Hafiz Mammadov / Exhibition catalogue / 2011 / State Art Museum / Baku, Azerbaijan

Page 1

HAFİZ MƏMMƏDOV



HAFİZ MƏMMƏDOV

Bakı - 2011


HAFİZ MƏMMƏDOV

Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Rəssam Hafiz Məmmədovun yaradıcılığı

Müharibə bir çoxları kimi ona da mane oldu, rəssamlıq təhsilini başa vura bilmədi... Doğrudur, Hafiz Məmmədov hərbi xidmətdən azad olunmuşdu. Amma həmyaşıdlarının ön cəbhədə olduğunu bilə-bilə arxa cəbhədə uzun müddət dayana bilməzdi. Rəssam könüllü olaraq döyüş meydanına yollandı və bu fakt onun cəsarəti, vicdanı və Vətən məhəbbəti haqqında çox şeydən xəbər verir. “Stalinqraddan Berlinə uzanan döyüş yolunu o, bir əlində avtomat, o biri əlində karandaş tutaraq keçib,”– yazır sənətşünas A.İbrahimov. Bu dörd illik yaradıcılıq səlnaməsi də beləcə, soyuq istehkam və düşərgələrdə cəbhə həyatının səhnələrini təsvir etməklə yaranmışdı. Uzun illər sonra Volqoqrad şəhərində açılan sərginin ziyarətçiləri cəbhə dəftərçəsinin vərəqlərində əksini tapmış o illərin hadisələrini böyük həyəcanla xatırlayacaqdılar. Ordudan tərxis olunduqdan sonra o, V.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutuna daxil oldu, hansı ki, artıq 1946-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvü idi. Əlbəttə, bu addım onun yaradıcılıq yolunda daha da təkmilləşmək istəyindən irəli gəlirdi və o, bu axtarışlarını bütün həyatı boyunca davam etdirdi. Artıq tələbəlik illərində o, respublika və ümumittifaq sərgilərində fəal surətdə iştirak edirdi. Hafiz Məmmədov dəzgah rəssamlığının bütün klassik janrlarını gözəl bilirdi. Amma onun yaradıcılığında məhz mürəkkəb bədii və texniki xüsusiyyətlərə malik tematik tablolar əsas yer tuturdu ki, ona layiq olduğu uğuru da bu janr qazandırdı. Görkəmli sənətşünas, professor M.Alpatov “ali təhsilini başa vuran” rəssamın diplom işi olan əsərinə yüksək qiymət vermişdi: “Rəsm əsəri elə ilk baxışdan insanı öz təsiri altına alır-onun əsas xüsusiyyəti də budur. Dəqiq tapılmış motivlərin əsaslandırılması kompozisiyanı tamamlayır. Təsvir edilmiş hər fiqurun psixoloji aləmini açan rəssam, klassik incəsənətin yaradıcı irsini dərindən mənimsədiyini nümayiş etdirmişdir... Rəsm əsərini bütünlükdə gənc rəssamın parlaq uğuru kimi dəyərləndirmək olar”. Hafiz Məmmədovun yaradıcılığını görkəmli moskvalı sənətşünas, professor F.Roqinskaya və Leninqrad (indiki Sankt-Peterburq) Universitetinin professoru M.Kaqan da yüksək qiymətləndirmişlər. Uzun yaradıcılıq yolu boyunca Hafiz Məmmədov rəssamlığın bütün janrlarında məhsuldar şəkildə işləmişdir. Amma onun üstünlük verdiyi ən mühüm, mərhələli janr, geniş formatlı “Təhkimçiliyin süqutu”

2

Xilaskar əsgər. 1940-cı illər. Eskiz. Kağız, kömür.


HAFİZ MƏMMƏDOV

tablosu ilə başlayan çoxfiqurlu tematik tablo janrı idi. Bu tablolarda onun uğurunu mövzu seçimi, kompozisiya qaydaları haqqında biliklər, çoxlu sayda təsviri elementləri və fiqurları bir tam halında əlaqələndirmək bacarığı təmin edirdi. A.İbrahimovun sözlərinə görə, “Təhkimçiliyin süqutu” əsəri sovet təsviri incəsənətinin qızıl fonduna daxil oldu və Azərbaycan incəsənətində rəssamın bənzərsiz bir sənətkar olduğunu qəti surətdə təsdiq etdi. Amma rəssam öz axtarışlarını dayanmadan davam etdirirdi: “Təhkimçiliyin süqutu” əsərinin ardınca o, başqa tipli, fiqurların sayı və miqyası baxımından daha ciddi, amma emosianal baxımdan daha güclü təsirə malik, əzab çəkməyə məhkum edilmiş qəhrəmanları canlandıran tematik tablolara müraciət edir. Bu qəbildən olan əsərlərə öz həyatını tənhalıq və ehtiyac içində başa vuran qoca küçə musiqiçisinin hekayətindən bəhs edən “Məhv olmuş arzular”, məbəd sütununun yanında oturub çarəsiz şəkildə başını qucaqlamış qoca ərəbin təsvir olunduğu “Narahat dünya” və ya onun ərəb dünyası silsiləsində ən yaxşı əsərlərindən biri olan “Sfinksin yanında” tablolarını göstərmək mümkündür. Maraqlıdır ki, ilk iki əsərdə qəhrəmanların üzünün görünməməsi tabloların təsir dərəcəsini qətiyyən azaltmamışdır. Rəssamın yaradıcılığında əsas yerlərdən birini portret janrı tutur. Onun belə uğurlu işləri arasında kişi portretlərinə nümunə olaraq Həzi

