Lafarella Magazine 3-cü sayı

Page 1

1


2


HAQQIMIZDA


4

“İlk mahnımı necə yazdığımı izah edə bilmirəm. Qəfildən beynimdə bir melodiya səsləndi. Piano qarşısına keçib həmin havanı çalmağa başladım. Sonra isə o musiqiyə sözlər seçdim”.


5

U

nudulmaz “Gecələr bulaq başı”, “Gedək üzü küləyə”, “Qurban verərdim”, “Mehribanım”, “Ey vətən” adlı mahnıların müəllifi, Azərbaycanın və Dağıstanın xalq artisti Elza İbrahimova tanqo ritmini Azərbaycan estradasına gətirən ilk bəstəkarlardan biridir. Elza xanımın dillər əzbəri olan mahnıları Şövkət Ələkbərova, Rəşid Behbudov, Akif İslamzadə, Hüseynağa Hadıyev, Gülağa Məmmədov, Natəvan Şeyxova, Elmira Rəhimova kimi istedadlı musiqiçilərin repertuarında əhəmiyyətli yer tuturdu. Elza İbrahimova 1938-ci il yanvarın 10-da Hacıqabul şəhərində dünyaya gəlib. Hələ uşaq yaşlarından musiqiyə böyük maraq göstərdiyindən valideynləri onu Bakı şəhərində yerləşən musiqi məktəbinə yazdırırlar. O, Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra təhsilini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsində davam etdirir. Dövrünün məşhur musiqiçilərindən dərs alan Elza İbrahimova konservatoriyada təşkil olunan komissiya heyəti tərəfindən Dağıstana göndərilir. Orada fəaliyyət göstərdiyi müddətdə Elza xanım Dağıstanın ilk peşəkar qadın bəstəkarı adını qazanır. “İlk mahnımı necə yazdığımı izah edə bilmirəm. Qəfildən beynimdə bir melodiya səsləndi. Piano qarşısına keçib həmin havanı çalmağa başladım. Sonra isə o musiqiyə sözlər seçdim”.

Elza İbrahimovanın şair Məmməd Rahimin sözlərinə bəstələdiyi “Yalan ha deyil” adlı mahnısı belə yaranır. Bu, bəstəkarın əvvəl musiqisini yazıb, sonra isə sözlərini seçdiyi ilk və sonuncu mahnısıdır. Bu musiqi parçasının ilk ifaçısı Şövkət Ələkbərovadır. Daha sonra Gülağa Məmmədov da bu mahnını özünəməxsus tərzdə ifa etmişdir. 24 yaşında ailə həyatı quran Elza xanımın məhəbbətinin sonu ayrılıqla bitir. Bu məhəbbət bəstəkarın yaradıcılığında dərin iz buraxır. Bəstələdiyi mahnılarda bu kədəri hiss etməmək mümkün deyil. “Sən yadıma düşəndə”, “Bilməzdim”, “Mən sənin yanına qışda gəlirdim”, “Daha məndə dözüm yox”, “Təki sən səslə məni”, “Sən mənə lazımsan” kimi mahnılarının ruhoxşayan, bir o qədər də hüznlü lirikası dinləyicilərdə sevgi dolu hisslər oyadır. Elza İbrahimovanın yaradıcılıq yolu da keşməkeşli idi. O, Rəfiq Zəkanın sözlərinə bəstələdiyi “Qurban verərdim” əsərinə görə bir müddət radiodan uzaqlaşdırılır. Səbəb isə mahnıda tanqo ritmindən istifadə etməsi və mahnının sözləri idi. Sovet dövründə standartlardan kənar incəsənət nümunələri senzuraya məruz qaldığı üçün Elza xanımın fərqli musiqi janrına müraciət etməsi bədii şura tərəfindən bir o qədər də xoş qarşılanmır. Buna baxmayaraq, Avropa populyar musiqi məktəbinin Azərbaycandakı təmsilçisi Elza İbrahimova öz orijinal üslubunda yazıb-yaratmağa davam edir.


