Azeri Defence 6/32

Page 1




BU SAYIMIZDA NOYABR­DEKABR №06(32) 2017

4 Akademik Akif ƏLİZADƏ: AMEA YTP müdafiə sahəsinə yönələn layihələrə xüsusi diqqət yetirir AMEA­nın prezidenti akademik Akif ƏLİZADƏnin AZERİ DEFENCE jurnalına müsahibəsi

12

AZƏRBAYCAN MÜDAFİƏ SƏNAYESİ İXRAC POTEN­ SİALINI GÜCLƏNDİRİR

46

AZƏRBAYCANDA ÖZƏL MÜDAFİƏ ŞİRKƏTLƏRİ

20

İSGƏNDƏRƏ QARŞI POLONEZ

51

ASELSANIN RADAR SİSTEMLƏRİ

22

REGİONDA ARTİLLERİYA POTENSİALI

38

DƏNİZ ALTININ MİNA OVÇULARI

61

RUS ORDUSU DÖYÜŞÇÜ ROBOTLARA YOL AÇIR


AZERI DEFENCE Hərbi­texnoloji jurnal NOYABR­DEKABR №06(32) 2017 Təsisçi və baş redaktor Rəşad SÜLEYMANOV _________________ Tel: (+994 12) 596 47 99 E­mail: azeridefence@gmail.com editor@azeridefence.com Web: www.Azeridefence.com Ünvan: Bakı şəhəri, H.Zərdabi küç., 78B AHB İş Mərkəzi, 208 Türkiyə təmsilçiliyi Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence­tr@etkilesimltd.com

Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632 Azərbaycan Respublikası Vergilər Nazirliyi tərə indən 21 iyun 2012­ci ildə dövlət qeydiyyatına alınıb. AD JURNALI MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702181521 Reklam materiallarına görə AZERI DEFENCE jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir. «Təhsil NP» müəssisəsinin mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır 25.12.2017. Format 60x90 1/8. Sifariş ͳ͹ͻ.

Qiyməti: 6 manat “Lynx EXTRA” YARS Azərbaycan Ordusunun təlimində Foto: MN

Редактордан

Dəyərli oxucular! Azərbaycanda müdafiə sənayesi prioritet sahələrdən olsa da, digər region ölkələri ilə müqayisədə bu sektorda birgə müəssisələrin və özəl şirkətlərin sayı barmaqla sayılacaq qədərdir. Hansı ki, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan və Belarus təcrübəsinə baxdığımızda özəl sektorun və birgə müəssisələrin milli müdafiə sənayesinin formalaşmasında mühüm rol oynadığını görmüş olarıq. Özəl şirkətlər ağır, ləng və bürokratik idarəetmə metodlarının mövcud olduğu dövlət müəssisələrindən fərqli olaraq di­ namik, daha müasir yanaşma ortaya qoyaraq sektorda öz sözlərini qısa müddətdə deyə bilir. Eyni zamanda müstəqil və birgə şəkildə məhsulların yaradılması, keyfiyyətə önəm verilməsi, satış və dəstək xidmətləri ilə önə çıxır. Bu gün Azərbaycanda sektorda yer alan özəl şirkətlərin böyük ək­ səriyyəti xarici şirkətlərin satış təmsilçisi qismində çıxış etsələr də, son illərdə yerli şirkətlər tərəfindən müdafiə təyinatlı məhsulların yaradılması və istehsalı ilə bağlı fəaliyyətlər də nəzərə çarpmaqdadır. Dövlət müdafiə sənaye müəssisələri tərəfindən qısqanclıqla qarşılanmasına baxmayaraq, göründüyü qədər özəl sektor şirkətlərinin fəaliyyəti güc strukturları tə­ rəfindən təqdir olunur və həmin şirkətlərlə birbaşa əməkdaşlığa gedilir. Özəl sektor müdafiə sənayesinin inkişafında qonşu ölkələrin təc­ rübəsindən göründüyü kimi texnoparklar xüsusi rol oynayır. Bu yaxınlarda fəaliyyətə başlayan AMEA Yüksək Texnologiyalar Parkının da bu isti­ qamətdə atdığı addımlar yaxın perspektivdə müdafiə sənayesinin inkişafına öz təsirini hiss olunan səviyyədə göstərəcəkdir. Artıq Yüksək Texnologiyalar Parkının iki rezident şirkəti müdafiə sənayesi layihələri üçün “qollarını çırmayıb”. Orada yaradılan ilk məhsulların döyüş imkanları dekabrın 15­də Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edildi. Bununla özəl sektor şirkətləri öz məhsullarını ortaya qoyaraq sektorda “biz də varıq” söyləmiş oldular. Ümid edirik ki, texnoparkların imkanlarından və orada tətbiq edilən güzəşt və imtiyazlardan istifadə edərək rezident şirkətlər ordunun xaricdən aldığı məhsulları daha ucuz qiymətə və daha yüksək keyfiyyətdə təqdim edə biləcəklər. Şübhəsiz ki, bundan daha çox savadlı və bacarıqlı gənclər öz ideyalarını reallaşdırmaq üçün bəhrələnəcək. Texnoparklar həm də Azər­ baycanda fəaliyyət göstərmək istəyən xarici müdafiə sənayesi şirkətlərinin və birgə müəssisələrin də fəaliyyətinə stimul verəcəkdir. Artıq rəqabət başlayıb. Vətənimizin, dövlətimizin, ordumuzun güc­ lənməsi üçün göstərilən bütün cəhdləri alqışlayıb, xeyir­dua verib, dəstək olmaq zamanıdır.


AZERI DEFENCE

AKADEMİK AKİF ƏLİZADƏ: AMEA MÜDAFİƏ TƏYİNATLI LAYİHƏLƏRƏ XÜSUSİ DİQQƏT YETİRİR AMEA­nın Yüksək Texnologiyalar Parkı elmlə biznesin qovuşduğu məkandır Rәşad Süleymanov, Orxan Aslanlı Azәrbaycan Milli Elmlәr Akademiyası Yüksәk Texnologiyalar Parkının (YTP) fәaliyyәtә başlamasından 1 il ötür. YTP-nin ilk rezidentlәri arasında ölkәmizin müdafiә qüdrәtinin artırılmasına hәdәflәnәn layihәlәr hәyata keçirәcәk şirkәtlәr dә yer alır. Son illәr respublikada elm sahәsindә aparılan islahatlar, ölkәnin hәrbi qüdrәtinin yüksәldilmәsindә AMEA-nın rolu, Yüksәk Texnologiyalar Parkının fәaliyyәti, gәlәcәk planları, o cümlәdәn Azәrbaycanda elmin bilik iqtisadiyyatında rolu, müdafiә sektoruna yönәlmiş proqramları barәdә suallarımızı Azәrbaycan Milli Elmlәr Akademiyasının prezidenti, akademik Akif ӘLİZADӘ cavablandırır. AD: Akif müəllim, artıq bir neçə ildir Azər­ baycanda elm sahəsində islahatlar aparılır. “Elm haqqında” qanun qəbul edildi və bu qanunda Aka­ demiya qarşısında bir sıra vəzifələr qoyulmuşdur. AMEA­nın 70 illiyi münasibətilə keçirilən tədbirdə cənab Prezident də elmin inkişafı və bilik iq ­ tisadiyyatında rolu barədə bir sıra tapşırıqlar verdi. Söhbətimizi də məhz bu nöqtədən sizin fikirlərinizlə başlamaq istərdik. Akif ƏLİZADƏ: Əvvəla qeyd edim ki, 2016­cı ildə qəbul edilmiş “Elm haqqında” Qanun ilə elm sahəsində normativ­hüquqi baza təkmilləşdirildi. Qanuna əsasən Akademiyaya Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi­

texniki siyasətini həyata keçirən, ölkə üzrə elmi tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, elmi­ texniki fəaliyyət sahəsində Azərbaycanı xarici ölkələrdə təmsil edən dövlət ali elmi təşkilatı statusu verilib. Sənəddə, həmçinin magistrant və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi, elmi müəs­ sisələrin akkreditasiyası, koordinasiyası və digər mühüm məsələlər yer alıb. Bu qanunla yanaşı, daha doğrusu, ondan öncə və sonra dövlət rəhbərliyi tərəfindən imzalanmış “Azərbaycanda 2009­2015­ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”, “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014­2020­ci illər üçün Milli Strategiya”, eləcə də “Azərbaycan


NOYABR–DEKABR 2017

Respublikasının milli iqtisadiyyat pers­ pektivi üzrə Strateji Yol Xəritəsi”ndə elmin inkişaf etdirilməsinin rolu xüsusi vurğulanıb və bizim də qarşımıza tap­ şırıqlar qoyulub. Məsələn, “Azərbaycan Respublikasının milli iqtisadiyyat pers­ pektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan “təhsil­elm­istehsal” əlaqələrinin səmərəliliyinin artırılması istiqamətindəki işlərdə Akademiyada görülən işlər də öz əksini tapıb. Belə ki, sənəddə “bu gün Azərbaycan Milli Elmlər Akademiyası “elm­təhsil­isteh­ sal” zəncirində aktiv iştirak etməklə Azərbaycanın qlobal istehsal zəncirində iştirakına öz töhfəsini verir. Hazırda AMEA “elm­təhsil­istehsal” zəncirini qurmaq məqsədilə tədqiqat uni ­ versitetlərinin yaradılması ilə bağlı bir sıra addımlar atmışdır” deyə qeyd edilir. Elmin inkişafından bəhs etmişkən, bir məsələni də qeyd etmək istərdim. Biz nə qədər keçmişimizlə fəxr etsək də, açıq etiraf etmək lazımdır ki, bütün postsovet məkanında elm dərin böh­ randan hələ ki çıxa bilməyib. Təəssüflər olsun ki, ölkəmizin qazandığı böyük nailiyyətlərdə elmimizin xüsusi çəkisi hələ də lazımi səviyyədə deyil. Elmin müasir infrastrukturunun yaradılması, irimiqyaslı layihələrin gerçəkləşdiril­

məsi, elmi araşdırmaların yeni maliyyə­ ləşmə mexanizmləri hələ də müzakirə­ lər səviyyəsindən konkret praktiki müstəviyə keçirilə bilməyib. Akademik elmin bu gün ən böyük problemi onun sürətlə qocalması və gənc yüksəkixti­ saslı kadrların qıtlığıdır. Bizə lazım olan mütəxəssisi biz artıq orta məktəb səviyyəsində itiririk, çünki gənclərin böyük qismi peşə seçimi problemi ilə rastlaşanda öz gələcəyinin elmlə və elmi fəaliyyətlə bağlanmasına tərəd­ düdlə yanaşır. Bütün bu problemlərin aradan qaldırılması üçün cənab Prezi­ dentimiz İlham Əliyevin tapşırığı ilə tərəfimizdən zəruri addımlar atılır. 2015­ci ildə AMEA­da ilk dəfə olaraq ali təhsilin ikinci pilləsi olan magistra­ tura yaradılıb və həmin ildən baş­ layaraq magistratura təhsili uğurla həyata keçirilir. Cari ilin iyul ayında Akademiyanın ilk magistrlərinin bura­ xılışı böyük təntənə ilə qeyd edildi. Artıq nəticə var. Onların hamısı Aka­ demiyada qalıb öz elmi karyeralarını davam etdirir. Gənc alimlərin fəaliyyətindən söz düşmüşkən, deyə bilərəm ki, onların iştirakı ilə artıq müvəffəqiyyətlərə nail olmaqdayıq. Xüsusilə informasiya tex­ nologiyaları sahəsində gənc tədqi­

4­5

qatçılar tərəfindən əldə olunmuş bir sıra elmi­nəzəri nəticələr ölkəmizin qloballaşan dünyada dayanıqlı inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, virtual məkanda ölkəmizə qarşı in­ formasiya müharibəsi aparan gizli sosial şəbəkələrin aşkarlanması, həmçinin Big Data şəraitində elektron­dövlətin informasiya təhlükəsizliyinin təmin olunması üçün bir sıra effektiv texno­ logiyalar işlənilib. Hər bir Azərbaycan aliminin əldə etdiyi nailiyyət tək onun şəxsi nailiyyəti deyil, onun qazandığı uğurla dövlət də, cəmiyyət də, millət də fəxr edir. AD: AMEA tərəfindən hazır ­ lanmış Azərbaycanın Milli İnnovasiya Sistemi barədə nələri söyləyə bilər­ siniz? Bu sistem nədir və özündə nəyi ehtiva edir? Akif ƏLİZADƏ: Keçid dövründə daha da dərinləşmiş və müasir Azər­ baycanın qeyri­neft sektorunda hələ də davam edən nisbi iqtisadi geriliyin aradan qaldırılmasında, ötən dövrlər ərzində yaranmış elmi­texniki poten­ sialdan və istehsal infrastrukturundan daha səmərəli istifadəyə şərait yaradan innovasiya sisteminin formalaşdırıl­ masının müstəsna əhəmiyyəti vardır.


AZERI DEFENCE

Respublikamızın elmi­texniki və tex­ noloji potensialının gücləndirilməsinə xidmət edən Milli İnnovasiya Sisteminin yaradılması ölkə iqtisadiyyatının ayrı­ ayrı sahələrində davam edən texnoloji geriliyin aradan qaldırılmasına şərait yaradacaqdır. Nəticə etibarilə həm dövlət, həm də özəl sektor tərəfindən reallaşdırılan innovasiya layihələrinin koordinasiya olunması, elmi­texniki və texnoloji xarakter daşıyan inno­ vasiyaların ölkəmizdə transfer olun­ ması, innovasiya proseslərinə maliyyə resurslarının cəlb olunması, elmi­tex­ niki kadr po ten sialının inkişaf et ­ dirilməsi, nəhayət, perspektivli elmi­ texnoloji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi innovasiya nəti­ cələrinin kommersiyalaşdırılmasına, innovasiya subyektlərinin vahid infra­ strukturunun formalaşdırılmasına im­ kan verəcəkdir. Ayrı­ayrı ölkələrin Milli İnnovasiya Sistemlərinin tədqiq olunması və əldə olunan nəticələrin Azərbaycanın siyasi, sosial­mədəni və iqtisadi mühitinə uy­ ğunlaşdırılması, yerli xüsusiyyətlərin öyrə nilməsi yolu ilə müxtəlif me ­ xanizmlərdən, o cümlədən fiskal, maliyyə­kredit və digər (güzəştli ver­ gitutma, kreditləşmə, vençur maliy­ yələşdirmə və s.) həvəsləndirici təd­ birlərin həyata keçirilməsinə ehtiyac var. Resurslardan istifadənin səmə­ rəliliyinin yüksəldilməsi üçün dövlət proqramlarının iqtisadi səmərəliliyinin qiymətləndirilməsi təcrübəsinin güc­ ləndirilməsi, Elmi­Tədqiqat və Təcrübə Konstruktor İşlərinin və innovasiya proqramlarının həyata keçirilməsi üçün ayrılan bütün büdcə vəsaitlərinin bir maddələr qrupunda göstərilməsini məqsədəuyğun hesab edirik. Elmin və

innovasiya fəaliyyətinin inkişaf et­ dirilməsinin dəstəklənməsi büdcə siyasətinin əsas funksiyalarından biri olmalıdır. AD: Dövlət başçısı iki il əvvəl AMEA­nın 70 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında alim­ lərin iqtisadiyyatın inkişafında ro­ luna toxundu. Onların poten sia ­ lından müxtəlif sahələrdə istifadənin zəruriliyini vurğuladı və tapşırıqlar verdi. Bu çıxışdan sonra AMEA tə­ rəfindən elmin istehsalatda tətbiqi istiqamətində hansı işlər həyata keçirilir? Akif ƏLİZADƏ: Yeni iqtisadi şərait Azərbaycanın milli iqtisadiyyatından rəqabətqabiliyyətli məhsul və xidmətlər istehsalı və neftdən asılılığın azaldılması kimi mühüm tələblərə təxirəsalınmaz cavablar gözləyir. Bu cavabların veril­ məsi üçün milli iqtisadiyyatda mövcud olan bütün istehsal faktorları effektiv və səmərəli şəkildə səfərbər edilməli və idarə olunmalıdır. İdxal əvəzedici məhsul və xidmətlərin istehsalı ölkədə sahibkarlığın inkişafı ilə yanaşı, mövcud problemlərdən olan valyuta axınının qarşısını ala bilər. Digər tərəfdən, rəqabətqabiliyyətli ixrac məhsullarının istehsalı isə ölkə iqtisadiyyatının di­ versifikasiya olunması ilə yanaşı, neftdən asılılığı da ciddi surətdə azalda bilər. Bunun üçün də təşviqedici ad­ dımlar atılması zəruridir. Belə təşviq­ edici faktorlardan biri kimi elmi­təd­ qiqat və innovasiya layihələrinin is­ tehsalata dəstək verməsini göstərmək olar. Şirkətlər ilkin mərhələdə tədqiqat və araşdırmalara az investisiya yatıra bilirlər. Bu, özünü xüsusilə indiki halda qabarıq göstərir. Ona görə də sahib­

karların elmi­texnoloji çətinliklərinin aradan qaldırılması üçün onlara fiskal güzəştlərdən əlavə elmi dəstəyin veril­ məsi də vacibdir. Bu baxımdan, 8 noyabr 2016­cı il tarixində Azərbaycan Res­ publikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə yaradılmış AMEA Yüksək Texnologiyalar Parkı (AMEA YT Park) çox mühüm tapşırıqların icra olunması və elm­istehsalat­dövlət zən­ cirinin tam formalaşması üçün əlverişli zəmin yaradır. Sərəncamda nəzərdə tutulduğu kimi, AMEA YT Parkı elmi, innovativ layihələrin dəstəklənməsi, elmin kommersiyalaşdırılması funksi­ yalarını həyata keçirəcəkdir. AMEA YT Parkında həm sahibkarların təklifləri əsasında elmi­tədqiqat, təcrübə­kons­ truktor və tədqiqat­inkişaf layihələri icra edilə bilər, həm də ideya müəl­ liflərinin öz təklifləri əsasında hazır­ lanan innovasiya yönümlü layihələr hazırlana və istehsalata transfer edilə bilər. AMEA YT Parkda icra ediləcək layihələr elmtutumluluğu, innovativliyi, rəqabətqabiliyyətliliyi, ixrac potensiallı və idxal əvəzləyici funksiyaları ilə seçiləcəkdir. Milli iqtisadiyyat səviyyəsində isə strateji hədəflərin müəyyənləşdirilməsi və müvafiq iqtisadi islahatların həyata keçirilməsi üçün genişmiqyaslı təd­ birlərin reallaşdırılması nəzərdə tutulur. Bu məqsədlə hazırlanmış və 6 dekabr 2016­cı il tarixində Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iq­ tisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” kifayət qədər peşəkarlıqla və dəqiqliklə iqtisadi hədəfləri və görü­ ləcək tədbirləri müəyyənləşdirib. Belə ki, Strateji Yol Xəritəsində milli iqtisa­ diyyatın müxtəlif sektorları üzrə sahibkarlığın dəstəklənməsi, elmlə isteh salatın əlaqələrinin geniş lən ­ dirilməsi, insan kapitalının inkişaf etdirilməsi, əlverişli biznes mühitinin inkişaf etdirilməsi və s. kimi çox əhəmiyyətli məqamlar qeyd olunur. Xüsusilə AMEA­nın roluna toxunan Strateji Yol Xəritəsində sahibkarların elmi problemlərinin həlli istiqamətində geniş perspektivlər açılması nəzərdə tutulur. Düşünürəm ki, Strateji Yol Xəritəsində qeyd olunan sektorların inkişaf etdirilməsi və uzunmüddətli hədəflərə nail olunması üçün elm və sahibkarlığın əlaqələrinin genişlən­ dirilməsi zərurəti bir çox sektorların inkişafına gətirib çıxaracaqdır. Əminik ki, elm­istehsalat­dövlət zəncirinin tam formalaşdırılması ilə qarşımıza qoyul­


NOYABR–DEKABR 2017

muş tapşırıqların öhdəsindən layi­ qincə gələcəyik. AD: Akif müəllim, texno­ parklar dünyada uzun müd ­ dətdir mövcud olsa da, Azərbay­ canda yeni­yeni yaradılmağa başlayır. Bunlardan biri də AMEA YT Parkıdır. AMEA YT Par­ kının yaran ması hansı zəru ­ rətdən doğdu? Akif ƏLİZADƏ: Azərbaycanda rəsmi statuslu texnoparklar cənab Prezident İlham Əliyevin sərən­ camları ilə yaradılıb. İlk texnopark 2013­cü ildə hazırkı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin – red.) tərkibində Pirallahı adasında yaradıldı. Bu yaradılan texnoparkın adı Yüksək Texnologiyalar Parkı idi. Daha sonra o vaxt İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Na­ zirliyi – red.) nəzdində Sumqayıt Kimya Sənaye Parkı təsis olundu. 8 noyabr 2016­ci il tarixində cənab Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Elmlər Aka­ demiyasının tərkibində Yüksək Tex­ nologiyalar Parkı yaradıldı. Bununla da respublikada texnoparklara dair üçüncü səlahiyyətli orqan AMEA oldu. Keçən ilin noyabrında sərən­ cam verildikdən sonra bir müddət texno parkın qeydiyyatı, rəsmi ­ ləşdirilməsi, strukturu, nizam ­ naməsi, ştat cədvəli, büdcəsi və s. bu kimi təşkilati məsələlərlə məşğul olduq. Bundan sonra, 2017­ci ilin may ayından rəsmi olaraq fəaliyyətə başladıq. Bu gün dövlət başçısının tövsiyələri və Akademiyanın hədəf­ lərinə uyğun olaraq elmin kommer­ siyalaşdırılması, bilik iqtisadiyya­ tının qurulması, ixracyönümlü is­ tehsal sahələrinin yaradılması və s. istiqamətlərdə fəaliyyətə başla­ mışıq. Texnoparkın imkanlarına, re­ zidetlərə təqdim etdiyi imtiyaz və güzəştlərə gəlincə, deyə bilərəm ki, Azərbaycanda mövcud olan 9 vergi növünün 5­dən (gəlir, mənfəət, əlavə dəyər, torpaq və əmlak vergiləri) rezidentlər azad olurlar. Rezidentin bu və ya digər texnoparkın əra­ zisində icra etdiyi layihələr çər­ çivəsində idxal etdiyi texnologiya və avadanlıq gömrük rüsumlarından azaddır. Hansı ki, bu, məhsulun

maya dəyərinə 50%­ə qədər təsir göstərir. Bundan əlavə, texnopar­ kımız bütün infrastruktura malikdir. Burda həm hazır istehsalat sahələri, həm anbar imkanları, həm yeni is­ tehsal sahələrinin tikilməsi və qurulması üçün müvafiq ərazilər mövcuddur. Elmi­tədqiqat işlərinə investi­ siyaların cəlb olunması, bu istiqa­ mətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və əlverişli mühitin yaradılması yolu ilə AMEA YT Parkı strateji hədəflərə nail olmaq üçün öz töhfəsini verə­ cək. Milli iqtisadiyyatın neftdən asılılığını azaltmaq, idxal əvəzləyici sektorları inkişaf etdirmək, ixrac bazarlarında rəqabət üstünlükləri əldə etmək, qlobal dəyər zəncir­ lərində iştirakı artırmaq və digər strateji hədəflərə nail olmaq üçün AMEA YT Parkın görəcəyi işlər və perspektivlər kifayət qədər genişdir. Belə ki, • qeyri­neft sektorları üzrə ideya və biliklərin dəstəklənməsi ilə resurs asılılığının azaldılması; • kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində AMEA YT Parkında startaplara və özəl şirkətlərə əlverişli mühit yaratmaqla rəqabətqabiliyyətli bazar subyekt­ lərinin yaradılması və idxal əvəz­ ləyici sektorların formalaşdırılması; • özəl şirkətlərə stimullaşdırıcı şərait yaratmaqla ixracmeyilli sek­ torlar üçün rəqabət üstünlükləri qazandırılması, bu istiqamətdə beynəlxalq əməkdaşlıq imkanla­ rından istifadə edilməsi; • tədqiqat və təkmilləşdirmə işlərinin nəticəsi olaraq qlobal dəyər zəncirlərində spesifik məhsullar üzrə ixtisaslaşaraq bazar payı əldə edilməsi; • nəzərdə tutulan sektorlar və hədəflər üzrə elmi problemlərin həlli istiqamətində proqram və tədqiqatlar həyata keçirilməsi; üzrə AMEA YT Parkında inten­ siv işlər həyata keçirilir. AD: AMEA YT Parkının digər texnoparklardan fərqi nədir? Akif ƏLİZADƏ: Qeyd etdiyim kimi, bu gün respublikada bir neçə texnopark fəaliyyət göstərir. Bizim digər texnoparklardan fərqimiz ondadır ki, burada tətbiqi elmin və laboratoriya tədqiqat işlərinin, onların nəticələrinin mövcudluğunu

6­7

AMEA YT Parkın rezidentləri AMEA YT Park AMEA Təcrübə-Sənaye Zavodunun bazasında yaradılıb. Hazırda AMEA YT Parkda 6 rezident fəaliyyət göstərir. Onlardan ikisi xarici kapital iştirakı ilə yaradılan müəssisələrdir. Digər dördü isə yerli rezidentlərdir. Öz növbəsində, yerli rezidentlərin ikisi AMEA-nın strukturuna aiddir və AMEA tərkibində fəaliyyət göstərirlər. YTP-nin rezidentlərindən “Elm və Texnologiyalar Parkı” MMC hərbi yönümlü, müdafiə təyinatlı layihələrin icrası ilə məşğul olur. AMEA Rəyasət Heyətinin 29 iyun 2016-cı il 9/5 nömrəli qərarı ilə yaradılmış “Elm və Texnologiyalar Parkı” MMC-nin fəaliyyətinin əsas məqsədi yüksək texnologiyaların hazırlanması, işlənməsi və təkmilləşdirilməsi məqsədilə elmi-texniki tədqiqat və konstruktor işlərinin aparılması, onların nəticələrinin xüsusi təyinatlı istiqamətlərdə, o cümlədən sənaye və xidmət sahələrində tətbiqi üçün şəraitin yaradılması, fəaliyyətin təşkili və inkişaf etdirilməsindən ibarətdir. Elm və Texnologiya Parkının laboratoriyalarında peşəkar mütəxəssislər elektron cihaz və qurğuların prinsipial elektrik sxemləri və çap lövhələrinin topologiyasının işlənməsi, sınaq nümunələrinin hazırlanması, mikrokontroller və proqramlaşdırıla bilən məntiq mikrosxemləri üçün proqram təminatının işlənməsi, müxtəlif çətinlikli metal hissələrin Solid Works proqram təminatında işlənməsi, müasir CNC Torna və Frez dəzgahlarında təcrübi nümunələrinin hazırlanması ilə məşğul olurlar. Digər rezident, “AMEA Təcrübə-Sənaye Zavodu” MMC isə uzun müddət neft kimya sənayesi sahəsinə böyük töhfələr verib. Müəssisə 1974-cü ildən neft kimya sənayesinə pilot qurğular hazırlayaraq, yeni texnologiyalarla təmin edir. Bu şirkət hazırda daha çox sənaye sürtkü və mühərrik yağlarının istehsalı ilə məşğuldur. Başqa bir rezident “DN Tecnologies” MMC simulyatorların yaradılması və istehsalı ilə məşğuldur. Digər rezident “Millers Oils Azerbaijan” MMC-dir. Noyabrın 23-də istehsalat sahəsinin açılışı olan həmin şirkət premium klass yağlar, sintetik və yarı sintetik yağlar, mühərrik transmissiya yağları istehsal edirlər. Şirkət Böyük Britaniyanın “Millers Oils” şirkəti ilə AMEA tərəfindən birgə təsis olunub. Aqrar sektorda fəaliyyət göstərən rezident “Agro Bio Eco Tech” MMC isə üzvi gübrələr, ziyanverici və xəstəliklərə qarşı ekoloji təmiz mübarizə vasitələri və s. bu kimi məhsullar istehsal edir.


AZERI DEFENCE və iştirakını təmin edirik. Yəni hər hansı bir fəaliyyət göstərmək istəyirsə, biz burada onu, ilk növbədə, tətbiqi elm və laboratoriya tədqiqat dəstəyi ilə təmin edirik. Yeni innovativ məhsul, yeni dəyər ancaq tətbiqi elmin və yeni texnologiyaların iştirakı ilə yarana bilər. Yəni innovativ məhsuldan, yeni texno­ logiyadan söhbət gedirsə, burda mütləq elm iştirak etməlidir. Bizim AMEA olaraq digər texnoparklardan üstünlüyümüz odur ki, bizim arxamızda alimlər ordusu var. Bildiyiniz kimi, AMEA­nın tərki­ bində 47 institut mövcuddur. Akade­ miyanın şəxsi heyəti 12000 nəfərə ya­ xındır. Təxminən 350­yə yaxın labo­ ratoriyamız mövcuddur. AMEA YT Park çalışır ki, elmin büdcə asılılığı azaldılsın və eyni zamanda bilik iqtisadiyyatının qurulmasında, ixracyönümlü istehsalat­ da elm öz töhfəsini versin. YTP­də təqdim edilən güzəşt və imtiyazlar şərait yaradır ki, istehsal ediləcək məhsulun maya dəyəri texnoparkdan kənarda istehsal olunan məhsulun maya dəyərindən 2 dəfə aşağı olsun. Bəli, bu, istehsalçılar üçün mühüm faktordur. Amma burası da var ki, hər can atan, rezident olmaq istəyən sahibkarlıq subyektini qəbul edə bilmərik. Qəbul üçün iki əsas kriteriya mövcuddur: Müda iə naziri Zakir Həsənov və Nazir­ liyin rəhbər heyəti AMEA YT Parkında istehsal edilən dronlarla tanış olur. Foto MN.

• Təqdim edilən layihə elmtutumlu olmalıdır. Yəni onun tərkibində birmənalı olaraq elm, kəşf, ixtira, yenilik, innovasiya olmalıdır. • Daxili bazarın tələblərini qarşı­ lamaqla bərabər, təqdim edilən məhsul ixracyönümlü olmalıdır. Eyni zamanda məhsul istehsalında yerli xammaldan istifadə olunması vacib şərtlərdəndir. Yəni xaricdən gətirilən məh sulun istehsalı üçün dövriyyə vəsaitlərinin xüsusi çəkisi aşağı olsun. Xaricdən avadanlıq və texnologiyanın idxalı istisna olunmaqla. Qeyd edim ki, rezidentlərimizin xaricdən avadanlıq və texnologiya idxalında gömrük rüsum­ larından azad olması böyük üstün­ lükdür. Bununla sahibkar təxminən 50 faizə yaxın qənaət etmiş olur. AD: Akif müəllim, yeri gəlmişkən AMEA YT Parkının strukturu və layihələrin seçimi barədə məlumat verməyinizi xahiş edirik? Bu seçim necə həyata keçirilir? Akif ƏLİZADƏ: Texnoparkımız iki hissədən ibarətdir. Bir hissəsi AMEA­ nın şəhərciyində yerləşir. Ora biznes inkubasiya və texnologiyanın transferi mərkəzidir. Başqa sözlə ifadə etsək, beyin mərkəzidir. Bütün layihələr, təklif­ lər, ideyalar ora gəlir. İlkin mərhələdə orada baxılır. Əgər rüşeym halında olan layihə və ya ideyadırsa, o, biznes inkubasiya mərkəzinə ötürülür. Orda yetişdirilir və dörd ələkdən keçirilir –

ideya, konsepsiya, prototip və son məhsul. Yox, əgər bu, hansısa bir alimin ixtirasıdırsa, yeniliyidirsə, sınaqdan keçirilmiş bir layihədirsə, yəni tətbiqə hazırdısa, o zaman texnoloji transfer mərkəzinə verilir. Texnoloji transfer mərkəzi artıq onun professional, peşə­ kar layihələndirilməsi və investisiyası ilə məşğul olur. Hər iki mərhələ üzrə (yəni həm biznes inkubasiya, həm də texnologiya transferi mərkəzi) ələkdən keçən layihələr bizim daxili komissi­ yamızda baxılır. Komissiyadan keçdik­ dən sonra Ekspertlər Şurasına təqdim edilir. Ekspertlər Şurasında 5 dövlət qurumunun nümayəndələri təmsil olu­ nur və sədri AMEA­nın vitse­prezidenti, akademik İbrahim Quliyevdir. Digər üzvləri İqtisadiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azər­ baycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və AMEA­nın nüma­ yən dələridir. Ekspertlər Şurasına çıxarılan iddiaçı sahibkarlıq subyekti, orada öz layihəsinin təqdimatını edir, onun elmtutumluluğunu və ixracyö­ nümlülüyünü isbat edir, öz biznes pla­ nını müdafiə edir. Yekunda Ekspertlər Şurasının səsverməsi ilə müsbət qərar əldə edən sahibkarlıq subyekti AMEA YT Parka rezident olaraq qəbul edilir. Yeri gəlmişkən, onu da deyim ki, ictimaiyyət arasında belə bir fikir formalaşıb ki, texnopark istehsalla məşğuldur. Bu, düzgün fikir deyil.


NOYABR–DEKABR 2017

Texnopark xidmət göstərən və konkret məkanda innovasiya ekosistemini yaradan idarəedici qu­ rumdur. Yəni biz bu ərazidə elmlə biznesi bir araya gətirərək onların qarşılıqlı maraq və fayda əsasında əməkdaşlığını təşkil edirik. AMEA YT Parkı elmlə biznesin qovuşduğu məkandır. AMEA YT Parkında rezidentlərin seçil ­ məsində məhdudiyyət yoxdur. Tək Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərənlər deyil, həm də xaricdə fəaliyyət göstərən sahibkarlıq subyektləri (bu, fiziki və ya hüquqi şəxs ola bilər) müraciət edə və rezident statusu ala bilərlər. Buna bariz nümunə “Millers Oils Azerbaijan” şirkətini göstərmək olar. AMEA YT Parkında Binez İnkubasiya Mərkəzi fəaliyyət göstərir. Təchizat səviyyəsinə, maddi­ texniki bazasına, şəraiti və imkanlarına, strateji mövqeyi və yerləşməsinə görə Azərbaycanda yeganə bənzərsiz Biznes İnkubasiya Mərkəzidir. 2018­ci ilin yanvar ayından geniş startap proqramına start veriləcək. Artıq elanlar verilib. Ən yaxşı 10 startap seçiləcək. Onu da vurğulamaq istərdim ki, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən digər biznes inkubasiya mərkəzlərindən fərqimiz Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan texnoparkın tərkibində fəaliyyət göstərməyimizdir. Mərkəzin fəaliyyəti Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qay­ dalarla tənzimlənir. İkinci üstünlüyümüz ondan ibarətdir ki, YT Parkın Biznes İnkubasiya Mər­ kəzində həm də mentolluq dəstəyi veririk. Yəni startaplarda gənclərdən ibarət, şirkətləşmək istəyən komandalar olur. Onları biz alimlərin iştirakı ilə dəstəkləyirik. Deyək ki, iddiaçı hər hansı bir proqram təminatını inkişaf etdirmək istəyir. Biz o layihəyə AMEA­nın İnformasiya Texnologiyları İnstitutunun alimlərini cəlb edirik və s. Onlar bizim alimlərimizin himayəsi, qayğısı və diqqəti altında inkişaf edirlər. AD: Akif müəllim, AMEA­nın və YT Parkının müdafiə sektoru ilə əməkdaşlığı və növbəti dövrdə əməkdaşlığında hansı yeniliklər gözlənilir? Akif ƏLİZADƏ: AMEA YT Parkının artıq 2018­ci illə bağlı planları var. Silahlı Qüvvələrin Hərbi Akademiyasının mütəxə ssislərinin, alimlərinin, zabitlərinin bu hərbi təyinatlı layihələrin inkişafında xüsusi rolu var. Çünki bizim rezidentlərimizin hazırladığı qurğular, avadanlıqlar, aparatlar, bilavasitə onların texniki tapşırıları əsasında yerinə yetirilir. Onlar müəyyənləşdirir hansı texniki göstəricilərə malik olmalıdır, hansı məsələlərə daha çox diqqət yetirmək lazımdır. Düşünürəm ki, onlar da bizim gördüyümüz işlərdən razıdırlar. Onlar da fəxr və qürurla qeyd edirlər ki, artıq Azərbaycanda bu istiqamətdə belə bir işlər görülür, yeniliklər əldə edilir. Onu da qeyd edim ki, müdafiə təyinatlı avadanlıqların proqram təminatından tutmuş,

8­9

İyun ayında Bakıda keçirilmiş sərgidə YT Parkının rezidenti tərəfindən istehsal edilmiş multirotor dronlar nümayiş etdirilib. YT Parkın bir illik fəaliyyətinə həsr olunmuş tədbirdə biildirilib ki, rezident müəssisə tərəfindən 6 dron hazırlanıb. AMEA YT Parkda istehsal edilən dronlar həm mülki, həm də hərbi təyinatlıdır. Burada dronların hazırlanması, istehsalı, xidmət göstərilməsi işi təşkil olunub. Xarici analoqlara nisbətən çox ucuz başa gələn, pilotsuz uçan aparatlar (PUA) sinfinə daxil olan dronlar əsas göstəricilərinə görə heç də öz xarici analoqlarından geri qalmır və bəzi göstəricilər üzrə hətta onları üstələmək qabiliyyətinə də malikdir. Xüsusi təyinatlı tapşırıqların yerinə yetirilməsi ilə yanaşı, süni intellektə malik, avtopilot sistemi ilə təmin edilmiş, tapşırıqları gecə və gündüz vaxtları yerinə yetirmək üçün nəzərdə tutulub. Çətin hava şəraitində uçmaq qabiliyyətli bu aparatlar eyni zamanda mülki sahədə də ərazilərin rəqəmsal xəritələrinin çıxarılması, istənilən hündürlükdən çəkilişlərin aparılması, çəkisi yüngül vacib yüklərin öz ünvanlarına dəqiq çatdırılması, neft istismar sahələrində və neft boru kəmərləri üzəri ilə müşahidə-monitorinq işlərinin həyata keçirilməsi və s. üçün istifadə oluna bilər. YT Park rəsmilərinin sözlərinə görə, 2015-ci ilin mart ayında Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə AMEA arasında əməkdaşlıq sazişi imzalanıb. Bu sazişə əsasən, Hərbi Akademiyanın Elm şöbəsi ilə sıx işlər görülür. Ordunun güc strukturlarını gücləndirmək, yeni texnologiyaları tətbiq etmək məqsədilə, bir sıra xüsusi təyinatlı, fərqli funksiyaları yerinə yetirən pilotsuz uçuş aparatları hazırlanıb və seriyalı istehsala hazırdır. Dron və PUA-lar döyüş şəraitində sınaqlardan keçirilir, hərbçilərin fikir, tövsiyə və məsləhətləri əsasında təkmilləşdirilir. YT Parkın rezidenti tərəfindən AMEA-nın bəzi elmi-tədqiqat institutları dronla təmin olunub və hər institutdan iki nəfər dəvət edərək dron operatoru kursları təşkil edilib. AMEA YT Parkında hərbi, müdafiə təyinatlı layihələr tək pilotsuz uçuş aparatları ilə məhdudlaşmır. Perspektivdə kəşfiyyat dronları ilə yanaşı, xüsusi döyüş təyinatlı kəşfiyyat tapşırıqlarını yerinə yetirmək və normal çəkidə partladıcını hədəfə atan dronların, hədəfi dəqiq vurmaq qabiliyyətinə malik nisbətən orta təsir radiuslu idarə oluna bilən gəzən sursatın, düşmənlə təmas xəttində qarşı tərəfin təxribatı və kəşfiyyat qruplarının müşahidəsi, lazım gəldikdə məhv edilməsi üçün nəzərdə tutulmuş perimetr mühafizə və radiopartladıcı sistemlərin, əsgərin çantasında daşına bilən, nisbətən kiçik təsir radiusuna malik, hədəfi dəqiq vurmaq qabiliyyətinə malik idarə edilə bilən kiçik ölçülü sursatların yaradılması planlaşdırılır. Digər perspektiv layihə atış simulyatorlarının yaradılması və istehsalıdır. Bu işlər “DN Technologies” şirkəti tərəfindən həyata keçirilir


AZERI DEFENCE

AMEA YT Parkında yerləşən Millers OIL MMC­nin açılış mərasimi. Foto AMEA YTP.

ehtiyat hissələrinin 80 faizinə qədər məhz burda hazırlanır. Yalnız mühərrik, müşahidə kamerası, video ötürücülər kimi hissələr xaricdən alınır. Dünyanın çox yerində belədir. Testlərdən istehsala qədər hər şey burada yerinə yetirilir. Mühərrik yağlarına da tək mülkidə deyil, orduda da böyük tələb vardır. Başqa sözlə, strateji əhə miyyətli məhsuldur. AD: Gələcəkdə yeni rezidentlərin qəbulu zamanı müdafiə sektorunda fəaliyyət göstərən və göstərmək istəyən yerli və xarici şirkətlər, birgə müəssisələrə hansısa bir xüsusi diqqət, prioritet verilməsi müm­ kündürmü? Akif ƏLİZADƏ: Əlbəttə, Azər ­ baycan müharibə şəraitində olan ölkədir. Bizim prioritet məsələlərimiz­ dən ən vaciblərindən biri də müdafiə təyinatlı layihələrə xüsusi diqqət yetirib, onlara dəstək verməkdir. Prezident İl­ ham Əliyev AMEA­nın 70 illik yubile­ yindəki çıxışında bizim qarşımızda bu­ nunla bağlı bir sıra tapşırıqlar qoyub. Prezident çıxışında alimlərimizi ordunun yeni texnologiyalarla təchizatında daha da fəal iştirak etməyə çağırdı. AMEA YTP olaraq bizim də uzun­ müddətli perspektivli işlərimiz var. Bu addımlarımızla ölkəmizin müdafiə qabiliyyətinin yüksəldilməsində elmin iştirakçılığını, yəni alimlərimizin, tex­ noparkımızın, yüksək texnologiyaların rolunu, təşkilini təmin etmək istəyirik.