3

Ön cəbhə yolunda. Etüd. 1965. Kətan, yağlı boya.

Papiros alışdıran. 1960-cı illər. Eskiz. Kağız, karandaş.


HAFİZ MƏMMƏDOV

Döyüşlər arası. 1973. Kətan, yağlı boya. 120x160

Əsgər avtomatla. 1940-cı illər. Kağız, karandaş.

Bombardmadan sonra. 1943. Kağız, kömür.

4


HAFİZ MƏMMƏDOV

Aslanovun, 166 yaşlı uzunömürlü Şirəli Müslümovun portretlərini, “Avtoportret” və bir çox başqa əsərləri göstərmək olar. Hafiz Məmmədov qadın portretlərinin yaradılmasında da mahir sənətkar olduğunu sübuta yetirmişdir. Burada onun rəssamlıq istedadı özünü tam açıqlığıyla göstərir. Belə əsərlərə mədəniyyət və incəsənət xadimlərinin, rəssamın öz dost-tanışlarının portretlərini, anasının çox təsirli şəkildə işlənmiş portretini, o cümlədən qızının iki gözəl portretini daxil etmək olar. Qızının təsvir olunduğu portretlərin birində rəssam onu təmtəraqlı, gözəl geyimli, əlindəki açıq yelpiklə sevinc və cazibə saçan gənc qadın obrazında, daha lirik ruhlu ikinci əsərdə isə kitab oxuyarkən, əsərdəki hadisənin təsirindən dərin düşüncəyə dalmış vəziyyətdə təsvir etmişdir. Hafiz Məmmədov öz yaradıcılığında mənzərə janrına da xüsusi diqqət ayırmışdır. O bu janrda həm lirik ruhlu mənzərələr, həm də sənaye və şəhər mənzərələri işləmişdir Ərəb dünyası silsiləsindən olan mənzərə-etüdlər yeni və sağlam enerjisi ilə seçilir. Həm üfüqdən doğan günəşin şəfəqləri, həm də qürubun tünd qırmızı və narıncı rəngləri ilə boyanan günün ən müxtəlif anlarını rəssam səmimi duyumu və məharətli ifadə tərzi ilə fərqləndirmişdir. 1950-ci illərin sonunda Azərbaycan rəssamlarının xarici ölkələrə təcrübi səfərləri ilə onların yaradıcı fəaliyyəti üçün böyük stimul yarandı. Hesabat xarakterli sərgilər, bu səfərlər çərçivəsində yaranan materiallar həm peşəkar, həm də həvəskar planda geniş seyrçi kütləsini cəlb edirdi. Burada, Misir mənzərələri silsiləsindən olan əsərlərdə, dekorativ nöqteyi-nəzərdən istisna olaraq tətbiq edilən parlaq boyalar tam üstünlük təşkil edir: rəsmi, demək olar ki, bütünlükdə əhatə edən ağacların qırmızı rəngi, yaşıl torpaq və tünd mavi rəngli səma. Ağacların gövdələri arasındakı ağ işıq zolağından insan fiqurları nəzərə çarpır. Onların ağ geyimləri rəngin bu mütləq hakimiyyətini təsirli şəkildə kölgələndirir. Göründüyü kimi, rəngarəng Şərq kaloriti rəssamın yaradıcı üslubunda öz rolunu oynamışdır. Xarici ölkələrə səfərləri zamanı rəssam çoxlu sayda rəsm və etüdlər işləmişdir. Bəzən bu əsərlərdə plastik məsələlər arxa plana keçir, sırf praktik məqsədlər önə çıxır. Rəssam misirli insanların üzünü, tiplərini və simasını, o cümlədən kənd və şəhərlərin mənzərəsini təsvir edən zaman bu üslubda işləyir. Onun gözəl mənzərəli etüdləri əsasən sarı, sarı-qırmızı-boz, qəhvəyi və sarı-yaşıl rəng çalarlarının səciyyəvi harmoniyasında həllini tapmışdır. Bunların arasında çox canlı və özlüyündə səmimi təəssürat yaradan əsərlər var. Görünür ki, rəssam səyahət zamanı yalnız gələcək işləri üçün material toplamırdı, həm də ilhamla qızılı rəngli qumlu çölləri, yaşıl vahələri və adi məişət səhnələrini rəsmə köçürürdü.

