MÖCÜZƏLİ KİTAB
TAKE A STEP
Nağıllar “Gənc yazarlar” və “Addım at” layihələrinin əməkdaşlığı çərçivəsində 8 saylı sanatoriya tipli internat məktəbi, 10 saylı sanatoriya tipli internat məktəbi və SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının himayəsində yaşayan uşaqlar tərəfindən yazılmış, rəsmlər isə YARAT Təhsil layihələrində iştirak edən uşaqlar tərəfindən çəkilmişdir. “Möcüzəli kitab” Paşa Holdinqin maliyyə dəstəyi ilə nəşr edilmişdir.
1
Mündəricat Möcüzəli kitab ................................................................................................................... 5 Küsəyən kirpi .................................................................................................................... 7 Padşahın varisi .................................................................................................................. 8 Sonuncu rəsm ................................................................................................................. 10 Xarı bülbülün nağıl ........................................................................................................... 12 Xeyirxah insan ................................................................................................................. 14 Çayın gileyi ...................................................................................................................... 16 Məhəmmədin özünə inamı və cəsarəti ............................................................................. 19 Mehriban dostlar .............................................................................................................. 21 Bir qızın dostluğu ............................................................................................................. 22 Pişiyin evi ......................................................................................................................... 24 Rənglərin dostluğu ........................................................................................................... 27 Sevginin gücü .................................................................................................................. 28 Təndir tikə bilməyən və ev tikə bilməyən .......................................................................... 30 Vəfakar inək ..................................................................................................................... 35
2
Anam .............................................................................................................................. Ana və övladları ............................................................................................................... Balığın dostluğu ............................................................................................................... Dost dar gündə taninar .................................................................................................... Gülərin sehrli gücü .......................................................................................................... İki dost ............................................................................................................................ Mehriban ailə ................................................................................................................... Möcüzələr ölkəsində ........................................................................................................ Pəri bulağı ........................................................................................................................ Şəhzadə və onun bacısı .................................................................................................... Qızıl quyu .......................................................................................................................... Qonşuluqda yaşayan dostlar ............................................................................................. Sehrli güllər ...................................................................................................................... Sehri diyar ........................................................................................................................ Səmimi dostlar ..................................................................................................................
38 40 43 45 46 48 50 52 55 59 61 64 67 68 71
3
4
Möcüzəli kitab
bilərsən?” Bila deyir: “Mənim anamdan başqa heç kimim yoxdur, həm də kasıbam.” Kitab gülümsəyir və deyir: “Sən məni oxusan kasıb olmazsan, məndə olan vərəqlərin sayı heç bir kitabda yoxdur.” Bila ilə kitab dost olur. Aylar keçir, oğlan riyaziyyat kitabını əzbər bilir. Bila riyaziyyat müəllimindən də çox bilir, sin n əlaçısı olur və böyüyür, adı dillərdə əzbər olan riyaziyyat müəllimi olur. Bila kitaba təşəkkürünü bildirib deyir: “Elm hər şeyin açarıdır.”
Biri var idi, bir yox idi. Çünki o birisi lazım deyildi. Bir kitab var idi, bir dəcəl uşaq var idi. O, kitab oxumaq istəmirdi, kitabı yolun qırağına atdı. Bila adında bir oğlan var idi. O kasıb idi, amma hər bir kitabı oxuyardı. Bir gün yoldan keçəndə Bila görür ki, yaxınlıqda parıldayan bir kitab var. O, gedib kitabı götürür. Bila kitabı özü ilə aparır. Evə gedərkən Bila kitabı açdıqda kitab danışmağa başlayır. Bila qorxur, kitab əlindən düşür. Kitab ona sual verir: “Sən kimsən?” Bila deyir: “Mənim adım Biladır, bəs sənin adın nədir?” Kitab isə deyir: “Mənim adım Elmdir.” Bila soruşur: “Sən nə kitabısan?” Kitab isə cavabında deyir: “Mən bütün fənlərin açarı olan riyaziyyatam.” Kitab ona deyir: “Mənə özünü tanıda
Fatimə Abbaslı, 14 yaş 5
6
Küsəyən kirpi
Biri var idi, biri yox idi. Bir balaca kirpi meşədə gəzirdi. Ona dostlarından biri dedi ki, 3 gündən sonra burada yarışlar keçiriləcək. Əgər qatılmaq istəsən, sən də gəl. Balaca kirpi baxıb gördü ki, ayılar boks, dovşanlar qaçış, timsahlar isə üzgüçülük üzrə məşq edirlər. Balaca kirpi baxıb ağlamaq istədi və evə gəlib otağına keçdi. Atası ondan soruşdu ki, “nə olub, niyə kefsizsən?”. O, bütün əhvalatı danışdı. Atası dedi: “Ağlama, sənin də çıxış yolun var. Mən bir iş bilirəm. Gəl sən şahmat oynamağı öyrən, orada şahmat yarışı da keçiriləcək. Sən də orada iştirak edə bilərsən.” Atası ona şahmat oynamağı öyrətdi. Yarış vaxtı gəlib çatdı, hər kəs hazır idi, balaca kirpi də şahmat yarışının qaliblərindən biri idi.
Əli Rüstəmov, 12 yaş 7
Padşahın varisi
Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşah bir gün vəzirinə deyir ki, 40 nəfəri saraya çağır. Vəzir 40 nəfəri çağırır, onların arasında bir kasıb oğlan olur. Padşah bu adamlara toxum verir və deyir ki, bu toxumu əkin 40 gündən sonra saraya gətirin.
Anası oğlana deyir: – Oğlum, get, padşahın sözünü yerə salma. Həm də bil ki, padşahın varisi kim olacaq. Oğlan saraya gedir, görür ki, adamlar sıra ilə padşaha dibçəklərini göstərirlər. Padşah deyir: – Ay oğlan, bəs sənin gülün hanı? Oğlan deyir: – Padşah sağ olsun, nə qədər su tökdümsə bitmədi ki, bitmədi... Padşah deyir: – Ey camaat, artıq mənim varisim tapıldı, bu oğlan mənim varisimdir. Sən demə, padşah hamıya bitməyən toxum verib, bu toxumlar bitməməli idi, onlar kələk gəliblər.
Kasıb oğlan evə gedib anasına deyir ki, padşah dedi ki, bu toxumu əkib mənə gətirin. Oğlan nə qədər su tökürsə, toxum bitmir. Həftələr keçir, 40-cı gün gəlib çatır. Oğlan anasına deyir ki, bəlkə mən getməyim saraya. Təhminə Arıxova, 12 yaş 8
9
Sonuncu rəsm
– Bu dəfə yaz ki, şəklin harasınısa bəyənməyən şəkildə düzəliş etsin. Oğlan rəssamın dediyi kimi də elədi. Səhəri gün oğlan şəkli götürdü və şəkildə heç bir düzəliş edilməmişdi. Oğlan bunu rəssama dedi: – Şəkildə səhv tuta bilirlər, ancaq şəkil çəkə bilmirlər.
Bir gün bir rəssam öz şagirdinə son dərsini vermək üçün ona deyir ki, bir şəkil çək və onu apar şəhərin mərkəzinə qoy və bir vərəqin üstünə yaz ki, “kim şəklin harasınısa bəyənməsə qırmızı qələmlə işarələsin.” Oğlan rəssamın dediyi kimi də elədi. Səhəri gün oğlan şəhərin mərkəzinə gəldi. Birdə gördü ki, şəklin hər tərə ndə işarələr var. Oğlan rəssamın yanına gəlib deyir: – Müəllim, şəklin hər tərə ndə qırmızı işarələr var. Rəssam dedi: Hüseyn Əhmədzadə, 12 yaş 10
11
Xarıbülbülün nağılı
Çiçək deyir: – Mən məhəbbətə güvənirəm. Külək deyir: – Yaxşı, sən məhəbbətə güvən, mən də gücümə. Külək var gücü ilə əsir və çiçək az da olsa tab gətirir. Birdən bülbül bunları görüb tez çiçəyin harayına çatır. Artıq çiçək əyilirdi. Bülbül sinəsi ilə onu tutub qaldırır. Birdən çiçəyin tikanı bülbülün sinəsinə batır, bülbül ölür və o gündən sonra çiçəyin adı Xarıbülbül olur.