Torpaqlarımızın azad olunması ilə bərabər, sərhədlərimizin mühafizəsi, diversiyaların qarşısının alınması, plan­ lanan terror aktlarının öncədən aşkar­ lanması və s. əsas prioritetlərdəndir. Məsələn, üzərində iş gedən layihələrdən biri radioekoloji monitorinq stend­ lərinin hazıranmasıdır. Bu, radiasiya terrorunun qarşısını almaq üçün mü­ hümdür. Bizim komandalar tərəfindən stendlər hazırlanaraq Fövqəladə Hallar Nazirliyinə (FHN) tədim edilib. Bunların həm sərhəd boyu ərazilər, həm də Res­ publika daxilində xüsusi əhəmiyyətli yerlərdə quraşdırılması nəzərdə tutu­ lub. AD: Növbəti il Bakıda keçiriləcək ADEX­2018 beynəlxalq müdafiə sərgisində AMEA YT Parkının iştirakı nəzərdə tutulurmu? Akif ƏLİZADƏ: Növbəti il üçün hədəflərimizdən biri də məhz həmin sərgidə də iştirak etməkdir. Ümumiy­ yətlə, biz hazırlaşırıq ki, yeni işlərimizi orada nümayiş etdirək. Eyni zamanda kommersiya xarakterli layihələr var ki, onu müştərilərə təqdim edərək, əldə olunan vəsait hesabına bu işləri daha da gücləndirək. AD: Sonda əlavə etmək istə ­ diyiniz fikirlər varmı? Akif ƏLİZADƏ: Bir az da prob­ lemlərimizdən söz açmaq istərdim. Əsas problemlərimizdən biri müəyyən müdafiə təyinatlı layihələr üçün bəzi komplektləşdirici hissələrinin xaricdən

alınması ilə bağlıdır. Müasir standartlara uyğun elektron çap lövhələrinin istehsal xəttinin qurulmasına ehtiyac var. Hazırda biz onları xaricdən sifariş edirik. Amma YTP­də də istehsal etmək müm­ kündür. İstərdik ki, bu istehsal xəttini YTP­də qurub həmin məhsulları da özümüz hazırlayaq. Digər bir mövzu radiasiya məsələləri ilə bağlıdır. Fizika İnstitutu, Radiasiya Problemləri İnsti­ tutu tərəfindən və Nüvə Tədqiqatlar Mərkəzinin əməkdaşlarının iştirakı ilə yeni diodlar hazırlanıb. Həmin məhsul dünyada bu sahədə lider olan “Komo­ matsu” şirkətinin diodlarından daha yüksək nəticə göstərib. Kanadanın “Ze­ cotek” şirkəti artıq həmin diodlara marağını ifadə edib. Biz texnologiyanı hazırlayıb ortaya qoyuruq. Sadəcə olaraq biz bu işləri istehsala çevirmək üçün büdcədən vəsait almırıq. Bu sə­ bəbdən də məcburuq ki, onun isteh­ salını biz Kanadada həyata keçirək. Bizdə bu imkanlar olmadığına görə av­ tomatik olaraq özümüzə şərik qoşmuş oluruq. Belə maraqlı, dünya əhəmiyyətli, inqilabi işlərimiz var ki, maliyyə çətinliyi ilə əlaqədar olaraq məhsulun Azər­ baycanda istehsalını ərsəyə gətirmək mümkün olmur. Əldə edilmış nəticələrin intensiv şəkildə xüsusi təyinatlı cihaz və aparat­ lar alıcısı olan müxtəlif nazirlik və dövlət təşkilatlarının nümayəndələri qarşısında təqdimat mərasimlərinin keçirilməsinə, təqdimat xarakterli semi­ narlar, görüşlər, dəyirmi masaların təşkil edilməsinə baxmayaraq, uyğun nazirliklər və dövlət təşkilatları tərə­ findən daha açığı desək, bir qədər so­ yuqluq və laqeydlik hiss olunur. Yüksək texnologiyalar həm ölkəni, həm ölkənin vətəndaşlarını, onun cəmiyyətini fərqləndirən bir sahədir. Biz gərək indi texnologiya alan yox, texnologiya ixrac edən ölkə imici qazanaq. Texnologiya ixracına da ancaq elmlə nail olmaq olar. Hər hansı bir məhsul və ya xidmətdə əlavə dəyər ancaq elmin iştirakı ilə formalaşa bilər. Bu fürsətdən istifadə edib cəmiyyə­ timizin, dövlətimizin, sahibkarlıq mühi­ tinin bütün nümayəndələrini elmlə əməkdaşlığa dəvət edirəm. Vaxt ayırıb sualları cavab ­ landırdığı üçün AMEA­nın prezidenti akademik Akif Əlizadəyə təşək ­ kürümüzü bildiririk.



AZERI DEFENCE

AZƏRBAYCAN MÜDAFİƏ SƏNAYESİ İXRAC POTENSİALINI GÜCLƏNDİRİR Nazir Yavər CAMALOV: 2017­ci ildə ixracat həcmi 2.7 dəfə artıb Zaur Babaşov, Orxan Aslanlı Dekabrın 17­də Azərbaycan müdafiə sənayesi işçilərinin peşə bayramı ilə əlaqədar olaraq Müdafiə Sənayesi Nazirliyində (MSN) tədbir keçirilib. MSN rəhbərliyi və əməkdaşlarının Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarəti ilə başlayan tədbir daha sonra “Radioquraşdırma” zavodunda davam etdirilib. rı ilə təltif olunmalarına dair imzaladığı sə rən cam dan da nı şan Y.Ca ma lov bu münasibətlə dövlət başçısına kollektiv adından təşəkkürünü bildirib.

İki yeni zavod istifadəyə veriləcək

Azərbaycan Respublikasının dövlət himni oxunduqdan sonra tədbiri açan nazir Yavər Camalov Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə kollektivi təbrik edib. Bay­ ram ərəfəsində Prezident İlham Əliyev tərəfindən nazirliyin bir qrup əməkda­ şının “Əməkdar mühəndis” fəxri adına layiq görülmələrinə, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalla­

Azərbaycanda digər sahələrlə yana­ şı, ordu quruculuğunda da islahatların aparılması, Silahlı Qüvvələrin maddi­tex­ niki bazasının gücləndirilməsi istiqamə­ tində mühüm işlər görüldüyünü deyən nazir Y.Camalov bu istiqamətdə işlərin davam etdirildiyini vurğulayıb. O qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilmə­ si və keyfiyyətinin daha da yaxşılaşdırıl­ ması istiqamətində məqsədyönlü tədbir­ lər həyata keçirilir. Y.Camalov bildirib ki, sənaye infrast­ rukturunun inkişafı ilə bağlı təsdiq olun­ muş “Azərbaycan Respublikasında səna­

yenin inkişafına dair 2015­2020­ci illər üçün Dövlət Proqramı” respublikanın di­ gər qurumları ilə yanaşı, Müdafiə Səna­ yesi Nazirliyinin də qarşısında böyük öhdəliklər qoyub. Hazırda dövlət proq­ ramının icrası ilə əlaqədar MSN qarşı­ sında qoyulmuş mühüm vəzifələrin ic­ rası istiqamətində işlər davam etdirilir: “Belə ki, ötən illərdən icrasına başlanıl­ mış, tikinti işləri başa çatdırılan 56 is­ tehsal müəssisəsi ilə yanaşı, cari ilin iyu­ nunda, Silahlı Qüvvələr Günü ərəfəsində daha 2 istehsalat müəssisəsində kom­ pleks tamamlanma işləri başa çatdırılıb və prezident İlham Əliyevin iştirakı ilə is­ tifadəyə verilib. Bununla da istifadəyə ve­ rimiş istehsal müəssisələrinin sayı 58­ə çatdırılıb. Qeyd olunan istehsal müəssi­ sələri lazım olan müasir texnoloji ava­ danlıqlarla təchiz edilib. Eləcə də inkişaf etmiş ölkələrin şirkət və firmalarından alınmış dəzgah, xüsusi cihaz və alətlərlə komplektləşdirilib. Yaxın zamanlarda da­ ha 2 zavodun – artilleriya və tank topla­ rı üçün müxtəlif çaplı mərmilərin isti ştamplanması və mexaniki emalı, həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı zavodlarının açılışları nəzərdə tutulur. Eyni zamanda döyüş sursatları­ nın hazırlanmasında əsas komponent ki­ mi istifadə olunan partlayıcı maddələr – piroksilin, ballistit barıtların, trotil və


NOYABR–DEKABR 2017

heksogen istehsalı üzrə zavodların, elə­ cə də müxtəlif çaplı artilleriya mərmilə­ ri üçün 4 növ başlıq partladıcılarının və müxtəlif çaplı minaatan atəş yığımları üçün müasir növ tullayıcı barıt atımları­ nın istehsalı sahələrinin yaradılması iş­ ləri də davam etdirilir”. Nazir qeyd edib ki, ötən illərdə ol­ duğu kimi, cari ildə də MSN tərəfindən qarşıya qoyulan vəzifələrin icrası təmin edilmişdir. 2017­ci ilin istehsal proqra­ mı üzrə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən verilmiş sifariş­ lərə uyğun olaraq məmulatların istehsa­ lı, təmiri və utilizasiyası işləri yerinə ye­ tirilib və onların təhvili həyata keçirilir. Hazırda nazirliyin müəssisələrində məh­ sul istehsalı həcminin artırılması üçün geniş imkanlar mövcuddur. Cari ilin 11 ayının yekunlarına görə, respublikanın güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz artdığını vurğula­ yan Y.Camalov müdafiə və xüsusi təyi­ natlı məmulatların istehsal həcmində ötən ilin müvafiq dövrünə nisbətən 6,5 faiz artım əldə olunduğunu qeyd edib: “Bu artım ixrac əməliyyatları hesabına təmin edilib. İstehsal olunan ümumi məh­ sulun tərkibində həmin məmulatların payı 91,5 faiz təşkil edir. 2007­ci illə müqayisədə 2016­cı ildə ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə tə­

yinatli məmulatların həcmi isə 42 dəfə artıb. Ümumilikdə, istehsalı mənimsə­ nilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı artaraq 213­dən 1200­ə ça­ tıb”. Y.Camalov MSN­in mütəxəssisləri tə­ rəfindən “İstiqlal” iriçaplı snayper tüfəng­ ləri ailəsində daha uzun atış məsafəsinə malik 23 mm çaplı snayper tüfənginin yaradılması üzərində işlərin aparıldığı­ nı və yeni snayper tüfənginin effektiv atış məsafəsi 3000 metr təşkil edəcəyini vurğulayıb. Nazir həmçinin MSN­in İsra­ ilin “Aeronautics Defence Systems” şir­ kəti ilə birlikdə istehsal etdiyi “Zərbə” ka­ mikadze pilotsuz uçuş aparatının (PUA) kumulyativ döyüş başlığı ilə dəstləşdi­ rilmiş konfiqurasiyasının testlərinə baş­ landığını bildirib. Nazir qeyd edib ki, ku­ mulyativ başlıqlı PUA uzaq məsafədən düşmənin zirehli texnikalarının aşkar­ lanması və məhv edilməsi üçün nəzərdə tutulub.

Yeni silahların yaradılması davam edir Cari ildə yeni nəsil silah növlərinin istehsalı ilə bağlı dövlət başçısının ver­ diyi tapşırıqların icrası istiqamətində məqsədyönlü işlərin davam etdirildiyini diqqətə çatdıran nazirin sözlərinə görə, həmin layihələr sırasında yeni nəsil tə­

12­13

sir gücü artırılmış qəlpəli­fuqaslı və da­ ha təkmilləşdirilmiş kumulyativ başlıqlı pilotsuz uçuş aparatlarını, Azərbaycanın milli məhsulu olan “Tufan” zirehli maşı­ nını və digərlərini göstərmək olar. Yavər Camalov qeyd edib ki, 2017­ci ildə də nazirliyin müəssisələrində 136 ad­ da müdafiə təyinatlı məmulatın yaradıl­ ması istiqamətində təcrübi­konstruktor işləri davam etdirilib. Cari ilin 11 ayında nazirliyin müəssisələri tərəfindən 4 mə­ mulat üzrə – xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin, F­1 tipli təlim əl qum­ barasının, KXP tipli optik kollimatorun və 40 mm­lik əl qumbaraatanının yara­ dılma işləri tam başa çatdırılıb və isteh­ salı təşkil olunub. Eyni zamanda xüsusi təyinatlı əl pulemyotunun dövlət sınaq­ ları yekunlaşıb və silahlanmaya qəbul edilməsi tövsiyə olunub. Bununla yana­ şı, QP­25 tipli əl qumbaraatanının, müxtə­ lif tipli avtomatların ilkin sınaqları keçi­ rilib. Kiçik çaplı atıcı silahlar üçün 4 növ lülələrin, müxtəlif çaplı uzaqmənzilli mi­ naatanların, müxtəlif çapda atəş yığım­ ları üçün partladıcıların sınaqlarına baş­ lanıb. Yaradılma işləri üzrə 44 mərhələ tam yerinə yetirilib. “Tabeli müəssisələrdə müdafiə tə­ yinatlı məmulatlarla yanaşı, mülki məh­ sulların yeni növlərinin mənimsənilmə­ si və istehsalı istiqamətində də məqsəd­ yönlü işlər aparılır. Artıq yeni növ mülki məhsulların istehsalı istiqamətində apa­


AZERI DEFENCE rılmış işlər öz bəhrəsini verməkdədir. Belə ki, mülki məmulatların idxalının yerli istehsalla əvəzlənməsi məqsədilə regionlarda suya olan tələbatı ödəmək üçün “Azərsu” və “Meliorasiya və Su Tə­ sərrüfatı” Açıq Səhmdar Cəmiyyətləri­ nin sifarişləri əsasında Gəncə “Maşınqa­ yırma” zavodunda illik istehsal gücü 3000 ədəd olan “Dalma” tipli dərinlik su na­ soslarının istehsal sahəsi yaradılıb. Mə­ mulatın istehsal edilərək sifarişçilərə təh­ vil verilməsi prosesi gedir. Eyni zaman­ da yerli xammaldan istifadə əmsalını ar­ tırmaq məqsədilə “Akkord” Şirkətlər Qru­ pu ilə 20 min ədəd metal töküklərin (50 ton) hazırlanması üçün müqavilə bağla­ nıb”, – deyə nazir vurğulayıb. Y.Camalov müdafiə təyinatlı məmu­ latların yaradılması sahəsində MSN­in el­ mi müəssisələrinin gördüyü işlər barədə də məlumat verib. Nazir bildirib ki, Elmi­ Tədqiqat İnstitutunda 2017­ci ildə 31 mövzu, o cümlədən müdafiə təyinatlı mə­ mulatların yaradılması işləri üzrə 15 mövzu üzrə elmi­tədqiqat və təcrübi­konstruk­ tor işləri davam etdirilir. Əsas mövzular sırasında 57 mm­lik (S­5 tipli) və 80 mm­ lik (S­8 tipli) idarə olunmayan aviasiya raketlərinin, 25, 50, 100 və 250 kq­lıq qəlpəli­fuqaslı aviabombaların, zirehli tex­ nikalar üçün tüstü qumbaraatan qurğusu və onun qumbarası və s. vardır. Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən isə müxtəlif sahələri əhatə edən 34 mövzu üzrə, o cümlədən 17 müdafiə təyinatlı məmulatın yaradılma­ sı işləri aparılır: “İlk növbədə, əsas diq­ qət müxtəlif növ döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılan

“Tufan” milli zirehli nəqliyyat vasitəsi­ nin, 12,7 mm­lik pulemyotla təchiz olun­ muş məsafədən idarə olunan döyüş mo­ dulunun, 40 mm­lik QP­25 tipli lüləaltı qumbaraatanın və s. məmulatların ha­ zırlanmasına yönəldilib. Müdafiə Səna­ yesi Nazirliyinin respublikanın elm ocaq­ larından Milli Aviasiya Akademiyası, Ba­ kı Dövlət Universiteti və digərləri ilə bir­ gə əməkdaşlığına əsasən bir sıra tədqi­ qat işləri aparılır”.

İxracatın artımı hədəflənir MSN­in ixrac potensialının genişlən­ dirilməsi və idxalın yerli istehsalla əvəz­ lənməsi istiqamətində işlər apardığını deyən nazir Y.Camalov MSN müəssisələ­ rinin müxtəlif beynəlxalq tenderlərin qa­ libi olduqlarını deyib: “Bu da öz növbə­ sində istehsal olunan məmulatların key­ fiyyətini və beynəlxalq standartlara uy­ ğunluğunu təsdiq edən əsas şərtlərdən­ dir. Nəticədə müxtəlif növ müdafiə təyi­ natlı məmulatların ixracı üzrə müqavi­ lələr bağlanıb və icrasına başlanıb. Bu gün Müdafiə Sənayesi Nazirliyinin müəs­ sisələrində yaradılan və istehsal olunan məmulatlardan müxtəlif növ döyüş sur­ satlarının, müasir atıcı və artilleriya si­ lahlarının, pilotsuz uçuş aparatlarının, zirehli texnikaların və s. ixracı həyata keçirilir. Hazırda 10­dan çox ölkəyə Azər­ baycanın istehsalı olan hərbi məhsullar ixrac edilir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac əməliyyatlarının həc­ mi kooperasiya nəzərə alınmaqla 2,7 də­ fə artıb”.

2009­cu ildən beynəlxalq müdafiə sərgilərinə qatılan MSN sonuncu təmsil olunduğu, cari ilin mayında Türkiyənin İstanbul şəhərində keçirilən İDEF­2017 beynəlxalq müdafiə sərgisində 260 ad­ da məmulat nümayiş etdirib. Bir sıra yeni məhsulların ziyarətçilərə ilk dəfə təqdim edildiyini və böyük maraqla qar­ şılandığını deyən Y.Camalov 2018­ci il­ də Bakıda keçiriləcək ADEX­2018 üçüncü beynəlxalq müdafiə sərgisinə ciddi ha­ zırlıq işlərinin getdiyini vurğulayıb: “Qı­ sa müddət ərzində Müdafiə Sənayesi Nazirliyi tabeli müəssisələrində isteh­ sal olunan müdafiə təyinatlı məmulat­ ları beynəlxalq sərgilərdə nümayiş et­ dirməklə yanaşı, böyük təcrübə topla­ yaraq Azərbaycanda 2014­cü və 2016­cı il lər də ADEX adı al tın da bey nəl xalq müdafiə sərgilərinin keçirilməsinin təş­ kilatçısına çevrildi. Azərbaycan iki dəfə beynəlxalq müdafiə sərgisinə ev sahib­ liyi edib. Keçirilən sərgilərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar Azərbaycan bren­ di kimi nümayiş etdirildi. Təşkil olunan sərgilərdə nümayiş etdirilmiş məmu­ latlar xarici və yerli nümayəndə heyət­ ləri, eləcə də sadə xalq tərəfindən böyük maraqla qarşılandı. 2014­cü ildə keçi­ rilən ADEX sərgisində Müdafiə Sənaye­ si Nazirliyi tərəfindən 168 adda məmu­ lat nümayiş etdirildiyi halda, 2016­cı il­ də 260 adda məmulat sərgilənmişdi. Sərginin keçirildiyi günlərdə hərbi­tex­ niki əməkdaşlığın müxtəlif istiqamətlə­ ri üzrə razılıqlar əldə olunub, bir sıra layihələrin reallaşdırılması ilə bağlı fi­ kir mübadilələri aparılıb. Eyni zaman­ da məmulatların ixracı üzrə memoran­ dum və niyyət protokolları imzalanıb. Hazırda 2018­ci ildə keçirilməsi nəzər­ də tutulan ADEX­2018 III Beynəlxalq müdafiə sərgisinin 2014 və 2016­cı il­ lərdə keçirilmiş sərgilərdən daha da yüksək səviyyədə təşkil olunması üçün hazırlıq işləri aparılır”. Yavər Camalov 2016­cı ilin aprel döyüşlərində MSN­in müəssisələrində yaradılan və istehsal olunan müdafiə tə­ yinatlı məmulatlardan geniş istifadə olun­ duğuna da diqqət çəkib. Nazirin sözləri­ nə görə, düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının yerinin müəyyən edilərək məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynayıb: “Müdafiə Sənayesi Nazirliyi ilə respublikanın digər aidiyyəti qurumla­ rının rəhbərləri arasında mütəmadi ola­ raq keçirilən görüşlər zamanı müdafiə sənayesi üzrə istehsal proqramının for­ malaşdırılması, birgə əməkdaşlıq prose­ sində qarşıya çıxan problemlərin opera­ tiv həlli, habelə müxtəlif istiqamətlər


NOYABR–DEKABR 2017

üzrə işgüzar müzakirələrin aparılması müsbət nəticələr verib”.

Kadr hazırlığına diqqət yetirilir Nazir çıxışında müdafiə sənayesi müəssisələri üçün ixtisaslı kadrların ha­ zırlanmasına xüsusi diqqət yetirildiyini vurğulayıb. Azərbaycan Texniki Univer­ sitetində yaradılmış Xüsusi texnika və texnologiya fakültəsində 2012­2013­cü tədris ilindən nazirliyin sifariş verdiyi 5 müdafiə təyinatlı ixtisas üzrə bakalavr və magistr pillələrində kadr hazırlığına başlanıb: “Fakültədə təhsil alan tələbə­ lərə praktik məşğələlərin keçirilməsi üçün Müdafiə Sənayesi Nazirliyinin müəs­ sisələrində əyani vasitələrlə təmin olun­ muş auditoriyalar yaradılıb. Fakültəni bi­ tirən 100­dən artıq məzun Müdafiə Sə­ nayesi Nazirliyinin müəssisələrində müva­ fiq işlə təmin olunub, ixtisaslı kadrlar ki­ mi fəaliyyətlərinin davam etdirilməsi və təhsil illərində əldə etdikləri biliklərin tətbiqi üçün lazımi şərait yaradılıb”. Nazir Y.Camalov Prezident İlham Əli­ yevin müdafiə sənayesinin inkişafını hər zaman diqqətdə saxladığını, mütəmadi olaraq yeni müəssisələrin açılışında işti­ rak etdiyini, öz tapşırıq və tövsiyələrini verdiyini bəyan edib: “Prezident İlham Əliyevin 2009­cu ildə imzaladığı müva­ fiq sərəncamla təsis olunan “17 dekabr – Müdafiə Sənayesi Nazirliyi işçilərinin pe­ şə bayramı günü” ərəfəsində hər il na­ zirliyin bir qrup əməkdaşı “Əməkdar mühəndis”, “Əməkdar dövlət qulluqçu­ su” fəxri adları, “Tərəqqi” və “Dövlət qul­ luğunda fərqlənməyə görə” medalları ilə təltif edilirlər. Bu il də Prezidentin müva­ fiq sərəncamları ilə nazirliyin bir qrup əməkdaşı təltif olunanlar sırasındadır. Bütün bu qayğı və diqqətə görə ölkə rəh­ bəri İlham Əliyevə Müdafiə Sənayesi Na­ zirliyinin kollektivi adından dərin min­ nətdarlığımızı bildiririk”. Daha sonra çıxış edən “Üfüq” İsteh­ salat Birliyinin direktor müavini Cahid Qocayev qeyd edib ki, ötən dövrdə Birli­ yin istehsalat sahələri yenidən qurulub, istehsalat müəssisələri rəqəmsal dəzgah və avadanlıqlarla təchiz olunub. Birliyin Şirvan “Araz” zavodu isə tamamilə yeni­ dən qurulub və müəssisədə yeni tikinti və quraşdırılma işləri aparılaraq respub­ likada iri sənaye müəssisələrindən biri­ nə çevrilib: “Hazırda müəssisədə bütün istiqamətlərdə genişhəcmli işlər aparı­ lır. Bu işlər başa çatdıqdan sonra gələ­ cəkdə sənaye sahələrinin bir çoxu mühüm strateji materiallara görə xaricdən asılı­ lığı aradan götürəcək. Müəssisələrimi­ zin hazırkı durumu deməyə əsas verir ki, onlar dünyanın qabacıl ölkələrinin ən

müasir müəssisələri ilə müqayisə edilə­ cək dərəcədə rəqabətə davamlı inkişaf səviyyəsindədir. Onu da qeyd edim ki, müəssisələrimizin fəaliyyəti dövründə ən əlamətdar hadisələr ölkə Prezidenti cənab İlham Əliyevin bir neçə dəfə ye­ nidənqurmadan sonra açılışlarda şəx­ sən iştirakı olub. Dövlət başçısı müəssi­ sələrimizdə istehsalat prosesi ilə tanış olarkən, yeni istehsalat sahələrinin müa­ sir texnoloji avadanlıqlarla təmin olun­ masını və normal iş şəraitinin yaradıl­ masını müsbət dəyərləndirib”. C.Qocayev qeyd edib ki, Birlik, əsa­ sən, mühəndis texnikası və sursatlar, pi­ rotexniki vasitələr, fərdi mühafizə vasi­ tələri, artilleriya qurğuları və onların sursatları və s. istehsal etməklə, respub­ likanın güc strukturlarının və xarici ix­ rac sifarişlərini yerinə yetirir. Eyni za­ manda güc strukturlarının sifarişi ilə müəssisələrdə müxtəlif aviasiya qurğu­ ları, artilleriya sursatları və partladıcı başlıqlar daxil olmaqla, yeni məhsul növlərinin istehsalı mənimsənilməkdə­ dir. Bununla yanaşı, xarici və daxili sifa­ riş əsasında naviqasiya cihazları, bütün markadan olan akkumulyator batareya­ ları, müxtəlif neft çıxarma avadanlıqla­ rı, onların qurğuları və aksesuarları və s. mülki təyinatlı məhsullar istehsal olu­ nur. Sonra Azərbaycan Texniki Universi­ tetinin məzunu, "İqlim" Elmi­İstehsalat Müəssisəsinin mühəndis­texnoloqu Yu­ sif İbrahimov, “Neftqazavtomat" Elmi­İs­ tehsalat Müəssisəsinin istehsalat sekto­ runun rəis müavini Şahin Rzayev çıxış ediblər. Tədbirdə Prezidentin müvafiq sə­ rəncamları ilə fəxri adlara layiq görülmüş

14­15

və medallarla təltif olunmuş nazirliyin əməkdaşları kollektiv tərəfindən təbrik edilib. Nazirlik tərəfindən bir neçə qa­ baqcıl işçiyə “Qabaqcıl müdafiə sənayesi işçisi” nişanı, Fəxri Fərman, pul və qiy­ mətli hədiyyələr təqdim olunub. Eyni za­ manda nazirliyin bir neçə əməkdaşı Azər­ baycan Həmkarlar İttifaqları Konfedera­ siyası tərəfindən Fəxri Fərmanlarla təl­ tif edilib. Tədbirin sonunda MSN kollek­ tivi adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.


AZERI DEFENCE

PREZİDENT HƏRBİ HİSSƏLƏRDƏ OLUB

Prezident İlham Əliyev noyabrın 28­də cəbhəyanı rayonlara səfəri çərçivəsində Müdafiə Nazirliyinin iki hərbi hissəsində yaradılan şəraitlə tanış olub. Əvvəlcə Tərtər rayonundakı hərbi hissəyə baş çəkən dövlət başçısına məlumat verən Müdafiə naziri Zakir Həsənov bildirib ki, hərbi hissələrin əsas komanda­qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Bununla yanaşı, birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görülüb, müdafiə sistemi təkmilləşdirilib, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılıb. Ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi ilə bağlı birlik və birləşmələrə xeyli sayda komanda­ qərargah təlimi keçirildiyini vurğulayan Zakir Həsənov bu təlimlərə Silahlı Qüv­ vələrin müxtəlif qoşun birləşmələrinin cəlb olunduğunu və ən müasir tələblərə cavab verən simulyator və kompüter şəbəkələrindən istifadə edildiyini diqqətə çatdırıb: “Ən əsası isə həmin təlimlərdə Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı istənilən vaxt qaytarmaq əzmində olduğunu nümayiş etdirib”. Müdafiə naziri məlumat verib ki, 6 hektar ərazisi olan hərbi hissədə qərargah binası, əsgər yataqxanası, müxtəlif təyinatlı anbarlar, məişət otaqları və digər infrastruktur bölmələri, habelə avtomobil parkı yerləşir. Hərbi hissə ilə tanışlıqdan sonra Müdafiə naziri cəbhədəki əməliyyat şəraiti barədə Prezidentə məruzə edib: “Bu hərbi hissənin timsalında biz ordu­ muzda yaradılan yüksək şəraitin şahidi oluruq və bu şərait də öz növbəsində Azərbaycan Silahlı Qüvvələrinin hər zaman öz döyüşkən ruhunu qorumasına imkan verir. Bunu 2016­cı ildə cəbhədə baş verən hadisələr də göstərdi. Azər­ baycan qoşunlarının mövqelərini dağıdıcı

silahlardan, ağır artilleriyadan atəşə tutan düşmən layiqli cavabını aldı. Bu döyüş Azərbaycan Ordusunda yüksək mənəvi­ psixoloji hazırlığın olduğunu üzə çıxardı. Aprel döyüşünün ən mühüm nəticəsi həm də ondan ibarət oldu ki, Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı

dalğalandı. Ümumiyyətlə, aprel döyüşləri münaqişənin həlli dövründə dönüş mə­ qamı idi. Bütün Azərbaycan cəmiyyətində ruh yüksəkliyinə səbəb olan bu hadisələr bir daha göstərdi ki, xalqımız torpaq­ larımızın itirilməsi ilə barışmayıb və heç vaxt da barışmayacaq”. Həmin gün Prezident Ağcabədi rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin hərbi hissəsinə baş çəkib. Hərbi hissədə görülmüş işlərlə bağlı Prezidentə məruzə edən Müdafiə naziri Zakir Həsənov ordu quruculuğunda işlərin sürətli şəkildə həyata keçirildiyini söy­ ləyib. Hərbi hissənin qərargah binası, əsgər yataqxanaları, yeməkxana kom­ pleksi, tibb məntəqəsi və digər binalarla tanış olan dövlət başçısına məluat verilib ki, binada komandir heyətinin səmərəli və operativ işləməsi üçün bütün zəruri şərait mövcuddur. Binada ideoloji, məişət və digər zəruri otaqlar hərbçilərin ixti­ yarına verilib. Əsgərlərin idmanla məşğul olmaları üçün yataqxana kompleksində trenajor zalı da yaradılıb. İnteraktiv təlim­ məşq sisteminin daha yüksək inkişafı üçün şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir. Sonda isə Prezident İlham Əliyev hərbi hissənin yeməkxanasında olub, hərbi qulluqçuların qidalanma şəraiti ilə maraqlanıb. Sonra hərbi hissənin təlim sinfində qurulan simulyatorda tapan­ çadan atış edib. Prezident İlham Əliyev “Koza Savunma” şirkəti tərə indən Azərbaycan Ordusuna tədarük edilmiş atış simulyatorunda tapançadan atəş açarkən. Foto: Prezidentin saytı


NOYABR–DEKABR 2017

“DUBAI AIRSHOW-2017” AZƏRBAYCANDAN YENİ SİFARİŞLƏR

Noyabr ayının 12­dən 16­dək Bir­ ləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Du­ bay şəhərində dünyanın ən böyük avia­ siya və kosmik texnologiyalar sərgilərin­ dən olan “Dubai Airshow­2017” sərgi və aviaşousu keçirilib. Aviaşouda dünyanın müxtəlif ölkələrindən aviasiya və kos­ mik sənaye, habelə aviasiya silahları is­ tehsalı ilə məşğul olan şirkətlər özləri­ nin imkan və potensiallarını, yeni hava platformalarını tanıdıblar. 79380 nəfə­ rin ziyarət etdiyi sərgi çərçivəsində im­ zalanmış müqavilələrin ümumi həcmi 113.8 milyard ABŞ dolları təşkil edib. Sərgidə iştirakçı qismində Azərbay­ candan “Azairtechservice” şirkəti təmsil olunub. Şirkətin stendində, həmçinin Hər­ bi Hava Qüvvələrinin balansında yer alan aviasiya təmiri zavodlarının imkanları tanıdılıb. Sərgiyə ziyarətçi qismində Azərbay­ candan Fövqəladə Hallar naziri general­ pol kov nik Kə ma ləd din Hey də ro vun, “Azərbaycan Hava Yolları” QSC­nin pre­ zidenti Cahangir Əsgərovun rəhbərlik et­ diyi nümayəndə heyətləri, habelə Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Ta­ hirov qatılıblar. Sərgi çərçivəsində “Azərbaycan Ha­ va Yolları” QSC (AZAL) ilə dünyanın müxtəlif ölkələrindən olan istehsalçılar arasında aparılmış danışıqların yekun­ larına əsasən sazişlər imzalanıb və mülki aviasiya sahəsində bir sıra mühüm razı­ laşmalar əldə olunub. Ən önəmli sazişlərdən biri AZAL QSC­nin prezidenti C.Əsgərov, “Boeing Commercial Airplanes”ın prezidenti, baş icraçı direktoru Kevin Makalister və "Bo­ eing Global Services"in prezidenti, baş icraçı direktoru Sten Dil tərəfindən beş ədəd “B787­8 Dreamliner” və iki ədəd B747­8F (və ya B777F) təyyarələrinin alınmasına dair imzalanan saziş olub.

