Film Fiction #4

Page 1

Film Fiction | Dekabr, â„–4

1


Film Fiction | Dekabr, №4

FİLM FİCTİON

\

Dekabr, №4

Film Fiction 2011 / Dekabr №4 Üz qabığındakı sima: Marlon Brando

REDAKTOR: Şahin Xəlil DİZAYN: Şahin Xəlil YAZARLAR: Ferat, Şahin Xəlil, Məcid Məcidov, Mətləb Muxtarov TƏRTİBAT: Ferat KORREKTORLAR: Gülarə Abdullayeva, Lalə Mikayıl, Vəsilə Abbas e-mail: film.fiction@box.az facebook səhifəsi: facebook.com/fiction.magazine facebook.com/filmoqrafiya twitter hesabı: twitter.com/filmfiction informasiya dəstəyi: facebook.com/kinomansan kinoklik.com

Dangahead PRODUCTİON

Millinet-2011 internet müsabiqəsində 3cülük qazanmış jurnalımızın informasiya dəstəkçilərindən “Kinoklik.com” saytının yaradıcısı Orxan Məmmədovu və bütün kollektivi, yazarları təbrik edir və gələcək işlərində uğurlar arzulayır, kino sahəsinin inkişafında göstərdiyi fəallığa görə təşəkkür edirik.

2


Film Fiction | Dekabr, №4

BU SAYIMIZDA Səhifə 4 / №4 Müəllif: Film Fiction komandası

Səhifə 33/ İlin yekunları Müəllif: Şahin Xəlil

Səhifə 7/ Rejissor: Emir Kusturica Müəllif: Mətləb Muxtarov

Səhifə 35/ Bu ay doğulanlar Müəllif: Şahin Xəlil

Səhifə 11/ Aktyor: Marlon Brando Müəllif: Məcid Məcidov

Səhifə 36/ Film: Citizen Kane Müəllif: Məcid Məcidov

Səhifə 14/ Aktrisa: Kate Winslet Müəllif: Şahin Xəlil

Səhifə 37/ Film: Dogtooth Müəllif: Ferat

Səhifə 16/ TOP 30 Müəllif: Şahin Xəlil

Səhifə 38/ Film: Shine Müəllif: Ferat

Səhifə 20/ Sitatlar Müəllif: Ferat

Səhifə 39/ Film: Klass Müəllif: Şahin Xəlil

Səhifə 22/ Müsahibə: Q.Tarantino Müəllif: Ferat

Səhifə 40/ Film: Pina Müəllif: Şahin Xəlil

Səhifə 25/ Klassik Hollivud Film Cərəyanı Müəllif: Məcid Məcidov

Səhifə 41/ Film: Midnight in Paris Müəllif: Şahin Xəlil

Səhifə 27/ Venetsiya Film Festivalı Müəllif: Məcid Məcidov Səhifə 28/ Maraqlı faktlar Müəllif: Ferat və Şahin Xəlil Səhifə 30/ Müsahibə: Yaşar Nuri Müəllif: Cəmilə Musayeva

Səhifə 42/ Film: It’s a wonderful life Müəllif: Məcid Məcidov Səhifə 43/ Yeni il Müəllif: Şahin Xəlil Səhifə 44/Afişa Müəllif: Ferat Səhifə 49/Viktorina Jurnalımızın viktorinası.

3


Film Fiction | Dekabr, №4

№4

Hörmətli oxucular, dekabr sayımızla bu ili arxada qoyub yeni, 2012-ci ilə qədəm qoyuruq. 2011-ci il “Film Fiction” layihəsi yarandı və tezliklə, daha dəqiq desək, sentyabrda bu layihə gerçəkləşdi. Və beləliklə, Azərbaycanda ilk elektron film jurnalı təqdim olundu. Sələflərindən fərqli olaraq “Film Fiction” öz yolunu cızdı. Fellininin, Yusuf Güneyin “Yol”-u kimi. Artıq 4-cü sayı oxuyursunuz. 4-cü sayımızı Azərbaycan kinosuna adını qızıl həriflərlə yazdırmış aktyorumuz Yaşar Nuriyə həsr edirik. Bu 4-cü sayla yeni ilin astanasından çevrilib yola saldığımız ildə baş vermiş kino hadisələrinə baxdım. Şimal qonşumuz Rusiyadan Sokurov bu il Venetsiyada, Türkiyədən Nuri Bilge Ceylan abimiz Kannda, İrandan isə Fərhad Əsgəri Berlində at oynatdı. Qonşularımızdan əlavə digər millətlərə göz gəzdirdim. Estonlardan tutmuş Taciklərə qədər hamının kino pavilyonunda qızğın iş gedirdi. Azərbaycana baxanda isə 1-2 fəal rejissorun fonunda çayxanada “it döyən” aktyorlar və klipmeykerlik, toy, serial çəkilişləri ilə cibini güdən, əttökən, zövqünü TV-lər qarşısında minlərlə tamaşaçının 18:00-dan başlayan iş

sonrası istirahət zamanına dürtən “rejissorlar” gördüm. Ötən sayların birində yazdığım “Hər şey yaxşılığa doğru” məqaləsindəki humanizmi hətta unutdum da bir anlıq. Hər insanın həyatda öz yeri olur. Elələri də olur ki, yerləri səhv düşür, ya da özü həmin yerə göz dikir. Pul var deyə. Çilingər cərrahlıq edəndə əməliyyat olunan xəstə həyatı risk altında olur. Alim fəhləlik edəndə isə elm ağlayır. Zəli qanından olan insana bənzərlər isə “dayday”ları hesabına yola verdiyi universitetin rejissorluq sənətini xalqın cibinə tozsoran qoşaraq davam etdirirlər. Doğrudur, Qodar da, Rodriqez də “nə gəldi çəkin” deyib. Amma bu çəkilən materiallar yumşaq desək “zibildisə” ixtiyarın yoxdu bunu xalqa TV vasitəsi ilə yedirdib, qonorar alasan. Çünki, çəkdiyin “zibil”-ə dostlarından, ailəndən, nəbilim üzünə gülən insanlardan başqa heç kim “yaxşıdır” deməyib. Desə də onun səmimiliyinə böyük şübhə var. Heç olmasa utanın qonşuya baxanda. Nəyi sizdən artıqdı? Nuri Bilge Ceylan haqqında məqalə olacaq yaxın gələcəkdə. Oxuyanda bir daha əmin olursan ki, insanda əsas fantaziya və istəkdi. Tarantinonun elə bu sayımızdakı bir cavabını unutmayacağam. “Bəlkə lovğalıq kimi görünə bilər, amma bunun olacağını, sənət aləmində bugünki yerlərə çatacağımı həmişə bilirdim.” Bax belə... İnsan nə istəyir ola bilər. Sadəcə əmin olmalıdı ki, həmin yer onundu. Bu əminlik varsa gec və ya tez o öz yerini tutacaq. Ona görə bütün film sahəsində işləyən şəxslərdən, təhsil alan tələbələrdən rica edirəm: Əgər hiss edirsinizsə bu yol sizin deyil, sizlik deyil tez o yolu dəyişin. Və əgər əminsinizsə bu yol sizindir, nə olursa olsun o yoldan dönməyin. Pul xatirinə, ya da bezmiş halda özünüzlə bərabər kinonu məhv etməyin. 2012-ci ildə doğulacaq uşaqlar illər sonra Fellini, Tarantino, Berqmanla bərabər sizləri də özünə ideal seçsinlər. Kann, Venetsiya festivallarında təkcə pavilyonumuzun olması ilə, rus rejissorlarına yazılan ssenarilərin Oskar qazanması ilə öyünmək azdı. Çox cılızdı. 2012-ci ildə Eurovision paytaxtımızda baş tutacaq. Bütün musiqi sevənləri təbrik etmək labüddür. Bəzi yerli “rejissorlar” buna bu cür reaksiya verib: “O gün olsun Kann festivalı Bakıda keçirilsin”... Bu absurd arzu ilə sizi baş-başa buraxıb, yeni il münasibəti ilə hər soydaşı, yoldaşı təbrik edir, yazının davamını həmkarıma həvalə edirəm. Şahin Xəlil

4


Film Fiction | Dekabr, №4

Azərbaycan kinosu dedikdə ağlıma Sovet dövründən qalma bir-iki film gəlir. Sovet dövrünü bəyənməyən kinomanlara kapitalizm yaxşı münasibət göstərir. Pulunu ver, filmini çək. Amma kino tək bu demək deyil, axı insan tək pul qazanmalı deyil. Puldan dəyərli nəsə var bu həyatda, o nəsələrdən biri də zövq almaqdır. Bəzən film seyr edərkən dayazlığa qaçırıq. Şəxsən mən ilk əvvəl romantik sevgi filmlərini, “Spiderman”, “İnspektor Qadcet” kimi filmləri xoşlayırdım. Bu dayazlıqdır? Bilmirəm… Bəlkə də yeniyetməliyin gətirdiyi həvəsdir. Zaman keçdikdən sonra inkişaf etmək istəyən insan həm də düşünmək istəyir. Söz yox ki, “İnspektor Qadcet” düşünmək istəyən insanı düşündürə bilməz. Odur ki, inkişaf etmək lazımdır. İnsanın inkişaf etməsi üçün oxumaq, baxmaq, öyrənmək, gəzmək, görmək və s. və i. lazımdır. Baxmaq dedikdə ağlıma ilk olaraq film gəlir. Nəyə baxmaq? FİLMə. Filmə baxarkən zövq almalısan, düşünməlisən? Bəli…bəli, biz bunun üçün çalışırıq. “Film Fiction” jurnalı yaranmamışdan öncə mən facebookda bacardığım qədər öz bildiklərimi dost-tanış, bacı-qardaş, əmi-dayı hamıya çatdırmışam. Amma “Film Fiction” ayrı hava oldu. Bəlkə də sıxıcı, amma mükəmməl filmləri təbliğ etməklə arktik havanı çəkib gətirdik. Jurnal yarandıqdan sonra mən, Şahin, Ferat və digərləri (hamısı sağ olsun) bu jurnal üçün yazdılar, pozdular və nəsə ortaya çıxartdılar. Bu nəsə Azərbaycan üçün elə nəsə demək idi. Ayrı-ayrı “dahilər” əllərini alınlarına aparıb fikirləşərkən və bizi mühakimə edərkən biz yazırdıq (Düzdür, mən çox yazıram deməyə haqqım yoxdur, çünki vaxtım yoxdur). Bizdən səhv tutanlar (hərf səhvi, cümlə səhvi, xəbər-mübtəda və s.) özləri belə bir jurnal çıxartsalar əla olar.

Dostlar və Yoldaşlar, zövqlər dəyişilməlidir. Məhz zövqlər dəyişdikdən sonra bizlər Qızıl Palmaya, Oskara, Qızıl Ayıya namizəd ola bilərik. Biz hələ ki, əsl kinonu təbliğ edirik, amma ümid edirik ki, nə vaxtsa bizim çəkdiklərimiz təbliğ olunsun. “Ümid ən yaxşı hissdir, yaxşılar isə heç vaxt ölmürlər...” (Şouşenkdən Qaçış) Biz ümid edirik. İndi yazırıq, amma nə vaxtsa çəkəcəyik. Kim bu istəkdədirsə, qoşulsun bizə, axı hamımız eyni oksigeni iyləyirik. “Başını qaldır, oğlum, sən mənim oksigenimlə nəfəs alırsan...” (Qu-qu quşu yuvası üzərindən uçuş) Heç kəsin oksigenini udmuruq, gəlin birləşək və nəsə edək… Yadımdan çıxmışdı, Sizin yeni ilinizi təbrik edirəm. Arzum budur ki, mənim arzum reallaşsın! Mətləb Muxtarov

Məndən qabaq təbriklərini yazan dostlarımın adətini pozmayaraq bu təbrikə bir az da ürəkdə yanğı yaradan dərdlərdən yazaraq başlamaq istəyirəm. Film aləmilə, yəni əsl film aləmilə tanışlığım artıq bir ilə yaxındır ki, var. Bundan əvvəl keçən 16 il ömrüm isə bir az Mətləb kimi “Spider man”, “İnspektor Qadcet”, “Transformerlər” və s. tipli filmlərlə keçib. Bir də unutmadan deyim AzTV-nin hər il təkrartəkrar verdiyi eyni kinolarla… Van Damın, Brus Linin filmlərinə baxıb yastıq təpikləməklə, aynada əzələlərə baxmaqla… Əlbəttə belə filmlər “film” anlayışını başqa rakursdan insana çatdırır. Dar bir anlayış kimi gəlir. Lakin sonradan Şahinlə hər görüşdə danışdığı fərqli filmlərdən həvəslənərək

5


Film Fiction | Dekabr, №4 baxmağa başladım mən də filmlərə. Mənə ilk dəfə verdiyi disklərdə “Forrest Qamp”, “Qadın Ətri”, “Alkatrasdan qaçış”, “Filodelfiya” və s. kimi filmlər vardı. Otağın bir küncünə atdığım o disklərdə indi Forrest Qampa hər dəfə təkrartəkrar baxıb gözlərim dolanda, “Qadın ətri”ndə Al Paçinonun möhtəşəm roluna heyrətlə baxanda necə dəyərli şeylərin olduğunu anladım. Onda anladım ki, “Film” hörümçək adamın torları ilə binalardan binalara tullanması deyil. Kanallarımızın bərbad dublyajla ekranlara buraxdığı kommersiya xarakterli zibilləri də deyil. Film, fəlsəfə müəllimimin bir dəfə mənə dediyi kimi, incəsənətin fortepianosudur. Bütün alətlərdən bir parça özündə cəmləşdirir. Həm musiqi, həm düşüncə, həm rəsm, həm göz yaşı, həm həqiqət, həm… İlk vaxtlar hərdən özümü dünyanın ən geridə qalmış insanı kimi hiss edirdim. Hətta ilk günlər bir günə 3-4 filmə baxırdım ki, məndən qabaqda olanlarla ara məsafəmi azaldım. Artıq bir ildir ki, filmlər həyatımın önəmli bir hissəsinə çevrilib. Hal-hazırda daha çox kütlə tərəfindən izlənməyə filmlərə baxıram. Azərbaycan filmi və dünya filmi arasındakı fərqləri bir daha yada salmaq istəmirəm. Artıq dostlarım mənim yazmaq istədiklərimi yazıb. Bir gün metroda “Nərimanov” stansiyası ilə “Ulduz” stansiyası arasında ağlıma gələn jurnal ideyasını bölüşdüm Şahinlə. Sonra Mətləbə də dedik və yaratmaq qərarına gəldik. Bilirdim ki, belə bir komanda ilə əsl film jurnalı yarada bilərik. Və kimlərinsə səhifələməyə ayıracağı vaxtının boşa getməyəcəyinə əmin idim. Film aləmində dostlardan bir az, düzünü desək çox cılızam. Beləcə yayda meydana çıxan jurnal ideyası bir az uzanaraq bizi qane etməsə də, oxucuları qane edən ilk sayımızı sentyabrda yüklənməyə verdik. İkinci saydan yaxın dostum kinoman Məcid Məcidov da bizə qoşuldu. Təəssüratlardan ilhamlanıb digər say üzərində işləməyə başladıq və anladıq ki, “xeyirli” bir iş edirik. Hər bir işdə olduğu kimi bu işdə də qarşımızda mərdimazarlar oldu. Axı biz deyirik hər dəfə ki, biz HƏVƏSKARIQ! Həvəskar olsaq da potensialımızı hələ tam göstərə bilməmişik, təcrübə azlığı və bəzi başqa səbəblər imkan yaratmır. Amma siz də şahidsiniz ki, hər say ötən dəfəkindən daha da uğurlu olur. Deyə bilərəm ki, artıq jurnalımız yavaş-yavaş oxucular arasında öz yerini tutur. Bu il sonuncu sayımızı yüklənməyə veririk. İmtahanların,

işlərin çoxluğu jurnalın bu sayının bir az uzanmasına səbəb oldu. Qarşıdan 2012-ci il gəlir. 2012-ci il və qarşıdan gələcək (inşallah!) 12 yeni say. Çalışacağıq 12-ci sayı bir az tez təhvil verək ki, mayalıların dünyanın dağılması barədə verdiyi vaxta qədər oxuyasınız. Yeni iliniz mübarək olsun! Ferat

Uşaqların fikirləri ilə razıyam. Lakin onlardan fərqli olaraq “İnspektor Qadcet”, “Spider man”, “Transformerlər” kimi filmlərə baxana qədər artıq əsl kinonun nə olduğunu bilirdim. Oxuculara tövsiyyə edərdim ki, “macəra” (action) və “fentezi” (fantasy) janrında olan filmləri çox diqqətlə izləsinlər. Məhz bu zaman anlamaq olar ki, dünya kinosunun inciləri olan filmlərin yaranmasında məhz adı çəkilən janrlarda olan filmlərin böyük rolu olmuşdur. Əfsanəvi rejissorlar Con Ford, Uilyam Uayler, Alfred Hitçkok, Stiven Spilberq və b. həm dram, həm də macəra janrında böyük nümunələr yaratmışlar. Hər bir filmə baxarkən isə onun orijinal fikrinin nə olduğunu bilmək lazımdır. S.Spilberqin dediyi kimi: “Hər dəfə kinoteatra getmək mənim üçün inanılmaz, möcüzəli hadisəyə çevrilir, hansı filmin göstərilməsindən asılı olmayaraq”. 2011-ci ili kino dünyasında uğurlu illərdən biri kimi qiymətləndirərdim. 2010-cu ilə nisbətən bu il daha böyük dəyərə malik filmlər ekrana çıxdı. Bunlar arasında “Artist” (The Artist), “Döyüş atı” (War Horse) kimi filmlər var. Qarşıdan gələn il də böyük kino hadisələri ilə yadda qalacaq: 26 Fevral-Oskar mərasimindən başlayaraq. Bütün oxucuların bayramını təbrik edirəm. Filmlərə baxın, real həyatı unutmamaq şərtilə. Yeni ildə yeni uğurlar!!! Məcid Məcidov

6


Film Fiction | Dekabr, №4

EMİR Kusturica

"Hansısa ölkəyə getdiyimdə, təyyarədən düşüb nəhəng reklam lövhələrini görən kimi qanım it qanına dönür..." Bosniya mənşəli Serbiyalı kinorejissor. Kann mükafatını gənc yaşlarında qazanmış şəxsdir Emir Kusturiça. Onu Kventin Tarantino ilə birgə “yeni əsrin rejissorları” adlandırırdılar. Sonradan kinoya bəxş elədiyi filmləri ilə bu ada layiq oldugunu göstərdi. Kusturiça həm də “The No Smoking Orchestra” rok qrupunun üzvüdür. Bir sözlə əsl incəsənət adamıdır. 1954-cü ildə Sarayevoda doğulan rejissor, həm də çox ziddiyətli adamdır. Gah solçu-kommunist fikirləri ilə, gah da sağ yönlü partiyalara dəstək verməsi ilə yadda qalıb. İlk əvvəl müsəlman olsa da, sonradan Emir adını

