıb. ADVENT SYS-nin әsas mәqsәdi qüvvәt yönümlü şәbәkә yardımlı әmәliyyat yanaşmasının ehtiyaclarına cavab vermәkdir. ADVENT SYS layihәnin başladığı ilk gündәn etibarәn әn kiçikdәn böyüyә qәdәr Hәrbi Dәniz Qüvvәlәrinin uçan, dalğıc vә üzәn platformalarına, habelә sahil bölmәlәrinә xidmәt etmәk mәqsәdi daşıyır. HAVELSAN mütәxәssislәrinin sözlәrinә görә, funksionallıq vә vәzifә öhdәliklәri baxımından fәrqli mühitlәrin ehtiyaclarını ödәmәk üçün çevik bir quruluşda dizayn edilәn ADVENT SYS, digәr SYSlәrin ekvivalenti olaraq hazırlanmış bir sistem deyil. Digәr SYS-lәr inteqrasiya etdiklәri gәminin imkanlarından optimal istifadәni tәmin edәrkәn; ADVENT SYS tәkcә inteqrasiya olunduğu gәmidәki sistemlәrin deyil, hәm dә inteqrasiya olunduğu bütün platformalar üçün birgә әmәliyyatları yerinә yetirmәk vә imkanlarını әn sәmәrәli vә düzgün istifadә etmәk üçün hazırlanmış yüksәk keyfiyyәtli sistemdir. ADVENT SYS tәklif etdiyi funksionallığa uyğun olaraq birbirindәn asılı olmayaraq müәyyәn edilәn, inkişaf etdirilәn vә paylana bilәn qabiliyyәtlәrә sahib modulyar arxitekturada dizayn edilmişdir. Hәr platforma üçün ADVENT SYS-nin ümumi imkanları, platformaya xas imkanları vә silah/sensor sistemlәrinin inteqrasiya hәllәrinin müvafiq modullarını bir araya gәtirmәklә platformaya xas SYS konfiqurasiya edilә bilәr. ADVENT SYS-nin qabiliyyәt yönümlü modul strukturu sayәsindә müvafiq modullar digәr modulları bilmir vә ya onların işlәk olub-olmaması ilә maraqlanmır, yalnız әtraf mühitdәn lazım olan mәlumatları gözlәyirlәr. ADVENT SYS-nin miqyaslana bilәn arxitekturası bütün funksionallığı bir operator konsolu vә ya çoxlu (+30) konsol vasitәsilә tәqdim etmәyә imkan verir. Modulluq vә miqyaslılıq xüsusiyyәtlәri sayәsindә ADVENT SYS müxtәlif ölçülü vә müxtәlif vәzifәlәr/cavabdehliklәrә sahib platformalarda istifadә olunmaq üçün asanlıqla konfiqurasiya edilә bilәr. Quruluşu vә istifadә olunan proqram texnologiyaları ADVENT SYS-ni performans vә tәhlükәsizlik tәlәblәrinә cavab verәn müxtәlif avadanlıqlar üzәrindә istifadәsinә imkan verir. Bu yolla tәkcә müasir sistemlәrә malik yeni platformalara deyil, hәm dә modernlәşdirmәlәr çәrçivәsindә köhnәlmiş sistemlәrә malik köhnә platformalarda uğurla tәtbiq oluna bilәr. ADVENT KALYON ilә yerüstü platformalara vә ADVENT MARTI ilә dәniz patrul tәyyarәlәrinә ilk addımı atan ADVENT SYS;
38 www.poliqon.az
ADVENT MUREN ilә sualtı qayıqlara, ADVENT UFUK ilә müşahidә koordinasiya mәrkәzlәrinә vә ADVENT ROTA ilә pilotsuz nәqliyyat vasitәlәrinә imkanlar әlavә etmәyә davam edәcәk. ADVENT Türkiyә Hәrbi Dәniz Qüvvәlәrinin MİLGEM Sinif korvetlәrinin döyüş idarәetmә sistemi olaraq 2019-cu ildәn etibarәn istifadәyә verilmiş vә hazırda bir çox yerli vә xarici gәmilәrdә istifadә olunur vә istifadәsi planlaşdırılır. ADVENT SYS döyüş idarәetmә sistemlәrinә görә daha kiçik miqyaslı; atış kontrol sistemi, taktiki mәlumat bağlantısı operatoru vә taktiki tәsvir tәrtibçisi kimi xüsusi ehtiyaclar üçün hәllәr istehsal edәn Missiya İdarәetmә Sistemi versiyası patrul gәmilәri kimi kiçik platformalar, helikopterlәr, insansız nәqliyyat vasitәlәri kimi platformalarda istifadә edilә bilәr. ADVENT modern bir SYS-nin sahib olması lazım olan bütün imkanlara malik olmaqla yanaşı, Şәbәkә Dәstәkli İmkanlar vә Taktiki Mәlumat Bağlantısı funksionallıq mövzusunda tәqdim etdiyi üstün imkanları ilә analoqlarını üstәlәyir. Taktiki mәlumat bağlantısı ● Tam inteqrasiya olunmuş taktiki mәlumat bağlantısı (Link 11/16/22, Link Y, Link Green, SIMPLE, JREAP, VMF) funksionallığı ● Fәrdilәşdirilә bilәn yerli keçid qabiliyyәti (AdvLink) ● Əlavә avadanlıq vә proqram tәminatına ehtiyac olmadan SYS üzәrindәn istifadә ● Eyni vaxtda müxtәlif bağlantılara qoşulmaq vә bağlantılar arasında avtomatik yönlәndirmә ● Köhnә sistemlәrә asan inteqrasiya Birgә öhdәlik ● Tәhlükә qiymәtlәndirmә, silah paylanma vә öhdәlik planlamalarının qüvvәt üçün mәrkәzi planlanması vә qüvvәt çapında birgә icrası ● Hava hücumundan müdafiә döyüşlәrindә effektivliyin artırılması ● Silah vә sensor resurslarının effektiv istifadәsi Birgә tәlim ● Virtual vә real mühitlәrdә tәqdim olunan tәkmillәşdirilmiş tәlim imkanları ● Şәbәkә dәstәkli qabiliyyәti ilә digәr platformalarla eyni virtual mühitdә birgә tәlim ● Qarşılıqlı әlaqә ilә real virtual tәlim Birgә әmәliyyatlar ● Əmәliyyatın mәrkәzi olaraq planlaşdırılması ● Koordinasiyalı vә nәzarәt edilәn icra ilә әmәliyyat performansının artırılması ● Taktiki mәzmunların paylaşımı ilә mәlumatlılığın artırılması
Prezident köməkçisi və DSX rəisi sərhəd diviziyalarında olub
Aprel ayının 19‐21 tarixlərində Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general‐polkovnik Məhərrəm Əliyev və Azərbaycan Res‐ publikasının Dövlət Sərhəd Xidmətinin rəisi general‐polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” və “Qazax”
əlahiddə sərhəd diviziyalarının hərbi hissə və bölmələrinə səfər ediblər. Səfər çərçivəsində Azərbaycanın əra‐ zi bütövlüyü bərpa edildikdən sonra Er‐ mənistan ilə dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastruktu‐ runun yaradılması üzrə Azərbaycan Res‐ publikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb.
Dövlət sərhədinin etibarlı mü‐ hafizəsinin təşkili istiqamətində həyata keçirilən fəaliyyətlər, o cümlədən sərhəd yollarının çəkilməsi, ərazidə hərəkətin təmin edilməsi üzrə tikinti‐ quruculuq işləri və təhlükəsizlik tədbir‐ ləri nəzərdən keçirilib, sərhəd‐döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşülüb, hərbi qulluq‐ çuların xidməti‐döyüş və məişət şərait‐ ləri ilə tanış olunub. Son bir il ərzində azad edilmiş ərazilərdə 19 yeni hərbi hissənin, 100‐dən artıq sərhəd döyüş məntəqəsinin fəaliyyətə başlamasının böyük əhəmiyyəti vurğulanıb. Əlahiddə sərhəd diviziyalarının rəhbər heyətlərinin iştirakı ilə xidməti müşavirələr keçirilib, vəzifəli şəxslərin xidməti ərazidə mövcud olan əməliyyat şəraiti və görülən tədbirlər haqqında məruzələri dinlənilib, hərbi hissə və bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsinin, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə zəruri tapşırıq və tövsiyələr verilib. Səfər çərçivəsində səhra təlim mərkəzində DSX‐nin taktiki təlimləri izlənilib.
AzTU ilə MSN ETİ arasında memorandum imzalanıb Aprel ayının 13‐də Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin (MSN) Elmi‐Tədqiqat İnsti‐ tutunda olub. AzTU‐nun rektoru Vilayət Vəliyev Elmi‐Tədqiqat İnstitutunun rəh‐ bərliyi və əməkdaşları ilə görüşüb, həmçinin burada aparılan elmi‐tə‐ dqiqat işləri ilə tanış olub. Rektor insti‐ tutda işləyən və təcrübə keçən AzTU‐ nun tələbə və məzunları ilə də görüşüb. Görüşlərdən sonra AzTU ilə Müdafiə Sənayesi Nazirliyinin Elmi‐ Tədqiqat İnstitutu (ETİ) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu AzTU‐nun rektoru Vilayət Vəliyev və Elmi‐ Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyev imzalayıblar. Memoranduma əsasən, tərəflər ETİ‐də həyata keçirilən layihələrə tələbələrin və gənc alimlərin cəlb edilməsi, elmi‐tədqiqat işlərinin apa‐
rılması üçün laboratoriyaların maddi‐ texniki bazasının gücləndirilməsi, elmi‐ texniki və texnoloji problemləri əhatə
edən yeni mövzuların yazılması və digər istiqamətlərdə əməkdaşlıq edəcək.
39
DSA‑2022 ASİYA MÜDAFİƏ XİDMƏTLƏRİ SƏRGİSİ ? Zaur Babaşov, Rizvan Fikrətoğlu 2022‐ci il 28‐31 mart tarixlərində Malayziyanın Kuala Lumpur şəhərində yerləşən Malayziya Beynəlxalq Ticarət və Sərgi Mərkəzində DSA‐2022 17‐ci Asiya Müdafiə Xidmətləri sərgisi və konfransı keçirilib. Malayziya Müdafiə Na‐ zirliyi və Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə 1988‐ci ildən etibarən iki ildən bir keçirilən DSA sərgisində (2020‐ci ildə COVID‐19 pandemiyası səbəbilə keçirilməyib – red.) bu il 49 ölkədən hökumət rəsmiləri, müdafiə sənayesi rəhbərləri də daxil olmaqla 350‐dən çox yüksək səviyyəli nümayəndə heyəti iştirak edib. DSA‐2022 sərgisinə dünyanın müxtəlif ölkələrində 1096 müdafiə sənayesi şirkəti qatılıb, o cümlədən 20 ölkə milli pavilyonla çıxış edib. Əvvəlki illərdə keçirilən sərgilərdən fərqli olaraq Ukrayna, Belarus, Rusiya və Ermənistanın heç bir şirkəti və nüma‐ yəndəsi DSA‐2022 sərgisinə qatılmayıb. Buna səbəb kimi fevral ayının 24‐də başlayan Rusiya‐Ukrayna müharibəsi göstərilir. Sərgi COVID‐19 pandemi‐ yasının şərtləri nəzərə alınmaqla keçirilib. Sərgidə daha çox Malayziya, Böyük Britaniya, Türkiyə, ABŞ, Fransa, Çin, Kanada, Yaponiya, İndoneziya, Almaniya, İtaliya, Azərbaycan, Avstriya, Çexiya, Pakistan, Slovakiya, Cənubi Koreya, İspaniya, İsveçrə və Hollandiya kimi
40 www.poliqon.az
ölkələr yerli müdafiə sənayesi məhsulları ilə fərqlənib. Dünyanın müxtəlif ölkə‐ rindən müdafiə sənayesi şirkətlərinin bu sərgidə geniş formada iştirakı ilk növbədə onu göstərir ki, Malayziya öz hərbi imkanlarını modernləşdirməyə çalışır. Sərgidə əsas üstünlük hava, quru və dəniz platformalarına, o cümlədən mü‐ şahidə sistemləri, pilotsuz sistemlər və robot texnikası, təlim və simulyasiya sistemləri, kritik aktivlərin mühafizəsi sistemləri, eləcə də döyüş sursatı və partlayıcı maddələrə verilib. Son illərdə dünyada keçirilən digər beynəlxalq mü‐
dafiə sənayesi sərgilərində olduğu kimi DSA‐2022‐də də nümayiş etdirilən məh‐ sullar arasıda ən çox üstünlüyü PUA‐lar təşkil edib. MSN‑Türkiyə şirkətlərinin birgə istehsal müzakirəsi Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi DSA‐2022 sərgisi çərçivəsində yerli müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, o cümlədən iri kalibirli snayper tüfəngləri, avtomatlar, tapançalar, habelə PUA‐lar, optik nişan‐ gahlar, minaatanlar olmaqla 110 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib. Sərgi çərçivəsində MSN‐nin rəs‐ miləri bir neçə görüş keçirib. Görüşlərdə əsas diqqət isə yüksək texnologiyalara və PUA‐lara yönəlib, bu istiqamətdə mü‐ zakirələr aparılıb. Xüsusilə Türkiyə şirkətləri ilə müzakirələrin əsas məğzi müdafiə xarakterli məhsulların birgə istehsalı olub. DSA‐2022 sərgisində xarici öl‐ kələrdən qatılan iştirakçılar arasında ən böyük ərazini Türkiyə müəssisə və
təşkilatları tutub. Türkiyə bu sərgidə 60 müdafiə sənayesi şirkəti ilə təmsil olunub. DSA‐2022‐də Türkiyənin TUSAŞ, ASELSAN, STM, HAVELSAN, “Roketsan”, “Otokar”, “Nurol Makina”, MKE, FNSS, REPKON, “Samsun Yurt Savunma” və “Dearsan Shipyard” kimi şirkətləri xüsusi yer alıb. TUSAŞ DSA‑2022‑yə möhür vurdu 2021‐ci ildə Malayziyada yeni ofisini açan TUSAŞ (“Türk Havacılık ve Uzay Sanayi”) müdafiə sənayesi və aviasiya sahəsində Malayziya ilə yeni ortaq layi‐ hələr üçün səylərini artırır. DSA‐2022‐də TUSAŞ stendində “Anka” pilotsuz uçuş aparatı (PUA) “Hürjet” təlim təyyarəsi və digər yerli aviasiya platforması modelləri sərgilənib. Bundan başqa, TUSAŞ şirkəti sərgi çərçivəsində aerostruktur imkanlarını da ziyarətçilərə tanıdıb. DSA‐2022 sərgisində yüksək səviyy‐ əli nümayəndələri ilə iştirak edən TUSAŞ Malayziyanın müdafiə sənayesi səla‐ hiyyətliləri ilə yanaşı, müxtəlif ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirib və aerokosmik sənaye sahəsində yeni əməkdaşlıq layihələrini müzakirə edib. Sərgi çərçivəsində TUSAŞ şirkəti ilə Malayziyanın DEFTECH (“DRB Hicom Defense Technologies Sdn Bhd.”) şirkəti arasında PUA istehsalı fəaliyyətlərinə dair əməkdaşlıq müqaviləsi bağlanıb. Müqavilənin imzalanma mərasimində Türkiyənin Malayziyadakı səfiri Merve Safa Kavakçı və Jandarma Qüvvələrinin Baş komandanı general Arif Çetin iştirak edib. DSA‐2022 sərgisi ilə bağlı fikirlərini bölüşən TUSAŞ şirkətinin baş direktoru Temel Kotil bildirib ki, Asiya ölkələri
arasında Malayziya texnologiya sahə‐ sində əhəmiyyətini artırır: “Malayziyada yerləşən texnologiya mərkəzimizdə “Ar‐ Ge” fəaliyyətlərimizlə yanaşı, Malayziyalı mühəndis həmkarlarımızla iki ölkənin aviasiya və kosmos sənayesində poten‐ sialın artırılması üçün mühüm işlər hə‐ yata keçirmək niyyətindəyik. Malayziya ilə qısa müddət ərzində mühüm əmək‐ daşlığa imza atdıq. Qarşıdakı dövrdə də bu təşəbbüsləri davam etdirəcəyik. Dünyanın yaxından izlədiyi Malay‐ ziyanın “Jet Trainer” tender prosesində “Hürjet” təlim təyyarəsi platformamızla iştirak edirik. Bu tender prosesinin nəticəsindən asılı olmayaraq, biz iki ölkə arasında aviasiya texnologiyalarının im‐ kanlarının inkişafına töhfə verməyə davam etməyi hədəfləyirik”. HAVELSAN yeniliklərini sərgiləyib Türkiyənin ən böyük texnologiya şirkətlərindən sayılan HAVELSAN Ma‐
layziyada DSA‐2022 sərgisində qabaqcıl məhsullarını və ağıllı həllərini nümayiş etdirib. HAVELSAN şirkəti, öz bün‐ yəsində hazırlanan yüksək texnologiya və proqram təminatı ilə yanaşı müdafiə, təhlükəsizlik və informasiya sektorla‐ rında texnologiya istehsal edən və biznes ekosistemində yer alan şirkətlərin həll və məhsullarını bir araya gətirərək müş‐ tərilərə açar təslim həllər təklif edib. DSA‐2022 sərgisində HAVELSAN ilk dəfə robot və avtonom sistemlərindən BARKAN döyüş robotu, BAHA buludaltı avtonom PUA və M6 mikro kəşfiyyat PUA‐sını nümayiş etdirib. HAVELSAN tərəfindən müasir müharibə ehtiyacla‐ rına uyğun dizayn və istehsal edilən BARKAN, birinci səviyyə və orta sinif çox‐ məqsədli pilotsuz yerüstü platformadır. BARKAN robotu sürü infrastrukturu sayəsində digər quru və hava nəqliyyat vasitələri ilə birgə əməliyyatları mümkün edir və pilotsuz komanda tək bir
41
əməliyyat mərkəzindən idarə oluna bilir. BARKAN döyüş robotu üstün avtonom xüsusiyyətləri və CBRN sensorları, robot qolu və sürü kamikadze PUA buraxma qurğusu kimi müxtəlif faydalı yüklərin birləşdirilə biləcəyi modul dizaynı sayəsində çoxməqsədli missiyalarda istifadə edilə bilər. Bu yolla BARKAN yüklərin daşınması və ya yedəklənməsi, yaxından mühafizənin təmin edilməsi, silahlı kəşfiyyatdan mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsinə qədər müxtəlif vəzifələri yerinə yetirmək qabiliyyətinə malikdir. HAVELSAN mütəxəssisləri tərəfin‐ dən müasir orduların ehtiyaclarına uyğun hazırlanan BAHA (Bulut Altı İn‐ sansız Hava Aracı) tam avtonom missiya
Yuxarıda: HAVELSAN “Hezarfen” paraşüt simulyatoru. Aşağıda: STM taktiki mini PUA‑ları.