Dəyəri 1,9 milyard dollar təşkil edən sa­ ziş çərçivəsində alınan təyyarələrin Azər­ baycana 2019­2020­ci illərdə gətirilmə­ si planlaşdırılır. Sərgi çərçivəsində həmçinin AZAL və ABŞ­ın “Rockwell Collins” şirkəti ara­ sında 10 ədəd “Boeing 737 MAX” təyya­ rəsinin uçuş əyləncə sistemi, həmçinin “MultiScan ™ ThreatTrack” hava radarı və müasir avionik sistemlərlə təchiz edil­ məsinə dair müqavilə imzalanıb. İsteh­ salçı şirkət tərəfindən sistemlərin tə­ darükü bu ilin sonuna qədər başlana­ caq. Təyyarə içi əyləncə sistemi “Rock­ well Collins”in “CabinConnect” naqilsiz uçuş əlaqəsi sisteminə qoşulacaq. Sis­ tem “İnmarsat Global Xpress (GX)” peyk şəbəkəsindən istifadə edəcəkdir. Şirkət­ dən bildirilib ki, AZAL­ın seçdiyi “Mul­ tiScan ThreatTrack” hava radarı uçuşun bütün mərhələlərində hava təhlükələri­ ni aşkar etmək üçün qabaqcıl texnologi­ yanı təmin edir. Sərgi çərçivəsində AZAL və "Emb­ raer Commercial Aviation" şirkəti ara­ sında lizinq şərtləri ilə iki ədəd "Embra­ er 190" təyyarəsinin alınmasına dair sa­ ziş imzalanıb.

16­17

AZAL və Rusiyanın “Qrajdanskie Sa­ moletı Suxoqo” Səhmdar Cəmiyyəti ara­ sında keçirilən danışıqlarda "Sukhoi Su­ perjet 100" təyyarəsinin yeni biznes ver­ siyası nəzərdən keçirilib. "Vertoletı Ros­ sii" Holdinqi ilə aparılmış müzakirələr­ də isə Azərbaycanın "Silk Way Helicop­ ter Services" şirkəti hərbi helikopterlər də daxil olmaqla bütün model helikop­ terlərin təmiri və xidməti üzrə lisenziya əldə edib. İtaliyanın "Leonardo" şirkəti ilə də aparılmış danışıqların yekunlarına əsa­ sən offşor əməliyyatlar üçün "Agusta­ Westland AW169" helikopteri, həmçinin aero, foto və video çəkilişlərin aparılma­ sı üçün "AgustaWestland AW109" heli­ kopterinin alınması üzrə saziş imzala­ nıb. C.Əsgərovun "Antonov" dövlət müəs­ sisəsinin prezidenti vəzifəsini icra edən Aleksandr Krivokon ilə danışıqlarının əsas yekunu Azərbaycanın ərazisində "Аn­178" təyyarəsinin birgə istehsalının yaradılması üzrə əldə olunan razılaşma olub. "Silk Way" aviaşirkəti tərəfindən "An­124" təyyarəsinin alınması ilə əla­ qədar olaraq görüşdə Azərbaycanın əra­ zisində bu tip təyyarəyə birgə texniki xidmət haqqında qərar qəbul edilib. AZAL və İtaliyanın “Leonardo” şirkəti arasında yeni AW169 və AW109 helikopterlərinin satınalınmasına dair müqavilə imzalanır. Foto: AZAL


AZERI DEFENCE AZƏRBAYCAN­TÜRKİYƏ YÜKSƏK SƏVİYYƏLİ HƏRBİ DİALOQU KEÇİRİLİB Dekabrın 5­dən 7­dək Bakıda Azərbaycan­Türkiyə 10­cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib. Azərbaycan tərəfindən həmsədr müdafiə nazirinin şəxsi heyət üzrə müavini general­leytenant Kərim Vəliyev və Türkiyə tərəfindən Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi general­leytenant Yavuz Türkgencin həmsədrliyi ilə keçirilmiş Hərbi dialoq çərçivəsində işçi qrupları Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi­texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əlaqələrin geniş spektrini nəzərdən keçirib, qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müəyyən ediblər. Sonda Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında Azərbaycan­ Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının yekunlarına dair protokol imzalanıb. Qeyd edək ki, sonuncu 9­cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2016­cı ilin dekabr ayında Ankara şəhərində keçirilib.

FHN “SUPER FALCON” SUALTI QAYIĞI NÜMAYİŞ ETDİRDİ Fövqəladə Hallar Nazirliyi (FHN) “DeepFlight” şirkətinin istehsalı olan “Super Falcon” sualtı qayığı istifadəyə qəbul edib. “Xəzər­2017” beynəlxalq xilasetmə təlimində ilk dəfə nümayiş etdirilən sualtı qayıq gəmilərdən və ya sahildən də­ nizə endirilə bilər. Elektrik mü­ hərriki ilə işləyən qayıq yük­ sək sürətlidir və bu key iyyəti­ nə görə “sualtı qırıcı təyyarə” adı alıb. İki heyətə malik qayı­ ğın təchiz edildiyi müşahidə

sistemi dənizlərin və okeanla­ rın dibində 120 metr diametr­ də zonanı görməyə imkan verir. “Super Falcon” sualtı qa­ yığı yüksək komforta, təhlükə­ sizliyə və 360 dərəcə bucaq altında müşahidə aparmaq im­ kanlarına malikdir. Qayığın çə­ kisi 1800 kq, uzunluğu 5.9 metrdir. Sualtı qayıq FHN­ə iş adamı Mübariz Mənsimova məxsus “Palmali” Şirkətlər Qrupu tərə indən hədiyyə edi­ lib.

“AZƏRKOSMOS” ISO 27001 SERTİFİKATI ALDI “Azərkosmos” ASC “Bureau Veritas” şirkəti tərə indən keçirilən serti ikatlaş­ dırma auditinin nəticələrinə əsasən İn­ formasiya Təhlükəsizliyi Standartı – ISO 27001 serti ikatına layiq görülüb. Hazırda “Azərkosmos”un yerüstü peyk idarəetmə mərkəzlərində peyklə­ rin idarəedilməsi müasir avadanlıq və proqram təminatı vasitəsilə həyata keçi­ rilir. Belə ki, beynəlxalq İSO 27001 serti­

ikasiyasının tələblərinin tətbiq edilməsi peyklərin idarə olunması prosesinin təh­ lükəsizliyinin də artırılmasına xidmət edəcək. “Azərkosmos”, ISO 27001 serti ikatı ilə informasiyanın yüksək etibarlı səviy­ yədə mübadiləsi, qorunması və təhlükə­ sizliyinin təmin edilməsi standartlarını daha da təkmilləşdirəcək”, – deyə məlu­ matda qeyd olunub. ISO 27001 serti ikatı bütün növ təş­ kilatlarda informasiya təhlükəsizliyinin idarə olunmasına dair strategiyanın ha­ zırlanması, bu sahədə öhdəlik və vəzifə­

lərin bölüşdürülməsi ilə bağlı tələblərin müəyyən edilməsi, şirkətin strateji mə­ lumatları, həmçinin dövlət və kommer­ siya sirrini təşkil edən məlumatların qo­

runması etalonunu müəyyən edir. Qeyd edək ki, 2013­cü ildən etibarən “Azər­ kosmos”da ISO 9001 Key iyyət İdarəet­ mə standartı da tətbiq edilir.



AZERI DEFENCE

İSGƏNDƏRƏ QARŞI POLONEZ Zaur Babaşov “Uraqan” və “Smerç” yaylım atəşli reak tiv sis tem lə rin ye ri ni al maq məq sə dilə Be la rus 2013­cü il də uzun mən zi lə və yüksək də qi qli yə ma lik ye ni ra ket sis te ­ mi nin ya ra dıl ma sı na baş lan dı ğı nı du yur du. Kol lek tiv Təhl ükə siz lik Müda fi ə si Təş ki la tı nın (KTMT) üzvü ol ma sı na və Ru si ya ilə sıx əla qə lə rə bax ma ya raq, Minsk baş lan ğıc dan bu la yi hə də Çin lə əmək daş lı ğa üstünlük ve rə rək Çin hər bi sə na ye si nin təcr übə sin dən ya rar lan ma ğa və tex no lo gi ya trans fe ri nə üstünlük ver di. 2015­ci ilin may ayın da Mins kdə ke çi ri lən pa rad da “Po lo nez” yay lım atəş li re ak tiv sis te mi ilk də fə ic ti ma iy yə tə nüma yiş et di ril di.


NOYABR–DEKABR 2017 Rəsmi məlumatlara görə, hazırda Belarus Quru Qoşunlarının silahlanma­ sında 72 ədəd BM­27 “Uraqan” və 30 ədəd BM­30 “Smerç” YARS yer alır. Ordu rəhbərliyi 2023­cü ilə qədər bu sistem­ lərin yerinə 50­dən artıq “Polonez”i da­ xil etməyi planlaşdırır. Rəsmi Minsk la­ yihə üzrə raketlərin atış məsafəsini ya­ xın perspektivdə 500 kilometrədək ar­ tırmaq və “Polonez”i operativ­taktiki ra­ ket kompleksinin imkanlarını qazandır­ maq niyyətindədir. Pre zi dent Alek sandr Lu ka şen ko 2015­ci ilin payızında mətbuata müsa­ hibəsində “Polonez”in ortaya çıxma sə­ bəblərindən danışaraq bildirmişdi ki, Be­ larusun tələb etdiyi raket sistemləri Ru­

siya tərəfindən Minskə verilməyib. Nəti­ cədə Belarus sözügedən layihəni həyata keçirmək məcburiyyətində qalıb: “Əgər Rusiya Belarusu raket silahları ilə təchiz etsəydi, rəsmi Minskə “Polonez” kimi ye­ ni raket yaratmaq və böyük vəsait xərc­ ləmək lazım olmazdı”. Açıqlanan məlumatlara görə, “Polo­ nez”in komplektləşdirilməsində Belaru­ sun milli hərbi sənayesinin payı 70%­ dən çoxdur və yaxın perspektivdə bu göstəricinin 95%­ə çatdırılması gözləni­ lir. Hazırda Belarus Silahlı Qüvvələrinin Elmi Tədqiqat İnstitutu tərəfindən raket yanacağının hazırlanması sahəsində də elmi araşdırmalar davam etdirilir.

20­21

Texniki­taktiki göstəricilər “Polonez”in ilk nümayişindən sonra sistemlə bağlı bəzi ziddiyyətli fikirlər meydana çıxmağa başladı. Ekspertlər qeyd etdilər ki, “Polonez” yaylım atəşli reaktiv sistemin konstruksiyası Çin is­ tehsalı olan AR­3 kompleksindən alınıb. Maşında konteyner formalı buraxıcı işə­ salma qurğusu istifadə edilir. Bu, atış­ dan sonra təkrar doldurmanı sürətlən­ dirməklə bərabər, müxtəlif çaplı və tipli raketlərin bir işəsalma qurğusundan atıl­ masına imkan yaradır. “Polonez” sistemi rəqibin istənilən növ hədəflərinin və hər­ bi obyektlərinin yüksək dəqiqliklə və uzaq məsafədən məhv edilməsi üçün nə­ zərdə tutulur. “Polonez” batareyasına döyüş ida­ rəetmə maşını, yükləyici maşın və işə­ salma maşını daxildir. Raketlər kontey­ ner şəklində saxlanılır və atışdan sonra qısa müddətdə yükləmə maşını üzərin­ dəki manipulyatyor vasitəsilə buraxıcı maşına yüklənir. YARS­ın bütün element­ ləri Belarus istehsalı olan MZKT­7930 şassisi üzərində qurulub. Hansı ki, Rusi­ yanın “İsgəndər” operativ taktiki raket kompleksləri (OTRK) də eyni maşın üzə­ rində yerləşir. İstehsalçı müəssisənin mütəxəssis­ lərinin sözlərinə görə, “Polonez”in döyüş idarəetmə maşınında qurulan avadan­ lıqlar maşın hərəkətdə olduğu halda be­ lə 10 km məsafədən nəqliyyat­yükləyici və buraxıcı maşınlarla əlaqə yaratmağa imkan verir. Komanda­idarəetmə maşı­ nında 4 heyətin 48 saat fasiləsiz çalışa bilməsi üçün imkanlar mövcuddur. 2016­cı ilin iyun ayında Belarus Hər­ bi Sənaye Komitəsi “Polonez” YARS­ın qoşun sınağını keçirdiyini duyurub. Rəs­ mi məlumatda qeyd olunub ki, 200 km məsafədən hədəflərə “Polonez”dən döyüş atışları pilotsuz uçuş aparatlarının tət­ biqi ilə həyata keçirilib. Komitənin ilk mə­ lumatında qeyd olunur ki, “Polonez”in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. İstehsalçının məlumatına görə, “Po­ lonez”də istifadə olunan Belarus isteh­


AZERI DEFENCE

Yuxarıda “Polonez” YARS 2016­cı ilin may ayında Minskdə keçirilən hərbi paradda ilk dəfə nümayiş olunarkən, aşağıda YARS­da istifadə edilən M­20 raketi. Foto: “Vayar” İA

salı olan 300 mm çaplı raket inersial və peyk naviqasiyasına malikdir. Raketlə­ rin hədəfdən ehtimal edilən sapma radi­ usu 30 metri ötmür. Qəlpə­fuqas, kasetli qəlpəli, özütuşlanan, tank əleyhinə döyüş elementləri ilə yüklənmiş kasetli və s. döyüş hissələri ilə təchiz olunan “Polo­ nez” YARS­ın bir batareyası (6 maşın) 100 kvadrat kilometrlik sahədə yerləş­ dirilmiş 48 ayrı hədəfi vurmağı bacarır. M­20, yoxsa B­300 “Polonez” yeni M­20 idarə olunan yüksək dəqiqlikli raketdən istifadə edil­ dikdə operativ­taktik raket kompleksi­ nin xüsusiyyətlərinə sahib olur. Bu raket beynəlxalq müdafiə sərgilərində təqdim olunan məlumatlara görə, 280 kilometr

maksimal atış uzaqlığına malikdir. Lakin ekspertlər bu göstəricinin ixraca icazə üçün formal göstərildiyini, əslində adı­ çəkilən raketin atış mənzilinin 300 kilo­ metrin üzərində olduğunu düşünürlər. Raketin döyüş hissəsi 480­560 kq trinit­ rotoluol gücə malikdir. Bu yaxınlarda Be­ larus Hərbi Sənaye Komitəsi “Polonez”­ lə 300 km üzərində hədəflərə atəş aç­ mağa imkan verən yeni raketin sınaq­ dan çıxarıldığını açıqlayıb. B­300 şifrli raket oktyabr ayının 26­da keçirilən sı­ naqlarda 300 kilometr uzaqlıqda yerlə­ şən hədəfləri vuraraq yüksək nəticə göstə­ rib. “Polonez­M” layihəsi çərçivəsində raketin atış uzaqlığı artırılmaqla yanaşı, kompleksin təkərli şassisi, əlaqə vasitə­ ləri və məlumatların ötürülmələri və proqram təminatı yenilənib. Buraxıcı qur­

ğu MZKT 7930­3013 maşınına yerləşdi­ rilib. Maşında şəxsi heyətin partlayış tə­ sirlərindən müdafiəsi nəzərə alınıb. Ya­ xın perspektivdə raketin atış uzaqlığının 500 km­ə çatdırılması planlaşdırılır. M­20 raketi xarici görünüşcə Rusi­ yanın “İsgəndər” OTRK­lərində istifadə edilən 9K720 raketinə bənzəyir. “Mili­ tary­informant” portalının məlumatına görə, ilk dəfə “Airshow China­2016” sər­ gisində M­20 raketi China Academy of Launch Vehicle Technology (CALT) təş­ kilatı tərəfindən DF­12 opertiv taktiki raket kompleksinin ixrac variantı kimi sərgilənib. CALT təşkilatının təqdim et­ diyi informasiyalara görə, inersial və peyk naviqasiyası ilə təchiz edilmiş M­ 20 raketinin atışdan sonra hərəkət tra­ yektoriyası dəyişdirilə bilir. Bu raketlər 280 km­dək məsafədə hədəfləri vurma­ ğı bacarır. Çinin özünün istifadəsi üçün nəzərdə tutulan raketin uçuş uzaqlığı isə 400 km­i ötür. DF­12/M20 raketinin uzunluğu 7,8 m, diametri 0,75 m, uçuş kütləsi 4 t, döyüş başlığı 400 kq təşkil edir. Fuqas, kaset və s. döyüş başlıqları ilə təchiz edi­ lə bilən raketin hədəfdən maksimum sap­ ma ehtimalı 30 metr olaraq göstərilir. Belarus versiyasından fərqli olaraq, DF­ 12/M20 kompleksləri bir şassidə işə sal­ maya hazır iki raket götürür. DF­12 və “Polonez”in texniki­taktiki xarakteristi­ kalarının uyğunluğu bu layihənin birgə işləndiyini deməyə əsas verir.


NOYABR–DEKABR 2017

22­23

DSX­də 2017­ci İLİN YEKUNLARI DƏYƏRLƏNDİRİLDİ Dekabrın 13­də Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) 2017­ci ildə xidməti­döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib. Müşavirədə iştirak edən Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov Pre­ zident İlham Əliyevin sərhəd təhlükəsizliyi məsələlərinə ali diqqət və qayğısı, hesabat dövründə dövlət sərhədinin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətlər və həyata keçirilmiş struktur islahatlardan bəhs edib. Dövlət Sərhəd Xidməti qarşısında duran vəzifə və tapşırıqlardan danışıb.

Sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general­polkovnik Elçin Quliyev müşavirə­ də hesabat məruzəsi ilə çıxış edərək si­ lahlı birləşmələrin və digər struktur qurumların xidməti fəaliyyətini qiymət­ ləndirib, 2018­ci ildə Dövlət Sərhəd Xid­ məti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib. General­polkovnik Elçin Quliyev 2017­ci ilin Azərbaycan Sərhəd Mühafizəsi üçün döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının tə­ minatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olduğunu vurğulayıb. DSX rəisi qeyd edib ki, dövlət sər­ hədinin mühafizəsinin təşkilində uğurların əldə olunması dahi öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədinin mühafizəsi məsələlərinə Prezident, Silahlı Qüvvələrin Ali Baş Ko­ mandanı İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olub. Prezident İlham Əliyevin yanvar ayının 13­də və avqust ayının 24­də DSX Sahil Mühafi­ zəsinin “Gəmi inşası zavodu”nda inşası yekunlaşmış 3­cü və 4­cü “Tufan” tipli sərhəd gözətçi gəmiləri ilə tanış olması, bu tipli daha 2 gəminin təməlini qoyması, dəniz sərhədlərinin mühafizəsi və neft­

qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, iyul ayının 5­də Dövlət Sərhəd Xidmətinin struk­ turunun təkmilləşdirilməsi, DSX­nin tərkibində 4 silahlı birləşmənin yara­ dılması barədə qərarı, DSX əməkdaşlarını 1 orden, 40 medal, 6 fəxri adla təltif et­ məsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Müşavirədə daha sonra 2017­ci ildə DSX tərəfindən əldə olunan əsas nailiyyətlərdən danışılıb. Bildirilib ki, Azərbaycana qarşı kəşfiyyat­pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib. Xarici münaqişə zonalarında döyüşmüş 30 nəfərin şəxsiy­ yəti müəyyən olunmuş, onlardan 5 nəfər Azərbaycan vətəndaşı, 2 nəfər əcnəbi saxlanılıb, qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Bundan başqa dövlət sərhədini pozduqlarına görə 503 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 241 nəfər, axtarışda olan 4686 nəfər saxlanılıb, 13 milyon 72 min manat də­ yərində qaçaqmalın, 156 kiloqram 556,6 qram narkotik vasitənin dövlət sər ­ hədindən qanunsuz keçirilməsinin qarşısı

alınıb. Həmçinin dövlət sərhədindən keçən şəxslərin sənədlərinin yoxlanılması prosedurları optimallaşdırılıb, “IV İslam Həmrəyliyi Oyunları” və “Formula 1” yarışlarının təşkili zamanı DSX qarşısında qoyulmuş tapşırıqlar uğurla yerinə yetirilib, Azərbaycana gələn əcnəbilərin dövlət sərhədindən keçidi yüksək səviyyədə təşkil olunmuşdur. Geniş miqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçirilib, gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub, şəxsi heyət tərəfindən böyük döyüş məharəti nümayiş etdirilib. Avqust ayında Gürcüstanın Borjomi­ Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyat­ larında Dövlət Sərhəd Xidmətinin 2 he­ likopteri iştirak edib, uçuş heyətləri tərəfindən yüksək peşəkarlıq göstəriblər. Bundan başqa, sərhəd xəttində xüsusi işarəverici texniki komplekslərin, texniki müşahidə məntəqələrinin və videomü­ şa hidə kameralarının quraşdırılması nəticəsində dövlət sərhədinin pozul­ masının qarşısının texniki yolla alınması sahəsində önəmli nəticələr əldə olunub. Heydər Əliyev Mərkəzinin və Təhsil Nazirliyinin təşkilatçılığı və 44 ali təhsil müəssisəsinin iştirakı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” IV ümum­ respublika bilik yarışında Dövlət Sərhəd Xidmətinin Akademiyası 1­ci yerə yük­ səlməklə qələbə qazanılıb. Həmçinin Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin yeni korpusunun inşa olunması nəticəsində məktəbdə təhsil alan kursantların sayının 3 dəfəyədək artırılması şəraiti yaradılıb. Dövlət sər­ hədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilib, 119 binadan ibarət tikinti komplekslərinin əsaslı təmir­tikintisi həyata keçirilib. Azərbaycan Respublikası Silahlı Qüvvələri tarixində ilk dəfə olaraq Dövlət Sərhəd Xidməti tərəfindən tətbiq olunmuş sərhəd bölmələrində “Valideyn günləri”nin keçirilməsi təcrübəsi uğurla davam etdirilib, hesabat dövründə bu cür 96 görüş keçirilib. Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin üzərilərinə düşən vəzi­ fələri və Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarını daima şərəf və ləyaqətlə yerinə yetirəcəkləri vurğulanıb. Müşavirənin sonunda xidmətdə fərqlən­ miş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub.


AZERI DEFENCE

REGİONDA ARTİLLERİYA POTENSİALI Rəşad Süleymanov, Zaur Babaşov 2000­ci illərin əvvəllərindən aktiv silahlanma proqramları həya­ ta keçirən Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin silahlanma is­ tiqamətində əsas yeri artilleriya vasitələri tutur. Ötən əsrin 90­cı illərinin əvvəllərində SSRİ­nin dağılması ilə müstəqilliklərini elan et­ miş regionun bütün ölkələri son 17 ildə əsas diqqəti silahlanma pro­ seslərinə yönəltməyə başlamışlar. 2005­ci ildən sonrakı dövr region ölkələrində ordunun modernləşməsi dövrü kimi qeyd olunur.

Azərbaycan Ordusunun istifadəsində yer alan “Lynx EXTRA” YARS təlim zamanı. Foto: MN


NOYABR–DEKABR 2017

Bu dövrdə silahlanma tendensiyası daha çox Cə­ nubi Qafqazda müşahidə olunmağa başlayıb. Mər­ kəzi Asiya regionunda isə Qazaxıstan daha aktivlik göstərərək yeni silah sistemlərinin, texnikaların alın­ ması, onların yerli istehsalının təşkili istiqamətində addımlar atmışdır. Gürcüstan “Öyrət və təchiz et” proqramı çərçivəsində ABŞ tərə indən 2005­ci ildən etibarən Gürcüstan Silahlı Qüvvələrinin NATO standartlarına cavab verən silah və döyüş texnikaları ilə təchizatı həyata keçirilmək­ dədir. ABŞ­ın Gürcüstana yardımları Ordunun yeni silahlarla təchiz edilməsi ilə yekunlaşmır. Paralel ola­ raq Gürcüstanın hərbi sənaye müəssisələrinin yeni­ dən qurulması və yeni silahların istehsalına dəstək göstərilir, bu ölkəyə hərbi məhsulların istehsalı üçün gərəkli olan texnologiyaların transferi gerçəkləşdi­ rilir. Texniki yardımlarla yanaşı, Gürcüstan öz im­ kanları və ABŞ­ın maliyyə yardımları hesabına 2005­ 2008­ci illərdə – avqust ayında Rusiya ilə baş verən müharibəyə qədər Ukrayna, Çexiya, Bolqarıstan, İs­ rail, Bosniya və Hersoqovinadan müxtəlif növ hərbi texnikalar və silahlar satın almışdır. BMT Adi Si­ lahlar Registrində yer alan məlumatlara görə, 2005­2008­ci illərdə Gürcüstanın satın aldığı silahların arasında əsas yeri ar­ tilleriya sistemləri (yaylım atəşli reaktiv sistemlər (YARS) və haubitsalar) tutub. Qeyd olunan dövrdə Gür­

24­25

cüstan Çexiyadan 6 ədəd, Bolqarıstandan isə 12 ədəd 122 mm RM­70 YARS, İsraildən 6 ədəd 122/160 mm “Lynx” YARS alıb. Hazırda adıçəkilən sistemlərlə ya­ naşı, Gürcüstan Ordusunun silahlanmasında 12 ədəd yerli istehsal olan 122 mm çaplı RS­122, keçmiş so­ vet istehsal olan 120 ədəd BM­21 “Qrad” və keçmiş Yuqoslaviya istehsalı olan 12 ədəd M63 “Plamen” YARS mövcuddur. BMT Adi Silahlar Registrində yer alan məlumatlara görə, 2005­2008­ci illərdə rəsmi Tiflis Bosniya və Hersoqovinadan 500 ədəd 262 mm çaplı “Orkan” raketi satın alıb. Bu raketlərin buraxıcı qurğularının Gürcüstan Ordusunun istifadəsində olub­olmaması, onların Gürcüstan Ordusunun isti­ fadəsi, yaxud üçüncü ölkəyə ixracatı üçün əldə olu­ nub­olunmadığı bəlli deyil. YARS­lərlə yanaşı, Gürcüstan tərə indən 2005­ 2009­cu illərdə Çexiyadan 34 ədəd 152 mm­lik “SpGh Dana”, Ukraynadan 7 ədəd 203 mm “Pion”, 15 ədəd 152 mm­lik “Akasiya”, 21 ədəd 2S1 “Qvozdika”, 1 ədəd 2S19 “Msta­S”, özüyeriyən haubitsa, həmçinin Çexiyadan 30 ədəd, Bolqarıstandan 20 ədəd olmaq­ la 122 mm D­30, Bolqarıstandan 17 ədəd 152 mm 2A36 “Giatsin­B”, açıqlanmayan sayda D­48, D­20, 40 ədəd MT­12 və Ukraynadan 13 ədəd “Msta­B” ye­ dəkdə daşınan haubitsa alımı reallaşdırılıb. 2008­ci ilin avqust döyüşlərində Gürcüstan Ordusu 5 ədəd 2S7 “Pion” özüyeriyən haubitsasını itirib. Hesabat dövründə Gürcüstan Çexiyadan 25, Bol­ qarıstandan 14, Bosniya və Hersoqovinadan 15 ədəd 120 mm, yenə Bolqarıstandan 30 ədəd 60 mm S6­ 210, Bosniya və Hersoqovinadan 50 ədəd 60 mm M­ 57 və 25 ədəd 82 mm çaplı M­69A minaatan alıb. Bundan əlavə, ABŞ hərbi yardım proqramı çərçivə­


AZERI DEFENCE

sində Gürcüstan Ordusuna 18 ədəd 120 mm “Soltam” K6 minaatanı bağışlayıb. Hazırda Gürcüstan Silahlı Qüvvələ­ rinin istifadəsində Sovet Ordusunddan qalma 14 ədəd 120 mm 2B11, keçmiş Yuqoslaviya istehsalı olan 70 ədəd 120 mm M­74/75 minaatanları, açıqlanma­ yan sayda 82 mm­lik 2B14 “Podnos”, 10 ədəd (bir neçəsinin istifadəyə yararsız olduğu bildirilir –AD) 2B9 “Vasilyok” av­ tomatik minaatan, Avstriya istehsalı olan 60 mm “Hirtenberger” M6C­210 minaata­ nı, açıqlanmayan sayda yerli istehsal olan 60 mm GNM­60, 82 mm GM­82 və 120 mm GM­120 minaatanı mövcuddur. 2008­ci il də baş ve rən Ru si ya­ Gürcüstan müharibəsi zamanı Gürcüstan Ordusu çoxsaylı maddi itkilərə məruz qaldı. Bundan əlavə, Rusiyanın təzyiqi Yuxarıda Gürcüstanda 6x6 MAN şassisi üzərində yaradılmış GMM­120 özüyeriyən minaatan kompleksi, aşağıda RS­122 YARS. Foto: STC Delta

nəticəsində silah alımında ciddi prob­ lemlərlə, başqa sözlə embarqo ilə üzlə­ şən Tiflis vəziyyətdən çıxış yolunu özünün milli hərbi sənaye kompleksini qurmaq­ da gördü. 2009­cu ildə Gürcüstan Müda­

iə Nazirliyinin tabeliyində “Delta” Hər­ bi Elmi­Texniki Mərkəzinə milli hərbi sə­ nayenin yaradılması həvalə olundu və həmin ildən etibarən “Delta” Hərbi El­ mi­Texniki Mərkəz öz məhsullarını üzə çıxarmağa başladı. Hazırda Gürcüstan hərbi sənayesi reaktiv yaylım atəş sis­ temləri (RYAS) və müxtəlif çaplı mina­ atanların istehsalını həyata keçirməkdə­ dir. 2012­ci ildə “Delta” Hərbi Elmi­Tex­ niki Mərkəzi Gürcüstanda əsaslı modern­ ləşmə aparıldıqdan sonra RS­122 adı ve­ rilmiş 122 mm­lik reaktiv yaylım atəş sisteminin ilk nümunəsini ictimaiyyətə təqdim etdi. “Delta” rəsmilərinin sözləri­ nə görə, sələ i BM­21 “Qrad”dan həm atış mənzilinə, həm şassisinə, həm də atış­

kontrol sisteminə görə fərqlənən RS­ 122­nin hazırlanmasında Ukrayna və Bol­ qarıstan hərbi sənayesi şirkətlərinin əməkdaşları yaxından iştirak ediblər. Sis­ tem KrAZ­63221 şassisi üzərində yerlə­ şir. Maşın 5 nəfər üçün nəzərdə tutulan zirehli kabinəyə və avtomatlaşdırılmış atəş idarəetmə sisteminə sahibdir. Atış prosesi həm bu zirehli kabinədən, həm də kənardan yerinə yetirilir. Maşının zi­ rehi heyəti qəlpələrdən, nüvə, bakterio­ loji və kimyəvi hücumlardan qorumağa imkan verir. Maşının hərəkət sürəti 80 km/saat, döyüş radiusu 500 km təşkil edir. Şassi üzərində 40 ədəd raket yüklən­ miş buraxıcı yer alır. Raketlərin maksi­ mum mənzili 40 km­dən çoxdur. Gürcüstanın istehsal etdiyi 60, 82 və 120 mm­lik minaatanların 2014­2016­cı illərdə adları açıqlanmayan Yaxın Şərq və Afrika ölkələrinə ixrac edildiyi bildi­ rilir. 2016­cı ildə “Delta” 120 mm­lik GM­ 120 minaatanının bazasında hazırladığı GMM­120 adı verilən özüyeriyən mina­ atan kompleksini ictimaiyyətə təqdim edib. 6x6 MAN şassisi üzrərində qurul­ muş 120 mm­lik GMM­120 minaatanı təpməni yatıran xüsusi mexanizmlə, rə­ qəmsal atəş­nəzarət sistemi və GPS ilə təchiz olunub. Minaatanın atış tempi də­ qiqədə 15 atəş, lüləsinin atış resursu 4000 mina təşkil edir. GMM­120 mina­ atan kompleksinin çəkisi 1500 kq, atış mənzili 7100 metr, heyəti 5 nəfərdir. Gürcüstan silahları arasında daha çox diqqət çəkən xüsusi təyinatlılar üçün hazırlanmış GNM­60 “Mkudro” adlı 60 mm çaplı səssiz minaatandır. Xüsusi əmə­ liyyatlar üçün işlənib hazırlanmış bu mi­ naatan hərbçilərə gizli qalmaqla düşmə­ nə atəş açmaq imkanı verir. Uzunluğu 395 mm, çəkisi 2,5 kq, atış tempi dəqi­


NOYABR–DEKABR 2017

qədə 30 atəş təşkil edən “Mkudro” ilə 85° bucaq altında atəş açmaq mümkündür. Minaatanda tətbiq olunan 1.5 kq çəkiyə malik minanın effektiv təsir radiusu 25 metr, atış məsafəsi 450 metr, atış zama­ nı səs səviyyəsi 69 db təşkil edir. Azərbaycan BMT Adi Si lah lar Regis tri, SPRİ, Dünya Silah Ticarətinin Analizi Mərkəzi (SAMTO) kimi təşkilatların hesabatları, silah ixracatçısı olan ölkələr tərə indən BMT Adi Silahlar Registrinə təqdim edil­ miş məlumatların analizlərinə əsasən, Azərbaycan 2001­2016­cı illərdə müxtə­ lif ölkələrdən 1000­ə yaxın müxtəlif çaplı raket­artilleriya sistemləri satın alıb. Bu dövrdə Azərbaycan Ukrayna və Rusiya­ dan 9A52 “Smerç”, TOS­1A “Solntsep­ yok”, İsraildən “Lynx LAR”, “Lynx Qrad”, “Extra”, Türkiyədən T­122 “Sakarya”, T­ 300 “Qasırğa”, Çexiyadan RM­70 “Vam­ pir”, Bosniyadan RAK­128 yaylım atəşli reaktiv sistemlər, Rusiyadan 2S19 “Msta­ S” özüyeriyən haubitsa, 2S31 “Vena”, 2S9 “Nona­S”, İsraildən “Cardom” və “Spear Mk.2” özüyeriyən və yedəkdə daşınan minaatanlar, Çexiyadan 152 mm “SpGH Dana”, Belarusdan 203 mm 2S3 “Pion”, Ukraynadan 2S1 “Qvozdika”, 2S3 “Akasi­ ya” özüyeriyən, Bolqarıstandan M­46, Belarusdan D­30, Ukraynadan MT­12 top­ ları, “Toçka­U” operativ­taktiki raket kompleksləri satın alınıb. Son illər keçi­ rilmiş hərbi parad, təlim və təqdimatlar­ da bu texnikalar Azərbaycan Ordusunun istifadəsində nümayiş olunmuş, 2016­cı ilin aprel döyüşlərində bəzi nümunələri praktiki istifadə edilmişdir.

