POLIQON / AZERI DEFENCE Military Magazine 6 (62) 2022

Page 1

FÖVQƏLADƏ

FHN-in yeni aldığı xüsusi təyinatlı texnikalara baxış..........................4

MÜDAFİƏ

2022-ci ilin yekunlarına dair Mudafiə Nazirliyinin Kollegiya iclası......8 Daxili Qoşunların Hərbi Şurasının iclası................................................8

İNNOVASİYA

Yeni nəsil Multi-INT missiya uğuruna gedən yolu işıqlandırır...........10 TƏHLÜKƏSİZLİK

“Vətən muharibəsinin təcrubələri” konfransı.....................................12

TƏHLİL

Müasir tapanca-pulemyotlar və onların silahlı quvvələrdə yeri.......14 ÖLKƏ

Dovlət budcəsində milli təhlukəsizlik xərcləri artırılır.......................20 Birgə muəssisələrə silah istehsalı və satışına dair icazə veriləcək ...........................................................................................20

Andrey Sipilin Prezidentin hərbi-texniki təminat məsələləri uzrə koməkcisi təyin edilib............................................................................20 Azərbaycanın üzləşdiyi mina probleminə dair Cenevrədə tədbir keçirilib.........................................................................................20 XƏBƏR AzTU-da TEKNOFEST-2023 ilə bağlı infosessiya keçirilib.................21 TUSAŞ AzTU-da yeni layihəyə başlayıb ................................................21 MSN ETİ “Lentatek” və “Ayesaş” şirkətləri ilə memorandumlar bağlayıb...................................................................................................21 SƏRGİ IDEAS-2022 – MUDAFİ̇Ə SƏNAYESİNİN CƏNUBİ̇ ASİYA GÖRÜŞÜ......22 MÜSAHİBƏ

“SHIBLI” Azərbaycanda birgə istehsal müəssisəsi yaratmaq istəyir....29 PULS ASELSAN Azərbaycanda yeni rabitə vasitələrini birlikdə istehsal edə bilər...................................................................................................32

SƏNAYE

SDT Azərbaycan və Pakistanla müdafiə sənayesi sahəsindəki birliyi gücləndirmək istəyir....................................................................34

MÜDAFİƏ

“Koç Savunma” sistemləri Azərbaycanın ehtiyaclarını qarşılmağa hazırdır ....................................................................................................37

SİLAHLANMA

Murat KURTULUŞ: Azərbaycanla texnologiya sahəsində də əməkdaşlığımızı artıra bilərik ...............................................................39

VİSİON

Burak AKBAŞ: Azərbaycanda hədəflədiyimiz layihələr ətrafında müzakirələr aparırıq ...............................................................................42

TEXNOLOGİYA

Adnan METİN: Azərbaycanda HHM sahəsindəki layihələrdə iştirak edirik, qarşıda bizi çox mərhələli iş gözləyir .......................................44

TANITIM

“Nurol Teknoloji” – Pakistan Ordusunun zirehlə təminatında əsas tərəfdaşı .................................................................................................46

ANALİZ

Region ölkələrinin hərbi helikopter parkı: mövcud vəziyyət və inkişaf planları.....................................................................................................48

DÜNYA

Gürcüstanda PUA istehsal edəcək zavodun tikintisi başa çatmaq üzrədir .....................................................................................................56

Pakistan PIMEC beynəlxalq dəniz sərgisinə hazırlaşır.....................56 Ermənistan Hindistandan 155 mm çaplı haubitsalar alır................56

10 4 14 48 39 8 29 24

Redaktordan ?

POLİQON

(AZERI DEFENCE) jurnalının yaradıcısı mərhum Rəşad SÜLEYMANOV

POLİQON

Hərbi­texnoloji jurnal NOYABR–DEKABR

№06 (62) 2022

Tel: (+994 77) 311-81-18 E­mail: poliqonjurnal@gmail.com azeridefence@gmail.com Web: www.poliqon.az www.azeridefence.com

Ünvan: Bakı şəhəri, Oskar Əfəndiyev küç. 110 Ariana Business Park 401

Türkiyə təmsilçiliyi Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence-tr@etkilesimltd.com

Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 21 iyun 2012-ci ildə dövlət qeydiyyatına alınıb.

“POLIQON JURNALI” MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702953031

Reklam materiallarına görə POLİQON jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir.

“MİLLİ PRİNT” MMC­nin mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır 11.01.2023

Format 60x901/8

Dəyərli oxucu!

Azərbaycanda fəaliyyət göstərən birgə müəssisələrə silah istehsalı və satışına dair icazə veriləcək. Bununla əlaqədar “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” fərmanda dəyişiklik edilib.

Beləliklə, Azərbaycanda döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı dövlət müəssisələrinin iştirak etdiyi birgə müəssisələr tərəfindən də həyata keçiriləcək.

Bu isə onu deməyə əsas verir ki, Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Dövlət başçısının dediyi kimi, eyni zamanda, bu, ixracyönümlü sənaye olacaq. Silahlı Qüvvələrimizin tələblərinin maksimum təmin edilməsi və ixracyönümlü hərbi sənayenin inkişaf etdirilməsi üçün bu il Azərbaycanda bir neçə müdafiə sənayesi müəssisəsinin istehsala başlayacağı gözlənilir.

Prezident İlham Əliyev bildirib ki, digər tərəfdən, Azərbaycan hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satır: “Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib, Avropa ölkələri də həmçinin. Digər tanınmış oyunçular bu bazarı faktiki olaraq buraxıblar, yəni, bu bazar boş qalır. Amma buna böyük ehtiyac var. Ona görə biz bu bazarı doldurmalıyıq. Mən hesab edirəm ki, biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik. Yəni, hər halda, bunu biz hədəfləmişik və buna doğru gedəcəyik”.

Buradan da aydın görsənir ki, Azərbaycan həm güclü ordu, həm güclü hərbi sənaye kompleksi ilə ölkənin imkanlarını daha da genişləndirəcək.

Ordu xərclərinə böyük vəsait ayıran Azərbaycan 44 günlük Vətən müharibəsində, qısa müddət ərzində işğal olunmuş torpaqlarını azad etməklə ordumuzun gücünü göstərdi. Eyni zamanda, bu günün reallıqları göstərir ki, ordunun daha da inkişafına ehtiyac var. Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi istiqamətində görülən və görüləcək tədbirlərdən danışarkən dövlət başçısı qeyd edib ki, bizim komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Bundan sonra da yeni komando qüvvələri yaradılacaq və onların sayı daha da artacaq. Xüsusi Təyinatlı Qüvvələrimizin də sayı ən azı iki dəfə artırılıb və bundan sonra da artırılacaq. Həmçinin, Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayı artırılıb, Daxili Qoşunların, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılıb. Dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb. Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayı artırılıb.

Bununla yanaşı, silahlı qüvvələrin bütün təchizatı ən yüksək səviyyədə təmin edilir. Bu istiqamətdə, Azərbaycan əsasən Türkiyə və İsrail şirkətləri ilə, digər ölkələrin şirkətləri ilə yeni kontraktlar bağlayıb, eyni zamanda, yerli istehsalı genişləndirmək üçün bir neçə aparıcı şirkətlə danışıqların son mərhələsindədir.

Qapaq fotosu: ASELSAN rabitə vasitəsi

Qiyməti: 6 manat

Baş redaktor Zaur Babaşov

FHN­in yeni aldığı xüsusi təyinatlı texnikalara baxış

rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunacaq.

Fövqəladə hallar naziri generalpolkovnik Kəmaləddin Heydərov dövlət başçısına məlumat verib ki, işğaldan azad edilmiş ərazilərdə yanğından mühafizə üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən “KamAZ” markalı 100 yanğınsöndürən və “Iveco” markalı 50 xüsusi təyinatlı yanğınsöndürən avtomobil alınıb. “Iveco” markalı avtomobillərdən 9-u artıq idxal olunub, 41-nin idxalı isə 2023-cü ilin birinci rübündə nəzərdə tutulur.

Bildirilib ki, “KamAZ” və “Iveco” markalı avtomobillərdən xüsusilə yanğın yerinə şəxsi heyətin, yanğın texniki və xilasedici avadanlıqların, suyun və köpükəmələgətirən maddələrin daşınması, yanğın yerinin fasiləsiz olaraq odsöndürücü maddələrlə təmin edilməsi, çoxmərtəbəli binalardan insanların təxliyəsi və əşyaların çıxarılması, xilasedici və yanğınsöndürənlərin yuxarı mərtəbələrə qaldırılması, lafet lüləsi

vasitəsilə yüksəklikdə yanğınların söndürülməsi, yanğın yerinin işıqlandırılması, eyni zamanda, digər köməkçi işlərin görülməsi üçün istifadə olunacaq. Diqqətə çatdırılıb ki, müxtəlif texnogen, təbii qəzalar və yol-nəqliyyat hadisələri zamanı xüsusi xilasetmə işlərinin aparılması, işğaldan azad edilmiş ərazilərdə yüklərin və köməkçi materialların daşınması üçün FHN tərəfindən “Nissan Patrol” markalı 5, “Lada Niva Travel” markalı 11 və “QAZEL” markalı 6 avtomobil (onlardan 3-ü idxal edilib, digərləri isə cari ilin sonunadək idxal olunacaq) alınıb.

FHN yeni mexaniki minatəmizləmə maşınları alıb Bildirilib ki, nazirlik tərəfindən alınan “GCS (Global Clearance Solutions) – 200” markalı, dizel mühərrikli, kənardan idarəedilən, müasir minatəmizləyən 4 robot işğaldan azad olunmuş

İsveçrənin “Global Clearance Solutions” (GCS) şirkəti tərəfindən istehsal olunan bu minatəmizləyən maşınların gövdəsi V şəklində dizyan edilib. “GCS-200” xüsusi kamera və uzaqdan idarəetmə sistemləri ilə təchiz olunub ki, bu da istifadəçiyə minalı əraziləri təhlükəsiz formada təmizləməsinə imkan verir. Çətin iqlim şəraitində belə işləyə bilən “GCS-200” minatəmizləmə maşınını dizel mühərrik hərəkətə gətirir.

Maşının konfiqurasiyasından və çalışma şəraitindən asılı olaraq uzaqdan idarə edilmə məsafəsi 300-3500 metr arasında dəyişir. Müxtəlif minatəmizləmə mexanizmləri ilə təchiz oluna bilən “GCS200” texnikası 30.5-31.5 sm dərinliyində torpağa basdırılan piyada və tank əleyhinə minaları zərərsizləşdirmək qabiliyyətinə malikdir.

Təqdim edilən texnikalar arasında “Ural” markalı avtomobillər də var. Bu avtomobillərdən də yanğın hadisəsi zamanı yüklərin daşınması və digər işlərin həyata keçirilməsi üçün nəzərdə tutulub.

?Amin Əvəzli 2022­ci il dekabr ayının 9­da Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

Sonra dövlət başçısı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobillərinə baxıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib ki, artan tələbatın və yeni yaradılmış tibb mərkəzlərinin və məntəqələrinin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən xəstəxanaların təcili tibbi yardım avtomobilləri ilə təmin edilməsi diqqət mərkəzindədir.

Agentlik tərəfindən 2020-ci ildən indiyədək 84 ədəd “Fiat Doblo”, 131 ədəd “Mercedes”, 34 ədəd “Ford Transit” markasına aid olan ümumilikdə 249 təcili tibbi yardım avtomobili satın alınıb. Həmçinin xüsusi 2 diferensiallı (4×4) “Mercedes Vito” avtomobilləri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir. Həmin avtomobillərdən 44 günlük Vətən müharibəsi zamanı çətin və yolsuzluq şəraitlərində yaralıların təxliyəsində istifadə olunub.

Bildirilib ki, Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən tibb müəssisələrinin, təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin ümumilikdə 1487 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edilməsi nəzərdə tutulub və indiyədək tibb müəssisələri 909 ədəd tibbi yardım avtomobili ilə təmin edilib.

Təqdim edilən “Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobillərinin 37-si sadə diferensiallı, 7-si xüsusi 2 diferensiallı, 20-si reanimobil və 1-i perinatal küvezli olmaqla, ümumilikdə sayı 65 ədəddir. Avtomobillər xəstə tibb müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərmanlar və tibbi avadanlıqlar ilə təmin edilib. Belə ki, avtomobillərin komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir.

Yeni alınmış təcili tibbi yardım avtomobillərinin bölgüsü aparıldıqdan

sonra ümumilikdə ölkə üzrə istifadədə olan təcili tibbi yardım avtomobillərinin sayı 974 ədəd olacaq.

FHN­in müasir texnika və avadanlıqlarla komplektləşdirilməsi

Respublikada təbii və texnogen xarakterli fövqəladə halların vaxtında xəbərdar edilməsi, nəticələrinin çevik və səmərəli şəkildə aradan qaldırılması işinin vahid mərkəzdən idarə olunması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yaradılıb. Beləliklə, fəlakətlərlə mübarizə

işinin təşkilinə dövlət səviyyəsində sistemli yanaşmada yeni bir mərhələnin əsası qoyulub. Əhalinin mülki müdafiəsinin, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin və xilasetmə işlərinin təşkili, ölkə ərazisində radioaktiv tullantıların zərərsizləşdirilməsi, sənayedə və dağmədən işlərində texniki təhlükəsizliyə və tikintidə təhlükəsizliyə nəzarət kimi mühüm vəzifələri yerinə yetirən bir neçə dövlət qurumunun Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilməsi əhalinin və ərazilərin fövqəladə hallardan daha etibarlı müdafiəsinin təmin olunması sahəsində mühüm rol oynayıb. Nazirlik tərəfindən ötən dövr ərzində fəlakətlərin sistemli qaydada mərkəzləşdirilmiş idarə olunmasını təmin etmək üçün zəruri normativ-hüquqi və maddi-texniki bazanın formalaşdırılması, müxtəlif funksiyaları həyata keçirən qurumlar arasında əlaqəli fəaliyyətin təşkili istiqamətində zəruri işlər görülüb. Nazirliyin fəaliyyətində operativliyin artırılması məqsədilə zamanın çağırış və təhdidləri nəzərə alınaraq müvafiq struktur dəyişiklikləri aparılıb, regional mərkəzlərin fəaliyyəti təmin olunub. Bir sözlə, ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı nəticəsində Fövqəladə Hallar Nazirliyi maddi-texniki cəhətdən hərtərəfli şəkildə təmin edilmiş və qarşısına qoyulmuş məsuliyyətli vəzifələrin öhdəsindən uğurla gəlmək iqtidarında olan mobil bir quruma çevrilib.

Azərbaycan vətəndaşlarının təhlükəsiz həyat və fəaliyyətinin təmin olunmasını ali məqsədi hesab edən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti dəfələrlə çətin sınaqların öhdəsindən layiqincə gəlib. Ötən illər ərzində yaşayış,

sənaye və ictimai-iaşə obyektlərində, o cümlədən iri ticarət mərkəzlərində, meşə və açıq sahələrdə baş vermiş yanğınlar, sel və daşqınlar, uçqun, dağıntı, sürüşmə hadisələri, zəlzələlər və digər fövqəladə hadisələr zamanı operativ və səmərəli müdaxilə tədbirləri ilə nazirliyin qəzaxilasetmə qurumları öz peşəkarlıqlarını nümayiş etdiriblər.

Fövqəladə Hallar Nazirliyi yaradılarkən tabeliyinə verilən qurumların balansında olan xüsusi təyinatlı avtomobillərin və digər nəqliyyat vasitələrinin, avadanlıqların əksər hissəsi mənəvi və fiziki cəhətdən köhnəldiyinə görə müasir tələblərə cavab vermirdi. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, nazirliyin texnika parkının müasirləşdirilməsi istiqamətində ciddi addımlar atılıb, büdcə vəsaitləri hesabına dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müxtəlif təyinatlı maşın və avadanlıqlar alınıb. Nazirliyin qurumlarında əsaslı təmir və yenidənqurma işlərinə xüsusi diqqət göstərilib, yararsız inzibati və texniki binalar, depolar əsaslı təmir olunub, yeniləri tikilərək istifadəyə verilib. Bölgələrdə 9 regional mərkəzin fəaliyyəti təmin edilib.

Artıq müasir yanğınsöndürmə, qəzaxilasetmə maşınlarının, fövqəladə hallar zamanı hadisə yerində böhranları idarə etmək üçün ən müasir rabitə sistemləri ilə təchiz olunmuş və nazirliyin qurumları ilə videokonfrans əlaqəsi yaratmaq gücünə malik mobil qərargah –avtobusun, radiosistemli xüsusi təyinatlı avtomobillərin, hündürlük nərdivanlarının, xilasetmə işlərinin aparılmasında istifadə olunan xüsusi texnikaların, motosikletlərin, mina və hərbi sursatların

aşkar edilməsi və zərərsizləşdirilməsi sistemlərinin, dənizdə xilasetmə əməliyyatları üçün yüksəksürətli və çoxfunksiyalı katerlərin, xilasedici qayıqların, axtarış gəmilərinin, yanğınsöndürmə və digər xilasetmə funksiyalarını həyata keçirən “Be-200 ÇS” amfibiya-təyyarənin, helikopterlərin, tikintilərin mövcud texniki təhlükəsizlik normaları və qaydalarına uyğun aparılmasına nəzarəti həyata keçirmək üçün səyyar laboratoriyaların, fövqəladə hadisə baş vermiş ərazidə, yol şəraiti çətin olan yerlərdə qısa müddət ərzində zərərçəkənlərə tamhəcmli tibbi yardım göstərmək üçün mobil hospitalların, yüzlərlə müxtəlif təyinatlı digər xüsusi texniki avadanlıqların imkanlarından gündəlik iş prosesində bacarıqla istifadə edilir.

Onu da qeyd edək ki, FHN-in qüvvə və vasitələri digər aidiyyəti dövlət orqanları ilə birlikdə ilk günlərdən işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinə fəal şəkildə cəlb edilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları tərəfindən 2021-ci ilin yanvar ayından etibarən Ağdam və Füzuli rayonlarında minatəmizləmə əməliyyatları aparılır.

Minaaxtarma işlərinin keyfiyyətinin yüksəldilməsi və sürətləndirilməsi məqsədilə qısa müddət ərzində dislokasiya məntəqəsi Bərdə şəhərində olmaqla Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsi yaradılıb. Hazırda hərbi hissənin ən müasir texnika və avadanlıqlarla komplektləşdirilməsi işləri sürətlə davam etdirilir. PQ

6 www.poliqon.az

2022­ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası

Dekabr ayının 10­da Azərbaycanın müdafiə naziri generalpolkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2022­ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

İclasda nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri iştirak ediblər. İclasda müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Ali Baş Komandanın tapşırığına əsasən cari ildə ordu quruculuğu sahəsində aparılan islahatlar, qoşunların imkan və qabiliyyətlərinin artırılması, əməliyyat və döyüş hazırlığı, müasir silah və texnika ilə təchizatı, mühəndis və kəşfiyyat xidmətləri, peşəkar kadrlarla komplektləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və digər sahələrdə əldə edilən nailiyyətlər barədə məruzə ilə çıxış edib.

Azərbaycan Ordusunun 2022-ci il ərzində xidməti-döyüş fəaliyyətini

təhlil edən general-polkovnik K.Vəliyev qeyd edib ki, müxtəlif növ hərbi təlimlər və döyüş hazırlığı məşğələlərinin keçirilməsi ilə qoşunların döyüş qabiliyyəti daha da artırılıb, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlib. Azad edilmiş ərazilərdə aparılan mühəndis tədbirləri nəticəsində yeni yolların çəkilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Sonra müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay çıxış edərək Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən, aparılan islahatlar nəticəsində əldə edilən yeni nailiyyətlərdən danışıb.

Daha sonra müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Azərbaycan Ordusunda cari il ərzində qoşunların təminat və

təchizatı sahəsində görülən işlər barədə məruzə edib.

General-leytenant N.Osmanov azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə aparılan quruculuq işləri, yeni istifadəyə verilən hərbi infrastruktur obyektləri, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb.

Daxili Qoşunların Hərbi Şurasının iclası

Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində “2022­ci ildə xidməti­döyüş fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr haqqında” Hərbi Şuranın iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən Hərbi Şuranın sədri, Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov diqqətə çatdırıb ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti ötən il ərzində təhlükəsizliyin təmin olunması, mühüm obyektlərin mühafizəsi, eləcə də digər vəzifələri layiqincə və keyfiyyətlə icra edib. Xüsusən işğaldan azad edilmiş ərazilər üzrə müəyyən edilmiş tapşırıqlar tam həcmdə həyata keçirilib.

2022-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunları barədə Daxili qoşunlar komandanının 1-ci müavini - qərargah rəisi general-mayor Tofiq Hüseynov məruzə edib.

Qeyd olunub ki, Daxili Qoşunlar tərəfindən işğaldan azad edilmiş ərazilərdə yaradılan stasionar postlarda və ayrı-ayrı marşrutlar üzrə xidmət təşkil edilib, mühüm obyektlərin mühafizəsi təmin olunub, xidməti ərazilərin monitorinqi keçirilərək əməliyyat məlumatları fasiləsiz toplanılıb və təhlili aparılıb, aidiyyəti orqanlarla zəruri qarşılıqlı əlaqələr yaradılıb. İl ərzində qoşunlar “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının, “Formula-1 Azərbaycan Qran-Pri” yarışının və digər mühüm beynəlxalq səviyyəli tədbirlərin, futbol oyunlarının keçirilməsi zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olun-

masına cəlb olunub. Bu tədbirlər zamanı, həmçinin işğaldan azad olunmuş ərazilərdə hərbi hissələrin istehkamçı yarımqrupları tərəfindən də onlara həvalə edilmiş aidiyyəti xidməti-döyüş tapşırıqları uğurla yerinə yetirilib.

2022-ci il ərzində qoşunlarda döyüş təlimi müvafiq direktivin tələbləri əsasında keçirilib, hərbi qulluqçuların komandir, ixtisas, atəş və fiziki hazırlıq səviyyəsinin təkmilləşdirilməsi təmin olunub. Daxili Qoşunların hərbi hissələri və ərazi polis orqanlarının birgə fəaliyyətinin və koordinasiyasının təkmilləşdirilməsi məqsədi ilə birgə xüsusi-taktiki təlim məşqləri təşkil olunub keçirilib.

Bununla yanaşı, məruzədə 2022-ci il ərzində Daxili Qoşunların şəxsi heyəti ilə tərbiyə işinin təşkilinin və hərbi intizamın vəziyyətinin qənaətbəxş olduğu vurğu-

8 www.poliqon.az

Qoşunların təyin olunmuş normalara uyğun vaxtında bütün növ maddi-texniki vəsaitlərlə təmin olunması, silah və hərbi texnikanın daim döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılması, şəxsi heyətin həyat və sağlamlığının qorunması, keyfiyyətli qidalanmasının təşkili ilə bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, yüksək dağlıq ərazilərdə yerləşən döyüş mövqelərində ərzaq, əşya, yanacaq, odun ehtiyatı normalara uyğun olaraq yaradılıb, şəxsi heyət isti geyimlə təmin edilib və ümumilikdə maddi-texniki təminat üzrə cari il ərzində qarşıya qoyulan məqsədlərə nail olunub.

General-leytenant N.Osmanov zirehli və avtomobil texnikasının döyüşə hazır vəziyyətdə saxlanılması istiqamətində müvafiq işlərin həyata keçirildiyini, birləşmə, hərbi hissələrin raket və döyüş sursatları ilə normalara əsasən tam təmin olunduğunu bildirib.

İclasda çıxış edən nazir müavinləri Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin inkişafı və təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirildiyini vurğulayıblar.

Sonra Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti təhlil edilib.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilən Azərbaycan-Türkiyə birgə təliminin nəticələri təhlil edilib. Bakı şəhəri, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edən “Qardaş yumruğu” təliminin xüsusi əhəmiyyətə malik olduğu və qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirildiyi bildirilib.

Müşavirənin yekununda çıxış edən general-polkovnik Z.Həsənov birgə təlimlərin regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verdiyini qeyd edib.

Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanının Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətini, eləcə də 2022-ci ildə Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara cavab olaraq keçirilən əks-hücum əməliyyatlarını yüksək qiymətləndirdiyini bildirib.

Ali Baş Komandan tərəfindən 2023cü il üzrə Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqları kollegiya iştirakçılarına çatdıran nazir şəxsi heyətin peşəkarlığı və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, o cümlədən təlimlərin və səhra məşğələlərinin intensivliyinin artırılmasının əhəmiyyətini vurğulayıb.

Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib.

Döyüş növbətçiliyi və gündəlik xidməti fəaliyyət zamanı yanğın və digər təhlükəsizlik qaydalarına ciddi riayət olunması, şəxsi heyətin ideoloji iş və mənəvi-psixoloji təminatının daha da gücləndirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Xidməti müşavirə zamanı azad edilmiş ərazilərdə görülən mühəndis tədbirlərinə dair konkret tapşırıqlar verilib.

Müdafiə naziri qış mövsümündə Azərbaycan Ordusunun, xüsusilə dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin təminat məsələlərinə ciddi nəzarət edilməsi, dayaq məntəqələri və döyüş mövqelərində maye, odun, kömür yanacağı da daxil olmaqla yaradılan bütün növ ehtiyatın ciddi nəzarətdə saxlanılmasına dair aidiyyəti üzrə vəzifəli şəxslərə göstərişlər verib.

Sonda şəxsi heyətin xidməti və sosialməişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də tibbi təminat məsələləri ilə bağlı müvafiq tapşırıqlar verilib.

lanıb. Bildirilib ki, respublikada baş verən ictimai-siyasi hadisələr daim diqqət mərkəzində saxlanılıb, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm dövlət quruculuğu prosesi, dövlətimizin beynəlxalq arenada nüfuzunun artması şəxsi heyət arasında geniş təbliğ edilib. Qanunçuluğun və hərbi intizamın möhkəmləndirilməsi, xəsarətalma hallarının və nizamnamədənkənar münasibətlərin qarşısının alınması, kollektivlərdə sağlam mənəvi-psixoloji mühitin yaradılması diqqətdə saxlanılan məsələlərdən olub.

Həmçinin ötən il ərzində Daxili Qoşunlarda maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı tədbirlərin ardıcıllıqla davam etdirilməsi, şəxsi heyətin kazarmaməişət şəraitinin müasir standartlara uyğunlaşdırılması və hərbi qulluqçuların zəruri tələbatlarının təminat normalarına uyğun təmin olunması da diqqətə çatdırılıb.

Daha sonra bir neçə hərbi hissə komandiri və onların müavinlərinin mövcud vəziyyət, diqqətçəkən nöqsan və çatışmazlıqların yaranma səbəbləri barədə hesabat-çıxışları dinlənilib. Çıxışlar zamanı qeyd olunub ki, ümumilikdə, hərbi hissələr qarşıya qoyulmuş tapşırıqlardan irəli gələn vəzifələri tam həcmdə yerinə yetiriblər.

Çıxışlardan sonra Daxili qoşunların komandanı növbəti ildə qarşıda duran vəzifələrlə əlaqədar aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verib.

Sonda iclasa yekun vuran generalleytenant Ş.Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətinin bundan sonra da müəyyən edilmiş vəzifələri, habelə qarşıya qoyulacaq tapşırıqları tam həcmdə və əzmlə yerinə yetirəcəyinə əminliyini ifadə edib, hərbi qulluqçulara fəaliyyətlərində uğurlar arzulayıb.

9

Yeni nəsil Multi­INT missiya uğuruna gedən yolu işıqlandırır

Günümüzdə mühüm qərarlar qəbul edənlər əməliyyat məqsədlərinə çatmaq və insanların həyatını xilas etmək üçün effektli kəşfiyyat/zehniyyatın dəyərini çox yaxşı başa düşürlər. Ssenaridən asılı olmayaraq düşmən ərazisinə daxil olan döyüş qrupları, mübahisəli hava məkanında hədəflərinə yaxınlaşan döyüş təyyarələri və ya təbii fəlakətdən sonra təcili şəkildə sağ qalanları axtaran bölmələr düzgün kontekstdə və vaxtında lazımi məlumata malik olmalıdır.

Paradoksal olaraq, son 20 ildə yüksək effektiv sensor sistemlərinin yayılması - peyklərdən tutmuş əllə buraxılan dronlara qədər – bu gün taqım komandirini, tank komandirini, pilotu, hərbi dəniz silahları sistemi zabitini və fövqəladə hallar koordinatorunu belə böyük həcmdə radar, SIGINT (Signals intelligence), elektro-optik və kiber kəşfiyyat məlumatları ilə qarşı-qarşıya qoyub. Bununla, əslində sürətli və effektiv qərar qəbul etmək daha da çətinləşib. Əvvəllər xüsusi yüksək keyfiyyətli kəşfiyyat məlumatının əldə edilməsi müstəsna hadisə idisə, bu gün çoxlu sayda qabaqcıl sensorlar və sistemlər xam kəşfiyyat materialının sonsuz axınını təmin edir. Bu məlumatlar tez və effektiv şəkildə işlənmədikcə, əsas məlumatlar eyni vaxtda yaranan qarışıqlıq və kənar müdaxilələr tərəfindən gizlədilə bilər.

Eyni zamanda, döyüş sahəsi daha mürəkkəb, hibrid və dinamik hala gəlib - daha qeyri-müəyyən, da-

ha az asanlıqla müəyyən edilmiş hədəflərlə doludur. Beləliklə, aydın və dəqiq kəşfiyyat mənzərəsi yaratmaq üçün hər bir mövcud mənbədən müvafiq məlumatın hər bir hissəsinin istifadəsi bu çağırışlara cavab vermək üçün əsas əhəmiyyət kəsb edir. İsrailin “Israel Aerospace Industries” (IAI) Qrupunun və onun “ELTA Systems Ltd” (ELTA) törəmə şirkətinin Kəşfiyyat və C4ISR şöbəsinin meneceri, ehtiyatda olan polkovnik Şey Abraham POLİQON jurnalına açıqlamasında xidmətdə olduğu zaman Hərbi Hava Qüvvələrinin Kəşfiyyat bölməsinin komandiri kimi dəfələrlə müxtəlif mənbələrdən real vaxt rejimində daxil olan böyük həcmli məlumatların mənasını başa düşmək üçün mübarizə apardığını və komandirlərinə qərarların qəbulu üçün lazım olan kritik məlumatları verdiyini bildirib. Ş.Abraham vurğulayıb ki, C4ISR texnologiyasının inkişafında 10 ilə yaxın təcrübəsi olan ELTA mövcud çoxdomenli sensor məlumatlarının

böyük həcmindən istifadə etmək zərurətini anlayaraq, səylərini onun istifadə oluna bilən informasiyaya çevrilməsini asanlaşdıran texnologiyalara yönəldib. Bu ehtiyacları ödəmək üçün isə ELTA-nın Kəşfiyyat və C4ISR şöbəsi tərəfindən NG MultiINT (Next Generation MultiIntelligence Analysis - Yeni Nəsil Multi-Kəşfiyyat Analizi) platforması hazırlanıb.

Ş.Abraham bildirib ki, bu sistem gələn məlumatların geniş spektrini həm ardıcıl və vahid mənzərəyə inteqrasiya etmək, həm də komandiri müvafiq kontekstdə müəyyən informasiya ilə təmin etmək üçün nəzərdə tutulub. Ən son AI/ML (Artificial Intelligence and Machine LearningSüni İntellekt və Maşın Öyrənməsi) üsullarını özündə birləşdirən bu yüksək avtomatlaşdırılmış platforma, qərar qəbul edənləri məlumatın çoxluğu ilə boğmaq əvəzinə onları faydalı informasiyaya çevirir.

“Süni İntellekt (AI) alətləri bizə həllimizi missiyaya xas üstünlüklərə,

10 www.poliqon.az

vaxtlara və həllediciliyə uyğunlaşdırmağa imkan verir. Bu konsepsiyanı “Kontekstdəki Effektli Kəşfiyyat” adlandırırıq. Sistem tərəfindən çıxarılan məlumatlar istifadəçilər üçün onların xüsusi tələblərinə uyğun olaraq artırılmış reallıq (AR) kimi göstərilir. Eyni zamanda son istifadəçinin missiyasına və seçimlərinə uyğun olaraq hədəfləri, təhdidləri, eləcə də fikirləri avtomatik bildirir”, - deyə Ş.Abraham qeyd edib.

Polkovnik NG Multi-INT platformasının yüksək dərəcədə kosmos, hava, dəniz və yer sensorları, o cümlədən RADARINT, IMINT, COMINT, GEOINT, HUMINT, FMV tam hərəkətli video, LDS buraxılışı aşkarlama sistemləri, WAMI geniş sahə hərəkətli görüntü və kiber kəşfiyyat kimi geniş çeşidli girişlərdən istifadə etdiyini deyib. Onun sözlərinə görə, sistem üçüncü tərəfin ISR (Intelligence, Surveillance and Reconnaissance - Kəşfiyyat, Müşahidə və İncələmə) sensorları ilə qarşılıqlı əlaqəni asanlaşdıran açıq mənbə bulud əsaslı arxitekturaya malikdir. Xüsusilə, NG Multi-INT NATO-nun qarşılıqlı fəaliyyət standartına uyğun olaraq qurulmuş bütün məlumat mənbələrini dəstəkləyir – genişləndirilmiş ISR STANAG 4676 izləmə standartına cavab verir. Sistem real vaxt rejimində çoxlu intizam məlumatlarını strukturlaşdırır və emal edir.

“Müasir mikro xidmətlər arxitekturasından yararlanaraq sistem məlumatların incələnməsi, genişləndirilmiş istismarı və avtomatlaşdırılmış informasiya assosiasiyası üçün ağıllı əməliyyat proqramları dəstini təmin edir. Əməliyyat tətbiqlərinə ISR optimizasiyası, situasiya məlumatlılığı, böyük məlumat analitikası, video analitika və avtomatlaşdırılmış siqnallar daxildir. NG Multi-INT istifadəçilərə əməliyyat tətbiqi vasitəsi ilə qarşılıqlı əlaqə qurmağa, müxtəlif növ hədəflər, fəaliyyətlər və missiyalar üçün öznün kəşfiyyat məntiqi dəstlərini və hədlərini müəyyən etməyə imkan verir.

Sistem hava, quru və dəniz sahələrində istifadəçiyə konkret

üstünlüklər təqdim edir. NG MultiINT-in birləşdiyi, üst-üstə düşdüyü və avtomatik olduğu Hava Üstünlüyü missiyaları kontekstində əla nümunə ola bilər. Belə ki, sistem SIGINT, SAR, GMTI və video mənbələri ilə düşmənin “yer-hava” tipli raketlərini aşkar etmək, müəyyən etmək və izləmək üçün hədəfin aşkarlanması ilə onun zərərinin qiymətləndirilməsinə qədər tam əməliyyat zəncirini təmin edir”, - deyə Ş.Abraham vurğulayıb.

Bir çox kəşfiyyat təşkilatlarında əsas diqqətin məlumatların toplanmasından onların təhlilinə keçidiyini

bildirən Ş.Abraham ELTA-nın gələcək tələblərə cavab verməyə hazır olduğunu bildirib: “AI və ML texnologiyaları qarşıdakı gələcəkdə üstünlük təşkil edəcək və kəşfiyyat təhlili proseslərini müəyyənləşdirəcək. NG Multi-INT istifadəçilərə missiyaya xas üstünlüklərə, vaxta və həllediciliyə uyğun olaraq fərdiləşdirilmiş həlli uyğunlaşdırmağa imkan verən AI və ML alətlərini özündə birləşdirir. ELTA şirkətinin Kəşfiyyat və C4ISR şöbəsi NG MultiINT ilə birlikdə bu inqilabda lider mövqe tutmaq üçün hazırdır”. PQ

11

“Vətən müharibəsinin təcrübələri” konfransı

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatına görə, tədbirdə Azərbaycanın Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov, müdafiə naziri general-polkovnik Zakir Həsənov, DTX-nin rəisinin birinci müavini general-leytenant Ceyhun Şadlinski, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general-mayor İlqar Abbasov, hüquq-mühafizə və digər dövlət orqanlarının rəhbər əməkdaşları, Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahının və Milli Təhlükəsizlik Şurası Baş Katibliyinin nümayəndələri iştirak ediblər.