6

Bəstəkarın 50 illik bir dövrü əhatə edən zəngin yaradıcılığına mahnı ilə yanaşı, musiqinin müxtəlif janr nümunələri – simfonik poema, oratoriya, vokal instrumental və kamera musiqisi daxildir. O, Hüseyn Cavidin pyesi əsasında səhnələşdirilmiş “Afət”, həmçinin, “Yanan laylalar” və “Şeyx Şamil” operalarının müəllifidir. Qara Qarayev məktəbinin yadigarı Elza İbrahimovanın bir-birindən melodik mahnıları bu gün də sevilərək ifa olunur. Teymur Əmrah, İlqar Muradov, Zaur Rzayev, Yalçın Rzazadə, Flora Kərimova kimi sənətçilərin ifasında Elza xanımın “O gözlər”, “Duman”, “Təki sən səslə məni”, “Bağçadan keçmisən”, “Gəl barışaq” kimi mahnıları ilə dinləyicilər Azərbaycanın 80-90cı illər retro musiqi dünyasına səyahət etmək imkanı əldə edirlər. İlk baxışdan soyuqqanlı, qaradinməz təsir bağışlasa da, Elza xanım əslində sadə, gənclərə hər zaman kömək əlini uzadan, nəzakətli və güclü bir qadın idi. O, şəxsi həyatında olan sükutu bəstələri ilə pozurdu. Elza xanımın hər bir əsəri real insan hissləri üzərində qurulub. Buna görə də illər keçməsinə baxmayaraq, onun bəstələdiyi mahnılar hələ də aktualdır.


7


8

Edith Piaf


9

ÇƏHRAYI RƏNGLİ HƏYAT “Sərçəcik” ləqəbi ilə məşhurluğu doğulduğu Fransanın hüdudlarını aşan Edit Covanna Qasson 1915-ci ildə Parisdə dünyaya gəlib. Uşaq yaşlarında spirtli içki aludəçisi anası tərəfindən atılan Edit nənəsinin himayəsində böyüyür. Yeddi yaşındaykən atası ilə birlikdə sirklərdə çıxış etməyə başlayan Editin qayğısız uşaqlıq illəri kafelərdə, küçələrdə mahnı ifa etməklə keçir. On yeddi yaşında ilk və yeganə övladı dünyaya gəlir. Ancaq cəmi iki il sonra qızı meningitdən dünyasını dəyişir. İyirmi yaşında Lui Leple tərəfindən kəşf olunan Edit kabaredə ifa etməyə başlayır. Getdikcə müğənni kimi parlamağa başlayan Edit Piaf adı ilə məşhurlaşır. “Piaf” fransızca “sərçəcik” deməkdir. Edit Piaf səhnəyə sadə qara libasda çıxar və hüznlü mahnılar ifa edərdi. O, bir müddət sonra musiqi karyerasında sıçrayış yaşayır, dünyanın bir çox ölkələrinə qastrol səfərlərinə çıxır. “Anladığım qədər, sevgi dava-dalaş, ağ yalan və sifətə dəyən şillələrdən ibarətdir”. Edit Piaf dövrünün boks üzrə dünya çempionu Marsel Serdan ilə tanış olur. Maraqlı eşq macəraları başlayır. Ancaq təəssüf ki, bu xoşbəxtlik uzun sürmür. 1949-cu ildə sevgilisini təyyarə qəzasında itirir. Həyatında yaranmış bu boşluğu spirtli içki və narkotik vasitələrlə doldurmağa çalışan Edit bir müddət səhnədən uzaqlaşır. “Yox, heç nəyə görə peşman deyiləm!” Səhnəyə qayıdışı “Non, Je Ne Regrette Rien” mahnısıyla olur. Jurnalist Jan Noli “Edit” adlı kitabında mahnının yaranma tarixçəsini belə təsvir edir: “Mahnının müəllifləri Çarlz Dumont və Mişel Vauker