Biri var idi, biri yox idi. Bir qəddar külək, bir çiçək və bir bülbül var idi. Çiçəyin adı Xarı idi. Çiçək və bülbül çox xeyirxah idilər. Amma külək qəddarlıqdan əl çəkmirdi. Bir gün çiçək tək idi. Birdən bir çinar küləklə mərcləşdi ki, gəl görək kim daha güclüdür. Külək dedi ki, yaxşı, sabah gələcəm. Səhəri gün külək qəzəblə gəlir və başlayır bütün gücünü göstərməyə və çinar kökündən çıxır. Ancaq külək görür ki, bir çiçək var, bu çiçək yıxılmır. Külək deyir: – Ay çiçək, sən kimə güvənirsən? Əli Rüstəmov, 13 yaş 12
13
Xeyirxah insan
Günlərin bir günü Şamxal öz həyətlərində gəzişərkən bir göyərçinə pişik hücum etdiyini gördü. Tez pişiyi qovub quşun yanına qaçdı. Gördü ki, göyərçinin qanadı qırılıb. Onu götürüb evlərinə qaçdı. Quşa dən və su verdi. Sonra isə onun qanadını bağlayıb isti yuva düzəltdi. İki-üç həftə quşun qeydinə qaldı. Gecə gündüz ona baxır, dənini və suyunu əskik eləmirdi. Quşun qanadı sağalandan sonra oğlan onu təbiətə yola saldı. Şamxalın babası bu hərəkəti görüb çox sevindi və dedi: – Oğul, sənin bu hərəkətini çox sevdim. Belə hadisələr çox olur. O yazıq quşlara heç kim yardım etmədikdə tələf olub gedirlər. Mən də eyniylə uşaq vaxtı sənin kimi etmişdim.
Hüseyn Pənahov, 13 yaş 14
15
Çayın gileyi
Kiçik çay uzun illərdir ki, bir gölə axırdı. Bu göl çayın sularını acgözlüklə udurdu. Çay isə uzaqlara axıb getmək istəyirdi, amma arzusu həmişə ürəyində qalırdı. Bir gün çay gölə dedi: – Sən çox acgözsən. Mən yaz-qış, gecə-gündüz sənin qarnına axıram, amma sən heç doymaq bilmirsən. Sən doysan, mən axıb lap uzaqlara gedərəm. Göl cavab verdi: – Sən məni o qədər də acgöz bilmə. Mən öz suyumdan günəşə pay verirəm ki, yağış yağsın. – O, yağışı necə yağdırır ki? – çay soruşdu. – Günəş mənim suyumu buxarlandırıb havaya qaldırır. Buxar isə göylərdə soyuyub yağışa çevrilir və yerə tökülür. Çay acıqlı-acıqlı dedi: – Vermə suyunu günəşə! – Axı, onda yağış yağmaz. – Qoy yağış yağmasın. Göl gülüb dedi: – Axı, onda çaylar quruyar. Çay krə getdi. O hər şeyi başa düşdü və həmin gündən sonra səsini çıxarmadan sakit-sakit gölə axmağa davam etdi. Bu da nağılın sonu. Leyla Sadıqzadə, 12 yaş
16
17
18
Məhəmmədin özünə inamı və cəsarəti
Keçmişdə Məhəmməd adlı bir oğlan var idi, o, çox cəsarətli idi. Bir gün o yolla gedərkən bir qoca nənə ona dedi ki, “mənim üçün bir az odun yığıb gətir”. Məhəmməd həm də xeyirxah idi. Ona görə də nənənin sözünün yerə salmır və meşəyə odun yığmağa gedir. Meşə ilə gedəndə o birdən-birə quyuya düşür və quyuda gedəndə görür ki, qayanın üzərində sözlər var. Ora yazılmışdı ki, əgər bu suallara doğru cavab versən buradan çıxa bilərsən. Məhəmməd inamını itirmədi və suallara doğru cavab verib quyudan xilas oldu.
Azər Şıxlı, 10 yaş 19
20
Mehriban dostlar
keçdikdən sonra Ömər dəftərinə yazı yazmaq istəyəndə dəftərini çirkli olduğunu gördü. Ömər Əhmədi danladı. Əhməd heç nə eləmədiyi halda çox pis oldu. O, bunu Natiqin elədiyini bilirdi. Amma tam dəqiq öyrənmək istəyirdi. Natiqin də yaxın dostu var idi, o, nə olursa ona deyirdi. Bu dost da çox xəbərçi bir dost idi, nə olursa gedib başqalarına çatdırırdı. Bir gün Əhməd sinfə girmək istəyəndə gördü ki, onlar söhbət edirlər. Natiq dostuna deyirdi ki, Ömərin dəftərinə mürəkkəbi Əhməd yox mən tökmüşəm. O bunu deyən vaxt Əhməd eşidir və gedib Ömərə deyir.
Biri var idi, biri yox idi, iki dost var idi. Bu iki dostun adı Əhməd və Ömər idi. Onlar çox mehriban dostlar idi, həmişə bir-birləri ilə mehriban davranırdılar. Onların Natiq adlı ümumi bir paxıl dostu var idi. O da onlarla gəzirdi, lakin paxıl olduğuna görə onu çox istəmirdilər. Onun incik xasiyyətinə görə, dostları onu ayırmırdılar. Əhməd və Ömər bir yerdə gəzirdilər, Natiq də onların arasını vurmaq istəyirdi.
Dostu gəlib onlara qulaq asır və başa düşür ki, Əhmədin burda heç bir günahı yoxdur. Ömər bilir ki, dostu bunu eləməyib. O, dostu ilə yenidən mehriban olur və həmişə bir-birlərinə xeyirxah davranırlar.
Bir gün Natiq Ömərin dəftərinə qələm mürəkkəbi tökdü ki, o elə bilsin ki, bunu Əhməd eləyib. Bir neçə dəqiqə Səbinə Məmmədova, 10 yaş 21
Bir qızın dostluğu
Biri var idi, biri yox idi. Bir qız var idi. Onun adı Leyla idi. Bu qızın heç dostu yox idi. Çünki Leyla, kiminlə dost olurdusa həmin adamdan küsürdü. Bir gün Leyla pəncərədən qızlara baxıb dedi: – Mən da qızlarla oynamaq istəyirəm, amma necə oynayım?! Həyatda mənim heç dostum yoxdur ki. Amma mən bilirəm nə etmək lazımdır. Mən gedib hamıdan üzr istəyəcəyəm. Bunu deyən Leyla bütün qızları başına yığıb dedi: – Mən kiminlə küsmüşəmsə hamısı məni bağışlasın. Mən bilmirdim ki, dostu olmayan adam çox pis olur! Qızlar Leylanı bağışlayıb, onunla mehriban rəftar etməyə başlayırlar.
Rəqsanə Əbdüləzizova, 12 yaş 22
23
Pişiyin evi
Bir neçə dəqiqədən sonra pişiyin evi yandı və o qışqırdı: “Kömək edin, kömək edin”. Qonaqlar gülə-gülə pişiyə baxır, yanğın söndürən gəlir və yanğını söndürürlər. Pişik evsiz qalır, düşüb küçələrə ev axtarır və onu qonaq çağıran dostlarının yanına gedir və deyir: “Mənə qalmağa yer verin, sabah çıxıb gedəcəm”. Xoruz deyir: “Mən sənə qalmağa yer verərdim, amma arvadım qoymur”. Pişik çıxıb gedir canavarın yanına və deyir: “Sən məni qonaq çağırmışdın, mən də gəldim”. Canavar deyir: “Daha gecdir, axşamdır, hamı yatıb”.