Nemanya adı ilə dəyişdirərək Rus Pravoslav Kilsəsində vəftiz olundu. 2005-ci ildə baş verən bu hadisəni Kusturiça "The Guardian" qəzetinə belə anlatmışdı: "Atam ateist idi və özünü hər zaman serbiyalı hesab edirdi. Biz son 250 ildir ki, müsəlmanıq, amma müsəlman olmamışdan öncə pravoslav idik və daha önəmli olan odur ki, serbiyalıyıq. Din isə bunu dəyişə bilməz. Sadəcə türklərdən canımızı qurtarmaq üçün müsəlman olmuşduq." Kusturiçanın filmlərinin əksəriyyəti Fqaraçıların həyatından, mədəniyyətindən və adət-ənənələrindən bəhs edir. Qaraçılar nə qədər istiqanlı və çılğındırlarsa, Kusturiça da bir o qədər çılğındır. Məsələn, o 1993-cü ildə serblərin radikal milliyətçi qrupunun lideri olan Voislav Şeşelyanı Belqradın mərkəzində, Şeşelyanın özünün seçəcəyi silahla duelə dəvət edir. Lakin Şeşelya "Sənətkarın ölümündə günahlandırılmaq" istəmədiyi üçün bu dueli qəbul etmir. Emirin "dəli"liyi bununla bitmir. O, 1995-ci ildə Belqrad beynəlxalq Film Festivalında "Yeni Serbiya Haqqları" hərəkatının lideri N.Paykiçi yumruğunun altına salır. Kusturiça ali təhsilini Praqada Kino məktəbində (FAMU) alıb. Bu məktəbin ən məşhur nümayəndəsi Miloş Formandır. Praqada oxuyarkən Emir bir neçə qısametrajlı film çəkir. Bunların arasında ən yadda qalanı "Gernika" filmidir, hansı ki, bu film Kusturiçanın diplom işidir. 25 dəqiqəlik film uğurlu alınır və "Karlovı Varı" film festivalının qalibi olur. Praqadan sonra vətənə dönən Kusturiça bir neçə televiziya filmi çəkir. Bunun ardınca isə ilk filmini çəkir. 1."Dolli Belli xatırlayırsanmı?" (1981) "Qadınlar duz kimidir, onlarsız keçinmək olar. Amma belə də həyat çox dadsız olacaq." Film Venetsiya film festivalında ən yaxşı debüt film nominasiyasında "Qızıl Şir" mükafatını qazanıb. Bundan əlavə Venetsiya festivalında FİPRESSİ və San-Paulo film festivalında kinotənqidçilərin xüsusi mükafatını qazanıb. Film Venetsiya festivalında göstərilərkən Kusturiça Yuqoslaviya silahlı qüvvələrində hərbi xidmətdə idi, amma komandanlıqdan Kusturiçaya 24 saatlıq icazə əmri verilir və Emir Venetsiya film festivalına təşrif buyurur. Kommunist ruhlu film bir

7


Film Fiction | Dekabr, №4

yeniyetmənin həyatından bəhs edir. Dino Delli Bell ləqəbli aktrisanı (həm də fahişəni) ələ keçirtmək üçün hipnoz variantlarını öyrənir və bu arada da atası ilə kommunizm, Stalin, Lenin haqqında danışır, müzakirə aparır. Filmin maraqlı cəhəti Kommunist Yuqoslaviyası dövründə kommunizmə aid dialoqların ziddiyyətli və fərqli olması idi. Rejissor işində isə Kusturiça hələki öz tərzini tapmamışdı. Sonradan çəkəcəyi və qaraçı həyatından bəhs edəcək filmlərdəki çılğın rejissor xarakteri hələ ki yeni-yeni formalaşmağa başlamışdı.

ilə digər şəhərlərdəki sevgililərinin yanına gedir və belə də ailəsi ilə az vaxt keçirdir. Bu da ailənin uşaqlarına psixoloji təsiri ilə yadda qalır. Sonda isə atanın sevgililərindən biri onun barəsində donos yazır və ata üç illik həbs olunur. Film yumor və ironik səhnələrlə boldur. Yuxarıda söylədiyimiz kimi Kusturiça məhz bu filmdə öz tərzini tapır. Film komediyadan əlavə həm də bir ailənin faciəsini təsvir edir. İlk iki filmindən sonra Kusturiça artıq dünya kinosunda özündən söz etdirməyə başlayır. Tragikomediya janrında film çəkən rejissor, sonradan bu janra tez-tez müraciət edəcək.

2. "Atam ezamiyyətdədir" (1985) 3. "Qaraçılar zamanı" (1988) "Rus poxu, amerikan şirniyyatından yaxşıdır." 1985-ci ildə Kann mükafatının qalibi olan film. Kusturiça yavaş-yavaş özünə yer eləməyə başlayırdı. Bu filmi onun rejissurasının keçid mərhələsi adlandırmaq olar. Filmdən dissidentlik havası gəlsə də Kusturiça yenə də kommunizmə yaxınlığını göstərir. Film bir ailənin həyatından bəhs edir. Ata ezamiyyət adı

Bu film bəlkə də Kusturiçanın ən gözəl rejissor işlərindən biridir. Operatorun əməyi də danılmazdır. Balkanlarda yaşayan qaraçıların qəliz, anlaşılmaz həyatı və maraqlı adətənənələri ilk dəfə olaraq bu filmdə belə maraqlı və rəngarəng göstərilib. Məhz buna görə film Kannda ən yaxşı rejissor işinə görə mükafat qazandı.

8


Film Fiction | Dekabr, №4 4. "Arizona Arzusu" (1993)

"Anam məni səhərlər oyadarkən deyərdi: "Sabahın xeyir, Kolumb". Bununla demək istəyirdi ki, Amerika artıq kəşf olunub, arzular isə reallıqdan uzaqdır." Kusturiça buna qədər çəkdiyi üç filmlə dünyaya səs salmışdı. Hər üç film mükafatsız qalmamışdı. "Arizona Arzusu" filmi də mükafatsız film deyil, ancaq Hollivudun istədiyini - filmdən gələn gəliri Kusturiça onlara qazandıra bilmədi. Conni Deppin filmdə iştirakı da qazanc gətirmədi. Film prokatlarda az gəlir əldə etdi, amma Berlin Kino festivalında jurinin xüsusi mükafatını qazandı. Filmin aktyor heyəti o qədər güclü idi ki, Hollivudda hər kəs bu filmdən partlayış gözləyirdi, amma olmadı. Bəlkə də olmaması daha düzgün idi, çünki avropa məktəbi Hollivudda pul uğuru qazana bilməzdi. Bir çox kino tənqidçiləri bu filmi Kusturiçanın ən uğurlu filmi hesab edirlər. Film rejissor işi cəhətdən həqiqətən də yaxşıdır. Kusturiça səhnələri rəngarəng edib. Günəşdən çox istifadə isə yəqin ki Arizona abu-havasını yaratmaq istəyindən irəli gəlir. Filmin monoloqları da maraqlıdır. Və Kustriça bu filmdən sonra Hollivudda film çəkməyəcəyini bəyan etdi. Hələki sözünü yerinə yetirir.

5. "Anderqraund" (1995)

"Biz hamımz dəliyik, sadəcə hamımıza bu diaqnozu qoymayıblar" Bu film haqqında uzun-uzadı danışmaq olar. Məhz bu filmdən sonra Kusturiçaya "21-ci əsrin rejissoru" deməyə başladılar. Film bütöv bir nəslin həyatı, arzusu və gələcəyinin məhv olması barəsindədir. Film 1941-1992-ci illər arasında Böyük Yuqoslaviya Respublikasında baş verən hadisələrin simvolik təsviridir. Acı ironiya və səmimilik filmin sonunu maraqlı edir. Ssenarisi üzərində dəqiqliklə işləyən rejissor, bu dəfə də qaraçı həyatından yan keçməyib. Filmin soundtrackləri isə Qoran Breqoviçindir. Kann festivalında "Qızıl Palma Budağı"nı qazandıqdan sonra film ətrafında çoxlu səs-küy yaranır. Qalmaqalı fransalı esseist, filosof Alen Finkilkro qaldırır. Kusturiçanı propaqandaçılıqda ittiham edir. Kusturiça ona cavab versə də, Finkilkro film haqqında ikinci məqaləsini yazır və Kusturiçanı istedadsızlıqda günahlandırır. Sonda serb mənşəli fransız jurnalist Stanko Çeroviç filmi tənqid edərək, Kann festivalının jüri heyətinin qərarını siyasi qərar adlandırır. Bu ittihamlardan sonra

9


Film Fiction | Dekabr, №4 Kusturiça kinodan gedəcəyini söyləyir, amma üç ildən sonra yenidən "həyata qayıdır".

7."Həyat möcüzədir" (2004)

6. Ağ pişik-Qara pişik (1998)

"Qismətdən qaçmaq olmaz, amma öz toyundan qaça bilərsən" "Anderqraund"dan sonra Kusturiça yenidən komediyaya yönəldi. "Ağ pişik-Qara pişik" filmi Venetsiya film festivalında rejissor işinə görə "Gümüş Şir" mükafatı qazandı. Festival zamanı dünya kinosunda çox az sayda görünən hadisə də baş verir, kino tənqidçilər film bitdikdən sonra onu ayaq üstə alqışlayırlar. Qaraçı həyatı və adət-ənənəsi bu filmin də əsas sujet xəttini təşkil edir. "Ağ pişik-Qara pişik" filmi rəngarəng səhnələri ilə yadda qalır. Rejissor işi həqiqətən də ayaqda alqışlanasıdır. Altı ildən sonra rejissor yenə də böyük kinoya qayıdır. Altı illik fasilədə isə "No smoking orchestra" rok qrupu ilə çalışan Kusturiça, bəzi filmlərdə də rol alır.

Yenə tragikomediya janrına üstünlük verən rejissor, Balkan müharibəsi mövzusunda film çəkir. Film Kann festivalına təqdim olunsa da, kinotənqidçilər Kusturiçanı təkrarçılıqda günahlandırırlar, amma filmin rejissor işinin qüsursuzluğunu təqdir edirlər. Film Sezar festivalında "Qızıl Qlobus" mükafatını qazanır. 8. "Razılaşma" (2007) Filmin premyerası Kann festivalında olur. Bu Kusturiçanın ilk filmidir ki, Kann festivalında heç bir mükafat qazanmır. Kusturiça bədii filmlərdən əlavə, həm də bir neçə sənədli film müəllifidir. Əfsanəvi futbolçu Dieqo Maradona haqqında çəkdiyi sənədli film ən yadda qalanıdır. Dünya kinosunda bir filmini çıxmaq şərtilə qalan bütün filmləri mükafat görən təktük rejissordan biridir Kusturiça. Qaraçı həyatını təbliğ edən, tragikomik filmləri ilə güldürən rejissor, "21-ci əsrin rejissoru" adını 20-ci əsrin sonlarında qazanıb. Kinomanlara tövsiyyə edəcəyim ilk üç filmi isə bunlardır: "Atam ezamiyyətdədir", "Arizona Arzusu" və "Anderqraund".

10


Film Fiction | Dekabr, №4

Marlon Brando

Marlon Brando (1924 - 2004) - Amerikalı aktyor və siyasi fəal. Müasir Amerika kinosunun ən dahi aktyoru. 1999-cu ildə "Time" jurnalı "Əsrin 100 dahi adamı"-nı seçdi. Onlar arasında Çarli Çaplin və Marlon Brando yeganə professional aktyor idi. Martin Skorseze onun haqqında bildirirdi: "O müəyyənedici nişanədir. Kinoda Brandoya qədər və Brandodan sonra anlayışları mövcuddur." Marlon Brando 1924-cü il aprelin 3-də Nebraska ştatının Omaha şəhərində anadan olub. Atası kimyəvi dərmanlar düzəldilən zavodda çalışırdı. Onlar İllinoysa köçürlər və 11 yaşı olarkən valideynləri ayrılır. Anası Marlonu və digər iki uşağını özü ilə birlikdə anasının yanına, Kaliforniyaya aparır. 1937-ci ildə valideynləri barışır və yenidən İllinoysa qayıdırlar. Onun valideynləri əsasən irland və fransız mənşəlidirlər. Anası Dodi Brando tez-tez sərxoş olur, o vaxtlar qadın üçün qeyri-adi hal hesab edilən şalvar geyir və maşın sürürdü. Lakin onun aktyorluq qabiliyyəti var idi və hətta əfsanəvi aktyor Henri Fondaya aktyor olmaqda

yardımçı olmuşdu. Marlonda da aktyor olmağa maraq oyatmışdı. Dəhlizdə motosiklet sürdüyündən Marlonu "Libertville" ali məktəbindən kənarlaşdırırlar və o "Shattuck" hərbi məktəbinə daxil olur. Karyera: O, fəaliyyətə Nyu-Yorkda, yay teatrında başlamışdı. Lakin onun davranışı teatrdan uzaqlaşma ilə nəticələndi. Bu teatrdakı bir tamaşa zamanı onun oyunu təşkilatçıların çox xoşuna gəldi və onu "Broadway" teatrına dəvət etdilər. Marlon 1944-cü ildə "Mən anamı xatırlayıram" dramı ilə bu teatrda debüt etdi. Brando 1947-ci ildə Tennesi Uilliamsın "Arzu adlı Tramvay" (A Streetcar Named Desire) adlı əsəri əsasında eyniadlı tamaşada oynadığı Stenli Kovalski obrazı ilə böyük uğur əldə etdi. Tamaşanın rejissoru Elia Kazan idi. Onun aktyor oyunu amerika kinosuna yeni nəfəs gətirdi. Yüksəliş: Brando kino debütünü 1950-ci ildə "The Men"(Kişilər) filmində etdi. Halhazırda film o qədər uğurlu hesab edilməsə də, Marlon Brandonun ilk filmi kimi tarixə düşüb. 1951-ci ildə "Arzu adlı Tramvay" ekranlaşdırıldı. Elia Kazanın rejissorluğu ilə baş rolları Marlon Brando və Vivyen Li ifa edirdilər. Filmə görə Brando "Ən Yaxşı Aktyor" kateqoriyasında ilk Oskar nominasiyasını qazandı. Ardıcıl üç il ərzində Brando "Viva Zapata!" (1952), "Julius Caesar" (1953) və "On the Waterfront" (Limanda) (1954) filmlərinə görə də Oskara namizəd oldu və sonuncuya görə mükafatı qazandı. O, 1951-53-cü illərdə ardıcıl olaraq üç BAFTA mükafatı da qazandı. 1953-cü ildə "The Wild One" (Vəhşi) filmi ekranlara çıxdı. Filmdə Brando şəxsi "Triumph Thunderbird 6T" markalı motosikletindən istifadə etmişdi. Bu filmdən sonra motosikletçilər (baykerlər) hərəkatı başlandı. Bu obrazdan bəhrələnən Elvis Preslinin timsalında "rock 'n' roll" musiqisi inkişaf etməyə başladı. Kinoda isə Ceyms Din əsasən bu tipli obrazlar yaratmağa çalışırdı. Brandonun bu filmdəki obrazı "Madam Tüssonun Mum Fiqurlar Muzeyi"-ndə əks etdirilib. 1957-ci ildə "Sayonara" filminə görə o, 5-ci Oskar nominasiyasını qazandı.

11


Film Fiction | Dekabr, №4 Sonradan isə onun əslində həvəskar aktrisa olduğu üzə çıxmışdı. Sonrakı Karyera: 1973-cü ildə Bernardo Bertoluççinin "Last Tango in Paris" (Parisdə Son Tanqo) filmi ekranlara çıxdı. Baş rolları M.Brando və Mariya Şneyder ifa edirdi. Filmin erotik təbiətinə və Brandonun ötən il Oskardan imtina etməsinə baxmayaraq, o yenə də "Ən Yaxşı Aktyor" kimi mükafata namizəd göstərildi.

1961-ci ildə Brando rejissor kimi ilk və son filmi, "One-Eyed Jacks" (Bir gözlü Valetlər) filmini çəkdi. Filmdə baş rolu da özü ifa etdi. 1960-cı illərdə Brando bir sıra rollar ifa etsə də, bir o qədər də yaddaqalan olmadı. 1967-ci ildə Çarli Çaplinin "Honq Konqdan olan qrafinya" filmində Sofi Lorenlə birlikdə baş rolu ifa etdi. Onilliyin sonuna doğru karyerasında bir qədər fasilə yarandı. Bunun əsas səbəbi isə rejissorların qeyd etdiyi kimi, onunla işləməyin çətin olması idi. "Xaç Atası": 1970-ci illərin əvvəllərində Frensis Ford Koppola Mario Puzonun "Xaç Atası" əsəri əsasında eyniadlı filmin çəkilişlərinə başladı.

Don Vito Karleone roluna isə sənətinin vurğunu olduğu Marlon Brandonu dəvət etdi. M.Puzo da qeyd edirdi ki, əsəri yazarkən Karleoneni Brandonun obrazında təsəvvür etmişdi. 1972-ci ildə ekranlara çıxan film Brandonun yüksək səviyyəli aktyor oyunu nəticəsində böyük uğur əldə etdi. Film "Ən Yaxşı Film" kimi Oskar aldı, Marlon Brando da öz növbəsində "Ən Yaxşı Aktyor" Oskarını qazandı. Lakin o mərasimdə iştirak etmirdi və öz yerinə özünü hindu (apaçi) əsilli qadın kimi təqdim edən Sakin Litlfezeri göndərmişdi. Sakin səhnəyə çıxdı və amerika hökumətinin yerli hindulara qarşı ayrıseçkiliyini əsas gətirərək Oskardan imtina etdi.

"Xaç Atası: II Hissə" (1974) filmində onu yenidən filmə dəvət etsələr də, o imtina etdi. Vito Karleonenin gəncliyini oynayan Robert De Niro "İkinci Planda Ən Yaxşı Aktyor" kimi Oskar qazandı. Kino tarixində ilk dəfə idi ki, eyni adamı canlandıran iki aktyor Oskar qazanırdı. 1978-ci ildə isə "Superman" filmi ekranlaşdırıldı. Brando qəhrəmanın atası, Jor-El obrazını ifa edirdi. Filmin çəkilişlərində cəmi iki həftə iştirak etməsinə baxmayaraq, ona $3.7 milyon pul ödənmişdi. Onun digər məşhur rolu isə F.F.Koppolanın 1979-ci ildə çəkdiyi "Apocalypse Now" (Apokalipsis Bu Gün) filmində Kolonel Uolter E. Kurts idi. Marlon Brando 1989-cu ildə

"A Dry White Season" (Quru Ağ Mövsüm) filminə görə sonuncu, 8-ci Oskar nominasiyasını qazandı. Brando 1995-ci ildə "Don Juan De Marco" filmində çəkildi. Filmdə onun aktyor

12


Film Fiction | Dekabr, №4 kimi ən böyük pərəstişkarlarından biri, Conni Depp də çəkilib. Onun çəkildiyi son film 2001-ci ildə ekranlara çıxan "The Score" (Hesab) oldu. Bu filmdə onunla birlikdə Robert De Niro və Edvard Norton da çəkiliblər. Fəaliyyətini isə "Hörümçək Adam" cizgi filmində səsləndirdiyi zalım qoca obrazı ilə başa vurdu. Son illər: Marlon Brandonun çəki ilə bağlı problemləri var idi. O, tez-tez yaxın dostu, Maykl Ceksonun "Neverland" rançosuna gedir və orada istirahət edirdi. 2001-ci ildə isə onun "You Rock My World" mahnısına çəkilən klipdə göründü. O, 2004-cü ildə 80 yaşında, ağ ciyər fibrozu nəticəsində yaranan tənəffüs çətinliyi səbəbindən vəfat etdi. O kremasiya edildi, qalıqlarının bir hissəsi Taiti, digər hissəsi Ölüm Vadisinə dağıdıldı.