2011­ci ildə Azərbaycan və Türkiyə arasında 36 ədəd T­155 “Fırtına” özüye­ riyən haubitsanın alqı­satqısına dair müqavilə imzalansa da, Almaniyanın mühərrik tədarükünə icazə verməməsi səbəbindən müqavilənin reallaşdırılma­ sı baş tutmayıb. Qeyd edək ki, “Fırtına” öz sin ində ən mükəmməl özüyeriyən haubitsalardan hesab olunur və atış mə­ safəsi 50 km­ə yaxındır. Haubitsa müa­ sir atış­idarəetmə sistemləri ilə təchiz olunub və istehsalçı şirkətin mütəxəs­ sislərinin sözlərinə görə, “Fırtına” 155 mm çaplı idarə olunan mərmilərlə atəş açma imkanına sahibdir. “Fırtına” alqı­ satqısının baş tutmamasından sonra diq­ qət digər ölkələrə yönəlmiş, Rusiyadan 2S19 “Msta­S” və Çexiyadan “SpGH Da­ na” haubitsaları satın alınmışdır. Adıçə­ kilən haubitsalardan “Msta­S” 2013­cü ildə, “Dana” isə 2017­ci ildə ordunun si­ lahlanmasına qəbul edilib. Həyata keçirilmiş modernləşmə nə­ ticəsində Azərbaycan Silahlı Qüvvələri regionda Rusiya, Türkiyə və İrandan son­ ra ən müasir artilleriya parkına sahib ol­ muşdur. Belarus Hərbi Sənaye Komitəsi­ nin nümayəndələrinin ADEX­2016 sər­ gisində verdikləri açıqlamaya görə, Azər­ baycanla­Belarus arasında “Polonez” uzunmənzilli yaylım atəşli reaktiv siste­ min alqı­satqısına dair anlaşma əldə olu­ nub. Bu sistemlərin Azərbaycan Raket­ Artilleriya Qoşunlarının zərbə gücünü 250 km üzərində bir məsafəyə çatdıra­ cağı ekspertlər tərə indən qeyd edilir. Azərbaycanın Müda iə Sənayesi Na­ zirliyi tərə indən 60, 82 və 120 mm­lik minaatanların, onların döyüş sursatları­ nın, 107 mm­lik YARS­ın istehsalı həya­

26­27

ta keçirilir. MSN Milli Aerokosmik Agent­ liyi (MAKA) tərə indən 2014­cü ildə Ba­ kıda keçirilmiş hərbi sərgidə 4x4 “Ford XLT” şassisi üzərində 107 mm­lik YARS­ ın mobil versiyası təqdim olunub. YARS­ ın idarəetməsi və bütün hesablamaları yerli mütəxəssislər tərə indən hazırlan­ mış proqram təminatı hesabına yerinə yetirilir. Yüksək keçicilik qabiliyyətinə malik maşının zirehləndirilmiş kabinəsi heyəti partlayış zamanı qəlpələrdən və güllələrdən qoruyur. 400 at gücündə mühərrikə malik avtomobilin üzərində hərəsində 12 ədəd 107 mm­lik raket olan iki buraxıcı quraşdırılıb. Maşının döyüş komplekti 11 km mənzilə malik 24 ədəd 107 mm çaplı reaktiv mərmidən ibarət­ dir. Atəşin distans idarə etmə pultu ilə təchiz edilmiş maşında standart naviqa­ siya sistemləri, GPS və muxtar naviqasi­ ya sistemi yer alır. MSN tərə indən istehsal edilən 82 mm­lik minaatan xarici analoqlarından kiçik ölçüsü və daha uzaq mənzilə sahib olması ilə fərqlənir. Minaatanın döyüş vəziyyətində optik nişangahsız çəkisi 47.5 kq, atış mənzili 4000 metrdir. Azər­ baycan müəssisələrində istehsal edilmiş 60 mm çaplı minaatanın isə çəkisi 18 kq, atəş tezliyi dəqiqədə 20 atış, atış mənzili 2550 metrdir. Bu minaatanın 20N6MT Commando yüngül versiyası­ nın isə mənzili 1600 metrdir. Azərbay­ can Ordusunun silahlanmasında yer alan hər üç minaatanın xaricə ixracı da həya­ ta keçirilir. MSN eyni zamanda minaatanlar üçün artırılmış mənzilə sahib minaların da is­ tehsalını gerçəkləşdirməkdədir. Azərbay­ can müəssisələrində istehsal olunan 60 Azərbaycan Raket­Artilleriya Qoşunlarının 2S19 "Msta­S2 özüyeriyən haubitsaları təlim zamanı. Foto: MN


AZERI DEFENCE

Azərbaycan Ordusunun silahlanmasında yer alan T­300 “Qasırğa” YARS Naxçıvan şəhərində keçirilən hərbi paradda. Foto: AzərTAC

mm­lik minaların maksimum atış məsa­ fəsi 3200­4000 metr, 82 mm­lik minala­ rın atış mənzili 4500 metr təşkil edir. Bundan başqa müəssisələrdə atış məsa­ fəsi 7100 metr təşkil olan 120 mm­lik minalar istehsal olunmaqdadır. Müda iə Sənayesi naziri Yavər Ca­ malov mətbuata açıqlamasında qeyd edib ki, 2017­ci ilin sonuna qədər MSN­in nəz­ dində artilleriya mərmilərinin istehsalı­ nı həyata keçirəcək istehsal sahəsinin işə salınması planlaşdırılır. Müəssisədə 20­ə yaxın 85, 100, 122, 130, 152, 155 mm­lik artilleriya və 125 mm­lik tank topları üçün müxtəlif çeşiddə (qəlpəli­fu­ qaslı, kumulyativ, zirehdələn­çapaltı və s.) atəş yığımları istehsal olunacaq. Hal­ hazırda adı çəkilə atəş yığımlarının tər­ kib hissəsi olan gilizlərin və altlıqların istehsal prosesi tam mənimsənilib. Atəş yığımlarının tam dəstləşdirilməsi üçün nəzərdə tutulmuş müxtəlif növ partladı­ cıların istehsalı sahəsinin yaradılması üzrə aparılan işlər də sürətlə davam edir. Müəssisə işə salındıqdan sonra Azərbay­ can Silahlı Qüvvələrinin bu mərmilərə olan tələbatı tam ödəniləcək. İstehsal xətti Serbiya şirkətinin iştirakı ilə quru­ lur. Mərmilərlə bərabər 107, 122 və da­ ha böyük kalibrli reaktiv raketlərin is­ tehsalı istiqamətində də çalışmalar da­ vam edir. Mediada yer alan məlumata görə, bu sahədə MSN Türkiyə, Serbiya, Pakistan və Ukraynanın müva iq şirkət­ ləri ilə müzakirələr aparır. Müda iə Sənayesi naziri Yavər Ca­ malovun sözlərinə görə, döyüş sursat­ larının hazırlanmasında əsas kompo­ nent kimi istifadə olunan partlayıcı mad­ dələr – piroksilin, ballistit barıtlar, trotil və heksogen istehsalı üzrə zavodların, eləcə də müxtəlif çaplı artilleriya mər­ miləri üçün 4 növ başlıq partladıcıları­ nın və müxtəlif çaplı minaatan atəş yı­ ğımları üçün müasir növ tullayıcı barıt

atımlarının istehsalı sahələrinin yara­ dılması işləri davam etdirilir. Ermənistan Ötən əsrin 90­cı illərinin əvvəllərin­ də Rusiya Silahlı Qüvvələrinin bir növ “balansına düşən” Ermənistan bu dövrdə ikitərəfli hərbi əməkdaşlıq, sonrakı il­ lərdə isə kredit sazişləri çərçivəsində Rusiyadan böyük miqdarda silah və hər­ bi texnikalar, o cümlədən artilleriya və raket sistemləri əldə edib. 1995­1996­cı illərdə Rusiya Ermənistana tərkibində “Scud” operativ­taktik raketləri də daxil olmaqla 1 milyard dollar dəyərində si­ lah və texnika göndərib. 2006­2007­ci illərdə Rusiyanın Gürcüstandakı Axalkə­ lək və Batumi hərbi bazalarından Ermə­ nistana daşınan əmlakın önəmli qismi 102­ci bazaya deyil, Ermənistan Ordu­ suna verilib. Təmənnasız şəkildə verilən əmlakın həcmi barədə indiyə qədər heç bir informasiya yoxdur. Bunlardan yal­ nız Ru si ya nın 2005­2006­cı il lər də Gürcüstandakı bazaların inventarından çıxardığı 16 ədəd 2S3 “Akasiya” özüyeri­ yən artilleriya sisteminin, 2012­ci ilin avqust ayında 102­ci bazanın anbarın­ dan Ermənistan Ordusuna 152 mm çaplı 2A65 “Msta­B”, 152 mm çaplı 2A36 “Gi­ atsin­B”, həmçinin 122, 240, 300 mm re­ aktiv mərmilər, 100, 122 və 152 mm çaplı artilleriya döyüş sursatları bağışlaması təsdiqini tapıb. Rusiyanın Ermənistana təmənnasız silah­sursat verməsi ilə yanaşı, daha aşa­ ğı qiymətlərlə hərbi texnika satdığı da bildirilir. Buna nümunə olaraq, 2013­cü ildə Ermənistanda keçirilən hərbi pa­ radda nümayiş olunan 3 kompleks “Toç­ ka­U” operativ­taktiki raketlərin ucuz qiymətə Ermənistana satıldığı göstəri­ lir. 2013­cü ildə Ermənistan mediası or­ du təlimlərində 2C7 “Pion” özüyeriyən haubitsalardan istifadə etməsi barədə

məlumat yayıb. Qeyd olunan tarixədək Ermənistan Ordusunun silahlanmasın­ da nə “Toçka­U” taktik raketləri, nə də “Pion” topları mövcud olmayıb. Erməni mediasında “Pion”ları da “Toçka­U” kom­ pleksləri kimi Rusiyadan aldıqlarını ana­ liz edən xəbərlərə rast gəlinir. Bu satın­ alma barədə informasiya da beynəlxalq hesabatlarda yer almayıb. BMT­yə təq­ dim olunan hesabatlarda belə bir ötü­ rülmə öz əksini tapmayıb. 2014­cü ildə Rusiya və Ermənistan arasında imzalanmış 200 milyon ABŞ dolları həcmində kredit sazişi çərçivə­ sində İrəvan müxtəlif silah və hərbi tex­ nikalarla yanaşı, Rusiyadan 9K58 “Smerç” reaktiv yaylım atəş sistemləri və onlar üçün 300 mm çaplı 9M531 kumulyativ­ qəlpəli elementli döyüş sursatı, T­72 tan­ kının şassisi üzərində TOS­1A sistemi, onun nəqliyyat yükləyicisi (T3M­T –Ka­ mAZ bazasında), TOS­1A üçün idarə olun­ mayan termobarik raketlər əldə edib. BMT Adi Silahlar Registrində açıq­ lanan məlumata görə, Ermənistan 1999­ cu ildə Çindən 8 ədəd WM­80 YARS, Be­ larusdan 2007­ci ildə 10 ədəd D­30 hau­ bitsası, 2010­cu ildə Bosniya və Herso­ qovinadan 200 ədəd 75 mm­lik mina­ atan alıb. Bundan başqa, 2010­2013­cü illərdə Çindən 6 ədəd AR­1A YARS satın alınıb. Beynəlxalq hesabatlarda yer alan informasiyalara əsasən, hazırda Ermə­ nistan Ordusunun istifadəsində 47 ədəd BM­21 “Qrad”, 8 ədəd WM­80, 6 ədəd AR­1A, 6 ədəd 9K58 “Smerç” YARS, 6 ədəd TOS­1 ağır odatanı, yerli istehsal olan ən azı 18 ədəd N2 termobarik YARS, 8 buraxıcı, 32 raketdən “Scud­B”, ən azı 4 “İsgəndər­E” operativ­taktiki raket kompleksi, 8 ədəd OTR­21 “Toçka­U” operativ­taktiki raket kompleksi, 10 ədəd 2S1 “Qvozdika”, 28 ədəd 2S3 “Akasiya”, 26 ədəd 2А36 “Giatsin­B”, 34 ədəd D­20, 35 ədəd D­44, 2 ədəd D­1, açıqlanmayan sayda M­46, 70 ədəd D­30, 36 ədəd MT­ 12 topu, 12 ədəd М­120, 19 ədəd PM­ 38, açıqlanmayan sayda 2B9M “Vasilyok” minaatanı, yerli istehsal olan 60 və 82 mm­lik minaatanlar mövcuddur. İşğal altındakı Azərbaycan ərazilə­ rində yerləşən separatçı erməni hərbi bir­ ləşmələrinin istifadəsində ən azı 44 ədəd BM­21 “Qrad”, 12 ədəd 2S3 “Akasiya”, 12 ədəd 2S1 “Qvozdika”, 50 ədəd 2A36 “Gi­ atsin­B”, 50 ədəd D­20, 53 ədəd ML­20, 100 ədəd D­30 topunun, açıqlanmayan sayda М­120 minaatanı və Yuqoslaviya istehsalı olan М74/75 minaatanının ol­ duğu bildirilir. Ermənistan Ordusunun Qarabağdakı qüvvələrinin istifadəsində olan 17 ədəd YARS, yedək haubitsa və di­ gər artilleriya vasitəsi məhv edilib. Er mə nis ta nın bə zi hər bi sə na ye müəssisələri minaatanların, artilleriya


NOYABR–DEKABR 2017

döyüş sursatlarının istehsalını və onla­ rın təmirini həyata keçirir. Belə müəssi­ sələrdən biri “Hayk­Mek”dir. Bu zavod­ da 1991­ci ildən 52 mm­lik “Komando” minaatanı və onun döyüş sursatları isteh­ sal olunur. “LR Prikal” şirkəti isə artilleri­ ya bölmələri üçün 2K02 indeksli optik kəş iyyat sisteminin istehsalını həyata keçirir. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi general­pol­ kovnik Yuri Xaçaturov 2015­ci ildə “Hay­ kakan Banak” qəzetində dərc olunmuş məqaləsində raket­artilleriya qoşunla­ rında aparılan modernləşmədən bəhs edib. Xaçaturov qeyd edib ki, yerli müəs­ sisələrin iştirakı ilə BM­21 “Qrad” YARS­ ın 1V12 artilleriya idarəetmə komplek­ sinin xüsusi hissələri və sovet istehsalı 1V17 komanda maşını müasirləşdirilib. İrəvan Riyazi Maşınqayırma Elmi Tədqi­ qat İnstitutu tərə indən həyata keçiril­ miş müasirləşdirmə nəticəsində mövcud nəqliyyat vasitələri daha manevrli nəq­ liyyat vasitələri ilə əvəz edilib. Müasir­ ləşdirmə nəticəsində aşkar etmədən son­ ra hədə in vurulmasınadək olan müddət 1­2 dəqiqəyədək azaldılıb. Bundan baş­ qa, böyük uçuş uzaqlığına malik mərmi­ lərin bu sistemlərdən atışı üçün bir sıra hissələr yenilənib. Erməni mediasında yer alan məlumatlara görə, 2010­2013­ cü illərdə “Scud­B” OTRK üzərində rus­ larla birlikdə aparılmış təkmilləşdirmə­ lər nəticəsində raketin hədəfdən sapma ehtimalı 450 metrdən 120 metrədək azal­ dılıb. Ermənistanın “Qarni Ler” müəssi­ səsi tərə indən istehsal edilən yaxın döyüş üçün nəzərdə tutulan N­2 termobarik YARS QAZ­3308 nəqliyyat vasitəsinin üzə­ rində qurulub. Eksperimental nümunəsi 2011­ci ilin sentyabr ayında ictimaiyyə­ tə təqdim olunumuş N­2 kompleksinin hazırda Ermənistan Ordusunda ən azı bir divizionunun olduğu güman edilir. Kompleks üzərində iki sıra yerləşdiril­ miş 12 döyüş sursatı var və sursatların buraxılışı məsafədən distans elektrik pul­ tu vasitəsi ilə həyata keçirilir. Kompleks TP­1 tipli termobarik və ya OQ­7 qəlpə­ li­fuqas mərmilərdən istifadə edir. Qum­ baraatan mərmilərindən istifadə edən N­2 kompleksi bəzi ekspertlər tərə in­ dən artilleriya vasitəsi deyil, “reaktiv qumbaraatan” adlandırılır. Türkmənistan Arsenalında əsas yeri sovet artille­ riya sistemlərinin tutduğu Türkmənis­ tan son 7 ildə Çin və Qərb ölkələrindən yeni artilleriya sistemləri satın almağa nail olmuşdur. İnternet qaynaqlarında yer alan məlumatlara görə, hazırda rəs­

mi Aşqabad Çin, Pakistan və Türkiyədən yeni növ artilleriya vasitələrinin satınalın­ masına dair danışıqlar aparır. Bu sistem­ lər arasında yeni özüyeriyən haubitsa­ lar, operativ taktiki raket kompleksləri və yaylım atəşli reaktiv sistemlərin ola­ cağı bildirilir. Analizlər göstərir ki, 2030­ cu ilə qədər Türkmənistan keçmiş sovet ordusundan miras qalan artilleriya vasi­ tələrini tam olaraq silahlanmadan çıxar­ maq və onları Çin, Türkiyə, İsrail və di­ gər Qərb ölkələrinin istehsalı olan vasi­ tələrlə əvəz etməyi planlaşdırır. Açıq mənbələrdə yer alan məluma­ ta görə, hazırda Türkmənistan Ordusu­ nun istifadəsində 180 ədəd 122 mm çaplı D­30, 72 ədəd 152 mm çaplı D­20, 17 ədəd 152 mm çaplı D­1, 6 ədəd 2A36 “Giatsint­B”, 6 ədəd 152 mm çaplı 2A65 “Msta­B” yedəkdə daşınan haubitsa, 40 ədəd 122 mm 2S1 “Qvozdika”, 12 ədəd 152 mm 2S3 “Akasiya”, 12 ədəd 2S9 “No­ na” özüyeriyən haubitsa, 56 ədəd BM­ 21 “BelQrad”, 6 ədəd RM­70 “Vampir”, 108 ədəd BM­27 “Uraqan”, 10 ədəd BM­ 30 “Smerç” yaylım atəşli reaktiv sistem yer alır. “Uraqan” sistemlərindən 54 ədə­ di 1996, qalan 54 ədədi 1999­cu ildə Ru­ si ya dan alı nıb. 2008­2012­ci il lər də Türkmə nis ta nın Ru si ya dan 8 ədəd “Smerç”, 2012­ci ildə Ukraynadan 6 ədəd 2A36 “Giatsint­B” satın alması ilə bağlı BMT Adi Silahlar Registrində məlumat

28­29

Ermənistanın silahlanmasına daxil olan R­17 “Scud­B” (SS­1C) OTRK və Çin istehsalı olan WM­80 YARS. Foto: İnternet

mövcuddur. Bu ilin oktyabr ayında keçi­ rilmiş hərbi paradda Türkmənistanın si­ lahlanmasında yer alan BM­21 “BelQrad” və ilk dəfə Çexiya istehsalı olan RM­70 “Vampir” yaylım atəşli reaktiv sistemlər nümayiş olunmuşdur. Belarus hərbi sə­ naye kompleksinin modernizə etdiyi “BelQrad” YARS yüksək manevr qabiliy­ yətinə malik MAZ­6317 nəqliyyat vasi­ təsi üzərinə qurulub. Maşının üzərində işəsalma qurğusundakı 40 ədəd raketlə yanaşı, atışdan sonra qısa müddətdə yüklənməsi üçün əlavə 40 raket yer alır. “BelQrad” YARS standart 122 mm­lik ra­ ketlərlə yanaşı, 35 km məsafəyə atış im­ kanı verən artırılmış mənzilli raketlərlə də atəş açmaq imkanına sahibdir. Mo­ dernləşdirilmiş YARS peyk naviqasiyası, yeni rabitə vasitələri və portativ kom­ püterlə təchiz olunub. Qazaxıstan Keçmiş Sovet Ordusundan konser­ vasiya olunmuş böyük arsenalın miras qaldığı Qazaxıstan son on ildə Rusiya­ dan və Ukraynadan yeni artilleriya sis­ temləri satın almaqla, paralel olaraq so­ vet istehsalı sistemlərini modernizə et­


AZERI DEFENCE məklə öz potensialını gücləndirməkdə­ dir. 2007­ci ildən başlayaraq Qazaxıstan hərbi sənaye kompleksi İsrail şirkətləri ilə birlikdə birgə istehsal istiqamətində layihələr reallaşdırmaqdadır. Rəsmi açıqlanan məlumatlara görə, hazırda Qazaxıstan Ordusunun silahlan­ masında aktiv istifadəyə yararlı 12 ədə­ də OTR­21 “Toçka­U” operativ taktiki ra­ ket kompleksi, 6 ədəd TOS­1 “Buratino”, 6 ədəd 9K58 “Smerç”, 180 ədəd BM­27 “Uraqan”, 190 ədəd BM­21 “Qrad”, 12 ədəd “Nayza” YARS, 89 ədəd 2S3 “Akasi­ ya”, 74 ədəd 2S1 “Qvozdika”, Qazaxıstan­ İsrail birgə istehsalı olan 12 ədəd “Sem­ ser” özüyeriyən, 50 ədəd 152 mm 2A65 “Msta­B”, 74 ədəd 152 mm D­20, 180 ədəd 2A36 “Giatsin­B”, 400­dən çox D­ 30, 125 ədəd MT­12 yedək haubitsalar, 19 ədəd 2S4 “Tülpan”, 18­20 ədəd “Ay­ bat”, 26 ədəd 2S9 “Nona­S” özüyeriyən, 145 ədəd 120 mm 2B11, açıqlanmayan sayda “Vasilyok” minaatanı mövcuddur. Qeyd edək ki, “Kazakhstan Enginee­ ring” milli şirkətinə daxil olan Pertopav­ lovsk Ağır Maşınqayırma Zavodu ötən əsrin sonlarından “Toçka­U” operativ­ taktik raket komplekslərin istehsalını hə­ yata keçirib. Müəssisənin 2007­ci ildə İsrailin “Soltam” şirkəti ilə birlikdə D­30 topunun 8x8 KAMAZ­6350 şassisi üzə­ rinə yerləşdirməklə hazırladığı “Semser” özüyeriyən haubitsa 155 mm ATMOS­2000 haubitsasında olan doldurma və atəş ida­ rəetmə sistemi ilə komplektləşdirilib. Bundan başqa, maşında GPS/QLONNAS

naviqasiyası, təpmənin təsirini azaldan hidropnevmatik sistem qurulub. Haubit­ sanın döyüş komplekti 80 mərmidən iba­ rətdir. Altı heyətə malik “Semser” hau­ bitsasının nişangah məsafəsi 15300 metr, maksimal atış uzaqlığı 22000 metr (ak­ tiv reaktiv mərmilərlə), atış tempi dəqi­ qədə 6 mərmidir. “Semser”in ilk eksperi­ mental nümunəsi 2008­ci ilin yayında sı­ naqların keçirilməsi üçün Müda iə Nazir­ liyinə verilib. Eyni müəssisələr tərə in­ dən MTLB şassisi üzərində hazırlanmış “Aybat” özüyeriyən minaatan kompleksi­ nə 120 mm­lik 2B11 sovet minaatanı da­ xildir. İsrailin CARDOM kompleksi ilə ey­ ni xüsusiyyətlərə malik kompleksin tər­ kibinə atış idarəetmə, habelə inersial na­ viqasiya avadanlığı daxil olub. Hansı ki, bu avadanlıqların tətbiqi nəticəsində dö­ yüşə açılma vaxtı 30 saniyəyə qədər azal­ dılıb, ilk atəşdə hədə i vurma ehtimalı yüksəlib. Minaatanın tezatma qabiliyyəti dəqiqəyə 16 atəşə çatır. “Aybat” 120 və 82 mm­lik minaatanlardan ibarət olmaq­ la iki kon iqurasiyada istehsal olunur. Qazaxıstan­İsrail əməkdaşlığı çərçi­ vəsində BM­21 “Qrad” YARS modernləş­ dirilməsi nəticəsində meydana çıxan “Nayza” YARS 122 və 220 mm raket pa­ ketlərindən atəş aça bilən universal plat­ formaya çevrilib. Kompleks eyni zaman­ da İsrail istehsalı olan LAR­160, “Extra”, habelə “Delilah” raketlərini buraxmaq qabiliyyətinə sahibdir. KADEX­2016 sərgisində Qazaxıstan dünya bazarında neftin qiymətinin aşağı

düşməsi səbəbindən üzləşdiyi maliyyə problemləri ilə əlaqədar yaxın perspek­ tiv üçün yeni silahların alınmasına deyil, ordunun istifadəsində olan mövcud sis­ temlərinin modernləşdirilməsinə diqqət yönəldəcəyi proqnozlarını verdi. Sərgi­ də ilk dəfə olaraq “Kaztexnologiya” ASC tərə indən modernizə edilmiş 122 mm YARS­ın nümayişi də bu kontekstdə diq­ qət çəkdi. BM­21 “KazQrad” adı verilmiş YARS tam olaraq avtomatlaşdırılıb, atı­ şın dəqiqliyi yüksəldilib. Peyk naviqasi­ ya sistemi ilə təchiz edilmiş maşının ka­ binəsi zirehləndirilib. Şirkət mütəxəssis­ lərinin sözlərinə görə, “KazQrad”ın atış mənzili 40 km (Türkiyə istehsalı raket­ lərlə), raketləri tam şəkildə buraxma müddəti 20 saniyədir. Maşın atışdan son­ ra 35 saniyə ərzində mövqeyini dəyiş­ məyi bacarır. 6x6 təkər formuluna malik KamAZ avtomobilinin şassisində yerləş­ dirilmiş “KazQrad” “Tuspal” kombinə olunmuş naviqasiya sistemi, “iBlue” şir­ kətinin istehsalı olan FOG giroskopu, inersial naviqasiya, termal kamera, atış zamanı temperatura nəzarət edən sen­ sorlar, meteoroloji kompleks, komandir üçün atış­nəzarət kompüteri alıb. Bun­ dan başqa, yaxın özünümüda iə üçün ma­ şının damına bir ədəd 7.62 mm çaplı pu­ lemyot qurulub. “Semey Engineering” şirkəti tərə in­ dən 2014­cü ildə hazırlanmış 82 mm­lik BMP­2B9 özüyeriyən minaatan komplek­ sinin 6 ədədlik ilk partiyasının 2016­cı il­ də Qazaxıstan Ordusunun istifadəsinə

Qazaxıstanın “Kaztexnologiya” şirkəti tərə indən modernizə edilmiş BM­21 “KazQrad” KADEX­2016 sərgisində. Foto: AD


NOYABR–DEKABR 2017

verildiyi bildirilib. Aparılmış işlər nəti­ cəsində BMP­1 piyada döyüş maşınının qülləsi 2B9 “Vasilyok” avtomatik mina­ atanı ilə əvəz olunub. Səfər vəziyyətində minaatan maşının daxilinə çəkilir və dam bağlanır. Minaatanın üzərində aparılmış modernləşdirmə nəticəsində lülədə ha­ va soyudulması prinsipi tətbiq edilib. Müəssisədən bildirilib ki, BMP­2B9 kom­ pleksinin ümumi çəkisi 13000 kq, sürəti 65 km/saat, maksimum hərəkət uzaqlı­ ğı 450 kilometrdir. “Semey Engineering” səhmdar cəmiyyəti paralel olaraq 2S3 “Akasiya” və 2S1 “Qvozdika” özüyeriyən haubitsaların təmir və modernləşdiril­ məsini də həyata keçirir. Qeyd edək ki, yaxın perspektivdə Qazaxıstan artilleriya sistemlərinin və onların döyüş sursatlarının istehsalı ilə bağlı layihələr reallaşdırmağı planlaşdı­ rır. 2016­cı ildə Astanada keçirilmiş KA­ DEX­2016 sərgisində “Kaztexnologiya” Səhmdar Cəmiyyəti Çinin NORİNCO kor­ porasiyası ilə “Qalxan­7” zavodunda bir­ likdə D­30 topları üçün 122 mm­lik qəl­ pəli­fuqas döyüş sursatlarının istehsalı, habelə Rusiyanın “Splav” müəssisəsi ilə BM­21 reaktiv yaylım atəş sistemlərinin müasirləşdirilməsi və bu qurğular üçün sursatların istehsalına dair birgə müəs­ sisələrin yaradılması barədə memoran­ dumlar imzalayıb. “Kazakhstan Engine­ ering” nümayəndələrinin sözlərinə görə, hazırda Türkiyə ilə bir neçə layihə nə­ zərdən keçirilir. Bunlardan biri helikop­ ter yedəyində daşına bilən 105 mm­lik “Boran” topunun birgə istehsalıdır. Qa­ zaxıstan Müda iə Nazirliyinin yaxından maraqlandığı top 2016­cı ildə bu ölkəyə aparılaraq təqdimatı keçirilib. Noyabr ayının ortalarında mətbuata müsahibə­ sində “Kazakhstan ASELSAN Enginee­ ring” şirkətinin baş direktoru Tariq Ziya Kaboğlu hazırda Qazaxıstan Müda iə Na­ zirliyinin layihəsi üzrə atış dəqiqliyini yüksəltmək üçün D­30 toplarını elektron sistemlərlə təchiz etdiklərini, həmçinin yerli müəssisədə artilleriya atış sistem­ lərinin istehsalı imkanlarını nəzərdən keçirdiklərini bildirib. Özbəkistan Özbəkistan Silahlı Qüvvələrinin ra­ ket­artilleriya qoşunlarının potensialı ba­ rədə geniş informasiyalar mövcud deyil. Özbək ordusunda 3 artilleriya briqadası var. Araşdırma mərkəzlərinin məlumat­ larına görə, Özbəkistan Ordusunun isti­ fadəsində aşağıdakı artilleriya vasitələri yer alır: 74 ədəd BM­21 “Qrad” (bunun 24 ədədi modernizə edilmiş “Qrad­1” YARS), 47 ədəd BM­27 “Uraqan” YARS, 5 kompleks “Toçka­U”, 32 ədəd 2S1 “Qvoz­ dika”, 17 ədəd 2S3 “Akasiya”, 17 ədəd

2S5 “Giatsin­S”, 54 ədəd 2S9 “Nona”, 48 ədəd 2S7 “Pion” özüyeriyən, 36 ədəd MT­ 12, 60 ədəd D­30, 30 ədəd D­20 və 140 ədəd 2A36 “Giatsin­B” yedək haubitsası. Bundan başqa, Özbəkistanın Quru Qoşunlarının silahlanmasında 12 ədəd 2C12 “Sani”, açıqlanmayan sayda 2S9 “Vasilyok”, habelə keçmiş sovet istehsalı 60, 82 və 120 mm­lik mi na a tan lar mövcuddur. Xəbər mənbələrində yer alan məlu­ matlara görə, Özbəkistan 2016­cı ildə Çi­ nin NORİNCO şirkətinə açıqlanmayan sayda AR­1A YARS, habelə özüyeriyən haubitsa sifarişi verib. 2017­ci ildə Özbə­ kistan Müda iə Nazirliyi Türkiyə şirkət­ ləri ilə də müxtəlif kalibrli YARS sistem­ lərinin satın alınmasına dair görüşmələ­ rə başlayıb. Tacikistan və Qırğızıstan Mərkəzi Asiyanın digər iki respubli­ kası – Tacikistan və Qırğızıstan maddi sıxıntılarla əlaqədar olaraq ordunun ar­ senalının yenilənməsi layihələrini məh­ dud səviyyədə həyata keçirirlər. Uzun müddət vətəndaş müharibəsi yaşanan Tacikistanın hərbi texnika parkı o qədər də zəngin deyil. IISS Military Balance görə hazırda Tacikistan Silahlı Qüvvələ­ rinin istifadəsində 18 ədəd BM­21 “Qrad” YARS, 10 ədəd D­30 topu, 10 ədəd PM­ 38 minaatanı, 100­ə yaxın 82 və 120 mm çaplı minaatan var. Tacikistan qeyd olu­ nan BM­21 “Qrad” YARS­ın 15­ni 2013­ cü ildə Bolqarıstandan alıb. Qırğızıstan Ordusunun arsenalında isə 15 ədəd BM­21 “Qrad”, 6 ədəd BM­ 27 “Uraqan” YARS, 18 ədəd 2S1 “Qvozdi­ ka” özüyeriyən, 35 ədəd D­30, 16 ədəd 152 mm D­1 yedəkdə daşınan haubitsa, 12 ədəd 2S9 “Nona­S” özüyeriyən, 30 ədəd ABŞ istehsalı olan M120, 6 ədəd Rusiya istehsalı olan 2S12 “Sani” mina­ atanı mövcuddur. Bundan başqa, Qaza­ xıstan hərbi yardım proqramı çərçivə­

30­31

“Semey Engineering” şirkəti tərə indən BMP­1 şassisində yaradılmış BMP­2B9 özüyeriyən mi­ naatan kompleksi. Foto: AD

sində 2011­ci ildə Qırğızıstana 30 ədəd PM­120 minaatanı bağışlayıb. Nəticə Beynəlxalq ixrac və idxal hesabatla­ rından görünür ki, region ölkələri, xüsu­ silə də Gürcüstan, Azərbaycan və Qaza­ xıstan hər nə qədər Qərb texnologiyala­ rına diqqət yetirsələr də, satınalmalarda sovet/rus silahları yenə ağırlıq təşkil edib. Proqnozlar göstərir ki, yaxın 2030­ cu ilə qədər Gürcüstan Ordusu tam şə­ kildə Qərb silahlarına sahib olacaq. Azər­ baycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan isə bu prosesi tədricən – di­ gər xarici ölkələrdən satınalmalar və yerli istehsal hesabına həyata keçirəcəklər. Açıqlanan məlumatlarda adıçəkilən res­ publikaların hərbi sənayesi bu istiqa­ mətdə Türkiyə, İsrail və Çin kimi ölkə­ lərlə birgə layihələri nəzərdən keçirir. Eyni zamanda yeni artilleriya atış­idarə­ etmə sistemlərinə bazarda ehtiyaclar meydana çıxır ki, bu istiqamətdə artıq Pakistanın GİDS, Ukraynanın ARTOS, Türkiyənin ASELSAN, Fransanın THALES şirkətləri öz məhsullarını region bazarı­ na təqdim ediblər. Hazırda Qərbi Avro­ panın Fransa və Almaniya kimi hərbi sə­ nayeyə malik aparıcı dövlətlərinin, eyni zamanda ABŞ­ın hücum silahları satışı­ na icazə vermədiyi region ölkələrinin bu boşluğu adıçəkilən ölkələrin hesabına bağlamağa çalışması qaçınılmazdır. Elə­ cə də Çexiya, Cənubi Koreya, Pakistan və İranın da bu bazardan pay əldə etmək cəhdlərinin şahidi olacağıq.


AZERI DEFENCE

“EUROFIGHTER” “BRIMSTONE” ilə imkanlarını artırır “Eurofighter Typhoon” təyyarəsinə “Brimstone” yüksək dəqiq­ likli raketlərin cari ilin iyun ayından başlanan inteqrasiyası və sı­ naqları tamamlanıb. Təyyarənin imkanlarının genişləndirilməsi proqramı çərçivəsində Böyük Britaniya Kral Hərbi Hava Qüvvələri­ nin təşəbbüsü ilə reallaşdırılan layihədə məqsəd “Typhoon”un döyüş qabiliyyətini yüksəltmək və silah yükünü genişləndirməkdir. İnteqrasiya prosesi Böyük Britani­ ya Müdafiə Nazirliyi, MBDA, “QinetiQ”, “Eurofighter GmbH”, “Airbus” və “Leo­ nardo” şirkətlərinin birgə iştirakı ilə hə­ yata keçirilib və cari ilin iyul ayında baş­ layan testlərdə təyyarədən 9 atış icra olunub. Atışlar zamanı raketlərin müxtə­ lif sürətli uçuşlarda, fərqli hündürlüklər­ də və müxtəlif G səviyyələrində təyyarə­ dən buraxılışları yoxlanılıb. Böyük Bri­ taniya Kral Hərbi Hava Qüvvələri inteq­ rasiya və sınaqların uğurla tamamlan­ masından sonra, 2018­ci ilin ortaların­ da qiymətləndirmələrə başlanacağını bə­ yan edib. “Brimstone” missiya və sensor ye­ nilənmələrini əhatə edən “Phase 3 En­ hancement” (P3E) paketinin bir hissəsi­ dir. Öz növbəsində, P3E paketi “Tornado GR4” döyüş təyyarələrinin silah daşıma və döyüş qabiliyyətlərinin “Typhoon” təy­ yarələrinə ötürülməsini nəzərdə tutan “Centurion” proqramının son mərhələsi hesab olunur. Qeyd edək ki, bundan əv­ vəl P2E paketi çərçivəsində Böyük Bri­ taniya donanma aviasiyası tərəfindən MBDA şirkətinin istehsalı olan “Meteor” “hava­hava” və “Storm Shadow” “hava­ səth” raketlərinin “Eurofighter Typho­ on” təyyarəsinə inteqrasiyası və sınaq­ ları keçirilib. MBDA şirkətinin “Brimstone” yüksək dəqiqlikli raketi ən son olaraq Böyük Bri­ taniya HHQ­nin “Tornado GR4” təyyarə­ lərinin silahlanmasına daxil edilib. “Brims­ tone” raketinin yarı aktiv lazer (Semi­

Active Laser /SAL), iki rejimli SAL/milli­ metrik radar (Dual Mode SAL/millimet­ ric wave (mmW)) və tam avtonom milli­ met rik ra dar ida rə et mə li ver si ya sı mövcuddur. Raket həmçinin müasir av­ topilot və inersial (İNS) naviqasiya ilə təchiz olunub. Lazer başlıq və millimet­ rik radar sayəsində hədəfdən sapma mi­ nimum endirilib. Tandem döyüş başlığı hesabına tanklara və zirehli texnikalara qarşı istifadə imkanları qazandırılıb. Döyüş tətbiqi İki rejimli “Brimstone” raketinin ilk döyüş tətbiqi 2009­cu ildə Əfqanıstanda reallaşdırılıb. 2011­ci ildə Böyük Brita­ niya Hərbi Hava Qüvvələri Liviya əmə­ liyyatları zamanı bu döyüş sursatından geniş şəkildə istifadə etmişdir. Liviya bombardmanları zamanı Böyük Britani­ ya HHQ tərəfindən təxminən 200 ədəd “Brimstone” raketinin buraxılışı həyata keçirilib. MBDA şirkəti 21 oktyabr 2013­cü il tarixində yaydığı məlumatda Böyük Bri­ taniya HHQ üçün hazırlanmış “hava­yer” sinifli “Brimstone­2” raketinin sınaqla­ rını uğurla keçirdiyini açıqlayıb. Şirkət

qeyd edib ki, bu modifikasiyanın hazır­ lanmasında Liviya əməliyyatlarının təc­ rübəsindən geniş istifadə olunub. Yeni modifikasiyanın hazırlanmasında xüsu­ si diqqət yetirilən məsələlərdən biri sürət­ lə manevr edən yerüstü hədəflərə qarşı tətbiqdir. Raket eyni zamanda hədəflə­ rin seleksiyası qabiliyyətinə və yeni döyüş başlığına sahib olub. Yeni mühərrikin tətbiqi nəticəsində atış uzaqlığı 200% artırılıb. Testlər zamanı raket 110 km/sa­ at sürətlə hərəkət edən avtomobili vur­ mağı bacarıb. Liviya əməliyyatlarından sonrakı dövrdə əldə olunan təcrübə əsasında tək­ milləşdirilməyə məruz qalan iki rejimli “Brimstone” (Dual Mode) Böyük Brita­ niya Hərbi Hava Qüvvələri tərəfindən növbəti dəfə 2016­cı ilin yanvar ayında İraq və Suriyadakı İŞİD mövqelərinin bombalanmasında istifadə edilmişdir. İŞİD mövqelərinə buraxılan raketlərin hamısının hədəfləri yüksək dəqiqliklə vurduğu qeyd olunur.


NOYABR–DEKABR 2017

Bir ədədinin qiyməti 100 000 funtsterlinq təşkil edən “Brims­ tone” raketinin çəkisi 50 kq, uzunluğu 1.8 metr, diametri 180 mm, sürəti 112 km/saatdır. Raketin uçuş məsafəsi 11.2 km təşkil edir. “Brimstone” raketinin təyyarə və helikopterlərlə yanaşı, pilot­ suz uçuş aparatlarının da silahlanmasında yer ala biləcəyi istisna olunmur. Bununla bağlı sınaqları davam etdirən MBDA şirkəti 2014­ cü ildən “Reaper” PUA­ların üzərində raketlərin tətbiqi imkanla­ rının araşdırıldığını, 2016­cı ilin iyul ayında “Boeing” şirkəti ilə bir­ likdə Birləşmiş Krallıq donanmasının gələcək “Apache AH­64E” he­ likopterlərinə raketin inteqrasiyasını tamamladığını bəyan edib.