Bir var idi, biri yox idi. Bir pişik var idi, onun bir evi var idi. Bir gün o, xoruz, keçi və canavarı evinə qonaq çağırdı. Qonaqlar pişiyin çaldığı piano sədaları altında rəqs edirdilər. Onlar çoxlu söhbət etdilər və yeyib içdilər. Birdən iki bala pişik pəncərəni döydü və böyük pişik bunu görüb qaça-qaça pəncərəni bərk örtdü. Bu pişik çox qəddar idi. Qonaqlar bunu görüb pişiyə dedilər: “Biz gedirik, salamat qal”. Xoruz dedi: “Mən səni bazar günü evimə çağıracam”. Keçi dedi: “Mən səni şənbə günü qonaqlığa çağıracam”. Canavar dedi: “Mən isə səni cümə günü əmim oğlunun ad gününə çağıraram”. Bunu deyib çıxıb getdilər.
Pişik gedir keçinin yanına, deyir: “Xahiş edirəm, mənə qalmağa yer ver”. Keçi qapını onun üzünə sərt bağlayır və pişik gedir. Pişik qapı-qapı gəzir, ancaq heç kim onu evinə buraxmır. Axırda bir sınıq-salxaq ev görür və ora gedir. Qapını döyür, qapı açılanda görür ki, iki bala pişikdir. Pişiklər ona deyir: “A, sənsən böyük pişik?” Böyük pişik deyir: “Hə, mənəm, nə olar məni bağışlayın, mənə yatmağa yer verin”. Balaca pişiklər deyir: “Eybi yoxdur, səni bağışlayırıq, görürsən də biz necə yerdə qalırıq...” Böyük pişik deyir: “Eybi yox, sabah köməkləşib bir ev tikərik”. Beləliklə, səhər açılır, onlar bir ev tikirlər və ömür boyu xoşbəxt yaşayırlar. Səxavət Fətullayev, 12 yaş
24
25
26
Rənglərin dostluğu
– Mənə rəsm üçün rəngli karandaş verin. O, karandaşları alıb evə gəlir və rəsm çəkməyə başlayır. O, birinci torpaq çəkir və onu qəhvəyi rənglə rəngləyir. Bütün rənglər təəccüblə bir-birlərinə baxırlar. Elə bu vaxt qızın anası içəri girib deyir: – Qızım, şəklini niyə qəhvəyi rənglə başladın? Qız belə cavab verir: – Ana, çünki mən bir nəfərdən eşitmişdim ki, qəhvəyi rəng rənglərin anasıdır.
Biri var idi, biri yox idi. Dünyadakı bütün rənglər özündən razılıq edirdi. Hamısı özünün ən vacib rəng olduğunu söyləyirdi. Amma heç biri bilmirdi ki, hansı ən vacib rəngdir.
O gündən sonra bütün rənglər qəhvəyi rənglə dost oldular.
Sarı rəng deyirdi: “Mən isti rəngəm, mənsiz heç bir rəsm gözəl olmur.” Mavi rəng deyirdi: “Mənsiz heç bir şəkil gözəl olmaz.” Bütün rənglər beləcə kirləşirdilər. Amma bircə qəhvəyi rənglə heç bir rəng dost olmurdu. Çünki kimsə rəng alanda rəsmində qəhvəyi rəngdən istifadə etmirdi. Ona görə də, heç bir rəng onunla dost olmurdu. Bir gün bir qız rəsm mağazasına gəlib deyir: Hüseyn Əhmədzadə, 12 yaş 27
Sevginin gücü
Bu zaman qonşu ölkəyə hücuma keçmək istəyən kralı kraliça saxlayır və deyir: – Kralım, siz onları ayıraraq yaxşı iş gördüyünüzü sanırsınız? – Xeyr! Uşaqları ayırsanız onları sevgi əzabı içində qoyarsınız. Onların heç vaxt üzü gülməyəcək. Qonşu kralı razı salıb onları qovuşdurun.
Bir-birindən xoşu gəlməyən iki kral var idi. Qonşu ölkələrin kralları olsa da, heç vaxt dost olmamışdılar.
Kral razı olur və əhvalatı qonşu krala bildirir. Qonşu kral da razı olaraq barışırlar, dostlaşırlar və sülh bağlayırlar. Övladlarını isə evləndirərək, hamı ravan yaşayamağa başlayırlar.
Tez-tez bir-birinin ərazisinə hücum çəkər, evləri yağmalayar, insanları əsir götürərdilər. Krallar düşmən olsalar da, övladları bir-birlərini çox sevirdilər. Onlar atalarından xəbərsiz meşədə görüşürdülər. Onların ailə qurmaq kri belə var idi. Günlərin bir günü qızın atası döyüşdən geri qayıdarkən onları bir yerdə görür. Qız qalaya qayıdandan sonra ata qızını zindana saldırır. Hüseyn Pənahov, 13 yaş 28
29
Təndir tikə bilməyən və ev tikə bilməyən
Bir müdrik qocanın Mahmud adlı qonşusu vardı. Mahmud kişi ömür boyu işləyib yaxşı bir ev tikmişdi. Varı-yoxu elə bu ev idi. Onun oğlu Xudaverdi isə heç bir yerdə işləmirdi, özü də gecə-gündüz əylənmək istəyirdi. Günlərin bir günü Mahmud kişi müdrik qocanın yanına gəlib dedi: – Qonşu, mən bu dünyada öz dövranımı sürmüşəm. Ömrümün sonuna az qalıb. Səndən bir xahişim var. Gərək bu xahişimi yerə salmayasan. Qoca cavabında dedi: – Nə xahişin var de. Bacardığımı eləyərəm. – Mənin oğlumu təkcə mən yox, sən də yaxşı tanıyırsan. Bilirəm ki, bu dünyada göz yumar-yummaz o, evi satmaq istəyəcək. Sən gərək elə edəsən ki, o evi satmasın. Çünki əgər oğlum evi satsa, inanmıram ki, yenisini tikə bilsin. İstəmirəm ki, o evsiz-eşiksiz qalıb dilənçi gününə düşsün. Müdrik qoca Mahmud kişini sakitləşdirdi: – Qonşu arxayın ol. Qoymaram oğlun evi satsın. Qonşusunun sözündən razı qalan Mahmud kişi evə gəlib oğluna dedi:
30
31
məqsədlə gəldiyini biləndə dedi: – Nə olar satmaq istəyirsən, sat. Ancaq təndir çox balacadır, onu söküb yerinə təzəsini tik. Evinizin qiyməti ikiqat artsın. Xudaverdi evə gəlib təndirə baxdı. Təndir doğrudan da balaca və köhnə idi, bir tərə də uçmuşdu. Fikirləşdi ki, qonşu doğru deyir, bunu söküb təzəsini tiksə, evin qiyməti iki dəfə artar.
– Bala, bir gün bu dünyadan köçsəm, nəbadə evi satasan ha... Sonra ev tikə bilməzsən. Əgər satmaqdan başqa əlacın qalmasa, onda qonşumuzun yanına get. Onunla məsləhətləş, sonra bu işə əl qoy. O, müdrik adamdır, inanıram ki, sənə doğru yolu göstərəcək. Bu hadisədən bir neçə gün sonra Mahmud kişi vəfat etdi. Atasının yasını yenicə vermişdi ki Xudaverdi evi satmaq krinə düşdü. Birdən atasının sözlərini xatırladı.
Xudaverdi köhnə təndiri sökdü, yenisini tikməyə başladı. Düz bir ay əlləşdi. Amma heç nə alınmadı. Təndirin divarları çat-çat olub dağılır, ya da ovxalanıb qum kimi tökülürdü. Axırda Xudaverdi təndir ustasının yanına getdi ki, ondan təndir alıb gətirsin. Bir həftədən sonra usta təndiri hazır elədi. Xudaverdi təndiri eşşəyə yükləyib evə gətirdi. Həyətə endirəndə təndir əlindən düşüb qırıq-qırıq oldu. Xudaverdi əsəbiləşdi və müdrik qocanın sözünə qulaq asıb işləməyə başladı. O, əlini zəhmətə öyrətdi, yaxşı gün-güzəran qurdu.
