Republican Diagnostic Center / info booklet / 2011 / Baku, Azerbaijan

Page 1

RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ

www.rmdm.az


RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ RDM müasir müalicəvi-diaqnostik mərkəzdir

www.rmdm.az


Respublika Diaqnostika Mərkəzi (RDM) Azərbaycanda ən son texnologiyalara malik olan avadanlıq və cihazlarla təmin olunmuş müasir müalicəvi-diaqnostik mərkəzdir. Klinikada Türkiyədə və Almaniyada ixtisaslaşma kursları keçmiş həkim və orta tibb personalı çalışır. Mərkəzdə Qeydiyyat, Poliklinika, Stasionar, Radiologiya, İntensiv terapiya və reanimasiya, Təcili yardım şöbələri, endoskopiya kabinetləri, iki doğuş zalı var. Oyanma otaqları olan üç əməliyyatxana ən müasir tibbi avadanlıqla, antibakterial divar örtüləri və “laminar flow” antibakterial havalandırma sistemi ilə təmin olunub. Ümumi ventilyasiya və mərkəzləşdirilmiş tibbi qaz sistemi, o cümlədən oksigen, vakuum və azotla təchizat sisteminin köməkliyi ilə istənilən anda Mərkəzin hər bir otağı intensiv terapiya palatasına çevrilə bilər. Mərkəzləşmiş sterilizasiya şöbəsi cərrahi alətləri, sərf-məlzəmələni beynəlxalq standartlara uyğun dezinfeksiya və sterilizasiya etməyə imkan verir. Stasionar şöbədə 66 birnəfərlik və VİP palatalar var. Stasionarın hər mərtəbəsində həm personal, həm də pasiyentlər üçün 2 yaraşıqlı yemək otağı da istifadəyə verilib. Mama-ginekologiya və ümumi şöbələrdə Wi-Fi olan qış bağları yaradılıb. Klinikada böyük elmi-tibbi tədbirlər keçirmək üçün konfrans zalı da var.

Qeydiyyat Hər bir şöbədə qeydiyyat mərkəzi mövcüddur. Bu mərkəzin vəzifəsi 24 saat ərzində informasiya mübadiləsini, xəstələrin “Akgün” Hospital Information System-də (HIS) qeydiyyatını və həmin sistemlə digər şöbələrlə əlaqəsini həyata keçirməkdir. Xəzinə əməliyyatları da “Akgün” HIS-lə aparılır.

Əlaqə telefonu:

012 530 90 29


I korpus, 2-ci mərtəbə

Poliklinika

www.rmdm.az


Mərkəzin Poliklinika şöbəsində tam təchiz olunmuş kardiologiya, urologiya, qulaq-burun-boğaz, oftalmologiya, cərrahiyyə, ginekologiya, USM və EXO-kardioqrafiya kabinetləri fəaliyyət göstərir, beyin damarlarının doppler müayinəsi, EEQ, EMQ müayinələri icra olunur.

ÜMUMİ TERAPİYA KABİNETİ (ambulator şəraitdə müayinə və müalicə)

ENDOKRİNOLOGİYA KABİNETİ (endokrin sistemin orqanlarının müayinəsi və müalicəsi)

UROLOGİYA KABİNETİ (Urofloumetriya, sistoskopiya)

LOR otağı (MAİCO-MA52 audiometriya cihazı, MAİCO-Mİ34 impedansometriya cihazı, avtomatik, sürətli və rahat yolla alınan nəticələr)

PEDİATRİYA (neonatoloji xidmət, ÜST-nin immunizasiya proqramına əsasən peyvənd)

GİNEKOLOGİYA (kolposkopiya, dölün ürək döyüntülərini təyin edən KTQ aparatı, müayinə və müalicə, hamiləliyin inkişafının monitorinqi)

KARDİOLOGİYA KABİNETİ (Philips iE33 modelli ezofagial ötürücülü, 4D formatlı exo cihazı, İsveçrə istehsalı olan 12 kanallı elektrokardioqram aparatı, holter monitorinq cihazı, Schiller CS-200 Tredmill stress-test)

NEVROLOGİYA (Yaponiya istehsalı olan Nihon Kohden EEG-9200K elektroensefaloqrafiya cihazı, Nihon Kohden EMG-9400K elektromioqrafiya cihazı, beyin qan dövranını tədqiq edən doppler aparatı)

OFTALMOLOGİYA (Yaponiya istehsalı olan Topcon 3DOCT-1000 göz tomoqrafı, Topcon TRC-50PX göz angioqrafı və digər Topcon markalı cihazlar)

USM (Philips İU-22 və Philips İU-32 ultrasəs cihazları bütün daxili orqanların ölçülərini, fizioloji funksiyalarını və patoloji prosesləri aşkar etməyə imkan verir)

CƏRRAHİYYƏ KABİNETİ (rahat və müasir Medifa əməliyyat stolu, Almaniya istehsalı olan ən yüksək keyfiyyətli KLS Martin əməliyyat alətləri və kiçik cihazlarla təchiz olunub)


2-ci korpus, 2-ci mərtəbə

Laboratoriya

Almaniyanın “Aerocom” firmasının istehsalı olan vakuum poçt sistemi klinikanın bütün şöbələrindən laboratoriyaya analiz materialları nümunələrinin tez bir zamanda çatdırılmasını təmin edir.