32­33


AZERI DEFENCE QAZAXISTAN “SARP”dan SONRA “NƏFƏR”i SEÇDİ

Qazaxıstanın “Kazakhstan Paramount Engineering” (KPE) şirkətinin istehsal etdiyi 8x8 təkər formuluna malik “Barıs” (orijinal adı “Mbombe”) zirehli döyüş maşınının zavod sınaqlarına başlanıb. Türkiyənin ASELSAN şirkətinin istehsalı olan “Nəfər” qülləsi ilə təchiz olunan maşın zavod sınaqlarından sonra qış fəs­ lində ekstremal iqlim şəraitində sınaqların keçirilməsi üçün Qazaxıstanın Müdafiə Nazirliyinin ekspertlərinə təqdim ediləcək. Proqram üzrə maşının ştat silahlarından gecə və gündüz vaxtı atışların keçirilməsi də nəzərdə tutulur. “Nəfər” qülləsi 30 mm çaplı 2A42 topu və 7.62 mm çaplı pulemyotla silah­

landırılıb. Qüllənin üzərində həmçinin elektrooptik sistemlər yer alır. Qülləyə silahların inteqrasiyası “Kazakhstan ASELSAN Engineering” şirkəti tərəfindən həyata keçirilib. 8x8 təkər formluna malik "Barıs" zirehli maşını ilk dəfə 2016­cı ilin iyun ayında Astanada keçmiş "KADEX­2016" hərbi sərgisində nümayiş olunub. KPE yaxın zamanlarda İsrailin “Plasan” şirkətinin lisenziyası ilə “Sand Cat Stormer” zirehli maşının istehsalına hazırlaşdığını da bəyan edib. Artıq ilk nümunənin KPE müəssisəsində yığımına başlanıb. Qaza­ xıstanda istehsal edilən “Sand Cat Stormer” maşını “Alan” adlanacaq.

GÜRCÜSTANA “JAVELIN” RAKETLƏRİ VERİLƏCƏK ABŞ Dövlət Departamenti Gür­ cüstana FGM­148 “Javelin” tank əley­ hinə raket komplekslərinin satışına icazə verib. Müqaviləyə əsasən ABŞ Gürcüstan Ordusuna 75 milyon dollar dəyərində 410 ədəd “Javelin” raketi, 72 ədəd buraxıcı qurğu, habelə ehti­ yat hissələr, 70 simulyator tədarük edəcək. Eyni zamanda istifadəçilərə təlimlərin keçirilməsi nəzərdə tutu­ lur. “Bu, ABŞ tərə indən Gürcüstanın milli təhlükəsizliyinə kömək edəcək. Avadanlıq satışı regionda əsas hərbi balansı dəyişməyəcək”, – deyə məlu­ matda qeyd olunub. Raketlər və kompleks “Raytheon” və “Lockheed Martin” şirkətləri tə­ rə indən tədarük olunacaq. Qeyd edək ki, “Javelin” raket kom­ pleksinin çəkisi 22.3 kq, uzunluğu 1.1 metr, çapı 127 mm, atış məsafəsi 2500­4750 metr təşkil edir. 8.4 kq ağırlığında tandem döyüş başlığına malik raket 600­800 mm qalınlığında zirehi dəlməyi bacarır.

TÜRKMƏNİSTAN ORDUSU “NIMR” AVTOMOBİLLƏRİNİ SEÇDİ Birləşmiş Ərəb Əmirliklərinin “Emi­ rates Defence Industries Company (EDIC) şirkətlər qrupuna daxil olan “NİMR Au­ tomotive” şirkəti ilə Türkmənistan Mü­ da iə Nazirliyi arasında hərbi maşınların ixracına dair müqavilə imzalanıb. “NİMR Automotive” şirkətinin mətbuat mərkə­ zinin yaydığı məlumata görə, bu, “NİMR”in ilk beynəlxalq ixracat müqaviləsidir. Müqavilənin əhəmiyyətindən danı­ şan “NİMR Automotive” şirkətinin baş di­ rektoru Dr. Fahad Saif Harhara Al Yafei qeyd edib ki, Türkmənistanla olan mü­ qavilə dünya bazarında onların istehsal etdikləri nəqliyyat vasitələrinin key iyyət və rəqabət qabiliyyətini təsdiqləyir: “Bundan əlavə, müqavilə BƏƏ ilə Türk­ mənistan arasındakı yaxın və davamlı əlaqələri və bu münasibətlərin davamlı artımını göstərir”. Qeyd edək ki, “NİMR Automotive” şirkətinin istehsalı olan NIMR LRSOV və “Ajban 440” avtomobilləri oktyabr ayının 27­də Türkmənistanın “Müstəqillik Gü­ nü” paradında rəsmi şəkildə nümayiş et­ dirilib. “Nimr” şirkətinin “Ajban­440A” maşınının uzunluğu 5600 mm, eni 2350

mm, hündürlüyü 2350 mm, yükgötürmə qabiliyyəti 1200 kq, ümumi çəkisi 10750 kiloqramdır. Maşının maksimum sürəti 100 km/saat, gediş ehtiyatı 700 km təşkil edir. Heyəti 2+2 nəfər, dönmə radiusu 15 metr olan “Ajban­440A” ­19⁰, +49⁰ iqlim şəraitində istismara uyğunlaşdırılıb. Bal­ listik və mina qorunması missiya tə­ ləblərinə görə dəyişən maşın 6 silindrli, avtomatik transmissiyalı 296 at gücündə

mühərriklə təchiz olunub. Xüsusi tə­ yinatlılar üçün nəzərdə tutulan “Ajban LRSOV” nəqliyyat vasitəsinin isə uzunluğu 5680 mm, eni 2130 mm, hündürlüyü 1970 mm, ümumi çəkisi 8000 kq, faydalı yükü 3000 kq, heyəti 4+1 nəfərdir. Altı silindrli, avtomatik transmissiyalı 296 at gücündə mühərriklə təc hiz olunmuş maşının sürəti 100 km/saat, gediş ehtiyatı 700 km təşkil edir.


NOYABR–DEKABR 2017

34­35

KPE “MARAUDER”in YENİ KONFİQURASİYASINI HAZIRLAYIB

Cənubi Afrika müda iə sə­ nayesinin aparıcı şirkətlərin­ dən olan “Paramount Group” və Qazaxıstanın “Kazakhstan Engineering” şirkətinin birgə təsis etdiyi “Kazakhstan Para­ mount Engineering” (KPE) şir­ kətinin istehsalı olan “Arlan” (orijinal adı “Marauder”) zi­ rehli maşınının yeni kon iqu­ rasiyası Qazaxıstan Xüsusi Tə­ yinatlı Qüvvələrinə çatdırılıb. “Paramount Group” şirkətin­ dən verilən məlumata görə, “Arlan” minaya qarşı qorumalı nəqliyyat vasitələri (MRAP) Qazaxıstan Xüsusi Təyinatlı

Qüvvələri ilə yanaşı, Müda iə Nazirliyi və digər təhlükəsiz­ lik orqanları üçün də tədarük edilir. KPE şirkəti 2018­ci ildə daha çox çatdırılması planlaş­ dırılan növbəti böyük sifariş­ lə əlaqədar “Arlan” zirehli ma­ şınların istehsal sayını artırıb. Xüsusi Təyinatlı Qüvvələr üçün kon iqurasiya edilmiş “Arlan” müxtəlif xüsusi rabitə vasitə­ ləri, barrikadaları dağıtmaq üçün önlük, məftil çəpərləri və maneələri yarmaq üçün kə­ sici bıçaqlar, habelə elektro­ nik sistemlər və komponent­ lər da xil ol maq la müxtə lif

köməkçi avadanlıqlarla təchiz olunub. Bundan başqa zirehli maşına gecəgörmə avadanlı­ ğı, infraqırmızı (İR) kamera­ lar, kompüter stansiyası və GPS sistemi quraşdırılıb. “Paramount Group” şir­ kətinin təsisçisi və icraçı səd­ ri Ayvor İçikovitz (Ivor Ichi­ kowitz) bildirib ki, iki ildən az bir müddət ərzində Astanada zirehli maşınları istehsal edən zavod inşa olunub: “Yüksək səmərəli yerli işçi qüvvəsin­ dən istifadə etməklə, yeni nəq­ liyyat vasitələrinin istehsalı ilə müda iə sənayesini inkişaf et­

dirmişik. Müştərilərimizin si­ farişləri daha da artdığına görə zirehli maşınların istehsal sa­ yını artırırıq. Bu, portativ is­ tehsal modelimizin işlədiyini, doğru tərəfdaşlarla dünyanın hər hansı bir yerində istehsal qurmaq və dünya səviyyəli tex­ nologiyaların müştərilərimizə sürətli və səmərəli şəkildə çat­ dırıldığını göstərir”. Qeyd edək ki, “Arlan” zi­ rehli maşınları “Paramount Group” şirkətinin “Marauder” MRAP çoxməqsədli nəqliyyat vasitəsinin təkmilləşdirilmiş versiyalarından biridir. “Para­ mount Group”un İnnovasiya Mərkəzində dizayn olunan “Ar­ lan” Qazaxıstanın ekstremal şərait və mühitlərində geniş sınaqdan keçirilib. Gücləndi­ rilmiş mina əleyhinə müda i­ əyə malik “Arlan”ın korpusu V dizaynına əsaslanır. Maşının heyəti 2+8 əsgər, döyüş çəkisi 16 ton, sürəti 100 km/saat təşkil edir. “Arlan” – 50⁰, +50⁰ sərt iqlim şəraitində istisma­ ra uyğunlaşdırılıb. KPE şirkətinin Astanada 15000 kvadratmetr ərazidə yerləşən zavodu Mərkəzi Asi­ ya və Qazaxıstanda bu imkan­ larla zirehli nəqliyyat vasitəsi istehsal edən ən iri zavod he­ sab olunur.

FRANSIZ ORDUSU MMP RAKETLƏRİNİ ALDI MBDA şirkətinin istehsalı olan MMP yeni nəsil tank əleyhinə idarə olunun raket kompleksinin ilk partiyası Fransa Silahlı Qüvvələrinə təhvil verilib. MBDA şirkətinin noyabrın 30­da yaydığı məlu­ mata görə, MMP (Missile Moyenne Portee) ortamənzilli raketlərin hazırlanmasına 2011­ci ildən başlanıb. 2013­cü ildə istehsalçı və Fransa Müdafiə Nazirliyi arasında 2850 raket və 400 işəsalma qurğusunun çatdırılmasına dair müqavilə imzalanıb. 12 işəsalma qurğusu və 50 raketin daha əvvəl uyğunlaşdırılmış qrafik çərçivəsində tədarükü həyata keçirilib. Beşinci nəsil tank əleyhinə idarə olunan raket kompleksi olan MMP av­ tomatik tuşlama, inersiyalı­peyk naviqa­ siya və optik lif sistemini özündə bir­ ləşdirir. Bu, bağlı mövqelərdən işəsalmanı

yerinə yetirməyə, həmçinin raketin hədəfə uçuşu zamanı mürəkkəb manevrlər etməsinə imkan verir. Raketin maksimal atış uzaqlığı 4,1 kilometr təşkil edir. MMP hazırda Fransa Ordusunun silahlanmasında yer alan “Milan” (1972­ci ildən istifadə olunur) və Amerika istehsalı olan “Javelin” tank əleyhinə raket komplekslərini əvəz etməlidir. MBDA şirkəti növbəti mər­ hələdə yerüstü və zirehli texnika üstündən buraxılan MMP sistemi ilə yanaşı, aviasiya platformaları üçün MMP raketlərinin işəsalma qurğularını ya­ ratmağı planlaşdırır. Bundan başqa, şirkət MMP­nin “böyük qardaşları”nın ha ­ zırlanması ilə məşğul olur. Analoji idarə sisteminə malik yeni MLP və MHP avtomatik tuşlama qabiliyyətinə sahib raketləri böyük hərəkət radiusuna və olacaq.


AZERI DEFENCE

TOYOTA LAND CRUISER BAZASINDA ZİREHLİ MÜŞAHİDƏ VƏ NƏZARƏT MAŞINI Kanadanın “Roshel Müda iə Həlləri” (Roshel Defence Solutions) şirkəti “To­ yota Land Cruiser V8” (J200) maşınının bazasında hazırladığı zirehli Müşahidə və Nəzarət vasitəsini təqdim edib. Şirkətdən “AzeriDefence”yə verilən məlumata görə, yeni zirehli maşın müxtə­ lif ərazilərdə tapşırıqları yerinə yetirmək, habelə sərhəd zonasında patrul xidməti­ ni təşkil eləmək, hüquq­müha izə orqan­ larına müşahidə, nəzarət və kəş iyyat im­ kanları təmin etmək üçün hazırlanıb. Maşında teleskopik dirək üzərinə qu­ rulmuş radar, termal kameranın da daxil olduğu elektrooptik sistem (EOS) və dam­ da ayrıca yerləşdirilmiş idarə olunan döyüş modulu yer alır. Kompleksə 15.7 ­ 17.2 GHz tezliklərdə, Ku dalğa diapazo­ nunda çalışan, elektron skan qabiliyyəti­ nə sahib “Blighter Revolutions 360” ra­ darı daxildir. Bu radar yeriyən insanı 3.2 km, bir yerdə dayanmış insanı 7.4 km, nəqliyyat vasitəsini 16 km, böyük qaba­ ritli avtomobili 22 km məsafədən aşkar­ lamağı bacarır. Radar 360° bucaq altında dairəvi və hündürlük üzrə 90° bucaq al­

tında ərazini müşahidə etmək qabiliyyə­ tinə sahibdir. Uzaqdan idarə olunan döyüş modulu isə maşın stasionar halda və hərəkətdə olduqda hədəfləri dəqiqliklə məhv etmə­ yə imkan verir. Silah sistemi daha mükəm­ məl görüntü işləmə alqoritminə, gecə və gündüz şəraitində hədəfləri aşkarlama xüsusiyyətinə sahibdir. İstəkdən asılı ola­ raq, kompleks rəngli zoom kameraları, lazer məsafəölçən və soyudulmuş termal kamera ilə təchiz edilə bilir. Əlavə ava­ danlıqlar hesabına müşahidə­nəzarət kompleksinin potensial risk ehtimalları olan bir çox sahələrdə tətbiqini geniş­ ləndirmək mümkündür. Maşın 7.62 və 5.56 NATO sursatla­ rından, həmçinin 7.62×39 mm AK47 güllə­ ləri daxil olmaqla yüksək zirehdəlmə qa­ biliyyətinə malik güllələrdən qorunma təmin edən Avropa CEN standartlarına əsasən Level B6 müda iə səviyyəsinə uy­ ğun olaraq zirehləndirilib. Zirehlənmə zamanı şassinin manevr qabiliyyətinin saxlanılması məqsədilə yüngül kompo­ zit materiallardan istifadə olunub. Maşı­

nın əyləc, asqı və digər komponentləri­ nin səmərəliliyi qorunub saxlanılmaqla müha izəsi gücləndirilib. “Roshel”in “To­ yota Land Cruiser” avtomobili üzərinə qurduğu zireh Avropanın qabaqcıl bal­ listik laboratoriyaları tərə indən test olu­ naraq təsdiq edilib. “Toyota Land Cruiser” bazasında ha­ zırlanmış yeni müşahidə və video nəza­ rət kompleksi müştərilərimizin müxtəlif ərazilərdə qabaqcıl taktiki imkanları tə­ min etmək üçün irəli sürdüyü tələblərə cavab vermək üçün hazırlanmış və inki­ şaf etdirilmişdir. Nəqliyyat vasitələri üçün əvvəlcədən sifarişlər alınıb”, – deyə “Ros­ hel” şirkətinin baş direktoru Roman Şi­ monov bildirib. Qeyd edək ki, 381 at gücündə 5.7 l “Gasoline V8” mühərrikə malik “Toyota Land Cruiser V8 (J200)” avtomobilinin bazasında yaradılan yeni xüsusi məqsədli zirehli avtomobil yük­ sək performans imkanları, sağlam şassi, off­road xüsusiyyətləri, eləcə də dünya miqyasında ehtiyat hissələri və xidmət şəbəkəsi sayəsində ideal platformalar­ dan hesab olunur.


NOYABR–DEKABR 2017

36­37

JF­17 AESA RADARI SEÇİMİNDƏ Pakistan JF­17 “Thunder” döyüş təy­ yarəsi üçün AESA radarının seçimində iki varianta baxır. Bu barədə “AzeriDe­ fence”yə “Dubai Airshow­2017” beynəl­ xalq aviaşousunda iştirak edən Pakistan Aeronautical Complex­dən (PAC KAMRA) bildirilib. Nəzərdən keçirilən variantlarda Çi­ nin CETC şirkətinin istehsalı olan KLJ­7A və İtaliyanın “Leonardo” şirkətinin “Grifo” radarları yer alır. Konkret seçim sifariş­ çinin istəyinə bağlı olacaq. İlk nümunəsi 2016­cı ildə təqdim edilən KLJ­7A radarının JF­17 təyya­ rəsinə 170 kilometrə qədər məsafədə

eyni anda 15 hədə i aşkarlamağa və on­ lardan 4­ü ilə mübarizə aparmağa imkan verəcəyi iddia olunur. Çin mütəxəs­ sislərinin sözlərinə görə, bu, JF­17 təy­ yarəsinə F­16 C/D və F­15 C/D təy­ yarələrinin AESA radarları ilə təchiz edilməmiş baza versiyaları üzərində döyüş üstünlüyü qazandıracaq. PAC rəsmiləri JF­17 “Thunder” təy­ yarəsinin Blok III modi ikasiyasının ən tez 2019­cu ilə hazır olacağını ehtimal edirlər. Təyyarənin bu versiyasının silah­ lanmasında Mk83 bombaları və REK yönləndirmə dəsti ilə təchiz edilmiş Mk84 bombaları hesabına daha da

genişlənəcək. Şirkət rəsmilərinin söz­ lərinə görə, artıq təyyarələrin istifadə­ sinə Türkiyənin ASELSAN şirkətinin istehsalı olan ASELPOD hədə ləmə sis­ temləri da daxil edilib.

İRAN XƏZƏRDƏKİ DONANMASINI GÜCLƏNDİRİR

İran Xəzər donanmasının sıralarına “Sephər” adlı yeni korvet daxil edib. Dekabrın 5­də Bəndər­Ənzəli limanında

keçirilən mərasimlə yeni gəmi Xəzər dənizində yerləşdirilən Hərbi Dəniz Qüvvələrinin istismarına verilib.

“Sephər” İran donanmasının “Sina” sinifli dördüncü döyüş gəmisidir. Gəminin uzunluğu 47 metr, maksimum sürəti 35 dəniz milidir. Hərbi gəmi yerli istehsal olan gəmi əleyhinə raketlər, dəniz silahları və döyüş təyyarələri və qanadlı raketləri aşkar edə bilən atış nəzarət radarları da daxil olmaqla müxtəlif silahlarla təchiz olunub. Gəminin silahlanmasında 25 mm çaplı “Fəcr” avtomat top, 1 ədəd 40 mm­ lik top, 120­150 km atış məsafəsinə sahib 4 ədəd “Nour” və ya “Qader” raketi yer alır. “Sephər”ın Şimal Donanmasına qoşulması ilə İran Xəzər dənizində döyüş gəmilərinin sayını 6­ya çatıb.

UKRAYNA İLK TAKTİK PUA­nın SINAQLARINA BAŞLADI Ukraynanın “Antonov” Dövlət Müəs­ sisəsi tərə indən yaradılmış “Gorlitsa” adlı taktik pilotsuz uçuş aparatının ilk prototipinin uçuş sınaqları başlanıb. “Ukroboronprom” Dövlət Konserninin yaydığı məlumata görə, ilk mərhələdə ha­ vada 7 saat qala biləcək PUA­nın ümumi çəkisi 200 kq, praktiki tavanı 2000 metr,

maksimum tavanı 5000 metr, qanad açıqlığı 6.7 metr, faydalı yükü 50 kiloqram, taktiki uçuş uzaqlığı 120 km, praktiki uçuş uzaqlığı 1050 km, sürəti 230 km/saatdır. “Gorlitsa” kəş iyyatın aparılması, ar­ tilleriya atəşinin koordinasiyası və digər müxtəlif funksiyaları yerinə yetirə bilər. PUA infraqırmızı müşahidə kamerasının

və lazer nöqtələyicinin daxil olduğu elek­ trooptik komplekslə təchiz olunub. Ukrayna Milli Təhlükəsizlik Şura­ sının katibi Aleksandr Turçinov bildirib ki, hazırda Ukrayna PUA­ların operativ­ taktiki və əməliyyat səviyyəsini hazır­ layır. Növbəti addım PUA­nın strateji səviyyəsinin yaradılmasıdır.


AZERI DEFENCE

DƏNİZ ALTININ MİNA OVÇULARI R.Süleymanov Uzun illər dənizlərdə suyun və dib çöküntülərinin altında qalan mi­ nalar və partlamamış döyüş sursatları mülki və hərbi gəmilər, eləcə də sualtı kommunikasiyalar üçün ciddi təhdidlər yaratmaqdadır. Quru səthindən fərqli olaraq bu günədək dünya miqyasında dənizlərdə minaların və partlamamış sursatların tapılıb zərərsizləşdirilməsi ilə bağlı qlobal layihələr demək olar ki, reallaşdırılmayıb. Bunun da əsas səbəblərindən biri işlərin mürəkkəbliyi və böyük maliyyə tutumlu olmasıdır. Hərbi məqsədli minatəmizləmə da­ ha çox klassik üsullarla – tral gəmilərin iştirakı ilə aparılsa da, bu, səthi təmiz­ ləmə hesab olunur. Dənizin dərinliyində və dibdə, həmçinin dənizdəki platforma və digər kommunikasiyaların yaxınlı­ ğında yerləşən mina və partlayıcı vasitə­ lərin kəş iyyatı, aşkarlanması və məhv edilməsi bu metodlarla mümkün deyil. Bunun üçün müxtəlif sualtı avtonom kəş­

iyyat, mina zərərsizləşdirmə sistemləri mövcuddur.

Sualtı mina kəşfiyyat vasitələri ABŞ Donanmasının LCS gəmilərində minaların təsbiti üçün istifadə edilən “Raytheon” şirkətinin AN /AQS­20 sistemi kompakt, yüngül və hidrodinamik dayanıqlığa malik bir qurğu daxilində beş ayrı sonarı birləşdirir. Sistem real vaxt rejimində məlumat mübadiləsini həyata keçirməklə yanaşı, minaların təs­ nifləşdirilməsi və müasir siqnal emalı

alqoritmlərinə malikdir. AN /AQS­20 mina tipli obyektləri avtomatik lokallaşdırmaqla bərabər, operatoru vizual görüntü ilə təmin edir. Aparatın kompüterinin emal gücü və müasir siqnal işləmə alqoritmləri axtarış dərəcəsinin çevikliyini əhəmiyyətli dərəcədə artıraraq, axtarışa sərf olunan müddəti minimallaşdırır. Aparatın fırlanan sonarı dənizin dibindəki minaları təsbit etməyə, Streak Tube Imaging Laser (STIL) texnologiyasından istifadə etməklə lil qatı altındakı minaların yüksək keyfiyyətli görüntülərini çəkməyə və elektrooptik identifikasiya qabiliyyətinə malikdir. Fransanın “ECA Robotics” şirkəti tərəfindən hazırlanan İnsansız Dəniz İnteqrasiyası Sistemi (UMIS) müxtəlif insansız vasitələri və robotları özündə birləşdirən həll olaraq müştərilərə təqdim olunur. Hazırda UMİS sistemi Belçika və Qazaxıstan HDQ­nin istifadəsində yer alır. UMİS sisteminə minaları müəy ­ yənləşdirmək və identifikasiya etmək


NOYABR–DEKABR 2017

üçün bir yoxlama vasitəsi (SEASCAN MK2 və ya K­STER I), minanı zərərsizləşdirən K­STER­C döyüş vasitəsi və onu minaya yerləşdirən “İnspector” robotu daxildir. Minalara qarşı əməliyyatların müddətini azaltmaq üçün UMİS tərkibində hədəfləri avtomatik şəkildə tanıyan A9­M AUV və ya A18­M AUV­də istifadə edilə bilər. Sualtı avtonom kəşfiyyat və mina­ təmizləmə aparatlarının istehsalı üzrə tanınmış Norveçin “Kongsberg” şirkətinin müdafiə proqramları üçün hazırlanmış “Remus 600” (MK18 Mode 2) UUV isə 600 metrədək dərinlikdə müxtəlif missiyaların icrası üçün nəzərdə tutulub. Gəmilərdən və 11 metrlik RHİB kater­ lərindən dənizə endirilən cihaz suyun altında maksimum 24 saat qala, tapşı­ rıqlara uyğun olaraq geniş sensor şəbəkəsi ilə təchiz edilə bilər. “Remus 600” minalarla mübarizə, hidroqrafik işlər, ərazidə axtarış, müşahidə, dərinlik əməliyyatları daxil olmaqla müxtəlif missiyalar üçün istifadə olunur. Sistemin 1500 metrlik əməliyyatlar üçün də konfiqurasiya olunması mümkündür. 32.4 sm diametrə malik “Remus 600”ün

uzunluğu 2.7 metrdir. Cihazın uzunluğu modul konfiqurasiyasına görə 5.5 metrədək dəyişir. Ağırlıq isə 220 kq təşkil edir və faydalı yükündən asılı olaraq bu, 385 kq­dək artır. “Kongsberg”in Norveç Müdafiə Araşdırmaları Təşkilatı ilə əməkdaşlıq çərçivəsində hazırladığı “Hugin” avtonom sualtı vasitəsi (AUV) həm dərin, həm də dayaz sularda minaların aşkarlanması, hidroqrafiq tətbiqlər, mövcud vəziyyətin qiymətləndirilməsi, habelə sualtı döyüşlər, müşahidə və kəşfiyyat (İSR) əməliyyatları üçün nəzərdə tutulur. “Hugin” AUV­un “Hugin 1000” versiyasının əməliyyat dərinliyi 3000 metr, “Hugin 3000” versiyasının dərinliyi isə 4500 metrdir. 1990­cı ildə başlayan “Hugin” AUV proq­ ramı çərçivəsində hazırlanan aparatlar 2001­ci ildən hərbi sahələrdə tətbiq olunur. Kompakt dizayna malik “Hugin 1000” AUV­nin uzunluğu 4.5 metr, diametri 0.75 metr, sürəti 2­6 düyün, konfiqurasiyaya əsasən çəkisi 650­850 kq arasında dəyişir. AUV 3 rejimdə – tam avtonom, yarım avtonom və nəzarət rejimində idarə olunur. Aparatda təkrar doldurula bilən 15kWh lityum polimer batareya quraş­ dırılıb. “Hugin 1000” AUV müxtəlif hərbi tətbiqlərdə yüksək performans təmin etmək üçün bir çox qabaqcıl akustik yüklərlə təchiz oluna bilər. Aparata ehtiyaca uyğun olaraq HISAS 1030 interferometrik sintetik diyafram sonar da inteqrasiya olunması mümkündür. İlk dəfə 2001­ci ildə Norveç Donanmasının “HNoMS Karmoey” tral gəmisində sınaq­ dan keçirilmiş “Hugin” Mina Kəşfiyyat Sistemi Proqramı (HUGIN MRS) çərçi­ vəsində HDQ­nin silahlanmasına 2004­ cü ilin fevralında daxil olub. Bundan

38­39

sonra, 2007­ci ildə Finlandiya “Katanpää” sinifli tral gəmiləri üçün “Hugin 1000” sistemləri sifariş vermişdir. İsveçin SAAB şirkətinin AUV62­MR sistemi mina əleyhinə mübarizə əməliy­ yatlarında istifadə üçün tam təchiz olun­ muş avtonom sistemlərdən sayılır. Uzun­ müddətli mina kəşfiyyat missiyalarının daha sürətlə reallaşdırılması üçün nəzərdə tutulan AUV62­MR sistemi SAS simmetrik diyafarm işləmə metodu ilə saatda 2.5 kv.km, REA və hammetrik mərkəzli güclü işıq email hesabına saatda 20 kv. km ərazinin kəşfiyyatını aparmağı bacarır. SAAB­ın ABŞ­ın Sualtı Təhlükəli Cihazlara Müdaxilə Birliyi ilə birlikdə hazırladığı “Sea WASP” aparatı port və limanların, məhdud ərazilərin dibində mina və improvizə edilmiş partlayıcı qurğuların aşkarlanması və zərərsizləş­ dirilməsi üçün nəzərdə tutulur. Kiçik bir EOD / IEDD komandası tərəfindən idarə olunan cihaz iki nəfər tərəfindən hər hansı bir missiyanın xüsusi tələblərinə görə konfiqurasiya edilə bilər. Sistemə məhdud görüntülü ərazilərdə effektiv istismar və identifikasiya imkanları üçün genişzolaqlı sonar, LED işıqlar və video kameralar daxildir. Bununla yanaşı, aparatı əlavə sensorlar ilə təchiz etmək imkanları mövcuddur. “Sea WASP” Doppler Velocity Log (DVL) və Daxili Ölçmə Vahidi (IMU), naviqasiya avadanlığı, habelə “SAAB Seaeye”nin unikal iCON ağıllı idarəetmə sistemini özündə birləşdirir. Uzunluğu 1.7 metr, genişliyi 0.5 metr, sürəti 2.5 düyün, çəkisi 90 kiloqramdan çoxdur. Aparat 60 metrədək əməliyyat dərinliyinə malikdir. Almaniyanın “Atlas Elektronik” şirkətinin IMCMS adlı həlli HMS­12M sonarını və AUV bazalı MCMSAS sintetik

İsveçin SAAB şirkətinin istehsalı olan SEA WASP mina kəş iyyat və zərərsizləşdirmə aparatı. Foto: SAAB


AZERI DEFENCE

diyafram sonarın köməyi ilə dəniz dibində və ya suda yerləşən təhlükəli obyekti təsbit və təsnif edə bilir. Aşkar edilmiş minaların zərərsizləşdirilməsi “SeaFox” minazərərsizləşdirmə sisteminin köməyi ilə həyata keçirilir. Kompleksin minaları 2 km məsafədən aşkarlamaq imkanına malik olduğu iddia olunur. Şirkət xarici sularda üzən gəmilərin minaya qarşı qoruması üçün C­İMCMS adlı yeni bir missiya modulu da hazırladığını bir neçə il əvvəl elan edib. Şirkət rəsmilərinin sözlərinə görə, C­IMCMS sistemi qeyri­ ixtisaslaşdırılmış platformalardan və sahildən də istifadə edilə bilər. Bu həll minatəmizləmə qrupları olmadığı halda belə əməliyyat aparmağa imkan yaradır. Çoxistifadəli minazə rərsizləş ­ dirmə aparatları Minaların axtarışı və məhv edilməsi üçün nəzərdə tutulan müxtəlif qurğular­ la komplektləşdirilmə xüsusiyyətinə sa­ hib “ECA Robotics” şirkətinin PAP Mk.6 “Olister” çoxməqsədli sualtı minazərər­ sizləşdirmə aparatının faydalı yükünə dəniz dibində axtarış, minaların tanın­ ması və müayinəsi üçün müxtəlif kame­ ralar, elektron skanetmə funksiyasına malik sonar, PTZ və Tail kamera, minala­ rın məhv edilməsi üçün optik kabellə idarə olunan fuqas və kumulyativ part­ layıcı yük daxildir. Litium ion batareya ilə qidalanan PAP Mk.6 aparatı fasiləsiz şəkildə su altında 2 saata qədər qala bi­ lir və sürəti 8 düyün, əməliyyat dərinliyi isə 300 metrədəkdir. ABŞ Donanması tərəfindən ilk dəfə 1991­ci ildə “Səhrada Tufan” əməliyyatı Yuxarıda “Kongsberg” şirkətinin “Remus­100”, aşağıda soldan sağa – SAAB şirkətinin “Double Eagle SAROV”, “Atlas Elektronik” “Sea Fox COBRA” aparatları.

zamanı praktiki istifadə olunmuş AN­ /SLQ­48 minazərərsizləşdirmə sistemi dəniz minalarını aşkarlamaq üçün CCD­ TV kamera və yüksək işıqlı sonarla təc­ hiz edilib. Tral gəmisindəki sonar vasi­ təsilə potensial mina tapıldıqdan sonra dənizə endirilən AN/SLQ­48 aparatı coys­ tik vasitəsi ilə idarə olunur. Partlayıcı yük minaya yaxın yerləşdirildikdən son­ ra akustik siqnal vasitəsilə işə salınır. Hazırda ABŞ Donanmasının istifa­ dəsində 28 ədəd AN/SLQ­48 sistemi və 57 sualtı aparatı yer alır. Bu aparatlar “Avenger” və “Osprey” layihəli tral gəmi­ lərində yerləşdirilib. Almaniyanın “Atlas Elektronik” şir­ kətinin istehsalı olan “Pinguin B3”in gövdəsi kömür və plastik kütlədən ha­ zırlanıb. 1000 metr məsafədən kabellə idarə olunan avadanlığın tərkibinə mühər­ rik, zəif işıqlandırma şəraitində işləyən TV kamera və exolot daxildir. Bundan başqa, aparat minaya atılan partladıcı yüklə təchiz edilib. Operator cihazın üzə­ rindəki TV kamera köməyi ilə minanın tipini müəyyənləşdirdikdən sonra mina­ ya partladıcı yüklərdən birini atır. “Pin­ guin B3” aparatının maksimal əməliyyat dərinliyi 200 metr, aparatın uzunluğu 1.5 metr, sürəti 8 düyündür. Almaniya Dəniz Qüvvələri “Pinguin” sistemlərini 2013­cü ildən “SeaFox” sistemləri ilə əvəz etməyə başlayıb. İtaliyanın “Gaymarine Electronics” şirkəti tərəfindən 1985­ci ildən istehsal edilən “Pluto” minazərərsizləşdirmə ava­ danlığının burun hissəsində 240° üfüqi bucaq altında dönə bilən optik kamera və iki işıq lampası və fotokamera, həm­ çinin 30 metrədək uzaqlıqda hədəfi aş­ karlaya bilən 200 KHs tezlikdə işləyən hidroakustik stansiya yer alır. Aparat 500 m uzaqlıqdan kabellə idarə olunur və minaları 15 kiloqram ağırlığında partla­

yıcının işə salınması ilə məhv edir. Part­ layıcı yüklə bərabər aparatın üzərində lövbər minalarıyla mübarizə üçün xüsu­ si bıçaq da mövcuddur. “Pluto” batare­ yaları dəyişmədən dörd minaya qədər məhv etməyə qadirdir. Təkmilləşdirilmiş “Pluto Plus” apa­ ratı isə 200 metr məsafədə elektron skan etməyə imkan verən avadanlıqla təchiz olunub və 128 kiloqram həcmində part­ layıcı yükə sahibdir. Altı saatadək əmə­ liyyat imkanına malik “Pluto Plus” 300 metrədək dərinlikdə əməliyyat aparmaq üçün kameralar və 3 sonarla təchiz edi­ lib. “Pluto” aparatlarının 1994­cü ildə is­ tehsalına başlanmış radiosiqnallarla ida­ rə olunan versiyası “Pluto Giga” apara­ tında kabel əvəzinə suyun üzərində ye­ dəklənən ultra qısa dalğa diapazonunda antena ilə genişzolaqlı radioidarəetmə modulu qurulub. Hazırda dünya üzrə Ko­ lumbiya, İtaliya, BƏƏ, Koreya, Norveç və Misir HDQ­nin istifadəsində müxtəlif ver­ siyalarda 150­dən çox “Pluto” aparatı yer alır. İsveçin SAAB şirkətinin dənizdə üzən və lil qatı altında qalan minaları, habelə su altındakı partlamamış döyüş sursat­ larını zərərsizləşdirmək üçün hazırladı­ ğı MuMNS (Multi­Shot Mine Neutralisa­ tion System) adlı mina neytrallaşdırma sisteminin uzunluğu 1.3 metr, eni 0.8 metr, çəkisi 260 kiloqram, sürəti 4 düyünə yaxın, əməliyyat dərinliyi isə 300 metr­ dir. Aparat naviqasiya sensorları, inersi­ al naviqasiya, USBL xətti, dopler sensor, kameralarla təchiz edilib. MuMNS gəmi­ dən 1000 metrədək məsafədə fiberop­ tik kabellə idarə olunur. SAAB şirkətinin 4 versiyada hazır­ ladığı “Double Eagle”nin ilk versiyasının uzun lu ğu 1.9 metr, eni 1.3 metr, hündürlüyü 0.8 metrdir. 400 kq ağırlı­ ğında olan aparat 500 metrədək dərin­ likdə əməliyyat imkanına və saatda 5 düyün sürətə sahibdir. Bu ailədən “Do­ uble Eagle Mark II” ilk “Double Eagle”­ dən daha böyük, lakin daha yüngüldür. 2.1 metr uzunluğunda, 1.3 metr enində və 0.5 metr hündürlükdə olan cihazın çəkisi 360 kiloqram, sürəti saatda 6 düyündür. Bu versiya 1994­cü ildə isti­ fadəyə daxil olub. Mark III versiyası isə


NOYABR–DEKABR 2017

sələfindən 80 sm uzun olması və 500 ki­ loqram çəkisi ilə fərqlənir. “Sea Eagle” adlanan digər versiya isə sualtı minazə­ rərsizləşdirmə avadanlığı zəif işıqlanma şəraitində minaları aşkarlamağa imkan verən TV kamera ilə təchiz olunub. Apa­ rat minaya 4.5­6 metr məsafədə yaxın­ laşaraq manipulyator vasitəsilə partla­ yıcı yükü minaya birləşdirdikdən sonra 900 metr məsafədən kodlaşdırılmış hid­ roakustik siqnal vasitəsilə partladılır. Aparatın gəmidən idarə edilməsi kabel vasitəsilə həyata keçirilir. “Sea Eagle” aparatının uzunluğu 1.3 metr, sürəti 3 düyün, çəkisi 540 kq, part­ layıcı yükü 80 kq, əməliyyat dərinliyi 500 metrədəkdir. Aparatın faydalı yükünə sonar, exolot, doppler avadanlığı və na­ viqasiya cihazları daxildir. Bütün aparat­ lar genişlənən, bıçaqlı manipulyator dəs­ ti ilə təchiz olunub ki, bu da minaların üzərinə partlayıcı yükü yerləşdirmək, habelə digər funksiyaların icrasında is­ tifadə olunur. Bütün “Double Eagle” aparatlarının modulyar dizaynı onun sonarının dəyiş­ dirilməsinə imkan verir. Məsələn, Fran­ sa HDQ­nin istifadəsindəki “Mark II” apa­ ratları “Thales” şirkətinin istehsalı olan TSM2022 sonarı ilə dəstləşdirilib. “Sea Eagle” aparatları ilk olaraq 2014­cü ildə Polşa donanması tərəfindən sifariş ve­ rilmişdir. Hazırda “Mark II” versiyası Avs­ traliya, Danimarka, Finlandiya, Fransa, İsveç, “Mark III” versiyası Niderland və İsveç donanmalarının istifadəsinə daxil­ dir. İlk nümunəsi 2012­ci ildə ictimaiy­ yətə təqdim olunan “General Dynamics Mission Systems” şirkəti və “Bluefin Ro­ botics” şirkətinin birgə hazırladıqları “Knifefish” aparatı ABŞ Donanmasının gələcək illərdə minalarla mübarizə plan­ ları üçün nəzərdə tutulur. 2015­ci ildə testləri başlanan aparatın ilk partiyası 2017­ci ildə donanmanın istifadəsinə ve­ rilib. Qeyd edək ki, 2012­ci ildə ABŞ Də­ niz Qüvvələri ümumi dəyəri 20 milyon dollar təşkil edən ilk müqavilə çərçivə­ sində 8 “Knifefish” dəsti sifariş verib. “Knifefish”in uzunluğu 5.8 m, çəkisi 770 kq, diametri 0.53 metrdir və torpedoya bənzəyir. Litium­ion batareyası proqram­ laşdırılmış axtarış missiyalarında apara­ tın 16 saata qədər fəaliyyət göstərməsi­ nə imkan verir. “Knifefish” üzən və ya basdırılmış dəniz minalarını aşkarlamaq üçün sin­ tetik diyafram sonardan istifadə edir. Aparat məlumat bazasında yer alan mi­ nalarla aşkarlanan minanı tutuşduraraq operatora təhdid barədə dəqiq informa­ siyanı verir. Daha sonra aşkarlanan mi­ nalar və onların yerləri qeydə alınır.