42 www.poliqon.az
qabiliyyəti, fərqli faydalı yüklərin inte‐ qrasiyasına imkan verən modul arxi‐ tekturası və daha bir çox üstün xüsusiyyətləri ilə bütün pilotsuz sistem‐ lərlə birgə əməliyyatlar həyata keçirə bilən buludaltı avtonom aviasiya vasitəsidir. Vertikal qalxma və enmə (VTOL) xüsusiyyətlərinə sahib olan sabit qanadlı BAHA PUA döyüş meydanının çətin şərtlərinə tab gətirmək qabiliy‐ yətinə malikdir. Buludaltı avtonom PUA sistemi şaquli qalxma xüsusiyyəti ilə uçuş‐enmə zolağına ehtiyac olmadan istənilən ərazidən qalxa bilir. Orta sinif birinci səviyyəli pilotsuz uçuş vasitəsi hesab edilən BAHA əsasən sərhəd bölgələrində istifadə üçün hazırlanıb. HAVELSAN tərəfindən istehsal olunan KAHAP‐M6 PUA (kvadrokopter) kəşfiyyat, müşahidə, incələmə, yer hədəflərinin aşkarlanması və izlənilməsi, habelə axtarış‐xilasetmə kimi müxtəlif
hərbi və taktiki tapşırıqlar üçün istifadə olunur. Şirkət məlumatlarına görə, müxtəlif yükləri daşıya bilən dörd pərli KAHAP‐M6 PUA‐nın yaradılmasında məqsəd həm əməliyyat xərclərini azalt‐ maq, həm də riskli missiyalarda insan itkilərinin qarşısını alaraq istifadəçiyə yüksək məlumatlılıq təmin etməkdir. KAHAP‐M6 PUA‐sı müasir orduların ehtiyaclarına cavab verən yüksək imkan‐ lara malik, ultra portativ, sürü şəklində hərəkət edə bilən, dörd pərli inkişaf etmiş mikro kəşfiyyat sistemidir. Ani kəşfiyyat və müşahidə missiyaları daxil olmaqla bir çox tapşırığı avtonom şəkildə yerinə yetirə bilən KAHAP‐M6 bütün pilotsuz sistemlərlə birgə əməliyyatlar həyata keçirə bilir. DSA‐2022 Asiya Müdafiə Xidmətləri sərgisi və konfransı çərçivəsində HAVELSAN şirkəti ilə Malayziyanın “Widad Business Group” (WBG) şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sazişə əsasən WBG şirkəti Türkiyənin HAVELSAN şir‐ kətindən Malayziya Silahlı Qüvvələrinin paraşütçülərinin təlim xərclərini əhə‐ miyyətli dərəcədə azaldacaq 6 ədəd “Hezarfen” paraşüt simulyatoru alacaq. Bununla, HAVELSAN “Hezarfen” paraşüt simulyatorunun ilk ixracını həyata ke‐ çirəcək. Qeyd edək ki, “Hezarfen” paraşüt simulyatorları hazırda Türkiyənin ko‐ mando və xüsusi təyinatlı qüvvələri tə‐ rəfindən istifadə edilir. WBG‐nin İdarə heyətinin sədri Tan Sri Muhammad İkmal təlim və simu‐ lyasiya texnologiyaları sahəsində HAVELSAN ilə əməkdaşlıq etməkdən və bu sahədə dünyanın ən yaxşı şirkət‐ lərindən birinin təcrübəsini Malayziyaya gətirməkdən məmnun olduğunu bildirib: “Bu, davamlı olacaq əməkdaşlığımızın ilk mərhələsidir”.
HAVELSAN şirkətinin baş direktoru Dr. Mehmet Akif Nacar da Malayziyada hərbi, dövlət və özəl sektorlar üçün müxtəlif layihələri fəal şəkildə izlədiyini və Malayziyanın Kuala Lumpur şə‐ hərində regional ofis qurduqlarını diq‐ qətə çatdırıb: “Malayziya Cənub‐Şərqi Asiya regionunda HAVELSAN üçün mühüm mərkəzdir”. HAVELSAN şirkətinin mütəxəssis‐ lərinin sözlərinə görə, “Hezarfen” pa‐ raşüt simulyatorları silahlı qüvvələr ilə yanaşı yanğınsöndürmə və hüquq‐ mühafizə orqanlarının əməliyyatlarında da istifadə üçün effektlidir. “Hezarfen” paraşüt simulyatoru tullanmadan para‐ şütün açılmasına və hədəf nöqtəsinə enməsinə qədər real bir təlimdə yaşana biləcək ssenariləri və bütün fövqəladə vəziyyətləri kontrolda saxlayır. Sistem həyati qabiliyyətlərin müxtəlif hava şəraitində real vaxt rejimində inkişafına imkan verir. Paraşüt simulyatoru ilə paraşütçü personalının coğrafi mühit haqqında məlumata sahib olması əməliy‐ yatın uğurunu artır. Üfüqi enişlə başlayan məşqdə paraşütçünün sərbəst düşmə əsnasında edəcəyi manevrləri simsiz sensorlar vasitəsilə aşkar edilir. Gecə, gündüz, yağış, qar, bir sözlə müxtəlif hava şəraitinin daxil edildiyi simulyasiya ilə paraşütçünün müxtəlif şəraitlərdə müvafiq idarəetmə və pro‐ sedurları öyrənməsi mümkündür. Pa‐ raşütçülər müxtəlif paraşüt modelləri ilə 30 min fut‐a qədər istənilən hündür‐ lükdə məşq edə bilərlər. STM taktiki mini PUA‑ları diqqət mərkəzində NATO‐nun ikinci böyük ordusu olan Türkiyə Silahlı Qüvvələrini, eləcə də dost və müttəfiq dövlətlərin donanmalarını müasir döyüş gəmiləri ilə təmin edən Türkiyənin STM şirkəti DSA‐2022 sərgisində hərbi dəniz platformalarını, taktiki mini PUA‐larını və kiber təhlükəsizlik həllərini nümayiş etdirib, öz imkanlarını tanıdıb. Sərgi çərçivəsində STM stendini ziyarət edənlərə Türkiyənin ilk milli “İstif” (İ) sinif freqatı, MİLGEM “Ada” sinif korveti, CG‐3100 sahil mühafizə gəmisi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, STM şirkəti CG‐3100, CG‐1071 və CG‐104 olmaqla üç fərqli sahil mühafizə gəmisi konsep‐ siyasına malikdir. STM Sahil Mühafizəsi Gəmiləri üçün hər bir ölkənin dəniz hüquq‐mühafizə orqanlarının tələblərinə uyğun konfiqurasiya edilməsi səbəbilə açar təslim həllər təqdim edir.
Şirkət mütəxəssislərinin sözlə‐ rinə görə, STM Türkiyə HDQ‐nin sualtı gəmilərinin modernləşdirilməsi layi‐ hələrində də mühüm vəzifələri üzərinə götürür. Əsas podratçı qismində 2 ədəd AY sinif sualtı qayığı uğurla modern‐ ləşdirən STM hazırda Türkiyə HDQ‐yə məxsus 4 ədəd “Preveze” sinifli sualtı qayığın modernləşdirilməsində aparıcı podratçı kimi iştirak edir. STM‐nin kritik rol oynadığı digər bir proqram, Havadan Müstəqil Hərəkət Sisteminə sahib Türkiyə HDQ‐nin “Tip‐214” Yeni Tip Sualtı Layihəsidir. Bu kontekstdə STM, torpedo buraxıcıların yerləşdiyi ön hissənin (50‐ci bölmə) ilk dəfə yerli inşası ilə tarixi bir uğura imza ataraq Türkiyəni dünyada belə bir qabiliyyətə malik ölkələrin siyahısına əlavə edib. Bundan başqa, STM şirkətinin baş podratçılığı ilə Pakistan HDQ üçün Karaçidə PNS MOAWIN təchizat‐yedək gəmisi inşa edilərək sifarişçiyə təhvil verilib. Hazırda STM şirkəti Türkiyənin Pakistan üçün inşa edəcəyi 4 ədəd MİLGEM “Ada” sinif korvetin tikintisində iştirak edir. Pakistan HDQ‐yə məxsus “Agosta 90B” (“Xalid” sinifli) sualtı qayıqlarının modernləşdirilməsində də əsas podratçı kimi çıxış edən STM artıq ilk sualtı qayığı sifarişçiyə təhvil verib və hazırda qalan iki “Agosta 90B” sualtı qayığın modernləşdirilməsini həyata keçirir. DSA‐2022 sərgisində STM şirkətinin “Alpagu”, “Kargu” və “Togan” taktiki mini PUA‐larına maraq böyük olub. Bildirilib ki, taktiki mini PUA inkişafı sahəsində Türkiyədə və dünyada lider və rəqa‐ bətədavamlı istehsalçı olan STM sabit qanadlı “Alpagu” və “Kargu” kamikadze, eləcə də “Togan” kəşfiyyat PUA‐larının istehsalını davam etdirir. STM mühəndis və texnoloji imkanlarından istifadə
“Otokar”ın 4×4 tәkәr formullu “Cobra II” zirehli maşını.
edərək inkişaf etdirdiyi zərbə və kəşfiyyat‐müşahidə tipli PUA sistemləri Türkiyə Silahlı Qüvvələri tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi, eləcə də beynəlxalq əməliyyatlarda geniş şəkildə istifadə olunur. “Otokar” zirehli maşınları Mala‑ yziya yollarında Asiya‐Sakit okean regionunda möv‐ cudluğunu gücləndirməyi hədəfləyən “Otokar” şirkəti DSA‐2022 sərgisində “Arma 6×6” və “Cobra II” zirehli maşınlarını nümayiş etdirib. “Otokar”ın 4×4 təkər formuluna sahib “Cobra II” zirehli maşını yüksək səviyyəli qoruma, faydalı yükgötürmə qabiliyyəti və geniş daxili həcm ilə seçilir. Üstün hərəkət qabiliyyətinə malik “Cobra II” sürücü və komandir də daxil olmaqla 10 nəfər heyəti daşıya bilir. Taktik təkərli zirehli nəqliyyat vasitəsi mina, improvizə edilmiş partlayıcılar və ballistik təh‐ didlərə qarşı üstün qorumanı təmin edir. “Cobra II” dünyanın müxtəlif yerlərində, ən çətin ərazi və iqlim şəraitində sınaqdan keçirilib və minlərlə mil məsafə qət edib. Xüsusilə geniş çeşiddə silah və missiya avadanlığı inteqrasiyası se‐ çimləri üçün dizayn edilən “Cobra II” təcili yardım, komanda‐nəzarət, kəş‐ fiyyat, sərhəd mühafizəsi, eləcə də daxili təhlükəsizlik və sülhməramlı missiya‐ larda uğurla istifadə edilir. “Cobra II”nin modul quruluşu avtomobili personal daşıyıcısı, silah platforması, yerüstü müşahidə radarı, MRAP və KBRN kəş‐ fiyyat vasitəsi üçün çevik platformaya çevirir.
43
“Roketsan” MAM‑T aviasiya sursatı.
“Otokar” şirkətinin “Arma 6×6” təkər formuluna malik zirehli transportyoru üstün hərəkət qabiliyyətinə malikdir. Yüksək mina və ballistik mühafizə təmin edən “Arma 6×6” zirehli maşının dizaynı ona orta və yüksək çaplı silah sis‐ temlərinin inteqrasiyasına imkan verir. “Arma 6×6” xüsusilə yükgötürmə qabiliyyəti və geniş daxili həcmi ilə se‐ çilir. Yüksək taktiki və texniki xüsusiyyətlərə malik “Arma 6×6”nın ən çətin ərazi və iqlim şəraitində sülhmə‐ ramlı və humanitar yardım əməliyyatları üçün müxtəlif konfiqurasiyaları möv‐ cuddur. “Arma 6×6” zirehli transportyoru müşahidə, xilasetmə, zirehli personal daşıyıcısı, zirehli döyüş maşını, komanda idarəetmə, kəşfiyyat və KBRN kəşfiyyat vasitəsi kimi müxtəlif missiyalarda istifadə oluna bilər. FNSS Malayziyada PARS istehsal edə bilər DSA‐2022 sərgisi çərçivəsində FNSS şirkəti ilə Malayziyanın DEFTECH şirkəti arasında PARS taktiki təkərli zirehli nəqliyyat vasitələrinə yönəlik əmək‐ daşlıq müqaviləsi imzalanıb. Müqavilə Malayziya Quru Qoşunlarının gələcək potensial ehtiyaclarının qarşılanmasını əhatə edir. Qeyd edək ki, PARS ailəsinin 4×4, 6×6 və 8×8 təkər formuluna malik versiyaları var. 2000‐ci illərin əvvəlindən etibarən öz imkanları hesabına 8×8 təkər platformalı PARS zirehli nəqliyyat vasitəsini hazırlamağa başlayan FNSS, Malaziya ilə olan AV‐8 layihəsinin ardından Oman Quru Qoşunları üçün inkişaf etdirdiyi PARS III 8×8 layihəsilə taktiki təkərli zirehli maşın ixracatında ümumilikdə 1 milyard ABŞ dollardan çox satış həyata keçirib.
44 www.poliqon.az
MAM ailəsi böyük maraqla qarşılanıb Türkiyənin “Roketsan” şirkəti DSA‐ 2022 sərgisində xüsusilə Malayziyanın ehtiyacı ola biləcək daha çox dəniz və tank əleyhinə sistemləri nümayiş et‐ dirməyə üstünlük verib. “Roketsan” stendində MAM mini ağıllı sursat ailə‐ sinin MAM‐L, MAM‐C və MAM‐T versiyaları maraqla qarşılanıb. MAM‐L sursatı “Bayraktar TB2” başda olmaq üzrə bir çox pilotsuz uçuş aparatları (PUA) platformlarında aktiv olaraq istifadə olunur. Müxtəlif ölkələrin silahlanmasında yer alan MAM‐L bugünə qədər tətbiq olunduğu döyüş mey‐ danında yüksək performans göstərib. Müharibənin gedişatını dəyişən və zərbə üstünlüyü təmin edən MAM‐L sursatı sahib olduğu texnologiya ilə yanaşı müharibə təcrübələri ilə də rəqiblərini üstələyir. Təxminən 22 kiloqram çəkiyə sahib olan MAM‐L sursatı pilotsuz uçuş aparatları ilə yanaşı yüngül hücum təyyarələrinin də silahlandırılması üçün effektiv həll hesab olunur. İnersial naviqasiya sistemi ilə həssas idarəolunan və terminal mərhələsində lazer tuşlama başlıq ilə hədəfə yönələn MAM‐L‐in mənzili isə atış şərtlərindən asılı olaraq artırıla bilir. “Roketsan”ın MAM‐C sursatı 8 kilometrə, MAM‐L isə 14 kilometrə qədər mənzil aralığına sahib olmasıyla hədəf‐ lərin vurulmasında istifadə edildiyi plat‐ formanın aşkarlanma və zərər‐ sizləşdirilmə riskini azaldır. MAM‐L və MAM‐C saursatları rəqibləri ilə mü‐ qayisədə daha uzun mənzilə sahib olmaları və pilotsuz uçuş aparatından (PUA) hədəf aşkarlandığı halda “angaje” ola bilmələri ilə diqqət çəkir. Sabit və hərəkətli hədəflərə qarşı yüksək vuruş dəqiqlikliyinə sahib MAM‐L və MAM‐C
sursatları, istənilən hava şəraitində effektivlik göstərə bilir. MAM‐L və MAM‐ C aviasiya sursatlarının təcrübələrindən irəliləyərək daha yüksək döyüş başlığı effektivliyi və daha uzun mənzil ehtiyacını qarşılamaq məqsədilə inkişaf etdirilən MAM‐T‐nin bir çox ölkə ordularının arsenalına girməsi gözlənilir. Yerli və milli olaraq hazırlanan və ağırlıq/effektivlik optimallaşdırılması edilmiş olan MAM‐T sursatı zirehli və zirehsiz maşınlar, binalar və suüstü hədəflərə qarşı istifadə edilə bilər. MAM‐ T aviasiya sursatı GPS və İNS sistemləri ilə dəstəklənə biləcək dəqiq tuşlama qabiliyyətinə sahibdir. “Blok‐1” konfi‐ qurasiyasında hərəkətli və sabit hə‐ dəflərə qarşı yüksək dəqiqlik təmin edən sursat, yarı aktiv lazer arayıcı başlıqla təchiz edilmişdi. Fərqli platformalara uyğun formada hazırlanan ailənin yeni üzvü MAM‐T; PUA‐larda 30 kilometr, yüngül hücum təyyarələrində 60 kilo‐ metr və döyüş təyyarələrində 80 kilometrdən uzun mənzil qabiliyyətinə malikdir. ASELSAN Malayziyada imkan‑ larını genişləndirir DSA‐2022 sərgisində Türkiyənin ASELSAN şirkəti Malayziyanın hərbi dəniz patrul təyyarələri və radiostansiya layihələrinə uyğun həllərini nümayiş etdirib. Bundan başqa ASELSAN şirkəti DSA‐2022‐də ilk dəfə 81 mm və 120 mm çaplı ALKAR minaatan silah sistemini təqdim edib. ALKAR, avtomatik lüləli yönləndirmə sistemi, avtomatik sursat doldurma sistemi (120 mm üçün), geri təpmə mexanizmi və atəşə nəzarət sistemləri ilə təchiz edilmiş qüllədə inteqrasiya olunmuş modern silah sistemidir. ALKAR silah sisteminə yivli və ya yivsiz hər növ yerli/xaric minaatanların lüləsinin inteqrasiyası mümkündür. Modul sistem arxitekturası sayəsində ALKAR tırtıllı və taktiki təkərli nəqliyyat vasitələrinə, o cümlədən sabit platfor‐ malara quraşdırıla bilər. Geri təpmə me‐ xanizminin atış zamanı platformaya ötürülən atış yükünü minimuma endirməsi ALKAR sistemini daha çox çeşidli nəqliyyat vasitələrinə inteqrasiya olunması imkanını artırır. ALKAR minaatanı avtomatik sursat yükləmə sistemi sayəsində həssas, sürətli və təhlükəsiz şəkildə sursatla yüklənir. Hər növ minaatan sursatları istifadə etmək qabiliyyətinə malikdir. Hesablanmış atəş əmrinə uyğun olaraq avtomatik dəqiq oriyentasiya imkanına
sahib ALKAR minaatanı inersial naviqasiya sistemi ilə dəqiq mövqe və lülə yönəlimi təsbit edir. İntiqal və naviqasiya üçün məkan, istiqamət, hündürlük məlumatlarının yaradılması və xəritə üzərində marşrutun gös‐ tərilməsi, habelə tapşırıq yönümlü, rəngli, qrafik istifadəçi interfeysi xüsu‐ siyyətlərinə sahibdir. ALKAR minaatan sistemi “NATO Armaments Ballistic Kernel” (NABK) ilə hədəfin ballistik parametrlərinin sürətli və dəqiq hesablanması, ilkin sürətin təyin edilməsi, rəqəmsal rabitə vasitəsilə meteoroloji məlumatların qəbul edilməsi imkanına malikdir. Bütün minaatan atəşi tapşırıqlarının yerinə yetirilməsi, mü‐ haribə sahəsi elementlərinin/ məlumat‐ larının rəqəmsal xəritədə göstərilməsinə sahib olan ALKAR istənilən taktiki əməliyyatda istifadə edilə bilər. Bundan başqa, ALKAR minaatan sistemi ASELSAN şirkəti tərəfindən istehsal edilən ADOP‐2000 avtomatlaşdırılmış atəş dəstək sistemləri ilə inteqrasiya olunaraq tapşırıqları yerinə yetirmək qabiliyyətinə malikdir. ALKAR minaatanı ön müşahidə, hədəf aşkarlama radarları və TOMES meteoroloji sistemləri ilə in‐ teqrasiya oluna bilir. ALKAR minaatan sistemindən atəş əl və avtomatik rejim‐ lərdə edilə bilər və atəşin istənilən anda dayandırılması mümkündür. Qeyd edək ki, Malayziyada ASELSAN şirkətinin sərmayəsi ilə “ASELSAN‐ Malayziya” şirkəti qurulub. 100 faiz ASELSAN‐a aid olaraq qurulan “ASELSAN‐Malayziya” müəssisəsi uzaq‐ dan idarə olunan silah sistemlərinin yerli istehsalını həyata keçirməyi və Cənub‐ Şərqi Asiya regionuna ixracatı hədəfləyən fəaliyyətləri davam etdirməyi planlaşdırır.
