Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
MDB-nin qərb qrupu ölkələri Qeyd olunduğu kimi bu qrupa Belorusiya, Ukrayna və Moldova respublikaları daxildir. Belorus Respublikası Sahəsi 207, 6 min km2, əhalisi 9,7 mln. nəfərdir. (2007). Paytaxtı Minsk şəhəridir. MDB-nin qərbə gedən yolları üzərində əlverişli mövqe tutur. İxtisaslaşmış təsərrüfat sahələri: k/t maşınqayırması, yük avtomobilləri, kimya yüngül və yeyinti sənayesi, heyvandarlıq məhsulları istehsalı, kətançılıq və kartofçuluqdur. Təbii şəraiti və ehtiyatları. Düzən ərazilər üstünlük təşkil edir, çoxlu yağıntı alır, geniş sahələrdə bataqlıqlar yayılıb, podzol torpaqları vardır. Təbii sərvətlərindən –kalium və xörək duzları, az miqdarda neft, tikinti qumları və materialları, su və meşə ehtiyatlarından ibarətdir. Əhalisinin 80%-dən çoxunu beloruslar təşkil edir, digər xalqlardan polyaklar, ruslar, yəhudilər və b. yaşayırlar. Təbii artımı azalmağa doğru gedir. 2006-ci ildə ölkə əhalisi 36 min nəfər azalmışdır. Şəhər əhalisi üstünlük təşkil edir. Miqrasiya soldosu müsbətdir. Əhalinin orta sıxlığı hər km2 47 nəfərdir. Əmək ehtiyatları ilə təmin olunub. Təsərrüfatı.Təsərrüfatın ixtisaslaşmasına və strukturuna əmək ehtiyatlarının bolluğu, RF-dən daha ucuz yanacaq və metal alması və yerli təbii ehtiyatları müsbət təsir göstərir. Maşınqayırmanın ixtisaslaşmış sahələri-hesablama maşınları, cihazqayırma, məişət maşınqayırması-soyuducular, paltaryuyan maşınlar, k/t maşınları və yük avtomobilləridir(Minsk, Jodino, Mogilyov). Kimya sənayesi əsas istiqaməti-süni kauçuk, şin, plastik kütlələr (Mogilyov, Qrodno, Polotsk). Kalium gübrələri (Soliqorsk), meşə emalı və kağız istehsalıdır (Bobruysk, Borisovo, Vitebsk və b. ). Yüngül sənayedə əsas yeri kətan parça, ayaqqabı istehsalı və b. tutur. Yeyinti sənayesi əsas sahələrdəndir, yerli xammallarla təmin olunub.Aparıcı sahələri yağ, süd-pendir, ət məhsulları istehsalı, kartofkraxamal istehsalı və b. Yanacaq-energetikanı yerli torf, Rusiyadan aldığı neft-qaz təşkil edir. Kənd təsərrüfatı. Əsa yeri heyvandarlıq tutur, südlük-ətlik istiqaməti və donuzçuluq əsas yer tutur. Əkinçilikdə yem istehsalının xüsusi çəkisi böyükdür. Şimal-şərqində kətan becərilir. Taxılçılıqda əsas yeri çovdar əkinləri tutur. Kartofçuluq Belorusiyanın əsas sahəsi hesab 1