5

Avtoportret. 1946. Karton, yağlı boya.


HAFİZ MƏMMƏDOV

Lerikli qadın. 1970. Kətan, yağlı boya.

6


HAFİZ MƏMMƏDOV

Narahat dünya. 1972. Kətan, yağlı boya. 180x230.

7


HAFİZ MƏMMƏDOV

Rəssamın bütün yaradıcılığı boyunca biz bədii təsvirin məğzini anlamağa möhkəm, inadlı canatma, mənimsəmə çevikliyi, asan təsvir dili görürük. Bu peşəkar tərzdə qiymətləndirməyə artan maraq yalnız onun öz üzərində işləməsi ilə deyil, həm də onun ölkəmizdə və xaricdə müxtəlif rəssamlıq məktəblərini dərindən öyrənməsi ilə bağlı idi. Rəssam hər yaradıcılıq səfərindən çoxlu sayda kəskin, xarakterik rəsm və etüdlər gətirir, bunlardan əsərlərində köməkçi material kimi istifadə edirdi. Hafiz Məmmədov ərəb dünyasını bizim üçün açan ilk rəssamdır. Misir tabloları silsiləsindən olan əsərləri sənətkarın çoxillik yaradıcılıq fəaliyyətinin nəticəsidir. O, Azərbaycan rəssamlığını məzmunca beynəlmilləl ruhlu orijinal mövzularla zənginləşdirdi. Rənglərin dili ilə şərqli ərəb xalqına dostluq hissini və rəğbətini ifadə edən Hafiz Məmmədov silsilə rəsm əsərləri yaratmışdır. Məişət və sosial mövzuları, portret və mənzərələri əhatə edən bu rəsm əsərlərində ərəb xalqının həyatında baş verən mühüm tarixi və müasir hadisələr, ənənələr və mütərəqqi dəyişikliklər öz ifadəsini tapırdı. Bu əsərlər 50-ci illərdən başlayaraq bizim ölkəmizlə ərəb dünyasını təmsil edən xalqlar arasında qarşılıqlı dostluq əlaqələrinin güclənməsinə xüsusi rəğbət hissiylə yaranmışdı. Bu ideya onun Misir səfəri əsasında işlədiyi silsilə əsərlərin əsas qayəsini təşkil edir. Bu silsiləyə böyük sayda rəsm əsərləri daxildir: tematik tablolar, portretlər, mənzərələr, eskizlər, həyatı əks etdirən səhnələr, görməli

8

Sibeytla xarabalıqları. 1970. Kətan, yağlı boya. 30x90.

Eskiz. Misir. 1960-cı illər. Kağız, tuş.


HAFİZ MƏMMƏDOV

Qahirə axşamı. 1960. Kətan, yağlı boya. 99x175

Balıqçılar. Port Səyid. 1960. Karton, yağlı boya. 155x245

9


HAFİZ MƏMMƏDOV

Yaşarı keçmiş. 1968. Karton, yağlı boya.

yerlər, insan obrazları, Misir şəhərinin mənzərələri. Bu əsərlər mövzu və təsvir motivləri baxımından rəngarəngdir. Rəssam tam dəqiqliklə və inandırıcı şəkildə milli özünəməxsusluğu, şəhər həyatının ekzotik səhnələrindən anları, sənətkarların, inşaatçıların, fəhlələrin, kiçik küçə ticarətçilərinin iş həyatını, mövcud yerli ənənələri, maraqları, adətləri, heyranedici bədii rənglərin harmoniyasını, təbiəti, kostyumları, insan tiplərini, milli memarlığa məxsus əzəmətli abidələri təsvir edir. Seyrçilərin gözləri önündə rəngbərəng kaleydoskopda olduğu kimi, qədim memarlıq nümunələri və müasir tikililər, Nilin əzəmətli panoraması, müasir ərəb cəmiyyətini təmsil edən nümayəndələrin portretləri, Qahirə və Luksor şəhərinin mənzərələri canlanır. Rəssam yoxsul məhəllələrindəki sakinləri, qadın və uşaqları böyük rəğbətlə təsvir edərək, maraqlı adi səhnələrin təsvirindən bədii ümumiləşdirmələrə keçir. Belə simvolikaya mifoloji xarakterli monumental “Sfinksin yanında” əsərində rast gəlinir ki, burada Qədim Qizadan olan Böyük Sfinksin əzəmətli görkəmi fonunda dəvə sürənlər təsvir olunur. “Əl işləri emalatxanasında”, “Xidmətçi ofisiant”, “Karneiada məbəd” kimi ən yaxşı tablolar silsiləsində rəssamı narahat edən sosial problemlər, milli xarakterik cizgilər, dünya sivilizasiyasının inkişafına dəyərli töhfələr verən ərəb xalqının istedad və əməksevərliyi dərin emosional güclə təsvir olunmuşdur.