2006-cı ildə ekranlara çıxan "Supermen Qayıdır" filmində kompüter qrafikasının köməyilə onun obrazı yaradıldı. Siyasi Fəallıq: Brando gənc yaşlarından etibarən hökumətin digər xalqlara, qitənin yerli əhalisinə qarşı ayrı-seçkiliyinə laqeyd qala bilmirdi. 1963-cü ilin avqustunda Çarlton Heston, Burt Lankaster, Sidney Poyter, Pol Nyuman və digərləri ilə birlikdə "azadlıq yürüşləri"ndə iştirak etdi. Yürüşlərin əsas məqsədi irqi ayrı-seçkiliyin tənqidi idi. Brando qaradərililərin hüquqlarını müdafiə edən Martin Lüter Kinqə dəstək çıxdı. O, hinduların da eyni hüquqları əldə etməsi uğrunda böyük işlər gördü. Bunun bariz nümunəsini isə 1972-ci il Oskar mükafatının təqdimat mərasimində görmək olar. Şəxsi Həyatı: Marlon Brando "Anamın mənə oxuduğu mahnılar" adlı avtobioqrafiyasında qeyd edir ki, məclislərin birində Merilin Monro ilə tanış olmuşdu. O,

pianoda ifa edirdi. Aktyor bildirir ki, onlar arasında qısa sevgi münasibətləri olmuşdu. 1957-ci ildə Anna Kaşfi adlı aktrisa ilə evləndi. 1959-cu ildə oğlu Kristian Brando dünyaya gəldikdən sonra cütlük ayrıldı.

1960-cı ildə Brando özündən altı yaş böyük olan aktrisa Movita Kastanada adlı aktrisa ilə ailə həyatı qurdu və evlilik iki il sürdü. Birlikdə iki uşağa sahib oldular. 1962-ci ildə isə 20 yaşlı Tarita Teripiya adlı qadınla evləndi və onların iki uşağı oldu. Evlilik 1972-ci ildə ayrılıqla nəticələndi. Son evliliyi isə Maria Kristina Ruislə oldu. Onlar birlikdə üç uşağa sahib oldular. Beləliklə, Brando on bir uşağa sahib idi. Bunlardan üçü övladlığa götürülmüşdü. Marlon Brando bütün dövrlərin ən yaxşı aktyorlarından biri kimi kino tarixində özünə yer tutub. Hollivud Şöhrət Xiyabanında ulduza malikdir. Karyerası ərzində 8 Oskar, 7 BAFTA, 6 Qızıl Qlobusa nominant olan Brando Amerika Film İnstitutunun (AFİ) bütün dövrlərin "100 ən yaxşı aktyor"u siyahısında 4-cü yerə layiq görüldü. "Time" jurnalı onu 20-ci əsrin ən dahi adamlarından biri seçdi. Ondan sonra incəsənətə gələn yüzlərlə aktyor və musiqiçi onu əsas ideal kimi qələmə veriblər. Onlar arasında Ceyms Din, Elvis Presli, Cek Nikolson, Al Paçino, Robert De Niro, Uorren Bitti, Ömər Şərif, Conni Depp və b. var. Onun kino sənətinə verdiyi töhfələr heç vaxt yaddan çıxmayacaq və M.Brando uzun illər ərzində əfsanə olaraq filmlərdə və tamaşaçıların qəlbində yaşayacaq.

13


Film Fiction | Dekabr, №4

KATE WİNSLET

Keyt Uinslet 5 oktyabr 1975-ci ildə Redinqdə, İngiltərənin Berkşir qraflığında anadan oldu. Aktrisanın valideynlərinin hər ikisi teatr aktyoru idi. Keyt ailədə üç qız övladından biri idi. Digər iki bacısı - Bet və Anna Uinsletlər də aktrisa oldular, amma Keyt qədər məşhur deyil. Hələ 11 yaşında ikən Keyt qraflığın “Redroofs Theatre School” məktəbində aktrisalıq dərslərini öyrənir. O, bu məktəbi 1992-ci ildə tərk edir. Ona qədər isə artıq kamera qarşısına keçməyi bacarmışdı. Aktrisa üç il seriallara çəkilir. Teatrda da “Piter Pen” tamaşasında Vendi obrazı ilə rol alır. BBC tərəfindən çəkilən elmi-fantastika janrında “İlin qara zamanı” serialında aktrisa tərəf müqabili Stiven Tredromla münasibət qurur. Bu sevgi romanı dörd il davam edir və 1997-ci ildə Stivenin xərçəng xəstəliyindən ölməsi ilə başa çatır.

Aktrisanın ilk ciddi rolu 1994-cü ildə rejissor Piter Ceksonun “Səmavi varlıqlar” (Heavenly Creatures) filminə təsadüf edir. Rejissor Keyti 175 namizəd arasından seçir. Film kifayət qədər rəğbətlə qarşılanır və müxtəlif festivallarda uğurları sıralayır. Uinslet də gözəl ifası ilə kölgədə qalmır və London kino tənqidçilərinin rəyinə əsasən ən yaxşı aktrisa adı qazanır. Bu filmdən sonra komediya filmində rol alan aktrisa karyerasının ən yadda qalan rollarından birinin ifasına hazırlaşır. Bu yazıçı Ceyn Ostinin romanı əsasında rejissor Enq Li-nin 1995-ci ildə ekranlaşdırdığı “Düşüncə və hiss” (Sense and Sensibility) filmi olur. Film ilin kino hadisəsinə çevrilir. Oskarda 7 nominasiyanın ikisində, Qızıl qlobusda 6 nominasiyanın ikisində, BAFTA-da 10 nominasiyanın üçündə laureat olur. 21 yaşlı aktrisa BAFTA qazanaraq Oskarda “İkinci planda ən yaxşı aktrisa” nominantı olur. Tənqidçilərə görə filmin ən yaxşısı məhz Keyt sayılır. Bu aktrisa üçün həqiqətən çox böyük uğur idi. İki il sonra isə aktrisa adını “ulduz” kimi möhürləməyi bacarır. Rejissor Ceyms Kameronun faciəvi “Titanik” filmi aktrisaya

fantastik uğur gətirir. 11 Oskar qazanan filmdə “Ən yaxşı aktrisa” nominasiyasında laureatlığı Keyt əsas rəqibi “Bundan yaxşı ola bilməz” (As Good as It Gets) filmində rol almış Helen Hanta uduzur. Maraqlı faktlardan biri də o idi ki, filmin təqdimatında aktrisa iştirak etmirdi. O sevgilisi Stiven Tredromun dəfnində iştirak edirdi. Titanikdən sonra aktrisa iki film təklifindən imtina edir. Bu “Sevən Şekspir” və “Anna və kral” filmlərində əsas rollar idi. 1998ci ildə aktrisa “Mərakeşə ekspress” filmində rol alır və bu film aktrisanın ilk uğursuz filmi olur. Amma aktrisanın şəxsi həyatı üçün bu film uğurlu olur. Keyt filmin rejissor köməkçisi Cim Tripilltonla tanış olur və bu tanışlıq nigah masasına kimi davam edir. 22 noyabr 1998-ci

14


Film Fiction | Dekabr, №4 ildə aktrisa Cimlə ailə həyatı qurur. 2000-ci ildə onların Mia adlı qızları anadan olur. Buna baxmayaraq bir il sonra ayrılırlar. Növbəti illər ərzində aktrisa pul üçün deyil, zövqünə uyğun gələn filmlərdə çəkiləcəyini açıqlayır. Aktrisanın kapriz ideyaları bir çox rejissorlar tərəfindən bir mənalı qarşılanmadığından aktrisanın eniş dövrü başlayır. Uşaqlar üçün albom buraxan Keyt, cizgi filmlərinin də dublyajında iştirak edir. Bir-birinin ardınca uğursuz və yadda qalmayan filmlərdə rol alan aktrisa 2001-ci ildə yenə də diqqətləri üzərinə cəlb etməyi bacarır. Bu dəfə rejissor Riçard Ayrın “Ayris” filmi aktrisanı Oskara “Ən yaxşı ikinci plan aktrisası” kateqoriyasında nominant edir. Amma bu dəfə də Oskar aktrisaya qismət olmur. 2003-cü ildə aktrisa özünün ən yadda qalan rollarından birini “Devid Qeylin həyatı” (The Life of David Gale ) dramında ifa edir. Film kifayət qədər uğurlu alınsada aktrisa kölgədə qalır. 2004-cü ildə Keyt yenə parlayır. Bu dəfə Mişel Qondrinin “Təmiz düşüncənin əbədi parlaqlığı” (Eternal Sunshine of the Spotless Mind) melodramındakı Klementina obrazı aktrisaya yenidən əvvəlki sevgini qaytarır.

Aktrisa dördüncü dəfə Oskara nominant olsa da yenə də həsrətlə tərk edir mərasimi. Aktrisanın kaprizlik qurbanına bu dəfə Vudi Allen çevrilir. Rejissor “Oyun hesabı” (Match point) filmində Keyti görmək istəsə də, aktrisanın imtinası Skarlet Yohansonun yolunu açır və rol Skarletə qismət olur. 2006-ci ildə Keyt birdən-birə 4 filmdə çəkilir. “Uşaqlar kimi” (Little Children) filmindəki roluna görə tənqidçilər tərəfindən yüksək qiymətləndirilir. İkinci film “Bütün krallar yalançıdır” (All the kings men) filmində aktyor heyəti əla olsa da, film uğursuz alınır.

“Aradan çıx” (Flushed away) animasiya filmindən dərhal sonra aktrisa “Tətil” (The Holiday) filmində rol alır.

2008-ci ildə aktrisanın karyerasında qızıl il olur. Keytin iki filmi təqdim olunur və hər iki film aktrisanı şöhrətin zirvəsinə daşıyır. “Dəyişiklik yolu” (Revolutionary Road) filmi 11 il sonra Leonardo Di Kaprio ilə Keyti yenidən tərəf müqabili edir. Film aktrisaya Qızıl qlobus qazandırır. Oxucu (The Reader) filmi isə nəhayət ki, aktrisanın uzun müddətlik Oskar həsrətinə son qoyur. Keyt eyni ildə ikinci dəfə Qızıl qlobusu və BAFTA-nın da laureatı olur. Cim Tripltonla boşanandan sonra aktrisa rejissor Sem Mendeslə ailə həyatı qurur və bu nigahdan onların Co Alfi adlı oğlanları anadan olur. 2010-cu ildə isə aktrisa rejissordan boşanma ərizəsini məhkəməyə təqdim edib. Maraqlı faktlar: 1996-cı il “People” jurnalının rəyinə əsasən Keyt planetin 50 ən gözəl insanı siyahısına düşüb. 2006-cı ildə “Yaquar” markalı avtomobil şirkətinin əsas dizayneri etiraf edib ki, “Yaquar XK” modelini hazırlayarkən Keyt Uinsletdən ilhamlanıb. Və bu maşını aktrisaya bənzədib. Ginnesin rekordlar kitabına 30 yaşı olmamış 3 dəfə Oskara nominant olması ilə düşüb. Keyt Uinslet planetin ən cazibədar bədəninə malik qadını adına layiq görülüb. Vegeteriandı. Keyt müsahibələrindən birində Titanikdəki tərəfmüqabili Di Kaprio barədə belə demişdir: “Onu öpərkən elə hiss edirdim ki, sanki qardaşımı öpürəm”.

15


Film Fiction | Dekabr, №4

TOP 30 Bu sayımızda sizə məşhur əsərlər əsasında ekranlaşdırılmış 30 ən yadda qalan film təqdim edəcəyik. Siyahıya salmadığımız filmlər isə diqqətimizdən kənarda qalmayıb, sadəcə zamanının ən yadda qalanlarına üstünlük vermişik. Beləliklə... 1. Oxucu - The Reader Bernhard Şlinkin eyni adlı romanı əsasında Stiven Doldrinin ekranlaşdırdığı film. Film romanı populyarlaşdırdı. Keyt Uinslet məhz bu filmdəki rolu sayəsində Oskar həsrətinə son qoydu.

2. Parfümer - Perfume Patrik Züskindin əsəri əsasında Tom Tıkverin çəkdiyi film. Kubrik bu əsəri oxuyub deyəndə ki, “Bu əsərə film çəkmək mümkün deyil”, çoxu onunla razı olmuşdu. Amma Tıkver belə düşünmürdü. Odur ki, bu məhşur əsərin film variantını çəkmək qərarına gəldi. Çəkdi də. Nəticə... Film əsərin verdiyi effektin yarısını belə verə bilmədi.

3. Aclıq - Sult Knut Hamsunun məhşur romanı əsasında 1966-cı ildə Henninq Karlsenin çəkdiyi film. Məşhur romanın ekran variantının baş qəhrəmanı yaratdığı obraza görə Kannda ən yaxşılar sırasında oldu. Amma yenə də filmin büdcəsi az olduğundan əsərin kölgəsində qaldı.

4. Yad - L'Étranger Albert Kamyunun eyni adlı və dünyaca məşhur əsəri əsasında Viskontinin çəkdiyi film. Viskonti kinonun ən yaxşı rejissorlarından sayılır, amma Albert Kamyu da ədəbiyyatda dahilərdəndir. Bu qarşıdurmada sözsüz ki, Kamyu üstün oldu. Bu əsərə, əsərin təsiri gücündə film çəkmək mümkün deyil. 5. Lolita Nabokovun qalmaqallı əsəri əsasında Stenli Kubrikin çəkdiyi film. Kubrik bilirdi “nəyə” film çəkir. Rejissor qalmaqallı romanın alovuna bir az da barıt tökdü və nəticədə 2-3 dəfə kəsik-kəsik olan lent senzuradan ələndikdən sonra ekranlarda göründü.

6. Portağal mexanizmi - Clockwork Orange Entoni Berdjessin eyni adlı romanı əsasında Kubrikin yaratdığı növbəti dahiyanə sənət. Və yenə rejissor böyüklüyünü sübut etdi.

16


Film Fiction | Dekabr, №4 Film əsər qədər sevildi, əsər qədər tənqid olundu və kino tarixinin ən yaxşıları sırasında özünə yer tutdu. 7. Döyüş klubu - Fight Club Çak Palannikin qalmaqallı romanı əsasında Devid Finçerin çəkdiyi film. Əslində bu əsərə də film çəkməyə hər rejissor risk etməzdi. Çünki, Palannikin qələmi olduqca “itidir”. Amma Finçer çəkdi, həm də çox gözəl bir iş ortaya qoydu. Filmin sayəsində bestseller romanın satışı pik nöqtəyə çatdı. Film nəinki əsər qədər uğurlu alındı, hətta hardasa onu üstələməyi də bacardı. Finçer filmə Palannikdən fərqli, alternativ sonluq vermişdi.

8. Xaç atası - Godfather Mario Puzonun əsəri əsasında Frensis Ford Koppolanın çəkdiyi məşhur trilogiya. Film əsəri nəinki üstələdi, hətta tozda qoydu. Koppola kino tarixinin ən yaxşı filmlər trilogiyasına imza atdı. Al Paçino, Robert De Niro və Endi Qarsiya kimi aktyorlar bu filmlər sayəsində şöhrət qazandılar. 9. 1984 Corc Oruellin əsəri əsasında Maykl Redfordun ekranlaşdırdığı film. Oruellin eyni adlı romanına çəkilmiş sayca ikinci film. Nə demək olar... Əsərini dəfələrlə oxuyub və bir dəfə baxılması mümkün olan filmdir.

10. Romeo və Culietta - Romeo and Juliet Şeksprin ölməz sevgi dramının ekran versiyasını 1968-ci ildə Franko Zaffirelli çəkdi. 1996-cı ildə filmin remeyki olan Romeo+Culietta çəkildi. Film sözsüz ki, əsəri üstələyə bilməzdi. Ən azından xoş təsir bağışladı.

11. Şouşenkdən qaçış - The Shawshank Redemption Stiven Kinqin eyni adlı əsəri əsasında Frenk Darabontun çəkdiyi möhtəşəm film. Bax bu filmə əminliklə demək olar ki, əsərini üstələdi. Olduqca gözəl görüntüsü, yadda qalan obraz və sitatları ilə adını kino tarixində ən yaxşıların ön sırasına yazdı. 12. 99 frank - 99 franc Frederik Beqbederin eyni adlı romanı əsasında Yan Kunenin çəkmiş olduğu film. Narkotik, seks, kreativlik və reklam... Həyatınızda reklamların nə kimi rolu var? Bunu bilmək vacib deyil? Vacibdi. Bax elə indi də mənim etdiyim reklamdı və sən, əziz oxucu, bu filmə baxmağa borclusan, çünki, sənə heç nə verməyəcək. Əksinə, səndən nələrisə alacaq...

13. Yaşıl mil - The Green Mile Yenə Stiven Kinq və Frenk Darabont birliyi və bu dəfə də gözəl film. Darabont bu dəfə də Kinqdən üstün oldu. Çəkdiyi filmi bir kəlmə ilə mükəmməl adlandıra bilərik. Nəhəng bir insan

17


Film Fiction | Dekabr, №4 filmə baxan hər kəsi göz yaşına boğmağı bacardı. Filmdən sonra əsərin satışı birə-beş artdı. 14. Faust Hötenin məşhur əsərinin ən yaxşı film variantını Aleksandr Sokurov ekranlaşdırdı. Sokurov Höteni kopyalamadı. Əksinə tamam fərqli bir baxış tərzi ilə çəkdi məşhur əsəri və bu il Venetsiyada “ən yaxşı film” nominasiyasında qalib oldu.

15. Qürur və təəsüb - Pride and Prejudice Ceyn Ostinin eyni adlı sevgi novellasına Co Vrayt tərəfindən 2005-ci ildə çəkilmiş film. Film tənqidçilər tərəfindən də müsbət qarşılandı. Aktyor ansamblı, geyimlər, dekorasiyalar və dialoqlarda rejissor Ceyn Ostinin yazdığını göstərə bildi. 16. Vəba zamanında sevgi - Love in time of Cholera Qabriel Qarsiya Markesin eyni adlı əsəri əsasında rejissor Maykl Nyuellin 2007-ci ildə çəkdiyi filmi. Markesin bu romanı digər romanları qədər əsrarəngiz olmasa da sevilir. Bu film də sevildi. Ən azı romanı qədər uğurlu alındı deyə bilərik. Xavier Bardem yenə ifasıyla yadda qaldı.