Laboratoriyada olan bütün tam avtomat (HmX hematoloji, DxC 600 biokimyəvi, ACCESS 2 İFA, ACL Elite Pro koaquloqramma və BD 100 bakterioloji analizatorlar) və 2 yarımavtomat (Uriscan sidik analizatorları, Smart cycle PZR real time) cihazlar Türkiyənin “Akgün” LİS sisteminə (Laboratory İntegration System) bağlanıb.

Coulter HmX hematology analyser cihazı (ABŞ) 1 saatda 70 pasiyentin 22 parametrdən ibarət və ya 30 pasiyentin 26 parametrdən ibarət (retikulositlə birlikdə) qanın ümumi analizini həyata keçirən tam avtomat hematoloji analizatordur.

Beckman Coulter (ABŞ) firmasına məxsus DxC 600 biokimyəvi analizatoru 1 saatda 57 müxtəlif parametrdən ibarət 990 biokimyəvi test (ümumi zülal, albumin, ümumi bilirubin, düz bilirubin, ALT, AST, QQT, LDH, ALP, qlükoza, qanda və sidikdə kreatinin, kreatinin klirensi Reberq sınagı, sidik cövhəri və qalıq azot, qanda və sidikdə sidik turşusu, ümumi xolesterin, HDL, LDL, VLDL, triqliseridlər, amilaza, diastaza (sidikdə), pankreatik amilaza, lipaza, K, Na, Cl, Ca, Mg, P, Fe, transferin, RF, ASO, CRP, İgA, İgM, İgG, UİBC, mikrototal protein, mikroalbumin, CK, CKMB) həyata keçirə bilən tam avtomat analizatordur.

Nicon Leica mikroskopu sidiyin, spermoqrammanın, yaxmaların mikroskopik müayinəsi üçün flüoressent imkanlarına malikdir.

“İRMA TRU POİNT” cihazı qan qazlarının təyini: pH, pCO2, PO2, Hct, Na+, K+ , iCa.

ACL Elite Pro (ABŞ) 1 saatda 22 müxtəlif parametrdən ibarət 70 test həyata keçirə bilən tam avtomat hemostaz analizatorudur (qısa və geniş koaquloqramma).

Genome lab GXP Sequance Analyser for genetic diagnosis (kariotipin açılması, erkən hamiləlik zamanı xromosom patologiyalarının aşkar olunması)

Beckman Coulter, FC 500 Flow Cytometr tam avtomat analizatoru – CD-Cluster differensation göstəricisini, HLA onkoloji hüceyrələrdə virusun miqdarını və s. təyin etməyə imkan verir.

Uriscan yarmavtomat sidik analizatoru sidiyin biokimyəvi analizini (xüsusi çəki, pH, zülal, qlükoza, keton, urobilinogen) həyata keçirir.

Smart cycle (ABŞ) yarım avtomat analizatoru real time amplifikatorudur. Bu aparat nümunədə infeksion virusların kəmiyyət və keyfiyyət göstəricilərini təyin edir.

Beckman Coulter (ABŞ) firmasına məxsus olan ACCESS 2 aparatı

1 saatda 56 parametrdən ibarət 100 test həyata keçirə bilən tam a vtomat immuno-ferment analizatordur (hormonlar, TORCH və digər infeksiyalarının təyini).

Beckton Dickinson BD 100 (ABŞ) tam avtomat analizatoru infeksiyaların 520-yə yaxın bakterioloji törədicisinin identifikasiyasını və 80-ə yaxın antibiotikə qarşı həssaslıq testlərini həyata keçirir. Pasiyentdən nümunənin alınmasından 36-60 saat sonra cavab hazır olur.


1-ci korpus, -1-ci mərtəbə

Radiologiya


Mərkəzin radiologiya şöbəsində quraşdırılan 256 kəsikli nadir kompyuter tomoqrafiya cihazı postsovet məkanında ikinci, Cənubi Qafqazda isə ilk və yeganə belə aparatdır. Radiologiya şöbəsində, həmçinin çox yüksək texnologiyalı və müasir proqram təminatlı maqnit rezonans tomoqrafı da fəaliyyət göstərəcəkdir. Nadir rentgenoqrafiya aparatı ilə bütün onurğa sütünunu birdəfəyə müayinə edib qrafik çəkilişini almaq mümkündür. 4D ölçülü son model ultrasəs müayinə aparatı ölkədə bənzəri olmayan yüksək proqram təchizatı ilə təmin edilib.