Piafın Parisdə yerləşən evinə baş çəkirlər. Edit onları çox soyuq qarşılayır. Dumont ona bir neçə bəstəsini təqdim etsə də, onlardan heç biri müğənninin xoşuna gəlmir. Bir gün Editin xidmətçisi onun xəbəri olmadan israrlı qonaqlar üçün müğənni ilə yenidən görüş təyin edir. Bundan qəzəblənən Edit qonaqları bir saat gözlədir. “Gördüyünüz kimi çox yorğunam. Tələsin bir az. Yalnız bir mahnılıq vaxtım var. Cəld piano başına!” – deyə qonaqlara qəzəblənir. Müğənninin bu sözlərindən həyəcanlanan Dumont asta səslə pianoda ifa etməyə başlayır. Mahnı bitdikdən sonra otağa dərin sükut çökür. “Bir dəfə də ifa edə bilərsinizmi?” – deyə Piaf soruşur. Mahnının ortasında “Mükəmməl!” – deyə Piaf səslənir: – “Gözlədiyim mahnı məhz, elə bu idi. Bununla ən böyük uğura imza atacam”. “Əlbəttə, Edit, mahnı sizindir!” – deyə, Vauker sevinclə cavab verir. Sevgi mənim kimi yola çıxıb, Bir gün ona qovuşacağam, Simasını görən kimi onu tanıyacağam... Piafın yaradıcılığında ən önəmli ifalarından biri “La Vie en Rose”dur. Sözləri və musiqisini özü yazsa da, yetərli müəlliflik hüquqlarına sahib olmadığı üçün rəsmi mənbələrdə mahnının bəstəkarı Luigi göstərilir. “La Vie en Rose” Piafı bütün dünyada tanıdır. Mahnı əsl sevgini tapmağın yaşatdığı sevinc hissindən bəhs edir.


10

Spirtli içki aludəçisi olması, saysız-hesabsız dərman və üç dəfə keçirdiyi avtomobil qəzası Piafın səhhətində sağalmaz yaralar açır. Bundan başqa, keçirdiyi əməliyyatlar və qanköçürmələri müğənninin hədsiz dərəcədə çəki itirməsi ilə nəticələnir. Edit Piaf 1963-cü ildə 47 yaşında səmalara geri dönür. Onun son sözləri “həyatda etdiyimiz lənətə gəlmiş hər şeyin əvəzini ödəyirik” olur. Ölümündən illər keçsə də, Piafın romantik balladaları sədası altında hələ də rəqs edilir, müğənninin həyat və yaradıcılığı sənədli, həmçinin, bədii filmlərdə işıqlandırılır. Səfalət içərisində keçirdiyi uşaqlığı, yaşadığı eşq macəraları, xəstəlik və qəzalar Edit Piafın nə qadın zərafətinə, nə də zəngin yaradıcılığına kölgə sala bilmir. Odur ki, keçirdiyi həyat tərzinə görə keşiş Moris Felten tərəfindən müğənninin dəfn mərasiminə rədd cavabı verilsə də, on minlərlə insan Piafı yola salmaq üçün Parisin küçələrinə axışır. Məzarı hələ də dünyanın dörd bir yanından gələn pərəstişkarları tərəfindən yad edilir.


11


12


13

Qadınları güclü görmək istəyirəm. İstəyirəm ki, insanlar geyindirdiyim qadınlardan çəkinsinlər

B

ritaniyalı modelyer Aleksandr Makkuin (Alexander McQueen) 1969-cu ildə Londonda dünyaya gəlib. 16 yaşında məktəbi tərk edən Aleksandr yerli atelyelərin birində dərzilik sənətinin sirlərini öyrənməyə başlayır. 20 yaşında dizayner Koji Tatsunonun yanında işləməyə başlayan Aleksandr daha sonra təhsilini moda dizaynerliyi üzrə davam etdirir. On ildən qısa bir müddətdə Aleksandr Makkuin dünyanın ən tanınmış modelyerlərindən birinə çevrilməyi bacarır. 2000-ci ildə Aleksandr Makkuin şirkətinin 51 faizi Gucci Group tərəfindən satın alınır. Aleksandr burada yaradıcı direktor kimi fəaliyyətinə davam edir. Onun kolleksiyalarına qadın və kişilər üçün hazır geyimlər, aksessuar, eynək və ətir daxil idi. Aleksandr Makkuinin dəb şouları emosional gücü və enerjisi ilə seçilir. Kolleksiyalarında daha çox romantik ünsürlər nəzərə çarpsa da, hər bir geyim zamanla ayaqlaşmağı bacarır. O, dizayn etdiyi geyimlərində kövrəklik və güc, ənənə və müasirlik, axıcılıq və sərtlik kimi bir-birinə zidd elementləri birləşdirməyi bacarır. Aleksandr 1996, 1997, 2001 və 2003-cü illərdə “ilin britaniyalı modelyeri”, 2003-cü ildə isə Amerika Modelyerlər Şurası (CFDA) tərəfindən “ilin beynəlxalq modelyeri” adına layiq görülmüşdür. Makkuin eyni zamanda akvalanqçı idi. Bu xobbisi yaradıcılığının ilham mənbəyinə çevrilmişdi. O, vaxtının çoxunu Maldiv adalarında dalğıclıq etməklə keçirərdi. Cəsarətli, yaradıcı, inqilabçı modelyer 40 yaşında vəfat edir. Onun irsini hazırda Sara Börtn (Sarah Burton) davam etdirir. Xatırladaq ki, Kembric Hersoginyası Keyt Midltonun gəlinlik libasının dizaynı Saraya məxsusdur.