Konfransın məqsədi Vətən müharibəsinin nəticələrinin təhlilinin və müharibədə qazanılmış hərbi təcrübənin aidiyyəti qurumlar arasında mübadiləsinin təmin olunmasıdır.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin “Şöhrət” muzeyinin qarşısında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Ulu Öndərin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Öncə çıxış edən Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov tədbirin təşkilində göstərdiyi dəstəyə görə DTX-nin rəhbərliyinə minnətdarlığını ifadə edib, bu mövzuda konfransın

keçirilməsinin əhəmiyyətindən danışıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında şanlı qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin tariximizdə silinməz iz buraxdığını, bu müharibənin ordumuzun döyüş təcrübəsinin artırılmasında əvəzsiz rol oynadığını, hərbi əməliyyatların planlaşdırılması və aparılmasının xarici ölkələrin hərbi müəssisələrində öyrənildiyini diqqətə çatdırıb. General-polkovnik Ramil Usubov müharibənin nəticələrinin təhlilinin və əldə olunan təcrübənin milli təhlükəsizliyin etibarlı təminatı, silahlı qüvvələrimizin müdafiə qabiliyyətinin artırılmasında önəmli amil olduğunu bildirib.

Daha sonra müdafiə naziri generalpolkovnik Zakir Həsənov çıxış edərək ölkə rəhbərinin tapşırığı əsasında, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun hərbi potensialının artırılması yönümündə həyata keçirilən islahatlar, yeni hərbi birliklərin yaradılması, qarşıya qoyulmuş vəzifələrin operativ və çevik yerinə yetirilməsi üçün silahlı qüvvələrimizin şəxsi heyətinin hərbi təhsil səviyyəsinin yüksəldilməsi, müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması barədə məlumat verib.

DTX-nin rəisinin birinci müavini general-leytenant Ceyhun Şadlinski çıxışında qeyd edib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələrin hər vəchlə maneçilik

törətməyə çalışması, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyl etməsi narahatlıq doğuran məqamlardır. Həmçinin vurğulanıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir. İran xüsusi xidmət orqanlarının Azərbaycana qarşı aktiv şəkildə həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətindən də danışan natiq bu istiqamətdə görülən kəsərli tədbirlərdən söhbət açıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev bildirib ki, həm Vətən müharibəsi zamanı, həm də müharibədən sonrakı dövrdə məkrli qüvvələr tərəfindən respublikamızın informasiya təhlükəsizliyinə yönələn təhdidlərin və kiberhücumların qarşısının alınması, savaş dövründə hərbi obyektlərimizin xüsusi rabitə avadanlıqları ilə təminatı, radiostansiyaların işinin səmərəli təşkili üçün digər qurumlarla birgə lazımi tədbirlər görülüb.

Konfrans öz işini noyabrın 25-dək hərbi təhlükəsizlik, səfərbərlik hazırlığı, strateji kommunikasiya, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, mülki müdafiə və digər aidiyyəti mövzular üzrə mühazirələr və panel müzakirələrlə davam etdirəcəkdir.

Noyabr ayının 23­də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda konfrans öz işinə başlayıb.
AN B ‹ST UL l / T ubnats,‹ecemkeçküyüB N A OITNEVNO R C P F A YA Y yekru RETNE S C SERGNO D C N

Müasir tapança­pulemyotlar və onların silahlı qüvvələrdə yeri

? Əhəd Əzizov

Birinci Dünya Müharibəsi zamanı ortaya çıxan və İkinci Dünya Müharibəsi dövrü ordu silahı kimi inkişafının zirvəsinə yüksələn tapança­pulemyotu atəş üçün tapança patronundan istifadə edərək fasiləsiz atış apara bilən, fərdi əl avtomatik atıcı silahıdır. Müasir tapança­pulemyot yüngül, yığcam, 200 m­ə qədər məsafələr üçün nəzərdə tutulan avtomatik yaxın döyüş silahıdır. Adətən impulsuna görə tapança patronuna (800 Coula qədər) ekvivalent patron üçün hazırlanan və yüksək atəş sıxlığı yaratmaqdan ötrü kifayət qədər tutumlu patron maqazininə malikdir.

XX əsrin 60-cı və 70-ci illərində Qərbdə bir silah növü kimi tapançapulemyotun təkamülündə yeni dövrə təsadüf edilib. Beynəlxalq gərginlik və xüsusi xidmət orqanlarının fəallığının, habelə beynəlxalq terrorizmin və mütəşəkkil cinayətkarlığın artmasına cavab olaraq meydana çıxan xüsusi təyinatlı qüvvələrin inkişafı ilə əlaqədar tapança-pulemyotlar da inkişaf edib. Bu silah günümüzdə bütün dünyada döyüş maşınlarının heyətləri, xüsusi təyinatlılar, xüsusilə polis xüsusi təyinatlıları tərəfindən geniş istifadə olunur. Onlar üçün tipik silah nümunəsi olaraq Almaniyanın “Heckler & Koch MP5” tapança-pulemyotunu göstərmək olar. Bu silah konstruksiya baxımından avtomata (hücum tüfənginə) daha çox bənzəyir (əslində G3 tüfəngi əsasında

yaradılıb), lakin formasına, ölçülərinə və çəkisinə görə əvvəlki dövrdə bu sinif silahların ən yığcam nümunələri olan MP40 və ya PPS tapança-pulemyotlarına daha yaxındır.

Bu materialda yalnız hazırda silahanmada olan bəzi müasir tapançapulemyotlara nəzər yetirilir. Buraya hələ istehsal olunmayan prototiplər və ya köhnəlmiş, artıq istifadə olunmayan, eləcə də siyahısı geniş olan digər tapança-pulemyotlar daxil edilməyib.

“Heckler & Koch MP”5 tapançapulemyotu (Almaniya)

Almaniyanın “Heckler & Koch” şirkəti tərəfindən 1960-cı illərin əvvəllərində hazırlanan MP5 tapança-pulemyotu uzunmüddətli istismar nəticəsində çox uğurlu bir konstruksiya

olduğunu artıq çoxdan sübut edib. Yaşına, yeni tapança-pulemyotların yaranmasına və texnologiyanın təkmilləşdirilməsinə baxmayaraq, MP5 Almaniya da daxil olmaqla 90-a yaxın ölkədə silahlı qüvvələrdə silahlanmadadır. Onun istehsalı hələ də davam edir. Bu silah Yunanıstan, İran, Meksika, Pakistan, Səudiyyə Ərəbistanı, Sudan, Türkiyə və Böyük Britaniyada lisenziya əsasında istehsal olunur. “Heckler & Koch MP5” bu sinifin ən məşhur odlu silahlarından biridir. Yayılma baxımından onun yeganə rəqibi İsrailin UZI tapança-pulemyotudur.

MP5 sərbəst çaxmaqlı, standart 9x19 mm “Parabellum” patronu ilə atış aparmaq üçün nəzərdə tutulan seçmə (selektiv) atəş silahıdır. Bununla belə, bu tapança-pulemyot qeyri-adidir,

14 www.poliqon.az

çünki o, qapalı çaxmaqdan atəş açır və “Heckler & Koch G3” avtomatına bənzər rolikli ləngidicili zərbə mexanizminə malikdir. Bu da silahı son dərəcə dəqiq edir. MP5 yüksək keyfiyyətli, etibarlı və dəqiq silahdır.

“Heckler & Koch MP5” tapançapulemyotunun tətik mexanizmləri yarıavtomatik, tam avtomatik və qatarlarla atəş rejimləri daxil olmaqla müxtəlif atış rejimi seçimləri ilə mövcuddur. Müasir versiyalarda lülə qutusunun hər iki tərəfində quraşdırılmış ikitərəfli atəş rejimlərini idarəetmə orqanları var. Ayağaçəkmə qolu lülə qutusunun ön hissəsində, sol tərəfdə quraşdırılıb.

Sözügedən tapança-pulemyotun nişangah tərtibatı digər “Heckler & Koch” silah modellərinə bənzəyir və ön dayaq və arxa dioptrdən ibarətdir. Zamanla bu tapança-pulemyotda bir sıra təkmilləşdirmələr edilib. 9x19 mm çaplı MP5A3 modifikasiyasının boş maqazinlə çəkisi 2,88 kq, uzunluğu (qundaq açıq/ qundaq yığılıb) 660/490 mm, lüləsinin uzunluğu 225 mm-dir. Güllənin başlanğıc sürəti 400 m/san, döyüş atış tezliyi 800 atəş/dəq, praktiki atış tezliyi 40-120 atəş/dəq-dir. Patron maqazininin tutumu 15 və 30 patron, nişangah məsafəsi 150 m, effektiv atəş məsafəsi isə 100 m-dir.

UZI tapança­pulemyotu (İsrail) İsrailin “Israel Military Industries” konserni tərəfindən 1949-cu ildə istehsal edilən UZI tapança-pulemyotu İsrail ordusu tərəfindən özünün sadəliyinə və istehsal asanlığına görə seçilib. UZI son dərəcə uğurlu konstruksiya olduğunu sübut edib. Dünyanın 90-dan çox ölkəsi tərəfindən silahlanmaya qəbul edilib. Hal-hazırda o, dünyanın 70-ə yaxın ölkəsi tərəfindən istifadə olunur. Bu silahın təkmilləşdirilmiş versiyaları hələ də İsraildə istehsal olunur. UZI Belçika və Rodeziyada (indiki Zimbabve) lisenziya əsasında, lisenziyasız surətlər isə Çin və Xorvatiyada istehsal edilib. Həmçinin bu uğurlu silahın çoxsaylı klonları mövcuddur.

UZI quruluş və texnologiya baxımından sadədir. Əsasən ştamplanmış metal lövhədən hazırlanır. Həmçinin nisbətən az kəsici hissələri var. Açıq və yarımsərbəst çaxmağı Standart 9x19 mm Parabellum patronu ilə atəş aparmaq üçün nəzərdə tutulub.

Bu tapança-pulemyot əl qoruyucusu ilə təchiz edilib ki, bu da atəş rejimi keçiricisidir. Onun yarıavtomatik və tam avtomatik atış rejimlər, əlavə avtomatik atış təhlükəsizliyi düyməsi var.

Maqazin silahın əl dəstəyində yerləşdirilib. Bu xüsusiyyət silahı qısaldır və yenidən doldurma daha intuitiv olur. Ehtimal ki, belə konstruksiya xüsusiyyəti Britaniyanın MCEM-2 sınaq tapança-pulemyotundan və ya Çexoslovakiyanın Sa vz.23 tapança-pulemyotundan götürülüb.

UZI tapança-pulemyotunun mənfi tərəfi onun xüsusən də tam avtomatik rejimdə məhdud atış məsafəsi və dəqiqliyidir. Mini-UZI, Micro-UZI və UZI-Pro kimi müasir modifikasiyaları mövcuddur. 9x19 mm çaplı UZI tapança-pulemyotunun baza variantının boş maqazinlə çəkisi 3,5 kq, uzunluğu (qundaq açıq/qundaq qatlanıb) 650/470 mm, lüləsinin uzunluğu 260 mm-dir. Güllənin başlanğıc sürəti 400 m/san, döyüş atəş tezliyi 600 atəş/dəq, praktiki atəş tezliyi 40-120 atəş/dəq-dir. Patron maqazinin tutumu 25, 32, 40 və 50 patron, nişangah məsafəsi 200 m, effektiv atəş məsafəsi 100 m-dir.

FN P90 tapança­pulemyotu (Belçika)

Belçikanın “Fabrique Nationale” (FN) şirkəti tərəfindən 1980-ci illərin sonlarında hazırlanan P90 tipik tapança-pulemyot silah deyil. O, tamamilə yeni döyüş sursatı üçün nəzərdə tutulub və cəbhə xəttində olmayan qoşunlar, nəqliyyat vasitələrinin sürücüləri, tank və artilleriya heyətləri üçün fərdi müdafiə silahı kimi təyin edilib. O, yarandığı dövrün yeni nəsil futurustik silahı hesab olunur. Bu, ilk fərdi müdafiə silahı olaraq, qabarit ölçüləri, çəkisi və atəş gücü baxımından tapança-pulemyotlar və avtomatlar arasında aralıq mövqe tuturdu. P90 hazırda 50-yə yaxın ölkədə hərbi və hüquq-mühafizə qüvvələri tərəfindən istifadə edilir.

FN P90 bir sıra qeyri-adi xüsusiyyətlərə malik sadə konstruksiyadır. Bu, qapalı çaxmaqdan atəş açan “bullpap” (“bullpup”) quruluşuna malik, sərbəst çaxmaqlı seçici atəş silahıdır. FN P90 tapança-pulemyotu minimal ölçü

və çəkiyə malikdir. Onun furnituraları zərbəyə davamlı polimerdən hazırlanıb.

FN P90 tam iki tərəflidir. Lülə qutusunun hər iki tərəfində yenidəndoldurma tutacaqları var. FN P90 tapança-pulemyotunda lülənin üstündə yerləşən qeyri-adi maqazin var. Bu xüsusiyyət silahı mümkün qədər yığcamlaşdırmağa imkan verib. Bu tapança-pulemyot, qırmızı nöqtə tipli böyütməyən kollimator nişangahla təchiz olunub.

5,7x28 mm çaplı FN P90 tapançapulemyotunun boş maqazinlə çəkisi 2,54 kq, ümumi uzunluğu 500 mm, lüləsinin uzunluğu isə 263 mm-dir. Güllənin başlanğıc sürəti 850 m/san, döyüş atəş tezliyi 900 atəş/dəq, praktiki atəş tezliyi 50-150 atəş/dəqdir. Maqazinin tutumu 50 patron, nişangah məsafəsi 150 m, effektiv atəş məsafəsi 150-200 m-dir.

“Heckler & Koch MP7” tapançapulemyotu (Almaniya)

Almaniyanın “Heckler & Koch” şirkəti tərəfindən hazırlanan MP7 tapança-pulemyotu İsrailin UZI və Belçikanın FN P90 tapança-pulemyotlarına rəqib kimi hazırlanıb. MP7 ilk dəfə 2000-ci ildə təqdim olunub. Hazırda o, Almaniya, Yaponiya, Vatikan, Cənubi Koreya və Böyük Britaniya da daxil olmaqla 20-dən çox başqa ölkədə xüsusi təyinatlıların silahlanmasındadır.

“Heckler & Koch MP7” qazla işləyən, seçici atəş silahıdır. Onun daxili quruluşu HK G36 avtomatına bənzəyir, lakin kiçildilmiş ölçülərdədir. Bu tapança-pulemyotdan atış yeni Heckler & Koch 4.6x30 mm yüksək sürətli döyüş sursatları ilə aparılır. İkitərəfli qoruyucu və atəş rejimi keçiricisi tək və ya tam avtomatik atəş etməyə imkan

15
FN P90 tapança­pulemyotu

verir. Lülə qutusunun arxa tərəfində iki tərəfli ayağaçəkmə dəstəyi yerləşir. Bu tapança-pulemyot yaxşı balanslaşdırılıb və idarə olunması asandır. Yalnız bir əldən istifadə edərək tapança kimi də atəş açmaq olar. Bu silahın qatlanan ön əl dəstəyi və yığıla bilən çiyin qundağı var. 20 və ya 40 patron tutumlu maqazin tapança əl dəstəyinin içərisində yerləşir. MP7 silahı lülə qutusunun üstündə standart Picatinny rail tipli nişangah tamasasına malikdir və üzərində müxtəlif nişangahlar quraşdırıla bilər. Ön əl dəstəyi üzərində əlavə aksessuar tamasaları quraşdırıla bilər.

4,6x30 mm çaplı MP7 tapança-pulemyotunun boş maqazinlə çəkisi 1,8 kq, uzunluğu (qundaq açıq/qundaq qatlanıb) 638/415 mm, lüləsinin uzunluğu isə 180 mm-dir. Güllənin başlanğıc sürəti 725 m/san, döyüş atəş tezliyi 950 atəş/dəq, praktiki atəş tezliyi 50-150 atəş/dəq-dir. Maqazinin tutumu 20 və 40 patron, effektiv atəş məsafəsi 200 mdir.

“Heckler & Koch UMP” tapançapulemyotu (Almaniya)

“Heckler & Koch UMP” tapançapulemyotu 1990-cı illərin ortalarında məşhur “Heckler & Koch MP5” tapançapulemyotunun davamçısı kimi hazırlanıb. Əsas məqsəd MP5-dən daha ucuz olan yüngül və güclü tapança-pulemyot yaratmaq idi. Bu silah əsasən ABŞ hüquq-mühafizə orqanları bazarına yönəldilib. Onun istehsalına 1999-cu ildə başlanılıb və hələ də davam edir. Bununla belə, bu silah populyarlıq və yayılma baxımından sələfini geridə qoya bilmədi. “Heckler & Koch UMP” 20-dən çox ölkədə xüsusi xidmət orqanlarında silahlanmada durur.

HK UMP sərbəst çaxmaqlı, qapalı çaxmaqdan seçmə atəş aparan silahdır. Onun müxtəlif versiyaları var. Fərqli patron yuvaları istisna olmaqla, bütün

versiyalar oxşar quruluşa malikdir. UMP yarıavtomatik, tam avtomatik, 2 və ya 3 atışlı rejimlərində atəş aça bilir. Atəş rejimi keçiricisi həm də qoruyucu kimi çıxış edir. Bu atəş rejimi keçiricisi tam ikitərəflidir. Yenidəndoldurma dəstəyi lülə qutusunun ön hissəsində yerləşir.

Bu tapança-pulemyot tənzimlənən mexaniki nişangah tərtibatı ilə təchiz edilir. Eləcə də lülə qutusunun üzərində müxtəlif növ nişangahları quraşdırmaq üçün istifadə edilən nişangah tamasasına malikdir. UMP sağ tərəfə qatlanan qundağa sahibdir. Onun ön əl dəstəyindəki əlavə tamasaya geniş spektrdə müxtəlif avadanlıqlar quraşdırmaq mümkündür.

UMP universal tapança-pulemyotunun boş maqazinlə çəkisi 2,25 kq, uzunluğu (qundaq açıq/qundaq qatlanıb) 692/451 mm, lüləsinin uzunluğu isə 200 mm-dir. .45ACP gülləsinin başlanğıc sürəti 285 m/san, döyüş atəş tezliyi 600-660 atəş/dəq-dir. Maqazinin tutumu 10, 25 və 30 patron, nişangah məsafəsi 100 m-dir.

“Beretta PM12” tapança­pulemyotu (İtaliya)

İtaliyanın “Beretta” şirkəti tərəfindən 1950-ci illərdə hazırlanan “Beretta PM12” tapança-pulemyotu İtaliya ordusu, xüsusi təyinatlılar və hüquq-

mühafizə qüvvələri tərəfindən silahlanmaya qəbul edilib. Müasir standartlara görə, bu silah artıq köhnəlib. Lakin buna baxmayaraq hələ də İtaliyada və bəzi ölkələrdə istifadə olunur və çox güman ki, uzun illər də xidmətdə qalacaq. Bu tapança-pulemyot Belçika, Braziliya, Fransa, Sudan, Nigeriya və İndoneziyada lisenziya əsasında istehsal edilib. “Beretta PM12” tapança-pulemyotunun “Beretta M12s”, “Beretta PM12-SD” və”Beretta PM12S2” modifikasiyaları mövcuddur.

“Beretta PM12” ştamplama polad konstruksiyaya və boruvari lülə qutusuna malikdir. Lülə qutusunun hər iki ucu vintli qapaqlarla bağlanır. Bu silah minimum hərəkətli hissələrə malikdir. PM12 açıq çaxmaqdan NATO standart 9x19 mm Parabellum sursatları ilə atəş açan sərbəst çaxmaqlı silahdır. Atış zamanı silah çox sabitdir. Bunlarla yanaşı, müasir standartlara görə bu tapança-pulemyot çox ağırdır. Bu tapança-pulemyotun istifadəsi çox təhlükəsizdir. Həm mexaniki, həm də avtomatik qoruyucular təsadüfi atışların qarşısını alır. Tapança-pulemyotda atış zamanı silahın dayanıqlığını yaxşılaşdıran quraşdırılmış ön əl dəstəyi var. Əlavə aksesuarların köməyi ilə PM12 üzərinə müxtəlif nişangahlar quraşdırıla bilər.

9x19 mm “Beretta PM12” tapançapulemyotunun boş maqazinlə çəkisi 3,2 kq, uzunluğu (qundaq açıq/qundaq qatlanıb) 660/418 mm, lüləsinin uzunluğu isə 200 mm-dir. Güllənin başlanğıc sürəti 380-430 m/san, döyüş atəş tezliyi 550 atəş/dəq, praktiki atəş tezliyi 30-90 atəş/dəq-dir. Maqazinin tutumu 20, 32 və 40 patron, nişangah məsafəsi 200 m-dir və effektiv atəş məsafəsi 100 m-dən artıqdır.

16 www.poliqon.az
“Heckler & Koch MP7” tapança­pulemyotu
M12s
Beretta

MAC­10 tapança­pulemyotu (AmerikaBirləşmiş Ştatları)

ABŞ-ın “Military Armament Corporation” (MAC) şirkəti tərəfindən 1960-cı illərin ortalarında hazırlanan MAC-10 tapança-pulemyotu ABŞ Ordusu tərəfindən sınaqlardan keçirilib, lakin silahlanmaya qəbul edilməyib. 1976-cı ildə MAC iflasa uğradıqdan sonra bu silahın istehsal hüququ “RPB Industries Inc” şikətinə verilib. Daha sonra bu tapança-pulemyot bəzi başqa şirkətlər tərəfindən də istehsal edilib.

MAC-10 tapança-pulemyotu Çili, Yuqoslaviya və bəzi digər Asiya və Cənubi Amerika ölkələrinə ixrac edilib. Bu silahın surətləri Yaponiya, Cənubi Afrika və Tayvanda istehsal edilib. Bu gün MAC-10 artıq birinci dərəcəli tapança-pulemyot deyil, ancaq hələ də təxminən 15 ölkə silahlı qüvvələri tərəfindən istifadə olunur.

Bu gizli daşıma tapança-pulemyotu yaxın döyüşlər üçün nəzərdə tutulub. Sərbəst çaxmaqlı, açıq çaxmaqdan atəş açan seçmə atəş silahıdır. İsrail UZIsinin bəzi xüsusiyyətlərinə malikdir. 11.43 (.45 ACP) və 9x19 mm Parabellum patronları üçün yuvalı iki əsas MAC-10 (və ya M10) modeli mövcuddur.

Bu silah quruluş və texnologiya baxımından sadədir. Onun lülə qutusu polad lövhədən hazırlanıb və yalnız iki hissədən ibarətdir. Bunlar bir polad sancaqla birləşdirilir. Ümumiyyətlə MAC-10 etibarlı silah hesab olunur.

Ayağaçəkmə dəstəyi silahın yuxarı hissəsində yerləşir. Silah tək-tək atışlar və tam avtomatik atəş üçün tənzim-

ləmələrə malikdir. MAC10 tapança əl dəstəyinə quraşdırılmış qutu formalı maqazinlərdən qidalanır. Bu silahı tapançadan atəş açan kimi bir əllə tutaraq atəş açmaq olar. MAC-10 sadə tənzimlənməyən dioptr tipli nişangah tərtibatına malikdir.

MAC-11 kimi modifikasiyası mövcuddur. Standart .45ACP/9x19 mm MAC-10 tapança-pulemyotunun boş maqazinlə çəkisi 2,84 kq, uzunluğu (qundaq açıq/qundaq qatlanıb) 584/269 mm, lüləsinin uzunluğu isə 146 mm-dir. Güllənin başlanğıc sürəti 330/280 m/san, döyüş atəş tezliyi 1145/1090 atəş/dəq, praktiki atəş tezliyi 40-120 atəş/dəq-dir. Maqazinin tutumu 30/32 patron, nişangah məsafəsi 100 m-dir və effektiv atəş məsafəsi 50-70 m-dir.

atəş aça bilən silahdır. Bu silahın lülə qutusu və bir çox digər komponentləri çəkiyə qənaət etmək üçün polimer materiallardan hazırlanıb. İkitərəfli atəş rejimi keçiricisi tapança əl dəstəyinin üstündə yerləşir.

“Scorpion EVO 3” yana qatlanan, teleskopik dizayna sahib və uzunluğa görə tənzimlənən qundağa malikdir. Bu silahda standart Picatinny rail tipli tamasalar və çıxarıla bilən mexaniki nişangah tərtibatları var. Silahda müxtəlif kollimator nişangahları quraşdırıla bilir. Lülə yatağında üç əlavə tamasa quraşdırılıb.

9x19 mm “Scorpion EVO 3” tapança-pulemyotunun boş maqazinlə çəkisi 2,1 kq, uzunluğu (qundaq açıq/qundaq qatlanıb) 670/410 mm, lüləsinin uzunluğu isə 196 mm-dir. Güllənin başlanğıc sürəti 370 m/san, döyüş atəş tezliyi 1150 atəş/dəq,

“CZ Scorpion EVO 3” tapançapulemyotu (Çexiya)

Çexiyanın “Ceska Zbrojovka” şirkəti tərəfindən hazırlanan “Scorpion EVO 3” tapança-pulemyotu daha çox “Skorpion” olaraq tanınır. “EVO 3” isə onun üçüncü nəsil silah olduğunu bildirir. O, əslində təxminən 2002-ci ildə Slovakiyada hazırlanmış “Luago” tapançapulemyotunun prototipinə əsaslanır. “Luago”nun konstruksiyası “Ceska Zbrojovka” şirkətinə satılıb. Çexiyanın silahlı qüvvələri və polisi tərəfindən silahlanmaya qəbul edilən “Scorpion EVO 3” Argentina, Boliviya, Misir, İndoneziya, Malayziya, Malta, Panama, Paraqvay, Filippin, Serbiya, Tayland, Vyetnam və digər ölkələrə ixrac edilib.

“Scorpion EVO 3” yüngül və yığcam tapança-pulemyotdur. O, sərbəst çaxmaqlı və standart 9x19 mm Parabellum sursatları ilə qapalı çaxmaqdan

praktiki atəş tezliyi 30-90 atəş/dəq-dir. Maqazinin tutumu 20 və 30 patron, nişangah məsafəsi 200 metr və effektiv atəş məsafəsi 100 metrdir.

“Brugger & Thomet MP9” tapança­pulemyotu (İsveçrə)

“Brugger & Thomet MP9” tapançapulemyotu Avstriyanın “Steyr TMP” taktiki avtomatik tapançasının növbəti inkişafıdır. 2001-ci ildə “Steyr” şirkəti satışın olmaması səbəbindən TMP avtomatik tapançasının istehsal lisenziyasını İsveçrə silah istehsalçısına satıb. Hazırda MP9 İsveçrə ordusu və hüquq-mühafizə qüvvələrinin silahlanmasındadır. Bu tapança-pulemyot Bolqarıstan, Hindistan, İndoneziya, Malayziya, Hollandiya, Portuqaliya, Rusiya, Tayland və digər ölkələrə ixrac edilib.

“Brugger & Thomet MP9” sərbəst çaxmaqlı, qapalı çaxmaqdan atəş açan seçmə atəş silahıdır. Bu tapança-

17 MAC­10 CZ Scorpion EVO 3

pulemyot 9x19 mm standart Parabellum sursatları ilə atış aparmaq üçün nəzərdə tutulub. “Brugger & Thomet MP9” tapança-pulemyotu Almaniyanın “Heckler & Koch MP5” və ya oxşar modellərdən kiçikdir, lakin bu tapançapulemyot avtomatik tapançalardan daha çox idarə olunan atəş təklif edir. “Mini Uzi” və “MAC-10” ilə eyni sırada yerləşir. Onun yığcam ölçüsü və yüngül çəkisi bu silahı hüquq-mühafizə qrupları və xüsusi əməliyyat bölmələri üçün uyğun edir. Bununla belə, məsafə və dəqiqlik baxımından daha böyük tapança-pulemyotlara uduzur.

B&T MP9 quraşdırılmış ön əl dəstəyi ilə təchiz olunur və buna görə də tam avtomatik atəş zamanı daha çox idarə oluna bilir. Bu tapança-pulemyotdan bir əllə atəş açmaq mümkündür. Çəkini azaltmaq məqsədi ilə, silahın gövdəsi yüngül polimer materiallardan hazırlanır.

MP9 tapança-pulemyotunun “Steyr TMP” üzərindəki əsas təkmilliyi yana qatlanan qundağın və müxtəlif nişangahları və digər taktiki aksesuarları qəbul edən quraşdırılmış Picatinny rail tipli tamasanın olmasıdır. Bu tapançapulemyot da tənzimlənən nişangah tərtibatlarına malikdir və səs boğucularla uyğun gəlir.

9x19 mm “Brugger & Thomet MP9” tapança-pulemyotunun boş maqazinlə çəkisi 1,4 kq, uzunluğu (qundaq açıq/qundaq qatlanıb) 523/303 mm, lüləsinin uzunluğu isə 130 mm-dir. Güllənin başlanğıc sürəti 370 m/san, döyüş atəş tezliyi 900 atəş/dəq, praktiki atəş tezliyi 40-100 atəş/dəqdir. Maqazinin tutumu 15, 20, 25 və 30 patron, effektiv atəş məsafəsi 50-100 m-dir.

FAMAE SAF tapança­pulemyotu (Çili)

Çilidə FAMAE şirkəti tərəfindən 1993-cü ildə hazırlanan SAF tapançapulemyotu Çili silahlı qüvvələri və hüquq-mühafizə orqanlarının silahlanmasındadır, həmçinin bəzi ölkələrə, o cümlədən Portuqaliyaya ixrac edilib.

FAMAE SAF Almaniyanın məşhur və çox uğurlu “Heckler & Koch MP5” tapança-pulemyotunun nümunəsinə uyğun yaradılıb. O, İsveçrə SIG SG 540 tapança-pulemyotunun lisenziyalı versiyası olan FAMAE tərəfindən istehsal edilən FAMAE SG 540 avtomatına əsaslanır.

FAMAE SAF sərbəst çaxmaqlı, qapalı çaxmaqdan atış aparan silahdır. Üst və aşağı resiverlər (qəbuledicilər) M16 avtomatında olduğu kimi iki polad sancaqla birləşdirilir. Bu tapançapulemyot 9x19 mm standart Parabellum sursatlarının istifadəsi üçün nəzərdə tutulub. .40S&W sursat üçün

PP­19­01 “Vityaz” tapança­pulemyotu (Rusiya)

PP-19-01 “Vityaz” tapança-pulemyotu Rusiyanın “İjmaş” konserni tərəfindən 2004-cü ildə hazırlanıb. Rusiya təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən istifadə edilən standart tapança-pulemyotdur. Bu, PP-19 “Bizon” tapança-pulemyotunun növbəti modifikasiyasıdır. O, zirehli jiletlərlə qorunanlar da daxil olmaqla canlı qüvvəni və zirehli olmayan nəqliyyat vasitələrini (avtomobil və yük maşınları) məhv etmək üçün istifadə olunur.

“Vityaz” tapança-pulemyotu daim təkmilləşdirilir və müxtəlif versiyalarda təqdim olunur. Tapança-pulemyot öz sələflərinin əsasında yaradılıb. Belə ki, “Vityaz” 10 variantında AKS-74U “Kalaşnikov” avtomatının qısaldılmış versiyasına əsaslanır, amma “Vityaz-SN” kimi tanınan 20 variantı isə daha təkmil AK-105 hücum tüfənginə əsaslanır. Modellərin ən azı 70 faiz unifikasiya

Nişangahın arxa dayağı məsafə üzrə tənzimlənir. Daha yeni versiyalar Picatiny rail tipli nişangah tamasaları ilə təchiz edilib.

9x19 mm FAMAE SAF tapançapulemyotunun boş maqazinlə çəkisi 2,97 kq, uzunluğu (qundaq açıq/qundaq qatlanıb) 610/410 mm, lüləsinin uzunluğu isə 200 mm-dir. Güllənin başlanğıc sürəti 390 m/san, döyüş atəş tezliyi 1200 atəş/dəq, praktiki atəş tezliyi 30-90 atəş/dəq-dir. Maqazinin tutumu 30 patron, effektiv atəş məsafəsi 100 m-dən artıqdır.

sasının olması ilə fərqlənir. Bu, ilk növbədə AK “yüzüncü” seriyasında lülə qutusunun və zərbə-tətik mexanizminin dəyişdirilməsi, AK74M avtomatının ştat lülə yatağının və qaz borusunun üzlüyünün quraşdırılması, həmçinin AKS74U avtomatının açıq mexaniki nişangahının sektorlu nişangahla dəyişdirilməsi ilə ifadə edilir. Tapança-pulemyotdan atış üçün müxtəlif növ 9x19 mm patronlardan istifadə olunur.

Optik və kollimator nişangahlarının quraşdırılması üçün tamasanın iki vari-

18 www.poliqon.az
Brugger & Thomet MP9 FAMAE SAF tapança­pulemyotu

antı var: lülə qutusunun qapağında Picatinny rail tamasası olan variant və yan “qaranquş quyruğu” tamasalı variant. Lazer hədəfgöstərici, taktiki fənər və ya ön əl tutacağı quraşdırmaq üçün ön arpacıq blokunda və lülə yatağında xüsusi birləşmə yerləri nəzərdə tutulub. 9x19 mm PP-19-01 “Vityaz” tapança-pulemyotunun boş maqazinlə çəkisi 2,9 kq, uzunluğu (qundaq açıq/qundaq qatlanıb) 698/475 mm, lüləsinin uzunluğu isə 237 mm-dir. Güllənin başlanğıc sürəti 380 m/san, döyüş atəş tezliyi 800 atəş/dəq, praktiki atəş tezliyi 30-90 atəş/dəq-dir. Maqazinin tutumu 30 patron, nişangah məsafəsi 200 m və effektiv atəş məsafəsi 100 m-ə qədərdir.

Bağlı çaxmaqdan atəş aparma prinsipi PP-19-01 “Vityaz” tapançapulemyotundan yüksək dəymə topluluğunu təmin edir. Silahın zərbə-tətik mexanizmi həm avtomatik, həm də təktək atış aparmanı təmin edir.

Ümumilikdə nəzər yetirdikdə, son onilliklərdə zirehli jiletlərin və digər fərdi qoruyucu vasitələrin geniş tətbiqi məhdud enerji imkanları və aşağı dəlmə qabiliyyəti ilə adi tapança patronları istifadə edən tapança-pulemyotların döyüş dəyərinin əhəmiyyətli dərəcədə azaldığını müşahidə etmək olur. Bu, ya xüsusi konstruksiyaya malik gülləli xüsusi zirehdəlici döyüş sursatlarının ya da hətta xüsusi hazırlanan daha güclü patronların istifadəsini məcbur edir ki, bununla da tapançapulemyotun ideologiyasını adi tapança patronu üçün silah kimi tədricən dəyişdirərək onlar üçün belə demək mümkünsə “xüsusi tapança-pulemyot patronları”nın yaradılmasını tələb edir.