10


HAFİZ MƏMMƏDOV

Rustov kəndi. 1940-cı illər. Kətan, yağlı boya.

Rəssamın səfərləri zamanı yaranmış portretlər bu torpağın özünəməxsus gözəlliyi, həyat və insanları haqqında poetik-romantik hekayəti tamamlayır. Ərəb silsiləsində sənətkar real gerçəklik və öz estetik idealı arasındakı ölçünü tapmağa nail olmuşdur. Şübhəsiz ki, Misir qədim sivilizasiyalar ölkəsidir. Rəssam sadəcə bu ölkənin təsvirini verməyib, o yeni bir ilham mənbəyi kəşf edib və müasir Azərbaycan rəssamlığında Şərqi tərənnüm edən ənənənin başlanğıcını qoyub. Rəssamın pedaqoq kimi fəaliyyətini qeyd etməsək, onun portreti yarımçıq qalardı. Biz onun tələbələri, müəllimimizin yüksək dərəcə nəzakətli və səmimi xarakterini, öz pedaqoq fəaliyyətinə vicdanlı münasibətini yaxşı xatırlayırıq. Və onun peşə məsuliyyəti ilə yüksək insani keyfiyyətlərini ayırmaq da mümkün deyil. Azərbaycanın Əməkdar İncəsənət Xadimi Hafiz Məmmədovun yaradıcılığı, onun hərtərəfli maraqları və zəngin bədii irsi çoxdan xüsusi tədqiq olunmağa layiqdir. Həsənzadə Cəmilə Yusif Qızı, sənətşünaslıq doktoru

11


HAFİZ MƏMMƏDOV


HAFİZ MƏMMƏDOV

Misir. 1960-cı illər. Kağız, tuş.

Etüd. Misir. 1960-cı illər. Karton, yağlı boya.

13


HAFİZ MƏMMƏDOV

14


HAFİZ MƏMMƏDOV

Sfinks yanında. 1961. Kətan, yağlı boya. 150x250.


HAFİZ MƏMMƏDOV

Etüd. Hindli mühəndis. 1966. Karton, yağlı boya.

Etüd. Hindistan. 1960-cı illər. Kağız, tuş.

Etüd. Natürmort. 1970-ci illər. Karton, yağlı boya. 40x30

16


HAFİZ MƏMMƏDOV

17


HAFİZ MƏMMƏDOV

Mərdəkan. 1970-cı illər. Karton, yağlı boya.

Kənd motivi. 1970-cı illər. Karton, yağlı boya.

18


HAFİZ MƏMMƏDOV

Altıağac. 1966. Kətan, yağlı boya.

Kənd motivi. 1960-cı illər. Karton, yağlı boya. 25x30

19


HAFİZ MƏMMƏDOV

20


HAFİZ MƏMMƏDOV

Azadlıq. 1958. Kətan, yağlı boya. 200x230

Azadlıq. Fraqment. 1958. Kətan, yağlı boya.

Eskiz. 1960-cı illər. Kağız, karandaş.

21


HAFİZ MƏMMƏDOV

Gözləməzdim. 1940-cı illər. Karton, yağlı boya.

Xəzər üzərində. 1965. Kətan, yağlı boya. 115x150

22


HAFİZ MƏMMƏDOV

Qırılmış ümidlər. 1968. Kətan, yağlı boya. 130x156

23


HAFİZ MƏMMƏDOV

Misirli. 1960-cı illər. Kağız, quaş.

Misir. 1957. Karton, yağlı boya. 35x50

Karnaxda məbəd. 1960. Karton, yağlı boya. 35x50

Tunis. 1960-cı illər. Karton, yağlı boya.

24


HAFİZ MƏMMƏDOV

25


HAFİZ MƏMMƏDOV

Mədinənin portreti. 1989. Duralit, yağlı boya. 100x120

26


HAFİZ MƏMMƏDOV

Kürklü qadın. 1990. Duralit, yağlı boya. 150x90

27


HAFİZ MƏMMƏDOV

Yay günləri. Etüd. 1960-cı illər. Karton, yağlı boya.

Yay günləri. 1967. Kətan, yağlı boya. 190x236

28


HAFİZ MƏMMƏDOV

29


HAFİZ MƏMMƏDOV

Milli geyimli qadın.

Satıl, nar, heyva.