14


15

LAFARELLA MAGAZINE OLARAQ, SİZƏ ALEXANDER MCQUEEN-İN 2017 PAYIZ-QIŞ KOLLEKSİYASINI TƏQDİM EDİRİK.


16

KOLLEKSİYAYA DAXİL OLAN KİŞİ GEYİMLƏRİ ÖZ RƏNG HARMONİYASI, NAXIŞLARI İLƏ GÖZ OXŞAYIR.


17


18


19

“Dişin pisdir, çək qurtar, qonşun pisdir, köç qurtar”. Elə də çox işlək atalar sözü olmasa da, bu gün həyat keyfiyyətimizi yaxşılaşdırmaq adına atmalı olduğumuz addım məhz elə budur: köçüb qurtulmaq. Daha doğrusu, köçürüb qurtulmaq. Həyatımızın ortasına meteorit kimi düşmüş, maddi-mənəvi heç bir faydası olmayan, verdiyi xeyir vurduğu zərəri ödəməyən, hər addımımızı mühakimə edib ruhdan salan, enerjimizi düşürən, vaxtımızı yeyən insanlardan qurtulmaq. Kimlərdir onlar? 1. Sizi daim mühakimə edən, tənqid edib dəyişdirməyə, öz ideyalarını sizə yeritməyə çalışan, sizi yetərsiz hesab edənlər. Onların ictimai, siyasi, dini, fəlsəfi mövqeləri hər zaman “doğrudur”. Bu insanlar bir neçə qrupa bölünürlər: Özlərini uğursuz hesab etdikləri üçün ətrafdakıların da özünə inamını qırmağa, ruhdan salmağa çalışanlar; özlərini həqiqətən mükəmməl hesab edən, sizi də sevdikləri üçün öz yanlarında görmək istəyənlər; xilaskar missiyası yüklənib “yanlış yolda olanları” aydınlatmaq arzusunda olanlar. Sizin düşüncələrinizə, həyata baxışınıza hörmət etməyən, gördüyünüz işləri bəyənməyən, bir sözlə, özünüzü bəyəndirə bilmədiyiniz (belə bir niyyətiniz olmadığı halda) insanları bir qədər aralı məsafədə saxlayın. 2. Hər zaman alan tərəf rolunu üstlənmiş, sizə heç nə qatmayan, nə xoş, nə də pis gününüzdə yanınızda görmədiyiniz, zənglərinizə vaxtında cavab verməyib sizi yalnız boş vaxtlarında və işi düşəndə axtaran