Bundan başqa, MILDEF şirkəti sərgi çərçivəsində 4x4 təkər formuluna malik “Tarantula” zirehli transportyoru (APC) da daxil olmaqla 4 yeni zirehli avto‐ mobilini nümayiş etdirib. MILDEF şirkti 4 il əvvəl “Tarantula”nın dizayn və hazırlanma işlərinə başlayıb. Şirkət mütəxəssislərinin sözlərinə görə, avto‐ mobil təkcə Malayziya üçün deyil, xarici müştərilər üçün də nəzərdə tutulub. “Tarantula” zirehli maşının ilk sahə sınaqlarının keçirilməsinə hazır olduğu bildirilib. “Tarantula” zirehli personal daşıyıcısı 10 nəfər heyəti daşımaq qabiliyyətinə malikdir. DEFTECH‑dən yeni PUA‑lar DSA‐2022‐də Malayziyanın DEFTECH şirkəti AV‐8 layihəsi çərçivəsində istehsal olunan 8x8 təkər formuluna malik “Gempita” zirehli transportyorunu sər‐ giləyib. DEFTECH 2011‐ci ilin iyun ayında Türkiyənin FNSS şirkəti ilə “Gempita” nəqliyyat vasitələrinin di‐ zaynı, hazırlanması və istehsalı üçün razılığa gəliblər. Malayziya ordusu tərəfindən seçilən “Gempita” avtomobili FNSS tərəfindən istehsal edilən
çoxməqsədli PARS 8×8 təkərli zirehli avtomobilinə əsaslanır. Bundan başqa, DEFTECH şirkəti sərgidə Malayziya Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları ehtiyatlarını çoxaltmaq və xarici asılılığı azaltmaq üçün hazırladığı “Tactical” PUA‐nı təqdim edib. “Tactical” PUA‐nı hazırlanması ilə yanaşı layihələndirilməsi, sistem inteqrasiyası kimi işlər də şirkət mütəxəssisləri tərəfindən həyata keçirilib. Bundan əlavə, DEFTECH sərginin ikinci günü yerli istehsalı olan yeni “Aludra EE” PUA‐sının da ictimaiyyətə təqdimatını keçirib. Malayziyanın “Mindmatics” şirkəti DSA‐2022 sərgisində əsasən sərhəd nəzarəti missiyaları üçün nəzərdə tutulan “Helang” PUA‐sını ziyarətçilərə nümayiş etdirib. “Helang” PUA‐sı 50,4V “litium‐ion” batareyası ilə təchiz edilmiş tam elektrikli şaquli qalxma və enmə (VTOL) xüsusiyyətinə malikdir. “Helang” PUA iki nəfər tərəfindən yerüstü idarəetmə stansiyasından idarə olunur. PUA vasitəsilə toplanan məlumatlar komanda idarəetmə mərkəzinə ötürülür. Kütləsi 22 kq olan PUA 1,18 kq yük
MILDEF yeni hərbi maşınlarını sərgiləyib Malayziyanın “MILDEF International Technologies” şirkəti sərgidə Malayziya Silahlı Qüvvələrinin əməliyyat tələb‐ lərinə cavab vermək üçün nəzərdə tutulmuş yüngül taktiki nəqliyyat vasitəsini (LTSV) ilk dəfə təqdim edib. “Mildef LTSV” hərbi avtomobili xüsusi təyinatlı qüvvələr tərəfindən istifadə üçün nəzərdə tutulub. Eyni zamanda, avtomobil sərhəd patrul missiyalarını yerinə yetirmək üçün də uygundur.
ASELSAN‑ın 81 mm vә 120 mm çaplı ALKAR minaatan silah sistemi. Foto: IDEF
45
sərgisinin üçüncü günündə Malayziya Müdafiə Nazirliyi 4,6 milyard ABŞ dolları dəyərində 54 sövdələşmə imzalayıb.
daşımağa qadirdir. “Helang”ın maksimal sürəti 110 km/saat, əməliyyat müddəti 4 saat, təkmilləşdirilmiş halda 150 km‐ə qədər əməliyyat radiusuna malikdir. “Malvus Sense” VTOL tipli PUA‑lar sərgiləyib DSA‐2022‐də Malayziyanın “Malvus Sense” şirkəti Çinin JOUAV şirkəti ilə birgə hazırladığı CW‐25DE və CW‐40D pilotsuz uçuş aparatlarını nümayiş et‐ dirib. Çində JOUAV şirkəti tərəfindən detalları hazırlanan CW‐25DE və CW‐ 40D PUA‐ları Malayziyada “Malvus Sense” şirkətinin mütəxəssisləri tərəfin‐ dən yığılıb. Akkumulyator və benzin ilə işləyən hibrid CW‐25DE PUA şaquli qalxma və enmə xüsusiyyətinə malikdir. Kəşfiyyat və müşahidə xarakterli PUA 180 dəqiqə fasiləsiz quruda, dənizdə və havada hədəfin müəyyən edilməsi, izlənilməsi və məlumatların toplanması kimi fəaliyyətləri həyata keçirə bilir. MG120E EO/IR kamerası ilə təchiz edilən CW‐25DE PUA‐nın sürəti 72 km/saat, maksimum uçuş tavanı 6000 metr, əməliyyat uzaqlığı 50 km təşkil edir. CW‐25DE PUA‐ları hazırda Malay‐ ziya Silahlı Qüvvələrində xidmətdədir. VTOL tipli CW‐40D PUA‐nın havada qalma müddəti 8‐10 saat, maksimum sürəti 150 km/saat, maksimum uçuş tavanı 4000 metr təşkil edir. Müasir Yuxarıda: “Nexter” şirkәtinin 6×6 tәkәr for‑ mullu şassidә quraşdırılan CAESAR özüyeriyәn artilleriya qurğusu. Aşağıda: Malayziya Müdafiә Nazirliyinin nümayiş etdirdiyi insansız “Kawbra” tәkәrli nәqliyyat vasitәsi.
46 www.poliqon.az
MG‐170E EO/IR/LR üçlü sensor ilə təchiz edilmiş CW‐40 PUA müxtəlif əməliyyatlarda istifadə edilə bilər. Kəşfiyyat, axtarış, xilasetmə, qaçaq‐ malçılıqla mübarizə, sərhəddə patrul xidməti, ətraf mühitin monitorinqi, meşə yanğınlarının qarşısının alınması kimi missiyalarda istifadə oluna bilər. Malayziya Müdafiə Nazirliyi də öz növbəsində DSA‐2022 sərgində ordunun arsenalında olan yeni hərbi vasitələrini nümayiş etdirib. Bunların sırasında yerli istehsal olan “Kawbra” pilotsuz təkərli nəqliyyat vasitəsi sərgi iştirakçılarında xüsusi maraq yaradıb. Təkcə DSA‐2022
“Weststar”ın yeni HHM vasitəsi DSA‐2022 müdafiə sənayesi sər‐ gisində Malayziyanın “Weststar” şirkəti yeni mobil “Starstreak” zenit‐raket kom‐ pleksini nümayiş etdirib. Yerli və milli imkanlar hesabına hazırlanan raket bu‐ raxıcı qurğu İspaniya istehsalı olan 4x4 təkər formuluna malik “URO Vamtac” yüngül taktiki avtomobilin şassisi üzərinə inteqrasiya edilib. “Starstreak” raketləri ilə dəstləşdirilən zenit‐raket kompleksinə 4 raket buraxıcı konteyner daxildir. Qeyd edək ki, İngiltərənin “Thales” şirkəti tərəfindən istehsal olunan “Starstreak” qısa mənzilli raket döyüş təyyarələri və hücum heli‐ kopterləri də daxil olmaqla müxtəlif hava təhdidlərinə qarşı istifadə oluna bilir. Qəlpələnən döyüş başlığı malik 14 kiloqram kütləsi olan “Starstreak” raketi “Mach 3” sürətindədir. Səsdən sürətli “Starstreak” raketinin maksimum atış məsafəsi 7 km‐dir. Qeyd edək ki, Rusiya‐ Ukrayna müharibəsində Ukrayna ordusu bu raketlərdən Rusiyaya qarşı məharətlə istifadə edir. Fransadan DSA‑2022‑yə geniş qatılım Fransanın “Airbus” şirkəti DSA‐2022 sərgisində C295 “Persuader” dəniz patrul təyyarəsini və təkmilləşdirilmiş A400M nəqliyyat təyyarəsini nümayiş etdirib. C295 “Persuader” təyyarəsinin
Malayziyanın müdafiə və dəniz təhlükəsizliyi ehtiyaclarını ödəyə biləcəyi bildirilib. Qeyd edək ki, A400M təyyarəsi Malayziya Hərbi Hava Qüvvələrinin arsenalında xidmət göstərir. Fransanın “Nexter” şirkəti DSA‐2022 sərgisində 6×6 təkər formullu şassidə quraşdırılan CAESAR özüyeriyən artil‐ leriya qurğusunu, həmçinin yedəyə alınan 105 mm‐lik 105LG haubitsasını təqdim edib. “Nexter” sərgidə ilk dəfə olaraq LG1 artilleriya ailəsinin 105 mm‐ lik yedəkdə daşınan haubitsasının ən son variantını nümayiş etdirib. LG1‐in 1650 kq ağırlığında olan yeni versiyasının HEE BB sursatı ilə maksimum atış uzaqlığı 18500 metr təşkil edir. Qeyd edək ki, 2018‐ci ilin aprelində DSA‐2018 sərgisi çərçivəsində Fransanın “Nexter” şirkəti Malayziya Müdafiə Nazirliyi ilə LG1 haubitsasının alqı‐satqısına dair müqa‐ vilə bağlayıb. Müqaviləyə əsasən 105 mm‐lik LG1 yüngül yedəkdə daşınan artilleriya sisteminin ilk partiyasını Malayziyaya təhvil verilib. Ümumilikdə, LG1 artilleriya qurğuları Malayziya da daxil olmaqla Belçika, Kanada, Kolum‐ biya, İndoneziya və Tayland ordusunda xidmətdədir. Malayziyanın “Advanced Defence Systems” (ADS) şirkəti Fransanın “Nexter” şirkəti ilə CAESAR özüyeriyən haubitsaların birgə istehsalına dair Anlaşma Memorandumu imzalayıblar. Bu sazişlə “Nexter” şirkəti Malayziya mü‐ dafiə sənayesi bazarına daxil olmaq istəyini reallaşdırmış olacaq. Şirkətlər arasında imzalanan digər bir sazişə əsasən ADS şirkəti Malayziyada 6×6 təkər formullu şassidə quraşdırılan 52 kalibrli/155 mm‐lik CAESAR haubit‐ sasının marketinq işlərini həyata ke‐ çiriəcək. DSA‐2022 sərgisində Çexiyanın “Meopta” şirkəti geniş çeşiddə optik nişangahlarını və gecəgörmə cihazlarını nümayiş etdirib. Dünyanın bir çox yaxşı optik məhsul markalarının aparıcı tərəf‐ daşı və təchizatçısı olan “Meopta” şirkəti sərgidə aerokosmik və hərbi sənaye sektorları üçün dəqiq optik məhsullarını sərgiləyib. “Meopta” şirkətinin məhsulları sırasından “Meopta MeoDot DF T2”, “MeoBoost DF 3” və “MeoNox DF 1 Cougar” hərbi təyinatlı məhsulları daha çox diqqət cəlb edib. “Kongsberg” məhsullarına maraq böyük olub Norveçin “Kongsberg” şirkəti DSA‐ 2022 sərgisində gəmi əleyhinə NSM (Naval Strike Missile) dəniz zərbə
raketinin müxtəlif modellərini nümayiş etdirib. NSM dəniz zərbə raketi “Ray‐ theon Technologies”in tərkibinə daxil olan “Raytheon Missiles and Defense” və Norveçin “Kongsberg” şirkəti tərəfindən birlikdə hazırlanıb. NSM raketlərinin hədəfi məhv etmək məsafəsi 185.2 km‐ dən (100 dəniz mili) artıqdır. “Kongsberg” şirkətinin hərbi məhsulları Asiyanın müxtəlif ölkələrindən gələn rəsmi şəxslərin diqqətini çəkə bilib. Qeyd edək ki, bu yaxınlarda “Kongs‐ berg” şirkəti İndoneziya HDQ‐nin sürətli hücum gəmisi (FAC) olan “KRI Golok”u “səth‐səth” raketləri ilə silahlandırmaq üçün seçilib. Həmçinin, Malayziya HDQ gələcəkdə sahilyanı döyüş gəmilərini NSM ilə silahlandırmağa olduqca ma‐ raqlıdır. Bu da Norveçin müdafiə sə‐ nayesi şirkətlərinin Malayziya bazarına rahat giriş etməsinə imkanlar yaradır. Xatırlatmaq yerinə düşər ki, 2017‐ci il oktyabrın 31‐də İndoneziya Müdafiə Nazirliyi ilə Norveçin “Kongsberg” şirkəti arasında NASAMS hava hücumundan müdafiə sistemlərinin alqı‐satqısına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri 77 milyon ABŞ dolları olduğu göstərilsə də, çatdırılacaq NASAMS zenit‐raket komplekslərinin (ZRK) konkret olaraq sayı açıqlanmayıb. Qeyd edək ki, “Kongs‐ berg” və ABŞ‐ın “Raytheon” şirkətinin birgə istehsal etdiyi NASAMS son illərdə NATO‐da ən çox satılan hava hücumun‐ dan müdafiə sistemi hesab olunur. İspaniyanın “Instalaza” şirkəti sər‐ gidə C90 tank əleyhinə raket kompleksi ailəsinin bütün variantlarını nümayiş etdirib. Təqdim edilən variantlar ara‐ sında “at‐unut” rejimində çalışan C90‐CR daşına bilən tank əleyhinə idarəolunan raket kompleksi (TƏİRK) ziyarətçilərin daha çox marağına səbəb olub. C90‐CR
İspaniya şirkətinin C90‑CR TƏİR kompleksi
raket buraxıcı qurğusu tank əleyhinə, ikili təyinatlı və bunker əleyhinə raketlər də daxil olmaqla geniş spektrli raketləri işə sala bilir. C90‐CR TƏİRK nöqtə atış üçün maksimum 350 metr və sahə hədəfi üçün 700 metr məsafəyə atəş etməyə imkan verən optik cihazla təchiz edilib. Kompleksə VN38‐C və VN‐IR gecəgörmə cihazları quraşdırıla bilər. C90‐CR TƏİRK‐in çəkisi 5 kq və uzunluğu 940 mm‐dir. Bu da onu bir əsgər tərəfindən asanlıqla daşımağa imkan verir. C90‐CR 500 mm‐ə qədər zirehli poladı və 1000 mm‐ə qədər betonu dəlib keçə bilir. Sistem əsas döyüş tanklarına və yüngül zirehli maşınlara qarşı istifadə edilməsi üçün nəzərdə tutulub. Qeyd edək ki, bu yaxınlarda İspaniya Rusiya silahlı qüvvələrinə qarşı mübarizə aparması üçün Ukraynaya 1370 ədəd C90 TƏİRK hədiyyə edib. DSA‐2022‐də “Airbus”, “Lockheed Martin”, “Leonardo”, “BAE Systems”, SAAB, “Northrop Grumman”, “Fincan‐ tieri”, “L3Harris”, “Navantia”, “Thales” kimi beynəlxalq böyük şirkətlər də yeni müdafiə təyinatlı məhsullarını nümayiş etdiriblər. Fransanın “Thales” şirkəti DSA‐2022 sərgisi çərçivəsində dəniz patrul missiyaları üçün yeni nəsil AMASCOS sisteminin birgə inkişaf etdirilməsinə dair Kanadanın “PAL Aerospace” şirkəti ilə əməkdaşlıq mü‐ qaviləsi imzalayıb. Müqavilənin şərtinə əsasən, şirkətlər AMASCOS sisteminin birgə inkişafını Kanada, Fransa və BƏƏ‐ dəki müvafiq müəssisələrində həyata keçirəcək. PQ
47
RUSİYA‑UKRAYNA MÜHARİBƏSİ Ukrayna əsgəri – NATO silahı ? Kənan Rövşənoğlu 2022‐ci il fevral ayının 24‐də başlayan Rusiyanın Ukraynaya hərbi müdaxiləsi İkinci Dünya müharibəsindən sonra Avropa ərazisində baş vermiş ən geniş miqyaslı müharibə hesab olunur. Lakin bu müharibənin “əsas xüsusiyyəti” onun Qərblə Rusiya arasında mandat müharibəsinə çevrilməsidir. NATO hələ müharibədən əvvəl elan etdiyi kimi, Ukraynaya əsgər gön‐ dərməsə də, Rusiya ordusunun hücumu qarşısında Ukrayna müdafiəçilərini hər növ silah və sursatla təmin etməklə faktiki olaraq Əfqanıstanda SSRİ‐yə qarşı aparılan kampaniyanı təkrarlamış oldu. Bu barədə bir qədər sonra. Ən pis ssenari Ukraynaya hücum Rusiya üçün və ümumilikdə Ukrayna münaqişəsi ilə bağlı seçilə biləcək ən pis ssenari idi. Ancaq tərəflərdən heç biri bunun baş verməməsi üçün gərəkli olan siyasi‐ diplomatik addımı atmadı. Təbii ki, burda qeyd olunan “tərəf” Ukraynadan çox Qərbi nəzərdə tutur. Çünki 8 il əvvəl Krımı, həmçinin Donetsk və Luqansk vilayətlərinin əhəmiyyətli hissəsini itirmiş Ukraynanın necə deyərlər, geriyə yolu yox idi. Rusiyanın istədiyi təminatı vermək Kiyev üçün həm də ərazilərin itirilməsi ilə barışmaq demək idi. Üstəlik
o da aydın idi ki, növbəti dəfə Ukrayna arxasında bu qədər böyük dəstəyi bir daha görməyə bilərdi. Bu səbəbdən də Kiyev Rusiyanın tələblərini qəbul etmədi. Və faktiki olaraq heç bir tərəf son ana qədər müharibənin baş verməməsi üçün lazım olan addımları atmadı. Eləcə də Qərb Ukraynanı müharibədən qoruyacaq addımları atmadı. Beləliklə, Rusiya prezidenti Vladi‐ mir Putinin müharibədən təxminən 50 gün sonra etiraf etdiyi kimi, Ukraynada ən pis ssenari oldu. Avropa torpaq‐ larında İkinci Dünya müharibəsindən sonra ən böyük və geniş miqyaslı hərbi əməliyyatlar baş verdi. Bu müharibə həm də bütün Avropanı Rusiyaya qarşı səfərbər etdi. Hətta “soyuq müharibə” illərində Rusiya bu qədər qabarıq və geniş miqyasda sanksiyalara məruz qal‐ mamışdı. Artıq Avropa hava və dəniz limanları Rusiya təyyarə və gə‐
