POLİQON / AZERİ DEFENCE Military Magazine 1 (57) 2022

Page 1




SİLAHLANMA

4

DAXİ̇Lİ̇ QOŞUNLARIN yeni̇ ̇inşa olunan hərbi̇ şəhərci̇yi̇ni̇n açılışı.........4

ÖLKƏ DSX‑nin Qubadlıda yeni qərargah binası istifadəyə verilib..................9 Daxili Qoşunların xüsusi təyinatlılarının taktiki‑xüsusi təlimi............9

SƏFƏRBƏYLİK SHXÇDX‑nin yaradılmasının 10‑cu ildönümü qeyd olunub...............10

REGİON REGİONAL FOKUS: Gürcüstan Ordusunun modernləşmə perspektivləri..........................12

TƏHSİL

10

12

28

34

AzTU‑da müdafiə sənayesi üzrə ixtisaslı kadrların hazırlanması mövzusunda konfrans keçirilib.............................................................27 AzTU ilə TUSAŞ arasında əməkdaşlıq protokolu imzalanıb...............27 AzTU regionda daha bir ilkə imza atdı .................................................27

TEXNOLOGİYA HAVELSAN‑ın robot və avtonom sistemləri ........................................28

MİNA ANAMA‑nın Ağdamda yeni mobil sahə düşərgəsi inşa edilib ............33

ANALİZ ELEKTRO-OPTİK KƏŞFİYYAT VƏ MÜŞAHİDƏ SİSTEMLƏRİ ..................34

TANITIM HÜRKUŞ – Yeni nəsil təlim təyyarəsi...................................................42 Azərbaycandan “Şimşək” istəyi............................................................43

PULS ASELSAN böyüməyə davam edir...........................................................44

42

SƏNAYE OTOKAR Qazaxıstanda zirehli maşınlar istehsal edə bilər................45

XƏBƏR Hərbi attaşelər Azərbaycanda istehsal olunan atıcı silahlarla tanış olublar ............................................................................................47 ATAK helikopterinin ilk partiyası Filippinə çatdırılıb ...........................47

VİSİON ALTINCI NƏSİL MÜHARİBƏLƏR – yüksək dəqiqlikli silahların tətbiqi .....................................................................................48

RAKET “HİSAR‑O+” ZRK‑yə RF başlıqlı raket inteqrasiya edilib ...................55 ROKETSAN MİLDAS sistemindən “HİSAR‑RF” raketinin atışını keçirəcək .................................................................................................56

48

45


POLİQON (AZERI DEFENCE) jurnalı‑ nın yaradıcısı mərhum

Rəşad SÜLEYMANOV

POLİQON Hərbi‑texnoloji jurnal YANVAR–FEVRAL №01 (57) 2022 Tel: (+994 77) 311‐81‐18 E‑mail: poliqonjurnal@gmail.com azeridefence@gmail.com Web: www.poliqon.az Ünvan: Bakı şəhəri, Oskar Əfəndiyev küç. 110 Ariana Business Park 401

Türkiyə təmsilçiliyi Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence‐tr@etkilesimltd.com

Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632 Azərbaycan Respublikası İqti‐ sadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 21 iyun 2012‐ci ildə dövlət qeydiyyatına alınıb. “POLİQON JURNALI” MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702953031 Reklam materiallarına görə POLİQON jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir. “Şərq‑Qərb” ASC‑nin mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır Format 60x901/8 . Sifariş _____.

Qapaq fotosu: Azərbaycanın “Palladium” şirkətinin istehsalı olan “Grey Wolf” aftomatı

Qiyməti: 6 manat

? Редактордан Dəyərli oxucu! Rusiya‐Ukrayna müharibəsinin başladığı ilk günlərdə Rusiya qısa müddətdə Ukrayna istilasında uğur qazanacağını proqnozlaşdırırdı. Ancaq açıq şəkildə müharibə Kremlin planlaşdırdığı kimi getmir. Bu müharibədə Rusiyanın nailiyyətləri az olub və şiddətli müqavimətlə üzləşib. Münaqişə davam etdikcə ruslar dünya səhnəsində də uduzurlar. Beynəlxalq hüququn norma və prinsipləri baxımından, bu müharibədə Rusiya təcavüzkar, Ukrayna təcavüzə məruz qalan ölkədir. Suveren dövlətin ərazisini işğal etmək, demokratik yolla seçilmiş prezidentə qarşı hərbi çevrilişə çağırış etmək və bunun üçün suveren dövlətin ərazisinə qoşun yeritmək qəbuledilməzdir. Müharibə ilə bağlı ilkin hesabatlar dezinformasiya və propaqanda ilə dolu olsa da, Rusiyanın uğursuzluğunun səbəbi onların hərbi texnologiyası olduğu görünür. Rusiyanın hərbi doktrinası dəqiq bəlli olmasa da, texnologiyadan geniş istifadə edən çoxdomenli yanaşmanı mənimsədiyi məlum olur. Rusiya Ukraynada sabitliyi pozmaq üçün kiber silahdan istifadə etməyi planlamışdı, bunu Rusiya silahlı qüvvələrinin hücumudan bir gün əvvəl Ukraynanın maliyyə və hərbi saytlarına edilən kiberhücumlar sübut edir. Lakin kiberhücumun təsiri gözlənildiyi qədər sabitliyi pozmadı. Bu arada, beynəlxalq müstəqil hakerlərin Kremlə, Rusiya mediasına və Belarus müdafiə strukturuna oxşar kiberhücumlar həyata keçirməsi barədə məlumatlar var. Rusiya daha sonra Kiyevi ələ keçirmək üçün çoxşaxəli hücuma keçdi. Genişmiqyaslı hücum əməliyyatlarında Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Rusiya Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri tərəfindən dəstəklənir. Onların ümumi məqsədi Ukraynanın müdafiəsini pozmaq və tez bir zamanda darmadağın etmək idi. Lakin Rusiyanın hücumunun qarşısı alındı və hərbçilər planlaşdırdıqları uğurları əldə edə bilmədilər. Ukraynadakı müharibədə Rusiya 20 il ərzində İraq və Əfqanıstandakı müharibələrdən daha çox itki verib. Araşdırmalar göstərir ki, Rusiyanın əhəmiyyətli zəif tərəflərindən biri də müdafiə sənayesi bazasıdır. Rusiyanın müdafiə sənayesi bazasının zəifliyi bu münaqişədə indiyədək hava üstünlüyünə nail ola bilməməsində özünü göstərir. Hava üstünlüyü olmadan Rusiyanın strategiyası sürətlə iflasa uğraya bilər. Bundan əlavə, Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi zirehli texnikaları bir qədər köhnəlmişdir. Döyüşlərdə görünən tankların çoxu, son Moskva hərbi paradlarında nümayiş etdirilən ən müasir T‐14 tanklarından fərqli olaraq köhnə T‐72 modelləridir. Sosial mediada yayılan Ukrayna‐Rusiya müharibəsindən görüntülərdə Rusiya hərbi texnikalarının çoxu bəzi kiçik dəyişikliklərlə Soyuq Müharibədən qalma qalıqlar kimi görünür. Üstəlik, yol kənarında xarab olub qalan rus hərbi texnikaları barədə məlumatlar bu texnikaların çox hissəsinə yaxşı baxılmadığını göstərir. Rusiya strategiyasının özü də kökündən qüsurludur. Çünki terrorla qlobal müharibədə göründüyü kimi, texnologiya, şəhər mühitində döyüşərkən mübahisəli məqama çevrilir. Hərbi texnologiya döyüşçü ilə düşməni arasında məsafəni maksimum dərəcədə artırmaq üçün hazırlanmışdır. Şəhər mühitləri bu qarşıdurmanı azaldır və hərbi texnologiyanın effektivliyini məhdudlaşdırır. Bundan əlavə, tank və zirehli texnikaların şəhər daxilində manevr etmək imkanları çətinləşir və asan hədəfə çevrilir. Rusiyanın bu müharibədə qalib gələcəyi əvvəlcədən təxmin edilən nəticə deyil. Əgər rus‐ lar uduzsalar, əsas səbəb onların texnologiyadan həddən artıq istifadə etməsi və bu texnologiyanın kifayət qədər yaxşı olmaması olacaq. Texnologiya uyğunluğu olmadan, Rusiya silahlı qüvvələri həlledici qələbə üçün lazım olan döyüş gücünə malik deyil. “Poliqon” jurnalının növbəti sayında Rusiya‐Ukrayna müharibəsindən bəhs edəcək geniş yazı ilə oxucuların görüşünə gələcəyik.

Baş redaktor Zaur Babaşov


DAXİ̇Lİ̇ QOŞUNLARIN yeni̇ i̇nşa olunan hərbi̇ şəhərci̇yi̇ni̇n açılışı ?Rizvan Fikrətoğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevral ayının 13‑də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirak ediblər. Daxili işlər naziri general‐polkov‐ nik Vilayət Eyvazov və Daxili Qoşun‐ ların komandanı general‐leytenant Şahin Məmmədov Azərbaycan Prezi‐ denti İlham Əliyevə raport veriblər. Hərbi şəhərcikdə görülən işlər barədə məlumat verən nazir Vilayət Eyvazov bildirib ki, ərazisi 6,2 hektar olan hərbi şəhərciyin inşasına 2019‐cu ilin sen‐ tyabrında başlanılıb. Tikinti işləri ötən ilin noyabrında uğurla başa çatdırılıb. Şəhərcikdə xidmətin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb. Prezident İlham Əliyev Daxili Qoşunların xüsusi təyinatlıları üçün nəzərdə tutulan silah‐sursata və hərbi texnikaya baxıb. DQ‑nin silahlanmasında “Grey Wolf” avtomatları Nümayiş etdirilən silah və tex‐ nikalar arasında Azərbaycanın “Pal‐ ladium Defence and Security Solutions” şirkətinin istehsalı “Grey Wolf” (“Boz Qurd”) markalı avtomatları diqqət çəkib. Daxili Qoşunların xüsusi təyinatlılarının arsenalına daxil edilən “Grey Wolf ” avtomatı AR‐15/M‐4

dizaynına əsaslanır və Amerikanın məhşur “Vortex” şirkətinin istehsalı olan optik nişangahla təhciz olunub. “Grey Wolf” avtomatının 5.56 mm çaplı və 7.62 çaplı versiyaları mövcuddur. 5.56 mm çaplı silahın kütləsi 2,980 kq, atış uzaqlığı 500 metr təşkil edir. 7.62×39 mm silahın lüləsinin uzunluğu 35.56 sm, çəkisi 3.4 kq, atış uzaqlığı 800 metrdir. “Grey Wolf ” avtomatlarında qaz boru sistemi tətbiq olunub. Uzunluğu tənzimlənən qundağa malik avtomatın lülə qutusunun üzərində dörd istiqa‐ mətdə pikatini relsləri mövcuddur ki, bu da silaha müxtəlif aksesuarları inteqrasiya etməyə imkan verir. Av‐ tomat rahat erqonomikası ilə fərqlənir. Modulyar dizayna malik silahın qundağı sifarişçinin istəyindən asılı olaraq dəyişdirilə, müxtəlif şirkətlərin istehsal etdikləri hazır qundaqlarla əvəzlənə bilir. Avtomatın lüləsi və işlək mexanizmləri də dəyişdirilə bilir ki, bu da silahın hər hansı bir mexanizmi sıradan çıxdıqda onun qısa zamanda yenisi ilə əvəz edilməsinə imkan yaradır.

Qeyd edək ki, yaxın vaxtlarda “Palladium Defence and Security Solutions” şirkəti tərəfindən milli imkanlar hesabına istehsal edilən ta‐ pançalar, habelə termal cihazlar və gecəgörmə kameraları təhlükəsizlik qüvvələrinin istifadəsinə veriləcək. Azərbaycan “Cobra II” zirehli maşınları alıb Nümayiş etdirilən silah və tex‐ nikalar arasında Daxili Qoşunların inventarına yeni qəbul edilən “Cobra II” zirehli transportyorları da yer alıb. Azərbaycanda Daxili Qoşunlar ilə yanaşı Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyi 10 ildən artıqdı ki, “Cobra” zirehli maşınlarının opera‐ torlarıdır. “Cobra II” zirehli trans‐ portyorları isə Daxili Qoşunların arsenalında ilk dəfə olaraq nümayiş etdirilib. “Otokar”ın mövcud 4x4 “Cobra” zirehli maşınlarının bazasında hazırladığı və ilk nümunəsi 2013‐cü ildə təqdim olunan “Cobra II” daha üstün texniki‐taktiki xüsusiyyətləri, gücləndirilmiş mina partlayışına qarşı mühafizəsi, balistik mühafizəsi və geniş daxili həcmi ilə sələfindən fərqlənir. Sürücü və komandir daxil 10 heyət daşıyan, yüksək keçicilik və mühafizə qabiliyyətinə malik “Cobra II” çətin

Daxili Qoşunların arsenalına yeni qəbul edilən “Cobra II” zrehli maşınları


%$+$ %XOXGDOW× $YWRQRP 3LORWVX] 8oXü $ $SDUDW×

0¾DVLU RUGXODUóQ HKWL\DFODUóQD FDYDE YHUəQ [¾VXVL\\əWOəUOə +$9(/6$1 %$+$ %XOXGEPX $YWRQRP 38$ GóU %¾W¾Q SLORWVX] VLVWHPOəUOə ELUJə əPəOL\\DWODU Kə\DWD NH©LUə ELOLU ĠDTXOL HQLġ Yə TDO[PD TDELOL\\əWL LOə WDP RODUDT DYWRQRP PLVVL\D TDELOL\\əWL Yə PRGXO DU[LWHNWXUD P¾[WəOLI ID\GDOó \¾NOəULQ LQWHTUDVL\DVóQD LPNDQ YHULU

havvelsan_resmi

HAVELSAN NResmi

Havelsan

Havelsan

www.havels e an.com


Prezident İlham Əliyev “Grey Wolf” avtomatlarına baxış keçirib

ərazi və iqlim şərtlərində üstün performans təmin edir. Türkiyə Silahlı Qüvvələrinin və müttəfiq ölkələrin tələbləri əsasında, gələcək ehtiyacların qarşılanması məqsədi ilə yaradılan “Cobra II” müasir texnoloji və taktik xüsusiyyətlərə malik modulyar platformadır. Geniş çeşiddə silah inteqrasiyası və təchiz olunduğu sistemlər sayəsində “Cobra II” sərhəd mühafizəsi, daxili təhlükəsizlik əməliy‐ yatlarından sülhyaratma missiyalarına‐ dək çox sayda tapşırıqlarda yer ala bilir. Hazırda “Cobra II” Türkiyənin ordu və təhlükəsizlik qüvvələri ilə yanaşı bir sıra ölkələrin orduları tərəfindən istifadə edilməkdədir. “Coba II” zirehli maşının uzunluğu 6400 mm, eni 2500 mm, hündürlüyü 2300 mm, klirensi 400 mm, çəkisi 13500 kiloqram, sürəti 110 km/saat, gediş ehtiyatı 700 km təşkil edir. Maşının amfibiya versiyasının isə uzunluğu 6000 mm, eni 2700 mm, hündürlüyü 2300 mm, klirensi 500 millimetrdir. Altı silindirli, 360 at gücündə “Cummins” dizel mühərriklə təchiz olunmuş maşının yanacaq çəni 200 litr tutur. Maşın təkərlərin təz‐ yiqinin avtomatik tənzimlənməsi sistemi, run‐flat təkərlər, avtomatik yanğınsöndürmə, ABS əyləc, mina partlayışının təsirini azaldan otura‐ caqlarla təchiz edilir. “Cobra II” 400 mm hündürlüyündə dik maneələri, 900 mm

6 www.poliqon.az

enində xəndəkləri və yarğanları dəf edir, 30 dərəcə bucaq altında yana maili, 60 dərəcə bucaq altında yüksəkliyə qalxa bilir. “Coba II” zirehli maşının üzmə sürəti 8 km/saat təşkil edir. “Otokar” şirkəti tərəfindən son illərdə “Cobra II” zirehli maşının bir neçə fərqli konfiqurasiyası təqdim edilib. “Cobra II” zirehli nəqliyyat vasitəsinin personal daşıyıcı, silah platforması, CBRN, sərhəd təhlükəsizlik maşını, daxili təhlükəsizlik maşını, ambulans, komanda‐nəzarət, zirehli yük maşını, MRAP və s. konfiqu‐ rasiyaları var. İstifadəçinin seçimindən asılı olaraq zirehli maşının amfibiya versiyası da təqdim olunur. İlk nümunəsi 2018‐ci ilin may ayında “Efes‐2018” sərgisində təqdim edilmiş “Cobra II” zirehli yük maşını “Cobra II” ilə eyni manevr imkanına sahib olsa da, 2500 kq yükdaşıma qabiliyyətinə sahibdir. Bu maşın yük daşınmasından başqa fərqli tapşırıqları da yerinə yetirir. Maşının üzərinə müxtəlif çaplı atıcı silahların, mina‐ atanların, habelə kiçik çaplı zenit toplarının qurulması mümkündür. “Cobra II” zirehli yük maşının heyəti sürücü daxil 2 nəfər, maksimum sürəti 110 km/saat, gediş ehtiyatı isə 700 kilometrdir. 2019‐cu ilin may ayında İstanbulda keçirilmiş IDEF‐2019 beynəlxalq müdafiə sərgisində isə “Otokar” ilk dəfə

“Cobra II” zirehli nəqliyyat vasitəsinin ambulans konfiqurasiyasını təqdim edib. Özünün yüksək balistik mü‐ hafizəsi və minaya qarşı qoruması ilə fərqlənən zirehli maşın yüksək təh‐ lükəli ərazilərdə, cəbhənin dərinliyində yaralılara gərəkli olan bütün müda‐ xilələri yerinə yetirmək qabiliyyətin‐ dədir. Ambulans “Cobra II” bütün zəruri avadanlıqlarla təchiz olunub. Qeyd edək ki, ambulans versiyada “Cobra II”nin hündürlüyü və genişliyi artırılaraq daxili həcmi böyüdülüb. Arxa qapı təcili yardım istifadəsi üçün xüsusi rampa formasına salınıb. “Cobra II” ambulan‐ sın sürücü, komandir, tibb heyətindən başqa 2 oturulu və 1 uzanılmış, yaxud da 2 uzanıqlı yaralı daşıya bilən iki konfiqurasiyası mövcuddur. Yüksək qoruma səviyyəsi, manevr imkanları, modulyarlığı, bir platformanın müxtəlif tapşırıqlara uyğun konfiqurasiya olunması “Cobra II” üçün geniş imkanlar açır. Mütəxəssislərin fikrincə, məhz bu sadalanan qabiliyyətləri ilə orduların diqqətini çəkən “Cobra II” növbəti bir neçə onillikdə öz po‐ pulyarlığını qoruyub saxlayacaq. “Otokar” şirkəti “Cobra‐II” zirehli maşın ailəsinin minaya qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP) versiyasını hazırlayaraq ilk dəfə 2021‐ci il 21‐25 fevral tarixlərində Birləşmiş Ərəb Əmir‐ liklərinin paytaxtı Əbu‐Dabi şəhərində keçirilmiş IDEX‐2021 beynəlxalq



Azərbaycanın Birinci vitse‑prezidenti Mehriban Əliyeva DQ‑nin yeni inşa olunan hərbi şəhərciyinin açılışında, arxa fonda “Cobra” transportyorları

müdafiə sərgisində nümayiş etdirb. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Cobra‐II” MRAP‐ın hazırlanmasında “Otokar” nəqliyyat vasitələri sahə‐ sindəki 35 ilə yaxın təcrübə və məlumat bazasınından istifadə edib. Yeni nəsil “Cobra‐II” MRAP yüksək ballistik mü‐ dafiə ilə yanaşı heyəti mina part‐ layışlarından qoruması ilə önə çıxır. Şirkət bu nəqliyyat vasitəsinin digər MRAP‐lardan fərqli olaraq daha yüksək manevr qabiliyyətinə malik olduğunu bildirib. MRAP çox sayda heyətin daşınması üçün dizayn edilib. “Cobra‐II” MRAP riskli ərazilərdə heyətin etibarlı mühafizəsini təmin edir. Zirehli maşın heyəti ballistik təhdidlərdən, o cüm‐ lədən mina, əldəqayırma partlayıcı qurğu (ƏPQ) təhlükələrindən qoruyur. Habelə bunu edərkən “Cobra‐II” zirehli maşını ilə oxşar manevr və komfort parametrlərini özündə saxlayır. Nəq‐ liyyat vasitəsinin alt hissəsi mina əleyhinə yüksək müdafiə sistemi ilə təchiz olunub. Bunun sayəsində MRAP istifadəçiyə modulyar qurluşu və istismar qabiliyyətini itirmədən mina partlayışından üstün mühafizə təmin edir. “Cobra‐II” MRAP‐ın digər minaya qarşı qorumalı maşınlarla müqayisədə çəkisi də yüngüldür və müstəqil asqı sisteminə sahibdir. Bu isə ona sadəcə düz yollarda deyil, eləcə də çətin ərazilərdə üstün manevr və sürətli hərəkət imkanı verir. “Cobra‐II” MRAP‐ı

8 www.poliqon.az

analoqlarından fərqləndirən üstün xüsusiyyətlərindən biri də nisbətən daha kiçik siluetə sahib olduğu üçün çətin aşkarlanmasıdır. “Cobra‐II” MRAP “Otokar”ın digər zirehli nəqliyyat vasitələri kimi modulyar quruluşa sahibdir. Bunun sayəsində MRAP müxtəlif tapşırıqlara uyğun platforma kimi istifadə oluna bilir və istifadəçiyə döyüş bölgəsində logistik üstünlük verir. MRAP‐ın xüsusi dizaynı, yüksək etibarlıq, texniki xidmət asanlığı və güc paketi onun sahə şəraitində belə sürətli sökülməsinə/yığılmasına imkanı verir. Modulyar dizayndan əlavə, sahib olduğu yüksək daşıma tutumu və daxili genişliyi “Cobra‐II” MRAP‐a fərqli silah sistemlərinin və xidmət avadanlıq‐ larının inteqrasiyasına şərait yaradır. Müxtəlif tərtib variantlarıyla 11 nəfərə qədər heyət daşıya bilən nəqliyyat vasitəsi, istifadəçinin istəklərinə görə, 3 və 5 qapılı olaraq konfiqurasiya edilə bilər. MRAP‐ın döyüş ağırlığı 18 ton, korpusunun uzunluğu 6350 mm, eni 2750 mm, hündürlüyü 2650 mm, klirensi 450 mm‐dir. Avtomatik sürət qutusuna sahib zirehli texnika 360/375/400 at gücündə turbodizel mühərriklə təchiz edilir. NATO standartlarına uyğun 24 elektron volt sistemi və partlamış halda hərəkət imkanı verən 14.00 R20 xüsusiyyətli təkərlə dəstləşdirilib. Diferensial kilid və müstəqil asqı sistemi çətin keçilən ərazilərdə “Cobra II” MRAP‐a asanlıqla

hərəkət etməyə şərait yaradır. Soldan idarəetməli hidrovlik dəstəkli, tən‐ zimlənə bilən sükanla təchiz edilən zirehli nəqliyyat vasitəsini sağdan idarəetməli olaraq sifariş vermək mümkündür. Maksimal sürəti 110 km/saat, gediş ehtiyatı 700 km təşkil edən “Cobra II” MRAP 1 metr dərinlikdə su maneələrini, 1 metr enində xəndəkləri, 0.6 metr hündürlüyündə dik mane‐ ələrini dəf edə bilir. Habelə 30% yana maili və 60% yüksək maili hərəkət qabiliyyətinə sahibdir. Zirehli nəqliyyat vasitəsi sifariş zamanı standart və istəyə uyğun seçim imkanı verir. “Cobra II” MRAP‐ın standart baza versiyası mərkəzi təkər şişirtmə sistemi (CTİS), partlamış vəziyyətdə hərəkət etməyə imkan verən radyal təkərlər, ABS əyləc sistemi, sürücü və komandir üçün tənzimlənə bilən oturacaqlar, o cümlədən havalandırma sistemi və 5 nöqtəli tənzimlənən təhlükəsizlik kəməri ilə təchiz edilib. Arxa qapı təcili çıxış istifadəsi üçün xüsusi bir rampa formasına salınıb. Zirehli nəqliyyat vasitəsi atış mazğalları və müşahidə pəcərələri, sürücü görmə sistemi və sürücü ekran paneli, habelə avtomobil elektron sistemi (ARMATRONİCS), NATO tipli qaraltma sistemi, diaq‐ nostika bacarığı, duman faraları, pənəcərə və faralarda qoruma qəfəsi, rabitə interfeysi ilə komplektləşdirilib. PQ


DSX‑nin Qubadlıda yeni qərargah binası istifadəyə verilib

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından və sərhədlərin işğaldan azad edilməsindən sonra bu ərazilərdə sərhəd mühafizə infrastrukturun yaradılması istiqamətində tədbirlər davam etdirilir. Yanvar ayının 18‐də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının yeni qərargah binası istifadəyə verilib. Bununla əlaqədar təşkil olun‐ muş mərasimdə yeni qərargah binasının açılışa hazır olması barədə Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşun‐ larının Komandanı general‐leytenant Araz Məmmədov Dövlət

Sərhəd Xidmətinin rəisinə məruzə edib. General‐polkovnik Elçin Quliyev əlamətdar tədbir münasibətilə şəxsi heyəti təbrik edib. Tədbirdə çıxış edənlər Azərbaycanın Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırı‐ ğına uyğun olaraq azad edilmiş ərazilərimizdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasını, hərbi qul‐ luqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırıl‐ ması üzrə ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib, ötən il ərzində Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində 19 yeni hərbi hissənin, 100‐dən artıq sərhəddöyüş məntəqəsinin xidməti‐döyüş fəaliyyətinə başlamasını bildiriblər. Prezident İlham Əliyevin ötən il ərzində işğaldan azad edil‐ miş ərazilərdə Dövlət Sərhəd Xidmətinin 4 yeni hərbi hissəsinə gəlişinin sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın və dövləti qayğının növbəti ifadəsi olduğu, sərhədçiləri xidməti uğurlara ruhlandırdığı xüsusi vurğulanıb. Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək qəhrəmanlıq salnamələri yazmış sərhədçilərin bu gün də düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimzin toxunulmazlığının təmin edilməsi vəzifəsini şərəflə yerinə yetirdikləri qeyd olunub. Açılış mərasiminin rəmzi lenti kəsildikdən sonra qərargah binasında yaradılmış şəraitə baxış keçirilib. Tədbir çərçivəsində Dövlət Sərhəd Xidmətinin sıralarında Vətən müharibəsində iştirak edərək şücaət göstərmiş, hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycanın Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Prezident İlham Əliyev tərəfindən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının azad olunmasında fərqləndiklərinə görə təltif edilmiş medalları təqdim olunub.

Daxili Qoşunların xüsusi təyinatlılarının taktiki‑xüsusi təlimi Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası‐ nın xüsusi təyinatlıları ilə taktiki‐xüsusi təlim keçirilib. “Yaşayış məntəqəsində döyüş” mövzusunda keçirilən təlimdə hərbi hissənin “Panter” şərti adını daşıyan xüsusi təyinatlıları şərti si‐ lahlı cinayətkarların qanunazidd əməllərinin qarşısının alınması məqsədilə hücum fəaliyyəti icra ediblər. Taktiki‐xüsusi təlimin ssenarisinə əsasən silahların, döyüş sursatlarının və partlayıcı maddələrin qaçaqmalçılığı, narkotik vasitələrin emalı və qanun‐ suz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi məqsədilə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlılarından ibarət qruplar antiterror əməliyyatına başlayıb. Təlimin keçirilməsində əsas məqsəd xüsusi təyinatlı dəstənin şəxsi heyətinin döyüş hazırlığının, peşəkarlıq vərdişlərinin və nəzəri biliklərinin artırılması, döyüş tapşırıqla‐ rının müvəffəqiyyətlə yerinə yetirilməsi, cəsarətli, təşəbbüskar olması, qəti fəaliyyət göstərilməsi və yüksək hərbi intizama riayət edilməsi olub. Şərti adı “Köhnə fabrik” olan yaşayış məntəqəsində silahlı cinayətkarlarla mübarizədə müxtəlif silah nümunələrinin tətbiqi ilə yaxın məsafəli döyüş elementləri icra edilib və xüsusi təlim keçmiş xidməti itlərin köməyi ilə silahlar və narkotik vasitələr aşkar edilərək zərərsizləşdirilib. Təlim zamanı qaçaqmalçılıqla məşğul olan terrorçulardan məhv edilənlərlə yanaşı, əsir götürülənlər də olub. Əməliyyat ra‐ yonundan qaçmağa cəhd edən terror qruplaşmasının rəhbəri xü‐ susi təyinatlılarımız tərəfindən pusquya salınıb və sağ olaraq ələ keçirilib. Türkiyə Silahlı Qüvvələri mənsublarının da izlədikləri təlimin uğurla başa çatması münasibətilə keçirilən mükafatlan‐

dırma mərasimində Naxçıvan Qarnizonunun rəisi, general‐pol‐ kovnik Kərəm Mustafayev və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandiri, general‐mayor Səlim Niftəliyev çıxış edərək, şəxsi heyətin cinayətkar terrorçu‐ larla mübarizə vərdişlərinin daim təkmilləşdirildiyini və təlimlər zamanı tapşırıqların yüksək peşəkarlıqla icra edildiyini diqqətə çatdırıblar.

9


SHXÇDX‑nin yaradılmasının 10‑cu ildönümü qeyd olunub Fevral ayının 12‑də Azərbaycan Sə‑ fərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılma‑ sının 10‑cu ildönümü qeyd olunub. Əlamətdar gün münasibətilə Xidmət rəisi, general‐polkovnik Arzu Rəhimov və qurumun aparatının, həmçinin Bakı qar‐ nizonunun bir qrup hərbi qulluqçusu Fəx‐ ri Xiyabanda ümummilli lider Heydər Əli‐ yevin və Zərifə xanım Əliyevanın xatirəsi‐ ni ehtiramla yad ediblər. Sonra, Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keç‐ miş Vətən övladlarının unudulmaz xati‐ rəsi yad edilib, “Əbədi məşəl” abidə komp‐ leksinin önünə əklil qoyulub. Daha sonra Xidmətin aparatında qu‐ rumun yaradılmasının 10 illiyinə həsr olu‐ nan mərasim keçirilib. Dövlət Himninin səs lən di ril mə si ilə baş la nan təd bir də SHXÇDX‐nin rəisi, general‐polkovnik Ar‐ zu Rəhimov ötən dövrdə görülmüş işlər barədə ətraflı məruzə ilə çıxış edib. Bildirib ki, yüksək döyüş qabiliyyəti‐ nə malik Silahlı Qüvvələrin müntəzəm in‐ kişafı, onun döyüş qabiliyyətinin sürətlə artırılması, maddi‐texniki bazasının ən müasir səviyyəyə çatdırılması, dövlət baş‐ çısının bütün bu işlərə hər zaman uzaqg‐ örən rəhbər diqqəti göstərməsi Azərbay‐ can xalqını ən böyük qələbəyə – 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zə‐ fərə qovuşdurub. Ali Baş Komandan İl‐ ham Əliyevin rəhbərliyi altında müqəd‐ dəs torpaqların düşmən işğalından azad edilməsi Azərbaycanın zəngin tarixinə ən parlaq səhifə kimi əbədi həkk olunub. Və‐ tən müharibəsi zamanı Silahlı Qüvvələrin

10 www.poliqon.az

hərbi vəzifəlilərlə və hərbi nəqliyyat va‐ sitələri ilə komplektləşdirilməsi üçün ko‐ mandalara təyin edilmiş ehtiyatda olan resursların çağırılması, toplanılaraq hər‐ bi hissələrin qəbul məntəqələrinə göndə‐ rilməsi Xidmət tərəfindən müvəffəqiyyət‐ lə həyata keçirilib. Xidmət rəisi qeyd edib ki, SHXÇDX yarandığı ilk gündən etibarən Prezident İlham Əliyevin ordu quruculuğu sahəsin‐ də müəyyənləşdirdiyi məsul və şərəfli və‐ zifələri layiqincə yerinə yetirməyə nail olub. Ötən on ildə çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl me‐ xanizmin yaradılması, idarəetmənin tək‐ milləşdirilməsi istiqamətində zəruri təd‐ birlər görülüb. Şəhid və şəhid ailəsi sta‐ tusu almış şəxslərə, müharibə ilə əlaqə‐

dar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatla‐ rın sistemləşdirilməsi və axtarışının av‐ tomatlaşdırılması məqsədilə yaradılmış “Zəfər” altsistemi ilə bağlı SHXÇDX tərə‐ findən müvafiq işlər görülüb. General‐pol‐ kovnik Arzu Rəhimov göstərilən yüksək etimadı doğrultmaq, qarşıda duran vəzi‐ fələri layiqincə yerinə yetirmək üçün Xid‐ mətin şəxsi heyətinin bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib. Tədbirdə SHXÇDX rəisinin imzaladı‐ ğı əmrlər elan olunduqdan sonra xidmət‐ də fərqlənənlərə dövlət təltifləri, həmçi‐ nin hərbi rütbələr və fəxri fərmanlar təq‐ dim olunub. Tədbirin sonunda Xidmətin 10 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.



REGİONAL FOKUS: Gürcüstan Ordusunun modernləşmə perspektivləri ?Zaur Babaşov Müstəqilliyin ilk illərində əsas diqqəti Quru Qoşunlarına yönəldən Gür‑ cüstan Respublikası 1990‑cı illərin sonlarına doğru Silahlı Qüvvələrdə modernizasiya proqramlarına başlamışdı. Əsas diqqət yetirilən istiqa‑ mətlərdən biri köhnə sovet silah və texnikası ilə təchiz olunmuş arsenalın yenilənməsi olub.

2009‐cu ildə Gürcüstan Müdafiə Nazir‐ liyinin tabeliyində “Delta” Hərbi Elmi‐ Texniki Mərkəzinə milli hərbi sənayenin yaradılması həvalə olundu və həmin ildən etibarən “Delta” öz məh‐ sullarını üzə çıxarmağa başladı.