dost-tanışlar. Yəqin çoxlarınızın gözünün önündə bir neçəsi canlandı. Bu tip insanlar adətən özünü yalnız və dəyərsiz hiss edən insanların ətrafında olur. Yerləri boş qalar deyə qorxmayın, qurtulun onlardan, göstərdiyiniz münasibətə layiqincə qarşılıq verən yeni dostlar tapacaqsız. 3. Bezmədən, usanmadan sizi dedi-qodu bataqlığına çəkənlər. Qeybətə meylli insan olmasanız belə, söhbətlərini rəngləndirmək xatirinə əllərindən gələni edib sizdən söz qoparmağa çalışarlar. Bu tip insanlar başqalarının həyatını safçürük etməklə xoşbəxt olurlar. Sizə narahatlıq gətirən söhbət onlar üçün hava-su kimi ola bilər. Bunlar adətən, hər gün qarşılaşmalı olduğunuz insanlardır. Məsələn, birlikdə çalışdığınız iş yoldaşlarınız. Yollarınızı tamamilə ayırmanız mümkün deyilsə, söhbətlərindən narahat olduğunuzu bildirin. Qorxmayın, etikasız olan siz deyilsiz. 4. Ulduzu sizinlə heç cür barışmayan o insan.. Hər gün qarşılaşdığınız, sizə qarşı səbəbsiz antipatiyasi olan həmin o adam - is yoldaşınız, tələbə yoldaşınız, qonşunuz. Hər fürsətdə qüsurlarınızı yüksək səslə elan edib gözdən salmaga çalışan, iltifat göstərəndə belə zəhərləməyi bacaran, görünüşdə dostunuz kimi görünməyə çalışaraq, bu vasitəylə daim yanınızda olan, sizə qarşı hiss etdiyi həsəd hissini boğa bilməyən gizli pərəstişkarlardır. Bəzən bu insanlar sizdən yaşca çox böyük tanışlarınız ola bilər. Yəqin əksəriyyətinizin ətrafinda sizi öz övladlarından artıq gördüyü üçün gözü götürməyən xalalar, dayılar var.


20

5. Sosial media “dostlarınız”. Yaxından tanımadığınız, real həyatda görüşmədiyiniz və gələcək planlarınızda da yeri olmayan, sadəcə “dost” siyahısında say funksiyası yerinə yetirən dostlarınız. Şəxsi həyatınızı tanımadığınız, tanımağa hazırlaşmadığınız insanların qarşısına sərməyin mənası yoxdur. Hər halda onlardan uzaqlaşmaq sizə çətin olmaz. 6. Daim sizdən nə isə istəyən qohumlarınız və tanışlarınız. “Yox” deməyi bacarmırsızsa və həyatınızda bu tip insanlar varsa, həqiqətən acınacaqlı durumdasız. Supermen rolu oynamayın. Övladlarınızdan başqa heç kimin həyatının məsuliyyəti sizin boynunuzda deyil. Yorulub usandığınız, lakin nəzakət xatirinə cavab verdiyiniz, kömək etdiyiniz, sizi istismar edən bu tiplərdən arının. 7. Sizə zərərli vərdişlər qazandıran kor-koranə qibtə etdikləriniz. “Pleysteyşn” dostlarınız, nargilə dostlarınız, içki dostlatınız, kafe-restoran dostlarınız, alış-veriş dostlarınız. Bəzən bu insanlar həyatı sizdən daha “dolu” yaşayan, maddi olaraq sürətinə yetişə bilmədiyiniz şəxslərdir. Onları həyatınızdan çıxarmasanız, uzun müddət tab gətirməniz mümkün olmayacaq. Pulunuz bitəndə, onsuz da əliniz ətəyinizdən uzun ayrılmalı olacaqsız. 8. Xroniki kədərlilər. Onların hər zaman problemləri var. Sıxıntı, bəla, kədər onların yaxasını buraxmır. Siz soyuqqanlı davranmaq istəmirsiz, laqeyd qalmamağa çalışırsız. Onlarsa günü-gündən sizi öz bədbinlik bataqlıqlarına çəkirlər. Bir müddət sonra artıq onların həyatının tərkib hissəsi olursuz, daha doğrusu, ağlama divarı. Onlara üzülür, depressiyaya düşürsüz. Kömək edir, problemlərini həll edirsiz, ancaq əl çəkmir, yeni bəla tapıb qarşınıza çıxırlar. Danışmaqla öz sıxıntılarını yüngülləşdirir, qalxmaq üçün sizi pillə kimi istifadə edirlər. Ətrafınızda belələri varsa, arxanıza baxmadan qaçın.