Bu ideyanın inkişafı isə öz növbəsində PDW (Personal Defense Weapon - Fərdi Müdafiə Silahı) konsepsiyasına gətirib çıxarıb. PDW konsepsiyası çərçivəsində yeni nəsil tapança patronları üçün avtomatik silah nümunələri yaradılıb ki, bu da əslində tapança və aralıq (avtomat) döyüş sursatı arasında ortalıq təşkil edir. Güc və təpmə enerjisi baxımından tapança patronlarına daha yaxın olan kiçik çaplı itiburunlu güllələrin istifadəsi sayəsində yeni patronlar ballistika baxımından 150-200 m-ə qədər qısa məsafələrdə ilkin sürət və düz güllə trayektoriyaya sahib olmaqla yüksək atış gücünə malik aralıqlarla müqayisə edilə bilər. Belə patronlar ənənəvi

tapança patronları ilə müqayisədə yüksək dəlmə qabiliyyətini təmin edir. Əslində isə söhbət prinsipcə yeni silah növünün yaranmasından gedir. 1990-cı ildə NATO ölkələrində, məqsədi standart 9x19 mm Parabellum tapança patronunun əvəzini tapmaq olan CRISAT (Collaborative Research Into Small Arms Technology – atıcı silahı texnologiyası sahəsində birgə tədqiqat) layihəsi üzərində işlərə başlanıb. Tapşırıq yeni patron üçün iki növ silah yaratmaq idi: 1 kq-a qədər çəkisi olan tapança və 3 kq-a qədər olan tapança-pulemyot/PDW. Birincisi 50 mə qədər, ikincisi isə 150 m-ə qədər olan məsafədə 1,6 mm-lik titan lövhənin və 20 qat Kevların dəlinməsini, eləcə də arxasındakı düşmənin döyüş qabiliyyətini itirməsini təmin etməli idi.

Elə həmin il Belçikada “FN Herstal” şirkəti 5,7x28 mm-lik döyüş sursatı, “FN Five-seven” tapançası və FN P90 tapança-pulemyotundan/PDW ibarət silah-patron kompleksi yaradıb. Bu arada, Çexiyada qeyd olunan konseptə oxşar .17 Libra (4,38x30 mm) patronu hazırlanıb. Çində 90-cı illərin ortalarında oxşar silah kompleksi –5.8x21 mm çaplı DAP92-5.8 patronu, həmçinin onun istifadəsi üçün “Chang Feng” və “Type 05” tapança-pulemyotları silahlanmaya qəbul edilib. 2000-ci illərin əvvəllərində İsveçdə “CBJ Tech” şirkəti tərəfindən CBJ-MS tapança-pulemyot/PDW yaradılıb ki, bu silah plastik altlıqda volfram çapaltı gülləsi olan orijinal 6,5x25 mm çaplı CBJ-MS patronundan istifadə edirdi.

Günümüzdə tapança-pulemyot/ PDW getdikcə daha geniş yayılır, qısaldılmış avtomatlar ideyasının uzun

PP­19­01 “Vityaz” tapança­pulemyotu

müddətdir praktiki həyata keçirilməsinə baxmayaraq, qısaldılmış avtomat istifadəçilərinin ona dair rəyləri hələ də birmənalı deyil.

Beləliklə, biz tapança-pulemyotların təkamülünü qısa izləyərək zamanla tam dövr etdik. Onların tarixi “səngər müharibəsi” üçün çox xüsusi silahın tarixi kimi başlayıb, “polis silahı” kimi davam edib, daha sonra isə tüfəng ilə yanaşı ikinci ən mühüm silaha –İkinci Dünya Müharibəsinin silahına çevrilib. Nəticədə belə silahların polis əməliyyatları, şəhərlərdə terrorla mübarizə əməliyyatları, VIP şəxsləri qoruyan təhlükəsizlik bölmələri və bəzən isə ordu xüsusi təyinatlı bölmələri üçün tələb olunduğu məlumdur. Bununla yanaşı, zamanın tendensiyaları ilə sırf xüsusi nümunələr tərəfindən tamamilə sıxışdırılmazdan əvvəl, eyni vaxtda bir neçə versiyada olsa da bir növ “universal” tapança-pulemyotların dünyanın ayrı-ayrı ordularında kifayət qədər uzun müddət xidmət etmələrini müşahidə etmək olur. Müşahidələrə əsaslanaraq ehtimal etmək olar ki, yeni bir elmi-texniki sıçrayış olacaq və tamamilə yeni texnoloji bazaya malik müasir tapança-pulemyotlar yenidən ordu birləşmələrinin silahlanmasına qayıdacaq. PQ

19

Dövlət büdcəsində milli təhlükəsizlik xərcləri artırılır

Prezident İlham Əliyevin Sərəncamına əsasən Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib. Prezident İlham Əliyevin imzaladığı digər Sərəncamla A.V.Sipilinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.

2023-cü ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik bölməsi üzrə xərclər artırılır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, 2023-cü il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılan vəsait 11.117.500 manat artırılaraq, 5.331.211.093 manat təşkil edəcək. Qanun layihəsinin əvvəlki redaksiyasında 2023-cü il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılan vəsait 5.320.093.593 manat təşkil edirdi. Qanun layihəsinin yeni redaksiyasına əsasən, artırılan vəsait bu bölmə üzrə milli təhlükəsizlik xərclərinə yönəldiləcək. Beləliklə, dövlət büdcəsindən milli təhlükəsizlik xərclərinə ayrılan vəsait 375.354.411 manat olacaq. Əvvəl bu, 364.236.911 manat təşkil edirdi.

2022-ci ilin 21-25 noyabr tarixlərində Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA), Azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi və Xarici İşlər Nazirliyinin rəsmilərindən ibarət nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində keçirilən “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyata yığılması, istehsalı və daşınmasının qadağan edilməsi və onların məhv edilməsi üzrə Konvensiya”nın iyirminci görüşündə iştirak edib.

Azərbaycanda döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı dövlət müəssisələrinin iştirak etdiyi birgə müəssisələr tərəfindən də həyata keçiriləcək.

Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Görüşdə nümayəndə heyəti çıxış edərək Azərbaycanın mövqeyini təqdim edib, ölkənin üzləşdiyi mina problemi, hökumətin apardığı genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün bərpa və yenidənqurma işləri barədə məlumat verib, aparılan minatəmizləmə əməliyyatlarının dayanıqlı inkişafa xidmət etdiyini vurğulayıb.

Həmçinin, hər bir minanın regionda sülhə və əminamanlığa maneə yaratdığı və onları aradan qaldırmaqla regionda sabitliyi və təhlükəsizliyi təmin etməyin vacibliyi qeyd edilib.

Səfər çərçivəsində Azərbaycanın üzləşdiyi mina probleminə həsr olunan “Humanitar Minatəmizləmə işlərinin çətinlikləri və birgə həll yollarına aparan tərəfdaşlıq” mövzusunda yan tədbiri keçirilib. Tədbirin başlıca məqsədi Azərbaycanda mövcud mina probleminin mahiyyətini daha təfərrüatlı şəkildə geniş ictimaiyyətə çatdırmaq və mina probleminin həllinə dair beynəlxalq səviyyədə səylərin birləşdirilməsindən ibarətdir. İşğaldan azad edilmiş ərazilərdə kütləvi şəkildə minalanma, çirklənmə miqyası, humanitar minatəmizləmə əməliyyatları zamanı qarşılaşdığımız çətinlikləri, tətbiq olunan metodologiyaları, cəlb olunan qurumlar tərəfindən minatəmizləmə fəaliyyətini əks etdirən presentasiya və video çarx təqdim edilib. İnnovativ həllərin inkişafı üçün milli imkanların gücləndirilməsində tərəfdaşlıqların rolu, minatəmizləmə fəaliyyəti istiqamətində beynəlxalq resursların cəlb olunmasının önəmi və dəstəyin əhəmiyyəti vurğulanıb.

20 www.poliqon.az
dentin
Andrey Sipilin Prezi­
hərbi­texniki təminat məsələləri üzrə köməkçisi təyin edilib Azərbaycanın üzləşdiyi mina probleminə dair Cenevrədə tədbir keçirilib
Birgə müəssisələrə silah istehsalı və satışına dair icazə veriləcək

AzTU­da

ilə bağlı infosessiya keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “Bilim Bakı” mərkəzinin rəhbəri Yusuf Polatın iştirakı ilə TEKNOFEST-2023 festivalı ilə bağlı infosessiya keçirilib.

AzTU-nun tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli universitetin tələbələrinin “TEKNOFEST”də iştiraka xüsusi önəm verdiyini deyib.

Bu ilin mayında ölkədə keçirilən “TEKNOFEST Azərbaycan” festivalına universitetin 20 komandasının qatıldığını deyən prorektor onlardan 6-nın finala yüksəldiyini və 2-nin qalib olduğunu bildirib. Nurəli Yusifbəyli AzTU tələbələrini növbəti “TEKNOFEST” festivallarında da həvəslə iştirak etməyə dəvət edib.

Daha sonra “Bilim Bakı” mərkəzinin rəhbəri Yusuf Polat çıxış edib. O, tələbələrə TEKNOFEST2023 haqqında ətraflı məlumat verib, həmçinin gəncləri maraqlandıran sualları cavablandırıb.

TUSAŞ AzTU­da yeni layihəyə başlayıb

Dünyanın qabaqcıl şirkətlərindən TUSAŞ Azərbaycan Texniki Universitetində (AzTU) yeni layihəyə başlayıb. İcrasına başlanılan “AzTUTurkish Aerospace, MGP 2023” adlı yeni proqram AzTU tələbələrinə təqdim olunub.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev TUSAŞ-ın təyyarə layihələri, müdafiə sistemləri və digər fəaliyyətləri haqqında tələbələrə məlumat verib.

Bildirib ki, dünyanın ən tanınmış şirkətlərindən olan TUSAŞ-ın AzTUda icra ediləcək proqramının mühəndislik ixtisasları üzrə təhsil alan tələbələrin perspektiv inkişafı üçün müstəsna əhəmiyyəti olacaq.

Rektor qeyd edib ki, proqramda İqtisadiyyat və idarəetmə fakültəsi istisna olmaqla, digər fakültələrdə bakalavriat (IV kurs), magistratura (I və II kurs) və doktorantura səviyyələrində mexatronika, maşın mühəndisliyi, sənaye mühəndisliyi, maşınqayırma, elektrik-elektronika, radioelektronika, proqram təminatı, metallurgiya və materiallar mühəndisliyi, aerokosmik mühəndislik ixtisasları üzrə təhsil alan əlaçı tələbələr iştirak edə bilərlər.

Daha sonra TUSAŞ-ın “Mühəndis Geliştirme Proqramı”nın (MGP) rəhbərləri Seyhan Gül və Görkem Mutallip Şimşek çıxış ediblər. Qeyd olunub ki, mühəndislik ixtisasları üzrə kadr potensialının gücləndirilməsi məqsədilə AzTU və TUSAŞ arasında əlaqələlər daha da inkişaf etdirilir. “AzTU-Turkish Aerospace, MGP 2023” proqramında isə ixtisas istiqamətləri bir qədər də genişləndirilib.

Qeyd edək ki, sözügedən proqrama AzTU tələbələri ilə yanaşı Milli Aviasiya Akademiyasının (MAA) aerokosmik mühəndislik ixtisası üzrə təhsil alan tələbələri və müəllimləri də cəlb ediləcək. 2023-cü ilin fevral-iyun aylarını əhatə edəcək proqram AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzi tərəfindən koordinasiya edilir.

MSN ETİ “Lentatek” və “Ayesaş” şirkətləri ilə memorandumlar bağlayıb

Dekabrın 27-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin ElmiTədqiqat İnstitutu ilə Türkiyənin “Lentatek” və “Ayesaş” şirkətləri arasında anlaşma memorandumları imzalanıb. Elmi-Tədqiqat İnstitutunda baş tutan imzalanma mərasimində ETİ-nin direktoru Mürsəl Əliyev, “Lentatek” və “Ayesaş” şirkətlərinin baş direktoru Öner Tekin və Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri Məmmədsaleh Əliyev, şöbə müdirin müavini Elçin Qasımov, hər iki tərəfin aparıcı mütəxəssisləri iştirak ediblər. İmzalanmış sənədlərdə hərbi təyinatlı məmulatların yaradılması konsepsiyası çərçivəsində ərazilərin

minalardan təmizlənməsində texniki həllər, müşahidə sistemləri, sərhəd nəzarət sistemləri, GPRS-GNSS naviqasiya mühafizə sistemləri, komandanəzarət və müdafiə texnologiya sistemləri, təlim və simulyasiya texnologiyarı, məlumat və innovativ texnologiyaları, pilotsuz uçuş texnikası və bu texnikalardan müdafiə sistemləri, hava və quru platformlarında istifadə olunan qəza xəbərdaredici cihazların yaradılması, hidrogen, yanacaq texnologiyalarını əhatə edən layihələr çərçivəsində müəyyən edilmiş prinsiplərə uyğun olaraq birgə əməkdaşlığa hazır olduqlarını bildiriblər.

21
Qeyd edək ki, bu il Türkiyənin İstanbul, İzmir və Ankara şəhərlərində keçiriləcək TEKNOFEST2023 festivalına qeydiyyat noyabrın 20-də yekunlaşacaq. TEKNOFEST­2023

IDEAS­2022

MÜDAFİ̇Ə

CƏNUBİ̇ ASİYA GÖRÜŞÜ

? Zaur Babaşov, Elşən Abdulkərimov 2022­ci il noyabr ayının 15­dən 18­dək Pakistan İslam Respublikasının Karaçi şəhərində 11­ci IDEAS Beynəlxalq Müdafiə Sərgisi və Seminarı keçirildi. 2000­ci ildən bəri iki ildən bir baş tutan IDEAS sərgisi bu dəfə pandemiya və ondan sonrakı məhdudiyyətlər səbəbindən dörd illik fasilədən sonra təşkil edildi. “Sülh üçün silahlar” devizi altında keçirilən IDEAS­2022 sərgisi 60 faizi xarici və 40 faizi yerli olmaqla 500­dən çox iştirakçı şirkət sayı ilə bundan əvvəlki rekordları qırdı. 32 ölkədən 300 eksponent ən son və innovativ məhsullarını nümayiş etdirdi. Builki IDEAS sərgisində 57 ölkədən 400­ə yaxın nümayəndə iştirak etdi.

IDEAS-2022-nin rəsmi media tərəfdaşı olan POLİQON jurnalı Azərbaycanı bu mötəbər sərgidə iştirakçı qismində təmsil etdi. Sərgidə müşahidə etdiyimiz yeniliklərlə bağlı qeydlərimizi bu yazımızda dəyərli oxucularımıza təqdim etməyə çalışacağıq.

IDEAS beynəlxalq hərbi sənaye məhsulu istehsalçılarını və xidmət tədarükçülərini birgə müəssisələr, autsorsinq və əməkdaşlıq vasitəsilə imkanlarını araşdırmaq üçün bir araya gətirdi. IDEAS-2022 sərgisi həm Pakistan hərbi sənaye kompleksinin, həm də dünyanın müxtəlif ölkələrindən gələn şirkətlərin Cənub-Şərqi Asiya regionunda özünü tanıtması baxımından böyük əhəmiyyət daşıyır. Həm də tədbir Pakistanın bütün dünya ilə strateji əlaqələrini gücləndirə biləcəyi üçün əlamətdardır.

IDEAS-2022 Beynəlxalq Müdafiə Sərgisi və Seminarını Pakistan Silahlı Qüvvələri və Müdafiə İstehsalat Nazirliyinin dəstəyi ilə Pakistanın Müdafiə İxracının Təşviqi Təşkilatı (DEPO) təşkil edib. Pakistanın Karaçi Ekspo Mərkəzində 4 gün davam edən tədbirin

təşkilati işlərinin icrası “Badar Expo Solutions” (BXSS) şirkətinə həvalə edilib. Ən son texnoloji yeniliklərini nümayiş etdirmək üçün dünyanın hər yerindən müdafiə sənayesini bir araya gətirən IDEAS sərgisində yerli və beynəlxalq sərgi iştirakçıları öz texnoloji yeniliklərini təqdim etdilər. Pakistanın Karaçi Ekspo Mərkəzi ümumilikdə doqquz sərgi salonunda IDEAS-2022 sərgisinə evsahibliyi etdi. Şimali Amerika, Cənubi Amerika, Avropa, Asiya və Uzaq Şərqdən olan müdafiə sənayesi şirkətləri öz məhsullarını nümayiş etdirdi. Bundan əvvəlki IDEASda olduğu kimi yerli müdafiə sənaye müəssisələri ilə yanaşı sərgidə Pakistanın ənənəvi müttəfiqləri olan Çin və Türkiyənin müdafiə sənayesi geniş pavilyonla təmsil olunmuşdur. Regionda yaşanan gərginliklər fonunda Avropa və Amerika şirkətlərindən boşalan yerlərin son illər Pakistanla böyük həcmli müdafiə layihələrinə imza atan Türkiyə və Çin şirkətləri tərəfindən kompensasiya edildiyini aydın görmək mümkün idi. Karaçi Ekspo Mərkəzinin 1-ci və 2-ci zalları bütünlüklə Türkiyə, 3-cü zal Çin

müdafiə məhsulları üçün ayrılmışdı. İtaliya və Fransa isə 4-cü zalda öz hərbi texnikalarını və silahlarını nümayiş etdirirdi. 5-ci və 6-cı zal Pakistan və digər ölkələrin müdafiə texnikası və texnologiyası üçün nəzərdə tutulmuşdur. 7, 8 və 9 saylı zallarda müxtəlif hərbi təyinatlı məmulatlar sərgiləndi.

Müdafiə həllərinin istehsalında özəl sektorun rolunun artırılması Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari Karaçi Sərgi Mərkəzində IDEAS-2022 sərgisinin açılışını etdi. Açılış mərasimində Pakistanın Müdafiə İstehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin, DEPO Müdafiə İxracının Təşviqi Təşkilatının baş direktoru general-mayor Arif Malik, Sind əyalətinin baş naziri Murad Əli Şah və yüksək səviyyəli mülki və hərbi rəsmilər də iştirak edirdilər.

Tədbirə qatılan beynəlxalq nümayəndə heyətləri arasında Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkiyə, İtaliya, Braziliya, Çin, Misir, Fransa, Almaniya, Liviya, Bəhreyn, Nigeriya, Kenya, ŞriLanka, Zimbabve və BƏƏ kimi ölkələri

22 www.poliqon.az
SƏNAYESİNİN

təmsil edənlər vardı. Bu dəfə IDEAS sərgisində iştirak etməyən Rusiya nümayəndə heyəti ilə təmsil olundu. Bundan başqa, ilk dəfə Avstriya, Rumıniya və Macarıstan da Avropa ölkələrindən gələn nümayəndə heyətləri arasında yer alırdı.

Mərasimdə çıxış edən Pakistan İslam Respublikasının xarici işlər naziri Bilaval Bhutto Zərdari Pakistanın müdafiə sənayesi də daxil olmaqla bütün sektorlarda sərfəli investisiyalar, birgə müəssisələr və ticarət üçün böyük imkanlar təklif etdi. Nazir bidirdi ki, Pakistanın müdafiə sənayesi məhsulları hazırda beynəlxalq müdafiə bazarında rəqabət apardığı keyfiyyət və etibarlılıq həddinə çatıb. Onun sözlərinə görə, Pakistan 60-dan çox ölkəyə yüksək texnologiyalı müdafiə məhsulları ixrac etsə də, bu sahədə daha da üstün olmaq üçün akademiya-sənaye interfeysinə, dövlət-özəl müdafiə sənayesinin inteqrasiyasına və Pakistanın müdafiə sənayesinə “Ar-Ge” (tədqiqat və inkişaf) təşkilatlarının cəlb edilməsinə ehtiyac var.

Azərbaycandan geniş qatılım IDEAS-2022 sərgisinə Azərbaycanın Müdafiə Sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun rəhbərlik etdiyi nümayəndə heyəti, Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti və Azərbaycan Silahlı

Qüvvələrinin Pakistandakı hərbi attaşesi polkovnik Mehman Novruzov ziyarətçi qismində qatılıblar.

Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti IDEAS-2022 sərgisinin açılış mərasimində iştirak edib. Sonra, M.Quliyev stendləri ziyarət edib, o cümlədən qardaş Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) stendi ilə tanış olub, nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb. Daha sonra M.Quliyev Pakistanın Müdafiə İstehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin ilə görüşüb. Qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı hər iki nazir Azərbaycan – Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədrləri olaraq maraq doğuran məsələlər haqda danışıb, hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Azərbaycan və Pakistan hərbi əlaqələrini daha da möhkəmləndirir Sərgi çərçivəsində Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Pakistan Hərbi Hava Qüvvələrinin komandanı aviasiya marşalı Zahir Ahmed Baber Sidhu ilə görüşüb. General-leytenant Ramiz Tahirov daşqınların səbəb olduğu dağıntılar arasında insan tələfatı ilə bağlı Pakistan xalqına başsağlığı verib,

Pakistan HHQ-nin daşqın qurbanlarına yardım və reabilitasiya üçün göstərdiyi səyləri yüksək qiymətləndirib. Pakistanın Hərbi Hava Qüvvələri komandanı aviasiya marşalı Zahir Ahmed Baber Sidhu bildirib ki, Pakistan Azərbaycan ilə güclü diplomatik, iqtisadi və müdafiə əlaqələrini yüksək qiymətləndirir. Hər iki tərəf xüsusilə təlim və əməliyyat sahələrində mövcud hərbi əlaqələri daha da möhkəmləndirmək barədə razılığa gəliblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Daha sonra Azərbaycan nümayəndə heyəti Türkiyənin TUSAŞ, ROKETSAN, Pakistanın GIDS, PAC Kamra, NRTC və digər şirkətlərinin stendlərinə baş çəkərək yeni silah və texnikalar, aviasiya döyüş vasitələri ilə tanış olublar. Pakistan müəssisələri tərəfindən yaradılmış məhsulların təqdimatı keçirilib və mövcud əməkdaşlıq layihələri barədə Azərbaycan HHQ komandanına məlumat verilib.

Sərgi çərçivəsində general-leytenant Ramiz Tahirov Türkiyənin Müdafiə Sənayesi Başqanlığının (SSB) başqan müavini Mustafa Murat Şekerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

POLİQON “ARMS FOR PEACE” beynəlxalq mükafatı ilə təltif olunub Azərbaycanın ilk və yeganə hərbtexnoloji jurnalı olan POLİQON jurnalı media sahəsində fərqləndiyinə görə, Pakistanın Müdafiə İstehsal Nazirliyi tərəfindən təsis edilən “ARMS FOR PEACE” (“SÜLH ÜÇÜN SİLAH”) beynəlxalq mükafatı ilə təltif olunub. “ARMS FOR PEACE” beynəlxalq mükafatı Pakistanın DEPO (“Defence Export Promotion Organization”) Müdafiə İxracının Təşviqi Təşkilatının daxili və xarici sərgi direktor müavini Raja Xayam Aşfaq tərəfindən POLİQON jurnalının baş redaktoru Zaur Babaşova təqdim edilib.

Qeyd edək ki, POLİQON jurnalı iki ildən bir Pakistanda keçirilən IDEAS Beynəlxalq Müdafiə Sərgisi və Seminarının 10 ilə yaxındır ki, Rəsmi Media Tərəfdaşıdır. IDEAS-2022 sərgisində POLİQON jurnalı öz stendi ilə təmsil olunub, yerli və xarici nümayəndələr

arasında jurnalın yayımını edib. POLİQON stendini ziyarət edənlərə jurnalın fəaliyyət istiqamətləri haqqında məlumat verilib.

IDEAS-2022 sərgisində Azərbaycanın Hava Hücumundan Müdafiə Silahlarının və Hərbi Texnikalarının Servis Xidməti Mərkəzi stendlə təmsil olunub. Mərkəzin xidmətləri haqqında ziyarətçilərə ətraflı məlumat verilib.

Bildirilib ki, Silah və Hərbi Texnikanın (SHT) servis xidmətlərinin təqdim edildiyi mərkəz tərəfindən SHTnin texniki vəziyyətinin monitorinqi, planlı texniki xidmətinin həyata keçirilməsi, SHT-nin istənilən növ təmirinin həm intensiv istismar yerində, həm də zavod şəraitində operativ şəkildə həyata keçirilməsi, istehsalçı zavodlara öz zəmanət öhdəliklərinin yerinə yetirilməsi üzrə xidmətin göstərilməsi, silahların modernləşdirilməsi üzrə işlərin həyata keçirilməsi, silahların ehtiyat hissələr, alət və

ləvazimat nümunələrinin tamamlanması, yeni aqreqatların əldə edilməsi, eləcə də hərbi hissələrdən daxil olmuş istismara yararsız aqreqatların təmiri sayəsində mübadilə fondunun (ehtiyat texnika parkının) yaradılması, HHM silah nümunələrinin texniki vəziyyətinin təhlil edilməsi və onların etibarlığının artırılması, istismar müddətinin uzadılması, texniki istismar xüsusiyyətlərinin və istismar metodlarının təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması kimi geniş spektrdə işlər həyata keçirilir.

Zəruri avadanlıqlarla təchiz edilmiş Servis Mərkəzində radio-aparaturanın təmir və sazlanması işini həyata keçirmək üçün xüsusi stendlər, yüksək texnoloji nəzarət-ölçü cihazları və digər zəruri avadanlıqlar quraşdırılıb. Bundan başqa, Servis Mərkəzinin tərkibində səyyar təmir briqadasının işini, yükləmə-boşaltma proseslərini və texniki baxış və təmir obyektlərinin daşınması mobil vasitələr mövcuddur. Servis mərkəzi HHM qoşunlarının hərbi birləşmə, hərbi hissə və hərbi bölmələrində istismar olunan bütün HHM nomenklaturasının texniki xidməti və təmiri üzrə istənilən növ işlərin icrası sahəsində zəruri hazırlıq və təcrübəyə malik olan mütəxəssislərlə təmin edilib. Bildirilib ki, servis mərkəzləri SHT-nın döyüş imkanlarını artırmaq, istismar xüsusiyyətlərini yaxşılaşdırmaq və istismar müddətini uzatmaq məqsədi ilə SHT nümunələrinin modernləşdirilməsi üzrə işləri icra edə bilər.

Pakistan müdafiə sənayesini gücləndirir

IDEAS-2022 Beynəlxalq Müdafiə Sərgisi və Seminarı Pakistan müdafiə sənayesinin son dörd ildə əldə etdiyi yeniliklərin nümayişi baxımından mühüm rol oynadı. Sərginin açıq pavilyonunda Pakistan 2019-cu ilin fevralında Yeni Dehlinin təcavüzünə cavab olaraq Hindistanın iki döyüş təyyarəsini vuran Pakistan Hərbi Hava Qüvvələrinə (PAF) məxsus JF-17 “Thunder” qırıcı təyyarəsinin ikinci iterasiyasını nümayiş etdirdi. Bildirildi ki, Pakistan JF-17 “Thunder” qırıcı təyyarəsinin üçüncü versiyasını hazırlayır. Qeyd edək ki, Pakistan Çinlə birlikdə JF-17 təyyarəsini yaradıb və onu 2007-ci ildə PAF-ın aviasiya parkına daxil edib. JF-17 ilk dəfə 2015-ci ildə təkmilləşdirilib.

24 www.poliqon.az

Pakistanın PAC (“Pakistan Aeronautical Complex”) şirkəti IDEAS-2022 sərgisində mövcud aviasiya vasitələri ilə yanaşı təlim və döyüş təyyarələrinin müxtəlif hissələrini, o cümlədən JF-17 “Thunder” döyüş təyyarələrində istifadə edilən yeni nəsil rəngli rəqəmsal displeyləri, müxtəlif avionika sistemlərini sərgilədi. Sərginin açıq ekspozisiyasında PAC tərəfindən istehsal edilmiş MFİ-395 “Super Mushshak” təlim təyyarəsi də nümayiş etdirildi. Azərbaycan Ordusunun da inventarında yer alan yüngül çəkili təlim təyyarəsi olan “Super Mushshak” hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan hər cür əraziyə eniş etməyi bacarır. Havada 4-5 saat qala bildiyindən Pakistan Ordusu ondan həm də patrul missiyalarında istifadə edir. Təyyarəyə istənilən silahı və kameraları inteqrasiya etmək imkanı mövcuddur.

“Super Mushshak” təyyarəsinin heyəti 2 nəfər, uzunluğu 7.15 m, qanad açıqlığı 8.85 m, hündürlüyü 2.60 m, boş çəkisi 760 kq, uçuş ağırlığı 1250 kq, maksimal sürəti 268 km/saat, kreyser sürəti 240 km/saat təşkil edir. 260 at gücündə bir ədəd “Textron Lycoming IO-540 V4A5” (6 silindr) mühərriki ilə təchiz olunmuş təyyarənin birbaşa uçuş uzaqlığı 814 kilometr, uçuş hündürlüyü isə 6705 metrə çatır. “Super Mushshak” xarici asmada 300 kq yük götürmə qabiliyyətinə sahibdir.

Pakistanın yeni döyüş tankı diqqət mərkəzində

Pakistanın “Heavy Industries Taxila” (HIT) şirkəti IDEAS-2022 sərgisində “Haider” adlı ən yeni döyüş tankını nümayiş etdirdi. HIT rəsmisinin sözlərinə görə, “Haider” tankı “Al Khalid” tankından sonra təqdim edilən ən təkmil döyüş tankıdır və yaxın keçmişdə Pakistan Ordusunun texnika parkına daxil edilib. Bildirilib ki, bununla Pakistan quru qoşunlarının döyüş meydanlarında imkanları daha da artırılıb. “Haider” tankının üstün xüsusiyyətlərindən biri təhlükə hiss etdikdə tüstü çıxararaq gizlənə bilməsidir. Pakistanın NRTC (“National Radio & Telecommunication Corporation”) şirkəti tərəfindən döyüş meydanlarında bombaları zərərsizləşdirə bilən robotlar ilk dəfə təqdim edildi. Robot partlayıcı sursatların məhvedilməsi (EOD) əməliyyatları üçün avadan-

lıqlarla dəstləşdirilib. NRTC-nin təqdim etdiyi digər bir robot texnikası 40 mm çaplı avtomatik qumbaraatanla silahlandırılıb. Robot termal kamera və gündüz kamerası ilə təchiz edilib. Platforma müstəqil asqı sisteminə əsaslanır və dağlıq ərazilərdə hərəkət edə bilir. NRTC mütəxəssislərinin sözlərinə görə, robot 2.4 km məsafədə döyüş aparma qabiliyyətinə sahibdir. Ehtiyaca uyğun olaraq platformanın silahı dəyişdirilə, pulemyot və ya kiçik çaplı atıcı silahlarla əvəzlənə bilir. Şirkət robot platformanın ilk partiyasını Pakistan Ordusuna MG-3 pulemyotu ilə silahlandırılmış şəkildə təhvil verib.

GIDS ən müasir silah sistemlərini nümayiş etdirib Pakistanın elit və dövlətə məxsus ən böyük müdafiə konqlomeratı olan GIDS (“Global Industrial & Defense Solutions”) məhsul portfelinə daxil olan hava, quru, dəniz sektorunda müdafiə və təhlükəsizlik sahələrində geniş sistem və xidmətlərini sərgidə təqdim etdi. Nümayiş etdirilən məhsullar arasında “Şahpar-II” silahlı PUA, “Burraq” silahlı PUA və “Uqab-NG” daxil olmaqla müxtəlif pilotsuz uçuş aparatları (PUA) maraqla qarşılandı.

“Burraq” PUA barədə POLİQON jurnalına məlumat verən GİDS rəsmisinin sözlərinə görə, PUA mühərrik istisna olunmaqla tam şəkildə Pakistan istehsalıdır. “Burraq”ın avtopilot, naviqasiya, kommunikasiya və kamera sistemi daxil olmaqla, bütün hissələr yerli olaraq hazırlanıb. Pakistan Silahlı Qüvvələri tərəfindən istifadə edilən “Burraq”ın xaricə satışına icazə verilib.

“Burraq”ın uçuş mənzili 1000 km, datalink mənzili isə 225 kilometr, füzelyajın uzunluğu 5.4 metr, qanad açıqlığı 8 metrdir. Havada 12 saatdan çox qala bilən PUA 50 kq faydalı yük daşıya bilər. 220 km/saat sürətə malik “Burraq” 4870 metr əməliyyat hündürlüyünə sahibdir. PUA-nın faydalı yükünə infraqırmızı kamera, gücləndirilmiş TV kamera, GPS, lazer nöqtələyici və lazer məsafəölçən daxildir.

İlk nümunəsi noyabrın 27-də təqdim olunan “Uqab-NG” PUA şirkətin mövcud “Uqab” PUA-nın yeni nəsil versiyası olaraq meydana çıxıb. Havada 10 saata yaxın qala bilən “Uqab-NG”nin çəkisi 100 kq, xidmət tavanı 20000 fut üzərində, data link məsafəsi 150 kilometrdir. Havaya katapult vasitəsi ilə atılaraq hərəkətə gətirilən PUA enmə zamanı paraşütdən istifadə edir. PUAnın faydalı yükünə gündüz kamerası və infraqırmızı sensorlar daxildir. Aparat pilotun nəzarəti ilə, yaxud da tam avtopilot rejimində idarə olunur.

Şirkət mütəxəssislərinin sözlərinə görə, sərgidə nümayiş etdirilən “Şahapr II” orta hündürlükdə, uzun müddətli istifadəyə dözümlü, silahlı qabiliyyətə malik pilotsuz uçuş aparatıdır. O, təkmilləşdirilmiş aerodinamik dizayna malik qabaqcıl kompozit və metal hibrid konstruksiyadan ibarət modul təyyarə korpusunun konstruktiv dizaynına malikdir. Qabaqcıl xüsusiyyətlərdən bəzilərinə onun avtonom qalxış və eniş sistemi, möhkəm avtopi-

Azərbaycan HHQ­nin komandanı general­leytenant Ramiz Tahirov GIDS stendini ziyarət edib

25

lot sxemi, istifadəçi dostu və hərtərəfli missiyanın planlaşdırılması və idarə olunması proqram dəsti, etibarlı məlumat bağlantıları və müxtəlif növ EO faydalı yükləri inteqrasiya etmək imkanı daxildir. Silahlı konfiqurasiyada “Şahpar-II” PUA hər qanadının altında 2 x AGM/silahla təchiz olunub. “ŞahparII” silahlı PUA 18000 fut tavan və 120 düyün maksimum sürəti ilə 7 saat havada qalma qabiliyyətinə malikdir. Bildirilib ki, Pakistan ordusu bu yaxınlarda “Şahpar-II” silahlı PUA-ları silahlanmaya qəbul edib və Bəlucistan əyalətində terrorçuları zərərsizləşdirmək üçün uğurla istifadə olunur. Sərgidə GIDS ilk dəfə olaraq “Fəth-I” yaylım atəşli reaktiv sistemini nümayiş etdirib. “Fəth-I” yaylım atəşli reaktiv sistemi (YARS) sürətli reaksiya, uzaq məsafə, yüksək dəqiqlik və yüksək sıxlıqlı atəş gücü ilə xarakterizə edilən təkmil idarə olunan raket sistemidir. “Fəth-I” YARS düşmənin qrup və ərazi hədəflərinə, o cümlədən hərbi bazalar, kütləvi zirehli qoşunlar, raket buraxılış məntəqələri, böyük hava limanları və digər mühüm obyektlərə dəqiq zərbələr endirmək və onları məhv etmək üçün nəzərdə tutulub.

GIDS-in sərgidə təqdim etdiyi “hava-yer” tipli “Burq” raketi yüksək inteqrasiya səviyyəsi, üstün atəş dəqiqliyi və daha etibarlılığı ilə düşmənin şəxsi heyətinə, yüngül və zirehli texnikasına, bunkerlərinə və binalarına dəqiq zərbə vurmaq qabiliyyətinə malikdir. Yarı aktiv lazer arayıcı və qabaqcıl naviqasiya texnologiyaları onu hərəkətli və statik hədəfləri dəqiq şəkildə vurmaq üçün müstəsna dərəcədə dəqiq və seçilən silah sistemi edir.