miləri üçün bağlanıb, Qərbin nəhəng şirkətləri, brendləri Rusiyadan çəkilib, əksər böyük şirkətlər Moskva ilə ticarəti və əməkdaşlığı dayandırıb. Müharibənin ilk günlərində deyildiyi kimi, Qərb Ukraynanı yalnız qoymadı, əksinə, hazırda planetin mühüm bir hissəsi Ukraynanı dəstəkləyir. Bu dəstək Ukray‐ nada vuruşan 20 min əcnəbi könüllü də daxil olmaqla NATO silah və sursatları, kəşfiyyat məlumatlarının paylaşı‐ lmasına qədər müxtəlif sahələri əhatə edir. Ukrayna Rusiya qarşısında tək qalmadı. Məhz bu səbəbdəndir ki, dünyanın ikinci ən böyük ordusu 2 aydır davam edən müharibədə Ukrayna müqaviməti qarşısında irəliləyə bilmir. Baxmayaraq ki, Rusiyanın Ukrayna qarşısında ciddi hava və raket‐artilleriya üstünlüyü var. Təbii ki, ukraynalılar da döyüşdülər. Ukrayna ordusunun taktikası Müharibədən əvvəl, hətta ilk günlərdə bir çox tanınmış mütəxəssis Ukrayna ordusunun uzun zaman tab gətirə biləməyəcəyini düşünürdü. Əslində bu cür düşünənlərin əsaslı ar‐ qumentləri vardı. Rusiya ordusunun əməliyyat gücü,
hava və raket‐artilleriya üstünlüyü, nəhayət, 8 il əvvəl Ukrayna ordusunun Rusiya qarşısında zəif müqaviməti. Ancaq müharibənin ilk 3 günü davam edən şok keçdikdən sonra mə‐ lum oldu ki, Ukrayna 8 ildə ciddi ordu quruculuğu həyata keçirib. Ukrayna ordusu Rusiyaya qarşı ciddi müqavimət potensialını nümayiş etdirdi. Müharibənin 3‐cü günündə artıq məlum oldu ki, Ukrayna ordusu rus müdaxiləsinə qarşı hesablanmış və ağıllı müdafiə taktikası seçib. Kiçik qruplar şəklində formalaşdırılmış Ukrayna hər‐ bi qüvvələri ucsuz‐bucaqsız ərazidə hərəkət edən Rusiya nizami qüvvələ‐ rinin kolonlarına qəfil hücumlar təşkil edərək sarsıdıcı zərbələr vurmağa başladı. Ərazini yaxşı tanımayan, böyük kolonlarla hərəkət edən, hava şəraitinə görə torpaq üzərində hərəkət edə bilməyən, yalnız asfalt üzərində hərəkət edən Rusiya qüvvələri yaxşı hazırlıqlı Ukrayna qüvvələri üçün “yem” idi. Müharibənin ilk günlərində məlum oldu ki, Rusiya ordusu Ukrayna ilə bağlı hesablamalarında ciddi şəkildə yanılıb. Burda əlbəttə başqa amillər də vardı. Rusların 8 il əvvələ əsaslanan arxayınlığı onlara baha başa gəldi. Fevral ayının 25‐ də Kiyev vilayətinin Vasilkov rayonu ərazisində Rusiya Silahlı Qüvvələrinə məxsus İL‐76 təyyarəsinin içərisində 100‐dən çox desantla birlikdə vurulub salınması ruslara dəyən ilk tərs sillə oldu. Ukrayna ordusu komandalığı Ru‐ siya qüvvələri ilə açıq meydan müha‐ ribəsində qalib gəlmənin çətin oldu‐ ğunu bildiyi üçün ən uğurlu müdafiə taktikası hesab olunan partizan mü‐ haribəsinə üstünlük verdi. Rusiya hərbi kolonları qəfil hücuma məruz qalır, şəhər müharibələrinə cəlb olunur ki,
Fevralın 27‑də Kiyev vilayətinin Buça şəhərinə daxil olan Rusiya silahlı qüvvələri Ukrayna ordusu tərəfindən tamamilə darmadağın edilib. Şəhərə daxil olmuş Rusiya ordusunun 30‑a yaxın döyüş texnikasından geriyə qalan yalnız metal yığınıdı.
burda da nizami orduların üstünlük qazanması nadir hallar, özü də ağır itki‐ lərlə mümkün olur. Ukrayna müharibəsinin dərsləri – NATO silahı Ümumilikdə 2014‐cü ildə Ukray‐ nada inqilabdan sonra başlayan ordu quruculuğu prosesinə NATO bu ölkəyə ciddi dəstək verib. Ukrayna ordusu və hüquq mühafizə orqanları yenidən formalaşdırılıb. Rusiyanın Ukraynaya hücumu qarşısında bu ölkəyə əsas silah dəstəyi verən ABŞ oldu. Rəsmi Vaşinq‐ ton bu ilin əvvəlindən etibarən Ukray‐ naya hərbi təyinatlı yardımları artırıb. Ən son olaraq aprelin 13‐də prezident Bay‐ den Ukraynaya 800 milyon dollarlıq silah və sursat yardımı paketini açıqlayıb. Stokholm Beynəlxalq Sülh Araşdır‐ ma İnstitutunun (SIPRI) məlumatına görə, ABŞ ümumilikdə 2014‐cü ildən müharibə başlayana qədər Ukraynaya 1300 ton silah və sursat göndərib. Bu, 2,5 milyard dollar deməkdir. ABŞ‐ın Ukraynaya 2014‐cü ildən davam edən maddi‐texniki yardımının bir hissəsi olaraq ABŞ Ukrayna Silahlı Qüvvələrinə 2015‐ci ildə açıqlanmayan sayda şəhər döyüşləri üçün effektli silahlardan sayı‐ lan “Barrett” və DTA SRS‐A1 snayper tüfəngləri; DRTG‐73 tank əleyhinə reaktiv qranatları; 9,5 milyon dollar dəyərində 72 ədəd RQ‐11B “Reyvn” PUA‐ları; 2015‐ci ilin iyulunda 100‐dən çox, 2017‐ci ilin yanvarında isə 40 ədəd yolsuzluq şəraiti üçün nəzərdə tutulan “Hummer” hərbi avtomobili; 2016‐cı ildə 14,5 və 24 km məsafədə düşmənin
artilleriya və minomyot qurğularını, reaktiv atəş sistemlərinin dislokasiya olduğu məkanları müəyyənləşdirə bilən 4 ədəd /TPQ‐36 və 10 ədəd AN/TPQ‐49 markalı artilleriyanın yerini aşkarlayan radar sistemləri göndərib. Habelə, 2018‐ci ilin fevral ayında təxminən 5.8 milyon dollar dəyərində ümumi sayı 2500 ədəd olan AN/PVS‐14 gecəgörmə cihazları verib. Bundan başqa, 2018‐2020‐ci illərdə Ukrayna ABŞ‐dan 360 ədəd “Javelin” raketi və 47 ədəd işəsalma qurğusu əldə edib. ABŞ‐ ın Müdafiə Nazirliyi 2020‐ci maliyyə ilində Ukraynaya əlavə olaraq 250 milyon dollar dəyərində hərbi yardım edəcəyini açıqlayıb və 2020‐ci ilin aprel ayında açıqlanmayan sayda “Toyota Land Cruiser 70” şassisində xüsusi təyinatlı nəqliyyat vasitələri bağışlayıb. Habelə, 2021‐ci ilin noyabr ayında Qara və Azov dənizlərinin Ukraynaya aid his‐ səsində təhlükəsizliyi təmin edəcək “İsland” sinif “Fastiv” və “Sumi” adlı iki ədəd patrul kateri çatdırılıb. Hələ 2022‐ci ilin yanvar ayında ABŞ Ukrayna Ordu‐ suna 40 mm çaplı Mk.19 (Mark 19) dəzgahlı avtomatik qumbaraatanlarını və onlar üçün döyüş sursatlarını təda‐ rük edib. ABŞ‐ın hərbi yardımını gətirən yeddinci aviareys isə 85 ton 40×53 mm‐ lik M430A1 HEDP qəlpəli‐kumulyativ qumbaralı atəş yığımlarını çatdırıb. ABŞ cari ilin aprel ayında elan etdi ki, Ukraynaya helikopterlər göndərəcək. Pentaqonun sözçüsü Con Kirbi Uk‐ raynaya verilən silah və texnikaların içərisində Mİ‐17 helikopterlərinin ola‐ cağını açıqladı. Bundan başqa sonuncu
49
yardım paketinə 155 mm‐lik hau‐ bitsalar, artilleriya radarları, hava müşahidə radarları, taktiki pilotsuz uçuş aparatları, raket və zirehli avtomobillər daxil edilib. Bu artıq hücum silahlarıdır və siyahıdan belə anlaşılır ki, Pentaqon Ukraynanı uzun müddətli müharibəyə hazırlayır. Bununla da ABŞ‐ın son bir il ərzində Ukraynaya hərbi yardımlarının həcmi 3 milyard dolları keçib. Bu, Ukraynanın mövcud hərbi büdcəsinin yarısından çoxdur. Ümumilikdə ABŞ prezidenti 2021‐ci ildə Ukraynaya 1,2 milyard dollar, bu ilin fevralında 350 milyon, martda isə 200 milyon və daha sonra 800 milyon dollarlıq silah və sursat yardımı ayırıb. Cari ilin mart ayının 10‐ da ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya ümumilikdə 13,6 milyard ABŞ dolları dəyərində yardımın göndərilməsi barədə qərar qəbul edib. Martın 16‐da ABŞ‐ın Ukraynaya ayırdığı 800 milyon dollarlıq silah‐ sursat yardımı paketində bir ordunun uğurlu müdafiə üçün ehtiyacı olan əksər silahlar vardı. Yeni hərbi yardım paketinə aşağıdakılar daxildir: 800 ədəd “Stinger” zenit‐raket kompleksi; 6000 ədəd AT‐4 tank əleyhinə qumbaraatan; 5000 ədəd tüfəng; 2000 ədəd süngü; 1000 ədəd daşınan tank əleyhinə idarə raket kompleksi (TƏİRK), o cümlədən 500 ədəd “Javelin” TƏİRK; 1000 ədəd tapança; 400 ədəd pulemyot; 400 ədəd qırma (saçma) tüfəngi; 100 ədəd pilotsuz uçuş aparatı; 100 ədəd digər model qumbaraatan; 25 min ədəd zirehli gödəkcə; 25 min ədəd dəbilqə; atıcı silahlar üçün patronlar, qumba‐ raatan və minaatanlar üçün sursatlar (ümumi sayı 20 milyondan çox). Bundan başqa, 16 ədəd Mİ‐17 helikopteri, pilotsuz və avtonom suüstü
50 www.poliqon.az
dəniz döyüş vasitələri (USVs), 100 ədəd “Switchblade 300” və 100 ədəd “Switch‐ blade 600” süzən sursatlar (kamikadze PUA), o cümlədən “Switchblade”yə bənzər 121 ədəd yeni “Phoenix Ghost” taktiki pilotsuz uçuş aparatı, 100 ədəd “RQ‐20 Puma” kəşfiyyat dronları, açıq‐ lanmayan sayda APKWS lazer tuşlamalı aviasiya raketləri, 200 ədəd M113 zirehli döyüş maşını və 100 ədəd HMMWV zirehli avtomobili, 10 ədəd AN/TPQ‐36 artilleriya əleyhinə radarı, 2 ədəd AN/MPQ‐64 “Sentinel” hava müşahidə radarı, artilleriya əleyhinə və dronları izləmək üçün nəzərdə tutulmuş 4 ədəd radar və 4 ədəd minaatan əleyhinə radar, 72 ədəd 155 mm‐lik M777 tipli uzaq mənzilli haubitsa və bu haubitsalar üçün 72 ədəd yedək maşını, 144 min ədəd artilleriya mərmisi, 18 ədəd 155 mm‐lik M198 haubitsaları və 40 000 artilleriya mərmisi, habelə kimyəvi, bioloji, radioloji və nüvə (KBRN) mühafizə vasitələri, tibbi avadanlıqlar, 2000‐dən çox optik və lazer məsafəölçən, C‐4 partlayıcı maddə və maneələri aradan qaldırmaq üçün partladıcı avadanlıqlar, M18A1 “Clay‐ more” piyada əleyhinə minalar ABŞ‐ın Ukraynaya silah‐sursat yardımları arasındadır. Pentaqon həmçinin daha çox sayda Ukrayna qüvvələrinə “Switchblade” kamikadze tipli pilotsuz uçuş aparat‐ larından və digər silahlardan istifadə üzrə təlim keçməyin yollarını nəzərdən keçirir. Bu işdə ukraynalılara Avropada yerləşən ABŞ qoşunları kömək edəcək. Əlavə amil odur ki, son səkkiz ildə Ukrayna ABŞ‐da və NATO üzrə Böyük Britaniya və Kanada kimi müttəfiqlərdə mükəmməl təlim keçib. Britaniya hökuməti indiyədək Ukraynaya tank əleyhinə raketlər, hava hücumundan
müdafiə sistemləri və digər silahlar göndərib. Mart ayında Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bəyan etdi ki, Ukrayna silahlı qüvvələrinə yüksək‐ sürətli daşına bilən “Starstreak” zenit‐ raket kompleksləri, o cümlədən əlavə olaraq 3615 ədəd NLAW tank əleyhinə idarə olunan raket (TƏİR) tədarük edib. Qeyd edək ki, Rusiya‐Ukrayna müha‐ ribəsindən əvvəl Britaniya Ukraynaya 2000 ədəd NLAW TƏİR göndərib. Həmçinin İngiltərə baş naziri Boris Consonun aprelin 9‐da Kiyevə səfəri zamanı Ukraynaya qurudan dənizə atılan, gəmiləri vurmaq üçün hazır‐ lanmış “Harpoon” raketləri verəcəyi elan olunub. Məhz bundan az sonra Uk‐ rayna Rusiyanın Qara dəniz donanma‐ sının flaqman gəmisi olan “Moskva” kreyserini sahildən atılan raketlə vurduğunu elan edib. Bir çox ekspertlər “Moskva”nın “Harpoon”la vurulduğunu ehtimal edir. Bundan başqa Böyük Britaniya Ukraynaya uzaq məsafəli artilleriya qurğuları, “Husky” MRAP və FV103 “Spartan” zirehli personal daşıyıcıları, habelə aşağı yüksəklikdə uçan təyyarə və helikopterləri vurmaq qabiliyyətinə malik “Stormer” HVM yüksək sürətli özüyeriyən raket qurğuları və sair tədarük edib. Böyük Britaniya hökuməti Ukray‐ naya əlavə olaraq 1,3 milyard funt‐ster‐ linq (1,60 milyard ABŞ dolları) dəyərində hərbi dəstək və yardım göstərəcəyini bildirib. Yeni öhdəlik Böyük Britaniyanın Ukraynaya əvvəlki dəstək öhdəliklərini demək olar ki, iki dəfə üstələyir və hökumət bu hesa‐ batların təfərrüatlarını açıqlamasa da, bunun İraq və Əfqanıstandakı müha‐ ribələrdən bəri münaqişəyə sərf edilən ən yüksək xərc olduğunu bildirib. Hökumət həmçinin bildirib ki, bu ayın sonunda Ukraynada müharibənin yarat‐ dığı artan tələblərə cavab olaraq isteh‐ salın artırılmasını müzakirə etməkdən ötrü aparıcı müdafiə şirkətləri ilə görüş keçiriləcək. Böyük Britaniya bir neçə həftədən sonra Ukraynanı yüksək tex‐ nologiyalı “hava‐yer” tipli “Brimstone” raketləri ilə təmin edə biləcək. ABŞ və Böyük Britaniya ilə yanaşı digər NATO ölkələri də Ukraynaya böyük həcmdə müasir silah və sursatlar göndərib. Almaniya ilk vaxtlarda ehtiyatlı mövqe sərgiləsə də, daha sonra Berlin Ukraynaya hərbi yardımları artırıb. Ümumiyyətlə, Ukrayna mühari‐
bəsindən sonra Almaniya hökuməti hərbi xərclərini artırmağa, hətta bəzi məlumatlara görə 100 milyard avroluq xüsusi hərbi büdcə ayırmağa qərar verib. Ümumilikdə Ukrayna hökumət dairələrinin məlumatına görə, aprelin 21‐dək Almaniyadan Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım proqramı çərçivəsində 5 min ədəd dəbilqə, müxtəlif silah və sursatlar, o cümlədən 2500 ədəd zenit raketi, 1000 ədəd tank əleyhinə idarəolunan raket, 900 ədəd tank əleyhinə reaktiv qumbaraatan və onların 3000 ədəd atəş yığımı, 100 ədəd MG3 pulemyotu və bunlar üçün 8 mi‐ lyon patron, 15 ədəd tank əleyhinə kom‐ pleks və onlar üçün 50 ədəd raket gəlib. Həmçinin 100 min dəst əl qumbarası, 2000 dəst mina, 5300 ədədə yaxın partlayıcı atım və avtomatlardan tutmuş ağır pulemyotlara qədər əl atıcı silahı üçün müxtəlif çaplı 16 milyon ədəd pa‐ tron tədarük olunub. Habelə, Almaniya Ukraynaya 500 ədəd aşağı hündürlükdə uçan hava hədəflərinin məhv edilməsi üçün nəzər‐ də tutulan “Stinger” daşınan zenit‐raket kompleksi, 1500 ədəd “Strela” zenit‐ raket kompleksi (Almaniya hökuməti 2700 ədəd “Strela” ZRK tədarükü barədə qərar qəbul edib), 50 ədəd 3 km‐ ə qədər yüksəklikdəki hava hədəflərini məhv etmək qabiliyyətinə malik “Gepard” zenit‐top kompleksi, 25 milyon dollar dəyərində 2650 ədəd qısamə‐ safəli döyüşlərdə tank əleyhinə istifadə oluna bilən “Matador” qumbaraatanları, o cümlədən 350 min qida paketi, 50 tibbi nəqliyyat vasitəsi və tibbi ləva‐ zimatı göndərib. Bundan başqa, Al‐ maniya hökuməti Ukraynaya 7 ədəd “Panzerhaubitzen 2000” (PzH‐2000) özüyeriyən artilleriya qurğusu (ÖAQ) tədarük etməyi planlaşdırıb. Ukraynanın müdafiə naziri Oleksiy Reznikovun imzaladığı məktubunda Ukrayna 100 ədəd “Marder” piyadanın döyüş maşınının (PDM) verilməsini xahiş etsə də, Almaniya “Marder” PDM‐ ləri Ukraynaya verməkdən imtina edib. Müdafiə Nazirliyi imtinasını onunla izah edib ki, “bizim özümüzə məxsus bütün “Marder” PDM‐ləri NATO öhdəlikləri ilə bağlıdır, ona görə də qərar həm də Alyans çərçivəsində qəbul edilməlidir”. “Marder” PDM‐lərin əvəzində Almaniya Müdafiə Nazirliyi keçmiş ADR‐in hazırda Çexiyada olan ehtiyatlarından Ukraynaya PDM tədarükünə razılıq vermək qərarına gəlib. Skandinav ölkələrindən İsveç