21


22

ARON K A M Ə V DA ANYA N Z I S A A L M N N Ə A S N ƏSA HEESE) HAZIRL A D S U O S BU ND C NUR. A C A M ( N LU O Ə D A F I PIROQUNU T IS


23

Tərkibi: • ¼ stəkan kərə yağı • ¼ stəkan un • 4 stəkan yağlı süd • Cövüz (muskat qozu) • Duz, ağ istiot Hazırlanma qaydası: 1. Südü kiçik bir qazanda aşağı temperaturda qızdırın. 2. Dərin bir qazanda isə yağı əridin. Üzərinə un töküb, yağda həll olana qədər qarışdırın. 3. İsti südü yavaş-yavaş böyük qazana əlavə edib qarışdırın. Süd qatılaşana qədər qarışdıraraq bişirin. Məhlul nə çox duru, nə də qatı olmamalıdır. Soyuduqdan sonra beşamel sousu tərkibindəki una görə bir az daha qatılaşacaq. 4. Zövqə uyğun sürtkəcdən keçirilmiş cövüz, duz və ağ istiot (adi qara istiotla da əvəz edə bilərsiniz) əlavə edin. 5. Əgər hazırladığınız sousu həmin gün istifadə etməyəcəksinizsə, onu başqa bir qaba töküb, üstünü plastik paketlə elə örtün ki, paket sousun səthinə toxunsun. Beləcə sousun üzü qabıq bağlamayacaq. Sousu soyuducuda maksimum 2 gün saxlamaq məsləhətdir.


24

QIRMIZI ƏT Qırmızı ət istər zəngin qida dəyəri, istərsə də, ləzzət baxımından rasionumuzun ən vacib tərkib hissəsidir. Bəs süfrələrimizin yaraşığı olan bu qidanı nə qədər tanıyırıq? Elə indi ətin tərkibi, fayda və zərərləri, bişirilmə, saxlanma qaydası və ət alarkən diqqət edilməsi vacib olan nüanslar haqqında ətraflı məlumatlanacaqsız.

Qısaca qırmızı ətin tərkibi haqqında: Qırmızı ətin tərkibi 75 % su, 20 % zülal, 3% yağ, 1% karbohidrat və 1% də vitamin və mikroelementlərdən ibarətdir. 100 qr ət yeyərkən orqanizm 119 kcal enerji əldə edir. Ət B3, B12, B6, A, E vitaminləri, omega 3, linolik yağ turşuları, dəmir, sink, selenlə zəngindir. Bədənin hər kq-a 1 qr zülal tələbatı düşür ki, bunun yarısını (0.5 qr) heyvani zülal təşkil edir. Qırmızı ətin tərkibindəki dəmir digər qidalardakından fərqli olaraq, iki formada da olur və bitkilərin tərkibindəki dəmirə nisbətən daha asan sorulur. Məlumat üçün qeyd edək ki, qidada dəmir çatışmazlığı qanazlığına, saçların tökülməsinə, dırnaqların zəifləməsinə, əsəbiliyə, iş qabiliyyətinin azalmasına, infeksiyalara qarşı müqavimətin zəifləməsinə səbəb olur. İkinci önəmli maddə sinkdir. Sinkin ilk növbədə uşaqların boy inkişafı üçün vacib komponent olduğunu qeyd etməliyik. 7 aylıqdan başlayaraq, körpələrin qida rasionuna həftədə ən az iki dəfə olmaqla, əlavə edilən qırmızı ət bütün böyümə dövründə uşaqlarınıza yoldaşlıq etməlidir. Zülalların həll olması, ammonyakın bədəndən atılması, turşu-qələvi müvazinətinin balanslaşması kimi rolları üstlənən sink, fermentlərin fəaliyyətində ən vacib fiqurdur. Səhərlər yataqdan yorğun qalxmaq, unutqanlıq, əzginlik kimi əlamətlər sizi də narahat edirsə, o zaman ola bilər ki, siz B12 vitaminin əksikliyindən əziyyət çəkirsiniz. Qırmızı ətin tərkibindəki B12 miqdarı bu vitaminə olan günlük tələbatı 100% ödəyir. B12 vitaminin əksikliyi uzun müddət davam edərsə, sinir sisteminin funksiyalarında pozulmalara və xroniki xəstəliklərin baş qaldırmasına yol aça bilər.