Bundan əlavə, GIDS quru sistemləri arasında “Nigehbaan” gündüz/gecə müşahidə sistemini, “Baktar Shikan” tank əleyhinə idarəolunan raket sistemini və PAKFIRE artilleriya atışına nəzarət sistemini sərgilədi.

GIDS şirkəti IDEAS-2022-də ilk dəfə yerli “Harbah-NG” gəmi əleyhinə qanadlı raketini nümayiş etdirdi. Bu, hər cür hava şəraitində gəmilərdən buraxıla bilən və düşmən gəmilərinə və quruda yerləşən hədəflərə hücum etmək üçün istifadə oluna bilən 290 kilometr mənzilli, səsdən sürətli gəmi əleyhinə qanadlı raket sistemidir. “Harbah-NG” qanadlı raketi aşağı hündürlükdə, əraziyə uyğun uçuş profilini qorumaq üçün nəzərdə tutulub ki, bu da ona əməliyyat rejimi zamanı düşmənin əks tədbirlərindən uğurla yayınmağa imkan verir. O, həm havadan, həm də yerdən buraxılan variantlarda təklif olunur. Bu, Pakistanı beynəlxalq bazarda qanadlı raket texnologiyası satmağa qadir olan bir neçə ölkə sırasına daxil etdi.

O, GPS/QLONASS ilə inersial naviqasiya sistemi (INS) kimi qabaqcıl naviqasiya texnologiyalarından istifadə edir ki, onu istənilən hədəfləri dəqiqliklə vurmaq üçün müstəsna dərəcədə dəqiq silah sistemi edir. O, həm kiçik, həm də böyük gəmiləri olduğu kimi quruda yerləşən qurğuları da cəlb etmək iqtidarındadır. “Harbah” modul dizayna malikdir və müxtəlif döyüş başlığı ilə təchiz oluna bilir.

GIDS rəsmisi bildirib ki, bundan başqa GIDS tərəfindən yeni hazırlanan İnteqrə Elektron Döyüş Sistemi IDEAS2022 sərgisində ilk dəfə təqdim olunub: “Qüvvələrin 30-35 kilometr radiusda

təhdidlərdən qorunmasına və bir-biri ilə əlaqə saxlamasına kömək edən İnteqrə Elektron Döyüş Sistemimiz ziyarətçilərin böyük marağına səbəb olub. Biz bu sistemi Pakistanın əvvəllər idxal etmək üçün ödədiyi məbləğin dörddə biri qiymətinə milli imkanlar hesabına istehsal etdik”.

Pakistanın POF (“Pakistan Ordinance Factories”) şirkəti yerli istehsal olan “Ababeel” döyüş pilotsuz təyyarələrini təqdim etdi. “Ababeel” seriyası MR-5, MR-10 və V-5 VTOL tipli üç fərqli drondan ibarətdir.

Pakistan PAF yeni layihə və həllərini təqdim etdi

IDEAS-2022 Beynəlxalq Müdafiə Sərgisi və SeminarındaPakistan Hərbi Hava Qüvvələrinin (PAF) Milli Aerokosmik Elm və Texnologiya Parkı (NASTP) böyük sahədə stendlə təmsil olunub və özünün məhsul və xidmətlərini təqdim edib. Dörd gün davam edən tədbirdə PAF öz pavilyonunda qabaqcıl aerokosmik, avionika, kiber və digər əlaqəli texnologiyalarını nümayiş etdirdi.PAF pavilyonunda həmçinin aviasiya rabitə sistemləri, hava və yer C2 imkanları, çox platformalı avionika inteqrasiyası, mikro reaktiv mühərrikinin inkişafı və simulyasiya bölmələri sərgiləndi.

NASTP Milli Aerokosmik Elm və Texnologiya Parkı

Pakistanın milli əhəmiyyətli layihəsi olan NASTP sərgidə həm yerli, həm də beynəlxalq ziyarətçilər tərəfindən bəyənilib. PAF əməkdaşları ziyarətçilərə NASTP layihəsinin əsas elementləri, alt layihələri və mümkün gələcək perspektivləri haqqında məlumat veriblər. Layihə çərçivəsində yaradılmış müxtəlif qanadların ümumi işi haqqında təsəvvür formalaşdırmaq üçün müxtəlif NASTP proqramlarının konseptual videoları nümayiş etdirilib.

Pakistan Hərbi Hava Qüvvələri Komandanlığından NASTP layihə direktoru Liaquat Ullah İqbal POLİQON jurnalına açıqlamasında bildirib ki, PAF milli müstəqillik qazandıqdan indiyə kimi Böyük Britaniya, ABŞ, Fransa və Çin mənşəli müxtəlif tipli təyyarələrdən istifadə edir. Bu təyyarə və silah sistemləri Pakistan Hərbi Hava Qüvvələrinə ehtiyac duyulan üstün döyüş bacarıqlarını qazandırsa da, məhdudiyyət, embarqo, ixraca nəzarət, habelə çox ciddi köhnəlmə və qarşılıqlı

26 www.poliqon.az
Pakistan HHQ­nin JF­17 döyüş təyyarəsi

fəaliyyət problemlərini də özü ilə bərabər gətirib.

L.İqbal vurğulayıb ki, PAF rəhbərliyi bu çətinlikləri azaltmaq üçün Pakistanda məlumatların avtomatlaşdırılması, sensor birləşməsi, sistemlər, silah inteqrasiyası və başqa sahələrdəki başlıca qabiliyyətlər üçün MRO (Maintenance, Repair and Overhaul) servis, təmir və təkmilləşdirmə mərkəzləri ilə barəbar bir neçə “Ar-Ge” (araşdırmainkişaf) mərkəzləri quraraq tələblərə fəal şəkildə cavab verir. Onun sözlərinə görə, aerokosmik, mühərriklər, avionika, aerostruktur, MRO, sistemlərin inteqrasiyası, sınaq, ixtisas, döyüş sursatlarının istehsalı, simulyatorlar və AR/VR sistemləri və s. sahələrində fəaliyyət göstərən 75-100 illik ənənəyə malik beş AED (Air Engineering Depot) Aviasiya Mühəndisliyi Deposu Karaçidə yerləşir.

Bundan başqa, yerüstü idarəetmə avadanlığı; xüsusi nəqliyyat vasitələri; radar MRO / təkmilləşdirmələri; C-130 modları / təkmilləşdirmələri və robototexnika; EOD-lar (Explosive Ordnanc Disposal) və yüklərin MRO-su da daxil olmaqla bir çox sahədə ixtisaslaşan üç AED Ravalpindidə yerləşir. Habelə, “ArGe” bölmələri EW, EO/IR, ISR və dron sistemləri sahələrində dizayn, tədqiqat və inkişaf işləri aparır.

NASTP layihə direktoru bildirib ki, ilkin olaraq, PAF təyyarələrinin və sistemlərinin əksəriyyəti əsaslı təmir və

servis üçün istehsalçı ölkələrinə göndərilib. Bu da ölkədən kənar təmirdə əlavə vaxtın, valyutanın itirilməsinə, habelə müxtəlif logistika və texniki çətinliklərin üzləşilməsi ilə nəticələnib. Buna görə də PAF rəhbərliyi, bir neçə növ qırıcı təyyarənin MRO prosesində yaranan çətinlikləri müşahidə edib və 1973-cü ildə “Pakistan Aeronautical Complex” (PAC) yaradılıb. PAC Kamradakı F-6 Yenidənqurma Fabriki (F6RF), son 50 ildə F-6 təyyarəsi üçün yaradılan MRO müəssisəsindən 16000 ixtisaslı işçi qüvvəsi olan dörd fabrikdən ibarət nəhəng bir kompleksə çevrilib. Hal-hazırda PAC istənilən növ hərbi və kommersiya təyyarələrinin, mühərriklərin, radarların və faydalı yüklərin MRO prosesini, həmçinin JF-17 “Thunder” qırıcılarının, təlim təyyarələrinin və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını həyata keçirmək qabiliyyətinə malikdir.

Daha sonra, PAF “Aviasiya Tədqiqatları, İnnovasiyalar və İnkişaf” (AvRID) adlı əsas “Ar-Ge” quruluşunu, eləcə də “PAF Air Worthiness Certification Authority” (PACA) adlı sertifikatlaşdırma agentliyini yaradıb.

L.İqbal qeyd edib ki, AvRID, PACA və PAF Depolarının, “Ar-Ge” bölmələrinin və layihələr şöbəsinin bir yerdən idarəedilməsini təmin etmək üçün hazırkı PAF rəhbərliyi Pakistan daxilində COE (Center of Excellence) tipli NASTP (National Aerospace Science and Technology Parks - Milli Aerokosmik Elm və Texnologiya Parkları) qurmağı nəzərdə tutub. NASTP PAF-ın

gələcək müharibələrdə üstünlüyə malik olması üçün ehtiyac duyduğu aviasiya, kosmik və kiber sahələrində dizayn, tədqiqat, təkmilləşdirmə və innovasiyaları inkişaf etdirmək üçün lazım olan əsas elementlərin eko-sistemini təmin edəcəkdir.

IDEAS­2022­də Türkiyənin 28 şirkəti iştirak edib

Türkiyə İslamabadın uzunmüddətli strateji müttəfiqi Çin ilə birlikdə sərgidə geniş tərkibdə iştirak etdi. Çinin bir dolu salonu ilə müqayisədə, dünyada sürətlə genişlənən Türkiyə müdafiə sənayesi bu dəfə məhsullarını nümayiş etdirmək üçün iki tam zal ayırdı.

Sərgidə Türkiyənin 28 ən yaxşı müdafiə istehsalçısı öz hərbi texnikasını nümayiş etdirib. Bunlara ASELSAN, ROKETSAN, HAVELSAN, STM, ASFAT, MKE, SDT, TEI, TUSAŞ, “MilSOFT”, “İşbir”, “Karel, “Nurol Teknoloji”, Koç Savunma”, “Meteksan Savunma”, “Canik”, “Tualcom” və başqaları daxildir.

Milli pavliyonla təmsil olunan Türkiyənin aparıcı şirkətləri hərbi texnikadan taktiki mini PUA sistemlərinə, yüngül silahlara, süni intellekt və kibertəhlükəsizlik həllərinə, habelə rabitə vasitələrindən raket sistemlərinə qədər geniş çeşiddə məhsullar nümayiş etdirdi. Xüsusilə radar sistemləri, perimetri müşahidə sistemləri, lazer və elektro-optik sistemləri, o cümlədən sualtı akustik sistemlər və simulyatorlar maraqla qarşılanıb.

STM­nin gəmi və PUA sistemləri ön planda

Türkiyə müdafiə sənayesi sektorunun qabaqcıl şirkətlərindən olan STM öz məhsul və həllərini IDEAS-2022 sərgisində nümayiş etdirdi. Şirkət sərgidə “İstif” sinifinə aid freqatını, PNFT yanacaqdoldurma gəmisini, STM500 kiçik ölçülü sualtı qayığını və pilotsuz uçuş aparatı (PUA) sistemlərini sərgilədi. STM şirkətinin IDEAS-2022də nümayiş etdirdiyi pilotsuz uçuş aparatları arasında KARGU, TOGAN və ALPAGU PUA-ları yer alıb.

STM şirkətinin baş direktoru Özgür Güleryüz Pakistanla bugünə qədər əhəmiyyətli layihələrə imza atıldığını vurğulayıb: “Pakistan Donanması üçün dizayn etdiyimiz, Türkiyənin ölkə xaricində həyata keçirdiyi ən ağır tonlu hərbi gəmi inşa layihəsi olan “Pakistan Dənizdə Yanacaqdoldurma Gəmisi”

27
Azərbaycan HHQ­nin komandanı Ramiz Tahirov NASTP stendini ziyarət edib

STM­nin baş direktoru Pakistan nümayəndə heyətinə STM500 sualtı qayığı haqqında məlumat verib

(PNFT) PNS MOAWİN-i Karaçidə inşa edərək 2018-ci ildə təhvil verdik.

“Pakistanın sahib olduğu “Agosta 90B” sinfi sualtı qayıqlarının modernizasiyası ilə bağlı fəaliyyətlərimiz davam edir. Layihə çərçivəsində ilk sualtı qayığı təhvil verdik və digər ikisinin isə modernizasiya işlərini davam etdiririk. Türkiyə tərəfindən həyata keçiriləcək 4 ədəd “Ada” Sinfi Korvet Layihəsində də əsas güc qurğusu sisteminin tədarükü və intqerasiyasını yerinə yetiririk. Pakistanın müdafiəsinin gücünə-güc qatmaq üçün yeni əməkdaşlıqlara və işlərə imza atmaq istəyirik”.

HAVELSAN Pakistanla əlaqələri gücləndirir

Türkiyənin HAVELSAN şirkəti 2018-ci ildə sərgidə təsirli iz qoyduğu üçün geniş çeşidli həlləri ilə IDEAS2022-də böyük ərazidə ziyarətçiləri qarşladı. HAVELSAN Pakistanın MİLGEM sinif korvet layihəsinə imza atan və layihəyə inteqrasiya olunmuş ADVENT Döyüş İdarəetmə Sisteminin tədarükünü həyata keçirən tərəflərdən biri olub.

IDEAS-2022 HAVELSAN-a bu sistemi Pakistanda istifadə olunan sübut edilmiş sistem üzərində bir daha beynəlxalq səviyyədə tanıtmaq imkanı verdi. Bundan başqa, digər məhsullar, həllər və sistemlər - SEDA-sonar inteqrasiya olunmuş sualtı komanda idarəetmə sistemi, BAHA avtonom pilotsuz uçuş aparatı və BARKAN

avtonom pilotsuz quru vasitəsindən ibarət rəqəmsal qoşun texnologiyası, “Sancar SİDA” insansız silahlı kater, TICCS Türkiyə Hərbi Hava Qüvvələrinin inteqrasiya edilmiş komanda və idarəetmə sistemi, habelə MOUT şəhər ərazisində hərbi əməliyyat təlim mərkəzi təqdim olundu. Sərgi boyu HAVELSAN-ın stendini dünya üzrə qonaqlar ziyarət edib və mümkün iş ortaqlıqları haqqında danışıqlar aparılıb. Bununla əlaqədar olaraq, HAVELSAN Pakistanın Milli Mühəndislik və Elmi Komissiyası (NESCOM) ilə qarşılıqlı müəyyən olunmuş mövzularda əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.

HAVELSAN-ın stendini ziyarət edən nümayəndələr onun komanda idarəetməsi və müdafiə texnologiyaları, simulyasiya, avtonom və platforma idarəetmə texnologiyaları, informasiya və kommunikasiya texnologiyaları sahələrində ən müasir məhsulları və həllərini necə innovasiya etdiyi, dizayn etdiyi və inkişaf etdirdiyi barədə hərtərəfli məlumat əldə etdilər.

TUSAŞ Pakistanla ikili əməkdaşlıqlarını gücləndirməyi hədəfləyir IDEAS-2022-də TUSAŞ şirkəti T129 ATAK, GÖKBEY helikopterləri, ANKA, AKSUNGUR pilotsuz uçuş aparatları (PUA), GÖKTÜRK-Y peyk sistemi başda olmaqla özünün müasir aviasiya və kosmik vasitələrini sərgilədi.

TUSAŞ şirkətinin nümayəndəsi POLİQON-a IDEAS-2022 ilə bağlı düşüncələrini bölüşərək vurğulayıb ki, sərgi çərçivəsində Pakistan və bölgədəki ölkələr ilə ikili əməkdaşlıqlarını

gücləndirməyi planlaşdırırlar: “Pakistan bizim üçün qardaş ölkədir. Pakistanla inkişaf fəaliyyətlərindən əlavə gələcəyin hava vasitələrini istiqamətləndirəcək yüksək texnologiyalar üzərində də birgə əməkdaşlığımızı artırmağı hədəfləyirik”.

Çin Pavilyonunda, hətta NOINCO stendində JF-17 “Thunder”, helikopterlər, hərbi maşınlar və döyüş gəmiləri də daxil olmaqla çoxlu sayda məhsullar nümayiş etdirsələr də, çox məlumat paylaşmaqda maraqlı görünmürdülər.

İsveçin SAAB, Fransanın “Thales Group”, İtaliyanın “Leonardo” və “Fincantieri” kimi böyük şirkətlər IDEAS2022-də öz məhsul və xidmətlərini təqdim edib.

İtaliyanın “Fincantieri”, Çinin CETC şirkətləri IDEAS-2022-də iştirak edərkən sərfəli sövdələşmələr bağlamağa ümid etdiklərini söylədilər. İtaliyanın “Fincantieri” gəmiqayırma şirkətinin baş məsləhətçisi Marcellino Corsi Pakistan Hərbi Dəniz Qüvvələri ilə əlaqələrini möhkəmləndirmək üçün burada olduqlarını vurğuladı. O, Pakistandakı layihələrinin tezliklə müqaviləyə çevrilə biləcəyinə ümid etdiklərini dedi. Onun sözlərinə görə, İtaliya və Pakistan donanmaları gələcəkdə sualtı qayıqların, döyüş gəmilərinin istehsalı üçün və həmçinin dəniz bazalarında logistik dəstəkdə əməkdaşlıq edə bilər. Qeyd edək ki, sualtı qayıqlar və döyüş gəmiləri istehsalı ilə tanınan “Fincantieri” ABŞ, Vyetnam və Norveç də daxil olmaqla bir sıra ölkələrdə fəaliyyət göstərir.

Çin dövlət istehsalçısı olan CETC Elektron Texnologiyalar Korporasiyasının nümayəndələri də qabaqcıl ZDK-03 Havadan Xəbərdarlıq və Nəzarət Sisteminin (AWACS) Pakistanda istehsalına ümid etdiklərini bildirdilər. Erkən xəbərdarlıq (EW) sistemi dənizdə və səthdə 300 km məsafədə olan obyektləri aşkarlaya bilən yüksək texnologiyalı radardır. CETC-nin Pakistandakı baş nümayəndəsi Fang Çong şirkətin Pakistanda sistemi inkişaf etdirmək üçün birgə müəssisələr haqqında düşündüyünü söylədi. Fang Çong bildirib ki, sistem artıq Pakistan Hərbi Hava Qüvvələrində tətbiq edilib və Pakistan son 20 ildə ondan istifadə edir. O bildirib ki, CETC JF-17 “Thunder” qırıcıları üçün PAC-da iki fərqli istehsal xətti qurub və JF-17 “Thunder” üçün tam avionika alt sistemini təmin edir.

28 www.poliqon.az

Pakistan İslam Respublikasının müdafiə sənayesi sektorunda fəaliyyət göstərən “Shibli Electronics” şirkəti optik cihazların – termal kamera, nişangah və durbinlərin istehsalı sahəsində ixtisaslaşıb. “Shibli Electronics” məhsulları dost və qardaş ölkələr Pakistan və Azərbaycanla yanaşı Yaxın Şərq və Afrika ölkələrinin Silahlı Qüvvələri tərəfindən tərcih edilir. Pakistana səfərimiz çərçivəsində “Shibli Electronics”in İdarə Heyətinin sədri Seyid Məhəmməd Şibli ilə görüşüb həyata keçirdikləri layihələr və gələcək perspektivləri ilə bağlı ətraflı danışdıq.

– Cənab Şibli, müsahibəmizə “Shibli Electronics” haqqında ümumi məlumatla başlamaq istərdik. Şirkətinizin fəaliyyəti və məhsul qrupları haqqında nələri deyə bilərsiniz?

– “Shibli Electronics” şirkəti müdafiə sistemlərində termal cihazlar dizayn və istehsal edir. Şirkət bu sahədə regionda qabaqcıl yeri tutur. İstehsal müəssisəmizi 2012-ci ildə qurmuşuq və son 10 ildə dünya üzrə 16-dan artıq müştəri ilə 11 mindən çox termal cihazın tədarükünə dair müqavilə imzalamışıq.

Bizim əsas visionumuz əməliyyat meydanındakı qüvvələrin texnoloji və maddi-texniki ehtiyaclarını ödəyən termal cihazların layihələndirilməsi, inkişafı və istehsalıdır. Müştərimizin tələblərini daha yaxşı başa düşmək üçün biz istifadəçilərlə sıx əlaqə saxlayırıq. Bu da məhsullarımızın müdafiə proqramlarına daha yaxşı uyğunlaşmasına imkan verir.

Məhsullarımız sırasında soyutmasız termal kameralar, durbinlər və termal nişangahlar var. Həmçinin tezliklə Ultra Uzun Mənzilli İnteqrasiya olunmuş Müşahidə Sistemlərimizi də təqdim edəcəyik.

– İstehsalat infrastrukturunuz, texnologiyanız və imkanlarınız haqqında oxucularımızı daha ətraflı məlumatlandıra bilərsinizmi?

– Əsas istehsal müəssisəmiz Pakistanın İslamabad şəhərində, dizayn mərkəzimiz isə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşir. Bizim optika, elektronika, mexaniki hissələr və pro-

qram təminatının layihələndirilməsi üzrə ixtisaslaşmış peşəkar və təlim keçmiş kadrlarımız var. Keyfiyyət təminatı standartları vasitəsilə bütün istehsal proseslərində uyğunluq təmin edilir.

“Ar-Ge” (araşdırma-inkişaf) mərkəzimiz yeni məhsulların hazırlanması üzərində işləyir. Yeni məhsul şirkət daxilində və ərazidə çətin sınaqlardan keçirildikdən sonra kütləvi istehsala göndərilir.

– Cənab Şibli, bir qədər də şirkətinizin hazırda önəm verdiyi layihə və istiqamətlər barədə danışaq...

– “Shibli Electronics” hazırda əsas döyüş meydanı və şəhər təhlükəsizliyi

üçün qurudakı obyektlərin müdafiəsinə yönəlmiş soyutmasız termal kamera texnologiyasına əsaslanan yüksək səviyyəli hərbi xüsusiyyətlərə malik termal cihazlar istehsal edir. Gələcəkdə soyutmalı termal kamera texnologiyası ilə hava və dəniz vasitələri üçün termal cihaz həllərini şaxələndirməyi hədəfləyirik.

Soyutmasız termal kameralar yüksək keyfiyyətli görüntü, daha uzun mənzil və münasib qiymət olduğu üçün yaxın keçmişdə daha çox məşhurlaşdı. Qurudan gələn təhdidlərin qarşısını almaq üçün soyutmasız termal kameralara olan təlabat artmaqdadır. Həmçinin yüksək səviyyəli soyutmasız termal kameralar inkişaf etdirməyə

29

yönəlmiş davamlı “Ar-Ge” proqramımız da var.

“Shibli” dizayndan satış sonrasına kimi yerli termal cihazlar istehsal etmək üçün lazım olan bütün bacarıqlara sahibdir. Hazırkı müəssisəmiz ildə 4000 ədəd cihaz istehsal etmək gücünə malikdir. Eyni zamanda istehsal qabiliyyətini artırmaqla bağlı genişləndirmə işlərimiz də davam etməkdədir.

– Cənab Şibli, az öncə şirkətinizin potensial imkanlarını qeyd etdiniz. Bəs “Shibli Electronics”in məhsullarının uğurunu təmin edəcək rəqabət üstünlükləri nələrdi?

– Düşünürəm ki, ən vacibi məhsullarımızdan istifadə edən müştərinin ehtiyaclarını ödəmək öhdəliyimizdir. Məhsullarımız dizayn baxımından istifadəçi dostudur və uzun müddət ərzində yüksək keyfiyyət təmin edir. Müdafiə qüvvələri dayanıqlı və minimum texniki xidmət tələb edən dözümlü avadanlıq tələb edir. Biz bütün məhsullarımızı bunun üçün xüsusi olaraq dizayn etmişik. Bundan əlavə, biz müştərilərimizə geniş logistik dəstək də təklif edirik.

Beləliklə şirkətimiz termal kamera sahəsində ixtisaslaşıb ki, bu da bizə

müxtəlif sahədə məhsulu olan digər şirkətlər üzərində daha böyük üstünlük verir.

– “Shibli Electronics”in qarşıda duran ixrac hədəfləri haqqında fikirlərinizi eşitmək istərdik. Şirkətinizin ixracatı hansı regionları əhatə edir?

– Xarici ölkələrdə satışlarımızı və fəaliyyətimizi genişləndiririk. İxrac etdiyimiz cihaz və avadanlıqlarımız həmişə istifadəçi tərəfindən təqdir olunub. 2022-ci ildə ixracımız 2021-ci ilə nisbətən əhəmiyyətli dərəcədə artdı. Məhsullarımızı tədricən Yaxın Şərq, Şimali və Mərkəzi Afrikadakı yeni bazarlara təqdim edirik. Məhsullarımızın keyfiyyətinin digər böyük OEMlər (original equipment manufacturer) orijinal avadanlıq istehsalçısı ilə müqayisə olunması bizim üçün qürurvericidir.

– Bildiyimiz qədər “Shibli Electronics” avadanlıqları Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alır. Birbaşa satışla yanaşı, Azərbaycanda birgə istehsalla bağlı layihələriniz varmı?

– Biz Azərbaycan Silahlı Qüvvələrinə və onların göstərdiyi səylərə

böyük hörmətlə yanaşırıq. Azərbaycan Silahlı Qüvvələri 2019-cu ildən məhsullarımızın istifadəçisidir. İndiyə kimi məhsullarımızı Azərbaycana birbaşa satışlar ilə tədarük edirik. Ancaq gələcəkdə termal kameralara tələbatın artacağını nəzərə alsaq Azərbaycanda birgə istehsal müəssisəsi yaratmalıyıq. Beləliklə bu müəssisə həm ölkənin daxili təlabatına cavab verər, həm də Azərbaycanı Mərkəzi Afrika regionu üçün məhsul ixracatçısına çevirər.

– Azərbaycan “Shibli Electronics”in hansı məhsullarına maraq göstərib?

– Bunlar əsasən nişangahlardır. Bizim silah üçün “Tarsier” termal nişangahımız Azərbaycan Silahlı Qüvvələri tərəfindən istifadə olunur. Azərbaycan bu məhsullarımıza böyük maraq göstərib.

2022-ci ildə qlobal bazara üç yeni məhsul çıxardıq: “SKUA Mini” termal durbini; “Tarsier Mini” termal durbini; LRF GPS ve DMC xüsusiyyətli SKUA MP termal durbini. Bu yeni məhsullarımız Azərbaycan tərəfindən də maraqla gözləniliridi.

– Cənab Şibli, biz Pakistanda keçirilən IDEAS­2022 sərgisində “Shibli Electronics” stendində olduq və şirkətinizin müxtəlif məhsullarının, o cümlədən optik cihazları –termal nişangahlar və durbinləri nümayiş etdirdiyinin şahidi olduq. Bu sərgidə hansı məhsullarınızı önə çıxardınız?

– IDEAS-2022-də POLİQON jurnalı ilə görüşmək bizim üçün çox xoş oldu. Sərgidə SKUA LR, SKUA MP və “SKUA Mini”, habelə “Tarsier LR TWS” və “Tarsier Mini TWS” termal durbinlərimizi nümayiş etdirdik. Bu məhsullar Quru Qoşunları tərəfindən istər əsas döyüş meydanı, istərsə də şəhər təhlükəsizliyi kimi müxtəlif əməliyyatlar üçün istifadə olunan cihazların bütün spektrini əhatə edir.

Burada əsas diqqət çəkən daxili GPS, DMC və LRF-ə sahib SKUA MP soyutmasız uzun mənzilli termal durbini idi. Bu durbin istifadəçiyə hədəfin dəqiq harada yerləşdiyi ilə bağlı məlumatları verən hədəf lokalizasiyasına malikdir. Ondan təkcə piyada bölmələri deyil, həm də artilleriya və hava hücumundan müdafiə qüvvələri də istidafə edir.

Sərgidə “Tarsier Mini” kompkat quruluşa malik durbinimiz də maraqla qarşılandı. “Tarsier Mini” durbini çeviklik və daşınabilmənin eyni dərəcədə vacib olduğu hücum silahları ilə yaxın məsafədəki döyüş tapşırıqlarını yerinə yetirə bilmək üçün hazırlanıb.

– IDEAS sərgisi “Shibli Electronics” üçün hansı mühüm görüş və tədbirlərlə yadda qaldı?

– Sərgi çox uğurlu keçdi. Yüksək səviyyəli rəsmilər, o cümlədən Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və xarici nümayəndə heyətləri “Shibli Electronics”in stendini ziyarət etdilər. Bir çok köhnə əməkdaşlarımızla görüşdük və yeni əməkdaşlıqlar qurduq. Tədbir həm də bizim üçün ona görə çox əlamətdar oldu ki, üç yeni məhsulumuzu satışa çıxardıq. Tədbirin sonunda “Shibli Electronics” şirkəti “Ən yaxşı eksponat” mükafatına da layiq görüldü.

– 2022­ci ili sektoruuz və şirkətiniz baxımından qiymətləndirə bilərsinizmi?

– Qlobal vəziyyət 2022-ci ildə pisləşdi. COVID-19 pandemiyası ilə yanaşı Ukrayna-Rusiya münaqişəsi də bütün sənaye sahələrinə böyük təsir göstərdi. Bizim sektor da oxşar problemlərlə üzləşdi. Pakistanda hökumət və siyasət dəyişdi. Üstəlik Pakistan iş prosesinə pis təsir göstərən böyük daşqınlarla üzləşdi. Ümumiyyətlə, istər tədarük zəncirinin, istərsə də maliyyə sahəsinin idarə edilməsində; bütün cəbhələrdə böyük mübarizə var.

Məmnuniyyətlə demək istəyirəm ki, bu çətin dövrlərdə belə 2022-ci il “Shibli Electronics” üçün uğurlu oldu. Biz bir çox mühüm müqavilələr imzaladıq və yeni məhsullar, həllər təklif etdik.

– 2023­cü il üçün hədəfləriniz, planlarınız və gözləntiləriniz haqqında nə deyə bilərsiniz?

– 2023-cü il üçün hədəflərimizə ixrac coğrafiyamızı genişləndirmək və artırmaq daxildir. Bundan əlavə, geniş məhsul çeşidliliyi üçün yeni termal cihazlar hazırlamağı hədəfləyirik.

Qlobal miqyasda qarşılaşdığımız əsas problemlərdən biri COVID-19 və

iqlim dəyişikliyidir. Ümid edirəm ki, 2023-cü ildə pandemiya sona çatacaq və qlobal istiləşmə də azalacaq.

– Cənab Şibli, sonda əlavə etmək istədiyiniz fikirləriniz varmı?

– Düşünürəm ki, informasiya və müşahidə son dövrlərdə müdafiə sahəsində mühüm əhəmiyyət kəsb edir. “Shibli Electronics”in məqsədi Silahlı Qüvvələri sülh və təhlükəsizliyi təmin etmək bacarığı ilə təchiz etməkdir. Gələcəyə böyük ümidlər bəsləyirəm və POLİQON jurnalının bütün oxucularını yeni il münasibətilə təbrik edirəm. PQ

ASELSAN Azərbaycanda yeni rabitə vasitələrini birlikdə istehsal edə bilər

ASELSAN şirkətinin həyata keçirdiyi yeni layihələr və istehsalının ana xəttini təşkil edən məhsul qrupları ilə bağlı POLİQON jurnalına danışan ASELSAN­ın Biznesin inkişafı departamentinin direktoru Ali Kuran bildirib ki, ASELSAN Türkiyənin müdafiə sənayesi ehtiyacları üçün xarici asılılığın azaldılmasında ən böyük rolu olan şirkətlərdən biridir. 1975­ci ildə Türkiyənin telekommunikasiya ehtiyaclarını qarşılamaq üçün yaradılmış ASELSAN­ın bu gün təxminən 500 ədəd məhsulu vardır.

ASELSAN-ın IDEAS sərgisində ön plana çıxardığı məhsullardan söz açan A.Kuran burada xüsusi olaraq izlədikləri layihələrin olduğunu bildirib: “Sərgidə nümayiş etdirdiyimiz məhsullar ümumiyyətlə Pakistanda izlədiyimiz layihələr və daha əvvəl buraya göndərilən, uğurlu olan məhsullardır. Əvvəla, biz uzun müddətdir ki, Pakistanda hərbi və peşəkar rabitə cihazları üzərində işləyirik. Bundan əlavə, dəniz sahəsində hava hücumundan müdafiə sistemlərimiz, layihələrimiz davam edir və onlarla bağlı məhsullar gətirmişik. Bunların arasında 30 mm-lik “Mühafiz” uzaqdan komandalı stabilləşdirilmiş top sistemi, “Gökdeniz” yaxın mənzilli hava hücumundan müdafiə (HHM- CIWS) sistemimiz də yer alır.

Pakistanda yerli olaraq istehsal etdikləri tankların özünümüdafiə sistemlərinə ehtiyacı olduğuna görə, bunu təmin etmək üçün müxtəlif məhsullarımızı bura gətirmişik. Bundan başqa, mülki sahədə də kritik obyektlərin qorunması üçün tam paket həllərimizi Pakistana gətirdik. Həmçinin rabitə və radar sahələrindəki jammer sistemlərimizi də IDEAS-da sərgilədik.

Pakistanın Müdafiə İstehsalı üzrə federal nazirinin müşaviri ASELSAN məhsulları ilə tanış olub

“ASELSAN Türkiyə daxilində qəhrəman şirkət olduqdan sonra dünya bazarına açıldı. Hazırda dünya bazarında 82 müştərimiz var, yəni 82 ölkəyə məhsul ixrac edirik. ASELSAN-da işləyənlərin sayı təxminən 10 mindir. ASELSAN olaraq biz təkcə məhsul ixrac etmirik. Azərbaycan kimi dost, qardaş və müttəfiq ölkələrə texnologiya transferləri də həyata keçiririk. Ümumi fəaliyyət sahələrimiz 5 əsas sektordan ibarətdir:

1. Hərbi və peşəkar rabitə cihazları;

2. Radar və elektron müharibə (EW) sistemləri;

3. Elektro-optik və avionika sistemlər;

4. Müdafiə sistemləri texnologiyaları –havahücumundan müdafiə, uzaqdan idarə olunan silah sistemləri;

5. Mülki sahə.

Buradakı hədəfimiz müdafiə sahəsində -4 sektorda illərdir əldə etdiyimiz təcrübəmizi mülki sahəyə daşıyaraq xalqa

xidmət etməyə çalışmaqdır”, - deyə A.Kuran vurğulayıb.

A.Kuran bildirib ki, IDEAS sərgisində ASELSAN-ın məqsədi, xüsusiylə müştərisi Pakistanla həm davam edən layihələri haqqında iclaslarını keçirib onların fikirlərini almaq, həm də yeni məhsullarını tanıtmaqdır: “Bu, sərgi bizim üçün böyük fürsətdir. Bütün son istifadəçilərimiz və müştərilərimizlə bir araya gəlmək imkanı verir. Bu sərgidə iştirakımız təkcə Pakistan üçün deyildir. Burada regiondakı digər ölkələrlə də danışıqlar apara bilirik. Banqladeşdə, Körfəz ölkələrində və Qazaxıstanda müştərilərimiz var. Onlar həm bizim Pakistandakı gücümüzü görürlər, həm də region ölkələri ilə əlaqələrimizi inkişaf etdirməyə fürsət yaranır.

ASELSAN olaraq dünyanın 82 ölkəsinə məhsul ixrac edirik və dünyada müdafiə sənayesi şirkətləri arasında 49-cu yerdəyik. Beləliklə, dünya reytinqində ilk 50-likdə yer alan yeganə Türkiyə şirkətiyik. Çalışacağıq ki, bu yoldakı uğurlarımızı davam etdirək”.

IDEAS sərgisi bizim üçün çox məhsuldar oldu. Burada görüşə biləcəyimiz bütün müştərilərimizlə danışdıq, keçirmək istədiyimiz görüşləri keçirdik, layihələrimizi dəyərləndirdik. Pakistan Silahlı Qüvvələri ilə birlikdə növbəti yol xəritəmizi qiymətləndirdik. Bundan sonra ASELSAN olaraq Pakistanda keçirilən bütün IDEAS sərgilərində iştirak etməyi hədəfləyirik”.