2000‐ci illərin əvvəllərində silah‐ lanmanın yeni mərhələsini başladan və bu zaman qərb dövlətlərinin embarqo‐ ları ilə üzləşən Gürcüstan cari ehtiyac‐ ları qarşılamaq üçün yenidən postsovet və Şərqi Avropa məkanına üz tutmaq məcburiyyətində qalıb. Bu zaman daha bir çətinlik ‐ Ukrayna, Çexiya, Bol‐ qarıstan və Belarusdan tədarük edilən köhnə Sovet texnikalarının əlavə xərc‐ lər bahasına modernləşdirilməsi tələb‐ ləri də meydana çıxıb. 2008‐ci ildə Rusiya ilə yaşadığı müharibədə ciddi şəkildə itkilərə

Artilleriya potensialı “Öyrət və təchiz et” proqramı çərçivəsində ABŞ tərəfindən 2005‐ci ildən etibarən Gürcüstan Silahlı Qüvvələrinin NATO standartlarına cavab verən silah və döyüş texnikaları ilə təchizatı həyata keçirilməkdədir. ABŞ‐ın Gürcüstana yardımları Ordunun yeni silahlarla təchiz edilməsi ilə yekunlaşmır. Paralel olaraq Gürcüstanın hərbi sənaye müəssisələrinin yenidən qurulması və yeni silahların istehsalına dəstək göstərilir, bu ölkəyə hərbi məh‐ sulların istehsalı üçün gərəkli olan

məruz qalan Gürcüstan 2010‐cu ildən silahlı qüvvələrin yenidən modern‐ ləşdirilməsi layihələrinə başladı. Bu dönəmdə əsas alımları Bolqarıstan və Çexiya kimi Cənubi Şərqi Avropa ölkələrinə yönəldən rəsmi Tbilisiyə paralel olaraq ABŞ tərəfindən böyük həcmdə yardımlar göstərilib və bu gün də həmin yardımlar davam edir. Bundan əlavə, Rusiyanın təzyiqi nəticəsində silah alımında ciddi problemlərlə üzləşən Tbilisi vəziy‐ yətdən çıxış yolunu özünün milli hərbi sənaye kompleksini qurmaqda gördü.


texnologiyaların transferi gerçəkləş‐ dirilir. Texniki yardımlarla yanaşı, Gür‐ cüstan öz imkanları və ABŞ‐ın maliyyə yardımları hesabına 2005‐2008‐ci illərdə ‐ avqust ayında Rusiya ilə baş verən müharibəyə qədər Ukrayna, Çexiya, Bolqarıstan, İsrail, Bosniya və Herseqovinadan müxtəlif növ hərbi texnikalar və silahlar satın almışdır. BMT Adi Silahlar Registrində yer alan məlumatlara görə, 2005‐2008‐ci illərdə Gürcüstanın satın aldığı silahların arasında əsas yeri artilleriya sistemləri (yaylım atəşli reaktiv sistemlər və haubitsalar) tutub. Qeyd olunan dövrdə Gürcüstan Çexiyadan 6 ədəd, Bolqarıs‐ tandan isə 12 ədəd 122 mm RM‐70 YARS, İsraildən 6 ədəd 122/160 mm “Lynx” yaylım atəşli reaktiv sistemlər (YARS) alıb. Hazırda adıçəkilən sis‐ temlərlə yanaşı Gürcüstan Ordusunun silahlanmasında 12 ədəd yerli istehsalı olan 122 mm çaplı RS‐122, keçmiş sovet istehsalı olan 120 ədəd BM‐21 “Qrad” və keçmiş Yuqoslaviya istehsalı olan 12 ədəd M63 “Plamen” YARS mövcuddur. BMT Adi Silahlar Registrində yer alan

RS‑122 YARS

məlumatlara görə, 2005‐2008‐ci illərdə rəsmi Tbilisi Bosniya və Herseqovi‐ nadan 500 ədəd 262 mm çaplı “Orkan” raketi satın alıb. Bu raketlərin buraxıcı qurğularının Gürcüstan Ordusunun istifadəsində olub olmaması, onların Gürcüstan Ordusunun istifadəsi, yaxud üçüncü ölkəyə ixracatı üçün əldə olunub olunmadığı bəlli deyil. YARS‐larla yanaşı Gürcüstan tərə‐ findən 2005‐2009‐cu illərdə Çexiyadan 34 ədəd 152 mm‐lik “SpGh Dana”, Ukraynadan 7 ədəd 203 mm “Pion”, 15 ədəd 152 mm‐lik “Akasiya”, 21 ədəd 2S1 “Qvozdika”, 1 ədəd 2S19 “Msta‐S”, özü‐ yeriyən haubitsa, həmçinin Çexiyadan 30 ədəd, Bolqarıstandan 20 ədəd olmaqla 122 mm D‐30, Bolqarıstandan 17 ədəd 152 mm 2A36 “Giatsin‐B”, açıqlanmayan sayda D‐48, D‐20, 40 ədəd MT‐12 və Ukraynadan 13 ədəd “Msta‐B” yedəkdə daşınan haubitsa alımı reallaşdırılıb. 2008‐ci ilin avqust döyüşlərində Gürcüstan Ordusu 5 ədəd 2S7 “Pion” özüyeriyən haubitsasını itirib. Hesabat dövründə Gürcüstan Çexi‐ yadan 25, Bolqarıstandan 14, Bosniya və Herseqovinadan 15 ədəd 120 mm, yenə Bolqarıstandan 30 ədəd 60 mm S6‐210, Bosniya və Herseqovinadan 50 ədəd 60 mm M‐57 və 25 ədəd 82 mm çaplı M‐69A minaatan alıb. Bundan əlavə, ABŞ hərbi yardım proqramı çər‐ çivəsində Gürcüstan Ordusuna 18 ədəd 120 mm “Soltam” K6 minaatanı bağış‐ layıb. Hazırda Gürcüstan Silahlı Qüvvə‐ lərinin istifadəsində Sovet Ordusundan

qalma 14 ədəd 120 mm 2B11, keçmiş Yuqoslaviya istehsalı olan 70 ədəd 120 mm M‐74/75 minaatanları, açıq‐ lanmayan sayda 82 mm‐lik 2B14 “Podnos”, 10 ədəd (bir neçəsi istifadəyə yararsız olduğu bildirilir ‐ PQ) 2B9 “Vasilyok” avtomatik minaatan, Avstriya istehsalı olan 60 mm “Hirtenberger” M6C‐210 minaatanının, açıqlan ma ‐ yan sayda yerli istehsal olan 60 mm GNM‐60, 82 mm GM‐82 və 120 mm GM‐120 minaatanı mövcuddur. Gürcüstan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Delta” Hərbi Elmi‐Texniki Mərkəz 2009‐cu ildən milli hərbi sənayenin yaradılması proqramı çərçivəsində öz məhsullarını üzə çıxarmağa başlayıb. Hazırda Gür‐ cüstan hərbi sənayesi yaylım atəşli reaktiv sistemləri və müxtəlif çaplı minaatanların istehsalını həyata keçirməkdədir. 2012‐ci ildə “Delta” Hərbi Elmi‐Texniki Mərkəzi Gürcüs‐ tanda əsaslı modernləşmə aparıldıqdan sonra RS‐122 adı verilmiş 122 mm‐lik reaktiv yaylım atəş sisteminin ilk nümunəsi Silahlı Qüvvələrin arsenalına verilib. “Delta” rəsmilərinin sözlərinə görə, sələfi BM‐21 “Qrad”dan həm atış mənzilinə, həm şassisinə, həm də atış‐ kontrol sisteminə görə fərqlənən RS‐ 122‐nin hazırlanmasında Ukrayna və Bolqarıstan müdafiə sənayesi şirkət‐ lərinin əməkdaşları yaxından iştirak ediblər. Sistem KrAZ‐63221 şassisi üzərində yerləşir. Maşın 5 nəfər üçün nəzərdə tutlan zirehli kabinəyə və avtomatlaşdırılmış atəş idarəetmə sisteminə sahibdir. Atış prosesi həm bu

13


“Didqori Meomari” zirehli maşının bazasında yaradılmış 120 mm‑lik mobil minaatan kompleksi

zirehli kabinədən, həm də kənardan yerinə yetirilir. Maşının zirehi heyəti qəlpələrdən, nüvə, bakterioloji və kimyəvi hücumlardan qorumağa imkan verir. Maşının hərəkət sürəti 80 km/saat, döyüş radiusu 500 km təşkil edir. Şassi üzərində 40 ədəd raket yüklənmiş buraxıcı yer alır. Raketlərin maksimum mənzili 40 km‐dən çoxdur. Gürcüstan Müdafiə Nazirliyinin “Delta” mərkəzi tərəfindən “Didqori 2” zirehli avtomobilinin bazasında hazır‐ lanmış universal raket modulunda 3 cür istiqamətləndiricinin yerləşdirilməsi mümkündür: 57 mm‐lik S‐5 idarəolun‐ mayan aviasiya raketlərinin atılması üçün, 80 mm‐lik S‐8 idarəolunmayan aviasiya raketlərinin atılması üçün və 107 mm‐lik UM107 idarəolunmayan raket mərmilərinin atılması üçün YARS artilleriya hissəsinin əsasını 13 boru‐ dan ibarət iki ədəd istiqamətləndirici raketi təşkil edir. 2010‐cu ildən etibarən Müdafiə Nazirliyinin sifarişi əsasında Gürcüstan müdafiə sənayesi yaylım atəşli reaktiv sistemlərlə yanaşı müxtəlif çaplı mina‐ atanların istehsalını həyata keçir‐ məkdədir. Məlumat üçün qeyd edək ki, Sovetlər Birliyi dağılandan sonra Gürcüstan Müdafiə Nazirliyinə bağlı olan müəssisələrdə 60 və 82 mm‐lik minatanların istehsalı aparılıb. 2011‐ci ildən isə Gürcüstan müəssisələrində 120 mm‐lik GM‐120 minaatanının istehsalına başlanıb. 2016‐cı ildə “Delta” 120 mm‐lik GM‐120 mina‐

14 www.poliqon.az

atanının bazasında hazırladığı GMM‐ 120 adı verilən özüyeriyən minaatan kompleksini Silahlı Qüvvələrə təhvil verib. 6x6 MAN şassisi üzrərində qurulmuş 120 mm‐lik GMM‐120 minaatanı təpməni yatıran xüsusi mexanizmlə, rəqəmsal atəş‐nəzarət sistemi və GPS ilə təchiz olunub. Minaatanın atış tempi dəqiqədə 15 atəş, lüləsinin atış resursu 4000 mina təşkil edir. GMM‐120 minaatan kompleksinin çəkisi 1500 kq, atış mənzili 7100 metr, heyəti 5 nəfərdir. Müxtəlif növ tırtıllı və təkərli şas‐ silərin üzərinə qurulmaq üçün nəzərdə tutulmuş GMM‐120 modulunda mina‐ atanın geri təpməsi azaldılıb. Təpməni yatıran xüsusi mexanizmlə təchiz olun‐ ması atış dəqiqliyini artırıb. Minaatan rəqəmsal atəş‐nəzarət sistemi və GPS ilə inteqrasiya olunur. GMM‐120‐nin atış tempi dəqiqədə 15 atəş, lüləsinin atış resursu 4000 mina təşkil edir. GMM‐120 minaatan modulunun çəkisi 1500 kq, atış mənzili 7100 metr, heyəti 5 nəfərdir. 2018‐ci ilin sonunda “STC Delta” GMM‐120 minaatan modulunun “Didqori Warrior” nəqliyyat vasitəsinin bazasına daxil etməklə mobil minaatan kompleksinin hazırlandığını açıqlayıb. “Didqori Meomari” zirehli maşının bazasında yaradılmış 120 mm‐lik yeni mobil minaatan kompleksi “İspaniyanın “Alakran” (həmçinin Ukraynanın “Bars‐ 8MMK”) mobil minaatan kompleksinin konsepsiyasına bənzər şəkildə maşının arxa bölməsində yerləşdirilib. Mina‐

atanın maşından endirilməsi, yığılması və tuşlanma prosesi avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Heyəti 3 nəfərdən ibarət olan minaatana sur‐ satlar əllə ötürülür. Gürcüstan silahları arasında daha çox diqqət çəkən xüsusi təyinatlılar üçün hazırlanmış GNM‐60 “Mkudro” adlı 60 mm çaplı səssiz minaatandır. Xüsusi əməliyyatlar üçün işlənib hazırlanmış bu minaatan hərbçilərə gizli qalmaqla düşmənə atəş açmaq imkanı verir. Uzunluğu 395 mm, çəkisi 2,5 kq, atış tempi dəqiqədə 30 atəş təşkil edən “Mkudro” ilə 85° bucaq altında atəş açmaq mümkündür. Minaatanda tətbiq olunan 1.5 kq çəkiyə malik minanın effektiv təsir radiusu 25 metr, atış məsafəsi 450 metr, atış zamanı səs səviyyəsi 69 db təşkil edir. 2017‐ci ilin noyabr ayında ABŞ Dövlət Departamenti Gürcüstana “Javelin” TƏİR komplekslərinin 75 milyon ABŞ dolları dəyərindəki ilk partiyasının satışını təsdiqləyib. İlk komplekslər raketlərlə birlikdə təyinat nöqtəsinə 2018‐ci ilin yanvar ayında çatdırılıb. “Javelin” TƏİR kompleks‐ lərinin Gürcüstana çatdırılması prosesi iki il çəkib və 2019‐cu ilin aprel ayında başa çatıb. Ümumilikdə, Gürcüstan bu komplekslərə 410 ədəd raket, 72 dəst nişangah‐buraxma avadanlığı bloku, 10 dəst trenajor kompleksi və trenajor kompleksləri üçün 70 ədəd atım alıb. ABŞ Dövlət Departamenti 2021‐ci ilin avqust ayında Gürcüstan Höku‐ mətinə “Javelin” tank əleyhinə idarə olunan raket kompleksinin (TƏİRK) yeni partiyasını satmağa razılıq verib. Ümumi dəyəri 30 milyon ABŞ dolları olan mümkün Xarici Hərbi Satış (FMS – Foreign Military Sale) proqramı çərçi‐ vəsində Gürcüstana “Javelin” TƏİR kompleksləri üçün 82 ədəd FGM‐148 “Javelin” raketi və 46 dəst buraxılış qur‐ ğusu (Command Launch Units – CLU), trenajor kompleksləri, raket yamsıla‐ yıcıları, təhlükəsizliyin idarə edilməsi üzrə texniki dəstəyin, həmçinin logis‐ tika və proqram dəstəyinin digər əlaqəli elementlərinin çatdırılması nəzərdə tutulub. Tank modernizə proqramları Gürcüstan 2000‐ci illərin əvvəl‐ lərindən başlayaraq ordunun yeni silah və hərbi texnikalarla təchiz edilməsi proqramlarını reallaşdırmağa başlamış və bu çərçivədə Ukrayna, Çexiya və



Bolqarıstandan keçmiş sovet istehsalı olan T‐55 və T‐72 tankları əldə etmişdir. BMT Adi Silahlar Registrində yer alan məlumatlara görə, 2000‐2015‐ci illərdə Tiflis Ukraynadan 91, Çexiyadan 80, Bolqarıstandan isə 5 ədəd olmaqla cəmi 176 tank satın alıb. Bunlardan 10 ədədi T‐55 (Çexiyadan), qalanı isə T‐72A modelidir. 2005‐ci ildən etibarən Gürcüstan Ordusu Tbilis Tank Təmiri Zavodunda İsrailin “Elbit Systems” şirkətinin iş‐ tirakı ilə T‐72 tanklarının modernləş‐ dirilməsi layihəsinə başlayıb. Moder‐ nizə edildikdən sonra T‐72SİM1 indeksi verilmiş bu tanklar ilk dəfə 2008‐ci ilin avqust ayında Rusiya ilə müharibədə istifadə olunub. Modernləşdirilmiş T‐ 72SİM1 tanklarda “dost‐düşmən tanıma” (İFF) sistemi, kompüterləş‐ dirilmiş GPS/QLONASS naviqasiya sistemi yaradılıb. Modernizə nəti‐ cəsində tanklara idarə olunan raketlərlə eləcə də hərəkət halında hədəfə dəqiq atəş açma imkanı da qazandırılıb. Tankın gövdəsi və qülləsi yeni asma dinamik müdafiə elementləri ilə qorunur. Modernizə nəticəsində tankda K‐5 passiv və K‐1 reaktiv zireh tətbiq olunub. Döyüşlər zamanı tank komandiri və ekipajın döyüş meydanı haqqında məlumatlılığını yüksəltmək üçün tank kompüterləşdirilmiş idarə və komanda‐kontrol sistemi (tankların bəzilərində Polşa istehsalı olan SKO‐1T DRAWA‐T sistemi qurulub) ilə təchiz edilib. Belə ki, bu sistemdə ekipajlara qısa xəbərləşmə (SMS) xidmətinin köməyi ilə döyüş meydanı haqqında informasiyalar verilir. Bundan başqa, modernizə edilmiş tankların rabitə sistemi də yenilənib və köhnə R‐173 radiostansiyaları Amerikanın “Harris” şirkətinin istehsalı olan rəqəmsal “Falcon” radioları ilə əvəzlənib. Bu radiostansiyalar dəyişən tezlikdə çalışır və danışıqların şifrələnməsini təmin edir. Radiostansiya 20 km‐ə qədər radiusda ünsiyyət saxlamaq imkanına malikdir və super yüksək tezliklə işləyir. 2008‐ci ilin avqust ayında baş verən müharibədə Rusiya Silahlı Qüv‐ vələri tərəfindən Gürcüstan Ordusuna məxsus 65 ədəd T‐72 tankı qənimət olaraq ələ keçirilib. Rusiya tərəfinin açıqladığı məlumata görə, bunlardan 15 tank modernizə edilmiş T‐72SİM1 modifikasiyası olub. Mediada yer alan məlumatlara görə, Gürcüstan maliyyə çətinlikləri ilə

16 www.poliqon.az

Modernləşdirilmiş T‑72SİM1 tankları

əlaqədar olaraq 2011‐ci ildə tank mo‐ dernizasiyası proqramını dayandırıb. Yerli müəssisədə yalnız tankların təmir işləri yerinə yetirilir. Hərbi texnika parkı Başlanğıcda hərbi texnika sahə‐ sində xarici satınalmalar önəmli yer tutsa da, 2009‐cu ildən etibarən Gür‐ cüstanda yerli hərbi sənayedə bəzi layihələri öz üzrəinə götürməyə baş‐ layıb. Qafqaz regionunda Gürcüstan milli müdafiə sənaye müəssisələri daha aktiv şəkildə, xarici şirkətlərlə əmək‐ daşlıq çərçivəsində silahlı qüvvələrin hərbi texnika ehtiyaclarını qarşılamaqla yanaşı, qısa müddətdə xaricə ixracı sahəsində də müəyyən addımlar at‐ mağa nail olub. Gürcüstan Silahlı Qüvvələrinin hərbi texnika parkının yenilənməsi proqramlarına 2000‐ci illərin əvvəl‐ lərində start verib. 2005‐ci ildən isə əsasən “Öyrət və təchiz et” proqramı çərçivəsində ABŞ‐ın dəstəyi ilə, NATO standartlarına cavab verən qərb tex‐ nikaları hesabına təmin edilməsi istiqamətində işlər həyata keçirilir. Gürcüstan ötən illər ərzində ABŞ‐la yanaşı CAR, Türkiyə, İsrail və Uk‐ raynadan zirehli transportyorların satın alınmasını həyata keçirib. BMT Adi

Silahlar Registrinə təqdim edilmiş məlumatlara görə, rəsmi Tbilisi müxtəlif illərdə CAR‐dan 25 ədəd RG‐ 31, 2 ədəd RG‐32 “Scout” minaya qarşı qorumalı nəqliyyat vasitəsi, Ukray‐ nadan 30 ədəd BTR‐70, 16 ədəd BMP‐1, 52 ədəd BMP‐2, 113 ədəd BTR‐80, Türkiyədən 65 ədəd “Ejder Yalçın”, açıqlanmayan sayda “Cobra” və “Əqrəb”, İsraildən 50‐dən artıq “Wolf” tipli zirehli transportyor əldə edib. 2020‐ci ildə Gürcüstan Silahlı Qüv‐ vələri Yaponiyanın “Toyota” şirkətinin istehalı olan yeni nəqliyyat vasitələri ilə təchiz edilib. Orxevi bazasında “Toyota Hilux” pikap və “Toyota Land Cruiser” yolsuzluq avtomobilləri Müdafiə Qüv‐ vələrinin bölmələrinə təhvil verilib. Bundan başqa, Gürcüstan Ordunun avtomobil parkının yenilənməsi proq‐ ramı çərçivəsində 160 ədəd “Ford Ranger” tipli pikap nəqliyyat vasitəsini istifadəyə qəbul edib. Yeni avtomobil‐ lərin müdafiə qüvvələrinin imkanlarını yaxşılaşdıracağı və NATO standartlarına uyğunluğunu asanlaşdıracağı bildirilib. Yeni nəqliyyat vasitələrinin tədarükü Müdafiə Nazirliyi ilə müvafiq ten‐ derlərdə qalib gələn şirkətlər arasında imzalanmış müqaviləyə uyğun olaraq həyata keçirilib. Bunların arasında dünya və Avropanın aparıcı şirkətləri –


Almaniyanın MAN, İtaliyanın IVECO və Amerikanın FORD şirkətləri var. Xüsusi texnikaların ödənişi Müdafiə Nazirliyi tərəfindən bir neçə il ərzində mərhələli formada ödəniləcək. Ümumilikdə Gür‐ cüstan NATO ölkələrinin istehsalı olan 500‐dən çox yeni nəqliyyat vasitəsi alacaq. Bununla Gürcüstan Ordunun istifdəsində olan köhnəlmiş nəqliyyat vasitələrini tam şəkildə yeniləməyi planlaşdırır. Müdafiə Nazirliyinin elan etdiyi NATO standartlarında yeni avadanlıqların satınalma proqramı çər‐ çivəsində Gürcüstan Silahlı Qüvvələri 2021‐ci ilin fevral ayında 300‐dən çox xüsusi maşın, o cümlədən IVECO tipli yanacaq daşıyan maşınlar, IVECO və MAN tipli yük maşınları əldə edib. Satınalmalarla yanaşı, Fransa Gür‐ cüstan Silahlı Qüvvələrinə bir neçə ədəd VBL zirehli maşını, ABŞ 2011‐ci ildə 40 ədəd “Humvee” (M1151 və M1151A1 konfiqurasiyaları), 2012‐ci ildə 10 ədəd “Cougar‐H” maşınları ba‐ ğışlayıb. Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən 2020‐ci ilin noyabr ayında Gürcüstan Müdafiə Qüvvələrinə hərbi‐ texniki yardım proqramı çərçivəsində 12 ədəd çoxfunksiyalı “Hidromek” zirehli ekskavatoru və 35 ədəd “BMC Neocity” markalı avtobus bağışlanıb. 2021‐ci ildə Türkiyə Gürcüstanın Marneuli hərbi aerodromunun bərpa‐ sına və yeni texniki avadanlıqla təchiz etməyə başlayıb. Təmir‐bərpa və təchizat işləri iki ölkə arasında hərbi maliyyə əməkdaşlığı haqqında saziş çərçivəsində həyata keçirilir. İkitərəfli saziş çərçivəsində Türkiyə tərəfi mik‐ roavtobus, yükqaldırıcı və maşınyuma avadanlığı, eləcə də digər vasitələri Gürcüstanın Müdafiə Nazirliyinə təq‐ dim olunub. Qeyd edək ki, Marneuli aerodromu 2008‐ci ilin avqust mühari‐ bəsində Rusiya tərfindən bombardman edilib. Hərbi obyektin bərpası üçün Türkiyə Gürcüstana təxminən 14 mil‐ yon ABŞ dolları vəsait ayırıb. Qrant layihəsi çərçivəsində Gürcüstan Türkiyə istehsalı olan avadanlıqlar alacaq. Razı‐ laşmaya əsasən, vəsait, həmçinin aero‐ dromun modernləşdirilməsi üçün də sərf olunacaq. 2021‐ci il iyul ayının 20‐də Türkiyə hökuməti Gürcüstanın Müdafiə Qüv‐ vələrinə ümumi dəyəri 866,400 ABŞ dolları olan 4 ədəd texniki xidmət maşını tədarük edib. 2022‐ci il yanvar ayının 29‐da Gürcüstana növbəti dəfə

hərbi‐texniki yardım gətirilib. Gür‐ cüstan Müdafiə Nazirliyindən bildirilib ki, Türkiyə hökumətinin göndərdiyi 11 təchizat texnikası, 2 mikroavtobus, 2 traktor və digər müxtəlif texniki va‐ sitələrdən Marneuli aerodromunun maddi‐texniki imkanlarının yaxşılaş‐ dırılması üçün istifadə ediləcək. Ordunun arsenalında yerli zirehli maşınlar Xarici satınalmalarla yanaşı Gür‐ cüstan 1990‐cı illərin sonları, 2000‐ci illərin əvvəllərində Tbilisi Tank Təmiri Zavodunda Silahlı Qüvvələrin texnika parkında yer alan zirehli texnikaların təmiri və yerli tələblərin qarşılanması üçün yeni nəqliyyat vasitələrinin istehsalı həyata keçirilib. 2000‐ci illərin əvvəllərində Tbilisi Aviasiya Zavodu tərəfindən istehsal edilmiş “Delga‐1” və “Delga‐2” adlı nəqliyyat vasitələri Gür‐ cüstan Xüsusi Təyinatlı Qüvvələrinin silahlanmasına verilmişdir. 2008‐ci ilin avqust ayında Rusiya ilə müharibənin ardınca, verdiyi itkilər, eləcə də əsas təchizatçı ölkələrə edilən siyasi‐diplomatik təsirlərin ardından Gürcüstan hərbi texnika satınalma‐ larında yaşadığı problemləri milli istehsalı yaratmaqla qısa müddətdə çözməyə nail olub. Belə bir məqamda, 2011‐ci ildə Müdafiə Nazirliyinin “Delta” Hərbi‐Texniki Mərkəzinə bağlı müəssisələrdə “Didqori” adlı ilk zirehli transportyorun nümunələri hazırla‐ naraq orduya təqdim edilib. 4x4 təkər formuluna əsaslanan bu maşın yüksək manevr qabiliyyəti, çətin relyefli ərazilərdə hərəkət imkanları və heyəti qoruması ilə seçilir. “Ford F550” şassisi

üzərində hazırlanmış, 356 at gücündə mühərrikə sahib “Didqori”nin mak‐ simum sürəti 120 km/saat, döyüş çəkisi 8855 kq, əməliyyat radiusu 500 km təşkil edir. Xarici ekspertlər “Did‐ qori”nin Gürcüstan Silahlı Qüvvələrinin istifadəsində yer alan Türkiyə istehsalı olan 4x4 “Cobra”dan kopyalandığını və üzərində əhəmiyyətli dəyişikliklər aparıldığını iddia edirlər. “Didqori”nin heyəti 7‐9 nəfərdir və daxildə heyətin yerləşdirilməsi üçün bütün şərait təmin edilib. Maşının zirehi yanlarda 7.62x51 AP güllələrə qarşı qorumanı təmin edir. NATO STANAG 4569 Level 3 səviyyəsinə cavab verən mühafizə ehtiyac yaran‐ dıqda əlavə zireh lövhələri hesabına gücləndirilə bilir. “Delta” mütəxəs‐ sislərinin sözlərinə görə, “Didqori”nin hazırlanması zamanı mina partlayışları və improvizə edilmiş partlayıcı təh‐ didlər nəzərə alınıb. Maşının minaya qarşı qoruması STANAG 4569 Level 2A səviyyəsinə uyğundur. Modulyar di‐ zaynı “Didqori” üzərinə bütün silah platformalarını yerləşdirməyə icazə verir. Gürcüstan Ordusundakı mövcud versiyalar 12.7 mm NSVT və ya 7.62 mm çaplı M134 “Minigun” pulemyotu, həmçinin 40 mm‐lik avtomatik qumba‐ ratanla silahlandırılıb. Maşın döyüş əməliyyatları bölgəsində, eləcə də müx‐ təlif hava şərtlərində hərəkət etmək, döyüş aparmaq üçün ön və arxa hissə‐ lərdə termal kamera, gündüz və gecə kamerasına, generatora, GPS‐ə, kompü‐ terləşdirilmiş nəzarət sisteminə malikdir. Bundan başqa Gürcüstan Silahlı Qüvvələrinin inventarına “Didqori”nin rabitə, həmçinin dizayn baxımından bir

“FordRanger” pikap nəqliyyat vasitələri

17


qədər fərqli “Didqori AMEV” (Armored Medical Evacuation Vehicle) zirehli sanitar‐təxliyə maşını modifikasiyaları verilib. “Didqori AMEV” 356 at gücündə V8 tipli turbo‐dizel mühərriklə təchiz olunub və asfalt yolda 120 km /saat sürət yığmağı bacarır. Maşının təxliyə bölməsi Armox 500+ zirehli polad lövhələrlə zirehləndirilib. Avtomobilin baza zirehi polad təbəqələrdən istehsal olunub, asanlıqla çıxarıla və ya əvəz edilə bilər. Maşının daxilində flaş işıqlar, tibbi yardım üçün avadanlıqlar, 4 xərək yer alır. “Didqori AMEV” versiyası “Didqori” personal daşıyıcısından çəkisinə görə daha ağır – 9800 kq və daha uzundur ‐ 6553 mm. İlk dəfə 2012‐ci ilin may ayında Tbilisidə keçirilən hərbi paradda təqdim olunan, ordunun arsenalında yer alan “Didqori‐3” konfiqurasiyası 6x6 təkər formuluna malikdir. Zirehli avtomobil 6 nəfər heyət və yüklərin daşınması üçün işlənib hazırlanıb. Maşının silahlanmasına 40 mm‐lik avtomatik qumbaraatan və 7,62 mm‐lik pulemyot daxildir. Əldəqayırma part‐ layıcı qurğulara və minaya qarşı qorumaya malik “Didqori‐3” nəqliyyat vasitəsinin boş çəkisi 9 min kq, tam təchizatlı heyətlə birgə 9800 kq‐dır. Maşının uzunluğu 6,5 m, eni 2,11 m, hündürlüyü 2,26 m təşkil edir. Maşın 160 at gücünə malik mühərriklə təchiz

Yuxarıda: DRWS‑1 döyüş modulu ilə silahlandırılan “Didqori” nəqliyyat vasitəsi. Aşağıda: “Didqori AMEV” zirehli təxliyə və “Didqori Meomari” taktiki zirehli maşınları.

18 www.poliqon.az

edilib və maksimum sürəti 75 km/saat, birbaşa hərəkət məsafəsi 380 km‐dır. İlk mərhələdə Gürcüstan ordusu yerli müəssisədə istehsal edilmiş 40‐a yaxın “Didqori‐1/2”, 10‐a yaxn “Didqori‐3”, eyni sayda “Didqori AMEV” maşını əldə edib. 2020‐ci il oktyabr ayının 7‐də Gürcüstan Müdafiə Qüvvələrinə yerli müəssisədə istehsal edilmiş 30‐a yaxın “Didqori AMEV” zirehli sanitar‐təxliyə maşının növbəti partiyası təhvil verilib. 2016‐cı ildə “STC Delta” tərəfindən 6x6 təkər formullu “Didqori‐3” MRAP versiyası hazırlananraq silahlanmaya verilib. Məlumatlara görə, hazırda Gürcüstan Quru Qoşunlarının istifa‐ dəsində 8‐10 ədəd “Didqori‐3” MRAP‐ı yer alır. Pikap dizayna sahib KrAZ‐6322 şassisi üzərində hazırlanan MRAP 300 at gücündə YaMZ‐238D dizel mühərriki ilə çalışır. Boş vəziyyətdə çəkisi 9 ton olan maşının uzunluğu 6.5 metr, eni 2.11 m, hündürlüyü isə 2.26 metr,

heyəti 1+8 nəfərdir. Maşının sürəti 100 km/saat, gediş ehtiyatı isə 500 km təşkil edir. Zirehli maşının balistik müdafiəsi STANAG Level 2, mina və əldəqayırma partlayıcı maddələrə qarşı qoruması isə STANAG Level 2A/2B (8 kq TNT) cavab verir. Maşının korpusu heyəti yanlarda kiçik çaplı atıcı silahların güllələrindən və artilleriya mərmilərinin qəlpələrindən mühafizə edir. “Didqori‐3” MRAP “Flir Systems” şirkətinin termal kameraları və GPS naviqasiya sistemi və məsafədən idarə edilən döyüş modulu ilə təchiz olunub. Kamera görüntüləri sürücü, komandir və döyüş modulunu idarə edən atıcının önündəki ekranlara ötürülür. Döyüş moduluna 1 ədəd 12.7x108 mm NSV və bir ədəd 7.62x54 mm PK pulemyotu daxildir. “Didqori” zirehli maşın ailəsinin 4x4 təkər formullu yeni “Didqori Meomari” müxtlif məqsədlər üçün konfiqurasiya edilə biləcək modulyar platforma olaraq hazırlanıb. İlk nümunəsi 2018‐ci ilin may ayında Gürcüstan Silahlı Qüvvələrinin 100 illiyi münasibəti ilə keçirilən sərgidə təqdim edilmiş pikap dizayna malik “Meomari”nin heyəti 5 nəfərdən ibarətdir. Maşının ikiqat zirehi EN1063 BR7 + təhlükələrinə qarşı qoruma təmin edir. Yüksəldilmiş şassi və asqı sistemləri qumluq və qayalıq yerlərdə, yolsuzluq şəraitində hərəkət etməyə imkan verir. Zirehli avtomobilin uzunluğu 5640 mm, eni 2350 mm, döyüş ağırlığı 7000 kq, gediş ehtiyatı 500 km təşkil edir. 356 at gücündə dizel mühərriklə təchiz edilmiş maşının maksimal sürəti 120 km/saatdır. 2020‐ ci ilin oktyabr ayında 13 ədəd “Didqori Meomari” taktiki zirehli nəqliyyat


vasitəsi Gürcüstanın Müdafiə Qüv‐ vələrinə təhvil verilib. Silahlı Qüvvələrin ehtiyacını qarşı‐ lamaq məqsədilə “Delta” müəssisəsində hazırlanan yeni zirehli kəşfiyyat maşı‐ nının 2021‐ci ilin dekabr ayında Gür‐ cüstanın Baş naziri İrakli Qaribaşvili, müdafiə naziri Cuanşer Burçuladze və digər rəsmi şəxslərin iştirakı ilə təqdimatı keçirilib. Mərasimdə bildirilib ki, yeni kəşfiyyat maşını Müdafiə Qüvvələrinin tələblərinə və beynəlxalq standartlara tam cavab verir. 2022‐ci il ərzində seriyalı istehsal olunacaq yeni kəşfiyyat maşınlarının Müdafiə Qüv‐ vələrinin istismarına verilməsi plan‐ laşdırılır. İlk partiyada 8 ədəd kəşfiyyat maşınının təhvil verilməsi nəzərdə tutulub. 330 at gücünə malik mühər‐ riklə təchiz edilmiş zirehli kəşfiyyat maşınının zirehi müxtəlif çaplı güllə və qəlpələrdən mühafizə edir. 7 nəfər heyəti daşımaq qabiliyyətinə malikdir. Avtomobilin asfalt yolda sürəti 110 km/saat təşkil edir. Yeni zirehli maşında müxtəlif kəşfiyyat vasitələri və uzaqdan idarə olunan döyüş modulları quraş‐ dırmaq mümkündür. Bundan başqa, 2022‐ci il fevral ayının 11‐də “Delta” Hərbi Elmi‐Texniki Mərkəzinin istehsalı olan 7 ədəd “Didqori” tipli rabitə (komanda‐qərar‐ gah) maşını Gürcüstan Müdafiə Qüvvələrinə təhvil verilib. İnteqrə edilmiş rabitə avtomobilləri Müdafiə Qüvvələrinin tələblərinə uyğun və beynəlxalq təcrübə əsasında hazırlanıb. Rabitə nəqliyyat vasitəsinin ekipajı dörd hərbi qulluqçudan ibarətdir. Avtomobilin zirehi beynəlxalq səviy‐ yədə tanınmış standarta uyğun olaraq müxtəlif çaplı patron güllələrindən və ətrafda baş verən partlayışlardan mühafizə edir. BMP transportyorlarının əsaslı modernləşdirilməsi Gürcüstan Müdafiə Nazirliyinin “STC Delta” Mərkəzi tərəfindən hazırla‐ nan “Lazika” zirehli maşınının ilk nü‐ munəsi 2012‐ci ilin fevralında BMP‐2 transportyorlarının əsaslı müasirləş‐ dirilməsi nəticəsində meydana çıxıb. Aparılan əsaslı işlər nəticəsində “Lazika”nın hərəkət hissəsi BMP‐1 və BMP‐2 maşınlarına nisbətən qısaldılıb.

