Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası

Page 1

Rəycilər: BDU-nun iqtisadi coğrafiya kafedrasının professoru, c.e.d. İsmayılov Ç.N. AMEA-nın Coğrafiya İnstitutunun iqtisadi və sosial coğrafiya şöbəsinin müdiri, c.e.n. Paşayev N.

HƏBİBƏ SOLTANOVA, CABİR MƏMMƏDOV

YAXIN VƏ ORTA ŞƏRQ ÖLKƏLƏRİNİN İQTİSADİ VƏ SOSİAL COĞRAFİYASI (Dərslik)

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29.03.2008-ci il tarixli 353 saylı əmri ilə dərslik kimi təsdiq edilmişdir.

Soltanova H.B., Məmmədov C.A. «Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası» (dərslik). Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, 304 səh. Ana dilimizdə ilk dəfə çap olunan bu dərslikdə tələbələri vətənimizə həm coğrafi, həm də tarixi keçmiş baxımından çox yaxın olan ölkələr ilə yaxından tanış etmək məqsədi güdür. Üç hissədən ibarət olan kitabın birinci hissəsi Yaxın və Orta Şərq regionu barədə təbii, iqtisadi, tarixi məlumatlara həsr olunmuşdur. İkinci hissə Yaxın Şərq (16 dövlət), üçüncü hissə isə Orta Şərq dövlətlərinin (2 dövlət) icmalına həsr olunmuşdur. Kitabın sonunda əlavələr hissəsində region dövlətlərinin bəzi sosial, iqtisadi və siyasi göstəricilərini özündə əks etdirən cədvəllər verilmişdir. Uzun illər bu regionun tədrisi və tədqiqi ilə məşğul olan müəlliflər müəyyən dövrlərdə regionun bəzi ölkələrində işləmiş, elmi məzuniyyətlərdə olmuş və elmi məruzələrlə çıxış etmişlər. Kitabın bu qəbildən olan digər dərsliklərdən fərqi ondadır ki, coğrafiyada qəbul olunmuş ənənəvi ardıcıllığa riayət olunmaqla regionun və onun ayrı-ayrı ölkələrinin iqtisadi coğrafi səciyyəsi ilə yanaşı siyasi coğrafi səciyyəsi də verilir. Başqa sözlə, oxucu dövlət barədə iqtisadi-coğrafi məlumat əldə etməklə yanaşı, həmin dövlətin qısa tarixi, müasir idarəolunma sistemi, yürütdüyü xarici siyasət, iştirak etdiyi regional təşkilatlar və Azərbaycan Respublikası ilə münasibətlərindən də konkret məlumat əldə edə bilər. Dərslikdən coğrafiya, tarix, beynəlxalq münasibətlər, regionşünaslıq və diplomatiya sahəsində ixtisaslaşan bakalavr və magistr pilləsinin tələbələri istifadə edə bilər. Regionşünaslıqla maraqlanan geniş oxucu kütləsi üçün də bu kitab faydalı sayılır.

S

«Bakı Universiteti» nəşriyyatı 2008

1805010000 − 13 − 019 − 2008 M − 658( 07 ) − 019

© «Bakı Universiteti» nəşriyyatı, 2008

2


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.