ASELSAN-ın ixrac coğrafiyası və hədəfləri haqqında danışan A.Kuran Türkiyənin xarici siyasəti istiqamətində birlikdə addımlaya biləcəkləri ölkələrin onlar üçün hədəf bazarları olduğunu diqqətə çatdırıb.

“Burada bizim ən böyük hədəf bazarımız çox böyüyən Asiya-Sakit Okean, Yaxın Şərq regionudur. Bundan əlavə, yavaş-yavaş böyüyən Avropa bazarıdır ki, NATO-ya üzv olan ölkələrə ixracımız getdikcə artır. Latın Amerikası tərəfində də ixrac bazarımız böyüməkdədir. Ancaq hazırda hədəf kimi göstərə biləcəyim bazar Asiya-Sakit Okean, Yaxın Şərq və Mərkəzi Asiya regionudur. Ancaq digər bazarlar da böyüməkdədir. Bir sözlə biz 82 ölkə arasında fikrimizi müəyyən bir bölgəyə cəmləmirik, dünyanın hər yerinə satışlar edirik. Burada Şimali Amerika, Cənubi Amerika və Afrika da var.

32 www.poliqon.az

Məqsədimiz yeni müştəri qazandırmaqla bərabər, həm də mövcud müştərilərin məmnunluğunu artırmaqdır. Bunun üçün yerində ofislər, texniki-təmir mərkəzləri kimi strukturlarımız var. Azərbaycanda fəaliyyət göstərən “ASELSAN Bakı” ofisi bunlardan biridir. Əsas hədəfimiz satışdan sonra müştərinin yanında olub ona dəstək verə bilməkdir. Biz müştərini sadəcə ehtiyac yox, tərəfdaş kimi görürük. Təkcə ehtiyacı olanda yox, ehtiyacı olmadan bizə gəlsin ki, bunun həll yollarını birlikdə tapaq”, - deyə ASELSAN-ın Biznesin inkişafı departamentinin direktoru bildirib.

ASELSAN məhsullarının uğurunu təmin edən mühüm üstünlüklər

ASELSAN məhsullarının uğurunu təmin edən üstünlüklərdən POLİQON jurnalına danışan ASELSAN-ın istifadəçi müvəffəqiyyəti üzrə meneceri Sebahat Deniz Yılmaz POLİQON jurnalına açıqlamasında bildirib ki, təmsil etdiyi şirkətin üstünlüyü 47 illik təcrübəyə malik bir şirkət olmasıdır: “Bu mənada bir çox fərqli sahələrdə məhsullarımız olsa da, onları “sistəmlər sistemi memari”ndə təqdim edə bilən şirkətik. Əslində “ones to shop” olaraq adlandıra biləcəyimiz bütün məhsul çeşidlərimizi və “sistemlər sistemi memarı”nı da müştərilərimizə təklif edə bilirik.

Bizi digər rəqiblərimizdən fərqləndirən ən əhəmiyyətli xüsusiyyətimiz yalnız məhsulu satmağımız deyil, satış sonrası dəstək ilə hər zaman müştərilərimizin yanında olmağı hədəfləməmizdir. Bu mənada, müştəri yönümlü yanaşmanı mənimsəyən təşkilati struktura uyğun olaraq özümüzü daim genişləndirir və layihələrdə müştərilərimizin gələcəyinin uğurunu təmin etmək kimi fundamental məqsədlə irəliləyirik.

Bu mənada 80 müxtəlif beynəlxalq müştərimizlə birlikdə xaricdə 13 ofisimiz var. Bildiyiniz kimi Bakıda "ASELSAN Bakı" ofisimiz var və təkcə "ASELSAN Bakı" ofisimizdə 30-a yaxın əməkdaşımızla müştərilərimizə hər an dəstək oluruq. Deyə bilərik ki, bu bizi rəqiblərimizdən fərqləndirən ən böyük xüsusiyyətlərimizdən biridir”.

Azərbaycanda xaricdən asılı olmadan rabitə sistemi tətbiq etmək istəyirik

ASELSAN-ın Kommunikasiya və informasiya texnologiyalarının beynəlxalq biznesi inkişafı üzrə meneceri Erdem Coşkun kommunikasiya sistemlərinin kritikliyindən, Azərbaycanda həyata keçirdikləri layihlər barədə məlumat verib. “Əvvəla, xəbərləşmə günümüzdə çox sadə bir şey kimi görünə bilər. Amma xəbərləşmə çox vacibdir. Hazırda məlumat

ötürmək bacarığı çox sadə bir məsələ olduğuna görə, bunun əhəmiyyəti diqqətimizdən yayına bilər. Mülki həyatda bu imkanlara sahibik, lakin müharibə şəraitində hərbi kommunikasiya elementləri çox vacib hala gəlir. Çünki əslində bizim rabitə ailəmiz hərbi və peşəkar rabitə məhsulları olmaqla iki yerə bölünür. Burada da hərbi rabitə cihazlarını peşəkar rabitə vasitələrindən fərqləndirən ən mühüm xüsusiyyət düşmənin elektron müharibə sistemlərinə qarşı əməliyyat meydanında özünümüdafiə edə bilməsidir.

Düşmənin bu elementləri nələrdir? Məsələn, kriptolu (şifrəli) rabitə əlaqəniz yoxdursa, düşmən “əlaqəni kəsmədinləmə” sistemləri ilə sizin hərbi əlaqənizi dinləyə, strategiya ilə taktikalarınızı öyrənə və ondan sizə qarşı istifadə edə bilər. Digər halda isə jammer kimi sistemlər ilə sizin əlaqə yaratmağınıza mane olarlar. Bir nümunəni düşünün – döyüş meydanındasız fərqli bölmələriniz, komanda-nəzarət məntəqələriniz var və onlar bir-biri ilə əlaqə saxlaya bilmədiyi anda tamamilə kor olurlar. Bunu həyata keçirmək üçün tezlik atlama kimi hərbi kommunikasiya texnologiyalarından istifadə edirik. Ona görə də hərbi rabitə cihazlarının döyüş meydanında nə qədər vacib olduğunu başa düşə bilərik”, - deyə E.Coşkun vurğulayıb. E.Coşkun bildirib ki, ASELSAN 1990cı ildən bəri Azərbaycanı hərbi rabitə vasitələri ilə təmin edir: “Bildiyiniz kimi dünyada texnologiya çox sürətlə inkişaf edir və biz də ASELSAN olaraq daim “ArGe” (araşdırma-inkişaf) işlərinə sərmayə ayırır, qabaqcıl texnologiyaya yetişməyə çalışır, sistemlərimizi daim təkmilləşdiririk. Odur ki, 1990-cı illərin əvvəlindən etibarən hər zaman Türkiyə Silahlı Qüvvələrinə hansı ən yeni rabitə texnologiyanı

vermişiksə, qardaş Azərbaycana da eyni sistemi tədarük edərək irəliləmişik.

Günümüzdə Azərbaycan Silahlı Qüvvələrinin inventarında yer alan rabitə cihazlarımız quru qoşunlarının və hava qüvvələrinin heyəti tərəfindən fəal şəkildə istifadə olunur. Bunlarda tezlik diapazonu olaraq VHF (Very High Frequency), UHF (Ultra High Frequency), HF (High Frequency) istifadə edilir. Onlar arasında həm əldə və manqada daşına, həm də avtomobil və təyyarələrə intqerasiya oluna bilən rabitə vasitələri yer alır. Bunlar onsuzda Azərbaycanın inventarındadır və biz də silahlanmaya yeni texnologiyaları qazandırmağa davam edirik. Ancaq burada ən vacib element az öncə də dediyim kimi hərbi rabitə əlaqəsidir. Bu həm Azərbaycan, həm Türkiyə, həm də digər dünya ölkələri üçün çox vacibdir.

Bu elə bir məsələdir ki, onda heç vaxt təhlükəsizlik boşluğu olmamalıdır. Bu da əslində necə olur; Biz necə bu sistemləri Türkiyədə istehsal edirik və xaricdən asılı deyiliksə, eyni ilə Azərbaycanda da sistemi tətbiq etmək istəyirik. Ona görə də indiyə kimi satışlar vasitəsi ilə inventara qazandırmaq uğurunda irəlilədiyimiz yol xəritəsini gələcək illərdə texnologiya transferi halına gətirmək niyyətindəyik.

Texnologiya transferi dedikdə nəyi nəzərdə tuturuq? Birgə qurulacaq fabrikdə bacarıqlarımızı azərbaycanlı qardaşlarımıza ötürəcəyik və bu məhsulları orada birlikdə istehsal edəcəyik. Növbəti mərhələdə Azərbaycanda yeni texnologiyaları bərabər dizayn və istehsal etmək, beləliklə heç bir xarici şirkətə bağlı qalmadan və onların məhsulunu istifadə etmədən, tamami ilə öz fabriklərimizdən çıxan məhsulları ortaya çıxarmaq istəyirik. İnşallah qarşıdakı illərdə bunu edə bilərik”.

33

SDT Azərbaycan və Pakistanla müdafiə sənayesi sahəsindəki birliyi gücləndirmək istəyir

şirkəti

4 fərqli bölmədə fəaliyyət göstərir. Bunlardan birincisi; radar, elektron müharibə və rabitə sistemləridir.

“Buradakı ən vacib radar fəaliyyətlərimizdən biri SAR radarıdır. 2006-cı ildən bəri SAR radarının proqram təminatının təkmilləşdirilməsi tərəfində ixtisaslaşmışıq. Digər tərəfdən dron əleyhinə sistemlər üçün daha kiçik elektron skaner radarlar hazırlayırıq. Elektron müharibə tərəfində "əlaqəni kəsmə-dinləmə", ELINT və SIGINT sistemlərini inkişaf etdiririk. Ümumiyyətlə, Türkiyədəki müvafiq istifadəçilərlə işləyirik.

Rabitə sahəsində isə Data Link sistemlərində məhsullarımız və hətta ixrac uğurlarımız da var. Cənubi Koreyanın KF-21 döyüş təyyarəsinin silahdaxili simulyasiyasının məlumat bağlantısını biz təmin edirik. Prototip mərhələsində layihəmizi uğurla başa çatdırdıq və hazırda seriyalı istehsal üçün sifariş gözləyirik”, - deyə SDT şirkətinin baş direktoru Ö.Korkut vurğulayıb.

Müqaviləyə əsasən SDT şirkəti Pakistan HHQ-ni SDT ACMI (Air Combat Maneuvering Instrumentation) podları və Yer Stansiyaları ilə təmin edəcək. Pakistan HHQ tərəfindən təhvil alınacaq SDT ACMI podları JF-17 qırıcılarına quraşdırılacaq və pilotların döyüş hazırlığının artırılması üçün istifadə olunacaq.

Döyüş təyyarələrinin qanadının altındakı xarici asqılara taxılan SDT-nin ACMI podları təlim vaxtı pilotların həm “hava-hava”, həm də “hava-yer” tipli əməliyyat ssenarilərini yerinə yetirməsinə imkan verir. Bu pod sistemi yüksək sürətli və mənzilli RF məlumat bağlantısı, inteqrasiya edilmiş prosessorları sayəsində istifadəçini real vaxt rejimində avtonom mövqe yaratma bacarığı, silah

simulyasiyası və hədəfin vurulması/vurulmaması ilə bağlı bildiriş göndərmək qabiliyyəti ilə təmin edir. Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələri də pilotların hazırlanması və döyüş bacarıqlarının yüksəldilməsi üçün SDT ACMI podlarından yararlanır. Həmin podlar Türkiyə HHQ-nin F-16 qırıcılarına inteqrasiya edilərək istifadə olunur.

POLİQON jurnalı olaraq, 2005-ci ildən Türkiyədə müdafiə sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərən SDT şirkətinin baş direktoru Ömər Korkutdan rəhbərlik etdiyi şirkətin fəaliyyət istiqamətləri, məhsul qrupları və həyata keçirdikləri layihələr barəsində ətraflı məlumat almağa çalışdıq. Ömər Korkut bildirdi ki, bu il 17 illiyini qeyd edən SDT şirkəti ümumilikdə

Onun sözlərinə görə, SDT-nin fəaliyyətinin ikinci bölməsi əməliyyat sistemləridir: “Bu sistemləri 3 fərqli qrupda toplayırıq. Platformalara təmin etdiyimiz məlumat qeyd (data recorder) sistemlərimiz var. Hazırda yerli uçuş platformalarımızın əksər hissəsində SDT-nin məlumat qeyd sistemlərindən istifadə olunur. ANKA pilotsuz uçuş aparatı, ATAK helikopteri və HÜRKUŞ təyyarəsinin hamısında bizim məlumat qeyd sistemlərimiz quraşdırılıb. ANKAnın digər bir stansiyasında idarəetmə kompüterimiz mövcuddur. Bu bizim platforma sistemlərimizdir.

SDT-nin üçüncü bölməsi silah sistemləridir. Zirehli texnikaların silahlı döyüş modullarının elektron və mexaniki dizaynlarını edirik. Elektronika şirkəti olduğumuz üçün elektronika istehsal edirik. Əgər mexaniki dizayn ediriksə,

34 www.poliqon.az
Türkiyənin SDT Kosmik və Müdafiə Texnologiyaları Pakistanın Karaçi şəhərində keçirilən IDEAS­2022 sərgisində özünün müdafiə sənayesi həllərini nümayiş etdirib. SDT sərgidə əsasən ACMI podunu ön plana çıxarıb, simulyasiya imkanlarını təqdim edib. Sərgi çərçivəsində SDT şirkəti ilə Pakistanın Hərbi Hava Qüvvələri arasında (HHQ) simulyasiya sistemlərinin tədarükünə dair müqavilə imzalanıb.

bunun istehsalını təchizatçılarımız və subpodratçılarımız vasitəsi ilə həyata keçiririk.

Növbəti, dördüncü fəaliyyət sahəmiz simulyasiya sistemləri və informasiya texnologiyalarıdır. Simulyasiya sistemlərində bir az əvvəl stendimizdə gördüyünüz və ACMI (Air Combat Maneuvering Instrumentation) olaraq qısaltdığımız təlim podunu (qın) hazırlayırıq. Bu podla bağlı işlərə Türkiyədə prototip inkişaf layihəsini qazandığımız 2014-cü ildə başlamışıq və 2018-ci ildə tamamlamışıq. Türkiyədəki seriyalı istehsal layihəsini cari ilin fevral ayında imzaladıq. Hazırda Türkiyə Hərbi Hava Qüvvələri üçün seriyalı istehsal edirik. Elə bundan sonra, 2022-ci ilin mart ayında dost və qardaş ölkə Pakistanla seriyalı istehsal layihəsini imzaladıq. Razılaşmanın elanını da bu sərgidə etdik. Pakistan Hərbi Hava Qüvvələrinin təyyarələri də 2 il ərzində SDT-nin ACMI podu ilə uçacaq”.

ACMI podu haqqında ətraflı məlumat verən şirkət direktoru bildirib ki, ACMI podu pilotların havada canlı təlim keçməsinə dəstək verir. Təyyarə havada silahla düzgün nişan ala bilməsi üçün ilk növbədə doğru manevr etməli və əlverişli mövqedə olmalıdır. İkincisi isə silahdan istifadə etmədən simulyasiya üsulu ilə bu məşqi yerinə yetirə bilməsidir. STD-nin ACMI podu avtonom rejimdə işləyə bilir. Yəni təyyarə özünün

sistemləri vasitəsi ilə hələ düşmən təyyarəsi barədə tam informasiya almadan, pod daxilindəki naviqasiya sistemlərinin yardımı ilə onun harada olduğunu və hansı marşrutla, sürətlə uçduğunu, bir sözlə hər şeyini müəyyənləşdirə bilər. Bu pod sayəsində pilotlar həm öz manevrlərini izləyə, həm də havada silahla nişan almaq bacarıqlarını inkişaf etdirə bilirlər.

Ö.Korkut qeyd edib ki, təkcə pilotlar deyil, eyni zamanda yer stansiyasındakı komanda-nəzarət məntəqəsindəki heyət də “hərb oyunu” deyilən bu fəaliyyəti canlı olaraq izləyə bilir. Təlimdən sonra pilotların harada doğru və səhv etdikləri aşkarlanır və bunların qeydiyyatı aparılır. Bu qeyd pilotlar eniş etdikdən sonra onlarla paylaşılır və təlimlərinə mühüm dəstək verir.

Baş direktor simulyasiya sahəsində digər bir layihələrinin Türkiyə Hərbi Dəniz Qüvvələri üçün açar təslim həllər olduğunu deyib. Onun sözlərinə görə, bundan əlavə, quru sistemlərinin də simulyatorlarını hazırlayırlar.

“Simulyasiya sahəsi bizim ciddi proqram bacarıqlarımızın olduğu qrupumuzdur. Türkiyənin müşahidə stansiyalarının, müşahidə peyklərinin və yerüstü stansiyalarının bütün proqram təminatlarını SDT olaraq biz reallaşdırırıq. Birinci layihədə “Telespazio” və ASELSAN şirkətləri ilə birgə işləmişik. Hazırda ikinci layihədə

TUSAŞ ilə işləmək üçün fəaliyyətimizi davam etdiririk.

Fəaliyyətimizin başqa bir sahəsi də istehsal proqramlarımızdır. Biz elektronika və proqram təminatı sahəsində dizayn və mühəndislik şirkəti olduğumuz qədər, eləcə də istehsal və sınaq imkanlarına malik bir şirkətik. Buna görə də, hazırda istehsal və sınaq imkanlarına malik 230 mühəndisdən ibarət komandanı dəstəkləmək üçün infrastrukturumuz var. Buna görə də biz həm özümüzün, həm də müdafiə sənayesinin əhəmiyyətli üzvlərinin dizayn etdiyi məhsulları istehsal edib, sınaqdan keçirdə bilirik.

Bu istehsal proqramı sahəsində, həmçinin inteqrasiya işləri də reallaşdırırıq. Bunlardan biri də xüsusi ilə hərbi sahədə təyyarə durduran sistemlərdir. Bunlar təyyarələrin təcili (emergency) enişlərində onların qəzaya uğramadan və zədələnmədən təhlükəsiz şəkildə dayanmasına imkan verəcək fərqli sistemlərdir. Həmin sistemlərin də həm istehsal, həm də inteqrasiya işlərini yerinə yetiririk”, - deyə Ö.Korkut vurğulayıb.

SDT-nin baş direktoru bildirib ki, rəhbərlik etdiyi şirkətin mühəndisləri tərəfindən həmçinin elektron müharibə sahəsində jammer-siqnal kəsici (siqnal qarışdırıcı, siqnal pozucu) deyilən RF (Radio Frequency) qarışdırıcılar hazırlanır. Bu məhsullardan indiyə kimi

35

SDT tərəfindən təxminən 3000 ədəd Türkiyə Silahlı Qüvvələrinə və Təhlükəsizlik Qüvvələrinə tədarük edilib. Həm istənilən nəqliyyat vasitəsinə quraşdırıla bilən, həm də çiyində daşına bilən jammer sistemləri Quru Qoşunlarına, Jandarma Baş Komandanlığına və ən son, bu yaxın günlərdə Türkiyədə keçirilən tenderi qazanaraq Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.

SDT-nin məhsullarının uğurunu təmin edəcək rəqabət üstünlüklərindən də danışan Ö.Korkut ilk növbədə texnologiyanı çox yaxından izlədiklərini, çox güclü dizayn və mühəndis heyətlərinin olduğunu deyib: “Beləliklə məhsullarımızı rəqibləri ilə müqayisədə texnologiya cəhətdən üstün və rəqabətə davamlı olmaları üçün onları daima təkmilləşdiririk. Bu baxımdan rahatlıqla deyə bilərik ki, texnologiya cəhətdən əksiyimiz yox, artığımız var. Çünki Cənubi Koreya kimi texnologiya transferi edən bir ölkəyə məhsul ixrac edirik. Bu isə texnologiya sahəsində bizim nə qədər üstün olduğumuzu göstərən nümunədir. Təbii ki, rəqabətlilik vacibdir. Bunun üçün də daxili prosesləri daha səmərəli hala gətirərək, xərclərimizi mümkün qədər optimallaşdıraraq rəqabətli qiymətlərlə həm daxili, həm də xarici bazarlarda effektiv olmağa çalışırıq”.

SDT-nin baş direktoru vurğulayıb ki, həll tərəfdaşlarını seçərkən ilk növbədə onlara uyğun gələn, texnologiyanı yaxşı anlayan və sürətli çalışan şirkətlərlə əməkdaşlığa üstünlük verirlər. Çünki müştəri artıq uzun müddət göz-

ləmək istəmir. Ona görə də, tez reaksiya verə bilən və struktura uyğunlaşa bilən şirkətlərlə əməkdaşlığa üstünlük verirlər. Bu yerli və ya xarici şirkətlər ola bilər. Bu yolla SDT müştərilərinin ehtiyaclarını qarşılamağa çalışır.

SDT-nin hazırda əhəmiyyət verdiyi və prioritet olaraq seçdiyi layihə və onun istiqamətləri haqqında bəhs edən Ö.Korkut bildirib ki, bütün layihələri onlar üçün önəmlidir.

“Bəlkə də hazırda müxtəlif coğrafiyalarda hansı sahələrdə daha intensiv marketinq fəaliyyəti ilə məşğul olduğumuzu desəm daha məqsədəuyğun olardı. Təbii ki, ACMI podumuz Türkiyədə mühüm seriyalı istehsal uğuru əldə etdiyi kimi dost və qardaş ölkə Pakistanda da özünü doğrultdu. Beləliklə müqavilə əsasında Pakistan Hərbi Hava Qüvvələri üçün də ACMI podunu istehsal edəcəyik. ACMI podu bizim hazır məhsulumuz olduğundan, onu həm ölkə daxilində, həm də xaricində vurğulayır və tədarük etmək üçün səylərimizi artırırıq. Eynilə, çox tez təmin edə biləcəyimiz jammer məhsullarımız var. Başqa sözlə desək, müştərilərin ehtiyaclarını çox tez ödəyə bildiyimiz məhsullarımızdandır. Biz ilk növbədə onları bazara çıxarmağa çalışırıq.

Başqa bir məsələ də odur ki, bizim çox mühüm simulyasiya layihəmiz var. Qeyd etdiyim kimi Türkiyənin Hərbi Dəniz Qüvvələrinin amfibiya bölməsi üçün hazırladığımız əhəmiyyətli silah atış sistemi layihəsidir. Ona görə də biz bunu prioritet kimi bazara çıxarmağa çalışırıq.

Həmçinin, digər bütün elektron müharibə: dron əleyhinə, öz “Ar-Ge” (araşdırma-inkişaf) fəaliyyətlərimiz ilə

daşınabilən hala gətirdiyimiz mini COMINT və başqa sistemlərimiz var ki, onların da ilk növbədə bazarda marketinq fəaliyyətlərini aparırıq”,deyə SDT-nin baş direktoru bildirib.

SDT-nin ixrac coğrafiyası və hədəfləri haqqında fikirlərini bölüşən Ö.Korkut qeyd edib ki, bir şirkət üçün müdafiə həlləri ixracı çox mühüm bir addımdır: “Dünyadakı mövcud vəziyyətə görə Türkiyədəki müdafiə sektoru çox vacib bir sektordur. Belə ki, bu sahədə siz sadəcə satış etmirsiniz, biliklərinizi, mühüm dəyərlərinizi də bölüşürsünüz. Bu səbəbdən biz dost, qardaş, müttəfiq ölkələrlə bu fəaliyyətlərin davam etdirilməsinə önəm veririk.

Bu mənada istər Pakistan, istər Azərbaycan, istərsə də Körfəz ölkələri olsun, hər cəhətdən bir-birimizi yaxın gördüyümüz ölkələrdəki qardaşlarımızla daha yaxın olmağı və müdafiə sənayesi sahəsindəki bu birliyi gücləndirməyi istəyirik. Prioritet bazarlarımız türkdilli respublikalar, o cümlədən “iki dövlət, bir millət” anlayışı ilə hər zaman qardaş kimi gördüyümüz Azərbaycan, habelə hər zaman yanımızda olan, çətin anlarımızda bizi dəstəkləyən Pakistan, Asiyada Cənubi Koreya, Avropada İtaliyadır. Bu bölgədəki bazarlar bizim üçün ön plana çıxır.

Azərbaycan və Pakistan kimi qardaş ölkələrlə birlikdə işləməyə, texnologiya transferinə, qurulacaq birgə şirkətlərlə fəaliyyətimizi gücləndirməyə, tələb olarsa, bilik və bacarıqlarımızı Pakistan və Azərbaycanla paylaşmağa hər zaman açığıq. Bizim bununla bağlı heç bir tərəddüdümüz yoxdur”.

2022-ci ili SDT üçün qiymətləndirən və 2023-cü ildəki hədəflərindən danışan Ö.Korkut geridə qoyduğumuz ilin bütün dünyada iqtisadi baxımdan çətin il olduğunu söyləyib: “Ancaq 2017-ci ildən bəri SDT-nin qətiyyətli və uğurlu böyüməsi var. Biz bu böyüməni davam etdirdik. Çünki əvvəlki illərdə texnologiya sahəmizə, “Ar-Ge” fəaliyyətlərimizə, layihələrimizə qoyduğumuz yatırımların bəhrəsini topladıq. Buna görə də, 2022ci il bizim üçün iqtisadi cəhətdən nə çox pis, nə də çox yaxşı bir il oldu. Əgər pandemiya şərtləri əlverişli olsaydı bizim üçün yaxşı olardı. 2023-cü ildəki hədəfimiz qətiyyətli, uğurlu və davamlı şəkildə böyüməmizi təmin etmək, ixracatın ümumi dövriyəmizdəki payını artırmaqdır”.

36 www.poliqon.az
SDT ilə Pakistan HHQ arasında simulyasiya sistemlərinin tədarükünə dair müqavilə imzalanıb

“Koç Savunma” sistemləri Azərbaycanın ehtiyaclarını qarşılmağa hazırdır

Türkiyənin

“Koç Savunma”nın sərgilədiyi məhsullar arasında milli təhlükəsizlik sahəsində istifadə edilən sistemləri, o cümlədən aktiv və passiv sonar sistemləri (Sound Navigation and Ranging) xüsusi maraqla qarşılanıb. Dalğıc aşkarlama sonarı milli təhlükəsizlikdə, mühüm kritik obyektlərin, hərbi bazaların, gəmilərin və ya kommersiya baxımından mühüm strateji obyektlərin qorunmasında istifadə olunan “Koç Savunma”nın çox vacib məhsuludur. Şirkətin suüstü gəmilərlə sualtı qayıqlar arasında əlaqə yaratmağa imkan verən sualtı telefonları da nümayiş olunan məhsullar arasında yer alıb.

“Koç Savunma”nın fəaliyyət istiqamətləri və məhsul qrupları haqqında POLİQON jurnalına danışan şirkətin icraçı direktoru Hakan Öktem bildirib ki, 50dən çox şirkəti özündə birləşdirən “Koç Holding” tərtəfindən 2006-cı ildə təsis edilən “Koç Savunma” müdafiə sahəsində çalışır, mühəndislik, “Ar-Ge” və istehsalla məşğul olur. Xüsusilə 2011-ci ildən bəri diqqətini suyun altında və sualtı qayıqlarda işləyən elektron, eyni zamanda dənizin altında istifadə olunan akustik sistemlərə yönəldib.

“İlk dövrlərdə “Ar-Ge” və məhsul inkişafı fəaliyyətlərinə böyük əhəmiyyət verirdik. 2016-cı ildən bəri biz məhsulların müxtəlif variantlarını hazırlayırıq. Hazırda su altında işləyən 20-dən çox müxtəlif məhsulumuz var. Bu məhsulların hamısını Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) inventarına qazandırmışıq. Hazırda da sistemlərimiz orada uğurla istifadə olunur.

Son zamanlarda məhsullarımızın sayını artırmağa çalışır, Azərbaycan və Pakistan kimi dost, müttəfiq, qardaş ölkələrin Donanmalarına da bu məhsulları vermək, təqdim etmək üçün işlərimizi davam etdiririk”, - deyə “Koç Savunma”nın direktoru vurğulayıb.

H.Öktemin sözlərinə görə, son üç ildir ki, Pakistanla əməkdaşlığı inkişaf etdirməyə çalışırlar: “Pakistanda Hərbi Dəniz Qüvvələri və onlarla işləyən şirkətlərlə əlaqə saxlamağa davam edirik. Bu nöqtədə IDEAS-a qatılaraq bacarıqlarımızı göstərmək istədik. Bura, xüsusilə Pakistan HDQ-nin ehtiyacı olduğunu düşündüyümüz suüstü gəmilər

və ya sualtı qayıqlar üçün sistemlərimizi gətirdik.

İlk təcrübəmiz kimi IDEAS sərgisini çox fəal gördük. Xüsusilə Türkiyə bu bölgədə çox aktivdir. Sərginin keçirildiyi 7-8 zal var və demək olar ki, 2 zalda tamamilə Türkiyə şirkətləri təmisil olunub. Həttə digər zallarda olanlar da var. Təbii ki, bu mənada qürurverici və təsir edicidir.

Bizim nöqteyi-nəzərimizdən baxsaq bir sahəyə bir çox məhsulla xidmət göstərən çox şirkət görmədim. Bu mənada hesab edirəm ki, burada bir boşluğu doldurmuşuq. Sualtı sistemləri sahəsində çoxlu məhsullarımız var. Ona görə də Pakistan Hərbi Dəniz Qüvvələrinin demək olar ki, əksər yüksək səviyyəli rəsmiləri stendimizi ziyarət etdilər. Onlarla çox ciddi danışıqlarımız oldu. Bu baxımdan çox məhsuldar və zəngin keçdi. Təbii ki, burada sadəcə görüşmək kifayət etmir. Əlaqələri gələcəkdə də davam etdirmək və daha konkret nəticələr qazanmaq lazımdır”.

Su altında işləyən 20­dən çox müxtəlif məhsul

“Koç Savunma” həllərinin bir çox üstünlüklərinə görə, analoqlarından fərqləndiyini deyən H.Öktem hesab edir ki, ən böyük üstünlükləri məhsul çeşidlərinin çox olmasıdır: “Biz bu sektora təkcə bir və ya iki məhsul ilə xidmət göstərmirik. Bizim 20-dən çox məhsulumuz və bu məhsulların da müxtəlif variantları var. Məsələn, biz sualtı telefon hazırlayırıq. Onun həm suüstü gəmi, həm də sualtı qayıq üçün olan versiyası var. Eyni zamanda fövqəladə hallarda sualtı qayıqlarda istifadə olunan modeli də mövcuddur. Habelə, dalğıc aşkarlama sonarı mühüm məhsulumuzdur. Onun sahildə quraşdırılan, stasionar vəziyyətdə işləyən və gəmilərdən asılan portativ variantı var. Bu da bir üstünlükdür.

Digər üstünlüyümüz dəyərli Türkiyə mühəndisliyinə sahib olmağımızdır. Biz bu baxımından xüsusi ilə yaxşı vəziyyətdəyik. Məhsullarımızın bütün proqram təminatı və təchizatına dair xüsusiyyətlər bizə məxsusdur. Heç bir şəkildə başqa ölkələrdən asılı deyilik. Beləliklə ixrac lisenziyası ilə bağlı problemimiz yoxdur və bu, böyük üstünlükdür.

Bütün məhsullar Türkiyə HDQnin inventarında
37
məşhur “Koç Holding” şirkətlər qrupuna daxil olan “Koç Bilgi və Savunma Teknolojileri A.Ş.” (“Koç Savunma”) şirkəti IDEAS­2022 11­ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarında ilk dəfədir ki, iştirak edib. “Koç Savunma” sərgidə əsasən suüstü gəmilər və sualtı qayıqlar üçün sistemlərini nümayiş etdirib.

Eyni zamanda maliyyə üstünlüyü də təmin etdiyimizi düşünürəm. Sistemlərimizin xüsusiyyətləri və funksiyaları bənzər məhsullardan geri qalmamaqla bərabər, hətta onların rəqiblərinə nisbətən daha sərfəli olduğunu da söyləyə bilərik”. H.Öktem çox yaxın zamanda Türkiyə HDQ-nin “Preveze” sinif sualtı qayıqlarının modernləşdirilməsində mühüm rol oynadıqlarını, həmin layihədə təcili sualtı telefonlar hazırlayaraq sifarişçiyə təhvil verdiklərini bildirib. Dalğıc aşkarlama sonarına tələbatın böyük olduğunu deyən şirkət direktoru qeyd edib ki, xüsusilə son zamanlarda artan asimmetrik təhdidlər, bu mənada sualtı təhlükəsizliyi məsələsini ön plana çıxarıb: “Əslində, bu, su altından terror hücumlarının təşkil olunması üçün də fürsət yaradır. Çünki bilirsiniz ki, uzun müddətdir suyun üstündəki radarlar, kameralar və müxtəlif təhlükəsizlik sistemləri vasitəsi ilə dənizin səthindən gələn təhdidlərin qarşısı alınır, ancaq su altında bu imkanlar azdır. Ona görə də biz bu sahədə fəaliyyətimizi davam etdiririk.

Eyni zamanda, Türkiyənin özünün ağır sinifə aid olan AKYA torpedasını hazırladığını bilirsiniz. Artıq AKYA seriyalı istehsal layihəsi halına gəlib. Bu, həm Türkiyə, həm də müttəfiq və dost ölkələrin Hərbi Dəniz Qüvvələri üçün bir fürsət oldu. Biz də AKYA-da mühüm rol oynadıq. Şirkətimiz AKYA layihəsinin həyata keçirilməsi üçün çalışan türk şirkətləri və mühəndis komandaları arasındadır. Orada AKYA-nın ən vacib sensorlarından biri olan arxa su detektorunu hazırladıq. Bu yüksək tezlikli sonar sistemi gəmi üzən zaman geridə - suda buraxdığı izi təqib edir. Onun kvalifikasiyası uğurla başa çatıb və indi kütləvi istehsala başlamışıq.

Onu da qeyd edim ki, AKYA Türkiyənin öhdəsindən gəldiyi uğurlu layihə oldu. Bu müddət ərzində 100-dən çox sınaq keçirildi və sınaqların hamısında torpedonun fəaliyyəti dəqiq izlənilməli idi. Bu məqsədlə biz torpedoya nəzarət etmək üçün Torpedo Sınaq Sahəsi qurduq və ondan uğurla istifadə etdik. Bu, layihənin uğurla başa çatması üçün ən vacib töhfələrdən biri oldu”.

Rəhbərlik etdiyi şirkətin ixrac coğrafiyası və hədəfləri haqqında söz açan H.Öktem xüsusilə son üç ildə ixracatın “Koç Savunma”nın ən mühüm hədəflərindən biri olduğunu vurğulayıb.

“İxrac məsələsi bir az yavaş olsa da, inamlı addımlarla irəlilədiyimiz sahədir. Xüsusilə, sualtı telefonlarımız yaxın coğrafi ərazidəki müttəfiq ölkələrə ixrac olundu. Türkmənistan, Ukrayna və Pakistan kimi müttəfiq ölkələr üçün inşa olunan MİLGEM və patrul gəmiləri layihələrində iştirak etmişik.

Eləcə də, bilirsiniz ki, Türkiyənin inkişaf etdirdiyi “Reis” sinifi yeni tipli sualtı qayıqlar var və onun da əsas podratçısı Almaniyaya məxsus gəmiqayırma şirkətidir. Bu layihədə də çox vacib rollar aldıq. Layihə hər nə qədər Türkiyədə həyata keçirilsə də, bizim müştərimiz Almaniya şirkəti idi və onlarla işləyirdik”, - deyə H.Öktem deyib.