Philips Brilliance İCT 256 kəsikli kompyuter tomoqrafı müayinənin zamanını on qat azaldır, tac damarların, ürəyin və böyük damarların müayinəsini bir neçə saniyə ərzində icra edir və görüntüləri 3D şəkildə əldə etməyə imkan verir. Philips Achieva 3.0t maqnit rezonans tomoqrafı müayinənin vaxtını bir neçə dəfə azaldır

Rentgenoqrafiya (2 rəqəmsal rentgen aparatı) onurğa sütununu birdəfəyə müayinə edib qrafik çəkilişini aparır, “C-arm” səyyar rentgenoskopiya cihazı əməliyyat zamanı cərraha böyük yardım göstərir Phillips İU-22 4D ölçülü son model ultrasəs müayinə aparatı ölkədə təkrarı olmayan yüksək proqram təchizatı ilə təmin olunub Phillips firmasının sonuncu modeli olan “Allura FX20” angioqrafiya cihazı tac damarların, böyük damarların çəkilişinə və ürəyin üçölçülü rekonstruksiyasına imkan verir.


1-ci korpus, -1-ci mərtəbə

Angiografiya

İnvaziv kardilogiya: Koronaroqrafiya (hospitalizasiya olunmadan) Angioplasika və stenlərin implantasiyası. Kardio- stimulyatorların implantasiyası.


1-ci korpus, 1-ci mərtəbə

Əməliyyat bloku Ən yüksək keyfiyyətə malik 3 əməliyyatxanadan ibarətdir. LED lampaları ilə işıqlandırılmış, alman texnologiyası ilə “ağıllı” əməliyyat otağı ən rahat və müasir “Maquet” əməliyyat stolu on-layn rejimdə telemetriya məqsədi ilə videoçəkiliş xüsusi antibakterial divar örtüləri “laminar flow” antibakterial havalandırma sistemi müasir endoskopik cərrahiyyə (Olympus, Storz cihazları) yüksək keyfiyyətli cərrahi və anestezioloji pendantlarla, elektron idarə olunan əməliyyatxana stolları ilə, yüksək səviyyəli koaqulyatorlar, “Leon plus” və “Omega” tipli narkoz aparatları ilə təchizat


1-ci korpus, 3-cu mərtəbə

Mama-ginekologiya Mama-gİnekologİya şöbəsində iki doğuş zalı, bir əməliyyatxana və neonatoloji bölmə var. Neonatoloji bölmə (ən son texnologiyalı küvezlər, transport-küvez, fototerapiya) Azərbaycanda ilk dəfə İsveç istehsalı olan xüsusi suda doğuş vannası Xüsusi bələmə stolları ilə təmin olunmuş 20 palata Iki yeməkxana (personal və pasiyentlər üçün) VİP palatalar Qış bağı


1-ci korpus, 3-5-ci mərtəbələr

Stasionar

66 birnəfərlik palata (hər bir palata rahat və lazımi tibbi avadanlıqla, xüsusi sanitar qovşağı, TV, Wi-Fi internetlə təmin olunub) VİP palatalar Ən müasir çağırış sistemi Hər mərtəbədə iki yeməkxana Stasionarda yatan hər bir xəstəyə maksimal qayğı və diqqət göstərilir


1-ci korpus, 3-cu mərtəbə

Endoskopik diaqnostika

“Olympus” və “Storz” firmalarının istehsalı olan cihazlarla təchiz olunub. Şöbədə mədə-bağırsaq sisteminin, qaraciyərin və öd yollarının müayinəsi və müalicəsi aparılır.


1-ci korpus, 1-ci mərtəbə

Reanimasiya Mərkəzləşmiş monitor sistemi; Almaniya, İsveç və İsveçrə istehsalı olan yüksək səviyyəli “Eliza” süni tənəffüs aparatları; “Argus” xüsusi damardaxili terapiya cihazları xəstələrə təyin olunmuş məhlulları daimi seçilən sürətlə çatdırır; Defibrilyatorlar və xəstəyə təcili yardım göstərmək üçün digər cihazlar; Müasir “Hikoneb 906 S” nebulayzerlə aerozol şəklində müasir respirator terapiya; Mərkəzləşdirmiş tibbi qazlar və vakuum sistemi.


RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ Tbilisi prospekti 3166, Az1122. Bakı, Azərbaycan Respublikası. Tel.: (00994 12) 530 90 29. Faks: (00994 12) 530 83 18. Mob.: (00994 50) 268 96 96. E-mail: office@rmdm.az

www.rmdm.az


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.