40­41

ABŞ donanmasının istifadəsində yer alan AN /SLQ48 çoxistifadəli sualtı minazərərsizləşdirmə aparatı. Foto: İnternet

Birdəfəlik sistemlər Dəniz əməliyyatlarında çoxistifadəli sualtı minazərərsizləşdirmə aparatları ilə yanaşı, birdəfəlik sualtı minatəmizlə­ mə aparatlarından da istifadə olunur. Tətbiqi gəmidən optik lifli kabel və ya TV kameralar vasitəsilə həyata keçirilən bu aparatlar çoxistifadəli sistemlərdə ol­ duğu kimi minanı aşkarlamağa imkan ve­ rən kamera və sensorlara malikdir. ABŞ istehsalı olan EMD avtomatik tuşlanan akustik sistem və iki TV kame­ ra, habelə fuqas və ya kumulyativ döyüş başlığı ilə təchiz olunub. Daşıyıcı gəmi sinfindən asılı olaraq 20­dən 50­dək EMD götürə bilər. EMD 2005­ci ildə ABŞ HDQ­nin gəmilərinin silahlanmasına da­ xil olub.

“ECA Robotics” şirkətinin bir dəfə istifadə üçün nəzərdə tutulan K­STER minazərərsizləşdirmə sistemi hazırda postsovet regionunda Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin istifadəsində yer alır. “Kazakhstan Engineering” şirkətinin mə­ lumatına görə, yaxın perspektivdə hə­ min aparatların Qazaxıstanın “Zenit” za­ vodunda istehsalı planlaşdırılır. K­STER aparatı 300 metrədək də­ rinlikdə və gəmidən 1000 metrədək mə­ safədə üzən və lil qatı altındakı minala­ rını aşkarlayaraq partlatmaq üçün nə­ zərdə tutulur. Aparatın burun hissəsin­ də 6 kq partlayıcı maddə yerləşdirilib. Dörd ədəd litium­ion akkumulyatordan istifadə edən K­STER aparatı 500­1200 KHs işçi tezlikdə çalışan hidroakustik stansiya, TV kamera və projektorla təc­


AZERI DEFENCE

“ECA Robotics” K­STER, aşağıda “Kongsberg” “Minesniper Mk 2” minazərərsizləşdirmə aparatları. Foto: İnternet

hiz edilib. Uzunluğu 1500 mm, diametri 230 mm təşkil edən K­STER aparatının çəkisi 50 kiloqram, maksimal sürəti sa­ atda 6 düyündür. NATO ölkələrinin donanmaları tə­ rə fin dən ak tiv is ti fa də olu nan “BAE Systems” şirkətinin “Archerfish” aparatı optik lifli kabel vasitəsi ilə gəminin avto­ matlaşdırlmış idarə sistemi vasitəsilə idarə olunur. Aparatın üzərindəki kame­ ralardan əldə olunan görüntü operator tərəfindən analiz edilir və aparat hədəfə yönləndirilir. “Archerfish”in helikopter­ lərdən, təyyarə və PUA­lardan atılan Ha­ va dan Mi na Neyt ral laş dır ma Sis te mi (AMNS) versiyası da mövcuddur. ABŞ Donanmasında AMNS sistemləri MH60 helikopterlərində qurulub. “Atlas Elektronik” şirkətinin dəniz minalarının zərərsizləşdirilməsi üçün is­ tifadə olunan “SeaFox” aparatı fiberop­ tik kabellə idarə olunur və üzərində part­ layıcı yüklə yanaşı, videokamera yer alır. “SeaFox” Expendable Mine Disposal Ve­ hicle (EMDV) prinsipindən istifadə edən və müasir konsepsiyaya əsaslanan mi­ natəmizləmə sistemi hesab olunur. Sis­ tem tək başına və ya tam inteqrasiya

edilmiş bir versiya kimi təqdim edilə bi­ lər. Hazırda “SeaFox” sistemi Belçika, Ni­ derland, İsveç, Böyük Britaniya və ABŞ­ın Hərbi­Dəniz Qüvvələri daxil olmaqla, 11 dəniz donanmasında 70­dən çox platfor­ mada xidmət göstərir. “SeaFox”un isə uzunluğu 1.32 metr, eni 0.39 metr, hündürlüyü 0.39 metr, ağırlığı 43 kq, əməliyyat dərinliyi 300 metrədək, sürəti 0.5 düyündən 6 düyünə­ dəkdir. Cihazın elektrik təchizatı LISO2 (təkrar doldurulmayan) batareyalar va­ sitəsilə həyata keçirilir. Kiçik ölçüləri bu aparatların heli­ kopterlərdən və kiçik RHİB katerlərdən daşınmasına və dənizə endirilməsinə im­ kan yaradır. Aparat 4 variantda istehsal edilir: “SeaFox­C” – döyüş (birdəfəlik və çoxdəfəlik), “SeaFox­1” mina kəşfiyyatı (ərazinin öyrənilməsi üçün ön hissədə kamera və işıqla təchiz olunub), “Sea­ Fox­T” – təlim­tədris və “SeaFox­İQ” – çoxməqsədli. “Atlas Elektronik” şirkəti 2004­cü ildə 1600­dən çox “Sea Fox” üçün sifariş aldığını elan edib. İraq müha­ ribəsi zamanı Böyük Birtaniya HDQ bu aparatdan iki dəfə döyüş zonasında isti­ fadə etdiyini duyurub. İstehsalçı şirkə­ tin məlumatına görə, “Sea Fox” tətbiqi ilə bu günə qədər 200­dən çox mina və partlayış təhlükəsi olan döyüş sursatı zərərsizləşdirilib.

Lövbər minalarını və dənizin dibin­ də atılıb qalmış döyüş sursatlarını aş­ karlayıb məhvetmə qabiliyyətinə malik “SeaFox Cobra” sistemi birdən çox hədə­ fi izləmək və məhvetmək xüsusiyyətinə malikdir. Uzaq məsafədən radiosiqnalla idarə olunan sistemin hərəkət məsafəsi 22 kilometrədəkdir. “Atlas Elektronik”in radio ilə idarə olunan “Sea Wolf” aparatı isə 300 metr dərinlikdə, dənizin dərinliyində çöküntü altında qalan minaları partlatmaq üçün nəzərdə tutulur. TV kamera və projektorla, həmçi­ nin döyüş başlığı və hidroakustik müşa­ yiət qurğusu ilə təchiz edilmiş “Kong­ sberg” şirkətinin “Minesniper” MK2 apa­ ratının minaya yönləndirilməsi gəmi hid­ roakustik sistemi və cihazın hidroakus­ tik aparatının köməyi ilə həyata keçiri­ lir. Hazırda bu aparat Norveç, İspaniya, Böyük Britaniya, Fransa və Finlandiya HDQ­lərinin istifadəsində mövcuddur. 500 metrədək dərinlikdə minaların məhv edilməsi və mina kəşfiyyat aparatları ilə birgə tətbiq üçün nəzərdə tutulan “Mi­ nesniper Mk. II” aparatının ağırlığı 30 kq, uzunluğu 1.9 metr, diametri 200 mm, sürəti 6 düyün, döyüş radiusu 4000 met­ rədəkdir. “Minesniper”in yeni versiyası olan Mk III versiyası operator interfeysi­ nin daha müasirliyi və müxtəlif platfor­ malara inteqrasiya edilməsini asanlaş­ dıran modul dizaynı ilə fərqlənir. Cihaz­ da LED işıqlar, sonar və videokamera yer alır. Aparat təhlükəsizlik qıfılı və hidros­ tatik silahla təchiz edilib. 15 dəqiqə ər­ zində işlək vəziyyətə gətirilə bilən apa­ ratın uzunluğu 1650 mm, diametri 511 mm, çəkisi 42 kq, suda qalma müddəti 60 dəqiqədir. Aparat bu müddətdə 3 mil məsafə qət etmək qabiliyyətindədir və maksimal sürəti 5.2 düyün, təşkil edir. “Minesinper Mk III” cihazının əməliyyat dərinliyi 310 metrdir. Dəniz minaları və su altındakı part­ lamamış döyüş sursatları ilə yanaşı, get­ dikcə dünyada artan terror təhdidləri sualtı aparatların istehsalını həyata ke­ çirən şirkətlər qarşısına yeni tələblər qo­ yur. Xüsusilə də improvizə edilmiş part­ layıcılarla mübarizə, liman və strateji ob­ yektlərin, o cümlədən dənizdəki neft­qaz platformalarının və digər kommunikasi­ ya infrastrukturlarının mühafizəsinə diq­ qət artmaqdadır. Bu çərçivədə yaxın gə­ ləcəkdə hazırlanacaq sualtı aparatların sıralarında minalarla yanaşı, improvizə edilmiş partlayıcıları aşkarlayan və zə­ rərsizləşdirən robotlaşdırılmış sistemlə­ rə xüsusi diqqətin yetiriləcəyi gözləni­ ləndir.



AZERI DEFENCE

ASELSAN­da YENİLİK – “AĞILLI SURSAT”lar Hava hücumundan müdafiə ötən əsrin əvvəllərindən etibarən müharibənin əsas komponentlərindən birinə çevrildi. Fərqli hündürlükdə və mənzillərdə müdafiəni təmin etmək üçüb fərqli tipdə raketlər ilə təchiz olunan hava hücumundan müdafiədə böyük əhəmiyyətə və fəallıq səviyyəsinə sahib olan zenit­raket kompleksləri (ZRK) aşağı dəyərli hava təhdidlərinə qarşı bahalı, zenit­topları ilə müqayisədə reaksiya müddəti və yaxın mənzildə, aşağı hündürlükdə olan hədəflərə qarşı məhdud imkanlarına görə əlverişli deyil. Beləliklə, uzaqdan atılan raket və mərmilərə, həmçinin aşağı hündürlükdə uçan hava platformalarına qarşı hava müdafiəsində ZRK nisbətən əhəmiyyəti azalmış zenit­top kompleksinin istifadəsi yenidən gündəmə gəlir. Zenit­top kompleksləri soyuq müharibə dövrü və sonrası təyyarə və helikopterlərin hava hücumundan müdafiə sisteminin əhatə dairəsinə girməsinin qarşısını nisbətən alsa da, bu günə qədər bir çox ölkənin inventarında saxlanılır. Hazırda radar ilə hədəfi müəyyən və təqib edə bilən, əsasən iki lüləli, dəqiqədə 1000­ə yaxın və 20­40 mm­lik orta kalibrli mərmi atan, atış mənzili və atış hündürlüyü 5 km məsafəni keçməyən zenit­top kompleksləri mövcuddur. “Ağıllı sursat” nədir? Bu gün sayları sürətlə artan naviqasiyalı raket, “hava­yer” raketləri, pilotsuz uçuş aparatları (PUA) və s. hava təhdidlərinə qarşı zenit­top komplekslərinin fəaliyyətinin artırılması məqsə­ dilə yeni nəsil “ağıllı mərmi” istifadəsi gündəmə gəlir. “Ağıllı mər­ mi”lər içərisində elektron komponentlər istifadə edilən, atıcı platformayla arasında məlumat əlaqəsi tələb edən, proqramlan­ ma, hədəfə yönəlmə, idarə olunanma kimi özəllikləriylə hədəfi dəqiqliklə vurma imkanına sahibdir. Yeni nəsil radar sistemləri hədəfi həssas bir şəkildə təsbit və təqib etsə də, məhv edilməsi­ nə çalışılan hədəfin sürəti və kiçikliyi səbəbindən atış kontrol sisteminin bütövlükdə edə biləcəyi bir neçə metrlik səhv belə adi mərmilərlə hədəfin vurulmasını imkansız edir. Yalnız mər­ minin istənilən nöqtə ətrafında partlayışı və konusşəkilli dağıdı­ cı hissəciklər saçaraq “bulud parçası”nın yaradılması sayəsində hədəflər zərərsizləşdirilir. Hava hücumundan müdafiə sahəsin­

35 mm­lik “ağıllı sursat”larla atəş açan “Qorqud” zenit­top kompleksi. Foto: ASELSAN


NOYABR–DEKABR 2017

44­45

də istifadə olunan və zenit toplarından atılan “ağıllı mərmi”lərin, aktual təhdid­ lərin qarşısını minimum xərclə alan bu həllin başqa əhəmiyyətli üstünlükləri da mövcuddur. Bu gün atılan mərmilərin is­ tənilən yerdə təsirli olması və partlayış riskinin aradan qalxması mülki əhaliyə verilən zərərin minimuma endirilməsi üçün çox əhəmiyyətlidir. 35 mm­lik “ağıllı mərmi” Hava hücumundan müdafiə konsep­ siyasına daxil olan “ağıllı mərmi” nümu­ nələri arasında Türkiyənin ASELSAN şir­ kətinin hazırladığı 35 mm çaplı proq­ ramlanan qəlpəli mərmi əhəmiyyətli bir yerə malikdir. 35 mm­lik proqramlanan qəlpəli mərmi atış şoku ilə aktiv olur və enerjisini atış şokundan alır. Bununla da mərmidə ömrü məhdud olan batareya­ lara ehtiyac aradan qaldırılıb. Sursatın daxilində partlayıcı zəncirinin atışdan əvvəl aktivləşməsinin qarşısını almaq məqsədilə yüksək etibarlılığa sahib təh­ lükəsizlik və qurma mexanizmi yerləş­

dirilib, eyni zamanda sursatın atış şoku­ nu təmin edən elektronikası təkmilləşdi­ rilib. Sursat proqramlaşdırma texnologi­ yası ilə lülədə atış anında ortaya çıxan şok və istiliyə qarşı davamlı olması üçün təc­ hizat mexanikiləri və elektroniklər inki­ şaf etdirilib. Hava təhdidinə qarşı yüksək kinetik enerjiyə və nüfuz qabiliyyətinə sa­ hib hissəciklərdən ibarət olan bir bulud formasında yaxınlaşan mərmi konsepsi­ yası klassik mərmilərlə müqayisədə daha effektiv məhvetmə nümayiş etdirir. Də­ qiq vaxt hesablama qabiliyyətinə sahib, yüksək şok (50.000 g) və dönüş (75.000 rpm) komandasını yerinə yetirən elektron komponentlər sayəsində mərminin qət edəcəyi məsafə, trayektoriya və partlama anı silah üzərindəki avadanlıqlarla hesab­ lanır və lazım olan nöqtədə partlayış me­ xanizmi işə salınır. Partlayan mərminin daxilində yer alan volfram elementinin konusşəkilli dağıdıcı hissəcikləri hədəfi havada məhv edir. Perspektivdə “Qorqud” zenit­top kompleksində istifadə olunan 35 mm­lik proqramlaşdırılan qəlpəli sur­ satların istehsalında əldə edilən təc­ rübədən ASELSAN tərəfindən hazır­ da üzərində işlər aparılan C­RAM (Raket, Artilleriya və Minaatanlara qarşı önləmə) sisteminin yaradılma­ sında istifadə nəzərdə tutulub. Elektronikaya malik “ağıllı sur­ sat”lara tətbiq edilə bilən “intihar” qabiliyyəti sayəsində həmin sursat­ lar istənilən yerdə təsirsiz olsalar belə, öncədən müəyyən edilmiş şərt­ lər yarandıqdan sonra “intihar” me­ xanizminin işə düşməsi ilə partla­ yaraq partlayıcı elementlərin nəza­

rətsiz şəkil­ də ətrafa yayıl­ masına əngəl ola bi­ lir. Bu nun la ya na şı, “ağıllı sursat”lar adi sursat­ larda olan mexaniki təhlükə­ sizlik mexanizmlərinin yerini alan, yaxud onlara əlavə olaraq qurulan elektronik önləmələrə sahibdir. “Ağıllı sursat”ların önəmli digər avan­ tajı isə logistik ehtiyacları böyük dərə­ cədə azaltmasıdır. Yerüstü silahlar üçün də önəmli “Ağıllı sursat”lar yalnız hava hücu­ mundan müdafiə sahəsində deyil, yer­ üstü əməliyyatlarda da orduların döyüş effektivliyini böyük səviyyədə artırır və daha az xərcli həll təqdim edir. Təhdid­ lərin inkişafı, yaşayış məntəqələrində hə­ yata keçirilən əməliyyatlar, asimmetrik müharibələri nəzərə aldıqda, gələcəkdə “ağıllı sursat”lara olan ehtiyacın gedə­ rək artacağını proqnozlaşdırmaq müm­ kündür. Bu çərçivədə dünyada sursatla­ rın imkanlarını artırmaq və xərclərini minimallaşdırmaq məqsədilə geniş işlə­ rin həyata keçirildiyi görünür. Texnoloji inkişaflara paralel olaraq yüksək vurma dəqiqliyi, qarışıq elektro­ nikaya malik raketlərin istifadəsi artsa da, xərclərinin aşağı olması və reaksiya sürəti ilə zenit­toplarla müdafiə konsep­ siyasının “ağıllı sursat” istifadəsi sayə­ sində önümüzdəki illərdə də öz önəmini qoruyacağı düşünülməkdədir. Bu çərçi­ vədə ASELSAN “ağıllı sursat”ların yara­ dılması ilə bağlı xüsusi bölmə yaradıb. Şirkət əldə etdiyi təcrübə, bilik və sahib olduğu texniki imkanlar ilə fərqli kalibr­ lərdə “ağıllı sursat”ların yaradılması is­ tiqamətində işlər həyata keçirir. Qeyd edək ki, may ayında İstanbulda keçiril­ miş İDEF­2017 beynəlxalq müdafiə sər­ gisi çərçivəsində ASELSAN və MKE şir­ kəti arasında 40 mm çaplı qumbaraatan­ lar üçün “ağıllı sursat”ların yaradılması­ na dair müqavilə imzalanıb.


AZERI DEFENCE

AZƏRBAYCANDA ÖZƏL MÜDAFİƏ ŞİRKƏTLƏRİ Zaur Hidayət 2005­ci ilin dekabr ayında Müdafiə Sənayesi Nazirliyinin yaradılması ilə Azərbaycan öz ordusunun yerli istehsal olan silah, texnika və döyüş sursatları ilə təchizatına start ver­ di. Keçmiş Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olan hərbi təyinat­ lı müəssisələr və AMEA­nın nəzdindəki Milli Aerokosmik Agentlik (MAKA) nazirliyin tərki­ binə daxil edilərək, dövlətin balansında olan hərbi sənaye kompleksi formalaşdırmışdır. Bununla yanaşı, Müdafiə Nazirliyinin təmir zavodları ilk günlər gəzən söhbətlərə baxma­ yaraq, Müdafiə Sənayesi Nazirliyinin (MSN) tərkibinə verilmədi. Müdafiə Nazirliyi Azər­ baycan Aviasiya Təmiri zavodu, Qaradağ Tank Təmiri zavodu, Gəncə Aviasiya Təmiri za­ vodu, Rabitə vasitələrinin təmiri mərkəzi, habelə Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin tərkibində olan təmir müəssisələri və tərsanəni öz balansında saxlamağa nail oldu. Hazırda adıçəkilən zavodlar ordunun tələbatını qarşılamaqla yanaşı, bəziləri xarici ölkələrin sifarişləri üzrə də işlər həyata keçirməkdədir.


NOYABR–DEKABR 2017

Müdafiə Nazirliyinin tabeliyində olan müəssisələrin son illər texniki imkanları yaxşılaşdırılıb. 2017­ci ilin yayında isə ordunun istifadəsində yer alan müasir radiotexniki və rabitə vasitələrinin, həm­ çinin nəqliyyat vasitələrinin təmirini və modernləşdirilməsini həyata keçirən iki yeni müəssisə istifadəyə verilib. MSN və Müdafiə Nazirliyinin tabeli­ yində fəaliyyət göstərən müəssisələrlə yanaşı, 2014­cü ildə Dövlət Sərhəd Xid­ mətinin (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Zavodu işə salınıb. Müəs­ sisədə İsrailin “İsrael Shipyard” şirkəti ilə birlikdə müxtəlif növ gözətçi gəmilə­ rinin inşası həyata keçirilir. Eyni zaman­ da təmir və modernizə işləri yerinə yeti­ rilir. DSX Sahil Mühafizəsinin Gəmi İnşa­ sı və Təmiri Zavodu Azərbaycanda hərbi gəmilərin inşasını həyata keçirən ilk müəssisədir. Dövlət müəssisələri ilə yanaşı müda­ fiə sektorunda 1990­cı illərin ortaların­ dan etibarən özəl şirkətlər meydana çıx­ mağa başlasalar da, bu gün digər region ölkələri – Gürcüstan, Ermənistan və Qa­ zaxıstan, eləcə də postsovet respublika­ ları olan Belarus və Ukrayna ilə müqayi­ sədə onların sayı hələ ki azdır. Özəl sek­ tor müdafiə şirkətləri arasında ən böyüyü

və geniş fəaliyyəti ilə diqqət çəkən “Aza­ irtechservice” şirkətidir. Adıçəkilən şir­ kət tərəfindən hərbi qurumlar və digər strukturlar üçün bir sıra satış, modern­ ləşdirmə layihələri və satış sonrası dəs­ tək xidməti təqdim olunur. Müdafiə Na­ zirliyinin müəssisələri və xarici hərbi şir­ kətlərlə birlikdə bu günə qədər Azər­ baycanda hava hücumundan müdafiə sis­ temlərinin, təyyarə və helikopterlərin tə­ mir­modernizasiyası istiqamətində layi­ hə lər re allaş dı ran “A za ir tech ser vi ce” 2000­ci illərin əvvəllərindən “Dubai Airs­ how” aviasiya sərgisində öz imkanlarını nümayiş etdirir. Şirkət hazırda Belaru­ sun “Tetraedr”, Cənubi Afrika Respublika­ sının “Paramount Group”, “Denel”, İsrailin “Rafael”, Niderlandın “Damen”, Slovaki­ yanın “Way Industry”, eləcə də Ukrayna, İtaliya və s. ölkələrdən olan tanınmış şir­ kətlərin Azərbaycanda rəsmi tərəfdaşı­ dır. 2011­ci ildə “Azairtechservice” CAR­ ın keçmiş ATE (Advanced Technologies & Engineering) şirkəti ilə birgə “Aztec­ hengineering Co.”, Belarusun “Tetraedr” şirkəti ilə “Tetraedr Techservice” və 2014­ cü ilin sentyabr ayında CAR­ın “Paramo­ unt Group” şirkəti ilə birgə “Paramount Azerbaijan Aerospace” adlı birgə şirkət təsis edib. Qeyd edək ki, 2000­2010­cu illərdə “Azairtechservice” “ATE Group” və Ukraynanın “Aviakon” şirkəti ilə bir­ gə Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş helikopterlərinin modernləşdiril­ məsi proqramına qatılıb və “Mi­24” heli­ kopterlərini modernləşdirib. Bundan baş­ qa, “Azairtechservice” “Tetraedr” şirkəti ilə birlikdə Azərbaycan Hava Hücumun­ dan Müdafiə Qoşunlarının inventarında­

46­47

kı S­125 “Peçora” və “Osa” zenit­raket komp leks lə ri nin mo dern ləş di ril mə si proqramında iştirak edib. Müdafiə sənayesində birgə müəs­ sisələrin ən nümunəvi örnəklərindən biri MSN və İsrailin “Aeronautics Defense Systems” şirkətinin birgə qurduğu “Azad Systems” müəssisəsidir. Hazırda bu müəssisə müxtəlif növ pilotsuz uçuş aparatlarının (PUA) istehsalını, onların təmir və servis xidmətlərini yerinə yetirir. Müəssisədə istehsal edilmiş PUA­ları Azərbaycanla yanaşı ixrac olunur. “Azairtechservice” şirkəti 2000­ci il­ lərin əvvəllərində Azərbaycan Respubli­ kası Ərazilərinin Minalardan Təmizlən­ məsi üzrə Milli Agentliyin (ANAMA) Slo­ vakiya istehsalı olan “Bozena” mexaniki minatəmizləmə maşınlarına logistik dəs­ tək xidmətlərini təmin edib. ANAMA və “Azairtechservice” konsorsium şəklində bir neçə il öncə Türkiyə­Suriya sərhədi­ nin minalardan təmizlənməsi layihəsinə qatılıb. Müdafiə sektorunda aktiv fəaliyyət göstərən şirkətlər sırasında 90­cı ilin əv­ vələrindən Azərbaycanda fəliyyət göstə­ rən “ASELSAN­Bakı” şirkəti diqqət çəkir. “ASELSAN­Bakı” Türkiyənin ASELSAN şirkətinin 100 faiz sərmayesi ilə quru­ lub və 1998­ci ildə şirkət rəsmən Azər­ baycanda qeydiyyatdan keçib. Şirkətin əsas fəaliyyəti ASELSAN istehsalı olan mülki rabitə cihazlarının satışı, onların təmiri, texniki dəstəyin göstərilməsin­ dən ibarətdir. Bundan başqa, şirkət ASEL­ SAN­ın Trunk rabitə sistemlərinin satışı və icarəsini, habelə ASELSAN şirkətinə satış dəstək xidmətlərini təmin edir. 2008­ci ildə dövlət qeydiyyatına alın­ mış “Silk Way Helicopter Services” MMC respublika ərazisində aviasiya sahəsin­ də fəaliyyət göstərən ən böyük şirkətdir. Aviaşirkət təhlükəli yüklərin daşınması, axtarış­xilasetmə və qəza­xilasetmə iş­ lərinin yerinə yetirilməsi və digər növ aviasiya işləri üçün lazımi bütün sənəd­ lərə və icazələrə yiyələnib. 2017­ci ildə isə “Silk Way Helicopter Services” şirkə­ ti “Vertoletı Rossii” şirkətindən bütün növ helikopterlərin təmiri və xidməti üzrə lisenziya alıb. Yaxın perspektivdə

AZCAN şirkəti tərə indən istehsal edilmiş zirehli maşınlar. Foto: AD


AZERI DEFENCE

Prezident İlham Əliyev MSN­in İsrailin “Aero­ nautics Defense Systems” şirkəti ilə birgə müəssisəsi olan “Azad Systems”in açılışında

hər iki şirkətin iştirakı ilə Azərbaycanda Rusiya istehsalı olan helikopterlər üçün servis mərkəzinin yaradılması nəzərdə tutulur. Qeyd edək ki, sözügedən layihə üzrə birgə iş 2016­cı ildə başlanıb. ADEX­ 2016 sərgisi zamanı “Rusiya Vertolyot­ ları” şirkəti və “Silk Way Helicopter Ser­ vices” MMC Azərbaycanda Mi­8/17 tipli Rusiya istehsalı olan mülki helikopterlə­ rə xidmət mərkəzinin açılışı haqqında razılaşma imzalayıb. Müdafiə sənayesi sayəsində fəaliy­ yət göstərən özəl şirkətlərdən biri də 2012­ci ildə qurulmuş “Koza İnşaat və Savunma Sanayi Ticarət” şirkətidir. Dünya­ da “Polytronic”, “Eli Military”, həmçinin Türkiyənin antidron sistemləri və pilot­ suz texnologiyalar istehsal edən “Harp ArGe” kimi aparıcı poliqon avadanlıqları istehsalçılarının təmsilçisi olan “Koza” Azərbaycanda Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Na­ zirliyi və Xüsusi Dövlət Mühafizə Xidmə­ tinin qapalı və açıq poliqonlarının, Müda­ fiə Sənayesi Nazirliyinin (MSN) atıcı si­ lahların test edilməsi üçün ballistik mər­ kəzinin yaradılması və s. layihələrdə yer alıb. Hazırda “Koza” şirkəti Müdafiə Na­ zirliyinin Qaraheybət təlim mərkəzinin “açar təhvili” prinsipi üzrə inşasını hə­ yata keçirir. İnşaat başa çatandan sonra öz təchizatına görə regionda bənzərsiz və yeganə olacaq Qaraheybət poliqonun­ da LOMAH tipli piyada və tank hədəfləri qurulur. 2011­ci ilin əvvəlində Azərbaycan­ da nümayəndəliyini yaratmış Türkiyə­

nin “Ekin Technology” şirkəti Bakıda “Təhlükəsiz Şəhər” və Bakı Metropolite­ nində kamera­nəzarət sisteminin qurul­ masında iştirak edib. “Ekin Technology” Azərbaycandan başqa Türkiyə, Almani­ ya, bir sıra Yaxın Şərq ölkələrində layi­ hələr reallaşdırıb və sahəsində dünyada tanınmış şirkətlərdəndir. Şirkət dünya­ da ilk dəfə olaraq Bakıda metro qatarla­ rında hərəkət halında belə izləmə im­ kanlarını verən sistemi quraraq istifadə­ yə verib. Azərbaycanda yerli brend olaraq for­ malaşan “Palladium Müdafiə və Təhlükə­ sizlik Həlləri” şirkəti ("Palladium Defen­ ce and Security Solutions") yeni olması­ na rəğmən, Azərbaycan Respublikası əra­ zisində bir sıra dövlət qurumları ilə bir­ likdə layihələrdə yer almağa başlayıb. “Palladium” dünyanın tanınmış müxtəlif taktik təchizatçı şirkətlərinin təmsilçisi olmaqla yanaşı, həmin şirkətlərin həm satış, həm də müəyyən avadanlıqlarının təmir və təchizat işlərini həyata keçirir. Şirkətin bir neçə ölkədə filialları (BƏƏ, Gürcüstan, Çexiya, Almaniya və s.), o cümlədən əməkdaşlıq etdiyi şirkətlər vardır. Şirkət Müdafiə Nazirlikləri, Daxili İşlər Nazirlikləri, təhlükəsizlik orqanla­ rı, Penitensiar Xidmət və digər hərbiləş­ miş qurumların təchizatında yer alır. “Pal­ ladium” qarşıdakı planlarından birinin Azərbaycan ərazisində istehsal qurmaq olduğunu bildirib. "Palladium Şirkətlər Qrupu"na bir neçə MMC şirkəti daxildir. Bunlardan “Palladium Defence and Se­ curity Solutions” (Palladium Müdafiə və Təhlükəsizlik Həlli) şirkətinin fəaliyyəti dövlətin güc strukturları üçün hərbi tə­ yinatlı məhsulların təchizatı, müdafiə və

təhlükəsizlik layihələrinin hazırlanma­ sından ibarətdir. "Palladium Defence and Security Solutions" şirkəti dünyanın qa­ baqcıl müdafiə və təhlükəsizlik məhsul­ ları istehsal edən şirkətlərilə (“Glock”, “Silvus”, “Streit Group”, “Hard Shell”, “Bush­ nell”, “Beretta”, “Condor”, “Kalaşnikov”, “Vallon” daxil 60 şirkətlə) yaxın əmək­ daşlıq edərək bir çoxlarının Azərbaycan­ da və Gürcüstanda rəsmi distribüteridir. “Palladium Defence and Security Equip­ ment” (Palladium Müdafiə və Təhlükə­ sizlik Təchizatı) şirkətinin fəaliyyətinə dövlət üçün satılan təchizat ilə yanaşı, mülki şəxslər üçün ovçuluq, idman, alpi­ nizm və digər ekstremal şərait üçün nə­ zərdə tutulmuş əmlakların satışı daxil­ dir. “Palladium Marine Engineering Ser­ vice” (Palladium Dəniz Mühəndisliyi Xid­ məti) şirkəti isə hərbi dəniz nəqliyyatı vasitələrinin təmiri, layihələşdirilməsi, modernləşdirilməsi ilə məşğuldur. Bun­ lardan başqa Azərbaycanda ilk dəfə ola­ raq rəsmi şəkildə silahların təmiri ilə məşğul olan "Palladium Firearms Servi­ ce Center" (Palladium Odlu Silahların Tə­ miri Mərkəzi) fəaliyyətə başlayıb. Şirkə­ tin xüsusi və mülki silahların təmiri və modernləşdirilməsi üçün geniş emalat­ xanası və ehtiyat hissə bazasının mövcud olduğu bildirilir. Azərbaycan Ordusu üçün fəaliyyət göstərən böyük şirkətlər arasında “Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyətini (BTE) göstərmək olar. 1937­ci ildən fəa­ liyyət göstərən müəssisə 1999­cu ildə özəlləşdirilərək “Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyəti olmuşdur. Müəssisə 1991­ci ildə Azərbaycan Respublikası­ nın ordu quruculuğunda fəal iştirak edə­


NOYABR–DEKABR 2017

48­49

Palladium şirkəti tərə indən ᖠ ın güc Çna təqdim ᖠn ̶ Gözü" antisnayper

rək əsgər və zabitləri müxtəlif çeşidlər­ də geyim vasitələrilə, o cümlədən ləva­ zimatlarla təmin etməyə başlayıb və bu sahədə böyük təcrübə qazanaraq ixti­ saslaşıb. BTE­nin istehsalının böyük həc­ mi Ordunun təminat və təchizatına yönə­ lib. 2015­ci ildə fəaliyyətə başlayan “AZD­ ynamics” MMC yüksək texnologiyalar sa­ həsində tədqiqat va inkişaf işləri aparan müstəqil innovasiya şirkətlərindən sayı­ lır. Şirkət Azərbaycan Respublikası əra­ zisində yüksək texnologiyaların və dövlət proyektlərində istifadə üçün nəzərdə tu­ tulan müxtəlif təyinatlı pilotsuz uçuş apa­ ratlarının, məsafədən və ya avtonom şə­ kildə idarə edilə bilən robotların yığıl­ ması, tədqiqatı və inkişafı sahəsində iş­ lər aparır. “AZDynamics” bir neçə dövlət

qurumu üçün multikopter tipli dronla­ rın istehsalını və onların proqramlaşdı­ rılmasını həyata keçirib. 2016­cı ildə fəaliyyətə başladığı elan edilən AZCAN Azərbaycan­Kanada birgə müəssisəsi zirehli offroder, inkassasiya maşınları, zirehli transportyorlar və bu kimi digər müxtəlif xüsusi hərbi və mülki təyinatlı avtonəqliyyat vasitələrinin la­ yihələndirilməsi və istehsalı sahəsində ixtisaslaşıb. Müəssisə Azərbaycanın Da­ xili İşlər Nazirliyi, Mərkəzi Bankı və di­ gər dövlət təşkilatları ilə hərbi texnika­ nın, inkassator maşınların və müdafiə təyinatlı vasitələrin çatdırılmasına dair müqavilələrin mövcud olduğunu açıqla­ yıb. AZCAN zirehli texnikanın üzərində geniş spektrdə kimyəvi təhlükəsizlik, si­ lahın məsafədən idarə olunması üçün in­

teqrasiya olunmuş sistemlər, dronlar və yanğın aşkarlama qurğusu, partlayıcı maddələrə məsafədən ötürülən siqnal­ ların qarşısının alınması, iğtişaşların və kütləvi izdihamların dağıdılması üçün vasitələr və s. bu kimi xüsusi təyinatlı və taktiki avadanlıqlar təklif edir. Şirkətin Kanada tərəfdən təsisçisi “INKAS Armo­ red Vehicle Manufacturing” şirkətinin rəhbəri Artur Yurovitski, Azərbaycan tərəfindən bəzi məlumatlara görə “Baku Steel Company” MMC (BSC) şirkətinin rəhbəri Rasim Məmmədovdur. Belarusun OKB TSP şirkətinin Azər­ baycan təmsilçiliyi şirkətin Azərbaycan­ “Azairtechservice” şirkətinin Belarusun “Tetraedr” şirkəti ilə birgə modernizə etdiyi “Osa” ZRK­ləri. Foto: AD


AZERI DEFENCE da OKB TSP Elmi­İstehsalat Məhdud Mə­ suliyyətli Cəmiyyətin satış təmsilçiliyi ilə barabər, eyni zamanda Azərbaycana tə­ darük etdiyi avadanlıq və sistemlərin tə­ miri və modernizasiyasını həyata keçir­ məklə məşğuldur. Bu şirkətin yaxın pers­ pektivdə təmir istehsalat müəssisəsinin istifadəyə verilməsi planlaşdırılır. Azərbaycanda fəaliyyət göstərən xa­ rici ölkələrin şirkətləri arasında 2009­cu ildə qurulmuş İsrailin “Elbit Systems” şirkətinin “Elbit Systems Azerbaijan”, “TSG Ness” şirkətinin “Ness Azerbaijan”, Fransanın “Thales” şirkətinin “Thales Azerbaijan” adlı yerli müəssisəsi, Rusi­ yanın “Rostex” Dövlət Şirkətinin Azər­ baycanda nümayəndəliyi yer alır. Ye ni ya ra nan tex no park la rın da müdafiə sənayesinə öz töhfəsini vermək istiqamətində fəaliyyətləri mövcuddur. Bu istiqamətdə AMEA­nın Yüksək Tex­ nologiyalar Parkının xüsusilə fərqlənmə­ si və ilk rezident şirkətlərindən ikisinin məhz bu sahəyə yönəlməsi vurğulanma­ lıdır. AMEA Yüksək Texnologiyalar Par­ kında yerləşən “DN Technologies” MMC daha çox proqramlaşdırma, simulyator və təlim vasitələrinin istehsalı üzrə fəa­ liyyət göstərir. “Elm və Texnologiya Par­ kı” MMC­nin isə dronların istehsalı və digər hərbi yönümlü layihələri vardır. Yaxın zamanlarda hər iki şirkətin öz məh­ sullarını ordu və güc strukturlarına təq­ dim edəcəyi gözlənilir. Özəl sektor gələcəyə ümidlə baxır Dövlətin balansında olan müdafiə sənayesi müəssisələrinin özəl sektorun

fəaliyyətinə bir qədər qısqanclıqla ya­ naşmasına baxmayaraq, özəl sektor şir­ kətləri eyni halın digər region ölkələrin­ də də illər əvvəl yaşandığını və bunun təbii qəbul edildiyini bildirirlər. Mütə­ xəssislər hesab edirlər ki, bütün hallar­ da özəl sektorun müdafiə sənayesi sek­ toruna cəlbi qaçınılmazdır və bu sekto­ run inkişafında inqilabi dəyişikliklərə yol açacaq. Eyni zamanda ixrac potensialını formalaşdıracaq. Ekspertlərin fikrincə, indiki halda dövlət silah və döyüş sursatları istehsa­ lını 100% öz nəzarətində saxlamaqla, di­ gər sahələrdə özəl sektor şirkətlərinin fəaliyyətinə icazə verərsə, sektorda real fəaliyyət göstərən şirkətlərin sayı ən azı 3­4 dəfə arta bilər. Eyni zamanda bu, nə­ inki böyük maliyyə vəsaitinin, ən əsası kadrların, beyin axınının xaricə getmə­ sinin qarşısının alınmasında əvəzsiz rol oynayar. Hazırda bu istiqamətdə höku­ mətdə də müəyyən layihələrə baxıldığı, yaxın dönəmdə müdafiə sənayesi sekto­ runun özəl sektora açılması və qanun­ vericiliyin liberallaşdırılması ilə bağlı tək­ liflərin toplandığı bildirilir.