1991. Duralit, yağlı boya. 100x90

1973. Kətan, yağlı boya. 80x100

30


HAFİZ MƏMMƏDOV

31


HAFİZ MƏMMƏDOV

Bilgəh kəndi. 1973. Karton yağlı boya. 80x100

32


HAFİZ MƏMMƏDOV

Etüd. 1960. Karton, yağlı boya. 50x70

Etüd 1957 Karton, yağlı boya. 35x50

33


HAFİZ MƏMMƏDOV

Neft daşları. 1950-ci illər. Karton, yağlı boya. 35x55

Balaxanı. 1958. Karton, yağlı boya. 25x30

34


HAFİZ MƏMMƏDOV

Neft daşları. 1950-ci illər. Karton, yağlı boya. 25x30

Neft daşları. 1958. Karton, yağlı boya. 25x30

35


HAFİZ MƏMMƏDOV

Hafiz Məmmədovun həyat və yaradıcılığının əsas mərhələləri

1921-ci ildə Bakı şəhəri, Sabunçu qəsəbəsində anadan olub 1936-1941-ci illər ərzində Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb və bu tədris müəssisəsində işləyib. 1942-ci ildə könüllü olaraq cəbhəyə gedib. 1943-cü ildə Sovet İKP üzvlüyünə qəbul edilib. 1943-cü ildə “Azərbaycan Rəssamları Böyük vətən müharibəsi illərində” adlı ümumittifaq sərgisində iştirak edib (Moskva şəhəri) 1941-1945 illər ərzində “Stalinqradın müdafiəsinə görə”, “Varşavanın azad edilməsi”, “Keniqsberqin alınması”, “Sovet ordusunun 60 illiyi” və s. Orden və medallarla təltif olunub. Bununla yanaşı, çayların keçilməsi və şəhərlərin alınmasında iştirakına görə Baş Komandanlığın təşəkkürünü alıb. 1946-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilmişdir. 1946-1952 – V.İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. 1952-1956 – Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin Direktoru təyin olunub. “Zaqafqaziya rəssamlarının sərgisi” adlı Ümumittifaq sərgilərində “Ali məktəbi qurtardıqdan sonra” və “Gözləmirdilər” əsərləri ilə çıxış edib (Moskva, Yerevan) 1957 – SSRİ Rəssamlıq Akademiyasında açılmış ümumittifaq sərgisində çıxışı (“Gözləmirdilər” əsəri) 1959 –- Moskvada “Azərbaycan ədəbiyyatı və incəsənəti” ongünlüyü münasibətilə açılmış sərgidə iştirakı. “Azadlıq”, “Günorta”, “Yemişlər” (natürmort), “Muğam” (portret) 1960 – Bakıda “MƏR-i gəzərkən” adlı fərdi yaradıcılıq sərgisi təşkil olunub 1964 – “Azərbaycan rəssamlarının yaradıcılığı” sərgisində iştirakı. “Kirovabad alüminium zavodunun tikintisində” adlı əsəri ilə ( Kaunas şəhəri )

36


HAFİZ MƏMMƏDOV

1965 – “Azərbaycan rəssamları” sərgisində iştirakı. ADR, Livan, Suriya, Macarıstan (“İmamzadə”, “Quba mənzərəsi”) 1969 – “Zaqafqaziya müharibə iştirakçıları rəssamlarının sərgisi”. Tbilisi (“Müharibə yolları ilə”, “Satıl ilə natürmort”) 1970 – “V.İ.Leninin anadan olmasının 100 illiyi”nə həsr olunmuş sərgidə iştirakı. Bakı (“Ümidlər sahili”) 1971 – “Sovet Azərbaycanının 50 illiyi” sərgisində iştirakı. Bakı (“Məhsul bayramı”) 1971-1972 – “Azərbaycan rəssamlarının yaradıcılığı” sərgisi. İraq, İtaliya (“Şərq hədiyyələri”, “Ölkələrdən hədiyyə”, “Mənzərə”, “166 yaşlı Şirəli Müslümov”, “Quba mənzərəsi”, “Talış qadını”, “Ötüb keçən keçmiş”, “Axşam”, “Kirovabad alüminium zavodunun tikintisində”) 1972 – “UİLKK-nin 50 illiyi sərgisi”. Moskva (“Yay günü”) 1972 – Neapolda keçirilən Sovet sərgisində iştirak etmişdir. İtaliya ( “Axşam”) 1973 – “Azərbaycan rəssamları sərgisində çıxışı”. Mərakeş, Əlcəzair, Tunis, Tunis, Rumıniya (“166 yaşlı Şirəli Müslümov”, “Lerikli qadın”) 1974 – “Vətənin keşiyində” adlı sərgi. Bakı (“Döyüşlər ara verəndə”) 1975 – “Böyük vətən müharibəsinin 30 illiyi” adlı sərgidə iştirakı. Moskva (“İntizarlı illər”) 1976 – Asiya və Afrika ölkələri həmrəyliyinin IV konfransına həsr olunmuş sərgidə iştirakı. Bakı (“Lüksorda ehram”, “Qahirənin səhəri”, “İsgəndəriyyənin səhəri”, “Qahirəyə gedən yol”, “Sfinks yanında”) 1977 – “Böyük Oktyabr və Asiya, Afrika, Latın Amerikası Azərbaycan rəssamlarının əsərlərində” sərgisində iştirakı. Bakı (“Şərq hədiyyələri”, “Sfinks yanında”) 1977 – “Böyük Oktyabr sosialist inqilabının 60 illiyi” sərgisi. Daşkənd (“Muqam”) 1978-ci ildə Volqoqradda fərdi sərgisi açılmışdır. (200-ə qədər əsər) 1978 – “Böyük Vətən müharibəsi veteranları” sərgisində iştirakı. Moskva (“İntizarlı İllər”, “odlu illər”, “Məhv olmuş arzular”, “Xatirə”, “Müharibə yolları ilə”, “Yanar torpaq”, “Doğma yerlər”) 1979-cu ildə Bryanskda fərdi sərgisi açılmışdır. (200-ə qədər əsər) 1980 – “Biz kommunizm qururuq” sərgisində iştirakı (“Sovet İttifaqı qəhrəmanı B. Mirzəyevin portreti”) 1980-cı ildə Azərbaycan SSR Əməkdar İncəsənət xadimi fəxri adı verilmişdir. 1982 – “Azərbaycan rəssamlarının Lvov sərgisi” (natürmort) 1983 – “SSR yaradılmasının 60 illiyi” sərgisində iştirakı. AlmaAta (“Təzə yaşayış rayonu”, “Narlar”). 1991 - personal sərgi, Azərbaycan Rəssamlar Birliyi, sərgi salonu. 1995 - Bakıda vəfat etmişdir.

