Mahmud Rustamov / ECHO / Solo exhibition catalogue / 2013 / YAY Gallery / Baku

Page 1

MAHMUD RÜSTƏMOV

ƏKS-SƏDA



ƏKS-SƏDA ECHO



M

ahmud Rüstəmov 1967-ci ildə Bakıda doğulub. O, Əzimzadə adına Azərbaycan Dövlət İncəsənət Akademiyasının Heykəltaraşlıq fakültəsinin (1986), Dövlət İncəsənət Universitetinin (1992) və Ömər Eldarovun rəhbərliyi altında SSRI Rəssamlıq Akademiyasının nəzdində Yaradıcı emalatxanaların (1998) məzunu olmuşdur. 2000-ci ildə Mahmud Rüstəmov Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Gənclər və İdman Nazirliyi tərəfindən təqdim edilən "İlin heykəltaraşı" mükafatına layiq görülmüşdür. Mahmud Rüstəmov 2007, 2009 və 2011-ci illərdə Bakıda keçirilən ikinci Beynəlxalq Müasir İncəsənət Biyennalesinin və 2003-cü ildə Moskvada "Mart" sərgisinin iştirakçısı olmuşdur. Onun yaradıcı bioqorafiyasında bir neçə fərdi və böyük qardaşı Teymur Rüstəmovla birgə təşkil etdiyi sərgiləri vardır. O, öz vətəni və bütün dünyada aktiv şəkildə nümayiş etdirilir. Onun YARAT qeyri-hökümət təşkilatı ilə əməkdaşlığı "012 Bakı İctimai Sənət Festivalı" və "Kommunist" layihələrində (sonuncu 18 Azərbaycan rəssamının qloballaşan dünyanın reallıqlarını dərk etməyə yönəlmiş kollektiv cəhd idi) iştirakı əhatə edir. Mahmud Rüstəmov həm Azərbaycan, həm də xarici ölkələrdə monumental heykəltaraşlıq nümunələrinin müəllifidir.

M

akhmud Rustamov was born in Baku in 1967. He is a graduate of the Faculty of Sculpture of the Azimzade Azerbaijan State Academy (1986), of the State University of the Arts (1992) and of the Creative Workshops at the USSR Arts Academy headed by Omar Eldarov (1998). In 2000, Makhmud Rustamov became a holder of the “Sculptor of the Year” prize awarded by the Ministry of Culture and Tourism and the Ministry for Youth and Sport of the Azerbaijan Republic. Makhmud Rustamov took part in the second International Biennale of Modern Art in Baku in 2007, 2009 and 2011, and in 2003 he was a participant in the “March” Youth Exhibition in Moscow. His creative biography includes several personal exhibitions and also joint exhibitions alongside his older brother Teimur Rustamov. He actively exhibits both in Azerbaijan and throughout the world. His work together with the non-commercial organisation YARAT includes participation in the “012 Baku Public Art Festival” project, and in “The Commonist” (this latter was a collective attempt by 18 Azerbaijani artists to make sense of the phenomena of a globalising world). Makhmud Rustamov is the author of monumental sculptural works both in Azerbaijan and abroad.



ƏKS-SƏDA

M

ahmud Rüstəmov – sonradan bütün Avropanın muzey və fərdi kolleksiyalarına daxil olmaq üçün sakit Bakı həyətinin kiçik bir emalatxanasında əsərləri yaranan heykəltaraş... Əsəri Sotbis Hərrac Evinin 2013-cü ildə Londonda təşkil etdiyi “Yolayrıcında” (At the Crossroads) sərgisi zamanı zəngin kolleksiyaçı tərəfindən satın alınmış tanınmış bir ustad-sənətkar. “012 Bakı İctimai Sənət Festivalı”-nın Qız Qalasının qəfildən yaranma versiyası ilə təsirlənmiş və şəhərin lap mərkəzində başqa planetdən gələn qızıl adam heykəli təsvirini quraşdırmağı risk edən yeganə iştirakçısı... Bu, məşhur rəssamlar nəslinin davamçısı rəssam Mahmud Rüstəmovdur. "Əks Səda" sərgisində ekspozisiya məkanı iki müxtəlif mənalı sahələrə bölünüb - tunc sahəsi və mərmər sahəsi. Heykəltaraşın yaratdıqları aqressiv şəkildə gözəl olan zərif erotizm və özünütənqidlə doludur. Kövrək mərmər, üzərindən qara rezindən olan müəmmalı çiçəklərin çıxdığı dairəvi, demək olar ki, qadın tək zərif formalar. Lakin, kimsə bu təhlükəli çiçəkləri daha çox zərif ağ mərmər vücudu parçalayan vəhşi quşun iti çaynaqlarına bənzədə bilər. Tikan və qızılgül bir-birindən ayrılmazdır. Soyuq təmkin şiddətli ehtirasla birgə mümkündür. Təbii mahiyyət genetik mühəndisliyin təntənəsilə birgə addımlayır - heykəltaraşın əsərləri bu tərzdədir. Onlara nəzər saldıqda, içimizdə belə bir sual meydana gəlir: "Qarşımızda dayanan kimlərdir