Ukraynaya yüngül silahlarla yanaşı 5000 ədəd AT‐4 tank əleyhinə qum‐ baraatan, 5000 ədəd zirehli gödəkcə, 5000 ədəd dəbilqə və 135 000 nəfərə yetəcək qədər ərzaq göndərib. Norveç Ukraynaya Silahlı Qüvvə‐ lərinə 5000 ədəd dəbilqə, 1500 ədəd zirehli gödəkcə və 1000 ədəd əleyhqaz, 2000 ədəd yataq kisəsi, 10000 yataq kisəsi altlığı və 15000 ədəd əsgər payı, 4000 ədəd M72 LAW tank əleyhinə raket və 100 ədəd “Mistral” daşınan zenit‐raket kompleksi və digər açıqlan‐ mayan adda hərbi avadanlıqlar gön‐ dərib. 2022‐ci il fevralın 28‐də Norveç hökuməti Ukraynaya humanitar yardım üçün təxminən 267 milyon avro ayırıb, Rusiyanın Ukraynaya hücumuna cavab olaraq ilk növbədə BMT‐nin Qaçqınlar Agentliyinə (UN Refugee Agency), Bey‐ nəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına (International Red Cross and Red Crescent Movement) və Ukrayna Humanitar Fonduna (Ukraine Humanitarian Fund) 34 milyon avroluq humanitar yardım edib. Bundan başqa, Norveç Ukraynaya ABŞ, Kanada, Belçika, Fransa, Almaniya və Niderlanddan sonra 20 ədəd 155 mm‐lik M109A3GN tırtıllı özüyeriyən haubitsa tədarük edəcək. Bundan başqa, Norveç Ukray‐ naya silahlanması üçün yeni maliyyə yardımı ayıracağını bəyan edib. Danimarka öz növbəsində Ukray‐ naya 25 ədəd “Heidrun” kəşfiyyat dronları göndərib. Finlandiya isə Ukray‐ naya müxtəlif həcmdə hərbi təyinatlı və humanitar yardımlar göndərib. Polşa 20 ədəd BM‐21 “Qrad”, 20 ədəd 122 mm‐lik 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, 100‐ə yaxın T‐72M1/M1R tankları və zirehli döyüş maşınları, 100 ədəd Su‐27 və
MiQ‐29 döyüş təyyarələri üçün nəzərdə tutulmuş R‐73 raketi və böyük miq‐ darda silah və sursat göndərib. Polşa Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrini 500 ədədə qədər T‐72M əsas döyüş tankı ilə təmin etmək niyyətindədir. Tanklarla birlikdə Polşa Ukraynaya BWP‐1 (BMP‐1 döyüş maşının lisenziyalı Polşa versiyası) piyada döyüş maşınlarını da tədarük edəcək. Bu döyüş maşınlarının sayı məlum deyil. Estoniya Ukraynada münaqişə başlayandan bəri Kiyevə 230 milyon avro dəyərində hərbi təyinatlı məhsul‐ lar tədarük edib. Estoniya Müdafiə İnvestisiyaları üzrə Dövlət Mərkəzinin rəhbəri Maqnus Valdemar Saar bildirib ki, Ukraynaya göndərilən hərbi yardım paketlərinə müxtəlif növ silah‐sursatlar, o cümlədən minaatanlar, tank əleyhinə qumbaraatanlar, tank əleyhinə idarə ol‐ unan raketlər, taktiki təkərli zirehli maşınlar, eləcə də xeyli sayda digər texnika daxil edilib. Hələ müharibədən əvvəl Estoniya Müdafiə Nazirliyi Or‐ dunun silahlanmasından çıxarılan 2400 ədəd Sovet istehsalı olan 9 mm kalibrli “Makarov” (PM) tipli tapançanı Ukray‐ naya bağışlayıb. Estoniya Müdafiə naziri Jüri Luik Ukraynanı qətiyyətlə dəstək‐ lədiklərini bəyan edib: “Estoniya Ukray‐ naya silah bağışlamaqla yanaşı, xüsusi təyinatlı qüvvələrin təlimində və hərbi tibb sahəsində bu ölkəni dəstəkləyir. Habelə Estoniya və Ukrayna ərazi və ki‐ ber müdafiə sahələrində birgə təcrübə mübadiləsi aparıb”. Bundan başqa, Fevralın 24‑də Rusiya HHQ tərəfindən Ukrayna ordusunun Donetskin cənubundakı Mariupol şəhərində yerləşdirilən P‑14 uzaqmənzilli radarları məhv edilib.
51
Krımın şimalındakı Armyansk şəhərində hərəkət edən Rusiya ordusunun hərbi kolonu.
Ukraynaya sovet ordusundan qalma 9 ədəd D30 haubitsa göndərilib. Ukray‐ naya kömək etmək üçün əlavə imkanlar axtarışında olan Estoniya bu ölkəyə hu‐ manitar yardım da göstərib. Hollandiya Ukrayna Silahlı Qüvvə‐ lərinə 3000 dəbilqə, 2000 zirehli gö‐ dəkcə, 30 metal detektoru, 2 dəniz minası axtaran robot, 2 döyüş meydanı müşahidə radarı, 5 silah müəyyən edən radar, 100 snayper tüfəngi və 30 000 pa‐ tron göndərib. Bunlarla yanaşı Hol‐ landiya hökuməti Ukraynaya 200 ədəd “Stinger” daşınabilən zenit‐raket kom‐ pleksi (DZRK) və 50 ədəd tank əleyhinə qurğu verib. Fransa ilkin olaraq Ukraynaya 100 milyon avro dəyərində hərbi təyinatlı geyim, yanacaq yardımı edib. Fransanın Müdafiə naziri Florens Parli Kiyevin yeni müraciətlərindən sonra Ukraynaya əlavə hərbi yardım göstərəcəklərini bəyan edib. Fransa prezidenti Em‐ manuel Makron bildirib ki, Ukraynaya 155 mm‐lik CEASAR özüyeriyən ar‐ tilleriya qurğuları verəcəklər. Fransanın digər silah yardımları açıqlanmayıb. Belçika Ukraynaya kömək məqsədi ilə “FN Herstal” şirkətinin istehsalı 5000 ədəd avtomat, 200 ədəd “Milan” tank əleyhinə idarəolunan raket kompleksi, 2000 ədəd pulemyot, 3800 ton yanacaq, habelə dəbilqə, zirehli gödəkcə, görmə cihazları və hərbi geyimlər yardım edib. Belçikanın Baş naziri Aleksander De Kroo Belçika hökumətinin Ukraynaya hərbi yardımı davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, Belçika Ukraynaya müəyyən sayda 155 mm NATO çaplı M109 “Paladin” özüyeriyən artilleriya qurğularını (ÖAQ) verə bilər.
52 www.poliqon.az
İndiyədək Çexiya Ukraynaya təx‐ minən üç milyard kron (128 milyon ABŞ dolları) dəyərində hərbi yardım edib. Çexiya müharibə başlayandan bəri işğal olunmuş Ukraynaya atıcı silahlar, raketlər və tibbi avadanlıqlar göndərib. Daha sonra Çexiya Müdafiə Nazirliyi təhlükəsizlik səbəbi ilə sifarişlərin dəqiq tərkibini göstərməyi dayandırıb. Çexiya Müdafiə Nazirliyinin mətbuat xidməti təsdiqləyib ki, Çexiya Ukraynaya hərbi yardımla bağlı əməkdaşlıq modelinin yaradılması üçün Almaniya ilə danışıqlar aparır. Çexiya KİV‐in məlumatına görə, indiyədək Çexiya Ukraynaya ağır texnika, o cümlədən 152 mm‐lik “Dana” özüyeriyən artilleriya qurğuları və bu “Dana”larda istifadə olunan 1,67 milyon ABŞ dolları dəyərində 4006 ədəd 152 mm‐lik artilleriya mərmisi bağışlayıb. Bundan başqa, 122 mm‐lik RM‐70 yaylım atəşli reaktiv sistemlər (YARS), keçmiş SSRİ istehsalı olan T‐72M1 tankları və BMP‐1 piyada döyüş maşınları (PDM) göndərib. Ukrayna, həmçinin Ukrayna səfirliyi tərəfindən Çexiya Müdafiə Nazirliyinin dəstəyi ilə təşkil edilən ianə sayəsində Çexiyadan hərbi texnika alıb. Bu məqsədlə, Ukray‐ nanın Praqadakı səfirliyində silah alışı üçün pul toplamaqdan ötrü xüsusi hesab da açılıb. Aprelin ortalarına qədər insanlar və şirkətlər ona bir milyard krondan çox maliyyə vəsaiti göndərib. Eyni zamanda, Çexiya silah şirkətləri Ukrayna hərbi texnikasının təmiri ilə də məşğul olurlar. Çexiya Müdafiə Nazirliyi elan edib ki, ilk müqavilə “Czechoslovak Group” şirkətləri tərəfindən T‐64 tanklarının həyata keçirilmiş təmiridir. Mart ayının 14‐də Çexiya müdafiə naziri Jana Çernoqova bildirib ki, Çexiya Ukraynaya 31.5 milyon ABŞ dolları (725
milyon Çexiya kronu) dəyərində növbəti dəfə hərbi yardım göndərib. Jana Çernoqova qeyd edib ki, Çexiya Ukray‐ naya hərbi yardımını bundan sonra da davam etdirəcək. Rusiya‐Ukrayna müharibəsi baş‐ layandan Türkiyə Ukraynaya “Bayraktar TB2” PUA‐ları və daha bir neçə ədəd kəşfiyyat məqsədli “Mini‐Bayraktar” dronları göndərdiyini açıqlayıb. Bundan başqa Bolqarıstan, Finlandiya, Kanada Ukraynaya müxtəlif həcmdə hərbi təyi‐ natlı və humanitar yardımlar göndərib. Bu siyahı demək olar ki, hər gün yeni‐ lənir. Ukraynaya silah və sursatların tə‐ darükündə konkret hansı ölkələrin iştirak etdiyi barədə məlumatları üzə çıxaran infoqrafika da yayımlanıb. Qərb ölkələri, o cümlədən NATO ölkələri, Polşanın Rzeşov şəhərindən Ukraynaya hərbi texnika və silahların sonrakı daşınması üçün tranzit məntəqə və ya mərkəz kimi istifadə edir. Müxtəlif ölkələrin nəqliyyat təyyarələri demək olar ki, hər gün ora uçur. Təyyarələrdə pilotsuz uçuş aparatları, tank əleyhinə komplekslər, daşınan zenit‐raket kom‐ pleksləri, atıcı silahlar, onlarla ton döyüş sursatı, minaatanlar və s. var. Bəzi ölkələr müstəsna olaraq qeyri‐ölümcül yüklərin, o cümlədən dəbilqələrin, zi‐ rehlərin, ordu kamuflyajının tədarükü‐ nü həyata keçirir. Təqdim olunan infoqrafikaya baxdıqda, o zaman təchi‐ zat çeşidi üzrə liderlər arasında Ame‐ rika Birləşmiş Ştatları, Estoniya və Türkiyə kimi NATO ölkələri var. NATO strukturuna daxil olmayan ölkələr arasında Ukrayna Silahlı Qüvvələri üçün təchizatların nomenklatura maddələri‐ nin sayına görə Finlandiya liderdir. Siyahıya Britaniya, İrlandiya, Polşa, Sloveniya, İspaniya, İsveç və s. kimi öl‐ kələr də daxildir. Fransa və Almaniya silahdan başqa, Ukrayna silahlı birləş‐ mələrini yanacaqla təmin edir. Və nəhayət lend‑liz Aprelin 28‐də ABŞ Nümayəndələr Palatası Ukrayna üçün lend‐liz haqqında qanun layihəsini qəbul etməklə Ukray‐ naya böyük bir yardım paketi işə düşmüş oldu. Nümayəndələr Palatasının qəbul etdiyi lend‐liz və Ukraynada demokrati‐ yanın qorunması haqqında qanun onun‐ la əsaslandırılıb ki, həmin tədbir silahlı münaqişə dövründə ölkənin bundan sonra da müdafiə edilməsi üçün Uk‐ raynaya silah tədarükünü əhəmiyyətli
dərəcədə sürətləndirməyə kömək edə‐ cək. Qanun qəbul ediləndən sonra Pre‐ zident Co Bayden Ukraynaya müdafiə vasitələrinin təqdim edilməsi və ya icarəyə verilməsi üçün daha geniş səla‐ hiyyətlərə malik olacaq. Yardım paketinin həcminin 30 mil‐ yard dollar olduğu ehtimal edilir. Bunun təxminən 20 milyardlıq hissəsi silah və hərbi texnika olacaq. İlkin məlumatlara əsasən lend‐liz nəticəsində və ABŞ‐ın Ukraynaya əvvəllər elan etdiyi 20 mil‐ yard dollarlıq hərbi yardımın bir hissəsi kimi Kiyevə üçüncü nəsil M1A2 “Abrams” tankları; M2A3 “Bradley” piyada döyüş maşınları; M109A6 “Pal‐ adin” özüyeriyən artilleriya qurğuları; təkərli şassi üzərində HIMARS yaylım atəşli reaktiv sistemləri; universal MLRS M270 YARS atıcı qurğuları; Norveçin NASAMS 2 hava hücumundan müdafiə sistemi; “Patriot” ZRK; 4‐cü nəsil F‐16 C/D çoxfunksiyalı yüngül qırıcıları; S‐ 300 hava hücumundan müdafiə sistemi veriləcək. Moskva bu silahların müharibənin taleyini dəyişəcəyini və başqa sözlə, müharibənin Rusiya üçün Ukrayna bataqlığına çevriləcəyini artıq anlayır. Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynaya silah daşıyan nəqliyyat vasitələrinin vurulacağını bəyan edib. Amma bu hədənin prosesə təsir gös‐ tərəcəyi inandırıcı deyil. Müharibənin taleyini dəyişən silahlar Göründüyü kimi, NATO silahlarının əsas hissəsi müdafiə xarakterlidir və böyük ordunu dayandırmaq üçün nə‐ zərdə tutulub. Silahların həcminə və təyinatına baxdıqda bunların planlı olaraq seçildiyi aydın olur. Məlum olduğu kimi, bütün müasir müharibələr həm də yeni silahlar üçün sınaq meydanıdır. Ukrayna mühari‐ bəsində NATO silahları Rusiya silah‐ larına qarşı növbəti dəfə sınaqdan çıxarıldı. Bu müharibədə ən çox diqqəti cəlb edən silahlar dronlar və tank əleyhinə raket qurğuları oldu. İlk növbədə Türkiyə istehsalı olan “Bayraktar TB‐2” pilotsuz uçuş aparat‐ ları qeyd olunmalıdır. Daha əvvəl 2020‐ci ildə Suriyanın şimalında, ardınca həmin ilin yayında Liviyada, payızda isə Azər‐ baycanda döyüş əməliyyatlarında uğur‐ lu nəticə göstərən “Bayraktar TB‐2”lər hazırda Ukraynada əsas silahlardan biridir.
Daha bir diqqət cəlb edən silah ABŞ ordusunun “Switchblade” kamikadze tipli pilotsuz uçuş aparatlarıdır. “Switch‐ blade 600” aparatları döyüş başlığına malik süzən sursatlardır. “Switchblade 600” minaatanla işə salınır, havaya atıldıqdan sonra qanadları açılır və mühərriki işə salır. Operator tərəfindən idarə olunaraq hədəfi nişan alır. İlk “Switchblade” 1,5 kq ağırlığında, sonrakı “Switchblade 300” və ən sonuncu 600 modellərində sürət və döyüş başlığının çəkisi daha da artıb. Ukrayna müharibəsində ən çox diqqət toplayan ABŞ istehsalı olan “Javelin” və Böyük Britaniya istehsalı olan NLAW tank əleyhinə idarə olunan raket kompleksləri oldu. Qeyd edək ki, “javelin” yeni silah hesab olunmur. İlk dəfə İraq müharibəsi zamanı istifadə ol‐ unan bu sistemlərin hazırkı modifi‐ kasiyaları 4 min metrlik atəş məsafəsinə malikdir və 600‐700 millimetrlik zirehi dağıda bilir. ABŞ Rusiyanın Ukraynaya hücumunun başladığı 24 fevraldan bu yana Ukraynaya 4000 ədəd “javelin” bağışlayıb. Böyük Britaniya isə Ukrayna or‐ dusuna 3600 ədəd NLAW (Next genera‐ tion Light Anti‐tank Weapon) hədiyyə edib. NLAW raketləri tankların üzərində partlaya bilir və bu səbəbdən də rus‐ sovet istehsalı tanklar üçün qorxulu silahdır. Ukraynalı döyüşçülər daşına bilən bu silahlar vasitəsilə yüzlərlə rus tankını və zirehli texnikasını sıradan çıxarıb. Araşdırmalar göstərir ki, Ukrayna müttəfiqlərindən Silahlı Qüvvələrə silahların tədarükü geniş vüsət alır. Bununla Ukrayna ordusu tezliklə dünyada sözün əsl mənasında mövcud olan bütün növ özüyeriyən artilleriya
Ukrayna əsgəri Böyük Britaniya istehsalı olan NLAW tank əleyhinə idarə olunan raket kompleksi ilə atış edərkən.
qurğularına sahib olacaq. Belə ki, yuxarıda da qeyd edildiyi kimi Almaniya və Hollandiya Ukraynaya 155 mm çaplı PzH 2000 özüyeriyən artilleriya qurğusu (ÖAQ), Fransa “Caesear” ÖAQ tədarük etmək haqqında qərar qəbul edib. ABŞ isə 155 mm‐lik M109 ÖAQ‐ın kütləvi təhvilini hazırlayır. Niderland, İtaliya və Belçika da Ukraynaya əlavə texnikaların təhvil verilməsi ilə bağlı razılığa gəliblər. Çatdırılacaq texnikalar ABŞ‐ın M109 və ya Almaniyanın PzH‐ 2000 özüyeriyən artilleriya qurğularıdır. Bundan başqa, Ukrayna Müdafiə Nazirliyi Çexiya ilə Silahlı Qüvvələrin artilleria birləşmələrini 155 çaplı ən son model DITA özüyeriyən artilleriya qurğusu ilə təchiz etməkdən ötrü da‐ nışıqlar aparır. Bütün bunların sayə‐ sində Ukrayna Silahlı Qüvvələri artille‐ riya sistemləri üzrə NATO 155 mm çapına kütləvi şəkildə keçə biləcək. ABŞ‐ dan olan təlimçilər hazırda ukraynalı artilleriyaçılara təlim keçir. Ruslar niyə uğursuzluğa düçar oldular Əlbəttə, müharibədə ukraynalıların cəsarətli və əzmkar müqaviməti həl‐ ledici rol oynayır. Lakin nəzərə almaq lazımdır ki, Rusiya hərbi gücü, resurs‐ ları, canlı qüvvə baxımdan Ukraynadan üstündür. Üstəlik Rusiya ordusu bu müharibəyə uzun müddət hazırlaşmış‐ dı. Lakin bununla belə uğursuzluğa dü‐ çar oldu. Rusiyanın Ukraynaya hücu‐ munda bir neçə zəif nöqtəsi üzə çıxdı. Bu nöqtələr nələr idi.