“Koç Savunma” Azərbaycan gəmilərinin alt sistemlərini təmin edə bilər

Azərbaycanla bağlı layihələrinin üzərində daha çox dayanan H.Öktem bildirib ki, strategiyasını genişləndirmək baxımından Azərbaycan “Koç Savunma”nın böyük əhəmiyyət verdiyi və sistemlərinə ehtiyacı olduğunu düşündüyü qardaş ölkədir: “Xüsusən də hesab

edirəm ki, Xəzər dənizi sahillərinin qorunması məsələsi vacibdir. Bu mənada bizim dalğıc aşkarlama sonarlarımız Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycanın dəniz sərhədlərinin və ya “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” kimi mühüm ticarət obyektinin mühafizəsi üçün effektivdir. Biz bu sistemlərlə Azərbaycanı təmin etmək istəyirik.

Son iki ildə Azərbaycandakı dostlarımızla çox ciddi işləyirik. Eyni zamanda “Koç Holding” və qardaş şirkətlərimizdən biri olan “Koç Sistem”in Azərbaycanda ofisi var. Oradakı dostlarımız Azərbaycandakı əlaqələrimizin möhkəmlənməsində bizə çox kömək edirlər.

Bayaq qeyd etdiyim kimi, Dövlət Sərhəd Xidməti, ticarət və hərbi limanların mühafizəsi ilə bağlı işlərimizi davam etdiririk. Digər sahə kimi Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi ehtiyacı olduğu gəmilər var. Həmin gəmilərin əsas danışıqları təbii ki, STM və ya digər gəmiqayırma zavodları kimi şirkətlərlə davam edir. Biz o gəmilərin əksər alt sistemlərini təmin etmək iqtidarındayıq. Buraya sualtı telefonlar, axtarış-xilasetmə avadanlığı və bu kimi məshullarımızı nümunə göstərmək olar. Mən burada şirkətimizin ixrac potensialı olduğunu görürəm.

Həmçinin, bu yaxınlarda dəniz sistemlərində qazandığımız təcrübə ilə, hərbi sahədən başqa ictimai və mülki sektora da xidmət edə biləcək bəzi məhsullar hazırlamışıq. Məsələn, biz avtonom suüstü nəqliyyat vasitəsi hazırlamışıq. Bu suüstü nəqliyyat vasitəsi ilə biz dənizləri, gölləri və çayları təmizləyir, suyun keyfiyyətinə nəzarət edirik. Bilirik ki, Azərbaycanın da belə məhsula ehtiyacı var. Həmin sahələrdə də əməkdaşlıq mümkündür.

Əməkdaşlıqdan söz düşmüşkən onu da qeyd edim ki, bu bizim üçün qaçınılmaz seçimdir. Çünki suyun altında işləyən sistemləri satmaqla işi bitirmək mümkün deyil. Yerində analizlərdən, inşaatdan tutmuş inteqrasiya işlərinə qədər bir çox fəaliyyət tələb olunur. Bunun üçün yerli əməkdaşlıqlara ehtiyacımız var.

Eyni zamanda 7/24 rejimində suyun altında işləyən sistemlər hazırlayırıq. Bu sistemlər həmişə su altında olduqları üçün mütəmadi olaraq texniki xidmətə ehtiyac duyurlar. Buna görə də, məhsulun çatdırılmasından sonra həm onun saxlanması, həm də tələb olunan fəaliyyətlərin həyata keçirilməsi üçün tərəfdaşlara və əməkdaşlıqlara ehtiyacımız var. Biz bunlara əhəmiyyət veririk”.

38 www.poliqon.az

Murat KURTULUŞ: Azərbaycanla texnologiya sahəsində də əməkdaşlığımızı artıra bilərik

Mehmet Demirkol POLİQON jurnalının Türkiyə bürosu Türkiyənin Müdafiə Sənayesi İcra Komitəsinin qərarı ilə raket sahəsindəki işlərə rəhbərlik etməsi məqsədilə 34 il əvvəl qurulan “Roketsan” şirkəti ilk layihəsinin texnologiya transferi olmasına baxmayaraq daha sonra ərsəyə gətirdiyi dizayn, inkişaf, sınaq və istehsal qabiliyyətləri ilə bu gün 40­dan artıq məhsulu ilə quru, dəniz, hava və kosmik sistemləri sahəsində fəaliyyətini davam edirir.

15-18 noyabr tarixlərində Pakistanda keçirilən IDEAS-2022 sərgisində “Roketsan” bir sıra məhsullarını ön plana çıxardı. POLİQON jurnalı olaraq IDEAS-2022 sərgisində iştirak edən “Roketsan”ın korporativ strategiya, texnologiyanın idarə edilməsi və marketinq fəaliyyətlərindən cavabdeh olan, şirkətin baş direktorunun müavini Murat Kurtuluş ilə görüşərək “Roketsan”ın fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barəsində ətraflı məlumat aldıq.

POLİQON: Murat bəy, IDEAS sərgisində “Roketsan” tərəfindən hansı məhsullar ön plana çıxarılıb və nümayiş etdirilir?

Murat Kurtuluş: IDEAS sərgisi bizim üçün ən vacib sərgilərdən biridir. Bu il qardaş ölkə Azərbaycandakı ADEX müdafiə sənayesi sərgisini tamamladıqdan sonra, yenə digər qardaş ölkə Pakistanda IDEAS sərgisində yer almaqdan böyük sevinc hissi duyduq. Bu sərgiyə Pakistanın çox böyük və güclü Ordusunu dəstəkləyəcək yüksək texnologiyaya sahib məhsul çeşidlərimizin bəzilərini gətirdik.

IDEAS sərgisində öncəliklə tank əleyhinə sistemlərimizi gündəmə gətirdik. Burada OMTAS orta mənzilli

və UMTAS uzun mənzilli tank əleyhinə raketlərimizi sərgilədik. Eyni zamanda qarşımızdakı ildə seriyalı istehsalına başlayacağımız qısa mənzilli – 2.5 kilometr atış uzaqlığına malik KARAOK raketimizi də IDEAS-da nümayiş etdirmək imkanı qazandıq.

Digər bir qrup olaraq pilotsuz uçuş aparatlarında istfadə edilən bizim mini ağıllı sursat dediyimiz MAM ailəsinin bütün üzvləri: MAM-C, MAM-L və MAMT bu sərgidə təqdim edildi.

Bundan başqa yeni hazırladığımız “Sungur” aşağı yüksəklikli hava hücumundan müdafiə raketimizi də burada sərgilədik. Qeyd edim ki, “Sungur” raketinin də seriyalı istehsalına başlanıldı və yaxın dövrdə Türkiyə Silahlı Qüvvələrinə çatdırılmasına start veriləcək. “Sungur” raketimizin qarşıdakı dövrdə çox ciddi tələb görməsini gözləyirik. Eyni zamanda “Cirit” və “Sungur” raketlərinin avtomobil üzərinə quraşdırılan silah stansiyasından istifadə oluna bilən versiyasını da bu sərgidə nümayiş etdirmək imkanı qazandıq.

Təbii ki, məhsullarımız 40-dan çox olduğu üçün hamısını buraya gətirmək şansımız yoxdur. Buna baxmayaraq, Pakistanın Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının

xidmətinə təqdim edəcəyimiz həm məhsul, həm də texnologiyalarımız “Roketsan”ın məhsul çeşidləri arasında yer almaqdadır.

POLİQON: MAM ailəsindən söz düşmüşkən, Azərbaycan Silahlı Qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsində MAM­L və MAM­C sursatları düşmənə qarşı tətbiq edildi və uğurlu oldular. Ondan sonra da “Roketsan” MAM­T sursatını hazırladı. Bununla bağlı açıqlaya biləcəyiniz detalar varmı? MAM­T üçün Azərbaycanla danışıqlar hansı mərhələdədir?

Murat Kurtuluş: Bəli, bunun da çox yaxın zamanda layihəsini həyata keçirmiş olacağıq. Yeni müqavilə çərçivəsində MAM-L-dən sonra MAM-T sursatını da Azərbaycan Silahlı Qüvvələrinin xidmətinə təqdim etmək istəyirik. Bununla əlaqədar razılaşmamız son mərhələdədir. Çox yaxın zamanda onu da reallaşdırmağa başlayacağıq.

POLİQON: Azərbaycana birbaşa silah­sursat satışı ilə yanaşı bu ölkədə birgə istehsalla bağlı reallaşdırılacaq layihələriniz varmı?

Murat Kurtuluş: Azərbaycan bizim qardaş ölkəmizdir. Beləliklə biz “İki dövlət, tək millət” şüarı ilə hərəkət etdiyimiz üçün Azərbaycanda bu mənada - texnologiya cəhətdə də əməkdaşlığımızı artıra biləcəyimizi düşünürük. Son dövrdə Azərbaycanın sənayesi çox ciddi inkişafdadır. Biz də bu inkişafı dəstəkləmək istəyirik. Bununla bağlı da birgə işlənə biləcək

39

mövzular ətrafında fəaliyyətimiz davam edir.

POLİQON: “Roketsan” məhsullarının uğurunu qarantiləyəcək rəqabətcil üstünlükləri nələrdir?

Murat Kurtuluş: “Roketsan”ın məhsullarına baxdığımız zaman birincisi hamısı yüksək texnologiyalı həllərdir. “Roketsan” məhsulları günümüzün təhdidləri və bənzərləri ilə müqayisədə onlardan aşağı deyil, əksinə üstün xüsusiyyətlərə sahib olan sistemlərdir. Bu məhsullarımız son 1015 ildə inkişaf etdirildikləri üçün günümüzdəki rəqibləri ilə mübarizə aparacaq səviyyədə və keyfiyyətdədir. Ən əsası isə odur ki, biz xüsusi ilə də istifadəçilərdən gələn geri bildirişlər əsasında məhsullarımızı inkişaf etdirməyə davam edirik. Sadəcə bir dəfə dizayn olundu və orada qaldı prinsipi ilə yanaşmayırıq.

Türkiyə Silahlı Qüvvələrinin, dost, müttəfiq və qardaş ölkələrin istifadə etdikləri məhsullarımızı onlardan gələn tələblər əsasında inkişaf etdiririk. Bu mənada həm dünyadakı nümunələrindən, həm bənzərlərindən, həm də rəqiblərindən fərqli olaraq istifadəçiyə çox ciddi texnoloji üstünlüklər təmin etdiyimizi düşünürük.

POLİQON: “Roketsan”ın hazırda öncəlik verdiyi layihələr və yönləndirmələri hansılardır?

Murat Kurtuluş: Bizim üçün bütün layihələr vacibir. Ancaq bunların içərisində bu il təqdimatını etdiyimiz “Çakır” sistemimiz var. “Çakır” qanadlı raketi “Atmaca” gəmi əleyhinə idarə olunan raketindən sonra daha çox üstün bacarıqlara sahib olacaq və bir çox platformada istifadə edilə biləcək. “Çakır” raketimizin bu ilin sonunda “Akıncı” PUA-dan ilk atışını reallaş-

dırmış olacağıq. Qarşıdakı dövrdə “Çakır”ın istifadəçilərə, Silahlı Qüvvələrə taktiki ərazidə çox böyük imkanlar təmin edəcəyini düşünürük.

Təbii ki, Türkiyənin Müdafiə Sənayesi Başqanlığının (SSB) koordinasiyası altında hava hücumundan müdafiə sistemləri məsələsində də fəaliyyətlərimiz davam edir. Bura həm artırılmış mənzilli yeni “Siper” hava hücumundan müdafiə sistemi, həm də bloklar daxildir ki, bunların – hava hücumundan müdafiə sistemlərinin üzərində işlərimizi aparırıq.

Habelə, “Sungur” raketimiz laylı hava hücumundan müdafiə sistemimizdə çox aşağı yüksəklik dediyimiz bölmədəki həllimizdir. Bu mənada qarşıdakı müddət ərzində hər iki məhsulumuzun böyük əhəmiyyət qazanacağını düşünürük.

Eyni zamanda son dövrdə bölgəmizdə və dünyamızda cərəyan edən proseslərə baxdığımız zaman ballistik sistemlərin - “yer-yer” tipli uzun mənzilli artilleriya sistemlərinin öz əhəmiyyətini qoruyacağını proqnozlaşdırırıq. Bunun üçün istifadəçilərə həm raket, həm də buraxıcı qurğu texnologiyaları sahəsində həllərimizi təqdim etməyə davam edəcəyik.

POLİQON: “Roketsan”ın ixrac coğrafiyası ilə bağlı fikirlərinizi bilmək istərdik. Bu istiqamətdə qarşıda duran hədəfləriniz nələrdir?

Murat Kurtuluş: Təbii ki, artıq “Roketsan” məhsullarından daha çox ölkədə istifadə edilməyə başlanılıb. İxracat bizim üçün çox vacib strateji hədəflərdəndir. Önümüzdəki dövrdəiki-üç il ərzində ixracatın hazırda 30%

“Sungur” və “Cirit” raketləri

MAM sursat ailəsi

olan dövriyyə payını yüzdə 50%-nin üzərinə çıxarmaq istəyirik. Hazırda Asiya-Sakit Okean bölgəsindən Şərqi Avropaya və Afrikada “Roketsan”ın məhsulları bir çok Silahlı Qüvvələr və müştərilər tərəfindən maraqla qarşılanır. Bunun nəticəsində də son dövrdə razılaşmalarımızın sayı və miqdarı artmaqdadır. Yenə də dediyim kimi ixracat mövzusunda da bütün gücümüzlə işləməyə davam edəcəyik.

POLİQON: Murat bəy, “Roketsan”ın Pakistana olan ixracatı ilə əlaqəli nə deyə bilərsiniz?

Pakistana tank əleyhinə raketlərin tədarükünə dair danışıqlarımız davam edir. Bu günə qədər “Roketsan”ın yaxın, orta və uzun mənzilli tank əleyhinə raket sistemlərinin Pakistan Quru Qoşunları tərəfindən çox şaxəli sınaqları həyata keçirilib. Sınaqlar zamanı bu raketlərin bir çox funksiyası müxtəlif şəraitlərdə yoxlanılıb. Yaxın müddət ərzində bunları müqaviləyə çevirmək istəyirik.

Eyni zamanda Pakistanla zireh həllərimiz mövzusunda da fəaliyyətlərimiz davam edir. Bildiyiniz kimi, “Roketsan” sadəcə raket, döyüş başlıqları deyil, həm də tankları mühafizə edən zirehlər də hazırlayır. Beləliklə, burada həm əsas döyüş tankarı, həm də zirehli nəqliyyat vasitələri üçün xüsusi zireh həllərimiz mövcuddur.

Onu da xüsusi ilə qeyd etmək istəyirəm ki, Türkiyədə “Altay” əsas döyüş tankının zirehinin dizaynı və istehsalına “Roketsan” cavabdehdir. Bu çərçivədə Pakistan Ordusunun da zireh ehtiyaclarına cavab verə biləcəyimizi düşünürük. Bu çərçivədə artıq bir çox sınağı həm Pakistan, həm də Türkiyə şəraitində reallaşdırdıq. Zireh sahəsində də olan layihələri qısa müddət ərzində həyata keçirmək istəyirik.

POLİQON: Murat bəy, sektorunuz və şirkətiniz baxımından 2022­ci ili necə qiymətləndirirsiniz?

Murat Kurtuluş: 2022-ci il digər müdafiə sənayesi şirkətləri kimi, bizim üçün də çox gərgin oldu. “Roketsan” bu il üçün müəyyənləşdirilmiş olduğu hədəflərini böyük ölçüdə reallaşdırdı və ilin sonuna kimi onları tamamlamaq istəyirik. “Roketsan” istehsal, ixracat və məhsul təhvili kimi əsas hədəfləri ilə bağlı bütün fəaliyyətlərini tam sürətlə davam etdirir. Bu vaxta qədər heç bir

problemimiz olmadı. Bu ili hədəflərimizin üstündə tamamlamağı ümid edirik.

POLİQON: “Roketsan”ın 2023­cü il üçün plan və perspektivləri nələrdir?

Murat Kurtuluş: 2023-cü il məhsul təhvili hədəflərimizin 2022-ci ildən daha çox olacağı bir il olacaq. Yuxarıda qeyd etdiyim kimi 2023-cü ilin ilk rübündə “Çakır” raket sistemimizin inkişaf və seriyalı istehsal olunması ilə əlaqədar işlərimiz davam etdiriləcək. “Sungur” raketinin seriyalı istehsalı və digər məhsullarımızın təhvili üçün fəaliyyətlərimiz davam edəcək.

İxracat hədəflərimizə uyğun olaraq “Roketsan” şirkəti yenə dünyada bir çox yerlərdə mövcud olacaq və məhsullarımızı istifadəçilərə təqdim edəcəyik. Bununla da yeni müqavilələrin imzalanmasını hədəfləyirik.

POLİQON: IDEAS sərgisini necə dəyərləndirirsiniz?

Murat Kurtuluş: IDEAS sərgisi çok gərgin keçdi. Pakistanın yüksək vəzifəli nümayəndələri ilə bir yerə gəlmək şansımız oldu. Dörd gün ərzində davamlı görüş və toplantılarmız baş tutdu. Pakistanla yuxarıda qeyd etdiyim mövzulardan əlavə yeni məsələlər barəsində də fikir mübadiləmiz oldu. Həmçinin biz təkcə Pakistanla deyil, dost, müttəfiq və qardaş, habelə buraya nümayəndə heyəti göndərən ölkələrin rəsmiləri ilə də görüşdük.

IDEAS sərgisi və onun yüksək səviyyədə təşkili üçün Pakistan Silahlı Qüvvələrinə öz təşəkkürümü bildirirəm. PQ

41
OMTAS və UMTAS raketləri MAM­T və MAM­L sursatları

“Meteksan Savunma”nın IDEAS2022-də sərgilədiyi məhsullar arasında: gəmilərin korpusunun alt hissəsinə quraşdırılaraq suda olan yaxud oradan gələn təhdidləri aşkarlamağa imkan verən YAKAMOS 2020 sonar (sound navigation and ranging) sistemi; pilotsuz uçuş aparatları üçün MİLSAR SAR/MTI radarı: KAPAN antidron sistemi; “Ulaq” insansız silahlı kater ailəsi; “Nazar” lazer silah sistemi və bir sıra başqa məhsulları yer alıb. Bundan başqa, “Meteksan Savunma” MERT və MERTER elektron hücum sistemlərini ölkə xaricində ilk dəfə IDEAS-2022 sərgisində nümayiş etdirib.

“Meteksan Savunma” şirkətinin beynəlxalq satış, marketinq və korporativ reputasiya direktoru Burak Akbaş POLİQON jurnalına açıqlamasında bildirib ki, IDEAS sərgisində xüsusi ilə

ön plana çıxardıqları məhsulların başında suüstü gəmilər üçün hazırladıqları YAKAMOS 2020 sonar - sualtı qayıqlardan müdafiə sistemi gəlir: “Sonar uzun illərdir ki, Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının “Ada” sinifi korvetlərində uğurla xidmət göstərir. Burada sonarları vurğulamağımızın səbəbi onun Pakistan Hərbi Dəniz Qüvvələri tərəfindən seçilmiş olmasıdır. Hazırda bu sonar müqavilə əsasında Pakistan Hərbi Dəniz Qüvvələrinin “Milgem” gəmilərində quraşdırılacaq. Buna görə də biz IDEAS sərgisində əsas prioritet kimi sonarı nümayiş etdiririk. Bundan əlavə, şirkətimizin “Ares Tersanesi” ilə birgə hazırladığı “Ulaq” insansız silahlı kater ailəsi var. Bunlar öz sahələrində həqiqətən qabaqcıl, innovativ, hətta dünyada bənzərlərinin çox olmadığı məhsullardır. Buradakı

məqsədimiz Türkiyənin PUA sektorunda qazandığı uğuru insansız dəniz vasitələri sahəsində də davam etdirməkdir. Buna görə də “Ulaq” məhsulumuzu IDEAS2022-də sərgilədik.

IDEAS-da nümayiş etdirdiyimiz əsas məhsullarımızdan biri də KAPAN antidron sistemidir. Bildiyiniz kimi, son vaxtlar kiçik dronlar çox ciddi təhlükəyə çevrilib. Əslində son illərdə dünyada baş verən müharibələrə baxdıqda kiçik dronların nə qədər təsirli olduğunu müşahidə edə bilirik. Eyni zamanda terror təşkilatları da bu pilotsuz uçuş vasitələrindən həm kəşfiyyat-müşahidə, həm də partlayıcılar yerləşdirərək hücum məqsədilə istifadə edirlər. Ona görə də bu dronların aşkarlanması və zərərsizləşdirilməsi kritik məsələdir”.

Pakistan Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri ilə davam edən layihələrinin olduğunu diqqətə çatdıran şirkət nümayəndəsi IDEAS sərgisinin onlar üçün uğurlu keçdiyini deyib. Onun sözlərinə görə, sərgi çərçivəsində Pakistan Hərbi Hava Qüvvələri Komandanlığı ilə “Meteksan Savunma” arasında hazırda aparılan layihələrin davam etdirilməsi və yeni əməkdaşlıqların yaradılması üçün müqavilə imzalanıb. Bununla yanaşı, təkcə Pakistandan deyil, buradakı çox yüksək səviyyəli xarici nümayəndə heyətlərindən də “Meteksan Savunma” stendini ziyarət edənlər olub.

“Meteksan Savunma” həlləri döyüş meydanında uğurla istifadə edilib

“Meteksan Savunma” stendini ziyarət edənlərə şirkətin fəaliyyət istiqaməti, istehsal etdiyi məhsullar barəsində məlumat verilib. Bildirilib ki, “Meteksan Savunma” şirkətinin fəaliyyət sahələrinə radar sistemləri, ətraf mühitə nəzarət sistemləri, rabitə sistemləri, sualtı akustik sistemləri və təlim simulyatorları daxildir. Bu sahələr üzrə şirkətin geniş çeşiddə məhsulları var. Bura pilotsuz uçuş aparatları (PUA) və helikopterlər üçün radarlar, sərhəd təhlükəsizliyi və kritik obyektlərin təhlükəsizliyi üçün radarlar, pilotsuz uçuş aparatlarından müdafiə sistemləri,

42 www.poliqon.az
layihələr
şəhərində keçirilən IDEAS­2022 müdafiə sənayesi sərgisində həm orada iştirak edən dövlətlərin nümayəndə heyətlərinə, həm də ziyarətçilərə özünün yeni məhsul və qabaqcıl texnologiyalarını təqdim
Burak AKBAŞ: Azərbaycanda hədəflədiyimiz
ətrafında müzakirələr aparırıq Türkiyənin “Meteksan Savunma” şirkəti Pakistanın Karaçi
edib.

dron aşkarlama radarları, helikopter maneələrinin aşkarlanması sistemi, elektron hücum məhsulları, Hərbi Dəniz Qüvvələri üçün simulyatorlar, pilotsuz uçuş aparatlarının və raketlərin alt sistemləri kimi geniş çeşiddə məhsullar daxildir.

“Təbii ki, hər şeydən əvvəl bizim məhsullarımızın hamısı Türkiyə Silahlı Qüvvələrinin ehtiyacları çərçivəsində müəyyən olunmuş və istehsal edilmiş məhsullardır. Türkiyə Silahlı Qüvvələri dünyanın ən böyük və yenilikçi Ordularındandır. Bu o deməkdir ki, onların ehtiyacları üçün məhsul hazırlayanda əslində dünyada rəqabətədavamlı, analoqlarından seçilən məhsul istehsal edilir ki, bu da mühüm məsələdir.

Bundan əlavə, məhsullarımızı tamamilə yerli və milli texnologiyalar əsasında, öz mühəndis heyətlərimizlə dizayn və istehsal edirik. Bu, bizim üçün kritik məsələlərdən biridir. Eyni zamanda, məhsullarımız indiyədək döyüş meydanında uğurla istifadə olunmuş, sınaqdan keçirilmiş və əməliyyatlarda iştirak etmiş həllərdir. Məhz buna görə də bir məhsulun “Combat Proven” və ya “Feel Proven” (döyüş, əməliyyat meydanında özünü sübut etmiş hərbi sistemlərə verilən ad) dediyimiz xüsusiyyətə malik olması onu dünyadakı analoqlarından fərqləndirir”, - deyə B.Akbaş deyib.

B.Akbaş vurğulayıb ki, “Meteksan Savunma”nın həll tərəfdaşları tamamilə Türkiyə müdafiə sənayesindəki digər şirkətlərdən ibarətdir və onlarla birgə işləyirlər: “Burada prioritetlərimizdən biri odur ki, əgər Türkiyədə bir şirkət bir məhsulu hazırlayıbsa, biz “Meteksan Savunma” olaraq o sahəyə çox girmək istəmirik. Əvəzində biz həmin şirkətlə işləməyə və gücümüzü birləşdirməyə üstünlük veririk ki, ölkəmizin resursları məhduddur və eyni sahələrə təkrar sərmayə qoyaraq bu məhdud resursları xərcləməyək. Bu çərçivədə də biz əslində Türkiyənin müdafiə sənayesində bütün yerli və milli şirkətlərlə birlikdə işləyirik”.

B.Akbaş “Meteksan Savunma”nın hazırda daha çox önəm və üstünlük verdiyi layihə və istiqamətlərdən də danışıb.

““Meteksan Savunma” olaraq önəm verdiyimiz mövzulardan birincisi yuxarıda qeyd etdiyim “Ulaq” insansız kateridir. Çünki bu, həm Türkiyədə, həm də dünyada çox diqqət çəkən yenilikçi mövzudur. Ona görə də “Ulaq” hazırda

prioritet layihələrimizdən biridir. Bundan başqa, bayaq dediyim KAPAN antidron sistemləri hazırda çox ehtiyac duyulan məsələdir. Bu kiçik dronları həm aşkar etmək, həm də zərərsizləşdirmək imkanı çox mühüm əhəmiyyət kəsb edir. Buna görə də dron əleyhinə sistemlər üzərində çox işləyirik.

Əlavə olaraq, PUA-lar üçün hazırladığımız MİLSAR adlı radarımız var. Son Ukrayna-Rusiya müharibəsində izlədiyiniz kimi, bəzi dəniz minaları üzə çıxdı və İstanbula, Qara dənizin Türkiyə hövzəsinə doğru gəlməyə başladı. Bu, MİLSAR PUA radarımız həmin dəniz minalarını tapmaqda böyük uğur qazandı. Buna görə də bizim əsas prioritetlərimizdən biri bu PUA radarımızdır. Həmçinin hazırladığımız raketlər və sərhəd təhlükəsizliyi sistemləri üzərində də işləməyə davam edirik”, - deyə B.Akbaş bildirib.

B.Akbaş qeyd edib ki, “Meteksan Savunma” yerli ehtiyacları qarşılamaqla yanaşı ixracat coğrafiyası da genişləndirməyi hədəfləyib: “İxrac coğrafiyamız Türkiyənin digər müdafiə sənayesi şirkətləri ilə paraleldir. Xüsusilə Uzaq Şərqdə, Körfəz və Asiya ölkələrində davam edən layihələrimiz var. Məsələn, “Meteksan Savunma”nın Qətərin Doha şəhərində ofisi var. Bu ofisdən biz hazırda Körfəz ölkələrində reallaşdırdığımız layihələrin koordinasiyalı şəkildə həyata keçirilməsini təmin edirik.

Bundan başqa, hədəflədiyimiz bazarlarda, o cümlədən Uzaq Şərq, yaxın zamanlarda da Afrika ölkələri və Cənubi Amerika regionu ilə bağlı fəaliyyətlərə

başlamışıq. Burada da Türkiyə müdafiə sənayesinin ixracatını və təmsilçiliyini artırmağı planlaşdırırıq.

Təbii ki, dost və qardaş ölkə Azərbaycanı heç demirəm. Çünki Azərbaycan bizim üçün bazar deyil, birlikdə çalışdığımız, heç bir gözlənti olmadan hər zaman lazım olanı etmək üçün əlimizdən gələni edəcəyimiz ölkədir. Bir müddətdir ki, Azərbaycanla çox sıx danışıqlar aparırıq. Biz oradakı ehtiyaclardan və lazım ola biləcək məsələlərdən xəbərdarıq. Bu çərçivədə “Meteksan Savunma” olaraq son zamanlar qeyd etdiyim kimi, məhsullarımızın Azərbaycanda istifadəsi üçün çox yaxın və ətraflı danışıqlar aparırıq. Hazırda imzaladığımız layihə yoxdur. Ancaq qarşıdakı dövr üçün hədəflədiyimiz mövzular var. Onların adlarını çəkməyəcəm. Ancaq hədəflədiyimiz layihələr var. İstifadəçi tərəfi ilə çox yaxından müzakirələr aparırıq.

“Meteksan Savunma” Azərbaycan şirkətlərini əməkdaşlığa dəvət edir Azərbaycanda müşahidə etdiyim, özəl şirkətlər və öz mühəndisləri ilə yavaş-yavaş yerli və milli araşdırmaların aparılmasına başlanmasıdır. Bu çərçivədə də biz Azərbaycanın yerli müdafiə sənayesinin inkişafı və parlaq mühəndislərinin işlə təmin olunması üçün əlimizdən gələni etməyə hazırıq. Elə buradan oxucularınıza bir mesaj vermək istəyirəm: Məhsullarımızla bağlı bizimlə əməkdaşlıq etmək istəyən yerli şirkətlər olarsa, qapımız onlara hər zaman açıqdır”.

43

Adnan METİN:

Azərbaycanda HHM

sahəsindəki layihələrdə

iştirak edirik, qarşıda bizi çox mərhələli iş gözləyir

xidmətinə veriləcəyi gözlənilir

Pakistan Silahlı Qüvvələri ilə başladığımız və tamamladığımız layihələrimiz var

Mehmet Demirkol POLİQON jurnalının Türkiyə bürosu

Türkiyənin “MilSOFT” proqram təminatı və sistem inteqrasiyası şirkəti Pakistanın Karaçi şəhərində keçirilən IDEAS­2022 Beynəlxalq Müdafiə Sərgisi və Seminarında yeni məhsullarını nümayiş etdirib, yeni müqavilə ilə sərgiyə öz möhürünü vurub. POLİQON jurnalı olaraq “MilSOFT” şirkətinin baş direktoru Adnan Metin ilə müsahibəmizdə rəhbərlik etdiyi şirkətin həyata keçirdiyi layihələr və perspektiv planları barədə ətraflı məlumat almağa çalışdıq.

– Adnan bəy, zəhmət olmasa əvvəlcə özünüz haqqında qısa məlumat verərdiniz...

– Türkiyədə 25 il özəl sektorda çalışdıqdan sonra “MilSOFT” şirkətinə qatıldım. “MilSOFT”da baş direktor kimi ilk ilimi tamamladım. Beləliklə həm Türkiyədəki, həm də bölgədəki müdafiə sənayesinin ən əhəmiyyətli proqram təminatı şirkəti olan “MilSOFT”da olmaq həqiqətən yaxşı təcrübədir.

– “MilSOFT”un fəaliyyət istiqamətləri haqqında oxucularımızı məlumatlandırmağınızı istərdik. Şirkətinizin məhsul portfelinə nələr daxildir?

– “MilSOFT” 1998-ci ildə qurulmuş müdafiə sənayesi proqram təminatı şirkətidir. “MilSOFT” Türkiyədə və Avropada CMMI level 5-i alan ilk şirkətdir. Son 16 ildir ki, CMMI-5 səviyyəli sertifikatı daşıyır və bütün layihələrində bundan istifadə edir.

– CMMI­5 səviyyəsi nədir?

– CMMI level 5 reallaşdırdığımız proqram təminatı layihələrində keyfiyyətin yüksək səviyyədə saxlanmasını təmin etməklə yanaşı, eyni zamanda layihənin

büdcəsinə uyğun olaraq bütün parametrlərin müvafiq çərçivədə yerinə yetirilməsinə şərait yaradır.

“MilSOFT” C4ISR sahəsində ixtisaslaşmış şirkətdir və məshullarımız 3 qrupa – döyüş idarəetmə, taktiki data link və kəşfiyyat sistemlərinə bölünür. Bunlara əlavə olaraq, son dövrdə inteqrasiya olunmuş logistik sistem proqram təminatımızı inkişaf etdirdik. Bu dünyada etibarlı olan “S” səviyyəli (“S-Series”) standartlarda hazırlanmış proqram təminatıdır.

Bundan başqa müdafiə sənayesi və ictimaiyyət üçün layihələr hazırlayarkən istifadə etdiyimiz 17 ədəd məhsulumuz var.

– IDEAS sərgisində nümayiş etdirdiyiniz məhsullarınız haqqında nələri deyə bilərsiniz, “MilSOFT” həllərinə maraq necədir?

– “MilSOFT” uzun müddətdir ki, Pakistanla işləyir. Pakistan Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri ilə başladığımız və tamamladığımız layihələrimiz var. Hazırda isə bu layihələrin davamı ilə bağlı danışıqlar aparırıq. “MilSOFT” şirkəti taktiki data link sistem ilə

bağlı məsələlərdə Pakistan Hərbi Hava Qüvvələri ilə əməkdaşlıq edir. Bizim taktiki data linkdə Link, Link 11, Link 16, Link 22 və Türkiyənin milli linki olaraq qərarlaşdırdığımız “Mil-Link” kimi məhsullarımız var. Təfərrüatı barədə məlumat verə bilmərəm, lakin onu deyə bilərəm ki, bu bacarıqlarımızı Pakistan Hərbi Hava Qüvvələri ilə birlikdə onların bəzi layihələrində istifadə edirik.

Bundan başqa, yuxarıda da qeyd etdiyim kimi, Pakistan Hərbi Dəniz Qüvvələri ilə həyata keçirdiyimiz layihələr var. Burada təxminən 56 platforma var ki, onlarında bəziləri dəniz, bəziləri quru və bəziləri də hava ilə bağlıdır. Pakistan Hərbi Dəniz Qüvvələri ilə birlikdə onların komanda-nəzarət layihəsini “WACCS/ WACS” (Wide Area Command and Control Systems - Geniş Ərazi Komanda və İdarəetmə Sistemləri) adlandırdığımız proqramla həyata keçirdik. Orada da yeni axtarışlar içərisindəyik. Sərgi çərçivəsində də Pakistandakı müvafiq həmsöhbətlərimizlə gözəl danışıqlarımız oldu.

– Adnan bəy, “MilSOFT” şirkətinin istehsal etdiyi məhsulların analoqlarından üstünlükləri nələrdir?

– “MilSOFT”un ən mühüm üstünlüyü onun standartlarıdır. Yuxarıda da qeyd etdiyim kimi, “MilSOFT” Türkiyədə CMMI 5 səviyyəsinə sahib və onu davam etdirən yeganə şirkətdir. Avropada da iki əlin barmaqlarını keçməyəcək sayda şirkət bunu davam etdirir. Yəni standartlarımız yüksəkdir.

İkincisi, “MilSOFT” NATO və Qərb ölkələri

dəstəklənən, ümumi 44 www.poliqon.az Taktiki data link, kəşfiyyat və komanda­idarəetmə sistemlərimizin azərbaycanlı qardaşlarımızın
tərəfindən

qəbul edilmiş standartlar olan “S-Series” kimi dünya standartlarından istifadə etməklə öz proqram təminatı məhsullarını hazırlayır. Buna görə də, “MilSOFT” yerli deyil, qlobal “Software” (Proqram təminatı) strukturu kimi fərqlənir.

Həmçinin “MilSOFT”un taktiki məlumat bağlantıları, kəşfiyyat və komandanəzarət sistemlərindəki neçə illik təcrübəsi onu qurudan, dənizdən və havadan asılı olmayaraq inteqrasiya edilmiş müharibə idarəetmə sistemində yerləşdirməyə imkan verir.

– Həll tərəfdaşlarınızı seçərkən hansı meyarları nəzərə alırsınız?