Durub qocanın yanına getdi. Müdrik qoca onun nə Mədinə Mirzəyeva, 13 yaş 32
33
34
Vəfakar inək
1-ci hissə: Mənim babamgil kənddə yaşayırdılar. Onların kəndi çox gözəldir. Biz hər il məktəb tətili olduğunda qardaşımla birlikdə babamgilə istirahətə gedirik. Bu il də həmişə olduğu kimi tətil olanda babamgilin yanına kəndə getdik. Babam illərdən bəri heyvandarlıqla məşğul olur. Onun inəkləri, qoyunları, keçiləri hətta atlar da var idi. Babam hər gün sürünü otlağa otlamağa aparırdı. Heyvanların çoxu artıq balalamışdı. Onların içində on yeddi yaşında at və bir də birinci dəfə balası olacaq “Sarı qız” adında bir inək var idi. Demək olar ki, onların hər ikisi eyni vaxtlarda bala verəcəkdilər. At yaşlı olduğu üçün babam onu çox vaxt otlağa aparmırdı, çünki o biri heyvanlarla ayaqlaşa bilmirdi. *** 2-ci hissə Günlərin bir günün babam həmişəki kimi sürünü otlağa
35
aparmışdı. Sarı qız və atı isə biraz da ağırlaşdıqları üçün babam tövlədə saxlamışdı. Qardaşım və mənə tapşırmışdı ki, tez-tez onlara baş çəkək. Biz həyətdə oynayırdıq. Birdən tövlədən atın kişnəmə səsləri eşidildi. Tez tövləyə tərəf qaçdıq. Gördük ki, atın vəziyyəti çox ağırdır. Yerə uzanıb acı çəkdiyi üçün kişnəyir. Atın balasının dünyaya gəlmək vaxtı çatmışdı. At çox yaşlı olduğu üçün buna gücü çatmırdı. Yerdə ağrılar içində qıvranırdı. Məsum baxışlarıyla sanki bizdən kömək istəyirdi. Biz tez qaçıb babamgilə xəbər verdik. Babam otlaqdan qaçaraq tövləyə gəldi. Ata kömək göstərdi.
36
Səhəri gün yaşlı at dünyasını dəyişdi. Balası isə bunu heç anlamırdı. At yerdə ölmüş halda uzanmışdı. Dayça isə elə bilirdi ki, anası onunla oynayır. Amma nə qədər çalışdısa anası yerindən tərpənmədi.
***
Dayça bərk acmışdı. Babam ona əmzik vasitəsi ilə süd vermək istədi. Amma dayça bununla razılaşmadı. Babam kirləşdi ki, necə etsin dayçanı südlə bəsləsin. O zaman dayçanı yeni balası olan inəyin yanına gətirdi. Dayça elə bil öz anasıymış kimi inəyin südündən əmməyə başladı. İnək isə buna heç etiraz etmədi. Elə bil bunları anlamışdı. Buna görə də dayçanı öz balası kimi mənimsədi. Sanki əkiz balaları olmuşdu. Hər ikisini süd ilə bəsləyir, qoruyurdu.
3-cü hissə
***
Atın həddindən artıq balaca bir dişi balası oldu. Anasının isə hərəkət etməyə belə taqəti qalmamışdı. Balasına belə nəvaziş göstərə bilmirdi. Bir neçə saat keçdi. At çox çətinliklə də olsa balasını birinci dəfə südlə bəslədi. Amma babam artıq anlamışdı ki, atın çox da ömrü qalmayıb. Beləliklə, bir neçə gün keçdi. İnək də balasını dünyaya gətirdi. Onun da bir dişi balası oldu.
4-cü hissə Balalar gün keçdikcə sürətlə böyüyürdülər. Bir-birlərindən fərqlənsələr də heç ayrılmırdılar. Artıq o qədər böyümüşdülər ki, onlar da anaları ilə birlikdə otlağa gedirdilər. Yaşıl çəmənlikdə bir-birləri ilə oynayırdılar. Dayça elə bil öz anasıymış kimi hər dəfə nə isə hiss
etdikcə Sarı qızın yanına qaçır, özünü ona sürtürdü. Sarı qız isə həmişəki kimi onun yanında olacağını dayçaya hiss etdirirdi. Sarı qızın at balasına bu qədər qayğı göstərməyi bizi də, babamı da çox sevindirirdi. Beləliklə, günü-gündən böyüyürdülər. Dayça anasının yoxluğunu hiss etmədi və getdikcə anasına bənzəməyə başladı. Buna baxmayaraq aralarındaki fərq artsa da dayça ilə Sarı qızın balası bir yerdə otlayırdılar, Sarı qızın yanından bir dəqiqə olsun ayrılmırdılar.
Mədinə Mirzəyeva, 13 yaş 37
Ana
Gözünə yuxu getmirdi. Uşaqlarının xəyalını görürdü. Uşaqlarının paltarını götürüb bağrına basırdı. Nəhayət ana iş tapdı. Uşaqları üçün gecəsini gündüzünə qatıb işləyirdi. Ana uşaqlarını görməyə gəldi. Ananın gözündəki yaş damla–damla axdı. Uşaqlar çox sevinmişdilər. Ana uşaqlarını öpüb bağrına basdı. Onları neçə vaxt idi ki görmürdü. Sonunda uşaqlar böyüdü və məktəbə getməyə başladılar. Ana onları yenə görməyə gəldi.
Biri var idi biri yox idi. Bir ana vardı. Bu ana uşaqları üçün hər şey etməyə hazır idi. Ana uşaqlarını canından da çox sevirdi. Yeri gəlsə uşaqları üçün canını belə verməyə hazır idi. Bu ananın iki uşağı var idi. Uşaqlarının birinin 2, digərinin 3 yaşı var idi. Ana uşaqlarını baxmaqda çətinlik çəkirdi. Bu ananın uşaqlarından başqa heç kimi yox idi. Ana valideyinlərini qəzada itirmişdi. Onda hələ onun 2 yaşı var idi. Bu ailə çox kasıb ailə idi. Ana uşaqlarına baxa bilmir deyə uşaqlarını ondan ayırdılar və sığınacağa yerləşdirdilər. Ana hər gün uşaqlarının şəklinə baxıb hönkür-hönkür ağlayırdı.
Uşaqlar anasına dedi: “Ana biz artıq başqa uşaqlar kimi məktəbə getmək istəyirik. Bizi nə vaxt sığınacaqdan götürəcəksən?” Ana duruxdu. Gözlərindəki yaş yanağına süzüldü. Övladları anasının gözündəki yaşı sildilər. Ana dedi: “Sizi buradan tezliklə çıxaracağam, söz verirəm!” Ana qazancı çox olan işə girdi. Ev aldı və uşaqları üçün hər şəraiti yaratdı. Bir ay sonra uşaqları sığınacaqdan götürdü. Uşaqları dedi: “Ana bilirdik ki, gəlib bizi götürəcəksən”. Çətin günlər arxada qaldı. Ana və uşaqları şad xürrəm yaşadılar. Uşaqlar gecələrini gündüzlərinə qatıb oxuyurdular. İlqarə Cəfərova, 17 yaş
38
39
Ana və övladları
Biri var idi, biri yox idi. Bir ana və iki övladı var idi. Birinin adı Aişə, birinin isə Nihad idi. Uşaqlar anasını çox sevər, lakin anası uşaqları heç sevməzdi. Hər gün Nihadı meşəyə odun gətirməyə yollayıb, Aişəni isə bütün günü evdə işlədərdi. Bir gün hava çox pis, qarlı, çovğunlu idi. Bu qar Nihadın dizinin üstünə qədər çatmışdır. Anası isə bütün günü evdə yatırdı. Aişə yeməyi bişirir. Anası isə yeməyi daha çox bişirməyi tələb edirdi. Aişə anasının qorxusundan heç bir kəlmə deyə bilmirdi.
yığmağa. Birdən ilişib yerə yıxılır, ucadan qışqırır ki Nihad eşitsin. Nihad bacısının səsini eşidib, Aişəni gəlib ayağa qaldırır. Onlar bir yerdə evə qayıdıb, əhvalatı anasına danışırlar. – Ana, meşədə ilişib yıxıldım. Ana isə qəzəbi soruşdu: – Niyə yıxılmışdın? Sən gəzə bilmirsən? Uşaqların bütün günləri belə keçir. Yenidən qış gəlir. Bir gün Aişə və Nihad qarla oynayarkən onların qarşısına bir sehrli kraliça çıxır və deyir: – Salam, Aişə və Nihad. Ananız haqqında mənə danışın. Uşaqlar hər şeyi sehrli kraliçaya danışırlar. – Anamız bizi istəmir. Bütün günü bizi işlədir, amma biz anamızı çox sevirik. Kraliça gedir uşaqların anasının yanına və deyir: – Sən niyə uşaqlarını sevmirsən? Onlar sənin övladlarındı. Kraliça ana ilə uzun bir söhbət apardı. Bir sehr baş tutdu. Ana dəyişir və övladlarını sevməyə başlayır. Onlar mehriban bir ailə həyatı sürürlər. Çox sağ olun dostlar! Nağılın sonu!