Türkiyə və Qazaxıstan təcrübəsin­ dən çıxış edən ekspertlərin fikrincə, özəl sektor müdafiə sənayesinin inkişafında texnoparklar və regionlarda yerləşən sə­ naye məhəllələri xüsusi əhəmiyyət kəsb edir. Texnopark və sənaye məhəllələri həm yerli, həm birgə, həm də xarici şir­ kətlərin marağında olacaq. Tətbiq edi­ lən güzəşt və imtiyazlar inkişafa öz təsi­ rini göstərəcəkdir. Müdafiə sənayesinin inkişafına yönə­ lən planlardan biri də Prezident İlham Əliyevin 2016­cı ilin dekabr ayında təs­ diq etdiyi “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişa­ fına dair Strateji Yol Xəritəsi”dir. Yol Xə­ ritəsində qeyd olunub ki, ölkə iqtisadiy­ yatında əhəmiyyətli payını, eləcə də ağır sənaye və maşınqayırma məhsulların­ dan asılılığını nəzərə alaraq, təhlil edil­ miş mal kateqoriyaları üzrə dörd sektor – mədənçıxarma (ilk növbədə, neft­qaz sektoru), kənd təsərrüfatı, dövlətin nə­ zarətində olan təbii inhisarlar və müda­ fiə sənayesi – 2020­ci ilədək olan dövrdə ağır sənaye və maşınqayırmada istehsa­ lın lokomotivi qismində çıxış edə bilər. Sənəddə 2017­2018­ci illərdə müdafiə sənayesi sahəsində birgə istehsal güclə­ rinin yaradılması, ölkəyə idxal olunan müdafiə sənayesi məhsullarının isteh­ salçıları ilə danışıqlar aparılaraq, ölkədə istehsalı mövcud olmayan məhsulların tam istehsal tsiklinin qurulması üzrə xa­ rici investorlarla birgə müəssisələrin ya­ radılması üçün təkliflərin hazırlanması, addımların planlaşdırılması əksini tapıb. Bu günlərdə Müdafiə Sənayesi naziri Yavər Camalov jurnalistlərə müsahi­ bəsində 2018­ci il ərzində Türkiyə və xarici ölkələrin bir sıra şirkətləri ilə birgə müəssisələrin yaradılmasının nəzərdə tutulduğunu bildirib. Nazirin verdiyi məlumata görə, bu çərçivədə “Alov” za­ vodunun bazasında Türkiyənin ASELSAN şirkəti ilə birgə təmir və servis mərkəzinin yaradılması planlaşdırılır.

Yuxarıda AMEA YTP­də yerləşən “Elm və Texnologiya Parkı” MMC tərə indən, aşağıda isə “AzDynamics” şirkəti tərə indən istehsal edilmiş dron.


ASELSAN­ın RADAR SİSTEMLƏRİ Sülh və müharibə zamanı ölkələrin müdafiəsində əsas yeri tutan hava hücumundan müdafiə sistemlərində radarların önəmi gün keçdikcə artmaqdadır. Günümüzdə yaradılan fərqli tiplərdə radarlar axtarış, təsbit, müəyyənləşdirmə, sinifləndirmə, atış­kontrol və raketlərin izlənilməsi kimi vacib funksiyaları əhatə edir. Silahların inkişafı ilə bərabər inkişaf edən radar texnologiyaları sayəsində günümüzdə hədəflərin üç ölçüdə təsbit və təqibini həyata keçirən, hava, yer və dəniz sektorunda qısa mənzildən uzun mənzilə, yüksək performanslı və inteqrasiya edildikləri platformalara uyğun radarların yaradılması mümkün olmuşdur. Hava hücumundan müdafiə (HHM) komplekslərinin tərkibində yer alan radarlar əməliyyat sahəsinin məsafə, istiqamət və hündürlüyünü əhatə edərək, bu əhatə dairəsinə daxil olan təhdidləri radarın bağlantıda olduğu silahların xüsusiyyətlərinə görə şəkil­ ləndirilir. Radarlar əməliyyat imkan­ larına görə qısa orta və uzunmənzilli və aşağı, orta, yüksək hündürlük kateqoriyalarında, təhdid xüsusiyyət­ lərinə görə performansı optimallaş­ dırılaraq dizayn edilir. Zaman içində uzunmənzilli zenit­raket kompleks­ lərinin (ZRK) meydana çıxması ilə önəmi azaldığı görünən aşağı və orta yüksəklik radarlarına günümüzdə artan pilotsuz uçuş aparatları (PUA), “hava­ yer” raketləri və havadan gələn digər təhdidlər səbəbi ilə təkrar diqqət artmağa başlayıb. Müharibə zamanı ilk

hücuma məruz qalan HHM sisteminin radarları olduğundan onların radio­ elektron hücumlara və anti­radiasiya raketlərinə qarşı dayanıqlığı dövlətin təhlükəsizliyi baxımından kritik önəm kəsb edir. HHM radarları texniki parametr­ lərinə, tapşırığına, radarın inteqrasiya edilə biləcəyi platforma və radarlarla birlikdə tətbiq olunan silahların xü­ susiyyətlərinə görə aşağıdakı şəkildə qruplaşdırılır: ­ Axtarış radarları; ­ Atış kontrol radarları; ­ Axtarış, izləmə, atış kontrol ­ raket yönləndirmə funksiyalarını bir arada təmin edən Çoxfunksiyalı Radarlar. ASELSAN şirkəti tərəfindən yuxa­ rıda qeyd olunan tiplərdə bir sıra sistemlər hazırlanaraq Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə verilib, yaxud

verilməsi planlaşdırılır. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar: ­ Türkiyə Quru Qoşunlarının aşağı hün dür lük də hava hü cu mundan mü da fiə komanda­nəzarət sistemi (HERİKKS) daxilində istifadə edilən “Qalxan” radarı. ­ Quru Qoşunları Komandanlığı üçün istehsalı həyata keçirilən “Qorqud” zenit topları və Atəş İdarə Cihazında, habelə yaradılmaqda olan “Hisar­A” ZRK­də yer alan 3 ölçülü təsbit və izləmə funksiyasına sahib Mobil Arama Radarı və Atış Kontrol Radarı.


AZERI DEFENCE

­ Hərbi Hava Qüvvələrinin erkən xəbərdarlıq radar şəbəkəsində yer alan təyyarə, helikopter, “hava­yer” raketləri, PUA və ballistik raketlərə qarşı effektiv, çoxfunksiyalı “Active Electronically Scan­ ned Array (AESA)” tipli Daşınan Erkən Xəbərdarlıq Radar Sistemi. HHM radarları taktik və strateji baxımdan qısa, orta, uzun mənzil və aşağı, orta və yüksək hündürlük siniflərinə sahibdir. Bu siniflər arasında əsas funk si yalar bənzər olsa da, performans göstəriciləri əhəmiyyətli şəkildə dəyişə bilir. Məsələn, qısa­ mənzilli radarlarda dəyəri yüksək olan bir parametr uzunmənzilli radarlarda aşağı olur və ya bir başqa parametr üçün tərsinə. HHM radarlarının bəzi xüsusiyyətləri aşağıdakı şəkildə sıralana bilər: ­ Arama radarlarında əsas funksiya hədəfin ölçüsüdür. Bəlli bir mənzil və hündürlükdə verilən ölçüdə hədəf aşkarlandıqdan sonra avtomatik hədəf sinifləndirmə və inteqrə IFF sistemi

Yuarıda Türkiyə Silahlı Qüvvələrinin istifadəsində yer alan “Qalxan” radarı, aşağıda AİC atış kontrol radarı. Foto: ASELSAN

ilə onun analizi həyata keçirilir. Uzun­ mənzilli axtarış radarlarına ballistik raketlərin təsbit və izlənilməsi xüsusiyyəti də qazandırılır. ­ Arama radarlarının öz fəaliyyət bölgəsindəki hava rəsmini davamlı şəkildə təmin etmələrinə ehtiyac olduğundan bu radarlar çoxsaylı hədəf izləmə xüsusiyyətinə sabibdir. ­ Qısa və ortamənzilli radarlarda yüksək manevrlə yaxından hücum edən təhdidlərə qarşı uzunmənzilli radarlara görə daha yüksək hədəf təqibi per­ formansı lazımdır. Bunun üçün də antenanın fırlanma sürəti və hədəfin olduğu nöqtəni dəqiq göstərməsi vacibdir. ­ Radarların nəzarət məsafəsi ilə təqib edilən hədəfin manevri arasında tərs mütənasiblik vardır. Yüksək manevrli hədəfin izlənilməsi üçün antenanın sürətli dönməsi, daha uzun məsafədəki hədəfə nəzarət üçün üçünsə zəif fırlanma sürətinə ehtiyac var. Bu təbii qanunauyğunluq səbəbindən orta­

uzunmənzilli radarların antenanın fərqli dönmə sürətinə və məsafə göstərici­ lərinə sahib mənzil rejimləri mövcud­ dur. ­ Qısamənzilli arama radarları yaxın bölgə üçün nəzərdə tutulduğundan yüksəklik bucağı uzunmənzilli radarlara görə daha genişdir. ­ Qısa və ortamənzilli arama ra­ darlarında təmin olunan hədəf koor­ dinatlarının dəqiqliyi hesabına çox sayda hədəfin izlənilməsi və çox sayda raketin anqajmanını həyata keçirmək mümkündür. ­ Atış kontrol radarları silahların ehtiyac duyduğu hədəfləri dəqiqliyinə sahib olduqları üçün arama radarlarının təsbit etdiyi təhdidlərə yönləndirilərək silahın hədəfə kilidlənməsini təmin edir. Eləcə də raketlərin istiqamət­ ləndirilməsi üçün gərəkli plan yön­ ləndirmə və aydınlatma xüsusiyyətini də özündə birləşdirir. ­ Çoxfunksiyalı radarlar arama və atış kontrol radarlarındakı bütün vacib


NOYABR–DEKABR 2017

“Hisar­A” ZRK­nin üzərində ASELSAN tərə indən istehsal edilmiş atış kontrol radarı. Foto: ASELSAN

funksiyaları real vaxt rejimində bir arada və daha yüksək performansla gerçəkləşdirərək, bağlı olduğu HHM sisteminin çoxlu anqajman həyata keçirməsini təmin edir. Bütün bu sadalanan xüsusiyyətlər radarların dizaynına fərqli şəkillərdə təsir göstərir. Məsələn, arama radarları dönən və ya sabit antenalı olur. Dönən antenalı qurğuların 360 dərəcə üfüqi bucağı əhatə etməsi əsasdır. Sabit antenalı qurğular isə

xüsusilə raket və sursatlar daxil olmaqla yüksək sürətli təhdidlərə qarşı və ya onların idarə edilməsində istifadə olunur. Fırlanan antenalı arama radar­ larında yüksəlişdə elektron skanetmə

52­53

mövcud olduğu halda, sabit antenalı qurğularda əlavə olaraq üfüqi müstəvi­ də elektron skanetmə xüsusiyyəti vardır. Çox funksiyalı radarlar AESA antena arxitekturası sayəsində yüksəliş bucağı ilə yanaşı, üfüqi bucaq altında da elek­ tron skanetmə həyata keçirə bilirlər. Bu xüsusiyyət sayəsində 360 dərəcə panoramik icmalla yanaşı, antena daya­ naraq yüksəliş və üfüqi skanetməni eyni zamanda həyata keçirir. Bu tip ra­ darlar tətbiqinə görə dönən antena di­ zaynı olmadan sabit çox üzlü dizaynda da ola bilər. İki bucaqda elektron skan­ etmə ilə çox yüksək sürətli raketlərin təsbitini və təhdidə qarşı yönləndirilən raketlərin idarə edilməsini bu ra ­ darlarda həyata keçirmək mümkündür. HHM radarlarında geniş yayılan aktiv barmaqlıqlı antena texno ­ logiyasının inkişafı ilə yanaşı, çox sayda yarımötürücü texnologiyalı göndər­ mə/alma modulları da meydana çıxmışdır. Radarın tapşırıq­tezlik­ platforma­ölçü əlaqələrindən əlavə olaraq yerinə görə tək güc yüksəltməli və ya göndərmə/alma modullu an­ tenaları hazırlanır. Göndərmə/alma modullu qurğuların ən önəmli avantajı modulda problem yarandıqda radarın tamamən sıradan çıxmaması, aşağı göstərici ilə də olsa çalışmağa davam etməsidir. ASELSAN­ın HHM radarları ASELSAN Türkiyənin ilk milli radarı kimi tarixə düşən ARS­2000 yerüstü müşahidə stansiyasını 2000­ci ildə yaradıb. Ardından 2008­ci ildə müasir texnologiyalara sahib 3 ölçülü “Qalxan”


AZERI DEFENCE

radarını hazırlamaqla HHM radarı sahəsində daha yüksək mənzil və qabiliyyətlərdə radarların yaradılması üçün təcrübə əldə etmişdir. ASELSAN eləcə də son illərdə yaradılmaqda olan yeni sistemlər ilə birlikdə yer və dəniz HHM radarlarını əhatə edən geniş məhsul portfelini formalaşdırmışdır. Aşağıda qeyd olunan bu sistemlər 3 ölçülü hədəf təsbiti və izləmə xüsusiy­ yətindən əlavə, uzunmənzilli xəbər­ darlıq və idarə olunan raketlərin kon­ troluna sahib çoxfunksiyalı radarla­ radək uzanır. ­ “Qalxan” radiolokasiya stansiyası; ­ Aşağı hündürlüklü zenit­raket­ top kompleksləri üçün mobil axtarış radarı (MAR); ­ Aşağı hündürlüklü zenit­raket­ top kompleksləri üçün atış kontrol radarı (AKR); ­ Uzunmənzilli erkən xəbərdarlıq radarları. ASELSAN­ın HHM radarları aşağı­ dakı eyni xüsusiyyətlərə malikdir: Yuxarıda “Sərdar” sahil nəzarət radarı, aşağıda yaradılmaqda olan Uzunmənzilli Erkən Xəbərdarlıq Radarı. Foto: ASELSAN

­ 3 ölçülü yüksək dəqiqlikli hədəf təsbiti; ­ Hədəfin avtomatik şəkildə sinif­ ləndirilməsi; ­ İnteqrə IFF ilə dost­düşmən tanıma; ­ İnkişaf etdirilmiş radioelektron mühafizə; ­ Qarışdırıcı (jammer) təsbiti və onun istiqamətini müəyyən etməsi. “Qalxan” radiolokasiya stansiyası “Qalxan” radiolokasiya stansiyası aşağı və orta hündürlükdə hava hə­ dəflərini üç ölçüdə avtomatik şəkildə aşkarlamaq və izləmək məqsədləri üçün hazırlanıb. Radiolokasiya stan­ siyası yaxaladığı hədəflərin siniflən­ dirilməsini və analizini həyata keçirərək hava rəsmi şəklində komanda nəzarət sisteminə ötürür. X dalğa diapazonunda çalışan “Qalxan” ən azı 100 km­dək uzaqlıqda geniş çeşiddə hədəfləri aşkarlama qabiliyyətinə sahibdir. Komanda nəzarət sistemi ilə inteqrasiya olunmuş şəkildə çalışa bilməsi bu

stansiyanın hərbi bazaların və li ­ manların qorunmasında da istifadəsinə imkanlar yaradır. “Qalxan” Türkiyə Silahlı Qüvvələrinin HERİKKS sistemi ilə yanaşı, Orta hündürlüklü havadan müdafiə və Raket Sisteminin (OİHSFS) də əsas radarı olaraq istifadə edilir. İlk nümunələri 2008­ci ildə Türkiyə Silahlı Qüvvələrinin silah­ lanmasına daxil olan “Qalxan” sonrakı dövrlərdə çox sayda istehsal edilərək orduya verilib. Sahədə göstərdiyi üstün performansla əlaqədar Türkiyə Silahlı Qüvvələrinin tələbi əsasında “Qalxan II” adı verilən yeni nəsil radarın yaradılması üzərində işlər aparılır. Bütün proqram, təchizat və radar al­ qoritmləri ASELSAN tərəfindən milli olaraq hazırlanan “Qalxan II” radarının mənzili daha uzun, dizaynı isə daha yığcam olacaq, modulyarlığı artırı­ lacaq. Silah sistemi Mobil Arama Radarı ASELSAN Mobil Arama Radarı (MAR) mobil HHM silah sistemləri üçün dizayn edilmiş rəqəmsal şüalandırma və siqnal ötürmə­qəbuletmə modulları kimi modern radar texnologiyalarına sahibdir. MAR mobil silah sistemlərinin yaxın döyüş xüsusiyyətlərinə uyğun olaraq aşağı hündürlükdə hava hədəf­ lərinin sürətli və doğru təsbitini, həmçinin izlənilməsini təmin edir. X dalğa diapazonunda çalışan və ən azı 70 km məsafədə hədəfləri aşkarlaya və izləyə bilən MAR ASELSAN tərəfindən Türkiyə Silahlı Qüvvələri üçün yaradılmış özü yeriyən zenit topunun (“Qorqud”), Atəş İdarəetmə


NOYABR–DEKABR 2017

Cihazı (AİC) və aşağı hündürlüklü zenit­ raket komplekslərinin əsas radarı kimi istifadə edilir. Bundan başqa, MAR əsa­ sında dünyada 3 ölçülü arama ra ­ darlarının geniş istifadəsi diqqətə alınaraq, kritik obyektlərin hava hücumu və PUA təhdidlərinə qarşı müdafiəsi, uzunmənzilli radarların əhatə dairə sindən kənarda qalan boşluqların bağlanması, hava trafikinə nəzarət kimi fərqli məqsədlər üçün zirehli maşın üzərində rabitə, GPS, generator kimi cihazların tətbiqi ilə yeni bir taktik 3 ölçülü radar həlli yaradılıb. Silah Atış Kontrol Radarı ASELSAN Atış Kontrol Radarı (AKR) yerüstü və dəniz platformalarının hava hücumundan müdafiə silahlarının tət­ biqinə uyğun dizayn edilib və hərəkət halında çalışma funksiyasına malik 3 ölçülü modern izləmə radarıdır. AKR yüksək dəqiqlik, avtomatik sinif ­ ləndirmə və ayırdetmə qabiliyyətinə sahibdir. Ən az 30 km effektiv mənzilə sahib olan AKR ASELSAN tərəfindən Türkiyə Silahlı Qüvvələrinin ehtiyacını qarşılamaq məqsədilə hazırlanmış özüyeriyən zenit toplarının və AİC sis­ “Cobra” zirehli maşını üzərində istifadə olunan “Sərhəd” minaatan təsbit radarı

temlərinin izləmə radarı kimi istifadə olunur. Uzunmənzilli Erkən Xəbərdarlıq Radarı Türkiyədə aktiv faza barmaqlıqlı radar proqramları çərçivəsində başla­ yan konsepsiya çalışmaları ilə milli im­ kanlar hesabına silahlı qüvvələrin yer və dəniz platformalarında ehtiyac duy­ duğu uzunmənzilli yeni nəsil radar sis­ temlərinin yaradılması nəzərdə tutu­ lur. Bu çərçivədə yer platformaları üçün fırlanan antenalı və sabit, dəniz plat­ formaları üçünsə fırlanan və sabit çox­ üzlü antena quruluşuna malik sistem arxitekturaları yaradılıb. Hazırda ASEL­ SAN tərəfindən daşına bilən Uzunmən­ zilli Erkən Xəbərdarlıq Radar Sistemi (EİRS) adı ilə mobil dizayna malik ra­ darın yaradılması həyata keçirilir. EİRS uzunmənzilli erkən xəbər­ darlıq məqsədilə yaradılan, AESA və rəqəmsal funksiyalı antenaya sahib, S dalğa diapazonunda çalışan yeni nəsil radar olacaq. Bu radar hava hədəfləri ilə yanaşı, ballistik raketlərin və stels texnologiyalara malik radarlar tə ­ rəfindən görünməsi çətin olan hədəfləri uzaq məsafədən təsbit və izləmə qabiliyyətinə də sahibdir. EİRS AESA və rəqəmsal şüalanma yarada bilmə

54­55

qabiliy yəti, həmçinin çox kanallı quruluşu sayəsində eyni anda birdən çox şüalanma yarada bilir. Stansiyanın aşkarlama və təqib performansını artırmaq məqsədilə meteoroloji məlu­ matları analiz etmə xüsusiyyəti möv­ cuddur. EİRS­i formalaşdıran radar, rabitə/komanda nəzarət və güc qrupu taktik maşınlar üzərində daşınır. Buna görə də yüksək manevr qabiliyyətinə malik olan stansiyanı sökmə, yaxud qurma işlərinə ehtiyac qalmır. EİRS mövcud radar şəbəkəsinə bağlanaraq, 3 ölçülü hava rəsmini digər sistemlərlə və komanda mərkəzi ilə AWCIES for­ matındakı mesajlarla rabitə, yaxud radiolinklər üzərindən paylaşa bilir. EİRS­də ballistik raketlərə qarşı müdafiə zamanı digər EİRS­lərlə məlumat mübadiləsini həyata keçirmək və hədəfləri digər sistemə ötürmək üçün iz informasiyaların ötürmə xüsusiyyəti mövcuddur. Radarın əmə­ liyyat rejimlərini dəstəkləmək məq­ sədilə uzunmənzilli Mod 5 IFF cihazı yüksək qəbuletmə gücünə malik IFF antenası ilə inteqrasiya olunub. Nəzarət radarları Günümüzdə “Acar” nəzarət radarı ailəsi, “Sərhəd” səyyar minaatan təsbit radarı və “Sərdar” sahil nəzarət radarı


AZERI DEFENCE üzərinə qurulan “Sərdar” radarı uzaqda yerləşən komanda mərkəzindən idarə edilir. Fərqli nəzarət ehtiyaclarına cavab vermək məqsədilə yaradılmış 4 və 7 metrlik an tenaya sahib iki fərqli konfiqurasiyada təqdim edilən “Sərdar” sahil nəzarət radarı ailəsi 2009­cu ildən bu yana Türkiyənin dəniz sərhədlərində davamlı şəkildə istifadə olunmaqdadır. “Acar” nəzarət radarı

“Acar” yerüstü müşahidə radarı

kimi yenilikçi və qabaqcıl məhsulları üçün ölkə daxili və xaricdən çox sayda sifarişlər alan ASELSAN­ın nəzarət ra­ darları sahəsində təcrübəsi 1990­cı illərə dayanır. 2000­ci illərin əvvəllərində ilk nəzarət radarlarını Türkiyə Silahlı Qüvvələrinin tələblərinə uyğun şəkildə hazırlayan ASELSAN 17 ildən artıqdır ki, həyata keçirdiyi fəaliyyətlərlə rəqəmsal siqnal işləmə və impuls sıxlaşdırma kimi qabaqcıl texno ­ logiyalarla yanaşı yarımötürücü güc yüksəldən, iki motorlu servo sürücü, rəqəmsal xəritə üzərində hədəfləri göstərmə qabiliyyəti, Doppler spektrum göstərmə ilə hədəfi sinif ləndirmə, PPI/B­Scope radar ekranı göstərmə, xəbərdarlıq, dost bölgə tanıma, uzaqdan komanda qabiliyyəti, məsafə genişlətmə qabiliyyəti, LPI (Low Probability of Intercept – zəif təsbit edilmə qabiliyyəti) kimi imkanları qazanmışdır. “Sərdar” sahil nəzarət radarı “Sərdar” sahil nəzarət radarı suüstü dəniz hədəflərini və aşağıdan uçan hava hədəflərini təsbit və müəy ­ yənləşdirmək məqsədilə ASELSAN tərəfindən tamamilə yarımkeçirici texnologiya əsasında dizayn olunmuş zəif aşkarlanma ehtimalı (Low Proba­ bility of Intercept – LPI) olan radar sistemidir. Sabit yerüstü platforma

ASELSAN tərəfindən 2013­cü ildə hazırlanmış, Türkiyə Silahlı Qüvvələri ilə yanaşı, bir sıra ölkələrin silahlı qüv­ vələrinin diqqətini qısa müddətdə özünə çəkməyi bacaran “Acar” nəzarət radarı bu günə qədər 200 ədəddən çox satılıb. “Acar” radarı yerdə, dəniz üzərində hərəkət edən və ya aşağıdan uçan hava hədəflərini təsbit və təqib eləyərək sinifləndirməyi bacaran, qatı hal dizaynı ilə kompakt və yüngül çəkiyə sahibdir. Radar elastik interfeys sayəsində əməliyyat şərtlərindən asılı olaraq tək başına üçayaq üzərində, maşın üzərində, yaxud dirək üzərində platformalara inteqrasiya olunur. İnkişaf edən texno­ logiya və dəyişən istifadə ehtiyacları çərçivəsində hər keçən gün genişlənən “Acar” radar ailəsinin ən son üzvü olan “ACAR­PUA” gecə və gündüz hər cür hava şəraitində görmə məsafəsinə girən 300­dən çox mini və mikro PUA­nı eyni anda aşkarlamağı və izləməyi bacarır.

özünü döyüş əməliyyatlarında doğ­ ruldub və demək olar ki, döyüşdən “üzüağ” çıxıb. Bir il əvvəl Türkiyə­Suriya sərhədində Türkiyə Silahlı Qüvvələri 4×4 “Cobra” zirehli transportyorunun üzərinə yerləşdirilmiş “Sərhəd” mina­ atan təsbit radarının sayəsində ölkə ərazisinə atəş açan Suriya Ordusunun minaatan batareyasının yerini atəşin davam etdiyi müddətdə – qısa zaman kəsiyində dəqiqliklə aşkarlayaraq düşməni ağır tələfata uğradıb. 10 kilometr məsafədən minaatan mərmilərini təsbit edən “Sərhəd” qeydə aldığı mərminin hərəkət trayekto ­ riyasını izləyir, mərmilərin təxmini çıxma və düşmə yerlərini hesablayır. “Sərhəd” dünyada öz sinfindəki analoqlarından 360° bucaq altında dairəvi müşahidəni təmin edə bilməsi və modulyar dizayna sahib olması ilə seçilir. L tezliyində çalışan radar elektron aktiv antenaya malikdir və eyni anda 5­dən artıq atışın yerini təsbit etməyi bacarır. Radar uzaqdan idarə oluna bilmə, habelə ərazinin siluetini skanetmə, dost/düşmən bölgəni tanıma, hədəfləri elektron xəritə üzərində qeyd etmə və radioelektron mübarizə vasitələrinə qarşı yüksək qo­ ruma kimi xüsusiyyətləri özündə bir­ ləşdirir. “Sərhəd” radarı kənar radio­ elektron müdaxilələrdən tam qorunur ki, bu da istifadəçilərə əlavə avantajlar verir. Nəticə

“Sərhəd” minaatan təsbit radarı Minaatan mərmilərinin atış və düşmə yerinin hesablanaraq təsbit edilməsi məqsədilə ASELSAN tərəfindən 2013­cü ildə ilk silah təsbit radarı olan “Sərhəd” hazırlanmışdır. Modulyar dizayna malik radar üçayaq üzərində binaların üzərinə və mövqelərə yer­ ləşdirilə, yaxud nəqliyyat vasitəsi üzə­ rində teleskopik dirək üzərində tətbiq oluna bilir. ASELSAN 2017­ci ilin may ayında keçirilən İDEF sərgisində “Sərhəd” radarında qazanılan təcrübə əsasında minaatan, top və raket atışlarını atəş və düşmə nöqtələrini uzaq məsafədən aşkarlayan C­RAM sisteminin yara­ dılmasına başladığını elan edib. “Sərhəd” radarı Türkiyə Silahlı Qüvvə­ ləri tərəfindən Suriya ilə sərhəddə və ölkənin şərq vilayətlərində aparılan antiterror əməliyyatlarında geniş isti­ fadə olunur. Bu sistem praktik olaraq

ASELSAN əsas fəaliyyət sahə ­ lərindən biri olan radar sistemlərində 25 ildən artıq bir müddətdə yer, hava və dəniz platformalarında istifadə üçün yüksək texnologiyaları özündə cəm­ ləşdirən çox sayda məhsulu milli olaraq yaratmışdır. Türkiyə Silahlı Qüvvələrinin ehtiyacları çərçivəsində çeşidlənən xüsusi radar larımız ölkə daxilində olduğu qədər xaricdə də uzun illərdir uğurla istifadə olunmaqdadır. ASELSAN radar sistemlərində qazandığı bu böyük təcrübəni və yüksək tex nologiyanı qardaş ölkə Azərbaycanın Silahlı Qüv­ vələrinin istifadəsinə verməyə hazırdır. ASELSAN A.Ş


NOYABR–DEKABR 2017

56­57

KATMERCİLƏRİN UKAP ROBOTLARI PEYKLƏ İDARƏ OLUNACAQ Türkiyənin “Katmerciler” şirkəti mə­ safədən idarə olunan döyüş robotunun (UKAP) təkmilləşdirilmiş versiyasını və yanğınsöndürmə əməliyyatları üçün ha­ zırladığı yeni robotunu təqdim edib. 20­21 dekabr tarixlərində Ankara­ da keçirilən Özəl Sektor Ar­Ge və Dizayn Mərkəzləri Zirvəsində nümayiş etdirilən UKAP robotu distans idarəetmə bölməsi ilə 3 km məsafədən idarə olunur. İlk də­ fə may ayında İDEF­2017 sərgisində nümayiş etdirilmiş UKAP üzərində apa­ rılan təkmilləşdirmə nəticəsində platfor­ maya peyk­nəzarət sistemi əlavə olunub. Beləliklə, döyüş robotunun nəzarət mən­ zili artırılıb. Bu da peyk sistemləri vasi­ təsilə eyni anda 100 və ya daha çox UKAP robotuna nəzarət etməyə imkan verir. Şirkət mütəxəssislərinin sözlərinə görə, enerji sistemi elektrikli və ya hib­ rid ola bilən UKAP, modulyar platforma olaraq fərqlənir. Çəkisi 1100 kq təşkil edən UKAP 2000 kiloqram ağırlığında yükdaşıma qabiliyyətinə sahibdir. Qeyd edək ki, UKAP döyüş maşınının eksperi­ mental nümunəsi ASELSAN şirkətinin is­ tehsalı olan “Sarp” döyüş modulu ilə si­ lahlandırılıb. Bütün funksiyaları uzaqdan idarə edilən bir nəqliyyat platforması olan UKAP atış, nəzarət, yaralıların evakuasi­ yası daxil olmaqla müxtəlif əməliyyat­ larda istifadə oluna biləcəkdir. Xüsusilə də Quru Qoşunlarının nümayəndələri­ nin yaxından araşdırdığı və “döyüş bölgə­ ləri üçün real ehtiyac” olaraq dəyərlən­ dirdikləri UKAP tırtıl üzərində 25 km/sa­

at sürətlə hərəkət etməyi bacarır və 5 saat fasiləsiz şəkildə çalışır. UKAP mo­ dulyar dizayna malik olduğundan yeri gəldiyində termal, ya digər kameralarla təchiz edilərək kəş iyyat məqsədilə isti­ fadə olunması mümkündür. Eyni zaman­ da düşmən snayperlərinin təhlükə ya­ ratdığı ərazilərdə sursatın daşınmasın­ da, döyüş meydanında qalmış yaralıla­ rın və cəsədlərin evakuasiyasında istifa­ də oluna biləcək. Ən böyük üstünlüklə­

rindən biri də maşınların tək deyil, qrup halında, havadan PUA­ların dəstəyi ilə istifadəsinin mümkünlüyüdür. Perspek­ tivdə UKAP­ın bazasında mexaniki mi­ natəmizləmə maşınının yaradılması nə­ zərdə tutulur. Uzaqdan idarə olunan yanğın­ söndürən robot “Katmerciler”in konstruktor büro­ sunda hazırlanmış məsafədən idarə olu­ nan yanğınsöndürmə (UKYS) robotu su və ya köpük çəninə bağlanmaqla çalışır. Robot üzərində pompa olan, istənilən məsafəyə qədər uzadıla bilən şlanqa ma­ likdir. UKYS sayəsində yanğınsöndürən­ lərin yaxınlaşa bilmədiyi yanğınlara uzaq­ dan müdaxilə imkanı yaranır. Beləliklə, böyük təhlükə mənbəyi sayılan sursat anbarları və ya yanacaqdoldurma mən­ təqələrindəki yanğınlarda insan həyatı­ nın riskə atılmasına ehtiyac qalmır. Elektriklə çalışan UKYS enerji mən­ bəyi olaraq batareya və ya generatordan istifadə edir. Robot prototipinin sürəti saatda 5 kilometr, boş çəkisi 700 kiloq­ ram, uzunluğu 1.400 mm, hündürlüyü 650 mm, eni isə 1.100 mm­dir. Yanğın­ söndürmə robotu dəqiqədə 2000 litrə qədər 7 bar təzyiqli maye püskürməsini həyata keçirə bilir.


AZERI DEFENCE

“HƏŞDİ ŞABİ” BİR FƏTVA İLƏ QURULAN ORDU

Kənan Rövşənoğlu Hər şey İraqın ikinci böyük şəhəri (o zaman 2 milyon əhalisi var­ dı – K.R.) Mosulun İŞİD tərəfindən işğalından sonra başladı. 2014­cü il iyunun 9­da iki gün davam edən hücumlardan sonra gecə saat 23 radələrində İŞİD silahlıları Mosul Valilik binasını ələ keçirdi. Mosul artıq İŞİD nəzarətində idi. Mosulun işğalı ilə İŞİD artıq faktiki olaraq İraq və Suriyada hər iki ölkənin mərkəzi hakimiyyətlərindən daha böyük əraziyə sahib faktiki dövlətə çevrilmişdi. Bir neçə gün sonra qruplaşma lideri Əbu Bəkr əl­Bağdadi Mosulun ən qədim cümə məscidində xütbə oxuyaraq “İslam Dövləti” elan etdi. Bu zaman İŞİD silah­ lıları artıq Bağdadın şimal­qərbinə 50 kilometr məsafədə Baquba şəhərciyinə qədər yaxınlaşmışdı. Bəzi media or­ qanları Bağdadın bir neçə günə işğal olunacağını yazırdılar... İyunun 13­də cümə günü Ayətullah Seyyid Əli Sistaninin fətvası yayınlandı. Fətvanı ali məqamlı müctəhid Şeyx Əbdülhadi Kərbəlayi Kərbəla şəhərində qıldığı cümə namazı xütbəsində elan etdi. Fətvada İraq əhalisinin əli silah tutanlarını vətəni, müqəddəs məkanları qorumaq üçün səfərbər olmağa, bütün Əhli­Beyt tərəfdarlarını isə İslam mü­ dafiəçilərinin zəfəri üçün dua etməyə səsləyirdi: “İslamın zəfəri üçün bir olun”. Xatırladaq ki, həmin gün İŞİD sözçüsü əl­Adnani “sonrakı hədəfimiz Bağdad və Kərbəladır” açıqlaması vermişdi.