53
Ümumiləşdirməli olsaq, Rusiyanın Ukraynaya hücumu zamanı qarşılaşdığı uğursuzluğun əsas səbəbi bu ölkədəki korrupsiya oldu. Bu özünü bir başa or‐ duda və kəşfiyyat fəaliyyətində göstərdi. Əlbəttə, müharibə edən, hücuma keçən ölkə ilk növbədə hücum etdiyi ərazini yaxşı tanımalı, dəqiq kəşfiyyat məlumatlarına və arxa cəbhə hazırlığına malik olmalıdır. Bu qayda qədim Çin döyüş sənətlərindən Çingiz Xan dövrünə qədər hər zaman aktual olub. Lakin məlum oldu ki, Ukraynaya hücum edən Rusiya ordusunun kəşfiyyat hazırlığı zəif olub, daha dəqiqi olmayıb. Halbuki Rusiyanın coğrafi və etnik baxımdan Ukraynaya təsiri çox idi. Lakin müharibənin sonrakı günlərində məlum oldu ki, Rusiya kəşfiyyatının Ukraynadakı fəaliyyəti üçün ayrılmış vəsaitlər Kreml və kəşfiyyat idarə‐ lərində oturan səlahiyyətlilər tərəfindən yeyilib və faktiki iş görülməyib. İkinci ən mühüm amil ordudakı korrupsiya və yeyintinin üzə çıxması oldu. Məlum oldu ki, dünyanın ən güclü ikinci ordusunun iri komplektləşmə üçün hazırlığı olmayıb. Ukraynaya hücum üçün 100 mindən bir qədər çox qüvvə toplayan Rusiya hərbi əməliy‐ yatlara artıq çox köhnəlmiş hesab olu‐ nan BMP‐1 piyadaların döyüş maşını, həmçinin artıq köhnəlmiş toplardan istifadə etməsi heyrət doğurdu. Rusiya ordusunun daha bir çatışmazlığı hücum taktikasının müasir
tələblərə cavab verməməsi oldu. Faktiki olaraq Rusiya ordusu Ukraynada İkinci Dünya Müharibəsindən qalmış hücum taktikasından istifadə etdi. Ordu qüvvə‐ lərinin düşmənin mümkün hava hücu‐ mundan müdafiə və artilleriya silahla‐ rını məhv etmədən “zəncir” düzülüşü ilə tankların alçaqdan uçan helikopterlərin iştirakı ilə həyata keçirilən hücum taktikası müasir müharibələr üçün həddən artıq köhnəlmiş hesab olunur. Bunun nəticəsidir ki, Rusiya ordusu müharibənin ilk günlərindən etibarən böyük sayda tank və helikopter itirdi və itirməkdə davam edir. Rusiyanın müha‐ ribənin ilk 3 günündə itirdiyi texnika və canlı qüvvəni ABŞ ordusu bütün kam‐ paniya ərzində İraq və Əfqanıstanda itirməmişdi. Bu da Rusiya baş hərbi qərargahının Ukraynada xüsusi hücum əməliyyatı planını hazırlamadığını göstərirdi. “Hibrid müharibənin” ustası hesab olunan Rusiya Silahlı Qüv‐ vələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun böyük müharibə üçün o qədər də hazırlıqlı kadr olmadığı üzə çıxdı. Nəticə Əlbəttə, müharibənin taleyini ilk növbədə insanlar müəyyən edir. Bu qayda min illərdir dəyişmir. Lakin dəyişməyən daha bir qayda var ki, döyüşlərin taleyi həm də güclü silah‐ lardan asılıdır. Bu mənada Ukrayna müharibəsi ciddi təcrübə oldu.
Aydın məsələdir ki, Rusiya və Uk‐ rayna orduları, dövlətlərin iqtisadi po‐ tensialı fərqlidir və Rusiya hələ də dün‐ yanın ən güclü ordularından birinə sa‐ hib ölkədir. Geniş meydan müharibəsinə hesablanmış Rusiya ordusu Ukrayna hərbi qüvvələri qarşısında ciddi üstün‐ lüyə malikdir. Hazırkı döyüşlərin gedi‐ şatı göstərir ki, Rusiya ordu koman‐ danlığı da anlayır ki, Rusiya ordusu Ukraynada kontr‐gerilla müharibəsində məğlubiyyətə məhkumdur. Buna görə də müharibənin gedişini dəyişmək üçün ruslara geniş, böyük qüvvələrin üz‐üzə gəldiyi meydan müharibəsi lazımdır. Hələlik Ukrayna ordusu bundan yayınır və rusları gerilla müharibəsi ilə zəif‐ lətməyə çalışır. Bu prosesin nə qədər davam edəcəyi, rusların ukraynalıları meydan müharibəsinə vadar edib‐ etməyəcəyi məlum deyil. Ancaq bir şey dəqiq məlumdur: Rusiya istənilən halda bu müharibədə ağır zərbə almış oldu. Rusiya müha‐ ribədə ağır zərbə aldı, ciddi miqdarda canlı qüvvə itki verdi, çoxlu sayda silah və texnika itirdi. Əvəzinə çox ciddi və ağır sanksiyalara məruz qaldı. Hansılar ki, tibdən ağır sənayeyə qədər müxtəlif sahələri əhatə edir. Rusiya Ukrayna müharibəsi ilə Vyetnam müharibəsində ABŞ‐ın, Əfqa‐ nıstan müharibəsində SSRİ‐nin taleyini yaşamalı olacaq. Bu isə ən yaxşı halda “Pirr qələbəsi” olacaq. Yəni ağır itkilər və cüzi uğur. PQ
Rusiya ordusunun məhv edilən zirehli texnikaları
Samir Poladov: Minaların təmizlənməsndə süni intellekt texnologiyasından istifadə edilir ? Zaur Babaşov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Poliqon jurnalına müsahibə verib. – Samir müəllim, ANAMA tərə‑ findən icra olunan minatəmizləmə əməliyyatları haqqında məlumat verməyinizi istərdik. Xüsusilə Qa‑ rabağda bu günə qədər görülən işlər və qarşıdakı perspektivlər barədə nələri deyə bilərsiniz? – İlk öncə, fəaliyyətimizə dəyər verib, işıqlandırdığınız üçün təşək ‐ kürümü bildirirəm. Qeyd edim ki, Azərbaycan 2030: Sosial‐iqtisadi inkişafa dair Milli Prioritetlərin əsas istiqamətlərindən biri kimi müəyyən edilən “Böyük Qayıdış” layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları icra edilir. Belə ki, İkinci Qarabağ müharibəsi bitəndən 2022‐ci il 11 may tarixinədək ANAMA tərəfindən 10,111 ha ərazi, 32 025 ədəd mina və partlamamış hərbi sursatlardan təmizlənib. Əməliyyatlar əsasən bərpa‐qu ‐ ruculuq, infrastrukturun formalaşdırıl‐ ması, kənd təsərrüfatı təyinatlı ərazilərin təmizlənməsi və digər layihələr isti‐ qamətində həyata keçirilir. Bildiyiniz kimi işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliy ‐ yatlarına ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələri, eləcə də yerli kommersiya
56 www.poliqon.az
şirkətləri cəlb olunub. Ümumilikdə 2020‐ ci il 10 noyabr tarixindən 2022‐ci il 11 may tarixinədək 28,180 ha ərazi təmizlənib, 57,795 ədəd partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2022‐ ci ilin Tədbirlər Planına əsasən cari il ərzində qurumlar tərəfindən 40.000 hektar ərazinin təmizlənməsi nəzərdə tutulub. Agentliyin öhdəliyinə düşən ərazi isə 20.000 hektar təşkil edir. – Samir müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin 2021‑ci il 15 yanvar tarixli fərmanına əsasən publik hüquqi şəxs statuslu ANAMA yaradıldı və hüquqi sənəd olaraq nizamnaməsi təsdiq edildi. Ötən bir il ərzində ANAMA‑nın fəaliyyətində hansı yeniliklər oldu? – Bəli, doğru qeyd etdiniz. Azərbay‐ can Respublikasının Prezidenti İlham Əliyevin 2021‐ci il 15 yanvar tarixli 1251 saylı Fərmanı ilə 1998‐ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Mina ‐ təmizləmə Agentliyi (ANAMA) yaradıldı. ANAMA ölkə daxilində həyata keçirilən
bütün minatəmizləmə ilə bağlı olan fəaliyyəti əlaqələndirmək, idarə etməklə bərabər, həm də səlahiyyətli orqan olaraq, hökumətin bu sahə üzrə əsas icraçı qurumudur. Başlıca məqsədimiz Azərbaycan Respublikasının işğaldan azad edilən və müharibənin təsirinə məruz qalan ərazilərinin mina və partlayıcı sursatların təhlükəsindən azad etmək, sosial‐iqtisadi və humanitar inkişafa dəstək göstərməkdir. Publik hüquqi şəxs statuslu Agentliyin qarşısında yeni vəzifə və öhdəliklər yer aldı. Agentliyin texniki imkanları, insan resursları, eləcə də əməliyyat metodları inkişaf etdirildi. – Prezident İlham Əliyevin 2021‑ci il sentyabrın 16‑da imzaladığı “Azərbaycan Respublikasında mina‑ təmizləmə fəaliyyətinin əlaqə ‑ ləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən, tap ‑ şırıqlar bölgüsünə uyğun olaraq əlaqələndirmə, görülmüş işlərin icrasının monitorinqi və keyfiyyətlə tamamlanmasına nəzarət ANAMA‑ya həvalə edilib. Bu istiqamətdə hansı işlər görülür? – Fərmanda nəzərdə tutulan fəa‐ liyyət üzrə işlər icra edilir. Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) uyğun, mövcud olan və təkmilləşdirilən Minatəmizləmə Fəaliyyətinə dair Milli Tələbləri, həmçinin Minatəmizləmə Fəaliyyəti haqqında Qanun layihəsi müzakirə edilməsi üçün aidiyyəti üzrə təqdim edilib. Məlumatların vahid bazada toplanılması məqsədilə “Minatəmiz‐
ləməyə dair İnformasiya Sisteminin” yaradılması işləri yekunlaşmaq üzrədir. Eyni zamanda qeyd edim ki, ölkə rəhbərinin sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdiril‐ miş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın nəzdində fəaliyyət göstərən İşçi Qruplarından biri də Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə qrupdur. Qarabağda təmizləmə əməliyyatlarına cəlb edilən bütün qurumların – Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər müvafiq qurum nümayəndələrinin iştirakı ilə ay ərzində mütəmadi iclaslar keçirilir. Görülmüş işlər, eləcə də qarşıdakı öhdəliklər üzrə müzakirələr aparılır, qərarlar qəbul edilir. – Azərbaycan ərazisində mina və partlamamış sursatlarla yanaşı improvizə edilmiş partlayıcılara da rast gəlinir. ANAMA bu problemlə necə mübarizə aparır? – Bildiyiniz kimi, ANAMA‐nın Göygöl rayonunda yerləşən Regional tə‐ lim mərkəzi var. Həmin təlim mərkəzin‐ də uzun illərdir ki, minaaxtaranlar üçün müxtəlif təlim kursları tədris edilir. Ey‐ ni zamanda sənaye üsulla hazırlanmış və hərbidə istifadə olunan partlayıcı sursatlarla yanaşı, müxtəlif növ impro‐ vizə edilmiş partlayıcı qurğular haqqın‐ da da məlumat verilir, onların maketlə‐ ri təqdim olunur və işləmə prinsipləri haqda məlumat verilir. Bununla yanaşı, ANAMA‐nın mütəxəssisləri təkcə ölkə daxilində deyil, xaricdə də təmizləmə əməliyyatlarında iştirak ediblər. Bu isə
İşğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən aparılan əməliyyatlarda istifadə edilən MV‑10 mexaniki minatəmizləmə maşını
icra etdiyimiz sahə üzrə zəngin təcrübə‐ nin formalaşdırılmasına imkan yaradıb. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə aşkar olunan hər bir namə‐ lum sursat və ya qur‐ ğu əməkdaşlarımız tərəfindən təhlil edi‐ lir, xüsusiyyətləri öy‐ rənilir. – Bu gün ANAMA minatəmizlə‑ mədə hansı avadanlıqları tətbiq edir? ANAMA‑nın seçim zamanı məsafədən idarəolunan minatəmizləyən ma ‑ şınlara önəm verməsi nə ilə bağlıdır? – Əl ilə minatəmizləmə əməliyyatları zamanı maqnetik‐lokatorlar və de ‐ tektorlardan istifadə edilir. Fəaliyyətini ən keyfiyyətli minaaxtaran avadanlıqlarla beynəlxalq standartlar və metodo ‐ logiyalar çərçivəsində həyata keçirən ANAMA, eləcə də müasir texnologiyaların istifadəsinə üstünlük verir. Eyni zamanda, döyüş ərazilərinin metal ilə çirklənmə səviyyəsini müəyyən etmək və daha dərin təmizləmə əməliyyatları aparmaq üçün “Sensys” və “Ferex” adlı skanner avadanlıqlardan istifadə edilir. Xüsusi təyinatlı mexaniki mina‐ təmizləmə maşınları texniki tədqiqat prosesində şübhəli ərazilərin təhlil edilməsi məqsədilə istifadə olunan səmərəli və təhlükəsiz vasitə hesab olunur. İşğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən aparılan əmə ‐ liyyatlara MV‐4, MV‐10, həmçinin “Bozena‐4”, “Bozena‐4+” və “Bozena‐5” mexaniki minatəmizləmə maşınları cəlb edilib.
Böyük Britaniyanın “RPS Energy Ltd.” şirkəti tərəfindən süni intellektin proqram təminatı vasitəsilə təhciz edilən dronlar, Qarabağda mina sahələrinin tədqiqat və təhlil xidmətlərinə cəlb olunub.
– Samir müəllim, Agentliyin maddi‑texniki bazasının artırılması sahəsində hansı planları var? Ərazilərin tədqiq olunması üçün is‑ tifadə edilən süni intellekt texno‑ logiyalarının istifadəsi barədə nə deyə bilərsiniz? – Agentliyin maddi‐texniki bazasının genişləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Belə ki, keçən il imzalanan müqavilələr əsasında xüsusi təyinatlı minatəmizləmə maşınlarının artıq əksər hissəsi ölkəyə gətirilərək, əməliyyatlara cəlb olunub. Bir hissəsi isə yaxın zamanlarda təhvil veriləcək. Eyni zamanda, maqnetik‐lokatorlar, detektorlar, xüsusi fərdi qoruyucu geyim dəstləri alınıb. Bu kimi vasitələr tələbat olduqca yenilənəcək. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə qeyri‐texniki və texniki tədqiqat prosesini özündə ehtiva edən
süni intellekt texnologiyasının is ‐ tifadəsinə başlamışıq. “Uzaq Məsafədən (Havadan) Mina sahələrinin Tədqiqatı” (RAMS), İngiltərənin “RPS Energy Ltd” şirkəti tərəfindən təqdim olunan bir texnologiyadır. Geniş spektorlu, termal və yüksək dəqiqli kameralara malik dronlar mina və partlamamış hərbi sursatlarla (PHS) həqiqi çirklənməni müəyyən etmək üçün istifadə olunan tədqiqat texnologiyasıdır. Artıq keçən il ərzində süni intellekt vasitəsilə Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər və Qubadlı rayonları üzrə 18 min hektar ərazi təhlil edilib. Hal‐hazırda da bu istiqamətdə fəaliyyət davam edir. – ANAMA əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqa‑ mətində hansı addımlar atılır, yeni müdavimlərin hazırlanması necə həyata keçirilir? – Bildirim ki, Qarabağda geniş ‐ miqyaslı minatəmizləmə aparılması məqsədilə mərhələli şəkildə əməliy‐ yatlara yeni müdavimlər cəlb edilir. Müdavimlərə keçirilən təlimlər “Humanitar Minaaxtarma” və “Döyüş Sahələrinin Təmizlənməsi”, eləcə də “Humanitar Minatəmizləmə Fəaliyyətinə İnteqrasiya” üzrə kurslardan ibarətdir. Təlimlər həm nəzəri, həm də praktik şəkildə həyata keçirilir. Eyni zamanda, Agentliyin sahə heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə onlar mütəmadi olaraq müxtəlif təlimlərə cəlb olunurlar. Bu kimi təlimlərdən biri də Böyük
Britaniyanın nüfuzlu MAG (Mines Advisory Group) qeyri‐hökumət təşkilatı arasında imzalanan Anlaşma memo‐ randumuna əsasən ANAMA‐nın yeni supervayzerləri üçün 6 ay nəzəri və 6 ay praktiki təlimlərin keçirilməsi, monitorinq və qiymətləndirmə prosesinə dəstək verilməsi nəzərdə tutulub. Eləcə də, bir müddət öncə Böyük Britaniyanın Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agent‐ liyinin (ANAMA) partlayış qrupu işçilərinə EOD Level 3+ (Partlayıcı Sursatların Zərərsizləşdirilməsi) təlimləri keçirilib. Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) uyğun olaraq təlimlər sahə işçilərinə davranış və təhlükəsizlik qaydalarının aşılanması, əldədüzəlmə və digər partlayıcı qur‐ ğuların iş prinsipi və zərərsizləşdirilməsi barədə yeni bilik və bacarıqlarının təkmilləşdirilməsini təmin edir.