17. Da Vinçi şifrəsi - The Da Vinci Code Den Braunun son illərin ən səs küylü romanı əsasında Ron Hovardın eyni adlı film versiyası. Film romanı kimi qalmaqallı oldu və Vatikanın kəskin etirazlarına səbəb oldu. Buna baxmayaraq, film ekranlara çıxdı və maraqla izləndi. Eyni filmin davamı kimi çəkilmiş “Mələklər və şeytanlar” filmi isə fiasko kimi dəyərləndirildi.

18. Küləklə sovrulanlar - Gone with the Wind Marqaret Mitçellin əsəri əsasında rejissor Viktor Fleminqin ekranlaşdırdığı kino tarixinin ən yaxşı filmlərindən biri. 8 oskar qazanan film bu günə qədər şedevrlər sırasındadır. 19. Fotoəyləncə - Blow Up Mikelancelo Antonioninin bu filmi məşhur yazıçı Xulio Kortasarın “Şeytanın tüpürcəyi” əsərinin motivləri əsasındadır. Film elə gözəl və incəliklə işlənib ki, əsəri yalnız məlumatlar yada salır. “Fotoəyləncə” həm də kino tarixinin səhvsiz filmləri sırasına daxildir. Filmin çəkiliş heyəti sonradan etiraf etmişdi ki, Antonioni çəkilişlər zamanı bütün yaradıcı heyətdən olduqca həssaslıq və zərgər dəqiqliyi tələb edirdi.

18


Film Fiction | Dekabr, №4 20. Bridcet Consun gündəliyi - Bridget Jones’s diary Helen Fildinqin eyni adlı romanı əsasında Şeron Makqaurein rejissoru olduğu film. Bu günə qədər bir çox rejissorlar bu filmi dərslik kimi istifadə edirlər. Siz isə bu filmə sırf komediya kimi baxırsız. 21. Çərpələng uçuran - The Kite Runner Xalid Hoseyninin eyni adlı əsəri əsasında çəkilmiş film. Rejissor Mark Forsterin öhdəsinə son illərin ən azı adına layiq ən yaxşı filmini çəkmək düşmüşdü. İnsaf naminə deyək ki, rejissor əlindən gələni edib və baxımlı film alınıb.

22. İdiot - Идиот Dostoyevskinin eyi adlı romanı əsasında İvan Pırevin çəkdiyi film. Film əsəri üstələyə bilməzdi, bu heç... Amma kitabı oxumayanlar bu filmə baxa bilər. Çünki, rejissor bacardıqca əsəri tam əhatə etməyə çalışıb və Dostoyevski əsərlərinə çəkilən ən yaxşı film sayılır. 23. İt ürəyi - Собачье сердце Bulqakovun eyni adlı romanı əsasında rejissor Vladimir Bortkonun çəkdiyi film. Film SSRİ filmləri arasında İMDB-də ən yüksək bala sahibdir - 9.1. Bu isə o deməkdir ki, film əsər qədər gözəldir və baxılması mütləqdir. 24. Böyük ümidlər - Great expectations Çarlz Dikkensin eyni adlı romanı əsasında rejissor Alfonso Kuaronun çəkdiyi film. Bəlkə də filmi izləyənlərdən çoxu bu günə qədər bilmir ki, bu film Çarlz Dikkensin eyni adlı əsəri əsasında çəkilib. Düzdür, bir o qədər əla olmasa da, yadda qalan filmdir. Xüsusən Qnivet Peltrounun obrazına görə filmi bir neçə dəfə izləməyə dəyər. 25. 451 dərəcə Farenqeyt tərəfə Fahrenheit 451 Fransua Trüffonun Rey Bredberinin romanı əsasında ekranlaşdırdığı film. Trüffo işinin ustasıdı və onun üçün çətin və

alternativsiz heç nə yoxdur. Odur ki, bu film sırf roman motivləri ilə deyil, rejissor ssenarisi ilə çəkilib. 26. Saatlar - The Hours Maykl Kanninqemin əsəri əsasında Stiven Doldrinin çəkdiyi film. Saatlar filmi əsərini doğrultdu və Nikol Kidmana da Oskar qazandırdı. Culiana Mur, Meril Strip, Ed Harris kimi aktyor heyətini bir filmdə görməyi də bura əlavə etsək əmin olmaq olar ki, film həqiqətən alınıb. 27. Var olmağın dözülməz yüngüllüyü - The Unbearable Lightness Of Being Milan Kunderanın eyni adlı romanı əsasında Filip Kaufmanın çəkdiyi film. Juliet Binoş kimi gözəl aktrisanın çəkildiyi filmə baxmaq özü bir zövqdür. Kunderanın məhşur romanına çəkilən bu film də roman qədər sevilir.

28. Boyalı örtük - The Painted Veil Moemin məhşur əsəri əsasında Con Karranın çəkdiyi film. Filmdə Norton və Uots cütlüyü çəkilib. Və hər ikisi çox gözəl ifasıyla yadda qalıb. Görüntü cəhətdən də film gözəl alınıb. 29. Nitşe ağlarkən - When Nietzche Wept İrvin Yalomun eyni adlı əsəri əsasında rejissor Pinças Perrinin ekranlaşdırdığı film. Film əsərin tam motivləri ilə çəkilib və kitabı oxumayan filmə baxsa bəs edər. 30. Hərb və sülh - Война и мир Tolstoyun dünyaca məşhur əsəri əsasında Sergey Bondarçukun çəkdiyi film. Film nə az - nə çox 6 saatdı. Tam romanı əhatə edir və SSRİ tərəfindən çəkilmiş ən yaxşı filmlərdən biri hesab olunur.

19


Film Fiction | Dekabr, №4

Sitatlar

Bu sayımızda sizə rejissorlardan sitatlar təqdim edirik. Ssenari əsasdır. Film çəkilişi hər şeyin improvizasiyaya buraxılması üçün çox qarışıqdır. (Roman Polanski) Film çəkməyi öyrənməyin ən yaxşı yolu səssiz film çəkməyə çalışmaqdır. (Alfred Hitçkok) Filmlərimdə qəhramanların başına gələn faciəvi hadisələr onların özlərini tanımaları, kim olduqlarını anlamalarını, öz mənliklərindən xilas olmalarını, bu hadisədən öncəki adi insan vəziyyətlərindən çıxmalarına kömək edir. Mənim sevdiyim dramatik təməl məhz budur. (Con Ford) İnsan faktoru bir hekayədəki ən önəmli tərəfdir. Önəmli bir qərar vermə anında olan biri, bunu öz xarakterinə görə edər, müəyyən bir istiqamətə doğru gedər. (Fred Zinnemann)

Film çəkərkən səhnəni səssiz çəkirəm kimi düşünürəm. Bütün lazımsız dialoqları çıxarıram. (Akira Kurasava) Niyə orjinal bir ssenari yazmadığımı soruşursunuz. Əvvəlvə bunu edə biləcək qüvvədə olduğumu bilmirəm. İkincisi, bir hekayə yazdığınız zaman ona tənqidi yanaşa bilməzsiniz. Hələ sizə çox yaxın olan bir hekayədirsə, bunu heç bacarmazsınız. Sonra yaxşı bir hekayə qəribə bir improvizasiyadır. Tamaşaçının diqqətini filmin əsas ideyasına və fəlsəfəsinə xəyanət etmədən yönləndirməyiniz vacibdir. Sonda yenə etdiyiniz şeyə tərs düşməyəcək bir sonluq tapmağınız lazımdır. Bu heç də asan deyil. (Stenli Kubrik) Gəlin ucuz bir film çəkək. Ətrafınıza baxın. Nə var ətrafınızda? Bəlkə atanızın bir içki anbarı var. Onda hadisələrin o anbarda baş verəcəyi bir film çəkin. Bir itinizmi var? Onda

20


Film Fiction | Dekabr, №4

itinizdən bəhs edən bir film çəkin. Ananız bəlkə bir qocalar evində işləyir? O zaman qocalar evindən bəhs edən film çəkin. Mən "El Mariaçini" çəkdiyimdə bir tısbağam, bir gitara qutum və balaca bir kəndim vardı. Və öz-özümə dedim ki, bunlardan bəhs edəcək bir film çəkəcəm. (Robert Rodriqez) Bütünlüklə bir rejissor olmağınız üçün öz ssenarinizi yazmağınızın vacibliyinə inanıram. (Devid Kronenberq) Bir film çəkilişində ediləcək ən böyük xətalardan biri, pis bir ssenari ilə, ya da belə bir ssenari vacib deyil, mən çəkilişlərdə hər şeyi həll edərəm, deyərək setə getməkdir. Təcrübələrimə görə yaxşı ssenarini pis çəkməyi az da olsa qəbul etmək olar, amma tərsi heç bir məna kəsb etməz. (Vudi Allen) Əgər bir film çəkmək istəyirsinizsə özünüzdən soruşmağınız vacib olan ilk sual: "Demək istədiyim bir sözüm varmı?"dır. Bir rejissorun vəzifəsi nədən bəhs edəcəyini bilməsidir. Rejissor ən azından insanlara çatdırmaq istədiyi hissləri və duyğuları tanımalıdır. (Martin Skorseze) Hər filmin başlanğıcında bir fikir vardır. Bu bir qığılcımdır. Bir rejissor üçün ən önəmli şey fikrin çıxış nöqtəsi olan bu fikrə sadiq qalmaqdır. Film çəkilişi anında meydana çıxan hər şey sizi bir tərəfdən irəliyə götürdüyü kimi, həmçinin orjinal fikrinizdən uzaqlaşdırma təhlükəsinə də malikdir. Bu səbəbdən ilk fikirdən yayınmadan işləmək lazımdır. (Devid Linç) Film bir soxulcandır. Həyatımı, ruhumu soran 2500 metrlik bir soxulcan. (İnqmar Berqman) Yaxşı bir filmin qüsurları olması vacibdir. İnsan kimi, həyat kimi. (Federiko Fellini) Məktəbdə bizə yuxuları yozmağı öyrətmədikləri üçün çox məyusam, çünki yuxular filmlərdir. Kitablar sabahlar yazdıqlarımız, filmlərsə axşamlar xəyal etdiklərimizdir. İnsanlar yuxuları saxlamağın yolunu onları filmə köçürməkdə tapmışlar. (Jan Luk Qodard) Hər zaman qorxularla, narahatlıqlarla və son ana qədər daha yaxşı bir şey axtararaq film çəkmək lazımdır. (Nuri Bilge Ceylan) Kino azad bir beynin əlindədirsə heyrətamiz və təhlükəli bir silahdır. Xəyallar və duyğular insanın daxili dünyasını ifadə etməyin

ən yaxşı yollarıdır. Kino görüntülərini yaradan mexanizm, işləmək baxımından insanın bütün ifadə yolları arasında, ağlın yuxu anındakı işləməsini ən çox xatırladan yoldur. Film röyanın istər-istəməz təqlid edilməsi kimi bir şeydir. (Luis Bunuel) Kinoda hiylələri və yenidən qurmaları sevmirəm. Çünki keçmiş yenidən qurula bilməz. Mənim üçün vacib olan bugün yaşanılanla həyat içərisində keçmişə bənzəyənləri axtarıb çıxarmaq və onlarla keçmiş arasında əlaqə yaratmaqdır. (Pier Paolo Pazolini) Subyektiv məntiqi göstərməyimə kömək edəcək bir qurğu qanunu axtarıram. Düşüncə, xəyal və xatirələrdən ibarət subyektiv məntiqi... Elə bir şey axtarıram ki, insanın vəziyyətindən və ruhi şərtlərindən qaynaqlansın, onlardan törəsin. (Andrey Tarkovski) Bir neçə dəfə çəkirəm. İlk çəkdiyimi dəyişdirmirəm. Kameranın harda duracağı barədə də narahatlıq yaşamıram. (Mikelancelo Antonioni) Bir gün uduzacaq qədər pulum olduğu zaman tənqidçilər üçün film çəkəcəm. (Klaude Lelouç) Müvəffəqiyyətimin formulu yoxdur. Amma müvəffəqiyyətsizliyin formulu var: hər kəsi birdən xoş etməyə çalışmaq. (Nikolas Rey) Nəticə həm poetik, həm gerçək olduğu müddətcə işləmə üsulunun nə önəmi var ki?! (Vittorio De Sika) Hollivud pis deyil. Pis olan filmlərdir. (Orson Velles) Möhtəşəm bir otaqda oturduğunuzu düşünün. Qapının arxasında bir cəsədin olduğunu deyirlər. Otaq anında dəyişir. İçindəki hər şey başqa görünüşə düşür. İşıq da, atmosfer də bambaşqadır artıq. Hər şey eyni qalıb əslində. Dəyişən bizik. Əşyalar, bizim dərk etdiyimiz formalara düşüblər. Filmlərimdə göstərmək istədiyim təsir məhz budur. (Karl Dreyer)

21


Film Fiction | Dekabr, №4

Müsahibə

Dövrümüzün bəlkə də ən ikonalaşmış film rejissorlarından Kventin Tarantino sevdiyi film qəhramanı qadınlardan, kinonun Bob Dilanı olma xəyalından və yeni filmi "Şərəfsiz Mələzlər" (İnglourious Basterds)-dan danışdı. Son zamanlar belə danışılır ki, əgər avstraliyalı aktyor Kristof Valts "Şərəfsiz Mələzlər" filmində rol almasaydı film bu qədər uğurlu ola bilməyəcəkdi. Bu düzgündür? Bəli düzgündür. Film çəkməyə başlamazdan əvvəl, o rol üçün hələ də bir aktyor tapmamışdım və rol bütün filmin əsas personajı idi. Film çəkməkdən imtina edib, ssenarini sadəcə kitab kimi çap etdirmək haqqında düşündüm. Çəkilişlər sadəcə xüsusi fondlar tərəfindən maliyyələşdirildiyi üçün, studiya çox pul itirməyəcəkdi. Sonra Kristof sınaq çəkilişləri üçün gəldi. Onu görən kimi bu rol üçün ən uyğun seçilmiş olduğunu anladıq və filmi çəkməyə başladıq. Eşitdiyimizə görə film çəkiminin son günü, kameralar hələ çəkiliş etdiyi vaxt heç kimə heç nə demədən, geridə komandanızı və aktyorları təəccüblü və qəmgin qoyaraq çəkiliş ərazisini tərk etmisiniz. Nədən qaçırdınız? Düzünü desəm, vidalaşmaq kimi duyğu yüklü və sıxıcı anları yaşamağı sevmirəm. Xüsusilə də belə macəralı keçən bir çəkiliş və qrupla işlədikdən sonra... Kaş ki, film çəkilişi heç bitməsin və sonluqda bayram edərkən, bunun bir vidalaşma olduğunu və artıq hər birimizin təkrar normal həyatlarına dönəcəyini bilməsək... Amma çəkiliş davam edərkən parti etməyi də sevirsiniz. Əlbətdə ki, hər həftə sonu parti edirdik. Bu artıq adət halını alıb. Amma vida partiləri? Bu mənlik deyil. Açığı bəlkə duyğusal olaraq problemim var və ya yetkinləşməmişəm. Sıx duyğusallığın yaşandığı mühitdə biri məni ağlayarkən görməmiş həmişə qaçmağa çalışıram. Yəni Los Ancelesa qayıdarkən təyyarədə gizlincə ağladınızmı? Bəlkə ağladım, bəlkə də ağlamadım. Əgər ağladığımı qəbul etsəm bu mənim haqqımda nəyi açığa çıxardacaq? Bəzi şeyləri qabartmağı sevmirəm. Bu filmi çəkmək (bəzən səhər 5-ə qədər çəkirdik) mənə çox şey öyrədən sıx bir təcrübə oldu. Hətta məni daha da gücləndirdi. Ola bilərdi ki, çəkilişdən daha

22


Film Fiction | Dekabr, №4 əvvəl qaçıb vida partisinə çox gec gələ bilərdim. Amma olmadı. Etdiyimlə qürur duymuram və kaş ki, bu tip vəziyyətlərin öhdəsindən daha yaxşı gələ bilsəm. Düşünürəm bəzi şeylərin sona çatmasını heç sevmirəm. Bu qədər duyğusal olduğunuzu düşünməzdim. Siz məni "Şərəfsiz mələzlər"i ilk izləyərkən görməliydiniz. Doğurdan çox təsirlənmişdim, amma problem deyil, yenə də hər şeyin sonu deyil nə də olsa. Bəs aşiq olduğunuz anda duyğularınızı necə idarə edirsiniz? Necə yəni? Əgər film çəkməyi duyğusal nöqteyi-nəzərdən bu qədər çətin hesab edirsinizsə, aşiq olduğunuz anda bunun öhdəsindən necə gəlirsiniz? Aşiq olduğum zaman çox xoşbəxt oluram. Bəs indi kimisə sevirsiniz? Cavab yoxdur. Daha əvvəlki filmlərinizdə gözəçarpan şiddət məqamlarını qarşılaşdırsaq sonuncu filminiz digərlərindən geridə qalar. Yoxsa yaşlandıqca daha da ürəyiniz yumşalır? Xeyr, heç də belə deyil. İndiyə kimi xüsusilə şiddət təbliğ edim deyə heç bir film çəkmədim. Sadəcə hekayənin gedişatında elə lazım gəldiyi üçün bəzi səhnələrdə şiddət olur. Personajlarım nə etmələri gərəkirsə, onları da edirlər. Bu qədər. Filmlərimdəki şiddət dərəcəsi, hər zaman göstərmək istədiyim hekayəni doğrulayıb. Sizcə də, bütün "Hər kəsi öldür" formatındakı filmlərinizin ən az şiddət doğuran olması ironik deyil mi? Deyil əslində, mən bütün bu "hər kəsi öldür" kimi stereotiplərdən qaçmaq istəmişəm. Sanki nəhayət romantik bir komediya çəkmiş kimi gəlir qulağıma (gülür). Gördüyünüz kimi, ssenari yazarkən, alleqorik bir yolla gedirəm. Bu yolda gedərkən çıxış nöqtələriniz, yoldan yayınma anlarınız və qısayollar olur. Amma yenə də bu cür filmlərdə ən çox qarşılaşdığımız şey "Düzgün yol yoxdur!" yazan yol tabelalarıdır. Məncə bütün filmlərim "düzgün yol"dadır, çünki mənim filmlərimdə yol maneələri yoxdur, olsa belə onları görməməzlikdən gəlirəm. Mənə yol göstərən filmlərdəki personajları hara gedərlərsə izləyirəm. Berlində küçələrdən birinə sizin adınızı veriblər. Özünüzü necə hiss etdiniz bunu eşidərkən? Çox yaxşı hiss etdim. Öz şəhərim Tennessidə belə bunun kimi şərəfə nail olmamışdım. Məni əsas qürurlandıran Billi-Vilder-Plaza’ya bu qədər yaxın olmağımdır. Babelsbergi ilk ziyarət etdiyim vaxt, Billinin adı verilən bir bara rast gəlmişdim. Almanların çox yaradıcı olduqlarını düşünmüşdüm. (gülür) Yaşayıb, yemək yeyib, nəfəs alıb, 7 gün 24 saat filmlə məşğul olursunuz deyə hesab edirəm. Həyatınızda başqa bir şey varmı? Əslində həyatımda kinoyla əlaqəsi olmayan o qədər şey var ki. Soruşduğunuz sual sanki məni beyni yalnız tək bir şəy üçün işləyən birisi kimi göstərdi. Sizi inandıra bilərəm ki, elə birisi deyiləm. Yenə də mən bir sənətçiyəm və özümü ifadə etmə üsulum da kinodur. Ayrıca, mən özümü bir kino mütəxəssisi olaraq görürəm, özüm-özümü yetişdirdim, amma yenə də bir mütəxəssisəm. Digər tərəfdən, haqlısınız həyatım kino ətrafında dönür, bu mənim həyatımdır. Və sizi inandırım ki, bu mükəmməl həyatdı. Qəribə hobbiləriniz varmı? Bütün hobbilərim filmlərlə bağlıdı. Film afişaları, film köçürmələri və val kolleksiyası yığmaq kimi hobbilərim var. Amma düşünürəm ki, bu sizin üçün yetərincə qəribə deyil, yəqin elədir? Filmləriniz musiqiləri ilə çox məşhurdu. Film musiqilərini öz kolleksiyanızdan seçdiyinizi deyirlər. Kolleksiyanız nə qədər böyükdür?