- bədən və qandan ibarət məxluqlar, yoxsa möhtəşəm biorobotlar?" İkilik və bipolyarlıqla bağlı həmin hissiyyat tuncdan yaradılan əsərlərə nəzər saldıqda da baş qaldırır... Ekspozisiya mərkəzində - Müqəddəs Georginin əli ilə devrilmiş əjdahanın kəlləsi... Qanın laxtalandığı yaradan uzun müddət köhnə baba evinin sönmüş buxarının bətnində uyuyan Vətəndaş Müharibəsi vaxtlarından qalmış süngü çıxır. Bu nədir - Sülh nəğməsi yoxsa müharibə himni? Yöndəmsiz şarabənzər bədəni elə tunc almalarla doldurulmuş həyəcanlandırıcı tunc ördək nəyi simvolizə edir? Bayram süfrəsinin ləzzətli yeməyi qəflətən sənət əsərinə çevrilir. Tən kəsilmiş ətin içərisindən quşun skeleti üzə çıxır - bu, ya məzəli bədii kalambur, ya da insan hərisliyi və gözüdoymazlığına bir rişğənddir. İndi də sizə elə gəlməyə başlayır ki, ağlınıza gələn sual və şübhələr, öz növbəsində yeni, sonsuz sayda sual və şübhələr doğurur. Ola bilər ki, sənətşünaslıq doktoru Leyla Axundzadənin fikrincə əsəsrləri özü ilə "...real və qeyri-reallığın, heyvani hisslər və zərif intellektuallığın, ilahi və şeytani başlanğıcların sintezini" ifadə edən müəllif elə məhz bunu arzulayırdı. Ola bilər ki, heykəltaraşın istəyi ilə mərmər, tunc və bizim şüurumuzun keçirdiyi metamorfozlar təsadüfi deyil, axı, məlum olduğu kimi..."...Mərmər daşının hər parçasında elə Praksitelin özünün daş yonan bıçaqına layiq başlar yerləşib. Tökülmüş heykəl artıq bu daşın içində olub" (Mark Tuli Siseron).



ECHO akhmud Rustamov is a sculptor whose works originate in a small atelier in a quiet courtyard in Baku, and end up in museums and private collections all over Europe. He is an acknowledged master, whose work was acquired in 2013 by a major collector during the London exhibition “At the Crossroads”, organised by the auction house Sothebys.

M

The same feeling of duality and bipolarity arises when we view the works made from bronze... At the centre of the exhibition is the skull of the dragon brought low by St George's hand... From a gaping wound, a bayonet from the time of the Civil War protrudes, a weapon that languished for many a year at the back of the extinct fireplace in Grandad's old house.

The sole participant in the “012 Baku Public Art Festival” project, inspired by the idea that the Maiden Tower is of extraterrestrial origin, which took the risk of setting up a golden sculptural figure of a visitor from another planet right in the centre of the city...

What is this – an ode to peace or a hymn to war? We have a touching bronze duck, whose awkward spherical body is stuffed with bronze apples – what is the symbolism of that? A sweetmeat from a celebratory feast unexpectedly transformed into a work of art. The skeleton of a bird peers out through chopped-up pulp – is it a curious artistic riddle, or is it a humorous dig at human avarice and insatiability. Suddenly it starts to seem as if the questions and the doubts that have come into your mind are beginning to give birth to an endless stream of new questions and doubts.