Yuxarıda: “Didqori” kəşfiyyat maşını. Aşağıda: “Didqori” komanda‑qərargah maşını.

Vərdənələrin sayının azaldılması eks‐ pertlərin fikrincə dağlıq və şəhər şəraitində manevr qabiliyyətinin yaxşı‐ laşdırılması üçün edilib. Maşının gövdəsi yanlardan heyəti güllələrə qarşı qorumasını təmin edir. “Lazika”nın balistik qoruması STANAG 4569 Level 4 səviyyəsinə uyğun olmaqla yanaşı, alt hissədə minalara qarşı qorumanı da təmin etmək imkanları var. Bunun üçün “Lazika”nın döşəməsinə əlavə zireh dəsti yerləşdirilir. Desantın rahatlığını təmin etmək üçün döyüş maşınının salonu genişləndirilib. Salon partlayış şokunu udan oturacaqlar və təh‐ lükəsizlik kəmərləri ilə təchiz olunub. “Lazika”nın baza modelinin silah‐ lanmasına maşının daxilindən idarə edilən DRWS‐2 döyüş modulu daxildir. Əməliyyat ehtiyacına uyğun olaraq “Lazika”nı tank əleyhinə özüyeriyən kompleksə, habelə reaktiv yaylım atəş

maşınına çevirmək mümkündür. “Lazika”nın uzunluğu 6130 mm, eni 3068 mm, hündürlüyü 2918 mm, döyüş çəkisi 14850 kiloqramdır. Üç heyətə malik maşının desant bölməsində tam təchizatlı 7 əsgər yerləşə bilir. 400 at gücündə, 6 silindrli V formalı mühər‐ riklə təchiz olunmuş “Lazika” 70 km/ saat sürət yığmağı bacarır və döyüş ehtiyatı ilə 450 km məsafə qət edir. “STC Delta” tərəfindən 5 il ərzində Gürcüstan Müdafiə Nazirliyi üçün 8, bəzi məlumatlara görə 10 ədəd “Lazika” piyadanın döyüş maşını hazırlanıb. BRDM modernləşdirmə proqramı Gürcüstan Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədi ilə “Delta” Mərkəzi yeni maşınların istehsalı ilə yanaşı BRDM‐2 kəşfiyyat‐ dozor maşınlarının modernizasiyası ilə


Yuxarıda: BRDM‑2 (QAZ‑41) kəşfiyyat‑dozor maşını. Aşağıda: “Lazika” piyadanın döyüş maşını

bağlı layihə də həyata keçirir. Keçmiş Sovet Ordusunun silahlanmasına 1962‐ ci ildə daxil olmuş BRDM‐2 (QAZ‐41) kəşfiyyat‐dozor maşını ötən 54 ildə dünyanın müxtəlif regionlarında baş vermiş müharibələrin, silahlı qarşı‐ durmaların iştirakçısı olub. Sovetlər Birliyində demək olar ki, 30 il ərzində ciddi təkmilləşdirilmə aparılmadan istifadə edilmiş BRDM‐2 maşınları 1990‐cı ilərinin ortalarından baş‐ layaraq bəzi ölkələrin silahlı qüvvə‐ lərinin qarşıya çıxan yeni ehtiyacları və tələbləri çərçivəsində təkmilləş‐

dirmələrə məruz qaldı. Gürcüstanda da bu istiqamətdə proqramlar reallaş‐ dırılır. Gürcüstanın “Delta” Hərbi Təd‐ qiqatlar Mərkəzinin hazırladığı proqram üzrə modernizə olunan BRDM‐2 maşınları distans döyüş mo‐ dulu ilə təchiz edilib. “Delta” mütəxəssislərinin “Poliqon” jurnalına verdikləri məlumata görə, maşın 160 at gücündə yeni mühərriklə təchiz olunub. Mexaniki ötürmələr qutusuna malik maşının əməliyyat radius 500 km təşkil edir. Nəqliyyat vasitəsinin ön və arxa hissələrdə qurulmuş gecə‐gündüz

kameralarından alınan görüntü sürücü‐ mexanik və atıcının önündəki monitora ötürülür. Bundan başqa maşının sağ və sol künclərində görmə imkanını artırmaq üçün pəncərələr açılıb. Burun hissədə isə məftil maneələri kəsmək üçün iki cüt qatlanan bıçaq yerləşdirilib. Heyət maşına sağ və sol yanlardakı qapılardan daxil olur. Gürcüstanın BRDM‐2 modernizasiya layihəsində əsas diqqət çəkən dəyişikliklərdən biri də maşının döyüş moduludur. Həddən artıq böyüklüyü ilə diqqət çəkən bu döyüş moduluna bir ədəd 23 mm çaplı 2A14 topu və bir ədəd 7.62 mm çaplı PKТ pulemyotu və optik nişangah daxildir. Döyüş maşınının sağ və sol yanlarında 4 ədəd tüstü qumbarası quraşdırılıb. Modulun döyüş ehtiyatı 23 mm‐lik top üçün 100, 7.62 mm‐lik pulemyot üçün 500 patrondur. Topun və pulemyotun sursatla qidalanması bayırdan həyata keçirilir. Hərbi Hava Qüvvələri Gürcüstan respublikasının 1990‐cı illərin sonlarına doğru silahlı qüvvə‐ lərdə başlatdığı modernizasiya proq‐ ramlarında əsas diqqət yetirilən istiqamətlərdən biri də köhnə sovet texnikasına malik Hərbi Hava Qüvvə‐ lərinin (HHQ) texnika parkının yeni‐ lənməsi olub. Bu çərçivədə, aviasiya parkının köhnəlmiş texnikalarının tə‐ miri və modernləşdirilməsi ilə yanaşı


UH‑1H “Huey” helikopteri

digər postsovet respublikalarından təmir olunmuş təyyarə və helikopter‐ lərin alınması həyata keçirilib. Yuxarıda da qeyd etdiyimiz kimi 2000‐ci illərin əvvəllərində silahlan‐ manın yeni mərhələsini başladan və bu zaman qərb dövlətlərinin embarqoları ilə üzləşən Gürcüstan cari ehtiyacları qarşılamaq üçün yenidən postsovet və Şərqi Avropa məkanına üz tutmaq məcburiyyətində qalıb. Bu zaman daha bir çətinlik ‐ Ukrayna, Çexiya, Bolqarıs‐ tan və Belarusdan tədarük edilən köhnə Sovet aviasiya texnikalarının əlavə xərclər bahasına modernləşdirilməsi tələbləri də meydana çıxıb. Gürcüstanda Hərbi Hava Qüv‐ vələrinin inkişafı 1997‐ci ildən başlayır. 1997‐ci ildə Ukraynadan 10 ədəd L‐29 təlim təyyarəsi alan Gürcüstan HHQ 1999‐2001‐ci illərdə 2 ədəd Mi‐14, 3 ədəd Mi‐24 və 2 ədəd Mi‐2 heli‐ kopterini Ukraynada əsaslı təmir etdirib. 1999‐2003‐cü illərdə ABŞ hərbi yardım şəklində Gürcüstana 10 ədəd UH‐1H “Huey” helikopteri bağışlayıb. BMT Adi Silahlar Registrində yer alan informasiyalara görə, Gürcüstan Uk‐ raynadan 2005‐ci ildə 2 ədəd Mi‐8 MTV, 8 ədəd Mi‐8MT nəqliyyat helikopteri, 2007‐ci ildə 8 ədəd L‐39C təyyarəsi alıb. Gürcüstan Hərbi Hava Qüvvələri üçün ən ağır dönəm 2008‐ci ilin avqust ayında Rusiya‐Gürcüstan müharibəsi olub. Hərbi əməliyyatların gedişatında Rusiya HHQ‐nin Gürcüstanın aero‐ dromlarını bombalaması nəticəsində ən azı 3 ədəd Su‐25 və 2 ədəd L‐39 təyyarəsinin məhv edildiyi bildirilir. 2010‐cu ildə Gürcüstan Silahlı Qüvvələrin təşkilat struktrunda edilmiş dəyişikliklər nəticəsində HHQ ləğv olunuraraq, hava və hava hücumundan müdafiə briqadaları şəklində Quru Qoşunlarının tərkibinə verilib, 2016‐cı

ildə HHQ yenidən silahlı qüvvələrin müstəqil qoşun növü kimi bərpa olunub. Müharibədən ağır itkilərlə çıxan Gürcüstan 2010‐cu ildə Ukrayna və ABŞ‐ın dəstəyi ilə silahlanmada mövcud olan “Mi” seriyalı helikopterlərin müasirləşdirilməsini həyata keçirib. 2010‐cu il iyun ayında Gürcüstanın Müdafiə Nazirliyi ilə Fransanın “Eurocopter” (indiki “Airbus Heli‐ copter”) şirkəti arasında bağlanmış müqavilə çərçivəsində 2 ədəd AS‐332 “Super Puma” helikopteri (çatdırılma 2012‐ci ildə baş tutub) alınıb. Bundan başqa, 2011‐ci ildə Türkiyə hərbi yar‐ dım proqramı çərçivəsində Gürcüstana 2 ədəd ikinci əl UH‐1H helikopteri bağışlayıb. Hazırda Gürcüstan Hərbi Hava Qüvvələrinin aviasiya parkına 2 ədəd AS‐332 “Super Puma”, 12 ədəd UH‐1H “Huey”, 17 ədəd Mi‐8T hərbi nəqliyyat, 18 ədəd Mi‐14 axtarış‐xilasetmə və 6 ədəd Mi‐24B döyüş helikopteri (bəzi məlumatlara görə 4 ədəd), 6 ədədi Su‐ 25KM “Scorpion” olmaqla, 11 Su‐25 və

2 ədəd MiQ‐21UM döyüş, bir neçə ədəd L‐29 və 16 ədəd L‐39 təlim təyyarəsi daxildir. Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general‐leytenant Vla‐ dimir Çaçibaya 2017‐ci ilin mart ayında jurnalistlərə müsahibəsində bildirib ki, Su‐25 təyyarələrinin ehtiyat hissələri Rusiyada istehsal edildiyindən onların tədarükü dayandırılıb. Problemi aradan qaldırmaq üçün Gürcüstan insansız kəşfiyyat və döyüş platformalarına və helikopterlərə üstünlük verməyə çalışır. Yuxarıda qeyd olunduğu kimi, eh‐ tiyat hissələr tədarükünə görə Su‐25 təyyarələrini konservasiya edən Gür‐ cüstan eyni problemləri keçmiş Sovet istehsalı olan helikopterlələ də yaşayır. Buna görə də Gürcüstan qərb istehsalı olan helikopterlərin və silahlı PUA‐ların perspektivini elan edib. Çexiya KİV‐ lərinin məlumatına görə, Gürcüstan HHQ Aero L‐159 “Alca” təyyarəsinin alınmasına maraq ifadə etsə də maliyyə problemləri ilə əlaqədar bu layihədə irəlləyiş olmamışdır. Qarşılaşdığı problemlərə baxma‐ yaraq, Gürcüstan son illərdə hərbi və mülki aviasiya sənayesinin yaradılması istiqamətində də ciddi işlər həyata keçirir. 2018‐ci ilin ortalarında Tbilisidə İsrailin “Elbit Systems” şirkətinin və Gürcüstanın Dövlət Sərmayə Fondunun birgə müəssisəsi olan “Aero‐Stucture Technologies” (Cyclone) şirkətinin təyyarələr üçün metal və kompozit komponentlərin istehsalını həyata keçirəcək zavodu fəaliyyətə başlayıb. Hazırda beynəlxalq bazara çıxmaq üçün şirkət ISO və NADCAF sertifikatlarının alınması, eləcə də “Bombardier”, “Boeing” və “Airbus” kimi dünyanın

Su‑25 döyüş təyyarəsi

21


“Puma” PUA‑sı tanınmış aviatikinti şirkətlərinin sifa‐ rişlərinin yerləşdirilməsi istiqamətində işlər aparır. Qeyd edək ki, “AST‐Cyclone” şirkətində “Elbit Systems” şirkəti 33.3% paya malikdir. Müəssisənin “Boeing” və digər şirkətlər tərəfindən sertifikat‐ laşdırılmasına çalışılır. 2015‐ci ildə Su‐25 bazasında yeni – Ge‐31 “Bora” adlı döyüş təyyarəsinin layihəsini təqdim edən TAM zavodu hazırda bu layihənin reallaşdırılması üçün HHQ və xarici müştərilərlə danışıqlar aparır. Su‐25K və Su‐25T təyyarələrinin planerinə malik olacaq Ge‐31 təyyarəsində qərb ölkələrində hazırlanmış avionikanın, özünü müda‐ fiə kompleksinin, radioelektronikanın, mühərrik və katapult sistemlərinin qurulması nəzərdə tutulur. 2020‐ci ildə Gürcüstan Müdafiə Nazirliyinin təsdiq etdiyi proqram çərçivəsində JS TAM “Tbilaviamsheni” və “Delta” Dövlət Hərbi Elmi Texniki Mərkəzi ilə əməkdaşlıq çərçivəsində silahlı qüvvələrin aviasiya parkının modernləşdirilməsinə başlanıb. 2020‐ ci il sentyabr ayının sonlarından JS TAM “Tbilaviamsheni” zavodunda ilk 5 ədəd Mi‐24 helikopterinin və Su‐25 təyyarəsinin modernizasiyası həyata keçirilir. Müəssisədə bununla yanaşı, L‐ 39 təlim təyyarələrinin, Mi‐8MTV və UH‐1 helikopterlərinin də təmiri və modernləşdirilməsi aparılacaq. Müdafiə Qüvvələrinin təyyarə‐ lərinin əsaslı təmir işlərinin 2022‐ci ilin sonunadək başa çatdırılacağı plan‐ laşdırılıb. 2021‐ci ilin mart‐aprel aylarında Gürcüstan Silahlı Qüvvələrinə məxsus modernləşdirilmiş 2 ədəd Su‐ 25 döyüş təyyarəsinin sınaq uçuşları

22 www.poliqon.az

keçirilib. Hazırda digər təyyarələrin bərpa‐modernləşdirilməsi prosesi müqavilə cədvəlinə uyğun olaraq icra edilir. Eyni zamanda pilot və texniki heyətə ixtisaslara uyğun təlim keçirilir. Pilotsuz uçuş aparatları Gürcüstan Silahlı Qüvvələri 2005‐ 2008‐ci illərdə İsrailin “Elbit Systems” şirkətindən 5 ədəd “Hermes‐450” taktiki PUA, 10‐a yaxın “Skylark II” mini PUA satın alıb. “Hermes‐450” tipli 2 ədəd PUA 2008‐ci ildə Abxaziya bölgəsi üzərində ruslar tərəfindən vurulub. Bunlarla yanaşı Gürcüstanın sülh‐ məramlı kontingentinin istifadəsində ABŞ tərəfindən bağışlanmış “Puma” və “Raven” tipli mini PUA‐lar da yer alır. Gürcüstan Tbilisi Aviasiya Zavo‐ dunda hazırlanmış ilk milli PUA‐sını 2012‐ci ildə nümayiş etdirib. PUA‐nın təqdimat mərasimində Gürcüstan prezidenti PUA sistemlərinin inkişaf

etdirilməsi ilə bağlı xüsusi proqram hazırlandığını bəyan edib. Hazırda Gürcüstanda yeni PUA‐ların yaradılması işləri Müdafiə Nazirliyinin “Delta” Elmi‐ İstehsalat Dövlət Şirkətinin Tbilisi Aviasiya Zavodunda davam etdirilir. “Delta”nın Estoniyanın “ELİ Military” şirkətinin lisenziyası əsasında istehsal etdiyi “Swan II” PUA‐sı havaya katapult vasitəsi ilə atılır. Enmə zamanı paraşütdən istifadə olunur. Gövdəsi kompozit materiallardan hazırlanmış “Swan II”nin iki uçuş rejimi mövcuddur. Kəşfiyyat optikası burun hissədə yerləşir ki bura foto və video kamera daxildir. Açıqlanmış informasiyalara görə, “Swan II” havada 8 saat yarım qalır. 1960 mm boyunda PUA‐nın çəkisi 12 kq, maksimum sürəti 160 km/saat, döyüş radiusu 150 km, əməliyyat yüksəkliyi 3000 metr təşkil edir. “Swan II”nin davamı olaraq, 2015‐ci ilin iyun ayında “Delta” özünün çox‐ funksiyalı pilotsuz helikopterini hazırlayıb. Baza versiyası 2 ədəd M‐134 “Minigun” 6 lüləli pulemyot və hər birində 4 ədəd (cəmi 8 raket) idarə olunmayan raket yerləşən 2 raket bloku ilə silahlandırılmış insansız helikopter burun hissədə elekto‐optik yükə malikdir. ROTORWAY şirkətinin isteh‐ salı olan EXEC 162F tipli helikopterin bazasında yaradılmış bu PUA həm quru, həm də dəniz əməliyyatlarında istifadə oluna bilir. Uzunluğu 6.71 metr, rotorunun diametri 7.62 metr, çəkisi 442 kq təşkil edən helikopter PUA 150 at gücündə bir ədəd Rotorway RI‐162F mühərrikinə sahibdir. Maksimum 185 km/saat sürət (əməliyyat sürəti 152 km/saat) yığa bilən PUA 3050 metr yüksəkliyə qalxa və havada 2 saat qala

EXEC 162F adlı helikopter tipli döyüş PUA‑sı


bilir. Gürcüstan HHQ 2020‐ci ildə “STC Delta” tərəfindən EXEC 162F tipli helikopterin bazasında yaradılmış döyüş PUA‐nı silahlanmaya qəbul edib. 2 ədəd M‐134 “Minigun” 6 lüləli pulemyotla və hər birində 4 ədəd idarə olunmayan raket yerləşən 2 raket bloku ilə silahlandırılmış insansız helikopter burun hissədə elekto‐optik yükə malikdir. Uzunluğu 6.71 metr, rotorunun diametri 7.62 metr, çəkisi 442 kq təşkil edən helikopter PUA 150 at gücündə bir ədəd “Rotorway RI‐ 162F” mühərrikinə sahibdir. Mak‐ simum 185 km/saat sürət (əməliyyat sürəti 152 km/saat) yığa bilən PUA 3050 metr yüksəkliyə qalxa və havada 2 saat qala bilir. Bundan başqa, kəşfiyyat böl‐ mələrinin müasir taktiki və operativ pilotsuz kəşfiyyat sistemləri ilə təchiz edilməsi istiqamətində həyata keçirilən layihə çərçivəsində Gürcüstanın Mü‐ dafiə Nazirliyi İspaniyadan PUA‐lar alıb. İspaniyanın SCR şirkəti tərfindən hazırlanan “Atlantic I” və “Alpha Unmanned Systems” şirkətinin istehsalı olan “Alpha‐800” (“Sniper”) PUA‐ların 2020‐ci il sentyabr ayının 28‐də Marnueli aviabazasında təqdimatı keçirilib. Füzelyajı tamamilə kompozit materiallardan hazırlanmış “Atlantic I” pilotsuz uçuş aparatı ISTAR missiyaları üçün xüsusi olaraq hazırlanmış orta mənzilli, yüksək performanslı platforma kimi xarakterizə edilir. Çox sayda faydalı yük (EO / IR sensorlar, radio, radar və s.) daşıya bilən PUA‐nın qanad açıqlığı 3800 mm, füzelyajın uzunluğu 2800 mm, çəkisi 50 kq təşkil edir. Benzin mühərriklə işləyən

“Atlantic I” PUA‐nın sürəti 110 km/saat, maksimum sürəti 170 km/saat, uçuş tavanı 3500 metr, havada qalma müddəti 5 saat, uçuş məsafəsi 100 kilometrdir. Müxtəlif missiyaların icrası üçün nəzərdə tutulan helikopter tipli “Alpha 800” tamamilə avtonom və ya manual rejimdə uça bilir. Çəkisi 14 kq təşkil edən PUA‐nın uçuş müddəti 2,5 saat, faydalı yüklənmə qabiliyyəti 3 kq, uçuş radiusu 30 kilometrə qədərdir. Gürcüstanın “Tam Management” şirkəti Silahlı Qüvvələrin ehtiyaclarını qarşılamaq məqsədi ilə T‐31 indeksli pilotsuz uçuş aparatının (PUA) ya‐ radılması üzərində işləyir. “Tam Management” şirkətinin direktor müavini Mixeil Roqava deyib ki, yeni yaradılan taktiki PUA 350 kq faydalı yük daşıya bilər. T‐31 PUA‐nın kəşfiyyat‐ müşahidə konfiqurasiyası 72 saat davamlı uça biləcək. “Tam Ma‐ nagement” aviasiya zavodu iki ildi T‐31 PUA‐nın yaradılması üzərində işləyir. Yeni pilotsuz uçuş aparatı kəşfiyyat tapşırıqlarını yerinə yetirməklə yanaşı sərhəd nəzarətində istifadə oluna bilər,

o cümlədən döyüş sahəsindəki artil‐ leriya bölmələrinə hədəfi yüksək dəqiqliklə vurmağa imkan verir. Hava Hücumundan Müdafiə Regionda gərgin olaraq qalan hərbi vəziyyət, silahlı münaqişələrin hər an yenidən başlanma ehtimalı, tərəflərin bir birinə qarşı ciddi şəkildə silah‐ lanmağa davam etdirilməsi, xüsusilə də son 20 ildə gerçəkləşdirilmiş satınalma layihələrində hava hücumundan mü‐ dafiə sistemlərinin (HHM) ağırlıq təşkil etməsi və mövcud aviaparkın müasir HHM sistemlərinə adekvat olmaması Gürcüstanı aviasiya parkını daha müa‐ sir texnikalarla gücləndirməyə vadar edir. Digər tərəfdən demək olar ki, köhnəlmiş, ömrünü başa vurmaqda olan Sovet texnikalarının müasirləşdiril‐ məsində “astar üzdən baha başa gəlir”. SSRİ dağıldıqdan sonra, Sovet Ordusundan az sayda zenit topu, bir neçə raket batareyası və radiolokasiya sistemini təhvil alan Gürcüstan 2005‐ 2009‐cu illərdə hava hücumundan müdafiə sistemini əhəmiyyətli şəkildə gücləndirməyə nail olub. 2005‐ci ildə Gürcüstan ASOC (Air Sovereignty Oper‐ ations Centers) vahid radar sistemi üzərindən Türkiyə vasitəsilə NATO‐nun müvafiq sisteminə (Air Situation Data Exchange) qoşulub. Gürcüstanın HHM sisteminin yenidən qurulmasında əsa‐ sən Ukrayna, ABŞ və İsrail əsas rol oynayıb. Rəsmi məlumatlara görə, 2007‐2008‐ci illərdə Gürcüstan Ukray‐ nadan 1 divizion 9K37M1 “Buk‐M1” ZRK, o cümlədən 48 ədəd “Buk” raketi, 1 divizon “Osa” ZRK buraxıcı qurğu və 48 ədəd 9K33M3 idarə olunan zenit Yuxarıda: “Ground Master GM 200” və “Ground Master 403” radarları. Aşağıda: Spyder‑SR” ZRK.

23


raketi, 4 ədəd “Kolçuqa‐M” radiotexniki kəşfiyyat stansiyası, 1 ədəd “Mandat”, 2005‐2010‐ci illərdə 3 ədəd 36D6‐M, 3 ədəd 36D6‐1‐2 və 3 ədəd P‐180U radi‐ olokasiya stansiyası alıb. Bunlardan əlavə olaraq, 2007‐ci ildə Ukraynanın “Aerotexnika” şirkəti Gürcüstanın HHM Qoşunlarının köhnəl‐ miş P‐18 RLS‐lərinin P18U səviyyəsinə qədər müasirləşdirilməsini həyata keçirib. Bu sistemlərlə yanaşı Ukrayna Gürcüstana 50 ədəd 9K310 “İqla‐1”, 40 ədəd “Strela‐10” kompleksinin və 400 ədəd 9M313 zenit raketinin çat‐ dırılmasını həyata keçirib. Gürcüstan Ukraynadan başqa, Bolqarıstandan 12 ədəd “İqla‐1”, ZU‐23‐ 2M, və 500 ədəd 9M313 idarə olunan zenit raketi, Polşadan 30 ədəd “Qrom”daşınan zenit‐raket kompleksi və bu sistem üçün 100 ədəd idarə olu‐ nan zenit raketi, İsraildən 1 batareya “Spyder‐SR” ZRK satın alıb. 2008‐ci ilin avqust müharibəsi zamanı Rusiya Gürcüstanın HHM sis‐ temini demək olar ki, tamamilə sıradan çıxarıb. Döyüş əməliyyatları zonasında Rusiya Ordusu tərəfindən Gürcüstana məxsus 5 ədəd “Osa‐AKM” ZRK, bir batareya “Buk‐M1”, bir neçə ZU‐23‐2 və ZSU‐23‐4 “Şilka” zenit artileriyası qənimət olaraq ələ keçirilib. Lakin dö‐ yüşlər zamanı Gürcüstan Ordusu İsraildən alınmış “Spyder‐SR” ZRK‐dən istifadə etməklə Rusiya HHQ‐nə məxsus bir ədəd Tu‐22MR və bir ədəd Su‐25 döyüş təyyarəsini vurmağı bacarıb. Müharibədən sonra HHM sistemini qərb texnologiyaları əsasında yenidən quran Gürcüstanın 2014‐cü ildə İspani‐ yanın “İndra Sistemas” şirkətindən 6.5

milyon ABŞ dollarına ən azı 3 ədəd LANZA radarı əldə etdiyi bildirilir. Bunun davamı olaraq, 2015‐ci ilin iyun ayında Gürcüstan və Fransa arasında HHM sistemlərinin alınmasına dair dəyəri 100 milyon avrodan çox qiy‐ mətləndirilən iki müqavilə imzalanıb. 56.1 milyon avro dəyərində birinci müqavilə çərçivəsində Gürcüstan “ThalesRaytheonSystems” şirkətindən “Ground Master GM 200” (GM200) və “Ground Master 403” (GM403) radar‐ ları, 50 milyon avro dəyərində ikinci müqavilə üzrə “MBDA Systems” şirkətindən “Acmat VLRA” avtomo‐ bilinin şassisində “Mistral ATLAS” və “Mistral ALBİ” zenit‐raket kompleksləri əldə edib. 2018‐ci il dekabr ayının 8‐də Parisdə Gürcüstan və Fransa arasında hava hücumundan müdafiə komanda‐ nəzarət sistemlərinin alınmasına dair daha bir müqavilə imzalansa da mü‐ qavilənin detalları barədə məlumat verilməyib. Gürcüstanın Müdafiə naziri imzalanmış müqaviləni “Gürcüstan və Fransa arasında hava hücumundan mü‐ dafiə sahəsində əməkdaşlığın ikinci mərhələsinə keçid” olaraq qiymət‐ ləndirib. 2020‐ci il sentyabr ayının 11‐də Gürcüstan Müdafiə Nazirliyi ilə İsrailin “Rafael” şirkəti arasında imzalanmış müqaviləyə əsasən Gürcüstanın hava hücumundan müdafiə sistemləri tama‐ milə bərpa ediləcək və modernləş‐ diriləcək. Atıcı silahlar Gürcüstan 2010‐cu ildən Silahlı Qüvvələrin arsenalında yer alan yüngül silahların yenidən təkmilləşdirilməsi

ABŞ istehsalı olan 5.56 mm çaplı M249 pulemyotları

24 www.poliqon.az

layihələrinə başlayıb. Bu dönəmdə əsas alımları Bolqarıstan və Çexiya kimi Cənubi Şərqi Avropa ölkələrinə yö‐ nəldən rəsmi Tbilisiyə paralel olaraq ABŞ tərəfindən böyük həcmdə yar‐ dımlar göstərilib və bu gün də həmin yardımlar davam edir. Belə ki məlu‐ matlara görə, 2010‐2015‐ci illərdə ABŞ tərəfindən Gürcüstan Ordusuna 7 min ədəd M‐4/M‐16 tipli hücum tüfəngləri, M‐24, M‐82 və M‐95 “Barret”, TAC‐50 snayper tüfəngləri, onların döyüş sursatları, M‐134 “MiniGun” tipli pulemyotlar, M‐203 lüləaltı qumbara‐ atanlar, habelə revolver tipli qumbara‐ atanlar bağışlanıb. 2020‐ci ilin sentyabr ayında Gürcüstanın Müdafiə Nazirliyi ordunun ABŞ istehsalı olan 5,56 mm çaplı yüngül M249 pulemyotları ilə təchiz edilməsinə başlandığını açıqlayıb. Nazirliyin məlumatına görə, ABŞ‐dan tədarük edilən pulemyotların ilk partiyası Vaziani şəhərindəki IV Mexanik Briqada və Hərbi Təhsil və Təlim Komandanlığının hərbi hissə‐ lərinə verilib. ABŞ‐ın dəstəyi ilə Gürcüstan Müdafiə Qüvvələri 2021‐ci ilin fevral ayında yeni tip pulemyot və qumbaraatanların növbəti partiyasını əldə edib. Bununla Gürcüstan Müdafiə Qüvvələri ABŞ istehsalı olan 12.7 mm çaplı M2 pulemyotları, 5.56 mm çaplı M249 hücum pulemyotları və yeni MK 19 tipli avtomatik qumbaraatanlarla təchiz edilib. Gürcüstanın Müdafiə nazirinin iştirakı ilə Vazianidəki Təlim Mərkəzində (CTC) adı çəkilən silahların atış testləri keçirilib. ABŞ‐ın yardımları ilə yanaşı Gürcüstan İsraildən “Galil Galatz”, Kanadanın “Desert Tactical Arms” şirkətindən SRS‐A1 snayper tüfəng‐ lərinin satınalınmasını gerçəkləşdirib. Gürcüstan ordu və polis xüsusu təyi‐ natlıları üçün Almaniyadan və Türki‐ yədən açıqlanmayan sayda MP‐5, UMP‐45 tapança pulemyotlarının müxtəlif modifikasiyalarını, Finlan‐ diyadan “Sako TRG” snayper tüfəngləri, İsraildən NG‐7 “Negev” pulemyotu alıb. Hesabatlarda yer alan digər məlumatlara görə, 2010‐2015‐ci illərdə Gürcüstan Avstriyadan 200 ədəd, Çe‐ xiyadan 139 ədəd, Estoniyadan 235 ədəd, Slovakiyadan 210 ədəd, Türki‐ yədən 348 ədəd tapança alıb. Tapan‐ çalardan əlavə olaraq, Bolqarıstandan 200 ədəd tüfəng, 15000 ədəd avtomat, 450 ədəd əl pulemyotu, 6045 ədəd qumbaraatan, Çexiyadan polis qüv‐


GI‑4 indeksli 5.56 mm kalibrli avtomat

vələri üçün 730 ədəd hücum tüfəngi, 1145 ədəd karabin, 7 ədəd 30 mm top, Estoniyadan 60 ədəd tüfəng, İngil‐ tərədən 11 ədəd snayper tüfəngi və 15 ədəd idman tüfəngi, Türkiyədən 45 ədəd tapança‐pulemyot satın alıb. Gürcüstan Müdafiə Nazirliyinin “Delta” Hərbi Elmi Texniki Mərkəzi Silahlı Qüvvələrin ehtiyaclarını qar‐ şılamaq üçün 2012‐ci ildə M‐4 dizaynı əsasında 5.56x45 mm G‐5 avtomatının istehsalına başlamaqla atıcı silahlar istehsalına bir növ təkan vermiş oldu. Hazırda bu avtomat G‐5 və G‐13 olmaqla iki versiyada buraxılır. Gürcüs‐ tan Silahlı Qüvvələrinin yerli istehsalı olan atıcı silahlar arsenalına “Delta”nın “Morieli” adlı səssiz tapançası, 9x19 mm çaplı fərqli bir tapança modeli, “İamani” adlı tapança‐pulemyot, 12.7 mm çaplı PDShP‐1, PDShP‐2, 7.62x51 mm çaplı DELTA‐308 və “Satevari” snayper tüfəngləri daxildir. Son məhsullardan olan “İamani” polis və xüsusi təyinatlı bölmələrin silahlanması üçün nəzərdə tutulub. Silahlı Qüvvələrin ehtiyacını qarşı‐ lamaq məqsədi ilə qumbaraatanların geniş çeşidinə malik “Delta” M‐4 və M‐ 16 avtomatları üçün 40x46 mm UBGL ‐ 1D, sovet istehsalı olan AKM və AK‐74 üçün AG‐40, GP‐25 lüləaltı qum‐ baraatanlar, Daxili Qoşunlar və hüquq mühafizə orqanları üçün ARGL‐1 tüstü qumbaraatanı, PDM‐1 biratımlı, RPG‐ 7G çoxatımlı qumbaraatanların isteh‐ salını davam etdirməkdədir. RPQ‐7 qumbaraatanının modernləşdirilmiş versiyası olan RPGL‐7G çəkisi 5.83 kq‐ dır. Qumbaraatan holoqrafik nişangahla

və istənilən optik nişangahla dəst‐ ləşdirilə bilir. Dörd fərqli növ döyüş sursatının istifadə oluna bildiyi RPGL‐in üzərində optik nişangahların yerləşdirilməsi üçün pikatini relsi mövcuddur. Gürcüstanın Müdafiə Nazirliyinin sifarişi əsasında 2021‐ci ilin oktyabr ayında “Delta” hərbi elmi‐texniki mərkəzində NATO standartlarına uyğun Gİ‐4 indeksli 5.56 mm kalibrli avtomatların istehsalına başlanılıb. Müasir silahların istehsalı yeni açılan Gürcüstan‐İsrail birgə müəssisəsində həyata keçirilir. Müasir avadanlıqla təchiz edilmiş müəssisənin buraxacağı silahlar həm Gürcüstanın müdafiə qüvvələri, həm də ixrac üçün nəzərdə tutulub. Gürcüstan‐İsrail birgə müəs‐ sisəsində gələcəkdə digər silah‐sursat‐ ların da istehsalı planlaşdırılır.