Aylar keçir və yay gəlib çatır. Aişə gedir meşəyə çiyələk Nuranə Bağıyeva, 14 yaş 40
41
42
Balığın dostluğu
Biri var idi, biri yox idi. Bir göldə balıq yaşayırdı. Bir gün balıq göldə üzərkən onun qarşısına bir əqrəb çixdı. Əqrəb balıqdan soruşdu: – Balıq qardaş hara belə? Mən gedirəm özümə dost axtarmağa. Gəl mənimlə dost ol! – Yox, yox əziz qardaş. Sən məni sancarsan. Səndən dost çixmaz. Balıq cavab verib, mahni oxuya-oxuya yoluna davam etdi.
– Çox sağ ol. Hara belə? – Mən özümə dost axtarıram. – Gəl mənimlə dost ol. – Olaram, əziz qardaş. Amma səndən bir xahişi var. Məni özün kimi qızıl balığa oxşatdır. – Yox, edə bilmərəm. O necə bir diləkdir. – Onda səndən dost çıxmaz, – deyib yoluna davam etdi. Mahnı oxuya-oxuya... Birdən onun qarşısına tisbağa çixır. – Hara belə? – Əziz qardaş, özümə dost axtarıram. – Gəl dost olaq. – Olaq! Onlar bir yerdə üzdülər. Amma, tisbağa arxada qalıb. Balıq kirləşdi ki, elə ən yaxşısı özü kimilərlə dostluq etmək. Əziz dostlar, özünüzə dost seçəndə özünüzə uyğun bir dost seçin!
başı daşa dəydi və onun arxasından qızıl balıq çixdı. – Ay sən nə gözəlsən, – balıq deyir. Nuranə Bağıyeva, 12 yaş 43
44
Dost dar gündə tanınar
yollarını kəsmək istədi. Tısbağa dedi: – Sən bizim qabağımızı kəsə bilməzsən. Birdən tısbağa gördü ki, bir qırxayaq köməyə gəlir və çox sevindi. Tısbağa, əqrəb və qırxayaq birləşib timsahı ordan qovdular. Bu əhvalatdan sonra artıq tısbağa, əqrəb və qırxayaq dost oldu.
Bir əqrəblə tısbağa var idi. Onlar yolda bir-biri ilə rastlaşıb dost olmaq qərarına gəldilər. Onlar bir-birindən ayrı qalanda çox darıxırdılar.
Beləliklə, nağıl sona çatdı.
Bir gün tısbağa qarşısında olan sahili keçib başqa yerlərə getmək istədi. Amma əqrəbi qəm kədər götürmüşdü ki, axı tısbağa qardaş getsə mən tək qalacam. Əqrəb bütün gecə kirləşir, gözünə yuxu getmir. Çünki əqrəb üzə bilmirdi. Axırda tısbağa belə qərara gəldi ki, əqrəbi çanağına otuzdurub suyu keçsinlər. Onlar sahili keçən kimi qabaqlarına timsah çıxdı və Nuranə Bağıyeva, 12 yaş 45
Gülərin sehrli gücü
Biri var idi, biri yox idi. Bir ailə var idi. Ailədə üç nəfər var idi: ana, ata və bir da balaca qızları var idi. Bu ailə çox mehriban ailə idi. Ananın adı Mehriban, atanın adı Ramin, qızın adı isə Gülər idi. Bu ailə bir az kasıb ailə idi. Qız hər gün yatmazdan əvvəl Allahdan ona sehrli güc verməyi arzulayır. Bir gün Allah Gülərə sehrli güc verir. Gülər çox sevindi! Gülər həmin o, sehrli gücü özünə yox kasıb ailələrə, kimsəsiz uşaqlara istifadə edir. Gülər öz sehrli gücünü istifadə edəndə çox xoşbəxt olur. Uşaqlar, sizin sehrli gücünüz olmasa da, siz həmişə hamıya yaxşılıq edin. Çünki yaxşılıq etmək dünyada ən gözəl xüsusiyyətdir!
Mədinə Mirzəyevə, 13 yaş 46
47
İki dost
Biri var idi, biri yox idi. Bir Fərid adlı bir oğlan var idi. Fərid çox cəld, bacarıqlı idi. Onun dostu Elnur üzgüçülüyə gedirdi. O, həmişə yarışlarda birinci yeri tuturdu. Bir dəfə Fərid və Elnur bir yerdə gəzirdilər. Birdən birə Fəridin ayağı sürüşdü və yaxındaki çaya düşdü. Elnur tez suya baş vurdu və Fəridi sudan çixartdı. Fərid Elnura çox təşəkkür etdi. Bir-birini qucaqlayıb evlərinə getməyə başladılar.
Həzrət Həbibov, 12 yaş 48
49
Mehriban ailə
Biri var idi, biri yox idi. Bir ailə var idi bu ailədə 3 nəfər ana, ata və birdə balaca Nuray adlı qız yaşayırdı. Ata işləyir, Nuray məktəbə gedir, ana isə ev işləri ilə məşğul olurdu. Bir gün ata getməli olur. Ata hazırlaşır və 2 gündən sonra gedir. Atanın getdiyindən sonra ana və qızı Nuray evdə tək qalırlar. Onlar bir gün çay kənarına getdilər. Ana süfrəni saldı. Onlar süfrəyə oturanda gördülər ki orada gözəl ağbirçək nənə tək başına oturub. Ana və Nuray nənəni süfrəyə dəvət etdilər. Onlar yedilər, içdilər və nənəyə dedilər:
– Nənə, sənin heç kimin yoxdur burada. Tək oturmusan? Nənə dedi: – Yox balam yox. Mənim heç kimim yoxdur. O zaman Nurayın ağlına nəsə qəldi və anasının qulağına piçildadı. Sonra ana və Nuray nənəyə deyiblər: – Nənə, bizimlə evimizə qəlib qalarsan. Nənə dedi: – Yox balam yox. Həm da mən sizə yük olmuyum. – Yox ay nənə. Nə yük! Sən bizimlə qəlirsən? – Çox sağ olun. Əgər çox istəyirsinizsə qələrəm. Hamı çox sevindilər və evə getdilər. Bir həftədən sonra ata evə qayıdanda evdə bir nənə gördü və soruşdu: – Nənə kimdir? Nuray tez qabağa qəlib atasına dedi: – Ata, biz keçən dəfə çay kənarına gedəndə bu nənəni gördük və bizə qəlməsini xahiş elədik. Nənə qəbul edəndə onu götürüb evimizə gətirdik. Olar nənə bizdə qalsın? – Əlbəttə olar! Nuray nənənin qucağına qaçdı. Onlar o gündən sonra həmişəki kimi mehriban yaşamağa davam etdilər. Mədinə Mirzəyeva, 13 yaş
50
51
Möcüzələr ölkəsində
Biri var idi, biri yox idi, bir qız var idi. Bu qızın adı Leyla idi. Leyla bir gün yolda gedərkən suyun üzərində üzən bir şüşə görür. Bu şüşə başqa şüşələrə oxşamırdı.