This is Makhmud Rustamov, artist, and the latest representative of a well-known artistic dynasty. For the “Echo” exhibition, the display area is divided into two different zones – a bronze zone and a marble zone. The sculptor's works are at the same time aggressive and beautiful, full of refined eroticism and self-mockery. Brittle marble, rounded, almost female forms, through which mysterious flowers made of black rubber erupt. Some might see these dangerous flowers as more like the sharp claws of a hawk, tormenting the tender white marble flesh. Thorns and roses are inseparable. Cool restraint can be combined with unbridled sensuality. The essence of nature goes hand in hand with the triumph of genetic engineering – the sculptor's works are like that. Looking at them, we ask ourselves: “Who do we have here – creatures of flesh and blood or superb bio-robots?”

Very possibly this is exactly the wish of the sculptor, whose works, in the opinion of Doctor of Art History Leila Akhundzade, are “...a synthesis of the real and the unreal, the living and the refined-and-intellectual, of divine and demonic principles”. It is perfectly possible that the metamorphoses which the marble, the bronze and our consciousness undergo through the sculptor's will do not happen by chance, because after all, as we know... “...In every block of marble there are heads worthy of Praxiteles. What was sculpted had always been inside the block” (Marcus Tullius Cicero).



ƏKS-SƏDA ECHO

əsərlər / works



Üfüqdə yuxu / Sleeping on the horizon / mərmər, qranit, sümük / marble, granite, bone / / 2013 / 36 x 40 x 15



İkitərəfli tor / Two-way trunk / mərmər, metal, ağac / marble, metal, wood / / 2011

/ 37 x 73.5 x 21



Ağ rəngdə əks-səda / Echo on white / mərmər, qranit, rezin / marble, granite, rubber / / 2013

/ 82 x 13 x 15



Daşdan gül / Stone Flower / mərmər, qranit, rezin / marble, granite, rubber / / 2013

/ 48 x 14 x 21



Şaquli / Vertical / mərmər, daş / marble, stone / / 2013

/ 74 x 10 x 10



İkili portret / Double Portrait / mərmər, daş / marble, stone / / 2013

/ 43 x 18 x 18



Abşeron / Absheron / mərmər, qranit, rezin, daş / marble, granite, rubber, stone / / 2013

/ 55 x 25 x 15



Şaquli üçlük / Three vertical / mərmər / marble / / 2013

/ 69 x 12 x 17



Mis ilə şaquli / Vertical with brass / mərmər, qranit, mis / marble, granite, brass / / 2013

/ 72 x 26 x 15



Heyvanın portreti / Portrait of the animal / mərmər, qranit / marble, granite / / 2013

/ 66.5 x 21.5 x 25



Cütlük / Two / düralimüniy, mərmər / anodized aluminum, marble / / 2012

/ 130 x 53.5 x 19



Müqəddəs Qeorqiy tərəfindən öldürülən əjdahanın baş sümüyü / Skull of Dragon, who was killed by St. George / bürünc, polad / bronze, steel / / 2011

/ 30 x 53 x 52.5



Almalar içində ördək / Duck with apples / bürünc / bronze / / 2011

/ 34 x 54 x 50



Çəhrayı fil / Pink Elephant / bürünc / bronze / / 2011

/ 158 x 66 x 36


16 noyabr > > 10 dekabr 2 0 1 3



Təşkilat heyəti / Organization Board: Fərid Abdullayev, Lana Sokolova, Emil Topçiyev, Ülviyyə Axundova Mətnin müəllifi / Text by: Ülviyyə Axundova Foto / Photo: Fəxriyyə Məmmədova Bu kataloq sərgidə yayılma məqsədilə çap olunub / This catalogue is published to coincide with the exhibition 500 ədəd / pieces © YARAT Design CBS Mətbəəsi 2013 - Bakı, Azərbaycan www.yaygallery.com Bakı, Azərbaycan, AZ1001, İçəri Şəhər, Kiçik Qala küç., 5 / Tel.: 012 505 2323, 012 505 1414 / info@yaygallery.com

2013. Bakı, Azərbaycan www.yaygallery.com



www.yaygallery.com


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.