37



HAFİZ MƏMMƏDOV

Oeuvre Of Honored Art Worker Of Azerbaijan Artist Hafiz Mammedov

The war prevented him, like many others, to complete his artistic education... Despite that Hafiz Mammedov was exempted from military service, he could not remain at home, knowing that his peers are already up in the fire line. The artist volunteered to go to war, which says a lot about his courage, honesty and a sense of homeland. He carried on war all the way from Stalingrad to Berlin with a gun in one hand and a lead pencil in the other, says art historian A. Ibrahimov. So there was his four-year record of creative achievement, when in the cold dug-out shelter and at rest, he sketched scenes of frontline life. After many years, at the exhibition in Volgograd, visitors with emotion were recalling the events of those years imprinted on pieces of the battlefield notepad. After demobilization he entered the V. Surikov Moscow State Art Institute, irrespective to the fact that he had already been a member of the Union of Artists of the USSR since 1946; and this characterizes his creative need for improvement, which he carried throughout his entire life. Back in his student years he had already been actively exhibiting at the republican and all-USSR exhibitions. Hafiz Mammedov had an excellent knowledge of all classical genres of painting; however, thematic painting with its sophisticated artistic and technical challenges became his main work and brought him a well-deserved success. An outstanding modern art historian, Professor M. Alpatov expressed high opinion about the graduation painting of the young artist "Post graduation": "Even at first glance the canvas absorbs the attention and that is its main feature. The exact capture of the motivation enhances the composition. By uncovering the psychological outline of each figure, the artist has shown a deep knowledge in the artistic legacy of classical art ... In general, the painting can be considered as the apparent success of the young artist”. Prominent art critics, i.e. Prof. F. Roginskaya from Moscow and the professor of Leningrad University M. Kagan expressed high opinion about the works of Hafiz Mammedov. Throughout his long career Hafiz Mammedov fruitfully worked in all genres of painting, but his most important milestone paintings were the multi-figured theme paintings starting with large-format "Emancipation", where the choice of topic, knowledge of the laws of composition, the ability to bind multiple visual elements and pieces into integral unit ensured the success. According to Ibrahimov, painting "Emancipation" entered the golden fund of Soviet fine art finally confirming the artist as an original master in Azerbaijani art. However, the artist did not stop in his quest: after creation of the painting "Emancipation", he addresses the thematic picture of a more modest size and scope, but with emotionally profound effect, compelling compassion for the heroes of the paintings. Among these "Broken Dreams" - the story of the old street musician who ends his life in solitude and distress, or "Troubled world", where the old Arab in