Snayper tüfəngləri Gürcüstan Silahlı Qüvvələrinin silahlanmasında yuxarıda da qeyd edildiyi kimi əsas yeri Avropa və Amerika istehsalı olan snayper tü‐ fəngləri tutur. Gürcüstan Ordusu texnoloji yenilənmə proqramına uyğun olaraq silahlanmasındakı keçmiş Sovet istehsalı olan silahları qərb silahları ilə əvəzləməkdə davam edir. Hazırda Gürcüstan Ordusunun silahlanmasında ABŞ istehsalı olan M82A1 “Barrett”, M95 “Barrett”, McMillan TAC‐50, “Remington 700”, DT SRS, M‐24, İsveçrə istehsalı olan OM‐50 “Nemesis”, Brugger & Thomet APR .308, Brugger & Thomet APR .338, Çexiya istehsalı olan OP‐99 “Falcon”, Serbiya istehsalı olan M‐93 “Black Arrow”, İsrail istehsalı olan GALATZ, Finlandiya istehsalı olan Sako TRG‐22, Sako TRG‐ 42, Sovet, Rusiya, Ukrayna istehsalı olan SVD və VSS “Vintorez” snayper tüfəngləri yer alır. Snayper tüfənglərin önəmli qismi ABŞ tərəfindən “Öyrət və Təchiz et” proqramı çərçivəsində Gürcüstan Müdafiə Nazirliyinə bağışlanıb. ABŞ‐ın dəstəyi ilə Gürcüstan Müdafiə Qüvvələri 2021‐ci ilin fevral ayında yeni tip pulemyot və qumbaraatanlar əldə edib. Silahlanmaya qəbul edilən ABŞ istehsalı olan 12.7 mm çaplı M2 pulemyotları, 5.56 mm çaplı M249 hücum pule‐ myotları və yeni MK 19 tipli avtomatik qumbaraatanların Gürcüstanın Müdafiə nazirinin iştirakı ilə Vazianidəki Təlim Mərkəzində (CTC) atış testləri keçirilib. Bununla yanaşı, 2013‐cü ilin ortalarında Gürcüstan mühəndisləri tərəfindən “Borbalo‐213” adlı anti‐

Borbalo‐213

25


“Satevari” snayperi

material snayper tüfəngi istehsal edilə‐ rək ordunun silahlanmasına verilib. Silah mühəndisi A.Xitaraşvili tərəfindən yaradılmasına 2003‐cü ildə başlanmış bu tüfəng bullpap dizayna malikdir və “bolt action” prinsipi ilə çalışır. Uzun‐ sürüşən çaxmaqla təchiz edilmiş silahın qoruyucusu sağda, yuxarı hissədə, dəstəyin arxasında yerləşir. Tüfəngə müxtəlif optik nişangahların bərkidil‐ məsi üçün lülə qutusunun üzərində pikatini relsi yerləşdirilib. Qundaq xü‐ susi ayaqlıq vasitəsi ilə möhkəmləndiri‐ lir. Uzunluğu 1200 mm, lüləsinin uzunluğu 800 mm olan silahın lüləsi geri təpmənin azaldılması üçün ağız əyləci ilə təchiz olunub. Silahın çəkisi 11.5 kq, atış uzaqlığı 1800 metrdir. Hərbi forumlarda yayılan məlumata görə, hazırda bu tüfəngin 12.7x108 və 12.7x99 çaplı patronlara uyğunlaş‐ dırılmış modelləri mövcuddur. Bununla yanaşı gürcü mühəndisləri tərəfindən 14.5x114 mm və 20x102 mm çaplı versiyalarının üzərində işlər aparılır. Gürcüstan Ordusu yerli istehsal olan “Satevari” snayper tüfənglərini 2016‐cı ildə silahlanmaya qəbul edib. “Satevari” snayper tüfəngi modulyar dizayna malikdir və silahın .308 Win, 300 WM, 300 NM, .338 LM, .338 GBM, .375 GBM və .50 BMG modelləri var. “McMillan TAC‐50” dizaynı üzrə hazır‐ lanmış “Satevari”nin qundağının arxa hissəsində tənzimlənən dayaq qurulub. Silah müxtəlif optik nişangahlarla komplektləşdirilə bilir. Silahın qundağı təpmənin təsirini minimallaşdıran xüsusi erqonomik materialdan hazır‐

26 www.poliqon.az

lanıb. Tüfəng “bolt‐action” prinsipinə əsaslanır və atış dəqiqliyi 100 metr məsafə üçün 0.3 MOA‐dır. Ordunun silahlanmasında yer alan 12.7x108 mm‐lik PDShP‐1 və PDShP‐2 snayper tüfəngləri eyni çaplı patron‐ lardan istifadə etmələrinə baxmayaraq, qabaritlərinə görə bir‐birindən fərq‐ lənirlər. “Delta” tərəfindən istehsal edilən anti‐material snayper tüfəngləri sinfinə aid olan PDShP‐1 xarici di‐ zaynına görə Rusiyanın OSV‐96 tüfən‐ ginə bənzəyir. Düşmənin canlı qüv‐ vəsini və yüngül zirehli texnikalarını məhv etmək üçün nəzərdə tutulan bu silah 5 patron tutumlu daraqla dəstləşdirilib. Atəş zamanı geri təpməni azaltmaq üçün silahın lüləsi əyləclə təchiz olunub. “Bolt action” prinsipi ilə işləyən PDShP‐2 tüfəngi isə sələfindən daha qısa və yüngüldür. Ehtiyac yarandıqda bu tüfəngə səsboğucu quraşdırmaq mümkündür. PDShP‐1 tüfənginin uzunluğu 1520 mm, PDShP‐ 2‐nin 1040 mm, lülələrinin uzunluğu müvafiq olaraq 1100 mm və 580 mm, atış mənzili 2000 metr (PDShP‐1), 1200 m (PDShP‐2), çəkisi 14 kq və 12 kq təşkil edir. Döyüş modulları Atıcı silahlarla yanaşı “STC Delta” gürcü ordusu üçün bir neçə döyüş modulu hazırlayıb. Bunlardan nəqliyyat vasitələrinin silahlandırılması üçün nəzərdə tutulan DRWS‐1 və DRWS‐2 döyüş modulları hazırda “Lazika” döyüş maşınlarının, habelə Gürcüstan Ordu‐ sunun inventarında olan BTR‐70 və

modernləşdirilmiş BRDM‐2 maşınları‐ nın silahlanmasında yer alır. Erqonomik dizayna malik DRWS‐1 modulunun üzərinə 12.7 mm‐lik NSVT və 7.62 mm‐ lik PKT pulemyotu qoyulub. 360 dərəcə bucaq altında ətrafa ‐10, +65 dərəcə şaquli bucaq altında atəş açmağa imkan verən döyüş modulu 36 qat böyütmə qabiliyətinə malik EB‐363P gün‐ düz/gecə kamerası ilə təchiz olunub. 23 mm‐lik 2A14 topuna və 7.62 mm‐lik PKT pulemyotuna sahib DRWS‐2 döyüş modulu 360 dərəcə üfiqi və ‐10, +40 dərəcə şaquli bucaq altında hədəfləri atəş altında saxlamaq qabiliyyətindədir. Bu döyüş modulu EB‐363P gündüz‐ gecə kamerası ilə yanaşı 2 və 4 qat böyütmə qabiliyyətinə sahib GUİPİR İR 22107 termal kamerasını da özündə birləşdirir. Modulun döyüş ehtiyatı 23 mm‐lik top üçün 80 mərmi, PKT pulemyotu üçün 500 patrondur. “STC Delta”nın stasionar mən‐ təqələrin və maşınların üzərində qurul‐ ması üçün nəzərdə tutulan UMD‐1 döyüş modulu 4 ədəd 7.62 mm‐lik PKT pulemyotu, yaxud 2 ədəd 12.7 mm‐lik NSVT və 2 ədəd PKT ilə silahlandırıla bilir. Atış sıxlığı dəqiqədə 700‐800 güllə təşkil edən döyüş modulunun hər bir PKT pulemyotu 250 patron tutumlu sandığa malikdir. UMD‐1 modulu ‐ 10,+85 dərəcə bucaq altında hədəfləri atəş altında saxlaya bilir. Universal döyüş modulu UMD‐2 isə 1 ədəd NSVT pulemyotunu və 6 lüləli 107 mm‐lik raket blokunu birləşdirir. Pulemyotun döyüş ehtiyatı 80 patrondur. 107 mm‐ lik raketlərin atış mənzili isə 11 km təşkil edir. Nəticə olaraq demək olar ki, hazırda Gürcüstan Müdafiə Nazirliyinin həyata keçirdiyi proqram əsasında silahlı qüvvələrin silah və texnika parkınının yenilənməsi, PUA parkının təkmilləşdirilməsi ilə yanaşı hava hücumundan müdafiə sistemlərinin tamamilə bərpa edilməsi və modern‐ ləşdirilməsi, habelə zirehli texnika əleyhinə silahların, müasir artilleriya və kəşfiyyat sistemlərinin alınması prosesi davam etdirilir. Beynəlxalq ixrac və idxal hesabat‐ larından da görünür ki, Gürcüstan hər nə qədər qərb texnologiyalarına diqqət yetirsə də satınalmalarda sovet/rus silahları yenə ağırlıq təşkil edib. Proqnozlar göstərir ki, yaxın 2030‐cu ilə qədər Gürcüstan Ordusu tam şəkildə qərb silahlarına sahib olacaq. PQ


AzTU regionda daha bir ilkə imza atdı

AzTU‑da müdafiə sənayesi üzrə ixtisaslı kadrların hazırlanması mövzusunda konfrans keçirilib Azərbaycan Texniki Univer si ‐ tetində (AzTU) Müdafiə Sənayesi Nazirliyinin (MSN) təşkilatçılığı, Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, AMEA‐nın və AzTU‐ nun dəstəyi ilə martın 2‐də “Müdafiə sənayesi üzrə ixtisaslı kadrların hazır‐ lanması: Elmi tədqiqatların inteqra‐ siyasında və təhsildə innovativ yana‐ şma” mövzusunda konfrans keçirilirb. AzTU‐nun rektoru, professor Vilayət Vəliyev, müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov, təhsil nazirinin müşaviri Nicat Məm‐ mədli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri Ceyhun Hüseynzadə və digərləri çıxış edərək konfransın əhəmiyyətindən danışıblar. Bildirilib ki, müdafiə təyinatlı tex‐ nologiyalar ölkənin siyasi qüdrətini müəyyənləşdirir. 44 günlük Vətən mü‐ haribəsində Azərbaycanın qazandığı

Zəfərin əsasında da Ordunun əsgər və zabitlərinin rəşadəti və qəhrəmanlığı ilə yanaşı, ölkənin müdafiə sənayesi məhsullarının uğurlu tətbiqi də dayanır. Konfransda süni intellektin, nano‐ texnologiyaların tətbiqinin hərbi sahədə yaratdığı üstünlüklərdən, kibertəhlü‐ kəsizlik sistemi, ağıllı texnologiyaların inkişafı məsələlərindən söhbət açılıb. Bu sahədə ixtisaslı kadrların hazır‐ lanması, MSN‐in müəssisələrində universitetin tələbələrinin təcrübə keç‐ mələrinin vacibliyi vurğulanıb. Diqqətə çatdırılıb ki, müdafiə sənayesi sahə‐ sində kadrların hazırlanması və təd‐ qiqatların aparılması mühüm əhəmiy‐ yətə malikdir. Qeyd edək ki, AzTU regionda mü‐ dafiə sənayesi sahəsi üzrə kadr hazır‐ layan yeganə ali məktəbdir. Universi‐ tetdə bu sahədə kadr hazırlığını xüsusi texnika və texnologiya fakültəsi həyata keçirir.

Azərbaycan Texniki Universiteti (AzTU) Öyrən‐Layihələndir‐Reallaşdır‐İşlət (CDIO) Təşəbbüsü Universitetlər Şəbəkəsinə üzv qəbul olunub. CDIO Təşəbbüsü Universitetlər Şəbəkəsi yeni nəsil mühəndis hazırlığında qabaqcıl ənənələrin daşıyıcısıdır. Massaçusets Texnologiya İnstitutunun təşəb‐ büsü ilə yaradılan CDIO ailəsinə 100‐dən çox ən qabaqcıl texniki ali məktəb daxildir. AzTU regionda bu şəbə‐ kəyə daxil olan ilk texniki universitetdir. CDIO ailəsinə üzv qəbul olunmaq AzTU‐ya dünyanın mühən‐ dislik sahəsində zəngin ənənələrə malik universitetlərinin təcrübələrindən yararlanmaq imkanı yaradacaq. Bu, eyni zamanda, universitet‐ sənaye işbirliyinin reallaşması üçün təhsil proqramlarının köklü dəyişdirilməsinə vəsilə olacaq.

AzTU ilə TUSAŞ arasında əməkdaşlıq protokolu imzalanıb Türkiyənin Ankara şəhərində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türk Aviasiya və Kosmik Sənaye şirkəti (TUSAŞ) arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Protokolu AzTU‐nun elm və innovasiya üzrə prorektoru, prof.dr. Çetin Elmas, TUSAŞ‐ın baş direktoru, prof.dr. Temel Kotil və TUSAŞ Uçuş Akademi‐ yasının rəhbəri, dr. Mehmet Demiroğlu imzalayıb. Sənədə əsasən, AzTU tələbələri TUSAŞ–da 4 ay müddətində təcrübə proq‐ ramı keçəcək. Təcrübə proqramında iştirak üçün AzTU‐nun bakalavr (4‐cü kurs), magistrant və doktorant tələbələri arasından ilkin olaraq 25 nəfər seçiləcək. Tələbələrin Türkiyədə bütün xərcləri TUSAŞ tərəfindən qarşılanacaq. Eyni za‐ manda tələbələrə təcrübə proqramı müddətində gördükləri işin müqavilində əməkhaqqı da ödəniləcək. Dissertasiya və müdafiə işləri mövzularını TUSAŞ‐ dan götürən tələbələrə tədqiqat aparmaları üçün bütün şərait yaradılacaq. AzTU tələbələri TUSAŞ‐ın mütəxəssisləri ilə birgə bu il Azərbaycanda keçiriləcək “Tex‐ nofest‐2022” festivalına hazırlaşmaq imkanı da əldə edəcək. Bundan başqa, TUSAŞ‐ın 2022‐ci ildə AzTU‐da karyera sərgisi keçirməsi də nəzərdə tutulub. Qeyd edək ki, TUSAŞ hər növ hava və kosmik vasitələrin dizaynı, istehsalı sahəsində dünyanın ən qabaqcıl şirkətlərindən biridir.

27


HAVELSAN‑ın robot və avtonom sistemləri ?Zaur Babaşov Dünyada xüsusilə quru qoşunları üçün təhlükəsizlik təhdidlərinin tezliyi və müxtəlifliyi artıb. Avtonom pilotsuz vasitələr uzaqdan idarəetmə və ya sensor sistemlərdən istifadə etməklə ətraf mühiti tədqiq edərək, rəqəmsal döyüş meydanlarının tələbləri çərçivəsində şəxsi heyət olmadan kəşfiyyat, müşahidə, sursat daşıma kimi əsas vəzifələri insansız olaraq yerinə yetirərək müasir texnologiyanı hərbi bölmələrə inteqrasiya edir.

BARKAN döyüş robotu

Müxtəlif ehtiyaclar üçün fərqli ölçülərdə və konfiqurasiyalarda mövcud olan pilotsuz yerüstü nəqliyyat vasitələri (PNV) bir çox missiyaları yerinə yetirə biləcək keyfiyyətlər qazanıb. Pilotsuz yerüstü nəqliyyat vasitələri ilə yanaşı pilotsuz uçuş aparatları (PUA) da inkişaf edən texnologiya ilə döyüş sistemlərinin mürəkkəbliyi və strateji əhəmiyyətinin artması səbəbindən müasir döyüş sa‐ hələrinin əvəzsiz elementlərinə çevrilib. Bu yazıda Türkiyənin ən böyük tex‐ nolo giya nəhənglərindən sayılan HAVELSAN şirkətinin robot və avtonom sistemlərindən BARKAN döyüş robotu, BAHA buludaltı avtonom pilotsuz uçuş aparatı və KAHAP‐M6 mikro kəşfiyyat PUA‐sından bəhs edəcəyik. BARKAN ‑ müasir müharibələrin avtonom döyüş robotu HAVELSAN şirkəti tərəfindən müasir müharibə ehtiyaclarına uyğun dizayn

28 www.poliqon.az

və istehsal edilən BARKAN, birinci səviyyə və orta sinif çoxməqsədli pilotsuz yerüstü platformadır. BARKAN robotu əməliyyat müvəffəqiyyətinin artırılması, itkilərin qarşısının alınması və əməliyyat xərclərinin azaldılması başda olmaq üzərə bir çox başlıqda ərazidəki qoşunların əsas köməkçisidir. Şirkət mütəxəssislərinin sözlərinə görə, gələcəyin əməliyyat sahələrində uzaqdan idarəetmə və avtonom tapşırıq imkanları ilə BARKAN hərbi bölmələrin yaxın yardımçısı olacaq. BARKAN robotu sürü infrastrukturu sayəsində digər quru və hava nəqliyyat vasitələri ilə birgə əməliyyatları mümkün edir və pilotsuz komanda tək bir əməliyyat mərkəzindən idarə oluna bilir. BARKAN döyüş robotu üstün avtonom xüsusiyyətləri və CBRN sensorları, robot qolu və sürü kamikadze PUA buraxma qurğusu kimi müxtəlif faydalı yüklərin birləşdirilə biləcəyi

modul dizaynı sayəsində çoxməqsədli missiyalarda istifadə edilə bilər. Bu yolla BARKAN yüklərin daşınması və ya yedəklənməsi, yaxından mühafizənin təmin edilməsi, silahlı kəşfiyyatdan mina və partlamamış hərbi sursatların zərər‐ sizləşdirilməsinə qədər müxtəlif vəzifələri yerinə yetirmək qabiliyyətinə malikdir. Şirkət mütəxəssilərinin sözlərinə görə, HAVELSAN‐ın “Rəqəmsal Bölmələr” (“Digital Troops”) konsepsiyasının əvəzsiz elementi hesab olunan BARKAN platforması ən çətin şərtlər altında müxtəlif növ təhdidlərin öhdəsindən gəlmək üçün hazırlanıb. Avtonom yerüstü nəqliyyat vasitəsi elektrik mühərriklərinin köməkliyi ilə çətin mərtəbələri tez və səssiz keçə bilir. Sistem bu günün və gələcəyin döyüş meydanına asimmetrik təhlükə yaradan elektron müharibə hücumlarına qarşı üstün imkanlar nümayiş etdirir. Taktiki Məlumat Bağlantı Sistemi ilə BARKAN, 1 km baxış xətti


üzərində əlaqə qabiliyyətinə təsir edən jammerlərə qarşı yüksək müqavimət göstərə bilir. Bundan əlavə, görmə xəttinin itirildiyi və tıxacların effektiv işlədiyi yerlərdə nəqliyyat vasitəsi simli bağlantı modulu ilə öz vəzifəsini gecikdirmədən yerinə yetirir. Gecə və gündüz kameraları ilə 360° ətrafı görmə qabiliyyətinə malik BARKAN robotu elektro‐optik (EO) və infraqırmızı (IR) kameraları ilə gün‐ düz/gecə missiyalarında effektiv şəkildə istifadə edilə bilər. Avtonom xüsusiyyətləri ilə seçilən BARKAN döyüş modulu təqib, avtonom patrul, dron və adam aşkarlama, maneə‐ lərdən qaçma, vəzifəsini bitirdikdən sonra tez və uğurla bazaya geri qayıtma kimi avtonom imkanları yerinə yetirmək qabiliyyətinə malikdir. BARKAN robotu yuxarıda da qeyd olunduğu kimi, əsasən kəşfiyyat və müşahidə üçün, eləcə də ərazidəki qoşunların atəş dəstəyi üçün təyin edilib. Pulemyotla silahlanmış kompakt döyüş robotu, yeni BAHA PUA da daxil olmaqla

digər pilotsuz platformalarla qarşılıqlı əlaqə qura bilir. Hazırda sınaqların keçirilməsi məqsədil ilə üç prototip yaradılıb. Silahlı döyüş robotunun kütləsi təxminən 500 kq‐dır. Robotun işləmə müddəti 8 saat, hərəkət sürəti 7 km/saat təşkil edir. O, dörd dayaq vərdənəli tırtıllı şassi və ASELSAN şirkətinin istehsalı olan SARP‐L məsafədən idarə olunan sabitləşdirilmiş silah sistemi ilə təchiz edilib. Robot 5,56 və 7,62 mm kalibrli pulemyotlarla silahlandırıla bilir və atəşə nəzarət sistemində ballistik kompüter və termal kamerası olan elektro‐optik stansiya var. HAVELSAN şirkəti BARKAN‐dan başqa, ortaq platformaya malik daha iki döyüş robotu variantı hazırlayıb. Birinci variant elektrik ötürücülü kompakt robotun kütləsi 350 kq, hərəkət sürəti 7 km/saat təşkil edir. Bu robot kəşfiyyat və logistikada istifadə edilə bilər. İkinci variant robot isə, qaldırma kronşteyninə quraşdırılmış müxtəlif müşahidə cihazları sayəsində daha geniş kəşfiyyat imkanlarına malikdir.

Türkiyənin ilk orta sinif BARKAN çoxməqsədli pilotsuz yerüstü vasitəsinin qoşun sınaqlarının keçirilməsindən ötrü ötən il Silahlı Qüvvələrin istifadəsinə veriləcəyi bildirilmişdi. HAVELSAN şirkətinin baş direktorunun müavini Mühittin Solmazın verdiyi məlumata görə, pilotsuz sistemlərin inkişafı ilə bağlı işlərə təxminən iki il əvvəl başlanıb. BARKAN‐ın bir sıra sınaqlardan uğurla keçdiyini deyən Mühittin Solmaz, əsas məqsədlərinin bu aparata süni intellekt tətbiq etmək olduğunu bildirib: “Vacibdir ki, bu maşınlar pilotsuz uçuş aparatları, digər pilotsuz yerüstü nəqliyyat vasitələri və ya digər pilotlu nəqliyyat vasitələri ilə birgə tapşırıqları yerinə yetirsin, həmçinin səhra şəraitindəki qoşunları‐ mızın səmərəliliyinin artırsın. Sınaqlar‐ dan sonra modifikasiyanın təkmil ‐ ləşdirilməsi üzərində işləmək lazım ola bilər. Ümid edirik ki, yaxın vaxtlarda BARKAN silahlanmaya daxil olacaq”. Azərbaycanın Müdafiə naziri, general‑ polkovnik Zakir Həsənov IDEF‑2021 sərgisində HAVELSAN stendini ziyarət edərkən

29


BARKAN‑nın xüsusiyyətləri: • Maksimum sürət >12 km/saat • Ölçüləri (BxExY): 140sm/90sm/110sm • Kütləsi: 500 kq • İşləmə müddəti: 8 saat Missiya qabiliyyətləri: • 7.62 mm silah sistemi • Robot qol (bomba zərərsizləşdirmə vəzifəsi) • KBRN vəzifə sistemi • Yük daşıma/çəkmə • Gecə/gündüz kəşfiyyat • 3B xəritələmə • Xilasetmə missiyaları Orta sinif avtonom PNV sistemi • Avtonom patrul • GPS müstəqil missiyası • Link itkisində evə dönüş • Liderin təqibi • Maneədən yayınma • Sürülə bilən ərazi təyini • Marşrutun planlaşdırılması 1. Kiçik portativ dizayn 2. Tam elektrikli hərəkət sistemi 3. Sürü qabiliyyətləri

BAHA buludaltı avtonom PUA HAVELSAN mütəxəssisləri tərə ‐ findən müasir orduların ehtiyaclarına uyğun hazırlanan BAHA (Bulut Altı İnsansız Hava Aracı) tam avtonom missiya qabiliyyəti, fərqli faydalı yüklərin inteqrasiyasına imkan verən modul arxitekturası və daha bir çox üstün xüsusiyyətləri ilə bütün pilotsuz sistemlərlə birgə əməliyyatlar həyata

BAHA buludaltı avtonom PUA

keçirə bilən buludaltı avtonom aviasiya vasitəsidir. Vertikal qalxma və enmə (VTOL) xüsusiyyətlərinə sahib olan sabit qanadlı BAHA PUA döyüş meydanının çətin şərtlərinə tab gətirmək qabiliyyətinə malikdir. Buludaltı avtonom PUA sistemi şaquli uçuşda və enişdə elektrik mühərriklərindən, üfüqi uçuş üçün elektrik/benzin mühərrikindən istifadə edir. Şaquli qalxma xüsusiyyəti ilə sistem uçuş‐enmə zolağına ehtiyac olmadan istənilən ərazidən qalxa bilir. Orta sinif birinci səviyyəli pilotsuz uçuş vasitəsi hesab edilən BAHA‐nın sərhəd bölgə‐ lərində istifadə edilməsi hədəflənir. BAHA PUA‐nın kütləsi 30 kq‐dır. PUA 10.000 futa qədər hündürlükdə missiyaları yerinə yetirə bilir. Benzin mühərriki ilə 6 saata (elektrik konfiqu‐ rasiyası ilə 2 saata) qədər havada qala bilən PUA 50 km‐ə qədər uçuş məsafəsi təklif edir. Bundan əlavə, BAHA 5 kq ağırlığında faydalı yükgötürmə qabiliy‐ yətinə malikdir. PUA‐nın qanadlarının uzunluğu 3,7 metrdir. Uçuş aparatı iki nəfər tərəfindən asanlıqla quraşdırılır və idarə edilir. Tək operator tərəfindən də istifadə oluna bilir. Bir neçə dəqiqə ərzində missiyaya hazırlanır. HAVELSAN tərəfindən hazırlanan proqram təminatı sayəsində BAHA həm yerdə, həm də havada pilotsuz sis tem lərlə birgə tapşırıqlar yerinə yetirə bilir. Yüksək səviyyəli avtopilot sistemi ilə təchiz edilmiş BAHA məlumat bağlantısı itkisi kimi fövqəladə hallarda avtomatik olaraq qalxma nöqtəsinə

qayıdır. Sistem günün vaxtından asılı olmayaraq kəşfiyyat, müşahidə və incələmə (ISR) tapşırıqlarını yerinə yetirir. BAHA ilə müxtəlif missiyaların sürətli həyata keçirilməsi mümkündür. İzləmə, aşkarlama və ərazinin mühafizəsi, kəşfiyyat, elektron müharibə, sahil və sərhəd təhlükəsizliyi, o cümlədən enerji ötürməsi və neft‐qaz xəttlərinin mo‐ nitorinqi, qaçaqmalçılıq və terrorla mübarizə BAHA‐nın yerinə yetirə biləcəyi vəzifələrdir. BAHA avtonom rejimi də daxil olmaqla buludlu havada vəzifələri yerinə yetirir və sürü alqoritmi bir dəstədə eyni anda bir neçə PUA istifadə etməyə imkan verir. BAHA intensiv elektron qarışdırmada uçdu 2021‐ci ilin oktyabr ayının əvvəlində HAVELSAN‐ın “Rəqəmsal Bölmələr” konsepsiyasının əsas elementlərindən biri olan BAHA pilotsuz uçuş aparatının ilk sınaqları keçirilib. Sürü rejimində işləyən, kəşfiyyat və müşahidə tipli BAHA PUA‐nın sınaqları müxtəlif ərazi şəraitində sərhədyanı zonada həyata keçirilib. Güclü elektron qarışdırmanın tətbiq olunduğu sahədə BAHA 7500 fut, yəni təxminən 2500 metr yüksəkliyə uğurla qalxıb. Sınaqlar zamanı BAHA Yer Dəstəyi Mərkəzindən 10 kilometr məsafədə missiyasını yerinə yetirərkən çəkdiyi görüntüləri problemsiz şəkildə mərkəzə ötürüb. Şaquli qalxma ilə uçduğu missiyasında BAHA vəzifəsini başa vurduqdan sonra yenidən şaquli enişlə


sınaq mərkəzinə enib. Eniş zamanı da BAHA‐ya güclü elektron qarışdırma tətbiq olunub. BAHA‐nın sınaqlarında, elektron qarışdırma ilə əlaqə kəsildikdə, sistem öz alt bulud məlumatlarından istifadə edərək vəzifəsini davam etdirib. HAVELSAN Simulyasiya, Avtonom və Platforma İdarəetmə Texnologiyaları baş direktorunun müavini Muhittin Solmaz BAHA‐nın ilk sınaqlarının uğurlu keçdiyini deyib. Onun sözlərinə görə, müdafiə strukturlarının nümayəndələ‐ ri nin də izlədiyi PUA sınaqlarının nəticələri və müştərilərin istəkləri dro‐ nun daha da təkmilləşdirilməsi üçün əsas götürüləcək. Muhittin Solmaz bildirib ki, BAHA PUA‐nın sahə sınaq‐ larının yeni mərhələsinin 2022‐ci ilin birinci rübündə fərqli bölgələrdə davam etdiriləcəyi planlaşdırılıb.

Xüsusiyyətləri: Avtonom missiya qabiliyyəti • Uçuş zolağı olmadan şaquli enmə‐qalxma • Gecə‐gündüz kəşfiyyat, müşahidə və incələmə • Atış tənzimi • Buludaltı missiya qabiliyyəti • Tək yer idarəetmə stansiyasından komanda və sürü PUA‐ların idarə edilməsi Avtonom uçuş sistemi • Unikal avtopilot sistemi • Bağlantı itkisində evə dönüş və avtomatik eniş • 5 kq‐a qədər yük • Orijinal yerə nəzarət stansiyası sistemi

“BAHA‐nın hesabat üzrə işləmə hündürlüyü təqribən 3000 metrdir və yerüstü stansiyanın dəstəyi ilə 10 km‐ə qədər uça bilir. Bir neçə PUA‐nı eyni anda idarə etmək üçün bir operator kifayətdir. Məqsəd eyni vaxtda 20‐30 PUA sınamaqdır. Sürü alqoritminin 2022‐ ci ilin ortalarında uğur qazanacağına ümid edirik”, ‐ deyə baş direktorun müavini vurğulayıb. KAHAP‑M6 mikro kəşfiyyat PUA HAVELSAN tərəfindən istehsal olunan KAHAP‐M6 PUA (kvadrokopter) kəşfiyyat, müşahidə, incələmə, yer hədəflərinin aşkarlanması və izlənilməsi, habelə axtarış‐xilasetmə kimi müxtəlif hərbi və taktiki tapşırıqlar üçün istifadə olunur. Şirkət məlumatlarına görə, müxtəlif yükləri daşıya bilən dörd pərli

Ümumi missiya qabiliyyətləri • İzləmə, aşkarlama və ərazinin mühafizəsi • Kəşfiyyat • Elektron müharibə • Sahil və sərhəd təhlükəsizliyi • Enerji ötürülməsi və neft‐qaz xətlərinin monitorinqi • Qaçaqmalçılıq və terrorla mübarizə • İctimai asayiş • Narkotik bitkinin aşkarlanması • Məskunlaşmanın istilik ölçməsi • Meşə yanğınlarının idarə edilməsi • Fəlakətdən sonrakı qiymətləndirmə • Sintinin və ətraf mühit çirklənməsinin təyini • Kənd təsərrüfatı tətbiqləri • Kartoqrafiya

KAHAP‐M6 PUA‐nın yaradılmasında məqsəd həm əməliyyat xərclərini azaltmaq, həm də riskli missiyalarda insan itkilərinin qarşısını alaraq istifadəçiyə yüksək məlumatlılıq təmin etməkdir. KAHAP‐M6 PUA‐sı müasir orduların ehtiyaclarına cavab verən yüksək imkanlara malik, ultra portativ, sürü şəklində hərəkət edə bilən, dörd pərli inkişaf etmiş mikro kəşfiyyat sistemidir. Ani kəşfiyyat və müşahidə missiyaları daxil olmaqla bir çox tapşırığı avtonom şəkildə yerinə yetirə bilən KAHAP‐M6 bütün pilotsuz sistemlərlə birgə əməliyyatlar həyata keçirə bilir. Vertikal qalxma və enmə imkanlarına malik avtonom KAHAP‐M6 PUA yalnız elektrik enerjisi ilə işləyir və bu sistem 1 saatdan çox havada qala bilir. Sistem bir nəfər tərəfindən asanlıqla quraşdırıla və saniyələr ərzində tapşırığa hazır ola bilər. Yüksək keyfiyyətli komponentlərdən ibarət olan sistem havada kəskin manevr etmək qabiliyyətinə malikdir və 1,5 kq‐a qədər faydalı yük daşıyaraq 10 km‐ə qədər uçuş məsafəsi təklif edir. KAHAP‐M6‐ ya multispektral və KBRN sensoru, kamera və sursat kimi faydalı yüklər asanlıqla inteqrasiya oluna bilər. Kimyəvi, bioloji, radioloji və nüvə (KBRN) hadisələri qəsdən, bilərək, qəza yolu və təbii fəlakət nəticəsində təhlükəli maddələrin ətrafa yayılaraq insan və ətraf mühit üzərində ölümcül təsirlər yaratmasına yol açır. Kəskin regional və hibrid iş şəraiti, terrorçu hücumları, sənaye və infrastruktur sahələrində yaşanan yeniliklərin KBRN təhdid və təhlükələri artırması kimi gəlişmələr bu sahədə müdafiə qabiliyyətinin inkişafını, riskləri azaltmaq üçün lazımi tədbirlərin görülməsini məcburi edir. HAVELSAN şirkəti bu ehtiyacdan yola çıxaraq KBRN risklərinin aş ‐ karlanması və qoruyucu tədbirlərin sürətlə tətbiq edilməsi üçün hazırlanan milli texnologiyaları KAHAP‐M6 PUA‐ya inteqrasiya edib. KAHAP‐M6 KBRN versiyasının hazırlanmasında HAVELSAN komanda nəzarət sistemlərində əldə etdiyi təcrübədən istifadə edib. Bunula, KBRN hadisə yerini idarə‐ etmə prosesində həll üçün müxtəlif avtonom kəşfiyyat sistemləri hazırlayan HAVELSAN bu dəfə hazırladığı texno‐ logiyaları KAHAP‐M6 PUA‐ya quraşdırıb. KAHAP‐M6 KBRN sistemi kəşfiyyat

31


KAHAP‑M6 avtonom KBRN PUA

platformalarına əməliyyatların məh‐ dudlaşdığı çətin missiya mühitlərində tamamlayıcı kimi xidmət vermək üçün dizayn edilib. NATO standartlarına uyğun olaraq hazırlanmış KAHAP‐M6 KBRN PUA real zamanlı meteoroloji bilgilərdən istifadə edərək çirklənmiş və təhlükəli zonaların hesablanmasını təmin edir. Bölgələri hesablayaraq sərgiləyən və xəritəyə çevirən sistem hesabat prosesini hazırlayan və bilgilərin KBRN qərar‐ dəstək sistemlərinə ötürülməsini təmin edən həll yolu təqdim edir. Sistem olduqca sürətli şəkildə işləyir, saniyələr ərzində lazımi hesablamanı modelləşdirə bilir. Onu da qeyd edək ki, KAHAP‐M6 avtonom KBRN pilotsuz uçuş aparatının bu günə qədər keçirilən sınaq fəaliy‐ yətləri uğurla nəticələnib.