XOLESTEROL. Çoxlarının ətdən uzaq durmalarının səbəbi məhz bu maddədir. Xüsusilə, ürək-damar xəstəliyi olanlar, diabet xəstələri, piylənmədən əziyyət çəkənlər bəzən rasiondan qırmızı əti tamamilə çıxarırlar. Xolesterolun damarlarda ateroskeleroza səbəb olduğu, ürək damar xəstəlikləri riskini artırdığı doğrudur. Lakin bu ətin rasiondan silinməsi üçün səbəb deyil. Burada diqqət edilməsi lazım olan nöqtə ətin bişirilmə texnikasına doğru riayət etməkdir (birazdan bu məsələyə yenidən toxunacağıq). Xolesterol hüceyrələrin əmələ gəlməsində təməl maddə olub, hormonların, xüsusilə, cinsi hormonların əmələ gəlməsində vacib maddədir. Xolesterol miqdarı az olan insanlarda yoğun bağırsaq xərçəngi daha çox rast gəlinir. Bundan əlavə, “yaxşı xolesterol” kimi bilinən yüksək sıxlıqlı lipoproteinlər ürək-damar sağlamlığı üçün vacib maddələrdir. Qısası, qırmızı əti rasionunuzdan çıxarmaq yerinə, aşağı və çox aşağı sıxlıqlı lipoproteidlərin, yəni “pis xolesterolun” normadan çox yüksəlməməsinə diqqət etməklə, ehtiyac duyulan xolesterolu yerinə qoyacaq qədər istifadə edərsinizsə sağlıq problemi ilə qarşılaşmazsınız. Əlavə olaraq qeyd edim ki, xolesterol insana yaxşı əhval ruhiyyə verir. Kilolu insanların daha şən, pozitiv olmaları yəqin diqqətinizdən qaçmayıb.

Çox ət yemək zərərlidirmi? Bəli, hər şeydə olduğu kimi, artıq istifadəsi böyrəklərin, qaraciyərin yük altında işləməsinə, toxumaların zərər görməsinə səbəb ola bilir. Yeri gəlmişkən, ətin xərçəng xəstəliyi riskini artırdığı haqqında söylənənlərə də aydınlıq gətirək. Saf ətin belə bir supergücü yoxdur. Lakin işlənmiş ətlər - sosislər, kolbasalar hazırlanarkən, tərkiblərinə qatılan bəzi kimyəvi maddələrin bu riski təmin etmiş olması istisna edilmir. Təkrar-təkrar yanmış yağlarda hazırlanmış, yandırılmış ətlər uzun müddət istifadə edildikdə, sərbəst radikallar hesabına kanserogen təhlükəsi yaranır. Bu isə qırmızı ətə məxsus bir xüsusiyyət deyil. Eyni şəkildə hazırlanmış kartof da bu riski daşıya bilər.


26

ətin bişirilməsi Yuxarıda toxunduğumuz məsələni bir qədər aydınlaşdıraq. Ətin buxarda və soyutma şəklində bişirilməsinin daha təhlükəsiz olduğunu bilməyən yoxdur. Qızartma ət olmazmı, olar. Əti zərərli edən yüksək temperaturda bişərkən tərkibində zərərli birləşmələrin yaranması, dəfələrlə yanmış yağda bişirilməsi, bişirərkən səthinin yandırılması, birbaşa alovla təmas etməsidir. Üstəlik, bu xüsusiyyət yalnız qırmızı ətə deyil, digər heyvan ətlərinə də aiddir. Sizə artıq bu gündən buxarda bişmiş ət yeyin desək, hər halda gülüb keçəcəksiniz. Ləzzət baxımından xoşladığınız kimi bişirin, ancaq yuxarıda qeyd etdiymiz nüansları nəzərdən qaçırmayın. Parazitlərin məhv olması üçün ət yaxşı bişməlidir. Bişirdiyiniz ətə limon sıxıb, zeytun yağı əlavə etməklə, daha faydalı hala gətirə bilərsiniz.