– Həm subpodratçılarımızı, həm də ölkələrdəki nümayəndələrimizi seçərkən diqqətli olmağa çalışırıq. Biz açıq innovasiyaya inanırıq. Bütün yenilikləri bizim etməyimiz mümkün deyil. Ona görə də müəyyən sahələrdə yenilik etmək imkanı olan şirkətlərə ya investisiya qoyur, ya da əməkdaşlıq edərək onlara yol açırıq. Beləliklə onlarda bizə dəstək olurlar.

Bizim xaricdə də nümayəndələrimiz var. Layihə əsaslı nümayəndəliklərimizlə işləmək vərdişimiz var. Biz heç bir ölkədə xüsusi nümayəndəlik təqdim etmirik. Layihə əsasında işləyə biləcəyimiz nümayəndələrlə çalışırıq. Bunları seçərkən də təbii ki, mövzu ilə bağlı biliyi, təcrübəsi, ünsiyyət bacarığı və s. üstünlükləri olanlar ön plana çıxır.

– “MilSOFT” şirkətinin hazırda önəm verdiyi və prioritet olan layihələri hansılardır?

– Biz bu yeni dövrdə C4ISR ilə yanaşı bulud hesablamalarına və avtonom sistemlərə də investisiyalar qoyuruq. “Defence Cloud” müdafiə sənayesi bulud işinin önümüzdəki dövrdə çox əhəmiyyətli olacağını müşahidə edirik. Türkiyədə də yeni layihəyə başlamaq üzrəyik və “Software Factory” kimi bir şey hazırlayırıq. Bu, NATO-nun “Software Factory”si kimi bir şey olacaq və bunu Türkiyə müdafiə sənayesinin xidmətinə vermək istəyirik. Bulud platformasını inkişaf etdirərək, bundan sonra müdafiə sənayesində hazırlanacaq proqram təminatlı məhsullar üçün infrastruktur yaratmağa çalışırıq.

İkincisi avtonomdur. Bu baxımdan bizim quruda, dənizdə və havada avtonom imkanların əldə edilməsinə dair planlarımız və investisiyamız var. Sürü sistemlərini avtonom sistemlərdən ayırmırıq. Sürü sistemləri bu işin davamı kimi qarşımızda durur.

Üçüncüsü inteqrasiya olunmuş logistika sistemidir. İnteqrasiya edilmiş

logistika sistemləri, xüsusilə müdafiə sənayesində platformaların istifadəsi mənasında böyük əhəmiyyət kəsb edir. Əgər inteqrasiya olunmuş logistika sistemi tətbiqləri, proqram təminatları yoxdursa, təyyarə, gəmi və quru platformalarından çox da səmərəli istifadə etmək mümkün olmur. Məsələn, əlinizdə 100 ədəd platforma var, lakin onlardan 30 ədədi ehtiyat hissələrinin olmaması, texniki xidmət və ya planlaşdırma səbəbindən işləmir. Buna görə də biz inteqrasiya olunmuş logistika sistemini gündəliyimizdə 3-cü maddə kimi saxladıq. Bayaq qeyd etdiyim kimi, məhsullarımızı qlobal səviyyədə qəbul olunmuş “S-Series” standartlarına uyğun şəkildə hazırlayırıq.

– Adnan bəy, şirkətinizin ixrac coğrafiyası və hədəfləri haqqında nə deyə bilərsiniz? Mümkünsə, Azərbaycanla bağlı planlarınızı da bizimlə bölüşərdiniz…

– Son bir neçə ildir ki, dövriyyəmizin 2/3 hissəsini xarici müştərilərimiz təşkil edir. Yəni onların 66 faizi xarici müştərilərdir. Biz də bunu artırmaq və daimi olmağı üçün səylərimizi davam etdiririk.

Təbii ki, bu yaxınlarda qardaş ölkəmiz Azərbaycanla sıx əməkdaşlıq etmək imkanımız oldu. ASELSAN ilə birlikdə hava hücumundan müdafiə sahəsindəki layihələrdə iştirak edirik. Burada qarşıda bizi çox mərhələli iş gözləyir. Yenə taktiki data link və onun xaricində kəşfiyyat, bəlkə də komanda-idarəetmə sistemlərimiz azərbaycanlı qardaşlarımızın xidmətinə veriləcək.

– Artıq 2022­ci ilin sonuna çatmışıq. Bu ili sektorunuz və şirkətiniz baxımından necə qiymətləndirirsiniz?

– 2022-ci il bizim üçün transformasiya ili oldu. Qurumda strategiya və biznesin inkişafı bölməsi, korporativ, baş direktorun köməkçisi vəzifələrini yaratdıq. Buna görə də şirkət daxili struktur da yenidən quruldu.

Bundan əlavə, CMMI level 5-in yeni sertifikasiyasını tamamladıq. Bu il xüsusilə bulud və avtonom sistemlərlə bağlı yeni sahələr müəyyən edildi. Biz onlara diqqət yetirir, məhsul və xidmətləri inkişaf etdiririk.

Həmçinin xarici kanallarla, xüsusən də beynəlxalq əlaqələri yaxşı olan kanallarla satış, marketinq və əməkdaşlıqlara üstünlük verdiyimiz dövr oldu.

– IDEAS sərgisində çoxlu görüşlər keçirdiyinizi qeyd etdiniz. Bu sərginin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

– IDEAS sərgisində ilk dəfədir ki, iştirak edirəm, çox təsirləndim. Pakistan Azərbaycan kimi qardaş ölkə olduğundan bizi burada çox isti münasibətlə qarşıladılar. Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, bütün təhlükəsizlik qüvvələri və buradakı yerli biznes tərəfdaşlarımızla çox səmimi bir mühitimiz oldu. Artıq qarşıdakı aylar üçün bizə planlar qurmaq imkanı verən silsilə görüşlər keçirmişik və bu çox səmərəli oldu.

Ümid edirəm ki, bu sərgilər bizim qardaş ölkələr arasında əlaqələrin daim inkişaf etməsinə zəmin yaradacaq.

– Dəyərli vaxtınızı ayırdığınız üçün çox sağ olun. Sonda əlavə etmək istədiyiniz fikirləriniz varmı?

– Xüsusən Azərbaycandan bizə belə bir fürsət verdiyiniz üçün mən sizə çox təşəkkür edirəm. Ümid edirəm ki, yaxın gələcəkdə bu qardaş ölkələr arasında nümunəvi əməkdaşlıqlar ortaya qoyulacaq. Çox sağolun.

45

Bor karbid keramika sahəsində dünyanın 3 istehsalçısından biri olan “Nurol Teknoloji” şirkəti stendində ballistik qoruyucu jiletləri, nəqliyyat vasitələrinin mühafizə zirehlərini və digər məhsullarını təqdim edib. Uzun illərdir ki, Pakistanla əməkdaşlıq edən “Nurol Teknoloji” 4 gün davam edən sərgidə Pakistan və digər ölkələrin hərbi rəsmiləri ilə görüşlər keçirib.

“Nurol Teknoloji” şirkətinin satış marketinqi və biznesin inkişafı üzrə rəhbəri Tunahan Tunalıtosunoğlu POLİQON jurnalına bildirib ki, “Nurol Teknoloji” özünün qabaqcıl texniki keramikalarını öz ballistik həllərindən istifadə edərək istehsal edir. Onun sözlərinə görə, “Nurol Teknoloji” alüminium-oksid, silisium karbid və bor karbid keramika istehsal edir. Şirkət bunları öz xüsusi reseptləri, prosesləri ilə istehsal edir və istər personal, istər platforma, istərsə də struktur mühafizə sistemlərində müştərilərə ballistik mühafizə təklif edir.

Personalın mühafizəsinə dair məhsullar ön planda

“Xüsusilə Pakistanla əlaqələrimiz çox yaxşıdır. Bu ölkə ilə illərdir ki,

davam edən layihələrimiz var. Uzun illərdir ki, Pakistan Ordusunun maşınlarını zirehlə təmin edirik. Son illərdə bu iş həcmini artırmağı qarşımıza məqsəd qoymuşuq. Buna uyğun olaraq da IDEAS sərgisində Pakistan bazarı üçün personalın mühafizəsinə dair məhsullarımızı ön plana çəkmək istədik.

IDEAS sərgisi bizim üçün çox yaxşı keçdi. Sərgi müddətində səmərəli görüşlərimiz oldu. Burada mövcud müştərilərimizlə iş həcmini artırmaq və müəyyən mənada yeni müştərilər qazanmaq üçün bəzi şirkətlərlə məhsuldar görüşlər keçirdik. Ümid edirəm ki, tezliklə bunun bəhrəsini görəcəyik”, - deyə T.Tunalıtosunoğlu deyib.

Rəqabət üstünlüyü ­ texniki keramikaların istehsalı

“Nurol Teknoloji” şirkətinin məhsullarının uğurunu təmin edəcək rəqabət üstünlüklərindən danışan T.Tunalıtosunoğlu vurğulayıb ki, “Nurol Teknoloji”yə rəqabət üstünlüyü gətirən ən böyük xüsusiyyət, özünün qabaqcıl texniki keramikalarını istehsal etməsidir: “Xüsusilə bor karbid keramikasıdır ki, bu keramika dünyanın ən

sərt materiallarından biridir və bununla bərabər onun çəkisi yüngüldür. Beləliklə, bor karbid keramikası çox az çəki ilə yüksək qoruma təmin edə bildiyi üçün müştərilərimizə böyük üstünlük təmin edir. Öz keramikasını istehsal edə bilmə bacarığı şirkətimizə təkcə texniki cəhətdən deyil, maddi baxımdan da üstünlük yaradır.

Biz həmişə müdafiəyə üstünlük veririk. Dost və qardaşımız Azərbaycanı, Pakistanı və dünyada bir çox müttəfiq ölkələri qorumağı hədəfləyirik. Türkiyədə ordu, polis, jandarma və təhlükəsizlik qüvvələrimizi “Nurol Teknoloji” qoruyur. Türkiyədə əsgərlərimiz hansı məhsuldan istifadə edirlərsə, dost və müttəfiq ölkələrin təhlükəsizlik qüvvələrinə, ordularına da onları vermək istəyirik. Bu bizim motivasiyamızdır”.

T.Tunalıtosunoğlu qeyd edib ki, “Nurol Teknoloji” yarandığı gündən 60dan çox ölkəyə ixracat həyata keçirib və satışlarının böyük hissəsini ixrac bazarından əldə edir. Bu ixrac sürətini sabitləşdirmək, davamlı hala gətirmək və artırmaq “Nurol Teknoloji”nin məqsədlərindəndir.

“Təbii ki, biz son istifadəçi ilə daimi əlaqədə olan bir şirkətik. Azərbaycandakı hərbçi və təhlükəsizlik qüvvələri ilə tez-tez əlaqə saxlayırıq, əməliyyat ərazisində qarşılaşdıqları problemlər, yaşadıqları hadisələr barəsində onlardan rəylər alır, bu

46 www.poliqon.az
hərbçilərinin
problemləri
ballistik
“Nurol Teknoloji”–Pakistan Ordusunun zirehlə təminatında əsas tərəfdaşı Tunahan Tunalıtosunoğlu: Azərbaycan
qarşılaşdıqları
təhlil edirik Türkiyənin qabaqcıl texniki
keramika istehsal edən “Nurol Teknoloji” şirkəti 15­18 noyabr 2022­ci il tarixləri arasında Pakistanın Karaçi şəhərində keçirilən IDEAS­2022 Beynəlxalq Müdafiə Sərgisi və Seminarında öz məhsullarını nümayiş etdirib.

problemlərin həll yollarını tapmağa çalışırıq.

Birbaşa satış tərəfi bir çox ölkələr, son istifadəçilər olur. Eyni zamanda biz bu ölkələrin şirkətləri ilə də müqavilələr imzalayaraq, tərəfdaşlıq strukturları quraraq orada lokallaşmağa çalışırıq. Bunu bir çox qitələrdəhəm Avropada, həm Asiyada, həm də Afrikada artırmaq niyyətindəyik”, - deyə T.Tunalıtosunoğlu bildirib.

“Bir insanın həyatını xilas etmək ən böyük çalışma əzmimiz və xoşbəxtliyimizdir”

Geridə qoyduğumuz ili “Nurol Teknoloji” üçün qiymətləndirən və gələcək hədəflərindən söz açan T.Tunalıtosunoğlu 2022-ci ilin şirkətləri üçün çox yüksək hədəflə başladığını deyib: “Amma təbii ki, dünyada baş verən proseslər, xüsusən 2022-ci ilin əvvəlində Rusiya ilə Ukrayna arasında başlayan müharibə və ondan sonrakı proseslər bizim planlarımızı dəyişdi. Gördük ki, dünya başqa yerə doğru gedir və bunun üçün tədbirlərimizi görməliyik. Bu çərçivədə bir çox ölkənin müdafiə nazirlikləri ilə əlaqələr qurduq və bu müdafiə məhsullarına artan tələbatı ödəmək üçün işlərə başladıq. Bu baxımdan 2022-ci il gözləntilərimizin üstündə çox yaxşı ixrac və satış həcmi ilə keçdi.

Ümid edirəm ki, 2023-cü ildə də eyni diqqət və əzmlə çalışacağıq. Təbii ki, müharibə heç birimizin arzuladığı bir şey deyil və təəssüf ki, dünyadakı hadisələr bizdən asılı olmayan səbəblərdən baş verir. Amma biz “Nurol Teknoloji” olaraq bu işin müdafiə tərəfindəyik. Təqdim etdiyimiz məhsullarla əgər bir insanın həyatını xilas edə

biliriksə, bu, bizim ən böyük çalışma əzmimiz və xoşbəxtliyimizdir. Ümid edirik ki, hamı üçün sülhün təmin olunduğu ədalətli dünya bizə çox yaxındır. Fikirlərimi Atatürkün bir kəlamı ilə bitirmək istəyirəm: “Vətəndə sülh, dünyada sülh”. Biz də bunun üçün çalışmağa davam edirik”.

Azərbaycan DSX nin arsenalında yer alan Mi 17 helikopteri

çətin relyefə malik dağlıq ərzilərdə üstün imkanlar verə bilir. Onlardan quruda və dənizdə axtarış­xilasetmə əməliyylatlarının yerinə yetirilməsində, desant və yüklərin bir yerdən başqa yerə daşınmasında, qurudakı piyada bölmələrinə havadan yaxın döyüş dəstəyinin göstərilməsində və s. tapşırıqların icra edilməsində istifadə olunur.

Hərbi helikopterlər digər aviasiya vasitələri kimi, bir-birindən həm dizayn, həm döyüş və yük götürmə imkanları, həm də əməliyyat bacarıqlarına görə fərqlənirlər.

Helikopterlər indiki dövrdə döyüş meydanında nə qədər effektivliyini qoruyub saxlaya bilsə də, eynən 4, 4+ və 4++ nəsil qırıcılar kimi müasir radar və

hava hücumundan müdafiə sistemləri üçün asan hədəf halına gəlirlər. Buna görə də, onların əməliyyat sahəsindəki tətbiqi də yavaş-yavaş dəyişilməyə başlayır.

Bu yazımızda region və qonşu ölkələrin Silahlı Qüvvələrinin hərbi helikopter parkı, son dövrdəki satınalmaları, habelə sənaye və istehsal müəssisələri barədə məlumat verəcəyik.

Cənubi Qafqaz respublikalarından Azərbaycan, Gürcüstan, Ermənistan, qonşu ölkələrdən Rusiya və Türkiyə, Mərkəzi Asiya respublikalarından Qazaxıstan və Türkmənistan ordu quruculuğunun əsas istiqamətlərindən olan Hərbi Hava Qüvvələrinin (HHQ) yenilənməsi proqramlarına 2000-2007-ci illərdən başlamışdır. 2010-cu ildən

48 www.poliqon.az Region ölkələrinin hərbi helikopter parkı: mövcud vəziyyət və inkişaf planları Elşən Abdulkərimov Uzun illərdir hərbi təyinatlı helikopterlər dövlətlərin Silahlı Qüvvələri tərəfindən aktiv şəkildə istifadə edilir. Bu helikopterlər təyinat və tapşırıqlardan asılı olaraq istifadəçiyə, əsasən

etibarən demək olar ki bütün region dövlətlərinin HHQ-nin parkına yeni aviasiya vasitələri – xüsusilə də zərbə və hərbi nəqliyyat helikopterlərinin daxil edilməsi müşahidə olunur. Eyni zamanda hərbi aviaparkın mövcud helikopterlərinin modernizə edilməsi istiqamətində yerli və xarici şirkətlərin iştirakı ilə layihələr gerçəkləşdirilir.

Azərbaycan Azərbaycan Silahlı Qüvvələrinin hərbi helikopterlər parkının əsas hissəsini Rusiya və Ukraynadan alınan aviasiya vasitələri təşkil edir. Bunların arasında həm nəqliyyat, həm döyüş, həm də axtarış-xilasetmə kimi əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulan helikopterlər var. Azərbaycanda hərbi helikopter və digər aviasiya vasitələrinin alınması prosesinə geniş şəkildə 2003cü ildən sonra start verilib. Həmin vaxtdan etibarən (BMT Adi Silahlar Registrinin hesabatlarına əsasən) Ukraynadan 12 ədəd Mi-24 (1 ədəd Mi24R), Rusiyadan 24 ədəd Mi-35M, 40 ədəd Mi-8/Mi-17-1V/Mi-171 və 4 ədəd Ka-32, habelə adı açıqlanmayan ölkədən 4 ədəd “Bell 412” alınıb.

Hərbi helikopterlərlə yanaşı, 2012ci ildə İtaliyanın “Leonardo” şirkəti ilə “Azərbaycan Hava Yolları” (AZAL) arasında imzalanmış müqavilə çərçivəsində dəyəri 115 milyon avro təşkil edən 10 ədəd - 8 ədədi AW-139s, 2 ədədi isə AW-189s tipli helikopter alınıb. Bu helikopterlər ofşor daşımalar, fövqəladə tibbi xidmətlər, axtarış-xilasetmə əməliyyatları və VIP xidmətlər üçün istifadə olunur.

Hazırda Azərbaycan Silahlı Qüvvələri tərəfindən istifadə edilən zərbə helikopterlərinin sırasında Mi-24 və Mi35M-lər yer alır. Bu helikopterlər vasitəsi ilə piyada bölmələrə havadan atəş dəstəyi təmin edilir, düşmənin həm hərəkətli, həm də sabit hədəflərini məhv etmək mümkündür.

Dünyada çox sayda istehsal edilən, hazırda Azərbaycan və keçmiş sovet dövlətləri ilə yanaşı bir çox Avropa, Afrika, Asiya, Cənubi Amerika ölkələrində aktiv formada istifadə olunun Mi24-lər özünü müxtəlif müharibə meydanlarında sübut edib. NATO adı “Hind” olan bu helikopterin bir çox modifikasiyası mövcud olsa da, Azərbaycan onun əsasən gecəgörmə cihazları ilə təchiz edilən Mi-24G versiyasından istifadə edir. Mi-24-ləri digər zərbə helikopterlərindən fərqləndirən əsas üstün cəhətlərdən biri onun zərbə funksi-

yasından əlavə 8 nəfər desantı daşıya və təxliyə etmək bacarığının olmasıdır. Bu zaman helikopter təchiz olunduğu silah sistemləri vasitəsi ilə öz-özünü ikinci bir helikopterə ehtiyac qalmadan atəş dəstəyi ilə təmin edir.

Azərbaycanın Hərbi Hava Qüvvələri və Dövlət Sərhəd Xidmətinin aviasiya parkında yer alan Mi-35M helikopterləri Mi-24V və Mi-24VP zərbə helikopterlərinin bazasında yaradılıb. Lakin Mi35M bir sıra taktiki-texniki xüsusiyyətinə görə sələfindən fərqlənir. Belə ki, Mi-35M helikopterinin kreyser sürəti 280 km/ saat, maksimum sürəti 340 km/saat, Mi24 helikopterinin kreyser sürəti 270 km/saat, maksimum sürəti 320 km/saat, uçuş tavanı isə müvafiq olaraq 1750 və 1400 metrdir. Helikopterin əsas silahı 470 mərmi ehtiyatına malik QŞ-2-30 topudur. Bundan başqa, aviasiya vasitəsinin qanadlarında ümumilikdə 6 asqı mövcuddur ki, bura 8 ədəd 9M114 və 9M120F “Ataka”, 9M120 “Şturm-V” tipli idarə olunan raketlər, 80 ədəd S-8 tipli 80 mm-lik, 20 ədəd S-13 tipli idarə olunmayan raketlər yerləşdirilir. Hər iki helikopter tam təchizatlı 8 desantı və xarici asqısında 1500 kq yükü daşıya bilir.

Mİ-35M-i Mi-24-lərdən fərqləndirən əsas cəhətlərdən biri ətrafa daha az istilik saçmasıdır. Bu isə helikopteri infraqımızı arayıcı başlıqla təchiz olunan raketlərdən daha yaxşı mühafizə edir. Doğrudur Mi-24-lərin son modifikasiyalarında bu məsələ müəyyən qədər aradan qaldırılıb. Bunun üçün helikopterlər ətrafa istiliyin daha az yayılmasına imkan verən xüsusi radiator başlıqları və fişəng kimi aktiv müdafiə sistemləri ilə təchiz olunub. Ancaq hər halda Mi-24-ə yüksək sürətlərdə uçmaq bacarığı verən mühərriki, onun həm də asan hədəf olmasına şərait yaradır.

Onu da qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə pilotsuz uçuş aparatları (PUA) və döyüş təyyarələri kimi, Azərbaycan HHQ-nin istifadəsində olan zərbə helikopterlərindən də düşmən hədəflərinin məhv edilməsində effektiv şəkildə istifadə olunub.

Azərbaycan Silahlı Qüvvələrinin arsenalındakı Mi-8/Mi-17-1V/Mi-171 hərbi nəqliyyat helikopterləri əsasən desantın və yüklərin daşınması üçün nəzərdə tutulub. Mi-8 helikopterinin müxtəlif versiyaları vardır ki, Mi-17-lər də bunlardan biridir. Sovet istehsalı olan Mi-17 tipli helikopterlər ilk zamanlarda Mi-8-in ixrac variantı kimi hazırlansa da, sonradan həm Mi-8, həm də Mi-17-lər xarici dövlətlərə ixrac olunur. Bu helikopterlər Azərbaycan HHQ ilə yanaşı DSX və Daxili Qoşunların aviasiya parkında yer alır.

Bu helikopterlər texniki cəhətdən bir-biriləri ilə çox oxşardır. Həm Mi-8, həm də Mi-17-lər 3 ekipaj üzvünə, 24 tam təchizatlı personalı və ya 12 xərəyi daşımaq imkanına sahibdir. Maksimum qalxış ağırlığı 13 min kiloqram olan hər iki helikopter daxilində 4000 kq ağırlığında yük daşıya bildikləri halda, xarici asqılarında Mi-17 5000 kq, Mi-8 isə 4000 kq yük qaldırmaq qabiliyyətindədir. Mi-8 helikopterinin uçuş mənzili 495 km, maksimum sürəti 250 km/saat, kruiz sürəti 240 km/saat, əməliyyat tavanı isə 5000 metrdir. Mi-17 helikopterinin uçuş mənzili 800 km, maksimum sürəti 280 km/saat, kruiz sürəti 260 km/saat, əməliyyat tavanı isə 8000 metrdir. Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində olan bu helikopterlərin variantları İsrailin “Rafael” şirkətindən alınan “Spike” tank əleyhinə raket ailəsinin üzvləri ilə silahlandırılıblar.

49
Azərbaycan Silahlı Qüvvələrinin Bell 412 helikopteri

Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan Ka-32-lər əsasən su hövzələrinə desantın çıxarılması, axtarışxilasetmə əməliyyatların icrası üçün nəzərdə tutulub. Ümumiyyətlə, Ka-32 suyun altındakı vasitələrlə mübarizə üçün hazırlanan Ka-27 helikopterinin mülki təyinatlı versiyasıdır. Ka-32-nin maksimum uçuş sürəti 260 km/saat, kruiz sürəti 225 km/saat, əməliyyat tavanı 5000 metr, mənzili əsas yanacaqla 650 km, ehtiyyat yanacaq çəni ilə birlikdə isə 870 kilometrdir. Helikopterin ekipaj üzvü 1-3 nəfər, desant daşımaq bacarığı 13 nəfər, maksimum qalxış ağırlığı 11 min kq, yük xarici asqılardan daşındığı halda 12700 kiloqram təşkil edir.

Azərbaycan Silahlı Qüvvələrinin inventarındakı ən çox diqqət çəkən helikopterlərdən biri də ABŞ-ın “Bell Textron” şirkəti tərəfindən istehsal edilən “Bell 412” helikopteridir. Onun həm mülki, həm axtarış-xilasetmə, həm də hərbi personalın daşınması üçün nəzərdə tutulan variantları var. Bu helikopterlər Azərbaycanda geniş ictimaiyyətə ilk dəfə 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda nümayiş etdirilib. Helikopterin hərbi təyinatlı versiyası 14 tam təchizatlı personalı daşımaq imkanına malikdir. “Bell 412”nin maksimum uçuş sürəti 230 km/saat, mənzili 672 km, maksimum qalxış ağırlığı 11900-12200 kiloqramdır.

Helikopterlərin satın alınması ilə yanaşı onların ölkədə təmiri və modernizə edilməsi istiqamətində işlər aparılır. Gəncə Aviasiya Təmir Zavodu Mi-8 və Mi-17 helikopterlərinin mühərriklərinin və füzelyaj hissəsinin təmiri işləri ilə məşğul olur. Müəssisə Azərbaycanla yanaşı, Bolqarıstan, o cümlədən Latın Amerikası ölkələrindən sifarişləri yerinə yetirib və yetirməkdədir.

Azərbaycanda aviasiya sənayesi sahəsində fəaliyyət göstərən “Azairtechservice” şirkəti ölkədə hərbi helikopterlərin təkmilləşdirilməsi, təmiri və bu sektorda həm yerli, həm də xarici şirkətlər ilə əməkdaşlıqların yaradılmasında, yeni layihələrin icra olunmasına yaxından iştirak edir. Mühüm layihələrdən biri də Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Azərbaycan Aviasiya Təmiri Zavodunda “Azairtechservice”nin və xarici tərəfdaşların iştirakı ilə həyata keçirilmiş Mi-24 döyüş helikopterlərinin Mi-24 “Super Hind Mk.4” səviyyəsində modernləşdirilməsidir. Modernizasiyadan sonra Mi-24G (Gecə) indeksi almış

helikopterlərin döyüş imkanları əhəmiyyətli səviyyədə yüksəldilib, onlara gecə və pis hava şəraitlərində əməliyyatı yerinə yetirə bilmək bacarığı qazandırılıb. Habelə, Azərbaycanın “Silk Way Helicopter Services” və Rusiyanın “Vertolyotı Rossii” şirkətləri arasında Bakıda Mi-8/17 tipli helikopterlərə xidmət göstərəcək mərkəzinin yaradılması ilə bağlı müqavilə imzalanıb. Bunlardan başqa, Azərbaycan tərəfi hazırda müxtəlif tipli helikopterlərlə maraqlanır. Bunlardan biri də qardaş Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilən T129 ATAK helikopterləridir. Ancaq həm T129 ATAK, həm də onun FAZA-2 versiyasında ABŞ istehsalı mühərriklərin istifadə edilməsi bu helikopterlərin Azərbaycana ixrac olunması məsələsində bir sıra çətinliklər yaradır. Hazırda şirkət tərəfindən helikopterin daha yüksək döyüş qabiliyyətinə malik T929 ATAK modeli üzərində işlər gedir. Bu helikopterlərə isə Ukrayna istehsalı olan mühərriklərin güc verəcəyi gözlənilir. Belə olacağı təqdirdə isə Azərbaycanın T929-ları əldə etməsi ilə bağlı ortada demək olar ki, heç bir maneə qalmır. Qeyd edək ki, artıq bir neçə dəfədir ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimində ATAK helikopteri Azərbaycan şərtlərində test edilib və üstün qabiliyyətlərini sərgiləmək fürsəti qazanıb.

Həmçinin, 2020-ci ilin mart ayında “Vertolyotı Rossii” şirkətindən POLİQON jurnalına verilən açıqlamada Azərbaycan və Rusiya arasında yeni helikopterlərin alqı-satqısına dair danışıqların aparıldığı bildirilmişdi. Məlumata görə, Azərbaycan Ka-226 yüngül nəqliyyat helikopteri, Mi17V-5 hərbi nəqliyyat helikopteri və “Ansat” helikopterinin təcili tibbi yardım konfiqurasiyası ilə maraqlanıb. Bu helikopterlərin tədarükünə dair 2020-ci ilin sonuna kimi tərəflər arasında alqısatqı müqaviləsinin imalanması nəzərdə

tutulsa da, sonradan bu barədə ictimaiyyətə əlavə məlumat verilməyib. Bundan başqa, tərəflər birlikdə 2020-ci ilin sonlarından etibarən Azərbaycanda Mi8/Mi-17 helikopterlərinin müasirləşdirməsi layihəsinə başlamağı planlaşdırırdı.

Gürcüstan

Gürcüstan köhnə sovet hava platformalarına malik Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya parkının yenilənməsinə 1990-cı illərin sonlarından başlayıb. Bu çərçivədə, aviasiya parkının köhnəlmiş texnikalarının təmiri və modernləşdirilməsi ilə yanaşı digər postsovet respublikalarından təmir olunmuş təyyarə və helikopterlərin alınması həyata keçirilib.

2000-ci illərin əvvəllərində silahlanmanın yeni mərhələsini başladan və bu zaman qərb dövlətlərinin embarqoları ilə üzləşən Gürcüstan cari ehtiyaclarını qarşılamaq üçün yenidən postsovet və Şərqi Avropa məkanına üz tutmaq məcburiyyətində qalıb. Bu zaman daha bir çətinlik – Ukrayna, Çexiya, Bolqarıstan və Belarusdan tədarük edilən köhnə Sovet aviasiya texnikalarının əlavə xərclər bahasına modernləşdirilməsi tələbləri də meydana çıxıb.

Gürcüstanda Hərbi Hava Qüvvələrinin inkişafı 1997-ci ildən başlayır. Gürcüstan HHQ 1999-2001-ci illərdə 2 ədəd Mi-14, 3 ədəd Mi-24 və 2 ədəd Mi-2 helikopterini Ukraynada əsaslı təmir etdirib. 1999-2003-cü illərdə ABŞ hərbi yardım şəklində Gürcüstana 10 ədəd UH-1H “Huey” helikopteri bağışlayıb. BMT Adi Silahlar Registrində yer alan məlumatlara görə, Gürcüstan Ukraynadan 2005-ci ildə 2 ədəd Mi-8 MTV, 8 ədəd Mi-8MT nəqliyyat helikopteri alıb. 2010-cu ildə Gürcüstan Silahlı Qüvvələrin təşkilat struktrunda edilmiş dəyişikliklər nəticəsində HHQ ləğv olunuraq, hava və hava hücumundan

Gürcüstan Ordusuna məxsus UH­1H “Huey” helikopteri

50 www.poliqon.az

müdafiə briqadaları şəklində Quru Qoşunlarının tərkibinə verilib, 2016-cı ildə HHQ yenidən silahlı qüvvələrin müstəqil qoşun növü kimi bərpa olunub. Rusiya ilə müharibədən ağır itkilərlə çıxan Gürcüstan 2010-cu ildə Ukrayna və ABŞ-ın dəstəyi ilə silahlanmada mövcud olan “Mi” seriyalı helikopterlərin müasirləşdirilməsini həyata keçirib. 2010-cu il iyun ayında Gürcüstanın Müdafiə Nazirliyi ilə Fransanın “Eurocopter” (indiki “Airbus Helicopter”) şirkəti arasında bağlanmış müqavilə çərçivəsində 2 ədəd AS-332 “Super Puma” helikopteri (çatdırılma 2012-ci ildə baş tutub) alınıb. Bundan başqa, 2011-ci ildə Türkiyə hərbi yardım proqramı çərçivəsində Gürcüstana 2 ədəd ikinci əl UH-1H helikopteri bağışlayıb.

Hazırda Gürcüstan Hərbi Hava Qüvvələrinin aviasiya parkına 2 ədəd AS-332 “Super Puma”, 12 ədəd UH-1H “Huey”, 17 ədəd Mi-8T hərbi nəqliyyat, 18 ədəd Mi14 axtarış-xilasetmə və 6 ədəd Mi-24B döyüş helikopteri (bəzi məlumatlara görə 5 ədəd) daxildir.

2020-ci ildə Gürcüstan Müdafiə Nazirliyinin təsdiq etdiyi proqram çərçivəsində JS TAM “Tbilaviamsheni” və “Delta” Dövlət Hərbi Elmi Texniki Mərkəzi ilə əməkdaşlıq çərçivəsində silahlı qüvvələrin aviasiya parkının modernləşdirilməsinə başlanıb. 2020-ci il sentyabr ayının sonlarından JS TAM “Tbilaviamsheni” zavodunda ilk 5 ədəd Mi-24 helikopterinin modernizasiyası həyata keçirilib. Müəssisədə bununla yanaşı Mi-8MTV və UH-1 helikopterlərinin də təmiri və modernləşdirilməsi aparılacaq.

2020-ci ildə Gürcüstanın “Tbilaviamşeni” aviasiya zavodu tərəfindən Çad Hərbi Hava Qüvvələrinə məxsus bir ədəd Mi-24 döyüş helikopteri təmir edilib.

Ermənistan

1992-ci ildə Sovet Ordusundan 13 ədəd helikopter miras alan Ermənistan HHQ-nin döyüş helikopterləri qrupu 1991-ci ildə keçmiş 7 nömrəli qvardiya helikopter alayının 382 saylı əlahiddə helikopter eskadrilyasının əsasında formalaşdırılıb. Bundan sonra Rusiya tərəfindən Ermənistana 1994-cü ilə qədər 2 ədəd Mi-2, 7 ədəd Mi-8/Mi-17, 15 ədəd Mi-24 helikopteri verilib. Sonrakı illərdə Rusiya və Ermənistan Gümrü və İrəvan şəhərlərində (Erebuni hərbi aerodromu) Rusiyaya məxsus hərbi bazaların yaradılması barədə razılıq əldə ediblər. Rusiyanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Erebuni hərbi

aerodromuna 2015-ci ildə 14 ədəd Mi24P və 2 ədəd Mi-8MT nəqliyyat helikopteri yerləşdirilib. 2016-cı ildə də əlavə olaraq bir neçə Mi-8MT helikopteri yerləşdirilib.

2000-ci illərin ortalarında HHQ-nin aviasiya parkının yenilənməsi istiqamətində işlərə başlayan Ermənistan Silahlı Qüvvələri Rusiyadan 2001-ci ildə 1 ədəd Mi-24P, 2003-cü ildə 7 ədəd Mi-8 hərbi nəqliyyat, 2011-ci ildə 2 ədəd Mi24 döyüş helikopteri alıb. Açıq qaynaqlarda yer alan mənbələrə görə hazırda Ermənistan HHQ-nin xidmətində 3 ədəd Mi-2, 16 ədəd çoxfunksiyalı Mi8T/MT/17, 2 ədəd Mi-9, 20 ədəd Mi-24 helikopteri mövcuddur.

2018-2019-cu illərdə erməni mediasında yer alan, lakin rəsmi mənbələrdə təsdiqlənməyən məlumatlara görə, Rusiya və Ermənistan arasında açıqlanmayan sayda Mi-35M döyüş helikopterlərinin alınması ilə bağlı razılıq əldə olunub. Alınacaq helikopterlər Ermənistanın müəssisələrində istehsal edilmiş elektro-optik müşahidə kompleksləri ilə komplektləşdiriləcək. Eyni zamanda 2020-ci ildən Ermənistan ərazisində “Vertolyotı Rossii” şirkəti ilə bərabər servis mərkəzinin yaradılması planları mövcuddur.