Texniki xüsusiyyətləri • Uçuş zolağı olmada şaquli qalxma və enmə • Gecə/gündüz kəşfiyyat, müşahidə və incələmə • 1,5 kq‐a qədər faydalı yük daşıma • 1 saatdan çox uçuş vaxtı • Bir nəfər tərəfindən daşınması və idarə edilməsi • Tam avtonom missiya qabiliyyəti • Saniyələr içində xidmətə hazır olur • Batareyanın azalması və ya əlaqənin kəsilməsi halında avtomatik bazaya qayıdış və təhlükəsiz eniş

Ümumi missiya imkanları • İzləmə, aşkarlama və ərazinin müha‐ fizəsi • Kəşfiyyat • Elektron müharibə • Sahil və sərhəd təhlükəsizliyi • Enerji ötürülməsi və neft‐qaz xətlərinin monitorinqi • Qaçaqmalçılıq və terrorla mübarizə • İctimai asayiş • Narkotik bitkinin aşkarlanması • Məskunlaşmanın istilik ölçməsi • Meşə yanğınlarının idarə edilməsi • Fəlakətdən sonrakı qiymətləndirmə • Sintinin və ətraf mühitin çirklənməsinin aşkarlanması • Kənd təsərrüfatı tətbiqləri • Kartoqrafiya


ANAMA‑nın Ağdamda yeni mobil sahə düşərgəsi inşa edilib Azərbaycan Minatəmizləmə Agen‑ tliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliy ‑ yatlarının sürətləndirilməsi məqsədilə, maddi‑texniki bazasının geniş lən ‑ dirilməsi istiqamətində işləri davam et‑ dirir. Nazirlər Kabinetinin verdiyi mü‑ vafiq tapşırığa əsasən ANAMA tərəfindən Ağdam rayonunda agentliyin minaax‑ taranları üçün yeni mobil sahə düşərgəsi salınıb. Yeni mobil düşərgə Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək. Düşərgə əməliyyat, inzibati və xidməti heyət üçün lazımi şəraitlə təmin edilib. Mobil tipli düşərgə müasir avadan‐ lıqlarla təchiz edilərək, heyətin bütün zəruri ehtiyaclarını qarşılayacaq müxtəlif ölçülü konteynerlərdən ibarətdir. Mobil sahə düşərgəsi icra edilən əməliyyatların miqyasının genişləndirilməsinə, mərkəzin işçi heyətinin sayının artırılmasına xidmət edəcək. Konteynerlərdən ibarət olan mobil tipli düşərgə minatəmizləmə əməliyyat‐ larının aparılması istiqamətindən asılı ola‐ raq gələcəkdə başqa əraziyə daşına bilər. Yeni mobil sahə düşərgəsinin açılışı zamanı 2 ədəd MV‐4 və 1 ədəd MV‐10 maşını nümayiş etdirilib. ANAMA‐nın in‐ ventarına yeni qəbul edilən MV‐10 və MV‐ 4 mexaniki minatəmizləmə maşınları Xor‐ vatiyanın DOK‐ING şirkətinin istehsalıdır. Bundan əvvəl, Agentliyin istifadəsində Slovakiyanın “Way Industry” şirkətinin is‐ tehsalı olan üç ədəd “Bozena‐4”, iki ədəd “Bozena‐5” və Xorvatiyanın DOK‐ING şirkətinin istehsalı olan bir ədəd MV‐4 maşını olmaqla, altı ədəd xüsusi təyinatlı mexaniki minatəmizləmə maşını yer alıb. Yeni satınalmalar ilə ANAMA‐nın mexaniki minatəmizləmə maşınlarının sayı doqquza yüksəlib.

ANAMA‐nın əllə minatəmizləmə əməliyyatlarında isə Almaniya və Avstraliya istehsalı olan “Vallon” və “Minelab” şir‐ kətinin mina detektorlarından istifadə olu‐ nur. Bundan başqa əməliyyatlarda “Schons‐ tedt” və “Ferex” maqnit lokatorları tətbiq olunur. Bütün heyət yüksək qorumaya ma‐ lik qoruyucu geyimlərlə təchiz edilib. MV‑4 minatəmizləmə maşını Yüngül sinifli tırtıllı MV‐4 mexaniki minatəmizləmə maşını 1500 m‐ə qədər məsafədən idarə oluna bilir. MV‐4 əsasən piyada əleyhinə minaları partlatmaq üçün təyin edilib. Maşın minaaxtaran qrupun girə bilmədiyi böyük kol və ağaclıqlarda minatəmizləmə işlərin həyata keçirir. MV‐ 4 maşını minaları qabaqda fırlanan silindrə quraşdırılmış zərbə zənciri və ya bıçaqlarla təmizləyir. Rolikin sürətli fırlanması ilə torpağı döyən zəncirlər və ya bıçaqlar 30 sm‐ə qədər dərinlikdə olan minaları part‐ latma yolu ilə zərərsizləşdirir. Minatəmizləmə maşını ‐5°C ilə +54°C arasında olan temperaturda işləyə bilər. Maşının mühərriki və mühüm kom ‐ ponentləri mina partlayışlarına qarşı xüsusi

zireh müdafiəsi ilə qorunur. 80 sm‐ə qədər olan dik maneələri dəf edə bilən MV‐4 kiçik ölçüyə və yüksək manevr qabiliy‐ yətinə malikdir. MV‐4 sisteminə dörd ka‐ mera (ön və arxada) daxildir. Bu da ope‐ ratora maşını manevrli idarə etmək imkanı verir. Maşın sürüşmənin qarşısını ala bilən qurğuları sayəsində yamaclarda belə işləyə bilir. Ön hissənin 60 sm‐ə qədər hidravlik uzadılması sayəsində MV‐4 gövdəsini güclü partlayışlardan daha yaxşı qoruya bilir, maneələri keçmək qabiliyyətini artırır. MV‑10 minatəmizləmə maşını DOK‐ING şirkətinin 2005‐ci ildən is‐ tehsal etdiyi uzaqdan idarə olunan MV‐ 10 minatəmizləmə maşını bütün növ pi‐ yada və tank əleyhinə minaları, eləcə də partlamamış hərbi sursatları təmizləyə bilər. MV‐10‐un uzunluğu 4,6 metr, eni 2,2 metr, hündürlüyü 2,1 metrdir. Alətlə birlikdə maşının uzunluğu 7,2 metrdir. Onun boş çəkisi 18,960 kq‐dır. MV‐10 ma‐ şını ‐19°C ilə +54°C arasında dəyişən tem‐ peraturda işləmə qabiliyyətinə malikdir. Uzaqdan idarəetmə blokunun maksimum işləmə diapazonu 3000 m‐dir. İdarəetmə sistemi MV‐4 də daxil olmaqla digər DOK‐ ING sistemləri ilə eynidir. Maşının mühərriki və digər həssas komponentləri HARDOX 400 polad zirehli lövhələrlə qorunur. Zərbə çəkicləri mina partlayışlarına tab gətirə bilən poladdan hazırlanıb. MV‐10 yüksək manevr qabiliyyətinə malik olduğundan bir nöqtədə 360° dönə bilir. Məlumat üçün bildirək ki, ümumilikdə DOK‐ING şirkətinin 359‐dan çox MV seriyalı mexaniki minatəmizləmə maşınları Azər‐ baycan ilə yanaşı ABŞ, Avstraliya, Er‐ mənistan, Xorvatiya, İraq, İrlandiya, İsveç, İtaliya, Kolumbiya, Liviya, Litva, Livan, Ni‐ karaqua, Rusiya, Yunanıstan kimi dünyanın 20‐dən çox ölkəsində istifadə edilir.

33


ASELFLIR‑300T

ELEKTRO-OPTİK KƏŞFİYYAT VƏ MÜŞAHİDƏ SİSTEMLƏRİ ?Əhəd Əzizov Adi optika ilə yanaşı, səhra kəşfiyyatı qoşunları, piyada qoşunları, mühəndis qoşunları və xüsusi təyinatlılar uzun illərdir ki, müxtəlif elektro‑optik sistemlərdən istifadə edirlər. Yeni elektro‑optik sistemlər üç kateqoriyaya bölü‑ nür: qısa, orta və uzun mənzilli. Uzun mənzilli sistemlər səhra kəşfiyyatı bölükləri üçün təyin edilib. Orta mənzilli sistemlər artilleriya dəstəyi, piyada briqadalarının kəşfiyyat şirkətləri və xüsusi təyinatlılar tərəfindən istifadə olunur. Qısa mənzilli sistemlər isə piyada, mühəndis qoşunları və xüsusi təyinatlılar üçündür. Bütün müasir elektro‐optik sistemlərə GPS (Global Positioning System) qlobal mövqeləmə sistemi, kompas, gündüz və gecə görmə vasitələri, lazer məsafəölçən daxildir. Yəni sistemlərin hər biri eyni anda bir neçə fərdi cihazı əvəz edə bilir. Belə bir sistemdə hədəfi operatora təsdiq etmək üçün kodlaşdırılmış lazer şüasını müəyyən edə bilən izləmə cihazının olması da yaxşı fikirdir ki, bu da nəticədə təhlükəsizliyi artırır və kommunikasiya mübadiləsini azaldır. Qeyd etmək lazımdır ki, sistemlərin hədəf təyinetmə tapşırıqları üzrə işləmə prinsipi oxşardır: GPS cihazın öz mövqeyini müəyyən etməyə imkan verir, kompas eyni cihazın gündüz və ya gecə görmə kameraları tərəfindən aşkar edilən hədəfə azimutu təyin edir, lazer

34 www.poliqon.az

məsafəölçən hədəfə qədər olan məsafəni ölçür və sonra cihaza quraşdırılmış hesablayıcı hədəfin koordinatlarını hesablayır. Beləliklə, elektro‐optik cihazları ümumiləşdirdikdə əsasən kombinələşdirilmiş (ayrı obyektivlərə sahib bir neçə kanalın eyni platformada birləşdirilməsi) və kompleksləşdirilmiş (ümumi obyektiv vasitəsilə müşahidə ilə kanalların birləşdirilməsi) sistemlərin üstünlük təşkil etdiyini müşahidə etmək mümkündür. Ümumilikdə optik kəşfiyyat dedikdə, elekto‐optik kəşfiyyat avadanlığının köməyi ilə obyektlər (hədəflər) haqqında məlumatların alınması başa düşülür. Hazırda qoşun kəşfiyyatının aparılması üçün radiolokasiya stansiyaları, döyüş və kəşfiyyat maşınlarının avadanlıqları

ilə yanaşı müxtəlif növ optik və elektro‐ optik cihazlardan istifadə olunur. Son dövrlərdə bir çox ölkələrdə müasir elektro‐optik kəşfiyyat və müşahidə sistemləri yaradılmış və ordunun silahlanmasına qəbul edilmişdir. Yeni sistemlər üzərində işlərə 2000‐ci illərin əvvəllərində başlanıb. Yeni sistemlər qeyd edildiyi kimi özündə müxtəlif cihazları birləşdirir və yerinə yetirdiyi tapşırıqlardan asılı olaraq qoşun növlərinin müxtəlif pillələrində uğurla tətbiq edilirlər. Yeni sistemlərin qoşunlarda tətbiqi bölmələrin və qərargahların daha dəqiq və dolğun məlumatlarla təmin olunmasında böyük rol oynayır. 44 günlük şanlı Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən belə sistemlərin tətbiqi sayəsində bölmələrimiz az itgilərlə


“Şahingözü IRST”

düşmənə daha böyük zərbələr yetirməyə müvəffəq olmuşdur. Bir qayda olaraq, bu cür sistemlərdə gecə və gündüz kanalları, GPS sistemi, rəqəmsal displeyli maqnit kompas və göz üçün təhlükəsiz lazer məsafəölçən var. Video çəkiliş, fotoşəkil, lazer hədəfgöstərici, həmçinin GPS siqnalı olmadıqda astronomik kompas kimi əlavə funksiyalar və alətlər əlavə edilə bilər. Kəşfiyyat və müşahidə sistemlərində termal görüntü və ya gecə kanalı əsas alt sistemlərdən biridir. Bu materialda belə sistemlərin bəzi nümunələrinə baxış sərgilənir. 21‐ci əsrin ikinci onilliyi ərzində Türkiyənin ASELSAN şirkəti elektro‐ optik kəşfiyyat və müşahidə sistemləri sahəsində böyük uğurlara imza atmışdır. Şirkət termal sistemlər, lazer məsafəölçənlər, lazer hədəf göstəricilər, lazer xəbərdarlıq sistemləri, gündüz görüntü kameraları və görüntü gücləndiriciləri ilə gecə görmə cihazlarının layihələndirilməsi və istehsalı üzərində apardığı işlər sayəsində müştərilərinə elektro‐optik sistemlərdə üstün imkanlar təqdim edir. ASELSAN şirkətinin məhsulu olan elektro‐optik sistemləri quru, hava və dəniz platformalarında geniş istifadə olunur. Hazırda şirkət “ASIR” termal kamera, “DAS” paylaşılmış optik aperturalı kamera sistemi, “Dördgöz” termal kamera ailəsi, “Dragoneye” elektro‐optik sensor sistemi, “Göz Seespot” termal görüntüləmə cihazı, “Göz” termal kamera ailəsi, “Güngör” gündüz kamerası, “Güngör HD” yüksək ayırdetmə qabiliyyətli gündüz kamerası,

“Sonec” İP təhlükəsizlik kamerası, “Şahingözü” elektro‐ optik kəşfiyyat və müşahidə sistemi, “Şahingözü HD” yüksək ayırdetmə qabiliyyətli termal kamera, “Şahingözü IRST” yüksək ayırdetmə qabiliyyətli elektro‐optik sensor sistemi, “Şahingözü OD” elektro‐optik sensor sistemi və “Göz‐SW” qısa dalğa infraqırmızı termal kamera kimi məhsullarla həm daxili, həm də xarici bazarda tərənnüm olunur. Bu məhsullar sırasında “Şahingözü” ailəsi özünəməxsus yerə malikdir. “Şahingözü” elektro‐optik kəşfiyyat və müşahidə sisteminə istifadəçiyə termal və gündüz kamerası, hədəf koordinatları, yan və yüksəklik bucağı məlumatı ilə təmin edən göz üçün təhlükəsiz lazer məsafəölçən, lazer hədəfgöstərici, GPS qəbuledicisi və rəqəmsal kompas daxildir. Sistem üç ayaqda istifadə oluna və asanlıqla istənilən platformaya inteqrasiya oluna bilir. Bütün funksiyalar idarəetmə bloku vasitəsilə idarə olunur. “Şahingözü” sistemi yerüstü müşahidə, sabit obyekt mühafizəsi, uzun mənzilli kəşfiyyat və müşahidə, dəqiq yerləşdirmə tələb edən əməliyyatlar, artilleriya və atəş dəstəyi sistemlərinin tərkibində istifadə olunur. Sistem şərait məlumatlığı, gün ‐ düz/gecə müşahidə və kəşfiyyat, sərhəd/sahil xəttinin təhlükəsizliyi, infraqırmızı və görünən işıq diapa‐ zonunda əməliyyatların yerinə yeti‐ rilməsi kimi özəl xüsusiyyətlərə sahibdir. “Şahingözü” sisteminin ümumi xüsu‐ siyyətlərinə isə yüksək görünüş keyfiyyəti, yüksək dəqiqlik və doğruluq, ekranda təsvirin dondurulması ilə hədəf təhlili, elektron böyütmə, yüngül və kiçik quruluş, asan montaj, görüntü üzərində elektron simvolika və şəbəkə, özü ‐ nənəzarət imkanı, xarici video çıxışı və konstruksiyanın MIL‐STD‐810 standartı ilə uyğunluğu daxildir. Sistemin ölçmə mənzili 20 km‐ə, ölçmə dəqiqliyi 5 metrə bərabərdir. GPS sistemindən istifadə edərək, özünün yerləşdiyi yerin koordinatını maksimum 10 metr xəta ilə tapır. “Şahingözü IRST” yüksək ayırdetmə qabiliyyətli (“High Definition”) elektro‐ optik sensor sistemi termal kamera yüksək ayırdetmə qabiliyyətli gündüz görmə kamerası və lazerlə işarələmə

və/və ya məsafə ölçmə qabiliyyətinə malik yüksək imkanlı elektro‐optik sensor sistemidir. O, 7 gün 24 saat ərzində istənilən açıq mühitdə 360° panoramik kəşfiyyat, müşahidə, hədəf aşkarlama, hədəf izləmə və koordinasiya təyinini təmin edir. Sistemdə yüksək ayırdetmə qabiliyyətli termal kamera, yüksək ayrdetmə qabiliyyətli gündüz kamerası, lazer məsafəölçən/işarələyici, yüksək dəqiqlikli sabitləşdirilmə ilə sükan idarəetməsi və təkmilləşdirilə bilən dirək nəzərdə tutulub. Kəşfiyyat‐müşahidə sistemləri baxımından geniş görmə sahəsinin olması böyük əhəmiyyət kəsb edir. “Şahingözü‐IRST” sisteminin dar baxış sahəsi (Narrow Field of View ‐ NFOV) digər sistemlərlə müqayisədə daha genişdir. Bu xüsusiyyət isə istifadəçiyə nəzarət baxımından əhəmiyyətli bir üstünlük təmin edir. Bundan başqa, yüksək sabitləşdirmə həssaslığı və avtomatik hədəf izləmə qabiliyyəti sayəsində sistem sensor blokunun quraşdırıldığı qalxan dirəyi yellənərkən və ya avtomobil hərəkət edərkən belə vibrasiyasız görüntünün alınmasını və hərəkət edən hədəfin lazerlə qeyd olunmasını təmin edir. “Şahingözü‐IRST” sistemi, istifadə təyinatından asılı olaraq avtomobilə inteqrasiya olunmuş qaldırılmış dirəkdə, hər hansı bir avtomobilin yedəkləyə

“Şahingözü OD”

35


CATS sistemi

biləcəyi qoşquda və ya sabit nöqtəyə yerləşdirilən ştativdə istifadə oluna bilər. Sistem sərhəd nəzarəti, sahil mühafizəsi, ön gözətçi və kəşfiyyat, şərait məlumat‐ lan dırılması, uzun mənzilli aşkar ‐ lama/diaqnoz/tanınma, təhlükəsizlik bölmələri tərəfindən istifadə oluna bilir. Sistemin əsas xüsusiyyətlərinə yüksək ayırdetmə qabiliyyətli termal/TV kamera, hədəfgöstərən məsafəölçən/işarələyici, ləngiməyən TV/Termal HD‐SDI video çıxışı, modulluq, davamlıq və kompaktlıq, uzun mənzilli aşkar lama/diaq noz/ tanınma və 360⁰ perimetr nəzarəti aiddir. Ümumi xüsusiyyətlər sırasına 8 ‐ 12 um diapazonda infraqırmızı müşahidə, yaxın infraqırmızı zolağa həssas gündüz kamerası, görüntünün avtomatik və ya əl ilə yaxşılaşdırılması, hədəfin aş ‐ karlanması və müşayiət olunması (opsional olaraq), KATS infraqırmızı axtarış və müşayiətetmə funksiyası, 360 dərəcə və maraq nəzarəti bölgəsi müşahidəsi, 2 m/3 m/5 m dirək hündürlüyü seçimləri, mobil kəşfiyyat tapşırıqlarında istifadə, sabit müşahidə və təhlükəsizlik tapşırıqlarında istifadə, özünənəzarət imkanı, məsafədən idarəetmə və nəzarət, inersial naviqasiya sistemi (İNS) ilə inteqrasiya imkanı (opsional), sabitləşdirilmiş sükan idarəetməsi, hərbi iqlim şəraiti standartlarında işləmə imkanı, istənilən növ enerji mənbəyindən qidalanmaq imkanı, xarici kamera/lazer məsafəölçən üçün tənzimlənən gücün yaradılması, xarici enerji təminatı ilə yüksək etibarlı fasiləsiz istifadə, hər növ ticari və hərbi

36 www.poliqon.az

təhlükəsizlik və müşahidə proqramı təminatı daxildir. “Şahingözü OD” elektro‐optik sensor sistemində tətbiq edilmiş yüksək effektivli termal kamera sayəsində sistem istifadəçiyə gündüz, gecə və əlverişsiz hava şəraitində görmə qabiliyyətini təmin edir. O, hədəf koordinatlarının yüksək dəqiqliklə aşkarlanmasını təmin edir və beləliklə, müxtəlif kommunikasiya vasitələri ilə müəyyən edilən bu koordinat məlumatının digər dəstək elementlərinə ötürülməsində aparıcı rol oynayır. Üfüqi/şaquli istiqamətləndirmə bloku 360° perimetrə nəzarəti təmin etmək üçün öz aksesuarı ilə birlikdə istifadə olunur. “Şahingözü‐OD” sistemi termal və gündüz kameralarının, lazer məsafəölçənin, rəqəmsal maqnit kompasın və GPS‐qəbuledicinin inte‐ qrasiya olunduğu elektro‐optik sensor sistemidir. Sistemin əsas özəlliklərinə fasiləsiz böyütmə, avtomatik fokuslanma, davamlıq və yığcamlıq, portativ inteqrasiya edilmiş konstruksiya, mə‐ safədən daxil olma və idarəetmə, uzun mənzilli aşkarlama/diaqnoz/tanınma və 360° perimetr nəzarəti daxildir. Lazer məsafəölçənin ölçmə məsafəsi ±5 metr sapma ilə 100‐20000 metr təşkil edir. “Şahingözü OD” sistemi istifadəyə uyğun fasiləsiz və əvvəlcədən təyin edilmiş baxış bucağı seçimi, elektron 2 dəfə böyütmə, görüntünün avtomatik optimallaşdırılması, görüntünün don‐ durulması, çoxsaylı alt bölmələrdən ibarət inteqrasiya edilmiş struktur, 3 ‐ 5 µm infraqırmızı diapazonda işləyən

termal kamera, görünən diapazonlu gündüz kamerası, kontrastlıq/par ‐ laqlıq/qütbləşmə seçimi, görüntünü avtomatik və ya əllə yaxşılaşdırılması və fokuslanma, hədəf koordinatlarının yüksək dəqiqliklə müəyyən edilməsi, üçayaq və panoramalaşdırma və əyilmə qurğularında (Pan&Tilt) istifadə, özünə nəzarət imkanı, hərbi iqlim şəraiti standartlarında işləmə imkanı və xarici enerji təminatı ilə yüksək etibarlı fasiləsiz istifadə kimi ümumi xüsusiyyətlərə sahibdir. Sistem sərhəd/sahil nəzarəti, uzun mənzilli kəşfiyyat tapşırıqları, təhlükəsizlik və şərait məlumatlılığı, uzun məsafədən nəzarət və təhlükəsizlik bölmələri üçün istifadə oluna bilir. ASELSAN şirkəti tərəfindən yuxarıda sadalanan yerüstü elektro‐optik kəşfiyyat və müşahidə sistemləri ilə yanaşı hava platformalı sistemlər də yaradılaraq istehsal olunur. Bunların sırasına pilotsuz uçuş aparatları (PUA) üçün “ASELFLIR‐ 200” elektro‐optik kəşfiyyat və müşahidə sistemi, “ASELFLIR‐300T” elektro‐optik kəşfiyyat, müşahidə və tuşlama sistemi, “Mini Gimbal” elektro‐optik kəşfiyyat və müşahidə sistemi, döyüş təyyarələri üçün “ASELPOD” təkmilləşdirilmiş hədəf asqısı elektro‐optik kəşfiyyat, müşahidə və tuşlama sistemi, PUA, döyüş helikopter və təyyarələri üçün CATS elektro‐optik kəşfiyyat, müşahidə və tuşlama sistemi, “Kırlanğıc” elektro‐optik kəşfiyyat və müşahidə sistemi daxildir. Hazırda CATS sistemi 44 günlük Vətən müharibəsində özünü geniş tanıtmış “Bayraktar TB2” orta yüksəklikli əməliyyat‐taktiki kəşfiyyat‐zərbə PUA‐ sında tətbiq edilir. Bildiyiniz kimi, 44 günlük Vətən müharibə zamanı Kanada “L3Harris Wescam” şirkətinin istehsalı olan “WesCam” elektro‐optik sistemlərini Türkiyəyə satmaqdan imtina etmişdir. Lakin indi Türkiyənin ASELSAN şirkəti CATS adlı elektro‐optik kəşfiyyat, müşahidə və tuşlama sistemini istehsal edir. Qeyd edildiyi kimi, CATS, PUA, döyüş helikopterlər və təyyarələri daxil olmaqla, sabit və ya pərvanəli qanadlı hava platformaları üçün hazırlanmış yüksək qabiliyyətli elektro‐optik kəşfiyyat, müşahidə və tuşlama sistemidir. CATS tərkibinə optik və infraqırmızı kanalları olan kameralar, quraşdırılmış lazer məsafəölçən‐hədəfgöstərici daxildir. Sistemin 220 mm çaplı ümumi optik aperturası, IR, HDTV, DI‐NIR kame‐


ralarının dar görünüşü onun əsas xüsusiyyətlərinə aiddir. Lazer kom ‐ ponentinin məsafəölçmə/hədəfgöstərmə məsafəsi 25 km‐dir. Bu sistem gecə‐ gündüz sabit və hərəkətdə olan yer hədəflərini aşkar etməyə, onları identifikasiya etməyə və lazer şüası üzərindən idarə olunan bombaları və raketləri tuşlamağa imkan verir. Türkiyənin “Fotoniks” hərbi elektron və elektro‐optik şirkəti tərəfindən “ATLAS 2” MKGS modul kəşfiyyat və müşahidə sistemi hazırlanıb. Sistem hədəflərin aşkar olunması, eyniləşdirilməsi və tanınması, hədəf koordinatlarının çı‐ xarılması, hədəfi infraqırmızı diapazonda onun yerləşdirildiyi açılma yerlərinin göstərilməsi üçün təyin edilib. Bu, naqilli və naqilsiz idarə oluna bilən müasir kəşfiyyat, müşahidə və görüntü kəşfiyyatı sistemidir. Sistemin lazer şüası markalanma, ölçmə, işıqlandırma və ya tuşlama hədəflərində tutulduqda xəbərdarlıq edir, eyni anda görüntünü müxtəlif təsvir mənbələrinə ötürür. Şirkətin kəşfiyyat müşahidə sistemi sahəsində ilk araşdırması olan “ATLAS 1” üzərində inkişaf etdirdiyi “ATLAS 2” məhsul ailəsi “ATLAS 2A” və “ATLAS 2B”

sistemlərindən ibarətdir. “ATLAS 2A” sistemində yüksək xüsusiyyətlər seçilsə də, “ATLAS 2B” sistemi daha sərfəli həllə ehtiyacı olan istifadəçilər üçün nəzərdə tutulmuşdur. “ATLAS 2A” sistemində GPS, rəqəmsal maqnit kompas, lazer məsafəölçən, lazer hədəfgöstərici və lazer xəbərdarlıq sistemi birləşdirilib. Kütləsi 20 kq‐dır. “ATLAS 2B” sistemində sadalananlardan yalnız lazer hədəf‐ göstərici yoxdur, qalan elementlər olduğu kimi qalır. Kütləsi 15 kq‐dır. Lazer məsafəölçənin maksimal ölçmə məsafəsi 20 km, lazer hədəfgöstəricinin nöqtələmə məsafəsi 2 km‐dir. Sistem insanı 13 km, texnikanı isə 20 km məsafədə aşkar edə bilir. GPS həssaslığı 2,5 metrdir. Kosmos, hava, dəniz və quru tətbiqləri üçün qabaqcıl inteqrasiya olunmuş C4ISR həlləri təqdim edən İsrailin “Elbit Systems” şirkəti “Long View CR‐D” (LVCR‐D) uzun mənzilli kəşfiyyat və hədəfgöstərmə üçün təkmilləşdirilmiş həlli, “Atlas” ön müşahidəçi və hədəf aşkaretmə sistemi, “Long View CR/SW” (SWIR) tək ‐ milləşdirilmiş uzun mənzilli portativ çoxfunksiyalı gündüz/gecə müşahidə və hədəf aşkaretmə sistemi və “LORROS”

uzun mənzilli kəşfiyyat və müşahidə sistemi özünəməxsus yerə malikdir. Qabaqcıl “Spot On Target” (SOT) texnologiyalı yüksək effektivli lazer hədəfgöstərici ilə birləşdirilmiş LVCR‐ D təkmilləşdirilmiş gündüz/gecə uzun mənzilli çoxfunksiyalı kəşfiyyat və hədəf aşkaretmə sistemi portativ və piyada əməliyyat üçün təyin edilib. LVCR‐D yeni həlllər təklif edir: uzun mənzilli yüksək keyfiyyətli kəşfiyyat və müşahidə, həmçinin “SOT” yoxlama qabiliyyəti ilə uzun məsafəli işarələmə/markalama; hədəf diapazonuna görə lazer ləkəsinin ölçüsünün optimallaşdırılması; TI‐dən LD‐ə qədər “səhrada” nişangah me‐ xanizmi. Sistemin hədəfi aşkaretmə məsafəsi 30 km‐ə qədərdir. Sistem yüngül kəşfiyyat maşınlarında quraşdırıla bilir. Piyada əməliyyatlar üçün üçayaq üzərində quraşdırılır, məsafədən və ya əllə idarə olunur. Batareyadan qidalanma da daxil olmaqla əməliyyatları tam avtonom yerinə yetirir. “Elbit Systems” şirkətinin digər məhsulu olan SWIR özündə universal uzun mənzilli kəşfiyyat və müşahidə üçün kombinələşdirilmiş gündüz/gecə sistemini tərənnüm edir. Uzunmənzilli

“ATLAS 2A” və “ATLAS 2B”

37


“Long View CR‑D” ‑ aşağıda LORROS

Long View CR‑D

böyütməni inteqrasiya edən termal, gündüz və opsional SWIR kanallar, göz üçün təhlükəsiz lazer məsafəölçəni, GPS və maqnit kompası, ştativ və ya P&T üzərində quraşdırılmış “LONG VIEW CR” sistemi hədəfləri tutmaq və uzaq məsafələrdən atəş açmaq üçün vasitədir. Sistem uzun mənzilli yüksək ayırdetmə MWIR termal kanalı (opsional bö ‐ yüdücü), gündüz kamerası, yüksək ayırdetmə SWIR kanalı, təkmilləşdirilmiş UX – Android OS sistemi, orta diapazonlu rəngli gündüz kanalı, quraşdırılmış DMC, GPS və göz üçün təhlükəsiz lazer məsafəölçən (LRF), yüksək ayırdetmə qabiliyyətinə malik OLED displey (diopter tənzimlənməsinə ehtiyac yoxdur), uzaqdan idarəetmə seçimi, 7 saatdan artıq video yazma qabiliyyəti, quraşdırılmış hədəf məlumat bankı, yüngül və tamamilə sökülə bilən kimi əsas xüsusiyyətlərə sahibdir. Lazer məsafəölçən 12 km‐ə qədər məsafə ölçmək imkanına malikdir. Şirkətin “LORROS” kəşfiyyat və müşahidə sisteminin fərqli xarak ‐ terstikaları onun çoxməqsədli funksional tətbiqinin mümkünlüyü, yüksək taktiki‐ texniki xassələri, həmçinin məqbul çəki və ölçü xüsusiyyətləridir. Onun əsas təyinatına sahil zolağına vizual nəzarət, sahil mühafizəsi, mühafizə olunan əraziyə və ya perimetr boyunca obyektə nəzarət, uzun məsafələrdə obyektlərin kəşfiyyatı və artilleriya silah sistemləri üçün hədəfgöstərmə daxildir. “LORROS” sistemin dəstinə elekto‐optik blok, idarəetmə bloku və birləşdirici kabellər daxildir. Əlavə avadanlıq olaraq, avtonom enerji təchizatı generatoru quraşdırmaq mümkündür. Elektro‐optik blok şüalanma spektrinin görünən və

38 www.poliqon.az

infraqırmızı diapazonlarında işləyən iki videokameralı optik sistemdən, lazer məsafəölçənindən, siqnalın işlənməsi və ötürülməsi elektron blokundan və fırlanan mexanizmdən ibarətdir. Konstruktiv olaraq, radiolokasiya stan‐ siyasının quraşdırılması imkanı da təmin edilir. Elektro‐optik blok həm ştativ kimi adi mexaniki üçayaqlarda və yaxud yedəkli platformada quraşdırılmış 40 m hündürlüyünə qədər teleskopik qüllədə, həm də istənilən təkərli‐tırtıllı nəqliyyat vasitəsində yerləşdirilə bilər. Rusiya Federasiyasının “Rostex” Dövlət Korporasiyasının “Roselektronika” holdinqinin “Siklon” Mərkəzi Elmi‐Təd‐ qiqat İnstitutu “Sych‐PR‐S” və “Sych‐ PR‐D” kombinələşdirilmiş elekro‐optik müşahidə və kəşfiyyat cihazlarını işləyib hazırlayıb. Bu cihazlar xüsusi bölmələr üçün təyin edilib və termal cihaz (teplovizor), televizor və lazer məsa‐ fəölçən funksiyalarını özündə birləşdirir. “Sych‐PR‐S” cihazı orta mənzilli obyektlərin, “Sych‐PR‐D” isə uzun mənzilli

obyektlərin müşahidəsi üçün nəzərdə tutulub. Hər iki cihaz rəqəmsal maqnit kompasla təchiz olunub və peyk naviqasiya sisteminə malikdir. Cihazlar günün vaxtından (gecə/gündüz) və hava şəraitindən asılı olmayaraq insanları və avtomobilləri bir neçə kilometr məsafədə tanımağa imkan verir. Cihazlar bir‐birindən termal kanallarına görə fərqlənir. Belə ki, “Sych‐ PR‐D” cihazı 3‐5 nm spektral diapazonda işləyən soyudulan termal görüntü cihazından istifadə edir. Cihaz insanı 3 km, avtomobili isə 4 km məsafədə aşkarlamağa imkan verir. “Sych‐PR‐S” cihazında isə 8‐12 nm diapazonunda işləyən, insanı və texnikanı müvafiq olaraq 1,5 və 2,5 km məsafədə aşkarlama imkanına malik soyudulmayan termal görüntüləmə kanalı istifadə edilmişdir. Hər iki cihazın quraşdırılmış lazer məsafəölçəni 100 m‐dən 5 km‐ə qədər məsafədə işləyir. Rusiya Federasiyasının xüsusi təyinatlı bölmələri üçün yenidən silahlanma proqramı müxtəlif sistemlər, o cümlədən müasir müşahidə avadanlığı çatdırılır. Belə birləşmələrin dö ‐ yüşçülərinin effektivliyi çərçivəsində “Astron” Sınaq‐Konstruktor Bürosu” Səhmdar Cəmiyyəti tərəfindən ya ‐ radılmış yeni “İroniya” müşahidə kompleksi sayəsində daha yüksəlmişdir. “İroniya” elektro‐optik kompleksi müxtəlif obyektlərin aşkarlanması da daxil olmaqla müşahidə aparmaq və ərazi haqqında məlumat toplamaq üçün təyin edilib. Kompleks hədəfin koor‐ dinatlarını təyin etmək və bu barədə məlumat ötürmək imkanı ilə günün istənilən vaxtında müşahidə təmin edilir. Elektro‐optik məmulat videokamera, termal cihaz və lazer məsafəölçən ilə təchiz olunub. Bütün optik cihazlardan gələn siqnal miniatür monitora ötü‐ rülür. Günün istənilən vaxtı 7 km‐ə


İroniya

qədər məsafədə olan texnikaları həm videokameradan, həm də termal görüntü cihazından istifadə etməklə aşkar etmək mümkündür. Termal kamera insanı 2,5 km‐ə qədər məsafədə aşkar edə bilir. Lazer məsafəölçəni ilə ölçülən maksimal məsafələr aşkarlama məsafələrinə uyğundur: nəqliyyat vasitələri üçün 7 km və insanlar üçün 2,5 km. “İroniya” kompleksi iki versiyada istehsal oluna və təchiz edilə bilir. Konfiqurasiyanın ilk versiyası “Tiqr” və ya “Qusar” kimi mövcud zirehli maşınlarda quraşdırmaq üçün nəzərdə tutulub. Belə bir kompleksin ümumi çəkisi 15 kq‐dır və özündə avadanlıqları daşıyıcı maşına quraşdırmaq üçün lazım olan bir neçə cihazı ehtiva edir. Kompleksin aşağı çəki ilə xarakterizə edilən portativ versiyası da hazır ‐ lanmışdır. Bu halda, heyət kompleksin elementlərini kompakt çantalarda daşıyır. Portativ konfiqurasiyada kompleksin ümumi çəkisi cəmi 3,2 kq‐dır. Elektro‐optika üzrə Avropa ba ‐ zarının lideri kimi Fransanın “Thales Group” sənaye qrupu, istifadəsi asan və taktiki hərəkətlilik və manevr qabiliyyəti üçün optimallaşdırılmış hərbi ava ‐ danlığın tam çeşidini hazırlamaq üçün bir neçə nəsil əməliyyat heyətinin təcrübəsindən və biliyindən istifadə etmişdir. Qrupun yaratdığı “Sophie” ailəsi əl termal kameraları və hədəf ‐ göstəricilərinin birgə inkişafının əsas nümunəsidir. “Sophie” ailəsinə ən son yenilikləri olan “Sophie Ultima” və “Sophie Optima” sistemləri, konsepsiyanı növbəti səviyyəyə qaldırıb. Cəmi 2,5 kq çəkisi olan hər iki sistemin dördü birində həlli, misilsiz soyutma texnologiyası və

xüsusi və xüsusiləşdirilmiş taktiki bölmələr üçün gündəlik imkanlar yaradır. Cihazlar özündə gündüz və gecə müşahidəsi, gündüz və gecə hədəf yeri təyini, ağıllı rəqəmsal seçimlər kimi imkanları özündə birləşdirir. “Sophie Ultima” göz üçün təhlükəsiz lazer məsafəölçən NATO standartlı tankı 15 km məsafədə müşahidə və 10 km məsafədə ayırd etməyə imkan verir. Cihazda rəqəmsal maqnit kompas nəzərdə tutulub, C/A GPS və NMEA xarici bağlantısı quraşdırlıb. Əlavə seçim olaraq NIR lazer göstəricisi quraşdırılıb. “Sophie Optima” NATO STANAG 4609 rəqəmsal video Ethernet 1000 standartını qəbul edir və əlavə reallıq əlavələri üçün hazırdır, eyni zamanda USB2, Wi‐Fi və Bluetooth ilə təchiz olunub, xidmət üçün isə RS232 portundan istifadə olunur.