23


Film Fiction | Dekabr, №4 Əzizlərim mənim! İnsanların evlərindəki kitabxanalar kimi, mənim də evimin böyük bir otağında saxladığım çoz zəngin bir kolleksiyam var. Eyni ilə ikinci əl val mağazası kimi. Bu arada vallardan çıxan səslər çox keyfiyyətlidir. (gülür)

Bu aralar sizə təsir edən hər hansı bir filmə baxmısınız? Hal-hazırda adı yadımda deyil, amma çox dramatik və təsirli idi. O qədər təsirli idi ki, qaranlıqda hər kəsi ağlayan gördüm. Hər kəs baş roldakı aktyoru o qədər sevdi ki, onun üçün ağladı. Hal-hazırda bunu düşünəndə çox təsirləndirici olduğunun fərqinə varıram. Bəlkə də insanları ağladan bir film çəkməyiniz lazımdır. "Billi öldürməli"(Kill Bill) filminin sonunda Devid Karradinin canlandırdığı obraz öləndə bir çox tamaşaçı ağlamışdı. Yəni onsuz da tamaşaçını ağladan bir film çəkmişəm artıq. Sizlə danışdıqda görürəm ki, Kventin Tarantinonun vəhşi görünən üzünün arxasında özünü biruzə verməyə çalışan ümidsiz romantik biri var. Vəhşi romantikmi? Sizə deyim ki, filmlərdən əlavə məni təsirləndirən şeylər də var. Parisdə olarkən muzeylərə getməkdən zövq alıram, xüsusilə də Rodin muzeyinə. Real həyatda nə qədər şiddətli olursunuz? Yəni birisinin ayağını qırmaq üçün icarəyə qatil tutmaram. Bu işi özüm həll etməyi tərcih edirəm. (gülür)

Bir film çəkmək yaxşıdırmı, yoxsa narahatlıq doğuran bir hissdir? Sevgilinlə ayrılmaqla müqayisə edilə bilər. Sonrasında təkrar yeni bir əlaqəyə başlama və özünə gəlməsi üçün müəyyən müddət keçməsi lazımdı. İllər öncə video mağazasında işləyərkən heç bir gün buralara qədər qalxacağınız ağlınıza gələ bilərdi? Bəlkə lovğalıq kimi görünə bilər, amma bunun olacağını, sənət aləmində bugünki yerlərə çatacağımı həmişə bilirdim. Təxmin edə bilmədiyim şey, bu qədər geniş bir izləyici kütləsinə sahib olub olmayacağım idi. Təbii ki, bunu da ümid edirim. Bilirsiniz, ən çox ilham aldığım insanlardan biri Bob Dilandı. Video mağazasında olarkən həmişə bir gün Bob Dilanın musiqi və bəstəkarlıqda olduğu kimi mən də kino dünyasında önəmli biri olmağı ümid edirdim. Bəs hal-hazırda önəmli birimisiniz? Elə olduğumu demədim. Bilirəm meqalomanlığa meylliyəm, amma önəmli olduğumu demək bir az həddimi aşmaq olar. Yəni, demək istədiyim budur ki, məqsədim sadəcə kino həvəskarları və tənqidçiləri tərəfindən tanınan və yaxşı işləyən rejissor olmaq deyil. Məqsədim 70-ci illərdəki Brian de Palma qədər məşhur olmaqdı. Amma əslinə baxılarsa, gözləntilərim daha çox idi. Nəticədə bir meqalomanam… Filmlərinizdə əsas rollar əsasən kişilərdən intiqam almağa çalışan qadınlar olur. Ən son nə vaxt bir qadın sizə şillə vurub? (Qəhqəhəylə gülür) Heç bir qadın tərəfindən şillə yeməmişəm. Hətta, böyüdüyüm məhəllədə, yəni Los Ancelesda şiddətlə məşhur Harbor Sitidə belə liseydəki idmançı qızlardan şillə yeməmişəm. Filmlərinizdə qadınlara nə qədər heyran olduğunuz açıqca görülə bilir. Qadınları çox sevirəm. Hər hansı yaxın bir dostumdan soruşun, əsl bir cənublu centlmen olduğumu deyəcəklər. Həm mən baş roldakı qadın aktrisaları həmişə kişilərdən çox daha cəlbedici zənn etmişəm. Çox daha həyəcan verici və lovğadırlar. Sizcə filmlər dünyanı xilas edə bilərmi? Əlbəttə ki! Gedin və "Şərəfsiz Mələzlər"i izləyin! 24 sentyabr, 2009-cu il.

24


Film Fiction | Dekabr, №4

Klassik Hollivud Film Cərəyanı

Bu cərəyan 1910-60-cı illər Amerika film sənayesini ifadə edir. Bu dövr kino sənəti əsasən öz vizual quruluşu, səs texnikası, aktyor oyununa görə fərqlənir. Qızıl Dövr: Amerika kinosunun qızıl dövründə, səssiz filmlərin çəkilişinin demək olar ki sona çatdığı 1920-ci illərin sonundan 1960-cı illərin əvvəllərinə qədərki dövrdə filmlərin əksəriyyəti nəhəng Hollivud studiyalarında çəkilirdi. Qızıl dövr 1927-ci ildə ilk səsli film “Cazz müğənnisi”nin ekranlara çıxması və böyük maliyyə uğuru qazanması ilə başladı. Filmlərin böyük hissəsi – vestern, musiqili film, komediya, cizgi filmi və biopik istiqamətlərdə çəkilirdi. “Cazz müğənnisi”nin böyük uğurundan sonra “Warner Brothers” kinoşirkəti şəxsi kinoteatrlar inşa etdirdi. “MGM”, “Paramount”, “RKO”, “FOX” kimi şirkətlər də analoji addımlar

atdılar. Belə şirkətlər yüzlərlə aktyor, prodüser, rejissor, ssenarist, texniki işçiləri müəyyən məvaciblə yanlarında saxlayırdılar. 1930-cu illərdə “MGM” şirkəti kino sənayesinin əsas hissəsini əlində cəmləşdirmişdi və Hollivudun ən qabaqcıl ulduzları bu şirkətlə əməkdaşlıq edirdi. Bunlar arasında “Hollivudun Kralı” adlanan Klark Qeybl, Norma Şirer, Qreta Qarbo, Xoan Kravford, Jan Harlov, Qari Kuper, Mari Pikford, Henri Fonda, Merilin Monro, Elizabet Teylor, Cudi Qarland, Ava Qardner, Ceyms Stüart, Katarine Hepburn, Vivien Li, Qreys Kelli, Cin Kelli, Qloria Stüart, Fred Astaire, Qinqer Rocers, Con Veyn, Barbara Stanvik, Con Bartimor, Audrey Hepburn və Buster Kiton var idi. Bu dövrdə amerikan film sənayesinin ən böyük uğurlarından biri də Uolt Disneyin animasiya

25


Film Fiction | Dekabr, №4 filmləri idi. 1937-ci ildə Disney dövrün ən uğurlu filmini, “Ağbəniz və yeddi cırtdan” animasiyasını yaratdı. Böyük miqdarda filmlər çəkilirdi, lakin az bir qismi uğur qazanırdı. Studiyalar əsasən orta büdcəli, yaxşı ssenari və tanınmamış aktyorun iştirak etdiyi filmlərə üstünlük verirdilər. Belə şəxslərdən biri Orson Uelles idi. Onun debüt filmi “Citizen Kane” (1941) çox böyük uğur idi.

Hovard Houks, Alfred Hitçkok, Frenk Kapra kimi rejissorlar isə studiyalarla mübahisə edərək, əsasən öz quruluş stillərini yaradırdılar. Dövrün ən görkəmli rejissoru Con Ford idi. Ford “Ən Yaxşı Rejissor” kimi 5 Oskar nominasiyasından 4-nü qazanmışdı. Bu rekord hələ də təkrarlanmayıb. Uilmay Uayler isə 12 dəfə bu nominasiyada irəli sürülmüşdü. Studiya filmlərinin çəkilişinin geniş vüsət alması 1939cu ildən etibarən başladı. Bunların ilk nümunələri “Oz ölkəsinin sehrbazı” (The Wizard of Oz), “Küləklə sovrulanlar” (Gone with the Wind), “Fayton” (Stagecoach), “Cənab Smit Vaşinqtona gedir” (Mr. Smith Goes to Washington), “Cavan cənab Linkoln” (Young Mr. Lincoln), “Wuthering Heights”, “Ancaq mələklərin qanadları olur” (Only Angels Have Wings), “Nina” (Ninotchka), “Qanqa Din” (Gunga Din) və “İyirmincilər” (The Roaring Twenties) filmləri idi. Qızıl dövrdə istehsal edilən digər görkəmli filmlər arasında “Kasablanka” (Casablanca), “Robin Qudun macəraları” (The

Adventures of Robin Hood), “Bu gözəl həyat” (It's a Wonderful Life), “Bir gecəlik xoşbəxtlik” (It Happened One Night), “Kinq Konq” (King Kong), “Cazzda ancaq qızlardı” (Some Like It Hot), “Eva haqqda hər şey” (All About Eve), “Axtaranlar” (The Searchers), “Tiffanidə səhər yeməyi” (Breakfast At Tiffany's), “Şimala şimal qərbdən” (North by Northwest), “Səkkizdə nahar” (Dinner at Eight), “Səbəbsiz etiraz” (Rebel Without a Cause), “İkiqat sığorta” (Double Indemnity), “Bountidə hadisə” (Mutiny on the Bounty), “İşıqlar şəhəri” (City Lights), “Qırmızı çay” (Red River), “Mançuria namizədi” (The Manchurian Candidate), “Bişopun xanımı” (The Bishop's Wife), “Yağış altında nəğmə” (Singin' in the Rain), “Böyük qaçış” (The Great Escape), “Sağ olun cənab Çips” (Goodbye Mr. Chips), “Roman tətili” (Roman Holiday), “Jezebel”, “Sabrina” və s. var idi. Kino Stili: Məşhur kino tarixçisi və tənqidçi Devid Borduelin qeyd etdiyi kimi, Klassik Hollivud cərəyanı əsasən 14-17-ci əsr İntibah dövründən bəhrələnmişdi. Qəhrəmanlar məqsədə çatmaq üçün maneələri dəf edir, onların əsasən fiziki davranışları ön plana çəkilirdi. Zaman və məkan quruluşu filmləri təşkil edən iki əsas istiqamətə uyğunlaşdırılırdı: biznes əlaqələrinə sevginin təsiri və Alfred Hitçkokun filmlərində olduğu kimi hər hansı bir cinayətin üstünün açılması. Filmlərin əksəriyyətində “flashback” (keçmiş hadisələrin yada salınması) adlanan üslubdan istifadə edilirdi.

26


Film Fiction | Dekabr, №4

Venetsiya Film Festivalı

Venetsiya Film Festivalı ən qədim beynəlxalq film festivalıdır. Əsası 1932-ci ildə Cüzeppe Volpi tərəfindən qoyulmuşdur. İlk vaxtlar festivalın adı “Esposizione Film Festivalı” idi. Elə ilk dəfədən festival çoxlu sayda, təxminən 26 min insanı özünə cəlb edə bildi. İlk təqdim edilən film rejissor Ruben Mamoulianın “Doktor Cekil və Mister Hayd” filmi olmuşdur. Amma ilk festivalda hələ mükafatların verilməsi nəzərdə tutulmamışdı. Venetsiya Film Festivalı hər il avqustun sonları və yaxud sentyabrın əvvəlləri İtaliyanın Lido adasında keçirilir. Filmlər “Palazzo del Cinema” və “Pala Biennale” kinoteatrlarında nümayiş etdirilir. “Palazzo del Cinema” 1937-ci ildə yaradılmışdır. Bu qədim festival “Venesiya Bianelle”nin bir hissəsidi. Venesiya Bianelle İtaliyanın Venetsiya şəhərində keçirilən çağdaş incəsənt sərgisidir. Festivalın əsas mükafatı “Qızıl Şir”di. Bu ən yaxşı ekranlaşdırılmış filmə verilir. “Qızıl Şir” mükafatı 1952-ci ildə tərtib edilib. Ən yaxşı rejissor nominasiyası üzrə qalibə “Gümüş Şir” mükafatı verilir.

Ən yaxşı aktyor və aktrisa nominasiyası üzrə mükafat isə “Volpi Kuboku”dur. “Volfi Kubok”u 1934-cü ildən bəri verilir. Bundan əlavə münsiflərin seçimi ilə verilən həvəsləndirici “Xüsusi Şir” mükafatı da vardır ki, bu da əsas mərhələdə nümayiş olunan filmlər üzrə rejissor və aktyora verilir. “Qızıl Osella” ən yaxşı texniki kontribusiya və ən yaxşı ssenari nominasiyaları üzrə nəzərdə tutulub. Yeni aktyor və aktrisa nominasiyaları üzrə “Marsello Mastroianni”, debüt film nominasiyası üzrə “Gələcək Şir” mükafatları verilir. Festivalın yaranmasında vaxtilə İtaliya hökumətinin başçısı olan Mussolininin də rolu olmuşdur. 1934-1942 illər ərzində onun adını daşıyan “Ən yaxşı xarici film üzrə Mussolini” mükafatı və “Ən yaxşı italyan film üzrə Mussolini” mükafatı tərtib edilmişdi.

Əsas mərhələdən əlavə “Orizzonti” mərhələsinə çıxmış filmlərə aşağıdakı mükafatlar tərtib edilmişdir:  Orizzonti mükafatı;  Xüsusi Orizzonti Münsif mükafatı;  Orizzonti qısa film mükafatı;  Orizzonti ortametrajlı film mükafatı. “Controcampo Italiano” mərhələsində İtalyan filmləri təqdim edilir. 7 tam metrajlı, 7 qısa metrajlı və 7 sənədli İtalyan filmi nümayiş etdirilir.

27


Film Fiction | Dekabr, №4

Maraqlı faktlar Sizə kino tarixindən maraqlı faktları təqdim edirik. Kino tarixinin ilk rəngli filmi erməni rejissoru Ruben Mamulyanın 1935-ci ildə çəkdiyi “Bekki Şarp” (Becky Sharp) filmi hesab olunur. Buna qədər isə 19-cu əsrdə Lyümer qardaşları filmi əllə rəngləyirdilər. Bu o qədər ustalıqla edilirdi ki, rəngin “əl işi” olması faktı çox sonralar məlum oldu.

Kino tarixinin ilk filmi isə 1895-ci ildə Lyümer qardaşlarının çəkdikləri “Qatarın gəlişi” hesab olunur. Buna baxmayaraq isə 1888-ci ildə fransız rejissor Lui Le Prins 2 saniyədən bir qədər artıq olan “Rendxey bağındakı səhnə” filmini çəkməyi bacarıb. Bu film məşhur operator Corc İstmenemin kəşfi olan kağız lentə çəkilib. Sadəcə xronometraj Lyümer qardaşlarının filmini əsl film olaraq qəbul edir. “Apokalipsis” filmində rejissor Mel Gibson sonradan aşkarlanmış kobud bir səhvə yol verib. Filmdə Maya tayfasını vəhşi, düşüncəsiz kimi qələmə verən rejissor unudub ki, sivilizasiyada qəbilə icmasında ən ağıllı tayfa məhz Mayalılar hesab olunur.

“Troya” filminin final səhnəsində ölmüş yunanı basdıran zaman gözünə qəpik qoyurlar. Bu adət qədim Yunanıstanda həqiqətən olub, amma bir fakt yaddan çıxıb ki, həmin dövrdə hələ dəmir pul kəşf olunmamışdı.

“Titanik” filmində Cek obrazı üçün əsas 4 namizəd arasında “Evdə tək”-in qəhrəmanı Makulay Kalkin də var idi, amma rol Leo-ya qismət oldu. “Titanik” haqda daha bir maraqlı fakt: Filmdə Cek Rouzun çılpaq şəklini çəkir. Bu şəkli əslində filmin rejissoru Ceym Kameron özü çəkib. Cekin albomunda olan bütün rəsmlər də məhz rejissorun əl işləridi. Adolf Hitler 5 filmin ssenarisini yazıb və 3 filmdə aktyor kimi çəkilib. Bundan başqa Hitlerin obrazı 331 (!) filmdə canlandırılıb. Hedi Lamarr kino tarixində seksual inqilabın yaradıcılarından hesab oluna bilər. Aktrisanın 1933-cü ildə lentə alınan Çexoslovakiya istehsalı “Ekstaz” filmində 10 dəqiqəlik anadan gəlmə çılpaq şəkildə göldə üzməsi böyük qalmaqala səbəb olmuşdu. Bu kino tarixinin ilk “açıq səhnə”si hesab olunur.

Aktyor Şon Penn homoseksuallara hədsiz nifrət etməsi ilə də məşhurdur. Onun Madonnadan ayrılma səbəblərindən biri kimi

28


Film Fiction | Dekabr, №4 bu amil də göstərilir. Çünki, Madonnanın dostlarından çoxu geylərdi. Bütün bunlara baxmayaraq, Şon Penn 2008-ci ildə “Milk” filminə çəkilməyə razı olur və filmdə canlandırdığı ABŞ-ın homoseksual deputatı olan Milk obrazı ona Oskarı qazandırır.

Kino tarixinin ən pis rejissoru Edvard Vud (1924-1978) hesab edilir. Rejissor dublsuz çəkimlər aparıb və absurd fantaziyalarını həyata keçirib. Filmdəki səhvləri görməmək üçün kor olmaq lazımdı. Rejissor Tim Bertonun “Ed Vud” filmi məhz bu rejissorun həyatından bəhs edir. "Jetsonlar" filmində Ceynin 33 yaşı, qızı Cudinin isə 15 yaşı var idi. "Oz ölkəsinin sehirbazı" ( Wizard of Oz) filmindəki şir kostyumu əsl şirin dərisindən hazırlanıb. Kleopatra filmi 1963-cü ildə Misirdə qadağan edilmişdir. Səbəbi isə Kleopatra rolunu canlandıran Teylorun dinini dəyişdirərək yəhudi olması idi. Ceyms Bond İtalyada “Mr. Kiss-KissBang-Bang” kimi tanınır.

