Behruz Melikov
Mühazirə1 Əhali coğrafiyasının predmeti, məqsəd və vəzifələri Əhali coğrafiyası ərazi əhali qruplarını, məskunlaşmış yerlər sistemlərini və onların dinamikasını, müxtəlif sosial-iqtisadi və təbii şəraitdə onların tərkibini kompleks şəkildə öyrənir. Bu, iqtisadi və sosial coğrafiyanın əsastərkib hissəsidir. İqtisadi və sosial coğrafiyanın başlıca vəzifələrindən biri əhalini, onun sayını, strukturunu, ərazilər və müxtəlif səviyyəli məskənlər üzrə yerləşməsini tədqiq etməkdir. Əhali coğrafiyası əhalinin qanunauyğun yerdəyişməsini, əhalinin Yer kürəsində, ayrı-ayrı ölkələr və bölgələr daxilində ərazi bölgüsünü də öyrənir. coğrafiyaşünasların əksəriyyəti əhali coğrafiyasını iqtisadi və sosial coğrafiyanın xüsusi qolu hesab etsələr də bu, mübahisəli məsələdir. Bir çox alimlər əhali coğrafiyası fənnini iqtisadi coğrafiya ilə eyni səviyyəli fənn hesab edirlər, çünki onların tədqiqat mövzuları dəqiq fərqləndirilir. Əhali coğrafiyasının coğrafiyanın bir sahəsi kimi vəzifəsi kifayət qədər çoxşaxəli və ciddidir. Əhali coğrafiyası, coğrafiyanın müstəqil qolu kimi, keçmiş SSRİ-də ötən əsrin 40-cı illərindən inkişaf etməyə başlamışdır. Onun təşəkkülündə N.N.Baranskinin, R.M.Kabonun,
V.V.Pokşişevskinin,
O.A.Konstantinovun,
N.İ.Lyalikovun
xidmətləri olmuşdur. Əhali coğrafiyası məsələləri, əslində, iqtisadi coğrafiyanın diqqətindən kənarda qalmışdı. N.N.Baranski sonralar göstərirdi ki, «etiqadla birlikdə insanın özü də çirkabqarışıq atılmışdı». «Yeni cərəyanlar» köhnə antropocoğrafiyanı məhv edərək, onun əvəzində yeni heç nə yaratmadılar, ən yeni əsərlərdə əhali bölməsi təbiətlə təsərrüfat, fiziki və iqtisadi coğrafiya arasında əriyərək izsiz-soraqsız yoxa çıxdı. İnsan unuduldu!!! Alim, akad. S.V.Kolesnikin hesab edir ki, bütövlükdə, təbiət, cəmiyyət və təfəkkür haqqında biliklər toplusu olan elm, mahiyyətcə, vəhdətdədir və onun hər
Behruz Melikov