39


HAFİZ MƏMMƏDOV

despair clutched his head, sitting at the columns of the temple, or one of the best pictures of Arabic Series “At the Sphinx”. It must be noted that although the faces of the central figures in the first two paintings above are not shown, this does not diminish their significance. Portraits lie at the heart of the artist's works. Among his successful works there are male portraits, like portraits of Hazi Aslanov and 166-year old long liver Shirali Muslimov, as well as "In the name of peace. Self-Portrait", and many others. Hafiz Mammedov proved himself as a brilliant master of the female portrait. Here his artistic talent opens up in its entirety. These are the portraits of art and culture celebrities, portraits of near and dear ones, touching portrait of the artist's mother, two wonderful portraits of his daughter, one ceremonial portrait where smartly dressed young woman with an open fan in her hand radiates joy and charm, while the other, more lyrical chamber portrait shows her reading a book and entirely immersed mentally in the described events. Hafiz Mammedov in his works also paid attention to landscape, working in a lyrical, industrial and urban landscape. The landscape sketches of Arabian series are distinctive with their freshness and plethoric energy. Describing different times of the day coated either with the rays of the rising sun or the purple and orange sunset, they are notable with immediate perception and the virtuosity of execution. The visits of Azerbaijani artists to foreign countries widely practiced in late 50s provided great impetus to creativity of our artists. Art exhibitions of reporting nature, created on the basis of these visits, were attracting the widest, both professional and amateur audience. Here, the works of Egyptian series are full of openly dominating bright colours, applied exclusively from the decorative point of view: the red trees occupying almost the entire plane of paintings, green land and deep-blue sky. Human figures are outlined between the tree trunks with white specks. Their white robes effectively heighten this frenzy of colours. As we can see, Eastern multi-colour scheme played certain role in the artist's creativity approach. During his trips, the artist painted lots of pictures and sketches. Sometimes purely practical purpose - to capture the faces, type and appearance of the inhabitants of Egypt, as well as the appearance of towns and cities – pushed the figural tasks into second place. The sketches are picturesque; they are mostly painted in the typical range of yellow, ochroid-grey, brown and olive tones. There are works giving vivid and straightforward impression among them. It is obvious that during his trip the artist was not only gathering material for future works, but also painted the yellow plains of sand and the green oases, and simple genre scenes with inspiration. We see a stubborn, persistent desire to comprehend the culture of painting itself, to master the flexibility, the simplicity of pictorial language in all works of the artist. This growing interest in the values of professional order is connected not only with self-cultivation, but also with deeper, careful study of various schools of painting in our country and abroad. The artist was bringing back lots of sharp and distinctive sketches and etudes from each his creative trip and later was using them as an auxiliary material in his works.

40


HAFİZ MƏMMƏDOV

Hafiz Mammedov was the first artist who opened the Arabic world for us. A series of paintings about Egypt was the result of many years of creative work of the artist. He enriched the Azerbaijani painting with original theme rich with international sound. By using the language of colours to express the feelings of friendship and sympathy to the peoples of the Arabian East, Hafiz Mammedov produced a series of paintings in domestic, social themes, portraits and landscapes encapsulating the significant events of history and modernity, traditions and the progressive transformation in the life of Arabic nations. These works were somehow a response to increased friendly relationships between the peoples of our countries and nations of the Arabic East, starting from the 50s. This idea is a keynote of his series of works based on his trip to Egypt. This series contains huge amount of work: thematic paintings, portraits, landscapes, pictures reflecting scenes of life, sights, and images of people, landscapes and cities of Egypt. These works varied in theme, motives. The artist depicts peculiar from national point of view, somehow exotic scenes of urban life, everyday life of artisans, builders, small street vendors with documentary precision and realism, identifying the local traditions, customs, habits, admiring the beautiful harmony of colours, nature, costumes, facial features of people, the greatness of monuments of national architecture. The images of ancient architecture and modern new buildings, the majestic panorama of the Nile, portraits of contemporary Arab society, cityscapes of Cairo and Luxor pass before the eyes of the audience as in the colourful kaleidoscope. The artist portrays with great sympathy the residents of poor neighbourhoods, women and children and passes from the description of interesting everyday scenes to the picturesque generalizations. Such symbolism, allegory is inherent in monumental painting "At the Sphinx", depicting the camel-drivers on the background of the majestic Great Sphinx of Ancient Giza. In the best paintings of the series, such as "In the handicraft workshop," Servant-waiter "," Temple of Karnak” and others the artist expressed with great emotional force the social issues troubling him, national characteristics, talent and hard work of the Arab people, who made a valuable contribution to the world civilization. Portraits made by the artist during his trip complete poetic and romantic story about a peculiar beauty of the land, its way of life, about people. In the Arabic series, he managed to find a measure between the documentary authenticity and its aesthetic ideal. Undoubtedly, Egypt is a country of ancient civilization. The artist did not just create an image of the country, but discovered a new source of inspiration and initiated the tradition of singing the East in the modern Azerbaijani art. Profile of the artist would not be complete without mentioning his activities as a teacher. We, his students well remember the wonderful rhythm and warmth, conscientious attitude to his duty of a teacher, where it is impossible to separate his professional responsibility from the amazing human qualities. Creativity of the honoured artist of Azerbaijan Hafiz Mammeadov, the versatility of his interests and the rich artistic heritage deserve special study. Hassanzadeh Jameela Yusuf Kizi, art critic