özəl təşkilatın mütəxəssisi Təlimçilərin Təlimi, 63 dövlət qurumunun və müəssisənin işçiləri isə ümumi maarif‐ ləndirmə tədbirlərinə cəlb edilib. Müharibədən zərərçəkmiş 10 rayonun (Füzuli, Beyləqan, Xocavənd, Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Goranboy, Göygöl, Daşkəsən) minalı ərazilərə daha yaxın 80 kəndində mina təhlükəsi ilə mübarizə qrupları yaradılıb, geniş maarifləndirmə tədbirləri aparılır. Bununla yanaşı 50.000 ədədə yaxın “Mina Təhlükəsi” üzrə dərslik və metodiki kitablar çap edilərək Təhsil Nazirliyi vasitəsi ilə Regional Təhsil idarələrinə və məktəblərə təhvil verilib. Və təbii ki, bu istiqamətdə tədbirlərimiz mütəmadi olaraq davam etdirilir, çünki məhz mina təhlükəsi ilə bağlı təbliğat sayəsində əhali şübhəli ərazilərdə təhlükəsizlik qaydaları, eləcə də partlayıcı qurğuların riski barədə məlumatlı olur.
– Humanitar minatəmizləmə fəaliyyətinin bir aspekti də maarif‑ ləndirmədir. Bu sahədə işlər necə qurulub? – Doğrudur, mühüm komponent‐ lərindən biri Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmədir (PSTM). Maarifləndirmə tədbirlərimiz minatəmizləmə əməliyyatları ilə paralel şəkildə həyata keçirilir. Bu sahədə əsasən 4 istiqamət əhatə edilir – ümumi maarifləndirmə, təlimçilərin təlimi, icma əsaslı maarifləndirmə və məktəblərdə partlayıcı sursatların təhlükəsinə dair dəsrlərin tədrisi. Belə ki, 72 dövlət və
– “Böyük Qayıdış” proqramı üzrə Qarabağa ilk sakinlərin geri dönüşü gözlənilir. Onlara partlayıcı sursat‑ ların təhlükəsinə dair maarifləndirmə istiqamətində nə kimi planlarınız var? – Öncədən də qeyd etdiyim kimi maarifləndirmə tədbirləri bir neçə istiqamətdə keçirilir. İcma əsaslı maarifləndirmə fəaliyyəti çərçivəsində icma komitələri yaradılır, həyata keçirilən təbliğat tədbirləri rayon icra strukturları ilə əlaqələndirilir, əldə edilən məlumatlar ANAMA‐nın informasiya bazasına daxil edilir. Bildirim ki, ümumilikdə, mü‐ haribədən sonrakı dövrdə 220.000 nə‐ fərdən yuxarı vətəndaş maarifləndirmə fəaliyyətindən faydalanmışdır. – ANAMA minatəmizləmə əməliy‑ yatlarında itlərin də xidmətindən istifadə edir. Bildiyimiz qədər Agentlik Marşal İrsi İnstitutu ilə bu sahədə əməkdaşlıq edir. – Bəli, Agentlik fəaliyyətə başlayan dövrdən xüsusi təlim keçmiş mina‐ axtaran itlərin dəstəyindən istifadə edir. Minaaxtaran itlər əsasən texniki təd‐ qiqatda, şübhəli sahələrin qısaldılması və keyfiyyət yoxlamaları prosedurlarına cəlb edilir. Minatəmizləmə əməliy ‐ yatlarına cəlb edilən xüsusi təlim keçmiş itlərin də sayında əlavələr oldu. Bildiyiniz kimi 2005‐ci ildən ANAMA ABŞ‐ın Marşal İrsi İnstitutu (MLİ) ilə bu sahədə sıx əməkdaşlıq edir. Belə ki, MLİ ilə imzalanan memoranduma əsasən, 2023‐cü ilədək humanitar mina ‐
təmizləmə əməliyyatlarına dəstək məqsədilə ANAMA‐ya minaaxtaran itlər ianə ediləcək. Bu itlərin əksəriyyəti artıq Azərbaycana göndərilib, Agentlik tərəfindən akkreditasiyadan keçərək Qarabağda aparılan təmizləmə əmə‐ liyyatlarına cəlb ediliblər. Bildirmək istərdim ki, xüsusi təlim keçmiş itlərdən 3‐ü minatəmizləmə və insanların həyatının xilas edilməsi fəaliyyətində fərqləndiyinə görə MLİ tərəfindən aparılan seçimdə 2013, 2018 və 2020‐ci illər üzrə ilin qalibi seçilmişdir. Qeyd edim ki, may ayının 3‐də ABŞ‐ Azərbaycan Ticarət Palatası (USACC), Marşal İrsi İnstitutu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının ABŞ‐ dakı Səfirliyinin birgə təşkilatçılığı ilə ABŞ‐ın Vaşinqton ştatında “Orxideyanın Səsi” adlı xeyriyyə konserti təşkil edilib. Bilet satışından əldə olunan maliyyə hesabına Azərbaycanda keçirilən humanitar minatəmizləmə əməliy ‐ yatlarına dəstək məqsədilə minaaxtaran itlərin alınması nəzərdə tutulub. – ANAMA bu gün dünyada hu‑ manitar minatəmizləmə sahəsində təlim keçən azsaylı təşkilatlardan biridir. Agentliyin bu sahədə imkan və qabiliyyətləri barədə nələri söyləyə bilərsiniz? – Agentliyin fəaliyyət tarixinə nəzər salsaq ANAMA tərəfindən 2001‐ci ildən etibarən həm yerli, həm də xarici
mütəxəssislər üçün 225 təlim kursu keçirilib. Bu kurslarda NATO, ATƏT, Türkiyə, Əfqanıstan, Tacikistan, Ukrayna, Gürcüstan və İordaniyanın müvafiq qurum nümayəndələrinə təlimlər keçirilib. Eyni zamanda ANAMA‐nın Təlim və Metodoloji Təminat şöbəsinin mü‐ təxəssisləri tərəfindən Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, yerli kom‐ mer siya şirkəti nüma yən dələrinə humanitar minatəmizləmə əmə liy ‐ yatlarının icrasına dair təlimlər keçirilib.
– Samir müəllim, beynəlxalq əla‑ qələrə də toxunmaq istərdik. Bir müddət öncə ölkədə minatəmizləmə sahəsində ilk böyük miqyaslı bey‑ nəlxalq konfrans keçirildi. Konfransın yekunları, məqsədləri, yerli və bey‑ nəlxalq icti maiyyətin mə lu mat ‑ landırılması haqda qeyd edərdiniz. – 31 mart ‐ 1 aprel tarixlərində “Humanitar minatəmizləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” (DİM) mövzusunda 2 günlük beynəlxalq konfrans keçirildi. Konfrans Azərbaycan Respublikası Hökümətinin təşəbbüsü, Azərbaycan Respublikasının Minatə‐ mizləmə Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə baş tutdu. Dünyanın 34 ölkəsindən 150 nəfərə yaxın beynəlxalq və regional qurum nümayəndələrini bir araya gətirən konfransın başlıca məqsədi mina və partlayıcı sursatların yaratdığı risklərin aradan qaldırılması, təhlükəsiz yaşayışın bərpa olunma mexanizmlərinin müzakirəsi və ən nəhayət Azərbaycanın qarşılaşdığı mina probleminin həcmini dünyaya çatdırmaq idi. Konfrans zamanı Azərbaycanda Minatəmizləmə sahəsində Etimad Fondunun yaradılması, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin 18‐ci bəndində minatəmizləmə fəaliyyətinin əks etdirilməsi təklifi irəli sürüldü. Ümid edirik ki, bu istiqamətdə irəli sürülən təkliflər tez bir zamanda öz müsbət nəticəsini göstərəcəkdir. PQ
CİS Coğrafi İnformasiya Sisteminin hərbi tətbiqləri ?Yaşar Nəsibov CİS mütəxəssisi Texnoloji inqilabla sürətlə dəyişən müharibələrdə istifadə edilən texnologiya ilə üsullar dəyişib. Bu, təkcə müharibələrin aparılmasını dəyişdirməyib, həm də hərbi gücdə üstünlük əldə etmək üçün əsas amilə çevrilib. Hərbi əməliyyatlarda idarəetmə, nəzarət, rabitə və koordinasiya anlayışı, əməliyyat əmrlərinə bağlı sürətli qərarların qəbul edilməsində istifadə olunan dəqiq məkan məlumatlarının mövcud‐ luğundan asılıdır. Mahiyyətcə məkan xarakterli olması Coğrafi İnformasiya Sisteminin (CİS) hərbi əməliyyatlarda mühüm rol oynamasına səbəb olmuşdur. CİS texnologiyasının hərbi əmə‐ liyyatlarda istifadəsi verilən qərarlara əhəmiyyətli dərəcədə təsir etməkdədir. Rəqəmsal xəritələr yol, strateji obyekt‐ lərin mövqeyi, döyüş meydanının ərazi xüsusiyyətləri və yüksəklik məlumatları daxil olmaqla bir çox coğrafi məlumatlar ilə əməliyyatçıları təmin edir. Bundan başqa, kompüter və peyk texnologiya‐ sının birgə istifadəsi kəşfiyyat işlərinin aparılması vaxtını minimuma endirmiş‐ dir. Bundan irəli gələrək demək olar ki, müasir müharibələrin aparılması üsul‐ ları CİS texnologiyası ilə dəstəklənməli və bu texnologiyanın inkişafı ilə daima uyğunlaşmalıdır. Coğrafi İnformasiya Sistemi müasir hərbi əməliyyatlarda komandirlər üçün əla vasitədir. Silahlı Qüvvələrdə CİS texnologiyasının tətbiq olunması bu qüvvələrin işlərində və fəaliyyətlərində yüksək effekt yaratdığını söyləyə bilərik. CİS texnologiyasından kartoqrafiya, kəşfiyyat, döyüş sahəsinin idarə edilməsi, ərazinin məkansal təhlili, hərbi qurğuların idarə edilməsi və mümkün terror fəaliyyətinin monitorinqi kimi
60 www.poliqon.az
müxtəlif tətbiqlərdə istifadə edilir. Gün‐ cəl məkan məlumatlarını sürətlə əldə edən və ondan aktiv şəkildə hərbi əmə‐ liyyatlarda istifadə edən müharibə tərəf‐ ləri hər zaman üstün bir mövqedədir. Hərb tarixinə nəzər salsaq görərik ki, son 30‐35 il içərisində baş verən müharibə‐ lərdə və 2‐ci Qarabağ müharibəsində məkan məlumatının istifadəsi çox əhə‐ miyyət kəsb etmişdir. Günümüzdə bir çox silahlı qüvvələr tərəfindən sıx istifadə olunan C4I2 (Command, Control, Com‐ munications, Computing, Intelligence and Interoperability) sistemləri CİS fəlsəfəsi əsasında yaradılmışdır. Hərbi əməliyyatlarda CİS Bir komandir üçün məkan məlu‐ matları çox əhəmiyyətlidir. Bölmələrin ərazidə yerləşdirilməsinin planlaşdırıl‐ ması, tank qoşunlarının marş keçirməsi və s. kimi fəaliyyətlərdə ərazi şərtləri və torpaq örtüyü haqqında məlumatlar toplanılır və analiz edilir. Bu məlumatlara marş boyunca körpülərin vəziyyəti, çay keçidləri, göl və kanallar, helikopter enmə sahələri, elektrik ötürücü xətti
(EÖX), taktiki cəhətdən əhəmiyyətli yollar və yol strukturları, torpağın geoloji quruluşu və s. haqqında məlumatları aid etmək olar. CİS texnologiyasından istifa‐ də etməklə məkan məlumatlarının vi‐ zuallaşdırılması komandirə ərazi haq‐ qında daha dolğun fikir sahibi olmağa imkan verir. Buna görə də rəqəmsal xəritələşdirmə və Coğrafi İnformasiya Sistemi, döyüş meydanının simulyasiyası, vəzifə brifinqi və qarşılıqlı əlaqənin plan‐ laşdırılması, logistika idarəetməsi və komanda nəzarəti kimi müxtəlif fəaliy‐ yətlərin mərkəzində yer almaqdadır. Hərbi əmlakların idarə edilməsi Silahlı Qüvvələrə aid olan hərbi baza, hərbi hissə, hərbi aerodrom, hərbi liman və s. kimi hərbi əmlakların aktiv idarə‐ edilməsi əhəmiyyətli dərəcədə səy tələb etməkdədir. Hərbi bazaların idarəedil‐ məsində Coğrafi İnformasiya Sistemin‐ dən istifadə edilməsi bazada mövcud olan bütün binaların müdafiəsini və onlara olunan texniki qulluq fəaliyyətlə‐ rini asanlaşdırır, həmçinin, yeni tikiləcək binaların və təlim yerlərinin seçimində optimal yerləri müəyyən etməyə imkan verir. Bu istiqamətdə hərbi hissələr üzrə hazırlanan özəl rəqəmsal xəritə (baş plan) və 3D modelləri əvəzedilməz mə‐ kan məlumatlarıdır. Ərazinin öyrənilməsi və qiymət‑ ləndirilməsi Döyüşün təşkil edilməsi prosesində ərazinin öyrənilməsi və qiymətlən‐ dirilməsi onun taktiki xüsusiyyətlərinin aşkara çıxarılmasından və bu xüsu‐
siyyətlərin bölmələrin fəaliyyətinə təsirinin aydınlaşdırılmasından ibarətdir. Bu zaman ərazidə baş verən mümkün dəyişikliklər, meteoroloji şərait, ilin və sutkanın vaxtı nəzərə alınmalıdır. Bütün bunların əsasında ərazinin əlverişli xassələrindən səmərəli istifadə olunması və mənfi təsirinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilməsi üçün zəruri olan nəticələr çıxarılır. Həyata keçirilən hərbi əməliyyatlarda bölmə koman‐ dirləri ərazi şəraitini, zirehli daşıyıcıların və tankların manevr edilməsi, həmçinin müxtəlif silahlardan istifadə üçün yüksək məlumatlarını öyrənmək istəyirlər. Bundan əlavə, resursdan istifadəni optimallaşdırmaq üçün bitki örtüyünə, yol şəbəkələrinə və nöqtə işarələmə dəqiqliyinə malik kommunikasiya xət‐ lərinə ehtiyac duyurlar. Hərbi əməliyyatlar üçün ərazidən istifadə, relyef modeli və yaşayış mühitinin yaxınlığı haqqında məlumatı əks etdirən təfərrüatlı ərazi xəritəsi vacibdir. Bundan başqa, ərazinin keçilmə imkanını qiymətləndirərkən döyüş və digər hərbi texnikanın taktiki‐texniki göstəriciləri, ilin fəsli və hava şəraiti hər zaman nəzərə alınmalıdır. Bütün bu təfərrüatlar CİS məlumat bazasında ehtiva edilərək istifadəyə hazır olmalı və bölmə komandirinin fəaliyyət göstərdiyi ərazidə istifadə etdiyi bütün cihazlara inteqrasiya edilməlidir. Məlumatların cihazlara inteqrasiyasında olan hər hansı bir uyğunsuzluq keçirilən hərbi əməliy‐ yatı təhlükə altına alabilər. Məkan məlumatlarını görüntüləmə Coğrafi İnformasiya Sisteminin po‐ tensial istifadəçilərinin əksəriyyəti təs‐ virləri istifadə edənlərdir. Bunlar arasında hərbiçilərin xüsusi bir yeri var. Planlaşdırılan əməliyyatları uğurla icra etmək məqsədiylə mövcud vəziyyəti
qiymətləndirmək lazımdır. Bu qiymət‐ ləndirmənin icra edilməsi üçün isə peyk təsvirinə, aerofotoşəkilə, PUA görün‐ tüsünə, raster və rəqəmsal xəritəyə ehtiyac vardır. Bu çox formatlı mə‐ lumatların birgə istifadə edilməsi üçün onların inteqrasiyası lazımdır və bunun üçün CİS məlumat bazasına ehtiyac yaranır. CİS məlumat bazası fərdi istifa‐ dəçilər üçün ən uyğun məhsulun seçil‐ məsinə imkan verir və eyni zamanda əməliyyat vəziyyətinə görə ən uyğun xəritənin hazırlanmasına imkan tanıyır. Təfərrüatlı hazırlanmış məkan məlumat‐ ları xəritəsi hərbiçilər üçün əvəzsizdir. Dəniz Əməliyyatları Hərbi Dəniz Qüvvələrinin dənizdə gəmiləri əyani vasitələrlə öz mövqelərini təyin etmək üçün heç bir vasitə olma‐ dıqda naviqasiya üçün əsasən dolayı üsullardan istifadə edirlər. Hərbi gəmi‐ lərin dənizdəki mövqeləri GPS vasitəsilə təyin edilir. Hərbi gəmilərdə Elektron Xəritə Görüntüləmə və İnformasiya Sistemi (Electronic Chart Display and Information System) istifadə edilmək‐ dədir. Bu texnologiya bütün hava şəraitində gəmiləri təhlükəsiz idarə etməyə kömək edir. Elektron Naviqasiya Xəritəsi (Electronic Navigation Chart) naviqasiya vasitəsi olaraq istifadə olunan ənənəvi kağız xəritəni əvəz etmişdir və sahə içərisindəki dərinlik, təhlükələr və s. haqqında müfəssəl məlumatları ehtiva edir. Elektron Naviqasiya Xəritəsi, CİS əməliyyatları üçün məlumat bazasıdır və Elektron Xəritə Görüntüləmə və İnfor‐ masiya Sistemi (EXGİS) isə dəniz mühitindəki real zamanlı CİS tətbiqidir. EXGİS sistemi okeanoqrafik və meteo‐ roloji məlumat laylarından istifadə etməklə sualtı qayıqlara qarşı və desantçıxarma hərbi əməliyyatlarında sıxlıqla istifadə edilməkdədir.