Hər iki cihazın tam funksiyaları ilə işləmək üçün 8 saatlıq batareya ömrü var. Cihazlarda təkrar doldurula bilən Bren‐Tronics CES litium‐ion bata ‐ reyalarından istifadə olunur. Onlar 2 kq‐dan və 4 kq‐a qədər ağırlıqda olan eyni kateqoriya sistemlərlə müqayisədə gün işığı, geniş baxış sahəsi və kibermüdafiə baxımından təkmil ‐ ləşdirilmiş xüsusiyyətləri təmin edir. Bunlarla yanaşı Fransanın “Sagem” şirkəti də “JIM MR” orta mənzil kəşfiyyat və müşahidə cihazını hazırlayıb. Cihazın çəkisi 2 kiloqramdan azdır. Cihaz 7,6×5,7° baxış sahəsinə malik soyudulmayan termal görüntü kanalla təchiz edilib, 2 və 4 dəfə rəqəmsal böyütməyə malikdir. Tipik aşkaretmə, tanıma və identifikasiya diapazonları müvafiq olaraq tank üçün 9400/3700/1900 metr və insan üçün 2450/850/400 metrdir. Cihaz daxili Sophie

39


(quraşdırılmış) rəngli videokamera, “Navstar” GPS qəbuledicisi, elektron kompas, lazer məsafəölçən və lazer hədəfgöstərici ilə təchiz olunub. Bundan əlavə, “JIM MR” uzaq istehlakçılara radio və ya kabel xətləri vasitəsilə videotəsvirləri və hədəf təyinatını ötürmək üçün RS‐422 və CCIR portlarına malikdir. Cihaza 10 km ölçmə məsafəsinə malik göz üçün təhlükəsiz lazer məsafəölçəni, həmçinin 360° azimut və ± 40° yüksəklik bucaqlarına malik rəqəmsal maqnit kompası inteqrasiya olunub. Əlavə olaraq “JIM MR” cihazı “Bluetooth” naqilsiz məlumat ötürmə modulu və RS‐170 standart portu ilə təchiz oluna bilər. Çexiyanın “EVPU Defence” şirkəti tərəfindən istehsal olunan elektro‐optik müşahidə sistemləri monitorinq və müşahidə üçün yüksək etibarlılıq, davamlılıq, geniş əhatə dairəsi xüsu‐ siyyətləri və sərhəd, sahil, hava limanı, neft emalı zavodu, gəmilərin izlənməsi, elektrik stansiyasının təhlükəsizliyi və gecə‐gündüz müdaxilələrin qarşısını almaq üçün digər həllər kimi müxtəlif tətbiqlər üçün uyğundur. Sistemə radarlar, projektorlar, gecə və gündüz kameraları, termal kameralar və bir çox başqa sensorlar inteqrasiya olunaraq, uzun məsafələrdə eyni vaxtda birdən çox hədəfi aşkar etmək, qiymətləndirmək və izləmək üçün 360 dərəcə etibarlı həll yolu yarada bilər. Bu sistemlər məlumatları müşahidə məsafəsindən asılı olaraq qısa (9,1 km‐ə qədər “LIRA”), orta (14 km‐ə qədər “MIRA”), uzun (25 km‐ə qədər “SIRIUS”) məsafələrdə işləyən sistemlərə bölünür. Bütün sistemlər ətraf mühit, qurğunun növü və ya xüsusi texniki tələblər kimi bir çox aspektləri nəzərə alaraq müştəri tələblərinə uyğunlaşdırıla bilir. “LIRA”, “MIRA” və “SIRIUS” sistemləri stasionar elektro‐optik monitorinq və müşahidə sistemidir və gündüz və/və ya gecə xüsusi olaraq kritik yerlərin – sərhəd xətlərinin, hava limanlarının, neftayırma zavodlarının, elektrik stan‐ siyalarının, sahillərin və artan tələblərə malik olan digər ərazilərin monitorinqi üçün istifadə oluna bilir. Baza kon‐ fiqurasiya ikioxlu (pano ra ma la ‐ ma/meyllənmə) dayaq‐dönmə qurğu‐ sundan, soyudulmayan infraqırmızı kamerası olan sensor konteynerlərindən, gündüz işığı CCD kamerasından və lazer məsafəölçəndən ibarətdir. Hər üç sistem müxtəlif variantlarda istehsal olunur.

40 www.poliqon.az

EVPU Defence

Sistemin bütün növləri fərqli RCM paket proqram təminatlı müxtəlif növ idarəetmə pultları ilə dəstləşdirilir. ABŞ‐ın bir çox müdafiə sənayesi şirkəti ordu və xüsusi qurumların tələbatını ödəmək üçün kəşfiyyat və müşahidə sistemləri yaradıb və istehsal edir. Bu şirkətlərdən biri də “L3 Harris” şirkətidir. Şirkətin istehsalı olan “NightHawk EO/İR” müşahidə sistemidir. Yüksək xüsusiyyətlərə malik “NightHawk EO/İR” modul multi‐sensor dəsti işə hazır, açıq arxitekturaya malik, tapşırığa uyğun konfiqurasiya edilə bilən, gündüz/gecə müşahidə sistemidir. Sistem ən çətin mühitlərdə uzun məsafələrdə gecə və gündüz müşahidəsi üçün ideal olan yüksək xüsusiyyətli, yüksək ayır‐ detmə qabiliyyətinə malik pano ra ‐ malaşdırma və mailləşdirmə sistemidir. O, ən yüksək xüsusiyyətli sensorları dəstəkləmək üçün xüsusi məqsədlə hazırlanıb. Sistemdə yüksək dəqiqlikli videoməlumatlar sıxılma və ya məlumat itkisi olmadan yüksək sürətli fiber optik əlaqə vasitəsilə ötürülür. Yüksək xüsusiyyətli təsvir sen ‐ sorlarının standart dəsti əlavə olaraq, “NightHawk EO/İR” gövdəsinə əlavə sensorlarla, o cümlədən lazer məsa‐ fəölçən, lazer işarələyici/hədəf təyi‐ natçısı, lazer zoom təsvir işıqlandırıcısı və bir çox başqa cihazlarla təchiz oluna bilər. Sistem 360° üfiqi müstəvidə fasiləsiz müşahidə və kəşfiyyatın aparılmasını təmin edir. Lazer məsa‐ fəölçən 20 km‐ə qədər aralıqda yerləşən hədəflərə məsafənin ölçülməsinə imkan verir. Lazer işarələyici/hədəfgöstərici 15 km‐ə qədər olan hədəfləri işarələyir. Bundan başqa, ABŞ‐ın “BAE Systems”, “Northon Grumman”, “Flir Systems”, “DRS Technologies” və başqa

müdafiə sənayesi şirkətləri də müxtəlif növ elektro‐optik kəşfiyyat və müşahidə sistemləri yaradaraq ordunun və xüsusi təyinatlı bölmələrin istifadəsinə təhvil vermişdir. Beləliklə, qeyd etmək olar ki, aparıcı xarici dövlətlərin silahlı qüvvələri elektro‐optik kəşfiyyat və müşahidə sistemlərinin müasir modelləri ilə silahlandırılıb. Silahlı qüvvələrin bölmələri artıq elektro‐optik kəşfiyyatı, hədəflər haqqında məlumatların real vaxt rejimində ötürülməsini, artilleriya atəşinin və hava zərbələrinin tən ‐ zimlənməsini, yüksək dəqiqlikli idarə olunan döyüş sursatlarının idarə olunmasını təmin edən müasir sistemləri mənimsəyib. Bir çox ölkələrdə müxtəlif tipli sistemlərin (cihazların) funksional imkanlarını genişləndirmək, bölmələr daxilində müxtəlif şərait şərtlərində müşahidələr nəticəsində əldə edilmiş məlumatların mübadiləsi kanallarını təkmilləşdirmək üçün elmi‐tədqiqat və inkişaf işləri aparılır. İndi və gələcəkdə elektro‐optik kəşfiyyat müxtəlif qoşun növlərində kəşfiyyatın əsas növlərindən biri olaraq qalır. Döyüş meydanında elektro‐optik cihazların köməyi ilə düşmən kəş ‐ fiyyatının aparılması və müşahidəsi yüksək təfərrüatlı ən etibarlı məlumatları təmin edir. Bu səbəbdən də, dünyanın aparıcı ölkələrində kəşfiyyat və müşahidə sistemləri bazarı daim inkişaf etdirilir. İstehsalçılar arasında kəşfiyyat və müşahidə cihaz, sistem və kom ‐ plekslərinin taktiki‐texniki xüsusiyyət‐ lərinin təkmilləşdirilməsi və funksional imkanlarının genişləndirilməsi üçün gərgin mübarizə gedir. PQ



HÜRKUŞ – Yeni nəsil təlim təyyarəsi Türkiyənin TUSAŞ (Türk Havacılık ve Uzay Sanayii) şirkəti tərəfindən hazırlanan tandem otu‑ racaqlı, alçaq qanadlı, tək mühərrikli HÜRKUŞ turbovintli təlim təyyarəsi əsas təlim və döyüş təyyarəsinə çevrilmə arasındakı bütün təlim səviyyələrində istifadə edilmək və çətin əməliyyatlarda yaxın hava dəstəyi vəzifələrini yerinə yetirmək üzərə, yeni nəsil qabaqcıl təlim və yüngül hücum təyyarəsi olaraq üstün performans təmin etməsi məqsədilə dizayn edilib.

HÜRKUŞ seriyalı istehsalda 2013‐cü il sentyabr ayının 26‐da Türkiyənin Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclasında Hərbi Hava Qüvvələri Komandanlığının 15 ədəd yeni nəsil təməl təlim təyyarə ehtiya‐ cının qarşılanması məqsədi ilə TUSAŞ ilə HÜRKUŞ təyyarələrinin seriyalı istehsalı təklifi əsasında müqavilə danışıqlarına başlanması qərara alınıb. Bu qərardan sonra aparılan araşdırma‐ lar və danışıqlar nəticəsində 2013‐cü il dekabr ayının 26‐da HÜRKUŞ‐B hərbi təlim təyyarəsi versiyasının istehsalına dair müqavilə imzalanıb. Digər variantları ilə yanaşı, TUSAŞ tərəfindən yerli və milli imkanlar he‐ sabına dizayn və istehsal edilən HÜRKUŞ Hava Yer İnteqrasiya Təyya‐ rəsi (Hava Yer Entegrasyon Uçağı ‐ HYEU) modeli Hərbi Hava Qüvvələrinin təlim fəaliyyətlərində istifadə ediləcək. HÜRKUŞ HYEU ilə İrəli Hava Nəza‐ rətçisi, İrəli Döyüş Nəzarətçisi və Müştərək Atəş Dəstəyi Komandası təlimləri verilə bilir. Türkiyədə Konya‐ dakı 3‐cü Əsas Jet Baza Komandanlı‐ ğında yerləşən 135‐ci Donanmada, yəni

42 www.poliqon.az

Atəş Donanmasında yerləşdiriləcək HÜRKUŞ‐lar Donanmanın istəklərinə uyğun olaraq dizayn edilib. HÜRKUŞ HYEU ucuz istifadə dəyəri və qabaqcıl avionika sistemləri ilə önəmli avantajlar təmin edir. HÜRKUŞ‐ un mövcud qabaqcıl xüsusiyyətlərinə əlavə olaraq, HÜRKUŞ HYEU ilə Elektro‐ Optik / İnfraqırmızı (EO/IR) kamera, lazerlə idarə olunan və idarə olunma‐ yan təlim sursatları ilə yanaşı avtopilot inteqrasiyaları da tədricən həyata ke‐ çirilə bilər. Digər tərəfdən, 1600 at gücündə turbovintli mühərrikə də sahib olan HÜRKUŞ HYEU, akrobatik və çevik bir təyyarə olaraq da tanınır. “Anadolu Ankası‐21” beynəlxalq təlimində debüt edən HÜRKUŞ HYEU təyyarəsi nəfəs kəsən akrobatik hərə‐ kətləri ilə mütəxəssislərdən tam qiymət almışdı. İlk uçuşunu 2013‐cü il avqust ayının 29‐da edən HÜRKUŞ‐un cəmi 760 uçuş sayı və cəmi 650 uçuş saat olub. HÜRKUŞ Bakı səmasında 2021‐ci ildə TUSAŞ şirkətinin istehsalı olan iki ədəd HÜRKUŞ təlim təyyarəsi nümayiş məqsədilə Bakıya

gətirilib. Dekabr ayının 3‐də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçi‐ rilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə HÜRKUŞ hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub. Tədbirdə Azərbaycanın Müdafiə nazirinin müa‐ vini – Hərbi Hava Qüvvələrinin koman‐ danı general‐leytenant Ramiz Tahirov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, hərbi attaşe general‐mayor Zekeriya Yalçın və başqaları iştirak ediblər. HÜRKUŞ təlim təyyarəsinin taktiki‐texniki xüsusiyyət‐ ləri və iş prinsipi barədə brifinq təqdim olunub. Azərbaycan HÜRKUŞ təyyarələri ala bilər Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir jurnalistlərə ver‐ diyi açıqlamasında bildirib ki, Azər‐ baycan Türkiyədən HÜRKUŞ təlim təyyarələri ala bilər. “Azərbaycan Tür‐ kiyədən bütün növ silahlar, o cümlədən HÜRKUŞ təlim təyyarələri ala bilər”, ‐ deyə SSB başqanı İsmail Dəmir vur‐ ğulayıb. İsmail Dəmir onu da əlavə edib ki, bu hər an reallaşa bilər.


Azərbaycandan “Şimşək” istəyi TUSAŞ şirkəti tərfindən hazırla‑ nan “Şimşək” yüksək sürətli hədəf dron sistemi Türkiyə Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələrinin təlim ehtiyacla‑ rını qarşılamaq məqsədi ilə 2009‑cu ildə Araşdırma və İnkişaf layihəsi ola‑ raq başladılan orijinal Türk Aviasi‑ yası dizaynıdır. Müştərinin ehtiyaclarına uyğun for‐ malaşdırıla bilən açıq memarlıq quru‐ luşunda dizayn edilən “Şimşək” yüksək sürətli hədəf dron sistemi: hava‐hava, səth‐hava, zenit və raket sistemləri ilə atış və radarla izləmə təlimlərində istifadə ediləcək döyüş təyyarələri və raketlərin uçuş xarakteristikalarına yaxın xüsusiyyətlərə sahib yüksək sürətli hədəf dron ehtiyaclarını qarşıla‐ yır. “Şimşək” yüksək sürətli hədəf dro‐ nunun qanad açıqlığı 1.7 metr, uzunluq 2.33 metr və maksimum qalxma çəkisi 70 kq‐dır. “Şimşək” dəniz səviyyəsində 350+ kts sürətə çata bilir və 50 ft ‐ 20.000 ft yüksəkliklərdə fəaliyyət göstərə bilir. Uçuş vaxtı 45+ dəqiqə ola‐ raq verilən “Şimşək”, görüş xəttində 70+ km mənzilə sahibdir. Layihə, silahlı qüvvələrin hava hücumundan müdafiə bölmələrinin; hava‐hava, səth‐hava, zenit və raket sistemləri ilə atış və radarla iz‐ ləmə/kilitlənmə təlimlərində istifadə edəcəyi döyüş təyyarələri və raketlərin uçuş xarakteristikalarına yaxın xüsusiyyətlərə sahib qənaətcil yüksək sürətli hədəf dron sisteminin yerli

imkanlar hesabına orijinal olaraq dizayn və istehsal edilməsi məqsədi ilə başladılıb. Yüksək Sürətli Hədəf Dronu (ŞİMŞƏK) layihəsi çərçivəsində 2012‐ci ilin iyun ayında ilk prototipin montajı tamamlanıb və 2012‐ci il avqust ayının 4‐də ilk uçuş uğurla həyata keçirilib. “Şimşək” ilə avtopilot uçuş sınağı 2012‐ ci ilin dekabr ayının sonunda həyata keçirilib. Azərbaycanda da tanıtım fəaliy‐ yətləri çərçivəsində “Şimşək” hədəf dronun sınaqları keçirilib. TUSAŞ şirkətindən “Poliqon” jurnalına verilən məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən hava hücumundan müdafiə sistemlərinin effektivliyini yoxlamaq məqsədi ilə keçirilən atış sınaqlarında istifadə üçün “Şimşək” hədəf dronları seçilib. TUSAŞ və Azərbaycan Hərbi Hava Qüvvələri arasında aparılan müzakirələrdən sonra, 2019‐cu ilin sonlarında Azər‐ baycana gətirilmiş “Şimşək” Bakı yaxınlığındakı atış poliqonunda 3 gün ərzində ikisi atışlı olmaqla, ümumilikdə 6 uçuş edib. “Anka”ların qanadlarına “Şimşək” inteqrasiyası Reaktiv mühərrikli “Şimşək” hədəf dron sisteminin üzərində davamlı şəkildə təkmilləşdirmələrə və yeni

konsept çalışmalarına davam edən TUSAŞ şirkəti “Anka” pilotsuz uçuş aparatına “Şimşək” hədəf təyyarəsinin inteqrasiyasını həyata keçirib. Hər bir qanadının altına bir ədəd “Şimşək” hədəf dronunu inteqrasiya edilmiş “Anka” pilotsuz uçuş aparatına bununla havadan hədəf dronlarını buraxmaq qabiliyyəti qazandırılıb. Əlli min saatdan çox uçuş təcrü‐ bəsinə sahib və müxtəlif əməliyyatlarda özünü subuta yetirmiş “Anka” PUA‐na hədəf dronu inteqrasiya etməklə TUSAŞ pilotsuz uçuş aparatları sənayesində daha bir ilkə imza atmağı bacarıb. Tək yerüstü platformalardan man‐ canaqdan deyil, eyni zamanda gəmi platformalarından da havaya atıla bilən “Şimşək” hədəf dronu tapşırığı tamam‐ layandan sonra, paraşütdən istifadə edərək enir. Dronun füzelyajı müasir kompozit texnologiyalardan istehsal edilib və yüksək davamlığa sahibdir. “Şimşək” hədəf dronun əsas texniki göstəriciləri aşağıdakılardır: – Qanad açıqlığı – 1.7 m – Uzunluq – 2.33 m – Maksimum sürət – 350+ kts – Uçuş uzaqlığı – 90 km – Uçuş müddəti – 45+ dəq – Maksimum uçuş tavanı – 20000 ft – Minimum uçuş tavanı – 50 ft Faydalı yükləri – Aktiv radar izi gücləndiricisi; – Passiv radar izi gücləndiricisi; – IR izi gücləndirici; Uçuş proseslərini qeydə alma sistemi; – AIS‐avtomatik identifikasiya sistemi. Kompleksə daxildir – Hədəf dron – Yer idarəetmə stansiyası – Katapult – Yer dəstək avadanlıqları

43


ASELSAN böyüməyə davam edir

ASELSAN şirkətinin faiz, amor ‐ tizasiya və vergi öncəsi mənfəəti 5,5 milyard TL‐yə, xalis mənfəəti 7,1 milyard TL‐yə çatıb. Şirkətin öz kapitalının aktivlərə nisbəti 56 %, fəaliyyətlərdən əldə edilən nəğd gəlir əvvəlki ilə nisbətən 42 % artaraq 2,4 milyard TL olub. ASELSAN‐ın İdarə Heyətinin sədri və Baş direktoru Haluk Görgün rəhbərlik etdiyi şirkətin 2021‐ci il fəaliyyətinin maliyyə nəticələrini qiymətləndirərək deyib ki, müdafiə sənayesi sahəsində lider olaraq 46 ili geridə qoyan ASELSAN, qeyri‐müəyyənliklərin özünü göstərdiyi 2021‐ci ildə 2 milyard ABŞ dollarından çox olan yeni sifarişlər alıb. ASELSAN‐ ın balans sifarişləri 2021‐ci ilin sonunda 8,5 milyard ABŞ dollarına çatıb. “2021‐ci il ərzində bu günə qədər heç satış edilməmiş 6 yeni ölkəyə ASELSAN məhsullarının satışını həyata keçirdik. İstifadəçimiz olan ölkələrin siyahısına son üç ildə 15 yeni ölkə əlavə etməklə bu rəqəmi 78‐ə yüksəldik. 2021‐ ci ildə “Ar‐Ge” (araşdırma‐inkişaf ) fəaliyyətlərimizə 5000‐dən çox “Ar‐Ge” personalımız ilə davam etdirərək ümumilikdə 632 milyon ABŞ dolları “Ar‐ Ge” xərcləməsi etdik və 2021‐ci ildə Türkiyənin ən çox “Ar‐Ge” xərcləri həyat keçirən 250 şirkəti sırasında birinci yeri

44 www.poliqon.az

tutduq”, ‐ deyə ASELSAN‐ın Baş direktoru Haluk Görgün vurğulayıb. Baş direktor bildirib ki, Pan ‐ demiyanın ikinci ilində də ASELSAN investisiyaları ilə böyüməyə davam edib: “Yüksək texnologiyalarımızı dünyanın xidmətinə təqdim etməklə yanaşı, ixracyönümlü inkişaf hədəfimizə doğru irəliləmişik. Ümumi satışlarımızı 25% artıraraq 20 milyard TL‐nin üzərinə çıxarardıq”. Haluk Görgünün sözlərinə görə, ASELSAN ötən il 3300‐ü yerli olmaqla, 5500‐dən çox tədarükçüyə 1,5 milyard ABŞ dolları dəyərində satınalma sifarişləri verib. Bu sifarişlərin 1 milyard ABŞ dollarından çoxunu yerli tədarükçülərə verilən sifarişlər təşkil edib. Şirkət, 2021‐ci ildə də tə ‐ darükçülərinə güclü şəkildə maliyyə dəstəyi göstərib, yerli təchizatçılarına 1 milyard ABŞ dollarından çox vəsait köçürüb. ASELSAN 2021‐ci ildə 197 məhsulun milliləşdirilməsini uğurla başa çat ‐ dırmaqla, son 3 ildə milliləşdirdiyi məhsulların sayı 500‐ü keçib və bununla 200 milyon ABŞ dollarına yaxın pul vəsaitinin Türkiyədə qalmasını təmin edib. “Təhlükəsizlik qüvvələrimizin ehtiyaclarını milli resurslarla qarşılamaq və qlobal səviyyədə etibarlı iş ortağı olmaq məqsədi ilə işimizi sürət ‐

ləndirərək davam etdiririk. ASELSAN təkcə müdafiə sahəsi ilə məhdudlaşmır; nəqliyyat, təhlükəsizlik, enerji, səhiyyə və maliyyə texno logiyalarında mil ‐ liləşdirmə səylərini davam etdirir. Bundan əlavə, peyk və kosmosda inkişaf etdirdiyimiz xidmət yükü və avadanlıqları ilə müdafiə sənayesində tam müstəqillik istiqamətinə uyğun olaraq ölkəmizin xarici asılılığını ciddi şəkildə aradan qaldırdıq. Bu çərçivədə 2021‐ci ilin sonunda orbitə çıxarılan TÜRKSAT‐5B ilə şirkətimiz qlobal səviyyədə güvənliliyini bir daha sübut etdi. TÜRKSAT‐6A və TUMSIS X‐Bant xidmət yükü çərçivəsində hazırlanmış sistemlərlə ASELSAN kosmos sahəsində məhsullar inkişaf etdirməyə davam edib”, ‐ deyə Haluk Görgün deyib. ASELSAN 2021‐ci ildə daha 1176 nəfər mütəxəssisi işə qəbul etməklə işçilərin sayını 9460 nəfərə çatdırıb. Şirkət 2021‐ci ildə də səmərəli enerji istifadəsini yönəlmiş idarəetmə yanaşması sayılan ISO 50001: 2018 Enerji İdarəetmə Sisteminin tətbiqi prosesini uğurla idarə edib. ASELSAN qlobal orta göstəricidən yüksək nəticə əldə edərək iqlim dəyişikliyi səylərini davam etdirib. 2021‐ci ildə şirkət illərdir tutduğu İqlim Lideri ünvanına bir yenisini əlavə edərək, Yaşıl Dünya Səfiri olub və Beynəlxalq Green Apple gümüş mükafatı qazanıb.


OTOKAR Qazaxıstanda zirehli maşınlar istehsal edə bilər ?Zaur Babaşov Türkiyənin “Otokar” şirkəti Qazaxıstan Ordusu tərəfindən sınaqdan keçirilmiş NATO standartlarına uyğun olaraq hazırlanmış “Arma 8×8” və “Tulpar” zirehli döyüş maşınlarını Qazaxıstanda istehsal etməyə hazırdır. “Otokar”ın Qazaxıstanda yerləşən “Otokar Central Asia” şirkətinin İdarə Heyətinin üzvü Ufuk Aybar “Poliqon” jurnalına açıqlamasında bildirib ki, təmsil etdiyi “Otokar Central Asia” şirkəti 2019‐ cu ildən Qazaxıstanda fəaliyyət göstərir və gələcəkdə NATO standartlarına uyğun maşınlar istehsal edərək Orta Asiyada “Otokar”ın imkanlarını genişləndirməyi və regional iqtisadiyyatın inkişafına töhfə verməyi planlaşdırır. “Regionda “Otokar Central Asia” şirkəti olaraq cəmi 3 il əvvəl yaradılsaq da, “Otokar” məhsulları uzun müddətdi ki, Qazaxıstan ordusu tərəfindən istifadə edilir. Qazaxıstanı mərkəz alaraq Orta Asiyadakı mövcud və potensial isti‐ fadəçilərimizə yaxın olmağı, onların ehtiyaclarını anlayaraq uyğun həllər təklif etməyi və regionda böyüməyi hədəfləyirik. Bu məqsədlə regionda yerli istehsal başda olmaq üzərə iş ortaqları,

ortaq məhsul hazırlamaq və texnologiya transferi kimi müxtəlif əməkdaşlıq imkanlarını qiymətləndiririk. Hazırda prioritetimiz hərbi avto‐ mobil istehsalıdır. “Otokar Central Asia” olaraq, dünyada özünü doğrultmuş 8x8 və tırtıllı zirehli maşınları texnologiya transferi ilə Qazaxıstanda yerli olaraq istehsal etməyə hazırıq. İlk növbədə yal‐ nız Qazaxıstan üçün xüsusi nəqliyyat vasitələri istehsal edəcək, bununla bir‐ likdə ölkənin əmək bazarı ilə ixracına da töhfə verəcəyik”, ‐ deyə Ufuk Aybar vurğulayıb. “Otokar Central Asia” şirkətinin İdarə Heyətinin üzvü bildirib ki, “Otokar” istehsalı olan, NATO standartlarına cavab verən “Arma 8x8” taktiki təkərli zirehli döyüş maşını və “Tulpar” tırtıllı zirehli döyüş maşını ötən il Qazaxıstan Silahlı Qüvvələrinin üç fərqli ordu koman‐ danlığının hərbçiləri tərəfindən test

edilib. Onun sözlərinə görə, “Arma 8x8” Qazaxıstanın müxtəlif coğrafi və iqlim şəraitində 6 ay boyunca çətin sınaqlardan keçib, bütün yol və atış testlərini uğurla tamamlayıb. “Arma 8×8” amfibiya döyüş maşını Xəzər dənizi sınaqlarında Ufuk Aybar bildirib ki, “Arma 8x8” amfibiya tipli nəqliyyat vasitəsi dəfələrlə Xəzər dənizində üzmək qabiliyyətini nümayiş etdirib: “Maşın üzərkən üzərindəki silahlardan istifadə etməklə dəniz, quru və hava hədəflərini məhv etmək qabiliyyətinə malikdir. Quruda isə 50 km/saat və daha yüksək sürətlə

“Arma 8×8” transportyoru


hərəkət edərkən hədəfləri effektiv şəkildə məhv edə bilir. Nüvə, bioloji və kimyəvi (NBK) olaraq çirklənmiş mühitdə də döyüşə fasilə vermədən davam edə bilir. Sınaqlar torpaq, səhra və palçıqlı ərazi şəraitdə, eləcə də nəqliyyat üçün açıq olan şəhərlərarası yollarda aparılıb. “Arma 8x8” bütün sınaqlarda 3 təkərsiz hərəkət qabi‐ liyyətini itirmədi və təxminən 1 saat ərzində bütün enerji paketini ərazi şərtlərində yenisi ilə əvəz edə bildi. Xüsusi olaraq demək istəyirəm ki, “Arma 8x8” zirehli maşının ən əhəmiyyətli xüsusiyyətlərindən biri əsgərlərə təmin etdiyi təhlükəsizlikdir. Üzən döşəməsi və 5 nöqtəli təhlükəsizlik kəmərli oturacaqları ekipajın təhlükəsizliyini təmin edərkən, bütün lyuklardakı olan və düşmən tərəfindən çöldən açılmağa mane olan müharibə kilidi də sınaqlar boyu istifadə edildi. Nüvə, bioloji və kimyəvi təhlükələrdə belə, maşının içərisindəki personalın qaz maskalarından istifadə etməsinə ehtiyac olmur. Uzun müddət gözləməli missiyalarda mühərrik işləməsə belə, bütün sistemlərini işlədəcək köməkçi güc qrupu sayəsində elektrik enerjisini də istehsal edə bilir”. Ufuk Aybar bildirib ki, “Otokar” şirkəti tərəfindən yerli imkanlar hesabına dizayn və istehsal edilən “Arma 8×8” üstün taktiki və texniki xüsusiyyətlərə sahib modulyar, çox funksiyalı təkərli zirehli nəqliyyat vasitəsidir. Üstün manevr qabiliyyəti, yüksək mina və ballistik qoruması, orta və yüksək çaplı silah sistemləri ilə inteqrasiya variantları sayəsində “Arma 8×8” ən çətin ərazi və

“Tulpar” zirehli döyüş maşını

iqlim şəraitində, döyüş əməliyyatlarında xidmət edə bilir. “Arma 8×8” yüngül pulemyotla silahlandırılmış döyüş modullarından 25‐30 mm orta çaplı toplar və 105 mm topa qədər müxtəlif silah sistemlərinin inteqrasiyası üçün uyğundur. Şirkət rəsmisinin sözlərinə görə, 336 at gücündəki 6 slindirli, su soyutmalı turbo dizel mühərriklə təchiz edilən zirehli nəqliyyat vasitəsinin döyüş ağırlığı 24 tondur. Maşının yanacaq deposu 400 litr, maksimum sürəti 105 km/saat, suda sürəti 8 km/saat, gediş ehtiyyatı 700 km təşkil edir. “Arma 8×8” transportyoru komandir və sürücü daxil olmaqla 12 personal daşımaq imkanına sahibdir. Personalın oturacaqları yaralanmaya qarşı xüsusi olaraq hazırlanıb. Ufuk Aybar onu da qeyd edib ki, hazırda, sınaqları uğurla tamamlanan “Arma 8x8” zirehli maşının Qazaxıstanda istehsalına dair danışıqlar aparılır və qiymətləndirmə prosesi davam edir. “Tulpar” Qazaxıstan sınaqlarından uğurla keçib Onun sözlərinə görə, “Otokar” şirkətinin istehsalı olan tırtıllı “Tulpar” piyadanın döyüş maşını (PDM) da Qazaxıstan Silahlı Qüvvələrinin təşkil etdiyi sınaqlardan uğurla keçib və istehsala hazırdır. “Tulpar” PDM sınaqlarda palçıqlı ərazi, gölməçə, çəmənlik, xəndək və maili yol kimi müxtəlif şərtlərdə özünün mobilliyini nümayiş etdirib. Mobilliklə yanaşı qüllənin və silahların da əkstəsir imkanları nümayiş olunub. “Otokar” şirkəti tərəfindən hazırlanmış “Mızrak‐ 30” döyüş qülləsinin yeni məsafədən

idarə olunan versiyası ilə təchiz edilmiş “Tulpar” PDM‐in nişanalma və atıcılıq qabiliyyətləri həm sabit dayanmış vəziyyətdə, həm də hərəkətdə olduğu zaman sınanmışdır. Bildirilib ki, standart qüllədə 30 mm‐lik avtomatik top, topla qoşalaşdırılmış 7,62 mm‐lik pulemyot, lazer tuşlamalı L‐UMTAS tank əleyhinə idarə olunan raket kompleksi, tüstü qumbaraatanı, elektro‐optik sistem və kiçik dirək (maçta) quraşdırılıb. Əsas kompozit zireh 14,5 mm‐lik gülləyə, ön proyeksiyada isə 25 mm‐lik zirehdələn mərmiyə qarşı qorunmanı təmin edir. Modul zireh qurmaq imkanı nəzərə alınıb. “Tulpar” döyüş maşınının maksimal kütləsi (komplektləşmədən asılı olaraq) 28.000 kq – 45.000 kq, maksimal heyət sayı 12 nəfər (sürücü‐mexanik, maşın komandiri, tuşlayıcı və manqanın 9 nəfərlik heyəti) təşkil edir. PDM‐in uzunluğu 7200 mm, eni 3450 mm, hündürlüyü (gövdənin damı üzrə) 2100 mm, klirensi 450 mm‐dir. 720 at (530 kW) gücündə MTU 8V199 turbodizel mühərrik və avtomatik sürətlər qutusuna malik zirehli döyüş maşının maksimal hərəkət sürəti 70 km/saat, geri hərəkətdə 40 km/saat, gediş ehtiyatı 600 kilometrdir. “Tulpar” dəf etdiyi su maneəsi 1500 mm, yan əyilmə 40 faiz, dik yamac 60 faiz, şaquli maneə 1000 mm, xəndək 2600 mm təşkil edir. Mina, əldəqayırma partlayıcılar, kimyəvi və kinetik enerjili sursatlara qarşı müdafiə qabiliyyətinə sahib “Tulpar”ın mina partlayışlarına qarşı qoruması NATO STANAG 4569 səviyyəsinə uyğundur.