Dünyada ilk film studiyası Tomas Edison adlı şəxsə mənsub olan "Black Maria" studiyasıdır. O 1893-cü ildə 637$-a Tomasa başa gəlib. İçveçdə məşhur rejissor Stiven Spilberqin "E.T." filmi 11 yaşdan aşağı uşaqlar üçün qadağan edilib. Buna səbəb kimi onlar göstərirdi ki, filmdə valideynlər uşaqlarına qarşı düşmən mövqedə dururlar.

İndiyə kimi qrimə ən çox xərclənən pul "Meymunlar planeti" (Planet of the Apes) filminə aiddir. 1968-ci ildə ərsəyə gələn filmə təxminən 1 milyon $ pul xərlənib. Bu filmə xərclənən pulun 17%-i idi. "Trek Ulduzu" (Star Trek) filmindəki Vulkan planeti əslində Yellouston Milli Parkıdır. Filmdən gələn gəliri 100 milyon $-dan çox olan ilk film "Çənələr" (Jaws) filmi olmuşdur.

Bir səhnədə ən çox hərəkət Çarli Çaplinin 1931-ci ildə ərsəyə gətirdiyi "Şəhərin işıqları" (City Lights) filmində qeyd alınmışdır. Alınan nəticə isə bu idi: bir səhnəyə 324 hərəkət!

29


Film Fiction | Dekabr, №4

Müsahibə Müsahibimiz Azərbaycanın tanınmış , kinotariximizə adını qızıl hərflərlə yazdırmış aktyor Yaşar Nuridi.

İlk dəfə “Toy kimindir” tamaşasında oynamısınız. Nə hisslər keçirmişdiniz? - Bu haqda çox yazılıb. Artıq onların üstündən bir xeyli keçib. Nə hisslər keçirmişəmsə onlar qaldı orda. Cəmilə, sən təsəvvür elə ki, uşaq ikən birdən səhnə karifeyləri Nəsibə Zeynalova, Bəşir Səfəroğlu və başqaları ilə birgə səhnəyə çıxmaq nə deməkdir... Qorxu hissləri keçirmişəmsə ona görə gəlib aktyor olmuşam az-çox. Sizin uşaqlığınızla indiki uşaqlar arasında fərq böyükdür? Yəni, valideynlərinə qarşı, uşaqlar bir-birilərinə qarşı. - Əlbəttə, əlbəttə ki, çoxdu. İstər valideynə qarşı, istər müəlliminə qarşı, istər dərsə qarşı. İndi zaman dəyişir. Amma bunu yaxşı tərəfindən seçmək lazımdır. Əfsuslar olsun ki, biz hərdən pisi çox tez qavrayırıq, yaxşını isə çox gec qavrayırıq. Əlbəttə ki, bu da böyük bir şeydi. Düzdür, yaxşıları da var, sənin kimi savadlıları da var, savadsızları da var. Və bacardığımız insanlara ixtiyarımız çatır ki, deyək, belə geyinmə, belə geyin, belə geyinsən yaxşı olar, belə gəzsən yaxşı olar, belə dərsə fikir versən yaxşı olar. İndiki bəzi uşaqların oxumağa o qədər həvəsləri yoxdur. Ona görə Universitetə pul ilə girənlər də var. O pul ilə girənlərin nəyinə lazımdır ki, sabah o kinoşünas, teatrşünas, ya aktyor olacaq. Heç kim ondan sənət naminə heç nə tələb

etməyəcək. Valideynləriniz sənət seçməyinizə təzyiq göstərməyib. Təki aktyor olmayasınız. Bəs o vaxtı teatrdan 3 manat maaş alırdınız. Teatrda işləməyinizə qarşı çıxmadılar? - Teatrda nə işləyirdim ki... 10-11 yaşında səhnədə çıxış edirdim, 3 manat verirdilər. Atam da aktyor olub, heç bir təzyiqi də olmayıb. Bəlkə arada xırda-para olub. Anam heç qarışmayıb. Atam da ki, bu sənətdə çox əziyyət çəkib amma o da qarışmayıb. Şeir deməmək üçün son zəngdə iştirak etməmisiniz. İndi buna görə peşmanlıq çəkirsiniz? - Əlbəttə çəkirəm. İndiki son zənglər o cür olmur. Amma son zəngdə çıxış etməməyin çoxusu şeir deməmək naminə deyil. Çünki mən bütün fənnlərdən 4-5 alırdım, həmçinin ədəbiyyatdan da. Müəllim də belədi də, yığıryığır vaxtı gələndə əvəzini çıxır. Əfşan müəllim də mənə 3 yazdı, mən də getmədim son zəngə, amma peşmanlıq çəkirəm. Ən gözəl günlərdən biri də odur. Sən təzə ayrılmısan, sən bilərsən. Ən yaxşı gün son zəngdi. Məktəbin son zəngi var, tələbəliyin son zəngi var, insanlığın son zəngi var...

Aktyorluğu seçməkdə və bu qədər tanınmış aktyor olmaqda kimin rolu çoxdur? Yəni, aktyorluğa gəlməkdə sizə kim kömək edib? - Bilmirəm məni nə qədər tanıyırlar, tanımırlar. Özümə yaxın qoymuram. Kömək deyəndə də ki, yəni mən atama baxıb aktyor olmuşam. Camaatın ilk çıxışları böyük teatrlarda 73-cü ildəndir. Mən hələ səhnəyə çıxanda məni heç kim tanımırdı. Ancaq məhəllə adamları tanıyırdı. Sizin o vaxtlar yadınıza gəlməz, televizorda tənbəl rollarını oynayırdım, əl-zad çaldılar, mən də həvəsləndim, çalışdım, gəlib bu dərəcəyə çıxdım.

30


Film Fiction | Dekabr, №4 Hərbi hissədə olarkən niyə cəzalarınızı yerinə yetirmirdiniz? Asfalt döşəməyə aparanda etiraz edirdiniz. Razılaşmırdınız cəzalarınızla. - Yox. Hərbi hissədə… Belə də ki, indiki hərbçilər xoşbəxtdirlər. Nə mənada? Onlar bilirlər ki, kimi qoruyurlar, nə üçün qoruyurlar. Amma biz bilmirdik. Macarıstanda demokratiyaya qədər heç qoymurdular deyəsən ki, harada xidmət eləmisən. Çünki orada şəhər yazılmır. Bir dənə hərbi hissənin nömrəsi olur. Mən Macarıstanda xidmət eləmişəm. İndiki əsgərlər bilirlər ki, anasını, bacısını, vətənini, torpağını qoruyur və xilas etməlidir. Bu xoşbəxtlikdir. Biz bilmirdik kimi xilas eləyirik, kim üçün gedirik. Belə şeyləri bilmirdik. Hərbi xidmət idi, getdim, elədim, gəldim. Çox əzab da çəkməmişəm. Deyim ki, ay məni belə... Əsgərlikdə də bir şey olmayıb. Qayıtmışam zabit, sonra da leytenant.

Sizinlə birgə tələbəlik illərinə səyahət edirik. Yadda qalan xatirələrinizdən danışın. - Bilirsən, Cəmilə, qızım, tələbəlik özü elə bir xatirədir. Nə bilim, hansını deyim? Tələbəlik +xatirələr. Orda o qədər hadisələr olub ki. Tələbə vaxtı sevmişik də, sevilmişik də... Kiminsə dalınca düşmüşük də, ayağımız kiminsə dalınca gedəndə sürüşüb, yıxılmışıq da. İndi o xatirələri danışmaq üçün gərək çarxı fırladaq. Düzdür, mən heç vaxt danışanda fikirləşmirəm, belə də ağlımda olur. Amma gərək bunu da fikirləşim. Çox xatirələr var. Dərsə gecikməyim də, institutdan qovulmağım da... Bunlar da indi mənə, necə deyərlər, xoş gəlir. Mən institutdan neçə dəfə xaric olunmuşam. Kiminsə-sənin kimi bir qızın tərəfini saxlamışam, kimə görəsə qapıda gözləmişəm. Elə şeylər kaş indi olaydı.

Sizə yazılan altı yeşik məhəbbət məktubları var. Niyə saxlamısınız? O vaxtlar nece sevildiyinizi tez-tez xatırlamaq üçün? - Altı yeşik hamısı məhəbbət məktubları deyil. Orada tamaşalardan da çox məktublar var. Saxlayıram... Qalıb da... Axı o da əziyyət çəkib. Bəzən açıb oxuyursunuz? - Yox vaxt olmur. O da əziyyət çəkib, ürəyinin ağrısı ilə bir məktub yazıb. Ya Firəngizlə “Səni axtarıram”, ya başqalarından. Çoxdu da... Qalıb da onları dərc eləsən üç kitab çıxar. İki qızınız var. Amma adətən atalar oğlan övladı istəyir. Bəs siz necə?... - Bu Allah payıdı. Belə məsləhət görüb, belə də verib. Oğlan olsaydı nə edəcəkdi? Oğlan olub başqa yollara düşüb mənim adımı, az-çox ad-sanımı yerə vurmaqdansa, qız oturub evdə də. Qız elə qızdı. Mən 15-20 gündür nasazamömrümdə nasaz olmamışam- görürəm yanımdadırlar. Amma oğlan olsaydı mənə elə gəlir deyəcəkdi ki, mən getdim, bir də axşam gələrəm. Mənə elə gəlir ki, elə olardı. Çünki, əfsuslar olsun ki, mən özüm də elə olmuşam. Nə tökərsən aşına, o da çıxar qaşığına. “Bəyin oğurlanması” filminin çəkilişi zamanı tibb bacısını meymuna oxşatmısınız. Buna görə iki gün gipsdə qalmışdınız. - Hə, hə. O başqa millətdən idi, mən bilmirdim. Saat 8 olardı. 30 ilə yaxındır bu hadisənin üstündən keçir. Mən uzanmışam, zarafatla dedim ki, fərli tibb bacısı gətirərdiniz də, meymuna oxşayır. Bu da başa düşür sən demə. Buna görə 2 gün gipsdə qaldım. Düzdü, qaşındırdı bir az. Sənət belədi də gərək dözəsən. Hansısa obrazı yaradanda olubmu ki, öz obrazınıza söz əlavələri edəsiniz? - Çox... Elə bir obrazım yoxdur ki, orda mənim sözüm olmasın. İstər Surxayzadə, istərsə də başqalarında. Düzdür, mən yalan danışan deyiləm, amma bu obrazdır da. Ola bilsin daha cox klassikada, “Topal Teymur”da. Orda artırmaq mümkün deyil. Mən 8 ildir ki, yeganə dram aktyoruyam ki, opera oynayıram - “Arşın mal alan”da və s. Bu yaxınlarda getdim Türkiyəyə, Ankarada Opera Balet Teatrında oynadım (çətindir opera oynamaq mənim üçün). İnanmadılar ki, mən dram artistiyəm və orada da 2 kəlmə əlavə elədim, onların da xoşuna gəldi.

31


Film Fiction | Dekabr, №4 təkliflər var idi. Məni çağırdılar Türkiyəyə dərs deməyə, amma, mən başqa işlə məşğul ola bilmərəm. Elə vaxt olmayıb ki, deyim ki, bezmişəm. Mən təyyarə ilə Mərdəkanın üstündən keçəndə həmişə gözlərim yaşarıb. Mən Bakısız... çətin məsələdi. İnanmıram bundan sonra da.

Siz özünüzü teatrda tamaşaçı qarşısında yoxsa kamera qarşısında daha sərbəst hiss edirsiniz? - İkisində də. Kino belədir də, bir dəfə çəkilir yaxşı olmur, iki dəfə çəkilir, bir söz yaddan çıxır üç dəfə... Amma teatr elə deyil. Elə ki 7 oldu, pərdə açıldı, sən oldun tamaşıçının yaxşı mənada bir növ qulu. Bir növ qulusan ki, istəyir ayağın ağrıdı, istər səhər də verilişə gedim, gərək hamı mənimlə olsun. Onun ona dəxlisi yoxdur ki, mənə soyuqdu. Əgər Yaşar yaxşı adamdırsa, öz qədrini biləndirsə özünü qorusun da. Düzdür? Həmişə deyirlər ki, səni qoy Allah qorusun. Amma gərək özün də qoruyasan. Allah deyir ki, mən səni yaratmışam, sən də özünü qoru da bir az. Mən amma özümə baxmamışam. Həm televiziya tamaşalarında, həm teatrda tamaşaçılar qarşısında, həm də kinoda çəkilmək sizi yormur ki? - Yormur. İşləyən adam gərək yorulmasın. Mən 10 yaşımdan indiyə kimi səhnədəyəm. Bu il yorğun yox, bir balaca özümü nasaz hiss elədim, o da məni darıxdırır. Taqsır özümdə olub. Çünki mən həm özümü darıxdırıram, iraq səndən, adam xəstə olanda necə olur, elə bil nəyimsə çatmır. Həm də qıraqdakı adam lap gic eləyir “Sizə belə yaraşmır”... Mən bəyəm asta-asta yeriyə bilmərəm? Mən fikirləşə-fikirləşə gəzə bilmərəm? Sonra ekranda baxanda deyir ki, siz xəstə-zad deyilsiniz… Yormur, yorulmağa hələ çox var. Yaşar müəllim, həyatınızda elə bir insan varmı ki, öz sənətinizi ona qurban verəsiniz? - Mən sənətimi heç kimə qurban verməmişəm. Çünki onu qoymayıblar. Belə də “bir insan” ola bilər mənim ailəm, onlar da qoymayıblar. Artıq gecdi. Mənə çox böyük

Arzuları...Yaponiya, Almaniya mənim haqqımda 3 səhifəlik böyük məqalə çap eləyib. Bunları öyrənmək lazımdır. Mən indiki filmlərə baxa bilmirəm. Vururlar, yıxırlar, öldürürlər adam gecə yata bilmir. Qorxuluqdan yox e, burda sənət yoxdu. Tək gəlsin, dayansın, məni düşündürsün. Sənətşünaslıq ən böyük peşələrdən biridir. Sənin müəllimlərinə, kim ki sənə dərs deyir, onlara can sağlığı arzu edirəm və gördün ki, öyrənə bilmirsən, kimisə aldadırsan, getməyin məsləhətdi. Qızsan otur, öyrən, 2-3-cü kursda əlin cibində gəzəcəksən. O gün olsun universiteti qurtaranda gəlib məndən soruşasan, mən də sənə diplom işində kömək eliyim. 20 fevral, 2008-ci il.

32


Film Fiction | Dekabr, №4

İlin yekunları Film Fiction adından ilin yekunlarını müəyyən kateqoriyalar üzrə seçdik. Beləliklə... İlin ən yadda qalan filmləri: Bir zamanlar Anadoluda (Once upon time in Anatolia), Boşanma (A Seperation), Artist (The Artist), Həyat ağacı (The Tree Life), Parisdə gecə yarı (Midnight in Paris).

İlin ən yadda qalan animasiya filmləri: Ranqo (Rango), Tintinin macəraları (The Adventures of Tintin), Şirinlər (The Smurfs), Xoşbəxt Ayaqlar-2 (Happy Feet-2), Çəkməli Pişik (Puss in Boots).

İlin ən pis filmləri: Alatoran: Şəfəq (Twilihgt: Breaking Down), Konan (Conan The Barbarian), Kovboylar yadplanetlilərə qarşı (Cowboys and Aliens), Çənələr 3D (Shark Night 3D), Günəşdən usanmışlar diologiyası (Утомлённые солнцем).

33


Film Fiction | Dekabr, №4 İlin ən yadda qalan rejissorları: Lars Von Trier, Nuri Bilge Ceylan, Aleksandr Sokurov, Terens Maliki, Əsgər Fərhadi.

İlin ən yadda qalan aktyorları: Jan Dyujarden, Corc Kluni, Leonardo Di Kaprio, Peyman Mooadi, Bred Pit

İlin ən yadda qalan aktrisaları: Meril Strip, Kristen Danst, Leyla Hətami, Natali Portman, Mila Kunis

İlin ən yadda qalan sitatı: “Mən nassistəm!” ( Lars Von Trier ) İlin qalmaqalı: Danimarkalı rejissor Lars Von Trierin Kann festivalında özünü nassist adlandırmasına görə, persona non grata elan olunaraq festivaldan qovulması bu ilin ən məhşur qalmaqalı kimi yadda qaldı.

34


Film Fiction | Dekabr, №4

Bu ay doğulanlar

Vudi Allen - 1 dekabr. Lusi Liu –2 dekabr. Culianna Mur - 3 dekabr. Brenden Freyzer - 3 dekabr. Cef Bridces – 4 dekabr. Şəfiqə Qasımova – 5 dekabr. Ayşad Məmmədov - 6 dekabr. Devid Karradayn – 8 dekabr. Kirk Duqlas – 9 dekabr. Con Malkoviç - 9 dekabr. Maykl Klark Dunkan – 10 dekabr. Jan Mare - 11 dekabr. Cennifer Konelli – 12 dekabr. Tom Ulilkinson – 12 dekabr. Tarık Akan - 13 dekabr. Tahir İmanov - 13 dekabr. Rac Kapur - 14 dekabr. Necati Şaşmaz – 15 dekabr. Yuri Nikulin - 17 dekabr.

Keti Holms - 18 dekabr. Bred Pitt - 18 dekabr. Rey Liotta - 18 dekabr. Gülşən Qurbanova - 19 dekabr. Mehriban Zəki - 19 dekabr. Ceyk Qullenhall - 19 dekabr. Samuel L. Cekson - 21 dekabr. Ralf Fayns - 22 dekabr. Vanessa Paradi - 22 dekabr. Həsən Seyidbəyli - 22 dekabr. Mixail Boyarski - 26 dekabr. Şener Şen - 26 dekabr. Jerar Departye - 27 dekabr. Sergey Bodrov - 27 dekabr. Denzel Vaşinqton - 28 dekabr. Sadıx Hüseynov - 29 dekabr. Cudi Lou - 29 dekabr. Entoni Hopkins - 31 dekabr.