Hava əməliyyatları Döyüş şəraitində hava əməliyyatları, hədəf təyin etmək üçün dəqiq hündürlük məlumatı ilə yanaşı quru əməliyyatların‐ da istifadə edilən məkan məlumatlarına da ehtiyac hiss edir. Bunlara naviqasiya məlumatlarından başqa hədəfin mövqe‐ yi, mülki ərazilərin yaxınlığı, ərazinin qiymətləndirilməsi və meteoroloji şərait haqqında ətraflı məlumatlar daxildir. Virtual reallıq konsepsiyaları effektiv ha‐ va hücumu əməliyyatlarında qırıcı və bombardmançı təyyarələr üçün əhə‐ miyyət kəsb edir. Hava haqqında məlumat Müharibə meydanında hava məluma‐ tının çox böyük əhəmiyyəti vardır. Komandirlər üçün quru, hava və dənizdə həyata keçirilən hərbi əməliyyatların uğurla icra edilməsi real zamanlı hid‐ rometeroloji məlumatlarının olmasından çox asılıdır. Hər bir komandir küləyin sürəti, havanın temperaturu, yağıntının miqdarı və s. məlumatların hərbi əmə‐ liyyata təsirlərini bilmək istəyir. Günü‐ müzdə Silahlı Qüvvələr 3 günlük və 10 günlük hidrometorolojik məlumatlarla təmin edilirlər. Bu məlumatlar hərbi təyinatlı CİS sistemlərində digər mə‐ lumatlarla birgə inteqrasiya olunmuş formada istifadə edilməkdədir. Mövqe məlumatı Coğrafi İnformasiya Sistemi istənilən meyarlara uyğun olaraq yer axtarmaq, müəyyən edilmiş bölgə haqqında məlumatları təhlil etmək və seçilmiş bölgə üçün qəbul ediləcək qərarlar üçün məlumat təmin etmək qabiliyyətinə malikdir. CİS, seçilmiş regionda müxtəlif alternativlərin təsirini araşdıra və regionun əvvəlki/sonrakı vəziyyətinin monitorinqini apara bilir. Mövqe məlumatı, əməliyyat planlaşdırmasında və strategiyanın formalaşdırılmasında mühüm amildir. CİS mühitində peyk təsvirlərindən istifadə etməklə şəxsi heyəti və hərbi texnikanı sürətli və effektiv bir şəkildə ərazidə yerləşdirmək mümkündür. Eyni zamanda düşmən fəaliyyətlərinin izlənməsi və düşmən bölmələrinin mövqeləri haqqında məlumat əldə etmək üçün yüksək ayırdetmə dərəcəsinə malik peyk təsvirlərindən istifadə edilməkdədir. Logistika idarəetmə Coğrafi İnformasiya Sistemi hərbi logistikada da mühüm rol oynayır, çünki o, təchizatların, avadanlıqların və qoşunların lazımi vaxtda və yerdə lazım
61
olan yerə daşınmasına vasitəçilik edir. CİS‐dən istifadə etməklə əsas marşrutlara alternativ marşrutların müəyyən edilməsi həyata keçirilir. Alternativ marşrut, əsas marşrutda baş verəcək hərhansı bir hadisə və ya tıxac halində istifadə olunur. CİS bizə marşrut boyunca təyin edilmiş yol tənzimləyici qüvvələrin, yol kəsişmələrinin və digər önəmli ərazi obyektlərin dəqiq koordinat dəyərlərini və onların arasındakı məsafəni əldə etməyə imkan verir. Geoməkan kəşfiyyatı Geoməkan kəşfiyyatı geoməkan və kəşfiyyat məlumatlarının birləşməsi, mürəkkəb təhlili və vizuallaşdırması ilə coğrafi məlumatların səmərəli idarə edilməsinə imkan verir və hərbi əmə‐ liyyatlarda daha yaxşı və daha sürətli qərar qəbul etməyi dəstəkləyir. Maşın öyrənməsi (machine learning) ilə genişləndirilmiş geoməkan kəşfiyyatı proqramı ərazi və strukturlardakı də‐ yişikliklər üzrə xəritələrin hazırlan‐ masına kömək edərək, fəlakətlərə cavab layihələrini daha səmərəli və effektiv edir. Geoməkan kəşfiyyatı həmçinin qoşunları qorumağa, riskləri qiymət‐ ləndirməyə və düşmən əməliyyatları haqqında məlumat əldə etməyə imkan verir. Rəqəmsal xəritə Əməliyyat planının hazırlanması və icrası zamanı müxtəlif məqsədlər üçün rəqəmsal xəritələrə ehtiyac vardır. CİS mühitindəki rəqəmsal məkan laylarının idarəolunması imkanı xüsusi istifadəçi ehtiyaclarını ödəmək üçün müxtəlif növ rəqəmsal xəritələrin hazırlanmasını asanlaşdırır. Rəqəmsal xəritələrin
62 www.poliqon.az
hazırlanması hərbi qərargahlarda lazımi məkan məlumatlarının vizuallaşdırıl‐ masını təmin edir. Komandirlər, real zamanlı əməliyyat ssenarisini təhlil etmək məqsədi ilə tematik məkan məlumatlarından istifadə edirlər. Hərbi əməliyyatlarda bütün qoşun növləri tərəfindən istifadə olunan rəqəmsal xəritənin vahid koordinat sistemində hazırlanması qoşun növləri arasındakı koordinasiyanı maksimum səviyyəyə çıxarır. Bu nüans çoxmillətli qüvvələr tərəfindən icra edilən hərbi əməliyyatlar zamanı xüsusən çox əhəmiyyət kəsb edir. Bosniya müharibəsi buna əyani sübut‐ dur. Bosniya müharibəsi zamanı Avropada istifadə edilən koordinat sistemi (ED‐50) ilə WGS‐84 koordinat sistemi arasında fərqlərin olması çox millətli qüvvələr tərəfindən ayrı‐
ayrılıqda hədəflərin təyin edilməsində bir sıra çətinliklər yaratmışdır. Günü‐ müzdə bu çətinliklərin aradan qalxması üçün vahid koordinat sistemi olaraq WGS‐84 koordinat sistemindən istifadə edilməyə üstünlük verilməkdədir. Nəticə Müxtəlif qoşun növlərini ehtiva edən döyüş əməliyyatlarını icra etmək, logistikanı planlaşdırmaq və yerinə yetirmək, bölmələrin yerdəyişməsini və onlar arasındakı əlaqəni təşkil etmək məqsədi ilə icra edilən müharibə sahəsinin qiymətləndirilməsi mərhələsi üçün inteqrasiya olunmuş bir yanaşma uğurlu döyüş əməliyyatlarının icra olunması üçün lazımi ön şərtlərdən biridir. CİS texnologiyası əməliyyatlarda yer alan hərbiçilərə vəzifələrinin icrasında əhəmiyyətli dərəcədə köməklik edir. Beləki, CİS texnologiyasının Məsafədən Zondlama texnologiyası ilə inteqrasiya olunması hərbiçilərə kəş‐ fiyyat peykləri, təyyarə, hava müşahidə şarı və PUA‐lar vasitəsilə real zamanlı görüntülərin / məkan məlumatlarının əldə edilməsini və emal olunmasını təmin etməkdədir. Məsafədən Zondlama məlumatlarının sahədən əldə edilən məlumatlar ilə birgə istifadəsi ərazidəki real vəziyyəti hərtərəfli analiz etmək üçün vahid bir platforma təmin edir. Müasir dövrdə yüksək ayırdetmə də‐ rəcəsinə malik peyk təsvirlərinin möv‐ cudluğu dəqiqliyi artırılmış rəqəmsal xəritələrin / ortofotoların hazırlanma‐ sına imkan verməkdədir. PQ
MKE gəmi artilleriya qurğusunun dəniz sınaqlarına hazırlaşır Türkiyә uzun müddәtdir tәtbiq edilәn embarqolar sәbәbiylә bütün dünya donanmalarının vazkeçilmәz elementi vә döyüş gәmilәrinin vurucu gücü olan 76/62 mm dәniz topunu tәmin edә bilmirdi. Bu mühüm silah üçün Türkiyәnin xaricdәn asılılığına son qoymaq mәqsәdi ilә Prezident Rәcәb Tayyib Ərdoğanın göstәrişi ilә “Makina vә Kimya Sәnayesi” (MKE) şirkәti Milli Dәniz Topunun (MDT) yaradılmasına başlayıb. MKE-nin rәhbәrliyi altında özәl sektor әmәkdaşlığı ilә 12 aya kimi qısa bir müddәtdә araşdırma-inkişaf (Ar-Ge) işlәri tamamlanaraq 76/62 mm dәniz topu millilәşdirilib. Bu çәrçivәdә tәqribәn 17 min
hissәdәn ibarәt olan vә tamamilә milli vasitәlәrlә istehsal edilәrәk yığılan 76/62 mm Milli Dәniz Topunun istehsalı qısa müddәtdә hәyata keçirilib. MKE-nin 76 mm çaplı Milli Dәniz Topunun MİLGEM kimi platformalarda istifadә edilmәsi planlaşdırılıb. Bununla, Türkiyә dәniz topu istehsal edә bilәn dünyanın 8-ci ölkәsi olacaq. MDT gәmi artilleriya qurğusu halhazırda istifadә olunan dәniz topu sistemlәrindәn fәrqli olaraq yerli vә milli imkanlarla inkişaf etdirilәn rәqәmsal idarәetmә sisteminә malikdir. 76 mm çaplı MDT gәmi artilleriya qurğusu hava, quru vә dәniz hәdәflәrinә qarşı tәsirlidir. Yeni 76/62
dәniz topunun atış mәsafәsi 16 km-dir. Top 5 fәrqli atış rejimi ilә dәqiqәdә 10, 20, 40, 60 vә 80 atәş açmaq qabiliyyәtinә malikdir. Belәliklә, maksimal atış tempi dәqiqәdә 80 atәş tәşkil edir. Sursat tәchizatı sistemi ilә avtomatik doldurularaq gәminin içindәn idarә oluna bilәn topun hündürlük dәyәrlәri, rәqәmsal idarәetmә ekranları sayәsindә anbaan izlәnilә bilәr. Lülәnin çapı 76 mm, uzunluğu isә 4700 mm-dir. Lülә su ilә soyutma sisteminә malikdir. Silah sisteminin kütlәsi döyüş sursatı olmadan 7500 kq vә döyüş sursatı ilә birlikdә 8500 kq civarındadır. Sistem 70 dәst atәş yığımı tutan fırlanan konveyerә malikdir. 2021-ci ilin noyabr ayında 76/62 MDT gәmi artilleriya qurğusunun Konyadakı Karapınar poliqonunda quruda ilk atış sınağı keçirilib. Prezident Rәcәb Tayyib Ərdoğan video mesaj ilә qatıldığı mәrasimdә bildirib ki, Türkiyә inkişaf etdirdiyi Milli Dәniz Topu ilә artıq bu silah sistemini istehsal edәn azsaylı ölkәlәr arasına girib: “Bu silah sisteminin inventara daxil olması ilә birlikdә Türkiyә Hәrbi Dәniz Qüvvәlәri çox daha güclü vә tәsirli hәrәkәt qabiliyyәtinә sahib olacaq. Bundan әlavә, xaricdәn satınalmalarda rast gәlinәn yüksәk xәrc vә gizli embarqolar da artıq tarixә qarışacaq”. MKE mütәxәssislәrinin sözlәrinә görә, MDT-nin tәk vә avtomatik atış sınaqları uğurla hәyata keçirilib. MDT gәmi artilleriya qurğusu liman vә seyr qәbul testlәrinin ardından Türkiyә Silahlı Qüvvәlәrinin invertarına verilәcәk. PQ
MKE “Yavuz” özüyeriyən haubitsa ixrac yolunda Türkiyәnin MKE şirkәti tәrәfindәn milli imkanlar hesabına hazırlanan “Yavuz” özüyeriyәn artilleriya qurğusunun (ÖAQ) sınaqları tamamlanıb. Şirkәt mütәxәssislәrinin sözlәrinә görә, bütün testlәri uğurla nәticәlәnәn “Yavuz” özüyeriyәn haubitsasının hazırda ixracatı gündәmdәdir. MKE şirkәti daxili bazarla yanaşı, xarici bazarın ehtiyac vә tәlәblәrini nәzәrә alaraq istehsal etdiyi “Yavuz” özüyeriyәn haubitsanın satışı üçün adı açıqlanmayan xarici ölkә ilә da-
nışıqları yekunlaşdırıb. Yaxın zamanlarda MKE “Yavuz” ilә ixrac uğuru qazanan mәhsullarına bir yenisini әlavә etmәyә hazırlaşır. MKE şirkәti “Fırtına” haubitsasının sahәdә effektivliyini artırmaq vә bu sahәdә yüksәk ixrac potensialını dәyәrlәndirmәk üçün apardığı araşdırmalar çәrçivәsindә “Yavuz” haubitsasını hazırlayıb. Uzun illәr yedәkdә daşınan vә özüyeriyәn haubitsalarda istifadә edilәn silah sistemi 6x6 tәkәr formuluna malik nәqliyyat vasitәsi üzәrinә inteqrasiya edilib. Türkiyә Silahlı Qüvvәlәri tәrәfindәn hәyata keçirilәn daxili vә sәrhәdyanı әmәliyyatlarda atәş dәstәyi tәmin etmәk üçün hazırlanan “Yavuz” da “Fırtına” haubitsasında olduğu kimi 155 millimetr 52 kalibrli silah sisteminә malikdir. “Yavuz” haubitsa sistemi üçün istifadә edilәn nәqliyyat vasitәsi tamamilә zirehli olaraq hazırlanıb. Sistemin atәşә hazırlaşması maksimum 1 dәqiqә, atışı tamamlayıb mövqeyi dәyişmәsi isә maksimum 2 dәqiqә çәkir. 40 kilometr atış uzaqlığına sahib “Yavuz” haubitsası 1 dәqiqәdә 4-6 atәş aça bilir. Analoqlarından üstünlüyü “Yavuz” haubitsasının daha az texniki xidmәt vә asan nәql edilmәsi üstünlüklәrinә malik olmasıdır.
63
Polşa 250 ədəd “Abrams” M1A2 SEPv3 tankı alıb
İran HDQ üçün əlavə iki esmines inşa edilir İranda yerli və milli imkanlar hesabına Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə “Zaqros” və “Dəmavənd 2” adlı iki esmines inşa edilir. İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı admiral Şəhram İrani bildirib ki, yeni esmineslərin tikintisi plana uyğun davam etdirilir. HDQ komadanı yaxın vaxtlarda “Zaqros” və “Dəmavənd 2” esmineslərinin tikintisinin tamamlanacağını və sınaq‐ lardan keçirildikdən sonra İran HDQ‐nin istismarına veriləcəyini deyib. Admiral Şəhram İraninin sözlərinə görə, HDQ‐nin ehti‐ yaclarının qarşılanması üçün son illər yerli istehsalatda mühüm irəliləyişlər olub. Belə ki, İran HDQ‐yə keçən ilin iyununda “Dena” esminesi və “Şahin” minaaxtaran gəmisi təhvil verilib.
Polşa öz ordusunu ən müasir ABŞ tankları ilə təchiz etmək istəyini təsdiqləyib. Artıq döyüş maşınlarının alınması ilə bağlı müqavilə imzalanıb. Polşanın müdafiə naziri Mariuş Blaşak sövdələşmənin dəyərinin təxminən 4,75 milyard ABŞ dolları olduğunu açıqlayıb. O bildirib ki, çatdırılmalar qısa müddətdə həyata keçiriləcək və ilk tanklar ilin sonuna qədər Polşaya gətiriləcək. Müdafiə nazirinin sözlərinə görə, digərləri ilə yanaşı, “Abrams” M1A2 SEPv3 tanklarında HIMARS buraxma qurğuları və F‐35 qırıcı təyyarələri ilə qarşılıqlı əlaqə yaratmağa imkan verən sistemlər olacaq. Yeni “Abrams” tankları proqramlaşdırıla bilən sursatlardan da istifadə edə biləcək. 2002‐ci ildə özünün tank parkının doldurulması proqramı çərçivəsində Polşa Almaniya Bundesverinin ehtiyatlarından 128 ədəd “Leopard” 2A4 tankı alıb. 2013‐cü ildə Müdafiə Nazirliyi Almaniyadan daha 119 ədəd işlənmiş “Leopard” tankının A4 və A5 modifikasiyalarının alınması ilə bağlı müqavilə imzalayıb. Qeyd edək ki, Polşa həmçinin T‐72 tanklarının geniş parkına və onun təkmilləşdirilmiş RT‐91 “Twardy” versiyasına malikdir.
“Camaran” sinfinin dördüncü esminesi olan “Dena” müxtəlif müdafiə sistemləri ilə təchiz olunub. “Dena” esmi‐ nesi müxtəlif hava, suüstü və sualtı təhlükələri aşkar etmək, izləmək, onların qarşısını almaq və zərərsizləşdirmək kimi qabiliyyətlərə malikdir. İran HDQ‐nin inventarına yeni qəbul edilən “Şahin” mi‐ naaxtaran gəmisi dənizdə minaları aşkarlamaq və zərərsizləşdirmək üçün nəzərdə tutulub.
ABŞ HDQ “USS Delaware” atom sualtı qayığını istismara verib ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) rəsmən “Vircinia” sinfinə aid yeni atom sualtı qayıqla silahlanıb. “USS Delaware” sualtı qayığının donanmaya təhvil verilməsi ilə bağlı mərasim keçirib. Bildirilib ki, “USS Delaware” (SSN 791) atom sualtı qayığı suya 2018‐ci ildə buraxılıb. O, “Vircinia” sinfinin “Block III” modifikasiyasının sonuncu – səkkizinci sualtı qayığıdır. Lakin
64 www.poliqon.az
COVID‐19 ilə bağlı vəziyyəti nəzərə alaraq, döyüş növbətçiliyinə keçid mərasimi ənənəvi hissə olmadan baş tutub. İndi isə ABŞ‐ın birinci xanımı Cil Bayden və prezident Co Bayden “USS Delaware” sualtı qayığını rəsmi olaraq istismara veriblər. Dördüncü nəslə aid çoxməqsədli “Vircinia” tipli sualtı qayıqlar 500 m‐ə qədər böyük dərinliklərdə sualtı qayıqlarla
mübarizə aparmaq, həmçinin sahilyanı zonalarda əməliyyatlar üçün təyin edilib. “Vircinia” tipli sualtı qayıqlar kəşfiyyat apara, xüsusi təyinatlıları sahilə çatdıra, maneə qoya və sualtı minalanma işlərini həyata keçirə, həmçinin digər sualtı, xüsusən də axtarış‐xilasetmə işləri yerinə yetirə bilir. Sualtı qayıq 12 ədəd “Tomahawk” qanadlı raketi və 4 ədəd torpedo aparatı üçün buraxma qurğuları ilə təchiz olunub. Sualtı qayığın heyətində 134 nəfər var. “Vircinia” sinfinə aid sualtı qayıqların uzunluğu 114,9 metr, eni 10,3 metr, subasma qabiliyyəti isə 7800 tondur. Maksimal suyadalma dərinliyi 500 m‐dən çoxdur. 33 il fasiləsiz işləmək üçün nəzərdə tutulmuş S9G atom reaktoru su reaktivinin 25 düyün (46 km/saat) sürətə çatması üçün kifayət qədər enerji istehsal edir. Sualtı qayıqların hər bir sonrakı modifikasiyası kompanovka, silahlanma və heyət tərkibində kiçik fərqlərə malikdir.