Qazaxıstan müdafiə sənayesinin perspektiv layihələri

Hərbi attaşelər Azərbaycanda istehsal olunan atıcı silahlarla tanış olublar Azərbaycanın Müdafiə nazirinin təsdiq etdiyi 2022‐ci ilin fəaliyyət planına əsasən, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi İstehsalat müəssisəsini ziyarət ediblər. Hərbi attaşelərə müəssisənin fəaliyyəti və istehsal olunan atıcı silahlarla bağlı ətraflı məlumat verilib. Nümayəndələr müəssisədə is teh sal olunan hərbi təyinatlı məmulatların hazırlanma prosesini izləyiblər. Bildirilib ki, müəssisədə istehsal olunan atıcı silahlar beynəlxalq sərgilərdə nümayiş etdirilməklə yanaşı, ixracı da həyata keçirilir. Qonaqlar burada, həmçinin istehsal olunan hərbi təyinatlı məmu‐ latlarla bağlı sərgiylə tanış olublar.

Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi 2022‐ci ildə həyata keçiriləcək layihəyələr barədə məlumat verib. Bildirilib ki, Qazaxıstanda cari ildə “Qazaxıstan Aviasiaya Sənayesi” şirkətinin bazasında “Airbus” təyyarələrinə texniki xidmət göstərən servis mərkəzi fəaliyyətə başlayacaq. Bu il ərzində Kokşetauda “Tınıs” şirkətinin bazasında 5,45 mm çaplı AK‐12 və 7,62 mm çaplı AK‐15 “Kalaşnikov” avtomatlarının istehsalı; “Tınıs”, “Alma DK” və “Militarm” müəssisələri tərəfindən birgə radiasiya və kimyəvi mühafizə vasitələrinin istehsalına başlanılması planlaşdırılıb. Habelə, 2022‐ci ildə Qazaxıstanın “405 saylı Aviasiya Təmiri Zavodu”nda Mi‐171Ş helikopterlərinin yığılması, “Petropavlovsk Ağır Maşınqayırma Zavodu”nun bazasında dövlət sərhədinin mühafizəsi üçün texniki vasitələrin istehsalı, o cümlədən “Semey Engineering” şirkəti tərəfindən adı açıqlanmayan zirehli texnikanın modernləşdirilməsi həyata keçiriləcək. Bundan başqa, “Steel Manufacturing”in bazasında avtomat patronlarının istehsalı, “Kazakhstan Paramount Engineering” şirkəti tə rəfindən “Barys 8×8” zirehli maşınlarının istehsalı kimi layihələrin də icrası planlaşdırılır.

ATAK helikopterinin ilk partiyası Filippinə çatdırılıb

Türkiyənin TUSAŞ şirkəti tərəfindən Filippin üçün istehsal edilən T129 ATAK hücum və taktiki kəşfiyyat helikop‐ terlərinin ilk partiyası sifarişçiyə çatdırı‐ lıb. Çatdırılma Türkiyə HHQ‐yə məxsus TUAF209 və TUAF210 uçuş kodlu iki ədəd A400M nəqliyyat təyyarəsi vasitəsilə həyata keçirilib. A400M yük təyyarələri Filippindəki Klark aviabazasına eniş edib.

Türkiyənin Müdafiə Sənayesi Baş‐ qanlığı ilə Filippin Müdafiə Nazirliyi ara‐ sında imzalanan Dövlətdən Dövlətə (G2G) beynəlxalq müqavilə çərçivəsində ixrac ediləcək 6 ədəd ATAK helikopterindən 2‐ si Filippin Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verilib. Filippin Milli Müdafiə Departamenti‐ nin (DND) mətbuat katibi Arsenio Ando‐

lonq növbəti iki helikopterin 2023‐cü ildə, sonuncu ikisinin isə 2024‐cü ildə təhvil veriləcəyini qeyd edib. Bu ixracat ilə Filip‐ pin ATAK helikopterlərindən istifadə edən ilk xarici ölkə oldu. Qeyd edək ki, T129B ATAK‐ın təda‐ rükü bu helikopterlərdə istifadə edilən LHTEC T800‐4A turboşaft mühərrikləri üçün ABŞ‐ın ixrac icazəsini saxlaması ilə təxirə salınmışdı. Daha sonra mühərrik ix‐ racının həyata keçirilməsinə icazə verildi, çünki ixrac məbləği 25 milyon dollardan aşağı idi, bu, NATO müttəfiqləri ilə əsas müdafiə satışlarını əhatə edən Konqresin nəzarəti üçün qanunla tələb olunan həddir. LHTEC T800‐4A mühərriki Amerika‐ nın “Honeywell” və Britaniyanın “Rolls‐ Royce” şirkəti tərəfindən hazırlanır. T129 ATAK helikopteri hər biri 1373 at gücünə malik iki ədəd LHTEC‐CTS800‐4A “Turbo‐ şaft” mühərriki ilə təchiz edilib. Maksi‐ mum 281 km/saat sürətətlə uçuş həyata keçirən helikopter 3 saat havada qala bilir. ATAK helikopterinin maksimum uçuş məsafəsi 537 km, maksimum uçuş hün‐ dürlüyü 4572 metr təşkil edir.

47


ALTINCI NƏSİL MÜHARİBƏLƏR – yüksək dəqiqlikli silahların tətbiqi ?Əhəd Əzizov Hazırda gələcək müharibələrin mahiyyətini müəyyənləşdirəcək hərbi‑texniki inqilabın növbəti mərhələsi gedir. Söhbət son zamanlarda bir sıra aparıcı ölkələrdə yeni yüksək texnoloji, “intellektual” müharibə vasitələrinin ortaya çıxmasından gedir. Bu, bir daha tətbiqetmə formaları və metodlarının rolunu yenidən düşünməyi, yeni şəraitdə döyüş əməliyyatları aparmağı tələb edir. Eyni zamanda, hərbi sahədə əməliyyat‑strateji səviyyədə ortaya çıxan əsas məsələlərdən biri yüksək dəqiqlikli silahların nisbətinin, qarşılıqlı əlaqəsinin və rolunun müəyyənləşdirilməsidir. Bu, yaxın gələcəkdə bir sıra dövlətlərin ordularının arsenalında yüksək dəqiqlikli silahların külli miqdarda olacağı və onların hərbi‑siyasi və iqtisadi problemlərin həllində sıx istifadə ediləcəyi ilə əlaqədardır. XX əsrin ortalarında peyda olmağa başlayan tamamilə yeni silah növləri bir çox ölkələrdə hərbi quruculuq işlərində dərin iz buraxmaqda davam edir. Bu isə öz növbəsində, onların döyüş istifadəsinin uyğun forma və metodlarının müəyyənləşdirilməsini, strategiya və taktikanın əsas müddəa‐ larına yenidən baxılmasını tələb edir. Təbii ki, burada silahın silahlanma sistemindəki yeri, hərbi quruculuğa, döyüşün aparılmasının əməliyyat‐strateji və taktiki qaydalarına, onların qarşısının alınmasına, qlobal və regional sabitliyə təsiri barədə suallar ortaya çıxır. Bundan sonra yeni silahın imkanlarının daha dəqiq tərifi və əsas funksional

48 www.poliqon.az

məqsədinin təyinatının müəyyənləşdirilməsi tələb olunur. Yüksək dəqiqlikli silahlar müasir döyüşün gedişatını, nəticə etibarı ilə müharibənin nəticələrini dəyişdirir. Yüksək dəqiqlikli silahlar, özünün hədəfə çatma hüdudlarında ən azı 0,5 ehtimal ilə ilk atışla (vuruşla) hədəfi məhv edə bilən idarə olunan silahlardır. Hədəfə dəymənin yüksək ehtimalı, məhvetmə vasitələrində və ya onların daşıyıcılarında xüsusi tuşlama vasitə‐ lərinin, o cümlədən raketlərin trayek‐ toriyasını korrektə edən, radio tele idarəetmə, müxtəlif özütuşlama başlıqları və s. kimi avtonom idarəetmə sistemlərinin tətbiqi ilə əldə edilir. Xarici

hərbi mütəxəssislər yüksək dəqiqlikli silahlara müxtəlif yerüstü, aviasiya və gəmi raket sistemlərini, idarəolunan silahların artilleriya komplekslərini, həmçinin kəşfiyyat‐zərbə komplekslərini ayırırlar. Belə silahlarda yüksək dəqiqlik ehtimalı çatdırılma vasitələrindən (topdan, buraxma qurğusundan, daşıyıcıdan) atılan (buraxılan) döyüş sursatının (mərminin, raketin, döyüş elementinin) hədəfə (məhv edilən obyektə) uçuş trayektoriyasının daimi və ya mütəmadi korreksiyası ilə əldə edilir. Döyüş sursatının hədəfə uçuş trayektoriyasının korreksiyası tuşlama sisteminin işi ilə təmin edilir.


Texnologiyaların inkişafı dövründə tranzistorların, inteqral mikrosxemlərin, radiotexnikanın, mikroelementlərin, televiziyanın, lazer texnikasının, ida‐ rəetmə və aerodinamika nəzəriyyələrinin yüksək inkişafı kiçik qabarit ölçülərinə sahib etibarlı idarəetmə vasitələrinin yaradılmasına imkan vermiş və idarə olunan silaha yüksək dəqiqlik kimi xüsusiyyələr təmin etmişdir. Yüksək döyüş effektivliyi nəzərə alınaraq, yüksək dəqiqlikli silahlar bütün silahlı münaqişələrdə əsas məhvetmə vasitəsi rolunu oynayır. Bu zaman belə silahlar adətən kiçik ölçülü və/və ya yüksək müdafiə xüsusiyyətli obyektlərin (hədəflərin) məhv edilməsi üçün geniş tətbiq edilir. Müasir yüksək dəqiqlikli silah sistemləri özlüyündə kəşfiyyat sistemləri, məlumat mübadiləsi kanalları, idarəetmə mərkəzləri, hesablama vasitələri, çatdırılma vasitələri və idarə olunan döyüş sursatları da daxil olmaqla, döyüş və dəstək sistemlərinin və vasitələrinin mürəkkəb komplekslərini tərənnüm edir. İdarəetmə sisteminin quruluşundan və döyüş sursatı növündən asılı olaraq yüksək dəqiqlikli silahlar taktiki, əməliyyat‐taktiki, əməliyyat və strateji vəzifələri həll edə bilər. Yüksək dəqiqlikli silah sistemlərinə aiddir: kəşfiyyat‐zərbə və kəşfiyyat‐atəş kompleksləri; hava və dəniz mənzilli qanadlı raketlər; bəzi əməliyyat‐taktiki raket növləri; zenit və tank əleyhinə raket kompleksləri; aviasiya idarə olunan raketləri, kassetlər və bombalar; artilleriya sistemlərinin fərdi nümunələri; sualtı qayıq əleyhinə müdafiə sistemlərinin fərdi nümunələri. Bir sıra hərbi mütəxəssislərin fikrincə, davam edən elmi və texnoloji inqilab nəticəsində, gələcək müharibənin – altıncı nəsil müharibənin xarakterini müəyyənləşdirəcək yüksək dəqiqlikli silahlar yaratmaq mümkün olmuşdur. Yüksək dəqiqlikli silahlar hücum edilən obyektlərə son dərəcə yüksək dəqiqlikdə nöqtə zərbələri endirməyə imkan verir. Müharibələr heç vaxt dayanmır, öz inkişafını edir: qədim dövrlərdən günümüzə qədər ən azı beş nəsil müharibələr və hərbi qarşıdurmalar dəyişmişdir. Bu cür nəsillərin dəyişməsinin əsas hüdudları əsasən insan cəmiyyətinin inkişafında tarixi əhəmiyyət kəsb edən sıçrayışlarla üst‐ üstə düşür, bu da yeni müharibə formaları və metodlarının yaranmasına səbəb olan tamamilə yeni məhvetmə

vasitələrinin meydana çıxmasına səbəb olur. XX əsrin sonlarında, ən yeni inqilabi növ silah və hərbi texnikanın yaradılmasına kömək edən elm və texnologiyanın müxtəlif sahələrində böyük irəliləyişlərə baxmayaraq, aparıcı ölkələrdəki hərbi uzaqgörənlik yeni nəsil müharibələrin mahiyyətini əsaslandıra bilməmişdir. Müasir hərbi praktika əski nəsil müharibələr səviyyəsində donub qalmış hərbi nəzəriyyəni xeyli üstələmişdir. Bir sıra ölkələrdə qazanılan iqtisadi nailiyyətlər nəticəsində XXI əsrdə müharibə aparmaq üçün yüksək elmi tutumlu texnologiyalara və informasiya sistemlərinə əsaslanan yeni maddi‐texniki baza yaratmağa imkan verən hərbi‐texnoloji inqilab artıq başlamışdır. Bu vəziyyətdə mikro ‐ elektronika, opto‐elektronika, sensor texnologiyası, həmçinin yüksək keyfiyyətli materialların istehsalı və istifadəsi üçün yeni texnologiyalar mühüm rol oynayır. Yalnız köhnələrini əvəz edə biləcək deyil, eləcə də bütövlükdə silahlı mübarizə və müharibənin xarakterini tamamilə dəyişdirə biləcək misilsiz silah növləri yaradılır. Qabaqcıl texnologiyalar effektiv müharibə üçün yeni imkanlara yol açır. Fars körfəzi bölgəsindəki və Yuqoslaviyadakı münaqişələrdə ilk dəfə olaraq müharibənin xarakteri dəyişmişdir ki, bu da hərb işində əsl

inqilabın baş verməsinin sübutudur. İraq, Yuqoslaviya, Əfqanıstan və Liviyadakı hərbi qarşıdurmalar zamanı ABŞ donanmasının aviasiya və gəmiləri tərəfindən müxtəlif sahil hədəflərinə qarşı həssas dəqiqliyə sahib raket zərbələri ilə yüksək dəqiqlikli silahların qabiliyyətləri açıq‐aydın nümayiş etdirilmiş, silahlı mübarizə forma və üsullarında əhəmiyyətli dəyişikliklərə və yeni bir müharibə nəslinin meydana gəlməsinə səbəb olan inkişafa güclü təkan verilmişdir. Bu hərbi qarşıdurmalar dövründə, döyüş şəraitində bir çox yüksək dəqiqlikli silahlar tam sınaqdan çıxarılmışdır. Qırıcı‐bombardmançı təyyarələr, hücum helikopterləri, suüstü raket gəmiləri və çoxməqsədli sualtı nüvə qayıqları kimi hava və dəniz bazalı qanadlı raketlərin daşıyıcılarından böyük sayda yüksək dəqiqlikli silahlardan istifadə olunmuşdur: • AGM‐84 SLAM‐ER – ABŞ istehsalı olan hava və dəniz bazalanmalı universal qanadlı raket; • AGM‐86C/D CALCM – bunkerlərə və dərinləşdirilmiş hədəflərə qarşı ABŞ istehsalı olan nüfuzedici döyüş başlıq hissəli hava bazalanmalı adi “hava‐ yer” sinifli qanadlı raket; • AGM‐86D CALCM – bunkerlərə və dərinləşdirilmiş hədəflərə qarşı ABŞ istehsalı olan nüfuzedici döyüş başlıq hissəli hava bazalanmalı adi “hava‐yer” sinifli qanadlı raket;

49


• AGM‐114 Hellfire – zirehli və digər yüksək müdafiəli hədəflərə qarşı ABŞ istehsalı olan “atdın‐unutdun” prinsipli “hava‐yer” sinifli qanadlı raket; • AGM‐130 – ABŞ istehsalı olan hava və dəniz bazalanmalı özütuşlama başlıqlı universal qanadlı raket; • BGM‐71 Tomahawk – ABŞ istehsalı olan naqillər əsasında idarə olunan, yerüstü və hava bazalı tank əleyhinə raketdir; • BGM‐109 Tomahawk TLAM – ABŞ istehsalı olan hava və dəniz bazalanmalı universal qanadlı raket; • CBU‐105 WCMD SFW – ABŞ istehsalı olan, hava sapması üzrə korrektə olunan, sensor partladıcılı konteyner (kasset) aviasiya bombası; • CBU‐107 WCMD – ABŞ istehsalı olan, hava sapması üzrə korrektə olunan konteyner (kasset) aviasiya bombası; • “Storm Shadow” / SCALP – bunkerlərə və dərinləşdirilmiş hədəflərə qarşı Böyük Britaniya istehsalı olan nüfuzedici döyüş başlıq hissəli uzun mənzilli çoxməqsədli yüksək dəqiqlikli qanadlı raket; • JDAM – ABŞ istehsalı olan yüksək dəqiqlikli düzünə hücum aviasiya bombası; • MGM‐140 ATACMS – ABŞ istehsalı olan inersial tuşlamalı “yer‐ yer” sinifli əməliyyat‐taktiki raket;

CBU‑105 Sensor Fuzed Weapon

• 155 mm‐lik M712 Copperhead CLGP – ABŞ istehsalı olan, lazer tuşlamalı tank əleyhinə idarə olunan atəş yığımı; • 155 mm‐lik M898 mərmisi SADARM özütuşlanan döyüş elementi ilə – ABŞ istehsalı olan atəş yığımı. Fars körfə zin də ki müha ri bə də müttəfiqlərin texnoloji üstünlüyü, İra‐ qa qarşı son dərəcə aşağı itkilərə yol verməklə hərbi əməliyyatlar aparmağa imkan vermişdir. Bəzi mütəxəssislər müharibənin nəticələrini şişirdilmiş he‐

50 www.poliqon.az

sab etsələr də, “Səhrada fırtına əməliy‐ yatı” zamanı aviasiya vasitələrinin isti‐ fadəsinin effektivliyi çox yüksək olub. Yüksək dəqiqlikli silahların kütləvi şəkildə istifadə olunması NATO‐nun Yu‐ qoslaviyadakı icra etdiyi əməliyyatlar zamanı da geniş nümayiş olunmuşdur. Qanadlı raketlərin və yüksək də‐ qiqlikli silahların geniş

AGM‑114 Hellfire

tətbiqi NATO‐ya tapşı‐ rıqlarını yerinə yetirməyə imkan ver‐ miş – qoşunların birbaşa girişi və yerü‐ stü hərbi əməliyyatlar aparılmadan Yu‐ qoslaviya hökumətinin təslim olması‐ na səbəb olmuşdur. Yuxarıda qeyd edilən hər iki qarşı‐ durmada idarə olunan silahların geniş tətbiqi zərbələrin effektivliyini əhəmiy‐ yətli dərəcədə artırmaqla yanaşı, mülki əhali arasında təsadüfi itkilər səviyyə‐ sini əhəmiyyətli dərəcədə azaltmağa da kömək etmişdir. Nə Fars körfəzində, nə də Yuqoslaviyada, mülki binaların əhə‐ miyyətli dərəcədə dağıdılmasına səbəb olan, idarə olunmayan bomba ilə yay‐ ma bombardmanından istifadə edilmə‐ mişdir. Çünki, idarə olunan silahlar gi‐ rov itkisi riskini minimuma endirərək hərbi hədəfləri dəqiq şəkildə vurmağı mümkün etmişdir. Müasir dövrdə əvvəlki dördüncü və beşinci nəsil müharibələrdən köklü şə‐ kildə fərqlənən növbəti al‐ tıncı nəslin müharibə kon‐ sepsiyalarının hərbi nəzə‐ riyyəsi işlənib hazırlanır və araşdırılır. Hərbi prakti‐ ka isə yeni nəzəriyyəni inten‐ siv şəkildə sınaqdan keçirir. Al‐ tıncı nəsil müharibələrdə həlledici rol çoxsaylı quru qoşunlarına deyil, yüksək dəqiqliyə malik ənənəvi zərbə və müdafiə silahlarına verilir. Hücum edənin bütün gücü, qlobal və ya regio‐ nal informasiya qarşıdurması konteks‐ tində güclü hava zərbələri və müxtəlif bazalı insansız yüksək dəqiqlikli silah‐ la rın kütlə vi zər bə lə ri ni en di rə rək düşmən iqtisadiyyatının obyektlərinin qeyd‐şərtsiz məğlubiyyətinə yönəldilir. Yüksək dəqiqlikli silahlar – hədəf‐ lər istənilən şəraitdə, qitələrarası mə‐

safələrdə olsalar belə, ilk atışdan kiçik hədəfləri məhvetmə ehtimalı birə ya‐ xın idarə olunan ənənəvi silah növüdür. Yüksək dəqiqlikli silahların döyüş sis‐ temləri, kosmik və hava uçuş aparatları tərəfindən yaradılan, hədəf haqqında məlumatları real vaxt rejimində təmin edən qlobal və ya regional mə lu mat sa hə si mövcudluğunda yüksək effektivlikli kəşfiyyat, idarəetmə və çatdırılma vasitələrinin üzvi birləşməsidir. Yüksək dəqiqlikli silahlar, hədəfləri vur‐ ma effektivliyi baxımından artıq taktiki nüvə silahlarına yaxınlaşmışdır. İqtisa‐ di və hərbi obyektlərə qarşı adi yüksək dəqiqlikli silahların kütləvi istifadəsi is‐ tənilən dövlətin həyat fəaliyyətini iflic edə, potensial təhlükəli obyektlər məhv edildikdə isə regional və qlobal miq‐ yasda iqtisadi fəlakətlərə səbəb ola bi‐ lər. İndi bir sıra ölkələrdə yüksək də‐ qiqlikli silahlar intensiv şəkildə inkişaf etdirilir, sınaqdan keçirilir və böyük miqdarda yığılır. Altıncı nəsil müharibələrdə, böyük yerüstü əməliyyatların keçirilməsi və çox sayda canlı qüvvənin istifadəsi gözlə‐ nilmədiyindən, çox güman ki, belə müha‐ ribələr uzunmüddətli bir xarakter da‐ şımayacaqdır. Bütün silahlı mübarizə prosesi kompakt, qısa müddətli, radio‐ elektron mübarizə vasitələrinin geniş istifadəsi ilə hərbi‐iqtisadi hədəflərə qarşı yüksək dəqiqlikli silahlarla kütlə‐ vi zərbələr şəklində davam edəcəkdir. Ancaq, bir sıra ölkələrdə nüvə silahları qaldıqca, yeni altıncı nəsil müharibələr və hətta hərbi münaqişələr özündə nüvə müharibəsinə çevrilmə təhlükəsini da‐ şımaq iqtidarındadır. Gələcək müharibələrdə və qarşı‐ durmalarda adi yüksək dəqiqlikli silah‐ lar nüvə qüvvələrinə və vasitələrinə, həmçinin mülki nüvə obyektlərinə zər‐ bə vura bilər ki, bu da öz növbəsində nüvə müharibəsinin başlanmasına və ya nüvə məhvinə detonator təsiri göstə‐ rər. Heç bir müa sir dövlə tin si lah lı qüvvələri və onların dördüncü nəsil müharibə şərtləri üçün yaratdığı müda‐ fiə, heç bir nüvə qarşısını alma şərtləri altıncı nəsil müharibə şəraitində bu ölkələrin həyat fəaliyyətini təmin edə bilməz. Praktiki olaraq, yalnız müdafiə problemlərini deyil, həm də ölkənin


bütün ərazisində iqtisadiyyatın vacib obyektlərinə yönəlmiş yüksək dəqiqlikli silahların seçmə təsirlərindən məqsədy‐ önlü qorunması problemlərini yenidən həll etmək lazımdır. İraqda və Yuqoslaviyada yüksək dəqiqlikli silahların istifadə olunduğu hərbi qarşıdurmaların təhlilinə əsasən, ABŞ hərbi rəhbərliyi altıncı nəsil müharibələri aparmağa hazırolma yolunu tutmuşdur. Bunu, silahlı mübarizənin bütün komponentlərini özündə birləşdirən və yeni nəsil müharibə aparmaq üçün açıq strateji konsepsiyasını əks etdirən ABŞ Baş Qərargah rəisləri Komitəsi tərəfindən 1998‐ci ildə hazırlanan “Vahid Perspektiv 2010” (“Joint Vision 2010”) direktivi də təsdiqləyir. Burada əsas güc artıq canlı qüvvə qruplaşmalarında deyil, kifayət qədər yüksək dəqiqlikli zərbə və müdafiə sistemlərini əhatə edən yeni növ strateji miqyaslı döyüş sisteminə verilir. Düş‐ mənin dövlət iqtisadiyyatı obyektlərinə, hərbi obyektlərinə və idarəetmə sistemlərinə kütləvi və davamlı olaraq təsir edən yüksək dəqiqlikli silahlar, onu mütəşəkkil bir şəkildə cavab zərbələri endirmək və müqavimət göstərmək qabiliyyətindən məhrum edəcəkdir. Müharibələr tarixində ilk dəfə olaraq yeni nəsil müharibə aparmağa hazırlaşan dövlətin hərbi‐siyasi rəhbərliyi, düş‐ mənin olduğu hər yerdə, onunla birbaşa təmasda olmadan, müharibənin strateji və siyasi hədəflərinə çatmaq maraqları naminə bütün strateji tapşırıqları həll etmək qabiliyyətinə malikdir.

ABŞ‐ın sözügedən konsepsiyasında hərtərəfli müdafiə və qoruma bir‐biri ilə sıx əlaqəlidir. Bunlara dövlət iqtisadiyyatının bütün sistemlərinin, şəhərlərin və ölkənin hər yerindəki ayrı mülki və hərbi obyektlərin çoxeşelonlu hava‐kosmik (havadan hücum, kosmik hücum, raket əleyhinə) müdafiə sistemi daxildir. Konsepsiyanın vacib bir elementi, kosmik sistemlərin geniş istifadəsi ilə müəyyən bir müddət ərzində hərbi əməliyyatların hərtərəfli və davamlı döyüş məlumat təminatıdır. Bu konsepsiyanın əhəmiyyətli elementi isə radioelektron mübarizə şəraitində hərbi əməliyyatların və informasiya müharibələrinin bütün növləri və metodlarına nəzarət sistemidir. Kəşfiyyat məlumatlarının toplanması və təhlili daima təkmilləşdirilir, məlu ‐ matların göstərilməsi və ötürülməsi, naviqasiya, idarəetmə və nəzarətin yeni üsulları tətbiq olunur. Bütövlükdə ABŞ hərbi rəhbərliyi, istənilən bir ölkə ilə istənilən döyüş fəaliyyətləri teatrında yeni nəsil müharibə aparmaq qabiliy‐ yətini qazanma yollarını tam əks etdirən bu konsepsiyanı “hər şeyi əhatə edən hökmranlıq” adlandırır. Altıncı nəsil müharibənin əsas xüsu‐ siyyəti hava‐kosmos‐dəniz müharibə‐ sinin yüksək dəqiqlikli silahların kütləvi istifadəsi ilə aparılmasından ibarətdir. ABŞ‐dan başqa, milli xüsusiyyət‐ lərinə uyğun olaraq Çin, Tayvan, İsrail, Yaponiya, Fransa kimi ölkələr və digər bir sıra NATO ölkələri yeni nəsil müharibələrə intensiv hazırlaşırlar. Bu arada Rusiya öz yolu ilə gedir və dövlətin hərbi gücü keçmiş müharibə

nəslinə yönəldilib. Bu da, Rusiya silahlı qüvvələrini XXI əsrin əvvəllərində altıncı nəsil müharibələrin forma və üsullarında silahlı mübarizə apara bilmə inkanından məhrum edir. Baxmayaraq ki, Rusiya, altıncı nəsil müharibə üçün silah sistemləri yarada biləcək elmi və texniki potensiala sahibdir. Yeni, altıncı nəsil müharibə dör‐ düncü nəslə nisbətən tamamilə yeni bir məzmuna sahib olacaqdır. Dövlətlərin silahlı qüvvələrində gələcəyin geniş miqyaslı müharibəsi üçün kifayət qədər yüksək dəqiqlikli silahların meydana çıxması ilə keçmişdəki bütün müha‐ ribələrin ən vacib hədəflərindən biri olaraq düşməni məğlub etmək və məhv etmək, yalnız cavab zərbəsi vasitələrinə qarşı kütləvi zərbələr endirməklə əldə edilə biləcəkdir. Düşmənin canlı qüvvəsinə gəldikdə isə, qeyd olunduğu kimi, canlı qüvvə ümumiyyətlə zərbələrə məruz qalmaya bilər. Bunun əvəzinə, düşmən ölkənin bütün dərinliklərində ünvanlı hədəfə alınan iqtisadiyyat obyektlərinə və düşmənin digər dəyərlərinə (dövlət idarəetmə sistemi, enerji mərkəzləri) qarşı çoxsaylı yüksək dəqiqlikli atəş zərbələri endiriləcəkdir. Eyni zamanda quru qoşunları bazalarında strateji ehtiyatlarına zərbə vurmağa ehtiyac qalmayacaq, çünki bunlar, altıncı nəsil müharibəsinin planlarına uyğun olaraq fəaliyyət göstərən tərəf üçün gələcək müharibələrdə təhlükə yaratmayacaqlar. Əlbətdə ki, iqtisadiyyatı olmayan bir düşmənin ərazisini işğal etməyə də ehtiyac qalmayacaq və belə vəziyyətdə olan siyasi sistem, şübhəsiz ki, öz‐özünə çökəcək. Bir sıra ölkələrdə müasir yüksək dəqiqlikli silahlar tədricən silahlı mübarizə və müharibədə qələbəçalma amilinə çevrilir. Uzun müddət yüksək dəqiqlikli silahların qəfil və kütləvi istifadəsi silahlı qüvvələr üçün əvvəllər nüvə silahlarına, pilotlu aviasiyaya və quru qoşunlarına həvalə edilmiş vəzifələrin həllini təmin edə bilər. Müasir döyüş əməliyyatlarında müxtəlif növ qanadlı raketlər, hədəfə lazer şüası ilə tuşlanan artilleriya mərmiləri, süzən bombalar, müxtəlif sinif zenit raketləri aktiv şəkildə tətbiq olunur. Daşınan zenit‐raket kompleks‐ lərinin və tank əleyhinə raket komplekslərinin yaradılması bölük və tabur səviyyəsinə idarəolunan silahların verilməsinə imkan yaratmışdır.