41


HAFİZ MƏMMƏDOV

BIOGRAPHY OF THE HONORED ART WORKER OF AZERBAIJAN ARTIST HAFIZ MAMMADOV

Born in 1921, in Sabunchu settlement of Baku city 1936-1941 - Graduated from and worked at the Azerbaijani State School of Art 1942 - has volunteerily gone to the front line. 1943 - has granted membership in the Communist party of the Soviet Union. 1943 - participated in the all-USSR exhibition titled “Azerbaijani artists in the years of the Great Patriotic War” (Moscow city) Between 1941-1945 has been awarded with different order and medals for “the defence of Stalingrad city”, “liberation of Warsaw”, “Konigsber’s conquest”, “60th anniversary of the Soviet army” and etc. Moreover, got a thank-you letter from the Chief Commander’s office for participation in conquest of the cities and passing the rivers. 1946 was granted the membership in the Artists Union of USSR. Between 1946-1952, has studied in the Moscow State Institute of Art named after V.I. Surikov. Between 1952-1956, he has been appointed a Director of the Azerbaijan State School of Art named after A. Azimzade. He has also participated in the all-union exhibition titled “Exhibition of the artists of the Transcaucasia” with his works “After graduation of the university” and “They didn’t expect” (Moscow, Yerevan) 1957, participated in the all-union exhibition in the USSR Academy of Art with his work “They didn’t expect” 1959, participated in the exhibition dedicated to the days of Azerbaijani litterature and art in Moscow with his works “Freedom”, “Afternoon”, “Melons” (still life), “Mugham” (portrait) 1960 - Personal exhibition in Baku titled “While walking in Egypt” 1964 - Exhibition of Azerbaijani artists in Kaunas city. (exhibited works -“At the construction of Kirovabad aluminium factory”) 1965 - Participation in a series of exhibitions of Azerbaijani artists in Germany, Libia, Suriya, Hungary (exhibited works- “Imamzade”, “landscape of Guba”) 1969 - Participation in the exhibition of Transcaucasian artists – war participants“ in Tbilisi (exhibited works- “with the path of war”, “Still life with copper vessel”) 1970 - participation in the exbition devoted to 100 anniversary of V.I.Lenin’s birth, Baku city (exhibited works- “Land of hope”) 1971 - participation in the exhibition dedicated to 50th anniversary of Soviet Azerbaijan, Baku city (exhibited work - “Celebration of harvest”) 1971-1972 - Exhibition of Azerbaijani artists in Iraq and Italy (“Gifts from the East”, “Gifts from countries”, “Landcape”, “166 years old Shirali Muslumov”, “Guba landscape”, “Talish woman”, “Passed”, “Evening”, “At the construction of aluminium factory in Kirovabad”) 1972 - All-union exhibition in Moscow (“Summer day”) 1972 - Exhitibion of Soviet artists in Neapol, Italy (“Evening”)

42


HAFİZ MƏMMƏDOV

1973 - Participation in a series of exhibitions of Azerbaijani artists in Morocco, Zaire, Tunisia, Romania (exhibited works- “166 years old Shirali Muslumov”, “a woman from Lerik”) 1974 - Exhibition titled “Guarding the motherland ”, Baku city (“While battles pause”) 1975 - participation in the exhibition devoted to 30th anniversary of the Great Patriotic War, Moscow city, (“Years of anticipation”) 1976 - Participation at the exhibition devoted to IV Conference of the Union of Asian and African countries. Baku city (exhibited works“Pyramid in Luxor”, “Cairo morning”, “Alexandria morning”, “Way to Cairo”, “Next to Sfinks”) 1977 - Participation in the exhibition on “the Great October revolution and Asia, Africa, Latin America in the works of Azerbaijani artists” 1977 - Exhibition dedicated to 60th anniversary of the Great October Socialist Revolution, Tashkent city (“Mugham”) 1978 - Personal exhibition in Volgograd city (about 200 works have been exhibited) 1978 - Participated at the exhibition of the World War II veterans. Moscow city (exhibited works- “Years of anticipation”, “Years of fire”, “Destroyed dreams”, “Memory”, “By path of war”, “Fire land”, “Native land”) 1979 - Personal exhibition in Bryansk city (about 200 works have been exhibited) 1980 - Exhibition titled “we are building communism” (“portrait of the national hero of the USSR B. Mirzayev” has been exhibited) 1980 - has been granted a honorary title Famous figure of Art of the Azerbaijan SSR. 1982 - participated in the exhibition of Azerbaijani artists in Lvov (still life) In 1983 - participated in the exhibition dedicated to 60th anniversary of the USSR in Almaty (“New settlement”, “Pomegranads”) 1991 - Personal exhibition on the occasion of 70th anniversary, Baku city 1995, 3 February - passed away

43


HAFIZ MAMMADOV (1921-1995)

Azərbaijan Artist’s Union

Printed in Azerbaijan, Baku. 2011


Güllərim. 1986. Kətan, yağlı boya



Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.