35


Film Fiction | Dekabr, №4

CİTİZEN KANE

Film: Vətəndaş Keyn Rejissor : Orson Uelles Ölkə: ABŞ Janr: Dram İl: 1941 İMDb xalı: 8.6 Film Fiction xalı: 8.6 1941-ci ildə Orson Uellesin rejissorluğu ilə çəkilən və özünün baş rolda oynadığı film. Bir çox səsvermələrdə bütün dövrlərin ən yaxşı filmi seçilən “Citizen Kane” kinoya yeni çəkiliş, musiqi və süjet quruluşu gətirdi. Xüsusilə qeyd etmək lazımdır ki, bu Uellesin ilk filmi idi. 9 nominasiyada “Oskar”-a namizəd olan film yalnız bir, “Ən Yaxşı Orijinal Ssenari”-yə görə Uellesə və Herman Mankieviçə mükafat qazandırdı. Uelles filmdə Çarlz Foster Keyn adlı qəzet sahibini canlandırır. Ümumiyyətlə isə bu obraz 20-ci əsrdə qəzet sahibi olmuş Uilliam Rendolf Herst və Uellesin öz həyatından götürülmüş hadisələr əsasında çəkilmişdir. Film Amerika Kino İnstitutunun (AFİ) tərtib etdiyi

“Bütün Dövrlərin Ən Yaxşı 100 Filmi” siyahısında 1-cidir. Dövlətli media adamı Çarlz Foster Keyn Floridada tikdirdiyi və darvazasında “keçidi pozmayın” yazılmış Ksanadu sarayında həyatının son nəfsini alır. Yataqda ikən əlində tutduğu qar kürəciyi (oyuncaq) əlindən düşür və onun son sözləri, “Rosebud” eşidilir. Onun ölüm xəbəri bütün dünyada sensasiyaya səbəb olur. Müxbir Cerri Tomson Keynin irsi, xüsusilə onun son sözü barədə məlumat toplamağa başlayır. O, Keynin yaxın adamları ilə görüşür və onlardan məlumat alır. Lakin “Rosebud” sözünün mənasını heç kim bilmir. Filmin bəzi səhnələri Keynin uşaqlıq həyatını, onun Koloradoda yaşadığı evi əks etdirir. Keyn ailə qurur, daha sonra isə opera müğənnisi olmaq istəyən bir xanımla, Syuzan Aleksandrla əlaqədə olur. Onun müğənni ilə əlaqələrinin ortaya çıxması siyasi həyatına böyük zərbə vurur, Syuzan onu tərk edir. O, həyatının son illərini Ksanadu sarayını tikdirməyə sərf edir, bahalı incəsənət nümunələrini burada toplayır. Onun eşikağası Keynin ölüm səhnəsini müxbirə danışır və bildirir ki, Syuzan onu tərk etdikdən sonra o, məhz qar kürəciyinə baxaraq “Rosebud” sözünü işlətmişdi. Tomson qərara gəlir ki, o heç vaxt bu sözün sirrini tapa bilməyəcək. O, iddia edir ki, Mr. Keyn həyatda hər şeyə nail olub və hər şeyi itirib. Ola bilsin ki, “Rosebud” onun qazandığı və ya itirdiyi bir şey idi. Keynin ölümündən sonra onun əşyaları siyahıya alınır, bəziləri isə yandırılır. Filmin sonunda məlum olur ki, “Rosebud” onun uşaqlıqda oynadığı xizək idi. Bu sözü işlətməklə Keyn həyatının yeganə xoşbəxt anlarını xatırlamışdı. Film həvəskarı kimi bu filmi çox yüksək qiymətləndirirəm. Ümumilikdə filmin hər bir səhnəsi əvvəlki kino texnikalardan çox fərqlənir. Filmin çəkiliş texnikasından, Uellesin obraz quruluşundan sonrakı filmlərdə tez-tez istifadə edilmişdir. Hətta hesab edirəm ki, “Xaç atası” filmindəki Vito Karleone obrazı ilə Keyn arasında çox oxşarlıq var. Filmin çəkilməsindən 70 il keçməsinə baxmayaraq, onun təsirini sonradan çəkilən bir çox filmlərdə görmək mümkündür. Film əsl incəsənət nümunəsidir.

36


Film Fiction | Dekabr, №4

Dogtooth

Film - Köpək dişi Rejissor - Yorqos Latimos Janr - Psixoloji, dram Ölkə - Yunanıstan İl: 2009 İMDB xalı - 7.2 Film Fiction xalı: 8 “Köpək dişi” filmi yunan rejissoru Yorqos Latimosun uzun metrajlı filmləri içərisində sayca dördüncü filmidir. Filmin ssenarisi isə həm ona, həm də Eftimis Fillippouya məxsusdur. Rejissorun ən uğurlu filmi də demək olar “Köpək dişi”dir. Film beynəlxalq festivallarda bir çox mükafatlara layiq görülüb. 2011-ci ildə “Ən yaxşı xarici film” nominasiyasında Oskara namizəd olub. Kann, Dublin, Stokholm film festivallarında bir çox mükafatları qazanmışdır. İndi isə filmin nədən bəhs etdiyindən yazım. Amma əvvəlcə təsəvvür etmək bacarığınızı işə salıb dediklərimi gözlərinizdə canlandırmağa çalışın. Təsəvvür edin, siz hər şeydən təcrid olunmuş halda bir evdə

yaşayırsınız. Sizi inandırıblar ki, əgər köpək dişiniz çıxmasa bu evin kənarına addım ata bilməzsiniz. Çıxsanız belə, gərək maşınla çıxasınız. İnandığınız tək şeylə bitmir, həmçinin sizə bir pişiyin bir insanı yeyə biləcək gücdə olduğunu, insanın it dünyaya gətirə biləcəyi, təyyarələrin əslində oyuncaq olduğunu və sizin həyətinizə düşsə ondan oyuncaq kimi istifadə edə biləcəyinizi də inandırıblar. İnternet sözü sizə yaddır, televizor kanallarından bixəbərsiz, qəzet, jurnal, telefon kimi şeylərin nə olduğunu bilmirsiz. Hər axşam baxdığınız bir video kasetdən yeni bir söz öyrənirsiz. Məsəlçün, “dəniz” sözünün mənası “kreslo”, “tüfəng” sözünün mənası “gözəl bir bəyaz quş”dur. Çünki sizə belə öyrədilib. Bütün bunlar bir atanın öz uşaqları – iki qızı və bir oğlu üçün yaratdığı mühitdir. Mərkəzdən kənarda bir evdə o, həyat yoldaşı və 3 uşağı yaşayırlar. Uşaqlarını qəribə bir sistemdə böyüdür. Evdən kənara çıxan tək adam elə o özüdür. Bir zavodda işləyir. Ailədən başqa onların evlərini görən biri var – Kristina. O da atanın oğlunun cinsi ehtiyaclarını ödəməsi üçün tutduğu bir qadındır. Lakin, bir gün o qadını da evdən qovur. Onda bacılarını qardaşı ilə cinsi əlaqədə olmağa məcbur edir. Ata tez-tez uşaqlar arasında oyunlar keçirir, qalibə mükafat verir. Əgər uşaqlardan biri səhv hərəkət edərsə onu cəzalandırır. Uşaqların maraqlandığı hər şeyi bir məntiqə uyğunlaşdırıb tamam başqa şeylərlə cavab verirlər. Amma belə bir şəraitdə uşaqlar xoşbəxtdirlər. Onların öz dünyaları var. Yetkin olmaqlarına baxmayaraq, hər birinin davranışı uşaq kimidir. Bəzi kritiklərə görə rejissor bu filmdə “kapitalist cəmiyyət” modelini başqa bir rakursdan verməyə çalışır. Elə baxdıqdan sonra siz də təhlil etsəniz, özünüz də görəcəksiniz. Elə filmlər var ki, təkcə baxmağı yox, həm də düşünməyi tələb edir. Film maraqlı gəldi? İnanın, 90 dəqiqə səbri tarıma çəkib filmə baxmaq o qədər də asan olmayacaq. Əgər səbrsizsinizsə, “Twilight” kimi filmlərin həvəskarısınızsa çətin filmin 1015 dəqiqəsinə kimi baxa bilərsiniz. 90 dəqiqə səbr edənlərsə sonluğu gözləməsinlər. Çünki son olmayacaq.

37


Film Fiction | Dekabr, №4

SHİNE

Film: Parlaq Rejissor: Skot Hiks Ölkə: Avstraliya Janr: Dram, bioqrafik İl: 1996 İMDB xalı: 7.6 Film Fiction xalı: 8.0 Əgər həyatınızla bağlı verilən qərarların böyük faizi valideynlər tərəfindən qəbul edilirsə. Və bu qərarlar onların dili ilə desək “sənin xoşbəxtliyin üçündür” prinspini özündə cəmləşdirirsə. Əslində xoşbəxtliyə aparan yolun kölgəsində əsas məğz onların sizdən keçmişin qisasını almaq istəməsidirsə, bu zaman filmə xoş gəldiniz! Bir az qəliz cümlələrlə başlayan təqdimatın daha asan formasına keçirəm. Filmin əsas qəhramanı Devid Helfqot adlı biridir. Klassik musiqiylə maraqlananlar üçün bu ad tanışdı məncə. Tanış olmayanlar üçünsə deyim, Devid Helfqot dünyaca məşhur avstraliyalı musiqiçidir. Filmin ssenarisi onun həyat hekayəsinə əsaslanaraq çəkilib. İndi isə başdan başlayaq. Devidin atası böyük musiqi həvəskarıdır. Uşaqlıqda musiqi ilə məşğul olmağa başlamaq

istəsə də atası buna icazə verməyib. Elə bununla bağlı bir hekayəni atası həmişə Devidə təkrartəkrar danışardı: “Bir dəfə mən pul yığıb kamança almışdım. Amma evə gətirəndə atam onu əlimdən aldı və qırdı.” Atasının məcburiyyətilə Devid də kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlayır. Atası Devidə pianoda çalmağı öyrədir. Devidin zaman keçdikcə pianoda ifa etmə bacarığı ortaya çıxır. Artıq o, kiçik yaşlarında Şopen, Betxoven, Motsart kimi dahi bəstəkarların bəstələrini pianoda mükəmməl çalmağı bacarırdı. Böyüdükcə Devidin pianoçuluq həvəsi daha da artır. Artıq o, region daxilində keçirilən musiqi yarışlarında iştirak etməyə başlayır. Və bütün yarışlarda onun bir məqsədi var - birinci olmaq. Bu məqsəd əslində atasının onun qarşısında qoyduğu məcburiyyət idi. Oğlu hamıdan birinci olmalı idi. Əslində o qarşısında oğlunu yox, özünü görürdü. Keçmişində əldə edə bilmədiyi şansları, çatmadığı böyük musiqiçi olmaq arzusunu oğlunun timsalında qazanmaq istəyirdi. Yarışlarda iştirakından sonra artıq Devidin istedadı başqalarını heyrətə gətirməyə başlayırdı. Hər kəs onun istedadından danışır, qəzetlər ondan yazırdı. Və hər şey bir gün festivallardan birində Devidin qələbə çalmasından sonra dəyişdi. Dəyişikliyə səbəbsə qalib olduğu festival sonrası ona Amerikada musiqi təhsili almağı barədə təklif oldu. Devidi bu təklif sevindirsə də, atası onun qarşısında dayandı. Artıq atası Devidin timsalında özünü yox, ondan daha bacarıqlı olan oğlunu görürdü. Qısqanclıq yarandı. Çünki Devidin babası vaxtilə atasının musiqiçi olmaq istəyinin qarşısına çıxmışdı. Devid məcburən təklifi rədd etməli olur. Artıq atası ilə arasındakı münasibət soyuqlaşmağa başlayır. Amma heç də hər şey sona kimi belə davam etmir. Yazdığım qədər sadəcə filmin başlanğıc hissəsidir. Və hər şey sonra başlayır. Artıq bunu filmə baxdığınızda görəcəksiniz. Bu yazını oxuduqdan sonra vaxt itirmədən filmə baxın. “Həyat bir anda sona çata bilər. Buna görə də həyatı ən yaxşı şəkildə yaşamaq məcburiyyətindəsən. İstədiyin zaman yaşamağı rədd edə bilməzsən. Hər şey sirrlərlə örtülüdür” Filmin mükafatlarından uzun uzadı yazmaq istəmirəm. Amma bunu da qeyd etməliyəm ki, film 7 nominasiyada Oskara namizəd olub. Yalnız filmdə Devidi mükəmməl şəkildə canlandıran Cefri Raş Oskarı əldə edə bilib.

38


Film Fiction | Dekabr, №4

KLASS

Film: Sinif Rejissor: İlmar Raaq Ölkə: Estoniya Janr: Drama İl: 2007 İMDB balı: 8.1 Film Fiction balı: 8.0 Filmin rejissorunun dediyinə görə bu film 1999-cu ildə ABŞ-ın Kolumbayn məktəbində baş vermiş faciəyə alternativ baxışdı. Qas Van Sentin “Fil” filmindən fərqli olaraq burda təkcə faciə deyil, həm də faciədən öncəki 6 gün və 7-ci, yəni faciə günü təsvir olunur. Amma sujet Kolumbaynda deyil, məhz Estoniya şəhər məktəblərinin birində cərəyan edir. Filmdə klassik üçlük var- güclü, zəif və zəifin müdafiəçisi. Güclü, yəni lider olan şəxs- Andreas sinfə nəzarəti əlində saxlayır və qızlı, oğlanlı bütün

sinif onun əmrləri ilə oturub durur. İdarə edən odur. Başçı odur. Qanunları o müəyyən edir. Zəif şəxs- Yozepdi. Yozep hər gün döyülür, söyülür, alçaldılır. Amma susur və dözür. Öz dediyi kimi, məktəbi qurtaranda bütün bunlar keçmişdə qalacaq. Bəxti ilə barışmış və heç cür ona əks gedə bilməyən çarəsiz biridi. Ən pisi odur ki, ona qarşı bir adam yox tam bir sinifdi. Zəifin müdafiəçisi- Kasperdi. Kasper də bir vaxtlar Andreasın əmrlərinə tabe olan olub, amma artıq ədaləti dərk etməyə başlayıb. Dərk edib ki, Andreası güclü edən, başçı edən də ətrafındakılardı. Dərk edib ki, əslində Yozepə qarşı haqsızlıq edilir və bu düzgün deyil. Amma Kasper unudub ki, Andreasa qarşı çıxmaq elə sinfə qarşı çıxmaq deməkdi. Əslində filmin sujeti də məhz düzgünlük axtarışı üzərində qurulub. Filmdəki hadisələr 7 gün cərəyan edir. Və bu 7 gün bütün sinfin taleyini dəyişdirir. Yozep alçaldılır, Kasper mücadilə edir. Bu mücadilə ona sevgisi, ləyaqətinin alçaldılması, həyatın puç olması bahasına başa gəlir. Film vəhşi təbiəti xatırladır. Burada isə 3-cü variant yoxdu. Yeməsən yem olacaqsan. Bəlkə də Yozepin taleyi belə yazılmışdı və o, bütün bunlara dözüb, birtəhər məktəbi bitirəcək və arzusunda olduğu qrafika dizayneri olacaqdı. Kasper isə Andreasın kölgəsində qürurla dolanacaq və məktəbi bitirən kimi Tea-nı alacaqdı. Buna Kasperin insanlığı yol vermədi. O, bir növ təkcə özünün deyil, elə Yozepin də taleyinə qarşı çıxdı. Dəyişmək istədi. Amma bunu müsbət mənada etmədi. Əksinə vəziyyəti daha da çıxılmaz etdi. Filmin ideyası Hitler və Nitşenin “zəiflər ölümə məhkumdu” fəlsəfəsini müdafiə edir. Film bitir. Rollar dəyişməyib. Yenə də Andreas-güclü, Yozep-zəif, Kasper-zəifin müdafiəçisi... Burda isə humanizmdən söhbət belə gedə bilməz. Filmdə ikinci planda Yozepin atasının fikrini ön plana çəksək bu filmin ideyası belədir: “Qoyma səni alçaltsınlar. Bu gün buna boyun əysən sabah həyat səni minəcək!” Kasper və Yozep də boyun əymədilər amma... Filmin büdcəsi 100 min avrodu və 2007-ci il Oskarda “ən yaxşı əcnəbi dildə film” kateqoriyasında nominantlardan biri olub. Film 2007-ci il Varşava və Karlovı Varı festivallarının hər ikisində 2 nominasiya üzrə priz qazanıb. P.S. Əsəblərinizə heyfiniz gəlmirsə mütləq bu filmi izləyin.

39


Film Fiction | Dekabr, №4

PİNA

Rejissor: Vim Venders Ölkə: Almaniya- İngiltərə- Fransa Janr: Sənədli film- Müzikl İl: 2011 İMDB balı: 7.7 Film Fiction balı: 9.0

“Pina” filmi məhşur alman xoreoqrafı Pina Bauş haqqında çəkilən sənədli filmdir. Xronometrajı 106 dəqiqə olan bu filmin ideya və rejissorluğu Vim Vendersə aiddi. Hələ 1985-ci ildə ilk dəfə Pina teatrının “Kafe Müller” adlı tamaşasından təsirlənən rejissor Bauşla dostluq münasibətləri qurur və onun haqqında mütləq bir film çəkəcəyini özünə söz verir. 2008-ci ildə Venders filmin çəkilişlərinə start verir. 2009-cu ildə isə Pina Bauş dünyasını dəyişir. Bununla da filmin sujeti bir növ xatirə tipinə əvəz olunur. Qeyd edək ki, bu film “müəllif filmi” ( Art house )

kateqoriyasında ilk 3D filmdi. Filmin təqdimatı 2011-ci ildə oldu və tənqidçilər, kinosevərlər tərəfdən yüksək qiymətləndirildi. Pedro Almodovarın “Onunla danış” filmini seyr edənlər Pina Bauşu o dəqiqə tanıyacaqlar. Peşəsinə uyğun Pina həmin filmdə də xoreoqraf kimi rol almışdı. Pina müasir rəqs ideyasının yaradıcılarından sayılır və onun üçün standart rəqs anlayışı yoxdu. O sadəcə hisslərin təcəssümünü görmək istəyir. Filmin sloqanı da belədir: “Rəqs et, rəqs et, yoxsa biz məhv olarıq”... “Pina” sadəcə sənədli film deyil. Eyni zamanda çox gözəl bir sənət əsəridi. Müəllif filmləri və əsl sənət sevərləri əmin edə bilərik ki, bu film onların zövqünü oxşayacaq. İlk baxışdan əcaib görünən amma bir qədər baxdıqdan sonra çox sevəcəyiniz səmimi rəqslərin şahidi olacaqsız. Film qətiyyən sizi yormayacaq. Əksinə yorğunluğu atacaq və müsbət enerji ilə yükləyəcək. Hətta qətiyyən rəqsləri sevməyən, heç vaxt rəqs etməyənlər də bu filmdən sonra mütləq fikirlərini dəyişəcəklər. Vendersi də yaddan çıxartmaq olmaz. Rejissoru ayaq üstə alqışlamaq lazımdı bu cür filmə görə. Filmdə aktyor heyəti elə Pina rəqs dərnəyinin truppasıdı. Bu amilə diqqət edin filmi izlərkən. Çünki səssiz film olsaydı bunu qətiyyən anlaya bilməzdiz. Bu da rəqs sənətinin böyüklüyü. “Pina” 2011-ci ildə European Film Awards ( Feliks mükafatı ) “Ən yaxşı sənədli film” kateqoriyasında priz qazandı. Bundan başqa film bu ilin Oskarında “Ən yaxşı əcnəbi dildə film” nominantlarından biridi.