51


Qeyd edildiyi kimi, XX əsrin sonlarında və XXI əsrin əv ‐ vəllərində baş vermiş münaqi‐ şələrin bütün səviyyəli döyüş fəaliyyətlərində idarə olunan silahların tətbiqi daha kütləvi xarakter alır. Bu faktor, konkret hədəflərin məhv edilməsi üçün tələb olunan dö‐ yüş əməliyyatla‐ rının sayının azal‐ dılması hesabına döyüş sursatı sərfiyyatına əhəmiyyətli dərəcədə qənaət olunmasına və mülki əhali arasında itkilərin olmamasına xidmət edir. Hal‐hazırda özünün hərbi sənayesi olan bütün inkişaf etmiş ölkələr idarəolunan silahların təkmilləşdiril‐ məsini hərbi gücün əsas hissələrindən biri kimi qəbul edirlər. Qarabağın və ətraf rayonların işğal altında olan ərazilərinin azad edilməsi üçün başlamış Vətən müharibəsində raket‐artilleriya silahlarının kəşfiyyat və zərbə pilotsuz uçuş aparatları (PUA) ilə qarşılıqlı əlaqədə istifadəsi əsasında Azərbaycan Ordusu XXI əsrdə yeni altıncı nəsil müharibə nümunəsi göstərmişdir. Hazırda, Azərbaycanın zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsində müasir silahların – pilotsuz kəşfiyyat və zərbə uçuş aparatlarının, süzən döyüş sursatlarının, hədəflərin yüksək dəqiqliklə məhv edilməsi vasitələrinin (raketlərin) – tətbiqi ilə aparılan döyüş fəaliyyətlərinin miqyası, üsulları və taktikası dünyanın aparıcı ölkələrinin baş qərargahları tərəfindən çox diqqətlə öyrənilir. Dünya hərb sənəti, hələ ki, bir ordunun başqa bir ordu ilə müharibə edərkən bu qədər yüksək dəqiqlikli silah istifadə etməsi halını göstərən belə nümunə ilə tanış deyil. Zərbə PUA‐larının istifadəsinin miqyası və intensivliyi baxımından bu, dünya tarixində ilk belə haldır. Yaxın tarixə nəzər saldıqda görmək olur ki, nə ABŞ, nə Rusiya, nə də İsrail daxil olmaqla, dünya aparıcı gücləri bu günə qədər belə bir miqyasda zərbə PUA‐larından istifadə etməmişdir. Apardığımız ədalətli müharibə yüksək dəqiqlikli silah sistemlərinin bu tip münaqişələrdə müba hisə siz üstünlüklərini tam sübuta yetirmişdir. Müzəffər Azərbaycan Ordusu zərbə PUA‐larından və idarə olunan digər silah sistemlərindən kütləvi istifadə etməklə əvvəlcə düşmənin hava hücumundan müdafiə qüvvələrini və vasitələrini,

52 www.poliqon.az

sonradan isə çoxsaylı zirehli texnikala‐ rını, yüksək səviyyədə qorunan hədəf‐ lərini və canlı qüvvəsini məhv etmişdir. Ordumuz yüksək dəqiqlikli silahların istifadəsi ilə işğal olunmuş ərazilərdə yaşayan erməni əsilli mülki əhali arasında itkiləri minimuma endirmişdir. Son illər ərzində Azərbaycan kəş‐ fiyyat məlumatlarını qərargaha ötürən, döyüş sahəsindəki vəziyyətin real vaxt rejimində izlənilməsinə və qüvvələrinin hərəkətlərini korrektə etməyə imkan verən böyük miqdarda kəşfiyyat PUA‐ sı, müasir yüksək dəqiqlikli silahlar, xüsusən süzən sursat və zərbə PUA‐ları əldə etmişdir. Az öncə qeyd edildiyi kimi, Azər‐ baycan Ordusu müxtəlif növ PUA‐ların istifadəsi də daxil olmaqla yüksək effektiv və yüksək texnoloji silahlı mübarizə nümunəsi göstərmişdir. Bunu xüsusi qeyd etmək vacibdir, çünki dünyada az ordu buna qadirdir. Terrorçulara qarşı müxtəlif əməliyyatlarda ilk növbədə əlbətdə İsrail, Türkiyə və Rusiya buna qadir olduğunu göstərmişdir. Bu gün isə Azərbaycan XXI əsrin müharibə potensialını, ilk növbədə zərbə və kəşfiyyat təyinatlı PUA‐ların uzaq mənzilli raket‐artilleriya sistemləri ilə koordinasiyada effektiv istifadəsini nümayiş etdirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin son illərdə silahlanmasına daxil edilmiş PUA‐ lar sırasına əsas üç növ daxildir: kəşfiyyat PUA‐ları (“IAI Heron”, “Elbit Hermes”, “Aeronautics Orbiter”), “süzən sursat” və ya “dron‐kamikadze” (“IAI Harop” və ya “Elbit SkyStriker”) və yüksək dəqiqlikli silahlanmalı PUA‐lar (“Bayraktar TB2”). Müasir texnologiyalara əsaslanan silahlarla silahlanmış Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibə‐ sində bir çox müxtəlif növ kəşfiyyat vasitələrini və yüksək dəqiqlikli silah sistemlərini tətbiq etmişdir. Bunların sırasına aşağıdakı əsas nümunələr daxildir:

Türkiyənin “Baykar Savunma” şir‐ kətinin istehsalı olan “Bayraktar TB‐2” orta uçuş yüksəklikli əməliyyat‐taktiki kəşfiyyat və zərbə pilotsuz uçuş aparatı. Silahlanmasına “Roketsan” şirkətinin istehsal etdiyi 4 ədəd 8 km uçuş mənzilli UMTAS tank əleyhinə idarə olunan raketi və ya tank əleyhinə idarə olunan MAM‐ L və MAM‐C mini ağıllı sursatları daxildir. “Bayraktar TB2” PUA‐nın uzunluğu 6,5 metr, qanad açılması 12 metr, maksimal qalxma kütləsi 650 kq, faydalı yükü 55 kq‐dır. Maksimal uçuş sürəti saatda 220 km, müşahidəetmə sürəti saatda 130 km və fəaliyyət radiusu 150 km təşkil edir. Maksimal qalxma hündürlüyü 8200 metr və avtonom idarəetmə müddəti 24 saatdır; “Bayraktar TB2” PUA‐nın silah ‐ lanmasına daxil olan UMTAS (Mızrak) uzun mənzilli tank əleyhinə raket “atdın‐ unutdun” və “atdın‐idarəetdin” prinsipi ilə işləyir. Çapı 160 mm, uzunluğu 1800 mm və kütləsi 37,5 kq‐dır. Atəş məsafəsi 500 – 8000 metr arasında dəyişir. Hədəfə yandan və üstdən hücum edə bilir. Reaktiv müdafiəli zirehlərə qarşı tandem döyüş başlığına sahibdir. PUA‐larda, hücum təyyarələrində və helikopterlərdə istifadə edilir; MAM‐L tank əleyhinə idarə olunan raket mini ağıllı sursat olmaqla, UMTAS raketinin əsasında yaradılmışdır. Çapı 160 mm və uzunluğu 1000 mm, kütləsi 22 kq‐dır. Zirehdələn, anti‐personal (qəlpəli) və termobarik kimi üç növ döyüş başlığına sahibdir. Döyüş başlığının kütləsi 10 kq‐dır. Atəş məsafəsi 500 – 8000 metr təşkil edir, məsafə INS/GPS idarəetmə sistemi ilə 14 km‐ə qədər artır. Lazer idarəetməli özütuşlama döyüş başlığına sahibdir, PUA‐larda, hücum təyyarələrində və helikopterlərdə istifadə edilir; MAM‐C tank əleyhinə idarə olunan raket mini ağıllı sursat olmaqla, “Cirit” raketinin əsasında yaradılmışdır. Çapı 70 mm və uzunluğu 800 mm, kütləsi 8,5 kq‐dır. Zirehdələn, anti‐personal (qəlpəli) və termobarik kimi üç növ döyüş başlığına sahibdir. Döyüş başlığının kütləsi 2,5 kq‐dır. Atəş məsafəsi 500 – 8000 metr təşkil edir. Lazer idarəetməli özütuşlama döyüş başlığına sahibdir, PUA‐larda, hücum təyyarələrində və helikopterlərdə istifadə edilir; Türkiyənin “Roketsan” şirkətinin istehsalı olan TRG‐300 “Tiger” idarə


olunan raketi. KAMAZ şassisi üzərində yerləşən “Qasırğa” komplekslərindən buraxılan Tiger” idarə olunan raketlərin atış mənzili 120 km‐dir. “Tiger” raketləri gecə və gündüz, hər cür hava və ərazi şərtlərində kritik hədəfləri məhv etmək üçün hazırlanıb. GPS və İNS naviqasiyasına malik TRG‐300 “Tiger” raketinin dəqiqliyi maksimum məsafədə 30 metr təşkil edir. TRG‐300 raketinin uzunluğu 5.24 metr, ağırlığı 585 kiloqramdır; “Roketsan” istehsalı olan lazerlə hədəfə yönləndirilən TRLG‐230 raketi. 230 mm‐lik TRLG‐230 raketi 20‐70 kilometr mənzillidir. Hədəfi vurma dəqiqliyi ≤ 2 metrdir. Raketin kütləsi 210 kq, döyüş başlığının çəkisi 42 kq təşkil edir. Müharibə zamanı Azər ‐ baycana çatdırılan TRLG‐230 raketləri “Bayraktar TB2” PUA‐larının təsbit etdiyi və lazerlə işarələdiyi hədəflərə dəqiq zərbə endirməyə imkan verib; İsrailin “Rafael” şirkətinin istehsalı olan “Spike LR” və ya “Spike LR I” uzun mənzilli, “atdın‐unutdun” işləmə prinsipi ilə fəaliyyət göstərən tank əleyhinə idarə olunan raket. Atəş məsafəsi 4 km (Spike LR I), yerüstü buraxılış qurğusundan 5,5 km və helikopterdən 10 km (Spike LR II), kütləsi 13 kq (Spike LR I) və 12,5 kq (Spike LR II), zirehdəlməsi 700 mm (Spike LR I) və 930 mm (Spike LR II) təşkil edir. “Spike LR II” raketi 2000 mm qalınlığında dəmir‐beton qurğunu dağıtmaq imkanına malikdir. Daşınan və zirehli avtomobil texnikası üzərində quraşdırılmış buraxılış qurğularından tətbiq edilir; “Spike ER” geniş diapazonlu “atdın‐ unutdun” işləmə prinsipli tank əleyhinə idarə olunan raket. Atəş məsafəsi 8 km (Spike ER) və 10 km (Spike ER II), kütləsi 34 kq, zirehdəlməsi 1000 mm‐ə qədər təşkil edir. Daşınan, zirehli avtomobil texnikası, gəmilərdə və helikopterlərdə quraşdırılmış buraxılış qurğularından tətbiq edilir; “Spike” ailəsinin növbəti nü ‐ mayəndəsi “atdın‐unutdun” işləmə prinsipli tank əleyhinə idarə olunan “Spike NLOS” bağlı atəş mövqelərindən atış raketi. Raketin atəş məsafəsi 25 km metr, kütləsi 71 kq, zirehdəlməsi 1000 mm‐ə qədər təşkil edir. Gəmilərdə və helikopterlərdə quraşdırılmış buraxılış qurğularından tətbiq edilir; İsrailin “Israel Aerospace Industries – IAI” şirkətinin istehsalı olan LAHAT lazer özütuşlama başlıqlı yüngül tank

əleyhinə idarə olunan raket. Atəş məsafəsi yerüstü buraxılış qurğusundan 8 km, helikopterdən 13 km təşkil edir. Atəş yığımının kütləsi 19 kq, raketin kütləsi 12,5 kq‐dır. Zirehdəlməsi 800 mm‐ə qədər təşkil edir. “Merkava”, “Arcun”, M‐84D, M95 “Degman” və “Leopard 2” tanklarında, Mi‐17 helikop‐ terlərində tətbiq edilmək üçün nəzərdə tutulub; LORA uzun mənzilli, bir pilləli bərk yanacaqlı ballistik raket. İsrail istehsalı olan raketin diametri 624 mm, atəş məsafəsi 90‐400 km (yerüstü buraxılış qurğusundan), ümumi kütləsi 1600 kq, döyüş başlığının kütləsi 240 kq/400 kq (fuqas/qəlpəli‐fuqas) və 600 kq (nüfuz‐ edici), uzunluğu 5200 mm‐dir. Maksimal atəş məsafəsində dairəvi sapma ehtimalı 10 metr təşkil edir. LORA raketi əməliyyat‐taktiki raket kompleksinin tərkibində həm gəmi bazalı dəniz, həm də “Volat 8x8” MZKT‐652720 avtomobili bazalı yerüstü buraxma qurğusundan istifadə olunur; IAI şirkətinin “Harop” kəşfiyyat‐ zərbə pilotsuz uçuş aparatı. Uçuş məsafəsi 1000 km, uçuş sürəti 185 km/saat, uzunluğu 2,5 metr, qanad açılması 3000 mm, kütləsi 135 kq və uçuş müddəti 6 saat təşkil edir. Hədəfi aşkaretmə sistemləri radiotezlikli və elektron‐optik sistemlərdir; IAI və IMI şirkətlərinin birgə istehsalı olan 306 mm‐lik “yer‐yer” sinfinə aid EXTRA artırılmış mənzilli artilleriya raketi. Atəş məsafəsi 150 km, ümumi kütləsi 450 kq, fuqas döyüş başlığının kütləsi 120 kq, dairəvi sapma ehtimalı 10 metr təşkil edir. Bərk yanacaqlı raketin uzunluğu 3970 mm‐dir. “Lynx” yaylım

atəşli reaktiv sistemin tərkibinə daxil olan KamAZ‐63502 döyüş maşınından tətbiq edilir; IAI şirkətinin istehsalı olan “Heron” (“Heron‐1”) kəşfiyyat pilotsuz uçuş aparatı. Uzunluğu 8,5 m, hündürlüyü 2,3 m, qanad açılması 16,6 m‐dir. Fəaliyyət radiusu: real məlumat ötürmə zamanı 300 km‐ə qədər, avtonom uçuş zamanı 1000 km‐ə qədər. Boş vəziyyətdə kütləsi 450 kq, faydalı yükün kütləsi 250 kq, yanacağın kütləsi 450 kq, maksimal uçuş kütləsi 1150 kq‐dır. Maksimal uçuş hündürlüyü 9150 metr, maksimal uçuş sürəti saatda 240 km, kreyser sürəti saatda 130 km və uçuş müddəti 46 saatdır; İsrailin “Aeronautics Defense Systems – ADS” şirkətinin istehsalı olan “Orbiter 1K” (Kingfisher) zərbə pilotsuz uçuş aparatı. Uçuş kütləsi 13 kq, döyüş başlığı 3 kq, faydalı yükü (partlayıcı maddə) 1,5‐2 kq, uçuş məsafəsi 100 km, hündürlüyü 2,5 km və müddəti 2,5 saatdır; “Orbiter 1KM” (“İti qovan”) zərbə pilotsuz uçuş aparatı. Uçuş kütləsi 6,5 kq, faydalı yükü 1,5 kq, uzunluğu 1000 mm, qanad açılması 2200 mm‐dir. Maksimal uçuş hündürlüyü 5,5 km, maksimal uçuş sürəti saatda 140 km, fəaliyyət radiusu 50 km və uçuş müddəti 2‐3 saatdır. “İti qovan” PUA düşməni gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə izləmək və ona zərbə endirmək imkanına malikdir. Partladıcı maddənin gücü qəlpəli‐fuqas effekti ilə canlı qüvvəyə və müxtəlif yüngül zirehli və zirehsiz texnikaya qarşı effektivdir. PUA əməliyyat baxımından xüsusi avadanlıqlarla təchiz edilmiş yüksək TRLG‑230

53


keçidlik qabiliyyətinə malik “K1‐Zərbə” mobil xüsusi zirehli maşını üzərində quraşdırılıb və istənilən zaman düşmənə sarsıdıcı zərbə endirə bilər; “Orbiter 2B” təkmilləşdirilmiş kəşfiyyat pilotsuz uçuş aparatı. Uzunluğu 1000 mm, qanad açılması 3000 mm‐ dir. Uçuş kütləsi 10,3 kq, faydalı yükün kütləsi 1,5 kq, maksimal uçuş sürəti saatda 130 km, kreyser sürəti saatda 50‐120 km, uçuş müddəti 3‐3,5 saat və uçuş hündürlüyü 5,5 km‐dir. Fəaliyyət radiusu 30 km təşkil edir; “Orbiter 3B” kəşfiyyat pilotsuz uçuş aparatıdır. Uçuş məsafəsi 150 km və maksimal uçuş sürəti saatda 130 km‐ dir. Uçuş kütləsi 20 kq, faydalı yükün kütləsi 3 kq, uçuş müddəti 7 saat və uçuş hündürlüyü 5,85 km‐dir. PUA yalnız videokamera ilə deyil, eləcə də lazer hədəfgöstərici ilə də dəstləşdirilir; “Orbiter 4” kəşfiyyat pilotsuz uçuş aparatıdır. PUA‐nın uçuş məsafəsi 75 km, uçuş sürəti 210 km/saat, uçuş kütləsi 15 kq və uçuş hündürlüyü 5,1 km‐dir; “Aerostar BP” kəşfiyyat pilotsuz uçuş aparatı. Uçuş aparatı rabitə və məlumat mübadiləsi imkanlarını əhatə edir, çıxarıla bilən yükə malikdir, hər cür hava şəraitində və gecə‐gündüz kəşfiyyata imkan verən infraqırmızı termal cihazla birləşdirilmiş standart olaraq rəqəmsal videokamera ilə təchiz edilmişdir. Qəbul edən antenaya sahib yerüstü idarəetmə stansiyası avtonom‐ dur və yük maşınına quraşdırıla bilər. SkyStriker

54 www.poliqon.az

Uzunluğu 4,5 m, hündürlüyü 1,3 m, qanad açılması 8,5 m‐dir. Fəaliyyət radiusu 250 km, faydalı yükün kütləsi 50 kq, maksimal uçuş kütləsi 220 kq‐ dır. Maksimal uçuş hündürlüyü 5500 metr, maksimal uçuş sürəti saatda 206 km, kreyser sürəti saatda 102 km və uçuş müddəti 12 saatdır; “Elbit Systems” şirkətinin istehsalı olan “Hermes 450” çoxməqsədli kəşfiyyat pilotsuz uçuş aparatı. Maksimal uçuş sürəti saatda 176 km və kreyser sürəti saatda 130 km‐dir. Fəaliyyət raiusu 200 km təşkil edir. Uçuş müddəti 17 saat, uçuş hündürlüyü 6100 metrdir. Uzunluğu 6,1 metr, hündürlüyü 1,8 metr və qanad açılması 10,5 metrdir. Boş kütləsi 200 kq, faydalı yükün kütləsi 180 kq, maksimal uçuş kütləsi 550 kq‐dır; “Hermes 900” taktiki pilotsuz uçuş aparatı. Uçuş müddəti 36 saat, uçuş hündürlüyü 9150 metrdir. Faydalı yükün kütləsi 350 kq, maksimal uçuş kütləsi 1180 kq‐dır; “SkyStriker” zərbə pilotsuz uçuş aparatı (süzən sursat). Maksimal uçuş sürəti saatda 185‐190 km və şığıma saatda 500 km‐dir. Uçuş müddəti 5 kq‐ lıq döyüş başlığı ilə 2 saat, 10 kq‐lıq döyüş başlığı ilə 1 saatdır. Kütləsi 30 kq, döyüş başlığının kütləsi 5‐10 kq, maksimal uçuş kütləsi 35‐40 kq‐dır; Belarus Respublikasının bir neçə müəssisəsinin birgə istehsalı olan 301 mm‐lik “Polonez” yaylım atəşli reaktiv sisteminin korrektə olunan reaktiv

mərmiləri. Atəş məsafəsi: minimal 50 km, maksimal 300 km‐dir. Reaktiv mərmilərin idarə olunması kombi ‐ nələşdirilmişdir, yəni GLONASS/GPS peyk korreksiyalı inersial idarəetmə sistemidir. Raketin uzunluğu 7260 mm və qanad açılması 620 mm‐dir. Maksimal atəş məsafəsində dairəvi sapma ehtimalı 30 metr təşkil edir ki, bu da YARS‐dan çox ƏTRK üçün daha yaxşı göstəricidir. Raketlər MZKT‐7930 şassisi üzərində yerləşdirilmiş buraxılış qurğusundan tətbiq edilir; Rusiyanın “Tula Cihazqayırma Konstruktor Bürosu”nun istehsalı olan “Kornet” tank əleyhinə idarə olunan raketi. Atəş məsafəsi 3500 (gecə) – 5500 (gündüz) metr, dinamik müdafiə arxasında zirehdəlməsi 1300 mm, raketin kütləsi 26 kq, döyüş başlığının kütləsi 7 kq təşkil edir. 9K135 “Kornet” TƏİR kompleksinin tərkibində tətbiq edilir; Rusiyanın “Kolomensk Maşınqa‐ yırma Konstruktor Bürosu”nun və “Saratov aqreqat zavodu”nun istehsalı olan 9М123 “Xrizantema‐S” tank əleyhinə idarə olunan raketi. Atəş məsafəsi 5000 (9M123) – 6000 (9M123‐ 2) metr, zirehdəlməsi 1250 mm, raketin kütləsi 46 kq, döyüş başlığının kütləsi 8 kq təşkil edir. 9К123 “Xrizantema‐S” özüyeriyən TƏİR kompleksinin tər ‐ kibində tətbiq edilir. Beləliklə, yeni nəsil müharibənin əsas strateji və siyasi hədəfləri nüvə silahları ilə deyil, adi yüksək dəqiqlikli silah ları tətbiq etməklə bir sıra vəzifələrin həlli yolu ilə əldə edilir. Bu, nüvə silahlarının və onlarla birlikdə beşinci nəsil müharibələrin XXI əsrin ortalarına qədər tam tarixə qovuşacağını təsdiqləməyə imkan verir. Lakin, strateji qarşı alınmanın nüvə qüvvələri və ümumi təyinatlı qüvvələrin qalacağını da düşünmək lazımdır. Əlbəttə ki, bütün bunlar silahlı qüvvələrin quruluşuna və müharibə sənətinə təsir edəcəkdir. Hərbi‐siyasi vəziyyətin, dövlətlərin fərqli iqtisadi və hərbi səviyyələrinin mürəkkəb xarakterini nəzərə alaraq, XXI əsrin ortalarına qədər bütün ölkələrdə altıncı nəsil müharibələri üçün kifayət qədər silah olmayacağını gözləmək olar. Onlar əsasən, dördüncü, beşinci və altıncı nəsillər müharibələr üçün fərqli nisbətlərdə fərqli nəsillərin silah və texnikasına sahib olacaqlar. PQ


Türkiyənin “Hisar‑O+” orta mənzil‑ li zenit‑raket kompleksinə (ZRK) inteq‑ rasiya olunan RF aktiv radiolokasiya özütuşlanan başlıqlı raketın atış sınaq‑ ları keçirilib. Türkiyənin Müdafiə Səna‑ yesi (SSB) başqanı İsmail Dəmir özünün rəsmi sosial media hesabında “Hisar‑ O+” ZRK‑nin ilk RF aktiv radiolokasiya özütuşlanan başlıqlı test raketi atışın‑ da hədəfi tam dəqiqliklə vurduğunu bil‑ dirib. Onun sözlərinə görə, bununla Türkiyənin hava hücumundan müdafi‑ əsinə yeni qabiliyyət qazandırılıb. İsma‑ il Dəmir qeyd edib ki, “Hisar‑RF” raketi‑ nin seriyalı istehsalı davam etdirilirkən yeni qabiliyyətləri üzərində işlər də tam sürətlə davam edəcək. “Hisar‐RF” raket özündə üfiqarxası “Gökdoğan” HHM sisteminin aktiv radio‐ lokasiya özütuşlanan başlıq ilə təchiz edil‐ miş “Hisar‐O” raketinin gövdəsi bir qədər uzadılmış variantını tərənnüm edir. O, ra‐ diotezlikli axtarıcı sayəsində “Hisar‐O” ze‐ nit idarəolunan raketdən (ZİR) daha böyük bir məhvetmə məsafəsinə sahib olacaq, “Hisar‐O” və “Hisar‐U” variantları arasın‐ dakı boşluğu dolduracaq. Radiolokasiyalı özütuşlanan başlıq‐ dan istifadə edən “Hisar‐RF” raketinin, so‐ yudulan infraqırmızı özütuşlanan başlıq‐ dan (IIR) istifadə edən və atmosfer şərai‐ tindən qaynaqlanan qızma problemi sə‐ bə biy lə bə zi məh du diy yət lə rə ma lik “Hisar‐O” raketinə nisbətən daha yüksək atış məsafəsinə sahib olacağı – HAWK raketi‐ nə bərabər olacağı təxmin edilir. Ancaq texnologiya baxımından “Hisar‐RF” ZİR, HAWK raketindən qat‐qat yüksək mövqe‐ də yerləşir. “Hisar‐RF” raketinin radiolokasiya özütuşlanan baş‐ lığı, “Gökdoğan” HHM sistemi‐ nin aktiv radiolokasiya özütuş‐ lanan başlığının istehsalından əldə etdiyi təcrübə əsasında “Aselsan” şirkəti tərəfindən ha‐ zırlanıb. “Hisar‐RF” ZİR, aralıq faza tuşlaması zamanı məlumat ötürmə kanalından və son mər‐ hələdə aktiv radar radiolokasi‐ ya özütuşlanan başlıqdan isti‐ fadə edəcək. “Hisar‐RF” raketi 35‐40 kilometrdən çox atəş mə‐ safəsinə malikdir. Qeyd edək ki, “Hisar” zenit raket kompleksi, 2007‐ci ildən etibarən “Aselsan” və “Roket‐ san” şirkətləri tərəfindən yara‐ dılmış və istehsal olunan yaxın, orta və uzun mənzilli “yer‐hava” sinif zenit raket sistemləri ailə‐ sidir. ZRK ailəsinə üç fərqli sis‐ tem: yaxın mənzilli “Hisar‐A” ZRK, orta mənzilli “Hisar‐O” ZRK

“HİSAR‑O+” ZRK‑yə RF başlıqlı raket inteqrasiya edilib və sonradan “Siper” adlandırılmış uzun mənzilli “Hisar‐U” HHM sistemi daxildir. 2019‐cu il tarixində “Hisar‐A” kompleksi‐ nin son inkişaf sınaqları tamamlanıb və seriyalı istehsal üçün Milli Müdafiə Nazir‐ liyi tərəfindən təsdiq edilib. Raketlərin xüsusiyyətləri haqqında hərbi mütəxəs‐ sislərin rəyi alındıqdan sonra, 2020‐ci il‐ də “Hisar‐A” və “Hisar‐O” sistemlərinin tək‐ milləşdirilmiş versiyaları olan “Hisar‐A+” və “Hisar‐O+” hazırlanıb. 6 yanvar 2020‐ci il tarixindən təkmilləşdirilmiş “Hisar‐A+” sisteminin seriyalı istehsalına başlanıb. “Hisar‐A+” sistemi ötən il, “Hisar‐O+” sis‐ temi isə bu ilin əvvəlində Türkiyə Silahlı Qüvvələrinin arsenalına qəbul edilib. Ar‐ tıq “Hisar‐A+” ZRK və “Hisar‐O+” ZRK Türkiyə Silahlı Qüvvələrində döyüş növbət‐ çiliyi aparır. Raketləri idarəetmə sistemi infraqır‐ mızı özütuşlanan başlığa əsaslanır. Komp‐ lekslər təyyarələri, helikopterləri, “hava‐ yer” tipli raketləri və pilotsuz uçuş apa‐ ratlarını məhv edə bilir. “Hisar‐A”/”Hisar‐A+” ZRK, “Roketsan” şirkəti tərəfindən təmin edilən dörd ədəd şaquli buraxılan “Hisar‐A” raketləri ilə si‐ lahlanmış FNSS ACV‐30 tırtıllı maşınının bazasına əsaslanır. “Hisar‐A” tırtıllı ZRK, özünəməxsus “Kalkan” HHM radiolokato‐ ru və ayrı atəşi idarəetmə sistemi olan bir batareya kimi işləməyə ehtiyac duymadan müstəqil avtonom sistem olaraq işləməsi‐ nə imkan verən elektro‐optik/infraqırmı‐ zı (EO/İR) sistemlə təchiz edilib. Kompleksin minimal atəş məsafəsi 2 km, maksimal mənzili isə 15+ km təşkil edir. Hədəflərin məhv edilmə‐ si hündürlükləri 15 metrlə 8+ km arasındadır. “Hisar‐O”/”Hisar‐O+” ZRK, “Mer‐ cedes‐Benz Zetros” avtomobilinin şassisində yerləşdirilib. “Hisar‐O+” ZRK “Hisar‐O” kompleksinin təkmil‐ ləşdirilmiş versiyasıdır. “Hisar‐O+”, məsafə və RLS əhatə dairəsi baxı‐

mından “Hisar‐O” ZRK‐dən bir addım irə‐ lidədir. Kompleksin minimal atəş məsafə‐ si 3 km, maksimal atəş məsafəsi isə 25+ km təşkil edir. Hədəflərin məhv edildiyi minimal hündürlük 50 metr, maksimal hündürlük 15 km‐dir. Qırıcı təyyarəni aş‐ karetmə və müşayiətetmə məsafəsi 40‐60 km‐ə bərabərdir. Eyni anda 60‐a qədər hədəfi müşayiət edə bilir. Buraxılışa hazır raketlərin miqdarı: batareyada ≥ 18 ədəd, divizionda ≥ 54 ədəddir. Raketin döyüş başlığı yüksək effektivlikli qəlpəli təsirə malikdir. İkipilləli bərk yanacaqlı raket mühərriki ilə təchiz edilib. Raket aralıq faza tuşlaması zamanı inersial naviqasiya və məlumat ötürmə kanalından, son mər‐ hə lə də isə ak tiv ra dar ra di o lo ka si ya lı özütuşlanan başlıqdan istifadə edir. “Hisar‐U” və ya “Siper” ZRK “Aselsan”, “Roketsan” və “TÜBİTAK SaGe” şirkətləri tərəfindən başladılan və inkişaf etdirilən yüksək hündürlük və uzun mənzilli hava hücumundan müdafiə sistemidir. Gəmi və yerüstü bazalanmalı olmaqla istifadə edil‐ məsi planlaşdırılan raketin 100 km‐dən çox uçuş məsafəsinə, ikipilləli bərk yana‐ caqlı mühərrikə, aktiv radiolokasiya özütuş‐ lanan başlığa (RF) və infraqırmızı özütuş‐ lanan başlığa (IIR) malik olacağı gözləni‐ lir. Sistem, Türkiyə Donanmasının ən böyük döyüş gəmi layihəsi olan TF‐2000 HHM esminesində də istifadə ediləcək. Quru Qo‐ şunları üçün nəzərdə tutulmuş kompleks “MAN Türkiye 8×8” yük avtomobilinin şas‐ sisində yerləşdirilib. Minimum 30 km, mak‐ simum isə 150+ km məsafələrdə uçan ha‐ va hədəflərini məhv etmək imkanına ma‐ likdir. Kompleks düşmənin minimum 50 m və maksimum 20 km hündürlükdə uçan hava hədəflərini məhv edə bilir. İstehsalçı “Hisar‐U”/”Siper” ZRK‐nin ABŞ istehsalı olan “Patriot” və Rusiya istehsalı olan “S‐ 400” ZRS‐lərlə rəqabət aparmasını hədəf‐ ləyir. “Hisar‐U” ZRK‐nin ilk prototipinin sınaqlarına yaxın gə‐ ləcəkdə başlaması planlaşdırılır. Türkiyə “Hisar‐U” ZRK ilə uzun mənzilli HHM sis‐ temini istehsal edən bir neçə ölkə arasın‐ da yer tutacaq. Ümumilikdə, Türkiyə Silahlı Qüvvə‐ ləri, “Hisar‐A+”, “Hisar‐O+” və “Hisar‐RF” kompleksləri sayəsində pilləli HHM şəbə‐ kəsinin həm ikinci (yaxın mənzilli), həm də üçüncü (orta mənzilli) səviyyələrini qu‐ ra biləcək. Qurulacaq “Siper” layihəsi isə dördüncü səviyyə (uzun mənzilli) ilə üçüncü səviyyə arasındakı boşluğu doldurmağa imkan verəcək.


ROKETSAN MİLDAS sistemindən “HİSAR‑RF” raketinin atışını keçirəcək Türkiyənin “Roketsan” şirkəti milli şaquli raket buraxma sistemindən (MİLDAS) də “Hisar‑RF” aktiv radio‑ lokasiya özütuşlanan başlıqlı raketin atış sınaqlarını keçirəcək. “Roketsan” şirkəti MİLDAS‐ın “Hisar‐ RF” raketi ilə qurudan atış sınaqlarına cari ildə başlamağı planlaşdırıb. Sınaqlar uğurlu başa çatarsa, MİLDAS ilə “Hisar‐RF” kombinasiyası TCG İSTANBUL freqatında istifadə ediləcək. Tikintisi və avadanlıq inteqrasiyası davam edən ilk İSTİF sinif TCG İSTANBUL freqatı (F‐515) 2023‐cü ildə istifadəyə veriləcək. Məlumat üçün qeyd edək ki, Türkiyə MİLGEM layihəsinin birinci mərhələsi çərçivəsində 4 ədəd ADA sinif korvet inşa edərək istifadəyə verib. MİLGEM‐in ikinci mərhələsində isə TCG İSTANBUL freqatının da daxil olduğu 4 ədəd İSTİF sinifli freqatın inşa edilməsi planlaşdırılıb. İSTİF sinifli freqatlar ADA sinifli korvetlərdən fərqli olaraq, şaquli raket buraxma sistemi və orta/uzaq mənzilli hava hücumundan müdafiə raketləri ilə təchiz ediləcək. Qeyd edək ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) uzun illərdir istifadə etdiyi Mk‐41 şaquli raket buraxma sisteminin (VLS) tədarükü üçün ABŞ‐a müraciət edib. ABŞ tərəfi İSTİF sinifli freqatlarda istifadəsi nəzərdə tutulan Mk‐ 41 VLS‐nin tədaükünə icazə verməyib və Türkiyəyə embarqo tətbiq edib. Bu kimi səbəblərdən dolayı “Roketsan” şirkəti bir müddətdir ki, həyata keçirdiyi MİLDAS layihəsinin sürətləndirilməsinə qərar verib. “Roketsan” MİLDAS‐a son mərhələdə “Quad‐Pack” qabiliyyəti qazandırmağı planlaşdırıb. Bu qabiliyyət sayəsində İSTİF sinif freqatları 16 hücrəli şaquli raket buraxma sisteminə sahib olacaq. MİLDAS şaquli raket buraxma sisteminin “Quad‐Pack”

qabiliyyətinə sahib olması nəticəsində hər bir hücrə 4 ədəd zenit idarəolunan raket (ZİR) ilə təchiz edilməklə, ümumilikdə 64 ədəd ZİR‐ə sahib olacaq. Burada istifadə olunan zenit idarəolunan raketin ölçüsü də böyük əhəmiyyət kəsb edir. Hazırda Türkiyə HDQ‐nin Mk‐41 VLS ilə ESSM kombinasiyasına malik BARBAROS və GABYA sinif freqatları bu qabiliyyətə malikdir. MİLDAS‐ın zamanla yeni konfiqurasiyalarının inkişaf etdirməsi və çoxlu sayda raket atma qabiliyyətinə nail olması hədəflənib. *** “Roketsan”ın “Yalman” silah qülləsi ordunun silahlanmasına veriləcək “Roketsan” şirkəti tərəfindən milli imkanlarla hazırlanan “Yalman” silah qülləsi Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil ediləcək. Türkiyə Milli Müdafiə Nazirliyi “Yalman” silah qülləsinin qəbul sınaqlarının uğurla həyata keçirildiyini açıqlayıb. Bildirib ki, “Yalman” silah qülləsi tank əleyhinə bölmələrin əlavə imkanlar əldə etməsi məqsədi ilə başladılan KMC (Kaideye Monteli CİRİT) Silah Sistemi Layihəsi çərçivəsində hazırlanıb. “Roketsan”ın UMTAS və “Cirit” raketləri ilə komplektləşdirilən “Yalman” silah qülləsinin Konyadakı Karapınar poliqonun‐ da keçirilən qəbul sınaqları çərçivəsində təyin olunan hədəflər yüksək dəqiqliklə vurulub. “Roketsan” şirkəti “Cirit” lazerlə idarə olunan raket sistemini quru platforma‐ larından atmaq üçün inkişaf etdirdiyi KMC vasitəsini uzun müddət əvvəl istifadəyə verib. KMC döyüş maşınından UMTAS və L‐UMTAS tipli tank əleyhinə raketləri atmaq məqsədi ilə şirkət “Yalman” silah qülləsini inkişaf etdirdi. “Roketsan” istehsalı olan OMTAS, UMTAS, LUMTAS və “Cirit” raketləri

“Yalman” silah sistemi ilə eyni anda müxtəlif hədəflərə qarşı istifadə oluna biləcək. “Yalman” silah qülləsi ilə təchiz olunmuş KMC maşını maksimum 8 ədəd “Cirit” raketi və ya 4 ədəd L‐UMTAS/UMTAS raketi daşıya bilər. Döyüş maşınları qarışıq konfiqurasiyada isə 4 ədəd “Cirit” raketi və 2 ədəd yüklənmiş L‐UMTAS/UMTAS raketi ilə fəaliyyət göstərə bilər. “Yalman” qülləli KMC maşını üçün Türkiyənin FNSS şirkəti tərəfindən hazırlanmış KAPLAN‐ 10 platforması seçilib. Lakin “Yalman” qülləli KMC maşınına Türkiyə Quru Qoşunlarının inventarında olan digər platformalar da inteqrasiya oluna bilər. Stabilləşdirilmiş qülləsi sayəsində hərəkətdə olarkən 40 kilometrə qədər atəş imkanı təmin edən yeni silah sistemi istifadəçiyə 8 kilometr məsafəyə qədər yüksək atış qabiliyyəti təqdim edir. Bu sistem həm də üzərində daşıdığı yüksək texnologiyalı elektro‐optik sistemlə 20 kilometrə qədər məsafədə kəşfiyyat və müşahidə fəaliyyətləri həyata keçirə bilir. “Yalman” silah sisteminə 7,62 mm‐lik pulemyotun inteqrasiyası üzərində işlər davam etdirilir. *** Türk Ordusu TRG‑300 Blok III raketləri ilə silahlandırılıb “Roketsan” şirkəti tərfindən istehsal edilən TRG‐300 “yer‐yer” tipli raketlərin yeni Blok III (K+) modifikasiyası Türkiyənin Quru Qoşunlarına çatdırılıb. Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir bildirib ki, dövlət sifarişi əsasında Türkiyə Silahlı Qüvvələrinə onlarla TRG‐ 300 Blok III (K+) raketi təhvil verib. “Roketsan” istehsalı olan 300 milli‐ metrlik TRG‐300 raketləri gecə və gündüz, hər cür hava və ərazi şərtlərində kritik hədəfləri məhv etmək üçün hazırlanıb. TRG‐ 300 raketi “Roketsan” tərəfindən hazırlanan K+ silah sistemi və yaylım atəşli reaktiv sistemi ilə uyğun interfeyslərə malik müxtəlif platformalar üzərindən buraxıla bilir. “Roketsan” mütəxəssisləri tərəfindən hazırlanmış TRG‐300 Blok II raketinin çəkisi 660 kq, döyüş başlığı 180 kq, atış mənzili 20 – 90 km‐dır. TRG‐300 “Tiger” Blok III modifikasiyasının çəkisi 585 kq, döyüş başlığı 105 kq, atış mənzili 30 – 120 km təşkil edir. GPS və İNS naviqasiyasına malik TRG‐300 raketlərinin dəqiqliyi maksimum məsafədə ≤ 10 metr təşkil edir. Yüksək dəqiqliyi və dağıdıcı gücü sayəsində TRG‐300 raketləri uzaq məsafədə yerləşən hədəfləri effektiv məhv etmək qabiliyyətinə malikdir. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Roketsan” TRG‐300 raketinin dəniz platformalarına inteqrasiyası üçün lazımi təkmilləşdirmə və platforma uyğunlaş‐ maları üzərində çalışır.




Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.