Seçim və saxlanma şəraiti Evdə əti birdəfəlik istifadə edəcəyiniz qədər kiçik porsiyalarla ayırıb dondurun. Donu açılmış əti yenidən dondurmaq məsləhət deyil. Donu açmaq üçün suya qoymaq və otaq şəraitində saxlamaq çox istifadə olunan metod olsa da, ətin soyuducuda açılması suyunu saxlaması və bakteriyaların sürətlə çoxalmasının qarşısının alınması baxımından daha faydalıdır.

Ət alarkən diqqət edin İlk növbədə ətin açıq şəraitdə deyil, xüsusi soyuducuda satılmasına diqqət edin. Ət parlaq qırmızı rəngdə olmalı, (gənc və dişi heyvanlar yaşlı və erkəklərə nisbətən açıq rəngli olur, bu normaldır) qaralmış və qurumuş olmamalıdır. Üzərində mikroorqanizmlər artmış ətin səthi yapışqanlı, sürüşkən olur və pis qoxu yayır. Ət seçərkən, qanlı və qanı yaxşı axıdılmamış parçaları götürməyin. Ətin üzərində sarı, yaşıl, bozumtul düyünlər, kistlər (parazitlər) olmamalıdır. Satıcının istifadə etdiyi vasitələr, alətlər təmiz olmalı, əyninə uniforma geyinməlidir. Ümumiyyətlə, çalışın əti tanıdığınız, güvəndiyiniz birindən alasınız. Bunu yazarkən, yadıma rayonlarımızdan birində yaşayan kişinin bruselyoza yoluxmuş heyvanını Bakıdan qonaq gələn qohumları üçün kəsib kabab ziyafəti verməsi düşdü. Bəzən güvənmək çətin olur. Yenə də çalışın, etibarlı birini tapasınız. Sağlıqla qalın.



28

BİZ FİKİRLƏRİ TOXUYURUQ

KİLİMÇİ


29

Q

obelen toxumağa hələ uşaq vaxtlarından başlamışam. Gərgin işlə məşğul olduğum zaman stresdən uzaqlaşmaq üçün qobelen toxuyurdum. Bir gün qərara gəldim ki, bəlkə kurs açıb dərs deməklə həm sevdiyim işlə məşğul ola, həm də qazanc əldə edə bilərəm. Əlimdə olan əlli manatı taxta dəzgaha və materiallara xərclədim. İlk günlər öz facebook profilimdə elan verirdim. Artıq ilk kiçik qrupum yığılmışdı. Daha sonra yaxın bir dostumun məsləhətilə brend yaratmaq qərarına gəldim. Çünki Əzizə Mustafazadə kimi kurs elanı vermək bir az ciddi görsənməyə bilərdi. Biz elə küçədə müzakirə edərkən, “Kilimçi” adı meydana gəldi. Tez loqo yığdıq və facebookda səhifə açdıq. Kilimçi qısa bir zamanda məşhurlaşdı. Böyüklərlə yanaşı, azyaşlı uşaqlardan ibarət qruplar da yığıldı. Böyüklər daha çox işin stresindən uzaqlaşmaq, balaca uşaqlar isə asudə vaxtlarını səmərəli keçirtmək üçün kilimçiyə gəlirlər.


30


31


32


T

oxumaqla ilk tanışlığım üçüncü sinifdən başlayıb. Daha sonra universitet vaxtı toxuduğum geyimləri dərsə geyinəndə ətrafdan həmişə öz brendimi qurmaq kimi rəylər alırdım. Və düşündüm ki, niyə də yox?! “Toxucu” ilk satışını 2016-cı ilin yayında etdi və hazırda komandamızla birlikdə milli toxuculuq brendini qurmağa çalışırıq. Gələcəkdə toxunma geyimlərdən ibarət kolleksiya hazırlamağı da düşünürük. Toxuculuqla bağlı ən böyük məqsədlərimizdən biri də növbəti illərdə toxucu xanımların öz əl işlərini sata biləcəkləri online sayt qurmaqdır. Bununla evdar qadınların asudə vaxtlarını daha dəyərli keçirmələrinə, həmçinin, evdən çıxmadan qazanc sahibi olmaqlarına kömək edəcəyimizə inanıram.

33


34


35


36


37


38


39

FINITA LA COMMEDIA


40


41

,



Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.