40


Film Fiction | Dekabr, №4

Midnight in Paris

Film: Parisdə gecəyarı Rejissor: Vudi Allen Ölkə: Amerika Janr: Komediya, Fentezi, Məhəbbət İl: 2011 İMDb xalı: 7.8 Film Fiction xalı: 8 Vudi Alenin 76 yaşında çəkdiyi 42-ci filmi. Bu rejissor qocalmaq bilmir. Nyu-York, London, Barselonadan sonra Vudi Allen bu dəfə Parisə səyahət edib. Film Parisin gəzintisi ilə başlayır. Film başlayandan beş dəqiqə boyunca Parisin ayrı-ayrı yerləri göstərilir. Parisin gözəl mənzərələrini isə gözəl musiqi müşayiət eləyir. Film Amerikadan Parisə gələn iki sevgilinin həyatındandır. Daha doğrusu, yazıçı olmaq arzusunda olan və Paris küçələrində öz ilham pərisini axtaran Gil Gender adlı Amerikalı oğlanın başına gələn hadisələr təsvir olunub. Filmin əsas mövzusu isə yalnış zamanda yaşadığına inanan və keçmiş zaman üçün

darıxan gənc yazarın Parisdə özünü kəşf etməsidir. Parisdə özünü yalnız hiss edən Gil, şəhəri gəzərkən keçmişə səyahət edir, öz xəyal dünyasını yaradır və 1920-ci illərin Paris mühitinə düşür. Dali, Pikasso, Heminguey, Fitzgerald, Jan Kokto, o dövrün Paris mühiti və Gil Gender. Bu insanlarla tanışlıq gənc yazarın həyatına və dünya görüşünə çox fərqli təsir göstərir. Nişanlısından istədiyi yaxınlığı görməyən Gil öz xəyal dünyasına qapılır, hətta bir eşq macərası da yaşayır. Vudi Allenin ən böyük ustalığı onun filmlərinin ssenarisidir. "Parisdə Gecəyarısı" filmi də bu baxımdan alqışlanasıdır. 1920-ci illərin Paris mühiti, Dali, Pikasso, Heminquey kimin ağlına gələ bilərdi? Cavab birdir: Vudi Allenin. Filmə baxdıqdan sonra seyrcilərin çoxu o dövrün Parisinə səyahət etmək və o dövrdə yaşamaq xəyalı qura bilər. Axı yazmaq, yaratmaq üçün belə bir mühit hamıya lazımdır. Gertruda Steyni belə yaddan çıxartmayan Vudi Allen ədəbi mühiti bütün gözəlliyi ilə göstərib. Heminguey obrazındakı vecsizlik, Fitzgeraldın şıklığı yerli-yerindədir. Aktyor heyəti də çox rəngarəngdir. Oven Uilson (Owen Wilson), Reyçel Makdams (Ratchel Mcadams), Marion Kotillar (Marion Cotıllar), Maykl Şin (Michael Sheen), Edrien Broudi (Adrien Broody) və Fransa prezidentinin həyat yoldaşı Karla Bruni (Carla Bruni). Ən çox təəccübləndirən isə Edrien Broudinin yaratdığı Salvador Dali obrazıdır. Əgər Parisi heç sevməyən insan varsa, o şəxs bu filmə baxdıqdan sonra yəqin ki fikir dəyişikliyi edəcək. 30 milyon dollarlıq büdcəsi olan film prokatlarda və reklamlarda 116 milyon topladı. Vudi Allen yaradıcılığının bütün detalları bu filmdə toplanıb. Maraqlı dialoqlar, qeyri-adi rejissor gedişləri və s. İnsanın daxilində hər zaman keçmişə getmək kimi bir arzu yaşayır. Bəziləri yaşadıqlarını yenidən yaşamaq istəyir, bəziləri isə oxuduğu və maraqlandığı dövrün abuhavasını görmək istəyir. Bu film məhz bu adamların arzusunu əks etdirir. Vudi Allenə təşəkkürlər...

41


Film Fiction | Dekabr, №4

It’s a Wonderful Life

Film: Bu gözəl həyat Rejissor: Frenk Kapra Janr: Dram, Fentezi Ölkə: ABŞ İl: 1946 IMDb : 8.7 Film Fiction xalı : 8.5 Film 1946-cı ildə ekranlara çıxıb. Frenk Kapranın prodüseri və rejissoru olduğu film Filip Van Doren Sternin "Ən yaxşı hədiyyə" adlı qısahəcmli hekayəsi əsasında çəkilib. Baş rollarda Ceyms Stüart, Donna Rid və b. çəkiliblər. Hadisələr yeni il ərəfəsində cərəyan edir. Kassa yığımında o qədər də uğurlu olmayan film sonradan bütün dövrlərin ən yaxşı filmlərindən biri kimi qiymətləndirildi və Milad bayramının rəmzinə çevrildi. Film "Ən Yaxşı Film" də daxil olmaqla 5 kateqoriyada Oskara namizəd olsa da, heç birini qazanmadı. Amerika Film İnstitutu filmi "100 ən təsirli film" siyahısında 1-ci yerə layiq gördü. “Ən yaxşı film” kimi Oskar almayan ən yaxşı

filmlərin siyahısında bu film əksər hallarda ilk sırada olur. Corc Beyli (Ceyms Stüart) bütün həyatını Bedford Falls şəhərinin əhalisinə sərf edib. Mr. Potter (Lionel Berrimor) adlı bir nəfər şəhəri ələ keçirmək istəyir. Beyli dünyanı səyahət etmək istəsə də, şəhərdə qalmağa məcbur olur. Corc atası tərəfindən maliyyələşdirilən tikintikredit şirkətinə malikdir. Lakin Yeni İl günü Corcun dayısı Billi şirkətin $8,000 məbləğində pulunu banka yatırmaq istəyərkən onu itirir. Mr. Potter pulu tapır və onu Billidən gizlədir. Bank işçisi pulun banka yatırılmadığını öyrənəndə, Corc başa düşür ki, bu hadisədə onu təqsirli biləcəklər və o həbs ediləcək, şirkət isə dağılacaq. Bunun nəticəsində isə Mr. Potter şəhəri ələ keçirəcək. Arvadını, uşaqlarını və digər sevdiklərini düşünən Corc onun ölümünün digərləri üçün daha yaxşı olacağını düşünür və intihar etməyə cəhd edir. Lakin sevdiklərinin duaları nəticəsində Corcun qoruyucu mələyi Klarens (Henri Trevers) ona kömək etmək üçün Yerə enir. Mələk Corca yardım edəcəyi tədqirdə qanadlara sahib olacaq. Corc özünü gölə atmaq istəyən anda mələk onu xilas edir. O, heç vaxt dünyaya gəlməməyi arzu edir. Mələk Corcun arzusunu yerinə yetirərək heç vaxt görmədiyi dünyanın qapısını Corca açır. Corc bu dünyanın heç də ideal bir dünya olmadığını başa düşür və insanların ətrafında olan gözəllikləri, yaxşılıqları olduğu kimi dərk etmədiyini anlayır. Həyat eşqini yenidən duyan Corc evə, sevdiklərinin yanına qayıdır. O bütün problemləri unudur. Pulun itməsindən xəbər tutan şəhər əhalisi ona yardım edir, dostu Sem Veynrayt teleqramla $25,000 göndərir. Corc Klarensin ona olan hədiyyəsini, "Tom Soyerin Macəraları" kitabını üzərində bir qeydlə tapır: "Əzir Corc: Yadda saxla, dostları olan heç kəs bədbəxt deyil. Qanadlara görə çox sağ ol! Sevgilərlə Klarensdən." Üç dəfə zəng çalınır və Corcun qızı Zuzu xatırladır ki, bu mələyin öz qanadlarına qovuşmasını bildirir. Corc anladı ki, onun həyatı heç bir səyahətsiz də sevdikləri arasında çox gözəldir. İllər keçməsinə baxmayaraq, film hələ də Yeni İl ərəfəsində ən çox baxılan filmlərdən biridir. Bu isə yaradıcı heyətin əziyyəti sayəsində əldə edilib. Belə filmlərə baxdıqda əsl film gözəlliyinin nə olduğunu anlamaq heç də çətin deyil.

42


Film Fiction | Dekabr, №4

YENİ İL

Bu başlıq altında sizə yeni ildə izləyəcəyiniz yeni ilə aid filmlər təqdim edirik. Yeni il ərəfəsində və bayram günlərində əhvalınızı bayram aurasına bürüyə biləcək 10 film bunlardır:

1. Evdə tək 1-2 / Home alone 1-2 2. Taleyin qisməti və ya həmişə təmizlikdə 1-2 / Ирония судьбы, или С лёгким паром! 1-2 3. Milad hədiyyəsi / Jingle all the way 4. Küknar 1-2 / Ёлки 1-2 5. Ötən ilin son gecəsi 6. Bu gözəl həyat / It’s a wonderful life 7. Qrinç- milad oğrusu / How the Grinch stole christmas 8. Tətil / The holiday 9. Real sevgi / Love actually 10. Milad əhvalatı / A christmas carol

43


Film Fiction | Dekabr, №4

AFİŞA Elvin və burunduklar Ölkə: ABŞ İl: 2011 Rejissor: Mayk Mitçell Baş rollarda: Mettyu Qrey Qubler, Cessi Makkartni, Emi Poler, Endi Bakkli Janr: multfilm, fentezi, komediya, ailəvi, musiqili Kinoteatr: Park Cinema 4 yanvara kimi seansda Üç burunduk-qardaşların sərgüzəştləri davam edir! Elvin, Saymon və Tereador öz rəfiqələri ilə birgə, yeni macəralara aparan müxtəlif hadisələrdən kənar qala bilmirlər. Bu dəfə tale onlara nə hazırlayıb və çətin vəziyyətdən onlar necə çıxacaqlar? Bax budur əsas sual....

Şerlok Xolms-2. Kölgələr oyunu Ölkə: USA İl: 2011 Rejissor: Qay Riçi Baş rollarda: Robert Dauni, Jud Lou, Numi Rapas, Reyçel MakAdams Janr: detektiv Kinoteatr: Park Cinema 4 yanvara kimi seansda Avstriyanın kron-şahzadəsinin cəsədi aşkar ediləndə, müfəttiş Lestreyd bu hadisənin intihar olmasını təsdiq edir. Lakin Şerlok Xolms qərara gəlir ki, taxt vərəsəsi öldürülüb, və bu qətl, professor Moriartinin yaratdığı hiylənin kiçik bir hissəsidir. Həqiqətdə hər şey daha dəhşətli və miqyaslıdır. Axtarışlar Xolms üçün təhlükə yaradır, onu, Vatsonu, onların qeyri ixtiyari tərəfdaşı qaraça Simini, bütün Avropadan, İngiltərədən Fransaya, sonra Almaniyaya və İsveçrəyə aparır. Lakin Moriarti həmişə bir addım qabaqdadır, o ölüm və itki gətirən hiylələrini qurur. Onlar onun böyük, tarixin gedişatını dəyişən planın hissəsidir…

44


Film Fiction | Dekabr, №4

Parisdə bədheybət 3D Ölkə: Fransa İl: 2011 Rejissor: Bibo Berjeron Baş rollarda: Vanessa Paradi, Denni Hyuston, Adam Qoldberq, Ketrin O’Hara Janr: cizgi Kinoteatr: Park Cinema 4 yanvara kimi seansda Paris. 1910 il. Nəhəng həşəratı xatırladan bədheybət bütün Fransanı qorxu içində saxlayır. Utancaq kinomexanik Emil və yorulmaz ixtiraçı Raul, bu məxluqun ovuna çıxırlar. Təqib zamanı onlar, “Cənnət quşları” kabaresinin ulduzu, Lüsil, dəlisov alim və onun ağıllı meymunu, və, heç də qorxulu olmayan əcayiblə tanış olurlar. İndi, artıq, birə kimi zərərsiz olan bədheybət, şəhər polisinin tərs rəisindən xilas olmaq üçün, öz yeni dostlarından kömək istəyir.

Kişilər daha nə haqda danışırlar? Ölkə: Rusiya İl: 2011 Rejissor: Dmitri Dyaçenko Baş rollarda: Leonid Barats, Rostislav Xait, Aleksandr Demdov, Kamil Larin Janr: komediya Kinoteatr: Park Bulvar 4 yanvara kimi seansda 2010 ilin “Kişilər nə haqda danışırlar” tanınmış komediyasının davamı...

45


Film Fiction | Dekabr, №4

Köhnə yeni il Ölkə: ABŞ İl: 2011 Rejissor: Harri Marşal Baş rollarda: Holli Berri, Cessika Bil, Con Bon Covi, Ebiqeyl Breslin Janr: melodrama, komediya Kinoteatr: Park Cinema, Azərbaycan 4 yanvara kimi seansda Filmin qəhrəmanları-daim ayıq olan şəhərin sakinləridirlər. Nyu-York, Yeni il qabağı bir neçə qəhrəmanın taleyini bir-birinə bağlayacaq: xəstəxanada ölüm ayağında olan yaşlı şəxsin, özünə söz verdiklərini həyata keçirmək istəyən katibənin, Tayms Skverdə tanınmış yeni il tamaşasının prodüserinin, ümumiyyətlə, bu bayramdan zəhləsi gedən birinin...

Smeşariklər-Başlanğıc 3D Ölkə: Rusiya İl: 2011 Rejissor: Denis Çernov Baş rollarda: Vadim Boçanov,Sergey Mardar, Anron Vinoqrad, Svetlana Pismiçenko Janr: cizgi filmi, komediya, macəra, ailəvi Kinoteatr: Park Cinema, Azərbaycan 4 yanvara kimi seansda Heç kimə dəyib-dolaşmayan filmin qəhrəmanları, Smeşarikləri, öz məskənını saxlayaraq, okeanı qət edərək, digər həqiqətə keçməyə nə vadar edə bilər? Yalnız ədalət istəyi və dünyanı xilas etmək arzusu! Lakin kəndsayağı qəhrəmanlıq böyük şəhərin qeyri qonaqpərvər mühiti ilə üz-üzə gəlir- burada millionlarla Smeşariklər yaşayırlar. Adi evlərin əvəzinə burada nəhəng göydələnlərdir. Nəqliyyat və uçan obyektlər isə təhlükəlidir. Belə qəribə dünyada itməmək və onu Zalımdan xilas etmək çox çətindir...

46


Film Fiction | Dekabr, №4

Kabus 3D Ölkə: ABŞ İl: 2011 Rejissor: Kris Qorak Baş rollarda: Emil Hirş, Reyçel Teylor, Oliviya Tirbli, Maks Minqella Janr: fantastika, triller Kinoteatr: Park Cinema 4 yanvara kimi seansda Film, Rusiyanın paytaxtına yad planetlilərin təcavüzü zamanı, öz həmvətənləri ilə gələn, amerikalı turist haqqında danışacaq.

Kükünarlar 2 Ölkə: Rusiya İl: 2011 Rejissor: Dmitri Kiselev, Aleksander Baranov ,Aleksander Kott, Levan Qabriadze Baş rollarda: İvar Urqant, Sergey Svetlakov Janr: komediya Kinoteatr: Park Cinema 4 yanvara kimi seansda "Küknarlar" filminin birinci hissəsinin davamı...

47


Film Fiction | Dekabr, №4

Həyatakeçirilməz tapşırıq: PROTOKOL FANTOM Ölkə: ABŞ İl: 2011 Rejissor: Bred Börd Baş rollarda: Tom Kruz, Ceremi Renner, Saymon Peqq, Pola Petton, Janr: macəra, triller Kinoteatr: Azərbaycan 4 yanvara kimi seansda Kremlin bombalanmasında ittiham olun İMF-in bağlanması nəticəsində İtan Hant və onun yeni komandası təşkilatlarının adına yaxılmış qara ləkəni təmizləmək məqsədi ilə qaçmaq məcburiyyətindədirlər...

Alatoran: ŞƏFƏQ- I hissə Ölkə: ABŞ İl: 2011 Rejissor: Bill Kondon Baş rollarda: Kristen Stüart, Robert Pattinson, Teylor Lotner, Dakota Janr: dram Kinoteatr: Azərbaycan 4 yanvara kimi seansda Filmin dördüncü hissəsində Bello Svon ya öz, ya da yarı insan, yarı vampir olan gələcək körpəsinin həyatını xilas etmək kimi çətin seçim qarşısında qalır. O, övladının həyatına qıymamağı qərara alır, lakin Edvard və Kallen ailəsinin digər üzvləri bunun əleyhinədirlər. Bella köməksiz vəziyyətdədir, lakin onun gözləmədiyi halda ona yardım əli uzadılır. Bella və Rozali atacaqları addımın nə kimi dəhşətli nəticələrə gətirib çıxardığından xəbərsiz olaraq bir arada körpənin həyatını xilas etməyə çalışırlar...

48


Film Fiction | Dekabr, №4

Viktorina Hörmətli oxucular, noyabr sayımızdakı “viktorina” suallarına təəsüf ki, tam olaraq düzgün cavab verən olmadı. Həmin sualların cavabları ilə sizləri də tanış edirik: 1. Demir Mur, Natali Portman, Natalia Oreiro. Bu aktrisalardan hansı striptizçi roluna çəkilməyib? Cavab: Hər üçü çəkilib. 2. Klint İstvud və Morqan Frimana “Oskar” qazandıran film? Cavab: Milyon dollarlıq körpə 3. “Tərcümənin qəlizliyi” (Lost in translation) filmi ilə Frensis Ford Koppolanı nə birləşdirir? Cavab: Filmin rejissoru Frensis Ford Koppolanın qızıdır. 4. 11 oskar almış 3 film var. Titanik, Üzüklərin sahibi. Bəs digər film necə adlanır? Cavab: Ben Qur 5. Conni Deppin ilk sevgilisi ona məhz bu aktyorla (aktyor həm də Conninin ən yaxın dostlarından birin olub) xəyanət edib. Və bu xəyanət Conni Deppə indiki zirvəyə ucalmasında stimul olub. Söhbət hansı aktyordan gedir? Cavab: Nikolas Keyc Bu dəfəki viktorina suallarının düzgün cavablarını elektron ünvanımıza (film.fiction@box.az) ən tez göndərən oxucumuz "Xaç atası" trilogiyası və bonus olaraq "Kino inciləri" seriyasından "The English Patient", "Rain Man", "Exorcism", "My sister's keeper" filmləri ayrılıqda 2 disk (ümümilikdə 3 orjinal keyfiyyətli DVD disk ) qazanacaq . Beləliklə suallar: 1. “Millət Larri Flinta qarşı” filmində qalmaqallı jurnalın təsis olunmasından söhbət gedir. Həmin bu qalmaqallı və məhşur jurnalın adı? 2. “Mənə film nədir soruşanda mən həmişə onun filmlərini misal göstərirəm. Çünki, əsl kino məhz onun çəkdikləridi mənim üçün.” Bu sözləri rejissor Takeşi Kitano hansı rejissor haqda söyləyib? 3. “Ən yaxşı film” nominasiyasında Oskar qazanmış yeganə “lal” (səzssiz) film hansıdı? 4. Rejissor Frenk Darabont Stiven Kinqin hansı əsərinin sonluğunu dəyişərək ekranlaşdırıb? 5. Şəkilli sual. Şəkildə gördüyünüz obraz hansı filmdəndir, obrazın və aktyorun adı nədir?

49


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.