2021-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş “Dubai Airshow2021” sərgisində “Vertolyotı Rossii” şirkətinin baş direktoru Andrey Boqinski Ermənistan nümayəndə heyətinin Ka52M və Mi-28NE hücum helikopterləri ilə yaxından maraqlandığını deyib.

Ka-52M helikopteri yüksək hərəkət və döyüş qabiliyyətinə malik olan Ka-52 “Alligator”un təkmilləşdirilmiş versiyasıdır. İstehsalçı şirkətin açıqlamasına görə, Ka-52M-in raketlə silahlanması Mi28NM-in yeni zərbə helikopterinin silahlanmasıyla unifikasiya edilib ki, bu da helikopterin atış məsafəsini əhəmiyyətli dərəcədə artırmağa imkan verib. Ka-52M

aktiv fazalı yeni radar sistemi ilə də təchiz edilib. Modernləşdirilmiş helikopterin prototipinin ilk uçuşu 2020-ci il avqustun 10-da keçirilib.

Mi-28NE helikopteri hava hədəflərini, tankları və zirehli texnikaları məhv etmək üçün nəzərdə tutulub, həmçinin kəşfiyyat və patrul xidməti üçün də istifadə oluna bilər. Mi-28NE silah kompleksinə 30 mm-lik top, 6 və 10 kilometr mənzilli üç növ tank əleyhinə idarə olunan raketlər, idarə olunan “hava-hava” raketləri, iki növ idarə olunmayan raketlər, o cümlədən 500 kq-a qədər olan aviasiya bombaları daxildir.

Onu da qeyd edək ki, Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycan silahlı qüvvələri Ermənistan HHQ-yə məxsus bir neçə Mi-8 və Mi-24 helikopterlərini vurularaq sıradan çıxarıb. Ən son 2022-ci ilin avqust ayında Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi8 helikopterinin qalıqları aşkar edilib. Azərbaycan Müdafiə Nazirliyi məlumatına görə, aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus Mİ-8 helikopteridir.

Rusiya

Rusiya nəyinki regionda, eləcə də dünyada güclü helikopter silahlanmasına və istehsalına malik ölkələrdən biridir. Rusiyanın bu sahədə kifayət qədər inkişaf və güclü olmasına səbəb isə hələ ötən əsrdən, SSRİ dövründən başlayaraq bu günə qədər davam edən ABŞ ilə silahlanma yarışıdır. SSRİ dağıldıqdan sonra bu yarışı Rusiya davam etdirməyə başladı.

51
Ermənistan Ordusunun Mi­24 helikopteri

Təəccüblü deyil ki, hazırda dünyada ən çox istifadə və ixrac olunan helikopterlərin sırasında yer alan Mi-8/Mi-17 və Mi-24 tipli helikopterlər də məhz bu dövrdə dizayn edilərək istehsal olunmağa başlayıb. İndiki dövrdə də bu helikopterlərin müasir versiyaları istehsal olunur.

Rusiya dünyada ABŞ-dan sonra ən çox hərbi helikopterə sahib olan dövlətdir. Bununla bağlı müxtəlif mənbələrdə fərqli rəqəmlər deyildiyindən, dəqiq ədəd söyləmək çətindir. Ancaq, Rusiya Silahlı Qüvvələrinin aviasiya parkında 1500-dən çox helikopterin olduğu bildirilir.

Rusiya Silahlı Qüvvələrinin aviasiya parkında (Ukrayna-Rusiya müharbəsindən əvvəl) 5 ədəd AS355/AS350, 96 ədəd KA-27, 119 ədəd KA-52 (Ukrayna-Rusiya müharibəsində 25-dən

çoxunun məhv edildiyi iddia olunur), 36 ədəd KA-36, 4 ədəd Mi-2, 800 ədəd Mi8/Mi-17/Mi-171, 330 ədəd Mi-24/Mi35, 44 ədəd Mi-26, 95 ədəd Mi-28, 2 ədəd Mi-38, 2 ədəd KA-28 və 10 ədəd KA-2 helikopteri yer alır. Yuxarıda sadaladığımız helikopterlər daha çox patrul, nəqliyyat və döyüş məqsədi ilə istiadə olunur. Təbii ki, Rusiya Silahlı Qüvvələrində çoxməqsədli, axtarış-xilasetmə və digər tipli helikopterlər də yer alır.

Rusiya Silahlı Qüvvələrinin silahlanmasıdakı helikopterlər arasında KA52 döyüş helikopterləri xüsusi ilə seçilir. Helikopterin hazırda KA-52M quru və KA-52K dəniz variantları istehsal edilir. Onun maksumim qalxış ağırlığı 10800 kiloqram, sürəti 300 km/saat, əməliyyat tavanı 5500 metr və mənzili 460 kilometr təşkil edir. Ekipajı 2 nəfər olan helikopter 2 ədəd VK2500/VK2500P

mühərriki ilə təchiz oluna bilər. Helikopterin cüt rotora sahib olması ona üstün çeviklik təmin edir.

Hazırda Rusiya Silahlı Qüvvələri 32 ədəd KA-52M helikopterinə sahibir. Bunlardan 2 ədədi 2020-ci ilin sonunda, 30 ədədi isə 2021-ci ilin noyabr ayında Rusiya HHQ-yə təhvil verilib. Helikopterin silahlanmasına 30 mm-lik top və 460 mərmi, 12 ədəd “Vikhr” tank əleyhinə raket, 4 ədəd “hava-hava” tipli “Igla-V” və başqa raketlər daxildir.

Rusiya HHQ-nin inventarında yer alan müasir helikopterlərindən biri də Mi-38 çoxməqsədli helikopteridir. İlk seriyalı Mi-38 helikopteri birinci dəfə MAKS-2019 Beynəlxalq Aviasiya və Kosmos Salonunda ictimaiyyətə təqdim edilib. Rusiya Müdafiə Nazirliyi bu helikopterin alınması ilə bağlı “Army2020” forumunda “Rostex”lə müqavilə imzalayıb.

Tək rotorlu Mİ-38 helikopteri müasir uçuş və peyk naviqasiya sistemi, iki ədəd TV7-117V mühərriki ilə təchiz edilib. Bu helikopterin uçuş məsafəsi əlavə yanacaq çənləri ilə birlikdə 1200 kilometr təşkil edir. Maksimum uçuş çəkisi 15,6 ton olan helikopter 5 ton faydalı yük götürə bilir.

Hazırda Rusiyada helikopter sahəsindəki dizayn və istehsal işləri “Vertolyotı Rossii” korporasiyası və onun tərkibinə daxil olan şirkət və müəssisələr tərəfindən aparılır. Bu korporasiya təkcə Rusiyada deyil, həmçinin keçmiş sovet və digər dövlətlərin də ərazisində birgə müəssisələr şəklində fəaliyyət göstərir, helikopterlərin təmir və modernizasiya

Rusiyanın tək rotorlu Mİ­38 helikopteri Rusiyanın KA­52 helikopteri

işlərini həyata keçirir. Eyni zamanda lisenziya əsasında bir sıra helikopterlərin yığımları da icra olunur.

Rusiyanın “Rostex” Dövlət Konserninin tərkibinə daxil olan “Rosoboroneksport” şirkəti tərəfindən 2021-ci ilin may ayında açıqlanan məlumatda Rusiyanın son 10 ildə 35-dən çox ölkəyə helikopter ixrac etdiyi bildirilib. Bu müddət ərzində sifarişçilərə təhvil verilən 850-dən artıq müxtəlif təyinatlı helikopterin ümumi dəyəri 20 milyard ABŞ dolları təşkil edib.

Qazaxıstan

Qazaxıstan Hərbi Hava Qüvvələrinin helikopter parkının yenilənməsinə 2000ci ildən sonra təsadüf edilir. Qazaxıstan 21-ci əsrin başlamasından etibarən müasir hərbi təyinatlı helikopterlərin satınalınmasına xüsusi diqqət yetirib. Bu sahədə üstünlüyü xarici satınalmalar təşkil etsə də, 2010-cu ildən başlayaraq qazanılan əməkdaşlıqlar ölkənin yerli sənayesini inkişaf etdirməyə də şərait yaradıb. Hazırda Qazaxıstan HHQ-nin silahlanmasında Avropa, ABŞ və Rusiya istehsalı olan helikopterlər mövcuddur. Qazaxıstan və ABŞ arasında ilk dəfə 2003-cü ildə hərbi təyinatlı helikopterlərin alqı-satqısına dair razılıq ələ olunub. Bu razılaşmaya əsasən ABŞ 2004-cü ildə 6 ədəd “Huey-2” səviyyəsinə yüksəldilmiş UH-1H hərbi nəqliyyat helikopterini Qazaxıstana təhvil verib. 2007-ci ildə tərəflər arasında növbəti 2 ədəd “Huey-2” səviyyəsinə yüksəldilmiş UH-1H-ın alınması ilə bağlı müqavilə imzalanıb və onlar elə həmin il Qazaxıstan HHQ-ə çatdırılıb. 2011-ci ildə daha 4 ədəd UH-1H “Huey-2” tədarük olunması üçün razılıq əldə edilib. Bu çatdırılma da 2017-ci ildə tam olaraq başa çatıb. Beləliklə Qazaxıstan 20032017-ci illər ərzində ABŞ-dan ümumilikdə 10 ədəd UH-1H “Huey-2” ikinci əl hərbi nəqliyyat helikopteri alıb.

Bu dövr ərzində Qazaxıstan ABŞ ilə yanaşı Rusiyadan da çox sayıda müxtəlif tipli helikopterlər tədarük edib. Belə ki, Qazasıxtan Rusiyadan 2002-ci ildə 3 ədəd, 2004-2007-ci illər ərzində 14 ədəd, 2009-2015-ci illər ərzində 22 ədəd, 2016-2017-ci illərdə 3 ədəd Mi8MT/Mi-17 nəqliyyat, 2008-2009-cu illərdə 3 ədəd “Ansat” və 2015-2020 ci illər aralığında ümumilikdə 12 ədəd Mi35M döyüş, habelə Ka-32A11VS helikopteri satın alıb.

Bu satınalmalar ilə yanaşı Qazaxıstan yerli helikopter sənayesinin inkişafına da ciddi əhəmiyyət verib. 2010-cu

ildə Qazaxıstan ilə “Airbus” şirkəti (o dövrdəki adı “Eurocopter”) arasında 26 ədəd EC-145 helikopterinin alınmasına dair müqavilə bağlanıb və bu işlərin bir hissəsinin “Airbus”un Qazaxıstanda fəaliyyat göstərəcək “Eurocopter Kazakhstan Engineering” (EKE) müəssisəsi tərəfindən aparılması planlaşdırılıb. Bu müəssisənin açılışı 2012-ci ilin iyun ayında baş tutub. Onun fəaliyyətə başlamasından indiyə qədər zavodda 45 ədəd EC-145 helikopterinin istehsal eilməsi nəzərdə tutulurdu. 2018-ci ildə müəssisəsinin açıqladğı rəqəmlərdə 6 il ərzində 26 ədəd helikopterin hazırlandığı bildirilib. Ondan sonrakı dövr ərzində artan rəqəmlə bağlı açıqlama verilməyib.

2012-ci ilin may ayında Qazaxıstan “Airbus”dan 20 ədəd EC-725 hərbi nəqliyyat helikopterinin alınması ilə bağlı müqavilə imzalayıb. Bu müqaviləyə əsasən, EC-725 helikopterinin hissələrinin Qazaxıstana gətirilərək EKE müəssisəsi tərəfindən yığılması və HHQyə təhvil verilməsi nəzərdə tutulurdu.

Qeyd etmək lazımdır ki, EKE müəssisəsində demək olar ancaq nəqliyyat və çoxməqsədli helikopterlər istehsal olunur, döyüş tipli helikopterlər isə hazırlanmır. Doğrudur Qazaxıstan tərəfi bunun üçün təşəbbüslər göstərsə də, layihələr hazırlasa da, “Airbus” ilə razılıq əldə edə bilməyib.

Onu da qeyd etmək yerinə düşər ki, 2012-ci ilin may ayında EKE ilə Türkiyənin ASELSAN şirkəti arasında imzalanan müqaviləyə əsasən Qazaxıstanda istehsal edilən EC-145 helikopterlərinə elektronik cihazların və sistemlərin tədarük və inteqrasiya olunmasını ASELSAN-ın bu ölkədə fəaliyyat göstərən “Kazakhstan ASELSAN Engineering” şirkəti təmin edir.

Bundan başqa, 2020-ci ildən etibarən Qazaxıstanda lisenziya əsasında

Mi-8AMT/Mi-171 helikopterlərinin də yığılmasına başlanıb. Bununla bağlı isə 2019-cu ildə Nur-Sultan şəhərində “Kazakhstan Engineering”, “405 nömrəli Aviasiya Təmiri Zavodu” və “Vertolyotı Rossii” ASC arasında üçtərəfli müqavilə imzalanıb. 2020 noyabr ayında “Vertolyotı Rossii” şirkətinin Ulan-Ude aviasiya zavodu Qazaxıstanda yığım üçün Mi-8AMT helikopterinin iki komplektini göndərib. Müqavilə üzrə 2020-2022-ci illər ərzində müəssisədə 17 ədəd Mi8AMT/Mi-171E tipli helikopterin yığımı nəzərdə tutulurdu.

Qazaxıstanın bu sahədəki gələcək silahlanması ilə bağlı onu demək mümkündür ki, ölkədə “Airbus” şirkətinin EKE müəssisəsinin fəaliyyat göstərməsi Qazaxıstanın qarşıdakı illərdə H145M, H125M, H160M, H175M hərbi helikopterlərini satın almasına imkan verə bilər. Həmçinin Qazaxıstanın Türkiyə istehsalı olan T129 ATAK/FAZA-2 kimi döyüş helikopterlərini də əldə etməsi ehtimal olunan variantlar sırasındadır.

Türkmənistan

Keçmiş sovet dövləti olan Türkmənistanın müstəqillik qazandıqdan sonra SSRİ-dən ölkənin Hərbi Hava Qüvvələrinə Mi-24 döyüş və Mi-8 nəqliyyat tipli helikopter miras qalıb. Bütün bunlar nəzərə alındıqa demək mümkündür ki, Türkmənistan Hərbi Hava Qüvvələrində 90-cı illərdə və 2000ci illərin əvvəlində əsas üstünlüyü keçmiş SSRİ və Rusiya istehsalı olan hərbi təyinatlı helikopterlər təşkil edib. 2006-cı ildən silah və texnika parkını geniş şəkildə yeniləməyə başlayan Türkmənistan Rusiya ilə yanaşı artıq Qərb dövlətlərindən də hərbi helikopter almağa başlayıb. Beləliklə Avropa dövlətlərindən tədarük edilən helikopterlər ilə bu sahədə müəyyən

53
Qazaxıstanın EC­145 helikopteri

qədər balans yaradılıb. Hazırda Türkmənistan Hərbi Hava Qüvvələrinin və Sərhəd Qoşunlarının istismarında həm Rusiya, həm İtaliya, həm də Fransa istehsalı olan helikopterlər yer alır.

Qeyd etmək lazımdır ki, Türkmənistan da regiondakı əksər ölkələr kimi Hərbi Hava Qüvvələrini əsasən xarici satınalmalar hesabına gücləndirir. Ölkənin 2010-cu ildən indiyə kimi xarici helikpter satınalmalarına baxsaq burada İtaliya və Rusiyanın ön plana çıxdığını görmək mümkündür.

Beləki,Türkmənistan İtaliyadan 2011-ci ildə 4 ədəd AW139, 2016-2017ci illər ərzində 6 ədəd A-109K, Rusiyadan 2010-2015-ci illərdə ümumilikdə 4 ədəd Mi-8MT/Mi-17 tipli hərbi nəqliyyat helikopterləri alıb. Bundan başqa Türkmənistan İltaliyanın “Leonardo” şirkətindən 2010-cu ildə mülki təyinatlı istifadə üçün AW101 helikopterləri də alıb.

Açıq mənbələrə əsasən, hazırda Türkmənistan HHQ-nin istifadəsində 6 ədəd A-109K və 4 ədəd AW139 çoxməqsədli helikopteri, habelə 15 ədəd Mi8MT/Mi-17 nəqliyyat və 10 ədəd Mi-24 döyüş helikopteri mövcuddur. Həmçinin sayları tam dəqiq bilinməsə də, ölkənin silahlanmasında “Airbus” şirkətinin istehsal etdiyi “Eurocopter -145” və “Eurocopter-365” çoxməqsədli/nəqliyyat helikopterləri də mövcudur (bunlar ordu və dövlət rəsmilərinin istifadəsi, axtarış xilasetmə əməliyyatları üçün istifadıə olunur).

Türkmənistan 2020-ci ilin may ayında İtaliyanın “Leonardo” şirkətindən əlavə (bəzi mənbələrdə 8 ədəd) AW139 çoxməqsədli helikopterinin satınalınması ilə bağlı müqavilə imzalayıb. Buradan da görmək mümkündür ki,

Türkmənistan Hərbi Hava Qüvvələri silahlanmasında əsas üstünlüyü döyüşdən daha artıq çoxməqsədli və nəqliyyat helikoterlərinə verir.

Türkiyə

Türkiyə Silahlı Qüvvələri də uzun müddət hərbi helikopter ehtiyacını xarici satınalmalar hesabına ödəyib və bu prosses 2007-ci ilə qədər davam edib. Lakin 2007-ci ildən sonra helikopter sənayesi sektorunda aparılan islahatlar, işlər və layihələr bu mənzərənin dəyişməsində əhəmiyyətli rol oynayıb. Buna baxmayaraq 2007-ci ildən sonrakı dövrdə belə Türkiyə xarici ölkələrdən helikopter tədarükünü davam etdirib. Belə ki, BMT Adi Silahlar Registrinin hesabatlarına əsasən Türkiyə həmin zaman kəsiyində (ancaq xarici öklələrdən) ABŞ-dan 2012 və 2013-cü illər ərzində ümumilikdə 6 ədəd AH-1W döyüş, 2016-2019-cu illər arasında 11 ədəd CH-47F “Chinook” nəqliyyat, Polşadan 2014-cü ildə 4, 2017-ci ildən isə 2 ədəd S-70i nəqliyyat/çoxməqsədli, Rusiyadan 2019-cu ildə 3 ədəd Ka32A11BC çoxməqsədli helikopteri alıb. Açıq mənbələrdə yer alan məlumatlara əsasən, hazırda Türkiyə Silahlı Qüvvələrinin, Jandarma Baş Komandanlığının və təhlükəsizlik qüvvələrinin inventarında ümumilikdə 48 ədəd H215M/ AS 532 “Cougar”, 80 ədəd S70i/UH-60 “Black Hawk”, 5 ədəd T-70, 143 ədəd UH-1H, 69 ədəd “Bell 205”, 11 ədəd CH-47F “Chinook” və 13 ədəd “Bell 212” nəqliyyat/çoxməqsədli helikopterləri, habelə 53 ədəd AH-1P/W (bəzi mənbələrdə AH-1P variantının silahlanmadan çıxarıldığı bildirilib), 3 ədəd OH-58, 60 ədəd T129 ATAK/FAZA-2 (1

ədədi qəzaya uğrayıb) döyüş helikpteri yer alır.

Türkiyə helikopter sənayesi sahəsində ilkin böyük addımlarından birini T129 ATAK layihəsi ilə atıb. Belə ki, 2007-ci ilin martında Türkiyənin Müdafiə Sənayesi İcra Komitəsi uzun müddət davam edən ATAK proqramının qalibi olaraq İtaliyanın “AgustaWestland” şirkətini seçib. Həmin ilin aprel ayında isə Türkiyə Müdafiə Sənayesi Başqanlığı (SSB) TUSAŞ şirkətinin bu proqramın əsas podratçısı rolunda çıxış edəcəyini açıqlayıb və 2007-ci ilin sentyabr ayında tərəflər arasında müqavilə imzalanıb. ATAK proqramına əsasən, əvvəlcə Türkiyənin Quru Qoşunlarına 51 ədəd ATAK helikopterinin tədarük olunması nəzərdə tutulsa da, sonradan bu rəqəm artırılıb.

Müqavilənin imzalanmasından sonra şirkətlər Türkiyənin coğrafi və iqlim şərtlərini nəzərə almaqla “Agusta A129 Mangusta” hücum helikopterinin əsasında T129 ATAK helikopterini dizayn edib. Helikopterin İtaliyada hazırlanan ilk prototipi 2009-cu ildə, Türkiyədə TUSAŞ şirkətinin istehsal müəssisələrində hazırlanan prototipi isə 2011-ci ildə birinci uçuşunu reallaşdırıb. 2014-cü ilin aprelində ilk T129 ATAK helikopteri Türkiyə Quru Qoşunlarına təhvil verilib.

Bundan sonra, SSB-nin rəhbərliyi altında T129 ATAK helikopterində yerlilik payının artırılması ilə bağlı çalışmalara başlanıb və onun T129 ATAK FAZA-2 versiyası ərsəyə gətirilib. FAZA-2 versiyada bir çox komponent milliləşdirilsə də, helikpoterin əsas hissəsi olan güc qurğusu - LHTEC-CTS800-4a mühərriki (“Rolls Royce” və “Honeywell” tərəfindən istehsal olunur) xaricdən alınır, bu isə onun xarici satışlarına dair müəyyən problemlər yaradıb.

Hazırda TUSAŞ Türkiyə Quru Qoşunlarına və Daxili İşlər Nazirliyinə ümumilkdə 73 ədəd T129 ATAK helikopteri təhvil verib. Proqram çərçivəsində ümumi olaraq Türkiyə Quru Qoşunlarına 91 ədəd (59+32), Daxili İşlər Nazirliyinə isə 27 ədəd (24+3) T129 ATAK/FAZA-2 helikopterinin təhvil verilməsi planlaşdırılıb.

Az öncə qeyd etdiyimiz mühərriklə bağlı yaranan çətinliklərə baxmayaraq (xaicdən alındığı üçün) T129 ATAK ixrac uğuruna da imza atıb. 2020-ci ildə Türkiyə və Filippin arasında 6 ədəd T129-un alınması üçün 270 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb. 2022-ci ildə bu helikopterdən 4 ədədi Filippin Silahlı Qüvvələrinə təhvil verilib. Eyni zamanda Pakistan və Türkiyə arasında

54 www.poliqon.az Türkmənistanın “Leonardo”­dan aldığı AW139 çoxməqsədli helikopteri

da 30 ədəd T129 ATAK helikopterinin satınalınması üçün müqavilə imzalansa da, Türkiyənin ABŞ-dan mühərrik ilə əlaqədar lazım olan ixrac icazəsini ala bilməməsi 1.5 milyard dollar dəyərindəki layihənin uzun müddət sual altında qalmasına səbəb olub. Hətta, 2022-ci ilin yanvar ayında Pakistanın bu helikopterləri almaqdan imtina etdiyi bildirilib.

T129 ATAK helikopterinin silahlanmasına 76 ədəd 70 mm-lik klassik tipli raket, 500 ədəd 20 mm-lik top sursatı, “Roketsan” şirkəti tərəfindən istehsal olunan 8 ədəd UMTAS/L-UMTAS tank əleyhinə idarə olunan raket, 16 ədəd lazer tuşlamalı “Cirit” və 8 ədəd “hava-hava” tipli “Stinger” raketi daxildir. Helikopterin ekipaj üzvü 2 nəfər, maksimum qalxış ağırlığı 5065 kiloqram, sürəti isə 281 km/saat təşkil edir. Mənzili 537 kilometr olan T129-un əməliyyat tavanı 4572 metr və havada qalma müddəti 3 saatdır.

Hazırda TUSAŞ şirkəti T129-dan əlavə ATAK ailəsinin digər bir üzvü olacaq ağır döyüş helikopteri T929 ATAK layihəsi üzərində çalışır. T129 ilə müqayisədə T929-un millilik payı əhəmiyyətli dərəcədə çoxdur. Lakin yenə mühərrik məsələsində xarici satınalma aktualdır və T929-da Ukrayna istehsalı mühərriklərdən istifadə ediləcək. Bununla Türkiyə T129 ilə qarşılaşdığı ixrac problemini aradan qaldırmağı hədəfləyir. TUSAŞ şirkəti tərəfindən aparılan başqa bir layihə də T625 yüngül çoxməqsədli helikopterdir. Tamami ilə Türkiyə mühəndisləri tərəfindən dizayn edillən bu helikopterin Türkiyə Silahlı Qüvvələrində fəaliyyət göstərən UH-1Hların yerini alması hədəflənib. Türkiyə T129-da effektiv performans göstərdyi üçün T625-də də əvvəlcə LHTECCTS800-4a mühərrikindən istifadə etməyi düşünsə də, sonradan Türkiyənin TEİ şirkəti tərəfindən hazırlanan TS1400 mühərrikinin quraşdırılmasına qərar

verib. 2021-ci ildə SSB başqanı İsmail Dəmir T625 helikopterinin silahlı versiyasının hazırlandığını bəyan edib.

Maksimum qalxış ağırlığı 6050 kiloqram olan T625 2 ekipaj üzvünə və 12 personalı daşımaq bacarığına sahibdir. Helikopterin maksimum sürəti 306 km/saat, əməliyyat tavanı 6069 metr, mənzili 740 kilometr (xarici yanacaq çəni ilə təchiz olunduğu halda 948 km) və havada qalma müddəti 4-5 saatdır. Türkiyənin helikopter sənayesi sahəsində həyata keçirdiyi iri həcmli layihələrdən biri də dünyanın aparıcı aviasiya şirkətlərindən olan “Sikorsky”nin S70i helikopterinin bazasında lisenziya əsasında T70 indeksli çoxməqsədli helikopterini hazırlaması olub. Proqram çərçivəsində 109 ədəd T70 helikopterinin istehsalı və çatdırılması nəzərdə tutulub ki, bunlardan artıq 5 ədədi sifarişçiyə təhvil verilib. T70 çoxməqsədli helikopterləri artıq Türkiyənin Jandarma Baş Komandanlığı və Hərbi Hava Qüvvələrinin arsenalına qəbul edilib.

Bu layihənin əsas podratçısı Türkiyənin TUSAŞ, subpodratçıları isə ASELSAN, TEI, “Alp Havacılık” şirkətləri və ABŞ-ın “Sikorsky” şirkətidir. Layihə çərçivəsində T70 helikopterinin əsas gövdə və rotor hissələrinin istehsalını, inteqrasiyasını və logistika işlərini TUSAŞ şirkəti həyata keçirir. ASELSAN helikopterin avionika sistemlərinin, TEI ona güc verən T700 mühərikinin, “Alp Havacılık” isə eniş dəstləri, transmissiya və dinamik hissələrinin istehsalını və inteqrasiyasını edir.

Helikopterin maksimum qalxış ağırlığı 9979-10659 kiloqram, sürəti 296 km/saat, əməlyyat tavanı 6096 metrdir. Çoxməqsədli helikopter olan T70 əsasən nəqliyyat, axtarış-xilasetmə, ambulans, sahil mühafizəsi kimi əməliyyatların icrası üçün nəzərdə tutulub.

Bundan başqa, Türkiyənin UH-60 “Black Hawk” və AH-1 “Cobra” helikop-

terlərinin TUSAŞ şirkəti tərəfindən modernizasiya işləri həyata keçirilib. Modernizasiya çərçivəsində bu helikopterlərin kokpitləri və avionika sistemləri dəyişdirilib. Köhnə analoq sistemlərin olduğu kokpit, yeni rəqəmsal sistemli kokpit ilə əvəz edilib.

Araşdırmalar göstərir ki, region dövlətləri hərbi helikopter parkının yenilənməsində iki istiqamətdə satınalmalar həyata keçirir. Bunlardan birincisi, əsas ağırlıq təşkil edəni Rusiyanın payına düşür. Mövcud uçuş və texniki heyətin sovet/rus helikopterləri üzrə ixtisaslaşması fonunda, bu ekspertlər tərəfindən təbii qarşılanır. Digər istiqamət isə qərbdən – ABŞ, Fransa və İtaliyadan helikopterlərin əldə edilməsidir. Hansı ki, bu istiqamətdə Gürcüstan, Türkmənistan, Qazaxıstan və Türkiyə kifayət qədər irəli getməyə nail olub. Region dövlətlərindən yalnız Gürcüstan bu ərəfədə rus mənşəli avisiya texnikasından, xüsusilə helikopterlərdən imtina edərək, qərb texnologiyasına keçdiyini rəsmən bəyan edib. Lakin qərb şirkətləri ilə özünün istehsalını quran Qazaxıstan paralel olaraq Rusiyadan aviasiya texnikalarının da satın alınması və birgə istehsalı layihələrini həyata keçirir.

Proqnozlar göstərir ki, bundan əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, alternativlərin çoxalması və daha münasib şərtlərlə regiona satış təklifləri, habelə digər təsiredici faktorlar yaxın perspektivdə Rusiya istehsalı olan döyüş və hərbi nəqliyyat helikopterlərinin bazar payının azalmasına gətirib çıxaracaq. Bunun müqabilində bazarda Avropadan “Leonardo”, Asiyadan isə Çin şirkətlərinin aktivliyinin artaması baş verəcək. Türkiyənin aviasiya sənayesinin son illərdə sürətlə inkişaf etməsi, yaxın gələcəkdə qardaş ölkənin də bazarın əsas oyunçularından birinə çevriləcəyini deməyə əsas verir. PQ

55
Türkiyənin T129 ATAK helikopteri

Gürcüstan və Polşanın birgə konsorsiumu olan “Delta-Webe” şirkətinin pilotsuz uçuş aparatları (PUA) istehsal edəcək zavodunun tikintisi başa çatmaq üzrədir. Gürcüstan müdafiə naziri Cuanşer Burçuladze tikintisi son mərhələdə olan PUA zavoduna baş çəkib və aparılan işlərlə tanış olub.

Nazir qeyd edib ki, yaxın zamanlarda fəaliyyətə başlayacaq müssəsisədə Gürcüstan istehsalı olan PUA-lar buraxılacaq.

“Delta-Webe” şirkəti Gürcüstanın “Delta” Elmi Hərbi-Texniki Mərkəzi ilə Polşanın “WB Electronics” şirkəti arasında imzalanan müqavilə əsasında qurulub. Bu müəssisədə gürcü və polşalı mütəxəssislər pilotsuz uçuş aparatlarının istehsalı məsələsində birgə çalışacaqlar.

Hərbi sənayenin inkişafı məqsədilə “Delta-Webe” ilə Gürcüstan Müdafiə Nazirliyi arasında regionda ilk PUA-ların tədris mərkəzinin açılmasını nəzərdə tutan saziş imzalanıb. Mərkəzin peşəkar təlimatçıları Müdafiə Qüvvələrinin müvafiq şəxsi heyətini yenidən hazırlayacaqlar.

Pakistan PIMEC beynəlxalq dəniz sərgisinə hazırlaşır

Pakistanın Karaçi şəhərində 2023-cü ilin 10-12 fevral tarixlərində ilk dəfə keçiriləcək PIMEC Beynəlxalq Dəniz Sərgisi və Konfransına hazırlıq işləri davam edir.

Pakistan Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü və təşkilatçılığı, Pakistan Dəniz İşləri Nazirliyinin dəstəyi ilə keçiriləcək PIMEC-2023 sərgisində dəniz sənayesi sahəsində fəaliyyət göstərən həm dövlət, həm də özəl şirkətlər öz məhsullarını nümayiş etdirə, xidmət və imklanlarını təqdim edə biləcəklər.

Pakistanın Karaçi Ekspo Mərkəzində 3 gün davam edəcək tədbirin təşkilati işlərinin icrası “Badar Expo Solutions” (BXSS) şirkətinə həvalə edilib.

Təşkilat komitəsinin məlumatına görə, sərginin səmərəli keçməsi üçün geniş işgüzar proqram hazırlanıb. Bildirilib ki, PIMEC-2023 sərgisi dəniz sektoru üzrə fəaliyyət göstərən şirkətləri və dövlət qrumlarını bir araya gətirməklə onlar arasında həm yeni əməkdaşlıqların yaranmasında, həm də layihə və müqavilələrin imzalanmasında zəmin rolunu oynayacaq.

Xüsusi ilə Pakistan üçün böyük əhəmiyyətə malik olan bu sərgi ölkənin dəniz sənayesindəki qabiliyyətlərini və istehsal gücünü artırmağa, texnologiya transferi məsələlərini həyata keçirməyə, habelə iqtisadi cəhətdən gəlir əldə edilməsinə şərait yaradacaq.

Həmçinin sərgidə dövlətlərin rəsmi nümayəndələri ilə şirkətlər arasında yüksək səviyyəli görüşlərin baş tutması, brifinq və təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır. Qeyd edək ki, POLİQON jurnalı PIMEC Beynəlxalq Dəniz Sərgisi və Konfransın rəsmi media tərəfdaşı qismində çıxış edir.

Ermənistan Hindistandan 155 mm çaplı haubitsalar alır

Hindistanın böyük “Kalyani Group” özəl sənaye qrupunun əsasını təmsil edən “Bharat Forge Limited” şirkəti, özünün “Kalyani Strategic Systems Limited” (KSSL) törəmə müdafiə bölməsinin “dost xarici ölkə” üçün üç il ərzində istehsal olunacaq 155 mm-lik artilleriya top platformaları üçün ixrac sifarişi aldığını açıqlayıb. Müqavilənin dəyəri 155,5 milyon ABŞ dollarına bərabərdir.

Hindistan mediasının ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən verdiyi məlumata görə, hökumətlərarası razılaşmaya əsasən Ermənistan sifarişçidir və ona təkərli avtomobil şassisində KSSL tərəfindən istehsal edilmiş 155 mm/39 özüyeriyən haubitsalar çatdırılmalıdır. Beləliklə, görünür, söhbət Ermənistana 4×4 təkər formullu avtomobil şassisində 155 mm/39 MArG 155-BR özüyeriyən haubitsalarının tədarükündən gedir.

KSSL şirkəti tərəfindən inkişaf etdiril-

miş bu sistemin 2021-ci ilin dekabrında təqdimatı keçirilib. Ancaq, indiyə qədər Hindistan Ordusu tərəfindən MArG 155BR özüyeriyən haubitsalarının alınması elan edilmədiyi üçün Ermənistan, görünür, onların ilk müştərisi kimi çıxış edir.

MArG 155-BR sistemi, Bharat Forge” şirkəti tərəfindən “4×4 təkər formullu avtomobilə quraşdırılmış dünyada yeganə 155 mm-lik 39 çap lülə uzunluqlu artilleriya sistemi kimi təqdim edilir.

Beləliklə, Hindistan Ermənistan üçün aparıcı silah tədarükçüsünə çevrilir. 155 mm/39 MArG 155-BR özüyeriyən haubitsalarının alınması üçün bağlanmış hazırkı müqavilə Hindistanda məlum olan üçüncü əhəmiyyətli erməni müdafiə sifarişidir. Xatırladaq ki, 2022-ci ilin sentyabr ayının əvvəlində Ermənistanın Hindistandan 214

mm-lik “Pinaka” yaylım atəşli reaktiv sistemlərin və onlar üçün reaktiv mərmilərin, tank əleyhinə raket komplekslərinin və müxtəlif döyüş sursatlarının alınması barədə dəyəri 250 milyon ABŞ dollarından çox olan müqavilə imzaladığı barədə məlumat yayılıb. 2020-ci ilin əvvəlində isə Ermənistan artilleriya mövqelərini aşkar etmək üçün Hindistanla dörd ədəd “Swathi Weapon Locating Radar” (WLR) yerüstü radiolokasiya stansiyasının alınması barədə təxminən 40 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb.

56 www.poliqon.az
PUA istehsal edəcək zavodun
Gürcüstanda
tikintisi başa çatmaq üzrədir

Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.