52
Leyla şüşənin içinə diqqətlə baxdı. Orada balaca bir pəri gördü. Pəri dedi: – Məni buradan çıxar, məni bura möcüzələr ölkəsinin şahı Elena qoyub. Yalnız sən mənə kömək edə bilərsən. Bunun üçün sən möcüzələr ölkəsinin yolunu tapıb, oradan sehrli çiçəyin tozunu və sehrli suyu gətirməlisən. Leyla pərinin sözünə diqqətlə qulaq asırdı. Pəri möcüzələr ölkəsinin yolunu Leylaya dedi. Leyla bu ölkənin yolunu tapdı. O, gözlərinə inana bilmirdi. Burada bir-birindən gözəl pərilər var idi. Leyla heç bir pəri görmədən o sehrli çiçəyin tozunu və sehrli suyu götürdü.
Üzərində müxtəlif daşlardan naxışlar var idi. Bu şüşə Leylanın çox xoşuna gəldi. Leyla bu şüşəni götürüb evə apardı və masanın üstünə qoydu. Bu şüşənin içində nə olduğunu görmək istəyirdi.
Pərilərdən biri ona yaxınlaşdı və dedi: – Ey insan, sən burada neyləyirsən? İnsanların bura girməsini qadağan ediblər! Bura möcüzələr ölkəsidir. Tezliklə buradan getməlisən, yoxsa Elena səni də şüşəyə salar.
Şüşəni sındırmağa çalışdı, lakin şüşə heç çatlamadı. Birdən-birə şüşə öz-özünə göyə qalxdı. Elə bil şüşənin içində kimsə qışqırıb “mənə kömək eləyin” deyirdi.
Leyla bildi ki, bu pəri həbs olunan pərinin dostudur. Leyla tez oradan yox oldu və evə gəldi. Sehrli çiçəyin tozuyla suyu qatışdırıb şüşənin üzərinə tökdü. Şüşə qırıldı içindəki
pəri sərbəst qaldı. Pəri dedi: – Məni buradan çıxartdığın üçün sənə minnətdaram. Mən sənin üç arzunu gerçəkləşdirə bilərəm. Leyla çox sevindi. Onun üç arzusu da gerçəkləşdi. Leyla pəriyə minnətdarlığını bildirdi. Pəri dedi: – Mən artıq getməliyəm. Nə vaxt darda olsan möcüzələr ölkəsində tapa bilərsən. Leyla pərini yola saldı. Pəri ona sehrli ayna verdi. Bu aynadan Leyla pərinin harada olduğunu, nə etdiyini görə biləcək. Leylanın bugünkü sevinci yerə-göyə sığmırdı.
Aysu Feyzizadə, 14 yaş 53
54
Pəri bulağı
Qarabağ elatında maldarlıqla məşğul olan, köçəri həyat keçirən bir kişi və onun Pəri adlı gözəl-göyçək bir qızı varmış. Bu qızın gözəlliyinə, ağlına hamı heyran imiş. Ata-anası onunla fəxr edər, ondan heç nəyi əsirgəməmiş. Ağır gün ağır xəstəlik gətirir. Çox cavanların arzusu gözündə qalır, vaxtsız-vədəsiz həyata göz yumur. Pəridən də bu bəla yan keçmir. O, günü-gündən özünü pis hiss edir, ağır xəstəliyə tutulur. Dərd içində ata-anası Pərini çox təbibə, çox loğmana göstərir, lakin heç kim gənc qızın dərdinə əlac tapa bilmir. Qız günü-gündən saralıb-solur. Bir müddət sonra havalar düzəlir, elat yaylağa köçməyə başlayır. Pərinin atası da xəstə qızının arabasını köçdən ayırmır. Onlar yaylağa gəlir, alaçıq qurub yaşamağa başlayırlar. Lakin buranın təbiəti nə qədər gözəl olsa da, yaylaqda da Pərinin vəziyyəti dəyişmir. O, özünü əvvəlki kimi zəif hiss edir, sağalmağa ümidi azalır. Dumanlı-çiskinli günlərin birində Pəri elatdan aralanır. Xeyli müddət yol gedir. Gözəl mənzərəli yerlərdən keçir, yorulur. Yorğunluğu çıxmır. Pəri bulağın yaxınlığında yatıb qalır. Yoldan keçən bir nurani qoca bulaq üstə yatmış
55
Pərini görür. Qoca qızı yuxudan oyadır və nə üçün burada tək-tənha yatdığını soruşur. Pəri başına gələni qocaya danışır. Qoca deyir: – Qızım, xəstəlik, ölüm-itim çoxalıb. Qəm-kədər meydanda at oynadır. Yuxuda görmüşəm ki, bu torpağın gülü-çiçəyi, dərman otları, sərin bulağının suyu xəstələrə həyat verir. Xeyli vaxtdır ki, çöllərə, meşələrə düşüb həmin yeri axtarıram. Səni həyata qaytaranları, sənə şəfa verənləri mənə göstər. Bu sözləri eşidən Pəri yediyi dərman bitkilərinin adını söyləyir, içdiyi suyu ona göstərir. Bundan çox sevinən qoca Pəridən soruşur: – Qızım, de görüm sən hansı ailədənsən? Pəri ata-anasının adını qocaya söyləyir və qoca ilə bir yerdə Pərinin yaşadığı yerə üz tuturlar. Pərini axtaran ataanası uzaqdan iki qaraltının onlara tərəf gəldiyini görür. Gələnlər yaxınlaşanda onlar gözlərinə inanmırlar. Gələn Pəri idi. Qucaqlaşıb öpüşüb-görüşürlər. Sevinclərindən yerə-göyə sığmayan valideynlər nurani
56
qocaya dönə-dönə minnətdarlıq bildirirlər. Qızları ilə birlikdə sevinc içində obalarına qayıdırlar. Pərinin sağalıb gəldiyini eşidən elat camaatı onlara göz aydınlığı verir. Bulaq suyunun və şəfalı otların ağır xəstəlikləri sağaltması xəbəri tezliklə bütün el-obaya yayılır. Hər tərəfdən ağır xəstəliyə tutulmuş insanlar Pərinin yanına gəlib həmin yerin harada olduğunu öyrənirlər. Bulağın suyunu içən, şəfalı otlardan yeyən xəstələr tezliklə sağalır. El-oba qəmdən, kədərdən qurtulur. Elə o vaxtdan qədirbilən insanlar həmin bulağı “Pəri bulağı” adlandırırlar və burda da nağıl bitir!
Aysun Pənahova, 12 yaş 57
58
Şahzadə və onun bacısı
– Sən neynirsən? Mənim səndən xoşum gəlmədi. Kralın oğlu çox təəccübləndi və Nərmini qaldırdığına görə çox peşman oldu. O, belə cavab verdi: – Sən bir bunun hörmətinə bax. Mən sizə kömək edirəm. Siz yaxşılıq bilmirsiz. Nərmin bu sözləri eşitdi, ağlaya-ağlaya bacısının yanına qaçdı. – Nazlı, mən kralın oğlu ilə çox pis davrandım. Mən yıxılmışdım, oğlan isə məni qaldırdı. Amma mən onu pislədim. İndi isə peşmanam.
Biri var idi, biri yox idi. Bir şahzadə və onun bacısı var idi. Şahzadənin adı Nazlı, bacısının adı isə Nərmin idi. Nazlı bacısını çox sevərdi. Nazlı çox gözəl və təmiz qəlbli, əliaçıq bir qız idi. Onun bacısı Nərmin isə çox kobud, səliqəsiz və paxıl idi. Heç kəs onu sevmirdi. Amma Nazlı yeganə bir qız idi ki, Nərmini çox istəyirdi. Bir gün Nazlı bacısı Nərmin ilə meşəyə gedir. Meşədə gəzərkən Nərminin ayağı daşa dəyir və o, yerə yıxılır.