Ayətullah Sistaninin cihad fətvası “fərz­kifayi” idi, yəni o bölgə xalqı üçün və yetəcək qədər insanı əhatə edirdi. Çünki həmin günlərdə İraq Ordusu və polisinin durumu yaxşı deyildi. Səddam Hüseyn ordusunun qalıqları hesabına daha da güclənmiş və 10 ildir qisas gününü gözləyən Səddam tərəfdarları İŞİD­lə birləşdiyi üçün daha da təhlükəli idi. Belə bir məqamda – iyun ayının 18­ də isə baş nazirin imzaladığı qərarla “Həşdi Şabi” rəsmən təsis olundu. “Həşdi Şabi” nədir? Tezliklə məlum oldu ki, ilk 3 gündə 100 min nəfər iraqlı orduya yazılıb. “Həşdi Şabi” (‫)ﻱﺏعشﻝا دشحﻝا‬ ərəbcədən tərcümədə “Xalq qüvvələri” və ya “Xalq birliyi” mənasındadır. Ancaq “Həşdi Şabi” ümumi, necə deyərlər, örtük addır. Bu ad altında çoxlu sayda silahlı qrup var. Bunların bir qismi hələ çox illər əvvəl, İraqın işğalı zamanı yaranmış qruplaşmalardır. “Haşdi Şabi” tərkibində “Bədr qüvvələri”, “Asaib əl­Haqq”, “Səraya əs­

Salam” (Müqtəda əs­Sədrin rəhbərlik etdiyi qruplaşma), “Sərayə Aşura”, “Nucəba Hərəkatı”, İraq Hizbullahı, “Əbəlfəzl Abbas” briqadası, “İmam Əli” briqadası və sair kimi birliklər var. Sayı Son məlumatlara əsasən “Həşdi Şabi” ehtiyat qüvvələri ilə birlikdə 300 min üzvə malikdir. Qərb mətbuatının iddiasına görə, bu ordunun tərkibində hazırda 136 min silahlı döyüşçü var. Bunlardan 120 minə yaxını şiə silahlıları, 16 mini isə sünni döyüşçülərdir. Bundan başqa, bir neçə türkmən briqadası da “Həşdi Şabi” qruplaşmasına daxildir. “Həşdi Şabi”nin əsas missiyası aşağıdakı kimi sıralanır: ­ Terrorla mübarizə, İŞİD­ə qarşı savaş və onun İraqdan təmizlənməsi; ­ Ölkə sərhədlərinin qorunması; ­ Məscidlərin və müqəddəs ziyarət­ gahların mühafizəsi; ­ İraqlıların azadlığa qovuşması; ­ Vuruşmağa imkanı olmayan iraq­ lıların müdafiə olunması. İraqın ikinci rəsmi ordusu 2016­cı il noyabrın 26­da İraq parlamentinin qəbul etdiyi qanuna əsasən “Həşdi Şabi” İraqın rəsmi olaraq ikinci ordusu statusu alıb. Qruplaşmanın ümumi rəhbəri, baş nazirin milli təhlükəsizlik məsələləri üzrə müşaviri


NOYABR–DEKABR 2017

Fəlah əl­Fəyyaz və onun rəhbərlik etdiyi Milli Təhlükəsizlik Katibliyidir. Ancaq qruplaşmanın əsas sahə ko­ mandiri Mehdi əl­Mühəndis adı ilə tanınan Camal Cəfər İbrahimdir. Mehdi əl­Mühəndis “Həşdi Şabi”nin əməliyyat­ larına bilavasitə rəhbərlik edir. 1980­ci illərin əvvəllərindən 1990­cı illərin son­ larına qədər İranda “Bədr” briqadasının komandiri olub. 2010­cu il seçkilərində İraq parlamentinin deputatı seçilib. “Həşdi Şabi” üzvlərinə dövlət tə­ rəfindən maaş ödənir. Ancaq ilk vaxtlar maaşın sadəcə ön cəbhədə döyüşən və işsiz şəxslərə verildiyi bildirilir. Təxmini rəqəmlərə görə “Həşdi Şabi” daxilində 65­75 min nəfər arası şəxsə maaş verilir. Maaşlara gəlincə döyüşçülərə 580 dollar, İraq dinarı ilə 750 min dinar maaş ödən­ diyi qeyd olunur. Silahları “Həşdi Şabi” İraq Ordusunun isti­ fadəsindəki silahlardan istifadə edir. Bunların sırasına sovet və Amerika istehsalı olan tanklar, toplar, hərbi maşınlar və kiçik məsafəli raket sis­ temləri daxildir. Rəsmi olaraq Şimali İraq Kürd Administrasiyası Kərkükə hücum edən “Həşdi Şabi” qüvvələrinin Amerika istehsalı “Abrams” tankları, zirehli avtomobillər və atəş silahları ilə silahlandığı haqda məlumat yayıb. Bundan başqa Beynəlxalq Amnistiya Təşkilatı yaydığı rəsmi hesabatda “Həşdi Şabi” qüvvələrinin 16 ölkənin istehsalı olan 100­dən çox çeşiddə silahdan istifadə etdiyini açıqlayıb. Bunların arasında ABŞ, İran, Rusiya, Çin, Serbiya kimi ölkələrin istehsal etdiyi avtomat və snayperlərdən tanklara qədər fərqli modellər, ağır və yüngül silah, eləcə də digər hərbi texnikalar vardır. İran dəstəyi 2014­cü ildə İŞİD Mosulu işğal edib Ərbil və Bağdada doğru yaxınlaşanda İran prezidenti İraqın baş naziri Nuri əl­Malikiyə (2014­cü ildə istefaya göndərildi – K.R.) müraciət edərək rəsmi Tehranın hər cür dəstək verməyə hazır olduğunu bildirdi və bundan sonra mediada İranın “Qüds Briqadası” generalı Qasim Süleymaninin peşəkar hərbçi­ lərdən ibarət qrupu ilə İraqa gəlməsi haqda xəbər yayıldı. Az sonra isə ilk dəfə İŞİD­in türkmən qəsəbəsi Amirliyə hücumunun qarşısı alındı və İŞİD geri oturduldu. Bu, İraqda İŞİD­ə qarşı ilk uğurlu əməliyyat idi və bu zaman Qasim Süleymaninin Amirlidə “Həşdi Şabi”

qüvvələrinə daxil olan “Bədr qüv ­ vələri”nin komandiri Hadi əl­Amiri ilə birlikdə şəkilləri yayıldı. Şəkillər mediaya qəsdən sızdırılmışdı. Hadi əl­Amiri o günlərdə bildirirdi ki, 100­ə yaxın iranlı hərbi təlimatçı Tikrit əməliyyatına dəstək verib. Q.Süleymani və onun rəhbərlik etdiyi “Qüds Briqadası” eyni zamanda “Həşdi Şabi”nin formalaşması, silahlandırılması və dəstəklənməsində yaxından iştirak edirdi. “Həşdi Şabi”yə daxil olan bəzi qruplar isə İrana dini baxımdan çox yaxın idi. “Həşdi Şabi” liderlərinin etiraf etdiyinə görə bu qruplaşmaya ilk dəfə silahı İran verib. Türkmənlər “Həşdi Şabi” daxilində iki türkmən briqadası var. Bunlar 16­cı və 52­ci briqadalardır. Bundan başqa Kərkük ətrafında ümumilikdə 6 silahlı türkmən qrupu “Həşdi Şabi”yə daxildir. Bu qruplarda 7 min döyüşçünün olduğu güman edilir. Həmin döyüşçülərin çoxusu 2014­cü ildə İŞİD hücumu zamanı Tuxhurmatı və Telafer kimi türkmən qəsəbələrində silahlanıb özlərini müdafiə edən yerli əhali olub, sonradan “Həşdi Şabiyə” qoşulublar. Şiə türkmən silahlıları Tazəhurmatı, Dakuk, Tuzhurmatı, Bəşir, Amirli kimi bölgələrdən formalaşır. “Həşdi Şabi” daxilində 15­16 min nəfər sünni silahlı qrupları var. Bunların ən aktivi 2007­ci ildə əl­Qaidəyə qarşı mübarizə məqsədilə qurulmuş “Sahva” (Oyanış) Şuraları adlı qruplaşmadır. Təqribən 4­7 min arası silahlı döyüşçü­ sü var. Bu qruplaşma, əsasən, sünni böl­ gələrdə keçirilən əməliyyatlarda iştirak edir. “Həşdi Şabi” daxilində şiə və sün­ nilərlə yanaşı, xristianlar, yezidilər və “Feylilər” (şiə kürdlər) də silahlı qruplar ilə təmsil olunur.

58­59

“Həşdi Şabi” daxilindəki qruplar “Həşdi Şabi” daxilində ümumilikdə 43 müxtəlif böyüklükdə silahlı qrup var. Bunların bəziləri çox böyük, geniş dəstəyi olan, bəziləri isə yerli qruplardır. Ancaq “Həşdi Şabi”nin mərkəzində 4 əsas silahlı qruplaşma var. Bunların hər birinin 10­25 min nəfər arasında döyüşçüsü vardır. Bunlar: • Bədr Təşkilatı, • Kətaib Hizbullah, • Əsaib Əhl əl­Haqq, • Saray əl­Səlamdır. Bu qrupların ən böyüyü “Bədr Təşkilatı”dır. Daha çox “Bədr briqadaları” kimi tanınan qruplaşma 1982­ci ildə o zaman İranda sürgündə olan din alimi Əbdül­ əzizi əl­Həkim tərəfindən yaradılıb. Bu qrupun təsisçisi İraq Ali İslam Şurası olub. Amerika işğalı zamanı daha da fəallaşan qruplaşma 2008­ci ildə İraq ordusuna birləşib. Eyni zamanda “Bədr Təşkilatı” adı ilə seçkilərdə iştirak edib. “Bədr briqadası”nın 20 mindən artıq silahlı gücünün olduğu ehtimal edilir. Qurplaşmanın lideri Hadi əl­Amiridir. Hadi əl­Amiri eyni zamanda “Həşdi Şabi”nin əsas liderlərindın biri hesab olunur. “Bədr” təşkilatının şimal əyalətləri üzrə nümayəndəsi, türkmən Məhəmməd Mehdi Behatidir. Hansı ki, bir müddət İraqda nazir vəzifəsini tutub. “Həşdi Şabi”nin ikinci əsas gücü “Kətaib Hizbullah” qruplaşmasıdır. İraq Hizbullahı Hərəkatının silahlı qanadı olan bu qruplaşmanın Livan Hizbullahı ilə yaxın bağlantısı var. Qruplaşmanın lideri Vasiq əl­Bəttat adlı şəxsidr. “Əsaib Əhli əl­Haqq” qrupu daha əvvəl Müqtəda əs­Sədrin “Mehdi Ordusu” qruplaşması tərkibində olsa da, sonradan ayrılıblar. Qruplaşmanın lideri din alimi Qeys əl­Xəzalidir. Dini dairələrə yaxın


AZERI DEFENCE bağları var. Ən savaşçı qruplardan biri hesab olunur. Bu qruplaşmanın “Əl­ Əhəd” adlı telekanalı da vardır. “Saraya əs­Salam” (Sülh Briqadaları) adlı qruplaşma din xadimi Müqtəda əs­ Sədrin rəhbərliyi altındadır. Daha öncə bu qruplaşma “Mehdi Ordusu” adı altında İraqı işğal edən ABŞ Ordusuna qarşı savaşıb. 2008­ci ildə İraq mərkəzi hökuməti ilə anlaşmadan sonra qrup­ laşma buraxılıb. 2014­cü ildə Ayətullah Sistaninin fətvasından sonra “Saraya əs­ Salam” yenidən bərpa edilərək döyüş əməliyyatlarına qatılıb. “Xorasan briqadaları” və ya “Xora­ sani” adlı qruplaşmanın komandiri isə İran əsilli zabit Hac Həmid Taqavidir. Ancaq qruplaşmanın lideri Əli Yasiridir. “Kətaib Seyid Şuhəda” briqadası Bəsrədə 2013­cü ildə qurulub. Əsas məqsədi Suriya və İraqdakı müqəddəs ziyarətgahları qorumaqdır. Ancaq sonradan İŞİD hücumlarına görə “Həşdi Şabi”yə qatılıb. Lideri Hacı Əbu Əladır. “Kətaib İmam Əli” qruplaşmasının lideri Hacı Şibil əz­Zaididir. “Nücəba Hərəkatı” komandiri Şeyx Əkrəm əl­Qaibi daha əvvəl “Mehdi Ordusu”nda komandirlərdən olub. “Əbüfəzl Abbas Briqadası” Kərbəlada yerləşir. Şeyx Meytəm əz­Zeydinin rəhbərlik etdiyi bu qruplaşma İraqla yanaşı, Suriyada da dini ziyarətgahların müdafiəsini təşkil edib. Struktur və bölmələr “Həşdi Şabi” ayrı­ayrı silahlı qrup­ lardan təşkil olunmasına baxmayaraq, vahid əməliyyat mərkəzindən idarə edilir. Mehdi əl­Mühəndis həlak olana qədər ordunun əməliyyat komandiri olub. Bundan başqa qrupların özlərinin

regional bölmələri fəaliyyət göstərir. Bu regional bölmələrə “Həşdi Şabi”nin regionlar üzrə əməliyyat komandirləri başçılıq edir. Həmin şəxslər təhkim edildikləri əyalətdə keçirilən əməliy­ yatlara ümumi rəhbərliyi həyata keçirirlər. “Həşdi Şabi”nin özünün xəs tə ­ xanaları, tibbi və sosial xidmət mər­ kəzləri, o cümlədən güclü kəşfiyyat və təhlükəsizlik xidməti var. Bunu sentyabr ayında Bağdadda keçirilən terror əleyhinə konfransda Mehdi əl­Mühəndis xarici jurnalistlərə deyib. 2017­ci il mart ayının 21­də “Həşdi Şabi” xüsusi təyinatlı qüvvələrini qurmaq üçün kurs açıb. Kursun təlim proqramı İraq Xüsusi Əməliyyat Qüvvələrinin təlimatı ilə müxtəlif missiyaları əhatə edir. Nəticə İraqda İŞİD­dən sonra oktyabrda kürdlərə qarşı əməliyyatlar zamanı

“Həşdi Şabi”nin fəal şəkildə iştirakı onu göstərdi ki, bu ordu İraq hökumətinə hələ xeyli müddət lazım olacaq. Ölkənin həm daxildə, həm də xaricdən ciddi təhdidləri var. Bu mənada İraq höku­ mətinin “Həşdi Şabi”ni rəsmiləşdirərək ordu kimi qoruyub saxlaması da anlaşılan idi. Baxmayaraq ki, ABŞ, Türkiyə kimi nəhəng ölkələr bu qruplaşmanın ləğvini tələb edirdi. Ancaq ümumi sayı 300 min nəfərə çatan və 136 mindən artıq aktiv hərbi gücü olan, ən əsası ölkədə ciddi siyasi nüfuzu olan bir qruplaşma həm də siyasi iqtidar üçün ciddi təhdiddir. Heç kim zəmanət verə bilməz ki, sabah daha yaxşı təşkilatlanmış, hərbi təcrübəsi və silahı olan “Həşdi Şabi” komandanları hakimiyyətə iddia etməyəcəklər. Görünür ki, bu təhlükəni Heydər əl­İbadi də hiss edir və oktyabrda İraq baş naziri “Həşdi Şabi”nin seçkilərdə iştirakını yasaqlayan sərəncam imzaladı. Bu qərara əsasən “Həşdi Şabi” üzvləri seçkilərə qatılma­ yacaq. Seçkilərdə iştirak etmək istəyənlər ordudan çıxmalı olacaqlar. Bu qərar hərbi qruplaşmanı böyük ölçüdə siyasi proseslərdən uzaq tutmağa xidmət edir. Çünki İraq kimi Şərq ölkələrində haki­ miyyət – ordu əlaqələri həssas və risklidir. Qaynaqlar http://www.kt­im­ali.com http://www.alkhorasani.org http://www.saidshuhada.com http://www.alnujaba.org http://www.ahlualhaq.com http://www.kataibhizbollah.com


NOYABR–DEKABR 2017

60­61

RUS ORDUSU DÖYÜŞÇÜ ROBOTLARA YOL AÇIR

Anar Həsənov On il əvvəl – 2007­ci ildən döyüşçü robot sistemlərinin yaradılması istiqamətində proqramlara başlayan Rusiya Silahlı Qüvvələri 2016­cı ilin ortalarından robot texnikaların ilk döyüş tətbiqini gerçəkləşdirdi. Yerli müəssisələrdə istehsal olunan bəzi texnikaların prototipləri Çeçe­ nistan və Suriyada real döyüş şəraitində də sınaqlardan keçirildi. Robotların orduda tətbiqi, ilk növbə­ də, döyüşlərdə canlı qüvvənin itkisini minimallaşdırmağa yönəlir. Bununla ya­ naşı, düşmən üzərində psixoloji təsir yaradılır. Xüsusilə də döyüş meydanın­ da, sıx atəş altında robot platformaları kəş fiyy ya tın apa rıl ma sı, düşmə nin mövqelərinin, hərbi texnikasının və canlı qüvvələrinin məhv edilməsində, minalı sa hə lər dən ke çid lə rin açıl ma sın da mühüm rola malikdir. İlk robotların yaranması Tarixə ekskursiya etdikdə məlum olur ki, Rusiya döyüşçü robotların ha­ zırlamasına hələ 1931­ci ildən başlayıb.

Həmin il Stalinin təsdiq etdiyi qoşunla­ rın yenidən təşkil edilməsi planı çərçi­ vəsində sovet konstruktor bürolarında T­26 tankının əsasında radiosiqnallarla idarə edilən “teletank” adı verilən ilk ekipajsız yerüstü robot platforması ha­ zırlanmışdır. 1940­cı ildə Sovet Ordu­ sunun silahlanmasında radio ilə idarə olunan 61 ədəd teletank var idi. Bu tank­ lar ilk dəfə Sovet­Finlandiya müharibə­ sində istifadə olunub. Lakin sonrakı il­ lərdə başlayan müharibə teletankın tək­ milləşdirilməsi prosesinə mane oldu və layihə dayandırıldı. SSRİ dağıldıqdan sonra Rusiya ye­ nidən silahlanmanın yeni növlərinə diq­ qət göstərməyə başladı və 2007­ci il­

dən ordunun perspektiv silahlanma proqramlarında yer alması nəzərdə tu­ tulan “döyüşçü robot”ların yaradılma­ sına başlanıldı. Rusiyanın ordu rəsmilərinin sözlə­ rinə görə, Silahlı Qüvvələrdə robot­tex­ nika komplekslərinin döyüş tətbiqləri­ nin konsepsiyası 2025­ci ilə qədər qə­ bul edilməlidir. Bu konsepsiya layihəsi­ nə əsasən, ilkin variantda Rusiya ordu­ sunun hərbi texnika parkında robot tex­ nikanın çəkisi 30% təşkil etməlidir. Ru­ siya Müdafiə Nazirliyi bəyan edib ki, 2017­ci ildən başlayaraq silahlanmaya verilən döyüş robotları 10 ildən sonra bütün qoşun növlərini əhatə edəcək. Daxili tələbləri qarşılamaqla bəra­ bər, Rusiya hərbi sənayesi robot texni­ kaların xaricə ixracı istiqamətində də fəaliyyətlərə başlayıb. 2016­cı ildə “Ro­ soboroneksport” şirkəti “Uran­9” çox­ funksiyalı döyüş robotunu ilk dəfə bey­ nəlxalq bazara təqdim edib.


AZERI DEFENCE

Rus robotları Suriya poliqonunda Rusiyada və bütün dünyada avto­ matlaşdırılan sistemlər dörd əsas isti­ qamət üzrə işlənir. Kəşfiyyat robotları, döyüş robotları, arxalar və mühəndis­ texniki işlərini yerinə yetirən robotlar. Həmçinin robotları siniflərə bölürlər: yüngül, orta və ağır. Rusiya Ordusunun mühəndis­isteh­ kam bölmələrinin silahlanmasına daxil olan robot­istehkamçı “Uran­6” 2017­ci ilin yayından Suriyada Palmira vilayəti­ Yuxarıda “Arqo” döyüş, aşağıda Suriyanın Latakiya əyalətində minatəmizləmə işlərində istifadə olunan “Uran­6” robotu

nin minalardan təmizlənməsində tət­ biq olunur. Tırtıllı platformaya əsasla­ nan 6 tona qədər ağırlığa malik “Uran­ 6” şəhər şəraitində minaların təmizlən­ məsi, partlayış təhlükəsi olan predmet­ lərin zərərsizləşdirilməsi, cığırların açıl­ ması və istehkamçılara lazım olan ləva­ zimatların daşınması kimi əməliyyat­ larda istifadə edilir. Robot platformanın idarə edilməsi yaxın məsafədən kabel­ lə, uzaq məsafədən isə pult vasitəsilə həyata keçirilir. Mina və qarşıdakı ma­ neələrin görüntüsü isə robotun korpu­ sunda quraşdırılmış videokameralar va­ sitəsilə mütəxəssisə ötürülür. Suriyada 2016­cı ildən başlayaraq rus ordusu tərəfindən bilavasitə döyüş əməliyyatlarında sınaqdan keçirilmiş

“Uran­9” “döyüşçü robot”u “Uralvaqon­ zavod” Elmi­İstehsalat Şirkəti tərəfin­ dən yaradılıb. “Uran­9” kompleksinin tərkibinə kəşfiyyat və atəş dəstəyi tə­ min edən iki robot, robotların daşınma­ sını həyata keçirən nəqliyyat vasitəsi və idarəetmə mərkəzi daxildir. Bu robot məsafədən kəşfiyyat və ümumqoşun, kəşfiyyatı və döyüşən bölmələrin atəş dəstəyi üçün nəzərdə tutulur. Platfor­ manın silahlanmasına 30 mm­lik 2A72 avtomat topu, topla birləşdirilmiş 7,62 mm­lik pulemyot, həmçinin “Ataka” tank əleyhinə idarə olunan raketlər və “İqla” zenit­raket kompleksi daxildir. Silah tər­ kibi sifarişçi tələblərindən asılı olaraq dəyişilə bilər. Robotlar həmçinin lazer şüalanması haqqında xəbərdarlıq siste­ mi və hədəflərin aşkar edilməsi, tanın­ ması və izlənməsi üçün avadanlıqla təc­ hiz edilib. “Uran­9” 260 at gücünə ma­ lik KAMAZ dizel mühərriki ilə təchiz edilib. İstehsalçı müəssisə rəsmilərinin sözlərinə görə, “Uran­9” modernləşdik­ dən sonra 8 km məsafədə hədəfi məhv etmək imkanına malik olacaq. Qeyd edək ki, “Uran” ailəsinə istehkamçı və döyüşçü robotlarla yanaşı, “Uran­14” adlı yan­ ğınsöndürmə robotu da daxildir. Suriyadakı döyüşlərdə Rusiya Si­ lahlı Qüvvələrinin istifadəsinə yeni ve­ rilmiş “Platforma­M” və “Arqo” platfor­ maları da sınaqdan keçirilib. Rusiya və Suriya ordu bölmələrinin idarə etdiklə­ ri bu maşınlar “Qala” əməliyyatı zama­ nı 70 terrorçunu məhv edərək öz mövqe­ lərinə geri qaytarmışdır. “Platforma­M” döyüş əməliyyatları ərazisində düşmən­ lə təmasda olmadan kəşfiyyat və patrul


NOYABR–DEKABR 2017

xidmətini aparmaq, vacib obyektlərin mühafizəsini həyata keçirmək üzrə tə­ yinatlıdır. Qurğunun üzərinə inteqrasi­ ya olunmuş qumbaraatan və pulemyot avtomatik rejimdə fəaliyyət göstərir. “Proqres” İstehsalat Müəssisəsi tərəfin­ dən yaradılan tırtıllı “Platforma­M” ro­ botunun silah və digər vacib avadanlıq­ larla birgə ümumi çəkisi 800 kq, faydalı yükü 300 kq təşkil edir. Uzunluğu 1.6 m, eni 1.2 m, hündürlüyü isə 1,2 m təş­ kil edən “Plat for ma­M” ro bo tu nun “görmə” qabiliyyəti 1500 metr, sürəti 12 km/saatdır. Avtonom 10 saat hərə­ kət və döyüş aparma imkanına malik “Platforma­M” 7.62 mm (döyüş ehtiyatı 400 patron) və ya 12.7 mm pulemyot, AQS­30 avtomatik qumbaraatan, “Kor­ net” tank əleyhinə raket kompleksi, ter­ mal kamera, lazer məsafəölçən, video­ kamera və digər kəşfiyyat təyinatlı qur­ ğularla təchiz olunub. “Arqo” avtomatlaşdırılmış döyüş kompleksi isə kəşfiyyat və patrul üçün nəzərdə tutulub. Platforma aşkarlanan insan və texnika hədəflərin məhv edil­ məsi üçün müxtəlif silahlarla təchiz edi­ lir. Keçilməz və dağlıq ərazilərdə əmə­ liyyatlar üçün konfiqurasiya edilmiş “Ar­ qo”nun gələcəkdə dəniz desantının çı­ xarılması əməliyyatlarında da tətbiqi imkanları öyrənilir. Robot desantlara dəstək vermək, yüklərin və silah­sursa­ tın daşınması, sahil kəşfiyyatların apa­ rılması üçün də istifadə oluna bilir. Döyüşçü robotlar Rusiya müdafiə sənayesi komplek­ sinin daha bir döyüş robotu “Volk­2” zəngin silah arsenalına malikdir. Bir ton çəkisi olan bu platforma “Kalaşnikov”, “Kord” və “Utyos” pulemyotları, lazer məsafəölçən, giroskopik stabilizatorla təchiz edilib. “Volk­2”nin sürəti 45 km/sa­ atdır. Robot istənilən havada öz sürəti­ ni saxlamaqla döyüş aparmaq imkanı­ na malikdir. Maşının idarəetmə məsa­ fəsi 10 km, iş prosesi 10 saatdır. “Stre­ lets” adlı digər döyüş robotu isə kom­ pakt və yüngül olması ilə digərlərindən fərqlənir. Yüngül pulemyotla silahlan­ dırılmış “Strelets” şəhər şəraitində əmə­ liyyatlarda istifadə üçün nəzərdə tutu­ lub. “Strelets”in üstünlüklərindən biri də pilləkənləri çıxmaq qabiliyyətidir. Bu isə şəhər şəraitində döyüş aparılması üçün mühüm amillərdən biridir. Rusiyanın “Kalaşnikov” Dövlət Şir­ kətində tırtıllı platforma üzərində ya­ radılan “Soratnik” adlı robot kompleksi hərbi əməliyyatlarda atəş dəstəyi, döyüş meydanına sursat daşınması və təxliyə

məqsədli də istifadə edilir. “Soratnik” müdafiə vasitələri və rabitə sistemləri ilə təchiz olunub. Bu qurğular passiv vəziyyətdə 10 sutka çalışır və 2,5 km məsafədə hədəfi müəyyənləşdirir. Dis­ tans istifadədə maşın 10 km məsafədə idarə olunur. Çəkisi 7 tona yaxın olan “Soratnik” 40 km/saat sürətə malikdir. “Soratnik”in silahlanmasına 7.62 və ya 12.7 mm­lik pulemyot, 30 və ya 40 mm çaplı AQ­17A qumbaraatan, “Kornet­ EM” TƏİRK daxildir. Gələcəkdə silah çe­ şidinin genişləndirilməsi və daşınan ze­ nit­raket kompleksinin də daxil edilmə­ si nəzərdə tutulur. Robot platforma üç rejimdə – kabellə, pultun köməyi və ya­ rıavtomat rejimdə işləyə, eyni zamanda PUA vasitəsilə idarə oluna bilir. Sonun­ cu halda kompleks “ZALA Aero” şirkəti­ nin PUA­ları ilə dəstləşdirilir. 2009­cu ildə ictimaiyyətə təqdim olunan МРК­27BT döyüş robotu hərbçi tələfatının çox olacağı ehtimal olunan ərazilərdə istifadə edilməsi üçün yara­ dılıb. Döyüş robotu eyni vaxtda 3 növ silahdan atəş açmaq və hücum etmək imkanına malikdir. Robot “Şmel” reak­ tiv atəş sistemi, 2 ədəd RŞQ­2 qumba­ raatanı, “Peçeneq” pulemyotu, 6 ədəd kasetli tüstü qumbarası ilə silahlandırı­ lır. МРК­27BT kabel vasitəsilə 200 metr­ dən, radioəlaqə ilə 500 metrdən idarə edilə, fasiləsiz 4 saata qədər çalışa bilir. Bundan başqa döyüş robotu mərkəzi operatorun prosesi izləməsi üçün vide­ okamera ilə də təchiz olunub. “Kalaşnikov” Konserninin QŞQ­7.62 aviasiya pulemyotu elektrooptik kom­ plekslərlə təchiz edilmiş “Naxlebnik” adlı robot platforması döyüş əməliyyat­ larında “Soratnik” döyüş robotlarını düşmənin canlı qüvvəsindən müdafiə etmək üçündür. QŞQ­7,62 dörd lüləli blokla “Gatling” sxemi üzrə qurulub. Xa­ rici analoqlardan fərqli olaraq lülələrin fırlanması üçün elektrik lazım deyil və

62­63

“Zərbə” perspektiv döyüş robotu

lülələr barıt qazlarının ötürülməsi ilə atəş açır. Hal­hazırda “Deqtyarev” zavodu tə­ rəfindən “Nerexta” və “Avatar” adlı iki yeni robotun yaradılması prosesi gedir. Sınaq mərhələsində olan “Nerexta”nın 2018­ci ildə qoşunların silahlanmasına verilməsi nəzərdə tutulub. Bu robot üçün müxtəlif taktik tapşırıqların yeri­ nə yetirilməsi məqsədilə döyüş, nəqliy­ yat və artilleriya kəşfiyyatı modulları hazırlanıb. Nəqliyyat konfiqurasiyası döyüş meydanına yüklərin daşınması və yaralıların evakuasiyasında istifadə oluna biləcək. Bundan başqa, döyüş mey­ danında geniş müşahidəni təmin etmək üçün robot platform bir ədəd dronla da təchiz olunacaqdır. Hazırda testləri ke­ çirilən platforma 12.7 mm “Kord” və 7.62 mm­lik tank pulemyotu ilə silah­ landırılıb. “Armiya” sərgisində nümayişi za­ manı Rusiya prezidenti Vladimir Putin tərəfindən maraqla qarşılanan “Avatar” adlı insanabənzər robot insanla ünsiy­ yətə girmə imkanlarına malikdir. “Gələ­ cəyin robotu” adlanan “Avatar” təkmil­ ləşdirilərək kosmosdan idarə olunacaq. Döyüşlər zamanı təyin olunan yerə hə­ rəkət edən “Avatar” hədəfləri məhv edə bilir. Tank və PDM­lər robotlaşdırılır Təkərli və tırtıllı yeni platformala­ rın yaradılması ilə yanaşı, Rusiyanın hərbi sənaye müəssisələri son iki ildə mövcud tank və piyada döyüş maşınla­ rının (PDM) robotlaşdırılması istiqamə­ tində müxtəlif layihələr həyata keçirir­ lər. Bu layihələrdən biri T­14 “Armata” tankının universal platformasında yeni insansız döyüş tankının yaradılmasıdır.


AZERI DEFENCE “Uralvaqonzavod” Elmi­İstehsalat Kor­ porasiyasının baş direktoru Oleq Sien­ konun sözlərinə görə, “bu, yeni tərtiba­ ta malik döyüş maşını olacaq, hansı ki heç kimdə yoxdur”. Bununla yanaşı, T­72A və T­90 tan­ kının şassisi üzərində yaradılmış “Ter­ minator” və “Terminator­2” atəş dəs­ təyi maşının robotlaşdırılması planlaş­ dırılır. Rusiya istehsalı olan döyüş robot­ larından ən ağırı və güclüsü Müdafiə Nazirliyinin Robot Texnika Elmi­Tədqi­ qat Sınaq Mərkəzində BMP­3 piyada döyüş maşınının şassisində hazırlanmış “Vixr” yerüstü kəşfiyyat­zərbə komplek­ sidir. İlk prototipi 2016­cı ildə ictimaiy­ yətə təqdim olunan robot döyüş plat­ forması 15 ton çəkiyə malikdir. Platfor­ manın silahlanmasına 30 mm­lik 2A72 avtomat top, 7.62 mm­lik PKT pulem­ yotu, “Kornet­M” TƏİR daxil olduğu AB­ M­BSM­30 döyüş moduluı daxildir. Bun­ dan başqa, qüllədə kompleks uzaq mə­ safədən müşahidə və kəşfiyyat aparmaq üçü fərqli optik cihazlarla, həmçinin 4 ədəd multikopterlə təchiz olunub. “Vixr” həm robot platforma kimi uzaq məsa­ fədən operator, həm də ehtiyac yaran­ dıqda sürücü­mexanik tərəfindən idarə oluna bilər. BMP­3 şassisində hazırlanmış və “Kurqanes­25” döyüş modulu ilə təchiz olunmuş “Zərbə” döyüş robotu silah çe­ şidinin genişliyi ilə diqqət çəkir. Hələ ki, “Vixr” kimi eksperimental nümunə şəklində olan yeni robot platformanın döyüş modulu 360 dərəcə bucaq altın­ da fırlanır. Döyüş moduluna 30 mm­lik avtomat top, topla birləşdirilmiş 7.62 mm­lik pulemyot, həmçinin 4 ədəd “Kor­ net” TƏİR buraxıcı qurğusu, çoxkanallı nişangah kompleksləri daxildir. “Zərbə”

kompleksi döyüş və kəşfiyyat bölmələ­ rinin, Quru Qoşunların texniki və arxa təminat bölmələrinin və xüsusi təyinatlı hissələrinin təminatı üçün nəzərdə tu­ tulub. Kompleksin tərkibinə hərbi ma­ şından başqa multikopter tipli kəşfiy­ yat PUA­sı və “Ural­4320” avtomobili­ nin şassisində qurulan operator mən­ təqəsi daxildir. Robotun yaradılması za­ manı BMP­3 maşınının əsas xarakte­ ristikaları saxlanılıb. Yeni dövr başlayıb Rusiyanın müdfiə nazirinin müavi­ ni, ordu generalı Pavel Popov bu yaxın­ larda mətbuata müsahibəsində 2012­ci il ilə müqayisədə orduda robot­texnika komplekslərin sayının 11 dəfə artdığını bildirib. Nazir müavininin sözlərinə görə, robotlaşma kəşfiyyatın effektivliyini 45­50 faiz artırmağa imkan verir. Yer­ üstü robotların yaradılması istiqamə­ tində nailiyyətlərin əldə olunduğunu de­ yən P.Popov qeyd edib ki, hazırda pilot­ suz uçuş aparatı kompleksləri üzərində

işlər aparılır. Kəşfiyyat PUA­lar, eləcə də kəşfiyyat­zərbə sistemlərinə də xüsusi diqqət ayrılır. Uzun müddət və daha uzağa uçmaqla, həm də zərbə tapşırıq­ larını yerinə yetirə bilən pilotsuz apa­ ratların hazırlanması məsələsinə xüsu­ si önəm verilir. Rusiyalı mütəxəssislər hazırda döyüş robotların operatorlar tərəfində kəsin­ tisiz idarə olunması, döyüş hərəkətləri zamanı müasir radioelektron vasitələri ilə bu sistemin qarşısını almağı miniu­ ma endirməyə çalışırlar. Rusiya bu sfe­ rada bir çox perspektivli proqrama ma­ likdir. Bundan başqa Rusiya Təhsil və Elm Nazirliyi ölkədə robot texnikası üzrə beynəlxalq elmi istehsalat mərkə­ zinin yaradır. Yeni struktur Moskvada “MIS&S” Milli Texnoloji Universitetinin bazasın­ da formalaşdırılacaq. Layihədə həmçi­ nin “KamAZ”, “Tatneft”, “Soyuz­Aqro” və “Cognitive Technologies” şirkətlərinin iştirakı gözlənilir. Mərkəzin yaxın üç il üçün büdcəsi 1 milyard rubl (15 milyon 900 min dollar) təşkil edəcək. Mərkəzin robot texnikasının bioni­ ka, koqnitiv texnologiyalar, biometrika, nanorobot texnikası kimi perspektivli sahələrində tədqiqatlarla məşğul olma­ sı gözlənilir. Layihələrdən biri “KamAZ” şassisində yükdaşıyan robot platforma­ nın inkişafı olacaq. Bu platformaların ictimai yollarda 2025–2027­ci illərdə istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, mərkəz mütəxəssisləri süni intellekt sistemlərinin, eləcə də ye­ ni nəsil robotların müxtəlif elementlə­ rinin hazırlanması üçün metal birləş­ mə və ərintilərin yaradılması ilə məş­ ğul olacaqlar. Yuxarıda “Kalaşnikov” Konserni tərə indən istehsal edilmiş “Volk­2” və aşağıda “Soratnik” döyüş robotları. Foto: “Kalaşnikov” Konserni




Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.