Nərmin öz səhvini bildi və yenidən o meşəyə qayıtdı. Amma bu səfər başqa cür özünü aparır. Görür ki, kralın oğlu yenə da ordadır. Oğlanın ayağı ip ilə dolaşıb və o, yerə yıxılıb. Nərmin tez oğlanın yanına qaçıb ona kömək elədi. Kralın oğlu gördü ki, Nərmin dəyişib, onun xasiyyəti yaxşı olub. Bir müddət keçir, onların toyu olur və mehriban ailə həyatı sürürlər. Nazlı isə çox sevinir ki, onun bacısının xasiyyəti dəyişib. Beləliklə, nağıl sona çatdı.
Sən demə meşədə çayın qırağında bir kralın oğlu var imiş. Kralın oğlu qaça-qaça gedib Nərmini yerdən qaldırır. Nərmin kralın oğluna belə cavab verdi: Gülər Allahverdiyeva, 12 yaş 59
60
Qızıl quyu
gəlirdi. O, içəri girdi. İçəridə qızıl su var idi. Suyun içində köpüklər partlayırdı. Birdən suyun içindən cin çıxdı. Cin dedi: – Sən kimsən? Yüzbaşı qorxub cinə gah ox gah da qılınc atmağa başladı. Cin əsəbiləşib onu öldürdü. Aradan bir az keçəndən sonra Padşahın göndərdiyi qoşunlar geri qayıtdı.
1-ci hissə Biri var idi, biri yox idi. İri bir məmləkətin padşahı var idi. Padşahın bir sürü qoşunu var idi. Səhər padşah qoşunların yarısını səfərə göndərmişdi. Gecənin bir vaxtı padşah yüzbaşını çağırdı və dedi: – Get səhər göndərdiyim qoşunları qarşıla. O, atına minib yola düşdü. Bir xeyli yol gedəndən sonra yüzbaşı ağacların arxasında parlayan nəsə görür. Silahlarını götürüb yaxınlaşmağa başladı. Nə görsə yaxşıdır?! Burada yekə gözəl bir quyu var. İçəridən səslər
Padşah dedi: – Göndərdiyim yüzbaşı haradadı, onu sizi qarşılamağa göndərmişdim” Bir xeyli gözlədilər, yüzbaşı gəlib çıxmadı. Səhərisi gün padşah qoşunları göndərdi ki, gedib yüzbaşını tapsınlar. Qoşunlar yola düşdülər. Bir az gedəndən sonra onların da gözü ağacın arxasında parlayan şeyə sataşdı. Ağaca yaxınlaşdılar. Onlar da yekə qızıl quyu gördülər. İçəriyə baxanda yüzbaşını gördülər. Hamısı içəriyə tökülüşdü. Suyun içindən cin çıxdı. Qoşunlar yenə həmin hərəkəti etdilər. Əslində cin yaxşı məxluq idi. Ancaq yenə qoşunlar qorxub balta-qılınc atmağa başladılar. Cin qoşunun yarısını öldürdü. Yarısı da qaçdı. Xəbər padşaha çatdı.
61
*** 2-ci hissə Padşah dedi: – Deməli mənim göndərdiyim qoşun orada ölüb. Əsgərlərdən biri dedi: – Bəli, padşahım. Yola düşəndə ağacların arasında parlayan nəsə gördük. Yaxınlaşanda qarşıda qızıl bir quyu vardı. İçində gözəl su da vardı. – Tez olun qoşunları toplayıb yola düşün! Tez olun qızıl quyunun sirrini öyrənin, – padşah dedi. Birdən saraya on yaşlı uşaq girdi və dedi: – Salam padşahım. Eşitmişəm bu yaxınlıqda qızıl quyu var. Mən də sizinlə gedəcəyəm. Cinlə danışaram. Padşah razılaşmadı. Oğlan o qədər israr etdi ki, padşah razılaşdı. Qoşun uşaqla yola düşdü. Quyuya çatdılar. Qoşunlar dedi: – Hə uşaq, indi gir. Uşaq içəri girdi. Suyun içindən cin çıxdı. Cin dedi:
62
– Ey uşaq qorxma mənim sənə zərərim dəyməz! – Gəl söhbət edək, – uşaq dedi. Cin dedi: – Onsuz da mən səninlə söhbət etməyə gəlmişəm. Qoşunlar qızıl quyuma gəlib mənə əllərinə gələni atırlar. Mən də hirslənib onları öldürdüm. Uşaq dedi: – Daha sənin quyunu korlayan olmayacaq. Cin razılaşdı. Uşaq quyudan çıxdı. Qoşunlar soruşdu: – Söhbət edib qurtardın? – Bəli! – oğlan dedi. Onlar padşahın yanına qayıtdılar. Uşaq əhvalatı padşaha söylədi. Padşah dedi: – Sağ ol oğlan! İstədiyimi etdin. Birinci sənə inanmadım. İndi inandım. Padşah uşağa qızıl və qiymətli əşyalar verib, yola saldı. Qızıl quyu isə həmin yerdə əbədi qaldı.
Elnur Hüseynli, 12 yaş 63
Qonşuluqda yaşayan dostlar Biri var imiş, biri yox imiş. Keçmiş zamanlarda iki dost var imiş. Onlar kənddə çox mehriban yaşayırmışlar. İnsanlara qayğı göstərib yardım edərdilər. Amma təəssüf ki, kənd çox balaca idi. Orada ağaclar yox idi. Yaşıllıq yox idi. Sular, çaylar az idi. Elə bil ki, kənd quru bir çəmən idi. Ancaq bu iki dost çox cəsur idilər. Kəndin yaxınlığında səhra var idi. Uşaqlar bircə dəfə də olsun bu səhraya getməmişdilər. Onlar ayaq tutub səhraya yönəldilər. Özləri ilə yağyaxmac götürdülər. Yaxınlıqda iri bir qayaya çatdılar. Hava qaraldı. Yorulub qayanın içində yatdılar. Səhər açıldı. Uşaqlar oyandı. Özlərini qayadan başqa bir yerdə
64
gördülər. Bura qayadan da gözəl bir yer idi. Qarşılarında da yekə cin durmuşdu. Ancaq dostlar qorxmadılar. Cin dilləndi: – Siz kimsiz? – Biz kənddə qalırıq. Bura gəzməyə gəldik. Gecə yorulub qayalıqda yatmışdıq. Ancaq bilmirik bura necə gəlib çıxdıq. Cin dedi: – Sizi bura mən gətirdim. Sizi sınaqlardan keçirdəcəm. Eşitmişəm dediyiniz kənddə cəsur dostlar sizsiniz. Ona görə sizi bura gətirdim. Əgər sınaqlardan keçsəniz, sizin dörd diləyinizi yerinə yetirərəm. Dostlar razılaşdı və soruşdular: – O nə sınaqlardı elə? Cin dedi: – Əgər qırmızı qapını açsanız görərsiniz. Dostlar qapıya yaxınlaşdılar. Qapını açdılar. Onlar quru bir yerə gəldilər. Burada ağaclar balaca idi, böyümürdülər, çünki susuzluqdan əziyyət çəkirdilər. – Salam, ağaclar, siz niyə belə balacasınız? Ağaclar dedi: – Neçə ildir biz burada yaşayırıq. Susuzluqdan əziyyət çəkirik, bizə qulluq edən yoxdur. Dostlar dedi:
– Narahat olmayın ağaclar. Biz sizə kömək edərik. Onlar ağaclara quluq elədilər, suladılar. Ağaclar böyüdü. Hər yer yaşıllaşdı. Ağaclara “sağ ol” deyib yola düzəldilər. Az getdilər çox getdilər, gəlib dağın qarşısına çatdılar. Burada çay və sularla qarşılaşdılar. – Salam, çaylar sular! Sizin suyunuz niyə belə azdı? Sən demə neçə ildir ki, dağların başından nə su gəlir, nə də çay. Dağın yolu bağlıdır. Uşaqlar köməkləşib yolu düzəltdilər. Çaylar, sular çoxaldı. Dostlar sağollaşıb yola düzəldi. Qabaqda qırmızı qapı göründülər. Uşaqlar qapını açıb cinin yanına qayıtdılar. Cin dedi: – Afərin! Sınaqlardan keçdiniz. Uşaqlar dedi: – Bilirik sən niyə bizi bu sınaqdan keçirtdin. Bizim kənddə də ağaclar yoxdur. Sular, çaylar azdı. Cin dedi: – Afərin tapa bildiniz. İndi diləklərinizi söyləyin. Dostlar dedi: – Kənddə ağaclar, sular, çaylar, yaşıllıq və kənd böyük olsun. Cin onların bütün diləklərini yerinə yetirdi və onlara çoxlu qızıl verib kəndə yola saldı. İnsanlar bunları görüb çox xoşbəxt yaşadılar. Qonşuluqda yaşayan dostlar isə böyüyüb əsl cəsur dostlar oldular. Mehdi Hüseynzadə, 13 yaş 65
66
Sehrli güllər
Leyla nağılı bitirib anasına baxdı və dedi: – Anacan istəyirəm mənim də güllərim olsun, hər səhər onları sulayım, qulluq edim, mən gülləri çox sevirəm, mənə gül alarsan? Ana qızını bağrına basıb, üzündən öpdü və dedi: – Mənim ağıllı qızım, mən sənə gül alaram. Səhəri gün anası Leyla üçün beş dibçək gül aldı. Ana güllərinin adını, rəngini və hansı ölkədən gətirildiyi haqqında qızına məlumat verdi. Leyla diqqətlə anasına qulaq asırdı.
Biri var idi, biri yox idi. Leyla adında bir qız var idi. Leylanın Elnarə adlı anası var idi. Anası Leylaya nağıl kitabı almışdı. Leyla kitabı oxuyub bitirdi. Leyla anasının yanına gəlib dedi: – Ana, oxuduğum nağılları sənə danışa bilərəm?
Birdən qonşunun qızı Aysel Leylanın yanına gəldi və təəccüblə güllərə baxıb dedi: – Necə gözəldir, icazə ver birini dərim. Anası bildirdi ki, güllər də canlıdırlar, onları qırmaq, incitmək olmaz. O gündən Leylanın güllərə marağı daha da artdı. Leyla sevə-sevə güllərə qulluq edirdi.
Ana cavab verdi: – Danış qızım, danış. Leyla sehrli güllər haqqında oxuduğu nağılı sevinə-sevinə anasına danışdı. Leyla Hacıyeva, 12 yaş 67
Sehrli diyar
daha görür. Necə də xoşbəxt oldu! Diyarı gəzəndə göbələkli evlərin birinə girir və orada şirin bir qızın saçlarını daradığını görür. Birdən bədheybət gəlib qızı tələyə salmaq istədi. Ancaq Anar vaxtında qızı xilas edə bilir! Yuxudan duranda Anar özünü çox şən hiss edirdi. Səbirsizliklə sehrli diyara yenidən düşmək istəyirdi!
Biri var idi, biri yox idi. Bir uşaq var idi. Onun adı Anar idi. Bir gün Anar çox yorğun evə gəlir və yuxuya gedir. Yuxuda gözəl bir məkana düşür. Orada böyük şirniyyatlar, göbələkli evlər və oyuncaqlar var idi. Anar çox sevinib, diyarı gəzməyə başlayır. Bu diyar çox maraqlı idi, amma birdən Anarın anası onu yuxudan durğuzur və Anar bir də bu yuxunu görmür. Anar hər gün arzu edirdi ki, həmin yuxunu bir daha görsün. Bir gecə, Anar yuxuya gedir və sehrli diyarı bir Fatimə Abbaslı, 14 yaş 68
69
70
Səmimi dostlar
– Yaxşı, ay ağac aldanmarıq, – deyib yollarına davam etdilər. Mehriban moruq yığmağa başladı. O, dözməyib otların arasına girdi. Oradan bir tülkü çıxdı. – Bax orada dadlı moruqlar var, – tülkü dedi. Mehriban tülküyə inanıb, oradan yığmağa başladı və dözməyib birini yedi. O zaman da yerə yıxıldı. Tünzalə moruğu yığıb, Mehribanı səslədi. Mehribandan səs çıxmadı. Tünzalə Mehriban tərəf yollandı.
Biri var idi, biri yox idi. İki dost var idi. Birinin adı Tünzalə, o birinin adı isə Mehriban idi. Bir gün Mehriban Tünzaləyə deyir: – Əziz dostum, gəl meşəyə moruq yığmağa gedək. – Gedək, əziz dostum! Qızlar əllərinə səbət alıb meşəyə yolandılar. Onlar meşəyə gedəndə qarşısına yekə bir ağac çıxdı. Ağac onlardan soruşdu: – Hara belə gedirsiz? – Moruq yığmağa, – qızlar cavab verdilər. Ağac qızlara dedi ki, tülküyə aldanmasınlar. Qızlar dedi:
Tünzalə Mehribanı yerdə görüb ağladı. Tülkü isə qızlara baxıb gülürdü. Birdən sehrli bir pəri ortaya çıxdı. O, soruşdu: – Niyə ağlayırsan? – Mənim dostuma nəsə olub. Mən isə bilmirəm nə olub Mehribana! Məncə onu tülkü aldadıb. Pəri dedi: – Ağlama! Sehrli sözləri oxuyub onun üstünə ü ədi. Mehriban oyandı və sevincli-sevincli iki dost gülüb qucaqlaşdılar.
Nuray Həsənova, 12 yaş 71
72
Ziyanın tələbələri
yiyələnmisən. Artıq sonuncu imtahanı verə bilərsən. – Bəs bunun üçün mən nə etməliyəm? – Sən gözəl bir əsər çəkərsən. Bu elə bir əsər olmalıdır ki, hər kəsi heyran etsin. Get və tələsmədən əsərini yarat. Fərid gecə-gündüz çalışdı gözəl bir əsər çəkdi. Ziyaya təqdim etdi. Ziya şəkli bəyəndi və tapşırıq verdi: – Rəsmin həqiqətən çox gözəldir. İndi əsərin aşağısına böyük hər ərlə bu sözləri yaz “Rəsmdə səhv görənlərdən xahiş olunur ki, həmin yerə “X” işarəsi qoysunlar”. Sonra rəsmi aparıb şəhərin mərkəzi meydanına qoy.
Biri var idi, biri yox idi. Ziya adlı müəllim var idi. Ziyanın istedadlı tələbələri var idi. Lakin Fərid adlı tələbə digərlərindən çox fərqlənirdi. Müəllim onun biliyindən çox razı idi. Fərid səbirsizliklə müəllimin onu rəssam kimi sənət dünyasına təqdim etməsini gözləyirdi. Bir gün Fərid müəllimin yanına gəlib soruşdu: – Müəllim mən nə zaman məzun ola bilərəm? Ziya dedi: – Fərid, sən çox qısa zaman da rəssamlıq sənətinə
Fərid Ziyanın dediklərinə əməl etdi. Böyük həyəcanla Fərid şəhər meydanına getdi. Ancaq gördüyü mənzərə onu məyus etdi. Əsər “X” işarəsi ilə dolu idi. Fərid istedadsız olduğunu və bunun bütün şəhər tərə ndən təsdiq olunduğunu düşündü. O, qayıdıb gördüklərini müəlliminə danışdı. Ziya gülümsədi, ona ümidsizliyə qapılmamağı və yeni bir əsər çəkməyi məsləhət gördü. Lakin bu dəfə şagirdinə rəsmin yanına boya ilə fırça qoymağı tapşırdı. Bu dəfə isə, hər şey yaxşı və gözəl alındı!
Pərviz Quliyev, 12 yaş 73
Layihə üzərində işləyənlər CARE GROUP: Fidan Abdullayeva (Layihə koordinatoru) Elnarə Şahbazzadə (Baş psixoloq) Təhminə Rüstəmova (Psixoloq) YARAT: Ruqiyyə Salmanova (Layihə meneceri) Aydan Dəvəliməhəmməd (Layihə koordinatoru) Rizvan Ələsgər (Korrektor) Fəxriyyə Məmmədova (Dizayner)
Satış üçün nəzərdə tutulmayıb Tiraj 500 ədəd ..... mətbəəsində çap edilmişdir Bakı, Azərbaycan, 2021 74
75
76